среда, 2 мая 2012 г.

65. ƏT-TALAQ SURƏSİNİN ŞƏRHİ


À\
ƏT-TALAQ
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

              Mərhəmətli və Rəhimli Allahın adı ilə!  

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(65. 1) “Ey Peyğəmbər! Siz zövcələrinizə talaq verəndə, mü­­əy­yən müddət ərzində ayrılırsınız, bu müddətin hesabını apa­rın və Rəbbiniz Allahdan qorxun! Onları öz evlərindən qov­ma­yın və qoy onlar, əgər aşkar fahişəlik etməmişlərsə, onlardan çıx­masınlar. Bu, Allahın hüdud­larıdır. Kim Allahın hüdudlarını aşar­sa, o özünə zü­lüm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Al­lah bundan sonra baş­qa bir qərar çıxartsın”.

Fövqəluca Peyğəmbərinə (ona Allahın salavatı və salamı ol­­sun!) və bütün möminlərə müraciət edir və bildirir ki, əgər onlar zöv­cə­lərini boşamaq niyyətinə düşsələr, bunu edə bilərlər. Lakin buna sə­bəb olsa da, talaq verməyə tələsmək lazım deyil və Allahın ehkam­la­rına uyğun olaraq qanuni yolla boşanmaq lazımdır.
Ər və arvad müəyyən olunmuş müddət bitdikdə bo­şa­nır­lar. Bu müddəti yalnız o halda saymağa başlamaq olar ki, ər ar­va­dı­na, o, aybaşı qanaxmasından təmizləndikdən sonra talaq vermiş ol­sun və ər arvadının son aybaşısından sonra onunla cinsi əlaqəyə gir­məmiş ol­sun. Yalnız müəy­yən olunmuş müddətə layiqincə ria­yət edildikdə, şə­ri­ət boşanmaya icazə verir.
Əgər ər arvadına arvadın aybaşısı başlayan zaman bo­şan­ma elan edərsə, onda cari qanaxmanın müddəti hesaba alınmır və bo­şan­ma üçün müəyyən olunmuş müddət artırılır.
Eyni hal, ər iki aybaşı arasındakı dövrdə, əvvəlki qanax­ma­dan son­ra yenə arvadı ilə cinsi əlaqəyə girdikdə də tətbiq edi­lir. Bunun sə­bəbi – qadının hamilə ola bilməsidir və buna görə bo­şan­ma üçün han­sı müddətin müəyyən edilməsi aydın olmur.
Ey möminlər! Bu müddətin hesabını aparın, yəni, aybaşı qa­n­ax­­ması varsa, onun günlərinin sayını müəyyən edərkən dəqiq olun, əgər aybaşı olmursa və ya arvad hamilədirsə, aylar üzrə he­sab­la­yın.
Boşanma üçün müəyyən olunmuş müddətin qeydiyyatını apa­­rar­kən, boşanan ər-arvad Allah qarşısında və gələcəkdə bu qa­dın­la ev­lə­nəcək insan qarşısında öz vəzifələrini yerinə yetirirlər. Bu­nun sa­yə­sində həmçinin boşanma üçün müəyyən olunmuş bü­tün müddət ər­zində arvadını saxlamağı və onun maddi təminatını ödə­məyi öz öh­də­sinə götürən ərin də hüquqlarına riayət edilmiş olur. Əgər bu müd­dət təyin olunmuşsa, onda hər iki tərəf bir-biri­nin qarşısında öz vəzi­fə­lə­rini yerinə yetirməlidirlər.
Müddətin hesabını aparmaq vəzifəsi ərə və həddi-buluğ ya­­­şın­da olan arvada həvalə edilir. Əgər arvad həddi-buluğ yaşına çat­­­ma­­yıbdırsa, onda bu məsuliyyət ona zamin duran şəxsin öh­də­si­nə dü­şür.
Ey möminlər! Hər bir təşəbbüsünüzdə Allahdan ehtiyat edin, Ondan qorxun və boşandığınız arvadlarınızın haqlarına ria­yət edin. Onları müəyyən olunmuş müddət ərzində evlərinizdən qov­mayın, çün­ki o müd­dət keçənədək arvad ərinin evində qal­ma­lı­dır. Bundan başqa, onun bu evi tərk etməyə icazəsi də yoxdur.
Allah arvadlarınızı evlərinizdən qovmağı qadağan et­miş­dir, çünki arvadı evlə təmin etmək ərin vəzifəsidir və arvad mü­əy­yən ol­unmuş bo­şanma müddəti bitənədək ərinin evində yaşamaq haq­qına malikdir. Allah həmçinin qadınlara evdən çıxmağı qa­da­ğan etmişdir, çünki bu hərəkəti ilə arvad ərinin hüququnu poz­muş və onun namu­suna qəsd etmiş olur[1]. Bu hər iki qadağa mü­əy­yən olunmuş müddətin lap sonunadək qüvvəsini saxlayır.
Əgər boşanmış arvad əxlaqsız hərəkətlər etməyə baş­la­yar­sa, on­da ərə onu evdən qovmağa icazə verilir, çünki əks təqdirdə, ar­vad evin sakinlərinə öz təhqiramiz hərəkətləri və cinayətləri ilə ya­ramaz tə­sir göstərə bilər. Buna bənzər bir hal olduqda, arvad özü ərini onu qov­mağa vadar etmiş olur. Boşanmış arvadına evin­də sığınacaq ver­məklə ər onu ovundurmağa və ona yaxşılıq et­mə­yə cəhd göstərir və əgər qa­dın bunun əvəzində özbaşınalıq et­mə­yə başlayırsa, özü özünə ziyan vurur. Bütün bunlar boşanması hə­lə qətiləşməmiş arvadlara aid­dir ki, ərləri onların nikahını müddət ke­çənə qədər hələ bərpa edə bilərlər.
Qəti boşanmış arvadlara gəldikdə isə, ər ona sığınacaq ver­mə­­­yə borclu deyil, çünki mənzil ərin arvadı qarşısında götürdüyü mad­di öhdə­liklərin bir hissəsidir, ər isə, yalnız nikahını bərpa edə­­cəyi arva­dına maddi kömək etməyə borcludur.
Allahın qulları üçün təyin etdiyi hədləri belədir. O (Pak və Müqəddəs), onları Özünün qanunları etmiş və insanların onları ye­rinə ye­tirməsini və heç vaxt onları pozmamalarını bu­yur­muş­dur. Kim Allah­ın sərhədlərini aşarsa və qanununu pozarsa, yalnız özü­nə zərər vurar və özünü Allahın qanunlarına riayət etməsi sa­yə­sində nail ola biləcəyi mükafatdan məhrum etmiş olar. Bu mü­ka­fat yer üzündə və ölümdən sonra əmin-amanlığın zəmanətidir.
Boşanmaq üçün təyin olunmuş müddətə riayət edilməsi haq­­­­qın­da hökm böyük bir hikmətdən ibarətdir. Birincisi, ola bilsin ki, Allah boşanmış ər-arvadın ürəklərinə məhəbbət və rəhm hissi sal­­sın və onda ər nikahı bərpa etsin. Bundan ötrü o, müddətin nə vaxt bit­diyini dəqiq bilməlidir. Həm də ola bilər ki, ər arvadı ilə han­sı­sa mü­əyyən bir səbəbə görə boşanmışsa, həmin müddət ər­zin­də hə­min sə­bəb aradan qalxsın və belə olduqda da ər yenə ni­ka­hı bərpa edə bilər. İkincisi isə, bu müddət gözləmə dövrüdür və o qur­tar­dıq­dan sonra aydın olur ki, arvad bətnində ərindən uşağa qal­mamışdır.

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(65. 2) “Onlar üçün müəyyən olunmuş müddət baş­la­dıq­da, on­ları öz yanınızda yaxşılıqla saxlayın və ya yaxşılıqla bu­ra­xın. Özü­nüzdən iki ədalətli şəxsi şahid tutun və Allah xatirinə şa­hid olun. Bu, Allaha və Axirət gününə iman gətirənlər üçün nə­sihətdir. Allahdan qorxanlara, O, çıxış yolu göstərər”
(65. 3) “və onun güman etmədiyi yerdən ona ruzi yetirər. Al­laha təvəkkül edənə isə O, bəs edər. Həqiqətən, Allah Öz işi­ni sona yetirər. Allah hər şeyin qədərini[2] təyin etmişdir».
Ər arvadının iddət müddəti sona çatmamış olduğu halda ni­­ka­hını bərpa edə bilər, çünki bundan sonra o, artıq öz istəyi ilə ni­ka­hı­nı bərpa etmək və ya arvadını buraxmaq haqqından məh­rum olur.
Əgər siz ailənizi saxlamaq qərarına gəlsəniz, onlarla dinc şə­ra­itdə və razılıq içində yaşayın, onlara pislik etməyin və onlara zi­­yan vurmağa və ya onları dustaq saxlamağa cəhd göstərməyin. Al­­lah ərlə­rə arvadlarını bu məqsədlərlə saxlamağa icazə vermir. Əgər siz qəti ola­raq boşanmağı qərara almışsınızsa, onda onları xoş­­luqla buraxın, mü­bahisəsiz, qalma­qalsız və zorakılıq etmədən ay­rılın və evdən onla­ra məxsus olan şeyləri götürmələrinə mane ol­­mayın. Öz qəti boşan­ma­nız və ya nikahı bərpa etməniz üçün iki əda­lətli müsəlmanı şahid kimi də­vət edin. Həqiqətən, şahidlərin iş­tirakı mümkün ola biləcək çə­kişmələri və öncədən bildirilməli olan şeylərin gizlədilməsinin qar­şı­sını alır.
Ey şahidlər! Allah qarşısında şəhadətinizi təsdiq edin, yə­ni, hər şeyi olduğu kimi – nə haqqa yalan qatmadan, nə də haqqı giz­­­lət­mədən təsdiq edin. Bunu Allah xatirinə edin və ər-arvaddan hər hansı birinin, yaxın qo­humunuz və ya sevimli dostunuz olma­sı­na baxma­ya­raq, tərə­fini saxla­ma­ğa cəhd göstərməyin.
Yuxarıda göstərilən qanunlar və hədlər Allaha və Axirət gü­­­nü­nə iman gətirənlər üçün bir öyüd-nəsihətdir, çünki məhz Al­la­­ha və Qiyamət gününə iman gətirmək, insanı Allahın təlim­lə­rin­dən ibrət al­mağa və özü­nün Axirəti üçün, gücü çatdıqca, öncədən xe­­yir­xah işlər görməyə yönəldir.
İmanı ürəyini tərk etmiş insan tamamilə əksinə davranır. O, Axirətə özü ilə hansı cinayətlərini aparacağına laqeyd yanaşır. O, Allahın nəsihət­lərinə ehtiram göstərmir, çünki onun qəlbində onu bun­­lara sövq edən iman yoxdur.
Məlumdur ki, ər-arvad boşanma zamanı sıxıntılı və­ziy­yət­də, təşviş içində və kədərli olurlar. Buna görə Fövqəluca qul­larına bu­yu­rur ki, bu ağır saatda Ondan qorxsunlar və vəd edir ki, bo­şan­malar və bütün digər işlər zamanı onların taleyini yün­gül­ləş­di­rə­cək və onlar üçün son dərəcə mə­şəqqətli vəziyyətlərdən çıxış yo­lu açacaqdır.
Əgər insan arvadını boşamağı qərara alıbsa və bunu şə­ri­ə­tə uy­ğun yerinə yetiribsə, yəni, o, arvadı aybaşı qanax­ma­sın­dan tə­miz­lən­diyi sonrakı dövrdə ona cəmisi bir dəfə boşanma haq­qın­da elan edibsə və sonuncu aybaşıdan sonrakı dövrdə arvadı ilə cin­si yaxınlıq etməyibsə, onda Allah onu buna görə sıxıntılara sal­mır və ona asanlıq və firavanlıq əta edir. Ola bilsin ki, belə ol­duq­da, ər boşanmasına peş­man olsun və nikahını bərpa etsin.
Bu ayənin boşanma və nikahın vəhdətinin bər­pa­sı haq­qında nazil edilməsinə baxmayaraq, o, daha geniş mahiyyət kəsb edir. Bu­na görə, Allahdan qorxan hər bir təqvalı şəxs bütün işlə­rin­də Onun lü­tüf­­karlığını əldə etməyə can atır və Allah da belə in­sa­nı həm bu dün­yada, həm də Axirət həyatında mütləq mü­kafat­lan­dı­ra­­caqdır. Bu mü­ka­fatın bir hissəsi isə Rəbbin onu qayğı­lar­dan xilas et­məsi və onun üçün çətin vəziyyətdən çıxış yolu açması ola­caqdır.
Öz işlərində Allahdan qorxmayanların çiyinlərinə isə müt­ləq ağır yük salınacaq və özlərinə də çox möhkəm qandallar vuru­la­caqdır ki, o bədbəxtlər onlardan nə xilas ola biləcəklər, nə də on­lar­dan canla­rını qurtara biləcəklər. Boşanma zamanı bunu unut­ma­maq lazımdır, çünki Allahın qulu Ondan ehtiyat etmirsə və bo­şan­manı şəriətə uy­ğun aparmır­sa, məsələn, əgər o, tezliklə qəti bo­şanmadan ötrü üç dəfə dal­badal talaq elan edirsə, o, hökmən buna peşman olacaqdır, lakin səh­vini düzəltmək, mövcud və­ziy­yətdən çıxmaq, artıq olduqca gec ola­caqdır.
Allah təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yo­lu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman et­mədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Al­laha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha tə­vək­kül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəs­lə­məlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qo­­ru­ya­caq­dır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlə­ri­ni ən gözəl tərzdə sahmana sa­lır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zən­­gin, Güclü, Fövqəlqüdrətli və Mərhəmətli Hima­yə­da­rın lüt­fü­nü qaza­nır və O (Pak və Müqəddəs), Öz quluna hər kəs­dən da­ha yaxındır.
Lakin ola da bilər ki, Allah Öz İlahi hikmətinə müvafiq ola­raq, Öz quluna, onun nəzərdə tutduğu işinin həyata keçi­ril­m­ə­si­nin ən bö­yük uğur qazanacağı vaxtına qədər Öz köməyini təxirə sal­sın. Buna görə Fövqəluca buyurmuşdur: “Allah Öz işini axıra qə­dər çatdırır”. Bu o deməkdir ki, Allahın öncədən nəzərdə tut­du­ğu mütləq gerçək­ləş­məlidir. Amma bunun­la yanaşı hər bir şe­yin müddəti və ölçüsü müəy­yənləşdirilmişdir ki, onla­rın sa­yə­sin­də heç bir şey nə gecikə bi­lər, nə də vaxtından tez başlaya bilər.

 ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(65. 4) “Aybaşısından kəsilmiş qadınlarınız üçün təyin olun­­muş müddət, əgər şübhələ­nir­sinizsə, üç aya bərabərdir, ay­ba­şısı ol­mayanlar üçün də eynilədir. Hamilə olanlar üçün müd­dət onlar ha­miləlikdən qur­taranadəkdir. Allahdan qor­xanların işlə­rini Allah yüngülləşdirir».

Boşanmanı bundan ötrü təyin edilmiş müddətə müvafiq ola­­raq həyata keçirməyi buyurduqdan sonra, Allah bu müddətin da­va­miy­yə­tini insanlara xəbər verir. Əgər qadının aybaşı dövrü ar­tıq sona yet­mişsə, onda boşanma üçün təyin olunmuş müddət, hət­ta ər heyi­zin kəsilməsinə şübhə etsə belə, üç aya bərabərdir. Bu za­man hər ay bir aybaşı dövrünə bəra­bərdir. Aybaşı qanaxmaları qa­dınlarda ahıl yaşa görə və ya başqa səbəblər üzündən kəsilə bi­lər, ər isə buna, əgər əv­vəllər arvadından müntəzəm aybaşı qa­nax­maları olduğu halda şüb­hə edə bilərdi.
Cinsi yetginliyə çatmamış və hələ aybaşı qanaxmaları ol­ma­­­yan qız­lar və heç vaxt aybaşı qanaxmaları olmayan ahıl qa­dın­lar üçün mü­əy­yən edilmiş müddət də üç aydan ibarətdir.
Müntəzəm aybaşı qanaxmaları olan qadınlara gəldikdə isə, on­­la­rın haqqında Fövqəluca belə buyurur: “Boşanmış qadınlar üç ay­­başı müddəti ərzində gözləməlidirlər. Əgər onlar Allaha və Axi­rət günü­nə iman gəti­rirlərsə, Allahın onların bətnində ya­rat­dı­­ğını giz­lətməyə onlara icazə ve­rilməmişdir. Ərlər bu dövr ər­zin­­də barışmaq istəsələr, onları qaytar­maq haqqına ma­lik­dir­lər...” (Bəqərə, 2/228).
Hamilə qadınlar üçün isə müəyyən olunmuş müddət on­la­rın bətn­lərində daşıdıqlarından azad olanadək, yəni uşaq və ya əkiz­lər dünyaya gələnədək davam edir. Bu halda ayların sa­yı­nın mü­­əyyən­ləş­dirilməsinin mənası yoxdur.
Allahdan qorxana O (Pak və Müqəddəs), çətin məsə­lə­lə­ri­nin həl­lində və ağır yükdən azad olmaqda kömək edir.


(65. 5) “Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Al­lah­dan qor­xarsa, O, onun yaramaz əməllərini bağışlayar və mü­ka­fa­tını ar­tı­rar».

Allah sizə Öz hökmünü nazil etmişdir ki, siz bu əhdə ria­yət edəsiniz, ona mütilik göstərəsiniz və hörmət bəsləyəsiniz. Hər kim də Allahdan qorxarsa, bəlalardan və xoşagəlməz hallardan xi­las edilər və arzu etdiyi mükafatı alar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ

(65. 6) “Onları da gücünüz çatdıqca öz yaşadığınız yerdə məs­­­kun­laşdırın. Onları, ziyan vurmaq üçün, sıxışdırmayın. Əgər on­­lar ha­milə­dirlərsə, azad olanadək onların xərcini çəkin. Əgər on­lar sizin uşağınızı əmizdirirlərsə, haqlarını ödəyin və öz aranızda yaxşılıqla məs­ləhətləşin. Əgər bir-birinizlə yola get­mə­sə­niz, onda onu başqa qadın əmizdirsin”.

Əvvəlcə xatırladılmışdı ki, Allah ərlərə müəyyən olun­­muş müddət ərzində boşadıqları arvadlarını evdən qovmağı qa­dağan et­miş­dir. Bu ayədə isə Fövqəluca onlara boşadıqları ar­vad­larını mən­zillə təmin etməyi və onları özlərinin yaşadıqları ki­mi evlər­də, maddi im­kanlarından asılı olaraq, saxlamağı əmr et­miş­dir.
Onları sıxma-boğmaya salmaq məqsədilə onlara zərər vur­ma­­yın, zor tətbiqi ilə onları usandırıb, müəyyən olunmuş müddət bit­­mə­miş, evdən çıxıb gedəcəklərinə ümid edərək, nə sözdə, nə də əmə­li­nizdə onlarla kobud davranmayın. Bu halda siz onları, Al­la­hın əmri­nin əleyhinə olaraq, evdən qovub çıxarmış hesab olu­na­caq­sınız. Be­lə­liklə, Rəbb boşadıqları arvadlarını qovmağı qadağan et­mişdir, ar­vad­lara da ər evindən çıxmağı qadağan etmişdir və ər­lə­rə isə arvadlarına xoşluqla yanaşmağı, onlara pislik etməməyi və narahatçılıq yaratma­mağı bu­yur­muşdur.
Əgər boşanmış arvadlar hamilə olarsa, onları doğana qə­dər maddi cəhətdən təmin edin. Bu, hətta boşanması qəti olan və ni­kahı isə bərpa olun­mayacaq arvadlara da şamil edilir. Bu halda ərin öhdə­sinə düşən maddi məsuliyyət təkcə ananın hamilə ol­du­ğu uşağa görə yara­nır. Əgər boşanma hələ qətiləşməmişsə, onda ər həm boşadığı arva­dı­nı, həm də onun hamilə olduğu uşağını, o ana­dan olana qədər maddi cəhətdən təmin etməlidir.
Ana uşağı doğduqdan sonra, o, onu döş südü ilə özü əmiz­dirə bilər və ya bundan imtina edə bilər. Əgər onlar sizin uşaq­la­rı­nızı əmiz­­di­rirlərsə, onda onlara öncədən şərtləşdirilmiş mad­di mü­ka­fat ödəyin. Əgər bu mükafatın məbləği qabaqcadan şərt qo­yul­ma­­mış­dırsa, onda siz bu zəhmətə layiq mükafat verin və öz ara­nızda məs­ləhətləşin. Qoy ər-arvad bir-birinin xeyirxah məs­lə­hətlərinə qulaq assınlar və on­lara həm bu dünyada, həm də Axi­rət­də fayda və mən­fəət verəni qəbul etsinlər.
Əgər insan xeyirli nəsihətlərə laqeyd yanaşarsa, onda o, özü­­nə böyük zərər vura bilər ki, onun ziyanlılıq dərəcəsi yalnız Al­laha bəlli­dir. Əksinə, insanlar məsləhətləşdikdə, xeyirxahlıq et­mək­də və təqva­lı­lığa etiqad göstərməkdə bir-birilərinə yardım edirlər.
Burada qeyd etmək lazımdır ki, ər-arvad boşanma döv­rün­də ayrıl­dıqda, xüsusilə, əgər onların uşağı olubsa, ərin arva­dı­nın və uşa­­ğı­nın saxlanmasına ayırdığı məbləğin miqdarı barədə çox vaxt mü­ba­hisə edirlər. Əksər hallarda belə mübahisələr qar­şı­lıq­lı ədavət yaran­ması ilə sona çatır və ardınca bir sıra xoşagəlməz nə­ticələr tö­rə­dir. Buna görə Allah ər-ar­vadın hər ikisinə əmr edir ki, bir-biriləri ilə xoş rəftar etsin­lər və bo­şanma dövrü ərzində qar­şı­lıqlı razılaşma şə­rai­tində dolansın­lar, bir-birilərini na­rahat etmə­sin­lər və mü­ba­hi­sə­lər aparmasınlar. Allahın qullarına nəsihəti be­lədir.
Əgər boşanmış ər-arvad uzun-uzadı bir-biri ilə uşağın doğ­ma anası tərəfindən əmizdirilməsi barədə razılığa gələ bil­mə­sələr, onda onlar bu məqsədlə dayə tutmalıdırlar. Fövqəluca bu barədə belə bu­yu­rur: “Analar südəmər körpələrini, əgər onları axı­radək əmizdir­mək istəyirlərsə, tam iki il əmizdirməlidirlər. Uşa­ğı doğulan ana geyim və yeməklə, imkan daxilində, təmin edil­məlidir. Heç kimə gücü çatdı­ğından artıq həvalə edil­mir. Nə ana uşağına görə, nə də ata uşağına gö­rə zərərə salınmamalıdır. Belə vəzifələr varisə də hə­valə edilir. Əgər onlar qarşılıqlı məs­lə­hət və razılıqla döşdən ayır­maq istəsələr, günah etməzlər. Əgər siz uşaqlarınızı başqasının əmizdirməsini istəsəniz, zəh­mət haqqını layiqincə ödədikdə, sizə günah sayılmaz. Allahdan qor­xun və bilin ki, həqiqətən, Allah si­zin etdiklərinizi görür” (Bəqərə, 2/233).
Süd anasını o vaxt dəvət etmək olar ki, körpə ana­sın­kın­dan başqa, kiminsə döşünü tuta bilsin. Əgər o, yad döşünü əm­mək istə­mir­sə, onda onu yalnız doğma anası əmizdirməlidir. Əgər o imtina edərsə, onu buna məcbur etmək lazımdır. Ər öz növ­­bəsində ona, məbləğini öncədən şərt­ləşdirmədikləri halda, la­yi­qincə maddi müka­fat ödəmə­lidir.
Bu kəramətli ayəni məhz belə başa düşmək lazımdır. Uşaq ana­­sının bətnində olanda, atası onun qayğısına qalmalıdır. O do­ğu­­landa və anasının südünü əmməyə başlayanda, Fövqəluca vali­deyn­­lərə iki­sin­dən birini seçməyə icazə vermişdir: körpəni ya doğ­ma anasının südü ilə qidalandırmalı, ya da süd anası ça­ğırıl­ma­lıdır. Əgər körpə başqa qadının döşünü əmmirsə, onda onun ana­sının başqa çıxış yolu yoxdur və onu özü əmizdirməli və onun qay­ğısına qalmalıdır – ha­miləlik dövründə olduğu kimi, o zaman o, uşaqdan imtina edə bil­məz və onu dünyaya gələnədək bət­nin­də daşımalıdır.

ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(65. 7) “Qoy varı olan varına görə xərcləsin. Ruzisi məh­dud olan isə Allahın əta etdiyindən xərcləsin. Allah insana Özü­nün ona əta etdi­yindən artıq yükləməz. Allah çətinlikdən sonra asan­laş­dı­rır».

Fövqəluca ərin boşadığı arvadına və körpəsinə xərc­ləyə­cə­yi və­sa­itin ölçüsünü müəyyənləşdirmiş və onu ərin rifahı və var-döv­ləti ilə əlaqələndirmişdir. Zəngin insan xəsislik etməməli və ka­sıbların xərc­lə­diyi qədər xərcləməməlidir. İmkansız adamlar isə yal­nız gücləri çat­dı­ğını sərf etməlidir.
Allah insana Özünün ona əta etdiyindən artıq vəzifə hə­va­lə etmir. O (Pak və Müqəddəs), Özünün ilahi müdrikliyi və mər­hə­məti ilə insana onun yerinə yetirə biləcəyini icra etməyi bu­yur­muş­dur. O (Pak və Müqəddəs), insanlara öz malının bir hissəsini xərc­ləmək hök­mü vermiş və ehtiyac içində yaşayanların bu və­zi­fə­sini asanlaş­dır­mışdır. Bu təkcə insanların maddi mü­kəl­lə­fiy­yət­lə­rinə deyil, bütöv­lükdə bütün şəriətə aid edilmişdir.
Allah çətinliklərdən sonra mütləq asanlıq bəxş edir. Bu – eh­ti­yac içində olanlar üçün bir müjdə, sıxıntı və məh­ru­miy­yət­lər­dən xilas edilmə vədidir. Fövqəluca buyurur: “Həqiqətən, hər çə­tin­likdən son­ra asanlıq başlayır” (İnşirah, 94/5).

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

(65. 8) “Neçə-neçə ölkələrin xalqı Rəbbinin və Onun el­çi­lə­­ri­nin hökümlə­ri­nə itaətsizlik göstərmişdilər. Onlara Biz sərt he­sab təqdim etdik və onları dəhşətli əzablara uğratdıq».
(65. 9) “Onlar öz əməllərinin məhvedici nəticələrini dad­dı­lar və əməllərinin sonu – zərər oldu”.

Allah günahlar içində batmış və Onun elçilərini yalançı he­sab etmiş xalqların həlak edilməsi haqqında xəbər verir. Nə on­la­rın çox­say­lı olması, nə onların gücü, törətdiklərinə görə cavab ver­mə­li ol­duq­ları vaxt çatdıqda, onlara heç bir kömək etmədi və on­lar şiddətli əzabverən cəzaya uğra­dıldılar. Allah onlara öz yara­maz əməllərinə görə layiq ol­duqları cəzanı daddırdı. Onları bu dün­yada yaxalayan cəza ilə yanaşı Allah onlar üçün Axirət hə­ya­tın­da görəcəkləri sərt inti­qam hazırlamış­dır və bununla əlaqədar belə buyurur:

 ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
(65. 10) “Allah onlar üçün ağır əzab-əziyyətlər hazır­la­mış­dır. Allah­dan qorxun, ey iman gətirmiş ağıl sahibləri. Allah ar­tıq sizə Xatır­latma nazil etmiş” –

Ey sağlam düşünmək qabiliyyətinə malik olan və Allahın ayə­­lə­ri­nin mahiyyətini dərk edə bilən insanlar! Allahdan qorxun və yadı­nızda saxlayın ki, keçmiş nəsillər öz kafirlikləri üzündən əzab-əziy­yət­lərə düçar edilmişlər. Eyni şey sizin də başınıza gələ bi­lər, çünki Allah­ın Öz məx­luqlarına münasibəti bütün zaman­lar­da eyni ədalətlə özünü göstərir.

ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
(65. 11) “və iman gətirənləri və xeyirxah işlər görənləri qa­­ran­­lıq­dan işığa çıxartmaq üçün sizə Allahın aydın ayələrini oxu­yan Elçi də göndər­mişdir. Allaha iman gətirib, yaxşılıqla dav­rananları Allah altından çaylar axan Cənnət bağlarına daxil edə­cəkdir. Onlar orada əbədi qalacaqlar. Həqiqətən, Allah on­la­rın ruzisini ən yaxşı­sından etmişdir».

Allah mömin qullarına xatırladır ki, O (Pak və Müqəddəs), on­­lara Öz Elçisi Muhəmmədin (ona Allahın salavatı və salamı ol­sun!) vasitəsi ilə Kitab nazil etmişdir ki, onları cahillik, kafirlik və gü­nah­ların zülmətindən elm, iman və Allaha itaət işığına çı­xart­sın. Lakin insan­la­rın yalnız bir qismi bu Kitaba iman gə­tir­dik­lə­ri hal­da, digər qis­mi onu yalan hesab etdilər.
O kəslər ki, iman gətirib, yaxşı işlər gördülər, dinin vacib və kö­nüllü icra edilən hökümlərini yerinə yetirirdilər, O (Pak və Müqəddəs), onları axar çayları olan Cənnət bağlarına daxil edə­cək­­dir. İnsan bu bağ­larda əbədi olaraq Səadət içində qalacaq, ba­xış­­ların görmədiyi, qulaq­ların eşitmədiyi və insan qəlbinin heç xə­ya­­lına belə gətirmədiyi şey­lərdən ləzzət alacaqdır. Allaha və Onun Elçisinə (ona Allahın sala­vatı və salamı olsun!) iman gə­tir­mə­­yənlər isə, Cəhənnəmdə əzaba dü­çar edi­­lə­cəklər və Cə­hən­nəm Alo­vu içində əbədi qalacaqlar.

ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ
 (65. 12) “Allah – yeddi göyü və bir o qədər də yeri[3] Ya­ra­­­dan­­­dır. Allah əmrini onların arasında nazil edir və bilin ki, Al­lah hər şeyə qadir­dir və, həqiqətən, Allah hər şeyi elmi ilə əhatə edir».

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), yeddi gö­yü və onlarda olan hər şeyi və yeddi yer təbəqəsini və onlarda olan hər şeyi xəlq etmişdir. Dini qanunlardan və həmçinin Rəbbin bü­tün Kai­natın həyatını idarə etdiyi Kainat və Qədər qa­nun­la­rın­dan ibarət olan, Onun Öz elçi­lə­rinə (onlara salam olsun!) açıq­la­dı­ğı Vəhyini nazil et­miş­dir ki, onlar Onun qullarına nəsihət ver­sin­lər, məxluqlara öz Xali­q­i­­ni dərk etməkdə və Onun hüdudsuz föv­qəl­qüdrətinə və hər şeyi əhatə edən elminə əmin olmaqda kömək etsinlər.
Əgər insanlar Allahı Onun gözəl adları və qüsursuz si­fət­lə­ri va­si­təsi ilə dərk etsələr, onda onlar mütləq Ona ibadət etməyə baş­la­yar­lar, Onu sevər və Onun hüzurunda öz vəzifələrini yerinə yeti­rərlər.
Buna görə, Kainatın yaradılmasının və hikmətli höküm­lərin na­­zil edil­məsinin məqsədi – Allahı dərk etmək və Ona ibadət et­mək­dir.
Allah­ın xoşbəxt qulları bu məqsədə sadiqdirlər, şərəfsiz fa­siq­­lər isə ondan üz döndərirlər.




[1] Bu – kursivlə verdiyim müəllif müddəası günümüzümüzün, az qala tamamilə unudulmuş, demək olar ki, icra olunmayan ən əktual ilahi prinsiplərdən biridir. Cəmiyyətin əxlaqının pozğunlaşmasının mühüm amillərindəndir. F.S.
[2] Bu söz (“qədər”), ümumiyyətlə “tale”, “alın yazısı”, “qismət”, “bəxt”, “müqəddərat” kimi mə­na­la­ra malikdir. Lakin onun bir sıra açıq mənaları da vardır ki, həm ərəb, həm də Azərbaycan di­lin­də eyni mənaya malikdir. “Qədər” ana dilimizdə kifayət qədər çox işlət­diyimiz qədər, say, ölçü, həcm, müddət, vaxt və s. mənaları özündə ifadə edir. Mən düşünürəm ki, Fövqəluca Allah bu ayə­də “hər şeyin qədərini” buyuruğunda, məhz burada qeyd etdiyim və edə bilmədiyim bütün mə­naları kompleks şəkildə nəzərdə tutmuşdur, çünki “tale” mənasında “qədər” sözü məhz belə ge­niş mənalı, hər şeyi əhatə edən mahiyyətə malikdir. Müdrik Allahın Ana Kitabında yazdığı qədər in­sanın, o, hələ ana bətninə düşməsinə və oradan dünyaya gəlməsinə qədər və taki Qi­ya­mə­tə­dək olacaq taleyini əks etdirir. F.S.
[3] Bu qeydimlə hörmətli oxuculara xatırlatmaq istəyirəm ki, Allah Quranda möcüzə kimi qə­bul edilsin deyə, heç bir açıqlama verməmişdir. Lakin insanların nəzərinə çatdırılan hə­qi­qətlər Mu­həmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zamanında bilinməsi müm­kün olmayan gerçəkliklərə istinad etdiyi üçün həm də möcüzədir. Mənə qalan, bu möcüzəni təsbit et­mək deyil, bu ayədə göstərilən bu vacib və çox maraqlı məlumata elmi mənbələrdə də geniş yer ay­rıl­dığını nəzərə çapdırmaq və ayədə yerin 7 (yeddi) qatdan ibarət olduğunun təsdiq edildiyini bil­dirmək­dir. Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır: 1.Hidrosfer; 2.Litosfer; 3.Astenosfer; 4.Üst mantiya; 5.Alt mantiya; 6.Xarici nüvə; 7.Daxili nüvə.
 "Litos­fer" sözü yunan dilində "Qaya" mənasını ifadə edən "Lithos" kəlməsindən gəlir. Litosfer ye­rin ən üst qatını təşkil edən bərk təbəqədir.Digər təbəqələrlə müqayisədə çox nazik qatdır. Li­tos­fer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha na­zik­dir.Başqa təbəqələrdən daha soyuq və daha bərkdir. Buna görə də yerin qabığı vəzifəsini ye­ri­nə yetirir. Lito­sferin aşağısında yunan dilində "zəif" kəlməsi "asthenes"dən əmələ gələn "as­te­nos­fer" təbəqəsi var. Bu təbəqə litosferlə müqayisədə daha nazikdir.Hərəkətli təbəqədir. İsti və ya­rımqatı maddə­lərdən təşkil olunmuş bu təbəqə geoloji yüksək istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir. Belə ehtimallar var ki, bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir. Hər halda belə zənn olunur. Bu tə­bə­qələrin aşağısında yüksək hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn, təxminən 2900 km qalınlığında olan və adına "mantiya" deyilən bir təbəqə var.Yerin üst səthi ilə mü­qa­yi­sədə özündə daha çox dəmir, maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qa­lın­dır, çünki yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır. Yerin mər­kə­zin­də də, təxminən, mantiyanın iki qatı qalınlığında olan nüvə var. Bu təbəqənin belə qalın ol­ma­­sının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır. Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən,digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən meydana gəlib. Dünya dövr etdikcə maye xarici nü­və dünyanın maqnit sahəsini əmələ gətirir. Yerin təbəqələrinin göy üzü ilə XX əsr tex­nolo­gi­yası sayəsində kəşf edilən bu oxşarlığının Quranda bildirilməsi şübhəsiz ki, Mübarək Qu­ra­nın çoxsaylı elmi möcüzə­lə­rindən biridir. (Mənbələr üçün bax: www.nice.az. Yer kürəsinin təbə­qələri və www.mucizeler.com Quran heç tükənməyən möcüzə, səh. 99-101). F.S.

1 комментарий:

  1. Gününüz yaxşı olan dostlar, mənim adım Mika Qəhrəmanova, Bakı, Azərbaycan, mən peşə üzrə həkiməm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Grønseth ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu məni sevmək üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, mən əlimdə olan hər şeyi soruşdum, söz verdim amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi, Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon danışığına cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. bu şəkildə hər hansı bir yardıma ehtiyac duyduğunuzda həkiminizbinovia93@gmail.com ya da whatsapp +23481444807 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz və ya da viberlə +2348144480786 nömrəli ünvana müraciət edə bilərsiniz və lazımlı şeyləri götürün ......

    ОтветитьУдалить