четверг, 3 мая 2012 г.

28. ƏL-QƏSƏS SURƏSİNİN ŞƏRHİ


ƏL-QƏSƏS
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
(28. 1) “Ta. Sin. Mim.
(28. 2) “Bunlar – aydın bir Kitabın ayələridir”.

Quran ayələri təriflənməyə və ehtiram göstərilməsinə la­yiq­dir, çünki onlar qulların bilməyə möhtac olduqları hər şeyi izah edir. İnsanlar onların sayəsində öz Rəbbini dərk edir və Onun qarşısındakı vəzifələrini bilirlər, möminləri Onun mən­fur düşmənlərindən fərqləndirməyi öyrənirlər, bəşə­riy­yət tarixində olan mühüm hadisələrdən və həmçinin bəşəriyyətin gələ­cək tale­yindən xəbər tuturlar. Məhz Quran insanlara hansı əməllərin mü­ka­fata, hansılarının isə cəzaya layiq olduğu haqqında xəbər verir. Bu və digər məsələlər Allahın Kitabında təfsilatı ilə işıqlan­dırılır.

 ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ

(28. 3) “Biz sənə, mömin insanlar üçün, Musa və Fironun hekayə­tini olduğu kimi oxuyacağıq”.

Quranda mühüm yerlərdən birini tutan hekayətlərdən biri də Musa (ə) ilə Firon (lənətullah)[1] haqqında olan tarixi rəva­yət­dir. Fövqəluca bu hekayəti bir çox surələrdə nəql etmişdir, lakin o, ən təfsilatı ilə məhz bu­rada izah edilmişdir. Fövqəluca bizə Musa (ə) və Firon (L) haqqında əsil həqiqəti xəbər verir. Bu qəribə və ecazkar hekayət iman sahibi olan insanlar üçün nazil edilmiş­dir, çünki möhkəm iman qulları vəhylər üzərində düşün­məyə, on­ları bütün varlığı ilə qəbul etməyə və şəraitə müvafiq olaraq rəh­bər tutmağa yönəldir. Bunun sayə­sində iman və etiqad güc­lənir və qullar daha çox dindar olurlar.
Bütün digər insanlara gəldikdə isə, onlar Quran hekayət­lərindən heç bir fayda əldə edə bilmirlər. Bundan başqa, onlar öz kafirliklərinə nadan və xəbərsiz olmalarına görə bəraət qazandır­maq imkanından da məhrum edilirlər. Onlar düz yolla getməyə layiq deyillər və buna görə Fövqəluca Allah Öz son Kitabını çir­kin əllərdən qoruyur və onlara onun əzəmətli mənasını dərk et­məyə imkan vermir.

 ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(28. 4) “Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstə­rərək, onun sakin­lərini bir-birindən fərqli siniflərə ayırmışdı və bir tayfanı əzmək istə­dikdə, oğul­larını öldürür, qadınlarını sağ buraxırdı. Həqiqətən, o, fasiqlərdən idi”.
Fövqəluca, Musa (ə) və Firon (L) haqqında hekayətini so­nuncunun yer üzündə təkəbbürlənməsi sözləri ilə başlayır. O (L), böyük bir səltənəti idarə edirdi, çox geniş əraziləri əhatə edən ha­kimiyyətə malik idi və saysız-hesabsız qoşunlara rəhbərlik edirdi. Bu, onda təkəbbür və lovğalıq yarat­mışdı, amma, əsil həqiqətdə, onu heç də başqalarından üstün etmirdi. Firon (L) öz ölkəsini za­lımcasına idarə edərək, onun əhalisini zümrələrə böl­müşdü. O (L) təbəələri ilə özünün istəklərinə uyğun olaraq rəftar edirdi. Bəzi­lə­rini, oğullarını öldürməklə və qadınlarını sağ bu­rax­maqla zəiflə­dirdi. İsrail oğullarının acı taleyi də belə olmuşdu. Buna baxma­ya­raq, məhz bu xalq Allahın iltifatını qazanmışdı və digərlə­rin­dən üstün tutul­muşdu. Misir hökmdarı onlara ehtiram göstərməli və hörmət etməli idi, lakin o, hər şeyi əksinə edirdi. O, israillilərin heç vaxt onun hakimiyyəti altından xilas ola bilməyəcəyini gü­man edərək, onları alçaldırdı. O, hətta onların həyatına belə mə­həl qoymurdu və qorxurdu ki, əsarətə alınmış xalq, ola bilsin, bir vaxt qiyam qaldırıb, hakimiyyəti əlinə keçirsin. Öz taxtı-tacını təh­lükəsiz­ləş­dirməkdən ötrü o (L), İsrail oğullarını öldürürdü və onların yalnız qızla­rını sağ saxlayırdı. Həqiqətən də, o (L) şə­rəfsizlik törədənlərdən biri idi, çünki nə dində, nə də dünya iş­lərində möminliyə can atmırdı.

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
(28. 5) “Biz istədik ki, yer üzündə alçaldılanları, mərhə­mət göstərib, rəhbərlər və varislər edək”,

Fövqəluca qərara alır ki, İsrail oğullarını həqarətdən xilas et­mək üçün onla­rın düşmənlərini və yağılarını məhv etsin. O (Pak və Müqəddəs Olan) onları öndərlər və dünya nemətlərinin va­risi etmək qərarına gəlmişdi. O (Pak və Müqəddəs Olan) istə­yir­di ki, İsrail oğulları o biri dünyaya köçənə­dək yer üzünün ne­mət­lərindən ləzzət alsınlar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(28. 6) “yer üzündə onlara hakimiyyət bağışlayaq və Fir­ona, Ha­mana və onların qoşunlarına göstərək ki, onlar nədən çəkinməlidirlər”.

Alçaldılmış və təhqir edilmiş şəxs insanlara başçılıq edə və on­lara nü­munə ola bilməz. Bu vəzifəni yerinə yetirmək üçün ha­ki­miyyət və qüdrət sahibi olmaq lazımdır və buna görə Fövqəl­uca Allah onlara yer üzündə ha­ki­miyyət əta etmək qərarına gəl­miş­di. Həqiqətən, yer üzündə baş verənlər bütövlükdə və tama­mi­lə Onun iradəsindən və istəyindən asılıdır. O uzaq zamanlarda Föv­qəlqüdrətli Rəbb Firona (L) və onun köməkçisi Hamana, həm­çi­nin onların döyüşçülərinə bildirmək istəyirdi ki, onlar nədən eh­tiyat etməlidirlər. Bu cəza döyüşçülərə də aid olmalı idi, çünki on­lar Misir hökm­darına özbaşınalıq və zalımlıq etməkdə kömək göstə­rirdilər.
Fironun (L) qüdrətli xalqı nədən ehtiyatlanırdı? Onlar gö­zəl imarətlə­rin­dən məhrum olmaqdan və öz torpaqlarından qo­vul­­maqdan qorxur­dular. Elə buna görə israillilərin müqavimətini elə başlanğıcda qırmağa can atırdılar və onların oğullarını öldü­rür­dülər. Amma Fironun (L) və onun əlaltılarının qorxusu onla­rın qismətlərinə yazılmışmış, çünki bunu Allah Özü belə istəmiş­di. Əgər O (Pak və Müqəddəs Olan) bir şeyi istəyirsə, onun ger­çək­ləşməsi üçün zəruri olan şərtləri və gerçək səbəbləri öncədən ya­radır.
Allah Fironun (L) xalqı ilə də məhz belə rəftar etmişdi. Onun məhv edilməsi bir sıra şərtlərlə müəyyənləşdirilmişdi ki, bu barədə hətta nə Allahın sevimli qulları, nə də Onun düşmən­ləri heç şübhələnmirdilər. Misir müstəbidi­nin (L) və onun saysız-hesabsız qoşunlarının məhv edilməsinə hansı şərtlər səbəb ol­muşdu? Hər şey Fövqəluca Allahın israilliləri xilas etməli olan Musa peyğəmbəri (ə) dünyaya gətirməsi ilə başlamışdı. İsrail öv­ladları o zaman ağır vəziyyətdəydilər, çünki misirlilər onların oğul­la­rını öldürürdülər.
 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(28. 7) “Biz Musanın anasına təlqin etdik: “Onu əmizdir. Təhlükə hiss etsən, onu çaya burax. Qorxma və kədərlənmə. Doğrusu, Biz onu sə­nə qaytara­cağıq və onu elçilərimizdən edə­cəyik”.

Körpəni özün tərbiyə et, yox əgər təhlükə hiss etsən, onu taxta san­dığa qoyub, Nil çayına at. Qorxma və kədərlənmə - Biz kör­pəni sənə qay­taracağıq və onu elçilərimizdən biri edəcəyik.
Rəbb bu minvalla Musanın (ə) anasının qəlbinə oğlunu geri alaca­ğına, övladının böyüyüb, fasiq xalqın fitnələrindən qoruna­ca­ğına və sonra Allahın elçisi olacağına yəqinlik təlqin etdi. O (Pak və Müqəddəs Olan), qadına bu müjdəni nazil etdi ki, o, öz körpəsi üçün həyəcan keçirib narahat olmasın.
Musanın (ə) anasının təhlükənin yaxınlaşdığını hiss etdiyi bir gün gəlib çatdı. O, ona buyurulanı yerinə yetirərək, körpəni san­dığa qoyub çaya atdı. Bu­nunla qadın körpəsinin taleyini Föv­qəl­ucaya həvalə etdi.

 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
(28. 8) “Fironun ailəsi onların düşməni və qəm-qüssəsi olanı tapıb gö­türdü. Həqiqətən, Firon, Haman və döyüşçüləri fasiq idilər”.

Musanı (ə) Fironun (L) evində yaşayan adamlar tapdılar. On­ların hət­ta şəki­nə də getməzdi ki, bu körpənin taleyinə onların xal­qının düşməni olmaq və onlara böyük müsibət gətirmək nəsib ola­caqdır. Doğrudan da, insan nə qədər ehtiyatlı olsa da, o, Allahın təyin etdiyi qədərindən heç vəchlə yayına bilməz. Fir­o­nun (L) xalqı İsrail oğullarından ehtiyat edirdi, lakin Fövqəluca istəyirdi ki, onların başçısı Misir hökmdarının öz himayəsi altında böyüsün və tərbiyə alsın.
Əgər Musa peyğəmbərin (ə) taleyi üzərində bir qədər dü­şü­nülsə, aydın olar ki, hadisələrin məhz belə çarpazlaşması şəra­i­tin­də İsrail oğulla­rına çox böyük fayda verdi, onları bir sıra çə­tin­lik­lərdən azad etdi və misirlilərin basqınlarının təhlükəsinin qar­şı­sını aldı. Bunun səbəbi Musa (ə) idi. O (ə) öz peyğəmbərlik vəzi­fə­­sinin başlanmasına qədər Fironun (L) ya­xın adamlarından biri idi. Təbii ki, o (ə), öz qəbilədaşlarının mənafelərini müdafiə et-mə­yə səy göstərirdi və güclü və coşqun adam olması sayəsində o (ə) bunu edə bilirdi. Nəticədə, yuxarıda qeyd etdiyimiz kimi, ağıl­sız zülm altında inləyən alçaldılmış və gücsüz xalq zaman-zaman za­lım misirlilərə müqavimət göstərməyə başlayırdı. Bu, pey­ğəm­bər­liyin ərəfəsi idi, çünki Allahın qoyduğu əbədi qayda-qanuna mü­vafiq olaraq, bəşəriyyət tarixində böyük hadisələr qəflətən baş ver­mir. Bir qayda olaraq, onlardan öncə tarixi şərtlər yaranır.
Sonra Fövqəluca buyurur ki, Firon (L), Haman və onların dö­yüşçüləri günahkar idilər. O (Pak və Müqəddəs Olan) törət­dik­ləri cinayətlərə görə onları cəzalandırmaq istəyir və onların kö­mək­siz xalqa qarşı işlətdikləri fitnə-fəsadı onların öz əleyhinə çe­vi­rir.

 ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(28. 9) “Fironun arvadı dedi: “Bu mənim də, sənin də göz­lərimizin işığıdır. Onu öldürməyin! Bəlkə, o, bizə fayda gətirdi, ya da onu övlad­lı­ğa götürdük”. Onlar fərqinə varmırdılar”.

Fironun (L) ev adamları körpəni gətirdikdən sonra, Rəbb onun (L) arva­dında uşağa şəfqət hissi yaratdı. O zalımın (L) ar­va­dı Muzahimin qızı, Asiya adında iman sahibi, məşhur və ləya­qətli bir qadın idi. Qadın dedi: “Onu öldür­məyin. Gəlin onu özü­müz saxlayaq ki, bizə xoşbəxtlik və sevinc gətirsin. O bizə xidmət edər və ola da bilsin ki, sədaqətli köməkçi olar. Əgər istəsək, ona böyük etimad göstərib, oğulluğa götürərik”.
Allahın iradəsi ilə Musa (ə) doğrudan da Fironun (L) arva­dına böyük fayda verdi. O, ilk günlərdən çaydan tapdıqları kör­pəni əzizlədi və onunla öz doğma övladı kimi rəftar etdi. Musa (ə) böyüyüb, boya-başa çatdıqda, peyğəmbər və elçi olduqda, qa­dın ən birinci olaraq haqq dinə iman gətirdi. Allah ondan razı olsun və onu Öz mükafatından razı etsin!
Misirlilər heç şübhə belə etmirdilər ki, Mühafizəolunan Kitabda nə yazılmış­dır və bir müddət sonra onlara nələr nəsib olacaqdır. Bu, Fövqəluca Rəbbin möminlərə iltifatı idi, çünki onlar çayda tapılan körpənin yerinə yetirəcəyi vəzifədən xəbər tutsaydılar, hər şey başqa cür ola bilərdi.

 ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(28. 10) “Musanın anasının ürəyi tənhalaşmışdı. Əgər onun mömin qal­masından ötrü Biz ürəyini möhkəmlətmə­səy­dik o, onu açmağa hazır idi”.

Musanın (ə) anası öz körpəsindən ayrıldıqdan sonra, onun taleyi üçün narahat olaraq, bərk xiffət çəkməyə başladı. Fövqəl­uca Allahın ona kədərlənmə­məyi və qorxmamağı tapşır­masına baxmayaraq, zavallı qadın özünün təbii his­slərini cilov­laya bil­mirdi. O, o dərəcədə qəm-qüssəyə qapıl­mışdı ki, keçirdiyi həyə­canlar ürəyini bütün digər fikirlərdən məhrum etmişdi. Allah ona tale­yin bu zərbəsindən sarsılmamağa kömək etmə­səydi, o, Musa­nın (ə) öz oğlu oldu­ğunu etiraf edəcəkdi. Lakin O (Pak və Mü­qəddəs Olan), ona yardım göstərdi ki, qadın mömin olaraq qala bilsin. Həqiqətən, əgər çətin bir vəziyyətdə olan bir insan dözüm­lülük və səbirlilik göstərirsə, onda onun imanı güclə­nir və möh­kəmlənir. Əgər o, qəmdən və kədərdən əl çəkmirsə, onda bu onun imanı və etiqadının zəifliyinə dəlalət edir.

 ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(28. 11) “O, onun bacısına dedi: “Onların ardınca get”. O, uzaq­dan onları izləyirdi, onlar isə görmürdülər”.

Musanın (ə) anası onun (ə) bacısına qardaşının ardınca get­məyi, onu tap­mağı və misirlilərin gözünə görünməməyi tapşır­mışdı. Musanın (ə) bacısı ehtiyatlı idi və özünün əsil niyyətlərini büruzə vermədi. Bu çox ağıllı bir addım idi, çünki əgər o özünü başqa tərzdə aparsaydı, Fironun (L) ev əhli körpəni çaya onun atdığını düşünə bilərdilər. Onda onlar uşağı, ola bilsin ki, öldür­məyi qərara alar­dılar ki, ailəni hiyləgərlik etdiyinə görə cəzalan­dırsınlar.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤﯥﯦ ﯧﯨﯩ ﯪﯫ
(28. 12) “Bacısı: “Sizə onun qayğısına qalan və ona xeyir­xahlıq ar­zu­layan ailəni göstərimmi?” deyənə qədər, Biz, ona öncədən, süd ana­la­rını haram qıl­mışdıq[2]”.

Fövqəluca Özünün gələcək peyğəmbərinə (ə) və onun ana­sına mər­hə­mə­tini göstərməkdə davam edirdi. O (Pak və Müqəd­dəs Olan), körpəyə uşaq əmizdirən qadınların döşünü əmməyə ica­zə verməmişdi və Fironun ev əhli onu (ə) bazara apardılar ki, onu əmizdirməyə və qayğısını çəkməyə razılaşan bir qadın tap­sın­lar. Bu vaxt Musanın (ə) bacısı onlara yaxınlaşıb dedi: “Sizə onun qayğısına qalan və ona xeyirxahlıq arzulayan ailəni göstə­rimmi?” Hökmdarın ailə üzvlərinə də məhz bu lazım idi. Onlar artıq uşağa öyrəşmişdilər və qorxurdular ki, o, acından ölər, çün­ki uşaq ona süd ver­mək istəyən qadın dayələrin döşünü tut­mur­du. Qızın sözlərini eşidən kimi, onlar qərara aldılar ki, qızın tək­li­fi elə onların istədiyidir. Uşağın ailəsi olar, onu qoruyar, ona qay­ğı göstərər və ona sevgi ilə yanaşar. Onlar qızın təklifini məm­nu­niyyətlə qəbul etdilər və qız onlara öz evlərini nişan ver­di.

 ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ

Fövqəluca Allah Öz vədini yerinə yetirdi ki, Musanın (ə) anası təsəlli tapsın. O, öz körpəsinin həyatı üçün qorxu keçirmə­dən və onunla fəxr edə­rək, onu özü tərbiyə etmək imkanı əldə etdi. Bundan başqa, o, bu zəh­məti­nə görə sanbalı müka­fat da aldı. Rəbbi ona anlatdı ki, Onun verdiyi vəd – sarsılmaz bir həqiqətdir. O, öz gözü ilə görüb əmin oldu ki, ona vəd edilə­nin bir hissəsi artıq yerinə yetirilmişdir. Bu ona imkan verirdi ki, artıq oğlu­nun taleyinə görə narahatçılıq çəkməsin və qəti inansın ki, Fövqəluca Allah onu (ə) bədbəxtlik­lərdən qoruyacaq və Öz elçisi edəcəkdir. Lakin bir çox insanlar var ki, çətinliklər gördükdə, iman gətir­məkdən imtina edirlər və hətta dərk edə bilmirlər ki, əzəmətli na­iliyyətlərə və böyük uğurlara aparan yolda Allah çoxsaylı mane­ələr qoyur və sınaqlar keçirir.
Beləliklə, Musa (ə) Fironun (L) ailəsinin himayəsi altında tərbiyə edil­mişdi. O (ə) onların imtiyazlarından istifadə etmiş, onların mülkiyyətində olan minik heyvanlarını minmiş, onların libaslarını geymişdi ki, bunlar anasının ürəyinə yatan şeylər idi. İnsanlar onu Musanın (ə) süd anası hesab edirdilər və onun (ə) süd anasına bəslədiyi mehribançılığına təəccüblən­mirdilər. Siz Fövqəluca Allahın mərhəməti üzərində bir düşünün və görün ki, O (Pak və Müqəddəs Olan) Öz peyğəmbərini (ə) yalançı söz-söh­bət­lərdən və ağır sınaqlardan necə qorumuşdur. O (ə) anasının yanına tez-tez gələr, onu “ana” deyə adlandırar və ətrafdakılar da bunu təbii qəbul edər­dilər, çünki onu bu qadının süd oğlu sayır­dılar. Amma ən başlıcası – Musa­nın (ə) yalan danışmaq məcbu­riy­yətində qalmamağı idi, çünki onun (ə) sözləri əsil həqiqət idi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ
(28. 14) “O, yetkinlik yaşına çatdıqda, Biz ona hikmət və elm əta etdik. Budur yaxşılıq edənlərin əvəzi”.

Kişilər, bir qayda olaraq, özlərinin fiziki və əqli bacarıqla­rının çiçək­lən­məsi dövrünə təxminən qırx yaşında nail olurlar. Musa peyğəmbər (ə) yetkinləşərək bu yaşına çatdıqda, Allah ona (ə) hikmət və elm əta etdi. O (Pak və Müqəddəs Olan), Ona sə­mimiyyətlə ibadət edənləri və Onun məx­luqlarına yaxşılıq edən­ləri məhz belə mükafatlandırır. Mükafat olaraq onlara hikmət və elm bəxş edir və onların əməlləri nə qədər yaxşı olursa, əldə et­dikləri biliklər də bir o qədər dərin və kamil olur. Beləliklə, Musa­nın (ə) peyğəmbərliyi və kamil bilikləri onun (ə) dindarlığı və xeyirxahlığının kamilliyinə dəlalət edirdi.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ

(28. 15) “Musa əhalisinin qəflətdə olduğu bir zamanda şə­hərə gir­dikdə, bir-biri ilə dalaşan iki kişiyə rast gəldi. Onlardan biri onun tərəf­darlarından, digəri isə düşmənlərindən idi. Onun tərəfdarı ondan xahiş et­di ki, düşməni əleyhinə ona yar­dım etsin. O da onu yumruqlayıb öl­dürdü. Öz-özünə isə dedi: “Bu şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sa­lan açıq-aşkar düş­məndir”.

Ehtimal etmək olar ki, bu insanların istirahət etdiyi və ətrafda baş verənlərə diqqət yetirmədikləri bir vaxtda idi. Bir sözlə, Musa (ə) bir-biri ilə düşmən əhval-ruhiyyəsində olan iki kişiyə rast gəldi. Onlardan biri onun (ə) qəbilədaşlarından, digəri isə gibti[3] idi. İsrailli ona (ə) yardım üçün mü­raciət etmişdi. Bu isə onu göstərir ki, artıq o zaman insanlar Musanın (ə) İsrail oğullarından biri olduğunu bilirdilər. Bu həmçinin onu bildirir ki, in­sanlar ondan (ə) qorxur və ona hörmət edirdilər, çünki onu firon ailəsinin bir üzvü hesab edirdilər. Musa (ə) da öz qəbi­lə­daşına kömək etmək qəra­rına gələrək, giptiyə elə bir ağır zərbə vurdu ki, o öldü. Musa (ə) baş vermiş hadisədən peşman oldu və öz-özünə dedi: “Bu – şeytanın əməllərindən biridir. İnsanlar qətli, onları yoldan çıxarmaq istəyən şeytanın təhriki ilə törədirlər. Mən də bu böyük günahı onun təhriki ilə etdim. Həqiqətən, o bizə nifrət edir və əlindən gələn hər şeyi edir ki, bizi yoldan azdırsın”.

 ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(28. 16) “O dedi: “Ey Rəbbim! Mən özümə qarşı zalımlıq etdim. Məni bağışla! O, onu bağışladı, çünki O – Bağışlayandır, Rəhmlidir”.

Allah Öz qulunu bağışladı, çünki bu Onun gözəl adları ara­sında olan Bağışlayan və Rəhmli sifətlərinin təcəssümüdür. O (Pak və Müqəddəs Olan) Onun ilahi iradəsinə itaət edənləri və Ona səmimi tövbə ilə dua edən­ləri bağış­lan­maqdan və mərhə­mətindən məhrum etmir. O qorxunc mə­qamda Musanın (ə) qəl­bini məhz bu hisslər doldurmuşdu.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
(28. 17) “O dedi: “Ey Rəbbim, mənə əta etdiyin nemətinə görə, mən günahkarlara əsla yardım göstərməyəcəyəm”.

Ey Rəbbim! Sən mənim tövbəmi qəbul etdin, günahlarımı bağışladın və məni böyük nemətlə şərəfləndirdin. Buna görə mən bir də heç vaxt insanlara günah törətməkdə kömək etmərəm.
Musa (ə) Allahın ona bəslədiyi mərhəmətinə şükür edərək, gibti ilə baş vermiş hadisənin təkrarlanmaması üçün bir daha gü­nahkarlara yardım göstər­məyəcəyini vəd etdi. Allahın elçisinin (ə) alicənab rəftarı, Allahın xeyirxahlığına yaxşı əməllərlə və gü­nahlardan əl çəkməklə cavab vermək zəruriyyətini göstərir.

 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(28. 18) “Səhərisi o, ətrafına qorxa-qorxa baxaraq şəhərə çıx­dı və birdən, onu bundan əvvəl köməyə çağıran, onu yenə də kö­məyə səslədi. Musa ona dedi: “Sən açıq-aşkar yolunu az­mı­san”.

O (ə) bərk qorxu hissi keçirirdi və qətl haqqında xəbərin Firon (L) əyan­larına çatdığını bilmək istəyirdi. O (ə) bilirdi ki, belə bir kobud səhvi nəticəsiz qalma­yacaq, həm də, çünki bu əməli törədən İsrail oğullarından biri idi. Bu zaman o (ə) gördü ki, bundan əvvəl ondan yardım istəyən hə­mən adam yenə də bir gibti ilə dava edir. İsrailli yenə ona kömək üçün mü­raciət etdi, ancaq Musa (ə) dedi: “Sən düz yoldan azmısan. Sən həddini aşır və düz hərəkət etmirsən”.

 ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(28. 19) “O, hər ikisinin də düşməni olanı yaxalamaq is­tə­dik­­də, o dedi: “Ey Musa, sən doğrudanmı məni də, dünən öl­dür­dü­yün adam kimi, öldürmək istəyirsən? Sən yer üzündə an­caq zülm­kar olmağı arzulayırsan, barışdırı­cı­lar­dan olmağı is­tə­mir­sən”.

İsrail oğullarına mənsub olan şəxs, gibti ilə davalaşmaqda da­vam edərək, köməyə çağırmaqdan da əl çəkmirdi. Nəhayət, Mu­sa acığa düşərək, onların hər ikisinin düşməni olan adamı döy­mək qərarına gəldi. Bu zaman isə gibti fəryad edərək, bağırdı: “Ey Musa! Sən doğrudanmı dünən öldür­düyün adam kimi, məni də öldürmək istəyirsən? Yalnız zülümkarlar və za­lımlar belə qətl­ləri törədirlər və sən də onlardan biri olmaq istəyirsən. Əgər sən xe­yirxahlıq etməyə çalışsaydın, onda bizim münaqişəmizi dinc yol­la həll edər və işi ölümlə nəticələndirməzdin”.
Musa (ə) gibtinin nəsihətamiz sözlərinə qulaq asdı və onu öldürmədi, bu iki hadisə haqqında xəbər isə tezliklə şəhərə ya­yıldı. Firon (L) öz əyan­ları ilə bu barədə eşitdikdə, onlar Musanı (ə) edam etməyi qərara aldılar və elə o vaxt Allah elə etdi ki, gə­lə­cək elçisi (ə) Misir əyanlarının qərarından xəbər tutsun.

 ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
(28. 20) “Bir nəfər şəhərin ən uzaq guşəsindən tələsə-tə­ləsə gə­lərək dedi: “Ey Musa, əyanlar səni öldürmək barədə məs­­lə­hət­lə­­şirlər. Aradan çıx! Həqiqə­tən, mən sənin yaxşılığını is­təyirəm”.

Bu adam Musaya (ə) xeyirxahlıq etmək istəyənlərdəndi və eh­tiyat edirdi ki, o (ə) məsələnin nə yerdə olduğunu dərk edənə qə­dər misirlilər onu (ə) yaxalaya bilərlər. Musa (ə) onun məsləhə­ti­nə qulaq asdı və misir­lilərin onu öldürəcək­lə­rindən ehtiyatlanıb, şə­həri tərk etdi.


ﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑ ﰒﰓ
(28. 21) “Musa qorxu içində ətrafa göz gəzdirə-gəzdirə ora­dan çıxdı və dedi: “Ey Rəbbim! Məni zalım camaatdan xilas et!”

Musa (ə) o vaxt artıq qəzəbli olduğu halda yol verdiyi gü­nahına görə tövbə etmişdi. Onun gibtini öldürmək niyyəti yox idi və buna görə də Misir əyanlarının qərarı amansız və ədalətsiz idi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ
(28. 22) “O, Mədyən tərəfə üz tutub yönələrək, dedi: “Ola bilsin ki, Rəbbim məni doğru yola qovuşdursun”.

Musa (ə) Mədyənə tərəf qaçmaq qərarına gəlmişdi. Bu şə­hər Fələs­tinin cənubunda yerləşirdi və Fironun (L) hakimiyyəti altında deyildi. Musa (ə) ümid edirdi ki, Allah o şəhərə kəsə yolu tap­maqda və rahatlıqla təhlükəsiz bir yerə çatmaqda ona (ə) kö­mək göstərəcəkdir. Hər şey onun (ə) ümid etdiyi kimi oldu.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ
(28. 23) “O, Mədyən sulağına yetişdikdə, su başında hey­van sula­yan adamlara rast gəldi. Onlardan bir az aralıda qoyun­la­­rının suya girmə­mə­sinə çalışan iki qız gördü. O dedi: “Sizə nə olub?” Onlar dedilər: “Ço­banlar çəkilib getmədikcə, biz sula­mı­­rıq. Atamız isə çox qocadır”.

Musa (ə) Mədyən sulağına çatdıqda, onun qırağında öz hey­­vanlarını sula­yan insanlar gördü. Bu şəhərin əhalisi çoxsaylı qo­yun sürülərinə malik idilər. Onlardan bir az kənarda, öz sü­rü­lə­rini sudan kənara qovan iki qadın dayan­mışdı. Onlar, co­mər­d­lik hissinə malik olmayan və qadınlara kömək etməkdən uzaq olan kobud kişilərin arasında sürülərini sulaya bilmirdilər. Belə ol­­­duqda, Musa (ə) soruşdu: “Siz nə edirsiniz?” Niyə kənarda da­yan­­­­mısınız?” Qadınlar belə cavab verdilər: “Biz gözləyirik ki, ço­ban­­­lar qoyun­larını sulaqdan çəkib aparsınlar, sonra isə biz öz qo­yun­­­larımızı sulayaq. Biz gücsüzük, ailəmizdə isə kişilər yox­dur”.

­­­­ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(28. 24) “O, onlarınkıları suladı, sonra isə kölgəyə çəkilib dedi: “Ey Rəb­bim! Həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər cür nemətə möhtacam”.

Musanın (ə) bu kasıb qadınlara yazığı gəldi və onların qo­yun­larını özü su­vardı. O (ə) hətta buna görə onlardan əvəz də tə­ləb etmədi. Bunu yalnız Fövqəluca Allah xatirinə yerinə yetirdi. Günorta vaxtı idi və hava həmin gün çox isti idi. Gördüyü işdən yorulan Musa (ə) istirahət etmək qərarına gəlib, kölgəliyə çəkildi. Belə bir halda ikən, o (ə) Rəbbinə müraciət etdi. Onun duası söz­lərlə deyil, düşdüyü vəziyyətlə izah olunurdu. Şübhəsiz ki, belə dua, sadəcə yardım üçün xahiş etməkdən, daha mənalı və aydın idi. Musa (ə), Onun mərhəmətinə ümidi itirməyərək, Allaha yö­nəlt­diyi duasını davam etdirirdi.

 ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(28. 25) “Sonra onlardan biri utana-utana ona yaxınla­şa­raq dedi: “Atam səni çağırır ki, bizim üçün suladığına görə səni mü­kafat­landırsın”. O, onların atasının yanına gəldikdə, əh­va­la­tı­nı ona danışdı və o dedi: “Qorxma. Sən artıq zalım adam­lar­dan xilas olmusan”.
Həmin vaxt qızlar öz atalarının yanına qayıtdılar və əh­va­la­tı ona da­nışdılar. O, qızlarından birinə tapşırdı ki, onlara xid­mət göstərən kişini onun yanına gətirsinlər. Bir qədər sonra qız­lar­dan biri utancaqlıqla ona (ə) yaxınlaşdı. Bu, onun yaxşı tərbiyə al­dığını və gözəl əxlaqlı olduğunu sübut edirdi. Bütün zaman­lar­da, xüsusilə, əgər söhbət qızlardan və qadınlardan gedirsə, utan­caq­lıq nəcibliyin və gözəl əxlaqın rəmzi olmuşdur. Qızın dav­­ran­ma­sı, Musanın (ə) xidmət göstərdiyi iki bacıdan muzd is­tə­mə­mə­yi­nə dəlalət edirdi. Axı insanlar, bir qayda olaraq, xid­mətçilərdən və muzdlu işçilərdən utanmırlar.
Qız özünü utancaqlıqla aparırdı, çünki bundan öncə o, na­mə­lum kişinin alicənablığının və gözəl keyfiyyətlərinin şahidi ol­muş­du. Qız dedi: “Atam səni çağırır ki, bizim qoyunlarımızı sula­dı­ğına görə, sənə haqqını ödəsin. Elə düşünmə ki, bu bir sədəqə ola­caqdır. Sən ilk insansan ki, bizə kömək etmisən və atam da sə­nə xeyirxahlığına görə minnətdarlığını bil­dirmək istəyir”. Musa (ə) bu sözləri dinlədikdən sonra dəvəti qəbul etdi. Ahıl insanla gö­­­rüşdükdən sonra, ona belə uzaq ölkəyə gəlməyinin səbəbini da­­­nışdı. Bu yad ölkədən gəlmiş cavanı dinlədik­dən sonra qoca de­­di: “Sən artıq narahat olma, çünki Fövqəluca Allah səni onlar­dan xilas etmiş və sənə o zülümkarın hakimiyyətinin altında ol­ma­­­­yan bir ölkəyə gəlməyə kömək etmişdir”.

 ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

(28. 26) “İki qızdan biri dedi: “Atacan, onu muzdla işə gö­tür, çünki bu muzdla işlədə­cək­lərindən ən güclüsü və eti­bar­lı­sı­­dır".

Qoy bu adam bizdə qalıb muzd ilə qoyunlarımızı otarsın. Ondan da­ha münasib adam tapmaq çətin olacaq, çünki o güclü və etibarlıdır. Məhz belə keyfiyyətlər hər bir işçinin ən dəyərli məziyyətləridir. O, kifayət qədər güclü və bacarıqlı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin və etibara layiq olsun. Hər bir işve­rən bu gözəl keyfiyyətlərə malik işçiləri işə götürmə­li­dirlər. Əgər işçi bu məziyyətlərdən hər hansı birinə malik deyilsə, onda onun işində həmişə nöqsanlar olacaqdır. Qız Musanın (ə) sulaqda on­ların qoyunlarını necə cəld və ciddi-cəhdlə sulatdığını görmüşdü və başa düş­müşdü ki, o, etibara layiq insandır, çünki yalnız sə­da­qət­li və etibarlı bir insanın iki köməksiz qıza yazığı gələ bilər və tə­mənnasız olaraq onların heyvanlarını sulamağa kömək gös­tə­rib, mükafatını Fövqəluca Allahdan istəyə bilərdi.

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(28. 27) “O dedi: “Həqiqətən, mən istəyirəm ki, sən səkkiz il yanımda işləmək şərti ilə, səni bu qızlarımın biri ilə evlən­di­rim. Əgər sən on il qalmaq istəsən, bu səndən asılı olacaq. Mən sə­ni çətinliyə salmaq istəmirəm və sən, inşallah, görə­cəksən ki, mən salehlərdənəm”.

Mən səni qızlarımdan biri ilə evləndirmək istəyirəm. Bir şərtlə ki, səkkiz il mənim üçün işləyəsən. Səkkiz il işləsən öhdə­liyini yerinə yetirmiş olarsan, yox əgər istəsən, mənə on il ərzində də işləyə bilərsən. Mən səni on illik muzdurluğa məcbur etmək istəmirəm və səni ağır işlərlə də yükləmə­yəcəyəm. Sən mənə iş­ləməyə razı olsan, yüngül və gücün çatan işlər görəcəksən. Allah­ın izni ilə sən əmin olacaqsan ki, mən – xeyirxah bir insanam.
O, Musaya (ə) vəd etdi ki, onu gücü çatmayacağı işlər gör­məyə məcbur et­mə­yəcək və onunla yaxşı rəftar edəcəkdir. Bu isə o deməkdir ki, mömin insan həmişə alicənablıq göstərməlidir, çün­ki onların məsuliyyəti, onlara olan tələbat başqa insanların­kın­dan olduqca yüksəkdir.

ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(28. 28) “O dedi: “Bu ikimizin arasında razılaşmadır. İki müddət­dən han­sını yerinə yetirsəm, qoy mənimlə ədalətsiz da­vranılmasın. Allah danışıq­la­rımıza Vəkildir”.

Mən bu şərtlərlə sənin qızlarından biri ilə evlənməyə razı­yam. Bu mə­sələni həll olunmuş hesab edək. Mən səkkiz il işlə­yə­cə­yəm və əgər is­tə­səm, yanında iki il də qalaram. Qoy Allah bi­zim söy­lədiklərimizin Zəmanətçisi olsun. O (Pak və Müqəd­dəs Olan) qullarını fasiləsiz müşahidə edir və müqaviləmizdən xəbər­dar­dır.
İnsanların çoxu elə hesab edir ki, həmin ahıl kişi Şueyb pey­­ğəm­bər (ə) imiş. Amma bu belə deyildir, çünki naslarda bu ba­­rədə xə­bər verilmə­mişdir. Məlumdur ki, Şueyb peyğəmbər (ə) Mə­d­yən­də yaşamışdır və bu surədə təsvir olunan hadisə də bu şə­hərdə baş ver­mişdir. Lakin bu o demək deyildir ki, iki qızın ata­sı hökmən pey­ğəmbər olmalı idi. Bizdə, Musa peyğəmbərin (ə) Şu­eyb pey­ğəm­bərin (ə) müasiri olması haqqında məlumat yox­dur. Onların gö­rüşməsi də bəlli deyil. Əgər ahıl qoca peyğəmbər ol­­say­dı, Föv­qəl­uca Allah bu barədə xəbər verərdi və onun qızları bu­nu Mu­sa­ya (ə) danışardılar. Bundan başqa, Allah Şueybin (ə) ka­­fir qə­bilə­daş­­larını məhv etmişdi və bizim əlimizdə alicənab pey­­­ğəmbərin mö­min arxa­daş­larının öz Nəsihətçilərinin iki qızına, mal­­larını sula­maq üçün, yadelli bir şəxs onlara yardım edənədək, im­kan ver­mə­dik­lərini iddia etməyə əsasımız yox­dur[4]. Həm də məlumdur ki, Mu­sa peyğəmbər (ə) Şueyb peyğəmbər­dən (ə) üs­tündür və, de­mə­li, sonuncu heç vaxt razı olmazdı ki, o (ə) onun evin­də xidmət­çilik et­sin. Sonuncu dəlili Musanın (ə) ahıl qocanın evində öz pey­ğəm-bər­lik vəzifəsini yerinə yetirməyə başlaya­na­dək işləməsi ilə təkzib et­mək olardı, lakin hətta belə bir sübut da inandırıcı deyildir. İs­tə­ni­lən halda, biz iki qızın atasının, əgər bu, Elçinin (s.ə.s.) səhih hə­dis­lərində rəvayət edilməyibsə, peyğəmbər ol­ma­sını təsdiq edə bil-mə­rik. Bu barədə ən doğrusu Fövqəluca Allaha məlumdur.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(28. 29) “Musa müddətini bitirib, ailəsi ilə yola düşdüyü zaman dağ tə­rəfindən bir od görüb, ailəsinə dedi: “Burada da­ya­nın! Mən od gördüm. Ola bil­­sin ki, oradan sizə bir xəbər və ya oddan bir kösöv gətirim ki, qızınasınız”.

Musa (ə) müəyyən olunmuş müddəti nöqsansız işləyib ba­şa vur­du və onun davamiyyəti barəsində şərhçilər müxtəlif rəylər irə­­­li sürürlər. Bəziləri belə hesab edirdilər ki, o (ə) yalnız razılaş­dı­­­ğı sək­kiz il əraində işləmişdir. Digərləri isə elə güman edir­dilər ki, o (ə) öz xoşu ilə qayınatasının yanında əlavə iki il də qalıb iş­lə­miş­­­­­dir. Bu vaxt ərzində o (ə) öz valideynləri və yaxın qohum-əq­rə­­­­baları və həm­çinin vətəni üçün darıxmışdı. O (ə) qərara gəl­mişdi ki, mi­sir­li­lə­rin baş vermiş hadisəni unut­maları üçün kifayət qə­dər vaxt keç­miş­dir və buna görə ailəsi ilə birlikdə Misirə yola düş­­­dü. Bir müd­dət sonra o (ə), dağ tərəfdən bir od görüb, ailəsinə ye­­­rindəcə da­ya­nıb onu (ə) gözləməyi tapşırdı. Onun (ə) sözlə­rin­dən belə çıxır ki, o vaxt möh­kəm soyuq imiş və onlar yolu az­mış­mış­­lar.

 ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(28. 30) “O, oraya yaxınlaşdıqda, vahənin sağ tərəfində mübarək bir yerdə bitən ağac tərəfdən bir Səs eşitdi: “Ey Musa! Mən – aləmlərin Rəbbi Allaham!”

Allah – ilahlaşdırılmağa layiq Olan Vahid Rəbdir və Ona iba­dət edilmə­li­dir. Fövqəluca, Musaya belə buyurdu: “Həqiqə­tən, Mən – Allaham! Yoxdur Məndən başqa ilah! Mənə ibadət et və namaz qıl ki, Məni xatırlayasan” (Ta ha, 20/14).

 ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ
(28. 31) “Əsanı yerə at!” Onun ilan kimi qıvrıldığını gör­dük­­də, çevrilib elə qaçmağa başladı ki, heç arxasına da bax­ma­dı. “Ey Musa! Qorxma, yaxın gəl, çünki sən – təhlükə­sizlik­də­ki­lərdənsən”.

 Ərəblər “cənn” sözü ilə iri ilanların erkəyini adlandırırlar. Bu ilanın gör­kəmi Musanı (ə) elə qorxuya salır ki, o (ə) heç geriyə də baxmadan dö­nüb qaç­mağa başlayır. Bu zaman yenə də Səs eşi­di­­lir. Fövqəluca ona (ə) yaxın gəlməyi əmr edir və o (ə) buna tabe ol­­­malı idi. Lakin ətrafında baş verənlər onu qorxutduğu üçün, Allah ona (ə) qorxmamağı əmr edir. Musa (ə) bu əmri ye­rinə ye­ti­rə­­rək, yaxına gələ bilər və qorxu hissi keçirməzdi, lakin ürəyində ona (ə) ziyan vurulmayacağı barədə arxayınçılıq olmaya bilərdi. Bu­­na görə Lütfkar Allah onun təhlükəsizliyinə zəmanət verdi. Bun­­dan sonra heç nə onu (ə) təhdid edə bilməzdi və heç nə ona (ə) pislik göstərə bilməzdi. Bu sözlərdən sonra Musa (ə) bir da­ha qor­­xu və narahat­çılıq hissi keçirmədi. Onun (ə) ürəyi ra­hat­lıq və əmin­­liklə doldu və o (ə) irəliyə getdi. O (ə) Rəbbin sözlərinə ina­nır­dı və bütün baş verənlər isə yalnız imanını gücləndirir və eti­qa­­dını artırırdı.
Beləliklə, Fövqəluca Allah peyğəmbərinin (ə) Fironla (L) görüşü ərəfə­sində, ona (ə), uğura nail olacağına imanını möhkəm­lət­məyə, həmçinin cəsarətini və dö­zümünü artırmağa yönəldil­miş möcüzə göstərmişdi. Sonra Fövqəluca ona (ə) növbəti möcü­zəsini göstərərək, belə buyurur:

 ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(28. 32) “Əlini qoltuğuna qoy və o, heç bir xəstəlik əla­məti olma­dan, ağap­paq çıxacaq. Əlini özünə sıx ki, qorxma­yasan. Bunlar sənin Rəbbindən Firon və əyanları üçün iki də­lildir. Həqiqətən, onlar günah­kar insanlardır”.

Əlini qoltuğuna qoy və o tamamilə ağappaq olacaqdır. Qor­­­xudan xilas ol­maq istədiyin vaxtlar əlini sinənə sıx və hər də­fə qorxu hiss etdikdə də, məhz belə edərsən. Artıq bundan sonra sən öz əsanı canlı ilana çevi­rəcək və əlini qoltuğun­dan tamamilə ağ­appaq çıxaracaqsan və bu iki möcüzə sənin doğruçu­luğunun də­­lil­ləri olacaqdır. Sən günahkar insanlarla görüşməli olacaqsan. On­lar, təkzibo­lunmaz möcüzələri görmədikcə, sözlə onlara nəsi­hət verən, onları xeyirxahlığa çağıran elçiyə iman gətirməyə­cək­lər. Lakin hətta bunlar da onların əksəriyyətinə fayda vermə­yə­cək.

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(28. 33) “O dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm və qorxuram ki, onlar da məni öldürsünlər”.
(28. 34) “Qardaşım Harun məndən daha bəlağətli danı­şan­dır. Onu da mə­nimlə köməkçi göndər ki, mənim doğruçulu­ğumu təsdiq etsin. Mən, həqiqətən, qorxuram ki, onlar məni ya­lançı saysınlar”.
Musa (ə) cəsarət edərək, ona tapşırılan vəzifənin öhdəsin­dən gələ bil­məsi üçün Allahdan yardım istədi. Öz zəifliyinə bə­ra­ət qazandıraraq, Rəb­bə öz çətin­likləri barədə xəbər verir və xahiş edir ki, qardaşı Harunu da elçi etsin. O (ə) anlayırdı ki, haqq uğ­run­da mübarizə aparanlar bir-birilərinə kömək etdikdə, onlar onu müdafiə edə bilərlər. Allah onun (ə) xahişini qəbul etdi və is­tə­diyini ona (ə) bəxş etdi .

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(28. 35) “O buyurdu: “Biz qolunu qardaşınla möhkəmlən­dirəcək və sizə ayələrimizlə qüvvət bəxş edəcəyik. Ayələrimiz sa­yəsində siz və ardı­nızca gedənlər qalib gələcəksiniz”.

İradəmizə müvafiq olaraq Harun (ə) sənə kömək və səni mü­da­­fiə edəcək. Biz sizə güc bəxş edəcəyik, yəni haqqı təbliğ et­mə­yə kö­mək göstə­rəcəyik, sizi əzəmətli möcüzələrimizlə müda­fiə edə­cə­yik, düş­mənlərinizin ürəklərinə qorxu salacağıq və onlar da sizi nə öl­dürə bi­ləcək, nə də sizə ziyan vura biləcəklər. Bunlar Bizim mö­cüzə­lə­ri­mi­zin və onların sübut etdik­ləri haqqın sayə­sində baş ve­rə­cək­dir. On­la­rın şahidi olan hər kəs sizin qar­şınızda aciz qalacaqdır. Məhz onlar si­zin qüdrətinizin rəhni və təhlükə­siz­liyinizin zəmanəti ola­caqdır. On­lar sizi bədniyyət düşmənlərin fitnələ­rin­dən qo­ru­ya­caq və sizi çox­say­lı və yaxşı silahlan­mış qo­şunlardan da yaxşı mü­da­fiə edəcəklər. Siz və ardınızca gələn­lə­riniz mütləq qələbə ça­la­caq­sı­nız.
Musa (ə) tənha, köməkçilərsiz və tərəfdarlarsız olduğu bir zamanda ona (ə) böyük qələbə çalacağı vəd edilmişdi. O (ə), uzun illər bundan əvvəl ərazi­sindən qaçdığı ölkəyə qayıtmalı idi. Onu (ə) böyük hadisələr və dəyi­şikliklər gözləyirdi. Allahın vədi ger­çəkləşənə kimi, ölkələr və xalqlar bu qüdrətli peyğəmbəri (ə) qəbul edənə kimi nələr ötüb keçməmişdi! Amma vəd yerinə yetdi və Musa (ə) özünün tərəfdarları ilə üstünlük qazandılar.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭡﭢ

(28. 36) “Musa Bizim aydın dəlillərimizlə onların yanına gəldikdə, dedi­lər: “Bu – sadəcə uydurulmuş bir sehrdir. Biz bu barədə ata-babaları­mız­dan eşitməmişik”.

Musa (ə) ona hansı vəzifənin tapşırıldığını dərk edərək yola düşdü ki, haqqı Firona (L) və onun əyanlarına çatdırsın. O (ə) on­lara özünün haqlı olmasının parlaq dəlillərini göstərdi. Bu dəlillər nöqsan və naqisliklərə ma­lik deyildi. Amma buna baxmayaraq, zadəganlar onun (ə) əməllərini uydu­rulmuş sehr adlandırdılar. On­ların dedikləri, Fironun (L), haqqın yalanı sarsıdıb məhv et­məsini öz gözü ilə görüb əmin olduğu halda, dediyi söz­lərə ox­şayırdı. Hətta sehrbazlar özləri də, sehr işinə yaxşı bələd olduq­ları halda, Musanın (ə) dininə iman gətirdilər, lakin Firon (L) dedi: “...Görünür, həqiqətən də o, sizə öz sehrini öyrətmiş baş­çınız­dır...!” (Şüəra, 26/49). O ağıllı idi, lakin səmimi deyildi. Onun qəlbi hiylələrlə, məkrlə və yalanla dolu idi. Fövqəluca xəbər verir ki, Firon (L) o saat bildi ki, ona göstərilən möcüzələr göylərin və yerin Rəbbi tərəfindən nazil edilmişdir, lakin onun ürəyində şər və şərəfsizlik daha üstündü.
Onu əhatə edən əyyanları da eynilə yalançı və şərəfsiz idi­lər. Onlar yalan­dan iddia edirdilər ki, öz ulu babalarından Musa­nın (ə) təlimi haq­qında heç nə eşitməyiblər, halbuki onun (ə) gəlişindən xeyli əvvəl onlara Yusuf peyğəmbər (ə) göndərilmişdi. Məhz buna görə, Fironun (L) nəslin­dən olan bir iman gətirmiş kişi öz qəbilədaşlarına demişdi: “Əvvəlcə aydın dəlillərlə sizin yanınıza Yusuf gəl­mişdi, amma siz indiyə qədər onun sizə gə­tir­diyinə şübhə edirsiniz. O öldükdə, siz dediniz: “Allah ondan sonra elçi göndərməz”. Allah ifrata varanları və şübhə edənləri belə azdırır” (Mumin, 40/34).

 ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(28. 37) “Onda Musa dedi: “Mənim Rəbbim kimi haqq rəhbərliklə gön­dərdiyini və kimin sonunun Axirətdə səadət iç­ində olacağını yaxşı bilir. Həqiqətən, zalımlar uğur qazanma­yacaqlar”.

Musa (ə) anladı ki, əyanlar onu yalançı azğın sayırlar və qərara alıb­lar ki, onlar düz yoldadırlar. Belə olduqda, o (ə) dedi: “Siz inandırıcı dəlil­lərdən və aydın möcüzələrdən özünüz üçün faydalı bir nəticə çıxartma­dınız. Siz öz azğınlığı­nızdan başqa heç bir şey eşitmək istəmirsiniz. Qalın imansızlığın burulğanında, lakin yadda saxlayın ki, Allah doğru yolla gedənləri də, haqdan üz döndərənləri də yaxşı tanıyır. O (Pak və Müqəddəs Olan) Axirətdə bizdən kimə gözəl aqibətin qismət olacağını bilir. Hə­qiqətən, zalımlıq edənlər uğur qazanmayacaqlar”. Tari­xin göstər­diyi kimi, xoşbəxt son və uğur Musa (ə) və onun ardıcıllarının mükafatı, böyük ziyan və əbədi əzab-əziyyət isə şərəfsiz günah­karların nəsibi oldu.

 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(28. 38) “Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özüm­dən başqa bir ilah tanımıram. Ey Haman![5] Palçığı bişirib mənə bir qüllə qur ki, Musa­nın ilahının yanına qalxım. Əslində, mən onun yalançı olduğunu hesab edirəm”.

Firon (L) öz axmaq və ağılsız camaatını azdıraraq, Rəbbinə müqavi­mət göstərməkdə davam edirdi. O (L), özünü ilah elan etmiş və demişdi ki, əgər başqa ilahlar mövcud olsaydı, o, bunu bilərdi. Xalq onun qarşısında mütiliklə qarışıq qorxu hissi keçirir­di və o özünü yeganə bir tanrı elan etdikdə belə, buna etiraz etmirdi. Bütün bunlar onu göstərir ki, misirlilər onu alim adam hesab edirdilər. Onlar onun dediyi hər şeyə inanırdılar və nəyi əmr edirdisə, onu yerinə yetirir­dilər. Lakin bu dəfə o, onlara baş­qa ilahların olduğunu bilmədiyini demişdi. İnsanlar onun doğru­çu­luğuna şüb­hə etməsinlər deyə, o, digər allahların mövcud ol­masını inkar etməyi qərara alaraq, öz köməkçisi Hamana belə dedi: “Mənim üçün gil kərpicdən yüksək bir qüllə inşa et ki, biz həqiqəti aydınlaşdıraq və Musanın yalanını ifşa edək”. Sən bir qanacaqsızlığa bax! İmansızlığa bax! Heç bir insan Allaha qarşı belə kobudcasına müqavimət göstərməyə cəsarət etməzdi! Firon (L) peyğəmbəri (ə) yalançı adlandırdı, özünün tanrı olduğunu bil­dirdi və bə­yan etdi ki, əsil Allahın mövcud olmasından xəbəri yoxdur və hətta bunu iddia etdiyi halda, Musanın (ə) iman gətir­diyi Allahın yanına qalxmaq istədi.
Onun belə davranması yalnız öz əyanlarının etibarını qaz­an­­maq­dan ötrü idi. Qəribəlik orasındaydı ki, Misir xalqının ağ­saq­­qal­la­rı və rəhbərləri sayılan adlı-sanlı zadəganları bu bir nəfər ada­mın əlin­də sadəcə bir oyun­caq olmuşdular. Firon (L) onların ağıl­la­rı­nı da əllərindən almışdı və onlarla qətiy­yən razılaşmırdı, on­lar isə onun dediklərinə həmişə razı olurdular, çünki şərəfsizlik on­la­rın ay­rılmaz təbiətinə çevril­mişdi. Onlar daha əvvəllər haqq din­dən əl çək­mişdilər və bu, onların qəlbini və ağlını çürüdüb poz­­muş­du.
Ey Rəbbim, haqq yol ilə səbatla getməkdə bizə yardım et! Bi­zə iman bəxş etdikdən sonra, bizi azğınlığa salma! Bizə Öz mər­həmətini bəxş et, çünki Sən – Bəxşedənsən!

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(28. 39) “O və onun döyüşçüləri yer üzündə zalımcasına təkəbbür göstərir və zənn edirdilər ki, Bizə qayıtmayacaqlar”.

Onlar Allahın qullarına təkəbbürlə yanaşır və onları əzab-əziyyətə düçar edirdilər. Onlar Allahın elçilərini laqeydliklə qar­şı­layır və onların gətirdikləri ayə­ləri inkar edir və elə güman edirdilər ki, onların öz baxışları daha yaxşı və daha düzgündür. Onlar heç fikirləşmirdilər ki, Fövqəluca Allahın hüzurunda daya­na­­caqlar; Axirətə iman gətirməmələri onları haqqa müqavimət göstərməyə sövq edirdi. Əgər onlar Rəbbin qarşısında dayan­malı olacaqlarını bilsəydilər, belə bir zalımlıq törətməzdilər.

 ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(28. 40) “Biz onu və döyüşçülərini tutub dənizə atdıq. Bax, gör za­lım­ların sonu necə oldu!”

Fövqəlqüdrətli Allah onları dənizdə qərq edənə qədər Fi­ron (L) və onun qo­şunları pozğunluq göstərməkdə inadla davam edirdilər. Bax, za­lım­ların sonu gör necə oldu! Həqiqətən də, bu ən müdhiş və alçaldıcı bir sonluq idi! Bu dünyanın əzabları onlar üçün ölümdən sonra əbədi məşəq­qətlərə çevrildi.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(28. 41) “Biz onları Od içinə çağıran dəstəbaşıları etdik və Qiyamət günü onlara kömək göstərilməyəcəkdir”.

Firon (L) və Misir zadəganları rüsvayçılıq və namussuzluq yurduna qovu­lub aparılacaq günahkarlar kütləsinin başında ola­caqlar və həmin gün onlara yar­dım edilməyəcək. Onlar o dərə­cədə köməksiz və gücsüz olacaq­lar ki, Cəhənnəm cəzasından xilas olmağı bacarmayacaqlar və heç kim bu günahkarlara kömək və himayədarlıq etməyəcək.


 ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(28. 42) “Biz elə etmişik ki, bu dünyada lənət onların ar­dın­ca gedir, Qiya­mət günü isə onlar mənfurlaşdırılmışlardan ola­caqlar”.

Bu dünyanı tərk edərkən daddıqları alçaqlıq və cəzadan başqa, onlar həm də Allahın məxluqlarının lənətinə də layiq gö­rülmüşlər. İnsanlar onları lənət­ləyir və pis sözlərlə yad edir və on­lara qarşı nifrət və ikrah hissi bəsləyirlər. Hər kəs əmin ola bilər ki, məhz onlar hamıdan çox mömin insanların lənə­tinə layiq görü­lürlər. Bu isə, hələ lap başlanğıcdır, çünki Qiyamət günü on­lar qovulacaq və öz yaramaz əməllərinə görə Allahın mərhəmə­tindən məh­rum ediləcəklər. Onlar öz üzərlərində Allahın nifrətini və Onun məx­luq­la­rının nifrətini hiss edəcək və elə həmin vaxt onlar özləri də özlərinə nifrət edəcəklər.

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(28. 43) “Biz, ilk nəsilləri həlak etdikdən sonra, Musaya insanlar üçün əya­ni nəsihət, doğru təlimat və mərhəmət vasitəsi olaraq Kitab əta etdik ki, bəlkə nəsihətləri xatırladılar”.

Söhbət Tövratdan gedir. Fövqəluca Allah onu, Fironu (L) və qo­şun­larını suya qərq etdikdən sonra, nazil etmişdi. Onlar Allahın əmri ilə tam məhv edilən sonuncu xalq idi. Bundan sonra, əldə silahla kafirlərə qarşı vuruşmağa hökm verilmiş Kitab na­zil edilmişdi. Musaya (ə) nazil edi­­lən bu Kitab insanlar üçün əya­ni Təlimat idi: o, qullara fayda verir və zərərli olan şeyləri izah edir­di. O, günahkarları bəraət qazanmaqdan məh­rum edir və mö­minlərə imanlarını möh­kəm­lətməyə kömək göstərirdi. Məhz so­nun­cular üçün o – doğru yol göstərən Təlimat və mərhəmət idi.
Fövqəluca Allah öncəki ayələrdə Öz Elçisinə (s.ə.s.) məhz qeybə məx­sus biliklərin bir hissəsini açmışdır. Hətta Allahın El­çi­si­nin (s.ə.s.) də belə məlu­mat­ları yalnız ilahi vəhy yolu ilə ala bil­di­yini insanların qəti şəkildə bil­mələri üçün Fövqəluca Allah be­lə buyurur:

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(28. 44) “Biz Musaya Öz hökmlərimizi həvalə edəndə sən qərb ya­ma­cında[6] deyildin və sən şahidlərdən də deyildin”.

Ey Muhəmməd! Heç kim sənə deməməlidir ki, sən orada bü­tün baş verən­lərin iştirakçısı olduğun üçün Musanın (ə) tari­xi­ni bilirsən.

 ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(28. 45) “Lakin Biz nəsillər yaratdıq və onların ömrü uzun ol­­du. Sən Məd­yən sakinlərinin arasında yox idin və sən onlara Bi­zim ayələ­ri­mizi oxumurdun. Lakin Biz peyğəmbərlər göndə­rir­dik”.

Nəticədə haqq bilik yox oldu və insanlar öz Rəbbinin ayə­lərini unut­dular. Belə olduğu bir şəraitdə, Biz səni Allahın elçisi seçdik ki, insanların sənə və vəhy­lərlə aldığın biliklərə hər şeydən daha çox ehtiyac duyduqları saatda bəşəriyyətə müraciət edəsən. Sən Mədyən sakinləri arasında təbliğat aparmamı­san və onlar­dan bir şey öyrənməmisən. Buna baxmayaraq, sən insanlara Musa pey­ğəmbərin (ə) bu şəhərdə nə ilə məşğul olmasından xə­bər ve­rirsən, çünki sənin Rəbbin sənə elçilər göndərmiş və onlar da sənə səndən əvvəlki haqqında rəvayəti çatdırmışlar. Sənin bildiklərin – Allahın vəhylərinin nəticəsidir və sən vəhyləri yalnız Bizim ira­dəmiz sayəsində alırsan.

 ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(28. 46) “Biz çağıranda sən dağın yamacında deyildin, la­kin bu sə­nin Rəb­bindən gələn bir mərhəmət idi ki, sənə qədər yanlarına xəbər­dar­edən nəsihətçi gəlməmiş xalqını çəkindi­rə­sən. Ola bilsin ki, onlar nəsi­hətləri xatırlasınlar.

O uzaq zamanlarda Biz Musaya (ə) müraciət edib, ona (ə) zalım in­sanlar arasında haqqı təbliğ etməyi buyurduq. Biz ona (ə) əmr etdik ki, onlara Vəhyimizi çatdırsın və qeyri-adi möcüzələri­mizi göstərsin. İndi Biz bu barədə sənə xəbər veririk ki, sən uzaq keç­mişlərdə olub ötmüş günlərin hadisələrini qabartmadan və təh­­­rif etmədən insanlara danışasan. İndi sən Musanın (ə) taleyini, sanki onu müşa­yiət edən və ya bütün dünyaya səya­hətə çıxaraq onun (ə) həyatı haqqında heka­yətləri toplayan bir şəxsin də­qiqliyi ilə danışa bilərsən. Əgər belə olsaydı, onda sənin bildiklərin pey­ğəm­bərliyinə dəlalət etməzdi, çünki müşahidə və öyrənməklə əldə edilən biliklər Allahın elçilərinə xas olan məziyyət deyildir. Lakin sənin dost­larına və düşmənlərinə çox yaxşı məlumdur ki, sən yəhudi peyğəmbər­lərinin tari­xini öyrənməmisən. Buna görə onlar başa düşməlidirlər ki, sən qeybə aid olan bilikləri yalnız vəhy vasitəsi ilə bilirsən. Bu – sənin peyğəm­bər­liyinin gerçəkliyi­nin danılmaz dəlilləridir ki, o, Rəbbinin bəşəriyyətə bəslə­diyi ən böyük mərhəmətinin təzahürüdür.
Allah səni Öz mərhəməti sayəsində elçi göndərmişdir ki, sə­nə qədər onlara xəbərdaredən bir nəsihətçi gəlmədiyinə görə, sən o xalqa öyüd-nəsi­hət verəsən. Burada söhbət ərəblər və qu­reyş­lərdən gedir və məhz onlar uzun əsrlər boyu əvvəlki elçilərin tə­limlərini xatırlamırdılar. Ola bilsin ki, onlar şəri və xeyiri dərk edə­rək, xeyirxah işlər görsünlər və cinayətlərdən çəkinsinlər. Ərəb­­­lər sənin şəxsi məziyyətlərini hamıdan yaxşı bilirlər və elə bu­­na görə onlar başqalarından qabaq iman gətirməli və gös­tər­di­yi mərhəmətinə görə Allaha həmd etməlidirlər. Bu minnət­dar­lı­ğın Allahın mərhəmətinə tam əvəz ola biləcəyini düşünmək müm­­kün deyil.
Bütün deyilənlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yalnız ərəblərə göndərildiyinə dəlalət et­mir. O (s.ə.s.), mənşə etibarı ilə ərəb qəbiləsindən idi və Quranı ərəb dilində təbliğ edirdi. Ərəblər onun (s.ə.s.) moizələrini din­ləyən ilk insanlar idilər, lakin onun Təlimi bütün bəşəriyyətə yö­nəl­dilmişdi. Buna görə Fövqəluca Allah buyurur: “Doğ­ru­dan­mı insanlar Bizim onların arasından bir nəfərə onları xəbərdar et­məyi və iman gətirən­ləri sevindir­məyi vəhy etməyimizə təəc­cüb­lənir­lər?!” (Yunus, 10/2). Peyğəmbərə (s.ə.s.) buyrulmuşdu ki, belə desin: “...Ey insanlar! Həqiqətən, mən ...Allahın hamınıza göndərdiyi Elçisi­yəm...” (Əraf, 7/158).

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(28. 47) “Əgər bu belə olmasaydı və əgər onlar öz əllərinin etdiyinə görə müsibətə düşsəydilər, belə deyərdilər: “Ey Rəbbi­miz! Niyə Sən bizə elçi gön­dərmədin ki, Sənin ayələrinin ar­dınca gedək və iman gətirən­lərdən olaq?”

Ey Muhəmməd! Sənin moizələrindən sonra müşriklər öz kafirliklrinə bəraət qazandıra və ya bilməməzliklərini bəhanə gə­tirə bilməyəcəklər.

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ

(28. 48) “Haqq Bizdən onlara gəldikdə isə, dedilər: “Niyə Musaya əta edilən ona verilməmişdir?” Məgər əvvəllər Musaya veriləni onlar inkar etmə­mişdilər? Onlar dedilər: “Bu iki sehr bir birini müdafiə edir”. Onlar həm də dedilər: “Biz onlardan heç birinə inanmırıq”.

Müşriklər Mühəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­lamı olsun!) ittiham edirdilər ki, Musa peyğəmbərə (ə) Mü­qəd­dəs Kitab bütöv nazil olduğu halda, niyə Vəhy ona (s.ə.s.) hissə-his­sə verilmişdir. Məgər bu onun (s.ə.s.) yalan­çılığına dəlil­dirmi? Mə­gər Allahın vəhyi bir neçə il ər­zində nazil edilə bil­məzmi?
Həqiqətən də, Quran ayələrinin ardıcıllıqla nazil edilməsi son Səmavi Kitabın mükəmməlliyini və həm də Allahın məxluq­la­rına qayğıkeş münasi­bətini sübut edir. Hər yeni vəhy Muhəm­məd Peyğəmbər (s.ə.s.) üçün bir dayaq idi və möminlərin ürək­lə­rin­də imanı möhkəmlədirdi. Buna görə Fövqəluca Allah buyu­rur: “Onlar sənə necə məsəl çəksələr də, Biz sənə həqiqəti bil­dirir və onun ən yaxşı izahını açıqlayırdıq” (Furqan, 25/33).
Onlar sənə nazil edilən Kitabı Musaya (ə) əta edilən Töv­ratla müqa­yisə edir­lər. Lakin bu müqayisə yolverilməzdir, çünki onlar əvvəllər Musa­nın (ə) Kitabına da iman gətirməkdən imtina etmişdilər. Məgər Tövratı və Quranı kahinlərin sehri adlandı­ran­lar və onların ikisinin də birlikdə insan­ları asanlıqla azğınlığa saldığını deyənlər onlar deyildimi? Həqiqətən, müş­riklər, nəyin bahasına olursa olsun, haqqı ləkələmək istəyirlər. Onlar haqlı olduqlarını inandırıcı olmayan sübutlarla əsaslandırır, Kitabda nöqsan olmadığı halda, nöqsanlar tapmağa çalışır, ziddiy­yətli və anlaşılmaz ifadələr işlədirlər. Peyğəmbərləri və Kitabları inkar edən kafir­lərin aqibəti belədir.
Bəs niyə onlar belə davranırlar? Niyə onlar Quranı və Töv­ra­tı inkar edirlər? Doğrudanmı onlar haqqı tapmağa can atırlar və hə­qiqətənmi onlar öz baxışlarını daha düzgün hesab edirlər? Ya­xud da onlar, sadəcə olaraq, öz istəklərinə uyurlar? Daha sonra Fövqəluca Allah şəraiti aydınlaşdırır və belə buyurur:

 ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

(28. 49) “De: “Əgər siz doğru deyirsinizsə, onda Allahdan bir Kitab gətirin ki, o, bu ikisindən daha doğru Yolgöstərən olsun və onda mən də ona itaət edərəm”.

Məgər onlar elə bir Kitab gətirə bilərlər ki, Tövratdan və ya Qu­ran­dan yaxşı olsun? Nə onlar, nə də heç bir başqası bunu et­mə­yi bacarmaz, çünki Kainatın xəlq edildiyi vaxtdan dünya belə hikmətli, doğru, aydın və gözəl Kitablar görməmiş­dir!
Yalnız ədalətli və qərəzsiz təbliğatçı deyə bilər ki: “Mənim yeganə məq­sədim haqq və doğru yoldur. Mən sizə haqqı təbliğ edən və Musanın (ə) Kitabına zidd olmayan bir Kitab gətirmişəm. Sizin hər biriniz ona tabe olmalı və onun hökm­lərini rəhbər tut­malısınız, çünki onların hər ikisi də doğru və ədalət­lidir. Əgər siz mənə daha doğru kitab gətirsəniz, mən onda yalnız sizin gətirdi­yi­nizə əsaslanaram. Əgər siz bunu etməsəniz, onda mən dərk et­di­yim haqdan üz çevir­mərəm”.


 ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(28. 50) “Əgər onlar sənə cavab verməslər, onda bil ki, on­lar yalnız öz istəklərinə tabe olurlar. Allahdan haqq rəhbər­lik ol­­madan öz istəklə­rinə tabe olanlardan da daha azğın kim ola bi­lər? Həqiqətən də, Allah zalım insanları doğru yola yö­nəlt­mir”.

Əgər onlar sənə daha düzgün bir Kitab gətirməsələr, onda bil ki, onların sənin ardınca getməmələrinin səbəbi heç də iman gə­tir­dikləri haqqa istinad etmək istəmələri deyil, əksinə, bundan son­ra da öz alçaq nəfslərinə uyacaqlarıdır. Həqi­qətən də, onlar – in­san­lar arasında yolunu ən çox azan­lardır, axı onlar haqdan üz dön­dər­mişlər və onlara doğru yola gəlmək təklifi edilən kimi, ona iman gətirmək­dən imtina etmişlər. Bununla onlar insanı məhvə və bəd­bəxtliyə aparan alçaq istəklərinə güzəştə getmişlər. Onlar Allahın rəhbərli­yindən boyun qaçırmaqla çox dəhşətli bir yol tut­muş­lar.
Kim daha çox azmış ola bilər?!! Təkcə zalım və haqqa nifrət edən, azğınlıq girdabına inadla dalmağa davam edən bədniyyət insanlar. Fövqəluca belə insan­ları doğru yola yönəltmir – O (Pak və Müqəddəs Olan), zalımlıq törədənləri düz yola qoymur. Za­lımlıq və inadkarlıq artıq onların ayrılmaz özəlliklərinə çevrilmiş­dir. Doğru yol onlara açıqlandıqdan sonra, alçaq ehtiraslarına üstünlük verərək, ondan üz çevirmişlər. Onlar qarşılarındakı səa­dətə və uğura aparan qapıları özləri bağlamış və azğınlığa aparan dərvazaları isə qarşılarında taybatay açmışdılar. Onlar azğınlıq və zalımlıq zülmətində veyillənir, müsibət və həlak­olma arasında vur­nu­xurlar.
Bu ayə ona dəlalət edir ki, əgər insan Allahın Elçisinə (s.ə.s.) itaət etməkdən boyun qaçıraraq, başqa “məsləhətçilərə” qu­­­­­­­laq asırsa, deməli, o, doğru yolla get­mir və öz rəzil istəklərinə yol vermiş olur. Məhz buna görə Fövqəluca Allah buyu­rur ki, müş­­­­­­riklər yalnız öz rəzil istəklərinə yol verirlər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(28. 51) “Biz Sözü onlara çatdırdıq ki, onlar nəsihəti yada sala bilsinlər”.

 Biz onlara iltifat göstərib, ayələri mütəmadi olaraq bir-bi­rinin ar­dın­ca gön­dərdik. Ola bilsin ki, ayələrimiz onlara bir-biri­nin ardınca nazil edildikcə və hər şeydən çox möhtac olduqları Quran ayələri onlara vax­tında çatdırıl­dıqca, onları dərk etsinlər.
Bütün bunlar onu göstərir ki, Quran ayələrinin ardıcıl ola­raq nazil edilməsi Allahın mərhəmətindən irəli gəlmişdi. Bəs niyə kafirlər onların xeyri üçün edilən­dən üz döndərmişdilər?
Musa peyğəmbər (ə) haqqında Quranın möcüzəli hekayə­tindən bir çox faydalı nəticələr çıxarmaq olar.
1) Bu hekayət müsəlman möminlərə xatırladır ki, onlar öz Rəb­binin ayələ­rindən və onlardakı nəsihətlərindən faydalanma­lı­dırlar. Müsəlmanın imanı güclü olduqca, o, Quran ayələrindən bir o qədər də çox faydalana bilir. Eyni şey Allahın Səmavi Ki­ta­bın­da yalnız Öz mömin qullarının faydalanması xatirinə gön­dər­di­yi qədim xalqlar haqqındakı hekayətlərə də aiddir. Bü­tün yerdə qa­lanlara gəldikdə isə, onların taleyi Allahı qayğılan­dırmır. Belə in­sanlar işığı görməyə və düz yolu ayırd etməyə belə qadir de­yil­lər.
2) İsrail xalqının azadlığa doğru uzun yolu onu göstərir ki, əgər Fövqəluca bir təşəbbüsü planlaşdırırsa, öncədən ona müva­fiq şərtlər və zəmin də hazırlayır ki, onlar Onun dilədiyini addım-addım yaxınlaşdırır. Belə hallarda Onun iradəsi bir dəfəliyə deyil, tədricən icra edilir.
3) Xalq, nə dərəcədə zəif və alçaldılmış olmasına baxma­yaraq, ruh­dan düş­mə­məli, öz haqqı uğrunda mübarizəni dayan­dır­mamalı, xüsusilə də, əgər o, zalım insanların ədalətsiz zülmü altındadırsa, tezliklə yenidən dirçələcəyinə ümidini itirməməlidir. İsrail oğulları məhz belə bir vəziyyət­də idilər və onlar Firon (L) və gibti zadəganları tərəfindən alçaldılmış və əsarət altında sax­lan­mışdılar. Lakin son nəticədə, Fövqəluca Allah onlara qüdrət­lən­məyə və Fironun (L) ölkəsinə sahib olmağa imkan verdi.
4) İnsanlar alçaldılmış və zülm altında olduqca, özlərinə məxsus haqlarına nail ola bilmirlər. Onlar öz haqlarından danışa, öz dininə etiqad edə, özlərinin dünyəvi həyatını sahmana sala və öz işlərini idarə edə bilmirlər.
5) Musa peyğəmbərin (ə) hekayəti sübut edir ki, Fövqəluca Öz peyğəmbəri­nin (ə) anasına qarşı necə mərhəmətli idi. O (Pak və Müqəddəs Olan), qadının qəm-qüssəsini körpəsinin özünə qaytarılacağı müjdəsi ilə yüngülləşdirir və onu (ə) Özünün ən böyük elçilərindən biri edir.
6) Bəzən Allah Öz qullarına çətinliklər və sınaq göndərir ki, sonradan onlara ən böyük nəmətlərdən birini nazil etsin və ya onları böyük şərdən qorusun. Musa­nın (ə) anasının qismətinə, se­vimli körpəsindən ayrılmaqla bağlı böyük əzab-əziyyət və nara­hatçılıqlar nəsib olmuşdu. Lakin məhz bunun sayəsində onun oğ­lu daha böyük bir əvəzə nail oldu ki, bu da yazıq qadına sevin­məyi və şadlanmağı qismət etdi.
7) Musa (ə) və anası bir çox təhlükələrlə üz-üzə gəlirdilər ki, bu onların ürə­yində öz gələcəyi üçün qorxu törədirdi. Bu o deməkdir ki, insan­lar qarşısında təbii qorxu heç də həmişə zəif­liyə və imansızlığa dəlalət etmir.
8) Bu əhvalat onu göstərir ki, iman arta da, azala da bilər. İmanın artmasının və etiqadın möhkəmlənməsinin ən doğru vasi­tələrdən biri - ən çətin və ağır vaxt­larda səbirli olmaqdır. Lakin çətinliklər qarşısında insan yalnız Fövqəlucanın kö­məyi ilə döz­məyə qadir ola bilər. Məhz buna görə Quranda belə deyilir: “Əgər Biz onun imanlı qalması üçün ürəyini möh­kəm­lətmə­sə idik, o, onu[7] açıb bildirmə­yə hazır idi” (Qəsəs, 28/10). Bu­nun sayəsində ananın imanı artdı, qəlbi rahatlıq tapdı və sakitləşdi.
9) Bütün deyilənlər onu sübut edir ki, Fövqəlucanın kö­mə­yi insanın nail ola biləcəyi ən böyük nemətlərdən biridir. Allahın qulu onun sayəsində ən çətin an­larda belə soyuqqanlı və səbirli olmağı bacarır. Heç nəyə bax­madan, qorxu, narahatçılıq və hə­yəcan içində yaşayan insanlardan fərqli olaraq, o, doğru sözlər da­nışmaqda davam edir və müdrik nəticələr çıxarır. Qorxu və həyəcan hissindən xilas ola bilməyən insanlar təhlükə qarşısında sağlam düşüncə qabiliyyətindən məhrum olur, soyuqqanlılığını itirir və yanlış addımlar atırlar.
10) Musa peyğəmbərin (ə) hekayəti Allahın qədərinə iman gətirən müsəlman­lara öyrədir ki, onlar Allahın vəd etdiyinin müt­­ləq yerinə yetəcə­yinə təkcə ümid bəsləməklə qalmamalı, Allahın niyyətinin həyata keçiril­məsi üçün əllərin­dən gələn hər şeyi etməlidirlər[8]. Möminlər məhz belə etməlidirlər və bu davra­nış heç bir vəchlə Onun vədinə möhkəm inam bəslənilməsinə zidd deyildir. Elə buna görə də, körpəsini Rəbbin ona müt­ləq qay­taracağı vəd edilmiş peyğəm­bərin (ə) anası, əlindən gələn hər şeylə buna can atırdı və Musanın (ə) bacısını göndərmişdi ki, san­dığı izləsin və körpənin taleyini aydınlaşdırsın.
11) Musanın (ə) bacısının və Mədyəndən olan iki bacının davranışı təsdiq edir ki, qadınlara zəruriyyət yarandıqda evdən çıxmağa və yad kişilərlə danış­mağa icazə verilirdi.
12) Şəriət, uşağı döşlə əmizdirməyə, uşağa qulluq etməyə və həm də xid­mətçi axtarışında köməyə görə mükafat almağa icazə verir.
13) Bu hekayət ona dəlalət edir ki, əgər Allah Özünün zəif və kömək­siz qul­larına mərhəmət göstərmək istəyirsə, onda O (Pak və Müqəddəs Olan) onlara qəribə möcüzələr göstərir və bu­nun sayəsində onların imanı güclənir. Buna görə Quranda deyilir: “Be­ləliklə, Biz onu anasına qaytar­dıq ki, o, təsəlli tapsın, kə­dər­lən­­məsin və bilsin ki, Allahın vədi – həqi­qətdir,...“ (Qəsəs, 28/13).
14) Şəriət, təhlükəsizliyinə, müsəlmanlarla bağladıqları mü­qa­vilə ilə və ya mövcud ənənələrə uyğun olaraq, zəmanət verilən ka­­firlərin öldürül­məsini qada­ğan edir və buna görə Musa (ə) kafir gib­tinin qətlini günah kimi dəyərlən­dirərək, onu törətdiyinə görə töv­­bə edir[9].
15) Allahın qanunlarına zidd olaraq insanları öldürən hər kəs yer üzün­də özbaşı­nalıq edən və ədalətsizlik yayan zalım adlanmağa la­yiq­dir[10].
16) Əgər bir adam günahsız insanları öldürərək yer üzündə qay­da-qanun yaratmağa və günahkarları qorxutmağa çalışdığını bə­yan edirsə, o yalan danışır. Onun seçdiyi yol qanunsuzdur və buna görə, Musa (ə) ikinci dəfə israilliyə hava­dar çıxmaq istə­dik­də, gibti ona demişdi: “...Ey Musa, sən doğrudanmı məni də, dü­nən öldürdüyün adam kimi, öldürmək istə­yirsən? Sən yer üzün­­də ancaq zülm­kar olmağı arzulayırsan, barışdırı­cı­lar­dan ol­­­mağı istəmirsən” (Qəsəs, 28­/19). Fövqəluca bu sözləri təkzib et­mə­məklə, onların ədalətli olduğunu təs­diqləyir.
17) Əgər bir nəfər başqa birisini günahdan çəkindirməyə ça­lışırsa və ona insanların onun barəsində pis fikirləşəcəyini ona izah edirsə, onda o, günah işlət­mir. Əksinə, o, belə də etməlidir və buna görə Fövqəluca gibti­nin Musaya (ə) xe­yirli məslət ver­mə­si və onu (ə) cinayət törətməkdən çəkindirməsi ilə bağlı hərə­kə­ti­ni bəyənir.
18) Əgər insanı təhlükə və hətta ölüm təhdid edirsə, o, şə­hər­də qalmaqla risk etməməli, Musanın (ə) etdiyi kimi, şəhəri tərk etməlidir.
19) Əgər insan, hər birinin pis sonluqla bitəcəyi iki yoldan bi­rini seçməli­dirsə, onda ən az təhlükəli olan seçilməlidir. Musa (ə) gibtini öldür­dükdən sonra, məhz belə bir vəziyyətdə idi. O (ə), onu (ə) gözləyən edam olunacağı şəhərdə qala bilər və yollarını ta­nımadan, bələdçisi olmadan və yalnız öz Rəbbinə ümid bəslə­yərək, uzaq ölkələrə gedə bilərdi. İkinci seçim daha az təhlükəli idi və buna görə Musa (ə) şəhərdən tez çıxmağı qərara aldı.
20) Əgər Allahın qulu, hansına üstünlük verməyin lazım ol­duğunu bilmə­dən iki qərardan birini qəbul etmək zəruriyyəti qar­şısındadırsa, o, düzgün cavab tapmaq məqsədi ilə yardım üç­ün Fövqəluca Rəbbinə dua ilə müraciət etməlidir. Həqiqətən, Allah qulları ağır vəziyyətə düşəndə onların ümidlərini puça çı­xart­mır və buna görə Musa (ə) Mədyən tərəfə yönələrək, belə dedi: “Ola bilsin ki, Rəb­bim məni doğru yola qovuşdursun” (Qə­­səs, 28/22).
21) Musanın (ə) yad şəhərdə davranışı təsdiq edir ki, pey­ğəmbərlər və elçilər həmişə ətrafdakılara şəfqətlə yanaşardılar, həm tanışlara və həm də tanı­madıqları insanlara xeyirxahlıq etməyə hazır olardılar. Xeyirxah bir iş üçün isə heyvanları sula­maq və acizə kömək göstərmək kifayət idi.
22) Allaha dua ilə müraciət edərkən, yaxşı olar ki, öz ehti­yacını vurğula­yasan və vəziyyətini bildirəsən. Hərçənd O (Pak və Müqəddəs Olan), qullarının vəziyyətini çox yaxşı bilsə də, qarşı­sında əyilərək mütilik və itaətkarlıq göstərən­ləri sevir. Elə buna görə də, Musa (ə) deyir: “Ey Rəbbim! Həqiqətən, mən Sənin mə­nə nazil edəcəyin hər cür nemətə möhtacam” (Qəsəs, 28/24).
23) Qızın Musanın (ə) qarşısında utancaqlığı, xüsusilə, əgər bu mə­ziyyət özünü alicənab və comərd insanlarla təmasda göstə­rir­­sə, həya-abırın gözəl əxlaqi keyfiyyətlərə aid olduğuna dəlalət edir.
24) İki bacının atasının alicənab rəftarı təsdiq edir ki, hətta qədim zaman­larda belə insanlar onlara göstərilən xidmətə görə özgələrinə min­nət­­dar­lıq etməyə səy göstərərdilər.
25) Bu hekayətdə o da vurğulanır ki, yalnız Allahdan mü­ka­fat almaq ümidi ilə xeyirxahlıq edən bir insana maddi mükafat təklif olunarsa, onun onu almaq haqqı var və qınanılmağa və ya məzəmmət edilməyə layiq deyil. Buna görə, Musa (ə) Allah xati­rinə iki qıza göstərdiyi xidmət üçün onların atasından, hətta heç ağlına belə gətirmədiyi muzd alır.
26) Bu hekayət təsdiq edir ki, çobanları və digər işçiləri ön­cədən və­zifə öhdəliyi müəyyən edilmədən, bu və ya digər xal­qın adət-ənənəsinə uyğun olaraq, işə götürməyə icazə verilir.
27) Əməlisaleh qocanın rəftarından məlum olur ki, qızını ona müka­fat ola­raq verməklə kişini işə götürməyə icazə verilir.
28) Həmçinin qızlarından birinin nikahlanması haqqında razılaşma əldə edilərkən, bəyə onlardan birini seçmək haqqına icazə verilir.
29) Bacılardan birinin sözlərindən aydın olur ki, bacarıq, fi­zi­ki qüvvə və etibarlılıq istənilən işçinin ən yaxşı keyfiyyət­ləridir.
30) İnsan həmişə comərdlik, alicənablıq göstərməlidir, xid­mətçilərlə və işçilərlə nəzakətli davranmalıdır, onları hədsiz dərə­cədə işlə yükləmə­məlidir və elə buna görə iki qızın atası deyir: “...Mən səni çətinliyə salmaq istəmirəm və sən, inşallah, görə­cəksən ki, mən salehlərdənəm” (Qəsəs, 28/27).
31) Şəriət şahidsiz müqavilə bağlanmasına icazə verir[11], çün­ki Musa (ə) və onun gələcək qayınatası da belə etmişdilər və bun­dan sonra Musa (ə) demişdi: “...Allah danışıqlarımıza Vəkil­dir” (Qəsəs, 28/28).
32) Fövqəluca Musaya (ə) xarüqəladə dəlilləri və böyük mö­cüzələri ilə kömək etdi və onların sayəsində onun (ə) əsası qıv­rılan ilana çevrilir və əlini qoltuğuna salıb çıxardanda, o parlaq ağ rəngdə çıxırdı. Bu və digər möcüzələr Musaya (ə) və onun qar­daşı Haruna (ə) Firondan (L) xilas olma­ğa və dənizdə həlak ol­maqdan qurtulmağa kömək etdi.
33) Bu hekayətdə xüsusilə vurğulanır ki, ən bədbəxt insan o insan­dır ki, öz nəsilləri üçün yaramaz nümunəyə çevrilsin. Belə insan Rəbbin dəlil­lərinə nə qədər çox müqavimət göstərirsə, onun taleyi də bir o qədər dəh­şətli olur. Eyni zamanda ən bol qismət Onun doğru yola yönəltdiyi və başqaları üçün əyani nümunə etdiyi insanlara nəsib olur.
34) Nəhayət, bu şərəfli hekayət Muhəmməd Peyğəmbərin (ona Allahın sala­vatı və salamı olsun!) peyğəmbərliyinin gerçəkli­yinin çoxsaylı dəlillərindən biridir. O (s.ə.s.) özündən əvvəlkinin taleyi haqqında müfəssəl və doğru olaraq bəhs etmiş, onun (ə) Təliminin gerçəkliyini təsdiq etmiş və haqqı bir daha bəyan et­miş­dir. Axı o (s.ə.s.) Musanı (ə) səyahətləri zamanı müşayiət et­mə­mişdi və bu hekayətdə bəhs edilən şəhərlərin heç birində heç vaxt olmamışdı. O (s.ə.s.) bu böyük peyğəmbərin (ə) hal tərcü­mə­sini heç vaxt oxuyub-öyrənməmiş, yəhudi ruha­niləri ilə söhbət etmə­mişdi. O (s.ə.s.) bütün olub keçənlər haqqında Mərhəmətli və Rəhmli Allahın vəhylərindən, Səxavətli və Alicənab Rəbbin ayələrindən öy­rən­mişdi. O (Pak və Mü­qəddəs Olan) bunları ona (s.ə.s.), elçilərinin moizələrini unutmuş cahil xalqa öyüd-nəsihət kimi çatdırmağı tapşırmışdı.
Muhəmməd Peyğəmbərə Allahın salavatı və salamı olsun! Onun (s.ə.s.) sözlərini dinləmək kifayət edir ki, peyğəmbərliyinin ger­çəkliyinə əmin olasan. Onun (s.ə.s.) əmrləri və qadağaları üzə­rin­də düşünmək, onla­rın Fövqəluca Allah tərəfindən nazil edil­di­yi­nə əmin olmağa bəsdir! Onun (s.ə.s.) sözlərinin həqiqili­yini on­dan əvvəlkilər təsdiq etmişdilər və aləmlə­rin Rəbbinin nazil et­di­yi şəriət bunu təsdiq etməkdə davam edir. Bunu onun (s.ə.s.) Allahın seçilmiş qullarına xas olan gözəl əxlaqı və onun (s.ə.s.) dininə və davamçılarına bəxş edilmiş əzəmətli qələbə təsdiq edir. Onun (s.ə.s.) gətirdiyi din bütün dünyaya yayılmışdır, onun (s.ə.s.) ardıcılları isə bir çox ölkələri və xalqları fəth etmişlər. On­lar torpaqları qılınc və nizə ilə almışlarsa, qəlbləri – bilik və iman­la məftun etmişlər.
Neçə-neçə imansız xalqlar və düşmən hökmdarlar birləşə­rək İslamı məhv etməyə cəhd göstərmişlər! Onlar fitnə-fəsadlar qur­muşlar ki, haqq dinin nurunu söndürsünlər və onu yer üzün­dən silsinlər, lakin hər dəfə o, düşmənləri öz işığı ilə kor edərək, üs­tünlük qazanırdı. İmansızlarla müba­rizə müsəlmanlara qüvvət ve­rir və onların dəlillərini daha inandırıcı edirdi. Elə bir dövr ol­mayıb ki, İslam dini bəşəriyyətə yeni dəlillər təqdim etməsin və on­lar Allahın məxluqları üçün hikmətamiz dərs olmasın, elm sa­hib­ləri üçün təlimat və düşünməyə qadir olanlar üçün nur ol­ma­sın. Buna görə həmd yalnız Allaha məxsusdur!
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(28. 52) “Bizim əvvəllər Kitab əta etdiklərimiz ona iman gətirirlər”.

Fövqəluca mübarək Quranın əzəməti və gerçəkliyi barə­sində xəbər verir. Onun məhz bu keyfiyyətləri haqq bilik sahibi olan insanları sonuncu Səmavi Kitabı qəbul etməyə, ona bütün varlığı ilə iman gətirməyə və onun gerçəkliyini təsdiq etməyə yönəltmişdir. Bu ayədə Tövrat və İncilin əta edil­diyi və onların mənasını və məzmununu təhrif etməyi özünə rəva görmə­yən Kitab əhlindən bəhs edilir. Kəramətli Quran nazil edildikdə isə, həmin saleh insanlar ona və onu bütün bəşəriyyətə çatdıran Elçi­yə (s.ə.s.) iman gətirdilər.

 ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(28. 53) “O, onlara oxunduqda, deyirlər: “Biz ona iman gə­tirdik! Bu, həqiqətən, Rəbbimizdən bir Haqdır. Biz əvvəllər, hə­qiqətən, müsəlman idik”.

Quran ayələri onlara oxunduğu zaman, onlar hər bir sözü diqqətlə dinləyir və bundan sonra Haqqın qarşısında təzim edir və belə deyirlər: “Biz Rəbbimizdən bir Haqqa iman gətirdik”. Bu təlim, əvvəlki elçilərin təb­liğ etdikləri təlimlə üst-üstə düşür və Mübarək Kitablara zidd deyildir. Onda həqiqi hekayətlər, hik­mətli hökmlər və ədalətli qadağalar toplan­mışdır.
Bu insanlar öz sözlərinin və şəhadətlərinin xeyirli nəticə­lə­ri­ni mütləq görə­cəklər, çünki onlar qəti və aydın biliklərə əsas­la­nır­lar. Onlar əsil elm sahibləridir. Onlar əsil Kitab əhlidirlər. Haq­qı danmağa cəhd göstərən müş­riklərə gəldikdə isə, onların də­lil­lə­ri inandırıcı deyildir. Bundan başqa, onları heç şübhəli də­lillər də adlandırmaq olmaz, axı müşriklər ya sadəcə olaraq, həqi­qəti bil­mirlər, ya da onunla razılaşmaq istəmirlər. Buna görə, Föv­qəl­uca Allah belə deməyi buyurur: “Ona ya inanın, ya da inan­ma­yın! Həqiqətən, onu, əvvəllər elm əta edilmişlərə oxu­duqda, onlar, çənələri yerə toxunaraq, səcdəyə qapılırlar” (İsra, 17/107).
Möminlərə gəldikdə isə, onlar belə deyirlər: “Həqiqətən, biz əvvəllər də Fövqəluca Allaha itaət edirdik. Sədaqətli olmağı­mıza və mütiliyimizə görə O (Pak və Müqəddəs Olan) bizim ima­na və müsəlmanlığa nail olmağımıza yardım göstərdi. Biz Şərəfli Quranın haqq olduğunu qəbul edir və hər iki Kitaba iman gəti­ririk”. Quranı inkar edən fasiqlərə gəldikdə isə, onların ona bəs­lədikləri küfr öz əvvəlki Kitablarına olan imanlarını məhv edir.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(28. 54) “Onlar səbirli olduqlarına görə mükafatlarını iki­qat alacaq­lar. Onlar şəri xeyirlə uzaqlaşdırır və Bizim onlara əta etdiklərimizdən xərc­ləyirlər”.

Əvvəllər bir Kitaba iman gətirən, sonra da son Vəhyin haqq ol­masını etiraf edən Kitab əhli, iki dəfə mükafatlandırılacaqlar. On­lar ilk dəfə Tövrata və İncilə iman gətirdiklərinə görə, ikinci də­fə isə, imanlarını təsdiq edərək, Qurana iman gətirdiklərinə gö­rə mükafatlandırılacaqlar. Onlar bu mükafatlara layiq olmuşlar, çün­ki səbirlilik göstərmiş, yəni Allahla olan əhdə sadiq qalmış, iman­larını qoru­muş və xeyirxahlıqlar etməkdən əl çək­məmişlər. On­lar şübhəyə qapılmamış, haki­miyyəti itirməkdən qorxmamış və öz nəfslərinə güzəştə getməmişlər.
Onlar xalis iman sayəsində çoxsaylı gözəl məziyyətlərə ma­lik ol­muşlar. Onlar şər əməlləri xeyirxahlıq vasitəsi ilə uzaqlaşdı­rır­lar, çünki Allahın məxluq­larına xeyirxahlıq göstərmək onların ayrılmaz bir özəlliyinə çevrilmişdir. Əgər kimsə onları sözü və ya əməli ilə incidirsə, onlar belə­lərinə ləyaqətli sözlər və gözəl əməlləri ilə cavab verirlər. Onların belə rəftar etmələrinin səbəbi – yalnız seçilmişlərin layiq olduğu alicənablığın və gözəl əxlaqın üstünlüyünü möhkəm bilmələrindədir.


ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(28. 55) “Lağlağa sözlər eşitdikdə, ondan üz döndərib de­yirlər: “Bizə öz əmllərimiz, sizə də özünüzünkülər. Sizə salam olsun! Cahillərə can atmırıq”.

Cahil günahkarlar onların hüzurunda boş-boş sözlərə yol verdikdə, onlar belələrindən üz döndərirlər. Onlar Mərhəmətli Allahın xalis və ağıllı qulları kimi davranaraq deyirlər: “Hər biri­miz yalnız öz əməllərinə görə cavab verəcəkdir və heç kim başqa­sının günahlarının yükünü daşımaya­caqdır”. Bununla onlar vur­ğu­­la­yırlar ki, vaxtlarını yalan və faydasız söz-söhbətlə keçirən ca­hillərin cinayətlə­rinin onlara dəxli yoxdur.
Onlar deyirlər: “Siz bizdən xəbis sözlər eşitməyəcəksiniz, çünki biz sizə oxşamağa və sizinlə öz dilinizdə danışmağa çalış­mayacağıq. Ola bilsin ki, siz bu yaman qismətlə qane olasınız, lakin biz cahillərlə heç bir münasi­bət qurmaq istəmirik və var gücümüzlə onlardan qorunmağa çalışırıq”.

 ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ
(28. 56) “Həqiqətən, sən sevdiyin insanları doğru yola gətirə bil­məzsən. Yalnız Allah istədiklərini doğru yola gətirir. O, doğru yolla ge­dən­ləri yaxşı tanıyır”.

Fövqəluca Öz Elçisinə (s.ə.s.) bildirir ki, o, hətta ən çox sev­diyi adamı belə doğru yola gətirməyə qadir deyil və buna görə, yerdə qalan bütün başqa insanlar da bunu etməyə acizdirlər. Heç bir məxluq insanı iman gə­tirməyə məcbur etməyə qadir deyil, çünki bu, Fövqəluca Allahın müstəsna hüququna aiddir[12]. O (Pak və Müqəddəs Olan) bəzi insanları doğru yola yönəldir, çünki bilir ki, onlar böyük şərafətə layiq olanlardır. Əgər insan buna layiq deyilsə, onda O (Pak və Müqəddəs Olan) onu azğınlıq zülmə­tində veyil-veyil dolaşmağa düçar edir.
Burada aşağıdakı ayəni xatırlamaq yerinə düşərdi: “...Həqi­qə­tən, sən düz yolu göstərirsən” (Şura, 42/52). Bu ayədə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə xilas yolu göstərməsi nəzərdə tutu­lurdu və düz yolla necə getmək izah olunurdu. O (s.ə.s), insanları xeyirxah işlər görməyə ruhlandırır və bütün qüvvəsi ilə onlara düz yola gəlməyə kömək edirdi. Lakin o (s.ə.s), onların ürəyinə iman salmağa və onları müsəlman etməyə qabil deyildi.
Əgər o (s.ə.s), belə bir şeyi bacarsaydı, onda, ilk növbədə, öz əmisi Əbu Tali­bin ürəyinə iman salardı, çünki o, ona (s.ə.s) çox­lu yaxşılıqlar etmiş və hərtərəfli yardım göstərmişdi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) yorulma­dan onu İslamı qəbul etməyə çağırırdı və onun səmimi müraciətləri, Əbu Talibin ona (s.ə.s) bəslədiyi xeyirxah münasibə­tindən daha üstün idi. Allahın Elçisi (s.ə.s) əlindən gələni əsirgəmədi, lakin yalnız Fövqəluca Allah insanı düz yola gətirməyə qadirdir.

 ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(28. 57) Onlar[13] dedilər: “Əgər biz səninlə birgə doğru yol­la getsək, onda öz torpağımızdan qovularıq”. Məgər Biz dərgahımızdan ruzi olaraq hər cür səmərəli şeylərin gətirildiyi əmin-amanlıq məkanını onların ixtiyarına ver­mə­dikmi?” Lakin onların çoxu bilmir”.

Fövqəluca xəbər verir ki, Məkkənin sakinləri olan qureyş müşrikləri Peyğəmbərə (s.ə.s) dedilər: “Əgər biz səninlə birlikdə İslamı qəbul etsək, onda bizi öz torpağımızdan qovarlar. Ərəblər bizi ya öldürər, ya da əsir götürərlər və biz də həyatımızdan və var-dövlətimizdən məhrum olarıq. Onlar sənə qarşı düşməncə­sinə münasibət bəsləyirlər və sənin Təlimini qəbul etmək istəmir­lər və əgər biz sənin tərəfini tutsaq, onda gərək bütün dünya ilə düşmənçilik edək ki, buna da bizim qüvvəmiz çatmaz”.
Bu danışıqlar onu göstərir ki, Məkkə müşrikləri Fövqəluca Allah haq­qında ləyaqətsizcəsinə düşünürdülər. Onlar elə zənn edirdilər ki, O (Pak və Müqəddəs Olan) Öz dininə yardım göstər­məyəcək və Öz Sözünü şərəflən­dirməyəcək və əksinə, kafirlərə imkan verəcək ki, haqq dinin tərəfdarları üzərində üstünlük əldə etsinlər və onları məşəqqətli əzaba məruz qoy­sunlar. Onlar hesab edirdilər ki, yalan hökmən haqqa qalib gələcək. Belə olduqda Allah onların yadına saldı ki, Özünün mərhəməti ilə onlar bütün qalan insanlar üzərində üstünlük əldə etdilər və müqəddəs tor­pağın məs­kun­ları oldular.
Onlar müqəddəs torpaqda sərəncam sahibləridir və onun ne­mət­lə­rindən istifadə edirlər, halbuki digər ərəblər oraya gəlmə­yə ça­lı­şırlar ki, ziyarət edə bil­sinlər. Onların şəhərinə qonşular da, uzaq qə­bilələr də ehti­ram bəsləyirlər. Heç kim onları narahat et­mir və on­la­rın ləyaqətini azaltmır. Yaxınlıqda yerləşən şəhər­lərin sakinləri öz hə­yatları üçün daima qorxu altında yaşadıqları halda, məkkəlilər qor­xunun nə olduğunu bilmirlər. Bütün bunlara görə, onlar, digər şə­hərlərin əhali­sinin məhrum olduğu ra­hat­lığı, dün­yanın hər ye­rin­dən tacirlərin gətirdiyi çoxsaylı bolluğu onlara əta etmiş Fövqəluca Allaha daima həmd etməlidirlər. Meyvələrin, qida maddələrinin və hər cür malların onlara gətirilməsi sayə­sində və bu bol­luğa görə mək­kəlilər öz məişətini sahmana salır və var-dövlətlərini artı­rırlar. Bü­tün bunlara görə məkkəlilər alicənab Peyğəmbərə (s.ə.s) itaət et­mə­lidirlər və əgər on­lar onun (s.ə.s) yo­lu ilə getsələr, onların şəhəri daha təhlükəsiz və zəngin olacaqdır. Əgər onlar onu (s.ə.s) rədd et­sə­lər, əmin-amanlıq illəri qorxu və qəm-qüssə illərinə çevriləcək, var-dövlət və əzəmət miskinlik və alçaldılmalarla əvəz ediləcəkdir. Qu­reyşlilərin bunu unutma­ma­ları üçün Fövqəluca, əvvəlki zə­ma­nə­lər­də yaşamış kafirlərin hə­lak edil­məsini onlara xatırladır.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ
(28. 58) “Məişətdə həddini aşmaqla lovğalanan neçə-neçə ölkələrin əhali­sini məhv etdik! Budur, onlardan sonra, az bir qis­mi istisna olmaqla, heç kimin yaşamadığı məskənlər! Varisi Biz olduq”.

Onlar öz uğurları ilə qürrələnir və elçilərə iman gətirməyə mane olan zən­ginliyə pərəstiş edirdilər. Belə olduqda, Allah bu təkəbbürlü insanları həlak etdi. O (Pak və Müqəddəs Olan) onları, əvvəllər əta etdiyi nemətlə­rindən məhrum etdi və amansız cəzaya məruz qoydu. Bu xalqlar tamamilə məhv edildilər və arasıkəsil­məyən cəzaya layiq görüldülər, məskənləri viranə qaldı, var-dövlətləri isə Allaha qayıtdı. O (Pak və Müqəddəs Olan) insanlara maddi nemətlər əta edir, lakin çox tezliklə bu nemətlər Ona qayı­dır. Həm də tezliklə insanların özlərini də Özünə qaytaracaqdır ki, onların hər biri etdikləri əməllərə görə əvəzini alsınlar. Öz müd­rikliyi və mərhə­məti sayəsində Fövqəluca Allah, Allahın elçiləri (onlara salam olsun!) kafir­liyin çirkinliyini iman gətirməyən xalq­lara izah edənə qədər, onları cəzalan­dırmır. Məhz buna görə, sonra Quranda belə deyilir:

 ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(28. 59) “Rəbbin ən mühüm yaşayış yerlərinə, Bizim ayə­lərimizi onlara oxumaq üçün elçi göndərmədikcə, onları məhv etmir. Biz əhalisi zalım olmayan məskənləri məhv etməmişik”.

Hər dəfə insanlar allahsızlığa, zalımlığa batdıqları zaman Fövqəlqüdrətli Rəbb onlara elçi göndərərdi. Onlar məhz həyatın qaynaşdığı iri şəhərlərə və məskənlərə gəlirdilər. Yaxınlıqda yer­ləşən ərazilərin sakin­ləri də bu şəhərlərə gəlir və orada baş verən hər şeydən xəbər tuturdular. Buna görə bütün ətraf elçinin gəlmə­sini bilirdi, çünki o, öz moizələrinin doğruluğunu göstərdiyi qə­ribə və ecazkar möcüzələri ilə təsdiq edirdi. Əgər peyğəmbərlər və elçilər (onlara salam olsun!) ucqar məskənlərə gəl­səydilər, on­ların əksəriyyətinin təbliğatı çoxları tərə­findən eşidilməzdi və nəzərə çarpmazdı. Buna görə də yeni təlimlər məhz böyük şəhər­lərdə və yaşayış məntə­qələrində yaranır və oradan dünyaya ya­yılırdı. İri şə­hərlərin əhalisi də, bir qayda olaraq, hər cür yenilik­lərə münasibətdə daha az kəskin mövqe tutur.
Sonra Fövqəluca Allah xəbər verir ki, O (Pak və Müqəddəs Olan), o məskən­ləri məhv edirdi ki, onun əhalisi intiqam alınma­sına və cəza veril­məsinə layiq kafir günah­karlar olsunlar[14]. Bu­ra­dan belə nəticə çıxarmaq olar ki, Allah yalnız, öz azğınlığını başa düşərək günah işlətməkdə davam edən fasiqləri cəzaya məhkum edir.

 ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(28. 60) “Sizə əta edilənlərin hamısı bu dünya həyatının keçici ne­məti və bəzəyidir, Allahın nəzdində isə daha gözəl və əbədi olanlardır. Məgər anla­mır­­­sınız?”

Fövqəluca Rəbb bu sözləri ilə Öz qullarını maddi nemətlə­rin istifadə edilməsində mötədillik göstərməyə, təmtəraqla və zən­ginliklə aldanma­mağa çağırır. İnsan Axirətə can atmalıdır və o da onun yeganə məqsədi olmalıdır. Qızıl və gümüş, cins hey­van­lar və zəngin bər-bəzək, gözəl qadın­lar və sevimli övladlar, ləz­zətli yeməklər və ətirli içkilər, azdırıcı ləzzətlər və bütün başqa dünya xoşluqları, sadəcə olaraq, fani nemətlərdir ki, insan onlar­dan qısa bir müddətdə istifadə edir. Amma, hətta onlardan isti­fa­də etdikdə belə, onlarda neçə-neçə nöqsanlar tapır, çünki onlar çox vaxt qəm-qüssə və narahatlıq gətirir. Onlar insanın məişətinə qı­sa bir müddət ərzində bəzək vurur və hətta onun qəlbini qürur və təkəbbür hissi ilə doldurur, lakin az sonra insan bütün maddi nemətlərdən məhrum olur və dərk edir ki, bütün bu gözəlliklər ona qəmdən, təəssüfdən, aldanışdan və bədbəxtlik­dən başqa bir şey gətirməmişdir.
Əgər insan öz Axirətini sahmana salmağa can atsaydı, onda mütləq öz Rəbbinin Cənnət məkanında əbədi nemətlər və rahat həyat əldə edərdi. Həqiqətən, Cənnət nemətləri daha yaxşı və əbədidir. Onlar dünyəvi nemətlərdən nəinki yal­nız keyfiyyəti ilə, həm də kəmiyyəti ilə üstündür və xoşbəxt möminlər onlar­dan əbədi olaraq həzz alacaqlar.
Ey insanlar! Məgər sizin ağlnız kifayət etmir ki, iki aləmdən han­sının üstün­lüyə layiq olduğunu anlayasınız? Məgər siz dərk et­mirsiniz ki, hansı həyat xatirinə zəhmər çəkməlisiniz? Bu Quran ayə­si təsdiq edir ki, hər bir insan öz dərrakəsinə əsaslanaraq bu dün­ya və Axirət həyatı arasında seçim edir. Əgər insan Axirətdən əl çəkərək, fani dünyaya üstünlük verirsə, onda bu onun ağlının ça­tışmazlığına dəlalət edir. Buna görə növbəti ayədə Fövqəluca Allah bütün ağıllı insanları, dünya həyatına üstünlük verən in­san­­ları gözləyən sonucu və Axirət həyatı naminə zəhmət çəkən möminlərin sonucu ilə müqayisə etməyə çağırır. Fövqəluca belə buyurur:

  ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(28. 61) “Məgər Bizim, mütləq qovuşacağına gözəl vəd verdi­yimiz şəxs, Bizim, bu dünyanın fani nemətlərini nəsib et­di­yimiz və sonra Qiyamət günü hüzurumuza gətiriləcək şəxslə bərabər tutula bilərmi?”

Axirət həyatında nemət qazanmağa bütün varlığı ilə can atan mö­minə ba­xın! Rəbbi onu göstərdiyi səylərinə görə ən gözəl tərzdə mükafat­landıracağını vəd etmişdir. O, ecazkar Cənnət mü­ka­fatı alacaq və ən böyük hədiyyələrə və nemət­lərə layiq görülə­cəkdir. Qətiyyən şübhə yoxdur ki, bu vəd gerçəklə­şə­cəkdir, çünki Cənnət mükafatını Səxavətli və Comərd Rəbb vəd etmişdir və O (Pak və Müqəd­dəs Olan) verdiyi sözü pozmur. Rəbb heç vaxt Onun mərhəmətini qazanmağa və Onun qəzəbindən xilas olmağa can atan qulunun ümidini yanıltmır.
İndi isə, Fövqəluca Allahın çoxsaylı maddi nemətlər ver­di­yi quluna baxın. O, onlardan həzz alır, mədəsini cürbəcür ləzzətli yeməklər və içki­lərlə doldurur və, eynilə heyvanlar kimi, öz tələ­batını təmin edir. Bu dünya həyatı onu Axirət haq­qında hətta dü­şünməyə belə imkan vermir. O hətta başını belə qaldırmır ki, ilahi Təlimatın nurunu görsün, peyğəmbərlərin və elçilərin (onlara sa­lam olsun!) yolu ilə getsin. Ölüm onu beləcə yaxalayır və dünya nemətləri ona zərərdən və həlak olmaqdan başqa heç nə gətirmir.
Qiyamət günü başlandıqda, bu günahkar Fövqəluca Allah­ın hüzu­runda da­ya­nacaq. Bax onda o başa düşəcək ki, yaxşı əməl­lərin ehtiyatını tutmamışdır və özünü yalnız əbədi işgən­cələrə məhkum etmişdir. O elə bir aləmə düşəcək ki, orada insan törətdiyi əməllərə görə cavab verməli olacaq. Bu günahkara necə bir tale hazırlanmışdır? Qarşıda onu nələr gözləyir? Qoy ağıllı insan özü öz seçimini etsin və yer üzündə hansı həyat xatirinə yaşayacağını qərara alsın.

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(28. 62) “Həmin Gün O, onlara müraciət edib soruşacaq: “Hanı Mənim, varlığını güman etdiyiniz, şəriklərim?”

Fövqəluca Allah Qiyamət günü baş verəcək hadisələrdən xə­­bər verir. Hə­min dəhşətli Gündə insanlar ən başlıca məsələ – öz Rəbbinə ibadət etmələri, pak elçilərə itaət göstərmələri haqqında sor­ğu-suala tutulacaqlar. Onda Fövqəluca Allah, saxta “ilahlara” iba­­dət edən və onların fayda verə­cəyinə və onları şərdən qoruya­ca­­ğına ümid bəsləyən müşriklərə müraciət edəcək ki, saxta “ilah­la­rın” aciz­liyini və müşriklərin yollarını azmış ol­duqlarını ifşa et­sin: “Hanı sizin Mənə bərabər tutub, ibadət etdiyiniz tanrı­çala­rı­nız? İn­di artıq əmin oldunuz ki, Mənim şərikim yoxdur! Sizin müş­rik­li­yi­niz isə öz yanlış zənn və uydurmalarınızın nəticə­ləri idi. Siz onları “al­lahlar” hesab edirdiniz, amma onlar indi haradadır? Ni­yə onlar sizə kömək etmir? Niyə onlar sizi əziyyətdən xilas et­mir?” Heç şübhə yox­dur ki, müşriklərin saxta ilahlara ibadət və dua etmələri öz­lərinə aydın olacaqdır. Bu uydurulmuş tanrıçalar yo­xa çıxacaq və onlarla birlikdə dua­ları və iba­dətləri də yox ola­caq­dır və müş­riklər yollarını azdıqlarını və aldandıqlarını etiraf edə­cəklər.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(28. 63) “Onda, barələrində Sözün təsdiq olunduğu kəslər deyəcək­lər: “Ey Rəbbimiz! Budur azdırdıqlarımız. Biz özümüz azmış olduğu­muza görə onları da azdırmışıq. Biz Sənin hüzu­runda onlardan əl çəkirik. Onlar bizə ibadət et­mirdilər”.

Bir vaxtlar öz xalqlarını küfrə və cinayətlərə çağıran başçı­lar və ağ­saq­qallar azğınlıq zülmətində dolaşdıqlarını və sadə in­san­­ları yoldan çıxar­dıqlarını etiraf edəcəklər. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Budur bizim düz yoldan azdırdığımız insanlar. On­lar bizim ardımızca gəldilər, biz də onları azğınlığa saldıq, çün­ki özü­müz də azmışdıq. Hər birimiz törədilmiş cinayətlərin iş­tirakçısıdır və buna görə hər birimiz ədalətli cəzaya layiqdir. Biz on­ların əvvəllər bizə ibadət etmələri haq­qında heç nə bilmək is­tə­mi­rik. Biz onlardan və onların cinayətlərindən üz çeviririk, həm də, axı onlar bizə itaət etmirdilər. Onlar şeytana və iblisə ibadət edir­dilər”.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ

(28. 64) “Deyiləcək: “Şəriklərinizi çağırın!” Onlar da çağı­ra­caqlar, lakin çağırılanlar cavab verməyəcəklər və belə olduq­da, onlar cəzanı gö­rəcəklər. Keş­kə onlar doğru yolla gedəy­di­lər”.

Kafirlərə əmr ediləcək ki, yardım edəcəklərinə ümid bəslə­dikləri “ilah­larını” köməyə çağırsınlar. Bu dəhşətli saatda insan hər şeydən daha çox yer üzündə iba­dət etdiklərinə ehtiyac duya­caqdır. Buna görə də müş­riklər öz saxta ilahlarına mü­raciət edə­cək və onlardan kömək və Fövqəluca Allahın hazırladığı cəzadan xilas edilmələrini diləməyə başlayacaqlar. La­kin kimsə onların ça­ğırışına səs verməyə­cək və onda kafirlər başa düşə­cəklər ki, onlar doğrudan da ən dəhşətli cəzaya layiq olan yalançılardır. Onlar Cəhənnəmi görəcək və öz gözləri ilə inkar etdikləri və uydurma say­dıqları cəzanın gerçəkliyinə əmin olacaqlar. Əgər onlar doğru yolla getsəy­dilər, belə bir dəhşətli vəziyyətə düçar olmazdılar. Onlar, Cənnət bağlarına aparan yolda olan möminlərlə birlikdə olardılar. Lakin müşriklər yer üz­ündə yaşadıqları zaman bu yolla getməkdən boyun qaçırmışdılar və ölüm­dən sonra isə bu yolla gələ bilməzlər.

 ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ
(28. 65) “Həmin gün O, onlara müraciətlə deyəcək: “Siz elçilərə nə cavab verdiniz?”
(28. 66) “Həmin gün xəbərlər onlardan gizlədiləcək[15] və artıq onlar bir-birilərindən də soruşa bilməyəcəklər”.

Həmin gün Fövqəluca Allah günahkarlardan soruşacaq: “Siz elçilərə iman gətirdinizmi və doğru yolla getdinizmi? Yaxud da Mənim seçdiklə­ri­mi inkarmı etdi­niz və onların əmrlərinə mü­qa­­vi­mətmi göstərdiniz?” Onlar bu suala düzgün cavab tapa bil­mə­­yəcəklər və heç kim onlara bu sərt imta­handan çıxmağa yar­dım etməyə­cək. Şübhəsiz ki, kim bu suala aydın düz­gün cavab ver­sə, xilas olacaqdır. Düzgün cavab verənlər möminlər olacaq­dır ki, onların doğruçuluğu həqiqi imanları və xeyirxah əməlləri ilə təsdiq olunacaqdır. Elçiləri inkar etdiklərini və onlara tabe olmağı inadkar­casına rədd etdiklərini xatırlayan müşriklərə gəldikdə isə, onlar özlərini doğrult­maq üçün bir söz belə deyə bilməyəcəklər. Onlar hətta amansız cə­za­dan qurtulmaq üçün necə yalan danış­maq lazım olduğunu öyrənməkdən ötrü bir biriləri ilə məsləhət­ləşə də bilməyəcəklər.

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(28. 67) “Kim ki, tövbə etmiş, iman gətirmiş və xeyirxah­ca­sına davran­mışsa, ümid var ki, xilas edilənlərdən olsun”.

Fövqəluca Allah əvvəlki ayələrdə Öz qullarına xəbər ver­miş­di ki, Axirətdə onlar Ona ibadət və Onun elçilərinə itaət et­mə­lə­ri barədə sorğu-suala tutulacaqlar. Daha sonra Rəbb xilasa nail ol­mağın həqiqi yolunu insanlara göstərmişdir. Bu yola gəl­mək üçün qul müşrikliyinə və itaətsizliyinə görə tövbə etməli, Allaha iman gətir­məli və Ona ibadət etməli, elçilərə iman gətir­məli və on­ların gözəl şəxsi nü­mu­nə­lərini əsas götürərək, xeyirxah əməllər et­məlidir. Yalnız bu gözəl məziyyət­lərlə qəlbini rövnəq­lən­dir­mə­yi bacaran şəxs xilas olan­ların sırasında özünə yer tuta biləcək. Tək­cə bu minvalla arzu edilən məqsədə nail olmaq və dəhşətli so­nuc­dan qurtulmaq mümkündür – uğur qazanmağın başqa yolu yox­dur!

 ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(28. 68) “Rəbbin nəyi istəyirsə xəlq edir və ən xeyirlilərini seçir, onlarınsa seçim haqqı yoxdur. Allah pakdır və Ona şərik qoşduqlarından fövqəl­ucadır!”

Fövqəluca bildirir ki, yalnız O (Pak və Müqəddəs Olan), bü­­tün varlığın Xaliqidir. Onun iradəsi mütləq yerinə yetirilir və təkcə O (Pak və Müqəddəs Olan) qərar qəbul edir. İnsanlar, qa­nunlar, dövrlər, ölkələr – hamısı Onun ilahi iradəsinə itaət edir. Heç bir canlı Kainatda gedən proses­ləri idarə etmir və heç bir canlı Rəbbinin seçiminə qarşı seçim edə bilməz! Allah Pakdır! Onun şəriklərə, köməkçi­lərə, müa­vinlərə, övladlara və ya zövcə­lərə ehtiyacı yoxdur! O (Pak və Müqəddəs Olan), müşriklərin Ona aid etdikləri digər sifətlərə də möhtac deyildir.
 ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(28. 69) “Rəbbin onların qəlblərində gizlətdiklərini də, aşkara çı­xart­­dıq­larını da bilir”.

Ona insanların və digər məxluqların gizlətdikləri və ya aş­kar etdik­ləri hər şey məlumdur. Yalnız O (Pak və Müqəddəs Olan), həm bu dünyada, həm də o biri dünyada ibadətə və həm­də la­yiq­dir. Bütün varlıqlar bunu unutmamalıdırlar, çünki təkcə Föv­qəluca Rəbb gözəl və əzəmətli məziyyət­lərə malikdir. Yalnız O (Pak və Müqəddəs Olan), Öz qullarına bol-bol nemətlər əta edir və yalnız O (Pak və Müqəddəs Olan), bəzilərini digərləri üzə­rində ucaldır.

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(28. 70) “O – Allahdır! Yoxdur Ondan başqa ilah! Həmd əzəldə də, Axirət­də də Ona məxsusdur! Hökm Ona məxsusdur və siz Ona qaytarı­la­caq­sınız”.

O (Pak və Müqəddəs Olan), yer üzündəki və öldükdən son­ra­­­kı hə­yatda insanları təkbaşına idarə edir. Yer üzündə Allah­ın hər bir məxluqun taleyini tam müəyyənləşdirən Qədər qanun­ları, hökm və haramlardan ibarət hikmətli din qanunları hökm sürür. Axi­­rət həyatında isə, Allahın Qədər qanunları ilə yanaşı ədalətli əvəz qanunları peyda olur və buna görə Fövqəluca Allah qul­la­rı­na xatırladır ki, onlar Onun hüzuruna qaytarıla­caqlar. Bu baş ver­dik­də, hər bir insan etdiyi hər hansı xeyir və şər əməlin əvəzini ala­­caqdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ
(28. 71) “De: “Necə bilirsiniz, əgər Allah gecənizi Qiya­mət gününə qədər uzatsaydı, Allahdan başqa, hansı ilah sizə işıq verə bilərdi? Eşitmirsinizmi?”
Allah insanlara Öz mərhəmətini xatırladır və onları şükür etməyə, öz Rəbbi­nə ibadətə və öz vəzifələrini nöqsansız yerinə yetirməyə çağırır. Fövqəlqüdrətli Rəbb Öz mərhəməti sayəsində gecə və gündüzü yaratmışdır. Gündüzlər insanlar işləyə və dola­nacaq üçün qazanc əldə edə bilər, gecələr isə onlar rahatlanır və gündüzün qayğılarından sonra istirahət edirlər. Həqiqətən də bu, Rəbbin qullarına bəslədiyi mərhəmətdir. Məgər kimsə bir başqası belə bir şey yaratmağa qadir­dirmi?! Məgər Fövqəlqüdrətli Allah bütün dünyada Qiyamət günü başlanana qə­dər davam edəcək geçənin çök­məsini istəyərsə, kimsə insanlara işıq verə bilərmi? Əlbəttə ki, yox! Heç kim Rəbbə müqavimət göstərə bilməz! Niyə bəs onda insanlar moizələrə və nəsihətlərə qulaq asmırlar? Niyə onlar bu moizələrə və öyüd-nəsihətlərə qulaq asmaq istəmir və Rəbbə itaət göstərmirlər?


 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ
(28. 72) “De: “Necə bilirsiniz, əgər Allah gündüzü Qiya­mət gününə qədər uzatsaydı, istirahət etməkdən ötrü gecəni si­zin üçün, Allahdan başqa, hansı ilah gətirə bilərdi? Görmür­sünüzmü?”

Əgər Allah gündüzü Qiyamət gününə qədər uzatmaq is­tə­yərsə, ge­cəni sizin üçün kim yarada bilər? Uydurduğunuz “ilah­lardan” hansı biri istirahət etməyiniz üçün sizə gecəni bağışlaya bilər? Doğrudanmı siz haqqı görməyə qabil deyilsiniz? Doğru­danmı siz öyüd-nəsihətlərdən faydalan­mağı bacarmırsınız? Rəb­bi­nizin ayə­lərinə diqqət yetirin, onlar haqqı gör­məkdə və doğru yola gəlməkdə sizə kömək edər!
Bundan öncəki ayədə gecədən bəhs edilirdi və Fövqəluca Allah belə bu­yurmuşdur: “...Eşitmirsinizmi?” Bu ayədə isə, gün­düz­­­dən bəhs edilir və buna görə Fövqəluca Rəbb buyurur: “...Gör­­mür­­sünüzmü?” Bunun səbəbi ondadır ki, gecə vaxtı insa­nın eşit­mə qa­biliyyəti görmə qabiliyyətindən üs­tün olur, gündüz isə ək­si­nə­dir. Bü­tün bunlar onu göstərir ki, Allahın qulu Rəbbinin ne­mət­lə­ri üzə­rində düşünməlidir. O, ona bəxş edilmiş bacarıqlar ba­rə­sin­də fi­kir­ləş­məli və onlardan məhrum olduğu vaxtda onla­rın də­yə-ri­ni dərk et­məlidir. Həqiqətən də, insan Fövqəluca Allah­ın ne­mət­lə­rinin qiy­mə­­tini, yalnız onlardan məhrum olduğu za­man başa düş­­məyə qa­dir­dir. O, Allahın bitməz-tükənməz nemət­lərindən fa­si­ləsiz olaraq is­tifadə etdikdə, Rəbbinin nazil etdiyi bol səxavətinə gö­rə, Ona şü­kür etməyi yaddan çıxarır və Allahın köməyinə daim möh­tac ol­du­ğu­nu düşün­məyi belə yadırğayır. Belə insan Rəbbinə min­nətdarlıq et­mir və hətta Onun lütfkarlığını heç yadına da sal­mır.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(28. 73) “O, lütfkarlığı sayəsində sizin üçün gecə və gün­düzü ya­ratmışdır ki, özünüz üçün onlarda rahatlıq tapasınız və Onun mərhə­mə­tinə nail olasınız. Ola bilsin ki, şükür edəsiniz”.
(28. 74) “Həmin Gün O, onlara ucadan deyəcəkdir: “Hanı bəs var­lığını güman etdiyiniz şəriklərim?”

Fövqəluca müşrikləri hüzuruna çağıracağı Qiyamət günü­nün başla­naca­ğını xatırladır. Bu gün onlar yalançı ilahları Ona bə­ra­bər tutur və zənn edirlər ki, o ilah­lar ibadətə layiqdirlər və on­la­ra nemət əldə etməyə və şər­dən xilas olmağa kömək edə­cəklər. Qi­yamət günü başlandıqda isə, Fövqəluca Allah onların kobud­lu­ğu­nu və gümanlarının pozğunluğunu ifşa etmək istəyə­cək və belə deyəcək: “İlah” adlandırdıqlarınız indi harada­dır­? On­lar an­caq sizin zənninizdə “ilah” idilər, çünki əsil həqiqətdə hər şey ək­si­nəydi”. Bu barədə Fövqəluca belə buyurur: “...Allah­dan başqa di­gər ilahlara ibadət edənlər nəyin ardınca gedirlər? Onlar yal­nız zənnə qapılır və yalnız yalan uydururlar” (Yunus, 10/66).
 ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(28. 75) “Biz hər ümmətdən bir şahid seçib dəyəcəyik: “Dəlilinizi gəti­rin!” Onda onlar biləcəklər ki, həqiqətən, haqq – Allaha məxsusdur və uydur­duqları yoxa çıxmışdır”.

Bütün xalqlar Məhşər ayağında toplandıqdan sonra, Allah hər bir kafir ümmətdən bir şahid seçəcək və onlar öz qardaşla­rının etiqad etdikləri müşriklik və yanlış baxışları haqqında mə­lumat verəcəklər. Bu şahidlər kafir xalqları idarə edən rəhbərlərin və ağsaqqalların arasından seçiləcəklər. Məhz onlara, ardlarınca gedən öz qardaşlarının mənafeyini müdafiə etmək imkanı veri­ləcəkdir. Lakin onlar bəraət qazanmağa cəhd göstərən kimi, Fövqəluca Allah buyuracaq: “Siz öz müşrikliyinizi nə ilə əsas­landıra bilərsiniz? Məgər Biz sizə belə davranmağı əmr etmişdik? Məgər Bizim elçilərimiz sizi buna dəvət etmişdilər? Məgər bu, Mübarək Kitablardamı yazılmışdı? Məgər uydurduğu­nuz ilah­lar ibadətə layiqmiydilər­? Məgər onlar sizə fayda verə bilərdi və sizi Fövqəluca Allahın cəzasından qoruya bilərdi? Əgər onlar buna qadirdilərsə, qoy sizə kömək edib, sübuta yetirsinlər ki, doğrudan da çox şeyi etməyə qabildirlər”.
Bax onda müşriklər dərk edəcəklər ki, haqq Allahın tərəfin­dədir və onlar açıq-aşkar yalana etiqad edirmişlər. Mübahisə və çəkişmələr onlara fayda verməyəcəkdir, çünki onların sübutları inandırıcı olmayacaq və Fövqəluca Allahın dəlilləri ilə darmada­ğın ediləcəkdir. Yalan və uydur­ma­lar məğlub olub, yox ediləcək və müşriklər dərk edəcəklər ki, Fövqəlqüdrətli Rəbb artıq onlara ədalətli hökm çıxartmış və onları layiq olduqları Cəhənnəm cəza­sına məhkum etmişdir.

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(28. 76) “Həqiqətən, Qarun Musanın qəbilədaşı idi, lakin onları incidirdi. Biz ona o qədər xəzinələr vermişdik ki, hətta bir neçə güclü insanlar belə onla­rın açarlarını daşımağa çətinlik çəkirdilər. Qəbilədaş­ları ona dedilər: “Qürrələn­mə! Bil ki, Allah təkəbbürlüləri sevmir””.

Fövqəluca, alicənab Musa peyğəmbərin (ə) qəbilədaşı olan Qa­runun cina­yətləri və acınacaqlı taleyindən xəbər verir. O, Föv­qəl­qüdrətli Rəbbin o qədim zamanlarda bütün digər məxluq­la­rın­dan yüksəyə qaldırdığı İsrail oğullarından biri idi. İsraillilər Allahın çoxsaylı bol nemətlərindən istifadə edirdilər və yaxşı işlər gö­rürdülər. Lakin Qarun öz qəbilədaşlarına oxşa­mırdı. O, insan­la­ra qarşı ədalətsizlik edirdi və o ona, insanları çox vaxt yol­dan çı­xaran böyük var-dövlət verildiyinə görə, belə davranırdı. Föv­qəl­uca buyurur ki, ona o qədər çox sərvət vermişdi ki, xəzi­nə­lə­ri­nin açarlarının ağırlığından, onları bir neçə güclü adam gəz­dirirdi. Ərəb sözü olan “usba”-nın (burada “bir neçə”) lüğəvi mənasına is­tinad etməklə güman etmək olar ki, onlar təxminən on nəfər idi­lər. Əgər Qarunun xəzi­nə­lərinin açarlarını bu qədər güclü in­san­lar gəzdirirdilərsə, onda onun xəzinələri haqqında nə demək olar?!
İsraillilər Qaruna səmimi münasibət bəsləyirdilər və çox vaxt onu təkəbbür­lülükdən və azğınlıqdan çəkindirirdilər. Onlar deyirdilər: “Saysız-hesabsız sərvə­tinlə fəxr etmə və əldə etdiyin mal-mülkə görə qürrələnmə ki, dünya həyatı səni Axirətdən yayındırmasın. Həqiqətən də, Fövqəluca Allah öz zənginliyinə hədsiz dərəcədə sevinənləri sevmir”.

 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ
(28. 77) “Allahın sənə əta etdiyinin vasitəsi ilə Axirət məs­kəninə can at, lakin bu dünyadakı qismətini də unutma! Allah sənə yaxşılıq et­diyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad yayma! Axı Allah fitnə-fəsad yayanları sevmir”.

Sənə əbədi Cənnət məskənini qazanmaq üçün gözəl imkan əta edil­mişdir, çünki sən başqalarının məhrum olduğu sərvət sahibisən. Sədəqə ver, öz Rəbbinin iltifatını qazan və həyatdan ləz­zət almaqla və öz alçaq istək­lərini qane etməklə özünü məh­dudlaşdırma. Öz nəsibinə də bu dünyada laqeyd yanaşma, yəni, biz səndən tələb etmirik ki, özünün bütün var-döv­lətini sədəqə verib, dilənçi kökünə düşəsən. Lakin səni, Axirətdə səa­dətə nail ol­mağın üçün malının bir hissəsini paylamağa və onun digər his­səsini də bu dünyada özün üçün xərcləməyə dəvət edirik. Ancaq beləliklə sən öz dininin və Axirətinin qayğısına qala bilərsən.
Məxluqlara qarşı comərd ol və yadında saxla ki, Fövqəluca Allah sənə necə bol sərvət əta etmişdir. Yer üzündə özbaşınalığa can atma, yəni təkəbbür göstərmə, cinayət törətmə və sənə saysız-he­sabsız sərvət verən Allahı unutma. Həqiqətən, O, fitnə-fəsad tö­rədənləri sevmir! Əksinə, O, belə insanları ən dəhşətli cəzaya mə­ruz qoyur.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ
(28. 78) “O dedi: “ Bütün bunlar mənə malik olduğum bi­li­yimə gö­rə əta edil­mişdir”. Doğrudanmı o bilmirdi ki, Allah, ona qədər, gücdə və topladıq­ları varidatla ondan dəfələrlə üs­tün olan bütöv nəsilləri məhv etmişdir? Günahkar­lardan gü­nahları haqqında soruşulmayacaqdır”.

Qarun öz qəbilədaşlarının öyüd-nəsihətlərini rədd etdi və Föv­­qəluca Rəbbə, ona nazil etdiyi nemətlərə görə şükür etmək­dən də boyun qaçırdı. O dedi: “Bu, mənə biliyimə görə əta edil­miş­dir. Siz isə mənə öz mülkiyyətimə necə sərəncam çəkəcəyimə gös­təriş ver­məməlisiniz!” Bir şərhə görə, təkəb­bürlü israilli de­mək istəyirdi ki, o, öz saysız-hesabsız var-dövlətinə yalnız öz bi­li­yi və pul qazanmaq bacarığı sayəsində nail olmuşdur. Digər bir şər­hə görə isə, o nəzərdə tuturmuş ki, Fövqəluca Allah onun hə­qi­qətən böyük iltifata layiq olduğunu bildiyi üçün ona bu sər­vəti ver­mişdir.
Belə olduqda, Fövqəluca Rəbb bəyan edir ki, maddi nemət­lə­rin bol­luğu in­sa­nın başqalarından üstün olmasına dəlalət etmir. Ka­inat qanunla­rına uyğun olaraq, Rəbb, dəfələrlə itaət etməyən və böyük qüdrətə malik xalqları həlak etmiş­dir. Belə qüdrətdən məh­rum olanları, əgər onlar öz əlləri ilə özlərini ölümə məhkum edir­lərsə, onda kim Ona onları məhv etməyə mane ola bilər?! Belə gü­nahkarlar heç sorğu-sual da edilməyəcəklər, çünki onların bü­tün cinayətləri Fövqəluca Allaha tamamilə məlumdur. Onlar öz­lə­rini ləyaqətli xeyirxah insanlar sayırlar və öz əmin-amanlıq­la­rı­na inanırlar, lakin onların danışıqları və gümanları heç nəyi həll et­mir və onları cəzadan xilas etməyə qabil deyil. Rəbb onların, ar­tıq boyun qaçıra bilməyəcəkləri günahları və cinayətlərini yaxşı bi­lir.


 ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
(28. 79) “O, xalqının qarşısına zinətlərini taxıb çıxdı. Dün­ya həya­tını diləyənlər dedilər: “Keşkə bizdə də Qaruna əta edi­lənlər olaydı! O, doğrudan da, böyük səadətə sahibdir”.

Buna baxmayaraq Qarun inadkarcasına haqqı danmaqda və özbaşı­nalı­ğında davam edirdi. O, öz həmqəbilələrinin xeyir­xah məsləhətlərinə qulaq asmaqdan bo­yun qaçırırdı, çünki təkəb­bürlü və özündənrazı bir gü­nahkar idi. Ona əta edilən var-dövlət isə bu şərəfsizi daha çox azdırırdı. Bir dəfə o, bər-bəzəkli libasda xal­qının qarşısına çıxdı. O, öz qəbilədaş­larının qarşısına gəlmək üçün uzun müddət hazırlaşmış və bu məqsədlə özünün ən təmtəraqlı, zinətli və bahalı libaslarını gey­mişdi. Onun heyran­edici gör­kəmi israillilərin diqqətini cəlb etmiş, onun dəbdəbəli li­bası isə həmqə­bilə­lərini heyran qoymuşdu. Adamlar onun geyi­mini müzakirə etməyə başla­yanda iki dəstəyə bölündülər, çünki hər kəs öz niyyətlərindən və arzuların­dan asılı olaraq danışmağa başlayırdı. Bu dünya nemətlərinə həris olan­lar deyirdilər: “Biz də belə nemətlərə malik olmaq istərdik!” Bu insanların fikir və niyyətləri yalnız dünyəvi məmnunluqlarla bağlı idi. Yer üzün­dəki var-dövlət on­ların arzularının hüdudu idi, çünki onlar başqa heç bir şey istə­mirdilər. Onlar qərara almışdılar ki, Qarun böyük bir qismətə nail olmuş­dur və əgər Axirət həyatı mövcud olma­saydı, bu doğrudan da belə ola bilərdi. Qarun insanın əldə edə bilə­cəyi yerin bütün nemətlərinə sahib idi və istədiyi arzusunu gerçəkləşdirə bilərdi. Elə buna görə bəziləri qərara almışdılar ki, o, böyük qismət sahibidir. Belə düşü­nənləri yalnız bu dünya­nın varidatı narahat edirdi. Bunlar bədbəxt, aciz və cılız arzularla yaşayan, qarşılarına yüksək məqsədlər qoymayan və mənəvi də­yərlərə malik olma­yan insanlardı.

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(28. 80) “O şəxslərə ki, elm verilmişdi, onlar dedilər: “Vay halınıza! İman gətirənlərə və yaxşı işlər görənlərə Allahın mü­ka­fatı daha yaxşıdır. Lakin buna səbirlilərdən başqası nail ola bilməyəcəkdir”.

İsraillilərin arasında elə adamlar var idi ki, onlara elm veril­miş­di. Onlar əşyaların əsil dəyərini bilirdilər və maddi zövqlərin tə­biəti üzərində düşünür­dülər. Bu, onları, baş verən hadisələrə da­ir ilk təəssüratlarına əsasən mühakimə yürüdən cahillərdən kök­lü surətdə fərqləndirirdi. Onlar bəzi qəbilədaşlarının keçici dün­yə­vi nemətlərdən məmnun olmalarını ürək ağrısı ilə dinlə­yir­di­lər. Onlar qəbilədaş­larının seçimindən kədərlənir və onların söz­ləri ilə razılaşa bilmirdilər. Bax buna görə də onlar dedilər: “Əgər insan iman gətirərək, xeyirxah işlər görərsə, o, həm bu dün­yada, həm də ölümündən sonra mükafat alar. İbadət, səmimi töv­bə və Rəbbinin mərhəmətini qazanmağa can atmaq ona böyük məm­nunluq bəxş edir. O, Axirətə gəldikdə isə, orada Cənnət bağ­la­rına girəcək və Cənnət səadətindən zövq alacaqdır. Həqiqə­tən də bu mükafat sizin özünüz üçün dilədiyinizdən daha yax­şıdır”.
Şeylərin əsil mahiyyəti belədir. Lakin heç də bu həqiqəti bi­lən hər kəs doğru yola gəlməyi və onda sabit qalmağı bacarmır. Bu­na yalnız Fövqəluca Allaha qü­sursuz ibadət edən, günahlar­dan çəkinən, taleyin çətinliklərinə dözən və nəfsə uymayan səbirli mö­minlər nail olurlar. Onlar ehtiraslara və alçaq istəklərə imkan ver­mirlər ki, onları Rəbbə ibadətdən ayırsınlar və bu dünyaya gəl­mələrinin səbəbi olan vəzifələrini yerinə yetirməyə mane ol­sun­lar. Onlar bu fani dünyanın ləzzətlə­rindənsə, Allahın mükafa­tını al­mağı üstün tuturlar.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(28. 81) “Biz onu evi ilə birlikdə yerə batırdıq. Onun elə bir tərəf­darı da yox idi ki, Allaha qarşı ona kömək etsin və o, özü də özünə kö­mək edənlərdən deyildi”.

Qarunun şərəfsizliyi, təkəbbürü və özünüaldanışı həddi-hüdudunu aşdıqda Fövqəlqüdrətli Allah onu məşəqqətli əzaba düçar etdi. Yer onun ayağının altında aralandı, onu və onunla bir­likdə imarətini də uddu. Həqiqətən, əda­lətli qisas bu fasiqin cinayətlərinə uyğun idi. Rəbb, bütün məxluqlardan özünü yük­sək tutan günahkarı evi və içindəkiləri ilə birlikdə yerə batırdı. O, onu yaxa­la­mış amansız cəza qarşısında gücsüzdü və onun nə köməkçiləri, nə də müdafiəçiləri olmadı.

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(28. 82) “Bir gün əvvəl onun yerində olmaq istəyənlər, sə­hə-ri­si gün dedi­lər: “Vay-vay! Sən demə, Allah Öz qullarından is­tə­di­yinə ruzisini ya artırır, ya da kəsirmiş! Allah bizə rəhm et­mə­səy­di, O, bizi də yerə batı­rardı. Vay-vay! Ka­firlər xilas ol­ma­ya­caq­lar!”

Hələ dünən onlar yalnız dünya nemətləri haqqında dü­şü­nür­dülər və ürək­lərindən Qarunun yerində olmaq keçirdi. Lakin tə­kəbbürlü şərəfsizin dəhşətli so­nu bu cəza qarşısında on­ların ürə­yinə qorxu saldı və onları düşünməyə məcbur etdi. Belə ol­duq­da, onlar başa düşdülər ki, insanların bəziləri saysız-he­sabsız var-dövlət alır, digərləri isə ən azla qane olurlar, amma bu dün­ya­nın varidatı insana xoşbəxtlik və böyük səadət gətirə bil­məz. İs­ra­il­lilər dedilər: “Rəbb bizə rəhm etdi və Qarunun həlak edilməsi bi­zim üçün ibrət dərsi oldu. Əvvəllər biz ona həsəd çə­kirdik, am­ma indi biz buna görə tövbə edirik. Biz öz əvvəlki baxış­la­rı­mız­dan əl çəkir və etiraf edirik ki, kafirlər nə bu dünyada, nə də öl­dükdən sonra uğur qazanma­yacaqlar”.

 ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ
(28. 83) “Biz o Axirət məkanını yer üzündə təkəbbür gös­tərmək və fitnə-fəsad yaymaq istəməyənlər üçün təyin etmişik ki, bu, Allahdan qorxanların nəsibidir”.

Fövqəluca Allah Qarunun taleyi və onun dəhşətli ölümü haq­­qın­da xəbər verdikdən sonra, elm verilmiş şəxslərin sözlərinin doğ­­ru­luğunu təsdiq edir. Onlar demişdilər ki, gözəl mükafat yal­nız iman gətirənlərə və xeyirxah əməllər işləyən­lərə nəsib olur və bu­­nu de­məkdə onlar haqlı idilər. Bax buna görə də, sonra Föv­qəl­uca Allah Öz qullarını Axirət həyatında şərəfli mükafat al­maq xa­ti­ri­nə zəh­­mət çəkməyə çağırır. Bu həyat barədə Mübarək Ki­tab­lar xə­bər ve­rir və pak elçilər isə xəbərdarlıq edirdilər. Mö­minlər Axi­rət­də hər cür nemətlərə layiq görüləcək və istənilən xoşagəl­məz hal­lardan xilas ediləcəklər. Lakin əbədi Səadət məka­nına yal­nız o şəxs­­lər daxil ediləcəklər ki, onlar yer üzündə yüksək mə­qam­lara və fa­siqliyə can atmamış olsunlar. Bunlar – şöhrət da­lın­ca qaç­mayan möminlərdir ki, ətraflarındakıların qarşısında tə­kəb­bür göstər­mir, haqqı danmır və şərəf­sizliyə cəhd göstər­mirlər, yə­ni, böyük və kiçik günahlardan çəkinirlər. Bu isə o deməkdir ki, on­ların niy­yə­ti yalnız Fövqəluca Allahla və Axirətlə bağlıdır. On­lar insanların qar­şısında özlərini üstün tutmur, haqqa mütiliklə ta­be olur və sa­leh əməlləri ixlasla yerinə yetirirlər. Onlar Allah­dan qorxan əsil mö­minlərdir ki, gözəl aqibət, yəni, uğur və xilas məhz onlara nəsib ola­caqdır. Digər insanlara gəldikdə isə, onlar bə­zən uğur əldə edə­cək və rahatlıq tapacaqlar. Lakin bu xoş­­bəxt­lik qısamüddətli ola­caq­dır. Bir qədər keçdikdən sonra on­lar bü­tün nemətlərdən məh­rum olarlar. Axirət həya­tında isə onlar bəd­bəxt olacaqlar, çünki haq­qı təkəbbürlə inkar edən­lərə və günah iş­lə­dənlərə məhz belə bir aqibət qismət olacaqdır. Bu gözəl Quran ayə­sinin mahiyyəti də elə bundan ibarətdir. Sonra Fövqəl­uca Allah Özünün hü­dudsuz sə­xavətindən və Özünün ədalətli qi­sa­sın­dan bəhs edir. Fövqəluca bu­yu­rur:

 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰇﰈ ﰉﰊ
(28. 84) “Xeyirxah əməllə gələn, daha xeyirlisini alacaq. Kim pis əməllə gələrsə, bilsin ki, pislik edənlər yalnız etdikləri pisliyin əvəzini alacaqlar”.

Sadəcə yaxşı əməl işləmək kifayət deyil – onu gərək elə edə­sən ki, o qəbul olunsun, sonra da o əməli günahlarla heçə en­dirməməyə səy göstər­mək lazımdır. Yalnız bu halda insan Allah qarşısında öz xeyirxah əməli ilə dayana bilər. Yaxşılıq nədir? Bu elə bir anlayışdır ki, Fövqəluca Allahın və Onun Elçisinin (s.ə.s.) bütün hökmlərini, o cümlədən, saleh etiqadları, saleh nitqləri və saleh əməlləri əhatə edir. Fövqəluca Rəbbin qarşısında, Onun məx­luqlarının qarşısında öz vəzifələrini yeri­nə yetirmək də yax­şılıq etmək deməkdir. Əgər insan yaxşılıq etdikdən sonra onu qoruyub saxlaya bilirsə, onda o, mütləq mükafat alacaqdır və onun alacağı mükafat qazan­dı­ğından çox üstün olacaqdır. Buna gö­rə Fövqəluca Allah belə buyurur: “Kim bir yaxşı əməllə gə­lərsə, on qat artıq əvəzini alar...” (Ənam, 6/160). Qiyamət günü­nə qədər qorunan hər hansı xeyirxah əmələ görə mükafat, insanın şəxsi key­fiyyətlərindən, onun vəziyyətindən, etdiyi əməllərdən və verdiyi faydadan asılı olaraq mütləq artırılacaqdır. Fövqəluca buyurur: “...Allah kimə istəyirsə, artırır. Allah – Hərşeyiəha­təedəndir, Biləndir” (Bəqərə, 2/261).
Allahın qarşısına pis əməllərlə gələnlər isə, törətdiklərinin qə­dərincə əvəz veriləcəkdir. Cinayət əməlləri – Fövqəluca Allah və Onun Elçisi (s.ə.s.) tərəfindən qəti olaraq qadağan edilmiş bü­tün əməllərdir. Bu Quran ayəsi Fövqəluca Rəbbin aşağıdakı müd­də­asına oxşayır: “Kim bir yaxşı əməllə gələrsə, on qat artıq əvə­zi­ni alar. Kim ki, pis əməllə gələrsə, o, yalnız ona uyğun əvəz ala­caqdır və onunla ədalətsiz rəftar olunmayacaqdır” (Ənam, 6/160).

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(28. 85) “Quranı sənə nazil edən və onun hökmlərini fərz qı­lan, səni qa­yı­dış yerinə mütləq qaytaracaqdır. De: “Rəbbim ki­min doğru rəh­bərlik gətirdi­yini, kiminsə açıq-aşkar azmış ol­du­ğunu yaxşı bilir”.

Fövqəluca bildirir ki, Quranda icazə verilən və qadağan olunan əməl­lərə dair izahı verilmiş müdrik hökmlər mövcuddur. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) həvalə olunmuşdu ki, bu Kitabı yer üzünün sakinlərinə çatdırsın, insanları və cinləri Quranının hökmlərini yerinə yetirməyə çağır­sın. Əgər Müdrik Yaradan Öz qullarına vəzifə tapşırmışdısa, on­da bu o de­mək idi ki, O (Pak və Müqəddəs Olan), heç vaxt onları mükafatsız və əvəzsiz qoymayacaqdır. Dünya həyatında əvəz vermək ədalətli ola bil­məz və buna görə Fövqəluca Allah insan­ları gəldikləri yerə mütləq qayta­racaq ki, möminlər müka­fatlarını alsınlar, günahkarlar isə əzabı dadsınlar.
Ey Muhəmməd! Artıq bundan sonra insanlar doğru yolu ta­nıyırlar və əgər onlar sənin ardınca getsələr hökmən böyük qis­mətə və əbədi Səadətə nail olarlar. Əgər onlar sənə itaətsizlik göstərsələr, Allahın Təlimini rədd etsələr və yoldan sapmağa üs­tünlük versələr, onda onların Fövqəlqüdrətli Rəbbin hüzurunda bəraət qazanmağa heç bir haqqı olma­yacaq. Belə olduqda Rəbbin onları amansız cəzaya məhkum edəcək, çünki O (Pak və Mü­qəddəs Olan), gizli və aşkarda olan hər şeydən xəbərdardır. O (Pak və Müqəddəs Olan), haqlı olanların doğruçuluğunu təsdiq­ləyir, yalançıların isə yalanını ifşa edir. O (Pak və Müqəddəs Olan) kimin doğru yola qədəm qoyduğunu, kimin də açıq-aşkar azğınlığa düşdüyünü yaxşı bilir. Doğru yola gələnlərdən biri Allahın Elçisi (s.ə.s.) idi, onun düşmənləri və yağıları isə fasiqlər idilər və onlar da düşmənçiliklərində davam edir, azğınlıq zül­mə­tində veyillənir və başqalarını da yoldan azdırırdılar.

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(28. 86) “Sən özünə Kitab nazil ediləcəyini gözləmirdin, lakin bu, Rəbbin­dən sənə göstərilən Mərhəmət idi. Buna görə heç vaxt kafirləri müdafiə etmə!”

Sən elçi olmağa cəhd göstərmirdin və bu vəzifəyə də hazır­laşmırdın. Sən Rəbbinin mərhəməti sayəsində Onun tərəfindən seçildin və O (Pak və Müqəddəs Olan) səni peyğəmbərliklə şərəf­ləndirdi və bununla da bütün bəşəriyyətə lütf­karlıq göstərdi. O (Pak və Müqəddəs Olan) sənə bütün məx­luqlar üçün Rəhmət mən­bəyi olan Kitab nazil etdi. O (Pak və Müqəd­dəs Olan) Öz ya­ratdıqlarına öz­ləri­nin hətta ağıllarına belə gəlməyən çoxlu şey­lər öyrətdi və onların qəlblərini pisliklərdən təmizlədi. O (Pak və Müqəd­dəs Olan) onlara Kitabı və Hikməti[16] öy­rətdi, halbuki on­lar əvvəllər acıq-aşkar azğınlıq içində idilər.
Ey Allahın qulu! Əgər nazil edilmiş Kitabın bəşəriyyət üçün bir Rəhmət olması aydın olmuşdursa, onda sən həmçinin başa düş­məlisən ki, onda mövcud olan hökmlər və qadağalar da Föv­qəl­uca Allahın mərhəmə­tindən ibarətdir. Buna görə Onun hökm­lə­ri­nə şübhə etmə və fikirləşmə ki, onlardan geri çəkilmək sənə fay­da verə və ya işlərini qaydaya sala bilər. İstənilən forma­da kafirlik yay­mağa cəhd göstərən şərəfsiz günahkarlara yardım etmə! Əgər bir insan iddia edirsə ki, şəriət hökmləri məntiqə ziddir və ya tərəqqiyə ma­ne olur, onda bil ki, o artıq küfr yaymağa kömək göstərir[17].

 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(28. 87) “Qoy onlar, Allahın ayələri sənə nazil edildikdən sonra, səni onlardan döndərməsinlər. Öz Rəbbinə dəvət et və müşriklərdən olma!”

Allahın hökmlərindən üz çevirmə, onları təbliğ et və layi­qin­cə yerinə yetir. Kafirlərin sənin əleyhinə qurduqları fitnələrə diq­qət yetirmə, onların şərtlərini qəbul etmə və istəklərinə gü­zəş­tə getmə. İslamı təbliğ et, çünki təbliğat və nəsihət – peyğəm­bər­li­yi­nin ali məqsədidir. Gördüyün işləri gözə soxma və şan-şöhrətə can atma, çünki onların sənin məqsədinə aidiyyəti yoxdur. Yo­lu­nu azmışlarla razılaşma, çünki son nəticədə sən onlardan biri­nə çev­rilər və ya onların əlaltısı olarsan. Müşriklərdən biri olma, yə­ni Allaha şəriklər qoşma və səni müşrikliyə apara biləcək gü­nah­lar törətmə!

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(28. 88) “Allahla bərabər digər “ilahlara” dua etmə. On­dan başqa ilah yox­dur və Onun Üzündən başqa hər şey məhv olacaqdır. Təkcə O, hökm verə­cək və Ona qaytarılacaqsınız”.

Tək Olan Allaha ixlasla ibadət et, çünki Ondan başqa iba­dətə, pərəs­tişə və ali dərəcədə sevilməyə heç kim layiq deyil. Kamil və Əbədi Allah­dan başqa ilah yoxdur! Onun Nəcib Üzün­dən başqa var olan hər şey fanidir. Bu isə o deməkdir ki, müş­riklərin ibadət etdikləri hər nə varsa, müt­ləq yox olacaqdır. Yox­luğa məhkum edilmiş “ilahlar” onlara ibadət edən­­lərə fayda ver­məyəcəkdir. Həqiqətən, müşrik­lərin məqsədləri yanlış­dır və onla­rın sonu da kədərlidir.
Yer üzündə və Axirət həyatında məxluqların taleyini yalnız Fövqəluca Allah idarə edir. O (Pak və Müqəddəs Olan) ibadətə və pərəstişə layiqdir. O – Əbədidir və Ölməzdir, bütün canlı məxluq­lar isə öləsidirlər və sonra, işlədikləri hər əmələ görə əvəz almaq üçün (dirildilib) Onun hüzurunda daya­nacaqlar. Hər bir ağıllı insan bunu yadda saxlamalı və digər “ilahlar” qəbul etmədən, yal­nız Tək Allaha ibadət etməlidir. O insan var qüvvəsi ilə Allaha yaxınlaş­mağa can atmalı, Onun qəzəbindən və cəzasından çəkin­məli, öz əməllə­rinə və etdiyi günahla­rına görə tövbə etmədən Onun hüzurunda dura bilə­cə­yindən ehtiyat etməlidir.




[1] Bundan sonra (lənətullah) ifadəsi (L) kimi veriləcəkdir. F.S.
[2] Ayədə bildirilir ki, Fövqəluca Allah Öz niyyətinə müvafiq olaraq körpənin qi­da­lan­ması üçün tapılıb gətiriləcək süd analarının südünü əmməyi ona haram (qadağan) etmişdi. F.S.
[3] Yuxarıda 55 nömrəli səhifəaltı tərcüməçi izahına bax! F.S.
[4] 1) Görkəmli alim və müfəssir A. Səədinin bu müddəası onu göstərir ki, Allah Şu­eyb peyğəmbərin (ə) kafir həmtayfalarını məhv etdikdən sonra qalan mömin in­sanlar onun (ə) qızlarına qarşı belə diqqətsizlik və kobudluq etməzdilər.
 2) Lakin Musa peyğəmbərin (ə) yanında işlədiyi və qızı ilə evləndiyi qocanın Şueyb peyğəmbər (ə) olması haqqında akademik (mərhum) Z. Bünyadovun və V. Məmməd­əliyevin Azərbaycan dilinə tərcümə etdikləri “Qurani-Kərim”-də (Qəsəs surəsi) və həm də ilahiyyatçı Əlixan Musayevin çevirdiyi “Qurani Kərim”-də (eyni surədə) bir-sıra ayələrə dair verilmiş qeydlərdə Şueyb peyğəmbər (ə) haqqında əlavələr öz əksini tap­mışdır. Halbuki, möhtərəm müfəssirimizin təfsirində bunun mümkünsüzlüyü də­lil­lərlə əsaslandırıl­mışdır F.S.
[5] Ayədə keçən “Haman” adı Qurana maraq göstərən bir çox qərb ölkələri alimləri tə­­rəfindən çox araş­dırılmışdır. Bir sıra antiislam təfəkkürlü tədqiqatçılar bu adın yan­lış olaraq Muhəmməd Peyğəmbər (s.ə.s.) tərəfindən Qurana salındığını iddia edə­rək, onun qədim İran (Fars) hökmdarlarına məxsusluğunu bildir­mişdilər. Lakin Fransa elm xadimi professor, doktor Moris Bukayl müasir çağımızda yazdığı “Musa və Mi­sir” adlı elmi-tədqiqat əsərində Quranda keçən “Haman” adının Qurandakı ger­çək­li­yə uyğun olduğunu və onun Allahın Kitabı olmasını danılmaz faktlarla təs­diq et­miş­dir. M. Bukayl bildirir ki, Haman adı Tövratda da var və Quranın göstərdiyi həmin şəxs­­lə eyni adı daşıyan bir fars hökmdarı da olmuşdur. Quranda xətalar tap­mağa ça­lı­­şanlar Quranın Tövratdan yanlış olaraq köçürüldüyünü, Haman adının da buna də­lil olduğunu söyləmişlər. (“Haman” adı Quranda beş dəfə çəkil­mişdir). Quranın bir in­­san tərəfindən yazıldığını düşünən tədqiqatçılar köçürülmə zamanı yan­lışlığa yol ve­­rildiyini iddia etmişlər. Bu barədə çox mübahisələr olmuş­dur. Lakin bu mü­ba­hi­sə­lə­­rə son verən digər fransız alimi Jan Fransua Şampolyon sübut etmişdir ki, Hamanla Fi­­ron bir dövrdə, bir ölkədə yaşamışlar (bax: Walter Wreszinski, Aegyp­tische In­sch­rif­­ten aus dem K.K.Hof Muzeum in Wien, 1906, J.C.Hinriesch Buchhan­dlung). Ta­pı­lan sənədlərdə “Haman” adı eynilə “Qəsəs” surə­sindəki kimi - “Daş oca­ğı işçilərinin şe­fi” olaraq qeyd olunmuşdur. (Bax: Herman Renke, Die Aegiptischen Per­son­nen­na­men, Vierzeischnis der namen, Verlag Von J.J.Augustin in Glückstadt, Band I, 1935). Bü­tün bunlardan və bir çox digər faktlardan aydın olur ki, Qurana qarşı edilən etiraz id­­diaları, zaman keçdikcə, tamamilə danıl­maz dəlillərlə təkzib olunmaqdadır. Qeyd tərc. F.Sələfinindir.
[6] Burada Musa (ə) Allahdan vəhy aldığı dağın müvafiq tərəfi – yamacı və Muhəm­məd Peyğəmbərin (s.ə.s.) o zaman orada olmaması (yəni, Allahın Musa ilə danı­şı­ğı­nın şahidi olmaması) nəzərdə tutulur. F.S.
[7]Etdiyi əməlini. F.S.
[8] Rus dilindəki mətndə bu cümlə bütövlükdə belə verilmişdir: “История про­рока Му­сы также учит мусульман, которые веруют в божественное предопределение, не полагаться на то, что обещанное Аллахом непременно сбудется, а делать все воз­мож­ное для прет­во­рения в жизнь замысла Божьего. Əslində, cümlənin kürsivlə ver­diyim fraqmenti ilə heç vəchlə razılaşmaq, etiqad baxımından, düzgün sayıla bil­məz və bu, oxucuda yanlış təsəvvür yarada bilər. Müəllif fikrinin rus tərcüməsinin bu tərz­də verilməsi, görünür, tam cümlənin ikinci hissəsinə görə (“а делать все воз­мож­ное для претворения в жизнь замысла Божьего”) belə çevrilmişdir. “...не полагаться на то, что обещанное Аллахом непременно сбудется” ifadəsində üslub və məslək yan­lış­lı­ğına yol verilmişdir, çünki ifadə: “Allahın mütləq yerinə yetiriləcək vədinə” mü­səl­man öncə qəti inanmalı və bununla yanaşı, həm də “əlindən gələn hər şeyi etməlidir” ki­mi verilmiş olsaydı, etiqad baxımından daha doğru və mübahisəsiz olardı. Buna görə, mətni müqayisəli şəkildə oxuyacaq oxucuda aydınlıq hasil olsun deyə, bu bir cüm­lənin tərcüməsində müəyyən fərqin olduğunu göstərməyə məcbur qaldım. Hər­çənd, rus mətnində “...не полагаться на то...” fraqmentinə bir “только” sözü “...не то­лько полагаться на то…» əlavə edilsəydi, mənim bu “yarım arşınlıq” izahıma heç ehtiyac da qalmazdı. F.S.
[9] Mərhum müəllifin olduqca müasir ruhda səslənən bu müddəasını xüsusilə vurğulayaraq, möh­­tərəm oxuculara bildirmək yerinə düşərdi ki, Allahın Son dininin – İslamın, kafirin qətli ilə bağlı haqqlara münasibətlərə məhz bu nəzər nöqtəsindən yanaşılması günümüzün vacib mə­­sələlərindəndir. Bunun ən sadə misalı, gördüyümüz kimi, Musa peyğəmbərin (ə) öldürdüyü ka­­fir gibtiyə günah işlətməsini etiraf etməsi və buna görə Allah qarşısında yerindəcə tövbə edib, bağışlanmasını diləməsidir. Müsəlman dəvətçiləri, məhz peyğəmbərlərdən nümunə gö­tür­­­məlidirlər. F.S.
[10] Kursiv mənimdir. F.S.
[11] Oxucuya bildirmək yerinə düşərdi ki, müəllifin “şəriət şahidsiz müqavilə bağla­mağa icazə verir” müddəası – möminlərin müqavilə bağlamasını və bu zaman Allahin Şahid olmasını ehtiva edir. F.S.
[12] Müsəlmanlar Allahın bu müstəsna hüququ barədə prinsipial müddəanı (insanı doğru yola gə­tirmək) bəzən və ya çox vaxt unudurlar və kimisə güclə İslamı qəbul etməyə və ya öz nəzər nöq­təsini ona hər hansı yolverilməz vasitə ilə aşılamağa cəhd göstərirlər. Ayənin şərhindən gö­ründüyü kimi, bu – yolverilməzdir! Yalnız Fövqəluca Allah insanı düz yola gətirməyə qa­dir­dir və hər bir dəvətçi müsəlmanın vəzifəsi – insanlara yalnız İslamın əsas müddəalarını, sadəcə, çatdırmaqdır. F.S.
[13] Məkkə kafirləri. F.S.
[14] Qeyd etmək lazımdır ki, Adil Allahın bu ayəsi bir mühüm amili dərk etməkdə dü­şü­nən təfəkkür sahiblərinə yardımçı olmaqdadır. Belə ki, “əhalisi zalım olmayan məs­kən” dedikdə, bu zaman, şübhəsiz ki, həmin məmlə­kətlərin, diyarların, ölkələrin və iri yaşayış məntəqələrinin əhalisinin mütləq əksəriyyətini nəzərdə tutur. Fikrimi ay­dın izah etmək üçün deməliyəm ki, Şərəfli Quranda və Allahın Elçisinin (s.ə.s.) Sün­nə­sində buna bənzər (əksəriyyətlə bağlı) ilahi kəlamlarında, cəzalandırılan xalqın bu cə­zaya layiqliyini bildirəndə, həmin xalqın (əhalinin, sakinlərin) elə bir çoxluğunu nə­zər­də tutur ki, bu çoxluq ya mütləqə yaxın olsun, ya da, xalqın əsas özəyini təmsil et­miş olsun. Örnək olaraq, deyim ki, Müdrik Allahın hər hansı bir xalqı kafir, fasiq, gü­nah­kar kimi sayması Onun mütləq elminə, ədalətinə, müdrikliyinə... əsaslanır və xal­qın kafir (günahkar) hesab edilməsinin mütləq sayı, ümumi sayına nisbətdə gö­tü­rü­lür. Bu sayın əsas meyarı - əksəriyyətdir. Əksəriyyət, müasir istilahlardan isti­fadə et­mək­lə fikrimizi aydın­laş­dırsaq, deyə bilərik ki, 51%-lə - 99% arasında ola bilər. Ək­sə­riy­yət bunlardan az olduqda, bu – möminlərin sayının çoxluğunu göstərir ki, o za­man xalqın yalnız müəyyən hissəsi kafir, fasiq adlandırılmağa layiqdir və bu halda Föv­qəluca onu bütövlükdə cəzalandırılmağa layiq hesab etməz. Müdrik və Mərhə­mət­li Allahın, Onun Axırıncı dinini – İslamı həqiqətən ixlas və ləyaqətlə dirçəltməyə, ucalt­maya və şərəfləndirməyə səy göstərən bir xalqın, millətin, ölkənin məhdud say­da əhalisinin, əksəriyyəti təşkil etmədən, o xalqı təmsil etməsini bəyənməsi, Onun hə­min xalqa göstərdiyi misilsiz lütfkarlığının, mərhəmətinin, qayğısının təzahürü ki­mi ba­şa düşülməlidir. Hüdudsuz zənginliyə malik Allah qullarına, onların möminli­yin­dən və kafirliyindən asılı olmayaraq, (qədərlərinə uyğun) nemətlərini daima bəxş edir və onları yaşadır ki, onlar tövbə edib, haqq yola gələ bilsinlər. Lakin xalq, millət bö­yük əksəriyyətcə haqqı qəbul etmədikdə, elə bu dünyadaca, büsbütün fiziki məhvə mə­ruz qoyulmadan əzaba, əziyyətlərə və məşəqqətlərə düçar edilir və Fövqəlqüdrətli Allah onu idarə edənləri də onun etiqadının səviyyəsinə uyğun seçir. Bu müddəamız Allahın Quranından və Onun Sonuncu Elçisinin (s.ə.s.) Sünnəsindən hasil edilmiş misilsiz bir qanunauyğunluqdur. Bu Təfsirdə belə qanunauyğunluqları özündə ehtiva edən çoxsaylı ayələr vardır ki, hər bir vicdanlı oxucu onlardan öz etiqadını, əqidəsini formalaşdırmaq və ya saflaşdırmaq üçün, inşallah, istifadə etməlidir. F.S.
[15] Yəni, Qiyamət günü Məhşər meydanında Allahın hər hansı bir insana müraciətini di­gər insanlar eşitməyəcək, özlərindən əvvəlkidən nə soruşulduğundan xəbər tuta bil­məyəcəklər. F.S.
[16] Belə bir rəy mövcuddur ki, “Hikmət” ifadəsi altında İslam Peyğəmbərinin (s.ə.s.) hə­disləri nəzərdə tutulur ki, onlar da İslam Peyğəmbərinin (s.ə.s.) Fövqəluca Allah­dan aldığı fərqli səciyyə daşıyan vəhy vəsiləsilə Qurana aid Onun açıqlamalarıdır. Gö­rünür, məhz buna görə, Fövqəluca Quranda Kitab və Hikmətdən bəhs edərkən, on­ları insanlara Özünün öyrətdiyini bildirir. F.S.
[17] Kursiv mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий