среда, 2 мая 2012 г.

68. ƏL-QƏLƏM SURƏSİNİN ŞƏRHİ


\Ã

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!   

ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ
(68. 1) “Nun. And olsun qələmə və yazdıqlarına!”

Qələm adı altında insanların ən müxtəlif bilik sahələrinə aid öz nai­liyyətlərini və həmçinin öz əsərlərini və şeirlərini yazdıqları va­­sitə­lər nəzərdə tutulur. Lələklər və qələmlər və həmçinin on­la­rın kağız üzərində əks etdirilmiş biliklər – Fövqəlqüdrətli Rəbbin əzə­­mətli ayə­lə­ridir və Onun onlara and içməsinə layiqdir. O (Pak və Müqəddəs), məhz belə etmişdir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salava­tı və salamı olsun!) ünvanına söylənən dəliliyi ba­­rədə yalan ittiham­la­rı rədd etsin.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(68. 2) “Rəbbinin neməti sayəsində sən məcnun deyilsən”.

Bu ittihamlar iftira idi, çünki Allah Öz mərhəməti sayəsində El­­­çisinə (ona Allahın salavatı və salamı olsun!) kamil ağıl bəxş et­miş və ona (s.ə.s) müdrik düşüncə və bəlağət vermişdi. Onun (s.ə.s) təb­liğ etdiyi təlim isə insanların bu günədək belə öyrəndiyi və yaz­dıq­­larının ən yaxşısıdır. Sonra Fövqəluca onun (s.ə.s) Axirət hə­ya­tın­dakı bəxtə­vər taleyindən bəhs edərək, belə buyurur:

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(68. 3) “Həqiqətən, mükafatın bitməz-tükənməzdir”.

Ey Muhəmməd! Sənə böyük və sonsuz mükafat ve­ri­lə­cək­dir. Sən ona öz gözəl əxlaqın və insanları haqq yola gətimək üçün öz sə­mi­mi səy­lərin sayəsində layiq olmusan. Buna görə, sonra Allah belə buyurur:
ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(68. 4) ”Həqiqətən də, sənin əxlaqın əladır!”

Allah həqiqətən də, ona (s.ə.s) yüksək əxlaq və ədəb-ərkan əta et­mişdi. Möminlərin anası Aişədən (Allah ondan razı olsun!) Al­la­hın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) xasiy­yə­ti­nin necə ol­du­ğunu soruşduqda, belə cavab vermişdi: “Onun (s.ə.s) əxlaqı Quran idi».
Onun (s.ə.s) nəcib keyfiyyətləri haqqında Fövqəluca bu­yur­muş­­­dur: “Əfv yolunu tut, xeyirxahlıq göstərməyi əmr et və ca­hil­­lərdən üz dön­dər” (Əraf, 7/199); “Allahın mərhəməti sa­yə­sin­də sən onlara qarşı yum­şaq davranırdın...” (Ali-İmran, 3/159); “...Sizə öz aranızdan Elçi gəldi. Si­zin sıxıntıya düşməyiniz ona çox ağır gəlir...” (Tövbə, 9/128). Muhəmməd Pey­ğəmbərin (ona Al­­lahın salavatı və salamı ol­sun!) gö­zəl əxlaqına aid hələ bir çox baş­qa ayələr də vardır və onların hər biri insanlara özlərində gö­zəl keyfiyyətlər tərbiyə etməyi öyrədir. O mə­ziy­yətlərin hamısı ən ka­­mil və ən şərəfli formada Muhəmməd Pey­ğəmbərdə (ona Alla­hın salavatı və salamı olsun!) öz inikasını tap­mış­dır. Onun (s.ə.s) xa­­siyyətinin hər bir cizgisi ən yüksək dərəcəli ör­nək idi.
O (s.ə.s) yumşaq xasiyyətli və Rəhimli bir insan idi. İnsanlar onun­la (s.ə.s) çox asanlıqla dil tapa bilirdilər və o (s.ə.s) onların də­­və­tini həmişə məmnuniyyətlə qəbul edirdi. Peyğəmbər (s.ə.s) heç vaxt eh­tiyacı olanlara kömək göstərməkdən boyun qaçırmırdı və var qüv­vəsi ilə təskinlik tapmaq istəyənlərə təsəlli verməyə səy gös­tərirdi. O (s.ə.s) heç vaxt insanı xoş ümiddən məhrum etməyə və onu öz rədd cavabı ilə məyus etmirdi.
Onun (s.ə.s) səhabələri hər hansı bir işi başlamaq üşün on­dan (s.ə.s) icazə istəyəndə, o (s.ə.s) onlara xeyir-dua verir və bu, gü­­­nah­la əlaqədar olmadıqda, hətta onlara kömək də edirdi. O (s.ə.s) qə­rar qə­bul etdikdə, özbaşınalıq göstərmir, öz səhabələri ilə mə­s­lə­hət­ləşir və planlarını onlarla müzakirə edirdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səhabələ­ri­­nin xeyirxah əməllərini səmimiyyətlə qarşılayır və onların səhv­lə­rini bağışla­yardı. Öz müsahibinə müraciət edərkən, o (s.ə.s) gü­lər­üz olur­du və söhbəti birinci olaraq kəsmirdi. O (s.ə.s) qaş­qaba­ğı­nı sallamırdı və mükalimədə kobudluq etmirdi. Əgər bir şey onun (s.ə.s) xoşuna gə­­lirdisə, onda o (s.ə.s) öz sevincini gizlət­mir­di. O (s.ə.s), həmsöh­bə­ti­nin ağzından təsadüfən çıxan sözlərə görə onu qınamır və kobudlu­ğuna görə məzəmmət etmirdi. O (s.ə.s) var gücü ilə cəhd göstərirdi ki, ona xoş cavab versin və layiqincə sə­bir­li olsun.
Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­la­mı olsun!) əlçatmaz yüksəkliklərə ucaltmışdı, lakin düşmənləri onu (s.ə.s) dəli və cinli sayırdılar. Buna görə sonra Quranda de­yilir:

ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(68. 5) “Sən görəcəksən, onlar da görəcəklər ki”,
(68. 6) “sizdən kim – cinlidir”.

Şübhəsiz ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­­sun!) doğru yolla gedirdi və həm özünə qarşı və həm də digər in­­san­lara qarşı tələbkarlıqda insanların ən yaxşısı idi. Onun (s.ə.s) düş­mən­ləri isə yolunu ən çox azmış məxluqlar idilər və ətraf­ların­da­kılara ha­mıdan pis münasibət bəsləyirdilər. Onlar Allahın qul­la­rını aldadır və onları Rəbbin yolundan çıxarırdılar. Bunların Al­la­ha yaxşı məlum ol­ması kifayət idi, axı yalnız O (Pak və Müqəddəs), insanlardan etdik­ləri əməllərinə görə hesabat tələb edəcək və tö­rətdiklərinə görə onlara əvəz verəcəkdir.

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

(68. 7) “Sənin Rəbbin Onun yolundan çıxanları çox yaxşı ta­nı­yır və doğru yolla gedənlərə də yaxşı bələddir”.

Bu sözlərdə Onun yolundan azanlara sərt təhdid və doğru yol­la ge­dənlər üçün isə bol mükafat vədi vardır. Bu sözlər də Al­la­hın müd­rikliyini təsdiq edir. O (Pak və Müqəddəs), kimisini doğ­ru yola yö­nəldir, kimisini də, bu yola layiq olmadığı üçün, on­dan azdırır.
 ﯓ ﯔ ﯕ ﯖ
(68. 8) “Buna görə yalan sayanlara itaət etmə!”

Ey Muhəmməd! Haqqı inkar edənlərə, səni yalançı sa­yan­la­ra və haqq dinə müqavimət göstərənlərə tabe olma. Onlar, ki­min­sə onlara tabe olmasına və itaət etməsinə layiq deyillər, çünki on­lar insanları öz alçaq ehtiraslarına güzəştə getməyə çağırırlar. On­lar yalan və əxlaq­sızlıqdan başqa heç nə arzulamırlar və buna gö­rə kim ki, onlara itaət göstərir, yalnız zərər gətirən yola qədəm qoy­muş olur. Bu, haqqı in­kar edən və belə adamların aldatmasına uyan­ların hamısına aiddir. Buna baxmayaraq, bu ayə Muhəmməd Pey­ğəmbərdən (ona Allahın salavatı və salamı olsun!), öz dininin qü­surluluğunu və “ilahlarının” acizliyini ifşa etməməyi tələb edən və əvəzində ona (s.ə.s) toxun­ma­ya­caqlarını vəd edən müşriklər ba­rəsində nazil edilmişdi. Buna görə Fövqəluca Allah buyurur:
 ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(68. 9) “Onlar istəyirlər ki, sən güzəştə gedəsən və onda on­­lar da güzəştə getsinlər”.

Müşriklər istəyirlər ki, sən onların etdiklərinin bir hissəsinə öz razılığını bildirəsən. Onlar istəyirlər ki, sən onların dinini öz söz­­lə­rinlə və əməllərinlə bəyənəsən və haqqı demək və haqqı izah et­mək lazım gəl­dik­də, dinməyəsən. Lakin sən yalnız Allaha tabe ol və islamı təbliğ et, çünki islamın zəfər çalması labüd olaraq öz ar­dınca fasiq­lərin ona qarşı qoymağa cəhd göstərdikləri hər şeyi dar­madağın və ona uyğun gəlməyən hər şeyi ifşa edəcəkdir.

ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(68. 10) “İtaət etmə hər and içənə, mənfura”,
(68. 11) “pislik axtarana, dedi-qodu yayana”,
(68. 12) “yaxşılıq etməkdə xəsis olana, cinayətkara, günah­ka­ra”,
(68. 13) “fırıldaqçı qəddara”,
(68. 14) “hətta o, zəngin və oğul sahibi olsa da”.
(68. 15) “Ona Bizim ayələrimizi oxuyanda o: “Bu – qədim xalq­­ların əfsanələridir! – deyir”.

And israfçısı o şəxsi adlandırırlar ki, o tez-tez and içir və bu özəl­­lik yalançılara xas olan əlamətlərdəndir. Hər bir yalançı isə müt­­­ləq mənfur – alçaq, hikmətdən məhrum, yaxşılıq etməyi arzu­la­­mayan olacaqdır. Bundan başqa, belə bir insanın bütün istəkləri rə­­zil ürə­yi­nin dolu olduğu öz alçaq ehtiraslarını qane etməyə yö­nəl­­dilmişdir. O hər şeyi pisləyəndir, çünki durmadan insanlarda qü­­surlar tapmağa cəhd göstərir, dedi-qodu yayır və ətrafdakıları mə­s­xərəyə qoyur. O həm də sözgəzdirən qeybətçidir, çünki bəzi in­­sanlara digərlərinin söz­­lərini çatdırır ki, onları bir-biriləri ilə əda­­vət etməyə yönəltsin və onların arasında düşmənçilik və nifrət ya­­ratsın. O xeyirxahlıq et­mək­də xəsislik göstərir və öz əmla­kın­dan Allahın əmr etdiyi sədəqəni, günahı təmizləyən ianələr və zə­­kat vermək istəmir. O cinayətkardır, çünki insanların həyatına, ma­lına və namusuna qəsd edir. O gü­nah­lara batmışdır və Allah qar­şısında öz vəzifələrini yerinə yetirmir. O kobuddur, acıqlıdır, rə­him­sizdir və haqqa riayət etmək istəmir. O özü haqqında yük­sək rəydədir, halbuki əslində o ona və insanlara xeyir gətirə bilən mə­ziyyətlərdən məhrumdur. Əksinə, onun əxlaqı yüksək də­rə­cə­də nöqsanlıdır və o heç vaxt uğur və əmin-amanlığa nail ola bil­mə­­yəcəkdir. Onun nəsibi – rəzillik və şər damğasıdır ki, insanlar onu bu əlamətlə tanıyacaqlar.
Bir sözlə, Fövqəluca Allah hər addımbaşı and içən, alçaq xa­siy­­yətli və yaramaz əxlaqa malik yalançılara, xüsusilə də, özlərini se­vən və təkəb­bürlülüyə meyilli olanlara, haqq və insanlar üzə­rin­də yük­səl­məyə çalışan­lara, onlara həqarətlə yanaşanlara, dedi-qo­du yayanlara və insanlarda pis­lik tapmağa çalışanlara və Allaha itaət­sizlik göstə­rənlərə güzəştə getməyi qadağan etmişdir.
Bu ayələr bəzi müşriklər haqqında nazil edilmişdi ki, on­lar­dan biri də əl-Valid b. əl-Muqirə idi. O böyük bir var-dövlətə ma­lik idi və çoxsaylı oğul övladları vardı. Bir dəfə ona Quran vəhy­lə­rin­­dən oxu­yanda, o demişdi: “Bu – yalnız qədim rəvayətlərdir”. Özü­­nün zəngin­liyi və böyük ailəsi sayə­sində, o, Allahın qanu­nu­nu pozmuş və özünü haqdan üstün tutmuşdu. Haqq özü ona ay­dın olduqdan sonra, o, onu inkar etdi və onu qədim əf­sa­nə say­mış­­dı ki, onlara inanmaq da, inan­mamaq da olardı.
Buna baxmayaraq, müzakirə etdiyimiz ayələr belə qüsurlu key­­fiy­yət­lərə malik olanların hamısına tam mənada aiddir, çünki Qu­ran haqq rəhbərlik kimi bütün insanlar üçün – həm onun nazil edil­diyi ilk illərdə yaşayanlar, həm də onların nəsilləri üçün nazil edil­mişdi. Bir sıra Quran ayələri bu və ya digər şəxslər barədə na­zil edilmişdi, lakin özlərində ümumbəşəri məna daşıyırdı. Bunun sa­yəsində möminlər bu günə qədər də ayrı-ayrı şəxslərin nü­mu­nə­sində, onların taleyinə bənzər bütün insan­ların taleyini öy­rə­nir­lər.

 ﭑ ﭒ ﭓ ﭔ
(68. 16) “Biz onun burnunu damğalayarıq».

Fövqəluca yuxarıda sadalanan məziyyətlərə malik olan düş­mə­­ninə qorxunc xəbərdarlıq nazil etmişdir. O (Pak və Müqəddəs), onun burnunu əzabverici cəza – damğalayacağı ilə təhdid edir ki, bu­nu bü­tün insanlar görəcəklər. Bu cəza onun üzündə damğa ki­mi əks olun­malıydı ki, iztirab­la­rı daha da ağır keçirsin.

ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(68. 17) “Həqiqətən, Biz onları da, sabah mütləq mey­və­lə­ri­­ni də­rəcəklərinə and içən iki bağın sahiblərini sınağa çək­di­yi­miz ki­mi, sınağa çək­dik”,
(68. 18) “amma onlar istisna bildirmədilər”[1].

Fövqəluca bildirir ki, O (Pak və Müqəddəs), haqqı inkar edən­­ləri, onlara maddi nemətlər əta etməklə sınayır. O (Pak və Müqəddəs), onlara möhlət verir və bu dünyada həzz almalarını uza­­dır, onlara var-dövlət və övladlar bəxş edir, uzun ömür sür­mə­yə imkan verir. O (Pak və Müqəddəs), onların arzularını həyata ke­­çirir, lakin bunlar o kəsləri şərəfləndirmir. Bundan əlavə, bu on­ları inkarçılıq burulğanına çəkən elə bir aldanış ola bilər ki, onlar hət­­ta özləri bunu hiss etmirlər. Onlar da, bağ sahiblərinin al­dan­dıq­ları kimi, aldanırlar. Bağlarındakı meyvələr yetişdikdə və məh­su­­lun yığım vaxtı çatdıqda, onlar qərara gəldilər ki, məhsul artıq on­ların əlindədir və heç kim onu əldə etməyə onlara mane ola bil­məz. Buna görə onlar and içdilər ki, səhər çağı məhsulu yığsınlar, la­­kin bu zaman: “İnşallah” (“Əgər Allah istəyər­sə”) ifadəsini işlət­mə­­dilər. Onlar bilmirdilər ki, Allah kafirlər üçün hə­­mişə pus­qu­da­dır və Onun cəzası ləngimədən onların bağlarına dü­çar olacaq və on­ları qabaqlayacaqdır.
 ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(68. 19) “Gecə, onlar yatdıqları zaman onların bağlarını Rəb­­­­­bi­nin cəzası çulğadı”.
(68. 20) “Səhər bağlar qaranlıq gecəyə bənzəyirdi”[2].

Allahın cəzası onların bağını gecə ikən, onlar yatdıqları vaxt sar­sıt­mışdı. Bağ məhv edilmişdi. Onlar zülmət içində olan gecəyə bən­­­zəyirdi; onlarda nə ağaclar, nə də meyvələr qalmamışdı. Buna bax­­mayaraq, bağın sahibləri öz başlarına gəlmiş fəlakətə hələ şüb­hə belə etmirdilər.

 ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

(68. 21) “Sübh çağı onlar bir-birilərini çağırmağa başla­dı­lar:”
(68. 22) “”Yığacağsınızsa[3], bağınıza tez gedin!””
(68. 23) “Onlar pıçıltı ilə danışaraq ora getdilər:”
(68. 24) “”Bu gün yanına kasıb buraxma”«.
(68. 25) “Onlar qəti niyyətlə gedirdilər və zənn edirdilər ki, kifayət qədər güclüdürlər”.

Bu niyyətlə onlar, öz aralarında yavaşcadan pıçıltı ilə söh­bət­­lə­­şib, Allah xatirinə ayırmalı olduqları hissəni necə giz­lə­də­cək­ləri haq­qında müzakirə edərək, bağlarına yola düşdülər. Onlar tə­lə­sirdilər ki, məhsulun yığımını adamlar toplaşanadək qurtar­sın­lar və qərara al­mışdılar ki, nə kasıblara, nə də yoxsullara sədəqə ver­­məsinlər. Öz ac­gözlükləri və tamahkarlıqları üzündən onlar ki­min­­­sə eşidəcəyindən və kasıbları xəbər­dar edəcəyindən ehtiyat edə­­rək, pıçıltı ilə danışır­dı­lar. Onlar özlərini mənfur vəziyyətə sal­mış­dılar. Daşürəkli və rəhm­dən məhrum olmaları üzündən onlar öz güc və qüdrətlərinə əmin ol­duqları üçün Allahın təyin etdiyi sə­­dəqəni paylamamağa qəti qərar vermişdilər.

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ
(68. 26) “Onlar onu görəndə, dedilər: “Biz yolu azmışıq!”
(68. 27) “Yox! Biz, həqiqətən, məhrum olmuşuq».

Bağın sahibləri onun qaranlıq gecəyə bənzədiyini gördükdə, on­­lar həyəcandan və çaşqınlıqdan çığırıb belə dedilər: “Yəqin ki, biz azmışıq və səhvən özgəsinin bağına gəlib çıxmışıq». Onlar səhv et­mədiklərinə əmin olduqda, özlərinə gəldilər və dedilər: “De­məli, biz bağımızdan məhrum olmuşuq». Onlar başa düşdülər ki, bu – Allahın qisasıdır.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(68. 28) “Onlardan sağlam ağıl sahibi olanı dedi: “Məgər mən de­mə­dimmi ki, Allahı şərəfləndirin?”

Allah haqqında ləyaqətsiz tərzdə düşünməyin və fikir­ləş­mə­­yin ki, siz Ondan asılı deyilsiniz. Əgər siz öz iradənizin Allahın ira­­də­sindən asılı olduğunu etiraf etsəydiniz, və: “Əgər Allah is­tə­yər­­sə”, – de­səydiniz, onda bütün bunlar baş verməzdi.

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(68. 29) “Onlar dedilər: “Rəbbimiz pakdır! Biz zalım olmu­şuq».
(68. 30) “Onlar bir-birilərini qınamağa başladılar”

Onlar səhvlərini dərk etdilər, lakin Allahın cəzası onların ba­ğını artıq məhv etmişdi. Ola da bilsin ki, onların Allahı mədh edən sözləri və öz günahlarını boyunlarına alması onlara fayda gə­tirdi, günah­larının ağırlığını yüngülləşdirdi və tövbə sözləri ol­du. Bütün hallarda, onlar etdik­lərinə bərk təəssüfləndilər və bir-bi­ri­lərini günah törət­mək­də günahlan­dırdılar.

 ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ

(68. 31) “və dedilər: “Vay halımıza! Həqiqətən, biz azğın ol­­­mu­­­şuq».
(68. 32) “Ola bilsin ki, Rəbbimiz əvəzində bizə ondan da­ha yaxşı­sını versin. Həqiqətən, biz Rəbbimizə yönələnlərik”.

Onlar Rəbb qarşısında öz vəzifələrini yerinə yetirməməyi və Onun qullarının haqlarını pozmağı niyyət etdiklərinə görə tövbə et­di­lər və Allaha dua edərək yalvardılar ki, onlara əvvəlki bağdan daha yaxşısını bəxş etsin və vəd etdilər ki, bütün düşüncələrini yal­nız Ona yönəltsinlər və Onun xatirinə qalan həyatlarını inadla ça­lışısınlar. Əgər onlar öz vədlərinə sadiq qalıblarsa, onda Allah da onların itir­diklərinin əvəzini onlara artıqlaması ilə vermişdir. Axı Allah Ona ümidlə və səmimiyyətlə can atanların dualarına ca­vab verir. Baş ver­miş hadisənin əhəmiyyətini xüsusilə vurğu­la­maq üçün Fövqəluca Allah belə buyurur:

ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ
(68. 33) “Əzab-əziyyət belədir, Axirət həyatının əzab-əziy­yə­ti isə daha böyükdür! Əgər onlar bilsəydilər!”

Bu dünyada cəza, ona öz cinayətləri ilə layiq olanların nə­si­bi­­dir. Onların özbaşınalığı və pozğunluğuna görə Allah, onları ar­dın­ca aparan­dan və dünya həyatına üstünlük verməyə məcbur edən şeydən məhrum edir. O (Pak və Müqəddəs), günahkarları nə­yə daha çox möhtac olduqları şeydən məhrum edir. Gələcək Axi­rət aləmində isə cəza dünya həyatındakı cəzadan qat-qat daha ağ­rı­lıdır. Əgər insanlar əsil mənada həqiqəti bilsəydilər, onda on­lar hökmən Allahın cəzasına səbəb ola biləcək və insanı mü­ka­fat­dan məhrum edəcək hər şeydən çəkinməyə çalışardılar.

ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(68. 34) “Həqiqətən, təqvalılar üçün Rəbbin dərgahında Səa­­dət bağları hazırlanmışdır”.
(68. 35) “Məgər Biz müsəlmanları günahkarlarla bəra­bər­mi tu­tu­ruq?”

Fövqəluca küfrə batmağa və günahlar burulğanına düş­mə­yə qor­­xanlar üçün hazırladığı mükafat haqqında xəbər verir. Bu – müx­­­­təlif ne­mətlər və mürüvvətli Rəbb ilə qonşuluqda Səadət hə­ya­tı­­dır. O (Pak və Müqəddəs), həmçinin xəbər verir ki, Onun müd­rik­li­­yi yol ver­məz ki, Allaha səmimiyyətlə və səylə ibadət edən, Onun hökümlərinə tabe olan və Onun mərhəmətini qazanmağa can atan təq­­valı saleh mö­minlər, Allaha itaətsizlik göstərən, Onun ayə­lərini in­­kar edən, Onun elçilərinə inadla müqavimət göstərən və Onun se­vimli qulları ilə döyüşən günahkarlarla bərabər ol­sun­lar.

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(68. 36) “Sizə nə olub? Siz necə mühakimə yürüdür­sü­nüz?”
(68. 37) “Yoxsa sizdə Kitab var və ondan öyrənmisiniz”
(68. 38) “ki, orada sizin bütün seçib ayırdıqlarınız hər şey ola­caq­dır?”

Kim onların bərabər olacaqlarını qərara almışdırsa, də­rin­dən yanıl­mışdır. Onun mühakimə tərzi bərbaddır və qərarı doğru de­yil! Belə bir zənnə qapılmış fasiqlər heç bir sübuta və dəlilə ma­lik deyillər. Onların elə bir Kitabı da yoxdur ki, oradan bunu oxu­ya bilsinlər və onda yazılmış olsun ki, onlar Cənnətə düşəcəklər və istədikləri hər şeyi alacaqlar.

ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ

(68. 39) “Məgər Biz sizə istədikləriniz hər şeyin olacağı haq­­­qında Qiyamət gününədək qalacaq sözmü vermişik?”
(68. 40) “Onlardan soruş, kim buna zəmanət verir?”
(68. 41) “Ya da onların şəriklərimi var? Qoy onlar, doğru de­­yir­­­lər­sə, şəriklərini gətirsinlər!”

Allah onlara vəd etməmişdi ki, onların düşündükləri hər şey dün­yanın lap sonunadək icra ediləcəkdir. Onların hətta şərik­ləri və kö­mək­çiləri də yoxdur ki, istədiklərinə nail olmaqda onlara kö­mək gös­tərsinlər. Əgər onların köməkçiləri varsa, qoy onları öz­lə­ri­n­in haqlı olmasının təs­diqi üçün təqdim etsinlər.
Əlbəttə ki, nə onların Kitabı, nə cinayətlərinin onları Al­lah­­dan xilas edəcəyi barədə Allahla əhdləri, nə də onlara yardım edə bi­ləcək şərikləri vardır. Onların iddiaları əbəsdir və nöq­san­lıdır. On­lardan kim onların, mənasızlığı açıq-aşkar olan id­dia­la­rına zə­manət verə bilər? Həqiqətən, belə bir şeyi heç kəs öh­də­si­nə götürməz və bu­n­a bənzər bir şeyi ehtimal etməyə belə cəsarət gös­tərə bilməz.
ﰝﰞﰟﰠﰡﰢﰣﰤﰥﰦ

(68. 42) “O gün ki, Baldırı açılacaq, onları səcdə etməyə ça­ğı­ra­caqlar, amma onlar bunu edə bilməyəcəklər”.

Qiyamət günü insanlar yer üzündə yaşadıqları zaman heç ağıl­­­larına belə gətirə bilmədikləri həyəcanın, sarsıntıların və dəh­şət­lə­rin şahidi olacaqlar. Xaliq Öz qullarına görünəcək ki, on­la­ra məh­kəmə qursun və onlara əməllərinə görə əvəzini versin. O an­da Al­la­hın Mü­qəddəs Baldırı aşkar görünəcək ki, o, bu dün­ya­da heç nə ilə müqayisə edilə bilməz. Rəb­bin bütün məxluqları Onun əzəmətini və cəlalını görəcəklər və onları söz­lərlə təsvir et­mək, sadəcə, müm­kün deyildir və onda onlara əmr olu­nacaq ki, Onun qarşısında səcdə qıl­sın­lar. Allaha öz istəkləri ilə dünya hə­ya­tında ibadət edən mö­min­lər səcdəyə qapılacaqlar. Fasiq gü­nah­kar­lar və münafiq ikiüzlülər də Rə­b­bə təzim etmək istəyəcəklər, la­kin edə bilməyəcəklər, çünki on­la­rın kürəyi, ök­ü­zün buynuzu ki­mi əyilməz olacaqdır.

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

(68. 43) “Baxışları yerə dikiləcək, özlərini xəcalət bürüyə­cək­­dir. Axı onları, tam sağlam ikən, səcdə qılmağa çağırırdılar”.

Allahın verdiyi əvəz həmişə insanların əməllərinə uyğun gə­lir. Dünya həyatında fasiqləri Allaha ibadət etməyə və Ona şə­rik­lər qoş­ma­mağa dəvət edirdilər. Onlar isə bunu özlərinə layiq bil­məyib, rədd et­miş­dilər. Axı onlar o zaman tam sağlam idilər və heç kim onları belə rəftara məcbur etmirdi.
Buna görə Qiyamət günü onların taleyi və kədərli sonu ba­rə­də so­ruşma – Allah onlara qəzəblənmişdir, onlardan qisas alı­na­caq vaxt çat­mışdır və onlar törətdiklərini hər hansı yolla islah et­mək im­kanın­dan məhrum edilmişlər və nə tövbə, nə bağışlanmaq haq­qın­da yal­varışlar artıq onlara kömək etməyəcək. Həqiqətən, bu xa­tır­latma ürəkləri həyəcanlan­dırmaya bilməz və onları gü­nah­lar­dan və Allaha itaətsizlikdən ehtiyatlı olmağa məcbur edə bil­məz.

ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ
(68. 44) “Məni, bu hekayəti yalan hesab edənlərlə, tək bu­rax. Biz onları elə tovlayacağıq ki, özləri də bunu dərk etmə­yə­­cək­lər».
(68. 45) “Mən onlara möhlət verirəm, axı həqiqətən, Mə­nim fən­dim sarsılmazdır”.

Ey Muhəmməd! Məni, bu Əzəmətli Quranı yalan hesab edən­­­­lərlə tək qoy! Tələsmə, çünki Mən cinayətlərinə görə onları Özüm cə­za­landı­ra­cağam. Mən onlara çoxlu var-dövlət və çoxsaylı öv­­­ladlar əta edirəm. Onlar sıxıntı çəkməyəcək və böyük işlər gö­rə­cək­­lər. Lakin bu yalnız sınaq ola­caq, çünki onlar getdikcə bu­rul­ğa­nın dərinliklərinə ba­tacaq və orada onlar öz­ləri üçün pislikdən baş­­qa heç nə tapmaya­caqlar. Allahın sarsıdıcı fəndi belədir![4] O (Pak və Müqəddəs), Öz düşmənlərinin əleyhinə böyük fə­sad­lar ha­zır­­layır və onlar üçün təda­rük edilən cəza dəhşətlidir!

 ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ
(68. 46) “Məgər sən onlardan mükafatmı istəyirsən və on­lar öhdə­lik­lərləmi yüklənmişlər?”

Onların səndən çəkinməyə heç bir dəlilləri yoxdur, çünki sən onları yalnız onların öz xeyiri üçün öyrədir və Allahın dinini qəbul etməyə çağı­rırsan. Sən onları vergi öhdəlikləri ilə yük­lə­mir­sən.

ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(68. 47) “Məgər onlar qeybə malikdirlər və onu yazırlar?”

Məgər onlara doğru yolda olmaları və onları Allahın mü­ka­fa­­tı­nın gözlədiyi məlum olmuşdur? Belə bir şey yoxdur! Onlar haq­qa müqavimət göstərmişlər və zalımlığa batmışlar. Sənə isə yal­nız onla­rın verdikləri əzab-əziyyətə səbirlə dözmək və dur­ma­dan onları Allaha dəvət etmək qalır.
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(68. 48) “Sən Rəbbinin hökm verəcəyinədək səbir et və ba­lıq sa­hi­bi kimi olma! O zaman o, kədərlə müraciət etmişdi».

Sən Rəbbinin hökmünü səbirlə icra et və Onun qədərinin ağır­­lıq­ları­na döz! Qəzəblənmə və kədərlənmə, yalnız Rəbbinin ira­dəsinə itaətlə tabe ol! Balığın qarnına düşmüş adamın, yəni, Mət­tə oğlu Yu­nus peyğəmbərin (ə) əməllərini təkrar etmə! O (ə), la­yiqincə sə­birli ol­madı və nəhəng bir balinanın qarnına düşdü. Onun (ə) öz qəbilə­daş­larına acığı tutdu, onları tərk edib qaçdı və bir gəmiyə min­di. Am­ma gəmi batmağa başlayanda dənizçilər püşk atdılar ki, ki­mi dənizə atsınlar. Püşk Yunus peyğəmbərə (ə) düş­dü. Dənizçilər onu (ə) dənizə atdılar və balina onu (ə) uddu. Kə­dərli və iztirab için­də o (ə) balinanın qarnında Allaha dua edə­rək, belə dedi: “...Səndən başqa ilah yoxdur! Sən Paksan! Hə­qi­qə­tən, mən zalım ol­­muş­dum” (Ənbiya, 21/87). Fövqəluca onun (ə) duasını eşitdi və ba­lıq onu (ə) azad etdi. Dalğalar onun (ə) arıq­lamış və xəstə bədənini kim­səsiz bir sahilə atdı, amma Allah ora­da balqabaq yetişdirdi.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(68. 49) “Əgər Rəbbin mərhəməti ona yetişməsəydi, onda o, qınan­mış halda açıq bir əraziyə atılardı».

Allah onu (ə) Öz mərhəməti ilə himayəsi altına aldı və hər cür tərifə layiq mömin etdi. Bu hadisədən sonra peyğəmbər (ə) əv­vəl­lər nail ola bilmədiyi yüksəkliklərə ucaldı.

ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(68. 50) “Rəbbi onu seçdi və salehlərdən biri etdi”.

Rəbb onu (ə) başqalarından üstün tutdu, çətinliklərdən və qəm-qüssədən xilas etdi. O (Pak və Müqəddəs), onu (ə) əməlləri, söz­ləri və niyyətləri səmimi və saleh olanlardan biri etdi. Mu­həm­məd Peyğəm­bərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə o (s.ə.s), sə­birlə Allahın iradəsinə tabe oldu və bütün qalan in­san­ları ötüb keç­məyi bacardı. Allah ona (s.ə.s) xeyirli sonluq əta et­di ki, bu yalnız təq­valı qullar üçün nəzərdə tutulur, onun (s.ə.s) düş­mənlərinin nəsibi isə təkcə bəlalar və bəd­bəxtliklər oldu.

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ

(68. 51) “Həqiqətən, kafirlər hazırdırlar ki, Zikri eşidəndə sə­­ni öz baxışları ilə sürüşməyə məcbur etsinlər və deyirlər: “Hə­qi­qə­tən, o – cinlidir!”

Allahsızlar paxıllıqlarından, kin və qəzəbdən Muhəmməd Pey­­ğəm­bə­ri (ona Allahın salavatı və salamı olsun!) gözdən salmaq is­­tə­­yir­dilər. Bu, onların ona (s.ə.s) qarşı düşünə biləcəkləri əda­və­tin ən pi­si idi, çünki onlar bütün başqa vasitələrdən ümidlərini kəs­miş­di­lər. Lakin Allah Öz Peyğəm­bərini (s.ə.s) qorudu və ona (s.ə.s) qə­ləbə bəxş etdi. Onun (s.ə.s) ünvanına deyilən iftiralara gəl­dikdə isə on­ların yara basmış ürəkləri – istədikləri halda onun (s.ə.s) ba­rə­sində yalan uydu­rurdular. Onlar onu (s.ə.s) gah dəli, gah şair, gah da cadugər ad­lan­dırırdılar.

 ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(68. 52) “Lakin bu, aləmlər üçün yalnız Nəsihət idi».

Bu Əzəmətli Kitab və Hikmətli Nəsihət sayəsində Allahın məx­luq­ları onlara həm bu həyatda, həm də Axirətdə fayda verən şeyləri dərk edirlər. Buna görə həmd yalnız Allaha məxsusdur!





[1] Yəni and içərkən, “inşallah” (“Allah istəyərsə”) sözündən istifadə etmədilər. Xalqımız bu sö­­zü çox vaxt “Allah qoysa” kimi ifadə edir ki, bunlar, mahiyyətcə eynimənalıdır. F.S.
[2] Yəni, yanıb, qap-qara olmuşdu. F.S.
[3] Məhsulun yığılması nəzərdə tutulur. F.S.
[4] Hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, mənim Səədi Təfsirinin bu tərcüməsində işlətdiyim söz­lərin mütləq əksəriyyəti müasir Azərbaycan dili lüğətlərində öz yerini tutmuş və ana di­li­miz­də artıq vətəndaşlıq hüququ qa­zanmışlar, ö cümlədən, “fənd” və bu qəbildən olan onlarla, yüz­lərlə başqa sözlər də. Hərçənd onlar bəzən, da­nı­şıq dilimizdə nadir hallarda işlədilən sözlər ol­sa­lar da, dilimizin işlək sözləridir. Azərbaycan Dilinin İzahlı  (dördcilidlik) Lüğətində bu sözlərin, de­mək olar ki, hamısını tapmaq mümkündür. Oxucudan xahiş olunur ki, bu əsərdə belə sözlərə rast gəldikdə, onları yadmənşəli saymağa çalışmasın. Müxtəlif alınma sözlərin ana dili­miz­də iş­lədilməsi İlahi qanunauy­ğunluğa xas bir prosesdir. Azərbaycan dili də dünyanın zəngin dillə­rin­dən biridir! Həmd olsun Fövqəlqüdrətli Allaha ki, xalqımıza bu gözəl, lətif və ahəngdar dili bəxş etmişdir! F.S.

Комментариев нет:

Отправить комментарий