среда, 2 мая 2012 г.

62. ƏL-CUMUƏ SURƏSİNİN ŞƏRHİ


SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!


(62. 1) “Göylərdə olanlar da, yerdə olanlar da Hökmdar, Mü­­qəd­­dəs, Fövqəlqüdrətli, Müdrik Allahı mədh edir­lər».

Göylərin və yerin sakinləri Allahı mədh edir, Ona pərəstiş edir, Ona ibadət edir və Onun iradəsinə itaət göstərirlər, çünki Onun haki­miy­yəti hüdudsuzdur. O (Pak və Müqəddəs), – göy­lə­rin və yerin Ona ita­ət etdiyi, Kainatın bütün məxluqlarının Onun qul­ları olduğu Hökm­­­dar­­dır. O – pakdır və hər hansı qüsurdan uzaq­dır. O – fövqəl­qüd­rət­li­dir və bütün varlıqlar Onun hökmü al­tın­dadırlar. O – Müdrik­dir, is­tədiyini xəlq edir və hər şeyi Öz ila­hi hikmətinə uy­ğun olaraq idarə edir. Allahın bu əzəmətli adl­a­rı və sifətləri hər bir insandan yalnız tək Ona ibadət etməyi tələb edir.


(62. 2) “O, savadsızlara öz aralarından Elçigöndərəndir. O, on­­­­la­ra Onun ayələrini oxuyur, onları təmizləyir və onlara Kitabı və Hikməti öyrədir, halbuki onlar əvvəllər açıq-aşkar bir cəhalət için­­dəy­dilər».

Allah ərəbləri savadsız adlandırır, çünki onların Səmavi Ki­ta­bı yox idi və heç əvvəlki peyğəmbərlərin (onlara salam olsun!) tə­lim­ləri haqqında biliklər də onlarda qalmamışdı, eynilə, o bi­lik­lər di­gər xalq­ların da yadda­şında saxlanma­mışdı. Təkcə Kitabı olan in­san­lar Allah­ın elçilərinin təbliğ etdiklərinin müəyyən bir his­səsini qo­ru­yub saxla­ya bil­mişdilər.
Fövqəluca Allah onları Özünün ən böyük mərhəməti ilə hi­ma­yə etmişdir ki, O (Pak və Müqəddəs), əvvəllər onu heç bir xal­qa layiq gör­­mə­mişdi. Ərəblər bilik və dindarlıqdan məhrum idi­lər, dərin az­ğın­lıq zül­mətində idilər, bütlərə, ağaclara və daşlara iba­dət edirdilər, vəhşi hey­­vanlara xas olan qəddarlıqla fərq­lə­nir­di­lər, cəngəllik qanunu ilə ya­şa­yırdılar. Bütün bunlar onu göstərir ki, onlar Allahın peyğəm­bər­­ləri­nin (onlara salam olsun!) təlimləri haq­qında heç bir təsəvvürə malik deyildilər.
Lakin Allah onlara Elçisini (s.ə.s) göndərdi və onu (s.ə.s) on­la­rın öz arasından seçdi. Onlar onun (s.ə.s) əsil nəcabətini[1] bilir­di­lər, on­­lara onun (s.ə.s) gözəl keyfiyyətləri, doğruçu və etibarlı[2] in­san ol­ma­sı mə­lum idi. Rəbb ona (s.ə.s) Öz Kitabını nazil etdi, o (s.ə.s) isə onun ayə­lə­rini, yəni, hikmətli sözlərini insanlara oxu­yurdu və bu on­ların qəlbinə iman bəxş edir və onların ger­çək­li­yi­nə şübhə etməyə im­­kan vermirdi. O (s.ə.s) onları təmizləyirdi, on­la­rı saleh xasiyyətli ol­­­mağa çağırmaqla və qüsurlardan və şərəf­si­z­lik­dən çəkin­dir­məklə, xe­yirxah əxlaqa malik olmanın üstün­lü­yü­nü onlara izah edir­di. O (s.ə.s) onlara Kitabı və Hik­məti, yəni, Qu­ra­nı və Sünnəni öy­rədirdi və onların qar­şısında əcdadla­rının və müa­sirlərinin ma­lik olduqları böyük biliklər meydanı açırdı.
Bunların sayəsində Muhəmməd Peyğəmbərin (ona Allahın sa­­­la­­­va­tı və salamı olsun!) səhabələri ən savadlı insanlardan ol­du­lar. Bun­­dan başqa, onlar bütün alimlər və möminlər üçün təqlid edi­ləsi ör­nəyə çevrildilər. Peyğəmbərin (s.ə.s) səhabələrinə həm nə­cib­lik­də, həm dindar­lıqda və həm də haqq yola bağlılıqda bə­ra­bər olan yox idi. Onlar haqq yolla nəinki özləri gedirdilər, onlar həm də öz ar­dınca başqalarını da aparırdılar. Bunun sa­yəsində on­lar mö­min­lə­rin rəh­bərləri və dindar­la­rın ilhamvericisi oldular. Föv­qəl­uca Al­la­hın Elçisini (ona Allahın sa­la­vatı və salamı olsun!) məhz on­lara gön­dərməsi, onlar üçün Rəbbin ən böyük neməti oldu.

ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ
(62. 3) “Həmçinin onlara qovuşmayanlara da. O – Föv­qəl­qüd­­­rət­li­dir, Müdrikdir”.

Allahın mərhəməti nəinki təkcə savadsız ərəblərə və nəinki tək­­­cə insanlara qismət olmuşdu. Ərəblərlə yanaşı o[3], islamı sonra qə­­bul edən və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı ol­sun!) ya­şadığı dövrdə iman gətirənlərə qoşulan Kitab əh­li­nə də qis­mət ol­muş­du.
Quran şərhçilərinin bəziləri belə hesab edirdilər ki, “...onlara qo­­­vuşma­yanlar...” sözləri Peyğəmbərin (s.ə.s) sə­ha­bə­lə­ri­ni, za­man­la əla­qə­­dar, gör­məyən müsəlmanlara aiddir. İkinci bir rə­yə görə isə, hə­min sözlər – müsəlmanların bütün sonrakı nə­sil­lə­rinin saleh sə­­habə­lə­rin qalxdığı pil­ləyə yüksələ bilməyəcəklərini eh­tiva edir. Gə­­tirdiyimiz hər iki şərh doğ­rudur. Heç kəs, Allahın El­çisini (ona Allahın salavatı və sa­lamı olsun!) gör­müş və onunla (s.ə.s) birgə is­la­mı yaymış şanlı səha­bə­lərin özləri ilə apar­dıqları yük­sək mü­ka­fat­­lara artıq nail ola bilməz.


(62. 4) “Bu, Allahın lütfüdür – onu dilədiyi kəsə əta edir. Allah ən böyük lütüf Sahibidir».

Fövqəluca qullarını ilahi təlimatdan məhrum etməmişdi və on­la­rı unutmamışdı və elə bu, Onun fövqəlqüdrətini və müd­rik­li­yini təsdiq edir. O (Pak və Müqəddəs), bəşəriyyətə Öz elçilərini (on­lara sa­lam ol­sun!) hökümləri və qadağaları ilə göndərmiş və on­la­rı Özünün seçilmiş nüma­yəndələri etmişdir. Bu – Allahın ən bö­yük lütüfkarlı­ğı­dır ki, O (Pak və Müqəddəs), onunla istədiklə­rini hi­mayə edir. Bu mərhəmətlə nə sağlamlıq, nə var-dövlət, nə də di­gər maddi nemətlər müqayisəyə gəlməz, çünki haqq yola yö­nəl­dən nəsihətdən yaxşı heç nə ola bil­məz. Bu Nəsihət Allahın qu­luna Böyük Uğur əldə etmə­yə və Əbədi Səadət qa­zan­mağa im­kan verdi.
Əvvəlki ayələrdə Fövqəluca Özünün müsəlmanlara bəs­­lə­di­yi mərhəməti haqqında xəbər verirdi. O (Pak və Müqəddəs), on­lara sa­vadsız Peyğəmbər (s.ə.s) göndərdi və onlara gözəl kefiy­yət­lər və üs­tün məziyyətlər verdi ki, onları bundan sonra da ötüb ke­çən olma­ya­caqdır. O (Pak və Müqəddəs), bir zamanlar savadsız olan bu ümmətə özlərindən əvvəlkiləri və ardıcıllarını və hətta ila­hiy­yat sahəsində özlərini ən bilikli sayan Kitab əhlini də arxada qoy­mağa imkan ya­rat­dı. Daha sonra Rəbb xəbər verir ki, Tövratı öy­rənmələri və onun hökümlə­rini rəhbər tutmaları əmr olunmuş yə­hudilər və xristianlar, bunu ye­ri­nə yetirmədilər.

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
(62. 5) “Tövratın həvalə edildiyi xalq və ona riayət et­mə­yən­­lə­rin vəziyyəti, üstündə çoxlu kitab daşıyan eşşəyin və­ziy­yə­ti­nə bən­zəyir. Allahın ayələrini yalan sayanların nümunəsi necə də çirkin­dir! Allah zalım xalqı doğru yolla aparmır”.

Kitab əhli onlara həvalə edilmiş vəzifəni yerinə ye­tir­mir­di­lər və bunun nəticəsində hər hansı şərəf və heysiyyətdən məhrum edil­miş­di­lər. Allah onları hikmətli kitablar yüklənmiş eşşəyə bən­zə­dir. Məgər uzun­qulaq belində daşıdığı bu kitablardan fay­da­la­na bilərmi?! Məgər bu ona şərəf gətirərmi?! Məgər onun qisməti be­­lə ağır yükləri yalnız daşı­maq deyilmi?!
Eyni sözü bilikli yəhudilər və xristianlar haqqında da de­mək olar, çünki onlar Tövratın hökümlərini yerinə yetirmirlər. Bun­lar­dan ən böyüyü – Muhəmməd Peyğəmbərin (ona Allahın sala­va­tı və salamı ol­sun!) ardınca getmək və onun (s.ə.s) gətirdiyi Kə­ra­­mətli Qu­rana iman gətirmək hök­müdür. Tövrata və onun əhd­lə­ri­nə belə la­qeydlik göstə­ril­məsi onlara ziyandan və ümidsizlikdən baş­qa heç nə gətirməz, çünki onlar öz inkarçı­lıqlarına hər hansı şə­kildə qa­zandıra biləcəkləri bəraət­dən məhrum edilə­cəklər. Hə­qi­qətən, be­li­nə kitablar yüklənmiş uzun­qulaq obrazı onlara uyğun gəlir.
Hər biri Elçinin (ona Allahın salavatı və salamı olsun!) sə­mi­mi­­­li­yini və onun (s.ə.s) təliminin gerçəkliyini təsdiq edən Allahın ayə­­lə­rini inkar edən insanların müqayisəsi necə də çirkindir! Hə­qi­­q­ətən, Allah fasiqləri, onlar öz zalımlıqlarında, öz kü­für­lə­rin­də inad et­məkdən əl çəkmə­yənədək, doğru yolla aparmır və on­la­rı əsil fayda ve­rən yol­la­ra da yönəlt­mir.

(62. 6) “De: “Ey yəhudiliyə etiqad edənlər! Əgər siz güman edir­­­səniz ki, yalnız siz Allahın dostlarısınız, onda əgər haq­lı­sı­nız­sa, özü­nü­zə ölüm diləyin».

Yəhudilərin zalımlığı və inadkarlığı ondadır ki, onlar öz az­ğın­­lıqlarını dərk edirlər, lakin buna baxmayaraq, inadcıllıqla iddia edir­­lər ki, təkcə onlar haqq yolun tərəfdarlarıdır və Allahın se­vim­li dostlarıdır.
Ey yəhudilər! Əgər siz doğru deyirsinizsə, doğrudan da haqq yolla gedirsinizsə və Allahın ən sevimli dostlarısınızsa, onda ölü­mü arzulayın. Axı bu çox sadə bir işdir. Əgər siz doğ­ru­dan da ba­xış­larınızın və əməllərinizin haqlı və ədalətli olduğuna əmin­si­nizsə, onda siz mütləq bu çağırışa cavab verməli və özü­nü­zə ölüm arzu et­məli­siniz. Yox, əgər siz yalan danışırsınızsa, on­da siz bunu etməz­si­niz.

(62. 7) “Amma onlar əllərinin hazırladıqlarına görə, bunu heç vaxt arzulamayacaqlar. Allah zalımları tanıyır”.

Yəhudilər bu təklifi dinlədikdən sonra, bunu etmədilər və an­­lat­­dılar ki, onlar öz yalançı və nöqsanlı baxışlarından xəbər­dar­dır­lar. Bun­dan başqa, onlar özlərində həyatla vidalaşmağa nifrət oya­dan gü­nahlarından ötrü heç vaxt özlərinə ölüm arzulamazlar. Hə­­qiqətən, in­sanların şərəfsiz­liyi və zalımlığı Allahdan azca da ol­sa gizlədilə bil­məz.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(62. 8) “De: “Sizin qaçdığınız ölüm sizi haqlayacaqdır və son­ra siz qey­bi və aşkarı Bilənin yanına qayıdacaqsınız və O, sizin nə­ləri tö­rət­diklərinizi sizə xəbər verəcəkdir».

Qoy onlar əllərinin törətdiklərindən dəhşətə gələrək, öz­lə­rinə ölüm arzulamaqdan boyun qaçırsınlar, qoy onlar ondan var güc­ləri ilə qaçıb, canlarını qurtarmağa çalışsınlar – bu onlara on­suz da kömək et­məyəcək. Ölüm onları mütləq yaxalayacaq, çünki bu sonluq Allahın bü­tün qullarını gözləyir. Onların müddəti ça­tan­da və ölüm gəldikdə isə, hamısı qeybi və aşkarı Bilən Al­la­hın yanına qaytarıla­caq­lar. Bax, onda, Qiyamət günü, O (Pak və Mü­qəddəs), onlara törət­dikləri hər şey haqqında: ən kiçik və böyük işlərindən, xeyir və şər təşəb­büs­lə­rindən xəbər verəcəkdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ
(62. 9) “Ey iman gətirənlər! Cümə günü namaza çağırı­lan­da Allahı zikr etməyə qatılın və ticarəti dayandırın. Bilin ki, bu, sizin üçün daha xeyirlidir».

Fövqəluca qullarına əmr edir ki, cümə camaat namazını məs­­­cid­­də qılsınlar və azan səsini eşidən[4] kimi ora tələssinlər. Bu o de­mək deyildir ki, oraya qaça-qaça getsinlər. Peyğəmbər (s.ə.s) na­­maza qaça­raq gəlməyi qadağan etmişdi. Bu hökmün mənası on­da­­dır ki, mö­min­lər cümə nama­zının qılınmasında diqqətli olmalı və cümə na­mazını qaçırmamağa səy göstərməlidirlər.
Ey müsəlmanlar! Siz azan verənin səsini eşidən kimi, ti­c­a­rə­ti­­­ni­zi dayandırıb, namaz qılmağa yollanın. Siz bu minvalla, mal­la­rı­nızı sata­raq qazana­cağınızdan da, xeyli çox fayda əldə edərsiniz, çün­ki malla­rınızı satmaqda davam etməklə və bütün ibadət ayin­lə­rinin ən yaxşısı olan vacib namaz­lara laqeydlik göstərməklə bu fay­danı əldə etməyə nail ola bilməzsiniz. Əgər siz bilsəydiniz ki, Allahın mükafatı nə qədər gözəl və daimidir! Əgər siz dünya hə­ya­tını dindən üstün tu­tanın, kim olmasından asılı olmayaraq, əsil zi­­yana uğrayacağını başa düşsəydiniz! Heyhat, o, uğur qazana­ca­ğı­na ümid bəsləyir... Ticarətin dayandırılma­sına gəldikdə isə, o yal­nız namaz qılınan vaxta aiddir və buna görə sonra Fövqəluca be­lə buyurur:

ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(62. 10) “Namaz qurtardıqdan sonra yer üzünə dağılışın, Al­lah­­ın mərhəmətini axtarın, Onu tez-tez xatırlayın, – ola bilsin ki, uğur qaza­na­sınız».

Cümə namazı başa çatdıqdan sonra yer üzündə əlverişli söv­də­ləş­mək və maddi qismətinizin axtarışı üçün ətrafa yayılın. Ti­­carətlə məşğuliyyət sizi labüd olaraq Allahı xatırlamaqdan y­a­yın­­dıracaq və buna görə siz öz Rəbbinizi tez-tez yad edin və bu­nun­la da ruhunuzu möhkəm saxlayın. Allahı ayaq üstə, otu­rd­u­ğu­­nuz və ya uzandığınız halda, hansı vəziyyətdə olmağınızdan ası­­lı olmayaraq, xatırlayın. Hə­qi­­qə­tən, Allahı tez-tez yada salma – mü­­­vəffəqiyyətin ən mühüm rəhn­­lərindən biridir.

ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ
(62. 11) “Onlar ticarət və ya əyləncə gördükdə, dağılışıb on­­­lara can atdılar və səni, ayaq üstə dayandığın halda, tərk et­di­lər. De: “Allahın dərgahında olanlar - əyləncə və ticarətdən yax­şı­dır və Allah – Ən Xeyirli Ruziverəndir”.

Bu, cümə günü, cümə namazından əvvəl Peyğəmbər (ona Al­­la­h­­ın salavatı və salamı olsun!) xütbə verərkən olmuşdu. Ca­ma­at Mədinə­yə ticarət karvanı gəldiyini eşidən kimi, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) minbərdə ayaq üstə olduğu hal­da qoyaraq, məsciddən çıxıb, mal almağa başladılar. Onlar yan­lış qərar qəbul etdi­lər və özlərini çox nalayiq apardılar.
Ey Muhəmməd! Onlara xəbər ver ki, xeyirxahlığa can atan və Allaha səbirlə ibadət edənlər üçün hazırlanmış mükafat, yalnız ki­çik bir mənfəət gətirəcək və eyni zamanda insanları Axirət həya­tı­nın Böyük təltifindən məhrum edəcək ticarətdən və əyləncədən da­ha yax­­şı­dır. Lakin Allaha səbirlə və zəruri səylə ibadət insanın ru­zisini yer üzündə heç vaxt azaltmaz, çünki Allah – Ən Yaxşı Ru­zi­­verəndir. O (Pak və Müqəddəs), Özünün dindar və mömin qul­la­­rına onların hətta heç gözləmədikləri yerdən nemət verir.
Bu ayələr bir neçə hökümlərdən ibarətdir:
Camaat halında cümə namazı müsəlmanlar üçün vacibdir və bu­na görə onlar ona diqqətlə yanaşmalı və ona tələsməlidirlər.
Müsəlmanlar iki hissədən ibarət olan cümə namazından əv­vəl xütbə oxunuşunda iştirak etməlidirlər, çünki Quran şərhçiləri de­­yir­lər ki, “...Allahı zikr etməyə yönəlin” sözlərində məhz belə xüt­­bələr nə­zər­də tutulur.
Cümə namazından əvvəl azan verilməsi buyurulmuşdur.
Cümə namazına azan verildikdən sonra ticarət qadağandır, çün­­ki o, möminlərə fərz hökümlərdən birini yerinə yetirməyə mane olur. Buradan belə bir nəticə çıxarılır ki, istənilən iş, hətta öz ma­hiy­­­yəti eti­barı ilə icazə verilən olsa da, vacib bir işin yerinə ye­ti­ril­mə­­sinə mane olduqda, qadağan edilir.
Rəbb cümə xütbəsində iştirak etməyi, onu sakitcə din­lə­mə­­yi buyurmuş və bunu etməyənləri qınamışdır.
Hər dəfə maddi mənfəət, əyləncə və ehtiraslar Allahın qu­lu­nu özü­nə cəlb etdikdə, o xatırlamalıdır ki, Allah Onun lütüf­kar­lı­ğı­nı ax­ta­­ran­lara və öz alçaq istəklərinə uymayanlara daha yaxşı əvəz vəd etmiş­dir.



[1] Yəni, doğuluşundan başlayaraq ta peyğəmbərliyinə qədərki bütün tarixi, məişəti və özəl­lik­lə­ri nəzərdə tutulur. F.S.
[2] Ərəbcə: Əmin. F.S.
[3] Allahın mərhəməti. F.S.
[4] Bu o demək deyildir ki, azanı müxtəlif səbəblərə görə eşitməyən müsəlmanlar onun vaxtını bildikləri halda, azan səsini eşitmədikcə cümə namazına və ya digər namazları qılmaq üçün məscidə getməməlidir və ya evində namaz qılmamalıdır.F.S.

Комментариев нет:

Отправить комментарий