среда, 2 мая 2012 г.

64. ƏT-TƏĞƏBUN SURƏSİNİN ŞƏRHİ


SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

            Mərhəmətli və Rəhimli Allahın adı ilə!    

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(64. 1) “Allahı göydəkilər də, yerdəkilər də şərəf­lən­di­rir­lər. Səl­tənət Onundur və həmd də Ona məxsusdur! O, hər şeyə qa­dir­dir».

Bu surənin ilk ayələrində Kainatın Xaliqinin çoxlu əzəmətli si­­fət­lə­rindən bəhs edilir. Onlarda Onun ilahi kamilliyi və Onun var-döv­lətinin həddi-hüdudunun olmamazlığı xüsusilə vurğu­la­nır. Bütün məx­­luqlar Ona möhtacdırlar, göylərin və yerin sa­kin­lə­ri Ona həmd edirlər, hakimiyyət və səltənət bütünlüklə yalnız Ona məxsusdur və heç bir məxluq Onun hökümranlığı altından çı­xa bilməz. Kamil sifət­lərə, Kainatı xəlq etdiyinə, hikmətli qanunlar ya­­ratdığına, bolluq nazil etdiyinə görə yalnız Ona həmd edil­mə­li­dir. Rəbb fövqəlqüdrətlidir və bütün varlıqlar Onun iradəsinə ta­be­dirlər. Onun yarada bilməyəcəyi bir şey yoxdur.

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(64. 2) “O – sizi Xəlqedəndir. Sizdən kafirlər də var, mö­min­­lər də. Allah nə etdiyinizi görür”.

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), qullarını ya­ra­daraq, onları ya mömin, ya da kafir etmişdir. İman da, iman­sız­lıq da Allahın qədərindən və qismətindən asılıdır. O (Pak və Müqəddəs), hər şeyin məhz belə olmasını istəmişdir. Lakin bu­nun­la yanaşı insanlara iradə və xeyir ilə şər arasında seçmək qa­biliyyəti[1] ver­miş və bunun sayə­sində də insan Allahın hökm və qa­da­ğa­la­rı­na tabe olub-olmamağı sər­bəst həll edir. Allah onun seçiminə nə­za­rət etmir.
Bundan əvvəlki ayələrdə Allah, hökümlərə və qadağalara gö­rə mə­suliyyət daşıyacaq insanı xəlq etdiyini bildirmişdi və sonra digər məx­luqları haqqında xəbər verərək, belə buyurur:

ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ

(64. 3) “O, göyləri və yeri haqq xatirinə yaratdı, sizə sima ve­rib, surətinizi gözəl etdi. Qayıdış Ona olacaqdır”.

O (Pak və Müqəddəs), göyləri, yeri və onların sakinlərini haqq xatirinə, yəni, ilahi müdrikliyinə uyğun olaraq və qoyduğu məq­sədə nail olmaq naminə xəlq etmişdir. O (Pak və Müqəddəs), məx­luqlarına surət vermiş və bu surəti gözəl yaratmışdır. Föv­qəl­uca buyurur: “Biz insanı ən gözəl surətdə xəlq etdik” (Tin, 95/4). Bu­na görə, Allahın xəlq etdiyi bütün məxluqlar içində insan ən gö­zəl və cazibədar sima­ya ma­likdir. Qiyamət günü isə, o, Allahın ya­nına qayıtmalıdır və O (Pak və Müqəddəs), onun imanına və ya ka­firliyinə uyğun olaraq ona əvəz ve­rəcək və soruşacaq ki, o, Onun dünyada ona verdiyi nemətlərə və gös­tərdiyi mərhəmətinə görə minnətdarlığını bildirib, şükür etmiş­dirmi?
 ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(64. 4) “O, göylərdə və yerdə olanları da bilir və sizin nə­yi gizlət­di­yinizi və nəyi aşkar etdiyinizi də bilir. Allah köks­də­ki­ləri də Bilən­dir».

Allah Özünün hər şeyi əhatə edən elmindən xəbər verir və onun sayəsində O (Pak və Müqəddəs), bütün gizli və aşkarda olan hər şeyi bilir. O (Pak və Müqəddəs), sizin gizlətdiyinizi də, bəyan et­­dik­lə­ri­nizi də bilir, gizli saxladığınız yaxşı niyyətlərinizdən və yara­maz ide­ya­larınızdan, xeyirxah niyyətlərinizdən və pozğun cəhd­lə­ri­niz­dən xə­bərdardır. Ürəkdə gizli saxlanan hər şey Ona agah­dır və bu­na görə hər bir ağıllı və şüurlu insan öz qəlbini ya­ra­maz xislətdən qo­ru­­mağa müt­ləq səy göstərməli və onu ən əla mə­ziy­yətlərlə bəzəmə­li­dir.
Beləliklə, bundan əvvəlki ayələrdə Fövqəluca Özünün bəzi əzə­­­mətli və kamil sifətlərini insanlara açıqlayır və bunların sa­yə­sin­də on­lar öz Rəbbini tanıyır və Ona ibadət edir və var qüv­və­lə­ri­ni əsirgə­mə­dən Onun lütüfkarlığını qazanmağa və Onun qə­zə­bin­dən xilas ol­mağa can atırlar.

ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(64. 5) “Məgər əvvəllər iman gətirməmiş və əməllərinin nə­­ti­cəsini dadmışlar haqqında xəbərlər sizə çatmamışdırmı? On­lara sar­sıdıcı izti­rablar da hazırlanmışdır”.

Allah yaddaşlardan bu günədək hələ silinməmiş qədim xalq­­lar və ötüb keçmiş nəsillər haqqında xəbər verir. Həqiqəti da­nı­şan in­sanlar rə­vayət edirlər ki, Allahın elçiləri (onlara salam ol­sun!) onlara Fövqəl­uca Allahdan haqqı gətirmişdilər, onlar isə, onu yalan say­mış­dılar, ka­firlikdə inad edirdilər və öz həlakedici əməl­lərinin nəticə­lərini də bu dünyada daddılar. Allah onları yer üzün­­də rüsvay etdi və Axirət həya­tında isə on­lara əzab-əziyyətli cə­za hazırlanmışdır.
ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ
(64. 6) “Bu, elçilərin onlara aydın ayələrlə gəlmələrinə və on­ların isə: “Doğrudanmı insanlar bizi doğru yolla apa­ra­caq­lar?” – demələrinə görədir. Onlar iman gətirmədilər və üz çe­vir­di­lər. Allah onlarsız keçindi, axı Allah – Zəngindir, Həm­də­la­yiq­dir».

Fövqəluca onları cəzaya və bədbəxtliklərə məruz qoydu, çün­ki onlar haqq və yalanı təsdiq edən və onlara aydın möcüzələr nü­mayiş etdirən elçiləri (onlara salam olsun!) inkar edirdilər. On­lar özlərini el­çi­lərdən üstün tutur və soruşub deyirdilər: “Doğ­ru­dan­­mı insanlar bi­zi doğru yolla aparacaqlar?” Onlar bizdən yax­şı deyillər, bəs onda niyə Allah bizi deyil, onları seçmişdir?
Cavabında elçilər (ə) onlara deyirdilər: “Biz də sizin kimi in­­san­­larıq. Lakin Allah qullarından istədiyinə mərhəmətini əta edir...” (İbra­him, 14/11). Kafirlər Allahın Öz peyğəmbərlərinə (on­la­ra salam olsun!) lütüfkarlıq göstərməsi və onları insanlara elçi gön­dər­məsi ilə ra­­zılaş­mırdılar. Onlar ağaclara və daşlara ibadət et­məyi üstün tutur­du­lar, Allaha ibadət etmirdilər və Ona itaət et­mək­dən imtina edirdilər.
Lakin Allah onlarsız da keçinirdi, axı O (Pak və Müqəddəs), Öz qullarından asılı deyil və onların azğınlığı Ona ziyan vura bil­məz. Zəngin və Həmdəlayiq adları – Onun gözəl adları sı­ra­sın­da­dır. O (Pak və Müqəddəs), qətiyyən heç nəyə möhtac deyil və Onun nit­qi, əməlləri və məziy­yətləri yalnız təriflənməyə və həm­də la­yiq­dir.

ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(64. 7) “Kafirlər elə zənn edirlər ki, onlar diril­dil­mə­yə­cək­lər. De: “Əksinə, Rəbbimə and olsun ki, siz mütləq diril­di­lə­cək­siniz, son­ra isə sizə nə etdikləriniz xəbər veriləcəkdir. Bu, Al­lah üçün as­andır».

Allah bildirir ki, allahsızlar haqqa müqavimət göstərərək, inad­kar­lıq edirlər, yalançı iddialar irəli sürürlər və elmdən, haqq Tə­limat­dan və Səmavi Kitabdan məhrum olmaları üzündən Qi­ya­mət gününə iman gətirmirlər. Buna görə, Allah insanların ən yax­şı­sı olanı – Muhəm­məd Peyğəmbərə (ona Allahın salavatı və sa­la­mı olsun!) əmr edir ki, öz Rəbbi­nin adından istifadə etməklə and iç­sin ki, dirilmə la­büddür və həmçinin insanların yaramaz əməl­lə­ri­nə və haqqı dan­ma­larına görə əvəz veriləcəyi də labüddür, çün­ki bu Allah üçün çətin de­yil. Bu, insanlara olduqca çətin və müm­kün olmayan bir şey kimi görünür, çünki onlar hətta ha­mısı bir ye­rə yığılışsalar belə, bir nəfər öl­müş adamı həyata qaytara bil­məz­lər. Lakin əgər Fövqəlqüdrətli Allah bir şeyi etmək istədikdə, O (Pak və Müqəddəs),: “Ol!” – deyən kimi, o da o saat olur.
Fövqəluca buyurur: “Sura üfürən kimi, yalnız Allahın istə­dik­­lə­rindən başqa, göylərdəkilər və yerdəkilər öləcək. Sonra ona bir da­ha üfürəndə, hamı qalxacaq və baxacaqlar” (Zumər, 39/68).

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(64. 8) “Allaha, Onun Elçisinə və Bizim nazil etdiyimiz Nura iman gətirin! Allah etdiklərinizdən xəbərdardır”.

Allah dirilməni inkar edənləri yalançılıqda ifşa etdikdən son­­ra, bildirir ki, məhz Qiyamət gününün inkarı insanları allah­sız­­­lığa, Allah­ın möcüzələrini qəbul etməməyə sövq edir və O (Pak və Müqəddəs), qulla­rına həlak olmaqdan və bədbəxtlik­lər­dən qo­­­run­ma­ğın mümkün ol­du­ğunu göstərir. Bundan ötrü onlar Al­la­ha, Onun El­çi­sinə (ona Allahın salavatı və salamı olsun!) və Onun Ki­tabına iman gətir­mə­lidirlər.
Fövqəluca Öz Kitabını Nur adlandırır, çünki yalnız nur zül­­mətə qarşı dura bilər, Allahın Quranda nazil etdiyi hökümlər, qa­nunlar və hekayətlər isə bir məşəl kimi, cahilliyin qatı qa­ran­lı­ğın­da insan­la­rın yolunu işıqlandırır.
Əgər kimsə öz həyatında Allahın Kitabından başqa bir tə­li­mə əsaslanarsa, o, ona faydadan çox zərər, xeyirdən çox şər gə­ti­rər. Bun­dan başqa, bu yalançı təlimlərin bəzilərində nə xeyir var, nə də fayda, çünki istənilən təlim insanların xeyri üçün o vaxt ya­rar­lı olur ki, o, Allahın elçilərinin (onlara salam olsun!) özləri ilə gə­tirdiyinə uyğun gəl­­miş olsun.
Allaha, Onun elçisinə və Onun Kitabına iman gətirən in­san­­dan tam qə­tiyyət, səmimi etiqad tələb edilir və bu – Rəbbin hökümlərini ye­rinə yetirməklə, Onun qadağan etdiyi hər şeydən çə­kin­məklə nəticə­lənir. Bunu yadda saxlayın və bilin ki, Allah si­zin nə et­diyinizdən xə­bərdardır və sizə bütün xeyirxah və ya­ra­maz əməllə­ri­nizin əvəzini mütləq verəcəkdir.


(64. 9) “Həmin gün O, sizi Toplanış günü üçün cəm­ləş­di­rə­­cək­dir. Bu, qarşılıqlı aldanış günü olacaqdır. O, Allaha iman gə­ti­rib, xeyirli işlər görənlərin günahlarını bağışlayacaq və on­la­rı çay­lar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbə­­di qala­caqlar. Bu – böyük uğurdur!”

Allahın yaradılışın başlanğıcından bəri yaşamış şəxslərin ha­mı­­sını bir yerdə cəm edəcəyi Böyük Toplanış gününü də unut­ma­yın! On­lar Rəbbin hüzurunda qorxu və dəhşət içində top­la­şa­caq­lar və O (Pak və Müqəddəs), onların etdikləri bütün işləri on­la­ra xəbər verə­cəkdir.
Həmin gün məxluqların arasında əsil fərq üzə çıxacaqdır. Al­lah onların bir qismini Cənnətin uca məqamlarına yüksəldəcək və ora­da on­lara içində cürbəcür gözəlliklərin və ləzzətlərin dolu ol­du­ğu hün­dür mən­zillər[2] və uca imarətlər[3] bağışlayacaqdır. Di­gər­ləri isə Cə­­hənnə­min ən aşağı təbəqələrinə - narahatçılıq, qəm-qüssə və əzab-əziy­­yətli cəza məskə­ni­nə vasil ediləcəklər. Bü­tün bun­lar – onların mad­­­di dünya həyatında etdikləri və törət­dik­lə­ri əmə­l­lərin bəhrəsi ola­caq­­dır.
Bu, məxluqlar arasında əsil fərqin aşkar edildiyi qarşılıqlı al­­da­­­nış günü olacaqdır. Allah möminlərə, günahkarların məhrum edil­­­di­yi, xeyirli qismət bəxş edəcəkdir və onda günahkarlar bilə­cək­lər ki, on­lar yoldan necə azmışmışlar və indi necə bir zərərə uğ­ra­mışlar.
Sonra Allah nəyin uğur və səadətin zəmanəti, nəyin isə bəd­­bəxt­­­liyin və əzab-əziyyətin rəhni olduğunu bildirir. Allah Ona iman g­ə­­ti­rən və Rəbbin nəyə iman gətirməyi əmr etdiyinə şübhə et­mə­­yə­rək, xe­yirxahlıq edən, həm fərz, həm də könüllü ibadət ayin­lə­rini yerinə ye­ti­rən, Allah qarşısında və insanlar qa­rşı­sın­da öz və­zifə­lə­ri­ni icra edə­nin pis əməllərini bağışlayır. O, çaylar axan Cən­nət bağ­la­rına girə­cək­dir. Onlarda insanların arzu et­dik­lə­ri, ba­xış­larının va­leh olduğu, ürəklərindən keçirdikləri və könül­lə­ri­nin is­tədiyi hər şey vardır. Həqiqətən, bu, bütün istəklərin həd­din­də­dir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ
(64. 10) “O kəslər ki, iman gətirmədilər və ayələrimizi ya­lan say­dı­lar, Od məskunları olacaqlar. Onlar orada əbədi qa­la­caq­lar. Bu qayıdış yeri necə də pisdir!”

Haqqı qəbul etməyən kafirlər, nə Allahın şəriətinə, nə mən­­ti­­qə, nə də haqqı təsdiq etmək üçün nazil edilən sübutlara və də­lil­lə­rə bax­ma­ya­raq, onu qəbul etməyənlər və ona inadkarlıqla mü­qa­vi­mət gös­tərənlər Cəhənnəm sakinləri olacaqlar və orada əbə­di ola­raq qala­caq­lar. Özündə bütün müsibətləri və bəlaları, bü­tün izti­rab­ları və əzab-əziyyəti birləşdirən belə sonluq necə də mən­hus­dur!

 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(64. 11) “İstənilən müsibət yalnız Allahın izni ilə baş ve­rir. Allaha iman gətirənin qəlbini O, doğru yola yönəldir. Allah hər şe­yi Biləndir».

İnsana nəsib olan müsibətlər Allahın izni ilə olur və bu, in­san­la, onun malı ilə, övladları ilə, sevdikləri ilə və s. ilə baş verə bi­­­lən bütün bəlalara aiddir. Bu bədbəxtliklər Allahın təyin etdiyi qə­­dərə və taleyə ta­bedir. Allah onların barəsində onlar insanların ba­­şına gəlməzdən əv­vəl bilirdi və Qələmə onları Mühafizəolunan Ki­­tabında yazmağı əmr etmiş və baş verməsinə icazə vermişdi, çün­ki bunu Onun ilahi hikməti tələb edirdi.
Lakin məsələnin əsas mahiyyəti bu mürəkkəb şəraitdə in­sa­nın öz vəzifəsini yerinə yetirməsində və ya yetirməməsindədir. Əgər o, onu ye­rinə yetirirsə, onda o, həm bu dünyada, həm də Axi­rətdə bol mü­kafata və gözəl əvəzə layiq görüləcək. Bundan öt­rü insan inan­ma­lıdır ki, bu mü­sibət onun başına Allahın icazə ilə gəl­mişdir və buna na­razılıq göstərməməli və Rəbbin sərəncamına itaət etməlidir. Yal­nız belə olduqda, O (Pak və Müqəddəs), onun qəl­bini doğru yola yö­nəldər və belə insan, Allaha iman­dan və Onun köməyindən məhrum olanlar­dan fərqli olaraq, bundan ra­hat­lıq tapar və heç bir müsibət onu təşvişə və həyəcana qərq et­məz. Bun­dan başqa, Allah ona çətinliklər qarşı­sında dözümlü və la­yiqincə səbirli olmaqda kömək göstərər və bun­ların sayəsində in­san tezliklə yer üzündə mükafat alar, Allah isə onun üçün Qi­ya­mət gününə böyük Mükafat ha­zırlayar. Bu barədə Fövqəluca belə bu­yurur: «...Həqiqətən, səbirlilərə onların mükafatı tamamilə he­sabsız veriləcəkdir” (Zumər, 39/10).
Bütün bunlardan aydın olur ki, müsibətlər zamanı Allaha la­yi­qincə inanmayanları, baş verənləri Allahın yazdığı qədəri və tale ilə izah et­mə­yənləri, hər şeyi yalnız gördüyü səbəblərlə əsas­landır­ma­ğa cəhd gös­tərənləri Allah Öz yardımından məhrum edir və onların mü­qəddə­ra­tını özlərinə həvalə edir. Əgər bu baş ve­rərsə, onda insan qor­xu və vahimə ilə dolu nəfsinin hakimiyyəti al­tına düşəcək və bu zaman hiss etdiyi dəhşət bu dünyada onun cə­zası olmaqla yanaşı, layiqincə səbirlilik göstərmə­di­yinə görə Axi­rət həyatında alacağı cəza haqqında bir xəbərdarlıq ola­caqdır.
Fövqəlucanın «...Allaha iman gətirənin qəlbini O, doğru yo­la yö­nəldir...” sözlərini, müsibətin düçar olduğu möminin rəf­ta­rından bəhs edən bu ayənin mətninə uyğun olaraq, məhz belə şərh etmək la­zımdır.
Onun daha geniş baxımdan mənasına gəldikdə isə, bu – Al­la­ha, mələklərə, Kəramətli Kitablara, elçilərə, Qiyamət gününə, xey­­­ri və şəri ilə qədərə iman gətirən və sonra da imanının səmimi­li­­yi­ni iş­ləri ilə təsdiq edən hər kəs hər sahədə: nitqində və əməl­lə­rin­də, bili­yində və iş­lə­rində Allahın ona doğru yol göstərməsinə la­yiq­dir.
Allahın möminlərə əta edəcəyi ən böyük Mükafat da elə bu­­­dur! Buna görə O (Pak və Müqəddəs), bildirir ki, həm dünya, həm də Axirət həyatında möminlərə yardım göstərir: “Allah mö­min­­ləri dün­ya həya­tın­da və Axirətdə qəti sözü ilə müdafiə edir...” (İbrahim, 14/27). Onun kö­mə­yi – mənəvi dözüm, sə­bir­li­lik və sarsılmaz etiqad­dır ki, hətta in­sanın nəfsi onu azdırmaq is­tə­­yən­də belə, bu məziy­yətlər onu tərk et­mir. Bax buna görə də ka­­fir­lərin və şübhə edənlərin ürəyinə nisbətən möminlərin ürəyi doğ­ru yola daha çox bağlıdır və sarsıntılar zamanı daha dö­züm­lü­dür.

ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(64. 12) “Allaha da itaət edin, Elçiyə də itaət edin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin işi yalnız açıq-aydın təbli­ğat­dır».

Allahın və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı olsun!) əmrlərini yerinə yetirin və onların qadağan et­dik­­lə­rin­dən çəkinin, çünki Allaha itaət etmək və Peyğəmbərə (ona Al­­lahın sa­la­vatı və sala­mı olsun!) tabe olmaq – xoşbəxtliyin və mü­vəffəqiyyət mənbəyi­nin əsasıdır.
Əgər siz Allaha və Peyğəmbərə (ona Allahın salavatı və sa­­la­­mı olsun!) itaətdən üz çevirsəniz, bilin ki, Elçinin (ona A­l­la­hın sa­­lavatı və sala­mı olsun!) vəzifəsi onunla (s.ə.s.) gön­dərilən tə­­limi si­zə yalnız çat­dırmaq və izah etmək idi. Siz Haqqın ba­rə­sində mə­lu­matlandı­rıl­dıq­dan sonra öz biliksizliyinizə görə artıq bə­raət qa­za­na bilməyəcəksiniz. Peyğəmbər (ona Allahın salavatı və sala­mı ol­sun!) sizi doğru yola gə­ti­rə bilməz və sizin taleyinizi o (s.ə.s.) həll etməyəcəkdir. Siz Allaha və Onun Elçisinə (ona Al­la­hın sa­la­va­tı və sala­mı olsun!) tabe olub-olma­ma­ğınıza görə qey­­bin də, aş­ka­­rın da məlum olduğu Allahın qar­şısın­da cavab ver­məli ola­caq­sı­nız.
ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ

(64. 13) “Allah – Ondan başqa ilah Olmayandır. Qoy mö­min­­lər yalnız Allaha təvəkkül etsinlər».

Yalnız Allah ibadətə və ilahlığa layiqdir, bütün digər “ilah­lar” in­sanların özləri tərəfindən uydurulmuşlar. Bax buna görə də in­sanlar on­ların qismətinə düşən bütün işlərində Ona təvəkkül et­mə­lidirlər. Allah­­dan başqa heç kim onların qarşısında qoyulan və­zi­fələrin həllini asanlaşdıra bilməz. Buna görə işdə asanlığa nail ol­maq yalnız Ona tə­vəkkül etməklə və Onun köməyinə arx­alan­maq­la mümkündür.
Allaha layiqincə təvəkkül etmək üçün, insan Onun ona mər­­­həmət göstərə­cə­yinə inanmalıdır və Onun köməyinin kifayət qə­­dər olacağına şübhə et­məməlidir. Allahın qulunun imanının gü­­cün­dən asılı olaraq, onun tə­vəkkülü güclü və ya zəif ola bilər.

ﮉﮊﮋﮌﮍﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(64. 14) “Ey iman gətirənlər! Həqiqətən, zövcələriniz və öv­­lad­­la­rınızdan sizə düşmən ola bilənlər vardır. Onlardan eh­ti­yat edin, la­kin əgər siz ilti­fat etsəniz, alicənablıq göstərib, onları ba­­ğışlayın, axı Allah Bağışla­yan­dır, Rəhimlidir”.
(64. 15) “Həqiqətən, malınız və övladlarınız sizin üçün im­ta­han­dır. Böyük mükafat yalnız Allahın dərgahındadır».

Allah bu sözlərlə möminləri öz zövcələri və övladları tərə­fin­­dən fitnəyə salına biləcəkləri barədə xəbərdar edir, çünki on­la­rın bə­zi­ləri on­lara o mənada düşməndirlər ki, hər kəs insana pislik ar­zu etsə, onun düşməni olar. Buna görə möminlər onlara pislik ar­zu edənlər­dən ehti­yat etməlidirlər və yadda saxlamalıdırlar ki, zöv­cələrinə və övladlarına məhəbbət insan qəlbinin təbiətinə da­xil­dir.
Fövqəluca qullarına izah edir ki, bu məhəbbət bəzən insanı zöv­­cələrinin və övladlarının, hətta Allahın qanunlarına zidd olan, is­təklə­rini yerinə yetirməyə sövq edir. Buna görə O (Pak və Müqəddəs), yalnız Onun əmrlərini icra etməyi və, ilk növbədə, Onun lü­­tüfkarlığına nail olmağa can atmağı əmr etmiş və onlara buna gö­rə böyük mükafat vəd etmişdir. Bu mükafat onların ən ülvi ar­zu­­larının həyata keçməsini tə­min edəcək və onların xəyallarında bəs­lədikləri ən böyük diləkləri ger­çəkləşəcəkdir. Allah bu min­val­la möminləri Axirə­ti bu dünyadan daha çox sevməyə dəvət edir.
İnsanı Allaha itaətsizlik etməyə sövq edən zövcələr və öv­lad­­­­lar qınanmağa və cəzalandırılmağa layiq olduqları üçün, Rəbb ki­­­şilərə əmr edir ki, onlarla[4] yumşaq davransınlar və onları ba­ğış­­­lasınlar. Əgər siz onları bağışlasanız, onlara mərhəmət gös­tər­sə­­­niz və rəhm et­sə­niz, onda sizin alicənablığınız sizə böyük fayda ve­­­rər, axı Allah – Bağışlayandır, Rəhimlidir. Onun verəcəyi əvəz in­­­­sanların etdikləri əməl­lərinə uyğun olacaqdır.
Kim bağışlamağı bacarırsa, Allah da onu bağışlayır. Kim rəhimlidir­sə, Allah da ona rəhm edər. Kim Onun hökümlərini Onun is­­tədiyi kimi icra edir və insanlara onların istədikləri kimi mü­na­s­i­bət bəs­ləyirsə və onlara fayda verirsə, o, Onun məhəbbətinə, Onun qul­la­­rının məhəb­bətinə layiq görülür və doğru yolda sa­bit­qə­dəm olur.

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(64. 16) “Bacardığınız qədər Allahdan qorxun, dinləyin, itaət edin və öz xeyriniz üçün xərcləyin. Öz xəsisliyindən qo­ru­nan­lar – uğur qazananlardır”.

Fövqəluca buyurur ki, Ondan qorxsunlar, Allah qor­xu­su­nun ma­­­hiyyəti insanın Onun əmrlərini yerinə yetirməsindən və Onun qa­­­dağan etdiklərindən çəkinməsindən ibarətdir. Bu ayədə Rəbb qul­la­rı­­nın təqvalı­lığını[5] onların imkanları və bacarıqları ilə bağ­layır. Bu­ra­­dan aydın olur ki, əgər bir insan Allahın hökmünü ye­rinə ye­tir­mə­­yə qabil deyilsə, onda bu vəzifə ondan götürülür və əgər o, hök­mün bir hissə­sini icra edə bilərsə, digər hissəsini isə et­mə­yi ba­car­mazsa, on­­da o, yal­­nız gücü çatanı yerinə yetirməlidir. Pey­ğəm­bər (ona A­l­la­hın sala­vatı və salamı olsun!) demişdir: “Əgər mən si­zə bir şeyi ye­ri­nə yetir­məyi əmr edirəmsə, gücünüz nə qə­dər ça­tır­sa, yerinə yetirin”. Bu dini nəzəriyyə özündə saysız-he­sab­sız şə­riət hökümlərini ehtiva edir.
Ey insanlar!
Allahın moizələrini dinləyin və Ona itaət edin, Onun şə­riə­ti­­ni öyrənin və yerinə yetirin. Bütün işlərinizdə Allaha və Onun El­çi­si­nə (ona Allahın salavatı və salamı olsun!) tabe olun və öz xa­ti­ri­ni­zə xərc­­ləyin, yəni, fərz və könüllü sədəqələr verin və bu xe­yir­xah­lıqlar həm bu, həm də gələcək aləmdə sizin özünüzə fayda ve­rə­cəkdir. Yad­da sax­layın ki, yal­nız Allahın əmrlərinə itaət et­mək, Onun nə­si­hə­t­lərinə diq­qət yetirmək və nazil etdiyi qanun önün­də mü­ti olmaq sizə fayda gətirər və buna zidd olan hər şey si­zin üçün şə­rə çevrilər.
Lakin bir qüsur var ki, o, bir çox insanlara sədəqə pay­la­maq­da və ianə verməkdə maneçilik törədir və bu qüsurun adı – ac­­gözlükdür. O, insanın qəlbinin fitrətindədir və buna görə o, var-döv­lətə həris olur. Acgöz adam həmişə istəyir ki, varı hə­mişə çox ol­sun və o, va­ri­datdan ayrılmağa hər şeydən çox nifrət edir.
Xəsislik etməyərək, əmlakını öz faydası üçün xeyirxah məq­­­səd­lərə sərf edənlər isə mütləq uğur qazanacaqlar, çünki on­la­rın ən mü­qəddəs arzuları çin olacaq və onlar dəhşətli cəzadan xi­las ola bilə­cəklər.
Ehtimal edilir ki, bu ayədə təkcə sədəqə verməyə xəsislik et­­mə­yən­lərdən deyil, həm də Allahın bütün digər hökümlərini ye­ri­nə ye­ti­rənlərdən bəhs edilir. Axı əgər insan xəsisdirsə, Allaha itaət etmir və öz əmlakından Allahın ona buyurduğunu ödər­mir­sə, onda o, mütləq həm bu dünyada, həm də Axirətdə zərərə dü­şə­cək. Əgər o səxa­vət­lidirsə, alicənabdırsa, Allahın şəriətinə itaət edir­sə və Onun mərhəmə­tinə nail olmağa can atırsa, onda o, Rəb­bin bir şeyi sevdiyini bildikdə, o saat onu yerinə yetirir. Belə dav­ra­nan insan mütləq uğur qazanar və ən böyük nemət əldə edər.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ
(64. 17) “Əgər siz Allaha gözəl borc versəniz, onda O, onu si­zin üçün artırar və sizi bağışlayar. Allah – Şükrəəvəzverəndir, Hə­lim­­dir».

Fövqəluca Öz qullarını səmimiyyətlə sədəqə verməyə ruh­lan­­­dı­rır və onu gözəl borc adlandırır. Söhbət vicdanlı yolla qa­za­nıl­­mış əm­lakdan Allah xatirinə və Onun bəyəndiyi tərzdə verilən is­tənilən ianə­lərdən gedir. Belə xeyirxahlıqlara görə Allah mü­ka­fa­tı on dəfədən yed­di yüz dəfəyədək və daha artıq artırır. Bundan baş­qa səmimiy­yətlə verilən ianələrə və sədəqələrə görə O (Pak və Müqəddəs), in­sanların gü­nahlarını bağışlayır, çünki məhz xe­yir­xah­lıqlar və qur­banlıqlar insa­nın qüsur və nöqsanlarını yuyur. Al­lah bu barədə belə deyir: “...Həqi­qətən, xeyirli əməllər yara­maz­lı­ğı uzaqlaşdırır...” (Hud, 11/114).
Allah – Şükrəəvəzverən və Həlimdir. O (Pak və Müqəd­dəs), gü­nahkarları cəzalandırmağa tələsmir və onlara möhlət ve­rir, la­kin O (Pak və Müqəddəs), heç vaxt onları unutmur.
Fövqəluca bu­yurur: “Əgər Allah insanları, onların əldə etdiklərinə görə cə­za­landır­saydı, onda O, onun[6] üstündə bir nə­fər belə canlı sax­lamazdı, am­ma O, on­lara təyin olunmuş müddətədək möhlət ve­rir...” (35/45).
Xeyirxah işlər görənlərə isə, Fövqəluca Allah minnətdardır və on­­lardan hətta ən cüzi yaxşılıqları da qəbul edir və əvəzində bö­yük mü­­­kafat bağışlayır. Fövqəluca Onun xatirinə iztirablara və çə­tin­lik­lə­rə dö­­züm göstərən, yüngül olmayan vəzifələrini la­yi­qin­cə yerinə ye­ti­rən hər kəsə Öz təşək­kürünü bildirir və bu yolda bir şey­dən məh­rum olan­­­lara, Allah Öz mərhəməti sayəsində daha yax­şısını əvəz ve­rir.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(64. 18) “Qeybi və aşkarı Bilən – Fövqəlqüdrətlidir, Müd­rik­­dir».

O (Pak və Müqəddəs), qeybdən və aşkardan xəbərdardır, in­­­san­la­rın məlumatı olmadığı qoşunlar haqqında və həmçinin in­san­­ların yer üzündə gördükləri varlıqlar haqqında hər şeyi bilir. O (Pak və Müqəddəs), – fövqəlqüdrətlidir və heç kim Ona qalib gələ və ya Onun iradə­si­nə müqavimət göstərə bilməz. O (Pak və Müqəddəs), müdrikcəsinə xəlq edir, müdrikliklə hökmdarlıq edir və hər şeyi öz yerində yerləş­dirir.



[1] Kursiv mənimdir. F.S.
[2] Qəsrlər, saraylar,
[3] Müasir anlayışlarla deməli olsaq, əlahiddə inşa edilmiş “hündür kotteclər”, “ dəbdəbəli villalar” kimi ifadə etmək də olar. F.S.
[4] Zövcələri və övladları ilə. F.S.
[5] Təqva – Allah qorxusu. F.S.
[6] Yer kürəsi nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий