среда, 2 мая 2012 г.

51. ƏZ-ZARİYAT SURƏSİNİN ŞƏRHİ


ƏZ-ZARİYAT
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                           Mərhəmətli və Rəhimli Allahın adı ilə!


Bu surənin başlanğıcında Allah insanlara çoxsaylı fay­da­lar ve­rən Öz əzəmətli məxluqlarına və Onun vədinin dəyişilməz ol­­­ma­­sına, hə­mçinin Qisas və Haqq-hesab gününün mütləq gə­­­lə­cə­yinə, heç nəyin buna mane ola bilməyəcəyinə and içir. Əgər Föv­qəlqüdrətli və Böyük Allah bu Gün haqqında xəbər ve­rir­­sə, Öz vədinin doğru­lu­ğuna and iç­ir­sə və Öz sözlərini çox­say­­lı də­lil­lər­lə təsdiq edirsə, onda kafirlərin Qi­ya­mət gününü ya­lan say­­ma­la­rı və Axirət həyatı naminə çalışmamaları ta­ma­mi­lə an­la­­şıl­maz­dır.
ﯤ ﯥ ﯦ
(51. 1) “Toz-torpağı havaya qaldırıb yayana and olsun!”

Nəzərdə tutulan – küləklərdir ki, yer üzündə tozu və qumu bə­­­zən sakitcə, bəzən də böyük sürətlə və coşaraq qaldırıb, ətrafa sə­pir.

ﯧ ﯨ ﯩ
(51. 2) “Ağırlıq daşıyanlara and olsun!”
Ayədə, yerə yağaraq torpağa və onun sakinlərinə çoxlu fayda verən yağış suyu ilə yüklənmiş buludlardan bəhs edilir.

ﯪ ﯫ ﯬ
(51. 3) “Asanlıqla cərəyan edənlərə and olsun!

Ayədə göy qübbəsini parlaqlığı ilə bəzəyən, gecə qaran­lı­ğın­da in­­sanlara həm quruda, həm də dənizdə yol tapmağa yar­dım edən və onları Xaliqin fövqəlqüdrəti üzərində düşünməyə sövq edən ul­duz­lar­dan bəhs edilir.

 ﯭ ﯮ ﯯ
(51. 4) “İşləri bölüşdürənlərə and olsun!”

Bu ayədə isə Allahın izni ilə Onun hökümlərini paylaşdıran mə­­­lək­lərdən bəhs edilməkdədir. Mələklərdən hər biri onlara hə­va­lə edil­­miş vəzifəni ya yer üzündə, ya da göylərdə, öz sə­lahiy­yət­lərini aş­ma­ya­raq və nöqsanlara yol verməyərək, qüsursuz ye­ri­nə yeti­rir.

 ﯭ ﯮ ﯯ ﯭ ﯮ ﯯ ﭑ ﭒ ﭓ ﭔ
(51. 5) “Həqiqətən, sizə vəd edilən doğrudur”
(51. 6) “və Hesab günü mütləq olacaqdır».
(51. 7) “Gözəl simalı səmaya and olsun!”

Səmadakı ulduzlar üzərində yüngül nəsimin əsdiyi qumsal cı­ğır­lara və ensiz, darboğazlı çaylara bənzəyirlər».

ﭕ ﭖ ﭗ ﭘ ﭙ
 (51. 8) “Sizin[1] sözləriniz bir-birinə ziddir».

Biriniz onu (s.ə.s.) cadugər, digərləriniz – sehirbaz, daha di­gər­­­lə­riniz isə dəli adlandırırlar. Siz ona (s.ə.s.) müxtəlif adlar qo­yur­su­nuz və təkcə bu, artıq sizin azğınlığınızın və çaş-baş qal­dı­ğı­nı­zın, şəkk-şüb­hələr içində çabalağınızın sü­butudur.

 ﭚ ﭛ ﭜ ﭝ ﭞ

(51. 9) “Ondan dönən kəs – azdırılar”.

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) yal­nız o kəs­lər üz döndərərlər ki, onlar dinə nifrət bəsləyir, inandırıcı və tək­zibolunmaz dəlilləri qəbul etmirlər. Öz davranışlarına b­ə­ra­ət qazan­dırmağa cəhd göstərən kafirlərin bəyanatlarının zid­diy­yət­li olması, on­la­rın baxışlarının qüsurluluğunu bir daha təsdiq edir. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) təlimində belə zid­diyyətlər yoxdur, çünki şərəfli mətnlər bir-bi­rini təsdiq edir. Bu islam dininin gerçəkliyinin və onun ilahi mən­şəyinin çoxsaylı dəlil­lərindən biridir. Fövqəluca buyurur: “...və əgər o Allah­dan başqası tərəfindən gəlsəydi, onlar onda çox ziddiyyətlər ta­par­dılar” (Nisa, 4/82).

 ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ
(51. 10) “Qəhr olsun yalançılar ki,”
(51. 11) “cəhalət içindədirlər və laqeyddirlər!”

Məhv olsun Allaha böhtan atan və Onun ayələrini inkar edən, ya­ramaz iftiralara iman gətirən və onunla haqqın nurunu sön­­dür­mə­yə cəhd göstərən, Allah haqqında heç bir biliyi ol­ma­dan, hər ağzına gələn sözü danışmağa cəsarət edən və cəhalət, kü­für və azğınlıq burulğa­nında olanlar!

 ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

(51. 12) “Onlar Cəza gününün nə vaxt başlayacağını soru­şur­lar».
(51. 13) “Həmin gün onlar Odda yanacaqlar».
İmansızlığın və şübhələrin əndişələndirdiyi kəslər soru­şur­lar: “Biz, nəhayət, nə vaxt dirildiləcəyik?” Onlar dirildilməni müm­kün ol­ma­­yan bir şey hesab edirlər və buna görə onları, qəlb­lə­rində gizlət­dikləri pisliklərə və onların da oradan zahirə püs­kür­dü­yünə görə on­ları Cəhənnəm alovuna atdıqda, O gün necə əzab-əziy­yətlər çəkə­cəklərini heç soruşma!

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(51. 14) “Dadın fitnənizi! Budur tez gəlməsini istədiyiniz!”

Bu cəza – sizin sınaqdan keçə bilməməyinizin nəticəsidir, ka­fir­­li­yinizin və azğınlığınızın nəticəsidir. Siz Bizdən bu Saatın baş­lan­masını tezləşdirməyi xahiş edirdiniz, indi bu dəhşətli əzab-əziy­­yətdən zövq alın və qandallarınız, zəncirləriniz ilə gurultu salın! Allahın qəzəbini və intiqamını dadın!
ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ
(51. 15) “Həqiqətən, təqvalılar Cənnət bağlarında və çeşmə başında olacaqlar”

Fövqəluca, təqvalı möminlərin öz saleh əməlləri ilə layiq ol­duq­­ları mü­kafatların onlar üçün hazırlandığını xəbər verir. Rəbb on­ları təqvalı[2] adlandırır, çünki itaətkarlıq və dındarlıq onların sar­­sıl­maz mə­ziyyət­lərindən idi. Bunun əvəzində veriləcək mü­ka­fat – on­la­rın ca­zi­bədar meyvə ağacları olan bağlarda yer­ləş­diril­mə­ləri ola­caq­dır. On­lar yer üzündə gördüklərinə bənzəyən mey­və­lərdən, var­lığı haq­qında heç vaxt eşitmədikləri və hətta təsəv­vür­lərinə belə gə­tirməyə cəhd etmədikləri bir çox başqa mey­vələr­dən nuş edib ləz­zət alacaqlar. Onlar şırıltı ilə fışqıran və çaylara çev­rilən Cənnət çəmənliklərini və bağlarını suvaran bulaqların ya­xınlığında isti­rahət edə­cəklər. Allahın qulları bu mənbələrdən dad­lı içkilər içəcək və bu çayların mənsəbini istədiqləri istiqamətə yö­nəldə biləcəklər.
 ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(51. 16) “və Rəbbin onlara əta etdiyini alacaqlar. Hə­qi­qə­tən də onlar bundan əvvəl xeyirxahlıq edənlərdilər”.

Belə bir rəy var ki, burada söhbət Fövqəlucanın möminlərə bəxş edə­­cəyi hər növ nemətlərdən gedir. Onlar nemətləri qəbul edə­cək və öz Rəbbindən razı qalacaqlar. Onların ürəkləri sevinclə do­lu olacaq, ba­­xışları isə ətraflarında baş verənlərdən ayrıla bil­mə­yə­cək. Onlar bəxş edil­miş bu nemətlərin heç nə ilə əvəz edilməsini xa­hiş etmək istəmə­yə­­cək­lər və daha artığını almaq haqqında dü­şü­nə bilməyə­cək­lər.
Başqa bir rəyə görə isə bu ayədə bu dünyada təqvalı saleh in­­­­sanların malik olduqları məziyyətlərdən bəhs edilir: onlar Rəb­bin əta etdiyi hökm və qadağalara riayət edirlər. Doğrudan da, is­lam şə­­riəti, bəxş edilən ənamların yer üzündə qullara nazil edilən ən yax­­şısıdır və bu böyük nemət onları öz Rəbbinə həmd etməyi, Ona itaət göstər­mə­yi vacibləşdirir.
Lakin birinci şərh bu parçanın mətninə daha çox yaxındır, çün­­ki bu sözlərin ardınca Fövqəluca buyurur ki, onlar əvvəllər xe­yir­­­xah­lıqlar etmişdilər. Bu isə o deməkdir ki, indi onlar vəd edilən Cən­­­nət nemətlə­rini artıq almışlar.
Bu saleh insanlar Allaha Onu öz gözləri ilə görürmüşlər kimi iba­dət edirdilər, halbuki onlar Onu görmürdülər, amma on­lar qəti əmin idi­lər ki, O (Pak və Müqəddəs), onları görür. Onlar sə­dəqə pay­la­yır­, in­sanlara xeyirxah işlər görməyi öy­rə­dir­, onlara fay­dalı məs­ləhətlər ve­irdilər, onları dindarlığa çağırır, günah­lar­dan çə­kin­dirir və bir çox digər xeyirli işlər gö­rürdülər. Onla­rın xeyir­xah­lığı o qədər bö­yük idi ki, onlar öz xid­mət­çiləri və kölələri ilə də nə­za­kətli idilər, ev hey­van­larına və di­gər heyvanlara da diq­qətlə yana­şırdı­­lar.
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(51. 17) “Onlar gecənin az bir hissəsini yatır”,
(51. 18) “sübh qabağı bağışlanma üçün dua edərdilər».
(51. 19) “Onların mallarında diləyənlərin və məzlumların pa­yı vardı”.

Gecənin yarısında namaz ibadətin ən əzəmətli ayinidir və qu­­­lun Rəbbinə bəslədiyi sədaqətinin səmimiliyini və onun ima­nı­nın ger­çək­li­yi­ni təsdiq edir. Buna görə həqiqi möminlər gecənin yal­­­nız az bir qis­mi­ni yatar və gecə vaxtının çoxunu namazda və Qu­­­ran oxumaqla ke­çirər, Allahı mütiliklə xatırlayar və Ona dua edir­dilər. Onların namaz­ları səhər açı­la­nadək davam edirdi və on­lar onu bağışlanmaq haq­qında dua ilə biti­rirdilər. Sübh qabağı ba­ğış­­lanma haqqında dua etmək - ən böyük və şə­rəfli məziyyətdir və heç də bü­tün qullara xas olmur və buna görə Fövqəluca Allah onun ba­rəsində əsil möminlərin keyfiyyət­lə­rindən biri ki­mi xa­tır­la­mışdır: “Onlar səbirlidirlər, səda­qət­lidirlər, mütidirlər, sədəqə verirlər və sübh ərəfəsində bağış­lanma diləyirlər” (3/17). Xeyir­xah əməllərə həm­çi­nin dilənən­lərin, habelə, çətinliklərə və məh­ru­miyyətlərə sa­kitcə dözənlərin xeyrinə vacib və nafilə ianələr də aid edi­lir.
Sonra Fövqəluca qullarını dünya aləmində əhatə edənlər haq­qında düşünməyə çağırır:

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ

(51. 20) “Qəti etiqad edənlər üçün dəlillər var yer üzündə”
(51. 21) “və sizin özünüzdə də. Məgər görmürsünüz ki,”

Bu dəlillər arasında – nəhəng yer kürəsi öz dağları, də­niz­lə­ri, çay­­ları, ağacları, otları və çoxsaylı digər məxluqları ilə diq­qətli və dü­­şüncəli insanı Fövqəlqüdrətli Yaradanın böyüklüyünə, föv­qəl­gü­cü­nə, mərhəmətinə və hüdudsuz elminə əmin edir. Bu də­lil­lər insa­nın özün­də də mövcuddur. İnsana əta edilmiş ağıl, müd­rik­­lik və rəhmdillik də Böyük Allahın heç kimə və heç nəyə möh­tac olmadı­ğını və heç nəyi boş yerə yaratmadığını təsdiq edir.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ
(51. 22) “sizin ruziniz və sizə Vədedilən göydədir?”

Bu qismət adı altında yağmurlar, maddi və mə­nə­­vi ne­mət­lərin ona uyğun olaraq müəyyənləşdirildiyi Allahın qə­­­dəri nə­zərdə tutulur. İnsana vəd edilən isə əvəzdir, yəni, həm yer üzün­də, həm də Axirət həyatında veriləcək cəza və ya mü­ka­fat­dır. Əlbəttə, o da, Fövqəlucanın yazdığı qədərə müvafiq ola­­raq mü­­əy­yən edilir.
ﮮﮯﮰﮱ ﯓ ﯔﯕ ﯖ ﯗﯘ

(51. 23) “And olsun Göyün və yerin Rəbbinə ki, bu, həqi­qə­­tən, sizin danışa bilməyiniz kimi bir haqdır».

Allah ağıllı və düşüncəli insanlara Özünün dəlillərini xatır­lat­­dıq­dan sonra, O (Pak və Müqəddəs), and içir ki, Onun vədi və əvəz veri­ləcəyi – bir həqiqət və dəyişilməzdir və həm də bu, in­sa­nın danış­maq qabiliyyətinə malik olması kimi bir gerçəklikdir. Mə­gər bundan daha aydın və daha inandırıcı bir örnək ola bi­lər­mi? Siz qətiyyən şübhə etmirsiniz ki, danışa bilirsiniz və siz heç də şüb­hə etməməlisiniz ki, dirildiləcəksiniz və öz əməllərinizə görə ca­vab verməli olacaqsınız.
ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(51. 24) “İbrahimin möhtərəm qonaqları haqqında hekayət sə­nə çatmışdırmı?”

Bu – ecazkar və ibrətamiz əhvalat, Allahın Lut peyğəmbərin (ə) xal­qını məhv etməyə və İbrahimə (ə) baş çəkməyə göndərdiyi mə­ləklər haq­qındadır. Mələklər Allaha itaət edərək, İbrahimin (ə) ya­nına qonaq qiya­fəsində gəlmişdilər.
 ﯠ ﯡ ﯢ ﯣﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(51. 25) “Onlar onun yanına daxil olduqda: “Salam!” – de­di­lər. O dedi: “Əleykum salam, ey tanımadığım insanlar!”

İbrahim (ə) mələkləri tanımadı və onlardan özlərini təqdim et­­mə­­lə­rini xahiş etdi və yalnız bundan sonra başa düşdü ki, ya­nı­na gəl­məklə onu (ə) şərəfləndirənlər kimlərdir.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ

(51. 26) “O, ətrafına göz gəzdirərək, ailəsinin yanına getdi və bir kök buzov gətirdi».
(51. 27) “Onu, onların qarşısına qoyub: “Yeməzmisiniz?” – de­di”.
(51. 28) “O, ürəyində onlardan qorxmuşdu və belə ol­duq­da, onlar dedilər: “Sən qorxma!” Onlar ona bilici bir oğlu ola­ca­ğı ilə müjdə ver­dilər».

İbrahim (ə) tələsərək ailəsinin yanına getdi ki, qonaqlarına ye­­mək gətirsin. O (ə), kök bir buzovla qayıtdı və qonaqlarına onu ye­məyi təklif etdi. O (ə), gördükdə ki, onlar yemək fikrində de­yil­lər, həyə­can­lanıb na­rahat oldu, lakin mələklər onu (ə) sa­kit­ləş­di­rib, müdrik oğlu İshaqın doğu­lacağı müjdəsi ilə sevin­dir­dilər.

ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

(51. 29) “Onun zövcəsi qışqırmağa başlayıb, üzünə-üzünə vur­ub dedi: “Mən qoca, qısır qadınam!”

İbrahimin (ə) xoş xəbəri eşidən qarısı qonaqların yanına gə­lib, se­vin­cindən qışqırmağa və üzünə-üzünə vurmağa başladı. Bu onu göstə­rir ki, qadınların özlərini necə aparacaqları göz­lənil­məz­dir və hər hansı mən­ti­qə uyğun olmur. Qadın ucadan belə de­di: “Doğ­rudanmı mənim uşağım olacaq?! Mənim yaşımda qa­dın­lar do­ğa bilməzlər, axı mən, həm də qısıram!”
Bu ayədə iki səbəb göstərilir ki, onlara görə İbrahimin (ə) zöv­cəsi uşaq doğa bilməzdi. “Hud” surəsində üçüncü səbəb də gös­­tərilmişdir: “O dedi: “Vah halıma! Mən doğa bilərəm? Axı mən – qoca qarı, ərim isə, ixtiyarsız yaşında...” (Hud, 11/72).


ﰎﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ ﰖﰗ
(51. 30) “Onlar dedilər: “Sənin Rəbbin belə buyurmuşdur. O – Müdrikdir, Biləndir”.

Rəbb Özü bunu öncədən müəyyən etmişdir və bu mütləq ola­­caq­dır. Allahın fövqəlqüdrətinə isə təəccüb etmək lazım deyil! Müd­rik və Bilən adları da Onun gözəl adları arasındadır. O (Pak və Müqəddəs), hər şeyi öz yerində yerləşdirir və hər şeydən xəbərdardır və buna görə Onun iradəsinə itaət göstərin və sizə olan mər­həmətinə görə Ona şükür edin.

ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(51. 31) “O dedi: “Ey elçilər, sizin vəzifəniz nədir?”

İbrahim (ə) artıq başa düşmüşdü ki, mələklər Allahın tap­şı­rı­­ğını ye­rinə yetirirlər və hansısa çox mühüm bir vəzifə ilə gə­lib­lər.


 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(51. 32) “Onlar dedilər: “Biz günahkar insanlara göndəril­mi­şik ki”,
(51. 33) “onların üstünə gil daşlar yağdıraq;”
(51. 34) “onlar Rəbbinin dərgahında həddi aşanlar üçün ni­şan­­lanmışlar».

Bu günahkar xalq Lutun (ə) xalqı idi və onlar Allahın el­çi­si­ni (ə) in­­kar etmişdilər, uydurma ilahlara ibadət edir və iyrənc So­dom gü­na­hı törədirdilər ki, onlara qədər heç kim bunu et­mə­miş­di. Onların şərəf­siz­­­­liyinə və zalımlığına görə Allah onları daşla­ma­­ğı əmr etmişdi. Daş­la­­rın hər birinin üstündə onun kim üçün tə­yin edilməsi yazılmışdı. İb­ra­­him (ə) Lutun (ə) xalqını, Allah on­la­rın cəzasına möh­lət verə bilər ümi­­di ilə müdafiə etməyə başladı, mə­ləklər isə ona (ə) dedilər: “Ey İb­ra­­him! Mü­bahisə etmə, çünki sə­nin Rəbbin artıq əm­rini vermişdir və qar­şısı­alınmaz əzablar on­ları haqlayacaqdır” (Hud, 11/76).

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ

(51. 35) “Biz bütün möminləri oradan çıxartmışıq,
(51. 36) “amma biz orada müsəlman olan yalnız bir ev tap­mı­­şıq».

Bu Lutun (ə) evi idi və onun bütün sakinləri, Lutun qarı­sın­­­dan başqa, mömin idilər. Qarı həlak edilmək üçün nəzərdə tu­tu­lan­ların arasında idi.
ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ
(51. 37) “Biz orada əzab-əziyyətli işgəncələrdən qorxanlar üçün nişanə qoyduq».

Amansız cəzadan yalnız Allahın nəsihətlərindən ibrət alan­lar və Onun elçilərinin (onlara Allahın salamı olsun!) necə haqlı və Onun cə­za­sının necə əzablı olduğunu bilənlər qorxarlar.
Bu ayədən aşağıdakı nəticələri çıxartmaq olar:
Föv­qəl­müd­rik Allah qullarına ən yaxşı və ən pis insanların həya­tı haqqında xə­­bər verir ki, insanlar həm yaxşıları, həm də pisləri hansı qis­mə­tin gözlədiyi üzərində düşünsünlər.
            Fövqəluca İbrahim (ə) haqqında hekayəti sualla başlayır ki, hə­­min peyğəmbərin (ə) böyük xidmətlərini və bu hekayətin özü­nün bö­yük əhəmiyyətini xüsusilə vurğulasın.
            Allahın dini qonaqpərvərliyi həvəsləndirir ki, bu, Allahın se­­vim­­lisi olan İbrahimin (ə) məziyyətlərindən biri idi. Məhz bu şan­lı elçinin (ə) yolu ilə getməyi Fövqəluca Muhəmməd Pey­ğəm­bə­rə (ona Allahın sa­lavatı və salamı olsun!) və müsəlmanlara əmr et­mişdi. İbrahimin (ə) qonaqpər­vərliyi bu surədə təriflənən və nə­cib xasiyyət kimi qeyd olu­nur.
            Ev sahibi qonaqlara xoş sözlə və nəzakətli davranışla eh­ti­ram göstərməlidir. Allah İbrahimin (ə) qonaqlarını möhtərəm ad­lan­dırır və təkcə ona görə yox ki, onlar yalnız Allahın qarşısında eh­tiram sahibi­dirlər, həm də ona görə ki, İbrahim (ə) öz layiqli qə­bulu ilə onlara eh­tiram göstərmişdi. Fövqəluca, peyğəmbərin (ə) öz sözlərində və rəfta­rında necə nəzakətli olduğunu xəbər verir.
            İbrahimin evi qonaqlar və yola çıxanlar üçün daldalanacaq idi. Bunu təsdiq edən mələklərin evə daxil olarkən icazə alma­ma­la­rı idi. Sonra onlar, nəzakət və ədəb qaydalarına riayət edərək, bi­ri­n­ci olaraq İbrahimlə (ə) salamlaşdılar və o (ə) da onların salamına daha mü­kəmməl salamla cavab verdi ki, bunu iyirmibeşinci ayədə is­ti­fa­də olunan ərəb dili ibarəsi göstərir. Burada söhbət adlıq cüm­lə­sin­dən gedir ki, bu hal­da frazanın bitməmsi və ardının davam et­məsi nə­zərdə tutur.
            Tanış olmayan bir adamla ünsiyyət zamanı onun adını so­ruş­ma­ğa icazə verilir, çünki bu sonradan çox faydalı ola bilər.
            İbrahim (ə) qonaqları tanımadığı adamlar adlandırır ki, bu onun (ə) nəzakətli və ədəb-ərkanlı olduğunu və müsahibə apar­maq ba­carı­ğını vurğulayır. O (ə) demədi ki: “Mən sizin kim oldu­ğu­­­nuzu bilmi­rəm». Bu iki ifadənin arasında böyük fərqin oldu­ğu­na diqqət yetirin.
            Qonaqları görən kimi, İbrahim (ə) tələsir ki, onlara tez ye­mək gətirsin, çünki xeyirli işi vaxtında görmək daha yaxşıdır.
            Qonağa onun üçün hazırlanmamış yeməyi verməyə icazə ve­rilir. Belə davranış qonağa qarşı hörmətsizlik deyil, əksinə, ona hör­mətlə ya­naşmaya dəlalət edir. İbrahim peyğəmbər (ə) də öz qo­naqlarına məhz belə ehtiram göstərmişdi.
            İbrahim peyğəmbər (ə) bolluq içində yaşayırdı, çünki onun (ə) evində kök buzov var idi və o nə bazara, nə də qonşuya get­mə­yə ehtiyc duymamışdı.
            Allahın sevimlisi İbrahim (ə) özü qonaqlarına xidmət gös­tə­rir­­di və Onun qonaqpərvər qullarının ağası adlanmaq haqqına la­yiq görül­müşdü.
            İbrahim (ə) yeməyi bilavasitə qonaqların qarşısında qoydu, on­­­lara yeməyi götürmək üçün yerlərini dəyişmələrini təklif et­mə­di. Belə rəftar daha yaxşıydı və daha nəzakətli idi.
            Mələklərə yemək təklif edərkən, İbrahim (ə) xüsusi ehtiram gös­­­­tə­rərək dedi: “Yeməzmisiniz?” O (ə) demədi ki: “Yeyin!” ya da bu qə­bil­dən olan sözlər işlətmədi və çox nəzakətlə müraciət etdi. Bu onu gös­tərir ki, qonaqlarla son dərəcə ehtiramla rəftar etmək la­zım­dır, xü­susilə, onları yeməyə dəvət edəndə. Ədəb-ərkanlı mü­səl­man bu şərəfli peyğəmbərdən (ə) nümunə götürməli və ən zərif ifa­də­lər­dən istifadə etməlidir, məsələn: “Bizimlə birlikdə yemək is­tə­məz­si­niz­mi? Bizə qoşul­mağınızla bizi sevindirmək is­tə­məz­si­niz­mi?”
            Əgər insan görərsə ki, onun müsahibi qorxur və ya həyəcan ke­­­çirir, onda o, onu sakitləşdirməyə çalışmalı, onun həyəcanını da­­­ğıt­­ma­lıdır. Mələklər də İbrahimin (ə) həyəcanlı olduğunu gö­rən­­də, məhz belə etdilər. Onlar ona (ə) dedilər: “Qorxma!” – sonra isə ona (ə) oğlu olacağı haqqında müjdə verdilər.
            İbrahimin (ə) zövcəsi Sara bu xəbərdən o dərəcədə se­vin­miş­di ki, özünü tamamilə qeyri-adi tərzdə apardı, üzünə vu­ra-vura, qış­qırmağa başladı.
            Fövqəluca İbrahimi (ə) və Saranı mükafatlandırdı və onları müd­rik oğlunun doğulacağı haqqında müjdə ilə şərəfləndirdi.

ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(51. 38) “Biz onu aydın dəlillərlə Fironun yanına gön­dər­dik”.
(51. 39) “O, öz tərəfdarları ilə üz döndərdi və dedi: “Bu, ya se­hir­baz, ya da məcnundur!”

Allah Fironun (L) və Misir zadəganlarının yanına göndər­di­yi Musa (ə) peyğəmbər haqqında xəbər verir. O (ə) onlara aydın ayə­­lə­­ri bəyan etməli və ən böyük möcüzələr göstərməliydi. Mu­sa­nın (ə) pey­ğəmbərliyi Allahın əzabla cəzalandıracağından dəh­şətə gə­­lən­­lər üçün inandırıcı bir dəlil olsa da, bu yalnız Firon (L) üçün belə de­­yildi. O (L) öz ətrafındakılarla haqdan üz çevirmişdi və Mu­­sanı (ə) təhqir etməyə başlamışdı. O (L) onu (ə) sehirbaz və məc­­nun[3] ad­­landırırdı. Əgər o (ə), sehirbaz olsaydı, onda onun (ə) bü­­tün sehri, ya­­landan başqa bir şey ol­maz­dı. Əgər o (ə), məcnun idi­­sə, onda onun dediklərinə əhəmiyyət ver­məyə dəyməzdi, belə ol­­duq­da, axı o nə dediyini bilməzdi.
Lakin misirlilər, ilk növbədə, Fironun (L) özü çox gözəl bi­­lir­­di­lər ki, Musa (ə) həqiqəti deyir və bu barədə Fövqəluca belə bu­­yurur: “Özləri onların gerçəkliyinə əmin olduqları halda, on­la­­rı zalımca­sı­na və təkəbbürlə inkar etdilər...” (Nəml, 27/14). Mu­­sa (ə) isə Firona (L) belə dedi: “Sən artıq bilirsən ki, bir baş­qa­­sı deyil, məhz göylərin və yerin Rəbbi onları, əyani dəlillər ki­­mi, nazil etmişdir. Ey Firon! Mən güman edirəm ki, sən həlak ola­­­caqsan” (İsra, 17/102).




ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ

(51. 40) “O, özünü qınadığı halda[4], Biz onu qoşunu ilə bir­­­l­ikdə yaxalayıb, dənizə atdıq”.

Firon (L) ittiham olunmağa layiq idi, çünki günahlar gir­da­bı­na batmışdı və həddini lap aşmışdı. O (L) özü Allah qar­şı­sın­da lov­ğalanırdı və O (Pak və Müqəddəs) də onu (L) sərt cə­za­lan­dırdı.

ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ                              
(51. 41) “Adlara da. Bir vaxt Biz onlara köklərini kəsən kü­lək göndərdik».

Adlar – keçmişdə məşhur bir xalq olmuşdur və Hud pey­ğəm­­­­bərə (ə) iman gətirməkdən imtina etmişdilər və buna görə Al­lah on­lara güclü qasırğa göndərmişdi və o özü ilə onlara vəh­şət­dən başqa bir şey gətirmədi.
ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

(51. 42) “O rastına gələn hər şeyi toz-torpağa çevirirdi”.

Bu qasırğa toxunduğu hər şeyi toza, torpağa çevirirdi. Belə acı tale vaxtilə nəhəng hakimiyyətə və böyük qüdrətə malik bir xalqa nəsib oldu. Lakin Allahın hakimiyyəti daha böyük və daha qüd­rət­lidir və heç bir günahkar amansız qisasdan xilas ola bilmə­yə­­cəkdir.

 ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
 (51. 43) “Səmudlulara da. Bir vaxt onlara deyilmişdi: “Bir müd­­dət faydalanın”.

Səmud xalqının məhv edilməsi də ibrət alınmalı bir dəlil idi. On­lara alicənab Saleh pey­ğəmbər (ə) göndərilmişdi. Səmudlular da onu (ə) yalançı saydılar və təkəbbürlə ona (ə) itaət etməkdən bo­yun qaçır­dı­lar. Allah onlara canlı dəlil olaraq bir dişi dəvə gön­dərdikdə, onlar dinə qarşı daha böyük ədavət və kin bəslədilər.

ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
(51. 44) “Onlar öz Rəbbinin hökmünə itaət etmədikləri üçün on­ları baxdıqları halda şiddətli bir səs öldürdü”.

Səmudluları bağrı çatladan bir fəryad yaxaladı və onlar Rəbbin cəzasını öz gözləri ilə gördülər.

 ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(51. 45) “Onlar hətta qalxa da bilmədilər və kimsə onlara yar­dım göstərmədi”.

Onlar qisasdan canlarını qurtara bilməkdən ötrü ayaq üstə qalxa da bilmədilər və özlərinə kömək edə də bilmədilər.

ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
 (51. 46) “Nuhun xalqını isə onlardan daha öncə... Çünki onlar da gü­nah­kar xalq idi”.
Daha əvvəllər Allah Nuhun (ə) xalqını məhv etmişdi, çünki o xalq öz peyğəmbərini (ə) rədd etmiş və Rəbbinə itaət etməmişdi. Göy­lər və yer onların üstünə öz sularını axıtmış və bütün ka­fir­lə­rin hamısı bir-bir suda boğulmuşdu. Fövqəluca Allah Onun hö­küm­­­lə­rinə riayət et­mə­yənlərə belə divan tutur.
Sonra Allah Özünün hüdudsuz hakimiyyəti və fövqəlqüd­rətini insanlara xatırladaraq, belə buyurur:

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(51. 47) “Biz qüdrətimiz sayəsində göyü inşa etdik və hə­qi­qə­tən, Biz onu genişləndiririk”.

Biz göyü gözəl, kamil məxluq kimi yaratdıq, onu yerdəki mə­ka­nı­­nızın qübbəsi etdik və onu daima genişləndiririk.
Allah təkcə göyləri deyil, Öz qullarının zənginliyini də ar­tı­­rır. Uc­suz-bucaqsız səhrada heç bir sürünən, dənizlərin nə­ha­yət­­­siz di­bin­­də heç bir balıq, göylərdə və yerdə heç bir canlı varlıq Föv­­qəluca Al­­lahın qayğısından və diqqətindən kənarda qalmır. O (Pak və Müqəddəs), Özünün bütün məxluqlarının, onların ya­şa­­­ma­sına bəs edən ru­­zisini təmin edir. O Pakdır və Onun Sə­xa­vəti bü­tün məxluqatı əha­tə edir! Hər məxluquna mərhəməti ilə Hi­ma­­yə­edən – Bərəkətlidir!
ﯶ ﯷ ﯸ ﯹ ﯺ

(51. 48) “Biz yeri döşədik və Biz necə də gözəl Dö­şə­yə­nik!”

Biz yeri insanlar üçün yumşaq yataq etdik. Onlar orada is­tə­dik­­lərini həyata keçirərək, yaşamaları üçün zəruri olan hər şeyi edə: ev tikə, ağac əkə, əkin becərə, məhsul yığa, istirahət edə və iş­lə­yə bilərlər. Hər bir məkanın özünə məxsus bəzi çatışmayan cə­hət­ləri olduğu üçün, Fövqəluca yeri belə gözəl və kamil xəlq et­di­yi üçün Özü Özünü tərifləyir. Öz mərhəməti və müdrikliyi sa­yə­sin­də O (Pak və Müqəddəs), yeri gözəl yaratmış və onu insanlar üçün zəruri olan hər şeylə təmin etmişdir.

ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
(51. 49) “Biz hər şeyi cüt xəlq etdik ki, bəlkə düşünəsiniz».

Biz heyvanları erkək və dişi olaraq yaratdıq ki, siz Allahın say­­­sız-hesabsız nemətləri və Onun müdrikliyi haqqında düşü­nə­si­niz. Axı məhz Onun sayəsində heyvanların kökü kəsilmir və onlar öz cins­lərini artır­maqda davam edirlər. Məhz Onun himayəsi al­tın­­da in­sanlar ev heyvanlarını yetişdirməyi, onlara qulluq etməyi və onlara zə­ruri vər­dişləri aşılayaraq, əvəzində onlardan çoxlu ne­mət­lər almağı öy­rəniblər.
Bu və digər ayələr insanları Allahdan qorxmağa və təkcə Ona səmimiyyətlə qulluq etməyə yönəldir. Buna görə, O (Pak və Müqəddəs), əvvəlcə bizə Onun ayələri üzərində düşünməyi, sonra isə, cəzalandırılma qarşısında xalis qorxu hissi keçirməyi və yalnız Onda sığınacaq axtarmağı buyurmuşdur. Fövqəluca belə buyurur:
ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ
(51. 50) “Allaha tərəf qaçın! Həqiqətən, mən sizə Ondan gəl­miş açıq-aydın bir xəbərdarlıq edənəm».

Allahın nifrətinə səbəb ola biləcək hər şeydən çəkinin və Onun bəyəndiyi nə varsa, onlara can atın. Nadanlıqdan biliklərə tərəf, al­lahsızlıqdan imana, itaətsizlikdən mütiliyə, laqeydlikdən dü­şüncə­li­liyə tərəf qaçın. Kim bunu etməyə nail olarsa, öz imanını tək­milləşdirər və bütün arzu etdiklərini və gözəl olan nə varsa əl­də edə bilər və bütün çirkin və xoşagəlməz şeylərdən çəkinmiş olar.
Allah xalis iman ağuşuna qayıtmağı qaçış adlandırır, çünki yal­­nız Onun yolunda insan əmin-amanlıq, sevinc və xoşbəxtlik tapır və ey­ni zamanda bütün digər yollar pisliklərlə və dəhşətli sonuclarla do­­ludur. İnsan həmişə bir şeyə yönəlirsə, digər şeydən qaçır, mömin isə, bir şeydən ehtiyat etdikdə, Allaha doğru can atır. O, bu şeydən nə qə­dər bərk ehtiyat edirsə, öz məqsədinə daha tez nail olur.

ﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙ
(51. 51) “Allahdan başqa, ilah uydurmayın. Həqiqətən, mən Onun sizə göndərdiyi xəbərdaredəniyəm».

Çoxallahlıq – insanın çəkinməli olduğu günahlardan sadəcə bi­ri de­yildir. Bu, günahların ən böyüyüdür. Allahın qulu bütlərə, hey­kəl­lərə, ölmüş saleh insanlara, qəbirlərə və fasiqlərin Allahla ya­naşı ilah­laşdır­dıqları şeylərə sitayiş etməkdən uzaq qaçmalıdır. O, yalnız Ona səmimi ibadət etməli, Ondan qorxmalı, Ona tə­və­k­kül etməli, kömək və bağışlanma haqqında Ona dua etməlidir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ

(51. 52) “Beləliklə, onlardan əvvəlkilərə elə bir elçi gön­də­ril­­mə­mişdi ki, ona mütləq: “O – sehirbaz və ya məcnundur!” de­mə­miş ol­sunlar”.

Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sa­la­mı ol­sun!) təsəlli verir, çünki müşriklər onu (s.ə.s.) yalançı sayır və haq­qın­da dəhşətli böhtan uydururdular ki, buna görə də o (s.ə.s.) bərk nara­hat olurdu. O (Pak və Müqəddəs), ona (s.ə.s.) xa­tır­la­dır ki, bütün zamanlarda kafirlər Allahın elçiləri (onlara Al­la­hın salamı olsun!) barəsində eyni şeyləri söyləyirdilər. Elə bir elçi gəl­mə­miş­di ki, onun xalqı onu sehr­baz və ya dəli adlandırmasın.

 ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(51. 53) “Doğrudanmı onlar bunu bir-birilərinə əhd etmiş­di­­lər? Əlbəttə yox! Onlar – həddi aşan insanlar idilər”.

Kafirlər özlərindən əvvəlkilərin sözlərini dəyişdirmədən tək­­­rar edirlər. Lakin onların həmrəyliyinə təəccüb etməyə dəy­məz, çünki bu­nun səbəbi – onların zalımlığı və azğınlığıdır. On­la­rın ürəkləri onlarda kök salmış pisliklərə bənzəyir, onların sözləri isə oxşardır, çünki onlar bu pisliklərlə qidalanırlar.
Kafirlərin əsil vəziyyəti belədir və bu barədə Fövqəluca bu­yu­rur: “Elmdən məhrum olanlar deyirlər: “Niyə Allah bizimlə da­nış­mır? Niyə ayələr bizə nazil olmur?” Eyni sözləri onlardan əv­vəl­ki­lər də deyirdilər. Onların ürəkləri oxşardır” (Bəqərə, 2/118).
Eyni şeyi möminlər haqqında da demək olar. Onların ürək­lə­ri haq­qa mütidir, elçilərə qarşı iman və ehtiramla doludur. On­la­rın nitqi həmişə gözəl və ləyaqətlidir.
ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(51. 54) “Onlardan üz çevir! Sən qınanmayacaqsan”.

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) əmr edir ki, onu (s.ə.s.) yalançı hesab edən və xütbələrindən im­tina edən günahkarlardan üz döndərsin. Onlara əhəmiyyət ver­mə və onları söymə, sənə həvalə olunmuş vəzifəni yerinə yetir­mək­də davam et. Səni onların günahlarına görə ittiham etmə­yə­cək­lər, çünki sənin vəzifə borcun – haqqı onlara çatdırmaqdır və sən öz borcunu qüsursuz icra etmisən, Rəbbin vəhyini artıq on­la­rın diqqətinə çatdırmısan.
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ            

(51. 55) “Sən nəsihət ver, çünki nəsihətin möminlər üçün fay­da­lıdır».

Nəsihət iki növ olur. Onlardan birinə, insanlara onların əv­vəl­lər ümumi təsəvvürə malik olduqları şeylərin təfsilatı ilə izah edil­məsi ki­midir. Allah insana ağıl və şüuraltı fitri duyğu əta et­miş­dir ki, onlar ona xeyiri sevməyi, şərə nifrət bəsləməyi və şər qar­şısında xeyirə üstünlük verməyi öyrədir. Allahın nazil etdiyi qa­nunlar in­sanın idrakı və şüuraltı fitrəti ilə həmahəng olur və bu qa­nunların açıqlanıb şərh edilməsi nəsihətin növlərindən biridir. Bu nəsihətin daha tam və mü­kəmməl olması üçün nəsihətçi dinin bə­yəndiyi əməllərin faydasını, xey­rini və cazibədar­lığını və həm də qünahların zərərliliyini və fəla­kətli olmasını insanlara izah et­mə­lidir.
Nəsihətin ikinci növü – möminlərə diqqətsiz və laqeyd ya­naşdıq­ları şeyləri xatırlatmaqdır. Müsəlmanlar bir-birilərinə öz və­zi­fə borclarını tez-tez xatırlatmalıdırlar ki, vəzifənin dərk edilməsi on­ların ürəyində kök salsın. Belə olduqda onların hər biri öz söz­lərinə və əməllərinə diqqətlə yanaşar və Fövqəlucanın bütün höküm­lərini yerinə yetirməyə səy göstərər. Belə nəsihət sayəsində mü­səlman daha fəal və çalışqan olur və bu məziyyətlər onlara xe­yirxahlıq etməyə və həmişə yalnız yük­səlməyə kömək göstərər.
Allah qeyd edir ki, nəsihətlər və xatırlatmalar yalnız mö­min­­lərə fayda verir, çünki təkcə onların ürəkləri imanla, Rəbbin cə­­zası qarşı­sında qorxu ilə və doğru yola gəlməyə və Allahın mər­hə­mətini qazan­mağa gös­tərilən səylə dolu olur. Bu barədə “əl-Əla” surəsində belə de­yi­lir: “Nəsihət fayda verdikdə, nəsihət ver. Qor­xan onu qəbul edər, ən bədbəxt isə ondan üz döndərər” (Əla, 87/9-11).
İmandan məhrum olan və nəsihətlərə qulaq asmaq is­tə­mə­yən­­lə­rə gəldikdə isə, nə nəsihətlər, nə xütbələr, yağış şoranlığa fay­da vermə­diyi kimi, onlara da fayda verməz. Bu fasiqlərə hər hansı ayə gəlsə də, onlar öz gözləri ilə şiddətli cəzanı görmədikcə, onsuz da iman gətir­məz­lər.
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(51. 56) “Mən cinləri və insanları yalnız Mənə ibadət et­mə­ləri üçün xəlq etdim”.

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), cinləri və in­­san­ları nə üçün yaratmış və nəyə görə onlara o qədər elçilər gön­dərmişdir. Rəbb qullarını xəlq etmişdir ki, onlar Ona ibadət et­sin­lər, Onu dərk edib sevsinlər, Onun razılığını qazanmağa səy gös­tərsinlər, Onun əmr­lə­rinə itaət etsinlər və özlərinə digər ilahlar ax­tarmasınlar.
Qullar öz Xaliqini dərk etmədikcə, bütün bunlar mümkün ol­­maz. İbadət qulun Fövqəluca Allahın sifətlərini tamamilə dərk et­məsi­nin dərin­liyindən asılıdır. O, öz Rəbbi haqqında nə qədər çox biliyə malikdirsə, bir o qədər də Ona yaxşı ibadət edir. Məhz bu­na görə Allah cinləri və insanları yaratmışdır və o şəxslər ki, Al­la­hın onlara ehtiyacı olduğu üçün onları yaratdığını düşünürlər, bərk yanılırlar.
 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(51. 57) “Mən onlardan ruzi istəmirəm və onların Məni ye­dir­­­mə­lərini də istəmirəm».

Allah heç kimə və heç nəyə möhtac deyil, amma bütün var­lıq­­lar Ona möhtacdırlar. İnsanlar və digər məxluqlar bütün iş­lə­rin­­də və bütün təşəb­büslərində öz Xaliqinin köməyinə möh­tac­dır­lar və buna gö­rə sonra Allah belə buyurur:
ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(51. 58) “Həqiqətən, Allah Ruziverəndir, Fövqəlqüvvət Sa­hi­­bi­­dir, Mətindir».

Onun bəxşişləri bol və zəngindir və nə göylərdə, nə də yer­də elə bir canlı məxluq yoxdur ki, bu hədiyyələrdən bəhrə­lən­mə­sin. O (Pak və Müqəddəs), bilir ki, qulları harada sığınacaq tapır­lar və harada ruzi axtarırlar. Onun fövqəlqüdrəti və hakimiy­yəti hü­dud­­­suzdur. Onların sa­yəsində O (Pak və Müqəddəs), yer və göy aləm­lərini xəlq etmiş, onla­rın sayəsində O (Pak və Mü­qəd­dəs), bü­tün Kainatda işləri idarə edir və bütün varlıqlar üzə­rində hökümranlıq edir. Onun iradəsi sarsılmazdır və buna görə dün­yada yal­nız Onun istədiyi baş verir. Heç bir şey Onun iradəsi əleyhinə baş ve­rə bilməz, heç kim Onun hakimiy­yətini laxlatmağa qadir deyil və elə bir yer yoxdur ki, Onun hökümranlığı al­tında olmasın. O (Pak və Müqəddəs), Fövqəlqüdrətlidir və Özünün föv­qəlqüdrəti sa­yəsində O (Pak və Müqəddəs), məxluqlarını Kainatın hər gu­şə­sində ruzi ilə təmin edir.
Öz fövqəlqüdrəti sayəsində O (Pak və Müqəddəs), ölüləri, onla­rın bədənləri soyuq torpaqda çürüyəndən sonra və ya onların külü kü­ləklərlə bütün dünyaya səpələnəndən sonra və ya da ki, me­yit­ləri vəhşi quşlar və yırtıcı heyvanlar tərəfindən parçalanıb gə­mi­­riləndən sonra da, dirildəcəkdir. İnsanın harada – uzaq bir səh­ra­lıqda və ya ucsuz-bucaqsız dənizdə həlak olmasından asılı ol­mayaraq, Allah onu nə­zə­rindən qaçırmır və həqiqətən bilir ki, onun bədəninin qisməti nədir. Həqiqətən, Fövqəlqüdrətli, Mə­tin Xa­liq pakdır!
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ

(51. 59) “Həqiqətən, zalımcasına davrananlara, onların tay­la­rı­nın qismətinə bənzər qismət hazırlanmışdır. Qoy onlar Məni tə­­ləs­dir­­mə­sinlər!”

Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbərlə (ona Al­la­hın sa­la­­vatı və salamı olsun!) zalımcasına rəftar edənləri və ona (s.ə.s.) iman gətir­mə­yənləri, əvvəllər onların küfür və zalımlıqda tay­ları olan­ları yaxalamış qisas və cəza gözləyir. Qoy onları cə­za­lan­­dır­maq­da Məni tələsdirməsinlər. Axı Mən, onlardan əv­vəl­ki­ləri it­ti­ham etdiyim qanun­lardan geri çəkilən deyiləm.
Əgər insan iman gətirməkdən inadkarcasına imtina edirsə və töv­bə etmək, doğru yola gəlmək niyyətində deyilsə, onda onu müt­­ləq Allahın cəzası gözləyəcəkdir. O, onun üçün təyin olunmuş saat çatdıq­da, heç nəyi dəyişdirə bilməyəcəkdir. Buna görə Föv­qəl­­uca qullarına Qiyamət gününü xatırladır və buyurur:


ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ

(51. 60) “Kafirlərə vəd olunan Günə görə vay onların ha­lı­na!”

Bu ayədə Qiyamət günündən və cəngindən qurtulub xilas ol­maq mümkün olmayacaq Cəhənnəmdə dəhşətli cəzadan bəhs edilir. Allah bizi ondan qorusun!








[1] Kafirlər nəzərdə tutulur. F.S.
[2] Allahdan qorxan mömin müsəlman. F.S.
[3] Cinli (cin tutmuş), dəli. F.S.
[4] Mənim verdiyim tərcümə: “O, özünü qınayarkən” ayənin rus dilindəki tərcü­mə­sində: “...он был достоин порицания” kimi çevrilmişdi ki, bu da ayənin əslinə və mən­tiqinə uyğun gəlmirdi. Bu yanlış variant Azərbaycan dilindəki bir sıra Quran tərcü­mələrində də eyni ifa­dələrlə verilmişdir ki, bu, əslində dilimizdəki tərcümələrin ori­ji­nallı­ğı­na dəlalət etmir. Lakin bəzi araş­dır­ma­lardan sonra ayənin əslində Fironun (L) “qına­nılmağa layiq olması” deyil, onun (L) özünün özü­nü artıq qınamasından bəhs olundu­ğunu müəyyən etdim (ərəb dilini bilənlər üçün: (“فَاَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِى الْيَمِّ وَهُوَ مُلٖيمٌ). Mənim verdiyim variant üçün bax: İmam Kurtubi. “Əl-Camiu li Əhkamil-Kuran». Bundan başqa Fironun (L) səcdə vəziyyətində aşkar edilmiş və neçə min­illiklərdən sonra aşkar edilmiş cəsədi də, onun ölüm ayağında Allah qarşısında tövbə etmək istə­diyinə şahidlik edir və bu ayənin tərəfimizdən verilən redaktəsini təsdiq­ləyir. Tər­cü­mə­çi­lə­ri­mizin isə Quran ayələrinin çevirilərində belə sərbəstlik etməsi yol­verilməzdir! Həm də ərəb di­lini bilib, Quranı tərcümə edənlər belə fərqləri görməli idilər və ayəni olduğu kimi tər­cümə etməyə səy göstərməliydilər. F.S.

Комментариев нет:

Отправить комментарий