среда, 2 мая 2012 г.

55. ƏR-RƏHMAN SURƏSİNİN ŞƏRHİ

µ \

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!


ﭷ ﭸ
(55. 1) “Mərhəmətli”

Fövqəluca bu şərəfli və gözəl surəni Özünün adlarından biri ilə başlayır. Bu ad Allahın hüdudsuz mərhəmətinə, səxavətinə və xe­yir­xah­­­lığına dəlalət edir. Buna görə O (Pak və Müqəddəs), onda həm bu dün­yada, həm də Axirət həyatı üçün hazırladığı və qul­la­rı­nın şərəf­lən­dirildiyi çox­saylı xeyirxahlıqların olduğunu xatır­la­yır. Bu bol hədiy­yə­lər Onun mərhə­mətini təsdiq edir və Onun qul­larına Ona minnətdarlıq bildirməyi vacibləş­dirir. İnsanların və cinlərin bunu layiqincə dərk et­mələri üçün, Allahın səxavətliliyini hər dəfə xatırlat­dıqdan sonra, “Siz Rəbbinizin hansı mər­hə­mə­ti­ni yalan sayırsı­nız?” ayəsi takrar edilir.

 ﭹ ﭺ ﭻ
(55. 2) “Quranı öyrətdi”,
Fövqəluca Quranı qullarına öyrətdi və onun ayələrinin tə­ləf­fü­zünü və onların mənalarının başa düşülməsini onlardan ötrü asan­laş­dırdı. Bu, Onun məxluqlarına qarşı göstərdiyi ən böyük mər­həmət idi. O (Pak və Müqəddəs), Öz Kitabını füsunkar ərəb di­lin­də nazil etdi və onun mənasını hər bir ağıllı insan üçün an­la­şıq­lı edərək, bütün yaxşı olan nə varsa qullarına izah etdi və onları hər növ şərdən çəkindirdi.

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(55. 3) “insanı xəlq etdi”
(55. 4) “və ona fikrini ifadə etməyi öyrətdi”.

Rəbb insanı gözəl simada xəlq etdi, onun bədəninin his­sə­lə­ri­ni mü­kəmməl yaratdı, bütövlükdə isə orqanizmini – güc­lü və nöq­sansız etdi. O (Pak və Müqəddəs), onun bədənini zə­ru­ri olan şey­lərlə təmin etdi, onu başqa canlı məxluqlardan, öz fik­rini ifadə edə bilməsi ilə ucaltdı. Bu təkcə danışıq qabiliyyətinə de­­yil, həm də yazmağa da aid­dir. Yazmaq və oxu­maq qabiliyyəti – Al­lahın in­sana bəxş etdiyi ən bö­yük nemətlərindən biri­dir və on­la­rın sa­yə­sin­də o, digər məxluq­ların arasında xüsusilə fərqlənir.

ﮂ ﮃ ﮄ ﮅ

(55. 5) “Günəş və ay da bir hesabladır”.

Allah bu səma cisimlərini xəlq etmiş və onlara qədərə uyğun olaraq müəyyən or­bit­­lər üzrə hərəkət etməyi buyurmuş­dur. Bu da Allahın ne­­mət­lərindən biridir. Allah fasiləsiz olaraq Öz məx­luq­­larının qayğısı­na qalır. Kainatda belə bir qaydanın olması in­san­­lara illəri hesab­lamağa və bir çox digər faydalı şeylərin ya­ran­ma­­sına imkan verir.
ﮆ ﮇ ﮈ ﮉ
(55. 6) “Ulduzlar və ağaclar da səcdə qılırlar”.

Hətta göydəki ulduzlar və yerdəki ağaclar da Rəbbinin ha­ki­miy­yə­ti­ni qəbul edir və Onun qarşısında baş əyirlər. Onlar Onun buyuruq­larını itaətkarlıqla yerinə yetirir və Onun məx­luq­la­rı­nın xeyrinə xidmət göstə­rirlər.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(55. 7) “O, göyü ucaltmış və tərəzi qoymuşdur ki”,

O (Pak və Müqəddəs), göyü yerdəki həyatın damı etdi və həm də yerə ədalətli qanun nazil etdi və qullarına buyurdu ki, öz­lə­rinin bütün sözlərində və işlərində ədalətliliyə riayət etsinlər. Bu ayə­nin mənası hər bir insana yaxşı məlum olan adi tərəzi və ya ölçü­lər­lə məhdud­laşmır. Biz artıq dediyimiz kimi, müsəlman hər işdə: bir şeyi tərəzidə çəkəndə də və ya ölçü ilə ölçəndə də, he­sab­la­yan­da da, mübahisələri və məhkəmə çəkişmə­lərini həll edəndə də əda­lətli və qərəzsiz olma­lı­dır.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(55. 8) “məhz tərəzidə hədd aşılmasın».

Allah tərəzini nazil etmişdir ki, siz başqalarının haqqını tap­da­­­la­ma­yasınız və yol verilənin sərhədini aşmayasınız. Əgər Föv­qəl­­uca bu sər­həd­ləri qoymasaydı və insanlar yalnız öz mövqeləri və baxışları əsa­sında istisnasız mühakimə yürütsəydilər, onda çox­­saylı problemlər ya­ra­nardı ki, onlar təkcə Allaha məlumdur və göy­­­lərdə və yerdə tam qarmaqarışıqlıq baş verərdi.

ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(55. 9) “Qərəzsiz çəkin və çəkini əksiltməyin».

Bundan ötrü əlinizdən gələn hər şeyi edin, çünki çəkidə al­dat­ma ədalətsizlik və zalımlıqdır.
 ﮛ ﮜ ﮝ ﮞ
(55. 10) “O, yeri varlıqlar üçün qoydu”.

Allah müxtəlif iqlimin, hava şəraitinin və başqa şərtlərin hökümran olduğu kobud və sərt yer üzünü Öz məxluqları üçün yum­şaq yata­ğa çevirdi ki, onlar ev tikə, əkin əkə, ağaclar basdıra və çalalar qa­za, yollar çəkə və mədənləri işləyib hazırlaya bilsinlər və yaşamaları üçün zəruri olan hər şeyi həyata keçirməyə im­kan­la­rı olsun.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(55. 11) “Orada meyvələr və salxım-salxım xurma ağac­la­rı”,

Fövqəluca, yer üzündə insanın normal həyatının onlarsız möv­­­cud olmayacağı bitkiləri xatırladır. Onların arasında – üzüm, ən­­cir, nar, alma və bir çox digər meyvələr vardır ki, ağaclarda ye­ti­şir və insana çoxlu sevinc bəxş edir. Meyvə ağacları arasında Al­lah sal­xımlı xurmanı xüsusi ilə vurğulayır. Onlar ağacın bu­daq­la­rın­da əmələ gəlir, tədricən yetişir və ləzzətli bəhərə çevrilir ki, in­san­lar onu böyük məmnuniyyətlə yeyirlər. İsti iqlimli ölkələrdə xur­ma həm səfərə çıxanların, həm də öz doğma evində ya­şa­yan­la­rın azu­qə ehtiyatıdır. Xurma doğrudan da ən ləzzətli meyvələr­dən biridir.

ﮥ ﮦ ﮧ ﮨ ﮩ
(55. 12) “həmçinin saçaqlı dənli bitkilər və xoş rayihəli ot­lar var­dır».
Gövdə və sünbülə malik olan otlar sünbüllü bitkilər ad­lan­dı­rılır və onlardan döyülmə üsulu ilə taxıl əldə edilir. Onlara aid olanlar: buğda, arpa, düyü, darı və bir çox başqa taxıllardır. Ətirli, rayihəli ot­lara gəldikdə isə, belə bir rəy var ki, bunlar, insanların qi­da kimi istifadə etdiyi bütün bitkilərdir. Belə olduqda, nəzərdən ke­çirdiyimiz ayə xüsusinin ümumiyə daxil olması nümunəsidir, yə­ni, Allah əvvəlcə ən zəruri ehtiyac vasitəsi olan çörəkdən, sonra isə, ümumiyyətlə qida vasitələrindən bəhs edir.
Bir başqa şərhə görə, söhbət bilavasitə məşhur ətirli bitki olan rey­handan gedir. Fövqəluca qullarının qayğısına qalaraq, yer üzün­də ətirli rayihəsi olan otlar bitirmişdir ki, onlar insanlara se­vinc gətirir və xoş əhval-ruhiyyə yaradır.
Bütün bu çoxsaylı, hər bir ağıllı və düşünməyə qadir insana bəl­li olan nemətləri sadalayaraq, Fövqəluca cinlərdən və in­san­lar­dan tələb edir ki, onlar öz Xaliqinin xeyirxahlığını qəbul etsinlər və sonra belə buyurur:
ﮪ ﮫ ﮬ ﮭ ﮮ

Bu həm maddi nemətlərə, həm də Allahın nazil etdiyi dinə aid­­­­dir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) cin­lərə bu Quran ayəsini oxuyanda, cinlərin bu suala cavabı ne­­cə də gözəl oldu! O (s.ə.s.) belə təkrar etdi: “Bəs siz Rəbbinizin ne­­mətlə­rinin han­sını yalan sayır­sınız?” Onlar hər dəfə belə de­yir­di­lər: “Biz Sənin heç bir nemətini inkar etmirik. Həmd olsun Sə­nə, ey Rəbbimiz!” Rəb­bin hər bir qulu belə etməlidir: Onun mər­həməti haq­qında ona xa­tır­la­da­nın kimliyindən asılı olma­ya­raq, o, on­ları qə­bul etməli və həm­çinin Rəbbinə həmd edib, Onu şə­rəf­lən­dirməlidir.

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(55. 14) “O, insanı saxsı kimi cingildəyən gildən xəlq et­di”,
(55. 15) “cinləri isə tüstüsüz alovdan xəlq etdi”.

Fövqəluca insanlara Özünün hüdudsuz fövqəlqüdrətini və ka­­­mil bacarığını nümayiş etdirir. O (Pak və Müqəddəs), Adəm pey­­ğəmbəri (ə) sanki saxsı[1] kimi cingildəyən gildən düzəltmişdir. Əv­­­vəlcə bu gil ta­mamilə yaş idi, sonra isə qurudu və hətta du­lus­çu­­ların hazırladığı bi­şirilmiş gil[2] kimi cingiltili səs çıxarırdı.
Bütün cinlər qəbiləsinin ulubabasına[3] – lənətə gəlmiş şey­ta­na gəl­­dik­də isə, o alovdan: ya təmiz oddan, ya da tüstü ilə qarışıq od­­dan xəlq edil­mişdi. Bu, insan mənşəyinin cinlər üzərində üs­tün­lü­­yünə dəla­lət edir. İn­sanlar gildən və torpaqdan əmələ gəti­rilmişdilər ki, o, əkinçilik məh­sullarının, ləl-cəvahiratın və böyük nemətlərin mən­­bəyidir, cinlər isə, oddan yaradıl­mışdılar ki, o da dü­şün­cə­siz­li­­yin, yüngülməcaz­lı­ğın, şərin və zərərin mənbə­yidir.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ


Fövqəluca cinlərə və insanlara xatırladır ki, onları kim və ne­cə xəlq etmişdir. Həqiqətən, bu – Onun çoxsaylı nemətlərindən bi­ridir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(55. 17) “Hər iki şərqin Rəbbi və hər iki qərbin Rəbbi!”


Fövqəluca Allah, üzərində günəşin, ayın, ulduzların çıxdığı və bat­­­dı­ğı və bütün məxluqların onda yaşadığı bu dünyanın Rəb­bi­dir.
 Onun hakimiyyəti və hökümranlığı bütün varlıqlara aiddir.
 Fövqəl­uca­nın niyə məhz iki şərqi və iki qərbi qeyd et­mə­si­nin əsil səbəbi yalnız Ona məlum­dur. Güman etmək olar ki, göy ci­simlə­ri­nin ilin müxtəlif vaxtlarında, mə­sələn, qışda və yayda çıx­dı­ğı və bat­dığı yerlər nəzərdə tutulmuşdur.

 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(55. 19) “O, bir-biriləri ilə qarşılaşan iki dənizi qo­vuş­dur­muş­­dur».
(55. 20) “Lakin aralarında maneə vardır, bir-birinin sər­hə­di­ni­ keçmirlər”[4].

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(55. 21) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 22) “Onların hər ikisindən mirvari və mərcan çı­xa­rır­lar».

Bu ayələrdə iki müxtəlif dənizin birləşdiyi təmas xəttindən bəhs edilir. Onlardan biri, digərindən daha az duzludur. Hər iki də­­nizin su­­­la­rı bir-birinə qarışır, lakin onların arasına çəkilmiş ma­neə sayə­sində, onlar öz tərkib xassələrini dəyişmir. Oxşar ha­di­sə şi­rin və duz­lu suların bir­ləşdiyi yerlərdə da müşahidə olu­nur. Bun­ların sayəsində insanlar həm bu, həm də digər suyun fay­dalı key­fiyyətlərindən isti­fadə edirlər. İn­san­lar şirin suyu yan­ğı­larını sön­dürmək, ağaclara su vermək və əkin­ləri suvarmaq üçün isti­fa­də edirlər. Eyni zamanda duzlu su havanı təmizləyir, bir çox ba­lıq­­ların və dəniz heyvanlarının həyat mühiti ro­lunu oy­na­yır və məhz duz­lu sulardan mirvari və mərcan əldə edirlər. Bun­dan baş­qa, O (Pak və Müqəddəs), çayların və dənizlərin su­yu­nu gəmilərə ram et­miş­dir və buna görə sonra O (Pak və Mü­qəddəs), belə bu­yu­rur:
ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(55. 24) “Dənizdə qaldırılmış yelkənlərlə üzən, dağlara bənzər gəmilər də Ona məxsusdur».

Fövqəluca qullarına böyük və kiçik gəmilər inşa etməyi və on­ları dənizdə idarə etməyi öyrədir. Onun izni ilə dənizlərdə və okeanlarda qüdrətli dağlara bənzər nəhəng gəmilər üzür. İnsanlar on­lara minərək, onlarla öz əl bağlamalarını və ağır yüklərini da­şı­yır­­lar və bununla da öz­lərinin ən vacib həyati məsələlərini həll edir­­lər. Bu gəmiləri isə göy­lə­rin və yerin Böyük Mühafizəçisi qo­ru­yur. Bu da Onun şərəfli səxavət­lərindən biridir və buna görə O (Pak və Müqəddəs), buyurur:

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(55. 26) “Ondakıların[5] hamısı fanidir».
(55. 27) “Yalnız Əzəmətli və Comərd Rəbbinin Üzü əbə­di­­dir».

İnsanlar, cinlər, heyvanlar və digər canlı məxluqlar mütləq ölə­­­­cək və məhv olacaqlar. Ölüm yalnız Əbədiolana və Üzü şan-şöh­­­­rətli və Nəcibola­na toxunmur. O (Pak və Müqəddəs), həmdə və tə­­­rif­lənməyə la­yiq Əzə­mətə və Şöhrətə malikdir. O (Pak və Müqəddəs), həmçinin Alicənablıq və Comərdlik Sahibidir. O (Pak və Müqəddəs), Özünün se­çilmiş məxluqlarına – Onu şərəfləndirən və ucal­dan, Onu var qəlbi ilə se­vən və yalnız Ona səmimiyyətlə iba­dət edən yaxın qullarına çox bö­yük hədiyyələr və nemətlər əta edir.
ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(55. 28) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 29) “Göylərdə və yerdə olanlar Ondan xahiş edərlər və O, hər gün işlə məşğul olar”.


O (Pak və Müqəddəs), - Zəngindir və heç kimə möhtac de­yil.
Bun­dan başqa, O (Pak və Müqəddəs), – səxavətli və lütüf­kar­­dır. Onun məxluqları aciz və köməksizdirlər, onlar daima Onun qay­ğı­sına möh­tac­dırlar. Buna görə onlar Ona istənilən bö­yük və ki­çik mə­sələlərə dair kömək üçün müraciət edirlər; bir an da olsa be­lə və hət­ta daha az bir müddətə, Onun yardımı olma­dan qalmaq is­tə­mir­lər.
Fövqəluca hər gün işlə məşğuldur. O (Pak və Müqəddəs), ka­sıb­ları yedizdirir və xəstələrə şəfa verir, kimisinə var-dövlət ve­rir, kimi­si­ni də ondan məhrum edir. O (Pak və Müqəddəs), həyat ve­­rir və vəfat etdirir, ucaldır və alçaldır. Heç bir şey Ona bu və ya di­gər bir işlə eyni vaxtda məşğul olmağa mane olmur[6] və heç nə Onun iş­­lə­rinin nizamını pozmağa qadir deyil. Nə qullarının israrla xahiş et­­mələri, nə də onların uzun-uzadı duaları Onu təngə gətirmir.
Rəhimdil Bəxşişverən pakdır! Onun səxavəti göyləri və yeri, mər­­həməti isə bütün canlı məxluqları əhatə edir! Günahkarların itaət­siz­li­yinə və naşükür cahillərin təkəbbürünə baxmayaraq, Öz qul­larına bəx­şişlər Ətaedən Allah Pakdır!
Fövqəluca bu ayədə xatırlatdığı Öz gündəlik işlərini, Öz əzə­li qə­dərinə uyğun olaraq daima həyata keçirir. Allahın ön­cə­dən Qədəri ilə müəyyən etdiyi hadisələr bir birinin ardınca də­yiş­məz halda müəy­yən olunmuş saatda Rəbbin əzəmətli hikmətinin tə­ləb etdiyi kimi ger­çək­lə­şir. Bu təkcə dini hökümlərə deyil, ətrafda baş verən və dünyada Allahın qulları sakin olduqca baş verəcək bü­tün digər hadisələrə də aiddir.
Onlar üçün müəyyən olunmuş müddət sona çatdıqda və Föv­­qəl­uca Allah onların sonuncusunun ruhunu aldıqdan sonra, O (Pak və Müqəddəs), onları sınaq aləmindən Əbədi Əvəz aləminə ke­­çirəcək ki, on­lara Öz ədalətini, mərhəmətini və böyük xeyir­xah­lı­­ğını göstərsin və bunların əsasında da qulları öz Vahid Rəbbini ta­­nı­sınlar. Bax onda Allah, nəhayət, qulları üzərində haqq məh­kə­mə quracaq.
ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(55. 31) “Ey insanlar və cinlər, tezliklə Biz sizinlə məşğul ola­ca­ğıq!


Biz sizdən hesabat tələb edəcəyik və dünyada törətdiyiniz əməl­­lə­­rinizə görə sizə əvəzini verəcəyik.
Sonra Fövqəluca qeyd edir ki, Qiyamət günü Məhşər mey­da­­nın­da insanlar zəif və köməksiz olacaqlar, bütün hakimiyyət isə yal­nız Ona mənsub olacaq və Onun iradəsi danışıqsız icra edi­lə­cək:

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯘﯙﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(55. 33) “Ey cinlər və insanlar topluluğu! Əgər siz göylərin və yerin hüdudlarından çıxa bilsəniz, çıxın. Lakin ha­kimiy­yə­ti­niz olma­dan çıxa bilməzsiniz!”


Ey cinlər və insanlar! Əgər siz Allahın səltənətindən qaçmaq və Onun hakimiyyəti altından azad olmaq imkanı tapa bilsəniz, qa­çın. Siz bunu onsuz da heç vaxt edə bilməzsiniz. Allahın ha­ki­miy­yə­ti altından xilas olmaq üçün ilahi qüvvəyə, hakimiyyətə və ka­mil föv­qəlqüdrətə malik olmaq lazımdır. Amma siz, hətta özü­nü­zə belə fay­da verməyə və ya zərər vurmağa, nə həyata, nə ölü­mə, nə də di­ril­məyə sərəncam çək­mək imkanına sahib de­yilsi­niz­sə, onda bun­ları necə əldə edə bilərsi­niz?! Siz Allahın qarşısında ita­ət­karlıqla da­ya­nacaqsınız və Onun ica­zəsi olmadan hətta da­nış­ma­ğa belə cə­sa­rət etməyəcəksiniz. Siz yavaş­cadan edilən pıçıl­tı­dan başqa heç nə eşit­məyəcəksiniz. Şahlar və kö­lələr, hökmdarlar və təbəələri, var­lı­lar və kasıblar – hamısı Allahın qar­şısında bəra­bər olacaqlar.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ
(55. 35) “Üstünüzə yaşıl od və əridilmiş mis göndəriləcək və siz bir-birinizə yardım etməyəcəksiniz».

Rəbb bildirir ki, təmiz alovun və tüstü ilə qarışıq odun dil­lə­ri fa­siq cin və insanlara doğru yönəldiləcəkdir. Allahın bu müdhiş məx­luq­ları günahkarları hər tərəfdən əhatə edəcək və onlar nə öz­lə­rinə kömək edə biləcək, nə də özlərinə bir köməkçi tapa bilə­cək­lər.
Beləliklə, Allah qullarını hədələyir və onları Ona itaətsizlik gös­­­tərməkdən çəkindirir və bu da Rəbbin nemətlərindəndir. Bu, in­san­lara və cinlərə böyük və yüksək məqsədə doğru yönəlməyə tə­kan verir və Allahın füsunkar Cənnət nemətlərini əldə etmə­sin­də on­­lara kömək edir. Buna görə O (Pak və Müqəddəs), belə bu­yu­rur:

ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(55. 36) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 37) “Budur, göy parçalanacaq və qaynar yağ kimi qıp­qır­­mızı olacaq.


Həmin Saat gələcək və özü ilə çoxlu dəhşətlər, qorxu və hə­yə­can gətirəcək, Qiyamət günü başlayacaq. Günəş və Ay sönəcək, ul­duzlar yerlərindən qopacaq və səpələnib yox olacaqlar, göy isə par­çalanacaq. Qorxudan və narahatçılıqdan onun görkəmi qıp­qır­mı­zı qan rəngində - qırmızı dəri rəngində və ya ərimiş mis kimi ola­caq.

ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ
(55. 39) “Həmin Gün nə insandan, nə də cindən onun gü­na­hı barədə soruşulmayacaq”.

Ayədən aydın olur ki, onlardan törətdikləri bütün günahlar haq­­qında özlərinin danışması tələb olunmayacaq. Çünki Föv­qəl­uca Allah qeybi də, aşkarı da, keçmişi də, gələcəyi də bilir və O (Pak və Müqəddəs), qullarının Ona çox gözəl məlum olan əməl­lə­ri­nə görə ya mükafat­lan­dıracaq, ya da cəzalandıracaqdır. Qiyamət gü­nü mömini fasiqdən fərqlən­dirmək çətin olmayacaqdır, çünki on­lardan hər biri öz siması ilə tanınacaq və bu barədə Fövqəluca belə buyurmuşdur: “Həmin gün bə­zi­lərinin üzü ağaracaq, digər­lə­rininki isə qaralacaq­dır...” (3/106).

ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

(55. 41) “Günahkarları üzlərindən tanıyacaqlar, sonra da kə­­kil­­lərindən və ayaqlarından yapışacaqlar».

Kafirlərin bəzilərini kəkillərindən və ayaqlarından tutub Cə­­hən­­nə­mə atacaqlar. Digərlərini isə aman vermədən oraya sürü­yə­cək­lər.
Buna görə Fövqəluca onları qınayaraq, buyurur:

ﭘ ﭙ ﭚ ﭛ ﭜ


Onlar bu yolu özləri seçmişdilər və hərçənd Allah əzəldən on­­ların hər birindən xəbərdar idi, lakin O (Pak və Müqəddəs), is­tə­yir­di ki, onlar Onun təkzibolunmaz dəlillərini və möcüzələrini gör­sünlər və Onun müdrikliyinə əmin olsunlar.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(55. 43) “Budur günahkarların yalan saydıqları Cəhən­nəm!”

Cəhənnəm odu yeni bir şiddətlə alovlanacaq və həmin gün gü­­­nahkarlar öz kafirliklərinə görə alçaldılacaq və əzabverici cə­za­ya mə­ruz qoyulacaq­lar. Onlar Cəhənnəm odunun və əzabkeşlərin ağır qan­dal­larının necə olduğunu biləcəklər. Bütün bunlar – etdik­ləri kü­fü­rə görə əvəz­dir.
 ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(55. 44) “Onlar onunla qaynar su arasında gəzəcəklər”.
(55. 45) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sayır­sı­nız?”

Onlar Cəhənnəm odu ilə qaynar su arasında vurnuxacaqlar. Bu­­nunla yanaşı onları sarsıdıcı şaxtalı soyuq və buzlu su gözlə­yə­cək­­dir. Günahkarların cəzalandırılacağını xatırlatdıqdan sonra, Föv­qəl­uca təq­valı möminlərin mükafatlandırılacağını bildirir və bu­yu­rur:

 ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(55. 46) “Öz Rəbbi hüzurunda dayanacaqlarından qor­xan­la­ra iki bağ hazırlanmışdır».


Rəbbinin qəzəbindən ehtiyat edən və Onun hüzurunda da­ya­na­­caqlarından qorxan, Onun qadağalarını pozmaqdan çəkinən və Onun ehkamlarını qüsursuz yerinə yetirən möminlərə iki Cə­n­nət ba­ğı ha­zır­lan­mışdır və onlarda qızıl qablar, qızıl bəzək şeyləri və qı­zıl­dan ima­rətlər vardır. Bağlardan biri – haramları poz­ma­dıq­larına gö­rə mükafat, ikincisi isə fərz hökümləri yerinə yetir­dik­lə­rinə görədir.
ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(55. 48) “Hər ikisində barlı qol-budaqlar vardır”.


 Allah, ən müxtəlif nemətlərlə dolu olan, həm qəlbə, həm də ca­­na ləzzət verən bu bağları təsvir edir. Bu Cənnət bağlarında göz­lə­rin gör­mədiyi və qulaqların eşitmədiyi və insanın heç xə­ya­lı­na belə gə­­tirmə­di­yi şeylər vardır. Onlarda gözəl qol-budaqlı ağac­lar çiçək­lə­nir. O bu­daqlarda çoxlu sulu, yetişmiş və dadlı mey­və­lər sallanır.

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ
(55. 50) “Hər ikisində də iki çeşmə axır”.


Cənnət sakinləri bu çeşmələrdən əla içkilər içəcək və on­la­rın axarını istədikləri istiqamətə yönəldə biləcəklər.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(55. 52) “Onların hər ikisində bütün meyvələrdən cüt-cüt var­dır».


Bu meyvələrin hər biri digərlərindən öz füsunkarlığı və rəngi ilə fərqlənir.

 ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(55. 54) “Onlar dirsəklənərək, üstünə ipək salınmış döşək­lə­­rin­də rahatlıqla uzanacaqlar, bu iki bağın təzə meyvələri isə çox yaxın­lıqda olacaqdır».


Möminlər Cənnətdə, şahın möhtəşəm taxtında oturduğu ki­mi, ən rahat və sabit vəziyyətdə uzanacaqlar[7]. Onlar ən əla gö­zəl­li­yə ma­­lik döşəklər üstə uzanacaqlar ki, bunların özəllikləri yalnız Föv­­qəl­uca Allaha məlumdur. Onların alt hissəsinə ən əla və qiy­mət­­li ipək növü – atlas sərilmişdir. Belə olduqda, biz o döşəklərin in­­sanın dərisi ilə tə­mas­da ola­caq üstü haqqında nə deyə bilərik?! On­­ların üzə­rində mey­vələrlə bəzənmiş budaqlar sallanacaqdır ki, mö­­minlər on­ları ayaq üstə, oturmuş və ya uzanmış halda da dərib ye­­yə bilə­cəklər.

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

(55. 56) “Orada baxışları aşağı dikilmiş, əvvəllər nə in­sa­nın, nə də cinin toxunmadığı qızlar olacaqdır».
(55. 57) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 58) “Onlar yaquta və mərcana bənzəyirlər».

Bu qızlar yalnız öz ərlərinə baxmağa cəsarət edirlər, çünki on­ları qəl­bən sevirlər. Onlar o dərəcədə gözəl və cazibədardırlar ki, ərləri göz­lərini onlardan çəkmir və özgə zövcələrinə baxmırlar. On­lar bir-bi­riləri ilə təmasdan böyük zövq duyur və bir-birilərinə güc­lü məhəbbət hissi bəsləyirlər. Əvvəllər bu qızlarla nə insan, nə də cin yaxın olma­mışdır. Allah onları bakirə saxlamış və onları dai­mi sevən, mehriban, zərif və heyran edici zövcələr etmişdir və on­lar öz paklığı, cazibə­dar­lığı və gözəlliyi baxımından yaquta və mər­cana oxşadıl­mışlar.

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ


Məgər Fövqəluca Allah öz Xaliqinə səmimi ibadət edənə və Onun məxluqlarına xeyirxahlıq edənə pislik edərmi? Məgər O (Pak və Müqəddəs), onu bol mükafatdan, böyük səadətdən, Cən­nət nemətin­dən və xoş­bəxt həyatdan məhrum edərmi? Əlbəttə yox! O iki bağ məhz Rəbbə belə yaxın olan qulları üçün ha­zır­lan­mış­dır.

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(55. 62) “Həmin ikisindən başqa iki bağ da vardır».
(55. 63) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 64) “Hər ikisi tünd yaşıldır».
(55. 65) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 66) “Hər ikisində iki çeşmə qaynayır».
(55. 67) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 68) “Hər ikisində meyvələr, xurma və nar vardır”.


Bu – gümüşdən sarayları və gümüş bəzəkləri olan bağlar­dır. On­larda sağ tərəfə layiq görülən möminlər məskunlaşırlar. Ya­şıllığın və bu­laqların bolluğundan onlar tünd yaşıl rəngdə gö­rü­nür. Onlarda iki çeşmə qaynayır və hər növ meyvələr yetişir. Föv­qəluca xurma və narı, onların insanlara böyük fayda ver­m­ə­si­nə görə xüsusilə vurğulayır.
ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(55. 70) “Orada gözəl xasiyyətli, gözəl qızlar vardır».
(55. 71) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 72) “Onlar – çadırlarda saxlanan hurilərdir”.
(55. 73) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”
(55. 74) “Onlarla əvvəllər nə insan, nə də cin yaxınlıq et­mə­­miş­dir».


Cənnət bağlarının hər birində daxili və zahiri gözəlliyə, yük­sək əxlaqa və fövqəladə cazibədarlığa malik olan hurilər məs­kunlaşırlar. On­ları öz ərlərinin qəbuluna hazırlaşdıqları çadırlarda qo­ru­yub saxla­yırlar. Amma bu o demək deyildir ki, onlar ça­dır­la­rın­dan çıxmırlar və Cənnət bağlarında gəzişmirlər. Keçmiş za­man­­larda hökmdarların və şahların təvazökar və utancaq qız­la­rına məhz belə qayğı göstə­rərdilər.

 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
(55. 76) “Onlar yaşıl balışlara dirsəklənərək, gözəl dö­şək­lər­də uzanacaqlar”.
(55. 77) “Bəs siz Rəbbinizin nemətlərinin hansını yalan sa­yır­­sı­nız?”

Bu iki bağın xoşbəxt sakinləri yaşıl yastıqlar və xarüqəladə xal­­­çalar üstündə uzanacaqlar. Yüksək Cənnət taxtlarının üstünə bö­­yük ya­şıl döşəklər salınacaq və onlar taxtın baş tərəfində yas­tı­ğa­bənzər for­mada olacaq.
Ərəb sözü olan “abkari” nəinki təkcə xalılara, həm də bütün di­­gər dəbdəbəli və zəngin toxuculuq məmulatlarına aiddir. Buna gö­rə Fövqəluca Cənnət xalılarını bu sözün ən geniş mənasında gö­zəl ad­lan­­dırmışdır: onlar bütün baxanları və onlara toxunanları hey­ran qoyur.
Bu iki bağ öz gözəlliklərinə və ecazkarlıqlarına görə əvvəlki iki bağdan fərqlənir. Əvvəlkilər onlardan daha üstündür. İlk iki ba­ğın üs­tünlüyü Fövqəlucanın: “O ikisindən başqa, hələ iki bağ da vardır” ifa­dəsində öz əksini tapmışdır. Ərəb sözü olan “duna” bir neçə mənaya malikdir və “bundan başqa”, “daha pis”, “aşağı”, “qar­şı­sında” mənala­rını da bildirir. Əgər Cənnət bağlarının təsviri diq­qətlə oxunarsa, onda aydın olar ki, sonuncu iki bağda, birinci iki bağda rast gəlinən ecazkar nemətlər yoxdur.
Birinci iki bağda çaylar axır, iki sonuncu bağda yalnız çeş­mə­lər qaynayır. Axan çaylarla qaynayan çeşmələr arasındakı fərq hər kəs üçün anlaşıqlıdır. Əvvəlinci iki bağda – hər bəhrədən iki növ olduğu halda, sonuncu iki bağda yalnız meyvələrdən, xur­ma­dan və nardan bəhs edilir. Bunların arasındakı fərq də aydın hiss edi­lir. Birinci iki bağda möminlərin, alt hissəsinə atlas çəkilmiş, mi­silsiz döşəklərdən istifadə etməsindən bəhs edildiyi halda, iki di­gərində - yaşıl yastıqlar və gözəl xalılar təsvir edilir. Birinci iki bağ­da “hurilər[8] özləri yad ad­am­ların yanında baxışlarını aşağı di­kir­lər” deyildiyi halda, digər iki­sində - ça­dır­larda yad nəzərlərdən qo­ru­nub saxlanan hurilərdən danı­şılır. Fövqəluca birinci iki bağın sa­kin­lərini xeyirxahlıq edənlər adlan­dırmışdır: “Yaxşılığa yax­şı­lıq­dan başqa bir şeylə əvəz veri­lər­mi?” (Rəhman, 55/60). Bu şə­rəf­li vəsflər iki sonuncu bağ sakinlərinin ünva­nı­na yönəl­dil­mə­miş­dir. Nəhayət, təkcə birinci iki bağ haqqında o birilə­rindən öncə xa­tırlanmasının özü də onların sonrakı iki bağdan üstün­lü­yünü təs­diq edir. Birinci iki bağ peyğəmbərlərin (onlara Allahın sa­lamı ol­­sun), siddiqlərin[9] (Allah onlardan razı olsun!) və Allahın ya­xın qul­la­rı­nın məskəni olacaq, digər iki bağ isə qalan digər möminlər üçün nəzərdə tutulmuşdur.
Bununla yanaşı bütün Cənnət bağlarında heç bir gözün gör­mə­d­iyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın xəyalından belə ke­çirmədiyi nemətlər vardır. Bu nemət və gözəlliklərdən ürək­lər zövq ala­caq, baxışlar dikilib, heyran qalacaq. Cənnətin bü­tün sakinləri xoş­bəxt və məmnun olacaqlar, rahatlıq və əmin-aman­lıq içində firavan yaşayacaqlar. Onlardan hər biri elə hesab edə­cək ki, ondan daha xoş­bəxt və daha uğurlu heç kəs yoxdur.
Bu surədə Allahın hüdudsuz mərhəmətindən və böyük xe­yir­­xah­­lığından bəhs edilir və buna görə Fövqəluca yekun ayədə belə buyurur:
 ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(55. 78) “Əzəmət və Səxavət Sahibi olan Rəbbinin adı mü­ba­­rək­­dir!”

Əzəmət və şan-şöhrət Sahibi olan Allahın mərhəməti necə də böyükdür və O (Pak və Müqəddəs), Öz mömin qullarına daima hi­­mayə edir.






[1] Saxsı – farfor, çini qab. F.S.
[2] Saxsı qab nəzərdə tutulur. F.S.
[3] Müsəlman alimi ingiltərəli Bilal Filipsin doktorluq müdafisənin mövzusu olan: “"Традиция экзорцизма в Исламе" adlı əsərinin (əsər rus dilində internet variantındadır) birinci cildində, onun apardığı elmi araşdırmalar nəticəsində əldə etdiyi Quran və Sünnədəki dəlillərə görə, “Adəmin bəşə­riy­yətin ulu babası olduğu kimi, şeytan da cinlərin ulu babasıdırmı?” sualına cavab verir ki, “o cinlərdən biri idi, lakin onların ulu babası deyildir. İblis adında olan həmin cin Allahın itaətindən çıxdıqdan sonra şeytan xislətinə malik olmuş və insanları Allahın yolundan çxarmaq kimi şərəfsiz bir işə qo­yulmuşdur». Müxtəlif məxəzlərdə verilən şeytanın alicənab mələklərə məxsus olması iddiaları isə uy­durma və əfsanədir. F.S.
[4] Öz batiskafı ilə dənizaltı tədqiqatları aparan məşhur fransız alimi kapitan Jak Kusto də­niz­lər­də su maneələri ilə əlaqədar apardığı tədqiqatlarının nəticələri barədə belə demişdir: Bəzi təd­qi­qatçıların müxtəlif dəniz kütlələrini bir-birindən ayıran maneələrin olduğuna dair irəli sür­dük­ləri nəzəriyyələri araşdırırdıq. Çalışmalarımızın nəticəsində gördük ki, Ağ Dənizin özünə məx­sus duzluluğu və sıxlılığı vardır. Eyni zamanda özünə məxsus canlıları vardır. Sonra Atlan­tik okeanındakı su kütləsini tədqiq etdik və onun Ağ Dəniz sularından fərqli olduğunu müşa­hi­də etdik. Halbuki Cəbəli Tarik boğazında birləşən bu iki dənizin duzluluq və sıxlığı, orada ya­şa­yan canlıların eyni və ya ona yaxın olması labüd idi. Amma bu iki dənizin suları, hətta bir-bi­rinə yaxın hissələrində belə, ayrı quruluşa, xassələrə malik idi. Bununla əlaqədar apar­dı­ğı­mız araşdırmalarda bizi çaşdıran bir vəziyyətlə qarş­ılaşdıq. Çünki bu iki dənizin təmas xətti bo­yunca bir-birinə qarışmasına ecazkar bir “su pərdəsi” mane olurdu. Eyni qəbildən olan belə su maneəsi 1962-ci ildə alman alimləri tərəfindən Ədən körfəzi ilə Qırmızı Dənizin birləşdiyi Mən­dəb boğazında da aşkar edilmişdi. Daha sonrakı araşdırma­la­rımızda bütün dənizlərin tə­mas xətlərində eyni maneələrin olmasının şahidi olduq».
 Məşhur, dünya şöhrətli alim kapitan Kustonu son dərəcə heyrətləndirən bu kəşf 14 əsr bundan əv­vəl Quranda əks edilmişdir. Adi gözlə qavranılmayan və suyun fiziki özəlliklərinə uyğun olma­yan bu möcüzə Müdrik və Fövqəlqüdrətli Allahın xarüqəladə yaradılışının saysız-hesabsız özəl­liklərindən biridir. (Bax: Quran heç tükənməyən möcüzə, 2005, İstambul, səh. 137.). F.S.
[5] Yer kürəsi nəzərdə tutulur. F.S.
[6] Kursiv mənimdir. Bundan məqsəd –oxucunun diqqətini bir daha həmin ifadəyə cəlb etməkdir. F.S.
[7] Yerləşəcək, yəni, ürəkləri istədiyi kimi sərbəst oturacaq, dirsəklənəcək və ya uzanacaqlar . F.S.
[8] Rus mətnində bu sözün - “девы” (“qızlar”) kimi getdiyinə baxmayaraq və ərəb mətnində mü­vafiq ayələrdə “hurilərdən” bəhs edildiyini nəzərə alıb, bu ifadəni “huri”, “hurilər” kimi ver­mə­yi daha doğru hesab etdim. F.S.
[9] Siddiq (sıddıq) – Azərbaycan dilində “sadiq”, “sədaqətli” mənalarda işlədilir. İslam ədə­biy­ya­tında “siddiqlər” Allaha və Onun Peyğəmbərinə (s.ə.s.) sədaqətli olan səhabələr (Əbu Bəkr, Al­lah ondan ra­zı olsun, və digər onun kimiləri) nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий