среда, 2 мая 2012 г.

74. ƏL-MÜDƏSSİR SURƏSİNİN ŞƏRHİ




ƏL-MÜDƏSSİR
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﮬ ﮭ ﮮ
              (74. 1) “Ey örtünüb gizlənən!”[1]
Öncə qeyd olunmuşdur ki, “bürünüb örtünmüş” və “örtün­müş” sözləri mənaca oxşardır və Allah Öz Elçisinə (ona Allahın sa­la­va­tı və salamı olsun!) buyurur ki, Ona səylə ibadət etsin. Əv­vəlki su­rədə Rəbbə ibadətin zəruriliyindən və qəbilədaşları tərə­findən ona (s.ə.s) ve­­­rilən əzablara mətinliklə dözməsindən bəhs edilirdi. Bu surədə isə Fövqəluca Allah Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Onun dinini açıq-aşkar təb­liğ etsin və insanlara nəsihət versin.
 ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ
(74. 2) “Qalx və xəbərdar et!”
(74. 3) “Rəbbini ucalt!”

Öz nitqinlə və əməllərinlə insanlara qətiyyət və səylə nə­si­hət ver ki, məqsədə çatasan və insanlara izah edə biləsən ki, onlar han­sı gü­nahlara batmışlar və onları nə gözləyir. Məhz bu onları Al­laha ita­ətsizlik göstər­məkdən çəkinməyə sövq edər.
Tövhid prinsiplərini həyata keçirməklə və yalnız Onun Üzü­nə doğru yönəlməklə Rəbbini şərəfləndir ki, insanlar sənin xüt­bələrinə əhə­­miyyət versinlər və özləri də Allahı uca tutmağa və Ona ibadət etməyə başlasınlar.
 ﯖ ﯗ ﯘ
(74. 4) “Libasını təmizlə!”

Belə bir rəy var ki, libas adı altında insan əməlləri nəzərdə tu­­­tu­lur ki, onları təmizləmək – yalnız Allah xatirinə onları sə­mi­miy­­yətlə yerinə yetir­məklə və Onun hökümlərini qüsursuz icra et­mək­­lə müm­kündür. Mömin öz əməllərini bədxah niyyətlərdən, nü­ma­yişkəra­nə­lik­dən, ikiüzlülükdən, şöhrət düşkünlüyündən, tə­kəb­bür­lükdən, eti­na­­sız­lıqdan və onun əməllərini əbəs edə biləcək və on­lara görə mü­kafatını azaldacaq bütün qüsurlardan təmiz­lə­mə­li­dir. Fövqəluca qul­larına buyurur ki, bütün bunlardan çə­kin­sinlər.
Buraya libasın çirkinlikdən təmizlənməsi də aiddir, çünki bu­­nun sayəsində insan etdiyi xeyirxahlıqların kamilliyinə nail olur. Bu daha çox namaza aiddir, çünki əksər müsəlman alim­lə­ri­nin rəyinə gö­rə, çirkin şeyin paltardan və vücuddan təmizlənməsi na­mazın düz­gün qılınması şərtlə­rindən biridir.
Mövcud olan digər bir rəyə görə isə bu ayədə ümumiyyətlə pal­­­­tardan bəhs edilir və onun həmişə hər cür murdar şeylərdən və kir­­­lilikdən, xüsusilə, namaza başlamazdan əvvəl təmizlənməsi zə­ru­­ri­­d­ir. İstənilən halda, hətta əgər bu ayədə zahiri təmizlik nə­zər­də tu­­tulsa da, bilmək lazımdır ki, o, mənəvi təmizliyi yalnız ta­mam­la­yır.

 ﯙ ﯚ ﯛ
(74. 5) “Pisliklərdən çəkin!”

Quranın bir sıra şərhçiləri hesab edirlər ki, pisliklər adı al­tın­da bütpərəstlərin Allahla yanaşı sitayiş etdikləri bütlər nəzərdə tu­tul­muş­dur. Beləliklə O (Pak və Müqəddəs), onlardan və bu­nun­la bağlı olan hər şeydən həm sözdə, həm də əməldə əl çəkməyi əmr etmişdir.
Digər şərhçilər isə belə hesab edirlər ki, pislik – bütün pis əməl­­­lər və sözlərdir və Fövqəluca buyurmuşdur ki, nə qəlbdə, nə dil­­də, nə bədəndə, kiçik və ya böyüklüyündən asılı olmayaraq, gü­­nahlara yol verilməməlidir. Əlbəttə ki, buraya həm müşriklik, həm də digər kiçik günahlar daxildir.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(74. 6) “Yaxşılığı təmənna məqsədilə etmə!”
(74. 7) “Rəbbinin xatirinə səbirli ol!”
İnsanlara onların maddi həyatı və Axirətinə aid etdiyin yax­şı­lığa görə minnət qoyma, onlardan mükafat gözləmə və onları özü­nə borclu sayma. Əksinə, yaxşılığı insanlar üçün et və bundan öt­rü istə­nilən imkan­lardan yararlan və onlardan minnətdarlıq göz­ləmə. Mü­kafatını Fövqəluca Allahdan istə və mərhəmət gös­tər­dik­lərinlə digər insanlar arasında fərq qoyma.
Bəzi şərhçilər belə hesab edirlər ki, bu ayələrin mənası on­da­­dır ki, insanlara bir şeyi hədiyyə etdikdə, onların sənə daha ço­­xu ilə əvə­zini verəcəyini arzulamayasan. Lakin Allahın bu hök­­mü yalnız Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) aid idi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) yu­xa­rı­da sa­dalanan hökmə tabe oldu və tezliklə onu yerinə yetirməyə baş­­ladı. O (s.ə.s) insanlara öyüd-nəsihət verir və aydın ayələrin va­si­təsi ilə on­la­­ra Allahın göstərişlərini izah edirdi. O (s.ə.s) tez-tez Al­lahı şərəflən­di­­rir və başqalarını da buna dəvət edirdi. O (s.ə.s) öz qəl­bini və vü­cu­du­­nu şərdən təmizləməyə çalışırdı. O (s.ə.s) Al­lah­dan başqa və Onun­la yanaşı ibadət edilənlərdən kənar gə­zir, büt­pərəstlikdən və büt­pə­rəst­­lərdən, şərdən və bədəməl in­san­lar­dan uzaq idi. Bütün bə­şə­riyyət onun (s.ə.s) qarşısında, ilk növ­bədə isə, Allahın qarşısında, - borclu idi, la­kin o (s.ə.s), heç vaxt in­san­lar­dan nə mükafat, nə də min­nət­dar­lıq is­tə­mirdi. O (s.ə.s), Allah yo­lun­da ən böyük dözümlülük gös­tərdi: Onun hökümlərini səbirlə ye­ri­nə yetirir, günahlardan çəkinir, Allahın ona (s.ə.s) təyin etdiyi ta­le­yin ağır zərbələrinə mətinliklə dö­zürdü. Bü­tün bun­ların sa­yə­sində o (s.ə.s) bütün ən böyük və öz ima­nında ən möh­­kəm Allah el­çi­lərindən (onlara salam olsun!), məziy­yət­cə, üstün oldu.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ

(74. 8) “Sura üfürülən”
(74. 9) “o gün – çətin Gündür” –
(74. 10) “kafirlər üçün asan olmayacaqdır».

Sura üfürən zaman Qiyamət günü başlayacaq və ölülər öz qə­­bir­lə­rindən qalxacaq və həyata qayıdacaqlar. Çoxsaylı dəhşətlər və sar­sıntılar üzündən həmin gün kafirlər üçün ən ağır gün ola­caq, çünki onlar xeyirli sona nail olacaqlarına ümidlərini tam iti­rə­cək və əmin ola­caqlar ki, onlar məhvə məhkumdurlar. Buradan ay­dın olur ki, mö­minlər üçün həmin Gün asan olacaqdır. Buna gö­rə, Fövqəluca buyu­rur: “Bu – Ağır gündür!” (Qə­mər, 54/8).

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

(74. 11) “Məni təklikdə yaratdığımla tək qoy”,
(74. 12) “ona çoxlu mal-mülk verdim” –
(74. 13) “yanındakı oğullarını da”
(74. 14) “və onun qarşısında geniş imkanlar açdım».
(74. 15) “Bunlardan sonra ümid edir ki, Mən ona yenə artı­rım».

Bu ayələr əl-Valid b. əl-Muqirə ilə əlaqədar nazil edilmişdi. O, haqqa inadkarlıqla müqavimət göstərənlərdən biri idi, Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə mübarizə apa­­rır və ona (s.ə.s) maneələr yaradırdı. Allah onu, əvvəllər baş­qa­larını etmədiyi kimi, məh­kum etdi. Bu cəza haqqa müqavimət gös­­tərənlərin və onunla ədavət edənlərin hamısını gözləyir: rüs­vay­­çılıq və şərəf­siz­lik bu həyatda onların qənimi, Axirətdəki cəza isə daha alçaldıcı ola­caqdır.
Bu adam dünyaya tənha gəlmişdir. Onun nə var-dövləti, nə ai­­ləsi, nə də qohumları var idi, lakin Allah onun qayğısına qaldı və onu tərbiyə etdi. O (Pak və Müqəddəs), ona böyük zənginlik, oğul­­lar əta etdi və onlar daima onun yanından ayrılmırdılar, ona kö­­mək edir­di­lər, o isə, öz növbəsində, onlarla fəxr edir və onların yar­­dımından hə­vəslə faydalanırdı.
Allah ona dünya nemətlərindən istifadə etmək imkanı ver­miş­­di və var-dövlətə nail olmaq yollarını onun qarşısında geniş aç­mış­dı. Bu­nun sayəsində o, istədiyi və can atdığı hər şeyə nail ol­muş­­du. Lakin, ona göstərilən mərhəmətə və yardıma bax­ma­ya­raq, o istəyirdi ki, Allah ona da Axirət həyatında Səadət nəsib et­sin.

ﰈﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ
(74. 16) “Heç vaxt! Həqiqətən, o, Bizim ayələrimizi inadla inkar edir».
(74. 17) “Mən onu sərt bir yoxuşa dırmaşdıracağam».

Onun istədiyi olmayacaqdır! Hər şey əksinə olacaqdır, çün­ki o, Allahın ayələrinin doğruluğuna əmin olduqdan sonra, onları in­kar et­di. O, haqdan üz çevirdi və onun ardınca getmədi. Lakin o, ondan üz döndər­məsi ilə qane olmayaraq, haqq ilə mübarizə apar­maq yoluna qədəm basdı ki, onun yalan olduğunu ifşa et­mə­yə çalışsın. Buna görə Fövqəluca bu­yurur:
 ﭑ ﭒ ﭓ ﭔ
(74. 18) “Həqiqətən, o fikirləşib, qərara gəldi».

O, öz niyyətini götür-qoy edərək, necə hərəkət edəcəyi və Qu­ra­nın yalanını ifşa etmək üçün nə deyəcəyi qərarına gəldi.

ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

(74. 19) “Qəhr olsun! O necə hesablamışdır?!”
(74. 20) “Bir daha qəhr olsun! O necə hesablamışdır?!”

O, mümkün olmayan bir şeyin fikrinə düşmüş və nə ona, nə də onun kimilərin gücü çatmayacaq bir işi görmək qərarına gəl­miş­di.
ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ

(74. 21) “Sonra o fikrə getdi».
(74. 22) “Sonra qaşlarını çatıb, üzünü turşutdu».
(74. 23) “Sonra geriyə dönüb, qürrələndi”
(74. 24) “və dedi: “Doğrusu, bu, yalnız rəvayət edilən bir sehr­dir».
(74. 25) “Həqiqətən, bu – insan sözüdür».

O, öz sözləri üzərində düşündü və onda olan nifrət və kin-kü­­durət onun üzündə əks olundu. O, geriyə dönüb təkəbbürləndi ki, bu onun düşüncələrinin, sözlərinin və əməllərinin nəticəsi idi. Sonra o, Allahın Kitabını insan sözləri adlandırdı, həm də ədəb-ər­kanlı insanın sözləri de­yil, qərəzkar, yalançı və pozğun ca­du­gə­rin sözləri adlan­dırdı. Qoy o qəhr olsun! Onu doğru yoldan az­dı­ran və həlaka gətirən nə oldu?! Ən gözəl və ən əzəmətli Söz olan Föv­qəlmərhəmətli və Fövqəlşöhrətli Rəbbin Sözünün aciz və ka­mil­likdən uzaq olan məx­luq­ların sözləri olması insan ağlına necə gə­lə bilər?! İnsanın vicdanı bununla necə razılaşa bilər?! Bu inad­kar yalançı Fövqəluca Allahın Sözü haqqında belə ifadə işlətməyə ne­cə cəsarət edə bilər?! Həqiqə­tən, o, ən şiddətli cəzaya layiqdir və buna görə Fövqəluca Allah bu­yurur:

ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(74. 26) “Mən onu Səqərə atacağam».
(74. 27) “Sən haradan biləsən ki, Səqər nədir?”
(74. 28) “O, nə rəhm edir, nə də buraxmır».
(74. 29) “O, dərini yandırır”.

Cəhənnəm alovu günahkarların üstünə dəhşətli bir qüvvə ilə çö­kür və əzabkeşlərin bədənində heç nə saxlamır. O, onların bədən­lə­rini çılğın alovlu odla yandırıb-qovurur, onları öz əzabı ilə əhatə edir və dözülməz hərarətdən və ya şaxtadan rahatlanmağa bir an belə im­kan vermir.
ﮆ ﮇ ﮈ ﮉ
(74. 30) “Üzərində 19 vardır”[2].

Bəhs edilən məsələ Cəhənnəm mühafizəçiləri – sərt və güc­lü mə­­­ləklər haqqındadır və onlar Allahın hökümlərindən kənara çıxmır və onlara buyurulanların hamısını olduğu kimi icra edirlər.

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(74. 31) “Biz Odun sahiblərini mələklərdən etdik, onların sa­­yını isə kafirlər üçün sınaq qoyduq ki, Kitab verilənlər əmin ol­­sunlar, mö­minlərin imanı güclənsin və Kitab verilənlər və iman gə­tirənlər şübhə etməsinlər və ürəklərini mərəz tutanlar və kafirlər soruşsunlar: “Allah bu məsəllə nə demək istəyir?” Be­ləcə, Allah is­tədiklərini azdırır, istə­dik­lərini də doğru yola yö­nəldir. Rəbbinin dö­yüşçülərini Ondan başqa kim­sə tanımır. Bu isə, bəşəriyyət üçün Nəsihətdən başqa bir şey deyil».

Cəhənnəmin mühafizəçisi olmağa yalnız güc və qüdrət sa­hi­bi olan mələklər layiqdirlər. Allah bu ayədə mələklərin sayı ba­rə­sində yalnız ka­firləri sınamaq üçün xəbər vermişdir. Belə bir rəy möv­cud­dur ki, həmin sözlərin mənası mələklərin Axirətdə ka­fir­ləri cəzalan­dı­racaqları və işgəncə verəcəkləri ilə əlaqədardır. Cə­­hən­nəm cəzası sı­naq adlandırılmışdır, çünki günahkarların əza­bı dai­ma gücləndiri­lə­cəkdir. Fövqəluca belə buyurur: “Həmin gün on­lar Odda yanacaq­lar” (Zariyat, 51/13).
Bir başqa rəyə görə isə Allah Cəhənnəmin müha­fi­zə­çi­lə­ri­nin sayı haqqında, yalnız haqqa inananları və onu yalan sayanları aş­kar etmək üçün xəbər vermişdir. Bu həmin ayənin davamı ilə də təs­diq olunur. Kitab əhli əvvəlki peyğəmbərlərə nazil edilmiş vəhy­­ləri Kəra­mətli Quranla müqayisə edib, yoxlaya və onun hə­qi­qi­liyinə daha da əmin ola bilərlər. Möminlərə gəldikdə isə onlar na­zil edilmiş növ­bəti ayəyə iman gətirəcəklər və bun­dan onların imanı və etiqadı da güc­lə­nəcəkdir.
Quran ayələri möminlərdə və Kitab əhlində yarana biləcək şüb­­­hələri dağıtmalı və onların tərəddüd etməsinə imkan ver­mə­mə­­lidir. Bu, həyatın ən böyük məqsədidir ki, bütün sağlam dü­şün­­cə sahibləri ona layiqincə diqqətlə yanaşmalıdırlar. Bu – iman və etiqad əldə et­məyə səy göstərmə­, onları hər saat gücləndirmə, bun­­dan ötrü bütün imkanlardan istifadə etmə və şübhələrdən və az­­ğınlıqdan xilas ol­maq­dır ki, onlar daima haqqın yolu qarşısında üzə çıxırlar. Fövqəluca bəyan edir ki, bu ən böyük məqsədə yalnız Al­­lahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil edi­ləni əldə rəhbər tutmaqla nail olmaq mümkündür.
Bunun sayəsində Rəbbin haqlı qulları yalançılardan se­çi­lir­lər. So­­­nun­cuların ürəklərində şübhələr və ikiüzlülük hökm sürür və bu­na görə onlar soruşurlar: “Allah bu məsəllə nə demək istə­yir?” On­la­rın söz­ləri­nin səbəbi onların şübhələrində və təəccüb için­də çaşıb qal­ma­­la­­rında, onların Allahın ayələrinə, Şərəfli Ki­taba iman gətirmə­mə­­lə­rin­dədir. Buna görə məhz bu ayələrin və Ki­tabların sayəsində Föv­­qəl­uca bəzilərini doğru yolla aparır, di­gərlərini isə zəlalətə salır.
Rəbbin doğru yola yönəltdiyi kəslər üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş Vəhy mər­hə­mət­dir. O, on­ların imanını və dinə sədaqətini gücləndirir. Onun doğ­ru yoldan azdırdığı kəslərə isə nazil edilmiş Vəhy yalnız on­la­rın bədbəxtlik­lə­ri­ni, təşvişini və özlərinə qarşı zalımlıqlarını güc­lən­­dirir. Buna görə hər bir insan Allah və Onun Elçisinin (ona Al­la­­hın salavatı və salamı ol­sun!) xəbər verdikləri hər şeyə itaət et­mə­lidir.
Mələklərin və digər məxluqların qoşunlarının güc və əzə­mə­­ti yalnız Allaha məlumdur. Siz bu qoşunların varlığı haqqında heç nə bilmir­diniz, ancaq Bilən və Xəbərdarolan Rəbb onların haq­qın­­da sizə müjdə verdi. Elə isə heç bir şübhə etmədən bu müj­­dəyə iman gətirin! Bu vəhy və nəsihət sizə əylənmək xatirinə na­zil edil­mə­­mişdir. Onlar insanlara nəsihət vermək və onlara, yal­nız fayda verən şeyləri yerinə yetir­mə­yi öyrətmək və zərər verən nə varsa, on­lardan çəkin­dirmək üçündür.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(74. 32) “Yox-yox! And olsun aya!”
(74. 33) “And olsun çəkilib gedən gecəyə!”
(74. 34) “And olsun açılan səhərə!”
(74. 35) “Bu, doğrudan da, ən böyük hadisə“ –
(74. 36) “xəbərdarlıqdır bəşəriyyətə” –
(74. 37) “sizdən irəli addımlamaq və ya geri çəkilmək istə­yən­lərə!”

Belə bir ehtimal var ki, “kəllə” (كَلَّا) ifadəsi “həqiqətən” sö­zü­nün mə­na­­sını verir. Bir başqa rəyə görə isə, o burada bir giriş sözü ki­mi istifadə edilmişdir.
Fövqəluca aya, geriyə çəkilən gecəyə və açılan səhərə and içir, çünki bu sadalananların hamısı özündə Allahın əzəmətli də­lil­lərini əks etdirir. Bu dəlillər Onun fövqəlqüdrətini və müd­rik­li­yi­ni, Onun ha­kimiyyətinin və mərhəmətinin hüdudsuzluğunu və Onun elminin hədsizliyini təsdiq edir. Fövqəluca həm də ona görə and içir ki, Cə­hən­nəm Alovunun ən böyük bədbəxtliklərdən və Rəb­bin yaratdıq­la­rı­nın ən mühümlərindən biri oldu­ğunu vur­ğu­lasın.
Biz onun barəsində sizə xəbər verdik və onun təyinatı haq­qın­da sizə aydın bilik əta etdik. Qoy hər kəs, istəyərsə, irəliyə çıx­sın və onu Allaha yaxınlaşdıran xeyirxahlıqlar etsin və onların sa­yə­sində o, Onun lütüfkar­lığına nail olar və Cənnət evlərində ya­şa­maq haqqına layiq görülər. Kim də istəyərsə, Bizim onu ya­rat­dı­ğı­mız məqsəddən geri çəkilsin və Allahın sevdiyi və bəyəndiyi hər şey­dən üz çevirsin və onu Cəhənnəmə aparan günahlar işlətsin. Föv­­qəluca həmçinin bu­yurur: “De: “Haqq – Rəbbiniz­dəndir. Kim istəyir, iman gətirsin, kim istəmirsə, qoy iman gə­tir­mə­sin...” (Kəhf, 18/29).
 ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ
(74. 38) “Hər kəs əldə etdiklərinin girovudur”,
(74. 39) “sağ tərəfə mənsub olanlardan başqa”.

Hər bir günahkar öz yaramaz və pis əməllərinin girovudur. O, onlara doğru can atırdı və indi isə öz cinayətləri və günahlarına gö­rə ca­vabdehdir. Onların ağır boyunduruğu çiyinlərinə ke­çiril­miş­dir və o, ədalətli cəzaya layiqdir. O, öz pis əməllərindən asılı ol­mayan azad və xoşbəxt möminlərə qətiyyən bənzəmir.

ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ
(74. 40) “Cənnət bağlarında onlar bir-birilərindən soru­şa­caq­­lar”
(74. 41) “günahkarlar haqqında:”
(74. 42) “Sizi Cəhənnəmə gətirən nə idi?”

Onlar Cənnət bağlarında qalacaqlar və orada onlara arzu et­dik­ləri hər şey veriləcəkdir və onlar orada tam rahatlıq və əmin-aman­­lıq içində olacaqlar. Onlar bir-biriləri ilə söhbət edəcək və söh­bət günahkarldan düşəcək. Onlar soruşacaqlar: “Onlar necə ol­du­lar? Allahın vəd etdiyi cəzanı aldılarmı? Onlar bir-birilərindən so­ru­şacaq­lar: “Siz onların barəsində nə bilirsiniz?” Bu anda onlar gü­nahkarları Cəhənnəmin ortasın­da, əzab və iztirablar bu­rul­ğa­nın­da görəcək və so­ruşacaqlar: “Niyə siz Cəhənnəm oduna düş­dü­nüz? Hansı günaha görə?”

ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ ﰤ ﰥ ﰦ ﰧ ﰨ ﰩ ﰪ ﰫ ﰬ ﰭ ﰮ ﰯ ﰰ ﰱ ﰲ ﰳ
(74. 43) “Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyil­dik».
(74. 44) “Biz kasıbları yedirtmirdik”.
(74. 45) “Boşboğazlıq edənlərə biz də qoşulurduq”.
(74. 46) “Din gününü yalan sayırdıq”
(74. 47) “yəqinlik bizə gələnədək».

Bizim nə səmimi imanımız, nə xeyirxah əməllərimiz var idi, nə də ehtiyacı olanların xeyrinə bir sədəqə vermişdik. Biz baş­qa­ları ilə birlikdə yalan içində batmışdıq və haqqı inkar etməyə ça­lı­şır­dıq. Biz hətta Qiyamət gününü də inkar edirdik.
Bu, bizim yalana dalmağımızın və haqqı rədd etməyimizin nə­­ticəsi idi, çünki Qiyamət günü ən böyük həqiqətdir. Həmin gün in­­sanlar üzə­rində onların öz əməllərinə görə məhkəmə quru­la­caq­dır və Allahın haki­miyyəti və Onun ədaləti bütün məxluqlarına tam mənada tətbiq oluna­caqdır.
Cəhənnəm əzabkeşləri, labüd fakt, yəni ölüm onları haq­la­ya­na­dək, öz uy­durma dinlərinə qapılmışdılar. Onlar kafir olaraq öl­dülər və cəzadan qurtulmaq imkanından məhrum oldular, çünki xilas ol­ma­nın ümid qapısı onların qar­şı­sında bağlandı.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ
(74. 48) “Artıq şəfaətçilərin havadarlığı onlara fayda ver­mə­­yəcək».

Şəfaətçilik onlara fayda verməyəcəkdir, çünki şəfaətçilik et­mə­­lərinə icazə verilənlər Allahın qarşısında yalnız Onun razı qal­dıq­­la­rından ötrü ha­va­darlıq edəcəklər, bu günahkarlar isə öz əməl­­ləri ilə Rəbbin lütüfkarlığına layiq olmamışlar.
Allah Onun şəriətinə müqavimət göstərənlərin hamısını göz­lə­yən sonluğu izah etmiş və onları Axirət həyatında nəyin göz­lədiyini bildir­miş­dir. Allah qınaq və məzəmmətlə belə bu­yu­rur:
ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(74. 49) “Onlara nə olub ki, öyüd-nəsihətdən üz dön­də­rir­lər”,
(74. 50) “sanki hürkmüş vəhşi eşşəklər kimi”,
(74. 51) “aslandan qaçırlar».

Onlar nəsihətdən üz döndərir və xütbələrə əhəmiyyət ver­mir­­lər. Onlar ona nifrət bəsləyir və ondan, sanki, aslandan, ov­çudan və ya atıcıdan qaçan vəhşi uzunqulaqlar kimi uzaq qaçırlar. Bu, fasiq­lərin haqdan uzaq qaçmasının və ondan üz dön­dər­mə­si­nin ən parlaq nümunəsidir.

 ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(74. 52) “Hətta onların hər biri özünə açıq səhifələr əta edil­­məsini istəyir”.
Onlar öz şərəfsizliklərinə baxmayaraq, böyük iddialar irəli sü­­rürlər və göylərdən özlərinə açıq səhifələr nazil edilməsini is­tə­yir­lər. Onlar bəyan edirlər ki, yalnız belə olduqda, haqqı qəbul edə­cəklər. Lakin onlar yalan deyirlər. Həqiqətən, əgər onlara is­tə­dik­ləri bütün möcüzələr göstərilsə də, öz gözləri ilə məşəqqətli cə­za­nı görməyincə, iman gətirməyəcəklər. Onlara haqqı izah edən ay­dın ayələr nazil edil­mişdi, əgər onlarda, azca da olsa, bir xe­yir­xah­lıq əlaməti olsaydı, on­lar ona iman gətirərdilər. Buna görə son­ra Fövqəluca Allah belə buyurur:
 ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(74. 53) “Əsla! Onlar Axirətdən qorxmurlar”.

Onlar istədiklərinə nail olmayacaqlar, axı öz sözləri ilə onlar pey­ğəmbər­lərin (onlara salam olsun!) acizliyini ifşa edəcəklərinə ümid bağlamışdılar. Onlar Axirət həyatından qorxmurdular. Axı on­­la­rın ürəyində Axirət qorxusu olsaydı, onlar belə dav­ran­maz­dılar.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(74. 54) “Əsla! Bu, həqiqətən, Nəsihətdir».
(74. 55) “İstəyən, onu yadına sala bilər”.

Burada bəhs edilən ya bu surə, ya da onda olan xütbə haq­qın­­da­dır. Arzu edən hər kəs bu nəsihəti yadında saxlaya bilər, çün­ki indi doğru yol insanlara məlumdur və onun gerçəkliyinin də­lilləri təkzib­o­lunmazdır.

 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(74. 56) “Lakin Allah istəmədikcə, onlar onu yada sala bil­məz­­­lər. O – Ondan qorxmağa layiq və bağışlamağa qadirdir».

Allahın iradəsi mütləq icra edilir. Nə kiçik, nə də böyük olan şeylər Onun iradəsinə zidd ola bilməz.
Bu ayə, qədəriyyəçilərin, Allahın qulları öz işlərini Allahın ira­­də­sin­dən asılı olmayaraq yerinə yetirdiklərini iddia edən ba­xış­la­rını və cəbba­riyyəçilərin də, əksinə, insanın iradədən məhrum ol­duğunu və hər hansı bir işi müstəqil yerinə yetirməyə qadir ol­ma­dığını zənn edən yanlış baxışlarını qətiyyətlə təkzib edir. Cəb­ba­riy­yəçilər yanlış olaraq elə güman edirdilər ki, insan Allahın onun üçün təyin etdiyi əməlləri icra etməyə məcbur edilmişdir.
Lakin Fövqəluca Allah bəyan etmişdir ki, Onun qulları ira­də sahi­bidirlər və hansı əməli yerinə yetirməkdə müstəqil se­çim et­məyə qadir­dirlər. Buna baxmayaraq, onların iradəsi Allahın ira­də­sindən ası­lıdır. Ondan qorxmaq və Ona ibadət etmək lazımdır, çün­ki O (Pak və Müqəddəs), – Vahid Allahdır və ibadətə layiqdir. Ey­ni zamanda, O (Pak və Müqəddəs), Onun qarşısında qorxu his­si ke­çirənləri və Onun iltifatına nail olmağa can atanları ba­ğış­layır.





[1] Müdəssir (الْمُدَّثِّرُ) – ərəbcə “Örtünüb gizlənən” mənasındadır. Öncəki surələrə aid tərcüməçi qeyd­lərində (IV-VI c.c.) açıqlandığı kimi, Bu şərəfli surə Quranın özünümühafizəsinin 19 rə­qə­mi əsasında kodlaşdırılmış sistemi ilə bilavasitə əlaqədar olan bir ecazkar surədir. Bu kod­laş­dı­rıl­mış sistem ilk dəfə olaraq 1974-cü ildə aşkar edilmişdir. Daha sonra bir çox tədqiqatçıların işti­rakı ilə Quranın bu sistemi ilə əlaqədar bir sıra möcüzələr də aşkar edilmişdir. Müdəssir su­rə­si 74-cü surədir və 19 ilə 74 ardıcıl yan-yana qoyulduqda alınan say eyni zamanda bu mö­cü­zənin kəşf edilməsi tarixidir. Bu möcüzə ilə əlaqədar məlumatlar ilk dəfə ABŞ-da yaşayan mü­səl­manlar tərəfindən bəyan edilmişdir. Bu möcüzə 1974-cü ildə Quranın Müdəssir (“Giz­lə­nən”) surəsində üzə çıxmışdır. Möcüzənin tapıldığı tarixdə Allahın Elçisinin (ona Allahın sala­va­tı və salamı olsun!) Məkkədən Mədinəyə başlayan hicrətindən 1393 il keçmişdi. Bildiyimiz ki­mi, İslam Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) Quran hicrətdən 13 il öncə vəhy edilməyə başlanmışdı. Yəni, bu möcüzə Quranın vəhy edilməyə başlamasından tam 1406 il sonra kəşf edilmişdir. Yaxşı, bəs bu 1406 rəqəmi nəyə işarə edir? Möhkəm dayanın – 1406=19x74-dür.
 Qurandakı rəqəmlərin möcüzəsinə işarə edən Müdəssir (“Gizlənən”) surəsi əvvəldən axıra ki­mi say möcüzələri ilə doludur. Bu surənin ilk iki ayəsi belədir: (1) “Ey örtünüb gizlənən” (2) “Qalx və xəbərdar et!” (Müdəssir, 74/1-2). Surənin ilk ayəsi gizlənənə (müdəssirə) müraciətdir və ikinci ayəsi isə artıq qalxmaq vaxtının gəldiyini və xəbərdarlıq etmək vaxtının yetişdiyini bil­dirir. Məhz bu iki ayənin hərflərinin cəmi 19, onların əbcəd dəyəri 1974-dür. Müdəssir su­rəsinin birinci ayəsi belə (74.1) göstərilir. Məhz bu ayədən etibarən Quranın sonuna qədər 741 ayə vardır və bu 741=19x39 kimidir, yəni, 741 rəqəmi 19-a bölündükdə qalıqsız 39 sayı alınır. Bu riyazi uzlaşma Quran ayələrini Vəhyedənin fövqəlbəşəri idrakına və hikmətinə işarə edir və Quranın, həqiqətən də, fövqəlqüdrət Sahibi olan Allah tərəfindən nazil edildiyini sübuta yetirir.
Bö­yüklərdən biri kimi səciyyələndirilən 19 möcüzəsinin (74. Müdəssir, 35-ci ayə) həqiqətən də, əzəməti, bu möcüzənin Müdəssir surəsindəki riyazi kodlaşdırılmadan başlayaraq özünü gös­tərir.
 Müdəssir surəsində Quranın insan sözü olduğunu deyən bir adamın “Səqərə” atılacağı söylənir. Oradaca “Sən haradan biləsən ki, “Səqər” nədir?” – deyə sual verilərək, “Səqərin” mənası açıqlanır. Sonra “Səqər” hər şeyi əhatə edən bir cəza kimi təsvir edilir. Bu cəza- Cəhənnəm ola biləcəyi kimi, kafirlərə cavab verən 19 rəqəmi də ola bilər. Cəhənnəm hər şeyi əhatə etdiyi kimi, 19 sayı da bütün Quranı riyazi bir sistem olaraq əhatə edib qoruyur. (Ətraflı məlumat üçün bax: “Quran heç tükənməyən möcüzə”, səh. 364-370). F.S.

[2] Müdrik Allahın bu ayədə 19 rəqəmindən bəhs etməsi və buradaca onun funksiyasını açıq­la­ma­­ması (buna baxmayaraq, həmin ayənin şərhində müəllif rəqəmi mühafizəçi mələklərin sayı ilə əla­qələndirir), bunun nə isə, mühüm bir prinsiplə əlaqəli ola biləcəyinə işarə edə bilərdi. Bu, hə­qiqətdə də belə imiş. 19 rəqəmi haqqında mən bu Təfsirin əvvəlki cilidlərində, mənbələrə mü­raciətlə, bir sıra qeydlər vermişəm və burada da qısaca izahlar vermək lazım gəlir (yu­xa­rı­da­kı dibnotlara bax). Demək lazımdır ki, Quranın, demək olar ki, bütün təfsirlərində və bir çox dillərə (türk, rus, ingilis, Azərbaycan və s.) tərcüməsində 19 rəqəmi haqqında müxtəlif mü­la­hizələr söylənmiş və bunu, əsasən, Cəhənnəmdəki mühafizə mələklərinin sayı ilə əla­qə­lən­dir­miş­lər. Quranda keçən 19 rəqəminin Quranın mühafizə sisteminin kodu olması haqqında ilk də­fə olaraq məlumatlar 1974-cü ildə Amerika Birləşmiş Ştatlarında yaşayan müsəlman alimlər tə­rəfindən irəli sürülmüşdür. Sonra isə bir çox tədqiqatçıların iştirakı ilə Qurandakı bu sistem ilə əlaqədar əhəmiyyətli möcüzələr kəşf edilmişdir. Müdəssir surəsi 74-cü surədir və 19-u onun qar­şısında qoyduqda bu möcüzənin aşkar edilməsi tarixi alınır. Bu surənin ayələrinin şərhini ver­dik­cə, yeri düşdükdə, həmin mövzuya toxunacağıq. F.S.

Комментариев нет:

Отправить комментарий