среда, 2 мая 2012 г.

66. ƏT-TƏHRİM SURƏSİNİN ŞƏRHİ

Á\

ƏT-TƏHRİM
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

              Mərhəmətli və Rəhimli Allahın adı ilə!  

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ

(66. 1) “Ey Peyğəmbər! Sən niyə öz zövcələrinə güzəştə gedə­rək, Allahın sənə yol verdiklərini özünə haram edirsən? Allah – Bağışlayan­dır, Rəhimlidir”.

Allah Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­la­­mı ol­­sun!), o, köləsi Mariyanı özü üçün toxunulmaz elan et­di­yi­nə gö­rə, mə­­zəmmət edir. Deyirlər ki, həmçinin o (s.ə.s.) heç vaxt bal iç­mə­yə­cə­yinə də and içmişdi. Bununla o (s.ə.s.) öz zöv­cə­lə­rin­dən bə­zi­lərini razı salmaq istəyirdi və bunun tarixçəsi yaxşı mə­lum­dur.
O vaxt Fövqəluca ona (s.ə.s.) bu sözlərlə müraciət etmişdi: “Ey Allahın Özünə Peyğəmbər və Elçi seçdiyi, Öz Vəhyi ilə şə­rəf­ləndir­diyi qulu! Niyə sən Allahın sənə və ardıcıllarına əta et­di­yi nemətdən imtina edirsən? Bil ki, sənin Rəbbin – Bağışlayandır, Rəhimlidir».
Bu sözlərdən açıq-aşkar görünür ki, Allah Öz Elçisini (ona Allahın salavatı və salamı ol­sun!) artıq bağışlamış və onu (s.ə.s.) Öz qı­­­na­ğın­dan xilas etmişdir. Fövqəluca ona (s.ə.s.) rəhm etmiş və onun (s.ə.s) rəftarı müsəlmanlara yeni bir müdrik vəhyin nazil edil­mə­si­nə sə­bəb olmuş­dur.[1]

 ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ

(66. 2) “Allah sizin üçün andlarınızdan azad olmaq yolu qoy­muş­dur. Allah – sizin Haminizdir. O – Biləndir, Müdrikdir”.

Allah sizə, andınızı pozmadan öncə ondan necə azad olmağı və günah işlətdikdən sonra onu necə yumağı öyrətmişdir. Bu, mö­min­lərin hər hansı bir şeyi etməyi və ya, əksinə, etməməyi vəd etdik­ləri bütün and­­lara aiddir.
Fövqəluca buyurmuşdur: “Ey iman gətirənlər! Allahın si­zə ha­lal qıldığı nemətləri haram etməyin və həddi aşmayın. Hə­qi­qə­tən, Allah həddi aşanları sevmir. Allahın sizə verdiyi halal və təmiz ru­zi­lərdən ye­yin və iman gətirdiyiniz Allahdan qor­xun. Allah sizi bil­mə­dən içdiyiniz andlarınıza görə məsuliyyətə cəlb etməz, lakin bilərək­dən içdiyiniz anda görə məsuliyyətə cəlb edər. Lakin bu hal­da andın kəffa­rəsi ailənizə yedirdiyiniz şey­lərin yaxşısından on yox­sulu doy­durmaq və ya onları ge­yin­dir­mək, ya da bir kölə azad etməkdir. Kim bunu edə bilməzsə, üç gün oruc tutsun. Bu, and içdi­yiniz zaman an­dı­nızın kəf­fa­rəsidir. Andla­rınızı qoruyun. Allah ayə­lərini sizə belə izah edir, - ola bilsin ki, şükür edəsiniz” (Maidə, 5/87-89).
Buna görə, kim ki, Allahın halal qıldıqlarından ərzaq, içki ki­mi bir şeyi və ya kənizi haram, ya da hər hansı bir şeyi etməyə və ya et­məməyə and içib, onu şüurlu surətdə yerinə yetirməməsi ki­mi, andını pozmuş olarsa, onda o, günahını Rəbbin buyurduğu ki­mi yumalıdır.
Allah sizin əməllərinizi himayə edir, dininizə və maddi hə­yatı­nıza aid olan xeyirxahlıqları sizə öyrədir və şərdən necə qo­run­malı ol­duğunuzu izah edir. Buna görə, O (Pak və Müqəddəs), si­zin üçün iç­­diyiniz andlardan geri çəkilmə yolunu da qoymuşdur ki, onun sayə­sində siz onlara görə məsuliyyətdən xilas ola bil­ə­siniz.
Həqiqətən də, Allah sizin etdiklərinizin və qəlbinizdə giz­lət­­dik­­­lərinizin hamısını bilir. O (Pak və Müqəddəs), yalnız Öz ilahi müd­­rik­liyinə uyğun gələnləri yaradır və idarə edir. O (Pak və Müqəddəs), si­zin üçün mənafelərinizə cavab verən və ehtiyaclarınıza uy­ğun gələn hökümlərdən ibarət bir şəriət qoymuşdur. Axı sizin eh­ti­yaclarınız haq­qında digər hər kəsdən ən yaxşı bilən yalnız Allahdır.

 ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(66. 3) “Bir dəfə Peyğəmbər zövcələrindən birinə bir gizli söz da­nış­dı. O[2], onu (başqasına)[3] xəbər verdikdə, Allah da bu­nu ona[4] bil­dirdi. O isə bunun bir qismini bildirdi, digərini isə açıq­­lamadı. O[5] de­di: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Mə­nə Bilən, Xə­bər­­darolan xəbər verdi».

Təfsirçilərin əksəriyyəti qeyd edirlər ki, burada bəhs edilən mö­­­­­minlərin anası Hafzədir (Allah ondan razı olsun!). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona bir sirr vermiş və tap­şır­­mışdı ki, onu heç ki­mə açmasın. Lakin o (Allah ondan razı ol­sun!), bunu Aişə­yə (Allah on­dan razı olsun!) danışmışdı.
Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı ol­sun!) xə­­­bər vermişdi ki, zövcəsi sirri açıqlamışdır. Belə olduqda o (s.ə.s), ona məlum olanın bir hissəsini zövcəsinə söyləmiş və öz ali­cənablığı və xe­yirxahlığı ucbatından digər hissəsini isə gizli sax­la­mışdı. Zöv­cə­si on­dan (s.ə.s) so­ruş­muşdu ki: “Sən bunu haradan bil­din, axı biz heç kimə bu barədə danış­ma­mışıq?” Peyğəmbər (s.ə.s) ona demişdi ki, bu barə­də Allah xəbər vermiş­dir. Ondan heç nəyi gizlətmək müm­kün deyil, çünki O (Pak və Müqəddəs), bütün gizli və qeybə aid olanları Biləndir.

ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(66. 4) “Əgər hər ikiniz Allaha tövbə etsəniz, yaxşı olar. Çün­­ki ürəkləriniz artıq kənara meyl etmişdir. Əgər siz onun əley­hinə bir-birinizə kömək etsəniz, bilin ki, onun hamisi – Al­lah­­dır, Cəb­rail və möminlər isə onun dostlarıdır. Bundan başqa, xe­­yirxah mə­ləklər də ona kömək edirlər».

Fövqəluca bu sözləri ilə Allahın Elçisinin nəcib zövcələrinə - Haf­sə və Aişəyə (Allah onlardan razı olsun!) müraciət edirdi, çün­ki məhz onlar onun (s.ə.s) ona sevimli olanlardan imtina edə­cə­yi haq­qın­­da Allaha and içməsinə səbəb olmuşdular. Allah on­la­ra tövbə et­­məyi təklif etmiş və onları etdiklərinə görə qınamışdı. O (Pak və Müqəddəs), buyurmuşdu ki, onların qəlbi haqdan, yəni zə­ruri təq­valı­lıq­dan və əx­laqi ədəbdən kənara meyl etmişdir. Pey­ğəm­bərin (ona Allahın salavatı və salamı olsun!) zöv­cələri onunla (s.ə.s) ədəb və nə­zakətlə dolanmalı, ona (s.ə.s) ehtiram bəsləməli, onun (s.ə.s) is­təklə­ri­nə hörmət etməli və heç bir halda onu (s.ə.s) öz şıltaq­lıqları ilə sıx­mamalıydılar.
Əgər siz inadcıllıq göstərsəniz və bir-birinizi müdafiə et­sə­niz və onun (s.ə.s) vəziyyətini çətinləşdirməyə çalışsanız, onda unut­­­­­ma­yın ki, ona (s.ə.s) Himayəedən – Allahdır, onun (s.ə.s) dost­la­rı isə Cəbrail (ə) və xeyir­xah əməl sahibləri olan mö­min­lərdir. Hət­ta mə­lək­­lər də onun (s.ə.s) yar­dım­çılarıdır. Onların ha­mı­sı Al­la­hın El­çi­si­nə (ona Allahın sa­lavatı və salamı olsun!) kö­mək edir və yar­dım gös­tə­rirlər.
Beləliklə, Fövqəluca Xaliq Özü Özünə və seçilmiş məxluq­la­­rına alicənab Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və sa­lamı ol­sun!) kömək göstərməyi vacib etmişdir.
Bundan başqa, bu ayədə Elçinin (ona Allahın salavatı və sa­­­lamı olsun!) hər iki nəcib zövcəsinə aydın ifadə edilmiş xəbər­dar­lıq vardır. Buna görə sonra Allah onları, qadının həyatında ən ağır və xo­şagəlməz addım olan boşanma ilə hədələyir.

 ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(66. 5) “Əgər o sizi boşasa, Onun Rəbbi sizi, sizdən daha yax­­şıları ilə: müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tu­tan, dul və ya bakirə olanlarla əvəz edər.

Ey Elçinin zövcələri! Təkəbbürlənməyin və yadda saxlayın ki, əgər o (s.ə.s) sizi boşayarsa, sıxıntı çəkməyəcəkdir və sizə möh­tac ol­ma­­yacaqdır. O (s.ə.s), Allahın ona (s.ə.s) əta edəcəyi, sizi əvəz edəcək zövcələr tapacaqdır ki, həm dindarlıqlarına, həm də gö­zəlliklərinə görə sizdən yaxşı olacaqlar. Bu, bir xəbərdarlıq idi ki, onun icra edil­məsi məcburi deyildi və buna görə Allahın Elçisi (ona Allahın salavatı və sa­lamı olsun!) zövcələrini boşamadı. L­a­kin əgər o (s.ə.s), onları bo­şa­saydı, onda Allah öncədən nə bu­yur­muş­dusa, hamısı gerçəkləşə­cəkdi və o (s.ə.s) daha da ləyaqətli olan qadınlarla evlənəcəkdi.
Onlar mömin qadınlar olacaqdılar, yəni, eyni zamanda iş­lə­rin­də əsaslanmaları zəruri olan həm islam qanunlarına, həm də in­sanla­rın əqidə­sinin istinad etdiyi dinin prinsiplərinə riayət edə­cək­dirlər. Onlar itaətkar olacaqdılar, yəni, Vahid Allaha ibadətdə səy göstərəcək və Ona müti olacaqdılar və Rəbbin nifrətinə layiq olan hər şeydə tövbəkar ola­caqdılar. Fövqəluca xüsusilə vur­ğu­la­yır ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zöv­cə­lə­ri Allahın sevdiyi hər şe­yi yerinə ye­tirməli və Onun nifrət bəs­lə­di­yi hər işdə tövbə etməli­dirlər. Onların arasında həm ərdə olmuş dul qadınlar, həm də baki­rələr olacaqdı ki, Peyğəmbər (ona Alla­hın salavatı və salamı olsun!) onun (s.ə.s) ürəyincə olan hər şey­dən həzz ala bilsin.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zöv­cə­ləri bu təhdidi eşitdikdən sonra, o saat Allahın Elçisinin (ona Al­la­hın sala­vatı və salamı olsun!) lütüfkarlığını qazanmaq im­kan­la­rı­nı axtarmağa başladılar. Onlar bu ayədə ifadə olunmuş bütün ən üs­tün sifətlərə la­yiq oldular və mömin qadınların arasında ən yax­şı­ların yerini tut­dular.

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(66. 6) “Ey iman gətirənlər! Özünüzü və öz ailələrinizi Od­­­dan qoruyun ki, onun odunu insanlardan və daşlardan ola­caq­­dır. Onla­rın üzərində sərt və güclü mələklər vardır. Onlar Al­lahın hökümlə­rindən geri çəkilmirlər və onlara əmr olunanı ye­rinə yetirir­lər».

Ey Allahın haqq din nəsib etdiyi qulları! Dininizin sizdən tə­ləb etdiyi nə varsa, ona riayət edin. Öz ailələrinizlə birlikdə qor­xu­lu və dəhşətli Oddan qorunun. Ondan özünüzün qo­run­ma­nız üçün yal­­nız Allahın hökümlərinə tabe olmaq və Onun qəzəbinə sə­bəb olan, cəzalan­dırılmağı labüd edən hər şeyə görə tövbə et­mək lazımdır.
Cəhənnəm Alovundan doğmalarınızı, zövcələrinizi və öv­lad­­la­­­rı­nızı qorumaq üçün isə, onlara əxlaq ədəbi və faydalı biliklər öy­rət­mək və bəzən də onları Allaha itaət etməyə məcbur eləmək la­zımdır. Allahın qulu, onun özünə və onun məsu­liyyət daşıdığı və onun baş­çı­lığı altında olan yaxınlarına aid bütün məsə­lələrdə Ona itaət etmə­dik­cə, xilas ola bilməz.
İnsanları qorxutmaqdan və onları Öz əmrlərinə laqeyd ya­naş­­maq­dan çəkindirməkdən ötrü isə, Rəbb Cəhənnəmi təsvir edir və onun ya­na­cağının insanlar və daşlardan olacağını bildirir. Bu ba­rədə Fövqəluca belə buyu­rur: “Siz və sizin Allahdan başqa iba­dət etdik­ləriniz, vasil ediləcəyiniz Cəhənnəmin ya­na­caqları­sı­nız” (Ənbiya, 21/98).
Cəhənnəmə sərt əxlaqa malik və intiqam almaqda amansız olan mələklər təhkim edilmişlər. Onlar Allahın günahkarlara əzab və sərt cəza vermək barədə əmrlərini yerinə yetirərək, səsləri və gör­­kəm­ləri ilə Cəhən­nəm əzabkeşlərinin ürəyinə qorxu və dəhşət sa­lır­lar, öz qüdrəti ilə isə onları alçaldır və əzaba düçar edirlər. Mə­lək­lər Allahın əmrlərini ye­rinə yetirməkdən heç vaxt geri çəkil­mir və onlara nə əmr edilirsə, onu icra edirlər. Bu sözlərdə alicənab mə­ləklərə, onların Allahın bütün əmr etdiklərinə tabe olmalarına gö­rə tərif ifadə edilmişdir.

 ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ

(66. 7) “Ey iman gətirməyənlər! Bu gün üzür istəməyin. Si­zə yal­nız əməllərinizin əvəzi verilir».

Qiyamət günü kafirləri bu sözlərlə qınayacaqlar. Ey ka­fir­lər! Üzür istəmək, tövbə etmək müddəti artıq keçmişdir və on­lar indi si­­zə heç bir fayda verməyəcək. Bizə yalnız əməllərinizə gö­rə sizə əvəz vermək qal­mışdır. Siz bundan ötrü, Allaha küfür et­məkdən başqa, özünüz üçün heç bir sursat ehtiyatı tədarük et­mə­misiniz. Siz Onun ayələrini qəbul etməmiş və Onun elçiləri, mö­min qulları ilə ədavətə qurşanmışdınız.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

(66. 8) “Ey iman gətirənlər! Allahın qarşısında ixlasla töv­bə edin! Ola bilsin ki, Rəbbiniz Peyğəmbərini və onunla bir­lik­də iman gətirən­ləri rüsvay etməyəcəyi Gün sizin cinayətlərinizi ba­ğışlasın və sizi çaylar axan cənnətlərə daxil etsin. Onların zi­yası önlərini və sağı işıqlandı­ra­caqdır. Onlar deyəcəklər: “Ey Rəb­bimiz! Bizi tama­milə nurlandır və bağışla! Həqiqətən, Sən hər şeyə qadirsən».

Allah insana Onun qarşısında səmimiyyətlə tövbə etməyi bu­­­yu­rur və bunun əvəzində onu mükafatlandıracağını - əvvəllər tö­­rət­diyi günahla­rını ona bağışlayacağını, onu sevindirəcəyini və di­­gər uğur qa­zanmış qulları ilə birlikdə Cənnətə daxil edəcəyini vəd edir. Dirilmə gü­nü möminlər öz imanlarının nuru ilə qarşı tə­rəf­­lərini işıq­landı­ra­caqları və onun parlaq işığı sayəsində hərəkər edə­­cəkləri vaxt, əmin-amanlıqdan, asayişdən həzz alacaqları za­man, onlar birdən gö­rəcəklər ki, münafiqlərin yolunu işıqlandıran işıq sönür. Belə ol­duqda mömin­ləri qorxu bürüyəcək, onlar Al­la­ha müraciət edərək, onların iman nurunu söndürməməyi və onu sı­na­ğın sonuna qədər uzatmağı xahiş edəcəklər. Allah onların xa­hi­şi­nə qulaq asacaq, onlara onları Sə­a­dət bağ­larına gətirəcək işıq və əmin­lik əta edəcək və orada onlar öz Mərhəmətli Rəbbinin ya­xın­lı­ğın­da yerləşəcəklər. Bütün bun­lar – sə­mi­­­mi və təmiz vicdanla töv­bə etmənin bəhrələridir. Bundan ötrü in­san bütün günahlarını ix­la­s­­la, Allah xatirinə tövbə etməli və həmişə də buna sadiq qal­ma­lı­dır.

 ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ
(66. 9) “Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı mü­ba­rizə apar və onlarla sərt davran! Onların sığınacağı Cə­hən­nəm­dir. Bu necə də pis təyinat yeridir!”

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və sa­lamı ol­sun!) əmr edir ki, kafirlər və münafiqlərlə mübarizə aparsın və on­larla sərt davransın. Onlarla mübarizəni onlara haqq bilikləri çat­dır­maq yo­lu ilə aparmaq lazımdır[6]. Bundan ötrü isə onları Vahid Allahın dininə xütbələr və xeyirxah nəsihətlər va­si­tə­si ilə dəvət etmək və onların çox­saylı azğın baxışlarının yalan ol­du­­ğunu ifşa etmək la­zımdır. Bəzən on­larla, hətta, ələ silah alıb dö­yüş­­mək lazım gəlir, çünki doğru yola gəl­mək­dən və Allahın qa­nun­larına itaət etməkdən imtina edənlər onlarla sərt və qətiyyətlə dav­­ra­nılmağa layiq olurlar. Lakin hər şeydən öncə Allah­ın sözünü müd­rik və xeyirxah nəsihət­lərlə yaymaq lazımdır.
Beləliklə, Allah, Onun elçiləri və möminlər qarşısında qis­mət­­ləri baş əy­mək olacaq kafirləri və münafiqləri bu dünyada al­çal­­dıcı cə­zaya və həmçinin Axirət həyatında Cəhənnəm əzablarına uğ­rada­caq­dır. Hər bir bədbəxt kafiri gözləyən belə sonluq necə də acı­nacaq­lıdır!
Bu surənin son ayələrində Allah möminlər və kafirlər üçün iki məsəl çəkir ki, kafirin möminlə əlaqəsinin və ya onunla qo­hum­lu­­ğu­nun – birinciyə heç bir fayda gətirməyəcəyini və sonun­cu­ya, əgər o, Allahın hökümlərini qüsursuz yerinə yetirərsə, heç nə ilə zə­rər vurma­yacağını onlara izah etsin. Bununla Fövqəluca bir daha Mu­həmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­s­un!) zöv­cələrini Allah­a itaətsizlikdən çəkindirir, çünki onunla (s.ə.s) qo­hum­luq əməl­lə­ri yara­maz olanlara qə­tiyyən kömək et­mə­yə­cəkdir.

ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(66. 10) “Allah kafirlər haqqında nümunə kimi Nuhun zöv­­­cə­si­ni və Lutun zövcəsini məsəl çəkir. Onların hər ikisi Bi­zim mö­­min qulları­mız­dan olan qullarımızın zövcələri idilər. On­lar ərlərinə xəya­nət etdilər və onlar isə onları Allahdan xilas et­mə­dilər. Onlara deyil­mişdi: “Oda girənlərlə birlikdə siz də gi­rin!”

Bu ayədə xəyanət adı altında arvadın ərə namus ba­xı­mın­dan və­fasızlığı deyil, məhz haqq dindən imtina etmək başa dü­şü­lür. Allah­ın peyğəmbərlərinin və elçilərinin (onlara salam olsun!) zöv­cə­ləri öz ərlərinə heç vaxt xəyanət etməmişdilər, çünki Allah on­ları poz­ğun­luqdan və zinadan qoruyurdu. Buna baxmayaraq, nə Nuh pey­ğəmbər (ə), nə də Lut peyğəmbər (ə) zövcələrini Alla­hın cəzasından xilas etmə­dilər və Fövqəluca onları başqa fa­siq­lərlə birlikdə Cəhənnə­mə atdı.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(66. 11) “İman gətirənlərə Allah Fironun zövcəsini məsəl çək­di. Bir dəfə o dedi: “Ey Rəbbim! Mənə Cənnətdə Öz dər­ga­hın­da bir ev yüksəlt və məni Firondan, onun əməllərindən qoru və zalım xalq­dan xi­las et!”

Söhbət Müzahim qızı Asiyədən gedir. Allah onu mömin və müti qul kimi təsvir edir. O, Rəbbinə təkcə insanın xəyalına gə­ti­rə bi­lə­­cəyi və ən çox arzuladığı şey barədə dua edirdi – o, Ondan xa­hiş edir­di ki, onu Cən­nətə daxil etsin və orada onu Öz yaxın­lı­ğın­da yer­ləşdirsin. O, həm də Ona yalvarırdı ki, onu Fironun (L) iş­gən­cələrindən və onun yaramaz əməl­lə­rindan və hər hansı gü­nah­kar fasiqin azğın­lığından xi­las etsin. Allah qa­dının dualarına ca­vab verdi və o ölənə qə­dər möh­kəm iman sahibi ola­raq qaldı, çə­tin­liklərə dözdü və bütün iş­gəncələr­dən və al­da­nış­lar­dan keçib ad­laya bildi. Buna görə də Muhəmməd Pey­ğəmbər (ona Allah­ın sa­lavatı və salamı olsun!) belə demişdir: “Bir çox kişilər kamilliyə nail ol­muşdular, lakin qadınlar arasında bu, yalnız İm­ran qızı Mər­yəmə, Müza­him qızı Asiyəyə və Xu­veylid qızı Xədicəyə mü­yəs­sər olmuşdur. Aişə­nin başqa qadınlar­dan üstünlüyü isə, səri­din di­gər yeməklərdən üstün­lü­yü ki­midir».

 ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ

(66. 12) “Həmçinin iffətini qorumuş İmran qızı Məryəm də. Biz ona ruhumuzdan üfürdük[7] və o, öz Rəbbinin sö­zlərinə və Ki­tab­­la­rı­na iman gətirdi və itaətkarlardan biri oldu».
Məryəm özünün dindarlıq, xeyirxahlıq və paklıq kimi mə­ziy­­yətləri sayəsində qüsurlardan və çirkin günahlardan qo­run­ma­ğı ba­cardı. Cəbrail (ə) onun yanına gəldi və ruhu ona üfürməklə, o, İsaya (ə) hamilə oldu ki, o (ə) da sonradan Allahın alicənab elçi­si olmuşdur.
Məryəm mükəmməl biliyə və sağlam düşüncəyə malikdi. O, Rəbbin sözünə, yəni, dini hökümlərə, qədərə iman gətirmişdi və həm də Onun Kitablarına iman gətirmişdi, yəni, əslində, doğru bi­lik­­lərə ma­­lik idi və əməllərində onlara istinad edərək, dininin doğ­ru­lu­ğunu təs­diq edirdi. Bunun sayəsində o, ən dindar mö­min­lər­dən biri ol­du, yə­­ni o, Allaha səylə, qorxu və itaətlə ibadət edir və Ona həmişə ita­ətkar olaraq qalırdı. O, əmə­li­­saleh mömin qadın idi, əməlisaleh mö­minlik isə həmişə kamil biliklərlə və əməllərin qü­sursuzluğu ilə ifadə edilir.





[1] Kursiv mənimdir. Müdrik Allah Mübarək Quranda inikasını tapmış vəhylərini Pey­ğəm­bə­ri­nə (s.ə.s) Cəbrail (ə) vasitəsilə Ana Kita­bı­nın əsasında nazil etdiyi üçün bu iki ayə (66.1 və 66.2) və onların arasındakı şərhə istinad edərək, bir daha belə bir gerçəkliyə əmin ola bilərik ki, O (Pak və Müqəddəs), Öz Səltənətində hər şeyi bilavasitə Ana Kitabında yazdığına müvafiq ola­raq idarə edir: hadisələri yaradır, onların gedişatını davam etdirir və Elçisinə (s.ə.s) vəhy et­miş olduğu mübarək ayələri də bu İlahi idarəçiliyinin əsrarəngiz mahiyyətini əks etdirir.
       Möh­tə­rəm Oxucu! Bu qeyd etdiyim həqiqətin yəqinliyinə əmin olmağın üçün bu ayələrə və onların ara­sındakı mətnə diqqətlə yanaşman bəs edə­cəkdir. Birinci ayədə Allah halal qıldığını Pey­ğəm­bə­rin (s.ə.s) özünə (s.ə.s) niyə haram etdiyini soruşur, sanki onu (s.ə.s) qınayır. Müfəssir isə öz şər­hində qeyd edir ki, “Fövqəluca ona (s.ə.s.) rəhm etmiş və onun (s.ə.s) rəftarı müsəlmanlara ye­ni bir müdrik vəhyin nazil edilməsinə sə­bəb olmuş­dur». Mənim işarə etmək istədiyim incəlik on­dan ibarətdir ki, Peyğəmbərin (s.ə.s) “özünə haram etməsi hadisəsi baş verdiyi andan öncə vəhy ediləcək növbəti (66.2) ayə artıq Lövhi Məhfuzda (Ana Kitabda) mövcud idi. (Allah Kai­natı xəlq etməzdən öncə hər şeyi Ana Kitabında yazmışdı.) Deməli, Fövqəlqüdrət­li Allah vəhy­ləri hadisələrə görə deyil, hadisələri Ana Kitabından nazil edəcəyi ayələrə müva­fiq idarə edir. Məhz bu nəzər nöqtəsindən Quran ayələri ilə Allahın Peyğəmbərimizə (s.ə.s) təlqin etdiyi hə­dis­lər arasında fərqi anlamaq və dəyərləndirmək yerinə düşərdi. Allahın Elçisinə (s.ə.s) buyur­du­­ğu hər iki növ ilahi hökümləri mahiyyət və dəyərlilik etibarı ilə mükəmməl və kamildir. Bu de­yi­lənlərdən belə bir nəticə hasil etmək olar ki, Fövqəluca Allah Quranı Yaradılışdan öncə (və ya onun ərəfəsində) Ana Kitaba yazmışdır. Belə olduqda, ayələr hadisələrə görə deyil, hadisələr vəhy edilmiş və vəhy ediləcək ayələrə uyğun olaraq baş verir. Bu Həqiqət isə Allahın istisnasız hər şeyi Özünün bilavasitə idarə etdiyinin daha bir sarsılmaz dəlilidir. Məni bu nəticəyə yönəldən əsas me­yarlardan biri isə Quranın Əzəmətli Allah tərəfindən öncədən mi­sil­siz özünümühafizə sistemi ilə təchiz etməsidir. Kodlaş­dırılmış 19 sistemi (və digər alt­sis­tem kodları) müsəlman alimləri tərə­fin­dən 20-ci əsrin sonunda kəşf edilmişdir və Quranın ecaz­kar sirləri hələ Qiyamətə qədər bəşəriyyətə açıqlanacaqdır. Bu kəşflər barədə bu Təfsirin müxtəlif hissələrinin ön­söz­lərində və dibnotlarında geniş mə­lu­mat ver­mişəm.  Onları xüsusi diq­qətlə oxuyun. Həmd isə xarüqələr Yaradan Allaha – aləm­lərin Rəbbinə məxsusdur! F.S.
[2] Zövcəsi. F.S.
[3] Yəni, Peyğəmbərin (s.ə.s) başqa zövcəsinə. F.S
[4] Yəni, Peyğəmbərə. F.S.
[5] Peyğəmbərin (s.ə.s) gizli sözü açdığı zövcəsi. F.S.
[6] Allahın bu kərim ayəsinin müəllif tərəfindən verilmiş təfsirinin həm for­ması, həm də ma­hiy­yə­tinə son dərəcə diqqət yetirilməlidir. Bu müddəamın səbəbləri çoxdur. Burada isə mən yalnız bir-neçə­sini qeyd etmək istəyirəm. Quranı tərcümə edənlərin əksəriyyəti “cihad” sözünü ya “mü­qəddəs müha­ribə” və ya “döyüş-vuruş” ifadələri ilə çevirir və Allahın Kitabında onun daha ge­niş məna kəsb etməsini kölgədə (qəsdənmi və ya bilmədənmi?) saxlamağa çalışırlar. Bu isə, öz növbəsində, İslam düşmənlərinə “cihad”ın əsil mahiyyəti haqqında uydurmalar və böhtanlar yay­mağa bəhanə vermiş olur. Bunları nəzərə alaraq, burada çox qısaca da olsa, öz mülahizəmi və düşüncələrimi hörmətli oxuculara, yeri düşmüş­kən, bildirməyi zəruri sayıram. Aşağıda “ci­had” sözünün göstərəcəyim mənalarına və məna çalar­larına diqqət yetirin (onlar Babylon elek­tron tərcüməçi-lüğətdindən götürülmüşdür). Mən onları orijinaldakı kimi verirəm:
- “препятствовать, свидетельствовать...{ militate }; стараться, прилагать усилия,
- бороться,... { strive }
- деятельный, энергичный, активный, живой,... { active }
- старательный, усердный, тщательный,... { painstaking }
 ( Nümunə gətirdiyim onlayn tərcümə proqramı beynəlxalq aləmdə geniş yayılmış və bütün dün­yada məşhur olan Babylon Ltd. kompaniyasının məhsuludur, 200 ölkədə yüz milondan çox isti­fadəçisi vardır).
 Gördüyünüz kimi, “CİHAD” kəlməsinin əsas mənası – səy göstərmək, mübarizə aparmaqdır. Mü­səlman isə, əsas səyini, mübarizəsini öz nəfsini paklaşdırmağa, günah xəltələrindən arıtla­ma­ğa, təmizləməyə yönəltməli və, o cümlədən, zəruriyyət yarandıqda, mübarizə - döyüşə, vu­ru­şa və şəriətə zidd olmayan digər formalara da çevrilə bilər. Cihad sözündən istifadə edərək mü­səl­manları, ilk növbədə, gəncləri müxtəlif çeşidli qovğalara və savaşlara cəlb etmək heç də Al­lahın əsil dininin ma­hiyyətindən qaynaqlanmır. Mən de­yərdim ki, İblis əməlinə daha çox me­yil edən mənbələr tərəfindən yönəldilir. Hörmətli oxucular bunu nəzərə almalıdırlar. Digər bir nümunə üçün uzağa getməyək. Bilməyənlər bilmir. Bilənlər bilir ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq, İslam dini dinc vasitələrlə Qərb ölkələrində vüsətlə yayıl­maq­da­dır və hətta bir sıra ölkələrdə mütərəqqi və ziyalı dünyabaxış sahibi olan dövlət adamları mü­səl­manların vicdan azadlığına müsbət yanaş­ma yönündə bir sıra səviyyələrdə haqlı rəsmi qə­rar­lar qəbul edirlər. Məgər belə bir şəraitdə, bəzən xuliqanlıq edən öyrədilmiş uşaqlar və gənclər tə­rəfindən həmin ölkələrdə törədilən iğtişaşlara haqq qazandırmaq olarmı? Öz ölkələrindən qa­çıb Avropa şəhərlərində özlərinə dini “azadlıq” tələb edənləri necə başa düşmək olar? Mən dü­şü­nürəm ki, belə iğtitşaşlar Allahın düşmən­ləri tərəfindən yönləndirilir, qızışdırılır və maliy­yə­ləş­dirilir və üzdən iraq belə “hərəkatları” “cihad” kimi qələmə vermək istəyənlər, çox ehtimal ki, şeytanın quy­ruqbulayanları, əlaltıları, daha dəqiq desək, muzdlu aqenturasına məx­sus­dur­lar. Belə hərəkətlərin Allahın həqiqəti uğrunda mübarizə ilə heç bir əlaqəsi yoxdur. Bunu id­dia edənlər suyu bulandıranlardır!
       Oxucu qaraş və bacı! Ayıq ol! Allah iğtişaşçıları, “daş-kə­sək­li” nüma­yiş həvəs­kar­larını, xuliqanlıq edən cinayətkar ünsürləri, kiminsə siyasi məq­səd­lərini ger­çək­ləş­­dir­mək üçün xalqın adından sui-istifadə edərək, boğazdan­yuxarı şüarlar söy­lə­yənləri se­və bil­məz! Haqq uğrunda mübarizə (cihad) isə Qurana və Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsinə uyğun olmalıdır. Məhz bu Quran Təfsirində böyük alim şeyx Əb­dür­rəhman əs-Səədi tərəfindən, Fövqəluca Allahın hidayəti ilə, həmin haqq mübarizə yolları mü­səl­man­lara çox sadə və anlaşıqlı dildə açıqlanır. Tərc. F.S.

[7] Haqqı bilməyə haqqı olan oxucuya bildirmək istəyirəm ki, bu ayənin bu fraqmentinə izah ver­məyimin səbəbi, mənim ayələri rus dilindən çevirərkən, onları ərəb əslinə müvafiq olaraq re­daktə etməyimdən qaynaqlanır. Ayələrin tərcüməsi, bildiyiniz kimi, çox böyük məsuliyyət tələb edir və ərəb dilinə mükəmməl bələd olmadan onu həyata keçirmək istəyi kökündən ya­n­lışdır. Lakin oxucuların bildiyi kimi, mən Təfsirin mətninin tərcüməsində Azərbaycan dilində olan sanballı hazır Quran tərcümələrindən istifadə etməliydim. Əsərin birinci və qismən ikinci cilid­lərində belə etməyə çalışmışam. Amma sonrakı hissələrdə, mən dilimizdə olan tər­cü­mə­lərin bu Təfsiri dilimizə çevir­məyə böyük çətinliklər yaratdığını başa düşərək, ayələrin mövcud tər­cü­mələrində redaktə xarakterli təshihlər etmişəm, yəni, ayələrin əslində olmamasına bax­mayaraq, onlara əlavə edilmiş söz, ifadə, fraqment və hətta bütöv cümlələri çıxarmağa və on­la­ra kiçik təshihlər verməyə təşəbbüs göstər­mişəm. Lakin bu təşəbbüslər heç də faydasız və dü­şü­nülməmiş deyildi. Artıq Təfsirin 3-cü cildinin çevirisindən başlayaraq, ayələrin əslini müx­tə­lif proqram və üsulların köməyi ilə və həm də çoxsaylı türk, rus və ingilis çevirilərindən mü­qa­yi­səli istifadə etmək vəsiləsi ilə, onları bütünlüklə öz redak­təmdə verməyə başladım. I ciliddə bəzi texniki yanlışlıqların olmasına baxmayaraq, bu sonuncu cilidədək tənqidçilərimizdən tər­cü­məçinin ünvanına ciddi bir irad hələ ki, daxil olmamışdır. Bu da onu göstərir ki, Böyük Allahın hidayəti və mərhəməti sayəsində bu Təfsirin mümkün olduqca az qüsurla xalqımıza çatdırılmasına, bəlkə də, inşallah, nail ola bilmişəm. Buna görə həmd Allaha məxsusdur! Qaldı ki, bu ayəyə (66/12) dibnotun yazılmasının əsas səbəbi ayənin rus mətnindəki fraqmentinin ərəbdilindən tərcüməsini (“...Мы вдохнули в него (в вырез на ее одежде) посредством Нашего духа (Джибрила)” araşdırdıqda aydın oldu ki, ərəb mətnində bu: (فَنَفَخْنَا فٖيهِ مِنْ رُوحِنَا, yəni, “ona ruhumuzdan üfürdük”) yalnız belədir. Yəni, ayədə yalnız “öz ruhumuzdan üfür­dük” ifadəsi var. Allah ayədə Cəbrail əleyhissalamın adını çəkmir və ona (ə) işarə belə etmir. Özü də, qeyd etmək yerinə düşər ki, bu “(в вырез на ее одежде)” ifadəsi rus tərcüməsində əla­və (yəni, tərcüməçinin özündən ayəyə qoşduğu əlavə ifadə kimi verilmişsə də, artıq E. Qu­liyevin rüs dilinə etdiyi Quran tərcüməsindən sonra işığ üzü görmüş bir Azərbaycan tər­cü­məsində isə, bu fraqment: “paltarının yaxasından” ifadəsi kimi ayənin əsli mətni olaraq veril­miş­dir. Türk qardaş­larımızın Allah xatiri üçün təmənnasız hazırladıqları “Hasenat” proq­ra­mında otuza yaxın türk və ingilis dillərində olan Quran çevirilərinin heç birində mən belə iba­rə­lərə rast gəlmədim və buna görə ayəni, anladığım qədər, əslinə daha yaxın saydığım formatda re­daktə etdim. F.S.

Комментариев нет:

Отправить комментарий