четверг, 3 мая 2012 г.

30. ƏR-RUM SURƏSİNİN ŞƏRHİ


ƏR-RUM
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(30. 1) “Əlif. Ləm. Mim”.
(30. 2) “Romalılar məğlub edilmişlər”
(30. 3) “ən çökək yerdə[1]. Lakin məğlubiyyətdən sonra  üs­tün­lük qazanacaqlar”

O uzaq zamanlarda Fars və Bizans yer üzündə iki ən böyük im­periya idi. Onlar bir-biri ilə amansız müharibələr aparırdılar və bir-birinə tay olan rəqiblər idilər. Farslar bütpərəst idilər və odu ilah­laşdırırdılar, bizanslılar isə Kitab əhlinə aid idilər və iddia edir­dilər ki, Tövrata və İncilə inanırlar. Şübhəsiz ki, bizanslıla­rın eti­­qadı, farsların müşrik baxışlarına nisbətən İslama daha yaxın idi və buna görə müsəlmanlar bizanslıların farslar üzə­rində qə­lə­bə çalmasını arzulayırdılar. Eyni zamanda ərəb müşrikləri də fars­­ların qələbə çalmasını istəyirdilər, çünki atəşpə­rəstliyin büt­pə­rəstliklə çoxlu oxşarlıqları vardır. Həlledici döyüş baş ver­dikdə, fars­lar bizanslıları məğlub etdilər. Bu məğlubiyyət bütövlükdə im­periya­nın ümu­mi vəziyyə­tinə təsir göstərmədi, çünki döyüşlər Ərəbistan torpaqlarına yaxın əra­zi­lərdə getmişdi. Bizanslıların məğ­­­­lubiyyəti haqqında xəbər müşrik­ləri sevin­dirdi, müs­əl­man­la­rı isə kədərləndirdi və belə olduqda, Allah onlara vəd etdi ki, çox yaxın vaxtlarda romalılar farsları darmadağın edəcəklər.

 ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ

(30. 4) “üç – doqquz il[2] arasında. Allah buna görə qərar qəbul et­mişdi və bundan sonra da qəbul edəcək. Həmin gün mö­minlər sevinə­cəklər
(30. 5) Allahın köməyinə. O, istədiyinə kömək edir. O – Fövqəl­qüdrətli­­dir, Mərhəmətlidir”.

Bu qələbənin bir neçə ildən sonra baş verməsi qabaqcadan nə­zərdə tutul­duğu kimi qismət olacaqdı. Ərəb sözü olan “bid” üç­dən doqquza qə­dər bir dövrü bildirir. Bizanslar məğlub oldular, lakin Fövqəluca Allah ön­cədən bildirmişdi ki, çox tezliklə onlar Fars üzərində qələbə çalacaqlar. Hadisələr Allahın qədərinə mü­va­­fiq olaraq, məhz belə baş verməliydi. Bütün zamanlarda ha­ki­miy­yət təkcə Ona məxsus olmuşdur, bu isə o de­məkdir ki, qə­lə-bə çalmaq üçün döyüşlərə mü­kəmməl hazırlaşmaq kifayət etmir. Dö­yüşçülərin göstərdik­ləri cəhd yalnız Allahın Qədəri ilə üst-üstə düş­­dükdə qələbə çalmaq mümkün olur. Bax buna görə də, Allah ön­­cədən buyurmuşdu ki, bizanslılar öz düşmən­lərinə mütləq üs­tün gələcək­lər. Hərçənd, hər iki imperiyanın orduları kafirlərdən iba­­rət idisə də, bir şər başqa bir şərdən həmişə daha pis ola bilər. Elə buna görə Farsın məğlu­biyyəti müsəlman­ları sevindirməli və ərəb müşriklərini kədərlən­dirməliydi.
Allah istədiyinə yardım əta edir, çünki fövqəlqüdrətə və bü­­tün məx­luqları üzərində hakimiyyətə malikdir. Quran ayə­lə­ri­nin birində Fövqəluca Rəbb əmr edir ki, belə deyilsin: “Ey mül­kün Sahibi Allah! Sən hakimiy­yəti istədiyinə əta edir­sən və is­tə­­diyindən də hakimiyyəti alırsan. Sən istədiyini ucaldır, istə­di­­­yini də alçaldırsan” (Ali İmran, 3/26). Lakin bununla yanaşı Föv­­qəluca Allah iman gətir­miş qullarına rəhmlidir və buna görə O (Pak və Müqəddəs Olam) onlara sədaətə nail olmaqda və ən müx­­­təlif üsullarla qələbə çalmaqda kömək edir və bu üsullar o qə­­dər çoxdur ki, onların hamısını saymaqla qurtarmaz.

 ﭑ ﭒﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(30. 6) “Allahın vədi belədir və Allah Öz vədini pozmur, la­kin insanların əksəriyyəti bilmir”.

Rəbbinizin vədinin gerçəkliyinə əmin olun və onun mütləq müm­kün olaca­ğına şübhə etməyin! Ayə bu vəd ilə nazil ediləndə mü­səlmanlar o saat ona iman gətirdilər, müşriklər isə onu yalan say­dılar. Hətta bəzi müsəlman­lar müşriklərlə bu vədin neçə ildən son­ra mümkün olacağı barədə mərc çəkməyə başlamışdılar. Al­la­hın öncədən müəyyən etdiyi müddət çatdıqda, bizanslılar hə­qi­qə­tən də Fars üzərində qələbə çaldılar və onları işğal et­dik­ləri tor­paq­l­ardan qovdular. Bu hadisə Quran vəhyinin gerçəkləşməsi ol­du.
Şübhəsiz ki, bu vəhy qeyb aləminə məxsus biliklərə aid idi, çün­ki Fövqəluca Allah yalnız bir-neçə ildən sonra baş verəcək ha­di­sə haqqında öncədən bəyan etmişdi. Bu barədə nəinki mü­səl­man­lar, həm də müşriklər də bilirdilər və buna görə, Rəbb vur­ğu­la­­yır ki, insanların əksəriyyəti Allahın vəd etdiyinin mütləq müm­­kün olacağından xəbərdar deyillər. Həmişə elə adamlar ta­pı­lır ki, onlar Rəbbin vədinə iman gətirməkdən boyun qaçırırlar və Onun ayələrini rədd etməyə başlayırlar. Onların bu tərzdə dav­­ranması, baş verən hadisələrin mahiyyəti və nəticələri haq­qında onların heç bir şey bilməməsindən irəli gəlir.

ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ ﭨ
(30. 7) “Onlar dünya həyatının zahirində olanları bilirlər və Axirətlərin­dən qafildirlər”.

Onlar öz həyatları haqqında yalnız aşkarda olanı bilirlər, çün­­­­ki təkcə ətraf­larında baş verən hadisələr üzərində düşünürlər və elə zənn edirlər ki, maddi hadi­­sələrin nəticəsi təkcə fiziki ha­di­sə­­­lər ola bilər. Onlar öz gözləri ilə görə bilmə­dikləri şeylərin var­lı­ğı­­­na inanmırlar. Bununla da səbəblər üzərində düşünürlər, amma fi­­­kirləşmirlər ki, bu səbəbləri ətraf aləmə təsir göstərməyə məhz nə məc­bur edir. Onlar Axirət həyatı üzərində də düşün­mürlər, çün­­ki on­ların niyyətləri və istəkləri bütövlükdə dünya həyatı və fa­­ni mad­di nemətlərlə bağlıdır. Onlar gecə-gündüz yalnız öz eh­ti­r­as­la­rı­nı təmin etmək xatirinə çalışırlar və bu onları Axirət həya­tın­dan ya­yındırır. Onlar Cənnət bağları haqqında arzu belə et­mir­lər və Cə­­hənnəm cəzasından dəhşətə gəlmirlər. Onlar Föv­qəlu­ca Allahla gö­rüşəcəklərindən də qorxmur­lar və Rəbbin hü­zu­run­da da­ya­na­caq­la­rından çəkinmirlər. Həqiqətən, belə key­fiy­yət­lər bəd­bəxt­liyin müj­dəçisi və Axirət həyatına laqeyd münasibətin sü­bu­tu­dur.
Lakin, çox təəccüblüdür ki, bu insanların çoxusu dünyəvi mə­­sələləri çox gözəl araşdırmağı bacarır və elə nəticələr əldə edir­lər ki, insanların qəlbini valeh edir və ağıllarını çaşdırırlar. Onlar ato­­mu aşkar ediblər, elek­trik cərəyanını kəşf ediblər, quruda, su­da və havada nəqliyyat vasitələri inşa etməyi öyrəniblər. Onların he­­sabında onları öz biliklərinə aldanmağa məc­bur edən çoxsaylı na­­iliy­yətlər və görkəmli kəşflər vardır. Buna görə on­lar elə hesab edir­­lər ki, yerdə qalan bütün digər insanlar, onların Fövqəluca Allahın mərhəməti və bilavasitə köməyi sayəsində nail ol­duq­la­rı­nı[3] bacar­mağa qadir deyillər. Onlar başqalarına etinasız­lıqla ya­na­şır­lar, halbuki öz­ləri cahil insanlardır və dini məsə­lələrdən baş çı­xar­­mırlar, Axirətə say­maz­lıq göstərir və insanların əməllərinin nə­ticələri haqqında tamamilə məlu­mat­sızdırlar. Bəsirət sahibi olan insanlar onların yalan, nadanlıq və azğınlıq zülmətində do­laş­dıqlarını görürlər. Onlar Allahı unutmuşlar və O (Pak və Mü­qəd­dəs Olan) da onların özlərini özlərinə unutdurmuşdur. Onlar ma­­hiy­yətcə - özbaşınalıq edən günahkarlardır.
Allah onlara böyük nemətlər və istedadlar əta etmişdir. On­lar Allah­ın bu mərhəməti sayəsində dünyəvi elmlər sahəsində qey­­ri-adi kəşflər et­mişlər, lakin bununla yanaşı onlar ən vacib el­mi dərk etmək bacarığından məhrumdurlar. Əgər onlar bunu dü­şün­­səydilər, onda onlara aydın olardı ki, qərar həmişə Fövqəluca Rəb­­bə məxsusdur və Onun Öz qullarını istədiyi kimi idarə et­di­yi­ni: kimisini doğ­ru yola yönəltditini, kimisini də yardımın­dan məh­­rum etdiyini anlayardılar, onla­rın ürəkləri Fövqəlqüdrətli Allah qarşısında mütləq qorxu ilə dolardı və onlar Ona dua ilə mü­­raciət edərək, onlara ağıl və iman nuru əta etməsini diləyər­dilər ki, onların hər biri çətin­liklərlə örtülü yolu adlaya bilsinlər və Rəb­binin mərhəmətini qazansınlar.
Əgər bu insanların dünyəvi təfəkkürü haqq dinlə qo­vuş­say­dı və saleh eti­qada istinad etsəydi, onda onlar hökmən böyük tə­rəqqinin və gözəl məişətin rəhni olardılar. Lakin əksər hallarda bu təfəkkür sahibləri allahsızlığa isti­nad edir, insanları bəşər əx­la­qı­nın enişinə və həlaka doğru aparırlar.

 ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ

(30. 8) “Məgər onlar özləri haqqında düşünmürdülər? Allah göyləri, yeri və onların arasındakıları yalnız Haqq xati­ri­nə və yalnız müəyyən müddətə xəlq etmişdir. Doğrusu, insan­la­rın ço­xu Rəbbi ilə qarşılaşaca­ğına inanmır”.

Doğrudanmı elçiləri rədd edən və Rəbb ilə görüşü inkar edən kafirlər özləri barədə düşünmürlər? Belə düşüncələr insanın, onu heçlikdən Xəlqedən Fövqəluca Yaradanın, onu, öldükdən son­ra mütləq təkrar yarada­cağına dəlalət edən bir çox ayələri dərk etməsinə səbəb olur. O (Pak və Müqəddəs Olan) insanı bir xilqətdən digərinə çevirir: kiçicik bir damcı – qan laxtasına dönür; sonra qan laxtası ət paçasına çevrilir; sonra rüşeym dölə çevrilir və mələk ona ruh üfləyir; sonra uşaq dünyaya gələrək, yeniyet­məyə çevrilir, yaşlı insan və ahıl qoca olur. Buna görə, Allahın insanı unutduğunu və onu hökmlərsiz və qadağalarsız, mükafat­sız və cəzasız qoyduğunu düşünmək lazım deyil.
Allah ali və aşağı aləmləri yalnız Haqq xatirinə xəlq et­miş­dir. Bu Haqq ondan ibarətdir ki, Fövqəluca Allah insanları sı­naq­dan keçirir və onların arasın­dan xeyirxah işlər görənləri aş­kar edir. Qiyamət günü başla­dıqda və Kainat üçün müəyyən olun­muş müddət sona yetişdikdə, göylərin və yer üzünün gör­kə­mi tamamilə dəyişəcəkdir. Lakin insanların çoxu öz Rəbbi ilə gö­rüşəcəyinə inanmır və buna görə onlar bu görüşə hazırlaş­mırlar və Allahın elçilərinin sözlərinə iman gətirmirlər. Amma bu küfr ta­mamilə əsassızdır. Bundan başqa, dirilmənin və əvəz ve­ri­lə­cə­yi­nin labüdlüyünün çoxsaylı təkzibolunmaz dəlilləri mövcuddur. Bax buna görə, Fövqəluca Allah buyurur:

 ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

(30. 9) “Məgər onlar yer üzündə gəzib-dolaşaraq, gör­mür­dü­lər ki, onlara qədər olanların aqibəti necə sona çatmışdır?” Əv­vəlkilər gücdə onlardan daha üstündülər[4], torpağı onlardan da­ha yaxşı becərir və sahmana salırdılar. Onla­rın elçiləri onlara ay­dın ayələr gətirirdilər. Allah onlara zülm etmirdi – onlar öz­lə­ri özlərinə zülm edirdilər”.

Fövqəluca kafirlərə yer üzündə səfərə çıxmağı və onlardan əv­vəlki kafirlərin aqibətinin necə olduğunu öz gözləri ilə gör­mə­lə­rini təklif edir. Onlar da elçiləri in­kar edir və hökmlərinə mü­qa­vi­mət göstərirdilər. Bunun­la yanaşı onlar çox böyük gücə və bö­yük imkanlara malikdilər. Onlar saraylar tikir, emalatxanalar qu­raş­dırır, əkin sahələrini becərir və hətta çaylar üçün süni yataqlar sa­lırdılar. Lakin onlar Allahın dəlilləri ilə yanla­rına gələn elçiləri rədd etməyə cəsarət göstərəndə, nə on­ların qüdrətli olması, nə də in­şa etdikləri əzəmətli tikililər onlara fayda vermirdi, çünki el­çi­lə­rin gətirdiyi hər bir ayə Allahın Təliminin gerçəkliyini və doğ­ru­lu­­ğunu təsdiq edirdi. Əgər müasir kafirlər onlardan əvvəlkilərin nə­yinin saxlanıb qaldı­ğına baxsalar, onda onlar yalnız tərk edil­miş yaşayış məskən­lərini, özlərindən sonra xoşagəlməz ad qoy­muş və həlak edilmiş xalqların ələngələrini aşkar edərlər. Bu dün­ya­da kafirliyə görə əvəz belədir, halbuki bu, Axirətdəki Cə­hən­nəm əzabla­rının hələ yalnız astanası belə deyildir. Fövqəluca ka­fir xalqları həlak etdi, lakin O, onlara zülm etmədi, çünki onlar öz əl­ləri ilə özlərini ölümə məhkum etmişdilər və özləri özlərinə zülm etmişdilər.

 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(30. 10) “Allahın ayələrini yalan sayıb, rişxənd edənlərin aqibəti, pislik etdiklərinə görə, pis də oldu”.

Günahların və cinayətlərin sonu dəhşətli və yaramaz olur, çün­ki onlar in­sanı Allahın ayələrini inkar etməyə və onları mas­qa­raya qoymağa sövq edir. Günahların və cinayətlərin sonu be­lə­dir! Lakin bədbəxtliklər bununla bitmir, çünki kafirliyin və is­teh­za etmənin sonu günahkarlar üçün əzab-əziyyətli cəza və bütün baş­qaları üçün isə ibrət olur.

ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(30. 11) “Allah məxluqatı əzəldən yaradır, sonra isə təkrar xəlq edir. Sonra da Ona qaytarılacaqsınız”.
Fövqəluca bildirir ki, O (Pak və Müqəddəs Olan), məxluq­ları təkbaşına əzəl­dən[5] yaradır, sonra isə onları həyata qay­tarır. Bu minvalla insanlar dirildiləcək və onların hər biri öz Rəb­binə qayıdacaq ki, öz əməllərinə görə əvəz alsın. Bax buna gö­rə sonra Fövqəluca Rəbb günahkarların cəzalandırılması və mö­min­lərin müka­fat­lan­dı­rılması haqqında xəbər verir.
l
ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(30. 12) “Həmin Saatın gələcəyi gün günahkarlar ümid­siz­li­yə qapıla­caqlar”.

Qiyamət günü qopduqda insanlar qəbirlərindən qal­xa­caq­lar ki, aləmlərin Rəbbinin hüzurunda dayansınlar və dirilmənin ger­­çək­liyini öz gözləri ilə görüb əmin olsunlar. Məhz onda gü­nah­­­­kar­lar ümidlərini itirmiş halda olacaqlar, çünki onların hər bi­ri mü­ka­fat almaq ümidindən məhrum olacaqdır. Onlar öz Axirət hə­­­yatı üçün, cinayət və günahlarından başqa, heç bir şey ha­zır­la­ma­­dıq-larını dərk edəcəklər. Çünki onlar küfrə etiqad etmiş, Allaha şərik qoş­muş və Onun hökmlərinə itaətsizlik göstərmiş­dilər. Bununla da onlar öz­lə­rini cəzaya məhkum etmiş və ən kiçik bir mükafat qa­zan­mağa da layiq olmamışdılar. Nəticədə isə onlar uğur əldə edə bi­l­ə­cək­lə­ri­nə ümidlərini itirəcək və böyük ziyana uğrayacaqlar. On­lar uy­dur­­duq­ları hər şeydən məhrum olacaqlar, çünki onların “ilah­laş­dır­dıqları” bütlər onlara kömək edə bilmə­yəcək və havadar çıx­­ma­yacaq. Buna görə sonra Fövqəluca Allah buyurur:
 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(30. 13) “Onların şərik qoşduqlarından heç kim onlara havadar çıxma­yacaq və onlar öz şəriklərini inkar edəcəklər”.
(30. 14) “Həmin Günün Saatı çatdıqda, onlar o Gün fərq­ləndiri­ləcəklər”.

Müşriklər Allahla yanaşı ibadət etdikləri bütlərdən imtina edəcəklər, onlar da, öz növbəsində müşriklərdən imtina edəcəklər. Fasiqlər deyə­cək­lər: “Ey Rəbbi­miz! Budur bizim azdırdıqlarımız. Biz özümüz azmış oldu­ğumuz üçün, onları da azdırmışıq. Biz Sənin qarşında onlardan imtina edirik. Onlar bizə ibadət et­mir­dilər” (Qəsəs, 28/63). Müşriklər və bütlər bir-birilərini lənətləyə­cəklər və bu dəhşətli gündə caniləri ayırd edib, mö­min­lərdən ayı­racaqlar. Onlar bir-birindən, bu dünya həyatındakı əməllə­rinin bir-birindən fərqləndiyi kimi, fərqlənəcəklər.

ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(30. 15) “İman gətirib, xeyirxah işlər görənlər gül-çiçəklər içində sevi­nəcəklər”.

Onlar bütün varılığı ilə iman gətirmişdilər və öz imanını sa­leh əməl­lərlə təs­diq etmişdilər və buna görə də Cənnət bağla­rında yer tutmağa layiq idilər. Orada ecazkar bitkilər boy atır və ən çox arzu edilən gözəlliklər möv­cuddur. Möminlər orada ən bö­yük sevinc duyacaq və ləzzətli təamalardan və dadlı içkilərdən, hey­ranedici hurilərdən və yeniyetmə xidmətçilərdən, valehedici səslərdən və qeyri-adi danışıq tərzlərindən, gözoxşayan mənzə­rə­lərdən və xoş rayihəli ətirlərdən zövq alacaqlar. Həqiqətən, bu, sözlə təsvir edilməsi mümkün ­olmayan sevinc, ləz­zət və şadya­nalıqdan ibarət bir həyatın təcəssümü olacaqdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

(30. 16) “Lakin iman gətirməyib, Bizim ayələrimizi və Axi­rətə qo­vu­­şa­caqlarını yalan sayanlar, əzab-əziyyət içində ola­caq­lar”.

Bu günahkarlar Rəbbin səxavətindən imtina etdilər və Onun onlara göstər­diyi mərhəmətinə naşükürlüklə cavab verdilər. Onlar Allahın elçiləri­nin (onlara Allahın salamı olsun!) göstər­dikləri möcüzələri və gətirdikləri ayələri qəbul etmə­dilər və buna görə də Cəhənnəm cəzasına layiq oldular. O, əzaba düçar edil­miş­­ləri hər tərəfdən əhatə edəcəkdir. Amansız alov onların ürək­lərinə nüfuz edəcək, qaynar su isə onların üzünü yandıracaq və ba­ğırsaq­larını parçalayacaqdır. Bu iki kəsimdən olan insanlar ara­sın­da fərq necə də böyükdür! Məgər bəxtiyar mömin­lərlə əzablar içində qovrulan günahkarların qismətini müqayisə etməkmi olar?!!
­­­ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(30. 17) “Axşam olanda və səhər açılanda[6] Allahın şan-şöhrətini ucal­dın!”
(30. 18) “Günün sonunda və günorta girərkən[7] göylərdə də, yerdə də həmd Ona məxsusdur”.

Fövqəluca bildirir ki, O, hər cür nöqsan və çatışmazlıqlar­dan azaddır. Məx­luqlardan heç biri Rəbbə bərabər tutulmağa la­yiq deyildir. Buna görə qulları Onu səhərlər və axşam çağları, daha sonra günorta və gecə vaxtla­rında şərəfləndir­məlidirlər. Bu ayələrdə bəhs edilən vaxtlar – beş vacib (fərz) namazın vaxtlarıdır ki, qulları həmin vaxtlarda Allaha həmd edir və Fövqəlucanı tə­riflə­yərək şərəflən­dirirlər. Bu tərifləmələr həm beş dəfə fərz na­maz[8] qılmaq kimi vacib hökmdən, həm Allahı səhər-axşam zikr etmək məqsədilə qılınan nafilə[9] namazlardan və həm də vacib və nafilə namaz­lardan sonra digər könüllü qılınanlardan (vitr[10], təhəccüd[11] və s. namaz­la­rdan) ibarətdir. Müsəlmanlar bu hökm­ləri ona görə yerinə yetirməlidirlər ki, Allahın fərz namazlar üçün ayırdığı beş vaxt, gecə-gündüz ərzində ən yaxşı saatlardır. Bu isə o deməkdir ki, Allahı həmin saatlarda tərifləmə və Ona ibadət etmə, istənilən digər vaxtlardan daha yaxşıdır. Bu, hətta Rəbbi mədh etməklə bağlı olmayan digər ibadət ayinlərinə də aiddir, çünki insan Rəbbinə səmimi qəlbdən ibadət edirsə, onda o, öz rəftarı ilə Fövqəluca Allahın hər cür nöqsanlardan xali olduğuna və hər hansı bir məxluqun, Allahla yanaşı, ibadətə və səmimi qulluğa layiq olmadığına dəlalət edir.

 ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ

(30. 19) “O, ölüdən diri çıxardır, diridən də ölü çıxardır. O, torpağı ölümündən sonra canlandırır və beləcə də siz çıxarıla­caqsınız”.

Fövqəluca quraqlıq yeri – gül-çiçəkli bağçaya, taxıl dənini – sünbülə, toxu­mu – ağaca, yumurtanı – toyuğa, kafiri isə möminə çevirir. O, istədikdə, bir şeyi başqa bir şeyə əks istiqamətdə də çe­virir. O, qupquru cansız tor­pağa yağış nazil edir və bundan sonra torpaq hərəkətə gəlir, qabarır və cür­bəcür qəribə bitkilərlə örtülür. Eyni ilə bu qaydada insanlar da qəbirlə­rindən çıxarılacaqlar. Bu – təkzib­olunmaz bir dəlildir və sübut edir ki, yeri ölümündən sonra dirildən Rəbb, ölən insanları da mütləq dirildəcəkdir. Əgər ağıllı insan bu iki hadisə üzərində bir qə­dər düşünərsə, onda onların arasında o qədər də əhəmiyyətli bir fərq tapmaz və onlardan bi­rinin şahidi olduğu halda, digərini inkar etməz.
Aşağıdakı ayələrdə Fövqəluca Allah, Özünün – ibadətə la­yiq Vahid Rəbb, əzəmətinin kamil, iradəsinin sabit, qüdrətinin nə­həng, əməllərinin gözəl, rəhmət və xeyirxahlığının isə hüdud­suz olmasını təsdiq edən çox­saylı dəlillər sadalayır.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

(30. 20) “Sizi torpaqdan yaratması da Onun dəlilləri ara­sındadır. Sonra isə siz bəşəriyyətə çevrilib, hər yerə yayıldınız”.

Əzəlcə Fövqəlqüdrətli Allah torpaqdan bütün bəşəriyyətin ulu baba­sını – Adəmi yaratmışdır. Sonra isə Allah insanları dün­yaya yaymış və onları yer kürə­sinin ən müxtəlif guşələrində yer­ləşdirib məskunlaşdır­mışdır. Bütün bunlar ona dəlalət edir ki, bir ulu babadan bəşəriyyəti xəlq etmiş və onu bütün dünyaya sakin etmiş Rəbb, ibadətə yeganə layiq olan Vahid Allahdır. Həmdəla­yiq, Rəhmli və Qullarınısevən Hökmdar insanları öldükdən sonra mütləq dirildəcəkdir. Onun dəlilləri arasında elələri də vardır ki, Onun hüdudsuz rəhmdilliyini, qullarına qayğı ilə yanaşmasını, ən dərin hikmətini və hərşeyiəhatəedən elmini təsdiq edir. Bu dəlillərdən biri barəsində Allah belə buyurur:

 ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(30. 21) “Təskinlik tapasınız deyə, özünüzdən zövcələ­ri­ni­zi xəlq etməsi və aranızda sevgi və mərhəmət hissi yaratması Onun dəlillərin­dəndir. Həqiqətən, bunda düşünən insanlar üç­ün bir ibrət vardır”.

Kişi və qadınların ümumi cəhətləri çoxdur və onlar bir-bi­rinə ol­duqca uy­ğun gəlirlər. Nikahlanma sayəsində onların ara­sında məhəbbət və mərhəmət hissi yaranır. Ər-arvad ünsiyyətdən və yaxınlıqdan zövq alır və bir-birilərində təskinlik tapırlar. Onlar dünyaya uşaqlar gətirir, onları tərbi­yələndirir və bundan çox böyük fayda əldə edirlər. Bir qayda olaraq, ərlə arvadı birləşdirən sevgi və şəfqət hissi başqa insanlar arasında belə qabarıq formada heç vaxt təzahür etmir. Həqiqətən, bütün bunlarda, Allahın ayə­ləri üzərində düşünən və ardıcıl olaraq ətrafda baş verənlər haq­qında fikirləşən insanlar üçün dəlillər vardır.

ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦﮧﮨ ﮩﮪﮫ ﮬﮭ

(30. 22) “Göylərin və yerin xəlq edilməsi də, dillərinizin[12], rəng­lərinizin fərqli olması da Onun dəlillərindəndir. Həqiqə­tən, bunda elm sahiblərindən ötrü dəlillər vardır”.

Elm sahibi olan insanlar Allahın ayələrinin ibrətamiz dərs­lərindən fayda gö­türür və onların mənalarını dərk edirlər. Belə ayələr olduqca çox­dur və on­lardan biri də göylərin və yerin, həm də onlarda olanların xəlq edilməsi haqqındadır. Bu məxluqların nəhəng ölçüləri Allahın əzəmətli hakimiyyəti və hüdudsuz qüd­rə­tinə dəlalət edir, Kainatın hər yerində mükəmməlliyə malik olması isə Rəbbin mütləq müdrikliyini və hədsiz elmini vurğu­layır. Bu, həqiqə­tən də belədir, çünki Xaliq nə xəlq etdiyini müt­ləq bilməlidir. Bax buna görə də Fövqəluca Allah buyur: “Məgər Xəlq Edən bunu bilməyəcək?!” (Mülk, 67/14). Kainatda gizli qa­lan saysız-hesab­sız nemətlər Rəbbin mərhəmətinə və alicənablı­ğına dəlalət edir. Onun bəzi məxluqla­rına üstün xüsusiyyətlər əta etməsi isə Onun iradə sahibi və istədiyini seçmək haqqına malik olmasına şəhadət verir. O (Pak və Müqəd­dəs Olan), təkbaşına bü­tün varlığı xəlq etmişdir və bu o deməkdir ki, yalnız O (Pak və Müqəddəs Olan), məxluqlarının ibadətinə layiqdir. Bütün bunlar – məntiqi dəlil və sübutlardır ki, Fövqəluca Allah insanların on­ların üzərində düşünmələrindən və özləri üçün faydalı nəticələr çıxarmalarından ötrü xatırlatmışdır.
Bu dəlillərdən biri də insanların dillərinin və dərilərinin rəng­lərinin müx­tə­lifliyidir. İnsan nəsli çox böyükdür, amma bü­tün insanlar bir adamın nəsillə­ridir və oxşar səs aparatına ma­lik­dir­lər. Buna baxmayaraq, səsləri və dərilərinin rəngi tam eyni olan iki insanı tapmaq mümkün deyildir. Səsləri və dərilərinin rəng çalarları nə qədər oxşar olsa da, onların arasında həmişə bəzi fərq­lər aşkar etmək olar. Həqiqətən də, bunda Allahın kamil qüd­rə­ti və yenilməz iradəsinə şəhadət verən dəlillər vardır. Bununla ya­naşı onlar Onun mərhəmətinə və Öz məxluqları haqqında qay­ğı göstərməsinə dəlalət edir. Rəbb bu müxtəlifliyi ona görə ya­rat­mış­­dır ki, insanlar bir-birilərindən seçilsinlər və qarışıqlıq düş­mə­sin. Əks halda, bəşəriyyət ən böyük nemət­lərdən və im­kan­lardan məh­rum olardı.

ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯝﯞ

(30. 23) “Sizin gecə və gündüz yuxularınız və Onun mər­hə­mətini axtar­manız Onun möcüzələrindəndir. Həqiqətən, eşi­dən insanlar üçün bun­da ibrət vardır”.

Bu dəlilləri, yalnız nəsihətlərə qulaq asan, baş verənlərin mə­nası üzərində düşünən və Allahın ayələri üzərində fikirləşən in­sanlar görməyə qadirdirlər. Gün­düzün və gecənin yaradılması Föv­qəluca Allahın mərhə­mə­tinə şəhadət verir. Allah həmçinin bu­yurur: “O, Öz mərhəməti sayə­sində gecəni və gündüzü xəlq et­mişdir ki, siz onlarda istirahət edəsiniz və Onun mərhəmətini ax­tarasınız, - ola bilsin ki, şükür edəsiniz” (Qəsəs, 28/73). Bu­nunla yanaşı gecə ilə gündüzün bir-birini əvəz etməsi Rəbbin müd­rikliyini təsdiq edir. O (Pak və Müqəddəs Olan), məxluqla­rına gecə-gündüzün bir hissəsini istirahət etməyi və güc topla­ma­ğı, digər hissəsini isə imanını təkmilləşdirmək və maddi rifahı­nı yax­şılaşdırmaq xatirinə çalış­mağı buyurmuşdur. Gecə və gün­düz bir-birilərini əvəz etməsəydilər, bu müm­kün olmazdı. Kai­nat­da belə bir qaydanın qoyulması bir Allah tərəfin­dən müəyyən edil­di­yi üçün, ibadətə də yalnız O (Pak və Müqəddəs Olan) layiqdir!

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(30. 24) “Sizə qorxu və ümid vermək üçün ildırımı gös­tərməsi və həm­ də göydən su nazil edərək, onunla torpağı ölü­mündən sonra canlan­dırması da Onun dəlillərindəndir. Həqi­qə­tən də, bunda ağıl sahibləri üçün ibrət vardır”.

Onun dəlillərindən biri də yağışdır ki, həyatverici nəmişliyi yeri və insanları oyadır. Bu möcüzə haqqında öncədən xəbər müjdəçisi isə ildırım və şimşəkdir ki, insanlarda qorxu və ümid doğurur. Bütün bunlar qupquru torpağı diriltdiyi kimi, insanları da mütləq dirildəcək Fövqəluca Allahın hüdudsuz mərhəmətinə, hər şeyi əhatə edən elminə, kamil imkanlarına və mütləq müdrik­liyinə dəlalət edir. Lakin bu dəlilləri yalnız sağlam təfəkkürə ma­lik olan şəxslər dərk edərlər. Məhz onlar gördükləri və eşitdikləri şeylər barəsində düşünürlər. Onlar ətraflarında baş ve­rən­ləri yadda saxlayır və bunlardan düzgün nəticələr çıxarırlar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(30. 25) “Göyün və yerin Onun iradəsilə dayanması da Onun dəlil­lərin­dəndir. Sonra O, sizi bir dəfə çağıran kimi, o saat yerdən çıxacaq­sınız”.

Rəbbin ən əzəmətli dəlillərindən biri də Onun iradəsi ilə öz yerlə­rində sabit dayanan və sarsıntıya məruz qalmayan göyləri və yeri xəlq etməsidir. Göylər yerin üstünə düşmür və bu yalnız Allahın hüdudsuz fövqəlqüdrəti sayəsindədir. Əgər bu Fövqəl­qüd­rətli Hökmdar Öz məxluq­larına təkcə bir dəfə dirilmək əmri versə, onların hamısı mütləq öz qəbir­lərindən çıxarlar. Buna görə Quran ayələrin­dən birində belə deyilir: “Həqiqətən, göylərin və yerin yaradılması, insanların yaradılmasından daha əzəmət­li­dir...” (Mumin, 40/57).
ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫﭬ
(30. 26) “Göydəkilər də, yerdəkilər də Ona məxsusdurlar. Onların hamısı Onun itaətindədirlər”.

Bütün məxluqlar və varlıqlar yalnız Rəbbin tabeliyində­dir­lər və Onun rəqibləri yoxdur, köməkçilərə möhtac deyil. Bütün varlıqlar Onun əzəmətinə itaət edir və Onun kamilliyi qarşısında baş əyirlər.

 ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ
(30. 27) “O – məxluqları əzəlcə xəlqedir, sonra təkrar ya­ra­dır və bu Onun üçün daha asandır. Göylərdə və yerdə ən ali nü­mu­nələr Ona məx­susdur. O – Fövqəlqüdrətlidir, Müdrik­dir”.
Bu ayənin mənası ondadır ki, insan təfəkürü üçün, insanın əzə­­li yara­dı­lı­şına nisbətən, onun ölümdən sonra dirildiləcəyini təs­­səvür etməsi daha asandır. Doğ­ru­dan da, əgər Allah insanı möv­­cud olmadığı halda yaradırsa, sözsüz ki, insanlar buna şübhə et­­mirlər, onda Onun üçün insanları təkrar yaratmaq daha asan ol­ma­lıdır.
Ağıllı insanların diqqət yetirməli olduqları və möminlərin üzərində dü­şün­məli olduqları əzəmətli dəlilləri xatırlatdıqdan sonra, Fövqəluca Allah ən mühüm məsələlərdən birinə toxunur və xəbər verir ki, göylərdə və yerdə ən ali nümu­nələr[13] Ona məx­susdur. Burada nəzərdə tutulan – Allah­ın əzəməti və kamilliyinin təcəssümü olan örnəkləridir. Hərtərəfli mükəm­məllik bu yara­dı­lış nümunələrinin keyfiyyətlərindəndir. Onun sadiq qulla­rının ürəkləri öz Rəbbinə məhəbbətlə dolu­dur. Onlar qəlbən Ona can atır, Onu möhtəşəm ibadətlərində xatırlayır, Ona layiqincə ibadət edirlər və bütün bunlar həmçinin Rəbbin ən ali məziyyətlərinin dəlilləridir ki, Onun əzəmətli sifətlərini və onlardan doğan nəti­cə­ləri özündə əks etdirir.
Bunu nəzərə alaraq, mömin ilahiyyatçılar Xaliqin sifətlərini təsvir edərkən deyirlər ki, əgər məxluqlar gözəl sifətlərə malik­dirlərsə, onda so­nun­cular mütləq Xaliqə məxsus olmalıdır və məxluqların eyni keyfiy­yət­lərinə nisbətən üstünlük təşkil etməli­dir. Məxluqların malik ola biləcəkləri nöqsanlara və qüsurlara gəl­dikdə isə, onlar Xaliqə aid edilə bilməz, məx­luqlar özləri on­lardan xilas olmalı­dırlar.
Fövqəlqüdrətli və Müdrik adları da Allahın gözəl adları ara­­sın­da­dır. O (Pak və Müqəddəs Olan), kamil fövqəlqüdrətə və hü­dudsuz müdrikliyə malikdir. Öz föv­qəl­qüd­rəti sayə­sində O (Pak və Müqəddəs Olan) məxluq­ları yaratmış və qa­nunlar nazil et­mişdir, Özünün müd­rikliyi sa­yəsində isə, O (Pak və Müqəddəs Olan) Kainatı gözəl yaratmış və nazil etdiyi hökm­lərini ədalətli et­mişdir.
 ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ

(30. 28) “O, sizə özünüzdən bir məsəl çəkmişdir. Sizin sağ əlinizin malik olduqları[14] arasında, sizə əta etdiyimiz ruziyə sizinlə bərabər haq­qa malik olan və bir-birinzidən çəkindi­yiniz kimi, onlardan da çəkindi­yiniz şəriklərinizmi var? Biz düşünən insanlar üçün ayələrimizi belə izah edirik”.

Allah müşrikliyin yanlışlığını ifşa etməyi qərara alır və in­sanların özlərinə aid olan bu zərbi-məsəli çəkir. Onun mənasını an­lamaq üçün bir yerdən başqa yerə getmək və ya dəvələri qoş­mağa ehtiyac yoxdur. Məgər kölələr Bizim azad insanlara əta et­diklərimizə şərikdirlərmi? Məgər kölə kişilər və kölə qadınlar öz sahiblərinin mülkiyyətində eyni haqqamı malik­dirlər? Məgər azad insanlar onla­rın mülkiyyətinə həqiqətən haqqı olan insan­lardan ehtiyat etdikləri kimi, öz qul­larından da ehtiyat edirlərmi? Şübhəsiz ki, yox! Heç bir kölə, Fövqəluca Allahın onun sahibinin qismətinə ayırdığı mülkiyyətə şərik ola bilməz[15]. Azad insanlar özlərini kölələrlə bərabərləşdirmək istəmirlər. Hərçənd onlar nə kölələri yaratmır, nə də kö­lə­lərə ruzi nazil etmirlər. Onda bəs niyə azad insanlar Allaha şərik qoş­mağa razılaşırlar? Niyə onlar bəzi məxluqları Fövqəluca Allahla bərabər saya­raq, onları ilahlaş­dı­rırlar? Doğrudan da bu qəribə vəziyyət Allaha şərik qoşan hər bir kəsin düşüncəsizliyini sübut edir. Çoxallahlıq – uydurmadır və yox olacaqdır, çünki Fövqəluca Allaha bərabər olan yoxdur və heç kim Onunla yanaşı ibadətə layiq deyildir.
Belə zərbi-məsəllər haqqı başa düşən insanlara fayda verir. Dü­şün­cəsiz ca­hillərə gəldikdə isə, onlar izah edilmiş dəlilləri gör­mək və dərk etmək qabiliyyə­tindən məhrum edilmişlər. Onlar, in­sanlara izah edilənləri və ya başa salınanları anlamağa imkan ve­rən dərrakədən məhrum edil­mişlər. Buna görə də bu Quran ayə­­si ağıl sahibi və sağlam düşüncəyə malik insanlara yönəldil­mişdir.
Bu zərbi-məsəldən aydın olur ki, Allaha şərik qoşan müş­rik­lər uy­du­rul­muş ilahlara ibadət edir və onların köməyinə bel bağ­­la­yır və haq­­dan tamamilə uzaqdır­lar. Bu insanları, yanlışlığı heç bir şüb­­hə do­ğur­mayan və əlavə sübutlara ehtiyacı olmayan mə­­nasız uy­­dur­ma­la­ra eti­qad göstərməyə məcbur edən nədir? On­lar öz rəzil is­­təklərinə yol ver­məyə meyilli olduqları üçün belə dav­­ranırlar və bu­­na görə, son­ra Rəbb buyurur:

 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(30. 29) “Amma zalımlar heç bir biliyə malik olmadan öz istəklə­rinə tabe olurlar. Allahın azğınlığa saldığı kəsləri kim doğru yola gətirə bilər? Onların köməkçiləri olmayacaqdır!”

Günahkarların qəlbi də nöqsanlıdır və bunun sübutu onla­rın cəhd­­­lə­rinin yanlışlığıdır. Onlar insanın idrakı və təhtəlşüuru tə­rə­fin­dən rədd edi­lən əməllər törədirlər. Eyni zamanda onlar əsas­lı bi­lik­lə­rə is­tinad etmir və haqlı olmalarını inandırıcı dəlil­lər­lə təsdiq edə bil­mir­lər. Lakin onların azğınlığı təəccüb doğur­ma­ma­lıdır, çünki Föv­qə­luca Allah onların zalımlı­ğını öncədən gör­müş və onları doğ­ru yol­dan məh­rum etmişdir. Əgər Allah insanı az­dırırsa, onda onu heç vaxt doğ­ru yola gətirmək mümkün ol­ma­ya­­caq­dır, çünki heç kim Allahın ira­də­si­nə müqavimət gös­tər­məyə qa­dir deyil. Yollarını az­mış gü­nahkarlar on­lara vəd edi­lən cəzanı al­dıqda, heç kim on­la­rın kö­mə­yi­nə gəl­məyəcək və onlar özləri də ar­tıq öz talelərini də­yiş­di­rə bil­mə­yə­cəklər.

ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ

(30. 30) “Üzünü hənif[16] kimi dinə çevir! Allahın xəlq et­di­yi insan­ların fitrəti belədir. Allahın məxluqu dəyişdirilə bilməz. Haqq din belə­dir, lakin insan­ların əksəriyyəti bilmirlər”.

Fövqəluca bütün hallarda səmimi olmağı və dinə layiqincə eti­qad et­məyi buyurmuşdur. Bu din itaətkarlığa, imana və xeyir­xah­lığa əsaslanır. Ona etiqad et­mək üçün insan Allaha qəlbi və bə­dən hərəkəti ilə ibadət et­məlidir. O namaz qılmalı, zəkat ver­mə­­li, oruc tutmalı, ziyarətə getməli və digər dini ayinləri yerinə ye­tirməli və həmçinin Allahı sevməli, Ondan qorx­malı, Ona tə­vək­kül etməli və Onun qarşısında tövbə etməlidir. Bu za­man o, öz Rəbbinə, sanki Onu görürmüş kimi, ibadət etməlidir. Hərçənd o, öz Rəbbini görmürsə də, Rəbbi onu görür.
Allah Öz qullarına üzlərini dinə çevirməyi əmr edir, çünki insan qəlbən dinə müraciət etmədikcə, bu mümkün olmayacaqdır. Əgər o, üzünü dinə qəlbən dön­dərərsə, onda bunun ardınca o, bütün bədəni ilə ona can atacaqdır. Buna görə Fövqəluca Allah xüsusilə qeyd edir ki, bu, başqa məqsədlərə nail olmaq üçün deyil, səmimiyyətlə Allah xatirinə yerinə yetirilməlidir. Məhz buna can atmaq insanın təhtəlşüuruna əzəldən qoyul­muşdur və buna görə insanlar Allahın hökmlərinin gözəlliyini və onlara zidd olanların yanlışlığını dərk edirlər. Bu, həm qəlbə, həm də bədənə aid olan bütün hökmlərə istisnasız şamil edilir, çünki Fövqəluca Allah Öz məxluqlarına haqqa məhəbbət bəsləməyi aşılamış və onlara yalan qar­şı­sında haqqa üstünlük verməyi öyrətmişdir. İnsan qəlbinin fit­rəti[17] bundan ibarətdir.
Əgər insan öz təbiətinə zidd gedirsə və idrakın tələblərinə qar­­­şı çıxırsa, onda onun qəlbi pozulmağa başlayır və buna görə Mu­­­həmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) de­­miş­dir: “Hər bir insan fitrətlə (tək Allaha ibadət etmək üçün) do­ğu­­­lur, onun valideynləri isə onu yəhudi, xristian və odpərəst edir­lər”. Heç ki­mə Allahın məxluqlarının simasını dəyişdirməyə icazə verilmə­miş­­­dir. Bu­dur Allaha və şan-şöhrətli Cənnət məskəninə aparan düz yol! Əgər insan üzünü Allahın dininə yönəl­dirsə, on­da o, doğ­ru yola gəlmiş olur. Lakin insanların çoxu haqq dinin nə ol­duğunu bil­mirlər və əgər bilsələr də ona etiqad etməkdən bo­yun qaçı­rırlar.

 ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(30. 31) “Ona yönəlin, Ona təqva ilə yanaşın, namaz qılın və müş­rik­lərdən olmayın,”

Bu sözlər müsəlmanlara Allahın dininə necə yönəlməyi izah edir. Bundan ötrü hər bir insan bütün varlığı ilə öz Rəbbinə can at­ma­lı və öz istəklərini Fövqəluca Allahın bəyəndiklərinə ta­be et­mə­li­dir­lər. Buradan belə bir nəticə çıxır ki, insan ürəyində yer tapmış ima­nına uyğun gələn əməlləri öz bədən hərəkətləri ilə ye­rinə ye­tir­mə­lidir. İnsan Allaha yönələrək, Ona qəlbi və bədə­ni­nin hərəkəti ilə ibadət etməli və bu ibadət, insan yalnız günah iş­lət­məkdən əl çək­­dikdən sonra kamil sayılacaqdır. Elə buna görə də Allah qul­la­rı­na buyurur ki, təqvalı olsunlar, yəni, Allahın hökm­­lərini yerinə ye­tirsinlər və itaətsizlik göstərməkdən çəkin­sin­lər.
Fövqəluca Allah dininin bütün hökmlərindən namazı xü­su­silə qeyd etmiş­dir, çünki məhz bu ibadət ayini insanı itaətkar­lığa yö­­­nəldir və onda Rəbbin qar­şısında qorxu hissi oyadır. Föv­qəl­­uca bu­­­­yurur: “Sənə Kitabdan vəhy ediləni oxu və namaz qıl. Hə­­qi­qə­tən, namaz əclaflıqdan və qınanı­landan qoruyur. Bil ki, Al­la­hı xatırlamaq daha əzəmətlidir...” (Ənkəbut, 29/45). Na­maz in­san­da təq­valı­lığı möhkəmləndirir, Allahı xatırlamaq isə onu Al­la­ha doğ­ru can atmağa sövq edir.
Haram edilmiş əməllərə gəldikdə isə, Allah bütün günah­lar­­­­­­­­­­dan müş­rikliyi xüsusilə vurğulayır və onun ən mühüm günah­lar­­­­­­­­dan olduğunu və bütün qalan əməlləri dağıdıb puç etdiyini bil­­­­­dirir. Bununla yanaşı müş­riklik Allaha yönəlmə­nin tam əksi­dir, çünki Allaha yönəlmənin əsasında dayanan səmimilik və Ona tam sədaqətli olmaqdır. Sonra Fövqəluca Allah müşriklərin yara­maz xasiyyətlərini ifşa edir və buyurur:

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ

(30. 32) “öz dininə təfriqə salanlardan və təriqətlərə bölü­nən­­lərdən olma­yın. Hər təriqət əldə etdiklərinə görə fərəh­lə­nir”.

Təkcə bir haqq din vardır və o da – tək Allaha ibadətdən iba­­rət­­­dir. Lakin müşriklər dini parçaladılar və nəticədə onlardan bə­zi­lə­­ri bütlərə və daş heykəllərə sitayiş etməyə başladılar. Di­gərləri gü­nə­­şi və ayı ilahlaş­dırdı. Üçün­cülər övliyaları və saleh insanları pə­rəs­­­tiş obyektinə çevirdilər. Onlardan bəziləri yəhudi­liyi qəbul etdi, di­­­gərləri xristianlığı seçdi. Müşrik­lər çoxsaylı təri­qətlərə bölündülər və onla­rın tərəfdarları öz yanlış baxışla­rını ifrat azğınlıqla müdafiə edir və bütün başqa­larına qarşı mübarizə apa­rırlar. Onlar öz “bilik­lə­­­rindən” çox razıdırlar, halbuki bu “bi­liklər” Allahın elçilərinin (on­­­­­lara Allahın salamı olsun!) təlimlə­rinə ziddir. Onlar belə he­sab edir­­­lər ki, haqqa etiqad edirlər, amma bütün başqaları isə yalana və az­­­ğınlığa uyanlardır. Bu və­ziyyət müsəlmanları müxtəlif təriqətlərə ay­­­rıl­­m­aq­dan çəkindir­məlidir. Müsəlman­lar öz dini təriqətlərinin ba­xış­­­larını kor-koranə və ifrat azğınlıqla müdafiə etməməli­dirlər, çün­ki əks təqdirdə on­lar da müşriklərə tay ola bilərlər. Həqiqətən, buna zə­­­ruri ehtiyac yoxdur, çünki onlar bir dinə etiqad edirlər, bir pey­ğəm­­bərə[18] (ona Allahın salavatı və sa­la­mı olsun!) iman gətiriblər və tək Allaha ibadət edirlər.
Müsəlman ilahiyyatçıları əksər dini suallara verilən ca­vab­lar­la həm­rəy­dir­lər. Lakin bununla yanaşı Allah müsəlmanların ürəklərini haqq dinə əsasla­nan qardaşlıq bağı ilə möhkələndir­mişdir. Bəs onda niyə bəzi insanlar kiçik ixti­laflar və ayrı-ayrı ziddiyyətlər üzündən düşüncəsiz sözlər danışır və müsəlman­lar ara­sında ayrı-seçkilik salırlar? Niyə onlar bir-birini azğın­lıqda ittiham edir və bir-biri­lərindən ayrılırlar? Həqiqətən, bu, şeytanın ən böyük vəsvəsələrindəndir və o, var qüvvəsi ilə can atır ki, müsəlmanları öz toruna salsın. Eyni zamanda müsəlmanları bir­ləşdirməyə və onların ara­sında yalana əsaslanan və yaramaz zə­mində törəyən mövcud ixtilafları aradan qaldırmağa təşəbbüs gös­tərmək Allahın yolunda ən böyük müba­rizə aparmağın təza­hürü və insanı Allaha yaxınlaşdıran əməllərin ən yaxşı­sıdır.
Fövqəluca Allah insanları həm çətinlik anlarında, həm də firavanlıq içində yaşayarkən Ona könüllü surətdə müraciət etmə­yə çağırdıqdan sonra, O (Pak və Müqəddəs Olan), yalnız çətin­liklər və məhrumiyyətlər dövründə məcburiyyət qarşısında Rəb­bini yada salan insanların, çarəsiz qaldıqdan sonra, Allaha müra­ciət etdiklərini xatırladır. Onlar bədbəxtliklər­dən xilas edildikdən sonra, öz Rəbbinə itaət etməkdən imtina edirlər və buna görə onların çətinliklər və məhrumiyyətlər dövründə Ona müraciəti onlara heç bir fayda gətirməz. Fövqəluca buyurur:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ

(30. 33) “İnsanlara bir zərər toxunduqda, onlar öz Rəbbinə tövbə ilə dua edir­lər. Sonra O, Öz nemətindən onlara dadızdır­dıqda, onların bir qismi Rəb­binə şərik qoşmağa başlayırlar ki,
(30. 34) “onlara əta etdiklərimizə görə nankorluq göstər­sinlər. Ya­rar­la­nın! Yaxında biləcəksiniz”.

Əgər insanları ölümqabağı bir xəstəlik və ya qorxu tutursa, on­da onlar Allaha ürəkdən ibadət etməyə başlayırlar və əvvəllər iba­dət etdikləri “ilahları” unudurlar. Bu ona görə belə olur ki, on­lar, Allahdan başqa, heç kimin insanı şər­dən qorumağa qadir ol­ma­dığını bilirlər. Allah onlara şəfa verdikdə və ya qorxu­dan xilas et­dikdə, onların bir hissəsi Allaha dua etmək üçün ixlasla qıl­dıq­la­rı namazı tərk edir. Onlar, insanı xoşbəxt və ya bəd­bəxt, kasıb və ya dövlətli etməyə qadir olmayanlara yenidən ibadət etməyə baş­layırlar. Onlar onları bədbəxtllikdən qurtaran və əzab-əziy­yət­dən Xilasedən Allahın mərhəməti­nə naşükürlüklə cavab verirlər. Ni­yə onlar Rəbbin onlara göstərdiyi mərhəmətinə görə Ona min­nət­darlıq etmir və Ona fasiləsiz səmimi qulluqla cavab vermirlər?

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(30. 35) “Məgər Biz onlara Ona şərik qoşmaları haqqında dəlilmi nazil etmişdik?”

Məgər onlarda müşrikliyin xeyrinə inandırıcı bir dəlilmi var ki, onları haq­dan şübhələnməyə məcbur edir? Doğrudanmı on­lar haqlı olduqlarını əsas­lan­dırmağa və elçiləri yalançılıqda ifşa etməyə qadirdirlər? Onları müş­rik­liyə etiqad etməyə yönəldən o dəlil haradadır? Yoxdur! Bütün mən­tiqi dəlillər və doğru heka­yətlər, Səmavi Kitablar və peyğəmbər təlimləri və habelə bəşəriy­yətin ən yaxşı nümayəndələri Allaha şərik qoşmağı ən qəti su­rət­də qadağan edir, insanları müşrikliyə aparan bütün yollardan xə­bər­­dar edir və təsdiq edirlər ki, müşrikliyə etiqad edənlər yal­nız dü­­şüncəsiz və azğın günahkarlardır. Onlar öz baxışlarını inan­­dı­rıcı dəlillərlə əsaslandır­mağa qabil deyillər, sadəcə olaraq, öz eh­ti­ras­larına tabe olur və şeytanın vəsvəsələrinə uyurlar.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(30. 36) “Biz mərhəmətimizi dadmağı insanlara əta et­dik­də, onlar ona se­vi­nirlər. Əllərinin törətdiklərinə görə şər onları haqlayanda, o saat ümid­sizliyə qapılırlar”.

Fövqəluca əksər insanların çətinliklər və firavanlıq dövrlə­rin­­də dav­ranış­ları haqqında xəbər verir. Allah insanlara mərhə­mə­­­tindən dadmağa yol verdikdə və onlara sağlamlıq, zənginlik və ya qələbə əta etdikdə, onlar sevinməyə başlayır və şadlıq edir­lər. Belə şadyanalıqlar onların təkəbbürlü­yünə və lovğalığına də­la­­lət edir və Allaha göstərdiyi mərhəmətinə görə minnətdarlıq sa­yıl­­mır. Bu insanlara törətdikləri günahlara görə bədbəxtlik üz ver­­dikdə, onlar ümidlərini itirir və havaxtsa var-dövlətə nail ola bi­l­əcək­lərinə və işlərinin yoluna qoyula­cağına daha inanmırlar. Be­lə davranış onların nadanlığını və biliklərinin yanlış olduğunu təs­­diq edir.

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ
(30. 37) “Məgər onlar görmürlər ki, Allah istədiyinin qis­mətini artırır və ya məhdudlaşdırır? Həqiqətən, bunda – iman gətirənlər üçün dəlil vardır”.

Xeyrin və şərin Allahın əlində olduğunu bilən şəxs ümid­siz­­ləşmə­məlidir, çünki maddi qismətin ölçüsü tamamilə və bü­töv­lükdə Allahın Qədərindən asılıdır. Ey dərrakəli insan! Dün­yə­vi səbəblər barədə fikirlərlə özünü məhdud­laşdırma, bu səbəb­ləri ya­radan Allah haqqında düşün! Lakin Allahın Öz qul­larına qis­mət­lərini artırıb və ya azaldmasından faydalı nəticələri yalnız mö­min­lər çıxarırlar. Bunları bilmək onlara Allahın müdrikliyini və mərhəmətini dərk etməyə imkan verir və onları ruzini yalnız Fövqəluca Rəbdən istəməyə məcbur edir.

ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ
(30. 38) “Qohumuna, onun haqqına düşəni ver; yoxsullara və yol­çulara da! Bu, Allahın Üzünü görməyə can atanlar üçün daha xeyirlidir. Məhz onlar uğur qazananlardır”.

Sədəqəni qohumlarına – hər birinə qohumluğuna və ehti­ya­­­­cına görə ver. Onlara həm özün yaxşılıq et, həm də başqalarını bu­­na dəvət et. Onlara fərz və kö­nüllü ianələr, faydalı məsləhətlər ver, ehtiram göstər, onları salamla, onlara qarşı səxavətli ol, səhv­lə­­rini və diqqətsizliklərini bağışla! Həmçinin ehtiyacı olan, ərzaq, su, libas və digər zəruri şeyləri almağa im­kanı olmayan kasıblara da sədəqə payla. Yad ölkəyə gələn və evinə dön­məyə imkandan məh­rum olub, yolda qalanları da unutma. Onların yanla­rında pulları yoxdur və ehtiyaclarını ödəmək üçün çörək­pulu qazana bil­mirlər. Onlar öz doğma yurdlarında yaşayan insanlara qətiy­yən oxşamırlar, çünki öz ölkəsində hətta kasıb adam da, bir qay­da olaraq, dolanmaq­dan ötrü bir peşəylə və ya hər hansı bir fə­a­liy­yətlə məşğul ola bilir. Məhz buna görə, Fövqəluca Allah zə­ka­tın bir hissəsini kasıblara və yoxsul müsafirlərə payla­mağa ica­zə ver­­mişdir.
Qohumlara, kasıblara və yoxsul müsafirlərə yardım gös­tər­mək, Allahın mərhəmətini qazanmağa səy göstərənlər üçün daha fay­dalıdır. Bunun sayəsində onlar böyük bir nemət və bol-bol mü­kafatlara nail ola bilərlər, çünki insanlara ixlasla Allah xa­tirinə kö­mək göstərilməsi xeyirxah­lıqların ən yaxşısındandır. Əgər in­san sədəqəni Allah xatiri üçün payla­mırsa, o, hətta ehtiya­cı olan­ların xeyiri üçün sərf olunsa da, belə sədəqə o insana heç bir fay­da verməz. Fövqəluca buyurur: “Əgər onlar sədəqə pay­lamağa, yax­şı ışlər görməyə və ya insanları bir-biri ilə barışdır­mağa də­vət etmirlərsə, onda onların gizli söhbətlərinin çoxusu xeyir gə­tir­mir. O kəs ki, bunu Allahın razılığı üçün yerinə ye­tirir, Biz ona böyük müka­fat bəxş edirik” (Nisa, 4/114). Belə əməllər hə­mi­şə ətrafdakılara fayda verir, lakin insanın özünə yalnız o vaxt fay­da verir ki, o, bunu ixlasla Allah xatirinə yerinə yetirmiş olsun. Be­lə insan mütləq xoşbəxt olacaq, çünki Allahın mükafatına layiq gö­rülməyi və Onun cəzasından xilas olunmağı bacaracaq.
İnsanın səmimiyyətlə Allah xatiri üçün verəcəyi sədəqəni xa­tırlat­dıqdan sonra, Fövqəluca Rəbb, insanların maddi fayda al­maq ümidi ilə yerinə yetirdikləri işlər barədə xəbər verir. Föv­qəl­uca buyurur:

ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(30. 39) “İnsanların malının artması üçün verdiyiniz faiz Allah dərga­hında artmaz. Sizin üçün qat-qat artım – Allahın Üzünü görmək xatirinə pay­la­yaca­ğı­nız zəkatdan olacaqdır”.

Əgər siz ehtiyacınızdan artıq olan malınızı, artıqlaması ilə geri almaq məq­sədilə, insanlara borc verirsinizsə, onda Allah­dan buna görə heç bir mükafat ala bilməyəcəksiniz, çünki bu ad­dı­­­mınız sırf Allah xatirinə edil­məmiş bir əməl­dir[19]. Eyni şeyi bü­tün başqa əməllər haqqında da söyləmək olar, çünki insan o əməl­­ləri etdikdə, öz vəziyyətini möhkəmlətməyə və ya təriflən­mə­yə can atmış olur. Bütün belə davranışlar insana heç bir savab gə­­ti­rmir.
Əgər siz sədəqəni yaramaz xasiyyətdən və ya xəsislikdən xilas olmaqla yanaşı, ehtiyacı olanlara kömək üçün paylayır və bu­­nu Allah xatirinə səmimiy­yətlə yerinə yetirirsinizsə, onda sa­vabınız dəfələrlə artırı­lacaqdır. Fövqəlucanın bu sözlərindən ay­dın olur ki, borcların içində boğu­lan adamın sədəqə verməsi, mü­səlmanın savab ala biləcəyi paklaşdırıcı sədəqə hesab olunmur və buna görə, şəriət, müsəlmanın öz əmlakına bu kimi sərəncamlar çəkməsini qadağan edir. Fövqəluca buyurur: “Ən təqvalı olan, malını təmizləmək məqsədilə paylayan və yalnız Fövqəluca Rəbbi­­nin Üzünü görməyə can atmaqla hər bir nemətin əvəzini tam ödəyən, ondan[20] uzaqlaşdırılacaqdır...” (Leyl, 92/17-20). Bu­na görə, istənilən sədə­qə o zaman faydalı olur ki, insan onu tə­mizlənmək məqsədilə vermiş olsun.

 ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ

(30. 40) “Allah sizi Xəlqedən, sonra sizə Ruziverən, son­ra sizi Öldürən və daha sonra Dirildəndir. Məgər şərik qoşduq­la­­rınız arasında bunlardan hər hansı birini edə bilən varmıdır? O Pak və Müqəddəsdir və sizin şərik qoş­duq­larınızdan fövqəl­u­ca­­dır!”

Fövqəluca xəbər verir ki, yalnız O (Pak və Müqəddəs Olan) yaradır və ruzi nazil edir, öldürür və dirildir. Bütpərəstlərin və müşriklərin ibadət etdikləri “ilah­lara” gəl­dikdə isə, onlar bu əm­əl­lərin hər hansı birini belə etməyə qadir deyillər və Allahın ilahi hakimiyyətində payları yoxdur. Niyə onda insanlar Allahı, bütün Kainatda Vahid Hökmdar Olanı, baş verən hadisələr üzərində heç bir hakimiyyəti olmayanlarla bərabər tuturlar?! Allah – Pak və Müqəddəs­dir. O (Pak və Müqəddəs Olan), şəriklərə möhtac deyildir! Müş­riklər Ona zərər vurmaq gücünə malik deyillər – onlar sadəcə olaraq, öz çiyinlə­rinə ağır yük götürürlər.

 ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ
(30. 41) “Fitnə-fəsad quruda da, dənizdə də insanların əl­lə­ri­nin tö­rət­­dikləri əməlləri üzündən baş verir ki, onlar etdik­lərinin bir qismini dada bil­sinlər və ola bilsin ki, qayıtsınlar”.

Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox baş­­qa fəla­kət­lər insanların başına, onların öz törətdikləri ci­na­yət­lə­ri sayəsində gə­lir. Allah­ın insanlarla belə davranması, onların gü­nah­­larının cəzasız qalma­yacağını və bu bədbəxtliklərin bu dünya hə­­yatında cəzanın yalnız bir his­səsi olduğunu anlama­ları üçündür. Be­lə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməl­lər­­dən əl çəkərlər, özlərini doğruldub, düz yola gə­lərlər. Pak və Mü­­qəddəs Allah hətta sınaq və cəza nazil edəndə də, mər­həmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olma­saydı, on­da O (Pak və Müqəddəs Olan), bütün məx­luq­­la­rından layiq ol­duq­la­rı qisası alardı və yer üzündə bir canlı məxluq belə qoy­maz­dı.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ
(30. 42) “De: “Yer üzünə səyahətə çıxın və baxıb görün ki, əv­­vəllər yaşa­yanların sonu necə olmuşdur. Onların əksəriyyəti müşriklər idi”.

Yer üzündə səyahət etmək əmri, insanları dünyanı gəzib do­laş­­­ma­ğa və on­lar­dan əvvəlkilərə düçar olmuş qismət üzərində qəl­bən dü­şünməyə sövq edir. Bunun sayəsində insanlar əmin ola bi­lər­­­lər ki, o in­sanların əksə­riyyəti müşrik imişlər ki, onlar da ən dəh­şətli aqi­­­bətə mə­ruz qoyulublar. Onların kökü ən ağrılı cəza ilə kə­silərək məhv edil­miş və onlardan sonra gələnlərin lənətinə və it­tihamına məh­­­kum edil­miş­lər. Ey insanlar! Onların əməllərini tək­ralamayın ki, siz də onların ar­dınca göndərilməyəsiniz, çünki Allah bütün za­man­­lar­da və bütün öl­kələrdə insanlarla eyni tərz­də ədalətli və müd­rik­­cə­si­nə rəftar edir.

 ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ

(30. 43) “Allahın Qarşısıalınmaz günü gəlməmişdən öncə, üzü­nü ən mü­kəmməl dinə çevir. Həmin Gün onlar bölük-bölük ay­rılacaqlar”.

Üzünü dinə çevir və bütün bədənin və bütün qəlbinlə ona doğru yönəl. Yal­nız bu minvalla haqq dinə etiqad edə və onun hökmlərinə və haramlarına riayət edə bilərsən. Səy göstər və fəal ol, öz vəzifələrini yerinə yetir və vaxtını, həyatını və gəncliyini itir­mə, çünki tezliklə Qiyamət günü qopacaqdır. Bu baş verdikdə isə, heç kimə yaxşı işlər görmək üçün möhlət verilməyəcəkdir. Həmin gün heç kim işləyə bilməyəcəkdir, çünki bu, icra edilmiş əməllərə görə əvəz alma Günü olacaqdır. O anda bütün məxluq­lar müxtəlif qruplara ayrılacaqlar ki, öz əməllərini görə bilsinlər.

ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(30. 44) “İman gətirməyənin küfrü öz əleyhinə olacaq. Xeyirli iş görənlər isə, onu özləri üçün hazırlamışlar”.

Hər bir kafir öz cinayətlərinə görə zərər çəkəcəkdir, çünki heç kim özgə yükünü daşımayacaqdır. Allah qarşısında və Onun qul­ları qarşısında öz vəzifə­lərini yerinə yetirən və könüllü su­rət­də xeyirxah işlər görən saleh insanlara gəl­dikdə isə, onlar təm­tə­raq­lı saraylarda və yüksək imarətlərdə xoşbəxt həyata ha­zır­la­şa­caq­lar. Lakin onların alacaqları mükafat əməllərinə tam uyğun gəl­məyə­cəkdir, çünki Allah Özünün hüdudsuz mərhəməti ilə on­la­rı sayagəlməz var-dövlətlə mükafatlandıracaq və bu, onların et­dik­ləri xeyirxah əməllərinin layiq olduqlarını dəfələrlə üs­tə­lə­yə­cək­dir. Onlar buna, əv­vəllər öz Rəbbinin məhəb­bə­tini qa­zan­mağı ba­cardıqlarına görə, nail edilə­cəklər. Allah qulunu sev­dikdə, O (Pak və Müqəddəs Olan), onu böyük mərhəməti ilə əha­tə edir və ona ən layiqli tərzdə çoxsaylı görülən və gözlə mü­şa­hidə edil­mə­yən nemətlər əta edir.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(30. 45) “Bu, Onun tükənməz səxavətindən iman sahibləri və yaxşı işlər görənlərə verməsindən ötrüdür. Həqiqətən, O, kafirləri sevmir”.

Allah kafirlərə böyük nifrət hissi bəsləyir və buna görə onları aman­­sız əzab-əziyyət və cinayətlərinə uyğun sərt cəza gözləyir. Rəbb bu cəzanı mömin­lərin mükafatlarını artırdığı kimi artırma­ya­caq­dır.

ﮋﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(30. 46) “Onun möcüzələrindən – Öz nemətini daddırmaq üçün müjdə gön­­dər­diyi küləklər, gəmilərin Onun iradəsi ilə üzməsi və sizin Onun nemət­lərini aramanızdır, - ola bilsin ki, siz minnətdar olasınız”.

Allahın mərhəmətini və öldükdən sonra dirilmənin həqiqət ol­du­­ğu­nu təsdiq edən çoxlu dəlillər vardır və onların hamısı sü­but edir ki, ibadətə və ilahlaşdı­rılmağa təkcə layiq olan Həmdəla­yiq Hökm­dar­dır. Belə dəlillər­dən biri də yağışın nazil ediləcəyini müj­də­ləyən kü­ləklərdir. Onlar bulud­ları qovaraq bir yerə yığır və bu za­man in­san­lar yağışın yağacağına sevi­nirlər. Sonra Fövqəluca Allah yağışı yağ­dırır, onun suyu ilə torpağı can­landırır və insan­ları güm­rah­laş­dı­rır və onlar bu minvalla öz Rəbbinin nemətini dadır və dərk edirlər ki, yalnız Onun mərhəməti sayəsində onlar xilas olur və ruzi əldə edir­lər. Belə olduqda, onlar daha çox xeyir­xah işlər gör­mə­yə başlayır və onların qarşısında bol-bol səxavət xəzinələri lay­ba­lay açılır.
Allahın qədərinə müvafiq olaraq küləklər dənizdə gəmiləri hərəkətə gətirir və bu minvalla insanlara ruzi və maddi nemətlər axtarışında zəhmət çəkməyə kömək edir. İnsanlar bunu yadda saxlamalı və Allaha minnətdar­lıq etməlidirlər ki, O (Pak və Mü­qəddəs Olan), yer üzündəki həyatı onlara tabe etdirmiş və onlar üçün nəzərdə tutduqlarına nail olmağı asanlaşdır­mışdır. Dünya nemətlərinin mənası da elə bundadır. İnsan Fövqəluca Allaha bu nemətlərə görə şükür etməlidir. Belə olduqda Allah onların da­vamlılığını təmin edir və hətta onları daha da artırır. Lakin buna baxma­yaraq, bəzi adamlar Allahın mərhəmətinə qarşı nankorluq edir və öz Rəbbinə itaətsizlik göstərirlər. Onlar Rəbbin xeyirxah­lığına kafirliklə cavab verir və bunun nəticəsində də Allahın mər­hə­mətindən məhrum olurlar.

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(30. 47) “Biz sənə qədər də elçiləri öz xalqlarına göndər­mişdik və onlar xalqlarına aydın dəlillər gətirmişdilər. Biz gü­nah­karlardan intiqam aldıq və Bizim haqqımız – möminlərə kö­mək etmək idi”.

Ey Muhəmməd! Əvvəlki xalqlara da elçilər göndərilirdi. İn­san­­lar tövhid­dən dönən kimi və haqdan əl çəkincə, Allah on­lara el­çi­lər göndərirdi ki, onların arasında təkcə Allaha səmimi ibadəti təb­liğ etsinlər, onları haqqa iman gətirməyə çağırsınlar, bu­rul­ğa­nı­na ba­tıb qaldıqları kafirliyi və azğın­lığı ifşa etsinlər. Elçilər öz qə­bi­lə­daş­larına haqlı olmalarını təsdiq edən aydın ayə­lər və in­kar­edilməz də­lillər gətirirdilər, lakin müşriklər onlara iman gə­tir­mək­dən imtina edir­dilər və azğın təlimlərə etiqad edir­dilər. Hər də­fə də Allah gü­nah­karlardan qisas alır və Onun elçi­lərinin yolu ilə gedən mö­min­lərə kömək edirdi, çünki Allah belə edə­cəyini vəd etmişdi. Mömin­lə­rin qələbəsi danılması mümkün olmayan və Allahın vəd etdiyi hə­qi­qətdir və mütləq gerçəkləşə­cəkdir. Mu­həm­məd Peyğəmbərə (ona Al­lahın salavatı və salamı olsun!) iman gətirməkdən boyun qaçıran ka­firlərə gəl­dikdə isə, onlar bil­mə­lidirlər ki, əgər onlar bundan son­ra da haqdan imtina etsələr, on­ları əzab-əziyyətli cəza haqlayacaq, qələbə isə onsuz da ali­cənab Peyğəmbərə (s.ə.s.) nəsib olacaqdır.

ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝﯞ ﯟﯠﯡ ﯢ ﯣﯤ ﯥﯦﯧﯨﯩﯪﯫ ﯬ ﯭﯮﯯ ﯰ ﯸﯹﯺ

(30. 48) “Allah – buludları qaldıran küləkləri Göndə­rən­dir. O, on­ları sə­ma­da istədiyi kimi yönəldir və parça-parça edib da­ğıdır. Sonra sən onların ya­rıqlarından yağışın necə yağdığını gö­rürsən. O, onu istə­diyi qullarının üstünə yağdır­dıqda, onlar se­vinirlər,
(30. 49) “halbuki o nazil edilənə qədər onlar ümidsizliyə qapıl­mışdılar”.

Fövqəluca bu ayələrdə Öz qüdrətinin mükəmməlliyindən və kamil­liyin­dən və mərhəmətinin hüdudsuzluğundan xəbər ve­rir. O, yer səthinin üzərində bu­ludlar yaradır, sonra isə onlar ge­niş­lənir və həcmcə böyüyürlər. Onun iradəsi ilə onlar müxtəlif for­malar alır. Sonra nəhəng buludlar parça-parça olur və bir-bi­ri­nin üstündə yerləşir və sonra sıx və qalın yağış buludlarına çev­ri­lir və onların yarıqlarından yağış damcıları düşməyə baş­la­yır. Bu dam­cılar çox kiçik olur, yerə bir-bir düşür, çünki əks təq­dirdə on­lar yer üzündə bütün canlılara zərər vurar­dılar. Beləcə yağışlar ye­rə yağır və insanlar birlikdə buna sevinirlər. Bu da ona dəlalət edir ki, insanlar Allahın mərhəmətinə necə də güclü möh­tac­dır­lar.

ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰊﰋ ﰏﰐ
(30. 50) “Allahın mərhəmətinin izlərinə və torpağı ölü­mün­dən sonra necə diriltməsinə bax. Həqiqətən, O, ölüləri Diril­dəndir və Hərşeyə Qadirdir”.

Şiddətli yağışdan sonra torpaq dirçəlməyə və qabarmaya baş­layır, sonra isə onun üstündə ən qəribə bitki ciftləri gül aç­mağa başlayır. Cansız torpağı canlan­dır­mağa qadir olan Rəbb öl­müş insanları da həyata qaytar­mağı mütləq bacaracaq­dır, çünki Onun üçün mümkün olmayan bir şey yoxdur! O föv­qəl­qüd­rət­li­dir, amma əksər insanların təfəkkürü belə bir şeyi təsəvvür etmək gü­cündə deyildir.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(30. 51) “İnan ki, əgər Biz külək göndərsək, onlar onun[21] necə sa­ral­dı­ğını gördükdən sonra naşükürlük edərlər”.

Fövqəluca insan qəlbinə xas olan məziyyətlərdən xəbər ve­rir. İnsan­lar Allahın qupquru torpağı necə canlandırmasının və Öz mərhəmə­tini yay­masının şahididirlər. Lakin Fövqəluca Allah onların əkinlərinə və sahə­lə­rinə külək göndə­rib, məhsullarını məhv edən kimi, onlar özlərinə əvvəllər nazil edilmiş nemətləri unudurlar və Rəbbə şükür etməkdən boyun qaçı­rırlar.


ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

(30. 52) “Həqiqətən də, sən nə ölüləri eşitməyə məcbur edə, nə də karlara, onlar üz döndərdikdə, dəvəti eşitdirə bil­məz­sən”.

Ey Muhəmməd! Nə ölülər, nə də karlar sənin nə­si­hət­lə­rin­dən və moizə­lərindən faydalana bilməzlər. Sənin nəsihətlərinə qu­laq asmaqda onlara mane olan çox şeylər vardır və eyni şey sən­dən üz döndərənlərə də aiddir.

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

(30. 53) “Sən korları azğınlıqlarından çıxarda bilməzsən. Sən yalnız müsəlman olaraq Bizim ayələrimizə iman gətirənləri eşitməyə məcbur edə bilərsən”.

Korlar işığı görə bilməzlər, çünki onlar görmək qa­bi­liy­yə­tin­dən məh­rum­durlar. Allahın doğru yol Təliminin nurunu yal­nız nəsihətlərə qulaq asan, öz Rəbbinin ayələrinə bütün varlığı ilə iman gətirən və Onun hökm­lərinə tabe olan möminlər görə bi­lər­lər. Onlar Allaha həmişə mütidirlər, çünki Rəbbin hər hansı də­li­li­nə iman gətirməyə və istənilən hökmünü gücü çatdığı qədər ye­ri­nə yetir­məyə hazırdırlar.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ
(30. 54) “Allah sizi cılız bir şey kimi Yaradan, ta­qət­siz­lik­­­­­dən son­ra sizə Gücverən, sonra Cılızlaşdıran və Saçağar­dan­dır. O, istədiyini Xəlqedəndir, çünki Biləndir, Föv­qəl­qüd­rət­li­dir.

Fövqəluca Özünün kamil elmindən, hüdudsuz ha­ki­miy­yə­tin­dən və qü­sur­suz müdrikliyindən xəbər verir. O (Pak və Mü­qəd­dəs Olan), insanı tam gücsüz – zəif yaratmışdır və bu onun ilk in­kişaf mərhələsinə aiddir. Hər bir insan öncə kiçicik bir damla idi ki, sonra zəliyəbənzər bir qan laxtasına çevrilmişdir. Sonra bu lax­ta kiçik bir çeynənmiş ət parçasına dönmüşdür. Nəhayət, rü­şeym ana bətnində canlı döl olur. Sonra isə insan dünyaya gəlir və həyatının ilk aylarında tamamilə köməksiz qalır. O, fiziki güc­dən və bir çox digər bacarıqlardan məhrumdur, lakin Allah təd­ri­cən ona güc əta edir və ona müxtəlif qabiliyyətlər verir. İllər keç­dik­cə, insan gəncləşir, qüvvətlənir, boy-buxunlu olur və gözə çar­pan imkanlar əldə edir. Lakin illər ötür və o ahıllaşır və onda onun bədəni zəifləyir, başı isə ağarır.
Allah Öz müdrikliyi sayəsində istədiyi hər şeyi xəlq edir və ila­­hi hikməti tələb edir ki, insan, gücünün hər tərəfdən zəifliklə əha­tə edildiyinə əmin olsun. İnsanın qüsurları çoxdur və əgər Allahın yardımı olmasaydı, o, heç vaxt güc və qüdrətə nail ola bil­­məzdi. Əgər onun gücü saatbasaat yalnız artsaydı, onda bu onu həddini aşmağa və zalımlığa məcbur edərdi. Allahın qulları dərk etməlidirlər ki, Rəbbin fövqəlqüdrəti əbədiyyət boyu kamil ola­raq qalmaqdadır. O (Pak və Mü­qəddəs Olan), bütün varlığı ya­ra­dır, məxluqlarını idarə edir və heç vaxt yorğunluq və zəiflik hiss etmir.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ
(30. 55) “Saatın başlayacağı Gün, günahkarlar and içə­cək­lər ki, on­lar[22] cəmi bir saat qalmışlar. Onlar[23] bu tərzdə yalan söy­ləyirdilər”.

Fövqəluca Qiyamət gününün tezliklə başlayacağını və günahkarların Onun qarşısında and içərək yer üzündə bir saat­dan az yaşadıqlarını bildirə­cək­lərini xə­bər verir. Onlar bu min­valla yer üzündə az müddət qalmaları ilə öz kafirliklərinə haqq qazandırmağa cəhd göstərəcəklər. Lakin onların sözləri yalan və əsassız olacaqdır. Onlar yer üzündə yaşadıqları zaman gerçəkliyi təhrif edir, yalan uydu­rur və elçilərin təbliğ etdikləri haqqı inkar edirdilər. Axirət həyatında isə onlar heç bir şübhə doğurmayan gerçəkliyi inkar edəcəklər və iddia edəcəklər ki, yer üzündə çox qısa bir müddət ərzində yaşamışlar. Bu, onların pozğun əxlaqa malik olmalarını və hər bir insanın dünyadan ayrıldığı vaxtda olduğu vəziyyətdə dirildi­ləcəyini təsdiq edir.

 ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(30. 56) “Elm və iman verilənlər deyəcəklər: “Allahın Kita­bı­na uy­ğun olaraq siz orada Dirilmə gününə qədər qalmı­sınız. Artıq bu – Dirilmə günü­dür. Lakin siz bilmirdiniz”.

Siz Allahın qədərinizə yazdığı həyatı yaşadınız. Bu kifayət edərdi ki, hər arzu edən fikirləşsin və düşünsün. Lakin Qiyamət günü başladı və indi siz belə bir dəhşətli vəziyyət içindəsiniz. Siz fikirləşmirdiniz ki, belə bir gün gələcək və onu inkar edirdiniz. Siz həmçinin dünya həyatının peşmançılıq və tövbə etmək üçün verilmiş möhlət olduğunu da inkar edirdiniz. Nadanlıq sizin şü­a­rı­nız idi və o sizdə kafirlik doğurdu və sizi əbədi ziyana uğ­rat­dı.
Allahın iki gözəl məziyyətlə: gerçək elm və imanla iltifatını göstər­diyi insanlar belə deyəcəklər. Bunlar insandan haqqa üs­tün­lük verməyi tələb edir. Onlar haqdan agah idilər və ona üs­tünlük verirdilər, onların sözləri də əməlləri ilə düz gəlirdi. Məhz buna görə onların sözləri doğru olacaqdır.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(30. 57) “Həmin gün zalımlara üzrxahlıq etmələri fayda ver­­­məyəcək və onlardan tövbə etmələri də tələb edilməyəcəkdir”.

Əgər onlar yalan danışmağa və bilməməzlikləri ilə bəraət qa­zanmağa cəhd göstərsələr, onda onların əleyhinə, Allahın elm və iman bəxş etdiyi insanlar və habelə onların dəriləri, əlləri və ayaq­ları şahidlik edəcək. Əgər onlar bağışlanma və bir daha ka­fir­li­yə və günahlara heç vaxt qayıtmamaq şərti ilə dünya həyatına qa­­yıtmaq imkanı haqqında yalvarsalar, onlara belə imkan ve­ril­mə­yəcək, çünki peşmançılıq və üzr istəmək artıq çox gec ola­caq­dır.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(30. 58) “Biz bu Quranda insanlar üçün istənilən məsəlləri çəkmi­şik. Əgər sən onlara bir ayə gətirsən də, kafirlər hökmən deyəcəklər: “Siz yalnız batilə uyanlarsınız”.

Quranın hikmətli məsəlləri Allahın mərhəməti və xe­yir­xah­lı­ğını təsdiq edir. Allah Öz məxluqlarının qayğısını çəkir və on­la­ra ən kamil üsullarla təlim keçir. Bu hikmətli məsəllərin sa­yə­sin­də insanlar haqqı tanı­yır, baş verən hadisələrin mahiyyətini dərk edir və ya bilməməzliyə görə bəraət qazanmaq imkanından məh­rum edilirlər. Bu, Fövqəluca Allahın Öz Kitabında çəkdiyi bütün mə­səllərə aiddir. Onlar mücərrəd anlayışların mə­nasını, insanın his­siyyat orqanları vasitəsilə qavraya bildiyi şeylərlə müqa­yisə et­mək yolu ilə aydın­laşdırır və həmçinin insanları gələcəkdə göz­lə­yən hadisələri aydın təsəvvür etməyə kömək göstərir. Belə hik­mət­li məsəllərə aid olanlardan biri – Qiyamət günü günahkarları göz­ləyən qismət haqqında hekayətdir. Onlar, bağışlanma və töv­bə etmək haqqında xahişləri qəbul edilmədiyindən tam ümid­siz­li­yə düşəcəklər. Lakin buna baxmayaraq, onlar öz dünyəvi ya­şa­yışl­arında özbaşına­lığı davam etdirir və açıq-aydın haqdan inad­kar­casına üz döndərirlər. Bu onların kafirliyinə və tərbiyə­siz­li­yi­nə dəlalət edir. Həqiqətən, onların ürəkləri möhürlən­mişdir və na­danlıqlarının həddi-hüdudu yoxdur. Buna görə, sonra Föv­qəl­uca belə buyurur:

ﯷﯸﯹﯺﯻﯼﯽ ﯾﯿ
(30. 59) “Allah bilməyənlərin ürəklərini belə möhürləyir”.
Yaxşılıq onların ürəklərinə girə bilmir və onlar da şeylərin əsil ma­hiy­yətini anlamaq qabiliyyətinə malik deyillər, çünki haqqı – yalan, yalanı isə haqq sayırlar.

ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ
(30. 60) “Səbirli ol! Həqiqətən, Allahın vədi – haqdır! Qoy imanı olma­yanlar səni yüngülməcaz saymasınlar”.

Ey Muhəmməd! Öz vəzifələrini səbirlə yerinə yetir, in­san­la­rı Allaha iman gətirməyə çağır və əgər onlar səndən hətta üz dön­­dər­sə­lər də, sən bu yoldan dön­mə. Allahın vədi əsil həqi­qət­dir və şüb­hə doğurmur və bu şərtlər sənə layiqincə səbirli olmağa kö­mək gös­tə­rəcəkdir. İnsan zəhmətinin hədər getməyəcəyinə və ona ən mü­kəm­məl mükafat gətirəcəyinə qəti əmin olduqda, onda o, bütün sı­naq­­lardan asanlıqla keçir və bütün çətinlikləri arxada qo­yur. Hətta ən çətin işlər ona asan və kiçik görünür. İnsanın ima­nı zəif və eti­qa­dı qətilikdən məhrum olduqda, onda onun səb­ri tükənir, fikir­ləri isə qü­surlu olur. Sən belə insanlardan çə­kin­mə­­lisən, çünki əks təqdirdə sən yüngülməcaz adama çevrilərsən, Al­lahın hökmlərinə və ha­ram­la­rına layiqincə riayət edə bil­məz­sən. İnsanın nəfsinə xas olan istək­lər isə düş­mən­lərinə kömək gös­tərəcək və səni onlarla razılaşmaya sövq edəcəkdir. Bü­tün bu de­yilənlərdən aydın olur ki, qəti iman və sağlam düşüncə sahibi olan möminlər həmişə layiqincə səbirlilik göstərirlər, halbuki qəti imandan məhrum olan kəmetiqadlar həm zəif ağıl sahibləridir, həm də buna qadir deyillər. Birinciləri mey­və­nin yumşaq əti, ikin­ciləri isə - qabığı ilə müqayisə etmək olar. Ey Allah, Sən bizi so­nuncudan saxla!


Əbdürrəhman ibn Nasir əs-Səədi­nin “Müqəddəs Quran Təfsiri” əsəri­nin - Azərbaycan dilinə tərcümə edilmiş bu kita­bın nəşr hüququ Azərbaycan Respublika­­­sı­nın müvafiq qanunları ilə mühafizə olunur. Onu yenidən istənilən for­mada nəşr, çap etmək, müxtəlif vasitə­lərlə surətini çoxalt­maq hüququ ancaq tərcüməçi Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!





ƏBDÜRRƏHMAN
BİN NASİR ƏS-SƏƏDİ


MÜQƏDDƏS QURAN
TƏFSİRİ


SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA

V cild


 













[1] Ərəb dilində dünyanın ən alçaq (çökək) yeri “ədnə əl-ardı” (اَدْنَى الْاَرْضِ) kimi ifadə edil­­­­miş­dir. Amma yaxın vaxtlaradək ifadənin əsil Quran mənasını tam anlamına var­ma­­­yan mü­­tərcimlər onu “yaxın yer” mənasında çevirirdilər. Lakin çökək, yəni dəniz sə­­­viyyəsin­dən xeyli aşağı bir ərazi ilə bağlı bu ifadə özündə son dərəcə mühüm mə­sə­­­lələri əks etdir­di­yi üçün kiçik bir izah verməyi lazım bildim. Belə ki, Bizans im­pe­ri­ya­­­sının 7-ci əsrdə Fars imperiyasına məğlub olduğu region Suriya, Fələstin və indiki İor­­­daniya tor­paq­la­rı­nın kəsişdiyi bölgədə yerləşən Lut gölü (“Ölü dəniz”) hövzəsidir. Də­­­niz səviyyəsindən 400 metrə qədər aşağıda olan Lut gölü əhatəsi Yer kürəsinin ən çö­­­kək nöqtəsidir. Ro­ma­lı­la­rın yaxın gələcəkdə qələbə çalacağını ifadə edərək, o za­man heç kimin ağlına belə gətirə bil­­mə­yə­cəyi gələcəkdən belə bir xəbər verməsi Qu­ra­­­nın möcüzələrindən biri idi. Bu coğ­ra­fi məlumatlar elmin və texnikanın inkişafı nə­ti­cəsində bəşəriyyətə yalnız iyirminci əsr­də bəlli olmuşdur (Bax: “Quran heç tü­kən­mə­­yən möcüzə, səh. 258). F.S.
[2] Ərəb dilində “bıdı sinin” (بِضْعِ سِنينَ) söz birləşməsi üç ilə doqquz arasındakı sayı da ifadə edir (Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 256). F.S.
[3] Kursiv mənimdir. F.S.
[4] Tarixə qeyri-obyektiv nəzər nöqtəsindən yanaşan müasir tədqiqatçılar bəşər ta­ri­xi­nin düz xətt boyunca inkişaf etdiyini, hər yeni tarixi mərhələdə bəşəriyyətin bir pillə da­­ha yüksək inkişafa nail olduğunu iddia edirlər. Lakin əslində bu belə deyildir. Bu yan­lış düşüncə zehinlərə o dərəcədə möhkəm yeridilmişdir ki, Misir ehramları haq­qın­da texniki baxımdan çox üstün özəlliklər kəşf edildikdə, onların yadplanetlilər tə­rə­­findən inşa edilməsi məsələsini ortaya atdılar. Nümunə kimi qeyd etmək lazımdır ki, həcmi 2.515.000 m3-ə çatan böyük Xeops ehramının 147 m hündürlüyü, 230 m özü­lü çox spesifik bir layihə əsasında inşa edilmişdir. Bu tikilinin başa gəlməsi üçün altı mil­yon daş kəsib çıxartmaq, daşımaq və əsrlərboyu davam gətirəcək biçimdə hö­rül­mə­si inanılmaz bir qüvvə və bacarıq tələb edirdi. Yanlış təfəkkür sahibləri bu möh­tə­şəm tikililər müqabilində hətta demək belə istəmirlər ki, o zaman misirlilərin me­mar­lıq sənəti, yəqin ki, çox inkişaf etmiş olub. Lakin bütün bunlar haqqında, yəni Qu­ra­nın nazil edildiyi dönəmdə ondan əvvəlki, memarlıq və digər sənətlərin yüksək in­ki­şaf etdiyi dövrlərdə, sonrakı dövrlərə nisbətən daha üstün texnologiyanın möv­cud­lu­ğu haqqında xəbər verilmişdi. Bunun nümunəsi də elə yuxarıda şərh edilən Quran (30. 9) ayəsidir. (Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 222). F.S.
[5] 1) Yəni Fövqəluca, Fövqəlqüdrətli və Müdrik Allah, Öz istəyi ilə, varlığı (məxluqu, var­­­lıq aləmini, Kainatı) hüdudsuz elmi ilə qüdrətinin sintezi sayəsində müəyyən məq­­­sədlə tərtib etdiyi Ecazkar Proqram əsasında xəlq edir. Amma biz insanlar bu Ya­ra­­dılışın özəlliyini araşdırmağa və bunun incəliklərinə varmağa qadir deyilik və bu­nu etmək də Allahın qulu olan bizlərə yaraşmaz. Allah Quranında və Peyğəmbərinin (s.ə.s.) Sünnəsində bizə nəyi bildiribsə, onun çərçivəsində mühakimə yürüdə bilərik. Al­lahın Öz ilahi Aləminə məxsus olan – insana aid deyil və onun səviyyəsinə görə ona fayda verə bilməz. Bir də, mənim “əzəldən” ifadəsi ilə çevirdiyim məfhum rus di­­lində «из небытия» söz birləşməsi ilə verilmişdir. Bu ifadə ilə əlaqədar bildirmək is­təyirəm ki, hansı dildə olursa olsun, “Allah heçdən yaratdı” ifadəsini işlətmək məqsədəuyğun deyim deyildir. Allahın xəlq etdiyi hər bir şey Onun elmi ilə qüdrəti­nin sintezinin gerçəkləşmiş (yəni maddi varlığa çevrilmiş) təzahürüdür ki, bu da Misilsiz Allahın şanına uyğun gəlməyən “heçliyə” adekvat deyil. Tərc. F.S.
 2) Azərbaycan dilinin izahlı lüğətində (II c. s. 161): “əzəldən” sözünün mənaları belə veilmişdir: lap əvvəldən, ilk vaxtdan, ibtidadan. Bu mənalar ayədəki ərəb sözünə (يَبْدَٶُا) nisbətən daha yaxındır. F.S.
[6] Ayədə axşam məğrib və səhər fəcr (sübh) namazları nəzərdə tutulur. F.S.
[7] Bu ayədə əsr və söhr namazları nəzərdə tutulur. F.S.
[8] Bu, İslam Peyğəmbərinin (s.ə.s.) Allahın hökmü ilə müsəlmanlar üçün bir gecə-gündüz ərzində mütləq qılmağı vacib etdiyi namazların sayıdır. F.S.
[9] Allahın mütləq vacibliyinə hökm verdiyi beş namazdan əlavə, Onun Peyğəmbə­ri­nin (s.ə.s.) qılınmasını tövsiyyə etdiyi əlavə namazlar da var ki, bunlara Peyğəmbərin (s.ə.s.) sünnələri deyilir.
[10] Vitr – müsəlmanın gecə yatacağına girməmişdən öncə qıldığı namazların tək so­nucla bitməsi üçün qılmalı olduğu tək rükətlə qurtaran nafilə, yəni könüllü na­maz­dır. Peyğəmbərimiz (s.ə.s.) bu namazı 1-13 (1, 3, 5 və s.) sayı ilə qılardı. Nafilə, kö­nül­lü namaz da olsa, onu qılanlara çoxlu savab düşür. F.S.
[11] Təhəccüd – bu namaz işa namazından sonra ta vitr namazınadək, iki-iki rükət qılınan və ya daha çoxsayda cüt rükətlə tamamlanan gecə namazıdır. F.S.
[12] İnsanlar qarşılarında olan şəxslərə hər hansı bir işi gördürmək üçün mükafat­lan­dır­maqdan, cəza və ya nəsihət verməkdən istifadə edirlər. Mükafatlandırmada xo­şa­gə­lən bir şeyin verilməsi, cəzalandırmada isə qarşı tərəfin xoşuna gəlməyən bir hə­rə­kə­tin həyata keçirilməsi durur. Nəsihət verməkdə istifadə olunan vasitə - dildir və bu me­todu digərlərindən ayıran xüsusiyyət nəsihət vermənin yalnız dilin tətbiqinin ger­çək­ləş­dirilməsidir. Bir-biriləri ilə əlaqədar olan “dil (lisan)” və “nəsihət (mevizə)” kəl­mə­lərinin hər biri Allah tərəfindən Quranda 25 dəfə təkrar işlədilmişdir (bir nümunə: yu­xarıdakı (Rum, 30/22) ayədir). Mənbə: “Quran heç tükənməyən möcüzə”, s.322. F.S.
[13] Yəni yaradılış nümunələri, məsələn, Kainat, insan, yer kürəsi və s. kimi örnəklər. F.S.
[14] “Sağ əlinizin malik olduqları” ifadəsi ilə, o zamankı insanların müxtəlif ənənəvi yol­­­larla sahib olduqları “kölələr” nəzərdə tutulur. F.S.
[15] Görkəmli alimin (müəllifin) ayədən çıxardığı bu nəticə mülkiyyət hüququnun to­xu­­nulmazlığı ilə bağlı olan və bütün zamanlarda aktual əhəmiyyət kəsb edən bir ilahi prin­­sipdir və bu, sadəcə köləliklə bağlı bir məsələ kimi düşünülməməlidir. Bu, Al­la­hın insanlara bəxş etdiyi bütün haqların toxunulmazlığına da aid edilə bilər. F.S.
[16] Hənif - haqq dinə etiqad edən, yəni Bir Allaha ibadət edən müsəlman, tohid tə­rəf­da­rı (Fövqəluca Allahın bütün peyğəmbərləri hənif etiqadına malik olmuş və in­san­la­ra yalnz islam dinini gətirmişlər). F.S.
[17] Təbiəti. F.S.
[18] Şərhin bu ifadəsində müsəlmanların Allahın Quranda göstərdiyi bütün pey­ğəm­bər­­lərini qəbul etmələri və onlara iman gətirmələri müddəası ilə bir ziddiyyət ax­ta­rıl­ma­­malıdır, çünki burada məhz İslamın bir Peyğəmbəri (s.ə.s.) və onun Allahın so­nun­­cu peyğəmbəri olmasından bəhs edilir. Əlbəttə, elə xalqlar olub ki, Allah onlara Öz dini ilə bərabər bir-neçə peyğəmbər göndərmişdir. Misal üçün: Allah İsrail oğul­la­rı­­na eyni vaxtda iki peyğəmbər: Musanı (ə) və Harunu (ə) göndərmişdi. F.S.
[19] Kursiv mənimdir. F.S.
[20] Cəhənnəm nəzərdə tutulur. F.S.
[21] Əkin sahəsinin. F.S.
[22] ...yer üzündə. F.S.
[23] …dünyada da. F.S.

Комментариев нет:

Отправить комментарий