среда, 2 мая 2012 г.

38. SAD SURƏSİNİN ŞƏRHİ

 SAD
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑﭒ ﭓ ﭔ ﭕ ﭖ

(38. 1) “Sad[1]. Zikrdən ibarət Qurana and olsun!”

Fövqəluca Şərəfli Quranın əzəmətini təsdiqləyərək, kafirlə­rin bu Kitaba və Allahın elçisinə, yəni, onu təbliğ edən Elçiyə (ona Allahın salavatı və salamı olsun!) göstərdikləri münasibəti izah edir. Fövqəluca Allah nəsihət ve­rən Qurana and içərək, qullara onların son dərəcə möhtac ol­duqları Allahın elmini açan Kitabın qiymətli və əhəmiyyətli­liyini vurğu­la­yır. Bu – Allahın gözəl adla­rı və Onun tərifəlayiq əməlləri haqqında biliklər, Onun dininin qanunları və hökmləri haqqında biliklər və həmçinin Axirət hə­yatı və ədalətli əvəz qanunları haqqındadır. Buna görə, biz deyə bilərik ki, Quran nəsihət verən və İslam dininin əsas və fərdi mə­sələləri haqqında xatırlatmadır.
Fövqəluca Şərəfli Qurana and içmişdir, lakin O (Pak və Mü­qəddəs) bu andı niyə içdiyini qeyd etmir. Bu isə o deməkdir ki, Şərəfli Qurana and içmə bu Kitabın böyüklüyünü və əhəmiy­yətini xüsusi ilə vurğulamaq üçündür. Ona ən gözəl məziyyətlər və ən şərəfli adlar məxsus edilmişdir və təkcə bu ona dəlalət edir ki, Allahın qulları onu dərk etməyə necə böyük ehtiyac duyurlar. Hər bir insan ona iman gətirməli və hər bir insan onun nəsihət­lərinə və xatırlatmalarına qulaq asmalıdır.

 ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

(38. 2) “Lakin iman gətirməyənlər təkəbbür və nifaq için­dədirlər”.

Allahın doğru yola yönəltdiyi möminlər Quranın ehkamla­rına səylə itaət edirlər, kafirlər isə Qurana iman gətirməkdən və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) tabe olmaqdan boyun qaçırırlar. Onların başı təkəbbürlə və itaət­sizliklə qarışmışdır, yəni, lovğa­lıqları üzündən Qurana inanmır, onu inkar edir və həm də onu uydurma olmaqda ifşa etməyə və ona iman gətirənləri ləkələ­mə­yə cəhd göstərirlər.

  ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ   

(38. 3) “Biz onlardan əvvəl neçə-neçə nəsillər həlak et­mi­şik! Onlar bərk yalvarırdılar, lakin artıq yayınıb xilas olmaq geç idi”.
Allah kafirləri sərt cəzalandıracağı ilə təhdid edir və elçiləri inkar edən onlardan əvvəlki günahkarların nəsillərini necə məhv etdiyini onların yadına salır. Hər dəfə Allahın cəzası xalqlardan birini haqlayanda, kafirlər Allaha müraciət edərdilər və Ona yal­varardılar ki, onları cəzadan xilas etsin, lakin bu zamang amansız cəza­dan xilas olmaq və böyük bəladan qurtulmaq imkanı artıq qalma­mış olurdu. Ey günahkarlar! Təkəbbürünüzdən və itaət­siz­liyi­niz­dən özünüzü gözləyin ki, sələflərinizin başına gə­lən­lər si­zin də başınıza gəlməsin.

 ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ

(38. 4) “Kafirlər özlərindən onlara xəbərdarlıq edən bir nə­si­hət­çi gəlməsinə təəccüblənib, dedilər: “Bu – yalançı sehr­baz­­dır!”

Kafirlər, insanın qətiyyən təəccüblənməməli olduğu bir şe­yə təəccüblənirdilər. Onların yanına öz aralarından çıxmış bir nə­sihətçi gəlmişdi. O, onların qəbilədaşı və uzun illər boyu onlar­la görüşmək və onları yaxından tanımaq imkanına malik olan bir insan idi. Nə qısqanclıq, nə təkəbbür, nə öz xalqına hədsiz mə­həb­bət onlara Allahın elçisinin (ə) ardınca getməyə maneə ol­mur­du. Bütün bunlar, bir qayda olaraq, insanları öz Rəbbinə şükür etməyə və ona (ə) ən mükəmməl şəkildə itaət etməyə sövq etmə­lidir. Lakin kafirlər əksinə rəftar edirlər. Onlar Allahın Elçi­sinin (ona Allahın salavatı və salamı olsun!) gəlişinə təəccüblə­nərək, onu (s.ə.s.) qəbul etmədilər. Bundan əlavə, onlar onu (s.ə.s.) sehr­baz və yalançı adlandırdılar ki, bu da onların kafirli­yinə və za­lımlığına dəlalət edirdi.
 ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

(38. 5) “Məgər o, allahları Vahid Allahami çevirmişdir? Doğrudan da, bu – qəribə bir şeydir!”
Onlar onu (s.ə.s.), bir çox uydurma ilahlardan onları əl çək­məyə və səmimiyyətlə Vahid Allaha ibadət etməyə çağırdı­ğına görə günahlandırırdılar. Onlar Allahın təlimini təəccüblü ad­lan­dırırdılar, onu yalan və səhv sayırdılar.

 ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(38. 6) “Onların zadəganları: “Gedin və ilahlarınıza görə səbir edin. Doğrusu, bu arzuedilən bir şeydir” – deyərək uzaq­laş­dılar”.

Qəbilədaşlarının rəylərinə qulaq asdıqları ağsaqqaları xalqı, uzun əsrlər boyu etiqad bəslədikləri bütpərəstlikdən əl çəkmə­mə­yə çağırdılar. Onlar öz qəbilədaşlarına belə tapşırdılar: “Öz büt­lərinizə ibadəti davam etdirin. Səbirli olun və səy göstərin ki, heç kim sizi atalarınızın yolundan döndərməyə nail ola bilməsin. Mu­həm­məd sizi öz ilahlarınıza ibadət etməkdən çəkindirməyə ça­­ğırır, lakin o bunu xoş niyyətlə etmir. O, özünün məkrli məq­sə­dinə çatmağa çalışır, siz isə ona bunu etməyə yol verməməlisin­iz”. Məkkə zadəganları bu sözlərlə qəbilədaşlarını öz tərəflərinə çəkməyə cəhd göstərirdilər, lakin hər bir ağıllı insana aydın idi ki, onların əsassız iddiaları yalnız axmaqlara və kəmağıllara ağıllı və inandırıcı görünə bilərdi. İnsanın haqqı və ya batili inkar etməsi­nə cəhd göstərməsindən asılı olmayaraq, o öz tərəf müqabilini onun niyyətinə görə qınamamalıdır, çünki hər bir insanın niyyəti və əməli onun öz şəxsi işidir. İnsan bu və ya digər baxışları rədd edərkən, onların yanlışlığını və yalan olmasını inandırıcı dəlillər və təkzibolunmaz sübutlar sayəsində ifşa etməlidir. Lakin müş­rik­lər belə dəlillərə malik deyildilər və buna görə onlar iddia edirdilər ki, Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) öz dinini şöhrət qazanmaq və insanları öz tərəfinə cəlb etmək məqsədi ilə təbliğ edir.
 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

(38. 7) “Biz axırıncı ümmətdən bu barədə eşitməmişik. Bu – uydurma bir şeydir”.

Biz eşitməmişik ki, atalarımız Muhəmmədin təbliğ etdiyi barədə bizə bir şey desinlər. Elə atalarımız da öz əcdadlarından bu barədə bir şey eşitməmişlər. Ata və babalarınızın ibadət etdik­lərinə ibadətinizi davam etdirin, çünki onlar ən düz yolla gedir­dilər, Muhəmmədin dəvət etdiyi hər şey isə yalnız uydurma və iftiradır.
Bu – müşriklərin “dəlillərindən” daha biri idi, lakin o, əv­vəlkilər kimi, əsassızdı. Onlar haqqa qarşı qətiyyən duruş gəti­r­mə­yə qadir olmayan “dəlillərə” söykənərək, onu təkzib etməyə cəhd göstərirdilər. Allahın Elçisinin (ona Allahın salavatı və sala­mı olsun!) sözləri onların yolunu azmış atalarının dediklərinə uy­ğun gəlmirdi. Amma məgər bu onun yalan və uydurma olma­sına də­lalət edirmi?

 ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

(38. 8) “Zikr bizim aramızda niyə ona nazil edilib? Doğ­rusu, onlar Mənim Zikrimə şübhə edirlər. Daha doğrusu, onlar hələ əza­bı­mı dadmayıblar”.
O (s.ə.s.), bizdən nəyi ilə üstündür və niyə Allah vəhyi məhz ona (s.ə.s.) nazil etmişdir? Bu iddia Muhəmmədin (ona Alla­hın salavatı və salamı olsun!) peyğəmbərliyinin əleyhinə in­an­dırıcı bir dəlil olması baxımından çox şübhə doğurucudur. Allahın elçiləri (onlara salam olsun!) Allahın onları yalnız Öz vəh­­yi ilə şərəfləndirməsi və Öz dininin təbliğatçıları etməsi ilə digər adamlardan fərqlənirdilər. Müşriklərin mənasız və əsassız etirazlarına gəldikdə isə, bunların səbəbi onların Allahın nazil et­diyi Vəhyin gerçəkliyinə şübhə etmələrindədir. Onların mü­kəm­məl bilikləri və heç bir sübutları yoxdur.
Kafirlər bütün zamanlarda şübhə və inamsızlıq içində ol­muşlar. Lakin onlar öz vəziyyətlərindən razıdırlar və buna görə də, açıq-aşkar haqq onlara aydın olduqda, onlar o saat öz şübhəli baxışlarını müdafiə etməyə can atırlar. Onlar boşboğazlıq etməyə başlayır və hətta haqqı təkzib etməyə cəhd göstərirlər, lakin bu zaman onları hərəkətə gətirən haqlı olmalarına qəti əmin olmaları deyil, onların xeyrinə olmayan bir şeyi yalana çıxartmaq istəyidir.
Belə yaramaz keyfiyyətlərə malik olan insanlar, digər ağıllı insanların təqdir etmədikləri, öz şübhəli inanclarını inadcıllıqla müdafiə edirlər. Axı haqqa iftira atmağa yönəlməkdən də daha yaramaz bir şey nə ola bilər? Belə kobud hərəkətlər etməyə cə­sa­rət göstərən fasiqlər hamının nifrətinə və qınağına layiqdirlər və buna görə Fövqəluca Allah onları cəzalandıracağı ilə təhdid edir. Onlar fani dünya nemətlərindən zövq aldıqca, belə kobud ədəb­sizliyə cəsarət edirlər. Əzab-əziyyətli cəza hələ onlara toxun­ma­mışdır. Əgər bu baş versəydi, onda onlar öz yaramaz əməl­lə­ri­ni törətməyə cəsarət etməzdilər.

 ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

(38. 9) “Yoxsa Fövqəlqüdrətli və Bəxşedən Rəbbinin rəh­mət xəzinələri onların yanındadır?”

Bəlkə, onlar Rəbbinin xəzinələrinə malik olduqlarına və Onun saysız-hesabsız varidatına sərəncam çəkdiklərinə görə bu­na cəsarət edirlər? Əgər bu belə deyilsə, onda niyə bəs deyirlər: “Doğrudanmı bizim aramızda təkcə o, ona vəhy nazil olunma­sına layiqdir?” Onların sözləri ədalətsizdir, çünki yalnız Fövqəluca Allah Öz Rəhminə və Öz nemətlərinə Sərəncamçəkəndir. Müş­rik­lər heç bir hakimiyyətə malik deyillər və Ona kobudluq etmək haqları yoxdur.
 ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ

(38. 10) “Yoxsa göylərin, yerin və onların arasındakıları­nın üzərində hakimiyyət onlara məxsusdur? Qoy onlar öz sə­bəbləri ilə göyə yüksəlsinlər”.

Məgər göylər, yer, onların arasınakılar üzərində haki­miy­­­­yət onlara məxsusdur? Əgər bu belə olsaydı, onlar istədik­lə­rini edə bilərdilər. Qoy onda onlar özləri səmalara yüksəlsinlər və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) Onun mər­həmətindən məhrum etsinlər. Əlbəttə ki, onlar bunu etmək iqti­da­rında deyillər. Bəs onda niyə bu köməksiz və zəif məxluqlar be­­lə qaba sözlər danışmağa cəsarət edirlər?! Məsələ ondadır ki, onlar öz həmfikirləri ilə birləşmək və yalanı bəyan etmək üçün haqqa qarşı mübarizəyə başlamaq istəyirlər.

 ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(38. 11) “Bu qoşunlar da əvvəlkilər kimi məğlub edilə­cək”.

Lakin onlar heç vaxt qarşıya qoyduqları məqsədlərinə nail ola bilməyəcəklər. Onların cəhdləri əbəs olacaqdır və onların qo­şunları da məğlub ediləcək. Neçə-neçə xalqlar Allahın elçilə­rinə (on­lara salamı olsun!) qarşı çıxmışdılar və onların ha­mısı məğlub və həlak edilmişdir. Muhəmməd Peyğəmbərlə (ona Allah­ın sala­vatı və salamı olsun!) düşmənçilik edən kafirləri də eyni aqibət gözləyir.


(38. 12) “Onlaradək, Nuhun xalqı, adlar və payalar sahi­bi[2] Firon da yalançı saymışdı”,
(38. 13) “səmudlular, Lutun xalqı və Əykənin əhalisi də. Bunlar bir partiyadandılar”.
(38. 14) “Onların hamısı elçiləri yalançı saydılar və aqi­bət­ləri gerçəkləşdi”.

Fövqəluca kafirləri onlardan əvvəlki xalqların cəzalandırıl­ması barədə xəbərdar edir. Onlar bizim günlərin müşriklərindən da­ha güclü, qüdrətli və yekdil idilər, lakin bu onları amansız cə­za­dan xilas edə bilmədi. Süquta uğradılmış xalqlar arasında – Nuh və Hud peyğəmbərlərin (onlara salam olsun!) xalqları və həm də payalar sahibi Fironun (L) xalqı var idi. Firon (L) bu lə­qəbi çox böyük sayda qoşunlara və müdhiş qüvvəyə malik ol­duğuna görə almışdı. Bu qismət Saleh və Lut peyğəmbərlərin (on­lara sa­lam ol­sun!) xalqlarına və həmçinin sıx ağaclı baxça və bağları olan xal­qa[3] da nəsib olmuşdu. Şueyb peyğəmbərin (ə) qə­­bilədaşları çox qa­lın meşəliklərə və gözəl bağlara sahib idilər və buna görə Fövqəluca Allah onların yaşayış məntəqəsini Əy­kə[4] adlandırmış­dır. Bu xalqlar öz elçilərini qəbul etməmişdilər və on­ların hamısı bir-biri ilə həmrəy olmuşlar. Onlar öz cəhd­lərini birləşdirmişdilər ki, haqqı təkzib etsinlər, lakin bu onlara heç bir fayda vermədi. Onlar bu cəzaya layiq edilmişdilər və heç kim baş verməli olanın qabağını ala bilməzdi.
 ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉﰊ

(38. 15) “Onlar əsla gecikməyəcək bir Səsdən başqa heç nə gözləməməlidirlər!”

Həmin saat başlayan kimi, mütləq kafirləri haqlayacaq və heç kim onları həlak olmaqdan xilas edə bilməyəcəkdir. İman gə­tirməkdən və haqqa itaət etməkdən inadla boyun qaçıranların hər birini yalnız belə sonluq gözləyir.
 ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ

(38. 16) “Onlar dedilər: “Ey Rəbbimiz! Haqq-hesab gü­n­ün­­dən əvvəl qismətimizi bizə tez ver”.

Fasiqlər bu dünyada cəzalandırılmalarını tezləşdirməyi xa­hiş edirlər. Onlar özlərinin cəzalandırılması üçün Allahı tələs­di­­rir­lər və bu onların nadanlığına, haqqa nifrət bəslədiklərinə də­lalət edir.

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ ﭜﭝ

(38. 17) “Onların dediklərinə səbir et və Bizim qüvvətli qu­­lumuz Davudu xatırla! O, həqiqətən, həmişə dua edər­di”[5].

Ey Muhəmməd! Müşriklər haqlı olduqlarında israr edir və iddia edirlər ki, əgər sən doğruçu olsaydın, cəza onları mütləq haq­layardı. Onların danışıqlarına səbirlə yanaş və öz alicənab sə­ləflərindən nümunə götür. Sənin düşmənlərin haqqı təkzib et­mə­yə nayil ola bilməyəcəklər və onların kinli sözləri sənə heç bir zə­rər vurmayacaq. Onlar yalnız özlərinə pislik edəcəklər.
Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sa­lamı olsun!) çətinlikər zamanı nəinki mətin və səbirli olmağı bu­yurmuş, həm də yalnız Vahid Allaha səbirlə ibadət etməyi və Onun səmimi qullarının xeyirxah əməllərini xatırlamağı əmr et­miş­­di. Allah buyurur: “Onların de­diklərinə səbirlə döz və gü­nə­şin tülu etməsindən öncə və qü­ru­bundan əvvəl Rəbbini həmd ilə şərəfləndir”[6] (Qaf, 50/39).
Allahın ən şərəfli qullarından biri və qüvvətli peyğəmbər olan Davud (ə) idi. Onun (ə) qüvvəti böyük fiziki və mənəvi gücə ma­lik olmasındaydı və bu özünü Rəbbinə böyük ciddiyyətlə ibadətdə gös­tərirdi. Davud (ə) bütün işlərində yalnız Ona dua et­məklə fərq­­lənirdi. O (ə) var qüvvəsi ilə yalnız Onu sevir, təkcə Ona pə­rəstiş edir, yalnız Onun qəzəbindən qorxur, yalnız Onun yardımına təvəkkül edir, təkcə Onun qarşısında təzim edir, müti olur və kö­mək üçün yalnız Ona dua ilə müraciət edirdi. O (ə), xətaya yol ver­dik­də, Rəbbin qarşısında səmimiyyətlə tövbə edir və törətdiyi nöq­sanı bir də heç vaxt təkrarlamırdı.

 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ

(38. 18) “Həqiqətən, Bizi onunla birlikdə səhər-axşam mədh etsinlər deyə, Biz dağları ram etdik”
(38. 19) “və bir yerə toplanmış quşları da. Hamısı da üzü­nü daima Ona çevirərdi”.

Allah Davud peyğəmbəri (ə) itaətkarlığına və xalis ibadət etdiyinə görə mükafatlandırdı və dağlarla quşlara əmr etdi ki, Davudla (ə) birlikdə günün əvvəlində və sonunda Allahı təriflə­yərək şöhrətləndirsinlər. “Ey dağlar və quşlar! Onunla birgə tə­rif­ləyin!” (Səba, 34/10) – deyən Allahın iradə­sinə dağlar və quşlar itaət etdilər. O (Pak və Müqəddəs), səmimi qəlbdən gələn ibadə­tinə görə Davudu (ə) məhz belə təltif etdi. Lakin bu, Onun Öz şərəfli peyğəmbərinə (ə) göstərdiyi yeganə neməti de­yildi. O (Pak və Müqəddəs) onun (ə) şan-şöhrətini böyük bir səltənət verməklə ucaldaraq, belə buyurur:

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

(38. 20) “Biz onun hakimiyyətini möhkəmləndirdik, ona müd­riklik və haqq ilə batili ayırmaq bacarığı əta etdik”.

Allah Davudun (ə) hakimiyyətini çoxsaylı qoşunlar və on­ları yaxşı təchiz etməklə gücləndirdi, onu peyğəmbərliklə şə­­rəf­ləndirdi və ona dərin biliklər əta etdi və həmçinin ona, çəkişən insanların mübahisəsini ədalətlə həll etməyi öyrətdi. Davudun (ə) adilliyi və müdrikliyi xalqına yaxşı məlum idi. Lakin bir dəfə Davudun (ə) qəlbinə bədxah bir fikir gəldi və onda Allah qərara aldı ki, ona (ə) ibrət dərsi versin və bu məqsədlə onun (ə) yanına iki qasidini göndərdi. Onlar onun (ə) yanında mübahisəyə başla­dılar. Davud (ə) öz səhvini başa düşüb, tövbə etdi və Mərhəmətli Rəbb isə onun (ə) nöqsanlarını bağışladı.
Sonra, Fövqəluca Muhəmməd Peyğəmbərə (ona Allahın sa­lavatı və salamı olsun!) müraciət edərək, belə buyurur:

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(38. 21) “Mübahisə salıb, sonra da mehrabın divarından aşaraq, ora girənlər haqqında xəbər sənə çatıbmı?”
(38. 22) “Onlar Davudun yanına daxil olduqda, o, qorxdu. Onlar dedilər: “Qorxma, biz – iki nəfər mübahisə edirik. Bizdən birimiz digərinə qarşı ədalətsiz davranmışdır. Bizim aramızda ədalətlə hökm çıxart, zalım olma və bizə doğru yol göstər”.

Bu, Davud peyğəmbərin (ə) ibadət etdiyi məbədin divarını aşaraq, Allahın iki elçisinin ora daxil olması haqqında ecazkar bir hekayətdir. Onlar oraya daxil olmağa icazə almamış, hətta dərva­zadan da gəlməmişdilər. Buna görə bu hal Davudu (ə) qorxuya salmışdı. Elçilər ona (ə) deyirlər ki, bir-biriləri ilə mübahisə edir­lər və onlardan biri digərinə qarşı zalımlıq etmişdir. Onlar haqqı axtardıqlarına ümid bəslədiklərinə eyham vurdular. Bundan ötrü onlar əsil həqiqəti danışacaqlarına söz verdilər və Davuddan (ə) xahiş etdilər ki, onların çəkişməsini ədalətlə həll etsin. Alicənab peyğəmbər (ə) həmin çəkişənlərin onu ədalətli olmağa çağırdıq­larına görə onları qınamadı və onların əhvalatını diqqətlə dinlədi.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(38. 23) “Həqiqətən, bu, mənim qardaşımdır. Onun dox­san doqquz qoyunu, mənim isə cəmi bir qoyunum var. O dedi ki: “Onu da mənə ver saxlayım!” və sözü ilə mənə üstün gəldi”.

Onlardan biri digərini öz qardaşı adlandırdı. O, onun doğ­ma qardaşı və ya din qardaşı, ya da ki, sadəcə yaxın bir dostu ola bi­lər­di. Bütün bunlar onu göstərir ki, mübahisə edib çəkişən bu iki nəfər bir-birinə yaxın adamlardılar və deməli, onlar bir-biriləri ilə ədalət­siz davranmamalıydılar. Əgər onlardan biri öz qardaşı ilə ədalətsiz rəftar etmişdisə, onda o özünü çox zalım­ca­sına apar­mışdır.
Sonra həmin adam sözünə belə davam etdi: “Allah qardaşı­ma böyük bir nemət verərək, ona doxsan doqquz zövcə bəxş et­mişdi. O öz xoşbəxtliyi ilə qane olmalıydı, lakin o, qərara aldı ki, hələ birini də alsın və indi də məndən xahiş edir ki, mən öz ye­ganə zövcəmi ona güzəştə gedim. O, mübahisələrdə mənə üstün gəldi və az qalmışdı ki, mənim zövcəmi də əlimdən alsın”.

 ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ

(38. 24) “Dedi: “And olsun ki, o, sənin bir qoyununu öz­ün­­­külərinə qatmaq istəyi ilə sənə qarşı zalımlıq etmişdir. Həqi­qətən, mallarını bir-birinə qatan bir çox şəriklər, iman gətirib, saleh işlər görənlər istisna olmaqla (lakin belələri çox azdır), bir-birilərinə qarşı zalımca­sına davra­nırlar”. Davud əmin oldu ki, Biz onu sınayırıq və Rəbbindən onu bağışlamasını dilədi və səcdəyə qapılaraq, töv­bə etdi”.

Davud (ə) çəkişənlərdən yalnız bir nəfərini dinləyərək, qə­rar qəbul etdi. Kimsə soruşa bilər ki, “Niyə Davud peyğəmbər (ə) ikinci şikayətçini dinləmədən qərar qəbul etmişdir?” İş orasın­da­dır ki, mübahisə edənlərin sözlərindən bunun doğrudan da belə olması aydın idi və buna görə ikinci çəkişən tərəfi dinlə­məyə eh­tiyac qalmırdı. Sonra Davud (ə) əlavə edir ki, haqsızlıq (zalım­lıq) etmək bir çox insanlara xas olan məziyyətlərdəndir və buna görə Adəmin nəsilləri çox vaxt öz dostlarının və yaxınla­rının haq­qını tapdalayırlar. Bu yaramaz xasiyyətdən yalnız iman gətirmiş və xeyirxah işlər görən möminlər uzaqdırlar. Onların imanı və xeyir­xahlığı onlara haqsızlıq etməyə və ətrafdakıları incitməyə yol ver­mir. Lakin belələri çox azdır və buna görə Fövqəluca Allah bu­yurmuşdur: “...Mənim qullarım ara­sın­da şükür edənlər az­dır” (Səba, 34/13).
Davud (ə) ədalətli bir hökm çıxartdı və anladı ki, çəkişən iki nəfər Davudun (ə) özünü sınamaqdan və ona (ə) doğru yol gös­tərməkdən ötrü gəlmişmişlər. O (ə), yol verdiyi xətalara görə Rəbbindən bağışlanmasını dilədi, səcdəyə qapıldı və Fövqəluca Allahın qarşısında tövbə etdi.

ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(38. 25) “Biz də bunu ona bağışladıq. Həqiqətən, o, Bizə yaxındır və ona gözəl qayıdış yeri hazırlanmışdır”.

Allah Davudun (ə) xətasını bağışladı, onu (ə) çoxsaylı ne­mətlərlə şərəfləndirdi və onun (ə) üçün Cənnətin ən yüksəkliklə­rində, Fövqəluca Rəbbin Ərşindən bir qədər aralıda gözəl məskən hazırladı. Fövqəluca, Davud peyğəmbərin (ə) hansı xətaya yol ver­diyini bildirmir, çünki onu bilmək müsəlmanlara heç bir fayda gətirə bilməz. Bunun təfsilatına varmaq istəyən şərhçilər özlərini artıq əziyyətə salırlar. Bu hekayətin əsil mənası ondan ibarətdir ki, Fövqəluca Allah Öz peyğəmbərinə (ə) lütüfkarlıq göstərmiş, onun (ə) tövbəsini qəbul etmiş və ona (ə) Cənnətin ən yuxarı gü­şələrində məskən bağışlamışdı. Bütün deyilənlərdən həmçinin ay­­­dın olur ki, Davud peyğəmbər (ə) tövbə etdikdən sonra, əvvəl­kindən daha yaxşı olmuşdur.


 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ
(38. 26) “Ey Davud! Həqiqətən, Biz səni yer üzündə xəlifə təyin etdik. İnsanları haqq ilə mühakimə et və istəyinə uyma, yoxsa bu səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yo­lundan azanlara, Haqq-hesab gününü unutduqlarına görə ağır əzab-əziyyətlər hazırlanmışdır”.

Biz sənə dünyəvi və dini məsələlər üzrə hökm çıxarmaq səlahiyyəti verdik. Sən də insanlar arasında haqq ilə hökm çıxart və hissiyata qapılma. Ədalətli mühakimə yürütmək üçün Fövqəl­uca Rəbbin qanunlarını, şeylərin əsil vəziyyətini bilməli və əda­lətli hökmləri həyata keçirməyə imkanın olmalıdır. Bu qaydalara riayət et və hissiyata qapılma, yəni, qohumluq əlaqələrinə, dost­luğa, sevgiyə və ya nifrətə görə çəkişənlərdən birinə tərəf meyil etmə. Araşdırmadan, öncədən hasil etdiyin qənaətlə çəkişənlərə yanaşman sənə doğru yolla getməyə imkan verməz. Axı düz yol­dan sapan günahkarlara, xüsusilə də, onlar bunu şüurlu surətdə etdikdə, Qisas gününü yaddan çıxartdıqlarına görə, sərt cəza ha­zırlanmışdır. Əgər onlar Qiyamət gününü xatırlasaydılar, onların ürəyi Allah qarşısında qorxu ilə dolardı və onlar öz yaramaz is­təklərinə güzəştə getməzdilər.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

(38. 27) “Biz göyü, yeri və onların arasındakıları əbəs ya­ratmamışıq. Yalnız iman gətirməyənlər belə zənn edirlər. Vay cəhənnəmlik olacaq kafirlərin halına!”

Fövqəluca xəbər verir ki, göylərin və yerin yaradılışı kamil müdrikliklə həyata keçirilmişdir. Rəbb Kainatı əyləncə və ya kef çəkmək xatirinə yaratmamışdır və onu mənasız və faydasız bir şe­yə çevirməmişdir. Təkcə kafirlər belə düşünürlər. Onlar öz Rəb­binə iman gətirmirlər və buna görə Onun haqqında əzəmətinə və kamilliyinə layiq olmayan tərzdə danışmağa cəsarət edirlər. Vay iman gətirməyənlərin halına! Od-alov saçan Cəhənnəm özünün bütün kin-küdurətinin əvəzini Cəhənnəm əsirlərindən çıxacaqdır və onların əzabı sarsıdıcı və dözülməz olacaqdır.
 Allah göyləri və yeri haqq ilə həqiqət xatirinə xəlq etmiş­dir. Bu nəhəng məxluqlar Fövqəluca Allahın kamil elminə, föv­qəlqüdrə­tinə və hüdudsuz hakimiyyətinə dəlalət edir. Təkcə O (Pak və Müqəddəs) Öz qullarının ibadətinə layiqdir, göylərdə və yerdə qalanların heç biri nə ibadətə, nə də ilahlaşdırılmağa layiq deyil. Fasiqlər bu barədə düşünmürlər, lakin Qiyamət günü gələ­cək və onda Allah bütün məxluqlarını dirildəcək, möminlər və cinayət­kar­ların ədalətli mühakiməsini həyata keçirəckdir.

 ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(38. 28) “Məgər Biz iman gətirib xeyirxah işlər görənlərlə yer üzündə şərəfsizlik yayanları bərabər tutarıqmı? Yaxud təq­valıları fasiqlərlə bərabər tutarıqmı?”
Heç kim bu mühakimədən qaçına bilməyəcək və qoy gü­nah­karlar fikirləşməsinlər ki, Allah onlarla, möminlərlə rəftar et­diyi kimi, davranacaqdır. Bu, həm ilahi müdrikliyinə, həm də Allahın ədalət qanununa ziddir.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ

(38. 29) “Bu, Mübarək Kitabı, ayələri üzərində düşünül­məsi və ağıl sahibləri­nin də nəsihət alması üçün sənə nazil et­dik”.

Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) xatırladır ki, ona (s.ə.s.) Mübarək Kitab nazil et­mişdir və o, böyük nemət və föv­qəlqüdrətli biliklərdən ibarətdir. Quran insanları doğru yola çı­xar­dır, onları xəstəliklərdən, mərəz­lərdən xilas edir, nadanlığın zülmətində yollarını işıqlandırır, in­sanların və cinlərin bilməsi zəruru olan hikmətli qanunlardan iba­rətdir. O, insanlara onların bütün müqəddəs arzu və istəklərinə nail olmalarının yolunu göstərir və buna görə də o, dünya yara­dıl­dığı zamandan yer üzünə nazil edilmiş ən əzəmətli Kitabdır. Allah onu nazil etmişdir ki, insanlar onun ayələri üzərində dü­şünsünlər. Şərəfli Quranın nazil edilməsinin əsil mənası da bun­dadır. İnsanlar onun ecazkar ayələri üzərində düşünməli, onların həqiqi mənalarını dərk etməli, onların sirri və hökmləri haqqında fikirləşməlidirlər. Yalnız Quran ayələrinin qeyri-adi mənaları üz­ə­rində sürəkli düşüncələr sayəsində insan onlarda öz əksini tap­mış böyük faydanı dərk edə bilər. Allahın hər bir qulu Quranın vəhyləri üzərində düşüncələrə dalmalıdır. Bu məşğu­liy­yət ən gö­zəl və ən yaxşı əməllərdən biridir. Bütün bu deyi­lən­lər­dən aydın olur ki, Mübarək Quranı oxuyarkən insanın onun mə­naları üzə­rində dü­şünməsi, onları tez-tələsik oxuyub, ilahi mə­na­larını dərk edə bilməməkdən daha yaxşıdır.
Sonra Fövqəluca qeyd edir ki, yalnız sağlam düşüncəyə ma­­­­lik olan insanlar Mübarək Quranın böyük nemət olduğunu dərk edə bilərlər. Onlar onun ayələri üzərində düşündükdə, on­lara ecazkar biliklər aşkar olur. Bu, hər bir dərrakəli insanın ən müqəddəs arzusudur və insanın şüurluluq səviyyəsi yüksəldikcə, o, Mübarək Qurandan daha çox fayda əldə edir.

 ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ

(38. 30) “Biz Davuda Süleymanı bəxş etdik. O necə də gö­zəl qul idi! Həqiqətən, o, dönə-dönə sığınardı”.
Fövqəluca Allah Öz peyğəmbəri Davudu (ə) təriflədikdən sonra, ona (ə) göstərdiyi lütüfkarlığından xəbər verir və O (Pak və Müqəddəs), Davudun (ə) oğlu Süleyman peyğəmbərin (ə) he­­kayətini danışır. Süleymanın (ə) dünyaya gəlməsi Rəbbinin Da­vuda (ə) göstərdiyi daha bir lütüfkarlığı idi və o (ə) saleh bir oğlu­nun doğulmasına son dərəcə sevinmişdi. Süleyman (ə) gözəl mə­ziyyətlərə malikdi və doğrudan da ən yaxşı tərifə layiqdi. Onun özəl xüsusiyyətlərindən biri – Allaha səmimiyyətlə sədaqət gös­tər­məsiydi. O (ə) yalniz tək olan Allahı ilahlaşdırır, yalnız Onu bütün varlığı ilə sevir, yalnız Onun qarşısında baş əyir və mütilik göstərir və yalnız Ona kömək haqqında dua ilə müraciət edirdi. O (ə) böyük ciddiyyətlə Rəbbinin iltifatını qazanmağa can atırdı və bu məqsədini bütün qalan şeylərdən üstün tuturdu.

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(38. 31) “Bir dəfə günortadan sonra ona, üç ayağı üstə da­yanaraq, bir ayağının dırnağını yerə vuran və sürətlə qaçan at­lar nümayiş etdirilmişdi”.
Onlar çox əla, ecazkar gözəlliyə malik atlar idi. Allah on­ları “dırnaqlarını yerə vuran” adlandırır, çünki onlar dayan­dıq­ları yer­də ayaqlarından birini qaldırırdılar. Krallar və hökm­darlar belə gözəl heyvanlara çox ehtiyac duyurlar və buna görə Sü­ley­man peyğəmbər (ə) atlara baxış keçirir və onların gözəl görkə­min­­dən zövq alırdı. O (ə) bu mənzərədən günəş üfüqdə batana qədər həzz al­maqda davam etdi və bu fani məmnunluğa qapılma onu (ə) ax­şam namazından və Allahın zikrindən yayındırdı. Ya­dı­na dü­şüncə, Süleyman (ə) buna bərk təəssüfləndi. O (ə) qə­ra­ra aldı ki, öz xətasını düzəltsin və sübut etsin ki, Allaha bəslədiyi məhəb­bəti bütün şeylərdən üstün tutur.

 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ

(38. 32) “O dedi: “Mən Rəbbimi xatırlamalı olduğum hal­da, o (günəş) batanadək nemətə olan məhəbbətə üstünlük ver­məkdə davam etdim”.
(38. 33) “Onları mənə qaytarın!” Sonra isə o, onların bal­dırlarını doğrayıb, başlarını kəsdi”.

Yer üzündə sevinc gətirən şeylər – zənginlik və bütün qa­lan dünyəvi ləzzətlərdir, lakin Süleyman peyğəmbər (ə) bu ifa­də­lərlə məhz gözəl atları nəzərdə tuturdu. O (ə) əmr etdi ki, atları geri qaytarıb, onun yanına gətirsinlər. Onları gətirdikdə, o (ə) on­ların vətərlərini kəsməyə və boyunlarını vurmağa başladı.

ﮡﮢ ﮣﮤﮥﮦﮧﮨﮩﮪ

(38. 34) “Biz Süleymanı imtahana çəkdik və onun taxtına bir cəsəd atdıq. Bundan sonra o, tövbə edib qayıtdı”.

Süleymanın (ə) taxtından uzaqlaşdırılması onun (ə) üçün bir imtahan idi, bunun səbəbi isə adi insana xas olan nəfs meyil­ləriydi. Allah peyğəmbərini (s) sınaqdan keçirdi və şeytanı bir müd­­dət Süleymanın (ə) taxtında oturtdu, amma sonra Süleyman (ə) tövbə edərək öz səltənətində hakimiyyətinə qayıtdı. Ərəb feli olan “ənəbə” “səlahiyyət vermək”, “bağışlanmaq üçün dua et­mək”, “tövbə etmək”, “qayıtmaq” mənalarını bildirir. Bu ayədə Fövqəl­uca Allah həm Süleymanın (ə) tövbə etməsindən və həm də onun (ə) taxt-tacına qayıtmasından bəhs edir.

 ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(38. 35) “O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir hakimiyyət ver ki, məndən sonra kimsəyə verilmiş olmasın. Həqiqətən, Sən – Bəxşedənsən”.
(38. 36) “Onda Biz onun əmri ilə istədiyi vaxt xəfif-xəfif əsən küləyi ona tabe etdik”,
(38. 37) “həmçinin bənna və qəvvas şeytanları”
(38. 38) “və digər zəncirlənmişləri də”.

Allah onun (ə) duasını qəbul etdi və səltənətini ona (ə) qay­tardı və sonra da ona (ə), ondan sonra bir daha heç bir insanın ma­­lik olma­dığı, bir hakimiyyət bağışladı. O (Pak və Müqəddəs) Suleyman peyğəmbərə (ə) cinləri və şeytanları tabe etdi. Onlar onun (ə) bütün əmirlərini icra edirdilər. Onlar möhtəşəm binalar inşa edir, dənizlərin dibindən mirvari və bəzək şeyləri toplayır­dılar. Süleymana (ə) itaətsizlik göstərənləri isə o (ə) ağır qandal­larla zəncirləyirdi.

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ

(38. 39) “Bu – Bizim əta etdiyimizdir. Hesaba almadan is­tə­diyini məmnun et və ya özündə saxla”.
Allah Süleymana (ə) bu böyük neməti bəxş edərək, belə bu­yurur: “Biz sənə, Rəbbinin nemətlərindən ləzzət alasan deyə, bol ənamlar əta etdik. Sən bu nemətləri kimisinə bəxş edə bilər, kimi də onlardan məhrum edə bilərsən və sən qəbul etdiyin qərarına görə məsuliyyət daşımayacaqsan”. Fövqəluca Allah bu sözləri ilə Süleymanın (ə) ədalətə bəslədiyi məhəbbətini və qəbul etdiyi qə­rarlarının müdrikliyini vurğulayır.

 ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ

(38. 40) “Həqiqətən, onun dərgahımızda Bizə yaxınlığı və gö­zəl aqibəti vardır”.

Süleymanın (ə) yer üzündəki qisməti çox böyükdü və in­sanların Süleymanın (ə) ölümündən sonra artıq mükafat alma­ya­cağını düşünməməsi üçün Fövqəluca Allah buyurur ki, o (ə), Allahın ən yaxınlarından biri olacaq və ən yüksək ehtirama layiq görüləcəkdir.
Davud peyğəmbər ilə Süleyman peyğəmbər (onlara Allah­ın salamı olsun!) haqqında olan Quran hekayətlərindən aşağıdakı faydalı nəticələri və hikmətli qərarları əldə etmək olar:
- Fövqəluca, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ondan əvvəl­ki­lə­ri­n həyatı haqqında ona görə xə­bər vermişdir ki, onun (s.ə.s.) imanını möhkəmlətsin və ürəyini sakitləşdirsin. Allah Öz elçilə­rinin səylə ibadət etmələri və qeyri-adi dözümlü olmalarından rə­vayət ki, onda rəqabət ruhu və Rəb­binə daha yaxşı ibadət etməyə can atmaq istəyi və cahil qəbi­lə­daşları tərəfindən törədilən bütün incidilmələri və sarsıntıları sə­birlə ötürməyə səbatlı olmaq hissi oyatsın. Məhz buna görə Allah əvvəlcə Məkkə müşriklərinin ədalətsiz danışıqları haqqında xəbər verir, sonra isə Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, dözümlü olsun və Davud peyğəmbərdən (ə) nümunə götürsün.
- Fövqəluca Allah Davudu (ə) fiziki və mənəvi gücünə və səylə ibadətinə görə tərifləyir. O (Pak və Müqəddəs) Öz qul­larını məhz belə görməyi sevir, çünki güclü insanlar, zəif və ta­qətsizlərə nisbətən, Ona daha yaxşı və daha çox ibadət edə bilir­lər. Bütün bunlardan belə çıxır ki, mömin qul öz bədənini və ruhunu möh­kəmləndirməli, insanı həm fiziki, həm də mənəvi baxımdan zəif­lədən tənbəllikdən və vaxtını boş keçir­mək­dən eh­ti­yat etməlidir.
- Rəbb bildirmişdir ki, bütün əməllərində Allaha müraciət etməyə səy göstərmək Allahın peyğəmbərlərinin və elçilərinin mə­­ziyyətlərindəndir. Məhz bu gözəl keyfiyyətləri Davudu (ə) və Süleymanı (ə) Rəbbin tərifinə layiq etmişdir və buna görə müsəl­manlar onların yoluna istinad etməli və onlardan nümunə götür­məlidirlər. Fövqəluca belə buyurur: “Onlar – Allahın düz yolla apardıqlarıdır. Onların düz yolu ilə get...” (Ənam, 6/90).
- Fövqəluca Davuda (ə) gözəl və güclü səs bəxş etmişdi. Onun (ə) səsi o dərəcədə məlahətli idi ki, o (ə) səhər-axşam Allahın şəninə təriflər deyəndə, hətta lal dağlar və dilsiz quşlar belə onun tərif etməsinə qoşulurdular.
- Allah bildirir ki, faydalı bilik və düzgün, ədalətli qərar çıxartma bacarığı Rəbbin ən əzəmətli nemətlərindən biridir. Allah məhz belə bir neməti ilə Öz qulu və peyğəmbəri Davudu şərəf­lən­dirmişdi.
- Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə xa­tır­ladır ki, O (Pak və Müqəddəs), Özünün peyğəmbərləri və seçilmiş qullarına necə qayğı çəkir. Onlar xətaya yol verdikdə, O (Pak və Müqəddəs) onları sınayır və bunun sayəsində onlar arzuedilməz keyfiyyətlərindən xilas edi­lir­lər. Nəticədə onlar, Davud (ə) və Süleyman (ə) kimi, xəta et­dikləri vaxtadək olduq­la­rından daha yaxşı və daha təmiz olurlar.
- Fövqəluca vurğulayır ki, Allahın elçiləri öz Rəblərinin vəhylərini bəşəriyyətə çatdırmaları baxımından günahsız idilər. Əgər bu belə olmasaydı, onlar heç vaxt peyğəmbərlik vəzifəsini yerinə yetirə bilməzdilər. İnsan təbiətinin zəifliyi üzündən pey­ğəm­bərlər bəzi xətalara yol verirdilər, lakin Allah onların səhvlə­rini düzəldirdi və onlara mərhəmətini göstərərək, rəhm edirdi.
- Rəbb xəbər verir ki, Davud (ə) vaxtının böyük bir hissə­sini məbəddə Fövqəluca Allaha ibadətlə keçirirdi. O (ə) məbəddə tənhalığa çəkildikdə, insanlar oraya daxil olmurdular ki, onu (ə) özlərinin çoxsaylı məsələləri ilə ibadətdən yayındırmasınlar. Da­vud (ə) vaxtının bir hissəsini adamların yaranan problemləri­nin həllinə ayırır, digər bir hissəsini isə öz Rəbbi ilə tənhalıqda keçi­rərək, yalnız tək Ona ibadət və səmimi xidmət etməkdən zövq alırdı. Bu, Davuda (ə) bütün işlərində və təşəbbüslərində Allah qarşısında səmimi olmağa kömək edirdi.
- Allah, hökmdarların və bütün başqa insanların yanına daxil olarkən davranış normalarına riayət etmək zəruriyyətini xü­susilə qeyd edir. Davudun (ə) hücrəsinə girən iki çəkişən elçi ora­ya qeyri-adi yolla daxil olmuşdular. Onlar, hamının etdiyi kimi, qapıdan keçib gəlməmişdilər və bu, nəcib peyğəmbəri (ə) qorxu­ya sal­mışdı. Bundan başqa, bu, Davudun xoşuna da gəlməmişdi və o (ə), düzgün olaraq, belə davranışı nalayiq hərəkət hesab et­mişdi.
- Lakin çəkişənlərin nə ləyaqətsiz rəftarı, nə də yaramaz hərəkəti Davuda (ə) ədalətli hökm çıxarmaqda maneə olmadı.
- Bu əhvalat Davudun (ə) kamil dözümünü və mülayim­li­yini bir daha təsdiq edir. O (ə) hücrəsinə icazəsiz girən çəkişənlə­rin üstünə qəzəblənmədi. O (ə) onları danlamadı və hətta məzəm­mət də etmədi.
- İslam şəriəti çəkişən tərəflərdən birinə digərini haqsız adam adlandırmağa və ya oxşar ifadələrdən istifadə etməyə icazə verir, çünki çəkişənlərdən biri Davudun (ə) hüzurunda belə de­mişdi: “Qorxma, biz – iki nəfər mübahisə edənlərik. Bizdən bi­ri­miz digərinə qarşı haqsız davranmışdır...” (Sad, 38/22).
- Allah bildirir ki, faydalı məsləhət və ya nəsihət verilən in­san, adlı-sanlı və bilikli olmasına baxmayaraq, qəzəblən­mə­məli və ya narazılığını göstərməməlidir. Əksinə, o, məsləhətə qulaq as­malı və xeyirxah nəsihətçiyə minnətdarlıq etməlidir. Davud pey­ğəmbər (ə) də, öz aralarında mübahisə edən iki nəfər ona: qə­rar qəbul edəndə “ədalətli ol” məsləhəti verəndə, məhz belə etdi. Xe­yirli məsləhət onu (ə) qəzəblənməyə qoymadı və onu (ə) haq­dan döndərmədi – o (ə) ədalətli və müdrik qərar qəbul etdi.
- Davud peyğəmbərin (ə) sözlərindən bəlli olur ki, çox vaxt qohumlar və dostlar arasında qarşılıqlı maddi münasibətlər onla­rı bir-birinə kin-küdurət bəsləyən düşmənlərə çevirir və bu­nun qarşısını yalnız təqvalılıq, səbir, iman və möminlik sayəsində al­maq mümkün olur. Təəssüflər olsun ki, məhz bu keyfiyyətlərə in­sanlar arasında çox nadir hallarda rast gəlinir.
- Davud (ə) öz Rəbbindən bağışlanmasını istəyəndən və səc­­dəyə qapılandan sonra, Allah onun (ə) xətalarını bağışlayır və bu təsdiq edir ki, bağışlanma haqqında dualar, ibadət və ən baş­lıcası isə, namaz insanın günahlarını yuyur.
- Allah öz peyğəmbərləri Davudu (ə) və Süleymanı (ə) Rəhmanın Ərşi yaxınlığında gözəl bir məskənlə mükafatlan­dır­mış və onları digər çoxsaylı Cənnət nemətləri ilə şərəfləndir­miş­dir. Rəbb bu barədə ona görə xəbər verir ki, qoy cahil insanlar alicənab peyğəmbərlərin[7] bu dünyada əmin-amanlığının və uğur qazanmalarının onların Axirət həyatında mükafatlarını azal­da­ca­ğı barədə düşünməsinlər. Bu, Allahın sadiq qullarına bəslə­diyi xe­yirxahlığının və rəhmətinin ən böyük təzahürüdür. Əgər Allah insanları bağışlayırsa, onda O (Pak və Müqəddəs), onların nəinki günahlarını, həm də günahlarından törəyən nəticələrini də silir. Bundan başqa, Allah tövbə etmiş qullarını, günah etdikdən sonra onları üzən narahatçılıqdan da xilas edir. Müsəlmanlar törət­dik­lə­ri günahların onların əvvəlki imanına və möminliyinə nail olma­la­rına maneçilik törədəcəyinə görə çox vaxt həyəcan keçi­rir­lər. Fövqəluca Allah onları bu həyəcanlardan xilas edərək, tövbə­nin böyük faydası haqqında xəbər vermişdir. Həqiqətən də, bu Alicənab və Bağışlayan Rəbb üçün heç də çətin deyildir.
- Fövqəluca bildirir ki, yalnız dini məsələlərdən yaxşı baş çıxaran­lar hökm vermək hüququna malikdirlər. Bu – elçilərin və seçilmiş məxluqların haqqıdır. Həmin insanlar ədalətli qərarlar qəbul etməli və mübahisə edən tərəflərə qarşı işi araşdırmadan, öncədən hasil edilmiş yanlış rəyə əsaslanmamalıdırlar. Düzgün qərar qəbul etməkdən və ədalətli hökm çıxartmaqdan ötrü hakim şəriət məsələlərini yaxşıca araşdırıb təhlil etməli, baxılan işin ma­hiyyəti ilə mükəmməl tanış olmalı və dəqiq bilməlidir ki, hər bir konkret şəraitdə hansı hökm tətbiq edilə bilər. Əgər insan bu xü­susiyyətlərdən təkcə birini bilməzsə, onda o, məhkəmə qərarı çı­xar­maq haqqına malik ola bilməz.
- Biz artıq dediyimiz kimi, hakim çəkişən tərəflərdən birinə işin mahiyyətinə varmadan, qabaqcadan hasil etdiyi rəyə əsasla­na­raq yanaşmamalıdır. İnsan müxtəlif adamlara tamamilə eyni tərz­də yanaşa bilməz və buna görə də hakim öz şəxsi hisslərinə qarşı mübarizə aparmalıdır. Onun yeganə məqsədi haqqı aşkar etmək­dir və hökm çıxartdıqda, o, çəkişən tərəflərdən birinə bəslə­diyi mə­həbbətini və ya nifrətini kənara qoymalıdır.
- Allah həmçinin xəbər verir ki, Süleymanın (ə) dünyaya gəl­məsi Rəbbin Davud peyğəmbərə (ə) göstərdiyi mərhəmtinin təzahürü idi. Mömin oğul mömin atanın məziyyətlərinin və ləya­qətinin nəticəsi idi. Bütün bunlar ona dəlalət edir ki, Allah quluna mömin oğul əta edəndə, ona böyük lütüfkarlıq göstərir. Əgər bü­tün bunlardan başqa Allah oğula da mükəmməl biliklər verirsə, onda o, onsuz da işıqlı olan yolu daha da işıqlandıran nur kimi olur.
- Allah qulu və peyğəmbəri Süleymanı (ə): “...O necə də gözəl qul idi! Həqiqətən, o, dönə-dönə sığınardı”[8] (Sad, 38/30) deməklə, tərifləyir.
- Fövqəluca xeyirxah işlər görmələrindən ötrü qullarına yar­dım edir, onlara üstün keyfiyyətlər verir və sonra onları qalan məxluqları qarşısında tərifləyir ki, bu da Onun böyük lütüfkarlı­ğını və xeyirxahlığını təsdiq edir.
- Allah bildirir ki, Süleyman peyğəmbər (ə) Ona bəslədiyi məhəbbəti bütün qalan şeylərə olan məhəbbətindən üstün tutur.
- İnsanı Allahı zikr etməkdən yayındıran hər şey qınanıl­mağa layiqdir və buna görə də hər bir qul düşünməli və ona yer üzündəki ötəri ləzzətlərdən daha çox fayda verəcək əməlləri ye­rinə yetirməlidir.
- Rəbb qullarına böyük bir həqiqəti açmışdır: “Əgər insan Allah xatirinə hər hansı bir şeydən imtina edirsə, onda Allah onun əlindən çıxanın əvəzini ona artıqlaması ilə qaytarır”. Süley­man peyğəmbər (ə) füsunkar atların vətərlərini kəsir və boyunla­rını vurur və bu rəftarı ilə sübut edir ki, o (ə) Allaha bəslədiyi məhəbbətini maddi aləmə məxsus olan hər şeydən üstün tutur. Rəbb də onun (ə) itirdiyini ona (ə) artıqlaması ilə ödəyir və alicə­nab Peyğəmbərin (ə) istədiyi səmtə əsən xəfif küləyi Süleymana (ə) ram edir. Bir səhər çağı əsməsi ilə bu xəfif külək bir aya gedi­lən yolu qət edirdi və eyni məsafəni də bir günorta nəsimi ilə başa vururdu. Bundan başqa, Allah Adəmin nəsillərinin yerinə yetir­məyə qadir olmadıqları işlər görmək bacarığı əta edilmiş cinləri və şeytanları Süleymana (ə) tabe etdi.
- Süleyman (ə) qüdrətli hökmdar və peyğəmbər idi və is­tə­diyi hər işi etmək imkanına malikdi, lakin o (ə) adil hakim idi və həmişə ədalətlə davranardı. O (ə), adi qul kimi qalan peyğəm­bər­lərə oxşamırdı. Belə peyğəmbərlərin iradəsi həmişə Fövqəluca Allahın iradəsinə tabe olardı – onlar Rəbbin icazəsi olmadan heç bir iş görməzdilər. Allahın son Elçisi – Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) məhz belə pey­ğəm­bər idi və bu pey­ğəmbərlik əvvəlkindən daha kamildi.

 ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ

(38. 41) “Qulumuz Əyyubu da xatırla! Bir vaxt o, Rəbbinə uca səslə demişdi: “Şeytan mənə yorğunluq və əzab verdi!”
Ey Muhəmməd! Mömin qulumuz Əyyubu (ə) da ən gözəl sözlərlə yada sal və onu (ə) layiqincə təriflə! Onun (ə) başına bö­yük bəla gəlmişdi, lakin o (ə) dözümlülük və səbirlilik göstərdi. O (ə) öz taleyindən şikayətlənmədi və Allahdan başqa heç kim­dən kömək diləmədi. O (ə) Rəbbinə müraciət edib, ona düçar ol­muş ağır və əzablı sınağı Ona bildirmişdi. Allah şeytana Əyyubu (ə) maddi rifahdan məhrum etməyə icazə vermişdi və dindar pey­ğəmbərin (ə) bədəni irinli yaralarla örtülmüşdü. Lakin Əyyu­bun (ə) iztirabları bütün övladlarını və yığdığı var-dövləti itir­məklə daha da dərinləşmişdi.
 ﰋ ﰌﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ

(38. 42) “Ona deyildi ki: “Ayağını yerə vur! Budur çim­mək və içmək üçün sərin su!”

İndi sən yanğını söndürə və əzab-əziyyətdən xilas ola bi­lərsən. Əyyub peyğəmbər (ə) Rəbbin əmrini yerinə yetirdi və O (Pak və Müqəddəs) onu (ə) sağaltdı və iztirablardan xilas etdi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ

(38. 43) “Bizdən mərhəmət və, ağıl sahibləri üçün bir ibrət kimi, ona ailə üzvlərini və onlarla bərabər bir mislini də üstəlik bağışladıq”.

Belə bir rəy mövcuddur ki, Fövqəluca Allah Əyyub pey­ğəm­bərin (ə) həlak olmuş uşaqlarını diriltmiş və ona (ə) bir o qə­dər də əlavə övlad bəxş etmiş və həm də ona (ə) saysız-hesabsız var-dövlət nazil etmişdir. Əyyub (ə) səbirlilik göstər­miş­di və Allah Öz mərhəməti sayəsində onu (ə) həm yer üzündə yaşadığı zaman, həm də ölümündən sonra bol mükafatla şərəf­lən­dirmiş­dir. Fövqəluca bu peyğəmbəri haqqında hekayəti ağıllı insanlar üçün ibrət etmişdir və buna görə də hər bir müsəlman onun (ə) taleyi üzərində düşünməli və özü üçün faydalı nəticələr çıxart­malıdır. Bu nəticələrin ən vacibi ondan ibarətdir ki, hər bir səbirli qul həm bu dünyada, həm də Axirət həyatında Fövqəluca Allahın mükafatlandırmasına layiq görülür. Əgər o, dua ilə Rəb­binə mü­ra­ciət edirsə, onda O (Pak və Müqəddəs) onun çağırışına mütləq cavab verir.

 ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ

(38. 44) “Əlinə bir dəstə çubuq götürüb, arvadına vur və an­dını poz­ma”. Doğrudan da, Biz onu səbirli gördük. O, necə də gö­zəl qul idi! Həqiqətən, o həmişə Bizə üz tutardı”.

Quranın bir çox şərhçiləri deyirdilər ki, Əyyub peyğəmbər (ə) xəstəliyi zamanı öz arvadının üstünə qəzəblənmişdi və and iç­mişdi ki, xəstəlikdən sağaldıqdan sonra onu yüz çubuq vurmaq­la cəza­lan­dıracaq. Əyyubun (ə) arvadı mö­­min qadın idi və ən çətin anlarda belə ərini tərk etməmişdi. Buna görə, o (ə) sağaldıqdan sonra, Föv­qəluca Allah qadına mər­hə­mət göstərib, peyğəmbərinə (ə) əmr etmişdi ki, yüz çubuqdan bir dəstə bağlasın və onunla eh­mallıca arvadını vursun. Bu minvalla Əyyub (ə) da içdiyi andı pozmadı.
Allah Əyyubu (ə) böyük sınağa çəkmişdi, lakin o (ə) səbir­lilik göstərdi və Rəbbinin mərhəmətinə ümid bəslədi. Gör o qul ne­cə də gözəldi! Şanlı peyğəmbər (ə) bu tərifə layiq idi, çünki o (ə) həm firavanlıq və əmin-amanlıq zamanında, həm də sərt sı­naq­lar dövründə ən kamil tərzdə öz vəzifələrinin öhdəsin­dən gə­lirdi. O (ə), dünya həyatı və din ilə bağlı olan bütün işlə­rində yal­nız Allaha təvəkkül edirdi. O (ə) yalnız bir olan Allahı bütün var­lığı ilə sevir, təkcə Ona pərəstiş edir, kömək haqqında yalnız Ona dua edir və Onu ən gözəl sözlərlə yorulmadan xatırlayırdı.

 ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

(38. 45) “Bizim qüdrətli və bəsirətli qullarımız İbrahimi, İshaqı və Yaqubu da yada sal!”

Ey Muhəmməd! Bizim sadiq qullarımız – Allahın sevimlisi İbrahimi (ə), onun oğlu İshaqı (ə) və onun nəvəsi Yaqubu (ə) da yada sal! Onlar, Fövqəluca Allaha ixlasla ibadət etməyə imkan ve­rən böyük qüvvəyə və bəsarətə malik idilər və bunların sayəsinə Onun dinini gözəl araşdırmağı bacarırdılar. Bu əla məziyyətlər Allahn peyğəmbələri İbrahimin (ə), İshaqın (ə) və Yaqubun (ə) fay­­da verə bilən bilik­lər­ sahəsində və saleh əməllərdə seçildik­lərinə dəlalət edir.
 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

(38. 46) “Biz onları Məskəni səmimiyyətlə yad etdiklərinə görə seçmişdik”.

Allah onları böyük şan-şöhrətlə şərəfləndirir və onlara heç vaxt Axirəti unutmamaq kimi tərifəlayiq məziyyət əta edir. Bu məziyyətin sayəsində onlar həmişə Allah xatirinə saleh işlər gö­rər­dilər və yadda saxlayardılar ki, O (Pak və Müqəddəs) fasiləsiz olaraq qullarını müşahidə edir və həmişə də insanları Axirətdə nəyin gözlədiyi üzərində düşünərdilər. Hər bir sağlam düşüncəli insan heç vaxt ölümdən sonrakı həyatı unutmamalı və çalışıb on­lardan nümunə götürməlidir.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

(38. 47) “Həqiqətən, onlar Bizim nəzdimizdə seçdikləri­mizin ən xeyirliləridir”.

Allah onları ən nəcib məziyyətlərinə və ən xeyirxah əməl­lərinə görə seçmişdi.
ﮃﮄﮅﮆ ﮇﮈ ﮉ ﮊ ﮋﮌ

(38. 48) “İsmaili, Əlyasəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli olanlardandır”.

Ey Muhəmməd! Peyğəmbərlərim İsmaili (ə), Əlyasəni (ə) və Zül-Kifli (ə) də xoş sözlərlə xatırla. Onların hamısı ən yaxşı söz­lərə və ən şərəfli təriflərə layiqdirlər, çünki onlar bəşəriyyətin ən yaxşı nüma­yəndələri idilər. Allah onları nəcib xasiyyətlə şərəf­lən­dir­miş, onlara tərifəlayiq məziyyətlər əta etmiş, xeyirxah işlər gör­məyi öyrətmiş və ən gözəl əxlaqi sifətlər bəxş etmişdi.

 ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ

(38. 49) “Bu, bir Xatırlatmadır və Allah qorxusu olanla­rın, həqiqətən, füsunkar qayıdış məskəni vardır –“

Bu, məsum peyğəmbərlərin şanlı məziyyətləri haqqında xa­tır­latmadır. Bu surənin ən əvvəlində Fövqəluca Allah Quranı, məhz kifayət qədər nəsihətlər və xatırlatmalardan ibarət olduğu­na görə Nəsihətverən adlandırır. Bunlar hər bir şüurlu insana Allahın elçi­lərinin tərifəlayiq əxlaqi sifətlərindən nümunə götür­məyi zəruri edir, onlara, Öz seçdiklərinə mübarək əxlaqi keyfiy­yətlər bəxş et­miş və onların adını digər məxluqları arasında şərəf­ləndirmiş Rəbbin mərhəmətini xatırladır.
Fövqəluca Allah bu vaxtadək saleh insanların məziyyət­lə­ri­ni təsvir edirdi və bu, öyüd-nəsihət vermənin bir formasıdır. Nə­sihətvermənin daha bir tərzi isə mükafatlandırma haqqında xa­tırlatmadır ki, o, bütün möminləri gözləyir; digər bir ifadəsi də cəzalandırmadır. Bu da cinayətkarlar və günahkarlar üçün hazır­lan­mışdır. Buna görə daha sonra Allah xəbər verir ki, təqvalıqul­ları[9] üçün ən yaxşı sığınacaq hazırlanmışdır. Təqvalı qullar – mö­­­min kişilər və mömin qadınlardır və onlar Allahın yerinə yeti­ rilməsini əmr etdiklərini icra edir və Onun qadağan etdiklərindən çəkinirlər. Onlar üçün Fövqəluca Rəbb füsunkar gözəlliyə malik sığınacaq xəlq etmişdir. Onlar uzunsürən səfərdən sonra orada dayanacaqlar. Sonra da Allah Əbədi bağlar adlandırdığı bu ecaz­kar sığınacağı müfəssəl surətdə təsvir edir. Fövqəluca buyurur:

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(38. 50) “ – qapıları onlar üçün açıq əbədiyyət bağları”.

Bu, əbədi qalınacaq məskəndir və o qədər gözəl və mü­kəm­məldir ki, möminlər onu heç vaxt hər hansı başqa bir şeylə dəyiş­məyə razılaşmayacaqlar. Onlar Cənnət bağlarından heç bir səbə­bə gö­rə çıxmazlar və heç kim onları oradan qovub çıxartmaq istə­məz. Cənnətin saraylarının və uca binalarının qapıları həmişə mö­minlə­rin qarşısında taybatay açıq olacaqdır – onlar qapıları özləri açmayacaqlar, çünki bunu onlar üçün itaətkar xidmətçiləri edə­cək­lər. Bütün bunlar ona dəlalət edir ki, Cənnət sakinləri tam əmin-amanlıq içində olacaq və buna görə onlar, ümumiyyətlə, qapılarını açarlamayacaqlar.
 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

(38. 51) “Onlar orada taxtlarına dirsəklənərək, bol meyvə və içki gə­tizdirəcəklər”.

Onlar bəzəkli taxtlarına və dəbdəbəli kürsülərinə dirsək­lə­nərək, xidmətçilərinə çoxlu meyvələr və içkilər gətirmələrini əmr edəcəklər. Onlar ürəkləri istəyən hər şeyi alacaqlar. Bu – qüsur­suz Səadət, mükəmməl əmin-amanlıq və böyük məmnunluq ola­caqdır.
 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ

(38. 52) “Yanlarında baxışlarını onlardan çəkməyən həm­ya­şıdları olacaqdır”.

Möminlərin yanında Cənnət huriləri olacaqdır. Allah onları baxışlarını yerə dikmiş qızlar adlandırır, çünki onlar yalnız öz ər­lərinə baxacaqlar və ərləri isə onlardan başqa heç kimə baxmaq istəməyəcəklər. Bütün bunlar Cənnət əhlinin qeyr-adi gözəlliyini və həm də onların qarşılıqlı məhəbbəti və sədaqətini təsdiq edir. Ər-arvadın heç biri heç vaxt başqa bir həyat yoldaşı haqqında xə­yalına belə gətirməz və özü üçün daha istəkli bir cütlük axtarmaz. Allah həmçinin Cənnət ər-arvadlarını yaşıdlar adlandırır, çünki Cənnətin bütün sakinləri eyni yaşda olacaqlar. Onlar gənc olacaq və əbədi həyatdan zövq alacaqlar.
 ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ

(38. 53) “Bu, sizə Hesab günü üçün vəd ediləndir”.

Ey təqvalı qullar! Belə mükafatlandırma sizi hesaba çəkilə­cəyiniz gündə gözləyir. Siz onlara öz saleh əməllərinizlə layiq ol­mu­sunuz.
 ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(38. 54) “Həqiqətən, bu, Bizim ruzimiz­dir. O, əsla tükən­məz”.

Allah mömin insanların hər birinə belə gözəl qismət bəxş edir və bu qismət isə tükənməzdir. Əksinə, Cənnət sakinləri hə­mişə öz Rəbbinin qəribə hədiyyələrindən zövq alıb xoşhalla­nacaq və hər an onların məmnunluğu yalnız artacaqdır. Həqiqə­tən, bu, Fövqəluca, Co­mərd, Şəfqətli, Mərhəmətli, Xeyirxah, Səxa­vətli, Zən­gin, Hərşeyi­əhatəedən, Həmdəlayiq, Bəsirətli, Rəhmli, Hökm­dar, Adil, Şərəfli, Füsunkar Rəbb üçün heç bir çətinlik ya­ratmır. Onun lütüfkarlığı hüdudsuz, bol-bol əta etdiyi bəxşiş­ləri saysız-hesabsızdır. Bun­dan başqa, heç bir məxluq Onun lütüfkarlığının hətta ən kiçicik hissəsini belə hərtərəfli dərk etmək iqtidarına malik deyil.

 ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

(38. 55) “Bax belə! Həqiqətən, azğınlara yaman qayıdış yeri hazırlanıb –
Allah təqvalı möminləri belə mükafatlandırır. Bəs görəsən, yol verilən həddi aşaraq, küfür və günahların bataqlığına düşə­rək, itaətsizlik göstərənləri onda nə gözləyir? Onlara ən pis sığı­na­caq hazırlanmışdır, yəni, uzunsürən səfərdən sonra onlar ən dəh­şətli bir məskəndə dayanacaqlar. Sonra Fövqəluca Allah bu məskəni daha da təfərrüatı ilə təsvir edərək, kafirlər və müşriklər üçün hazırlanmış dəhşətli əzab-əziyyətdən, müdhiş istidən və amansız soyuqdan xəbər verir.
ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(38. 56) “yanacaqları Cəhənnəm. Bu yataq necə də mən­fur­dur!”

Onlar, əzabkeşlərin bədənlərini hər tərəfdən qarsalayıb qo­vuracaq Cəhənnəm Odunda yanacaqlar. Onların üzərində oddan sipər, altlarında isə yanar döşəmə olacaq.

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ

(38. 57) “Bu – qaynar su və irindir. Qoy onlar onu dadsın­lar”.
(38. 58) “Onlara bunun başqa çeşidləri də hazırlanmış­dır”.

Cəhənnəmin məşəqqətli yatacaq yeri məhz belədir, sərt cə­za belə­dir, alçalma, namussuzluq və əzabkeşlərin iztirabı belə­dir! Bundan sonra onlara günahkarların bağırsaqlarını yandırıb par­ça­layan qaynar su və həm də bütün içkilərdən ən murdarı və ən iyrənci olan irin içirdiləcəkdir. Bu Cəhənnəm içkisi çirkin gö­rü­nüşə, acı dada və üfunətli iyə malik olacaqdır. Hələ bu hamısı deyil! Cəhənnəm əzabkeşlərini bunlara bənzər digər əziyyətlər də gözləyir ki, onlara iztirab və alçaldılmaqdan başqa bir şey gətir­məyəcəkdir.

 ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ

(38. 59) “Budur, sizinlə birlikdə[10] vasil edilə­cək o dəstə. On­­lara salam verilməyəcək. Həqiqətən, onlar Odda yana­caq­lar!”
(38. 60) “Onlar[11] deyəcəklər: “Xeyr! Salam sizə verilmə­yə­cək! Siz bizi buraya gətirmisiniz. Bu qalınacaq yer necə də pis­dir!”

Kafirlər Cəhənnəmə düşən kimi, onların bəziləri digərlərini qınayacaq və ittiham edəcəklər. Cəhənnəmə ilk daxil olan əzab­keşlər qalanlarına deyəcəklər: “Sizə salam yoxdur! Həqiqətən, siz Odda yanacaqsınız!” Onlara belə cavab veriləcək: “Salam sizə ve­ril­məyəcəkdir! Siz bizi günah işlətməyə çağırırdınız, yalançı vəd­lərlə aldadırdınız, bizi haqdan çəkindirirdiniz və nəticədə, məh­kum etdiniz. Bu qalınacaq yer necə də mənfurdur və burada pis­lik və bədbəxtlik necə də çoxdur! Vay halımıza! Biz sizinlə burada həmişəlik qalacağıq!”

ﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔ

(38. 61) “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə qis­mət edənin iztirabını Odda qat-qat artır”.

Sonra onlar fasiqlərin günahları üzündən Cəhənnəmə düş­dükləri üçün onları lənətləməyə başlayacaqlar. O zaman Fövqəl­uca Allah belə deyəcək: “...Hamıya əvəzi ikiqat veriləcək, am­ma siz bilmirsiniz” (Əraf, 7/38).
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ

(38. 62) “Onlar deyəcəklər: “Bizə nə olub? Biz ən pis he­sab etdiyimiz kişiləri niyə görmürük?”

Dünyada fasiqlər mömin müsəlmanları pis adamlar sayır­dı­­lar və zənn edirlər ki, məhz möminlər Cəhənnəmdə cəzalan­dı­rıl­mağa layiqdirlər. Axirət həyatında alçaldılmış və rüsvay edil­miş kafirlər öz ətraflarında müsəlmanları görməyəcəklər və on­ların taleyi ilə maraqlanmağa başlayacaqlar.

 ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(38. 63) “Məgər biz onları nahaq məsxərəyə qoyurmuşuq? Bəlkə on­lar, sadəcə, nəzərimizdən qaçırlar?”

Doğrudanmı biz yanılmışıq? Bəlkə onlar bizimlə birlikdə Cəhənnəmə düşüblər, amma gözümüzə dəymirlər? Ola bilsin ki, biz, onları pis adamlar adlandıranda, həqiqətən də, yolumuzu azmışmışıq? Bəlkə onlar elə möminimişlər, biz isə onları zalım­casına lağa qoyurmuşuq. Onlar deyirdilər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla və rəhm et, çünki Sən – rəhm edən­lərin Ən Rəhimlisisən” (Muminun, 23/109). Lakin biz onla­ra məs­xərə edirdik və hətta Rəbbi yada belə salmırdıq. Bəlkə də, onlar da Cəhənnəmə düşüblər bizimlə birgə iztirab çəkirlər, am­ma biz onları, sadəcə, görə bilmirik? Yəqin ki, onların sonuncu ehtimalları Cəhənnəm əzabkeşlərinə daha inandırıcı görünəcək, çünki onların yer üzündə etiqad etdikləri baxışları və müsəlman­lara bəslədikləri hissləri hətta Axirət həyatında da dəyişməz qala­caq­dır[12]. Həmin dünyəvi keyfiyyətlər Cəhənnəmin hər bir sakini­nin ayrılmaz xüsusiyyəti kimi qalacaq və günahkarları beləcə qa­ba və ötkəm sözlər danışmağa sövq edəcəkdir.
Bu ayələrin daha bir şərhi mövcuddur və ona müvafiq ola­raq, Cəhənnəm əzabkeşlərinin sözləri sadəcə özünüaldatma ola­caqdır. Onlar dünyada da bir-birilərini aldadırdılar və Axirət­də də bir-birilərini aldadacaqlar. Buna görə Fövqəluca Allah xəbər verir ki, hasar üstündə olacaq insanlar Cəhənnəm sakinlərinə belə deyəcəklər: “Məgər onlar, sizin: “Allah heç vaxt onlara mərhə­mət göstərməyəcək” – dedikləriniz deyilmi?” (Əraf, 7/49).

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(38. 64) “Həqiqətən, bu – Od sakinlərinin höcətləşəcəkləri – haq­dır!”

Fövqəluca bu hekayətin doğruluğunu təsdiq edir və bu­yu­rur ki, Cəhənnəmdəki kafirlər və müşriklər bir-biriləri ilə məhz beləcə inadkarcasına mübahisə edib, çəkişəcəklər. Bu – şübhə edil­­­məyəcək bir həqiqətdir.
 ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

(38. 65) “De: “Mən yalnız xəbərdarlıq edən bir nəsihət­çi­yəm. Vahid və Fövqəlqüdrətli Allahdan başqa ilah yoxdur”,

Ey Elçi! Əgər kafirlər səndən vəzifənə aid və səlahiyyətinə daxil olmayan şeylər tələb edirlərsə, onda sən öz əsil vəzifələrini onlara xatırlat. Sən, sadəcə, bir nəsihətçisən, bütün varlıqlar üzə­rində hakimiyyət tamamilə və bütövlüklə Fövqəluca Allaha məx­susdur. Sən əmr edə, qadağa qoya, xeyirxahlıq etməyə çağıra və pislik etməyin qarşısını ala bilərsən. Doğru yolla gedən hər kəs bunu özü üçün edir. Yolundan azan kimsə də təkcə özünə ziyan vurur.
Fövqəluca, Vahid və Fövqəlqüdrətli Rəbdən başqa, kimsə pə­rəstişə və ibadətə layiq deyildir. Bu ilahi sifətlər Allahın Ona iba­dət edilməsinə bölünməz haqqı olmasının təkzibolunmaz də­lil­ləridir. Mütləq hakimiyyət yalnız bir Canlı Varlığa[13],[14] məxsus ola bilər və buna görə də iki və daha artıq Fövqəlqüdrətli Allahın mövcudluğu mümkün deyildir. Təkcə Fövqəluca Allah Kainatın tamhüquqlu Ağasıdır. Ona bərabər və bənzər olan yoxdur və yal­nız O (Pak və Müqəddəs), qullarının ibadətinə layiqdir. Yalnız həqiqi Allahın bütün varlığın yaradıcısı, hökmdarı və hakimi ol­du­ğunu nəzərdə tutaraq, Fövqəluca Allah növbəti ayədə Özü­nün hökmranlığa bölünməz haqqı barədə belə buyurur:

 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

(38. 66) “O – göylərin, yerin və onların arasındakıların Rəbbidir, Fövqəlqüdrətlidir, Fövqəlbağışlayandır”.

Allah bəyan edir ki, O (Pak və Müqəddəs), göylərin və ye­rin və onların arasındakıların Yeganə Rəbbidir. O (Pak və Mü­qəddəs) Kainatı yaratmışdır, fasiləsiz olaraq qayğısını çəkir və onu və onda gedən bütün prosesləri Öz istədiyi kimi idarə edir. O (Pak və Müqəddəs) – Fövqəlqüdrətlidir, Fövqəlbağışlayandır. Özü­nün fövqəlqüdrəti sayəsində O (Pak və Müqəddəs), nəhəng bir Kainat yaratmış, Özünün hüdudsuz mərhəməti sayəsində isə tövbə edən qullarının böyük günahlarını və kiçik xətalarını ba­ğışlayır.
Belə gözəl sifətlərə malik olan Rəbb, həqiqətən də, ibadətə layiqdir. O (Pak və Müqəddəs), ən kiçicik məxluqları belə yarat­mağa qabil olmayan və ya Fövqəluca Allahın məxluqlarına ruzi verə bilməyən bütlərə və uydur­ma “ilahlara” qətiyyən bən­zə­mir. Onlar nə xeyrə, nə də şərə sərəncam çəkmirlər, nə göy­lərdə, nə də yer üzündə hakimyyət sahibi deyillər, günahları bağışlamağı və töv­bə qəbul etməyi bacarmırlar.
 ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

(38. 67) “De: “O, əzəmtli bir xəbərdir”,
(38. 68) “siz isə ondan üz döndərirsiniz”.

Allah kafirləri dəhşətli bir cəzadan xəbərdar etməyi qərara almışdı və buna görə Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onlara desin: “Gələcəkdə dirilmə və əvəz veri­ləcəyi o dərəcədə əhəmiyyətlidir ki, heç bir insanın ona la­qeyd ya­naşmağa haqqı yoxdur. Bəs onda siz bu haqlı xəbəri niyə rədd edirsiniz, sanki hesablaşma, əvəzverilmə və mükafatlan­dır­ma Gü­­­nü sizdən yan ötəcəkdir. Əgər siz mənim sözlərimin eti­barlı olmasına şübhə edirsinizsə və ya mənə inanmaqdan bo­yun qaçı­rır­sınızsa, onda bilin ki, mən bu təlimi özüm uydur­ma­mışam və onu kitablardan oxumamışam. Mən sizə yalnız Rəbbi­min vəhyini çatdırıram və ona heç bir əlavə və dəyişikliklər et­mirəm. Məhz bu mənim haqlı olmağımın ən böyük dəlili və mə­nim dinimin həqiqi din olmasının parlaq sübutudur.
 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(38. 69) “Mən uca aləmlərdə gedən mübahisələrdən xəbər­dar deyildim”.

Mən mələklər haqqında heç bir biliyə malik deyildim. Əgər Allah qeybə məxsus biliyin bir qismini mənə açmasaydı, onda mə­­­­ləklərin Adəmin yaradılması haqqında etdikləri müba­hi­sə­dən mənim heç vaxt xəbərim olmazdı.
 ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(38. 70) “Mənə, sadəcə, yalnız açıq xəbərdar­edən nəsihətçi olmağım vəhy edilir”.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) mo­izələri və nəsihətləri asan ifadə edilən və başa düşülən idi və heç kim onun (ona Allahın salavatı və salamı olsun!) bu bacarı­ğından üstün ola bilməzdi.

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦﮧﮨ ﮩﮪﮫﮬﮭﮮ

(38. 71) “Bir vaxt Rəbbin mələklərə dedi: “Həqiqətən, Mən gildən insan xəlq edəcəyəm.”
(38. 72) “Mən ona surət və ruhumdan nəfəs verdikdən sonra ona səcdə qılın”.

Rəbb mələklərin nəyə görə mübahisə etdiklərini bildirir. Bu, Allah bir insan yaradacağı haqqında mələklərə xəbər verər­kən olmuşdu. O (Pak və Müqəddəs) buyurmuşdu: “Mən gildən bir insan xəlq edəcəyəm. Mən ona surət və nəfəs verdik­dən sonra, onun qarşısında səcdəyə qapılarsınız”. Nəcib mələklər çox fikir­ləşmədən, Rəbbin iradəsinə itaət etmişdilər və bununla Onun əm­rini nəinki yerinə yetirmiş, hətta Adəmə ehtiram da gös­tər­miş­di­lər. Fövqəluca Allah insan vücudunun yaradılışını so­na çatdır­dıqdan və ona nəfəs verdikdən sonra, mələklər insan biliyi­nin göylərin sakinlərinin elmindən üstünlüyünə əmin oldu­lar. Məhz buna görə Allah onlara insana təzim etmək hökmü ver­di.

 ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(38. 73) “Bütün mələklər birlikdə səcdəyə qapıldılar,“
(38. 74) “İblisdən başqa. O, təkəbbür göstərdi və kafirlər­dən oldu”.

İblis[15] qərara almışdı ki, o, insandan yaxşıdır və öz Rəbbi­nə itaət etməkdən təkəbbürlə boyun qaçırmışdı. İblis bu hərəkə­tin­dən sonra kafirlərdən biri oldu, lakin Fövqəluca Allah bunu ön­cədən də bilirdi.
 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ

(38. 75) “O buyurdu: “Ey İblis! Mənim Öz iki Əlimlə ya­ratdığımın qarşısında səcdə etməyinə nə mane oldu? Sən tə­kəbbürünümü göstərdin və ya alilərdənmi idin?”

Mən insana böyük iltifat göstərdim və bununla onu bir çox digər məxluqlardan üstün etdim. Məgər bu, kiminsə insana tə­kəb­bürlə baxmaması üçün kifayət etmirdimi? Məgər səndə lovğa­lıq hissimi baş qaldırdı? Məgər sən özünü digər qullardan yaxşı­mı sayırsan?
 ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ

(38. 76) “Dedi: “Mən ondan xeyirliyəm. Sən məni oddan yaratmısan, onu isə gildən yaratmısan”.

İblis qərara almışdı ki, o, insandan daha xeyirlidir, çünki od gildən daha yaxşıdır, lakin hər iki halda o, yanılırdı. Od bəla gətirir, nöqsan, təkəbbür və yüngülməcazlıq törədir, torpaq isə ağaclar, ot-ələf, kolluqlar, təvazökarlıq yaradır. Məhz torpaq oda qələbə çalır və onu söndürür və bunun əksi olmur. Bundan başqa, od oduna və alışdırıcı közə möhtacdır, torpaq isə özü yaşamağa qabildir. Bütün bunlar onu sübut edir ki, İblisin etirazı əsassız və yaramaz idi, axı məhz o, bütün kafirlərin ağsaqqalı olmuşdur. Onun şagirdlərinin və ardıcıllarının, haqqı inkar etmək istəyərkən necə mənasız və səfeh sübutlara əl atdıqlarını təsəvvür etmək heç də çətin deyil. Onların “sübutları”, heç şübhə yoxdur ki, İblisin “də­­lil­lərindən” daha çox əsassızdır.

 ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ

(38. 77) “Buyurdu: “Çıx oradan! Sən daş­lanmısan”[16].
(38. 78) “Şübhəsiz, Din gününədək lənətlənmişsən”.

Rəbb İblisi göylərdən qovmuşdu və ona alicənab mələklər arasında görünmək belə əbədi olaraq qadağan edilmişdi. Bununla da O (Pak və Müqəddəs), onu Öz mərhəmətindən məhrum et­mişdi.
 ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ

(38. 79) “Dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə­dək mənə möhlət ver”.

O, Adəmə (ə) və onun nəsillərinə ən böyük nifrət bəsləyirdi və qismətinə yolunu azmaq nəsib olacaq kəslərin hamısını azğın­lığa salmaq istəyi ilə yanırdı. Fövqəlmüdrik Allah elə əzəldən in­sanları imtahana çəkməyə hazırlaşırdı və buna görə O (Pak və Müqəddəs), şeytanın yalvarışını qəbul etdi.

ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ

(38. 80) “Buyurdu: “Həqiqətən, sən – möhlət verilən­lər­dənsən
(38. 81) “müddəti müəyyən olunmuş Günədək”.

Bu möhlətin müddəti Adəmin (ə) bütün nəsillərinin yer üz­ündə sınaqdan keçdikləri zaman sona çatacaqdır. İblis möhlət alan kimi, özünün bütün kin-küdurətini Allaha və bəşəriyyətə qarşı yönəltdi. Məhz buna görə Fövqəluca belə buyurur:

 ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ

(38. 82) “Dedi: “And içirəm Sənin qüdrətinə! Hamısını sapdıracağam – ”
(38. 83) “Yalnız Sənin səmimi qullarından başqa”.

İblis çox gözəl bilirdi ki, Allah öz Rəbbinə səmimiyyətlə iba­dət edən və böyük ciddiyyətlə itaət göstərən insanları onun fitnələ­rindən mütləq qoruyacaqdır. Elə buna görə də o, Allahın əzəmə­ti­nə və fövqəlqüdrətinə and içir ki, bu həmin ayə­lərə veri­lən izahlardan biridir.
Başqa bir şərhə görə, bu ayələri aşağıdakı kimi tərcümə et­mək lazımdır: “Sənin fövqəlqüdrətin sayəsində mən onların ha­mısını yoldan çıxaracağam, yalnız Sənin səmimi qullarından başqa”. İbis özünün acizliyini bilirdi və qəti əmin idi ki, Rəbbin razılığı olmadan o, insanları azdıra bilməz və buna görə Allahdan xahiş edir ki, Adəmin (ə) nəsillərini yoldan çıxarması üçün ona yar­dım etsin. O, Fövqəluca Allahın qatı düşməni olsa da, bu addı­mı atmışdı.
Ey Rəbbimiz! Biz zəif və köməksiz məxluqlarıq. Biz öz və­zi­fələrimizin hamısını yerinə yetirməsək də, bunun əvəzində Sə­nin bizə əta etdiyin çoxsaylı nemətlərini qəbul edirik. Biz Sənin fövqəlqüdrətinə, əzəmətinə və mərhəmətinə ümid bəsləyir və qəti bilirik ki, Sənin İlahi rəhmətin bütün varlıqları əhatə edir. Sən bizi Öz mərhəmətinlə himayə edir, bəlalardan və müsibətlərdən qoru­yursan və buna görə biz Səndən xahiş edirik ki, bizi şeytanın fit­nələrindən müdafiə edəsən və bizi müşriklikdən və cinayətlər­dən uzaqlaşdırasan. Biz inanırıq ki, Sən bizim dualarımızı mütləq eşi­dirsən və çağırışımıza cavab verəcəksən. Sən belə demisən: “Mə­nə dua edin və Mən də sizə cavab verim” (Mumin, 40/60). Biz Sə­­nin vədinə inanırıq, Sənin hökmünü yerinə yetiririk və səndən xahiş edirik ki, duamızı qəbul edib, Öz vədini yerinə yetirəsən, “axı Sən vədini pozmursan” (Ali-İmran, 3/194).

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

(38. 84) “Buyurdu: “Budur Həqiqət! Mən yalnız həqiqəti söyləyirəm”.
(38. 85) “Mən Cəhənnəmi sən və sənin ardınca gedənlərlə dolduracağam”.

Mən Cəhənnəmi sən və sənin insanlardan olan bütün ar­dıcıllarınla dolduracağam. Sən Mənim sözlərimə şübhə etməyə bi­­lərsən, çünki Mən yalnız həqiqəti deyirəm. Haqq – Mənim təri­­layiq sifətlərimdən biridir.

 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ

(38. 86) “De: “Mən buna görə sizdən heç bir mükafat is­­mirəm və Özümü uydurmalarla yükləmirəm”.

Mən xütbələrimə və nəsihətlərimə görə sizdən mükafat is­təmirəm və mən qeyb haqqında əfsanələr uydurmuram. Mən sizə yalnız Fövqəluca Rəbbin vəhylərini çatdırıram və Onun əmr et­diklərini yerinə yetirirəm.
 ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ

(38. 87) “Bu – aləmlər üçün yalnız Xatırlatmadir”.

Bu Şərəfli Quran insanlara bu dünyada və ruhani həyatda fayda gətirə bilən hər şeyi xatırladır. Onun sayəsində bəzi insan­lar şan-şöhrətə və əzəmətə nail olur, digərləri isə öz küfrünə və itaətsizliyinə cahillik və bilməməzliklə bəraət qazanmaq imkanın­dan məhrum edilir.
Bu Şərəfli Quran surəsində hikmətli xatırlatma və əzəmətli bir müjdə və həmçinin Quranı inkar etməyə və Muhəmməd Pey­ğəmbəri (ona Allahın salavatı və salamı olsun!) yalançılıqda gü­nah­landırmağa cəsarət edən ka­firin inanması üçün kifayət qədər təkzibolunmaz sübut və də­lillər vardır. Fövqəluca onda səmimi və təqvalı qullarının aqibə­tin­dən və həm də insanları Axirət hə­yatında gözləyən əvəz haq­qında xəbər verir. Məhz buna görə su­rənin ən başlanğıcında Quran xatırlatmadan ibarət olan Kitab, axırdan ikinci ayədə isə, aləmlər üçün Xatırlatma adlandırıl­mış­dır. Bundan başqa, surənin bütün gedişatı boyu Allah dəfələrlə Kə­ramətli Quranın bu gözəl məziyyətini xüsusilə vurğulayır.

 ﭯ ﭰ ﭱ ﭲ ﭳ
(38. 88) “Siz bir müddət sonra onun xəbərini bilə­cək­si­niz”.

Kafirlər sonuncu Səmavi Kitabın gerçəkliyinə mütləq əmin olacaqlar. Bu, bir müddət sonra baş verəcəkdir. Lakin bunun baş verəcəyi zaman onları şiddətli əzab verən cəza haqlayacaqdır və onlar əllərindən qaçırdıqları imkanı qaytara bilməyəcəklər.






[1] Başlanğıc hərfli Quran surələri içində “Sad” hərfi 38-ci surədə tək hərf kimi keç­diyi halda, 7-ci Əraf surəsində “Əlif-Lam-Mim-Sad” formasında (qəlibində), 19-cu Məryəm su­­rəsində “Kəf-Hə-Yə-Əyn-Sad” formasında keçir. Bu üç surədə keçən “Sad” hərflərinin cəmi 152-dir ki, bu da Quranın özünü­müha­fizə­si­nin 19 kod rəqəminin (19 x 8) əmsalıdır. Əgər mövcud olan bir çox Quran nüsxələrində “sad” hərflərini saysanız – Əraf surəsində 97 deyil, 98 belə hərfin şahidi olarsınız. Bunun səbəbi isə 7-ci Əraf surəsinin 69-cu ayəsində keçən “Bas­tatan” kəlməsinin “sin” yerinə, səhvən “sad” hərfi ilə yazılması olacaqdır. Hət­ta bir çox nüsxələrdə bəhs etdiyimiz kəlmənin üstündə kiçik “sin” hərfi yazıldığını və ərəbcə də bir izah əlavə edildiyini (“Yukrau bis sini”, yəni, “sin” ilə oxuyun”) görərsiniz. Həmin ayədəki “Bas­ta­tan” sözünün “sin” və ya “sad” hərfi ilə yazılması məsələsi, hətta iki tədqiqatçı cərəyanı ya­rat­mışdı ki, on­ları “sinçilər” və sadçılar” adlandırırdılar. Lakin Quran insan sözü deyil, Allahın vəh­yidir və ayədəki bu hərf problemini 19 kodu həll etmişdir. Quranın “19 möcüzəsi”, yəni onun mü­hafizə sistemi kodu kəşf edil­dik­dən sonra, ən qədim Quran nüsxələri araşdırılıb yox­landı və hərflərin hesablanıb 19-a bölünməsi hə­min (“Bastatan”) sözünün “sin” hərfi ilə yazıl­mış ol­duğunu təsdiq etdi. (Daha geniş məlumat üçün bax: Quran heç tükənməyən möcüzə, İstanbul, 2005, səh. 406). F.S.
[2] Payalar sahibi – Bir sıra Quran tərcümələrində (türk dilində) Firon (L) payalar (türkcə - kazık) hökmdarı (sahibi) adlandırılır (İskender Ali Mihr, Diyanet İşleri Vakfı, Ali Bulaç, Elmalılı Hamdi və s.). F.S.
[3] Şueyb peyğəmbərin (ə) xalqı nəzərdə tutulur. Bax: Tafsirus – Sadi, IV cild (türk dilində), Quraba, I nəşr, 2006, s. 322. F.S.
[4] Əykə - ağacları sıx-sıx bitən qalın meşəliyə deyilir. F.S.
[5] Fövqəluca Allah bu ayədə Davud peyğəmbərin (ə) həmişə yalnız Ona üz tutub, ibadət etdiyini bildirir. F.S.
[6] Yəni həmin vaxtlarda ibadət et, namaz qıl. F.S.
[7] Kursim mənimdir. Bu söz birləşməsi rus mətnində: “святых пророковkimi verilmişdir. F.S.
[8] Burada: Allaha sığınmaq nəzərdə tutulur. F.S.
[9] Təqvalı qul – səmimi qəlbdən Allahdan qorxan və buna görə də Onun bütün hökmlərini itaətkarlıqla yerinə yetirən quldur. F.S.
[10] Kafirlərə rəhbərlik edənlər nəzərdə tutulur. Mir Mühəmməd Kərim əl-Bakuvi Təfsirində deyilir ki: “Qiya­mət günü, insanları zəlalətə salmış başçıları Cəhənnəmə girəcəklər. Onların ardınca da onlara itaət edənlər girəcəklər və bu zaman başçılar onlara itaət edənlərə baxaraq bir-birilərinə deyə­cəklər: “Bunlar da sizin dalınızca düşənlərdir. Onlara salam olmasın. Çün­ki onlar Cəhənnəm Oduna atıla­caqlar... Bu başçılara itaət edənlər isə belə deyəcəklər: “Kü­fürə batmağımıza siz səbəb oldunuz. İndi də bizi qınayırsınız. Elə hamımız Cəhənnəmə atıla­cağıq” (Sad, 38/59-60). F.S.
[11] Kafirlər. F.S.
[12] Bu şərh ilə bağlı İbn Kəsir Təfsirində belə deyilir: “Kafirlər öz zənlərinə görə özlərini mömin sayırdılar və axtadıqları mömin müsəlmanları isə yolunu azmış sapıqlar adlandırırdılar. Ona görə deyəcəklər ki, bizə nə olub ki, onları bizimlə birlikdə Cəhənnəmdə görə bilmirik?!” Mücahid deyir ki: “Bu, Əbu Cəhlin sözüdür. Belə deyəcəkdir: “Mənə nə olub ki, Bilalı, Əmmarı, Suheybi, filankəsi və filankəsi görə bilmirəm. Əslinə qaldıqda bu bir nümunədir. Çünki bütün kafirlərin vəziyyəti elə belə olacaqdır. Kafirlər onların Cəhənnəmə girəcəklərinə inanırdılar. Özləri Cəhənnəmə girdikdə isə, müsəlmanları axtaracaq, lakin tapa bilməyə­cək­lər... və deyəcəklər ki: “Pis saydığımız adamları burada niyə görmürük?” Dünyada biz onları məsxərəyə qoyurduq. İndi isə gözümüzə görünmürlər”. İbn Kəsir Təfsiri, həmin ayələrin şərhinə bax. F.S.
[13] O – Yaradılmamışdır və Vahiddir, Yaradandır və Əbədidir. Mütləq və ən Kamil olan nə varsa, Ona məxsusdur. O – Allahdır! Tərc. qeydi. F.S.
[14] Bu ifadə (“Canlı Varlıq”) tərcümə etdiyim şərhin mətnində: “живое существо” kimi veril­mişdir. F.S.
[15] İblis mənşə etibarı ilə mələklərdən deyildi. İbn Kəsir öz Təfsirində bu barədə belə yazır: “İblis cinlərdəndi və zəruriyyət yarandığı bir zamanda onun təbiəti, fitrəti özünə xəyanət etdi və o, Adəm əleyhissalama səcdə etməkdən boyun qaçırıb, Rəbbi ilə mübahisəyə girdi və özü­nün Adəmdən (ə) daha xeyirli olduğunu bildirdi.O, oddan, Adəm (ə) isə palçıqdan yara­dıl­mışdı və onun zənninə görə, od palçıqdan daha xeyirli idi. Buna görə xəta etmiş, Allahın əmri­nin əleyhinə çıxmış və kafir olmuşdu. Fövqəluca Allah da onu Öz mərhəmətindən məhrum et­miş, onu qovmuş və ona İblis adını vermiş və yerə endirmişdi...” (Həmin ayələrin şərhinə bax). F.S.
[16] Mevdudi özünün «Təfhimül Quran” adlı əsərinin həmin ayələrinin şərhində qeyd edir ki, ““Rəcm” – daşlamaq (daş atmaq) və öldürmək mənalarını verir. Burada Allah məcaz yolu ilə şeytanın şərəfli bir məqamdan aşağı endirilərək, zəlil edilməsini nəzərdə tutmuşdur. Bu, Əraf surəsində (7/13) də oxşar tərzdə ifadə edilmişdir”. Amma, ümumiyyətlə, bu ayənin müxtəlif tərcümələrində, “rəcm” (رَجٖيمٌ) sözü, nədənsə, əksərər mütərcimlər tərəfindən “qovulmaq” kimi çevrilir. F.S.

Комментариев нет:

Отправить комментарий