Î
\
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın adı
ilə!
ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(79. 1) “And
olsun zorakılıqla siyirənlərə!”
(79. 2) “And
olsun rahatca çıxaranlara!”
(79. 3) “And
olsun çox sürətlə üzənlərə”,
(79. 4)
“inamla ötüb keçənlərə”
(79. 5) “və hökümləri
icra edənlərə!”
Allah alicənab
mələklərə və onların yerinə yetirdiyi əməllərə and içir. Bu onu göstərir ki,
mələklər Allahın iradəsini necə danışıqsız və böyük səylə icra edirlər. Belə
bir rəy mövcuddur ki, Fövqəluca bu andı cəzanın və dirilmənin doğruluğunu təsdiq
etmək üçün çəkmişdir ki, buna da ardınca vəsf etdiyi Qiyamət gününün dəhşətlərinin
təsviri dəlalət edir.
Digər bir rəyə
görə isə Allah mələklərə and içir ki, insanları onların varlığının gerçəkliyinə
inandırsın, çünki mələklərə iman dinə imanın altı sütunundan biridir.
Bu surədə mələklərin xatırlanan əməlləri əvəz veriləcəyinə aiddir və
onların gerçəkləşdirilməsi, insanlar həm can verərkən, həm də ona qədər və
ondan sonra, mələklərə həvalə edilmişdir. Onlar kafirlərin ruhunu zorla çəkib
çıxarırlar və ruh bədəndən çıxanadək və ona törətdiyi əməllərinə görə əvəzi
verilənədək yalnız bu işlə məşğul olurlar. Möminlərin ruhunun alınmasına gəldikdə
isə mələklər onları ehmallıca və səylə alırlar. Bu o deməkdir ki, möminlərin
ruhu bədəndən xoşluqla, maneəsiz çıxarılacaq, kafirlərin ruhu isə bədəndən
dartıla-dartıla güclə qoparılacaqdır.
Mələklər
göydə ya yuxarıya, ya da aşağıya hərəkət edirlər, Allahın hökümlərini icra
etməyə, vəhylərini elçilərə çatdırmağa və şeytanları qabaqlamağa tələsirlər
ki, onlara göylərdəki danışıqlara qulaq asmalarına imkan verməsinlər. Allahın
sərəncamı ilə onlar göylərdə və yerdə bəzi işləri idarə edirlər – yağış
yağdırır, bitkilər yetişdirir, küləkləri qovur, dənizlərə qayğı göstərir,
cinlərə və heyvanlara nəzarət edir, Cənnətdə və Cəhənnəmdə xidmət göstərir və
s. işlər görürlər.
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
(79. 6) “O
gün sarsıdan sarsıdacaq”
(79. 7) “və
ardınca daha bir sarsıntı olacaq”.
(79. 8) “O
gün ürəklər şiddətlə çırpınacaqdır,
(79. 9)
“baxışlar isə müti olacaq».
Qiyamət günü
bir sarsıntı digərini əvəz edəcəkdir. İnsanların ürəkləri gördüklərinin və
eşitdiklərinin dəhşətindən narahatçılığa və həyəcana bürünəcəkdir.
İnsanların baxışları itaətkar və mənfur olacaqdır, çünki onların ürəklərini
qorxu artıq almış olacaq və onların ruhu isə dəhşətdən sarsılacaq, hüzn və kədərə
qapılacaqdır.
ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(79. 10)
“Onlar deyirlər: “Doğrudanmı biz əvvəlki halımıza qayıdacağıq”
(79. 11)
“çürümüş sümüklərə çevrildikdən sonra?!”
Bunu, öldükdən
sonra dirildiləcəklərini inkar edən insanlar deyirlər. Onların sözləri küfür
və təəccüblə doludur. Onlar dirildiləcəklərini nəinki inkar edirlər, hətta
onu qeyri-mümkün bir şey sayırlar və bu onların azğınlığını daha da artırır.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
(79. 12)
“Onlar deyirlər: “Əgər belə olarsa, bu – faydasız qayıdış olar!”
Onlar
dirildilməni mümkün olmayan sayırlar və sümükləri çürüdükdən sonra yenidən xəlq
ediləcəklərinə iman gətirməkdən boyun qaçırırlar, çünki Allahın fövqəlqüdrətini
dərk etmirlər. Buna görə də sonra O (Pak və Müqəddəs), izah edir ki, diriltmə
Ondan ötrü çətin deyil və belə buyurur:
ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(79. 13) “Həqiqətən,
o, yalnız bir hayqırtı olacaq”
(79. 14) “və
onların hamısı torpağın üstünə çıxacaq».
Mələk Sura
üfürəndə bütün məxluqlar qəbirlərindən çıxaraq, ətraflarına baxacaqlar. Allah
onların hamısını toplayıb, Öz ədalətli Məhkəməsini quracaq və hər kəsə onun əməlinə
görə əvəzini verəcək.
ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(79. 15)
“Musa haqqında hekayət sənə çatıbdırmı?”
Rəbb bu
sualla Musa peyğəmbər (ə) haqqında olan hekayətin doğruluğunu təsdiq
etmişdir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(79. 16) “Rəbbi
müqəddəs Tuva vadisində ona müraciət etmişdi”:
(79. 17)
“Fironun yanına get, o həddini aşmışdır”
(79. 18) “və
de: “Təmizlənmək istəmirsən?”
(79. 19) “Mən
sənə Rəbbinə doğru yolu göstərərəm və təqvalı olarsan».
Musa peyğəmbər
(ə) məhz bu vadidə olduğu zaman Allah onunla (ə) danışmış, onu (ə) elçi
seçmiş[1],
ona (ə) vəhy nazil etmiş və duasına cavab vermişdir.
Ey Musa!
Fironun yanına get və onu özbaşınalıqdan və zalımlıqdan, müşriklikdən və
Allaha itaətsizlik göstərməkdən çəkindir. Onunla yumşaq və mehribanlıqla
danış, “ola bilsin ki, o, nəsihətə qulaq assın və qorxsun” (Ta-ha,
20/44). Ona təklif et ki, qəlbini gözəl və tərifəlayiq keyfiyyətlərlə zənginləşdirsin.
Ağıllı insanlar belə xüsusiyyətlərə nail olmaq üçün bir-biri ilə rəqabət
aparırlar. Həmçinin onu qəlbini imansızlıq və zalımlıq çirkabından təmizlənməyə
dəvət et ki, haqq dinə gəlsin və xeyirxah işlər görməyə başlasın. Sən ona
doğru yolu göstərməyi bacarar və Allahın lütüfkarlığını necə qazanmağı və
Onun qəzəbinə nəyin səbəb ola biləcəyini izah edə bilərsən. Əgər o, doğru yolu
dərk edə bilsə, onda təqvalı qul olacaqdır.
Lakin Firon
(L) Musanın (ə) ardınca getməkdən boyun qaçırdı və buna görə Fövqəluca belə
buyurur:
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(79. 20) “O,
ona böyük bir möcüzə göstərdi”,
(79. 21)
“lakin o, bunu yalan sayıb, itaətsizlik etdi”,
(79. 22)
“sonra üz döndərib, ciddi-cəhd göstərərək”,
(79. 23) “(əhalisini) toplayıb,
onlara ucadan müraciət etdi”
(79. 24) “və
dedi: “Mən – sizin uca rəbbinizəm!”
(79. 25)
“Belə olduqda, Allah onu həm Axirətdə, həm də ilk həyatında cəzalandırdı”.
Musa (ə) ona (L) çoxlu böyük möcüzələr göstərdi. Fövqəluca buyurur:
“O, əsasını atdı və o əsil ilana çevrildi. Sonra o, əlini (qoltuğundan)
çıxarır və o, ona baxanlara parlaq ağ kimi görünür” (Əraf, 7/107-108). Lakin Firon (L) haqqı yalan saydı və Rəbbinin hökmünə
itaət etmədi. O (L) qərara aldı ki, özünü haqqa qarşı qoysun, öz döyüşçülərini
yığıb, özünü “uca rəbb” elan etdi. Firon (L) onlara etinasızlıqla yanaşdı,
amma onlar buna baxmayaraq, ona (L) itaət edib, yalanını təsdiqlədilər. Allah
isə onun (L) cəzasını sərt xəbərdarlıq, həm bu dünyada, həm də Axirət həyatında
Onun cəzalandıracağının labüdlüyünün dəlili etdi.
ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(79. 26) “Həqiqətən,
bunda çəkinənlər üçün ibrət vardır».
Allahın ayələrindən
və nəsihətlərindən yalnız təqvalı qulları faydalana bilirlər. Fironun (L)
acı taleyini görərək, onlar başa düşürlər ki, təkəbbürlük edən, Allaha itaətsizlik
göstərən və Allahın hakimiyyətinə iddialı olan hər kəsi O (Pak və Müqəddəs),
həm bu dünyada, həm də Axirət həyatında cəzalandıracaqdır. Əgər insanın ürəyi
Allah xofundan məhrumdursa, onda o, ona, hətta ən böyük möcüzələr göstərilsə
də, iman gətirməz.
ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(79. 27)
“Sizi xəlq etmək çətin idi və ya göyü? O, onu inşa etdi”,
(79. 28)
“qübbəsini qaldırdı və onu nizama saldı”,
Fövqəluca,
dirilməni inkar edənlərin və Allahın insanların bədənlərini əvvəlki vəziyyətinə
qaytarmağa gücü yetməyəcəyini iddia edənlərin əleyhinə inandırıcı dəlil gətirir.
Məgər nəhəng, qüdrətli yüksək göyü yaratmaq, insanları xəlq etməkdən
asandır? Allah onu inşa etmiş, formalaşdırmış və onun görkəmini elə mükəmməl
etmişdir ki, onun sarsılmazlığı və kamilliyi ağılları heyrətə salır və ürəkləri
sarsıdır.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(79. 29)
“gecəsini qaranlıq etdi və gündüzünü aydınlatdi”.
Gecənin
qaranlığı göy qübbəsinin və yerin bütün guşələrini əhatə edir, sonra isə səhər
şəfəqləri ilə əvəz olunur ki, insanlar öz mənəvi və dünyəvi həyatını sahmana
salmaq məqsədilə çalışa bilsinlər.
ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(79. 30)
“Bundan sonra, O, yeri yayıb”,
(79. 31)
“ondan su və otlaqlar çıxartdı”
(79. 32) “və
üzərində dağları bərkitdi”
(79. 33) “ki,
sizə və mal-qaranıza fayda versin».
Göyləri xəlq
edəndən sonra Allah yeri yaydı, yəni yerdə böyük nemət mənbələrini yerləşdirdi.
Bu ifadənin mənası sonrakı ayələrdə öz əksini tapmışdır. Onlarda Fövqəluca
Allah xəbər verir ki, O (Pak və Müqəddəs), yerdən su çıxartmış, onda otlaqlar
becərtmiş və onun üzərində dağlar yerləşdirib bərkitmişdir.
Beləliklə, Rəbb
göyləri yaratdıqdan sonra yeri yaymışdır ki, bunu da təsdiq edən həmin mübarək
ayənin mətnidir.
Yerin bilavasitə yaradılmasına gəldikdə isə qeyd edilməlidir ki, o,
göylərdən öncə xəlq edilmişdir. Bu barədə Fövqəluca belə buyurur: “De:
“Doğrudanmı siz yeri iki gündə[2]
Yaradana iman gətirmirsiniz və başqalarını Onunla bərabər tutursunuz?
Axı O, aləmlərin Rəbbidir... Sonra O, duman halında olan göyə yönəlib, ona və
yerə: “istər-istəməz gəlin!” – buyurdu. Onlar dedilər: “Könüllü gəldik».
O, onları iki gün ərzində yeddi göy kimi yaratdı və hər göyə öz vəzifəsini təlqin
etdi” (Fussilət, 41/9, 11-12).
Əzəmətli
göyləri nəhəng səma cisimləri ilə və həyat üçün zəruri olan bütün nemətləri ilə
birlikdə yaşıl Yer üzünü Yaradan və onlara bir vəzifə olaraq Ona ibadət etməyi
Buyuran Öz məxluqlarını da mütləq dirildəcək və onlara əməllərinə görə əvəzini
verəcəkdir. Onda xeyirxahlıq edənlər böyük nemət qazanacaq, cinayət törədənlər
isə qoy özlərindən küssünlər. Buna görə, sonra Fövqəluca Qiyamət gününün və əvəz
verilməsinin başlanmasını xatırladır.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(79. 34)
“Böyük fəlakət gəldiyi zaman, – “
(79. 35) “həmin
gün, insan etdiklərini yada salacaq”
(79. 36) “və
Cəhənnəm, görənlərə, aydın görünəcək».
Əzəmətli
dirilmə və böyük fəlakət başladıqda, bunlarla yanaşı istənilən bədbəxtlik
çox kiçik görünəcək və onda ata doğma oğlunu, ər – arvadını, sevən – sevgilisini
yaddan çıxaracaqdır. Həmin gün insan özünün xeyirxah və yaramaz əməllərini
xatırlayacaqdır. O, öz xeyirli işlərinin daha da, hətta bir zərrə qədər də
olsa, çox olmasını arzu edəcəkdir, yaramaz əməllərinin isə zərrəsi isə ona
getdikcə daha çox qəm-qüssə gətirəcəkdir.
Həmin gün
insan biləcək ki, onun uğurunun və ya zərərinin əsasını dünya həyatında can
atdığı şey təşkil edəcəkdir. Lakin o, nəyisə dəyişdirmək imkanından məhrum
ediləcəkdir. Bu dünyada saxladığı bütün əlaqələri qırılacaq və onunla
yalnız onun əməlləri qalacaqdır. Belə olduqda, o, öz əhlini udmağa hazır
olan və yalnız Rəbbinin əmrini gözləyən Cəhənnəmi görəcəkdir.
ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
ﯨ ﯩ
(79. 37) “Həddi
aşanların”
(79. 38) “və
dünya həyatını üstün tutanların”
(79. 39) “sığınacağı,
həqiqətən, Cəhənnəm olacaqdır!”
Bu insan
Allahın haramlarını pozmuş, böyük günahlar işlətməyə cəsarət göstərmiş və
Rəbbin ona icazə verdikləri ilə qane olmamışdır. O, dünya həyatını Axirət həyatından
üstün tutmuş, öz həyatını dünya qayğılarına həsr etmiş, vaxtını həzz almaqla
və eşq məcaraları ilə keçirmiş, Axirət həyatını və onun xeyrinə xidmət etməyi
unutmuşdur. Buna görə Cəhənnəm onun mənzili və əbədi məskəni olacaqdır.
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ ﯸ
(79. 40) “Amma
Rəbbinin qarşısında dayanacağından qorxanın və ehtiraslarını özünə qadağan
edənin”
(79. 41) “sığınacağı,
həqiqətən, Cənnət olacaqdır!”
Bu insan ədalətli
qisas alınacağından qorxardı və bu qorxu onun həyatına öz təsirini göstərmişdir.
O, Allaha itaətkar olmaqda ona mane olan ehtiraslarından çəkinmiş, ona
xeyirxahlıq etməyə maneə olan qüsurlu meyilləri və istəkləri ilə mübarizə
aparmış və bunların sayəsində öz istəklərini Allahın Elçisinin (ona Allahın
salavatı və salamı olsun!) gətirdiklərinə tabe etmişdir. Buna görə onun
sığınacağı – bütün nemətlərin, sevincin və Səadətin toplandığı Cənnət
bağları olacaqdır.
ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
Onların bu
barədə soruşmasının səbəbi, dirilməni inkar etmələridir. Allah onlara cavab
verərək, belə buyurur:
ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(79. 43) “Sən
onu necə xatırlaya bilərsən?”
Bizim Qiyamət
gününün başlayacağı vaxtı haqqında sənə və onlara bildirməyimizin nə faydası
var? Bunun mənası yoxdur! Həmin günün başlayacağı müddətini bilərək, Allahın
qulları ondan nə dini, nə də öz dünya həyatı üçün heç bir fayda əldə edə bilməzlər.
Əksinə, bu barədə məlumatı bütün məxluqlardan gizlətmək daha məqsədəuyğundur
və buna görə Fövqəluca onu məxfi saxlayır.
ﰄ ﰅ ﰆ ﰇ
(79. 44) “Bu
sonluğu yalnız Rəbbin bilir”.
Fövqəluca həmçinin
belə buyurur: “Səndən o Saat haqqında soruşurlar: “O nə vaxt gələcək?” De:
“Həqiqətən, bu barədə elm yalnız Rəbbimə məxsusdur. Heç kim, Ondan başqa, onun
gəlməsinin vaxtını aşkar etməyə qadir deyildir” (Əraf, 7/187).
ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ
ﰓ ﰔ ﰕ ﰖ ﰗ
(79. 45) “Həqiqətən,
sən – bundan qorxanlar üçün yalnız xəbərdarlıq edənsən».
(79. 46) “Həmin
gün onu görəndə, onlara elə gələcək ki, orada[3] axşamüstü və ya səhər
çağı cəmi bir-neçə saat qalıbmışlar».
Sənin nəsihətlərin
yalnız Saatın gələcəyindən və Allahın hüzurunda duracaqlarından qorxanlara
fayda gətirər. Belə insanlar Qiyamət gününə hazırlaşır və Axirət həyatı naminə
çalışırlar. Amma dirilməyə inanmayanlara və Axirət həyatı üçün səy göstərməyərək,
yalnız kafirliyini artırmağa və qüvvəsini haqqa müqavimət göstərməyə sərf edənlərə
gəldikdə isə onların sənin dəvətinə cavab vermələri əbəs olardı, Müdrik Allah
isə bundan uzaqdır.
[1] Müdrik Allahın hər şeyi
Mühafizəolunan Ana Kitabında öncədən yazmış olması ilə bağlı konseptual
prinsipi nəzərə alaraq, qeyd etmək yerinə düşər ki, bəşəriyyətə ta Qiyamətədək
hansı elçilərin və peyğəmbərlərin göndəriləcəyini Fövqəluca öncədən müəyyən
etmişdi və Musa peyğəmbərə (ə) Tuva vadisində isə Allahın hökmü ona (ə) yalnız
bəyan edilmişdi. Mülahizəmizi dolayısı ilə sübut edən (Musanın (ə)
doğuluşundan Allahın nəzarəti altında olması, qorunması, Fironun (L) ailəsində
tərbiyə olunması və s. haqqında) kifayət qədər ayələr vardır. F.S.
[2] Quranın bir sıra türk tərcümələrində bu “iki
gün” ifadəsi “iki dövr”, mərhələ, faza kimi çevrilir. Mən bu barədə Təfsirin əvvəlki
cilidlərində qeyd etmişəm. F.S.
[3] Yəni, bu dünyada. F.S.
Комментариев нет:
Отправить комментарий