среда, 2 мая 2012 г.

TƏRCÜMƏÇİNİN BEŞİNCİ CİLDƏ YAZDIĞI ÖN SÖZÜ

TƏRCÜMƏÇİNİN BEŞİNCİ CİLDƏ YAZDIĞI
ÖN SÖZÜ

Möhtərəm oxucu!
Əbdürrəhman əs-Səədinin “Müqəddəs Quran Təfsiri” əsə­ri­nin növbəti bir hissəsini mühakimənə verməzdən öncə, bu – on iki surədən ibarət olan beşinci cil­din bir sıra özəllikləri haqqında səni, azca da olsa, məlumatlandır­mağı özü­mə borc sayıram və buna görə tərcüməmin “texniki” və cüzi texnoloji cəhətləri barədə bəzi qeydlərimi nəzərinə çatdırmaq niyyətindəyəm.
Qeydlərimin istiqaməti müxtəlif olsa da, əsas üstünlük tər­cü­mə “texnolo­giya­sına” verilmişdir. Möhtərəm oxucumdan bu “Ön sözə” də diqqət yetirmə­sini diləyirəm.
İlk növbədə, bu ciliddə ayələrin əslindən tərcüməsinə ya­naş­mağım­dan bir necə söz söyləyim. Ayələri E.Quliyevin tər­cü­mə­sin­dən Azərbaycan dilinə çevirdikdən sonra, onları ərəb əsli ilə mü­qa­­yisəli şəkildə tədqiq etmiş, bəzi söz və ifadələrin ərəbcədən da­ha fərqli məna və məna çalarlarını müəyyən etdik­dən sonra, ayə­lə­rin dilimizdəki mətninə kiçik təshihlər etmiş və bütün bunları gözəl ana di­li­mizdə an­laşıqlı tərzdə verməyə çalış­mış­am. Əlbəttə, bu zaman mü­vafiq ayə­­lərin çoxsaylı Azərbaycan, türk, rus, və bəzən, ingilis va­ri­ant­la­rı­nı nəzərdən keçirmiş və dilimiz üçün ən optimal vari­an­tı seç­mə­yə çalışmışam. Fövqəluca Allahın köməyi ilə əldə et­diyim kiçik uğur­ların necəliyini yalnız bu cildin ayə­lərini oxuyan mü­təxəs­sis­lər və hazır­lıqlı oxucular obyektiv dəyərləndirə bi­lər­lər.
Tərcümədə əsas şəxsi prinsiplərimdən biri – Quran ayə­lərinin çevril­mə­sin­də Allahın kəlamlarına tərcüməçilərin və ya müfəssirlərin öz sözlərini əlavə etmələrinə qarşı qəti mənfi ya­naş­mam­dır. Yəni Allahın ayələrinə, bu ayələrdə olmayan izahedici söz­lərin, əlavə edilməsinə yol verməməkdir. Tərcüməçilərin bö­yük əksəriyyəti bu üsuldan bolluca istifadə edirlər ki, oxucu ayə­ni, daha tam qav­raya bilsin. Əslində isə, mən belə hesab edirəm ki, bu, yolverilməz təşəb­büs­dür və çox vaxt Allahın kəlamını ay­dın­laşdırmaq əvəzinə, ona, ayədə nəzərdə tutulma­mış mənalar ver­məyə səbəb olur. Bəzən, ayələrə belə əlavə sözlər, guya onun mü­vafiq dilə adekvat tərcümə edilə bilməməsi ilə əlaqələn­dirilir. Açı­ğını desək, bu müddəa ilə heç vəchlə razılaşmaq mümkün de­yil. Burada bir sıra məqam­ları möhtərəm oxucularımızın nəzərinə çat­dırmaq yerinə düşmüş olardı.
İlk öncə, elmə az-çox bələd olan iman sahibləri çox gözəl bilir­lər ki, hər şeyi Bilən, Görən və Eşidən Fövqəlqüdrətli, Föv­qəl­uca və Müdrik Allah yara­dı­lışdan bu günə və Qiyamətə qədər olan bütün dövr üçün hər şeyi, mütləq mənada, Ana Kitabında əzəl­dən yazmışdır və hər şey Onun Daima Sayıq nəzarəti altın­da­dır və O (Pak və Müqəddəs), hər şeyi idarə edir. Bu, müt­ləq an­layışdır! Bu o deməkdir ki, Allahın Sonuncu Şərəfli Kitabı ilə bağ­lı olan bütün prosesləri də O (Pak və Müqəddəs Olan), Öz nə­za­­rətində saxlayır və idarə edir. Quranın havaxt hansı dillərə çev­­riləcəyi və hətta kimlərin çevriləcəyi də Ona agahdır (və Özü onları müəyyənləşdirmişdir). Bu belə olduğu halda, mənim Allahın mütləq Hikmətinə əsas­la­nan fərziyyəm ondan ibarətdir ki, Quranın hər hansı bir dilə tər­cü­məsi zamanında, həmin dilin leksikası ərəb orijinalını kifayət qə­dər əks etdirə bilmə səviyyəsinə uyğun olmalıdır. Bu, Hər­şeyi­bi­lən Allaha məxsus bir qayğıdır. Dilləri zəruri səviyyədə inkişaf Et­dirən, heç şübhə yox ki, yalnız Odur! Bu nəzər nöqtəsindən, Şə­rəf­li Quran bu gün müasir Azərbaycan dilinə tam adek­vat çevrilə bi­lər və bu yöndə atılan son addımlar orijinala çox ya­xın­dır. Əlli mil­yona yaxın azərbaycanlıların dilində Quranın gözəl və tam adek­vat tərcü­məsi mümkündür. Sadəcə, islam amilləri ilə bərabər milli mən­su­biyyətini də yüksək səviyyədə tutan bacarıqlı insanlar bu sahəyə canıyanan­lıqla yanaş­dıqda, onu gerçəkləşdirə bilərlər (bu, artıq qismən yerinə yetirilmişdir).
Əgər bu gün müasir rus dilində Şərəfli Quranın tərcüməsi həm­­­­yerlimiz Elmir Quliyev tərəfindən həyata keçirilmişdirsə, mü­­­a­sir Azərbaycan dilində isə, məhz ilhiyyatçı Əlixan Musayev tə­­rəfindən yerinə yetirilmişdir. Quranın məhz bu iki tərcüməsi mənə də imkan vermişdir ki, Şərəfli Quranın ən gözəl, dəyərli və mü­asir təfsirlərindən birini – Əbdürrəhman bin Nasir əs-Səədinin (Qi­yamətə qədər oxunacaq) böyük həcmli Təfsirini müasir Azər­bay­can dilinə çevirim və xalqı­mızın diqqətinə çatdırım. Bu ba­rə­də əvvəlki cilidlərin ön sözlə­rində mü­əy­yən qədər bəhs etmişəm və onlara bir daha qayıtmağa ehtiyac görmürəm. Amma bir sıra ye­ni məqamalar da vardır ki, onlar barədə fikrimi oxu­cu­larla qı­sa­ca bölüşdür­səm, məncə, başağrıdıcı olmaz.
Əvvəlcə, əyani bir nümunə gətirim ki, fikrimi daha aydın ba­­şa düşmək asan olsun. Aşağıdakı ayənin rus dilindən çevir­di­yim ör­nəyinə və dib­notların (11-14)[1] indekslərinə diqqət yetirin:
(33. 55) “Onlara[2] atalarının, oğullarının, qardaş­la­rının, qar­daş­la­rı­nın oğullarının, bacılarının oğullarının, öz[3] qa­dın­la­rı­nın, əlləri al­tında olan[4] qa­dınların qarşısında[5] heç bir günah ol­maz. Allahdan qor­xun, axı Allah – hər şeyin Şahididir”.”
Gördüyünüz kimi, ayəyə rus dilində edilmiş dörd tərcü­mə­çi əla­­və­sini ayə­nin mətnindən çıxarıb, səhifəaltı qeydlər (dibnot) for­­­ma­tında verməklə (bax: 11-14-cü dibnotlar), Müdrik Allahın kə­­­la­mı olan şərəfli ayə tərcüməçi müdaxi­lə­­sindən tamamilə tə­miz­­lən­miş­dir. Bu misal nəyə işarə edir? Məgər Allah istəsəydi, bu əla­­və­lə­ri ayələrinə sala bilməzdimi?! Əlbəttə bilərdi. Şübhəsiz ki, be­lə tə­şəb­­büslər tərcümə edilmiş əsərdə ədəbi inkişafın mər­hə­lə­lə­­ri ilə bağ­lı olduğu üçün, bunu orijinal mətnə müdaxilə etmədən də hə­ya­ta keçirmək müm­kün ola bilərdi (aşağıda əks etdirdiyim ki­­mi).
Çevirdiyim Təfsirdə bir tərcüməçi kimi mən də bir çox hal­lar­­da, bəzi isti­lah­lara, ibarə­lərə, bəzən hətta hadisə və faktlara izah­­lar yazmaq məcburiyyə­tində qalıram. Amma heç vaxt müəllifin mətninə müdaxilə etmək fikrinə düş­mürəm və qeydlə­rimi, izah­la­rımı və başqa məxəzlərdən götürdüyüm vacib dəlil və sü­but­la­rın əks olunduğu materialları səhifəaltı dibnotlarda əks etdiri­rəm. Bu, ədəbiyyatda artıq neçə əsrdir ki, hamılıqla qəbul olunmuş bir qay­da halını almışdır.
Digər bir düşüncəm aşağıdakı ayənin çevirisi ilə bağlıdır. Mən bu ön sözümdə özəlliklə onun izahına bir sıra nümunələr ve­rirəm:
(27. 1) “Ta. Sin. Bunlar, Quranın – Aydın Kitabın dəlil­lə­ri­­dir” [6]– (mənim tərcüməm. F.S.).
1. Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir. (Ə. Musaye­vin tərcüməsi).
1. Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir. (V.Məmməd­əliyev və Z. Bünyadovun tərcüməsi).
(1) Та. Син. Это – аяты Корана и Ясного Писания, (E.Qu­­li­ye­vin tərcü­məsi). E.Quliyevin tərcüməsindən, ilk nəzərdə be­lə an­la­şı­lır ki, burada söhbət ayənin iki ayrı-ayrı mənbəyindən ge­dir. Bu anlamın sə­­bəbi Quran və Aydın Kitab sözləri arasında “и” bağlayıcısının qoyul­ma­­sıdır.
Diyanet: Tâ-Sîn. Bunlar Kur’an’ın, apaçık bir kitabın âyet­le­­­ridir.
Elmalılı: Ta, Sin, bunlar sana Kur'anın ve mübîn bir k­i­ta­bın âyetleri
Ö.N.Bilmen: Tâ, Sin. Bu sana Kur'an'ın ve pek açıkça be­yan eden bir kitabın âyetleridir.
C.Yıldırım: Tâ-Sîn. Bu, Kur'ân'ın ve (hakkı, doğruyu) açık­la­yan kitabın âyetleridir. (Bu beş nümunə - Türk tərcümələridir).
M.M.Pickthall: Ta. Sin. These are revelations (“ayə” – «открытие- vəhy» mənasında) of the Qur'an and a Scripture that ma­keth plain;
A.Y.Ali: Ta. Sin. These are verses of the Quran, a Book that makes (things) clear;
M.H.Şakir: Ta Sin! These are the verses of the Quran and the Bookthat makes (things) clear”.
(Gördüyünüz kimi, ingilis dilinə edilən tər­cümələrdə də “ayə” sözü – “misra”, “ayə”, “nəzm” kimi verilmişdir. Bəs onda mən niyə həmin şərəfli ayəni (27. 1) belə fərqli tərcümə etmişəm? Çün­ki bu ayənin əvvəlindəki başlanğıc hərflər, sadəcə, ayə (“Qu­ra­nın bütöv bir fikri açıqlayan vahidi”) mənasında deyil, surənin ba­şın­da əks olunmuş ecazkar bir kod, şifr, Quranın mühafizə olun­ma­sının dəlili və Allahın hey­rətamiz riyazi möcüzəsidir ki, Föv­qəl­uca Rəbb, vaxt çatdıqca və ya Qiyamət yaxınlaşdıqca, onu in­san­lara bir daha xatırladır və bu, Qiyamət başlaya­nadək də belə ola­caqdır. Tərcü­məçilərin əksəriyyəti “ayə” sözünün sino­nim­lə­rin­dən xəbərdar olmalarına baxmayaraq, demək olar ki, hamısı onu “Quranın ayə­si” (“Quranın bütöv bir fikri açıqlayan vahidi”) ki­mi çevirmiş, istilahın digər mə­na­larını nəzərə qətiyyən al­ma­mış­lar. Halbuki bu, (27.1) ayədə tərcümə: “Allahın Aydın Kitabı – Qu­ranın mühafizə­sinin dəlilidir” kimi çevril­səydi həqiqətə daha ya­xın olar­dı. Ən doğrusunu bilən yalnız Allah­dır.
Bundan əvvəlki cilidləri (I-IV) əldə edən oxucularımızın bəzilərinin bir na­­ra­zılığı da on­dan ibarət idi ki, ayələrin şərhlərinin mətni da­xi­lin­də ve­rilən bir sıra digər ayələr Azərbaycan dilinə tam tərcümə edil­mir. Bu, əlbəttə ki, tərcüməçi üçün ciddi tən­qiddir. Lakin belə id­di­a­la­rın dox­san doqquz faizi mənim tərcüməmlə bağlı olma­yan sə­bəb­lər­dən qi­dalanmışdır. Belə ki, şərhin mətnində istifadə edi­lən Quran ayə­ləri, adə­tən, verilmiş təfsir mətnində fraqmentar məq­səd daşı­dı­ğı üçün on­lar müəllifin özü tərəfindən fraqment ha­lında – tamın bir par­çası ki­mi istifadə edil­diyinə görə, qismən əks olunmuşdur ki, bu da, bir tə­rəfdən diqqətli, digər tərəfdən isə, müəllifin məqsədindən xə­bərsiz olan oxucunu yanıldır. Tər­cü­məçi isə, bu halda ayəni bütöv ver­mək məq­sədi güdmədiyi üçün onun ancaq orijinal mətndə verilmiş bir par­çasını çe­virir və bu, nor­mal qaydadır. Yal­nız verilən parça çevrilir. “Proble­min” mahiy­yəti isə, ya mü­əl­li­fin, ya da naşirlərin həmin ayələri fraq­men­tar kimi gös­tər­mə for­ma­sından (üç nöqtədən) istifadə etməmələri ilə bağ­lı olur.
İzah etmək istədiyim digər bir məsələ: (26. 119) “Biz onu və onunla birlik­də olanları dolu gəmi ilə xilas etdik”” ayəsində الْفُلْكِ (əl-fulki) –“gəmi” sözü ilə əlaqədardır. Rus mətnində bu söz «ков­чег» kimi verilmiş­dir ki, bu da bütün hal­larda çe­vi­ril­dik­də, han­sı mənaları versə də (məs: “yeşik”, “qutu”, "tabut", “mücri” və s.), heç vəch­lə ərəb dilindəki “gəmi” (əl-fulki) sözünün mənasına yaxın belə gəl­mir. Mən onu ərəb əslinin məna­sına uyğun olaraq “gəmi” ki­mi tər­cümə etmiş və ayədə də məhz bu ifadəni iş­lətmişəm[7]. Ma­­raqlı məqam ondadır ki, ərəbcədən rus dilinə tərcümə edən onu, yəni, “gəmi” sözünü, xristian ənənəsinə uyğun olaraq «ков­чег» kimi vermişdir. Azərbaycan dilində isə ənənəvi söz - “Nu­hun gəmisi” ifadəsi olmuşdur.
Digər məsələ - Təfsirdə bütün hallarda Fövqəluca Allahın adı şəxs əvəz­likləri ilə ifadə olunduqda, üçüncü şəxs əvəzliyi və onun törəmələri böyük “O” hərfi ilə və müvafiq digər formalarla (Ona, Onu, Onun və s.) işarə edilmiş və “O” işarəsindən sonra Fövqəlucanın şənini ucaldan “Pak və Müqəddəs” mədhiy­yəsi verilmişdir.
 Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq aşağıdakı ayədəki bir ifadəni açıqlamaq yerinə düşərdi. Ayənin ərəb mətnində ﮅ ﮆ ﮇ ﮈ işlədilən[8]: جَنَاحَكَ sözü Azərbaycan dilində istifadə etdiyimiz “cınaq” (“Kü­rək­­­lə döş qəfəsini bir­ləşdirən sümük”) sözünə daha çox uyğun ol­du­ğu üçün ayənin tərcü­mə­sində on­dan istifadə etdim. Amma ana dilimizdə olan Quran tərcümə­lərində həmin söz “qanad” kimi tərcümə olunmuşdur. Məlum məsələdir ki, insanın qa­nadı ol­mur. Quran isə şərəfli Peyğəmbərimiz Muhəmmədə (s.ə.s.) na­zil edildiyi üçün, bu ifa­də tərzinin dilimiz üçün səciyyəvi olmaması aydın görünməkdədır. Məcazi məna daşı­yan “qanadını əy, endir və s.” ifadəsi (rus dilində: «склони кры­ло»), ümu­miy­yət­lə qəbul edil­məyə layiq sayıla bilməz və əgər adekvat çevril­səydi, “hi­ma­yə et”, “himayənə götür”, “mərhəmət göstər” və s. sözlər kimi ve­ri­lə bilərdi. Lakin tə­əs­süflər olsun ki, ana dilimi­zin incəliklərinə, zən­gin söz xəzinəsinə məhz diq­qətsiz yanaşma hallarında müasir tər­cümə­çilərimiz, misilsiz Quran ayələrini müm­kün olan tərzdə de­­yil, müəyyən qəliblərdən çıxmağa ehtiyat edərək, çevir­məyə me­yil göstə­rirlər.
Quranın tər­cüməsi iman sahibləri üçün müqəddəs bir işə bə­­rabərdir. Onun dilimizə tər­cüməsində tələskənliyə, başısov­du­lu­­­ğa yol vermək və dünyəvi məqsədlərə qapan­maq olmaz! Əlbəttə, müasir di­limizə bu günədək tər­cümə edilmiş Quran çevirilə­rində buna bən­zər hallar heç də nadir deyil. Lakin mənim buradakı ifadəyə diq­qət yetirməyim yalnız bir nümunə timsalındadır və digər tər­cü­mələr haqqında əsaslı rəy bildirmək məqsədi daşımır. Bu gün ar­tıq Azərbaycanımızın müsəlman oxucu­suna Quranın, zəngin lü­ğət fonduna, səlis ifadə vasitələ­rinə malik müasir Azərbaycan di­lində çatdırılmasına zəruri zəmin mövcuddur. Səlahiyyətli in­san­­larımızın buna can atması Fövqəluca Allahın bəyəndiyi bir əməl olardı.
Bir kiçik nümunə üzərində də dayanaq. Ən-Nəml surəsinin 36-cı ayəsi Ə. Musayevin tərcüməsində belə verilmişdir: Elçilər Sü­leymanın ya­nına gəldik­də o dedi: “Siz mənə mal-dövlətləmi yar­dım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən da­ha yaxşı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəhlə­nir­siniz”.
 Ərəb mətni:
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
 E.Quliyevin rus dilinə tərcüməsi belədir:
«…То, что даровал мне Аллах, лучше того, что Он да­ровал вам. Нет, это вы радуетесь преподнесенным вам да­рам və bu tər­cü­mə Quran əslinə uyğundur. Oxucu burada asan­lıqla görür ki, “Allahın sizə verdiyi” ilə “sizin (peyğəmbərə) ver­diyiniz” ifadələri arasındakı fərq ki­fayət qədərdir. Z. Bün­yad­ov və V.Məmmədəliyevin tərcüməsində də ifadə “Allahın...sizə ver­diyi...” kimidir, yəni, ayənin mənası düzgün çevrilmişdir. Bü­tün bu araşdırmaları, dəqiqləşdir­mə­ləri nəzərə alaraq və ayənin əsil mənasını mümkün qədər orijinala (imkanımız daxi­lində) yaxınlaşdırmağa cəhd göstərərək, onu rus dilindən Ana dilimizə belə çevirmişəm:
(27. 36) “Onlar Süleymanın yanına gəldikdə, o dedi: “Doğ­ru­dan­mı siz mənə var-dövlətlə kömək edə bilərsiniz? Al­la­hın mənə bağış­la­dığı Onun sizə bağışladığından daha yax­şı­dır. Lakin sizə bağışlanan hədiy­yələrinizlə ancaq özünüz fərəh­lə­nirsi­niz”.
Diqqətli oxucu başa düşür ki, Əbdürrəhman əs-Sədinin bu də­yərli Quran Təfsi­rindən Quranın müxtəlif ayələrinin tər­cü­mə­sinə yönəltdiyim bu açıqlama­ların yeganə məqsədi, bu Təfsirin tər­cüməsində öz əksini göstərən hər hansı, ilk nəzərdə, yan­lışlıq ki­mi başa düşülə bilinəcək məqamları önləmək mümkün olsun və Təfsirin dəyə­ri­nə, azca da olsa, xələl gətirilməsinə yol verilməsin. Müsəl­man qar­daş­larımızın xeyli bir kə­simi həm ərəb, həm rus və həm də öz Ana dilini – lətafətli və şərafətli Azərbaycan dilini gözəl bi­lirlər və on­lar bu təfsiri müqayisəli tərzdə oxumaq istə­dikdə, gös­tər­diyim mə­na fərqlə­rindən öncədən agah ola bilsinlər deyə, bu ön sö­züm­də belə izahlar verməyi məqsədəuyğun sayıram. Gü­man edirəm ki, bu qeyd­lər möhtərəm oxucuya başağrısı olmaz. Lakin, öz fərq­li rəyini bildirmək istəyən­lərin mesajlarını – isma­rış­larını öz elek­tron poçtumda məmnuniy­yətlə oxumaq niyyətin­dəyəm. Yan­lış­lıq­larla bağlı qeyd etdiklərimə bu əsərin birinci cil­dinin nəşrində yol verilmiş səhvləri də ayrıca əlavə etməyi lazım bildim, çünki məhz birinci cildi əldə etmiş oxucuların beşinci cildin ön sözündə ol­sa da, bu yanlış­lıqların düzəlişini əldə etmək haqqı var:


Birinci ciliddə gedən yanlışlıqlar:
Ayələrin
əsli və ya tərcü­mə­si
Surə
Ayə
Əsli və ya tər­cü­­məsi
M Ə Z M U N
Getmişdir:
2
26
(9-12)?
Əsli
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ




(Bəqərə surəsinin təkcə bir 26-cı ayəsinin ye­rinə dörd (9-12) ayə düşmüşdür ki, bu­nu tərcüməçi nə səh­vən, nə də bilmə­məz­li­yi üzündən edə bil­məz­­di, çünki elemen­tar say anlayışı buna yol ver­­məz­di. Onu tex­niki yanlışlıq adlandırmaq da müm­­kün de­yil, çünki maddi-fiziki baxımdan bu­na əsas ol­mayıb. Mən bu səhvi qeyri-adi hal­la­­ra aid etmək məc­­bu­riyyətindəyəm. Bu səh­vin və bu­na bənzər yan­lışlıqların səbə­bi­ni yalnız Föv­qəl­uca Allah bi­lər. Həmd ol­sun Fövqəl­qüd­rət­li Rəb­bə! F.S.
Olmalıdır:
2
26
Əsli
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
Getmişdir:
2
27
Əsli
ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ
Olmalıdır:




ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ
Getmişdir:
2
140
Tərcümə
(140) “Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun öv­ladının (nəslinin) yəhudi və ya xaç­pə­rəst olduqlarını iddia edirsiniz? Allah sizin nə et­dikləri­nizdən xəbərsiz deyildir”.
Olmalıdır:







(140)“Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun öv­ladının (nəslinin) yəhudi və ya xaç­pə­rəst olduqlarını iddia edirsiniz? “De: “Siz daha yax­şı bilirsiniz və ya Allah? Allahın onlarda olan dəlillərini gizlədəndən də zalım kim ola bi­lər?” Allah sizin nə etdiklərinizdən xəbərsiz de­yil­dir”.
Getmişdir:
2
148
Tərcümə
(148)“(Ya Rəsulum!)Hər hansı bir yerə get­dik­də, (na­­maz vaxtı) üzünü Məscidülhərama (Kə-bə­yə) tə­rəf çe­vir! Çünki Rəbbin tərəfindən gös­tə­rilən bu qib­lə haq­dır.Allah gördüyünüz iş­lər­dən xəbərsiz de­yil­dir”.
Olmalıdır:



148. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yax­şı işlər gör­mək­də bir-biri­nizlə yarışın. Hara­da olur­su­nuz olun Allah sizin ha­mı­nızı bir yerə topla­ya­caq­dır. Şüb­həsiz ki, Allah hər şeyə qa­dirdir.
Getmişdir
2
169
Tərcümə
(169) “O sizə pis və iyrənc işlər görməyi və Allah qarşı...”
Olmalıdır



(169) O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı...
Getmişdir
2
181
Tərcümə
(181)“(Ölənin vəsiyyətini) eşitdikdən sanra onu dəyişənlər
Olmalıdır



(181)“(Ölənin vəsiyyətini) eşitdikdən sonra onu də­yişənlər
Getmişdir
2
195



Olmalıdır

2

195

Əsli
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ
Getmişdir
2
204


Olmalıdır
2
204
Əsli
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
Getmişdir
2
213
Tərcümə
... Onların ixtilafda ol­duq­ları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi...

Olmalıdır

2

213

...Onların ixtilafda ol­duq­ları həqiqətə Onun izni (iradəsi) ilə iman gətirənləri isə Allah doğru yo­la yönəltdi...
Getmişdir
3
7
Tərcümə
“(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əs­li­ni, əsasını təşkil edən) möhkəm (mənası ay­dın, hökmü bəlli), digər qismi isə mütəşabih (çə­tin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəl­­li olmayan) ayələrdir...”(Z.Bünyadov və V.Məm­mədəliyevin tərcüməsindən iqtibasdır).
Olmalıdır
3
7

“Kitabı sənə nazil edən Odur. Onun ayələrinin bir hissəsi mükəmməldir və onlar Kitabın ana­sı­dır. Digər hissə isə mütəşabehdir. Qəlbində xəs­tə­lik olanlar, fitnəkarlar, yanlış təvil edənlər mü­­tə­şa­beh­lərin ardınca düşərlər...” (Mənim tər­cü­­məm).
Getmişdir
3
14
Əsli
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮯﮰﮱﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ
(qalın şriftlərlə yazılmış iki sözün ara­sında وَالْخَيْلِ sözü yazılmamışdır).
Olmalıdır
3
14
əsli
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنٖينَ وَالْقَنَاطٖيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْاَنْعَامِ وَالْحَرْثِ ذٰلِكَ مَتَاعُ الْحَيٰوةِ الدُّنْيَا وَاللّٰهُ عِنْدَهُ حُسْنُ الْمَاٰبِ
Getmişdir
3
19
Tərcümə
Fraqment:“...həsəd üzündən itilafa düş­dü­lər...”
Olmalıdır



Fraqment:“...həsəd üzündən ixtilafa düş­dü­lər...”
Getmişdir
3
35
Şərhin
5-ci sətirində
…O, Allah dua edərək,…
Olmalıdır



…O, Allaha dua edərək,…
Getmişdir
3
58
Tərcümə
“(Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qurandan Cəbrail vasitəsilə) sənə öyrədirik”.
Olmalıdır


Tərcümə
“Bunlar sənə oxuduğumuz ayələrdən və Hikmətli Zikrdəndir”.
Getmişdir
3
132
Şərhdə:
Aşağıdan səhifə 408, 10-cu sıra
...pis əməllərdən çəkinənlərə, zəkat verənlədə, ayələrimizə iman gətirənlərə...
Olmalıdır



...pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə...
Getmişdir
3
137
Tərcümə
Fraqment: “(Ey müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keç­miş­dir...”

Olmalıdır



Fraqment: “Sizdən öncə də neçə-neçə şəriətlər gəlib keçmişdir...”

Getmişdir

3

183

Tərcümə
Fraqment: “...: “Allah biz­dən əhd almışdı ki, heç bir elçiyə, onun yan­dıracağı bir qur­ban gə­tir­məyincə inan­ma­yaq...”.

Olmalıdır



Fraqment: “...: “Allah biz­dən əhd almışdı ki, heç bir elçiyə, odun yan­dıracağı bir qur­ban gə­tir­məyincə inan­ma­yaq...”.
Getmişdir
3
188
Əsli
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ
Olmalıdır



ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ
Getmişdir
4
44
Tərcümə
(44) (“Ya Rəsulum!) Məgər sən kitabdan (Töv­rat­dan) bir pay verilmiş oənları görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yol­dan azmanızı istəyirlər?”
Olmalıdır



(44) “Kitabdan özlərinə pay ve­rilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan az­dır­maq istə­yir­lər?”
Getmişdir
4
92
Tərcümə
(92) “Heç bir möminə başqa bir mömini öl­dür­mək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) ol­duq­­da müstəsnadır. Hər kəs bir mömini səhvən öl­dürərsə, o zaman o, mömin bir qul azad et­mə­li və öldü­rül­müş şəxsin ailəsi qanbahasını sə­də­qə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin va­rislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öl­dürülən şəxsin özü) mömin olduğu hal­da, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mömin bir qul azad etməlidir”.
Olmalıdır



(92) “Möminə mömini öldürmək, səhvən tö­rə­dil­məsi istisna edilməklə, yaraşan iş deyil. Mö­mi­ni səhvən öldürənin kimliyindən ası­lı olma­ya­raq, o, mömin bir qul azad etməli və qətl edi­lə­nin ailəsinə qanbahası ödəməlidir. Onların ödən­ci bağışlaması istisnadır. Əgər mömin sizə düş­mənçilik edən qəbilədəndirsə, onda bir mö­min qul azad etmək lazımdır. Əgər qətl edilən si­zinlə müqaviləsi olan xalqa məxsusdursa, on­da onun ailəsinə qanbahası verilməli və bir mö­min qul azad edilməlidir. Kim bunu edə bil­mə­sə, onda o, Allah qarşısında tövbə edərək iki ay ərzində fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Müd­rikdir”.
Getmişdir
4
125
Tərcümə
(125) “Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən...”
Olmalıdır



(125) “Yaxşı əməl sahibi olan – özünü Allaha təslim edən...”
Qeyd: Oxucu nəzərə almalıdır ki, bu yanlışlıqların aşkar edildiyi birinci cilddə Azər­bay­can dilində verdiyim ayələrin mətni Z.Bünyadov və V.Məmmədəliyevin tər­cü­mə­sin­dən əxz edilmişdi. F.S.

Bundan başqa, mən əziz və möhtərəm oxucularımın nə­zə­ri­nə, əvvəllər qeyd etməyi planlaşdırmadığım bir özəlliyi də, bu­ra­da əks etdirmək istəyirəm. Bu, Səədi Təfsirinin tərcüməsi ge­di­şin­də bir sıra qeyri-adi halları müşahidə etmə­yim­dir. Bir-neçə belə qə­ribəliklər qeydə almışam. Lakin onlardan ancaq bir nümunə gös­tərməyə cəsarət göstərirəm.
Bismillah!
Allahın adı ilə!
Əsərin dördüncü cildinin materiallarını tərcümə etməklə məş­ğul idim. (Prosesin mahiyyətini yaxşı təsəvvür etmək üçün mən öz iş üslubumun bəzi incəliklərini bu başdan sizə açıqlamalıyam). Belə ki, tər­cümə zamanı əvvəlcə ayənin rus mətnini Azərbaycan dilinə çe­vi­rir, sonra onun standart yazılmış hazır ərəb mətnini kəsib gö­tü­rə­rək, tərcüməyə əlavə edir və daha sonra həmin ayənin şərhini tər­cümə etməyə başlayıram. Təbii ki, bu zaman ərəb əsli ilə rus di­lindən çevirdiyim mətni ilk növbədə müqayisə edir və tər­cü­məm­də ola biləcək uyğunsuzluqları aradan qaldırıram. Artıq is­ti­fa­də etdiyim ərəb mətnlərini xüsusi rənglə boyayıram ki, onu səh­­­vən bir də götürməyim. Beləliklə, gəlib Ta-Ha surəsinin 89-cu ayə­­sinə çatmış­dım. Yuxarıda göstərdiyim qaydada tərcümə əmə­liy­­yatını apardıqdan sonra, bilgi­sayarımın displeyinin sağ tə­rə­fin­də yerləşdir­diyim Quran ayələrinin mənə lazım olanını, yəni tər­cü­­mə etdiyim Ta-Ha surəsinin 89-cu ayəsinin hazır standart ərəb mət­­nini götürüb, Azərbaycan dilinə tərcümə etdiyim mətnin üs­tün­­də yerləşdir­dim. Lakin mətnlərin bir-birinə uyğun olmadığını, yə­ni, əlavə etmək istədiyim ərəb mətninin məzmunca çevirdiyim mət­­nə heç uyğun olmadığını gördüm. Oxu­cunun bu prosesi daha ay­­dın təsəvvür etməsi üçün bir daha qeyd edim ki, mən ərəb mətn­­lərini istifadə etdikcə, onları rəngləyirəm. Bu minvalla, Ta-Ha surəsinin 89-cu ayəsinə qədər bütün əvvəlki ayələr (yəni, 88-ci ayə də daxil edilməklə) yaşıl rəngə boyanmışdı. Rus dilindən çe­vir­­diyim müvafiq ayənin yan­lış­lığına heç bir ehtimal yox idi və bu şübhəsiz bir faktdı. Onda mən düşündüm ki, bu, standart ərəb mət­­nində olan yanlışlıq ola bilər. Lakin ayənin sıra nömrəsinə diq­­qət yetir­dikdə, gördüm ki, bu 89-cu ayə deyil, 39-cu ayədir və özü də Məryəm surəsinə aiddir. Bəli, bu, elə buraya qədər də müm­­künsüz bir hal idi! Məryəm surəsinin 39-cu ayəsi Ta-Ha su­rə­­sinin 89-cu ayəsinin yerinə hansı “texniki” səbəblərdən gəlib dü­şə bilərdi?! Bu yazını oxuyan Oxucu nəzərə alsın ki, Məryəm su­rəsinin 39-cu ayəsi yuxarıdan Ta-Ha surəsinin 88-ci və aşağıdan 90-ci ayələri ilə əhatə edil­mişdir! Burada görmə qabiliyyəti ilə bağ­lı yanılma da ola bilməzdi, çünki görmə qabiliyyətim kifayət qə­dər normaldır. Bu qeyri-adi səhvə baxma­yaraq, məni dü­şün­dü­rən tərcüməmi davam etdirmək idi və buna görə mənə 89-cu ayə­nin hara düşdüyünü tapmaq və işi davam etdirmək lazım idi. Açı­ğını desək, yadda­şım baxımından, mən fəxr edə bilmərəm və bu 39-cu ayənin məhz Məryəm surəsinə aid olduğunu sonradan, bu nömrəli ayələri bütün surələr arasında axtardıqdan sonra aş­kar etmişdim. Rast gəldiyim bütün qeyri-adi halların hamı­sını müx­təlif rənglərə boyayır və saxlayırdım ki, sonradan çaşqınlıq ya­ranmasın. Bir də təkrar edirəm ki, bu başağrıdıcı və həyəcanlı ax­tarış gedişatında əsas məq­sədim – 20-ci surənin (Ta-Ha) 89-cu ayə­sini tapıb, işimi tezliklə davam etdirmək idi. Ayənin Məryəm su­rəsindəki 39-cu ayə olduğunu gör­dükdə bir qədər rahatlandım.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

Lakin bununla iş bitmirdi. 39-cu ayənin hansı surəyə aid ol­du­ğunu aşkar etdikdən sonra, 89-cu ayəni tapmalı və tər­cü­mə­mi da­vam etdirməli idim. Bu məqsədlə yenə Ta-Ha surəsinə qa­yı­dıb, “itən” ayə barədə düşünürdüm. Bu dəfə məni həqiqi bir sür­priz göz­ləyirdi (“möcüzə” deməyə dilim gəlmir) – axtardığım 89-cu ayə Ta-Ha surəsinin 88-ci və 90-cı ayələrinin arasında öz ye­ri­nə “qa­yıtmışdı” (və ya “qoyulmuşdu”)! Məsələ orasındadır ki, mən yan­lışlıqları görən anda, 89-un yerinə keçmiş 39-cu ayəyə aş­kar et­diyim anındaca qeyd yazmış, tarixini, saatını, dəqiqə və sa­ni­yə­si­ni də qoymuşdum. Bu qeydlərim öz yerindəydi, lakin ayə 89-cu ayə­yə çevrilmişdi. Bu hal baş verdikdə, mən yalnız Föv­qəl­uca və Föv­qəlqüdrətli Allaha həmd etdim və işimi davam et­dir­dim. Gördüyünüz kimi, mən o anda çıxardığım nəticələr haq­qın­da burada yazmağı məqsədəuyğun saymı­ram. Hər bir oxucu özü dü­şünməli və bu onu Fövqəluca Allahın Fövqəlqüdrət Sahibi ol­ma­sı və Öz mərhəmətini istədiyi insanlara göstərə bilməsi fik­rin­də sabitqədəm etməlidir.
Həmd olsun Allaha ki, hər şeyi bilir, görür, eşidirida­rə edir!
Möhtərəm oxucular!
Siz özünüz də əmin ola bilərsiniz ki, Məryəm surəsinin 39-cu ayəsində Allahın insanlara xəbərdarlıq hökmü öz əksini tap­mış­dır. Burada da gəldiyim nəticəni açıqlamaq istəmirəm. La­kin möh­tərəm oxucularıma onu deyə bilərəm ki, həmin gündən Səə­di Təf­sirinin tərcüməsi üzərində çalışmağa, bir an da belə ol­sun, Al­la­hın adını yad etmədən və dəstəmazsız yaxın düşmürəm və bunu, müsəlman tərcüməçisinin mühüm İslam əsərlərləri üzə­rin­də çalışarkən, özü üçün vacib bir qaydaya çevirməsini zəruri sa­yıram. Axı yaxşı bilirik ki, bizdən əvvəlkilər və bizdən qat-qat və müqayisəsiz dərəcədə üstün olanlar həmişə belə ediblər və bu­nun­la da Fövqəluca Allahın Müdrik Qayğısını öz üzərlərində dai­ma hiss ediblər. Dəstəmaz haqqında bu qeydim müsəlman bacı və qardaşlara bir tövsi­yə səciyyəsi daşıyır.
Bununla əlaqədar Kəramətli Qurandan bir hikmətli kə­lamı yada salıram: “Allahın izni olmadan ağacdan bir yarpaq belə düş­­məz!”
Bu ayəni açıqlamaq olardı. Amma hesab edirəm ki, bunu dü­şüncəli oxucu­ların özlərinin araşdırması daha əfzəldir.
Mən bu ön sözümü daha ətraflı yaza və bir sıra mühüm mə­sələləri bura­daca öncədən nəzərinizə çatdıra bilərdim. Lakin bun­­dansa, əvvəlki ayrı-ayrı cilidlərə yazdığım “ön sözləri”ni bö­yük dəyişikliyə uğratmadan, kiçik təshihlərlə və bir sıra görkəmli və məhşur alimlərin əsərin başqa dillərdə nəşri üçün yaz­dıqları təq­­dimatları (müqəddimələri) bu ciliddə təkrar vermək daha məq­sə­­də­uy­ğun olardı. Çünki cilidlərin hər biri müxtəlif vaxtlarda ayrı-ayrılıqda nəşr olunduğuna görə onların (I-IV c.c.) haq­qın­­da əsaslı mülahizələrim və izahlarım, əsasən, öncəki ön söz­lə­rim­­də öz əksini tapmışdır.
Bu, V cilddə (III-IV cilidlərdə olduğu kimi) bütün ayələri rus dilindən Azərbaycan dilinə özüm tərcümə etmişəm.
Müvəffəqiyyət Fövqəluca Allahdandır!
Həmd olsun Allaha – aləmlərin Fövqəluca Rəbbinə!

Təfsirin Azərbaycan dilinə
tərcüməçisi F.S.Qurbanov (Fərahim Sələfi)

25 avqust 2010 - cu il.




[1]Dibnot” – səhifə xətinin altında yazılan izahları belə adlandırmağı məqsədəuyğun sa­­yıram. F.S.
[2] Peyğəmbərin (s.ə.s.) zövcələri nəzərdə tutulur. F.S.
[3] Öz yaxın müsəlman qadınları nəzərdə tutulur. F.S.
[4] Cariyələr və kölə qadınlar nəzərdə tutulur. F.S.
[5] Həmin şəxslərin qarşısına örtünmədən - hicabsız çıxmaq nəzərdə tutulur. F.S.
[6] Və ya möcüzələridir. F.S.
[7] Araşdırmanı “Hasenat 4.0” elektron proqramının əsasında həyata keçirmişəm. F.S.
[8] (26. 215) “Ardınca gələn möminlərə cınağını yaxınlaşdır”. F.S.

Комментариев нет:

Отправить комментарий