\¸
ƏL-HƏDİD
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın adı
ilə!
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ
(57. 1)
“Göylərdə və yerdə nə varsa Allahı tərifləməklə şərəfləndirir. O Fövqəlqüdrətlidir,
Müdrikdir».
Fövqəluca bu
ayədə Özünün əzəməti və fövqəlqüdrəti haqqında və həmçinin Özünün göylərdə və
yerdə hüdudsuz hakimiyyətindən xəbər verir. Danışmaq qabiliyyəti olan bütün
məxluqlar, bütün dilsiz və cansız yaradılmışlar Onun şəninə tərif deyirlər və
Onun kamilliyini və nöqsansızlığını tərifləyirlər. Onların hamısı Rəbbə
tabedir, Onun əzəməti qarşısında mütidir və Onun ilahi müdrikliyinin dəlillərinə
malikdirlər. Fövqəlqüdrətli və Müdrik – Onun gözəl adları arasındadır. Göylərdə
və yerdə sakinləşən bütün məxluqlar Onun köməyinə möhtacdırlar. Onun əzəməti
və gücü qarşısında bütün varlıqlar səcdə edirlər. O (Pak və Müqəddəs), yaradır
və hökm çıxarır, lakin bununla bərabər O (Pak və Müqəddəs), yalnız Onun ilahi
müdrikliyinə yaraşan əməlləri həyata keçirir. Sonra Fövqəluca Allah Özünün səltənətinin
ucsuz-bucaqsızlığını xəbər verərək, belə buyurur:
ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ
ﯲ ﯳ
(57. 2)
“Göylərin və yerin üzərində hakimiyyət Ona məxsusdur. O dirildir və öldürür
və O hər şeyə qadirdir».
Həqiqətən,
Fövqəluca Vahid Xaliq, Hami və Hökmdardır.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
(57. 3) “O –
Əvvəldir və Axırdır, Zahirdir və Batindir. O – hər şeyi Biləndir».
Allah - əvvəldir
ki, Ona qədər heç bir şey mövcud deyildi və sonuncudur ki, Ondan sonra heç nə
olmayacaqdır[1]...
. O (Pak və Müqəddəs), aşkara və qeybə, gizli və aydın, keçmişə və gələcəyə
aid olan hər şeydən xəbərdardır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ
(57. 4) “O – göyləri və yeri altı əyyamda Xəlqedən və sonra Ərşinə
İstivaedəndir. O, yerə girəni də, ondan çıxanı da, göydən nazil olanı da, ona
ucalanı da Biləndir. O, harada olmağınızdan asılı olmayaraq, sizinlədir.
Allah bütün əməllərinizi görür”.
Rəbb yaradılışa istirahət günü başladı və onu cümə günü bitirdi,
sonra isə Ərşinə istiva etdi[2]. O (Pak
və Müqəddəs), Öz ilahi əzəmətinə yaraşan tərzdə bütün məxluqlarının fövqünə
istiva etdi.
O (Pak və Müqəddəs), bitkilərin, heyvanların toxumlarından, yağış
sularından və yerə girən bir çox digər şeylərdən xəbərdardır. O (Pak və Müqəddəs),
həmçinin otlardan, kollardan, ağaclardan, heyvanlardan və torpaqdan çıxan
hər şeydən xəbərdardır. O (Pak və Müqəddəs), mələklər, azuqə və qədər
haqqında – göydən nazil olanlar haqqında hər şeyi bilir. Ona həm də mələklər,
insan ruhları, dualar, əməllər və oraya qalxan bir çox başqa şeylərdən xəbərdardır.
O (Pak və
Müqəddəs), həmişə məxluqları ilə birlikdə olur. Bu sözlər Fövqəlucanın
aşağıdakı ayəsinə bənzəyir: “Məgər sən bilmirsən ki, göylərdə və yerdə
olanlar Allaha məlumdur? Üç nəfərin arasında elə bir gizli söhbət olmaz ki, O
dördüncü olmasın; ya da beş nəfərin, O isə altıncı olmasın. Onlar çox və ya
az olmasından asılı olmayaraq, O həmişə, onlar harada olsalar da, onlarladır...”
(Mücadilə, 58/7).
Bu o demək
deyildir ki, Allah hər yerdə Öz ilahi mahiyyəti ilə iştirak edir. O (Pak və
Müqəddəs), bütün Kainatı Öz elmi və müşahidəsi ilə əhatə edir və buna görə O (Pak
və Müqəddəs), qullarını hökmən gələcək Əvəz haqqında xəbərdar edir və onlara
xatırladır ki, O (Pak və Müqəddəs), onların etdikləri bütün əməllərini görür.
Fövqəluca Öz qullarının xeyirxah və bədxah əməllərini və onların nəticələrini
müşahidə edir və onları mütləq qoruyub saxlayır ki, hər bir insana onun etdiklərinin
əvəzini layiqincə versin.
ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(57. 5)
“Göylərin və yerin üzərində hakimiyyət Ona məxsusdur və işlər Allaha
qaytarılır”.
Allah –
Xaliq və Hökmdardır, bütün məxluqlar isə Onun qullarıdır. O (Pak və Müqəddəs),
onları istədiyi kimi idarə edir, onların taleyini həll edir, onlara öz hökümlərini
nazil edir və bütün bunları Özünün ilahi müdrikliyinə uyğun olaraq həyata
keçirir. Bütün qullar öz əməlləri ilə birlikdə Onun hüzurunda dayanacaqlar
və O (Pak və Müqəddəs), haqqı nahaqdan ayıracaq, sonra da möminləri xeyirxahlıqlarına
görə mükafatlandıracaq, günahkarları isə günahlarına görə cəzalandıracaqdır.
Ö
ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ
ﮏ ﮐ
(57. 6) “O,
gündüzü gecənin hesabına uzadır və gecəni də gündüzün hesabına. O, kökslərdə
olanı bilir».
O (Pak və Müqəddəs), gündüzü, dünyanı öz qaranlığı ilə çulğalayan
gecəylə dəyişdirir və insanlara rahatlanmaq və istirahət etmək imkanı
verir. Sonra O (Pak və Müqəddəs), gecəni, qaranlığı qovan gündüzlə dəyişdirir
və dünyaya Öz işığını saçır, insanlar da bu zaman əmək fəaliyyətinə
başlayır və yaşamaq üçün vəsait əldə etməkdən ötrü çalışırlar. Gündüz və gecə bir-birini fasiləsiz əvəz edir, bəzi dövrlərdə
uzanır və ya qısalırlar, ilin zamanlarını təşkil edirlər və bunların sayəsində
insanlara çox böyük faydalar verirlər. Aləmlərin
Rəbbi Allah necə də xeyirxahdır! Alicənab və Səxavətli Xaliq müqəddəsdir,
qullarına görünən və görünməyən nemətlərini əta etməsinə ara vermir! O
(Pak və Müqəddəs), ürəklərdə gizlədilənləri də bilir. O (Pak və Müqəddəs),
Onun köməyinə layiq olanların ehtiyacını bilir və xoşbəxtliyə yol tapmaqda
onlara yardım göstərir. Buna layiq olmayanları isə O (Pak və Müqəddəs),
taleyin hökmü ilə başlı-başına buraxır.
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(57. 7) “Allaha
və Onun Elçisinə iman gətirin və Onun sizin sərəncamınıza verdiyindən xərcləyin.
İman gətirib, xərcləyənlərə böyük mükafat hazırlanmışdır”.
Fövqəluca Öz
qullarına Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və
onun (s.ə.s.) bəşəriyyətə gətirdiyi hər şeyə iman gətirmək və həmçinin Onun
onlara əta etdiyi var-dövlətdən xeyirli məqsədlər üçün sərf etmək hökmü
vermişdir ki, onların Onun hədiyyələrinə necə sərəncam cəkəcəklərinə
baxsın.
Qulların Onun hökümlərini qüsursuz yerinə yetirmələri üçün, Allah
onlara möminləri gözləyən gözəl mükafat haqqında xəbər verir. Özlərində iki
gözəl məziyyəti – imanı və səxavəti birləşdirən və mallarını Allah yolunda
sərf edən möminlər böyük mükafat alacaqlar, ən başlıcası isə, onlar Allahın
razılığını və möminləri, din uğrunda mübarizləri ecazkar əbədi nemətlərin
gözlədiyi Cənnət məskənində yer qazanacaqlar.
Sonra Allah
insanların sadəcə iman gətirməli olduqları səbəbi göstərir:
ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(57. 8) “Sizə nə olub? Niyə Elçi sizi Rəbbinizə iman gətirməyə çağırdığı
halda siz Allaha iman gətirmirsiniz? Əgər siz doğrudan da möminsinizsə, O,
artıq sizinlə əhd bağlamışdır”.
Əgər sizi
islama elçilərin (onlara Allahın salamı olsun!) ən ləyaqətlisi və təbliğatçıların
ən alicənabı – Muhəmməd Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!) dəvət
edirsə, sizə onu qəbul etməyə və Rəbbin yoluna qədəm basmağa nə mane olur? Təkcə
bu sizi onun (s.ə.s) xütbələrinə əhəmiyyət verməyi, onun (s.ə.s.) dəvətinə
cavab verməyi və onun (s.ə.s.) gətirdiyi haqqa iman gətirməyi vacib edir,
axı Allah sizinlə əhd etmişdir ki, imandan üz döndərməyəsiniz.
Lakin bu da
hələ hamısı deyil. Allah Özünün sizə bəslədiyi xeyirxahlığından və
lütüfkarlığından şanlı müəllimin və böyük Elçinin (ona Allahın salavatı və
salamı olsun!) xütbələri ilə yetinməyərək, onun (s.ə.s.) haqlı olmasını
çoxsaylı möcüzələri və dəlilləri ilə təsdiq etmişdir. Buna görə, sonra
Quranda buyurulur:
ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(57. 9) “O –
quluna aydın ayələr nazil edir ki, sizi zülmətlərdən nura çıxartsın. Həqiqətən,
Allah sizə Şəfqətlidir və Rəhimlidir».
Allah Elçisinə (s.ə.s.) möcüzələr nazil etmişdir ki, ağıllı və sağlam
düşüncəli insanlar Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) təbliğ
etdiklərinin etibarlılığına əmin olsunlar. O (s.ə.s.) sizə Kitab və Hikmətlə gəlmişdir
ki, sizi nadanlığın və kafirliyin zülmətindən elm və iman işığına
çıxartsın.
Həqiqətən, Səfqətli
və Rəhimli adları – Allahın gözəl adları arasındadır. O (Pak və Müqəddəs),
sizə, ananın öz övladına bəslədiyi mərhəmətindən daha çox mərhəmət göstərir.
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ
(57. 10)
“Sizə nə olub? Niyə siz Allah yolunda xərc çəkmirsiniz? Halbuki göylərin və
yerin mirası Allaha məxsusdur. Sizlərdən qələbəyədək sərf edib, döyüşənlərlə
kimsə müqayisə edilə bilməz. Onların dərəcəsi, bundan sonra sərf edib, döyüşənlərinkindən
yüksəkdir. Lakin Allah hər kəsə ən yaxşı olanı vəd etmişdir və Allah sizin nə
etdiklərinizi bilir».
Sizə malınızı Allah yolunda sərf etməyə və onu xeyirxah məqsədlərə
xərcləməyə nə maneçilik törədir? Sizi xəsisliyə vadar edən nədir? Axı siz
bilirsiniz ki, bütün var-dövlət, nəhayət, tək Allaha qalacaqdır. Siz
hamınız malik olduğunuz hər şeydən məhrum olacaqsınız və hamınız bir
nəfər kimi bu dünyanı tərk edəcəksiniz, var-dövlət isə özünün əsil
sahibinin – Fövqəlxeyirxah və Fövqəluca Allahın əlinə keçəcək. Buna
görə xəsislik etməyin və yaxşı işlər görün, Allahın var-dövləti hələ əlinizdəykən,
bu imkandan istifadə edin.
Sonra Fövqəluca xatırladır ki, xeyirxah işlərin bəziləri, şəraitdən
asılı olaraq, digərlərindən üstün olur; ilahi hikməti isə onların üstünlük dərəcəsini
müəyyən edir. Müşriklər üzərində qələbəyədək Allah yolunda ianə verən və
döyüşən müsəlmanlar, bu qələbədən sonra ianə verib, döyüşən müsəlmanlardan,
daha yaxşıdırlar.
Ayədə bəhs
edilən qələbə, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Məkkə
müşrikləri ilə bağladığı Hudeybiyyə sülhüdür. Bu sülh müqaviləsi islam
tarixində ən böyük qələbə idi. O, müsəlmanlara imkan verdi ki, kafirlərlə açıq
şəkildə əlaqə saxlasınlar və maneəsiz olaraq dini yaysınlar. Bu hadisədən
sonra insanlar dəstə-dəstə Allahın dinini qəbul etməyə başladılar və islam əzəmət
və qüdrət qazandı.
Bu qələbəyə qədər müsəlmanlar islamı yalnız Mədinədə və ətraf məntəqələrdə
təbliğ etmək imkanına malik idilər, möminlər isə Məkkədə və digər şəhərlərdə
qorxu içində yaşayır və təqiblərə məruz qalırdılar. Buna görə, Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) Hüdeybiyyə sülhünə qədər islamı qəbul
edərək, Allah yolunda döyüşən səhabələri, sülh müqaviləsi bağlandıqdan sonra
iman gətirib, Allah yolunda öz həyatını və var-dövlətini əsirgəməyənlərdən,
daha gözəl mükafat alacaq və Cənnətdə daha şərəfli yer tutacaqlar. Həqiqətən
də, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ən şərəfli
səhabələrinin əksəriyyəti Hüdeybiyə sülhünədək iman gətirmişdi.
Adətən bəzilərinin üstünlüyü digərlərinin alçaldılmasını nəzərdə
tutduğu üçün, Fövqəluca Allah iman gətirən və Onun yolunda döyüşən hər kəsi
Cənnət bağlarına daxil edəcəyini vəd etmişdir. Bu, Elçinin (s.ə.s.) səhabələrinin
üstünlüyünün ən parlaq şəhadətidir. Allah onların hamısından razı olsun! O (Pak
və Müqəddəs), onların ixlaslı imanını təsdiq etmiş və onlara Cənnəti vəd etmişdir.
O (Pak və Müqəddəs), insanların əməllərindən agahdır və hər bir insana yalnız
onun etdiklərinə görə əvəz verəcəkdir.
Sonra Allah
qullarını müqəddəs mübarizəyə vəsait ianə etməyə ruhlandırır, çünki dinin
düşmənləri ilə mübarizə, əsasən, müsəlmanların ianələrindən və onun
hazırlanmasına xərclənən vəsaitlərdən asılı olur. Fövqəluca buyurur:
ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ
ﰜ ﰝ
(57. 11)
“Kim Allaha gözəl bir ödənc versə, Allah onu onun üçün artırar və ona bir bol
mükafat da vardır”.
Kim ki, haqq
yolla əldə etdiyi maldan səmimiyyətlə Allah yolunda sədəqə verərsə, Allah
onu daha artığı ilə mükafatlandırar. Həqiqətən, O (Pak və Müqəddəs), –
Comərd Bəxşişverəndir. Özünün alicənablığından O (Pak və Müqəddəs),
qullarının sədəqəsini borc adlandırır, halbuki bütün var-dövlət Ona məxsusdur
və bütün insanlar Onun qullarıdır.
O (Pak və
Müqəddəs), möminlərə vəd etdiyi bol mükafatı, hər bir adamın özünün
gücsüzlüyünü və köməksizliyini tam mənada hiss edəcəyi və hətta ən kiçik bir
mərhəmətə razı olacağı Qiyamət günü bəxş edəcəkdir. Məhz bunu Fövqəluca
aşağıdakı dörd ayədə xüsusilə qeyd edir:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(57. 12) “O
gün mömin kişilərin və mömin qadınların sağından, önündən nurlandıqlarını
görəcəksən. Bu gün altından çaylar axan və orada əbədi qalacağınız Cənnət
bağlarına sevinin! Bu, elə həmin əzəmətli nailiyyətdir”.
Allah haqq
dinin üstünlüyünü xüsusilə vurğulayır və bildirir ki, Qiyamət günü möminlər
necə də xoşbəxt olacaqlar! Həmin gün günəş bükülüb qatlanacaq, ay isə sönəcək
və insanlar qatı qaranlığa dalacaq və Cəhənnəmin üstündən salınmış körpünün
qarşısında dayanacaqlar. Belə bir qatı qaranlıqda, ağır anda sən, mömin kişilərin
və mömin qadınların qarşısında onların imanının işığının neçə saçacağını
görəcəksən. Qulun imanı nə qədər güclü olarsa, onun imanının işığı da bir
o qədər güclü parıldayacaqdır. Onlara deyiləcək: “Bu gün altından çaylar
axan və orada əbədi qalacağınız Cənnət bağlarına sevinin! Bu, elə həmin əzəmətli
nailiyyətdir». Ey Rəbbim, möminlər ən çox arzuladıqlarına və ən üstününə
nail olduqlarını və hər cür məşum və dəhşətli hallardan xilas olduqlarını
başa düşdükdə, bu müjdə onlara gör necə bir məmnunluq verəcək!
ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(57. 13) “Həmin
gün münafiq kişilər və münafiq qadınlar möminlərə deyəcəklər: “Dayanın, sizdən
bir az işıq götürək». Onlara deyiləcək: “Geriyə qayıdıb, işıq axtarın».
Onların arasında qapılı sədd çəkiləcək – içərisində mərhəmət, zahirində isə
əzab-əziyyət olacaqdır”.
Möminlər öz
imanlarının işığında öz xilasına doğru gedəcəklər və bu zaman münafiqlərin
yolunu işıqlandıran nur sönəcəkdir və onlar yerlərindəcə donub
qalacaqlar. Belə olduqda onlar möminlərə müraciət edəcək və deyəcəklər:
“Bizi gözləyin ki, nurunuzla bir az işıq alaq ki, əzab-əziyyətli cəzadan
qurtulaq”. Lakin onlara belə cavab veriləcək: “Gəldiyiniz yerə qayıdın. Başqa
yerdə işıq axtarın, əgər bu mümkündürsə. Lakin Qiyamət günü bu mümkün olmayacaqdır.
Möminlər və münafiqlər arasında qapısı olan sədd çəkiləcəkdir ki, içində mərhəmət,
çölündə isə cəza olacaqdır. Bu səddin bir tərəfində möminlər, digər tərəfində
isə münafiqlər[3]
olacaqdır.
ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(57. 14) “Onlara: “Məgər biz sizinlə deyildikmi?” Onlar deyəcəklər:
“Bəli, lakin siz özünüz özünüzü azdırırdınız, gözləyirdiniz, şübhə
edirdiniz və Allahın hökmü gələnədək boş ümidlərinizə aldandınız. O lovğa
sizi Allah barədə bərk aldatdı”.
Münafiqlər
möminləri çağıracaq, onlara kömək və rəhm etmələri üçün yalvaracaqlar və deyəcəklər:
“Məgər biz vaxtımızı sizinlə keçirmirdik? Məgər biz Allahdan başqa
ilahın olmadığına şəhadət gətirmirdik? Məgər biz namaz qılmırdıq, oruc tutmurduq,
döyüşmürdük və sizin etdiyiniz hər işi biz də görmürdük?” Möminlər deyəcəklər:
“Bəli. Dünya həyatında siz bizimlə idiniz və ilk nəzərdən bizim etdiklərimizi
edirdiniz, lakin sizin bütün davranışlarınız səmimi deyildi. Sizin ürəklərinizdə
nə iman, nə də xeyirxah niyyətlər yox idi. Siz Allahın sözlərinə şübhə edirdiniz,
O (Pak və Müqəddəs), isə belə şübhələri bağışlamır. Siz möminlərə vəd edilmiş
hər şeyə nail olacağınıza qəti əmin olmadığınız halda, ölüm sizi haqlayana
qədər özünüzü boş ümidlərlə əyləndirirdiniz. Şeytan sizi azdırdı və gözləriniz
önündə kafirliyi və şübhəni bəzəyirdi, siz isə onun sözlərinə və vədlərinə
etibar edirdiniz».
ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ
(57. 15) “Bu
gün nə sizdən, nə də kafirlərdən fidyə alınmayacaq. Sizin məskəniniz Od
olacaqdır ki, o sizə daha çox yaraşır. O qalınacaq məskən necə mənfurdur!”
Əgər siz
münafiqlərin və kafirlərin yer üzündə yerləşdirilə biləcək qədər və ya ondan
iki dəfə çox qızılı olsaydı, siz fidyə verməklə onsuz da Cəhənnəm cəzasından
xilas ola bilməzsiniz. Bu gün Cəhənnəm sizi öz bətnində bir yerə toplayacaq və
siz orada əbədi olaraq qalacaqsınız. Qalacağınız yer necə də mənfurdur!
Fövqəluca həmçinin
buyurur: “Kimin Tərəzisinin gözü yüngül gəlsə, sığınacağı uçurum olacaqdır.
Sən haradan biləsən ki, bu nədir? Bu – yüksək Hərarətli Oddur!” (Qariyə,
101/8-11).
Möminlərin və
münafiqlərin Axirətdə taleyi haqqında doğru xəbər insanların ürəyində Rəbb
qarşısında qorxu hissi oyadır və onları Onun əzəməti önündə səcdə qılmağa
çağırır. Amma iman sahibləri arasında da elələri var ki, Allahın hökümlərini
layiqincə yerinə yetirmirlər və buna görə Fövqəluca onları belə qüsurlara
görə qınayır və buyurur:
ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ
(57. 16) “Məgər Allah və haqdan nazil edilən xatırlanarkən möminlərin
qəlbinin itaət etməsi vaxtı çatmamışdırmı ki, onlar əvvəl Kitab verilənlərə bənzəməsinlər,
çünki sonuncuların ürəkləri uzun zaman keçdikdən sonra sərtləşmiş və çoxları
fasiq olmuşlar”.
Məgər elə bir vaxt gəlib çatmamışdırmı ki, möminlərin qəlbi daha da
yumşalsın və xeyirxah olsun ki, Quran oxunan zaman və Muhəmməd Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) moizə etdikləri xatırlanarkən, onların
ürəkləri qorxu və itaətlə dolmuş olsun? Həqiqətən, Quran – Allah haqqında əm
möhtəşəm xatırlatmadır və müsəlmanlar onun hökm və haramlarına qüsursuz
riayət etməlidirlər.
Bu – səliqə
və səylə ibadətə, Fövqəluca qarşısında itaətə, Şərəfli Quranın və Hikmətli
Sünnənin tələblərinə, ilahi xütbələr və şəriət qanunları üzərində düşünməyə
dəvətdir. Müsəlmanlar həmişə bunlara riayət və istinad etməli və Allah onu tələb
etməmişdən öncə, onlar özləri özlərindən bu barədə hesabat istəməlidirlər.
Müsəlmanlara
Kitab əhlinə oxşamaq yaraşmır. Onlara vəhy nazil edilmişdi və bu onlara Allah
qarşısında itaətəti vacibləşdirmiş və bütün məsələlərdə Ona itaət etmək
buyurulmuşdu, lakin onlar səbatlılıq göstərmədilər və zaman keçdikcə cahilliyə
döndülər və haqqı unutdular. Onların dini dağıldı, etiqadları yox oldu, ürəkləri
isə sərtləşdi.. İnsanların ürəkləri hər an üçün Allahın vəhyini və hikmətini
xatırlamağa möhtacdır. İnsanlar onları yadırğamağa başlayanda, onların ürəkləri
daşlaşır və baxışları ölgünləşir.
ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(57. 17)
“Bilin ki, Allah yeri ölümündən sonra dirildir. Biz ayələri sizə artıq
açıqlamışıq, - bəlkə də anladınız”.
Bu ayələr
ağıllı insanlara ilahi niyyətinin bəzi məqsədlərini müəyyən etməyə imkan
verir. Torpağı qupquru olduqdan sonra canlandırmağı Bacaran, ölüləri də əziyyət
çəkmədən diriltməyə və onları məsuliyyətə cəlb etməyə qadirdir. Yağış suyu
ilə qupquru olmuş yeri dirildən, Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
nazil etdiyi Vəhyi ilə ölü insan ürəklərini də canlandıra bilər.
Bu ayə ona dəlalət
edir ki, Allahın ayələrinə əhəmiyyət verməyən və Onun qanunlarına riayət
etməyən sadəcə ağıldan və mühakimə yürütmək qabiliyyətindən məhrum olan
insanlardır.
ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
ﰈﰉ
(57. 18) “Həqiqətən,
sədəqə verən kişilər və qadınlar Allaha gözəl borc verənlərdir və o
artırılacaqdır. Onlara bol mükafat hazırlanmışdır».
O möminlər
ki, səmimi qəlb ilə çoxlu sədəqə vermişlər və öz xeyirxah əməlləri ilə bol
mükafata layiq olmuşlar, Allah onların bu mükafatını on dəfədən yeddi yüz dəfəyədək
və hətta daha çox artıracaqdır. Onlar özləri heç təsəvvür etmədikləri müxtəlif
Cənnət nemətləri alacaqlar.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ
ﭝ ﭞﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ
(57. 19) “Allaha və Onun
elçilərinə iman gətirənlər ən sədaqətli insanlardır. Şəhidlər isə Rəbbinin
yanındadırlar və onlara mükafatları və nur hazırlanmışdır. O kəslər ki,
iman gətirməyərək, ayələrimizi yalan sayiblar, onlar Cəhənnəm sakinləridir».
Muhəmməd
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bütün əməlisaleh
ardıcılları əmindirlər ki, iman – islam dininin bütün şəriətini əhatə edən
dini fikirlərdən, etiqadlardan, söz və əməllərdən təşəkkül tapır. Bu gözəl məziyyətlərə
sahib olanlar sadiq salehlərdir ki, onlar sadə möminlərdən üstün, lakin peyğəmbərlərdən
aşağı pillədədirlər. Şəhidlər də eynilədir. Səhih bir hədisdə rəvayət edilir
ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Cənnətdə
yüz pillə vardır və onların hər birinin arasındakı məsafə göylə yer arasındakı
məsafəyə bərabərdir. Allah bütün bunları Onun yolu uğrunda döyüşənlər
üçün hazırlamışdır”. Bu onu göstərir ki, şəhidlər və din uğrunda
mübarizlər Cənnətin yüksək təbəqələrində, Fövqəluca Allahın yaxınlığında
olacaqlar. Onun ayələrini inkar edən kafirlər isə Cəhənnəm sakinləri
olacaqlar.
Bu ayələrdə
Fövqəluca insanların bir neçə tipini: sədəqə verən möminləri, sədaqətli
möminləri, şəhidləri və Cəhənnəm sakinlərini səciyyələndirir.
Sədəqə verənlər – ətraflarındakılara
çoxlu yaxşılıq edən möminlərdir, onlar insanlara gücləri çatan yardımı göstərməyə
can atırlar və bundan ötrü Allah yolunda öz mallarından sərf edirlər.
Sadiq (sədaqətli) möminlər – möhkəm iman, saleh əməllər,
faydalı biliklər, xalis əqidə (etiqad) sayəsində kamilliyin yüksək səviyyəsinə
nail olanlardır.
Şəhidlər – öz həyatını və malını qurban verərək, Allah xatirinə
döyüşənlər və döyüşdə şəhid olanlardır.
Nəhayət, Cəhənnəm
sakinləri – bunlar Onun ayələrini inkar edən kafirlərdir.
Daha bir
insan tipi qalmışdır ki, onun haqqında da Fövqəluca “Fatir” surəsində qeyd
etmişdir. Bunlar – fərz hökümləri yerinə yetirən və günah işlətməkdən çəkinən,
bəzi hallarda Allah qarşısında və Onun məxluqları qarşısında öz vəzifələrinə
layiqincə səy və qayğı ilə yanaşmayan möminlərdir. Onlar da xoşbəxt Cənnət
sakinlərinin arasında olacaqlar, amma onların bir hissəsi törətdikləri
bir sıra günahlara görə cəza çəkəcəklər.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(57. 20)
“Bilin ki, dünya həyatı, sadəcə bir oyun və əyləncədir, aranızda – təriflənmə
və bərbəzəkdir və həmçinin daha çox var-dövlətə və oğul-uşaqa nail olmaq
yarışıdır. O, yağışa bənzər ki, ondan sonra bitkilər əkinçini vəcdə gətirər,
lakin sonra onlar quruyur və sən onları saralmış görürsən və sonra da onlar
toz-torpağa qarışır. Axirət həyatında isə şiddətli əzablar, Allahdan
bağışlanma və razılıq vardır. Dünya həyatı aldanmaqdan başqa bir şey
deyildir”.
Fövqəluca
dünya və insan həyatının əsil mahiyyətindən xəbər verərək, Adəmin nəsillərinin
bu həyatdan nə istədiklərini izah edir.
Yer nemətləri
insan qəlbi və vücudu üçün oyun və əyləncədir. Əgər özlərini dünyəvi zövq
və ləzzətlərin ardınca qaçmağa həsr edən insanları müşahidə etsək, buna
asanlıqla əmin ola bilərik. Onlar öz həyatını sözbazlıqla və boş əyləncələrlə
keçirir, Allah haqqında və onlardan tələb olunacaq hesabatın onları gözlədiyi
haqqında düşünmürlər. Onlardan bəziləri hətta dini oyun və əyləncə hesab
edirlər.
Onlar, Axirət
həyatı üçün çalışan, ürəkləri Allahı xatırlamaqla yaşayan, ürəkləri Onu
daha yaxşı dərk etmək arzusu ilə çırpınan və Ona məhəbbətlə dolu olan
möminlərə qətiyyən oxşamırlar. Möminlər özlərini Allaha yaxınlaşdıran, özlərinə
və ətrafındakılara nemət vəd edən işlərə həsr edirlər.
Fövqəluca
dünyəvi həyatı bəzək adlandırır, çünki insanlar zəngin libaslar, əla yeməklər,
məstedici içkilər, dəbdəbəli nəqliyyat vasitələri, nəhəng imarətlər və
saraylar, cəmiyyətdə yüksək mövqe və bir çox başqa şeylər arzusu ilə
yaşayırlar.
Rəbb onu həmçinin
insanlar arasında təriflənmə kimi adlandırır, çünki hər bir insan öz nailiyyətləri
ilə ətrafındakıların qarşısında fəxr etməyə meyillidir və hər bir insan istəyir
ki, uğur onun bütün dünyəvi işlərində onunla bərabər olsun və həmişə şan-şöhrət
onu əhatə etsin.
O (Pak və
Müqəddəs), həm də onu, daha çox mal və övlada nail olmaq məqsədi ilə yarış
adlandırır, çünki insanlar özlərinin başqalarından daha çox malı və övladı
olmasından zövq alır və bundan məmnun olurlar. Bu, dünya həyatına vurulmuş və
özünün ən böyük ümidlərini onunla bağlamış insanlar üçün uğurun meyarıdır.
Belələri,
dünya həyatının əsil mahiyyətini dərk etmiş və yer aləminin daimi sığınacaq
deyil, sadəcə, müvəqqəti bir məkan olduğunu başa düşmüş insanlara qətiyyən
oxşamırlar. Sonuncular var qüvvələri ilə çalışırlar ki, Allaha yaxınlaşsınlar və
əllərindən gələn hər şeyi edirlər ki, Cənnətə düşsünlər. Görəndə ki,
başqaları onları var-dövləti və uşaqlarının sayı ilə ötüb keçməyə cəhd göstərirlər,
onlar öz növbəsində, həmin kəsləri öz xeyirxah işləri ilə ötüb keçməyə
çalışırlar.
Sonra Fövqəluca
hikmətli bir məsəl çəkir və dünya həyatını leysan yağışla müqayisə edir ki,
ondan sonra yer üzündə müxtəlif bitkilər çiçəklənir və onlar insanlar üçün
qida və heyvanlar üçün yemdir. Bol məhsul, dünya nemətlərindən başqa heç nəyin
qayğısını çəkməyən kafirləri sevindirir, lakin Fövqəluca Allah hamıya fəlakət
nazil edir və o, məhsulu qurudub məhv edir və yer üzü özünün əvvəlki görünüşünü
alır, sanki o, heç vaxt özünün valehedici gözəlliyi ilə parlamamış və onun
üzərində heç vaxt otlar çiçəklənməmişmiş.
Eyni şeyi dünya həyatı haqqında da demək olar. İnsan yerdən, onu
özünün gözəl maddi nemətləri ilə əhatə edəndə zövq alır. O, bir şey istəyən
kimi, onu əldə edir. O, bir işə başlamaq istədikdə, bütün qapılar onun üzünə
açılır. Lakin günlərin bir günü Allahın qədəri gerçəkləşir və insan hər
şeyini itirir, əvvəlki qüdrətindən məhrum olur, ya da ümumiyyətlə bu dünya
ilə vidalaşır. Bax elə bu zaman o başa düşür ki, uzaq bir səfərə boş əllə çıxmışdır
və o, özü ilə kəfəndən başqa heç nə götürməmişdir. Kül o kəslərin başına
olmasın![4] Axı
onlar özlərinin bütün ümidlərini yalnız bu dünyaya bağlamışlar və təkcə bu
fani nemətlər xatirinə zəhmət çəkirlər!
İnsan əsil mənfəəti
yalnız Axirət həyatı naminə gördüyü işlərdən əldə edə bilər. Belə əməllərin
gözəl bəhrələri qorunacaq və Allahın qulları üçün həmişəlik saxlanacaqdır.
Bax buna görə Fövqəluca Allah buyurur ki, Axirət həyatında kafirlərə şiddətli
cəza, möminlərə isə - bağışlanma və mərhəmət hazırlanmışdır. Həqiqə tən,
insanları ölümdən sonra ya cəza, ya da bağışlanma gözləyir, üçüncü gözləniləcək
bir şey yoxdur.
Kim gücünü təkcə
dünya cah-cəlalını qazanmağa sərf edibsə, Allaha itaətsizlik göstəribsə, Onun
ayələrini inkar edibsə və Onun saysız-hesabsız nemətlərinə naşükürlük edibsə,
o, şiddətli əzab verən cəzaya məruz qoyulacaq, Cəhənnəm qandallarının və zəncirinin
nə olduğunu, Cəhənnəm dəhşətinin necə olduğunu biləcəkdir.
Kim də dünya
həyatının əsil mahiyyətini dərk etmişsə və öz Axirət həyatını sahmana salmağa
səy göstərmişsə, ona bağışlanma və Cəhənnəmdən – qəddar və rəhimsizcəsinə əzab-əziyyətdən
xilas olma nəsib ediləcək. Allah ondan razı qalacaq və onu Öz himayəsi
altına alacaqdır.
Bütün bunlar
onu göstərir ki, insan maddi nemətlərin qazanılmasına can atmaqda mötədil
olmalı və Axirət həyatında səadətə çatmaq arzusu ilə yaşamalıdır, çünki bu
dünyadakı həyat – cazibəli və azdırıcı nemətlərdən yalnız müvəqqəti istifadədir.
İnsan bu nemətlərdən istifadə edir, onlardan özü və ətrafındakılar üçün fayda əldə
edir, onların vasitəsi ilə öz tələbatını ödəyir, lakin o, şeytanın aldadıb
azdırdığı düşüncəsiz cahil insanlar kimi, onlara aldanmamalı və onlara ümid
bağlamamalıdır.
ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ
ﮫ ﮬ ﮭ ﮮ
(57. 21) “Rəbbinizin
bağışlamasına, genişliyi yerin və göyün genişliyinə bənzər Cənnətə can atın!
O, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmışdır. Budur
Allahın lütüfkarlığı. O, onu istədiyinə əta edir. Allah Böyük Lütüfkardır».
Allah möminlərə,
Rəbbin bağışlamasına və lütüfkarlığına və vəd etdiyi Cənnətə nail olmaq üçün,
bir-biriləri ilə yarışmasını buyurur.
Allahın qulu
bundan ötrü öz günahlarını səmimiyyətlə tövbə etməli, Allaha bağışlanması
üçün dua etməli, günahlardan və insanı Ona itaət etməməyə təkan verən hər şeydən
uzaqlaşmalı, daima Onun lütüfkarlığını qazanmağa can atmalı, Ona ixlasla
ibadət etməli, Onun məxluqlarına xeyirxahlıq etməli və onlara hər növ
yardım göstərməlidir.
Fövqəluca insanlarda
yaxşılıq etmək arzusu oyatmaq üçün onlara Cənnəti xatırladır. Onun genişliyi
yerin və göyün genişliyinə bərabərdir. O, yalnız Allaha və Onun elçilərinə
(onlara Allahın salamı olsun!) iman gətirmiş kəslər üçün hazırlanmışdır. Əlbəttə
ki, Allaha və Onun elçilərinə (onlara Allahın salamı olsun!) iman, həqiqi
islam əqidəsinə sədaqəti və şəriət hökümlərinin yerinə yetirilməsini nəzərdə
tutur.
Ey insanlar!
Biz sizə haqqı açıqladıq, Cənnətə aparan yolu sizə göstərdik, Cəhənnəm Oduna
aparan yollardan sizi xəbərdar etdik, sizə bol və gözəl mükafatlandırılmadan
xəbər verdik. Bütün bunlar – qullarına Allahın ən böyük lütüfkarlığıdır. Həqiqətən,
Allah böyük lütüfkarlığa malikdir. Heç kim Ona layiqincə təşəkkür etməyə
qabil deyil. Yalnız O Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər.
Sonra Fövqəluca
Özünün hər şeyi əhatə edən qədərindən xəbər verərək, belə buyurur:
ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(57. 22) “Yer üzündə və nəfslərinizdə
uğradığınız elə bir müsibət yoxdur ki, Biz onu yaratmazadan
əvvəl Kitabda olmasın. Həqiqətən, bu Allah üçün asandır”.
Bu təkcə
müsibətlərə və bəlalara deyil, yer üzündə baş verən hər şeyə[5]
aiddir. Xeyir və şər, kiçik və böyük olan hər şey Mühafizəolunan Kitabda
yazılmışdır. Bu ən əzəmətli həqiqətin sirri insan zəkası üçün dərkolunmazdır.
O, ən böyük ağıl sahiblərini məğlub edir və heyrətə salır, lakin Allah
üçün belə bir şey çətinlik yaratmır.
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(57. 23)
“Belə etdik ki, əlinizdən çıxartdığınıza və Onun sizə əta etdiyinə sevinə bilmədiyinizə
kədərlənməyəsiniz. Allah öyünərək fəxr
edən kəsi sevmir”,
Fövqəluca qullarına qədərin sirrini açıqlayır ki, onlar talelərinə
inansınlar, xeyir və şərə ilahi qədərinin gerçəkləşməsi kimi yanaşsınlar.
Əgər iman sahibi olan insan
arzuladığı bir şeydən məhrum olursa, o, ümidsizləşmir və kədərlənmir, çünki
qəti olaraq bilir ki, məhz bu, Mühafizəolunan Kitabda yazılıbmış. Bu, mütləq
baş verməliymiş və heç bir şey hadisələrin belə bir istiqamətdə getməsinin
qarşısını ala bilməzdi[6]. Əgər Allah ona yaxşı bir şey əta edirsə, o şadyanalıq etmir və Rəbbin
xeyirxahlığına naşükürlük və təkəbbür göstərmir. O, bilir ki, nail olduğu
nemətə öz əməyi və bacarığı ilə layiq olmamış və onu Mərhəmətli Allahdan hədiyyə
almışdır və buna görə o, öz Hamisinə, Onun ona nemət verdiyi, bəla və müsibətlərdən
qoruduğu üçün minnətdarlığını bildirir.
Allah özlərindən məmnun olan və Onun onlara bəxş etdiyi nemətlərdən
qürrələnən kobud və təkəbbürlü cahilləri sevmir. Onlar bu nemətlərə nail
olmalarını öz bacarıqlarına aid edir, onları öz ləyaqətlilikəri ilə əlaqələndirərək,
yol verilən həddi aşırlar və öz Rəbbindən dönürlər. Fövqəluca belə buyurur:
“Əgər Biz ona baş vermiş bir müsibətdən sonra Özümüzdən nemət daddırarıqsa,
onda o, mütləq deyəcəkdir: “Bax bu mənim haqqımdır və mən Saatın gələcəyini
düşünmürəm. Əgər mən Rəbbimə qaytarılsam, Onun yanında mənim üçün hökmən
ən yaxşı şeylər hazır olacaqdır». Biz mütləq kafirlərə onların nə etdiklərini
xəbər verəcəyik və onlara amansız əzabı daddıracağıq” (Fussilət,
41/50).
ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
ﰄ ﰅ
(57. 24) “xəsislik göstərib, xəsisliyi əmr edənləri. Əgər kimsə üz
döndərsə, onsuz da Allah – Zəngindir, Həmdəlayiqdir».
Bu təkəbbürlü
və lovğaların iki pis xüsusiyyəti vardır: onların hər biri ayrılıqda insanı
rüsvay etmək üçün kifayətdir. Onlar özləri xəsisdirlər, yəni, Allah və
insanlar qarşısında öz vəzifələrini yerinə yetirmirlər və başqalarını da xəsisliyə
çağırırlar. Onlar özləri təkcə bu yaramaz xasiyyətə malik olmaqla razı qalmayaraq,
öz sözləri və əməlləri ilə başqalarını da bu yaramaz əxlaqa dəvət edirlər.
Bütün bunlar onların Rəbbə itaətdən boyun qaçırmasının və haqdan dönməsinin nəticəsidir.
Qoy Allaha
itaətdən imtina edən hər kəs bilsin ki, O (Pak və Müqəddəs), heç nəyə möhtac
deyil və həmdə layiqdir. Göylər və yer Ona məxsusdur və qullarına rifahı və
bolluğu O (Pak və Müqəddəs), bəxş edir. Özünün gözəl adları, kamil sifətləri və
ilahi əməlləri sayəsində O (Pak və Müqəddəs), hər növ tərifə və şərəfləndirilməyə
layiqdir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(57. 25)
“And olsun ki, Biz artıq Öz elçilərimizi aydın dəlillərlə göndərmişik və
onlarla Kitab və Tərəzi nazil etmişik ki, insanlar ədalətlə davransınlar.
Biz həmçinin böyük gücə malik və insanlar üçün faydalı olan dəmiri[7] nazil etmişik ki,
Allah, Onu öz gözləri ilə görmədən, Ona və Onun elçilərinə kömək edənləri müşahidə
etsin. Həqiqətən, Allah Fövqəlgüclü, Fövqəlqüdrətlidir».
Allah elçilərini
dəlillər və sübutlarla göndərmişdir ki, onlar təbliğ etdikləri hər şeyin gerçəkliyini
təsdiq etsinlər. O (Pak və Müqəddəs), həmçinin onlarla Kitab və Tərəzi nazil
etmişdir. Bu ayədə Kitab adı altında bütün əvvəlki Kəramətli Kitablar nəzərdə
tutulur ki, Allah onları insanlara dində və dünya həyatında fayda verən hər
şeyi öyrətmək üçün nazil etmişdir. Tərəzi isə bütün söz və əməllərdə qərəzsiz
və ədalətli olmaq hökmüdür.
Bütün elçilərin
(onlara Allahın salamı olsun!) dini ədalətə istinad edirdi. Onlar möminlərə
Allahın hökümlərinə və qadağalarına qüsursuz riayət etməyi və hökm
çıxaran zaman, cinayətkarları cəzalandırarkən, qisas alarkən, mirası bölərkən
və ümumiyyətlə digər insanlarla hər hansı qarşılıqlı münasibətlərdə ədalətli
olmağı öyrədirdilər. Məhz ədalətlilik və qərəzsizlik bütün zamanlarda Allahın
qullarına dinin tələblərinə riayət etməkdə və saysız-hesabsız nemətlər
qazanmaqda kömək edirdi.
Bu ayə təsdiq
edir ki, bütün elçilərin şəriəti vahid əsasa malik olmuş və dövrdən, fərqli şəraitlərdən
asılı olaraq müxtəlif hökümlərdə əks etdirilmiş ədalət prinsiplərinə istinad
etmişdir.
Allah həmçinin
dəmiri nazil etmişdir. Bu metal şər törədəndir, çünki ondan silah, zirehli
geyim, sipər və sair şeylər hazırlanırdı. Lakin eyni zamanda dəmir
insanlara böyük fayda verir. O, bir çox istehsal sahələrində və peşələrdə
istifadə olunur, ondan əkinçilik alətləri və qab-qacaq düzəldilir. Dəmir o qədər
geniş tətbiq edilir ki, onunla bu və ya digər tərzdə bağlı olmayan bir şey tapmaq
çətindir.
Rəbb Kitab və
dəmir nazil etmişdir ki, insanlardan kimin Onun dininə və Onun elçilərinə
(onlara salam olsun!) kömək edəcəyini və qeybə iman gətirəcəyini müşahidə
etsin. Həqiqətən də, insan qeybə inandıqda, imanı fayda verər. O, Rəbbin vədinə
öz gözləri ilə görüb əmin olduqda isə, iman fayda verməz, çünki o, bu halda,
sadəcə, gördüyünü etiraf edir[8].
Fövqəlgüclü
və Fövqəlqüdrətli adları Allahın gözəl adları arasındadır. Elə bir şey mövcüd
deyildir ki, Onun üçün mümkün olmasın. Heç kim Onun qisasından qaça bilməz. O
(Pak və Müqəddəs), Öz fövqəlqüdrəti sayəsində həmişə düşmənləri
üzərində qələbə çalır. Lakin O (Pak və Müqəddəs), düşmənlərin zalımlıq etmələrinə
imkan verir ki, möminləri imtahan edib, onlardan kimin qeybə iman gətirərək,
Ona kömək etməyə hazır olduğunu sınaqdan keçirsin.
Fövqəluca
Kitabla yanaşı dəmiri xatırladır, çünki məhz bu iki şeyin vasitəsi ilə Rəbb yer
üzündə Öz dinini bərqərar edir və Öz adını şərəfləndirir. Kitab dinin haqq
olmasının təkzibolunmaz dəlilidir, silah isə Fövqəlucanın iradəsi ilə möminlərə
kafirlərin müqavimətini qırmaqda kömək edir. Allah Kitabı və dəmiri ədalət
naminə nazil etmişdir və bu Onun müdrikliyi və kamilliyinin və həmçinin Onun
peyğəmbərlərinin dili ilə bəyan etdikləri qanunlarının qüsursuzluğunun şəhadətidir.
ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻﭼﭽﭾﭿﮀ
(57. 26)
“And olsun ki, Biz artıq Nuhu və İbrahimi göndərmişik, peyğəmbərliyi və
Kitabı onların nəsillərinə də vermişik. Onların arasında doğru yolla gedənlər
də var, lakin onların əksəriyyəti fasiqdirlər».
Fövqəluca peyğəmbərlər haqqında ümumi şəkildə xəbər verdikdən
sonra, iki alicənab elçisini (onlara Allahın salamı olsun!) xüsusilə qeyd
edir və onların nəsillərinə peyğəmbərlik və Kitab verdiyini vurğulayır.
Bütün peyğəmbərlər Nuhun (ə) və İbrahimin (ə) nəsillərindən idilər və
bütün Səmavi Kitablar yalnız onların nəsillərinə nazil edilmişdi.
Elçilərin
göndərildiyi insanlar arasında elələri var idi ki, peyğəmbərlərə itaət
edirdilər və onların təlimatlarını əsas tuturdular, lakin onların çoxu fasiq
idi, Allaha və Onun elçilərinə tabe olmaqdan imtina edirdilər. Buna görə
Fövqəluca belə buyurur: “İnsanların əksəriyyəti, sən nə qədər bərk
arzulasan da, iman gətirməzlər” (Yusuf, 12/103).
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ
(57. 27)
“Sonra Biz onların izi ilə elçilərimizi göndərdik, sonra Məryəm oğlu İsanı
göndərdik və ona İncili əta etdik. Biz onların ardınca gedənlərin ürəklərinə
şəfqət və mərhəmət hissi aşıladıq, rahibliyi isə onlar özləri uydurdular. Biz
onlara bunu fərz qılmamışdıq, lakin onlar belə etdilər ki, Allahın razılığını
qazansınlar. Amma buna da lazımınca riayət etmədilər. Onlardan iman gətirənlərə
Biz mükafatlarını verdik, lakin onların əksəriyyəti fasiqlər idi”.
Fövqəluca
İsa peyğəmbəri (ə) və ona (ə) nazil edilən Kitabı xüsusilə qeyd edir, çünki söhbətdə
xristianlıqdan[9] bəhs
edilir. Fövqəluca buyurur: “Sən hökmən yəhudiləri və müşrikləri möminlərin
ən qatı düşmənləri kimi görəcəksən. Sən həm də mütləq görəcəksən ki, möminlərə
məhəbbət bəsləyənlərə ən yaxın olanlar: “Biz xristianlarıq” – deyənlərdir.
Bu ona görə belədir ki, onların arasında təkəbbürlük göstərməyən keşişləri
və rahibləri vardır” (Maidə, 5/82). Bütün bunlar ona dəlalət edir ki, keçmişdə
İsa peyğəmbərin (ə) həqiqi ardıcılları[10] xeyirxah və
həlim insanlar olmuşlar.
Rahiblik –
ibadət mərasimidir. Xristianlar onu uydurub, özlərinə bir vəzifə kimi
götürmüşlər. Fövqəluca onların özləri üçün uydurduqları “qanunları” yerinə
yetirməyi onlara əmr etməmişdir, lakin xristianlar bu addımı Allahın lütfünü
qazanmaq məqsədi ilə atmışlar. Lakin onlar rahiblik həyatının ağır qaydalarına
lazımınca riayət etməyi bacarmadılar və bununla da daha bir qüsura yol verdilər.
Onlar nəinki Allahın onlardan tələb etmədiyini icad etdilər, həm də özlərinə
vəzifə götürdükləri ayinə belə riayət etmədilər. Təəssüflər olsun ki, onlar
belə günahlara çox tez-tez yol verirdilər.
Onların
arasında, Allahın əvəzlərini layiqincə verdiyi möminlər də var idi. Onlar Muhəmməd
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmişdilər və İsa
peyğəmbərə (ə) olan imanı da təsdiq etmişdilər. Allah onların hər birinə
imanına və möminliyinə müvafiq gələn mükafat bəxş etmişdi. Lakin onların
çoxu[11]
fasiq idi və Mühəmmədi (ona Allahın salavatı və salamı olsun!) inkar etdilər
və Allaha itaət etməkdən və haqq yolla getməkdən boyun qaçırtdılar.
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ
(57. 28) “Ey
iman gətirənlər! Allahdan qorxun və Onun Elçisinə iman gətirin və belə
olduqda O sizə Öz mərhəməti ilə ikiqat hədiyyə verər, sizə nur bəxş edər və
onunla gedərsiniz və sizi bağışlayar. Allah – Bağışlayandır, Mərhəmətlidir».
Belə bir rəy
mövcuddur ki, Fövqəluca bu ayədə Musa və İsa peyğəmbərlərə (onlara Allahın
salamı olsun!) səmimiyyətlə iman gətirən Kitab əhlinə müraciət etmiş və onlara
Allahdan qorxmağı, öz dininə axıradək sadiq qalmağı, Rəbbin hökümlərinə itaətsizlik
etməməyi və Muhəmməd Peyğəmdərə (ona Allahın salavatı və salamı olsun!) iman
gətirməyi əmr etmişdir. Onlardan Rəbbin iradəsinə itaət edənlərə Fövqəluca
ikiqat mükafat: öz peyğəmbərlərinə sadiq olduqlarına görə mükafat və Muhəmməd
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) sadiq olduqlarına görə mükafat
vəd etmişdir.
Başqa bir rəy
də mövcuddur. O rəyə görə, Fövqəluca təkcə iman gətirmiş Kitab əhlinə deyil, bütün
qalan möminlərə də müraciət etmişdir. Ola bilsin ki, bu elə belədir də,
çünki ayədə imandan və təqvalılıqdan bəhs edilir ki, onlar dinin ən mühüm tərkib
hissələridir və onun digər hökümlərindən ayrılmazdır. Bu vacib hökmü yerinə
yetirən möminlərə Allah ikiqat mükafat vəd etmişdir ki, onun ölçüsünü Fövqəluca
Allahdan başqa heç kim bilmir. Möminlər mükafatları imana görə, təqvalılığa
görə, Allahın hökümlərini yerinə yetirməyə görə, Onun qadağalarına riayət etdiklərinə
görə alacaqlar. Ola bilsin ki, ikiqat mükafat adı altında təltiflərin
bir-birinin ardınca olacağı nəzərdə tutulur.
Bununla yanaşı Allah möminlərə elm, haqq təlimat və nur bəxş edir ki,
onlar möminlərə cahillik zülmətindən çıxmağa kömək edəcək. Elə o zaman Allah
onların törətdikləri günahları bağışlayacaqdır, axı O (Pak və Müqəddəs), –
Bağışlayandır, Mərhəmətlidir. Təəccüblü deyil ki, Allah qullarına
bağışlanma və mərhəmət vəd etmişdir. Axı O (Pak və Müqəddəs), çox böyük səxavətə
malikdir. Onun mərhəməti göyləri və yeri əhatə edir, məxluqlar isə bir an belə
Onun qayğısından və diqqətindən kənar qalmırlar.
ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ
ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ
(57. 29)
“Beləliklə, Kitab əhli bilməlidir ki, onlar Allahın mərhəmətindən heç nəyə
qadir deyillər və Allahın mərhəməti Allahın Əlindədir və O, onu istədiyinə əta
edir. Allah çox böyük fəzilət Sahibidir».
Fövqəluca,
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlərə,
Rəbbindən qorxanlara bəslədiyi xeyirxahlığı əsasında xəbər verir ki, Kitab əhli
Allahın fəzilətlərinə heç bir sərəncam çəkmədiklərini bilməlidirlər və, öz
qüsurlu arzuları və yanlış baxışlarına görə, onların Onun iradəsinə müqavimət
göstərməyə haqları yoxdur. Məhz belə baxışlarına görə onlar deyirlər: “Yəhudilərdən
və ya xristianlardan başqa heç kim Cənnətə girməz” (Bəqərə, 2/111).
Lakin bu, sadəcə, onların xülyaları və boş ümidləridir, çünki böyük mükafat,
mərhəmət və bağışlanma azmış Kitab əhlini deyil, Muhəmməd Peyğəmbərə (ona
Allahın salavatı və salamı olsun!) iman gətirmiş və Rəbbindən qorxan möminləri
gözləyir. O (Pak və Müqəddəs), bol bəxşişləri istədiyinə əta edir. Onun mərhəməti
isə o qədər genişdir ki, onu tam mənada dəyərləndirmək, sadəcə, mümkün
deyil.
[1] Ayənin əsilindən irəli
gəlməyən və şərhin rus dilindəki mətnində verilmiş ifadələrdən ibarət bir cümləni
çıxarıb (...), burada vermək məcburiyyətindəyəm: “Он – высочайший, выше которого
ничего нет, и ближайший, ближе которого ничего нет”. Bu rusca ifadə
Allahın Zahir və Batin adları ilə əlaqələndirilmiş (?) və həmin
adlar ayənin çevirisində «Высочайший?, yəni, Zahir» və «Ближайший?,
yəni, Batin» kimi verilmişdi ki, bunların mənaya uyğunluğu aydın
deyildir. F.S.
[2] Bu məşhur islam
istilahını tərcümə etməməyimin bir sıra mühüm səbəbləri olduğu üçün, onu bu şəkildə
verməyi daha məqsədəuyğun saydım. Birincisi, ona görə ki, “istiva” (“istəva”)
sözünün vahid və sabitləşmiş mənası dilimizdə hələ bu günədək
formalaşmamışdır. Bu islam ədəbiyyatından qaynaqlanan bir haldır. Sözün mövcud
bütün tərcümə edilmiş mənaları İslami etiqad baxımından qüsurludur, çünki
Fövqəluca Allahın Özünün və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı
olsun!) bildirmədikləri “vəsflərə” yol açır. Məsələn, bir tərcümədə: “Ərşə
ucaldı” yazılır; digərində: “Ərşi istila etdi”; başqa birində: “Hökmü altına
aldı” və s. Bunlar Allahın ad və sifətləri arasında yoxdur. Belə ifadələrin
işlədilməsi əqidə pozuntusuna və bidətə apara bilər. Lakin bu günədək azərbaycandilli
ədəbiyyatda “istiva”-nın dəqiq mahiyyəti üzə çıxarılmadığından, onu eynilə
Allahın buyurduğu şəkildə saxlamaq vacibdir. Ola da bilsin ki, bu – Allahın hələ
Öz qullarına açmadığı qeybə məxsus möcüzələrindəndir və onun, Mübarək
Quranın digər möcüzələrinin, Allahın izni ilə, kəşf edildiyi və ediləcəyi
kimi, aşkarlanmasını gözləyə bilərik. Həmd olsun Allaha! O (Pak və Müqəddəs),
bəşəriyyətə zəruri olan, lakin hələ açılmamış sirləri, vaxtı çatdıqda,
elm və texniki inkişaf vasitələri ilə aşkar etmək qüdrətindədir. F.S.
P.S.
Yeri gəlmişkən, qısaca qeyd etməliyəm ki, Rəbbimiz Son Peyğəmbərindən (ona
Allahın salavatı və salamı olsun!) sonra Öz Hikmətini insanlara çatdırmaqdan
uzaqlaşmamışdır. Əksinə, artıq neçə əsirlərdir ki, elm xadimləri Quran möcüzələrinin
bir qismini öz elmi tədqiqatları, araşdırmaları sayəsində təsdiq etmişlər və
bu iş az-çox intensiv surətdə davam etdirilir. Elmin əksər sahələrində Quranla
bağlı həqiqətlərin mütəmadi olaraq aşkar edilməsi Allahın bəşəriyyətə göstərdiyi
növbəti lütüfkarlıqları kimi qəbul edilməlidir. Allah Son Peyğəmbərindən (ona
Allahın salavatı və salamı olsun!) sonra insanları başlı-başına
buraxmamışdır. Bəşəriyyəti və ayrı-ayrı insanları və dünyada baş verən bütün
prosesləri idarə edir. Yalnız Allahdır hər şeyin əzəli, hər şeyə son verən! Gəlin
ixlasla təkcə Tək Allaha ibadət edək və hər şeyi Ondan diləyək! Həmd olsun Fövqəluca,
Fövqəlqüdrətli Allaha! F.S.
[3] Münafiq – ikiüzlü adam, özünü üzdə mömin göstərib,
əslində belə olmayan şəxs. F.S.
[4] Bu ifadə çox qədimlərdən
türk xalqlarının istifadə etdiyi bir ağı və yarıtəəssüf hissi ilə söylənmiş
deyimdir. Türk öz yaxın adamını, dostunu itirdiyi müsibət anlarında ocaq
külündən götürüb başına səpər və bununla da özünün dərin hüzn içində olduğunu
ətrafdakılara bildirərmiş. Mənim tərcümədə bu ifadədən istifadə etməyimin səbəbi
də məhz kafirlərin Qiyamət günü ən ağır müsibətə düçar olacaqlarını nəzərdə
tutaraq, onların bir insan kimi halına acımaq, onları qınamaq və həm də
onlara özlərini necə yazıq bir vəziyyətə saldıqlarını kəskin deyişlə xatırlatmaq
və “olmasın” sözü ilə də onları Allahın Kitabından nəticə çıxarmağa səy
göstərmələrinə hələ imkan olduğuna işarə etməklə bu inkarçılıq yolundan dönməli
olduqlarını yadlarına salmaqdır. Düzdür, bu ifadə, ilk növbədə qarğış məzmunludur.
Lakin deyimdə “olmasın!” ifadəsinin işlədilməsi ilə və bu izahı
yazmaqla, bu söyləntinin qarğış səciyyəsi daşımadığı göstərilmişdir. F.S.
[5] Allah Ə. əs-Səədiyə rəhmət
etsin! O, bu ayənin, əsasən, “Yer
üzündə...” fraqmentini
şərh etmiş və burada onun «...və nəfslərinizdə uğradığınız...” ifadəsinin
təfsirinə toxunmamışdır. Bu, möhtərəm müəllifin özünəməxsus bir mövqeyidir və
oxucu ondan hər sözün və ifadənin şərhini tələb etmək haqqına malik deyil.
Bu, təbii haldır. Lakin “nəfslərinizdə uğradığınız”
ifadəsi başqa bir yöndən məni maraqlandırdı və fikirlərimi oxucularımla
bölüşməyə vadar etdi. Mən bu ayənin (Hədid, 57/22) müxtəlif tərcümələrində bir
sıra əhəmiyyətli fərqlər müşahidə etdim. Belə ki, çoxsaylı türk tərcümələrində
bu ifadə ərəb əslinə uyğun olaraq “nəfslərinizdə” kimi verilmiş və bu ifadə
məhz insanın özündə gedən bütün maddi-mənəvi-bioloji və sair həyati prosesləri
ehtiva edir və ayənin əslinə uyğun gəlir. Lakin ölkəmizdə nəşr olunmuş bəzi tərcümələrdə
isə, bu ayənin “nəfslərinizdə” sözü
çox fərqləndirilmiş və o: “başınıza gələn” ifadəsi
ilə verilmişdir. Bu ifadə ayənin mahiyyətini daraldaraq, onu yalnız baş verən
zahiri hadisələrə bağlayır və insanın özündə - daxilində, batinində, bio-somatoloji
və digər səviyyələrində gedən prosesləri istisna edir. Fövqəlqüdrətli
Allah insanın özündə gedən prosesləri (“nəfs” sözü ilə, əsasən, insanın özü,
bio-psixo-patoloji, mənəvi, ruhani hallarını) nəzərdə tutduğu halda, belə tərcümələrin
ayənin mahiyyətini, haqsız olaraq, məhdudlaşdırdığını görürük. Müdrik Allah “nəfsinizdə”
– “özünüzdə” ifadəsi ilə açıq-aşkar insanın özündə gedən proseslərdən, yəni,
sosial-bioloji varlıq kimi, onun orqanizminin molekulyar səviyyəsindən
ruhani səviyyəsinədək bütün halları nəzərdə tuta bildiyi halda, düşünülmədən
edilmiş tərcümələr ayənin mənasını daraldır. Əlbəttə, bu hal təkcə bu ayənin
tərcüməsi ilə məhdudlaşmır... Allahdan arzu edirəm ki, Quranı tərcümə etməyə,
onun tərcümə olunmuş ayələrini redaktə etməyə niyyəti olan insanları belə nöqsanlardan
qorusun! F.S.
[6] Kürsiv və qalın şriftlə verdiyim bu çox sadə və olduqca dəyərli və insanların əksər
hallarda unutduqları müəllif müddəasına bütün oxucu bacı-qardaşların, mümkün
qədər, diqqətlə yanaşmalarını tövsiyyə etməkdir. F.S.
[7] Qurana şəksiz iman gətirilməsini
zəruri edən dəlillərdən biri də dəmirdir. www.eidos.ru saytında Mendeleyev cədvəlində “Dəmir”
(“Ferrum”) elementi haqqında aşağıdakılar qeyd olunmuşdur: Atom nömrəsi –
26-dır. Tarixi arayışda göstərilir ki, dəmirin qədim xalqların dillərində
adı səma cismi kimi səslənir. Məsələn, qədim misir dilində - “beni-pet” “səma dəmiri”
adlanır; qədim yunan dilində - “sideros” ulduz, səma cismi deməkdir; e.ə. 14
əsrdə Xett mətnlərində dəmiri “göydən düşən metal” adlandırıblar.
Türkiyə Respublikası Quran Araşdırmaları Mərkəzinin “Quran heç tükənməyən
möcüzə” adlı əsərində qeyd olunur ki, Quranın Hədid (Dəmir) surəsinin 25-ci
ayəsi surənin əvvəlindəki Bismillahı da nəzərə alsaq, o, 26-cı ayə olacaq. Bundan
başqa “Hədid”in əbcəd sayı Ha = 8; Da = 4; Ye = 10; Da = 4 toplandıqda 26 rəqəmi
alınır ki, bu Dəmir elementinin Mendeleyev dövri sistemində atom nömrəsini göstərir.
Bu, Quranın möcüzələrindən biri və onun Allah tərəfindən nazil edilməsinin təkzibolunmaz
dəlillərindəndir. “Hədid” surəsinin içində 26 dəfə keçən “Allah” sözünün
26-cısı bu 25-ci ayənin içindədir. Atom nömrəsi hər bir kimyəvi elementin ən əsas
özəlliyidir və bu, protonların sayı ilə səciyyələnir. Dəmir 26 protonla
26-cı atom sırasını bildirir. Quranın bu mesajının əsası isə Allahla əlaqədardır.
“Dəmir” (“Hədid”) surəsinin əvvəlindən dəmirdən bəhs edən ayənin sonuna qədər
Allahın adı 26 dəfə keçmişdir. Bu olduqca maraqlı deyilmi? Hələ bu harasıdır! Dəmir
(Hədid) Quranın 57-ci surəsidir. İngilis dilində “the” ön müəyyən şəkilçisi
olduğu kimi, ərəb dilində də “əl” bu mənadadır. Bu iki hərf əbcəd – riyazi
saylarını (“Ə” = 1 və “L” = 30 =31 nəzərə aldıqda, bunların cəmini 26-cı atom
nömrəsi ilə topladıqda - 57 alınır ki, bu Dəmirin (Fe-57) izotoplarından
biridir. Hədid surəsini Quranın sonundan saysaq, 58 rəqəmi alınır ki, bu da dəmirin
digər izotopudur. Həmd olsun Allaha! Hər hərfində, hər sözündə möcüzələr
vardır! Bax: “Quran heç tükənməyən möcüzə”, 2005, Türkiyə, səh. 308-310. F.S.
[8] Bu isə iman gətirməklə bilavasitə bağlı deyil.
F.S.
[9] Kursiv mənimdir. Ə. Səədinin türk dilinə çevrilmiş Təfsirində (Quraba nəşriyyatı,
2006, 5 c. səh. 151) həmin fraqment rus mətnindən daha səhih olduğu üçün, onu
burada verirəm: «...İsa əleyhissalama mənsub olduqlarını iddia edən
xristianlar...”. F.S.
[10] Yəni, İsa əleyhissalamın şəriətinə riayət edən
iman sahibləri. F.S.
[11] Kursivlə verdiyim “onların çoxu”
ifadəsi ilə, ümumiyyətlə xristianlar nəzərdə tutulur. Əlbəttə, ilk xristianların
arasında möminlər var idi və ayədə (57.27) Allah bunu xüsusilə qeyd edir (“...Onlardan
iman gətirənlərə Biz mükafatlarını verdik...”). F.S.
Комментариев нет:
Отправить комментарий