четверг, 3 мая 2012 г.

27. ƏN-NƏML SURƏSİNİN ŞƏRHİ


SURƏSİNİN
ŞƏRHİ
 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(27. 1) “Ta. Sin”[1] bu, Quranın və Aydın Kitabın dəlil­lə­ri­dir”, –

Fövqəluca, qullarına sonuncu Səmavi Vəhyin böyüklüyünə diq­­qəti cəlb edərək, onu Aydın Kitab adlandırır. Gözəl Quran ayə­­ləri Allahın həqi­qətlərinin ən əzəmətli möcüzələri və parlaq də­­­lilləridir. Onlar insanlara ən müqəddəs məqsəd­lərə doğru yol gös­­tərir və onlara xalis və pak niy­yət­lərə nail olmağa, saleh əməl­lər işləməyə və nəcib məziyyətlərlə seçilməyə kö­mək edir. Onlar­da həqiqi rəvayətlər, gözəl hökmlər və insanları həlak­e­dici ad­dım­lardan və nifrətamiz keyfiyyətlərdən uzaqlaşdıran müdrik ha­­­r­am­­lar öz əksini tapmışdır. Onlar hər bir ağıllı insanın qar­şı­sın­da, günəş yer aləmi­ni işıqlandırdığı kimi, doğru yolu nurlan­dı­rır. On­­lar haqq dinin üstünlü­yünə dəlalət edir və insanları iman gə­tir­məyə çağırır və həmçinin keç­mişdə baş vermiş və bundan son­ra gələcəkdə gerçəkləşəcək qeybə məxsus bi­liklərin bir qis­mi­ni Allahın qullarına açır. Onlar insanlara öz Fövqəlqüdrətli Rəbbi­ni Onun gözəl adları, əzəmətli sifətləri və qüsursuz əməlləri va­sitəsilə dərk et­məkdə yardım göstərir. Onlar Allahın elçiləri və təqvalı saleh insanlar haqqında o dərəcədə dəqiq xəbərlər verirlər ki, hətta ən sadə oxucu da onların simalarının gözləri qarşısında can­landığını hiss edir. Lakin bütün bu yuxarıda deyilənlərə bax­mayaraq, insanların çoxu bu heyrətamiz ayə­lərdən fayda əldə edə bilmir və onla­rın müdrik hökmlərinə əsaslanmır­lar. Bunda da bir ilahi hikmət vardır, çünki bu­nun sayəsində Pak Vəhy yaxşılıq et­məyə qadir olmayan, möminlikdən və mənəvi təmizlikdən məh­­rum olan fasiqlərə qismət olmur. Həqiqətən, Quran ayələrini rəh­bər tutanlar yalnız pak niyyətlərə və nurlu qəlbə malik olan mö­minlərdir. Bunlar – Allahın seçdiyi insanlardır ki, Allah onları hə­qiqi iman sahibləri olmaları sayəsin­də ucaltmışdır. Məhz buna gö­rə, daha sonra Fövqəluca Rəbb belə buyurur:

 ﭙ ﭚ ﭛ ﭜ
(27. 2) “möminlər üçün doğru yol göstərən və müjdədir”;
Quran ayələri iman gətirənlərə doğru yolla getməyə kömək göstə­rir, onla­ra nəyə doğru yönəlmələrini və nədən çəkinməli ol­duqlarını izah edir. Bununla yanaşı onlar möminlərə vəd olun­muş və yalnız doğru yolla getmək sayəsində layiq görülən bol mü­kafatlar haqqında müjdə verir.
İman gətirənlərin Cənnət mükafatlarına layiq görüləcəyini eşi­dən məlu­mat­sız bir insan, elə fikirləşə bilər ki, bol mükafat, özü­nü “mömin” ad­lan­­dıran, hər kəsə qismət ediləcəkdir. Bəlkə, in­san öz iddialarını müvafiq əməllərlə təsdiq et­məlidir? Şübhəsiz ki, bu belə olmalıdır və buna görə sonra Fövqəluca Allah mö­min­lə­rin əsil məziyyətlərini izah edərək, buyu­rur:

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

(27. 3) “onlar namaz qılar, zəkat verər və Axirətə qəti əmin olar­lar”.
Onlar fərz və nafilə namazlar qılarlar, həm də namazda nəinki bə­dənləri ilə, həmçinin qəlbən iştirak edərlər. Onlar namaz qılarkən onun bütün rüknlərini, həm də vacib və könüllü hökm­lərini yerinə yetirərlər. Onlar namazda ikən özlərini Fövqəluca Rəbbin qarşısında hiss edər və hər söyləyə­cəkləri sözün üzərində düşü­nərlər. Doğrudan da, müsəlmanın na­mazda mütiliyi – na­ma­zın canı və mənasını əks etdirir.
Bununla yanaşı müsəlmanlar fərz və nafilə ianələr verir və həmçi­nin Axirət həyatına qətiyyətlə inanırlar. Onların imanı ka­mil əminlik dərə­cəsinədək yüksəlmişdir. Etiqad – qəlbin dərinli­yində kök salmış və insanı müvafiq əməlləri yerinə yetirməyə tə­kan verən kamil bilikdir. Axirət həya­tı­nın gerçəkliyinə etiqad et­mək isə, möminləri özlərinin Son Məkanında uğur qazanmaq üç­ün var qüvvəsi ilə səy göstərməyə və insanı məşəqqətli cəzaya məhkum edə biləcək istənilən əməllərdən qorunmağa vadar edir. Doğrudan da, əmin-amanlığın əsasını təşkil edən də məhz budur.


 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(27. 4) “Həqiqətən, Axirətə iman gətirməyənlərə əməllə­rini gözəl gös­tər­dik və onlar çaşqınlıq içində veyllənirlər”.

Onlar öldükdən sonra diriləcəklərini inkar edir və buna inanan insanları yalançı adlandırırlar. Lakin son nəticədə onlar öz­lərinə daldalan­mağa yer tapa bilməyərək, şübhələr içində əzab çəkəcəklər. Əslində onlar günahkardırlar, çünki Allahın mərhə­mətini rədd etmiş və Onun dəhşətli qə­zəbinə düçar olmağı üstün tutmuşlar. Aləm onların gözü qarşısında tər­sinə çevrilmiş: yalan onlara həqiqət kimi, həqiqət isə yalan kimi görün­müşdür.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(27. 5) “Onlar üçün şiddətli əzab hazırlanmışdır, Axirətdə isə ən çox ziyana uğrayanlardan olacaqlar”.

Qiyamət gününün başlaması ilə onlar dünya həyatında sa­hib ol­duq­ları hər şeyi itirəcəklər. Onlar ailələrindən məhrum ola­caq, Allahın elçi­lərinin onları dəvət etdikləri haqq dinə gəlmək ümidləri boşa çıxacaq və hətta özlərini də itirəcəklər.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(27. 6) “Həqiqətən, sən Quranı Hikmət Sahibindən və Hərşeyi Bilən­dən alırsan”.

Ey Muhəmməd! Vəhylə aldığın Hikmətli Quranı Fövqəluca Allah nazil edir ki, Onun gözəl adları arasında – Hikmət Sahibi və Hərşeyibilən adları vardır. Allah Öz ilahi müdrikliyi sayəsində hər şeyi öz yerinə yer­ləşdirir, Özünün kamil bilikləri sayəsində isə varlığın bütün sirlərini – həm aşkar, həm də qeybə məxsus ol­an­­ları bilir. Bu o deməkdir ki, Hikmətli Quran ən müdrik hökm­­­­lərdən və ən faydalı öyüd-nəsihətlərdən ibarətdir. Həqiqə­tən, Allahın məxluqlarına nəyin daha faydalı olmasını Onun Özü da­­­ha yaxşı bilir.

 ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(27. 7) “Musa birdən ailəsinə dedi: “Doğrusu, mən od gö­rü­­­rəm. Gedim ondan sizə ya bir xəbər, ya da isinməyiniz üç­ün bir kösöv gə­tirim”.

Ey Muhəmməd! Musa peyğəmbərin (ə) peyğəmbərliyinin ne­cə baş­lama­sı­nı heç vaxt unutma. Allah onu (ə) digər insanlar­dan yük­səyə ucaltdı, onu (ə) Özü­nün elçisi etdi və hətta onunla (ə) va­si­tə­çisiz danışdı. Bu, Musa (ə) bir-neçə il Məd­yəndə qaldıq­dan sonra öz ailəsi ilə Misirə gedən zaman baş vermişdi. Soyuq qaranlıq ge­cə­lə­rin birində o (ə), yolu azmışdı və birdən çox uzaq­lıqda od gördü. O (ə) ailəsinə dedi: “Mən od görürəm. Siz burada dayanın, mən sizə ora­dan ya bir xəbər, ya da bir kösöv gətirərəm. Ola bilsin ki, qı­zı­na­sı­nız”. Musanın (ə) sözləri birmənalı olaraq təs­­­diq edir ki, o gözəl ge­cə vaxtı o (ə) düz yol tapa bilməmişdi və bərk soyuq hiss edirdi.

 ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

(27. 8) “O, onun yanına gəldikdə bir Səs eşitdi: “Od için­də olan da, onun ətrafındakı da bəxtiyardır və aləmlərin Rəbbi Allah Pakdır!”

Bu, Fövqəluca Allahın Öz səsi idi və Musanın (ə) mübarək bir yerə gəlib çıxmasından xəbər verirdi. Allahın məhz bu yeri, Mu­­­saya (ə) müraciət etməsi və onu (ə) Öz elçisi təyin etməsi üçün seç­­diyini demək kifayətdir. Allah həmçinin bildirir ki, insanlar Onun barəsində layiq olmayan tərzdə fikirləşmək haqqına malik de­­yillər, çünki Onun bütün sifətləri və əməlləri kamildir və qü­sur­­­suz­dur.
 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(27. 9) “Ey Musa! Həqiqətən, Mən – Allaham, Fövqəlqüd­rət­liyəm, Müd­ri­kəm”.

Digər bir ayədə xəbər verilir ki, Fövqəluca Rəbb belə bu­yur­muş­dur: “Həqiqətən, Mən Allaham! Məndən başqa ilah yox­dur. Yalnız Mənə iba­­dət et və namaz qıl ki, Məni xatırla­ya­san” (Ta­ha, 20/14).
Ey Musa! Hər şeydə yalnız öz Fövqəlqüdrətli Rəbbinə tə­vək­kül et və ardı­cıllarının az, zalım düşmənlərinin isə çox olma­sı­na görə özünü tənha sayma! Onların hamısı Allahın hakimiy­yəti al­tındadırlar. Allah Öz qulları­nın nəinki əməl­lərini, həm də is­ti­ra­hə­tinin təşkilini də idarə edir.

 ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(27. 10) “Əsanı at!” O, onun ilan kimi qıvrıldığını gör­dük­də, ar­xa­sına bax­­madan qaçdı. “Ey Musa! Qorxma, çünki el­çi­lər Mə­­nim qar­şımda heç nədən qorxmamalıdırlar”.

Musa (ə) əsasını atdı və o ilan kimi qıvrılmağa başladı. Musa (ə) ilandan tə­bii qorxu hissi keçirərək, dala baxmadan qaç­mağa başladı. Belə olduqda, Fövqəluca Allah buyurdu:“Ey Musa! Ona yaxınlaş və qorxma, çünki sən əmin-amanlıq içində olan­lar­dan birisən” (Qəsəs, 28/31). Qorxu törədən və rahatsızlığa sə­bəb olan nə varsa, Fövqəlqüdrətli Rəbbinin ixtiya­rındadır. O (Pak və Müqəddəs Olan), Öz qulları arasından elçilər seçərək, onları peyğəmbərlik və Vəhy ilə şərəf­ləndirmişdir və buna görə onlar Ondan başqa heç kimdən və heç nədən qorxma­malıdırlar. Bütün bunlar daha artıq dərəcədə Musa peyğəmbərə (ə) aid idi, çünki həmin əzəmətli anda Fövqəluca Allah qeyri-adi halda onun (ə) yaxınlığında idi və onunla (ə) vasitəsiz danışırdı.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(27. 11) “Lakin kimsə zalımlıq etdikdən sonra, onu yaxşı­lıq­­la əvəz edər­sə, bilməlidir ki, Mən Bağışlayanam, Rəhmli­yəm”.

Şər əməllər və cinayətlər törədən kəslər qorxmalı və na­rahat olmalı­dırlar. Allahın elçiləri (onlara salam olsun!) isə qorxu hissi və ya narahat­çılıq keçirmə­mə­lidirlər. Çünki qorxu – gü­nahkarların nəsibidir. Lakin əgər insan ədalətsiz dav­ra­nıbsa və Allaha itaətsizlik göstəribsə, sonra isə tövbə edərək xeyirxah işlər gör­mə­yə başlayırsa, onda Fövqəluca Allah onu bağış­la­mağa və ona mərhəmətini göstər­məyə həmişə hazırdır. Həqiqətən, Allah – Bağışlayandır, Rəhmlidir. Buna görə in­sanlar Rəbbin mərhəmə­ti­nə və bağışlayacağına ümidlərini kəsməməlidirlər. O (Pak və Mü­qəddəs Olan), töv­bə edən qullarının istənilən günahlarını bağış­layır və O (Pak və Müqəddəs Olan), Öz məxluqlarına, ananın öz körpəsinə bəslədiyi mər­həmət hissindən daha çox mərhəmətli­dir.

 ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(27. 12) “Əlini qoltuğuna qoy və o, xəstəlik əlaməti olma­dan, ağ­appaq çı­xacaqdır. Bunlar Firon və onun xalqı üçün doq­quz möcüzədən bəziləridir. Doğ­rusu, onlar itaət etməyən insan­lardır”.

Əlini qoltuğuna sal və onda qotur əlaməti və ya digər lə­kələr olma­ya­caqdır. Əksinə, əlin ağappaq olacaq və onun parlaq­lığı baxanları heyrətə salacaq­dır. Bu möcüzələr Firon (L) və onun xalqı üçün nəzərdə tutulmuş doq­quz möcü­zədən bəziləridir.
Burada söhbət Musa peyğəmbərin (ə) Misir hökmdarına və onun xalqına göstərdiyi iki böyük möcüzədən gedir. Bu - əsanın canlı ilana çev­rilməsi və qoltu­ğundan çıxartdığı əlinin işıq saçma­sıdır. Alicənab peyğəm­bər (ə) onlara cəmi doq­quz böyük möcüzə göstərmişdi ki, onların hər biri onun moizələrinin gerçəkliyini təsdiq edirdi.
Sonra Fövqəluca Allah bildirir ki, Fironun (L) xalqı uydu­rulmuş ilah­lara ibadət edir, cinayətlər törədir, Allahın qullarına za­lımlıq göstərir və haqqı olma­dan özlərini başqa xalqlardan üs­tün tuturdular. Fövqəluca Allah Musanı (ə) məhz belə bir xal­qın yanına göndərmişdi və Peyğəmbər (ə) də çox götür-qoy et­mədən Fironun (L) və Misir zadəganlarının yanına getdi ki, onları Vahid Allaha iman gətirməyə dəvət etsin və onlara əzəmətli möcü­zələr göstərsin.
 ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ
(27. 13) “Möcüzələrimiz onlara gerçəkdən göstərildikdə, dedilər: “Bu, aydın bir sehrdir”.

Musanın (ə) göstərdiyi möcüzələr günəşin yer aləmini işıq­landır­dığı kimi, həqiqətə işıq saçdıqda, Misir müşrikləri dedilər: “Bu – açıq-aşkar bir sehrbaz­lıqdır”. Onlar nəinki haqqı sehrbazlıq adlandırdılar, həm də bu sözdən ötrü gurul­tulu bir ləqəb də seç­dilər. Bununla onlar demək istəyir­dilər ki, Musanın (ə) cadu­gər­liyinin cazibədarlığı hər bir adama bəlli idi. Bu isə onların küfrü­nün daha da əcaib olduğunu göstərirdi. Məgər əzəmətli möcüzə­ləri sehrin yalançı ovsunları və uydurmaları ilə müqayisə et­mək olar?! Həqiqətən, bu, onların təkəbbürlü­lüklərinin, inadkarlıq­la­rının və ibarəbazlıqlarının nəticəsi idi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(27. 14) “Onlar möcüzələrin gerçəkliyinə ürəklərində əmin olsalar da, onları zalımcasına və təkəbbürlə rədd etdilər. Bax gör, şərəfsizlik yayanların so­nu necə oldu!”

Firon (L) və əyanları Allahın möcüzələrinə iman gətir­mək­dən bo­yun qaçır­dılar, halbuki onlar ürəklərində bu möcüzələrin Fövqəluca Allah tərəfindən nazil edildiyinə şübhə etmirdilər. On­lar hətta buna əmin idilər. Onların iman gətirmə­məyinin sə­bəbi ədalətsiz və təkəbbürlü olmarındaydı. Onlar özlərinə qarşı zalım­lıq edir və Fövqəluca Allah qarşısında öz vəzi­fələrini yerinə ye­tirmir­dilər. Bununla yanaşı onlar haqqı təkəbbürlə rədd edir, insanlara etinasızlıqla yanaşır və Allahın elçilərinə dikbaşlıq gös­tərib, itaət etmirdilər.
Zalımlıq törədənləri necə dəhşətli bir son çulğadı! Rəbb onları də­nizdə qərq etdi, bütün qalan məxluqlar qarşısında onları rüsvay etdi və on­ların var-döv­lətini, bir vaxtlar onların öz zülmü altında əsir olanlara verdi.

 ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(27. 15) “Həqiqətən, Biz Davuda da, Süleymana da elm əta etdik və onlar dedilər: “Bizi mömin qullarının çoxundan üs­tün tutan Allaha həmd olsun!”

Fövqəluca Allah bu ayədə Davud peyğəmbəri (ə) və onun oğlu Sü­leymanı (ə) xatırladır. Allah onlara çox böyük biliklər əta etmişdi və bu ayə­də “ilm” sözü­nün (“elm”) müəyyən artiklsiz iş­lədilməsi bunu təsdiq edir.
Fövqəluca buyurur: “Davudu da, Süleymanı da[2]. Onlar ge­cə vaxtı yad adamların qoyunlarının tapdaladığı tarla haq­qında müha­kimə yürü­dürdülər. Biz Süleymana bunu araşdır­maqda kömək etdik və onların hər ikisinə hakimiy­yət və elm verdik” (Ənbiya, 21/78-79). Davud (ə) və Süleyman (ə) Allahın on­lara bəxş etdiyi biliklərə görə Ona şükür edirdilər. Onlar bəx­tiyar mömin edildiklərinə və hətta digər mömin qardaş­lardan uca tutulduqlarına görə də Rəbbə həmd edirdilər.
Heç şübhə yoxdur ki, möminlər dörd dərəcəyə ayrılırlar. Onların ən aşa­ğıda olanı – dindar iman sahibləridir. Daha yüksək pillədə şəhidlərdir. Sonra doğ­ru danışan xeyirxah insanlar gəlir. Ən yüksək pilləni isə peyğəm­bərlər və elçilər tuturlar. Davud (ə) və Süleyman (ə) beş möhkəm ruhlu elçilərə aid deyillər, lakin on­lar, buna baxmayaraq, Allahın ən şan-şöhrətli və ən alicənab el­çi­lərindəndirlər. Allah onların adlarını Quranda qeyd et­miş və on­ları yüksək təriflə şərəfləndir­mişdir.
Davud (ə) və Süleyman (ə), Öz məxluqlarının ən yaxşıları­nın cərgə­sində yüksək yer tutmaqda onlara kömək etdiyinə görə Rəbbə yorul­maq bilmədən şükür edərdilər. Allaha saysız-hesab­sız maddi və dini ne­mət­lərə görə minnətdar­lıq etmək və bütün bu nemətləri qəbul etmək – hər bir müsəlmanın vəzifəsi və Axirət həyatında əbədi Səadətin rəhnidir. İnsan ona əta edilmiş bol ne­mətlərdən qürrələnməməli və onlara görə yolunu azma­malıdır. Əksinə, o başa düşməlidir ki, Allahın hər yeni neməti onu öz Rəb­binə daha da qüvvətlə minnətdarlıq etməyə sövq etməlidir.

 ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮁﮂﮃ
(27. 16) “Süleyman Davudun varisi oldu və dedi: “Ey in­sanlar! Bizə quşların dili öyrədilib və bütün şeylərdən əta edi­lib. Həqiqətən, bu – açıq-aydın bir lütfkarlıqdır”.

Davudu (ə) və Süleymanı (ə) birgə xatırlatdıqdan sonra, Föv­qəluca Allah sonuncunu xüsusi diqqəti ilə şərəfləndirmişdir. Bunun səbəbi, Allahın peyğəm­bəri Süleymana (ə) böyük bir pad­şah­lıq bağışlaması və ona qeyri-adi bir haki­miyyət verməsi ilə əla­qədardır. Bundan başqa, Süleyman­ın (ə) hakimiyyəti döv­ründə elə qəribə hadisələr baş verirdi ki, onlar onun şanlı atasına (ə) nəsib olmamışdı. O (ə) öz atasının (ə) peyğəm­bər­liyinə və el­mi­nə varis olmuşdu və nəticədə onun (ə) öz biliklərinə ata­sının bilikləri də əlavə olunmuşdu. Ola bilsin ki, məhz buna görə bun­dan əvvəlki ayədə Fövqəluca Allah xüsusilə qeyd edir ki, Davuda (ə) deyil, məhz Süleymana (ə) anlatmışdır[3]. Alicənab peyğəmbər (ə) Rəbbin onu (ə) belə ecazkar mər­həmətilə himayəsi altına al­ma­sın­dan xoşbəxt idi. Allahın çoxsaylı ne­mət­lərinə görə minnət­darlıq və təşəkkür əlaməti olaraq o (ə) demişdir: “Ey insan­lar! Bizə quşların dili öyrədilmişdir”. Süleyman peyğəmbər (ə) quş­ların və digər heyvanların dilini başa düşürdü və nümunə üçün onun (ə) şanapipiklə danışması və dişi qarışqanın sözlərinə qulaq asması haqqında Quran hekayətlərini göstərmək olar. Belə ecaz­kar qabiliyyətə bu şərəfli peyğəmbərdən (ə) başqa heç kim malik olmamışdır.
Fövqəluca ona (ə) qeyri-adi nemətlər və həmçinin hakimiy­yət və qüdrət əta etmişdi ki, onların bənzəri Adəmin digər nə­sil­lə­­rində yoxdur və olmamışdır. Bir vaxtlar Süleyman pey­ğəm­bər (ə) Allaha dua edərək de­mişdi: “Ey Rəbbim! Məni bağışla və mə­nə elə bir hakimiyyət ver ki, mən­dən sonra heç kim ona sa­hib olmasın. Həqiqətən, Sən – Bəxşedən­sən” (Sad, 38/35). Allah onun (ə) bu dua­sını qəbul edərək, şeytanları və cinləri ona (ə) ta­be etmişdi. Onlar onun (ə) bütün tap­şı­rıqlarını yerinə yetirir və adi insanların bacara bilmədikləri işlərin öhdə­sindən də gə­lir­di­lər. Rəbb küləyi də ona (ə) tabe etmişdi. O, bir səhər me­hi­nin əs­mə­si ilə bir aylıq yolu qət edə bilir və sonra bir günorta mehi ilə də eyni məsafəni geriyə dönürdü. Alicənab peyğəmbər (ə) sə­mi­miy­yətlə etiraf edir­di ki, ona (ə) əta edilən bü­tün nemətlər Föv­qəl­uca Allahın mərhəmə­tindəndir.

 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ
(27. 17) “Süleymanın cinlər, insanlar və quşlardan ibarət qoşun­ları onun hüzurunda toplandılar. Onlar döyüş qayda­sın­da düzülmüş­dülər”.

 Süleyman peyğəmbərin (ə) qoşunları çoxsaylı və çox qor­xunc idi. Ona təkcə insanlar deyil, cinlər, şeytanlar və quşlar da daxil idilər. Bu qo­şunların həd­siz sayda olması Süleymanı (ə) çaşdırmırdı və o (ə) qoşun­larını ən mükəmməl qaydada idarə edirdi. Onun (ə) döyüşçüləri hər bi­rində yüksək dərəcədə intizam hökm sürən bölmələrdə birləşmişdilər. Onlar istənilən anda yü­rüşə çıxmağa hazır vəziyyətdə gözləyirdilər. Onun (ə) səf-səf dü­zülmüş əla qoşunlarının sıraları hərə­kətdə və düşərgəyə da­yan­­dıqları zaman qətiyyən pozulmurdu. Süleymanın (ə) qoşun­ları onun icazəsi ilə hərəkətə gətirilir və bütün əmrləri dinməz-söy­ləməz yerinə yeti­rilirdi. Onlar öz peyğəmbərlərinə (ə) etiraz et­məyə cəsarət göstərmir və onun (ə) əmrini eşidəndə, yerinə yetir­məyə tərəddüd etmirdilər. Fövqəluca bu­nunla əlaqədar hətta belə deyir: “Bu – Bizim əta etdiyimizdir! Ya mər­hə­mət gös­tər, ya da özündə saxla, hesabatı soruşulmayacaq” (Sad, 38/39). Bütün bun­­lar birmənalı olaraq onu gös­tə­­rir ki, Süleyman peyğəmbər (ə) öz torpa­ğının tam hü­quqlu hökmdarı idi.

 ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(27. 18) “Onlar Qarışqa vadisinə gəldikdə, bir dişi qarışqa de­di: “Ey qarışqalar! Məskənlərinizə girin ki, Süleyman və dö­yüş­çüləri, özləri də istəmə­dən, sizi tapdalamasınlar”.

Bir dəfə onun (ə) saysız-hesabsız qoşunları hərbi yürüşə çı­xa­raq, Qarışqa vadisinə gəlmişdi. Bir dişi qarışqa bu nəhəng ordunu gördükdə, öz həmmənşə­lərinə[4] görə narahat olur və qa­rışqalara öz yuvalarında gizlən­məyi tapşırır ki, onlar Süleymanın (ə) və onun döyüşçülərinin ayaqları altında qalıb tapda­lan­ma­sın­lar. Dişi qarışqanın nəsihəti bütün qarışqalara çatdı. Ola bilsin ki, Fövqəluca Allah həmin mübarək anda o qarışqaya qeyri-adi güc­lü səs əta etmişdi, çünki o, əks təqdirdə, Qarışqa vadisində bütün qarışqaları xəbərdar etməyi bacarmazdı. Ola da bilsin ki, dişi qa­rışqa təkcə öz ətrafına yığışmış qarışqaları xəbərdar etmişdi və onlar da öz növbəsində xəbəri digərlərinə ötürmüşdülər. İstənilən halda, o, bütün qarışqaları təh­lükə ilə əlaqədar xəbərdar etmişdi və onlara öz yuvalarına qayıtmağı tap­şır­mışdı. O, Süleymanın (ə) qoşununun nəhəngliyini və qüdrətini bilirdi və başa düşürdü ki, alicənab peyğəmbərin (ə) döyüşçüləri öz ayaqları altında nə baş verdiyini hiss etmədən kiçicik həşəratları tapdayıb məhv edə bi­lər­­dilər. Süleyman (ə) qarışqanın bu sözlərini eşitdi və çətinlik çək­mədən onları başa düşdü.

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(27. 19) “O gülümsədi və onun sözlərinə gülüb dedi: “Ey Rəb­­bim! Sənin mənə və valideynlərimə mərhəmətinə görə mə­ni Sənə şükür et­məyə və razı qalacağın xeyirli işlər görməyə sövq et. Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et”.

O (ə), dişi qarışqanın öz qohum-əqrəbalarına belə qayğı gös­tərmə­sinə və beləcə gözəl şəkildə öz fikrini ifadə edə bil­məsinə təəccüblənmişdi. Süleyman peyğəmbərin (ə) öz davra­nı­şına gəldikdə isə, bu gözəl əxlaqın və kamilliyin nümunəsi oldu. Birincisi, doğrudan da təəccübə və diqqət yeti­rilməsinə layiq olan bu hadisə onu (ə) bir qədər əyləndirdi. İkincisi, o (ə) ağzını geniş açıb gülmədi, sadəcə gülümsədi. Muhəmməd Peyğəmbər (s.ə.s.) də məhz belə edərdi. O (s.ə.s.) da tez-tez gülümsəyər və bərkdən gül­məyi sevməzdi. Həqiqətən, uca səslə gülüş və qəhqəhə insanın yüngül­mə­caz­lığına və tərbiyəsizliyinə dəlalət edir. Əgər insan məzhəkəli bir şəraitdə də gülümsəmirsə, onda bu hal onun kobud və təkəbbürlü olmasını göstərir. Belə pis rəftar isə Allahın pey­ğəmbərləri və elçilərinə heç vaxt xas məziyyət olmamışdır.
Sonra Süleyman peyğəmbər (ə) Fövqəluca Allaha, ona (ə) belə ecaz­kar öz­əl­lik bəxş etdiyinə görə, şükür etdi. O (ə) dedi: “Ey Rəb­bim! Mənə və valideyn­lərimə əta etdiyin hər şeyə görə Sənə min­nətdar olmaq və şükür etmək üçün mənə kömək ol”. Həqiqə­tən də, Fövqəluca Allahın vali­deyn­lərə bəslədiyi mərhəməti, həm də eyni zamanda insanın özünə bəslə­diyi mərhəmətdir. Bu, Sü­ley­­manın (ə) yadında idi və buna görə, Allahdan xahiş etdi ki, Rəb­­bin ona (ə) və valideynlərinə bağışladığı bütün dünyəvi və di­ni nemətlərə görə onu (ə) minnətdar qullardan etsin. O (ə) həm də belə dedi: “Ey Rəbbim! Məni, cəhdlərimi puça çıxara və ya mü­­kafatımı azalda bilən hər şeydən xali olan səmimi və düzgün əməl­lər yerinə yetirmək üçün ruhlan­dır. Mənə səmimi olmağa, yə­ni hər şeyi yalnız Sənin iltifa­tına nail olmaq­dan ötrü yerinə ye­tir­məyə kömək et. Sənin müdrik hökmlərinə uyğun ola­raq dav­ran­mağıma yardımçı ol. Öz mərhəmətinlə məni mömin qulları­nın cər­gəsinə qəbul et. Sənin ilahi mərhəmətin və onun bir hissəsi olan Səadət yurdu Cənnət, əməllərinin kamilliyindən və ya nisbə­tən az kamilliyindən asılı olmayaraq, möminlər üçün təyin edil­mişdir”.
Beləliklə, biz Süleyman peyğəmbərin (ə) qeyri-adi bacarıq­la­rından və məziyyətlərindən bir nümunəni – Qarışqa vadisin­dəki əhvalatı şərh etdik. Sonra Fövqəluca Rəbb bu ecazkar pey­ğəmbərin (ə) həyatından daha bir əhvalatı – şana­pipiklə olan rə­vayəti xəbər verir.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ
(27. 20) “O, quşlara göz gəzdirib, dedi: “Mənə nə olmuş­dur? Niyə şana­pipiyi görmürəm? Yoxsa o, gəlməyənlərdən ol­du?”

Bir dəfə Süleyman peyğəmbər (ə) quşlara baxış keçirirdi. Bu baxış faktının özü alicənab peyğəmbərin (ə) möhkəm iradə­sinə, qətiyyətinə və dərra­kəli olma­sına dəlalət edir. O (ə) özünün çox böyük sayda olan ordu­sunda nizam-intizamın qayğısına qalır və bu sahədə həm əhəmiyyətli və həm də az əhəmiyyət kəsb edən məsələlərlə də şəxsən məşğul olurdu. O (ə) hətta quşların döyüş cərgələrini yoxla­maq və bütün döyüşçülərinin yoxla­mada iştira­kı­na əmin olmaq imkanını da nə­zərdən qaçırmırdı. Şərh etdi­yi­miz ayənin əsil mahiyyəti də elə bundan ibarətdir. Lakin belə bir yanlış rəy də var ki, Süleyman peyğəmbər (ə) şanapipiyi, içməli su mənbəyinin yerini ondan soruşmaq üçün axtarırmış. Şanapi­piklərin yerin altın­dakı suyu hiss edə bilmələri haqqında müxtəlif əfsanələr mövcuddur, amma onların heç bir əsası yoxdur. Bun­dan başqa, məntiqi dəlillər və naslar[5] belə baxış­ların səhv oldu­ğunu təsdiq edir.
Məntiqi dəlillərə gəldikdə isə, təcrübə və müşahidələr göstərir ki, şana­pi­piklər yerin altında olan suyu aşkar etmək qa­biliyyətinə malik de­yil­lər. Əgər bu belə olsaydı, onda Föv­qəl­uca Allah bu barədə Quranda mütləq xatırladardı, çünki belə bir qə­ribə bacarıq bəşəriyyət üçün ən böyük möcü­zələrdən biri olardı.
Naslara gəldikdə isə, onlarda Süleyman peyğəmbərin (ə) məhz həmin məqsədlə şanapipiyi axtarması barədə heç bir xəbər verilməmişdir. Bu belə olsay­dı, öz əksini Quranın mətnində ta­pardı, çünki ərəb dilində belə bir fikri birmənalı şəkildə ifadə etmək üçün kifayət qədər söz vardır. Lakin Fövqəluca Allah bil­dir­­mişdir ki, Süleyman peyğəmbər (ə) quşlara sıra baxışını ona görə keçirirdi ki, yoxlama zamanı kimin cərgədə olub, kimin də olmadığını öyrənsin və onların ha­mı­sının verilmiş tapşırıqları ye­rinə yetirdiyinə əmin olsun. Amma onun (ə), suyu aşkar etmək üçün şa­napipiyin axtarışına ehtiyacı yox idi, çünki suyun hansı dərin­likdə yerləş­məsindən asılı olmayaraq, onu qazıb tapmağı ba­caran cin və şeytanlar onun (ə) tabeliyində idilər. Bundan baş­qa, Allah küləyi də ona (ə) ram etmişdi ki, o, bir səhər mehinin əs­məsi ilə bir aylıq yolu qət edir və bir günorta küləyinin əsməsi ilə də bir o qədər məsafə adlaya bilirdi. Məgər o (ə) su mənbəyinin aşkar edilməsi üçün şanapipiyə möhtac ola bilərdi?!!
Şanapipiyin qeyri-adi qabiliyyəti haqqında geniş yayılmış şər­hə qayıda­raq, qeyd etmək lazımdır ki, bu müstəsna olaraq yal­nız İsrail oğul­larının nağıl­larına söykənir. Bir çox müsəlmanlar bu­nun sağlam düşüncəyə zidd olması üzərində düşünməyərək, ona is­tinad edirlər. Əgər biz bundan sonra da belə heç nə ilə əsas­lan­dı­rıl­mamış hekayətləri rəvayət etməli olsaq, onlar o qədər ge­niş ya­yı­lar ki, onları əsil gerçəklik kimi qəbul etməyə başlayarlar. Nə­ti­cə­də isə Quranın bəzi şərhləri təhlükəli və hətta məhvedici ola bilər[6].
Sağlam təfəkkür xatırladır ki, aydın ərəb dilində nazil edilən[7] və bütün bəşəriyyətə göndərilən Quran həm alimlər, həm də azsavadlı insanlar tərəfindən başa düşülməlidir. Biz onun ecazkar ayələrinin mənası üzərində düşünməli və hər bir xalis ərəbə ay­dın olan Quranın əsli mətni ilə müxtəlif şərhləri müqayisə etmə­liyik. Bu müddəa, yalnız Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədis­lərinə istinad etməyən şərhlərə aiddir. Əgər onlar Quran ayələ­rinin açıq mənasına və mətninə zidd deyillərsə, onda biz onları qə­bul edə bilərik. Əgər onlar Quran ayələrinin mənası və ya mət­ni ilə ziddiyyət təşkil edirsə, biz onları rədd etməli, onların yanlış olmasına şübhə etməməliyik, çünki onlar Quran ayəsinin öz mahiyyətinə müxalif çıxırlar.
Beləliklə, Süleyman peyğəmbər (ə) quşlara sıra baxışı keçi­rəndə, görür ki, şanapipik yoxdur. Bu onu göstərir ki, alicənab peyğəmbər (ə) qo­şunlarını şəxsən idarə edirmiş, bəsirət və diq­qətliliklə seçilirmiş. Hətta ki­çicik bir quş olan şanapi­piyin yerində olmaması belə onun (ə) nəzərindən qaçmamışdı. O (ə) demişdi: “Niyə mən şanapipiyi görmürəm? Bu saysız-hesabsız ordunun içində gözümdən gizləndiyinə görəmi onu görə bilmi­rəm və ya­xud mənim icazəm olmadan gəlmə­diyinə görəmi?”

 ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ

(27. 21) “Əgər o aydın bir səbəb gətirməsə, mən ona sərt cəza verər və ya boğazını üzərəm”.

Əgər o öz yerində olmamağına aydın bir səbəb gətirməzsə, ona şiddətli cəza verərəm və ya onun boğazını üzərəm. Alicənab peyğəmbərin (ə) sözləri onun (ə) dindarlığını və ədalətli olmasını təsdiq edir. O (ə), sadəcə şana­pi­piyi cəzalan­dıracağına və ya edam edəcəyinə and içmir, o (ə) bunu, quş öz günahı üzündən sırada olmadığı halda, edəcəyinə and içir. O (ə) başa düşürdü ki, şanapipiyin yerində olmamağının səbəbi üzrlü ola bilər və buna görə öz andının icrasını şə­raitdən asılı vəziyyətdə qoymuşdu. Yalnız təqvalı və ağıllı insanlar belə davra­nırlar.

 ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(27. 22) “O orada çox az qaldı və dedi: “Mən sənin bilmə­diyini öyrən­dim. Mən sənin yanına Səbadan etibarlı xəbərlə gəl­mişəm”.

Çox keçmədi ki, şanapipik qayıtdı və bu onu göstərir ki, Süleyman­ın (ə) döyüşçüləri onun qarşısında ehtiramla qorxu hissi keçirir və hökmlə­rinə itaət edirdilər. Hətta şanapipik də yoxlama düzülüşünə gəlmədiyinə baxmayaraq, ye­rində uzun müddət ol­ma­mağa cürət etmə­mişdi. Şanapipik dedi: “Sənin çox geniş bilik­lərə malik olmağına və bu sahədə bir çox məx­luqlardan üstünlü­yünə bax­mayaraq, mən sənə məlum olmayan məlumatla gəlmi­şəm. Mən sənə səbalılar haqqında dəqiq xəbərlər gətirmişəm”. Səba – Yəməndə yaşayan məşhur bir qəbilə idi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

(27. 23) “Həqiqətən, mən orada onlara hökmdarlıq edən bir qadın aşkar etdim. Ona hər şey bəxş edilmişdir və onun əzəmətli bir taxtı var”.

Sonra şanapipik izah etdi ki, o, səbalıların məskənində məhz nə aşkar etmişdir. O, bir qadın görmüşdür ki, saysız-he­sab­sız var-dövlətə sa­hib idi və yaxşı təchiz olunmuş ordusu var idi. Onun qalaları, qəsrləri var idi, lakin ən başlıcası isə, onun otur­du­ğu əzəmətli bir taxt idi. Məlumdur ki, taxtın əzəməti hökm­darın əzə­­mətinə və qüdrətinə, həm də çoxsaylı əyan­larına və yaxın adam­­larına dəlalət edir.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ

(27. 24) “Mən onu öz xalqı ilə birlikdə Allahın əvəzinə gü­nəşə səcdə edən gördüm. Şeytan onlara əməllərini gözəl gös­tərmiş, onları yol­dan çıxar­mışdır və onlar düz yolla getmirlər”.

Səbalılar müşrik idilər və günəşə səcdə edirdilər. Onlar az­ğın­lığa bat­mışdılar və belə hesab edirdilər ki, doğru yoldadır­lar. Şey­tan öz fitnələri sayə­sində onları doğru yoldan azdırmış və haqq rəhbərlikdən məhrum etmişdi. Haqq yolda olduğuna əmin­lik hasil edən insan, bir qayda olaraq, öz əqidəsini dəyişməyə cəhd göstərmir. Məhz buna görə səbalılar öz azğınlıqlarını araş­dı­ra və doğru yola gələ bilmirdilər.

 ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(27. 25) “Bu belə edilmişdi ki, onlar, göylərdə və yerdə bütün gizli şey­ləri Zahirəçıxaran və gizli saxladıq­larınızı da, aşkar etdiklərinizi də Bilən Allaha ibadət etməsinlər”.

Kainatın bütün guşələrində baş verən hər şey, hətta əgər onlar ba­xış­lar­dan və Onun məxluqlarının dərk etməsindən gizlə­dil­­mişsə də, Allaha məlum­dur. O (Pak və Müqəddəs Olan), hər bir həşəratdan, hər bir to­xum­­dan və hər bir gizlədilmiş niyyətdən xəbərdardır. O (Pak və Müqəddəs Olan), yağış na­­zil edir və tor­pağın daxilində olanları aş­kara çıxardır, yəni, bit­ki­lərin toxumla­rını və dənələrini yerin üstünə çıxıb cücərməyə məc­­bur edir. Mələk sura üfürəndə Allah bütün ölüləri olduqları yerlər­­dən çı­xaracaq ki, hər insana onların etdikləri əməllərinə görə əvə­­zini versin. Bu Onun üçün heç də çətin deyildir, çünki O (Pak və Müqəddəs Olan) bütün gizlətdiklərinizi və açıq dediklərinizi bilir.
 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(27. 26) “Əzəmətli Ərşin Rəbbi Allahdan başqa digər ilah yox­dur”.

İnsanlar Fövqəluca Allahdan – Vahid Haqq Rəbdən başqa kiməsə məhəb­bət və mütiliklə ibadət etmək haqqına malik de­yil­lər. İbadət edilmə haqqı yalnız Ona məxsusdur, çünki təkcə O (Pak və Müqəddəs Olan), kamil sifətlərin Sahibidir və Öz qul­larına nemətlər əta edir. Kainatın damı olan, göyləri və yeri əhatə edən əzəmətli Ərş Ona məxsusdur. Bütün bu Kainat Bir Allahın – Fövqəl­qüd­rətli Hökmdarındır. O (Pak və Müqəddəs Olan) əzə­mətli əməllər Xəlqedən­dir. O (Pak və Müqəddəs Olan) qullarının itaətinə və mütiliyinə layiqdir və onlar Onun qarşısında təzim etməli və səcdəyə qapılmalıdırlar. Şana­pipik Süleymana (ə) bu mühüm xəbəri verərək, yerində olmamasının əbəs olmadığına görə özünə bəraət aldı, alicənab peyğəmbər (ə) isə səbalı­ların məs­kənində baş verənlərdən özünün xəbər tutmamasına təəccüb­ləndi. Lakin Süleyman (ə) nəticə çıxartmağa tələsmədi və bu onun (ə) fərasətli və ağıllı olmasını təsdiq edir.

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(27. 27) “O dedi: “Baxaq görək, doğru söyləyirsən və ya sən yalan­çı­lar­dansan?”
(27. 28) “Mənim bu naməmlə get və onu onlara at. Sonra kənara çəkilib, nə edəcəklərinə bax”.

Fövqəluca Allah həmin məktubun mətni barədə növbəti ayələrin birində belə xəbər verir.

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(27. 29) “O dedi: “Ey əyanlar! Mənə kəramətli bir namə atıl­mış­dır”.
(27. 30) “O – Süleymandandır və o, Mərhəmətli və Rəhmli Allahın adıyladır:”
(27. 31) “Mənə təkəbbürlə yanaşmayın və müsəlman kimi yanıma gəlin!”

Şanapipik məktubu alıb onunla Səba məlikəsinin yanına yola düşdü. Qadın naməni aldıqda, onu əhatə edən əyanlarına dedi: “Ey şərəfli insanlar! Mənə mübarək bir namə çatdırılmışdır. O, yer üzünün ən böyük hökmdar­la­rından biri olan Süleyman tərəfindən yazılmışdır”. Sonra məlikə məktubun məzmununu bildirmək üçün oxudu: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Məni şan-şöhrətdə və əzəmətdə ötüb keçməyə cəhd göstər­məyin, əksi­nə, müti və itaətkar olun. İradəmi sözsüz yerinə yetirin və müsəl­man olun”.
Alicənab peyğəmbərin (ə) məktubu necə də qısa və yığcam və eyni za­manda aydın yazılmışdı. Cəmi bir neçə sözlə o (ə), müş­riklərə özlərini təkəbbürlə aparmağı qadağan etməyi bacar­mış, onları günah işlətməmək barədə xəbərdar etmiş, onlara kö­nüllü surətdə ona (ə) təslim olmağı təklif etmiş, onlara onun (ə) hüzuruna gəlməyi əmr etmiş və hətta onlara müsəlman olmağı, yəni, Allahın müti qulları olmağı təklif etmişdi. Süleyma­n­ın (ə) məktubundan həmçinin belə bir nəticə çıxarmaq olar ki, kitabları və məktubları “Mərhəmətli, Rəhmli Allahın adı ilə” sözləri ilə başlamaq arzuolunandır. Lakin bu sözlərə qədər məktubu göndə­rənin, ünvan sahibinin adlarını və ya kitabın adını yazmağa icazə verilir. Səba məlikəsinin davranışına bir daha qayıdaraq, qeyd etmək lazımdır ki, o, öz ağıllılığı və düşüncəli olması ilə seçilirdi. Məhz buna görə, o, öz ağsaqqal­larını və adlı-sanlı adamlarını ya­nına çağırıb dedi:

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(27. 32) “O dedi: “Ey əyanlar! Mənə necə etmək lazım ol­duğunu məslə­hət görün. Siz mənim yanımda olduğunuz zaman mən heç vaxt müstəqil qərar qəbul etməmişəm”.

Mən bu məktuba necə cavab verim? Biz bu hökmdara itaət etmə­liyikmi və ya bizim başqa bir çıxış yolumuz varmı? Mən heç vaxt öz istədiyim kimi rəftar etməmişəm. Əksinə, mən həmişə sizinlə məsləhətləş­mişəm və sizin rəyinizə qulaq asmışam.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(27. 33) “Onlar dedilər: “Biz gücə və böyük qüdrətə mali­kik, lakin qərar qəbul etmək sənə aiddir. Fikirləş, nə əmr edə­cəksən”.

Əgər sən o hökmdarı rədd etmək istəyirsənsə və ona itaət etmək istəmir­sənsə, onda biz onunla döyüşməyə hazırıq.
Yəqin ki, Səba ağsaqqalları məhz bu qərara meyil edirdilər və əgər onlar məlikəni bu qərarın doğruluğuna əmin edə bilsəy­dilər, onda özlərini məhv olma­ğa məhkum edərdilər. Lakin ağ­saq­qallar tərəddüd edirdilər və buna görə son qərarı qəbul etmə­yi məlikənin özünə təklif etdilər. Onlar çox gözəl bilirdilər ki, o ağıllı və fərasətli bir qadındır və öz xalqının əmin-amanlığının qayğısına qalır. Məlikə müharibə etmək istəmirdi və qərara aldı ki, əyanlarını müharibənin ol­duqca pis nəticələr verə biləcəyinə inan­dırsın.

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ
(27. 34) “O dedi: “Hökmdarlar bir məmləkətə zorla so­xulanda, onu viran edir və onun ən adlı-sanlı adamlarını zəlil günə salırlar. Onlar belə rəftar edirlər”.

Qüdrətli hökmdarlar bir özgə ölkəyə zorla girəndə, sakin­ləri öldü­rür və əsir götürürlər, evləri talan edir, xarabaya çevirir və həm də hakimiy­yət sahibi olanları alçaldırlar. Siz mənə doğru qərar təklif etmirsiniz. Mən bir hiyləyə əl atana qədər sizə qulaq asmayacağam. Mən hökmdar Süleymana çaparlar göndərəcəyəm ki, onun imkanları haqqında mənə müm­kün qədər çoxlu məlu­mat gətirsinlər. Yal­nız bundan sonra biz düzgün qərar qəbul edə bilərik.

ﯿﰀﰁﰂ ﰃﰄﰅﰆﰇ
(27. 35) “Mən onlara hədiyyələr göndərərəm və görək sə­fir­lərimiz nə ilə qayıdacaqlar”.

Ola bilsin ki, hökmdar Süleyman qərarından dönməzdir. Ola da bilər ki, biz onu öz bol hədiyyələrimizlə razı salmağı baca­rarıq və onda o bizə qarşı döyüşməkdən əl çəkər. İstənilən halda səfirlərimiz bizə onun qoşunlarının imkan­ları və sayı haqqında dəqiq məlumat gətirərlər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(27. 36) “Onlar Süleymanın yanına gəldikdə, o dedi: “Doğ­­ru­­danmı siz mənə var-dövlətlə kömək edə bilərsiniz? Allahın mə­nə bağış­la­dığı, Onun sizə bağışladığından daha yax­şıdır. La­kin sizə bağışlanan hədiyyələrinizlə ancaq özünüz fə­rəh­lənirsi­niz”.
Məlikə Süleymana (ə) bol hədiyyələr və tərkibində ən müdrik və ağıllı adamlar olan elçilik göndərmişdi. Süleyman (ə) ona göndərilmiş hədiyyələri gör­dükdə səbalıların hərəkətini bə­yənmədi və hətta onun (ə) əmrini yerinə yetirmə­dikləri üçün on­lara acıqlandı. O (ə) dedi: “Məgər siz mənə var-dövlət verə bilər­siniz? Sizin hədiyyələriniz qətiyyən mənim xoşuma gəlmir və mən onları görüb heç bir sevinc duymuram. Allah mənə böyük nemətlər əta etmişdir və Onun mər­hə­mətindən mənim sizin xe­yir­xah­lığınıza ehtiyacım yoxdur. Əksinə, siz özünüzə bəxş edil­miş hədiyyələrə sevinirsiniz, çünki siz dünya həyatına vurulmuş­su­nuz və Rəbbin mənə əta etdiyinə siz malik deyilsiniz”.

 ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ

(27. 37) “Qayıt onların yanına, biz isə, qarşısında dayana bilməyə­cək­ləri qoşunla hökmən gələrik və onları zəlil və alçal­dılmış halda ora­dan çıxararıq”.

Süleyman (ə) gördü ki, qasid ağıllı bir insandır və onun (ə) sözlərini təhrif etmədən məlikənin nəzərinə çatdıra bilər. Buna görə, o (ə) müraci­ətini sözlə ifadə etdi və ona əmr etdi ki, bütün hədiyyələri ilə birlikdə geri qayıtsın. Qasid səbalı­ların yanına qa­yıtdı və Süleymanın (ə) dediklərini məli­kəyə çatdırdı. Bundan sonra o, böyük hökmdarın qarşısına çıxmaq üçün hazırlaşmağa başladı. Süleyman (ə) əmin idi ki, məlikə mütləq onun (ə) yanına gələcək. O (ə), yaxınlığında olan insanlara və cinlərə müraciət etdi və bu barədə Fövqəluca Allah belə buyur­muşdur:

 ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(27. 38) “O dedi: “Ey əyanlar! Sizdən kim onlar gəlib mü­səlman kimi qarşımda dayananadək, onun taxtını mənə gəti­rər?”

O (ə) başa düşürdü ki, əgər məlikə və onun xalqı İslamı qə­bul et­sələr, onların əmlakı artıq toxunulmaz olacaqdır.

 ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(27. 39) “Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qal­xana qə­dər mən onu gətirərəm. Mən, şübhəsiz ki, kifayət qədər güclüyəm və bu­na görə etibar­lıyam”.

Cinlərdən olan bir ifrit taxtı gətirəcəyini bildirdi. Ərəb sözü olan “ifrit” – “çox güclü”, “çalışqan” mənalarını bildirir.
Süleymanın (ə) səltənəti Şamda yer­ləşirdi və Səba məlikə­sinin taxtını gətirmək üçün isə, adi qay­dada, təxminən dörd ay lazım gələrdi: iki ay Yəmənə qədər gedib çatmaq, iki ay da ora­dan Şama qayıt­maq. Buna baxmayaraq, qüvvətli cin nəhəng və ağır taxtı, o (ə) məclisi tərk edə­nədək, gətirəcəyini boynuna gö­türdü. Mü­hüm məclislər, bir qayda olaraq, bütün səhər ərzində keçirilərdi. Məclislər günün üçdə bir hissəsi və hətta daha artıq davam edərdi. Tabeliyində belə qüdrətli və güclü təbəələri olan Süleyman peyğəmbərin (ə) necə böyük hökmdar olduğunu təsəv­vür etmək mümkündür.
 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(27. 40) “Bir nəfər Kitabdan elmi olan dedi: “Mən onu sə­nə bir göz qır­pımında gətirərəm”. O, qarşısında qoyulan taxtı gö­rəndə, dedi: “Rəbbim mənə iltifatını göstərir ki, mənim şü­kür edəcəyimi və ya naşükür olacağımı sınaqdan keçirsin. Şü­kür edən öz xeyrinə şükür edər. Kim naşükürdürsə, Rəbbim – Zən­gindir, Comərddir”.

Sonra daha qəribə bir şey baş verdi. Bir nəfər Kitab elmin­dən agah olan, dedi ki, taxtı bir göz qırpımında gətirə bilər. Quranın bir çox şərhçi­lərinin rəyinə görə, bu alim şəxs Süleyman peyğəmbərin (ə) yaxınlarından biri – Asəf b. Bərxiya adlı bir mö­min idi. O, Allahın gözəl adlarından ən əzəmətlisini bilirdi və onun vasitəsi ilə Allaha müraciət etmişdi. Bunun sayəsində Rəbb daima onun duala­rını qəbul edər və onun bütün xeyirxah istək­lərini yerinə yetirərdi. O, Allahın onun duasını eşidəcəyinə və bir göz qırpımında taxtı Yəməndən Süleymanın (ə) səltə­nətinə gətirə­cəyinə ümid bəsləyirdi. Bir Allaha məlumdur ki, bu şərh nə dərəcədə səhihdir[8]. Ola bilsin ki, həmin mömin insan məsafəni necə qısalt­maq və ağır şeyi yüngülləş­dirmək haqqında Kitabdan biliyə ma­lik idi[9]. İstənilən halda Allah bunu daha yaxşı bilir.
Süleyman (ə) qarşısındakı taxtı gördükdə, Allaha, ona (ə) ha­ki­­miy­­yət və qüdrət verdiyinə və onun (ə) üçün ən qeyri-adi şey­ləri asan­­­laşdır­dığına görə həmd etdi. Alicənab peyğəmbər (ə) ona ve­ri­lən ha­kimiyyətə və qüdrətə aldan­madı, çünki ancaq nadan hökm­dar­­lar belə şeylərə aldana bilərlər. Süleyman (ə) bilirdi ki, maddi ne­mət­­lər sa­dəcə sınaq vasitələridir və buna görə Allaha Onun bitməz-tü­­kən­məz səxavəti üçün layiqincə şükür edə bilməyəcə­yindən eh­ti­yat edir­di. Bundan başqa, o (ə) çox gözəl başa düşürdü ki, Föv­qəl­uca Rəb­bin onun (ə) minnətdarlığına ehtiyacı yoxdur, möminlik və şü­kür etmə yal­nız insana fayda gətirir. Allahın gözəl adları arasında – Zən­gin və Sə­xavətli adları. Rəbb o dərəcədə dövlətlidir ki, Öz qul­la­rı­nın xe­yir­xah əməllərinə ehtiyac duymur və Onun səxavəti o də-rə­cə­də bö-yük­dür ki, O, ne­mətlərini həm şükür edən möminlərə və həm də na­şü­kür günah­karla nazil edir. Buna baxmayaraq, şükür in­sa­­nın sərvə­tini çoxal­dır, naşükürlük isə onu əmin-amanlıqdan məh­rum edir.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ

Sonra Süleyman (ə) öz təbəələrinə əmr etdi ki, Səba məlikə­si­nin taxtının görkəmini dəyişdirsinlər. O (ə) taxtın bəzi bəzəklə­ri­ni götürüb, onların yerinə digərlərini qoymağı tapşırdı ki, onlar mə­likənin doğrudan da ağıllı və fərasətliliyinə əmin ola bilsinlər. Əgər bu belədirsə, onda o, mütləq öz taxtını tanıyar və bu da onun Səba taxtı-tacına yiyələnməsinə haqqı olduğunu təsdiq edər.

 ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(27. 42) “O gəldikdə, ona dedilər: “Bu səninmi taxtındır?” O dedi: “Sanki, elə odur”. “Elm bizə, ona verildiyindən əvvəl əta edilmişdi və biz müsəlmanlarıq”.

Biz bilirik ki, sənin əzəmətli bir taxtın vardır, lakin məgər o, indi qarşında gördüyündən yaxşıdırmı? Məlikə öz taxtını son dəfə məmləkətini tərk edəndə görmüşdü. Buna baxmayaraq, o, cavab verdi ki: “Bəli, elə bil ki, o özüdür”. Bu sözlər onun ağlını və düşüncəliliyini açıq surətdə təsdiq edirdi. O, iddia etmədi ki, qarşısında duran, onun görkəmi dəyişdirilib ta­nınmaz vəziyyətə salınmış taxtıdır. O həmçinin bunu inkar da etmədi, çünki taxtını tanımışdı. Onun cavabı təxmini idi və bütün hallar üçün doğ­ru idi. Süleyman (ə) qadının bəsirətli və ehtiyatlı ol­ma­­sından heyrət­lən­mişdi və Allaha həmd etdi ki, Rəbb ona (ə) daha çox bilik ver­mişdir. O dedi: “Rəbb bu qadına ağıl iltifat etməzdən öncə, bizi doğru yola qoy­muş, bizə ağıl və düşüncə əta etmişdir. Bundan başqa, biz Allaha itaət edən müsəlmanlarıq, bu isə o deməkdir ki, bizim elmimiz düzgün və faydalıdır”.
Belə bir ehtimal var ki, Səba məlikəsi belə demişmiş: “Sü­ley­manın gücü və qüdrəti haqqında o, özünün möcüzəvi imkan­la­rını nümayiş etdir­məmişdən və nəhəng taxtı səltənətimizdən çox uzaq bir guşəyə apart­dıq­dan öncə bilirdik. Biz gəldik ki, Süleymana itaət edək və onun hökmran­lığını qəbul edək”. Belə olduğu halda, alicənab peyğəmbərin (ə) sözləri mə­li­kənin sözlə­rinə cavab imiş.
ﯶﯷﯸﯹﯺ ﯻﯼﯽﯾﯿ ﰀﰁﰂ ﰃ
(27. 43) “Ona təkcə Allahın əvəzinə ibadət etdiyi mane olurdu, axı o, kafir xalqa məxsus idi”.

Səba məlikəsi həqiqəti yalandan ayıra bilməsi üçün kifayət qədər ağıllı, lakin onun yanlış təsəvvürləri ona haqqı görməkdə və İslam dininə gəlməkdə mane olurdu. Ona bu maneəni aşmaq çox çətin idi, çünki o, kafir xalqa məxsus idi və o da həmqəbi­lə­lərinin etdiklərini təkrar edirdi.
İnsanlar, bir qayda olaraq, öz xalqlarının inanclarına etiqad edirlər, hətta əgər bu etiqadın yanlış və qüsurlu olduğunu bilsələr də. Bu qaydalar­dan istisnalar olduqca nadir hallarda baş verir və buna görə də Səba məlikəsinin uzun müddət müşrik qalmasında qəribə heç nə yox idi.

 ﰄ ﰅ ﰆ ﰇﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ

(27. 44) “Ona[10] dedilər: “Saraya daxil ol”. Onu[11] gör­dük­də fikir­ləş­di ki, o dərin hovuzdur və ətəklərini qaldırıb, bal­dır­la­rını açdı. O, dedi: “Bu – bül­lurdan cilalanmış saraydır”. Qa­dın dedi: “Ey Rəbbim! Bəli, mən özüm özü­mə zalım olmu­şam. Mən Süleymanla birlikdə aləm­lərin Rəbbi Allaha təslim olu­ram”.

Sonra Süleyman peyğəmbər (ə) qərara aldı ki, onu öz qüd­rəti ilə heyrətə salsın və ona Sərhə[12] daxil olmağı təklif etdi. Bu, böyük və hündür salon idi, döşəməsi büllurdan hazırlanmış və altından da çay axırdı. Məlikə büllur sarayı gördükdə, onu su hovuzuna bənzətdi. Büllur o qədər şəffaf idi ki, o, həqiqətən elə bildi ki, sarayın içində çay axır. O, su ilə getmək istə­yərək libasını qaldırıb ayaq­larını açıq qoydu. Məlikənin bu hərəkəti onun ağıllı və gözəl əxlaqa malik oldu­ğunu təsdiq edir. Qadın Süleymanın (ə) saraya girmək təklifindən boyun qaçır­mayıb, içəri girməyi qət etdi, çünki başa düşürdü ki, qüdrətli hökmdarın təklifi özünə yönəldilmiş hörmət və ehtiram əlamətidir. O, artıq əmin olmuşdu ki, Süleyman öz səltənətini müdrik bir plana müvafiq olaraq ya­ratmışdır və bütün gördük­lərindən sonra o, hətta artıq ehtiyat etmirdi ki, qüdrətli hökmdar ona qarşı pis rəftar göstərə bilər. O, saraya girməyə cəhd göstərəndə, Süleyman (ə) dedi ki, ayaqqa­bı­larını çıxarmağa və ya ətəyini qaldırıb ayaqlarını açıq saxlamağa ehtiyac yoxdur. Süleymanın (ə) səltənətində Səba məlikəsi çox­saylı qəribə möcüzələr gör­dü ki, onlar Süleymanın (ə) Allahın peyğəmbəri və seçdiyi insan olduğuna dəlalət edirdi. Bunların nə­ticəsində, məlikə tövbə etdi və öz kafirliyindən əl çəkdi.
Quranda Səba məlikəsi və Süleyman peyğəmbər (ə) haq­qında veril­miş səhih əhvalat belədir. Bu hadisənin daha geniş təfsilatı ya uydurmadır, ya da İsrail oğullarının nağıllarına əsas­lanır. İstənilən halda, biz onları Allahın kəlamları kimi şərh etmək üçün istifadə edə bilmərik, çünki Quranın təfsiri səhih səciyyə daşımalı və aydın dəlillərə istinad etməlidir ki, bunlar da yalnız ya Quranın digər ayələri, ya da Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hə­disləri olmalıdır. Əks halda Səba məlikəsi haqqında ravilərin söyləmədikləri çoxsaylı əhvalatlar bu yük­sək tələblərə uyğun gəlmir. Buna görə, yaxşı olar ki, insanlar belə əhva­lat­lardan uzaq olsunlar, onları sonuncu Səmavi Vəhyin təfsiri ilə qarışdır­masınlar. Fövqəluca Allah bu barədə daha yaxşı bilir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(27. 45) “Biz səmudlulara öz qardaşları Salehi göndərdik ki, Allaha iba­dət etsinlər, lakin onlar bir-biri ilə mübahisə edən iki fərqli tərəfə çevrildilər”.
Fövqəlqüdrətli Rəbb bildirir ki, Saleh peyğəmbəri (ə) sə­mud­luların ara­sında Vahid Allaha iman gətirmələrini təbliğ et­məsi üçün göndərdik. Rəbb Öz peyğəmbərini (ə) təkcə qan qo­hum­luluğuna görə səmudluların qardaşı adlandırır. Saleh (ə) öz qəbilədaşlarını tək Allaha ibadət etməyə və müşriklikdən əl çək­məyə çağırır. Belə olduqda səmudluların bir hissəsi haqqa iman gətirmiş, lakin böyük əksəriyyət isə kafirliyi üstün tutub qalmış­dılar.

 ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(27. 46) “O dedi: “Ey xalqım! Siz xeyirdən əvvəl şəri niyə tələsdi­rirsi­niz? Niyə Allahdan bağışlanmanızı xahiş etmirsiniz? Ola bilsin ki, əfv ediləsiniz”.
Niyə siz həvəslə günah edirsiniz və xeyirxah əməllər etmək istə­mirsiniz, halbuki bunların sayəsində öz dünyəvi və dini məsə­lələrinizi sahmana salmağı bacarardınız. Həqiqətən, heç kim sizi günahlar törətməyə və cinayətlər işlətməyə məcbur etmir. Öz müş­rikliyinizə və kafirliyinizə görə tövbə edin və Allahdan bağış­lanmanızı istəyin. Ola bilsin ki, siz əfv ediləsiniz. Yadda saxlayın ki, Allah xeyirxah işlər görənləri Öz mərhəmə­tindən məhrum etmir, o cümlədən, tövbə də bu gözəl əməllərə daxildir.

 ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

(27. 47) “Onlar[13] dedilər: “Biz səndə və yanındakılarda uğ­ur­suz­luq nişa­nəsi görürük”. O dedi: “Uğursuzluğunuz – Allah­ın dərgahında­dır. Siz isə imta­hana çəkilən bir xalqsınız”.

Səmudlular – Allah onları rüsvay etsin! – Saleh peyğəmbə­rin (ə) dəvətini rədd etdilər. Onlar alicənab peyğəmbərin təbliğ et­diyi xeyirxahlığı görə bilmədilər və belə qərara gəldilər ki, o (ə) digər möminlərlə birlikdə onların bu dünyada əmin-amanlıq əldə etmələrinə mane olurlar. Saleh (ə) onlara dedi: “İnsanlar bu dün­yada öz günahları və cinayətləri üzündən cəzalandırılırlar. Allah sizi firavan­lıq və məhrumiyyətlərlə və həm də yaxşılıq və pisliklə sınaqdan keçirir ki, bu, öz cinayətlərindən əl çəkib, tövbə edənlə­rin də, kafirlərin arasında qalanların da hamısına bəlli olsun”. Heyhat! Səmudlular öz peyğəmbərlərinə iman gətirməkdən inad­karcasına imtina etdilər və onun dəvətinə müqavimət göstər­mək­dən əl çək­mədilər.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

(27. 48) “Şəhərdə doqquz nəfər var idi ki, hər yerdə poz­ğunluq yayır və nəyisə yaxşılaşdırmırdılar”.

Söhbət Saleh peyğəmbərin (ə) və onun (ə) qəbilədaşlarının əksəriy­yətinin yaşadığı şəhərdən getməkdədir. Onların arasında doqquz nəfər adam var idi ki, zalımlıq edir və hətta yaxşılıq et­mək barəsində heç düşün­mürdülər. Onlar alicənab peyğəmbərə (ə) qarşı düşmənçilik bəsləyir, onun dinini ləkələməyə cəhd gös­tərir və xalqı öz dallarınca getməyə çağırırdılar. Saleh (ə) isə öz növbəsində deyirdi: “Allahdan qorxun və mənə tabe olun, ifrata varanların, yer üzündə şərəfsizlik yayanların, heç nəyi islah et­mə­yənlərin əmrlərinə qulaq asmayın” (Şüəra, 26/150-152).

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(27. 49) “Onlar dedilər: “Birlikdə Allaha and içək və gecə vaxtı mütləq Salehə və ailəsinə basqın edək, sonra isə onun vəlisinə[14] deyərik ki, biz onun ailəsinin qətlində iştirak etmə­mişik və həqiqəti deyirik”.
Mürtədlər dəhşətli cinayət törətməyi qət edənə qədər öz ya­ramaz əməllə­rini davam etdirirdilər. Onlar sözləşdilər ki, gecə vax­tı Salehə (ə) və onun ailəsinə basqın etsinlər və qərarlaş­dır­dı­lar ki, əgər Salehin (ə) yaxın qohumu onları pey­ğəm­bərin (ə) və ai­ləsinin qətlində günahlandırsa, onda and içərlər ki, onun (ə) ai­lə­sinin ölümündə iştirak etməmişlər və onların dedikləri doğ­ru­dur.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(27. 50) “Onlar hiylə qurdular və Biz də onlara sezdir­mədən hiylə­mizi qurduq”.

Onlar Salehi (ə), hamıdan, hətta öz kafir qəbilədaşlarından da gizlə­dərək, öldürməyi qərara aldılar, çünki peyğəmbərin (ə) qo­humlarının qə­zəb­lənməsin­dən ehtiyat edirdilər. Lakin onların heç ağıllarına da gəlmir­di ki, Fövqəluca Rəbb Öz elçisinə (ə) yar­dım göstərmək üçün də elə bir şeyi nəzərdə tutmuşdur, yəni, onun (ə) vəzifəsini asanlaşdırmaq və kafir qəbilə­daş­larını məhv et­mək üçün qərar qəbul etmişdir.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(27. 51) “Gör bir onların hiyləgərliyinin aqibəti necə oldu – Biz onların hamısını bütün xalqla birlikdə məhv etdik”.

Məgər onların məkri məqsədlərinə çatmaq üçün onlara kö­mək etdi? Yaxud da onların qurğusu dağıdıldımı? Fövqəluca bu su­allara cavab verə­rək, buyurur ki, dəhşətli bir fəryad qopdu və on­dan sonra bütün günahkar­ların hamısı həlak oldu.

 ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

(27. 52) “Budur, onların zalımlığına görə xarabalığa çev­ril­miş evləri. Həqiqətən, bunda – bilən insanlar üçün dəlil var­dır”.
Onların evlərinin divarları və damları yararsız vəziyyətə düşmüş­dür, çünki bir vaxtlar qəşəng evlər sakinlərsiz qalmış, bunun səbəbi isə səmudluların zalımlığı və ədalətsizliyi olmuş­dur. Zülmkarlığın, şirkin və əxlaqsızlığın sonu belədir! Həqiqə­tən, bunda – bilən insanlar üçün dəlil vardır. Onlar ətrafda baş ve­rənləri görür və Fövqəluca Allahın iman gətir­miş qulları ilə necə rəftar etməsi və Öz düşmənləri ilə necə davranması üzə­rində düşünürlər. Onlar gördüklərindən faydalı dərs alır və hər bir ədalətsizliyin və hər bir zalımlığın məhv olmaqla sona yetdiyi halda, ima­nın və ədalətin insana kömək etdiyinə və nəticədə xilas və uğur qazandır­dığına əmin olurlar. Məhz buna görə sonra Fövqəluca Allah buyurur:

 ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(27. 53) “İman gətirənləri və Allahdan qorxanları Biz xilas etdik”.

İman adı altında Allaha, Onun Kitablarına, elçilərinə, mə­lək­lərə, Qiyamət gününə və xeyiri və şəri ilə Qədərə iman gə­tirmək nəzərdə tutu­lur. Allah qorxusu dedikdə isə, müşriklikdən əl çəkmə, günahlardan qaçın­ma və həmçinin Allaha və Onun elçi­lərinə itaət nəzərdə tutulur.
Sonra Fövqəluca Rəbb bildirir ki, gözəl qul və elçi olan Lut (ə) öz qəbilə­daş­larını vahid Allaha iman gətirməyə dəvət edirdi. Fövqəluca belə buyurur:

 ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(27. 54) “Budur, Lut öz xalqına dedi: “Doğrudanmı göz görə-görə siz fa­hi­şəlikmi edəcəksiniz?”

Doğrudan da siz şüurlu surətdə fahişəliklə məşğul olacaq­sınız? Sizin çir­kin əməlləriniz sağlam düşüncəyə və insan təbiə­tinə yaddır və Rəbbinizin şəriəti ilə qınanılır. Siz öz hərəkət­lə­rinizin çirkinliyini dərk etdi­yiniz halda, onları törət­məkdə davam edirsiniz, çünki siz – qaba və zalım xalqsınız.
Sonra alicənab peyğəmbər (ə) izah edir ki, onun qəbilədaş­ları hansı cina­yəti törətmişlər və belə deyir:

 ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(27. 55) “Doğrudanmı siz qadınların yerinə, kişilərəmi şəhvətlə yana­şırsınız? Doğrusu, siz nə etdiyini anlamayan bir kütləsiniz!”

Siz bu alçaqlığa necə düşmüsünüz? Məgər sizin nəfsiniz o dərə­cədə poz­ğunlaşmışdır ki, kişilərlə arxadan – murdar nəcisin çıxdığı yerdən cinsi əlaqəyə girməyi üstün tutursunuz? Nəyə görə sizin üçün xəlq edilmiş və kişilərin təbiətən meyil etdikləri qadınlardan üz çevirirsiniz? Həqiqətən, dünya sizin gözlərinizdə tərsinə çevrilmişdir: siz rəzaləti bəyənir və xeyir­xah əməlləri isə çirkin sayırsınız. Siz görünməmiş mənfur qabalıq nümayiş etdirir və Allahın haram qıldığı şeyi etməyə cəsarət göstərirsiniz.
Lakin alicənab peyğəmbərin (ə) qəbilədaşları onun (ə) söz­lə­­rinə qu­laq as­maqdan və nəsihətlərini dinləməkdən boyun qa­çırdılar. Onlar nəinki günahla­rından əl çəkdilər, əksinə, peyğəm­bər moizələrinə müqavimət gös­tərməyə başla­dılar. Lut (ə) öz xal­qına nə qədər səmimi yanaşırdısa, müş­riklər də Allahın elçisinə (ə) bir o qədər zalımlıq göstərirdilər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ
(27. 56) “Ona cavab olaraq xalqı təkcə bunu dedi: “Lutun ailəsini şəhəri­nizdən qovun. Doğrudan da, bu adamlar pak ol­maq istəyirlər”.

Bu insanların onların qarşısında günahı nə idi? Müşriklər on­lardan niyə intiqam almaq istəyirdilər? Onların belə davran­ma­­larının səbəbi, alicənab pey­ğəm­bərin (ə) və onun (ə) ailə üzv­lə­rinin homoseksuallıqdan boyun qaçır­ma­ları və arxadan cinsi əla­qə­yə girmək meyillərinin olmaması idi. Allah o şərəfsizləri rüs­vay etsin ki, ən nəcib davranışı eyibli sayırdılar[15]. Onlar öz pey­ğəm­bərindən (ə) imtina etməklə qane olmayaraq, onu (ə) şə­hər­dən qovmağı qərara almışdılar. Lakin onlar öz sözləri ilə yal­nız Rəb­bin cəzasına düçar oldular. Onlar öz sözlərinin əsil mənasını dərk et­məyərək, etiraf etdilər ki, bu yaramaz və murdar əməli şü­ur­lu surətdə törədirlər və ən sərt cəzaya layiqdirlər. Bu cə­za­dan təkcə onların lənətə gəlmiş şəhərini tərk edənlər xilas ola bilərlər.
 ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(27. 57) “Biz onu ailəsi ilə birlikdə, arvadından başqa, xi­las etdik. Biz ona arxada qalanların arasında olmasını təqdir et­miş­dik”.

Bu hadisə, mələklər Lut peyğəmbərin (ə) yanına adi qo­naqlar qiya­fə­sində gəldikləri zaman baş vermişdi. Lutun (ə) qəbi­lədaşları yadellilərin gəlməsi haq­qında eşitmiş və alicənab pey­ğəm­bərin (ə) evinin ətrafına yığışaraq, ondan (ə) evində olan qo­naqlarını onlara verməyi tələb edirdilər. O (ə), mürtədləri evin­dən çıxardı və bununla da özünü olduqca təhlükəli bir vəziy­yət­də qoydu. Belə olduqda, qonaqları ona (ə) bildirdilər ki, onlar mə­ləkdirlər və Fövqəluca Allah tərəfindən göndərilmişlər ki, Onun pey­ğəmbərini (ə) xilas etsinlər və səhər tezdən onun (ə) şəhərində bütün kafir­ləri məhv etsinlər. Mələklər Luta (ə) tap­şır­dılar ki, ge­cənin qaranlı­ğından istifadə edərək öz ailəsini, işgən­cəli cəzaya layiq olan qoca qarı­sından baş­qa, şəhərdən çıxartsın. Gecə vaxtı alicənab peyğəmbər (ə) ailəsi ilə birlikdə şəhəri tərk etdi, səhər isə onun sakinlərini ən böyük bir fəlakət çulğadı. Şəhər alt-üst edildi və sonra günahkarların üstünə bişirilmiş gil topaları yağ­mağa başladı. Bu gil topalarının hər biri nişanlanmış və ayrı-ayrı günahkar­ların hər biri üçün nəzərdə tutulmuşdu.[16]


 ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ
(27. 58) “Biz onların üstünə yağış yağdırdıq. Xəbərdarlıq edilən­lərin ya­ğışı necə də pisdir!”

Lutun (ə) xalqının cəzası uğursuz yağış oldu və o, özü ilə əzab­verici, lakin ədalətli cəza gətirdi. Fasiqlər ona layiq idilər, çün­ki xəbərdarlıq onlara gəlib çat­mışdı, lakin onlar ona qulaq as­maq­dan və tövbə etməkdən imtina etmişdilər. Ancaq bundan son­ra Fövqəluca Allah onları özünün ən şiddətli cəzasına layiq gör­dü.

 ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ
(27. 59) “De: “Həmd olsun Allaha və salam olsun Onun se­çilmiş qulla­rına! Allah yaxşıdır, ya ki, şərik qoşduqlarınız?”

Ey Muhəmməd! Həqiqətən, ən kamil həmdə layiq olan Rəb­binə həmd et! O (Pak və Müqəddəs Olan), qüsursuz məziy­yət­lərə: xeyirxahlığa, mərhəmətə, ədalətə, müdrikliyə malikdir. Bun­ların sayəsində O (Pak və Müqəddəs Olan), kafirləri və zalım­la­rı cəzalandırır, lakin Onun qullarından bəziləri bu sərt qisasdan xi­las ola bilirlər. Onların arasında ən yaxşıları vardır. Bunlar – pey­ğəmbərlər və elçilər, aləmlərin Rəbbi Allahın seçdiklə­ridir. Onlar üçün dua et ki, onların şan-şöhrətini ucaldasan və Allah qarşı­sında onların yüksək məqamına hörmət göstə­rəsən. Onlara əmin-amanlıq, yəni, rahatlıq və paklıq dilə. Onlar buna layiq­dir­lər, çünki özlərini şərdən və rəzalətdən qorumağı və öz dillərini Fövqəlqüdrətli Rəbbin barəsində nalayiq sözlər danışmaqdan çəkindirməyi bacarmışlar.
Sonra Allah əmr edir ki, müşriklərdən soruşulsun ki, onla­rın uy­dur­­duqları ilahlar Fövqəluca Rəbdən üstündürlərmi. Bu – elə bir sualdır ki, cavaba ehtiyacı yoxdur. Allah – kamil sifətlərə və hüdudsuz mərhəmətə malik olan Böyük Rəbdir. Müşriklərin Onunla yanaşı ilahiləşdirdikləri büt­lərin isə çoxsaylı qüsurları var­dır. Onlar nə özlərinə, nə də onlara ibadət edənlərə xeyir ver­mə­yə və ya zərər vur­mağa qadir deyillər. Fövqəluca Allah müş­rik­lərin Onunla yanaşı ibadət etdiklə­rindən, şübhəsiz ki, yax­şıdır.
Daha sonra Fövqəluca Allah Özünün – ibadətə və ilahlığa layiq Vahid Allah olmasına bir neçə dəlil gətirir. O (Pak və Müqəddəs Olan) tək­cə Ona ibadət etməyin haqq, məxluqlara isə ibadətin yalan və faydasız olmasını təfsilatı ilə izah edir.

 ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(27. 60) “Yaxud da göyləri və yeri yaradıb sizə səmadan su nazil edib, onunla ürək açan ecazkar bağ-bağçalar bitirənmi?[17] Siz onlarda bir ağac belə bitirə bilməzsiniz. Məgər Allahla ya­naşı bir ilahmı var? Xeyr! Onlar şərik qoşan insanlardır”.

Göylər günəşlə, ayla, ulduzlar mələklərlə birlikdə və həm­çinin yer dağ­larla, dənizlərlə, çaylarla və ağaclarla birlikdə hamısı Tək Allahın məx­luqla­rıdır. O (Pak və Müqəddəs Olan) sizi ya­ratmış və yağışı sizə görə nazil edir. Yağış suyu sayəsində öz bolluğu, müxtəlif meyvələri və digər məhsul­ları ilə sizi heyran edən gözəl bağ-bağçalar bitirilir. Allah sizə mərhəmət göstərib, onları yağışla sulamasa, siz əkdiyiniz ağacları özünüz sərbəst bö­yütməyə nail ola bilməzsiniz. Hansı “ilah” sizə qayğı göstərir ki, onu Allahla yanaşı ilahlaşdıra­sı­nız? Belə bir ilah yoxdur, lakin bəzi insanlar buna baxmayaraq haqdan yayınırlar.
Ərəb feili olan “ədalə” sözünün bir neçə mənası vardır və bu­na görə də həmin sözlərin digər tərcümələri mövcuddur. Föv­qəl­uca belə bu­yu­rur: “Xeyr! Lakin onlar – uydurulmuş ilah­ları Allaha bərabər tutanlar­dır!” Onlar şüurlu su­rətdə belə dav­ra­nır­lar, çünki qəti olaraq bilirlər ki, yalnız Allah göyləri və yeri ya­rat­ma­ğa və Öz qullarına zəruri olan hər şeyi bəxş etməyə qadirdir.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(27. 61) “Kim yeri mənzil etmiş, onun yarıqları ilə çaylar çəkmiş, üzə­rində sarsılmaz dağlar ucaltmış və dənizlər arasında maneələr[18] qoy­muş­dur? Allahdan başqa ilah varmı? Yoxdur! Lakin onların əksəriyyəti bilmir”.

Doğrudanmı çoxsaylı qüsurlara malik olan və ruzi vermə­yə, fayda gətir­məyə və ya heç olmazsa öz yerindən tərpənməyə belə qadir olmayan yararsız bütlər və daş heykəllər yaxşıdır, ya ki, yeri insanlar və digər məx­luqlar üçün tərpənməz məskənə çevirmiş Fövqəluca Allah? Siz onun geniş sahələrində yerləşə, kənd təsərrüfatı və tikinti ilə məşğul ola, səyahət edə və bir çox başqa işləri görə bilərsiniz. Siz Fövqəluca Rəbbin yerin yarıqları ilə apardığı çaylardan çoxlu faydalar götürürsünüz. Siz çayların suyundan əkinlərinizi və bağlarınızı suvarır, özünüz ondan içir və onunla heyvanla­rınızı sulayırsınız. Yerin ayaqlarınız altında tit­rəməməsi üçün Müdriklər Müdriki Allah onun üzərində nə­həng payalara bən­zər sarsılmaz dağlar qoymuşdur. O (Pak və Müqəddəs Olan), yerdə şirin və duzlu su yaratmış və bu suların arasında onların bir-birinə qarışmaması və faydalı keyfiyyət­lərini saxlaması üçün maneələr qoymuşdur. Bu maneələrdən biri quru əra­zilərdir, çünki çayların yataqları dənizlərdən və okeanlardan uzaqda yer­ləşir.
Məgər Allahla yanaşı başqa bir ilahmı var ki, bütün bunları yarat­dığına görə sizin ibadətinizə layiq olsun? Əlbəttə yoxdur! Lakin insanla­rın əksəriy­yətinin bundan xəbəri yoxdur. Bu nadan­lar öz başçılarına kor-koranə itaət edərək, Allaha şərik qoşurlar. Əgər onlar haqqı layiqincə dərk etsəydilər, belə davran­mazdılar.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ

(27. 62) “Ehtiyacı olan Ona dua etdikdə, onun duasına cavab verir, şəri uzaqlaşdırır və sizi yerin varisi edir? Allahdan başqa ilahmı var? Siz nəsihətləri nə qədər az anlayırsınız!”

Dərd-sərindən qəmgin və ehtiyac içində olanın duasını tə­min etmə­yə kim qadirdir? Kim insanın mürəkkəb problemlərinin həllini asanlaşdıra, onu fəlakət­lərdən xilas edə və şəri ondan dəf edə bilər? Heç şübhəsiz ki, bunlara qadir olan yalnız Fövqəluca Allahdır.
Yer üzündə sizi varis edən kimdir? Kim sizə maddi nemət­lərdən istifadə etməyə kömək göstərir, sizə ruzi və hər növ ne­mətlər əta edir, əcdadlarınızın sərvətini varislik üzrə sizə çatdırır, sonra isə sizin var-döv­lətinizi gələcək nəsilləri­nizin istifadəsinə verir? Məgər bunları müşriklərin Allahla yanaşı ibadət etdikləri hansısa bir ilahmı edir? Xeyr! Kainatın işlə­rini İdarəedən yalnız Fövqəluca Allah­dır və müşriklər bunu çox gözəl bilirlər. Başları­na müsibət gələndə, onlar kömək üçün səmimi qəlbdən bir Allaha dua edirlər, çünki qəti əmindirlər ki, yalnız Allah fəlakətin və müsi­bə­tin qarşısını almağa və ya ondan xilas etməyə qadirdir.
Siz necə də ətrafınızda baş verən hadisələr və təzahür edən hallar üzərində az düşünürsünüz! Əgər siz onların üzərində daha çox fikirləşsəy­diniz, baş ver­məkdə olanların həqiqi mahiyyətini dərk edər və düzgün yola gələrdiniz. Lakin siz Rəbbinizin ayələ­rinə laqeydsiniz və buna görə də doğru rəhbərlik tapmağa və düz yolla getməyə qadir deyilsiniz.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(27. 63) “Kim sizi qurunun və dənizin zülməti içində doğ­ru yolla aparır və küləklərlə sizə Öz mərhəməti haqqında müj­də göndərir? Allah­dan başqa bir ilahmı var? Allah şərik qo­şu­lan­lardan çox ucadır!”

Qurunun və dənizin qatı qaranlığında sizə doğru yolu kim göstərir? Əgər bələdçidən məhrum olsanız və ya işarələri və səmtləri görə bilməsə­niz, Fövqəluca Allahın köməyi olmadan hə­min vəziyyətdən çıxış yolu tapa bilməzsiniz. O (Pak və Mü­qəd­dəs Olan) sizin yolunuzu asanlaşdırır və getməli olduğunuz isti­qamətdən azmamağınız üçün əlaltında olan vasitə­lərdən istifadə etməyi sizə öyrədir. O (Pak və Müqəddəs Olan) Öz mərhə­məti haqqında müjdəsini sizə küləklər vasitəsi ilə göndərir. Bu külək­lər də Allahın mərhəmətinin təzahürü olan yağışlar haqqında ön­cədən sizi xəbər­dar edir. Allah küləkləri qovur, onlar isə bulud­ları qovub gəti­rirlər. O (Pak və Müqəddəs Olan) onları parça-parça edir və sonra da topalara çevirir. Daha sonra isə topaların aralarından yağış yağır ki, Allahın qulları onların barəsində ön­cə­dən küləyin əsməsi ilə xəbər tuturlar.
Doğrudanmı elə ilah var ki, bu işləri Allahla bərabər həyata keçirsin? Bəlkə elə O (Pak və Müqəddəs Olan), – Kainatı idarə edən Vahid Allahdır? Əgər bu belədirsə, onda niyə siz Ona şə­riklər qoşursunuz və uydurma “ilah­lara” ibadət edirsiniz? O (Pak və Müqəddəs Olan) şəriklərə möhtac deyil və istənilən saxta “ilahlardan” çox ucadır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(27. 64) “Əzəldən varlığı yaradan, sonra isə onu təkrar xəlq edən, sizi səmadan və yerdən ruzi ilə təmin edən kimdir? Allahdan başqa ilah­mı var? De: “Doğru danışanlarsınızsa, dəli­linizi gətirin”.

Əzəldən Öz məxluqlarını yaratdıqdan sonra, onları Qiya­mət günü təkra­rən xəlq edəcək olan kimdir? Sizi səmadan və yer­dən olan ruzi ilə təmin edən, yəni, sizə yağış nazil edən və bitkilər bitirən kimdir? Məgər bu işləri etməyə qadir olan Allahla bərabər başqa bir “ilah” varmı? Doğru deyirsinizsə, dəlillərinizi gətirin. İnandırıcı dəlillər gətirməzsinizsə, onda bütlərin ibadətə layiq ol­ması haq­qında sizin iddialarınız mənasız və əsassız olacaqdır. Ey müşriklər, sizin dəlil­ləriniz yoxdur və ola da bilməz. Yolu­nuzu az­dığınızı etiraf edin və Allahın Kainatın Vahid Hökmdarı olma­sı­nın inandırıcı, təkzibolunmaz dəlilləri üzərində fikirləşin. O (Pak və Müqəddəs Olan) məxluqlarını təkbaşına idarə edir və onların ibadətinə layiqdir.

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(27. 65) “De: “Allahdan başqa göylərdə və yerdə olanlar qeybi bil­mirlər, onlar, hətta, nə vaxt dirildiləcəklərini də dərk etmirlər”.
Ey Muhəmməd! İnsanlara xəbər ver ki, qeyb haqqında bilik yal­nız Allaha məxsusdur. Fövqəluca buyurur: “Qeybin açarları On­dadır və onlar haqqında bilən yalnız Odur. Quruda və də­niz­də olanlar Ona məlumdur. Hətta yarpaq da yalnız Onun ica­zə­si ilə düşər. Yerin qaranlıqlarında bir dənəcik, təzə və ya qu­ru bir şey belə yoxdur ki, Aydın Kitabda olmasın” (Ənam, 6/59);
“Həqiqətən, yalnız Allah o Saat haqqında biliyə malik­dir, yağış nazil edir və bətnlərdə olanları bilir. Bir nəfər belə bil­­mir ki, sabah o, nə­yə nail ola­caqdır və bir nəfər belə bilmir ki, hansı yerdə öləcəkdir. Həqiqətən, Allah – Biləndir, Xəbər­dar­­­dır” (Loğman, 31/34).
Bu Quran ayələrində xatırlanan və həmçinin bütün qalan şeylər haqqında qeybə dair biliklər yalnız Allaha məxsusdur. Onlar nə yaxın mələklərə, nə də seçilmiş elçilərə məlum deyil. Təkcə Fövqəluca Allah qeybi bilir və qullarının ürək­lərində gizli saxlanan hər şeydən xəbərdardır. Bu isə o deməkdir ki, yalnız Allah ibadətə və sitayişə layiqdir. Kafirlərə gəldikdə isə, onlar hətta nə vaxt diril­diləcəklərini belə bilmirlər. Rəbb bu sözləri ilə Qiyaməti inkar edən allahsızların nadanlığını xüsusilə vurğu­layır. Onlar bilmirlər ki, qəbirdən dirildilmə nə vaxt başlayacaq­dır və buna görə də bu əzəmətli günə hazırlaşmırlar. Sonra, Fövqəluca Allah xüsusidən ümumiyə keçərək, belə buyurur:

 ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(27. 66) “Xeyr, Axirət barədə biliklər onlara tam çatdırıl­mış­dır. Lakin onlar ona dair şübhə içindədirlər və hətta, onu görə bilmirlər”.

Bu, kafirlərin ən böyük nöqsanı və ən böyük səhvidir. On­lar Axirə­tin ol­ma­yacağına əmin deyillər. Onların sadəcə olaraq onun haqqında heç bir məlu­matı yoxdur və ancaq mənasız eh­ti­mallara istinad edirlər. Onların Axirət həyatı haq­qında biliklərini nə dərin, nə də səthi adlandırmaq olmaz, çünki bunlar – bilik deyil, şəkk-şübhələrdən ibarətdir. Şübhə baş qaldıran yerdə bilik sona yetir, çünki hətta ən az bilik belə şübhə və inamsızlıqla uy­ğun gəlmir. Lakin kafirlərin vəziy­yəti həm də onunla çətinləşir ki, onlar Axirətə kor kimi baxırlar. Onlar bu kor­luqları sayəsində Axirətdən xəbər­siz­dirlər və hətta onun gələcəyini güman etmir­lər. Onlar Axirət həyatını qeyri-mümkün və inanılmaz sayırlar.

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(27. 67) “Kafirlər deyirlər: “Doğrudanmı biz və əcdadları­mız torpaq olduqdan sonra mütləq çıxarılacağıq?”
(27. 68) “Əlbəttə, bu bizə və daha əvvəllər isə atalarımıza vəd edil­mişdi. Amma bu, yalnız qədim xalqların əfsanələrin­dəndir ”.

Onlar dirildilməni mümkün olmayan bir şey sayırlar, çünki Fövqəlqüdrətli Rəbbin qüdrətini öz məhdud imkanları ilə mü­qa­yisə edirlər. Onlar deyirlər: “Çox qədim zamanlardan bəri in­sanlar ölülərin dirildilmə­sindən danışırlar, lakin indi­yə­dək o dün­­yadan heç kim qayıdıb gəlməmiş­dir. Bütün bunlar – qədim rəvayətlər və əfsanələrdir. İnsanlar başlarını onlarla qarışdı­rırlar ki, vaxt keçirsinlər. Onların heç bir əsası yoxdur və həqiqətdən uzaqdır”.
Fövqəluca Allah bu ayələrdə kafirlərin vəziyyətini ardıcıl olaraq təsvir edir. Onlar Qiyamət gününün başlayacağı vaxtı bil­mirlər, sağlam zəkaya və dü­şüncə qabiliyyətinə malik deyillər və buna görə də Axirət həyatı haqqında şəkk-şübhə içində əzab çə­kirlər. Onlar kordurlar, çünki dirilmənin gerçəkliyinin çox­saylı dəlillərini görə bilmirlər və bu da onları Axirəti inkar etməyə məcbur edir. Axirət qarşısında qorxu hissi tədricən onların qəlbi­ni tərk edir – onlar Allaha itaət­sizlik etməyə başlayır və vicdan əzabı çəkmədən haqqı inkar edir və yalan olanı bəyan edirlər. Onlar Fövqəlqüdrətli Rəbbə ibadət etməkdən boyun qaçırır, öz poz­ğun istəklərini qane etməyi üstün tutur və son nəticədə həm bu dünyada, həm də öldük­dən sonra uğursuzluğa düçar olurlar.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(27. 69) “De: “Yer üzündə səyahətə çıxın və günahkarların sonu­nun necə olduğunu görün”.

Allahın elçilərinin (onlara salam olsun!) bütün xəbər ver­dik­lərinin doğ­ruluğu üzərində düşünün. Fövqəluca Allaha cəsa­rət edib utanmazcasına itaət­sizlik göstərən hər bir günah­kara ən dəhşətli aqibət düçar olur. Onun əməlləri nə qədər pis olarsa, nə­ticələri də bir o qədər məşum və məşəqqətli olacaqdır.

 ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(27. 70) “Onlardan ötrü qüssələnmə və qoy hiylələri səni sıx­masın”.

Ey Muhəmməd! İnsanların iman gətirməkdən imtina etmə­si­nə görə qəm yemə! Sən, xeyirxahlıq etməyə qabil olmayan bu gü­nahkarların ürə­yində nə qədər pislik olduğunu bilsəydin, onda on­lardan ötrü kədərlən­məzdin. Onlara sənin əleyhinə fitnəkar­lıq­lar etməyi düşünürlər, amma bu səni narahat etməsin, çünki ka­fir­lərin fitnə-fəsadı onların təkcə özlərinə zərər vurur. Fövqəl­uca həm­çinin belə buyurur: “Onlar hiylə qururdular, Allah da hiylə qur­du, axı Allah ən yaxşı Hiyləqurandır” (Ali-İmran, 3/54).

 ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(27. 71) “Onlar deyirlər: “Əgər doğru söyləyənlərsinizsə, onda bu vədi­niz nə zaman olacaq?”

Dirildiləcəklərini mümkün olmayan bir şey sayan və Allahın Elçisi­nin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi haqqı inkar edən kafir­lər belə deyirlər. Onlar istəyirlər ki, cəzanı yaxınlaşdırsınlar, lakin onların sözləri yalnız onların öz cahilli­yinə və axmaqlığına dəlalət edir. Axirətin başlaması müddəti ön­cədən təyin edilmişdir və dəyişdirilə bilməz. Şübhə­siz ki, kafir­lərin belə tələbləri yerinə yetirilə bilməz, lakin bu heç də onların haqlı olmasını təsdiq etmir.
 ﯜﯝ ﯞﯟﯠﯡ ﯢ ﯣ ﯤﯥ
(27. 72) “De: “Ola bilsin ki, sizin tələsdirdiklərinizin bə­zi­ləri artıq arxanızdadır”.
Ey Muhəmməd! Qoy onlar haqqın əleyhinə getsinlər, sən isə onsuz da onların yaxınlaşdırmaq istədikləri cəzadan onları çəkindirməlisən. Onla­ra bildir ki, çox yaxın bir vaxtda amansız cəza onları yaxalaya bilər.

 ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
(27. 73) “Həqiqətən, Rəbbin insanlara lütfkardır, lakin onların əksəriy­yəti naşükürdür”.

Fövqəluca Allah bu sözləri ilə Özünün hədsiz səxavətini və neməti­ni insanlara xatırladır. İnsanlar minnətdar və şükür edən olmalıdırlar, lakin çox vaxt hər şey əksinə baş verir. Allahın qul­ları maddi nemətlərə o qədər aludə olurlar ki, bu bolluğu onlara kimin əta etdiyini unudurlar.

 ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(27. 74) “Həqiqətən, Rəbbin onların ürəklərində gizlət­diklərini də, aşkar etdiklərini də bilir”.

 Qoy insanlar aşkarı da, qeybi də Bilən və Öz qullarını fa­siləsiz Müşahidə­­edən Allahın qəzəbindən qorxsunlar.

 ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ
(27. 75) “Göydə və yerdə elə bir gizli şey yoxdur ki, aydın Kitabda olmasın”.

Ayədə söhbət Qorunan Kitabdan[19] gedir. Onda Qiyamət Sa­atına qədər baş vermiş və baş verəcək hər şey haqqında səhih mə­lumatlar vardır. Buna görə, Kainatda istənilən gizli və aşkar ha­­disələr Aydın Kitabda saxla­nan qeydiyyata tam uyğun olaraq ger­çəkləşir.

 ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ

(27. 76) “Həqiqətən, bu Quran İsrail oğullarının ixtilafa düşdük­ləri şey­lərin əksəriyyətini rəvayət edir.

Quran, Allahın əvvəlki Kitablarında nazil etdiyi həqiqət­lə­rin müha­fi­zə­çisidir. Onda əvvəlki dinlərin bir sıra müddəaları təf­si­latı ilə ifadə olun­muşdur. Bu, İsrail oğullarının bəzi dini hökm­lə­rə aid çoxlu şübhələri və zid­diyyətli müla­hizələri ilə bağlı idi. Quran haqqa işıq salaraq bu və bir çox digər ziddiyyətləri mü­kəm­məl şəkildə həll etdi. Əgər çətinlik çəkmədən ziddiy­yət­ləri və prob­lemləri həll edən son Səmavi Kitabın əzəmətini və ay­dın­lı­ğı­nı nəzərə alsaq, onda məlum olar ki, məhz bu Kitab Allahın in­san­­lara bəslədiyi ən böyük mərhəmətidir. Lakin bu lütf­karlığa heç də hamı minnətdarlıqla cavab vermir və buna görə sonra Föv­qəluca Rəbb qeyd edir ki, Quran ayələri yalnız mömin­lər üçün fayda verir və doğru yolu işıq­lan­dırır. Rəbb buyurur:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ
(27. 77) “Həqiqətən, bu, möminlər üçün rəhbərlik və ne­mətdir”.

Quran insanları azğınlıqdan doğru yola çıxardır, onları şüb­hələrdən xilas edir, onlara sevinc gətirir, onlara öz dünyəvi və di­ni təşəbbüslərini mömincəsinə yerinə yetirməyə kömək göstə­rir. Lakin bu böyük şərəfə yalnız iman sahibləri la­yiq görülürlər və onlar öz Rəbbinin Kitabına iman gətirirlər, onu bütövlükdə və ta­mamilə qəbul edirlər və həm də onun mənası üzərində düşü­nürlər. Bunun sayə­sində onlar doğru yolla gedir və Fövqəluca Allahın mərhəmətinə nail olurlar ki, bu da xoşbəxtliyin və uğur qazanmanın rəhnidir.

 ﭖﭗﭘﭙ ﭚﭛﭜﭝ ﭞﭟ

(27. 78) “Həqiqətən, Rəbbin onların arasında Öz mühaki­məsini yürüdə­cəkdir. O – Fövqəlqüdrətlidir, Biləndir”.

Fövqəluca Rəbb mübahisə edən qulları arasında Özü mü­ha­­kimə yürüdə­cək və ədalətli hökm çıxaracaqdır. Dünya həya­tın­da insanlar tez-tez ziddiyyətə düşürlər. Bəzən bu aydın dəlil­lərin ol­maması üzündən baş verir, bəzən isə insan­lar tamahkar məq­səd­lər güddüklərindən bu dəlilləri etiraf etməkdən boyun qa­çı­rır­lar. Lakin Axirətdə Fövqəlqüdrətli Allah haqqı nurlandıracaq və bütün ixtilaf­ları və ziddiyyətləri yalnız Özü mühakimə edə­cəkdir.
Həqiqətən, O – Fövqəlqüdrətlidir, Biləndir. Bütün varlıqlar Ona ita­ət edir və baş verən bütün hadisələr Ona agahdır. O (Pak və Müqəddəs Olan), Öz mü­bahisə edən qullarının onların ara­sın­da ixtilaf yaradan iddi­a­larını və hər iki tərəfin hansı məqsədlər güd­düyünü bilir. Məhz bunun sa­yəsində məxluqlar ən ədalətli və tam əvəz alacaqlar.

 ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(27. 79) “Allaha təvəkkül et! Həqiqətən, sən aydın bir haqq tərəfda­rı­san”.

Ey Muhəmməd! Dini yayarkən, müsəlman cəmiyyətini qu­rarkən və haqq dinin düşmənləri ilə mübarizədə öz Rəbbinin yardımına ümid bağla! Həqiqətən, yalnız Allah sənə xeyir əta edə və səni şərdən qoruya bilər. O (Pak və Müqəddəs Olan) daima sənə qayğı göstərir, çünki sən aydın bir həqiqət tərəfdarısan. Sən xeyirxah işlər görür, Haqqı təbliğ edir, Onun mənafelərini müda­fiə edirsən və buna görə də sən cəsarətlə öz Rəbbinə təvəkkül edə bilərsən. Doğru rəftar edən və haqlı olmasına əmin olan şəxs Allaha təvəkkül edə bilər. Məhz bu sənin yolundur və onun ger­çəkliyi heç kimdə şübhə doğurmur. Əgər sən bundan sonra da öz vəzifələrini qüsur­suz yerinə yetirmiş olsan və Allaha təvəkkül etsən, onda insan­ların azğın­lığı və küfrü sənə heç bir zərər vura bilməz, çünki ətrafdakıları haqq dinə gəlməyə məcbur etmək sənin vəzifənə aid deyil. Sanki bunları izah etmək məqsədi ilə Fövqəluca Allah buyurur:

 ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(27. 80) “Həqiqətən, sən nə ölüləri eşitməyə məcbur edə bilərsən, nə də geriyə dönən karları çağıra bilərsən”.

Belə davranış sənin moizələrinə qulaq asmaqda insanlara daha güc­lü maneçilik törədir. Fövqəluca daha sonra buyurur: “Həqiqətən, sən sev­diklərini doğru yola gətirə bilməzsən. Yal­nız Allah istədiklərini doğru yola gətirir. O, doğ­ru yolla gedən­ləri yaxşı tanıyır” (Qəsəs, 28/56).

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(27. 81) “Sən korları onların azğınlığından çıxara bil­məzsən. Sən ancaq Bizim ayələrimizə iman gətirən müsəlman­ları dinləməyə məcbur edə bilər­sən”.

Ey Muhəmməd! Sənin sadiq ardıcılların yalnız Allahın ayə­lərinə iman gətirən və öz imanını saleh əməllərlə təsdiq edən mö­minlər olacaqdır. Fövqəluca buyurur: “Yalnız diqqətlə dinləyən­lər cavab verirlər. Ölüləri isə Allah dirildə­cək və bundan sonra onlar Ona qaytarılacaqlar” (Ənam, 6/36).

ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(27. 82) “O Söz gerçəkləşəndə, Biz yerdən onlara qarşı bir hey­van[20] çı­xaracağıq və o, onlara insanların Bizim ayələrimizə əmin olmadıq­larını söylə­yəcək”.

Öncədən təyin olunmuş və vəd edilmiş gün gəldikdə, Allah yerdən bir heyvan çıxaracaqdır. O, göylərdən gəlməyəcək, ye­rin təkindən çıxacaq­dır. O, in­sanlarla danışacaq və hamıya bil­dirəcək ki, fasiqlər[21] Rəbbin ayə­lərinə inanmır­dılar. İnsanların əksəriyyəti mükəmməl biliklərə və Onun ayələrinə sarsılmaz imana malik deyillər və buna görə, üzdən iraq, “yerdən çıxacaq heyvanın” (“dəb­bət əl-ard”) zühuru insanların haqq gözünü açacaq və onların mübahisə və ixtilaflarına son qoyacaqdır.
Bu heyvanın zühur etməsi Qiyamət gününün ən böyük əla­mətlərin­dən biridir və dünyanın sonuna az qalmış baş verə­cəkdir. Bu təzahür[22] haq­qında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bir çox səhih hədislərində xəbər verilmişdir. Lakin nə Quranda, nə də pak Sünnədə onun hansı görkəmdə olacağı barədə bildirilməmişdir. Buna bax­mayaraq, məlumdur ki, o, Allahın möcüzələrindən biri olacaqdır və insan­larla ən ecazkar tərzdə danışacaq­dır. İnsanlar öz Rəbbinin dəlil­lərini inkar etməyə başlayacaqları zaman bu baş verəcək və Onun Sözü onların üzə­rində həqiqətə çevriləcəkdir. Bu qəribə hey­vanın təzahür etməsi mömin­lərin doğru danışdıqlarının dəlili və kafir­lər üçün isə ittiham hökmü ola­caqdır.

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(27. 83) “Həmin gün Biz hər xalqın ayələrimizi yalan sa­yanla­rın­dan bir kütləsini toplayacağıq və onları itələyəcəklər”.

Fövqəluca bu ayədə Qiyamət günü Məhşər ayağında ka­fir­lərin ba­şına nə gələcəyini bildirir. İnsanlar bir yerdə toplandıqdan sonra, hər bir xalqın arasından Allahın ayələrini inkar edənləri ayıracaqlar. Sərt təbiətli mələklər günahkarları arxadan itələyə­cəklər. Odur ki, ən arxada dayananlar birinci cərgədə dayananları sıxışdıracaqlar. Bununla kafirlərə başa salınacaq ki, onlar hamısı birlikdə öz cina­yətlərinə görə cavab verəcək, təhqirə məruz qa­lacaq və qınanıldıqlarını eşitmək məcburiyyətində olacaqlar.

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(27. 84) “Onlar gəldikdə, O, deyəcək: “Doğrudanmı siz Mənim ayələ­rimi, anlamadan, yalan saydınız? Bəs siz orada nə ilə məşğul idi­niz?”

Siz onların üzərində düşünməli idiniz ki, haqqı özünüz üçün aydın­laşdıra biləsiniz. Sizin heç bir təsəvvürünüz olmayan şeylər haqqında boş­bo­ğaz­lıq etməyə haqqınız yox idi. Necə oldu ki, siz hətta məzmunu ilə tanış olmadan Vəhyimi inkar etdiniz? Bəs siz nə edirdiniz?
Allah kafirlərə onların bilikləri və əməlləri haqqında suallar verə­cəkdir və bəlli olacaqdır ki, onlar öz biliklərini haqq ilə mü­barizə aparmaq üçün istifadə ediblər, öz əməllərini Onun elçiləri­nin (onlara salam olsun!) əmrlərinin ziddinə gerçəkləşdiriblər və bu əməllərini Ona deyil, kimə və nəyə rast gəliblərsə, ona da həsr ediblər.

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(27. 85) “Zalımlıqları üzündən Söz onları haqlayacaq və onlar heç danış­mayacaqlar da”.

Allahın günahkarlar üçün, ədalətsizliyi üstün tutduqlarına və hətta, məhv­ediciliyinə əmin olduqdan sonra da, zalımlığı da­vam etdirdiklərinə görə təyin etdiyi və ona uyğun olaraq cəza­landırı­lacaqları Qədər gerçəklə­şə­cəkdir. Bu zaman onlar dinmə­yə­cəklər, çünki onların törətdikləri cinayət­lərə görə bəraət əldə etmə­yə heç bir haqqı olmayacaq”.

 ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(27. 86) “Məgər onlar görmürlər ki, həqiqətən, Biz gecəni on­da rahat­lanmaları, gündüzü isə işıqlandırmaq üçün yarat­mı­şıq? Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər var­dır”.

Məgər onlar öz Rəbbinin əzəmətli möcüzələri və dəyərlən­dirilməsi müm­kün olmayan səxavəti üzərində düşünmürlərmi? Məgər onlar gör­mürlər ki, Fövqəluca Allah gecəni və gündüzü onların mənafeyinə tabe etmişdir? Gecə olan kimi onlar yataq­la­rına girir, istirahət edir və sabahkı günə hazırlaşırlar. Səhər tez­dən isə onlar dolanacaq və ruzi əldə etmək ümidi ilə yer üzünə yayılırlar. Bütün bunlar – dəlillərdir ki, insanlara tövhi­də etiqad etməyi və Allahın mərhəməti üzərində düşünməyi zəruriləşdirir.

 ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ
(27. 87) “Həmin gün Sura üfürüləcək və göylərdəkilər və yerdə olan­ların hamısı, Allahın istədiklərindən başqa, dəhşətə qapılacaq. Hamı Onun hüzu­runda müti halda durmalı olacaq”.
Allah Öz qullarına Qiyamət gününün dəhşətlərini xatır­la­dır. Bu Gün – böyük sınaqlar, böyük hüzn və böyük həyəcanlar günü olacaqdır. Allahın bütün məxluqları misilsiz həyəcana və qorxuya məruz qalacaqlar. Onlar vurnuxacaq, boş-boşuna ora-bura var-gəl edəcək və bunların səbəbi Surun üfürülməsi olacaq­dır. Yalnız seçilmiş məxluqlar qorxudan xilas olu­na­caq, çünki Fövqəluca Allah onlara lütfkarlığını göstərəcəkdir.
Bütün məxluqlar Onun hüzurunda fağır və müti halda da­yana­caqlar. Fövqəluca buyurur: “Göylərdə və yerdə olan hər kəs Rəhmanın yanına bir qul kimi gələcək” (Məryəm, 19/93). Bu dəhşətli gündə hakimiy­yətə sahib olanlar və sadə insanlar ara­sında fərqlər yox olacaq, çünki onla­rın hamısı alçaldılacaq və Fövqəlqüdrətli Hökmdara itaət edəcəklər.

 ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ
(27. 88) “Sən görəcəksən ki, tərpənməz saydığın dağlar[23], bu­­ludlar kimi hərəkət edir. Bu, yaratdıqlarını kamil surətdə Xəlq­edən Allahın sə­nəti­dir. Həqi­qə­tən, O, sizin nə etdiklərinizi bi­­lir”.
Sən bu nöqsanı və qüsurları olmayan qüdrətli dağlara bir bax! Sən elə fikirləşə bilərsən ki, bu əzəmətli istehkamlar həmi­şə­lik öz yerlərində du­racaqlar. Lakin Qiyamət gününün sarsıntıları o qədər əhəmiyyətli olacaq ki, hətta dağlar da Allahın hüzurunda qorxudan hərəkətə gələcəklər. Sonra onlar toz-torpağa çevrilə­cək və daha sonra isə ümumiyyətlə bütün dünyaya yayılıb yox ola­caqlar, sanki onlar heç vaxt mövcud olmamışlar. Allah bu barədə və sizin bütün etdikləriniz barədə hər şeyi bilir. Məhz buna görə, siz etdiyiniz bütün əməllərə görə əvəz alacaqsınız.
Sonra Fövqəluca Allah vəd etdiyi əvəzi səciyyələndirir və belə buyurur:

ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(27. 89) “Kim yaxşılıqlarla gələrsə, ondan da xeyirlisinə nail olar. Onlar həmin Günün dəhşətindən qorunmuş olarlar.
(27. 90) “Kim ki, pis əməllərlə gələrsə, üzüqoylu Od içinə atıl­maqla əvəzi veriləcək. Məgər bu, yalnız əməllərinizə görə əvəz deyilmi?”

 Yaxşı əməllər sözlərdən, hərəkətlərdən və hətta niyyətlər­dən də ibarət ola bilər. Cəza onları insanların və qalan məxluq­ların dəhşətə gəldiyi həmin Gün ya­xalamayacaqdır. Lakin bu o demək deyildir ki, bu cəza qarşı­sında onlar qorxu hissi keçirmə­yəcəklər. O ki qaldı, pis əməllərlə gələnlərə, onları Cəhənnəmə üzüqoylu atacaqlar.

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(27. 91) “Mənə yalnız bu bölgənin, onu haram qılan Rəb­binə ibadət etmək əmr olunmuşdur. Hər şey Ona məxsusdur, mənə isə əmr edilmişdir ki, müsəlmanlardan olum
(27. 92) və Quran oxuyum”. “Kim doğru yolla gedirsə, öz xeyri­nə­dir. Zəlalətə düşənlərə isə de: “Mən yalnız çəkindi­rə­nəm”.

Üstdəki ayədə söhbət mübarək Məkkədən gedir. Orada ya­şamaq çox şə­rəf­lidir. Bu isə o deməkdir ki, Məkkə sakinləri öz Rəbbinə hamıdan daha çox minnətdar olmalı və Ona itaət etmə­lidirlər. Lakin insanlar elə düşünməməli­dirlər ki, Allahın hökm­ranlığı təkcə Kəəbəyə və ya Məkkəyə aiddir. Çünki hər iki - ən yüksək və ən aşağı aləm Ona məxsusdur.
Fövqəluca Muhəmmədə (s.ə.s.) buyurmuşdur ki, İslamı qə­bul et­məkdə ləngiməyə yol verməsin və Allahın Elçisi (s.ə.s.) də öz Rəbbinin ira­dəsini yerinə yetirmişdir. O (s.ə.s.) birinci ola­raq İslam dinini qəbul etmiş və müsəlmanların ən yaxşısı olmuş­dur. O (s.ə.s.) öz peyğəmbərlik vəzifəsini də yerinə yetirmiş və hə­ya­tının sonuna kimi Quranı təbliğ etmişdir ki, insanlar haqqı dərk edə bilsinlər, öz Rəbbinin Kitabını öyrənə bilsinlər və onun gözəl mənalarını başa düşsünlər. İnsan doğru yolla gedirsə, onda o, öz möminliyinin və dindar­lığının bəhrələrini dada bilir. Əgər o, az­ğın­lığa düşürsə, onda hətta Peyğəmbər (s.ə.s.) də imanı onun qəl­binə sala bilməz.


 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(27. 93) “De: “Həmd Allaha məxsusdur! O, sizə möcüzə­lərini gös­tə­rə­cək[24] və siz onları anlayacaqsınız”. Rəbbin əməl­lə­rinizdən əsla qafil deyil”.
Həm bu dünyada, həm də Axirət aləmində həmd yalnız Al­laha məxsus­dur. Bütün məxluqlar Ona həmd edirlər, lakin Onun seçilmiş qulları bunu daha yaxşı edirlər. Onlar bütün digər yaradılmışlardan yüksəkdirlər, Ona yaxınlıq du­yurlar və Onun saysız-hesabsız ənamlarından ləzzət alırlar və buna görə onların tərifləməsini və minnətdarlığını digər məxluqların tərifi və min­nəti ilə müqayisə etmək olmaz.
Allah dəlillərini[25] insanlara göstərir ki, onlar haqqı yalan­dan ayır­maqda kömək əldə etsinlər və Allahın qulları bu dəlilləri dərk edərək, on­ların vasitəsi ilə qatı qaranlığı işıqlandırsınlar. Bu ona gö­rə belə edilir ki, həlak olanlar nəyə görə həlak olduqlarını tam başa düşsünlər. Həqiqətən, Rəbb insanın əməllərini unut­mur. Ək­sinə, Ona qullarının əməlləri və niy­yətləri yaxşı məlumdur. O bi­lir ki, onlar öz əməlləri ilə hansı mükafata və ya cəzaya layiq­dir­lər və bu­na görə mütləq elə bir hökm çıxaracaq ki, hər bir insanın Ona həmd etməsini labüdləşdirsin. İnsanlar Onu hökmən təriflə­yə­cəklər, çünki Onun müdrik qərarında zərrə qədər nöqsan tapa bil­mə­yə­cək­lər.
Fövqəluca Allahın mərhəməti və yardımı sayəsində mən bu ecazkar surənin şərhini başa çatdırdım. Ey Rəbbim! Bizi mər­hə­m­ətindən və kömə­yindən məhrum etmə, axı Sən hökmdarların Ən Alicənabı və Mərhəmətli­sisən. Sən Öz qullarının dualarına diq­­qətlə yanaşansan, onların çətin işlə­rini yüngülləşdirirsən, Öz bol­­luq qapılarını onların qarşısında açırsan və onlara ara vermə­dən bol hədiyyələrini əta edirsən. Sən mömin­lərə Bərəkətli Qu­ra­nın mənalarını anlamağa kömək göstərirsən və bu ecazkar elm dər­­­yasına can atanlara onun sirlərini açırsan. Həmd olsun Sənə, ey Rəbbim! Peyğəmbərin Muhəmmədə (s.ə.s.), ailəsinə və sə­ha­bə­lə­­rinə Allahın salavatı və salamı olsun!



[1] Quran surələrinin, əsasən, başlanğıcında verilən və ayələrin mətnində, ilk nəzərdə, izah olun­mayan bu hərflər haqqında Təfsirin öncəki cildlərində qısa məlumat ve­ril­miş­­dir. “Ta” və “Sin” hərflərinə gəldikdə isə, onların bu ayənin mətni ilə əlaqə­dar özəl­­­­liyə malik oldu­ğunu düşünərək bir sıra kiçik araşdırmalara çalışdıq. Belə ki, əli­miz­­­də bir neçə (Azərbaycan, rus, türk, ingilis) dil­lərdə olan Quranın (otuzdan çox) san­­­­­ballı tərcümələ­rində bu (27.1) ayənin fərqli çevirilərinin şa­hidi olduq və onların ək­­­­səriyyətində başlanğıc hərf­­lər (“Ta”, “Sin”), sadəcə olaraq, “...Aydın Kitabın ayə­lə­ri” kimi verilmişdir ki, bu hə­min ayənin mahiy­yətini qətiyyən açmır. Lakin “ayə” sö­­zü­­­­nün Azərbaycan mətnində “dəlil” ki­mi verilməsi, mətnin mahiy­yətini nisbətən ay­dın­­­laş­dırır və anlaşılmasını asanlaşdırır. “Ta”, “Sin”-nin ayə­də Aydın Kitabın mü­ha­­fi­zə­sinin dəlillə­rindən olması ifadəsi araşdır­mamızı gerçəkliyə daha çox yaxın­laş­dırır. Mü­­­­səlman alimlə­rinin bu başlanğıc hərf­lər haqqında söylədikləri də bizim variantı­mı­­­­zın lehinədir. Surələrdəki başlanğıc hərflərin indi­yədək aşkar edilmiş əsas təyina­tı­nın – Quranı təhriflərdən mühafizə etmək olduğunu təsdiq edir. (Bax: İstifadə et­di­yim mənbə: “Quran heç tükənməyən möcüzə, İstanbul, 2005.). Əlbəttə, mənim, bu qey­­­­dimdə, məndən öncəki tərcüməçilərin həmin ayəni yanlış çevirmələrini iddia et­di­­yimi dü­şünə bilənlər səhv etmiş olarlar. “Ayə” kəlməsi­nin həmin şərəfli ayədə müx­­­­təlif sözlərlə Azərbaycan dilinə tərcümə edilməsini, əlbəttə ki, yanlış kimi qəbul et­mək olmaz. Mən bu iddiadan uzağam. Çünki həmin çevirilərin hər biri öz növbə­sin­də doğru hesab edilə bilər və bu qeydlər, tənqid niyyətli mərəzdən deyil, sadəcə, Qu­ranın möcüzəvi mahiyyətini bir daha vurğulamaq məqsədindən irəli gəlmişdir. Ən doğrusunu Allah bilir. Tərc. F.S.
[2] Yəni, “Davudu da, Süleymanı da xatırla!” F.S.
[3] Görünür burada: 27/15-ci ayənin şərhində keçən (21/78-79) ayədəki: “...Biz Sü­ley­mana bunu araşdır­maqda kömək etdik...” müddəası nəzərdə tutulur. F.S.
[4] Yəni, öz qarışqa tayfasına görə. F.S.
[5] “Nass” deyildikdə, Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.ə.s.) hədisləri (rus dilində: «священные тексты» kimi verilmişdir) nəzərdə tutulur. F.S.
[6] Mən möhtərəm oxucudan son dərəcədə xahiş edirəm ki, müasir dövrün ən sadiq mü­fəssiri olan Şeyx Əbdürrıhman əs-Səədinin bu müddəasına diqqətlə yanaşsın və həqiqətən, bu əsər­də uydurma rəvayətlərin müəllif tərəfindən qətiyyən istifadə edilmədiyinə əmin ol­sun. F.S.
[7] Kursiv mənimdir. F.S.
[8] Kursiv mənimdir. F.S.
[9] 1) Şeyx əs-Səədi Təfsirinin mətnində bu rəvayəti təsdiq edən hər hansı maddi mənbəyə əsaslanan bir dəlil verilməsə də, Öz peyğəmbərinin müşriklər üzərində qələbəsini təmin etmək istəyən Fövqəluca Allahın istənilən möcüzəni hər hansı bir mövcud məxluqunun adı altında gerçəkləşdirmək istəyə bilməsi şübhəsizdir. Fövqəlqüdrət Sahibi Allah Səba məlikəsinin taxtını kitabda adı çəkilən Asəf b. Bərxiya adlı şəxsin simasında Öz mələyi vasitəsi ilə də gətirtmiş ola bilər. Allah ayədə buyurur ki, “bir nə­fər Kitabdan elmi olan”. Bu o deməkdir ki, Allah konkret bir şəxsiyyəti nəzərdə tu­tur. Burada söhbət nazil edilmiş Kitablardan gedə bilməz. Çünki maddənin işıq sürəti ki­mi bir sürətdə nəql edilməsi, daşınması haqqında hər hansı bir nass həmin Ki­tab­lar­dan məlum deyil. Taxt isə məhz belə bir sürətlə gətiril­mişdi. Deməli, Kitab deyil­dikdə, çox ehtimal ki, Lövhi-Məhfuz nəzərdə tutulub ki, onda nəinki işıq sürəti, həm də hələ kəşf olunmamış, Qiyamətə qədər gerçəkləşdiriləsi çox elmi kəşflər ba­rə­sin­də məlumatlar saxlanıla bilər.
    2) Türkiyə Quran Araşdırmaları Mərkəzinin tədqiqatçı-alimlərinin yazdığına görə, bu ayədə “taxtı gətirən şəxsin Kitabdan bir elmə malik olmasıdır. Onun nə pey­ğəm­bər, nə də cin olmasının göstərilməməsi, diqqətimizi elmə tərəf yönəldir. Bu gün mad­də­nin səsinin və təsvirinin elmi kəşflər sayəsində işığa yaxın bir sürətlə nəql edilməsi ger­çək­liyi artıq bir faktdır (radio və televiziya). Ayə bizə göstərir ki, mad­dənin kütlə­sinin nəq­li və daşınması da elmi nailiyyətlər əsasında bu sürətə yetişəcəkdir və bu barədə Ki­tabda (böyük ehtimal var ki, Lövhi-Məhfuz nəzərdə tutulur) bilik vardır. (Bax: “Quran heç tükənməyən möcüzə, səh. 261). İstənilən halda ayədəki “taxt möcüzəsi” Allahın möcüzəsidir və bu məsə­lədə məhz Onun iradəsi gerçəkləşmişdir. O (Pak və Müqəddəs Olan) hər şeyə qa­dirdir. Həmd olsun Fövqəluca Allaha! F.S.
[10] Səba məlikəsinə. F.S.
[11] Sarayın döşəməsini. F.S.
[12] Sərh – (ərəbcə) saray, qəsr mənalarındadır. F.S.
[13] Saleh peyğəmbərin (ə) xalqı. F.S.
[14] Vəli – yaxın qohum, qəyyum, dost, varis, himayədar və s. mənalarda işlədilir. F.S.
[15] Allahın buyurduğu kimi qadınlarla cinsi əlaqəyə girməkdənsə, kişilərə meyil edirdilər.
[16] Kursiv mənimdir.”Bu gil topalarının hər biri nişanlanmış və ayrı-ayrı günahkar­la­rın hər biri üçün nəzərdə tutulmuşdu”. Müəllif şərhinin, təbii ki, nasslara əsaslanan müd­dəasının bu fraqmentinə istinad edərək, belə bir nəticə çıxartmaq olar ki, Föv­qəl­uca və Müdrik Allah, həmişə olduğu kimi, Öz fövqəlqüdrəti və elmi ilə, Lut pey­ğəm­bə­rin (ə) azğın xalqına qarşı amansız cəza göndərməzdən öncə, iyrənc fasiq­lərin hər bi­rini fərdi qaydada məhv etməyi planlaşdırmışdır. Bişmiş gil topalarına nişan qoyul­ma­sı bu nəticəyə gəlməyə əsas verir. Bişmiş gil topaları hər bir günahkarı fərdi qay­da­da alazlayıb məhv edirdi, yəni, hər bir gil topası konkret bir günahkar üçün təyin olunmuşdu. Bu isə Allahın dərgahında hər bir günahkarın əməl­lə­ri­nin, o cümlədən günahkar əməllərinin qeydə alınmasının daha bir ilahi sübutudur və bişmiş gil topalarının “ni­şan­lan­ma­sı” ifadəsi bunu təsdiq edir. F.S.
[17] Bu ayə (27/60) bundan əvvəlki ayənin (27/59) son fraqmentinin davamı olduğu üçün bu formada verilmişdir. Tərcümə mətnin əslinə uyğundur. F.S.
[18]Dənizlər arasında maneələr”-lə əlaqədar bu ciliddə Furqan surəsinin (25. 53) ayəsinə yazdığım qeydə bax! F.S.
[19] Lövhi-Məhfuz – Fövqəluca Allahın dərgahında Mühafizəolunan Kitab nəzərdə tu­tu­lur. F.S.
[20] Dəbbə - Allahın yerdən çıxaracağı qeyri-adi bir heyvan adıdır. Bu söz Quranda düzəltmə törəmələri ilə birlikdə 18 dəfə (2/164; 11/6, 56; 16/49, 61; 31/10 və s. ayələrdə) keçmişdir. Təfsirçilərə görə böyük bir heyvandır, Qiyamətin ilk əlamətlərindəndir, bir ağac qurdunun adıdır. Barəsində müxtəlif rəvayətlər söylənmişdir.
[21] Yəni, günahkarlar. F. S.
[22] Qeyri-adi və danışa bilən bir heyvanın yerin təkindən çıxması. F.S.
[23] Yer üzünün ən sabit görünüşlü forması dağlardır. Dağların əlçatmazlığı düşüncəsi bə­zi ibtidai təfəkkür səviy­yəsində olan insanların çoxallahlıq məfkurələrində, onların tə­pələrində tanrıların olduğu zənninə qapılmalarına səbəb olmuşdu. Dağların əlçat­maz­­lığı qədər yerindəntərpənməz sabit görkəmi insanlar üçün bir aldanma forma­sı­dır. Bu ayə həmin qavrayış yanlışlığını insanların nəzərinə çatdırır və dağların da bu­lud­­lar kimi hərəkət etdiyini bildirir. Əgər belə sabit görkəmli dağlar hərəkət edirsə, de­məli, onlarla birlikdə bütün yer kürəsi də hərəkət edir. Ayə, peyğəmbərimizin (s.ə.s) zamanında yaşayan insanlar üçün inanılmaz olan bir biliyə işarə edir.  Mu­həm­məd Peyğəmbərin (s.ə.s) zamanında inanılmaz olan bu əlamət (işarə, dəlil), ondan son­rakı ilk əsrlərdə ayənin Qiyamətə işarə etdiyi düşünülərək, anlaşılmamışdı. Hətta iyir­minci əsrin 70-ci illərində bir məşhur ərəb ilahiyyatçısı yer kürəsinin hərə­kət et­mə­diyini və bunu deyənlərin kafir olduğunu bəyan etmişdi. Yerin hərəkət et­mə­sinə da­ir Ənbiya (21/33) surəsində də işarə edilmişdir. Dünyanın hərəkətsiz olma­sına aid tə­səvvürlər o qədər güclü olmuşdur ki, Qurandakı açıq-aydın dəlillərə bax­mayaraq, hət­ta görkəmli din adamları bu gerçəkliyi doğru-düzgün qavraya bilmə­mişlər. (Bax: “Quran heç tükənməyən möcüzə, səh. 118-119, 121). F.S.
[24] Quranın bu ayələrinin (27/92-93) nazil edildiyi vaxtdan xeyli əvvəl Allahın də­lillərinin (möcüzələrinin) aşkar olacağı məhz bu 93-cü ayə ilə müjdələnmişdir. Quran möcüzələri Muhəmməd Peyğəmbərin (s.ə.s) iradəsindən asılı olmayaraq ger­çək­ləş­dirilmişdir. Hər şeydən öncə, bu möcüzələrin baş verməsi üçün o zamanın bütün in­sanlarının bir yerə yığışıb bunu ərsəyə gətirmək istəməsi belə kifayət etməzdi. Yaxın tarixlərə qədər bütün İslam dünyası özü bu möcüzələrdən xəbərsiz idi. Quranın ri­yazi hesablamalarla bağlı möcüzələri hələ 45-50 il bundan qabaq belə heç kimə mə­lum deyildi. Bəli, vaxtı çatdıqca, Allah Öz dəlillərini aşkar edir. Ağlı və vicdanı olan insanlar bu möcüzələri başa düşür, Allaha həmd edir və Ona şükür etməklə min­nətdar olduqlarını göstərirlər (Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 284.). F.S.
[25] Bu sözü “möcüzə” kimi də başa düşmək olar, çünki ərəb dilində “ayə” kimi veril­miş həmin istilahın məna­ları çoxdur. F.S.

Комментариев нет:

Отправить комментарий