среда, 2 мая 2012 г.

77. ƏL-MÜRSƏLAT SURƏSİNİN ŞƏRHİ

 
\Ì

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                            Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
(77. 1) “And olsun bir-birinin ardınca göndərilənlərə,”
(77. 2) “şiddətlə əsənlərə”,
(77. 3) “geniş yayılanlara”,
(77. 4) “fərqləndirib ayıranlara”,
(77. 5) “nəsihət verənlərə”-
(77. 6) “üzr və xəbərdarlıq üçün!”

Fövqəluca Qiyamətin və əvəz veriləcəyinin gerçək olmasını təs­diq etmək üçün qədərlə əlaqədar işlərin həyata keçirilməsi, Kai­na­tın idarə edilməsi və elçilərə vəhylərin çatdırılması üçün gön­dərdiyi mələklərə and içir. Bu mələklər bəşəriyyəti pis yola çək­­mək və əylən­dirmək üçün deyil, ona xeyir, hikmət və fayda ver­­məkdən ötrü gön­də­rilirlər. Onlar son dərəcə böyük sürətlə, qa­sır­ğa kimi hərəkət edirlər ki, Allahın hökümlərini tez yerinə ye­tir­sin­lər. Bəzi şərhçilər elə hesab edirdilər ki, burada bəhs edilən şey – özün­də qum və toz daşıyan güc­lü küləklərdir.
Fövqəluca həmçinin Allahın buyurduqlarını uzaqlara və ge­niş yayan mələklərə də and içir. Başqa bir rəyə görə, ayələrdə Alla­hın hə­ya­ta qay­tardığı ölü tarpaqları yağışla canlandıran bu­lud­lar­dan bəhs edilir.
Sonra Allah ən şərəfli vəzifə tapşırdığı mələklərə – Öz qul­la­rı­na mərhəmət, onlara fayda və xeyir gətirən şeyləri öyrətmək məq­sədi ilə vəhyləri Allahın elçilərinə çatdıranlara and içir. Bu nə­si­hətlər in­sanları qarşıdan gələcək dəhşətli hadisələr barədə xə­bər­dar­lıqla onları Allahın qarşısında bəraət qazanmaq imkanından məh­rum edir.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ
(77. 7) “Ancaq sizə vəd edilən gerçəkləşəcəkdir:”
(77. 8) “Ulduzlar sönəndə”,
(77. 9) “göy yarılanda”,
(77. 10) “dağlar ovulub səpələnəndə”,
(77. 11) “elçilərə vaxt təyin edildikdə».

Dirilmə və əvəz verilməsi labüddür və şübhə doğurmur. Onlar başladıqda, bütün dünyanı nəhəng dəyişikliklər və güclü dəh­­şət bü­rü­yə­cəkdir ki, onun təsirindən ürəklər sonsuz həyə­ca­na gə­ləcək və dərin hüznə bürünəcəkdir. O zaman ulduzlar göy qüb­­bə­sindən yox olmağa başlayacaq və səpələnib, yerlərini tərk edə­­cəklər. Dağlar da­ğı­lacaq və sovrulmuş toza çevriləcək, yer isə o dərəcədə düm-düz ola­caq ki, sən onda nə əyrilik, nə də çö­kək­lik­lər görə bilməyəcəksən. Hə­min gün elçilər üçün müəyyən edil­­miş müddət və həmin günədək xalqlar üzərində təxirə sa­lın­mış Məhkəmə başlayacaqdır. Buna görə sonra Fövqəluca Allah buyurur:

 ﯙ ﯚ ﯛ ﯜ ﯙ ﯚ ﯛ ﯜ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(77. 12) “Hansı günədək ləngidilmişdir?”
(77. 13) “Fərqləndirmə Gününədək!”
(77. 14) “Sən necə biləydin ki, Fərqləndirmə günü nədir?”

Bu sual Qiyamət gününü vəsf etmək və insanları dəhşətə gə­tir­­­mək üçün verilmişdir. Bu, məxluqlar arasında fərqlənmə gü­nü və on­ların hər biri ilə ayrı-ayrılıqda haqq-hesab çəkiləcək gün ola­caq­dır. Sonra Rəbb həmin Günü inkar edənləri təhdid edərək, bu­yu­rur:

ﯦ ﯧ ﯨ ﯩ


Onların cəzası necə də əzablı olacaq! Onların sığınacağı ne­cə də murdardır! Allah onlara haqqı xəbər vermişdi və buna and iç­mişdi, amma onlar inanmadılar və buna görə də böyük cə­za­ya la­yiq gö­rül­dülər.

 ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

(77. 16) “Məgər Biz əvvəlkiləri həlak etməmişdik?”
(77. 17) “Onların ardınca Biz sonrakıları göndərdik».
(77. 18) “Biz günahkarlarla belə rəftar edirik”.

Məgər Biz sizdən əvvəl bu Günü yalan sayanları həlak et­mə­­­miş­­dik? Biz bundan sonra da Bizi yalan danışmaqda ittiham edən­­lə­rin hamısını məhv edəcəyik. Allahın qanunu keçmiş za­man­­larda da belə idi, indi də belə olaraq qalacaqdır. Günahkar heç vaxt cəzalan­dırılmaqdan qaça bilməz. Bəs siz niyə eşit­dik­lə­ri­niz­­dən və gördük­lə­rinizdən ibrət almırsınız?




(77. 19) “Həmin gün vay halına yalan sayanların!”

Onlar aydın dəlillərimizi gördükdən, ibrətamiz nəsihət­lə­ri­mi­zi al­­dıq­dan və Allahın kafirləri necə cəzalandırdığını bildikdən son­ra da haqqı inkar etdilər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ

(77. 20) “Məgər Biz sizi nifrətamiz mayedən xəlq etmə­dik­mi”,
(77. 21) “və sizi etibarlı yerdə yerləşdirmədikmi”
(77. 22) “məlum müddətədək?”

Ey insanlar! Məgər Biz sizi bel ilə sinə arasındakı nahiyədən çı­­­xan ən dəyərsiz cüzi bir maye damlasından yaratmadıqmı? Mə­gər Biz bu damlanı dölün müəyyən müddətədək məskunlaşdığı və inkişaf et­di­yi uşaqlığa yerləşdirmədikmi?
ﭠ ﭡ ﭢ ﭣ
(77. 23) “Sonra onun qədərini təyin etdik və Biz qədəri ne­cə də Əlatəyinedənik!”

Biz rüşeymin qədərini təyin etdik və ana bətninin qa­ranlı­ğın­da onun qayğısına qaldıq və onu damcıdan qan laxtasına, son­ra da ət parçasına çevirdik. Bu şəkil dəyişməsindən sonra, Biz onu baş­qa xil­qə­tə döndəririk və ona ruh üfürürük. Lakin sizdən bə­zi­lə­rinizə bu müddətdən əvvəl ölmək nəsib olur.
Allahın qədəri necə də gözəldir! O[1] hikmətlə doludur və hər çür tərifə layiqdir.

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ

(77. 25) “Məgər Biz yeri toplanış məkanı etmədikmi
(77. 26) “dirilər və ölülər üçün?!”

Məgər Biz sizə qarşı rəhimli deyildikmi, sizə iltifat gös­tər-mir­­­dik­mi və yerə sizin mənafelərinizə xidmət göstərməyi həvalə et­­məmiş­dikmi? Biz onu onun üstündə yaşayan canlı insanlar və qə­­birlərində rahat yatan ölü­lər üçün məskən etmişdik. Evlər və sa­­raylar Allahın qullarına göstər­diyi mərhəmətinin təzahürləridir. Ey­­ni şeyi qəbirlər haqqında da demək olar. Onlar insanların vü­cu­du­nu vəhşi heyvanlar və həşəratlar üçün əlçatmaz edir.

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(77. 27) “Məgər Biz onun üstündə sarsılmaz və hündür dağ­lar ucaltmamışdıqmı və sizə doyunca şirin su içirtmə­miş­dik­mi?”

Bəhs edilən – yerin üst qatlarını möhkəmlədən qüdrətli və hün­dür dağlardır ki, onu sakinləri ilə birlikdə silkələnməyə imkan ver­mir. Şirin suya gəldikdə isə, Fövqəluca Allah belə buyurur: “İçdiyiniz suyu görür­sünüzmü? Sizmi onu yağış buludlarından nazil edirsiniz və ya Biz nazil edirik? Əgər Biz istəsəydik, onu acı edərdik. Siz niyə naşükürsü­nüz?” (Vaqiə, 56/68-70).

 ﭸ ﭹ ﭺ ﭻ

Allahın çoxsaylı nemətlərinə cavab olaraq, onlar Onun ayə­lə­rini rədd edirlər. Qiyamət günü başladıqda isə, onlara de­yi­lə­cək­dir:

 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

(77. 29) “Yollanın yalan saydığınızın yanına!”
(77. 30) “Üç şöbəli kölgəliyə girin».

Ayələrdə Cəhənnəm Odunun kölgəsindən bəhs edilir və on­da üç yolayrıcı vardır ki, bir-birindən fərqlənir. Onlar bəzən öz qur­­ban­larını növbə ilə, bəzən isə vəhdət halında birləşərək, çey­nə­yib gəmi­rirlər.

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(77. 31) “O, sərin deyil və alovdan xilas etmir”,
(77. 32) “əksinə, qəsr böyüklükdə qığılcımlar saçır”,
(77. 33) “sanki onlar sarı dəvələrdir».

Bu kölgə nə rahatlıq gətirir, nə də yüngüllük. İnsan onun içi­nə daxil olub sığınmaq istədikdə, o, onu hər tərəfdən əhatə edən alovdan xilas et­mir. Fövqəluca buyurur: “Onların üzərində od­­dan talvar ola­caq və alt­larında da...” (Zümər, 39/16); “Onların ya­­tağı Cəhənnəm, üzərlərində isə ör­tük olacaqdır. Biz zalımlara be­­lə əvəz veririk” (Əraf, 7/41).
Cəhənnəm odunun qığılcımları qara və sarıya çalan rənglə təs­­diq edir ki, Cəhənnəmdə qatı qaranlıq hökm sürür. Onun alo­vu, kösövləri və qığılcımları – qapqara, dəhşətli və qızmardır. Al­lah bizi Cəhənnəmdən və əzab-əziyyətli cəzaya sürükləyən hər cür əməllər­dən saxlasın!


ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(77. 35) “O gün onlar danışmayacaqlar”
(77. 36) “və onlara üzür istəməyə də imkan verilməyəcək».

Haqqı yalan sayanların hamısı üçün o gün ağır olacaqdır. Dəh­­şət­dən və güclü qorxudan onlar bir söz belə danışa bilmə­yə­cək­lər. Əgər onlar hətta özlərini doğrultmağa cəhd göstərsələr də, on­ların üzür­xahlığı və bəraəti qəbul edilməyəcəkdir. Fövqəluca bu­yurur: “Hə­­min gün zalımlara onların üzürxahlığı fayda ver­mə­yəcəkdir və onlardan tövbə etmələri də tələb olunmayacaq” (Rum, 30/57).

 ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(77. 38) “Budur Fərqləndirmə günü! Biz sizi və sizdən əv­vəl­ki­ləri toplamışıq».
(77. 39) “Bir fəndiniz varsa, Mənə qarşı işlədin!”

Bu gün məxluqlar üzərində Məhkəmə qurulacaq. Əgər siz Al­lahın səltənətindən qaça və ya xilas ola biləcəyiniz bir fəndə ma­lik­sinizsə, onda o fənddən istifadə edin. Əsla! Siz güc və qüd­rət­dən məh­­rum ediləcəksiniz! Fövqəluca buyurur: “Ey cin və in­san toplu­la­rı! Əgər siz göylərin və yerin hüdudlarından çıxa bi­lər­sinizsə, çıxın. Lakin siz hakimiyyət sahibi ol­ma­dan çıxa bil­məz­siniz!” (Rəhman, 55/33).
Həmin gün fasiqlərin quracağı fəndlər əbəs olacaqdır və on­lar öz fitnə-fəsadlarından fayda əldə edə bilməyəcəklər. Onlar Al­la­hın cə­zası qarşısında mütiləşəcəklər və onlara aydın olacaq ki, on­lar Allahın qisas alacağı vədini inkar edərkən dedikləri sözlər nə qədər yalan və nə qədər ədalətsizmiş.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(77. 41) “Təqvalılar isə, həqiqətən, kölgəliklərdə və bulaq ba­şında”
(77. 42) “və xoşladıqları meyvələr arasında olacaqlar».

Kafirləri gözləyən cəzanı xatırlatdıqdan sonra, Fövqəluca xe­yir­xah işlər görənlər üçün mükafatı yada salır. Onlar Allahın na­zil etdiyi Kitabı haqqında yalan danışmaqdan ehtiyat edərdilər, ona iman gə­tirərdilər və doğru yola həm əməlləri, həm də sözləri ilə sadiq idi­lər. Onlar buna yalnız Allahın hökmünə əsasən et­dik­lə­ri əməllərin sayə­sində və hər çür haramdan uzaq qaçmaları ilə nail olardılar.
Buna görə onlar çoxsaylı müxtəlif ecazkar çiçəkli ağacların köl­­gəsində və bəzilərinin Səlsəbildən axdığı, digərlərinin isə köh­nə şərab fantanı vurduğu bulaq başlarında olacaqlar. Onlar cür­bə­cür heyran­edici və əla meyvələrdən ləzzət alacaqlar. Bax elə on­da onlara deyi­ləcək:
 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(77. 43) “Əməllərinizə görə nuşicanlıqla yeyib-için!”

Bu ləzzətli yeməklərdən nuşicanlıqla yeyin və dadlı içki­lər­dən için. Bundan sonra heç kim sizin ovqatınızı təlx etməyəcək, si­zi təngə gətir­məyəcək və rahatsız etməyəcəkdir.
Budur əsil xoşbəxtlik və əmin-amanlıq: yeməklər və içki ən cü­zi qüsurlardan və xarab olmaqdan azaddır, Cənnət sakinləri isə tam əmin­dirlər ki, bütün ətrafda olan şeylər nə tükənəcək, nə də yox ola­caq. Onlar Səadət bağlarındakı bu mükafata öz xeyirxah əməl­ləri ilə layiq görül­müşlər.
Bu, Allaha mömincəsinə ibadət edən və Onun qullarına qar­şı xe­yirxah olanların hamısına aiddir. Elə buna görə Fövqəluca Allah bu­yurur:
 ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ

(77. 44) “Həqiqətən, Biz xeyirxahlıq edənləri belə müka­fat­lan­dı­rırıq».

Əgər hətta bu – halı vay gününə qalanın kədəri insanın yal­nız Cən­nət səadətindən məhrum olmaqla bitsəydi belə, bu məh­ru­miy­yət onun dərin qəm dəryasına batmasına kifayət edərdi.

 ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(77. 46) “Yeyin və bir az faydalanın, həqiqətən, siz – fasiq­lər­­si­niz».

Bu, Allahın ayələrini yalan sayanların hamısına ünvanlanış təh­­did və xəbərdarlıqdır. Qoy onlar yesinlər, içsinlər və dünya ne­mət­­­lə­rindən həzz alsınlar və Allaha ibadətə laqeyd olsunlar, lakin on­­lar gü­nahkar və cinayətkar olaraq qalırlar və müvafiq əvəzə la­yiq görü­lə­cəklər. Onların zövq almasına son qoyulacaq və onlar öz əməllərinin nəticələrini dada­caqlar.

 ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(77. 48) “Onlara deyəndə: “Rükuya gedin!” – rüku etmir­lər».

Onlara ibadət ayinlərinin ən başlıcası olan namaz qılmaq hök­­mü verildikdə və Rəbbin qarşısında rükuya getməyə dəvət edil­dikdə, onlar boyun qaçırdılar, çünki onların ürəkləri günahla do­lu idi. Bun­dan da daha qorxunc günah varmı? Bundan da artıq kü­für varmı?
ﰉ ﰊ ﰋ ﰌ
(77. 49) “Həmin gün vay halına yalan sayanların!”

Xoşbəxtlik və əmin-amanlıq qapıları onların qarşısında bağ­lan­­­­mışdır və onlar hər hansı nemətdən məhrum edilmişlər. Onlar bu Quranı, ən ali dərəcədə haqq və həqiqət olan Kitabı yalan say­dı­lar.
ﰍ ﰎ ﰏ ﰐ ﰑ
(77. 50) “Bundan sonra siz hansı hekayətə inanacaqsınız?”

Doğrudanmı siz haqqı inkar edib, yalana inanacaqsınız? Axı, sizin üstünlük verdiyiniz yalan, hətta sizi onun nöqsanlı ol­ma­sı barə­də şübhəyə belə salmır. Halbuki, onun dəlillərlə təsdiq olun­maması haqqında danış­mağa belə dəyməz.
Aydın işığın arxasında qaranlıq zülmətdən başqa heç nə yox­­dur, amma inandırıcı dəlillər və sübutlarla möh­kəm­lən­di­ril­miş haq­qın arxasında isə, açıq-aşkar yalandan başqa, heç bir şey yox­dur və bu, onunla doğmalaşmış günahkar və kafirlərdən baş­qa, heç kimə la­zım deyil. Allah onları zəlil etsin! Onları kor edən nədir?! Vay onların halına! Onları məhvə sürükləyib, belə bədbəxt edən nə idi?! Ey Rəbbimiz! Bizə bağışlanma və səadət bəxş et!





[1] “Qədər” nəzərdə tutulur. F.S.
[2] Bu surədə bu ayə, yuxarıda diqqət yetirdiyiniz kimi, dəfələrlə təkrarlanır ki, bu Allahın kafir və müşriklərə qarşı şiddətli təhdinin təzahürüdür. Yalanlayanlar isə Allahı, Onun Kitablarını, pey­ğəmbərlərini, Qiyamət gününü (və s.) yalan hesab edənlərdir. F.S.

Комментариев нет:

Отправить комментарий