среда, 2 мая 2012 г.

33. ƏHZAB SURƏSİNİN ŞƏRHİ

\{
 SURƏSİNİN
 ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ

(33. 1) “Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və mü­nafiqlərə tabe olma! Həqiqətən, Allah Biləndir, Müdrikdir”.

Ey Muhəmməd! Allah səni Özünə peyğəmbər seçmiş, ilahi vəh­yi ilə şərəfləndirmiş və bütün qalan məxluqlardan üstün tut­muş­dur. Buna görə Onun mərhəməti üçün Rəbbinə həmd et və təq­valı ol! Sən Ondan hamısın­dan daha çox qorxmalısan və ha­mı­sın­dan daha çox bu gözəl keyfiyyətə malik olmağa layiqsən. Onun hökmlərini icra et və haramlarını pozma, Onun Vəhyini qul­larına çatdır, onlara Allahın Vəhyini öyrət və xeyirli məs­lə­hət­lər ver.
Sənə bu vəzifəni yerinə yetirməkdə mane olanlara və səni düz yoldan sapdırmaq istəyənlərə güzəştə getmə! Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) düşmənçilik bəslədiklərini açıq bəyan edən kafir­lərə və öz küfrünü gizlədərək, iman gətirdiklərini qələmə vermək istəyən münafiqlərə itaət et­mə! Onlar möminlərin əsil düşmənləridir və sən imanı­nı və təq­va­­lılığını poza biləcək məsələlərdə onlara qulaq asmamalı­san. Səni haqq yoldan çıxarmamaları üçün onların pozğun istəklərinə gü­­zəştə getmə!

 ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ

(33. 2) “Rəbbindən sənə vəhy olunana itaət et. Həqiqətən, Allah nə etdiklərinizi bilir”.

Ey Muhəmməd! Bu – Fövqəluca Allahın nəsihətləri və mər­hə­mətidir.
Bu nəsihətlərə itaət et və Rəbbinin mərhəmətinə və mü­ka­fa­tına ümid bəslə! Həqiqətən də, sizin bütün yaxşı və bəd əməl­lə­ri­niz Ona məlumdur və sizin hər biriniz layiq olduğu əvəz ala­caq­dır.
 ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ

(33. 3) “Allaha təvəkkül et və Allahın Vəkil olması kifa­yətdir!”

Əgər sən, əks təqdirdə, onların sənə zərər toxundu­racaq­la­rın­dan və dini təbliğ etməkdə sənə mane olacaqlarından ehtiyat edə­rək, onların istək­lərinə güzəştə getmək istəsən, bu yaramaz fi­kirləri rədd et və imanı sənin qəlbində və möminlərin qəlbində möhkəmləndirən silahdan istifadə et! Bu silah – Allaha təvəkkül etməkdir. Bütün işlərdə Rəbbin quluna layiq olduğu kimi, Onun köməyinə təvəkkül et! O (Pak və Müqəddəs), insanların özlə­rin­dən də yaxşı bilir ki, Onun qullarına fayda verən nədir. O (Pak və Müqəddəs), onlara özlərindən daha çox fayda verməyə qadirdir. O (Pak və Mü­qəd­dəs), qullarına, valideynlərin övladlarına gös­tərdi­yin­dən daha çox qayğı göstərir. O (Pak və Müqəddəs), on­lara, xüsusilə, əgər onlar Onun seçilmiş mömin qullarıdırlarsa, hamıdan daha çox məhəb­bət bəsləyir və xeyirxahlıq edir. Belə qullarını O (Pak və Müqəddəs), Öz mərhəməti ilə əhatə edir və onlara aşkar və gözəgörünməz nemətlər bəxş edir. Məhz buna görə, Rəbb qulla­rının işlərini layiqincə sahmana sala­cağına vədə verərək, onlara buyurur ki, öz talelərini təkcə Ona etibar etsinlər.
Belə bir hamilik sayəsində möminlərin istənilən mürəkkəb və ağır təşəbbüsləri sadə və yüngül olur, hər hansı bir bəla isə xırdalaşır və əhə­miyyətsizləşir. Allah onları hüzndən və qəmdən xilas edir, onların ehti­ya­c­ını və tələbatlarını qane edir, onlara nemət və xoşbəxtlik bağışlayır və onları düşmənlərin ədavətin­dən və kafirlərin şərindən qoruyur. Bunun nəti­­cəsində biz görü­rük ki, öz taleyini Fövqəlqüdrətli Rəbbinə etibar etmiş zəif və köməksiz qul təkbaşına elə işlər görür ki, bəzən bütöv bir xalq onun öhtəsindən gələ bilmir. Həqiqətən, Allah Özünün seçilmiş qullarına, hətta ən güclü insanlar üçün belə yerinə yetirilməsi mümkün olmayan bir çox şeyləri yüngülləşdirir.

ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(33. 4) “Allah insana bir bədəndə iki ürək əta etməmişdir. O, özü­nüzə haram etdiyiniz zövcələrinizi sizin analarınız et­məmişdir və sizin ögey oğullarınızı sizin oğullarınız etmə­miş­dir. Bu – ancaq sizin ağzınız­dan çıxan sözlərdir. Allah haqqı söyləyir və doğru yola yönəldir”.

Fövqəluca, həqiqətə uyğun gəlməyən və Allahın yaratma­dıqları şey­ləri danışan qullarını qınayır. Beləcə edilən bəyanatlar yalandır, əsassızdır və Fövqəluca Allahın şəriəti ilə pislənir. Bu dini qanunlar, əslində mövcud olmayanı var kimi göstərənlərin və ya həqiqətə uyğun olmayanı təsdiq edənlərin hamısına aiddir.
Allah insanların buna bənzər çox böyük sayda uydurma iddialarını Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) dövrün­də, hər şeydən daha çox söylədiklərini və onların əsassızlığını bilməyə daha çox möhtac olduqlarını xüsu­silə vurğulayır. Allah insanlara bir bədəndə iki ürək əta etmə­mişdir. İnsanlarda belə qeyri-normal hal görünməmişdir və buna görə də heç vaxt deməyin ki, sizdən kiminsə iki ürəyi vardır. Şübhəsiz ki, bunu bəyan edənlər yalan danışırlar.
Allah həmçinin sizin öz analarınıza bərabər tutduğunuz zövcələrinizi sizin analarınız etməmişdir. Söhbət zihardan – ər­lə­rinin öz zövcələrini özlə­rindən uzaqlaşdırmaqla bağlı olan büt­pərəstlik adətindən gedir. İslama­qədərki zamanlarda ərəblər öz zövcələrindən əl çəkərək, onları analarına bərabər tutar və onları “analarının arxası” adlandırardılar[1]. Əlbəttə ki, kişinin zövcəsi onun anası ola bilməz, çünki yalnız kişini doğan qadın onun ana­sı olur. Ana kişi üçün ən hörmətli və ən toxunulmaz qadındır, amma zövcə isə onun üçün hər cəhətdən əlverişli və halal olan qa­dındır. Necə ola bilər ki, bu iki tamamilə bir-birinə bənzəmə­yən insanı müqayisə edəsən? Həqiqətən də bu – yolverilməzdir və buna görə Fövqəluca buyurur: “Zöv­cə­lərini özlərinə haram edənləriniz qınanılan və yalan sözlər danışırlar. Onların zövcə­ləri – onların anaları deyil, axı onların anaları yalnız onları do­ğan qadınlardır...” (Mücadilə, 58/2).
Allah həmçinin ögey oğulları da doğma oğullar etməmiş­dir. İslam­dan əvvəlki cahillik dövründə və islamın yarandığı ilk il­lərdə ögey övladlar onları övladlığa götürmüş və doğma vali­deyn­lər olmayan şəxs­lərin tamhü­quqlu övladları sayılırdılar. Föv­qəluca Allah övladlığa götürülmüş uşaqları doğma uşaqlar ad­landırmağı qadağan etdi və belə əməllərin yalan və poz­ğun­lu­ğunu ifşa etdi. Bu – aşkar uydurmadır, Allahın şəriətində isə ya­la­na yer yoxdur və buna görə Allahın qulları bu dərəcədə ya­ramaz əməl­lərdən uzaq olmalıdırlar. Fövqəluca övladlığa gö­tü­rülmüş uşaq­ları onları övlad­lığa götürənlər tərəfindən övlad ad­lan­dır­ma­ğı və onlara ata adı kimi öv­ladlığa götürən kişinin adını verməyi qa­dağan etdi, çünki uşağın atası onu dünyaya gətirən kişidir. Ögey övladlar yalnız doğma valideynləri tərəfin­dən öz uşaqları ad­landırıla bilər.
Siz övladlığa götürülmüş uşaqları ögey valideynlərin oğul­ları və ya qızları adlandırırsınız, lakin bunlar, sadəcə, mənasız və həqiqətdən uzaq sözlərdir. Allah isə yalnız əsil həqiqəti deyir. Məhz buna görə, O (Pak və Müqəddəs) sizə haqqa itaət etməyi və Onun Kitabına və şəriətinə tabe olmağı buyurmuşdur. Onun Ki­tabı – əsil Haqdır və Onun şəriəti də – əsil Haqdır, uydurma söz­lərin və pozğun əməllərin onlara heç bir aidiyyəti yoxdur, çünki Allah Öz qullarına yalnız mömin olmağı öyrədir və onları yalnız doğru yola yönəldir. Buna baxmayaraq, Kainatda baş verən bü­tün yaxşı və pis əməllər Fövqəluca Allahın iradəsinə tabedir. Son­ra O (Pak və Müqəddəs), möminlərə bir daha əmr edir ki, yalan danışıqlardan və əməllərdən əl çəksinlər və belə buyurur:

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(33. 5) “Onları atalarının adı ilə çağırın. Bu, Allah qar­şı­sında daha ədalətlidir. Əgər onların atalarını tanımırsınızsa, on­da onlar sizin din qar­daşlarınız və yaxınlarınızdır. Lakin ürə­yinizdə niyyət tutmadığınız halda yanılsanız, sizə günah ol­maz. Allah – Bağışlayandır, Mərhəmətli­dir”.

Övladlığa götürdüyünüz uşaqları doğma atalarının adı ilə adlandı­rın, çünki bu haqqa daha yaxındır. Əgər siz onların ata­larının adlarını bilmirsinizsə, onda onları haqq din üzrə öz qar­daşlarınız və yaxın dostla­rınız sayın, amma onları öz övlad­larınız adlandırmayın. Siz onları atala­rının adı ilə çağırmalısınız. Əgər siz onların atalarının adlarını bilmirsi­nizsə, onda siz onları öz qardaşlarınız və yaxınlarınız kimi çağırmalısınız, çünki sizin bil­məməyiniz ögey uşaqları öz övladlarınız çağırmağa sizə ixtiyar vermir və məsələnin mahiyyətini dəyişmir.
Əvvəllər ögey uşaqları ögey valideynlərinin adı ilə adlan­dır­mağınıza görə sizdən soruşulmayacaq. Siz uşağı, əslində, atası ol­mayan birisinin adı ilə səhvən adlandırsanız da bu sizə günah ya­zılmayacaq. Allah sizi yanıldı­ğınıza görə məsuliyyətə cəlb et­mə­yəcək. Lakin siz qəsdlə günah işlətdikdə və ya yalan və qına­nı­lan sözlər danışdıqda, Allah buna görə sizi sorğu-suala çəkə­cək­dir. Yadda saxlayın ki, Allah – Bağışlayandır və Mərhəmətli­dir. O (Pak və Müqəddəs) sizə güzəştə gedir və günahlarınızı bağış­layır. O (Pak və Müqəddəs) sizi, islamı qəbul edənədək, et­diyiniz gü­nah­lara görə və səhvən etdiyiniz günahlara görə cəza­landırmır. O (Pak və Müqəddəs) sizə iltifat göstərir və qayğınıza qalır, həm bu dün­yada, həm də Axirətdə xoşbəxtliyə nail olmanız üçün Öz di­ni­nin qanunlarını sizə izah edir və bütün bunlara görə Ona həmd ol­sun!

ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(33. 6) “Peyğəmbər möminlərə onların özlərindən yaxın­dır, onun zövcələri isə onların analarıdır. Allahın hökmünə mü­va­fiq olaraq, dostla­rınıza yaxşılıq etməyiniz istisna olmaqla, qan qohumları bir-birinə, mö­minlərdən və mühacirlərdən ya­xın­dırlar. Bu, Kitabda sətir-sətir yazıl­mışdır”.

Fövqəluca, möminlərə Allahın Elçisinin (ona Allahın sala­va­­tı və sala­mı olsun!) gözəl keyfiyyətləri və məziyyətləri haq­qın­da xəbər verir ki, onlar onu (s.ə.s.) sevsinlər və ona (s.ə.s.) la­yi­qin­cə yanaşsınlar. İnsan üçün ən əziz olan onun öz qəlbidir, lakin Pey­ğəmbər (s.ə.s.) möminlər haqqında onların özlərindən daha çox qayğı çəkir. Başqa cür ola da bilməz, axı Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) özünü bütövlüklə bəşə­riyyətin doğ­ru yola gətirilməsinə həsr etmişdir. O (s.ə.s.), Allahın ən xe­yir­xah, ən mər­hə­mətli və ən lütfkar məxluqu idi. Allahın El­çisinin (ona Allahın salavatı və salamı olsun!) bütün bəşəriyyət üçün et­di­yini, heç bir insan öz yaxnları üçün belə etməmişdi. İnsan yal­nız Muhəmməd Peyğəmrin (ona Allahın sa­la­vatı və salamı ol­sun!) və onun Təliminin sayə­sində xeyir əldə edə və şərdən xilas ola bilər. Buna görə bütün insanlar Allahın Elçisinin (ona Allahın sa­lavatı və salamı olsun!) istəyini, başqa insanların istəyindən və hət­ta öz istəyindən də üstün tutmalıdırlar. Onlar onun (s.ə.s.) söz­lərini di­gər insanların, kimliyindən asılı olma­yaraq, sözlə­rin­dən yüksək saymalı və onun (s.ə.s.) xatirinə öz hə­ya­tını, var-döv­lə­tini və övladlarını qurban verməlidirlər. Onlar həm­çinin onu (s.ə.s.), Allahdan başqa, kim olursa ol­sun, hamıdan daha çox sevməli, Pey­ğəmbərin (ona Allahın salavatı və salamı olsun!) rəyini eşit­mə­dən öncə öz rəyini bildirmə­məli və hətta ən kiçik məsələlərdə də belə ondan qabağa keçməyə cəhd göstər­məməlidirlər.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) möminlərin atası adlandırılmağa tam haqqı vardır və bir sıra səhabələr bu barədə öz fikirlərini bildirmişdilər. O (s.ə.s.) onları, ata övladlarını tərbiyə etdiyi kimi, tərbiyə edirdi. Bundan başqa, onun (s.ə.s.) zövcələri də – möminlərin anaları idilər. Müsəlmanlar Allahın Elçisinin (ona Allahın sala­vatı və salamı olsun!) vəfatından sonra onun (s.ə.s.) zövcələri ilə evlən­mək haqqına malik deyildilər, onlara hörmət etməli və ehtiram göstər­məliydilər. Lakin bu o demək deyildir ki, səhabələr onlarla, anaları kimi, təklikdə qalmaq haqqına malik idilər. Bu ayə sanki aşağıda bəhs ediləcək Zeyd b. Xarisənin hekayəti üçün bir giriş idi. Bir çox illər ərzində Zeydi Muhəmmədin (s.ə.s.) oğlu çağı­rır­dılar, lakin Fövqəluca Allah buyurdu: “Muhəmməd sizin kişilə­rinizdən kiminsə atası deyildir...” (Əhzab, 33/40). Bununla da Rəbb Peyğəmbərin (s.ə.s.) nəsil şəcərəsinə yekun vura­raq, onun (s.ə.s.) Zeydlə qohumluğunu rədd etdi.
Bu ayədə isə Fövqəluca bildirir ki, bütün möminlər Elçinin (ona Allahın salavatı və salamı olsun!) uşaqlarıdır və bu mənada onlar bir-biri­lərinin qarşısında heç bir üstünlüyə sahib deyillər. Əgər Peyğəmbərin (s.ə.s.) oğulluğa götürdüyü şəxs onun (s.ə.s.) oğlu adlanmaq hüququndan məhrum olsa da, o, kədərlənməməli və ümidsizləşməməlidir, çünki onların hamısını bir-birinə bağla­yan möminlərin qohumluğudur. Bu qohumluq müsəlmanları Peyğəmbərin (s.ə.s.) zövcələri ilə də özəlliklə bağlayır[2]. Onlar mömin­lərin analarıdır. Müsəlmanlar Allahın Elçisi (ona Allahın sa­lavatı və salamı olsun!) vəfat etdikdən sonra, onun (s.ə.s.) zöv­cələri ilə evlənmək haqqına malik deyildilər və bu barədə Fövqəluca belə buyurur: “Sizə nə Allahın Elçisini incitmək, nə də ondan sonra onun zövcələri ilə evlənmək yaraşmaz. Həqiqə­tən, bu, Allah qarşısında böyük günahdır” (Əhzab, 33/53).
Sonra Allah irsi yaxın və uzaq qohumlar arasında bölüş­dürməyi buyurur və qohumlara bir-birinə yaxşılıq və yardım et­məyi tapşırır. İslama­qədərki cahiliyyə zamanlarda doğma öv­ladlar öz valideynlərinin irsindən məhrum edilərdi, çünki onu övladlığa götürülənlərə vəsiyyət edərdilər. Fövqəluca irsi bu qaydada bölməyi qadağan etdi, Öz xeyirxahlığı və müd­rik­liyinə əsaslanaraq mirası qohumlar arasında bölmək hökmünü verdi. Əgər bütpərəstlik dövrünün adəti bu günədək yayılsaydı, onda yer üzündə əxlaqsızlıq və yaramazlıq hökm sürərdi, yaxın qo­humlar isə mirasın onlara hissəsindən məhrum olardılar.
Sonra Fövqəluca qeyd edir ki, qan qohumlarının mirasa, qa­lan mö­min­lərdən (onların mühacir olmasından asılı olma­ya­raq) daha çox haqqı var. Bu ayə, nikah bağlanan zaman gəlin üzə­rin­də qəyyumluğa, əmlaka varisliyə və yaxın qohumlara digər hü­quqların verilməsinə İslam şəriətinin əsas yaratdığına parlaq sü­butdur. Sizin dostlarınız mülkünüzün varisi olmaq haqqına ma­lik deyillər, lakin siz var-dövlətinizin bir hissəsini öz ar­zu­nuzla onlara vəsiyyət edə bilərsiniz. Bu hökmü Allah ver­mişdir, Onun Kitabında yazılmışdır və mütləq yerinə yetiril­məlidir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ

(33. 7) “Bir vaxt Biz peyğəmbərlərdən – səndən, Nuhdan, İb­rahim­dən, Musadan və Məryəm oğlu İsadan əhd almışdıq. Biz onlardan çox mürəkkəb bir əhd almışdıq”
(33. 8) “ki, O, doğru danışanlardan onların doğruluğunu so­­ruşa bilsin və kafirlər üçün məşəqqətli əzab-əziyyət hazır­la­sın”.

Fövqəluca bildirir ki, O, bütövlükdə bütün peyğəmbər­lər­dən, o cüm­lədən, ən əzəmətli elçilərdən mühüm bir əhd almış və bununla da onlara Allahın dininin hökmlərinə riayət etməyi və Rəbbin yolunda mübarizə aparmağı bir vəzifə olaraq tapşır­mışdır. Bu yolla Allahın əvvəlki peyğəm­bər­ləri də getmişdilər və bu yolla bütün elçilərin ağası və peyğəmbərlərin sonuncusu – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) də getmişdir. Fövqəlucanın hər bir qulu onların izi ilə getməli, onlardan nümunə götürməli və yadda saxlamalıdır ki, Qiyamət günü Allah bu sərt əhd haqqında həm peyğəmbərləri və həm də onların ardıcıllarını sorğu-suala tutacaqdır. Əgər onlar bu əhdə sadiqdirlərsə, Allah onları Cənnət bağları ilə mükafatlandıracaq, yox, əgər onlar əhddən geri çəkilmiş­lərsə və ona iman gətirmə­mişlərsə, onda Allah onları sarsıdıcı əzablara düçar edəcəkdir. Fövqəluca buyurur: “Möminlər arasında elə kişilər var ki, onlar Allaha verdikləri əhdə sadiq qalmışlar...” (Əhzab, 33/23).

ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ

(33. 9) “Ey iman gətirənlər! Döyüşçülər əleyhinizə çıxan za­man Allahın sizə göstərdiyi mərhəmətini xatırlayın. Biz on­ların üstünə külək və sizin görmədiyiniz döyüşçülər göndərdik. Allah sizin nə etdiklərinizi görür”.
(33. 10) “Onlar yuxarıdan və aşağıdan üstünüzə gəldikləri zaman baxışlar dondu, ürəkləriniz ağzınıza gəldi və siz Allah haqqında zənnə qapıldınız”.

Fövqəluca Öz mömin qullarına onlara bəslədiyi böyük mər­­həmətini xatırladır və bununla onları öz Rəbbinə şükür et­mə­yə çağırır. Söhbət Xən­dək kənarındakı döyüşdən gedir. O zaman müş­riklər bir-biriləri ilə bir­lə­şərək Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və onun ardıcıllarının kökünü kəsmək istəyirdilər. Məkkə və ona yaxın yerləşən ya­şayış məntə­qələri sakinlərinin qoşunları bir tərəfdədən və Nəcd qoşunları isə digər tərəfdən müsəlmanların üstünə hücum edirdilər. Onlara Mədinə yaxınlığında yerləşən yəhudi qəbilələri də qoşulmuşdu və hamısı birlikdə çox böyük bir ordu halında idilər.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Mə­dinənin ətra­fında dərin xəndək qazdırdı və çoxsaylı müttəfiq dəs­tələr şəhəri müha­sirə etdilər. Müsəlmanların vəziyyəti saatbasaat ağırlaşırdı. Onların gözləri narahatçılıqdan o yan-bu-yana qa­çırdı, ürəkləri isə qorxudan ağızlarına gə­lirdi. Fəlakət o dərə­cədə böyük və şərait o dərəcədə böhranlı idi ki, müsəlmanların ağlına ən pis fikirlər gəlirdi. Şəhərin mühasirəsi uzun müd­dət da­vam etdi və səhabələr Allahın yardımına və dinin qələbəsinə ümidi itirməyə başlamışdılar.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(33. 11) “Möminlər orada sınağa və güclü sarsıntıya mə­ruz qal­dılar”.

Bu döyüşdə Allah Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı ol­sun!) səhabələrinin imanını qorxu, narahatçılıq və müsəl­man­lara düçar olan aclıqla sınağa çəkdi. Lakin bu sınaq onların ima­nını sarsıda bilmədi, əksinə, onların etiqadını daha da güc­lən­dirdi. Bunun sayəsində onlar öz imanı və etiqadı ilə bütün əv­vəl­ki gələcək nəsillərin möminlərini ötüb keç­məyi ba­car­dılar və bu­na görə həmd yalnız Allaha məxsusdur.
Ən böyük sınaq və hədsiz müsibət anlarında Peyğəmbərin (s.ə.s.) səhabələri Allahın və Onun Elçisinin (s.ə.s.) doğruçu­lu­ğu­na öz gözləri ilə əmin oldular və onların imanı tam etiqada çev­ril­di. Buna görə Fövqəluca buyurur: “Möminlər müttəfiqləri gör­dük­də, onlar dedilər: “Bu – Allahın və Onun Elçisinin vəd et­diyidir. Allah və Onun Elçisi doğru deyiblər”. Bu, onlarda yal­nız imanı və itaətkarlığı artırmışdı” (Əhzab, 33/22).

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ

(33. 12) “Münafiqlər və qəlblərində mərəz olanlar dedilər: “Allahın və Onun Elçisinin vədi qürurlanmaqdan başqa bir şey deyildi”.
(33. 13) “Onlardan bəziləri dedilər: “Ey Yəsrib sakinləri, siz duruş gətirə bilməyəcəksiniz! Qayıdın!” Onlardan bəziləri Pey­ğəmbərdən icazə istəyib dedilər: “Evlərimiz müdafiəsiz qal­mış­dır”. Onlar müdafiəsiz de­yil­dilər – onlar, sadəcə, qaçmaq is­tə­yirdilər”.

Münafiqlər ürəklərində olan küfrü gizlədə bilmədilər və de­­­dilər ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və sa­la­­mı olsun!) vədi yalan imiş. Münafiqlər çətin və sınaq vaxt­la­rın­da özlərini həmişə belə aparmışlar və Xəndək yaxınlığında döyüş də istisna olmamışdır. Bu fasiqlərin imanı sarsıntılara davam gə­tir­­mədi və onlar yaranmış şəraiti öz qüsurlu ağılları ilə də­yər­lən­dir­məyə girişdilər və Allahın dininə dair öz tərəddüd­lərinə və şüb­hələrinə bəraət qazandırmağa başladılar. Fövqəluca onları yar­dımından məhrum etdi və onda onların ürəklərini qorxu bü­rü­dü, səbirləri isə kəsildi. Onlar özləri layiqincə səbir edə bil­mə­di­lər və öz şər əməllərindən başqala­rını da əmin-aman­lığa çı­xar­maq istəmədilər və buna görə Mədinə sakinlə­rinə mü­raciət edə­rək dedilər: “Yəsrib camaatı! Geriyə qayıdın, çünki siz düşmənə qar­şı duruş gətirə bilməzsiniz”. Onlar qəsdən Mədi­nə­nin köhnə adı­nı işlətdilər, çünki o, Muhəmməd Peyğəmbərin (ona Allahın sa­lavatı və salamı olsun) ora hicrət etməsi ilə bağlı deyildi və bu, on­ların dinə və müsəlman qardaşlığına bəslədikləri hör­mətsizliyə də­lalət edirdi. Onların sözlərindən aydın olur ki, onları bu addımı at­mağa yönəldən onların qorxaqlığı və cəsa­rətsizliyi idi. Mü­na­fiq­lər cəhd göstərirdilər müsəlmanları əmin etsinlər ki, onlar Allahın El­çisinin (ona Allahın salavatı və salamı olsun!) və onun sə­ha­bə­lə­rinin öz düşərgələrini saldığı şəhərdən kənardakı xəndəyin qı­ra­ğında düşmənə müqavimət göstərə bilməzlər. On­lar Allah xa­ti­ri­nə döyüşmək istəmirdilər, rəqibə qalib gələcək­lərinə inan­mır­dılar və buna görə müsəlmanları dilə tuturdular ki, kafirlərə müqa­vimət göstərmə­sinlər. Həqiqətən, münafiqlər hə­mişə ən pis və ən təhlükəli yoldaşlar ol­muşlar və olacaqlar.
Lakin müsəlmanlar arasında daha bir dəstə var idi ki, onlar da təşviş içində idilər və qorxudulmuşdular. Onlar da döyü­şən­lə­rin sıralarını tərk etmək istəyir və özlərinə yalandan haqq qa­zan­dır­mağa çalışırdılar. Onlar Allahın Elçisinə (ona Allahın sa­la­vatı və salamı olsun!) müraciət edib dedilər: “Evlərimiz mü­da­fiəsiz qal­dı və biz evdə olmadıqca düşmənlər istənilən vaxt onlara hü­cum edə bilərlər. Bizə icazə ver qayıdaq ki, evlə­rimizi düş­mən­lə­rin bas­qı­nın­dan qoruya bilək”. Lakin onlar Allahın Elçi­sinə (ona Al­lahın sa­lavatı və salamı olsun!) yalan deyirdilər, çünki onların mü­dafiəsiz olan evləri deyildi, onlar özləri döyüş meydanını tərk et­mək istəyirdilər. Onlar bu bəraəti uydur­muş­du­lar ki, öz əsil niy­yətlərini gizlədə bilsinlər. Bunun səbəbi isə on­la­rın imanının zəi­fliyində və çətin­liklər, sınaq­lar qarşısında dö­züm­süz ol­ma­la­rın­da idi.

 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(33. 14) “Əgər onlar oraya hər tərəfdən basqın etsəydilər və onlar­dan fitnə salmaq tələb etsəydilər, onlar çox ləngimədən razıla­şardılar”.

Əgər kafirlər Mədinəyə hər tərəfdən soxulsaydılar və şə­hə­ri tutsay­dılar və sonra da müsəlmanlardan haqq dindən əl çək­mə­yi tələb etsəydilər, onda bu kəmetiqadlar o saat onların ira­də­sinə tabe olardılar. Belə insanlar öz dini uğrunda heç vaxt mü­ba­ri­zə etmir və öz əqidələrini qorumurlar, çünki ruhun gü­cün­dən məh­rumdurlar və hökmdarların, başçıların istənilən əm­rinə itaət et­məyə, hətta onların küfrü və müşrikliyi ilə razı­laşmağa ha­zır­dır­lar.
 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ

(33. 15) “Axı, onlar əvvəlcədən geriyə dönməyəcəkləri haq­­­­qında Allahla əhd kəsmişdilər. Allahla əhd barədə onlardan soruşulacaq”.
Axı onlar Allaha and içmişdilər ki, heç vaxt döyüş mey­danından geri çəkilməyəcəklər və Allahla kəsdikləri əhdə görə onları məsuliyyətə cəlb edəcəklər. Məgər onlar düşünmürdülər ki, döyüş meydanından geri çəkil­mə­­ləri hamıya aydın olduqdan sonra, Fövqəluca onlarla necə davra­nacaq?
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

(33. 16) “De: “Əgər siz ölümdən və ya qətl olunmaqdan qaç­mağa cəhd göstərirsinizsə, onda fərarilik sizə fayda ver­mə­yəcək. Siz bundan çox az faydalanacaqsınız”.

Ey Muhəmməd! Onlar dərk etməlidirlər ki, onların hərə­kətləri qınanmağa layiqdir və onlara fayda verməyəcəkdir. Buna görə onlara bildir ki, ölümdən və ya qətl edilməkdən qaçınmaq faydasızdır. Onlara belə de: “...Əgər siz öz evlərinizdə qalsay­dınız belə, qədərinə qətl edilməsi yazıl­mış­ olanlar, müt­ləq hə­lak olacaqları yerə gedib çıxardılar...” (Ali-İmran, 3/154).
Siz şəri özünüzdən uzaqlaşdırmağa cəhd göstərirsiniz, la­kin sizin bütün səyləriniz sizə o zman fayda verər ki, əmin-aman­lı­ğınız Allahın qə­dəri ilə müəyyən edilmiş olsun. Əgər sizə mü­si­bə­tə düşmək nəsib olacaqsa, onda heç bir şey sizi ondan xilas edə bil­məz və sizin bütün cəhdləriniz əbəs olacaqdır. Siz ölümdən və qətl­dən qaçmağa can atırsınız ki, bir müddət də maddi ne­mət­lər­dən ləzzət alasınız, amma axı bu, yer üzündə çox qısamüd­dətli bir zövq olacaqdır və heç vaxt əbədi Cənnət səadəti ilə müqayisə edi­lə bilməz. Siz isə Allaha itaətsizlik göstərməklə onu itirirsiniz.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ

(33. 17) “De: “Allah sizə pislik etmək istəsə, sizi Ondan kim mü­dafiə edə bilər? Əgər O, ona mərhəmət göstərmək is­tə­sə?” Onlar Allahın yerinə özləri üçün nə hami, nə də köməkçi tapa bilməzlər”.

Fövqəluca izah edir ki, əgər Allah quluna pislik etmək is­tə­sə, onun bu dünyada xeyir əldə etməyə göstərdiyi hər hansı cəhdi ona fay­da ver­məz. Əgər O, quluna pislik etmək istəsə, kim insanı Al­la­hın qədərindən xi­las edə bilər və əgər O, quluna mərhəmət gös­tər­mək istəyərsə, kim Allaha maneə ola bilər? Hə­qiqətən də, ki­mə ne­mət əta etməyi və kimi də Öz mərhəmətindən məhrum et­məyi yal­nız Allah həll edir. Təkcə O, qullarına fayda verməyə və onlara pis­lik göstərməyə qadirdir. Sevinc və bədbəxt­liklər yal­nız Onun ilahi ra­zılığı ilə məxluqların qismətinə düşür. Gü­nah­kar­­lara gəldikdə isə, on­lar əbədi xoşbəxtlik əldə etməyə kömək gös­tərmələri üçün öz­lə­ri­nə nə bir hami, nə də onları böyük bə­la­dan qoruya biləcək bir kö­mək­çi tapmayacaqlar! Bunu yadda sax­la­yın və hökmləri müzakirə edil­­məyən və qədəri dəyişdirilməz olan Kainatın Vahid Hökm­da­rı­na itaət edin. Siz Onun hi­ma­yə­sin­dən və yardımından boyun qaçır­dıq­da, özünüzə nə hami, nə də köməkçi tapa bilməzsiniz.

ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(33. 18) “Allah sizin aranızdan maneçilik törədənləri və qardaşla­rı­na: “Bizə qoşulun!” deyənləri tanıyır. Onlar, az bir qis­mi istisna olmaqla, əzaba qatılmazlar”[3],

Fövqəluca bu ayədə qardaşlarına kömək etmək istəmə­yənləri, Allahın yolu uğrunda mübarizəyə hələ qoşulmamış olan­ları bunda iştirak etməkdən çəkindirənləri və əlində silah müba­rizəyə qoşulanları isə geriyə qayıtmağa dilə tutanları hədələyir. Onlar özləri mücahidlərin arasında ol­duqda, onların döyüşlərdə iştirakı çox cüzi olacaq, çünki onlar həmişə arxa cərgələrdə qal­mağa çalışacaqlar. Onların ürəklərində, möminləri Allah yo­lunda özünü fəda etməyə ruhlandıran, iman və dözüm yoxdur. Bunun yerinə onların ürəkləri insanda qorxaqlıq və ruh düşgünlüyü yaradan küfr və münafiqliklə doludur.

 ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ

(33. 19) “çünki onlar sizə qarşı xəsisdirlər. Onlar qorxuya düşdük­də, sən onların sənə necə baxdıqlarını görürsən. Onların gözləri ölümqa­bağı bayılanın gözləri kimi o yan-bu yana çe­vrilir. Qorxu keçdikdə isə, onlar qənimətə hərislik göstərərək, acı dilləri ilə sizi incidirlər. Onlar iman gətirməmişlər və Allah da onların əməllərini puç etmişdir. Bu Allah üçün asan idi”.

Onlar Allah xatirinə öz həyatını və sərvətini qurban ver­mək istə­mirlər, çünki onlar xəsis və acgözdürlər. Təhlükə yaran­dıq­da onların göz­ləri, ölüm qorxusundan bayılan adamın gözləri ki­mi az qalır hədəqə­sindən çıxsın. Qorxu onların ürəklərində hökm­randır, güclü həyəcan isə onları dünyada olan hər şeyi yad­dan çıxarmağa məcbur edir. Onlar yalnız ən çox qorxduqları dö­yüş­lərdə iştirak etməli olacaqları haqqında fikirləşirlər.
Təhlükə sovuşduqda və savaş bitdikdə, onlar möminləri öz acı dilləri ilə sancır və haqsız iddialar irəli sürürlər. İnsanlar on­la­rın danışıqlarına qulaq asaraq, elə düşünə bilərlər ki, onlar ən cə­sur və igid adamlardır. Amma əsil həqiqətdə, onlar qorxaq və xə­sis­dirlər, ətraflarında­kılara kömək əli uzatmırlar, hətta onlar­dan bu­nu xahiş edəndə də. Bundan başqa, onlar ən pis adam­lar­dır, çünki Fövqəlucanın hökmlərinə müvafiq olaraq, yaxşılıq et­mək­də xəsislik göstərirlər, sədəqə verməkdə simiclik edir və Al­la­hın düşmənləri ilə mübarizə aparmaqda, yolunu azmışlara islamı təb­liğ et­məkdə və savadsızları öyrətməkdə möminlərə yardım gös­tərmək istə­mirlər. Onlar hətta xoş söz deməyə, faydalı məs­lə­hət­lər verməyə xəsislik edirlər. Belə yaramaz keyfiyyətlərə malik olan insanlar kafirdirlər və buna görə Allah onların əməl­lərini puç edir. Bu isə Allah üçün çətinlik yaratmır.
Möminlərə gəldikdə isə, Allah onları xəsislikdən qoruyur, Fövqəluca­nın hökmlərini qüsursuz yerinə yetirməyə kömək edir, onları Allahın adını şərəfləndirmək xatirinə mübarizə aparmaqda iştirak etməyə ruhlandırır, onları öz var-dövlətini xeyirxah məq­sədlərə xərcləməyi sövq edir, onlara öz mövqeyindən və öz bi­lik­lə­rindən istifadə edərək xeyirahlıqlar göstər­məyi öyrədir.

ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ

(33. 20) “Onlar elə zənn edirlər ki, düşmən birlikləri get­məmişlər. Əgər müttəfiqlər gəlsəydilər, onda onlar səhra ərəb­ləri arasında dolaşar və sizin barənizdə sorğu-sual edərdilər. Onlar sizinlə olsaydılar, azca istisnayla, vuruşmazdılar”.

Münafiqlər elə sanırdılar ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun mömin səhabələrinə (Allah onlardan razı olsun) qarşı birləşmiş müttə­fiqlərin qoşunları hələ geri çəkilməmişlər. Onlar ümid edirdilər ki, müttəfiqlər müsəl­manların kökünü kəsməyincə, geri çəkil­məzlər. Onların ümidi özünü doğrultmadı və gözlədikləri təsdiq olunmadı.
Əgər müttəfiqlər sizi məhv etmək üçün bir cəhd də gös­tər­sə­lər, münafiqlər istəməzdilər ki, bu vaxt Mədinədə və ya hətta onun həndəvər­lərində olsunlar. Onlar səhrada bədəvilərin ara­sın­da olmağı üstün tutardı­lar ki, uzaqdan başınıza gələnləri öy­rən­sin­lər. Vay onların halına! Həqiqə­tən də, onlar əziz və arzu­edilən şəxslər sırasına aid deyillər. Onlar sizə yardım göstər­məkdən bo­yun qaçırırlar, lakin onlar sizin aranızda olsay­dılar, onsuz da, de­mək olar ki, özlərini döyüşə verməyəcəkdilər. Buna görə onların sizin yanınızda olmamasına kədərlənməyin.
ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(33. 21) “Doğrudan da, Allahın Elçisi sizin üçün, Allaha və Qiyamət gününə ümid bəsləyənlər üçün və Allahı çox xatırlayanlar üçün gözəl örnəkdir”.

Ən kamil insani məziyyətlərə malik olan bu şanlı Elçi qanlı savaşlar­da və ağır döyüşlərdə şəxsən iştirak edirdi və özünü igid əsgər və ləyaqətli döyüşçü kimi aparmışdı. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öz həyatını belə qurban ver­məyə hazır olduğu meydanda, siz nə əsasla mübarizədə iştirak et­məkdən qorxaqcasına qaçırsınız? Siz ondan (s.ə.s.) həm bu və həm də digər hallarda nümunə götürməlisiniz.
İlahiyyatçılar bu ayəyə istinad edərək belə bir nəticəyə gəl­mişlər ki, İslam dininin bütün hökmləri həm Muhəmməd Pey­ğəmbərə (ona Allahın salavatı və salamı olsun!), həm də onun (s.ə.s.) ardıcıllarına şamil edilir. Lakin bu qaydadan istisna təşkil edən hallar – nasslarda[4] hər hansı bir hök­mün yalnız Peyğəm­bərə (s.ə.s.) aid olduğu xəbər verildikdə, nəzərə alın­malıdır.
Məlumdur ki, nümunə nəinki gözəl, o həm də pis ola bilər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyət üçün gözəl nümunə idi, çünki onun (s.ə.s.) sadiq ardıcılları doğru yolla gedirlər və Allahın mərhə­mətini qazanacaqlar. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yoluna müqavimət gös­tərənlərə gəldikdə isə, onların nümunəsi yaramaz nümunədir. Allahın elçilərinin öz ardınca aparmaq istədikləri müşriklərin on­ları inkar etmələrini yada salmaq kifayət edər. Onlar elçilərə de­yirdilər: “Doğrudan da, biz atalarımızı bu yolda görmüşük və biz onla­rın izi ilə sədaqətlə gedirik” (Zuxruf, 43/22).
Yolunu azmış ataların bu yaramaz nümunəsi Allahın Elçi­si­nin (ona Allahın salavatı və salamı olsun!) gözəl nümunə­sinə qə­tiyyən bənzəmir. Onun (s.ə.s.) yolu ilə gedənlər yalnız iman gə­ti­rən, Allaha və Qiyamət gününə ümid bəsləyənlərdir. Onların ürək­lərində Allahın cəzası qarşısında qorxu hissi özünə və Onun mü­kafatına ümid yeri tapmışdır və məhz bu iki hiss onları hər iş­də yalnız Allahın Elçisindən (ona Allahın salavatı və salamı ol­sun!) nümunə götürməyə sövq edir.

 ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ

(33. 22) “Möminlər müttəfiqləri gördükdə, dedilər: “Bu – Al­­lahın və Onun Elçisinin bizə vəd etdikləridir. Allah və Onun El­­çisi bizə doğru deyiblər”. Bu onlarda yalnız imanı və itaəti ar­tır­dı”.
Fövqəluca, əsil möminlərin düşmən qoşunlarının onların üzə­rinə gəldiklərini gördükdə özlərini necə aparmaları haqqında xə­bər verir. Onla­rın ürəklərinə də qorxu düşmüşdü, lakin onlar Allahın buyurduqlarını xatırladılar: “Məgər siz, sizdən əvvəlki­lə­rin başına gələnlərin sizin başı­nıza gəlmədən, Cənnətə gi­rə­cə­yi­nizimi zənn edirdiniz? Onları yox­sulluq və xəstəliklər bas­mış­dı. Peyğəmbər və onunla birlikdə olan möminlər hətta elə sar­sılmışdılar ki, az qalırdı: “Allahın köməyi havaxt gələ­cək?” – de­sinlər. Həqiqətən, Allahın köməyi çox yaxındır”(Bə­qərə, 2/214).
Möminlər öz gözləri ilə görüb əmin oldular ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) vədi haqdır və bu onların ürəklərində imanı və işlərində Allaha sədaqəti möh­kəmləndirdi. Sonra Fövqəluca bildirir ki, möminlər, düşmən qo­şunlarını görən kimi geriyə dönən və Allaha verdikləri əhdi po­zan münafiqlərə bənzəmirlər. Fövqəluca buyurur:
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ

(33. 23) “Möminlərin arasında elə kişilər var ki, onlar Allahla bağladıqları əhdə sadiqdirlər. Onların aralarında elələri də var ki, öz öhdəliklərini artıq yerinə yetirmişlər və elələri də var ki, hələ gözləyirlər, amma onu təhrif etmirlər”.

Bu möminlər öz vədlərini layiqincə icra etmişlər, var qüv­və­ləri ilə öz Rəbbinin mərhəmətini qazanmağa can atmışlar və Onun ilahi iradəsinə itaət edərək, öz canlarını da qurban ver­miş­lər. Onların arasında elələri var ki, əhdinə sadiq qalmış və ar­zu­la­dıq­ları məqsədə nail olmuşlar. Onlardan bəziləri Allah uğ­runda dö­yüşlərdə həlak olmuş, digərləri isə öz əcəli ilə vəfat et­mişlər, la­kin son nəfəslərinədək öz vəzifələrini yerinə yetirməyi davam et­dir­mişlər və əhdə xəyanət etməmiş, onu təhrifə uğrat­mamışlar. La­kin onların arasında elələri də var ki, hələ öz növ­bəsini göz­lə­yir, yəni, öz vəzifələrini qüsursuz yerinə yetirməkdə davam edir və qəlbində möhkəm iman olduğu halda ölməyə ümid bəs­lə­yir­lər. Onlar öz vəzifələrini heç vaxt, münafiqlərin və kə­me­ti­qad­la­rın etdiyi kimi, pozmurlar, yəni öz öhdəlik­lərindən qaçmır və unut­qanlıqlara yol vermirlər. Onlar əsil kişilərdir. Bü­tün qa­lan­lara gəldikdə isə, onlar kişi simasına malik ola bilər­lər, lakin öz fər­di keyfiyyətlərinə görə əsil kişi adlandırılmağa layiq deyillər.

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

(33. 24) “Allah sədaqətliləri sadiq olduqlarına görə mü­ka­fat­landı­rır, münafiqləri isə, istədikdə, cəzalandırır və ya töv­bə­lə­rini qəbul edir. Həqiqətən, Allah – Bağışlayandır, Rəhmli­­dir”.
Allah Qiyamət günü öz əhdinə sadiq qalanları onların söz­lə­­­rindəki doğruçuluğa, işlərindəki xeyirxahlığa və Allahla qarşı­lıq­lı münasibətlə­rin­də səmimiyyətə və həmçinin niyyətlərinin və əməllərinin paklığına görə mükafatlandıracaqdır. Fövqəluca bu­yu­­­rur: “...Bu, elə bir gündür ki, səda­qət­li insanlara onların sa­diq­­liyi fayda verəcəkdir. Onlar üçün altından çaylar axan Cən­nət bağları hazırlanmışdır. Onlar orada əbədi qala­caqlar...” (Ma­­idə, 5/119).
Allah qullarına çoxsaylı çətinliklərdən, sınaqlardan və sar­sın­tılardan keçmələrini müəyyən etmişdir ki, sadiq qulları ilə ya­lan­çıların arasındakı fərq aşkar olsun. Rəbb Öz sadiq qulları üçün bö­yük mükafat və öz dinini, möminliyini qoruya bilməyən, Allaha verdikləri əhdi pozan münafiqlər üçün isə, sarsıdıcı cəza hazırlamışdır.
Allah onların ürəyində xeyirxahlığa yer olmadığını gör­dükdə, onları cəzalandırır. Belə hallarda O (Pak və Müqəddəs), onları Öz ilahi hidayətindən və Öz yardımından məhrum edir. Əgər O (Pak və Müqəddəs), onlara mərhəmət göstərərsə, onları töv­bə etməsinə və haqq dinin ağuşuna qayıtmasına kömək gös­tə­rər. Çox vaxt elə məhz belə də olur, çünki Allah Səxavətli və Ge­niş­qəlb Hökmdardır. Buna görə O (Pak və Müqəddəs), Rəbbin mər­­həmətinə, xeyirxahlığına və sonsuz bağışla­yıcı olmasına də­la­lət edən Özünün gözəl adlarını qullarına bir daha xatırladır. Ba-ğış­layan və Mərhəmətli adları – Allahın gözəl adları sırasın­dadır. Bu isə o deməkdir ki, O (Pak və Müqəddəs), Özünün tövbə edən qul­larını, onlar hətta özlərinin ziyanına çoxsaylı yaramaz gü­nah-lar işlətmiş olsalar da, bağışlayır.

 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(33. 25) “Allah qeyzli kafirləri geri döndərdi və onlar xey­rə nail olmadılar. Allah möminləri döyüşdən azad etdi. Allah – Fövqəlgüclüdür, Ən qüdrətlidir”.
Müttəfiqlər qəzəbli və qətiyyətli idilər. Onlar müsəlmanları məhv etməyə hazırlaşmışdılar və bundan ötrü kifayət qədər qüvvə toplamışdılar. Bundan başqa, onlar öz çoxsaylılıqlarına və birləşdiklərinə ümid bəslə­məklə aldanmış və uğur qazanacaq­larına əmin olmuşdular. Onlar çox böyük sayda olan öz nəhəng qoşun birliklərini və döyüş ləvazimatlarını görüb şadyanalıq edirdilər. Lakin Fövqəluca Allah onları geriyə qaçmağa məcbur etdi və onların məkrli planlarını alt-üst etdi. O (Pak və Mü­qəd­dəs), onların üstünə qasırğalı bir külək göndərərək onların ordugahını dağıtdı, düşərgələrindəki çadırlarını uçurtdu, qoşun üçün yemək hazırla­nan qazanlarını çevirdi və onların ürəklərinə həyəcan və qorxu saldı. Müttəfiqlər geriyə qaçmağa başladılar, lakin onlar öz qeyzlərini boğa və məyusluqları ilə razılaşa bil­mirdilər. Xəndək döyüşü Allahın Öz sadiq qullarına necə kömək etməsinin parlaq nümunəsi oldu.
Allah müsəlmanlara düşmən mühasirəsinin öhdəsindən dö­zümlə gəlməyə yardım göstərdi, sonra isə yağıların üstünə qa­sır­ğalı külək və döyüşkən mələklərini göndərdi, axı Onun gözəl ad­ları arasında – Fövqəlgüclü, Ən qüdrətli adları da vardır. Al­la­hın iradəsinə müqavimət göstərən hər kəs mütləq məğlub edi­lə­cək və sədaqətli olanlardan kimsə Ona yardım üçün müra­ciət et­sə, qələbə çalacaq. O (Pak və Müqəddəs), istədiyini xəlq edir və Onun üçün mümkün olmayan bir şey yoxdur. O (Pak və Mü­qəd­dəs), qullarına kömək etmək istəmədikcə, güc və qüvvə Onun qul­larına heç bir fayda verə bilməz.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ

(33. 26) “O, onlara kömək edən Kitab əhlini öz qalala­rın­dan çı­xartdı və ürəklərinə qorxu saldı. Siz onlardan bir hissə­sini öldürdünüz, digərlərini əsir götürdünüz”.
Söhbət Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələri ilə mübarizədə müşriklərə kömək edən yə­hu­di­lərdən gedir. Allah onları öz qalalarından çıxarıb qovaraq, mü­səl­manlara təslim etdi. Onlar müsəlmanlara hətta müqavimət də gös­tərmədilər, çünki Rəbb onların ürəyinə qorxu salmışdı. Yə­hu­di­lər müti və alçaldılmış halda Allahın Elçisinə (ona Allahın sa­la­va­tı və salamı olsun!) itaət etdilər, lakin onların məkrli ol­ma­sına və xəyanətkarlığına görə müsəlmanlar onların kişilərini edam et­di­lər və ancaq qadınları və uşaqları əsir götürdülər.

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(33. 27) “O, sizi onların torpaqlarına, evlərinə, mülkiyyə­tinə və onların, hətta, ayağınızı basmadığınız torpaqlarına varis etdi. Allah hər şeyə qadirdir”.

Bütün bunlar müsəlmanlara hərbi qənimət kimi qaldı, onların itaə­ti­nə keçmiş və əvvəllər ayaqları dəymədiyi torpaqlar isə, yəhudilərin fəxr etdiyi öz torpaqları idi və heç kimi ora ayaq basmağa qoymurdular. Fövqəluca yəhudilərin mülklərini və var-dövlətini möminlərə əta etdi və müsəlmanlara onların bir qismini edam etmək və digər qisminə isə mərhə­mət göstərmək imkanı verdi. Allah bütün varlıq üzərində hökmrandır. Onun fövqəl­qüd­rətinin həddi yoxdur və bunun sayəsində O (Pak və Müqəddəs), qullarının taleyini istədiyi kimi həll edir.
Bu surədə Fövqəluca Allah yəhudilərin, Mədinənin yaxın­lığındakı məskəndə yaşayan Kureyza adlı qəbiləsinin taleyi haq­qında xəbər verir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Məkkədən Mədinəyə hicrət etdikdə, o (s.ə.s.), yəhudilərə onunla (s.ə.s.) sülh müqaviləsi bağla­mağı təklif etdi. Yəhudilər İslamı qəbul etməkdən boyun qaçırdılar, lakin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə sülh müqaviləsi bağladılar və bunun əsasında onlar iudaizmə etiqadı davam etdirdilər, lakin müsəlmanlara qarşı döyüşməyəcəklərini öhdələrinə götürdülər.
Xəndək döyüşü qızışanda, yəhudilər qərara aldılar ki, müt­tə­fiqlərin nəhəng qüvvələri Allahın Elçisini (ona Allahın sala­vatı və salamı olsun!) və müsəlmanları mütləq məhv edə­cəklər. Onla­rın gümanları bir sıra qəbilə­lərin ağsaqqaları tərə­findən yalan tə­mi­natlar verilməsi ilə təsdiq edilirdi. Nəticədə onlar Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə sülh mü­qaviləsini poz­ma­ğı qərara aldılar və müşriklərin tərəfinə keçdilər.
Biz artıq qeyd etdiyimiz kimi, Allah müşrikləri Özünün yar­­­dımından məhrum etdi və onları qaçmağa məcbur qoydu. On­da Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qərara al­dı ki, Kureyza qəbiləsindən olan yəhudilərlə döyüşsün. Mü­səl­man­­­lar onların qalalarını mühasirəyə aldılar, yəhudilər təslim olub, əsir düşdükdə, Peyğəmbərin (s.ə.s.) şərəfli səhabəsi Səəd b. Muaz (Allah ondan razı olsun!) müşriklərin tərəfində döyüşən bü­­­tün kişiləri edam etməyi, bütün qadın və uşaqları əsir gö­tür­mə­yi təklif etdi. Müsəlmanlar belə də etdilər.
Bu, Allahın möminlərə göstərdiyi ən böyük mərhəmə­tin­dən biri idi. Onlar öz gözləri ilə görüb əmin oldular ki, Onun qul­la­rını çətin anda tərk edən xainlərdən Allah necə intiqam alır. On­lar əsirlərin bir hissəsini edam edərək, digər hissəsinə mər­həmət gös­tərdilər və Fövqəluca Allah bir anlığa belə olsa da Öz hi­ma­yə­si­ni və yardımını onlardan kənar çəkmədi.

 ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(33. 28) “Ey Peyğəmbər! Öz zövcələrinə de: “Əgər siz dün­ya həyatı­nı və zinətlərini istəyirsinizsə, gəlin sizə talaq haqqı­nızı ödəyim və sizi yaxşılıqla boşayım”.

Bu ayə Allahın Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) zövcələrinin bir yerə yığışaraq, onlara qiymətli hədiyyələr verməsini ondan (s.ə.s.) xahiş etmələri ilə bağlıydı. Onun (s.ə.s.) isə buna vəsaiti yox idi. Onlar bir ağızdan inadla öz xahişlərini yerinə yetirməyi təkid edirdilər və Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların hərəkətinə çox həssas yanaşdı. O (s.ə.s.) hətta and içdi ki, bir ay ərzində öz zövcələri ilə yaxınlıq etməsin. Belə olduqda, Fövqəluca Öz Elçisinin (ona Allahın sala­vatı və salamı olsun!) taleyini yüngülləşdirməyi, onun (s.ə.s.) saleh zövcələrini ucaltmağı və onların mükafatlarını hər vasitə ilə azalda bilən şeylərdən onları xilas etməyi qərara aldı. Bundan ötrü Allah ona (s.ə.s.) əmr etdi ki, öz zövcələrinə dünya nemətləri və Axirət həyatı arasında seçim etməyi təklif etsin və onlara de­sin: “Əgər siz təkcə bu dünyanın firavan­lığını və maddi nemətləri görəndə sevinmək və onlar olmadıqda isə qəzəb­lənmək istəyə­cəksinizsə, onda mənə belə zövcələr lazım deyil. Gəlin, mən sizə nəyim varsa verim və sizi yaxşılıqla azad edim. Biz xoşluqla ayrılarıq, bizə layiq olmayan hərəkətlərə yol verməmək üçün nə qəzəblənər, nə də mübahisə edərik”.



ö(33. 29) “Lakin əgər siz Allahı, Onun Elçisini və Axirət həyatını istəyirsinizsə, onda, bilin ki, Allah sizdən xeyirxahlıq edənlərə ən böyük mükafat hazırlamışdır”.

Əgər siz Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) mərhəmətini qazanmaq və Cənnət bağlarına düşmək istəyirsinizsə, var-dövlətə və ehtiyaca, sevincə və mü­sibətə əhəmiyyət verməməyə hazır­sınızsa, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) sizə hə­diyyə edəcəkləri ilə razı qalacaqsanızsa və onun (s.ə.s.) həyatını intəhasız xahişlərinizlə yükləməyəcəksinizsə, onda bilin ki, Allah sizlərdən mömin olan­lara Böyük əvəz hazırlamışdır.
Fövqəluca qeyd edir ki, onlar Böyük mükafatı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələri olduq­ları üçün deyil, ancaq öz xeyirxah əməlləri sayəsində alacaqlar. Əgər insan xeyirli işlər görmürsə, onda onun Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə qohumluğu Fövqəlucanın mükafatına layiq olmağa kifayət etmir. Bundan başqa, bu qo­hum­luq belə insana heç bir fayda verməz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Rəbbin hökmünü zövcələrinə xəbər verir və onlara seçməyi təklif edir. Peyğəmbərin (ona Allahın sa­lavatı və salamı olsun!) bütün zövcələri (Allah onlardan razı olsun!) Allaha, Onun Elçisinə və Axirət həyatına üstünlük ver­di­lər və onlardan heç biri bu seçimin düzgünlüyünə şübhə etmədi.
Fani dünya nemətləri və əbədi Cənnət Səadəti arasında se­çim etmək təklifi dərin məna kəsb edirdi. Birincisi, Allah Öz Elçi­sinə (ona Allahın sala­vatı və salamı olsun!) qayğı göstərmiş və onu (s.ə.s.) zövcələrinin çoxsaylı xahişlərindən xilas etmişdi.
İkincisi, Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) zövcə­lərindən asılı olmaqdan qurtulmuş və onlara öz istə­diyi vaxtda hədiyyə vermək imkanı əldə etmişdi. Fövqəluca bu­yurur: “Allahın Peyğəmbəri üçün zəruri qıldığı bir işdə, ona günah olmaz...” (Əhzab, 33/38).
Üçüncüsü, Allah Öz Elçisini (ona Allahın salavatı və salamı ol­sun!), dünyanın zinətləri Allahdan, Onun Elçisindən (ona Al­lahın salavatı və sa­lamı olsun!) və Axirətdə səadətdən daha də­yər-li olan qadınlardan qorudu.
Dördüncüsü, Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) pak zövcələrinin seçimi onların gözəl əxlaqlı, mömin və Al­lahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qə­zəbi qarşısında qorxu hissinə malik olmalarına dəlalət edir. Bun­dan başqa, Fövqəluca bununla Peyğəmbərin (s.ə.s.) zövcələ­ri­nə öz ərinə qarşı heç vaxt acıq etməməyi, onu (s.ə.s.) incit­məməyi və heç vaxt onun (s.ə.s.) Rəbbini özlərinə qarşı qəzəb­lən­dir­mə­mə­yi və ağrılı cəzaya düçar edilməməyi həvalə etdi.
Beşincisi, Allah Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) zövcələrinin üstünlüyünü və onların Allah qarşısında yük­sək məqamını və həmçinin onların fikir və niyyətlərinin pak­lı­ğını xü­­susilə vurğuladı. Həqiqətən, onlar Allahın və Onun El­çi­si­nin (ona Allahın salavatı və salamı olsun!) mərhəmətini qa­zan­ma­ğa can atırdılar və Cənnətə düşmək arzusu ilə yanır­dı­lar, dün­ya hə­ya­tı və onun fani nemətləri onlar üçün heç bir əhə­miy­yətə ma­­lik de­yil­di.
Altıncısı, Allah Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) düzgün seçim etmiş bütün zövcələrinə əmr etmişdi ki, Cənnətin ən yaxşı məskənlərində sakinləşməyə və Axirətdə də Peyğəmbərin zövcəsi olmağa hazırlaşsınlar.
Yeddincisi, Allah istəmişdi ki, Muhəmməd Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) zövcələri arasında ən gözəl və ən kamil ünsiyyət olsun. O (s.ə.s.), Adəm (ə) nəsillərinin ən ka­mi­li idi və onun (s.ə.s.) zövcələri də ən yaxşı və ən kamil olmalı idi­lər. Buna görə Fövqəluca buyurur: “Yaramaz qadınlar – ya­ra­maz kişilər üçün, yaramaz kişilər isə, yaramaz qadınlar üçün­dür və yaxşı qadınlar – yaxşı kişilər üçün, yaxşı kişilər – yaxşı qa­dınlar üçündür...” (Nur, 24/26).
Səkkizincisi, Allah, Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) zövcələrini azla qane olmağa dəvət edir. Bu məziyyətin sa­yəsində insanın qəlbi rahatlıq və sakitlik tapır, acgözlükdən, na­rahatçılıqdan, qəmdən və kədərdən xilas olur.
Doqquzuncusu, Rəbb Allahın Elçisinin (ona Allahın sala­va­tı və salamı olsun!) zövcələrinin mükafatını artırmaq və onları əv­vəl­lər heç bir qadının yüksəlmədiyi dərəcələrə ucaltmağı istə­miş­dir. Məhz buna görə, O (Pak və Müqəddəs) iki aşağıdakı ayə­ni na­zil et­miş­dir.

ﯫﯬﯭﯮﯯﯰ ﯱ ﯲ ﯳ ﯶﯷ ﯺﯻﯼ

(33. 30) “Ey Peyğəmbərin zövcələri! Əgər sizlərdən kimsə açıq-ay­dın əxlaqsızlıq edərsə, onda onun əzabı ikiqat artırıla­caqdır. Bu, Allah üçün asandır”.

Fövqəluca xəbər verir ki, əgər onlar Allaha itaətsizlik etsə­lər və açıq-aydın yaramazlıq etsələr, onda onların cəzası ikiqat artırılacaq. Bununla O (Pak və Müqəddəs), Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələrinə günah işlətməmək ba­rədə xəbərdarlıq edir və onları Fövqəluca Rəbbə minnətdarlıq etməyə ruhlandırır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

(33. 31) “Sizdən Allaha və Onun Elçisinə itaət edən xe­yirxah bir iş görərsə, Biz onu ikiqat mükafatla təltif edərik və Biz onun üçün bol ruzi hazırlamışıq”.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zöv­cə­lə­rindən hər biri son nəfəsinə kimi Allaha və Onun Elçisinə (s.ə.s.) ita­ət etdi, Allahın bəyəndiyi işlər gördü ki, bunların sa­yə­sin­də də Axi­rətdə onları gözləyən mükafat heç kəsdə şübhə do­ğur­mur.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ

(33. 32) “Ey Peyğəmbərin qadınları! Siz başqa qadınlar ki­mi de­yil­siniz. Əgər təqvalısınızsa, nazla danışmayın ki, ürə­yin­də mərəz olan­lar tamaha düşməsin, ciddi və ləyaqətlə danışın!”

Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün zövcələrinə yönəldilmiş müraciətdir. Fövqəluca onlara xəbər verir ki, əgər onlar əməlisaleh olsalar və Allahdan qorx­salar, onda qalan bütün qadınları ötüb keçərlər. Muhəmməd Pey­ğəm­bərin (ona Allahın salavatı və salamı olsun!) zövcələri Rəbbin hök­münə itaət edərək, bütün imkanlardan istifadə edirdilər ki, mö­minlikdə və təqvalılıqda kamilliyə nail olsunlar.
Onların möminliyə və əxlaq normalarına daha mükəmməl ri­ayət etmə­ləri üçün Fövqəluca Allah onlara insanı günaha sövq edən bütün əməl­lərdən çəkinməyi əmr etmişdi. O (Pak və Mü­qəd­dəs), özgə kişilərə artıq dərəcədə mehribançılıq göstər­mə­yi qa­dağan edir ki, bu, qəlbi xəstə olanları, yəni, günah işlətməyə me­yilli kişiləri yoldan çıxarmasın. Belə insanlar həmişə yaramaz hə­rəkətlər etməyə hazır olurlar və bəzən bundan ötrü onlara ən kiçik bir təkan da bəs edir. Bunun səbəbi ondadır ki, onların qəlbi xəstədir. Onlar, qəlbi bu xəstəlikdən xilas edilmiş və bunun sa­yə­sin­də günah işlətməyə meyilli olmayan, Allaha itaətsizlik gös­tər­mək təsirinə qapılmayan, tamaha düşməyən insanlara qətiyyən ox­şamırlar. Xəstəliyə düçar olmuş ürəklər, sağlam ürəklərin heç bir çətinlik çəkmədən keçirdik­ləri hallara dözə bilmirlər. Onlar asan­lıqla öz nəfslərinə uyur və insanı günah törətməyə sövq edən ən az əhəmiyyətli amillərə qarşı belə müqavi­mət göstərməyi ba­car­mırlar.
Bu ayəyə istinad edərək, ilahiyyatçılar belə bir nəticəyə gəl­miş­lər ki, günah törədilməsinə yönəldən bütün hərəkətlər, dav­ra­nış­lar Fövqəlucanın şəriəti ilə həmçinin haram edilmişdir. Kişi ilə qa­dın arasında mehriban­casına aparılan söhbət özlü­yündə günah ol­masa da, Allahın dini belə danışıqları, insanı günaha sürükləyə bi­ləcəyi ilə əlaqədar olaraq, haram edir. Buna görə qadınlara baş­qa kişilərlə nəvazişlə və məftunedici səslə danışmağa icazə ve­ril­mir.
Qadının yad kişilərlə kobud və hörmətsizliklə danışmalı ol­ma­sı kimi yanlış bir zənnə heç kimin qapılmaması üçün, Föv­qəl­uca onlara yad kişilərlə nəzakətli olmağı qadağan etməmiş, on­la­ra yalnız tamahasalıcı səslə[5] danışmaq haram buyurul­muş­dur. Əgər qadın özünü nəzakətlə aparır və öz səsinin məlahəti və dav­ra­­nışı ilə kişini tovlamaq istəmirsə, onda belə rəftarda qəba­hət­li bir şey yoxdur. Bundan əlavə, özünü nəzakətlə apar­maq əzə­mə­tin və şəxsi ləyaqət hissinin təzahürü də ola bilər. Qadının belə dav­­­­ranmaq tərzi həmsöhbətində utandırıcı arzu­ların baş qal­dır­ma­sına səbəb olmur. Buna görə Allah Öz Elçisini (ona Allahın sa­la­vatı və salamı olsun!) həlimliyinə və nəzakətli olmasına görə belə tərifləyir: “Allahın mərhəməti sayəsində sən onlarla mü­la­yim rəftar edirdin...” (Ali-İmran, 3/159). Rəbb Musa və Harun pey­­ğəmbərlərin (ə) hər ikisinə buyurmuşdu: “İkiniz də Fironun ya­nına gedin, çünki o, həddi aşmışdır. Onunla müla­yim da­nı­şın, ola bilsin ki, o, nəsihətə qulaq assın və ya qorx­sun” (Ta-ha, 20/43-44).
Allah qullarına cinsiyyət orqanlarını günahdan qorumağı və zinakar­lıqdan çəkinməyi əmr etmişdir və bildirmişdir ki, in­san­­ların asanlıqla gü­nah işlətməyə meyil edən ürəkləri mərəzə tu­­tulmuşdur. Buna görə hər bir insan qadını görərkən və ya onun­la danışarkən ona ehtiras hiss edirsə, bilməlidir ki, onun qəl­bi bu yaramaz xəstəliyə tutulmuşdur. O, bu eyibi ilə mübarizə apar­­malı, öz pozğun istəklərinə müqavimət göstərməli və var qüv­­vəsi ilə çalışmalıdır ki, öz qəlbini ondan təmizləsin və Al­lah­dan ona kömək etməsini və onu günahdan qorumasını xahiş et­sin. İnsan yalnız belə etdikdə, özünü Allaha itaətsizlik göstər­mək­dən və zinakarlıq etməkdən qoruya bilər.

ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(33. 33) “Öz evlərinizdə oturun, ilk cahiliyyə dövründə açıq gəzdi­yiniz kimi gəzməyin, namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ailə üzvləri, Allah sizi yalnız çirkinlikdən xilas etmək və təmizlə­mək istəyir”.
Öz evlərinizi tərk etməyin, çünki qadın üçün öz evində qal­ma­sı həmişə təhlükəsiz və yaxşı olur. Evlərinizdən, islama­qə­dərki büt­pərəst cahilliyyə dövründəki bəzənmiş və ətirlənmiş, elmin və ima­nın nurundan məhrum olmuşlar kimi çıxmayın. Fövqəluca müsəlman qadınlara buyur­muşdur ki, bu qaydalara riayət etsinlər və bununla, Rəbbin bu hökmləri yerinə yetiril­mə­diyi halda, yer üzündə yayıla biləcək şərin və əxlaqsız­lığın qarşısı alınsın.
Sonra Allah onlara buyurur ki, Rəbbə itaət etsinlər, namaz qılsınlar və zəkat versinlər. O (Pak və Müqəddəs), namazı və zəkatı xüsusilə qeyd etmişdir, çünki onlar ibadətin ən böyük və ən şərəfli ayinlərin­dəndir. Hər bir insan onları qüsursuz yerinə yetirməli və bunlara ehtiyac duyma­lıdır. İnsan namaz qılmaqla Allaha imanının səmimi olduğunu nümayiş etdirir, zəkat ver­dikdə isə, Rəbbin ehtiyacı olan qullarına yardım göstərmiş olur. Bu hökmündən sonra, Fövqəluca bir daha onlara əmr edir ki, bütün məsələlərdə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tabe olsunlar və bu əmr dinin bütün vacib və könüllü hökmlərinə aiddir.
Sonra Fövqəluca Muhəmməd Peyğəmbərin (ona Allahın sa­lavatı və sa­lamı olsun!) ailə üzvlərinə müraciət edərək, belə bu­yu­rur: “Ey Peyğəmbər­in ailə üzvləri! Allah sizi çirkinlikdən qo-ru­maq və büsbütün tə­mizləmək istəyir. O (Pak və Müqəddəs), si­zə Öz hökmlərini və haramlarını nazil edir ki, sizi şərdən, çir­kin­lik­dən və qüsurlardan təmizlə­sin və sizi pak məxluqlar etsin. Bu­na görə Rəbbinizə həmd edin və sizə nazil etdiyi hökm və ha­ram­la­ra görə minnətdarlığınızı bildirin və siz onlara riayət etməklə, xe­yir və faydadan başqa heç nə qazanmazsınız. Həqi­qətən, Allah sizi çətin vəziyyətə salmaq istəmir, yalnız sizin qəlblərinizi tə­miz-lə­mək, sizə gözəl əxlaq bəxş etmək, əməllərinizi xeyirxah etmək istəyir ki, bunun sayəsində mükafatlarınız artsın”.
 ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(33. 34) “Evlərinizdə Allahın ayələrindən və Hikmətindən oxunan­ları xatırlayın. Həqiqətən, Allah – Lütfkardır, Xəbərdar­olan­dır”.
Xeyirxah işlərin görülməsi və günahlardan xilas olma hə­qi­qi bi­liklər­siz mümkün olmadığı üçün, Fövqəluca, Peyğəmbər­in (s.ə.s.) zöv­cələrinə buyurur ki, elmə yiyələnsinlər və bunu necə et­məli ol­duq­larını onlara izah edir. Bu vəhydə “ayələr” kimi xa­tır­lanan – Şə­rəf­li Qurandır, Hikmət isə, Allahın Elçisinin (ona Allahın salavatı və sa­lamı olsun!) hədisləridir ki, onlar sonuncu Səmavi Kitabın sirlərini açıqlayır. Onları layiqincə o şəxslər xatırlayırlar ki, onları oxumuş və on­ların əsil mənaları üzərində düşünmüş olsunlar, onlardakı hökm­ləri dərk etmiş və onlara riayət etmiş olsunlar. Həqiqətən, Allah – Lütf­kardır və hər şeydən Xəbərdarolandır. Ona ən məxfi təşəbbüs­lər də, ən gizli niyyətlər də məlumdur. Göylərdə və yerdə heç bir sirr Ondan gizli qala bilməz və eləcə də Onun qullarının gizli və aş­kar əməlləri Ondan gizlədilə bilməz. Bütün bunlar insanları Allaha sə­mimiy­yətlə qulluq etməyə və xeyirxah işləri başqalarının nəzər­lə­rin­dən gizlində görməyə və yalnız Tək Allahın mükafatına ümid bəs­lə­məyə yönəltməlidir.
Bundan başqa, Fövqəluca Öz məxluqlarına qarşı xeyir­xah­dır. O (Pak və Müqəddəs), onlara xeyirxahlığa doğru yol göstərir və onları şərdən qoruyur, lakin onlar bunu hiss etmək gücünə ma­­lik deyillər. O (Pak və Müqəddəs), onlara ruzi və var-dövlət na­zil edir, lakin onlar bunu görmürlər. Onun onlara yerinə ye­tir­mə­yi buyurduğu şeylər heç də həmişə xoşa gələn şeylər olmur, am­ma onlar bilmirlər ki, məhz bu yol insanı ən uca dərə­cələrə çat­dırır.

ﮢﮣﮤﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(33. 35) “Həqiqətən də, müsəlman kişilər və müsəlman qa­­dın­lar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və ita­ət­kar qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və sə­bir­li qadınlar, müti kişilər və müti qadınlar, sədəqəverən kişilər və sədəqəverən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, bə­karətini saxlayan kişilər və bəkarətini saxlayan qadınlar, Allahı tez-tez xatırlayan kişilər və qadınlar üçün Allah bağışlanma və Bö­yük Mükafat hazırlamışdır”.

Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zöv­­cələrinin digər qadınlara oxşamadıqlarını və onların mükafa­tı­nın və cəzasının artı­rılacağını xatırlatdıqdan sonra, Fövqəluca Al­lah digər mömin qadınların taleyini yada salır və qeyd edir ki, on­lar da kişilərlə bərabər mükafat alacaqlar. Bu mükafatlar, qəl­bən və bədən hərəkətləri ilə Fövqəlucanın Qanunlarına riayət edən, düzgün dini etiqad sahibi olan, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərini yerinə yetirən, doğ­ru danışan və xeyirxah işlər görən, çətinlikləri və bəlaları sə­birlə qarşı­layan, namaz vaxtı və digər işlərində Fövqəluca Allah qarşısında mütilik və itaətkarlıq göstərən, fərz və könüllü sədə­qə­lər verən, zinakar­lıqdan və ona aparan bütün yollardan çəki­nən və həmçinin Allahı tez-tez, xüsusilə gün çıxmazdan və batmaz­dan öncə və fərz namazlardan sonra, xatırlayan müsəlman kişilər və müsəlman qadınlar üçün hazırlan­mışdır. Kim ki, gözəl keyfiy­yətlərə malikdir, düzgün İslam əqidəsi sahibidir, doğru sözlər danı­şır, xeyirxah işlər görür, özünə və ətrafdakılarına fayda verir, şər və yara­maz əməllərdən özünü saxlayır, o, qəlbən və bədəni ilə dinin hökmlərinə riayət edir və xeyirxah və mömin müsəlmandır.
Belə insanlar öz yaxşı əməlləri ilə etdikləri günahları yuyur və bunun sayəsində Rəbbinin bağışlamasına layiq görülürlər. La­kin onlar üçün də ba­­ğış­lan­maları ilə yanaşı, həmçi­nin baxışların gör­­­mədiyi və qulaqların eşit­mə­diyi, hətta insan qəlbinin təsəvvür be­lə etmədiyi şeylər hazırlanmış­dır. Bu – Böyük mükafatdır və bu­­nun bütün gözəllikləri haqqında Fövqəluca Bəxşedəndən baş­qa, hə­lə heç kim bir şey bilmir. Ey Rəbb, bizi də o mö­minlərin ara­sı­na qat!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ

(33. 36) “Əgər Allah və Onun Elçisi qərar qəbul ediblərsə, mömin kişi və mömin qadın üçün qərar qəbul etdikləri zaman başqa seçim yoxdur. Kim Allaha və Onun Elçisinə itaətsizlik göstərərsə, o, yolunu açıq-aşkar azmışdır”.

Özünü haqq dinlə şərəfləndirmiş hər kəs Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) iltifatını qazan­ma­ğa çalışmalı və var gücü ilə Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qəzəbinə səbəb ola biləcək hər cür əməldən uzaq durmalıdır. Möminlər dinin bütün tələblərini yerinə yetirməli və günahlardan çəkinməlidirlər. Onlara Quranın və Sünnənin hökmlərinə riayət edib-etməmək üzərində düşün­mək yaraşmaz. Onlar Muhəmməd Peyğəmbəri (ona Allahın sala­vatı və salamı olsun!) özlərini sevdiklərindən daha çox sevməyə borcludurlar və öz alçaq istəklərini Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərindən üstün tutmamalıdırlar. O kəs ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətsizlik edərsə, açıq-aşkar azğınlıq içində olacaqdır. Belə bir adam Allahın mərhəmətinə nail olmağa aparan doğru yoldan boyun qaçırır və insanı əzab-əziyyətli cəzaya məhkum edən azğınlığa üstünlük vermiş olur.
Beləliklə, Fövqəluca əvvəlcə müsəlmanı Allaha və Onun El­çi­sinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməyə yö­nəl­dən səbəbi xatırladır, sonra isə onu itaətsizlikdən çəkindirən sə­bə­bi yada salır. Bu səbəb – qisas və amansız cəza gözləyən az­ğın­la­rın arasına düşmək təhlükəsidir.

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ

(33. 37) “Budur, sən, Allahın mərhəmət göstərdiyinə və sənin də ona mərhəmət göstərdiyinə belə dedin: “Zövcəni ya­nında saxla və Allah­dan qorx”. Sən Allahın aydınlaşdırdığını qəlbində gizlətdin və insanlar­dan ehtiyat etdin, halbuki sənin ehtiyat etməyinə Allah daha çox layiq­dir. Zeyd onunla əlaqə­sini kəsincə, onu səninlə evləndirdik ki, övladlığa götürülən­lə­rin öz qadınlarını boşadıqdan sonra möminlərin onlarla evlən­məsində bir çətinlik olmasın. Allahın əmri hök­mən icra edilir!”


Fövqəluca Allah bu ayəni nazil etmişdir ki, möminlər öv­ladlığa gö­türdükləri uşaqların heç bir halda öz doğma uşaqları ilə eyni hüquqda ol­madıqlarını və ögey ata isə özünün ögey oğlu­nun sabiq zövcəsi ilə evlən­məyə haqqı olduğunu bilsinlər. Lakin ərəblər uşaqları çox vaxt övladlığa götürür və ögey övladla doğ­ma uşaqlarının arasında heç bir fərq qoymurdular və yalnız çox əhəmiyyətli bir hadisə onların şüurunda kök salmış təsəv­vürü dəyişməyə qadir ola bilərdi. Buna görə, Fövqəluca istəyir­di ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu yanlış təsəv­vürlərə sözü və əməli ilə son qoysun. Allah bir işi həyata keçirmək niyyə­tində olduqda, O (Pak və Müqəddəs), onun üçün öncədən zəmin və səbəb yaradır.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) pey­ğəmbərliyinin başlamasından xeyli əvvəl Harisə oğlu Zeydi oğulluğa gö­tür­müşdü. Adamlar onu Muhəmmədin oğlu Zeyd çağırırdılar. Lakin ögey övladları onların doğma atalarının adı ilə adlandırmaq haqqında hökm[6] nazil edil­dikdə, müsəlman­lar yenə onu Harisə oğlu Zeyd adlandır­mağa başla­dılar. O (A. o.r.), Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) xalası qızı Zeynəb bint Cəhşlə evlənmişdi. Allahın iradəsi ilə on­ların nikahı qısamüddətli oldu və Zeyd Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib, Zeynəbi boşamaq üçün ondan (s.ə.s.) icazə istədi. O vaxt Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) fikirləş­mişdi ki, əgər Zeyd Zeynəbi bo­şayarsa, hökmən onunla evlənsin.
Fövqəluca bu hadisəni Öz Elçisinin (s.ə.s.) yadına salaraq qeyd et­mişdir ki, O (Pak və Müqəddəs), Zeydə (A.o.r.) haqq din və təqva­lılıq əta edərək, ona mərhəmət göstərmişdi, Peyğəmbər (s.ə.s.) isə onu kölə­likdən azad etmiş və Cəhənnəm Odundan xi­las­­ol­ma yoluna yönəltmişdi. Zeyd (A.o.r.) Allahın Elçisinə (ona Al­lahın salavatı və salamı olsun!) mü­ra­ciət etdikdə, o (s.ə.s.) ona (A.o.r.) səmimi və xeyirxah bir məsləhət vermişdi, halbuki Zey­nəb Peyğəmbərə (s.ə.s.) ərə getmək istəmişdi və o özü də bu ba­rə­də fikirləşmişdi. O (s.ə.s.) demişdi: “Ondan boşanma və aranızda olan­lara səbirlə döz, həm zövcənlə təmasda, həm də başqa iş­lə­rin­də Allah­dan qorx. Sənin təqvalılığın sənə səbirli ol­maqda kömək edər və səni buna alışdırar”.
Ey Muhəmməd! Zeydin ondan tamamilə ayrılacağı halda, Zeynəblə evlənməyə hazır olduğunu sən heç kimə deməmişdin və sən qorxurdun ki, insanlar sənin niyyətini bilsinlər. Lakin sən insanlardan deyil, Fövqəluca Allahdan qorxmalıydın. Rəbbin qarşısında qorxu hissi sizə hər hansı neməti əldə etməyə və hər hansı şərdən xilas olmağa kömək edir. Zeyd (A.o.r.) boşanmağı qərara aldıqda və Zeynəbdən ayrıldıqda, Biz səni onunla evlən­dirdik. Bunu Biz ona görə etdik ki, möminlərə, öz ögey oğul­la­rının boşamış olduqları sabiq zövcələri ilə evlənməyə icazə ve­rilsin. Bunda böyük bir hikmət və böyük bir fayda vardır, çünki möminlər uzun illər sənin oğlun adlanan Zeyd b. Harisə oğlunun zövcəsi ilə evlənməyini həmişə yadda saxlayacaqlar. Lakin ögey oğulların sabiq zövcələri ilə evlənməyə, onların tamamilə boşan­malarından sonra icazə verilir. Allahın hökmü danışıqsız olaraq yerinə yetirilir, heç nə buna maneə olmamalıdır.
Quranın bu ayələrinin nazil edilməsinə səbəb olmuş əhvalatlardan bir sıra faydalı nəticələr çıxarmaq olar.
– Fövqəluca Zeyd b. Harisənin (A.o.r.) üstünlüyünü vur­ğu­la­mışdır. Onun bu üstünlüyü – Allahın onun (A.o.r.) adını Şərəfli Qu­randa çəkmə­sindədir və bu şərəfə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhabələ­rindən heç biri la­yiq görülməmişdir. Bundan başqa, Allah xəbər vermişdir ki, O (Pak və Müqəddəs), Zeydə mər­həmət göstər­mişdir, yəni, ona (A.o.r.) iman bəxş etmiş və onu (A.o.r.) müsəlman­lardan biri et­miş­dir. Bu isə o deməkdir ki, Rəbb Zeydi dinə qəlbi və canı ilə sa­diq olan mömin müsəlman etmişdir. Bu ayədə bəhs edilən mər­hə­­mət, şübhəsiz ki, xüsusi mərhəmətdir və Allah onu Öz mömin bən­dələrinə əta edir. Əks halda, Allahın ona (A.o.r.) Öz mər­həmətini bəslə­məsini xüsusi ilə vurğulamasının mənası ol­mazdı.
– Fövqəluca xatırladır ki, azad edilmiş kölə, onu qul əsa­rətindən azad edən insana minnətdar olmalıdır.
– Müsəlmanlara öz ögey oğullarının sabiq zövcələri ilə ev­lənməyə icazə verilir.
– Allah müsəlmanlara əyani surətdə göstərmişdir ki, in­sanları öz nümunəsi əsasında öyrətmək və buna əlavə sözlə izah vermək, sadəcə sözlə izah etməkdən daha böyük faydalı nəticələr verir. Haqqa dəvətin mömin dəvətçinin öz təqvalı əməlləri ilə təsdiq edilməsi daha parlaq işığa bənzərdir.
– Allah bildirir ki, Peyğəmbər (ona Allahın salavatı və sala­mı olsun!) Zeynəbə bəslədiyi hisslərini insanlardan gizlədirdi, bu isə o demək idi ki, başqasının zövcəsinə vurulmuş insan özünü yol­­verilməz hərəkətlərdən saxlayırsa, onda günah sahibi olmur. Əgər o, sevdiyi qadın ərindən boşandıqdan sonra, onunla evlən­mə­­yə ümid bəsləyirsə, yenə günah bir iş tutmuş olmur. Lakin o, ər-arvadı boşanmağa məcbur etmək və ya onları bir-birindən ayır­ma­ğa cəhd göstərmək haqqına malik deyil. Məhz buna görə, Pey­ğəm­bər (ona Allahın salavatı və salamı olsun!) öz əsil hiss­lə­ri­ni giz­lədirdi.
– Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dav­ranışı onu göstərir ki, o (s.ə.s.) öz vəzifəsini qüsursuz olaraq ye­rinə yetirmiş və Vəhyi bəşəriyyətə bütövlüklə çatdırmışdır. O (s.ə.s.), Allahın nazil etdiyi ayələrindən heç bir şeyi, hətta Allah onu (s.ə.s.) bu və ya digər hərəkət­lərinə görə ayələrdə məzəmmət et­dikdə belə, insanlardan gizli saxlama­mışdır. Bu ona dəlalət edir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) Allahın əsil Elçisi idi və Allahın Təlimini təbliğ edir və bu el­­­min sayəsində özünü digər insanlardan üstün tutmağa çalış­mır­dı.
– Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ona məs­ləhət almaq üçün müraciət ediləndə göstərdiyi səmimiy­yəti təsdiq edir ki, məsləhət alınması üçün müraciət edilən mömin, bu onun öz mənafelərinə, məqsədlərinə və istəklərinə zidd olsa da belə, qardaşına ən faydalı və düzgün saydığı məs­lə­hə­ti verməlidir.
- Elçi (s.ə.s.), boşanmaq istəyən bütün ər-arvadlara bütün imkanları vasitəsi ilə nikahı pozmamağa səy göstərməyi məsləhət görmüşdür, çünki ailənin davam etdirilməsi boşanmadan daha yaxşıdır.
- Fövqəluca Allah qullarına əmr etmişdir ki, Onun qul­la­rın­dan­sa, Rəbbin Özündən daha möhkəm qorxsunlar.
- Allah möminlərin anası Zeynəbin (A.o.r.) taleyini təyin et­miş və onu (A.o.r.) Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) şahidlərin iştirakı ilə nişanlanmadan və nikah bağla­madan ərə vermişdir. Zeynəb həmişə bununla Allahın Elçisinin (ona Al­la­hın salavatı və salamı olsun!) digər zövcələri qarşısında çox fəxr edər­di və belə deyərdi: “Sizi qohumla­rınız ərə vermişdir, məni isə Allah Özü yeddi səmanın ardından evləndir­mişdir”.
- Zeynəbin (A.o.r.) hekayəti inandırıcı şəkildə təsdiq edirdi ki, əgər əri öz arvadını qəti olaraq boşamazsa, heç kim evli qa­dın­la evlənmək haqqına malik ola və hətta bu yöndə hər hansı bir cəhd belə edə bilməz. Qəti boşanma isə iddət müddətinin sona çat­ması ilə bağlıdır ki, bu müddət ərzində boşanmış qadın öz əri­nə mənsub olmaqda davam edir və onun hakimiyyəti altında qa­lır, baxmayaraq ki, bu halda ər boşadığı arvadına aid heç bir hü­qu­qa malik olmur.

ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(33. 38) “Allahın Peyğəmbərə fərz qıldıqlarına görə ona gü­nah gəlməz. Əvvəlkilərin barəsində də Allahın qanunu be­lə­dir. Allahın əmri – təyin etdiyi Qədərdir”.

Fövqəluca Öz Elçisini (s.ə.s.) çoxarvadlılığa görə məzəm­mət edən­lərin ittihamından xilas etmişdir. Həqiqətən də, bu itti­ham­lar əsassızdır, çünki Allahın Elçisi (ona Allahın salavatı və sa­la­mı olsun!) Allahın ona (s.ə.s.) bir neçə qadınla evlənməsinə ica­zə verdiyinə görə məsuliyyət daşı­mır. Rəbbin qədəri əvvəlki pey­ğəm­bərlər və elçilər üçün də beləymiş. Həqiqətən, Onun hökmü müt­ləq icra edilir.


ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ
(33. 39) “Onlar Allahın vəhyini çatdırar və Ondan qorxardılar, Allahdan başqa heç kimdən qorxmazdılar. Hesab­çəkən olaraq Allah kifa­yətdir!”

Sonra Allah əvvəllər yaşamış elçilərin məziyyətlərindən xə­bər verir. Onlar Allahın qullarına Şərəfli Kitabların ecazkar mis­ra­la­rı­nı oxuyur, Rəb­bin mövcudlu­ğunu və fövqəlqüdrətini təsdiq edən də­lillər göstərir və on­ları doğru yola gəlməyə dəvət edir­di­lər. Bu za­man onlar təkcə Allahdan qorxur və Onunla bərabər heç kim­dən qorx­murdular. Bütün bunlar onu göstərir ki, hər bir pey­ğəm­bərin və­zifəsi insanları doğru yola çağırmaq və Rəbdən qorx­maq, Onun hökm­lərini qüsursuz yerinə yetirmək və Onun ha­ram­larını poz­ma­maq idi. Allahın Öz qullarının əməl­lərinə nə­za­rə­ti və onları məs­u­liy­yətə cəlb edəcəyi kifayətdir. Bu sözlərdən ay­dın olur ki, Al­lah Öz El­çisinin (s.ə.s.) əməllə­rindən agahdır və əv­vəlki pey­ğəm­bər­lərə də bir neçə arvadla evlənməyə icazə ve­ril­miş­miş.

 ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ


(33. 40) “Muhəmməd – sizin kişilərinizin heç birinin atası deyil, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi Biləndir”.

Bu – bütün müsəlmanlara müraciət və Zeyd b. Harisənin (A.o.r.) Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) oğlu olmamasına bir işarədir. Bu ayə ümumi səciyyəlidir və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) kişilərdən heç kimə nə doğma ata, nə də övlad götürmək yolu ilə atalıq deyildir. Lakin öncə biz qeyd etmişdik ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bütün möminlərin atası hesab olunur, onun zövcələri isə möminlərin anasıdır. Müsəl­man­ların Muhəmməd Peyğəmbərin məhz belə atalıq olmasını inkar etməmələri üçün Fövqəluca Allah bildirmişdir ki, Muhəmməd Allahın elçisi və sonuncu peyğəmbəridir (ona Allahın salavatı və salamı olsun!). Hər bir müsəlman ona (s.ə.s.) itaət etməli və onun (s.ə.s.) yolu ilə getməli, ona (s.ə.s.) inam gətirməli və nəsihətlərinə əsaslanmalı və həmçinin onu (s.ə.s.), kim olmasından asılı olma­ya­raq, hamıdan çox sevməlidir. Peyğəmbər (s.ə.s.) o dərəcədə sə­mi­mi və xeyirxah nəsihətçi idi ki, möminlərlə – ata övladları ilə dav­ranan kimi davranardı.
Allah isə hər bir məxluqatdan xəbərdardır. Onun ilahi elmi bü­tün varlığı əhatə edir və O (Pak və Müqəddəs), ilahi vəhyini ki­mə etibar edəcəyini və kimin Allahın mərhəmətinə layiq ol­du­ğu­nu hamıdan yaxşı bilir.

 ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ

(33. 41) “Ey iman gətirənlər! Allahı çoxlu-çoxlu xatırlayın”
(33. 42) “və Onu sübh çağı və gün batmazdan öncə şə­rəfləndirin!”

Fövqəluca möminlərə buyurur ki, onlar öz Rəbbini tez-tez ya­da sal­sınlar, ucaltsınlar, şərəfləndirsinlər və tərifləsinlər və on­la­rı öz Rəbbinə yaxınlaşdıra bilən gözəl sözlər danışsınlar. Buna gö­rə müsəlmanlar günəş həm çıxmazdan və həm də bat­mazdan əv­vəl, beş fərz namazdan sonra, müsibət anında və xeyirxah işləri baş­lamazdan öncə Allahı yada salmalı­dırlar. Bu, mömin tə­rə­fin­dən Fövqəlucanın bu hökmünü qüsursuz yerinə yetirə bi­lə­cə-yi­nin az bir hissəsidir, çünki Allahın qulu öz Rəbbini hər an və is­tə­ni­lən şəraitdə xatırlamalıdır. Allahı yadasalma elə bir ibadətdir ki, insan onu hətta istirahət etdiyi vaxtda da yerinə yetirməlidir. Bu ibadət möminə Rəbbi daha yaxşı dərk etməyə, Onu daha möh­kəm sevməyə və həmçinin böyük nemət əldə etməyə və dilini ya­ramaz sözlərdən və yararsız nitqlər­dən qorumağa kömək gös­tə­rir. Ən yaxşısı isə, Allahı günün əvvəlində və sonunda, dan yeri açı­landan və günəş batmazdan öncə yad etməkdir. Bu vaxtlar ən şərəfli və mübarək vaxtlardır və bu vaxtda başlanan istənilən təşəbbüs xüsusi çətinlik çəkilmədən həyata keçir.

 ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏﰐ ﰑ ﰒ ﰓ ﰔ ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(33. 43) “Odur sizə mələkləri ilə birgə Salavatgöndərən və sizi zülmətdən İşığaçıxaran. O, möminlərə Rəhmedəndir.
(33. 44) “Onların Ona qovuşacaqları Həmin gün bir-bi­rinə dilə­yəcəkləri: “Salam!” olacaqdır. O isə onlara bol mü­kafat hazırlamış­dır”.

Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində möminlərə mərhəmə­tini və bərəkətini nazil edir və həm də mələklərinə buyurur ki, onlar da mömin müsəlmanlara xeyirxahlıq diləyib, onlar üçün dua etsinlər. Bunun sayəsində göylərin sakinləri Ondan xahiş edirlər ki, insanları günahların və nadanlığın zül­mətindən imanın və haqq elmin nuruna qovuşdursun. Öz çiyin­lərində Rəhmanın Ərşini daşıyan mələklər və onları əhatə edən mələklər Ona: “Ey Rəbbimiz! Sən bütün hər şeyi mərhəmətin və elminlə qapsamışsan. Tövbə edib, Sənin yolunla gedənləri bağışla və onları Cə­hən­­nəm əzabından qoru. Ey Rəbbimiz! On­ları və həmçinin onların saleh­lərdən olan atalarını, zövcələrini və nəsillərini, vəd etdiyin Ədəm bağ­larına daxil et. Həqiqətən, Sən – Fövqəlqüdrətlisən, Müdriksən. On­ları gü­nahlardan mü­da­fiə et, axı Həmin gün günahlardan qoruduqlarını yal­nız Sən əfv edəcəksən. Böyük uğur da elə budur!” (Ğafir, 40/7-9).
Allahın Öz qulları haqqında belə qayğı çəkməsi Onun on­la­ra bəslə­diyi böyük mərhəmətinin təzahürüdür və onlara Onu da­ha tez-tez yada salmalı olduqlarını xatırladır. Allahın mömin­lərin mad­di həyatını Öz hima­yəsinə götürməsi ilə bağlı olan mər­hə­mə-ti belədir. Axirət həyatına gəldikdə isə, orada möminləri ən gözəl və ən şərəfli mükafat gözləyir. Onlar öz Rəbbinin ilti­fatını qa­zan­ma­ğı bacardıqlarına görə bəxtəvər ola­caqlar. Onlar Onun salam­laş­masından vəcdə gələcək və Onun ecazkar nitqini dinləyib həzz ala­caq, Onun ilahi Üzünü görmək haqqına malik olacaq və böyük mü­kafatdan ləzzət duyacaqlar ki, onun bütün digər gözəllikləri Fövqəluca Bəxşedəndən başqa heç kimə məlum deyil.

 ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(33. 45) “Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və xə­bər­darlıq edən nəsihətçi kimi göndərdik”
(33. 46) “ki, Onun izni ilə, nur saçan çıraq kimi, Allaha dəvət edə­sən”.

Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) bir sıra məziyyətləri haqqında xəbər verir ki, on­ların hər biri istə­nilən peyğəmbərlik vəhyinin hədəfi, əsası və mahiyyətidir. Birincisi, Rəbb onu (s.ə.s.) şahid kimi göndərmişdir, yəni Qiyamət günü Elçi (s.ə.s.) öz davam­çılarının bütün yaxşı və pis əməlləri haqqında şəhadət verəcəkdir. Fövqəluca belə buyurur: “Biz sizi orta yol tutan bir ümmət etdik ki, siz bütün bəşəriyyətə şahidlik edəsiniz, Elçi isə sizin özünüzə şahidlik et­sin...” (Bəqərə, 2/143);
“Biz hər ümmətdən bir şahid gətirsəydik və səni onların əleyhinə şahid etsəydik nə baş verərdi?” (Nisa, 4/41). Muhəm­məd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ədalətli şahid olacaq və onun (s.ə.s.) şəhadəti nəzərə alınacaqdır.
İkincisi və üçüncüsü, Rəbb onu (s.ə.s.) müjdəçi və xəbər­darlıq edən nəsihətçi kimi göndərmişdir. Onun (s.ə.s.) peyğəm­bərliyinin mahiyyətini daha yaxşı anlamaq üçün biz, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) kimi sevindirməli və kimi xəbərdar etməli olduğunu, insan­ları nə ilə sevindirməli və nədən çəkindirməli olduğunu və həmçinin insan­ların hansı üsul ilə onun (s.ə.s.) xəbər verdiyi arzuolunanı əldə edə­cəklərini və xoşgəlməz şeydən çəkinəcəklərini bilməliyik.
Müjdə məsələsinə gəldikdə isə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onunla, Allaha və Onun Elçisinə (s.ə.s.) iman gə­tirmiş, xeyirxah işlər görən və günah­lardan çəkinən təqvalı möminləri se­vindirəcəkdir. Bu dünyada onları iman gətirdiklərinə və təqvalılıqlarına görə əvəz olaraq maddi nemətlər və mənəvi rahatlıq gözləyir. Axirət həyatında isə onları əbədi Cənnət səadəti gözləyir. Hər bir mömin hansı əməl­lər etməli olduğunu, hansı keyfiyyətlərə malik olmalı olduğunu və o, öz vəzifələrini qüsursuz yerinə yetirdiyi halda onu hansı mükafatların gözlədiyini təfərrüatı ilə öyrənməlidir.
Nəsihət verməyə və xəbərdarlıq etməyə gəldikdə isə, bu cahil və zalım günahkarlara qarşı yönəldilmişdir ki, onları bu dünya hə­ya­tında əda­lətli cəza, Axirət həyatında isə Cəhənnəm Odunda uzun sü­rəcək və əzab-əziyyətli işgəncələr gözləyir. Bü­tün bunlar barədə Föv­qəluca Allah təfsilatı ilə Quranda, Allahın Elçisi (ona Allahın sa­la­vatı və salamı olsun!) isə Pak Sünnəsində xəbər vermişlər.
Dördüncüsü, Allah onu (s.ə.s.) insanları Əzəmətli Rəbbin yo­­luna çağıran bir vaiz kimi göndərmişdir. Allahın Elçisi (ona Al­la­hın salavatı və salamı olsun!) öz vəzifəsini nöqsansız yerinə ye­tir­miş, insanlarda Allahın mərhəmətini qazanmağa meyil oyat­mış, onlara öz Xaliqinə ibadət etməyi öyrətmiş və onlara, Allahın bə­­şəriyyəti yaratmasının səbəbi olan ibadətin ayinlərini izah et­miş, onlara öz Rəbbini və Onun kamil sifətlərini dərk etməkdə kö­mək göstərmiş, onların şüurlarını Allah haqqında yalan və Ona ya­raşmayan təsəvvürlərdən təmizləmişdir. O (s.ə.s.) haqq dini ən gözəl və düzgün tərzdə təbliğ etmiş, Rəbbin qar­şısında və Onun məx­luqlarının hər birinin qarşısında özünün bütün vəzifələrini hə­yata keçirməyə can atmış və bütün bunları bir çox yolunu az­mış təbliğatçıların etdiyi kimi, özünə şöhrət qazandırması üçün de­yil, ixlasla Allah xatirinə etmişdir. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) buna nail olması ona (s.ə.s.) mərhəmət Göstərən Rəbbin izni, onun (s.ə.s.) işini müba­rək və uğurlu etməsi sayəsində mümkün olmuşdur.
Beşincisi, Allah onu (s.ə.s.) parlaq işıqlı bir çıraq etmişdir. Allahın hi­da­yətindən məhrum olan insanlar işıq ucu görünməyən bir zülmət için­də­dirlər. Onlar xoşbəxtliyə, xilasa və biliklərə doğ­ru yolu ziyalandıran işıqdan məhrum­durlar, halbuki onlar onun sayəsində azğınlıqdan çıxa bilərdilər. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gəlişinə qədər bəşəriyyət məhz bu vəziyyətdə idi və o (s.ə.s.), Allahın iradəsi sayə­sində dünyanı haqqın nuru ilə ziyalandırdı, cahilliyi yox etdi və yolunu azmış bəşəriyyətə düzgün xilas yolunu göstərdi. Bu doğru yolu seçən mö­min­lər Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ardınca getdilər. Bunun sayəsində onlar xeyiri şərdən və xoşbəxt insanları bədbəxt­lərdən ayırmağı və öz Rəbbini dərk etməyi Onun kamil sifətləri, həmdə­layiq əməlləri və müdrik hökmlərinin köməyi ilə öyrəndilər.

 ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

(33. 47) “İman gətirənlərə müjdə ver ki, Allahdan onlara bö­yük ne­mət vardır”.

Bu ayədə müjdəyə layiq olan insanlar nəzərdə tutul­muş­dur. Bunlar – iman gətirmiş və saleh əməllər işləyən möminlərdir. Qu­ran ayələrində iman ayrıca xatırlandıqda, həmişə xeyirxah əməllər nəzərdə tutulur.
Fövqəluca həmçinin burada yada salır ki, bu müjdənin ma­hiy­yəti nədən ibarətdir. Bu – elə böyük bir mərhəmətdir ki, heç bir məxluq onu tam dəyərləndirmək imkanına malik deyil. Qul­la­rı­na bu böyük neməti əta edərək, Allah onlara bu dünyada Öz kö­mə­yini və yardımını bağışlayır, onların ürəklərini doğru yola yö­nəl­dir, onların günahlarını əfv edir, onları qəm-qüssədən qurtarır, on­ların var-dövlətini artırır, onları çoxsaylı nemət­lərlə sevindirir, on­lara iltifat göstərir, onları çoxlu mükafatla təltif edir, onları öz qə­zəbindən xilas edərək, amansız cəzadan qurtarır.
Bütün bunlar möminləri öz Rəbbinə səmimi xidmət etməyə ruhlan­dırır və onların doğru yolla getmək cəhdini gücləndirir. Məhz buna görə, insanlara Allahın möminlər üçün hazırladığı mükafatı xatırlatmaq lazım­dır. Bununla yanaşı, insanları gü­nahdan çəkinməyə, itaətsizlik göstərənləri və günahkarları isə onları gözləyən cəza ilə qorxmağa sövq etmək lazımdır.
Lakin fasiqlərin arasında elə insanlar var ki, Allahın elçi­lərinə (onlara Allahın salamı olsun!) və onların sadiq ardıcıllarına Allahın dininin təbli­ğində mane olmaq üçün əllərindən gələni əsirgəmirlər. Bunlar – üzdə dinə öz sadiqliyini nümayiş etdirən, qəlbində isə naşükür fasiqlər olan müna­fiqlər və həmçinin öz düşmənçiliyini və küfrünü gizlədən kafirlərdir. Buna görə, sonra Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bu düş­mən­lərə tabe olmamasını tapşırır və onu (s.ə.s.) xəbərdar edir ki, yol­dan çıxmasın:

 ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ
(33. 48) “Kafirlərə və münafiqlərə tabe olma, sənə verilən əziyyətə fikir vermə və Allaha təvəkkül et! Allahın sənə Vəkil olması kifayətdir”.

Kafirlər və münafiqlər səni doğru yoldan sapdırmaq istə­yir­lərsə, on­lara tabe olma. Lakin bu sənə ixtiyar vermir ki, onları in­cidəsən, buna görə onların səni incitmələrini yaddan çıxart. Ola bil­sin ki, belə olduqda, onlar İslama gəlmək istəyərlər və ya heç ol­mazsa, Allahın dini və onun tərəf­darları ilə mübarizəyə son qo­yar­lar. Öz rəqiblərindən qorunmağın üçün və başladığın işi sona çatdırmağın üçün Allaha təvəkkül et. Əgər sən öz tale­yini Onun əllərinə etibar etsən, onda O (Pak və Müqəddəs), sənin ən çətin işlərini asanlaşdırar.

 ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ

(33. 49) “Ey iman gətirənlər! Əgər siz mömin qadınlarla ni­kah­la­nırsınızsa, sonra onlara toxunmadan “talaq” elan edir­si­niz­sə, onda onlar iddəti gözləməyə borclu deyillər. Onla­rın hə­diyyələrini verin və gözəl bir tərzdə sərbəst buraxın”.
Fövqəluca möminlərə xəbər verir ki, əgər onlar mömin qa­dın­lara onlarla cinsi yaxınlıq etmədən “talaq” elan[7] edirlərsə, on­da boşadıqları zöv­cələri yenidən ərə getmək üçün iddət vaxtını göz­ləməyə borclu deyillər. Boşadığınız qadınlarınıza təsəlli ver­mə­yiniz üçün, Allah onların ərlərinə onlara dünyəvi nemətlər hə­diy­yə etməyi və onlarla çəkişmədən, mübahisə­siz, söyüşsüz, qar­şı­lıqlı və bənzər iddialar irəli sürmədən ayrılmağı əmr etmişdir.
Bu ayəyə istinad edərək, ilahiyyatçılar təsdiq edirlər ki, bo­şan­­­­­ma yal­nız nikah bağlandıqdan sonra elan edildikdə həqiqi sa­yı­lır. Əgər ər nikah bağlananadək boşanma haqqında elan edirsə, on­­­­da belə boşanma həqiqi boşanma deyildir. Həmçinin kişi özü­nün gə­ləcək zövcəsinə qadının boşan­ma şərtlərini pozacağı halda onu bo­şayacağını vəd etməsi şərti də həqiqi qüvvəyə malik sayıla bil­məz.
Nəzərə alındıqda ki, boşanma ər-arvadın tamamilə ayrıl­ma­sını ehtiva edir, onda o, yalnız nikah bağlandıqdan sonra ger­çək­ləşdirilə bilər və bun­ların hamısı müşriklərin arvadları ilə in­tim əlaqəyə girməmək haqqında and içməsi ilə ayrılmaq ayininə daha çox aiddir, bu zaman müşrik arvadını anasına bərabər tuturdu və and içirdi ki, onunla intim yaxınlıq etməyə­cək. Müsəlman ilahiyyatçıları arasında sonuncu məsələyə dair ixtilaf olsa da, bu rəy ən səhihdir.
Bu ayə həmçinin ona dəlalət edir ki, boşanmanı İslam şə­riəti həll edir. Zövcələrinə talaq elan edən ərlərə müraciət edərək, Föv­qəluca onları mö­min adlandırır və onları belə əmələ görə mə­zəm­mət belə etmir. Boşanmanı ər öz arvadı ilə intim yaxınlıq et­mə­dən də elan etmək olar. Bu barədə Quranın digər bir ayəsində belə deyilir: “Siz zövcələrinizə toxunmadan və onların mehrini təyin etmədən onları boşasa­nız, sizə günah olmaz...” (Bəqərə, 2/236). Bu halda boşanmış arvad yeni ərə gedə­nədək talağını aldıq­dan sonra, iddə müddətini gözləmədən, ərə gedə bilər. Müsəlman ilahiy­yat­­çıları arasında “əl dəymək”, “toxun­maq”, “qadını tanı­maq“ (və s.) kimi mənalara malik olan “massa” ərəb feili ilə hansı anlayış­ların nəzərdə tutul­ması barədə fikir ayrılığı vardır[8]. Belə bir rəy vardır ki, burada söhbət bilavasitə intim ya­xın­lıqdan gedir. Lakin bir çox alimlər və saleh xəlifələr deyərdilər ki, bu, hətta, adicə tənhada qalmağı da nəzərdə tutur. Sonuncu rəy daha səhihdir və buna görə boşanmış qadın yenidən ərə ge­dənədək əri ilə intim yaxınlıq etməsə də, sadəcə, onunla tənha qalmışsa, iddət müddə­tinə riayət etməlidir.
Əri onunla tənha qalmadan boşanmış arvadların maddi tə­minatına gəldikdə isə, onun kəmiyyəti ərin maddi vəziyyə­tin­dən asılıdır. Zəngin ər boşadığı qadınına bahalı hədiyyə, kasıb ər isə boşadığı qadınına öz imkan­larına uyğun olaraq hədiyyə verməlidir. Bütün bunlar öz aralarında nikah mehri haqqında qərara gəlməmiş ər-arvada aiddir. Ər mehri evlənərkən zövcəsinə ödəməlidir. Əgər mehr müəyyən edilibsə, onda əri onunla yaxın­lıq edənədək boşanmış qadına onun yarısı çatır. Boşanan ər-arvad xoşluqla ayrılmalı və bir-birilərinə xeyirxah sözlər deməlidirlər və bu zaman ərin arvadla tənhalıqda qalıb-qalmamasının əhəmiy­yəti yoxdur. Əgər ər-arvad yaxşılıqla ayrılmaq istəməsələr, onda bu yaramaz nəticələrə, qarşılıqlı təh­qirə və incikliklərə səbəb olacaqdır.[9]
Boşanmış qadının ərə getməyə haqqı olmadığı iddə müd­dətinə gəl­dikdə isə, bu qadının əri qarşısında vəzifəsidir. Bunu Fövqəlucanın aşa­ğıdakı kəlamı təsdiq edir: “...onda onlar iddəni gözləməyə borclu deyil­lər...” (Əhzab, 33/49). İddənin müddətini dul qalmış qadınlar da gözləmə­lidirlər. Bu vəzifədən yalnız ərləri ilə tənha qalmamış arvadlar azad olu­nurlar.

ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(33. 50) “Ey Peyğəmbər! Biz sənə, mehrlərini verdiyin zöv­­cə­lərini və sağ əlinin malik olduqlarını və Allahın sənə əta et­dik­lə­­rini, səninlə birlikdə hicrət edən əmi qızlarını, bibi qız­la­rını, da­yı qızlarını, xala qız­la­rını, həmçinin özünü Pey­ğəm­bə­rə hə­diy­yə edən istənilən mömin qadı­nı, əgər Peyğəmbər onunla ev­lən­mək istəyərsə, halal etdik. Bu yalnız sə­nə aiddir, baş­qa mö­min­lə­rə isə yox! Biz bilirik ki, onlara zövcələri və sağ əl­lərinin malik ol­duq­ları barədə nə buyurmuşuq. Bütün bunlar sə­nin heç bir çə­tin­lik çəkməməyin üçündür. Allah Bağışla­yan­dır, Rəhmlidir”.

Fövqəluca Özünün müdrik hökmlərini yada salır ki, onla­rın bir his­səsi Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) özü və qalan möminlər üçün, digər hissəsi isə yal­nız Peyğəmbər (s.ə.s.) üçün təyin olunmuşdu. Allah Öz Elçi­sinə (s.ə.s.) və bütün mömin müsəlman­­lara mehirlərini verdikləri zöv­cə­ləri və həmçinin kafirlərlə müharibədə əsir götürdükləri ca­ri­yələri ilə intim əlaqəyə girməyə icazə vermişdir. Cariyələr – əsir götürülmüş kölə və azad olan həm ərli, həm də ərsiz qa­dın­lardır.
Fövqəluca həmçinin Öz Peyğəmbərinə (ona Allahın sala­vatı və sa­lamı olsun!) və mömin müsəlmanlara icazə vermişdir ki, əmi (dayı, bibi, xala) qızları ilə evlənsinlər. Allahın Elçisi (ona Al­la­hın salavatı və salamı olsun!) yalnız onunla birlikdə Mədinə­yə hic­rət edən əmi (dayı, bibi, xala) qızları ilə evlənə bilərdi. Bu ayə­nin ən səhih şərhlərindən birinə uyğun olaraq, bu məhdu­diyyət tək­cə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) aid idi. Əmi (dayı, bibi, xala) qızları – möminlərə onlarla ev­lən­məyə icazə verilən yaxın qohumlardır. Bunlardan daha yaxın qo­humlara gəldikdə isə, müsəlmanların onlarla evlən­mək haqqı yox­dur. Fövqəluca Allah bu barədə “Nisa” surəsində qeyd et­miş­dir.
Allah Öz Elçisinə (s.ə.s.) həmçinin könüllü surətdə özlərini onun (s.ə.s.) zövcəsi olmaq istədiklərini təklif edən qadınlarla ev­lən­mə­yə icazə vermişdi. Bu zaman seçim haqqı Allahın Elçisinə (ona Al­lahın salavatı və salamı olsun!) məxsusdu və o (s.ə.s.) ev­lən­mək­dən boyun qaçıra bilərdi. Bu hökm başqa müsəlmanlara aid deyildi və buna görə, mömin müsəlman, qadının təkcə onun zöv­cəsi olmaq ra­zılığı əsasında, onunla evlənmək haq­qına malik de­yil.
Allah möminlərə zövcələri və cariyələri ilə intim yaxınlıq etməyə icazə vermiş, onlara Öz hökmlərini nazil etmiş və onların hüquq və vəzifə­lərini izah etmişdir. Bu ayədə yad edilən istisna­lara gəldikdə isə, onlar barədə yalnız Allahın Elçisinə (ona Allah­ın salavatı və salamı olsun!) icazə verilmişdir və digər möminlərə bu icazə verilməmişdir. Məhz buna görə bu ayə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müra­ciətlə başlayır. Allah onun (s.ə.s.) üçün bir sıra istisnalar qoymuşdur ki, o (s.ə.s.), öz Rəbbinin hökmlərindən heç bir rahatsızlıq və sıxıntı keçirməsin. Bu, Fövqəluca Allahın Öz Elçisi (s.ə.s.) haqqında son­suz qayğısının dəlili­dir.
Həqiqətən, Allah – Bağışlayandır, Mərhəmətlidir. O (Pak və Müqəddəs), Özünün ilahi müdrikliyinə uyğun və onların əməl­­lərin­dən asılı olaraq, Öz qullarına həmişə şəfqətli və mərhə­mət­lidir və onları nemətləri, səxavəti və xeyirxahlığı ilə əhatə edir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(33. 51) “Sən öz arzunla onlardan istədiyini təxirə sala və istədiyini yanında saxlaya bilərsən. Əgər əvvəl sonraya saxla­dığını istəsən, bu sənə günah olmaz. Onların hər birinin sevin­məsi, kədərlənməməsi və sənin onlara verdiyinə razı qalması üçün bu daha yaxşıdır. Allah ürəklərinizdə olanları bilir, çünki Allah – Biləndir, Həlimdir”.

Fövqəluca həmçinin Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!), zövcələrindən bu və ya digərini, gecəni onunla keçirməkdə, öz bil­diyi kimi, onların arasında növbəyə riayət etmədən, üstün tutmasına icazə ver­məsi ilə lütfkarlıq göstər­mişdir. Hərçənd bu onun (s.ə.s.) üçün məcburi olmasa da, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həmişə çalışırdı ki, bu növbəliliyə riayət etsin və belə deyirdi: “Ey Allah! Mən malik olduqlarımı bölüşdürməyi bu qaydada bacar­dım. Üzərində hökmüm olmayanlara görə məni qınama”.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ge­cə­lər zöv­cə­lə­rindən istədiyinin, hətta əgər həmin zövcəsini bun­dan əvvəl də sonraya saxlamasına baxmayaraq, yanına getməyi tə­xirə salmağa və ya vaxtını önə çəkməyə ixtiyarı var idi. Bu ona də­lalət edir ki, o (s.ə.s.) öz zövcələri ara­sında növbəliliyə riayət et­məkdə sərbəst idi. Buna baxmaya­raq, bir çox şərhçilər hesab edir­lər ki, belə qaydaya yalnız könüllü surətdə Peyğəmbər­lə (s.ə.s.) evlənməyi təklif etmiş qadınlarla bağlı icazə verilmiş­dir, yəni, onun (s.ə.s.), yalnız özü özünü Peyğəmbərlə (s.ə.s.) evlən­mə­­yə tək­lif etmiş zövcə­sinin yanına gecə getməyi tezləşdirməyə və ya tə­xirə salmağa ixtiyarı varmış. Bu barədə ən yaxşı bilən Allahdır.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələri sevinməliydilər ki, Fövqəluca Öz Elçisi (s.ə.s.) haqqında belə qayğı göstər­miş və ona (s.ə.s.) imkan vermişdi ki, hansı zövcəsi ilə vaxt keçirməyi o (s.ə.s.) özü qərarlaşdırsın və həmçinin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz zövcə­lərinə mərhəmətlə və lütfkarlıqla yanaşsın və onların hamısına eyni yaxşı münasibət bəsləsin. Onlar həmçinin Allahın Elçisinin (s.ə.s.) onlara əta etdiklərindən sevinməliydilər, çünki onlara yaxşı məlum idi ki, o (s.ə.s.) onların qarşısında öz vəzifəsini unut­murdu və onla­rın haqqına sayğısızlıq göstərmirdi.
Allaha qaldıqda isə, O (Pak və Müqəddəs), insanların ürək­lə­­rində olan hər şeydən xəbərdardır və sizin öz dininizin fərz və na­filə hökm­lərini nə vaxt yerinə yetirdiyinizi də bilir. O (Pak və Mü­qəddəs) sizin vəzifələrinizin nə qədər çox olduğunu da bilir. Bu­na görə O (Pak və Müqəddəs), Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bəzi vəzifələrini yüngülləşdirmiş və onun (s.ə.s.) pak zövcələrinin ürəklərinə rahatlıq nəsib etmişdir.
Həqiqətən, Allah – Biləndir, Həlimdir. O (Pak və Müqəd­dəs), kamil biliyə malikdir və qullarına onların dünyəvi həyatını sahmana salan və onlara böyük mükafat almağa kömək edən qanunlar nazil edir. O (Pak və Müqəddəs), qullarını törətdikləri günahlara və ürəklərində kök salmış pisliyə görə cəzalandırmır, onlara tövbə etmək imkanı verir.
 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ

(33. 52) “Bundan sonra başqa qadınlar, onları başqa zöv­cə­lərlə əvəz etmək, hətta onların gözəlliyi səni valeh etsə də, sənə halal olmaz. Lakin sağ əlinin sahib olduqları müstəsnadır. Allah hər şeyin müşahidəçisidir”.

Fövqəluca xatırladır ki, O (Pak və Müqəddəs) həmişə Öz mö­­min qullarına minnətdardır. O (Pak və Müqəddəs), Allahın El­çi­si­nin (ona Allahın salavatı və salamı olsun!) pak zövcələrinə, on­ların Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) və Axirət gününə üstünlük verdiklərinə görə onlara min­nət­dar­lığını bildirmiş, rəhm etmiş və Öz Elçisinə (s.ə.s.) bundan son­ra başqa qadınlarla evlənməyi, hətta belələri onu (s.ə.s.) öz gö­zəl­li­yi və qəşəngliyi ilə heyran etsələr də, başqa qadınlarla evlənmək üçün zövcələrini boşamağı qadağan etmiş­dir. Fövqəluca da El­çi­nin (s.ə.s.) zövcələrinin qəlbinə elə bir əmi­nlik təlqin etmişdir ki, on­ların əri onlardan heç vaxt ayrılma­yacaqdır və başqa qadınlarla ev­lənməyə­cəkdir. Bununla da Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbər onların (ona Allah­ın salavatı və salamı olsun!) dünya həyatında əri olduğu kimi, Axirətdə eyni ilə olacaqdır.
Lakin Allah Öz Elçisinə (s.ə.s.) cariyələri ilə, yəni mühari­bələr zamanı əsir düşmüş qadınlarla yaxınlıq etməyə icazə ver­mişdi. Cariyələr zövcə hüququna malik olmurlar, lakin onlara narahatçılıq yaradırlar. Buna görə zövcələr həmişə cariyələrə ən xoşagəlməz münasibət bəsləyirlər.
Həqiqətən, Allah qullarının bütün əməllərini görür və bun­ların hansı nəticələr verəcəyini bilir. O (Pak və Müqəddəs), Kai­natda bütün baş verənləri ən kamil bir qaydada və ən gözəl qa­nunlara uyğun olaraq idarə edir. Sonra Fövqəluca Allah mö­min qullarına əmr edir ki, Peyğəmbərin (s.ə.s.) evlərini ziyarət edəndə nəzakət və ehtiramla davransınlar və belə buyurur:

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(33. 53) “Ey iman gətirənlər! Əgər sizi yeməyə dəvət etmə­yib­lərsə, Peyğəmbərin evlərinə daxil olmayın və onun bişmə­si­ni gözləməyin, yal­nız çağırıldığınızda girin. Yeməyi yeyincə tez da­ğılışın. Söhbət etməyə qalmayın. Çünki bu rəftarınız Pey­ğəm­bəri narahat edir, lakin sizə bunu deməkdən utanır. Allah sizə haqqı deməkdən çəkinməz. Peyğəmbərin xanımla­rından bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun. Belə et­mə­niz həm sizin qəlbiniz, həm də onların qəlbi üçün da­-ha tə­­miz­­dir. Nə Allahın Elçisini incitmək, nə ondan sonra onun zöv­cə­ləri ilə ev­lənmək sizə yaraşmaz. Həqiqətən, bu, Allah qar­şı­sın­da böyük günah­dır”.

Ey möminlər! Sizin yalnız yeməyə çağırılmağınız istisna ol­maqla, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) na­ra­hat etməyin. Lakin hətta çağırılsanız da, vaxtından əvvəl gə­lib, xö­rəyin bişməsini gözlə­məyin. Xörəyin hazırlanmasınadək və ya ye­məkdən sonra faydasız söhbət­lərlə Allahın Elçisini (ona Allah­ın salavatı və salamı olsun!) öz hüzurunuzla vacib işlərdən ya­yın­dır­mayın və Allahın Elçisinin (ona Allahın salavatı və sala­mı ol­sun!) evinə yalnız onun (s.ə.s.) icazəsi ilə daxil olun və orada zə­ru­ri ehtiyacınıza aid məsələlərinizi həll etmək üçün lazım gələn vaxt­dan artıq qalmayın. Allahın Elçisinın (ona Allahın salavatı və sa­lamı olsun!) vaxtını nə yeməyə qədər, nə də ondan sonra nahaq ye­rə almayın.
Sonra Allah bildirir ki, bu hökmün mahiyyəti ondadır ki, fay­dasız vaxt itirilməsi Peyğəmbəri (s.ə.s.) çox sıxırdı və onu (s.ə.s.) çoxsaylı ev işlə­rindən yayındırırdı. Lakin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) səhabələrindən evini tərk etmələrini xahiş etməyə utanırdı. Comərd və qonaqpərvər in­san­ların hamısı belə sıxıntılar keçirirlər, lakin Allah haqqı deməkdən utanmaz. Kiməsə elə görünə bilər ki, nəzakət xatirinə Allahın hökmlərini yerinə yetirməkdən vaz keçmək olar, amma bu heç də belə de­yil. Əsil ağıllı davranış – Rəbbin əmrlərinin yerinə yetiril­məsindədir. Fövqəlucanın şəriətinə zidd olan hər şeyin nəzakətli və xoşrəftar olmaqla heç bir əlaqəsi yoxdur. Buna görə Fövqəluca Allah qullarını Peyğəmdərə (s.ə.s.) ehtiramla yanaşmağı öyrət­mək­dən və hər bir möminə böyük fayda gətirən dinin hökmlərini izah etməkdən utanmır.
Beləliklə, ayənin əvvəlində söhbət Allahın Elçisinin (ona Al­lahın salavatı və salamı olsun!) evlərini ziyarət edən müsəl­man­­ların davranışın­dan gedirdi. Sonra Fövqəluca möminlərə Öz El­çisinin (s.ə.s.) zövcələrinə necə müraciət etməyi öyrədir. Föv­qəl­uca, Elçinin (s.ə.s.) zövcələrinə heç bir səbəb olmadan müraciət et­mə­yi qadağan edir. Əgər onlar onun (s.ə.s.) zöv­cələrindən hər han­sı bir ev əşyası xahiş etmək istədikdə, yardım istədikdə və ya məs­ləhət üçün müraciət etdikdə, Peyğəmbərin (s.ə.s.) zövcələri ilə pər­də arxasından danışmalıydılar. Pərdə onlara bir-birini görmə­mə­yə im­kan verirdi ki, buna heç zəruriyyət də yox idi. Bir sözlə de­sək, yad kişilərin Allahın Elçisinin (ona Allahın salavatı və sa­la­mı olsun!) zövcələrinin üzünə baxmaq haqqı yox idi və onlarla yal­nız zəruriyyət yarandıqda danışa bilər­dilər. Bu hökmün məna­sı ondadır ki, belə davranış Elçinin (s.ə.s.) zövcələ­rinin ürəkləri üçün və həm də qalan müsəlmanların ürəkləri üçün daha gü­nahsız idi. Bu onları şübhələrdən və xoşagəlməz fikirlərdən uzaq­laşdırırdı və aydındır ki, insan pis düşüncələrdən və əməllərdən nə qədər möhkəm uzaqlaşırsa, bir o qədər də onun qəlbi təmiz olur. Fövqəluca Allah qullarına təfsilatı ilə izah edir ki, İslam şə­riəti insanları günah işlətməyə sövq edən bütün əməlləri qadağan edir və buna görə hər bir müsəlman bütün imkan­lar vasitəsi ilə onlardan uzaq olmalıdır.
Sonra Allah İslam dininin ən mühüm qaydalarından birini bəyan edir və buyurur ki, möminlərə Allahın Elçisini (ona Allah­ın sa­lavatı və sa­lamı olsun!) incitmək yaraşmaz. Bu, Muhəmməd Pey­ğəm­bərə (ona Allahın salavatı və salamı olsun!) əziyyət verə bilən bütün sözlərə və əməllərə aid­dir. Həqiqətən, belə rəftar ən ləya­qət­siz və ən nalayiqdir. Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) belə hörmətsizliyin nümunəsi onun (s.ə.s.) ölümündən sonra onun (s.ə.s.) zövcələri ilə evlən­məkdir. Müsəl­man­lar öz Peyğəm­bə­ri­nə (s.ə.s.) hörmət etməli, ehtiram göstər­məli və onun şərəfini ucalt­ma­lıdırlar, amma onun (s.ə.s.) dul qal­mış zövcələri ilə nikah­lan­maq heç vəchlə buna uyğun gəlmir. Bundan başqa, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələri Axirətdə də onun (s.ə.s.) zövcələri olacaqlar və Peyğəmbərin (s.ə.s.) ölümü, əslində onla­rın ər-ar­vadlıq rabitəsini pozmamışdır. Məhz buna görə, Allah mömin­lərə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) ölümün­dən sonra, onun (s.ə.s.) zövcələri ilə evlənməyi qadağan etmişdir. Əgər kimsə bunu etməyə cəsarət göstərsəydi, bö­yük bir günah etmiş olardı. Lakin müsəlmanlar öz Rəbbinin qada­ğasını pozma­dılar və Onun hökm­lərinə itaət etdilər və buna görə həmd yalnız Tək Olan Allaha məx­susdur.

 ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

(33. 54) “Hər hansı bir şeyi aşkar etsəniz və ya gizlətsəniz də, Allah hər şeyi Biləndir”.

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), Öz qul­la­rının bütün gizli və aşkar əməllərindən xəbərdardır. O (Pak və Müqəddəs), insanların ürəklərində nəyi gizli saxladıqlarını və nə­yi də bəyan etdiklərini bilir və buna görə Qiyamət günü hər bir insan öz niyyətləri və əməllərinə görə əvəz alacaqdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(33. 55) “Onlara[10] atalarının, oğullarının, qardaş­la­rının, qar­daşları­nın oğullarının, bacılarının oğullarının, öz[11] qadın­la­rının, əlləri altında olanların[12] qarşısında[13] heç bir günah olmaz. Allahdan qorxun, axı Allah – hər şeyin Şahididir”.

Allah bundan əvvəl kişilərə Peyğəmbərin (s.ə.s.) zövcələ­ri­nə ev əşya­la­rından ötrü pərdə arxasından müraciət olunmasını əmr etdiyi üçün, Fövqəluca Allah bu ayədə yaxın qohumlara görə is­tisnalar nəzərdə tutmuş­dur. Peyğəmbərin (s.ə.s.) zövcələrinin öz atalarının, oğullarının, qardaşları­nın, qardaşlarının oğulları­nın, bacılarının oğullarının, qadınların və öz kö­lə­lərinin qarşısına üzü açıq çıxmaları onlara günah deyildi. Bu ayədə əmi və dayı oğul­ları qeyd olunmamışdır, lakin qadınlar onların qarşısında da üz­lərini açmaq ixtiyarına malikdirlər. Bu onunla izah edilir ki, on­lar öz əmi (dayı, bibi, xala) oğulları qarşısında üzlərini açmaq haq­qına malikdirlərsə, onda, deməli, bu onların əmi və dayılarına da aiddir. Bundan başqa, Quranın bir digər ayəsində Fövqəluca Al­­lah bilavasitə xatırladır ki, qadın­lar öz əmiləri və dayıları qar­şı­sın­da üzlərini açmaq haqqına malikdirlər[14].
Qadınlara gəldikdə, ilk nəzərə çarpan odur ki, guya burada yalnız mömin qadınlardan bəhs edilir. Lakin belə bir rəy var ki, bu ümumiyyətlə bütün qadınlara aiddir, çünki qadın digər qadınlar qarşısında örtünməli deyil. Kölələrə gəldikdə isə, söhbət tamamilə qadına məxsus olan kölə­lərdən gedir.
Sonra Fövqəluca qadınlara əmr edir ki, Allahı həmişə yada salsınlar və hətta onlar İslam şəriəti ilə qadağan edilməyən əməllər etsələr də, Ondan qorxsunlar, çünki Allah – bütün hər şeyin Şahididir. O (Pak və Müqəddəs), qullarının bütün aşkar və gizli əməllərini görür və onların danışıqlarını eşidir, sonra isə on­lardan hər birinə törətdikləri əməllərə görə layiqincə əvəz verə­cəkdir. Daha sonra Fövqəluca Allah Öz Elçisinin (s.ə.s.) bütün qalan məxluqlarından üstünlüyünü vurğulayır və belə buyurur:

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

(33. 56) “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbə­rə salavat çəkirlər. Ey iman gətirənlər! Siz də ona salavat çəkin və salam verin!”
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) se­vir və buna görə onun (s.ə.s.) şöhrətini göylərdəki mələklərin ara­sında ucaldır və onlar da alicənab Peyğəmbəri (s.ə.s.) tərifləyib şə­rəfləndirir və Allaha dua edirlər ki, ona (s.ə.s.) mərhəmət göstər­sin. Ey iman gətirənlər! Öz Rəbbinizdən və nəcib mələklərdən nümunə götürün, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) salavat və salam söyləyin. Bununla da siz Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qarşısında öz vəzifələri­nizdən birini yerinə yetirmiş və ən şan-şöhrətli Elçiyə (s.ə.s.) öz ehtiramınızı bildirmiş olarsınız, onun (s.ə.s.) qarşısında öz məhəbbətinizi və ehtiramınızı təsdiq edərsiniz, imanınızı ka­milləşdirər­siniz, xeyirxah əməllə­rinizi artırar­sı­nız və günahları­nızın bir hissəsini yumuş olarsınız.
Peyğəmbər (s.ə.s.) öz səhabələrinə (Allah onlardan razı olsun!) ona (s.ə.s.) necə salavat və salam verilməsi üçün dua et­məyi öyrətmişdi. Ona (s.ə.s.) mərhəmət göstərilməsinin dua for­ması belədir: “Ey Allah! Allahın salavatı və salamı olsun! İbra­himə və İbrahimin ailəsinə salavat və salam verilməsini bu­yur­duğun kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də salavat və salam olsun! Həqiqətən, Sən Həmdolunansan, Şan-şöhrətlisən! Ey Allah! İbrahimə və İbrahimin ailəsinə mərhəmət göstərdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də mərhəmət göstər! Hə­qiqətən, Sən Həmdolunansan, şan-şöhrətlisən!”
Müsəlmanlar Allahın Elçisinə (ona Allahın salavatı və sa­la­mı olsun!) istənilən vaxt salavat və salam göndərə bilərlər və mü­səlman ilahiyyatçıla­rının əksəriyyətinin rəyinə görə, namaz za­manı isə bunu mütləq etməli­dirlər.


ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

(33. 57) “Şübhəsiz ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı işgəncə­lər hazırlamışdır”.
Fövqəluca Allah Öz Elçisini (s.ə.s.) mədh etmək, ona (s.ə.s.) salavat və salam verməklə əlaqədar hökmlərini nazil etdikdən son­ra, onu təhqir et­məyi, incitməyi qadağan etmiş və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) sözü və ya əməli ilə təhqir etməyə cəsarət göstərən hər kəsi möhkəm cəzalan­dı­racağı ilə hədələmişdir. Fövqəluca Allah Muhəmməd Peyğəmbə­rin (ona Allahın salavatı və salamı olsun!) ünvanına təhqiramiz söz deyən­ləri, ləyaqətini azaltmağa cəhd göstərənləri və dinini təhqir edən­ləri lənətləmişdir. Bu lənət o deməkdir ki, Allah bu fa­siqləri dünya alə­mində öz mərhəmətindən məhrum etmiş və mö­minlərə onları edam etməyi buyurmuşdur. Axirətdə isə O (Pak və Müqəddəs), on­lar üçün ağrılı cəza hazırlamışdır və o cəza, Allahın Elçisinə (ona Allahın salavatı və sala­mı olsun!) qarşı törədilmiş əzab-əziyyətin və təhqirlərin ədalətli əvəzi olacaqdır. Həqiqətən, onu (s.ə.s.) və başqa insanları təhqir etmək – eyni bir şey deyildir. Heç bir insan, Elçisinə (s.ə.s.) iman gətirmədikcə, Allaha iman gətirməz və ona (s.ə.s.) ehti­ram­la yanaşılması hər bir mömin müsəlmanın vəzifəsidir. Buna baxmayaraq, möminlərin təhqir olunması həmçinin bö­yük günah­dır və buna görə sonra Allah belə buyurur:

 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(33. 58) “O kəslər ki, mömin kişiləri və mömin qadınları etmədik­ləri şeyə görə təhqir edirlər, onlar özlərinə böhtan və açıq-aşkar günah yükü götürmüş olurlar”.

Müsəlmanların namusu toxunulmazdır və o kəs ki, sə­bəb­siz olaraq, onları təhqir etməyi özünə rəva bilir, Allahın hökmünə hörmətsizlik gös­tərmiş və öz çiyninə iftira və açıq-aşkar günah yükü götürmüş olur. Müsəlmanları təhqir edən fasiqlər qınanıl­mağa layiqdirlər və bu qınağın həddi incidilən müsəlmanın ima­nının dərəcəsindən və vicdanlılığından ası­lıdır. Buna görə mömin müsəlman alimlərinin incidilməsi, sadə müsəlman­ların incidilmə­sindən daha ağır günahdır, Muhəmməd Peyğəmbərin (ona Allah­ın salavatı və salamı olsun!) səhabələrinin təhqir edilməsi isə, onlar­dan sonra gələnlərin təhqir edilməsindən də ağır cinayətdir.

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

(33. 59) “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və mömin kişilərin qadınlarına de ki, örtükləri ilə üzlərini örtsünlər. Onları beləcə daha tez tanıyarlar və təhqir etməzlər. Allah – Bağışlayandır, Rəhmlidir”.
Bu ayə baş örtüsü adını almışdır. Örtük – qadınların üst li­bas­­larının üstündən geyinərək baş və sinələrini örtdükləri yay­lı­ğa, lə­çəyə, şala, çadra­ya verilən ümumi[15] addır. Allah Öz Elçi­si­nə (s.ə.s.) buyurur ki, mömin qa­dınları baş və sinələrini örtməyə də­vət etsin və bunu etməyi öz zövcələ­rindən və qızlarından baş­la­sın, çünki onların üzərinə, digər müsəlman qa­dınlardan daha bö­yük məsuliyyət düşürdü. Ətrafındakıları xeyirxah işlərə çağı­ran in­san həmişə ilk növbədə xeyirli işləri öz qohumla­rının və yaxın­la­rının arasında təbliğ etməlidir, çünki Fövqəluca belə bu­yur­muş­dur: “Ey iman gətirənlər! Özünüzü və öz ailələrinizi ya­nacağı in­sanlardan və daş­lardan olacaq Oddan qoruyun!...” (Təh­rim, 66/6).
Fövqəluca bu hökmün mənası haqqında da xəbər vermiş­dir. Əgər qadın hicab taxmırsa, onda ürəkləri mərəzə tutulmuş ki­­şilər onları gəzəyən qadınlara bənzədərək təhqir edə bilərlər. Bun­­dan başqa, onları kölə qadın saya bilər və acıdil adamlar isə on­­ları məsxərəyə qoya bilərlər. Hicab geyən qadın isə, pozğun in­san­ların əlinə öz yaramaz düşüncələrini həyata keçir­məyə bə­ha­nə ver­mir.
Doğrudan da, Allah – Bağışlayandır, Rəhmlidir. O (Pak və Mü­qəddəs) mömin müsəlmanlara, haqq onlara agah olana qədər tö­rətdiklərini bağışlamış və onlara rəhm edərək, dinin halal, ha­ram və digər hikmətli hökmlərini izah etmişdir.

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(33. 60) “Əgər münafiqlər və ürəklərini mərəz tutmuşlar və Mədi­nə­də şayiə yayanlar əl çəkməsələr, Biz mütləq onların öhdəsindən gəlmə­yin üçün sənə kömək edərik və onda onlar orada çox az bir müd­dətdə səninlə qonşu ola bilərlər”,

Fövqəluca Allah fitnəkarlığın və şərin yayılmasının qarşısı­nı almaqla bağlı hökm nazil etdikdən sonra, müsəlmanlara qarşı pislik etmək niyyə­tində olan günahkarları, onlara sərt cəza verə­cəyi ilə hədələyir. Bunlar – müna­fiqlər və kəmetiqadlardır ki, şüb­hə ürəklərini didişdirir və onlar alçaq istək­lərlə dolu olur. Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun!) zama­nında belə adamlar yalan şayiələr yayar, Mədinə əhalisini düş­mənlə­rin güclü və çoxsaylı olması ilə qorxudar və müsəlmanların zəifliyi və az­saylı olması barədə boşboğazlıq edərdilər. Lakin Allah bu münafiqlərin və kəmetiqadların hansı şayiələri yaydıq­larını qeyd etmir və buradan aydın olur ki, Onun hədəsi özlərinin alçaq istəklərinə və şeytanın azdırmasına uyanla­rın, İslamı və onun tərəfdarlarını təhqir edənlərin, müsəlmanların ünvanına böh­tan söyləyənlərin, onların qüdrətini sarsıtmaq istəyənlərin, ba­kirə mö­min qadınları zinakarlıqda günahlandıranların və oxşar yaramaz işlər gö­rən­lərin hamısına şamil edilməlidir.
Allah vəd etmişdir ki, əgər onlar yer üzündə fitnə-fəsad tö­rət­­məkdən əl çəkməsələr, onda O (Pak və Müqəddəs), Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onlara qalib gəlməyə yar­dım göstərəcəkdir və ona (s.ə.s.) onları amansız cəzaya məruz qoy­mağı əmr edəcəkdir. Günahkarlar Allahın Elçisinə (ona Allah­ın salavatı və salamı olsun!) müqavimət göstərə bilməyəcəklər, çün­­­ki onların Allahın iradəsinə qarşı dayana biləcək qüvvə və is­teh­­kamları yoxdur. Həqiqətən, onları ya ölüm gözləyir, ya da sür­gün.

ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ

(33. 61) “lənətləndirildiklərinə görə, onları harada görsə­lər, oradaca yaxalayıb, amansızcasına öldürərlər”.

Allahın bu kəlamı ona dəlalət edir ki, müsəlman ümməti üçün təh­lükə yaradan insanları müsəlmanların köçürmək və qov­maq ixtiyarı vardır. Belə sərt qərar müsəlmanları fasiqlərin şə­rin­dən uzaqlaşdırır və təhlükə­sizliyini təmin edir. Fasiqlər Allahın lə­nətinə gələcəklər və özlərinə sığına­caq tapa bilmə­yə­cəklər. On­lar harada aşkar edilsələr, oradaca yaxa­lanıb, amansız­casına qətlə ye­tiriləcəklər. Onlar rahatlıq tapmayacaqlar, çünki hər yerdə on­la­rı ya ölüm, ya azadlıqdan məhrum olma, ya da cə­za gözləyə­cək­dir.

ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(33. 62) “Əvvəllər olub-keçənlər haqqında da Allahın qa­nu­nu belə idi və sən Allahın qanununda qətiyyən dəyişiklik tap­mazsan!”

Günah işlətməkdə davam edənlərin və möminləri narahat et­məyə cəsarət göstərənlərin hamısını Allah şiddətli cəzaya uğ­ra­dır. Allahın Kai­natı idarə etdiyi qanunlar sabitdir və dəyiş­məzdir və O (Pak və Müqəddəs) onları həyata keçirmək istə­dikdə, bun­dan ötrü zəmin yaradır və nəti­cədə Onun qanunları ger­çək­lə­şir­lər.

 ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(33. 63) “İnsanlar səndən Saat haqqında soruşurlar. De: “Onun haqqında biliyə malik olan yalnız Allahdır”. Sən hara­dan biləsən? Ola bilsin, Saat yaxındır?”

Ey Muhəmməd! Kafirlər səndən Qiyamət gününün başlan­masını tez­ləşdirməni istəyirlər. Onların bəziləri Qiyamət günü­nün başlayacağına, sa­dəcə, inanmırlar, digərləri sənin gücsüzlü­yünü göstərməyə və səni yalan danışmaqda ifşa etməyə cəhd göstərirlər. Onlara xəbər ver ki, Qiyamət gü­nünün başlayacağı vaxtı təkcə Allah bilir. Amma bu sənə Hesablaşma saatı­nın uzaqda olması haqqında fikirləşməyə əsas vermir. Haradan bilə­sən, bəlkə o, tamamilə yaxındadır? Buna baxmayaraq, Qiyamət gününün baş­lanması müddətinin heç bir əhəmiyyəti yoxdur və bunu bilmək Allahın quluna heç bir fayda gətirməyəcək. Bilin­məsi daha vacib olan şeylər – insa­nın uğura nail olması və ya zi­yana uğramasıdır, onun xoşbəxtlik qazana­cağı və ya bədbəxt ola­cağıdır, mükafat alacağı və ya cəzaya layiq görüləcə­yidir. Buna görə insanlara xəbər ver ki, onları bu və ya digər əməllərə görə hansı əvəz gözləyir.

 ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ

(33. 64) “Həqiqətən, Allah kafirləri lənətləmişdir və onlar üçün Od hazırlamışdır ki,”
(33. 65) “onlar orada əbədi qalsınlar. Onlar nə dost tapa­caqlar, nə də köməkçi”.

Fövqəluca bu ayələrdə günahkarları və onların Qiyamət günü layiq görüləcəkləri cəzanı təsvir etmişdir. Bu ayələrin mət­nindən görünür ki, bu cəza onların Qiyamət gününə inanma­malarının əvəzidir və bu imansızlıq bu fasiqlərin özəl fərdi sə­ciyyəsinə və həyat tərzinə çevrilmişdir. Onlar Allaha, pak elçilərə və Şərəfli Kitablara iman gətirməkdən boyun qaçırmış­lar və buna görə Allah onları Öz ilahi mərəhəmətindən həm bu dünyada, həm də Axirətdə məhrum etmişdir. Həqiqətən, təkcə bu bir cəza kifayətdir ki, insan hüdudsuz bir bədbəxtliyə duçar olsun. Lakin kafirləri lənətdən başqa, od püskürən Cəhənnəm də gözləyir ki, orada onların bədənlərini Cəhənnəmin alovları bürüyəcək. Alov onların bədənlərinin içinə nüfuz edə­cək və ürəklərinədək işlə­yə­cəkdir. Onlar bu şiddətli cəzanın burulğa­nında əsrlər boyu əbədi qalacaqlar və onların əzabı, hətta, bir anlığa belə yüngülləş­di­ril­məyəcək. Onlar orada özlərinə istədiklərini əldə etməyə yardım göstərən nə bir himayəçi, nə də onları bu dəhşətdən müdafiə edən bir köməkçi tapa bilməyəcəklər.

ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

(33. 66) “Üzlərini Oddan o yana-bu yana çevirdikləri hə­min gün, onlar deyəcəklər: “Keşkə Allaha itaət edəydik, Elçi­sinə itaət edəydik!”

Onların kömək yalvarışı rədd ediləcək və qarsalayıcı alov onları hər tərəfdən bürüyəcəkdir. Onda fasiqlər Cəhənnəmin son dərəcə şiddəyli alovunu dadacaq və törətdikləri günahlara və cinayətlərə görə acı-acı təəssüflənəcəklər. Onlar fəryad qoparıb bağıracaqlar ki, bir vaxtlar bu dəhşətli məkandan xilas ola və mükafata layiq görülə bilərdilər. Lakin artıq tövbə etmək zamanı keçmişdir və fasiqlərin etirafı onlara artıq ümidsizlik və kədər­dən, hüzn və əzabdan başqa bir şey gətirməyəcəkdir.

ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

(33. 67) “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz öz ağsaq­qal­larımıza və zadəganlarımıza itaət etdik və onlar bizi yoldan çıxartdılar”.

Onlar etiraf edəcəklər ki, günah işlətmişlər, kor-koranə fa­siqlərə inan­mışlar və azğınlıq zülmətində dolaşmışlar. Onlar de­yəcəklər: “Keşkə mən Elçinin yolu ilə gedəydim! Vay mənim halıma! Keşkə mən filankəsi özü­mə dost tutmayaydım! Mənə gəlib çatdıqdan sonra, məni Zikrdən uzaq­laşdıran o oldu” (Fur­qan, 25/27-29).

ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ

(33. 68) “Ey Rəbbimiz! Onların əzabını ikiqat artır və on­ları böyük lənətə uğrat!”

Kafirlər başa düşdükdə ki, onlar öz başçıları və nəsihət­ve­rənləri ilə birlikdə mütləq Cəhənnəmə düşəcəklər, onlar öz acıq­larını onları yoldan azdıranların üstünə tökəcəklər. Belə olduqda, Allah kafirlərə bildirəcək ki, onların hamısı ikiqat cəza alacaqlar, çünki günah etməkdə və kafir işlər görməkdə bir-birilərinə kö­mək göstərmişdilər və müdhiş cəzanı da birlikdə dadacaqlar. Bu­na baxmayaraq, onların əzab-əziyyətləri, törətdikləri günah­ların ağırlığından asılı olaraq, bir-birindən fərqlənəcəkdir.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

(33. 69) “Ey iman gətirənlər! Musanı incidənlərə oxşama­yın. Allah ona bəraət qazandırdı və onların dediklərini təkzib etdi. O, Allahın dər­ga­hında etibarlı bir şəxs idi”.

Fövqəluca iman gətirənləri onlara yaraşmayan əməllər tö­rətməkdən bir daha xəbərdar edir və Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!), alicənab, xeyirxah və mər­həmətli elçini incitməyi qadağan etmişdir. Müsəlmanlar ona (s.ə.s.) ehtiramla yanaşmalı və hörmət etməli, İmran oğlu Musanı (ə) incidən və təhqir edən yəhudilərə bənzəməməli­dir­lər. Föv­qəl­uca, Musaya (ə) bəraət qazandırmış və yəhudiləri başa salmış­dır ki, Allahın seçilmiş bəndələri günahkarların ittihamlarına və təhqirlə­rinə la­yiq deyillər. Allah Musaya (ə) hörmət edirdi və o (ə) Fövqəlucanın ən möh­tərəm elçilərindən və səmimi qulların­dan idi, lakin bu, cahil yəhudiləri Allahın elçisini (ə) təhqir et­mək­dən və ona (ə) hörmətsizlik gös­tərməkdən çəkindirmirdi. Mö­­min müsəlmanlar bunu yadda saxlamalı və özlərindən əv­vəl­ki­lərə oxşamamalıdırlar.
Yəhudilər görürdülər ki, onların peyğəmbəri (ə) necə hə­ya­lı və çəkin­gəndir və öz bədənini yad nəzərlərdən necə qoruyur. On­­da on­lar şayiə yay­mağa başladılar ki, Musa peyğəmbərin (ə) xa­­yası iri­ləş­mişdir. Bu barədə şaiyələr geniş yayılmışdı və Föv­qəl­u­ca Allah el­çisinə (ə) bəraət qazandır­mağı qərara aldı. Musa (ə) çim­­məyə ge­dən­də, paltarlarını bir daşın üstünə qoydu və daş di­yir­­­lənərək on­dan uzaqlaşmağa başladı. Musa (ə) çılpaq halda da­şın ardınca qa­ça­raq, orada oturmuş yəhudilərin yanın­dan keçdi. On­­lar gördülər ki, onların peyğəmbəri (ə) sağlam və qəd-qa­mət­li­dir və bundan sonra onu (ə) öz yalançı ehtimalları ilə in­cit­mək­dən əl çəkdilər.
 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ

(33. 70) “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki”,

Fövqəluca möminlərə həm təklikdə, həm də camaatla bir­likdə olar­kən Allahdan qorxmağı və həmişə haqlı söz, yəni, in­sa­nın doğrulu­ğuna qəti əmin olduğu və həqiqətdə olan şeyi və ya həqiqətə daha yaxın olanı da­nışmağı əmr edir. Bundan ötrü mö­min müsəlman Quranı oxumalı, Allahı zikr etməli, ətrafındakıları yax­şı işlər görməyə çağırmalı və onları günah əməllərdən çəkin­dir­məli, faydalı biliklərə yiyələnməli və başqalarını öyrət­məli, bü­tün işlərdə həqiqətə nail olmağa səy göstərməli və bundan öt­rü bü­tün imkanlardan istifadə etməlidir. Haqq söz – xeyirxah və mər­həmət doğuran nitqdir ki, insana səmimi məhəbbət və faydalı məs­ləhətlərlə zən­gin olmalıdır.

 ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(33. 71) “O, əməllərinizi islah etsin və günah­larınızı sizə bağışlasın. Kim Allaha və Elçisinə itaət etsə, o, artıq qurtuluşa nail olmuşdur”.
Allah xəbər verir ki, O (Pak və Müqəddəs), öz Rəbbindən qor­­xan və yalnız doğru söz danışan müsəlmanların işlərini sah­ma­na salır (islah edir). Bu iki keyfiyyətin sayəsində mömin mü­səl­man­ların davranışı səmimi və saleh olur və onlar Fövqəluca Allah tə­rəfindən qəbul edilir. Fövqəluca buyurur: “...Həqiqətən, Allah yal­nız təqvalılardan qəbul edər” (Maidə, 5/27). Allah belə in­san­la­ra xeyirxah işləri başa çatdırmaqda yardım edir, onların əməllərini şər­dən qoruyur, onların mükafatlandırılmasının qayğı­sını çəkir və bu mükafatı də­fə­­lərlə artırır və həmçinin onların, başqalarını həlak edən[16] günahlarını bağışlayır. Beləliklə, təqvalı­lıq möminlərə doğ­ru yolda sabit qalmağa və günahların xoşagəl­məz nəticələrindən qo­runmağa imkan verir. Eyni za­manda Rəb­bin qarşısında qorxu hiss etməyən günahkarların əməlləri poz­ğun və korlanmışdır. Bu əməl­lər Allah tərəfindən qəbul edilmə­yə­cək və insanlara Föv­qəl­uca Rəbbin mərhəmətini qazanmağa kömək göstərməyə­cəkdir.

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ

(33. 72) “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, on­lar boyun qaçırdılar və bundan qorxdular. Lakin insan onu gö­türdü, çünki o – zalım və cahildi”.

Fövqəluca, insanların öz Rəbbi qarşısında hiss etməli ol­duq­ları məsu­liyyətin mühümlüyünü xüsusilə qeyd edir. Bu – Al­la­hın əmanətinin – Onun hökmlərinin yerinə yetirilməsi mə­su­liy­yətidir ki, insan bunu nə tək­likdə olduqda, nə digər insanların arasında olduqda unutmamalıdır. Fövqəluca Kainatı xəlq etdik­dən sonra göylərə, yerə və dağlara bu məsu­liyyəti öz üstlərinə gö­türməyi təklif etdi və bu nəhəng məxluqları, onlar Allahla bağ­layacaqları əhdə sadiq qaldıqları təqdirdə, onları mükafatlan­dı­racağını və onlar əhdi pozduqda isə cəzalandıracağını vəd etdi. La­kin bu məxluqlar Allah qarşısında bu əmanətin məsuliyyətini öz üzərlərinə götür­məkdən imtina etdilər. Bu, Fövqəlucaya itaət­siz­lik etmək və ya bol mükafat almağı istəməmək deyildi. Məsələ ora­sındaydı ki, göylər, yer və dağlar qorxmuşdular ki, Onun qar­şısında özlərinin yerinə yetirməli olacaqları bütün vəzifələri icra et­məyə qadir olmasınlar. Belə olduqda, Allah Öz hökmlərini ye­ri­nə yetirməyin məsuliyyətini həmin şərtlərlə öz üzərinə gö­tür­mə­si­ni insana təklif edir. Özünün cahilliyinə və ədalətsizliyə təbiətən me­yilli olmasına baxmayaraq, insan bu şərtlərlə razılaş­mış və Allah qarşı­sında bu vəzifələrin ağır məsuliyyət yükünü öz çiyin­lə­rinə götürmüşdür. Sonralar insanlar Rəbb ilə bağladıqları öz əhd­lərinə sadiqliyin dərəcəsindən asılı olaraq üç qrupa bö­lün­dü­lər. Bunlar – münafiqlər idi ki, Allah qarşı­sında vəzifələrini ye­ri­nə yetirdiklərini yalnız göstərmək istəyir, amma ürək­lərində on­la­ra kin-küdurət bəsləyirdilər; müşriklər idilər ki, Allah qar­şı­sın­da vəzifələrini yerinə yetirməyə açıq etinasızlıqla yanaşır­dılar və möminlər idilər ki, öz Rəbbinin hökmlərini qəlbən və bə­dən əza­ları ilə yerinə yetirir­dilər. Şərəfli Quranda Fövqəluca Allah in­san­la­rın bu üç qrupunun əməl­lərini təsvir etmiş və xəbər ver­mişdir ki, onları etdikləri əməllərinə görə hansı əvəz gözləyir.

ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

(33. 73) “Bu, Allahın münafiq kişilərə münafiq qadınlara, müş­rik kişilərə və müşrik qadınlara əzab verməsi, mömin ki­şi­lə­rə və mömin qadınlara onların tövbəsini qəbul etməsi üçün­dür. Allah – Bağışlayandır, Rəhmlidir”.

Fövqəluca xəbər verir ki, münafiq və müşrik olan kişi və qa­­dınları cəzalandıracaqdır və haqq dinə üstünlük verən kişi və qa­­dınları bağışla­yacaqdır. Həqiqətən, Allah – Bağışlayandır, Rəhm­­li­dir.
Həmd olsun Fövqəluca Rəbbə ki, bu ayəni Özünün hü­dud­suz bağış­lamasına, mərhəmət və səxavət göstərməsinə dəlalət edən gözəl adları ilə bitirmişdir.




[1] Cahiliyyə dövrünün adətinə görə zövcəsini anasının arxasına bənzətməklə, ər arvadını özünə haram edərdi. F.S.
[2] Yəni, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) zövcələri bütün möminlərin analarıdır. Bu misilsiz bir ilahi prinsipidir. Peyğəmbərin (s.ə.s.) zövcələrinin bütün yer üzünün möminlərinin anası kimi qohumluğunu təsdiq edən Allah, bununla müsəlmanlara vahid qohumluq münasibətlərinə qayıdış prinsipini aşılayır. Bunun nə qədər fövqəladə bir prinsip olduğunu iman sahibləri daha yaxşı başa düşər. F.S.
[3] Ayənin sonluğunun bu variantda çevirməyim “əzab” sözünün (الْبَاْسَ) Quranda iş­lə­di­lən aşa­ğı­­dakı: “əzab”, “qüvvət”, “güc” və s. kimi mənaları ilə bağ­­lıdır. Tərcümə et­­­di­yim “əza­ba qa­tıl­maz­­lar” ifadəsi isə münafiqlərin nəinki döyüşmək istəmə­dik­lə­ri­ni, onların hətta, hər hansı çə­tin, əziyyətli bir işdə işti­rak etməyə meyil göstər­mə­dik­lərini daha qabarıq şə­kildə büruzə verir, mə­­na­nın daha geniş və çoxmənalı olduğunu göstərir. Bir sıra (türk və Azərbaycan dillərindəki) tər­­cümə­lərdə həmin ayənin nəzərə çatdırdığım ifadəsini (الْبَاْسَ) “dö­yüşə qatılırlar”, “savaşa gel­mez­­ler”, “harbe geliyor­lardı”, “döyüşə onların an­caq azı gələr” və s. kimi verilsə də, o va­ri­ant­lar ayə­nin ge­niş məna əhatəsini daraldır və münafiq­lərin yal­nız döyüşdən qorxması tə­səv­vü­rü­nü yaradır ki, sanki onlar digər əzab-əziyyətli məsələ­lərin yerinə yetirilməsinə həvəslə qoşu­lur­­lar. F.S.
[4] Quran ayələri və Peyğəmbər (s.ə.s.) hədislərinin olduğu mətnlər. F.S.
[5] Nazlana-nazlana, cəzbedici , qadına qarşı ehtiras, həvəs doğura biləcək hərəkətlərlə və s.. F.S.
[6] Zeyd bin Harisə (Allah ondan razı olsun) (Ərəbcə: زيد بن حارثة ) t. 575 – ö. 629. Quranda adı çə­kilən (Əhzab, 33/37) bir səhabədir. Yəməndə doğulmuş, səkkiz yaşında o, ailəsindən oğur­la­nıb Məkkəyə gətirilmiş və kölə kimi satılmışdır. Hakim bin Nizam onu satın alıb xalası Xə­di­cə­yə (A.o.r.) hədiyə etmiş, o isə Muhəmmədlə evləndikdən sonra Zeydi Muhəmmədə (s.ə.s.) ba­ğışlamışdır. İllər keçdikdən sonra Zeydi tapan ailəsi onu geri almaq istımişdilər. Mu­həm­mə­din (s.ə.s.) Zeydə istədiyi kimi qərar qəbul etməsini söyləməsinə baxmayaraq, o (A.o.r.) Mu­həm­mədin (s.ə.s.) yanından getmək istəməmişdir. Bundan sonra Muhəmməd (s.ə.s.) onu öv­lad­lığa götürmüşdür. Müsəlman olan ilk dörd nəfərdən biridir. 622-ci ildə Mək­kədən Mə­di­nə­yə hicrət etmişdir. İslamı təbliğ etmək üçün Muhəmməd Peyğəmbərlə (s.ə.s.) birlikdə Taifə get­mişdir. Taiflilər onları daşa tutduqda, Zeydin Muhəmməd Peyğəmbəri (s.ə.s.) daşlardan qo­ru­maq üçün özünü onun (s.ə.s.) qarşısında sipər etməsi rəvayət edilir. (Mənbə: İbn Sad, ət-Ta­ba­katül-Kübra, Beyrut 1960, I, s. 212). Bədr, Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Bi­zanslarla Mutə döyüşündə İslam qoşunlarının komandanı təyin edilmiş və şəhid olmuşdur. (Mən­bə: İbn Sa'd, et-Tabakâtü'l-Kübrâ, Beyrut 1960, III, s. 45).
Ara mənbə: (Wikipedia katılımcıları (2010). Zeyd bin Harise. Wikipedia, Özgür Ansiklopedi. Erişim tarihi 19:59, Temmuz 2, 2010
[7] “Talaq” elan etmək boşamağın formasıdır və üç dəfə təkrar edildikdə, gerçəkləşmiş olur. F.S.
[8] E.Quliyevin tərcüməsində 152–ci qeyddən sonra belə bir cümlə verilmişdir: “В русском текс­те этот глагол переведен "разделить ложе"”. Əslində, burada hansı rus mətninin nə­zər­də tutulması aydın deyil, çünki əgər söz Quranın rus dilinə E. Quliyev tərəfindən tərcümə edil­miş ayəsinin mətnindən gedirsə, bu, belə deyildir. E. Quliyevin ayrıca nəşr olunmuş Quran tər­cüməsində mətn belədir: “...если вы разведетесь с женами, не коснувшись их и...”. Bundan baş­qa, Təfsirin bu qismi ilə bağlı hansı “rus mətni” ola biləcəyi aydın deyil. Buna görə, mən hə­min cümləni kitabın mətnindən çıxarıb, bu sətiraltında verməyə məcbur oldum ki, bu tər­cü­mə­ni rus dilindəki tərcümə ilə müqayisəli şəkildə oxuyanlar həmin cümlənin Azərbaycan mət­nin­də olmaması üzündən təəccüblənib, narahat olmasınlar. Bu tərcüməmdə özümdən əvvəlki tər­cü­mə­çinin mətninin mənasına xələl gətirmədən (tərcümə işinin əsas tələblərinə ciddi ya­naş­maq­la), “nöqtə və vergülünə” belə riayət etməyi özümə borc bilir və bunu hər bir tərcüməçi mü­əllifin vicdan işi sayıram. Əlbəttə, mən E. Quliyevin bu çox sanballı tərcü­məsində hər in­cə­li­yi deyil, yalnız bir neçəsini qeyd edirəm ki, heç kim məsuliyyət məsələsində son çeviriciyə qarşı sübyektivliyə yol verməsin. F.S.
[9] Əgər şəriət qanunları ilə boşanan müsəlmanlar ayrılarkən Allahın qoyduğu əxlaqi-etik qay­dalara riayət etməzlərsə, bu onların taleyində də öz mənfi təsirini əks etdirər. Çünki mü­səlmanların boşanması da Allahın onlara verdiyi nemətdir və bunu layiqincə qəbul etmək, onların borcudur. Buna etinasızlıq isə Allahın nemətinə etinasızlıqdır və əlbəttə ki, müsəl­manın taleyində mənfi iz qoymadan ötüşməz! F.S.
[10] Peyğəmbərin (s.ə.s.) zövcələri nəzərdə tutulur. F.S.
[11] Öz müsəlman qadınları nəzərdə tutulur. F.S.
[12] Kölələr nəzərdə tutulur. F.S.
[13] Həmin şəxslərin qarşısına örtünmədən - hicabsız çıxmaq nəzərdə tutulur. F.S.
[14] Lakin bu, qadının yalnız haqqıdır, vəzifəsi deyil, yəni qadın istəyərsə, əmisi, dayısı qar­şı­sın­da hicabını çıxara bilər, istəməzsə - çıxarmaya bilər. Bu halda qadını əmisi və ya dayısı qar­şı­sın­da (hicabı geyməyə və ya çıxarmağa) heç kim məcbur edə bilməz. F.S.
[15] Müsəlman qadınların baş və sinələrini örtmək üçün istifadə etdikləri örtüyün ümumi adı – hicabdır. F.S.
[16] Burada ifadənin çoxmənalı başa düşülməməsi üçün izah etməliyəm ki, “...onların (başqalarını həlak edən) günahlarını...” dedikdə, oxucu, ayənin şərhinin başlanğıcındakı (“...Allah belə insanlara xe­yirxah işləri...”) fraqmentinə diqqət yetirməlidir. Yəni, başqalarında belə günahlar olsaydı, Allah onları həlak edərdi (burada başqaları – təqva sahibi olmayan, doğru söz danışmayanlardır), amma Allah məhz belə insanların, yəni, təqvalıların, doğru söz danışanların günahlarını bağışlayır. F.S.

Комментариев нет:

Отправить комментарий