среда, 2 мая 2012 г.

43. ZUXRUF SURƏSİNİN ŞƏRHİ


ZUXRUF
SURƏSİNİN
ŞƏRHİ

ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(43. 1) “Ha. Mim”.
(43. 2) “Aydın Kitaba and içirəm!”

Bu, Fövqəlucanın Aydın Kitab adlandırdığı Şərəfli Qurana and içilməsidir. O (Pak və Müqəddəs), Quranın məhz nəyi izah etdiyini qeyd etməmişdir və bundan belə çıxır ki, Allahın qulları, onda bilməyə ehtiyacları olan bütün dün­yəvi və dini məsələlərin izahını tapa bilərlər.

 ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(43. 3) “Həqiqətən, Biz onu ərəb dilində Quran etdik ki, siz başa düşəsiniz”.

Rəbb, Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edil­mişdir ki, insanlar Kitabı anlaya bil­sin­lər. Allah onun qavranılmasını asanlaş­dırmış və qulları üçün əl­ve­rişli etmişdir ki, onlar onun sözlərini başa düşsünlər və onlarda əks olunmuş mənanı anlasınlar.

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ

(43. 4) “Həqiqətən, o nəzdimizdəki Ana Kitabda saxla­nı­lır. O föv­qəl­ucadır, hikmətlidir”.

Quran ən ali məqamda, ən yüksək və ən yaxşı yerdə sax­la­nı­lır. Onun yeri gözəldir, onun şöhrəti və əhəmiyyəti böyükdür, onun hökmləri, qadağaları və hekayətləri hikmətlə doludur. Onun bütün əmrləri hikmət və ədalətlə tərtib olunmuşdur.
Sonra Fövqəluca bildirir ki, Onun mərhəməti və müdrikliyi Ona Öz qullarını özbaşına buraxmağa, onları, hətta əgər onlar za­lım olsalar və həddi aşsalar belə, unutmağa imkan vermir. Onun ali­cənablığı və müdrikliyi Ona imkan vermir ki, onları pey­ğəm­bərlərdən və Kəramətli Kitablardan məhrum etsin və buna görə sonra O (Pak və Müqəddəs Olan) belə buyurur:

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(43. 5) “Məgər Biz sizi – israfçı xalqı, Zikrdən döndərə­rik­mi?”

Məgər siz Bizdən üz döndərib, Bizə itaətdən imtina etdi­yi­ni­zə görə Biz sizdən üz çevirib, sizi unuda bilərikmi? Əksinə, Biz sizə Aydın Kitab göndərər və onda sizin üçün zəruri olan hər şeyi izah edərik. Əgər siz ona iman gətirsəniz və doğru yolla getsəniz, onda uğur qazanarsınız, yox əgər siz ondan üz çevirsəniz, onda siz günahlarınıza artıq bəraət qazandıra bilməzsiniz, çünki bu Ki­tab sizin törətdiklərinizin hamısının qüsurluluğunu ifşa edir.

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

(43. 6) “Biz əvvəlincilərə neçə-neçə peyğəmbərlər göndər­miş­dik!”

Fövqəluca əvvəllər də insanları özbaşına qoymurdu və on­la­ra peyğəm­bər­lər göndərirdi. Onlar öz xalqlarını tək Allaha iba­dət etməyə, Ona şərik qoşma­ma­ğa çağırırdılar, lakin onların çoxu kafirlikdən əl çəkmək istəmirdilər. Buna görə Allah buyu­rur:
 ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(43. 7) “Onlara hansı peyğəmbər gəlirdisə, onu məsxərəyə qoyurdular”.
Onlar təkəbbürlə peyğəmbərlərin təlimini rədd edər və özlərini haqdan üstün tuturlar.

ﮭﮮﮯﮰﮱﯓﯔ ﯕ

(43. 8) “Biz onlardan daha güclü olanları həlak etdik, əvvəlkilərin örnək­ləri artıq keçmişdir”.

Bu xalqlar nəhəng gücə malik idilər və böyük işlər görür­dü­lər, lakin onları məhv etmək Allah üçün çətin deyildi. Onların haqqında yalnız ibrətli hekayətlər və əfsanələr qalmışdır və siz onlardan faydalı nəticələr çıxarmalısınız ki, kafirliyə uğramaya­sı­nız və onların ardınca getməyəsiniz.

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ

(43. 9) “Əgər sən soruşsan ki, “Göyləri və yeri kim yaratmışdır?” – onlar mütləq deyəcəklər: “Onları yaradan Fövqəlqüdrətlidir, Biləndir”.

Allah – Vahid İlahdır ki, Onun şərikləri yoxdur. Bütün məx­luqlar əzəldən və əbədi olaraq Ona qəlbən və cismən itaət­kar­dır­lar. Müşriklər bunu etiraf edir­lər, amma buna baxmayaraq, Alla­ha övladlar, zövcə və şəriklər qoşmaqda da­vam edirlər!! On­lar nə yaratmaq, nə ruzi vermək, nə öldürmək, nə də həyata qay­tar­maq qabiliyyəti olmayanı necə Ona bərabər tuturlar?!

ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
               
(43. 10) “O, yeri sizə beşik etmiş və onda yollar salmışdır ki, siz düz yol­la gedəsiniz”.

Rəbb Öz mərhəmətinin və fövqəlqüdrətinin kamilliyinin bir sıra dəlillərini gətirir və qullarına xatırladır ki, O (Pak və Mü­qəd­dəs), onlardan ötrü yeri yaratmış və onu onların beşiyi və məs­kəni etmişdir və onlar orada istədiklərini edə bilərlər. O (Pak və Müqəddəs), onun üzərində yollar çəkmiş, dağlardan və də­rə­lər­dən çığırlar salmışdır ki, siz uzaq ölkələrə keçib gedə biləsiniz. Ola bilsin ki, siz döşənmiş cığırlarla gedəsiniz və yolsuzluq üzün­dən azıb qalmayasınız və Allahın sizə əta etdiyi mərhəmətindən ib­rət alasınız və onları üzərində düşü­nə­siniz.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ

(43. 11) “O, göydən lazımi qədər su nazil edəndir və Biz onunla ölü böl­gəni diriltdik. Siz də beləcə çıxarılacaqsınız”.

O (Pak və Müqəddəs) sizə: nə çox, nə də az, nə qədər zəruri idisə, o qədər də su nazil etmişdir. Suyun çatışmazlığı sizin on­dan məmnun qalmağınıza im­kan verməzdi. Onun həddən artıq­lı­ğı isə sizə və torpaqlarınıza zərər vurardı. Lakin Allahın mər­hə­mə­ti sayəsində yağışlar torpağı suvarmaq və insanları qu­raq­lıq­dan və fəlakətlərdən xilas etməyə çatan miqdarda su gətirir. Bu su­yun hesabına Allah yeri, o quruyub öldükdən sonra, can­lan­d­ı­rıb həyata qaytarır. Sizin də, öldükdən sonra Qiyamət gününün başlanmasına qədər qalacağınız bərzəxdəki həyatınızın vaxtı sona yetdikdə, O (Pak və Müqəddəs), sizi eynilə bu qaydada dirildəcək və hər birinizə etdiyiniz əməllərə görə əvəz verəcəkdir.

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ

(43. 12) “O, sizin üçün hər şeydən cütlər xəlq etmiş və gə­mi­lərdən və heyvanlardan sizə miniklər etmişdir ki,
(43. 13) “onlara minəsiniz və minəndən sonra Rəbbinizin lü­tüfkarlığını xatırlayıb, deyəsiniz: “Bunu bizə Ramedən – Pakdır! Axı biz buna qadir deyil­dik”.
(43. 14) “Həqiqətən, biz Rəbbimizə qayıdacağıq!”

O (Pak və Müqəddəs), torpaqda yetişib böyüyən canlı məx­lu­q­­lardan, onların özlərindən və həmçinin insanların heç özlə­ri­nin də bilmədiyi hər şeydən cütlər yaratdı. O (Pak və Müqəddəs), qa­dını və kişini, dündüzü və gecəni, soyuğu və istini və bir çox baş­qa şey­lə­ri xəlq etdi. O (Pak və Müqəddəs), gəmilər yaratdı ki, on­ların ara­sın­da yelkənliləri də, çoxdorluları, buxarla işləyənləri və həm­çi­nin sizin minik kimi istifadə etdiyiniz heyvanlar da var­dır. Gə­milərin gö­yərtəsində qürurla dayanaraq və minik atlarının da üstündə fəxr­lə oturaraq, siz bu məxluqları sizə ram etmiş Rəb­bi­nizin mər­hə­mə­ti­ni xatırlamalı və bundan ötrü Ona həmd etmə­li­siniz.
Buna görə sonra Fövqəluca buyurur ki, möminlər gəmi­lə­rin göyərtəsinə qalxdıqda və minik heyvanlarının üstünə otur­duq­da, deyirlər: “...“Bunu bizə Ramedən – Pakdır! Axı biz buna qadir deyil­dik. Həqiqətən, biz Rəbbimizə qayıdacağıq!” Əgər O (Pak və Müqəddəs), qurunu və dənizi bizə itaət et­dir­mə­səydi, biz özümüz bunu etməyə nail ola bilməzdik. Lakin Fövqəluca Özü­nün xe­yirxahlığı və mərhəməti sayəsində onları bizə tabe etmiş və nail olacağımızın əl­də edilməsi yolunu asanlaşdırmışdır.
Bunun mənası, ondadır ki, məhz qullarına nemətlərini əta edən Rəbb yal­nız hər növ ibadətə, insanların Ona dua etmələrinə və Onun qarşısında səcdə qıl­malarına layiqdir.

 ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

(43. 15) “Onlar[1] Onun bəzi qullarını Onun bir hissəsi etdilər. Həqiqətən, insan açıq-aşkar naşükürdür”.
(43. 16) “Doğrudanmı O, məxluqlarından Özü üçün qızları seçmiş, sizi isə oğullarla şərəfləndirmişdir?”
(43. 17) “Onlardan kiməsə, Rəhmana aid etdikləri haqqında, müjdə ve­rildikdə, xəcalətindən üzü qapqara qaralır”.

Fövqəluca Ona övlad aid edən müşriklərin müdhiş yala­nın­­dan xəbər verir. O (Pak və Müqəddəs) heç kimə və heç nəyə möh­­tac deyildir, amma bütün var­lıq­ların Ona ehtiyacı var. Onun nə zövcəsi, nə uşaqları, nə də Ona bərabər kimsə yoxdur! Buna gö­rə müşriklərin verdikləri bəyanatlar uydurmadır və onların na­qis­­liyini bir sıra üsullarla aşkar etmək mümkündür.
Birincisi, Bütün məxluqlarAllahın qullarıdır, qulluq isə atalıq əlaqəsi ilə bir araya sığmaz.
İkincisi, uşaq valideynlərinin bir hissəsidir, Fövqəluca Al­lah isə öz yarat­dıqları ilə heç bir ümumi oxşarlığa malik deyil və on­lardan Özünün gözəl si­fət­ləri və həmdəlayiq adları ilə müqa­yi­sə­olunmaz dərəcədə fərqlənir. Uşaq – öz va­li­deynlərinin bir par­ça­sıdır və buna görə Allahın övladları yoxdur və ola da bil­məz.
Üçüncüsü, müşriklər mələkləri Allahın qızları sayırdılar. Yax­şı məlumdur ki, qadınlar kişilərə nisbətən daha aşağı vəziy­yət­­dədirlər. Sən gör ki, bu fasiqlər qızları Allaha aid edərək, Alla­hın oğulları olmaması, özlərində isə olması ilə necə qürrə­lə­nir­lər?! Doğrudanmı onlar elə qərara gəliblər ki, Allahın Özündən də üs­tündürlər?!
Dördüncüsü, müşriklər qızları Allaha aid etdikləri halda, öz­ləri onlara ik­rah hissi ilə yanaşırdılar. Onlar belə davranmağa ne­cə cəsarət edirdilər?!
Beşincisi, qadınlar kişilərdən daha çox nöqsana malikdirlər. Bu nöqsanlar onların düşüncə tərzində, mülahizələrində və öz fikir­lərini ifadə etmək bacarı­ğında təzahür edir və buna görə Fövqəluca buyurur:
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ

(43. 18) “Doğrudanmı bəzək içində böyüdülüb, mü­ba­hi­sə­də danışıq qa­bi­liyyəti olmayanımı?”[2]

Doğrudanmı siz, öz gözəllikləri kamil olmayan və bər­bə­zək­li geyimlər və zinətlər haqqında düşünən qızlarımı Allaha aid edir­si­niz? İnsanın danışmaq və başqalarını inandırmaq ba­ca­rı­ğı­nın zəruri ol­duğu çəkişmələrdə onlar öz fikir­lə­rini aydın ifadə et­mə­yə və öz nəzər nöqtəsini məharətlə sübuta yetirməyə qabil de­yil­lər. Müş­rik­lər Fövqəluca Allaha belə bir böhtan atmağa necə cə­sarət edib­lər?

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ

(43. 19) “Onlar Rahmanın qulları olan mələkləri qadın etmişlər. Məgər onlar mələklərin xəlq edilməsi zamanı orada iştirak edirdilər? Onların şəhadəti yazılacaq və onlardan soru­şu­lacaq”.
Altıncısı, müşriklər Allahın alicənab qullarını qadın hesab etdilər. Onlar əvvəlcə Rahmanın yaxın qullarını ilahi mənşəli var­lıq­lar səviyyəsinədək ucalara qaldırdılar və onları Allaha bərabər tutdular, sonra isə onları alçaldıb, dişi cinsli məxluqlar adlan­dır­dı­lar. Allaha böhtan atan və Onun elçiləri ilə (onlara Allahın sala­mı olsun!) düşmənçilik edən fasiqlərin yalançı iddialarında zid­diy­yəti Aşkar­edənə həmd olsun!
Yeddincisi, müşriklərin iddiaları tənqidə davam gətirmir, çün­ki onlar mə­lək­lərin yaradılışı zamanı iştirak etməmişdilər. Bəs on­lar niyə özlərinə heç nə mə­­lum olmayan şeylər barədə danı­şır­lar?!! Onlar söylədiklərinə görə mütləq cavab verməli olacaqlar və onlar cəzadan qaçmağa nail ola bilməyəcəklər.

 ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

(43. 20) “Onlar dedilər: “Əgər Rahman istəsəydi, biz onlara ibdət et­məz­dik”. Onların bu barədə heç bir biliyi yoxdur və onlar yalnız yalan danışırlar”.

Fövqəluca bildirir ki, müşriklər Allahın Özünə belə lazım ol­duğuna istinad edərək, mələklərə ibadət edirdilər. Bütün za­manlarda müşriklər Onun qədəri ilə özlərinə bəraət qazan­dır­ma­ğa cəhd göstərirlər, lakin bu bəraət əsassızdır. O, həm sağlam dü­şün­­cəyə, həm də Onun dininə ziddir. Sağlam düşüncə ilə zid­diy­yə­tin təzahürü özünü onda göstərir ki, heç bir ağıllı adam qədərlə özü­nə bəraət qazan­dıra bilməz. Belə bir addım atan hər kəs özü­nü olduqca çətin bir vəziyyətə salmış olur. Dinlə ziddiyyətə gəl­dik­də isə, Fövqəluca Allah belə bir bəraəti uydurma ad­­landırmış və xatırlatmışdır ki, ona yalnız elçilərə iman gətirməmiş müş­rik­lər müraciət edirlər. Fövqəluca qullarına haqqı izah edir və bun­dan sonra onların kafirliyə və müşrikliyə haqq qazandırmasına ən kiçik bəraət əldə etmək imkanı belə qalmır. Müşriklərə isə öz­lə­­rini doğrultmaq üçün yalnız əsassız güman və zənnə qapılaraq, bilmədikləri məlumatlar barədə fərziyyələrlə da­nışmaq qalır.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ

(43. 21) “Məgər Biz onlara bundan qabaq Kutab əta etmişdik ki, onlar ona istinad edirlər?”

Məgər onların əməllərinin xeyirxahlığını və sözlərinin doğruluğunu təsdiq edən Mübarək Kitabları var? Yoxdur! Allah onlara Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) göndərmişdir ki, onları gələcək cəzalardan xəbərdar et­sin. Ona (s.ə.s.) qədər onlara nəsihət verənlər gəlməmişdilər. Beləcə, müş­rik­lərin iddiaları nə məntiqə, nə də naslara istinad etmir və bu iki əsasa zidd olan nə varsa – yalan və uydurmadır.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ

(43. 22) “Xeyr! Onlar dedilər: “Həqiqətən, biz atalarımızı bu yolda gör­müşük və biz onların izi ilə doğru yolu tapırıq”.

Müşriklər öz yollarını azdıqlarına şübhə edirdilər, çünki əv­vəl­lər bu yolla onların ata-babaları getmişdilər! Həqiqətən, bu şübhə əsas­sızdır, lakin bütün ta­rix boyu məhz o, kafirləri Allahın elçilərinin (on­lara salam olsun!) təlimini rədd etməyə məcbur eləmişdir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

(43. 23) “Beləliklə, Biz sənə qədər hər hansı bir diyara xəbərdarlıq edən bir nəsihətçi göndərdikdə, onun cah-cəlal içində nazlanan əhalisi mütləq de­yərdilər: “Həqiqətən, biz atalarımızı bu yolda gör­müşük və biz onların izi ilə doğru yolu tapırıq”.

Bütün zamanlarda haqqı təkəbbürlə inkar edən varlılar tapılır, dünyəvi ləz­zətlərə aludə olur, var-dövlətə və hakimiyyətə aldanırdılar. Buna görə qu­rey­şlilər belə deyənlərin ilkinciləri de­yil­dilər. Müşriklər həmişə yolunu azmış əc­dad­larını kor-koranə yam­sılamaqda davam edirdilər. Onlar haqqı və düz yolu axtar­mı­lar, yalnız öz baxışlarını fanatikcəsinə müdafiə edir və öz yanlış baxış­larına bəraət qazandırmağa cəhd göstərirlər.

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

(43. 24) “O dedi: “Əgər mənim sizə gətirdiyim sizin ata­la­rı­nızı tapdı­ğı­nızdan daha doğrudursa?” Onlar dedilər: “Biz si­zin­lə göndərilənə inan­mırıq”.

Hər bir elçi deyirdi: “Doğrudanmı siz, hətta atalarınız ya­nıl­­mışlarsa, mə­nim ardımca doğru yolla getməyəcəksiniz?” Lakin yanlış şübhələrin onlara əzab verdiyi fasiqlər, belə cavab verir­di­lər: “Biz sizin hamınızla göndərilənə inan­mı­rıq”. Onların sözlə­rin­dən aydın olur ki, onlar doğru yolla və haqqın yolu ilə get­mək istəmir və əksinə, yalana inanmağı və özlərinin alçaq istəklərinə uy­ğun hə­rəkət etməyi arzulayırdılar.

ﭸﭹﭺﭻ ﭼﭽ ﭾ ﭿﮀ

(43. 25) “Biz də onlardan intiqam aldıq. Gör yalan sayan­la­rın aqibəti ne­cə oldu!”

Allah, haqqı yalan hesab etdiklərinə və onu öz yaramaz şüb­hələri üzündən təkzib etdiklərinə görə onlardan intiqam aldı. Elçi­ləri yalançı saydıqlarına görə onların aqibəti gör necə dəhşətli oldu! Qoy kafirlər öz günahlarından dəhşət­lən­sinlər ki, əvvəl­ki­lə­rin başına gələn onları da haqlamasın.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

(43. 26) “Bir dəfə İbrahim atasına və xalqına belə dedi: “Hə­qiqətən, mə­nim aidiyyətim yoxdur sizin ibadət etdik­lə­ri­ni­zə”,
(43. 27) “məni Yaradandan başqa. Həqiqətən, O, mənə doğ­­ru yol gös­tə­rə­cəkdir”.

Fövqəluca Öz sevimlisinin – Kitab əhli və ərəb müşrikləri öz­lə­­rini onun davamçıları saydıqları – İbrahimin (ə) yolu haq­qın­da xə­bər verir. Onların hamısı bildirirdilər ki, onun (ə) yolu ilə düz ge­dir­lər və buna görə Rəbb onlara Özünün bö­yük elçisinin və sevim­li­si­nin haqq dinini və onun (ə) öz nəsillərinə irs qoy­du­ğu tə­limi onlara xatırladır. Bir dəfə o (ə), atasına və uydurulmuş ilah­la­ra ibadət edən və nəzir verən xalqına dedi ki: “Mən sizin cina­yət­lə­rinizə nifrət edi­rəm və mən özümü sizə aid etmirəm. Mən yal­nız Xa­li­qimə ibadət edi­rəm, Ondan kömək və himayə dilə­yi­rəm və Onun məni doğru yola yönəldəcəyinə, mənə haqqı öyrə­də­cəyinə və iş­lə­rimdə ona əsaslanacağıma yardım göstərəcəyinə təvəkkül edi­rəm. O (Pak və Müqəddəs), məni dünya həyatına ya­rar­lı yaratmış və Onun nəsi­hətləri sayəsində Axirət həyatında xoş­bəxtlik tapa bilə­cə­yəm.
 ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ

(43. 28) “O, bunu nəsillərində qalacaq bir Söz etmişdir ki, onlar qayıda bilsinlər”.

O (ə) öz nəsillərinə Vahid Allaha iman gətirməyi, yalnız Ona qulluq et­mə­yi və uydurma ilahlara ibadətlə heç bir əlaqəsi ol­­ma­mağı vəsiyyət etmişdir. O (ə) ümid bəsləyirdi ki, insanlar şan­lı əcdadlarının bu yola möhkəm bağlılığını və onun (ə) nəsi­hət­lərini və həmçinin onun (ə) nəsilləri olan İshaqın (ə), Yəqubun (ə) və bir çox digərlərinin nəsihətlərini yadda saxlayaraq haqq dinə qayıdarlar. Buna görə Fövqəluca belə buyurur: “İbrahimin di­nin­dən, axmaqlardan başqa, kim üz döndərər?” (Bəqərə, 2/130). İbrahimin (ə) nəsihətləri isə bir çox əsrlər bo­yu, onlar dəb­də­­bələr və zalımlıq bataqlığına dalana qədər, öz nəsillərinin yad­daşı­n­da yaşamışdı.
ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

(43. 29) “Lakin Mən, haqq və açıqlayan bir elçi onlara gələnədək, on­ların və atalarının yaşamasını təmin etdim”.

Allah insanlara maddi nemətlərdən istifadə etməyə və dün­yə­vi ləzzət­lər­dən məmnun olmağa icazə vermişdir, lakin on­lar be­lə zövq almağı həytın mə­na­sına və yaşamalarının məqsə­di­nə çe­vir­dilər. Bütün dünyəvi şeylərə bəs­lə­nən mə­həbbət onların ba­xış­larında kök salana və onların dəyişilməz məziy­yətlərinə çev­ri­lənə qədər onların ürəklərinə hakim kəsildi. Bax onda şübhə edil­mə­si mümkün olmayan haqq onlara gəldi və onlara peyğəm­bər­liyi heç bir şübhə yeri qoyma­yan, hər növ dəlillərlə, möcü­zə­lər­lə və xeyirxah əxlaqi ilə və həmçinin təlimi, moi­zələri və əv­vəlki elçilər haqqında bəyanatları təsdiq edən Elçi (ona Allahın salavatı və salamı olsun!) də gəldi.
ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(43. 30) “Haqq onlara gəlincə, dedilər: “Bu – sehrbazlıqdır və biz ona inanmırıq”.

Haqq, heç olmazsa bir qətrə imanı və ağlı olan hər kəsi inan­dırmağa və özünə tabe etməyə həmişə qadirdir. Buna görə müş­riklərin dediyi sözlər inad­cıllığın və düşmənçiliyin ən böyük təzahürü idi. Lakin bütpərəstlər peyğəm­bər­liyi etməklə və ondan üz döndərməklə qane olmurdular və onu ən yaramaz tərz­də biabır etməyə çalışırdılar və onu sehrbazlıq adlandırdıqdan sonra sakitləş­dilər, halbuki sehrbazlıqla ən yaramaz və yalançı adamlar məşğul olurlar. Onları bu əmələ sövq edən isə Allahın onlara və atalarına verdiyi var-dövlət olmuşdu.
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ
(43. 31) “Onlar həmçinin dedilər: “Niyə bu Quran iki şə­hə­­rin görkəmli şəxslərindən birinə nazil edilməmişdir?”[3]

Onlar öz mənfur uydurmalarını Allaha qarşı yönəldərək, de­yirdilər: “Niyə Allah bu vəzifə üçün Məkkənin və ya Taifin hör­mətli sakinlərindən birini, məsə­lən, əl-Valid b. əl-Muğiri seç­mə­­mişdir?” Fövqəluca onların iddiasını rədd edərək, belə buyu­rur:

ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

(43. 32) “Məgər sənin Rəbbinin mərhəmətini onlar bölüş­dü­­rürlər? Onla­rın dünya həyatında yaşaması üçün vasitələri öz aralarında Biz bölmüşük və on­lardan bəzilərini digərlərindən də­rəcələr üzrə üstün etmişik ki, bəziləri di­gər­lərini özlərinə xid­mət göstərmək üçün götürsünlər. Rəbbinin mərhəməti on­­la­rın topladıqlarından daha yaxşıdır”.

Məgər onlar Allahın nemətlərinin xəzinədarlarıdırlar? Mə­gər onlar bu xəzinələrə öz istədikləri kimi sərəncam çəkir və istə­dik­lərini peyğəmbər və elçi seçirlər? Nemətləri təkcə Allah bölür və bu dünyada insanlarin birini digərindən üstün edir. Rəbbinin mərhəməti isə insanların yığdığı var-dövlətdən daha yax­şıdır.
Əgər qulların həyatı və onların ruzisi, bəzilərinə Özünün hikməti və mərhəmətinə uyğun olaraq bolluca qismət nəsib edən, digərlərinə isə qismətini azaldan Fövqəlucanın əlindədirsə, onda bütün nemətlərdən ən əzəmətlisi olan peyğəmbər vəhyi haqqında nə demək olar?! Halbu ki, o, hər şeydən daha çox Onun ha­ki­miy­yəti altında olmağa layiqdir![4] Həqiqətən, kimin Onun elçisi ol­mağa layiq olduğunu O (Pak və Müqəddəs) Özü daha yaxşı bilir.
Bu sözlərdən aydın olur ki, bütpərəstlərin iddiaları nə dərəcədə yaramaz və əsassızdır. Rəbb onların yalan iddialarını qə­tiy­yətlə rədd etmiş və bununla bildirmişdir ki, onlar Onun səltənəntində gedən hadisələr və proseslər üzərində hakimiyyətə malik deyillər və bütün dünyəvi və mənəvi işlərin sonucu Onun əllərindədir. Müşriklərin iftiraları isə yalnız onların zalımlığını və haqqa bəs­lədikləri kin-küdurəti təsdiq edir.
Onlar soruşurlar: “Niyə bu Quran Məkkədən və ya Taifdən olan mühüm mövqeyə malik bir adama nazil edilməmişdir?” Əgər onlar insanların şəxsiy­yəti­ni araşdırıb, düzgün başa düşə bil­səy­dilər, onun sifətlərini layiqincə dəyər­lən­dirməyi bacar­say­dı­lar və onların Allah qarşısında və Onun məxluqları qarşı­sında han­­sı möv­qe tutduğunu bilsəydilər, onda anlayardılar ki, Ab­dul­la­­hın oğ­lu və Əbdül-Mütəllibin nəvəsi – Muhəmməd (ona Alla­hın sala­va­tı və salamı olsun!) ən ləyaqətli, şöhrətli, ağıllı, dər­ra­kə­li, sağlam dü­şüncəli, xoşəxlaqlı, mərhəmətli, rəhmli, xeyirxah və gö­zəl in­san­dır. Allahın ona, onun ailəsinə salavatı və salamı ol­sun!
Həqiqətən, o (s.ə.s.) ən kamil məziyyətlərə malik idi və yer üzündə ən yax­şı insan idi. Dünya hələ onun kimisini görməmişdi və Qiyamət gününə qədər də görməyəcəkdir və bu rəylə, yalnız na­danlıq və azğınlıq bataqlığına düşənlər, lovğalıq və təkəbbür xəs­təliyinə tutulanlar istisna olmaqla, onun tərəfdarları da, düş­mən­ləri də razılaşırlar. Necə olmuşdu ki, kafir qureyşlilər belə ka­mil sifət­lərin heç bir tozcuğuna da malik olmayanları ondan üs­tün tuturdular?
Bu insan[5] öz axmaqlığı və yaramazlığı üzündən daş hey­kəl­ləri və ağacları özünə ilah etmişdi. O, onlara ibadət edir, onlara nəzir gətirir, onlara yardım və xilas üçün dua edir, halbuki onlar ona nə bir fayda verə, nə zərər vura, nə ona nemət əta edə, nə də onlardan məhrum edə bilməzdilər. Kiminsə köməyinə ehti­yacı olandan havadarlıq istəmək faydasız bir işdir! Təkcə axmaqlar və ağıl­sızlar belə addımlar ata bilərlər. Niyə müşriklər belə bir adamı “böyük insan” hesab edirdilər? Onların bu adamı sonuncu Peyğəmbər (s.ə.s.), Adəmin (ə) bütün oğul­larının Ağası – Muhəmməddən (ona Allahın salavatı və salamı olsun!) üstün tut­mağa nə məcbur etmişdi? Həqiqətən də, kafirlər sağlam düşüncə qabiliyyə­tinə ma­lik deyillər!
Sonra Fövqəluca Allah xəbər verir ki, O (Pak və Mü­qəd­dəs), bu dünyada bəzi adamları digərlərindən üstün edir ki, in­san­ların bəziləri işləri idarə etmək və iş görməkdən ötrü digər­lə­ri­ni işə götürsünlər. Əgər bütün insanlar eyni dərəcədə varlı ol­say­dı­lar, onda bir-birilərinə ehtiyac duymazdılar və xeyirxahlıq et­mək və fayda vermək imkanından məhrum olardılar.
Allahın mərhəməti, həqiqətən də, onların yığıb topla­dıq­la­rın­dan daha fay­dalıdır. Bu isə o deməkdir ki, mənəvi nemətlər və iman dünya nemətlərindən və var-dövlətindən daha yaxşıdır. Föv­­qəluca belə buyurur: “De: “Bu – Allahın mər­­hə­məti və rəh­mi­dir”. Qoy onlar buna sevinsinlər, çünki bu onların yığ­dıq­­larından daha yaxşıdır” (Yunus, 10/58).

 ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

(43. 33) “Əgər insanlar vahid bir ümmət halına gəl­mə­səy­di­lər, onda Biz Rahmana iman gətirməyənlərin evlərinin da­mını və yuxarı qalxmaq üçün pil­lə­kənlərini[6] gümüşə tutar­dıq”,

Dünya həyatı Allah qarşısında dəyərsizdir və əgər Onun xe­yir­xahlığı və hər şeydən üstün tutduğu qullarına bəslədiyi mər­hə­məti olmasaydı, onda O (Pak və Müqəddəs), kafirlərə saysız-he­sa­b­sız var-dövlət, gümüşdən damlar və pilləkanlar verərdi ki, onun vasitəsilə qulları öz saraylarının damına qalxardılar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(43. 34) “həmçinin evlərindəki qapıları və dirsəklənərək uzan­dıqları taxtları”,
(43.35) “və həm də bəzək şeylərini[7]. Bütün bunlar – bu dünya həyatının yal­nız fani nemətləridir, Axirət həyatı isə Rəbbinin dərgahında təqvalılar üç­ün hazırlanmışdır”.

Allah bu keçici dünyada kafirlərə saysız-hesabsız var-döv­lət, bəzək şeyləri və onların istədikləri hər şeyi verməyə hazırdır ki, onlar kafirlərin nəzərində dünya həyatını daha da bər-bəzəkli göstərsin. Lakin Fövqəlucanın Öz qullarına qarşı rəhmli olması Onu belə etməkdən saxlayır, çünki O (Pak və Müqəddəs), bilir ki, dünyavi nemətlərə bəslənəcək məhəbbət bütün insanları kafirliyə və çox­lu günahlar törətməyə sövq edə bilər. Bu ayə aydın göstərir ki, Rəbb Öz qul­larını, ümumiyyətlə və ayrı-ayrı hallarda, bir sıra maddi nemətlərdən in­sanların öz xeyri üçün məhrum edir. Bütün maddi cazibədarlıqlar Allah nəz­dində heç ağcaqanadın bir qa­na­dı dəyərində də deyildir: onlar acıdırlar, narahatdırlar, fa­nidirlər və Axirət həyatının səfası ilə heç müqayisəyə belə gəlməzlər. Axi­rət ləz­zətləri yalnız Allahın hökmlərini yerinə yetirən və günah­lar­dan çəkinən təqvalı möminlər üçündür. Cənnət nemətləri fü­sun­kardır və mükəmməldir və xoşbəxt möminlər onların arasın­da ürəklərinin istədiyi və baxışlarının rastlaşdığı hər şeyi əbədi olaraq, həmişə nuş edə biləcəklər. Bu aləmlər arasında fərq necə də böyükdür!!
ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(43. 36) “Rahmanı xatırlamaqdan üz döndərənə Biz şey­tanı həvalə edərik və o, onun yaxın dostu olar”.

Fövqəluca xəbər verir ki, Allahı zikr etməkdən üz döndə­rən hər kəsi sərt cəza gözləyir. Belə insan Mərhəmətli Allahın Öz qul­larına əta etdiyi, Onun ne­mətlərindən ən əzəmətlisi olan, Mü­ba­rək Qurandan üz döndərir. Kim ona iman gətirirsə, o, bu misil­siz bəxşişi qəbul etmişdir və mütləq uğura nail olacaqdır və kim­sə onu rədd etmişsə və ondan üz çevirmişsə, o, zərər çəkəcək və bun­dan sonra o, heç vaxt xoşbəxtliyə nail ola bilməz. Mərhəmətli Rəbb isə şeytanı ona həvalə edər və o da onu hər yerdə müşayiət edər, ona yalan vədlər verər, onda yaramaz istəklər oyadar və onu günah etməyə sövq edər.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(43. 37) “Sözsüz ki, şeytanlar onları Allahın yolundan uzaqlaşdırarlar, amma onlar elə bilərlər ki, doğru yoldadırlar”.

Şeytan haqdan üz döndərən insanların gözündə yalanı bə­zə­yəcək və o za­man iki şər onlarda birləşib vəhdət yaradacaq. Kimsə deyə bilər ki, onlar yolla­rını azıblar və buna görə yanlış ola­raq zənn edirlər ki, doğru hərəkət edirlər. Bu artıq özünə bəra­ət qazandırmaqdır. Xeyr! Onlara və onlar kimilərə bəraət yox­dur, çünki onların cəhalətinin səbəbi, doğru yolu tapmaq və o yolla getmək im­kanı əllərində olduğu halda, Allahı xatırlamaqdan şüur­lu surətdə boyun qaçır­malarıdır. Onlar yalana itaət edərək, Allahın Təlimindən əl çəkdilər, halbuki onu qəbul etməkdə on­lara heç nə mane olmurdu. Onlar öz günahlarına görə cavab ver­məlidirlər! Onlar cinayətlərinə görə məsuliyyət daşımalıdırlar!
Yanılma, aldanma, korluq – bu dünyada belə qismət Allahı zikr etməkdən boyun qaçıranların və onların əlaltılarının hamı­sı­nı gözləyir. Onlar öz Rəbbi hü­zurunda dayandıqda isə, daha dəhşətli bir vəziyyətdə olacaqlar. Tövbə, hüzn və qəm-qüssə on­la­rın ürəyini yaxalayacaq və onları başlarına gəlmiş müsibətdən xilas edə bilməyəcək, onların ayrılmaz yoldaşı olan şeytan isə onlara xəyanət edəcək. Buna görə, sonra Fövqəluca buyurur:

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(43. 38) “Nəhayət, nəzdimizə gəldikdə, o, deyəcək: “Kaş ki, mənimlə sə­nin aranda şərqdən qərbədək uzaqlıq olaydı! Sən necə də pis yoldaş­mış­san!”

Fövqəluca həmçinin belə buyurur: “Həmin gün zalım öz əllərini çeynə­yəcək və deyəcək: “Gərək Elçinin yolu ilə ge­dəy­dim! Vay halıma! Gərək filankəsi özümə dost tutmayay­dım! Zikr mənə çatdıqdan sonra o, məni ondan çəkindirdi”. Həqi­qətən, şeytan insanı köməksiz qoyur” (Furqan, 25/27-29).

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

(43. 39) “Siz zalımcasına davranırdınız və bu gün əzaba şərikliyinizin sizə faydası olmayacaq”.

Siz Allaha itaətsizlik etdiniz və öz həmdaşlarınızla birlikdə zalımlıq edir­diniz. İndi isə hamınızı ədalətli qisas haqlamışdır, lakin sizin birlikdə cəza çəkməyinizdən əzabınız asanlaşmayacaq. Sizin böyük müsibətə tək düşməmə­yi­niz dünya həyatında olduğu kimi sizə təsəlli verməyəcək, onda insan yanında onunla bərabər cəza çəkənlərin və ya bədbəxtlərin olmasından rahatlıq tapırdı. Bu gün Allahın cəzası bütün ağrı və əzabları özündə bir­ləşdirəcək və Cəhənnəm əzabkeşləri heç nədən rahatlıq əldə edə bilməyəcəklər. Ey Rəbbimiz, bizə xilas və əmin-amanlıq bəxş et və bizə Öz mərhəmətinlə himayə et!
2
 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ

(43. 40) “Məgər sən karları eşitməyə məcbur edə bilərsən və ya korları və açıq azğınlıq içində olanı doğru yola yönəldə bilərsən?

Fövqəluca Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tə­səlli verərək, əmr edir ki, müşriklərin ona (s.ə.s) iman gətir­mək­dən imtina etdiklərinə görə nahaq həyəcanlanmasın, axı onların qəl­bi xeyirxahlıqdan məhrumdur və onlarda onları doğru yola ayaq basmağa təkan verən təmizlik yoxdur. Onlara yanlış yolda olmaları bəllidir, buna baxmayaraq onunla getməkdə davam edir­lər və bundan razıdırlar.
Karın eşitmə və korun da görmə qabiliyyətinə malik olma­ma­sı kimi, yolu­nu azmış günahkarlar da doğru yolla getməyə qa­bil deyillər. Onların ağlı və təh­təlşüuru ciddi bir xəstəliyə tutul­muş­dur, çünki onlar Allahı zikr etməkdən üz döndəriblər. On­la­rın baxışları və əqidələri yanlışdır, sifətləri isə yaramaz və çir­kin­dir. Bu key­fiy­yət­lər onlara doğru yola gəlməyə mane olur və on­la­rı get­dikcə daha dərin həlak burulğanına batırır. Buna görə on­la­rı ya bu dünyada, ya da ölümdən sonra cəza mütləq haq­la­ya­caq­dır. Fövqəluca buyurur:

 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

(43. 41) “Biz səni oradan götürə bilərik, lakin Biz onsuz da hökmən on­lar­dan intiqam alacağıq”[8].
Əgər Allah onları cəzaya məruz qoyanadək səni vəfat et­di­rər­sə belə, əmin ol ki, onlar əvəzini mütləq alacaqlar. Rəbbinin haqq vədi belədir.
 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

(43. 42) “Biz həmçinin onlara vəd etdiyimizi sənə göstərə bilərik, çünki Biz onların üzərində hökmranıq”.

Biz cəza nazil edir və ya onu müəyyən vaxtadək yalnız Öz hikmətimizə uyğun olaraq təxirə salırıq. Buna görə nə səni, nə də sənin düşmənlərini nəyin göz­lədiyinə şübhə etmə.

ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ ﯕ

(43. 43) “Sənə vəhylə təlqin edilənə riayət et. Həqiqətən, sən – doğru yoldasan!”

Xeyirxah işlər gör və özünü tərifəlayiq məziyyətlərlə bəzə, başqalarını da buna dəvət et və var qəlbinlə Allahın hökmlərini icra etməyə səy göstər, çünki sən haqq yolla gedirsən və o, səni Ona doğru və Onun mərhəmət məkanına aparır. Bunu bilərək, sən bu yoldan daha möhkəm yapışmalısan, axı bu – haqq, ədalət və həqiqət çığırıdır. Sən bu yolla irəliləyərək möhkəm zəminə istinad edə­cəksən, halbuki sənə dost olmayanlar müşriklik, yanlışlıq, zalımlıq və özba­şınalıq içində batıb qalacaqlar.

ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ

(43. 44) “Doğrusu, bu sənə və xalqına bir Xatırlatmadır və sizdən soru­şulacaq”.
Şərəfli Quran sizin adınızı şan-şöhrətli edəcək və siz bu­nun­la fəxr edə­cəksiniz. Heç bir lütüfkarlıq sizə bəxş edilmiş bu Ki­tab­la müqayisə edilə bilməz: o, sizə bu dünyada və ölümdən son­ra nail oluna biləcək neməti xatırladır, sizi ona can atmağa ça­ğı­rır və həm də şər və ondan qorunmaq barədə sizə xəbər­darlıq edir. Qiyamət günü sizdən ona iman gətirməyiniz sayəsində ucal­ma­ğı­nızdan və onun nəsihətlərindən fayda götürməyinizdən və yaxud da onun nəsi­hətlərindən üz döndərdiyiniz barədə soru­şu­la­caq. Əgər siz bu Kitaba əsaslanma­mışsınızsa, onda o, sizin əley­hi­nizə şahidlik edəcək və sizi kafirlikdə və Allahın nemətlərinə qar­şı naşükürlüyünüzdə ifşa edəcək.

ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ

(43. 45) “Sənə qədər Bizim göndərdiyimiz elçilərdən so­ruş, Biz Rahman­dan başqa, ibadət edilən ilahlar yaratmışıq­mı?

Əgər bu belə olsaydı, onda müşriklər əvvəlki elçilərdən (on­lara salam ol­sun!) birinin yolu ilə gedərdilər ki, bu da onlara haqq qazandırardı. Əgər sən on­lardan soruşsan və ya sənə qədər pey­ğəmbərlərin və elçilərin nə etdikləri haq­qında həqiqəti bilsən, onda əmin olarsan ki, onlardan heç biri insanları Allahdan başqa heç kimə ibadət etməyə çağırmazdılar. Bütün peyğəmbərlər, il­kin­dən tut­muş sonuncusuna qədər, insanlara yalnız şəriki Ol­ma­yan Vahid Allaha ibadət etməyi təbliğ edərdilər.
Fövqəluca buyurur: “Biz hər ümmətə elçi göndərmişik: “Allaha ibadət edin və taqutdan çəkinin!” (Nəhl, 16/36). Allahın insanlara göndərdiyi hər pey­ğəmbər (ə) öz xalqına belə sözlərlə müraciət edərdi: “Yalnız Allaha ibadət edin, çünki sizin Ondan baş­qa ilahınız yoxdur”. Bütün bunlar bir daha təsdiq edir ki, müş­riklər uydurduqları “ilahlara” ibadət etmək üçün heç bir əsa­sa malik deyil­dilər və nə sağlam təfəkkürə, nə də Allahın elçi­lərinin (onlara salam olsun!) ger­çək xəbərlərinə istinad etmirdilər.
Sonra Fövqəluca Musa peyğəmbərin (ə) vəzifəsindən və onun dəvətindən xəbər verir. Onun (ə) vəzifəsi ən şərəfli vəzi­fə­lər­dən biri idi və çox vaxt Kitabda onun (ə) barəsində rəvayət edə­­rək, Fövqəluca onunla (ə) Firon (L) arasında baş verən qar­şı­dur­manı xatırlayır.

ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(43. 46) “Biz artıq Musanı Bizim möcüzələrimizlə Fironun və onun əyan­larının yanına göndərmişik və o demişdir: “Həqiqətən, mən – aləmlərin Rəb­bi­nin elçisiyəm”.

Bu dəlillər Musanın (ə) bütün dediklərinin həqiqiliyinə şüb­­hə yeri qoy­murdu. Əsa, ilan, çəyirtgə sürüsü, bitlər və bir çox di­gər möcüzələr ilə olan heka­yətlərin hamısı onun (ə) doğru­çu­lu­ğu­nu təsdiq edirdi. Buna görə, Musa (ə) Fir­ona (L) və Misir za­də­gan­larına müraciət etmiş, onları Böyük Rəbbə iman gə­tir­məyə də­vət etmiş və onları Ondan başqa kiməsə ibadət etməkdən çəkin­dir­­mişdi.
ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(43. 47) “O, Bizim ayələrimizlə onların yanına gəldikdə, onlar buna gül­məyə başladılar”.

Onlar Allahın möcüzələrini inkar etdilər və arsızlıqları və tə­kəbbürləri üz­ündən onları məsxərəyə qoymağa başladılar. La­kin onların iman gətirmə­məsinə səbəb Musanın (ə) göstərdiyi mö­cü­zələrdə tapa bilmədikləri nöqsanlar və anla­şılmazlıqlar ol­ma­dı və buna görə sonra Fövqəluca belə buyurdu:
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
(43. 48) “Onlara göstərdiyimiz hər möcüzə əvvəlkilərdən da­ha üstün idi. Biz onlara əzab verdik ki, onlar qayıda bil­sin­lər”.

Allah onları üstünə çəyirtgə sürüsü, bit və qurbağa gön­dər­di, Nil çayının və quyuların suyu isə qana çevrildi. Bütün bu mö­cü­zələr onları öz müşrik­liyindən və cinayətlərindən əl çəkib, haqq yola qayıtmağa və islama gəlməyə sövq etməliydi.

ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

(43. 49) “Onlar dedilər: “Ey sehrbaz! Sən bizim üçün öz Rəbbinə Onunla bağladığın əhdə müvafiq dua et və biz onda hökmən doğru yolla gedərik”.

Cəza onları yaxalayanda, onlar Musaya (ə) müraciət edib, dedilər: “Ey sehrbaz! Rəbb səni seçmiş və böyük rütbə ilə şərəfləndirmişdir, odur ki, Ondan xahiş et bizi bu cəzadan xilas etsin və biz onda hökmən doğru yola gələrik”. Ola bilsin ki, onlar onu (ə) məsxərəyə qoymaq üçün “sehrbaz” adlandırmışdılar. Lakin ola da bilər ki, bu müraciət onların ona (ə) hörmətlə yanaşmasını təsdiq edirdi, çünki onlar sehrbazları və cadugərləri ən savadlı insanlar hesab edirdilər.

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

(43. 50) “Biz əzabı onlardan götürən kimi, onlar o saat əhdi pozdular”[9].

Andı pozaraq, onlar kafirliyə qayıtdılar. Fövqəluca buyu­rur: “Biz onlara müxtəlif möcüzələr kimi çoxlu miqdarda daş­qın, çəyirtgə, bit, qurbağa və qan göndərdik. Lakin onlar təşəx­xüs satdılar – onlar günahkar xalq idi. Cəza onları yaxalayanda deyirdilər: “Ey Musa! Rəbbinə Onun sənə vəd etdiyi barədə bi­zim üçün dua et. Əgər sən bizi cəzadan xilas etsən, onda biz sə­nə inanar və İsrail oğullarını səninlə buraxarıq”. Biz onları, müt­ləq çatmalı olduqları mü­əyyən müddətədək, cəzadan xilas et­dikdə, onlar vədlərini pozurdular” (Əraf, 7/133-135).

ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ

(43. 51) “Firon xalqına müraciət edib dedi: “Ey mənim xalqım! Məgər Misir üzərində hakimiyyət və ayağımın altından axan çaylar mənə məxsus deyilmi? Məgər siz görmürsünüz?”

Firon (L) şərəfsizliyi ilə təkəbbürlənərək, öz hakimiyyətinə, var-döv­lətinə və qüdrətli qoşunlarına aldanıb yolunu azdı. O (L) dedi: “Məgər mən bu tor­paq­ların və Nildən mənsəbini götürüb, bi­zim bağlarımızdan və saraylarımızın ya­nından axan bu çayların sə­rəncamçısı deyiləmmi? Məgər siz mənim nəhəng, uc­suz-bu­caq­sız mülklərimi görmürsünüzmü?” Firon (L) özünün hədsiz na­dan­­lığı üzündən özünə məxsus olmayan məziyyətlər, əməllər və var-dövlətlə öyünür və lovğalanırdı.
ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ

(43. 52) “Məgər mən bu zavallı və aydın danışa bilməyən­dən daha xe­yir­li deyiləmmi?”

Firon (L) böyük peyğəmbər Musanı (ə), Mərhəmətli Allahın Özü ilə danı­şan və Onun nəzdində şərəfli yer tutan İmran oğlunu (ə) zavallı insan adlan­dır­dı. Təkəbbürlü günahkar qərara aldı ki, o (L) – qüdrətli bir hökmdardır, Musa (ə) isə, yalnız zavallı bir sadəlövhdür və həm də çətinliklə danışır. Musa (ə) natiq deyildi və insanlarla çətinliklə danışırdı, lakin insan ürəyində olanları ətrafda­kılara çatdırmaq istəyəndə, hətta buna çətinliklə nail olsa da, bu, nöqsan deyil.

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ

(43. 53) “Niyə o, qızıl qolbaq taxmamışdır? Niyə onunla müşayiətçi mə­ləklər gəlməmişdir?”

Niyə Musa (ə) zinətli əşyalar geymir və qızıl qolbaq tax­mır? Niyə mə­lək­lər onu (ə) qorumaq üçün onunla gəl­mə­miş­lər? Niyə onlar onun (ə) vəzifəsini yerinə yetirmək üçün ona (ə) kö­mək etmirlər?

 ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(43. 54) “O, xalqını aldatmışdı və onlar da ona tabe olmuş­du­lar. Həqiqə­tən də, onlar günahkar insanlar idilər”.

Firon (L) xalqını haqdan şübhələnməyə məcbur edərək, onun ağlını du­man­landırmışdı, halbuki onun (L) bütün dəlilləri tən­qidə tab gətirmirdi və heç bir əsasa malik deyildi. Belə sü­but­lar­la nə haqqı, nə də yalanı təsdiq etmək müm­kün olmazdı. Onlar təkcə cahil axmaqlara inandırıcı görünə bilərdi.
Məgər Misir torpaqlarının və çaylarının Firona (L) məxsus olması, onun (L) haqqa etiqad etdiyinə dəlilmiydi? Məgər Mu­sa­nın (ə) tərəfdarlarının az ol­ması, fikrini çətinliklə izah et­mə­si və ana­sının ona (ə) bəzəkli pal-paltar gey­dirmə­məsi, onun (ə) yo­lu­nu azmasınımı bildirirdi? Amma Firon (L) ağıldan məh­rum, onun hər dediyi sözlə razılaşan, haqq ilə yalanı ayırd edə bil­mə­yən in­sanlara müraciət edirdi. Onlar əxlaqsız və günahkar xalq idi və on­ların pozğun­luğu və günahkar olması üzündən Allah Firo­na (L) onların üzərində hökmranlıq etməyə, onlar üçün büt­pə­rəstliyi və şəri bəzəyib gözəl göstərməyə imkan ver­mişdi.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ

(43. 55) “Onlar Bizi qəzəbləndirdikdə, Biz onlardan qisas aldıq və ha­mı­sını suda batırdıq”.
(43. 56) “Biz onlardan əvvəlkiləri qalanları üçün nümu­nə­vi nəsihət etdik”.

Onların taleyi Allahın nəsihətlərinə diqqət yetirməyə qadir olan insanlar üçün ibrət dərsi olmuşdur.

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ

(43. 57) “Məryəmin oğlunu nümunə göstərəndə, sənin xalqın sevinclə səslənir”.

İnsanlara xatırladanda ki, Allahdan başqa heç kimə ibadət et­mək olmaz və hətta Məryəm oğlu İsa peyğəmbərə (ə) də ibadət et­mək bütpərəstlik və müş­rik­likdir, onlar sənin moizələrindən üz dön­dərirlər, səni yalançılıqda günahlan­dırırlar, sənə nifrət bəs­lə­yir­lər və bərkdən qışqıraraq, sənin və sənin dəlillərin üzərində qə­ləbə çaldıqlarını bəyan edirlər.

 ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

(43. 58) “Onlar deyirlər: “Bizim allahlarımız yaxşıdır və ya onlarınkı?” Onlar onu sənə nümunə göstırlər ki, yalnız səninlə mübahisə etsinlər. Onlar çəkişən insanlardır!”

Ey Muhəmməd! Sən nəinki təkcə bizim ilahlarımıza deyil, İsa­ya ibadət et­məyi də qadağan edirsən. Bundan sonra da sən bi­zim hamımızı cəza ilə qorxu­dursan. Məgər sənin Kitabında yazıl­ma­yıb ki: “Siz və Allahdan başqa ibadət etdikləriniz, girəcəyi­niz Cəhənnəm üçün yanacaqsınız” (Ənbiya, 21/98). Bizim hamı­mı­za yaxşı məlumdur ki, İsa (ə) Allahın ən yaxınlarından biri idi və onu (ə) yaxşı aqibət gözləyir. Niyə sən onu bizim ilahlarımızla müqayisə etdin və in­sanlara hətta ona ibadət etməyə imkan ver­mir­sən? Yaxşı olardı ki, sən öz yalançı bəyanatlarının bir-birinə zidd gəlməməsinin qayğısına qalaydın.
Müşriklər qərara almışdılar ki, Muhəmməd (ona Allahın sa­la­vatı və salamı olsun!) daş heykəllərə və İsa peyğəmbərə (ə) ey­ni aqibət nəsib olacağını xəbər ver­mişdir və bu onun (s.ə.s.) əv­vəl bildirdikləri ilə uyğun gəlmirdi. Onlar başa düşürdülər ki, zid­diyyətin olması mənbənin səhih olmamasını təsdiq edir.
Bu, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) za­manında müşriklərin düşdüyü ən dərin azğınlıq­lar­dan biri idi. Onlar belə bir nə­ticə çıxarmaqla sevinməyə başla­dı­lar, şadyanalıq və bir-birilərini təbrik et­məyə girişdilər. Həmd ol­sun Alla­ha! Bu sadəcə əsassız və yalançı bir şübhə idi ki, ka­firlər onu in­san­ların ürəyinə salmağa cəhd göstərirdilər. Fövqəluca həm İsa pey­ğəmbərə (ə), həm də bütlərə ibadəti qadağan etmiş­dir, çünki ibadətə layiq yalnız Fövqəlqüdrətli Allahdır. Nə mələk­lər, nə pey­ğəm­bərlər, nə elçilər, həm də digər məxluqlar ibadətə la­yiq deyillər. Buna görə də Allahın İsa peyğəmbərə (ə) və bütün di­gər məxluqlara ibadəti qa­dağan etməsində qəribə bir şey yoxdur. Bu peyğəmbərin (ə) nə üs­tünlüyü, onun Allah dərga­hın­da yüksək mövqe tutması onu (ə) ilah etmir. Bu baxımdan o (ə) di­gər məxluqlardan heç nə ilə fərq­lən­mir və buna görə sonra Föv­qəluca belə buyurur:

 ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

(43. 59) “O, yalnız Bizim lütüfkarlıq göstərdiyimiz quldur və onu İsrail oğulları üçün örnək etmişik”.

Allah onu (ə) peyğəmbər və mömin etmiş, ona (ə) hikmət və aydın biliklər vermişdir. Onun (ə) nümunəsində İsrail oğulları, bütün varlıqlar üzərində hökm­dar olan və insanı atasız xəlq et­mə­yə qadir olan Allahın fövqəlqüdrətinə əmin olmuşdular.
Müşriklərin Fövqəlucanın: “Siz və Allahdan başqa ibadət etdikləriniz, girəcəyiniz Cəhənnəm üçün yanacaqsınız” (Ən­bi­ya, 21/98) buyuruğuna şübhə etmələrinə gəldikdə isə, onları bir-ne­çə üsulla alt-üst etmək olar.
Birincisi, bu ayənin sözləri cansız əşyalara xasdır, İsaya (ə) və möminlərə aid deyildir. İkincisi, bu ayədə Rəbb bütlərə və daş heykəllərə ibadət edən Mək­kə müşriklərinə müraciət etmişdir. Üçüncüsü, sonrakı ayələrin birində Allah belə buyurur: “O kəs­lə­rə ki, Biz əzəldən ən yaxşısını təyin etmişik, onlar ondan ayrı­la­caq­lar” (Ənbiya, 21/101). Heç şübhə yoxdur ki, bu ayədə həm İsa­dan (ə), həm də digər peyğəmbərlər və möminlərdən bəhs edilir.

 ﯼﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ

(43. 60) “Əgər Biz istəsəydik, yer üzündə sizi mələklərlə əvəz edərdik və onlar xələfləriniz[10] olardılar”.

Bax onda Biz onlara göndərdiyimiz elçiləri mələklərin ara­sın­dan seçərdik. Sizə gəldikdə isə, ey insan toplusu, sizin mələk­lə­rə bən­zəməyə gücünüz çatmaz. Buna görə Allah sizə rəhm edə­rək, el­çi­lərini insanlardan göndərir ki, onlardan nümunə götürə bi­lə­siniz.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ

(43. 61) “Həqiqətən, o, Saatın əlamətidir. Ona heç şübhə etməyin və Mə­nim ardımca gəlin! Bu – düz yoldur”.
Bir şərhə görə, burada İsanın (ə) doğulması, dirilmənin geçəkliyinin dəlili kimi nəzərdə tutulub. Allah insanı atası olmadan yaratmaq qüdrətinə malikdir və O (Pak və Müqəddəs), Qiyamət günü ölüləri diriltməkdə heç bir çətinlik çək­məyəcək. Digər bir şərhə görə isə, İsanın zühuru – bu, Qiyamət gününün ən bö­yük əlamətlərindən biri olacaq, dünyanın sonuna az qalmış, onun (ə) yer üzünə gəlməsidir.
Qiyamət gününün gələcəyinə şübhə etməyin və yadda saxlayın ki, bu məsələdə şübhə kafirliyə bərabərdir. Rəbbinizin ar­dıcan gedin, yəni, Onun əmrlərini icra edin və Onun qadağa­la­rı­na itaətsizlik etməyin. Məhz bu yol sizi Fövqəlqüdrətli və Bö­yük Allaha aparacaqdır.

 ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(43. 62) “Qoy şeytan sizi tutub saxlamasın, axı o, sizin açıq-aşkar düşmə­ninizdir”.

Şeytan vaxtını itirmir və var gücü ilə sizi azdırmağa və Al­la­­hın hökmlərini yerinə yetirməkdən yayındırmağa cəhd gös­tə­rir.

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ

(43. 63) “İsa açıq-aşkar möcüzələrlə gəldikdə, o dedi: “Mən sizə hikmətlə və ixtilafa düşdüyünüzün bir hissəsini sizə izah etmək üçün gəlmişəm. Allah­dan qorxun və mənə tabe olun!”

İsa (ə) ölənləri dirildir, korları və cüzam xəstəliyinə tutu­lan­ları sağaldırdı. Onun göstərdiyi möcüzələr onun pey­ğəm­bər­li­yi­nin və onun təliminin doğru­lu­ğunu təsdiq edirdi. O (ə), İsrail oğul­larına deyirdi: “Mən sizə peyğəmbər kimi və faydalı bilik­lər­lə gəlmişəm. Mən sizə həqiqəti xəbər verəcək və sizi maraq­landı­ran sualarınızı cavablandıracağam və beləliklə sizdə şübhə və ay­dın olma­yan bir şey qalmayacaq. Tək Allaha ibadət edin və Ona şəriklər qoşmayın, Onun əmirlə­rini yerinə yetirin və günahlardan çəkinin, mənə gəldikdə isə, mənə iman gətirin, sözlərimə inanın və ardımca gəlin”.
İsa peyğəmbər (ə) Musa peyğəmbərin (ə) dinini sona çat­dır­maq və həm­çi­nin Tövratın bəzi hökmlərinin asanlaş­dırılması və təkmilləşdirilməsi üçün gəl­mişdi. Bax buna görə hər bir yəhu­di ona (ə) itaət etməli və onunla (ə) razı­laşmalı idi.

ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ ﮃ

(43. 64) “Həqiqətən, Allah – mənim Rəbbim və sizin Rəbbinizdir. Ona ibadət edin. Bu – düz yoldur”.

İsa (ə) bu sözləri ilə xalqına aydın bildirdi ki, Fövqəluca Al­lah­dan başqa Rəbb yoxdur, yalnız O (Pak və Müqəddəs), bütün məx­luqlarının qayğısına qa­laraq, onlara həm açıq, həm də gizli hər növ nemətlər əta edir. Bundan başqa, o (ə) onlara anladır ki, yalnız Allah ibadətə layiqdir və Onun şərikləri yoxdur, o (ə) isə Onun yal­nız qullarından biridir. İnsanları Allaha aparan və Cənnət bağları ilə nəticələnən düz yol budur. Bütün bunlar, İsa peyğəmbəri (ə) Alla­hın Oğlu və ya xristianların iddia etdiyi kimi, “müqəddəs üçlü­yün” ma­hiyyəti adlandı­rılmaqla qəti ziddiyyət təşkil edir.

ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

(43. 65) “Lakin içlərindən çıxan firqələrin arasında ixtilaf düşdü. İzti­rablı günün əzabından vay o zalımların halına!”

Yəhudilər İsanın (ə) təlimini rədd etdilər və ona (ə) böhtan atdılar. Onlar onun (ə) haqqında müxtəlif iddialar yürütməyə başladılar və buna görə firqələrə bölündülər. Yalnız Fövqəluca Allahın doğru yola yönəltdiyi kəslər onun (ə) pey­ğəmbərliyinə iman gətirdilər, onun (ə) moizələrinə şübhə ilə yanaşmadılar və onu (ə) Allahın qulu və elçisi olaraq qəbul etdilər.
Əzablı Gün başlayanda zalımları böyük hüzn çulğa­ya­caq­dır. Onlar müd­hiş kədərə qərq olacaqlar və hədsiz dərəcədə bö­yük ziyana düşəcəklər.
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ

(43. 66) “Məgər onlar qəflətən gələcək Saatdan başqa bir şeymi gözlə­yir­lər? Onlar heç hiss etməyəcəklər”.

Doğrudanmı Qiyamət gününü inkar edən kafirlər, məgər Qiya­mət Saa­tın­dan başqa bir şeymi gözləyirlər? O, qəflətən baş­la­ya­caqdır. Bu saat mütləq başla­yacaq və onda heç kim ona iman gə­tirməyənlərin və möminləri məsxərəyə qo­yanların halına qibtə et­məyəcəkdir.
 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

(43. 67) “Həmin gün bir-birini sevən dostlar, təqva­lı­lar­dan başqa, düş­mən olacaqlar”.

Qiyamət günü bir-birini küfrə və günahlara görə sevən dostlar düşmənlərə çevriləcəklər, çünki onların bu dünyadakı dostluğu Allaha imana əsaslnmırdı və Qiyamət günü belə məhəbbət düşmənçiliyə və nifrətə çevrilir. Yalnız müşrik­lik­dən və günahlardan ehtiyat edən möminlər bir-birilərinə dost olaraq qalacaqlar, çünki onlar bir-birilərini Allah xatirinə sevmişdilər, belə məhəbbət isə, Allahın Özü kimi əbədidir.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(43. 68) “Ey Mənim qullarım! Bu gün sizə qorxu yoxdur və siz qəm gör­mə­yəcəksiniz!”

Fövqəluca Onun təqvalı qullarını gözləyən mükafat haq­qın­da xəbər verir və buyurur ki, Qiyamət günü O (Pak və Mü­qəd­dəs) onlara, ürəklərinə böyük se­vinc gətirəcək, şər və qəm-qüs­sədən əmin olmalarına təminat verəcək sözlərlə müraciət edəcək­dir.
Ey Allahın qulları! Siz heç nədən qorxmamalı və kədərlən­mə­məlisiniz. Sizi qarşıda nəyin gözlədiyindən ehtiyat etməyinizə və əvvəllər törətdiklərinizə görə qəm-qüssə yeməyinizə dəyməz. İnsan hər cür yaramaz və xoşagəlməz şeylərdən müdafiə edil­dik­də, onu mütləq yaxşı və arzuedilən bir şey gözləyir.

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ

(43. 69) “Siz Bizim ayələrimizə iman gətirmişdiniz və mü­səl­manlar idi­niz”.

Fövqəluca Öz təqvalı qullarını mömin adlandırmışdır və bu isə o de­məkdir ki, onlar var qəlbi ilə öz Rəbbinə iman gətir­miş­dilər və bu imanın tələb etdiyi nə var idisə, hamısını yerinə yetirirdilər, yəni, onun əsil mənasını dərk etməyə nail olurdular, xeyirxah işlər görürdülər və həmişə Allah itaət edirdilər. Bu ayə­də Fövqəluca xüsusilə qeyd edir ki, onlar savab işləri həm qəlbən və həm də bədən hərəkətləri ilə yerinə yetirirdilər.

 ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ

(43. 70) “Siz Cənnətə zövcələrinizlə birlikdə sevinclə da­xil olun!”

Mərhəmət göstərilmişlər və ehtirama layiq olanlar kimi Cən­nə­tə girin. Orada sizi nemətlər və sevinc, ləzzətlər və həzzlər gözləyir ki, onları sözlə təsvir etmək mümkün deyil və siz orada həmçinin Cən­nət mükafatına layiq olanlarla birlikdə qalacaqsınız. Siz onların ara­sında öz zövcələrinizi, övladlarınızı, dost­larınızı və digər saleh in­san­ları tapacaqsınız və hamınız Cənnətdə əbədi olaraq qalacaqsınız.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ
(43. 71) “Onların ətrafında qızıl qablarda və piyalələrdə on­lar üçün ye­məklər dolandırılacaq. Orada onların ürək­lə­rin­dən keçən və göz oxşayan şey­lər olacaq. Siz orada əbədi qala­caq­sınız”.

Cənnət sakinlərinin ətrafında daima gənc yeniyetmələr gə­zə­cəklər və onlar cənnətliklərə füsunkar qızıl sinilərdə ləzzətli ye­mək­lər və təmiz gümüşdən ha­zırlanmış dağ billuri kimi şəffaf nə­fis piyalələrdə içkilər təklif edəcəklər. Onlar ürəklərindən ke­çən və gözlərinə xoş gələn şeylər alacaqlar. Bu, Cənnətin bütün ne­mət­lərinə, zövq və səfalarına aiddir ki, onların arasında insan nəf­si­nin arzu­ladığı ləzzətli yeməklər və içkilər, bəzək şeyləri və qa­dın­lar və həm­çinin gözəl mənzərələr, kölgə salan ağaclar, həvəs­lən­dirici həz­lər, qızıl saraylar və insana sevinc bəxş edən bir çox digər şeylər ola­caq­dır. Bütün bunlara yiyə­lən­mək Cən­nət sakin­lə­ri üçün mümkün olacaq və bütün bunlar yalnız onlar üçün ola­caq­dır. Buna görə Fövqəluca buyurur: “Orada onlar üçün mey­və­lər və istədikləri hər şey olacadır” (Yasin, 36/57). Bunlarla yanaşı mö­minlər biləcəklər ki, onlar bu heyranedici gözəlliklərin içində əbədi qalacaqlar və bu, on­la­rı təsvirolunmaz dərəcədə sevin­di­rə­cək­dir. Onların zövq al­ma­sın­da fasilə olmayacaqdır və o, sa­atba­sa­at artıb çoxalacaqdır.

ﯬﯭﯮﯯﯰﯱﯲ ﯳ

(43. 72) “Bu Cənnət sizə, əməllərinizə görə, irs olaraq verilmişdir”.

Allah Öz mərhəməti sayəsində sizin əməllərinizə görə onu sizə mükafat olaraq bağışlamışdır.

ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ

(43. 73) “Orada sizin üçün çoxsaylı meyvələr hazır­lan­mış­dır və onları yeyəcəksiniz”.

Fövqəluca buyurur: “Onların hər ikisində bütün meyvələr iki növdür” (Rahman, 55/52). Cənnət sakinləri bu ləzzətli meyvə və əla bəhərlərdən – ürək­lərinin istədiyi hər şeydən həzz alacaq­lar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

(43. 74) “Həqiqətən, günahkarlar Cəhənnəmdə əbədi əzab çəkəcəklər”.

Cəhənnəm odu küfrə etiqad edən və günah işlədən fasiqləri udacaq. Alov hər tərəfdən onları öz dilləri ilə bürüyəcək və əzabkeşlər heç vaxt oradan xilas olmayacaqlar.
ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ

(43. 75) “Onların əzabına ara verilməyəcək və onlar orada ümidlərini itirəcəklər”.

Onların əzabı qurtarmayacaq, iztirabları isə yüngülləşdiril­mə­­yəcək. Onlar yaxşı sonluq və rahatlıq əldə edəcəklərinə bütün ümid­lərini itirəcəklər. Onlar Böyük Rəbbə xilas olmaları haqqın­da müraciət edəcəklər, amma təkcə sərt rədd cavabı alacaqlar. Föv­­­qə­lu­ca buyurur: “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bizim ta­le­­siz­li­yi­miz bizə güc gəldi və biz yolunu azmış insanlar olduq. Ey Rəb­bi­miz! Bizi buradan çıxart. Əgər biz qayıtsaq, doğrudan da zalımlar olarıq”. O de­yə­cək: “Burada rüsvayçılıqla qalın və Mənimlə da­nış­mayın!” (Muminun, 23/106-108). Budur günah­kar­la­rın öz əməl­ləri ilə özlərinə zərər vuraraq layiq olduqları bö­yük cəza!

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(43. 76) “Biz onlara zalımlıq etmədik. Lakin onlar özləri zalım idilər”.

Allah heç kimlə zalımcasına davranmır və yalnız günah işlədənləri, cina­yət törənədləri cəzalandırır.
 ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ

(43. 77) “Onlar çağırıb deyəcəklər: “Ey Malik! Qoy sənin Rəbbin bizim işi­mizi bitirsin”. O deyəcək: “Siz qalacaqsınız!”

Əzabkeşlər od burulğanında qovrulduqları halda iztirab­lar­­dan xilas olmaq ümidi ilə Cəhənnəmin gözətçisinə müraciət edə­cəklər: “Ey Malik! Qoy Rəbb canımızı alsın ki, biz rahatlana bilək. Bizim artıq bu müdhiş hərarətə və sərt cəzaya dözməyə gü­cü­müz çatmır”. Onların xahişinə cavab olaraq Malik deyə­cək: “Siz burada əbədi olaraq qalacaqsınız və heç kim sizi buradan xi­las etmə­yəcək”. Əzabkeşlər məqsədlərinə nail ola bilmə­yə­cək­lər, mə­ləyin cavabı isə onla­rın qalan ümidini də puç edəcək və mü­si­bətlərini artıracaqdır. Bundan başqa, mələk günahkarları törət­dikləri cinayətlərinə görə qınayacaq və deyəcəkdir:

 ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ

(43. 78) “Həqiqətən də, biz sizə haqqı gətirmişdik, lakin əksəriy­yətiniz haqqı xoşlamayanlardır”.

Haqq sizə gəlmişdi və sizi ona iman gətirməyi və Allaha itaəti vacib etmişdi. Əgər siz elə etsəydiniz, onda xoşbəxtlik və uğur əldə qazanardınız, lakin sizin əksəriyyətiniz haqqı sevmirsiniz. Bu da sizin əbədi bədbəxtliyinizin səbəbidir.

 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(43. 79) “Yoxsa onlar qəti qərarmı qəbul ediblər? Biz artıq qəti qərar qəbul etmişik”.

Kafirlər haqqa və onu təbliğ edən Elçiyə (s.ə.s.) və mömin­lə­rə qalib gəlmək üçün, insanların gözünə qum ataraq və öz yara­maz iddialarını yalan sözlərlə bəzəyərək, öz məkirli fitnələrinimi planlaşdırırdılar? Allah isə qərar qəbul etmiş­dir və o, onların plan­laş­dırdıqlarından daha yaxşıdır. Allah onların niyyətlərini dar­madağın, cəhdlərini isə əbəs edəcəkdir. Bütün zamanlarda Fövqəlqüdrətli Allah möminləri dəlillərlə silahlandırır və onların qarşısında imkanlar açır ki, onlar haqqı təsdiq və yalanı məhv edə bilsinlər. Bu barədə Fövqəluca belə bu­yurur: “Lakin Biz haqqı yalanın üstünə atırıq və o onun beynini dağıdıb, yox edir. Vay sizin halınıza ki, siz aid edirsiniz!”[11] (Əmbiya, 21/18).

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(43. 80) “Yoxsa Bizim onların sirlərini və gizli danışıq­l­a­rı­nı eşit­mədiyi­mizi güman edirlər? Heç də yox! Nümayən­də­lə­ri­miz yanlarındadır və ya­zır­lar”.

Doğrudanmı onlar öz nadanlıqları və öz korluqları üzün­dən elə zənn edirlər ki, Allah onların heç kimə açmadıqları sir­lə­rin­­dən və öz aralarında apardıqları gizli danışıqlardan xəbər­siz­dir? Fasiq günahkarlar günah işlədərək elə düşünürlər ki, öz cina­yət­lərinin yaramaz nəticələrini görməyəcək və başqa­larından giz­lət­diklərinə görə əvəz almayacaqlar. Lakin Allah onların yanlış gü­manlarını təkzib etmişdir. O (Pak və Müqəddəs) onların bütün giz­li niyyətləri və söhbətlərindən xəbərdardır. Bununla yanaşı O (Pak və Müqəddəs), alicənab mələkləri yer üzünə göndərir və onlar insanların arasında olurlar və onların etdiklərinin hamısını yazırlar. Onlar yazdıqları kitabları Qiyamət gününə kimi sax­la­ya­caq­lar və həmin gün onları insanlara təqdim edəcəklər və onda fasiq­lər bütün törətdiklərini öz qabaqlarında görəcəklər və Rəbb heç kimlə zalımcasına davranmayacaq.

ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(43. 81) “De: “Əgər Mərhəmətlinin oğlu olsaydı, mən bi­rin­­ci ibadət edərdim”.
Ey şərəfli Peyğəmbər! Tək Olana və heç kimə Ehtiyacı­ol­ma­ya­na, nə zöv­cəsi, nə övladları, nə tayı-bərabəri, nə özünəbənzəri ol­mayana oğul aid edənləri çağır və onlara de: “Əgər Allahın oğlu olsaydı, mən birinci olaraq ona ibadət edərdim, çünki oğul hə­mişə valideyninin bir hissəsidir. Mən Böyük Allahın razı ol­du­ğu hər işi birinci icra etməyə hazıram, lakin kimsə deyəndə ki, Alla­hın oğlu var, mən birinci olaraq bu yalan iddiaya etiraz edə­cə­yəm və heç vəchlə onunla barışa bilmərəm”.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) be­lə davranışı bu­na bənzər iddiaların yanlışlığının ən böyük dəlil­lə­rin­dən idi və bu, Allahın elçi­lə­rinin (onlara salam olsun!) həyatı ilə tanış olan hər kəsə aydındır. Onlar həmişə birinci olaraq hər han­­sı xeyirxah işi yerinə yetirərdilər və bu zəmində bütün qalan in­sanları qabaqlayardılar. Həm də onlar birinci olaraq istənilən pis əməl­dən geri çəkilərdilər və başqalarının gözü qarşısında onun qüsurluluğunu ifşa edərdilər. Əgər Mərhəmətli Allahın oğ­lu olsaydı, onda elçilərin ən əzəmətlisi olan Abdullah oğlu Mu­həm­­məd (ona Allahın salavatı və salamı olsun!) birinci olaraq ona ibadət edərdi və müşriklər onu (s.ə.s.) qabaqlaya bilməzdilər.
Belə bir rəy də var ki, bu ayə aşağıdakı mənanı verir: “Əgər Mərhəmətlinin oğlu olsaydı, mən onsuz da yalnız tək Allaha iba­dət edərdim, necə ki, indi də belə edirəm. Mən Ona ibadət edi­rəm, müvafiq baxışlara etiqad edirəm və Onun nifrətinə layiq olan hər şeyi rədd edirəm. Mənim qəlbim, mənin vücudum və mə­nim dilim Ona mütidir və əgər sizin dediyiniz həqiqət olsaydı, on­da mən onu birinci olaraq təsdiq edərdim”.
Bütün bunlardan aydın olur ki, müşriklərin baxışları nə də­rə­cədə yalan və zərərli idi və onlar sağlam düşüncədən və pey­ğəm­bərlərin həqiqi təlimindən necə də uzaq idilər.
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(43. 82) “Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi pakdır və onların şərik qoşduqlarından uzaqdır.

Allahın nə şərikləri, nə köməkçiləri, nə də övladları yoxdur. O (Pak və Mü­qəddəs) müşriklərin Ona şərik qoşduqları hər şeydən Pakdır!

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

(43. 83) “Qoy onlar, onlara vəd edilən günlə görüşənədək, boşboğazlığa dalsınlar və əylənsinlər”.

Ey Muhəmməd! Qoy onlar mövcud olmayana inanmaqda davam etsinlər. Onların təlimi onlara yalnız zərər gətirəcəkdir. Bu – bir burulğandır ki, onlar oraya dalmışlar və onların bilikləri haq­qa və Allahın elçilərinin gətirdiklərinə ziddir. Onların əməl­lə­ri isə, sadəcə, axmaqcasına bir oyunbazlıqdır ki, onların ruhunu saf­laş­dırmır və onlara faydalı nəticələr vermir.
Buna görə Allah kafirləri xəbərdar edir ki, Qiyamət günü başlandıqda onlar mütləq biləcəklər ki, özləri üçün yalnız bitib-tükənməz müsibətlər və əbədi iztirablar hazırlamışlar.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ

(43. 84) “O – göydə də Allahdır, yerdə də Allahdır. O – Müdrikdir, Bilən­dir”.
Bütün göylərin sakinləri və yer üzünün mömin sakinləri Alla­ha ibadət edirlər, Ona ehtiram bəsləyir və Onu şərəf­lən­di­rir­lər, Onun əzəməti qarşısında mütilik göstərir və Onun föv­qəl­qüd­rə­ti qarşısında özlərinin acizliyini hiss edir­lər. Fövqəluca bu­yu­rur: “Onu yeddi göy, yer və onlarda olanlar mədh edirlər. Elə bir şey yoxdur ki, Onu həmd ilə şərəfləndirməysin” (İsra, 17/44); “Göy­lərdə və yerdə olanlar və həmçinin onların köl­gə­lə­ri könüllü və ya qeyri-iradi olaraq Allahın qarşısında səhərlər və axşam qabağı səcdəyə qapılırlar” (Rəd, 13/15).
Bütün məxluqlar ya öz arzusu, ya da məcburən Ona sitayiş və ibadət edir­lər. Göylərdə və yerdə bütün varlıqlar Onu sevir və öz Allahı sayırlar. Onun böyüklüyü təkrarsızdır, kamilliyi hər növ tərifə layiqdir. O (Pak və Müqəddəs) Öz məxluqlarından ay­rı­dır və göylərin üstündə Öz şanlı Ərşindədir.
Müdrik və Bilən adları – Onun gözəl adlarındandır. İlahi müd­rikliyinin dəlili – Onun yaratdığı varlıqlar və nazil etdiyi qanunlardır. Kainatda hər şey müdrik ilahi planı əsasında xəlq edilmişdir və Allahın təyin etdiyi qədəri, Onun dini hökmləri və müəy­yənləşdirdiyi əvəzvermə qanunu da bu plandan irəli gəlir. O (Pak və Müqəddəs) bütün aşkar və gizli olan hər şeydən, hər iki dün­yada gedən proseslərdən xəbərdardır və heç nə Onun diq­qə­tindən yayınmır – nə ən kiçik, nə də ən böyük şeylər. Hətta ən kiçicik zərrəciklər belə Onun xəbəri olmadan hərəkət etmirlər.

ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

(43. 85) “Göylərin, yerin və onların arasında olanların üzərində Haki­miy­yət Sahibi Mübarəkdir. Saat haqqında bilik – Ondadır və siz Ona qayta­rılacaqsınız”.

Bu o deməkdir ki, Allah böyükdür, şanlıdır, çoxsaylı xeyir­xah­lıqlar edir, ən gözəl sifətlərə və məhdudiyyətsiz hakimiyyətə ma­likdir. Buna görə də Rəbb göylərin, yerin və onların arasında olanların Ona məxsus olduğunu və Onun bü­tün hər şey barədə bildiyini xatırlatmışdır. Qeyb yalnız Tək Ona bəllidir və On­dan başqa onun barəsində məxluqlardan heç kim bilmir: nə seçilmiş elçi, nə də yaxın mələk. Təkcə O (Pak və Müqəddəs), Qiyamət gü­nü­nün havaxt baş­laya­cağını bilir. Fövqəluca Allahın haki­miy­yə­ti­nin kamilliyi də, yalnız yer üzündəki həyatın və Axirət həyatının Onun ixtiyarında olması ilə təzahür edir. Bütün canlı varlıqlar öl­dük­dən sonra Ona qayıdacaqlar və O (Pak və Müqəddəs), onların arasında ədalətlə hökm çıxaracaqdır. Heç bir məxluq Onun ira­də­si­nə qarşı çıxa bilməz və heç kim Onun qarşısında Onun icazəsi ol­madan şəfaətçilik edə bilməz.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(43. 86) “Sizin Ondan başqa dua etdikləriniz, şəfaətə ma­lik deyillər, şü­urlu surətdə haqqa şahidlik edənlərdən başqa”.

Siz dua ilə kimə müraciət etsəniz də, istər peyğəmbər ol­sun, mələk və ya hər hansı bir kəs olsun, bilin ki, onlar öz bil­dik­l­əri kimi şəfaətçilik sərəncamına malik deyillər, yalnız Allahın ica­zə­si ilə şəfaət edə biləcəklər və təkcə o şəxslər üçün ki, O (Pak və Müqəddəs) onlardan razı qalmış olsun. Buna görə O (Pak və Mü­qəd­dəs) buyurur ki, təkcə haqqı təsdiq edənlərə, yəni onu qəlbən qəbul edənlərə, dili ilə təsdiq edənlərə və nəyə iman gətirdiklərini qətiyyətlə bilənlərə şəfaət ediləcəkdir. Beləliklə, haqqı təsdiq etmək vacib şərtdir və onun yerinə yetirilməsi Qiyamət günü şəfaət verənlərin arasına düşməyə layiq olmağa səbəb olacaqdır. Bundan ötrü isə Fövqəluca Allahın vahidliyinə, Onun pey­ğəm­bər­­lə­ri­nə və elçilərinə və onların təbliğ etdikləri hər şeyə, dinin əsas və ya fərdi mə­sələlərinə, sarsılmaz gerçəkliklərə və ya eh­kam­lara iman gətirmək lazımdır. Yal­nız bu məziyyətlərə malik olan­lara şəfaətçilik fayda verəcək: onlar Allahın cəza­sından xilas edi­ləcək və Onun mükafatını qazanacaqlar.
 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ

(43. 87) “Əgər sən onlardan soruşsan ki, onları kim xəlq etmişdir, onlar mütləq deyəcəklər: “Allah”. Gör onlar necə də dönükdürlər!”
Əgər sən müşriklərdən soruşsan ki, Rəbb və Xaliq kimdir, onlar mütləq deyəcəklər ki, yalnız Allahdır və heç bir başqası Onunla birgə bu haki­miy­yəti bölüşmür. Onda bəs onlara Allaha iba­dət etməyə və tək Ona səmimi qulluq et­məyə nə mane olur?!
Müşriklər etiraf edirlər ki, yalnız Allah onları xəlq etmişdir və onları idarə edir və bu iman onları tək Allaha ibadət etməyi zə­ru­riləşdirirdi. Budur bütpə­rəstliyin və çoxallahlığın qüsurlu­lu­ğu­nun ən böyük dəlili!!
ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(43. 88) “O dedi: “Ey Rəbbim! Həqiqətən, onlar – kafir in­san­lardır”.

Bu ayə Fövqəlucanın “Saat haqqında bilik – Ondadır” ifa­də­sinin mənaca davamıdır. O (Pak və Müqəddəs), bu dünyanın sonunun başlayacağı müddəti və Elçinin (ona Allahın salavatı və salamı olsun!) öz qəbilədaşlarının kafirliyindən gileyləndiyi haq­qın­da bilir.
Ey Muhəmməd! Sən, onların səni qəbul etmədiklərinə görə kədərlənirsən və bu, Allaha yaxşı məlumdur. O (Pak və Müqəd­dəs) onların cəzalandırılmasını tezləşdirə bilər, O (Pak və Müqəd­dəs) – dözümlü və səbirlidir. O (Pak və Mü­qəd­dəs) qulları cəza­lan­dırmağa tələsmir, onlara imkan verir ki, tövbə etsinlər və Mər­hə­mətli Rəbbin yoluna qayıtsınlar.
 ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ

(43. 89) “Onlardan üz döndər və: “Salam!” de. Onlar tez­lik­lə biləcək­lər”.

Onlarla mülayim dolan və onların sənə etdikləri haqsızlığa və təhqirlərə görə güzəştə get və qoy müşriklər səndən xeyirxah sözlərdən başqa bir şey eşit­məsinlər, çünki zəkalı və düşüncəli insanlar cahil adamlarla məhz belə rəftar et­məlidirlər.
Fövqəluca buyurur: “Mərhəmətlinin qulları o kəslərdir ki, yer üzündə mütiliklə yeriyirlər, cahillər onlara müraciət et­dik­də, onlar: “Salam!” – verib keçirlər” (Furqan, 25/63).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Rəb­bin iradəsinə təs­lim oldu və bütün haqsızlıqları və təhqirləri öz ca­­hil xalqına bağışladı və onların kobudluğuna yaxşılıq və xoş söz­­lərlə cavab verdi. Allahın gözəl əxlaq bəxş etdiyi, göylərin və ye­rin sakinləri və hətta hündürlüklərdəki ulduzlar üzərində ucalt­dığı alicənab Elçisinə Allahın salavatı və salamı olsun! Ka­fir­lə­rə qəldikdə isə, çox tezliklə onlar öz pis əməllərinin və cina­yət­lə­rinin ağır nəticələri haqqında biləcəklər.



[1] Müşriklər. F.S.
[2] Onlar Allaha aid edirlər? F.S.
[3] Məkkə və Taif şəhərləri nəzərdə tutulur. F.S.
[4] Yəni, kiməsə peyğəmbərlik vermək yalnız Allahın səlahiyyətindədir və O (Pak və Müqəddəs) bunu kimsə ilə məsləhətləşmir və buna görə insanların bu barədə hər han­­sı təklifi və ya istəyi yersizdir. F.S.
[5] Burada: “Məkkədən və ya Taifdən olan mühüm mövqeyə malik bir adam kimi göstərilən əl-Valid b. əl-Muğir” nəzərdə tutulur. F.S.
[6] Buradakı “gümüşə tutulan pilləkanlar” ifadəsi hazırki zamanımızdakı çoxmərtəbəli evlərdə qoyulmuş liftlərə daha çox bənzəyir. F.S.
[7] Bu iki ayədə (34-35) Allah kafir qullarının belə saraylarındakı qapılarının, taxtlarının və həm də bəzək şeylərinin gümüşdən yaradıla biləcəyinə işarə edir.
[8] Fövqəluca Allah bu ayədə kafir və müşriklərdən, onlar ölməzdən öncə tövbə edib, xeyirxah işlələr görmədikcə, on­lardan mütləq intiqam alacağını və onlara heç bir güzəştə gedilməyəcəyini qəti olaraq bildirir. Burada Allahın Elçi­sinin (s.ə.s.) doğma əmisi və onun çətin anlarının havadarı, Əbu Talibə, Peyğəmbərin (s.ə.s.) Əli ibn Əbu Tali­bin (Allah ondan razı olsun!) atasına ölüm ayağında belə güzəştə gedilməməsi – onun hidayətə qovuşdurul­maması bu qə­tiy­yətin nümunələrindən biridir. F.S.
[9] “Əhdi pozdular” kimi tərcümə etdiyim (يَنْكُثُون) sözünün mənalarından biri də Mahmud Zən­qanın Quran Lüğətində - eynilə “əhdi pozdular” kimi verilmişdir. F.S.
[10] Xələfləriniz, yəni sizin varisləriniz onlardılar. F.S.
[11] Burada: Allaha şərik aid etmək, qoşmaq nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий