среда, 2 мая 2012 г.

40. ĞAFİR SURƏSİNİN ŞƏRHİ

ĞAFİR
(BAĞIŞLAYAN)
SURƏSİNİN
ŞƏRHİ[1]

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ

(40. 1) “Ha. Mim”.
(40. 2) “Kitabı nazil edən Fövqəlqüdrətli, Alim Allah”
(40. 3) “günah Bağışlayandır, tövbə Qəbuledəndir, əza­bı Ağırolandır, Lütüfkardır. Ondan başqa ilah yoxdur! Qa­yıdış Onadır!”

Fövqəluca xəbər verir ki, Şərəfli Quranı ibadətə yeganə la­yiq Vahid İlah olan Allah nazil etmişdir. Onun ilahi sifətləri ka­mildir və tərifə layiq əməlləri təkrarolunmazdır. Bütün məxluqlar Ona itaət edirlər və O (Pak və Müqəddəs) hər şeydən xəbər­dar­dır. O (Pak və Müqəddəs) günahkarların günahını bağışlayır və tövbə edənlərin tövbəsini qəbul edir. Lakin bununla yanaşı O (Pak və Müqəddəs) günah törətməyə cəsarət edənləri və tövbə et­məkdən boyun qaçıranları sərt cəzalandırır. O (Pak və Müqəd­dəs) böyük mərhəmət Sahibidir və Özünün bütün qullarına yax­şılıq edir. Bütün bu kamil sifətlər insanların Allahdan başqa ki­məsə ibadət etmək haqqının olmadığına dəlalət edir. Məhz buna görə sonra O (Pak və Müqəddəs) bildirir ki, Ondan başqa ilah yox­dur və son qayıdış – Onun dərgahınadır.
Rəbb Quranın nazil edilməsini xatırlatdıqdan sonra Özü­nün əzəmətli sifətlərindən bəzilərini sadalayır ki, bütün bu mə­ziy­yət­lərin sonuncu Səmavi Kitabın ilahi ayələrinə xas olduğunu vurğulasın. Mübarək Quranın məzmunu üzərində düşünərkən buna asanlıqla əmin olmaq mümkündür. Birincisi, Allahın Vəh­yində Onun adları, sifərləri və əməlləri haqqında hekayətlər var­dır. Məhz bu ilahi məziyyətləri bu ayələrdə yada salınır. İkincisi, Kəramətli Quranda Allahın böyük lütüfkarlığı və hədsiz xeyir­xahlığı haqqında xəbər verilir. Hətta dini hökmlər də Allahın mər­­həmətinin təzahürüdür. Üçüncüsü, onda Fövqəlucanın sərt qə­zəbindən və həmçinin bu qəzəbə səbəb olan günahlardan xə­bər verilir. Dördüncüsü, Şərəfli Quran günahkarları və itaətsizlik edənləri günahlarını tövbə etməyə, doğru yola qayıtmağa və Allah­­dan bağışlanma diləməyə çağırır və bunu Allahın günahları Bağışlayan və tövbələri Qəbuledən adları təsdiq edir. Beşincisi, Səmavi Kitab Allahın Vahidliyini təbliğ edir və onun zəruriliyini məntiqi dəlillərlə və təkzibolunmaz naslarla izah edir. Bütün bun­lar haqq dinin: “Allahdan başqa ilah yoxdur!” şəhadətində öz əksini tapmışdır. Nəhayət, altıncısı, Kəramətli Quran möminlərin mükafatlandırılacağı və itaətsizlik edənlərin cəzalandırılacağı ədalətli Məhkəmənin labüdlüyündən xəbər verir. Bunu, son qayı­dışın Rəbbə olacağının xatırlanması təsdiq edir. Beləliklə, bu ayə­lərdə Allah Şərəfli Quranın bütöv mahiyyətini qısaca ifadə et­mişdir.
 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(40. 4) “Allahın ayələri barədə yalnız kafirlər mübahisə edərlər. Qoy onların yer üzündə vurnuxmaları səni aldatma­sın”.

Yalnız kafirlər öz Rəbbinin ayələrini inkar etməyə cəhd göstərir və haqqı yalanla örtmək istəyirlər. Möminlər isə haqqa itaət edir və ona bütün mümkün vasitələrlə kömək etməyə səy göstərirlər. Çox vaxt kafirlərə ticarət əqdlərində uğur nəsib olur, siz isə onların maddi zənginliyinə aldanmamalısınız, çünki var-dövlət Allahın Öz qulunu sevməsinə, bu qulun düz yolla get­mə­sinə dəlalət etmir. Əksinə, siz ətrafda baş verən hadisələrdən nə­ticə çıxartmalı və dini gerçəkliklər üzərində düşünməlisiniz. Siz haqqı insanların zənginliyinə görə deyil, insanların haqqa bəslə­dik­ləri münasibətə görə dəyərləndirməlisiniz. Bunun əksini ed­ən­lər cahillər və ağılsız insanlardır.

 ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ

(40. 5) “Onlaradək Nuhun xalqı və onlardan sonra gələn tayfalar da yalançı saymışdılar. Hər xalq öz elçisini yaxalayıb cəzalandırmaq niyyətindəydi. Onlar mübahisə salıb, yalanla haqqı inkar etmək istəyirdilər. Lakin Mən onları yaxaladım və gör Mənim cəzam necə oldu!”

Allah öz Rəbbinin ayələrini inkar edən kafirləri təhdid edə­rək, əvvəlki xalqların acı aqibətini onlara xatırladır. Nuhun (ə) xalqı və bir çox digər xalqlar birləşərək haqqı danmaq və yer üzündə yalanı bərqərar etmək istəyirdilər. Hər dəfə kafirlərin bir­gə cəhdi onunla bitirdi ki, onlar Allahın elçisini öldürmək niy­yətinə düşürdülər. Möminlərin başçıları və şübhə edilməsi müm­kün olmayan haqqın təbliğatçıları olan bu nəcib insanlara qarşı bundan artıq zalımlıq daha nə ola bilərdi?! Həqiqətən, belə za­lımlıq, azğınlıq və bədbəxtlik yalnız əzab-əziyyətli cəza ilə nəticə­lənə bilər ki, günahkarlar ondan heç vəchlə canlarını qurtara bilməyəcəklər. Onlar haqqı rədd etdilər və hətta onun əleyhinə qalxdılar və buna görə Fövqəluca Allah onları möhkəm cəzalan­dırdı və Rəbbin cəzasının necə sərt olduğunu bir görəydin! Allah bəzilərini ürəkparçalayan bağırtı ilə, bir qismini – göylərdən ya­ğan daşlarla, digərlərini zəlzələ ilə, bir başqa­la­rını da sel bas­qını ilə həlak etdi. Həqiqətən, bu dəhşətli və müdhiş bir cəza oldu.


 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ

(40. 6) “Rəbbinin, kafirlərin Cəhənnəm sakinləri olacaq­ları haqqında Sözü belə gerçəkləşdi”.

Allahın, kafirlərin əvvəlki nəsillərinə dair qədəri gerçək­ləşdi və onların gələcək nəsilləri barədə də belə olacadır. Qismə­tinə kafirlik yazılan – mütləq azğınlıq içində olacaq və Cəhənnəm Oduna düşəcəkdir.

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

(40. 7) “Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəb­bi­ni həmd ilə şərəfləndirirlər, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən hər şeyi mərhə­mətin və elminlə əhatə edirsən. Tövbə edənləri və Sənin yo­lunla gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru”.
Fövqəluca Özünün möminlərə bəslədiyi kamil xeyirxahlı­ğından xəbər verir. O (Pak və Müqəddəs) onlara xoşbəxtlik qa­zan­maq üçün köməklik göstərir və bundan ötrü, insanların im-kanları hüdudundan xaric olan, bir çox işləri görür. O (Pak və Müqəddəs) mələklərə əmr edir ki, möminlər üçün bağışlanma di­ləsinlər və onların yer üzündə gözəl davranışı və Axirətdə əmin-amanlığı üçün dua etsinlər. Hətta əzəmətli və Allaha yaxın olan Ərşin daşı­yıcıları belə Ona ibadət edir və möminlər üçün sə­mimiyyətlə xeyirxahlıq diləyirlər. Onlar çox yaxşı bilirlər ki, mə­lək­lər Onun təqvalı qulları üçün xeyirxahlıq dilədikdə, bu, Onun xo­şuna gəlir.
Mərhəmətli Allahın Ərşi – Kainatın damıdır. Ərş ən böyük, ən nəhəng, ən gözəl və Allaha ən yaxın məxluqdur. O, yeri, göy­ləri və Kürsünü əhatə edir. Allahın Ərşi daşımağı həvalə etdiyi mələk­lərə gəldikdə isə, heç şübhə yoxdur ki, onlar ən iri, əzəmətli və güclü mələklərdəndir. O (Pak və Müqəddəs) onları göylərin bü­­tün sakinləri arasından seçmiş və onların barəsində Şərəfli Quranda qeyd etmişdir ki, bu da onların digər mələklərdən üs­tün olduğunu təsdiq edir. Fövqəluca buyurur: “Mələklər onun kənarında olacaqlar və həmin gün səkkiz nəfəri öz üzərində sənin Rəbbinin Ərşini daşıyacaqlar” (Haqqa, 69/17).
Sonra Allah bildirir ki, Ərşi daşıyanlar və Ərşi əhatə edən qalan digər yaxın mələklər Onu tərifləməklə şan-şöhrətini ucal­dırlar. Bununla da O (Pak və Müqəddəs), Ona ciddi-cəhdlə iba­dət etdiklərinə və Onun şan-şöhrətini ucalt­dıqlarına görə Öz nə­cib məxluqlarını tərifləyir.
Allahı şərəfləndirmək – Onun qüsursuz sifətlərini təriflə­mək, Onun əzəmətinə və kamilliyinə uyğun gəlməyən nə varsa, rədd et­mək və Ona saysız-hesabsız nemətlərinə görə həmd et­mək demək­dir. Bütün bunlar Fövqəlucaya ibadət etməyə aiddir ki, bunları təkcə mələklər deyil, mömin müsəlmanlar da yerinə yetirirlər. Məhz buna görə onlar deyirlər: “Allah Pakdır! Ona həmd olsun!”
Sonra Allah Ona iman gətirmiş və möminlər üçün Ondan bağışlanma diləyən nəcib mələklərin məziyyətlərindən bəhs edir. Mələklərin duası haqq dinin insana verdiyi çoxsaylı nemətlərdən biridir. Məsum mələklər möminlər üçün dua edirlər və bununla onlara olduqca böyük fayda verirlər. Bir çox insanlar elə düşü­nürlər ki, bağışlanma haqqında dua yalnız günahların yuyulma­sını nəzərdə tutur və heç bir əsas olmadan bağışlanmaya layiq ol­maq mümkündür. Belə bir zənni aradan qaldırmaq üçün Fövqəl­uca Allah mələklərin möminlər üçün necə kamil tərzdə dua et­dik­lərini xatırladır. Onlar deyirlər: “Ey Rəbbimiz! Sən bütün var­lıqları mərhəmətin və elminlə əhatə edirsən. Sən Kainatda baş verən hər şeyi bilirsən və hətta ən gizli olanlar da Sənin üçün açıq və aydın­dır. Göylərdə və yerdə hətta bir tozcıq belə yoxdur ki, Sən ondan xəbərsiz olasan. Sənin mərhəmətin həmçinin bütün varlığı əhatə edir: göylər və yer Sənin səxavətin və nemətlərinlə dolu­dur. Sənin məxluqlarının olduqları yerlərdən asılı olmaya­raq, Sənin İlahi mər­­həmətin onları həmişə əhatə edir. Buna görə müş­rikliklərinə və günahlarına görə tövbə edən və Səndən başqa heç kimə ibadət etməyən və Sənin seçilmiş elçilərinin ardınca ge­dən aciz qullarını bağışla! Onları bağışla və əzablı Cəhənnəm cə­zasın­dan və həmçi­nin insanı Cəhənnəmə gətirən bütün əməl­lər­dən qoru!”

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(40. 8) “Ey Rəbbimiz! Onları və həm də onların atala­rın­dan, zövcələrindən və nəsillərindən olan möminləri vəd etdi­yin Ədəm bağlarına daxil et. Həqiqətən, Sən – Fövqəlqüd­rətli­sən, Müdrik­sən”.

Ey Rəbbimiz! Möminləri, Öz alicənab elçilərinin dili ilə vəd etdiyin Cənnətin Ədəm bağlarına daxil et. Onları oraya həmçinin haqqa iman gətirmiş ataları, zövcələri, dostları və nəsilləri ilə birlikdə daxil et. Həqiqətən, Sənin gözəl adların arasında – Föv­qəlqüdrətli və Müdrik adların vardır. Sənin fövqəlqüdrətin sayə­sində Sən qullarının üstündə hökmranlıq edirsən, onların günah­larını bağışlayırsan, onları hər cür xoşagəlməz şeylərdən xilas edirsən və ən çox istədikləri şeyləri əldə etməyə kömək göstə­rir­sən. Sən hikmət Sahibisən və onun sayədində hər şeyi öz yerində yerləşdirirsən. Ey Rəbbimiz, biz Səndən Sənin müdrik hökmlə­ri­nin əleyhinə getməyi xahiş etmirik. Əksinə, biz Sənə yalvarırıq ki, möminləri bağışlayasan və bununla da Öz elçilə­rinin dili ilə bil­dirdiyin müdrik təşəbbüsü sona çatdırasan, çünki o, Sənin hər şeyi əhatə edən mərhəmətinin nəticəsidir.

ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(40. 9) “Onları günahlardan qoru, axı Həmin gün Sən yal­nız günahlardan qoruduğun şəxsi əfv edəcəksən. Elə bu böyük uğurdur”.

Günahkarları onlara qəm-qüssədən və ümidsizlikdən baş­qa heç nə gətirməyən günahlardan, cinayətlərdən və həmçi­nin on­­ların pis nəticələrindən qoru. Həqiqətən, təkcə Sənin gü­nah­lardan və onların günahkarlara nəsib edəcəyi bəd nəticələ­rin­dən qoruduğun insanlar Qiyamət günü bağışlanacaqlar. Sənin mərhə­mətin insanları və digər məxluqları daima himayə altında sax­layır və təkcə günahları və itaətsizlikləri onları Sənin əfvinə layiq olmaq imkanından məhrum edir. Möminləri itaətsizlikdən qoru və onlara yaxşı işlər görməkdə və bol mükafata layiq görülməkdə yardım et. Böyük uğur da elə budur! Allahın himayəsi sayəsində hər bir insana hər cür bəd və xoşagəlməz olan hər şeydən çəkin­məyə və Onun böyük mərhəməti sayəsində hər müqəddəs və arzuediləni əldə etməyə imkan verən böyük uğuru nə ilə müqa­yisə etmək olar?! Allahın yer üzündə bir-biriləri ilə rəqabət apa­ran qullarından ötrü bundan daha böyük mükafat nə ola bi­lər?!
Mələklərin bu duası onların öz Fövqəluca Rəbbini necə də yaxşı tanıdıqlarına dəlalət edir. Onlar Ona bilavasitə Onun gözəl adları vasitəsi ilə müraciət edirlər və Allahın hər bir qulu bu qə­şəng üsulla Allaha yanaşmağa səy göstərməlidir. Mələklər Allah­dan Onun qullarına rəhm etməsini, onları mənəvi qüsurlardan və alçaq istəklərdən xilas etməsini, Allahın Özünə yaxşı məlum olan günahlardan və digər nöqsanlardan qorumasını diləyəndə, onlar Ona Onun Rəhmli və Bilən adlarının vasitəsilə müraciət edirlər.
Bu dua həmçinin mələklərin Allaha müraciət etdikləri za­man kamil bir ədəb qaydalarına riayət etdiklərini təsdiqləyir. On­lar Onun bütün varlıqlar üzərində bütövlükdə və möminlər üzə­rində isə xüsusilə hökmranlığına şahidlik edirlər. Onlar həmçinin Kainatda heç bir hakimiyyətə malik olmadıqlarını etiraf edirlər. Onlar Fövqəlqüdrətli Rəbbin hüzurunda təkəbbür göstərməyə cəsarət etmirlər və Ona ən aciz və ehtiyac içində olan məxluqlar kimi dua edirlər. Onlar çox gözəl bilirlər ki, onların başqa məx­luq­lardan üstünlüyü Allahın mərhəmətinin, lütüfkarlığının və xeyirxahlığının təcəssümüdür.
Bu dua həmçinin ona dəlalət edir ki, mələklər hər şeydə Fövqəluca Allahla razılaşırlar. Onlar Allahın bəyəndiyi əməlləri sevirlər və buna görə böyük səylə Fövqəluca Rəbbə ibadət edir­lər. Onlar Allahın bəyəndiyi məxluqları sevir və buna görə mö­min müsəlmanları qəlbən sevir, naşükür və kafir günahkar­lara nifrət bəsləyirlər. Mələklərin səmimi məhəbbəti onları möminlər üçün dua etməyə yönəldir və onlar var qüvvələri ilə çalışırlar ki, möminlərə yardım etsinlər. İnsan üçün edilən bu dualar həmçi­nin mələklərin ona bəslədikləri məhəbbətin və gözəl münasibətin dəlilidir, çünki Allahın məxluqları, bir qayda olaraq, yalnız sev­dikləri kəslər üçün dua edirlər.
Mələklərin möminlərin bağışlanması haqqında Allaha mü­raciətlə etdikləri duanın hər sözü dərin mənaya malikdir və bu təsdiq edir ki, Mübarək Quranın yalnız sözlərinin mənası ilə qane olaraq, möminin özünü məhdudlaşdırmaması çox mühüm bir məsələdir, çünki o sözlərin daha dərin və əsil mənaları üzə­rin­də düşünmək vacibdir. Əgər insan Allahın vəhyi barədə düşünərsə, onun həqiqi mahiyyətini anlamağa can atarsa və bu məqsədə ən doğru yolla nail olmaq üçün cəhd göstərərsə, onda Quran ayə­lə­rinin daha dərin və xüsusi mənası ona aydın olar.
Bəs onda bu və ya digər təfsirin səhihliyinə necə əmin ol­maq imkanı var? Birincisi, dəqiq bilmək lazımdır ki, hazırkı şərh Quran mətni ilə bağlıdır və onun çərçivəsindən kənara çıxmır. İkincisi, unutmaq olmaz ki, hər şeyi Bilən Rəbb Öz qullarına Sə­mavi Kitab üzərində fikirləşməyi və düşünməyi əmr etmişdir. O (Pak və Müqəddəs), Quran ayələrinə dərin məna vermiş və in­sanları xəbərdar etmişdir ki, məhz bu Kitab bəşəriyyəti doğru yola yönəltməyə, onun xilas yolunu nurlandırmağa və bütün ən mü­hüm məsələləri izah etməyə qabildir. Quran dili doğrudan da ən gözəl, ən yığcam və ən anlaşıqlı dildir və bunun sayəsində də o, əzəmətli biliklərin əhatəedilməz mənbəyidir. Fövqəluca Allah Öz yardımı ilə bu bilikləri insanlara tədricən açır və ən çox belə açıqlamalar indi qarşınızda olan bu kitabda öz əksini tapmışdır. Həqiqətən də, bu – Allahın bizim hamımıza əta etdiyi nemətdir. Lakin o, Quran ayələri üzərində düşünməyən və ya yanlış ba­xışlara sahib olan insanlar üçün başadüşülən deyil.
Ey Rəbbimiz! Aç qarşımızda Sənin nemətinin xəzinəsini və bizə, bütün müsəlmanlara daha saleh mömin olmaq üçün yardım et! Biz Sənin Alicənablığına və hər an himayəsi altında oldu­ğu­muz Mərhəmətinə ümid bəsləyirik. Bizə rəhm et və yolumuz üstündə Sənin lütüfkarlığına qarşı olan maneələri aradan qaldır! Həqiqətən, Sən – Comərdsən, Bəxşedənsən!
Möminlərin bağışlanması haqqında duanın sözlərində Fövqəluca Allah qeyd edir ki, ər, arvad, övladlar, dostlar və qalan yaxınlar bir-birilərinə sevinc və böyük fayda gətirirlər. Əgər in­san öz yaxınlarını xeyirxah işlər görməyə dəvət edirsə, onda o, onların əməllərinə görə onlarla birlikdə mükafat alır. Buna görə mələklər təkcə möminlər üçün deyil, həm də onların ataları, zöv­cələri və nəsilləri üçün də bağışlanma diləyirlər. Lakin bir şərtlə ki, onların hamısı mömin olmuş olmalıdırlar və bu halda onlar­dan birinin möminliyi digərinin xeyirxah əməlinin nəticə­si­ni əks etdirir. Bu barədə Fövqəluca Allah daha yaxşı bilir.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ

(40. 10) “Həqiqətən, kafirlərə belə müraciət ediləcəkdir: “Sizi imana çağırarkən onu inkar etdiyiniz zaman, Allahın sizə qə­zə­bi, sizin özünüzə olan qəzəbinizdən daha güclü idi”.

Fövqəluca Qiyamət günü kafirləri gözləyən biabırçılıqdan və rüs­vayçılıqdan xəbər verir. Həmin Gün başlayanda kafirlər Allaha yalvaracaqlar ki, onları Cəhənnəmdən çıxardıb, dünyaya qaytarsın. Lakin onlar yalnız alçaldıcı rədd cavabı alacaqlar. On­lar Allaha, Şərəfli Kitaba, Allahın elçilərinə və Qiyamət gününə iman gətirməkdən imtina etmişdilər və buna görə mütləq Cəhən­nəm Oduna vasil ediləcəklər. Onlar orada boyunlarına alacaqlar ki, ən ağır cəzaya layiqdirlər, çünki əvvəllər ən müdhiş gü­nahlar tö­rətmişlər. Onlar özlərinə qarşı nifrət və ikrah hissi duyacaqlar, lakin onlara bildiriləcəkdir ki, Allahın onlara bəslədiyi qəzəbi daha güclüdür.
Ey Allahın düşmənləri! Allahın elçiləri və haqqa dəvət edənlər sizi iman gətirməyə çağırırdılar və haqlı olmaları barədə sizə inandırıcı dəlillər gətirirdilər. Lakin siz iman gətirməkdən imtina etdiniz və nəyin xatirinə yaradılmışdınızsa, onu da rədd etdiniz. Bunun nəticəsində öz Rəbbinizin böyük lütüfkarlığından özünüzü məhrum etdiniz və Onun nifrətinə və qəzəbinə layiq görüldünüz. O (Pak və Müqəddəs), siz buraya düşənədək, sizə qəzəblənməkdə davam edirdi. Bu gün Fövqəluca Allah qəzəbini sizə göstərəcəkdir və sizi amansız cəzaya məruz qoyacaq, mö­min­ləri isə Öz Mərhəmətinin altına alacaq və onlara bol mükafat əta edəcəkdir.

 ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

(40. 11) “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sənin İradənlə biz iki dəfə ölmüşük və Sən bizi iki dəfə diriltmisən. Biz gü­nah­larımızı etiraf etmişik. Çıxış yolu yoxdurmu?”

Bir şərhə görə, ayədə bu dünya həyatından ayrılarkən baş verən ölümdən və ilk dəfə Sura üfürüldükdən sonrakı ölümdən bəhs edilir ki, bu mələk İsrafilin (ə) ikinci dəfə Sura üfürməsi­nə­dək davam edir. Başqa bir şərhə görə isə, burada insanın xəlq edilməsinə qədərki yoxluqdan və yer üzündəki həyatda öldük­dən sonra nəzərdə tutulur. İki həyat ifadəsinə gəldikdə isə, dün­ya həyatı və Axirət həyatı düşünülür. Bir sözlə, bu vəhydən belə çıxır ki, kafirlər öz cinayətlərini tövbə edəcəklər, lakin bu onlara yardım etməyəcək və xilas olmalarına səbəb olmayacaq. Onları dünya həyatında özlərini cəzadan qurtarmaq üçün cəhd göstər­mədiklərinə görə qınayacaq və onlara bu bədbəxtliklərin səbəblə­rini xatırladacaqlar.

ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ

(40. 12) "Bu ona görə belədir ki, Vahid Allaha dəvət edi­lən zaman iman gətirmirdiniz. Amma Ona şəriklər qoşanda isə inanırdınız. Artıq qərar Fövqəlali və Böyük Allah­ın­dır!”

Ey kafirlər, siz Vahid Allaha iman gətirməyə, yalnız tək Ona ibadət etməyə və müşriklikdən əl çəkməyə çağıran insan­la­rın nəsi­hət­lərinə qulaq asmaqdan imtina edirdiniz. Siz belə çağı­rışlardan dəhşətə gəlirdiniz və haqq carçılarından var gücü­nüzlə uzaq qa­çır­dı­nız. İnsanlar uydurma “ilahlara” ibadət edən­də siz on­­ların söz­lə­ri­ni və əməllərini bəyənirdiniz. Siz kafirliyə üstün­lük verir və nurlu imana nifrət bəsləyirdiniz. Siz dünyəvi və Axi­rət həyatını məhv edə və dağıda bilən şeylərə sevinir və sizə yer üzündə və ölümdən sonra xeyir gətirə və fayda verə biləcək şey­lərə həqarətlə yanaşır­dı­nız. Siz öz seçiminizi etmisiniz. Siz xoş­bəxtlikdən, əmin-amanlıq­dan və uğur qazanmak imkanla­rı­nız­dan imtina etmiş, bədbəxtliyə, alçal­dılmağa və iztirablara üs­tün­lük vermisiniz.
Fövqəluca buyurur: “Mən, yer üzündə heç bir haqqı ol­ma­­dan təkəbbürlənənləri Öz ayələrimdən uzaqlaşdıracağam. Onlar gördükləri heç bir ayəyə iman gətirmir, doğru yol gör­dükdə, ona yönəlmir, azğınlıq yolunu gördükdə isə, onu seçir­lər. Bu, onların Bizim ayələrimizi yalan saymalarına və onlara etinasızlıq göstərmələrinə görə belədir” (Əraf, 7/146).
Hökm vermək yalnız Fövqəlali, Böyük Allaha məxsusdur. Bu adlardan birincisi – Allahın Özünün bütün məxluqları üzərin­də ən yüksək məqam sahibi, ən əzəmətli məziyyətlərə və sarsı­dıl­maz hakimiyyətə malik olduğunu bildirir. Onun misilsiz mə­ziy­yətlərindən biri də Mütləq Ədalət Sahibi olmasıdır. O (Pak və Müqəddəs), hər şeyi öz yerində yerləşdirir və heç vaxt təq­valı möminləri qatı günahkarlara bərabər tutmur. Onun Böyük adına gəldikdə isə, o, Allahın şan-şöhrətini və əzəmətini təsdiq edir. Bu, Onun gözəl adlarında, kamil sifətlərində və qüsurlar­dan, nöq­san­lardan və çatışmazlıqlardan xali olan həmdəlayiq əməllə­rində öz təzahürünü tapır. Fövqəluca Allah Öz hakimiy­yətindən isti­fadə edərək, sizə əbədi həyat təyin etmişdir. Ona iman gətirin və yad­da saxlayın ki, Onun hökmü ləğv edilə və ya dəyişdirilə bil­məz!

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(40. 13) “O – sizə dəlillərini Göstərən və göydən ruzi Na­zil­edən­dir. Yalnız Onu zikr edənlər ibrət alırlar”.

Fövqəluca Öz qullarına bəxş etdiyi böyük nemət haqqında xəbər verir. Bu – haqqı yalndan fərqləndirə bilmək bacarığıdır. Allah bunu, insanın özündə olan, Kainatda yayılmış və ya Kə­ramətli Quranda nazil edilmiş çoxsaylı möcüzələri sayəsində məx­­luqlarına öyrətmişdir. Onların hamısı Kainatın yaradılma­sının əsil məqsədini təsdiq edir və insana doğru yolla azğınlıq arasındakı fərqi açıqlayır. Bu ayələr o dərəcədə aydın və inan­dı­rıcıdır ki, onların üzərində fikirləşib düşünən insanda haqqın harada gizlənməsinə dair şübhə yeri qalmır.
Bu doğrudan da Fövqəluca Allahın ən böyük nemətlərin­dən biridir. O (Pak və Müqəddəs), haqqı şübhəli, doğru yolu isə, dumanlı etməmişdir. Əksinə, O (Pak və Müqəddəs) aydın ayələr və təkzibolunmaz dəlillər nazil etmişdir ki, bütün yaşayanlar tam aydınlıq içində həyat sürsünlər, həlak olanlar da tam aydınlıq içində həlak olsunlar. Eyni zamanda Fövqəluca Allah ən mühüm məsələlərə cavabı ən çoxsaylı etmiş və tamamilə sadələşdirmiş­dir.
Bunun belə olmasına əmin olmaqdan ötrü tövhidin dəlil­lə­ri üzərində düşünmək kifayətdir. Bu məsələ hər bir insanın hə­ya­tın­da ən mühüm məsələlərdən biridir və buna görə çoxsaylı məntiqi dəlillər və hikmətli mətnlər tövhidin zəruriliyini təsdiq edir. Gör Fövqəluca Allah tövhidin lehinə nə qədər məsəllər və də­lil­lər gətirir! Müzakirə etdiyimiz ayədə Allah həm də tövhidi xa­tır­layır və onun zəruriliyini sübut etmək məqsədilə bir sıra inandırıcı dəlillərə müraciət edir. O (Pak və Müqəddəs) göydən qismət, yəni, yağış nazil edir. İnsanların və heyvanların onsuz yaşa­ması mümkün olmazdı. Təkcə bu ifadə, yer üzündəki bütün nemətlərin Fövqəluca Allahın mərhəməti olduğunu sübut etmə­yə bəs edir.
Amma Rəbb maddi nemətlərdən başqa, Öz qullarına mə­nəvi nemətlər də nazil etmişdir. Bunlar – haqq din və onun ger­çək­liyinin çoxsaylı dəlilləri və həmçinin dini hökmlərdən irəli gə­lən saleh əməllərdir. Bütün bu maddi və mənəvi nemətlər Allah­ın – Vahid Haqq Rəbb olmasının təkzibolunmaz dəlilləridir. O (Pak və Müqəddəs) qulları üzərinə bolluq və nemətlərini yağ­dırır və onların səmimi ibadətinə layiq olur, lakin bunu yalnız tövbə ilə Allaha dua edənlər yadda saxlayırlar. Onlar Onun ayələri üzə­rində düşünürlər, çünki onların qəlbində Ona məhəb­bət və həm də Onun qarşısında mütilik, itaət və qorxu hissi bəslənir. Uzun müddət ərzində və çoxsaylı düşüncələr onlara fayda verir: Allahın ayələri bu insanlar üçün nemətə çevrilir və əşyaların həqiqi mayiyyətini dərk etmək üçün onların gözünü açır. Bütün bu deyilənlərdən belə bir nəticə çıxır ki, Allahın ayə­ləri, insanlar onların üzərində düşündükdə, fayda verir. Düşüncə isə, insanlar yalnız səmimiyyətlə düşündükləri zaman faydalı olur. Məhz buna görə, sonra Quranda belə buyurulur:
 ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ

(40. 14) “Kafirlərdə nifrət doğursa da, dini səmimiyyətlə Allaha xas qı­lıb, yalnız Ona dua edin”.

Dua – ibadət ayinidir və bu zaman insan ya Allahdan mər­həmət diləyir, ya da, sadəcə, öz Rəbbi qarşısında təzim edir. Sə­mi­miyyət isə, saleh bir işi yalnız Onun xatirinə yerinə yetirmək­dir. İnsan Allahın qarşısında təkcə fərz və könüllü ibadət ayin­lərini icra edəndə deyil, həm də onu əhatə edən məxluqlarla ün­siyyətdə səmimi olmalıdır. İnsan, onun dininə fayda gətirən və onu Fövqəluca Yaradana yaxınlaşdıran bütün hər şeydə səmimi olmalıdır. Lakin Rəbbə səmimi qulluq bütün zamanlarda kafirlə­rin nifrətinə səbəb olmuşdur və möminlər bunu yadda saxlamalı və düşmənlərin, rəqiblərin qınağlarına əhəmiyyət verməməli­dir­lər. Fövqəluca Öz qullarını kafirlərin tövhidə bəslədikləri aman­sız düşmənçilikləri barədə belə xəbərdar edir: “Təkcə bir olan Allahı xatırlayanda, Axirətə iman gətirməyənlərin ürəkləri kin-küdurətdən lərzəyə gəlir. Ancaq Ondan aşağı olanları xatırla­dıqda isə, onlar sevinirlər” (Zümər, 39/45).
 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

(40. 15) “O, Ali Dərəcəli, Ərş Sahibi hökmlərini qulların­dan istədiyinə Ruh ilə nazil edir ki, Görüş günü barədə onları xəbərdar etsin”.

Allah ayədə Özünün əzəməti və insanları təkcə Ona ibadət et­məyə yönəldən kamil sifətləri haqqında xəbər verir. O (Pak və Müqəddəs) Öz Ərşindədir və onun eganə tamhüquqlu mütləq Hökmdarıdır. Onun ali məziyyətləri Onun məxluqlarına qətiy­yən oxşamadığını göstərir. Onun ilahi mahiyyəti və əzəmətli si­fətlə­ri, insanın yalnız pak və qəlbi nəcibləşdirən əməlləri vasitəsi ilə Ona yaxınlaşa biləcəyinə dəlalət edir. Həqiqətən, Allaha yal­nız səmimi ibadət insanı bütün digər məxluqlardan üstün edə və onu Ona yaxınlaşdıra bilər.
Sonra Allah Özünün bəşəriyyətə ən böyük nemətini yada salır. Burada söhbət Allahın “Ruh” adlandırdığı ilahi vəhyindən getməkdədir. İnsanların ruhları ona möhtac olduqları kimi, həyat əla­məti olmayan cansız bədənlərin də ruha ehtiyacı var. Bədənlər ruhsuz yaşamaq qabiliyyətinə malik deyildir və ürəklər də İlahi vəhyinin ruhu olmadan rahatlıq tapmağa qabil deyillər. Bu ayəni Fövqəluca Öz iradəsi ilə nazil etmişdir ki, Onun qulları böyük ne­mət əldə etsinlər və bundan böyük fayda qazansınlar. Onun, yer üzündə bu vəhylərini alan seçilmiş insanlara gəldikdə isə, onlar Onun digər məxluqları üzərində ucaltdığı, səmavi haqqı qəbul et­məklə və onu qalan insanlara birinici olaraq çatdırmaqla şərəf­lən­dirdiyi alicənab elçilər idilər.
Peyğəmbərlər və elçilər (onlara Allahın salamı olsun!) qul­lara haqq dinə nail olmaqda və həm bu dünyada, həm də Axi­rətdə xoşbəxtlik əldə etməkdə kömək göstərirdilər. Buna görə on­lar öz qəbilədaşlarını Görüş günü[2] haqqında xəbərdar edir­di­lər. Onlar öz ardıcıllarını həmin günə hazırlaşmağa və xeyirxah işlər görməyə çağırırdılar ki, xilas edilməyə və qurtuluşa layiq görül­sünlər. Föv­qəl­uca Allah Qiyamət gününü Görüş günü ad­lan­dır­mışdır, çünki məhz həmin gündə məxluqlar öz Rəbbi ilə, bir-biriləri ilə və həm­çinin öz əməlləri və alacaqları əvəzlə[3] görü­şəcəklər.

ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ

(40. 16) “O Gün ki, onlar zühur edəcəklər, gizli qalma­ya­caq heç nələri Allah­­dan. Kimə məxsusdur hakimiyyət bu gün? Vahid, Fövqəlqüdrətli Allaha!”

Həmin dəhşətli Gündə bütün insanlar qəbirlərindən çıxa­caq və dərəsi-təpəsi olmayan nəhəng bir meydanda toplanacaq­lar[4]. Nə insanların özləri, nə onların törətdikləri əməllləri, nə də onlara çatası əvəz – heç bir şey Allahdan gizli qalmayacaq. O (Pak və Müqəddəs) soruşacaq: “Hakimiyyət bu Gün kimə məx­susdur? Kim bu əzəmətli Günü idarə edir? Göylərin və yerin bü­tün sakinlərini bir yerə toplayan kimdir?” Həqiqətən, bu – Vahid Hökmdar və Hakimdir ki, şəriki və köməkçiləri yoxdur. O (Pak və Müqəddəs), sizə Özünün mütləq hakimiyyətini nümayiş etdi­rir və taleyinizi dəyişdirmək imkanından sizi məhrum etmiş­dir. Bu Gün siz etdiyiniz yaxşı əməllərdən və törətdiyiniz pis əməl­lərdən başqa heç nəyə malik deyilsiniz, çünki bütün haki­miyyət Fövqəluca Allahın əlindədir. O (Pak və Müqəddəs) – Vahiddir, Fövqəlqüdrətlidir. İlahi Zatı, gözəl adlar, kamil sifət­lər və həmdə­layiq əməllər yalnız Ona məxsusdur və heç bir məxluq Onunla bərabər bu ilahi məziyyətlərə malik deyildir. Bütün məxluqlar Ona itaət edir və Onun hakimiyyəti altındadır və bunun ən yaxşı dəlili Qiyamət günü olacaqdır ki, onda heç bir məxluq Fövqəl­qüd­rətli Allahın icazəsi olmadan hətta danışa da bilməyəcəkdir.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

(40. 17) “Bu gün hər kəsə qazandığının əvəzi veriləcək. Bu gün əsla zülm edilməyəcək. Həqiqətən də, Allah bir anda Haqq-hesabçəkəndir!”

İnsana veriləcək əvəz yalnız onun bu dünyada etdiyi kiçik və ya böyük yaxşı və pis əməllərindən asılıdır. Allah heç kimlə zalımcasına davranmır: insanın günahları artırılmayacaq, onun göstərdiyi xidmətləri də əksildilməyəcək. Bunu yadda saxlayın və bilin ki, Allah hesablaşmanı olduqca çox tez həll edir. Elə dü­şünməyin ki, haqq-hesab Günü çox uzaqdadır, çünki o, mütləq gələcəkdir. Əgər siz əbədiyyət barədə fikirləşsəniz, onda anlayar­sınız ki, baş verəcəyi labüd olan istənilən hadisə, yaxındadır. Sizə vəd edilən Gün başladıqda, Fövqəluca Allah haqq-hesabı bir an­da çəkəcəkdir. Bu Onun üçün çətinlik yaratmır, çünki O (Pak və Müqəddəs) Hərşeyibilən və Fövqəlqüdrətlidir.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ


(40. 18) “Ürəklərin boğaza dirənəcəyi və qəm-qüssəyə ba­tacaq­ları yaxınlaşan Gün[5] barə­də onları xəbərdar et! Zalımla­rın nə sev­dik­ləri qohumları, nə də tabe olduqları himayəçiləri ol­ma­ya­caq!”

Fövqəluca peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Qiyamət gününün yaxınlaşması haq­qında insanları xəbərdar etsin. Çox yaxınlarda insanlar onun dəhşətli “mənzərələrini” və təsvirolunmaz sarsıntılarını öz gözlə­ri ilə görüb əmin olacaqlar.
Qorxudan insanların canı boğazlarına yığılacaq və onların ürəkləri ölgünləşəcək. Onlar ətraflarına baxacaq və kədərlənə­cək­lər. Onlar bir söz belə danışa bilməyəcəklər, çünki Qiyamət günü insanlar yalnız Fövqəluca Allahın icazəsi ilə və yalnız əsil həqi­qəti danışa biləcəklər. Kafirlərin ürəkləri isə qorxu və dəhşət­dən aşıb-daşacaq və bu, onların ancaq hüzn və kədərini bir daha artı­ra­caqdır. Onların nə dostları olacaq, nə də yaxınları. Onların hət­ta şəfaətçiləri və havadarları belə olmayacaq, çünki heç bir məx­luq Allaha şərik qoşmağa cəsarət göstərən fasiqlərin tərərfini sax­lamayacaq. Amma əgər kimsə onları müdafiə etməyə cəhd gös­tərsə belə, Allah beləsinin havadarlıq etməsinə onsuz da əhə­miyyət verməyəcək.
 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ

(40. 19) “O, gözlərin xain baxışlarından da və köksdə giz­lə­di­lən­lər­dən də xəbərdardır”.

Əgər insan ətrafda baş verən hadisələri gözünün ucu ilə belə müşahidə edirsə də, bu Fövqəluca Allaha bəyan olur. Bəs on­­da insanın açıq şəkildə başqa adamların hüzurunda etdiyi əməl­lər haqqında nə demək olar?!

 ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(40. 20) “Allah ədalətlə mühakimə edir, Ondan başqasına müraciət edilənlər isə heç nəyi həll etmirlər. Həqiqətən, Allah – Eşidəndir, Görəndir”.

Allahın sözləri, qanunları və qərarları haqdır və ədalətlidir. Kainatda baş verən və Mühafizəolunan Kitabda yazılmış hər bir şey Ona məlumdur. O – Pakdır və zalımlıqdan, nöqsanlardan və digər xətalardan uzaqdır. O (Pak və Müqəddəs) Kainatın tamhü­quqlu mütləq Hökmdarıdır və buna görə dünyada yalnız Onun istədiyi baş verir. O (Pak və Müqəddəs), dünya həyatında kafir­lər­lə mö­minlər arasında yaranan mübahisələri və münaqişələri həll edir və həmişə Öz sevimli və saleh qullarına kömək göstərir. Ey­ni za­­manda O (Pak və Müqəddəs), uydurulmuş “ilahlara” iba­dət edən müşrikləri Öz köməyindən məhrum edir. Bu uy­durma “ilahlar” heç bir hakimiyyətə malik deyillər. Onlar gücsüz və aciz­dirlər. On­lar nəinki insanlara kömək etməyə qabil deyillər, bunu heç istə­mirlər də. Həqiqətən, onlar Fövqəluca Allaha qətiy­yən ox­şa­­­mırlar – Onun gözəl adları arasında – Eşidən və Görən adları var­dır. O (Pak və Müqəddəs), ən müxtəlif dillərdə[6] və ən müx­tə­lif məsələlər üzrə Ona müraciət edən qullarının dualarını eşidir. O (Pak və Müqəd­dəs), dünyada cərəyan edən hər şeyi, hət­ta bunlar, in­sanların baxış­la­rından və bilik səviyyəsindən gizli qalsa belə, görür.
Allahın qullarını Qiyamət gününün yaxınlaşması barədə ilk öncə xəbərdar etməsi və ancaq bundan sonra Özünün ilahi sifətləri haqqında xatırlaması təsadüfi deyildir. O (Pak və Mü­qəd­­dəs) bunu ona görə belə etmişdir ki, insanlar bu əzəmətli Gü­nə ha­zırlaşaraq, eyni zamanda əzabverici cəzadan çəkinsinlər və bol mükafata ümid bəsləsinlər.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(40. 21) “Məgər onlar yer üzündə gəzib-dolaşmayıblar və özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görməyib­lər? Axı onlar bunlardan həm gücdə üstün idilər və həm də yer üzündə daha çox iz qoymuşdular, lakin Allah onları günah­ları­na görə yaxaladı və heç kim onları müdafiə etmədi”.
(40. 22) “Bu, elçilər onlara aydın ayələrlə gəldikdə, onla­rın iman gətirməmələrinə görə idi. Allah onları yaxaladı, axı O – Fövqəlgüclüdür, cəzalandırmaqda Sərtdir”.

Əgər insanlar yer üzündə səyahət edərkən insan əməl­­lə­ri­nin nəticələri üzərində düşünsəydilər və bunlardan fay­dalı ib­rət götürsəydilər, onda onlar mütləq əmin olardılar ki, bütün za­man­larda kafirlərin qismətinə həmişə ən dəhşətli sonluq nə­sib ol­muş­dur: məhv edilmə, büsbütün qırılıb yox olma, rüs­vay­çılıq və şə­rəfsizlik. Onlar çoxsaylı idilər və yaxşı təchiz olunmuş­dular, bö­yük qüdrətə malik idilər və yer üzündə böyük işlər görürdü­lər, yəni, ecazkar qəsrlər və saraylar inşa edir və olduqca nəhəng və geniş torpaq sahələrini əkib-becərirdilər. Lakin onlar cinayətə qur­şanırdılar və tövbə etməkdən inadkarcasına boyun qaçırır­dı­lar və belə olduqda, Allah günahlarına görə onları cəza­landırırdı və heç kim onları Allahdan müdafiə edə bilmirdi. Onun gözəl adları arasında – Fövqəlgüclü və cəzalandırmaqda Sərt adları bu­na dəlildir. Ən güclü və ən qüdrətli xalqlardan biri Ad xalqı idi. On­lar təkəbbürlənməyə cəsarət etmişdilər və belə bəyan edir­di­lər: “Kim bizə gücdə üstün gələ bilər?...” (Fussilət, 41/15). Allah bu­nu etdi və onlara qasırğalı külək göndərdi və o, bir vaxtlar qüd­rətli olan bir xalqı yer üzündən silib yox etdi.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ

(40. 23) “And olsun ki, Biz Musanı möcüzələrimizlə və açıq-aydın dəlillərimizlə göndərdik”

Allah Onun elçilərini rədd edən günahkarları hansı qismə­tin gözlədiyindən xəbər verir və örnək olaraq Misir fironu­nu (L) və onun əlaltılarını göstərir. Allah elçisi İmran oğlu Musanı (ə) on­ların yanına göndərir. O (ə) fasiqlərin yanına böyük möcüzə­lərlə gəlir. Bunların hər biri onun (ə) səmavi təliminin doğrulu­ğunu və Misir xalqının mübtəla olduğu müşrikliyin yanlışlığını təsdiq edirdi. Allah Öz elçisinə (ə) həmçinin aydın dəlillərlə hi­mayə edirdi və onların hər birinin qarşısında insanların qəlbi müti­ləşirdi. İlan və əsa haqqında hekayət və bir çox digər möcü­zələr insanları Musanın (ə) doğruçuluğuna və onun (ə) təbliğ et­diyi dinin gerçəkliyinə əmin etmişdi.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(40. 24) “Fironun, Hamanın və Qarunun yanına. Onlar de­dilər: “O – yalançı sehrbazdır!”

Allah bu ayədə Musanın (ə) göndərildiyi kafir insanların başçıları haqqında xəbər verir. Bunlar – Firon (L), onun baş naziri Haman və Musa peyğəmbərin (ə) qəbilədaşlarından biri olan Qa­run idi ki, öz var-dövləti üzündən yolundan azmışdı. Onların hər biri Musanı (ə) qətiyyətlə rədd etdilər, onu (ə) sehrbaz və yalançı adlandırdılar.

 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(40. 25) “O, Bizim dərgahımızdan olan haqqı onlara gətir­dikdə, onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğul­la­rını öldürün və qadınlarını isə sağ buraxın!” Lakin kafirlərin fitnə-fəsadı zəlalət içindədir”.

Musa (ə) onların yanına haqq ilə gəlmişdi və onlara elə mö­­­cüzələr göstərmişdi ki, onların hər biri sağlam ağıl sahibi olan insanı Allahın iradəsinə itaət etməyə yönəldərdi, lakin fasiqlər Rəbbin elçisinə (ə) itaət etməkdən boyun qaçırdılar. Onlar böyük peyğəmbəri (ə) rədd etməklə qane olmayaraq, hətta onun (ə) söz­lərini öz yalançı bəyanatları ilə təkzib etməyə cəhd göstər­di­lər. Onlar ən yaramaz və çirkin hərəkətlərə əl atmağı qərara almışdı­lar və misirliləri, Musa (ə) ilə birlikdə iman gətirənlərin oğullarını öldürməyə və onların qadınlarını isə öldür­məməyə çağır­mağa baş­lamışdılar. Onlar bu məkrli addımı atmaqla ümid edirdilər ki, möminləri zəiflədə biləcəklər və onlara köləlikdən xilas olmağa maneə törədəcəklər. Amma kafirlərin fitnə-fəsadları bütün za­man­­larda büsbütün azğınlıqdan ibarət olmuşdur və buna görə Alla­hın düşmənləri nəinki öz müdhiş məqsədlərinə nail olmağı ba­car­madılar, əksinə, hamısı axırıncı nəfərinə kimi həlak edil­dilər.
Mən istəyirəm ki, sizin diqqətinizi Quran dilinin Fövqəluca Allahın Kitabında tez-tez təkrarlanan incəliklə­rindən birinə yö­nəl­dəm. Əgər Quranın bir parçasının mətni müəyyən bir hadisə ilə bağlıdırsa və Fövqəluca Allah bu rəvayətin nəticələrinin daha geniş səciyyələndirilməsini istəyirsə, onda O (Pak və Müqəddəs) bu nəticələri konkret şəxslərlə və ya hadisələrlə deyil, insanların və hadisələrin bütöv qrupları ilə əlaqələndirir. Bu, Allahın müəy­yən hökmlərinin yalnız müəyyən insanlara və ya hadisələrə aid olması kimi yanlış mülahizələrin yaranmasının qarşısını alır. Məhz buna görə Fövqəluca Allah demir ki: “Lakin onların fitnə-fəsadı – büsbütün azğınlıqdır”, əksinə, belə buyurur: “Lakin kafir­lərin fitnə-fəsadı – büsbütün azğınlıqdır”[7].
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ

(40. 26) “Firon dedi: “Mənə Musanı öldürməkdə mane ol­ma­yın. Qoy o, öz Rəbbini çağırsın. Mən ehtiyat edirəm ki, o, si­zin dininizi dəyişsin və ya yer üzündə fəsad yaysın”.

Təkəbbürlü və zalım Firon (L) qəbilədaşlarını özünün ya­lan nitqləri ilə aldatmaqdan əl çəkmirdi. O (L) deyirdi: “Əgər siz mənə mane olmasanız, mən onu mütləq öldürərəm, çünki mənim etdiyim hər şeyi mən yalnız sizin xeyriniz üçün edirəm. Qoy o, dua etsin, çünki mən onu öz Allahına kömək üçün müraciət et­mə­sinə mane olmayacağam. Firon (L) bəyan edir ki, Musaya (ə) divan tutmaq istəyir, çünki öz xalqının əmin-amanlığı üçün nara­hatdır və istəmir ki, yer üzündə fitnə-fəsad yayılsın. Qəribə hal­dır ki, insanların ən yaramazı öz əlaltılarını insanların ən yaxşı­sından qorxub çəkinməyə çağırır. Bu ucuz bir yalan idi və yalnız, Fövqəluca Rəbbin pozğun xalq adlandırdığı insanlar tərə­findən istifadə edilə bilərdi. Fövqəluca belə buyurur: “O öz xal­qını al­datdı və onlar ona tabe oldular. Həqiqətən, onlar gü­nah­kar in­sanlar idilər” (Zuhruf, 43/54).

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

(40. 27) “Musa dedi: “Həqiqətən, mən Haqq-hesab gü­nü­nə inanmayan hər bir təkəbbürlüdən mənim də Rəbbim, sizin də Rəbbiniz olana sığınıram”.

Fironun (L) zalımlığının və istibdanın nəticəsi və həmçi­nin onun (L) öz qüdrətinə və böyüklüyünə etiqadının tə­za­hürü olan bu qorxunc nitqə cavab vermək üçün Musa (ə) kömək almaq məq­­­sədilə Allaha müraciət edir və deyir: “Mən Fövqəlqüdrətli Rəbbi­mdən, təkəbürlülükləri üzündən Haqq-hesab gününə iman gətir­mə­yən və yer üzündə fitnə-fəsad yaymağa cəsarət edən gü­nah­karlardan məni müdafiə etməsini təvəqqe edirəm”. Mübarək Kita­bın qanunlarına istinad edərək, biz onlardan birini öncə xa­tırlat­dıq, belə anlamaq olar ki, burada təkcə Misir fironundan deyil, habelə bütün qalan zalımlardan bəhs edilir. Fövqəluca, Musaya (ə) lütüfkarlıq göstərib, onu Haqq-hesab gününə inan­ma­­­­yan lovğa və dikbaş günahkarlardan qorudu. Allahın iradəsi ilə şərait və insanlar şanlı peyğəmbəri (ə) Fironun (L) və onun məiy­yətinin fitnələrindən xilas etdilər.
Belə insanlardan biri Fironun (L) qohumu olan və Vahid Allaha iman gətirmiş bir nəfər idi və o, var qüvvəsi ilə Musanı (ə) müdafiə edirdi. O, firon ailəsinin üzvü idi və buna görə də Misir zadəganları onun rəyinə qulaq asırdılar. O, Fironun (L) əhatə­sində olan əyanlarla üzdə həmrəy olduğunu bildirirdi və öz di­ni əqidəsini onlardan böyük məharətlə gizlədirdi. Əgər o, misirli­lə­rin alu­də olduğu müşrikliyə nifrət bəslədiyini açıq bildirsəydi, heç kim onun sözünə qulaq asmazdı və o, peyğəmbərini müdafiə edə bil­məzdi. Fövqəluca Allah oxşar bir qayğı ilə Muhəmməd Peyğəm­bə­ri (ona Allahın salavatı və salamı olsun!) də əhatə et­mişdi. Ona (s.ə.s.) əmisi Əbu Talib havadarlıq edirdi. O, qureyş­li­lərin “dininə” etiqad edirdi, müşriklər arasında hörmət sahibi idi və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) düş­­­mənlərinə onu (s.ə.s.) incitmələrinə imkan vermirdi. Əbu Ta­lib islamı qəbul etsəydi, öz qardaşı oğluna havadar çıxa bil­məz­di[8].

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ

(40. 28) “Fironun ailə üzvlərindən olan və imanını gizlə­dən bir mömin dedi: “Məgər siz bir insan: “Mənim Rəbbim – Allahdır!” – dediyinə görə onu öldürəcəksiniz? Axı o sizin ya­nı­­nıza Rəbbinizdən açıq-aşkar möcüzələrlə gəlmişdir. Əgər o yalan deyirsə, yalanı yalnız onun özünə zərər vuracaqdır. Əgər doğru deyirsə, onda onun bəzi vəd etdikləri sizə zərbə olacaq­dır”. Həqiqətən, Allah ifrata varanları və yalan danışanları doğ­ru yola yönəltmir”.

Firon (L) Musanı (ə) öldürmək qərarına gəldikdə, bu mö­min, sağlam düşüncəli və qətiyyətli insan belə bir niyyətin yan­lışlığını ifşa etməyə cəsarət göstərdi[9] və dedi: “Məgər Allaha iman ən sərt cəzaya – edama layiq bir cinayətdirmi? Musa Föv­qəl­­­uca Allahı öz Rəbbi hesab edir və haqlı olmasını çoxsaylı mö­cüzələrlə təsdiq edir. Sizin hər biriniz, kiçikdən tutmuş bö­yüyə kimi, bu möcüzələr haqqında eşitmisiniz və siz onu öldürə bil­məzsiniz. Əgər siz onun təbliq etdiyi haqqı təkzib edə bilsəy­diniz və öz inandırıcı dəlillərinizi gətirsəydiniz, onda Musanın öl­dü­rül­məsi haqqında fikirləşə bilərdiniz. Lakin onun dəlilləri tək­zib­olunmazdır, onun möcüzələri isə əzəmətlidir və buna görə sizin əlinizdə bu saleh insanı öldürmək üçün heç bir əsasınız yox­dur.
Sonra o öz qəbilədaşlarına hər bir sağlam təfəkkürə malik insanı əmin edə biləcək tutarlı bir məntiqi sübut gətirdi. O dedi: “Musanın iddiası ya yalan, ya da ədalətli ola bilər. Əgər o, yalan da­nışırsa, onda özünün yalanıyla yalnız özünə zərər vuracaqdır. Siz ona görə əzab çəkməyəcəksiniz, çünki siz ona iman gətirmək­dən imtina etmisiniz. Əgər o doğru danışırsa, o artıq özünün haq­lı ol­ma­sını çoxsaylı dəlillərlə sizə göstərmişdir, onda Allah sizi həm bu dünyada yaşadığınız zaman, həm də ölümdən sonra mütləq cəza­landıracaqdır. Buna görə, onun sizi təhdid etdi­yinin bir hissə­si­nin, yəni, tezliklə bu dünyada cəzanın sizi yaxa­laya­cağından ehtiyat edin!”
Bu sözlər Fironun (L) iman sahibi olan qohumunun necə də ağıllı və düşüncəli olduğunu və Musa peyğəmbəri (ə) çox mə­ha­rətlə müdafiə etdiyini təsdiq edir. O, Misir zadəganlarına şüb­hələnməyə imkan vermədən, vəziyyəti elə təqdim edir ki, hər iki halda Musanın (ə) öldürülməsi axmaqlıq və düşünülməmiş ad­dım kimi qəbul olunsun.
Allah bu mömindən razı olsun![10] Qoy bu iman sahibi Rəb­bi­nin mükafatından razı qalsın! Allah onun günahlarını bağışla­sın! Allah ona rəhmət eləsin! O, öz mübarək peyğəmbərini (ə) müdafiə etməklə qane olmayaraq, hamının eşidəbiləcəyi tərzdə bəyan etdi ki, Musa (ə) doğrudan da haqqa yaxındır. O dedi: “Allah yalana üsünlük verənləri və haqqı təkzib edənləri doğru yola yönəltmir. Allah belə insanlara haqqı tapmaqda kömək et­mir və buna görə onların sözləri və dəlilləri həmişə yalan və qey­ri-inandırıcı olur. Musanın (ə) təbliğatına gəldikdə isə, siz öz göz­lərinizlə görüb onların doğruluğuna əmin oldunuz, çünki on­lar təkzibolunmaz məntiqi dəlillərlə və ecazkar möcüzələrlə təs­diq edilir. Bu yolla gedən cinayətkar və yalançı ola bilməz”. Belə bir çıxış etmək yalnız sağlam ağıla, düşüncəyə və Fövqəluca Allah haqqında yaxşı biliklərə sahib olan insana müyəssər ola bilər. Son­ra o, öz qəbilədaşlarını azğınlığa düşə biləcəklərindən səmi­miyyətlə xəbərdar etdi və onlara Axirətdə veriləcək dəhşətli cə­zanı xatırlatdı. O dedi:

ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(40. 29) “Ey mənim xalqım! Bu gün hakimiyyət əliniz­də­dir və siz yer üzündə hökmranlıq edirsiniz. Allahın cəzası bizə gəldikdə, kim bizə kömək edəcək?” Firon dedi: “Mən sizə nəyi lazım bilirəmsə, onu da göstəriş verirəm. Mən sizi yalnız doğru yola yönəldirəm”.

Siz xalqları ürəyiniz istədiyi kimi idarə edirsiniz. Lakin bu hakimiyyət sizi aldatmasın, çünki o sizə əbədi mənsub olmaya­caqdır. Allahın cəzası bizi haqlayanda kim bizə köməyə gələcək? Gör bu təşviqat necə də gözəldir və bu mömin gor necə uğurla özünün adlı-sanlı əyanlara yaxın olduğunu xüsusi məharətlə vur­­ğulayır! O demir ki: “Allahın cəzası sizi haqlayanda kim sizə köməyə gələcək?” Bu minvalla o, ətrafındakılara anladır ki, o özü üçün istədiyini onlar üçün də səmimiyyətlə arzulayır.
Firon (L) onun sözləri ilə razılaşmır və qərara alır ki, xal­qı­nın Musaya (ə) itaət göstərməməli olduğuna onları əmin etsin. O həmçinin deyir ki, o (L) öz xalqına nəyi lazım bilsə, onu da təklif edəcəkdir. Bəs o (L), məhz nəyi lazım bilirdi? O (L) öz xalqına həqarətlə yanaşırdı və belə hesab edirdi ki, xalq onun (L) əmrlə­rini danışıqsız yerinə yetirməli və onun (L) hakimiyyətinə yar­dım göstərməlidir. Eyni zamanda Firon (L) özünü haqlı say­mırdı və bilirdi ki, haqq – Musanın (ə) tərəfindədir. Bundan baş­qa, o (L) onun (ə) haqlı olduğuna əmin idi, lakin, buna baxma­yaraq, onu (ə) təkzib etməkdən əl çəkmirdi. Buna görə o (L), xalqını “düz” yol­la apardığını söylədikdə, şüurlu surətdə yalan danışırdı. Əgər o (L) xalqını özünə itaət göstərməyə məcbur edə­rək, onun kafir­liyini və yolunu azdığını etiraf etsəydi, onda bu daha az zalımlıq olardı. Lakin o (L) insanlara azğınlığı haqq yol kimi təqdim et­məklə, onlara “düz yolla” get­məyi təklif edirdi[11].

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

(40. 30) “O kəs ki, iman gətirmişdi, dedi: “Ey xalqım! Doğ­­­rusu, mən qorxuram ki, siz də, həmtay topluların gününə düşəsiniz,
(40. 31) “elə bir günə ki, Nuhun xalqına da, adlara da, sə­mudlulara da və onlardan sonrakılara da qismət olmuşdur. Allah istəməz ki, qullarına zülm etsin”.

O vaxt onun (L) iman gətirmiş qohumu qərara aldı ki, Mi­sir əyanlarını bir daha Vahid Allaha və Onun peyğəmbərinə (ə) iman gətirməyə çağırsın. Bütün digər haqq dəvətçiləri kimi, o, insanların həqiqi dinə gələcəklərinə ümidi itirmirdi. O, Allahın düşmənlərinin inadkar müqavimətinə baxmayaraq, haqq dinin təbliğatını davam etdirirdi. O deyirdi: “Ey xalqım! Mən qorxu­ram ki, Allahın peyğəmbərləri əleyhinə birləşən sizdən əvvəlki­lərin başına gələnlər sizin də başınıza gəlsin. Amansız cəza Nuh­un (ə) xalqının, adların, səmudluların və onlardan sonra yaşa­yan­ların nəsibi oldu. Onların hamısı kafirliyə və Allaha itaətsizliyə aludə oldular və onların hamısı həm yer üzündə yaşadıqları hə­yatda, həm də ölümdən sonra cəzaya layiq görüldülər. Axı Allah Öz məxluqlarını onlar cinayət törətmədikcə və ya canilik etmə­dikcə, cəzalandırmır”. Sonra o öz qəbilədaşlarına, Axirət həyatın­da kafirləri gözləyən cəzanı xatırladaraq, belə deyir:

 ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(40. 32) “Ey mənim xalqım! Doğrusu, mən sizin bir-biri­ni­zə fəryadla müraciət edəcəyiniz Gündən qorxuram”.

Bəhs edilən bu hadisə Qiyamət günü barəsindədir. O Gün Cən­nət sakinləri və Cəhənnəm əzabkeşləri biri-birilərinə müra­ci­ət edə­cək­lər. Fövqəluca buyurur: “Cənnət sakinləri Od sakin­lə­rinə belə müraciət edəcəklər: “Biz artıq əmin olmuşuq ki, Rəb­­bimi­zin bizə vəd etdiyi – həqiqətdir. Siz də Rəbbinizin sizə vəd et­diyinin həqiqət olduğuna əmin oldunuzmu?” Onlar de­yəcək­lər: “Bəli”. Onda carçı onların arasında belə car çəkəcək­dir: “Allah, başqalarını Allahın yolundan sapdıran, onu təhrif edən və Axirətə iman gətirməyən zalımlara lənət etsin!” (Əraf, 7/44-45);
“Od sakinləri Cənnət sakinlərinə belə müraciət edəcək­lər: “Üstümüzə ya su tökün, ya da Allahın sizə nəsib etdiyin­dən”. Onlar isə deyəcəklər: “Allah bunu kafirlərə qadağan et­mişdir, çünki onlar öz dinlərini əyləncəyə və oyuna çevirmiş və dünya həyatına aludə olmuşlar” (Əraf, 7/50-51);
“Onlar çağıracaqlar: “Ey Malik! Qoy sənin Rəbbin işi­mizi bitirsin”. O isə deyəcək: “Siz elə beləcə də qalacaqsı­nız”. Biz sizə haqqı gətirmişdik, lakin əksəriyyətiniz onu sevmir” (Zuhruf, 43/77-78);
“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə qalib gəldi və biz azmış insanlar olduq. Ey Rəbbimiz! Bizi bu­radan çıxart. Əgər biz qayıtsaq, onda doğrudan da zalımlar ola­rıq”. O buyuracaqdır: “Buradaca rüsvayçılıqla qalın və Mə­nimlə danışmayın!” (Muminun, 23/106-108);
“Onlara deyəcəklər: “Öz şəriklərinizi çağırın!” Onlar şə­riklərini çağıracaqlar, lakin onlardan cavab almayacaqlar və on­da onlar cəzanı görəcəklər. Kaş ki, onlar doğru yolla gedəy­di­lər!” (Qəsəs, 28/64).

 ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ

(40. 33) “Həmin gün siz geriyə çəkiləcəksiniz, lakin heç kim sizi Allahdan qorumayacaq. Allahın azdırdığı kəsin isə məs­­­lə­hətçisi olmayacaq”.

Mömin kişi öz xalqına Qiyamət gününün dəhşətlərini xa­tırladır və onları müşriklikdən və uydurma “ilahlara” ibadət et­məkdən çəkindirir. O deyir: “Həmin gün sərt mələklər sizi qa­baqlarına qatıb od içində olan Cəhənnəmə doğru qova-qova apa­racaqlar və onda siz qaçmağa cəhd göstərəcəksiniz. Amma siz Allahın cəzasından xilas ola bilməyəcəksiniz və heç bir məxluq da sizə kömək etməyəcək.
Fövqəluca belə buyurur: “Həmin gün sirlər aşkar olacaq. Onda onun nə gücü olacaq, nə də köməkçisi” (Tarik, 86/9-10). Amma əgər Allah insanı azdırarsa, heç kim onu doğru yola gətirə bilməz, çünki iman və azğınlıq yalnız Fövqəluca Allahın sərən­camındadır. O (Pak və Müqəddəs), qullarından kimin doğru yol­la getmək şərəfinə layiq olduğunu bilir və yalnız qatı cina­yət­kar­ları doğru yol təlimatından məhrum edir. Bunun nəticəsində heç kim onlara düz yola gəlməyə yardım göstərə bilmir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(40. 34) “Əvvəlcə sizə aydın ayələrlə Yusuf gəlmişdi, am­ma siz indiyədək onun sizə gətirdiyinə şübhə edirsiniz. O ölən­də isə, siz dediniz: “Allah ondan sonra elçi göndərməz”. Allah ifrata varanları və şübhə edənləri belə azdırır”.
Musa (ə) – Allahdan sizə göndərilmiş ilk elçilərdən deyildi. Ona qədər sizə Yaqub oğlu Yusuf (ə) gəlmişdi. O (ə) sizi Tək Allaha ibadət etməyə və Ona şəriklər qoşmamağa dəvət edir və özünün doğruçuluğunu təsdiq edən çoxsaylı dəlillər göstərirdi. Lakin bu onun (ə) sözlərinin gerçəkliyinə şübhə etməkdə sizə ma­ne olmadı və hətta Yusufun (ə) yaşadığı dövrdə siz şübhələri­nizdən əl çəkmədiniz. O (ə) vəfat etdikdə isə, siz tamamilə şüb­hələr burulğanına və müşrikliyə daldınız. Siz hətta deyirdiniz ki, Allah Yusufdan (ə) sonra daha elçilər göndərməyəcək. Amma si­zin zənniniz yanlış çıxdı. Siz Fövqəluca Allah haqqında ən lə­ya­qətsiz tərzdə düşünürdünüz, lakin indi əmin oldunuz ki, O (Pak və Müqəddəs) Öz qullarını heç vaxt darda qoymur. O (Pak və Müqəddəs) onları müşahidə edir, onlara Öz hökm və qadağaları­nı nazil edir və hətta onlara Özünün elçilərini göndə­rir. Yalnız yolunu azmış günahkarlar elə zənn edirlər ki, Allah heç vaxt in­sanlara peyğəmbərlər və elçilər göndərmir. Allah icazə veriləni pozanları və şübhə edənləri belə yoldan sapdırır.
Zalım və hər şeyə irad tutan kafirlər bu məziyyətləri Musa peyğəmbərə (ə) şamil edirdilər. Halbuki əslində, onlar özləri hə­min keyfiyyət­lərə malik idilər. Onlar halalı pozurdular, çünki haqqı danırdılar və azğınlığa üstünlük verirdilər. Onlar – yalan­çıy­­dılar və Allaha böh­tan atır, Onun peyğəmbərləri və elçiləri haqqında uydurma söz­lər danışırdılar. Bu alçaq keyfiyyət­lərə ma­­lik olan günah­karlar, onlardan heç vaxt xilas ola bilmə­yə­cək­lər. Allah isə onları heç vaxt doğru yola yönəltməz və xeyir qa­zanmaqda onlara yar­dım etməz. Haqq ona bəlli olduqdan sonra, onu inkar edən cəzalandı­rılmağa layiqdir və Fövqəluca Allah onu Özünün ilahi hidayə­tindən məhrum etməklə cəzalan­dırır. Fövqəluca belə buyurur: “... Onlar yoldan azınca, Allah da on­ların qəlblərini sapdırdı. Allah fasiqləri doğru yola yönəlt­məz” (Səff, 61/5); “Biz onların ürəklərini və baxışlarını, ona ilk dəfə iman gətirmədikləri üçün əksinə döndərərik və onlar öz az­ğın­lıqları içində kor-koranə dolaşarlar” (Ənam, 6/110).
ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(40. 35) “Allahın onlara nazil edilən ayələrini heç bir də­lili olmadan inkar edənlərin höcətləşməsi Allah dərgahında və iman gətirənlərin yanında böyük nifrət doğurur. Allah hər bir tə­kəbbürlü zalım hökmdarın qəlbini belə möhürləyir”.

Allah halal ediləni pozan və şübhə edən kəslərin digər key­fiyyətlərindən xəbər verir və bildirir ki, onlar Onun nazil etdiyi dəlillərdən xəbərləri olmadan, Onun ayələri barədə mübahisə edirlər. Bu ayələr, nəyin yalan, nəyin də haqq olması barədə heç bir şübhə yeri qoymur. Onlar o dərəcədə aydın və inandırıcıdır ki, açıq səmadakı günəşə bənzərdirlər. Lakin buna baxmayaraq, fasiqlər onları inkar etməkdə inadkarlıq göstərir və onların nu­runu öz yalanları ilə batırmağa cəhd göstərirlər. Eyni zamanda, onlar özlərinin haqlı olmalarına dair heç bir dəlil gə­tirmirlər və yalnız mənasız şeylər haqqında boşboğazlıq edirlər. Bu, Fövqəl­uca Allahın ayələri ilə əlaqədar mübahisə edənlərin hamısına xas olan bir sifətdir. Haqqı inkar etmək mümkün deyil və buna görə ona qarşı qoyula bilən dəlillər yoxdur. Nə inandırıcı məntiqi sü­butlar, nə də naslar[12] heç vaxt Allahın nazil etdiyi həqiqətlə zid­diyyət təşkil etmir. Öz Rəbbini yalanlamaq istəyən kafir­lə­rin söz­ləri və əməlləri, həmçinin onların özləri Allahdan ötrü və iman gətirənlər üçün olduqca ikrahdoğurucudur. Allahın düşmənləri haqqı inkar edir, yalana inanır və hətta bu yalanı Fövqəluca Rəb­bə aid edirlər. Əlbəttə ki, bu keyfiyyətlər nə Allahın, nə də mö­min­lərin xoşuna gələ bilməz, çünki sonuncu­ların məhəbbəti də, nifrəti də Fövqəlqüdrətli Rəbbin iradəsinə bağlıdır. Möminlər Allahın seçmə və ən yaxşı qullarıdır və on­ların nifrəti, nifrət et­diklərinin günahlarının ağırlığına dəlalət edir.
Məhz belə günahlara görə Allah Fironun (L) və onunla əl­bir olanların ürəklərinə möhür vurmuşdur. Allah, təkəbbürlə haq­­qı dananların, Allahın məxluqlarına laqeyd yanaşanların və insanların haqlarını, onlara göstərdikləri zalımlıq və düşmən­çilik üzündən, tapdayanların hər biri ilə beləcə davranır.

 ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧﮨ ﮩﮪﮫﮬ ﮭﮮﮯ

(40. 36) “Firon dedi: “Ey Haman! Mənim üçün bir qüllə inşa et. Ola bilsin ki, çatım o yollara,
(40. 37) “səma yollarına və Musanın Allahını görüm. Hə­qi­qətən, mən onu yalançı sayıram”. Firona əməllərinin pis­liyi be­ləcə gözəl göstərildi və o, yoldan sapdırıldı. Fironun fitnələri isə uğursuz oldu”.

Firon (L) Musanın (ə) moizələrinə var qüvvəsi ilə müqa­vi­mət göstərməkdə davam edir və Allahın aləmlərin Vahid Rəbbi olmasını etiraf etməkdən boyun qaçırırdı. O (L), Musanın (ə) Allahın Ərşə çıxmasını və bütün məxluqlar üzərində ucaldığını təsdiq etdiyini eşitmişdi və buna görə vəziri Hamana bir qüllə ucaltmağı əmr etmişdi ki, o (L), səma yollarına doğru qalxa və oradan Musanın (ə) Allahını görə bilsin. O (L), səmaların föv­qündə olan Vahid Rəbbə iman gətirməkdən imtina edirdi və özü (L) də buna əmin olmaq istəyirdi. Lakin zülümkar hökmdarın bu rəftarının əsil səbəbi başqa idi və buna görə Fövqəluca Allah Fi­ronun (L) əməllərinin necə də yaramaz olduğunu bəyan edir. Şey­tan daima onun (L) yaramaz əməllərinin əslində gözəl oldu­ğunu ona (L) təlqin edirdi. O, Misir hökmdarını Allaha itaətsizlik göstərməyə çağırır və onun (L) günahlarını və zülümkarlıqlarını Firona (L), o (L) buna inananadək, gözəl tərzdə göstərirdi. Şeytan (L) öz məqsədinə çatdıqdan sonra, Firon (L) özü küfrü təbliğ edərək və yer üzündə fitnə-fəsad yayaraq, bunun doğru oldu­ğunu düşünürdü. Lakin onun (L) haqqı yalan saymaq səyləri ona (L) böyük zərər vurdu və onu (L) həm bu dünyada, həm də öl­üm­dən sonra əbədi bədbəxtliyə məhkum etdi.

ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(40. 38) “İman gətirən dedi: “Ey xalqım! Ardımca gəlin və mən sizi doğru yolla apararam”.
(40. 39) “Ey xalqım! Həqiqətən, dünya həyatı – bir mətah­dır, Axirət isə əbədi qalacağınız Məskəndir”.

İman gətirmiş kişi bir daha cəhd göstərdi ki, öz qəbilədaş­larını doğru yola yönəltsin və dedi: “Ey xalqım! Ardımca gəlin! Mənim yolum Fironun sizi apardığı yoldan fərqlənir, çünki o sizi azğınlığa və zalımlığa çağırır. Bizdən hər birimiz qısa bir müddət ərzində yerdəki nemətlərdən istifadə edirik, sonra da bu dünya­dan ayrılırıq və buna görə dünya nemətləri bizi, bizim hansı məqsəd naminə yaradılmağımızdan yayındırmamalıdır. Biz isə Axirət həyatı üçün yaradılmışıq və o, əbədi qalacağımız məskən­dir. Biz həmin həyat üçün hazırlaşmalıyıq ki, orada əbədi Səadətə nail ola bilək və əbədi Səadəti unudub yer üzündəki nemətlərə üstünlük verməyə haqqımız yoxdur”.

ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ

(40. 40) “Pis əməl törədən yalnız ona uyğun əvəz alacaq. O kişilər və qadınlar ki, mömin olduqları halda xeyirxah işlər görərlər, Cənnətə girərlər və orada ruzilərini saysız-he­sabsız alarlar”.
Müşriklər və itaətsizlik göstərənlər onlara çoxlu sarsıntılar və qəm-qüssə gətirən əvəz alacaqlar. Onların alacağı əvəz ədalətli olacaq, çünki pislik insanlara şərdən başqa bir şey gətirməz. Mö­minlər, xeyirxah kişilər və xeyirxah qadınlar isə Cənnətə daxil olar­lar. Onlar düzgün dünyagörüşə malik idilər, xeyirxah işlər görərdilər və gözəl sözlər danışardılar və buna görə də Fövqəl­uca Allah onlara, heç bir hesaba almadan, böyük mükafat əta edə­cəkdir. Rəbbin səxavətlə verəcəyi bol hədiyyələri onların la­yiq olduqları mükafatdan qat-qat üstün olacaqdır.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(40. 41) “Ey xalqım! Niyə mən sizi xilasa çağırdığım hal­da, siz məni Cəhənnəmə çağırırsınız?”
(40. 42) “Siz məni Allaha iman gətirməməyə və Ona haq­qında məlumatım olmayan şəriklər qoşmağa çağırırsınız. Mən isə sizi Fövqəlqüdrətliyə, Hərşeyibağışlayana dəvət edi­rəm”.

Siz mənə Allahın peyğəmbəri Musaya (ə) itaət etməməyi təklif edirsiniz, bu isə o deməkdir ki, siz mənə Allaın dinindən əl çəkməyi, ilahlaşdırılmağa layiq olmayan məxluqlara ibadət etmə­yi və Allah haqqında heç bir biliyimin olmadığı şeyləri danış­mağı təklif edirsiniz. Həqiqətən, bütün bunlar ən böyük və ən ya­ramaz günahlardır. Mən bu günahlara batmaq istəmirəm və bu­na görə sizi, gözəl adları arasında Fövqəlqüdrətli və Hərşeyi­ba­ğışlayan adları olan, Allaha iman gətirməyə dəvət edirəm. Hökmranlıq və fövqəlqüdrət yalnız Ona xasdır, insanlara və di­gər məxluqlara gəldikdə isə, onlar Kainatda heç bir hakimiy­yətə malik deyillər. O (Pak və Müqəddəs), günah işləyən və Fövqəl­uca Rəbbi qəzəbləndirməyə cəsarət edən və sonra isə töv­bə ilə Ona müraciət edən qullarını bağışla­yır. O (Pak və Müqəd­dəs) tövbəkar qullarının günahlarını silir və onları həm bu dün­yada, həm də Axirətdə cəzalandırılmaqdan xilas edir.

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

(40. 43) “Şübhə yox ki, sizin məni dəvət etdikləriniz nə bu dünyada, nə də Axirətdə onlara müraciət edilməyə layiq olan deyillər və, həqiqətən, biz Allaha qayıdacağıq və şübhəsiz ki, həddi aşanlar Od sakinləri olacaqlar”.

Bütlər və uydurma “ilahlar” onlara yardım və havadarlıq edilməsi üçün müraciət olunmasına layiq deyillər, çünki onlar özlə­ri acizdirlər və çoxsaylı qüsurlara malikdirlər. Onlar insan­lara nə bu dünya həyatında, nə də ölümdən sonra fayda verməyə və ya zərər vurmağa qadir deyillər. Onlar nə həyata, nə ölümə, nə də diri­lişə sərən­cam vürməyə qabil deyillər. Biz hamımız Allaha qayı­da­ca­ğıq. Hər birimiz öz əməllərinə görə cavab verə­cək və onda, Allaha iman gətirməməyə və günah işləməyə cəsa­rət edən fasiqlər Cəhənnəmə vasil ediləcəklər, həmin key­fiy­yət­lə­rə malik olmayan insanlar isə, əzab-əziyyətli cəzadan xilas ol­mağı bacaracaqlar.

ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(40. 44) “Sizə dediklərimi xatırlayacaqsınız. Mən işlərimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görür”.

Misirlilər öz qəbilədaşının səmimi moizələrinə və xəbər­dar­lıqlarına qulaq asmadılar və onda o, onlara dedi: “Siz mənim xəbərdarlıqlarımı mütləq xatırlayacaq və haqqı inkar etməyinizin dəyərini biləcəksiniz. Siz cəzalandırılacaq və mükafatdan məh­rum ediləcəksiniz. Mən isə Fövqəluca Allahın məni himayə edə­cəyinə ümid bəsləyir, xeyirə nail olacağıma və məni düşmənlə­ri­min bəd əməllərindən müdafiə edəcəyinə təvəkkül edirəm. Həqi­qətən, Allah qullarını müşahidə edir və onların hansı vəziyyətdə ol­duqlarını və hansı əvəzi alacaqlarını bilir. Mənim zəifliyim Ona çox gözəl məlumdur və O (Pak və Müqəddəs) məni sizdən müt­ləq qoruyacaqdır. Sizin niyyətləriniz də Ona agahdır və Fövqəl­uca Allahın iradəsindən kənar heç nə edə bilməyəcəksiniz. Siz yalnız Müdrik Allahın zəruri saydığı və bunun baş verməsinə icazə verdiyi halda məni susdura bilərsiniz”.

ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ

(40. 45) “Allah onu onların şərindən və məkrindən qo­ru­du, Firon xanədanını ən müdhiş əzabla əhatə etdi” –

Fövqəlqüdrətli Allah Öz mömin bəndəsini Fironun (L) və onun (L) zalım əməllərindən müdafiə etdi. Onlar köməksiz mö­mini Musa­nı (ə) müdafiə etdiyinə və onları Musanın (ə) dəvət etdiyinə iman gətirməyə çağırmağa başladığına görə məhv etmə­yə hazır idi­lər. Qüdrətli Misir əyanları belə bir cəsarətli insanın davranışı ilə ra­zı­laşa bilməzdilər və öz mömin qəbilədaşlarının dediklərindən bərk qəzəblənmişdilər. Zadəganlar onun əleyhinə bədxah niyyətə düş­müş­dülər, lakin Fövqəlqüdrətli Allah Öz qu­lu­nu onun məkrli düş­mənlərinin fitnələrindən qorudu. Bundan əlavə, O (Pak və Mü­qəd­dəs) kafirlərin fitnələrini onların öz əley­hinə çevirdi və həmin anda Firon (L) nəslini müdhiş cəza sardı, yəni, Fövqəluca Allah bir an içində Fironu (L) və onun saysız-hesabsız qoşunlarını suda batırdı.
ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(40. 46) “odla. Onları səhər və axşamüstü ora atırlar. Sa­atın başlayacağı Gündə isə “Firon xanədanını ən şid­dətli əza­ba məruz qoyun” deyiləcəkdir”.

Onlar üçün həlak olma bu dünyadakı həyatda bir cəza ol­du, öləndən sonra isə onlar oda məruz qoyuldular və orada Qi­ya­mət günü başlayanadək qalacaqlar. Səhər və axşam Firon (L) nəs­lini amansız cəzaya məruz qoyurlar, Qiyamət günü başladıqda isə, onlara daha sərt cəza veriləcəkdir. Bu müdhiş qisas Allahın elçilərini (onlara salam olsun!) yalançılıqda ittiham edən və on­lara inadkarcasına müqavimət göstərən hər kəsi gözləməkdə­dir.

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

(40. 47) “Onlar Od içində biri-biriləri ilə höcətləşəndə, zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizin ardınızca ge­dir­dik. Bizi Oddakı nəsibimizdən xilas edəcəksinizmi?”

Fövqəluca Cəhənnəm sakinlərinin öz aralarında mübahisə edəcəkləri barədə xəbər verir. Onlar bir-birilərini qınayacaq və hət­ta Cəhənnəmi mühafizə edən keşikçilərə yardım üçün müra­ciət edə­cək­lər. Yer üzündə alçaldılan kafirlər özlərinə bəraət qa­zan­dır­maq üçün yolunu azmış başçılarına tabe olduqlarını bəha­nə gətirəcəklər, amma sonuncular onlardan qəzəblə üz döndə­rə­cəklər. Onlardan bə­ziləri deyəcək: “Biz yalnız sizin ardınızca ge­dirdik. Siz haqqı tə­şəx­xüslə inkar edir və bizi də buna çağırır­dı­nız. Siz bizi müşrikliyə və cinayətlərə çağırırdınız və son nəti­cədə isə, bizi yoldan azdır­dınız. Bizi Cəhənnəm Odundan xi­las edə bilməzsinizmi?”

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ

(40. 48) “Təkəbbürlənənlər deyəcəklər: “Biz hamımız – Onun içindəyik. Həqiqətən, Allah qulları arasında hökmünü vermişdir”.

Biz zəif və köməksizik, Allah da artıq hamımız haqqında ədalətli hökm çıxartmışdır. Hər birimiz əzablı cəzadan öz payını almışdır və kimsə bizim vəziyyətimizi nə daha çətinləşdirə, nə də asanlaşdıra bilər. Heç kim Fövqəlmüdrik Hakimin hökmünü də­yişdirə bilməz!


ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ

(40. 49) “Oda düşənlər Cəhənnəm keşikçilərinə deyəcək­lər: “Rəbbinizə dua edin ki, əzabımızı heç olmazsa bir günlüyə yüngülləşdirsin”.
(40. 50) “Onlar deyəcəklər: “Məgər sizin elçiləriniz sizə aydın ayələrlə gəlməmişdilərmi?” Onlar belə cavab verəcəklər: “Əlbəttə!” Onlar deyəcəklər: “Onda özünüz dua edin!” Amma kafirlərin duası uğursuzdur”.

Belə olduqda, bütün Cəhənnəm əzabkeşləri sərt Cəhənnəm keşikçilərindən xahiş etməyə başlayacaqlar: “Rəbbinizi çağırın! Bəlkə, bizə heç olmazsa bir dəfə rahatlıqla nəfəs dərməyə icazə verildi. Mələklər isə kafirləri qınayaraq, onlara izah edəcəklər ki, heç kimin şəfaəti onlara rahatlıq gətirməyəcək və onlara heç bir dua kömək etməyəcəkdir. Onlar deyəcəklər: “Məgər elçilər sizə haqqı izah etməmiş və doğru yolu göstərməmişdilər?! Məgər si­zin in­san­ları Allaha nəyin yaxınlaşdırdığından və nəyin Ondan uzaq­laş­dırdığından xəbəriniz yox idi?” Kafirlər dərk edirdilər ki, Allahın elçiləri onlara gəlirdi və onların doğruçuluğunu çoxsaylı möcüzələr və təkzibolunmaz dəlillər təsdiq edirdi. Onlar həmçi­nin başa düşürdülər ki, haqq onlara aydın olduqdan sonra onu inadcıllıqla inkar etməyə davam etdikdə, zalımlıq göstərir­dilər. Belə olduqda alov püskürən Cəhənnəmin keşikçiləri Cəhənnəm sakinlərini Allah qarşısında müdafiə etmək istəməyəcəklər və be­lə deyəcəklər: “Onda özünüz dua edin, amma bu dualarınız sizə fayda verəcəkmi?” Sanki bu suala cavab verərək, Fövqəluca Allah bəyan edir ki, kafirlərin bütün duaları əbəsdir. Onlar yalnız heç bir mənası olmayan faydasız söz yığınıdır, çünki küfür və müşriklik insanın hətta ən gözəl əməllərini belə puç edir və onun dualarını mənasız və faydasız edir.
Öncəki ayələrdə Rəbb Fironun (L) tərəfdarlarına bu dünya­da, insanların öldükdən sonra ruhlarının Qiyamətə qədər qala­cağı bərzəxdə və həmçinin Axirətdə nəsib olacaq cəza haqqında xəbər vermişdi. Rəbb həm də peyğəmbərlər və elçilərlə düşmən­çi­lik etməyə cəsarət göstərmiş Cəhənnəm sakinlərinin hiss edə­cəyi müdhiş dəhşətlər haqqında xəbər vermişdi. Daha sonra Fövqəluca Allah Öz elçiləri və möminləri haqqında xəbər verə­rək, belə buyurur:

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

(40. 51) “Həqiqətən, Biz elçilərimizə və möminlərimizə dünya həyatında və şahidlər önündə dayanacaqları Gün kö­mək göstərəcəyik”.
(40. 52) “Həmin Gün zalımlara üzürxahlıqları kömək et­məyəcək. Onlar lənətlənmişlər və onlara Amansız məskən ha­zır­lan­mışdır”.

Dünya həyatında Allahın köməyi təkzibolunmaz dəlillər­dən və islam düşmənləri üzərində qələbədən ibarətdir. Axirət həyatında isə Allah möminlərə ədalətli qisasla kömək edəcəkdir və bunun sayəsində möminlər və onların tərəfdarları bol müka­fat, onların düşmənləri və rəqibləri isə sərt cəza alacaqlar. Elə o zaman fasiqlər onlara qəm-qüssə və iztirabdan başqa bir şey gə­tir­məyən məkana düşəcəklər.

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(40. 53) “Həqiqətən, Biz Musaya haqq yol Təlimatı ver­dik və İsrail oğullarını Kitaba varis etdik ki,”

Fövqəluca Allah Musanın (ə), Fironun (L) və onun döyüş­çü­lə­rinin taleyini yada saldıqdan sonra, O (Pak və Müqəddəs) peyğəmbəri Musaya (ə) haqq yol Təlimatı, yəni, insanların doğru yola gəlməsi üçün zəruri olan aydın ayələr və faydalı biliklər əta etdiyini xəbər verir. Allah həmçinin Musaya (ə) Tövratı – İsrailin (ə) nəsillərinin öz elçilərindən (ə) alıb, varisi olacaqları və nəsil­dən nəsilə ötürəcəkləri Kitabı na­zil etdi.
 ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(40. 54) “Sağlam düşüncə sahibləri üçün haqq Təlimat və Zikr olsun”.

Bu Kitab haqq təlimatdan, yəni dini hökmlərdən və bir çox digər biliklərdən ibarətdir. O, insanlar üçün zikr – nəsihət rolunu oynayır, çünki Allahın qullarının gözünü xeyrə və şərə açır­, on­ları xeyirxah işlər görməyə çağırır və yaramaz əməllər törət­mək­dən çəkindirir. Lakin heç də hər bir insan bu nəsihətlərdən fayda çıxara bilmir – bu yalnız sağlam düşüncə sahiblərinə nəsib olur.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

(40. 55) “Səbr et! Çünki Allahın vədi haqdır. Günahla­rından ötrü bağışlanma dilə və səhər axşam Rəbbini həmd ilə şərəfləndir”.
Ey Elçi! Səndən əvvəlki möhkəm iradəli elçilərin etdiyi ki­mi, Rəbbinin qədərinə səbirlə döz. Həqiqətən, Allahın vədi də­yişməzdir və onun haqq olduğuna və doğruluğuna şübhə et­mək olmaz. Belə şübhələr sənə öz vəzifələrini səbirlə yerinə ye­tir­­məyə mane ola bilər. Allahın ayəsi əsil həqiqətdir və hər bir ağıllı insan onun uğrunda səbirlə mübarizə aparmalı və onu səylə mü­dafiə et­məlidir. Allah Muhəmməd Peyğəmbərə (ona Allahın sa­lavatı və salamı olsun!) Öz vədinin haqq olduğunu xatırladır ki, onu (s.ə.s) Allahın hökmlərini daha da böyük səbirlə yerinə ye­tirməyə və Onun qəzəbinə səbəb ola bilən hər şeydən çəkin­məyə sövq etsin.
Ey Muhəmməd! Öz günahın üçün bağışlanma dilə, çünki məhz günahları insana əbədi səadətə və uğura nail olmağa ma­neə ola bilər. Əgər sən səbirli olsan, onda sən arzuladığın bütün müqəddəs diləklərinə və istəklərinə sahib ola bilərsən. Əgər sən bütün bunlardan əlavə Allahdan bağışlanma diləsən, onda bütün pis və xoşagəlməz şeylərdən xilas ola bilərsən.
Fövqəluca Rəbbinə ara vermədən həmd et və bunu xüsu­silə səhərlər və axşamçağılar et, çünki məhz günün bu vaxtları Allahı zikr etmək üçün ən çox yararlı olur. Dinin müxtəlif vacib və nafilə tələbləri mövcuddur ki, müsəlman onları səhər və ax­şam çağları yerinə yetirməlidir. Bu gözəl ibadət ayinləri mömi­nə bütün digər xeyirxah təşəbbüslərini də uğurla sona çatdır­mağa kömək edir.

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ

(40. 56) “Həqiqətən, Allahın ayələri barədə, heç bir dəlili olmadan mübahisə edənlərin ürəyində təkəbbürdən başqa heç nə yoxdur. Onlar ona nail olmayacaqlar. Sən Allahın himayə­sinə sığın. Həqiqətən, O – Eşidəndir, Görəndir”.

Fövqəluca ayədə öz yalançı nitqləri ilə Allahın vəhylərini təkzib etməyə cəhd göstərən günahkarlardan xəbər verir. Onların nə tutarlı sübutları, nə də inandırıcı dəlilləri olmadığı halda, öz dediklərinin üstündə inadla durmaqda davam edirlər, çünki on­la­rın ürəklərində təkəbbür hökm sürür. Onlar haqqı dikbaşlıqla inkar edir, onun carçılarına həqarətlə baxır və öz uydurma iddi­aları sa­yə­sində ucalmaq arzusu ilə daima yanırlar. Lakin Fövqəl­uca Allah fasiqlərin heç vaxt arzuladıqları məqsədə çatmaya­caq­ları ilə möminləri sevindirir. Haqq əleyhdarları həmişə məğlub edi­­ləcək və təkəbbürlü, dikbaş günahkarlar həmişə alçaldıla­caq­lar.
Sonra Fövqəluca əmr edir ki, qorunmaq üçün yalnız Allaha sığınsınlar. O (Pak və Müqəddəs), hansı pis əməllərdən Allaha sığınmağı gös­tər­mir və bununla da bu hökmün ümumi səciyyə daşıdığını bil­dirir. Müsəlmanlar təkəbbürlənməkdən və haqqa ötkəm yanaş­­maq­dan, şeytanlardan və kafirlərdən, həmçinin dün­yada möv­cud olan hər cür şərdən müdafiə olunmağa can atma­lıdırlar. Həqiqətən, Allah – Eşidəndir və Görəndir[13]. O (Pak və Mü­qəddəs), olduqları yerindən asılı olmayaraq ən müxtəlif səs­ləri eşidir və ən müxtəlif əşyaları görür.

ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
(40. 57) “Həqiqətən, göylərin və yerin xəlq edilməsi, in­san­­ların xəlq edilməsindən daha böyükdür, lakin insanların ək­­səriyyəti bilmir”.

Fövqəluca hər bir insana onun təhtəlşüuru vasitəsilə mə­lum olanlardan xə­bər verir. Şübhəsiz ki, göylərin və yerin yara­dılması, insanın xəlq edilməsindən daha əzəmətli bir əməldir. Göylər necə də əzəmətli və əngindir və onlarla müqayisədə insan necə də kiçik və mis­kin­dir! Əgər Allah əzəmətli və nəhəng göy cizimlərini yaratmış və bu zaman heç bir çatışmazlığa yol ver­məmişsə, onda O (Pak və Müqəddəs) insanları öldükdən sonra di­riltməyə çətinlik çəkməz. Bu, dirildilmənin haqq olmasının mən­­­tiqi dəlillərindən biridir. Əgər ağıllı insan bu dəlilə qulaq asar­sa, onda o, onun təkzibolun­mazlığına mütləq əmin olar və Alla­hın bütün elçilərinin (onlara salam olsun!) bəyan etdikləri Qiya­mət gününün yaxınlaşma­sı­na daha şübhə etməz. Lakin in­sanların çoxu sadə həqiqətlər üzə­rində düşünmək istəmirlər və buna görə də Fövqəluca Allah qeyd edir ki, insanların böyük ək­sə­riyyəti bundan xəbərsizdir. Onlar peyğəmbərlərin təbliğ etdik­ləri barədə düşünmür və Rəb­bin xəbərdarlıqlarına diqqət yetir­mirlər.

ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩﯪﯫ ﯬ ﯭ ﯮﯯ

(40. 58) “Korla görən, həmçinin iman gətirənlər və xe­yir­xah işlər görənlərlə şər əməl törədənlər bərabər deyillər. Siz nə­sihətləri necə də az xatırlayırsınız!”

Allah bəyan edir ki, korla görən eyni deyillər və möminlə günahkar da eyni deyillər. Heç kim birinci müddəanı inkar et­məz və heç kim ikinci müddəanı da inkar etməməlidir. Allaha iman gətirən və xeyirxah işlər görən insan, Rəbbinə itaət etmək­dən təkəbbürlə boyun qaçıran, günah törətməyə və Fövqəl­qüd­rətli Allahı qəzəbləndirməyə cəsarət edən kəslə bəra­bər ola bil­məz. Amma çoxları bu barədə heç düşünmürlər, bunu düşü­nən­lər isə, bunu çox nadir hallarda edirlər. Əgər insanlar öz əm­əl­ləri üzərində düşünsəydilər, xeyir və şər barədə düşünsəydilər və mö­­minlərlə günahkarları müqayisə etsəydilər, onda onlar zərər gə­tirən şeyə üstünlük verməz, fayda verən şeyə doğru can atar­dılar. Onlar mütləq doğru yolu azğınlıqdan və Axirətdə əbə­di səa­dəti fani dünya ləzzətlərindən üstün tutardılar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

(40. 59) “Həqiqətən, o Saat mütləq gələcəkdir. Buna şüb­hə yoxdur! Lakin insanların əksəriyyəti inanmır”.

Bu barədə məxluqların ən sadiqləri – peyğəmbərlər və elçi­lər xəbər vermişdilər. Bu barədə ən doğru Kitablarda – Səmavi Vəhylərdə bəyan edilmişdir. Bunu, insanların ətraflarında seyir edə biləcəkləri çoxsaylı əlamətlər təsdiq edirdi və təsdiq etməkdə davam edir. Lakin insanların böyük bir hissəsi çoxsaylı dəlillərə iman gətirmir və onlara əhəmiyyət vermirlər. Halbuki onlar Alla­hın bütün qullarına haqqa iman gətirməyi və ona müti ol­mağı labüdləşdirir.
Sonra Rəbb qullarına onların dində və dünyada uğura nail olmaları üçün nə etməli olduqlarını göstərir ki, bu Onun insan­lara bəslədiyi ən böyük lütüfkarlığının dəlilidir. Allah belə buyu­rur:

ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

(40. 60) “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyi qürurlarına sığış­dır­ma­yanlar alçaldılmış halda Cəhənnəmə girəcəklər”.

Kömək üçün Mənə dua edin və Mənə ibadət edin və sizin dualarınız eşidiləcəkdir. Əgər siz öz Rəbbinizin qarşısında səcdə qılmağa razılaşmasanız, onda unutmayın ki, Mənim hüzurumda öz qürurları ucbatından Mənə təzim etməyənlər alçaldılmış hal­da Cəhənnəmə girəcəklər. Onlar alçaldılacaq və nifrətə layiq ola­caqlar, çünki qürurlanmağın əvəzi – cəzalandırılma və alçal­dıl­ma­dır.
 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ

(40. 61) “Allah – istirahət etməyiniz üçün gecəni və ay­dın­lıq üçün gündüzü Yaradandır. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır. Lakin insanların əksəriyyəti şükür etməzlər”.

Fövqəluca Onun kamil sifətlərinə dəlalət edən bir neçə ecazkar ayələrini sadalayır. Onun mərhəməti çox genişdir, Onun səxavəti boldur, Onun minnətdarlığı hədsizdir, Onun fövqəlqüd­rəti mükəmməldir, Onun hakimiyyəti mütləqdir, Onun mülkü isə ucsuz-bucaqsızdır. O (Pak və Müqəddəs) istədiyini yaradır və ən kamil həyat sürür. Onun qüsursuz sifətləri və əzəmətli əm­əl­ləri ən gözəl təriflərə layiqdir. O (Pak və Müqəddəs) Kainatın Vahid Rəb­bidir, göylərdə və yerdə həyatı idarə edir. O (Pak və Müqəddəs) bütün varlıq üzərində hökmrandır, qalan bütün canlı məxluqlar isə heç bir hakimiyyətə malik deyildir. Onlar aciz və gücsüzdürlər. Bütün bunlar ona dəlalət edir ki, yalnız Fövqəluca Allah ibadətə və pərəstişə layiqdir. Məxluqlara gəldikdə isə, on­la­rın heç biri rəbb və ya ilah adlandırılmağa layiq deyildir. Bu pak nəzər nöq­tə­ləri insanlara Fövqəluca Allahı daha yaxşı dərk et­məyə və öz qəlb­lərini məhəbbət, xof və ümidlə doldurmağa im­­kan verir.
Bu iki xüsusiyyət, yəni, Allahı dərk etmə və tək Ona ibadət – yeganə gerçək məqsəddir ki, Allah bu dünyanı onun xatirinə xəlq etmişdir. Bu – hər bir qulun Fövqəluca Rəbb qarşısında vəzi­fəsidir və yalnız bu vəzifəni yerinə yetirərək, Allahın qulu həm bu dünyada, həm də ölümündən sonra möminliyə, dindarlığa, uğ­ura və xoşbəxtliyə nail ola bilər. Allahı dərk etmək və Ona sidq ilə ibadət etmək şərəfinə nail olan şəxs Alicənab Rəbbin böyük ənamını almış olur. Bundan başqa, o, bu fani dünyada heç bir insanın nail olmadığı ən böyük bir ləzzət alar. O kəs ki, Allahı dərk etməyi bacarmamış və Ona ibadət etmənin ecazkarlığını dadmamışdır, xeyirdən həmişəlik məhrum olar və özünü əbədi sarsıntılara düçar edər.[14]
Ey Rəbbim! Bizə Səni daha yaxşı tanımaqda kömək ol və ürəklərimizi Sənə qarşı məhəbbətlə doldur. Qoy bizim gözlə gö­rü­lən və gözlə görülməyən əməllərimiz yalnız tək Sənə həsr ol­un­muş olsun və qoy onlar hamısı Sənin hökm və göstərişlərinə uy­ğun olsun. Həqiqətən, dualarımız Sənə çoxsaylı görünməsin. Sə­nin üçün bizim bütün xahişlərimizi təmin etmək çətinlik ya­rat­maz.
Ey insanlar! Rəbb gecəni qaranlıq etmişdir ki, siz gündüz ora-bura boş-boşuna vurnuxmaqdan rahatlana biləsiniz. Əgər siz daima hərəkətdə olsaydınız, özünüzə çox zərər vurardınız. Lakin Allah sizə mərhəmət göstərmişdir və siz gecələr yatağa uzanır və şirin yuxuya dalırsınız və bunun sayəsində qəlbiniz və canınız rahatlıq tapır. Yuxu sadəcə sizin orqnizminizin normal fəaliyyəti üçün zəruridir. Bundan başqa, gecələr insanlar öz sevgililəri ilə baş-başa verib tənhalığa çəkilmək, fikirlərini cəmləşdirmək və va­cib məsələlərdən uzaqlaşıb rahatlanmaq imkanı əldə edirlər.
Allah həm də gündüzü yaratmış və bunu sizin görə bilmə­yiniz üçün etmişdir. Rəbbın əmri ilə günəş daima öz orbiti üzrə hərəkət edir və yer üzünü işıqlandırır. Günün başlaması ilə siz yataqlarınızdan qalxır və işləməyə başlayırsınız ki, yer üzündə yaşadığınız zaman və ölümünüzdən sonra mükafat qazanma­ğa çalışasınız. Siz Allahı zikr etməyə və Quran oxumağa, namaz qıl­mağa və elmə yiyələnməyə, ticarət etmək, tikinti işləri aparmaq, dəmirçilik etmək və başqa məşğələləriniz üçün vaxt ayırırsınız. Bəziləriniz quruda və dənizdə səyahətə çıxır, digərləriniz kənd təsərrüfatı ilə məşğul olur, başqaları mal-qara saxlayırlar.
Həqiqətən, Allah insanlara hər növ bol nemətlər əta edir. O (Pak və Müqəddəs) insanları Öz mərhəməti ilə himayə edir, on­ları bəlalardan və bədbəxtliklərdən qoruyur və buna görə O (Pak və Müqəddəs), Ona ən səmimi minnətdarlıq edilməsinə və yük­sək təriflərə layiqdir. Lakin insanların böyük bir hissəsi buna görə naşü­kür­dür və onların naşükürlüyünün səbəbi isə cahillik­ləri və zalımlıqlarıdır. Fövqəluca həmçinin buyurmuşdur: “...La­kin Mənim qullarım arasında şükredənlər çox azadır” (Səba, 34/13). Rəbbinin xeyirxahlıqlarını etiraf edən, Onun iradəsinə kö­nüllü tabe olan, bütün varlığı ilə Onu sevən və Onun iltifatına nail olmaq istəyən insanlar olduqca azdır.

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ

(40. 62) “Budur Rəbbiniz Allah – hər şeyin Xaliqi. Yoxdur Ondan başqa ilah! Siz necə də dönüksünüz!”

Təkcə O (Pak və Müqəddəs) ibadətə layiqdir və O (Pak və Müqəddəs) təklikdə bütün məxluqları üzərində hökmranlıq edir. Sonuncu müddəadan aydın olur ki, yalnız Fövqəluca Allah qulla­rına ruzi nazil edir. Bu isə öz növbəsində o deməkdir ki, bütün məxluqlar Ona minnətdarlıq etməli və yalnız Tək Ona ibadət et­məlidirlər.
Sonra Allah bir daha məxluqlar üzərində hökmran olduğu­nu qeyd edərək, Özünü bütün varlıqların Xaliqi adlandı­rır. Daha sonra O (Pak və Müqəddəs), bir də Ona ibadət edilməsinə mütləq haqqı olduğunu vurğulayır və buyurur ki, Ondan başqa ilah yox­dur. Bu – Allaha səmimiyyətlə ibadət etmək üçün verilən əmr­­dir. Amma, gör insanlar bu doğru yoldan necə də yayınıblar! Onlar, hətta inandırıcı dəlillər onlara aydın olduqdan sonra da, Vahid Allaha ibadət etmək istəmirlər.

ﮐﮑﮒﮓ ﮔﮕﮖ ﮗ

(40. 63) “Allahın ayələrini inkar edənlər beləcə dönük çıxırlar”.

Aldanma və azğınlıq – Allahın ayələrini inkar edənlər, elçi­lə­ri ilə düşmənçilik edənlər, tövhiddən və Tək Allaha ibadətdən yayınanlar üç­ün ədalətli cəzadır. Fövqəluca buyurur:
“Bir surə nazil edildikdə onlar bir-birilərinə baxırlar: “Si­zi kim­sə görürmü?” Sonra isə onlar üzlərini çevirirlər. Allah da onların ürəklərini dönükləşdirmişdir, çünki onlar – ağılsız ad­am­­lardır” (Tövbə, 9/127).

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ

(40. 64) “Allah – yer üzünü sizə yaşayış yeri, göyü isə ta­van Edəndir. Sizə sima verib, onu Gözəlləşdirəndir, sizə tə­miz Ruziverəndir. Budur sizin Rəbbiniz olan Allah! Aləmlə­rin Rəb­bi Allah Fövqəlucadır!”

Siz yer üzündə yaşayışınız üçün zəruri olan hər şeyi ta­pır­sınız. Siz əkinçiliklə və bağçaçılıqla məşğul ola bilərsiniz, ev­lər tikə bilər və səyahətə çıxa bilərsiniz. Allah sizi damdan məh­rum etməmiş, üzərinizdə göy qübbəsi yaratmışdır. O (Pak və Müqəd­dəs) səmanı, bizə çoxlu faydalar verən nəhəng və qüdrətli göy ci­simləri ilə bəzə­mişdir. Onların sayəsində siz yer üzünün cəhət­lərini və qaranlıq gecədə düz yol tapmağı müəyyən edə bilirsiniz. Allah sizə ən gözəl sima vermişdir və bunun sayəsində siz gö­zəl­likdə yer üzündə olan bütün məxluqlardan üstünsünüz. Fövqəl­uca həmçinin belə buyurur: “Həqiqətən, Biz insanı ən gözəl si­mada yaratmışıq” (Tin, 95/4).
Əgər sən bu sözlərin gerçəkliyinə və Allahın sözlərinin müd­­rikliyinin kamilliyinə əmin olmaq istəyirsənsə, onda insan­lara bax. İnsanın bədəninin hər bir hissəsi ən mükəmməl quru­luşa malikdir və ən gözəl yerdə yerləşdirilmişdir. İnsan orqaniz­mində elə bir orqan yoxdur ki, öz yerində olmasın. Bax gör in­sanlar bir-birinə doğru necə can atırlar. Məgər insanlar arasında yaranan hisslər yer üzündəki digər məxluqlarda baş qaldırırmı? İnsanı bütün digər canlılardan fərqləndirən özəl­lik­­lə­rə diqqət ye­tir. Ağıl, iman, məhəbbət, bilik – bu gözəl keyfiy­yətlər tam məna­da yalnız gözəl insan simasına uyğun gəlir.
Allah həmçinin sizə maddi nemətlərdən bir qismət əta et­mişdir. Söhbət yeməklərdən, içkilərdən, qadınlardan, libasdan, gö­zəl növlərdən və xoşagəlimli səslərdən – Fövqəluca Allahın qul­­larına halal etdiyi hər şeydən getməkdədir. Bundan başqa, Allah qullarına bu nemətlərdən istifadə etməkdə kömək göstərir. Lakin Rəbbimiz bir sıra dünya nemətlərinin haram olduğunu bə­yan etmişdir, çünki onlar insanın qəlbinə və cisminə və habelə onun xeyirxahlığına və dindarlığına zərər vurur.
Belədir Rəbbiniz Allah! O (Pak və Müqəddəs), Kainatı ida­rə edir və sizə çoxsaylı nemətlər nazil edir. O (Pak və Müqəddəs) – Xeyirxahdır, çünki Onun sifətləri əzəmətli, səxavəti isə böyük­dür. O (Pak və Müqəddəs), bütün məxluqlarının qayğısını çəkir və Öz saysız-hesabsız nemətlərini hər yerə çatdırır.

ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ

(40. 65) “O – Canlıdır və Ondan başqa ilah yoxdur! Ona dua edin, Onun dininə səmimi itaət göstərin! Həmd olsun Alla­ha – aləmlərin Rəbbinə!”

Allah ən mükəmməl həyat sürür və onlarsız belə bir həya­tın mümkün olmayacağı qüsursuz sifətlərə malikdir. Onların arasında – eşitmə, görmə, fövqəlqüdrət, elm, nitq və habelə bir çox digər əzəmət və kamillik məziyyətləridir. Ondan başqa heç kim ibadətə layiq deyildir. Buna görə, Allaha dua edin ki, Ondan kömək diləyəsiniz və ya, sadəcə, Ona ibadət edin. Yalnız Onun xatiri üçün Allaha ibadət edin, Allaha dua edin və xeyirxah işlər görün. O (Pak və Müqəddəs), sizə əmr etmişdir ki, səmimi ola­sınız və belə buyurmuşdur: “Axı onlara əmr olunmuşdu ki, yal­nız Allaha ibadət etsinlər, Ona hənif kimi səmimiyyətlə qulluq edərək, namaz qılsınlar və zəkat versinlər. Bu – haqq dindir” (Beyyinə, 98/5).
Həmd olsun Allaha – aləmlərin Rəbbinə! O (Pak və Mü­qəd­­­dəs), Allahın qullarının öz gözəl nitqləri və saleh əməlləri ilə şərəfləndirməli olduqları ən gözəl təriflərə layiqdir. Gözəl nitq­lərə gəldikdə isə, bu – Allahı zikr edən və tərifləyən sözlərdir. Saleh əməllər də – ibadət ayinləridir. İnsanlar bunları Allah xati­rinə səmimiyyətlə yerinə yetirməli, bununla da Onun kamil sifət­lərini, həmdəlayiq əməllərini və saysız-hesabsız nemətlərini qə­bul et­mə­lidirlər.
Sonra Fövqəluca Allah tək Allaha səmimi qulluq etmənin zəruriyyəti lehinə inandırıcı dəlillər gətirir və Özündən başqasına ibadəti qadağan edir. Fövqəluca buyurur:

 ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(40. 66) “De: “Həqiqətən, Rəbbimin açıqlaması mənə gə­lən­­dən sonra, mənə, Allahdan başqa ilahlaşdırdıqlarınıza iba­dət qada­ğan edilmiş və aləmlərin Rəbbinə itaət etmək əmr olun­muş­dur”.

Mənə, sizn Allahla yanaşı ilahlaşdırdığınız bütlərə, daş hey­kəllərə və qalan bütün uydurma “ilahlara” ibadət etmək qa­da­ğan olunmuşdur. Mən bu hökmün ədalətli olmasına şübhə et­mirəm. Əksinə, mən təkcə Allaha ibadət etmənin zəruriliyinə qəti əminəm, çünki Rəbbim mənə açıq-aydın ayələrini göstərmiş və mənə Allaha təslim olmağı, yəni müsəlmanlardan biri olmağı, öz qəlbini, dilini və cismini Fövqəlucanın iradəsinə təslim etməyi bu­yurmuşdur. Bu, Allahın bütün hökmlərindən ən möhtəşəmi­dir. Uydurma “ilahlara” ibadətin qadağan edilməsi isə, Onun ən böyük haramlarındandır.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(40. 67) “Sizi torpaqdan, sonra – nütfədən, sonra da qan lax­tasından Xəlqedən, sonra sizi, həd­di-buluğa ça­ta­sınız və son­­ra qocalasınız deyə körpə ikən çıxar­dan[15] Odur. Hərçənd aranızda elələri var ki, onlar erkən vəfat etdiri­lirlər ki, bu, təyin olunmuş əcələ yetişməniz və düşünməniz üçündür”.

Allah tövhidin zəruriliyini bir daha vurğulayır və xatır­la­dır ki, O (Pak və Müqəddəs) məxluqlarını necə yaradır. O (Pak və Müqəddəs) təklikdə sizi yaratmışdır və sizin ibadətinizə yalnız O (Pak və Müqəddəs) layiqdir. O (Pak və Müqəddəs) sizin əcdadı­nızı tor­paqdan xəlq etmiş və sonra ondan çoxsaylı insan nəslini törət­miş­dir. Siz bu dünyaya, ananızın bətnində asılı qalan, sonra­dan qan laxtasına çevrilən, o da öz növbəsində ət tikəsinə dönən kiçicik bir damladan zühur edirsiniz. Sonra sizin sümükləriniz ya­ra­nır, daha sonra isə mələk bədəninizə həyat üfürür[16]. Sonra siz kör­pə surətində doğulursunuz, sonra böyüyüb, həddi-buluğa çatır­sı­nız, yəni, fiziki qüvvə və mükəmməl bilik və bacarıqlara nail olursunuz və bundan sonra sizlərin çoxu qocalır. Sizin bəziləriniz sadalanan mərhələlərin birində vəfat edirlər, lakin siz hamınız təyin olunmuş həddə[17] çataraq, bu fani dünyadan ayrı­lır­­sı­nız. Bunu dü­şü­nün və (düşünsəniz) sizə aydın olacaq ki, Öz məxluqlarının surətini belə möhkəm dəyişməyə qadir olan Xaliq hüdudsuz hakimiyyətə və kamil fövqəlqüdrətə malik olmalıdır. O (Pak və Müqəddəs), qü­sur­suzdur və pərəstişə layiqdir, sizin isə, bütün qalan digər məxluqlar kimi, çoxlu qüsurlarınız və nöq­sanlarınız vardır.
 ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(40. 68) “O – Həyatverəndir və Öldürəndir. O, qərar ver­dikdə, “Ol!” – deyincə, həmin şey olur”.

Yalnız Allah həyatın və ölümün sərəncamçısıdır və heç bir insan Fövqəluca Allahın xəbəri və icazəsi olmadan ölmür. Buna görə O (Pak və Müqəddəs), belə buyurur: “...Uzunömür­lü­yə uzun həyatın əta edilməsi və ya onun həyatının qısaldıl­ma­sı barədə hər şey Kitabdadır[18]. Həqiqətən, bu, Allah üçün as­an­dır” (Fatir, 35/11). Allah hər hansı bir mühüm və ya az vacib olan qərar qəbul etdikdə, Onun “Ol!” əmri verməsi ilə Onun iradəsi gerçəkləşir[19]. Bu Qanunun istisna halları yoxdur, çünki heç kim Fövqəluca Allaha mane olmaq qüdrətinə malik deyil.

 ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ

(40. 69) “Məgər Allahın ayələri barədə mübahisə edən­ləri görmürsən? Necə də dönükdürlər!”
(40. 70) “Onlar Kitabı və elçilərimizlə göndərdiklərimizi yalan saydılar. Lakin onlar biləcəklər”

Bu ayələr necə də aydın və inandırıcıdır və kafirlərin əməl­ləri isə necə də çirkindir! Gör necə də onlar haqdan dönmüşlər? Haqq onlara aydın olduqdan sonra, onlar nəyə ümid bəsləyirlər? Doğrudanmı onlar Allahın ayələrini inkar etməyə qadir olan də­lil­lər əldə etməyə ümidvardırlar? Ya da onlar mənfur niyyətləri­nin və alçaq arzularının doğruluğunu təsdiq edə biləcək sübutlar tapmağa bel bağlayırlar? Onlar öz seçimlərini artıq etmişlər və onların bu seçimi necə də dəhşətlidir! Onlar Fövqəluca Allahın nazil etdiyi və Allahın elçilərinin (onlara salam olsun!) – ən yaxşı, ən sadiq və ən sağlam düşüncəli insanların təbliğ et­diyi Kitabı rədd etdilər. Bu günahkarlar yandırıb-yaxan alovdan başqa, heç nəyə layiq deyillər və buna görə Allah belə buyurur:

 ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

(40. 71) “boyunduruqlarda və qandallarda sürü­dü­dül­dük­də
(40. 72) “qaynar suya, sonra Odda yandırıldıqda”.

Ağır boyunduruqlar əzabkeşlərə tərpənməyə belə imkan verməyəcək. Lakin hələ bu hamısı deyil – əzabkeşlər şeytanlar­dan olan öz həmzadları ilə birlikdə oddan qıp-qırmızı qızarmış zəncirlərlə qandallanıb, buxovlanacaqlar. Onların üstünə qaynar su tökəcək və onlar müdhiş alovda yandırılacaq, küfrə və şirkə üstünlük verdiklərinə görə qınanacaqlar.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ

(40. 73) “Sonra onlara deyiləcək: “Şərik qoşduqlarınız ha­radadır? – ”
(40. 74) “Allahdan başqa[20]. Deyəcəklər: “Onlar biz­dən elə uzaqlaşdılar ki, sanki biz əvvəllər heç nəyə ibadət etmirmi­şik!?” Allah kafirləri belə azdırır”.

Əzabkeşlərə[21] deyiləcək: “Hanı sizin uydurduğunuz ilah­la­rınız? Onlar sizə nə fayda verdilər? Sizi cəzadan qorudu­lar­mı?” Cəhənnəm sakinləri deyəcəklər: “Onlar bizim köməyimizə gəl­mədilər, əgər onlar bizim köməyimizə gəlsəydilər, onsuz da bizi ədalətli intiqamdan xilas etməyi bacarmayacaqdılar. Biz əvvəllər heç kimə dua etməmişik”.
Belə bir rəy var ki, kafirlər müşriklikləri ilə əlaqədar onlara verilən ittihamı təkzib etməyə cəhd göstərirlər və elə zənn edirlər ki, bu onlara fayda verə bilər. Ancaq digər, daha səhih bir rəyə gö­rə, Cəhənnəm əzabkeşləri həmin sözləri ilə ibadətə Layiqolana iba­­dət etmədiklərini etiraf edirlər. Onlar dərk edirlər ki, Fövqəl­uca Al­la­hın şərikləri yoxdur və ola da bilməz və buna görə onlar peş­man olacaqlar ki, dərin azğınlıq içindəymişlər və ilahlaşdırıl­mağa, iba­dət edilməyə layiq olmayan uydurulmuş il­ah­lara ibadət edir­miş­lər.
İkinci şərhin lehinə Fövqəlucanın, “Allah kafirləri belə az­dı­rır” sözləri əsas verir. Kafirlərin dünya həyatında azğınlıq için­də olması məhz belədir. Onların baxışlarının qüsurlu olması hər bir sağlam düşüncəli insana bəllidir və Qiyamət günü kafirlər bu­nu etiraf edəcəklər. Onlara Fövqəlucanın aşağıdakı sözləri aydın olacaqdır: “...Allahdan başqa digər ilahlara ibadət edən­lər nəyə nail olurlar? Onlar yalnız zənnə qapılır və yalnız yalan uydu­rurlar” (Yunus, 10/66);
“Siz onlara dua edəndə, onlar dualarınızı eşitmirlər, əgər eşitsəydilər də, sizə cavab verməzdilər. Qiyamət günü onlar si­zin ibadətinizi inkar edəcəklər” (Fatir, 35/14);
“Allahın əvəzinə Qiyamət gününədək onlara cavab ver­mə­yəcək olanlara dua edənlərdən kim daha çox azğınlıqda­dır?” (Əhqaf, 46/5).

 ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

(40. 75) “Bu sizə yer üzündə haqsız fəxr etdiyinizə və tə­kəbbürləndiyinizə görədir”.

Siz yalana etiqad etdiyinizə və haqqa zidd biliklərə malik olduğunuza görə fəxr edirdiniz. Siz Allahın qullarına təkəbbürlə yanaşırdınız, möminlərə düşməncəsinə münasibət bəsləyirdiniz, ətrafınızdakılarla zalımcasına davranırdınız və Rəbbinizə itaət gös­­tərmirdiniz. Bu surənin sonunda Fövqəluca Allah belə buyu­rur: “Onların elçiləri onlara aydın ayələrlə gələndə, onlar öz­lə­rində olan biliklə fəxr edirdilər...” (Mumin, 40/83). Qarundan bəhs edə­rək, Allah buyurur: “Fəxr etmə, həqiqətən, Allah fəxr edə­nləri sevmir” (Qəsəs, 28/76).
Bu ayələrdə bəhs edilən şəriətin qınadığı fəxr etmə[22] cəza­landırılmağa layiqdir. O, möminlərin keçirdiyi sevinc hissi ilə heç bir müqayisəyə gəlmir. Məhz belə bir sevinc hissi haqqında Mər­hə­mət­li Allah buyurmuşdur: “De: “Bu – Allahın neməti və mər­­hə­mə­tidir. Qoy onlar buna sevinsinlər, çünki bu onların yığ­dıq­la­rından xeyirlidir” (Yunus, 10/58). Belə bir sevinc bəyə­ni­lən və təri­fəlayiqdir, çünki o faydalı bilik və xeyirxah əməllər­dən qaynaq­lanır.
ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ

(40. 76) “Cəhənnəmin dərvazalarından daxil olun və ora­da əbə­di qalın! Təkəbbürlülərin məskəni necə də pis­dir!”

Cəhənnəmin dərvazalarından içəri girin və törətdiyiniz ci­na­yətlərinizə tamamilə uyğun olan öz yerlərinizi tutun. Siz heç vəchlə Odsaçan Cəhənnəmdən çıxa bilməyəcəksiniz. Təkəb­bür­lü günahkarları alçaldılmanın, biabırçılığın, şərəfsiz­li­yin, zinda­nın, cəzanın, dözülməz hərarətin və amansız soyuğun gözlədiyi məs­kən necə də pisdir!
ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ

(40. 77) “Səbirli ol, həqiqətən, Allahın vədi haqdır! Biz onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək, ya da səni və­fat etdirsək belə, onlar onsuz da Bizə qaytarılacaqlar”.

Ey Elçi! Qəbilədaşların arasında islam təbliğatını səbirlə da­vam etdir və onların sənə bəslədikləri haqsızlığa və təhqirlərə səbr et! Bunda sənə möhkəm etiqadın kömək edəcəkdir və buna görə də unutma ki, Allahın verdiyi vəd dəyişdirilməzdir. Allah mütləq Öz dininə qələbə bəxş edəcəkdir, Öz Sözünü şərəflən­di­rəcək və elçilə­rini həm dünya həyatında, həm də Axirət həya­tın­da tərifləyib ucal­da­caqdır. Sənin düşmənlərinə gəldikdə isə, on­lar həm bu dünyada yaşadıqları zaman, həm də öldükdən sonra cəzalandırıla­caq­lar. Biz kafirlərə vəd etdiklərimizdən bəzi şeyləri sənə göstərə bilərik, ya da səni bundan öncə vəfat etdirərik. La­kin istənilən hal­da, onlar özlə­rinin hər bir əməlinə görə cəza ala­caqlar. Fövqəluca həmçinin belə buyurur: “Sən elə hesab etmə ki, Allah zalımların nə törət­dik­lərindən xəbərsizdir...” (İbra­him, 14/42).
Sonra Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) onun qardaşları-elçilərin taleyini xatırlatmaqla təsəlli verərək, belə buyurur:
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

(40. 78) “Əslində, Biz səndən əvvəl də elçilər göndərmiş­dik. Onların arasında elələri vardı ki, Biz barələrində sənə da­nış­mışıq, elələri də vardı ki, Biz barələrində sənə da­nış­ma­mı­şıq. Bü­tün elçilər yalnız Allahın izni ilə möcüzələr göstər­miş­lər. Allah­ın əmri gəldikdə, əsil hökm çıxarılacaq və orada ya­lan­­çılar xəsarətə uğrayacaqlar”.

Əvvəlki elçilər də Allahın dinini təbliğ edir və kafir qə­bilə­daşlarının onlara göstərdikləri haqsızlıqlara səbirlə dözür­dü­lər. Onların hamısı öz Rəbbinin iradəsinə tabe idilər və müstəqil heç nəyi həll etmirdilər. Onlar haqlı olduqlarını inandırıcı məntiqi dəlil­lərlə təsdiq edir və ətraflarındakılara böyük möcüzələr göstə­rirdi­lər. Lakin onlar bunu yalnız Fövqəluca Allahın yardımı sayə­sində edir­dilər. Fasiqlər hər dəfə sənin qardaşlarının doğru­çu­lu­ğuna əmin olduqda, onlara iman gətirməkdən inadkarcasına im­tina edir­di­lər və onlara yeni möcüzələr göstərilməsini tələb edir­dilər. Həqi­qə­tən, belə davranış – ən böyük zalımlıq idi. Allah­ın əmri nazil ediləndə isə, həm elçilər, həm də onların düş­mənləri ədalətli Məh­kə­mə qarşısında cavab verməli olacaq­lar. Bu isə o deməkdir ki, Allah elçilərini və onların sədaqətli ar­dı­cıllarını qo­ruyacaq, bütün kafir­ləri və müşrikləri həlak edəcəkdir. Bax onda yalan tərəfdarları ziya­na uğrayacaqlar. Yalan bu günahkarlara hə­­mişə xas bir sifət olmuş­dur: onların bilikləri, əməlləri və cəhd­ləri nöq­sanlı və fay­dasız idi. Bundan başqa, onlar zərərliydi­lər. Ey in­sanlar! Yalandan çəkinin və haqqa müqavimət göstər­məyin ki, zərərə uğrayanların arasına düşməyəsiniz. Belə insan­lar xeyir-bə­rəkət görməyəcəklər və Allahın qarşısında özlərini doğrulda bil­mə­yəcəklər.

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(40. 79) “Allah sizin üçün mal-qara yaratmışdır ki, bəzi­lə­rini minik edəsiniz, bəzilərini də yeyəsiniz”.

Bu, Fövqəluca Allahın çoxsaylı nemətlərindən biridir. Siz ev heyvanlarının bir qismini nəqliyyat vasitəsi kimi istifadə edir­siniz, digər qismini isə qida məhsulu kimi yeyirsiniz, başqa bir qismi də sizə ləzzətli süd verir. Heyvanların dərisi və yunu sa­yə­sin­də siz özünüzə istilik və rahatlıq yaradırsınız. Onlardan ev əş­ya­ları hazır­la­yırsınız. Bir sözlə, ev heyvanları sizə çoxlu fayda gətirir.
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(40. 80) “Onlar sizə fayda verir və siz onlarda könlü­nü­zün istədiyinə nail olursunuz. Siz onlarla və gəmilərlə daşı­nırsınız”.

Mal-qaranın vasitəsilə ürəklərinizin istədiyinə nail olursu­nuz, yəni onların üzərində uzaq ölkələrə səyahət edirsiniz, onlara baxıb həzz alırsınız və yaxınlarınızın qarşısında onlarla fəxr edir­siniz. Minik heyvanları sizi quru ərazilərdə, gəmilər isə dəniz­lərdə daşıyırlar. Bunlar isə yalnız Allahın mərhəməti sayəsində baş verir. Sizə heyvanları və dənizi ram etməyi O (Pak və Mü­qəddəs) öyrətmişdir.
ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(40. 81) “O, sizə möcüzələrini göstərir. Siz Allahın hansı dəlillərini inkar edə bilərsiniz ki?”

İlahi ayələrinin hər biri yalnız Fövqəluca Allahın gözəl ad­lar və kamil sifətlər Sahibi olmasına dəlalət edir. İnsanların özlə­rində və öz ətraflarında müşahidə etdikləri möcüzələr də həm­çinin Allahın ən əzəmətli nemətlərindəndir. O (Pak və Mü­qəd­dəs), bu möcüzələri insanlara göstərir ki, onlar öz Rəbbini dərk et­sinlər, Ona minnətdarlıqlarını bildirsinlər və Onu ən gözəl su­rətdə xatırlasınlar.
Siz Onun hansı ayələrini qəbul etmək istəmirsiniz? Sizə yaxşı məlumdur ki, bütün bu möcüzələri Fövqəluca Allah göstə­rir. Siz həmçinin bilirsiniz ki, sizi əhatə edən bol-bol nemətlər si­zə Onun tərəfindən nazil edilmişdir. Siz bunu inkar edə bil­məz­siniz və siz haqqı təkzib edə bilməzsiniz. Bundan başqa, əgər siz sağlam düşüncə sahibisinizsə, onda qərəzsiz olaraq Allaha itaət etməli və həyatınızı Tək Ona qulluq göstərməyə həsr etməlisiniz.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(40. 82) “Məgər onlar yer üzündə gəzib dolaşmamışlar və onlardan əvvəlkilərin sonunun necə olduğunu görməmişlər? Əv­vəlkilər onlardan sayda və gücdə üstün idilər və yer üzündə daha çox iz qoymuşlar, lakin əldə etdikləri onları xilas etmədi”.

Fövqəluca, kafirlərə yer üzündə həqiqətən və ya xəyalən gəzib dolaşmayı təklif edir. Əvvəlki xalqların taleləri ilə yaxşı ta­nış olanlardan soruşun və Adların, Səmudluların və digərlərin nail olduqları üzərində lazımınca düşünün. Onlar sizdən həm sayca və həm də bacarıqlarına görə üstün idilər: möhtəşəm sa­raylar və qəsrlər inşa edirdilər, nəhəng plantasiyaları və torpaq sahələrini əkib-becərirdilər. Lakin onların əldə etdikləri nailiyyət­ləri onları cəzadan xilas etmədi. Fövqəluca Rəbb onları kafirliyə görə cəzalandırmağı qərara aldıqda, nə qüdrət, nə var-dövlət, nə də güclü mühafizə edilən qalaları onlara heç bir fayda vermədi.

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(40. 83) “Onların elçiləri aydın ayələrlə yanlarına gələn­də, onlar özlərində olan bilikləri ilə öyünürdülər və o anda məsxərəyə qoyduqları şey onları haqlayırdı”.
Allah bu ayədə kafir xalqların törətdikləri böyük cinayət­lər­dən xəbər verir. Allahın elçiləri (onlara salam olsun!) xalqla­rı­na Səmavi Kitabları və ecazkar möcüzələr göstərirdilər, onlara faydalı biliklər gətirirdilər və haqqı və nahaqqı onların gözləri qarşısında açıqlayardılar. Lakin kafirlər özlərində olan “bilik­lər­dən” lovğalıqla razı qalaraq, Allahın elçilərinin (onlara salam ol­sun!) dinini inkar edirdilər. Belə olduqda, onları, istehza etdikləri sərt cəza, hər tərəfdən əhatə edib haqlayırdı.
Onlar öz “bilikləri” ilə öyünürdülər. Bu isə o demək idi ki, onlar öz etiqad etdiklərindən məmnun idilər, elçilərin təbliğatına nifrət bəsləyirdilər və hətta öz inanclarının təkzibolunmaz haqq olduğunu bəyan edirdilər. Belə inanclar adı altında Sə­mavi Vəh­yə zidd olan hər hansı uydurma “elm” nəzərdə tutulur. Belə “elm­­lərdən” biri – Quran ayələrinin çoxu ilə bir araya sığışmayan qə­dim yunan fəlsəfəsidir. Bu fəlsəfə insanların qəlbindən dinə və Allahın Kitablarına olan məhəbbəti və ehtiramı silib atır. Filo­sof­lar əsassız olaraq bəyan edirlər ki, Allahın inandırıcı dəlilləri, sa­dəcə, sübutsuz iddialardır və öz dar düşüncələri ilə Allahın Ki­tab­larının gerçəkliyini dəyərləndirməyə cəhd göstərirlər. Fəlsə­fə – Allahın ayələrinə bəslənən ən böyük kafirliyin təzahürü və haqqa göstərilən müqavimətdir.[23] Allah bizi bundan qorusun!

ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(40. 84) “Onlar Bizim qüdrətimizi gördükdə, dedilər: “Biz Vahid Allaha iman gətirdik və Ona şərik qoşduqlarımızı inkar edirik!”

Kafirlər öz gözləri ilə Bizim cəzamızı gördülər və günahla­rı­nın ağırlığını dərk etdilər, lakin artıq gec idi. Onlar bütlərdən, daş heykəllərdən və öz nitqləri və əməlləri ilə Allahın elçiləri ilə mübarizə aparan bütün günahkarlarından əl çəkdilər.

 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ

(40. 85) “Lakin Bizim cəzamızı gördükdən sonra onların iman gətirmələri fayda vermədi. Bu, Allahın qulları üçün əzəl­dən bəri qüvvədə olan sünnəsidir. Məhz onda kafirlər zərərə düş­dülər”.

Allah qullarının şiddətli əzabı gördükdən sonra gətirdik­lə­ri imanı qəbul etmir. Gecikmiş iman insanı amansız cəzadan xilas edə bilməz, çünki o artıq öz gözləri ilə cəzanı görərsə, məc­bu­riy­yət qarşısında, iman gətirəcəkdir. Yalnız könüllü iman Allahın qu­­­­lunu əbədi sarsıntılardan qurtara bilər, belə iman isə, insan, Föv­qəluca Rəbbin ona bildirdiyi cəzanı görməmişdən əv­vəl müm­­kündür.
Məhz buna görə, kafir qalaraq ölən insanlar, Axirət həya­tında zərərə uğrayacaqlar, çünki onlar özləri öz imanlarını, dün­yadakı həyatı və ölümdən sonrakı həyatı məhvə uğratmışlar.[24]
 


[1] Bu surə bəzi mənbələrdə “Mömin” adını daşıyır. F.S.
[2] Qiyamət günü nəzərdə tutulur. F.S.
[3] Əvəz – mükafat və ya cəza mənasındadır. F.S.
[4] Elmalı Hamdi Yazırın Təfsirində qeyd edildiyi kimi, Qiyamət günü: “İnsanlar təmiz ələnmiş un çörəyi kimi ağ bir yer üzərində (yəni, Məhşərdə, F.S.) toplanacaqlar...” (Bax: Elmalı Təfsiri: Zümər surəsi, 69-70-ci ayələrin şərhi). F.S.
[5] Qiyamət günü. F.S.
[6] Hərşeyibilən Fövqəlqüdrətli Allahın Ona müxtəlif dillərdə müraciət və dua edən qullarını eşitməsi ilə əlaqədar, yeri gəlmişkən, oxuculara bildirmək istərdim ki, misilsiz elm və idrak Sahibi Fövqəlqüdrətli Allah Adəmi (ə) xəlq edərkən, ona bir dil öyrətmişdi. Lakin bu Adəm dilinin, yalnız Allaha məlum olan ideal batini mexanizminə, O (Pak və Müqəddəs), Qiyamətə­dək formalaşacaq müxtəlif dillərin “matrisa­sını” qoymuşdur və buna görə yeni for­ma­laşan xalq­larla bərabər onların dilləri də yaranır. Amma burada heç bir təsadüfi inkişafdan söhbət ge­də biləz. Sadəcə olaraq, Allahın iradəsi ilə, Onun öncədən müəyyənləşdirdiyi və bildiyi dil­lər formalaşmağa başlayır. Belə olduğu halda, Allahın bütün dilləri bilməsi təbiidir. Bundan əlavə, axı Onun bilmədiyi bir şey də yoxdur! Çünki, O (Pak və Müqəddəs) bütün bəşəriyyəti Adəmin (ə) sülbündən çıxarıb onlarla əhd bağladığı zaman onlarla öz dillərində danış­mış­dır. Bu o deməkdir ki, Adəmin dili ilə bərabər eyni zamanda bütün dillər də yara­dılmışmış. (Əlbəttə, bu bir mülahizədir). Həmd olsun misilsiz xarüqələr yaradan Fövqəluca Allaha! F.S.
[7] Burada onlar dedikdə, konkret olaraq Firon (L) və əlaltıları (məhdud dairə) nəzərdə tutulur. Amma kafirlər anlayışı daha geniş arealı və bütöv bir toplumu ehtiva edir. F.S.
[8] Bu ayənin şərhindəki məhz bu son mülahizə, Əbu Talibin ölüm ayağında belə İslamı qəbul etməməsi ilə uyuşmur. Halbuki, əgər o, şəhadət gətirsəydi, bu heç nəyi dəyişməzdi, yəni qureyşlilərin ona qulaq asıb-asmamasına artıq ehtiyac olmayacaqdı. Beləliklə, unutmayaq ki, himayə edən yalnız Allahdır. O (Pak və Müqəddəs), istədiyi şəxsi istədiyi vasitələrlə (bunla­rın necəliyindən və kimliyindən asılı olmayaraq) himayə edir. Fövqəluca Allah Fironun (L) qo­humunun Tək Allaha etiqad göstərdiyini bildirsə də, Əbu Talib haqqında belə bir dəlil məlum deyil. Lakin onun Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) müdafiə etməsi mə­lum faktdır və bu yaxın qohumluq münasibətləri ilə bağlıdır və heç də onun qardaşı oğlunun tövhid dininə gizli rəğbəti ilə əlaqələndirməyə əsas yoxdur və, buna baxmayaraq, müsəlmanlar üçün, ona hörmət bəsləmələri baxımından, başa düşüləndir. “İslamı qəbul etsəydi” ifa­dəsi əsas­landırılmamış mülahizəyə daha çox yaxındır. Müəllifin, mənim 8-cildlik tərcü­məm­də ver­diyim, qətiyyən şübhədoğurmayan və son dərəcə əsaslandırılmış gözəl və yığcam nəticələri ara­sında, naslara istinad etməyən belə bir ehtimal (“İslamı qəbul etsəydi”), kimlər tərəfin­dənsə, əsərin bu şərhinə uğursuz əlavə edilmiş ola bilər. F.S.
[9] Ona bu cəsarəti təlqin edən Müdrik Allaha həmd olsun! F.S.
[10] Həmd olsun Fövqəluca Allaha ki, belə möminləri müsəlmanlara örnək etmişdir! F.S.
[11] Belə ikitirəli davranış, Fironun (L) Misirin mütləq hökmdarı olmasına baxmayaraq, xalqını alçaq­ca­sına aldatmaqdan çıkinmədiyini ifşa edirdi. Bu məziyyət isə, onun (L) təbiətən, qorxaq və boşboğaz, yalançı olmasına dəlalət edir. F.S.
[12] Nas – Quran ayəsi və ya Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədisləri nəzərdə tutulur. F.S.
[13] Möminlər Fövqəluca, Fövqəlqüdrətli Allahın Quranının Onun Sözü olmasına iman gətirir və Quran ayələrinin haqq və hikmət təcəssümü qəbul edirlər. Müdrik Allahın Eşidən və Görən sifətlərinə iman gətirilməsi şəksizdir. Lakin kəmetiqad müsəlmanlar Allahın Mütləq Eşidən və Mütləq Görən olması həqiqətinə çox vaxt şübhə ilə yanaşır və bunun nəticəsi olaraq günah iş­lətdikləri təqdirdə, bunun gizli qala­cağını güman edirlər. Kəmetiqadlar və kafirlər bilmə­li­dir­lər ki, alimlərin Kainatın dərinliklərindəki ulduz topluluqlarına və maddənin atom strukturuna qə­dər nüfuz etməyə imkan verən super teleskopların və super mikroskopların, həmçinin mü­asir telekommunikasiya (uzaqdan eşitmə, görmə, idarəetmə) ide­ya­sını insanlara mərhələ-mər­hələ təlqin etməsi, Allahın misilsiz eşitmə, görmə və idarəetmə qüdrətinə malik olmasının ən bariz, sadə və ağlabatan dəlillərindəndir. F.S.
[14] Kursiv mənimdir. F.S.
[15] Ana bətnindən. F.S.
[16] Yəni, Allahın göndərdiyi mələk, döl ana bətnində ikən, ona ruh daxil edilir. F.S.
[17] Yəni Fövqəluca Allahın hər kəsin qədərinə uyğun təyin etdiyi əcələ (müddətə) qədər yaşayırsınız. F.S.
[18] Allah dərgahında Muhafizəolunan Ana Kitab (“Lövhi-Məhfuz” ) nəzərdə tutulur. F.S.
[19] Yəni Allah bir şeyin olması üçün qərar qəbul etdikdə, aləmdə təzahür edəcək varlığa dair Öz niyyətini “Ol!” deməklə gerçəkləşdirir. F.S.
[20] Yəni, Allahdan başqa ibadət etdikəriniz. F.S.
[21] Cəhənnəmə atılacaq kafirlər nəzərdə tutulur. Bu, əsəri ərəb­cədən rus dilinə çevirmiş tərcü­məçinin rus mətnindəki («мученик»?) ifadəsnə mənim verdiyim (“əzabkeş”) qarşılıqdır. La­kin qeyd etməliyəm ki, xris­tian­lıqda «мученики» - xristian “müqəddəsləri” dərəcəsinə aid edi­lən və din uğrunda öldürülən şəxslərə deyilirdi. Xristian kilsəsinin ilk şəhidi olaraq arxi­dya­kon Stefan hesab edilir. Qədim Rus dövlətində ilk şəhidlər – varyaq olan Fyodor və onun oğlu İoanndır ki, 983-cü ildə bütpərəstlər tərəfindən öldürülmüşlər. Sovet haki­miy­yəti illə­rin­də Rus Pravoslav Kilsəsinin təqib edilməsi nəticəsində incidilib zərər görmüşlər isə “Rusi­ya­nın yeni şəhidləri” adı ilə adlandırılırlar” (Bax: Современная Энциклопедия. 2000). Digər bir mən­bə­də: (Боль­шой Энциклопедический словарь) – xristianlıqda «мученики» adı altında İisus Xristosa iman gətirdiyinə açıq şəkildə şahidlik etdiyi üçün öldürüldüklərinə görə “mü­qəddəs” dərəcəsi verilmiş şəhidlərdir. Yəni, «муче­ники» - din uğrunda şəhidlərdir. Lakin nə­dənsə, rus dilindən çevirdiyim əsərin mətnində Cəhənnəmə düşən, Allahın düşmənləri olan kafir və müş­riklər də rus dilində «мученик» adlandırılmışlar. Bu uyğunsuzluğu nə­zərə alıb, mən həmin ifadəni dilimizdə “əzabkaş” sözü ilə əvəz etmişəm. Tərc. F.S.
[22] Fəxr etmə (sinonimləri: fərəhlənmə və qürrələnmə). Haqqı olmadan fəxr etmə və ya qürrələnmə Allahın bəyənmədiyi məziyyətlərdəndir. F.S.
[23] Kursiv mənimdir. F.S.
[24] Kursiv mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий