четверг, 3 мая 2012 г.

18. ƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ

ƏL-KƏHF
SURƏSİNİN
ŞƏRHİ
                      
                         Mərhəmətli və Rəhmli Allahın adı ilə!

                        ﯥﯦ                   ﯮﯯ                          

(18.1) “Həmd olsun o Allaha ki, quluna Kitab nazil etmiş və onda nöqsana yol verməmiş”,
(18.2) “və onu dopdoğru etmişdir ki, dərgahından gələcək ağır əzabdan çəkindirsin, saleh əməllər işləyən mömin­lərə onlar üçün gözəl mükafat[1] hazırlandığı haqqında müjdə versin ki, ”
(18.3) “onlar orada[2] əbədi qalacaqlar”

“Həmd” sözü ilə, Onun kamil sifətlərindən və həmçinin insanların onun sayəsində öz dünyəvi və ruhani həyatını sah­mana saldıqları aşkar və gözlə görünməyən Səxavətindən istifadə etməklə Allahı tərifləmələri nəzərdə tutulur. Şübhəsiz ki, bu nemətlərdən ən şərəflisi Allahın qulu və Elçisi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Əzəmətli Kitabı – Müqəddəs Qurandır. Fövqəluca Özü Özünü tərifləməklə, Elçisinin (s.ə.s.) gəlişi və Kitabın nazil edilməsi münasibətilə insanları Onu tərifləməyə dəvət edir.
Sonra Allah Öz Kitabının iki məziyyətini səciyyələndirir ki, bunlardan hər biri onun hərtərəfli kamilliyini təsdiq edir. Birin­cisi, onda hər hansı ziddiyyət yoxdur. İkincisi, o – doğrudur. Ziddiyyətlərin və nöqsanların olmaması ona dəlalət edir ki, Quran hekayətləri arasında yalançı nağıllar yoxdur və Quran ehkamları da mənasız və ədalətsiz deyildir. Kitabın doğru olması onu göstərir ki, hekayətlər və hökmlər insanların qəlbini bilik, iman və həqiqi məna ilə dolduran ən düzgün etiqadı təbliğ edir. O, Allahın adları, sifətləri və əməlləri haqqında rəvayət edir və həmçinin olub keçmiş və hələ olacaq hadisələr haqqında qeybə dair biliklərin bir hissəsini insanlara açıqlayır. Kitabın hökmləri və qadağaları ürəkləri təmizləyir, ruhu nəcibləşdirir, onları inkişaf etməyə və təkmil­ləşməyə məcbur edir. Onlar kamillik, ədalət və qərəzsizliklə doludur və şəriki olmayan Tək Allaha qulluq etməyə yönəldil­mişdir. Belə gözəl keyfiyyətlərə malik olan Kitabı nazil etməsinə görə Allahın Özünü tərifləməyə doğru­dan da haqlı olduğunu və Öz qulları qarşısında bununla fəxr etməsini göstərir.
Quran, onun müdrik ayələri, Allahın əmrlərini pozmağa cəsarət edən hər kəsi gözləyən və artıq qədərlə təyin olunmuş cəzanı insanlara xatırlatmaq üçün nazil edilmişdir. Bu, həm bu dünyada əzab-əziyyət, həm də öldükdən sonra cəza ola bilər. Fövqəluca insanları onlara zərər verə biləcək və məhvə düçar edəcək hər şeydən çəkindirir və bu da Onun ən böyük lütfkarlıq­la­rından biridir. Buna görə, Cəhənnəm Alovunun təsvirində deyi­lir: “Allah bununla qullarını dəhşətə salır. Ey Mənim qullarım, Məndən qorxun!” (Zumər, 39/16). O, Öz mərhəməti ilə, Onun hökmlərinə itaətkarlıq etməyənləri sərt cəzaya məhkum etmişdir. O, Öz qullarına bu cəza barədə xəbər verir və izah edir ki, onları müdhiş məşəqqətlərə düçar edən məhz hansı əməllərdir.
Allah Öz quluna (s.ə.s.) Kitabı nazil etmişdir ki, o (s.ə.s.), Ona, Onun elçilərinə və Onun Kitabına iman gətirənlərə, imanını təkmilləşdirənlərə, xeyirxah işləri səmimiyyətlə Onun xatirinə  və Onun Peyğəmbərinin (s.ə.s.) yoluna tam uyğun olaraq görərək, dinin vacib və nafilə tələblərini yerinə yetirənlərə müjdə versin. Belə insanlar gözəl mükafata layiqdirlər ki, Allahın istəyi ilə, onunla ancaq iman gətirmişlər və yaxşılıq edənlər təltif olunurlar. Ən başlıcası isə, onların Onun mərhəmətini qazana bilmələridir və onlar Cənnət bağlarına düşəcəklər, orada onlar üçün baxışların görmədiyi, qulaqların eşitmədiyi və insanın xəyalına belə gətirə bilmədiyi nemətlər hazırlanmışdır. Allah Özü onların mükafatını gözəl adlandırmışdır, çünki onların sevincini orada heç bir şey poza bilməyəcək və onların narahatlığına səbəb olmayacaq. Əgər bu belə olmasaydı, onda onların mükafatı, sözün tam mənasında, gözəl adlandırılmazdı.
Cənnət mükafatı heç vaxt azalmayacaq və möminlər onu itirməyəcəklər. Bundan başqa, o, hər an ancaq artacaqdır. Allah möminləri belə mükafat haqqında xəbərlə sevindirərək, onlara xatırladır ki, Müqəddəs Quranda insanların qəlbinin vəcdə gələcəyi və ruhunun şadyanalıq edəcəyi uğura nail olmağa imkan verən bütün saleh əməllər yad edilmişdir.


        ﯿ     

(18.4) “və həm də: “Allah Özünə oğul götürmüşdür” de­yən­ləri çəkindirmək üçün...[3]”.

Yəhudilər, xristianlar və müşriklər belə yaramaz ifadələri bu barədə səhih bilikləri və haqlı olduqlarına əmin olmadan söyləyir­lər. Bu barədə hətta onların, kor-koranə təqlid etdikləri və yolları ilə getdikləri atalarına belə heç nə məlum deyildi. Buna görə Fövqəluca buyurur:

               ﭗﭘ              ﭝﭞ        

(18.5) “Bu barədə nə onlar, nə də ataları biliyə malik de­yildilər. Ağızlarından çıxan sözləri ağır və danışdıqları isə təkcə yalan idi”.

Onlar zənnə qapılır və öz nəfslərinə uyaraq, dəhşətli cina­yətlər törədir və özlərini əzabverici cəzaya məhkum edirdilər. Allahın haqqında oğul törətməsini iddia etməkdən daha müdhiş cinayət nə ola bilər?!! Bu, Allahın sifətlərinin mükəmməl olma­dığını və Allahın sifətlərinə malik oğlunun olmasını güman etməkdir. Həqiqətən də, bu – müdhiş iftiradır. Fövqəluca buyu­rur: “Allaha böhtan atanlardan daha zalım kim ola bilər?” (Kəhf, 18/15).
Müşriklərin iddialarının həqiqətlə heç bir əlaqəsi yoxdur və baxın görün, Allah onları necə də ardıcıllıqla təkzib edir. Əvvəlcə O bildirir ki, nə müşriklər, nə də ata-babaları öz baxışlarının doğruluğu haqqında biliyə malik deyildilər. Əgər insan dəqiq məlumatlara istinad etmədən Allah haqqında danışırsa, onda onun iddiaları məqbulolunmazdır və qüsurludur. Sonra O, xəbər verir ki, müşriklərin dedikləri müdhiş cinayətdir. Axırda isə,  O, onları əsl yalan adlandırır və həqiqətə tamamilə zidd olduğunu buyurur.

                        

(18.6) “Onlar bu hekayətə iman gətirməsələr, dallarınca kədərlənib özünü həlak edə bilərsən”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var qüvvəsi ilə insanları doğru yola gətirməyə can atırdı. O (s.ə.s.) bu məqsədə nail olmaq üçün bütün imkanlardan istifadə edirdi. İnsanlar haqq dinə gələndə sevinirdi və onlar küfrə və azğınlığa üstünlük verəndə kədərlənirdi. Bütün bunlar onun (s.ə.s.) insanlara qarşı nə qədər rəhmli və qayğıkeş olduğunu təsdiq edir. Belə olduqda, Allah ona (s.ə.s.) kədərlənməməyi və günahkarların Qurana iman gətirməkdən boyun qaçırmalarına görə qəm-qüssə çəkməməyi əmr edir. Fövqəluca buyurur: “Onla­rın iman gətirməməklərinə görə dərd çəkib özünü məhv edə bilərsən” (Şüəra, 26/3); “Onlara görə kədərlənib özünü üzmə!” (Fatir, 35/8).
Ey Muhəmməd! Sən onlardan ötrü qəm-qüssə çəkirsən, amma sən bunu etməməlisən. Allah artıq sənə böyük mükafat ve­rə­cəyini vəd etmişdir. Kafirlərə gəldikdə isə, əgər onların qəlbin­də zərrə qədər xeyirxahlıq olsaydı, Allah onları hökmən doğru yola yönəldərdi. Lakin Ona məlumdur ki, kafirlər Cəhənnəm sakini olmaqdan başqa heç nəyə layiq deyillər və buna görə O, onları Özünün yardımından məhrum edir və haqqı tapmaqda onlara kömək göstərmir. Bu isə o deməkdir ki, qəm-qüssə sənə heç bir fayda verməyəcək.
Bu və buna bənzər ayələrdən faydalı ibrət dərsi almaq lazımdır. Dəvətçi[4] insanları Rəbbin yoluna çağırmalı, onlara haq­qı öyrətməli və əllərindən gələn hər şeyi etməlidirlər ki, qarşıla­rına qoyduqları məqsədə çata bilsinlər. O həmçinin yoldan azmanın yayılmasına aparan yolu kəsməli və Allahın köməyinə ümid etməlidir. Əgər insanlar doğru yola gəlirlərsə, bu çox gözəl olur. Yox, əgər onlar boyun qaçırarlarsa, onda o, ruhdan düşmə­məli və narahat olmamalıdır, çünki ümidsizlik insana mənfi təsir göstərir, onun qüvvəsini tükəndirir və ona fayda gətirmir. Əksi­nə, o, başladığı dəvətini davam etdirməli və yadda saxlamalıdır ki, o bundan artıq etmək qüdrətinə malik deyildir.
Fövqəluca Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Həqiqətən, sən sevdiyin adamı doğru yola gətirə bilməzsən” (Qəsəs, 28/56). Musa peyğəmbər (ə) isə demişdir: “Ey Rəbbim! Mən  təkcə özümə və qardaşıma hökm edə bilirəm” (Maidə, 5/25). Belə olduqda, başqa insanlar haqqında nə demək olar?! Əgər Fövqəluca Özü buyurubsa ki: “Nəsihət ver, axı sən – nəsihətçisən və onların üzərində haki­miy­yətin yoxdur” (Ğaşiyə, 88/21-22).



                           

(18.7) “Həqiqətən, yer üzündə olan hər şeyi Biz onun üçün bəzəkli etdik ki, insanlardan hansının əməlinin daha yaxşı olduğunu sınayaq”.

Allah xəbər verir ki, ləzzətli yeməklər, iştahaçan içkilər, dəb­dəbəli geyimlər, ağaclar, çaylar, əkin sahələri, meyvələr, cazibədar mənzərələr, füsunkar bağçalar, məftunedici səslər, gözəl surətlər, qızıl və gümüş bəzəklər, at və dəvələr və həmçinin yerdə qalan yerə məxsus bütün digər nemətlər sadəcə dünya həyatının yaraşığıdır. Allah onları Öz qullarını tamahlandırıb sınaqdan keçirmək üçün yaratmışdır ki, onların arasından səmimiyyətlə düzgün əməllər işləyənləri üzə çıxarsın. Lakin vaxt gələcək bütün dünyəvi nemətlər yox olacaq, yer isə quru və bəhrəsiz düzənliyə çevriləcəkdir. Yerdə alınan ləzzətlər bitəcək, çaylar quruyacaq və bütün gözəlliklər qeybə çəkiləcəkdir. Fövqəluca buyurur:
        ﭿ     
(18.8) “Həqiqətən, Biz, yerdə olan hər şeyi cansız qumlara çevirəcəyik”.  

Dünya həyatının mahiyyəti belədir! Fövqəluca Allah bunu ən inandırıcı tərzdə izah etmişdir. O, bizə buyurmuşdur ki, fani dünyaya aldanmayaq və Axirət həyatının əbədi səadətinə və sonsuz xoşbəxtliyinə can ataq. Bütün bunlar Allahın qullarına bəslədiyi mərhəmətinə dəlalət edir.
Əgər insan yer üzündə həyatın təkcə zahiri tərəfini nəzər­dən keçirirsə və ətrafda gedən proseslərin mahiyyətinə əhəmiy­yət vermirsə, onda o, maddi nemətlərə aldanaraq həyatdan heyvan kimi zövq alır. O, Rəbbin qarşısında öz vəzifələri barə­sində düşünmür və Onu dərk etməyə səy göstərmir və əlindən gələn hər şeyi edir ki, hansı vasitələrlə olursa olsun, özünün heyvani tələbatını təmin etsin. Amma belə bir insan ölümlə üzbə­üz dayandıqda, o, maddi ləzzətlərdən ayrı düşəcəyinə görə həyə­canlanmağa başlayır və bu zaman yol verdiyi nöqsanlar və törət­diyi cinayətlərdən ötrü qətiyyən kədərlənmir.
Əgər insan dünya həyatının əsl mahiyyəti üzərində düşü­nürsə və öz varlığının mənasını dərk edirsə, onda o,  müstəsna olaraq, maddi nemətlərdən ancaq yaradılışının məqsədinə nail olmaq xatirinə istifadə etməyə başlayır. O, ona təyin edilmiş ömründən fayda əldə edir və özünü dünya səyahətinə çıxmış bir səyyah kimi aparır. O, şadlıq etmir və bu dünyanı əbədi məskən saymır, öz Rəbbini dərk etməyə, Onun hökmlərini qüsursuz yerinə yetirməyə və yaxşılıq etməyə çalışır. Belə bir insan Allah qarşısında yüksək mövqe tutacaq və ən şərəfli ad-sana və ən gözəl mükafata layiq görüləcəkdir. O, dünya həyatının mahiyyəti üzərində düşünəcək və həyatın təkcə zahiri tərəflərini düşünən və dünya nemətlərinə aldananlara bənzəməyəcəklər. Belə adam ölümdən sonrakı həyat üçün çalışdığı halda, axmaq avaralar təkcə dünyadakı maddi əmin-amanlıqları üçün qayğı çəkirlər. Necə də bu insanların maraqları bir-birinə bənzərsiz və aralarındakı fərq böyükdür!

                        

(18.9) “Və yaxud sən qərara aldın ki, Bizim möcüzələri­miz arasında ən qəribəsi mağara[5] və Rəqim sakinlərinə aid ola­nı idi?”  
Bu sual belə fikirlərin təkzib edildiyini və belə gümanların haram olunduğunu bildirir. Ey Muhəmməd! Elə düşünmə ki, mağara­dakı insanların hekayəti Allahın möcüzələrinin ən qəribəsi və o qəbildən nadir bir şey idi. Fövqəluca Allah insanlara çoxsaylı ecazkar möcüzələr göstərmişdir ki, onlar mağaradakı insanların hekayətinə oxşayır və öz əhəmiyyətinə görə hətta onu da ötüb keçir. Bu günə qədər Allah insanlara bu dünya üzrə və onların özündə müxtəlif möcüzələr göstərməkdə davam edir və bu möcüzələrin hər biri həqiqəti yalandan, haqqı isə azğınlıqdan fərqləndirməkdə kömək edir. Elə fikirləşmə ki, mağaradakı insan­ların hekayəti ümumiyyətlə qeyri-adi möcüzə deyildi. Əksinə, bu hadisə çox qəribə və ecazkar idi, lakin ondan başqa da digər çoxlu əzəmətli möcüzələr vardır. Əgər insan təkcə bu hekayətə məftun olarsa, onda yerdə qalan digərlərini unudar ki, bu öz növbəsində yüngülməcazlığın və nadanlığın təzahürüdür. Mö­min, Allahın Öz qullarına düşünməyi əmr etdiyi bütün möcüzə­lər üzərində düşünməlidir, çünki belə düşünmə haqq dinin açarı, bilik və etiqada yiyələnməyin yoludur.
Həmin əhvalata gəldikdə isə, o, dağ mağaralarından birin­də baş vermişdi və Rakimdə yazılmışdı. Bu – mağaradakı insanla­rın adları yazılmış və uzun illər ərzində orada başlarına gəlmiş hər şeyin hesablandığı Kitabdır. Onlar öz həmqəbilələrinin onları yoldan çıxaracağından qorxaraq mağarada gizlənmiş gənclər idilər. Sonra Fövqəluca Allah onların əhvalatını əvvəlcə ümumi cizgilərlə, daha sonra isə təfsilatı ilə təsvir edir.

                                      

(18.10) “Budur gənclər mağarada gizləndilər və dedilər: “Ey Rəbbimiz! Bizə Özündən mərhəmət əta et və işimizi ən yaxşı tərzdə sahmanla”.

Ey Rəbbimiz! Ürəklərimizi sabitləşdir, bizi şərdən xilas et və nemət əldə etməyimizə kömək ol. Bizi doğru yola yönəlt və bizə haqq din və dünyəvi əmin-amanlıq əta et. Bütün deyilən­lərdən görünür ki, gənclər xəlvət yerdə sadəcə gizlənməmişdilər, onlar əllərindən gələni etmişdilər ki, azğınlıqdan çəkinsinlər və həm də itaətkarcasına Allaha yalvararaq talelərini yüngülləşdir­məyi xahiş etmişdilər. Onlar özlərinə ümid bəsləmir və başqa məxluqlara da pənah aparmırdılar və elə buna görə də Allah onların dualarına diqqət yetirdi və onları, özlərinin belə xəbəri olmadan, doğru yolla apardı. Fövqəluca buyurur:
ﮟﮠﮡﮢﮣﮤﮥﮦ

(18.11) “Biz mağarada onların qulaqlarını illərlə qapa­dıq”.

Onlar mağarada üç yüz il və bir də doqquz il yatdılar və bütün bu dövr ərzində onların ürəkləri qorxudan və narahatçı­lıqdan xilas edilmişdi, onların özləri isə həmqəbilələrinin fitnə-fəsadından qorunmuşdular.

  ﮧﮨﮩﮪﮫ  ﮬﮭﮮﮯﮰ

(18.12) “Sonra Biz onları oyatdıq ki, iki dəstədən hansı birinin orada qaldıqları müddəti daha düzgün saydıqlarını bilək”.

Allah yuxuya verdiyi yeniyetmələri yuxudan oyatdı ki, onlardan hansı birinin mağarada keçirdikləri illəri düzgün hesab­laya biləcəyini aydınlaşdırsın. Fövqəluca buyurur: “Belə­liklə, Biz onları oyatdıq ki, onlar bir-birilərindən soruşsunlar” (Kəhf, 18/19). Onların mağarada neçə il qalmasına gəldikdə isə, bu hal, illərin hesablanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğu­layır və Allahın hüdudsuz qüdrəti, müdrikliyi və mərhəmətinə dəlalət edir. Əgər yeniyetmələr yuxudan heç vaxt ayılmasay­dılar, onda heç kimin onların bu şərəfli hekayətindən xəbəri olmazdı.

          ﯖﯗ              

(18.13) “Biz sənə onların tarixçəsini gerçəkdən rəvayət edirik. Onlar öz Rəbbinə iman gətirmiş gənclər idilər və Biz onların doğru yola bağlılığını artırdıq”.

Bu sözlərlə Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yatmış yeniyetmələrin tarixçəsini daha da təfsilatı ilə izah etməyə başladı. Bu hekayət əsl həqiqətdir və onun səhih­liyinə şübhə etmək mümkün deyil. “Fityə” (“yeniyetmə”) sözü­nün leksik təhlilindən aydın olur ki, yatmış yeniyetmələrin sayı on nəfərdən az idi. Onlar Vahid Allaha iman gətirmişdilər və Ona şərik qoşmaqdan boyun qaçırmışdılar və bununla da öz xalqının  iradə­sinin əleyhinə çıxmışdılar. Allah onları haqqa iman gətirdik­lərinə görə onlara əvəzini vermiş və onları doğru yol üzrə sa­bitqədəm etmişdi. İman onların ürəklərində kök atdıqdan sonra, O, faydalı biliklərin və saleh əməllərin sayəsində onların doğru yola olan bağlılığını daha da artırmışdı. Fövqəluca belə buyurur: “Allah doğru yolla gedənlərin doğru yola bağlılığını artırır” (Məryəm, 19/76). Buna görə də Allah ən həyəcanlı bir anda gənc­lərə dözüm və səbirlilik göstərməkdə kömək etmişdir. O, onların ürəklərinə əminlik vermiş, haqq din bəxş etmiş, doğru yola yönəltmiş, onları dözümlülük və səbirliliklə mükafatlandırmış və bütün bunlar Allahın onlara bəslədiyi xeyirxahlığı və mərhəmə­tinin dəlilləridir.

                                ﯭﯮ         

(18.14) “Onlar qalxıb: “Rəbbimiz – göylərin və yerin Rəbbidir! Biz Ondan başqa ilahlara dua etməyəcəyik. Belə ol­saydı, sözümüzdə ifrata varmış olardıq” – dedikdə, Biz onların ürəklərini qüvvətləndirdik”. 

Rəbbimiz – Allahdır! O, bizi yaratmış, bizə ruzi əta etmiş, bizi idarə edir və qayğımızı çəkir. O, göyləri və yeri xəlq etmişdir və O, bütün bu əzəmətli məxluqları təklikdə Yaradandır. Bütlərə və heykəllərə gəldikdə isə, onlar yaratmaq və ruzi vermək imkanına malik deyillər. Onların fayda vermək və zərər vurmaq qabiliyyəti yoxdur. Nə həyata, nə ölümə, nə də dirilməyə sərəncam çəkə bilmirlər. Buna görə də biz dualarımızı məxluqlara yönəltməyəcəyik. Bizə aydın oldu ki, Allah – Vahid Rəbb olan İlahdır, ibadətə layiqdir və əgər bundan sonra biz uydurulmuş ilahlara ibadət etsək, onda Ona etinasızlıq göstərmiş olarıq və dərin azğınlığa düşərik.
Gənclər Vahid Rəbbə iman gətirdilər və başa düşdülər ki, təkcə O, ibadətə pərəstişə layiqdir. Onlar Allahı özlərinin Rəbbi olan İlah qəbul etdilər və şəhadət verərək, Ona ibadətin haqq olduğunu, digər ilahlara isə ibadətin əbəs və faydasızlığını təsdiq etdilər. Bu ona dəlalət edir ki, onlar doğrudan da öz Rəbbini dərk etmişdilər və O da onları doğru yolda möhkəmləndirmişdi.

             ﯹﯺ           ﯿﰀ                    

(18.15) “Bizim bu xalqımız Onun əvəzinə digər ilahlara ibadət etməyə başlamışdı. Niyə onlar bunun lehinə olan aydın bir dəlil gətirmirlər? Allaha iftira deyənlərdən daha zalım kim ola bilər?”

Allahın onlara əta etdiyi imanı, ilahi rəhbərliyini və müt­təqiliyi xatırladıqdan sonra, onlar həmqəbilələ­rinin etiqad etdik­ləri müşrikliyini bir-birilərinin yadına saldılar. Onlar müxtə­lif ilahlara ibadət edirdilər, lakin haqlı olduqlarına əmin deyildilər. Əksinə, onlar ən böyük cahillər idilər və dərin azğınlığa batmış­dılar. Yeniyetmə gənclər bunu bilirdilər və bilirdilər ki, onların qəbilədaşları öz uydurma baxışlarının doğruluğunu təsdiq etmə­yə heç vaxt nail ola bilməyəcəklər, çünki onlar Allaha böhtan atır, yalan uydurur və ən böyük zalımlıq edirdilər. Sonra onlardan biri digərlərinə belə dedi:

                                           

(18.16) “Əgər siz onlardan və onların Allahdan başqa ibadət etdiklərindən uzaqlaşmışsınızsa, onda mağarada gizlə­nin və Rəbbiniz sizə Öz mərhəmətini göstərəcəkdir və işinizi asanlaşdıracaqdır”.

Siz xalqınızı tərk etmişsiniz və onun dinindən də əl çəkmişsiniz, indi isə əlinizdən gələni etməlisiniz ki, onlardan xilas olasınız. Sizin onlara qarşı vuruşmaq imkanlarınız yoxdur, onların yanına qayıtsanız, onda onlar sizə başqa dinə etiqad etməyə aman verməyəcəklər. Buna görə də mağarada gizlənin və Rəbbiniz sizə mərhəmətini bəxş edərək, yardım göstərər.
Öncə biz xatırlatmışdıq ki, gənclər Allaha: “Ey Rəbbimiz! Bizə Özündən mərhəmət əta et və işimizi ən yaxşı tərzdə sahmanla” (Kəhf, 18/10) sözləri ilə müraciət etmişdilər. Onlar öz zəifliklərini etiraf edərək, Allaha müraciət etmiş, Onun yardımına təvəkkül etmiş və qəti əmin idilər ki, Allah mütləq onların duasına cavab verəcəkdir. Əlbəttə ki, O, onlara Öz mərhəmətini bəxş etdi və xeyirxah təşəbbüslərində onların Himayəçisi oldu. O, onların bədənini və imanını qoruyub saxladı, onları digər insanlar üçün möcüzə etdi və onları şərəfləndirdi ki, bu da gənc yeniyetmələrə qarşı Onun lütfkarlığının dəlili idi. Bununla yanaşı O, onların mağarada qalmasını asanlaşdırdı və onların təhlükə­sizliyini ən kamil tərzdə təmin etdi. Elə buna görə sonra Fövqəluca belə buyurur:

ﭥﭦﭧ ﭨ    ﭪﭫ                            ﭷﭸ        ﭼﭽ    ﭿ      ﮂﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ     

(18.17) “Günəş üfüqdən qalxan zaman onların mağara­sının sağ tərəfinə düşür, qürub edəndə isə onlardan sol tərəfə keçirdi. Onlar isə mağaranın ortasında idilər. Bu, Allahın bəzi möcüzələrindən idi. Allahın doğru yolla apardığı kəs, doğru yolla da gedər. Onun azğınlığa saldığı kəsə isə sən nə himayə edən, nə də nəsihət verən tapmazsan!”

Allah onları dözülməz istidən mühafizə edərək, onlara mağarada sığınacaq vermişdi. Günəş çıxanda onların mağarası­nın sağ tərəfinə düşürdü, batanda isə mağaranın sol tərəfinə düşürdü və bunun sayəsində mağara həmişə sərin qalırdı və isti yatmış yeniyetmələrin bədəninə zərər vurmurdu. Onlar mağara­nın ən geniş və açıq yerində yatırdılar və bu küləklərə imkan verirdi ki, onların bədənlərini hər cür xoşagəlməz şeylərdən təmizləsin. Mağaranın ortasında onlar  sıxlıq hiss etmirdilər və bu şərait çox mühüm idi, çünki onlar orada çox uzun müddət yatmışdılar. Bütün bunlar Allahın möcüzələrindən biri idi və yeniyetmələrin dualarını qəbul edib onlara cavab verən və onları doğru yolla aparan Rəbbin fövqəlqüdrəti və lütfkarlığını təsdiq edirdi. Həqiqətən, bu yolla ancaq Allahın yönəltdiyi şəxslər gedirlər, çünki Onun iradəsinin əleyhinə olaraq doğru yola gəlmək mümkün deyildir. O, insanları doğru yolla təkbaşına aparır və onlara həm bu dünyada, həm də ölümdən sonra faydalı ola biləcək hər şeyi nişan verir. Əgər O, insanı azğınlığa salırsa, onda heç kim ona mömin olmağa, xoşbəxtlik və əmin-amanlıq qazanmağa kömək edə bilməz. Allah fasiqləri azğınlığa məhkum edir və heç kim bu hökmü ləğv edə bilməz.

       ﮏﮐ          ﮕﮖ         ﮚﮛ                     

(18.18) “Sən elə bilərdin ki, onlar oyaqdırlar, halbuki onlar yatmışdılar. Biz onları gah sağ böyürü, gah da sol böyürü üstə çevirirdik. Onların iti girəcəyin önündə, ayağını uzadaraq uzanmışdı. Onlara baxsaydın, tez qoyub qaçar və vahiməyə düşərdin”.

Quran təfsirçiləri qeyd etmişlər ki, yatanların gözləri açıq saxlanmışdı ki, uzun müddətli yuxudan onların görmə qabiliy­yəti zədələnməsin və əgər insan onları bu vəziyyətdə görsəydi, o, elə hesab edərdi ki, onlar oyaqdırlar, halbuki əslində onlar dərin yuxuya getmişdilər. Onlar bir böyürləri üstündən digərinə çevrilirdilər və bu onu təsdiq edirdi ki, Allah onların bədəninin  qayğısını çəkirdi. Torpaq öz adəti üzrə ona toxunan bədənləri yeyir və buna görə Allah yeniyetmələrin bədənlərinə bir böyür­dən digəri üstə çevrilməyi əmr etmişdi. O, onların bədənlərini böyür üstə çevrilmədən belə çürümədən qoruya bilərdi, lakin Fövqəlmüdrik Xaliq istəmişdi ki, Kainat qanunları pozulmasın və bu qəribə hadisələr müvafiq səbəblərə uyğun olaraq baş versin.
Bir-neçə gənclə bərabər bir it də var idi və onların mağa­raya girişini mühafizə edirdi və o da dərin yuxuya verilmişdi. Lakin Allah yatan yeniyetmələrin bədənlərini təkcə təbiət hadisə­lərindən deyil, canlı insanlardan da qoruyurdu. Əgər insanlar onlara yaxınlaşsaydılar, onların qəlbini dəhşətli bir qorxu bürü­yərdi və onlar oradan qaçıb uzaqlaşardılar. Bu himayə sayəsində yeniyetmələr mağarada uzun bir vaxt ərzində yatdılar və mağa­ranın şəhərə bilavasitə yaxın olmasına baxmayaraq heç bir adam onları orada tapmadı. Bunu təsdiq edən faktlardan biri, yuxudan oyandıqdan sonra gənclər özlərindən bir nəfəri şəhərə ərzaq almaq dalınca göndərdilər və özləri isə mağarada onun qayıt­masını gözlədilər. Bu addım özünü mağaranın şəhərə yaxın olması ilə doğrulda bilər.

          ﮩﮪ          ﮯﮰ             ﯗﯘ                          ﯤﯥ                                                    

(18.19) “Beləliklə, Biz onları oyatdıq ki, onlar bir-birini sorğu-suala tutsunlar. Onlardan biri dedi: “Siz burada nə qədər qalmısınız?” Onlar dedilər: “Biz ya bir gün, ya da günün bir hissəsini qalmışıq”. Onlar dedilər: “Sizin Rəbbinizə yaxşı məlumdur ki, nə qədər qalmısınız. Sizlərdən birini öz gümüş sikkələrinizlə şəhərə göndərin. Qoy o baxsın: hansı ərzaq yaxşıdırsa onu sizə yemək üçün gətirsin. Qoy o ehtiyatlı olsun ki, sizin burada olmağınızı heç kim bilməsin”.
(18.20) “Əgər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz”.

Allah istəmişdir ki, gənclər yuxudan oyandıqdan sonra, mağarada nə qədər qaldıqlarını müəyyən etməyə cəhd göstər­sinlər. Onlardan biri belə güman etdi ki, onlar cəmisi bir gün və hətta ondan da az yatmışlar, amma o biriləri buna şübhə etdilər və dedilər ki, bu barədə ən yaxşısını bilən Allahdır. Bununla da onlar təsdiq etdilər ki, onların mağarada qalmasının dəqiq müd­dəti bütün varlıqlar haqqında hər şeyi Bilənə məlumdur. Yəqin ki, bundan sonra Fövqəluca Allah onların bu mağarada neçə il qalması haqqında xəbər vermişdir. Bu ehtimalı təsdiq edən şərt kimi, Allahın onları yuxudan bir-birilərini sorğu-suala tutmaları üçün oyatmasını əsas götürmək olar. Onlar doğrudan da belə etdilər və hətta bu barədə öz ehtimallarını irəli sürdülər, lakin öz zənlərinin doğruluğuna şübhə etdilər. Beləliklə, yəqin ki, Allah həqiqəti onlara açmışdır, çünki onların oyadılmasının əsl mənası da məhz bunda imiş, çünki Allah heç bir şeyi boş yerə etmir. Bundan başqa, əgər insanlar var qüvvələri ilə dərk etməyə möh­tac olduqları həqiqəti bilmək istəyirlərsə, onda Allahın onlara rəhmi gəlir və onların axtardığı biliyi onlara açıqlayır. Bu müddə­anın lehinə Fövqəlucanın aşağıdakı sözləridir: “Beləliklə, Biz on­lar barəsində insanlara ona görə xəbər verdik ki, onlar Allahın vədinin haqq olduğunu və Saata şübhə etməyin mümkünsüz­lüyünü bilsinlər” (Kəhf, 18/21). Onların mağarada qalmaları haqqında həqiqəti bilməməsi yuxarıda deyiləni mümkünsüz edərdi.
Yeniyetmələr oyandıqdan dərhal sonra bir-birindən mağa­ra­­da nə qədər qaldıqlarını soruşduqdan sonra, onlar özlərindən bir nəfəri ərzaq almaq üçün şəhərə göndərməyi qərara aldılar. Bundan ötrü onlar belə hallardan ötrü saxladıqları gümüş sikkə­ləri ona verdilər və ona ən təmiz və ən dadlı yemək almağı, həm də ehtiyatlı olmağı tapşırdılar ki, nə özünü tanıtmasın, nə də qardaş­larını ələ verməsin. Onlar həmçinin xatırlatdılar ki, əgər insanlar onlardan xəbər tutsalar, onda onlar ikisindən birini seçməlidirlər: ya tövhidə və onun tərəfdarlarına nifrət edən, onları ən dəhşətli edama məhkum edəcək və daş-qalaq edəcək  müşrik­lərin əlinə keçməli, ya da onlar öz dinlərindən əl çəkib, müşrikliyə qayıtmalı olacaqlar. Əgər onlar ikinci yolu tutsalar, onda onlar həmişəlik olaraq bədbəxt qalacaqlar, çünki həqiqi dini itirəcək, həm bu dünyada, həm də Axirətdə xoşbəxtlikdən məhrum olacaqlar.
Şərh etdiyimiz ayələrdən aşağıdakı nəticələri çıxartmaq olar:
Müsəlmanlar elmə yiyələnməli və haqqı axtarmalıdırlar, çünki məhz buna görə Allah yatmış yeniyetmələri oyatmışdı.
Əgər insan öz biliklərinin doğruluğuna şübhə edirsə, onda o, bu məsələdə daha yaxşı məlumatı olana müraciət etməlidir, öz ehtimalları ilə qane olmamalıdır.
Alqı-satqıda etibar edilən şəxsin üstünə məsuliyyət qoyma­ğa və müştərək mal almağa icazə verilir.
Yuxudan oyanmış yeniyetmələr ən yaxşı ərzaq almağa qərar vermişdilər və bu o deməkdir ki, yeməyə ən zərif və qiy­mətli yeməklər almağa, əgər bu İslam şəriəti ilə qadağan olunmuş israfçılığa yol vermirsə, icazə verilir. Bu, xüsusi ilə, insanı zərif yeməklərdən başqa heç bir şeyin razı salmadığı hallara aiddir. Gənc yeniyetmələrin belə davranışı əsasında Quranın bir çox şərhçiləri iddia edirdilər ki, onlar varlı zadəganların uşaqları imişlər. Əslində, zərif yeməklər varlı və ad-sanlı insanlara məxsus yeməklərdir.
Müsəlmanlar onların dini etiqadına mane ola bilən hər şeydən çəkinməlidirlər, din üçün təhlükə yarandıqda isə onu ətrafda­kılar­dan gizlətməlidirlər.
Gənc yeniyetmələr haqq dinə etiqad etmək üçün güclü istəyə malik idilər, azğınlıqlardan xilas olmaq istəyirdilər və hətta Allah yolunda öz Vətənini tərk etmişdilər.
Müsəlmanlar imansızlığın təhlükəli olması və zərəri haq­qında bilməlidirlər, çünki bütün zamanlarda möminlər məhz belə rəftar edirdilər və ona nifrət bəsləyirdilər ki, bu barədə gənc yeniyetmələrin aşağıdakı sözləri buna dəlalət edir: “Əgər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz” (Kəhf, 18/20).

                                    ﭡﭢ         ﭦﭧ      ﭪﭫ                  

(18.21) “Beləliklə, Biz onların barəsində xəbər verdik ki, bilsinlər: Allahın vədi haqdır və Saata şübhə etmək mümkün deyil. Lakin onlar barəsində mübahisəyə başladılar və dedilər:  “Onların üzərində bir tikili ucaldın. Rəbbi isə onları daha yaxşı tanıyır”. Öz rəyində qalanlar dedilər: “Biz onların üzərində hökmən məscid tikərik”.

Fövqəluca Allah xəbər verir ki, insanlar mağaradakı adam­ların taleyi haqqında məlumatlandılar. Allaha bu barədə daha yaxşı məlumdur, lakin ola bilsin ki, bu, onlar yuxudan oyandıq­dan sonra, gənclərdən birini şəhərə ərzaq dalınca göndərəndə olmuşdu. Onlar ona ehtiyatlı olmağı və qalanları ələ verməməyi tapşırmışdılar, lakin Allah istəmişdi ki, insanların daha da əmə­lisaleh olmalarına kömək edən və gənclərin özlərinin mükafatını artıran hadisə baş versin. İnsanlar son dərəcə qəribə bir möcü­zənin şahidləri olmuşdular və öz gözləri ilə görüb inanmışdılar ki, Allahın vədi həqiqətdir və ona şübhə etmək mümkün deyil, hərçənd onlar əvvəllər dirilmənin və əvəzin gerçəkliyi haqqında bir-biriləri ilə mübahisə edirdilər. Mağaradakı insanların hekayəti möminlərin tam iman gətirməyə nail olmalarına imkan verdi və Axirət həyatını inkar edənlərin hamısının baxışlarını təkzib etdi, yuxudan oyanmış gənclər isə buna səbəb olduqlarına görə mükafatlandırıldılar. Allah bu cavanları şöhrətləndirdi, onları, yanlarına gəldikləri insanların gözündə ucaltdı. Sonradan insan­lar onların qəbirləri üzərində tikililər inşa etməyi və onların sonrakı taleyinin Allaha daha yaxşı məlum olduğunu yadda saxlamağı qərara aldılar. Hakimiyyət sahibləri isə həmin yerdə içində Allaha ibadət etmək və gənc yeniyetmələrin başlarına gələnləri xatırlamaq üçün məbəd tikmək qərarına gəldilər. Bu yanlış addım idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qəbirlər üstündə məscid inşa etməyi qadağan etmişdi və belə davrananları ciddi surətdə qınayardı. Ağsaqqal­ların qərarının xatırlanması heç vəchlə bu qərarın tərifə layiq olmasını təsdiq etmir, çünki mağara əhlinin hekayəti məhz gənc yeniyetmələri üstünlüyünü vurğulayır. Şəhər əhalisinə gəldikdə isə, onlar bilmişdilər ki, gənc yeniyetmələr havaxtsa öz qəbilədaş­la­rından olduqca bərk ehtiyat edirmişlər və onların gözlərinə görünməkdən belə qorxurmuşlar və buna görə onların qəbirləri üzərində məbəd tikmək qərarına gəlmişdilər.
Bu tarixçə ona parlaq şəkildə dəlalət edir ki, əgər insan öz imanını saxlamağa və azğınlıqdan çəkinməyə can atırsa, onda Allah onu onlardan qoruyur. Əgər insan səadətə can atır və Allahın himayəsinə sığınırsa, onda Fövqəluca Allah ona əmin-amanlıq bəxş edir və bunun sayəsində başqa insanları da doğru yola yönəldir. Əgər insan Allah yolunda Allahın mərhəmətinə ümid bağlayaraq məhrumiyyətlərə və alçaldılmalara dözürsə, onda bu maneələrlə dolu yolun sonunda onu heç ağlına belə gətirmədiyi bir tərəfdən gələcək əzəmət və şöhrət gözləyir. Buna görə Fövqəluca buyurur: “…Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir” (Ali-İmran, 3/198).

\                              ﭾﭿ        ﮃﮄ                 ﮌﮍ                                

(18.22) “Bəziləri deyirlər ki, onlar üç nəfər idilər, dördün­cüsü onların iti idi. Digərləri də deyirlər ki, onlar beş nəfər idilər, altıncısı itləri idi. Onlar bu minvalla qeybi bilmək cəhdi göstərirlər. Başqaları isə onların yeddi nəfər olduğunu, səkki­zin­­cinin isə itləri olduğunu deyirlər. De: “Rəbbim onların sayı­nı daha yaxşı bilir. Bu, bir-neçə nəfərdən başqa heç kimə mə­lum deyil”. Onların barəsində ancaq açıq mübahisə et və onların heç birindən onların barəsində soruşma”.

Fövqəluca xəbər verir ki, Kitab əhli mağarada neçə gənc yeniyetmənin olması barədə müxtəlif rəylər söyləyirdilər. Bu ziddiyyətin səbəbi ondan ibarət idi ki, Kitab əhli özlərindən fər­ziy­yələr irəli sürür və səhih bilikləri olmadığı şeylərdən danışır­dılar. Onlardan bəziləri iddia edirdi ki, yeniyetmələr üç nəfər idi, dördüncü isə itləriydi. Digərləri hesab edirdilər ki, onlar beş nəfər idi, altıncı isə itləriydi. Fövqəluca bildirir ki, bu ehtimallar fərziy­yələrə əsaslanırdı və bu da onların yanlışlığını təsdiq edir.  Üçüncülər belə sayırdılar ki, yeniyetmələr yeddi nəfər idilər, səkkizinci isə onların iti idi və bu rəy ola bilsin ki, doğru olsun, amma bu barədə ən yaxşısını bilən Allahdır. Buna baxmayaraq, Allah iki əvvəlki ehtimalı təkzib etmiş, üçüncü rəyi isə təkzib etməmişdir və bu bizə imkan verir ki, onun doğru olduğunu düşünək. Bununla əlaqədar mübahisələrə gəldikdə isə, onlar tamamilə mənasızdır, çünki yatmış yeniyetmələrin sayının bilin­məsi insanlara nə ruhi həyatda, nə də maddi həyatda fayda verə bilməz. Bax buna görə də, Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: Həqiqət əsl mənada Ona və səhih biliklərə malik olan az bir qismə məlumdur.
Ey Muhəmməd! Əgər sən Kitab əhli ilə mübahisəyə girir­sənsə, onda müstəsna olaraq ancaq möhkəm biliyə və inandırıcı dəlillərə istinad et və insanlara fayda verməyə səy göstər. Zənnə əsaslanan və inadcıllıqla öz nəzər nöqtəsini müdafiə edən və hətta az əhəmiyyətli məsələlər üzrə, məsələn, yatmış yeniyetmə­lərin sayı barədə, mübahisələrə qatılan cahillərlə faydasız müba­hi­sələrə gəldikdə isə, belə höcətləşmələrin mənası yoxdur. Belə məsələlər barədə uzunsürən mübahisələr və uzunçəkən müzaki­rə­lər vaxt itirməkdir və mənasız qarşılıqlı kin-küdurət törədir.
Buna görə də, Kitab əhlindən mağardakı insanlar haqqında soruşma – onları ehtimalları gerçəkliklə heç bir əlaqəsi olmayan gümanlar üzərində qurulmuşdur. Buradan aydın olur ki, dini məsələlərlə əlaqədar izahat almaq üçün bu şərəfə layiq olmayan insanlara müraciət etmək olmaz. Belə insanlar – verilmiş sahə üzrə kifayət qədər biliyə malik olmayanlar və ya öz sözlərinə xüsusi əhəmiyyət verməyənlər və onları azğınlıqdan saxlayan təqvalı­lıqdan məhrum olanlardır. Əgər şəriət dini məsələlərin izah edilməsi üçün belə insanlara müraciət etməyi qadağan edirsə, onda onlara dini mövzularla bağlı müstəqil fikir yürütmək qadağan edilir. Bununla yanaşı Quran ayəsindən aydın olur ki,  elə insanlar var ki, onlara bəzi məsələlərin izahı ilə bağlı müraciət etmək qadağan olunur, amma digər məsələlər üzrə izahat üçün müraciətə icazə verilir. Belə adamlardan onların mükəmməl bildikləri şeylər haqqında soruşmaq olar, çünki Kitab əhlinə sual verməyin qadağan olunması ümumi səciyyə daşımırdı və o, təkcə mağara­dakı adamlar və digər belə hekayətlərlə bağlı idi. 

                          ﮥﮦ                               

(18.23) “Heç vaxt demə: “Mən bunu sabah edəcəyəm”.
(18.24) “İnşallah, de! Əgər yaddan çıxartsan, Rəbbini xatırla və de: “Ola bilsin ki, Rəbbim məni daha düzgün yolla aparsın”.

Bu qadağa Quranın bir çox digər qadağalarına bənzəyir və Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) konkret bir hadisə ilə əlaqədar nazil edilməsinə baxmayaraq, bütün insanlara aid idi. Buradan belə çıxır ki, Allah Öz qullarına görəcəkləri hər hansı bir işi Allahın iradəsi ilə bağlamadan, qətiyyətlə bildirməyi qadağan etmişdir. İnsan bu qadağanı poz­duqda, onda o, düşündüyü əməli yerinə yetirə biləcəyi haqqında heç bir məlumata malik olmadan, qeybdən danışır və bununla da öz hərəkətini müstəsna olaraq öz insanın iradəsi ilə bağlayır və bununla günah işlədir, çünki hər şey mütləq qaydada ancaq Allahın iradəsi ilə baş verir. Fövqəluca buyurur:  “Lakin Allah, aləmlərin Rəbbi bir şeyi istəmədən, siz onu istəyə bilməzsiniz” (Təkvir, 81/29). Allahın iradəsini xatırlamaq insana niyyətini yerinə yetirməyi asanlaşdırır, Fövqəlucanın razılığını almağa kömək göstərir və bu yardım üçün Allaha dua etməyi nəzərdə tutur. Amma insan elə həmişə insan olaraq qalır və bu o deməkdir ki, o, öz unutqanlığı üzündən Allahın iradəsini xatırlamaya bilər. Əgər o, bunu yadına salırsa, onda o, fikrində yerinə yetirməyi nəzərdə tutduğu işi sonra Allahın iradəsi ilə bağlamalıdır ki, arzu etdiyinə nail ola və hər cür naqisliklərdən qoruna bilsin. İnsan Allahın iradəsini xatırlayaraq nəzərdən qaçırdığını xatırlayır, buraxdığı səhvini düzəldir və Rəbbini zikr etməyə başlayır ki, səhlənkar cahillərin sırasına düşməsin. Allahın köməyi olmadan insanın hər hansı bir işi görməyə doğru addım atmağa, sözlərində və əməllərində səhvlərdən qaçınmağa qadir olmamasını bilərək, Fövqəluca Rəbb ona əmr edir ki, belə desin: “Ola bilsin ki, Rəbbim məni daha düzgün yolla aparsın”. Rəbb Ona dua etməyi, Ona ümid bəsləməyi və Onun uğur qazanmaq üçün mütləq ən qısa yol tapacağına insanın əmin olmasını əmr edir. Daha yaxşı olardı ki, insan bununla yanaşı özü də düzgün qərar çıxartmağa can atsın və xeyirxah məqsədə yetişmək üçün əlindən gələn hər şeyi etsin. Belə bir insana Allah düzgün yolla getməyə və bütün təşəbbüslərində doğru davranmağa hökmən kömək edər.

ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ          ﯣﯤ          ﯨﯩ         ﯬﯭ                        

(18.25) “Onlar mağarada üç yüz və bir də doqquz il keçirdilər”.
(18.26) “De: Onların orada neçə il qalmasını Allah daha yaxşı bilir. Göylərin və yerin sirri Ona məxsusdur! O, necə də gözəl görür və eşidir! Onların Ondan başqa Hamisi yoxdur və Onunla bərabər qərar qəbul etməsində şəriki də yoxdur”.

Allah mağaradakı insanların taleyi haqqında Kitab əhl­indən soruşmağı qadağan etdikdən sonra, çünki onlar bu əhvalatın təfərrüatını bilmirdilər, O, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yeniyetmələrin mağarada neçə il keçirmələrini xəbər verdi. Allah aşkarı da, qeybi də Biləndir. Təkcə O, bütün varlıqlar haqqında hər şeyi bilir və mağaradakı adamların taleyi dəqiqliklə təkcə Ona məlumdur. O, göylərin və yerin bütün sirlərini bilir və təkcə O, Öz məxluqlarına Özünün qeybə aid biliklərinin bir qismini aça bilər. Əgər Allahın elçiləri (onlara salam olsun!) onlara nazil edilmiş vəhyləri insanlara çatdırırlarsa, onların sözləri şübhə doğurmayan həqiqətdir. Qeybə aid, hətta elçilərə açıqlanmamış biliklərə gəldikdə isə, heç bir məxluq onlar barəsində məlumata malik ola bilmək qüdrətində deyil.
Özünün hüdudsuz elmi haqqında xatırladıqdan sonra Fövqəluca Allah Özünün ilahi eşitmə və görmə qabiliyyətinin kamilliyini vurğulayır ki, onların sayəsində O, bütün Kainatda baş verənləri görür və eşidir. Sonra isə Allah Özünün ümumi və xüsusi formada olan himayədarlığından bəhs edir. Hər şeyi əhatə edən himayədarlığı Onun Kainatın bütün işlərini idarə etməsində təzahür edir. Allahın xüsusi himayəsinə isə ancaq möminlər layiq görülürlər ki, Rəbb onları zülmətdən işığa çıxarır və ən ağır tapşırıqlarını yerinə yetirməkdə onlara yardım göstərir. Məhz buna görə Rəbb buyurur ki, mağaradakı insanların Allahdan başqa hamisi yox idi. O, onları Öz qayğısı ilə kölgələndirmiş və onlara bol qismət nəsib etmişdir, halbuki o vaxt bir nəfər belə onların qayğısına qalmamışdı.
Təkcə Fövqəluca Allah Qədərlə bağlı qərarlar qəbul edir ki, Kainat da ona uyğun olaraq mövcudluğunu sürdürür. Dini qanunları da Allah təkbaşına qəbul edir. O, qullarını xəlq edir, onlarının taleyini öncədən müəyyənləşdirir, işlərini idarə edir, onlara dini qanunlara və qadağalara riayət etmək hökmü verir, sonra isə onları ya cəzalandırır, ya da mükafatlandırır.
Öncə Fövqəluca Allah artıq xəbər vermişdi ki, bütün qeyb, göylərdə və yerdə baş verənlər təkcə Ona məlumdur. Əgər Allah onları məxluqlarına açmasa, onlar qeybə məxsus heç bir şeyi heç vaxt bilməzlər. Lakin Müqəddəs Quranda çoxlu belə oxşar hekayətlər xatırlanır və buna görə sonra Fövqəluca Allah bu Kitabı öyrənməyi insanlara buyuraraq belə deyir:

            ﯿ   ﰀﰁ                  

(18.27) “Rəbbinin vəhy ilə sənə nazil edilmiş Kitabını oxu. Onun Sözləri əvəzedilməzdir və sən Ondan başqa sığınacaq tapa bilməzsən!”

Kitabı oxumaq əmri onda vəhylə nazil edilmiş bütün hökm­lərin yerinə yetirilməsini nəzərdə tutur, bunun üçün isə hər bir müsəlman Quran ayələrinin əsl mənasını anlamalı, Müqəddəs Quranın bütün hekayətlərinə iman gətirməli, onda olan bütün əmrləri yerinə yetirməli və onda nazil edilmiş qadağaları pozmamalıdır. Təkcə bu qaydada, sözləri əvəz edilə bilməyən Şərəfli Kitaba yanaşmaq lazımdır, çünki onlar həqiqətdir, ədalət­lidir və kamildir. Fövqəluca buyurur: “Rəbbinin sözü haqq və ədalətlə icra edilmişdir!...” (Ənam, 6/115). Quranı təhrif etmək mümkün deyil və bu onun kamilliyi və təkrarolunmazlığının dəlilidir. Əgər onun çatışmazlıqları və ya nöqsanı olsaydı, onda insanlar onu bütövlükdə və ya qismən təhrif edə bilərdilər[6]. Bütün bunlar Müqəddəs Quranın əzəmətini və bütün məsələlərdə məhz ona müraciət etməyin zəruriliyini göstərir. Sığınacaq və xilas olmaq məsələlərinə gəldikdə isə, onları təkcə Fövqəluca Rəbbin dərgahında tapmaq mümkündür və ancaq O, qullarını mühafizə etməyə və onlara sığınacaq verməyə qadirdir. Əgər insan biləndə ki, onun bütün təşəbbüslərində ona himayə edə bilən təkcə Allahdır, onda bu düşüncə onu həm müsibət, həm də xoşbəxt anlarda təkcə vahid Allaha ibadət etməyə və təkcə Ona can atmağa yönəldir. Həqiqətən, insanlar hər an Onun himayəsinə ehtiyac duyurlar və yardım üçün Ona müraciət edirlər.

                      ﭚﭛ                  ﭣﭤ                          

(18.28) “Səhərlər və gün batmazdan Rəbbinə dua edən­lərlə  və Onun Üzünə doğru can atanlarla birlikdə səbirli ol. Bu dünyanın bərbəzəyi xatirinə onlardan üz döndərmə və ürəklərini Bizi xatırlamağa laqeyd etdiklərimizə, öz istəklərinə uyanlara və əməlləri faydasız olanlara  itaət etmə!”

Fövqəluca, peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və Onun hökmlərinə və qadağanlarına riayət edənlərə əmr edir ki, öz Rəbbinə doğru can atan və günün əvvə­lində və sonunda Ona səmimiyyətlə dua edən mömin bəndələrlə birlikdə doğru yola səbirlə davam etsinlər. Allaha ibadət və səmimi xidmət göstərilməsi belə möminlərin ayrılmaz keyfiyyət­lə­rindəndir. Bu müddəadan aydın olur ki, Allah qullarına öz vaxtlarını, ayrılmaz keyfiyyətləri – Allaha ibadət və səmimi xidmət etmək olan insanlar arasında keçirməyi əmr etmişdir. Müsəlmanlar belə insanlarla, onlar hətta kasıb olsalar da, daha çox ünsiyyət saxlamalıdırlar, çünki saleh insanlarla əlaqə insana saysız-hesabsız faydalar gətirir.
Əgər insan belə şəxsiyyətlərdən üz döndərərsə, bu ona zərərdən başqa bir şey verməz. O, çoxsaylı mənəvi nemətlərdən məhrum olar, onun qəlbi isə getdikcə dünya həyatına alışar. O, maddi nemətlər haqqında daha tez-tez düşünməyə başlayar və eyni zamanda Axirət həyatına can atması tədricən qəlbindən silinər. Bu ona görə baş verir ki, maddi gözəlliklər insanın gözünü tutur, könlünü heyran edir və son nəticədə insan Allahı xatırlamağı yadırğayır və maddi ləzzət və həzlərə doğru yönəlir. O, vaxtını itirir, həyatını korlayır və böyük bir zərərə uğrayır. Nəsibi isə əbədi bədbəxtlik və sonsuz məyusluq olur.
Allah belə insanlara itaət etməyə qadağa qoymuşdur, çünki onlar öz Rəbbini unutmuşlar, Fövqəluca Allah isə onları özlərini unutmağa məcbur etmişdir. Onlar özlərinin alçaq ehtiraslarına güzəştə getmiş və hətta bu onları məhvə və böyük itkiyə doğru aparsa da, öz keflərinə uyğun olaraq davranmışlar. Onlar öz şıltaq­lıqlarına pərəstiş etmişlər və buna görə Fövqəluca Allah buyurmuşdur: “Sən öz şıltaqlığına pərəstiş edəni gördünmü? Allah biliyi əsasında onu azdırdı, qulağını və ürəyini möhür­lədi və gözlərinə pərdə çəkdi...” (Casiyə, 45/23).
Belə insanlar nəinki mənəvi, həm də dünyəvi nemətlərdən məhrum edilirlər və Allah belələrinə tabe olmağı haram etmişdir, çünki bu günahkarlara itaət etmək insanları onlara bənzəməyə məcbur edir və nəticədə insan onların bəzi yaramaz keyfiyyət­lərini mənimsəyirlər. Bu ayədən aydın olur ki, insanlar ancaq həqiqətən təqlid edilməyə nümunə olanlara itaət etməlidir. Çünki onların ürəkləri Allaha məhəbbətlə dolu olur və bu sevgi hissi xeyirxah söhbətlər formasında zahir olur, üzə çıxır. Buna görə mömin insanlar Allahı tez-tez xatırlayır, Onun mərhəmətini qazanmağa can atır və Rəbbin iradəsini öz nəfsi istəklərindən üstün tuturlar. Bunun sayəsində onlar öz vaxtına qənaət edir, işlərini sahmana salır, xeyirxah əməllər, işlər görür, ətraflarında­kıları öz Rəbbinin mərhəməti ilə etiqad etdikləri dinə dəvət edirlər. Belə insanlar təqlid üçün nümunə olmağa layiqdirlər.
Bu ayədə yad edilən səbirliliyə gəldikdə isə, bu ad altında Allahın hökmlərinin səbirlə yerinə yetirilməsi nəzərdə tutulur. Bu - ən şərəfli səbirlilik formasıdır və əgər insan onu kamillik səviyyəsinə çatdıra bilərsə, onda qalan bütün şeyləri səbirlə yerinə yetirmək onun üçün çətinlik yaratmaz.
Bu Quran ayəsində həm də Allahı xatırlamanın və günün başlanğıcında və axşamqabağı Ona dua ilə müraciət etmənin üstünlüyü xüsusilə vurğulanır. Allah iman sahiblərini bu əməllə­rinə görə tərifləyir və bu ona dəlalət edir ki, səhər və axşam Allahı xatırlama – zikr etmə Allahın bəyəndiyi əməllərdəndir. Əgər Allah hər hansı bir əməli sevirsə, onda O, qullarına o əməli mütləq yerinə yetirməyi əmr edir və onları buna ruhlandırır.

        ﭵﭶ             ﭼﭽ       ﭿ          ﮄﮅ                ﮌﮍ            

(18.29) “De: “Haqq – Rəbbimizdəndir. Kim istəyir inan­sın, kim istəmirsə, qoy inanmasın”. Biz zalımlar üçün onları hər tərəfdən divar kimi əhatə edəcək Od hazırlamışıq. Onlar yar­dım (və ya yağış) üçün yalvarmağa başlasalar, onda onlara ərinmiş metala (və ya yağ çöküntüsünə) bənzər və üzü yandıran su ilə kömək edilər. Necə də çirkin içki və murdar məskəndir!”

Ey Muhəmməd! İnsanları Rəbbindən onlara nazil olan Haqq barədə xəbərdar et. Bundan sonra həqiqət və yalan, doğru və yanlış yollar  onlara məlumdur. Onlar bəxtəvər möminləri və bədbəxt kafirləri tanıya biləcəklər və bütün bunlar Allah tərəfin­dən həqiqəti sənin dilinlə izah etməsi sayəsindədir. O həqiqət o dərəcədə açıq-aydındır ki, heç kim artıq ona şübhə edə bilməz. İman gətirmək istəyən hər kəs, iman gətirə bilər və hər kim də küfrə etiqad etmək istəyərsə, istədiyi kimi davrana bilər. İnsan üçün başqa yol yoxdur: o, ya doğru yola gəlməlidir, ya da azğınlıq yoluna qədəm qoymalıdır. Allah ona iradə əta etmişdir ki, onun sayəsində o, imanla küfrü, xeyirxahlıqla bədxahlığı müstəqil olaraq seçə bilsin. Əgər insan iman gətirirsə, onda o, doğru yola gələcək­dir, əgər iman gətirməkdən boyun qaçırırsa, onda axı haqq ona artıq məlumdur və heç kim onu haqq dinə etiqad bəsləməyə məcbur etməyəcəkdir. Fövqəluca buyurur: “Din­də məcburiyyət yoxdur. Doğru yol artıq azğınlıqdan fərq­lən­mişdir” (Bəqərə, 2/256).
Sonra Fövqəluca Allah möminləri gözləyən sonucdan və kafir­lərin düşəcəkləri aqibətdən xəbər verir. Küfrə etiqad edənlər, günah işləyənlər və Allaha itaətsizlik göstərənlər üçün Cəhənnəm Odu hazırlanmışdır ki, o, Cəhənnəm əzabkeşlərini hər tərəfdən keçilməz divarla əhatə edəcəkdir. . Onlar cəzadan can qurtara bilməyəcəklər, xilas yolu da tapa bilməyəcəklər və yandırıb-yaxan alovun ovuna çevriləcəklər. Əgər onlar dözülməz susuzluqlarını söndürmək üçün su istəsələr, onları ərimiş qurğuşuna və ya qaynar bitki yağının çöküntüsünə bənzəyən suya “qonaq” edəcəklər. Bu su onların üzünü yandıracaq və təsəvvür etmək çətindir ki, o, onların bağırsaqlarını və daxili orqanlarını nə günə qoyacaqdır. Fövqəluca buyurur: “İman gətirməyənlər üçün Oddan paltar biçəcək, başlarına isə qaynar su töküləcək. Ondan onların dərisi və içalatı əriyəcəkdir. Onlar üçün dəmir toppuzlar hazırlan­mışdır” (Həcc, 22/19-21).
Cəhənnəm əzabkeşlərinin susuzluqlarını söndürmək istə­dikləri içki necə də iyrəncdir! Onlar öz əzablarını azaltmağa cəhd göstərəcəklər, amma bundan sonra əzabları daha da şiddətlə­nəcək, əziyyətləri daha da ağrıdıcı olacaqdır. Həqiqətən də, Cəhənnəm çox mənfur sığınacaqdır. Bundan başqa, Cəhənnəmdə işgəncələrdən xilas olmaq mümkün deyil, çünki o, əbədi əzablar və misli görünməmiş məşəqqətlər məskənidir. Bu əzab-əziyyətlər hətta bir an belə kəslməyəcək və günahkarlar tam ümidsizliyə qapılacaqlar. Onlar xilas olmaqdan əllərini tamamilə üzəcəklər, Rəhmli Allah isə onları unudacaq və iztirab çəkmək üçün Cəhənnəm Odunun burulğanına atacaq. Bu ədalətlə ediləcəkdir, çünki bundan əvvəl bu günahkarlar Allahın Özünü unutmuş­dular.
Sonra Fövqəluca Allah ikinci qrup insanları xatırlayır və buyurur:

                        

(18.30) “İman gətirənlərə və xeyirxah əməllər işləyənlərə gəldikdə isə, Biz yaxşılıq edənlərin mükafatlarını itirmirik”.

Bu insanlar Allaha, mələklərə, Müqəddəs Kitablara, elçilə­rə, Qiyamət gününə və Allahın qədərinə uyğun olaraq müəyyən edilən bütün yaxşılığa və pisliyə iman gətirirlər. Bununla yanaşı onlar xeyirxah işlər görür, yəni dinin fərz və könüllü hökmlərini yerinə yetirirlər. Allah isə Onun xatirinə və Onun şəriət hökm­lərinə tam uyğun olaraq səmimiyyətlə xeyirxah əməllər işləyən­ləri mükafatsız qoymur. Allah belə xeyirxahlıqları unutmur və onları öz mömin zəhmətkeşləri üçün qoruyub saxlayır ki, onlardan hər birini Öz ilahi mərhəmətinə uyğun olaraq hərtərəfli mükafatlan­dırsın. Sonra Rəbb Özünün mükafatlandırmasından bəhs edərək belə buyurur:

                                                      ﯘﯙ         
(18.31) “Çaylar axan Ədəm bağları məhz onlar üçün hazır­lanmışdır. Onlar qızıl bilərziklərlə bəzənəcək və onlara  atlas­dan və zərxaradan yaşıl libaslar geyindiriləcək. Onlar orada taxtlara dirsəklənərək oturacaqlar. Gözəl mükafat və füsunkar məskən!”
Düzgün iman sahibi olanların və xeyirxah əməllər işləyən­lərin mükafatı belə olacaqdır. Onlar ecazkar Cənnət bağla­rında Cənnət sakinlərini vəcdə gətirən çoxsaylı ağacların kölgəsində daldalanacaqlar. Onların ətrafında heyranedici Cənnət ağacları­nın və hündür sarayların yanlarından keçən çaylar şırıldayıb axacaq. Onlar qızıl zinətlərlə bəzənəcək, yaşıl atlasdan və zərxaradan çox qəşəng libaslar geyəcəklər. Atlas – nazik və zərif ipək parçadır, zərxara isə bir qədər qaba ipək parçadır. Onlar üstü bahalı örtüklərlə bəzədilmiş taxtlar üstündə yastılanaraq oturacaqlar. Ərəb sözü olan “ərikə” (“taxt”) ancaq zənginlik mü­cəs­səməsi olan yataq dəsgahlarına aid edilir. Ərəb feli olan “ittakaa” (“söykən­mək”, “dayanmaq”) insanın rahatlıq və məm­nun­luq duyduğu vəziyyətini təsvir etmək üçün istifadə edilir. Cənnət sakinləri yorğunluq və taqətsizlik bilməyə­cəklər, əbədi yeniyetmə gənclər onlara istədikləri hər şeyi gətirəcəklər. Ən başlıcası – möminlərin Cənnət bağlarında həmi­şəlik məskunlaş­ma­ları və oranı heç vaxt tərk etməyəcək­ləridir.
Xeyirxah əməl sahibləri üçün hazırlanmış Cənnət məskəni necə də gözəldir! İnsan qəlbinin sevindiyi və insan baxışlarının məftun olduğu və onların hər şeyi əldə edə biləcəkləri sığınacaq necə də cazibədardır! Bu sonsuz sevinc, fasiləsiz məmnunluq və təsvirəgəlməz səadət olacaqdır. Həm də axı Cənnətdən daha yaxşı hansı məskən ola bilər ki, ən aşağı pillədə olan sakin belə öz saray və bağları arasında iki min il gəzib dolaşsa da, bundan sonra daha gözəl bir şeyin mövcudluğu haqqında, hətta ağlına belə gətirə bilməyəcəkdir. O, ürəyindən keçən və sadəcə yadına düşən hər şeyi alacaqdır. O, hətta barəsində düşünməsini xəyalına gətirmədiyi şeyləri alacaqdır və bu mükafat əbədi olacaqdır. Bundan başqa, bu mükafat anbaan daha da gözəllə­şəcək və füsunkarlaşacaq. Ey sonsuz İltifat Sahibi Allah! Bizi yol verdiyimiz nöqsan və günahlarımızla törətdiyimiz şər əməlləri­mizə görə Öz mərhəmətindən məhrum etmə!
Bu ecazkar ayə və digər oxşar ayələr ona dəlalət edir ki, Cənnətdə qızıl bəzək şeylərini həm kişilər, həm də qadınlar taxa­caq­lar. Bu həmçinin digər səhih naslarla da təsdiq olunur. Həm­çinin bu ipəkdən olan bəzək şeylərinə (geyimlərə) də aiddir.
Sonra Fövqəluca Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək buyurur:

                                 

(18.32) “Onlara iki kişi haqqında misal çək. Onlardan birini Biz iki üzümlüklə təmin etdik, onları xurma ağacları əhatə etdik və aralarında tarla saldıq”.

İnsanlara iki kişi haqqında hikmətli məsəli danış. Onlardan biri Rəbbinə ona nazil etdiyi səxavətinə görə şükür etdi, ikincisi isə Ona minnətdarlıq etməkdən boyun qaçırdı. Onların necə davranması, nə söyləmələri, əməllərinin verdiyi nəticələri haqqın­da insanlara xəbər ver. Allahın qullarına, belə insanları bu dün­yada və öldükdən sonra Axirətdə gözləyən cəza və mükafatlar haqqında  söylə və qoy onlar iki kişinin taleyini düşünsünlər və bu əhvalatdan faydalı nəticələr çıxartsınlar. Bu məsəlin mahiyyəti iki kişinin məhz kim olmalarında deyil. İnsanlar bu məsəl üzərində dərindən düşünməlidirlər, çünki belə insanlara bütün zamanlarda və bütün ölkələrdə rast gəlinir. Özü də onlar Allahın bildirdikləri ilə qane olmalıdırlar və əgər onlar həmin şəxslərin sonrakı taleyi haqqında fərziyyələr uydurmağa cəhd göstərsələr öz çiyinlərinə ağır məsuliyyət yükü götürəcəklər.
İki kişidən biri naşükür insan idi və ona iki gözəl bağ əta etmiş Allahın əzəmətli lütfkarlığını etiraf etməkdən boyun qaçı­rır­dı. Bağlarda müxtəlif meyvə ağacları boy atmışdı və onların arasında üzümlük və xurma ağacları xüsusilə fərqlənirdilər. Üzüm  təngləri hər iki bağın mərkəzi hissəsində çıxmışdı və onla­rın ətrafında isə xurma ağacları ucalmışdı və bu, hər iki bağa qəribə bir görkəm verirdi. Günəş şüaları və küləklər bu ağacları oxşayır və onların meyvələrini yetişdirir və sulu edirdi. Bu iki bağın arasında isə zəngin tarla var idi. Bütün bu deyilənlərdən sonra, soruşmağa bir şey qalırdı, bu bağlarda məhsul necə olurdu və ağacların suvarılmasına su bəs edirdimi? Bax buna görə sonra Fövqəluca Allah buyurur:

                ﯶﯷ       

(18.33) “Hər iki bağ bəhrə verirdi və onlardan heç bir itki olmurdu, aralarından isə Biz çay salmışdıq”.

Bu bağların sahibi bol meyvə və taxıl məhsulu götürürdü və hətta onun bol məhsulunun cüzi bir hissəsi belə zay olmurdu. Suya gəldikdə isə, bu bağlarla yanaşı geniş çay axırdı. Bunun sayəsində bu adamın var-dövləti artırdı. O, gözəl meyvələr yığırdı. Onun ağacları xəstəlik və nöqsanlardan xali idi. Bu hər bir əkinçinin xəyalından keçirə biləcəyi bir həddi və buna görə bu bağların sahibi öz xoş güzəranına aldandı. O, lovğalandı və öz Axirət gününü unutdu.

        ﯿ                           

(18.34) “Onun məhsulu (və ya varı) vardı və o, öz yoldaşı ilə söhbəti zamanı ona dedi: “Mənim malım və köməkçilərim səninkindən daha çoxdur””.

Bir dəfə o, öz yoldaşı ilə gündəlik işləri haqqında söhbət edərkən onun qarşısında özünün zənginliyi, qullarının, xidmətçi­lərinin və qohumlarının çoxsaylı olması ilə lovğalandı. Bu hərəkəti onun cahil olmasını sübut edirdi, çünki ancaq nadan insan öz mənəvi zənginliyi ilə deyil, əldə etdiyi maddi nemətləri ilə qürrələnər. Buna bənzər bir şeyi, uydurulmuş nailiyyətləri ilə özünü tərifləyən uşaqlar da belə edirlər. Lakin bağların sahibi  öz dediklərindən cahil və ədalətsiz nəticə çıxarana qədər yoldaşı qarşısında təkcə lovğalanmaqla qane olmamışdı.

                                                         

(18.35) “O, öz nəfsinə qarşı zalımlıq edərək bağına girdi və dedi: “Mən güman etmirəm ki, bu, nə vaxtsa yox ola bilər”.
 (18.36) “Mən güman etmirəm ki, o Saat gələcək. Əgər məni Rəbbimə qaytarsalar, geri döndükdə, orada daha gözəl şeylər əldə edəcəyəm”.

O öz ümidlərini maddi həyatla bağlamışdı, yer üzündə əldə etdiyi firavanlıqla qane oldu və ölümdən sonra dirilməni inkar etdi.  O, Qiyamət gününə iman gətirməkdən boyun qaçırdı və cürət edib belə bir zənnə qapılmışdı ki, hətta Axirət həyatı mövcud olsa da, öldükdən sonra o, onsuz da hökmən onun bağlarından daha yaxşısını mükafat alacaqdır. O, belə sözləri iki səbəb üzündən ağzından çıxara bilərdi: ya o, həqiqəti bilirmiş, buna görə də onda onun sözləri olduqca kobud rişxənd imiş və onun küfrünü artırmışdır; ya da o, Axirət həyatının labüdlüyünə doğrudan da şübhə edirmiş və bu halda isə o, ən cahil və düşüncəsiz insanlardan biri imiş. Yer üzündəki əmin-amanlıq və Axirət həyatının müvəffəqiyyətləri arasında ümumi bir oxşar­lıqmı var? Niyə bu cahil insan belə qərara gəlmişdir ki, insan bu dünyada var-dövlət yığarsa, onda ona gələcək həyatında da hökmən mərhəmət göstəriləcək? Əksinə, əksər hallarda Fövqəluca Allah Özünün pak və əməlisaleh qullarını dünyəvi zənginlikdən məhrum edir və onları, öldükdən sonra heç bir qismət almayan, düşmənlərinə əta edir.
Yəqin ki, bağların sahibi haqqı bilirmiş və təfsir etdiyimiz sözləri istehza və rişxəndlə deyirmiş. Məhz buna görə Fövqəluca Allah buyurur ki, o, bağına daxil olanda özü özünə qarşı günah işlətmiş və ağzından həmin ötkəm sözlər çıxmışdır. Bu isə o deməkdir ki, o, pozğun və inadkar günahkarmış.

                                        

(18.37) “Onunla söhbət edən yoldaşı demişdir: “Doğru­danmı sən səni torpaqdan, sonra – nütfədən Xəlq Edənə, daha sonra isə səni kişi simasında Formalaşdırana inanmırsan?”

Mənim məsləhətimə qulaq as və bu dünyaya necə gəldiyini fikirləş. Allah səni əvvəlcə torpaqdan, sonra – nütfədən[7] yaratdı. O, səni Öz lütfkarlığı ilə xəlq etdi və sənə saysız-hesabsız ne­mətlər bağışladı. O, ardıcıl olaraq sənin görkəmini dəyişdirirdi və nəhayət səni ideal biçimli və təfəkkür sahibi olan qəddi-qamətli bir insana çevirdi. O, sənin yerdə yaşamağını asanlaşdırdı və sənə maddi nemətlər nazil etdi. Sən böyük var-dövlət sahibi öz baca­rığın və qüdrətin sayəsində deyil, Fövqəluca Allahın sənə bəslədiyi mərhəməti sayəsində oldun. Bəs onda sən niyə səni əvvəlcə torpaqdan, sonra da bir damcıdan Yaradan və səni qəddi-qamətli insan formasına salan Allaha minnətdarlıq etməkdən boyun qaçırırsan? Niyə sən Onun sənə göstərdiyi lütfkarlığını unudur və Rəbbinin səni öldükdən sonra diriltməyəcəyini zənn etməyə cəsarət göstərirsən və əgər bu hətta baş versə də, sən bağından daha yaxşı bir mükafat alacağını güman edirsən? İnsan bu tərzdə düşünməməlidir.
Lakin mömin qonşu görür ki, onun həmsöhbəti iman gətir­məkdən boyun qaçırır və yol verilən əməllərin sərhədlərini aş­maqda davam edir. Belə olduqda, o, müsahibinə məsələyə öz nəzər nöqtəsini bildirmək və bununla bərabər öz Rəbbinə şükür etmək, həm də onun şübhəli və mübahisəli sübutlarını rədd etmək və haqq dinə gəlməyin zəruriliyini bəyan etmək qərarına gəlir.  O deyir:

         ﭿ           ﮄ ﮅ                          ﮐﮑ                                                                    

(18.38) “Mənə gəldikdə isə, mənim Rəbbim Allahdır və mən öz Rəbbimə heç kimi şərik qoşmuram”.
(18.39) “Niyə sən bağına girəndə: “İnşallah və Allahdan başqa qüdrət sahibi yoxdur!” demədin? Sən hesab edirsən ki, mənim var-dövlətim və övladlarım səninkindən azdır”,
(18.40) “axı Rəbbim istəsə, mənə sənin bağından da yax­şısını əta edər və bağına göydən cəza göndərər və o, sürüşkən torpağa dönər”.
(18.41) “Yaxud bağının suları yerin altına gedər və sən onlardan yararlana bilməzsən”.

Mən Allahı özümün Vahid Rəbbi sayıram. Mən Ona itaət və ibadət edirəm. Mən heç vaxt Allahla bərabər məxluqlara ibadət etmərəm və Ona şəriklər qoşmaram. Mənim doğrudan da varidatım böyük deyil və övladlarım da azdır, lakin əvəzində Allah mənə, əsl nemət olan həqiqi iman və haqq dinlə Öz himayəsini bəxş etmişdir. Digər nemətlərə gəldikdə isə, onlar fanidir və insanı çox vaxt əzab və əziyyətə məhkum edir. Sən fəxr edirsən ki, sənin mənimkindən çox sərmayən və övladların var. Axı Allahın mükafatı daha yaxşı və uzunmüddətlidir. Biz məhz buna can atmalıyıq, çünki Allahın mərhəməti və səxavəti, bütün bu dünyada insanların əldə etmək üçün bir-biri ilə yarışdığı maddi nemətlərdən üstündür. Bağın səni aldatmışdır və səni yol verilən həddi aşıb keçməyə sövq etdirmişdir, amma onu da bil ki, Rəbbim mənə ondan daha yaxşısını bəxş edə bilər, sənin bağına isə leysan yağışla qasırğa və ya göydən digər cəza  göndərər və bundan sonra bütün ağacların kökü ilə yerindən çıxarılar, mey­vələrin məhv edilər, əkin sahələrini isə sel basar və yaxud bağından axan çaylar yerin dibinə çökər və sən heç bir vasitə ilə, nə kərki, nə də başqa vasitələrlə su əldə edə bilməzsən.
Bu sözlərdən aydın olur ki, mömin öz Rəbbinin əvəzinə qəzəblənmişdi və Onu, müsahibini aldadıb azdıran bağı məhv etməsinə çağırmışdı. Mömin ona görə belə etmişdi ki, yoldaşı ayılıb ağlını başına yığsın və doğru yola qayıtsın. Fövqəluca Allah da onun duasını qəbul etdi.

   ﯔﯕﯖ ﯗﯘﯙ          ﯞ ﯟ ﯠﯡﯢ             

(18.42) “Onun bəhrələri məhv edildi və o, əllərini ovuş­dura-ovuşdura, təngləri çardağı ilə yeksan olmuş üzümlüyə çəkdiyi məsrəfə təəssüflənib deyirdi:  “Keşkə mən Rəbbimə heç kimi şərik qoşmayaydım!”

Allahın nazil etdiyi cəza hər iki bağı məhv etdi. Çox böyük sərvətdən heç nə qalmadı. Meyvələr, ağaclar və əkinlər – hər şey məhv oldu və ancaq bundan sonra bu bağların sahibi törət­diklərinə acı-acı təəssüfləndi. O, əllərini ovuşdurmağa başlaya­raq, saysız-hesabsız sərvətini sərf etdiyi bağların əlindən çıxma­sına peşmançılıq çəkirdi. Budur artıq onlardan əsər-əlamət qalmamışdır və o, əvəzində heç bir şey almayacaqdır. O həm də Allaha şərik qoşduğuna görə də təəssüfləndi və özünün törətdiyi cinayətlərdən ötrü tövbə etdi.
                           

(18.43) “Onun elə adamları yox idi ki, Allahın əvəzinə ona kömək edəydilər və o, özü də özünə kömək göstərə bil­mədi”.

Lap yaxın vaxtlarda o özünün çox böyük sərvəti və çox­saylı köməkçiləri olması ilə fəxr edirdi. Amansız qisas onu çul­ğayan kimi, o, öyündüyü hər şeydən məhrum oldu. Hər şeydən çox köməyə ehtiyacı olduğu o anda, heç kim ona yardım etməyə gələ bilmədi və o özü də bəlanın qarşısını ala bilmədi. Axı kim özünü və ya başqalarını Allahın qədərindən qorumağa qadirdir?! Qədər danışıqsız icra edilir və əgər göylərin və yerin bütün sakinləri bir yerə yığışıb Allahın öncədən müəyyən etdiyi bir şeyin qarşısını almaq istəsələr də, onlar bunu bacarmazlar.
Allahın öz var-dövlətini itirmiş insana mərhəmət göstərmə­sində də qəribə heç bir şey yoxdur, çünki O, ona öz zalımlığına görə tövbə etməkdə və doğru yola qayıtmaqda yardım göstər­mişdir.  Bunun lehinə, bağların sahibinin tövbəsində dediyi sözləri və bu dünyada ona nəsib olan cəza dəlalət edir. Allah onu həddi aşmağa məcbur edən şeylərdən məhrum etdi və əgər Allah insana yaxşılıq etmək istəyirsə, onda O, onu elə bu dünyada cəzalandırır. Həqiqətən də, insan təfəkkürü Allahın mərhəmətini dərk etmək imkanına malik deyil və onu inkar edənlər təkcə zalım cahillərdir.

          ﯷﯸ            

(18.44) “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!”

Allah həddi aşan və dünya həyatına üstünlük verən zalımı cəzalandırdı və iman gətirmiş, xeyirxah işlər görən, Rəbbinə minnətdarlıq edən və ətrafdakılarını da buna çağıran möminə isə iltifat göstərmişdir. Bunun sayəsində aydın olmuşdur ki, təkcə Allah həqiqi Himayəçidir. O, Ona səmimi qəlbdən iman gətirən və təqvalılığa etiqad bəsləyən hər kəsə hamilik edir. O, belə insanları ən müxtəlif rütbələrlə şərəfləndirir və onları şərdən, cəzalandı­rılmadan qoruyur. Əgər insan Rəbbinə iman gətirmək­dən boyun qaçırırsa, onda O, onu Allahın himayəsindən, maddi və mənəvi nemətlərdən məhrum edir. Həmin adamı ən dəhşətli qismət həm bu dünyada, həm də ölümdən sonra haqlayır.
Bu ibrətamiz hekayət, Allahın maddi zənginlik bəxş etdiyi kəslərin vəziyyəti ilə əlaqədar  insanları düşünməyə çağırır. Əgər bu zənginlik insanı azdırırsa, Axirət həyatından yayındırırsa və günah törətməyə məcbur edirsə, onda o mütləq tükənir və yox olur. Belə insana maddi nemətlərdən çox qısa müddətdə ləzzət almaq imkanı verilir və bundan sonra ona artıq xoşbəxtlik əldə edə bilməyəcəkdir. Bax buna görə Allahın qulu mal-mülkünə və övladlarının olmasına aldanmamalıdır və həmişə Allahı yad etməli və unutmamalıdır ki, o, Kimin mərhəməti sayəsində maddi nemətlər əldə etmişdir. Belə hallarda müsəlman deməlidir: “İnşallah! Allahdan başqa qüdrət sahibi olan yoxdur!” (Kəhf, 18/39). Bu sözlər Allaha minnətdarlığın bildirilməsidir və insana qazandıqlarının qorunub saxlanılmasında kömək edir. Mömin öz cahil həmsöhbəti olan iki bağ sahibinə məhz belə etməyi məsləhət görmüşdü.
Bu əhvalatda dünya ləzzətlərinə və gözəlliklərinə əhəmiy­yət verməmək və Allahın dərgahında onu gözləyən mükafat haqqında tez-tez düşünmək barədə hökm vardır. Bax buna görə mömin kişi demişdir: “...Sən hesab edirsən ki, mənim var-döv­lətim və övladlarım səninkindən azdır, axı Rəbbim istəsə, mənə sənin bağından da yaxşısını əta edər...” (Kəhf, 18/39-40).
Buradan aydın olur ki, insan Allaha itaət etməzsə, onun var-dövləti və övladları ona fayda verməyə qabil olmazlar. Fövqəluca buyurur: “Siz iman gətirmədikcə və xeyirxah əməllər işlət­mədikcə, nə sizin var-dövlətiniz, nə də övladlarınız sizi Bizə yaxınlaşdırmırlar...” (Səba, 34/37).
Burada öz rifahlarına görə halalın sərhədlərini aşan insan­ların mülkiyyətinin məhv olması haqqında dua vardır. İlk növ­bədə bu, öz zənginliyinə görə qürrələnərək, özünü möminlər­dən üstün tutmağa cəsarət edənlərə aiddir.
Ayədən aydın olur ki, kimə himayə etməyi və kimi isə himayəsindən məhrum etməyi Allah tək Özü qərarlaşdırır. Bu himayədarlığın nəticələri zülmət yox olduğu və qisas vaxtı çatdığı zaman bəlli olacaqdır. Bax o zaman zəhmətkeşlər layiq olduqları mükafatları alacaqlar və buna görə Fövqəluca Allah buyurur: “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!” (Kəhf, 18/44).

  ﯿ                                     ﰏﰐ              

(18.45) “Onlara dünya həyatı haqqında bir məsəl çək. O, Bizim göydən nazil etdiyimiz suya bənzər. Yer bitkiləri onunla (və ya onun sayəsində) canlanır, sonra isə küləyin hər tərəfə yaydığı qupquru ot saplağına çevrilir. Həqiqətən, Allah hər şeyə qadirdir”.

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ondan (s.ə.s.) həqiqi biliklər əldə etmiş hər kəsə əmr edir ki, insanlara dünya həyatı haqqında məsəl çəksinlər ki, onların hər bir nəfəri yer üzündə həyatın aşkar və görünməyən tərəfləri haqqında tam təsəvvür əldə etsinlər. Bunun sayəsində insanlar dünya həyatını ölümdən sonra əbədi həyatla müqayisə etmək imkanı alsınlar və onlardan ən layiqlisinə üstünlük ver­sinlər. Dünya həyatı yerə yağan və bitkiləri böyüməyə və yaşıllaşmağa məcbur edən yağışa bənzəyir. Onlar gül açır və insanlara çoxlu sevinc bəxş edir və bununla yanaşı çoxsaylı laqeyd cahillərin baxışlarını özlərinə cəlb edirlər. Lakin sonra elə bir vaxt gəlir ki, onlar küləyin hər tərəfə yaydığı qupquru ot saplaqlarına çevrilir. Heyranedici yaşıllıq, əlvan rənglər və gözəl mənzərələr – onlar hamısı yox olur və yer üzü toz və qumla örtülür. İnsanlar onlara baxıb artıq zövq almır və onlardan üz çevirirlər. Eyni şeyi dünya həyatı haqqında da demək mümkün­dür. İnsan özünün gəncliyin­dən həzz alır, dostlarını və yaşıdla­rını ötüb keçməyə çalışır, dirhəm[8] və dinarlar[9] qazanır, yer üzündəki gözəlliklərdən məmnunluq duyur və hər dəqiqə də özünün artan istəklərini təmin etməyə cəhd göstərir. O elə fikirləşir ki, bu həyatı sonsuzluğa qədər davam edəcəkdir. Lakin qəflətən o, bu həyatdan ayrılır və ya var-dövlətini itirir. O, artıq sevinmir və ləzzətlərdən məhrum olur, ürəyi isə əzab-əziyyətlə dolur. İnsan gəncliyi ilə vidalaşır, əvvəlki gücünü itirir, zənginli­yindən məhrum olur və özünün yaxşı və pis əməlləri ilə təklikdə qalır. Belə olduqda günahkar öz vəziyyətinin bütün ağırlığını dərk edir və öz barmaqlarını çeynəməyə başlayır. O, həyatını bu dünyanın gözəlliklərindən bir daha zövq almaq üçün deyil, səmimi tövbə və saleh əməllər sayəsində etmədiklərinin əvəzini, yerini doldurmaq üçün yenidən yaşamaq istəyir. Ağıl sahibi olan əməlisaleh insan özünü həmişə belə bir insanın yerində hiss edir və özü-özünə deyir: “Təsəvvür et ki, sən ölmüşsən, çünki sən bu qismətdən onsuz da qaça bilməyəcəksən. Sən hansı vəziyyətə düşməyi istəyirsən? Sən dünya həyatını seçib ondan, otlaq heyvanlarının etdiyi kimi, ləzzət ala bilərsən. Lakin başqa seçim də vardır. Sən insanın əbədi nemətlərindən zövq alacağı, sərin kölgəliyində istirahət edəcəyi və bolluğundan istifadə edəcəyi, ürəklərə sevinc bəxş edəcəyi və baxışların zillənib qaldığı həyat xatirinə də zəhmət çəkə bilərsən”. Bu seçimə görə müəyyən etmək olar ki, Allah kimi doğru yola yönəldəcək, kimi də öz taleyi ilə baş-başa buraxacaq, kimə böyük qismət, kimə də ziyana düşmək nəsib olacaqdır. Bax buna görə də Fövqəluca Allah belə buyurur:

           ﭕﭖ                   

(18.46) “Var-dövlət və oğullar – dünya həyatının bəzəyi­dir, lakin əbədi xeyirxahlıqlar Allah qarşısında mükafatlandı­rılman üçün daha yaxşıdır və onlara ümid bəsləmək daha yaxşıdır”.

Var-dövlət və övladlar dünya həyatında qalırlar və təkcə əbədi olan xeyirxah yaxşılıqlar insanı hər yerdə müşayiət edərək, ona çox böyük fayda gətirir və ona sevinc bəxş edir. Bu, bütün vacib və arzuedilən saleh əməllərə aiddir ki, insan onları yerinə yetirərkən Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini həyata keçirmiş olur. Belə xeyirxahlıqlara aid olanlar: namaz, zəkatın ödənməsi, sədəqə paylanması, həcc və ümrə ziyarətinin icra edilməsi, Allahı ucaltmaq və şərəfləndirmək, Quran oxumaq, faydalı biliklər əldə etmək, Allahın bəyəndiyi əməlləri yerinə yetirməyə dəvət etmək və günahlardan, yaramaz­lıqlardan çəkindirmək, qohumluq əlaqələri saxlamaq, valideyn­lərinə, zövcələrinə, xidmətçilərinə və heyvanlara qayğı göstərmək və həmçinin insanın ətrafındakılara göstərdiyi istənilən yaxşılıq­dır. Bu xeyirxahlıqlar əbədi qalaraq insana ən bol mükafat gətirir və onlara ümid bəslənilməsinə layiqdir. Bu mükafat nəinki saxlanır, o, həm də artırılır və insan zəruriyyət yarandıqda ona ümid bağlaya bilər. Bax bunlara görə yarışmaq istəyən insanlar bir-biriləri ilə yarışmalıdırlar! Bax bunun xatirinə əməksevərlər rəqabət aparmalı və əməlisalehlər səy göstərməlidirlər!
Düşün ki, Allah əvvəlcə qismətinə yox olmaq yazılmış yer aləminin nə olduğunu təsəvvür etmək üçün məsəl çəkmiş və sonra isə bütün maddi aləmin iki növünün olduğunu bəyan etmişdir. Birinci növə aid olanlar: var-dövlət, övladlar və insana qısamüddətli zövq verən maddi ləzzətlərdir ki, heç bir fayda vermədən yox olur və bəzən hətta qarşısıalınmaz ziyan vurur. İkinci növə aid olanlar əbədi xeyirxahlıqlardır ki, onlar insanın əbədi mülkiyyətinə çevrilirlər.
Sonra Fövqəluca Allah Qiyamət günü baş verəcək dəhşətli və həyəcanlı hadisələrdən xəbər verərək buyurur:

                          

(18.47) “O Gün Biz dağları da yerindən tərpədəcəyik və sən görəcəksən ki, yer yastılanmışdır. Biz onların hamısını toplaya­cağıq və heç kimi gözdən qaçırmayacağıq”.

Dağlar yerindən tərpədiləcək və onlar qum təpələrinə çev­ri­­lə­cək. Sonra onlar daranmış yun kimi yumşalacaq, daha sonra isə havaya sovrulmuş kül kimi yox olacaq və bundan sonra yer üstündə nə təpəliyi, nə də çökəkliyi olmayan hamar düzəngaha çevriləcəkdir. Allah Özünün bütün məxluqlarını onun üstündə toplayacaq və bu toplanışda kimsə iştirak etməkdən qaçına bil­mə­yəcəkdir. İnsanların hüdudsuz səhraların və dənizlərin arasın­da yaşamış ilk və sonrakı nəslləri, bir-birilərindən ayrı düşdüklə­rindən və heçliyə çevrildiklərindən sonra bir yerə toplanacaqlar. İnsanlara yeni həyat veriləcək və onlar Allahın qarşısında cərgə-cərgə dayanacaqlar ki, O, onların əməllərinə nəzər salsın və Öz ədalətli hökmünü çıxartsın. Bununla əlaqədar Fövqəluca buyu­rur:
                       ﭵﭶ              

(18.48) “Onlar sənin Rəbbinin qarşısında cərgə-cərgə da­yana­caqlar: “Siz Bizim yanımıza Biz sizi ilk dəfə yaratdığımız halda gəlmişsiniz. Lakin siz güman edirdiniz ki, Biz sizə görüş təyin etməmişik”.

Siz öz var-dövlətinizdən məhrum edilmisiniz və öz ailələri­nizdən, qohum-əqrəbalarınızdan ayrılmısınız. Sizin etdiyi­niz əməl­lərdən və qazandığınız xeyir və şərdən başqa heç nəyiniz yoxdur. Allah qullarına belə buyuracaq: “Siz Bizim yanımıza, Biz sizi ilk dəfə xəlq etdiyimiz kimi tək-tənha gəlmişsiniz və Bizim sizə əta etdiklərimizi tərk edib gəlmişsiniz. Biz, sizin özünüz üçün Allahın şərikləri hesab etdiyiniz havadarlarınızı sizinlə birlikdə gör­mürük...”  (Ənam, 6/94).

    ﭿ                                            ﮐﮑ         ﮕﮖ          

(18.49) “Kitab qoyulacaq və sən görəcəksən ki, günah­karlar onda olanlardan necə əsməyə düşəcəklər. Onlar deyə­cəklər: “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablan­mışdır”. Onlar öz qarşılarında bütün etdiklərini aşkar edəcək­lər və sənin Rəbbin heç kimlə ədalətsiz rəftar etməyəcək”.

Ey kafirlər! Siz dirilməni inkar edirdiniz, lakin indi öz gözünüzlə görüb onun doğruluğuna əmin oldunuz. Siz törətdi­yiniz əməllərə görə əvəz veriləcəyinə inanmırdınız və Allahın vədini və xəbərdarlığını yalan sayırdınız. İndi isə budur baxın həqiqəti görün və əvəzi dadın! Bu gün alicənab mələklər hər birinizin bütün əməlləriniz yazılmış kitabınızı sizə təqdim edə­cəklər və qalaların belə dağılmağa və əriməyə hazır olduğu qorxu və dəhşətdən ürəkləriniz sarsılacaqdır. Günahkarlar və cinayət­karlar özlərinə aid yazılmış və hesablanmış sözlərini və əməl­lərini gör­dükdə vahiməyə düşəcəklər və belə deyəcəklər:  “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablanmışdır”. Bütün kiçik və böyük günahlar, gizli saxladıqları fikirlər və törətdikləri əməlləri və həmçinin gecə və gündüz etdikləri əməlləri – hər şey yazılmışdır və heç nə unudulmamışdır.
Fasiqlər özlərinin bütün əməllərini qarşılarında görəcək və gördükləri gerçəkliyi inkar edə bilməyəcəklər. Allah onlarla ədalətsizcəsinə davranmayacaq, çünki onlar öz törətdikləri günahları etiraf edəcək, rüsvay ediləcək və onlardan layiq olduq­ları qisas alınacaqdır. Fövqəluca buyuracaq: “Bu - əlləri­nizlə et­diklərinizə görədir, axı Allah qullarına zalımlıq etmir” (Həcc, 22/10). O, Öz hökmünü ya mərhəməti, ya da ədaləti üzrə verə­cəkdir.

                                                ﮪﮫ                 ﯔﯕ        
(18.50) “Budur Biz mələklərə buyurduq: “Adəmin qarşı­sında səcdə qılın!” Onların hamısı, İblisdən başqa, səcdə etdi.  O, cinlərdən idi və öz Rəbbinin iradəsinə itaətsizlik göstərdi. Doğrudanmı siz onu və onun nəslini, onlar sizin düşməniniz olduqları halda, Mənim əvəzimə özünüzə himayəçi və köməkçi qəbul edirsiniz?”  

Fövqəluca Allah İblisin Adəmə (ə) və onun nəsllərinə bəslə­diyi nifrətdən xəbər verir. Allah Adəmi yaratdıqdan sonra mələk­lərə ona (ə) səcdə qılmağı əmr etdi və bununla ona (ə) həm ehtiram göstərməyi, həm də Rəbbin əmrini yerinə yetirmək hök­münü verdi. Mələklər Allahın iradəsinə itaət etdilər, lakin İblis bunu etməkdən boyun qaçırdı. O, cinlərin tayfasından idi və öz Rəbbinə itaətsizlik göstərdi. O dedi: “Doğrudanmı mən Sənin tor­paqdan yaratdığının qarşısında səcdəyə qapılmalıyam?” (İs­ra, 17/61). O, həm də belə dedi: “Mən ondan yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan yaratmısan” (Sad, 38/76). Şeytan bu sözləri ilə Allaha və bəşəriyyətin ulu babasına bəslədiyi nif­rətini aşkar etdi. Bəs niyə onda insanlar İblisi və onun nəsllərini Allahın əvəzinə özlərinə hami qəbul edirlər? İnsanları əxlaq pozğunlu­ğuna və yaramazlığa çağıran, Öz qullarına xoşbəxtlik, sevinc və uğur bəxş etməyə qadir Olan Mərhəmətli Allahın hima­yəsindən boyun qaçıran şeytanın havadarlığını üstün tutanların seçimi necə də pisdir!
Bu ayə insanları şeytanla düşmənçilik etməyə və onun vəsvəsələri ilə mübarizə aparmağa dəvət edir. Ayədə həmçinin şeytana belə münasibətin səbəbi də xatırlanır və göstərilir ki, təkcə zalım insanlar şeytanın tərəfdarları olurlar. Bəs onda kömək üçün özünün amansız düşməninə müraciət edəndən və Həmdəlayiq Rəbbin himayəsindən boyun qaçıran kəslərdən daha zalım kim ola bilər?!! Fövqəluca buyurur: “Allah – iman gətirən­lərin Himayədarıdır. O, onları zülmətdən işığa çıxarır. Kafir­lərin himayədarları və köməkçiləri – insanları işıqdan zülmətə salan tağutlardır” (Bəqərə, 2/257); 
“Onlar iblisləri Allahın əvəzinə özlərinin himayəçiləri və köməkçiləri hesab etdilər və güman edirlər ki, doğru yolla gedirlər” (Əraf, 7/30).

                                        

(18.51) “Mən onları göylərin, yerin və özlərinin yaradılı­şı­nın şahidləri etmədim. Mən başqalarını azdıranları köməkçi götürmürəm”.

Allah iblisləri və başqa adamları azdırıb yoldan çıxaran günahkarları göylərin, yerin və onların özlərinin yaradılışının şahidləri etmir. Həmin vaxt onlar orada deyildilər və Allah qərar qəbul edəndə onlarla məsləhətləşməmişdi. Daha dəqiq desək, onlar yaradılışın gedişatında iştirak etmirdilər!! Allah Vahid Xaliq və Hökmdardır. O, hər şeyi öncədən müəyyənləşdirir, məxluqları yaradır və Özünün ilahi müdrikliyinə müvafiq olaraq onları idarə edir. Bəs onda fasiqləri, şeytanları özlərinə hami qəbul edərək və təkcə Allaha ibadət etməli olduqları kimi onlara tabe olaraq, Ona şərik qoşmağa vadar edən nədir? Axı insanları yaradan şeytanlar deyil. Bundan başqa, onlar hətta Kainatın yaradılmasında iştirak etməmişdilər və bu işdə Allaha kömək etməmişdilər. Bax elə buna görə O, bəyan edir ki, başqalarını azdıranları Özünə köməkçi götürmür. Ona yaraşmır ki, belə məxluqlara Kainatın işləri ilə məşğul olmağa səlahiyyət versin, çünki onlar Onun qullarını  azğınlığa salırlar və Onunla düşmənçilik edirlər. Belə məxluqlar Ona yaxın olmağa layiq deyillər və onları başqa qismət gözləyir.
                             
(18.52) “Həmən gün O, buyuracaq: “Mövcudluğunu gü­man etdiyiniz şəriklərimi çağırın”. Onlar çağıracaqlar, amma çağırı­lanlar onlara cavab verməyəcəklər. Biz onların arasında məhvedici bir yer (maneə) ucaldarıq”.

Fövqəluca Allah bu dünyada müşriklərin taleyini xatırlat­dıq­dan sonra, onların yaramazlığını ən parlaq şəkildə ifşa etmiş və yalançı ilahlara ibadət edənlərin hər birinin cahilliyi və axmaqlığı barədə xəbər vermiş və O, bütpərəstlər və onların “ilah” kimi qəbul etdikləri bütləri arasında Qiyamət günü baş verəcək hadisəni xatırlamışdır. Müşriklər Allaha şərik qoşurdu­lar, amma nə göy­lərdə, nə də yerdə Ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Buna görə də O, onlara əmr edir ki, öz uydurduqları “ilahları”, onları böyük fəlakətlərdən xilas etmələri üçün dəvət etsinlər. Müşriklər, əlbəttə ki, yardım üçün öz “ilahlarına” müra­ciət edərlər, lakin çağırılanlar çağıranların hara­yına səs verməyə­cəklər, çünki Həmin gün hakimiyyət təkcə Vahid Allaha məxsus olacaqdır və heç bir məxluq nə özünə, nə də ətrafındakılara zərrə qədər də fayda verə bilməyəcəklər. Müşrik­lərin və bütlərin arasına həlakedici sədd çəkiləcəkdir ki, onları bir-birindən ayırsın. Həmin gün onlar bir-birilərinə nifrət edəcək və bir-birilərindən üz döndərəcəklər və buna görə Fövqəluca Allah buyurur: “Allahdan başqa Qiyamət gününə qədər onlara cavab verməyənlərə və onların çağırışından xəbərləri olmayan­lara dua edənlərdən daha da azğın kim ola bilər? İnsanlar toplandıqdan sonra onlar bir-birilərinin düşmənlərinə çevrilə­cək və insanların onlara ibadət etmələrini inkar edəcəklər” (Əhqaf, 46/5-6).
                   ﯿ   

(18.53) “Günahkarlar Odu görəcəklər və onlara aydın olacaqdır ki, onlar oraya düşəcəklər. Onlar oradan xilas ola bilməyəcəklər”.

Dirilmə günü və insanların əməllərinə görə hesabat ver­məsi başladıqda, hər bir adam özü kimi insanların arasında öz yerini tutacaqdır. Cinayətkarlar və günahkarlar cəzaya məhkum edilə­cəklər. Onlar odlu Cəhənnəmi oraya düşənə qədər görəcək­lər və onda onları təsvir olunmaz bir həyəcan bürüyəcək. Onlar başa düşəcəklər ki, çox yaxın vaxtlarda Cəhənnəm Odunun içində olacaqlar. Şərhçilər qeyd edirlər ki, ərəb feli olan “zənnə” (fikirləşmək, zənn etmək) sözü bu ayədə ona dəlalət edir ki, günahkarlar artıq Cəhənnəmə atılacaqlarına qəti əmin olmuşdu­lar.  Onlar Odlu Məkandan xilas ola bilməyəcəklər, çünki onlar sərt aqibətdən qaçmağı bacarmayacaqlar və heç kim Allahın iradəsinin əleyhinə olaraq onlara Allah qarşısında havadar çıxmağa çalışmayacaq. Rəbb bu sözləri ilə Öz qullarını qorxudur və xəbərdar edir.

                   ﭙﭚ             
(18.54) “Biz bu Quranda insanlara istənilən məsəli izah etmişik, lakin insan mübahisə etməyə hər şeydən çox meyl göstərir”.

Fövqəluca Allah ən müxtəlif məsəllər verilmiş Müqəddəs Quranda əzəmət, gözəllik və universallıqdan bəhs edir. Bu hikmətli məsəllər sayəsində insanlar faydalı biliklər və əbədi bəxtiyarlıq əldə etmək, şərdən və məhv olmaqdan qurtulmaq imkanı qazanırlar. Onlar halal və haram barədə rəvayət edir, görülmüş əməllərə görə veriləcək əvəzdən bəhs edir, adamları bol mükafatlarla cəlb edir və sərt cəza ilə qorxudur. Onlarda insanların ürəklərinə fayda verən, onların düzgün baxışlarını möhkəmlən­dirən, onlara əminlik gətirən və onları parlaq işıqla nurlandıran həqiqi hadisələr təsvir olunur. Bütün bunlar insanları Müqəddəs Qurana itaət etməyə, onun hökmlərini rəhbər tutmağa və onları heç vaxt mübahisə mövzusuna çevirməməyə yönəldir. Lakin bunlara baxmayaraq, bir çox insanlar Haqq onlara məlum olduqdan sonra onun barəsində höcətləşməkdən əl çəkmirlər. Onlar həqiqəti yalançı sübutlar vasitəslə təkzib etməyə cəhd göstərirlər və Allah buna görə buyurur ki, insan başqalarından daha çox mübahisə etməyə meyil göstərir. O, yalanı zalımcasına müdafiə edir, hərçənd ona belə hərəkət etmək yaraşmır. Onu bu rəftarı etməyə təkan verən isə Allaha iman gətirməməyidir. Onun iman gətirməkdən boyun qaçırmasının səbəbi sübut və dəlillərin çatışmazlığı deyil, öz zalımlığının və inadkarlığının üzündəndir. Əgər bu belə olmasaydı, onda Allahın cəzası onları belə bir dəhşətli vəziyyətdə yaxalamazdı. Elə buna görə, daha sonra Fövqəluca Allah buyurur:

                                             

(18.55) “Haqq rəhbərlik onlara nazil edildikdə, iman gətirmək və öz Rəbbindən bağışlanma diləmək barədə insan­lara maneçilik törədən, onlarla üzbəüz dayanacaq ilk nəsllərin talelərinə və əzab-əziyyətə doğru can atmaları deyildimi?”

İlahi rəhbərliyi aldıqdan və onun sayəsində haqqı yalan­dan, doğru yolu isə azğınlıqdan fərqləndirməyi öyrəndikdən son­ra insanları həqiqi dindən çəkindirən nə oldu? Allah insanlara dəlillər nazil etdi və onlara Haqqın izahını verdi və əgər onlar iman gətirməkdən boyun qaçırdılarsa, onda bu onların zalımlı­ğının və həqiqətə bəslədikləri nifrətin nəticəsi idi. Buna görə onlara ancaq, əvvəlkilərin talelərindən fərqli olacaq öz qismətlə­rini gözləməlidirlər, çünki Allah Öz qulları ilə eyni ədalətlə rəftar edir. Əgər onlar iman gətirməkdən boyun qaçırırlarsa, onda cəza onları ya bu dünyada haqlayır, ya da açıq-aşkar onların gözü qarşısında dayanır. Qoy kafirlər onlara nəsib olacaq aqibətdən qorxsunlar və xilas ola bilməyəcəkləri cəza onların üstünə düşənə qədər, küfrlərini tövbə etsinlər.

              ﭺﭻ        ﭿ            ﮂﮃ           

(18.56) “Biz elçilərimizi ancaq müjdə verən və xəbərdarlıq edən nəsihətçilər kimi göndəririk. Lakin kafirlər saxta dəlillər vasitəslə onlarla mübahisəyə girirlər ki, haqqı təkzib etsinlər, Mənim ayələrimi və onlara xəbərdarlıq edilənləri məsxərəyə qoysunlar”.

Allah elçilərini əyləncə xatirinə göndərməmişdir və insan­lar­dan onlara ibadət etməyi tələb etməmiş və elçilərinə də buna çağırmaq hökmü verməmişdir. Onlar insanları hər cür xeyir­xahlığa çağırır və onları istənilən günah əməllərdən çəkindirir­dilər, Allahın əmrlərini yerinə yetirənlərə həm bu dünyada, həm də ölümündən sonra mükafatlandırılacaqları haqqında müjdə verir və Allahın hökmlərinə itaətsizlik göstərənləri isə həm bu dünyada, həm də ölümündən sonra sərt cəza gözlədiyi barədə xəbərdar edirdilər. Onlar haqqı insanların nəzərinə çatdırırdılar, lakin pozğun kafirlər onsuz da öz yalançı baxışlarını müdafiə edərək, çalışırdılar ki, onların vasitəslə Haqqı inkar etməyə cəhd göstərirdilər. Onlar yalanın qələbə çalması və haqqın məğlub olması üçün əllərindən gələni edirdilər. Onlar Allahın elçilərini lağa qoyur, Onun ayələrinə rişxənd edir və pərəstiş etdiklərinə sevinirdilər. Lakin Fövqəluca Allah Öz dininin nurunu, hətta kafirlərin ona nifrət etməsinə baxmayaraq, saxlamaq istəyirdi. O istəyirdi ki, haqq yalana qalib gəlsin və buna görə buyurdu: “Lakin Biz haqqı yalanın üstünə atırıq və o dağılıb yoxa çıxır...” (Ənbiya, 21/18). Fövqəlmüdrik Allahın mərhəməti sayəsində kafirlər haqq tərəfdarları höcətləşməyə başlayırlar, onu öz yalançı sübutları vasitəslə təkzib etmək istəyirlər və buna görə insanlar həqiqəti    onun istinad etdiyi dəlilləri öyrənirlər, həm də azğın­lığın yanlışlığına əmin olurlar. Həqiqətən də hər şey müqayisə ilə öyrənilir.

                          ﮕﮖ                       ﮠﮡ                  

(18.57) “Rəbbinin ayələrini ona xatırlatdıqdan sonra, onlardan üz döndərən və əllərinin törətdiyini unudandan da zalım kim ola bilər? Biz, onu (Quranı) dərk edə bilməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarını da tıxadıq. Əgər sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yolla  getməzlər”.

Fövqəluca bu vəhydə, Allahın ayələrinin xatırladıldığı, haqq ilə yalan və həmçinin doğru yolla azğınlıq arasında fərqin göstərildiyi insanın törətdiyi  ən böyük zalımlıq və ən ağır cinayət haqqında xəbər verir. Onu cəza ilə qorxudur, bol mükafatla şirnikləndirirlər, o isə nəsihətlərdən üz çevirir və onlardan fay­dalanmır. O, doğru yola gəlməyi rədd edir, törətdiyi cinayətləri yaddan çıxarır və hətta heç fikirləşmir ki, aşkardan da, gizlindən də Agaholan onu daima müşahidə edir. Həqiqətən, belə bir insan, Allahın möcüzələrinin şahidi olmayan və faydalı nəsihətləri eşitməyən adamdan daha çox günahkardır. Sonuncu da fasiqdir, lakin birincinin şərəfsizliyi və zalımlığı daha qatıdır, çünki ən ağır cinayətlər şüurlu surətdə törədilən günahlardır. Belə günahkar Allahın ayələrindən üz döndərir, öz işlətdiyi günahları yaddan çıxarır və ağır nəticələrini bilsə də özünün fəlakətli vəziyyəti ilə razılaşır. Buna görə Fövqəluca Allah onu cəzaya məruz qoyur və doğru yola aparan qapıları onun qarşısında bağlayır. Allah onun qəlbinə ağır pərdə örtür və bu da ona Onun ayələrinin mənalarını dərk etməyə imkan vermir. Hətta o, nəsihətləri eşitsə də, onları bütün qəlbi ilə dərk etmək iqtidarında olmur. Onun qulaqları tıxaclanmışdır və onu haqqı anlamaq və ondan faydalanmaq imkanından məhrum etmişdir. Həqiqətən, insan belə vəziyyətdə doğru yola gələ bilmək imkanına malik olmur.
Əgər sən onları doğru yolla getməyə çağırsan, onlar sənin çağırışına cavab verə bilməzlər, çünki, bir qayda olaraq, moizələrə, əvvəllər həqiqəti bilməyən şəxslər qulaq asırlar. Əgər insanın gözü açılmış və sonra görməkdən məhrum olmuşsa, doğru yolu tanıyaraq, sonra ondan üz çevirmişsə və azğınlığı ondan üstün tutmuşsa, onda Allah onu amansız cəzaya məruz qoyur və ürəyini möhürləyir və bundan sonra isə o artıq doğru yolla getməyə qadir olmur. Bütün bunlar haqqı öyrəndikdən, biləndən sonra ondan dönən hər bir kəsə sərt xəbərdarlıqdır, çünki belə davranış insanı sonradan, ən inandırıcı öyüd-nəsi­hətlər almasına baxmayaraq, doğru yola qayıtmaq imkanından məhrum edir.

       ﮮﮯ               ﯗﯘ                 

(18.58) “Sənin Rəbbin Bağışlayandır, Mərhəmət Sahibi­dir. Əgər O, onları hər törətdiklərinə görə cəzalandırsaydı, onların əzab-əziyyətini tezləşdirərdi, lakin onlar üçün müəyyən müddət təyin edilmişdir və onlar ondan qurtula bilməyə­cək­lər”.

Fövqəluca Özünün hər şeyi bağışlayan və həddi-hüdudu olmayan mərhəməti haqqında xəbər verir. O, hər kəsin günah­larını silir və törətdiklərinə peşman olanların tövbəsini qəbul edir. Allah belə insanları Öz mərhəməti ilə himayə edir və onlara bol hədiyyələr verir. Əgər Allah insanları etdikləri günahlara görə ləngitmədən, o saat cəzalandırsaydı, onlardan hər biri bu dünya­da cəzalandırılardı. Lakin Fövqəluca Allah Həlimdir və Səbirlidir. O, Öz qullarını cəzalandırmağa tələsmir və onlara möhlət bəxş edir. Amma günahkarlar, hətta onlara olduqca uzunmüddətli möhlət verilsə də belə, cəzasız qalmayacaqlar və buna görə Allah buyurur ki, O, onlara öncədən müəyyən bir müddət təyin etmiş­dir ki, heç kim ondan yayına bilməz! Bu müddətin sona yetməsi ilə hər bir insan etdiklərinin əvəzini alacaq və kimsə bu qismə­tindən qaça bilməyəcək. Fövqəluca Allah Öz qulları ilə belə rəftar edir. O, onları dərhal cəzalandırmır, onlara tövbə etməyə və doğru yola qayıtmağa imkan verir. Əgər onlar tövbə edib, düz yola qayıdırlarsa, onda Allahın bağışlamasına və mərhəmətinə layiq görülür və amansız cəzadan xilas olunurlar. Yox, əgər onlar öncədən müəyyən olunmuş müddətəcən inadkarcasına zalımlıq etməkdən əl çəkmirlərsə, onda onlardan dəhşətli qisas alınır. Bax buna görə Fövqəluca buyurur:
                       

(18.59) “Biz bu şəhərləri onlar zalımlıq etməyə başladıqda məhv etdik və onların fəlakətinin müddətini öncə müəyyənləş­dirdik”.

Allah günahkarları zalımlıq etdiklərinə görə cəzalandırır və heç vaxt Öz qullarını incitmir. O, onlara əvəz verilməsi üçün müəyyən vaxt qoymuşdur və heç kim onu nə yaxınlaşdıra, nə də uzaqlaşdıra bilməz.

                              
(18.60) “Budur, Musa xidmətçisinə dedi: “Mən iki dənizin qovuşduğu yerə çatıncayadək və ya səfərimə uzun illər sərf etmədikcə dayanmayaca ğam”.   

Fövqəluca, Öz peyğəmbəri Musa (ə) və onun (ə) xeyirxah­lığa və biliklərə can atmasından xəbər verir. O (ə) Nun oğlu Yuşa adlı xidmətçisi ilə səfərə çıxır. Yeniyetmə əməlisaleh peyğəmbəri (ə) hər yerdə müşayiət edirdi və bir dəfə o (ə) ona deyir: “Mən, mə­nə ən ağır sınaqlardan keçmək lazım gəlsə belə, iki dənizin qovuşduğu yerə qədər səyahət edəcəyəm. Mənə vəhylə təlqin edilmişdir ki, məhz orada mən bilikdə məndən üstün olan Allahın bir qulu ilə görüşməliyəm”. Biliklərə güclü məhəbbət hissi Musanı (ə) belə bir qərar qəbul etməyə vadar etmiş və o (ə) yola düşmüşdü.

                ﯿ           

(18.61) “Onlar dənizlərin qovuşduğu yerə çatdıqda, balığı yaddan çıxartdılar və o, sanki yeraltı yolla dənizə doğru hərəkət etdi”.

Musa (ə) və onun xidmətçisi yol üçün balıq götürmüşdülər ki, acdıqda onu yesinlər. Daha əvvəl isə Musaya (ə) vəd edilmişdi ki, o (ə) balığı itirəcəkləri yerdə müdrik qulla rastlaşacaqdır. Onlar dənizlərin qovuşduğu yerə çatdıqda, balıq qəribə halda (zənbildən sürüşüb) dənizə tərəf hərəkət edərək, üzə-üzə sahildən uzaqlaşdı və bu Allahın möcüzələrindən biri idi. Quranın şərhçi­ləri qeyd edirlər ki, Musa (ə) və onun xidmətçisi dənizə çatanda dəniz suyu balığa toxundu və o, Allahın iradəsi ilə suya düşdü və canlandı.
                           

(18.62) “Onlar oradan ayrılıb getdikdə, o xidmətçisinə dedi: “Naharımızı gətir, axı yol gəlib yorulmuşuq”.   

Onlar iki dənizin qovuşduğu yerdən aralanıb yollarına da­vam etmək istədikdə, yorulduqlarını hiss etdilər. Əvvəl uzun bir yol keçsələr də, yorğunluq hiss etməmişdilər və bu da bir möcüzə idi və Musaya (ə) səyahətinin məqsədini xatırladırdı. Bu həm də onunla izah olunur ki, Musa (ə) iki dənizin qovuşduğu yerə tezliklə çatmağa can atırdı və onun (ə) bu güclü istəyi səfərinin ağırlıqlarını onun üçün yüngülləşdirirdi. O (ə) öz xidmətçisi ilə arzuladığı məqsədə çatıb, onu ötüb keçdikdə, o (ə) yorğunluğunu hiss etdi.

                                  ﭬﭭ                   

(18.63) “Gənc dedi: “Yadındadır, biz qayanın altına sığın­mış­dıq? Mən balığı unutdum və ancaq şeytan məni onu xatır­lama­mağa vadar etdi. O isə ecazkar surətdə dənizdə bir yol tutub getdi”.

Şeytan gənci balığı yaddan çıxartmağa məcbur etdi və o (balıq) maneəsiz dənizə tərəf hərəkət etdi ki, bu da həm Musa (ə), həm də onun xidmətçisi üçün möcüzə oldu. Şərhçilər bu Quran ayəsini belə təfsir edirlər. Gənc xidmətçi bu barədə saleh peyğəmbərə (ə) xəbər verəndə, onun (ə) yadına düşdü ki, Allah onu (ə) Xıdır adlı müdrik qulu ilə məhz balıq itəcəyi anda görüş­dü­rə­cəyinə söz vermişdi.

            ﭸﭹ          

(18.64) “Musa dedi: “Bu – elə bizim istədiyimizdir!” – onlar öz ləpirləri ilə geri döndülər”.

Onlar balığı itirdikləri yerə gəldilər və Allahın saleh bəndə­lə­rindən biri olan Xıdıra rast gəldilər. Ən səhih rəyə görə, o – peyğəmbər deyildi.

  ﭿ                         

(18.65) “Onlar, dərgahımızdan mərhəmət bəxş etdiyimiz və qeyb elmindən öyrətdiyimiz qulları­mızdan biri ilə rastlaş­dı­lar”.   

Allah Xıdıra xüsusi bir mərhəmət əta etmiş, ona dərin və faydalı biliklər vermişdi. Musanın (ə) dinin əsas ehkamlarında və bir çox başqa şeylərdə ondan daha yaxşı məlumatlandırılmış olmasına baxma­yaraq, o, öz bildiyi bəzi hikmətlərlə hətta Musa peyğəmbərdən (ə) də üstün idi. Musa (ə) mənəvi cəhətdən elçilərin ən möhkəm olanlarından biri idi ki, Allah onları əməlləri, bilikləri və bir çox digər keyfiyyətlərinə görə bütün qalan məxluqları üzərində ucaltmışdı. Saleh peyğəmbər (ə) Xıdırla qarşılaşdıqda, ona təvazökarlıqla bir sual verdi ki, bu onun (ə) Xıdırla məsləhət­ləşmək arzusunu və ona öz niyyəti haqqında bildirmək istədiyini təsdiq edirdi.

                        

(18.66) “Musa ona dedi: “Mən sənin ardınca gələ bilə­rəmmi ki, sənə öyrədilən düzgün yolu mənə də öyrədəsən?”

İcazə verərsənmi ki, sənin yol yoldaşın olum və Allahın sənə aşkar etdiklərini mənə öyrədə bilərsənmi ki, mən doğru yolda möhkəm duruş gətirə bilim və çox şeylər haqqında həqiqəti dərk edə bilim? Allah Xıdıra bol-bol nemətlər və ecazkar qabi­liyyət bəxş etmişdi ki, onların sayəsində o, baş verən hadisələrin gizli tərəflərini anlaya bilirdi, halbuki hətta Musa (ə) bunlara nail ola bilmirdi.
                                             

(18.67) “O dedi: “Mənim yanımda qalmağa sənin səbrin çatmaz”.
(18.68) “Sən elminlə əhatə edə bilmədiyin şeyə səbirlə yanaşa bilərsənmi?”

Mən sənə mənim yanımda qalmağı qadağan etmirəm, amma sən mənim əməllərimi səbirlə müşahidə edə bilməzsən. Sən görəcəksən ki, mən, ilk nəzərdə qınanmalı görünən, hərəkət­lər edirəm, halbuki əsl həqiqətdə onlar sənin başa düşdüyün kimi deyildir və buna görə sən səbirsizlik göstərəcəksən. Axı sən necə də ətrafda baş verənlərin mahiyyətini və mənim əsl niyyətimi bilmədən, onları sakitcəsinə müşahidə edə bilərsən?

  ﮨ ﮩﮪﮫﮬﮭﮮﮯ ﮰﮱﯓ

(18.69) “Musa dedi: “Əgər Allah istəsə, onda sən görərsən ki, mən səbirliyəm və mən sənin əmrindən çıxmaram”.

Musa (ə) qərara almışdı ki, layiqincə səbir etsin, lakin hələ bilmirdi ki, qismətinə düşən hansı sınaqlara dözməli olacaqdır. Amma möhkəm səbirli olmaq niyyəti ilə - səbirli olmağın özü müxtəlif şeylərdir və Musa (ə) sınaqla üz-üzə gəldikdə, o (ə) layiqincə səbir göstərə bilmədi.

                           

(18.70) “O dedi: “Əgər sən mənim ardımca gələcəksənsə, onda, mən sənə bir şey demədikcə, məndən heç nə soruşma”. 

Mənə suallar vermə və mən sənə baş verənlərin mahiyyəti haqqında bildirmədikcə, məni tutduğum əməllərdə qınama. Mən isə yeri düşdükcə bunların barəsində sənə izahat verəcəyəm. Xıdır Musaya (ə) ona sual verməyi qadağan etdi və onun (ə) görə­cəkləri bütün hadisələrin mahiyyəti barədə ona (ə) danışacağına söz verdi.

               ﯧﯨ                   
(18.71) “Onlar ikilikdə yola düşdülər. Onlar gəmiyə otu­randa, onda bir deşik açdı. O dedi: “Sən gəmidə deşik açdın ki, ondakı adamları batırasan? Sən ağır cinayət törətdin!”

Xıdır gəminin döşəmə taxtalarından birini söküb çıxartdı və ilk nəzərdən belə güman etmək olardı ki, o, gəmidə olanlar batırmaq qərarına gəlmişdir. Lakin Xıdırın niyyəti tamam başqa idi və o, bu barədə Musaya (ə) sonra danışmaq istəyirdi. Amma peyğəmbər (ə) dözə bilmədi və Xıdırı rəzil və yaramaz bir cinayət törətməkdə qınadı. Bununla da o (ə) layiqincə səbirlilik göstərə bilmədi.
                 

(18.72) “O dedi: “Mən demədim ki, sən mənim yanımda səbir edə bilməyəcəksən?”

Xıdır bu barədə Musanı (ə) xəbərdar etmişdi və onun zənni özünü doğrultmuşdu. Musa (ə) isə bunu unutqanlığı üzündən etmişdi.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ

(18.73) “Musa dedi: “Məni unutduğuma görə cəzalan­dır­ma və üstümə ağır yük qoyma”.

Musa (ə) öz unutqanlığına görə bağışlanmasını istədi və onu (ə) bu dəfə cəzalandırmamağı təvəqqe etdi. O (ə) öz səhvini etiraf etdi, üzr istədi və Xıdıra xatırlatdı ki, yol yoldaşına qarşı mərhəmətli olsun. Xıdır onu (ə) dinləyib, bağışladı.

                                        

(18.74) “Onlar bir oğlan uşağını görənə qədər yollarına davam etdilər və o, onu öldürdü. O dedi: “Doğurdanmı sən heç kimi öldürməmiş günahsız insanı öldürdün?! Sən pis iş gördün!”

Xıdır balaca oğlanı öldürdükdə Musa (ə) bərk qəzəbləndi. Saleh bir insan heç bir günah törətməmiş uşağı öldürmüşdü və bu dinin qanunlara uyğun olmayan bir şeydi. Musa (ə) Xıdırı yaramaz bir iş tutmaqda məzəmmət etdi və əlbəttə, heç kimi öldürməmiş və hətta özünü günahlarla ləkələməmiş bir uşağı öldürməkdən pis şey nə ola bilər?! Birinci dəfə Musa (ə) Xıdırı unutqanlığına görə qınamışdısa da, amma bu dəfə unutmamışdı, sadəcə olaraq özünü saxlaya bilmədi.

                      

(18.75) “O dedi: “Məgər mən sənə demədim ki, sən mənim yanımda səbirli ola bilməyəcəksən?”

Xıdır Musanı (ə) itaətsizliyə görə məzəmmət etdi və ona (ə) etdiyi xəbərdarlığını xatırlatdı.

                      ﭣﭤ               

(18.76) “Musa dedi: “Əgər mən bundan sonra da səndən bir şey soruşsam, onda yolu mənsiz davam etdir. Sənin mənə olan rəftarın artıq özünü doğrultmuşdur”.

 Əgər mən sənə bir daha itaətsizlik göstərsəm, onda sənin məndən ayrılmağa haqqın var. Mənim üzrxahlığımı qəbul et və sən səhv etməzsən.

                                              ﭼﭽ     ﭿ           

(18.77) “Onlar bir kəndin sakinlərinə çatana qədər yolla­rına davam etdilər. Onlar kəndin sakinlərini onları yedirtmə­lərini xahiş etdilər, amma kəndlilər onları qonaq etmədilər. Onlar orada uçulmaqda olan divarı gördükdə, o, onu düzəltdi. Musa dedi: “İstəsəydin, sən buna görə mükafat ala bilərdin”.

Bu kəndin sakinləri bizə qonaqpərvərlik göstərməkdən bo­yun qaçırdılar, sən isə divarı onlar üçün düzəltdin və öz əməyinə görə haqq almaq istəmədin, halbuki buna tam haqqın var idi. Musa (ə) yenə də verdiyi vədini pozdu və buna görə Xıdırın on­dan ayrılmasına heç nə mane olmurdu.

            ﮉﮊ                       

(18.78) “O dedi: “Burada artıq mən səndən ayrılacağam, amma mən sənin səbirsizlik göstərdiyin şeylərin izahını bil­dirəcəyəm”.

Biz bundan sonra birlikdə getməyəcəyik, çünki sən özün mənim qarşımda belə bir şərt qoymuşdun. Sən öz davranışını doğrulda bilməzsən və biz birgə səyahət edə bilmərik. Mən, sənin qınanmalı adlandırdığın hərəkətlərimi, əsl niyyətimi, sənə aydın olsun deyə, danışacağam.

                                            ﮡﮢ   

(18.79) “Gəmiyə gəldikdə, o, dənizdə çalışan kasıblara məxsus idi. Mən onu ona görə korlamaq istəyirdim ki, onların qarşısında dayanmış çar bütün xarab olmayan gəmiləri güc tətbiq etməklə özünə götürürdü”.

Yarıq açdığım gəmi dənizdə çalışan və ağır əməyi onlara insanlardan xeyirxahlıq və mərhəmət göstərməyi vacib edən  zəhmətkeşlərə məxsus idi. Mənə məlum oldu ki, onlar, zədələn­məmiş gəmiləri, onun ərazisinə girdikdə, güc tətbiq etməklə  özünə götürən zülmkar çarın yanından keçməlidirlər. Belə olduqda, mən onların gəmisini xarab etdim ki, rəhmsiz çar onu onlardan almasın.
                         

(18.80) “Balaca oğlana gəldikdə isə, onun valideynləri mömin idilər və biz qorxduq ki, o, öz zalımlığı və kafirliyi üzündən onları incitməyə başlasın”.

Mənə aşkar edilmişdi ki, əgər bu oğlan uşağı həddi-buluğa çatarsa, o, ata-ana məhəbbətindən və ya ondan asılılıqlarından istifadə edərək, öz mömin valideynlərini allahsızlığa və zalımlığa məcbur edəcəkdir. Belə olduqda mən onu öldürmək və onun mömin valideynlərinin imanını qorumaq qərarına gəldim. Məgər dünyada bundan da daha faydalı və şərəfli bir şey varmı?! Əlbəttə, oğlu itirmək onlar üçün böyük müsibətdir, lakin Allah onlara hökmən daha gözəl nəsl bəxş edər.

  ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ ﯚ

(18.81) “Biz istəyirdik ki, Rəbbi onlara onun əvəzində daha pak və öz yaxınlarına rəhmli olanı bəxş etsin”.

Allah onlara təmiz qəlb sahibi olan və valideynlərinə hör­mət bəsləyən saleh övlad bəxş edər. Öldürülən uşağa gəldikdə isə, ona, kobud və tərbiyəsiz bir adam kimi böyümək nəsib olacaqdı və o, öz valideynlərini allahsız və günahkar olmağa məcbur edəcəkdi.

                                                              ﯲﯳ         ﯷﯸ                 ﯿ 

(18.82) “Divar isə iki yetim qalmış oğlan uşağına məxsus idi. Onun altında onların xəzinəsi vardı. Onların atası mömin bir insandı və sənin Rəbbin istəmişdi ki, onlar həddi-buluğa çatsınlar və sonra Rəbbinin mərhəməti sayəsində öz xəzinələ­rinə yiyələnsinlər. Mən öz istədiyim kimi hərəkət etmirdim. Budur sənin səbirlə yanaşa bilmədiklərinin izahı”.

İki oğlan uşağı yetimiydidlər və buna görə onlara mərhə­mətlə yanaşılmasına layiq idilər. Onlar kiçik yaşda idilər və saleh insan olan atalarını tez itirmişdilər. Onun xatirinə Fövqəluca Allah onun uşaqlarına qayğı göstərməyə qərar vermişdi. Mənə bəyan edilmişdi ki, uşaqlara məxsus divarın altında xəzinə basdırılmışdır və buna görə mən divarı söküb oradakı dəfinəni lazımınca yerləşdirdim və sonra divarı yenidən hördüm və buna görə heç bir mükafat da tələb etmədim. Bütün bunlar Allahın mənə göstərdiyi mərhəmətindəndi. Mən öz istədiyimə görə hərəkət etmir və Allahın iltifatı və Allahın hökmlərinə istinad edirdim.
Bu son dərəcə qiymətli və heyrətamiz hekayətdən çoxlu fay­dalı nəticələr çıxarmaq olar. Ayədə həmçinin çoxsaylı dini ehkamlar vardır ki, Allahın köməyi ilə biz onların bəziləri üzə­rində dayanacağıq.
1. Fövqəluca xeyirxahlıq elminə yiyələnənləri və elm əldə etmək üçün səfərə çıxanların üstünlüyünü xüsusilə vurğulayır. Bilik əldə etmək axtarışı dini tələblərin ən əhəmiyyətlilərindəndir və buna görə Musa peyğəmbər (ə) uzun bir səfərə çıxmışdı və bu səfərdə böyük çətinliklər sınağına məruz qalmışdı. O (ə) İsrail oğulları arasında adi həyat tərzi keçirmək və onları doğru yola yönəltmək istəməmişdi, və əksinə, elm axtarışı üçün səfərə çıx­mağı üstün tutmuşdu.
2. Müsəlman ilk növbədə ən mühüm hökmləri yerinə yetirməli, sonra isə daha az vaciblərinə keçməlidir. Dəvətçi üçün yeni biliklərə yiyələnmədən, ancaq əldə etdiyi əsasında insanları öyrətməkdənsə, öz biliklərini dərinləşdirmək daha vacibdir. Amma onun bu iki işi uzlaşdırması daha yaxşısıdır.
3. Şəriət, öz ehtiyaclarını və istirahətini təmin etmək üçün həm öz evində olduğu zaman, həm də səfər zamanı xidmətçi tutmağa icazə verir. Musa peyğəmbər (ə) də məhz belə etmişdi.
4. İnsan elm axtarışı və ya cihad məqsədi ilə yola çıxdıqda, ona öz niyyətləri haqqında yol yoldaşlarına, bu onlara faydalı olacaqsa, danışmağa icazə verilir. Əgər o onları öz səfərinin məq­sədi tanış edərsə, onlar səfərə və ya yürüşə daha yaxşı hazırlaşar, müvafiq ləvazimatlar götürər, layiqincə davranar və ətraflı düşü­nər və nəticədə bütün varlığı ilə onları gözləyən şərəfli iba­dət ayininə qəlbən can atarlar. Bax elə buna görə Musa (ə) deyir: “Mən iki dənizin qovuşduğu yerə çatıncayadək və ya səfərimə uzun illər sərf etmədikcə dayanmayacağam” (Kəhf, 18/60). Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də səhabələrini Təbuk yürüşünə dəvət edəndə belə etmişdi. Halbuki, adətən, o (s.ə.s.) öz niyyətlərini gizli saxlayardı, amma Təbuk yürüşü zamanı müsəlmanlara öz planları haqqında danış­mağı məqsədə uyğun saymışdı.
4. Müsəlmanlar, hər şeyin mütləq qaydada Allahın qədə­rinə uyğun olaraq baş verməsinə baxmayaraq, cinayətləri və şər niyyətləri şeytanın vəsvə­sələri və azdırmaları ilə əlaqələndir­məlidirlər və buna görə də Musa (ə) deyir: “...Mən balığı unut­dum və ancaq şeytan məni onu xatırlama­mağa vadar etdi...” (Kəhf, 18/63).
5. İnsana, onun təbiətinə xas olan aclıq, susuzluq, yorğun­luq və digər zəiflikləri haqqında danışmağa, əgər o doğru söylə­yirsə və narazılıq bildirmirsə, icazə verilir. Buna görə də Musa peyğəmbər (ə) deyir: “...“Naharımızı gətir, axı yol gəlib yorul­muşuq” (Kəhf, 18/62).
6. Xidmətçinin ağıllı, hazırcavab və fərasətli insan olması və öz sahibinə başladığı işi sona çatdırmağa kömək göstərməsi arzuolunandır.
7. Həm də yaxşı olardı ki, sahibi xidmətçisinə öz yediyin­dən yedirdəydi və onlar birlikdə yeyəydilər, çünki Musa peyğəmbərin (ə) sözlərindən aydın olur ki, xidmətçisi onunla (ə) birlikdə yemək yeyərdi.
8. İnsan öz vəzifələrini layiqincə icra etdikdə Allahın köməyinə nail olur. Allah belə insana, digərlərindən heç birinə bəsləmədiyi köməyi göstərir. Məhz buna görə Musa peyğəmbər (ə) xüsusilə vurğulayır ki, onlar iki dənizin qovuşduğu yeri keç­dikdən sonra yorğunluq ona (ə) təsir etmişdi. Buna qədər o (ə) yorulmasından şikayət etmirdi, halbuki keçdikləri yol olduqca uzun və böyük bir səyahətdən ibarət idi. Lakin onlar qayanın altında gecələyib, balığı itirdikdə, sonra isə nahar vaxtına qədər yol getdikdə, o (ə) yorğunluq hiss etdi. Balığın itməsini bildikdə isə, o (ə) xatırladı ki, məhz dənizlərin qovuşduğu yer onların səyahətinin son məqsədi olmalıydı.
9. Xıdır peyğəmbər deyildi. O, Allahın Öz mərhəməti ilə şərəflən­dirdiyi və elm bəxş etdiyi əməlisaleh bir insan idi. Allah onu Öz qulu adlandırır, amma onun peyğəmbərliyini xatırlatmır və, beləliklə, əgər o peyğəmbər olsaydı, onda Rəbb digər pey­ğəmbərləri və elçilərini xatırlatdığı kimi, bunu da mütləq bildi­rərdi. Allahın mömin bəndəsinin işlətdiyi: “o öz ixtiyarı ilə belə davranmırdı” ifadəsinə gəldikdə isə, bu heç də onun pey­ğəm­bərliyinə dəlalət etmir. Allah ona müvafiq qaydada hərəkət etməyi təlqin yolu ilə çatdırırdı ki, belə təlqinlər elçilər üçün səciy­yəvi hal deyildir. Fövqəluca bununla əlaqədar belə buyurur: “Biz Musanın anasına: “Onu döşünlə əmizdir. Ona görə qorx­mağa başlasan, onda onu çaya at. Qorxma və kədərlənmə, çünki Biz onu sənə qaytaracaq və elçilərimizdən biri edəcəyik” (Qəsəs, 28/7); “Sənin Rəbbin arıya təlqin etdi: “Dağlarda, ağac­larda və tikililərdə özünə oyulmuş yerlər seç” (Nəhl, 16/68).
10. Allahın qullarına bəxş etdiyi biliklər iki növə bölünür. Birinciyə aid olanlar, səbirlə işləmək və can yandırmaq sayəsində nail olunan biliklərdir. İkinci növə aid olanlar isə elə biliklərdir ki, insan onu Allahın mərhəməti sayəsində təlqin yolu ilə əldə edilir. Bax elə buna görə, Fövqəluca Allah buyurur: “Onlar, dərgahı­mızdan mərhəmət bəxş etdiyimiz və qeyb elmindən öyrətdiyi­miz qulları­mızdan biri ilə rastlaş­dı­lar” (Kəhf, 18/65).
11. Müsəlman öz müəlliminə ehtiram göstərməli və ona xüsusi hörmətlə yanaşmalıdır. Məhz buna görə Musa peyğəmbər (ə) demişdir: “Sən öyrəndiyin doğru yolu mənə öyrətməyin üçün mən sənin ardınca gələ bilərəmmi?” (Kəhf, 18/66). O (ə) bu sözləri ilə Xıdıra olan ehtiramını göstərir və sanki ondan məsləhət almaq istəyir. O (ə) həmçinin müdrik Xıdırdan onun ardınca get­mək icazəsi istəyir və vurğulayır ki, onun şagirdi olmağı hazır­laşır. Kobud və təkəbbürlü adamlar tamamilə ayrı cürə davra­nırlar və onlar müəllimi qarşısında onun biliklərinə möhtac olduqlarını büruzə vermirlər və özlərini elə aparırlar ki, sanki müəllimə vəzifələrini yerinə yetirməkdə yardım göstərirlər. Belələrindən bəziləri hətta elə güman edirlər ki, onlar öz müəl­limini öyrədirlər və belə davranış onların hədsiz cahilliyini sübut edir. Həqiqətən, müəllim qarşısında itaətkarlıq və açıq şəkildə onun elminə ehtiyacı olduğunu bildirmək istənilən şagirdin ən faydalı keyfiyyətlərindən biridir.
12. Adlı-sanlı insanlar onlardan aşağı səviyyədə dayanan insanlardan bilik əxz etməkdən təkəbbürlə boyun qaçırmama­lıdırlar. Buna örnək Musa peyğəmbər (ə) idi. O (ə), şübhəsiz ki, səviyyə baxımından, mömin Xıdırdan yüksəkdə dayanırdı.
13. Əgər bir böyük alim və ya ilahiyyatçı elm sahələrinin hər hansı bir sahəsində kifayət qədər məlumatlı deyilsə, onda o,  digər sahələrdə öz elmi ilə onu əhəmiyyətli dərəcədə ötüb keç­məsinə baxmayaraq, yardım almaq üçün bu elm sahəsində daha dərin biliklərə malik olan insana müraciət etməlidir. Musa peyğəmbər (ə) isə, Allahın heç bir insanı layiq görmədiyi bilikləri əta etdiyi möhkəm əqidəli elçilərindən biri idi. Lakin Xıdır xüsusi biliklərə malik idi ki, onlar saleh peyğəmbərdə (ə) yox idi və buna görə o (ə) bilmədiklərini müdrik Xıdırdan öyrənməyə tələsirdi. Bütün deyilənlərdən belə çıxır ki, əgər İslam hüququ və ya hədis­lərin tədqiqi ilə məşğul olan müsəlman-ilahiyyatçı qrammatikanı, morfologiyanı və digər elmləri zəif bilirsə, onda o, bu fənlərin incəliklərinə bələd olan, lakin hədisi və ya İslam şəriətini kifayət qədər bilməyən, ilahiyyatçıların məşğələlərində iştirak etməlidir.
14. Müsəlmanlar bilikləri və digər layiqli keyfiyyətləri Fövqəluca Allahla bağlamalı, Onun nemətlərini etiraf etməli və nazil etdiyi nemətlərə görə Ona minnətdarlıq (şükür) etməlidir­lər. Bax elə buna görə Musa peyğəmbər (ə) demişdir: “Sən öyrən­diyin doğru yolu mənə öyrətməyin üçün mən sənin ardınca gələ bilərəmmi?” (Kəhf, 18/66). O (ə) Xıdırın bu bilikləri Allah­dan əxz etdiyini nəzərdə tuturdu.
15. Faydalı bilik – insanlara xeyirxahlıq yolunu göstərən və şər, ona aparan yollar barədə xəbərdarlıq edən biliklərdir. Başqa biliklərə gəldikdə isə, onlar insana ya zərər vurur, ya da mənasız və faydasız olur. Məhz buna görə, Musa (ə) Xıdırdan ona (ə) bildiyi doğru yol haqqında olan bilikləri öyrətməyi xahiş edir.
16. Əgər insan müəlliminin hüzurunda səbirlilik göstərmə­yə, səbirlə bilik əldə etməyə və başladığı işi mətanətlə davam etdirməyə qadir deyilsə, onda o, yüksək şərəfə layiq deyil. Səbirdən məhrum olan insan bilik əldə edə bilməz. Əksinə, səbirli və səbatlı insan qarşısında qoyulmuş hər bir məqsədə nail ola bilər. Yuxarıda deyilənləri Xıdırın bu sözləri təsdiq edir: “...Mə­nim yanımda qalmağa sənin səbrin çatmaz” (Kəhf, 18/67). O, Musa peyğəmbərə (ə) onun (ə) faydalı biliklər əldə etməsinə ma­neə ola biləcək şeylər haqqında xəbər verdi.
17. Həyat təcrübəsi və baş verən hadisələrin mahiyyətini təyin edə bilmək bacarığı insana zəruri səbirlilik göstərməkdə kömək edən mühüm keyfiyyətlərdir. Əgər insan işin mahiyyətini,  həmçinin onun son məqsədini və mümkün ola biləcək nəticələrini bilmirsə, onda o, onu səbirli olmağa yönəldən hissdən məhrum olur. Məhz buna görə Xıdır demişdir: “Sən elminlə əhatə edə bilmədiyin şeyə səbirlə yanaşa bilərsənmi?” (Kəhf, 18/68). O, qeyd edir ki, baş verən hadisələr haqqında təsəvvürü olmaması Musa peyğəmbərin (ə) səbirsizliyinin səbəbi idi.
18. Müsəlman təmkinli, düşüncəli və səbirli olmalıdır və əgər o qərar qəbul etmək istəyirsə, onda o, ondan nə tələb olunduğunu və necə etməli olduğunu anlamayınca, gözləməlidir.
19. Əgər müsəlman insanların gələcəkdə etməyə hazırlaş­dıqları işdən danışırsa, o, bunu Allahın iradəsi ilə bağlamalıdır. “Mən bunu mütləq edəcəyəm” demək olmaz. “Mən, inşallah[10], bunu edəcəyəm” deyilməlidir.
20. Əgər insan hər hansı bir şeyi etməyi qəti qərara alıbsa, bu hələ onun o işi yerinə yetirdiyini bildirmir. Musa peyğəmbər (ə) demişdir: “...“Əgər Allah istəsə, onda sən görərsən ki, mən səbir­liyəm və mən sənin əmrindən çıxmaram” (Kəhf, 18/69). O (ə) qəti qərara gəlmişdi ki, səbirli olsun, lakin bunu edə bilmədi[11].
21. Əgər müəllim özü izah edənə qədər, şagirdinə ona bəzi sualları verməyi qadağan etməyi məqsədəuyğun sayırsa, bunu edə bilər. Bunlar, şagirdin hələlik başa düşə bilməyəcəyi incəlik­lər və ya bundan başqa şagirdin mənimsəməli daha mühüm məsələlərin qalması və yaxud da onların sadəcə yersiz suallar olmasıdır.
22. Əgər insan öz həyatı üçün təhlükə hiss etmirsə dəniz səyahətinə çıxa bilər.
23. Müsəlman Allah qarşısında və ya insanlar qarşısında öz vəzifələrini unutduğuna görə yerinə yetirmədikdə məsuliyyət daşımır ki, buna saleh peyğəmbərin (ə) aşağıdakı sözləri dəlalət edir: “... “Məni unutduğuma görə cəzalandırma...” (Kəhf, 18/73).
24. İnsan comərd[12] və ətrafındakılara qarşı mərhəmətli ol­malı və onları öhdəsindən gələ bilməyəcəkləri vəzifələrlə yüklə­mə­məlidir ki, sonra onları işi bacarmadıqlarına görə qınamasın. İnsanlara qarşı belə münasibət onları insandan uzaqlaşdırır və belə insana qarşı nifrət yaradır. Buna görə müsəlman yüngül və asan olan şeylərə üstünlük verməlidir. Məhz belə olduqda Allah da onun öz qismətini yüngülləşdirər. 
25. İnsanların həyatı və malına aid olan qərarlar qəbul edər­kən aydın faktlara istinad etmək lazımdır, çünki Musa peyğəmbər (ə) Xıdırı gəmini deşdiyinə və oğlan uşağını öldürdü­yünə görə qınamışdı. İlk nəzərdə, bu əməllər qınağa layiqdi və buna görə Musa (ə) sakit dayanıb səbirlilik göstərə bilmədi. O (ə), Xıdıra tez-tələsik sual verib qərar çıxartdı. Halbuki bu sualı bütün başqa hallarda vermək olsaydı da, o (ə) gərək mühüm bir şərti nəzərə alaydı. Bu şərt onun (ə) səbirli olmaq haqqında verdiyi öhdəliklə bağlı idi və o (ə) öz yol yoldaşını qınamağa tələsməməli idi.
26. Şəriət böyük cinayətin qarşısını ondan daha az ağır cinayət vasitəslə almağa icazə verir və bu İslam dininin ən vacib prinsiplərindən biridir. Bununla yanaşı həmçinin az faydalı xeyir­xahlıqdan daha çox faydalı xeyirxahlığa görə boyun qaçırmağa icazə verilir. Şübhəsiz ki, uşağın öldürülməsi cinayətdir, lakin əgər bu uşaq böyüsəydi və valideynlərini haqq dindən döndər­səydi, bu daha böyük cinayət olardı. Güman etmək olar ki, uşaq onlara xeyir də verə bilərdi, lakin onlar Allahın dininə layiqincə etiqad etməklə daha çox fayda əldə edə bilərdilər və Xıdır da məhz buna görə oğlan uşağını öldürmüşdü[13]. Bu dini prinsip son dərəcə böyük əhəmiyyətə malikdir və müsəlmanlara imkan verir ki, çoxsaylı nemətlər qazansınlar, çünki bu prinsipin vasitəslə hətta əməl müsbət və ya mənfi nəticələr verdikdə belə, düzgün qərar qəbul etməyə imkan yaradır.
27. Şəriət özgəsinin mülkiyyətinə sərəncam çəkməyə, əgər belə hərəkətlər fayda verirsə və ya vurula biləcək ziyanın qar­şısını alırsa, icazə verir və bu da İslam hüququnun mühüm qayda-qanunlarındandır. Bu halda özgəsinin mülkiyyətinə sərən­cam çəkməyə, onun sahibinin razılığı olmadan da və hətta mülkiyyətin bir hissəsinin itə biləcəyi gözlənildikdə belə icazə verilir. Xıdır da məhz belə etmiş və gəminin zülmkar çarın əlinə keçməməsi üçün onu zədələmişdi. Bütün deyilənlərdən məlum olur ki, əgər bir evdə yanğın baş verərsə və ya evi su basarsa, ev əşyalarının əsas hissəsini saxlamaq üçün onun bir qismini tələf etməyə icazə verilir. Əgər ədalətsiz insan müsəlmanın malını mənimsəməyə cəhd göstərirsə, onda mülkiyyətin bir hissəsini ona verməklə, qalan hissəsini qorumağa icazə verilir. Bundan başqa, şəriət belə davranmaq hökmü də verir. Zəruriyyət yaran­dıqda isə, bunu hətta başqa bir adam, mülkiyyət sahibinin icazəsi olmadan da edə bilər.
28. Müsəlmanlara həm quruda, həm də dənizdə işləməyə icazə verilir, çünki Fövqəluca buyurmuşdur: “Gəmiyə gəldikdə isə, o, dənizdə çalışan kasıblara məxsus idi” (Kəhf, 18/79). Fövqəluca onları dənizdə işləmələrinə görə qınamır.
29. Miskin o insan hesab olunur ki, müəyyən mülkiyyətə malik olsa da, öz güzəranını tam təmin etmək halında deyil, çünki Fövqəluca Allah dənizdə çalışan zəhmətkeşləri, gəmiləri olmasına baxmayaraq, miskin adlandırmışdır.
30. Qətl ən böyük günahlardan biridir, çünki Musa pey­ğəmbər (ə) belə demişdir: “...Doğurdanmı sən heç kimi öl­dür­məmiş günahsız insanı öldürdün?! Sən pis iş gördün!” (Kəhf, 18.74).
31. Qətl törətmiş insanın buna görə öldürülməsi qınanılan əməl deyildir, çünki Musa peyğəmbər (ə) Xıdırı balaca oğlanı öldürdüyünə görə qınayır və onun hələ heç bir oxşar cinayət törətmədiyini əsas tutur.
32. Allah Öz mömin bəndələrini onların özlərinin öz əleyhinə edə biləcəkləri və ya övladlarının onların əleyhinə edə biləcəkləri cinayətdən qoruyur.
33. Möminlər və onlarla əlaqəsi olan insanlar, hər kəsdən daha çox onlara xeyirxah münasibət bəslənməsinə layiqdirlər, çünki Xıdır xəzinəni gizlədərək, onun üstündə divarı, yetim qal­mış uşaqların atasının mömin insan olmasına görə ucaltmışdı.
34. Müsəlman Fövqəluca Allah haqqında ehtiramla danış­malıdır, çünki mömin Xıdır məhz belə edirdi. Özünün gəmini korlamaq barədə niyyətini bildirərək, o demişdi: “Mən onu ona görə korlamaq istəyirdim ki, onların qarşısında dayanmış çar bütün xarab olmayan gəmiləri güc tətbiq etməklə özünə götü­rür­dü” (Kəhf, 18/79). Bu əməli xatırlayaraq, o, onu Allahın iradəsi ilə bağlamadı. Lakin o, öz xeyirxah hərəkətini xatırla­dıqda, onu Fövqəluca Allahın adı ilə bağladı və dedi: “...Onların atası mö­min bir insandı və sənin Rəbbin istəmişdi ki, onlar həddi-buluğa çatsınlar və sonra Rəbbinin mərhəməti sayəsində öz xəzinələrinə yiyələnsinlər...” (Kəhf, 18/82). Eynilə İbrahim pey­ğəmbər (ə) də belə etmiş və demişdi: “Onların hamısı, aləm­lərin Rəbbindən başqa, mənim düşmənlərimdir. O, məni xəlq etmiş və düz yolla aparır. O, məni yedirir və içirir. O, mən xəs­tə­ləndikdə, mənə şəfa verir” (Şuəra, 26/77-80). Cinlər isə demiş­dilər: “Biz Rəbbin bununla yer üzündəkilər üçün şərli olma­ğımızı nəzərdə tutduğunu və ya onları düz yola yönəltməkmi istədiyini bilmirik” (Cin, 72/10). Lakin, buna baxmayaraq, xeyir və şər insanı Allahın qədərinə tam müvafiq olaraq çulğayır.
35. Müsəlman səfər zamanı yol yoldaşını, əgər o, ona nara­hatçılıq törətmirsə, tərk etməməlidir. Belə olarsa, onun rəftarı özünü doğruldar və Xıdır da Musa peyğəmbərlə (ə) belə etmişdi.
36. Əgər səfər yoldaşları yol verilən əməllərdə bir-birilərini anlayır və bir-birilərini müdafiə edirlərsə, onda bu onların münasibətlərinin möhkəmlənməsinə kömək edir. Əgər onlar bir-birilərini başa düşmürlərsə, onda bu, onları bir-birindən ayrılma­ğa sövq edir.

         ﰄﰅ           

(18.83) “Onlar səndən Zül-Qərneyn haqqında soruşurlar. De: “Mən sizə onun haqqında bir hikmətli məsəl oxuyacağam”.

Kitab əhli və müşriklər Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun!) Zül-Qərneynin əhvalatını soruşurlar və Allah da ona (s.ə.s.)  buyurur ki, belə desin: “Mən sizə bu insanın elə qəribə əməllərindən danışacağam ki, onlar sizin üçün xatır­latma və öyüd-nəsihət olacaqdır. Onun həyatındakı digər hadisə­lərinə gəldikdə isə, mən onlar barədə sizə danışma­yacağam”.

                                 

(18.84) “Həqiqətən, Biz ona yer üzündə hakimiyyət verdik və ona hər cür imkanlar bəxş etdik”.
(18.85) “O, səfərə çıxdı”.

Fövqəluca Allah Zül-Qərneynə yer üzündə böyük bir hökm­darlıq verdi və ona bütöv xalqları tabe etdi. O (Allah) ona son dərəcə qəribə imkanlar və bacarıqlar əta etdi və onların sa­yəsində o, çətinlik çəkmədən ərazilər ələ keçirir və maneəsiz olaraq yerin ən uzaq guşələrinə gedib çıxırdı. Zül-Qərneyn Allahın ona bəxş etdiyi imkanlardan istifadə edirdi və həm də təyinatı üzrə istifadə edirdi. Heç də hər insan öz imkanlarından istifadə etməyi bacarmır və hər kəsə belə imkanlar verilmir. İnsanın əlinə belə imkan düşdükdə və onu layiqincə istifadə etdikdə, o, qarşısına qoyduğu məqsədə nail olur. Əgər bu şərtlərdən biri və ya hər ikisi olmadıqda, onda insanın səyləri ona heç bir nəticə vermir.
Zül-Qərneynə əta edilmiş imkanlara və bacarıqlara gəl­dikdə isə, nə Fövqəluca Allah, nə də Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların barəsində hər hansı bir xəbər verməmişlər. Bizə bu mövzu ilə əlaqədar etibar ediləsi bir xəbər belə gəlib çatmamışdır və buna görə müsəlmanlar bu məsələni müzakirə etməkdən çəkinməlidirlər və Kitab əhlindən bizə gəlib çatan nağıllara xüsusi əhəmiyyət verməməlidirlər. Bizə məlum­dur ki,  Zül-Qərneynin özünün və onun ətrafındakılarının qəribə imkanları çox idi. Onun tabeliyində çox böyük və yaxşı təlim görmüş və qayda-qanuna itaət edən və intizamlı ordusu vardı. Bu ordunun sayəsində o, düşmənləri üzərində qələbə çalır, şərqdə və qərbdə olan torpaqlara qədər maneəsiz olaraq gedib çıxırdı.

                             ﭫﭬ                          

(18.86) “O, günəşin qürub etdiyi yerə gəldikdə, aşkar etdi ki, günəş bulanıq mənbəyə enir. Onun yanında bir bir xalqa rast gəldi. Biz buyurduq: “Ey Zül-Qərneyn! Sən onları ya cəza­lan­dıracaq, ya da onlara xeyirxahlıq edəcəksən”.

Allah Zül-Qərneynə günəşin bilavasitə onun gözü qarşı­sında qürub etdiyi qərb torpaqlarına qədər getməyə imkan vermişdi. Ona elə gəlmişdi ki, günəş qapqara suya enir. Belə bir hiss dəniz kənarında günəşin qürub etməsini seyr edənlərlə tez-tez baş verir. Zül-Qərneynə elə gəlirdi ki, günəş suya enir, halbu­ki əsl həqiqətdə o, yerdən çox-çox uzaqlarda idi. Orada o, bir xalq gördü və Fövqəluca Allah  ona buyurdu: “Ey Zül-Qərneyn! Sən mühüm bir seçim qarşısındasan. Sən onları istədiyin cəzaya məhkum edə: edam edə, şallaqlatdıra  və ya əsir götürə və yaxud onları əfv edə  bilərsən”. Bu ayədən aydın olur ki, qərbdə bir xalq yaşayırmış. O, ya kafir imiş, ya əxlaqsızlığa qurşanıbmış, ya da digər yaramaz cinayətlər törədirmiş. Əgər onlar mömin olsay­dılar, Allah Zül-Qərneynə icazə verməzdi ki, onları cəzalandırsın. Allah bu hökmdara böyük iltifat göstərərək, onu öz Rəbbinin qanunları əsasında hökmdarlıq etməyə yönəltmişdi və bunun sayəsində o tərifə və yadda qalmağa layiq görülmüşdür. O, qərar qəbul edərək bütün insanları iki qrupa bölmüşdü.

             ﭿ                                 ﮎﮏ             

(18.87) “O dedi: “Ədalətsiz davrananları cəzalandıracağıq, sonra isə o, öz Rəbbinə qaytarılacaq və O, onu ağır işgəncələrə məruz qoyacaq”.
(18.88) “İman gətirənə və mömincəsinə davranana isə ən yaxşı əvəz veriləcək və biz ona yüngül hökmlərimizi bildi­rərik”.

Kafirliyə etiqad edən iki dəfə cəzaya layiq görüləcək: yerdə yaşadığı zaman və öləndən sonra. Haqq dinə etiqad edən və xeyirxah əməllər işləyən isə Cənnət məkanında gözəl mükafatlar alacaq və Qiyamət günü Allahın hüzurunda dayanarkən xoşbəxt olacaqdır. Bizə gəldikdə isə, biz belə insanları nə sözlə, nə də əməlimizlə incitməyəcəyik. Əksinə, biz onlara qarşı yumşaq, rəhmli və  nəzakətli olacağıq. Bütün bu deyilənlərdən belə çıxır ki, Zül-Qərneyn dindar hökmdar, əməlisaleh, ədalətli və elm sahibi olan bir insan imiş və hər bir insana Allahın xoşuna gəldiyi kimi münasibət bəsləyərmiş.

                                           
(18.89) “Sonra o, yolunu davam etdirdi”.
(18.90) “O, günəşin çıxdığı yerə gəldikdə, gördü ki, o elə bir xalqın üzərində yüksəlir ki, Biz onlarla günəş arasında sütrə qoymamışdıq”. 

Günəşin qürub etdiyi torpaqlara çatdıqdan sonra, Zül-Qərneyn geriyə döndü və şərqə yola düşdü. O, Allahın ona bəxş etdiyi imkanlardan istifadə edərək, günəşin çıxdığı yerlərə gəlib çatdı və gördü ki, o, elə insanların üzərində doğur ki, onlar onun yandırıcı şüalarından qorunmağa qadir deyillər. Bunlar, ev tikməyi bacarmayan köçərilərin vəhşiləşmiş qəbilələri və yaxud, Afrikanın cənub-şərqində olduğu kimi, günəşin uzun müddət batmadığı ərazilərdə yaşayan xalqlardan ola bilərdilər. Zül-Qərneyn elə ərazilərə gedib çıxmışdı ki, yerin bu guşəsinə bun­dan əvvəl heç kimin gəlmədiyi bir yana qalsın, o zamanın adamları belə onların haqqında heç bir təsəvvürə malik deyil­dilər. Şübhəsiz ki, bütün bunlar Allahın qədərinə müvafiq olaraq baş vermişdi. Buna görə daha sonra Fövqəluca buyurur:

                 

(18.91) “Bax belə! Biz onlarla baş verənləri elmimizlə əhatə etmişdik”.

Onun[14] insanlara gətirdiyi rifah və ona verilmiş böyük imkanlar Allaha məlum idi. Harada olurdusa, haraya gedirdisə, Allah onun hər bir addımından xəbərdar idi.

         ﯕ ﯖ                           
(18.92) “Sonra o, yolunu davam etdirdi”.
(18.93) “O iki dağ maneəsinə çatdıqda, onların qarşısında demək olar ki, dil başa düşməyən insanlar aşkar etdi”.

Quran şərhçiləri deyirdilər ki, Zül-Qərneyn şərq torpaq­larını tərk edib, şimala yollandı. O, elə bir yerə çatdı ki, onun hər iki tərəfində dağ silsilələri vardı və o uzaq zamanlarda onlar yaxşı məlum idi. Bu sıra dağlar dənizə dirənirdi və onların ara­sında Yəcuc və Məcuc qəbilələri məskunlaşırdı. Bu dağların ar­dında yaşayan xalq əcnəbi danışığını, demək olar ki, başa düş­mürdülər. Onlar başqa adamlardan nəinki dilə görə, həm də tə­fəkkür forması və keyfiyyətinə görə fərqlənirdilər. Lakin Fövqəluca Allah Zül-Qərneynə onların dilini və təfəkkür tərzini başa düşməyi öyrətdi. O, bu xalqa müraciət etdi və insanlar da ona Yəcuc və Məcuc qəbilələrinin ətrafdakılara çoxlu zülm etdik­lərindən şikayət etdilər. Bu çoxsaylı qəbilələr də Adəmin nəsllə­rindən idilər.

                                           

(18.94) “Onlar dedilər: “Ey Zül-Qərneyn! Yəcuc və Məcuc yer üzündə fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onların arasında sədd çəkəsən?”

Bu qəbilələr insanları öldürür, özgələrinin malını mənim­səyir və bir çox başqa cinayətlər törədirlər. Ey Zül-Qərneyn! Sən bizimlə onların arasında maneə tiksən, biz sənə yaxşı xərac verərik. Bu sözlər onu göstərir ki, insanlar özləri özlərini müdafiə etməyi bacarmırdılar, amma onlar anlamışdılar ki, Zül-Qərneyn bunun öhdəsindən gələ bilər.  Onlar ona müvafiq olaraq mükafat təklif etdilər və ona xatırlatdılar ki, Yəcuc və Məcuc yer üzündə fitnə-fəsad yayırlar. Göstərilən bu səbəb Zül-Qərneynə köməksiz insanlara yardım göstərməyi vacib etdi. Lakin o, bu dünyada varlanmağa can atmırdı və öz rəiyyətini ağır vəziyyətdə tərk etməyə hazırlaşmırdı. Əksinə, insanlara kömək göstərmək onun ən vacib məqsədi idi və buna görə o, xeyirxah iş görməyə razı­laşdı, ona təklif olunan mükafatdan boyun qaçırdı və ona haki­miy­yət və qüdrət bəxş etmiş Allaha minnətdarlığını bildirməklə həmd etdi.  
                 ﯿ           

(18.95) “O dedi: “Rəbbimin mənə verdiyi bundan daha yaxşıdır. Mənə öz qüvvənizlə kömək edin, mən də sizinlə onların arasına sədd çəkərəm”.

Allahın neməti sizin təklif etdiyinizdən daha yaxşıdır. Buna görə, siz mənə Yəcuc və Məcuc qəbilələrinin qarşısını ala biləcək maneəni tikməyə öz qüvvənizlə kömək edin.

         ﰇﰈ                ﰏﰐ                    

(18.96) “Mənə dəmir parçaları verin”. İki dağ arasında olan məkanı dolduraraq, o dedi: “Körükləyin!” Onlar od kimi qıp­qırmızı olduqda, o dedi: “Mənə əridilmiş mis gətirin ki, onun üstünə töküm”.

Adamlar onun üçün dəmir tirlər gətirdilər, böyük bir od qalamaqda ona kömək etdilər, ona əridilmiş mis verdilər və o,  əridilmiş misi tirlərin arasındakı əraziyə axıtdı və bunun sayə­sində iki dağ yamaclarının arasında qüdrətli bir maneə yarandı və o, insanları Yəcuc və Məcuc qəbilələrinin törədə biləcəkləri şərdən mühafizə etdi.
                 

(18.97) “Onlar[15] bir daha səddə çıxa bilmədilər və onda deşik aça da bilmədilər”.

Həmin qəbilələr bu maneəni adlaya bilmədilər, çünki o çox hündür idi, onda deşik də aça bilmədilər, çünki o, güclü və sarsılmaz idi. Zül-Qərneyn şərəfli, faydalı və gözəl bir iş gör­müşdü və o, onu Fövqəluca Haminin mərhəməti və xeyirxahlığı ilə bağlamışdı.

            ﭕﭖ            ﭜﭝ          

(18.98) “O dedi: “Bu – Rəbbimin mərhəmətindəndir!  Rəbbi­min vədi icra olunduqda, O, onu yerlə bərabər edəcəkdir. Rəbbimin vədi – haqdır”.

Bununla o, Allahın ona göstərdiyi mərhəmətini təsdiq et­miş oldu və Allahın yer üzündəki mömin canişinləri özlərini məhz belə aparırlar. Allah Öz neməti ilə onları himayə edəndə, onlar bunu etiraf edir və Rəbbə nazil etdiyi nemətə görə ciddi-cəhdlə  minnətdarlıq etməyə başlayırlar. Süleyman peyğəmbər (ə) da, şəhərləri arasında həddən böyük məsafə olmasına baxma­yaraq, Səba məleykəsinin taxtı bir göz qırpımında onun (ə) yanına gətiriləndə eynilə belə hərəkət etmişdi. O demişdi: “...Rəbbim mənə bu neməti göstərmişdir ki, məni sınasın: mən minnətdarmı olacağam və ya naşükürlük edəcəyəm...” (Nəml, 27/40).
Təkəbbürlü dikbaşlar isə tamamilə ayrı cürə davranırlar. Onlar özlərini görkəmli şəxsiyyət sayır və Allahın nemətinə qarşı daha da böyük təşəxxüs göstərirlər. Belə fəsad sahiblərindən biri də Qarun idi. Allah ona saysız-hesabsız xəzinələr vermişdi. Onla­rın açarlarını eyni vaxtda bir neçə pəhləvan gəzdirərək əzab çəkirdilər, o isə belə dedi: “Bütün bunlar mənə biliyimə görə bəxş edilmişdir” (Qəsəs, 28/78).
Zül-Qərneynə gəldikdə isə, o hər tərəfə xəbər yaydı ki, elə bir gün gələcək ki, Allahın vədi yerinə yetiriləcək və Yəcuc-Məcuc qəbilələri səddi aşıb keçəcəklər. Allah onu[16] yerlə bir səviyyədə etməyə söz vermişdir və Allahın vədi sarsılmaz haqdır.

              ﭩﭪ                

(18.99) “Həmin gün Biz onlara imkan verəcəyik ki, dalğa-dalğa bir-birinin üstünə sıçrayıb qarışsınlar. Sonra sur çalı­nanda Biz onların hamısını bir yerə toplayacağıq”.

Belə bir rəy mövcuddur ki, bu ayədə Yəcuc və Məcuc qəbi­lələrindən bəhs edilir və onlar səddi yarıb keçəcək və öz çoxsaylı­lıqları sayəsində bütün dünyaya yayılacaq və bir-biriləri ilə qarışacaqlar. Fövqəluca həmçinin buyurmuşdur: “Məhv etdiyi­miz obalara qadağa qoyulmuşdur və Yəcuc-Məcuc buraxıl­ma­­yana və onlar hər hündür təpədən sürətlə aşağıya enənə qədər, onlar qayıtmaya­caqlar[17](Ənbiya, 21/95-96).
Digər bir şərhə görə isə, söhbət Qiyamət günü Məhşərdə toplaşacaq məxluqlardan gedir. Allahın saysız-hesabsız məxluq­ları bir yerə toplanacaq, bir-birini itələyəcək, çünki onların hər birinin ürəyində həyəcan və dəhşətli qorxu hissi hökm sürə­cəkdir. Bu şərhin lehinə Fövqəluca Allahın aşağıdakı ayələri dəla­lət edir:

                                      ﭿ        

(18.100) “Həmin gün Biz Cəhənnəmi kafirlərə aydın göstərəcəyik”.
(18.101) “Məni xatırlamaqdan ayıran pərdə gözlərini ört­müşdü və onlar eşidə də bilmirdilər”.

Mələk İsrafil (ə) sura üfürdükdə Fövqəluca Allah məxluq­ların ruhunu dirildilmiş bədənləri ilə birləşdirəcək və bütün insanları Qiyamət gününün Məhşər ayağında toplayacaqdır. Onların arasında insanların ilk nəslləri və onların törəmələri, allahsızlar və möminlər olacaqdır. Hər bir insan etdiyi əməllərə görə cavab verəcək və əvəz alacaqdır və onda kafirlər və allahsızlar yanar Cəhənnəmdə əbədi qalmağa məhkum ediləcək­lər. Fövqəluca buyurur: “Cənnət təqvalılara yaxınlaşdırıla­caq­dır, Cəhənnəm isə azmışlara aydın göstəriləcəkdir” (Şuəra, 26/90-91). Odlu Cəhən­nəm kafirlərin sığınacağı və məskəni ola­caqdır. Onlar orada Cəhənnəm zəncirlərinin, alışdırılmış alov dillərinin, qaynar su və yandırıcı soyuğun nə olduğunu dərk edəcəklər. Onlar əzablı cəzaları dadacaqlar, o cəzaları ki, onları təkcə bir dəfə görən adam danışıq və ya eşitmə qabiliyyətini itirə bilər. Kafirliyin və allahsızlığın dəhşətli nəticələri belə olacaqdır və törədilən cinayət­lərə görə veriləcək əvəz beləcə sərt olacaqdır! Lakin kafirlər bu cəzalara layiqdirlər, çünki yer üzündə yaşadıqları zaman onlar  Allah haqqında müdrik xatırlatma olan Müqəddəs Qurandan üz döndərirdilər. Onlar deyirlər: “Sənin bizi çağırdığına ürəklərimiz bağlıdır, qulaqlarımız kar olmuş­dur, bizim səninlə aramızda pərdə vardır” (Fussilət, 41/5). Bu pərdə onlara Allahın müdrik ayələrini görməyə mane olur və buna görə Fövqəluca Rəbb buyurur: “Allah onların ürəklərini və qulaqlarını möhürləmişdir, onların gözlərində isə pərdə vardır” (Bəqərə, 2/7).
Onlar Müqəddəs Qurana və alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun!) nifrət və ikrah hissi bəsləyirlər və buna görə də insanlara iman gətirməyə kömək edən Allahın ayələrini dərk etməyə qabil deyillər. Onlar nifrət etdikləri insanın sözlərinə qulaq asa bilmirlər və onları bilikdən və xeyirxahlıqdan ayıran maneəni aradan qaldırmağı bacarmırlar. Onlar nə eşitməyə, nə görməyə, nə də faydalı nəticələr çıxartmağa qabil deyillər, çünki onlar Allaha iman gətirməkdən boyun qaçırmışlar, onun ayələrindən üz döndərmişlər, Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) rədd etmişlər və cəzaya layiq görüldükləri yer - ən çirkin iqamətgah olan Cəhənnəmdir.

                            ﮋﮌ                    
(18.102) “Doğrudanmı kafirlər güman edirdilər ki, Mənim qullarımı Mənim əvəzimə özlərinə himayəçi və köməkçi  edəcəklər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün məskən hazırlamışıq”.  

Bu ayə Allahla yanaşı bəzi peyğəmbərlərə və övliyalara ibadət edən kafirlərin və müşriklərin baxışlarının pozğunluğuna parlaq sübutdur. Onlar güman edirlər ki, bu peyğəmbərlər və övliyalar onlara şəfaətçi olacaqlar və onları Allahın cəzasından xilas olmağa və Onun bol mükafatını qazanmağa yardımçı ola­caqlar. Lakin əslində Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) üz döndərmiş bu insanlar kafirdirlər və buna görə Fövqəluca Allah, onlara öz baxışlarını təkzib edən sual vermişdir ki, bu onların pozğunluğuna və əsassızlığına dəlalət edir.
Ey müşriklər! Doğrudanmı siz kömək üçün öz Rəbbinizə dua etmək əvəzinə Onun yaratdıqlarının himayəsinə ümid bəsləyirsiniz? Sizin ümidləriniz puç olacaqdır, çünki övliyalar Allahla düşmənçilik edənlərə heç vaxt himayədarlıq etməzlər. Möminlərin məhəbbəti, lütfkarlığı, qəzəbi və nifrəti bütövlükdə və tamamilə Fövqəluca Allahın müvafiq hisslərindən asılıdır və buna görə Müqəddəs Quranda deyilir: “Həmin gün O, onların hamısını toplayacaq, sonra isə mələklərə buyuracaq: “Onlar si­zəmi ibadət edirdilər?” Onlar deyəcəklər: “Sən Paksan! Sənsən – bizim Hamimiz, onlar deyil! Onlar cinlərə ibadət edir­dilər və onların əksəriyyəti məhz onlara iman gətirirdilər” (Səba, 34/40-41).
Əgər insan Allahın iradəsinə müqavimət göstərirsə və bu zaman bəyan edirsə ki, onun hamisi Allahın mömin qullarından biridir, onda o, yalançıdır. Qoy elçilərlə düşmənçilik edən kafirlər övliyaların onlara şəfaətçi olacaqlarına və onları cəzadan xilas edəcəklərinə ümid bəsləməsinlər. Belə ümidlər əsassızdır, gü­man­­ları isə yanlışdır, çünki Allahın məxluqları nə xeyrə, nə də şərə sərəncam çəkməyə qətiyyən qadir deyillər. Fövqəluca buyurur: “De: “Onunla yanaşı ilah hesab etdiklərinizi çağırın. Onlar fəlakəti sizdən uzaqlaşdırmaq və başqasına yönəltmək iqtidarına malik deyillər” (İsra, 17/56); “Ondan başqa dua et­dikləriniz şəfaətə malik deyillər...” (Zuxruf, 43/86). Övliyaların onu himayə edəcəyinə ümid bəsləyən insanın yolunu azmış günahkar olması haqqında Quranın digər ayələri daha çoxdur. Beləsinin xilas olmasına ümid yoxdur və o, nemətin bir zərrəsini belə əldə edə bilməyəcəkdir, çünki kafirlərin ziyafəti – Cəhənnəm cəzası olacaqdır. Bu qonaqlıq necə də iyrənc və qalacaqları bu məskən necə də mənfurdur! 

                                       

(18.103) “De: “Sizə xəbər verimmi ki, kimin əməlləri daha çox ziyan gətirəcək?”
(18.104) “O kəslərin ki, bu dünyadakı səyləri boşa çıxdığı halda, onlar yaxşı iş gördüklərini güman edərlər”.

Ey Muhəmməd! İnsanları yolunu azmaqdan çəkindir və əməlləri ən çox zərər gətirənlər haqqında onlar xəbər ver. Bu insanların çəkdikləri zəhmət heç olacaq və onlara heç bir fayda verməyəcək, halbuki onlar düzgün hərəkət etdiklərini zənn edir­dilər. Bəs onda törətdikləri əməllərin onlara fayda verməyə­cəyini öncədən bilənlərin və Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı düşmənçilik olduğunu bilənlərin əməlləri haqqında nə demək olar?! Bu ən böyük ziyana düşəcək və Qiyamət günü özlərindən və öz ailələrindən məhrum olacaq insanlar kimlərdir?

                                      
(18.105) “Bunlar o şəxslərdir ki, öz Rəbbinin ayələrinə və Onunla görüşəcəklərinə iman gətirməmişlər. Onların əməlləri əbəs olacaqdır və Qiyamət günü Biz onlara əhəmiyyət vermə­yəcəyik”.

Onlar Quran ayələri ilə razılaşmır və ətraflarında gör­dük­ləri və onları Allaha, mələklərə, elçilərə, Kitablara və Qiyamət gününə iman gətirməyi vacib edən möcüzələri inkar edirdilər. Buna görə onların əməlləri əbəs gedəcəkdir və Qiyamət günü onların tərəzilərində törətdikləri günahlarından ağır gələn xeyir­xah əməllər olmaya­caqdır. Bunun belə olmasının səbəbi – onların ürəyində haqq dinin olmamağıdır ki, bu da heç bir xeyirxahlığın qəbul edilməməyinin başlıca şərtidir. Məhz buna görə Fövqəluca Allah belə buyurur: “Saleh əməllər işlədən, iman sahibi oldu­ğuna görə, onlara ədalətsiz yanaşılacağından və haqlarının tap­dana­cağından qorxmayacaqlar” (Taha, 20/112). O ki, qaldı kafir­lərə, onların cinayətləri hesablanacaq və törətdikləri hər bir cina­yəti özləri etiraf edəcək və bütün məxluqların gözləri qarşısında rüsvay ediləcəklər. Sonra onları əzab-əziyyətli cəzaya məruz qoyacaqlar və buna görə Fövqəluca belə buyurur:

  ﯕ ﯖ   ﯗﯘ ﯙ ﯚ ﯛﯜﯝ ﯞ

(18.106) “Mənim ayələrimə və Mənim elçilərimə iman gətirmədiklərinə və istehza etdiklərinə görə onların cəzası Cəhənnəm olacaqdır”.

Onların əməlləri puç olacaqdır və Qiyamət günü onların tərəzisinin haqq gözü boş qalacaqdır. Bundan başqa, onlar alçaldılacaq və rüsvay ediləcəklər və bunun səbəbi onların Allahın ayələrinə və saleh elçilərə iman gətirməməkləri olacaqdır. Onlar Quran ayələrini məsxərəyə qoyur və Allahın elçilərinə (onlara Allahın salavatı olsun!) rişxənd edirdilər. Halbuki, onlara əmr olunmuşdu ki, elçilərə layiqincə ehtiram göstərsinlər və onların hər bir əmrini qüsursuz yerinə yetirsinlər. Lakin onlar əksinə hərəkət edirdilər və buna görə onların əməlləri boşa çıxacaqdır, özləri isə xoşbəxtlikdən məhrum ediləcək və başıaşağı işgəncəli cəzanın burulğanına düşəcəklər.
Kafirlərin acınacaqlı qismətini və törətdikləri cinayətləri xatırlatdıqdan sonra, Fövqəluca Allah möminlərin əməllərindən və şərəfli taleyindən xəbər verir. Fövqəluca buyurur:

                          

(18.107) “Həqiqətən, iman gətirərək, xeyirxah əməllər iş­lə­yənlərin məskəni Firdövs bağları olacaqdır”. 

Burada söhbət bütün varlığı ilə iman gətirmiş və xeyirxah işlər görən, dinə layiqincə etiqad edən, düzgün baxışlara sahib olan və həmçinin xeyirxah əməlləri həm qəlbən və həm də hərəkətləri ilə yerinə yetirən möminlərdən getməkdədir. Onların hər biri, öz imanının dərəcəsindən və həm də xeyirxah əməllərin tərəfdarı olmasından asılı olaraq, Firdövs Cənnətində müvafiq müxtəlif yerlər tutsalar da, onların hamısı mütləq orada məskunlaşacaqlar.
Bir şərhə görə, Firdövs bağları adı altında Cənnətin yuxarı hissəsi nəzərdə tutulur ki, bunlar bu məskənin ən mərkəzi hissə­sində yerləşir. Bunlar Cənnət bağlarının ən füsunkar yerləridir ki, onlar imanı və mömin əməlləri kamil olanlar üçün mükafatdır. Onlar – peyğəmbərlər və Allaha yaxın olan möminlərdir.
Digər bir şərhə görə isə, bütöv Cənnət məkanı möminlərin yaşayacağı Firdövs bağları adlandırılmışdır. Onların arasında yaxın saleh möminlər, övliyalar və həmçinin xeyirxah işlər görərkən lazımınca səy göstərməyən möminlər olacaqlar. Lakin onların hər biri mövqeyinə və əməllərinə görə dərəcələr tutacaqlar. Bu şərhə da çox üstünlük verilir, çünki ərəb sözü olan “cənnət” (“bağlar”) ayədə cəm formada verilmişdir. Bundan başqa, üzüm­lük­ləri və ağacların sıx-sıx olduqları yerləri çox vaxt Firdövs bağları adlandırırlar və buna görə də bu vəsfi tam mənada bütün Cənnət bağlarına aid etmək mümkündür.
Firdövs bağları xeyirxah əməl sahibi olan möminlərin mükafatı olacaqdır. Onları çox böyük şərafətlə qəbul edəcəklər və insanın qəlbinə və canına təsvir olunmaz ləzzət bəxş edən nemətlərin nuş edildiyi ziyafətdən də daha yaxşı nə ola bilər! Bu nemətlərdən ürək vəcdə gələcək və baxışlar karıxıb qalacaqdır. Onların arasında gözəl saraylar, gül bağçaları, bar gətirən ağaclar, ötən quşlar, iştahaçan yeməklər, xoş rayihəli içkilər, füsunkar qızlar, itaətkar xidmətçilər, gənc yeniyetmə oğlanlar, şırıltı ilə axan çaylar və ecazkar mənzərələr olacaqdır. Cənnətdə olan hər şey maddi və mənəvi gözəlliyə malik olacaq və heç vaxt yoxa çıxmayacaq.
Cənnət nemətlərinin hamısından ən yaxşısı və ən şərəflisi Cənnət sakinlərinin Mərhəmətli Allaha yaxınlıqdan duyacaqları zövq olacaqdır. Onlar Onun mərhəmətini qazanmağı bacaracaq və Onun Üzünü görmək və Onun nitqini eşitmək imkanından həzz alacaqlar.
Cənnət hədiyyələri necə də gözəl, heyranedici, uzunmüd­dətli və kamildir! Onlar o qədər gözəldir ki, məxluqlar onları təsvir etməyə və ya heç olmazsa təsəvvür etməyə belə qadir deyillər. Əgər insanlar Cənnətdə ala biləcəkləri zövqün hətta bir neçəsini təcrübədən keçirə bilsəydilər, onda onların qəlbi Cənnət məkanına can atardı, bu zövqlərdən ayrılıqda olmaq acısı isə onlara daima rahatlıq verməzdi. Onda insanlar dəstə-dəstə və tək-tək Allaha doğru yönələrdilər, bu fani maddi dünyaya və yer üzündəki qısamüddətli və narahat zövqlərə üstünlük verməz­dilər. İnsanlar vaxt itirməz və hər andan istifadə edərdilər ki, çoxminlik gözəl Cənnət nemətlərini əldə edə bilsinlər. Lakin, təəssüf olsun... Qayğı­sızlıq insan ürəklərini istila etmişdir, iman olduqca zəifləmişdir, biliklər demək olar ki, yoxa çıxmışdır və insanlarda olan əvvəlki ciddi-cəhd qalmamışdır. Həqiqətən, Fövqəluca və Böyük Allahdan başqa güc və qüdrət yoxdur!

                

(18.108) “Onlar orada əbədi qalacaqlar və özlərinə başqa yer istəməyəcəklər”.  

Bu sözlər Cənnət nemətlərinin kamilliyinə dəlalət edir. Onlar büsbütün mükəmməldir və buna görə heç vaxt bitib-tükənmə­yəcəkdir, Cənnət sakinləri isə özləri üçün başqa heç bir şey istəməyəcəklər. Onlar Cənnətdən başqa yerə köçməyi arzu etməyəcəklər, çünki onlar orada gördüklərindən ancaq vəcdə gələcək və bu onlara böyük sevinc bəxş edəcək. Əməlisalehlər əmin olacaqlar ki, onlara bəxş edilmiş nemətlərdən yaxşısı daha heç yerdə yoxdur.

                                                        ﯿ             

(18.109) “De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün bir dəniz  mürəkkəb olsaydı, hətta Biz ona bir misli ilə kömək etsəydik də, Rəbbimin Sözü tükənməmişdən öncə dənizlər tükənərdi”.

Ey Muhəmməd! İnsanlara Yaradanın böyüklüyü və Onun İlahi sifətlərinin əzəməti haqqında xəbər ver! Allahın qulları öz bilikləri ilə bu sifətləri qavramağa qadir deyillər, çünki əgər dünya okeanı mürəkkəbə çevrilsəydi, bütün qitələrin, adaların və səhraların ağacları qələm olsaydı, Allahın sözləri bitməmişdən öncə mürəkkəb tükənərdi, qələmlər yazmaqdan yeyilərdi. Həqiqətən də, bu o dərəcədə ecazkardır ki, insanlar belə bir şeyi heç təsəvvür etməyə də qadir deyillər.
Fövqəluca həmçinin buyurur: “Əgər yer üzünün bütün ağacları qələm olsaydı, dənizin arxasında yeddi dəniz də olsay­dı, yenə onda Allahın Sözü bitib-tükənməzdi. Həqiqətən, Allah – Qüdrətlidir, Müdrikdir” (Loğman, 31/27).
Buna bənzər müqayisələr ayələrin mənasını daha yaxşı başa düşməkdə insanlara yardım edir, çünki o ayələrdə hər birinə yox olması nəsib ediləcək və mövcudluğuna son qoyulacaq məxluqlar­dan bəhs edilir, amma Allahın Sözü Onun İlahi sifətlərindəndir və məxluqlara aid deyildir. Buna görə Allahın Sözünün sonu və son həddi yoxdur. İnsanlar Allahın əzəmətini və kamilliyini nə qədər təsəvvür edə bilsələr də, onlar Onu layiqincə göz önünə gətirə bilməzlər. Eyni şeyi Fövqəluca Allahın digər: bilik, müdriklik, qüdrət, mərhəmət  sifətləri haqqında da demək olar. Əgər göylərin və yerin qədimdə yaşamış və indiyədək yaşayan bütün sakinləri öz biliklərini birləşdirsələr də, Allahın biliyi ilə müqayisədə onların bilikləri su damcısına bənzəyər ki, dənizin ucsuz-bucaqsız üzərində uçan sərçə öz dimdiyi ilə onu elə göydəcə tuta bilər. Bütün bunlar onu göstərir ki, Allah ən əzəmətli və ən kamil sifətlərə malikdir və onları heç vaxt ötüb keçmək[18] mümkün deyildir.

                                     ﰎﰏ                                    
(18.110) “De: “Həqiqətən, mən sizin kimi bir insanam. Mənə vəhy olunmuşdur ki, sizin Allahınız – Vahid Allahdır. O kəs ki, öz Rəbbi ilə görüşəcəyinə ümid bəsləyir, qoy xeyirxah işlər görsün və öz Rəbbi ilə yanaşı heç kimə ibadət etməsin!”

Ey Muhəmməd! Kafirlərə və yerdə qalan digər insanlara de ki, sən ancaq bir insansan. Sən – ilah deyilsən və Kainat üzərində hakimiyyəti Allahla bölüşdürməmişsən. Sən qeybi bilmirsən və Allahın xəzinələri sənin sərəncamında deyil. Sən -  öz Rəbbinin  vəhy nazil edilən qullarından ancaq birisən. Allah səni Öz vəhyi ilə şərəfləndirmişdir və bununla da digər insanlardan üstün etmişdir. İnsanların bu ayədən öyrənə biləcəkləri ən mühüm bilik – tövhiddir. Təkcə bir Allah vardır ki, Onun şəriki yoxdur, qalan məxluqlar isə ibadətə və hətta zərrə qədər ilahlaşdırılmağa layiq deyillər. Buna görə, Allaha yaxınlaşmaq, Onun mükafatına layiq olmaq və Onun qisasından qorunmaq üçün insanları çalışmağa çağır. Həm də insanların əməlləri saleh olmalıdır və bunun üçün onlar dinin vacib və arzuolunan hökmlərini Allahın şəriətinə tam uyğun olaraq yerinə yetirməlidirlər. Onlar o hökmləri nümayiş etdirmək məqsədilə deyil, səmimiyyətlə Fövqəluca Allah xatirinə icra etməlidirlər. Təkcə belə olduqda, insan öz xeyirxahlıqlarını ürəkdən Allah xatirinə şəriətə tam uyğun olaraq yerinə yetirəcək və o, müqəddəs məqsədinə çatacaqdır. Qalan insanlara gəldikdə isə, onlar həm yer üzündə yaşadıqları zaman, həm də öldükdən sonra böyük ziyana düşəcəklər. Onlar Fövqəluca Hamiyə yaxın­laşa bilməyəcək və Onun iltifatını qazanmağı bacarmayacaqlar.



[1] Cənnət nəzərdə tutulur. F.S.
[2] Cənnət nəzərdə tutulur. F.S.
[3] Bu dörd (1-4) ayənin ayrılıqda şərhi dördüncü ayənin xəbərinin əvvəlki ayələrdə verilməsi ilə əlaqədar mən onu feli xəbərlə tamamlamaq məqsədilə ayənin sonuna bu ifadəni əlavə etməyib, sətiraltı qeyddə göstərməyi məqsədəuyğun saydım: “...bu Kitabı nazil etmişdir”. F.S.
[4] Möhtərəm mərhum müəllif, təbii ki, dəvətlə məşğul olan və olmaq istəyən bütün hazırlıqlı və elm sahibi olan müsəlmanları nəzərdə tutur. İslamın əsaslarına yiyələnmədən, Quranı və Sünnəni yaxşıca mənimsəmədən insanlara ancaq zərər vura bilən “dəvətçilər”, dəvətçi müsəlmanların qarşısında qoyulan tələblərə uyğun gəlmirlər və əksər hallarda dinimizə ixtilaf düşməsinə səbəb olurlar.  F.S.
[5] Quranın kəlmələrində (söz və söz birləşmələrində) keçən hərflər riyazi baxımdan tədqiq edilərkən bir möcüzənin müxtəlif şəkillərdə təzahür etdiyinin şahidi oluruq. Sözlərin tarazlığı, bəzən Kainatdakı mənzərə ilə, bəzən də sözlərin öz aralarındakı tarazlıq kimi gerçəkləşir. Kəhf surəsinin 9-cu ayəsi ilə əlaqədar fərqli bir riyazi uzlaşmanın şahidi olacağıq. Sıra sayı etibarı ilə 18-ci surə olan Kəhf surəsində bir qrup gəncin Allahın möcüzəsi kimi mağarada 300 il yuxuya verilməsi və buna 9 il də əlavə edilməsi bildirilir. İllərin sayının həmin surənin 9-cu ayəsində birdəfəlik 309 deyil, 300 və 9 il formasında ayrıca verilməsi Quran tədqiqatçılarının kəşf etdikləri 19 rəqəminin möcüzəvi hikməti ilə əlaqədardır. Quranda verilmiş sayların cəmi bütün hallarda 19 rəqəminə qalıqsız bölünür. Lakin Kəhf surəsinin (məhz) 9-cu ayəsində il sayı bir dəfəliyə 309 kimi verilsəydi, onda Quranda keçən sayların cəmi 19-un əmsalını (qalıqsız bölünmə qabiliyyətini) göstərə bilməzdi. Məlum olduğu kimi, bu ayədə gənclərdən bəhs edilir. Həmin surənin 25-ci ayəsinədək ara vermədən bu gənclərin başına gələnlər izah edilir və 25-ci ayədə onların mağarada 309 il qaldıqları söylənir. Məhz bu gənclərdən bəhs edən 9-cu ayədən etibarən kəlmələri saymalı olsaq, 25-ci ayənin: “onlar mağaralarında qaldılar” ifadəsindən sonrakı ilk kəlmə (sıra sayı etibarı ilə) 309-cu sözdür. Yəni, gənclərin başına gələnlərdən bəhs edilməsi, onların mağarada qaldığı ilin sayının söylənməyə başlayacağı sözə qədər cəmi 308 söz keçir və 309-cu sözlə 309-cu say başlayır. Bəhs etdiyimiz ayə belədir: “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar” (Kəhf, 18/25).
    Möhtərəm oxucu! Diqqət et! Surədə bəhs edilən gənclər mağarada – 309 il qalmışdılar. Bu surədə bəhs edilməyə başlanmasından etibarən mağarada 309 il qaldıqlarını söyləyən ifadə neçənci sözdür? – 309-cu.
    Beləliklə, görürük ki, Fövqəlqüdrət sahibi olan Fövqəluca Allah Müqəddəs Quranı Özünün misilsiz idrak məhsulu olan riyazi hikmət inciləri vasitəslə cilvələndirmişdir və ayələr surələrlə, surələr isə Quranın ana mətni ilə sıx və qırılmaz tərzdə uy­ğunlaşdırılmışdır ki, onun bir sözünün və hətta bir hərfinin belə yerini dəyişməsi mümkünsüz bir işdir. Mənbə: “Quran heç tükənməyən möcüzə” əsərindəndir. Türkiyə nəşri, 2005 (elektron variant). F.S.

[6] Fövqəluca Allahın Müqəddəs Kitabının bu özəlliyini müasir dövrümüzün Quran elmi tədqiqat  mütəxəssisləri tərəfindən, Onun inayəti ilə, artıq geniş və təkzibolunmaz dəlillər timsalında üzə çıxarılmışdır. Allah Öz Kitabına elə bir möcüzəvi riyazi mexanizm həkk etmişdir ki, onu haqq əhli olan alimlər zaman çatdıqca, Allahın köməyi ilə hissə-hissə kəşf edir və edəcəklər. Türkiyə Respublikasında fəaliyyət göstərən “Quran Araşdırmaları Elmi Mərkəzi” və dünyanın bir sıra digər Quran elmləri ilə məşğul olan mütəxəssisləri Fövqəluca Allahın Quranda əks etdirdiyi mühafizə mexanizmini insanlara anlatmaq üçün artıq zəruri addımları atmaqdadırlar. Bu barədə digər ayələrin müvafiq şərhlərini çevirərkən verəcəyimiz sətiraltı qeydlərdə, inşallah mütəxəssislərin artıq kəşf edib geniş kütlələr üçün nəşr etdikləri materiallardan istifadə olunacaq. Burada qısaca, kiçik xülasə şəklində qeyd etmək istəyirəm ki, əldə edilən məlumatlara əsaslanaraq, inamla bildirmək olar: Qurandakı riyazi möcüzələrin araşdırılması sayəsində bir sıra mühüm məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, Türkiyə Respublikası “Quran Araşdırmaları Mərkəzinin 2005-ci ildə İstanbul nəşriyyatında buraxdırdığı “Quran heç tükənməyən möcüzələr” adlı əsərin ilk elektron variantından istifadə edərək, bu barədə yeri düşdükcə izahat verməyə çalışacağam.  F.S.
[7] Kişinin yumurtalıqlarının törətdiyi qatı maye halında olan sperma. F.S.
[8] Şərq ölkələrində qədim pul vahididir. F.S.
[9] Şərq ölkələrində qədim pul vahididir. F.S.

[10] Azərbaycan dilində  “inşallah” ifadəsini –  “Allah istəsə” kimi də demək olar. F.S.
[11] 20-ci bəndin son cümlələrində və ifadələrində öz əksini tapmış bir misilsiz həqiqəti, görkəmli İslam alimi A. Sədinin oxuculara çatdırmaq istədiyi bir hikməti bir daha bacı və qardaşlarımın nəzər diqqətinə çatdırmaq istəyirəm. Öncə, xahiş edirəm aşağıdakı örnəyi bir daha və ya dəfələrlə təkrar-təkrar oxuyun. Allahın peyğəmbəri Musa (ə) deyir ki, “əgər Allah istəsə, mən səbirli olaram”. Ayənin  şərhində A. Səədi isə yazır ki, o, “bunu edə bilmədi”. Yəni,  Allah Öz peyğəmbərinə o halda adicə bir səbirlilik göstərməyə belə icazə verməmişdir. Halbuki bu gün haqdan bixəbər cahillər hər şeyi özləri etdiklərini, öz var-dövləti, gücü-qüvvəsi hesabına etdiklərini iddia etməkdədirlər. Vay o qafillərin halına!!! F.S. 
[12] Alicənab, mərd, səxavətli. F.S.
[13] Nədənsə, möhtərəm A. Səədi burada qeyd etmir ki, uşaq Allahın çıxardığı hökm əsasında Xıdır tərəfindən öldürülmüşdü. Əslində, Musa peyğəmbərə (ə) məlum olmayan, ondan gizli qalan bu özəllik idi. F.S.
[14] Zül-Qərneyn nəzərdə tutulur. F.S.
[15] Yəcuc və Məcuc tayfaları. F.S.
[16] Yəni, səddi. F.S.
[17] Burada: Fövqəluca Allahın buyurduğundan aydın olur ki, Yəcuc-Məcuc maneə səddini yarıb dünyaya yayılmadan “qadağa qoyulmuş insanlar” Onun yanına qayıtmayacaqlar. Yəcuc-Məcucun səddi yarması həm də Qiyamətin qopması əlamətlərindəndir və deməli sədd yarıldıqda bütün məxluqlar Allaha qayıdacaqdır. Tərcümələrin bu nöqsanlığı həm “haram” – “qadağa” sözü ilə bağlıdır. Fövqəluca Allah ayədə xüsusilə vurğulayır ki, onların dərgahımıza qayıtmaması mümkünsüzdür (haram edilmişdir). Amma bu söz yanlış anla­şıl­mışdır.  
     Ənbiya (21) surəsinin bu ayələrinin (95-96) tərcüməsi hal-hazırda yeganə istifadə olunan Quran tərcüməsində, həm də bir sıra digər tərcümələrdə hiss olunacaq dərəcədə ziddiyyətlidir. 95-ci ayəni latın qrafikası ilə verirəm: “Və həramun əla karyətin əhləknaha ənnəhum lə yərciun!” Tərcüməsi: “Həlak etdiyimiz obaların (əhalisinin Bizə - dərgahımıza) qayıtmaması mümkünsüz­dür!”
     QEYD: Belə çıxır ki, sonralar da dəfələrlə redaktə edilmiş Qurani Kərimin Azərbaycan dilindəki əsaslı tərcüməsində ayənin əsl mahiyyətini əks etdirməyən ifadələrdən istifadə edilmişdir. Fövqəluca Allah həmin ayədə qadağa qoyul­muş obaların əhalisinin Onun dərgahına məhz qayıtmayacağının mümkünsüz oldu­ğunu (yəni, mütləq hamı Ona dönəcək) bildirdiyi halda, həmin tərcümə­lərdə, Allahın açıq ifadəsinə başqa məna verilmişdir. Bir halda bu: – “Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır)”- kimi verilmiş (halbuki burada ayədəki mə­na növbəti ayə ilə yekunlaşır), digər misalda isə: “Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya (?) qayıtma­yacaqlar”– deyə, tərcümə edilmişdir (Mahiyyətcə hər iki tərcümə eyni səslənir). 95-96-cı ayələrlə bağlı mülahizəmi təsdiq edən, ilk növbədə, E. Quliyevin çevirdiyi “«Запрет лежит на селениях, которые Мы погубили, и они не вернутся,  пока Йаджудж и Маджудж (Гог и Магог) не будут выпущены и не устремятся вниз с каждой возвышенности» (21:95-96). Burada mütləq qayıtmamaqdan söhbət getmir. Əslində, ayədə bildirilir ki, onlar – Allahın məhv etdiyi obaların əhalisi, ancaq Yəcuc-Məcuc yüksəklik­lərdən axışıb hər tərəfə yayıldıqdan sonra, yəni Qiyamət qopduqda Allahın dərgahına qaytarılacaqlar.    
    Abdurrahman əs-Səədi “Təfsirinin” Azərbaycan dilinə ilk tərcüməçisi kimi, Azərbaycan dilində olan “Müqəddəs Quran” tərcümələrini qiraət edən və qeyd etdiyim məqamlarla rastlaşan çoxsaylı hörmətli oxucularımızın mümkün suallarına elə bu başdan aydınlıq gətirmək üçün, bu tərcümə özəlliklərini onların nəzərinə çatdırmağı özümə borc bilib, yeri gəldiyinə görə, burada bir neçə epizodu, Allahın rizası üçün, qısaca qeyd etməyi məqsədəuyğun sayıram. F.S.
[18] Nəinki ötüb keçmək, hətta bərabər olmaq mümkünsüzdür. F. S.

Комментариев нет:

Отправить комментарий