среда, 2 мая 2012 г.

58. ƏL-MÜCADİLƏ SURƏSİNİN ŞƏRHİ



ƏL-MÜCADİLƏ
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(58. 1) “Allah, əri barədə səninlə mübahisə və Allaha şi­ka­yət edən qadını artıq eşitmişdir. Allah sizin mübahisənizi eşit­miş­dir, axı Allah – Eşidəndir, Görəndir”.

Bu gözəl ayələr Mədinə sakinlərindən birinin barəsində na­zil ed­il­­mişdi. Onun zövcəsi öz ərindən Allaha şikayət etmiş və kö­mək üçün Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ya­nı­na gəlmiş­di. Mədinənin bu sakini yaşlı bir adam idi və uzun il­lər bir­gə yaşama­larına və övladlarının olmasına baxmayaraq ar­va­dını rədd etmişdi. Belə olduqda qadın Allaha və Onun Elçisinə (ona Al­la­hın salavatı və salamı olsun!) öz probleminin həlli ilə ba­ğlı ümid edə­rək, Allaha dua et­mişdi. Qadın Peyğəmbərə (s.ə.s.) çox şikayət et­miş, ona (s.ə.s.) dəfələrlə baş verən əhvalatı danışmış və təkrar etmişdi.
Axı Allahın gözəl adları arasında – Eşidən və Görən adları var­dır. O (Pak və Müqəddəs), məxluqlarının danışıqlarını bütün za­­man­larda və istənilən şəraitdə eşidir və bütün varlıqları, hətta ay­sız gecədə qara qaya üstündə hərəkət edən qarışqanı belə görür. Rəbb qul­larına xəbər verir ki, O (Pak və Müqəddəs), kamil eşitmə və kamil gör­mə qüdrətinə malikdir və bütün böyük və kiçik iş­lər­dən agahdır. Bu sözlərdə Allahın qadını onun qəmindən və bəd­bəxt­liyindən xilas edə­cə­yinə eyham vardır. Bu qadınla baş ve­rən­lərə dair Öz iradəsini nazil edərək, Allah cahiliyyə dövrünün qa­dın­ları rədd etmək barədə adətinə münasibətini bütövlükdə bil­di­rə­rək, belə buyurur:

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(58. 2) “Sizdən qadınlarını özlərinə haram edənlər qı­na­nı­lan və yalan sözlər danışırlar. Onların zövcələri onların anaları de­yildir, axı onların anaları yalnız onları doğan qadınlardır. Hə­qi­qətən, Allah – Əfvedəndir, Bağışlayandır”.

Müşriklər öz arvadlarını özlərindən rədd etmək məqsədilə on­ları ya analarının, ya bacılarının, ya da onlarla nikah halal sa­yıl­ma­yan digər yaxın qadın qohumlarının arxası adlan­dı­rar­dı­lar. Bə­zən on­lar sadəcə olaraq deyirdilər ki, bundan sonra ar­vad­la­rı on­lar üçün to­xunulmazdır. Bu adət “zihar” adını almışdır, çün­ki ar­vad­la­rın­dan əl çəkəndə ərəblər “zəhr” (“arxa”, “dal” mə­na­sında) sözünü işlədərdilər.
İnsanlar öz zövcələrini necə anaları adlandıra bilərlər? Axı onlar bunun, əsil həqiqətdə, belə olmadığını bilirlər. Onlar ar­vad­la­rını onları dünyaya gətirən anaları ilə necə eyniləşdirə bi­lər­lər? Föv­qəluca bu dav­­ranışın nə dərəcədə qüsurlu və qınanmağa layiq ol­duğunu qeyd edərək, belə rəftarı qəbahətli və iftira adlandırır. La­kin Allahın gözəl adları ara­sında Əfvedən və Bağışlayan adları var­dır və buna görə O (Pak və Müqəddəs), günah işlədən və sonra onu səmimiyyətlə tövbə edən hər kəsi bağışlayır.

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(58. 3) “Qadınlarını özlərinə haram elan[1] edərək, sonra bun­­dan əl çəkənlər, bir-birilərinə toxunmazdan əvvəl bir kölə azad et­mə­lidirlər. Bununla sizə nəsihət verilir və Allah nə et­dik­lə­rinizdən xə­bərdardır».

Müsəlman ilahiyyatçıları nəyin zihardan əl çəkmə hesab olun­­­ma­sı barədə rəylərində yekdilliyə nail olmamışlar. Onların bə­zi­ləri demişlər ki, zihar elan etdikdən sonra öz arvadı ilə cinsi əla­qə­sini bər­pa etmək niyyəti olan kişi, artıq dediyindən əl çəkmiş he­sab olunur. Bu o deməkdir ki, təkcə bu niyyət, Quran hökmünə uy­ğun olaraq, insanın işlətdiyi günaha görə tövbə etməsini zə­ru­ri­ləş­di­rir. Bu rəy ona əsasla­nır ki, ər-arvad cinsi yaxınlığa baş­la­maz­dan əv­vəl, yəni, ər bu niyyətini yalnız həyata keçirmək istədikdə, Al­lah onun tövbə etməsini buyur­muşdur.
Digər ilahiyyatçılar hesab edirdilər ki, “əl çəkmək” adı al­tın­­da cinsi həyatın bilavasitə bərpa edilməsi nəzərdə tutulmuşdur, çün­­ki Quranda belə deyilir: «...sonra isə dediklərindən əl çə­kir­lər». Onlar öz nəzər nöqtələrini onunla əsaslandırırdılar ki, ər öz ar­­vadından əl çək­mək istədikdə, məhz onunla cinsi yaxınlıqdan im­­tina etməyi nəzərdə tutur».
İstənilən halda, zihardan əl çəkən ər öz günahını tövbə edib, bir mömin köləsini və ya mömin kölə qadını azad etməlidir. Bu ayə­­də söh­bət məhz mömin kölələrdən gedir və bu dəqiqləşdirmə qə­­rəzsiz qəsdin tövbə edilməsi haqqında ayə ilə təsdiq edilmişdir: “Əgər mömin sizə düşmən olan qəbilədəndirsə, onda bir mö­min kölə azad edilməlidir” (Nisa, 4/92). Bu zaman hökmən azad edi­­lən kölənin və ya kölə qadının onlara tam çalışmalarına maneə olan qüsurları olmamalıdır. Bununla ya­naşı ər köləsini azad edə­nə­dək və deməli günahını yuyanadək əl çək­diyi arvadı ilə cinsi ya­­xınlıqdan çəkinməlidir.
Allahın bu iradə izharı ilə sizə nəsihət verilir, yəni, Rəbb q­a­nun­­­larını belə izah edir və onlarla qullarını qorxudur. Nəsihət ver­mə - bu və ya digər bir hökmün bəyan edilməsi və onu yerinə ye­tirənlərə mü­­­kafatın, itaətsizlik göstərənlərə isə cəzanın xatı­rlan­ma­sıdır. Əgər in­­san arvadını bu müşrik ayini üzrə özündən uzaq­laş­dırmaq niy­yə­tin­­­dədirsə, kölə azad etmək zəruriyyəti yarana bi­lə­cəyini yadına sa­lar­­sa, onda o, mütləq bu niyyətindən çəkinər. Al­lah bilir ki, siz nələr tö­­rə­dir­si­niz və hər kəsə əməl­lərinə görə əvə­zini mütləq verəcəkdir.

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ
(58. 4) “Əgər kimsə bunu edə bilməzsə, onda o, bir-bi­ri­lə­ri­nə to­xunmazdan əvvəl, iki ay ərzində fasiləsiz oruc tut­ma­lıdır. Kim də bunu bacarmazsa, o, altımış kasıbı ye­diz­dir­mə­li­dir. Bu ona görə edi­lir ki, siz Allaha və Onun Elçisinə iman gə­ti­rə­siniz. Bun­lar Allahın sər­hədləridir, kafirlər üçün isə dö­zül­məz əzab-əziy­yət hazırlan­mışdır”.

Əgər kimsə, köləsi olmadığına görə onu azad edə bilməzsə və ya kölə almağa pulu olmazsa, o, iki ay ərzində fasiləsiz olaraq, onlar bir-birilərinə toxunmazdan əvvəl, oruc tutmalıdır. Əgər insan belə bir orucu tutmaq imkanına malik olmazsa, onda o, altı­mış kasıb yediz­dir­məlidir.
Quranın bir çox şərhçiləri belə hesab edirdilər ki, hər kasıbı onun ölkəsindəki adət-ənənəyə uyğun olaraq yedizdirmək la­zım­dır. Bəzi ila­hiyyatçılar isə elə hesab edirdilər ki, hər kasıba, ra­ma­zan ayının so­nunda fitrə sədəqəsi kimi paylanmasına icazə verilən bir mudd[2] buğda və ya digər hər hansı ərzaqdan yarım saa[3] ye­dir­mək kifayətdir.
Biz sizə qanunlarımızı belə izah edirik ki, siz Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirə­sə­niz, axı yalnız Fövqəlucanın bu və digər qanunlarını yerinə ye­ti­rə­rək, iman gətirmək olar. Müsəlman Rəbbinin qanunlarına riayət et­məlidir və imanın mahiyyəti də elə bundan ibarətdir. Bundan baş­qa, bunun sayə­sində iman da güclənir, təkmilləşir və möh­kəm­lə­nir.
Allahın qoyduğu sərhədlər belədir və insanlar bu hədləri aş­maq haqqına malik deyillər, çünki onlar hədlərə riayət etməli, is­­rafa və səh­lənkarlığa yol verməməlidir. Kafirlərə gəldikdə isə, on­lara şiddətli cəza hazırlanmışdır.
Yuxarıda sadalanan ayələrdən aşağıdakı nəticələri çıxarmaq olar:
- Allah qullarına qarşı xeyirxahdır və onların qayğısını çə­kir. O (Pak və Müqəddəs), incimiş qadının şikayət və dualarını din­lədi və onu iztirab və çətinliklərdən xilas etdi. Bununla yanaşı O (Pak və Müqəddəs), bu problemin toxuna biləcəyi hər kəsi də həmin iztirablardan qurtardı.
- Zihar yalnız müstəsna olaraq ərin öz qanuni arvadından əl çək­­mə­sini nəzərdə tutur ki, buna aşağıdakı sözlər dəlalət edir: “Siz­dən o kəslər ki, öz arvadlarını özlərinə haram edirlər”. Əgər kişi öz köləsi olan qadınla cinsi yaxınlıq etməyəcəyinə söz verərsə, bu zihar sayıl­maz. Bu halda kişi yalnız, andını pozanların gü­na­hını yuduğu kimi, etdiyi günahını yumalı­dır, çünki o, Allahın ona is­tifadə etməyə icazə verdiyini özünə haram qılmışdır. Eyni şey and içməklə yeməkdən, su içməkdən və s. əl çəkməyə də aiddir.
- Zihar haqqında qadına onunla nikah bağlananadək elan edil­­miş­­dirsə, qüvvəyə minmiş hesab edilmir, çünki bu vaxt qadın hələ onun qanuni arvadı deyildi. Eynilə nikah bağlananadək bo­şan­ma qa­nuni olma­dığı kimi, kişinin gələcək nişanlısına, onu bo­şa­yacağını şərt qoyması da qüvvəyə minə bilməz[4].
Şəriət ziharı qadağan etmişdir, çünki Allah onu qınanılan və ya­­lan söz adlandırmışdır.
Quran vəhyləri hökümləri nəinki ifadə edir, həm də onların hik­­mətini açıqlayır və buna görə Allah buyurur: “Onların qa­dın­ları – onların ana­ları deyildir».
- Şəriət kişini öz arvadını – anası, bacısı və ya nikah bağ­la­ma­ğa haqqı olmayan digər yaxın qohumu adlandırmasını bə­yən­mir, çünki bu­na bənzər münasibət zahirən günahla eynilik təşkil edir.
- Kişi ziharı elan edən kimi deyil, yalnız zihardan əl çək­dik­dən sonra günahını yumalıdır. Yuxarıda biz artıq müsəlman ila­hiy­­­yatçı­la­rının zihardan əl çəkmənin necə olması barədə iki rəyini nə­zərdən keçirmişik.
- Bu günahı yumaq üçün müsəlman bir köləni azad et­mə­li­dir. Kölə - yaşlı və ya uşaq, kişi və ya qadın ola bilər, çünki ayə ümu­mi mahiyyət­dədir.
- Əgər ər bir kölə azad etmək imkanına malikdirsə və ya iki ay ərzində fasiləsiz oruc tuta bilərsə, onda o, öz zövcəsi ilə intim əla­qəsini bərpa etməsindən öncə günahını yumalıdır. Əgər ər gü­na­hını yuyana qədər kasıbları yedizdirərsə, onda kişinin günahını tam yuyanadək ər-arvada cinsi əlaqəyə girməyə icazə verilir.
- Günahın yuyulmasının ər-arvad münasibətlərinin bərpası­na­­dək həyata keçirilməsinə dair buyuruğun hikməti – bunun arzu edil­­məsi şəra­itində kişini günahını tezliklə yumağa sövq edə­cə­yidir.
- Günahı yumaq üçün altımış kasıb yedizdirilməlidir. Eh­ti­ya­­cı olanların yedizdirilməsinin sayı az olduqda, günah yu­yul­muş sayılmır, çünki Fövqəluca buyurmuşdur: «... o, altımış kasıbı ye­dirtməlidir».

ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ
(58. 5) “Allahla və Onun Elçisi ilə düşmənçilik edənlər, on­­­­lar­dan əvvəlkilərin alçaldıldığı kimi, alçaldılacaqlar. Biz artıq ay­­dın ayələr nazil etmişik, kafirlər üçün isə alçaldıcı əzablar ha­zır­lan­mış­dır».

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) yalnız günahkarlar və itaətsizlik göstərənlər müqavimət gös­tə­rirlər və onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və sa­lamı olsun!) iman gətirməkdən imtina edəndə bu ədavət daha da dəhşətli olur və möminlərə qarşı kin-küdurət bəslənir. Bu fa­siq­lər alçaldılacaq və rüs­vay ediləcəkdir, necə ki, kafirlərin əvvəlki nə­silləri alçaldılmış və biabır edilmişdilər. Həqiqətən də, onlar öz tö­rətdikləri cinayətlərə görə tam əvəz alacaqlar.
Onlar Allah qarşısında bəraət qazana bilməyəcəklər, çünki O (Pak və Müqəddəs), insanlara haqlı olmalarının təkzibolunmaz də­lil­­lə­rini nazil etmişdi O (Pak və Müqəddəs), onlara çoxsaylı ayə­lər və inan­dırıcı dəlillər göndərmişdi, əsil dəyərləri və əşya­la­rın əsil ma­hiy­yətini izah etmişdi. Allahın Təlimatının ardınca ge­dən in­san­lar uğur qaza­nan­lar olacaqlar. Allahın ayələrinə inan­ma­yan kafirlər isə alçaldıcı cəzanı dadacaqlar. Onlar özlərini bu ayə­lər­dən üstün tu­­turdular və yalnız rüsvayçılığa və alçaqlığa layiq ol­du­lar.

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(58. 6) “Həmin gün Allah onların hamısını dirildəcək və et­­­dik­­lərini onlara bildirəcəkdir. Allah bunları hesablamışdır, on­lar isə unu­dublar. Allah hər şeyin Şahididir”.
Qiyamət günü bütün məxluqlar qəbirlərindən cəld qal­xa­caq­lar və onda Fövqəluca Allah onların xeyirxah və bədxah əməl­­ləri barədə onlara xəbər verəcəkdir. O (Pak və Müqəddəs), on­ların hə­min əmələrini bilir, çünki onları saymış, yəni, onları Mü­­­ha­fi­zə­olu­nan Kitabında qeyd etmiş və alicənab mühafizəçi mə­­ləklərə on­ların hesabını aparmağı tap­şırmışdır. İnsanlar onları unu­t­­muş­lar, yəni, bütün etdikləri əməllərini yaddan çıxarmışlar. Lakin əvə­zin­də Allah onların əməllərini hesaba almışdır, axı Al­lah hər şe­yin Şahididir. O (Pak və Müqəddəs), qeybin də, aşkarın da, gizli sax­lananın da, bəyan edilənin də Şahididir. Bax buna gö­rə sonra Rəbb Özünün hüdudsuz elmindən xəbər verərək, buyurur ki, o, həm göy­lər­də, həm də yerdə bütün kiçik və böyük olan nə varsa, ha­mı­sını əhatə edir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(58. 7) “Məgər sən bilmirsən ki, göylərdə və yerdə nə var­sa, Allaha məlumdur? Üç nəfərin arasında elə bir gizli söhbət ol­maz ki, O, orada dördüncü olmasın; ya da beş nəfər arasında O, altıncı olmasın. Onlar bundan daha çox və ya daha az olsalar da – O, ha­rada olma­larından asılı olmayaraq, həmişə onlarladır. Son­ra, Qiya­mət günü, O, onlara nə et­diklərini xəbər verəcəkdir. Hə­qiqətən, Allah hər şeydən xəbərdardır».

Allahın Öz məxluqlarının yanında olması adı altında Rəb­bin hər şeyi əhatə edən elmi başa düşülür. Ona dəqiq məlumdur ki, məxluqları öz aralarında nəyi açıq danışır, nəyi də gizli sax­la­yır­lar. Məhz buna görə Fövqəluca buyurur ki, Ona bütün varlıqlar haq­qında hər şey mə­lumdur.

ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(58. 8) “Məgər sən gizli söhbətlərinin qadağan olunduğu kəs­­­­lə­­ri gör­mədinmi? Onlar özlərinə qadağan olunana qayıdır, gü­­­nah­lar, Allahın Elçisinə ədavət və itaətsizlik haqqında bir-bi­ri­ləri ilə gizli da­nışırlar. Yanına gəldikdə, səni Allahın sa­lam­la­dı­ğı kimi salamla­mırlar, ürəklərində isə deyirlər: “Niyə Allah bi­zi söylədiklə­rimizə görə cəzalandırmır?” Onlara Cəhənnəm bəs edər! Onlar ora düşəcək­lər. Ora necə də pis yerdir!”
(58. 9) “Ey iman gətirənlər! Əgər siz bir-birinizlə gizlicə da­nı­­­­şı­r­­sınızsa, onda günahlardan, Elçiyə ədavətdən və itaətsizlik­dən da­nış­mayın, yalnız dindarlıqdan və təqvalılıqdan danışın və Al­lah­dan qor­xun, çünki hamınız Onun yanında topla­na­caq­sı­nız».

Gizli söhbət adı altında iki və ya daha çox insanların məxvi apar­­­dıqları həm xeyirli, həm də zərərli səciyyə daşıyan söhbət nəzərdə tu­­tu­lur. Allah belə söhbətləri yalnız dindarlıq və təqvalılıq ru­hun­da apar­­mağa icazə vermişdir. Dindarlıq adı altında Allaha və Onun El­çisinə (ona Allahın salavatı və salamı olsun!) itaət, Onun və Onun qul­larının qar­şısında öz vəzifələrini icra etmək başa dü­şü­­lür. Təq­va­lılıq adı altında isə, bu halda, günah etməkdən və qü­sur­­lara yol ver­məkdən imtina nə­zərdə tutulur.
Mömin müsəlman mütləq həmişə Allahın iradəsinə itaət edər və istər gizlində, istərsə aşkarda, onu yalnız Allaha ya­xın­laş­dı­­ran və Onun qəzəbindən uzaqlaşdıran söhbətlər aparar. Fasiq isə Böyük Allahın əmrlərinə laqeyd yanaşar və gizlində öz əlal­tı­la­rı ilə günah əməllərdən, Elçiyə (ona Allahın salavatı və salamı ol­sun!) düşmən­çi­lik­dən və itaətsiz­likdən söhbət edər.
Məhz münafiqlər belə davranardılar və Peyğəmbərə (ona Al­lah­ın salavatı və salamı olsun!), hətta onu (s.ə.­s) salamlayanda da hör­mətsizlik göstərərdilər. Bundan sonra isə onlar öz-özlərinə de­­yirdilər: “Niyə Allah bizi danışdıqlarımıza görə cəzalan­dır­mır?” Onlar məhz belə düşünürlər, hərçənd öz fkirlərini gizli sax­la­­yırlar. Lakin qeybi və aşkarı Bilən Allah möminlərə müna­fiq­lə­rin ürəklərində gizlətdikləri niy­yətlərini xəbər vermişdir.
Bu niyyətlər onların Allahın cəzalandıracağına etinasızlıqla ya­­­naş­dıqlarını təsdiq edir. Cəzanın ləngidilməsi onları sakit­ləş­di­rir və on­lar elə güman edirlər ki, qisas alınacağından ehtiyat et­mə­yə dəyməz. Lakin Fövqəluca Allah onların törətdiklərini unutmur. O (Pak və Müqəddəs), onlara yalnız az bir müddətə möhlət verir. On­­ların Cəhən­nə­mə düşəcəyi kifayətdir, çünki orada bütün əzab və əziyyətlər bir yerə toplanmışdır. Günahkarlar onların öhdə­sin­də olacaqlar və iztirablara məruz qoyulacaqlar. Bu sığınacaq necə də pisdir, yəni, bu sonluq necə də kədərli və dəhşətlidir!
Bu ayədə söhbət, birincisi, ikiüzlilərdən getməkdədir, çünki on­­­­lar özlərini mömin kimi göstərir və Allahın Elçisinə (ona Alla­hın sa­­­la­vatı və salamı olsun!) yalan sözlərlə müraciət edirdilər, san­ki on­­lar ona (s.ə.s.) yalnız yaxşılıq arzulayırdılar; ikincisi, Kitab əh­lin­dən bəziləri haqqında deyilmişdir ki, onlar Muhəmməd Pey­ğəm­bə­ri (ona Allahın salavatı və salamı olsun!), ona ölüm arzu­la­ya­raq, sa­lam­layır­dılar. Ər­əb­cə, bu sözlər “əs-samu əleykə” kimi səs­ləni­r­di.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(58. 10) “Gizli söhbətlər – iman gətirənləri kədər­ləndir­mə­yə cəhd göstərən şeytandandır. Lakin Allahın izni olmadıqca, bu onla­ra zərər vura bil­məz. İman gətirənlər qoy Allaha tə­vək­kül etsinlər”.

Fövqəluca bildirmişdir ki, möminlərin düşmənlərinin, on­la­­ra qar­şı fitnə quraraq və zərər vurmaq istəyərək, zalımlıq niy­yə­­ti ilə et­dik­ləri gizli söhbətlər[5] şeytan əməlidir. Lakin şey­ta­nın fit­­nə­si zəifdir. O (Al)[6] iman gətirənləri kədərləndirməyə cəhd gös­tərir və bu onun (Al) planı və ali məqsədidir. Lakin o (Al) Al­la­hın ica­zə­si olmadan mö­minlərə zərər vura bilməz, çün­ki Allah iman gə­ti­rənlərə vəd etmişdir ki, onları qorusun və düş­­mənləri ilə mü­ba­ri­zədə onlara yardım etsin. Fövqəluca bu­yu­rur: «...Lakin məkrli hiy­lələr yalnız pislik edənləri əha­tə edir...” (Fatir, 35/43).
Nə vaxt Allahın, Onun Elçisinin (ona Allahın salavatı və sa­la­­mı olsun!) və möminlərin düşmənləri onların əleyhinə qəsd et­mək niyyə­tinə düşsələr, onların fitnəsi mütləq öz əleyhinə çev­ri­lə­cək və onlar mö­minlərə, Allahın onlar üçün təyin etdiyi istisna ol­maq­la, başqa heç bir zərər vura bilməyəcəklər.
Qoy möminlər Ona təvəkkül etsinlər və Onun vədinə inan­sın­lar. Həqiqətən, Allaha təvəkkül edəni O (Pak və Müqəddəs), onun düşmən­lə­­rindən qoruyur və ona bütün ruhani və maddi iş­lərində kömək gös­tərir.

ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ
(58. 11) “Ey iman gətirənlər! Yığıncaqda oturduğunuz za­man si­zə: “yer verin” deyildikdə, siz də yer verin ki, Allah da si­zə ge­niş­lik versin. Sizə “Qalxın” buyurulduqda, qalxın. Allah da sizdən iman gətirənləri və elm bəxş edilənləri dərəcələr üzrə ucal­dır. Allah sizin nə etdiyinizi bilir”.

Allah qullarına gözəl əxlaqı və ədəb-ərkanı belə öyrədir. Əgər möminlər bir məclisə yığışırlarsa, onlardan kiməsə və ya gec gə­lən qo­naqlara yer çatmırsa, onda oradakılar sıx oturmalıdırlar. Bu onların hey­siyyətinə qətiyyən toxunmur və onlar müsəlman qar­daşlarına qay­ğı gös­tərmiş olurlar. Bunun əvəzi isə, göstərilən xe­yirxahlığın xüsusiy­yətinə uyğun gələn mükafat olacaqdır. Buna gö­rə, məclisdə qardaşına yer verib, oturmasına kömək edənə Al­lah daha geniş bir yer əta edə­cək­dir.
Möminlərə hər hansı bir səbəbə görə yerlərindən qalxmağı bu­­yur­duqda, onlar ləngimədən qalxmalıdırlar ki, yaranmış mü­rək­kəb şə­raiti tezliklə aydınlaşdırsınlar. Bu göstərişləri doğru ye­ri­nə yetirənlər iman və aydın biliklər sahibi olanlardır. Belə insan­la­rı O (Pak və Müqəddəs), di­gərləri üzərində onların elminə və iman gücünə uyğun ola­raq ucaldır. O (Pak və Müqəddəs), sizin nə et­diklərinizdən xəbərdardır və hər kəsə onun əməlinə görə: xeyirə xe­yirlə və şərə də şərlə əvəz ve­rəcəkdir. Bu ayə saleh biliklərin üs­tün­lüyünü xüsusilə vurğulayır və göstərir ki, onlar, insan yalnız dav­ranış normalarına riayət etdikdə və işlərində biliklərə əsaslan­dıq­da faydalı nəticələr verir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(58. 12) “Ey iman gətirənlər! Əgər siz Elçi ilə məxfi söhbət apa­­ra­caqsınızsa, onda əvvəlcə sədəqə verin. Bu sizin üçün daha yax­şı və daha pak olar. Yox əgər siz bir şey tapa bilməsəniz, on­da axı Allah – Bağışlayan və Rəhimlidir”.

Fövqəluca möminlərə buyurur ki, onlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına onunla məxfi söh­bət etmək üçün gəlməzdən əvvəl sədəqə verməlidirlər. Bu, müsəl­man ədəb-ərka­nının daha bir təzahürü və Peyğəmbərə (ona Alla­hın salavatı və salamı olsun!) ehtiram göstərmənin nümunəsidir. Ona (s.ə.s.) belə hörmətlə yanaşılması – möminlər üçün daha yax­şı və daha pakdır, yəni, bunun sayəsində iman gətirənlərin mü­ka­fa­tı artır, onların qəlbi isə nöqsan və eyiblərdən təmiz­lənir. İn­san­lar Elçiyə (ona Allahın salavatı və salamı olsun!) hörmətlə yanaş­ma­dıqda və onu (s.ə.s.) boş sözlərlə üzbəüz söh­bətə tutmaqla tez-tez narahat etdikdə, belə nöqsan və eyiblərə yol ve­rilir.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına giz­­li söhbət üçün gəlməzdən əvvəl sədəqə verilməsi hökmü, özü­nə b­i­liklər axtaran və xeyirxahlıq etmək arzusu ilə yananların və sə­də­qə­­yə və ianələrə əhəmiyyət verməyənlərin hamısı üçün me­yar ol­muş­­dur. Kim ki, xeyir­xahlığa can atmır və yalnız özünə həm­söhbət ax­­tarırsa, qoy o, Peyğəmbər (ona Allahın salavatı və sa­lamı olsun!) ilə faydasız danı­şıq­lardan çəkinsin və onu (s.ə.s.) na­rahat etməsin.
Şübhəsiz ki, sədəqə paylamaq hökmü bunu etməyə imkanı olan­­lara aid idi. İanə verməyə vəsaiti olmayanlara, Allah gücləri çat­madığı şeyi etmək əmri verməmişdi. Bundan başqa, Allah on­ları bağışlamış və onlara, vəsaitləri olmadığı halda, öncədən sə­də­qə paylamadan, Peyğəm­bə­rə (ona Allahın salavatı və salamı ol­sun!) müraciət etməyə icazə vermişdi.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ

(58. 13) “Doğrudanmı siz gizli söhbətdən əvvəl sədəqə ver­­mək­dən qorxdunuz? Əgər siz bunu etməmisinizsə və Allah töv­bə­nizi qəbul etmişsə, onda namaz qılın, zəkat verin, Allaha və Onun Elçi­si­nə itaət edin. Allah etdiklərinizdən xəbərdardır”.

Sonra Allah iman gətirənlərin nə hiss etdiklərini və hər dəfə Pey­ğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) söhbət edər­kən sə­dəqə paylamağın onlar üçün necə çətin olduğunu nəzərə al­dı. Buna görə Allah edə bilməyəcəklərinə görə onları qınamadı. O (Pak və Müqəddəs), onları bu vəzifədən azad etdi, lakin Pey­ğəm­bə­rə (ona Allahın salavatı və salamı olsun!) necə ehtiram bəs­lə­mə­yi onlara öyrətdi. Axı bu hökmün əsil mənası sədəqə payla­maq­dan deyil, müsəlmanları öz Peyğəmbərinə (s.ə.s.) necə hörmət et­mə­yə alışdırmaqdan ibarət idi.
Buna görə, bundan sonra Fövqəluca mühüm hökümləri ye­ri­nə ye­tirmək əmri verir ki, onların əsası bu mərasimləri yerinə ye­tir­­mək­dən ibarət idi. Siz sədəqə paylamadınız, Allah sizi bağış­la­dı, çün­ki ianə ver­mək sizin üçün ağır idi. Ancaq bilin ki, belə bəra­ət heç də həmişə məq­bul deyil, çünki Rəbbin heç də bütün hökümlə­ri asan olmamalıdır. Buna görə, namaz qılın, onun şərtlərini və va­cib hökümlərini yerinə yetirin, Onun hədləri və tələblərinə riayət edin və həm də zəkat ödəyin, yəni, mülkünüzün mü­əyyən his­sə­si­ni Al­la­hın buyurduğu kəslərə verin. Bu iki ibadət ayini, bizim öz bə­də­ni­miz və malımızla yerinə yetirdik­ləri­mi­zin ən mühüm­lərin­dən­dir.
Kim bu ayinləri layiqincə yerinə yetirirsə, o, Allah və in­san­lar qar­şısında öz əsas vəzifələrini yerinə yetirir. Buna görə sonra Föv­qəl­­­uca Allah Özünə və Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) itaət etməyi buyurur. Bu – Quran hökümlərinin ən əhatə­li­si­dir. Al­laha və Onun Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) itaət edərkən müsəlman onların əmrlərini və qadağalarını ye­rinə ye­tir­mə­li, onların xə­bər verdikləri hər şeyə iman gətirməli və şəriətin qoy­duğu sərhədləri keçməməlidir. Ən başlıcası isə, o, bü­tün bunları səmimiyyətlə (ixlasla) Allah xatirinə etməli və unut­ma­malıdır ki, Allah onu görür. Axı məx­luqlarının əməlləri və on­la­rın ürəklərində giz­lətdikləri hər şey Ona bəl­lidir və bu biliklər əsa­sında O (Pak və Müqəddəs), kimi cəzalandıracaq, kimi də mü­ka­fatlandıracaqdır.

 ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(58. 14) “Məgər sən görmədin ki, onlar Allahın qəzəb­lən­di­­­­­yi insanlarla dostluq edirlər? Bunlar nə sizə, nə də onlara aid de­­­­­yil­lər. Onlar öncədən yalan and içirlər”.
(58. 15) “Allah onlar üçün ağır əzablar hazırlamışdır. Hə­qi­­­qə­tən, onların etdikləri çox pisdir!”

Fövqəluca Allah qəzəbləndiyi və Onun ən dəhşətli lənətinə la­­­­yiq olmuş kafir yəhudilər, xristianlar və müş­riklərlə dostluq edən mü­na­fiq­lər haqqında xəbər verir. Allah xüsusilə qeyd edir ki, mü­na­­­fiqlər mömin deyillər, lakin onlar – sadəcə kafir də de­yil­lər. Föv­qəl­­uca buyu­rub: “Onlar bunların[7] arasında tərəddüd edir­lər, la­kin nə bunlara, nə də onlara aid deyillər...” (Nisa, 4/143).
Onlar qəlbən və bədənləri ilə nə möminlərə, nə də al­lah­sız­la­­ra aiddirlər, çünki onların canı kafirlərlədir, bədənləri isə mü­səl­man­­ların yanındadır. Allah onları məhz belə təsvir etmişdir. Bu in­­­sanlar yalana etiqad edirlər, çünki and içirlər ki, iman gətiriblər, hal­­buki əslində allahsızdırlar. Allah bu yalançı və yaramaz xain­lə­rə əvəz olaraq dəh­şətli əzab-əziyyət hazırla­mışdır və onları nə təs­vir etmək, nə də təsəv­vür etmək mümkün deyil. Həqiqətən, on­la­rın cinayətləri çox mur­dar­dır, çünki onlar Allahın qəzəbi­nə, inti­qa­­mına və lənətinə düçar ola­caqlar.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(58. 16) “Onlar öz andlarını qalxan etdilər və başqalarını da Allahın yolundan azdırdılar. Onlara alçaldıcı əzablar ha­zır­lan­­mış­dır».

Onlar anlarının hesabına Allahın, Onun Elçisinin (ona Al­la­hın sa­la­vatı və salamı olsun!) və möminlərin qınağından qaçmaq is­­təyirlər. Nəticədə nəinki onlar özləri azğınlıq içində qalır, həm də ətrafların­dakıları da Allahın yolundan çıxarırlar. Axı məhz bu yol Cənnətin Səadət bağlarına aparır və əgər insan bu yoldan sa­pır­­sa, onda o mütləq elə bir cığıra düşür ki, o, Cəhənnəm Odunda sona çatır.
Onlar Allaha iman gətirməyi və Onun ayələrinə itaət etməyi al­­­­­çal­dıcı saydıqlarına görə, onları alçaldıcı cəza yaxalayacaqdır. Bax bu­­na görə O (Pak və Müqəddəs), onları əbədi əzablarla al­çal­da­­caq­dır. On­lara rahatlıq olmayacaqdır və onlara möhlət ve­ril­mə­yə­­cək­dir.

ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ
(58. 17) “Nə malları, nə də övladları onlara Allah qar­şı­sın­da heç nə ilə kömək edə bilməyəcəklər. Onlar Od sakinləridir və orada əbə­di qalacaqlar».

Nə mal-mülkiyyətləri, nə də övladları onları cəzadan xilas et­mə­yəcək və onlara kiçicik bir mükafat qazanmağa belə kömək edə bilmə­yəcəklər. Onlar Cəhənnəm sakinləri olacaq və oradan çıx­­maq onlara heç vaxt nəsib olmayacaq. Onlar orada həmişəlik qa­lacaqlar.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(58. 18) “Allah onların hamısını diriltdiyi Gün, onlar sizin qar­­­­şı­nızda and içdikləri kimi, Onun qarşısında and içməyə baş­la­­­y­a­caq­lar və elə güman edəcəklər ki, bu onlara kömək edəcək. Hə­­qiqətən, onlar – ya­lançıdırlar».

Kim bu həyatda ikən hansı yola sadiq idisə, o öldükdən son­­ra da o yola sadiq olacaqdır. Bu dünyada ikiüzlülər möminləri al­­­da­­d­ırdılar və and içirdilər ki, iman gətiriblər. Qiyamət günü baş­la­­­dıqda və Allah insanları diriltdikdə, onlar eynilə Onun qar­şı­sın­da and içməyə çalışa­caqlar və elə zənn edəcəklər ki, bu onlara fay­­da verəcək. Bu ona görə belə olacaq ki, küfür, münafiqlik və qü­­surlu baxışlar günbəgün onların şüurunda getdikcə daha dərin kök atır. Nəticədə onlar azırlar və düzgün rəftar etdiklərinə və hök­­mən mükafat almağı bacaracaqlarına inanırlar. Lakin onların ba­­xışları, özləri kimi yalan idi, çünki yalan bütün qeybi və aşkarı Bi­l­ən Allahın nəzərindən qaça bilməz.

ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ
(58. 19) “Şeytan onları məğlub etdi və onlara Allahı xa­tır­la­­­­ma­ğı unutdurdu. Onlar şeytanın firqəsidir. Həqiqətən, şey­ta­nın fir­qəsi – zi­yana uğramışlardır”.

Amma şeytan onlara sahib oldu, cinayətlərini onlara gözəl gös­tərdi və onları hətta Allaha dair yaddaşlarını unutmağa məcbur etdi. Məhz şeytan onların açıq-aşkar düşməni idi və onlar üçün şərdən baş­qa heç bir şey arzulamırdı. Fövqəluca buyurur: “...o, öz firqəsini Alov sakinləri olmağa dəvət edir” (35/6).
Onlar – şeytanın tərəfdarlarıdır və onlar mütləq zərərə dü­şə­cək­lər. İman, yer üzündəki firavanlıq, ailə - onlar hər şeydə yal­nız ağır zə­rərə uğraya­caqlar.

ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ
(58. 20) “Allahla və Onun Elçisi ilə düşmənçilik edənlər ən al­­­çal­dıl­mışların arasında olacaqlar».
(58. 21) “Allah yazmışdır: “Qələbəni Mən və Mənim elçi­lə­­­rim çala­ca­ğıq! Həqiqətən, Allah – Fövqəlgüclüdür, Föv­qəl­qüd­rət­­lidir».
Bu, Fövqəlqüdrətli Rəbbin vədi və təhdididir. Bu təhdid Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) mü­qa­­vimət gös­tə­rən­lərə, onlara iman gətirməyənlərə və onların hökümlərinə itaətsizlik göstə­rənlərə yönəldilmişdir. Onlar alçal­dı­la­­­caqlar və özlərinə köməkçi tapmaya­caqlar. Belə bir son necə də pi­sdir!
Vəd Rəbbə və Onun Peyğəmbərinə (ona Allahın salavatı və sa­lamı olsun!), elçilərin yolu ilə gedənlərə və bununla da Alla­hın fir­qəsinə daxil olanlara yönəldilmişdir. Bu isə uğur qazan­mış­la­rın firqə­sidir. Onların nəsibi – həm bu dünyada, həm də Axi­rət­də Allahın kö­məyi, həmçinin qələbə və zəfərdir. Bu vəd nə pozul­ma­­yacaq, nə də də­yişdirilməyəcəkdir. Fövqəlqüdrətli və Böyük Al­lah Sadiqdir! Heç bir şey Onun qəbul etdiyi qərarı yerinə yetir­mə­sinə maneə ola bilməz!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(58. 22) “Allaha və Axirət gününə iman gətirənlərin ara­sın­da sən Allah və Onun Elçisi ilə düşmənçilik edənləri sevənləri tap­­maz­san, hət­ta belələri onların ataları, oğulları, qardaşları və ya qo­hum­ları olsalar da. Allah onların ürəklərinə imanı həkk et­miş və onlara Özündən ruh təhkim etmişdir. O, onları altından çay­lar axan Cənnət bağlarına daxil edəcək və onlar orada əbədi qa­lacaqlar. Allah onlar­dan razıdır, onlar da Ondan razıdırlar. On­lar Allahın firqəsidir. Həqiqətən, Allahın firqəsi – xilas olan­lar­dır».

Allaha və Qiyamət gününə iman Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müqavimət göstərənlərə mə­­həb­bətlə bir araya sığışmaz. Həqiqi iman sahibi mütləq öz dini­nin tələblərini ye­rinə yetirəcəkdir. O, hökmən iman gətirənləri se­və­­cək və digər yolu tu­tanlara, hətta bu onun ən yaxın adamı olsa belə, nifrət və düşmənçilik hissi bəs­lə­yə­cək,. Əsil iman belə olma­lı­­dır və yalnız o bəhrə verməyə və insana böyük məqsədə çatmaq üçün kömək etməyə qadirdir.
Məhz belə insanların ürəyində Allah imanı həkk etmiş, mö­h­­­kəmləndirmiş və ting kimi becərdib böyütmüşdür ki, o, şübhə və alda­nış küləkləri altında əyilib sınmasın. Məhz belə insanları, Al­lah Öz ruhunu onlara təhkim etməklə, yəni vəhyi, elmi, ilahi kö­­məyi və mər­hə­məti ilə onları möhkəmləndirmişdir. Onlar üçün dün­­ya aləmində gö­zəl yaşayış hazırlanmışdır, Axirətdə isə onlar əbə­di Cənnət bağ­la­rında olacaqlar və orada ürəklərinin arzuladığı və nəzərlərinin dikil­diyi hər şeyi əldə edəcəklər. Bununla yanaşı on­lar ən böyük mərhə­mə­tə nail olacaqlar – Allah onlardan razı ola­­caq və heç vaxt onlara qə­zəblənməyəcək. Onlar da öz Rəb­bin­dən və göstəriləcək çoxsaylı hör­mət və ehtiramdan, Onun onlara əta edəcəyi bol-bol hədiyyələrdən və yüksək mükafatlardan razı qa­­la­caqlar. Həqiqətən də, bu mükafat­lan­dırma hədsiz olacaqdır!
Allaha və Qiyamət gününə iman gətirdiklərini güman edən, la­­kin bununla yanaşı Allahın düşmənlərinə məhəbbət bəsləyən, öz Rəb­bi­nə iman gətirməyə etinasız yanaşan fasiqlərə gəldikdə isə
 onların zən­lərinin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Hər bir id­dia mütləq fakt­larla təsdiq edilməlidir, sadəcə zənnə qapılmaq isə heç bir qüvvəyə malik deyil və diqqətə alına bilməz.





[1] Yəni, qadınlarına “zihar” elan etmək. Ziharın nə olduğu bundan əvvəlki ayənin şərhində izah edilmişdir. F.S.
[2] Ölçü vahidi. F.S.
[3] Öıçü vahidi. F.S.
[4] Bu müəllif iddiasından aydın olur ki, şərt, qanuni əlaqələrə girməmiş şəxslər arasında qanuni əsas ola bilməz. Əslində, bu hüquqi cəhətdən ən düzgün müddəadır. F.S.
[5] Yəni bir-neçə şəxsin bir-biri ilə pıçıltı ilə danışması. F.S.
[6] (Al) – Allahın lənətlədiyi. F.S.
[7] İman və küfür nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий