Ë\
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın adı
ilə!
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(76. 1) “Məgər
insanın məlum olmadığı bir zaman hələ keçməmişdirmi?”
Bu surədə
Allah insan həyatının ilk, ara və son mərhələlərini xatırlayır. O (Pak və
Müqəddəs), yada salır ki, insan xəlq edilənədək elə bir dövr keçmişdi ki, o
zaman onun barəsində ümumiyyətlə heç bir xəbər yox idi.
ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(76. 2) “Biz
insanı qarışıq bir damladan yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və
görən etdik».
Allah bəşəriyyəti
yaratmaq istədikdə, öncə bütün insanların ulu babası Adəmi gildən xəlq etdi və
onun nəslini ardıcıl olaraq, insanların özlərinin dəyərsiz bir şey
adlandırdıqları mayenin bir damcısından yaratmağa başladı. Allah insanı xəlq
etdi ki, onu sınasın və onun öz mənşəyi üzərində düşünə biləcəyinə və ya bunu
unudacağına, ya da şöhrətpərəstliyə qurşanacağına əmin olsun.
Allah insanı boya-buxuna çatdırdı, ona müşahidə
olunan və olunmayan, məsələn, görmə və eşitmə kimi bacarıqlar, istedadlar və
bədəninin müxtəlif hissələrini əta etdi. O (Pak və Müqəddəs), onlara mükəmməl
formalar verdi və onları müəyyən məqsədləri yerinə yetirmək imkanı ilə təmin
etdi.
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(76. 3) “Həqiqətən,
Biz ona doğru yol göstərdik. O, bu yolu ya şükür edərək, ya da nankorcasına qət
edəcəkdir”.
Allah bəşəriyyətə elçilər göndərmiş, Kitablar nazil etmiş və Ona doğru
aparan yolu göstərmişdir. O (Pak və Müqəddəs), bu yolu izah etmiş, insanları
onunla getməyə ruhlandırmış və bu yolun sonunda onları nəyin gözlədiyini xəbər
vermişdir. O (Pak və Müqəddəs), həmçinin həlaka aparan yol haqqında da xəbərdarlıq
etmiş, ondan çəkindirmiş və o yolla gedənlərin başına nələrin gələcəyini
də bildirmişdir. Allah qullarını sınaqdan belə keçirir. Onların arasında öz vəzifələrini
yerinə yetirən minnətdar qullar da, naşükür qullar da vardır. Allah onlara mənəvi
və maddi nemətlər əta etmişdir. Lakin nankor qullar bu nemətləri qəbul etmələrinə
baxmayaraq, Ona iman gətirməmiş və həlaka aparan yolla getmişlər.
ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(76. 4) “Həqiqətən,
Biz kafirlər üçün zəncirlər, buxovlar və alovsaçan Od hazırlamışıq”.
Biz, Allaha
iman gətirməyənlər, elçiləri yalançı adlandıranlar və Rəbbinə itaətsizlik
göstərməyə cəsarət edənlər üçün odda qıpqırmızı qızarmış zəncirlər
hazırlamışıq. Fövqəluca buyurur: “Sonra onu Cəhənnəmə atın və onu yetmiş
arşın uzunluğunda olan zəncirə keçirdin!” (Haqqa, 69/31-32). Onlar üçün
həm də boyunduruqlar hazırlanmışdır ki, onların vasitəsi ilə əzabkeşlərin əllərini
boyunlarına bağlayırlar və həm də od hazırlanmışdır ki, onların dərilərini
qarsalayacaq və bədənlərini yandıracaqdır. Fövqəluca buyurur: “Hər dəfə
dəriləri yanıb qurtardıqda, Biz onu başqa dəri ilə əvəz edəcəyik ki, onlar əzabdan
zövq alsınlar...” (Nisa, 4/56). Bu – sonsuz bir cəzadır və onlar onun
içində əbədi qalacaqlar.
ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(76. 5)
“Möminlər isə kafur[1]
qatışdırılmış qədəhlərdən nuş edəcəklər».
Ürəkləri
Allahı dərk etməyə və Onu sevməyə səy göstərməklə dolu və gözəl əxlaq
sahibi olan, xeyirxah işlər görməklə məşğul olan möminlər Cənnət içkisi içəcəklər.
Bu içki kafurla qarışdırılacaq və o da öz növbəsində onu sərinlədəcək və kəskinliyini
azaldacaqdır.
Cənnət kafuru ecazkar və əla ləzzətə malikdir. O, içkinin şəffaflığının
bulanmasına səbəb ola biləcək hər şeydən və bu dünyada kafura xas olan xoşagəlməz
dad-tamdan arınmışdır. Həqiqətən, bu dünyada rast gəlinən şeylərə məxsus
istənilən qüsur, Axirət dünyasındakı həmin adda olan şeylərdə qətiyyən
olmur[2]. Fövqəluca
belə buyurur: “Tikansız sidr ağacının, cərgələrlə sallanmış banan salxımlarının
altında olacaqlar...” (Vaqiə, 56/28-29); «...Onların orada pak
zövcələri olacaq...” (Bəqərə, 2/25); “Onlara Rəbbinin dərgahında əmin-amanlıq
məskəni hazırlanmışdır...” (Ənam, 6/127); “Onların ətrafında
qızıl bardaqlar və qədəhlər gəzdiriləcək. Orada ürəklərinin istədiyi və ləzzət
alacaqları hər şey olacaqdır...” (Zuhruf, 43/71).
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(76. 6)
“Allahın qulları çeşmədən içib, onu istədikləri səmtə bol-bol axıda biləcəklər».
Cənnət
sakinləri Allahın digər sakinləri ilə birlikdə bulaqdan ləzzətli içki içəcəklər.
Onların badələri doldurulacaq və onlar içdikləri mənbəyin quruyacağından
ehtiyat etməyəcəklər. O, axıb gedir, Allahın qulları isə istədikləri vaxtda
və istədikləri kimi onun istiqamətini dəyişə bilərlər.
Onlar öz
arzuladıqları kimi, onun qollarını çiçəklənən bağlara və yaşıl çəmənliklərə
yönəldə bilər, öz imarətlərinin və füsunkar qəsrlərinin ətrafindan axıda bilərlər.
Onlar o çay qollarını istədikləri yerə yönəldə biləcəklər.
Sonra Fövqəluca
Allah onların bəzi xeyirxah əməllərini xatırladıb, belə buyurur:
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ
(76. 7)
“Onlar nəzirlərini yerinə yetirirlər və şəri geniş yayılan Gündən qorxurlar».
Onlar nəzir
vermək barədə vədlərini yerinə yetirir və bağladıqları əhdləri pozmurlar.
Onların icra etdikləri nəzirləri, insan onları yalnız özü yerinə yetirməyi vəd
etdikdə, gerçəkləşdilməsi zəruri olan əsil vacib qərara çevrilmiş
olur. Onlar bilirlər ki, Qiyamət gününün şəri çox böyük olacaq və Allahın
mülkündə geniş yayılacaqdır. Buna görə onlar bu şərin onlara toxunacağından
qorxur və buna səbəb ola biləcək hər şeydən çəkinirlər.
ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ ﭻ
(76. 8)
“Onlar, özləri istədiklərinə baxmayaraq, təamı miskinlərə, yetimlərə və əsirlərə
yedizdirirlər”.
(76. 9) “Biz
sizi Allahın Üzü xatirinə yedizdiririk və sizdən nə mükafat, nə də minnətdarlıq
istəmirik!”
(76. 10) “Həqiqətən,
biz Rəbbimizdən və o Kədərli, Usandırıcı Gündən qorxuruq”.
Onlar da
var-dövlət və ləzzətli yeməklər xoşlayırlar, lakin Allaha olan məhəbbətə üstünlük
verirlər. Buna görə onlar hər şeydən əvvəl və daha çox ehtiyac içində olan
kasıbları, yetimləri və əsirləri qayğıkeşliklə yedizdirirlər. Onlar Allah
xatirinə ianə verir və sədəqə paylayırlar. Bu zaman onlar öz rəftarı ilə göstərirlər
ki, insanlardan mükafat almaq və ya minnətdarlıq sözləri eşitmək arzusunda
deyillər. Onlar zülmət və dəhşət içində olan ağır və üsandırıcı Gündə öz Rəbbinin
qəzəbindən qorxurlar.
ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(76. 11)
“Allah onları həmin Günün şərindən qoruyacaq, onlara aydınlıq və sevinc bəxş
edəcəkdir”.
Qiyamətin
böyük dəhşəti onlara toxunmayacaqdır və mələklər onları: “Budur, əvvəllər
sizə vəd edilmiş Gün!” – sözləri ilə qarşılayacaqlar. Onların üzləri şəfəq
saçacaq, ürəkləri isə sevinclə dolacadır. Bu o deməkdir ki, onlar həm zahiri,
həm də daxili Səadətə nail olacaqlar.
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ
(76. 12) “O,
onlara səbirliliklərinə görə, əvəzini Cənnət bağları və ipək parçalarla verəcəkdir”.
Onlar Rəbbin hökümlərini səbirlə yerinə yetirirdilər və nəyi bacarırdılarsa,
onu da edirdilər. Onlar həmçinin günahlardan çəkinir, qədərin ağırlıqlarına
mətanətlə dözür və talelərindən şikayət etmirdilər. Bununla da onlar Cənnət
bağlarına layiq görüldülər. Orada bütün nemətlər toplanmış və onlar
narahatçılıq və məyusluq törədən hər şeydən xilas edilmişlər. Onlar ipək parçalardan
libaslar geyəcəklər və Fövqəluca Allah bunu xüsusi ilə vurğulayır, çünki
insanın zahiri görünüşü və libası onun xoş güzəranını təsdiq edir.
ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(76. 13)
“Onlar orada taxtlarında dirsəklənəcək və orada nə günəş, nə də bərk soyuq görməyəcəklər».
Ərəb feili
olan “ittakaa” (“söykənmək”, “dirsəklənmək”) insanın sakitlik, dinclik və
rahatlıq hiss etdiyi bir vəziyyətin təsvir olunmasında istifadə olunur.
Möminlər nə qızmar hərarəti ilə bədənlərini yandıran günəşin, nə də şaxtanın
olmadığı Cənnət bağlarında gözəl bəzədilmiş taxtlarında dirsəklənib
uzanacaqlar. Cənnət sakinləri sərin kölgəlikdə əbədi olaraq qalacaqlar.
Onların bədənləri əbədi rahatlıqdan zövq alacaqdır, çünki nə qızmar hərarət,
nə şiddətli soyuq onları narahat etməyəcəkdir.
ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
(76. 14)
“Kölgələr onlara yaxın olacaq və meyvələr isə tamamilə onların ixtiyarına
keçəcəkdir”.
Cənnət meyvələri
onları yemək istəyənlərə o qədər yaxın olacaq ki, onlar onu ayaq üstə,
oturduqda və hətta uzandıqları yerdə də dərə biləcəklər.
ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(76. 15)
“Onların ətrafında gümüş qablar və büllur qədəhlər dolandırılacaq” –
(76. 16)
“ölçülərə uyğun gümüşü büllurlar».
Cənnət
gümüşü təmiz və büllur kimi şəffaf olacaq. Qəribədir! Gör kobud metal necə də
şəffaf olarmış!
Cənnət
qabları susuzluğu söndürmək üçün lazım olan miqdarda şərab tutacaq, çünki əgər
onun miqdarı çox olarsa, içkidən alınacaq ləzzət azalacaq, əgər onun miqdarı
az olarsa, ondan alınacaq həzz azalacaq və o, tam məmnun qalmaq üçün kifayət
etməyəcəkdir. Başqa bir rəyə görə isə bu qablar, Cənnət sakinlərinin
içkidən tam məmnun qalmaları ümidi ilə fikrən təsəvvür etdikləri həcmə
uyğun olan bir ölçüdə olacaqdır.[3]
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ
ﯙ
(76. 17)
“Onlara orada zəncəfil qatılmış badə içirdiləcək –“
(76. 18) “Səlsəbil
adlandırılan çeşmədən”.
Bu bulaq belə
bir adı yumşaqlığına və onda şırıltı ilə axan şərabın ecazkar şirin dadına
görə almışdı. O, onun dadını və ətrini yaxşılaşdıran zəncəfillə
qarışdırılacaqdır.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(76. 19)
“Onların ətrafında əbədi gənc yeniyetmələr dolanacaqlar. Sən onlara
baxdıqda, onları səpələnmiş mirvarilər sanarsan».
Xəlq edilmiş əbədi gənc yeniyetmələr Cənnətdə möminlərin ətrafında ləzzətli
yeməklər və içkilərlə dolanacaqlar. Bu yeniyetmələrin nə çöhrələri dəyişir,
nə də qocalırlar. Onlar o dərəcədə gözəldirlər ki, möminlər onları səpələnmiş
mirvarilərlə müqayisə edəcəklər. Həqiqətən, onlar mükəmməl zövq alacaqlar.
Hətta onlara xidmət göstərən yeniyetmələr də o dərəcədə gözəldirlər ki, onlara
sadəcə baxmaq insanı məmnun edir. Yeniyetmələr sakinlərə heç bir narahatçılıq
yaratmadan onların mənzillərinə daxil olacaq və onların xahiş etdikləri və
ürəklərinin istədikləri hər şeyi gətirəcəklər.
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
(76. 20) “Sən
isə baxdıqda və bir də baxdıqda orada bərəkət və böyük bir səltənət görərsən”.
Cənnət əhlini
əhatə edən gözəllikləri seyr etdikdə, sən bolluq və böyük bir səltənət görəcəksən.
Sən təsvirəgəlməz gözəlliyə malik möhtəşəm sarayların və ağaclarından yerə
lap yaxın sallanan ləzzətli meyvələrin yetişdiyi, şırıltı ilə axan çayların və
quşların, könülləri heyran qoyan və insan ruhunu sevindirən gül-çiçəkli
bağların sahibi olan isanları görəcəksən. Onların zövcələri ideal gözəlliyə və
kamil əxlaqa malik olacaqlar. Onlar həm qəlbən, həm də cismən füsunkar
olacaqlar. Xoşxasiyyətli, mehriban və gözəl olaraq, onlar qəlbə ecazkar məmnunluq
və böyük sevinc bəxş edəcəklər. Həmişəgənc yeniyetmələrin orada olması
onların ürəklərinə rahatlıq gətirəcək və onları Axirət həyatında qayğı çəkməkdən
azad edəcəkdir[4].
Bununla yanaşı onlar Mərhəmətli Rəbbin lütüfkarlığını əldə edəcək, Onun nitqinə
qulaq asacaq, Ona yaxın olmaqdan ləzzət duyacaq, Onun lütüfkarlığına sevinəcək
və əbədi səadətlə vəcdə gələcəklər. Bu səadət hər an artıb, çoxalacaqdır.
Haqq və Əsil
Hökümdar Pakdır! Onun xəzinələri tükənmir və Onun xeyirxahlığı yox olub getmir!
Onun məhəbbəti və yaxşılığı sonsuz olduğu kimi, gözəl keyfiyyətləri də
sonsuzdur!
ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
(76. 21)
“Onların əynində atlazdan və zərxaradan yaşıl libaslar olacaqdır. Onlara
gümüş qolbaqlar taxılacaq, Rəbbi isə onlara təmiz içki içirdəcəkdir”.
Cənnət sakinləri yüksək keyfiyyətli ipək parçadan – yaşıl atlazdan
və zərxaradan libaslarla bəzənəcəklər. Atlaz – qalın ipək parça, zərxara – zərif
parçadandır. Cənnətdə həm kişilər, həm də qadınlar qolbaq taxacaqlar. Allahın
vədi belədir və vəd haqdır, çünki aləmlərin Rəbbinin dedikləri ən doğru olan
sözlərdir. O (Pak və Müqəddəs), qullarına qatışığı olmayan və narahatçılıq
verməyən təmiz içki içirdəcəkdir. Bu təmiz içki möminlərin daxili orqanlarını
çöküntülərdən və zərərli ola biləcək hər şeydən təmizləyəcəkdir.
ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(76. 22) “Həqiqətən,
bu sizə verilən əvəz və səylərinizə görə təşəkkür olacaqdır».
Siz öz əməllərinizlə
buna layiq görülmüsünüz və əmin olursunuz ki, hətta ən cüzi səylərinizə görə
belə Allah saysız-hesabsız nemətlər əta edir. Cənnət nemətləri
xatırlandıqdan sonra Fövqəluca Allah buyurur:
ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ
(76. 23) “Həqiqətən,
Biz sənə Quranı hissə-hissə nazil etmişik».
Bu – Əzəmətli
Rəbbin vədi və xəbərdarlığıdır. O (Pak və Müqəddəs), qullarına bilmələri lazım
gələn hər şeyi izah etmiş və onlara buyurmuşdur ki, verdiyi tapşırıqlarını ən
layiqli tərzdə yerinə yetirsinlər, Onun şəriətinə riayət etməyə səy göstərsinlər
və bu sahədə dözümlü olsunlar.
ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ
(76. 24) “Rəbbinin
hökmünə səbr et, günahkarlara və onların arasındakı naşükürlərə uyma!”
Qədərinin çətinliklərinə dözümlü ol və narazılığını bildirmə. Dinin hökümlərini
yerinə yetir və qoy sənin qarşını heç bir maneə ala bilməsin. Rəbbin iradəsinə
müqavimət göstərən və sənə mane olmaq istəyənlərə itaət etmə. Belə insanların
arasında günah işlədən və Allaha itaətsizlik göstərən günahkarlar və həm də
kafirlər vardır. Həqiqətən, kafirlərə, günahkarlara və pozğunlara uymuş
olsan, sən mütləq Allaha itaətsizlik göstərərsən, çünki onlar yalnız naqis
ürəklərinin arzu etdiyi şeyləri yerinə yetirməyi tələb edərlər.
ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ
(76. 25) “Səhər
də, axşam da Rəbbinin adını yada sal”,
(76. 26)
“gecələr də. Ona səcdə qıl və uzun gecələri Onu şərəfləndir».
Fövqəluca
Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Ona itaət
etsin və Onu tez-tez yadına salsın, çünki məhz bu, dözümlü və səbirli olmağın mənbəyidir.
Allahın yada salınmasına aid olan əməllər: fərz namaz və həm də həmin saatlarda
onunla əlaqədar olan əlavə namazlar, Allahı xatırlamalar, tərifləmələr və
ucaltmalardır.
Ey Muhəmməd!
Tez-tez Allaha səcdə qıl, ibadət et və uzun gecələri Onu şərəfləndir, şöhrətini
ucalt. Fövqəluca buyurur: ““Ey bürünmüş! Gecəni, azı istisna olmaqla, ayaq
üstə keçir”, gecənin yarısını və ya bir qədər azını və ya bir az çoxunu ahənglə
Quran oxu” (Müzəmmil, 73/1-4).
ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(76. 27) “Həqiqətən,
bunlar yaxın olanı sevir və Ağır günü sonraya saxlayırlar”.
İnsanlar arasında elələri var ki, Allahın ayələri onlar üçün aydındır.
Müjdə onlara gəlib çatmışdır və onlar kafirlər üçün nəzərdə tutulmuş cəza
haqqında biliyə malikdirlər. Buna baxmayaraq, onlar səni, Muhəmməd, yalançı
sayırlar. Sənin nəsihətlərin onlara heç bir fayda verməmişdir və onlar yenə də
fani dünyanı sevir və onda rahatlıq axtarır və gələcək Ağır günü unudurlar.
Onlar xeyirxah işlər görməkdən boyun qaçırırlar və Qiyamət gününə etinasız
yanaşırlar. O gün, onların hesablamalarına görə[5], əlli
min il davam edəcəkdir. Fövqəluca buyurur: “Onlar carçıya doğru yönələcəklər
və kafirlər deyəcəklər: “Bu – Ağır gündür!” (Qəmər, 54/8). Lakin onlar bu
həyatda həmin Günü unudurlar və elə yaşayırlar ki, sanki yalnız bu dünya üçün
yaradılmışlar və əbədi olaraq onda qalacaqlar.
Sonra Fövqəluca
dirilmənin həqiqiliyinin lehinə hikmətli bir dəlil gətirir və insana onun öz
başlanğıcını xatırladır.
ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(76. 28) “Biz onları xəlq edib, oynaqlarını
möhkəmlətdik. Lakin Biz istəsək, onları özləri kimilərlə əvəz edərik”.
Biz ən gözəl
tərzdə onların sinir, oynaq, damar sistemlərini tərtib etdik və onlara görünən
və gözlə görünməyən qabiliyyət və bacarıqlar əta etdik. Biz onların bədənini
formalaşdırıb, onlara istədikləri hərəkəti etmək imkanı verdik.
Onları bu
minvalla Yaradan, onları öldükdən sonra diriltməyə və hər birinə etdiyi əməlinə
görə əvəz verməyə də qadirdir. Onları bu dünyaya neçə-neçə inkişaf mərhələsindən
keçirib Gətirənə, onları diqqətindən kənarda, hökümlərsiz və
qadağalarsız, mükafatsız və cəzasız saxlamaq yaraşmaz. Buna görə, O (Pak və
Müqəddəs), buyurur ki, nə vaxt istəsə, insanları bir daha eyni xilqətdə
yarada bilər. Bu isə Qiyamət günü baş verəcəkdir.
ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(76. 29) “Həqiqətən,
bu bir Nəsihətdir və istəyənin Rəbbinin yolunu seçməsi asandır”.
Bu, möminlər üçün bir Nəsihətdir. Onlar Allahın qorxutduğu və həvəsləndirdiyi
şeylərdən faydalanırlar. Allah haqqı və doğru təlimatı izah etmişdir.
İnsanlar doğru yolla, həqiqət onlara çatdırıldıqdan sonra, ondan uzaqlaşma
arasında özləri seçim aparırlar. Buna görə, kimə ki, həlak olmaq nəsib
edilmişdirsə, o, tam aydınlıq şəraitində həlak olacaq, kimə də yaşamaq nəsib
edilmişdirsə, o, tam aydınlıq içində yaşayır.
ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(76. 30)
“Lakin Allah istəmədikcə, siz bunu istəyə bilməzsiniz. Həqiqətən, Allah –
Biləndir, Müdrikdir».
Allahın iradəsi
həmişə icra edilir, axı O (Pak və Müqəddəs), – Biləndir, Müdrikdir. Öz
müdrikliyi sayəsində O (Pak və Müqəddəs), kimiləri doğru yola yönəldir, kimiləri
də azdırır.
ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(76. 31) “O, istədiyini mərhəməti altına alır,
zalımlar üçün isə O, müdhiş iztirablar hazırlamışdır”.
O (Pak və Müqəddəs), Öz seçilmiş qullarına xüsusi qayğı göstərir və
onlara xoşbəxtlik tapmaqda yardım edir. Özlərinə əbədi bədbəxtliyi seçmiş və
doğru yoldan boyun qaçırmış fasiqlərə gəldikdə isə, onlar üçün əzabverici cəzalar
hazırlanmışdır. Şərəfsizliyə və haqqa düşməncəsinə münasibətə görə əvəz belə
olacaqdır.
[1] Bir növ həmişəyaşıl dəfnəgilas
(kafur) ağacından və ya kolundan əldə edilən ağ və yarışəffaf kristal, asanlıqla
parçalanan, tez buxarlanıb uçan, ətirli maddədir, orqanik birləşmədir
(C10H16O), molekulası mürəkkəb dairəvi quruluşa malikdir, güclü qoxusu var və
bu özəllikləri onun öz təbii mənbələrinə, yəni, kafur (Cinnamonum camphora)
ağacının oduncağına və yarpaqlarına da aiddir. Bunlardan hazırlanan müalicə
preparatları əsəb sisteminin fəaliyyətini stimullaşdırmaq üçün tətbiq
edilir, ağrıkəsicidir, antiseptik vasitədir. (rus. Камфара; alm. Campher;
fr. Camphre; anq. Camphor). Adi kafurdan (C10H16O) başqa, Borneodan olan kafur
və ya borneol C10H18O və ya mentol C10H20O və digərləri istehsal olunur.
Göründüyü kimi, təbabətdə geniş istifadə olunur. “Kafur” sözünü qətiyyən
“kafir” sözü ilə qarışdırmayın. Onların arasında əlaqə yoxdur. F.S.
[2] Çünki Cənnətdə rast gəlinəcək
şeylərin təbiəti ilə dünyadakı eyni adlı şeylərin təbiəti arasında qətiyyən
eyniyyət olmayacaqdır və Allah onları Öz istədiyi məzmunda və keyfiyyətdə ilahi
fitrətinə uyğun tərtib edəcəkdir. F.S.
[3] Möhtərəm müəllifin bu
müddəasından belə bir nəticə çıxartmaq olar ki, Cənnət sakinləri fikrən nəzərdə
tutduqları şeyləri əldə edəcəklər. Daha aydın desək, istənilən Cənnət sakini
özünün hər hansı bir virtual istəyini, inşallah, gerçəkləşirə biləcəkdir. Bu,
görünür ki, Cənnət əhli üçün Fövqəlqüdrətli Allahın Əbədi Səadət yurdunda nəzərdə
tutduğu misilsiz həqiqətlərdəndir. F.S.
[4] Bu onu göstərir ki, həmişəgənc
yeniyetmələr Allahın istəyi ilə Cənnət sakinləri olan möminlərin maddi-məişətlə
bağlı bütün qayğılarını təmin edəcək və onlardan ötrü Allahın yol verdiyi istənilən
xidmətləri yerinə yetirəcəklər. F.S.
[5] Burada insanların yer ilinə uyğun olaraq
hesablamaları nəzərdə tutulur. F.S.
Комментариев нет:
Отправить комментарий