\´
ƏL-QƏMƏR
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın
adı ilə!
ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(54. 1)
“Saat yaxınlaşdı və ay bölündü”.
Fövqəluca xəbər verir ki, Qiyamət saatı yaxınlaşdı, lakin kafirlər
ona hələ də iman gətirməkdən imtina edirlər və Hesab gününün labüdlüyünü
təsdiq edən Allahın onlara göstərdiyi əzəmətli möcüzələrə və əlamətlərə
baxmayaraq, onun başlanacağına hazırlaşmırlar.
Müşriklər Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı
olsun!) öz doğruçuluğunu təsdiq etməsi üçün onlara qeyri-adi bir möcüzə göstərməsini
tələb etdikdə, O (Pak və Müqəddəs), insanlara həmin möcüzələrdən birini göstərdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara ayı göstərdi
və bu vaxt Fövqəlqüdrətli Allahın iradəsi ilə ay iki hissəyə parçalandı:
bir tikəsi Əbu Keys dağı üzərində, ikinci tikəsi isə Kueykan dağı üzərində asılı
qaldı. Müşriklərin çoxu bu əzəmətli möcüzənin şahidləri oldular. Rəbb onu
göylərdə göstərdi, çünki heç bir sehrbaz və ya cadugər öz sehri və caduları
ilə səma cisimlərinə təsir göstərə bilməzdilər.
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(54. 2)
“Onlar möcüzə gördükdə, üz çevirir və deyirlər: “Bu – keçib gedən bir
sehrbazlıqdır!”
Məkkə müşrikləri elə bir möcüzə gördülər ki, onlar heç vaxt ona bənzər
bir şey görməmişdilər. Bundan əlavə, onlar hətta heç eşitməmişdilər ki, əvvəlki
peyğəmbərlərdən kimsə belə bir şey göstərmiş olsun. Lakin iman onsuz da
onların ürəklərinə girmədi, çünki Allaha lazım idi ki, onlar növbəti dəfə də
Onun peyğəmbərini (s.ə.s) təkzib etsinlər. Müşriklər dedi-qodu söyləməyə və
Peyğəmbərin (s.ə.s) ünvanına böhtan deməyə başlayıb belə dedilər: “Muhəmməd
bizi sehirlədi!”
Məkkəlilər bütün bunların yalnız sehrbazlıq
olduğuna əmin olmaq üçün qərara aldılar ki, bu zaman səfərdə olan şəxslərin
hamısını bu barədə sorğu-suala tutsunlar, çünki cadugərlik sehri yalnız Muhəmmədin
(s.ə.s.) yaxınlığında olanlara təsir göstərə bilərdi. Lakin səfərdən Məkkəyə
gələnlər onlara bildirirdilər ki, bu qeyri-adi hadisəni onlar da görüblər. Belə
olduqda kafirlər dedilər: “Bu, əsil sehrdir. Muhəmməd bizi və bütün başqalarını
ovsunlaya bilmişdir”.
Belə bir
yalan təkcə ən düşüncəsiz, ən axmaq və ən azğın adamlara inandıcı görünə bilər.
Onlara göstərilən möcüzəni inkar edərək, müşriklər istənilən digər möcüzəni də
rədd etməyə və yalan saymağa özlərinin hazır olduqlarını nümayiş etdirdilər.
Onlar haqqı tapmağa və onun ardınca getməyə çalışmırdılar, yalnız öz alçaq
istəklərinə yol açmaq istəyirdilər və buna görə də sonra Rəbb buyurur:
ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ
ﯠ ﯡ
(54. 3) “Onlar yalan hesab etdilər və öz nəfslərinə
uydular, lakin hər əməl təsdiq olunacaqdır».
Bu ayə Fövqəlucanın:
“Əgər onlar sənə cavab versələr, bil ki, onlar yalnız öz istəklərinə
uyurlar...” (Qəsəs, 28/50). Əgər onlar doğru yola gəlməyə səy göstərsəydilər,
onda mütləq iman gətirər və Muhəmmədin (s.ə.s.) ardınca gedərdilər, çünki
Allah, çoxsaylı möcüzələri və dəlilləri ilə onun (s.ə.s.) sadiqliyini təsdiq
etmişdi və bu möcüzə və dəlillərdən Onun tələbləri və dininin məqsədləri
onlara aydın olmuşdu.
Hər davranışın öz sonu var. İndiyədək heç bir təşəbbüs tamamlanıb,
başa çatmamışdır, lakin heç bir iş bitməmiş qalmayacaqdır. Mömin, Allahın
bağışlaması və lütüfkarlığı onu gözləyən Cənnət bağlarına mütləq düşəcəkdir.
Kafir isə Allahın qəzəbinə düçar olacaq, əbədi əzab və sarsıntılar girdabında
qalacaqdır.
ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(54. 4)
“Onları çəkindirən xəbərlər artıq onlara çatmışdır”.
(54. 5) “Bu,
kamil hikmətdir, lakin onlara xəbərdarlıqlar nə fayda verir?”
Bu şəhadət onu göstərir ki, fasiqlər haqq yolunu tapmağı qətiyyən istəmirdilər.
Fövqəluca Rəbbin haqq olmasının təkzibolunmaz dəlilləri haqqında rəvayətlər
onlara gəlib çatmışdı və kafirləri Allah qarşısında öz bilməməzlikləri ilə
bəraət qazanmaq imkanından məhrum etmişdi. Lakin hətta belə inandırıcı nəsihətlər
də onlara fayda gətirmirdi. Buna görə Fövqəluca belə buyurur: “Həqiqətən,
barələrində Allahın Sözünün təsdiq olunduğu şəxslər, hətta onlara istənilən
möcüzələr göstərilsə də, əzabverici iztirablar onları haqlamayınca, iman gətirməyəcəklər”
(Yunus, 10/96-97).
ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗﭘﭙ
(54. 6)
“Onlardan üz çevir. Carçının xoşagəlməz bir şeyə çağıracağı gün”
(54. 7)
“onlar məhzun baxışlarla ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən
çıxacaqlar».
Bu kafirlər
heç vaxt düz yola gəlməyəcəklər və buna görə onlardan üz döndər. Sən başqa
seçim edə bilməzsən. Sənə yalnız Böyük Dəhşət gününün gəlməsini gözləmək
qalır. Həmin Dəhşətli gün mələk İsrafil (ə) sura üfürəcək və insanlar öz qəbirlərindən
çıxıb, Məhşər meydanına gəlməyə başlayacaqlar. Onların baxışları elə bir həyəcanlı
səhnəyə rastlaşacaq ki, o, bütün məxluqlara xoşagəlməz təsir bağışlayacaq.
İnsanların ürəklərində hökm sürən qorxu və dəhşətdən onların baxışları aşağı
dikiləcək, yəni, onlar alçalmış və hüzünlü olacaqlar. İnsanların sayı hədsiz
çox olacaq və onların hamısı təlaş içində vurnuxacaq və çəyirtkə sürüsü kimi
toparlanıb bir-birinə qarışacaqlar.
ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ ﭣ
(54. 8) “Onlar carçıya tərəf
axışacaq və kafirlər deyəcəklər: “Bu – Ağır gündür!”
İnsanlar tələsə-tələsə
carçının çağırışına doğru gedəcəklər, o, onları əzəmətli Məhşər[1]
meydanına səsləyəcək, kafirlər isə amansız cəzanın yaxınlaşdığını hiss edəcəklər.
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(54. 9)
“Onlaradək Nuhun xalqı yalançılardan saymışdı. Onlar Bizim qulumuzu yalançı
hesab edib demişdilər: “O – cinlidir!” Onlar onu söymüş və hədələmişdilər”.
Fövqəlxeyirxah və Fövqəluca Allah kafirlərin Muhəmməd Peyğəmbəri
(ona Allahın salavatı və salamı olsun!) inkar etdiklərini və Onun ayələrindən
ibrət dərsi almadıqlarını xəbər verdikdən sonra, O (Pak və Müqəddəs), bu
fasiq inadkarlara öz elçilərini inkar etmiş və onlardan əvvəlkiləri
yaxalamış qorxunc cəzanı xatırladır.
Allahın ilk
elçisi Nuh (ə) idi. Fövqəluca onu (ə) bütlərə ibadət edən xalqın yanına göndərmiş
və ona (ə) buyurmuşdu ki, onları Vahid Allaha iman gətirməyə və Ondan başqa
heç kimə ibadət etməməyə dəvət etsin. Müşriklər öz daş heykəllərindən əl çəkmədilər
və dedilər: “Öz ilahlarınız: Vəəddən, Suvadan, Yəqusdan, Yəuqdan və Nəsrdən
əl çəkməyin” (Nuh, 71/23).
Nuh (ə)
onları gecə-gündüz iman gətirməyə çağırırdı. O (ə) onlara
camaat arasında müraciət edir və hər biri ilə təklikdə söhbət aparırdı,
lakin gündən günə onların inadkarlığı və zalımlığı daha da güclənirdi. Onlar
öz peyğəmbərini (ə) təhqir edir və onu (ə) dəli adlandırırdılar.
Axı atalarından onlara irs qoyulmuş bütpərəstliyi və azğınlığı ağıllı bir
iş, Nuhun (ə) moizələrini isə cahilin və azğın dəlinin sayaqlaması sayan
axmaqlar daha nə deyə bilərdilər ki?
Onlar peyğəmbəri
(ə) yalançı hesab edir, nə ağıla, nə də dinin çağırışına məhəl qoymurdular.
Dünya onların nəzərində tərsinə çevrilmişdi: onlar sağlam düşüncəli və xeyirxah
insanları nura və doğru yola aparan sarsılmaz haqdansa, cahilliyi və azğınlığı
üstün sayırdılar. Bütpərəst müşriklər onları əzəmətli Rəbbə iman gətirməyə dəvət
edən Allahın elçisi (ə) ilə kobudcasına davranırdılar,
onu (ə) hay-küy və təhdidlərlə qovurdular. Allah onları rüsvay etsin! Onlar
Nuha (ə) iman gətirməməklə qane olmayaraq, onu (ə) yalançı elan etdilər və qərara
aldılar ki, onu (ə) etdiklərinə görə cəzalandırsınlar. Allahın düşmənləri Onun
peyğəmbərləri və elçiləri (onlara salam olsun!) ilə bütün zamanlarda məhz belə
rəftar edirdilər.
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(54. 10) “O
da Rəbbinə dua etdi: “Şübhəsiz ki, mən məğlub oldum, mənə kömək et!”
Mənim artıq
gücüm qalmayıb ki, onlarla mübarizə aparım. Yalnız bəziləri mənə iman gətirdilər
və biz o qədər azıq ki, bütöv bir bütpərəst xalqın qarşısında müqavimət göstərə
bilmiri. Ey Rəbbim, mənə kömək et!
Digər bir
Quran ayəsində bildirilir ki, Nuh (ə) yalvararaq belə dua etmişdir: “Ey
Rəbbim! Yer üzündə bir nəfər də olsa, kafir sakin qoyma!” (Nuh, 71/26).
Allah onun (ə) duasına cavab vermiş və ona (ə) müşriklərin öhdəsindən gəlməkdə
yardım etmişdir. Fövqəluca belə buyurmuşdur:
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
ﮀ ﮁ ﮂ ﮃ ﮄ
(54. 11)
“Biz göyün dərvazalarını açdıq və oradan su tokülməyə başladı”
(54. 12) “və
yeri də araladıq və ondan çeşmələr fantan vurdu. Sular təqdir edilmiş bir iş
üçün bir-biriləri ilə qovuşdu».
Göylərdən qeyri-adi tərzdə su leysan kimi tökülməyə başladı və yerdə
də çoxsaylı çeşmələr fantan vurdu. Hətta od yandırılan sobalarda da sular
pıkkıdayırdı. Göylərin və yerin suları Allahın qədəri ilə qarışmışdılar və
bu ona dəlalət edir ki, o fasiqlərin və zalımların cəzalandırılması öncədən
müəyyən edilmiş və yazılmışdı.
ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
ﮐ ﮑ
(54. 13)
“Biz onu pərçimlənmiş lövhələr üstündə daşıdıq».
(54. 14) “O, iman gətirilməyənə mükafat olaraq, Bizim Gözlərimizin
önündə üzürdü”.
Allah peyğəmbərini (ə) bir-birinə pərçimlənmiş taxta lövhələrdən
ibarət bir vasitənin üstündə xilas etdi. O (Pak və Müqəddəs), qayğıkeşliklə
bu nəqliyyat vasitəsini mühafizə etdi və Nuhu (ə), iman gətirənləri və onların
özləri ilə götürdükləri bir-çox heyvanları labüd həlak olmaqdan qorudu. Fövqəluca
Qoruyucunun qayğısı, himayəsi və mərhəməti məhz belə olur. Bu, rədd edilənə (ə)
verilən əvəz idi. O (ə), ona, öz qəbilədaşlarının haqsız qınaqlarına səbirlə
dözdüyünə, onları düz yola çağırmaqda davam etdiyinə, Allahın iradəsinə
müti olduğuna və onu (ə) yolundan azdırmağa cəhd göstərən günahkarların
istəyinə güzəşt etmədiyinə görə layiq olmuşdu. Fövqəluca buyurur: «...Ey
Nuh! Bizdən sənə və səninlə olanlara salam və bərəkətlə (quruya)
çıx!..” (Hud, 11/48).
Quran
oxunuşlarının birində bu ayə belə səslənir: “O, Bizim Gözlərimizin önündə,
iman gətirməyənlərə bir cəza kimi, üzürdü”. Bu o deməkdir ki, Nuh peyğəmbərin
(ə) və iman gətirənlərin xilas edilməsi inadkarcasına iman gətirməkdən
imtina edənlər üçün bir cəza idi.
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
ﮘ
Belə bir rəy
mövcuddur ki, ayədə bəhs edilən Nuh (ə) və onun xalqı haqqındadır. Bu, elçilərə
müqavimət göstərən və onların hökümlərinə itaətsizlik edən hər kəsi Rəbbin əzaba
düçar edəcəyini ağıllı insanların yadda saxlamalarından ötrüdür və Allah
onu gələcək nəsillər üçün qoruyub saxlamışdır.
Digər bir şərhə
görə isə, bəhsi gedən ümumiyyətlə gəmilər, xüsusi ilə də[2],
taxta lövhələrdən quraşdırılmış daşınma vasitəsi[3]olan Nuhun (ə) gəmisi
haqqındadır. İlk gəmini, həqiqətən, Nuh peyğəmbər (ə) inşa etmişdir. Fövqəluca
Öz elçisinə (ə) bu peşəni öyrətmiş və onu bəşəriyyət üçün saxlamışdır ki,
insanlar gəmilər düzəldib, Onun lütüfkarlığını, hüdudsuz fövqəlqüdrətini və
misilsiz istedadını yadda saxlasınlar. Lakin Onun nəsihətlərindən ibrət
alanlar və onlara qulaqları ilə və ürəkdən qulaq asanlar necə də azdır! Görün
bu nəsihətlər necə sadə və anlaşıqlıdır!
ﮙ ﮚﮛ ﮜ ﮝ
(54. 16) “əzabımın
və xəbərdarlıqlarımın necəliyini?!”
Fasiqləri
özlərinə nadanlıqları ilə bəraət qazandırmaq üçün son imkandan məhrum edən əzab-əziyyətli
cəza haqqında, xəbərdarlıqlar haqqında bundan artıq daha nə demək olar?
ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ
ﮤﮥ
(54. 17)
“Biz yadda saxlamaq üçün Quranı asanlaşdırdıq. Lakin xatırlayanlar varmı?”
Biz Kəramətli Quranın sözlərini yadda saxlamaq və oxumaq, onun məna və
əhəmiyyətini isə dərk etmək və anlamaq üçün asanlaşdırdıq. Başqa cür ola da
biməzdi, çünki bu Kitabın sözləri ən gözəl, onun mənaları ən gerçək və onun şərhləri
ən yaxşı başa düşüləndir. İnsan Kəramətli Qurana müraciət edən kimi, Fövqəluca
Allah ona kömək edir və onun qarşısına qoyduğu məqsədə doğru yolunu asanlaşdırır.
Rəbb Quranı yadda saxlamaqdan ötrü asanlaşdırmışdır ki, Onun saleh
qulları haramı halaldan fərqləndirə bilsinlər, Allahın ehkamlarını yerinə
yetirə bilsinlər və Onun haramlarını pozmaqdan özlərini qoruya bilsinlər,
onların bilməsi üçün müəyyən edilmiş cinayətkarlıqlara qarşı cəzalandırılma
meyarlarına riayət edə bilsinlər, ibrətamiz hikmətlərə və xütbələrə qulaq
assınlar və gerçək hekayətlərdən faydalı nəticələr çıxara bilsinlər və öz
baxışlarını və nəzər nöqtələrini təshih edə bilsinlər. Bütün bunlar Kəramətli
Quranın öyrənilməsi sayəsində mümkündür və buna görə Quranın öyrənilməsi
və onun təfsir edilməsi ən asandır və eyni zamanda bütün işlərdən ən şərəflidir[4].
Quran elmləri insana böyük fayda verir və o, onu öyrənməklə məşğul
olan kimi, Allah ona bu təşəbbüsündə yardım göstərir[5]. Buna görə İslam alimlərindən biri bu ayənin mənası haqqında belə
demişdir: “Sizin aranızda Kəramətli Quranı öyrənmək istəyən varmı? Allah
sizə bunda mütləq kömək edəcəkdir”. O (Pak və Müqəddəs), qullarını bu Kitaba
iman gətirməyə və onun nəsihətlərinə diqqətlə yanaşmağa çağırmışdır,
lakin onların arasında bunu xatırlayanlar varmı?
ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(54. 18)
“Adlar yalançı saydılar. Gör, əzabım və xəbərdarlığım necə oldu!”
(54. 19) “Həqiqətən,
Biz onların üstünə müsibəti davam edən bir gündə şaxtalı külək göndərdik».
(54. 20) “O,
insanları, gövdələri kökündən qoparılmış xurma ağacları kimi qaldırıb, yerə
çırpırdı».
Adlar məşhur bir xalq idi və qədim zamanlarda Yəməndə yaşayırdılar.
Allah onlara Hud peyğəmbəri (ə) göndərmişdi və O (ə)
onları, Ondan başqa
heç kimə ibadət etməməyə dəvət edirdi, amma onlar onu (ə) yalançı saydılar və
belə olduqda, Fövqəluca onların üstünə əzab-əziyyət və iztirablarla dolu
bir gündə qasırğalı külək göndərdi. Qasırğa onların üzərində səkkiz gün və
yeddi gecə tüğyan etdi. O, insanları yerdən qaldırıb, göyün yüksəkliyinə
ucaldır, sonra da var gücü ilə yerə elə çırpırdı ki, onlar ölü kimi yerə sərilirdilər.
Günahkarların meyitləri, güclü əsən küləklərdən kökündən qopub yerə
yıxılmış çürük xurma ağaclarının gövdələrinə bənzəyirdi. Gör, Allah Onun hökümlərinə
itaətsizlik göstərən insanları necə asanlıqla cəzalandırır!
ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(54. 21) “Gör, Mənim əzabım və xəbərdarlıqlarım necə idi!”
Allaha and
olsun ki, bu cəza amansız idi, xəbərdarlıqlarımız isə inandırıcı və qəti idi.
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
ﯪ ﯫ
Fövqəluca
qullarına bəslədiyi mərhəmət və rəhminə görə bu ayəni bir də təkrar edir ki,
onları həm bu dünyada, həm də Axirətdə fayda verənə dəvət etsin.
ﯬ ﯭ ﯮ ﯯ
(54. 23) “Səmudlular
da xəbərdarlıqları yalan saydılar”.
Səmudlular
Hicr adlı bir yerdə yaşayırdılar. Onlar – məşhur bir qəbilə idi və Fövqəluca
onlara Saleh peyğəmbəri (ə) göndərmişdi ki, ixlasla yalnız tək Allaha
ibadət etsinlər və Onun cəzalandıracağından qorxsunlar. Lakin qəbilədaşları
Salehə (ə) müqavimət göstərdilər.
ﯰﯱﯲﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ
(54. 24)
“Onlar dedilər: “Doğrudanmı biz özümüzdən olan birinin ardınca gedək? Belə
olsa, biz azğınlığa düşər və iztiraba düçar olarıq”.
Onlar təkəbbürlə onu (ə) yalançı adlandırdılar və lovğalıqla dedilər:
“Məgər biz sadə bir adamın ardınca gedərikmi? Biz niyə ona itaət etməliyik?
O – insandır, mələk deyildir. O, elə bizim kimidir və heç də digər, daha şərəfli
xalqlara məxsus insanlardan deyil. Üstəlik, hələ o – təkdir. Əgər biz ona
tabe olsaq, ən azğın və ən bədbəxtlərdən olarıq».
Onlar
doğrudan da ən azğın və ən bədbəxtlərdən oldular. Onlar insanların
arasından olan peyğəmbərə itaət etməyə özlərini layiq bilmədilər, amma
ağaclara, daşlara, heykəllərə və təsvirlərə ibadət etməkdən də çəkinmədilər.
ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(54. 25)
“Niyə bizim aramızdan Zikr yalnız ona verilmişdir? Yox! O – dikbaş
yalnçıdır”.
(54. 26)
“Sabah onlar kimin dikbaş yalançı olacağını biləcəklər!”
Doğrudanmı
Allah bizim hamımızdan yalnız Salehi vəhylə şərəfləndirmişdir? Allah onu
niyə belə ucaltmışdır?
Kafirlər
Allahın iradəsinə qarşı müqavimət göstərməyi və Onun qərarından açıq şəkildə
narazılıq etməyi özlərinə rəva bildilər. Bütün zamanlarda onlar belə
etmişdilər ki, Allahın elçilərinə (onlara salam olsun!) haqq dini təbliğ etməyə
maneə törətsinlər. Lakin Fövqəluca onların bəyanatlarını Öz seçkinlərinin
dili ilə təkzib edir. Elçilər onlara belə cavab verirdilər: «...Biz – elə
sizin kimi insanlarıq. Lakin Allah Öz qullarından istədiyinə Öz lütfünü əta
edir...” (İbrahim, 14/11).
Rəbb elçilərə
(onlara salam olsun!) nəcib əxlaq və kamil məziyyətlər əta etmiş və onlar
bunun sayəsində Onun vəhylərini almaq və onları insanlara çatdırmaq haqqına
layiq görülmüşlər. Allah ilahi hikmətinə və Öz məxluqlarına bəslədiyi rəhmət
hissinə əsaslanaraq, onlara insanlar arasından elçilər (onlara Allahın salamı
olsun!) göndərmişdir. Əgər peyğəmbərlər mələklərdən olsaydılar, onda
insanlar onlardan nümunə götürə bilməzdilər və belə olduqda, Allah da
kafirləri cəzalandırmağı ləngitməzdi.
Amma səmudlular bu özəlliyi dərk edə bilmirdilər və buna görə onlar
Salehi (ə) qəbul etmirdilər və buna görə dəhşətli, zalım bir qərar qəbul etdilər.
Onlar peyğəmbəri (ə) lovğa və qatı yalançı adlandırdılar. Allah onları rüsvay
etsin! Gör, bu fasiqlər necə də düşüncəsiz və zalım idilər ki, belə çirkin
sözləri, yer üzündə olan ən səmimi və ən sədaqətli insanlar haqqında söyləməyə
cəsarət edirdilər! Onlar yol verilən bütün hədləri aşıb keçmişdilər və buna
görə də Allah onları əzab-əziyyətli cəzaya məruz qoymağı qərara aldı.
ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ
(54. 27) “Həqiqətən,
Biz bir dişi dəvə göndəririk ki, onları sınayaq[6]. Sən gözlə və səbirli
ol”.
Allah onlara
füsunkar bir dişi dəvə göndərdi. O, onlara bütün xalqa bəs edə biləcək qədər
süd verirdi. Rəbb səmudlulara bu möcüzəni göstərdi ki, onları sınaqdan
keçirsin.
Ey Saleh! Sən
onlara səbirlə nəsihət ver və gözlə. Ola bilsin ki, onlar sənə iman gətirsinlər[7].
Əgər gətirməsələr, onda Allahın onlara divan tutacağı günü gözlə.
ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ
ﭗ ﭘ ﭙ ﭚ
(54. 28)
“Onlara xəbər ver ki, həqiqətən, su onların arasında bölünmüşdür. Qoy onlar
su içməyə öz vaxtında gəlsinlər”.
Allah əmr
etmişdi ki, səmudluların içməli su əldə etdikləri mənbədən bir gün yalnız
dişi dəfə, digər gün isə səmudlular içməlidirlər. Onlara təkcə özləri
üçün ayrılmış vaxtda içməyə icazə verilmiş, mənbədən növbədən kənar içmək
qadağan edilmişdi.
ﭛ ﭜ ﭝ ﭞ ﭟ
(54. 29) “Onlar
öz yoldaşlarını çağırdılar və o, tutub onun diz vətərlərini kəsdi».
O vaxt səmudlular
öz qəbilələrinin ən bədbəxt insanına tapşırdılar ki, dişi dəvəni kəssin. O,
qəbilədaşlarına itaət edərək, Salehin (ə) dəvəsini kəsdi.
ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(54. 30) “Gör
Mənim əzabım və xəbərdarlığım necə oldu!”
Həqiqətən,
bu sərt cəza idi. Bir anda dəhşətli bir fəryad qopdu, yer titrədi və səmudlular
hamısı axırıncı nəfərinədək həlak oldular. Allah təkcə Salehi (ə) və ona (ə)
iman gətirmiş qəbilədaşlarını sarsıdıcı cəzadan xilas etdi.
ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬﭭ
(54. 31) “Həqiqətən,
Biz onların üstünə cəmi bir fəryad göndərdik və onlar ağıldakı küləşə döndülər».
Dişi dəvənin
qətl edilməsindən sonra dördüncü gün mələk Cəbrail (ə) cəmi bir fəryad
qopartdı və onun nəticəsində səmudlular çəpərə hörülən çır-çırpıya döndülər.
Belə bir rəy var ki, söhbət qurumuş nazik ağaclardan və ağac qol-budaqlarından
gedir. Ərəblər onlardan tövlələr üçün hasar tikilişində istifadə edirdilər.
Digər bir şərhə görə isə, tövlə sahiblərinin öz mal-qaraları üçün qışa tədarük
etdikləri samandan bəhs edilir. Bununla belə, cəmi bir fəryad etmək kifayət
idi ki, səmudlular, tövlə sahiblərinin əvvəlki vaxtlarda yığdıqları qupquru
olmuş ağaclar və budaqlar kimi yerə səriləydilər.
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
ﮝ ﮞ
(54. 32) “And
olsun ki, Biz Quranı xatırlanması üçün asanlaşdırdıq. Lakin xatırlayanlar
varmı?”
(54. 33) “Lutun xalqı da xəbərdarlığı yalan saydı».
(54. 34) “Biz onların üstünə daş yağdıran
qasırğa göndərdik və təkcə Lutun ailəsini sübh çağı xilas etdik”
(54. 35) “dərgahımızdan
mərhəmətimizlə. Biz şükür edənlərə əvəzini belə veririk».
(54. 36) “And olsun ki, O, Bizim əzabla yaxalayacağımızdan onları
xəbərdar etmişdi, lakin onlar onun xəbərdarlığına şəkk gətirdilər».
(54. 37) “And
olsun ki, onlar inadcıllıqla ondan qonaqlarını tələb edirdilər. Belə
olduqda, Biz onları gözlərindən məhrum etdik. Dadın Mənim əzabımı
və Mənim xəbərdarlıqlarımı!”
Lut peyğəmbər
(ə) öz qəbilədaşlarını yalnız Tək Allaha ibadət etməyə, müşriklikdən və
onlara qədər heç bir xalqın törətmədiyi çirkin alışqanlıqlarından əl
çəkməyə çağırırdı. Onlar Lutu (ə) yalançı saydılar, müşriklikdən və Sodom
günahından[8]
əl çəkmədilər. Mələklər Lutun (ə) yanına qonaq qiyafəsində gəldikdə, fasiqlər
o saat onun (ə) yanına gəlib, qonaqlarla öz çirkin əməllərini həyata keçirmək
istədilər. Allah onları lənətlədi və bütün dünya qarşısında rüsvay etdi. O (Pak
və Müqəddəs), Cəbrailə (ə) əmr etdi ki, onları gözdən məhrum etsin, Lut (ə) isə
onları daha da dəhşətli cəza ilə cəzalandırılacaqları barədə xəbərdar etdi.
Lakin onlar onun (ə) nəsihətlərinə şübhə etdilər.
ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(54. 38) “Səhər
isə onları qarşısıalınmaz əzab-əziyyət çulğadı”.
(54. 39) “Dadın Mənim əzabımı və Mənim xəbərdarlıqlarımı!”
Allah
onların yaşayış məntəqəsinin altını üstünə çevirməyi və zalımları nişanlanmış
bərk gil topaları ilə daşlamağı əmr etdi. Rəbb Lutu (ə) və ailəsini, öz Rəbbinə
minnətdar olduqlarına və Ondan başqa heç kimə ibadət etmədiklərinə görə,
mükafat olaraq bu amansız əzabdan xilas etdi. Fövqəluca xəbər
verir ki, bu cəza kafirlər üçün ağır və əzablı idi. Bu isə o deməkdir ki, o,
möminlərə nə iztirab, nə də narahatçılıq gətirmədi.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(54. 40)
“And olsun ki, Biz Quranı xatırlanması üçün asanlaşdırdıq. Lakin
xatırlayanlar varmı?”
(54. 41)
“And olsun ki, xəbərdarlıqlar həmçinin Firon ailəsinə də göndərilmişdi».
(54. 42)
“Onlar Bizim bütün ayələrimizi yalan saydılar və Biz də onları qüdrətimizə və
iqtidarımıza uyğun tərzdə cəzalandırdıq».
Allahın Özü
ilə danışmış böyük peyğəmbər Musa (ə) Fironun (L) və xalqının yanına göndərilmişdi.
Fövqəluca Firona (L) və onun əlaltılarına elə böyük və ecazkar möcüzələr və
ibrətamiz dəlillər göstərmişdi ki, onlar o dərəcədə hələ heç bir xalqa
nümayiş etdirilməmişdi, lakin buna baxmayaraq, onlar Allahın bütün dəlillərini
inkar etdilər və O (Pak və Müqəddəs), də Fironu (L) və qoşununu dənizdə
batırdı.
Fövqəluca əvvəlki
xalqların taleyini xatırladır ki, həmin qismətin onlara da nəsib olacağından
Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) üz döndərənləri xəbərdar
etsin. Buna görə, daha sonra Quranda deyilir:
ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(54. 43) “Məgər
sizin kafirləriniz onlarınkından yaxşı idilər? Yaxud da Kitablarda sizə bəraətmi
var?”
Məgər Allahın elçilərindən ən yaxşısını inkar edən fasiqlər, onlardan
əvvəlkilərdən – Allahın həlak etdiklərindən yaxşımıydılar? Əgər onlar
yaxşıydılarsa, onda bəlkə onlar Onun cəzasından xilas ola və mürtədləri
darmadağın etmiş yaman qisasdan çəkinməyə nail ola bilərlər? Axı bu belə
deyil. Onlar özlərindən əvvəlkilərdən daha pis ola bilərlər, amma heç vəchlə
yaxşı ola bilməzlər.
Məgər Allah onlarla qədim peyğəmbərlərin Kitablarında yazılmış əhdmi
bağlamışdır? Əgər bu belə olsaydı, onda onlar Rəbbin vədinə iman gətirər və
xilas olacaqlarına ümid bəsləyərdilər.
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(54. 44) “Ya da onlar: “Biz zəfər çalan toplumuq!” – deyirlər».
Bütün bunlar
həqiqətdən çox uzaqdır. Bundan başqa, bu, sadəcə, mümkün deyildir. Nə idrak, nə
də din belə şeyi qəbul etməz. Kəramətli Kitablar hikmət və ədalətlə doludur və
onlarda kafirliyə və Allahın bütün elçilərindən ən alicənabına və ən layiqlisinə
qarşı ədavətə bəraət ola bilməz. Belə olduğu halda, kafirlərə birləşməkdən və
bir-birini qorumaqdan başqa bir şey qalmır. Buna görə, Fövqəluca bildirir
ki, kafirlər bir-birilərinə kömək edəcəklərinə ümid bəsləyirlər. Lakin Rəbb
onların zəifliyini və acizliyini ifşa edərək, buyurur:
ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(54. 45) “Bu
toplum məğlub ediləcək və onlar geriyə qaçacaqlar!”
Hər şey belə
də oldu: Bədr yaxınlığındakı döyüşdə Allah müşriklərin böyük ordusunu
darmadağın etdi, onların bahadırlarını və sərkərdələrini həlaka uğratdı,
diri qalanları alçaltdı və Öz dininə, peyğəmbərinə (ona Allahın salavatı və
salamı olsun!) və cəsur müsəlmanlara yardım göstərdi.
ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ
(54. 46)
“Doğrusu, Saat onlar üçün təyinolunmuş müddətdir və o Saat - ən ağır və ən
acıdır”.
Gün gələcək ki, əvvəlincidən sonuncusunadək bütün kafirlər bir yerə
toplanacaq: yer üzündə artıq əzab çəkənlər və orada fani maddi nemətlərlə, cəza
çəkmədən, ləzzət alanlar. Bu, ədalətli mühakimə və törədilən bütün cinayətlərə
görə hesablaşma Günüdür və o, ən müdhiş və ən ağrı-acılı olacaqdır. O, o dərəcədə
böyük və qorxuncdur ki, insanlar onları nəyin gözlədiyini hətta təsəvvürlərinə
belə gətirmirlər.
ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(54. 47) “Həqiqətən,
günahkarlar zəlalətdə və iztirab içindədirlər».
Onlar Allaha şərik qoşurlar, günah və cinayətlər törədirlər. Onlar
yollarından azmışlar, həqiqi biliklərdən və faydalı əməllərdən – insanları iztirabverici
cəzadan xilas edən hər şeydən yayınmışlar. Buna görə Qiyamət günü onlar Cəhənnəmə
düşəcəklər və onda onun alovu yeni qüvvə ilə alışıb yanacaqdır. O, onların bədənlərini
yandıracaq və keçib, ürəklərinə qədər nüfuz edəcək.
ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
ﰈ ﰉ ﰊ ﰋ
(54. 48) “Həmin
gün onları üzü üstə Oda sürüyəcəklər: “Cəhənnəmin təmasından zövq alın!”
Üz bədənin ən
zərif və ən incə hissəsidir və buna görə üzdəki yaralar insanı ən güclü
iztirablara məruz qoyur. Lakin mələklər buna əhəmiyyət verməyəcəklər və əzabkeşləri
üzü üstə sürüyərək deyəcəklər: “Dadın indiyədək görünməmiş əzab-əziyyəti və
böyük hüznü və Cəhənnəmin qəzəbini və onun alovlu təmasını öz üzərinizdə
sınaqdan keçirin!”
ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ
(54. 49) “Həqiqətən,
Biz hər şeyi qədəri ilə xəlq etmişik».
Bu bütün məxluqlara, göylərdə və yer üzündə olan bütün varlıqlara
aiddir. Allah Yeganə Xaliqdir və heç kim Ona Öz məxluqlarını yaratmaqda kömək
etmir. Kainatda baş verən hər şey Allahın qədərinə tam uyğun olaraq gerçəkləşir.
Fövqəluca bu və ya digər hadisənin havaxt və necə baş verəcəyini əzəldən
bilir və Özünün gələcək məxluqlarının bütün keyfiyyətlərini də bilir. O (Pak
və Müqəddəs), Qədəri bu dünyanı xəlq etməmişdən öncə yazmışdı və buna görə belə
buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ
(54. 50) “Biz yalnız bir dəfə əmr edirik – göz qırpımı kimi”.
Allah: “Ol!”
deyən kimi, bir an belə keçmədən Onun istədiyi baş verir.
ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(54. 51)
“And olsun ki, Biz artıq sizin bənzərlərinizi həlak etmişik. Lakin
xatırlayan varmı?”
Sizdən əvvəlkilər
də sizin kimi davranardılar: onlar günah işlədər və elçiləri inkar edərdilər.
Amma məgər siz Bizim nəsihətlərimiz üzərində düşünürsünüzmü? Əgər siz lap
azca düşünsəydiniz, anlayardınız ki, Allah bütün insanlarla eyni dərəcədə ədalətlə
rəftar edir. O (Pak və Müqəddəs), bir çox yüzilliklər bundan qabaq yaşamış
fasiqləri məhv etmiş və O (Pak və Müqəddəs), bü gün onlara bənzəyənləri əfv etməyəcəkdir,
çünki onların arasında heç bir fərq yoxdur.
ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(54. 52)
“Onların bütün törətdikləri kitablarındadır”[9].
(54. 53)
“Kiçik və böyük olan hər şey yazılmışdır».
Bütün
xeyirxah və şərli əməllər Allahın qədərində yazılmışdır. Bu, Allahın qədərinin
və qismətinin kamilliyinə dəlalət edir. Fövqəluca Allah bütün varlıqlar
haqqında hər şeyi bilirdi və hər şeyin qədərini Mühafizəolunan Lövhədə
yazmışdır. O (Pak və Müqəddəs), hər şeyin məhz baş verdiyi kimi baş verməsini
istəmişdir. Buna görə hər bir insan bilməlidir ki, onun başına gələn bəla
ondan kənar keçə bilməzdi və həmçinin ona toxunmadan kənardan keçən nə varsa,
ona zərər vura bilməzdi.
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(54. 54) “Həqiqətən,
təqvalılar Cənnət bağlarında və çaylar arasında”
Fövqəluca xəbər
verir ki, Allahın ehkamlarını yerinə yetirən təqvalı möminlər Onun
haramlarını pozmaqdan çəkinənlər və müşriklikdən, digər böyük və kiçik
günahlardan qorxanlar Cənnət bağları arasında olacaqlar. Orada möminlər üçün
baxışların görmədiyi, qulaqların eşitmədiyi, hətta insan xəyalından belə
keçirmədiyi şeylər hazırlanmışdır. Bu bağlarda bar gətirən meyvə ağacları
var, şırıltılı kiçik çaylar axır, füsunkar saraylar ucalır, nəfis bəzəkli otaqlar
parlaqlıqdan şəfəq saçır. Onlarda ən zərif yeməklər, ləzzətli içkilər və heyranedici
Cənnət qızları vardır. Ən başlıcası isə, şəfəq parlaqlığı saçan nəfis otaqlarda
möminlər Öz təqvalı qullarından razı Qalan Fövqəlqüdrətli Hökmdar və Hakimin
yaxınlığından həzz almaq imkanı qazanırlar. Məhz buna görə Allah buyurur:
(54. 55) “və
Fövqəlqüdrətli Hökmdarın yanındakı sadiqlər kürsüsündə olacaqlar».
Bundan sonra
Rəbbin möminlərə əta edəcəyi bol hədiyyələr haqqında soruşmağa ehtiyac
qalmır. Həqiqətən, Onun səxavəti və mərhəmətinin həddi olmayacaq. Ey Allah!
Bizi də bu xoşbəxtlərdən et və etdiyimiz pis əməllərə görə bizi Öz xeyirxahlığından
məhrum etmə!
[1] Ölülərin dirildilib toplanılacaqları yer. F.S.
[2] Müəllifin bu ikinci rəy ilə əlaqədar gəldiyi nəticə daha ilkinc və əsaslıdır.
Lakin sonradan, sadəcə olaraq, təkcə Nuhun (ə) ilk gəmi inşaatçısı kimi qeyd
olunması, Allahın bu peşəni ona (ə) öyrətməsi və bunu sonrakı nəsillərə saxlaması
kimi yalnız bu gerçəkliklə sonuclandırmasını bir qədər də inkişaf etdirərək,
Allahın dəlili olaraq, məhz ilkin “gəminin” günümüzə kimi qorunub saxlanması
kimi qəbul etmək daha əfzəldir. Burada Allahın dəlili, təkcə üzgü, yükdaşıma vasitəsi
olan gəmidən bəhs etmək deyil, bəlkə də Nuhun tufanının gerçəkliyini gələcək nəsillərə
nümunə göstərmək, sübut kimi saxlamaq mənasında başa düşmək daha əfzəldir. Ayədə:
“...Biz onu bir dəlil kimi saxladıq...” – deyilir və burada təkcə gəminin
dəlil kimi saxlanması deyil, həm də onun, Nuhun tufanının xatırlanmasını,
Allahın kafirləri necə cəzalandırdığını gələcək nəsillərin xatırlamaları üçün
bir örnəkdir. Onu, bu dəlili yaddaşlarında saxlayanlar allahsızlığın nə qədər
dəhşətli nəticələrə səbəb olduğunu başa düşməli, Onun dininə tərəf üz döndərməli,
kafirlikdən, zalımlıqdan əl çəkməlidirlər. Amma bildiyimiz kimi, Nuhun (ə) gəmisini
“xatırlayanların” əksəriyyəti elə bu gün də Allahı tanımaq istəməyən nankor
millət nümayəndələridir. Əlbəttə, bəşəriyyətin istənilən nümayəndəsi Nuhun gəmisinə
ehtiramla yanaşmaq, onu aşkar və tədqiq etmək haqqına malikdir. Lakin onu öz
zalımlığını davam etdirmək niyyəti ilə xatırlayan bəzi qonşularımız başa
düşmürlər ki, Nuhun gəmisi məhz Allahın birliyini, təkliyini qəbul etməyənlər
üçün sarsıdıcı bir dəlildir. O zaman Allah məhz Onun Vahid Rəbb olduğunu qəbul
etməyən bəşəriyyəti (Nuh əleyhissalamın peyğəmbərliyini qəbul edənlərdən
başqa) bütövlüklə məhv etmişdi. Haylar özlərini Nuhun (ə) nəslindən törədiklərini
“təsdiq” etmək məqsədilə Nuhun (ə) gəmisini hey axtarırlar, onu öz adlarına
çıxmaq istəyirlər. Lakin hər hansı bir millətin öz nəslinin həqiqi şəcərəsi ilə
hansısa bir peyğəmbərə aid olduğunu sübut etməyə çalışmasında qəbahət yoxdur.
Amma məlum və ya mübhəm tarixini saxtalaşdırmağa çalışan istənilən fərd və ya
toplum Fövqəluca və Müdrik Allahın qəzəbinə və nifrətinə səbəb olacaq, çünki O
(Pak və Müqəddəs) yalançı və saxtakarları sevmir. F.S.
[3] Mən, kursivlə verdiyim bu söz birləşmələri ilə, rus mətnindəki
“ковчег” sözünü ifadə etməyə çalışdım. F.S.
[4] Mən, Allahın izni ilə, bildirmək istəyirəm ki, Kəramətli Quranın Təfsirinin
gözəl və anlaşıqlı tərzdə tərcümə edilib, hər hansı bir xalqın oxuması üçün təqdim
edilməsi üzrə görülən iş də eynilə ən şərəfli işlərdən biridir. Həmd olsun
misilsiz hikmət və hədsiz mərhəmət Sahibi Fövqəluca Allaha ki, məni bu
çoxfaydalı işi görməyə yönəltmiş və bunu həyatımın ən gözəl bəhrəsi və əldə
etdiyim ən yüksək nəticələrdən etmişdir! Şükürlər olsun Allaha – hər şeyin
Xaliqinə və hər şeyi Yönəldənə! F.S.
[5] Möhtərəm müəllifimiz əs-Səədinin bu gəldiyi nəticənin həqiqətə necə
də uyğun olduğunu bu əsərin üzərində işlədiyim beş il ərzində hiss etdim və
buna görə Səxavətli Allaha – Həmd Sahibinə öz qulluq minnətdarlığımı bildirir
və Ona sonsuzluğadək şükür edirəm! Ey Allahım, qullarına uğuru Bəxşedən
yalnız Sənsən! Həmd olsun Sənə, aləmlərin Rəbbinə! F.S.
[6] Quran və Sünnə öyrədir ki, Fövqəlqüdrətli və misilsiz İdrak Sahibi
Allah nəyin necə olacağını əzldən bilir və “Onun insanları sınamasının məqsədi
nədən ibarət idi” – deyə oxucuda sual doğa bilər. Axı O (Pak və Müqəddəs),
bu sınağın nə ilə nəticələnəcəyini bilirdi. Öncədən Mərhəmətli və Rəhimlidən
(yanıla biləcəyimə görə) bağışlanma diləyərək, oxucunun mümkün ola biləcək
bu sualına, Allahın, hamı kimi, mənə də verdiyi bir səviyyədə, bu məqsədi belə
təsvir etmək olar: Sonsuz Mərhəmət Sahibi insana demək olar ki, hər növ
potensial qabiliyyət və bacarıqlar vermişdir və bunlardan başqa, insana hələ
bir muxtar iradə də bəxş etmişdir. İnsana əta edilmiş qabiliyyətlər arasında ən
vacib olanlardan bir digəri də ağıldır. Mən, yenə də Allahın izni ilə, bildirmək
istəyirəm ki, Hərşeyibilən Allah insanı sınaqdan keçirmək istəyərkən, onun öz
ağlına və iradəsinə uyğun olaraq sərbəst qərar qəbul etməsini istisna etməmiş, əksinə,
onun, ağılsız və iradəsiz məxluqlara nisbətən, öz üstünlüklərindən istifadə
etməli olduğunu nəzərə almışdır. Yəni, Allahın yazdığı qədəri, Onun nəzərdə
tutduğu ağıl və iradə ilə, insana çatdırılmış Quran və Hikmətin əsasında
uzlaşdırmaq olardı və bu ilahi sınaq nəticəsində insan Allahın Cənnətinə layiq
olmağı üstün tuta bilərdi. Amma bu sınağın nəticəsi Allah üçün deyil, insanın
onu özünün dərk etməsindən ötrüdür. Lakin insanların çox cüzi bir hissəsi, o da
yalnız Allahın haqqı dərk etmək istəyində olanlara göstərdiyi
lütüfkarlığı sayəsində, bu İlahi həqiqətləri anlaya bilmişdir... Deməli, bu
sınağı Allah Özü üçün deyil (çünki O, hər şeyin əzəlini də, sonunu da bilir!),
məhz insan üçün, onu məsuliyyət sahibi etmək üçün həyata keçirir... F. S.
(08.09.2011).
[7] Hikmət Sahibi Allah ayədə (54. 27) insanları sınağa çəkdiyini açıq bəyan
edir. Bu isə ona dəlalət edir ki, əgər bu sınaq Onun Özünə lazım olsaydı, O
(Pak və Müqəddəs) bu barədə insanı xəbərdar etməzdi. Lakin əslində bu sınaq
insanların özünə lazım olan sınaq idi ki, onlar Haqqı dərk etdikdən sonra
şüurlu surətdə iman gətirsinlər. Müəllif də şərhində bunu nəzərdə tutaraq bildirir
ki, “ola bilsin ki, onlar sənə iman gətirsinlər». Bu qeydlərin
yazılmasının əsas səbəbi, bəzi cahil insanların bu ayənin bildirmək istədiyi
hikmətli mahiyyətini anlamayaraq, Allahın insanı sınaqdan keçirməsini Onun
mütləq elminə şübhə ilə yanaşa biləcəklərindədir. Allah o sınağı insanlardan
ötrü keçirir ki, onlar onun nəticələrinə özləri əmin olub, faydalana bilsinlər.
Hətta müsəlmanlar arasında da, əqidə baxımından möhkəm hazırlığa malik
olmayanlar bəzi İlahi məqsədlərin anlaşılması qarşısında mətəl qalırlar,
mövcud sualları arayıb doğru cavab tapa bilmirlər. Bu qeydlər belə halları önləmək
üçündür. F.S.
[8] Homoseksualizm. F.S.
[9] Ayədə “kitablarındadır”
ifadəsi onu göstərir ki, burada insanların bütün əməllərinin yazıldığı və Qiyamət
günü insanlara sağ və ya sol tərəfdən veriləcək əməl kitabları nəzərdə tutulur.
Bunu kitab sözünün cəm halda (فِي الزُّبُر) olması da təsdiq
edir. F.S.
Комментариев нет:
Отправить комментарий