среда, 2 мая 2012 г.

59. ƏL-HƏŞR SURƏSİNİN ŞƏRHİ


\º

ƏL-HƏŞR
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

Bu surə həmçinin “Bənu Nadir” adını almışdır. Böyük bir yə­hu­­di qəbiləsi bu adı daşıyırdı və Muhəmməd Peyğəmbərin (ona Al­la­hın sa­lavatı və salamı olsun!) peyğəmbərlik fəaliyyətinə baş­la­ma­sın­dan xey­li əvvəl Mədinənin yaxınlığında məskunlaşırdı. O (s.ə.s.), Mə­di­nə­yə hic­rət etdikdə bu qəbilə, bir çox digər yəhudi qə­bilələri ki­mi, Vahid Allaha və Onun Peyğəmbərinə (ona Allahın sa­lavatı və sa­lamı olsun!) iman gətirməkdən imtina etdilər. O vaxt o (s.ə.s.) Mə­di­nədə müsəl­man­ların qonşuları olan yəhudilərlə sülh mü­qaviləsi bağ­ladı. Bədr ya­xınlığında döyüşdən altı ay keçdikdən sonra Pey­ğəm­bər (ona Allahın salavatı və salamı olsun!) Nadir qə­bi­ləsinin ya­şa­dığı yerə gəlib, xahiş etdi ki, əl-Kiləb qəbiləsindən bir-neçə adam öl­dürmüş Əmr b. Umey əd-Dəmriyə görə fidyə ver­məkdən ötrü mü­səlmanlara kömək etsinlər.
Yəhudilər dedilər: “Biz sizə kömək edərik, Əbu əl-Qasim. Biz sə­nin məsələni həll edənə qədər burada otur». Onlar birgə qə­rar qəbul etmək üçün bir kənara çəkildikdə, şeytan onları ağır bir ci­nayətə yö­nəltdi ki, onlar qədərləri ilə təyin olunmuş bədbəxtliyə mə­ruz qalsınlar. Onlar qərara aldılar ki, Peyğəmbəri (ona Allahın sa­lavatı və salamı ol­sun!) öldürsünlər və dedilər: “Kim bu daşı gö­tü­rüb, onun başına elə atar ki, onun başını dağıtsın?” Bədbəxt bir gü­nahkar olan Əmr b. Cuhhaş adlı biri bunu etməyə söz verdi. On­da Salam b. Mişkam dedi: “Belə etməyin. Allaha and olsun ki, onu sizin sui-qəsdiniz haqqında xəbərdar edərlər və onda biz bi­rin­ci olaraq onunla bağladığımız müqa­viləni pozmuş olarıq”.
Rəbb həmin anda Peyğəmbərə (ona Allahın salavatı və sa­la­mı ol­sun!) yəhudilərin planı haqqında vəhy nazil etdi. Allahın El­çi­si (ona Allahın salavatı və salamı olsun!) ayağa qalxıb, tələsik Mə­di­nə­yə tərəf getdi. Səhabələri onun (s.ə.s.) dalısınca gedib, ona (s.ə.s.) çat­dı­lar və dedilər: “Sən elə qalxmısan ki, biz bunu heç hiss et­mə­mi­şik». O (s.ə.s.) yəhudilərin sui-qəsdi haqqında onlara xəbər verdi və son­ra onlara aşa­ğıdakı hökmü ilə məktub göndərdi: “Mədinəni tərk edin və bir də heç vaxt burada sakinləşməyin. Mən sizə on gün vaxt ve­rirəm və əgər bu müddət keçənədək sizi burada görsəm, başınızı kə­səcəyəm».
Bir-neçə gün ərzində yəhudilər köçməyə hazırlaşırdılar. La­kin sonra münafiqlərdən biri olan Abdullah b. Ubey b. Salul on­la­ra bir məktub göndərdi. Məktubda yazmışdı: “Evlərinizi tərk et­mə­yin. Mənim iki min adamım var ki, sizin qalanızda daldalana bi­lər­lər və sizə görə ölümə hazırdırlar”. Kureyza qəbiləsi və Qət­fan qəbiləsindən olan sizin müttəfiqləriniz də sizə kömək etməyə ha­zırdırlar».
Nadir qəbiləsinin ağsaqqalı Xuey b. Axtab ona vəd edilmiş yar­­dı­ma ümid edərək, Allahın Elçisinə (ona Allahın salavatı və sa­la­mı olsun!) belə bir namə göndərdi: “Biz öz evlərimizi tərk etmə­yə­cəyik və buna görə, nə istəyirsən, et». Bunu eşidən Allahın El­çi­si (ona Allahın salavatı və salamı olsun!), Allaha həmd etdi və sə­ha­­bələri o saat dö­yü­şə hazırlaşdılar. Müsəlmanların bayrağını Əli b. Əbu Talib (Allah ondan razı olsun!) aparırdı.
Yəhudilər öz qalalarında yerləşmişdilər, daş və oxlarla öz­lə­rini qoruyurdular. Abdullah b. Ubeyin tərəfdarları olan kureyz­li­lər və Qat­fandan olan müttəfiqləri onlardan xaincəsinə üz dön­dər­di­lər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) yəhu­di­lə­rin yaşadıqları yerləri mühasirəyə aldı və səhabələrinə əmr etdi ki, onların xurma ağaclarını kəsib yandırmağa başlasınlar. Necə bir vəziyyətə düşdük­lərini dərk edərək, yəhudilər Peyğəmbərə (ona Allahın salavatı və sala­mı olsun!) məktub yazıb, Mədinəni tərk etmək istədiklərini bildirdilər. Peyğəmbər (ona Allahın sala­va­­tı və salamı olsun!) mühasirəni qaldırdı və onlara imkan verdi ki, yığışsınlar, ailələri və dəvələrinin apara biləcəyi mallarını (si­lahdan başqa) aparsınlar. O (s.ə.s.) beləliklə yəhu­dilərin mal-mül­­künə və silahlarına sahib oldu. Qənimət bütöv­lüklə Pey­ğəm­bə­rin (ona Allahın salavatı və salamı olsun!) ixtiyarına keçdi və mü­səl­manların ehtiyacına sərf edilməsi üçün təyin olundu.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hərbi qə­­­ni­­­mə­ti, tələb olunduğu kimi, beş hissəyə bölmədi, çünki Allah ona (s.ə.s.) bu qəniməti mübarizəsiz bəxş etmişdi. Müsəlmanlar at­­­la­rı­nı yəhərləmə­miş­dilər və qələbəyə nail olmaq üçün güc sərf et­­məmişdilər. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun!) yə­­­hu­diləri öz başçıları Xuey b. Axtabla birlikdə Xeybərə qovdu. Mü­­səl­manlar da onların torpaqla­rını, evlərini və silahlarını ələ ke­­­çir­dilər. Qənimətlərin arasında əlli ədəd zirehli geyim, əlli də­bil­qə, üç ­yüz qırx qılınc vardı. Bu surədə xatırlanan hadisələrin qı­sa təs­viri belədir.

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ

(59. 1) “Göylərdə olanlar da, yerdə olanlar da Allahı şərəf­lən­­di­rir­lər. O – Fövqəlqüdrətlidir, Müdrikdir».

Göylərin və yerin bütün sakinləri Allahı sərəfləndirir, Onun qü­sursuz sifətlərini tərifləyir, Ona ibadət edir və Onun föv­qəl­qüd­­rəti qarşısında itaət edirlər. Fövqəlqüdrətli və Müdrik adları Onun gözəl adları arasındadır. Bütün varlıqlar Onun ha­ki­miy­yə­ti­nə ta­bedir və Onun üçün heç bir çətin və mümkün olmayan şey yox­dur. Onun məxluqları və hökümləri hikmətlə doludur, çünki O (Pak və Müqəddəs), heç nəyi əyləncə xatirinə yaratmır, yalnız fay­da­lı ehkamlar nazil edir və O (Pak və Müqəddəs), Öz ilahi müd­rik­li­yinin tələb etdiyini həyata keçirərək gerçək­ləşdirir.

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(59. 2) “O – Kitab əhlindən olan kafirləri ilk dəfə toplayıb öz diya­rından Qovandır. Siz onların gedəcəklərini bilmirdiniz. On­lar isə elə zənn edirdilər ki, qalaları onları Allahdan qoru­ya­caq. Lakin Allah onları gözləmədikləri yerdən yaxaladı və ürək­lə­rinə qorxu sal­dı. Onlar evlərini öz əlləri və möminlərin əlləri ilə dağıtdılar. Ey görməyi bacaranlar, nəsi­hətlərə qulaq asın!”

O (Pak və Müqəddəs), Elçisinə (ona Allahın salavatı və sa­la­mı ol­­sun!) Kitab əhlindən olan kafirlər üzərində qələbəni bəxş etdi və sülh müqaviləsini pozduqlarına və xəyanətkarlıqlarına görə Na­­dir qə­bi­lə­si­ni seçib bəyəndikləri məskənlərindən və tor­paq­la­rın­dan qov­du. Yəhu­di­lər hazırlaşıb, Mədinəni tərk etdilər, lakin bu yalnız ilk top­lanış və Muhəmməd Peyğəmbərin (ona Allahın sa­­lavatı və sa­la­mı olsun!) vax­tında keçirəcəkləri həyəcanların hələ baş­­­lanğıcı idi. Qu­ran ayəsi hələ gələcəkdə də yəhudiləri topla­nış­la­­rın və sür­gün­lə­rin gözlədiyinə işarə edir. Bu öncəgörüm əvvəlcə Mu­­həmməd Pey­ğəm­bər (ona Allahın sa­lavatı və salamı olsun!) yə­­hudiləri Xeybərdən qo­varkən, sonra Ömər b. əl-Xəttab (Allah on­­dan razı olsun!) bu əra­zi­də qalan yəhudilərə oranı tərk etməyi əmr edərkən gerçəkləşdi.
Ey müsəlmanlar! Siz hətta güman edə bilməzdiniz ki, onlar öz doğma evlərindən çıxıb gedərlər, çünki yəhudi yaşayış mən­tə­qə­­ləri yaxşı möhkəmləndirilmişdi və onlar alınmaz qala kimi idi. Yə­­hudilər özləri də qala divarları arxasında kifayət qədər güclü idi­lər. Onlar ümid edirdilər ki, qalaları onları Allahdan qoruya bi­lər və öz güclərinə güvənirdilər. Onlar özləri özlərini aldat­mış­dı­lar və belə hesab edirdilər ki, heç kim onları məğlub edə bilməz. La­kin Allah fövqəlqüdrətlidir və istənilən qoşunların öhdəsindən gə­lər. Nə qalalar, nə qüllələr insanları Ondan qoruya bilməz. Belə bir mü­b­a­rizədə nə qüdrət[1], nə müdafiə heç bir fayda gətirə bil­məz.
Fövqəluca Allah onları gözləmədikləri yerdən yaxaladı və on­­la­rın ürəyinə qorxu saldı. Qorxu və dəhşət – Allahın ən böyük si­­la­hıdır ki, ona nə sayla, nə bacarıqla, nə qüdrətlə, nə də güclə qə­ləbə çal­maq olmaz. Yəhudilər zənn edirdilər ki, onların mü­da­fiə­­sində qalalar onları qoruya bilər və buna görə onlar qala di­var­la­­rı arxasında özlərini rahat hiss edirdilər. Hər kəs ki, Allahdan baş­­qa nəyəsə ümid bağla­yarsa, Rəbbin yardımından məhrum olar. Kim də Allahdan başqa ki­mə­sə özünü təslim edərsə, öz çiy­ni­nə daşıya bilməyəcəyi ağır yük gö­türmüş olar.
Buna görə göylərdən gələn zərbə onların ən zərif yerinə – ürək­­lərinə dəydi. Axı məhz ürəklər elə bir yerdir ki, dözümlülük və səbirlilik, ruhdan düşmə və zəiflik onlarda bərqərar olur. Bu­dur, yəhudilərin qüdrəti və gücü puç oldu, onların yerini zəiflik, ümid­­sizlik və qorxaqlıq tutdu ki, onlar bundan xilas ola bil­mə­di­lər. Məhz bu onların məğlubiyyətinin səbəbi oldu.
Yəhudilər özləri öz evlərini dağıdırdılar və müsəlmanları da buna sövq edirdilər. Onlar bunu, Allahın Elçisinin (ona Allahın sa­­la­­va­tı və salamı olsun!) onlara yalnız dəvələrinin apara bilə­cək­lə­ri şeylərini götürməyi əmr etməsi ilə əlaqədar idi. Belə olduqda, on­lar evlərinin da­mını sökməyi qərara aldılar (halbuki vaxtı ilə on­lar bu evləri qoruyar, onlarla fəxr edərdilər) və müsəlmanları da buna sövq edirdilər. Onlar öz bədbəxtliklərində günahkar öz­ləri idilər və özlərinə ziyan vurur­dular.
Bunda, iti ağla və sağlam düşüncəyə malik olanların hamısı üçün nəsihət vardır. Yuxarıda təsvir edilən hadisə əyani surətdə təs­diq edir ki, Allah haqqın düşmənləri və alçaq ehtiraslara qul olan­larla necə rəftar edir. Fövqəluca Allah onları törətdikləri gü­nah­lara görə cəzalan­dıranda qüdrət yəhudilərə fayda vermədi, is­teh­kamları onları qoruya bil­mədi. Amma bu nəsihətin – ibrətin mə­nası çox böyükdür və konkret bir hadisə ilə məhdud­laşmır.
Müzakirə etdiyimiz ayə bu ibrət üzərində düşünmək hök­mü­­nü nəzərdə tutur və deməli, bənzər faktlar arasında oxşarlığı araş­­dırmaq, bunlardan irəli gələn qanunauyğunluqlar üzərində dü­­şünmək, onların mənaları və hikməti haqqında fikirləşmək la­zım­­dır. Bunların sayəsində isə insan təfəkkürü təkmilləşir, şüur in­­kişaf edir, iman artır və şeylərin mahiyyəti haqqında əsil tə­səv­vü­­rə nail olunur.
Sonra Fövqəluca Allah xəbər verir ki, yəhudilərə lazım olan cəza tam verilmədi və onların iztirabları yüngülləşdirildi.

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(59. 3) “Əgər Allah onlara sürgün edilmə yazmasaydı, on­da O, on­lara bu dünyada iztirab verərdi. Axirətdə isə onlara Od­da əzab-əziy­­yət hazırlanmışdır”.

Əgər Allah onlara doğma yerlərini tərk etmək hökmü ver­mə­­səy­­di və bunu öncədən təyin etməsəydi, onda onları tamamilə baş­qa qisas və cəza haqlayardı. Lakin Allahın qədəri dəyişməzdir. Hər­çənd bu dün­yada iztirablı cəza yəhudilərdən yan keçmişdir, on­lara Axi­rət hə­ya­tında – Cəhənnəm odun­da sarsıdıcı cəza ha­zır­lan­mışdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ

(59. 4) “Bu, şübhəsiz ki, onların Allaha və Elçisinə mü­qa­vi­­mət göstərdiklərinə görədir. Kim Allaha müqavimət göstərsə, bil­­­sin ki, Allah­ın cəzası sərtdir».
Onlar bu cəzaya layiq idilər, çünki Allahdan və Onun Elçi­sin­dən (ona Allahın salavatı və salamı olsun!) uzaqlaşmışdılar, yə­ni, di­nə nif­rət bəsləyir, ona qarşı mübarizə aparır və ciddi-cəhdlə onun tə­ləb­lərinə itaətsizlik göstərirdilər. Axı Allah Ona itaət et­mək­dən bo­yun qaçıran və Onunla düşmənçilik edənləri sərtliklə cə­zalandırır.

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(59. 5) “Nə qədər xurma ağacı doğradınızsa və ya onları öz kök­­­­ləri üstündə saxladınızsa, – buna icazəni Allah vermişdi ki, fa­­siqlər rüsvay olsunlar”.

Nadir qəbiləsindən olan yəhudilər Allahın Elçisini (ona Al­la­hın sa­lavatı və salamı olsun!) və müsəlmanları onlar xurma ağac­la­rını və digər ağacları kəsdiklərinə görə qınayırdılar. Onlar be­lə he­sab edirdilər ki, müsəlmanlar onların torpağında özbaşı­na­lıq edir­lər və bunu onların cinayəti kimi təqdim edirdilər. Belə ol­duq­da Föv­qəluca Allah buyurur ki, müsəlmanlar yalnız Rəbbin hök­münü ye­­rinə yetirirdilər ki, gü­nah­karları biabır etsinlər. On­la­rı xurma ağac­­larını kəsməyə və yandırmağa Rəbb sövq etmişdi ki, bununla ka­­firləri cəzalandırsın, rüsvay etsin və alçaltsın və onlar öz­lərinin ta­­mamilə gücsüz olduqlarını görsünlər. Yə­hu­dilər öz ağac­larını qo­ru­­ya və xilas edə bilmədilər. Bir zamanlar məhz bu xur­ma plan­ta­si­ya­ları onların hakimiyyətinin dayağı olmuşdu.
Ən səhih şərhlərdən birinə əsasən, ərəb sözü olan “lina” (bu­ra­da: “xurma ağacı” mənasındadır) xurma ağaclarının bütün müx­tə­lif növ­lə­rinə aiddir.
Nadir qəbiləsinin qisməti belə olmuşdi və onların dünya hə­ya­­­tın­­da da cəzası belə olmuşdu. Sonra Fövqəluca Allah yəhu­di­lə­rin ma­lı­­nın və mülkiyyətinin kimə qalması haqqında xəbər ve­rə­rək, belə bu­yu­rur:

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ                                          

(59. 6) “Allahın Öz Elçisinə onlardan qaytardığı qənimətə doğ­­­­ru siz nə at, nə də dəvənin löhrəm qaçışı ilə çapmısınız, am­ma Allah Öz elçilərinə istədiklərinin üzərində hakimiyyət bəxş edir. Allah hər şeyə qadirdir”.

Ey müsəlmanlar! Allah, əvvəllər bu yerlərdə yaşayan Nadir qə­­bi­lə­sinin mülkiyyətini və var-dövlətini Öz Elçisinə (ona Allahın sa­la­­vatı və salamı olsun!) hədiyyə etmişdir. Siz bu döyüşə öncə­dən hazırlaşma­mış­, elə də səy göstərməmişdiniz və öz minik hey­­­vanlarınızı ça­pıb yor­mamışdınız. Allah düşmənlərinizin ürə­yi­­nə qorxu salan kimi, onlar sizin mərhəmət edəcəyinizə təslim ol­du­­lar. Həqiqətən, Allah el­çi­lərinə (onlara Allahın salamı olsun!) is­­tə­dikləri üzərində hökümranlıq et­məyi bəxş edir. Onun səltənəti və fövqəl­qüdrəti hüdudsuzdur və bu­na görə heç kim Onun ira­də­si­­nə müqa­vimət göstərə bilməz və heç kim də Onun izni olma­dan qüd­­rət əldə edə bilməz.
Müsəlmanların qorxudulub qaçmış düşməndən döyüşsüz əl­­də et­dikləri hərbi qənimətlər müsəlman ilahiyyatçılarının dilin­də “fey” (“qay­tarılmış bir şey”) adlandırılır. Onların bu adı alma­sı, Allahın ne­mətini dadmağa belə layiq olmayan kafirlərin bu ne­mə­t­­ləri müsəlman­lara qay­tarması ilə bağlıdır, çünki maddi ne­mət­­lər haqq ilə yalnız onlara məx­susdur.

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(59. 7) “Allahın məskənlərin sakinlərindən Elçisinə qay­tar­­dığı qə­ni­mətlər Allaha, Elçisinə, qohumlarına, yetimlərə, ka­sıb­­lara və sə­fərdə olanlara aid edilmişdir ki, o, aranızdakı var­lı­la­­rın əlinə keçmə­sin. Elçi­nin sizə verdiyini götürün və sizə ya­saq etdiyindən uzaq durun. Allah­dan qorxun, çünki Allah cəza­lan­dırmaqda sərtdir”.

Fey haqqında qanun bütün belə oxşar hallara aiddir, çünki Al­lah: “Allahın Öz Elçisinə məskənlərin sakinlərindən qaytar­dı­ğı qə­nimət­lər” – deyə buyurur. Burada, Muhəmməd Peyğəmbər (ona Al­lahın sa­la­vatı və salamı olsun!) zamanında və ya önun (s.ə.s.) ölü­mün­dən son­ra müsəlman əmirlərinin idarəsi zamanı əl­də edilmiş hər hansı məs­kən­lər nəzərdə tutulur. Fey Allah və Onun Elçisi (s.ə.s.), Elçinin (s.ə.s.) qohumları, yetimlər, kasıblar və sə­fərdə olan­la­rın arasında bölüşdü­rü­lür. Bu ayə “əl-Ənfal” su­rə­si­nin aşağıdakı ayə­sinə bənzəyir: “Bilin ki, əgər siz qənimət ələ ke­çir­­misinizsə, onun beşdə bir hissəsi Allaha, Elçisinə, yaxın qo­hum­larına, ye­tim­lə­rə, kasıblara və səfərdə olanlara aid edil­mişdir...” (Ənfal, 8/41).
Beləliklə, fey beş hissəyə bölünür. Beşdə bir hissə Allaha və Onun Elçisinə (s.ə.s.) və ümumiyyətlə müsəlmanların ehti­yac­la­rı­na sərf edilir. Beşdə bir hissə Peyğəmbərin (s.ə.s.) qohumlarına ay­rı­lır və yaşa­dıqları yerdən asılı olmayaraq Haşimin və əl-Mu­təl­li­bin nəsillərinin ki­şi və qadınları arasında bərabər bölünür. Qə­ni­mət yalnız Haşimin və əl-Mutəllimin törəmələri arasında bölüş­dü­rülür, Əbu Manaf nəslinin qalan nümayəndələrinin ona haqqı yox­dur, çünki dərədə əl-Mutəllibin nəsli Haşimin nəslinə birləşib, Mu­həmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) kö­mək etdikləri zaman, qureyşlilər onun (s.ə.s.) qohum­larını bay­kot etməyi qərara alaraq, onlarla düşmənçilik et­məyə başla­mış­dı­lar. Buna görə Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) əl-Mutəllibin nəsli haqqında belə demişdir: “Onlar məni nə ca­hillik dövründə, nə də islam dönəmində tərk etmirlər”.
Feyin beşdə bir hissəsi atalarını itirmiş və həddibuluğa çat­ma­mış kasıb yetim hesab olunan uşaqlara paylanır. Yoxsullar və yad ölkədə sə­fərdə olduğu halda yaşamağa vəsaiti olmayanlar da beş­də bir hissə alırlar.
Fövqəluca qəniməti elə bölüşdürmüşdür ki, o, varlı və fi­ra­van ya­şayan insanların əlinə düşməsin. Əgər bu müdrik qanun ol­ma­say­dı, varlılar qənimətləri öz aralarında bölərdilər, köməksiz yox­sul­la­ra isə bir quruş də qalmazdı. Belə ədalətsizlik çox böyük bə­lalar gə­ti­rər­di ki, onların bütün ağır nəticələri yalnız Tək Allaha bəl­lidir.
Əgər insanlar Allahın iradəsinə itaət və şəriət qanunlarına ria­yət etsələr, onda onlar saysız-hesabsız nemətlərə nail olarlar. Bu­na gö­rə Allah möminlərə ümumi qaydalar nazil etmiş və belə bu­yur­muş­­dur: “Elçinin sizə verdiyini götürün, qadağan et­di­yin­dən uzaq olun». Bu, bütövlükdə həm müsəlman etiqadına, həm də şə­ri­ət qanunlarına aid­dir. Allahın hər bir qulu Muhəmməd Pey­ğəm­bə­rin (ona Allahın sala­vatı və salamı olsun!) əmrlərinə bü­tün­lüklə və ta­­mamilə itaət etməli və onun (s.ə.s.) nəsihət­lərini əlin­də rəhbər tut­m­a­­lıdır. Onunla hər hansı bir məsələdə razı­laş­ma­­maq isə ilahi hök­mü­­nə ziddir. Peyğəmbərin (ona Allahın sa­la­va­tı və salamı olsun!) hər hansı bir məsələyə dair qə­rarı Allahın Öz qərarı gücündədir və heç kim heç bir şəraitdə Allahın Elçisinin (ona Allahın salavatı və sa­­lamı olsun!) iradəsinə etiraz etmək və ya kiminsə rəyini onun söz­lərindən üstün tutmaq haqqına malik de­­yildir.
Sonra Rəbb möminlərə Ondan qorxmağı əmr edir, çünki bu­nun sayəsində Allahın qulu öz qəlbini və ürəyini möh­kəm­lən­di­rir, öz dün­yə­vi və Axirət həyatını sahmana salır, əbədi Səadətə və bö­yük qismətə nail olur. İnsan dindarlıqdan və möminlikdən məh­rum olduqda, özü­nü sonsuz məhrumiyyətlərə və iztirablara məh­kum edir. Elə buna görə də Fövqəluca Ondan qorxmağı bu­yu­rur. Hə­­qiqətən, O (Pak və Müqəddəs), Onun hüzu­runda qorxu his­si ke­çir­­məyəni və öz alçaq istəklərinə güzəştə gedəni sərt cə­za­landırır.

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ

(59. 8) “Həm də öz ellərindən və mallarından uzaq­laş­dırıl­mış kasıb mühacirlərə də. Onlar Allahın lütfünü və razılığını qa­­zan­­mağa səy göstərir, Allaha və Onun Elçisinə kömək edirlər. On­­lar sədaqətli olan­lardır”.

Sonra Fövqəluca xəbər verir ki, feyi sadalanan beş dərəcə in­­san­lar arasında bölmək hökmünün hikməti və səbəbi ondan iba­rət­dir ki, məhz onlar qayğıya və yardıma digərlərindən daha la­yiq­dir­lər. Onla­rın arasında mühacirlər də var idi ki, onlar Allahın lü­tüf­kar­lığına və Onun Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) mə­həbbətinə na­il olmaq xatirinə, vətəni, bəyənib alış­dıq­ları ev-eşik­lə­rini tərk edərək, ya­xın qohumlarından və sevdikləri in­sanlardan və yığdıqları mal-döv­lət­dən ayrılaraq Mədinəyə hic­rət etmiş­dilər.
Onlar sədaqətliydilər və bu ada layiqdilər, çünki dinin bü­tün tə­ləblərini yerinə yetirirdilər və öz etiqadlarını saleh əməlləri və Xaliqə sə­mimi ibadətləri ilə təsdiq edirdilər. Onlar, özlərini mö­min adlan­dı­ra­raq, mübarizədən çəkinən, Allahın yolu uğrunda hic­rətdən imtina edənlərə və Ona ibadət etməyənlərə ox­şa­mırd­ı­lar.

ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ
(59. 9) “Evlərində yaşayanlar və onlaradək iman sahibi olan­­­­lar, on­lara hicrət edənləri sevirlər və onlara əta edilənə ehti­yac duy­mur­lar, özləri müqabilində, hətta ehtiyac içində olduq­la­­­rına baxma­yaraq, onlara üstünlük verirlər».

Hərbi qənimətin bir hissəsinə ənsarların da haqqı var idi. On­lar iman gətirmiş Mədinə sakinləriydilər. Onlar əl-Aus və əl-Xəz­rəc qə­­bi­lə­­ləriydi və Allahın, Onun Elçisinin (ona Allahın sala­va­tı və sa­la­mı ol­sun!) iradəsinə könüllü olaraq itaət etmişdilər. On­lar Mu­həm­məd Peyğəmbəri (ona Allahın salavatı və salamı ol­sun!) sə­mi­miy­yət­lə sev­miş, ona (s.ə.s.) etibarlı sığınacaq vermiş, onu (s.ə.s.) hər han­sı düş­mən­dən mühafizə edəcəklərini qərara al­mış və bütün baş­qa tor­paq­­lar mü­haribə, müşriklik və şər ocağı ol­du­ğu bir zamanda, öz şə­hə­rini hicrət etmiş möminlər üçün doğma bir yurda çe­vir­miş­di­lər.
Allahın dininə kömək etməyə çalışanların hamısı Allahın və El­­çi­sinin (ona Allahın salavatı və salamı olsun!) köməkçiləri olan ən­sarla­rın tərəfinə keçirdilər. Bu, islam möhkəmlənənədək və bü­tün dünya­ya yayılanadək davam etdi. Müsəlmanlar isə in­san­la­rın ürəklərini elm­lə, imanla və Quranla, ölkələri isə qılınc və si­lah­la fəth edirdilər.
Ənsarların gözəl məziyyətlərindən söz salarkən, Fövqəluca Al­­lah xüsusilə vurğulayır ki, onlar yanlarına hicrət edən müsəl­man­ları sevdi­lər, çünki hələ öncədən onlar Allahı və Onun Elçisini (ona Allahın sa­lavatı və salamı olsun!) və Allahı və Onun dinini se­vən­lərin hamısını sevmişdilər. Onlar mühacirlərə verilənə heç bir meyl göstərmirdilər və Allahın mü­hacirlərə əta etdiyi lülüf­kar­lı­ğa və yalnız onlara bəxş etdiyi məziyyətlərə həsəd çəkmirdilər. Bü­tün bunlar onu göstərir ki, ənsarlar çox comərd və səxavətli in­san­lar idilər, pislik, paxıllıq onların ürəyində özünə yer tap­ma­mış­dı.
Bu ayə mühacirlərin ənsarlardan üstün tutulmasına dəlalət edir, birincisi, ona görə ki, Allah mühacirləri əvvəlcə xatırlayır, ikin­ci­si isə, O (Pak və Müqəddəs), xəbər verir ki, ənsarlar mü­ha­cir­lə­rə bəxş edi­lənə həsəd çəkmirlər. Sözsüz ki, Fövqəluca Allah mü­ha­cir­lə­ri, nə ən­sarların, nə də başqalarının almadığı mükafatla şə­rəf­ləndirir. Bu da çox ədalətlə edilmiş­dir, çünki onlar nəinki Pey­ğəm­bərə (ona A­llahın sa­lavatı və sa­lamı olsun!) kömək etmiş və həm də Allahın yo­lunda hic­rət etmişdilər.
Lakin ənsarlar da, başqalarını ötüb keçdikləri gözəl mə­ziy­yət­­lər­­dən məhrum deyildilər. Bu məziyyətlərdən biri – onların hic­rət et­miş qardaş və bacılarına, özləri ilə müqayisədə, co­mərd­cə­si­nə üs­tün­lük ver­mələri idi, halbuki elə özləri də sıxıntılı vəziy­yət­də ya­şa­yır­dılar. Əgər insan özü ilə müqayisədə başqasına üstün­lük verirsə, hət­ta özü­nün buna ehtiyacı olduğu halda, hətta özü sı­xıntılı və­ziy­yət­dəykən öz mal-mülkünü başqa­sına bağışlamaqla ianə verirsə, on­da hesab etmək olar ki, onun səxavəti və comərdliyi ka­milliyə çat­mı­ş­dır[2].
Bu məziyyətlər yalnız nəcib əxlaqa malik və Fövqəluca Al­­la­hı öz ehtiraslarından və maddi ləzzətlərdən daha güclü se­vən in­sanlara məx­susdur. Bunun nümunəsi kimi, ənsarlardan bi­rinin ba­şına gələn əhvalatdır ki, bu ayə də onunla əlaqədar na­zil edil­miş­di. Bir dəfə onun evində qonaqları gecələyən za­man, o, onları ye­dizdirməyi üstün tutdu, özü arvadı və uşaq­ları ilə ac yatdılar.
Belə alicənablıq tamahkarlığa və xudbinliyə ziddir. Co­mərd­­lik – tərifəlayiqdir, fayda güdmək və yalnız özünü düşün­mək qı­na­nıl­mağa la­yiqdir, çünki xəsisliyin və acgözlüyün tə­za­hü­­rü­­dür. O kəs­lər ki, səxa­vətlidirlər, tamahdan xilas edilmişlər və on­­lar hök­mən uğur əldə edə­cəklər. Əlbəttə, söhbət o kəs­lər­dən ge­dir ki, on­lar öz qəlbini nəinki yal­nız tamahkarlıqdan, həm də di­gər nöq­san­lar­dan qorumuşlar. Əgər in­san onlardan xilas ol­mağa nail ola bi­lir­sə, onda o, Allahın və Onun Elçisinin (ona Al­la­hın s­a­la­­vatı və sa­lamı olsun!) hökümlərinin qarşısında ita­ətkar olur və on­­ları mü­ti­lik­lə icra edir. Allahın qadağan etdiyi şey­lərin ha­mısı, əgər onun nəf­si onlara meyil edir və cəzb edilirsə belə, ona yad olur. O, öz var-dövlətini Allah yolunda sərf etməyə baş­la­yır ki, Onun mər­hə­mə­tinə nail olmağa və əbədi Səadət qazan­ma­ğa səy gös­­­tərsin. Hə­qi­qətən, özlərini tamah­kar­lıq­dan və nöq­san­lardan qo­ruya bil­mə­yən­lər bütün bunlardan məh­rumdurlar. Onlar gir­da­bın daha da də­rinliklərinə batırlar, xe­yirxah işlər görməyə xəsislik edir­lər ki, bu da bütün bəlaların mənbəyidir.
Beləliklə, bu ayələrdə Fövqəluca Muhəmməd Peyğəmdərin (ona Allahın salavatı və salamı olsun!) pak səhabələrini – müha­cir­ləri və ənsarları xatırladır. Onlar islam ümmətinin böyük imam­ları idilər və ehtirama və mükafatlara layiq görüldülər və on­lara qədər olanların və onlardan sonra gələnlərin hamısını qa­baq­layıb, ötüb keçdilər. Öz işləri və öz imanları sayəsində onlar mü­səlmanlar arasında ən yaxşılar və təqvalılar arasında birincilər ol­dular.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(59. 10) “Onlardan sonra gələnlər isə deyirlər: “Ey Rəb­bi­miz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla! Ürək­­lə­ri­mizə iman gətirənlərə kin və həsəd hissi salma! Ey Rəb­bi­­miz! Hə­qiqətən, Sən – Şəfqətli və Rəhimlisən!”

Səhabələrin yolu ilə getmək və onları nümunə götürmək bü­tün sonrakı nəsillər üçün şərəfdir. Buna görə Fövqəluca bu­yu­rur ki, mü­ha­cir­lərin və ənsarların ardıcılları belə deyirlər: «...Ey Rəb­bimiz! Bi­zi və bizdən əvvəl iman gətirən qardaşlarımızı ba­ğış­la!...” Bu dua müsəl­man­ların nəinki təkcə özlərinin ba­ğış­lan­ma­ğa layiq ol­ma­ğa can atdıq­larını, həm də onların digər mö­min­lə­rə xeyirxah mü­na­si­bət bəsləmə­lə­rini xü­susilə nəzərə çarpdırır. On­lar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) sə­ha­bə­lərindən ötrü, həm də onlardan əvvəlkilər və onların mömin ar­dı­cılları üçün dua edirlər. Haqq dinin üstünlüyünün biri də elə bun­dadır: möminlər bir-biri­lə­rinə kömək edirlər və bir-biri­lə­rin­dən ötrü dua edirlər. Onları bir­ləş­di­rən imandır ki, müsəlmanları bir-birinə qar­daşlıq hissləri bəs­lə­mə­yə çağırır. Müsəlman qar­daş­lı­ğı­nın təzahürlə­rindən biri isə onların bir-biriləri üçün dua etməsi və qarşı­lıqlı məhəbbətdir.
Bax buna görə müsəlmanlar Rəbbə dua edirlər ki, onların ürə­­yi­nə din qardaşlarına qarşı bir damcı da olsa belə kin-küdurət sal­masın. Bu yara­maz duyğu olmadıqda, onun yerini möminlərə mə­həbbət hissi, onlarla dostluq, onlara saxta olmayan xeyirxahlıq his­si və bir möminin digə­rinə bəsləməli olduğu bütün hər hansı gö­zəl hisslər tutur.
Fövqəluca, səhabələrdən sonra islamı qəbul etmiş müsəl­man­­la­rı mömin adlandırır. Onların dualarının sözləri göstərir ki, Pey­­ğəm­bə­rin (ona Allahın salavatı və salamı olsun!) səhabələrini və onların ar­dı­cıl­larını vahid bir din və ümumi olan baxışlar bir­ləş­dirir. Bu şə­rə­fə yal­nız Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı olsun!) əsil ar­dı­cıl­ları və va­hid ümmətin tərəfdarları layiq gö­rü­­lürlər, çünki başqa heç kim tam mənada yuxarıda xatırlanan key­fiyyətlərə malik olmur.
Mömin müsəlmanlar həmişə öz səhvlərini və günahlarını eti­raf edirlər, özləri və başqaları üçün bağışlanma diləyirlər, Alla­ha öz qar­daş­larına kin və ədavət bəsləməkdən onları xilas etməyə dua edir­lər. Bütün bunlara dəlalət edən onların Allaha etdikləri dua­ların söz­ləridir. Həqi­qətən də, bu sözlər onların bir-birinə bəs­lə­diyi mə­həb­bətlə dolu­dur. Bu məhəbbət müsəlmanları, özləri üçün istədik­lə­rini öz qardaşları üçün də arzu etməyə, onlara, uzaq və ya ya­xın­lıq­larından, diri və ya ölü olma­sından asılı olmaya­raq, sə­mimi və şəf­qətli olmağa yönəldir. Bu şərəfli ayə möminlərin bir-bi­rinin qar­şı­sın­da öz vəzifələrinə necə ri­ayət etməli olduqlarını öy­rədir.
Sonra Rəbb xüsusilə qeyd edir ki, onlar öz namazlarını Al­la­ha Onun gözəl adları olan Şəfqətli və Rəhimli adları vasitəsi ilə mü­raciətlə bitirirlər. Allahın bu iki mübarək adı Onun məx­luq­la­rı­na mərhəmə­ti­nin, rəhminin və lütüfkarlığının kamilliyinə dəlalət edir. Bunların ən bö­yük təzahürü – Allahın, Onun qarşısında və in­s­anlar qarşısında öz və­zifələrini yerinə yetirməkdə qullarına kö­mək göstərməsidir.
Beləliklə, Fövqəluca mömin müsəlmanların – mühacirlərin, ən­­sar­­ların və onların ardıcıllarının məziyyətlərini və keyfiy­yət­lə­ri­ni qeyd edir. Məhz onlar hərbi qənimətlərdən pay almaq hü­qu­quna layiq gö­rül­müş­dülər ki, o da bütövlükdə və tamamilə isla­mın xeyrinə sərf edi­lirdi və onlar çoxsaylı təltiflərə və mükafatlara la­yiq görülürdülər.
Ey Rəbbimiz! Öz mərhəmətin və comərdliyinlə bizi də onla­rın arasına sal!

ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ

(59. 11) “Məgər sən görmürsən ki, münafiqlər Kitab əhlin­dən olan öz kafir qardaşlarına nə deyirlər: “Əgər sizi qovsalar biz də si­zin­lə gedərik və heç vaxt sizə qarşı heç kimə itaət et­m­ə­rik. Sizinlə dö­yüş­sələr, biz mütləq sizə kömək edərik». Allah şa­hid­­dir ki, onlar ya­lan­çıdırlar”.

Fövqəluca, Kitab əhlindən olan qardaşlarına kömək vəd edən və onları möminlərlə üzbəüz qoyan münafiqlərin hərə­kət­lə­ri­nə təəccüb­lən­di­yini bildirir. Münafiqlər yəhudilərə onları çətin mə­qam­­da, hətta onları qınasalar və ya qorxutsalar da, tərk et­mə­yə­cək­lə­­rini vəd etmiş­dilər. Müna­fiqlər müsəlmanlar onlarla dö­yüş­mək qə­­rarına gələcəkləri halda, onlara kömək və yardım gös­tə­rə­cək­lə­ri­ni vəd etmişdilər. Lakin Allah – şahiddir ki, onlar yalan de­yir­dilər və öz həmdaşlarını[3] yalan vədlərlə yoldan çıxar­dır­dılar.

ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(59. 12) “And olsun ki, əgər onlar qovulsalar, özləri onlarla get­­­­­mə­­yəcəklər. Əgər onlarla döyüşsələr, onlara kömək etməzlər. Əgər kömək etsələr də, dönüb qaçacaqlar və sonra onlara kimsə kö­mək et­məyəcək».

Onların belə davranmaları heç də nadir hal deyildir, çünki ya­­lan – onların xasiyyətinin əlamətlərindən, aldatmaq və yoldan az­­­­­dır­maq – onların həyat prinsiplərindən, ikiüzlülük və qorxaqlıq – on­ların nəsibi­dir. Buna görə Allah onların sözlərini yalan ad­lan­dır­­mış onların xəya­nətkar olması və xəyanəti haqqında qa­baq­ca­dan xə­bər vermişdir. Doğ­rudan da, hər şey Allahın öncədən bil­dir­­diyi ki­mi oldu. O (Pak və Müqəddəs), buyurmuşdu ki, əgər yə­hu­­dilər öz ev­lə­rini tərk etsələr, onda ikiüzlü münafiqlər onların ar­­dınca get­mə­yə­cəklər, çünki onlar öz doğ­ma yerlərini xoşlayırlar, dö­­yüşlərin ağrı-acısına dözməyə hazır deyillər və verdikləri vədi ye­­rinə ye­tir­mək adətinə malik deyillər. Onların ürək­lərinə sahib olan qorxaqlıq və cəsarətsizlikdir və onlar öz arxa­daşlarını, yar­dı­ma ən çox eh­ti­yac­ları olduğu bir zamanda darda qoyub qaçarlar. Əgər onlar kö­mə­yə gəlsələr də, hökmən geri dönüb qaçarlar[4].
Axırıncı ifadə ehtimal edilmişdir və heç vaxt gerçəkləşməz. Heç kim islam düşmənlərinə kömək etməz, çünki münafiqlər heç bir vəch ilə onların tərəfində vuruşmayacaqlar və Fövqəluca Allah da onlara kö­mək etməyəcəkdir.


 ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(59. 13) “Həqiqətən, onlar ürəklərində Allahdan daha çox siz­­dən qorxurlar, çünki onlar başa düşməz adamlardır».

Ey iman gətirənlər! Onların satqınlığının və xəyanətinin sə­bə­­bi on­ların Allahdan qorxmalı olduqları halda, sizdən daha çox qorx­­ma­larıdır. Onlar, hətta özlərinə zərər vura və ya fayda gətirə bi­l­­məyən məxluqlardan qorxurlar və xeyirə də, şərə də sərəncam çə­­kən, ki­mi­si­nə mərhəmətini bəxş edən, kimisini də ondan məh­rum edən Fövqəl­qüd­rət­li Xaliqi yaddan çıxarırlar.
Amma məsələ ondadır ki, onlar şeylərin əsas mahiyyətini dərk etmir və onların verə biləcəyi nəticələr haqqında fikir­ləş­mir­­lər. Hə­qi­qə­tən, sağlam təfəkkür insanları Allahdan qorxmağa, Ona təvəkkül etməyə və Onu hamıdan, kimliyinə baxmayaraq, da­­ha çox sevməyə və məxluqlara qarşı öz hisslərini Fövqəluca Xa­li­­qə münasibətindən asılı etməyə çağırır.


ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

(59. 14) “Onlar istehkamlı qalalar və divarlar arxasında ol­ma­­­dan sizinlə döyüşməzlər. Onların öz arasında sərt ədavət var­dır. Sən zənn edirsən ki, onlar birdirlər, lakin ürəkləri bir-birin­dən ayrıdır. Bunun səbəbi – onların ağılsızlığıdır”.

Hətta birləşdirkdən sonra da onlar, yalnız möh­kəm­lən­di­ril­miş şə­­hər və ya məskəndə və yaxud hündür divarların və çəpər­lə­rin ar­xa­­­sında daldalanmasalar, sizinlə qətiyyən döyüşməyə­cəklər. Bax on­da, ola bilsin ki, onlar sizə müqavimət göstərərlər. Lakin bu, onların igid­li­yinin gös­təricisi deyil, çünki onlar özlərinə deyil, qa­la­ya və di­var­lara bel bağla­yacaqlar. Həqiqətən, bu – böyük rüs­vay­çılıqdır.
Onların öz aralarında amansız ədavət hökm sürür, amma bu­nun səbəbi onların əllərinin zəifliyində və qüvvələrinin kifayət qə­­dər olma­ma­sında deyil, sadəcə imanlarının zəifliyində, ara­la­rın­da həmrəyliyin ol­ma­masındadır. Sən onları bir yerə yığışanda və bir-birilərinə kömək göstər­diklərini nümayiş etdirdiklərini gör­dük­­də elə güman edirsən ki, onlar vəhdət halındadırlar. Amma əs­­lin­də onların ürəkləri bir-bi­rin­dən ayrıdır, dağınıq haldadır və qar­­şılıqlı ədavətlə doludur, çünki on­lar ağıldan və sağlam düşün­cə­­dən məhrumdurlar.
Əgər onlar sağlam düşüncə qabiliyyətinə malik olsaydılar, onda onlar yaxşının müqabilində, pisə üstünlük verməz və özləri üçün ən pis tale seçməzdilər. Onların məqsədləri ümumi olardı, ürəkləri həm­rəy olardı və özləri də mənəvi və maddi sahələrdə bir-birilərinə yardım edərdilər. Lakin ikiüzlü münafiqlər, çətin məqamda tərk etdikləri yə­hu­­dilər kimi, özlərinə özgə yol seçdilər. Allah yəhudilərdən Elçisinin (ona Allahın salavatı və salamı olsun!) intiqamını aldı və onları elə bu dünya­daca rüsvay etdi.

 ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ

(59. 15) “Onlar yaxın vaxtlarda öz əməllərinin bəlasını dad­mış və onlara sarsıdıcı əzab hazırlanmış sələflərinə bən­zər­lər».

Onlar kafir qureyşlilərə oxşayırlar. Şeytan onların əməllərini göz­­ləri qarşısında bəzəkli göstərmiş, sonra isə onlara heç bir şeylə kö­mək gös­tərməmişdir. Axı o, onlara belə vəd etmişdi: “Bu gün in­­san­lardan heç kim sizə qalib gələ bilməz. Həqiqətən, mən qon­şulu­ğunuzda ola­cağam». Lakin iki dəstə bir-birini gör­dük­də, o dönüb geriyə qa­ça­raq dedi: “Mə­nim sizə aidiyyətim yox­dur. Həqiqətən, mən sizin gör­mədiklərinizi görürəm” (Ənfal, 8/48).
Qureyşliləri onların sayı və gücü azdırdı, lakin bunların heç bi­ri onlara uğur gətirmədi və onları Allahın cəzasından xilas et­mə­di. On­­lar Bədr döyüşünə cəsarət və təkəbbürlə yönəldilər və belə hesab edir­­dilər ki, Allahın Elçisini (ona Allahın salavatı və sa­la­mı olsun!) və mö­­minləri məğ­lub edəcəklər. Lakin Allah qələbəni Pey­ğəmbərinə (ona Allahın sa­la­­vatı və salamı olsun!) və mö­min­lərə əta etdi: onlar ka­­firlərin ağ­saqqallarını və rəhbərlərini doğ­ra­dı­lar və onların çoxunu əsir götür­dü­lər. Qalan müşriklər isə qaçıb ara­dan çıxa bildilər. Beləcə, on­­lar öz əməl­lərinin bəlasını və öz əx­laq­sızlığının və müşrikliyinin ağır nəticə­lərini yaxşıca daddılar. On­ların bu həyatda qisməti belə ol­du, Axirətdə isə onlara sarsıdıcı ağrı­lar verəcək cəza hazırlanmışdır.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(59. 16) “Onlar insana: “İnkar et!” deyən şeytana bən­zər­lər. O, ka­fir olduqda isə, şeytan deyir: “Şübhəsiz ki, sənə aidiy­yə­tim yox­dur! Həqiqətən, mən aləm­lərin Rəbbi Allahdan qor­xu­ram».

Münafiqlərə gəldikdə isə, onlar insana: “İman gətirmə!” – de­­yən şeytana oxşayırlar. Bununla şeytan insanın gözündə ka­fir­li­yi bər-bə­­zək­li göstərir və o, aldanaraq imansızlıq və əbədi bəd­bəxt­­lik yoluna qə­­dəm qoyduqda, vaxtı ilə onu bu yola çağıran şey­­tan, ona heç bir kö­mək etmir və ondan əl çəkir. Şeytan etiraf edir ki, o, insanı əzab-əziy­yət­lər­dən xilas etməyə və ona hətta zər­rə qədər fayda verməyə belə qadir deyil.
ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ
(59. 17) “Hər ikisinin də aqibəti Oda düşmək olacaqdır və on­lar orada əbədi qalacaqlar. Zalımlara verilən əvəz belədir!”

Kafirliyə və Allaha itaətsizliyə çağıran şeytanı və onun ar­dın­ca gedən insanları eyni qismət gözləyir. Onlar Cəhənnəm Odu­na vasil ola­caqlar və orada əbədi qalacaqlar. Fövqəluca buyurur: “...O öz fir­qəsini Od sakinləri olmağa çağırır” (35/6). Zalımlığa və küfrə dalmış fasiqlərin taleyi belə olacaqdır. Onların hər biri, tö­rətdikləri günahların ağırlığına bərabər cəza alacaqdır.
Şeytanın öz əlaltı agentlərinə münasibəti məhz belədir. Əv­vəl­cə o, onları aldadır, öz yolu ilə getməyə çağırır. Burada isə on­la­rı şərdən və ziyandan başqa heç nə gözləmir. Onlar onun toruna dü­şəndə və on­ların üzərinə məhv olma təhlükəsi kölgə salanda, o, on­lar­dan əlini çə­kir və onları əbədi əzabla təklikdə qoyur. Şey­ta­nın ardınca gedən hər kəs alçaldılacaq və rüsvay olunacaq, çünki Al­lah qullarını belə olacağı haqqında xəbərdar etmiş və bunun zi­yanlı nəticələr verəcəyini bil­dir­miş və onların aşkar düş­mə­ni­nin vəzifə və məqsədləri haqqında onla­ra xəbər vermişdir. Buna görə, şey­tana itaət edən hər kəs sağlam təfək­kürə qarşı qiyam etdiyinə gö­rə heç bir bəraət ala bilməz.

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩﭪ ﭫ ﭬﭭ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ
(59. 18) “Ey iman gətirənlər! Allahdan qorxun və qoy qəl­bi­niz görsün ki, O, sabaha nə hazırlamışdır. Allahdan qorxun, axı Allah nə etdiklərinizdən xəbərdardır”.
(59. 19) “Allahı unudanlara bənzəməyin, O da onlara öz­lə­ri­ni unutdurmuşdur. Onlar – fasiqdirlər”.

Fövqəluca qullarına buyurur ki, onlar dinin onlara vacib qıl­dıq­­­­la­­rına riayət etsinlər, o cümlədən, həm təklikdə, həm də ca­m­a­at ara­­­sın­­da, hər anda və hər bir vəziyyətdə Allahdan qorxsunlar, Onun hökümlərinə riayət etsinlər, Onun hüdudlarını aşmasınlar, on­­lara fay­da verən və zərər vuran şeylər üzərində və həmçinin Qi­­ya­mət günü he­­s­abatı tələb olunacaq xeyirxah və şər əməllər üzə­rində dü­şün­sün­lər.
Həqiqətən, əgər insanlar baxışlarını və ürəklərini Axirət hə­ya­tı­­na yönəltsələr və orada olacaq öz yerləri üzərində düşünsələr, on­da on­lar ciddi-cəhdlə xeyirxah işlər görməyə başlayar və qarşı­la­rına çı­xan və onları yoldan çıxaran, irəli getməyə qoymayan hər han­sı ma­ne­əni ara­dan qaldı­rarlar. Əgər onlar xatırlasalar ki, Allah on­ların iş­lə­rin­dən və əməllərindən xəbərdardır və onlardan heç bi­ri Onun nə­zə­rin­dən gizli qa­la bilməz və itirilə bilməz və ya unu­du­la bilməz, on­da on­lar mütləq öz qüvvələrini saleh əməllər işlə­mə­yə yönəl­dər­lər.
Bu şərəfli ayə insanlara öz əməllərini dəyərləndirməyi və öz­­ləri­nə qarşı tələbkar olmağı öyrədir. O, onların öz səhvlərini, qü­­surlarını etiraf etməyi, onları təkrarlamamağı, səmimi töv­­bə etməyi və həmçinin günaha, Allaha itaətsizliyə aparan yol­­lardan çəkinməyi öy­rədir. O həmçinin onları öz qüsurları üzə­rin­­də dü­şün­məyə məcbur edir ki, onlar o qüsurları aradan qal­dır­maq üçün səylərini əsirgəmə­sinlər və onları düzəltməkdən ötrü Föv­qəl­qüdrətli Xaliqdən yardım di­ləsinlər.
İnsan həmişə Allahın ona göstərdiyi mərhəmətini və xe­yir­xah­­lıq­la­rını öz nöqsanları ilə müqayisə etməlidir, çünki Allah qar­şı­­sında öz borcunu beləcə dərk etmə onu möminliyin ağuşuna yö­nəl­­dir. Lakin bu­nu unudan, buna laqeyd yanaşan şəxs böyük bir ne­­mətdən məhrum olur və Allahı unudan və Onun xəbər­dar­lıq­la­rı­­na və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyə laqeyd­lik göstərənlərə bənzəyirlər. On­lar öz həyatını keyfə, ləzzətlərə və al­­çaq ehtiraslara həsr edirlər, amma xilas əldə edənlərin arasına düş­­mür­lər və öz əməllərindən heç bir fayda[5] əldə etmirlər. Bun­dan başqa, Allah onları özlərini unut­mağa, fayda və xeyir gətirə bi­­lə­cək hər şeyə laqeyd yanaşmağa məcbur edir. Onların əməlləri itir və onlar həm öz dünya həyatını, həm də Axirət həyatını məh­və uğra­dırlar. Bu – çox böyük özünüaldatmadır və bunun nəti­cə­lə­­rini (fəsadlarını) düzəltmək, yaralarını sağaltmaq müm­kün de­yil, çünki bu insanlar – öz Rəbbinə itaət etməkdən yayınmış və gü­­­nah­lar burulğanına batmış qatı günahkarlardır.

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(59. 20) “Od sakinləri Cənnət sakinlərinə bərabər deyillər. Cən­­nət sakinləri uğur qazanmışlardır».

Məgər Allahdan qorxanlar, sabah onu nəyin gözlədiyi üzə­rin­­­də düşünənlər, Cənnət bağlarına layiq olanlar və pey­ğəm­bər­lə­­rin, səda­qət­li möminlərin, şəhidlərin, saleh möminlərin və Al­la­hın lü­­tüfkar­lı­ğını əta etdiyi bütün insanların arasında y­a­şa­yanlar öz Xa­­liqini və Hamisini xatırlamağa, Onun hüzurunda öz və­­zi­fə­lə­ri­nə la­qeyd yana­şan və dünya həyatında bədbəxt olan və ölüm­dən son­ra dəhşətli cə­zaya layiq görülənlərlə müqayisə edilə bi­lərmi?! Hə­qi­qə­tən, birincilər uğura nail olacaq, sonuncular isə zə­rər çə­kə­cəklər.

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(59. 21) “Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən gö­­­rər­din ki, o, Allahın qarşısında qorxudan necə itaətkarcasına par­­­çalanıb dağılır. Biz belə məsəlləri insanların düşünmələri üçün çə­kirik».

Fövqəluca Allahın Öz Kitabında ifadə etdiklərinə, Onun bu­yur­­­duq­larına və Öz qullarına qadağan etdiklərinə diqqətlə ya­na­şa­raq, insanlar, əgər ürəkləri qüdrətli dağlar kimi mərhəmətsiz və bərk ol­salar da, Onun hökümlərini yerinə yetirməlidirlər. Çünki əgər Qu­ran hər hansı bir dağa nazil edilsəydi, sən görərdin ki, o, Al­lahın qar­şı­sında qorxusundan necə itaətkarcasına parçalanıb da­ğılır. Bu onu gös­tərir ki, Quran insanların ürəklərinə necə güclü tə­sir bağışlayır.
Onun təbliğ etdiyi sözlər ən təsirlidir, onun buyruq və qa­da­ğa­ları isə ən doğru və hikmətlidir. Onlar qəlb üçün əlverişli, in­san vü­­­cu­du üçün isə çətinlik törətmir, ziddiyyətlərdən və bir-biri­ni in­kar edən müddəa­lar­dan azaddır və onlarda keçilməsi müm­kün ol­ma­­yan çətin­liklər və məc­buriyyətlər yoxdur. Nəhayət, onlar is­tə­ni­lən öl­kə və dövr üçün yararlıdır və hər bir insan üçün mü­nasibdir.
Sonra Fövqəluca Allah xəbər verir ki, O (Pak və Müqəddəs), in­­sanlar üçün məsəllər çəkir və onlar üçün yol veriləni və qa­da­ğan olu­nanı izah edir ki, onlar Onun ayələri üzərində düşün­sün­lər. Axı Allah­ın ayələri üzərində düşünənin qarşısında biliklər xə­zi­nəsi açılır. Xeyi­rin və şərin yolları onun üçün aydınlaşır və o, nə­cib əxlaq və yüksək məziyyətlər əldə etməyə başlayır və nöq­san­lar­dan xilas olur. Buna gö­rə, insana Quran üzərində düşün­mək­dən və onun ayələrinin dərin mənalarını dərk etmək­dən daha çox fay­da verə bilən heç bir şey yox­dur.

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ
(59. 22) “O – Allahdır, Ondan başqa qeybi və aşkarı bilən ilah[6] yoxdur! O – Mərhəmətlidir, Rəhimlidir».

Bu və daha sonrakı ayələrdə Allahın əzəmətli və hədsiz məna kəsb edən bir çox gözəl adları və ali məziyyətləri xatırlanır. Rəbb xə­bər verir ki, O – pərəstişə və ibadətə layiq[7] Olan Vahid İlahdır. On­dan başqa həqiqi ilah yoxdur, çünki Onun kamilliyi mütləqdir, Onun mərhəməti hər şeyi qap­sayır, Onun hakimiyyəti isə hü­dud­suz­­­dur. Bü­tün digər ilahlaşdırılan obyektlər hətta zərrə qədər iba­də­tə layiq deyillər, çünki onlar acizdirlər, nöqsanlarla doludurlar və nə öz­lərinə, nə də başqalarına fayda verməyə qadir deyillər. Sonra Föv­­qəl­uca Rəbb xatırladır ki, bütün görülən və qeybə məxsus olan hər şey haqqında kamil biliyə və həmçinin bütün canlıları və var­lıq­la­rı hi­mayə edən hüdudsuz mərhəmətə malikdir.

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(59. 23) “O – Özündən başqa ilah olmayan, Hökmdar, Mü­qəd­­dəs, Pak, Qoruyan, Fövqəlqüdrətli, Fövqəlgüclü və Məğrur Al­lah­­dır. Allah Pakdır və Ona qoşulan şəriklərədən Föv­qəl­uca­dır».

Rəbb bir daha qeyd edir ki, allahlıq və ibadətedilmə haqqı yal­nız Tək Ona xasdır, çünki Onun gözəl adları arasında – Hö­küm­dar adı var­dır, yəni, göy və yer aləmləri Onun hökümranlığı altın­da­­dır və Onun kö­məyinə möhtacdır; Müqəddəs və Pak, yə­ni, hər han­sı qüsur və nöqsanlardan xali və kamil məziyyətlərə ma­likdir ki, bunların sa­yə­sində O (Pak və Müqəddəs), istənilən kəs­lərdən mü­­qayisəe­dil­məz qə­dər daha çox ehtirama və şərəf­lən­dirilməyə La­­yiqolandır; Qoruyan, yəni, peyğəmbərlərinin və el­çilərinin (on­la­ra salam olsun!) doğruçu­lu­­ğu­­nu, onların öz xalq­la­rına gös­tər­dik­­ləri təkzibolunmaz dəlillərlə və ay­dın ayələri ilə Təs­­diq­edən­dir; Fövqəlqüdrətlidir, yəni, heç kim Ona qalib gələ bil­məz və ya Onun iradəsinə müqavimət göstərməyə gücü yet­məz, çünki O (Pak və Müqəddəs), bütün varlıqların üzərində hökümrandır və bü­tün məxluqları İdarəedəndir; Fövqəlgüclüdür, yə­ni, Onun ilahi ha­kimiyyəti bü­tün qullarına aiddir və O (Pak və Müqəddəs), əz­ə­mət­liləri alçaltmağa və kasıbları varlandırmağa Haq­qıolandır; Məğ­rur, yəni, təkəbbür və fövqələzəmət Ona məx­sus­­dur və za­lım­lıq­­dan, əsarət altına almaqdan və digər nöq­sanlardan ucadır.
Allah Ona şərik qoşulanlardan çox ucadır. Bu sözlər ən ge­niş mə­­nada onu göstərir ki, Fövqəluca Allah müşriklərin və haqq di­nin düşmənlərinin Onun haqqında fikirləşdiklərindən çox uzaq­dır.

ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ

(59. 24) “O – Allahdır, Xaliqdir, Yaradandır, Şə­kil­lən­di­rən­dir. Ən gözəl adlar – Onundur. Göylərdə və yerdə nə varsa, Onu şərəf­lən­dirir və O – Fövqəlqüdrətlidir, Müdrikdir».

Xaliq, Yaradan, Şəkilləndirən – Onun gözəl adlarındandır. Bu gö­­zəl adlar Onun Kainatı xəlq etdiyini və onu qədərinə mü­va­fiq təklikdə idarə etdiyini təsdiq edir. Başqa heç kim buna qadir de­yil və buna görə heç kim Onunla bu ilahi haqqı bölüşdürmür.
Ən gözəl adlar – Ona məxsusdur. Bu adlar o qədər çoxdur ki, on­ları saymaq mümkün deyildir. Yalnız Allah Özü Özünün bü­­tün adla­rını və sifətlərini bilir. Onların hamısı gözəldir və ka­mil­dir. Onlar Rəb­bin qüsur və nöqsanlardan xali olan fövqəlali mə­ziyyətlərinə dəlalət edir. Onların cazibədarlığı – Allahın bu ad­ları sevməsində, onları se­vənləri sevməsində və həmçinin məx­luq­ların bu adlar vasitəsilə Ona müraciət etmələrini sevməsindədir.
Bu ecazkar adlar və fövqəluca sifətlər yalnız Ona məx­sus­dur. Göylərin və yerin sakinləri Ona möhtacdırlar, Onu şərəf­lən­di­rir və On­dan kömək diləyirlər, O (Pak və Müqəddəs), isə Öz mər­həməti və sə­xa­vəti ilə İlahi müdrikliyinə tam uyğun olaraq onları mükafatlandırır. Bütün bunlar Fövqəluca Allahın ka­mil­li­yi­nə dəlalət edir. Onun gözəl adlarına – Fövqəlqüdrətli və Müdrik ad­ları da aiddir. O (Pak və Müqəddəs), bir şeyi istəyən kimi, o ger­çək­ləşir və bu mütləq özündə bir hikmət əks etdirir və fayda verir.




[1] Təbii ki, istənilən güc, qüdrət fövqəlqüdrət qarşısında duruş gətirməyə qadir ola bilməz! Fövqəlqüdrət isə yalnız Fövqəluca Allaha məxsusdur. F.S.
[2] Allahın adı ilə! Kursivlə fərqləndirdiyim bu fraqment – müəllif şərhi çox düşündürücüdür, çün­­ki o za­mankı ərəb şəhərlərində qəbilə halında yaşayan bütün insanların cahiliyyə təfək­kü­rü­nə müb­təla olduğu bir şə­ra­itdə, həmin eynidəyərli şəhərlərin birinin əhalisinin yeni yaranan ila­hi di­nin tərəfkeş­lərinə qarşı belə sevgi və məhəbbət bəsləməsi və onları çox yüksək səviyyədə öz ailə­lə­rinə qəbul edib, onlara əla hörmət və qayğı göstərməsinin özünu, biz bu gün öz gerçək hə­ya­tı­mız­da ən böyük möcüzələrdən biri kimi qəbul etməliyik. Oxucu Quranda çoxsaylı mö­cü­zə­lərlə rastl­aşır və bu gün həmin möcüzələrin bir xeylisi müasir elm xadimləri tərəfindən təsdiq edil­miş­dir. Bu möcüzələrin Allah tərəfindən insanlara göstərilməsi şübhə yeri qoymayan bir hə­qiqətdir. Bəs onda açıq olmayan və yalnız müasir zamanın alimləri tərəfindən aşkarlanan Qu­ran möcü­zə­lə­ri­nə yanaşmamız necə olmalıdır? Mən Quran möcüzələrini kəşf edən müasir dövr alimlərini və on­ların açıqlamalarını bir-bir sadalamadan və nümunələr göstərmədən, sa­də­cə, oxucularımın nə­zə­rinə çatdırmaq istəyirəm ki, bu – Adəm övladlarının kəşfləri Föv­qəl­qüd­rət­li və Fövqəluca Al­la­hın öncədən təyin etdiyi Quran mö­cüzələrini təsdiq etmək üçün nəzərdə tu­tulmuş möcüzələrdir. Bun­lar Müdrik Allahın, Mübarək Quranı nazil etməzdən öncə, Özünün Ana Kitabına yazdığı ger­çək­liklərdir. Bunlardan gözlənən məqsəd isə, zaman keçdikcə, insanın unu­dacağı Quran hə­qi­qət­lə­rini insanların öz əlləri ilə təsdiq etmələridir. Misilsiz qüdrət və hik­mət Sahibi elmi, biliyi in­san­lara mərhələ-mərhələ aşıladığına görə, bu ikinci dövr möcüzələri – yə­ni alimlərin Qurandakı mö­cü­zələri kəşf etməsi baş verir və Quran ayələrində əks olunmuş hə­qiqətlər aşkarlanıb təsdiq olu­nur və bu, öz növbəsində, Quranın tayı-bərabəri olmayan ye­ga­nə Müqəddəs Allah tərəfindən na­zil edilməsini, insanların asanlıqla dərk edə bildiyi üsullarla təs­diq edir. Möhtərəm oxucum bil­mə­lidir ki, yer üzündə elm və texnikanın inkişaf etməsinin əsas səbəblərindən biri də Quran hə­qi­qət­lərini aşkar edib təsdiqləməkdən ötrü texniki mühitin, el­mi təfəkkürün hazırlanmasıdır. Elm və tex­nika inkişaf etmədikcə Quranda bu gün möcüzələr ki­mi qəbul etdiyimiz həqiqətləri anlamaq müş­gül olardı. Buradan belə bir nəticə çıxara bilərik ki, Müdrik Allahın yer üzündə elm və tex­ni­k­anı bərqərar etməsinin əsas səbəblərindən biri – Qi­yamət ərəfəsində insanların İlahi Vəhyini, Al­la­hın Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) gətirdiyi Mübarək Quranı tam anlaya bil­mə­si, ona etiqad etməsi, Ona və Onun El­çi­sinə (ona Allahın salavatı və salamı olsun!) iman gə­tirməsi və Allaha yəqinliklə ibadət etməsi üçün imiş. Çünki bu gün Quran və Sünnə ba­xı­mın­dan elm və texnikanın inkişafını başqa mən­tiq­lə izah etmək mümkün deyil. Qiyamət günü ən və ən yüksək inkişaf etmiş texniki vasitələrin heç bir əhəmiyyəti olmayacaq, çünki hər şey Allah tə­rə­findən məhv ediləcək. Bəs onda əvvəlin və axırın Onda birləşdiyi bir halda bu inkişaf nəyə la­zım idi? Bəşərə, Öz mərhəməti və lütüf­karlığı sayəsində elmi-texniki inkişafı Bəxşedən, insana mi­silsiz bir həqiqəti çatdırmaq məq­sə­di güdür: O (insan) – Fövqəlqüdrət Sahibi Allah tərəfindən xəlq edilişdir, sınağa çəkilir, əbə­diy­yətə qovuşmaq imkanına malikdir. Əgər Allahın imta­ha­nından şərəflə çıxarsa - əbədi Səa­də­tə qovuşa bilər. Bundan ötrü bəşəriyyətə Kitab bəxş edilib, mad­di elm verilib ki, Haqqı dərk edə bilsin. Əziz oxucu, ramazan günlərində yazılan bu qeydləri diq­qətlə və laqeydliyi yaxın bu­rax­madan mütaliə et və düşün!
       Dəyərli bacı və qardaşlar! Bu qeyd­ləri daha dərindən və la­yi­qin­cə mənimsəməkdən ötrü Əbdürrəhman əs-Səədinin bu gözəl və qiy­mətli Quran Təfsiri, bəlkə də, bu dünyada adi insanların tarix boyu yazdıqları bütün kitabların ən dəyərlilərindədir. Bu Təf­siri bütövlükdə (I-VII) oxusanız, buradakı qeydlərin açıqladığı ger­çək­liyin dərinliyini və va­cib­liyini də anlamaq asan olacaqdır. F.S.
[3] Yaramaz işlərdə eyni “əqidəyə” və xislətə malik olanlar. F.S.
[4] Mənim eynilə çevirib, kursivlə verdiyim bu fraza (ifadə) müəllifin dediyinə görə, bir ehtimaldır və o heç vaxt gerçək­ləşmir. F.S.
[5] Axirət günü onlara lazım olacaq fayda. F.S.
[6] Gördüyünüz kimi, Fövqəluca Allah bu hikmətli ayəsində “Allahdan başqa ilah yoxdur!” şə­ha­də­ti­nə mü­­va­fiq olaraq, “...Ondan başqa ilah yoxdur!” deyə buyurur və “müasir” dırnaq arası təf­sir “əl­la­mələrinin” id­­dia etdikləri kimi, heç bir digər ayə­sində, bu şəhadət ifadəsinə, “M­u­həm­mədin Onun qulu və Elçisi” ol­ma­­sın­dan başqa sözlər əlavə etməmişdir. Belə olduğu hal­d­a, özlərini sa­vad­lı hesab edən bəzi müsəl­man qa­­rdaşların şəhadət ifadəsinə (“Lə ilahə illəllah”a) tərcümədə öz­lə­rindən çoxsaylı əlavə sözlər qoşmaları ba­şa dü­şül­məzdir. Belələri hətta iddia edirlər ki, Lə ilahə il­ləllah kəlamı ərəbcədən başqa dillərə, o cümlədən Azər­­baycan di­li­nə mütləq “Allahdan baş­qa iba­dətə layiq haqq məbud yoxdur” kimi tərcümə olunmalıdır və (bu­­nu ərəb dili qrammatikasının özəl­likləri ilə əlaqələndirirlər) Allahın Öz sözlərinin olduğu ki­mi Azərbaycan dilinə tərcümə edil­­mə­si yanlışdır (?). Bu iddia, mənim Qurana və Sünnə­yə əsaslanan etiqadıma gö­rə, özü tam yanlış və zə­rər­li­dir, bi­­dət­­meyil­lidir. Lakin mən əlavələrin (“ibadətə layiq haqq mə­bud”) şərh vasitəsi kimi işlə­dilmə­si­nin əley­­hi­nə deyil, əksinə, lehinəyəm və zəruriyyət yarandıqda, yetərli savadı olma­yanlra anlat­maq­dan ötrü on­dan istifadə et­mək olar və lazımdır da. F.S.
[7] Mərhum möhtərəm Səədinin (Allah ona rəhmət etsin!) elə bu (59/22) ayəsinin şərhindəcə is­ti­fa­də olunmuş “ibadətə layiq” ifadəsi necə də gözəl tərzdə yuxarıdakı fik­ri­mi­zi tamamlayır və təsdiq edir; mübahisə həvəskarlarına yersiz spekulyasiyaya qurşan­mağın, ilk növ­bədə, faydasızlığını, sonra isə, zərərliliyini sübut edir. Yəni, “ibadətə layiq haqq məbud” ifa­də­sindən təfsir, şərh və izahlarda, yeri düşdükcə, istifadə oluna bilsə də, onu “Lə ilahə illəl­la­hın” “ba­tini tərkibinə” (?) daxil olan sözlər kimi və başqa dillərə tərcümədə isə onların şəhadət for­ma­sına müt­ləq əlavə edilməsini tələb etmək kimi bir mülahizə heç bir nasla sabit görül­mə­miş­dir. Elə bu­ra­daca, növbəti ayədə (59.23) də mülahizəmiz öz təsdiqini tapır: “O, Özündən baş­qa ilah Ol­ma­yan...” (ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ) kəlamına diqqət yetirin! Allah Özü heç bir ayədə “haq­mə­bud­çu­la­rın”(bu ifadə mənimdir F.S.) uydurduqları “ibadətə layiq” ifa­də­si­ni işlətmir, çün­ki O (Pak və Mü­qəddəs), Vahid və Mütləq Rəbdir. Onun mütləqliyinin və föv­qəl­qüdrətinin əla­­mətlərinə aid ol­mayan və Ona aid edilməsinə cəhd göstərilən hər şey – şirkdir. “Haq­m­ə­bud­çu­lar“Özündən baş­qa ilah olmayan” ayəsindən sonra necə iddia edə bilərlər ki, Al­lahın Vəh­dətinin (tovhidin) əsa­sı, özülü olan şəhadətə əlavə sözlər qoşmaq lazımdır (?). Bun­dan baş­qa, Quran üzrə aparılan araş­dırmalar göstərir ki, Quranda “haqməbudçuların” for­mu­la­sı Rəb­bimiz tərəfindən iş­lə­dil­mə­yib və, yanılmıramsa, Allahın Elçisinin (s.ə.s) də belə bir hədisi yox­­dur. Allah hamımızı – müsəlman bacı-qardaşlarımızı Ona, bilmədən və ya məqsədyönlü niy­yətlə, şərik qoşmaqdan qorusun! F.S.

Комментариев нет:

Отправить комментарий