среда, 2 мая 2012 г.

75. ƏL-QİYAMƏ SURƏSİNİN ŞƏRHİ

Ê \

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(75. 1) “Xeyr! Qiyamət gününə and içirəm!”

Bu surə “lə” (“xeyr”) sözü ilə başlayır və bu söz burada in­kar ədatı kimi işlədilməmişdir və artıq söz (ziyadə) də deyildir. O, diq­qəti sonrakı ayələrə cəlb etmək üçün tətbiq edilmişdir. And içi­lən zaman belə ifadələr tez-tez işlənir və buna görə təəccüblü de­yil ki, surə belə başlanır, halbuki çox vaxt bu söz başlanğıc üçün is­tifadə edilmir.
Allah Qiyamətin gerçəkliyini təsdiq etmək məqsədi ilə Qi­ya­mət gününə and içir. Həmin gün ölülər öz məzarlarından qal­xa­­caq, Toplanış meydanında yığışacaq və Rəbbin hökmünü göz­lə­yəcəklər.
 ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(75. 2) “Xeyr! Özünü qınayan nəfsə and içirəm!”
Ayədə möminlərin və fasiqlərin ruhlarından[1] bəhs edilir. İn­­­­s­an nəfsi, tez-tez müxtəlif hallara düşdüyündən və sabit qal­ma­dı­­­­­ğın­dan, tə­rəddüd etməyə məyilli olduğundan, sabit bir şeyə dai­mi bağlı qala bil­mədi­yindən, özü­nü qınayan adlandırılmışdır. Ölüm gəldikdə isə, o, insanı törətdiyi cinayətlərə görə qınamağa baş­­­layacaq. Mömin­lərə gəldikdə isə, onlar özlərini həm bu dün­ya­da öz nöqsanlarına, fərasətsizliklərinə görə, həm də öz vəzifə­lə­rinə laqeyd ya­­­naşmalarına görə qınayırlar.
Beləliklə, Allah eyni zamanda layiq olanlara əvəz ve­rə­cə­yi­nə də and içmişdir. Sonra O (Pak və Müqəddəs), xəbər verir ki, inad­­­­kar gü­nahkar­ların bir hissəsi Qiyamət gününü yalan sayır.

 ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(75. 3) “Doğrudanmı insan elə zənn edir ki, Biz onun sü­mük­­­lə­rini toplaya bilməyəcəyik?”

Burada öldükdən sonra dirildilmə nəzərdə tutulur. Fövqəl­uca, na­­dan­lığı və qərəzkarlığından öz bədən skeleti olan sümük­lə­ri­­­nin can­landırılacağını qeyri-adi bir qabiliyyət hesab edən kafirin: “Çü­­rü­müş sümük­ləri kim dirildəcəkdir?” (Yasin, 36/78) söz­lə­ri­nə sanki cavab verərək, Allah belə buyurur:

ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(75. 4) “Əlbəttə! Biz hətta onun barmaq uclarını bərpa et­mə­­yə qa­di­rik».
(75. 5) “Lakin insan bundan sonra da günah törətmək is­tə­yir».
(75. 6) “O, soruşur ki, Qiyamət günü nə vaxt baş­la­ya­caq­dır?”
Bu o deməkdir ki, Allah bədənin bütün hissələrini bərpa et­mə­­­yə gü­cü yetəndir, çünki əgər barmaq ücları yenidən bərpa edi­lir­­­­sə, de­məli bütün bədənin yaradılması da artıq başa çatmış ol­ma­­­lıdır. Lakin kafirin Fövqəl­uca Allahın fövqəlqüdrətini inkar et­mə­­si, onu təs­diq edən faktların yetər­siz­liyinə görə deyil, sadəcə, ka­­firin məqsədi­nin məhz onu gözləyən diril­dilməni inkar et­mə­si­nə görədir. Ərəb sözü olan “yəfcura” (“pozğun­luq etmək”) həm də “bir şeyi qəsdən in­kar etməyi” bildirir.

ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(75. 7) “Gözlər bərələ qalanda”,
(75. 8) “ay tutulanda”,
(75. 9) “günəş ayla qovuşanda –“

Dirilmə başladıqda insanın baxışları dəhşətli qorxudan gah do­na­caq, gah da gözləri bərələ qalacaqdır və insan artıq gözlərini belə qır­pa bilməyəcəkdir. Fövqəluca buyurur: “O, onlara yalnız göz­lərin bərələ qalacağı Günə qədər möhlət verəcəkdir. Onlar ba­xışları yu­xarıya dikilmiş halda qala­caq, gözləri ilə özlərinə ba­xa bilməyəcək, ürəkləri bom-boş olacaq­dır” (İbrahim, 14/42-43).
Ay işığından və hökümranlığından məhrum olacaq, sonra isə gü­­nəşlə birləşəcəkdir. Onlar Fövqəluca Allah tərəfindən xəlq edi­l­di­k­­ləri zamandan bəri bir yerdə olmamışdılar və bu, Qiyamət gü­nü baş ve­rəcəkdir. Ay sönəcək, günəş isə bürmələnib yığılacaq və hər ikisi Cə­hənnəmə atılacaq ki, Allahın bütün qulları da görsün ki, günəş də, ay da – Rəbbin iradəsinə tabe olan qullar imişlər. Bax elə o zaman onlara iba­dət edən müşriklər öz dərin azğınlıqlarını dərk edəcəklər.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(75. 10) “həmin Gün insan deyəcək: “Hara qaçaq?”
(75. 11) “Əsla! Sığınacaq olmayacaq!”
(75. 12) “Həmin gün gedəcəyiniz yer yalnız Rəbbinizin hü­zu­ru­dur».
İnsan bu sarsıntıları və həyəcanlı hadisələri gördükdə, uca­dan deyəcək: “Bizi haqlamış və dəhşətə salan hər şeydən xilas yeri ha­ra­da­dır?” Lakin sığınacaq yalnız Allahın yanında tapmaq olar. Heç kim Ondan gizlənə və öz qismətindən qaça bilməz. Bütün in­s­an­lar mütləq Onun hüzurunda dayanacaq, öz əməllərinə görə əvəz alacaqlar. Buna görə sonra O (Pak və Müqəddəs), buyurur:

 ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(75. 13) “Həmin gün insana əvvəllər nə etdiyi və özündən son­­raya nə qoyduğu xəbər veriləcəkdir”.

Hər bir insan özünün həyatının həm başlanğıcında, həm də sonunda etdiyi yaxşı və pis əməllərdən xəbər tutacaqdır. Ona inkar edə bilməyəcəyi xəbərlər veriləcəkdir.

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(75. 14) “İnsan isə özü öz əleyhinə şahidlik edəcəkdir,
(75. 15) “hətta özünü doğrultmağa çalışsa da”.

Həmin Gün insan özü öz əməlləri haqqında şahidlik edəcək və öz sonunu müəyyənləşdirə[2] biləcəkdir. Onun bəraəti və üzr­xah­­lığı qəbul edilməyəcəkdir. Əksinə, belə etdikdə o, öz tö­rət­dik­lə­rini bir da­ha təsdiq etmiş və boynuna almış olacaqdır. Buna görə Föv­qəluca bu­yurur: “Öz kitabını oxu! Bu gün sənin özünün öz əley­hinə sayma­ğın kifayətdir” (İsra, 17/14).
Hətta əgər qul törətdiklərini inkar etməyə cəhd göstərərsə və özünə bəraət qazandırmaq istəyərsə, onun təkzibi və özünü tə­­­mi­zə çıxarmaq istəməsi ona heç bir fayda verməyəcəkdir, çün­ki eşit­mə orqanı, baxışları və bədəninin bütün hissələri onun özü­nə qar­şı şa­hid­lik edəcəklər və onun bütün etdikləri əməlləri haq­­qın­da xəbər verə­cəklər. Tövbə zamanı artıq keçmiş olacaq və ge­cik­miş tövbənin bir faydası olmayacaqdır. Buna görə Allah be­lə bu­yu­rur: “Həmin Gün zalımlara onların üzr istəməsi fay­da ver­mə­yə­cəkdir və onlardan tövbə tələb olun­ma­ya­caq­dır” (Rum, 30/57).
 ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

(75. 16) “Onu tələsik yadda saxlamaq üçün dilini tərpət­mə”.
(75. 17) “Onu Biz toplayıb oxudacağıq».

Cəbrail (ə) Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) vəhy gətirəndə, mələk onu verib qurtarmazdan öncə, o (s.ə.s), Quran ayələrini yadda saxlamaq istəyi üzündən, Cəbrailin (ə) ardınca onları coşğunluqla oxuyub təkrarlayırdı. Allah isə bu­nu ona (s.ə.s) qadağan edərək, buyurur: “Sənə vəhy edilən ta­mam­lan­ma­dan öncə Quranı oxu­mağa tələsmə...” (Taha, 20/114). Sən Qu­ra­nı hökmən yadda sax­la­yacaqsan və onu insanlara oxu­ya­caq­san, çün­ki Allah onu sənin ürə­yində cəmləşdirəcəkdir. Sən əv­vəl­­lər eh­ti­yat edirdin ki, vəhydən nəyi­sə nəzərdən qaçırar və ya unu­darsan, la­kin indi ehtiyat etmək üçün heç bir əsas yoxdur, çün­ki Allah vəd et­­miş­dir ki, heç vaxt belə olma­ya­caqdır.

 ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ
(75. 18) “Onu Biz oxuyan zaman, ardınca sən də oxu”.
(75. 19) “Onu Biz izah edəcəyik».

Cəbrail (ə) növbəti vəhyin nazil edilməsini sona çat­dır­dıq­dan sonra, onda onu onun (ə) ardınca oxu, Biz isə onun mənasını sə­nə izah edəcəyik.
Beləliklə, Allah Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) Öz Kitabının həm mətnini, həm də mənasını qoruyacağını vəd etmişdir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Rəb­­binin iradəsinə itaət etmişdir və Cəbrail (ə) ona (s.ə.s) Quranı oxu­­­yanda, onu diqqətlə dinləmiş və mələk onu oxuyub qurtaran kimi, vəhyi onun (ə) ardınca təkrar etmişdir.
Bu ayədə müəllif mövzunu izah edib qurtarmayınca sual ver­­­mə­məli olan şagirdlərin davranış qaydaları ifadə edilmişdir. O, möv­­­zunu bitirib, nitqinə ara verdikdə, şagirdlər onlara aydın ol­ma­­yan hər şey barədə sual verə bilərlər.
Ayədən həmçinin bəlli olur ki, müsəlman, insanı axıradək din­­lə­­mə­dən, hətta əgər onun çıxışının əvvəli bəyənilməyə və ya qı­­nan­mağa layiq olsa belə, kiminsə sözü ilə razılaşmamalı və ya onu rədd etməməlidir. Əvvəlcə, onun təqdimatının nə dərəcədə doğ­­ru və ya yanlış olması aydın­laşdırılmalı və onun barəsində düz­­gün mühakimə yürütmək üçün onun sözlərini kifayət qədər yax­­şı anlamaq lazımdır.
Bununla yanaşı bu ayə təsdiq edir ki, Peyğəmbər (ona Al­la­hın sala­vatı və salamı olsun!) öz ardıcıllarına Allahın nəinki ayə­lə­ri­nin sözlərini, həm də onların mənasını da izah və şərh edirdi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(75. 20) “Xeyr! Amma siz gəlib-gedəni sevirsiniz”
(75. 21) “və Axirətə etinasızlıq göstərirsiniz”.

Siz maddi nemətlərə, ləzzətlərə və məmnunluqlara nail ol­ma­­ğa tə­lə­sirsiniz və Axirət həyatındansa, bunlara üstünlük ve­rir­si­­niz və bu­na görə də ölümdən sonra sizi gözləyən xoşbəxtliyiniz xa­­tirinə xeyir­xah işlər gör­məyə laqeyd yanaşırsınız. Siz bu fani dün­­yanı sevirsiniz və məhz bu, sizin Allahın öyüd və nə­si­hət­lə­ri­nə biganə yanaşmanızın səbəbidir.
Bu dünyanın nemətləri və ləzzətləri asan əldəediləndir, in­san isə asan nail olunan hər şeyi sevməyə meyillidir. Axirət hə­ya­tın­­da əbə­di Səadətə gəldikdə isə o, müəyyən müddətə qədər tə­xi­rə salın­mış­dır. Buna görə siz bu Səadətə laqeydsiniz və ondan öt­rü zəhmət çəkməkdən boyun qaçırırsınız, sanki siz Axirət həyatı üçün xəlq edil­məmisiniz[3] və bu dünya sizin əbədi evinizdir. Siz bu keçici dünya xa­­tirinə var qüvvənizi əsirgəmir və ondan ötrü ge­cə-gündüz çalı­şır­sı­nız. Həqiqət sizin şüurunuzda təhrif olun­muş­dur və siz çox böyük it­ki­yə uğramısınız. Əgər siz Axirət həya­tı­na üstünlük versəydiniz və öz yo­lunuzun sonuna şüurlu surətdə bax­saydınız, onda mütləq uğur qa­za­nardınız və nə zərər çəkməz, nə itki verməz, nə də bədbəxtliyə qapılmazdınız.
Sonra Allah Cənnətdə möminlərin vəziyyətini və onlarla gü­­­nah­kar­lar arasındakı nəhəng fərqi təsvir edir və insanları əbədi hə­­­ya­­ta üstünlük verməyə çağırır. Allah öz Rəbbi ilə görü­şə­cək­lə­ri­nə ümid bəsləyənləri gözləyən mükafat haqqında xəbər verir və bu­­yu­rur:

 ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ
(75. 22) “O gün bəzi üzlər parlayacaq”
(75. 23) “və Rəbbinə baxacaqlar».

Möminlərin üzü ziyalı və gözəl olacaq, çünki onların ürəyi sə­a­­dətə nail olacaq və köksü isə sevinclə dolacaqdır. Onlar öz Rəb­binin üzünü görə biləcəklər. Onların arasında elələri olacaq ki, Al­lahı hər səhər və axşam görəcəkdir. Başqaları isə Onu yalnız cü­mə günləri görəcəklər. Onlar Allahın alicənab simasına baxmaq im­kanından həzz alacaq və Onun gözqamaşdırıcı və misilsiz gö­zəl­liyindən məmnun olacaqlar. Onlar Allahın surətini gördükdə, on­ları əhatə edən səadəti belə unudacaq və təsvirolunmaz ləzzət du­yacaqlar. Onların üzləri işıqlanacaq və daha da gözəl olacaqlar. Ey Rəbbimiz! Bizi də onların arasındakılardan et!

 ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(75. 24) “Digər üzlər isə həmin gün kədərli olacaq”
(75. 25) “və onlar əmin olacaqlar ki, artıq müsibətə uğra­mış­­lar».
Onlar dünya həyatına üstünlük verdilər və buna görə on­la­rın üzü qaşqabaqlı, kədərli, qorxu içində və alçaldılmış vəziyyətdə ola­­caqdır. Onlar anlayacaqlar ki, onları sərt və iztirablı cəza göz­lə­yir və bunu başa düşdüklərinə görə də onların üzü qaralıb, hüzn için­də olacaq.
 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ
(75. 26) “Əsla! O, onun körpücük sümüklərinə çatdıqda”,
(75. 27) “Ovsun oxuyan olacaqmı?” – deyiləcək”

Fövqəluca qullarını qorxudaraq, onlara ölümqabağı can­ver­mə anını xatırladır. Bu zaman insanın canı[4] körpücük sü­mü­yü­nə, yəni döş qəfəsi boşluğunun yuxarı dəliyini əhatə edən sü­mük­lərə çatdıq­dan sonra yalnız ölmək­də olan insanı kədər bü­rü­yə­­cək. Bu halda in­sanlar, onların zənninə görə, ölməkdə olanın şə­fa və rahatlıq tapma­sına kömək edə biləcək istə­nilən vasitəyə əl at­­mağa razı olacaqlar. Onlar özlərinə ovsun oxunmasını və ya ca­du edilməsini xahiş edə­cəklər, çünki adi üsullarla şəfa tapmaq ümi­­­din­dən məhrum ediləcək­lər. Lakin Allahın qədəri ger­çək­ləş­dik­­də, heç nə onun qarşısını ala bilməz.
ﭵ ﭶ ﭷ ﭸ
(75. 28) “və əmin olacaq ki, ayrılıq vaxtı gəlmişdir”.

Canverənə aydın olacaq ki, bu fani dünya ilə vidalaşma vaxtı çat­­mışdır.
ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(75. 29) “Baldır baldıra dolaşan”
(75. 30) “gündə onu Rəbbinin hüzuruna itələyə-itələyə apa­­ra­caq­lar».
Bədbəxtliklər bir yerə cəmləşərək can verəni möhkəm və sıx əha­­tə edəcək. Onun həyatında ən mühüm bir hadisə baş verəcək və kədər onu çulğalayacaqdır. Onun canına bədənini tərk etmək hök­mü veriləcək və o, ondan ayrılacaq və onu Fövqəluca Allahın hü­zuruna doğru çəkib apara­caqlar və orada törətdiyi əməllərini eti­raf edib, boy­nuna alacaq və ona layiqli əvəz veriləcəkdir.
Allah bu xəbərdarlığı ilə insanları öz qəlbini məhvə məh­kum edən hər şeydən qorumağa və onların xilas olmasını təmin edən şey­lərə can atmağa çağırır. Lakin haqqa müqavimət göstərən və Allahın ayələrinə əhəmiyyət verməyən inadkarlar öz azğınlıq və inkarçılıq­la­rını təkidlə davam etdirirlər.

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(75. 31) “O, iman gətirmədi və namaz qılmadı”.
(75. 32) “Əksinə, o, bunu yalan sayıb, üz döndərdi”,
(75. 33) ”sonra isə, təkəbbürlə ailəsinin yanına getdi”.

Bu günahkar Allaha, Onun mələklərinə, Onun Kitablarına, el­çi­lərinə, Qiyamət gününə, xeyri və şəri ilə qədərə iman gə­tir­mədi. O, namaz qılmadı və haqqı yalan saydı. O, qadağaları poz­du və Rəbbi­nin hökümlərinə rahatca və Allahdan qorxmadan itaət­siz­lik göstərdi. O – təkəbbürlü idi və başına gələcək müsibətlər haq­qında heç düşün­mürdü də.

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(75. 34) “Vay sənin halına, vay!”
(75. 35) “Bir daha vay halına, vay!”
(75. 36) “Doğrudanmı insan elə hesab edir ki, nəzarətsiz qo­­yu­­la­caq?”

Fövqəluca kafirləri iki dəfə təhdid edir, sonra isə insana, onu mövcud olmadığı halda xəlq etdiyini xatırladır. Doğrudanmı in­san elə güman edir ki, onu hökümlərsiz və qadağalarsız, mü­ka­fat­sız və cəzasız qoyacaqlar? Bu – Müdrik Allah haqqında yanlış eh­timaldır. O (Pak və Müqəddəs), heç vaxt belə rəftar etməz.

 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(75. 37) “Məgər o, süzülən məninin bir damcısı deyil­di­mi?”
(75. 38) “Sonra o, qan laxtasına çevrildi, sonra da O, onu xəlq edib, formalaşdırdı».
(75. 39) “O, ondan cütlük: erkək və dişi yaratdı”.
(75. 40) “Məgər O, ölüləri diriltməyə qadir ola bil­məz­mi?!”

Allahın iradəsi ilə çox kiçicik bir damcı qan laxtasına çevril­miş­dir və ondan bütöv bir orqanizm əmələ gəlmişdir. Allah insanı müx­təlif mərhə­lələrdən keçirmiş, onu mükəmməl və boy-buxunlu ya­ratmış və insanları kişi və qadınlar kimi xəlq etmişdir. Məgər bun­­dan sonra O (Pak və Müqəddəs), ölüləri dirildə bilməzmi? Əl­bət­tə! O (Pak və Müqəddəs), hər şeyə qadirdir!



[1] Ruh – nəfs, can, qismən də qəlb – sinonimlərdir. F.S.
[2] Bu “müəyyənləşdirmə” insanın öz taleyinə hər hansı bir dəyişiklik etmək qabiliyyəti və ya im­kanı ilə bağlı deyil. Bu ifadə ilə müəllif demək istəyir ki, insan, onun başına artıq nəyin gələ­cə­yini bilib, özü üçün müəyyən edəcəkdir, yəni anlayacaqdır. F.S.
[3] Yəni, möhtərəm müəllif Əbdürrəhman əs-Səədinin məntiqinə görə, Mərhəmətli Allah insanı məhz Axirət Səadəti üçün xəlq etmişdir. Amma buna baxmayaraq, onların xeyli bir qisminin, öz zalımlıqları (günahları) üzündən, Cəhənnəmin yanacağı olacaqları da Qurandan bəllidir. F.S.
[4] Ya da – ruhu. F.S.

Комментариев нет:

Отправить комментарий