ƏL-MUMİNUN
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və
Rəhmli Allahın ad ilə!
ﭑ ﭒ ﭓ ﭔ
(23. 1) “And
içirəm ki, xilas olanlar – möminlərdir”,
Allah
mömin qullarına iltifat göstərərək, onları Öz Kitabında xatırlamışdır. O (Pak
və Müqəddəs Olan) xəbər vermişdir ki, möminlər səadətə və uğura nail olacaqlar
və bunu necə əldə edəcəklərini də izah etmişdir. Bununla belə, O (Pak və Müqəddəs
Olan) insanları bu möminlərin məziyyətlərinə uyğun olaraq öz mənəviyyatlarını nəcibləşdirməyə
çağırmışdır. Qoy Allahın hər bir qulu özünü və ətrafındakıları bu ayələrin əsasında
dəyərləndirsin. Ancaq belə olduqda o, özünün və ətrafındakı insanların
imanının nə dərəcədə güclü və ya zəif olduğunu təyin etməyi bacarar. Fövqəluca
bildirmişdir ki, insan böyük uğura nail olmaq və ən çox arzu etdiyi şeyi əldə
etmək üçün Ona iman gətirməli və Onun elçilərinin həqiqiliyini təsdiq etməlidir.
Sonra O (Pak və Müqəddəs Olan) belə iman sahiblərinin qüsursuz məziyyətlərini
xatırladır:
ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ
(23. 2) “onlar
namazlarında mütidirlər”,
Namazı
itaətkarcasına qılmaq – özünü Fövqəluca Allahın hüzurunda və Onun
yaxınlığındaymışsan kimi hiss etməkdir. Bu duyğunun sayəsində insanın qəlbi
rahatlanır və sakitləşir. O, artıq hərəkətlər etmir və ətrafa baxmır, çünki öz
Rəbbinə müraciət etdiyi məqamda nəzakətliliyə riayət etməyə can atır. O,
namazının əvvəlindən sonuna qədər söylədiyi və etdiyi hər şeydən mütəəssir
olur, həyəcan keçirir. Bütün bunlar ona şeytanın vəsvəsəsindən və yararsız
fikirlərdən xilas olmağa kömək göstərir. Bax elə buna görə mütilik müsəlmanın namazının canı və mənasıdır.
Allahın qulu bu halına görə böyük mükafat alır. Əlbəttə, insan namaz qılarkən
bu duyğuya nail olmadıqda da mükafat alır, lakin böyük mükafat namaz zamanı
söylədiklərini və etdiklərini bütün qəlbi ilə hiss edənlərə vəd edilmişdir.
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
(23. 3)
“onlar hər hansı faydasız sözlərdən çəkinirlər”,
Onlar hər
hansı faydasız və xeyir gətirməyən danışıqlar aparmağı arzu etməzlər. Onlar belə
söz-söhbətlərdən çəkinər və onlara baş qoşmağı ləyaqətli hərəkət hesab etməzlər.
Əgər onlar boş və faydasız danışıqlardan ciddiyyətlə uzaqlaşırlarsa, onda
insanlar günahkar danışıqlar apardıqda, onlar daha böyük ehtiyatlılıq büruzə
verirlər. Əgər onlar öz dillərini xeyir gətirməyən hər şeydən qorumağa nail
olurlarsa, onda onlar bədənləri ilə günah işlətməkdən daha yüksək dərəcədə çəkinirlər.
Bir dəfə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Muaz b. Cəbələ
(A.o.r.) nəsihət verərkən, belə dedi: “Sənə əsasların əsası haqqında xəbər
verimmi?” O dedi: “Xəbər ver, ey Allahın Elçisi!” Belə olduqda o (s.ə.s.)
öz dilindən tutub dedi: “Bax bunu saxla!” Məhz buna görə möminlərin
ən çox təriflənən məziyyətlərindən biri – mənasız və haram söhbətlərdən çəkinməkdir.
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ
(23. 4) “onlar
zəkat verirlər”,
Onlar
müxtəlif növ əmlaklarından vacib zəkat verərək, özlərini yaramaz əxlaqdan təmizləyir
və bəd əməllərdən uzaqlaşırlar. Əgər insan onlardan təmizlənməyə nail olursa,
o, mütləq öz qəlbini nəcibləşdirir. Bütün deyilənlərdən aydın olur ki, iman gətirənlər
öz Xaliqinə qüsursuz ibadət edir, namazı müti halda qılır və həmçinin ətrafındakılara
yaxşılıq edir və zəkat verirlər.
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
(23. 5) “onlar
öz övrət yerlərini qoruyurlar”,
(23. 6) “ancaq
zövcələri və malik olduqları cariyələr istisnadır. Onlara görə qınanmazlar”,
Onlar öz
övrət yerlərini zinadan qoruyurlar. Amma bunu ən kamil tərzdə etməyə o şəxslər
nail olurlar ki, onlar zinakarlığa sövq edə bilən hər şeydən çəkinmiş olsunlar.
Belə zinakarlıq hallarına aid olan hərəkətlər: özgə qadına nəzər salmaq, ona
toxunmaq və s. əməllərdir. Lakin möminlərə öz zövcələri və cariyələri
ilə intim əlaqəyə girməyə icazə verilir. Allah Öz qullarının bu davranışına
icazə vermişdi və buna görə onlar qınanmırdılar.
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ
(23. 7)
“lakin bundan artığını istəyənlər həddi aşanlardır”;
Hər hansı
bir insan onun zövcəsi və ya cariyəsi olmayan bir qadınla intim əlaqəyə girmək
istəyirsə, həddini aşmış olur. O bunu etdikdə, halalla qane olmayaraq, Allahın
haramlarını pozur. Bu ayə ən geniş mənaya malikdir və buna görə İslam şəriəti
müvəqqəti nikah bağlamağı qadağan etmişdir. “Müvəqqəti nikahda”, insanın
yan-yana yaşamaq niyyətində olduğu qadın nə zövcə, nə də cariyə hesab olunmur. Bu
ayədən həmçinin belə bir nəticə çıxır ki, üç dəfə boşanmış ər-arvadın yenidən
evlənmələrinə icazə almaq məqsədilə nikah bağlamaları da haram edilmişdir.
Qeyd etmək
lazımdır ki, qul sahibi öz cariyəsi ilə cinsi əlaqəyə girmək hüququna o zaman
malik olur ki, cariyə təkcə ona tam mənsub olmuş olsun. Əgər cariyənin eyni
vaxtda iki sahibi varsa, onda onlar onunla cinsi əlaqəyə girə bilməzlər. Bu
hökm ərəb ifadəsi olan “ma mələkət əymənukum” (“əlinizə keçirdiklərinizin”) tərkibindən
irəli gəlir. Azad qadın eyni vaxtda iki kişinin zövcəsi ola bilməz və cariyə də
eyni vaxtda iki ağaya tam mənsub ola bilməz.
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
(23. 8)
“onlar özlərinə etibar edilən əmanətə və əhdlərinə riayət edirlər”,
Ərəb sözü
olan “əmənə” (“etibarlılıq”, “əmanət”) insanın Allah qarşısında və Allahın
qulları qarşısında yerinə yetirməli olduğu bütün öhdəliklərinə aiddir. Bununla əlaqədar
olaraq Fövqəluca Allah buyurur: “Biz göylərə, yerə və dağlara öhdələrinə məsuliyyət
götürməyi təklif etdik, lakin onlar onu daşımaqdan imtina etdilər və bundan
qorxdular, insan isə onu daşımağa razılaşdı” (Əhzab, 33/72). Bu ayədə “əmənə”
sözü “məsuliyyət” kimi tərcümə edilmişdir. Bu söz özlüyündə, insanın layiqincə
yerinə yetirərək, qorumalı olduğu dinin bütün vacib hökmlərini ehtiva edir. Şübhəsiz
ki, “əmənə” sözü həm də adamların, adətən, bir-birinə etibar etdikləri bütün əşyalara,
sirlərə və çoxlu başqa şeylərə aiddir. Buna görə mömin insan Allah qarşısında
və insanlar qarşısında öz vəzifələrinə diqqətlə yanaşmalıdır. Fövqəluca buyurur:
“Həqiqətən, Allah sizə əmr edir ki, sizə saxlanılmağa etibar edilmiş malı
onun sahibinə qaytarasınız” (Maidə, 4/58). Bununla yanaşı müsəlman
insanlarla bağladığı əqdlərinə riayət etməlidir. Əgər insan müqavilə
bağlayırsa, ona riayət etməli və onun şərtlərini yerinə yetirməlidir. Ona belə
işlərdə səhlənkarlıq etmək və verdiyi vədlərə etinasızlıq göstərmək qəti
qadağandır.
ﮄ ﮅ
ﮆ ﮇ ﮈ ﮉ
(23. 9)
“onlar namazlarını qoruyarlar”.
Onlar
namazı onun üçün ayrılmış vaxtda müntəzəm qılar, onun tələblərini və vacib
hökmlərini yerinə yetirərlər. Bu surənin lap əvvəlində Allah möminləri namaz
zamanı Rəbbi qarşısında müti olmalarına görə tərifləmişdir. İndi isə O (Pak və
Müqəddəs Olan) onları namazı müntəzəm qıldıqlarına görə tərifləyir. İnsan
sadalanan hökmlərin hər ikisini layiqincə yerinə yetirdikdə, namazı qüsursuz
qılar. Əgər insan namazı müntəzəm qılaraq özünü Allahın qarşısında hiss etmirsə
və ya namazı qılarkən Rəbbi qarşısında qorxu hissi keçirirsə, lakin onu müntəzəm
qılmırsa, onda o, qüsura yol verir və qınanmağa layiq olur.
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ
(23. 10)
“Məhz onlar varisləridir”
(23. 11)
“irs alıb, orada əbədi qalacaqları Firdovsun”.
Yuxarıda
qeyd olunan bütün keyfiyyətlərə sahib olan möminlər mütləq Cənnətin ən
ortasında ən uca və ən gözəl sahədə yerləşən Firdovs bağlarının varisləri
olacaqlar. Onlar bu mükafatı qazanmışlar, çünki onlar özlərini ən gözəl keyfiyyətlərlə
bəzəməyə nail ola bilmişlər. Başqa bir şərhə görə isə, bütün Cənnət bütövlükdə
Firdovs bağları adlandırılmışdır. Bu halda yuxarıda sadalanan məziyyətlər
bütün möminlərin keyfiyyətləridir ki, onların hər biri əməllərinə tam müvafiq
gələn pilləyə yüksələcəklər. Möminlər orada əbədi qalacaqlar. Onlar öz məskənlərini
tərk etməyəcək və o yeri dəyişdirməyi arzulamayacaqlar, çünki onlar ən gözəl və
ən kamil nemətlərdən ləzzət alacaqlar. Heç bir şey onların sevincinə xələl gətirməyəcək
və heç nə onların əzab-əziyyətinə səbəb olmayacaq.
ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
(23. 12)
“And içirik ki, Biz insanı gil cövhərindən xəlq etmişik”.
Allah bu
və bundan sonrakı ayələrdə hər bir insanın ardıcıl olaraq keçdiyi mərhələlərdən,
onun yaradılmasından başlayaraq ta Axirət həyatı ilə nəticələnəcək sonu
haqqında xəbər verir. Öncə Allah bildirir ki, bəşəriyyətin əcdadı olan Adəm
gilin cövhərindən yaradılmışdır. Bu cövhərin gili Yerin bütün guşələrindən
götürüldüyü üçün Adəmin nəslləri müxtəlif xüsusiyyətlərə malikdirlər. Onların
arasında vicdanlı insanlar da var, yaramaz adamlar da və həmçinin elələri də
var ki, bu keyfiyyətlərə azca və ya yüksək dərəcədə sahibdirlər.
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ ﮣ
(23. 13)
“Sonra Biz onu nütfə halında etibarlı bir yerə qoyduq”.
Allah
insan nəslini bel sümüyü ilə sinə sümüklərinin arasından axan maye damlasından
yaradır. Sonra bu damla etibarlı bir yerdə - qadın uşaqlığında yerləşdirilir və
o orada xəstəliklərdən, soyuqdan və qalan hər şeydən qorunur.
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ ﯛ
(23. 14)
“Sonra Biz damladan yapışıb sallananı (bir şeyi)
yaratdıq, sonra bu yapışıb sallananı çeynənmiş bir parçaya çevirdik, sonra sallanmış
parçadan sümüklər yaratdıq və bundan sonra sümükləri ətləndirdik. Sonra Biz
onu başqa bir yaradılışda böyütdük. Ən yaxşı Yaradan olan Allah necə də xeyirxahdır”.
Qırx gündən
sonra tədricən al rəngli qan laxtasına çevrilir. İnsan rüşeymi bu vəziyyətdə
qırx gün də qalır və sonra o, kiçicik bir ət parçasına çevrilir və o, o dərəcədə
kiçik olur ki, çeynənmiş tikəyə bənzəyir. Sonra isə bu incə ət tikəciyində
sümüklər əmələ gəlməyə başlayır və onlar ət ilə örtülür. Beləliklə, sümüklər
insan orqanizminin skeletinə çevrilir, ət isə onun libası rolunu oynayır. Belə
bir vəziyyətdə insan rüşeymi hələ qırx gündə qalır. Sonra isə ona ruh üfürülür
və bunun sayəsində cansız varlıq canlı dölə çevrilir. Böyük və Fövqəlxeyirxah
Allah yaradanların Ən Yaxşısı, Öz məxluqlarına çox yaxşılıqlar əta edir. Fövqəluca
buyurur: “Qeybi və aşkarı Bilən belədir, Fövqəlqüdrətlidir, Rəhmlidir və O,
bütün yaratdıqlarını əla xəlq etmişdir və insanı da gildən yaratmağa başlamış,
onun nəsllərini isə nifrətamiz maye damcısından törətmişdir, sonra ona mütənasib
bir sima vermiş, ona Öz ruhundan üfürmüş və ona eşitmə, görmə və ürək əta
etmişdir. Lakin sizin minnətdarlığınız necə də azdır!” (Səcdə, 32/6-9).
Allahın yaratdığı bütün məxluqlar gözəldir, amma insan onların ən əlasıdır.
Bundan da başqa, insan Allahın ən gözəl və təqdirəlayiq məxluqudur. Fövqəluca
belə buyurur: “Biz insanı ən gözəl simada yaratdıq” (Tin, 95/4). Elə
buna görə də insanın məziyyətləri – Allahın yaratdığı ən kamil və ən yaxşı
məxluqlar sırasına daxildir.
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
(23. 15)
“Siz bundan sonra mütləq öləcəksiniz”.
(23. 16)
“Sonra isə, Qiyamət günü, siz hökmən dirildiləcəksiniz!”
İnsana
ruh verildikdən sonra, o, növbəti mərhələlərin birində ölməlidir. Qiyamət günü
isə o dirildiləcək və etdiyi yaxşı və pis əməllərinin əvəzini alacaqdır. Bu barədə
Fövqəluca belə buyurur: “Doğrudanmı insan zənn edir ki, o nəzarətsiz qoyulacaq?
Məgər o, axan toxumun damlası deyildi? Sonra o, qan laxtasına çevrildi, sonra
da O onu yaratdı və ona mütənasib bir sima verdi. O, ondan cütlük: kişi və
qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil?” (Qiyamə,
75/36-40).
ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱﯲ
(23. 17)
“And içirik ki, Biz sizin üzərinizdə bir-birinin üstündə olan yeddi göy yaratmışıq.
Heç vaxt Biz yaratdıqlarımızdan xəbərsiz olmamışıq”.
Fövqəluca
Allah insanın xəlq edilməsini yada saldıqdan sonra, onun mənzil və çoxsaylı digər
nemətlərlə təmin edildiyini bildirir. Bu nemətlər insana hər tərəfdən axıb gəlməkdədir.
Allah yeddi göy yaratmışdır ki, onların biri digərinin üstündədir və onları
insanlar üçün dam etmişdir. Bununla yanaşı onlar məxluqlara çoxlu digər
faydalar da verir. Onlar ulduzlarla, günəş və ayla bəzədilmiş saysız-hesabsız
nemətlərin mənbəyindən ibarətdir.
Lakin
Allah təkcə məxluqları yaratmamışdır – Onun ilahi elmi bütün varlığı əhatə
etmişdir. Buna görə də elə bir məxluq tapılmaz ki, o, Allah tərəfindən
unudulsun və ya yaddan çıxarılsın. Rəbb Öz qullarını sonradan onları unutmaq
üçün yaratmamışdır. O (Pak və Müqəddəs Olan) göyləri
unutmur ki, yerə düşsünlər, hətta dənizin dibinə çökən və ya ucsuz-bucaqsız səhralara
yayılan bir qum zərrəsini belə nəzərindən qaçırmır. O (Pak və Müqəddəs Olan)
bütün canlı varlıqlarını ruzi ilə təmin edir və buna görə O (Pak və Müqəddəs
Olan) belə buyurur: “Yer üzündə bir canlı belə yoxdur ki, Allah onu ruzi ilə
təmin etməsin. Allah onların olduğu və saxlandığı yeri bilir. Bütün bunlar
aydın Kitabdadır” (Hud, 11/6).
Fövqəluca
Allah çox tez-tez Kainatı yaratdığını və bütün varlıqlar haqqında hər şeyi
bildiyini eyni vaxtda xatırladır. Fövqəluca buyurur: “Məgər Lütfkar və Hərşeyibilən
Yaradan bunu bilməzmi?” (Mülk, 67/14); “Doğrudanmı göyləri və
yeri Yaradan onlara oxşarını xəlq edə bilməzmi? Əlbəttə, axı O – Xaliqdir,
Alimdir” (, 36/81). Bunlardan aydın olur ki, Kainatın yaradılması
Xaliqin hüdudsuz elminin və müdrikliyinin təkzibolunmaz dəlillərindən biridir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
(23. 18)
“Biz göydən kifayət qədər su nazil etdik və onu yerdə yerləşdirdik. Şübhəsiz
ki, Biz suyu geri götürməyə də qadirik”.
Allah
insanların və heyvanların istifadəsi üçün göydən yağış nazil edir. Yağış suyu,
bir qayda olaraq, məxluqların ehtiyacını ödəyəcəyi miqdarda yağdırılır. Əgər o
az yağdırılsaydı, onda insanların yaşayışı pozular, bitkilər və ağaclar məhv
olardı. Lakin bu baş vermir, çünki Allah məxluqların ehtiyacı olduqda onlara
yağış yağdırır və sonra onun kəslməsini əmr edir ki, su onlara ziyan vurmasın.
Yağış
yağdıqdan sonra torpaq suyu canına çəkir və bunun sayəsində su bitkilərə nəsib
olur. Bundan başqa, su yeraltı saxlanclarda toplanır. O, bu saxlancların dibinə
çatana kimi torpağın dərinliklərinə çökməkdə davam edir. Lakin Allah məxluqları
bu mərhəmətindən məhrum etmək ixtiyarına malikdir. O (Pak və Müqəddəs
Olan) elə edə bilər ki, yerə yağış yağmasın. O (Pak və Müqəddəs
Olan) həmçinin elə edə bilər ki, yağış yağan kimi torpağın altına çöksün. O
(Pak və Müqəddəs Olan) həm də elə edə bilər ki, insanlar sudan faydalana bilməsinlər.
Bütün bunların Allahın qullarına xəbərdarlığı olduğunu onlar bilməli və nazil
etdiyi nemətinə görə onları Rəbbinə şükür etməyə yönəltməli və düşündürməlidir.
Allah onları sudan məhrum etsə, nələr baş verə bilər. Bu barədə Fövqəluca Allah
buyurur: “De: “Necə bilirsiniz, sizin suyunuz yerin altına gedərsə, kim sizə
bulaq suyu əta edə bilər?” (Mülk, 67/30).
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ
(23. 19)
“Onun vasitəslə Biz sizin üçün yediyiniz bol meyvə yetişən xurma bağları və
üzümlüklər salırıq”.
Allah
xurmalıqlara və üzümlüklərə xüsusi diqqət yetirir, çünki bu ağaclar qalan
bitkilərdən üstündür və məxluqlara çox böyük fayda verir. Şübhəsiz ki, bütün
qalan o biri ağac və bitkiləri də Allah yaratmışdır. Buna görə ayənin sonunda
Allah insanların yediyi hər cür növdən olan meyvələri xatırladır. Bunlar - əncir,
limon, nar, alma və bir çox başqalarıdır.
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ ﭷ
(23. 20)
“Sina dağında bitən ağac da yağ və dadmaq istəyənlərə çərəz verir”.
Barəsində
bəhs edilən zeytun
ağacıdır ki, xüsusi diqqətə layiq görülmüşdür, çünki o, Şamda
geniş yayılmışdı və çox böyük faydası vardır. O ağaclar çox vaxt mənzilləri
işıqlandıran yağ və ya yemək zamanı çərəz kimi istifadə edilən bar verir.
Bunlarla yanaşı zeytun başqa məqsədlər üçün də istifadə edilir.
ﭸ ﭹ ﭺ
ﭻ ﭼﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ ﮈ
(23. 21)
“Həqiqətən, ev heyvanları sizin üçün ibrətdir. Biz sizə onların qarnında olanı
içirdirik. Onlar sizə çoxlu faydalar gətirir və siz onları yeyirsiniz”.
Allahın
sizə göstərdiyi nemətlərindən biri də dəvələrin, inəklərin və qoyunların sizə
ram edilməsidir. Onlar öyüd-nəsihətə qulaq asanlara öyüd-nəsihət və onlardan
fayda əldə etmək istəyənlərə fayda verir. Allah sizə süd içirir ki, o, heyvanların
qanı ilə mədəsinin və ya bağırsaqlarının tərkib hissələri arasında əmələ gəlir.
Bu süd onu içən hər kəsə böyük məmnunluq bəxş edir. Bununla yanaşı siz bu
heyvanların yunundan, zərif və cod tüklərindən faydalanırsınız. Heyvanların dərisindən,
Allahın mərhəməti ilə, çadırlar hazırlayırsınız ki, səfərə çıxdıqda və ya
istirahət üçün yolda dayandıqda, işinizi asanlaşdırır. Bu heyvanların əti və
piyi ən dadlı yeməklərdən birinə çevrilir.
ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
(23. 22)
“Siz onların üstündə və gəmilərdə hərəkət edirsiniz”.
Siz minik
heyvanlarının üstündə quruda hərəkət edir və öz ağır yüklərinizi daşıyırsınız. Onların
üstündə uzaq ölkələrə gedib çıxırsınız, halbuki başqa yolla siz buna ancaq
böyük əziyyətlər bahasına nail ola bilərdiniz. Siz dənizlərlə səyahət edəndə isə,
sizi, azdan-çoxdan mallarınızı yüklədiyiniz gəmilər aparırlar. Sizə belə nemətləri
bəxş etmiş Xeyirxahınız, sizə çox səxavətlilik göstərmiş və sizdən ötrü nemətlər
bolluğu Yaradan, doğrudan da ən mükəmməl minnətdarlığa layiqdir. O (Pak
və Müqəddəs Olan) sizin tərifinizə və Ona səylə ibadət etmənizə
layiqdir və Onun bəxş etdiyi nemətlərinin insanlar tərəfindən günah işlərə sərf
edilməsi Ona yaraşmır.
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛﮜ ﮝ
ﮞ ﮟ
(23. 23)
“Həqiqətən, Biz Nuhu onun xalqının yanına göndərdik və o dedi: “Ey xalqım!
Allaha ibadət edin, çünki sizin Ondan başqa ilahınız yoxdur. Məgər siz
qorxmursunuz?”
Fövqəluca ayədə qulu və elçisi Nuhun (ə) peyğəmbərliyini
xatırladır. O (ə), Yerin sakinlərinə göndərilən elçilər dəstəsinin ilkincisi idi.
Allah onu (ə) bütlərə və daşlara ibadət edən həmqəbilələrinin yanına göndərmişdi.
Ona (ə) əmr olunmuşdu ki, onları tək olan Allaha ibadətə dəvət etsin və buna
görə o (ə) öz xalqına buyurmuşdu ki, tək olan Rəbbə səmimiyyətlə
ibadət etsinlər. Bu ibadət mütləq ixlaslı olmalıdır, çünki bu məziyyətsiz ibadət
düzgün sayılmır. Sonra o (ə) xalqına bildirir ki, təkcə Allah ilahlaşdırılmağa
layiqdir və qalan bütün məxluqlara ibadət oluna bilməz. Allah, bütün digər məxluqların
məhrum olduğu, bütün kamil sifətlərə malik Olandır. Sonra isə peyğəmbər (ə)
həmyerlilərini etiqad etdikləri bütpərəstlikdən qorxub çəkinməyə çağırır.
Onlar saleh insanların təsviri həkk edilmiş daş heykəllərə ibadət edirdilər.
Onlar o heykəlləri Allaha şərik qoşurdular. Nuh peyğəmbər (ə) öz xalqı arasında
haqqı uzun müddət və inadla təbliğ edirdi. O (ə) onları gizlicə və camaat içində
dəvət edir, onların aralarında gecələr də, gündüzlər də dəvət işi aparırdı və
beləliklə, bu, doqquz yüz əlli il davam etmişdi. Lakin müşriklərin tərsliyi günbəgün
daha da artırdı və düz yoldan daha da uzaqlaşırdılar.
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
(23. 24)
“Amma onun xalqının iman gətirməyən öndərləri dedilər: “O, sizin kimi bir
adamdır. O sizə rəhbərlik etmək istəyir. Əgər Allah istəsəydi, mələklər nazil
edərdi. Biz keçmiş əcdadlarımızdan belə bir şey eşitməmişik”.
Nuhun (ə)
təşviq etdiyi xalqının ağsaqqalları Allahın peyğəmbərinə (ə) müqavimət göstərirdilər
və öz qohumlarına onun (ə) yolu ilə getməməyi tapşırırdılar. Onlar deyirdilər:
“O, sizin kimi adi bir insandır. O, özünü peyğəmbər adlandırıb ki, sizə rəhbərlik
etsin və siz də ona tabe olasınız. Əgər o sizlərdən biridirsə, onu nə sizdən
üstün edə bilər?” Bütün zamanlarda Allahın elçilərinin (onlara salam olsun!) əleyhdarları
onlara məhz bu tərzdə mane olmağa cəhd göstərərdilər. Lakin hər dəfə elçilər
onlara ən inandırıcı formada cavab verərdilər. Fövqəluca buyurur: “Onlar
deyirdilər: “Siz də bizim kimi insanlarsınız. Siz istəyirsiniz ki, bizi
atalarımızın ibadət etdiklərindən uzaqlaşdırasınız. Bizə aydın dəlillər gətirin”.
Elçilər onlara belə deyirdilər: “Biz – sizin kimi adamlarıq. Lakin Allah Öz
qullarından istədiyini Öz mərhəməti ilə mükafatlandırır” (14/10-11). Elçilər
deyirdilər ki, Allah Öz mərhəməti ilə onları digər insanlardan üstün etmişdir və
heç kim Ona maneçilik törətməyə və Onun Öz qullarına iltifat göstərməsinə mane
olmağa qadir deyildir.
Kafirlər
də deyirdilər ki, əgər Allah istəsəydi, onda yerə mələklər nazil edərdi. Bu
etiraz da əsassız idi, çünki o, Onun iradəsi ilə bağlı idi. Əgər O istəsə idi,
doğrudan da yerə mələkləri göndərərdi. Lakin O – Müdrikdir və Rəhmlidir.
Allahın müdrikliyi və rəhmdilliyi tələb edirdi ki, elçilər insanlara
insanların arasından seçilib göndəriləydi. Əgər onlara mələklər göndərilsəydi,
onda insanlar onlarla ünsiyyətə girə bilməzdilər. Buna görə onlar hər dəfə insan
formasına düşməli olardılar və sonra yenə də öz əsil formalarına çevrilməli
idilər.
Kafirlər
həm də deyirdilər ki, heç vaxt öz əcdadlarından Allahın elçiləri barədə eşitməyiblər.
Məgər onların atalarının və ya babalarının elçilər haqqında məlumatlarının
olmaması inandırıcı bir dəlil idimi? Onların əcdadlarının öz tarixlərini bilməməsi,
yəni onların nadanlığı inandırıcı dəlil ola bilməz. Əgər onlara doğrudan da
elçilər göndərilməmişdisə, onda onlar doğru yolla gedə bilər və elçilərə
ehtiyacları olmazdı. Lakin əgər onlar doğru yolla getmirdilərsə, deməli belə
olduğu halda, o insanlar ki, elçilərlə görüşməyə nail olurdular, onlar göstərdiyi
bu mərhəmətinə görə Allaha həmd etməliydilər, çünki onların ata-babaları bu şərəfə
nail edilməmişdilər və buna görə heç bir təsəvvürə malik deyildilər. Əcdadlarının
nail olmadığı neməti Allahın onlara verməsini rədd etmək yaramaz!
ﯜ ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ ﯦ
(23. 25)
“O, şübhəsiz ki, cin tutmuş bir adamdır. Onu bir müddət nəzarət altında
saxlayın”.
Onlar
Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) divanə adlandırır və
bir-birilərinə onun (s. ə. s.) ölümünü gözləməyi təklif edirdilər. Kafirlərin
Elçinin (s. ə. s) peyğəmbərliyini inkar etməyə cəhd göstərərək gətirdikləri
şübhəli dəlilləri onların öz imansızlığına və inadkarlıqlarına sübut idi. O dəlillər
həm də kafirlərin hədsiz cahilliyinə və azğınlığına dəlalət edirdi. Belə dəlillər
heç vəchlə haqqa qarşı duruş gətirməyə qadir ola bilməz. Biz bu barədə öncə
xatırlatmışdıq. Bundan başqa bu sübutlar ziddiyyətlidir və bir-birilərini inkar
edir. Başlanğıc dönəmdə kafirlər Peyğəmbəri (s.ə.s.) onlar kimi olan və
onlara rəhbərlik etmək istəyən adi insan adlandırırdılar. Onlar onun, onlara
hökmranlıq etmək üçün hiylə işlətməyə cəhd göstərən ağlı başında bir insan
olduğunu qəbul etmişdilər. Onlar bir-birilərini ondan (s.ə.s) çəkinməyə
çağırırdılar ki, kimsə onun (s.ə.s) təbliğatına uymasın. Amma məgər kafirlərin
bu rəftarını divanəlikdə təqsirləndirməklə necə uzlaşdırmaq olar? Halbuki onlar
sonradan Peyğəmbərə (s.ə.s) məhz belə böhtanlar atırdılar. Həqiqətən, belə
davranış tələyə düşmüş azğınların nəsibi olur və onlar istənilən yolla öz
baxışlarını müdafiə etməyə cəhd göstərirlər. Amma Nuhun (ə) qəbilədaşları öz məqsədlərinə
nail ola bilmədilər, çünki Fövqəluca Allah istəmişdir ki, Onunla və Onun elçiləri
ilə düşmənçilik edən hər kəs alçaldılsın və rüsvay edilsin.
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
(23. 26)
“O dedi: “Ey Rəbbim! Məni yalançı saydıqlarına görə mənə kömək et”.
Nuh peyğəmbər (ə) gördükdə ki, təbliğatı həmqəbilələrini haqdan daha da
uzaqlaşdırır, Rəbbindən kömək dilədi. O (ə), adamların onun (ə) nəsihətlərini rədd
etmələrinə və Allahın elçilərinə iman gətirməkdən boyun qaçırmalarına hiddətlənərək
dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir sakin qoyma! Əgər sən
onlardan saxlasan, onlar Sənin qullarını azdıracaq və təkcə günahkar kafirlər
törədəcəklər” (Nuh, 71/26-27). Quranda həmçinin belə deyilir: “Nuh Bizə dua
etdi, Biz isə dualara gözəl cavab veririk” (Saffat, 37/75).
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ
ﰆﰇ ﰈ ﰉ
ﰊ ﰋ ﰌﰍ
ﰎ ﰏ ﰐ
(23. 27)
“Biz ona belə vəhy etdik: “Gözlərimizin qarşısında və vəhyimizə uyğun bir gəmi düzəlt. Əmrimizin
gəldiyi və təndir qaynayıb coşmağa başladığı zaman, həm hər canlıdan bir cüt, həm
də, qərq ediləcəkləri barədə öncədən hökmümüz verilmişlər istisna olmaqla, ona
öz külfətini mindir. Amma zalımlıq edənlər barəsində mənə müraciət etmə, çünki
onlar suda mütləq qərq ediləcəklər”.
Fövqəluca
Öz peyğəmbərinin (ə) duasını qəbul etdi və ona (ə) xilasa necə nail olmaq və fəlakət
baş verməmişdən öncə ona hazırlaşmağı öyrətdi. O (Pak və Müqəddəs Olan) gəmini
Onun gözləri qarşısında inşa etməyi ona (ə) təlqin etmişdi. Bu ifadə ona dəlalət
edir ki, Nuh (ə) gəmini Allahın iradəsi ilə və Onun köməyi sayəsində
hazırlayırdı.
Allah onu (ə) mühafizə edir və onun (ə) qayğısını çəkirdi, çünki həmişə onu (ə)
görür və dualarını eşidirdi. Allah ona (ə) vəhy etmişdi ki, çox yaxın vaxtlarda
daşqın baş verəcək və o, kafirlər üçün cəza olacaqdır. Onda su hər yerdən
fontan vurub fışqıracaq və hətta, adətən, həmişə odun şölələndiyi və suyun
olmadığı sobalardan belə su axıb töküləcək. Buna görə, Nuha (ə) əmr olunmuşdu
ki, hər növ heyvanların hərəsindən bir dişi və bir erkək olmaqla bir cütünü gəmidə
yerləşdirsin ki, sonradan onlar öz növlərini təkrar artıra bilsinlər və Allahın
ilahi müdrikliyinə müvafiq olaraq yer üzündə heyvanların varlığı saxlanıla
bilsin. Ona (ə) həmçinin əmr olunmuşdu ki, həlak ediləcəyi öncədən müəyyən
edilmişlərdən başqa, yerdə qalan öz ailə üzvlərini də gəmidə yerləşdirsin. Bu bədbəxtlərdən
biri də xeyirxah peyğəmbərin (ə) oğlu idi. Bununla bərabər, Allah Nuha (ə),
fasiqlərin xilas olunması məqsədi ilə Ona dua etməyə yasaq qoymuşdu, çünki
Allahın təyin etdiyi qədərinə müvafiq olaraq, onlar daşqında mütləq həlak
olmalıydılar.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ
(23. 28)
“Sən səninlə olanlarla birlikdə gəmiyə mindikdən sonra, de: “Bizi zalım
insanlardan xilas edən Allaha həmd olsun!”
Siz gəmidə
yerləşdikdən sonra, o sizi açıq dənizə aparacaqdır və onda Allaha həmd edin,
xilasınıza və əmin-amanlığa çıxmağınıza görə Ona şükür edin. Onu, sizi fasiq
adamlardan xilas etməsinə görə tərifləyin. Fövqəluca, Nuha (ə) və onun ardınca
gedənlərə öz Rəbbinə hansı sözlərlə minnətdarlıq etməyi, onları cəzadan xilas
etdiyinə və zalım qəbilədaşlarının çəngindən qurtardığına görə Ona necə həmd
etməyi öyrədir.
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
(23. 29)
“Həmçinin de ki: “Ey Rəbbim! Məni bərəkətli bir yerə çıxart, axı Sən – məskunlaşdıranların
Ən Xeyirlisisən!”
Ey Nuh!
Sizi xilas etməkdən başqa yenə bir nemət gözləyir və buna görə Allaha dua edin
ki, onu sizə əta etsin. Allaha dua edin ki, bərəkətli bir yer tapmaqda sizə köməklik
göstərsin. Möminlər bu hökmü yerinə yetirmişdilər və Allah da onların dualarını
qəbul etmişdi.
Fövqəluca
buyurur: “Su çəkildi və hökmümüz gerçəkləşdi. Gəmi əl-Cudiyə yan aldı və
deyildi: “Məhv olsun zalım adamlar! Nuh
Rəbbinə dua etdi: “Ey Rəbbim! Oğlum – ailəmin bir hissəsidir. Sənin vədin
haqdır və Sən – hakimlərin ən Müdrikisən. O buyurdu: “Ey Nuh! O – sənin ailənin
bir hissəsi deyil, belə davranış yaxşı deyil. Bilmədiyin şeyi Məndən soruşma.
Həqiqətən, Mən səni cahillərdən biri olmamağa dəvət edirəm. O dedi: “Ey Rəbbim!
Bilmədiyim şeyi Səndən soruşmaqdan Sənə sığınıram. Əgər Sən məni bağışlamasan
və əfv etməsən, mən ziyana uğramışlardan olaram”. Ona belə buyuruldu: “Ey Nuh! Sənə və səninlə birlikdə olan
ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlə gəmidən düşün! Lakin
elə ümmətlər də olacaq ki, bir müddət onları faydalandıracağıq, sonra da onlar Bizim
tərəfimizdən şiddətli əzaba məruz qoyulacaqlar" (Hud, 11/44-48).
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ
(23. 30)
“Şübhəsiz ki, bunda ibrət götürülməli dəlillər vardır və, həqiqətən, Biz
imtahandan belə keçiririk”.
Bu hekayətdə
çoxlu ibrət götürüləsi hikmətlər vardır ki, onlar Allahın ibadətə layiq Vahid Rəbb
olmasına və Allahın elçisi Nuhun (ə) doğruçuluğuna, onun yalançı həmqəbilələrinin
yaramazlığına dəlalət edir. Bu əhvalatda elə sübutlar vardır ki, onlar Onun
Öz qullarına bəslədiyi mərhəmətini göstərir. Bu mərhəmət – bəşəriyyəti onun əcdadı
olan Nuhun (ə) belində
nəhəng bir gəmi ilə xilas etməsində özünü göstərmişdi, halbuki yer üzünün qalan
bütün sakinləri suya qərq edilib boğulmuşdular. Digər bir dəlil gəminin özü idi
ki, Fövqəluca onun barəsində belə buyurmuşdu: “Biz onu taxta və mismardan
ibarət gəmidə apardıq. O, Bizim Gözlərimiz qarşısında iman gətirməyənlərə dərs
olsun deyə üzürdü. Biz onu bir dəlil olaraq saxladıq. Lakin bunu xatırlayanlar
varmı?” (Qəmər, 54/13-15). Bax buna görə bu hekayətdən ibarət olan şərh
etdiyimiz ayədə çoxsaylı dəlillərdən və çıxarılmış faydalı nəticələrdən bəhs
edilməkdədir.
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ ﭸ
(23. 31)
“Onların ardınca Biz digər nəsl yaratdıq”.
Nuh (ə) və
onun həmqəbilələri və habelə kafirləri haqlamış cəza xatırlandıqdan sonra, Fövqəluca
Allah insanların digər nəslinin yaradılması haqqında xəbər verir. Yəqin ki,
söhbət Səmud qəbiləsindən – Saleh peyğəmbərin (ə) xalqından gedir, çünki
sonrakı ayələr bu xalqın tarixinə çox oxşayır.
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄﮅ
ﮆ ﮇ ﮈ
(23. 32)
“Biz onlara özlərindən elçi göndərdik: “Allaha ibadət edin, çünki Ondan başqa
digər ilah yoxdur. Məgər siz qorxmursunuz?”
Onlara öz
aralarından çıxmış elçi gəldi. Onlar onun (ə) əslini, məziyyətlərini və
doğruçuluğunu bilirdilər və bu, ona (ə) tabe olmağı onlara vacib edirdi.
Onların öz həmqəbiləsinə kin bəsləməyə əsasları yox idi. O (ə) onları, Allahın
bütün elçilərinin öz xalqlarını dəvət etdiyinə, dəvət edirdi. O (ə) onlara
Allaha ibadət etməyi əmr edirdi, çünki Allahdan başqa ibadətə layiq olan ilah
yoxdur. Digər elçilər də eynilə belə edirdilər. Onların hamısı öz dəvətini Bir
olan Allaha ibadətə və təkcə Onun ibadətə layiq olması ilə çağırışa
başlayırdılar. Bununla yanaşı onlar məxluqlara ibadət etməyə qadağa qoyur və
belə əməllərin əbəs və naqis olduğunu izah edirdilər. Məhz buna görə, peyğəmbər
(ə) öz həmqəbilələrini Rəbdən qorxmağa, bütlərə və daş heykəllərə ibadətdən əl
çəkməyə çağırırdı.
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ ﮤ ﮥ
ﮦ ﮧ ﮨ
ﮩ ﮪ
(23. 33)
“Onun xalqının iman gətirməyən və Axirət həyatını yalan sayan, Bizim dünya həyatında
bol nemətlər əta etdiyimiz adlı-sanlı
adamları dedilər: “Bu – sizin kimi adi bir insandır. O, sizin yediyinizdən
yeyir, içdiyinizdən içir”.
(23. 34)
“Əgər siz özünüz kimi bir adama tabe olsanız, mütləq zərərə düşərsiniz”.
Onun
xalqının başçıları naşükürlük, inadcıllıq, dirilməyə və əvəz veriləcəyinə inamsızlıq
kimi keyfiyyətləri birləşdirirdilər. Onlar dünyəvi nemətlərin bolluğu ilə pozğunlaşmışdılar
və peyğəmbərə (ə) müqavimət göstərməyə cəsarət edirdilər. Onlar onu (ə) yalançı
saydılar və insanları ondan çəkindirməyə çalışaraq belə deyirdilər: “Bu, sizin
kimi sadə bir adamdır. O sizin kimi yeyib, içir. O, sizin hamınızdan nə ilə
üstündür? Bax, əgər o, yemək yeməyən və su içməyən mələk olsaydı! Lakin əgər
siz sizdən heç nə ilə üstün olmayan bir insanın ardınca getsəniz və onu öz rəhbəriniz
etsəniz, ağıldan məhrum olan adamlar kimi davranmış olarsınız və hökmən
etdiyinizdən peşman olarsınız”.
Kafirlərin
sözləri qəribə idi. Zərərə düşən və etdiklərinə təəssüflənən təkcə peyğəmbərlərin
yolu ilə getməyənlər və onlara tabe olmayanlar ola bilərlər. Allahın ona Öz vəhylərini
nazil etməklə və peyğəmbərlik əta etməklə ehtiram göstərdiyi insana itaət etməyə
təkəbbürü imkan verməyən şəxslər gör necə də cahil və axmadırlar! Ağaclara və
daşlara ibadət etməyə aldanmış kəslər isə gör necə də cahil və axmaqdırlar!
Bu ayə
aşağıdakı sözlərə necə də oxşayır: “Səmudlular xəbərdarlığı yalan saydılar.
Onlar dedilər: “Doğrudanmı biz özümüzdən olanın ardınca gedəcəyik? Bu halda
biz azğınlığa uğramış olarıq və əzab-əziyyət çəkərik (və ya haqdan uzaqlaşarıq).
Doğrudanmı bizim hamımızın aramızdan Zikr təkcə onamı göndərilmişdir? Heç də
yox! O – lovğa yalançıdır!” (Qəmər, 54/23-25). Onlar öz peyğəmbərini yalançı
sayıb, rədd etdikdən, ölümdən sonra dirilməyə və edilən əməllərə görə əvəz
alınacağına iman gətirməyərək, belə dedilər:
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ
(23. 35)
“Doğrudanmı o, sizə vəd edir ki, siz öldükdən, toz-torpağa və sür-sümüyə
çevrildikdən sonra dirildiləcəksiniz?”
(23. 36)
“Heyhat, sizə vəd edilən şey çox uzaqdır”.
Onlar belə
qərara gəldilər ki, vəd edilən dirildilmə ağlasığmazdır, çünki o zamana qədər
bədənlər torpağa və sür-sümüyə dönəcəklər.
Onlar dar düşüncəli adamlar idilər və özləri ölüləri dirildə bilmədiklərinə görə
bu nəticəyə gəlmişdilər. Bununla onlar öz imkanlarını Xaliqin fövqəlqüdrəti ilə
müqayisə edirdilər. Həqiqətən də, Allah buna bənzər müqayisələrdən sonsuzluğa qədər
uzaqdır!
Onlar qərara
almışdılar ki, O (Pak və Müqəddəs Olan) meyitləri diriltməyə qadir deyil və
Onun qüdrətini cüzi sayırdılar. Onlar unutmuşdular ki, onları ilk dəfə O
yaratmışdır. Onlar başa düşməmişdilər ki, insanın bədəni çürüdükdən sonra,
insanı heçlikdən yaradan Xaliq üçün onu yenidən yaratmaq olduqca asandır. Bu
Onun üçün heç bir çətinlik yaratmır.
Kafirlər
niyə ilk dəfə yaradılmalarını inkar etmədilər? Əgər onlar təkcə maddi aləmin
mövcud olduğuna inad etsəydilər və iddia etsəydilər ki, əbədi mövcuddurlar,
onda dirildilməni inkar edə bilərdilər. Onda peyğəmbərlər böyük Yaradanın var
olduğunu sübuta yetirməyə başlardılar. Bəs niyə onlar bunu etmədilər?
Lakin
dirildilmənin doğru olmasının yenə bir sübutu vardır. Allah quru torpağı həyata
qaytarır, bu isə o deməkdir ki, O (Pak və Müqəddəs Olan) bütün varlığın
hökmranıdır və ölüləri də dirildə bilər. Budur, Allahın, dirildilməyə iman gətirməkdən
boyun qaçıran insanlara təqdim etdiyi daha bir dəlil. Onlar demişdilər: “Bu
– qəribə bir şeydir! Doğrudanmı bu, biz öləndən toz-torpağa çevriləndən sonra
baş verəcək? Bu qayıdış ağlasığmazdır!” (Qaf, 50/2-3). Allah isə onlara belə
cavab verir: “Biz bilirik ki, Yer onları nədən məhrum edir və Bizim (yadda)
saxlayan Kitabımız vardır” (Qaf,
50/4).
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳ
(23. 37)
“Bu dünyada bizim həyatımızdan başqa heç nə yoxdur. Biz ölürük, yaşayırıq və
biz dirildilməyəcəyik”.
(23. 38)
“O – sadəcə adi bir insandır, Allaha böhtan atmışdır və biz də ona iman gətirmirik”.
“Bir
qisim insanlar ölür və onların əvəzinə
dünyaya yeniləri gəlir, lakin heç kim dirildilməyəcək. Bu insan isə divanədir
və belə hesab edir ki, təkcə bir Allaha ibadət etmək və Axirətə inanmaq
lazımdır. Siz onu nə öldürməli, nə də başqa cəzaya məruz qoymamalısınız. Ona
qarşı mərhəmətli olun, axı o divanəlikdən əzab çəkir və öz sözlərinə görə cəzalandırıla
bilməz”.
Bu
insanlar, öz azğın baxışlarına istinad edərək, qərara almışdılar ki, Allahın
Peyğəmbəri (ə) ilə onun təbliğatının doğruluğu barədə mübahisə etməyə dəyməz.
Onlar belə güman edirdilər ki, onu təkcə cəzalandırmaq və ya bağışlamaq məsələsini
müzakirə etməyə dəyər. Onlar özlərini ağıllı insanlar hesab edərək, onu (ə) əfv
etməklə, layiq olduğu cəzaya məruz qoymamağı üstün tutdular. Belə inadkarlıqdan
və kafirlikdən daha pis nə ola bilər?!
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
ﰃ ﰄﰅ ﰆ
ﰇ ﰈ ﰉ
(23. 39)
“O dedi: “Ey Rəbbim! Mənə kömək et, axı onlar məni yalançı saydılar!”
(23. 40)
“Buyurdu: “Onlar çox tezliklə peşman olacaqlar”.
(23. 41)
“Onları müdhiş bir səs haqlı olaraq yaxaladı və Biz onları selin apardığı
zir-zibilə çevirdik. Məhv olsun zalımlar!”
Fasiqlərin
kafirliyi ən yüksək həddə çatdıqda peyğəmbər (ə) də əmin oldu ki, heç bir
öyüd-nəsihət onlara fayda vermək gücündə deyil, o (ə) həmqəbilələrini lənətlədi
və Allahdan xahiş etdi ki, onları, Axirətdə cəzalandırılana qədər, elə bu
dünyada da alçaldıcı cəzaya məruz qoysun. Allah onun (ə) duasına cavab verdi və
vəd etdi ki, fasiqlər çox tezliklə törətdiklərinə görə peşman olacaqlar.
Doğrudan da, tezliklə onları tükürpədici bir fəryad yaxaladı və onların
hamısını axırıncı adamına kimi həlak etdi. Bu cəza ədalətsiz cəza deyildi,
çünki onlar öz zalımlıqları ilə buna layiq olmuşdular.
Allah
onları daşqın sularına qarışmış quru saman kimi vahələrin künc-bucağında ilişib
qalan çör-çöpə çevirdi. Başqa bir ayədə deyilir: “Həqiqətən, Biz onlara
ancaq bir müdhiş fəryad nazil etdik və onlar ağıldakı samana çevrildilər” (Qəmər,
54/31). Lakin onların əzab-əziyyəti bununla bitmədi, çünki cəzadan sonra onlar
lənətə və bütün aləmlərin sakinlərinin gözü qarşısında alçaldılmaya layiq
edildilər. Fövqəluca belə buyurur: “Nə göy, nə də yer onlara görə ağlamırdı
və onlara möhlət də verilmədi” (Duxan, 44/29). Bu məcaz onu göstərir ki,
Allahın məxluqları onların həlak edilməsi ilə heç də kədərlənməmişdilər və
eynilə onların mövcudluğuna da əhəmiyyət vermirdilər. Bu – həyatını itirərkən
yaxınlarına ağrı-acı verən möminlərdən tamamilə fərqlənən kafirlər üzərində
acı istehza idi. Həqiqətən, möminlər vəfat edərkən onlara görə göylər də, yer də
ağlayır. Buna görə bir hədisdə deyilir ki, möminin ölümündən sonra, onun namaz
qıldığı və Allaha ibadət etdiyi yer, onun əməllərini yuxarıya qaldıran mələklər
və onun üçün ruzi gətirən mələklər və onun özündən sonra yerdə qoyduğu əməllərinin
bəhrələri də ağlayırlar. Əl-Həsən rəvayət etmişdir ki, dünyasını dəyişmiş
mömin üçün göylərin və yerin sakinləri ağlayırlar. Həmin kafirlər ilə isə iş
tamamilə başqa idi. Onların həlak edilməsi vaxtı çatanda, onlara möhlət də
verilmədi. Əksinə, onlar hələ yerdə yaşadıqları zaman tez gələn cəza aldılar.
Bir sözlə,
göylərin və yerin sakinləri fasiqləri yaxalamış cəzaya görə kədərlənmədilər,
çünki onların hərəkətləri nifrətamiz idi və onlar kafir olaraq ölmüşdülər. Fövqəluca
Allah onlara tövbə etmək və yol verdikləri nöqsanları aradan qaldırmaq üçün
möhlət belə vermir. Bu isə onlara qarşı bəslənən nifrətin təzahürüdür.
ﰊ ﰋ ﰌ
ﰍ ﰎ ﰏ
ﰐ ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ
(23. 42)
“Onların ardınca Biz sonrakı nəslləri yaratdıq”.
(23. 43)
“Heç bir ümmət öz əcəlini nə qabaqlaya, nə də yubandıra bilər”.
(23. 44)
“Sonra Biz bir-birinin ardınca Öz elçilərimizi göndərirdik. Hər dəfə, elçi hər
hansı bir xalqın yanına gəldikdə, onlar onu yalançı adlandırırdılar. Biz onları
bir-birinin ardınca göndərirdik və onları əfsanələrin mövzusu edirdik. Məhv
olsun kafirlər!”
Bu
inadkar kafirlərin həlak edilməsindən sonra Allah insanların digər nəsllərini
yaratdı. Hər bir xalq üçün müəyyən əzəl təyin edilmişdi ki, insanlar onların gəlişini
nə tezləşdirə, nə də ləngidə bilməzdilər. Onların yanına bir-birinin ardınca
Allahın elçiləri göndərilirdi ki, insanlar iman gətirsinlər
və haqqı başqalarına da izah etsinlər. Lakin naşükürlük və inkarçılıq yolsuz
xalqların ayrılmaz xassələrindəndir. Hər dəfə Allah elçisi zalım kafirlərin
yanına gələndə, onlar onu, çoxsaylı möcüzələr göstərməsinə baxmayaraq, yalançı
adlandırırdılar, halbuki bu hər biri ayrılıqda kifayət idi ki, insan iman gətirsin.
Bu xalqlardan sadəcə olaraq peyğəmbərlərin onlara söylədiklərinə və hökmlərinə
diqqətlə qulaq asmaq tələb olunurdu ki, bunun əsasında da onlar Allahın elçilərinin
(onlara salam olsun!) bütün gətirdiklərinin həqiqət olmasına əmin olaydılar.
Buna görə Allah kafir xalqları sonuncu nəfərinə kimi məhv edir, məskənlərini
viran qoyur və onların haqqında hekayətləri müdriklik qaynağı olan əfsanələrə
çevirirdi. İnsan bir-birilərinə bu xalqlar haqqında əfsanələr rəvayət edirdilər
ki, bunlar da təqva sahibləri üçün nəsihətamiz dastan, allahsızlar üçün isə cəza
və rüsvayçılıq rolunu oynayırdı. Allah onları məhv etsin! Onlar necə də bədbəxtdirlər!
Allah onları yox etsin! Onların əqdləri necə də ziyanlıdır!
Bir dəfə
mən adını xatırlaya bilmədiyim ilahiyyatçılardan birinin sözlərini oxumuşdum. O
belə hesab edirdi ki, Musanın (ə) gəlişindən və Tövratın nazil edilməsindən
sonra, Allah kafir xalqların kökünü kəsmir, möminlərə inadkarlıqla kafirlik edənlərə
qarşı mübarizə aparmaq hökmü vermişdir. O vaxt mən bu ilahiyyatçının nəyə
istinad etdiyini bilmirdim. Mən bu ayələr və “əl-Qəsəs” surəsinin vəhyləri üzərində
düşünməyə başlayanda, mənə onun dəlilləri aydın oldu. Şərh etdiyimiz ayələrdə
Allah, bizə Musa peyğəmbəri (ə) Tövrat ilə göndərənədək bir-birini əvəz edən
kökləri kəslmiş xalqlar haqqında xəbər vermişdir. Bu, Allahın Fironu məhv etməsi
ilə ziddiyyət təşkil etmir, çünki onun qoşunları Tövratın nazil edilməsindən
öncə məhv olmuşdu. “Əl-Qəsəs” surəsinin ayələri məsələyə bir daha aydınlıq gətirir.
Fironun məhv olmasını xatırlatdıqdan sonra, Fövqəluca Allah buyurur: “İlk nəslləri
həlak edərək, Biz Musaya, insanlara əyani nəsihət, haqq Təlim və mərhəmət kimi
Kitab əta etdik ki, onlar nəsihəti xatırlaya bilsinlər” (Qəsəs, 28/43).
Tamamilə aydındır ki, Allah Musaya (ə) Kitabı kafir xalqları həlak etdikdən
sonra vermişdir. O (Pak və Müqəddəs Olan) bildirir ki, bu Kitab möminlərdən
ötrü düz yol üçün əyani nəsihət, Təlimat və mərhəmət olmalıdır.
Yəqin ki,
aşağıdakı vəhyi məhz belə izah etmək olar: “Ondan sonra Biz onların
xalqlarına elçilər göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirirdilər,
lakin onlar, əvvəllər rədd etdiklərinə iman gətirmək istəmirdilər. Biz cinayətkarların
ürəyini belə möhürləyirik. Onlardan sonra Biz Musanı və Harunu Öz möcüzələrimizlə
Fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər.
Onlar günahkar xalq idi” (Yunus, 10/74-75). Bunun ən yaxşısı Allaha məlumdur.
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ ﮀ
(23. 45)
“Sonra Biz Musanı və onun qardaşı Harunu Öz möcüzələrimizlə və aydın dəlillərimizlə”
(23. 46)
“fironun və onun əyanlarının yanına göndərdik, lakin onlar təkəbbürlülük göstərdilər,
axı onlar onsuz da dikbaş idilər”.
İmran oğlu
Musa (ə) Rəhmli Rəbbin Özü ilə danışan elçi olmuşdur. O (ə) Allahdan xahiş
etmişdi ki, qardaşı Harun (ə) da onunla (ə) birlikdə peyğəmbərlik yükünü onunla
bölüşdürsün. Allah da onun (ə) xahişini qəbul etmişdir. O (Pak və Müqəddəs
Olan) onları, doğruluqlarına şəhadət verən və bütün təbliğ etdiklərinin haqq
olduğunu təsdiq edən dəlillərlə təchiz etmişdi. O (Pak və Müqəddəs Olan) onlara
həmçinin aydın bir dəlil də vermişdi ki, bu dəlil o dərəcədə inandırıcı idi ki,
zəhmət çəkmədən insanlarını ürəyini ələ ala bilirdi. Bunun sayəsində möminlərin
ürəkləri haqqın qarşısında səcdəyə gəlir, inadkar allahsızlar isə özlərinə bəraət
qazanmaq imkanından məhrum olurdular.
Bu ayələr
aşağıdakılara bənzəyir: “Biz Musaya doqquz aydın möcüzə əta etdik. İsrail
oğullarından soruş ki, Musa onların yanına necə gəlmişdi və Firon ona demişdi:
“Ey Musa! Həqiqətən, mən güman edirəm ki, sən sehrlənmisən”. (Musa)
dedi: “Sən artıq bilirsən ki, kimsə deyil, təkcə göylərin və yerin Rəbbi onları
əyani dəlillər kimi nazil etmişdir. Ey Firon! Mən düşünürəm ki, sən həlak
olacaqsan” (İsra, 17/101-102);
“Bizim
möcüzələrimiz əyani olaraq onlara göstərildikdə, onlar dedilər: “Bu – açıq bir
sehrdir”. Onlar dəlilləri zalımcasına və təkəbbürlə rədd etdilər, halbuki
onlar ürəklərində dəlillərin doğruluğuna əmin idilər” (Nəml,
27/13-14).
Bu surədə
Fövqəluca xəbər verir ki, Musa və Harun Fironun, Hamanın və Fironun ətrafına
daxil olan digər fasiqlərin yanına göndərilmişdilər. Lakin onlar Allaha iman gətirməkdən
təkəbbürlə imtina etmiş və Onun elçiləri qarşısında təşəxxüs göstərmişdilər.
Onlar özlərini əzəmətli və hakimiyyət sahibləri kimi hiss edirdilər və yer
üzündə şərəfsizlik yayırdılar və onların haqqa qarşı bu rəftarlarında təəccüblü
bir şey yoxdur.
ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ
(23. 47)
“Onlar dedilər: “Doğrudanmı biz, bizim kimi olan bu iki nəfərə inanmalıyıq,
halbuki onların xalqı bizə xidmət edir?”
(23. 48)
“Onlar hər ikisini yalançı saydılar və özlərini ölümə məhkum etdilər”.
Onların
sözləri onların təkəbbürlüyünün və xudpəsəndliyinin dəlili idi və düşüncəsiz
insanları qorxutmaq və aldatmaq üçün nəzərdə tutulmuşdu. Firon və onun əlaltıları
özlərindən əvvəlkilərin sözlərini eynən təkrar edirdilər. Onların qəlbi eyni
küfrə etiqad edirdi və buna görə də onların sözləri və əməlləri oxşar idi.
Onlar, Allahın Musanı (ə) və Harunu (ə) peyğəmbərlik risaləsi ilə şərəfləndirməsini
qəbul etməkdən boyun qaçırmışdılar və bəhanələri də o idi ki, İsrail oğulları
onlara
xidmət edirdilər və onların ən ağır işlərini görürdülər. Bu barədə Fövqəluca
Allah belə buyurur: “Budur Biz sizi Fironun adamlarının əlindən xilas etdik.
Onlar sizi dəhşətli əzab-əziyyətə düçar edirdilər, oğullarınızı öldürür,
qadınlarınızı isə öldürmürdülər. Bu sizin üçün Rəbbinizdən böyük bir sınaq idi”
(Bəqərə, 2/49).
Firon və
Misir zadəganları belə deyirdilər: “Doğrudanmı, insanlar bizə itaət etdikdən
sonra, biz onlara itaət edəcəyik? Doğrudanmı bizim qullarımız bizə ağalıq edəcəklər?”
Onların sözləri Nuhun (ə) qəbilədaşlarının sözlərinə bənzəyir. Onlar deyirdilər:
“Doğrudanmı biz, sənin ardınca ən aciz insanların getdiyinə görə inana bilərik?”
(Şüəra, 26/111). Onun adlı-sanlı həmqəbilələri deyirdilər: “Biz görürük
ki, sən də bizim kimi insansan. Biz həm də görürük ki, bizim aramızdan olan ən
alçaq səviyyəlilər sənin ardınca gedirlər, lakin onlar da düşünmədən sənə
qoşulmuşlar. Biz görmürük ki, siz bizdən nə iləsə üstün olasınız. Əksinə, biz
sizi yalançı sayırıq” (Hud, 11/27). Tamamilə aydındır ki, belə
“sübutlar” haqqı inkar etməyə qadir deyil. Onlar sadəcə haqqı yalan saymağa cəhd
etmək və ona faydasız müqavimət göstərməkdir. Buna görə, Fövqəluca buyurur
ki, kafirlər özlərini ölümə məhkum etdilər. Onlar İsrail oğullarının gözləri
qarşısında dənizdə qərq edildilər.
ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ
(23. 49)
“And içirik ki, Biz Musaya Kitabı, onlar düz yolla getsinlər deyə, əta etdik”.
Firon məhv
edildikdən və Musa (ə) israillilərlə birlikdə xilas edildikdən sonra, peyğəmbərin
(ə) Allahın hökmlərinə uyğun olaraq öz
xalqını idarə etməsinə və Onun qanunlarını açıq bəyan etməyə imkan yarandı.
Allah ona (ə) vəd etmişdi ki, qırx gün ərzində Tövrat nazil ediləcəkdir və buna
görə o (ə) şərtləşdikləri yerə yola düşdü. Fövqəluca buyurur: “Biz onun üçün
lövhələrdə hər şey haqqında nəsihətlər və hər şeyin izahını yazdıq...” (Əraf,
7/145). Bütün bunlar ona görə edilmişdi ki, İsrail oğulları düz yola gəlsinlər,
axı onlar dinin hökmlərini və qadağalarını təfsilatı ilə vəhyin sayəsində öyrənər,
mükafatlandırma və cəzalandırmanın nə olduğunu bilər və həmçinin öz Rəbbini
Onun gözəl adları və sifətləri vasitəslə dərk edə bilərdilər.
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
(23. 50)
“Biz Məryəm oğlunu və anasını bir möcüzə etdik, onları xəlvət bir yüksəklikdə bulaq
başında sığındırdık”.
Allah həmçinin
özünün böyük mərhəməti ilə Məryəm oğlu İsanı (ə) himayə etmişdir. O (Pak və Müqəddəs
Olan) onu (ə) və anasını (Allah ondan razı olsun) Özünün ən böyük möcüzələrindən
biri etmişdir. Məryəm kişi iştirakı olmadan hamilə olmuş və bir oğul dünyaya gətirmiş
və uşaq hələ beşikdə ikən danışmış və Allahın iradəsi ilə insanlara çoxlu möcüzələr
göstərmişdir. Allah onları sakit, xəlvət və yüksək bir yerdə yerləşdirmişdi ki,
onun yaxınlığında da bulaqlar axırmış. Güman etmək olar ki, bu, Məryəmin doğum ərəfəsində
baş vermişdir, çünki bunu aşağıdakı ayə də təsdiq edir: “Beləliklə, Məryəm
hamilə oldu və onunla birlikdə uzaq bir guşəyə çəkildi. Doğuş sancıları zamanı
o bir xurma ağacının yanına gəlib çıxdı və dedi: “Kaş ki, bu halımadək öləydim
və həmişəlik yaddan çıxarılaydım! Onda o, aşağıdan ona belə səsləndi: “Qəm yemə!
Rəbbin alt tərəfində çeşmə açmışdır. Xurmanı silkələ, üstünə təzə xurmalar
töküləcək. Ye, iç və sevin!”” (Məryəm, 19/22-26). Bu vəhydən belə bir nəticə
çıxır ki, Məryəm hündür bir yerdə imiş və ondan aşağıda isə bulaq
axırmış.
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
(23. 51)
“Ey elçilər! Halal şeylərdən yeyin və saleh işlər görün. Həqiqətən, nə etdikləriniz
Mənə məlumdur”.
Fövqəluca
Öz elçilərinə əmr etmişdir ki, təmiz halal yolla qazanılmış qida məhsullarını
yesinlər və Allaha həmd edərək, elə xeyirxah işlər görsünlər ki, onlar qəlbləri
və bədənlərini, həm də dünyəvi və Axirət həyatını nizama salmağa qadir olsun.
Allah onlara bildirir ki, O, onların bütün əməllərindən xəbərdardır. Hər hansı əməl
və hər hansı niyyət Allaha mütləq aydın olur və O, insanların əməllərini əvəzsiz qoymur. Şübhəsiz
ki, elçilərə veriləcək əvəz ən yaxşı və ən əlasından olacaqdır. Bütün bu deyilənlərdən
aydın olur ki, bütün elçilərə təmiz və keyfiyyətli yeməklər yemək halal, pis
yeməklər isə haram edilmişdi və xeyirxah işlər görmək əmr olunmuşdu. Hərçənd
müxtəlif peyğəmbərlərə verilmiş bəzi dini hökmlər fərqlənirdilər, amma onların
hamısı saleh əməllər sırasına daxil idi. Onların arasında olan fərqlər bu və ya
digər zamanın tələbatları ilə izah edilirdi.
Lakin
saleh əməllər arasında elə əməllər də vardır ki, onlar bütün zamanlarda nemət gətirir
və buna görə həmin əməllər Allahın bütün peyğəmbərlərinin (onlara Allahın
salamı olsun!) təlimlərinə və səmavi şəriətlərə məxsus idi. Bu – Allahın Vahid
olmasına iman gətirmək və tək Ona səmimiyyətlə ibadət etmək, Onu sevmək, Onun
qarşısında qorxu hissi keçirmək, Ona təvəkkül etmək, xeyirxahlıq göstərmək,
ancaq doğru olanı danışmaq, verilən vədi həmişə yerinə yetirmək, qohumluq əlaqələrini
kəsməmək, valideynlərə ehtiram bəsləmək, zəiflərə və ehtiyacı olanlara yardım göstərmək,
yetimləri himayə etmək, canlı məxluqlara qarşı şəfqətli olmaq və bir çox digər
xeyirxah əməllər etmək hökmüdür. Məhz buna görə, əvvəlki Səmavi Kitablar
haqqında biliyə malik olan insanlar Muhəmmədin (ona Allahın salavatı və salamı
olsun!) təbliğ etdiyi ehkam və qadağalarına istinad edərək, onun (s.ə.s.) peyğəmbərliyinin
doğru olduğunu bilirdilər. Bunun nümunəsi kimi, imperator Heraklın
hekayəti və digər buna bənzər hekayətləri göstərmək olar. Muhəmməd Peyğəmbər
(s.ə.s.) insanları xeyirxah işlər görməyə çağırırdı ki, bu işləri görməyə ondan
əvvəlki peyğəmbərlər də çağırırdılar və insanlara günah işlətməyi qadağan
edirdi. Əvvəlki peyğəmbərlər də bu günahlardan çəkindirirdilər. Bütün bunlar onun
(s.ə.s.) Allahın elçilərinin şan-şöhrət sahibi olan dəstəsinin nümayəndəsi
olduğunu və şər əməlləri təbliğ edən, insanları xeyirxahlıq etməyə qoymayan
yalançılardan seçildiyini təsdiq edirdi.
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ
(23. 52)
“Həqiqətən, bu – sizin dininiz – vahid bir ümmətdir, Mən də sizin Rəbbinizəm.
Məndən qorxun!”
Ey elçilər! Sizin ümmətiniz – vahid bir ümmətdir və təkcə
bir dinə etiqad edir və bir olan Rəbbə ibadət edir. Buna görə, Rəbbinizin
ehkamlarını yerinə yetirərək, təqvalı olun və Onun haramlarından çəkinin!
Bu ehkamlar təkcə Allahın elçilərinə (onlara Allahın
salamı olsun!) deyil, elçilərdən nümunə götürən və onların yolu ilə gedən bütün
möminlərə də aiddir. Fövqəluca buyurur: “Ey iman gətirənlər! Bizim sizə
verdiyimiz hala nemətlərdən yeyin və Allah şükür edin, əgər siz Ona ibadət
edirsinizsə” (Bəqərə, 2/172). Özünü Allahın elçilərinin davamçısı
adlandıran hər bir insan onlardan nümunə götürməli və Allahın bu hökmünü yerinə
yetirməlidir. Lakin kafir günahkarlar Ona itaətsizlik etməyi üstün tuturlar və
buna görə, sonra O, belə buyurur:
ﯘ ﯙ ﯚ
ﯛﯜ ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
(23. 53) “Lakin onlar öz dinini aralarında firqələrə
ayırdılar və hər bir təriqət malik olduğuna fərəhlənir”.
Bidətçi təriqətlərin hər birinin tərəfdarları özlərini
peyğəmbərlərin ardıcılları bəyan etdilər, dini təriqətlərə parçalayıb, nail
olduqları biliklərə və ehkamlara fərəhlənirlər. Onlar ancaq özlərini haqlı
sayırlar və bütün qalanları isə yollarını azmaqda günahlandırırlar. Əslində, təkcə
Allahın elçilərinin ən yaxşı yeməkləri yeyən və saleh işlər görən həqiqi tərəfdarları
haqlıdırlar. Bütün digərləri isə yollarını azmış bidətçilərdir.
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
(23. 54) “Qoy onlar müəyyən vaxtadək öz
nadanlıqlarında qalsınlar”.
Qoy onlar bir müddət öz cahillikləri burulğanında
qalıb elə fikirləşsinlər ki, təkcə özləri düz yoldadırlar. Onlar bu vəziyyətdə
çox qalmayacaqlar, çünki çox yaxın vaxtda cəza onları yaxalayacaq. Onlara nə təbliğat
kömək etməyəcək, nə də nəsihətlər fayda verməyəcək. Axı onlar, tamamilə əsassız
olaraq özlərini haqlı saydıqları və başqalarının da təkcə onların baxışlarına
uymalarını istədikləri halda, insanlara necə kömək edə bilərlər?!
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴﯵ
ﯶ ﯷ ﯸ ﯹ
(23. 55) “Doğrudanmı onlar elə düşünürlər ki, Biz
onlara var-dövlət və oğullarla kömək etməklə
(23. 56) “onlara nemət verməyə tələsirik? Qətiyyən
yox! Lakin onlar fərqinə varmırlar!”
Doğrudanmı onlar elə zənn edirlər ki, onlara əta
edilmiş var-dövlət və onların törətdikləri övladları əməlisaleh və xoşbəxt
insanlar olmalarının dəlilləridir və onlar həm bu dünyada, həm də öldükdən
sonra mütləq uğur qazanacaqlar? Qətiyyən yox! Dünyəvi nemətlər buna dəlil
deyildir. Onlar hətta hiss etmirlər ki, onlara əta edilmiş uzun ömür və bol sərvət
ona görə verilmişdir ki, daha çox günah etsinlər və daha böyük cəzaya layiq
görülsünlər. Qoy onlar onlara verilən özlərinə əta edilənlərə fərəhlənsinlər,
axı Fövqəluca buyurmuşdu: “Onlar özlərinə xatırladılanları unutduqları
zaman, Biz onların qarşısında darvazaları hər şey üçün açdıq. Onlar əta edilənə
şadlandıqda, Biz onları qəfildən yaxaladıq və onlar ümidlərini itirdilər!” (Ənam,
6/44).
Yaramaz əməllərə
qurşanan, lakin özlərini təhlükəsizlikdə hiss edən və onlara əta edilmiş maddi
nemətləri xeyirxahlıqlarının və üstünlüklərinin dəlilləri zənn edən
günahkarları xatırlatdıqdan sonra, Fövqəluca Allah saleh əməllər işlədən və
Allahdan qorxmaqda davam edənlər haqqında xəbər verir. Fövqəluca buyurur:
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ
(23. 57) “Həqiqətən,
Rəbbinin qarşısında qorxudan titrəyənlər”,
Onların ürəkləri
Rəbbi qarşısında qorxu ilə dolur, çünki onlar bilirlər ki, Allah həmişə onları ədalətlə
cəzalandıra bilər. Onlar ehtiyat edirlər ki, xeyirxah əməllərindən məhrum
olarlar və qorxurlar ki, onlar Fövqəluca Allah qarşısında öz vəzifələrini yerinə
yetirməyə bilərlər və istənilən anda imanlarından məhrum ola bilərlər. Onlar öz
Rəbbini dərk etmişlər və bilirlər ki, O, Ona ən sədaqətli ehtiram bəslənməsinə
və ucaldılmasına layiqdir. Onların qorxusu və ehtiyat etməsi onları
günahlardan, vacib hökmlərə laqeyd yanaşmaqdan və dəhşətli nəticələrlə
sonuclana bilən şeylərdən çəkinməyə sövq edir.
ﰂ ﰃ ﰄ
ﰅ ﰆ ﰇ
(23. 58) “öz Rəbbinin
ayələrinə iman gətirənlər”,
Allahın ayələrini
onlara xatırladanda imanları artır. Onlar Quranın ecazkar ayələri üzərində
düşünür və bunun sayəsində onlar ayələrin mənalarını dərk edir, onların əzəmətini
anlayır və Quran ayələri arasında ziddiyyətlərin yer tapmadığına əmin olurlar.
Bununla yanaşı isə, onlarda Allahı dərk etmək arzusu baş qaldırır və onlar
Allahdan qorxmağın və Ona təvəkkül etməyin zəruriyyətini başa düşürlər. Onlar
Quran ayələrindən gələcəkdə əvəz alacaqları haqqında məlumat əldə edir və bu,
onlarda sözlə deyilməsi mümkün olmayan iman yüksəlişi yaradır. Onlar Quran ayələri
ilə yanaşı Allahın bütün dünyaya yayılmış möcüzələri üzərində də düşünürlər.
Buna görə Fövqəluca belə buyurur: “Həqiqətən, göylərin və yerin
yaradılmasında, həmçinin gecəylə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri
üçün dəlillər vardır” (Ali-İmran, 3/190).
ﰈ ﰉ ﰊ
ﰋ ﰌ ﰍ
(23. 59) “onlar
öz Rəbbinə şərik qoşmayanlar”,
Onlar açıq-aşkar müşriklikdən
uzaq qaçırlar, çünki özlərinə ibadət edəcəkləri və ümid bəsləyəcəkləri yalançı
“ilahlar” uydurmurlar. Bununla yanaşı onlar nümayişkaranə hərəkətlər və gizli
müşrikliyin digər təzahürlərindən çəkinirlər. Əksinə, onlar öz sözlərini və əməllərini
təkcə Allaha həsr edirlər.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
(23. 60) “Rəbbinə
qayıdacaqlarına görə ürəkləri həyəcanlı olduğu halda sədəqə verənlər –
Onlar Allahın
hökmlərini yerinə yetirir və gücləri çatan hər şeyi yerinə yetirirlər. Onlar
namaz qılır və zəkat verir, ziyarətə gedir və sədəqə paylayırlar, həm də digər
xeyirxah işlər görürlər. Lakin bütün bunlara baxmayaraq, onların ürəyi qorxudan
tir-tir əsir, çünki onlar öz əməlləri ilə Allahın qarşısında dayanmalı
olacaqlar. Onlar qorxurlar ki, etdikləri yaxşılıqlar Allahın cəzasından xilas
olmağa kömək etməsin, çünki onlar öz Rəbbini dərk etmişlər və bilirlər ki, O, ən
mükəmməl ibadətə layiqdir.
ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
(23. 61) “onlar
hamısı xeyirxah işlər görməyə tələsər və bunda digərlərini qabaqlayarlar”.
Onlar xeyirxah
işlər görməyə ona görə tələsərlər ki, Allaha yaxınlaşsınlar və Onun verəcəyi cəzadan
xilas olsunlar. Saleh bir əməl haqqında eşidən kimi, onlar əllərinə düşən ilk
imkandan istifadə edərək, onu yerinə yetirməyə can atırlar. Onlar Allahın bəyəndiyi
insanları və onları öndən, sağdan və soldan əhatə edən pak möminlərə baxaraq,
xeyirxah əməl işlətməkdə onlardan qabağa keçməyə səy göstərirlər. Onlar Allaha
yaxınlaşmağa və qarşıya qoyulan məqsədə hamıdan əvvəl nail olmağa çalışırlar.
Lakin heç də başqalarını ötmək istəyən hər kəsə, arzu etdiyini əldə etmək
mümkün olmur. Buna ancaq səy göstərənlər və qollarını çırmalayıb zəhmətə
qatlaşanlar nail olurlar, səhlənkarlıq və etinasızlıq edənlər isə buna nail ola
bilmirlər. Buna görə də Fövqəluca bildirir ki, barələrində bəhs edilən möminlər,
başqalarını ötüb keçməyə nail olan insanlar sırasındadır. Onlar yüksək mövqe
qazana bilir və saleh insanların öncülləri sırasında yer tuturlar. Onlar bu məziyyətləri
ilə, Allahın əzəldən təyin etdiyi xoşbəxtlər arasında olma qədərinə
borcludurlar və bu, onların saleh əməllər işləməkdə hamını qabaqlamasını labüd
edir. Onların başqalarını qabaqlamağı bacardıqları haqqında eşidən bəzi
insanlar səhvən elə güman edə bilərlər ki, bu hal onların qədərində Fövqəluca tərəfindən
müəyyən edilməmişdir
və buna nail olmaq təkcə hədsiz dərəcədə cəhd göstərməklə mümkündür. Məhz buna
görə sonra Fövqəluca belə buyurur:
ﭤ
ﭥ ﭦ ﭧ
ﭨﭩ ﭪ ﭫ
ﭬ ﭭﭮ ﭯ
ﭰ ﭱ ﭲ
(23. 62) “Biz
insanları onların bacardığından artıq yükləmirik. Dərgahımızda haqqı söyləyən
Kitab vardır və onlar haqsızlığa uğradılmazlar”.
Allah insana
onun gücünün çatdığı şeyləri yerinə yetirməyi həvalə edir. Bundan başqa, dini
göstərişlər insanın bütün qüvvəsini əhatə etmir və bu isə Allahın mərhəməti və
müdrikliyini sübut edir. O (Pak və Müdrik Olan), insanları Ona doğru aparan
yolu asanlaşdırmışdır ki, bu geniş magistral son səfərə çıxanlarla həmişə dolu
olsun. Onun dərgahında saxlanan Kitab haqqı deyir. Bu – bütün varlıqlar
haqqında biliklərin yazıldığı ən birinci Kitabdır. Onda saxlanılan qeydlər gerçəkliyə
tamamilə uyğundur və bu onların doğruluğuna dəlalət edir. Bax elə buna görə,
heç kim nə insanların etdikləri xeyirxahlıqları əskildə bilər, nə də onların
törətdikləri günahlarını, onların əzab-əziyyətini dərinləşdirmək üçün çoxalda
bilər.
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
(23. 63) “Lakin
onların qəlbi
Bundan xəbərsizdir. Bununla belə onlar az ağır cinayətlər törədirlər”.
Fövqəluca xəbər
verir ki, kafirlər ən yüksək dərəcədə cahil və zalım adamlardırlar və onların
etinasızlığı və inadcıllığı Quran ayələrinin mənasını dərk etmələrinə mane
olur. Onlar bu Kitaba əsaslanmırlar və onun nuru onların qəlbinə nüfuz etmir.
Fövqəluca
buyurur: “Sən Quranı oxuyanda, Biz səninlə Axirətə inanmayanlar arasında
görünməz pərdə çəkdik. Biz onların qəlbinə örtük saldıq ki, onlar onu anlamasınlar və
onların qulaqlarını da tıxadıq” (İsra, 17/45-46). Onların
nadanlığı imkan vermirdi ki, qəlbləri Müqəddəs Quranı dərk etsin və onları küfrə
etiqada, yaramaz cinayətlər törətməyə və Allahın qanununa müqavimət göstərməyə
sövq etdirirdi. Bütün bunlar onları əzabverici cəzaya məhkum etdi. Bununla
yanaşı onlar daha az ağır cinayətlər törədirdilər və heç də təəccüblü deyil ki,
onlar cəzaya layiq görülmüşdülər. Allah onlara möhlət vermişdi ki, onlar üçün təyin
edilmiş yaramaz əməllər törətsinlər. Onlar həmin əməlləri törətdikdə, ən pis vəziyyətə
düşdülər və Allahın qəzəbinə və Onun cəzasına məruz qalmaq üçün getdilər.
ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ ﮊ
(23. 64)
“Ancaq, Biz onların bolluq içində yaşayanlarını cəzalandırdıqda, onlar uca səslə
bağıracaqlar”.
Bu günahkarlar
bu dünyada dəbdəbə içində yaşamağa, hər cür nemətlərdən və ləzzətverici şeylərdən
həzz almağa alışmışdılar. Onlar çətinliklərdən və qəm-qüssədən xəbərsiz idilər.
Amma Allah onları cəzalandırarkən onlar əzabın dadını biləcək və azğınlaşmış
halda bağıracaqlar, çünki onlar elə bir dəhşətli cəzaya məruz qalacaqlar ki,
onu əvvəllər heç təsəvvür də edə bilməzdilər. Onlar yardım göstərilməsi
haqqında yalvaracaqlar, lakin onlara belə cavab veriləcək:
ﮋ ﮌ
ﮍﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ ﮝ
(23. 65) “Bu
gün bağırmayın! Həqiqətən, Biz sizə kömək göstərməyəcəyik”.
(23. 66) “Sizə
Mənim ayələrimi oxuyanda, siz onlardan geri çəkilirdiniz”,
Əgər Allah
onlara kömək etməsə, onda onlar hər cür yardımdan məhrum olacaqlar. Onlar özləri
özlərinə kömək edə bilməyəcəklər və heç kim də onlara kömək etməyəcək. Axı niyə
onlar bu dərəcəyə düşdülər? Sanki bu suala cavab verərək, Allah bildirir ki, bu
günahkarlara Quran ayələri oxunurdu ki, onlar vəhylərə iman gətirə bilsinlər.
Lakin onlar bunu etmədilər. Əksinə, ayələrdən üz çevirdilər və dal-dalı çəkildilər.
Əgər onlar Quran ayələrinin ardınca getsəydilər, onda irəliyə gedərdilər. Lakin
onlar ayələrdən üz döndərdilər, geriyə çəkildilər və Cəhənnəmin lap dibinə
düşdülər.
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ
(23. 67) “həm də
onunla qürrələnir və gecələr
yaramaz sözlər danışırdınız”.
Quranı təfsir edənlər iddia edirlər ki, bu ayədə
əvəzlik məbədə aiddir. Bu, ola bilsin ki, kafirlərin tez-tez xatırladıqları məbəd
və ya Kəəbədir. Haram məbəd onların özlərini başqalarından üstün tutub təkəbbürlənmələrinə
səbəb olmuşdu. Onlar özlərini haram torpağın sakinləri adlandırır və özlərini
hamıdan üstün sayırdılar. Axşamlar Kəəbənin yanında yığışaraq, Allahın Müqəddəs
Quranda qınadığı danışıqlara qurşanırdılar. Onlar nəinki özləri Qurandan üz
döndərirdilər, həm də ətrafdakıları da belə davranmağa çağırırdılar. Fövqəluca
bildirir ki, kafirlər bir-birilərinə belə deyirdilər: “Bu Qurana qulaq
asmayın, mənasız sözlər danışın. Ola bilsin üstün gələsiniz”
(Fussilət, 41/26).
Fövqəluca
buyurur: “Doğrudanmı siz bu hekayətə təəccüblənirsiniz, gülürsünüz,
ancaq ağlamırsınız və əylənirsiniz?” (Nəcm, 53/59-61);
“Ya da onlar
belə deyirlər: “O onu uydurmuşdur!” Qətiyyən belə deyil! Onlar sadəcə iman gətirmirlər”
(Tur, 52/33).
Onların bu
sadalanan alçaq keyfiyyətlərin hamısına birdəfəliyə malik olduqları halda,
onların əzaba düçar olacaqlarında təəccüb ediləsi bir şey yoxdur. Cəza onları
yaxalayanda isə, heç kim onların köməyinə gəlmədi və onlara amansız cəzalandırmadan xilas olmağa kömək etmədi.
Əksinə, onlar törətdikləri yanlış əməllərinə görə qınandıqlarını eşitdilər.
ﮣﮤﮥﮦ ﮧﮨ ﮩ
ﮪ ﮫﮬﮭ
(23. 68) “Doğrudanmı
onlar bu Söz barədə heç düşünmürlərmi? Ya da onların ulu əcdadlarına verilməyənlər,
onlaramı verilmişdir?”
Doğrudanmı
onlar Quran haqqında düşünmürlərmi? Doğrudanmı onlar onun mənası barədə fikirləşmirlərmi?
Əgər onlar düşünsəydilər, onda bu onlara iman gətirməyə kömək edərdi və onları
kafirlikdən saxlayardı. Lakin onlar ondan üz çevirdilər və bu onların böyük bir
bədbəxtliyə məruz qalmasına səbəb oldu. Bu ayədən məlum olur ki, Quran barədə
düşünmək insana hər hansı xeyirxah işi dərk etməyə və şərdən qorunmağa kömək
edir. Lakin insanın ürəyi qıfılla kilidlənmiş olduqda, o, onun haqqında
düşünmür.
Doğrudanmı
günahkarlar ona görə haqq dinə gəlməkdən boyun qaçırırlar ki, onlara Elçi və
Quran gəldiyi halda, ulu babaları onlara layiq görülməmişlər? Doğrudanmı onlar
öz yolunu azmış atalarının izi ilə getməyi üstün tutmuş və onların yanlış adətlərinə
zidd olan hər şeyə müqavimət göstərməyi qərara almışlar? Bu, həqiqətən də, belədir
və buna görə Allah Məkkə müşrikləri və onların tayı olan kafirlər haqqında belə
buyurur: “Qətiyyən yox! Onlar dedilər: “Həqiqətən, biz atalarımızı bu
yolda görmüşük və biz onların izi ilə sədaqətlə gedirik. Beləliklə, Biz sənə qədər
hansı xəbərdaredici nəsihətçini hər hansı bir kəndə göndərsək də, oranın zənginlik
içində rahatlığa alışmış sakinləri hökmən deyirdilər: “Həqiqətən, biz atalarımızı
bu yolda görmüşük və biz onların yolunu sidq ilə davam etdiririk”. O dedi: “Əgər
mənim sizə gətirdiyim, sizin atalarınızınkılardan daha doğrudursa?” Onlar
dedilər: “Biz sizin gətirdiyinizə inanmırıq” (Zuxruf, 43/22-24). Allahın
Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara haqqa tabe olmağı və
onun (s.ə.s.) ardınca getməyi təklif edən kimi, onların əcdadlarının izi ilə getmələrinin əsl
səbəbi – kafirliyi aşkar oldu.
ﮮ
ﮯ ﮰ
ﮱ ﯓ ﯔ ﯕ ﯖ
(23. 69) “Bəlkə,
onlara göndərilmiş Elçini tanımayıb, onu inkarmı edirlər?”
Doğrudanmı
onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) yaxşı
tanımadıqlarına görəmi haqqa itaət etməkdən imtina edirlər? Bu belə olsaydı,
onlar deyərdilər: “Biz bu adamı tanımırıq və onun doğruçuluğuna əmin deyilik.
Gözləyin, çünki biz onunla yaxşı tanış olmalıyıq və onun barəsində onu
tanıyanlardan soruşmalıyıq”. Lakin hər şey əksinə olmuşdu, çünki məkkəlilər
Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) gözəl tanıyırdılar. Şəhərin
bütün yaşlı və gənc sakinləri onun (s.ə.s.) gözəl əxlaqi məziyyətlərinə,
doğruçuluğuna, sadiqliyinə və etibarlılığına bələd idilər. Hələ peyğəmbərliyinə
qədər onu “əl-Əmin” adı ilə çağırırdılar ki, bu da “Sədaqətli” olmağı bildirir.
Niyə bəs onda o (s.ə.s.) açıq-aşkar haqqı və aydın həqiqəti təbliğ etməyə
başladıqda, onlar ona (s.ə.s.) inanmaqdan boyun qaçırırdılar?
ﯗ ﯘ ﯙ
ﯚﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ
(23. 70) “Yaxud
da onlar deyirlər ki, o cinlidir? Əksinə, o onlara haqqı gətirmişdir, amma
onların əksəriyyəti haqqı sevmirlər”.
Müşriklər
deyirdilər ki, Muhəmməd (s.ə.s.) ağlını itirmişdir və ağzına gələni danışır.
Onlar onu (s.ə.s.) divanə adlandırırdılar. Adətən, belə adamın ətrafında olan
onun söylədiyi sözlərə qulaq asmamalı və onlara əhəmiyyət verməməlidir. Yaxşı məlumdur
ki, psixi pozğunluğa məruz qalan xəstələr sərsəmləyir və cəfəngiyat danışırlar.
Lakin Allah belə ittihamları təkzib etdi və Muhəmmədin (ona Allahın salavatı və
salamı olsun!) təlimini haqq təlim adlandırdı. Onun qəti inamla söylədiyi xütbələri
əsl həqiqət idi və onlarda uydurmalara və ziddiyyətli mühakimələrə yer yoxdu. Məgər
ağlına hakim olmayan adam belə bir təlimi təbliğ etməyə qadir ola bilərdimi?!
Onda niyə insanlar özünün biliyi, məntiqi mühakiməsi və təqdirəlayiq əxlaqi məziyyətləri
ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ən əzəmətli
yüksəklikləri fəth etdiyini etiraf
etmirdilər? Onun (s.ə.s.) yolu ilə getmək bütün digər insanlar üçün böyük şərəfdir,
çünki onun (s.ə.s.) davamçıları sırasına düşmək bəşəriyyətin ən yaxşı nümayəndələrinə
nəsib olacaqdır.
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(23. 71)
“Əgər haqq onların istəklərindən asılı olsaydı, onda göylər, yer və onların
arasında olanlar xarabalığa dönərdi. Biz onlara
Zikri əta etdik, lakin onlar öz Zikrindən üz döndərdilər”.
Onlar
Allahın nazil etdiyi nəsihətdən üz döndərib, özlərini bədbəxtliyə məhkum edərək,
ən doğru təlimdən məhrum oldular. Bu barədə Fövqəluca belə buyurur: “...Onlar
Allahı unutdular. Allah da onları unutdu...” (Tövbə, 9/67);
“Allahı
unudanlara oxşamayın, O, onları özlərini unutmağa məcbur etdi. Onlar – mürtəddirlər”
(Həşr,
59/19). Quran və onu bəşəriyyətə gətirmiş Peyğəmbər (s.ə.s.) – iki ən böyük nemətdir
ki, onları Allah Məkkə müşriklərinə bəxş etmişdi. Lakin onlar hər ikisindən
imtina etdilər və üz döndərdilər. Belə bir şəraitdə iman gətirməkdən boyun qaçıran
insanın bundan da ağır itkisi nə ola bilər?
ﯵﯶ ﯷ
ﯸﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ
(23. 72)
“Məgər sən onlardan vergi istəyirsən? Sənin Rəbbinin verəcəyi daha xeyirlidir və
O – ruzi bəxş edənlərin ən Xeyirlisidir”.
Ey Muhəmməd!
Doğrudanmı onlar sənin ardınca getməkdən ona görə boyun qaçırırlar ki, sən öz
xütbələrinə görə onlardan, vəziyyətlərini ağırlaşdıran mükafat istəyirsən? Əgər
sən onlardan mükafat və ya töycü yığmaq istəsəydin sənin yolunla getməyə
onların gücü çatmazdı. Lakin bu belə deyil. Rəbbinin mükafatı hər şeydən
üstündür. Məhz buna görə Allahın hər bir peyğəmbəri (onlara salam olsun!) öz həmqəbilələrinə
dəfələrlə deyirdilər: “Ey mənim xalqım! Mən bunlara görə sizdən mükafat
istəmirəm, çünki məni Yaradan Özü məni mükafatlandıracaqdır. Məgər siz başa
düşmürsünüz?” (Hud, 11/51). Peyğəmbərlər (onlara salam olsun!) insanlar
arasında təbliğat apararkən onlardan maddi nemətlər əldə etmək məqsədi güdmürdülər.
Əksinə, onlar insanları haqq dinə gəlməyə çağırır və onlara səmimiyyətlə
xeyirxahlıq və əmin-amanlıq arzulayırdılar. Demək olar ki, elçilər insanların
özlərindən daha artıq onların qayğısına qalırdılar. Allah o şərəfli insanları,
öz davamçıları üçün etdikləri bütün xeyirxahlıqlara görə, ən gözəl tərzdə Öz rəhmətinə
qovuşdursun! Allah bizə də bütün təşəbbüslərimizdə onların yolunu davam etdirməkdə
yardımçı olsun!
ﰀ ﰁ ﰂ
ﰃ ﰄ ﰅ ﰆﰇﰈﰉ ﰊ ﰋﰌﰍﰎ
(23. 73)
“Həqiqətən, sən onları doğru yola çağırırsan”.
(23. 74)
“Axirət gününə inanmayanlar isə, mütləq yoldan sapırlar”.
Bu
ecazkar surədə Fövqəluca Allah imana sahib olmaya səbəb olan bütün amillər
haqqında xəbər verir və həmçinin bu yolda qarşıya çıxan maneələri də bildirir.
Fövqəluca kafirlərin gətirdiyi əsassız dəlilləri izah edir və onlardan hər
birini ayrıca nəzərdən keçirir. O (Pak və Müqəddəs Olan) bildirir ki, insanlar
cahillik burulğanına batdıqda, səmavi vəhylər üzərində düşünməkdən boyun
qaçırdıqda, əcdadlarının yolunu kor-koranə davam etdirdikdə və ya peyğəmbərləri
(onlara Allahın salamı olsun!) divanə adlandırdıqda (bu barədə öncə demişdik) doğru
yoldan uzaqlaşırlar. Fövqəluca həmçinin bildirir ki, insanlar Quran ayələri üzərində
düşündükdə, Allahın nemətlərinə şükür etdikdə, Muhəmməd Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun!) həyatını və əməllərini öyrəndikdə haqq dinə
gəlirlər, onun (s.ə.s.) doğruçuluğunun və sadiqliyinin kamilliyinə əmin olurlar
və dərk edirlər ki, o (s.ə.s.) insanlardan mükafat istəməmiş, əksinə, onların əmin-amanlığa
nail olmaları üçün onlara yardım etməyə səy göstərmişdir. Bunun sayəsində
insanlara aydın olur ki, Muhəmməd Peyğəmbərin (s.ə.s.) təlimi özlüyündə doğru
yoldan ibarətdir və əgər insan bu yolla
getməyə çalışırsa, onda Allah onu, qarşısına qoyduğu məqsədə nail olmağı
asanlaşdırır. İnsanlar bu təlimdə pak tövhid və təmənnasız xeyirxahlıqlar
dinini öyrənirlər.
Ey dəvətçi!
Əgər sən ətrafdakıları bu yola çağırırsansa, onda haqqı axtaran hər kəs mütləq
sənin davamçın olacaqdır, çünki ağıl və təhtəlşüur bu gözəl təlimin öz tərəfdarlarının
qayğısına qaldığını təsdiq edir. Bu yola qədəm basmaqdan imtina edən insanlar
hansı yolla getmək istəyirlər? Həqiqətən, elə bir təlim yoxdur və ola da bilməz
ki, onlara bu doğru yolu əvəz etsin. Lakin onlar yenə də Allaha və Allahın rəhmət
məkanına aparan yoldan çıxırlar. Bu isə o deməkdir ki, onların qisməti azğınlıq
və cahillik olmağa başlayır. Əgər insan haqq müqavimət göstərməyə başlayırsa,
onda onun bütün əməlləri təhrif olunmuş və pozulmuş olur. Bax buna görə də Fövqəluca
buyurur: “Əgər onlar sənə cavab verməsələr, bil ki, onlar ancaq öz istəklərinə
aludə olmuşlar. Allahın haqq təlimi olmadan öz istəklərini əsas tutandan daha
azğın kim ola bilər? Həqiqətən, Allah zalımları doğru yolla aparmaz” (Qəsəs,
28/50).
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ
(23. 75)
“Əgər Biz onlara rəhm edib, onları bəladan qurtarsaydıq da onlar öz
zalımlıqları içində kor-koranə veyl-veyl dolanardılar”.
Bu ayə
kafirlərin Allaha itaət etməmə istəklərinin nə dərəcədə böyük olduğuna dəlalət
edir. Bəla onları yaxalayanda, bədbəxtlikdən xilas etməsi üçün onlar Allaha dua
edirlər. Allah onları bu sınağa ona görə çəkir ki, ya onlar iman gətirsinlər,
ya da kömək üçün Ona yalvarsınlar. Lakin O, onları bəladan xilas edən kimi,
onlar yenidən öz zalımlıqlarının və azğınlıqlarının zülmətində dolaşmağa
başlayırlar. Onlar karıxmış və şübhələr içində, əvvəlki kimi öz küfrlərində təkmilləşməkdə
davam edirlər. Fövqəluca xəbər verir ki, kafirlər gəmiyə oturanda belə davranırlar.
Dənizə çıxdıqda, onlar əvvəllər ibadət etdikləri bütün bütlərini unudaraq, təkcə
Allaha səmimiyyətlə dua etməyə başlayırlar. Lakin onlar sağ-salamat sahilə
çıxan kimi, uydurulmuş “ilahlarına” ibadətə və başqa günah işlərinə
qayıdırlar.
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
(23. 76)
“Biz onları əzaba düçar etsək də, yenə Rəbbi qarşısında itaət göstərmədilər və
Ona yalvarmadılar”.
Şərhçilər
qeyd edirdilər ki, bu ayədə əzaba düçar etmək adı altında yeddi aclıq ili nəzərdə
tutulur ki, müşriklərə qismət olmuşdu. Allah onları bu sınağa məruz qoymuşdu
ki, onlar iman gətirib, Onun qarşısında itaət etsinlər. Lakin bu onlara fayda
vermədi, çünki onlardan heç biri xilas yoluna qədəm basmadı və Allah qarşısında
tabeçilik göstərmədi və özünün Ondan asılı olduğunu etiraf etmədi. Onlar Onun
qarşısında ancaq müvəqqəti olaraq qısa müddətə alçaldılar və tezliklə də bunu
yaddan çıxartdılar, sanki bəla onlara heç vaxt düçar olmamışdı. Onlar yenə də
küfrə etiqad etməyi və azğınlığı üstün tutdular, amma nəzərə almadılar ki,
qarşıda onları qurtulması mümkün olmayacaq cəza gözləyir. Buna görə, sonra
Fövqəluca buyurur:
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
(23. 77)
“Nəhayət, Biz onların qarşısında ağır məşəqqət qapılarını açdığımız zaman onlar
orada ümidsizliyə qapılacaqlar”.
Müşriklər
üçün ağır cəza Bədr yaxınlığında məğlubiyyət və bir çox digər sınaqlar idi ki,
onlara nəsib olmuşdu. Bu sınaqlar müşrikləri ümidsizliyə salmış və onlar
xeyirli nəticə əldə edəcəklərinə inamı itirmişdilər. Bu zaman bəla onları hər
tərəfdən əhatə edirdi. Qoy insanlar bu bəladan, qurtulması mümkün olmayan Allahın
amansız cəzası onları yaxalayana qədər, çəkinsinlər. Məhz həmin keyfiyyəti ilə bu
cəza bu dünyadakı adi cəzadan fərqlənəcəkdir və o dayandırıla bilər və Allah Öz
qullarını bu minvalla tərbiyələndirir. Fövqəluca buyurur: “Quruda və dənizdə
fəlakət insanların əllərinin törətdikləri üzündən yaranır ki, onlar törətdiklərinin
bir hissəsini dadsınlar və onlar qayıtsınlar”
(Rum, 30/41).
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺﭻ ﭼ ﭽ
ﭾ ﭿ
(23. 78)
“Həm də, O, sizin üçün eşitməyi, görməyi və ürəyi Yaradandır. Lakin siz nə qədər
az şükür edənsiniz!”
Fövqəluca
qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları
Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə
yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti
vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda
əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf
aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O,
insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında
gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.
Təsəvvür
edin ki, əgər insan eşitmə, görmə qabiliyyətindən və ağıldan məhrum olsaydı,
hansı vəziyyətə düşərdi. Vacib həyati bacarıqlardan və məziyyətlərdən məhrum
olmuş kar, kor və lal insanı təsəvvür
edin. Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz?
Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz
Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də
azdır!
ö
ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ ﮇ
(23. 79) “Həm də, O, sizi yer
üzündə yayıb Yerləşdirəndir və siz Onun dərgahında toplanılacaqsınız”.
Fövqəluca sizi yerin müxtəlif guşələrində yerləşdirmiş
və sizə yaşamağınız üçün zəruri olan şeyləri əldə etməkdən ötrü və fayda verən
qabiliyyət və bacarıqlar əta etmişdir. Bu nemətlər, sizin dünyəvi həyatınızı təmin
etmək və Rəbbinizə ibadət etmək üçün kifayət qədərdir. Elə isə bilin ki, öldükdən
sonra, siz Onun yanına qayıtmalı olacaqsınız və onda hər biriniz yer üzündə
etdiyiniz xeyirxah və bəd əməllər üçün əvəz alacaqsınız. Yer isə onun üzərində
baş verən hər şey barəsində Allaha xəbər verəcəkdir.
ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏﮐ ﮑ ﮒ ﮓ
(23. 80) “Həm də, O, Həyatverən və Öldürəndir. O,
gecəni gündüzlə əvəzləyir. Məgər siz dərk etmirsiniz?”
Fövqəluca həyata və ölümə təkbaşına sərəncam çəkir.
O, təklikdə gündüzü və gecəni bir-biri ilə əvəz edir. Əgər O istəsəydi ki, yer
üzündə fasiləsiz gündüz olsun, heç bir uydurulmuş “ilah” yerdə gecə gəlməsini təmin
etməyi bacarmazdı. Əgər O, istəsə ki, yerdə fasiləsiz gecə olsun, onda heç bir
uydurulmuş “ilah” yeri işıqlandırmağı bacara bilməz. Lakin Allah Öz məxluqlarına
qarşı rəhmlidir və buna görə də O, gecəni və gündüzü xəlq etmişdir ki, insanlar
istirahət edə və Allahın nemətlərini axtarmaq üçün işləyə bilsinlər, - ola
bilsin ki, insanlar buna görə şükür edərlər. Məhz buna görə bu ayədə Allah
insanlara düşünməyi təklif edir.
Ey insanlar! Əgər siz düşünsəniz, onda sizə aydın
olar ki, sizə böyük nemətlər Bəxşedən Allah sizə eşitmək görmək qabiliyyəti və
ağıl vermiş və sizi bütün yer üzünə yayıb yerləşdirmişdir və O, həyat və ölümə
təkbaşına sərəncam çəkir, gecə və gündüzü bir-biri ilə əvəz edir, həqiqətən
sizin səmimi ibadətinizə layiqdir. Siz, Ona şərik qoşmadan, tək Ona ibadət etməlisiniz,
nə fayda verməyə, nə də ziyan vurmağa qadir olmayan, baş verən hadisələr üzərində
hakimiyyətə malik olmayan və tamamilə köməksiz olan uydurulmuş “ilahlara” ibadətdən
əl çəkməlisiniz. Əgər müşriklər sağlam təfəkkür sahibi olsaydılar, onda onlar
heç vaxt belə “ilahlara” ibadət etməzdilər.
ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ ﮛﮜﮝﮞ
ﮟ ﮠﮡ ﮢﮣ
(23. 81) “Xeyr! Onlar əvvəlkilərin dediyini deyirlər”.
(23. 82) “Onlar deyirlər: “Doğrudanmı biz ölüb,
toz-torpağa və sür-sümüyə çevrildikdən sonra dirildiləcəyik?”
İndiki kafirlər də dirilməni inkar edən və onu
mümkün olmayan bir şey sayan öz əvvəlki kafir nəsllərinin ardınca gedirlər.
Onlar təsəvvür edə bilmirlər ki, insanlar toz-torpağa, sür-sümüyə
çevrildikdən sonra necə dirildiləcəklər. Bir də onlar belə deyirlər:
ﮤ
ﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
(23. 83) “Bu bizə vəd edilir, bundan əvvəl də
atalarımıza vəd edilmişdi. Bu – sadəcə, qədim xalqların əfsanələridir”.
Qiyamət gününün gələcəyi haqqında hətta bizim qədim
əcdadlarımızı da xəbərdar etmişdilər, lakin biz bu vaxtadək onu görməmişik. Həmin
gün indiyə qədər başlamamışdır. Həqiqətən, bu – sadəcə köhnə nağıllardır ki,
insanlar onları əylənmək xatirinə danışırlar. Onların gerçəkliklə heç bir əlaqəsi
yoxdur.
Allah onları rüsvay etsin! Onlar dirilməni yalan
saydılar, halbuki Allah onlara ecazkar möcüzələr nazil etmişdi ki, onlar dirilmədən
daha böyük idi və ya ondan geri qalmırdılar. Bu barədə Fövqəluca buyurmuşdur: “Həqiqətən,
göylərin və yerin yaradılması insanın yaradılmasından daha əzəmətlidir, lakin
insanların əksəriyyəti bilmir” (Ğafir, 40/57);
“Məgər insan görmür ki, Biz onu nütfədən
yaratmışıq? O isə açıq-aşkar mübahisə edir! O Bizə misal çəkdi, amma öz
yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim canlandıracaq?” De: “İlk
dəfə Yaradan onları dirildəcək. O, bütün məxluqlardan xəbərdardır”. O,
sizin üçün yaşıl ağacdan od yaratmışdır və indi siz onu yandırırsınız” (Yasin,
36/77-80);
“Sən torpağı qupquru görürsən. Biz ona yağış nazil
edən kimi, o hərəkətə başlayır, qabarır və müxtəlif gözəl bitkilər törədir. Bu
– Allahın Haqq olduğundandır, ölüləri dirildir və hər şeyə qadirdir, çünki şübhə
olunmayan Saat mütləq gələcəkdir və buna görə Allah qəbirdə olanları dirildəcəkdir”
(Həcc,
22/5-7).
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ ﯛ
ﯜﯝ ﯞ ﯟ
ﯠ ﯡ
(23. 84) “De: “Əgər bilirsinizsə, deyin, Yer kimə məxsusdur?”
(23. 85) “Onlar deyəcəklər: “Allaha”. De:
“Doğrudanmı siz nəsihəti xatırlamayacaqsınız?”
Ey Muhəmməd! Dirilmənin haqq olduğunu inkar edən və
bəzi məxluqları Allaha bərabər tutan kafirlərə müraciət et. Onların Allahı
Vahid Rəbb və Kainatın Hökmdarı saymalarından istifadə edərək, onları əmin et
ki, Allah həm də ibadətə layiq Vahid Allahdır. Həmçinin onların Allahı əzəmətli
və nəhəng məxluqları yaradan olaraq qəbul etmələrini nəzərə alıb, onları
inandır ki, O, bunlardan daha az mürəkkəb olan əməlləri də etmək və ölüləri
diriltmək qüdrətinə malikdir.
Onlardan soruş: “Yerin, həmçinin onun üstündə olan
heyvanların, bitkilərin, cansız əşyaların, dənizlərin, çayların və
dağların Xaliqi kimdir? Bunların hamısı
kimə məxsusdur? Əgər sən onlardan bu barədə soruşsan, onda onlar mütləq deyəcəklər
ki, bütün bunlar tək Allaha məxsusdur. Əgər onlar bunu etiraf etsələr, onda de:
“Niyə sizə yaxşı məlum olan və sizin təhtəlşüurunuza yeridilmiş şeylər üzərində
düşünmürsünüz? Allah bunları sizə xatırladır, çünki insan haqdan dönə və onu müəyyən
vaxta qədər nəzərdən qaçıra bilər. Lakin əgər siz bu nəsihət üzərində düşünsəniz,
onda sizə aydın olar ki, Kainatın Hökmdarı Vahid Rəbb olan Allahdır və qullara
ibadət etmək ən yüksək dərəcədə əbəs və yanlışdır”. Sonra Allah daha vacib bir
məsələyə keçir və belə əmr edir:
ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(23. 86) “De: “Yeddi göyün
Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
(23. 87) “Onlar deyəcəklər: “Allah”. De: “Məgər siz
qorxmursunuz?”
Ey Muhəmməd! Onlardan soruş: “Kim göylərə və
onlarda səpələnmiş qüdrətli göy cisimlərinə və həmçinin hərəkət edən və hərəkətsiz
planetlərə hökmranlıq edən kimdir? Kim Ərşə - ən uca, ən nəhəng və ən əzəmətli
məxluqa hökmranlıq edir? Kim bu məxluqları yaratmışdır və bildiyi kimi onları
idarə edir?” Onlar mütləq etiraf edəcəklər ki, bu məxluqların Vahid Rəbbi
Allahdır. Belə olduqda, onlara de: “Doğrudanmı siz köməksiz məxluqlara ibadət
etməkdən əl çəkməyəcəksiniz və hakimiyyəti, qüdrəti hüdudsuz olan Böyük Rəbdən
qorxmursunuz?” Bu ayə ona dəlalət edir ki, Allahın Elçisi (ona Allahın
salavatı və salamı olsun!) öz həmsöhbətlərinə qarşı xeyirxah və yumşaq
davranırdı. O (s.ə.s.) sanki onlara Allahdan qorxmağı təklif edirdi, onlara öz
seçimlərini etməyi təklif edirdi, çünki belə yanaşma insanlarda açıq-aydın
heyranlıq hissi yaradır. Sonra Allah daha vacib bir məsələyə keçir və belə əmr
edir:
ﯲ
ﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ
ﰂﰃ ﰄ ﰅ
ﰆ ﰇ
(23. 88) “De: “Bütün şeylər üzərində hakimiyyət
kimin Əlindədir? Kim qoruyur və Kimdən qorunmaq mümkün deyil? Məgər bilirsiniz?”
(23. 89) “Onlar: “Allah” deyəcəklər. De: “Bəs niyə
bu qədər aldadılmışsınız?”
Ey Muhəmməd! Onlardan soruş: “Göylərdə və yerdə
hakimiyyət və səltənət kimə məxsusdur? Zahirdə və batində olan məxluqların
hamısı kimindir? Öz qullarını bəlalardan müdafiə edən və onları hər hansı təhlükədən
və xoşagəlməzliklərdən qoruyan kimdir? Yeganə olaraq Ondan gizlənilməsi mümkün
olmayan, qədərindən qaçınılması düşünməz olan, Qarşısında Özünün icazəsi
olmadan kiməsə havadarlıq edilməsi mümkünsüz olan Kimdir?” onlar mütləq deyəcəklər
ki, Allahdır – bütün varlığın Yeganə Hökmdarı və məhz O (Pak və Müqəddəs Olan),
Öz qullarını bəlalardan qorumağa Qadirdir və Ondan müdafiə olunmaq mümkün
deyildir. Belə olduqda, onları məcbur et ki, aldadıldıqlarını boyunlarına
alsınlar. Onlara de: “Bütlərə ibadət edərkən, onların tamamilə iqtidarsız
olduğunu və onların müstəqil hakimiyyətə malik olmadıqlarını və Allahla hakimiyyətə
şərik olmadıqlarını bildiyiniz halda, nə düşünürdünüz? Necə olmuşdu ki, siz,
Kainatda baş verən hər şeyin sərəncamı əlində olan Böyük və Fövqəlqüdrətli
Sultana səmimi qulluqdan boyun qaçırmışdınız? Əgər sizi bu yola sizin
ağıllarınız itələmişdisə, onda siz dərindən aldadılmışsınız. Heç bir şübhə
yoxdur ki, şeytan sizi şirnikləndirib, azğınlığa salmışdır. O, sizin gözünüzdə
yanlış yolu bər-bəzəkli göstərmiş və yalanı sizə haqq kimi təqdim etmişdir. O,
sizin ağlınızı, cadugərlər və sehrbazlar insanların baxışlarını ovsunladıqları
kimi, ovsunlamışdır”.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ ﭖ
(23. 90) “Yox! Biz onlara haqqı gətirdik, amma
onlar – yalançıdırlar”.
Fövqəluca kafirlərə haqqı göstərmişdi və o gerçək
hekayətlərdən, həm də ədalətli hökm və qadağalardan ibarət idi. Bu haqq
insanların ona itaət etməsinə və onunla rəhbərlik edilməsinə layiqdir, lakin
kafirlər onu qəbul etməkdən boyun qaçırırlar. Onlar belə etsələr də, haqqı əvəz
edəsi heç bir şeyə malik deyillər. Onların baxışları yalan və zalımlıq zəminində
formalaşır və buna görə də Allah onları yalançı adlandırır.
ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ
(23. 91) “Allah Özünə oğul götürməmişdir və Onunla
yanaşı digər ilah yoxdur. Əks halda, hər bir ilah öz yaratdığını götürüb
aparardı və onlardan biri digəri üzərində yüksələrdi. Allah onların Ona şərik
qoşduqlarından Ucadır!”
Yalanı, ancaq Allahın vəhyləri, Allahın elçilərinin
hədisləri və düzgün məntiqi mühakimələr sayəsində aşkar etmək mümkündür və
buna görə Fövqəluca Allah qullarının diqqətini iki ilahın mövcudluğunu istisna
edən məntiqi dəlilə yönəldir. Əgər müşriklər haqlı olsaydılar, Allahla yanaşı
digər ilahlar da mövcud olsaydı, onda ilahlardan hər biri öz yaratdıqları ilə
birgə tənhalığa çəkilər digər ilahın üzərində üstünlük əldə etməyə cəhd göstərərdi.
Son nəticədə isə, onlardan biri qələbə çalardı və Kainatın vahid allahı olardı,
çünki belə bir Kainatın iki allahla bir yerdə mövcudluğu mümkünsüzdür. Bu aləmdə
ağılları heyran qoyan mütləq qayda-qanun hökm sürür. Günəş, ay, hərəkətdə olan
və hərəkətsiz planetlər – öz yaradıldıqları vaxtdan bu nəhəng səma cisimləri
müəyyən qaydaya uyğun olaraq hərəkət edir. Onlar, öz Rəbbinin fövqəlqüdrəti və
müdrikliyi sayəsində, istisnasız bütün məxluqların mənafeləri naminə xidmət
göstərirlər və onlardan hansı birininsə maraqlarına tabe edilməmişlər. Onlar
qüsurlardan məhrumdurlar və aralarında ziddiyyət yoxdur. Onlar bir-birilərinə
azacıq da olsa belə müqavimət göstərmirlər. Məgər belə bir qayda-qanunun iki
Allah tərəfindən icad edildiyini təsəvvür etmək olarmı?! Allah müqəddəs və
pakdır! Kainatda əşyaların nizamı və onun heyranedici mənzərəsi ona dəlalət
edir ki, o, ən kamil adlar və sifətlər sahibi olan tək bir Allahın sərəncamındadır.
Bütün məxluqlar Onun köməyinə möhtacdırlar, çünki O (Pak və Müqəddəs Olan), bu
məxluqların Rəbbidir. Onlar təkcə Onun sayəsində bu dünyaya gəlmiş və
mövcudluqlarını davam etdirirlər. Bu isə o deməkdir ki, onlar rahatlığa və əmin-amanlığa
təkcə tək Ona ibadət və itaət etmələri sayəsində nail ola bilərlər. Məhz buna
görə, daha sonra Allah Özünün əzəmətli sifətlərini, onlardan birinin timsalında
göstərir. O (Pak və Müqəddəs Olan), Özünün Hərşeyiəhatəedən elmi haqqında xəbər
verərək belə buyurur:
ﭲ
ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ
(23. 92) “Qeybi və aşkarı Biləndir! O, Ona qoşulan
şəriklərdən fövqəlucadır!”
Allah insanların baxışlarından və idrakından gizli
qalan hər şeydən agahdır. Ona, mütləq mövcud olacaq, heç bir halda var ola bilməyəcək
və müəyyən şəraitdə təzahür edəcək bütün şeylər məlumdur. O (Pak və Müqəddəs
Olan), həmçinin insanların gördüyü və baxdığı bütün şeylər haqqında məlumata
malikdir. O (Pak və Müqəddəs Olan), müşriklərin Ona qoşduqları bütün şəriklərdən
sonsuzluğa qədər uzaqdır. Həqiqətən, onların bu barədə heç bir biliyi yoxdur,
çünki onlar Allahın onların anlaması üçün icazə verdiyi şeyləri bilirlər.
ﭹ
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ ﮆ
(23. 93) “De: “Ey Rəbbim! Əgər Sən mənə onlara vəd
etdiyini göstərsən”,
(23. 94) “ey Rəbbim, onda məni o zalım xalqın içində
qoyma!”
Kafirlər Allahın onlara göstərdiyi çox böyük dəlilləri
qəbul etməkdən boyun qaçırdıqdan və onlara əhəmiyyət vermədikdən sonra, Fövqəluca
Allah onları cəzalandıracağını vəd etdi və Öz Elçisinə (s.ə.s.) göstəriş verdi
ki, desin: “Ey Rəbbim! Əgər Sən istəyirsən ki, mən onlara vəd etdiyin cəzanı
görüm və ya orada iştirak edim, onda mənə rəhm et, məni hifz et! Məni,
insanları əzab çəkməyə məhkum edən günahlardan qoru və fasiqlərə veriləcək cəzadan
məni müdafiə et, çünki böyük cəzalar təkcə günahkarlara zərbə vurmaqla qalmır”.
ﮇ
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ ﮎ
(23. 95) “Həm də, həqiqətən, Biz onlara vəd etdiklərimizi
sənə göstərməyə qadirik”.
Fövqəluca vurğulayır ki, vəd edilən cəza çox yaxın
ola bilər və əgər Allah onu təxirə salırsa, onda bunu tələb edən Allahın
müdrikliyidir və bu, Onun günahkarları yerindəcə cəzalandırmağı bacarmaması ilə
əlaqədar deyildir.
ﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
(23. 96) “Sən pisliyi yaxşılıqla dəf et. Biz
onların şərik qoşduqlarını daha yaxşı tanıyırıq”.
Fövqəluca Öz Elçisinə (s.ə.s.) əmr edir ki, gözəl əxlaqi
əsasları pozmasın və pisliyə yaxşılıqla cavab versin. Ey Muhəmməd! Əgər sənin
düşmənlərin sənə sözləri və ya rəftarları ilə pislik etsələr, onlara pisliklə
cavab vermə. Hərçənd insan onu incidənə eyni pisliklə cavab verməyə haqlı olsa
da, sən belə etmə və sənə yönəldilən haqsızlıqlara təkcə yaxşılıqla cavab ver.
Beləliklə, sən səni incidənlərə mərhəmət göstərmiş olarsan və bu sənə böyük
fayda gətirmiş olar. Sənin rəftarın sənə edilmiş pisliyi həm hal-hazırda, həm də
gələcəkdə azaldar və səni incidəni haqqa meyil etməyə kömək göstərər, onu
etdiyi pisliyə görə peşmançılıq çəkməyə və tövbə etməyə yönəldər.
Onu incidənləri bağışlayan insan xeyirxahdır, çünki
o, öz düşməni – şeytan üzərində üstünlük qazanır və öz Rəbbinin mükafatına layiq
görülür. Fövqəluca belə buyurur: “Pisliyin əvəzi eyni dəyərli pislikdir.
Lakin kim bağışlasa və barışıq yaratsa, onun mükafatını Allah verəcək” (Şura,
42/40);
“Yaxşılıq və pislik bərabər deyil. Yaxşılıqla dəf
et və onda düşmənçilik etdiyin kəs, sanki sənin üçün yaxın sevən qohumuna çevrilər.
Lakin bu, səbirli olanlardan başqa heç kimə əta edilməyəcək və bu, böyük qismətə
malik olanlardan başqa heç kimə əta edilməyəcəkdir” (Fussilət,
41/34-35).
Ey Muhəmməd! Onların küfrlə və haqqı danmaqla dolu
olan sözləri Bizə yaxşı məlumdur. Biz bunu incəliklərinə qədər bilirik, lakin səbirlilik
və dözümlülük göstəririk. Biz, onların Bizi inkar etmələrinə və Bizə iman gətirmək
istəməməklərinə baxmayaraq, onlara möhlət veririk. Buna görə sən də onların
sözlərinə səbirlə yanaşmalı və onlara ancaq yaxşılıqlar etməlisən. Qulun ona
pislik edən insanlara qarşı vəzifəsi belədir. Allahın qullarına pislik edən
şeytanlara gəldikdə isə, onlara yaxşılıq etməyin mənası yoxdur, çünki
şeytanlar öz əlaltılarını təkcə ona görə çağırırlar ki, onlar alov püskürən Cəhənnəmin
sakinləri olsunlar. Buna görə qulların şeytanlara qarşı vəzifəsi – Allahın
aşağıdakı hökmünü yerinə yetirmələridir:
ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ ﮧ
(23. 97) “De: “Ey Rəbbim! Şeytanın vəsvəsəsindən Sənə
sığınıram”.
(23. 98) “Mən Sənə sığınıram ki, ey Rəbbim, onlar mənə
yaxınlaşmasınlar”.
Ey Allah! Şeytanların toxunması və vəsvəsəsi nəticəsində
mənə dəyə biləcək şərdən və həmçinin onların olması və təhriki ilə törəyən şərlərdən
məni xilas et.
İnsan bu qaydada Allaha dua etməklə dünyada mövcud
olan şərin bütün təzahürlərinin ilkin səbəblərindən onu xilas etməsi üçün
Allaha yalvarır. Buraya şeytanların vəsvəsəsi nəticəsində törədilən xəstəliklərin,
dəliliyin səbəbləri, təlqin edilən psixopatik fikirlər və s. daxildir. Əgər
Allah qulunun dualarını qəbul edirsə və onu bu şərdən qoruyursa, onda o, istənilən
zərərdən uzaqlaşmağa nail ola bilir və hər növ nemət əldə edir.
ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖﯗ
ﯘﯙ ﯚ ﯛ
ﯜ ﯝﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
(23. 99)
“Onlardan kiməsə ölüm yaxınlaşdıqda, o deyir: “Ey Rəbbim! Məni geri qaytar.
(23. 100) “Ola bilsin ki, mən kənara qoyduğum
xeyirxah əməlləri yerinə yetirərəm”. Xeyr! Bu onun dediyi, sadəcə tələffüz
etdiyi bir sözdür. Onların arxasında dirildiləcəkləri günə qədər bərzəx
olacaqdır”.
Fövqəluca, ölümündən əvvəl nöqsanlara yol verən və
zalım əməllər işlədən bir insanın vəziyyəti haqqında xəbər verir. Belə adam onu
gözləyən sonunu gördükdə və öz əməllərinin yanlışlığına öz gözləri ilə əmin
olduqda, o, törətdiklərinə görə acı-acı təəssüflənməyə başlayır və Allahdan
xahiş edir ki, onu dünya həyatına geri qaytarsın. O, geri qaytarılmasını maddi
nemətlərdən həzz almağa və öz alçaq istəklərinə qapılmağa davam etməsi üçün
istəmir. O istəyir ki, əldən qaçırdığı xeyirxahlıqları əvəzini çıxsın və Allah
qarşısında öz vəzifələrini yerinə yetirsin. Lakin dünya həyatına qayıtmaq
mümkün olmayacaqdır və ona möhlət verilməyəcəkdir, çünki Allah buyurub ki,
insanlara, öldükdən sonra dünya həyatına qayıtmaq nəsib olmayacaqdır. Geri
qayıtmaq istəyən günahkarların sözləri isə, sadəcə boş sözlərdir və onlar
fasiqlərə təəssüfdən və ümidsizlikdən başqa bir şey verməyəcək. Bundan əlavə,
bu sözlər yalandır, çünki əgər fasiqlər dünya həyatına qayıtsalar, onlar yenə də
Allahın qadağan etdiyi günahı işlətməkdə davam etdirəcəklər. Lakin bu baş verməyəcəkdir,
çünki onların arxasında dünya həyatını Axirət həyatından təcrid edən maneə
olacaqdır. Bu zaman məkanında müti möminlər ləzzət alacaq, itaətsizlik göstərən
günahkarlar isə, öldükləri və qəbrə qoyulduqları andan Qiyamət günü başlayana
qədər cəza çəkəcəklər. Qoy insanlar həmin Günə hazırlaşsınlar!
ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ ﯰ
(23. 101) “Həmin gün Sur çalınanda, onların
arasında qohumluq əlaqələri qalmayacaq və onlar bir-birini sorğuya çəkə bilməyəcəklər”.
Fövqəluca Qiyamət gününün dəhşətləri və həmin gün
baş verəcək həyəcanlı hadisələr haqqında xəbər verir. Mələk dirildilmənin
başlanması haqqında xəbər vermək üçün Sura üfürəndə, bütün insanlar toplanış
meydanında yığışacaqlar. Onlar elə dəhşətə gələcəklər ki, öz qohumluq əlaqələrini
də unudacaqlar. Şübhəsiz ki, qohumlar arasında rabitə ən möhkəm olur və əgər
Qiyamət günü belə əlaqələr də qırılacaqsa, onda başqa şeylər haqqında nə demək
olar. İnsanlar bir-birindən işləri haqqında belə soruşmayacaqlar, çünki insanı
ancaq öz fərdi taleyi qayğılandıracaq. Heç kim xilas ola biləcəyinə və sonra
bir daha heç vaxt onu qəm-qüssə çulğalamayacağına və ya onu bədbəxtlik
tutacağına və sonra onun bir daha sevinəcəyinə əmin olmayacaqdır.
Fövqəluca buyurur: “Günahkar həmin günün əzablarından
öz oğulları, öz zövcəsi və öz qardaşı, onu himayə edən öz nəsli və yerin bütün əhalisini
fidyə verməklə xilas olmaq istəyəcək” (Məaric, 70/11-14);
“Qulaqbatırıcı səs qopduqda, həmin gün insan öz qardaşını,
öz anasını və atasını, öz zövcəsini və öz oğullarını atıb qaçacaq, çünki hər
adamın öz qayğısı özünə bəs edəcəkdir” (Əbəsə,
80/33-37).
ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
(23. 102) “Tərəzisinin gözü ağır gələnlər, uğur
qazanacaqlar”.
Qiyamət günü elə hadisələr baş verəcək ki, onlardan
hər biri ayrı-ayrılıqda kafirlərin qəm-qüssəsini dərinləşdirəcək və ən böyük
bir yük kimi onun üstünə düşəcəkdir. Bu hadisələrdən biri də qulların əməllərinin
çəkiləcəyi Tərəzinin qurulmasıdır. Hər bir insan ədalətlə mühakimə ediləcəkdir
və özünün yaxşı və pis əməllərini, hətta onlar toz böyüklüyündə olsa da belə
görəcəkdir. Əgər insanın saleh, xeyirxah əməlləri onun yaramaz əməllərindən
ağır gəlsə, onda o, Cəhənnəm Odundan xilas olmuş uğur qazananlar arasında
olacaq, Cənnətdə layiq olduqları mükafat alacaq və ən gözəl tərifə layiq görüləcəkdir.
ﯸ
ﯹ ﯺ ﯻ
ﯼ ﯽ ﯾ
ﯿ ﰀ ﰁ ﰂ
(23. 103) “Tərəzisinin gözü yüngül gələnlər isə,
özlərini itirəcək və Cəhənnəmdə əbədi qalacaqlar”.
Əgər insanın günahları onun xeyirxah əməllərini üstələyərsə,
əməlləri, qüsurları da saleh əməllərindən çox olarsa, o, çox böyük bir ziyana
uğrayar. İstənilən digər ziyan bundan əhəmiyyətsiz olar, çünki ən böyük zərəri
Qiyamət günü islah etmək və onun yerini doldurmaq mümkün deyil. Bu – sonu
görünməyən ziyan və əbədi bədbəxtlikdir ki, nəticədə insan özünü itirir və əbədi
səadətdən və ardı-arası bitməz-tükənməz əbədi xoşbəxtlikdən və Comərd Rəbbin
yaxınlığında olmasından həzz almaq imkanlarından məhrum olur.
Əzaba düçar olanlar Cəhənnəmə vasil olacaqlar və
oradan onlar əsrlər keçdikcə belə heç vaxt çıxmayacaqlar. Bu – saleh əməllərinin
günahlar və cinayətlər burulğanında heç olacağı hər bir kəsə verilmiş ciddi vədədir.
Belələri isə ancaq kafirlər və allahsızlar olacaqlar. Heç ümid bəsləmək də
lazım deyil ki, bu insanların günahları onların xeyirxahlıqlarından ağır
olacaq, çünki onların əməlləri arasında ümumiyyətlə xeyirxahlıq deyilən bir şey
olmayacaq. Allah onların günahlarını sayacaq və onlara törətdiklərinin
hamısını göstərəcək və onlar da bunu etiraf edib rüsvay olacaqlar. Lakin Cəhənnəm
əzabkeşləri arasında elə insanlar da olacaq ki, ürəklərində iman olduğu halda,
törətdikləri günahlar yaxşı əməllərindən ağır gələcək. Onlar da Cəhənnəmə düşəcəklər,
lakin orada əbədi qalmayacaqlar ki, bunu Quran mətnləri və səhih hədislər təsdiq
edir.
ﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉ
(23. 104) “Alov onların üzlərini yandıracaq və
onlar qıvrılacaqlar”.
Fövqəluca, bu ayədə üzləri Cəhənnəm alovu ilə
qarsalanacaq allahsızların acınacaqlı qisməti haqqında xəbər verir. Alov
onları hər tərəfdən əhatəyə alacaq və insan vücudunun ən zərif hissəsinə
çataraq, onların üzlərini yandırmağa başlayacaq. Onların qismətinə düşən məşəqqətlər
üzlərini qaraqabaq, dodaqlarını isə qıc edəcəkdir. Qınamaq məqsədi ilə onlara
belə deyiləcək:
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ ﭙ
(23. 105) “Məgər sizə Mənim ayələrimi
oxumamışdılar? Siz isə onları yalan sayırdınız!”
Sizi iman gətirməyə çağırır və sizə üzərində düşünməli
olduğunuz dəlillər bəyan edirdilər, lakin siz onları yalan hesab edirdiniz. Bu
sizin zalımlığınızı və haqqı qəbul etmək istəmədiyinizi təsdiq edirdi. Axı siz
haqla yalan arasında, haqq tərəfdarları ilə yalançılar arasında fərqi açıq
göstərən aydın dəlilləri rədd etdiniz.
ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ
(23. 106) “Onlar deyəcəklər: “Ey Rəbbimiz! Öz
uğursuzluğumuz bizə qalib gəldi və biz azmış insanlar olduq”.
Onlar etirafın heç bir fayda vermədiyi bir vaxtda
öz zalımlıqlarını boyunlarına alırlar. Onlar başa düşürlər ki, bədbəxtliklərinin
səbəbi zalımlıq, haqqa nifrət, zərər vuran şeyə doğru can atma və fayda
gətirə bilən hər şeydən imtina etməkdir. Onlar özlərini yolunu azmış
adlandıracaqlar, halbuki onlara yaxşı məlumdur ki, əsl həqiqətdə, onlar zalım və
şərəfsiz insanlardır. Onlar bu dünyada pozğun, yanlış və axmaq əməllər törətdiklərini
etiraf edirlər. Digər bir ayədə isə bildirilir ki, Cəhənnəmdə əzab çəkməyə məhkum
olanlar belə deyəcəklər: “Əgər biz qulaq assaydıq və düşüncəli olsaydıq,
onda Alov məskunlarının içində olmazdıq” (Mülk, 67/10).
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪ
(23. 107) “Ey Rəbbimiz! Bizi buradan çıxart. Əgər
biz qayıtsaq,
onda həqiqətən zalımlardan olarıq”.
Fasiqlərin bu sözləri yalan olacaqdır, çünki Fövqəluca
Allah belə buyurur: “Əgər onları geri qaytarsaydılar, onlar mütləq onlara
qadağan olunana qayıdardılar. Həqiqətən, onlar – yalançıdırlar” (Ənam,
6/28). Allah onlara, törətdikləri cinayətlərinə görə özlərinə bəraət
qazandırmaları üçün heç bir imkan yeri qoymamışdır. O (Pak və Müqəddəs Olan)
onları öz xeyirlərinə hər hansı dəlildən məhrum etmiş və bu dünyada insanın
düşünməsi və günah işlətməkdən çəkinməsi üçün kifayət qədər olan möcüzələrlə
yayındırmışdır. Buna görə Cəhənnəmdə əzab çəkənlərə Allahın cavabı çox sərt
olacaqdır.
ﭫ
ﭬ ﭭ ﭮ
ﭯ ﭰ
(23. 108) “Allah buyuracaq: “Orada biabırçılıqla
qalın, bir daha Mənimlə danışmayın!”
Allah bizi bundan saxlasın! Bu, günahkarların Axirətdə
eşidəcəkləri ən sərt sözlərdən olacaqdır. Bu sözlər günahkarlar üçün ümidin kəslməsi,
rüsvayçılıq, alçaldılma, zərər, yaxşı nəticə əldə edilə biləcəyinə son ümidin
itirilməsi və sonsuz bədbəxtliyin dərk edilməsini bildirəcəkdir. Rəhmli Rəbbin
acıqlı nitqi belə olacaq və bu, günahkarlara Odsaçan Cəhənnəmdəki cəzanın əzabından
daha şiddətli əzab verəcəkdir. Sonra Allah bu əzaba düçar edilmişlərin Cəhənnəmə
düşmələrinin və Onun mərhəmətindən məhrum olmalarının səbəbini xəbər verir:
ﭱ
ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ
(23. 109) “Həqiqətən, Mənim qullarımdan bəziləri
deyirdilər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla və rəhm et, çünki Sən
– rəhmlilərin ən Xeyirlisisən”.
Bu möminlər nəinki onlara xeyirxah əməllər işlətməyi
vacib edən iman sahibi olmuşdular, onlar həm də öz Rəbbinə bağışlanmaları və rəhm
edilmələri haqqında dua edirdilər. Onlar Onun əta etdiyi haqq dinə görə şükür
edərək və Onun hökmranlığını, hüdudsuz mərhəmətini və hərtərəfli xeyirxahlığını
qəbul edərək Ona yaxınlaşmağa cəhd göstərirdilər. Şübhəsiz ki, bütün bunlar
möminlərin itaətkarlığına, mütiliyinə, təqvalılığına və Ona təvəkkül etmələrinə
dəlalət edir.
ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ
(23. 110) “Siz isə onlara elə rişxənd edirdiniz ki,
bu sizi Zikri və Məni unutmağa sövq etdirdi. Siz onlara hey gülürdünüz”.
Ey dəyərsiz allahsızlar! Bu möminlər ən şərəfli
və ləyaqətli insanlar idilər, siz isə onları ələ salırdınız və onlara nifrət
edirdiniz. Siz axmaq-axmaq danışırdınız və elə onda Mən sizi Məni unutmağa məcbur
etdim. Sizin öz Rəbbinizi xatırlamağı unutmağınızın əsas səbəbi sizin möminləri
məsxərəyə qoymağınız idi. Lakin siz Məni unutduqda onlara daha çox istehza etməyə
başladınız. Bir yaramaz əməl sizi digərini törətməyə vadar edirdi. Bundan daha
böyük hörmətsizlik ola bilərmi?!
ﮉ
ﮊ ﮋ ﮌ
ﮍﮎ ﮏ ﮐ ﮑ
(23. 111) “Bu gün Mən onları səbir göstərdiklərinə
görə mükafatlandırdım. Həqiqətən, onlar uğur qazanmışlardır”.
Mən onları Mənə itaət etdiklərinə və sizin onlara
verdiyiniz əziyyətə görə səbir etdikləri üçün mükafatlandırdım. Bu gün artıq
onlar Mənim yanımdadırlar, Cəhənnəm Odundan xilas edilib, artıq əbədi səadətdən
ləzzət alacaqlar.
Bir digər ayədə isə belə deyilir: “Həmin gün
möminlər kafirlərə güləcəklər və kürsülərindən seyr edəcəklər. Məgər kafirlər
törətdiklərinə görə əvəz almayacaqlar?” (Mütəffifin, 83/34-36).
ﮒ
ﮓ ﮔ ﮕ
ﮖ ﮗ ﮘ ﮙ
(23. 112) “Yerdə neçə il qalmışsınız?” – deyə
soruşacaqdır”.
Allah kafirləri axmaqlıqda və ağısızlıqda qınayır.
Onlar yer üzündə cəmi az bir müddət ərzində yaşamışlar, lakin ən qatı qərəzli
günahlar işlətməyə fürsət tapmışlar və bu Allahı qəzəbləndirmiş və onları əzab-əziyyətə
məhkum etmişdir. Bununla yanaşı onlar, möminlərin etməyə nail olduqları və
onlara əbədi Səadəti və Rəbbinin iltifatını qazandıran xeyirxah əməllər etməmişlər.
ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ
(23. 113) “Onlar deyəcəklər: “Biz bir gün və ya
onun bir azı qədər qaldıq. Yaxşı olar ki, sayanlardan soruşasan”.
Bu sözlər on dəlalət edir ki, kafirlər öz dünya həyatını
çox qısa sayacaqlar. Sadəcə demək kifayətdir ki, onun dəqiq müddətinin heç bir
mənası yoxdur. Lakin kafirlər Allahdan xahiş edəcəklər ki, bu barədə hesabı
aparanlardan soruşsun, çünki onlar alacaqları cəzanın ağırlığından yer üzündə
neçə il yaşadıqlarını unudacaqlar.
ﮣ
ﮤ ﮥ ﮦ
ﮧﮨ ﮩ ﮪ ﮫ
ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ
(23. 114) “O buyurur: “Siz çox az qaldınız, heyf
ki, bilmirsiniz!”
(23. 115) “Doğrudanmı siz elə güman edirdiniz ki,
Biz sizi əylənmək üçün yaratmışıq və Bizə qaytarılmayacaqsınız?”
Siz çox qısa bir həyat yaşamışsınız və yaşadığınız
günlərin dəqiq sayını bilib-bilməməyiniz vacib deyildir. Məgər Bizim əbəs yerə
sizi yaratdığımızımı zənn edirdiniz? Doğrudanmı siz elə fikirləşirdiniz ki, Biz
sizə yemək, içmək, şıltaqlıq etmək və maddi nemətlərdən həzz almaq imkanı
verib, sizi unutmuşuq? Doğrudanmı siz düşünürdünüz ki, Biz sizi ehkamsız və
qadağasız, mükafatsız və cəzasız qoyacağıq? Məgər sizin ağlınıza gəlirdi ki,
Bizə qaytarılacaqsınız?
ﯘ ﯙ
ﯚ ﯛﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ ﯤ
(23. 116) “Haqq Hökmdar olan Allah hər şeydən Fövqəlucadır!
Ondan – kəramətli Ərşin Rəbbindən başqa ilah yoxdur!”
Allah, Onun ilahi müdrikliyinin qeyri-kamilliyini nəzərdə
tutan hər hansı mühakimələrdən üstündür. O, bütün varlığın əsl hökmdarıdır.
Onun sözləri, vədi və təhdidləri bütünlüklə haqdır. Öz kamilliyi və Özünün
qüsursuzluğu sayəsində O, məhəbbətə və ibadətə layiqdir. O – Əzəmətli Ərşin və
qalan bütün məxluqların Rəbbidir. Bu isə o deməkdir ki, O, bəşəriyyəti əyləncə
xatirinə xəlq etməmişdir.
ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ
(23. 117) “Allahla bərabər digər ilahlara ibadət edənin
lehinə heç bir dəlili yoxdur. Onun hesabı Rəbbinin yanında saxlanılır. Həqiqətən,
kafirlər uğur qazanmazlar”.
Allahla yanaşı digər “ilahlara” ibadət edən hər bir
kəs, onun haqlı olduğunu təsdiq edə bilən inandırıcı dəlil və sübutlara istinad
etmir. Bu qayda bütün hallarda doğrudur. Allahdan başqa kiməsə ibadət etmənin
lehinə sübutlar yoxdur və ola da bilməz. Əksinə, istənilən inandırıcı dəlillər
uydurulmuş ilahlara ibadətin əbəsliyini və yanlışlığını təsdiq edir. Əgər insan
bu dəlillərdən üz döndərirsə, onda o, zalımlıq edir və inadkarlıq göstərir. O,
öz Rəbbinin hüzurunda durduqda öz əməllərinə görə əvəzini alacaqdır. Onda aydın
olacaq ki, onun uğurlu qismətdə payı yoxdur, çünki o, kafirdir. Kafirlər isə
heç vaxt uğur qazanmayacaqlar, çünki kafirlik müvəffəqiyyətə doğru yolda
keçilməz maneədir.
ﯹ
ﯺ ﯻ ﯼ
ﯽ ﯾ ﯿ ﰀ
(23. 118) “De: “Ey Rəbbim, bağışla və rəhm et, axı
Sən – rəhmlilərin ən Xeyirlisisən!”
Ey Muhəmməd! Öz Rəbbinə ixlasla müraciət edib de:
“Ey Rəbbim! Bizi bağışla ki, hər hansı xoşagəlməzliklərdən xilas ola bilək və
bizə rəhm et ki, Sənin mərhəmətin sayəsində hər nemətə nail ola bilək. Sən – rəhm
edənlərin ən Xeyirlisisən. Əgər hər hansı bir məxluq Sənin quluna mərhəmət göstərərsə
də, o, Səninlə heç vəchlə müqayisə edilə bilməz. Həqiqətən, Sənin Öz qullarına
bəslədiyin qayğı, ananın öz övladına göstərdiyi qayğıdan daha böyükdür. Sən
onlara onların özlərindən də çox mərhəmət göstərirsən”.