четверг, 3 мая 2012 г.

17. ƏL-İSRA[1] SURƏSİNİN ŞƏRHİ


ƏL-İSRA[1]
SURƏSİNİN
ŞƏRHİ
                      
                         Mərhəmətli və Rəhmli Allahın ad ilə![2]

                                          ﭡﭢ             

(17. 1) “Dəlillərimizdən bəzisini ona göstər­mək üçün Öz qu­­­lunu gecə vaxtı Məscidul­haram­dan ətrafına xe­yir-bərəkət ver­­di­­yi­miz Məsci­dül­əq­saya Aparan – pak və müqəd­dəs­dir. Hə­qiqə­tən, O – Eşidəndir, Görəndir”.    

Fövqəluca Allah bu ayədə möhtəşəm əməlləri və əzəmətli lütfkarlığı ilə təzahür edən Öz kamilliyi və böyüklüyünü xüsusilə vurğulayır. Belə əməllərindən biri də Onun Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Məkkədəki ən şərəfli məscid olan Məscidul­haramdan gecə vaxtı Qüdsdə yer­ləşən əl-Əqsa məscidinə apar­masıdır. Bu məscid özü də ən layiqli məscidlərdən biri və pey­ğəmbərlərin sığınacaq yeri olmuşdur. Bir gecə ərzində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) çox böyük bir məsafəni qət etmiş və elə həmin gecə geriyə qayıtmışdır. Allah ona (s.ə.s.) onun düz yola bağlılığını möhkəmləndirən və onun (s.ə.s.) biliyini artıran möcüzələr gös­tər­­miş, ona (s.ə.s.) dözümlü olmağı və xeyirxahlığı bədxahlıqdan seçmək qabiliyyəti təlqin etmişdir. Bu, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqqında Allahın göstər­diyi ilahi qayğıkeşliyinin daha bir təzahü­rü idi. Allah onun (s.ə.s.) arzu edilən məqsədə nail olmasını hərtərəfli asanlaşdırmış və ona (s.ə.s.) gözəl məziyyətlər bəxş etmişdi ki, onların sayəsində o (s.ə.s.), özündən əvvəlkiləri və müasirlərinin hamısını ötüb keçmişdi.
Bu ayənin aydın mənasına istinad edərək düşünmək olar ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) gecənin ilk saatlarında uzaq səyahətə birbaşa Məs­cidul­haramdan çıxmışdır. Lakin bir səhih hədisdə xəbər verilir ki, o (s.ə.s.), Umm Xanının evindən yola düşmüşdür. Bu isə o demək­dir ki, Məscidulharamın üstünlüyü bütün toxunulmaz Məkkə torpaqla­rına aid üstünlüklə bağlıdır. Əgər insan müqəddəs Məkkə ərazi­sində ibadət edirsə, onda onun savabı, Məscidul­haramın daxilində ibadət edənlər kimi, daha çox artır. Bu ayədən həmçinin aydın olur ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səfərə həm ruhən, həm də cismani olaraq çıxmışdır. Əks təqdirdə bu səfər ən böyük möcüzə və məziyyətlərdən sayılmazdı.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gecə səyahəti haqqında, ona (s.ə.s.) göstərilən çoxsaylı möcüzələrin sadalandığı bir çox səhih hədislərdə xəbər verilir. Bu hədislərdən məlumdur ki, o (s.ə.s.), əvvəlcə müqəddəs Qüds şəhərinə yollan­mış və oradan göyə yüksəldilmişdir[3]. O (s.ə.s.) yeddinci göyün zirvəsinə qədər qalxmışdır. Cənnət və Cəhənnəm ona (s.ə.s.) orada göstərilmişdir. Göylərin hər birində o (s.ə.s.) peyğəmbər­lərlə görüşmüş, sonra isə ona (s.ə.s.) hər gün əlli dəfə fərz namaz qılmaq tapşırılmışdır. O (s.ə.s.) Musa peyğəmbərin (ə) təkidi ilə, gündəlik fərz namazların sayının beş dəfəyə qədər azaldılması­nadək bir neçə dəfə Allahdan xahiş etmişdir ki, ardıcıllarının vəzifələrini yüngülləşdirsin. Bu beş namazı qılan hər kəsə isə Allah əlli namazın savabını verəcəyini vəd etmişdir. Bu gecə ərzində Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və ardıcıllarına o qədər məziyyətlər verilmişdir ki, onları təkcə Əzəmətli və Qüdrətli Allah Özü sayıb qurtara bilər.
Allah bu vəhydə, Quranın nazil edilməsi və ya müşriklərə ona bənzərini yazmalarını təklif etdiyi digər ayələrdə, Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Öz qulu adlandırır, çünki o (s.ə.s.) ən ali yüksəkliklərə məhz öz Rəbbi qarşısında qulluq vəzifələrini qüsursuz yerinə yetirməsi sayəsində nail olmuşdu.
Bu vəhydə həmçinin əl-Əqsa məscidi ətrafındakı torpaqla­rın bərəkətli olmasından bəhs edilir. Orada çoxlu ağaclar ucalır, çoxlu çaylar və çay qolları axır, məhsul isə həmişə bol olur. Bu yerin bir üstünlüyü də əl-Əqsa məscidinin, Məscidulharamdan və Peyğəmbər­in (s.ə.s.) Mədinədəki məscidindən başqa, yer üzündə qalan bütün məscidlərdən üstün olmasıdır. Allah möminlərə bu məscidi ziyarət etmək məqsədilə səfərə çıxmağı və onda namaz qılmağı tapşırmışdır. Allah bu torpağı həm də Öz peyğəmbər­lərinin, dostlarının və şan-şöhrət sahibi olan görkəmli saleh insan­ların yaşayış məskəni seçmişdir.

                             

(17. 2) “Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Mən­dən başqasını özünüzə Hami götürməyin!” - deyərək,  onu onlara doğru yol Təlimatı etdik”.

Pak və Müqəddəs Allah Musanın (ə) peyğəmbərliyini xatır­latmaqla yanaşı çox vaxt Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) də peyğəmbərliyini yad edir və onların Kitablarını və şəriətlərini yan­bayan qoyur. Bu onunla izah edilir ki, bu peyğəmbərlərin Kitabları ən yaxşılarıdır və onların şəriətləri – kamildir. Onların hər ikisi də öz əzəmətli vəzifələrini yerinə yetir­mişlər və onların ardıcılları ən çoxsaylıdırlar. Məhz buna görə Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) xatırladıqdan sonra, Allah İsrail oğulları üçün Təlimat olaraq Musaya (ə) əta etdiyi Tövratdan bəhs edir. Onlar bu Təlimatın sayəsində cahillik zülmətindən elmin nuruna aparan doğru yol tapırdılar. Bu Kitab İsrail oğulları üçün nazil edilmişdi ki, onlar tək olan Allaha ibadət etsinlər və ancaq Ona dua ilə müraciət etsinlər. Onlara tapşırılmışdı ki, özləri üçün dünyəvi və mənəvi məsələ­lərdə Allahdan başqa digər hamilər axtarmasınlar və ümidlərini hakimiyyət sahibi olmayan və fayda verə bilməyən məxluqlara bağlamasınlar.
Sonra, Pak və Müqəddəs Allah Öz lütfkarlığının himayəsi altına aldığı və Nuh ilə birlikdə xilas etdiklərinin nəslləri olan bəşəriyyətə müraciət edir.



           ﭹﭺ             ﭿ

(17. 3) “Ey Bizim övladlarını Nuhla birlikdə daşıdıq­ları­mı­zın nəslləri! O, doğrudan da şükür edən qul idi”.

Fövqəluca Allah Nuhu (ə) Allaha minnətdar olduğuna görə tərifləyir və onu (ə) bu gözəl məziyyətlə səciyyələndirir. Fövqəluca bununla onun (ə) nəsllərini bu peyğəmbərdən (ə) nümunə götür­məyə, onun (ə) ardınca getməyə və Allahın bəşəriyyətə bəslədiyi mərhəmətini yadda saxlamağa dəvət edir. Allah insanları qoruyub saxladı, onları yer üzündə Özünün canişini qoydu və qalanlarını isə suda qərq etdi.

                                

(17. 4) “Biz Kitabda İsrail oğullarına öncədən bildirdik: “Siz yer üzündə iki dəfə fitnə-fəsad salacaq və son dərəcə təkəbbürlülük göstərəcəksiniz”. 

Allah İsrail oğulları üçün yer üzündə mütləq iki dəfə azğın­lıq törədəcəklərini, cinayətlərə yol verəcəklərini, Allahın mərhə­mə­tinə qarşı nankorluq edəcəklərini və bu zaman olduqca görün­məmiş təkəbbürlülük göstərəcəklərini öncədən onların Kitabında bildirmişdi. Allah vəd etmişdi ki, bu azğınlıqları gedişində düş­mən­ləri onlara üstün gələcək və onları əzab-əziyyətə düçar edəcəklər. Bununla Allah onları itaətsizlik göstərməkdən çəkin­dir­mişdi ki, bəlkə də onlar düz yola gəlib nəsihətləri xatırla­yaydılar.
                              ﮛﮜ        

(17. 5) “İki fitnə-fəsaddan birincisinin vaxtı yetişdiyi za­man Biz sizə ən qüdrətli qullarımızı göndərdik ki, yurdunuzda dolaşıb axtarsınlar. Vədimiz belə icra edildi”.

İsrail oğulları yer üzündə ilk dəfə azğınlığa başladıqları zaman onların üstünə çoxsaylı cəsur və mükəmməl hazırlanmış döyüşçülər hücum etdilər. Bu, Allahın qədəri ilə, onların törət­diklərinin əvəzi olaraq baş verdi. Allah İsrail oğullarının düşmən­lərinə imkan verdi ki, onların kişilərini öldürsünlər, uşaqlarını əsir götürsünlər və onların mal-mülkünü ələ keçirsinlər. Nəticədə düşmənlər onların evlərinə soxuldular, müqəddəs məscidə girdilər və onu talan etdilər. Allahın vədi icra edildi,  bundan qaçmaq mümkün deyildi, çünki belə olması üçün bütün əsaslar artıq törədilmişdi.
Quranı təfsir edənlər İsrail oğulları üzərində qələbə çalan­ların məhz kim olması barəsində müxtəlif rəylər söyləmişlər. Lakin onlar bir məsələdə həmrəy idilər ki, o da işğalçıların kafir­lərdən olmasıydı. Bunlar İraqın, Ərəb yarımadasının və ya digər yerlərin əhalisindən idilər. Allah onlara, İsrail oğulları üzərində qələbə çalmağa ona görə icazə vermişdi ki, sonuncular saysız günahlara batmış, Allahın şəriətinin tələblərini yerinə yetirmək­dən imtina etmiş və yol verilən hədləri aşmışdılar.

                           

(17. 6) “Sonra Biz yenə sizə onların üzərində qələbə bəxş etdik. Biz sizə var-dövlətlə və oğullarla yardım göstərdik və sizi daha da çoxsaylı etdik”. 

Sonradan Allah İsrail oğullarına düşmənlərinin öhdəsindən gəlməyə və kafirləri öz torpaqlarından qovmağa kömək göstərdi. Bununla yanaşı Allah İsrailin oğullarına var-dövlət, övladlar və güc-qüdrət əta etdi. O, onların cərgələrini artırdı və bu onların dindarlığı və Allaha mütiliklərinin nəticəsində oldu. Lakin az keçmədi ki, onlar yer üzündə ikinci dəfə azğınlığa başladılar və belə olduqda, Allah yenə də düşmənlərinin onlara qələbə çal­ma­sına imkan verdi[4].

         ﮰﮱ      ﯕﯖ                                   

(17. 7) “Biz dedik: “Əgər yaxşılıq edərsinizsə, öz xeyrinizə olacaqdır, pislik edərsinizsə, o da zərərinizə olacaqdır”. Sonuncu vədin müddəti yetişdikdə, düşmənlərinizə sizi kədərləndirməyə, ilk dəfə girdikləri kimi, yenə də məscidə girməyə və onu, əllərinə keçənlərlə birlikdə, büsbütün məhv etməyə imkan verdik”.

Ey İsrail oğulları! Əgər siz saleh əməllər edirsinizsə, onda bu sizin öz xeyrinizədir,  çünki əməllərinizin faydası sizin özünüzə çatır. Bu, siz hələ dünya həyatında olarkən baş verir və siz düşmənləriniz üzərində qələbə çalarkən buna əmin ola bilərdiniz. Yox, əgər siz günah işlədirsinizsə, onda ancaq özünüzə zərər vurursunuz və düşmənləriniz sizə qalib gəldikdə, Allah sizi buna da inanmağa məcbur etdi. Siz zalımlıq edirsiniz və buna görə üzünüz kədərli olacaqdır. Düşmənlər üstünüzdə hökm­ranlıq edəcək və sizi əsir götürəcək. Onlar Qüdsdəki müqəddəs məscidə soxulacaq, əllərinə keçən hər şeyi korlayıb dağıdacaqlar. Onlar sizin evlərinizi və məscidlərinizi viranə edəcək, əkin sahələrinizi və zəmilərinizi xarabalığa çevirəcəklər.

          ﭔﭕ      ﭘﭙ          

(17. 8) “Ola bilsin ki, Rəbbiniz sizi əfv etsin. Lakin siz yenə geri dönsəniz, onda Biz də dönərik. Biz Cəhənnəmi kafirlərin məhbəsi etmişik”.

Allah İsrail oğullarını əfv edərək, onlara növbəti dəfə yar­dım göstərmişdir ki, kafirlərə üstün gəlsinlər və qüdrətli bir döv­lət yaratsınlar. Amma Allah bir daha Ona itaətsizlik göstərəcək­ləri və yer üzündə fitnə-fəsad törədəcəkləri təqdirdə onları şiddətli cəza verəcəyi ilə təhdid edir. Elə hər şey belə də oldu. Onlar itaətsizliyə qayıtdılar və onda Allah Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) onlara qalib gəlməyə imkan verdi. Allah onun (s.ə.s.) əli ilə İsrail oğullarından intiqam aldı və bu, hələ bu dünyada ikən onlar üçün əvəz oldu. Axirətdə isə onları daha dəhşətli və daha müdhiş cəza gözləyir. Bax elə buna görə Allah buyurur ki, Cəhənnəmi kafirlərdən ötrü həbs­xana etmişdir. Onlar oraya atılacaq və orada əbədi qalacaqlar.
Bu ayə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) davamçılarını da günah törətməkdən çəkindirir, çünki onlar təkcə bu üsulla, İsrail oğullarının başına gəlmiş bədbəxtlik­lərdən qoruna bilərlər. Həqiqətən, Allahın qanunları hamı üçün eynidir – onlar dəyişmir və təhrif olunmur. Əgər insan, kafirlər və zalımlar müsəlmanlar üzərində qələbə çalanda, bu barədə düşünsə, ona aydın olar ki, məğlubiyyətin səbəbi müsəlmanlar tərəfindən törədilən günahlardır. Allahın cəzası belə acı olur. Əgər müsəlmanlar Quranı və Sünnəni əllərində rəhbər tutsaydılar, Allah yer üzündə onların hakimiyyətini müt­ləq təsdiq edər və onlara rəqibləri üzərində qələbə qazanmağa kömək göstərərdi.

  ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ                 

(17. 9) “Həqiqətən, bu Quran ən doğru yolu göstərir və xeyirxah işlər görən möminlərə onlar üçün böyük bir mükafat hazırlanması haqqında müjdə verir”.

Fövqəluca Allah ən ədalətli və ən şərəfli inancların, əməllərin və əxlaqi keyfiyyətlərin izah edildiyi Müqəddəs Quranın əzəmətin­dən xəbər verir. Bu nəsihətlərə əsaslanaraq insan ən kamil, düzgün və ədalətli qula çevrilir. Məhz dinin vacib və könüllü göstərişlərini yerinə yetirən insanlar üçün Allahın Səadət məkanında mükafat hazırlanmışdır ki, onun bütün ecazkar gözəllikləri təkcə Bir Allaha məlumdur.

ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ

(17. 10) “Biz Axirətə inanmayanlara şiddətli iztirab hazır­lamışıq”.

Quran ayələri özündə həm müjdə, həm də xəbərdarlıqları əks etdirir. Onlarda imandan və saleh əməllərdən bəhs edilir ki, bunların sayəsində insanlar müjdə eşitmək və mükafat almaq haqqına layiq görülürlər. Ayələrdə bəyan edilir ki, əgər insan özünə başqa yol seçərsə, əzab-əziyyətə məhkum ediləcəkdir.

ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ

(17. 11) “İnsan xeyirdən ötrü dua etdiyi kimi, şər üçün də dua edir. Həqiqətən də, insan tələskəndir”.

Həmişə tələsən insanın bu xasiyyəti onun nadanlığına dəlalət edir. O, qəzəbləndiyi zaman ya özünə, ya da uşaqlarına qarğış etməyə başlayır. O, xeyirdən ötrü tələsə-tələsə Allaha dua etdiyi kimi, beləcə  tez-tələsik bu lənəti ilə də Ona müraciət edir. Lakin Allah insana qarşı mərhəmətli və rəhmlidir. O, onun xeyirxah dualarını qəbul edir və onun qarğışlarına isə əhəmiyyət vermir. Fövqəluca buyurur: “Əgər Allah insanların dualarında dilədikləri xeyrin gerçəkləşdirilməsini sürətləndirdiyi kimi, onların qarğışlarında dilədikləri şərin gerçəkləşməsini də insan­lar üçün sürətləndirsəydi, onda onlar hökmən məhv olardılar” (Yunus, 10/11). 

         ﮇﮈ                 ﮐﮑ              ﮗﮘ         

(17. 12) “Biz gecə və gündüzü dəlillər etdik. Rəbbinizin mərhəmətinə can atasınız, illərin sayını və hesabı biləsiniz deyə, gecə nişanəsini götürüb, gündüz əlamətini işıqlandırdıq. Belə ki, Biz hər şeyi təfərrüatı ilə açıqlayırıq”. 

Gündüz və gecə Allahın hüdudsuz qüdrəti və hər şeyi əhatəedən mərhəmətini təsdiq edən iki dəlildir. Onlar təkcə Onun ibadətə layiq olduğunu təsbit edirlər. O, gecəni qaranlıq etmişdir ki, məxluqları sakitliyə çəkilib istirahət etsinlər. O, gündüzü işıqlı etmişdir ki, onlar gündəlik işləri ilə məşğul ola bilsinlər, məhsul istehsal etsinlər, ticarət etsinlər, səyahət çıxsınlar. Gündüzün və gecənin bir-birini əvəz etməsi və ayın vəziyyətinin dəyişməsi sayəsində O, insanlara illərin sayını yadda saxlamağı və hesab­lamağı öyrətmişdir və onlar da bundan müxtəlif faydalar əldə edirlər. Allah insanlara Öz dəlillərini izah etmişdir ki,  onlar ətrafda gedən prosesləri yaxşıca araşdıra və həqiqəti yalandan fərqləndirə bilsinlər. Bununla əlaqədar Fövqəluca buyurur: “Biz Kitabda heç nəyi nəzərdən qaçırmamışıq” (Ənam, 6/38).


              ﮣﮤ                  ﮬ ﮭ                            

(17. 13) “Biz hər bir insanın əməllərini boynundan asmışıq. Qiyamət günü isə Biz ona kitabını açıq şəkildə təqdim edəcəyik”.
 (17. 14) “Oxu öz kitabını! Bu gün sənin özünün öz əleyhinə hesablamağın bəs edər!”

Fövqəluca bu ayələrdə Öz ədalətinin kamilliyindən bəhs edir. İnsanın bütün yaxşı və pis əməlləri təkcə onun özünə qalır. Başqa insanlar onun əməllərinə görə məsuliyyət daşımırlar. Qiyamət qopduqda isə hər bir insan özünün xeyir və şər, böyük və kiçik əməlləri yazılmış lülə halında bükülü kitabı[5] açıq şəkildə görəcəkdir və bu zaman ona əmr ediləcəklər ki, onu əzaba məhz nəyin məhkum etdiyinə şəxsən əmin olması üçün öz əməllərinə özü qiymət versin. Həqiqətən də bu, Allahın ən ali ədalət sahibi və qərəzsiz olmasına dəlalət edir.

          ﯚﯛ           ﯠﯡ          ﯦﯧ    ﯩ ﯪ            

(17. 15) “Kim doğru yolla gedirsə, xeyri – özünədir. Az­ğın­lığa qapılanlar da özlərinə zərər vururlar. Heç bir nəfs baş­qasının yükünü daşımayacaq. Biz insanları, onlara Elçi göndər­mədən, heç vaxt cəzalandırmamışıq”.

Hər kəs doğru yola gəldikdə və ya azğınlığa düşdükdə bunu təkcə özü üçün edir. Heç kim özgələrinin günahının yü­künü daşımır və törətdiyi şərin bir qətrəsindən belə özünü müdafiə edə bilməz, çünki Fövqəluca Allah Ədalətli Hakimdir. O, günahkarları o halda cəzalandırır ki, peyğəmbərliyin mahiy­yəti haqqında biliyə malik olsunlar və buna baxmayaraq onun aydın dəlillərini etiraf etməkdən inadcıllıqla boyun qaçırsınlar. Amma, əgər günahkar peyğəmbər hökmləri haqqında məlumata malik olduqdan sonra onları yerinə yetirməyə başlayarsa və yaxud ömrünün sonunadək peyğəmbərlərin təliminin varlığı barəsində məlumatsız olarsa, onda Fövqəluca Allah onu cəzalan­dırmır. Bu ayə ona dəlalət edir ki, peyğəmbərlərin təlimlərinin unudulduğu bir zamanda yaşayan insanlar, həmçinin müşrik­lərin həddi-buluğ yaşına çatmadan ölən uşaqları, Allah onlara elçini göndərənədək cəzaya məhkum edilməyəcəklər. Həqiqətən, O, istənilən ədalətsizlikdən sonsuzluğa qədər uzaqdır.

                                ﯽ ﯾ  ﯿ            ﰄﰅ             

(17. 16) “Əgər Biz bir diyarı məhv etmək istəsək, əvvəlcə onun cah-calal içində yaşayanlarına itaət etməyi əmr edərik. Onlar şərəfsizliyə qurşandıqda, Sözümüz barələrində gerçəklə­şər və Biz onu tamamilə məhv edərik”.
(17. 17) “Nuhdan sonra Biz nə qədər nəsllər məhv etmi­şik! Allahın qullarının günahını bilməsi və görməsi kifayət­dir!”

Fövqəluca Allah bu ayələrdə bildirir ki, sakinləri zalımlıq edən şəhər və kəndlərin məhv edilməsindən əvvəl, O, həmin şəhərlərin varlı sakinlərinə şərəfsizliyə qurşanmağa imkan verir. Lakin onların zalımlığı yol verilən bütün hədləri aşıb keçdikdə, cəza haqqında vəd edilmiş və qaçılması mümkün olmayan söz icra edilirdi və Allah onların kökünü tamamilə kəsirdi. Bu qismət, Nuhun (ə) xalqına, adlara, səmudlulara, Lutun (ə) xalqına və Allahın sərt cəzaya məhkum etdiyi bir sıra digər xalqlara nəsib oldu. Onların şərəfsizliyi və kafirliyi o dərəcədə böyük idi ki, onlar çox böyük cəzalandırılmalara layiq görüldülər. Onlar Allah­ın ədalətsizlik edəcəyindən qorxmamalıydılar. Çünki O, onları törətmədikləri xətalara görə heç vaxt cəzalandırmazdı.

   ﭑﭒ ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ                  

(17. 18) “Əgər kimsə ötəri həyatı şiddətlə arzulayırsa, onda Biz o saat istədiyimizi istədiyimizə əta edərik. Sonra isə Biz onu, alçaldılmış tərk edilmiş halda Cəhənnəmə vasil edərik”.

Əgər insan keçəri və fani dünya həyatı üçün yanıb-yaxı­lırsa, onun xatirinə işləyirsə və özünün ilk və son məskənini unudaraq, ona can atırsa, onda Allah onun maddi nemətlər əldə etməsini yüngülləşdirir. Allah belə insanların hər birinə,  Müha­fizə olunan Lövhədə yazılmış Qədərə tam müvafiq olaraq, o nemətlərdən Öz istədiyi qədər əta edir. Lakin bu nemətlər həmin insanlara fayda verməyəcək və onları çox qısa müddət ərzində məmnun edəcək. Onlar Axirət həyatına düşdükdə, məğlub edil­miş və alçaldılmış halda Cəhənnəmdəki cəzaya məruz qoyula­caqlar. Onlar Allah qarşısında, məxluqların gözü önündə  biabır ediləcək və Onun mərhəmətindən məhrum olunacaqlar. Onların qisməti həm cəza, həm də rüsvayçılıq olacaqdır.

                                         ﭷﭸ                   

(17. 19) “Kİm Axirət həyatını sevərsə və mömin kimi ona layiqincə can atarsa, onda onun səylərinin əvəzi veriləcəkdir”. 
(17. 20) “Həm onlardan, həm də o birilərindən hər birinə Biz sənin Rəbbinin nemətlərini bəxş edirik və Rəbbinin hədiyyələri qadağan edilməmişdir”.

Əgər insan Axirət həyatında mükafat almaq istəyirsə, onda o, Səmavi Kitabları və peyğəmbərlərin nəsihətlərini rəhbər tutaraq dünya həyatına nisbətən, ona[6] üstünlük verirsə, bu nəsihətləri öz imkanları daxilində yerinə yetirirsə, həmçinin Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirirsə, onda onun səylərinin əvəzi veriləcək, qəbul ediləcək, artırılacaq və qorunacaq və o, onlara görə mükafat alacaqdır. Bu heç də qətiyyən o demək deyildir ki, belə adam dünya nemətlərindən məhrum ediləcəkdir; axı Allah Öz qullarının hər birinə onlardan əta edir. Bu – Allahın hədiyyələri və səxavətinin nəticəsidir və onlardan istifadə etmək heç kimə qadağan edilməmişdir. Əksinə, bütün məxluqlar onlardan ləzzət almaq imkanına malikdirlər.
  ﭿ           ﮄﮅ  ﮆﮇ        

(17.21) “Bax gör, Biz onlardan bəzilərinə, digərlərinə nis­bətən, necə üstünlük vermişik! Lakin Axirət, şübhəsiz ki, öz dəyərinə və üstünlüyünə görə, daha yüksəkdir”.

Allah bu dünyada bəzilərinə Öz səxavətini bol-bol payla­yır, digərlərinə isə təkcə yoxsulluq nəsib edir. Bəzilərinə yüngül həyat qismət olur, digərləri isə çətinliklərə və məhrumiy­yətlərə məruz qalırlar. Bəzi insanlar bilik əldə edir, digərləri isə cahil olaraq qalırlar. Bəziləri sağlam düşüncəli, digərləri isə ağıldan dayaz insanlar olurlar. Bu və digər məsələlərdə Allah qullarının bəzilərini digərlərindən üstün edir. Lakin bu nemət və ləzzətləri Axirət həyatının nemətləri ilə müqayisə etmək olmaz. Yüksək qəsrlərdə məskunlaşacaq və hər növ gözəlliklər, sevinc və səadətdən həzz alacaq xeyirxah mömin insanlarla Cəhənnəm Odunda yandıqca qıvrılan, şiddətli cəzanı öz üstündə çəkən və Rəhmli Rəbbin qəzəbini hiss edən günahkarlar arasında fərq gör nə qədər böyük olacaq! Həqiqətən, bu iki məskən arasında və onların sakinləri arasında nəhəng fərq mövcuddur ki, onu tarazlaşdırmaq qeyri-mümkündür.

                   

(17.22) “Özünə Allahla bərabər başqa tanrı götürmə, yoxsa axırda rüsvay olar və tənha oturarsan”.

Məxluqların arasında heç olmazsa zərrə qədər də ibadətə layiq olanın tapılacağına inanma və Allaha şərik qoşma, çünki əks halda sən biabır olarsan və tənha qalarsan. Allah, Onun mələkləri və Onun elçiləri – onların hamısı Ona şəriklər qoşmağı qadağan edirlər və şərik qoşanları ən sərt tərzdə qınayırlar. Onlar müşrikləri ən rəzil və ən yaramaz ləqəblərlə adlandırırlar.
Bu pozğun ayamalara və yaramaz ləqəblərə layiq görülən müşriklər dünyəvi və ruhani məsələlərdə hər cür yardımdan məhrum edilirlər. Onlar öz Rəbbindən uzaqlaşdıqca, məhrumiy­yət­ləri də bir o qədər çox hiss olunur. İnsan Allahdan başqa kiməsə ümidini bağladıqda, o, Onun himayəsindən məhrum edilir. Belə olduqda, həmin insanın yeganə hamisi – ümid bəs­lədiyi məxluq olur, halbuki Allahın icazəsi olmadan heç bir məxluq bir başqasına fayda verməyə qabil olmaz. Əgər insan Onun əvəzinə məxluqlara ibadət edirsə, nifrətə layiq edilir və Onun yardımından məhrum edilir, təkcə Ona ibadət edən, Ona səmimiyyətlə qulluq göstərən və təkcə Ona təvəkkül edən  mömin isə tərifə layiqdir və bütün təşəbbüslərində Onun yardı­mına layiq görülür.

                     ﮞﮟ                                          

(17.23) “Rəbbin Ondan başqa heç kimə ibadət etməməyi və valideynlərə yaxşılıq göstərməyi əmr etmişdir. Valideynlə­rindən biri və ya hər ikisi ahıllıq yaşına çatıblarsa, onlara qarşı “uf” belə demə, onlara səsini qaldırma və onlarla ehtiramla rəftar et”.

Fövqəluca Allah Ona şərik qoşmağı qadağan etdikdən və təkcə Ona ibadət etmək əmri verdikdən sonra, O, bunu dini hökm formasında bəyan edir. Bu hökmə uyğun olaraq həm yerdə, həm də göylərdə elə bir canlı və ya cansız məxluq yoxdur ki, ibadətə və ilahlaşdırılmağa layiq olsun. Buna layiq olan təkcə Allahdır – Vahid Rəbb, Öz məxluqlarına ehtiyacı Olmayan. Amma onlar Ona möhtacdırlar. O, qüsursuz formada olan və məxluqların keyfiy­yətlərinə bənzəməyən ən kamil sifətlərə malikdir. O, qullarına gözlə görünən və görünməyən nemətlər bəxş edir. O, xəlq edir, ruzi nazil edir və istənilən işi gerçəkləşdirir. O, Kainatda gedən bütün prosesləri idarə edir və heç kim Onunla bu hakimiyyəti bölüşdürmür.
Qullarının Allah qarşısında vəzifələrini xatırladaraq, Fövqəluca, insanın öz valideynləri qarşısında vəzifələrindən xə­bər verir. O, əmr edir ki, valideynlərə yaxşı münasibət bəslənilsin və onlara istənilən formada həm sözdə, həm də əməldə xeyirxah­lıqlar göstərilsin. Bu onunla izah olunur ki, məhz valideynlər insanın dünyaya gəlməsinin səbəbi olmuşlar. Onların öz övladına bəslə­dikləri məhəbbət, ona göstərdikləri xeyirxah münasibət və yaxın qohumluq insanı onların qarşısında öz vəzifələrini daha yüksək dərəcədə və qüsursuz yerinə yetirməyə və onlara ancaq yaxşılıq göstərməyə vadar edir.
Valideynlərdən biri və ya hər ikisi ahıl yaşına çatdıqda onlar zəifləməyə başlayır, yaxşı və mehriban münasibətə möhtac olurlar ki, bunu insanlar çox yaxşı bilirlər və buna görə insanın onlara hətta “uf!” deməyə[7] belə haqqı yoxdur. Bu - ən sadə bir sözdür ki, onun vasitəsi ilə bir adam başqasının ürəyini sındıra bilər. Bu söz bu ayədə ona görə işlədilmişdir ki, insanların diqqətini insanların diqqətini bundan daha çox inciklik yaradan və kobud sözlərdən uzaq olmağa yönəltsinlər. Bu onu bildirir ki, insanın öz valideyn­lərini hətta ən ziyansız sözlərlə belə incitməyə haqqı yoxdur. Onun həmçinin onların üstünə qışqırmaq və onlara kobud söz söyləmək haqqı yoxdur. Əksinə, o, onlara xoşlarına gələn sözlər deməli, onlarla nəzakətli və mehriban olmalı və ehtiramla dolanmalıdır. Onun nitqi valideynlərinə sevinc və məmnunluq bəxş etməlidir və bunlar şəraitdən, vəziyyətdən və vaxtdan asılı olmalıdır.

                            

(17.24) “Onları öz mərhəmət qanadının altına al və de: “Ey Rəbbim! Onlara rəhm et, axı onlar məni körpəliyimdən böyü­düblər”.

Valideynlərinlə mülayim və xoşrəftar ol və onlara itaət və mərhəmət göstər. Lakin bunu onlardan qorxduğuna və onların əmlakının bir hissəsini əldə etməyə və ya başqa tamahkarlıq məqsədlərinə görə deyil, Allahdan mükafat almaq ümidi ilə et! Amma bil ki, əgər sən onlarla yumşaq davranışını mənfəət güdmək məqsədilə yerinə yetirsən, Onun mükafatından məhrum olarsan.
Allaha yalvar ki, valideynlərinə, onların yaşamasından və ya ölməsindən asılı olmayaraq, rəhm etsin. Övladın, o, körpə olduğu zaman valideynlərinin onu tərbiyə etməsinə görə onlara minnət­dar­lığı belə olmalıdır. Bu ilahi hökmdən aydın olur ki, valideynlər öz övladını nə qədər yaxşı tərbiyə etsələr, onun onların qarşısında borcu da böyük olur. Əgər kimsə, valideyn­lərindən başqa, insanı tərbiyə etmiş və ya ona ruhani və dünyəvi həqiqətləri öyrətmişsə, onda o, onların qarşısında da borclu olur.

          ﯤﯥ                    

(17.25) “Rəbbiniz qəlbinizdə olanları hamıdan yaxşı bilir. Əgər siz xeyirxah olsanız, bilin ki, O, tövbəkarları Bağışlayan­dır”.
Sizin Fövqəluca Rəbbiniz qəlblərinizdə gizlədilən bütün xeyirxah və bədxah niyyətlərinizdən agahdır. O, sizin əməlləri­nizə və vücudunuza deyil, sizin qəlblərinizə baxır, xeyirxah və bədxah niyyətlərinizi müşahidə edir. Əgər siz mümkün qədər Allahın mərhəmətini qazanmaq və Ona yaxınlaşmaq üçün fikir və niyyətlərinizi bu yöndə cəmləşdirən xeyirxah və saleh insan­lar­sınızsa, əgər sizin ürəklərinizdə təkcə Allahın xoşuna gəlməyə can atmaq hissi kök salmışdırsa, onda bilin ki, Allah həmişə üzünü Ona tərəf çevirənlərin hər birini bağışlayır. Rəbb qulunun qəlbinə baxaraq, orada Onu razı salmaq arzusundan, Allaha və qulu Ona yaxınlaşdıra bilən hər şeyə məhəbbət bəsləməkdən başqa bir şey olmadığını gördükdə, onu bağışlayır. Hətta əgər bu qul bəzi hallarda təbii insani zəiflik göstərdikdə belə, Allah onun bu təsadüfi kiçik günahlarını güzəşt edir.

                      
 
(17.26) “Qohumlarına, kasıba və yol yolçularına haqqını ver, lakin həddən artıq israfçılıq etmə!”

Xeyirxahlıq et və qohumlarına hörmət göstər. Onların qarşısında borcunu yerinə yetir və onlara əlavə qayğı göstər. Bil ki, insanın qohum-əqrəbası qarşısında vəzifələri qohumluq əla­qələ­rinin yaxınlığı, şərait, ehtiyac, rifah, zaman və bir çox digər amillər baxımından fərqli olur. Zəkatını və digər sədəqələrini kasıblara və maddi imkandan məhrum olub evinə qayıda bilməyən yolçulara ver. Lakin bütün var-dövlətini sədəqə kimi paylayaraq həddən artıq israfçılıq etmə. Əgər verdiyi sədəqə insanın güzəranına zərər vurur və onun imkanlarını üstələyirsə, onda bu Allahın şəriəti ilə qadağan edilən israfçılıq sayılır.

              ﯽﯾ  ﯿ      ﰂ ﰃ

(17.27) “Həqiqətən, israfçılar – şeytanların qardaşlarıdır, axı şeytan Rəbbinə qarşı nankordur”.

İsrafçılar şeytanların qardaşlarıdır, çünki şeytanlar insan­ları ən yaramaz keyfiyyətlər göstərməyə dəvət edirlər. Əvvəlcə onlar insana xəsislik etməyi və sədəqə verməməyi təklif edirlər. Əgər o, onlara qulaq asmırsa, onda ona sədəqə verərkən israfçılıq göstərməyi təklif edirlər. Lakin Fövqəluca Allah mötədil və əda­lətli bir yol tutmağı əmr etmişdir və O, bu hökmü yerinə yetirən­ləri tərifləmişdir. Ayədə Rəhmanın saleh qullarının məziyyətləri haqqında belə deyilir: “Onlar sədəqə verəndə israfçılıq etmirlər və xəsislik də göstərmirlər, bu ikisinin arasında orta bir yol tuturlar” (Furqan, 25/67).

                                                             

(17.28) “Əgər sən onlardan üz döndərərək, ümid bəslədi­yin Allahın mərhəmətini qazanmaq istəyirsənsə, onda sən onlarla mehribanlıqla danış”.
(17.29) “Əlini bağlayıb qoynunda gizlətmə və onu daima açıq da saxlama. Sonra qınanar və pərişan olarsan”.

Xəsis olma və əlini sədəqə verməkdən saxlama, lakin maddi nemətləri lazımsız məqsədlərə və ya hədsiz dərəcədə xərcləmə. Əgər belə etsən, onda məzəmmət edilər və pərişan olarsan. Səni etdiklərinə görə qınayarlar və sən də artıq həmin maddi nemətlərə malik olmadığına görə məyus olarsan. Bu isə o deməkdir ki, sən nəinki var-dövlətindən məhrum olarsan, heç xeyirxah tərifə belə layiq görülməzsən.
Qohumlara sədəqə paylamaq hökmü sədəqə vermək üçün kifayət qədər imkanı olan zəngin insanlara aiddir. Əgər insan kasıbdırsa və ya müvəqqəti olaraq maddi çətinliklər içindədirsə, onda Fövqəluca Allah ona ən gözəl tərzdə sədəqə verməkdən çəkinməyi buyurmuşdur.
Ey Allahın qulu! Əgər sən insanlara ianə verməkdən boyun qaçırır və Allahın sənin maddi rifahını yaxşılaşdıracağına ümid bəsləyərək, onlara, sənə başqa bir vaxtda müraciət etməyi təklif edirsənsə, onda yardım almaq məqsədilə müraciət edənlərə xoş sifət göstər və onlara vəd et ki, inşallah belə bir imkan yarananda kömək göstərərsən və sonra da hal-hazırda belə bir imkandan məhrum olduğun üçün onların qarşısında üzr istə. Belə davran ki, onlar səndən rahatlıq və xoşluqla ayrıla bilsinlər. Bu barədə Fövqəluca belə buyurur: “Xoş söz və üzrxahlıq minnət qoy­maqla verilən sədəqədən daha yaxşıdır...”  (Bəqərə, 2/263).
Fövqəluca Allah qullarına rəhmdillik göstərərək, onlara Ondan bol mükafat və ruzi alacaqlarına ümid bəsləmələrini bu­yurmuşdur, çünki Allahın mərhəmət göstərəcəyini gözləmək özü də ibadətdir. Belə bir imkan yaranacağı halda sədəqə paylaya­cağına və xeyirxah iş görəcəyinə vədə vermək də ibadətdir, çünki yaxşı əməl işləyəcəyinə qəti niyyət özü artıq xeyirxah addımdır. Bu isə o deməkdir ki, insan mümkün edə biləcəyi hər hansı xeyirxah əməli etməli və hal-hazırda gerçəkləşdirməyə qabil olmadığı xeyirxah əməlləri yerinə yetirməyə qəti niyyətdə olmalıdır. Buna görə o, mükafat alacaqdır və, ola da bilsin, Allah onun xeyirxah niyyətlərini həyata keçirməsini asanlaşdırsın.

                ﭲﭳ                        

(17.30) “Həqiqətən, sənin Rəbbin istədiyinin qismətini artırar və ya məhdudlaşdırar. O, qullarını görür və tanıyır”.

Fövqəluca Allah bildirir ki, O, Özünün ilahi müdrikliyinə əsaslanaraq qullarına qismətlərini ya səxavətlə bəxş edir, ya da məhdudlaşdırır. Ona məxluqları haqqında hər şey bütün incəlik­lərinə qədər məlumdur və buna görə O, onları layiq olduqları səviyyədə mükafatlandırır və Öz mərhəmətinə və Öz comərd­liyinə müvafiq olaraq idarə edir.

           ﭾﭿ      ﮂﮃ           ﮈﮉ

(17.31) “Yoxsullaşacağınızdan ehtiyat edərək körpələri­nizi öldürməyin, axı Biz onları sizinlə birlikdə ruzi ilə təmin edirik. Həqiqətən, uşaqları öldürmək – ağır günahdır”.

Allah insanlara, onların öz övladlarına bəslədiyindən daha çox rəhmlidir və bu Onun məxluqlarına bəslədiyi rəhmliliyini təsdiq edir. O, valideynlərə, dilənçiliyə və yoxsulluğa düşməkdən ehtiyat edərək, övladlarını öldürməyi qadağa qoyaraq, uşaqlara da, onların valideynlərinə də Özü ruzi verəcəyini vəd etmişdir. Allah həmçinin bildirir ki, uşaqların öldürülməsi ağır günahdır. Bu məziyyət insanın qəlbini şəfqət və rəhm hissindən məhrum edir və onun Allaha qarşı ən böyük itaətsizliyinə şəhadət verir, çünki məhz belə bir insan hələ heç bir qəbahət işlətməmiş günahsız körpəni öldürməyə cəsarət edə bilər.

      ﮌﮍ                   

(17.32) “Zinakarlığa yaxınlaşmayın, çünki o iyrənc bir şey və pis yoldur”.

Zinakarlığa yaxınlaşmağın haram edilməsi – bu günahı törətməyi sadəcə qadağan etməkdən daha geniş bir anlayışdır. Bu isə o deməkdir ki, Allah insanı zinakarlığa sövq edən və ya bu günahı törətməklə nəticələnə bilən hər hansı əməli qadağan etmişdir. Həqiqətən də, əgər insan ürəyindən keçirdiyi və oraya ayaq basmasına icazə verilmədiyi ərazinin ətrafında dolanırsa, deməli onun o torpağa qədəm qoyacağı vaxt uzaqda deyil. Bu məsəli tam mənada zinakarlığa da aid etmək olar, çünki insan­ların çoxunun ürəyi bu murdar əmələ meyl göstərir.
Allah zinakarlığı iyrənc şey adlandırmışdır, çünki bu günahın murdarlığı nəinki şəriət, hətta sağlam düşüncə və insan şüuraltısı ilə də eynilə etiraf edilir. Bu günahı törətdikdə, insan Allah qarşısında öz borcunu pozur, qadının haqlarını tapdalayır, onun ailəsinin və ya ərinin namusuna qəsd edir. Nəticədə, ər-arvad yatağı murdarlanır, nəsl qarışıqlığı yaranır və digər əxlaq həddini aşan sonuclar təzahür edir. Həqiqətən, zinakarlıq – pis yoldur ki, o yola qədəm basmaq təkcə bu ağır günahı törətdikdən sonra başlayır.

                  ﮛﮜ                         ﮧﮨ           

(17.33) “Allahın öldürülməsini haram etdiyi şəxsi, əgər buna haqqınız yoxdursa, öldürməyin. Əgər kimsə ədalətsiz­cəsinə  öldürülərsə, Biz artıq onun varisinə tam hakimiyyət vermişik, lakin qoy o, qətlə görə qisas almaqda həddi aşmasın. Həqiqətən, ona yardım göstəriləcəkdir”. 

Allah insanları: uşaqları və böyükləri, kişiləri və qadınları, azad və kölə olanları, müsəlmanları və müsəlmanlarla sülh müqaviləsi bağlamış kafirləri öldürməyi qadağan etmişdir. Lakin bir şəxs əgər qəsdən adam öldürmüşsə, ailə həyatı başladıqdan sonra zina etmişsə, İslam dinindən çıxmış və müsəlman cəmiy­yətindən ayrılmışsa, əgər o, müsəlman dövlətinə qarşı çıxmışsa və əgər onun qarşısını ancaq həyatdan məhrum etməklə almaq mümkündürsə, onda belə insanı edam etməyə icazə verilir.
Əgər müsəlman hər hansı başqa səbəbə görə öldürülərsə, onun qətli ədalətsiz olacaqdır. Belə hallarda öldürülənin yaxın qohumları və varislərinin öldürəndən qisas almağa tam haqqı vardır, çünki bu haqqı onlar Allah əta etmişdir. Lakin bu ixtiyar öldürülənin varislərinə o zaman verilir ki, qisas almağa imkan yaradan səbəblər mövcud olsun. Bu isə o deməkdir ki, qətl qəsdən edilmiş olmalı, qəsd faktı mövcud olmalı və onda qatil də törətdiyi qətlə görə məsuliyyət daşımalıdır.
Bilmək lazımdır ki, öldürülənin varisləri qisas almaqda ifrata varmamalıdırlar. Onlar qatilə işgəncə verməməli və ya onun törətdiyi cinayət zamanı tətbiq etdiyi vasitədən daha qor­xunc qətl vasitəsi seçilməməli və yaxud bu cinayətin törədilmə­sində iştirak etməyən insan öldürülməməlidir.
Bu ayədən aydın olur ki, qətlə görə qisas almaq haqqı öldürülənin hüquqi varislərinə məxsusdur və hakim onların razılığı olmadan cinayətkarı cəzalandırmaq haqqına malik de­yil[8],[9]. Ayədən bir daha məlum olur ki, Allah öldürülənin varis­lərinə qatilin öhdəsindən gəlməkdə kömək göstərir və əgər onlar onun edam edilməsini istəyirlərsə, O, onların istədiklərinə nail olma­larına yardım edir.

                       ﯘﯙ    ﯛﯜ          

(17.34) “Yetimin əmlakına, o, həddi-buluğa çatana qədər, onun xeyrinə olan hallar istisna edilməklə, yaxınlaşmayın. Əhdinizə sadiq olun, çünki hər əhdinizə görə məsuliyyət daşı­yacaqsınız”.  

Fövqəluca Allah, hələ körpə olduqları zaman atalarından məhrum olmuş, onlara nəyin fayda verə biləcəyini başa düşmə­yən və özlərinə qayğı göstərə bilməyən yetimlərə rəhm edir və mərhəmət göstərir. Allah onların hamilərinə də yetimlərə qayğı göstərməyi, onların əmlakına ehmallıca yanaşmağı və ancaq onları sərfəli ticarət əqdləri sayəsində artırmaq üçün istifadə etməyi buyurur. Yetimlərin hamiləri onların himayəsində olan yetimlərin əmlakı ilə risqə getmək haqqına malik deyillər, lakin onların malını artırmağa səy göstərməlidirlər. Hamilər yetimlər barəsində onlar həddi-buluğa çatıb müstəqilləşənə, ağıllı və saleh insan olana qədər qayğı çəkməlidirlər. Bu həyata keçdikdən sonra yetimlərin hamisi onların əmlakına sərəncam çəkmək haqqından məhrum edilir. Onlar bu sərəncam haqqını himayə etdiklərinə qaytarmağa borcludurlar, çünki həddi-buluğa çatmış insan öz əmlakının müstəqil sərəncamçısı olur. Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Yetimləri onlar nikah yaşına çatana qədər sınaqdan keçirin. Əgər onlarda yetkin ağıl aşkar etsəniz, onda əmlaklarını onlara qaytarın. Onları artıqtamahlıq edərək, onlar böyüyə­nədək, tələsə-tələsə yeməyin. Dövlətli olanlar, qoy nəfslərini saxlasınlar, kasıb olanlar isə ədalətlə yesinlər. Siz onların əmlakını onlara geri verəndə bunu şahidlərin iştirakı ilə edin. Lakin Allahın hesabı saxlaması kifayətdir” (Nisa, 4/6).
Fövqəluca qullarına buyurur ki, verdikləri vədləri yerinə yetirsinlər. Bu vədlərə aid olanlar: insanın Onun qarşısında vəzifələri və başqa insanlara verdiyi vədlərdir. Həqiqətən, insan verdiyi vədlərinə görə məsuliyyətə cəlb olunacaqdır və əgər o, vədlərini yerinə yetirmişsə, bol mükafat alacaqdır, əks halda, o, əhdini pozduqda böyük günah yükü daşıyacaqdır.    
                    ﯨﯩ            

(17.35) “Bir şeyi ölçüb verəndə düz ölçün və düz tərəzidə çəkin. Belə etsəniz daha yaxşı və son nəticədə isə daha gözəl olar”.

Allah hər işdə ədalətli olmağı və satılan malı düz ölçməyi və dəqiq çəkməyi əmr etmişdir. Allah həmçinin alıcıları aldat­mağı və ya satılan şeyin çəkisini azaltmağı qadağan etmişdir. Amma bu qadağa daha geniş məna kəsb edir. O, ticarətdə aldatmanın  keyfiyyət və kəmiyyətlə və ya əmtəənin qiyməti ilə bağlı olan istənilən formasına aiddir. Bu isə o deməkdir ki, satıcılar öz alıcıları ilə ünsiyyətdə səmimi və doğruçu olmalı­dırlar. Belə rəftar başqa cür davranmaqdan daha yaxşıdır, çünki bunun sayəsində insan yalançılığın pis nəticələrindən qurtulmağa nail olur və qazancını Allahın himayəsi ilə qoruyur.

              ﯵﯶ                              ﯿ 

(17.36) “Bilmədiyin bir işin ardına düşmə. Həqiqətən, qulaq, göz və ürək – onlar hamısı məsuliyyətə cəlb oluna­caqlar”.

Aydın faktlarla təsdiq olunmamış məlumatlara əsaslanma və təkcə əmin olduğun şeylərə dair danış və iş gör. Elə düşünmə ki, etdiyin əməllər unudulacaqdır. Fikirləşmə ki, sən onlardan nə fayda, nə də ziyan görməyəcəksən. Əksinə, eşitmə, görmə orqanların və ürəyin – onların hamısı cavab verməli olacaqlar. Əgər Allahın quluna hər dediyi sözlərinə və etdiyi əməllərinə görə məsuliyyətə cəlb olunacağı və hesabat verəcəyi məlumdur­sa, onda o, Allahın Ona ibadət etmək üçün yaratdığı bədəndən istifadə etdiyinə görə cavab verməli olacaqdır və o, istintaq ediləcəyinə[10] hazırlaşmalıdır. Buna görə o, özünü Ona ibadətə həsr etməli, təkcə Ona səmimiyyətlə qulluq göstərməli və Onun nifrətinə səbəb olan hər şeydən uzaq qaçmalıdır.

             ﰅﰆ                      

(17.37) “Yer üzündə təkəbbürlə gəzmə, axı sən yeri dəlib o tayına çıxa və dağlar kimi hündürlüyə nail ola bilmə­yə­cəksən”.

Özünü haqdan üstün tutan və Allahın məxluqlarına yuxa­rıdan aşağı baxan lovğa və təkəbbürlü adam olma! Lakin əgər sən belə davransan, bil ki, sən öz təkəbbürlü addımınla yeri yarıb o tərəfinə çıxmağa və dağlar kimi ucalığa nail ola bilməyəcəksən. Əksinə, sən Allahın hüzurunda alçaldılacaq və Onun məxluqları tərəfindən nifrət qazanacaqsan. Sənə, sənin yaramaz əxlaqına və pis xasiyyətinə görə nifrət bəsləyəcəklər və sən hətta can atdığının bir hissəsinə belə nail ola bilməyəcəksən.

                  

(17.38) “Bütün bu pis şeylər Rəbbinin dərgahında məqbul deyildir”.

Bundan əvvəlki ayələrdə xatırlanan bütün əməlləri Allah haram etmişdir. O, bu qadağaları, Onunla bərabər digər tanrıçalara ibadəti və valideynlərinə hörmətsizlik göstərməyi qadağan etdiyi vəhylərində bir-bir sadalamışdır. İnsan belə cinayətlər törədərək özü özünə ziyan vurur, çünki Allah onlara nifrət bəsləyir və onları rədd edir.


                ﭗﭘ                          
ö

(17.39) “Rəbbindən sənə təlqin edilən vəhydə hikmətin bir hissəsi budur!  Allahla yanaşı heç bir digər tanrıya ibadət etmə, yoxsa qınanmış və tərk edilmiş halda Cəhənnəmə vasil edilərsən”.

Allahın Öz qullarına bəyan və izah etdiyi əzəmətli hökm­ləri Muhəmməd Peyğəmbərə (s.ə.s.) vəhy edilən Hikmətin bir hissə­sidir. Hikmət adı altında saleh əməllər işləməyə, nəcib əxlaq sahibi olmağa, yaramaz əməllərdən çəkinməyə və pozğun məziyyətlər­dən xilas olmağa hökm verməyi nəzərdə tutur. Öncə keçən ayələrdə xatırlanan bütün əməllər ən yüksək müdriklikdən ibarətdir ki, aləmlərin Rəbbi onu elçilərin Ağasına (s.ə.s.) təlqin etmişdir. Bu, ən şərəfli Kitabda ona görə bəyan edilmişdi ki, onunla ən gözəl dini icmaya nəsihət versinlər. Bu elə bir hikmət­dir ki, təkcə qismətinə böyük nemət yazılmış insana bəxş edilir.
Sonra Fövqəluca Allah Onunla yanaşı uydurulmuş tanrıça­lara ibadət etməyi bir daha qadağan edir. Məhz bu hökmlə Allahın ehkamlarının növbəsi başlayır və qurtarır. Əgər insan onu pozarsa, onda o, əbədi olaraq Cəhənnəm Odunda yanacaq­dır, çünki kim Allaha şərik qoşursa, Cənnət bağlarına düşmək imkanından məhrum olur və özünü Cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edir. Günahkarlar orada qınanacaq və tərk ediləcəklər. Allah, mələklər və bütün bəşəriyyət onları qınayacaq, məhkum edəcək və lənətləyəcəkdir.

               ﭫﭬ             

(17.40) “Doğrudanmı Rəbbiniz sizi oğullarınızla şərəflən­dirdi, Özünə isə mələklərdən qızları götürdü?! Həqiqətən, siz çox dəhşətli sözlər söyləyirsiniz”.

Allah, Onun Özü üçün qızları xəlq etdiyini əsassız olaraq zənn edənləri qətiyyətlə rədd edir. Ey insanlar! Doğrudanmı Allah sizə kamil qismət  nəsib edərək, Özünə təkcə, sizin mələk­lər­dən saydığınız qızları götürdüyünümü hesab edirsiniz? Mələk­ləri Onun qızları adlandırmaqla siz dəhşətli sözlər söyləyirsiniz. Həqiqətən də,  sizin Allah qarşısında kobudluğunuz hüdudsuz­dur. Siz Ona övladlar aid edirsiniz və bundan belə ehtimal etmək olar ki, O, nəslini artırmağa möhtacdır və bəzi məxluqlar Ona ehtiyac duymurlar. Siz qızları Onun övladları sayırsınız, halbuki qızlar üstünlükdə oğullardan aşağıdırlar. Siz bunu sizi Yaradan və sizi oğullarınızla Şərəfləndirən haqqında deyirsiniz?! O Pakdır və fasiqlərin Ona şərik qoşduqlarından sonsuzluğa qədər uzaqdır!

                         

(17.41) “Biz bu Quranda izahat veririk ki, onlar nəsihət­ləri yada salsınlar, lakin bu onların ancaq kin-küdurətini artırır”.

Fövqəluca bu ayədə xəbər verir ki, Quran ayələrində istəni­lən dini hökmlər izah edilmişdir. Onlarda Quranın dəvət etdiyi şeylərin xeyrinə olan çoxsaylı dəlillər vardır. Onlarda insanların özlərinə xeyir gətirməsi və onlara zərər vura bilməsi ilə əlaqədar tez-tez xatırlanması üçün müəyyən edilmiş öyüd-nəsihətlər vardır. Belə olarsa, onlar zərərli və təhlükəli olan hər şeydən çəkinərək faydalı əməllər yerinə yetirə bilərlər. Lakin insanların əksəriyyəti kəramətli Quran ayələrindən üz çevirməyi üstün tuturlar. Bunun səbəbi isə ondadır ki, onlar həqiqətə nifrət edirlər və etiqad etdikləri yanlış baxışlara aludədirlər. Onlar öz yalan­larına o dərəcədə fanatikcəsinə qapılıblar ki, Allahın ayələrinə qulaq asmaq və onlara diqqət yetirmək istəmirlər.
Onu da qeyd etmək lazımdır ki, Quran ayələrinin əksəriy­yəti və onların inandırıcı dəlilləri tək Allaha ibadətin zəruriliyinə həsr edilmişdir, çünki tövhid imanın ən mühüm əsasıdır. Allah tövhidə etiqad etməyi əmr etmiş və Ona şərik qoşmağı isə yasaqlamışdır. O, Öz sözlərini çoxsaylı nasslar[11] və məntiqi dəlillərlə sübuta yetirmişdir. Əgər insan, heç olmazsa, bu dəlillə­rin bir hissəsi üzərində düşünərsə, onun qəlbində tək Allaha ibadət etməyin zəruriliyinə kiçicik şübhə yeri belə qalmaz. Növbəti ayədə Fövqəluca bu məntiqi dəlillərdən birini xatırladır.

     ﭾ ﭿ                ﮅﮆ         

(17.42) “De: “Əgər, onların söylədiyi kimi, Onunla bəra­bər digər tanrılar mövcud olsaydılar, onda onlar hökmən Ərşin Rəbbinə yol arayardılar”.

Ey Muhəmməd! Allahla bərabər digər tanrıların olduğuna inanan müşriklərə de: “Əgər sizin uydurmalarınız və yanlış ehtimallarınız həqiqət olsaydı, onda bütün tanrılar özlərini Allaha ibadət etməyə həsr edər, Onun yaxınları arasında olmaq ümidi ilə Ona doğru can atardılar. Niyə öz Rəbbinə ibadət etməyə güclü ehtiyacı olan Allahın zəif və köməksiz qulları Onunla bərabər digər ilahlara ibadət etməyə başlayırlar? Məgər bu ən böyük zalımlıq və dəhşətli bir axmaqlıq deyilmi?!!”
 Belə bir şərh nəzərə alınarsa, onda təfsir etdiyimiz ayə Quranın aşağıdakı vəhyinə oxşayacaqdır: “Onların dua etdikləri, özləri, digərlərini qabaqlayaraq, öz Rəbbinə yaxınlaşmağa yol­lar arayırlar. Onlar Onun lütfkarlığına ümid bəsləyir və Onun əzabından qorxurlar” (İsra, 17/57).
“O Gün O, onları və onların Allahın yerinə ibadət etdik­lərini toplayacaq və deyəcək: “Sizmi Mənim bu qullarımı azğınlığa salmışdınız və ya onlar özləri yollarını azmışdılar?” Onlar deyəcəklər: “Sən paksan! Bizə Sənin əvəzinə özümüzə hamilər və köməkçilər götürmək yaraşmazdı. Lakin Sən onlara və atalarına nemətlərindən faydalanmağa imkan verdin, onlar isə Zikri unutdular. Onlar islaholunmaz xalq idi” (Furqan, 25/17-18).
Lakin şərh etdiyimiz ayənin digər təfsiri də mövcuddur və ona uyğun olaraq belə bir nəticə çıxarılmışdır ki, əgər Allahla bərabər digər ilahlar mövcud olsaydılar, onlar Fövqəluca Allaha üstün gəlməyə cəhd göstərərdilər və digərlərini özünə tabe edən ilah Vahid Rəbb olan Allah olardı. Amma müşriklər etiraf edirlər ki, onların ibadət etdikləri ilahlar Allahdan tam asılı vəziyyət­də­dirlər və Kainatda müstəqil sərəncam çəkməyə qadir deyillər. Onlar öz allahlarını fövqəlqüdrət sahibləri hesab etmirlər. Bu­nunla əlaqədar Fövqəluca buyurur: “Allah Özünə oğul götür­məmişdir və Onunla yanaşı başqa ilah yoxdur. Əks təqdirdə, hər bir ilah özü ilə yaratdıqlarını aparardı və onlardan bəziləri digərləri üzərində ucalardı. Allah onların Ona aid etdiklərin­dən Ucadır!”  (Muminun, 23/91).
               

(17.43) “O, Pakdır və onların söylədiklərindən fövqəl Ucadır”.

Allahın sifətləri müqəddəsdir, kamildir və qüsursuzdur. O, Ona müşriklikdən və Ona qoşulan şəriklərdən sonsuzluğa qədər uzaqdır. O, o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, Onunla yanaşı heç bir digər ilahların ola bilməsi mümkün deyil. Kim bunun əksini iddia edirsə, açıq-aşkar azğınlıq içindədir və ən böyük zalımlıq edir. Onun Əzəməti və Qüdrəti ilə yanaşı nəhəng məxluqların və hətta yeddi göyün və yeddi yerin onların məskunları ilə birlikdə götürülən böyüklüyü kölgədə qalıb, əhəmiyyətsiz dərəcədə kiçik görünür. Fövqəluca buyurur: “Onlar Allahı layiqincə dəyərləndirmirdilər, halbuki bütün yer Qiyamət günü Onun bir ovcunda olacaq, göylər isə Sağ əli ilə bükülə­cəkdir...”  (Zumər, 39/67).
Uca və alt aləmlərin bütün məskunları hər an Ona möhtac­dırlar, çünki onların varlığı Onsuz mümkün deyildir. Bu ehtiyac hərtərəflidir, çünki hər bir varlıq yaradıcıya, bəsləyiciyə və qayğıkeş hökmdara möhtacdır. Ən vacib olan isə, hər məxluqun Allaha ümid bəsləməsidir. Ona ibadət etmək, Onu sevmək lazımdır. Ona yaxınlaşmaq və istənilən şəraitdə yardım üçün Ona müraciət (dua) etmək lazımdır. Məhz buna görə, sonra Fövqəluca belə buyurur:

               ﮘﮙ                     ﮣﮤ               

(17.44) “Yeddi göydə[12] və yerdə, həmçinin onların ara­sında olanlar Ona: “Allah müqəddəsdir” deyər və həmd edər­lər. Hər şey Ona həmd edər, lakin siz onların təsbihini anla­mazsınız. Həqiqətən, O, Həlimdir və Bağışlayandır”.

Danışmaq qabiliyyəti olan və ya olmayan bütün canlılar, ağaclar, otlar, kol-kos, cansız əşyalar – bütün canlılar və cansızlar Allaha həmdsəna edirlər. Bəziləri Allaha sözlə həmd edir, digərləri isə bunu öz təyinatı ilə izhar edirlər. İnsanlar, onlar kimi danışmaq qabiliyyəti olmayan başqa məxluqların Allahı necə mədh etmə­lə­rini başa düşmürlər, lakin qeybi Bilən istisnasız bütün məxluqlarını elmi ilə əhatə edir.
Onun gözəl adları arasında – Həlim və Bağışlayan adları haqqında. O, hətta göyləri və yeri parçalaya biləcək və dağları toza çevirməyə hazır olan ağlasığmaz şeyləri Ona aid edən qullarını belə cəzalandırmağa tələsmir. Belə günahkarlara da O, möhlət verir, onlara nemət bəxş edir, firavanlıq verir, ruzi nazil edir və Onun qapılarına yaxınlaşmağı təklif edir. O, onlara imkan yaradır ki, bu böyük günaha görə tövbə etsinlər və onlara səxavətlə mükafat verəcəyini və onların günahlarını bağışlaya­cağını vəd edir. Əgər Rəbbin səbirliliyi və hər şeyi bağışlama istəyi olmasaydı, onda göylər yerə düşərək yer üstündə bir canlını belə sağ qoymazdı.

                           

(17.45) “Sən Quranı oxuyanda Biz səninlə Axirət həyatına iman gətirməyənlər arasında görünməz pərdə çəkdik”.

Fövqəluca, haqqı rədd edən və ondan üz döndərən kafirlər üçün hazırlanmış cəza haqqında xəbər verir. Bu cəza onlarla haqq din arasında çəkilmiş maneədir. Onlara, hikmətli moizələrdən və nəsihətlərdən ibarət, doğru yolu və dinin əsaslarını izah edən Quran ayələri oxuyurlar, lakin onlar bu vəhylərin mənasını anlamaq qabiliyyətinə malik deyillər, çünki görünməz bir pərdə ayırır. O pərdə onlara haqqı dərk etməyə və onların çağırıldığı xeyirxahlığı göstərməyə mane olur.

                    ﯠﯡ                      

(17.46) “Biz onların ürəklərinə örtük atmış və onu (Quranı) anlamasınlar deyə qulaqlarını da kar etmişik. Sən Quranda Vahid Rəbbini xatırlayanda, onlar nifrətlə geriyə dönüb gedər­lər”.

Bu örtüklər kafirlərin Quranı dərk etməsinə mane olur. Lakin onlar Quran ayələrini eşidirlər və bu onları öz məlumat­sızlıqları ilə bəraət qazanmaq imkanından məhrum edir.  Onlar tək Allaha ibadət etmək və uydurulmuş ilahlara ibadətdən əl çəkmələri çağırışını eşidəndə bu öyüd-nəsihətlərdən üz döndərir­lər və bu onların haqqa nifrət bəsləməsini və etiqad etdikləri yalana hədsiz bağlandıqlarını təsdiq edir. Bununla əlaqədar Fövqəluca belə buyurur: “Tək bir Allahın adı çəkiləndə Axirətə inanmayan­la­rın ürəkləri nifrətdən təlatümə gəlir. Lakin Ondan aşağı olanlar xatırlananda isə onlar sevinirlər” (Zumər, 39/45).

                                                 ﯿ 

(17.47) “Biz yaxşı bilirik ki, onlar səni dinləyəndə, məhz necə qulaq asırlar. Lakin onlar gizlinə çəkilib məsləhətləş­dikləri zaman isə, o zalımlar belə deyirlər: “Siz ancaq sehr­lənmiş bir insanın dalınca gedirsiniz”.

Biz onlara Quran ayələrindən faydalanmağa imkan ver­mi­rik, çünki onların yaramaz niyyətləri Bizə məlumdur. Onlar səni dinləyirlər ki, moizəndə heç olmazsa kiçik bir səhv tapıb səni biabır etsinlər. Onlar səni haqqı tapmaq və düz yola gəlmək ümidi ilə dinləmirlər, çünki onlar şüurlu surətdə doğru yolla getməyi rədd edirlər. Belə davranan hər bir kəs heç vaxt sənin təbliğatından fayda əldə edə bilməz. Onlar yaramaz söhbətlərini aparmaq üçün gizlicə bir yerə toplaşdıqda səni sehrlənmiş məcnun adlandırırlar. Bu isə onu göstərir ki, onlar sənin sözlərinə əhəmiyyət verməyə­cəklərinə qəti inanırlar, çünki onlar belə hesab edirlər ki, sən sayaqlayırsan və heç özün nə dediyini anlamırsan.

  ﰁﰂ               
(17.48) “Bax gör, onlar sənə necə məsəllər çəkirlər. Onlar azmışlar və yolu tapa bilmirlər”.

Qəribədir! Onlar sənə ən mənasız məsəllər çəkirlər və həqiqətdən ən uzaq olan iddialar irəli sürürlər. Onlar dərin azğınlıq içindədirlər və bunun səbəbi onların öz mühakimələrini yanlış ehtimallar üzərində qurmaları ilə bağlıdır. Axı yaxşı məlumdur ki, əsassız zənnə istinad edən mülahizələr daha böyük yanlışlıqlardan ibarətdir. Onlar doğru yola gəlməyə qabil deyillər – onların nəsibi tam azğınlıq və açıq-aşkar zalımlıqdır.

ﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓ ﰔ

(17.49) “Onlar deyəcəklər: “Doğrudanmı bizdən ancaq sür-sümüklər qaldıqdan sonra, biz yenidən xəlq edilərək diril­diləcə­yik?”

Fövqəluca dirilməni inkar edən və onu tamamilə mümkün­süz hesab edən kafirlərin sözlərini Elçisinə (s.ə.s.) xəbər verir. Onlar deyirlər: “Doğrudanmı bizim bədənlərimiz çürüyən­dən sonra biz diriləcəyik? Doğrudanmı biz yeni simada bərpa olunacağıq?” Onlar bunu mümkün saymırlar və bu onların təsəv­vür olun­mayacaq cahilliyini təsdiq edir. Onlar Allahın Elçisini (s.ə.s.) yalan­çılıqda ittiham edir, onun çoxsaylı möcüzələrini inkar edir və öz cüzi imkanlarını, göyləri və yeri yaratmış Rəbbin fövqəlqüdrəti ilə müqayisə edirlər. Onlar elə zənn edirlər ki, özləri ölənləri dirildə bilmədikləri kimi, Allah da bunu edə bilməz.
Pak Allah qulları arasında elələrini yaratmışdır ki, onlar özlərini ən ağıllı və savadlı məxluqlar hesab edirlər, lakin ən sadə, ən asan, ən inandırıcı və ən gözəl şeylərdən xəbərləri yoxdur! Pak Allah bu minvalla göstərir ki, əgər O, qullarını yardımından və doğru təlimatdan məhrum edərsə, onda onlar məhvə və azğınlığa məhkum edilmiş olarlar! Ey Rəbbimiz! Sən bizi doğru yola yönəltdikdən sonra, qəlblərimizi haqdan döndərmə və bizə Öz mərhəmətini bəxş et, axı Sən – Bəxşedənsən!

                               ﭝﭞ      ﭡﭢ         ﭧﭨ              ﭮﭯ             

(17.50) “De: “Siz hətta əgər daş və ya dəmir”
(17.51) “və yaxud ürəklərinizdə sizə güclü təsiri bağış­la­yan başqa bir məxluq olsanız da”. Onlar soruşacaqlar: “Bəs bizi kim qaytaracaq?” De: “Sizi ilk dəfə xəlq edən!” Lakin onlar başlarını yelləyib belə deyəcəklər: “Bu nə vaxt baş verəcək?” De: “Ola bilsin ki, bu çox tezliklə baş verəcəkdir!”

Ey Muhəmməd! Öldükdən sonra dirildilmənin mümkün olmadığını hesab edən günahkarlara de: “Hətta əgər siz daş və ya dəmir və yaxud siz qüdrətli hesab etdiyiniz istənilən digər məxluq olsanız belə, yenə də Allahın hakimiyyəti altında qala­caqsınız və O, sizinlə istədiyini edə bilər. Sizin kimliyinizdən, hansı keyfiy­yətlərə malik olmanızdan asılı olmayaraq, sizə Onun qüdrətini azaltmaq müyəssər olmayacaqdır. Siz nə bu dünyada yaşadığınız zaman, nə də ölümünüzdən sonra özünüz özünüzə sərəncam çəkmək ixtiyarına malik deyilsiniz. Qoy sizin talelərinizə, bütün varlıqların üzərində hökmdar Olan və bütün məxluqları elmi ilə Əhatəedən sərəncam çəksin!”
Sən onlara dirildilmənin lehinə bu təkzibolunmaz dəlili gətirsən, onlar soruşacaqlar: “Bəs bizi kim dirildəcək?” Deyərsən: “Sizi Allah dirildəcəkdir. İlk dəfə də sizi O, xəlq etmişdi. Siz heç yox idiniz, lakin O, sizi yoxluqdan yaratdı. Ölümünüzdən sonra isə sizi yeni bir qiyafədə dirildəcəkdir”. Bununla əlaqədar Fövqəluca belə buyurur: “Biz məxluqları, onları ilk dəfə yarat­dığımız kimi, yenidən yaradacağıq. Biz belə vəd etmişdik. Həqiqətən də, Biz bunu edəcəyik” (Ənbiya, 21/104).

Ey Muhəmməd! Onlar sənə cavab vermək əvəzində başlarını yelləyərək sənə öz inamsızlıqlarını və heyrətləndiklərini göstərə­cəklər. Onlar soruşacaqlar: “Vəd edilən nə vaxt baş verəcək? Sənin boşboğazlıq etdiyin dirilmə haçan başlayacaq?” Bu sözlər onların dirilmənin labüdlüyünə iman gətirmələrini bildirməyəcək. Bu sözlər onların axmaqlığını və öz zəifliklərini göstərmək istəyini təsdiq edəcəkdir. Buna görə onlara de: “Ola bilsin ki, bu çox tezliklə baş versin. İnsanları Qiyamət gününün başlaması vaxtı haqqında xəbərdar etmək mənasızdır, çünki insanlardan onun başlayacağına təkcə iman gətirmələri tələb olunur. Qiyamət gününün başlayacağının mütləqliyini nəzərə alaraq, onun yaxın olduğunu demək olar”.  

                         ﭿ

(17.52) “Həmin Gün O, hamınızı çağıracaq və siz Ona həmd edəcək və zənnə qapılacaqsınız ki, dünyada tamamilə az bir müddət qalmışsınız”.

Qiyamət günü mələk Sura üfürəcək və Allah Öz qullarını qəbirlərindən çıxmağa çağıracaq. Onlar dinməz-söyləməz Onun əmrinə itaət edəcək və Onun hökmünə itaətsizlik göstərməyə­cəklər. Allah qullarını bir yerə toplayacaq ki, onların hər biri öz layiq olduğu əvəzi alsın. Onun bu rəftarı da ən böyük tərifə layiqdir. Həmin gün insanlara elə gələcək ki, dirilmə elə tez baş verib ki, onlar hətta, ümumiyyətlə, dünyəvi nemətlərdən ləzzət almağa macal tapa bilməyiblər. Bu gün kafirlər soruşurlar: “Qiyamət günü nə vaxt başlayacaq?” Qiyamət qopanda isə onlar törətdikləri əməllər barədə acı-acı təəssüf edəcəklər və onda onlara deyiləcək: “Bu – sizin yalan saydığınız fərqləndirmə Günüdür” (Saffat, 37/21).

             ﮅﮆ        ﮊﮋ                

(17.53) “Mənim qullarıma de ki, ən yaxşı sözlər danış­sınlar, çünki şeytan onların arasında ədavət salır. Həqiqətən, şeytan insanın aşkar düşmənidir”.

Bu ayə Allahın qullarına bəslədiyi mərhəmətinin dəlilidir. O, insanlara gözəl əxlaqlı olmağı, saleh əməllər işlətməyi və onlara həm bu dünyada, həm də öldükdən sonra xoşbəxtlik əldə etməyə kömək göstərən ən yaxşı sözlərdən istifadə etməklə danışmağı əmr edir. Allah buyurur ki, insanlar ancaq Ona yaxın­laşdıran sözlər danışsınlar. Buna aid olanlara Quran oxunması, Allahı xatırlama, xeyirli biliklərin öyrənilməsi, sədəqə verməyə və günahlardan çəkinməyə çağırış, insanlarla, onların vəzifəsi və lazım olmasından asılı olmayaraq ehtiramla davranma daxildir. Buraya həmçinin iki gözəl əməldən, əgər hər ikisini yerinə yetirmək imkanı yoxdursa, onda ən yaxşısını seçmək hökmü daxildir. Həqiqətən də, gözəl nitq insanı yüksək əxlaqi keyfiy­yətlərlə xeyirxahlaşdırır və onu faydalı işlər görməyə ruhlandırır, çünki əgər insan öz dilini günah ifadələrdən saxlaya bilirsə, onda o, özün hər hansı günahlardan da saxlaya bilir.
Fövqəluca həmçinin bildirir ki, şeytan həmişə can atır ki, insanların maddi və mənəvi firavanlığına ziyan vursun. Ona qarşı duruş gətirə bilmək üçün isə insan şeytanın onu təhrik etdi haqsız, xoşagəlməz söhbətlərdən qaçmalıdır. O, ətrafdakılara qarşı xeyirxah və iltifatlı  olmalıdır ki, insanlar arasında nifaq salan şeytanı üstələyə bilsin. Həqiqətən də, şeytan insanın əsl düşmə­nidir, çünki o, insanlara Cəhənnəm odunun sakinləri ol­mağı təklif edir. Onunla döyüşmək lazımdır. Əgər şeytan qardaşlar arasında düşmənçilik salmağa nail olursa, onda onlar sağlam düşüncə ilə hərəkət etməli və öz düşmənlərinin iradəsi əleyhinə çıxmalıdırlar. Onlar günah işlətməyə sövq edən və şeytanın onların qəlbinə girməsi üçün qapı olan öz təbii insani ehtiraslarına üstün gəlməlidirlər. Ancaq belə olduqda onlar öz Rəbbinə müti olar və doğru yolla gedərlər.

      ﮕﮖ                ﮝﮞ         

(17.54) “Rəbbiniz sizi daha yaxşı tanıyır. O, istəyərsə, sizə rəhm edər, istərsə də sizi əzaba düçar edər. Biz səni onlara hami və mühafizəçi göndərməmişik”.

Allah insanlar haqqında onların özlərinin bildiyindən daha çox bilir. O, onlara ancaq xeyir arzulayır və onlara özlərinə ancaq fayda verən işləri görməyi əmr edir. Lakin insanlar özləri çox vaxt bir şeyi istədikləri halda, xeyir onun əksi olan başqa bir şeydə olur. Bəzi insanlara Allah Özünün mərhəmət yollarından istifadə etməyə yardım göstərir, digər insanlara isə O, Öz köməyini əsirgəyir və onlar da azaraq cəzaya layiq görülürlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, Allah ona (s.ə.s.) insanların talelərini idarə etməyi və törətdikləri əməllərə görə onlara qarşılığını verməyi əmr etmə­mişdi. Allah məxluqlarının talelərini Özü həll edir və həm də onların vəkilidir. Peyğəmbərlik isə doğru yola istiqamətləndir­mədir.

           ﮩﮪ            ﮰﮱ        

(17.55) “Sənin Rəbbin göylərdəkiləri də, yerdəkiləri də daha yaxşı tanıyır. Biz bəzi peyğəmbərlərə digərlərinə nisbətən üstünlük vermişdik. Davuda isə Biz Zəbur verdik”.

Bütün həyat formaları və məxluqatının bütün növləri Allaha çox gözəl məlumdur. Allah Öz qullarının hər birinə Öz ilahi hikmətinə tam uyğun olaraq  bütün zəruri şeyləri əta etmişdir. O, yaratdıqlarının bir qismini, digərlərinə nisbətən, əlavə fiziki bacarıqlar və ya mənəvi özəlliklərlə təmin edərək, üstünlük verir. Beləliklə də, Allah bəzi peyğəmbərlərinə, digər­lərinə nisbətən, üstünlük vermişdir. Hərçənd peyğəmbərlərin hər biri vəhylər alırdılar, lakin onlardan bəzilərinə xüsusi lütfkarlıq göstərilərək, fövqəladə özəl keyfiyyətlərə layiq görülmüşdülər. Bu keyfiyyətlər onların tərifəlayiq, Allahın razı qaldığı əxlaqında, saleh əməllə­rində, ardıcıllarının çoxsaylı olmasında və ya peyğəmbərlərdən bəzilərinə şəriətə və etiqad məsələlərinə aid hökmləri əhatə edən Səmavi Kitabların nazil olunmasında təza­hür edirdi. Bu Kitablardan biri – Zəburdur ki, Davud peyğəmbərə (ə) nazil edilmişdi. Əgər Fövqəluca Allah bəzi pey­ğəm­bərlərə digərlərinə nisbətən üstünlük verir və onlara Kitab nazil edirsə, onda niyə kafirlər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini və ona (s.ə.s.) nazil edilmiş Vəhyi rədd edirlər? Niyə onlar Allahın onu (s.ə.s.) pey­ğəm­bərliklə və Səmavi Kitabla şərəfləndirməsi ilə razılaşmırlar?

                              

(17.56) ”De: “Onunla bərabər saydıqlarınıza dua edin.  Onlar müsibətinizin qarşısını almaq və ya onu başqasına yönəltmək qüdrətinə malik deyillər”.

Ey Muhəmməd! Allahı məxluqlarına bərabər sayan, onlara dua edən və Tək Allaha ibadət etdikləri kimi, onlara ibadət edən müşriklərə təklif et ki, onlar bəyan və etiqad etdikləri baxışlarının düzgünlüyünü sınaqdan keçirsinlər. Əgər onlar doğrudan da öz tanrılarına inanırlarsa, onda qoy yardım üçün onlara müraciət etsinlər və baxıb görsünlər ki, tanrı bildikləri onlara fayda verə biləcəklərmi və ya müsibəti onlardan uzaqlaşdıra biləcəklərmi? Həqiqətən, tanrı adlandırdıqları məxluqlar onları xəstəliklərdən, dilənçilikdən, bədbəxtliklərdən və ya digər bəlalardan xilas etməyə qadir deyillər. Onlar insanlardan fəlakəti uzaqlaşdırmağı nəinki bacarmırlar, hətta onun bir hissəsini belə başqasına verməyə qadir deyillər ki, birincinin qismətini bir qədər yüngülləşdirə bilsinlər.
Əgər ilah hesab etdikləri belə əhəmiyyətsiz keyfiyyətlərə malikdirlərsə, onda müşriklər niyə Allaha dua etmək əvəzinə, onlara müraciət edirlər? Həqiqətən, bu “ilahlar” naqisdirlər və fayda verməyə qabil deyillər. Onlara ibadət edənlər o şəxslərdir ki, pozğun dinə etiqad edirlər, sağlam təfəkkürdən məhrumdur­lar və axmaq qərarlar qəbul edirlər.
Qəribədir ki, yolunu azmış əcdadlarının dinini mənimsə­yən insanlar, bir qayda olaraq, öz yanlış baxışlarını doğru və tamamilə ağıllı hesab edirlər və tək Allaha – məxluqlarına gözə görünən və gözlə görünməyən bütün nemətləri bəxş edən Yeganə Xeyirxaha səmimi ibadəti axmaqlıq adlandırırlar. Fövqəluca, müşriklərin dedikləri barədə belə xəbər verir: “Doğrudanmı o, ilahları Vahid Allaha çevirmişdir? Həqiqətən, bu – çox qəribə bir şeydir!” (Sad, 38/5). Lakin, əslində, qəribə olan onların öz mülahizələridir.

                              ﯱﯲ                    

(17.57) “Onların dua ilə müraciət etdikləri, özləri, başqa­larını qabaqlamağa çalışaraq, öz Rəbbinə yaxınlaşmağa yol axtarırlar. Onlar Onun mərhəmətinə ümid bəsləyir və Onun əzabından dəhşətə gəlirlər. Həqiqətən, sənin Rəbbinin əzabın­dan çəkinmək lazımdır”.

Fövqəluca bu ayədə bildirir ki, müşriklərin Onunla yanaşı ibadət etdikləri məxluqlar onlara heç bir diqqət yetirmirlər, çünki özləri Onun mərhəmətinə bərk möhtacdırlar və Ona yaxınlaş­mağa cəhd göstərirlər. Peyğəmbərlər, saleh insanlar, mələklər – onların hamısı Rəbbə yaxınlaşmağa can atmaqda bir-biriləri ilə bəhsə girirlər və onlar müqəddəs məqsədlərinə çatmaq üçün mümkün qədər çoxlu xeyirxah əməllər yerinə yetirirlər. Onlar öz Rəbbinin lütfkarlığına ümid bəsləyir və onları amansız cəzaya məhkum edə bilən hər şeydən çəkinirlər. Həqiqətən də, Allahın cəzası və insanı ona məhkum edən bütün əməllərdən doğrudan da çəkinmək lazımdır.
Beləliklə, Fövqəluca Allah ona yaxın olan möminləri hər hansı xoşbəxtliyin əsası və mənbəyi olan üç keyfiyyətlə səciy­yələndirir. Bu – Allah qarşısında qorxudur, Ona ümid etmək və Ona məhəbbət bəsləməkdir. Əgər insan tam mənada bu keyfiy­yətlərə malikdirsə, onda onun bütün təşəbbüsləri kamil olacaqdır. Yox, əgər onun qəlbi bu məziyyətlərin birindən məhrum olarsa, onda o, böyük nemətdən məhrum olar və şərlə əhatə edilər. Fövqəluca Rəbbin bildirdiyi Allaha məhəbbətin əlaməti insanı Allaha yaxınlaşdıran istənilən əməllərin səylə icra edilməsi və həmçinin xeyirxahlıq etməyi təkcə Onun xatirinə və ancaq ən kamil formada yerinə yetirməyə şövqlə can atmaqdır. Əgər insan bu keyfiyyətlərə malik olmadan Allahı sevdiyini iddia edirsə, onda o -  yalançıdır.

               ﯿ               ﰅﰆ           

(17.58) “Elə bir məskən qalmayacaq ki, Biz onu Qiyamət qopmazdan əvvəl məhv etməyək və ya ağır işgəncələrə məruz qoymayaq. Bu, Qorunan Kitabda belə yazılmışdır”.

Əhalisi arasında elçilərə iman gətirməkdən boyun qaçıran şəhər və kəndlərdən eləsi yoxdur ki, Allah onları Qiyamət günü qopana qədər məhv etməsin və ya şiddətli cəzaya məruz qoy­masın. Bu, Allahın Kitabında belə yazılmışdır və Allahın qədəri mütləq gerçəkləşəcəkdir. Bu isə o deməkdir ki, iman gətirmə­yənlər tələsməlidirlər ki, vəd edilən cəza onlara yetişincəyə qədər, Allah qarşısında tövbə etməyə və Onun elçilərinə iman gətirməyə macal tapa bilsinlər.

                     ﭚﭛ             ﭡﭢ              

(17.59) “Bizim möcüzələr göndər­­məməyimizin səbəbi əv­vəl­ki­lə­rin onları yalan saymaları idi. Biz sə­mudlulara gözləri görə-görə bir dişi dəvə bəxş etdik, lakin on­lar ona zülm etdilər. Biz möcü­zələri yal­nız qor­xutmaq üçün nazil edirik”. 

Fövqəluca Allah bildirir ki, Onu müşriklərin tələb etdiyi möcüzələri nazil etməməyinin səbəbi Özünün rəhmdilliyindən irəli gəlmişdi. Allah o möcüzələri ona görə nazil etməmişdi ki, kafirlər onları yalan saymasınlar. Axı əgər onlar bunu etsəydilər, onlar qarşısıalınmaz və ləngidilməyən intiqama məruz qalardılar və onlara möhlət belə verilməzdi. Allahın möcüzələrini yalan sayan kafirlərin əvvəlki nəsllərinə məhz belə bir aqibət nəsib olmuşdu.
Allahın ən böyük dəlillərindən biri, Onun səmudlulara nazil etdiyi möcüzə olmuşdu. Bu nəhəng və füsunkar bir dişi dəvə idi və o qədər çox süd verirdi ki, bütün səmudlulara bəs edirdi. Lakin müşriklər bu möcüzəni inkar etdilər və onda, Allahın Öz Kitabında bizə xəbər verdiyi cəza onların başına gəldi. Belə aqibət, öz Rəbbinin əzəmətli dəlillərinə iman gətirməkdən boyun qaçıran  indiki müşriklərə də nəsib ola bilər. Onların haqq dinə gəlməməyi peyğəmbər moizələrinin doğruluğuna şübhə etdiklərinə görə deyil. Həqiqətən, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz təliminin doğruluğunu təsdiq edən və haqqı axtaran hər bir kəsə düz yola gəlməyi vacib edən çoxsaylı dəlillər və möcüzələr təqdim etmişdi. Əgər insan­la­ra digər möcüzələr göstərilsə belə, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gətirdiklə­rindən çox da fərqlənməyəcək­di. Başqa möcüzələrə inanmağa hazır olan insanlar, elə bunlara da inanmalıdırlar. Bax elə buna görə də Allah insanlara onların tələb etdiyi möcüzələri göstərmə­di. Doğrusu, onlar mövcud vəziyyətdən daha çox fayda əldə edə bilərlər.
Fövqəluca həmçinin buyurmuşdur ki, O, Öz möcüzələrini ancaq qorxuducu xəbərdarlıq üçün nazil edir. Bu o deməkdir ki, Allahın möcüzələri insanların haqq dinə gəlmələri üçün mütləq şərt deyildir. Onlar təkcə təhdid edici amillərdir və insanları törətdikləri günahlardan əl çəkməyə təkan verir.

              ﭯﭰ                          ﭼﭽ    ﭿ        ﮃﮄ

(17.60) “Budur, Biz sənə demişdik ki, Rəbbin insanları həqiqətən əhatə edir. Biz sənə yuxu və insanları azdırmaq üçün Quranda lənətlənmiş ağacı göstərdik. Biz onları qorxuduruq, lakin bu onların böyük itaətsizliyini daha da artırır”.

Allah insanları Öz Elmi və Fövqəlqüdrəti ilə əhatə edir. Elə bir sığınacaq yoxdur ki, orada onlar Allahdan gizlənə və ya Onun verəcəyi cəzadan xilas ola bilsinlər. Bu bəs edər ki, istənilən ağıllı adam Rəbbin nifrətinə səbəb olan günahları törətməkdən çəkinsin.
Sonra Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) göstərdiyi yuxu və ağac haq­qında xəbər verir və sonuncu insanlar üçün sınaq vasitəsi edil­mişdi. Quran şərhçilərinin əksəriyyəti belə hesab edirdilər ki, bu ayədə söhbət Peyğəmbərin (s.ə.s.) gecə səyahəti haqqındadır. Quranda lənətlənmiş ağac isə, zəqqum ağacıdır ki, kökü Cəhən­nəmin ən dərin dibindən başlanğıc götürür.
Bu ayənin mənasından aydın olur ki, Peyğəmbərin (s.ə.s.) gecə səyahəti və kökü Cəhənnəmin dibindən başlayan ağac kafirləri öz küfründə daha da möhkəmlənməyə məcbur edir və onların şərəfsizliyini artırır, inamı az olanları isə haqdan tamamilə əl çəkməyə vadar edir. Bu onunla izah olunur ki, Məscidulhəram­dan əl-Əqsa məscidinə gecə səyahəti zamanı baş vermiş çoxlu qəribə və təsəvvürolunmaz hadisələr və Cəhənnə­min dibindən çıxıb boy atan ağacın mövcudluğu zalım insanlara haqqı danmağa təkan verir.
Onda bəs kafirlər tələb etdikləri daha böyük və əzəmətli dəlillərin və möcüzələrin şahidləri olsaydılar, özlərini necə aparardılar?! Məgər bu onların nifrətini və imansızlığını artır­mazdımı?! Bax elə buna görə də Allah onlara rəhm edərək həmin möcüzələri onlara göstərmədi. Buradan aydın olur ki, niyə Quran ayələrində və səhih hədislərdə uzaq keçmişlərdə cərəyan etmiş hadisələr təfsilatı ilə təsvir edilmir. Bu, insanlara daha çox fayda verir, çünki bənzərini öz gözləri ilə görmədikləri hadisələri insanların təfəkkürü, ola bilər ki, qəbul etməsin. Onlar bir sıra möminlərin də ürəyinə şübhə sala, İslamı qəbul etmək istəyən bəzi insanlara maneə ola və adamları Allahın dinindən uzaq­laş­dıra biləcəyi halda, Onun nazil etdiyi ümumi məlumatlar insan­lara hər şeyə nail olmağa  kömək göstərir. Bu barədə ən yaxşı bilən Allahdır. O, qullarını möcüzələri ilə qorxudur, amma bu möcüzələr onların bəzilərinin itaətsizliyini və zalımlığını artırır. Bu – şəri sevməyin və onu törədərək xeyrə nifrət bəsləməyin və onu rədd etməyin necə də dəhşətli təzahürüdür.

                                      

(17.61) “Budur, Biz mələklərə dedik: “Adəmə səcdə edin!” Onlar səcdə etdilər, İblisdən başqa. O dedi: “Mən palçıqdan yaratdığına səcdə qılım?”

Fövqəlxeyirxah və Fövqəluca Allah bu ayədə bildirir ki, şeytan insana hədsiz nifrət bəsləyir və hər vasitə ilə onu azğınlığa salmağa çalışır. Allah Adəmi torpaqdan yaratdıqdan sonra məhz şeytan təkəbbürlə Adəmə təzim etməkdən boyun qaçırmışdı. Məhz şeytan qərara almışdı ki, o, Adəmdən üstündür, çünki Rəbb onu oddan yaratmışdır. Biz artıq əvvəllər də bu mülahi­zənin qüsurlu olması haqqında bir neçə dəlillər gətirmişdik. İblisə aydın olmuşdu ki, Allah insana üstünlük vermişdir və bu zaman o cəsarət edib Ona bir təkliflə müraciət etmişdi.

                                      

(17.62) “Demişdi: “Məndən üstün tutduğuna bir bax.  Mənə Qiyamət gününə qədər möhlət versən, mən onun bütün nəsllərini, az bir qismi istisna olmaqla, özümə tabe edərəm”.

İblis Adəmin nəsllərini yoldan çıxaracağını və onları az­ğın­lığa salacağını vəd etdi. Amma o, yaxşı başa düşürdü ki, onların arasında elələri tapılacaq ki, onunla düşmənçilik  edəcək və ona itaət etməyəcək.

                                                         ﯜﯝ                

(17.63) “Buyurdu: “Rədd ol! Onlardan kimsə sənə tabe olsa, hamınızın cəzasının tam əvəzi Cəhənnəm olacaqdır”.
(17.64) “Səsinlə bacardıqlarını təhrik et, onlara qarşı süva­ri­lərini və piyadalarını göndər, onların var-dövlətinə və övlad­larına şərik çıx və onlara vədə ver. Həqiqətən, şeytanın vədi – sadəcə yoldan çıxartmaqdır”.

Hər kəs ardınca gələrsə və Rəbbi və Haqq Hamisi müqabi­lində sənə üstünlük verərsə, mütləq səninlə birlikdə Cəhənnəmə vasil olacaqdır. Siz orada əbədi qalacaqsınız və törətdiyiniz cinayətlərinizə görə tam əvəzini alacaqsanız. İnsanları istənilən vasitə ilə düz yoldan sapdır, onları öz səsinlə aldadaraq hər cür günahlar işlətməyi və Allaha itaətsizlik göstərməyi təklif et. Süvari və ya piyada olaraq günah işlətməyə yollananların xidmə­tindən istifadə et. Sən insanlar üçün sınaq rolunu oynayacaqsan və onları sözün və əməlinlə Allaha itaətsizlik etməyə çağıraraq, onların açıq düşməni olacaqsan. Sən onların var-dövləti və övladları ilə əlaqədar olan bütün günahlarının iştirakçısı olacaq­san. Onlar sənin məsləhətlərinə qulaq asaraq, zəkat və fərz sədə­qələr verməyə xəsislik edəcəklər, öz maddi vəzifələrini yerinə yetirməkdən boyun qaçıracaqlar, öz uşaqlarının tərbiyəsinə nəza­rət etməyəcəklər, onlara xeyirli işlər görməyi və pisliklərdən çəkinməyi öyrətməyə­cəklər, özgə malını zalımcasına mənimsəyə­cəklər, öz varidatını yanlış sərf edəcək və çirkli pullar qazana­caqlar.
Quranın bir çox şərhçiləri deyirdilər ki, bu, yəni şeytanın günahkarlarla onların var-dövlətinə və övladlarına şərik çıxması şeytan əməllərinin yeganə təzahürü deyildir, çünki insan yemək-içməkdən və ya cinsi yaxınlıqdan əvvəl Allahın adını xatırla­madığı halda şeytan onun bu təşəbbüslərinin müştərək iştirakçısı olur. Bu barədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) kəlamında xəbər verilir.
Bununla yanaşı şeytana imkan verilmişdir ki, insanlara gözəl, lakin yalan olan vədlər versin. Bu vədlərin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Şeytan onlardan öz ardıcıllarının gözü önündə günahları və pozğun baxışları yaraşıqlı göstərmək üçün istifadə edir. Onlar elə zənn edirlər ki, haqqa etiqad edirlər və buna görə şeytan onlara buna görə mükafat alacaqlarını vəd edir. Fövqəluca buyurur: “Şeytan sizi kasıblayacağınızla qorxudur və sizə yara­mazlıq etmək hökmü verir. Allah isə sizə Özündən bağış­lanma və mərhəmət vəd edir” (Bəqərə, 2/268).

            ﯩﯪ        

(17.65) “Həqiqətən, sən Mənim qullarım üstündə haki­miy­­yətə malik deyilsən. Rəbbinin onlara Vəkil olması kifa­yətdir”.
­­
Şeytanın əsl niyyəti və insanların Allaha səmimiyyətlə iba­dəti, öz Rəbbinə möhkəm inam və təvəkkülü sayəsində onun az­dırmasından qoruna biləcəkləri haqqında xatırlatdıqdan sonra, Fövqəluca Allah şeytana bildirir ki, o, insanlar üzərində hər hansı hakimiyyətdən məhrum edilmişdir. Əgər insan Allaha ixlasla iba­dət edərsə, onda O, onu hər hansı şərdən qoruyar və lənətə gəl­miş şeytanların vəsvəsəsindən xilas edər. Allahın vəkilliyi Ona tə­vəkkül edən və öz vəzifələrini yerinə yetirən hər kəs üçün kifayətdir.
                          ﯸﯹ                  

(17.66) “Mərhəmətini ummağınız üçün sizə görə dənizdə gəmilər üzdürən Rəbbinizdir. Həqiqətən, O, sizə rəhm edir”.

Fövqəluca ayədə, Öz mərhəməti sayəsində qullarına tabe etdirdiyi gəmiləri və karavellaları[13] xatırladır. Allah insanlara bu gəmiləri inşa etməyi öyrətdi[14] və coşqun dənizi onlara ram etdi ki, insanlar gəmilərin göyərtələrinə çıxıb dənizin ucsuz-bucaqsız ənginliklərini ötüb keçə bilsinlər, ağır yüklər daşısınlar və ticarət səfərlərinə çıxsınlar. Bütün bunlar Allahın Öz qullarına göstərdiyi mərhəmətin dəlilləridir. O, heç vaxt qullarının qayğısını çəkməyə fasilə vermir və yorulmadan onlara zəruri olan hər şeyi, onların arzu etdiklərini və firavan yaşamaları üçün ehtiyacları olan şeyi əta edir.

                          ﭚﭛ            ﭠﭡ      ﭤﭥ

(17.67) “Müsibət sizi dənizdə haqlayanda, Allahdan baş­qa dua etdikləri­nizin hamısı sizi tərk edirlər. O, sizi xilas edib quruya çıxartdıqda siz üz çevirirsiniz. Həqiqətən, insan nankor­dur”.  

Allahın, təkcə Ona ibadətin zəruriliyini göstərən rəhmdilli­yinin daha bir təzahürü Onun dənizdə fəlakətə uğrayan insanlara bəslədiyi qayğısıdır. Dalğaların bir-biri ilə çulğaşdığını görən insanları ölüm qarşısında dəhşət bürüyür. Bu vəziyyətdə onlar Allahla yanaşı ibadət etdiklərinin hamısını unudurlar. Onlar xoşbəxt yaşadıqları vaxtda ibadət etdikləri diri və ölüləri, sanki  onlara kömək üçün heç vaxt müraciət etməmişlər kimi, yaddan çıxarırlar. Bunun belə olmasının səbəbi, müşriklərə, zəif və köməksiz məxluqların onları müsibətlərdən xilas etməyə qadir olmadıqlarını gözəl bilmələridir. Buna görə də onlar yeri və göyləri Yaradana yalvarmağa başlayırlar, çünki tamamilə bütün məxluqlar bilirlər ki, fəlakət anında yardım üçün təkcə Ona ümid etmək olar. Bu zaman onlar xilas üçün səmimi olaraq Ona dua edir və Onun qarşısında itaətkarlıq göstərirlər.
Lakin Allah onları fəlakətdən xilas edib, gəmini sağ-sala­mat sahilə çıxartdıqda, müşriklər yenə də lap yaxın anlarda kömək üçün kimə yalvardıqlarını unudurlar. Onlar Ona şəriklər qoşmağa və onlara nə fayda verməyə, nə də zərər vurmağa, onlara nemət verməyə və ya onları mərhəmətdən məhrum etməyə qadir olmayan məxluqlara ibadət etməyə başlayırlar. Onlar öz Rəbbinə və Hökmdarına səmimi xidmət göstərməkdən boyun qaçırırlar ki, bu da cahilliyin və naşükürlüyün təzahürü­dür. Həqiqətən də, xeyirxahlıqlara şükür edənlər təkcə mömin­lərdir ki, Allah onları doğru yola yönəltmişdir, onlar sağlam düşüncə sahibidirlər və haqq yolla düz gedirlər. Belə insanlar bilirlər ki, məxluqları  müsibətlərdən uzaqlaşdıran və fəlakətlər­dən xilas edən təkcə Allahdır və təkcə O, həm müsibət, həm də əmin-amanlıq zamanı ibadətə və səmimi xidmətə layiqdir.
Allahın yardımından məhrum edilmiş və öz zəif ağlı ilə tənha qalmış insanlara gəldikdə isə, onlar çətin anlarda ancaq mürəkkəb vəziyyətdən qurtulmaq və müsibətdən xilas olmaq haqqında düşünürlər. Onlar müsibətdən qurtaran kimi, öz nadanlıqları üzündən belə zənn edirlər ki, Allah onlara heç nə etməmişdir. Bu zaman onlar gələcəkdə hətta yer üzündə onları nəyin gözlədiyini düşünmürlər, halbuki burada, ölümdən sonra onları nəyin gözlədiyindən hələ danışılmır. Bax buna görə də daha sonra Allah buyurur:

                                                           ﭿ          ﮄﮅ                 

(17.68) “Doğrudanmı siz Onun qurunun bir hissəsini sizi udmağa məcbur edəcəyindən və ya üstünüzə daş-kəsəkli qasır­ğa göndərəcəyindən qorxmursunuz? Axı siz onda özünüzə və­kil tapmayacaqsınız!”
(17.69) “Və yaxud siz əminsiniz ki, O, üstünüzə fırtınalı külək göndərmək üçün sizi bir daha dənizə qaytarmayacaq və kafirliyinizə görə batırmayacaq? Axı belə olduqda heç kim sizdən ötrü Bizdən intiqam ala bilməyəcək!”

Allah bütün varlıq üzərində hökmrandır və əgər O istə­yərsə, sizə yerin altından da, göylərdən də cəza göndərə bilər. O, yerə əmr edərək sizi quruda batıra bilər və ya sizi qumlu qasırğaya düçar edər və onda siz məhv olarsınız. Elə düşünməyin ki, ölüm sizi ancaq okeanın ortasında gözləyir. Lakin siz belə düşünsəniz də, onsuz da əmin deyilsiniz ki, gələcəkdə bir daha dənizdə olmayacaqsınız. Əgər bu baş versə, onda Allah sizə fırtınalı külək göndərər ki, o da yolu üstündə olan hər şeyi məhv edər. Onda siz batırılacaqsınız və heç kim sizə havadar çıx­mayacaq, çünki Allah sizinlə zalımlıq etməyəcək.

                                               

(17.70) “Biz Adəmin oğullarını dəyərləndirilməsi müm­kün olmayan nemətlərlə şərəfləndirdik və onlara quruda və dənizdə hərəkət etməyə imkan verdik. Biz onlara nemət bəxş etdik və bir çox digər məxluqlara nisbətən aşkar üstünlüklər bağışladıq”.

Fövqəluca Adəmin oğullarını onlara göstərdiyi, qiymətlən­dirilməsi mümkün olmayan, mərhəməti ilə şərəfləndirdi və onlara hər cür nemətlər bəxş etdi. O, onları biliklər və ağılla zəngin­ləşdirdi, onlara öz elçilərini göndərdi, Kitablarını nazil etdi, onlardan bəzilərini gerçək mömin və saleh qullarından etdi, onlara bir çox açıq və gizli nemətlər bəxş etdi. O, onları quruda dəvələr, yabılar və müxtəlif minik vasitələri üstündə hərəkət etməyi öyrətdi. O, həmçinin onları dənizdə gəmilər və digər üzən vasitələrlə hərəkət etməyə alışdırdı. O, onları hər növ yeməklər, içkilər ev əşyaları ilə təmin etdi və onlar üçün zövcələr yaratdı. Əgər insanların xeyirli nemətlərə ehtiyacı yarandıqda, Allah onları mütləq insana əta edir və insanlara onları əziyyətsiz əldə etməyə kömək göstərir. Bunlarla yanaşı Allah Adəmin oğullarını digər məxluqların malik olmadığı xüsusiyyətlər və məziyyətlərlə şərəfləndirmişdir. Qoy insanlar onların başına Özünün bol-bol səxavətini Səpənə, onları bəlalardan qurtaran Xilaskara minnət­dar olduqlarını bildirsinlər! Qoy dünya nemətləri insanları bu nemət­ləri Bəxşedəndən uzaqlaşdırmasın! Axı əgər bu baş versə, onda bu dünyanın maddi nemətləri qullara öz Rəbbinə ibadət etməyə maneçilik törədərlər və ya hətta onları günahlar törət­məyə sövq edərlər.

         ﮥﮦ                        

(17.71) “Həmin Gün Biz bütün insanları onların başçıları ilə birlikdə bir yerə yığacağıq. O zaman kitabı sağ əlinə verilənlər, onu oxuyacaq və onlara hətta xurma çəyirdəyinin lifi qədər ədalətsizlik göstərilməyəcək”.

Fövqəluca, Qiyamət günü məxluqların onlara doğru yolla getməyi nəsihət edən başçıları ilə birlikdə çağırılıb bir yerə yığıla­caqları zaman hallarının necə olacağını bildirir. Onlar elçilər və onların işinin davamçıları olan xeyirxah möminlər olacaqlar. Hər bir icma bir yerdə toplanacaq və bu zaman onu doğru yola dəvət edən Allahın elçisi icmaya yaxınlaşacaqdır. Sonra insanların əməlləri Allahın elçisinin təbliğ etdiyi Kitabla tutuşdurulacaq və onda insanlar iki dəstəyə ayrılacaqlar.
Bəzilərinə can dəftəri sağ əlinə veriləcək, çünki onlar doğru yola çağıran başçılarının ardınca getmişdilər, onun Kitabına əsaslanmışdılar və çoxlu xeyirxah əməllər işləmiş və az günah əməllər etmişdilər. Bu mömin insanlar öz can dəftərlərini sevinc və heyranlıqla oxuyacaqlar, çünki onlarda yazılanlar onları vəcdə gətirəcək. Etdikləri yaxşılıqlar hətta xurma çəyirdəyinin lifi qədər belə azaldılmayacaq.

                              
(17.72) “Bu dünyada kor olan, Axirət həyatında da kor olacaq və yolundan daha çox azacaqdır”.

Yer üzündə yaşadıqları zaman haqqı qəbul etməyib, ona itaət göstərməyib, azğınlığa etiqadı üstün tutaraq ona kor kimi[15] yanaşan Axirətdə də kor olacaqdır. O, dünya həyatında düz yolu tapa bilmədiyi kimi, Cənnət bağlarına aparan yolu da tapa bilməyəcəkdir. O tamamilə azmış halda olacaqdır, çünki hər bir adam öz törətdiyi cinayətlərə uyğun gələn əvəz alacaqdır. Hər bir insana, onun dinə bəslədiyi kimi, münasibət bəslənəcəkdir.
Bu ayə, hər bir dini icmanın öz dininin qanunlarına və Kitabına riayət edib-etmədiyinə müvafiq cavab verəcəyinə dəlalət edir. İnsanlar, öyüd-nəsihətlərinə istinad edilməsi hökmü veril­mə­­miş peyğəmbərin şəriəti üzrə sorğuya cəlb edilməyəcəklər. Fövqəluca Allah insanları, haqq onların nəzərinə çatdırıldığı və onlar ondan boyun qaçırdıqları halda, cəzalandıracaqdır.
Bu ayədən həmçinin belə bir nəticə çıxır ki, saleh insanların  can dəftəri onların sağ əlinə veriləcəkdir ki, bu onlara böyük sevinc və hədsiz məmnunluq hissi bağışlayacaqdır. Canilərin və günahkarla­rın məsələsi tamamilə başqa cür olacaqdır, çünki hədsiz qəm-qüssə, böyük hüzn və məhv olma aqibəti onlara hətta can dəftərlərini oxumağa belə imkan verməyəcəkdir.

                     ﯨﯩ          

(17.73) “Onlar az qala səni, Bizim vəhy etdiyimizdən  döndərib, Bizə qarşı başqasını uydurman üçün fitnəyə salacaq­dılar. Bax, onda onlar səni dost seçəcəkdilər”. 

 Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) bəslədiyi Öz lütfkarlığı barədə xəbər verir. Allah, Onu (s.ə.s.) hər vasitələrlə doğru yoldan döndər­məyə cəhd göstərən düşmənlərdən qoruyurdu. Onlar istəyirdilər ki, Peyğəmbər (s.ə.s.) Allah haqqında Onun ayələrində nazil edilmə­miş şeyləri desin. Onlar ondan (s.ə.s.) öz alçaq arzularına uyğun gələn şeyləri eşitmək istəyirdilər. Onlar istəyirdilər ki, o (s.ə.s.) Allahın nazil etdiklərindən əl çəksin. Lakin onlar arzula­dıq­larına nail ola bilmədilər. Amma əgər Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların ondan tələb etdiklərini yerinə yetirsəydi, onlar onu (ona Allahın salavatı və salamı olsun!) yaxın və sevimli dost sayardılar. Onlar onu (s.ə.s.) öz qohumlarından da çox sevərdilər, çünki Allah ona (s.ə.s.) üstün əxlaq və onun yaxın qohumlarını və tanış olmayan insanları, dostlarını və düşmənlərini heyrətə salan gözəl keyfiyyətlər bəxş etmişdi. Bilmək lazımdır ki, müşriklər Peyğəmbərlə (s.ə.s.) düş­mənçiliyi və ona qarşı müqa­vimət göstərməyi, şəxsən onun özünə nifrət bəslədiklərinə görə deyil, onun (s.ə.s.) haqqı təbliğ etdiyinə görə edərdilər. Məhz buna görə də Fövqəluca buyurur: “Biz bilirik ki, onların danışıqları səni kədərləndirir. Onlar səni yalançı saymırlar – onlar Allahın ayələrini inkar edirlər” (Ənam, 6/33).

                                     ﯿ         

(17.74) “Biz sənə, onların tərəfinə meyl etməyə hazır olmağına bir az qalmış yardım göstərdik”.
(17.75) “Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi”.

Allah Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) o (s.ə.s.) artıq onlara güzəştə getməyə hazır olduqda, dəstəklədi və onu (s.ə.s.) müşriklərin nazı ilə oynamaqdan çəkindirdi, çünki o (s.ə.s.) bütün qüvvəsi ilə bu insanları islah etməyə və onları doğru yola gətirməyə can atırdı. Əgər o (s.ə.s.), onların istəklərinə güzəştə getsəydi, onda o özünü (s.ə.s.) həm bu, həm də Axirət dünyasında  ağır cəzaya məhkum edərdi. Allah onun (s.ə.s.) cəzasını artırardı, çünki O, Peyğəmbərini (s.ə.s.) ən mükəmməl tərzdə nemətlərlə şərəfləndirmiş və onu (s.ə.s.) ən kamil biliklərlə təmin etmişdi. O (s.ə.s.), güzəştə getsəydi, heç kim Peyğəmbərə (s.ə.s.) işgəncələrdən xilas olmağa kömək etməzdi. Amma bu baş vermədi, çünki Fövqəluca Allah onu (s.ə.s.) şərdən və ona aparan bütün yollardan mühafizə etdi. O, ona (s.ə.s.) yar­dım göstərib düz yola yönəltdi və bunun sayəsində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müşriklərin istəklərinə güzəştə getmədi. Bu o deməkdir ki, Peyğəmbər (s.ə.s.) ən kamil lütfkarlığa və ən gözəl töhfəyə görə Allah qarşısında borclu idi.

               ﭗﭘ                              ﭦﭧ          

(17.76) “Onlar səni o torpaqdan az qalmışdılar ki, sıxışdırıb çıxarsınlar. Əgər bunu etsəydilər, özləri də orada çox qalmaz­dılar”.
(17.77) “Sənə qədər, Bizim göndərdiyimiz elçiləri­mizlə də eynilə davranmışdılar. Sən Bizim göstərişlərimizdə dəyişiklik tapmazsan”.

Ey Muhəmməd! Sən müşriklərin arasında belə yüksək məqam sahibi olanda, bu onların xoşuna gəlməmişdi və buna görə səni doğma torpaqdan qovmağa hazır idilər. Əgər onlar bunu etsəydilər, onlar özləri də o torpaqda çox qala bilməyəcək­dilər, çünki onları çox tezliklə sərt qisas çulğalayacaqdı. Bu, Allahın bütün ümmətlər barəsində öncədən təyin olunmuş, heç vaxt dəyişməyən və ya təhrif edilə bilməyən qanunudur. Elçini qəbul etməyən və onu doğma torpağından qovan hər hansı ümmət hələ bu dünyada yaşadığı dövrdə cəzaya məruz qoyulur.
Elə buna görə kafirlər Peyğəmbərə (s.ə.s.) pislik etmək və onu (s.ə.s.) Məkkəni tərk etməyə məcbur etmək niyyətinə gələn kimi, Bədr yaxınlığında döyüş baş verdi ki, onun gedişində qureyş igidlərinin çoxu məhv oldu və beləliklə, qureyş müşrik­lərinin toxunulmazlıq dövrü qurtarmış oldu. Buna görə həmd təkcə Allaha məxsusdur!
Bu ayələr Allahın qullarının öz Rəbbinin yardımına necə möhtac olduqlarını təsdiq edir.  Mömin yorulmadan Allaha dua etməlidir ki, onu haqq din ağuşunda saxlasın və bütün qüvvəsi ilə buna can atmalıdır, çünki hətta Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!), bütün qulların ən kamili, Allahın yardımı olmasaydı, müşriklərə güzəşt etməyə meyil göstə­rərdi. Onda bəs qalan məxluqlar haqqında nə demək olar?!
Bu ayələrdə Fövqəluca Peyğəmbərə (s.ə.s.) xatırladır ki, O, onu (s.ə.s.) ən böyük mərhəməti ilə şərəfləndirmiş və hər cür şərdən təhlükəsizliyini təmin etmişdir. Bu isə o deməkdir ki, O istəyir ki, O, qullarını şərdən xilas edəndə və onları haqq dinin ağuşunda bərqərar edəndə onlar Onun mərhəmətini həmişəlik yadda saxlamalıdırlar.
Bu ayələrdən həm də aydın olur ki, əgər Allah insanı çoxsaylı digər məxluqlarından üstün tutursa və ona hədsiz nemətlər bəxş edirsə, onda onun günahları və cinayətləri də daha ağır olur. Allaha itaət etməyərək, belə insan sərt qınağa layiq görülür, çünki Fövqəluca Öz Elçisinə (s.ə.s.) belə buyurmuşdur: “Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi” (İsra, 17/75).
Bu ayələrdən belə çıxır ki, Allah kafir ümməti məhv etməyə hazırlaşırsa, onda O, ona dəhşətli cinayətlər törətməyə imkan verir. Xalqın günahları artdıqda və bir yerə yığıldıqda, Allahın vədi gerçəkləşir və sarsıdıcı cəza onları çulğayır. Allah Onun elçilərini qovan bütün xalqlarla belə rəftar etmişdir.

                   ﭵﭶ                    

(17.78) “Namaz qıl günortadan gecə qaranlığı çökənə kimi və sübh çağı oxu Quranı! Həqiqətən, sübh çağı oxunan Quranın şahidləri var”.

Fövqəluca Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr etmişdir ki, namazı onun üçün təyin olunmuş vaxtda elə qılsın ki, Ona həm vücudu ilə, həm də qəlbən ibadət etmiş olsun. Günortadan sonra, günəş qürub etməyə başladıqdan batana qədər, müsəlman əvvəlcə zöhr, sonra isə əsr namazını qılmalıdır. Qaranlıq çökdükdə isə müsəlman öncə məğrib, sonra da işa namazını qılmalıdır. Sübh çağı fəcr namazı qılınmalıdır ki, Allah onu Quran oxunması adlandırmışdır, çünki bu namaz qılınan zaman, başqa namazlardakına nisbətən, daha çox Quran ayələri oxunmalıdır. Sübh çağı Quran oxunması həm də onunla fərqlənir ki, Allahdan başqa, onu, həm gün ərzində insanların əməllərini yazan mələklər, həm də gecə vaxtı insanların əməllərini yazan mələklər dinləyirlər.
Bu ayədə beş vaxtda qılınmalı olan vacib namazlar xatır­lanır. Söhbət məhz vacib namazlardan gedir, çünki şərh etdiyimiz ayə məhz bu namazların qılınması hökmündən ibarətdir. Bu ayədən görünür ki, namaz vaxtının çatması bu ibadət ayininin yerinə yetirilməsinin mütləq şərtidir. Məhz namaz vaxtının başlaması amili insanın onu qılmasını vacibləşdirir, çünki Allah namazı onun üçün ayrılmış vaxtda qılmağı əmr etmişdir.
Ayədən həmçinin aydın olur ki, üzrlü səbəb olduqda, zöhr namazını əsr namazı ilə, məğrib namazını isə işa namazı ilə birləşdirmək olar, çünki Allah bu namazların vaxtlarını birləş­dirmişdir. Bu ayə həm də gedişatı ərzində daha çox Quran  oxunması lazım gələn sübh namazının üstünlüyünü təsdiq edir. Ayədən həmçinin aydın olur ki, Quran oxunması namazın vacib hissəsidir, çünki əgər ibadət ayininin bir hissəsi bütöv ayini adlandırmaq üçün istifadə edilirsə, onda bu hissə həmin ayinin vacib tərkib hissəsinə çevrilir.

    ﭿ                     

(17.79) “Gecənin bir qismində oyanaraq təhəccüd namaz­ları qıldığın zaman Quran oxu! Ola bilsin ki, Rəbbin səni həmdəlayiq bir məqama ucaltsın”.
Sən nafilə gecə namazları qılaraq böyük yüksəkliklərə qədər yüksələrsən ki, digər insanlar oraya qalxa bilməzlər, çünki bu namazlar sənin törətdiyin günahlarının bağışlanmasına səbəb olarlar. Başqa bir şərhə görə isə bu ayənin mənası ondan ibarətdir ki, beş dəfə qılınan gündəlik namazlar Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) üçün vacib namazlar idi və bütün möminlər üçün də beləydi. Amma nafilə gecə namazı təkcə Peyğəmbər (s.ə.s.) üçün vacib edilmişdi. Allah tək ona (s.ə.s.) başqalarına nisbətən daha çox vəzifələr həvalə etməklə onu (s.ə.s.) şərəfləndirmişdi. Bunun sayəsində o (s.ə.s.) çoxsaylı yaxşılıqlar etmiş və həmdəlayiq bir məqama yetişmək haqqına layiq görülmüşdü. Bu – şərəfli bir mövqedir və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) orada bütün məxluqların, ilkindən ta sonuncusuna qədər, tərifinə layiq olacaqdır. Orada peyğəmbərlər – Adəm, Nuh, İbrahim, Musa və İsa Allah qarşısında bəşəriyyət üçün şəfaət verməkdən çəkindikdən sonra, ona (s.ə.s.) məxluqlar şəfaətçi olmaq imkanı veriləcəkdir. Bu baş verdikdə, insanlar Adəmin bütün nəsllərinin Ağası olandan xahiş edəcəklər ki, o (s.ə.s.) onların şəfahətçisi olsun ki, Allah da onlara rəhm etsin, onları Qiyamət günü Məhşər ayağında keçirdikləri qorxu və qəm-qüssədən xilas etsin. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də dua ilə Allaha müraciət edəcək və O, ona (s.ə.s.) bəşəriyyət üçün şəfaətçi olmağa icazə verəcəkdir. Bunun üçün Rəbb onu (s.ə.s.) Həmdəlayiq yerə gətirəcək və bu zaman Kainatın bütün məxluqları onun (s.ə.s.) mövqeyinə qibtə etməyə başlayacaqlar, o (s.ə.s.) isə bütün məxluqlara ən böyük bir xidmət göstərəcəkdir. 

                               
(17.80) “De: “Ey Rəbbim! Qoy girəcəyim də doğru olsun, çıxacağım da doğru olsun! Dərgahından mənə yardımçı bir qüvvə nəsib et!”

Ey Rəbbim! Hara getsəm də, haradan çıxsam da, qoy mənim bütün təşəbbüslərim Sənə sədaqətlə bağlı olsun. Qoy mənim bütün əməllərim Allaha xoş gəlsin! Buna görə mənə icazə ver onları ancaq Sənin xatirinə səmimiyyətlə, Sənin hökmlərinə qəti uyğun olaraq yerinə yetirim. Ey Rəbbim! Mənə aydın sübutlar və təkzibolunmaz dəlillər tapmağı öyrət ki, onlar niyə mənim bəzi işləri görüb, o birilərini rədd etməyimin lehinə şəhadət versinlər.
Bu – Allahın qulunun qalxa biləcəyi ən yüksək pillədir. Belə şərəf ancaq insanı Rəbbinə yaxınlaşdıran müstəsna saleh əməllər işlədən adamlara nəsib olur. Belə insan özünün istənilən hərəkətini əsaslandıra bilir. Bunun üçün insan faydalı biliklərə sahib olmalı, xeyirli əməllər yerinə yetirməli, dini hökmlər və müqəddəs mətnlərdən əxz edilmiş dəlillər haqqında biliklərə malik olmalıdır.

  ﮙﮚﮛﮜﮝﮞ ﮟﮠﮡ ﮢﮣ

(17.81) “De: “Haqq gəldi və yalan yox oldu. Həqiqətən də, yalan yoxluğa məhkumdur!”

Haqq[16] – Allahın Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi vəhylərdir ki, ona (s.ə.s.) onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması müm­kün olmayan Haqq ona (s.ə.s.) bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvət­lə­nərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir. Elə buna görə də, öz Rəbbinin açıq-aydın ayə­lərini insan­ların yalnız yaddan çıxardığı ölkələrdə yanlış nəzər nöqtələri yayılır.

                ﮫﮬ             
(17.82) “Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik, zalımların isə o, yalnız zərərini artırır”.

Quran şəfa və mərhəmət mənbəyidir, lakin heç də hər kimə o mənbəyə çatmaq nəsib olmur. Bu, Qurana iman gətirən, onun ayələrinin gerçəkliyini qəbul edən və əməldə onları rəhbər tutan möminlərə qismət olur. Bu Kitaba iman gətirməkdən və ya onun hökmlərini yerinə yetirməkdən boyun qaçıran fasiqlərə isə Quran ayələri zərərdən başqa bir şey vermir, çünki ayələr onları öz bilməməzlikləri sayəsində bəraət qazanacaqları imkandan məh­rum edir.
Quran ayələrinin gətirdiyi şəfa ürəklərin şübhələrdən, nadanlıqdan, pozğun baxışlardan, zərərli uydurmalardan və pis niyyətlərdən xilas olmasını nəzərdə tutur. Quran elə biliklərə malikdir ki, onlara şübhə etmək mümkün deyil, onlar istənilən şübhəni və çaşqınlığı aradan qaldırır. Quran həmçinin Allahın əmrlərinə zidd olan alçaq istək və ehtiraslardan xilas olmağa kömək edən  öyüd-nəsihətlərdən ibarətdir. Bununla yanaşı Quran ayələri insan bədənini ağrılardan və xəstəliklərdən müalicə etməyə qadirdir.
Quran ayələrinin gətirdiyi mərhəmət isə Quranın dəvət etdiyi xeyirxah əməlləri yerinə yetirməkdən ibarətdir. Əgər Allahın qulu bu hökmləri yerinə yetirirsə, onda o, mərhəməti, əbədi səadəti və mükafatı həm bu dünyada, həm də ölümdən sonra əldə etməyə  nail olur.

               ﯚﯛ                     

(17.83) “Biz insana mərhəmətimizi əta edəndə, o, təkəb­bürlə üz döndərərək çevrilib gedir. Ona müsibət toxunanda isə, o, ümidsizliyə qapılır”. 

İnsanın əsl təbiəti belədir. Bu keyfiyyətlər, Allahın doğru yola yönəltdiklərindən başqa, bütün insanlara xas olan məziy­yət­lərdir. Əgər Allah insana dünyəvi nemətlər bəxş edirsə, bu onu şadyanalıq etməyə və sevinməyə məcbur edir. O öz Rəbbindən üz çevirir və Ondan uzaqlaşmağa başlayır. O, Allaha şükür etməkdən boyun qaçırır və hətta Onu xatırlamaq da istəmir. Amma o bir az xəstələnən kimi və ya çətin vəziyyətə düşdükdə bunun yaxşılıqla qurtaracağından əlini üzür, Rəbbinin köməyinə ümidini itirir və elə güman edir ki, onun müsibətləri daima davam edəcəkdir. Lakin Allah qulunu doğru yola yönəltdikdə, onda belə adam sevinc içində Rəbbinə itaətkarlıq göstərir və nazil etdiyi nemətlər üçün Ona həmd edir, müsibət anında isə Onun qarşısında mütilik nümayiş etdirir və ümid bəsləyir ki, yaxın vaxtlarda Allah ona əmin-amanlıq verəcək və onu ona nəsib olmuş bədbəxtçiliklərdən xilas edəcəkdir. Məhz belə davranış möminə istənilən çətinlikləri asanlıqla adlamağa kömək göstərir.

                        

(17.84) “De: “Hər kəs öz yolunu seçir, Rəbbiniz isə kimin daha düz yolda olduğunu ən yaxşı Biləndir”.

Hər kəs öz vəziyyətinə müvafiq əməllər həyata keçirir. Əgər o, pak mömindirsə, onda onu aləmlərin Rəbbi xatirinə ye­rinə yetirdiyi əməllər rövnəqləndirir. Əgər o, Allahın köməyin­dən məhrum edilmiş digər insanlara aiddirsə, onda öz əməllərini məxluqlara həsr edir və o, ancaq öz mənfəətini güdən məqsədlərə nail olmağa can atır. Allah çox gözəl bilir ki, kim doğru yolla getməyə layiqdir və Allah belə insanları haqq yola yönəldir. Əgər insan doğru yolla getməyə layiq deyilsə, onda Allah onu köməksiz qoyur və haqq yola yönəltmir.

      ﯰﯱ                        

(17.85) “Onlar səndən ruh haqqında soruşacaqlar. De: “Ruh Rəbbimin hökmünə tabedir, sizə isə bu barədə az bir şeyi bilmək verilmişdir”.

Bu ayədən məlum olur ki, əgər insan sual verdiyi şəxsə irad tutmaq və ya onun bilməməzliyini ifşa etmək niyyətin­dədirsə, onda yaxşı olardı ki, belə suallarından vaz keçəydi. Mühüm məsələləri bir kənara qoyaraq, insanlardan barəsində biliyin gizli saxlan­dığı ruh haqqında soruşmaq olmaz. Bir nəfər belə ruhu və ya onun mahiyyətini təsvir etməyə qadir deyil. Buna belə bir zəruriyyət də yoxdur, çünki adamların çoxusu bütün məxluqların ehtiyac duyduqları biliklərdən məhrumdurlar.
Elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, kim ondan (s.ə.s.) ruh haqqında soruşsa, desin ki, ruh Allahın iradəsi ilə yaradılmış çoxsaylı məxluqlardan biridir. Ruhun incəlikləri barədə bilmək insanlara böyük bir fayda verməz, çünki insanlar daha vacib digər şeylər haqqında heç nə bilmirlər. Bütün deyilənlərdən belə çıxır ki, əgər insan ona verilən suala cavab verməməyi məqsədəuyğun sayırsa, onda o, necə lazım bilirsə, elə də davranmalı və sual verənə daha çox ehtiyacı olan və daha çox fayda verən məsələlərlə maraqlan­mağı məsləhət görməlidir.

    ﯿ                            ﭑ ﭒﭓﭔﭕ ﭖ  ﭗﭘ ﭙ ﭚ ﭛ

(17.86) “Əgər Biz istəsəydik səni sənə vəhylə verdiyimiz­dən məhrum edərdik və sonra heç kim Bizə qarşı sənə vəkillik edə bilməzdi”,
(17.87) “əgər Rəbbinin lütfkarlığı olmasaydı. Həqiqətən, Onun sənə bəslədiyi mərhəməti böyükdür!”

Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) nazil edilmiş Quran və vəhy Rəbbin ona (s.ə.s.) və bütün bəşəriyyətə göstərdiyi mərhəmətidir. Bu, Allahın Öz Elçisinə (s.ə.s.) əta etdiyi ən  böyük lütfkarlıqdır. O, o dərəcədə əzəmətlidir ki, onu sadəcə dəyərləndirmək mümkün deyildir.
Ey Muhəmməd! Səni bu mərhəməti ilə Şərəfləndirən, səni ondan mərhum etməyə də qadirdir. Bu baş vermiş olarsa, heç kim sənə mövqeyini geri qaytara və sənə vəkil ola bilməz! Buna görə, Allahın mərhəmətinə sevin, sənə nazil edilmiş nemətlərdən istədiyin qədər istifadə et, kafirlərin səni yalançı adlandırma­sından və yolunu azmışların səni məsxərəyə qoymasından kədərlənmə. Onlara da ən böyük mərhəmətdən ləzzət almaq imkanı verilmişdi, lakin onlar onu rədd etdilər. Bu ona görə baş verdi ki, onlar öz Rəbbinə laqeyd yanaşmış və Onun yardı­mın­dan məhrum olmuşdular.

                                            

(17.88) “De: “Əgər insanlar və cinlər birləşib bu Qurana bənzər bir şey uydurmaq istəsəydilər, onlar bir-birilərinə kö­mək göstərsələr də, buna nail ola bilməzdilər”.[17]

Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün təbliğ etdiklərinin hamısının doğruluğunun lehinə inandı­rıcı bir dəlil və inkaredilməz sübutdur. Allah insanlara və cinlərə meydan oxuyaraq, onlara Müqəddəs Qurana bənzər bir şey yaz­malarını təklif edir. Sonra isə Allah bəyan edir ki, onlar heç vaxt Qurana bənzər bir şey yazmağa nail ola bilməzlər, hətta əmək­daşlıq edib bir-birilərinə kömək göstərsələr də belə.
Hər şey doğrudan da Allahın öncədən buyurduğu kimi baş verir. Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edən kafirlər hər vasitə ilə olur olsun Peyğəmbər Təlimini yalançılıqda ifşa etməyə cəhd göstərirlər. Onlar dilləri yüksək səviyyədə bilirlər və bəlağətli danışıq qabiliyyətinə malik­dirlər. Əgər onlar heç olmazsa Quran kimi bir kitabı yazmaq imkanına azca da qabil olsaydılar, onlar bunu  mütləq edərdilər. Deməli, kafirlər artıq öz gücsüzlüklərinə itaət etmək məcburiyyə­tində idilər. Onlardan bəziləri öz xoşu ilə bunu etiraf etmiş, digərləri isə buna məcbur olmuşdular.
Onlar haqqa qarşı duruş gətirə bilmədilər. Axı başqa cür də ola bilməzdi, onlar, sadəcə olaraq, torpaqdan yaradılmış və hər hansı kamil keyfiyyətlərdən məhrum olan məxluqlardılar. Onlar biliyə, gücə, arzuya, iradəyə, nitq qabiliyyətinə və ya kamilliyə təkcə Allahın bunları istədiyi hallarda malik olurlar. Məgər onlar qeybə aid hər şeyi bilən, mütləq kamilliyə malik və hər növ tərifə layiq olan, sonsuz əzəmətə və ecazkar nitq sahibi olanın – səmaların və yerin Rəbbinin nitqinə qarşı duruş gətirə bilərdi­lərmi? Məgər yerin bütün ağaclarından hazırlanmış qələmlərlə və yeddi okean mürəkkəbinin köməyi ilə yazıldığı halda belə sözləri bitib tükənməyən Rəblə rəqabət apara bilərdi­lərmi? Doğrudan da, əgər bu baş verərsə, onda Böyük Allahın sözləri qurtarma­mışdan mürəkkəb okeanları quruyar, qələmlər isə yazmaqla aşılanıb yeyilər.
Məxluqların keyfiyyətləri Onun ilahi sifətlərinə bənzəmir və onların nitqi də Onun ilahi nitqinə oxşaya bilməz. Heç  kim  Fövqəlxeyirxah və Fövqəluca Allahın zatı, adları, sifətləri və ya əməlləri ilə müqayisə oluna bilməz! Vay o şəxslərin halına ki, onlar Xaliqin sözləri ilə məxluqların nitqi arasında fərqi görmür! Vay o adamın halına ki, o, Müqəddəs Quranı Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yazdığını və onu Allaha aid etdiyini güman edir!

                                      

(17.89) “Biz bu Quranda insanlara hər cür misallar çəkdik, lakin insanların əksəriyyəti kafirlikdən başqa hər şeyi rədd edir”.

Quran ayələri, Allahın qullarına dəfələrlə xatırlatdığı və onların bilməyə kəskin ehtiyac duyduqları müxtə­lif moizələr və hikmətli sözlərdən ibarətdir. Bu ona görə edilmişdi ki, insanlar haqqı tez-tez yada salsınlar və öz Rəbbindən qorxsunlar. Lakin Quran nəsihətlərinə qulaq asanlar çox azdır. Onu dinləyənlər Allahın onlara xoşbəxt sonluq təyin etdiyi və doğru yola gəlməyə yardım göstərdiyi şəxslərdir. Əksər insanlara gəldikdə isə, onlar kafirlikdən başqa hər şeydən boyun qaçırırlar. Onlar Allahın bəxş etdiyi ən böyük mərhəmətini etiraf etməkdən imtina edir, ən tərs inadkarlıq göstərir və Allahdan onlara – bu zalım və cahil insanlara, ürəklərindən keçən yeni möcüzələr göstər­məsini tələb edirlər.

  ﭿ                                              ﮕ ﮖ                                                                           ﯕﯖ                      

(17.90) “Onlar deyirlər: “Əgər yerdən bizim üçün bir bu­laq fışqırtmayınca, sənə iman gətirməyəcəyik”
(17.91) “və ya sənin xurmalığın, üzümlüyün olmayınca və aralarından çaylar axıtdırmayınca”
(17.92) “və ya iddia etdiyin kimi, göyü parçalayıb başı­mıza qaxmayınca, ya da sən Allah və mələklərlə birlikdə gəlib qarşımızda dayanmayınca”
(17.93) “və yaxud da daş-qaşdan imarətin olmayınca, ya da sən göyə qalxmayınca, hətta biz sənin göyə qalxmağına da, sən oradan bizim oxuyacağımız Kitabla enəcəyinədək, inanma­ya­­cağıq”. De: “Rəbbim pakdır! Mən isə adi bir insan və elçiyəm”.


Məkkə müşrikləri zəruri dəlillər və möcüzələrdən ibarət olan Müqəddəs Quranla onların yanına göndərilmiş Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!): “Biz sənin dinini o vaxt qəbul edəcəyik ki, sən bizə yerdən bir çeşmə fışqır­da­san ki, o şırıldayan çaya çevrilsin. Bir də, sənin xurma ağacları və üzüm təngləri olan bağın olmalıdır ki, heç nəyə ehtiyacın olmasın və bazarda alverlə məşğul olmayasan. Həm də sən gö­yün bir parçasını qoparıb, üstümüzə ataraq göstərməlisən ki, bizə vəd etdiyin cəzanın necə olacağını görək. Sən həmçinin bizə Allahı və mələkləri göstərməlisən ki, onlar sənin təliminin doğru olduğunu təsdiq etsinlər. Sənin həm də qızıldan və başqa daş-qaşlardan tikilmiş dəbdəbəli bir sarayın olmalıdır. Sən həmçinin göyə necə ucalacağını göstərməlisən. Lakin bizim tələbimizi yerinə yetirsən də, biz, sən oradan bizim oxunmasına razı olacağımız bir Kitab gətirməsən, göyə qalxa bildiyinə də inanma­yacağıq” – demişdilər.
Axmaq və zalım kafirlər bu sözləri ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gücsüz oldu­ğunu ifşa etməyə cəhd göstərirdilər. Bu sözlərdən anlamaq olar ki, onlar haqqı inkar edir və Allaha ehtiram göstərmək istəmir­dilər. Buna görə Allah, insanlara Allahın möcüzələrini göstərməli olan Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edirdi ki, desin: “Allah Pakdır! Onun, sizin uydurduğunuz iftiralarla heç bir əlaqəsi yoxdur! O, sizin pozğun istəyinizə və azğın baxışlarınıza uyğun möcüzələr nazil etməkdən sonsuzluğa qədər uzaqdır! Mən isə, heç bir hökmdarlıq səlahiyyəti verilmə­yən, sadəcə, adi bir insan və elçiyəm”.

                                 ﯯ ﯰﯱﯲ ﯳ               

(17.94) “İnsanlara haqq yolu göstərən rəhbərlik gəldikdən sonra iman gətirmələrinə mane olan: “Doğrudanmı Allah insanı elçi göndərmişdir?” –  demələri oldu”.
(17.95) “De: “Əgər mələklər yer üzündə rahatlıqla gəzə bilsəydilər, onda Biz onlara bir mələk elçi göndərərdik”.

İnsanların əksəriyyəti Allahın elçilərinin insanlardan olma­sına görə onlara iman gətirməyi rədd edirlər. Lakin elçilərin insanlar arasından seçilməsi, Allahın qullarına olan mərhəmətini sübut edir, çünki insanlar mələklərdən bilik öyrənmək qabiliy­yətinə malik deyillər. Əgər yer üzündə yaşayanlar mələk olsay­dılar, onda onlar özlərinin eyni olanları görə bilər və onlardan bilik əldə edə bilərdilər və Allah da onlara elçi olaraq mələk göndərərdi.

  ﯿ           ﰄﰅ           

(17.96) “De: “Mənimlə sizin aranızda Allahın şahid olma­sı yetər! Həqiqətən, O, qullarını tanıyır və görür”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) göstərdiyi əzəmətli xariqə və möcüzələri Allahın iradəsi ilə edirdi, ona (s.ə.s.) nazil edilən vəhylər və Allahın iradəsi ilə düşmənləri üzərində çaldığı qələbələr Allahın onun (s.ə.s.) lehinə olan dəlilləridir. Əgər o (s.ə.s.) öz Rəbbinə, azca da olsa, yalan aid etsəydi, onda Hər Şeyi Bilən və Görən Allah onun (s.ə.s.) sağ əlin­dən tutub şah damarını qırardı. Həqiqətən, qullarının gizli əməl­lərinin heç biri Ondan gizlədilə bilməz.

           ﭕﭖ                 ﭞﭟ                ﭧﭨ    ﭪﭫ                                                     ﭿ

(17.97) “Allahın düz yolla apardığı şəxs düz yolla da gedir. Amma Allah kimi azdırırsa, sən onlara Allahdan başqa Hami tapa bilməzsən. Qiyamət günü Biz onları üzüqoylu uzan­mış, kor, lal və kar olduqları vəziyyətdə toplayacağıq. Onların sığınacağı Cəhənnəm olacaqdır. O sakitləşən kimi Biz onun alovunu artıracağıq”.
(17.98) “Bu, onların Bizim ayələrimizə iman gətirməmək­lə­rinin və “Doğrudanmı biz sür-sümük olub torpa­ğa qarışdıq­dan sonra yeni məxluq kimi dirildiləcəyik?” demələrinin əvə­zidir”.

Fövqəluca Allah bildirir ki, təkcə O, insanları düz yola yönəltməyə və ya azğınlığa salmağa qadirdir. Əgər O, insanı düzgün yolla aparmaq istəyirsə, onda həmin adamın xeyirxah təşəbbüslər etməsini asanlaşdırır və onu ona ağır yük ola biləcək hər şeydən uzaqlaşdırır. Belə insan doğrudan da doğru yola gəlir. Amma Allah kimi isə hər hansı bir azğınlığa düçar etmək istəyirsə, onda onu Öz köməyindən məhrum edir və taleyi ilə başlı-başına buraxır. Allahdan başqa heç kim belə bir insanı doğru yola gətirə bilməz və O, üzüqoylu uzanmış, alçaldılmış, kor və lal kafirləri toplayan zaman heç kim onu amansız cəzadan müdafiə edə bilməz. Onlar nə görə, nə də danışa biləcəklər, onların daimi məskəni isə Cəhənnəm olacaqdır ki, orada bütün qəm-qüssə, çətinliklər və məşəqqətlər bir yerə cəmləşdirilmişdir. Cəhənnəmin odu sönməyə başlayanda, Allah onu yenidən alovlandırmağı əmr edəcək ki, əzaba düçar edilmişlərin əzabı, bir anlığa da belə olsa, azalmasın. Onlar orada öldürülməyəcəklər, çünki onlar bir daha heç vaxt ölümü dadmayacaqlar. Fövqəluca onlarla zalımcasına davranmır. Əksinə, onlar Onun ayələrinə iman gətirməkdən boyun qaçırdıqlarına, Onun elçiləri və Səmavi Kitabların xəbərdarlıq  etdiyi dirilməni inkar etdiklərinə görə ədalətli əvəz alacaqlar. Onlar elə hesab edirdilər ki, Rəbb ölənləri diriltməyə qadir deyil və Onun hüdudsuz qüdrətinə inanmır­dılar. Onlar belə düşünürdülər ki, meyitlər torpağa qarışdıqdan sonra onların dirildilməsi ağlasığmazdır. Onların yararsız ağılla­rına görə bu inanılmaz bir şeydir.

                                                              

(17.99) “Məgər onlar görmürlər ki, göyləri və yeri yaratmış Allah onlar kimiləri də xəlq edə bilər? O, onlar üçün, şübhə doğurmayan bir əcəl təyin etmişdir, lakin zalımlar küfrdən başqa hər şeyi inkar edirlər”.  

Göyləri və yeri yaratmaq insanı yaratmaqdan daha ağır əməldir. Məgər göyləri və yeri yaradan Allah insan kimi bir məxluq yaratmağa qadir olmazmı? Həqiqətən, O, buna qadirdir! O, insanlar üçün şübhə doğurmayan əcəl təyin etmişdir.  Əgər bu təyinat olmasaydı, O, günahkarları onlara dirilmənin doğruluğu barədə təkzibolunmaz dəlillər gətirildikdən sonra, dərhal cəzalandırardı. Bu dəlillərə baxmayaraq, günahkarlar zalımlıq etməkdə və yalan uydurmaqda davam edirlər.

                         ﮣﮤ       

(17.100) “De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib olsay­dınız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”.

Ey insanlar! Əgər siz Allahın tükənməz mərhəmət xəzinə­lərinin sahibi olsaydınız da, var-dövlətinizin tükənəcəyindən ehtiyat edərək, başqalarına səxavətlə hədiyyə verməyə xəsislik edərdiniz. Allahın var-dövlətinin tükənməzliyinə baxmayaraq, siz bundan ehtiyat edərdiniz. Bu, insan nəfsinə xəsisliyin xas olması ilə izah edilir[18].

              ﮮﮯ                           

(17.101) “Biz Musaya doqquz açıq-aşkar möcüzə bəxş etdik. İsrail oğullarından soruş, gör Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi: “Ey Musa! Həqiqətən, mən belə hesab edirəm ki, sən sehrlənmişsən”.

Ey Allahın çoxsaylı ayələri ilə yardım etdiyi Elçi! Sən Allahın elçilərinin insanlar tərəfindən yalançı adlandırılan ilki deyilsən. Sənə qədər onlara Allahın Özü ilə danışan İmran oğlu Musa (ə) göndərilmişdi. O (ə), Fironun və onun camaatının yanına doqquz açıq-aşkar möcüzələrlə gəlmişdi və onlardan hər biri bəs edərdi ki, haqqı axtaran doğru yola gəlsin. Bu möcüzələr: ilan, əsa, su basqını, çəyirtkə, bitlər, qurbağalar, qan, əl və dənizin aralanmasın­dan ibarət idi. Əgər sən buna şübhə etmiş olsan, onda İsrail oğullarından soruş. Onlar təsdiq edərlər ki, Firon bu möcü­zələrə baxmayaraq, pak peyğəmbəri (ə) sehrlənmiş adlandırdı.

                      ﯨﯩ ﯪ      ﯬﯭ


(17.102) “Musa dedi: “Sən artıq bilirsən ki, bir başqası deyil, ancaq göylərin və yerin Rəbbi onları əyani möcüzələr kimi nazil etmişdir. Ey Firon!  Mən belə güman edirəm ki, sən məhvə düçar ediləcəksən”.

Ey Firon! Göylərin və yerin Rəbbi möcüzələr göndərmişdir ki, Onun qullarının gözləri açılsın. Sən düşündüyünü danışmır­san. Bu üsulla sən Misir xalqını öz tərəfinə çəkməyə cəhd edirsən. Doğrudan da, sən onları axmaq insanlar sayırsan. Mən isə səni məhvə məhkum edilmiş hesab edirəm. Allahın sənə qəzəbi tutacaq və sən cəzalandırılacaqsan. Sənin nəsibin alçaldılma və lənətlənmə olacaqdır.

                                            ﯿ               

(17.103) “Firon onları yerlərindən sıxışdırıb çıxartmaq istədi, lakin Biz onu və onunla olanların hamısını suya qərq etdik”.
(17.104) “Bundan sonra Biz İsrail oğullarına dedik: “Yaşa­yın bu torpaqda. Son vəd icra olunduğu zaman, Biz sizin hamı­nızı bir yerdə toplayacağıq”.

Firon Musanı (ə) və onun soydaşlarını Misir torpağından rüsvayçılıqla qovmaq qərarına gəlmişdi. Lakin Allah onu öz qoşunları ilə birlikdə dənizdə batırdı və onların malikanələri və evləri İsrail oğullarının irsinə çevrildi. Onlara bu ölkədə yaşamaq və insanların bir yerə toplanılacağı və hər kəsin törətdiklərinin əvəzini alacağı günə[19] hazırlaşmaq əmr olundu.

         ﭔﭕ           

(17.105) “Biz onu Haqq ilə nazil etdik və o, Haqdan enmiş­dir və səni də Biz müjdə vermək və xəbərdarlıq edən nəsihətçi kimi göndərmişik”.

Allah Müqəddəs Quranı həqiqətlə nazil etmişdir ki, insanlar Onun hökmləri və qadağanları, mükafatları və cəzalan­dıracağı barədə bilikləri öyrənsinlər. Quran insanlara daş-qalaq edilmiş hər hansı şeytandan mühafizə olunan[20] həqiqətlə və ədalətlə göndə­rilmişdir. Onu gətirən Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) olmuşdur. O (s.ə.s.), Allaha itaət edən insanları həm bu dünyada, həm də öldükdən sonra mükafatlan­dırılacaqları haqqında xoş xəbərlə sevindirmiş və Ona itaətsizlik göstərənləri isə həm bu dünyada, həm də Axirətdə  cəzalan­dırılacaqları barədə xəbərdar etmişdir. Bu o deməkdir ki, o (s.ə.s.), Allahın mükafatının necə olduğunu və Onun cəzasının necə olacağını təsvir etmişdir.

                        

(17.106) “Biz Quranı hissələrə ayırmışıq ki, sən onu insan­lara tələsmədən oxuyasan. Biz onu hissə-hissə nazil et­mişik”.
Quran ayələri doğru yolla azğınlıq, həqiqətlə yalan arasın­dakı fərqi nümayiş etdirir. Allah onları nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) tələsmədən onları insanlara oxusun və onlar da ayələr üzərində düşünsünlər, onların mahiyyətini dərk etsinlər və özləri üçün faydalı olan bilikləri aydınlaşdıra bilsinlər. Vəhylər Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) hissə-hissə iyirmi üç il ərzində nazil edilmişdir. Fövqəluca bununla əlaqədar buyurur: “Kafirlər dedilər: “Niyə Quran ona bütövlükdə bir dəfəliyə nazil edilməmişdir?” Biz bunu belə etmişik ki, onlarla sənin ürə­yini möhkəmlədək və onu ən gözəl tərzdə sənə izah etmişik.  Onlar sənə istənilən məsəli çəkdikdə, Biz sənə həqiqəti və ən yaxşı təfsirini açıqlamışıq” (Furqan, 25/32-33).

                 ﭫﭬ                                                     ﭿ      ﮂ ﮃ            

(17. 107) “De: “Ona iman gətirin və ya gətirməyin! Həqi­qə­tən, onu əvvəllər elm əta edilmişlərə oxuduqda, onlar, çənələ­ri yerə toxunaraq,  səcdəyə qapılırlar”.
(17. 108) “Onlar deyirlər: “Rəbbimizə həmd olsun! Həqi­qə­­­tən, Rəbbimizin vədi mütləq yerinə yetiriləcək”.
(17.109) “Onlar çənələri ilə yerə toxunaraq və ağlayaraq səcdəyə qapılırlar və bu onların itaətkarlığını artırır”.

Ey Muhəmməd! İnsanlar Quranın haqdan gəldiyinə əmin olduqdan sonra, onu şübhə altına almaq mümkün deyildir, iman gətirməyənlərə və ondan üz çevirənlərə de: “Ya iman gətirin, ya da gətirməyin! Onsuz da Allahın sizə ehtiyacı yoxdur və siz Ona heç nə ilə ziyan vura bilməzsiniz. Siz təkcə özünüz özünüzə zərər vurursunuz. Onun qulları arasında elələri var ki, O, onlara fay­dalı biliklər əta etmişdir. Quran ayələri onlara oxunanda öz saqqalları ilə yerə toxunaraq üz üstə səcdəyə qapılırlar, çünki ayələr onlara güclü təsir bağışlayır və onları Allahın qarşısında mütiliyə sövq edir. Onlar Allaha həmd və müşriklərin Ona atdıq­ları iftiraları Ondan uzaqlaşdırırlar. Onlar dirilmənin və əməllərə görə əvəz veriləcəyinin haqq olduğuna inanırlar. Onlar bilirlər ki, Onun vədində xilaf olmayacaqdır və buna şübhə etmirlər. Onlar başlarını yerə qədər aşağı endirir və ağlayırlar, Quran həqiqətləri isə onların Rəbb qarşısında itaətkarlığını gücləndirir”.
Bu ayələrdə Kitab əhlindən olan möminlərdən bəhs edilir. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yaşadığı və ya ölümündən sonra İslamı qəbul edənlərdi. Belə əməlisalehlərdən biri də Abdullah b. Salam idi.

               ﮏﮐ             ﮖﮗ                      

(17.110) “De: “Allahı və ya Rəhmanı çağırın! Siz Onu necə çağırsanız da, ən gözəl adlar – Onunkudur”. Namazını ucadan qılma, onu pıçıltı ilə də qılma, ikisinin arasında bir yol seç!”

Ey Allahın qulları! Dualarınızı Allaha və ya Rəhmana yönəldin. İstədiyiniz kimi davranın, çünki Allah ən gözəl adların Sahibidir. Pis adlar Ona məxsus deyil və namaz zamanı o adları çəkmək olmaz. Namazınızda hansı bir gözəl adı xatırlasanız mütləq istədiyinizə nail olarsınız. Buna görə də siz Onu, xahişlə­rinizə və dualarınıza uyğun gələn gözəl adları ilə çağırma­lısınız.
Siz qıldığınız namazlarınız zamanı Quran oxuyanda nə qışqırmayın, nə də pıçıltı ilə oxumayın, çünki bu iki əməlin hər biri qınanılandır. Əgər siz ayəni ucadan oxusanız, müşriklər oxuduğunuzu eşidib Quranı və onu gətirəni söyəcəklər. Əgər siz ayələri pıçıltılı səslə oxusanız, onda onlar Quran oxunmasını dinləmək istəyənlərin qulağına çatmayacaq. Buna görə, siz iki ifratçılıq arasında qalan orta yolu seçin.

                                           ﯖﯗ     

(17.111) “De: “Özünə övlad götürməyən Allaha həmd ol­sun ki, səltənətində hakimiyyətinə şərik etməmişdir və alçaldıl­ma­dan qorunmaqda himayədara möhtac deyildir”. Onu əzə­mət­lə Fövqəluca say!”

O, mütləq kamilliyə malikdir, hər cür tərifə, ən gözəl söz­lərlə şərəfləndirilməyə layiqdir və hərtərəfli əzəmət Sahibidir. O, hər hansı nöqsandan uzaqdır və övlada möhtac deyil. O, haki­miy­yətini təkbaşına sürdürür və səltənəti idarə edir. Ali və aşağı aləmlərin sakinləri Onun qullarıdır və müstəqil hakimiyyətə malik deyillər. O, Öz qüdrətini olduğu kimi saxlamaq və Ona kömək etmələri üçün məxluqlarına möhtac deyildir, çünki O, özünəbəsdir və həmdə Layiqolandır. O, nə göylərdə, nə də yerdə heç bir məxluquna ehtiyac duymur. O, onların bəzilərini, Özünün onlara bəslədiyi mərhəməti və rəhməti sayəsində, himayə edir.
Fövqəluca buyurur: “Allah – iman gətirənlərin Hamisidir. O, onları zülmətdən nura çıxarır” (Bəqərə, 2/257). O, insanların Onun əzəmətli sifətlərini xatırlamalarına, Onun gözəl adlarını şərəfləndirmələrinə, Onun qüsursuz əməllərini tərifləmələrinə və şərik qoşmadan təkcə Ona səmimiyyətlə ibadət etmələrinə  layiqdir.




[1] Bu surənin 36-cı ayəsində Fövqəluca Allah belə buyurur: “Haqqında məlumatın ol­ma­dığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahi­bi­nin əməlləri barəsində sorğu-sual olunacaqdır” (İsra, 17/36). Bu, Allahın Quranda əks etdirdiyi riyazi və digər elmi dəlillərini araşdıran insanlara bir müraciətdir. Allah Ka­­inatdakı və nazil etdiyi Kitabdakı dəlillərini araşdıraraq onları qəbul və tədqiq edən­­lərin dinini dəyərli sayır. Təqlid edərək, “filan şeyx belə dedi, filan övliya elə de­di” – deyərək dini yaşayanlar bilmədiklərinin ardınca gedirlər. Dini dollara, yev­ro­ya, qızıla sataraq etibar qazanmağa çalışanlardan, ağlını işlətmədən dini əfsanələr, xəyallar aləmi kimi göstərmək istəyənlərdən Allah hamımızı qorusun!” (“Quran heç tükənməyən möcüzə” adlı kitabdan iqtibas edilmişdir. İstanbul, 2005. səh. 289.). F.S.
[2] Quranın oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox oxunan “Bismillah” ifadəsidir. Deyə bilərik ki, dünyanın ən çox təkrarlanan söz birləş­məsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini ifadə edən Bismillahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və 114 dəfə, yəni 19 x 6 = 114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi istisnadır. Tövbə surəsinin əvvəlində “Bismillah” ifadəsi və onun şifrəli kodunun izahı haqqında məlumata tərcüməçinin bu cildə yazdığı “Ön sözü”nə bax. F.S.
[3] İstiva etmuşdir. F.S.
[4] Mən, möhtərəm oxuculara bu ayənin təfsirinin mahiyyətinə xüsusi diqqət yetirməyi, ondan təkcə tarixi baxımdan deyil, həm də bu günümüzlə müqayisəli nəticə çıxartmağı tövsiyə edirəm. Çünki Fövqəluca Allahın hökmləri Qiyamətə qədər bütün zamanlar və bütün xalqlar üçün qüvvədədir. Hər hansı bir millətin böyük bir qisminin və ya əksəriyyətinin bu gün Allaha itaətsizliyi – onun bu gün çəkdiyi əzab-əziyyətin, faciələrin səbəbidir. İslam dini bütün insanlara həm də məhz bu və buna bənzər prinsipləri anlatmağa yönəlmişdir. Allah hamının Allahıdır. Ona itaətsizlik göstərənlər bilməlidir ki, hər kəs dərəcəsindən, vəzifəsindən, zənginliyindən, səviyyəsindən, irqindən, milliyyətindən, qiyafəsindən və həmçinin Allahın bəyənmədiyi sair məziyyətlərindən asılı olmayaraq, ancaq öz günahlarına görə həm bu dünyada, həm də Axirət aləmində məşəqqət içindədir və olacaqdır. Allahın verəcəyi Cəhənnəm cəzasının qarşısını bu dünyada nə vəzifə, nə var-dövlət, nə insanın əlaqələri, nə siyasətbazlığı, nə küçə iğtişaşları ilə almaq mümkün olmayacaqdır. Mütləq ixtiyar təkcə Ona məxsusdur! Bütün Kainat Onun bir “Ol!” sözü ilə yarandığı kimi, təkcə Onun qarşısında əməllərinə görə cavab verməli olacaqdır. Ey insanlar! Əgər siz bunu anlasanız həm Fövqəluca Allaha, həm də özünüzdən olan rəhbərlərinizə itaətkar olarsınız. Bu isə Allahın tələbi, Peyğəmbərimizin (s.ə.s.) haqqı və yeganə xilas yoludur! Bu, mənə və ya bir başqasına aid  iddia deyildir.  F.S.
[5] Kursiv mənimdir. Bu mürəkkəb söz birləşməsi rus dilindəki “свиток” ifadəsinin qarşılığını verir. F.S.
[6] Axirət həyatındakı mükafata. F.S.
[7] Yəni, “Ah! – bezdim bunlardan” deməyə haqqı belə yoxdur. F.S.
[8] Təbii ki, bu qaydalar İslam şəriətinin bərqərar olduğu İslam dövlətlərində gerçəkləşdirilə bilər və müasir şəraitdə öz konstitusiyalarına əsaslanan dinin dövlətdən ayrı olduğu müstəqil dünyəvi dövlətlərdə qisas haqqının vətəndaşın özü tərəfindən gerçəkləşdirilməsi nəzərdə tutulmadığı üçün Allahın buyurduğu bu insan haqları dövlət tərəfindən həyata keçirilir ki, bu, Fövqəluca Allahın ədalət qanununun başqa formada icra edilməsinə bənzədilə bilər. Dövlət özünün hakimiyyət orqanları rəhbərlərinin şəxsiyyətində hər bir vətəndaşı üçün məsuliyyət daşıyır və deməli onun ən yüksək hüquqlu varisidir və beləliklə, öldürülən vətəndaşın qisasının alınmasının dövlət tərəfindən həyata keçirilməsi İslam şəriətinə, bu nəzər nöqtəmizdən, zidd deyildir, əksinə, müasir dövr üçün məqsədəuyğun hesab edilə bilər. Çünki dövlətin bu hüququ gerçəkləşdirməsi üçün həm səlahiyyəti, həm də imkanları vətəndaşınkı ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Bundan başqa, vətəndaşın özünün qisas alması müasir insanlar arasında düşmənçiliyi sonsuzluğa apara bilər. Hər hansı dövlətin bu vətəndaş haqqını necə həyata keçirməsi isə artıq başqa mövzudur. (Hüquqşünaslarımız belə məsələləri daha dərindən işləyib hazırlasalar daha yaxşı olardı.) F.S.
[9] Əslində bu hüquq (qətlə görə qisas almaq haqqı şəriətlə öldürülənin hüquqi varislərinə məxsusdur və hakim onların razılığı olmadan və digər səbəblər nəzərə alınmadan cinayətkarı cəzalandırmağa meyl etməməlidir) ölkəmizdə prosessual qaydada məhkəmələrimiz tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, bilavasitə varislərin (məs: şahid və ya iddiaçı qismində) dindirilməsi vasitəslə həyata keçirilir və yeri gəlmişkən qeyd edim ki, bu hal müasir hüquqi dövlətin ədalət prinsiplərinə əsaslanan qanunları ilə ziddiyyət təşkil etmir. Sadəcə bu iki qəbildən olan qanunlar obyektiv nəzəriyyə zəminində əsaslan­dırıl­malıdır. F.S.
[10] Mütləq Hakim qarşısında sorğu-suala çəkiləcəyinə. F.S.
[11] Nasslar – müqəddəs mətnlər, bir qayda olaraq Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhih hədislərindən ibarətdir. F.S.
[12] Fövqəluca Allah Müqəddəs Quranda göyün yeddi təbəqə halında yaradıldığını bildirmişdir. Quranın elmi möcüzələri tədqiq edilərkən, onda “yeddi göy”  ifadəsinin yeddi surədə təkrarlanmasının şahidi oluruq. Bunlar: Bəqərə, 2/29; İsra, 17/44; Muminun, 23/86; Fussilət, 41/12; Talaq, 65/12; Mülk, 67/3 və Nuh, 71/15 surələrindəki ayələrdir. Allahın buyurduğu yeddi göyün məhz yeddi surədə keçməsi yeddi göyün varlığını təsdiq edən dəlillərdəndir. (Mənbə: “Quran heç tükənməyən möcüzədir”, 2005, İstanbul, İlk nəşr, səh. 307). Göyün yeddi təbəqə yaradılması Allahın bəşəriyyətə göstərdiyi mərhəmətinin bir nümunəsidir. Bu gün artıq elm Yer kürəsini əhatə edən atmosferin yeddi təbəqədən ibarət olduğunu və onların hər birinin bəşəriyyətin həyatını təmin edən özəl funksiyalar ifa etdiyini müəyyənləşdirmişdir F.S.
[13] Karavella – üç-dörd dorlu yelkənli, hündür bortlu bir göyərtəli gəmidir. Aralıq dənizi ölkələrində dəniz və okeanlarda üzərdilər. (Mənbə: “BSE” e-lüğət). F.S.
[14] Müdrik Allah elminin tükənməz xəzinəsinin incilərini peyğəmbərlərinin vasitəslə və birbaşa təlqin yolu ilə və Onun Özünəməxsus qeybi vasitələrlə insanlara tədricən, bəşəriyyətin inkişaf mərhələlərinə müvafiq olaraq aşılayır. Təlqinin ən parlaq nümunələri elmi kəşflər və ixtiralardır. Amma təəssüflər olsun ki, əksər insanlar bu ilahi qanunauyğunluğu dərk etmirlər. F.S.
[15] Yəni, gözləri olduğu halda, haqqı görməyənlər və ya görmək istəməyənlər, ona laqeyd olanlar. Burada, dilimizin frazeoloji qanunlarına uyğun olaraq “haqqa kor baxanlar” ifadəsinin işlədilməsi də mümkündür (Zəngin dil xəzinəmizdən hərtərəfli faydalanmalıyıq.).  F.S.
[16] Haqq – Həqiqət, yəni Fövqəluca Allahın Quranında vəhy etdiyi ayələri. F.S.
[17] Bənzər ayələr Hud surəsində (13-14), Bəqərə surəsində (23-24) də keçməkdədir. Doğrudan da Quranda bəşəriyyətə ünvanlanmış bu misilsiz müddəa – onun Fövqəluca Allahın Sözü olması Allahın bu sonuncu Kitabındakı saysız-hesabsız təkzibolunmaz dəlilləri ilə gerçəkləşməkdədir. Beləcə, Quranın Allahın Sözü olduğunu inkar edənlərlə iki seçim vasitəsi ilə mükalimə aparmaq olar: 1) Ya Quran böyük bir həqiqətdir, çünki hər şeyi Yaradanın sözündən daha önəmli nə ola bilər? 2) Ya da Quran ən böyük uydurmadır (Allaha məxsus olmadığı halda onun Allahdan nazil edildiyini söyləməkdən daha böyük yalan nə ola bilər?). Nəticədə Quranın adi bir kitab olduğunu kimsə deyə bilməz. Bunu kafirlər belə qəbul edə bilməzlər. Bu Kitab boyunca müşahidə etdiyimiz bütün möcüzələr bu böyük iddiaya malik, qeyri-adi Kitabda, onu tədqiq etdikcə, bir-bir gerçəkləşməkdədir. Onda əks olunan bütün dəlillər Quranın iddiasının doğruluğunu və eyni zamanda özünün ən böyük möcüzə olduğunu tədqiqatçıya nümayiş etdirir. Azacıq insaf sahibi olan insan belə Quranın böyük uydurma olduğunu qəbul edəyə bilməz. Bu qədər müxtəlif mövzularda yüz faizlə hər şeyi doğru deyən Kitabda yalan heç vəchlə uyuşmur. Bu Kitabdan öyrəndiklərimizdən sonra verəcəyimiz sualları özümüz cavablandıraq. (Quran üçün verilən cavabların bir hissəsi Allahın peyğəmbərlərinə nazil etdiyi bütün Kitablara da aiddir.).
Yaşamağı bizə hədiyyə edən Allahı həyatın mərkəzinə qoyan  və Allaha haqlı dəyər verən başqa bir kitab varmı? – Yoxdur!
Yer üzündə bundan da böyük bir iddiası olan başqa bir kitab varmı? – Yoxdur!
-                      Yer üzündə Kainatın dərinliklərindən dənizlərin altına, analarımızın döl yerindən inkişaf etməyimizdən Kainatın necə  sona çatacağına qədər hər mövzunu ( 1400 il bundan öncə) izah edən və bütün mövzularını da doğru açıqlayan, o zamanda qətiyyən məlum olmayan şərhlər verən başqa bir kitab varmı? – Yox!
Bütün bunları gerçəkləşdirən və bundan əlavə riyazi kodlama sistemi ilə kodlaşdırılan və bu riyazi kodlaşma ilə bərabər  möhtəşəm anlaşıqlığı ehtiva edən başqa bir kitab varmı? Yox!
Tarix boyunca gələn Nuhdan (ə), Musadan (ə) İsaya (ə) qədər bütün peyğəm­bərləri  təsdiq edən, Son Kitab olmaqla, bütün bu peyğəmbərlərin və kitab­ların doğru­luğunu bildirən başqa bir kitab varmı? Yox!
Bütün bu göstərilənlər qarşıya  ən böyük bir iddia qoyan Kitabın eyni zamanda özünün böyük möcüzə olduğu isbat edilmişdir. (Bax. “QTM”, səh 440-441.) F.S.
[18] İnsanların qənaətcil olması Allahın bəyəndiyi məziyyətlərdəndir. Lakin hər şeydə ifrat dərəcədə qənaət etmək artıq insanda mənfi keyfiyyət olan xəsisliyin yaranmasına təkan verir ki, bu öz növbəsində mömin müsəlmana xas olmayan sifətlərdəndir. Xüsusilə, varlı olub, öz malından ehtiyacı olanlar üçün könüllü sərf etməmək, şəriətə birbaşa ziddir. Çünki Fövqəluca Allah insana var-dövlət bəxş etməklə onun bir hissəsini kasıblara paylamağı buyurmuşdur. Varından sədəqə, zəkat verməyənlərin malı halal sayılmır. F.S.   
[19] Qiyamət günü nəzərdə tutulur. F.S.
[20] Müəllif ayənin “...şeytandan mühafizə olunan həqiqət...” fraqmentinin şərhində əks etdirərkən, təbii ki, Müqəddəs Quranın Allahın Özü tərəfindən mühafizə edilməsini nəzərə çapdırmaq istəmişdir. Lakin bu mühafizənin mahiyyəti açıq saxlanmışdı və müsəlmanlar bu misilsiz və fövqəlqüdrət Sahibinə məxsus Əsəri bilavasitə Onun Özünün ilahi elminə, hikmətinə əsasən qoruduğunu düşünürdülər və düşünürlər. Bu əslində də belədir. Lakin bununla yanaşı Müdrik və Alim Allah Quranın mühafizəsindən bəhs edərkən, onu ecazkar özünümühafizə mexanizmi ilə təmin etməsini və bunun da, zamanı gəldikdə, bəşəriyyət tərəfindən Allahın rizası ilə kəşf ediləcəyini nəzərdə tuturmuş. Fövqəluca Allahın insanlara nəsib etdiyi bütün elmi- texniki tərəqqi kimi, Quranın möcüzələrini aşkar etməyi də müsəlman alimlərinə və digər saleh insanlara vaxtı çatdıqca nəsib edir. Bu kəşflərdən biri də Türkiyə Respublikası Quran Araşdırmaları Qrupunun və bir sıra digər alimlərin son illərdə aşkar etdikləri Quran möcüzələridir ki, onlar, Allahın Quranda dəfələrlə xatırlatdığı onun mühafizəsi ilə bilavasitə əlaqədar olmasıdır. Bu barədə həmin Araşdırmalar Qrupunun 2005-ci ildə kitab halında İstanbulda nəşr etdirdiyi “Quran heç tükənməyən möcüzə” adlı 454 səhifədən ibarət olan qiymətli bir əsərdir. Tərcüməmizin 4-cü cildindən başlayaraq, zəruriyyət yarandıqca Səədi Təfsirinin bir sıra ayələrinin təfsilatlı izahında həmin əsərdən, tərcüməçinin sətiraltı qeydlərində istifadə ediləcəkdir. Kollektiv müəlliflər qrupu qeyd edir ki, “Bu günümüzün müasir elminin təzəcə öyrəndiyi bilikləri, hələ 1400 il öncədən Quranın bildirməsi kitabımızda öz əksini tapmışdır. Quran bu bilikləri elmi metodologiyaya əsaslanan fizika, kimya və biologiyaya aid kitablardan fərqli bir üslubda verir. Quran müəyyən bir məsələyə aid nəticəni birbaşa gerçəkdən verdiyi halda, bu nəticəyə uzun illərin elmi axtarış və toplanmış təcrübələri əsasında gələn həmin elmlər bu nəticələrin əhəmiyyətli bir qisminə bilavasitə yazdıqları kitablarda təsadüf edirlər. Amma Quran Kainatın Yaradıcısının Kitabıdır və Onun təcrübələrə əsasən nəticə çıxarmağa ehtiyacı yoxdur. O, Öz mahiyyəti etibarı ilə hər şeyi Biləndir. Buna görə, bəzən bir sanballı kitabda aparılan tədqiqatlar zamanı əldə edilən nəticəni, Quran dörd-beş sözlə ifadə edir”. Həmin əsər, səhifə 16. F.S.

Комментариев нет:

Отправить комментарий