среда, 2 мая 2012 г.

39. ƏZ-ZÜMƏR SURƏSİNİN ŞƏRHİ

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ

(39. 1) “Kitab Fövqəlqüdrətli, Müdrik Allahdan nazil ed­il­mişdir”.

Fövqəluca Öz qullarına Kəramətli Quranın əzəməti və onu bəyan və nazil Edənin fövqəlqüdrəti haqqında xəbər verir. Onu bəyan və Naziledən isə Fövqəluca Allahdır ki, Onun gözəl Föv­qəl­qüdrətli, Müdrik adları vardır. Yalnız O (Pak və Müqəd­dəs) pərəstiş olunmağa və ibadət edilməyə layiqdir, çünki yalnız O (Pak və Müqəddəs) ən kamil məziyyətlərə malikdir. Öz föv­qəl­qüdrəti sayəsində O (Pak və Müqəddəs), Kainatı idarə edir, Özü­nün müdrikliyi sayəsində isə O (Pak və Müqəddəs) xəlq edir və ən mükəmməl qanunlar yaradır.
Mübarək Quran gözəl sifətlərə malik olan Allahın Sözü­dür. Danışmaq qabiliyyəti də Onun ilahi keyfiyyətlərindən biri­dir və Fövqəluca Allahın bütün sifətləri nöqsansız və bən­zərsiz olduğuna görə, Mübarək Quran da nöqsansız və bənzəri olma­yan bir Kitabdır. Təkcə bu, sonuncu Səmavi Vəhyin kamil­liyini və əzəmətini təsdiqləməyə kifayət edən bir dəlildir.

 ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(39. 2) “Həqiqətən, Biz Kitabı sənə haqq ilə nazil etmişik. Onun dininə səmimi olmaqla Allaha ibadət et!”

Fövqəluca bundan öncəki ayədə buyurduğu ilə kifayətlən­məyərək, Mübarək Quranın əzəmətini sübut edən daha bir dəlil gətirir. Bu, Allahın Sonuncu Elçisi Muhəmmədin (ona Allahın sa­lavatı və salamı olsun!) peyğəmbərliyidir. O (s.ə.s.) – insanların ən yaxşısıydı və bu o demək idi ki, ona (s.ə.s.) nazil edilən Kitab bütün Kitabların ən yaxşısı olmalıydı. O – haqdan ibarətdir və Haqq xatirinə nazil edilmişdir. Heç bir şey insanları onun doğ­ruluğuna və səhihliyinə şübhə etməyə vəsilə olmaq gücünə malik deyildir, çünki o, insanları cahillik zülmətindən haqqın nuruna doğru yö­nəldir, onlara gerçək hekayətlər və ədalətli qanunlar öy­rədir. Möv­cud olan bütün varlıqlar Şərəfli Quranın yer üzündə ən böyük həqiqət olduğuna dəlalət edir və insanın bilməli ol­du­ğu ən mühüm məsələlərin hamısını əhatə edir. Qurana zidd olan kitablara və rəvayətlərə gəldikdə isə, onlar yalan və azğınlıqdır.
Beləliklə, bu Kitabda nazil edilən və bu Kitabın nazil edil­məsinin və həmçinin bu Kitabı bəşəriyyətə gətirən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gəlişinin məqsədi olan Haqq, Allahın Öz qullarına bəslə­diyi böyük mərhəmətin dəlili­dir. Bu, hər bir insana öz Rəbbinə şükür etməyi və təkcə Ona sə­mimiyyətlə ibadət etməyi zəruri­ləşdirir. Məhz buna görə Föv­qəluca Allah buyurur: “Allahın di­ninə qəlbən və cismən etiqad et ki, yalnız Onun lütüfkarlığını qazana biləsən. İslam əhkamlarını yerinə yetir, haqq əqidəyə etiqad et və mənfəət güdmək məqsə­dilə deyil, yalnız Onun xati­rinə xeyirxah işlər gör”.

 ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

(39. 3) “Həqiqətən, xalis iman yalnız tək Allaha aid edilə bilər. Başqalarını Onun yerinə özlərinə hami və köməkçi götü­rənlər deyirlər: “Biz onlara ibadət edirik ki, bizi Allaha daha da yaxın­laşdırsınlar". Allah onların nəyə görə ixtilaf etdikləri ba­rədə hökmünü verə­cək­dir. Həqiqətən, Allah yalan danı­şan­ları və iman gətirmə­yənləri doğru yolla aparmır”.

Yalnız Allaha səmimi iman gətirmək olar. O (Pak və Mü­qəd­dəs), bu sözlərlə təkcə Ona səmimiyyətlə ibadət etməyin xü­susi əhəmiyyət kəsb etdiyini vurğulayır. Rəbb ən mükəmməl və kamil sifətlərə malikdir və Öz qullarına hərtərəfli lütüfkarlıq gös­tərir və buna görə Ona iman gətirmək səmimi və pak olmalı­dır. Belə bir iman nöqsanlar və çatışmazlıqlarla bir araya sığış­maz, çünki Allah onu Özü və sadiq məxluqları üçün seçmişdir. İn­san­lar Onun iradəsinə itaət etməli, tək Ona pərəstiş göstərməli, Ona məhəbbətlə, qorxu və ümidlə ibadət etməli və həmçinin bütün xeyirxah əməllərində yardım üçün Ona dua etməlidirlər.
Məhz belə din insanların qəlbini təmizləməyə və rövnəq­ləndirməyə qadirdir, çünki ona etiqad edən insan Allaha şərik qoşmur və Ondan başqa heç kimə ibadət etmir. Allaha şərik qo­şan müşriklərin dininə gəldikdə isə, onun xalis din ilə heç bir əla­qəsi yoxdur, çünki O (Pak və Müqəddəs), şəriklərə hamıdan daha çox Möhtacolmayandır. Müşriklik insan qəlblərini və ürəklərini məhv edir və adamları yer üzündəki həyatda və ölümdən sonra əbədi əzab-əziyyətə məhkum edir. Buna görə də Allah əvvəlcə qullarına əmr edir ki, tövhid dininə etiqad etsinlər. Sonra da on­lara, yalançı ilahlar uyduraraq, məxluqlara ibadət etməyi haram buyurur.
Bu qadağanı pozan insanlar alçaldılmış və mənfur olun­muş­lardır. Onlar aciz məxluqlara ibadət edir, onlara yardım üçün yalvarır və sonra da davranışlarına bəraət qazandırmağa сəhd göstərərək, deyirlər: “Biz onlardan xahiş edirik ki, yalnız duala­rımızı Allaha çatdırsınlar və Onun qarşısında bizə şəfaət diləsin­lər. Biz onların özlərindən heç nə istəmirik, çünki onların ya­rat­mağa, ruzi verməyə qadir olmadıqlarını, Kainatda baş verən­lə­ri idarə etməyə qabil olmadıqlarını bilirik”.
Bu müşriklər Rəbbə səmimi qulluq etməkdən boyun qa­çı­rır­lar və ən böyük günahlar törətməyə cəsarət göstərirlər. Onlar Allaha şəriklər qoşur, aciz qulları Fövqəlqüdrətli və Müqayisə­olun­maz Hökmdarla bərabər tuturlar. Onlar özlərinin xəstə tə­səvvürləri üzündən elə zənn edirlər ki, Fövqəluca Allah da zalım hökmdarlara bənzərdir. Axı adlı-sanlı zadəganlar, yaxın təəssüb­keş­lər və ya hörmət-izzət sahibi olan vəzirlər öz hökmdarlarının lütüfkarlıq göstərməsini diləmədən, rəiyyətin xahişləri qəbul ol­un­­murdu. Bu, ən dəhşətli və ən yaramaz bir müqayisə idi, çünki Xaliq Öz yaratdıqlarına oxşadıla bilməz. Bunun lehinə ağıl, təh­təlşüur və çoxsaylı naslar dəlalət etməkdədir. İmperatorlar və hökmdarlar yaxınları olan vasitəçilərin və havadarların sözlərinə qulaq asırdılar, çünki onlar özləri təbəələrinin vəziyyətindən xə­bərdar olmurdular və onlara heç bir rəhm hissi bəsləmir, hal­la­rına acımırdılar. Onların öz vəzirlərinin və adlı-sanlı zadəgan­la­rının sözlərinə qulaq asmalarının səbəbi, sonuncuların sözləri­nin onların ürəklərində mərhəmət və rəhm hissi oyatması ilə bağlı idi. Bundan başqa, hakimlər, adətən, zadəganların narazılı­ğından ehtiyat etdikləri üçün onların xahişlərini yerinə yetirirlər. Lakin bununla belə, onlar, sadəcə, öləsi insanlardır, kasıblıqdan və di­lən­çi halına düşməkdən qorxurlar və buna görə bütün xa­hişləri yerinə yetirə bilmirlər.
Lakin onlardan fərqli olaraq Fövqəluca Rəbb bütün aşkar və qeybə məxsus olan hər şeyi bilir. O (Pak və Müqəddəs), Ona qulla­rının vəziyyəti və ehtiyacları haqqında xəbər verəcək məs­ləhətçilərə möhtac deyil. O (Pak və Müqəddəs), Mərhəmətli və Səxavərli Hökm­dardır və buna görə də Onun insanlara lütüfkar­lıq göstər­mə­sinə vasitəçilik və havadarlıq edənlərə ehtiyacı yox­dur. Bundan başqa, Fövqəluca Allah qullarına onların özlərindən və valideyn­lərindən də daha çox mərhəmətlidir. O (Pak və Mü­qəd­dəs) onları Onun mərhəmətinə layiq olmalarına imkan verən xe­yirxah işlər görməyə çağırır. O (Pak və Müqəd­dəs) insanlar üçün onların özləri üçün arzuladıqlarından daha çox xeyirxahlıq­lar arzulayır.
Allah zəngindir və heç nəyə möhtac deyil. Onun var-döv­ləti o qədər kamildir ki, əgər O (Pak və Müqəd­dəs), Öz məx­luq­la­rının hamısının istəklərini yerinə yetirsə də və onları arzu et­dik­ləri hər şeylə təmin etsə də, Onun mülkü bundan qətiyyən azal­maz. Sudan çıxarılmış iynə dənizin suyunu azalda bilmədiyi kimi, qullarının saysız-hesabsız xahişləri də Fövqəluca Xaliqin va­ridatını azalda bilməz. Vasitəçilər və şəfaətçilər Onun qəzəbin­dən dəhşətə gələrək, Onun hüzurunda yalnız Onun ica­zəsi ilə şə­faətçilik edərlər, çünki şəfaət tam və bütövlüklə Onun sərən­ca­mındadır.
Əgər insan Fövqəlqüdrətli Yaradanla aciz məxluqların ara­sındakı bu böyük fərqi dərk edərsə, onda müşriklərin nə qə­dər nadan, axmaq, düşüncəsiz və ədəbsiz olması ona bəlli olar. Ona aydın olar ki, Allah müşrikləri bağışlamır, çünki uydurma ilah­lara ibadət edilməsi Onun ünvanına yönəldilmiş təhqirdir. Lakin elə bir gün gələcək ki, O (Pak və Müqəddəs), möminlərlə müşrik­lərin arasında onların ziddiyyətə düşdükləri məsələ barəsində hökm verəcəkdir. Hər bir kafir müşrik bu sərt xəbərdarlıq üzə­rin­də düşünməlidir, çünki Fövqəlmüdrik Allah səmimiyyətlə iman gətirənləri Cənnət Səadəti ilə mütləq mükafatlandıracaq və ya­lan­çı ilahlara ibadət edən hər kəsi Cəhənnəmə vasil edəcəkdir.
Allah yalançıları və kafirləri doğru yola yönəltmir. Bu in­sanlara iki yaramaz keyfiyyət xasdır: yalan və küfür. Onlar da mo­i­zələrə qulaq asır və əzəmətli möcüzələri gözləri ilə görürlər, amma bu keyfiyyətlərindən, heç vəchlə xilas ola bilmir. Allah onlara Öz möcüzələrini göstərəndə, onları rədd edirlər və küfrə batmaqda davam edirlər. Onlara doğru yola gəlmək imkanı nəsib edilməmişdir, çünki onlar əbədi xoşbəxtliyə aparan qapıları öz qarşılarında özləri bağlamışlar və sonra da Fövqəluca onların ürək­lərini möhürləmişdir. Həqiqətən, belə insanlar heç vaxt iman gətirməzlər!

ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(39. 4) “Əgər Allah övlad götürməyi arzulasaydı, O, məx­luqlarından istədiyini seçərdi. O – Pakdır! O – Vahid, Föv­qəl­qüdrətli Allahdır”.

Axmaqlar və nadanlar elə güman edirlər ki, Allahın öv­ladları vardır. Əgər O (Pak və Müqəddəs), övladının olmasını is­təsəydi, Özünə zövcə axtarmazdı, məxluqlarının ən yaxşıla­rın­dan seçər və onu Öz oğlu adlandırardı. Lakin müşriklərin zənni qüsurlu və yalandır və buna görə Fövqəluca Rəbb bəyan edir ki, Onun, müşriklərin və bidətçilərin Onun haqqında danışdıqlarına heç bir aidiyyəti yoxdur. O (Pak və Müqəddəs) ən gözəl adlara malikdir. O (Pak və Müqəddəs) – Vahiddir və Fövqəlqüdrətlidir. İlahi mahiyyət, gözəl adlar, kamil sifətlər və həmdəlayiq əməllər yalnız Ona məxsusdur. Ona bərabər və oxşar olan yoxdur və əgər Onun övladı olsaydı, o, Ona oxşayardı. Bu isə Allahın birliyi ilə qətiyyən uyuşmur, axı Allahın hər hansı bir hissəsi də Allahın sifətlərinə malikdir.
Bundan başqa, yalnız Allah Fövqəlqüdrətli Hökmdardır, yer aləmi və ondan yüksək aləmlər Onun hökmranlığı altında­dır. Əgər Onun övladı olsaydı, Onun mütləq hakimiyyəti sarsıdılmış olardı, çünki oğul atasının qulu ola bilməz. Bundan əlavə, onların arasında qohumluq əlaqələri və təklifsizlik münasibətləri hökm sürərdi.
Tək bir Allahın varlığı və Onun fövqəlqüdrəti bir biri ilə qırılmaz surətdə bağlıdır, çünki Vahid Hökmdar həmişə Fövqəl­qüdrətlidir[1], Fövqəlqüdrətli Hökmdar isə yalnız Vahid olma­lı­dır. Bu konseptual müddəa müşrik­liyi ən mükəmməl su­rətdə tək­zib edir.

 ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(39. 5) “O, göyləri və yeri haqqı ilə xəlq etdi. O, gündüzü gecəylə bürüyür, gecəni də gündüzlə bürüyür. O, günəşi və ayı tabe etdi. Onların hamısı müəyyən bir vaxtadək cərəyan edə­cək. Həqiqətən, O – Fövqəlqüdrətlidir, Fövqəlbağışla­yan­dır”.

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), göyləri və yeri haqqı ilə, yəni, böyük nemət, böyük fayda və həmçinin hökm vermək və qadağan etmək, mükafatlandır­maq və cəzalan­dır­maq xa­ti­rinə ya­rat­mışdır. Allahın iradəsi ilə gündüz ge­cəni bürüyür, gecə də gündüzü bürüyür. Onlar növbə ilə bir birilərini əvəz edirlər və heç vaxt eyni vaxtda hərəkətə başla­mır­lar. Bun­dan başqa, onlardan birinin növbəsinin vaxtı çatdıq­da, digəri öz ye­rini ona güzəştə gedir. Allah günəşi və ayı da Özünə tabe et­miş­dir və bunun sayəsində onlar, müəyyən qayda­da təyin edil­miş müddət ərzində müvafiq orbitlər üzrə hərəkət edirlər. Bu müddət tamam olduqda, dünyanın sonu başlayacaq, Fövqəluca Allah Kainatı büküb yığışdıracaq[2], günəşi və ayı onlara xas olan qüdrət­dən məh­rum eədəcək. Allah Öz məxluqlarını yeni simada diril­də­cək ki, onlar ya Cənnətdə əbədi həyata, ya da Сə­hən­nəm­də əbədi əzab-əziyyətə nail olsunlar.
Fövqəlqüdrətli və Fövqəlbağışlayan adları Allahın gözəl adları arasındadır. Onun ilahi əzəmətinə bütün varlıqlar itaət edir və Ona görə mümkün olmayan heç bir şey yoxdur. Öz əzə­məti sayəsində O (Pak və Müqəddəs), Rəbbin qanunları ilə ya­şayan nəhəng Kainatı yaratmışdır və Özünün fövqəlbağışlama qabiliyyəti sayəsində O (Pak və Müqəddəs), Öz mömin və tövbə etmiş qullarının günahlarını əfv edir. O (Pak və Müqəddəs) bu­yurur: “Həqiqətən, Mən tövbə edənləri, iman gətirənləri, xe­yir­xah işlər görənləri və sonra da doğru yolla getməyə davam edən­ləri bağışlayıram” (Ta-ha, 20/82). O (Pak və Müqəddəs), hət­­ta əvvəllər Ona şərik qoşan, Onun ayələrini rədd edən və sonra bu zalımlıqlarından əl çəkən günahkarları da bağışlayır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ

(39. 6) “O, sizi bir nəfərdən xəlq etdi. Sonra ondan zöv­cəsini yaratdı və sizin üçün mal-qaradan səkkiz cüt nazil etdi. O, sizi analarınızın bətnində: bir xilqətdən digərinə çe­virərək, üç zülmət içində yaradır. Rəbbiniz Allah – belədir! Mülk Ona məx­susdur. Ondan başqa ilah yoxdur! Gör necə üz döndə­rir­si­niz!”

Allah bir daha Özünün əzəməti və fövqəlqüdrətini xatır­ladır və qullarına müraciət edir. Ey insanlar! Sizin çoxsaylı ol­ma­ğınıza və yer kürəsinin bütün guşələrinə yayıl­ma­nıza baxma­ya­raq, sizin hamınız vahid bir əcdaddan törə­dilmi­si­niz. Sonra Allah kişidən qadını yaratdı ki, onlar biri digə­rində ra­hatlıq tapıb, din­cələ bilsinlər. Bu həm də Rəbbin Öz məxluqlarına bəslədiyi bö­yük mərhəmətini təsdiq edir. Sonra O (Pak və Mü­qəd­dəs), sizə səkkiz cüt ayrı-ayrı mal-qara cinsi nazil etdi[3], yəni, göylərdən na­zil olunmuş ilahi qədərinə uyğun olaraq onları ya­ratdı ki, qul­larına iltifatını göstərsin. “Əl-Ənam” surəsində Föv­qəl­uca bildir­mişdir ki, bu heyvan cinsləri qoç və qoyun, keçi və dişi keçi, dəvə və dişi dəvə, öküz və inəkdir (bax: Ənam, 6/143-144).
Əlbəttə ki, Allah bu heyvanlarla yanaşı bir çox digərlərini də yaratmışdır, lakin Rəbb bu səkkiz heyvanı xüsusilə qeyd et­mişdir, çünki onlar insana ən çox fayda verirlər. Bundan başqa, onlar heyvanlar aləminin ən dəyərli təmsilçiləridir, çünki mömin müsəlmanlar qurban bayramlarında, həcc ziyarətində və uşaq­ların doğuluşu zamanı yalnız onları qurban kəsirlər. Məhz bu hey­vanlardan zəkat ödəmək nəzərdə tutulur və məhz bu heyvan­lardan fidyə verilir.
Allah bütün bəşəriyyətin əcdadlarının xəlq edilməsini xa­tırlatdıqdan sonra, Öz qullarına sonrakı bütün insanların yara­dıl­ması sirrini açıqlayır. Ey insanlar! Siz öz analarınızın bətnində ikən, sizə heç bir insan əli toxunmur və heç kim sizi o qatı qa­ranlıq içində görə bilmir. Siz öz görkəminizi dəyişirsiniz və sizi üç qaranlığın: ana qarnının qaranlığı, qadın uşaqlığının qaranlığı və cift mayesinin qaranlığının[4] əhatə etdiyi öz analarınızın d­a­rısqal bətnində bir məxluqdan başqa bir məxluqa çevrilirsiniz.
Fövqəluca Allah belədir. O (Pak və Müqəddəs), göyləri və yeri xəlq etmiş, günəşi və ayı Özünə tabe etmiş, olmadığınız[5] halda sizi xəlq etmiş, sizə mal-qara və bir çox digər nemətlər əta etmişdir. O (Pak və Müqəddəs), sizin qayğınızı çəkir, sizi idarə edir və yalnız O (Pak və Müqəddəs), ibadətə və pərəstişə layiq­dir. O (Pak və Müqəddəs), məxluqları yaratmaq və onların qayğı­sını çəkmək üçün şəriklərə möhtac deyil və Onunla ibadət haq­qını bölüşə bilən şəriklərə də ehtiyacı yoxdur. Hökmranlıq təkcə Ona məxsusdur. Ondan başqa ilah yoxdur! Amma insanlar haqq yoldan necə də üz çevirirlər!

 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(39. 7) “Əgər iman gətirməsəniz, bilin ki, Allah sizdən zən­gindir. O, qullarının küfrünü bəyənmir. Əgər siz şükür et­səniz, O, bunu sizin üçün bəyənər. Heç kim başqasının yü­künü daşımayacaq. Sonra siz Rəbbinizə qayıdacaqsınız və O, sizə törətdiklərinizi xəbər verəcəkdir. Həqiqətən, O, kökslərdə ol­an­ları bilir”.

Allah, Rəbbə səmimiyyətlə qulluq etmənin, bütlərə ibadət­dən və müşriklikdən əl çəkməyin zəruriliyini bir daha vurğu­la­yır. Həqi­qə­tən də, bütlər Kainatda baş verən hadisələr üzərində hök­mə ma­lik deyillər. Bundan başqa, onlar hətta fikirləşmək və düşün­mək qabiliyyətinə belə qabil deyillər. Ey insanlar, bu ger­çək­liklər üzərində düşünün! Əgər siz Allaha minnətdarlıq etmək­dən və təkcə Ona ibadət etməkdən boyun qaçırarsınızsa, onda unutma­yın ki, Allah sizə möhtac deyil! Sizin kafirliyiniz Ona heç bir zərər vurmadığı kimi, sizin itaətkarlığınız da Ona heç bir fay­da gətirmir. Onun hökm və qadağalarına gəldikdə isə, onlar Allahın sizə göstərdiyi lütüfkarlığı və xeyirxahlığıdır. O (Pak və Müqəd­dəs), Öz qullarının naşükürlüyünü bəyənmir və bu Onun rəhmli və mərhəmətli olmasını təsdiq edir. O (Pak və Müqəddəs) hamı­dan yaxşı bilir ki, kafirlik və naşükürlük insan­ları əbədi bəd­bəxtliyə məhkum edir. O (Pak və Müqəddəs) Öz qullarını xəlq etmişdir ki, onlar Ona səmimiyyətlə ibadət etsinlər və O (Pak və Müqəddəs) öz vəzifələrini icra etməkdən boyun qaçıranları sev­mir. İnsanlar Allaha şükür etdikdə, tövhid dininə etiqad göstər­dikdə və ibadəti təkcə Ona həsr etdikdə, onda bu Fövqəluca Rəbbə xoş gəlir. O (Pak və Müqəddəs) Öz qullarına qarşı xeyir­xah və mərhəmətlidir. O (Pak və Müqəddəs) məxluq­larına xe­yir­xahlıq etməyi sevir və onların Onun qarşısında öz vəzifələrini yerinə yetirməsini də sevir.
Kafirlik və müşriklik Ona heç bir zərər toxundura bilməz. Möminlik və tövhid isə Ona heç bir fayda gətirmir və təkcə bu artıq təsdiq edir ki, insan öz yaxşı və pis əməllərinin bəhrələrini yalnız özü dadacaqdır. Buna görə Fövqəluca Allah buyurur ki, bütün insanlar öz Rəbbinə qayıtmalıdırlar. Bu, Qiyamət günü baş verəcəkdir və insanlar əmin olacaqlar ki, onların Rəbbi Öz qul­larının hər bir addımından xəbərdardır və onların əməlləri Mü­ha­fizəedilən lövhələrdə əzəldən yazılmışmış və alicənab mə­ləklər onların hər addımını müşahidə edirmişlər. Bütün bu çoxsaylı sü­butlara baxmayaraq, insanın bədən üzvləri də həmçi­nin adam­ların törətdikləri əməllərinə şahidlik edəcəklər və bundan sonra Allahın hər bir qulu ədalətli əvəz alacaqdır. Allah insanların ürək­­lərində gizlənən hər xeyiri və şəri bilir. Bu isə o deməkdir ki, Allahın verəcəyi hər bir hökm mütləq ədalətli olacaqdır.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(39. 8) “İnsana bir zərər dəyəndə, yalnız tək Rəbbinə yö­nəlib, Ona dua edir. O, ona nemətlər bəxş edəndə isə, insan əv­vəlcə Ona dua etdiyini unudur və başqalarını Allaha bərabər tutur ki, onları Onun yolundan azdırsın. De: “Öz küfrünlə bir qədər həzz al! Şübhəsiz ki, sən Od sakinlərindən biri ola­caq­san”.

Allah Özünün Səxavəti və Xeyirxahlığını və həm də in­san­ların öz Rəbbinə necə az şükür etdiklərini xatırladır. Onları xəstə­lik, yoxsulluq və ya hər hansı digər bir bəla yaxaladıqda, on­lar o saat kömək üçün Allaha yalvarırlar. Onlar çox gözəl bi­lirlər ki, insanı böyük fəlakətdən Fövqəluca Rəbdən başqa heç kim xilas edə bilməz və buna görə səmimiyyətlə, mütiliklə və inadla Ona kömək və xilas etməsindən ötrü dua edirlər. Allah qullarını bəla­lardan və qəm-qüssədən qurtardıqdan sonra, onlar olduqları acı­nacaqlı vəziyyətlərini və öz Rəbbinə necə yalvardıq­larını unu­durlar. Bundan başqa, onlar özlərini elə aparırlar ki, sanki heç vaxt Allahdan kömək istəməyiblər və Ona şərik qoş­mağa davam edir və uydurduqları “ilahlara” sitayiş edirlər. Bu­nunla da onlar ətrafda olan insanları azdırırlar. Lakin hər şeydən öncə, onlar öz­lərini doğru yoldan azğınlığa salırlar, çünki insan özü dərin az­ğınlıq burulğanına batmadıqca, başqalarını azdıra bilməz.
Ey Muhəmməd! Sən, öz Rəbbinin çoxsaylı nemətlərinə na­şükürlüklə cavab verməyə cəsarət edən bu qatı cinayətkarlara mü­ra­ciət et və onlara de: “Siz öz küfrünüzlə çox da həzz alma­ya­caq­sı­nız, çünki siz tezliklə Cəhənnəm Odunun sakinləri arasın­da ola­caq­sınız. Siz Cəhənnəmdə olduğunuz zaman dünya­da al­dı­­ğı­nız fani ləzzətlər haqqında xəyallarınız sizə heç bir sevinc gə­tir­mə­yəcək”.
Fövqəluca buyurur: “Sən bilirsənmi ki, Biz onları uzun il­lər boyu faydalandırsaydıq, sonra isə onlara vəd edilən gəl­səy­di, yararlanmalarına icazə verilən şeylər onlara bir fayda ve­rər­dimi?” (Şuəra, 26/205-207).

ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(39. 9) “Məgər o[6] – Axirətdən çəkinən, Rəbbinin mərhə­mə­tinə ümid bəsləyərək, gecə saatlarını mütiliklə səcdəyə ge­dən və qiyamda dayananla eyni olarmı? De: “Məgər bilən­lərlə bilməyənlər bərabərdirmi?” Həqiqətən, yalnız ağıl sahib­ləri nə­sihəti xatırlayarlar”.

Allah itaətkar qullarla itaətsizlər və həmçinin elm sahibləri ilə nadanlar arasında nəhəng bir fərqin olduğunu göstərir. Həqi­qətən, bu fərq hər bir sağlam düşüncəli insan üçün aydın görü­nür. Allaha ibadətdən boyun qaçıran və özünün alçaq istəklərinə imkan yaradan günahkar, Rəbbin hökmlərini qüsursuz yerinə ye­tirən və Ona ən mükəmməl surətdə ibadət edən, yəni, gecə-gün­düzün ən yax­şı vaxtında ən yaxşı ibadət ayinini yerinə yeti­rən mö­minlə bəra­bər tutula bilməz. Burada, gecə yarısı qılınan nafilə sünnə namaz­la­rından[7] bəhs edilir. Bu mömin Allaha qor­xu və ümidlə ibadət edir. O, Axirət həyatında törətdiyi günahlara və nöqsanlara görə cəza­lan­dırılacağından qorxur, lakin Rəbbinin mərhəmət göstərəcəyinə ümidini kəsmir. Beləliklə, Allah mömin qullarının nəinki yalnız əməllərini, həm də onların daxili aləmini də təsvir etmişdir. Onlar itaətsizlik göstərən günahkarlara qətiy­yən oxşamırlar.
Məgər bilənlər və nadanlar eynidirlər? Söhbət Allahı, İslam dinini, onun dini ayinlərini və şəriət hökmlərini bilib, dərk et­mək­­­dən gedir. Bu qiymətli biliklərə malik olan möminlərin on­lardan məhrum olan nadanlara heç bir aidiyyəti yoxdur. Bun­ların arasında fərq – gündüz ilə gecə, işıqla qaranlıq, su ilə od ara­sındakı fərq kimidir.
Həqiqətən də, nəsihətlərə yalnız qüsursuz və sağlam təfək­kürə malik insanlar qulaq asarlar. Onlar az əhəmiyyətli olanın müqabilində daha vacib olana üstünlük verirlər, faydalı bilikləri və Fövqəluca Allaha itaətkarlıq göstərməyi dəyərləndirirlər və bütün bunlar insan fəaliyyətinin labüd nəticələri haqqında onları düşünməyə məcbur edən sağlam təfəkkür sayəsindədir. Onlar, sağlam düşüncə qabiliyyətindən məhrum olan və öz alçaq istək­lə­rinə pərəstiş edən cahillərə qətiyyən oxşamırlar.

 ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ

(39. 10) “Mənim iman gətirmiş qullarıma de: “Rəbbi­niz­dən qorxun! Bu dünyada yaxşılıq edənləri – yaxşılıq gözləyir. Allahın yeri genişdir. Həqiqətən, səbirli olanlara saysız-hesab­sız müka­fatları bütünlüklə veriləcəkdir”.

Ey Muhəmməd! İndi sən Mənim ən yaxşı qullarıma – mö­min müsəlmanlara – müraciət et və onlara hökmlərimdən ən yax­şısını çatdır! Onlara əmr et ki, Fövqəlqüdrətli Allahdan qorx­sun­lar və Allahdan qorxmağı zəruri edən səbəbləri onlara xatır­lat. Bu – Fövqəlucanın Hökmran və Xeyirxah olmasıdır. Məhz Onun çoxsaylı yaxşılıqları möminləri və həm də digər insanları öz Rəb­bindən qorxmağa məcbur edir. Bu yaxşılıqların ən əzə­mət­lisi isə, Allahın Öz səmimi qullarının qəlbinə yerləş­dirdiyi haqq dindir. Ey möminlər, Allahdan qorxun! Bu çağırış geniş yayılmış: “Ey sə­xa­vətli insan, mənə sədəqə ver! Ey igid döyüşçü, döyüş!” kimi mü­raciətlərə bənzəyir.
Sonra Allah yer üzündə iman gətirənləri gözləyən mükafat haqqında xəbər verir. O (Pak və Müqəddəs), Öz mömin qullarına gözəl qismət nəsib edir, onlara rahatlıq və əmin-amanlıq əta edir, onların ürəklərini ən yaxşı şeylər üçün açır. Fövqəluca həmçinin belə buyurur: “İnsafla davranan mömin kişiyə və mömin qadı­na Biz mütləq gözəl həyat bəxş edərik” (Nəhl, 16/97).
Bəzi insanlarda belə bir sual yarana bilər ki, Fövqəlucanın bu dünyada yaxşılıq edən dindarlara bərəkətli mükafat hazır­lan­ması haqqında sözü niyə ümumi səciyyə daşıyır, halbuki yax­şı məlumdur: elə ölkələr var ki, müsəlmanlar orada təqibə və zülmə məruz qalırlar. Bu suala cavab vermək üçün Fövqəluca Allah be­lə buyurur: “Ey müsəlmanlar! Allahın ərazi­ləri genişdir və əgər sizə hər hansı bir ölkədə Allaha layiqincə ibadət etməyə mane olurlarsa, başqa bir ölkəyə köçüb gedin ki, Rəbbinizə iba­dət edə və dininizin hökmlərini yerinə yetirə bi­ləsiniz”. Bununla da Rəbb müsəlmanlara, nəinki Axirətdə, həm­çinin yer üzündə də xoşbəxt həyat haqqında böyük bir müjdə nazil etmişdir. Məhz buna görə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) de­mişdir: “Mənim davamçılarımın bir hissəsi həmişə haqq tərəf­darı olacaq və öz rəqibləri üzərində qələbə çalacaq. Onlara yar­dım etməkdən boyun qaçıranlar və ya müqavimət göstərənlər, onlara heç bir zə­rər vura bilməyəcəklər. Bu, Qiyamət gününədək belə davam edə­cəkdir”. Bu hədis müza­kirə etdiyimiz ayə ilə çox bağlıdır. Yer kü­rəsi böyük və genişdir və əgər müsəlmanlar yerin bir guşəsində Rəbbə ibadət etmək imkanına malik deyillərsə, onda onlar başqa yerə köçüb gedə bilərlər. Dinin bu hökmü bü­tün ölkələr və bütün dövr­lər üçün öz qüvvəsini saxlayır. Zülmə məruz qalan müsəl­ma­nın onu qəbul et­məyə hazır olan və ona haqq dinə etiqad et­məyə kömək gös­tərən qardaşlarının yanına köçüb getməyə im­kanı həmişə vardır[8].
Həqiqətən, səbirli möminlər mü­kafatlarını tam və hesabsız alacaqlar. Söhbət o möminlərdən gedir ki, onlar Allahın, bəzən, ağır və ağrılı olan Qədərinə səbirlə dözür, günahlardan sə­birlə çə­kinir və öz Rəbbinin hökmlərini səbirlə yerinə yetirirlər. Məhz onlara saya-hesaba gəlməyəcək və həddi-hüdudu olmayacaq mü­­­­­ka­fat vəd edilmişdir və bütün bunlar səbirli olmağın insana necə fayda verməsinə və onun Allah qarşısında necə mühüm yer tutmasına dəlalət edir.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(39. 11) “De: “Mənə, Allaha ibadət edərək, Onun dininə sə­mimi olmaq əmr edilmişdir”.

Fövqəluca Allah Özünün bu hökmünü surənin ən başlan­ğıcında: “...Onun dininə səmimi olmaqla Allaha ibadət et!” (Zu­mər, 39/2) – deyə bu­yu­ran zaman xatırlatmışdır.

 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

(39. 12) “Mənə müsəlmanların ilki olmağım da əmr edil­mişdir”.

Mən İslam təbliğatçısı və bütün bəşəriyyətin nəsihətçisi­yəm və buna görə mən birinci olaraq Allahın əmrlərinə itaət et­mə­liyəm. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhz belə deyirdi və belə də davranırdı və özünü onun (s.ə.s.) davamçıları hesab edən hər kəs də belə davranmalıdır. Müsəlman dininin hökmlərini qəlbən və bədəni ilə yerinə yetir­məli və xeyirxah işləri yalnız Rəbbinin xatiri üçün görməlidir.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ

(39. 13) “De: “Mən Rəbbimə itaətsizlik etsəm, həqiqətən, Əzəmətli günün əzabindan qorxaram”.

Bu amansız cəza Fövqəlucanın hökmlərinə itaətsizlik gös­tə­rən hər kəsi gözləyir. Müşriklərə və kafirlərə gəldikdə isə, onlar o cəzadan əsrlər boyunca belə qurtula bilməyəcəklər.

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

(39. 14) “De ki: “Allahın dinində səmimiyyətlə yalnız Ona ibadət edirəm.
(39. 15) Siz də, Ondan başqa, kimə istəyirsinizsə, ibadət edin”. De: “Həqiqətən, Qiyamət günü özlərini və ailələrini iti­rənlər ziyana uğrayacaqlar. Açıq-aşkar ziyana uğramaq da elə budur!”

Bu ayənin başlanğıcı əl-Kafirun surəsinə oxşayır: “De: “Ey kafirlər! Mən sizin ibadət etdiyinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz. Mən sizin ibadət et­diyiniz kimi ibadət etmərəm, siz də mənim ibadət etdiyim kimi ibadət etməzsiniz. Sizin öz dininiz var, mənim də öz dinim!” (Kafirun, 109/1-6).
Sonra Fövqəluca Allah buyurur ki, günahkarlar əsil məna­da bədbəxtdirlər, çünki Qiyamət günü onlar mükafatdan məh­rum edi­ləcək və ağrılı-işgəncəli cəzaya layiq görüləcəklər. Bun­dan baş­qa, onları doğmalarından və yaxınlarından ayıracaqlar və bundan onların kədəri və işgəncələri daha da dəhşətli olacaqdır. Elə bu – açıq-aşkar ziyandır, çünki heç bir itgini və heç bir məh­rumiyyəti bununla müqayisə etmək olmaz. Bu ziyanın nə həddi var, nə də hüdudu. O, insanı nəinki xoşbəxtlikdən və uğurdan, həm də qur­tul­mağa və xils edilməyə olan ümiddən də məhrum edir.
 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ

(39. 16) “Onların üstündə Odun kölgəsi və altlarında da kölgə olacaqdır”. Allah bununla qullarını qorxudur. Ey qul­la­rım, Məndən qorxun!”

Allah Cəhənnəm cəzasının ağırlığından bəhs edərək, buyu­rur ki, odlu buludlar və od yataqları əzabkeşləri hər tərəf­dən əha­tə edəcək. Beləliklə, Allah amansız Cəhənnəm əzabını elə təs­vir edir ki, sanki O (Pak və Müqəddəs), Öz qullarına kəndir ucu uza­dır ki, onun sayəsində onlar Cəhənnəmdən xilas ola və Cən­nətə düşə bilsinlər. Rəbbin qorxunc xəbərdarlığı insanları təqvalılığa riayət etməyə və qulları alçaldıcı işgəncələrə məhkum edən hər şeydən çəkinməyə çağırır. Qullarına lütüfkarlıq göstə­rən, onların Cənnət məkanına yolunu asanlaşdıran, onları xe­yirxah işlər gör­məyə ruhlandıran, ürəklərin rahatlandığı və qəlb­lərin riqqətə gəl­diyi müjdə ilə onları sevindirən Rəbb Pakdır! Bundan əlavə, O (Pak və Müqəddəs), qullarını ən mükəmməl surətdə pis əməllər barədə xəbərdar etmiş və sözə qulaq asma­maqdan və itaətsizlik göstərməkdən necə çəkinməli olduq­larını onlara öyrətmişdir.

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(39. 17) “Tağuta ibadətdən çəkinərək Allaha yönələnlər üçün müjdə vardır. O qullarımı sevindir ki,
(39. 18) “onlar sözlərə qulaq asır və ən yaxşısına itaət edir­lər. Onlar – Allahın doğru yola yönəltdikləridir. Məhz on­lar ağıl sahibləridir”.

Fövqəluca tövbə ilə Ona müraciət edən təqvalı qullarının məziyyətlərini və mükafatlarını xatırladır. Onlar Ondan başqa heç kimə ibadət etmirlər, bütün təşəbbüslərində yalnız Ona mü­raciət edir və Ona səmimi qulluq göstərirlər. Onların qəlbi büt­lərə və saleh insanlara ibadətə razı olmur və təkcə Hər­şe­yibilən Hökmdara iba­dət etməyi arzulayır. Onlar müş­rik­likdən və itaət­sizlik gös­tər­məkdən üz döndərir, tövhidə və mü­ti­liyə can atırlar. Rəbb isə öz növbəsində onlara böyük bir müjdə verir ki, onu yal­nız möminlər özləri dəyərləndirməyə qadirdirlər. Bu müjdə yer üzündəki həyata aid olduğu kimi, ölümdən sonrakı həyata da aid­­dir. Yer üzündə bu, yaxşı ad-sanla, gələcəkdən xə­bər verən yuxularla və Allahın himayəsi altında möminləri bütün həyatı boyu müşayiət etməklə özünü büruzə verir və Allahın mö­min qullarına həm bu dünyada, həm də Axirətdə il­tifat göstər­mə­sini təsdiq edir. Ölümdən sonra müjdə isə, ölüm­dən sonra mö­min­lə­rin dünya həyatından ayrıl­ma­sı­nı, qə­bir­də sı­nağı və həm də diril­məni asanlaşdırmaqda onlara kömək edir. Nəhayət, elə bir saat gələcək ki, Mərhəmətli Rəbb Özü, Onun mərhəmətini qazanmağı bacardıqları və Onun rəhm etmə­sinə, Cənnət məka­nında əbədi olaraq xoşbəxt həyat haqqına layiq ol­duq­ları barədə müjdə ilə möminləri sevindirəcək.
Sonra Rəbb Öz Peyğəmbərinə (ona Allahın salavatı və sa­lamı olsun!) əmr edir ki, belə yüksək şərəfə öz gözəl məziyyətləri sayə­sində nail olmuş möminləri sevindirsin. Onlar müxtəlif da­nı­şıqları dinləyirlər, lakin onlardan yalnız ən yaxşı­sının ardınca gedirlər. Bu, onların nəyə üstünlük vermək və nə­dən çəkinmək qabiliyyətinə malik olduqlarını təsdiq edir. Ağıllılıq və sağlam dü­şüncə onlara yaxşı sözlərin ardınca getməkdə kömək edir və bu sözlər, heç şübhə yoxdur ki, Allahın ayələri və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hədisləridir. Fövqəluca bu­yurur: “Allah ən yaxşı hekayətlər na­zil etmişdir...” (Zumər, 39/23).
Bu ayədə incə və çox maraqlı bir çalar vardır. Fövqəluca təkcə Ona ibadət edən, müxtəlif sözlərə qulaq asıb, yalnız ən yax­şısının ardınca gedən saleh insanlar haqqında xəbər vermiş­dir. Lakin burada bir sual ortaya çıxır: əgər kimsə ağıllı insanların gö­zəl keyfiyyətlərinə malik deyilsə, onda o, hansı sözlərin haqqa yaxın olduğunu söyləyə bilər? Həqiqətən üstünlüyə layiq olana üstünlük vermək qabiliyyəti olan kəs, ağıl sahibi olmalıdır. Məhz buna görə Fövqəluca buyurur ki, nəcib əxlaqi keyfiyyətlərini və saleh əməllərini göstərdiyi şəxslərin ağlı pak və qüsursuzdur. On­lar öz ağılları sayəsində yaxşılığı pislikdən ayırd edərək, üs­tünlüyü ona layiq olana verirlər. Bütün bunlar onların ağıl­lılığına dəlalət edir. Bundan əlavə, heç bir şey insanın ağıl­lı­lı­ğını təsdiq edə bilməz. Xeyirxah danışıqları bədxah danışıqlardan ayır edə bilməyən, sağlam təfəkkürdən məhrum olmalıdır. Am­ma xeyirli nitqi yaramaz danışıqlardan fərqləndirən, lakin öz alçaq istəklə­rinə yol verən və sonuncuları üstün tutan insan etiraf etməlidir ki, onun ağlında böyük çatışmazlıqlar vardır, çünki o, onu öz şıl­taqlıqlarına və istəklərinə tabe etmişdir.

ﯚﯛﯜﯝﯞﯟﯠ ﯡﯢﯣﯤ

(39. 19) “Məgər sən barəsində əzab Sözünün ger­çəkləş­diyi Oddakını xilas edə bilərsənmi?”

Ey Muhəmməd! Günahkarlar arasında elələri var ki, öz az­ğınlığına, inadkarlığına və kafirliyinə görə artıq cəzaya layiq gö­rülmüşlər. Sən onları doğru yola gətirməyi bacarmazsan və Cə­hən­nəm əzabkeşlərini Oddan qurtara da bilməzsən. Onlar[9], bö­yük ehtiramla qarşılanacaq[10] və insanın bütün ecazkarlığını də­yərləndirə bilməyəcəyi çoxsaylı nemətlər hazırlanmış xoşbəxt təq­valı möminlərə tay deyillər və tay ola da bilməzlər.
(39. 20) “Lakin o şəxslər ki, Rəbbindən qorxarlar, onlar üçün çoxtəbəqəli və altından çaylar axan imarətlər hazırlan­mış­dır. Allahın vədi belədir və Allah vədinə xilaf çıxmaz!”

Onlara yüksək imarətlər, yəni, uca və gözəl saraylar hazır­lanmışdır. Yaşayış üçün nəzərdə tutulmuş bu binalar o dərəcədə təmiz və yaraşıqlıdırlar ki, onların içərisində olan möminlər içə­ridən zahirdə baş verən hər şeyi görə biləcəklər, eləcə də bi­na­la­rın çölündə olan Cənnət sakinləri onların daxilində olanları görə biləcəklər. Onlar elə hündürlükdə yerləşdiriləcək və özləri də elə uca olacaqlar ki, Cənnət sakinləri onları göy qübbəsindəki ul­duz­larla müqayisə edəcəklər. Məhz buna görə Allah onları çox­tə­bəqəli adlandırmışdır, çünki mənzillər bir-birinin üstündə yerləş­diriləcəkdir. Onların divarları qızıl və gümüş kərpiçlərdən hörül­müşdür, onlara mala əvəzinə nəfis müşk maddəsi çəkilə­cəkdir. İmarətlərin altından şırıltılı kiçik çaylar axacaqdır ki, Cənnət sa­kinləri onların suyu ilə gül-çiçək bağlarını və ləzzətli və yetişkən meyvələr gətirən ecazkar ağacları sulayacaqlar. Allah­dan qorxan müsəmanlar bu mükafatı mütləq alacaqlar, çünki Allaha Öz və­dini yerinə yetirməyə heç nə mane ola bilməz. Ey möminlər! Öz vəzifələrinizi yerinə yetirin və Allahdan qorxun və belə olduqda, Allah sizi artıqlaması ilə mükafatlandıracaqdır.

 ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ

(39. 21) “Məgər sən görmürsən ki, Allah göydən su nazil edir və onu yer üzündəki qaynaqlara axıdır və sonra O, onunla müxtəlif rəngli əkinlər becərdir. Sonra onlar solur və sən on­la­rın saraldığını görürsən. Sonra O, onları çör-çöpə çevirir. Həqi­qə­tən, bu, ağıl sahibləri üçün bir öyüd-nəsihətdir”.

Fövqəluca Özünün ağıllı qullarına xatırladır ki, O (Pak və Müqəddəs), səmalardan təmiz su nazil edir və o, yerə hoparaq mənbələri doldurur, sonra isə heç bir zəhmət tələb etmədən yer altından fantan vurur. Onun sayəsində Allah müxtəlif çiçəklər açan taxıllar yetişdirir. Bunlar – buğda, qarğıdalı, çovdar, düyü və bir çox digər taxıl bitkiləridir. Sonra onlar solur və saralırlar. Bu, bitkilər öləziməyə başlayanda və ya xəstələnəndə baş verir. Nə­hayət, onlar ovulub çürüntüyə dönürlər. Həqiqətən, bütün bun­­larda ağıl sahibləri üçün bir ibrət vardır. Onlar Allahın ne­mət­­ləri və Onun qulları haqqında ilahi qayğısı üzərində düşün­məlidirlər. O (Pak və Müqəddəs), göylərdən su nazil edir və onu yeraltı mənbələrdə saxlayır ki, insanlar ondan istifadə edə bil­sin­lər. Onlar həmçinin Onun üçün ölüləri diriltmək çətinlik yarat­mayan Allahın fövqəlqüdrəti üzərində düşünməlidirlər, çün­ki O (Pak və Müqəddəs), saysız-hesabsız sayda cansız, həyat əlaməti olmayan torpaqları diriltmiş və diriltməkdə davam edir. İnsanlar həm də etirah etməlidirlər ki, bunu etməyə qadir olan Rəbb, həqiqətən, Öz qullarının Ona ibadət etməsinə layiqdir.
Ey Allah, bizi Öz Kitabında xatırladığın o ağıl sahibləri olan saleh insanlardan biri et! Bizə aydın ağıl bəxş et və bizi doğ­ru yola yönəlt! Bizə Mübarək Quranın sirlərini aç, kafirlərin və müş­riklərin görməyə qadir olmadıqları ecazkar möcüzələrini gös­­tər! Həqiqətən, Sən istədiyinə mərhəmət göstərirsən.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ

(39. 22) “Allahın bağrını İslama açdığı şəxs Rəb­bin­dən nurlanır. Allahın Zikrinə qarşı daşürəkli olanla­rın vay halına! Onlar açıq-aşkar bir zəlalətdədirlər”.

Məgər Allahın İslamı qəbul etmək üçün köksünü açdığı şəxs, iman gətirməkdən boyun qaçırana bərabər tutula bilərmi? Müsəlman Rəbbinin nuru ilə ziyalanır, yəni o, həmişə Rəbbinin iradəsinə itaət etməyə, geniş qəlbində Allahın hökmləri üçün yer tapmağa və öz xeyirxah əməllərindən ləzzət almağa hazırdır. Vay o kəslərin halına ki, bu keyfiyyətlərə malik deyillər, ürəkləri də Allahın nəsihətlərinə hissiyyatsız olmuşdur! Onlar Allahın Kitabına qulaq asmır, Onun ayələri üzərində düşün­mürlər və Allahı zikr edərkən rahatlıq tapmırlar. Əksinə, onlar Ondan üz çevirir və özlərinə başqa himayədarlar tapmağa cəhd göstərirlər. Onlar böyük bəlaya və məşum qismətə layiq olurlar. Həqiqətən, onlar aydın bir azğınlıq içindədirlər. Öz köməkçisinə və hamisinə nifrət bəsləməkdən daha böyük azğınlıq nə ola bilər? İnsan özü­nü yalnız Allaha həsr etdikdə, xoşbəxtlik qazana bilər, kafirlər isə bunu etmirlər. Bəs onda öz Rəbbini xatırlamaqdan boyun qaçıran və özlərini, ziyandan və pislikdən başqa heç nə gətirməyən əməl­lərə həsr edən müşriklər haqqında nə demək olar?!

 ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(39. 23) “Allah bir-birinə bənzər və tez-tez təkrarlanan ən yaxşı hekayətlərdən[11] ibarət Kitab nazil etmişdir. Rəbbindən qorxanla­rın dərisi ondan ürpəşir. Sonra Allahın Zikrindən on­ların dəriləri və ürəkləri yumşalır. Bu, Allahın doğru yoludur və bunun vasitəsilə O, istədiyini doğru yolla aparır. Allahın az­dırdığı kimsəyə doğru yol göstərən tapılmaz”.

Allah Özünün mövcud və bir vaxtlar mövcud olmuş Kitab­larının hamısından ən yaxsısı olan sonuncu Vəhyini xatırladır. Şüb­həsiz ki, ən yaxşı söz – Allahın Sözüdür, ən yaxşı Kitab – Şərəfli Qurandır.
Deməli, Quran ayələri ən aydın və ən bəlağətli, onların mənaları isə şərəfli olmalıdır. Öz ecazkar hecası və əzəmətli mə­nası ilə fərqlənən ən yaxşı hekayət hətta ən kiçicik və əhəmiy­yət­siz ziddiyyətlərə belə malik olmamalıdır. Məhz bu keyfiyyət Mübarək Qurana xasdır və buna görə Fövqəluca Allah xəbər ve­rir ki, Onun ayələri mənaca və formaca bənzərdir. Əgər insan on­ların ilahi mənaları üzərində düşünərsə, onda Quranın kamilliyi və qüsursuzluğu onun qarşısında mütləq açılacaqdır. Əlbəttə, baş­lanğıcda bəzi ayələrin mənası aydın olmayacaq, lakin bu, Kəramətli Quranı Müdrik və Hərşeyibilən Allahın nazil etdi­yini başa düşməsində insana mane olmayacaq.
Ərəb sözü olan “mütəşabih”[12] təkcə “oxşar”, “bənzər” mə­nalarında deyil, həm də “məcazi” mənada tərcümə edilir. Bu­rada yeri gəlmişkən xatırladaq ki, Fövqəluca Allah belə buyur­muş­dur: “O – Kitabı sənə Naziledəndir və onda aydın ifadə edilmiş ayə­lər Kitabın əsasını təşkil edir və digər ayələr isə məcazi məna daşıyır” (Ali-İmran, 3/7). Məcazi məna kəsb edən ayələrin şərh edilməyə ehtiyacı var, lakin insanların çoxu onların əsil məna­larını ilk oxunuşdan özləri üçün aydınlaşdırmaq bacarığına malik deyillər. Buna baxmayaraq, məcazi məna daşıyan ayələrin təfsir edilməsi üçün aydın ifadə olunmuş ayələrə müraciət et­dikdə, is­tənilən qeyri-müəyyənlik aydınlaşır. Məhz buna görə Allah qeyd edir ki, Quranın yalnız bir qismi məcazi səciyyəlidir.
Bu surədə “mütəşabih” sözü başqa məna daşıyır və bu də­fə Allah bütöv Quranı bu vəsflə səciyyələndirir. Lakin, öncə de­diyimiz kimi, burada, Quranın bütün ayələrinin for­ma və məz­munca gözəl və bir-birinə oxşar olmasından bəhs edilir.
Sonra Rəbb bildirir ki, Quranın ayələri təkrarlanır. Rəva­yətlər və dini hökmlər, mükafatlandırma haqqında vədlər və cə­zalan­dır­ma haqqında xəbərdarlıqlar, möminlər və cinayət­karla­rın keyfiy­yət­lərinin və həmçinin Allahın adlarının və sifətlərinin xatırla­dıl­ması təkrarlanır. Bütün bunlar son Səmavi Kitabın əzə­mətini və ecazkarlığını təsdiq edir. Fövqəluca, insan qəlbini saf­laşdırmağa və onda yüksək əxlaqi keyfiyyətlər oyatmağa qa­dir olan müdrik ayə­lə­rə insanların necə böyük ehtiyac duydu­ğunu çox gözəl bilir. Ağac­lar onları canlandıran suya möhtac olduğu kimi, insanların da ürək­ləri ayələrə möhtac­dır. Ağaca uzun müd­dət su verməsən, o, solar və hətta məhv ola bilər. Əgər o, vax­ta­şırı sulanarsa, onda o çoxlu faydalı meyvələr gətirər. İnsan ürəyi də həmçinin Allahın vəhyinin həqiqi mənası haqqında tez-tez xatırlatmalara möhtacdır. Əgər Kəramətli Quranda eyni fi­kirlər dəfələrlə təkrarlanmasaydı, onda insan ona zəruri diqqət yetirə bilməzdi. Bu isə o deməkdir ki, Allahın nəsihətləri lazım olan nə­ticəni verməzdi. Quran ayələrinin tez-tez təkrarlanma­sının məna­sı bununla izah olunur. Mən də bu müdrik üslubdan isti­fadə edə­rək, onu öz təfsirimin əsası etdim.
Quran ayələri arasında, onların tez-tez təkrarlanmalarına bax­mayaraq, heç bir ziddiyyət yoxdur. Bundan başqa, təkrar­la­nan ayələrin hər birinin öz xüsusi mənası vardır ki, bunlar oxşar mənalı digər ayələrdən fərqlənirlər. Əlbəttə, təkrarlanan ayələrin bəzisi bu və ya digər şəraitdə daha aydın və daha faydalı ola bi­lər, lakin bu heç də o demək deyildir ki, oxucu Şərəfli Quranın yalnız bir hissəsi üzərində düşünməklə özünü məh­dudlaşdırma­lı­dır. Digər ayələr üzərində düşünmək də həmçinin böyük fayda verə bilər.
Sonra Fövqəluca bildirir ki, Kəramətli Quran ağıl sahibi olan hər bir möminə olduqca güclü təsir göstərir. Onlar cəzalan­dırma və qisas haqqında təhdidedici ayələri oxuduqda, bədənləri ürpəşir. Amma onlar Rəbbin mərhəməti və bol-bol mükafatlan­dıracağı barədə ayələri oxuyan kimi ürpəşmə kəsilir və onların ürəkləri Allahı zikr etməkdən yumşalır. Onlar Quranı oxuduqları bütün vaxt ərzində həmin vəziyyətdə olurlar, çünki Fövqəluca Allah gah onları xeyirxah işlər görməyə çağırır, gah da günahlar­dan və cinayətlərdən uzaqlaşdırmaq üçün onları qorxudur.
Budur Allahın düz yolu. Bu sözlər onu bildirir ki, Quran ayə­lərinin güclü təsiri Öz qullarını düz yola yönəldən Allahın mö­­cüzəsidir. Bu, Rəbbin göstərdiyi çoxsaylı nemətlərindən və xe­yirxahlıqlarından yalnız biridir. Bax, Fövqəluca Allah, məhz belə­liklə Öz qullarından istədiyini doğru yola yönəldir. Bu – həmin sözlərin şərhlərindən biridir.
Başqa bir şərhə görə, burada Şərəfli Quranın Allaha aparan yeganə yol olmasından bəhs edilir. O (Pak və Müqəddəs), yal­nız pak niyyətlərə sahib olanlara bu yolla getməyə kömək gös­tərir. Bu şərh Fövqəlucanın bu ayəsi ilə həmahəng səslənir: “Allah Onun razılığını qazanmağa can atanları bunun vasitəsilə əmin-aman­lıq yoluna yönəldir. O, Öz izni ilə onları qaranlıqlardan işığa çıxardıb, düz yola yönəldir” (Maidə, 5/16).
Allah kimi azdırarsa, onu kimsə doğru yola yönəldə bil­məz, çünki yalnız Allahın Təlimatı insana doğru yola gəlməyə kö­­mək edə bilər. Bu Təlimatın işığı yalnız Allahın Kitabını bütöv­lüklə qəbul edənləri nurlandırır. Əgər insan Qurana iman gətir­məkdən və tabe olmaqdan imtina edirsə, onda o, haqq Təlimat­dan məhrum olur və özünü açıq-aşkar azğınlığa və səfalətə düçar edir.
 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(39. 24) “Qiyamət gününün əzabından üzləri ilə qoruna­caq zalımlara deyiləcək: “Dadın qazandıqlarınızı!”
Məgər Allahın doğru yola yönətdiyi və bu yolla Cənnət mə­­kanına gətirilmiş şəxs, azğınlığa dalmış və öz gözü ilə görə bil­­­mə­diyinə görə dirilmənin gerçəkliyinə iman gətirməkdən in­ad­­­­kar­casına imtina edənlərlə bərabər ola bilərmi? Fövqəluca xə­bər verir ki, Qiyamət günü günahkarlar cəzadan üzləri ilə qo­ru­nacaqlar. Yaxşı məlumdur ki, üz insan bədəninin ən nəcib və ən zərif his­sə­si­dir və buna görə ən cüzi cəza belə əzabkeşlərə hədsiz iztirab ve­rə­cəkdir. Lakin onlar amansız cəzadan bədənlə­rinin di­gər hissəsi ilə qoruna bilməyəcəklər, çünki əlləri qan­dallı və ayaqları buxovlu olacaqdır. Küfrə və itaətsizliyə batmış və öz canlarına zalımlıq etmiş fasiqlərə belə deyiləcək: “Dadın qazan­dıqlarınızı!” Bu, kafirlərin ünvanına yönəldilmiş qınaq və isteh­za olacaqdır.
 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(39. 25) “Onlardan əvvəlkilər də[13] yalançı sayırdılar və əzab onlara zənn etmədikləri tərəfdən gəldi”.

Qədim xalqlar da, ərəb müşrikləri kimi, Allahın elçilərini in­kar edərdilər və cəza da onları elə buna görə haqlamışdı. Amansız cəza onları gözləmədikləri yerdə yaxaladı. O, onların ba­şının üstünü aydın bir gündə və ya gündüz istirahət etdikləri zaman aldı.

 ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ

(39. 26) “Allah onlara dünya həyatındaca rüsvayçılığı dad­­dırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!”

Alçaldıcı cəza onları nəinki təkcə Allah qarşısında, həm də bütün məxluqların qarşısında rüsvay etdi. Axirət həyatının cəzası isə daha da sərt olacaqdır. Et kafirlər və müşriklər! Öz kafir­li­yi­nizdə inadkarlıq etməkdən çəkinin ki, sizdən əvvəlkilər­dən alı­nan intiqam sizdən də alınmasın.

 ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ

(39. 27) “Biz insanlar üçün bu Quranda hər cür misallar çəkmişik ki, onlar nəsihətləri yadda saxlaya bilsinlər”.[14]

Fövqəluca insanlara xatırladır ki, Şərəfli Quranda saleh in­sanlar və cinayətkarlar, tövhid və müşriklik haqqında müxtəlif ibrətamiz məsəllər verilmişdir. O məsəllərin hər biri şeylərin və hadisələrin mahiyyətini dərk etməkdə Allahın qullarına kömək göstərir və buna görə Rəbb vurğulayır ki, Qurandakı məsəllərin ibrətamizliyi, insanların onların vasitəsi ilə ağıllanmaq imkanına malik ola bilmələrindədir. Həqiqətən də, bir çox insanlar haqqı dərk etdikdən sonra, xeyirxah işlər görməyə başlayırlar.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(39. 28) “Ərəbcə Quran qüsursuzdur. Bəlkə çəkindilər”.

Allah Şərəfli Quranı ərəb dilində bəyan etmişdir. Onun söz­ləri olduqca aydındır, mənası, xüsusilə, ərəblər üçün asan və an­la­şıq­lıdır. Onda əyriliklər, yəni qüsur və xətalar yoxdur. Onun sözləri və mənaları mükəmməl və qınaqsızdır. Bütün bun­lar Şə­rəfli Qura­nın doğruluğuna dəlalət edir. Fövqəluca Allah həmçi­nin bu­yur­muş­dur: “Həmd olsun Allaha ki, quluna Kitab nazil etmiş və onda yanlışlığa yol verməmişdir və onu doğru etmiş­dir ki, Özü­nün ağır əzabından çəkindirsin xeyirxah işlər gö­rən möminləri onlara gözəl mükafat veriləcəyi ilə müjdələsin” (Kəhf, 18/1-2).
Sonra Fövqəluca Allah qeyd edir ki, O (Pak və Müqəddəs) ərəb dilində olan haqq Quranı nazil edərək, onda çoxsaylı ibrə­tamiz məsəllər çəkmiş, insanlara təqvalılığın dərk edilməsinə və təqvalılığa doğru aparan yolu asanlaşdırmışdır və bütün bunları O (Pak və Müqəddəs) ona görə etmişdir ki, insanlar Fövqəluca Rəbdən qorxub çəkinsinlər.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(39. 29) “Allah, bir-biri ilə çəkişən bir neçə şərikli sahibi olan kişi ilə, yalnız bir sahibi olan kişini misal çəkir. Məgər onlar bu məsəldə bə­rabər­dirlərmi? Həmd olsun Allaha! Axı ək­səriyyət bilmir”.

Bu ibrətamiz məsəl bütpərəstlik və tövhid haqqındadır. Öz aralarında razılığa gələ bilməyən bir-neçə sahibə məxsus köləni təsəvvürünüzə gətirin. Əlbəttə ki, belə kölə özünə rahatlıq tapa bilməz, çünki onun bir-biriləri ilə mübahisə edən bir sahibi on­dan digərlərinin razılaşmadığını tələb edir. Ədalətsiz və bir-biri ilə düşmənçilik edənlərin əllərində qalan bu bədbəxt kölənin haq­qında nə demək olar? İndi isə yalnız bir sahibə məxsus olan köləni təsəvvür edin. O, yeganə ağasının ondan nəyi tələb etdi­yini dəqiq bilir və buna görə heç bir narahatçılıq da keçirmir. On­lar bu məsəldə bərabərdirlərmi? Şübhəsiz ki, bu kölələr bəra­bər ola biməzlər.
Eyni şeyi müşrik haqqında da demək olar, çünki o, uydu­rul­muş ilahlara ibadət edir. O, ya bu, ya da başqa bir “ilaha” dua edir və rahatlıq və əmin-amanlıq tapa bilmir.
Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs), haqq ilə ya­lan arasında hədd qoymuş və Özünün nadan qullarına doğru yo­lu göstərmişdir. Lakin insanların əksəriyyəti Allaha şərik qoş­mağı davam etdirir və özlərini işgəncəli cəzaya məhkum etmək­dən çəkinmir.
 ﰁ ﰂ ﰃ ﰄ ﰅ

(39. 30) “Həqiqətən, sən də öləsisən, onlar da öləsidirlər”.

Hər bir insan ölümün ləzzətini biləcəkdir. Fövqəluca belə buyurur: “Sənə qədər Biz insanlardan heç kimə ölməzlik əta et­məmişdik. Məgər sən öldüyün halda, onlar əbədi yaşaya­caq­lar?” (Ənbiya, 21/34).
ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

(39. 31) “Sonra da, Qiyamət günü Rəbbinizin yanında mü­bahisə edəcəksiniz”.

Siz dünyada aranızda baş verən ziddiyyətlərlə bağlı mü­ba­hisə açacaqsınız[15], sonra isə Fövqəluca Allah aranızdakı müba­hisəni ayırd edərək, Öz ədalətli hökmünü verəcək. Hər biri­niz törətdikləriniz bütün əməllərinizə, hətta özünüzün unutdu­ğunuz əməllərinizə görə ədalətli əvəz alacaq. Bu barədə Fövqəluca Rəbb belə buyurmuşdur: “Həmin Gün Allah onların hamısını diril­də­cək və onlara etdikləri əməlləri xəbər verəcək­dir. Allah on­ları hesablayıb qeyd etmişdir, onlar isə etdiklərini unut­muşlar. Allah – hər şeyin Şahididir” (Vaqiə, 58/6).

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(39. 32) “Allaha böhtan atandan və haqq ona bəlli olan­dan sonra onu yalan sayandan da zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?”

Allah bu sözləri ilə, Allah barədə nalayiq şeylər danışmağa və ya özünü peyğəmbər elan etməyə və yaxud Allahın sözünü eşitdiyini bəyan etməyə cəsarət göstərən hər bir fasiqi təhdid edir. Belə şeyləri danışmağa cəsarət edən insan yalançıdır. Məhz belə danışıqları nəzərə alaraq, Fövqəluca Öz qullarına Allahın adından, heç bir biliyi olmadığı halda, yalan danışmağı qadağan etmuşdir (Əraf, 7/33). Buna bənzər davranış, hətta insan bu barə­də bilməsə də, böyük gü­nahdır. Əgər o, bunu şüurlu surətdə ed­ir­sə, onda bu, daha dəhşətlidir və yaramazlıqdır.
Lakin kafirlər təkcə bununla qane olmurlar. Onlar haqqı yalan adlandırırlar, amma insanın, aydın dəlillər və ayələrlə təs­diq edilən həqiqəti inkar etməsindən də daha pis nə ola bilər?! Kafirlər öz haqsızlıqlarına əmin olan kimi, haqqı inkar edirlər ki, bu onların tərəfindən ən böyük zalımlıqdır. Əgər onlar bununla yanaşı hələ bir Allaha da böhtan atmağa cəsarətlənirlərsə, onda onların zalımlığı dəfələrlə artmış olur.
Məgər kafirlərin yeri Cəhənnəmdə deyil? Həqiqətən də, ora­ya yalnız ən bədbəxtlər düşəcəklər və onlardan hər biri Föv­qəl­uca Allahın haqqını dandıqları üçün cəzaya düçar edilə­cəklər. Məhz buna görə Allah belə buyurur: “Allaha şərik qoş­ma, çünki müşriklik böyük zalımlıqdır” (Loğman, 31/13).
Haqqı inkar edən yalançılara, onların günahlarının ağırlı­ğı­nı və cəzalarının ağırlığını xatırlatdıqdan sonra, Fövqəluca Allah haqqa və Allahın mükafatlandıracağına iman gətirən sadiq mö­min­lərdən xəbər verir. Fövqəluca buyurur:

 ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ

(39. 33) “Haqq ilə gələn və Haqqı təsdiq edənlər, doğ­ru­dan da, Allahdan qorxanlardır”.

Birincilər – peyğəmbərlər və onların doğru sözlər danışan və xeyirxah işlər görən, Allahın vəhylərini və hökmlərini insan­lara çatdıran və özləri də onları layiqincə yerinə yetirən ardı­cıl­larıdır. İkincilər isə, haqqın onlara gəlib çatdığını qəbul edən mö­minlərdir. Çox vaxt Haqq insanlara bəlli olur, lakin onlar öz tə­kəbbürlükləri və haqqı təbliğ edənlərə etinasız yanaşmaları üz­ün­dən onu inkar edirlər.
 Bu onu göstərir ki, insan yalnız həqiqəti bildikdə və onu qəbul etdikdə tərifə layiq olur. Həqiqəti bilmək insanın sağlam düşünmək və insafla mühakimə yürütmək qabiliyyətinə dəlalət edir, həqiqəti qəbul etmək isə onun təvazökarlığını və qəlbində təkəbbürün olmamasını təsdiq edir. Bu iki məziyyətə malik olan insanlar mömin və təqvalıdırlar, çünki təqvalılıq yalnız həqiqəti bilməyə və onu qəbul etməyə əsaslanır.

ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ

(39. 34) “Onlar üçün Rəbbinin yanında istəyəcəkləri hər şey hazırlanmışdır. Bu, xeyirxahlıq edənlərə – əvəzdir”.

Möminlər üçün baxışların görmədiyi, qulaqların eşitmə­di­yi və insan qəlbindən belə heç vaxt keçməyən şeylər hazırlan­mışdır. Onlar ən arzu edilən və ən çox xoşagələn ləzzətlərə zövq almaq istədikləri anda nail ola biləcəklər. Xeyirxah işlər görən­lərin alacağı mükafat belə olacaqdır. Onlar Allaha, sanki Onu görürmüşlər kimi, ibadət edirlər. Hərçənd bu belə olmasa da, onlar qəti bilirlər ki, Allah onları görür. O (Pak və Müqəddəs), onların öz Rəbbinə necə səmimiyyətlə ibadət etdiklərini və Onun məxluqlarına xeyixahlıq göstərdiklərini görür.

 ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(39. 35) “Allah onların etdiklərinin ən pisini örtər və et­dikləri ən yaxşı əməlin əvəzi ilə mükafatlandırar”.

İnsanların bütün əməllərini üç qrupa bölmək olar: yaxşı, pis və nə yaxşı, nə də pis olmayan əməllər. İnsan sonuncu əməl­ləri cəzasız olaraq etmək və ya etməmək haqqına malikdir. O, buna görə nə mükafat, nə də cəza almaz. Pis əməllər – gü­nah­lar­dır, yaxşı əməllər isə – xeyirxah işlərdir. Bunu nəzərə ala­raq, belə başa düşmək olar ki, Allah möminlərin kiçik günah­larını və az əhəmiyyətli xətalarını onların xeyirxahlığı və təqva­lılığı xatirinə bağışlayır. Bundan başqa, onlar hər bir xeyirxah əməllərinə görə mükafat alacaqlar. Fövqəluca buyurur: “Allah hətta zərrə qədər də zülm etməz, əgər əməl xeyirli olarsa, onda O, onu çoxaldır və Özündən böyük mükafat əta edir” (Nisa, 4/40).

ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

(39. 36) “Məgər Allah Onun quluna kifayət etmirmi? On­lar səni Ondan aşağı olanlarla qorxudurlar. Allah kimi zə­lalətə salarsa, onun doğru yol göstərəni olmaz”.
(39. 37) “Və əgər Allah kimi doğru yola yönəldərsə, onu ki­msə zəlalətə sala bilməz. Məgər Allah inti­qam almağa qadir olan Fövqəlqüdrətli deyilmi?”

Məgər Allahın səxavəti, mərhəməti və himayəsi Onun qu­lu­na kifayət etmirmi? Əgər qul öz Rəbbinə ibadət edirsə, fərz hökm­ləri yerinə yetirirsə və günah törətməkdən çəkinirsə, onda Föv­qəluca Allah ona bütün mənəvi və dünyəvi işlərində mütləq kömək göstərər və, xüsusilə, əgər söhbət, qullarından ən sadiq mö­min olan Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və sala­mı olsun!) gedirsə, onu düşmənlərindən və bədxahlarından qoru­yar.
Ey Muhəmməd! Məgər onlar səni hələ də öz bütləri ilə qor­xu­durlar? Həqiqətən, bu, bir daha onların zalımlığına və öz­lərini aldatmalarına dəlalət edir. İman və azğınlıq Allahın hökmü altın­da­dır və yalnız O (Pak və Müqəddəs), onlara necə sərəncam çəkə­cə­yini qərara alır. Məgər Fövqəlqüdrət və intiqam almaq haq­qı Alla­ha məxsus deyilmi? O (Pak və Müqəddəs) Öz əzəməti və föv­qəlqüdrəti sayəsində seçdiyi qullarını himayə edir, onları hər cür bədxahlıqlardan və çirkinliklərdən qoruyur və həmçinin gü­nah­­karları cəzalandırır. Ey insanlar! Bunu yaddan çıxarmayın və Alla­h­ın qullarını əzaba-əziyyətə məhkum edən günah­lardan çəki­nin.

 ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ

(39. 38) “Əgər sən onlardan soruşsan ki: “Göyləri və yeri kim yaratmışdır?”– onlar mütləq deyəcəklər: “Allah”. De: “Allah­­­­­­dan başqasına dua etdiklərinizi görmüsünüzmü? Əgər Allah mənə zərər vurmaq istəsə, onlar Onun zərərinin qarşısını ala bilərlərmi? Yaxud da, əgər O, mənə mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Allah mənə kifayətdir. Təvəkkül edənlər tək Ona təvəkkül edirlər”.
Ey Muhəmməd! Sən səni bütlər və mərhum saleh insan­larla qorxudan yolunu azmış günahkarlara açıq-aşkar bilikləri çat­­dırmalısan. Buna görə onlardan soruş: “Göyləri və yeri kim ya­ratmışdır?” Onlar çox gözəl bilirlər ki, özlərinin uydurduqları “ilahlar” hətta ən cılız bir məxluqu belə yaratmağa qabil deyillər və buna görə onlar mütləq etiraf edəcəklər ki, göyləri və yeri Allah xəlq etmişdir... Onda Onun fövqəlqüdrətini və yalançı “il­ah­­ların” gücsüzlüyünü onların yadına sal və de: “Əgər Allah is­tə­sə ki, mənə bəla nəsib etsin, onda onlar taleyin qismətindən xi­las edə və ya heç olmazsa, aqibətimi yüngülləşdirə bilərlərmi? Bəs əgər O (Pak və Müqəddəs) mənə mərhəmət göstərmək istəsə, onlar buna doğrudanmı mane ola bilərlər?” Heç bir şübhə yox­dur ki, müşriklər etiraf edəcəklər ki, onların “ilahları” insanı cə­za­landırmaqda və ya ona lütfkarlıq göstərməkdə Allaha mane ola bilməzlər. Bu danılmaz məntiqi dəlili inkar etməyə heç bir ka­firin gücü çatmaz. Bu isə o deməkdir ki, sən indi müşriklərə bə­yan edə bilərsən ki, yalnız Allah qullarının ibadətinə layiqdir, yalnız O (Pak və Müqəddəs), yaratmağa və xəlq etməyə, sevinc gətirməyə və bəlalar nazil etməyə qadirdir. Bütün qalanlar isə, sadəcə, gücsüz məxluqlardır ki, Allahın iradəsinin ziddinə heç kimə zərər vura bilməzlər. Buna görə, öz Rəbbinə təvəkkül et, Ona dua et ki, səni kafirlərin fitnələrindən qorusun və onlara belə de: “Allah mənə bəsdir! Möminlər təkcə Ona ümid bəsləməli və təvəkkül etməlidirlər, çünki O (Pak və Müqəddəs) ən mükəmməl surətdə mömin qullarının qayğısına qalır. O (Pak və Müqəddəs), qullarını təkcə narahat edən bəlalardan deyil, həm də özlərinin xüsusi əhəmiyyət vermədikləri şərdən də qoruyur”.

 ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ

(39. 39) “De: “Ey xalqım! Siz öz bacardığınızı edin, mən də öz bacardığımı. Yaxında biləcəksiniz ki,
(39. 40) kimə onu rüsvay edən əzab, kimə də əbədi iztirab qismət olacaq”.

Ey xalqım! Nə etmək istəyirsinizsə, edin və ibadətə layiq olmayan və heç bir hakimiyyətə malik olmayan “ilahlara” ibadət edin, mən isə, başqalarını dəvət etdiyimə və yalnız Fövqəluca Allaha səmimiyyətlə ibadət edəcəyəm. Siz lap yaxın vaxtda bilə­cəksiniz ki, kim bu dünyada alçaldıcı cəzaya, Axirətdə isə əbədi cəzaya məruz qalacaqdır. Bu sərt xəbərdarlıq kafirlərə yönəldil­mişdir və məhz onların əbədi cəzaya layiq olduqlarını özləri yax­şı bilirlər, lakin onların şərəfsizliyi və inadkarlığı onların iman gətirməsinə mane olur.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

(39. 41) “Həqiqətən, Biz sənə Kitabı insanlar üçün Haqq olaraq nazil etdik. Doğru yolla gedən öz xeyri üçün gedir. Yol­dan azan isə, yalnız özünə zərər vurur və sən onların vəkili de­yilsən”.

Fövqəluca xatırladır ki, O (Pak və Müqəddəs) Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Haqq Kitab nazil etmişdir. Onda həqiqi hekayətlər, ibrətli hökmlər və ədalətli qadağalar vardır ki, doğru yolun əsası onlardan ibarətdir. Bu Kitab öz Rəb­binə tərəf aparan doğru yolu tapmağa və Cənnətə düşməyə səy göstərən in­sanların gözlərini haqqa açır, kafirlərə gəldikdə isə, o, onları, öz zalımlıqlarına biliksizlikləri və məlumatsızlıqları ilə haqq qazan­dırmaq imkanından məhrum edir.
Kim Şərəfli Quranın nurlu yolu ilə gedirsə və onun hökm­lərinə itaətkarlıq göstərirsə, o, bundan mütləq böyük fayda əldə edəcəkdir. Kim ki, haqq ona aşkar olduqdan sonra, azğınlığı üs­tün tutarsa, o, öz Rəbbinə heç bir zərər vurmaz və yalnız özünü əzaba və iztiraba məhkum edər. Ey Muhəmməd! Onların törət­dikləri cinayəti yadda saxlamaq, Allahın məhkəməsini qurmaq və ya insanları sənə xoş gələn işlərə məcbur etmək sənin vəzifənə daxil deyil. Sən günahkarlara cavabdeh deyilsən – sən yalnız Fövqəluca Rəbbin vəhyini bəşəriyyətə çatdırmalısan.

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(39. 42) “Allah ölənin canını ölüm anında, hələ ölməyə­n­lərinkini isə, onlar yuxudaykən alır; ölümünü təyin etdik­lərini saxlayır, digərlərini isə müəyyən vaxtadək buraxır. Həqiqətən, bunda – düşünənlər üçün dəlillər vardır”.

Fövqəluca ayədə qeyd edir ki, təkcə O (Pak və Müqəddəs) Öz məxluqlarının taleyinə sərəncam çəkir. Onların oyaq olma­sın­dan və ya yuxuya getməsindən, yaşamasından və ya ölməsindən asılı olmayaraq – Fövqəlqüdrətli Allah onlarla istədiyi kimi rəftar edir. O (Pak və Müqəddəs), qullarının ölüm anında, yəni, dünya həyatından ayrıldıqları zaman, canını alır. Bu, ölüm mələyinin öz köməkçiləri ilə birlikdə ölən insanın ruhunu bədənindən çıxar­ma­larına zidd deyildir. Elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, belə desin: “... sizin tapşırıldığınız ölüm mələyi sizi vəfat et­dirəcək və sonra siz Rəb­binizə qaytarılacaqsınız” (Səcdə, 32/11). Quranda həmçinin belə deyilir: “...Sizdən birinizə ölüm gəl­dik­də, Bizim elçilərimiz onun canını alırlar və onlar qüsura yol ver­mirlər” (Ənam, 6/61). Fövqəluca bəzən bu və ya digər əməli Özünə aid edir, çünki məhz o (Pak və Müqəddəs) – Vahid Xaliq və Kainatın Hökmdarı­dır, amma bəzən də, hər hansı əməli Öz məxluq­la­rına aid edir, çünki ilahi müdrikliyi tələb edir ki, Kai­natda baş verən hər şeyin öz səbəbi olsun.
Sonra Rəbb bildirir ki, O (Pak və Müqəddəs) insanların ru­hunu onlar yuxuda olarkən bədənlərindən çıxarıb götürür. Bu onu göstərir ki, yuxu kiçik ölümdür[16]. Əgər insanın qismətinə yuxuda olduğu zaman ölmək yazılmışdırsa, onda Allah onun ru­hunu bir daha bu dünyaya qaytarmır, amma əgər insana yuxu­dan oyanmaq nəsib olacaqsa, onda onun ruhu bədəninə qayıdır və müəyyən müddət keçənə qədər həyatdan zövq al­maqda da­vam edir. Həqiqətən, bütün bunlarda düşünən insanlar üçün də­lillər vardır. İnsan bunların üzərində fikirləşərsə, ona ay­dın olar ki, Fövqəluca Rəbb fövqəlqüdrətlidir və öldükdən sonra mər­hum­ları diriltməyə qadirdir.
Bu sözlərdən belə məlum olur ki, ruh və bədən müxtəlif var­lıqlardır. Onların mövcudluğu bir-birindən fərqlidir və müx­təlif mahiyyətə malikdirlər. Ruh da Allahın yaratdığı məxluqdur və Onun hakimiyyəti altındadır. Ruh ölmür və başqa bir aləmə düşmək imkanına malikdir və orada digər insanların ruhları ilə görüşə bilər, hətta onlarla söhbətləşə də bilər. Canlı insanlar yu­xudan oyandıqları anda onların ruhu bədənlərinə qayıdır, ölmüş insanların ruhu bu imkandan məhrumdur.
Sonra, Fövqəluca Onun hüzurunda özlərinə şəfahətçilik et­mək üçün başqa havadarlar axtaran, onlara böyük ümidlər bəs­ləyən və hətta onların himayəsinə layiq olmaları üçün hava­darlarına ibadət edən müşrikləri qınayır.

 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(39. 43) “Bəlkə onlar özlərinə Allahdan başqa şəfaətçilər götürüblər? De: “Əgər onlar heç nəyə malik deyillərsə və heç nə anlamırlarsa?”

Ey Muhəmməd! Müşriklərə onların özlərinin nə dərəcədə cahil olduqlarını və nə dərəcədə də onların “ilahlarının” aciz ol­duqlarını onlara izah et! Doğrudanmı onlar heç bir hakimiyyətə malik olmayan, hətta fikirləşməyə və düşünməyə belə qabil ol­ma­yan bütlərə ibadət edirlər? Göylərdə və yerdə heç bir məx­luq hətta bir tozcuğa belə müstəqil sərəncam çəkmir. O məxluq­un sərəncamında hətta belə bir tozcuğun bir hissəciyi də yoxdur. Bundan başqa, müşriklərin ibadət etdikləri bütlər və daş heykəl­lər təriflənə biləcəkləri ağıla da heç sahib deyillər. Daşlar, ağaclar, sənəmlər, heykəllər, ölülər – bütün bunlar cansız bədənlərdir və insana heç bir fayda verə bilməzlər. Lakin burada ortaya bir mə­sə­lə çıxır: bu bədənlərə ibadət edənlərin ağlı varmı? Ola bilsin ki, onlar yolunu ən azmış, ən cahil və ən zalım insanlardır!?

 ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ

(39. 44) “De: “Şəfaət tamamilə Allaha məxsusdur. Göylər və yer üzərində hakimiyyət Ona məxsusdur və siz Ona qayta­rılacaqsınız”.

Dünyada hər şey Allaha məxsusdur. Elə bir vasitəçi və şəfaətçi yoxdur ki, Onun qəzəbindən dəhşətə gəlməsin və buna görə bir məxluq Onun qarşısında bir başqası üçün vasitəçiliyi[17] yalnız Onun izni ilə edə bilər. Əgər Allah Öz quluna iltifat gös­tərmək istəyərsə, onda alicənab şəfaətçilərin ona vasitəçilik etmə­sinə icazə verər. Bununla da O (Pak və Müqəddəs), onların hər ikisinə mərhəmət və rəhm etmiş olar.
Allah göylər və yer üzərində hakimiyyətə malikdir. Bu, şə­faətin tamamilə və bütövlükdə Fövqəluca Rəbbin nəcib iradə­sin­dən asılı olmasının bir dəlilidir. Məxluqların özləri və həmçi­nin on­ların əməlləri və haqları Allahın iradəsi ilə müəyyən edilir və buna görə fərasətli insan şəfaəti yalnız onun tamsə­la­hiyyətli sahi­bindən və sərəncamçəkəbiləndən istəməlidir. İnsan­lar həmçi­nin yadda saxlamalıdırlar ki, mütləq öz Rəbbinə qayta­rılacaqlar və o zaman O (Pak və Müqəddəs), sədaqətli iman sa­hiblərini sə­xavətlə mükafatlandıracaq, müşriklərdən isə müd­hiş qisas ala­caqdır.

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ


(39. 45) “Təkcə bir olan Allahı xatırlayanda, Axirət həya­tına iman gətirməyənlərin ürəkləri kin-küdurətdən lərzə­yə gə­lir. Ondan aşağıda olanları xatırladıqda isə, onlar sevi­nirlər”.

Fövqəluca, yanlarında tövhiddən və yalnız Allaha ibadətin zəruriliyindən danışılarkən ürəkləri kin-küdurətdən tir-tir əsən müşriklərin məziyyətlərindən xəbər verir. Onlar belə söhbət­lər­dən uzaq qaçır və onlara olduqca böyük nifrət bəsləyirlər. Onlar insanların bütlərə ibadət etdiyini görəndə və ya yalan carçılarının müşrikliyi təriflədiklərini və ona başqalarını dəvət etdiklərini eşi­dəndə, şadyanalıq edirlər. Onlar sevinirlər ki, ətraf­dakılar onların yalançı “ilahlarını” xoş sözlərlə xatırlayırlar, çünki bu onların öz qüsurlu niyyət və arzularına uyğun gəlir. Həqiqətən, bu davra­nışlar ən yaramaz və ən çirkindir və buna baxmayaraq, hətta belə insanlar da Qiyamət gününədək möhlət alırlar. Həmin gün baş­ladıqda onlardan zalımlıqlarına görə hökmən intiqam alınacaq və onlar əmin olacaqlar ki, Allahdan başqa ibadət etdikləri tanrıçalar onlara heç bir fayda gətir­mə­yəcəklər.

 ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ

(39. 46) “De: “Ey göylərin və yerin Yaradanı, qeybi və aş­karı Bilən Allah! Qullarının arasında ixtilafa düşdükləri ba­rədə hökmü Sən çıxaracaqsan”.

Ey Rəbb! Sən Kainatı yaradaraq onu idarə edirsən. Sən bi­zim baxışlarımızdan gizli qalan və bizə məlum olan hər şeyi bilir­sən. Sən bizim aramızda ədalətlə hökm verəcəksən və, əlbəttə ki, ən böyük ixtilahı nəzərindən kənarda qoymayacaqsan. Bu ixtilaf – xalis möminlərlə müşriklərin qarşıdurmasıdır. Biz yalnız Sənə ibadət edirik və əminik ki, doğru hərəkət edirik və Axirət günü üçün mükafata layiqik. Onlar isə Sənə bütləri və daş heykəlləri şərik qoşurlar, qətiyyən ilahi keyfiyyətlərə malik olmayan uydu­rulmuş “tanrıçaları” Sənə bərabər tuturlar və Sənin ləyaqətini ən müdhiş tərzdə azaldırlar. Onlar yanlarında yalançı “ilahlardan” bəhs edildikdə şadlanır və tövhid haqqında eşitdikdə isə qə­zəb­lənirlər. Buna baxmayaraq, onlar elə hesab edirlər ki, doğru dav­ranır və mükafata layiqdirlər.
Fövqəluca Allah belə buyurur: “Qiyamət günü Allah yə­hu­diliyə, səbailiyə, xristianlığa, atəşpərəstliyə və müşrikliyə eti­qad edənlər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyin Şahididir. Məgər sən görmürsən ki, Allahın qarşı­sında göylərdə və yerdə olanlar, günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar və insanların çoxu səcdə edirlər. Onların bir çoxu əzab çəkməyə layiqdirlər. Allahın alçaltdığına heç kim hörmət göstərməz. Həqiqətən, Allah necə istəyirsə elə də davranır. Bu­dur, öz Rəbbi barədə mübahisə edərək bir-biri ilə çəkişən iki dəstə. İman gətirməyənlər üçün Oddan libas biçə­cəklər və baş­larına qaynar su tökəcəklər. Bundan onların də­risi və iç-içalatı əriyəcəkdir. Onlar üçün dəmir toppuzlar hazır­lanmışdır. Onlar hər dəfə oradan çıxmaq və kədərdən xilas ol­maq istə­yən­də, on­ları geri qaytaracaqlar. Dadın yandırıb-yaxan Odun əza­bını! İman gətirib, xeyirxah işlər görənləri Allah altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilər­ziklər və mirvarilərlə bəzədiləcək, libasları isə ipəkdən olacaq­dır” (Həcc, 22/17-23);
“O kəslər ki, iman gətirib, imanını zalımlığa bürümə­miş­lər, əmin-amanlıq içindədirlər və onlar doğru yolla gedirlər” (Ənam, 6/82);
“Həqiqətən, Allaha şərik qoşana O, Cənnəti qadağan et­mişdir. Onun sığınacağı Cəhənnəm olacaqdır” (Maidə, 5/72).
Müzakirə etdiyimiz ayədə Fövqəluca Allah xəbər verir ki, bütün məxluqların yaradıcısı yalnız Odur, bütün başverən hadi­sə­lərdən xəbərdardır və qullarını da Özü mühakimə edir. Fövqəl­qüdrətli Xaliq və Hərşeyibilən Hökmdar Öz qullarının bütün yax­şı və pis əməllərini və həmçinin cəzalandırma və mükafatlan­dırma hədlərini mütləq bilməlidir. O (Pak və Müqəd­dəs) ədalətli mühakimə etməkdən ötrü məxluqlarını hökmən diriltməlidir. Bu məhkəmənin ədalətli olması heç bir şübhə do­ğurmamalıdır, çün­ki Xaliq Öz məxluqlarından bixəbər qala bilməz. Fövqəluca bu­yu­rur: “Məgər Xəlqedən bunu bilməyə­cək?” (Mülk, 67/14).

 ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

(39. 47) “Əgər yer üzündəki hər şey və bir o qədər də əla­vəsi zalımların olsaydı, onlar hökmən bunları fidyə verib Qiya­mət gününün dəhşətli əzabından xilas olmağa cəhd göstə­rər­di­lər. Lakin sonra Allahdan onlara nəzərə almadıqları düçar ola­caq”.
Öncəki ayələrdə Rəbb qullarına ədalətli məhkəmə quraca­ğından və həm də müşriklərin yaramaz sifətlərindən bəhs edirdi. Şübhəsiz ki, indi insanlar Qiyamət günü bu günahkarların başına nələr gələcəyini bilməyə tələsirlər və buna görə Fövqəluca bəyan edir ki, Axirət həyatında onları ən sərt və ən müdhiş cəza göz­ləyir. Onlar o cəzaya layiqdirlər, çünki ən böyük və ən yaramaz günahlar törədirdilər – Vahid Allaha iman gətirmirdilər. Hətta əgər təsəvvür etsək ki, Axirət həyatında bütün yer özünün qızılı, gümüşü, mirvariləri, heyvanları, ağacları, taxılı və hətta ev əş­yaları ilə birlikdə müşriklərə məxsusdur, onda yenə də onlar bü­tün bu sərvətlərini fidyə verməklə Allahın cəzasından xilas ola bil­məzlər. Onlar hətta iki dəfə artıq sərvətə malik olsaydılar da, on­ları fidyə verib, qurtula bilməzdilər. Heç bir şey onları sərt cə­za­dan qurtara bilməz və heç bir şey onlara dair ədalətli hökm çıxa­rılmasına maneə ola bilməz. Bunu bildiyi üçün İbrahim pey­ğəm­bər (ə) Allaha belə dua etmişdir: “Onların dirildiləcəyi gün mə­ni rüsvay etmə – nə var-dövlətin, nə də övladların heç kimə fayda verməyəcəyi gün, Allah qarşısında pak qəlblə daya­nan­lardan başqa” (Şüəra, 26/87-89).
Sonra Allah bildirir ki, müşriklərə, onların heç vaxt zənn etmədiklərini göstərəcəkdir. Onlar böyük bir uğur qazanacaq­larını düşünürlər, amma yalnız Fövqəlqüdrətli Allahın qəzəbinə və nifrətinə məruz qalacaqlar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

(39. 48) “Belə ki, onlara əməllərinin pislikləri aşkar ola­caq və məsxərəyə qoyduqları onları çulğalayacaqdır”.

Onların gözü qarşısında günahlarının və cinayətlərinin nə­ticələri olaraq şərli əməlləri aşkar olacaq və onların dünya hə­ya­tında məsxərəyə qoyduqları vəd edilən cəza onları hər tərəf­dən bürüyəcəkdir.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ

(39. 49) “İnsana zərər dəyəndə, o Bizə dua edir. Biz Öz ne­mətimizdən ona əta edəndə isə, o deyir: “Həqiqətən, bu, mənə elmimə görə bəxş edilmişdir”. Qətiyyən! Bu – yanılma­dır, la­kin çoxları bilmir”.

Fövqəluca insan təbiətinə xas olan sifətlər haqqında xəbər verir. İnsana xəstəlik, müsibət və qəm-qüssə düçar olanda, o, o saat Rəbbinə müraciət edir və kömək və xilas üçün Ona dua edir. Rəbb qayğıların və müsibətlərin yükünü ondan götürdükdə, o, Allahın mərhəmətini unudur və deyir: “Allah mənə lütfkarlıq əta etdi, çünki mənim mərhəmətə və mükafata layiq olduğum Ona yaxşı məlumdur. Allah qarşısında mənim hörmətim var və mər­həmətin necə qazanılması və sərvətə necə nail olunması mənə məlumdur”.
Allah qullarına var-dövlət nazil edir və onların bəzilərinin Rəbbinə necə şükür etdiklərini, digərlərinin isə naşükürlüyünü görür. Lakin insanların əksəriyyəti elə zənn edir ki, sınaqdan ke­çirilmək məqsədi ilə bəxş edilən sərvət mükafat və bəxşişdir. Belə insanlara elə gəlir ki, var-dövlət – mütləq nemətdir, halbuki əsil həqiqətdə, o, həm böyük nemət gətirə bilər, həm də böyük şər vasitəsi ola bilər.

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

(39. 50) “Bunu onlardan əvvəlkilər də demişdilər, lakin qa­zandıqları onları xilas etmədi”.

Onlar da həmçinin deyirdilər ki, var-dövləti və yüksək və­zifələri öz bilikləri hesabına əldə etmişlər. Kafirlər bu sözləri san­ki nəsildən nəsilə ötürürlər. Onlar öz Rəbbinin göstərdiyi mər­hə­mətini qəbul etmirlər, Onun qarşısında öz vəzifələrindən boyun qaçırırlar və ölümlə üzbəüz gələnə qədər öz dediklərindən əl çək­mirlər. Məhz belə bir qismət kafirlərin əvvəlki nəsillərinə nəsib ol­muşdur və onların sərvəti onları Allahın cəzasından qo­ruya bilməmişdir.

 ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(39. 51) “Nəhayət, nail olduqları pis əməlləri öz başlarına gəldi. Zalımlıq edənlərə də şər əməlləri düçar olacaq və onlar xilas ola bilməyəcəklər”.

Burada bəhs edilən – cəzadır, çünki istənilən cəza insana pislik və narahatçılıq nəsib etməkdədir. Müasir günahkarlar öz sələflərindən heç də üstün deyillər və onların cəzadan qoruyan heç bir “mühafizə şəhadətnaməsi”[18] də yoxdur.

 ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ


(39. 52.) “Məgər onlar bilmirlər ki, Allah istədiyinə ru­zi­sini artırar və ya əskildər? Həqiqətən, bunda iman gətirənlər üçün dəlillər vardır”.

Sərvət və müvəffəqiyyət onları dərin bir azğınlığa salır və nəticədə bu nadan axmaqlar elə güman edirlər ki, yer üzündə na­il olduqları əmin-amanlıq insanın vicdanlı olmasına dəlalət edir. Fövqəluca onların yanlış baxşlarını təkzib edərək bildirir ki, zən­ginlik gözəl əxlaq və vicdanlı olmaqla heç də bağlı deyil[19]. Allah qulla­rına, onların xeyirxahlığından və ya yaramaz əməllə­rindən asılı ol­mayaraq, sərvət verir. Yerdəki nemətlər bütün məx­luqlar ara­sında bölünmüşdür, amma iman və möminlik yalnız ən yax­şı­la­rın qismətidir.
Həqiqətən, bunda – mömin insanlar üçün dəlillər vardır. Onlar başa düşürlər ki, zənginlik və kasıblıq Fövqəluca Allah­dan­­­dır. O (Pak və Müqəddəs), qullarını ilahi müdrikliyi və mər­həməti sayəsində idarə edir. O (Pak və Müqəddəs), insanlar haq­qında daha yaxşı bilir və əgər O (Pak və Müqəddəs), onlara cüzi bir qismət nəsib edirsə, bu, Onun həm də ilahi xeyirxahlı­ğının təcəssümüdür. Ola bilsin ki, əgər Allah onlara var-dövlət və ha­kimiyyət versəydi, onlar zalımlıq edərdilər. Allah bunu çox yaxşı bilir, lakin O (Pak və Müqəddəs), qullarının imanı və dindarlığı haqqında qayğı çəkir, çünki məhz onlar qullarının səadətinin və uğurunun rəhnidir.

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(39. 53) “De: “Ey Mənim özlərinə zərər vurmaqda həddini aşan qullarım: “Allahım mərhəmətindən ümidinizi kəsməyin. Həqiqətən, Allah bütün günahları bağışlayır, çünki O – Bağış­la­yandır, Mərhəmətlidir”.

Ey Muhəmməd! Ey haqq dinin təbliğatçıları! Mənim, çoxlu günah işlədən və özlərinə zərər vurmaqda həddi aşan qullarıma Fövqəluca Rəbbin hüdudsuz rəhməti və hər şeyi bağışlaması haq­­qında xəbər verin! Onları günahlarını tövbə etmək üçün bu gözəl imkandan məhrum olmayana qədər çağırın. Onlar öz alçaq istəklərinə güzəştə gedirlər, Hər şeyi Bilən Rəbbə itaətsizlik edir­lər və Onun qəzəbini özlərinə yönəldirlər. Lakin onlar Allahın mər­həmətinə ümidlərini kəsməməli və bununla özlərini daha bö­yük təhlükəyə məruz qoymamalıdırlar. Onlar deməməlidirlər ki, həddən artıq günahlar etmişlər və ya qurtula bilməyəcəkləri həd­siz qüsurlara malikdirlər. Belə ümidsizlik günahkarlara tövbə et­məkdə, itaətsizlik burulğanından çıxmaqda maneçilik törədir. Nəticədə, onlar Mərhəmətli Allahın qəzəbindən başqa bir şey əl­də edə bilmirlər. Buna görə günahkarlara Onun mərhəməti ba­rədə ümidsizliyə qapıl­mağa imkan verməyin və Onun mərhə­mə­ti və rəhmliliyinə dəlalət edən gözəl ilahi adlarını dərk et­məkdə onlara yardım göstərin.
İnsan tövbə edən kimi, Fövqəluca Allah onun bütün böyük və kiçik günahlarını, hətta müşrikliyini, qatilliyini, zinakarlığını, faiz yeməsini və zalımlığını[20] bağışlayır. Həqiqətən də, Allah – Bağışlayandır, Mərhəmətlidir. Mərhəmət və Hərşeyibağışlama ki­­mi, bu iki sifəti, Fövqəluca Allaha əbədi xas olan sifətlərdir. Allahın bu sifətlərinin təzahürü, Onun bütün məxluqları tərə­fin­dən bila­va­­­sitə hiss olunur. Rəbb qullarına gecə-gündüz nemətlər nazil edir. O (Pak və Müqəddəs), onlara Öz mərhəməti ilə gizli və aşkar himayə edir. Onun üçün nemətləri bağışlamaq, onları Özün­­də saxlamaqdan olduqca xoşdur. Onun mərhəməti Onun əda­lətli qəzəbini qabaqlayır və ona üstün gəlir. Lakin bu mər­həmətə layiq olmaqdan ötrü insan zəhmət çəkməlidir və əgər o bunu etməsə, özü öz qarşısındakı mərhəmət və hər şeyi bağış­lama qapılarını bağlamış olur.
Fövqəlucanın mərhəmətini qazanmağın ən etibarlı və ən şə­rəfli üsulu – Onun qarşısında səmimi tövbə etmək, bağışlanma haqqında dua ilə Ona müraciət etmək, itaət, mütilik və təmən­na­sız ibadətdir. Həqiqətən, Onun mərhəmətinə və bağışlamasına doğru bundan daha etibarlı bir yol yoxdur. Buna görə sonra Allah buyurur:
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ

(39. 54) “Əzab-əziyyət sizə çatanadək, Rəbbinizə yalvarın və Ona itaət edin, axı belə olmazsa, onda artıq sizə kömək gös­tərilməyəcəkdir”.

Rəbbinizə qəlbən və vicudunuzla itaət edin. Allahın qulu müqəddəs məqsədinə, özündə bu iki məziyyəti birləşdirdikdən sonra, nail ola bilər. Bu zaman insan Rəbbinə ancaq səmimi, yəni təkcə bir olan Allah xatirinə tövbə etməli və itaət göstərməlidir. Əgər insan Rəbbinin mərhəmətini qazanmağa can atmır, digər məqsədlər güdürsə, onda onun tövbəsi və itaətkarlığı ona heç bir fayda verməz. Əgər insan Axirət cəzasına çatdıqdan sonra tövbə edərsə, tövbəsi və itaətkarlığı yenə ona heç bir fayda gətirməz. Heç bir şey kafiri Cəhənnəm qisasından xilas edə bilməz və artıq heç nə ona kömək etməz. Əlbəttə ki, bu sözlərdən sonra insanlar tövbə, islam dini və saleh əməllər haqqında daha çox öyrənmək istəyəcək. Buna görə, sonra Allah belə buyurur:

ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ ﯶﯷﯸﯹﯺ

(39. 55) “Əzab sizə qəflətən gəlməzdən əvvəl Rəbbinizin sizə nazil etdiklərinin ən yaxşılarına itaət edin ki, hətta onu[21] duymayasınız”.

Rəbbinizin hökmlərini qəlbən və bədəninizlə yerinə yeti­rin. Müsəlman Rəbbini qəlbən sevməli, Ondan qorxmalı və Ona ümid bəsləməli və həmçinin öz mömin qardaşlarına səmimi mə­həbbət göstərməli və bunu sarsıda bilən hər şeydən çəkinmə­lidir. Müsəlmanın bədənilə icra etməli olduğu əməllərə gəldikdə isə, bunlara aid olanlar: namaz, zəkat, həcc, sədəqə və bir çox digər xeyirxah işlərdir. Məhz müxtəlif formalarda təzahür edən xeyir­xahlıqlar göstərmək hökmü – Allahın Vəhyində nazil edilən ən yaxşı hökmlərdəndir. Allahın bu və digər hökmlərini yerinə ye­tirən – Rəbbinə qəlbən və bədəni ilə ibadət edən müsəlmandır.
Hər bir ağıllı adam, onun hətta heç gözləmədiyi cəza onu qəflətən yaxalayana qədər, həmin yola mütləq qədəm basmalıdır. Fövqəluca Allah bu sözlərlə qullarını Rəbbin mərhəmətini qazan­maq üçün tələsməyə və bundan ötrü hər imkandan istifadə et­məyə çağırır.

 ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ

(39. 56) “Bir kəs deməsin ki: “Allahın hüzurunda etdik­lərimə görə vay halıma! Mən yalnız məsxərəçilərdən biri idim!”

Azğınlıqdan çəkinin və moizələrə və nəsihətlərə biganə qal­­mayın, çünki çox yaxın vaxtda elə bir gün gələcək ki, insanlar tövbə edəcəklər, lakin onlar öz tövbələrindən[22] faydalana bilmə­yə­­cəklər. Belə olduqda, insan deyəcək: “Bütün həyatım boyu haq­­qa etinasız yanaşdığıma görə vay halıma. Bundan başqa, mən başqalarını cəza barədə düşünməyə dəvət edən insanları da məs­xərəyə qoyurdum. Budur artıq mənim onların sözlərinə öz gö­zümlə görüb, əmin olduğum gün başlamışdır”.

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ

(39. 57) “Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəlt­səydi, mən də təqvalılardan biri olardım”.

Bu – Cəhənnəm əzabkeşlərinə qismət olmayacaq xəyalla­rıdır. Onlar cəzadan xilas olmaq və mükafata layiq görülmək üç­ün Allahdan onları doğru yola yönəltməyi diləyəcəklər. Ayə­dəki “Əgər” sözü “şərt” kimi başa düşülməməlidir, çünki bu halda, günahkarların sözləri öz günahlarına Allahın qədəri ilə haqq qazandırmağa cəhd etdiklərini bildirərdi. Yaxşı məlumdur ki, belə bəraət yanlış və əsassızdır, Qiyamət günü isə hər hansı yalan puç olacaqdır.
 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ

(39. 58) “Ya da əzabı gördükdə, deməsin ki: “Əgər mən bir də olsaydım[23], xeyirxahlıq edənlərdən olardım”.

Əzabkeş sarsıdıcı cəzanı öz gözlərilə görüb əmin olduqda, belə deyəcək: “Mənim dünya həyatına qayıtmaq imkanım ol­say­dı və o həyatda yenidən yaşasaydım, onda mən saleh insan­lar­dan biri olardım”. Lakin bu mümkün olmayacaqdır və kafir­lərin duaları onlara fayda verməyəcəkdir. Bundan da başqa, onların vədləri yalandır və həqiqətdən uzaqdır və əgər Fövqəluca Allah kafirləri dünya həyatına qaytarsaydı, onlar onsuz da öz küfürlə­rindən əl çəkməzdilər.

ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

(39. 59) “Xeyr! Ayələrim sənə gəldi, amma sən onları ya­lan saydın, təkəbbürləndin və kafirlərdən biri oldun”.

Şübhə edilməsi mümkün olmayan haqq sənə açıqlandı. O, çoxsaylı dəlillərlə təsdiq edilmişdi. Lakin sən bu dəlilləri təkzib et­din və Rəbbinin iradəsinə itaət etməkdən təkəbbürlə imtina et­din. Nəticədə, sən kafirlərdən biri oldun, indi isə sənə daha bir imkan verilməsini istəyirsən. Həqiqətən, sən bunu ona görə xahiş edirsən ki, yenə də şənlənmək və bir qədər də əylənmək imkanı əldə edəsən. Fövqəluca buyurur: “Əgər onlar geri qaytarılsay­dılar, onda mütləq onlara qadağan edilənə dönərdilər. Həqiqə­tən, onlar – yalançıdırlar!” (Ənam, 6/28).
 ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ


(39. 60) “Qiyamət günü sən Allaha böhtan atanları üzüqa­ra görəcəksən. Məgər təkəbbürlülərin məskəni Cəhənnəmdə de­­yil­mi?!!”

Fövqəluca, kafirləri yaxalayacaq böyük rüsvayçılıq haq­qında xəbər verir. Onların üzləri, sanki qorxunc gecə zülməti ki­mi, tamamilə qapqara olacaqdır və mömin insanlar Qiyamət günü Məhşər ayağında kafirləri bu əlamətlə tanıyacaqlar. Haqq həmişə buludsuz səhər kimi aydın və gözəldir, lakin kafirlər öz yalançı əməlləri ilə haqqı qaralamağa cəhd edirlər. Onların ci­nayətlərinə cavab olaraq, Fövqəluca Allah diriltdikdən sonra ka­firlərin üzünü qaraldacaqdır. Həqiqətən də, Allahın verəcəyi əvəz həmişə törədilən cinayətə uyğun olur.
Amma qaralmış üzlər canilərə düçar ediləcək yeganə cəza olmayacaqdır. Fövqəluca onlardan ötrü dəhşətli Cəhənnəm iş­gən­­cələri tədarük etmişdir. Bu gün onlar haqqı təkəbbürlə inkar edirlər, Rəbbə ibadət etməkdən təkəbbürlə boyun qaçırırlar və Ona müdhiş böhtanlar atırlar. Əlbəttə ki, belə insanların nəsibi Cəhənnəm olacaqdır. Orada onları sarsıntılar, rüsvayçılıq və Föv­qəlqüdrətli Hökmdarın qəzəbi gözləyir. Cəhənnəm intiqamı­nın həddi-hüdudu yoxdur və təşəxxüslü əzabkeşlər törətdikləri bü­tün günahlara görə cavab verməli olacaqlar.
Allaha atılan böhtanlara qayıdaraq, qeyd etmək lazımdır ki, bu ən ağır cinayət – Ona şərik qoşan, Ona övlad və zövcə aid edən, Onun barəsində müxtəlif ləyaqətsiz sözlər danışan, özünü peyğəmbər elan edən və ya Onun adından Onun dinində ol­ma­yan hökmlər icad edən hər kəs tərəfindən törədilməkdədir.

 ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

(39. 61) “Allah təqvalıları xilas edəcək və onlar uğur qa­zanacaqlar. Şər onlara toxunmayacaq və onlar kədərlənmə­yə­cəklər”.

Allah kafirlərin taleyini xatırlatdıqdan sonra, təqvalı mö­min­lərin taleləri haqqında xəbər verməyi də qərara alır. Onlar mü­vəffəqiyyətə nail olacaqlar və Allahın qullarını təmin etdiyi xilasın məziyyəti sayəsində cəzadan qurtulacaqlar. Bu məziyyət – təqvalılıq və dindarlıqdır. Məhz bu məziyyətlər müsəlmanın ən ağır və ən dəhşətli anlarında silahına çevrilir. Bu məziyyətlərə görə mükafat mütləq Səadət və tam əmin-amanlıq olacaqdır və məhz buna görə Allah xüsusilə vurğulayır ki, möminlər onların önündə nə cəza çəkəcək, nə də qorxu hiss etməyəcəklər. Bütün yol boyunca, onlar üçün hazırlanmış Cənnət məkanına nəhayət gəlib düşənədək, təqvalı möminləri tam əmin-amanlıq müşayiət edəcəkdir. Onların sevincini və rahatlığını heç bir şey poza bil­məyəcək və onlar Rəbbi şərəfləndirərək, belə deyəcəklər: “Həmd olsun bizi qəm-qüssədən Xilasedən Allaha! Həqiqətən, Rəbbi­miz – Bağışlayandır, Şakirdir”[24] (Fatir, 35/34).

 ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

(39. 62) “Allah – hər şeyin Xaliqidir və O – hər şeyin Vəkilidir!”

Fövqəluca Özünün əzəmətindən və kamilliyindən xəbər verir və təkcə bu, bütün varlıqların Xaliqi olan Allaha iman gə­tirməkdən imtina edən hər bir kəsi bədbəxt etməyə kifayətdir. Bu və buna bənzər ifadələrə Şərəfli Quranda tez-tez rast gəlinir. Onlar bir mənalı olaraq göstərir ki, bütün varlıqlar, Allahın Öz­ündən və həmçinin Onun gözəl adlarından və ilahi sifətlə­rindən başqa, hamısı xəlq ediliblər[25]. Bu ədalətli müddəa, filo­sofların göylərin, yerin, insan ruhlarının və sairənin əzəldən möv­­­cud ol­ması haqqında nəzəriyyələrini təkzib edir. Belə nəzər nöqtələri yalan və qüsurludur, çünki Kainatın yaradılması haq­qında kon­septual müddəaya ziddir.
Qeyd olunması çox vacib olan bir məsələ: Allahın nitqinin məxluq olmamasıdır, çünki nitq Onun ilahi sifətlərindən biridir. Rəbb əzəldən var olandır və, deməli, Onun gözəl adları və əzə­mətli sifətləri də əzəldən mövcuddur. Buna baxmayaraq, mötə­ziləçilər Allahın bu sözlərini əsas götürərək, bəyan edirlər ki, Onun nitqi yaradılmışdır. Bu, cahilliyin ən böyük təzahürü­dür, çünki hər bir mömin bilməlidir ki, bütün ilahi adlar və sifətlər Fövqəluca Allaha əzəldən məxsusdur. O (Pak və Müqəddəs), za­man keçdikcə yeni adlar və sifətlər qazanmır və onlardan, qısa müddətə də olsa, ayrılmır. Müzakirə etdiyimiz ayəyə gəldikdə isə, Fövqəluca Allah bildirmişdir ki, O (Pak və Müqəddəs) – göy­lərin və yerin Xaliqi, məxluqların Himayədarıdır.
Bütün varlıqlara havadarlıq etmək – Kainatda başverən hər şey haqqında kamil biliyə malik olmağı, onda gedən bütün pro­seslər üzərində mütləq hakimiyyəti, zəruri olan hər şeyi yadda saxlamaq qabiliyyəti, kamil müdrikliyi və həmçinin səltənətinə la­zı­mınca sərəncam çəkmək istedadını nəzərdə tutur. Bu məziy­yətlərdən, heç olmazsa, birinə sahib olmayan, mütləq himayəçi ola bilməz. Lakin Fövqəluca Allah qüsurlara malik deyil və Onun sifətləri kamildir. O (Pak və Müqəddəs) Özünü bütün varlığın Hamisi adlandırır və bu Onun kamil elminə, mütləq fövqəl­qüd­rətinə, Kainatı kamil idarəetmək bacarığına və mütləq müd­rikliyinə dəlalət edir və bunların sayəsində O (Pak və Müqəddəs) hər şeyi öz yerinə yerləşdirir.
 ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ
(39. 63) “Göylərin və yerin açarları yalnız Ona məxsus­dur. Allah­ın ayələrinə inanmayanlar isə zərərə uğramışlardır”.

Göylərin və yerin açarları – bilik və hakimiyyətdədir. Föv­qəluca buyurur: “Allah rəhmətini insanlar üçün açarsa, heç kim onun qarşısını ala bilməz. Onun saxladığını isə, Ondan başqa kimsə nazil edə bilməz. O – Fövqəlqüdrətlidir, Müdrik­dir” (Fa­tir, 35/2). Allahın əzəmətinin dərk edilməsi insanları Ona ehtiram bəsləməyə və Onun qarşısında təzim etməyə yönəlt­məlidir. Onu layiqincə dəyərləndirməyən fasiqlərə gəldikdə isə, onlar mütləq zərərə uğrayacaqlar. Onlar, doğru yolu tutmağın zəruriliyinə qə­tiyyən heç bir şübhə yeri qoymayan çoxsaylı ayə­ləri inkar edir və Vahid Allaha iman gətirməməklə, dilləri ilə Rəbbi tez-tez xatır­lamamaqla, bədənləri ilə Ona mütilik və itaət göstərməməklə öz qəlb­lərini röv­nəqləndirmək imkanından məh­rum edirlər. Bun­dan bo­yun qaçıranlar – həm qəlbən pozğun­laş­mış və həm də qü­surlu bədənə ma­lik insanlardır. Onlar Cənnət səadətindən imtina edir və əzab-əziyyətli cəzaya üstünlük ve­rirlər.
 ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ

(39. 64) “De: “Ey cahillər, doğrudanmı mənə Allahdan başqa birisinə ibadət etməyimi əmr edirsiniz?”

Ey Elçi! Səni bütpərəstliyə dəvət edən cahil günahkarlara müraciət edib de: “Doğrudanmı siz məni Allaha deyil, bir başqa­sına ibadət etməyəmi çağırırsınız? Həqiqətən, siz yalnız öz cahil­liyiniz üzündən belə davranırsınız. Əgər siz belə olmasaydınız, onda hökmən anlayardınız ki, Fövqəluca Allah heç kimə və heç nəyə möhtac deyildir. Qullarına nemət nazil edən yalnız Odur və təkcə O (Pak və Müqəddəs) ibadətə layiqdir. Sizin bütləriniz və uydurma “ilahlarınız” çoxsaylı nöqsanlara malikdirlər. Onlar zə­rər vurmağa və fayda verməyə qabil deyillər və buna görə bu aciz daş heykəllərə ibadət etməyi mənə təklif etməyin”.

 ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

(39. 65) “And olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy edilmişdi: “Əgər şəriklər qoşsan, əməllərin zay olar və sən mütləq ziyana uğramışlardan olarsan”.

Çoxallahlıq və bütpərəstlik insan həyatını məhv edir və in­sanların əməllərini əbəsləşdirir. İnsan məxluqları ilahlaşdırırsa və ya uydurulmuş “ilahlara” ibadət edirsə, onda onun istisnasız ola­raq bütün əməlləri hədər və faydasız olur. O, öz imanını və Axi­rə­tini məhv edir, özünü əbədi sarsıntıya məruz qoyur. Allah­ın bü­tün peyğəmbərləri (onlara salam olsun!) bu həqiqəti təbliğ edir­dilər və bəyan edirdilər ki, çoxallahlıq insanın əməllərinin hət­­ta ən yaxşı­la­rı­nı belə puç edir. Buna görə Fövqəluca Allah bu­yurur: “Bu, Allahın istədiyi qulunu yönəltdiyi doğru yoldur. Əgər onlar da şərik qoşsaydılar, bütün etdikləri boşa çıxardı” (Ənam, 6/88).

 ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(39. 66) “Tək Allaha ibadət et və şükür edənlərdən ol!”

Allah əvvəlki ayələrdə çoxallahlıların insanları uydurul­muş “ilahlara” ibadət etməyə çağırmasından və onların əməllə­rinin necə dəh­şətli və yaramaz olmasından xəbər verir. Buna gö­rə, sonra Fövqəluca yalnız Tək Allaha ixlasla ibadət etməyi bu­yurur və doğru yol rəhbərliyinə, sağlamlığa, əmin-amanlığa, ru­ziyə və başqa maddi nemətlərə görə Ona minnətdarlıq bildir­məyi əmr edir. Əlbəttə ki, Rəbbin bütün nemətlərindən ən yaxşısı – Vahid Allaha iman və təqvalılıqdır. Bu, bütün nemətlərin ən bö­yüyüdür. Hər bir mömin dərk etməlidir ki, o, yalnız öz Rəbbinin lütfkarlığı sayəsində iman gətirmişdir və doğru yolu göstərdiyinə görə Allaha həmd etməlidir. Təkcə belə olduğu halda mömin öz-özünü aldatmaqdan xilas ola bilər. Təəssüflər olsun ki, bir sıra nadan müsəlmanlarda bu hal müşahidə edilir. Əgər onların bu nadanlığı olmasaydı, onlar öz dinlərinə yalnız heyranlıqla yanaş­maz, Fövqəluca Rəbbə daha səylə şükür edər­dilər.

 ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(39. 67) “Onlar Allahın qədrini layiqincə bilmədilər, hal­buki Qiyamət günü bütün yer kürəsi Onun bir Ovcuna yer­lə­şəcək, göylər isə Onun Sağ Əli ilə büküləcəkdir. O, Pakdır və onların şərik qoşduqlarının fövqündədir”.

Bu ayədə Fövqəlqüdrətli Rəbbin qədrini layiqincə bilmə­yən və Onun ilahi ləyaqətini azaltmağa çalışan müşriklər­dən bəhs edilir. Onlar, naqis keyfiyyətlərə malik və qüsursuz olma­yan əməllər işləyən məxluqları Onunla bərabər tuturlar. Onların uydurduqları “ilahları” nə göylərdə, nə də yer üzündə heç bir hakimiyyətə malik deyillər: fayda verməyə və ya zərər vurmağa, nemət əta etməyə və ya öz mərhəmətindən məhrum etməyə qa­dir deyillər. Onların çoxsaylı qüsur və xətaları vardır və, buna baxmayaraq, müşriklər onları Fövqəlqüdrətli Xaliqə və Əzəmətli Rəbbə bərabər tuturlar. Onlar Allahın böyüklüyü və fövqəlqüd­rəti üzərində düşünmürlər, axı Qiyamət günü bütün yer kürəsi Onun əlində cəmisi bir ovuc içi olacaq, nəhəng göylər isə Onun Sağ Əli ilə büküləcəkdir. Onlar bu fövqəlqüdrətli Hökmdarı aciz məxluqlarla bərabər tutmağa cəsarət göstərirlər. Bundan da dəh­şətli zalımlıq nə ola bilər? Allah Pakdır və başqalarını Ona bəra­bər saymaqdan sonsuzluğadək Ucadır!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ

(39. 68) “Sura üfürüldükdə göylərdə və yerdə olanlar, Allah­ın istədiklərindən başqa, bayılıb öləcəklər. Sonra ona bir daha üfürüldükdə onlar qalxıb baxacaqlar”.

Sonra Sura ikinci dəfə üfürüləcək və bununla dirilmənin başlanması xəbər veriləcək. İnsanlar öz qəbirlərindən qalxacaqlar ki, Fövqəluca Allah onlara ədalətli Məhkəmə qursun. Onlar yeni və kamil qiyafədə dirildiləcək və ətrafda baş verənlərə diqqətlə baxacaq və Fövqəlqüdrətli Rəbbin onlarla necə rəftar edəcəyi barədə düşünəcəklər.

 ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

(39. 69) “Yer Rəbbinin nurundan parıldayacaq. Kitab qo­yu­lacaq, peyğəmbərlər və şahidlər gətiriləcək. Onların ara­sında ədalətlə mühakimə aparılacaq, haqsızlığa yol verilmə­yəcək”.
(39. 70) “Hər kəsə etdiklərinin əvəzi tam veriləcək. On­la­rın nələr törətdiklərini O, daha yaxşı bilir”.

Qiyamət günü başlananadək Kainatı işıqlandıran nəhəng səma cisimləri sönəcəkdir. Günəş dürmələnib büküləcək, ayın işı­ğı çəkiləcək və ulduzlar isə səpələnib yox olacaq. İnsanlar qatı qa­ran­lıq içində qalacaq və Allah ədalətli Məhkəmə aparması üçün gəl­dik­də[26] yer[27] Onun nurundan işıqlanacaqdır. Dediyimiz ki­mi, Allahın məxluqları yeni qiyafədə yaradılacaq və onlara yeni qabi­liy­yət və bacarıqlar əta ediləcəkdir. Məhz buna görə Allahın nuru on­ları yandırmayacaq. Bundan başqa, onlar Fövqəlucanın Üzünü görə biləcəklər. Əgər O (Pak və Mü­qəddəs) istə­səy­di, Onun ilahi nu­ru məxluqlarının əvvəlin­cidən sonuncusuna kimi hamısını yan­dı­rar­dı.
Sonra insanların qarşısında onların əməl kitabları qoyula­caq və Allahın hər bir qulu onlarda etdiyi öz xeyirxah əməllə­rini və günahlarını oxuyacaqdır. Fövqəluca buyurur: “Kitab qo­yu­la­caqdır və sən görəcəksən ki, günahkarlar onda yazılan­dan necə qorxub titrəyəcəklər. Onlar deyəcəklər: “Vay halımı­za! Bu necə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçı­rıl­mamışdır – hər şey hesaba alınmış­dır”. Onlar nə törət­miş­lər­sə, qarşılarında görəcəklər və Rəbbin heç kimlə zalım­casına da­vranmayacaqdır” (Kəh18/49). Allahın mühakimə­sinin mükəm­məl­liyi və kamilliyini hər bir insana deyiləcək sözlər təs­diq edə­cəkdir: “Öz kitabını oxu! Bu gün özünə qarşı öz he­sab­laman kifayətdir!” (İsra, 17/14).
Peyğəmbərlər (onlara Allahın salamı olsun!) öz vəzifələrini qüsursuz yerinə yetirdiklərini təsdiq edəcək və həmçinin öz xalq­larının lehinə və ya əleyhinə şahidlik edəcəklər. Mələklər, insan orqanları və yer də Yer üzündə baş vermiş hər şey haqqında şa­hidlik edəcəklər. Allahın qulları üzərində qurduğu Məhkəmə əda­lətli olacaq, çünki hökmü – bütün varlıqlar haqqında hər şeyi bilən və heç vaxt ədalətsiz davranmayan Fövqəlali Hakim çıxara­caqdır. Onun Kitabı – Mühafizəolunan Lövhədir və onda Allahın qullarının bütün əməlləri hesablanıb yazılmışdır. Onun, Rəbbinin əmrlərindən çıxmayan alicənab mühafizəçi-mələkləri də insanın etdiyi hər bir əməli qeyd edirlər. Allahın çıxaracağı hökmün əda­lətli olmasını ən qərəzsiz şahidlər təsdiq edəcəklər. Ona çox gözəl məlumdur ki, bu və ya digər əmələ görə hansı mükafat və ya cə­za verilməlidir və buna görə bütün məxluqlar Onun ilahi Qəra­rının müdrikliyini və ədalətliliyini qəbul edəcəklər. Onlar öz Rəb­binə həmd edəcək və Allahın əzəmətinin, kamil elminin, müd­­rikliyinin və rəhmdilliyinin şahidi olacaqlar. Onlar bu qü­sursuz ilahi sifətlərini sözlərlə təsvir edə bilməyəcək və etiraf edəcəklər ki, belə bir şey heç onların ağlına belə gəlməyibdir.

 ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(39. 71) “İman gətirməyənləri zümrə-zümrə Cəhənnəmə qo­va­caqlar. Onlar ona yaxınlaşdıqda, onun dərvazaları açılacaq və mü­hafizəçiləri onlara deyəcəklər: “Məgər sizə özünüzdən olan elçilər gəlib, Rəbbinizin ayələrini sizə oxumurdularmı və sizi bu gü­nünüz barədə xəbərdar etmirdilərmi?” Onlar deyə­cək­lər: “Elə­dir”. Buna baxmayaraq, kafirlərə aid əzab Sözü hə­qiqət oldu”.

O (Pak və Müqəddəs), məxluqları yaratmış, onlara qayğı göstərir və onları idarə edir. Ona Öz qullarını yer üzündə topla­maq çətin olmadığı üçün, onları yenidən Qiyamət günü Məhşər ayağında bir yerə yığmaq da çətinlik yaratmayacaq. Lakin yer üzündə insanlar dağınıq halda idilər – möminlərə və kafirlərə və həm də təqvalılara və günahkarlara bölünmüşdülər. Buna görə Qiyamət günü də Allah insanları zümrələrə böləcəkdir. Kafirləri və müşrikləri Cəhənnəmə kobud və sərt mühafizəçilər qovacaq­lar. Onlar dəhşətli qırmanclarla günahkarları qamçılayacaq və onları itələyə-itələyə ən müdhiş və ən mənfur bir məkana ata­caqlar. Cəhənnəmdə isə onları ağrılı-əzablı işgəncələr və ən bö­yük faciə gözləyir. Bu günahkarlar bir daha heç vaxt sevinc və rahatlığa nail ola bilməyəcək. Onlar cəzadan qaçmağa cəhd gös­tərərək, müqavimət göstərəcəklər, lakin mələklər onları itələyə­cək­lər və buna görə Fövqəluca Allah belə buyurur: “Həmin gün onlar amansızcasına Cəhənnəm oduna vasil ediləcəklər” (Tur, 52/13). Onların hər biri oxşar günahlar törətmiş fasiqlərlə birlikdə Cəhənnəmə atılacaqlar. Onlar, nəhayət, Cəhənnəmin dərvazala­rına çatana qədər bir-birilərini lənətləyəcək və bir-birindən üz döndərəcək­lər. Onlar Cəhənnəmə çatan kimi, onun dərvazaları qarşılarında açılacaq və onda sərt mühfizəçilər əzabkeşlərə deyə­cəklər: “Biz sizin üçün əzabverici cəza hazırlamışıq və siz ondan əbədi olaraq qurtula bilməyəcəksiniz. Lakin sizi bu əzablara dü­çar edən biz deyilik, çünki siz ona öz yaramaz əməllərinizlə layiq olmusunuz. Məgər sizə sizin öz aranızdan olan elçilər gəlmə­miş­dimi? Məgər siz onların şərəfli əsil-nəcabətini və doğru da­nışan olduqlarını bilmirdinizmi? Məgər siz onlarla görüşməkdən məh­rum idinizmi? Onlar yanınıza gəlmiş və Allahın çoxsaylı möcü­zələrini sizə göstərmişdilər ki, bunların hər biri haqq-hesab gü­nünün labüdlüyünün dəlilləri idi. Siz onlara itaət etməli və bu Günə hazırlaşmalıydınız və siz dindarlığa və təqvalılığa üstünlük versəydiniz, onda belə bir müdhiş vəziyyətə düşməzdiniz”.
Günahkarlar günahlarını etiraf edəcək və bunları şüurlu surətdə etdiklərini boyunlarına alacaqlar. Onlar deyəcəklər: “Rəb­­bi­mizin elçiləri bizə gəlirdilər və bizə aydın ayələr və in­kar­olunmaz dəlillər göstərirdilər, haqqı ən mükəmməl tərzdə bi­zə izah edirdilər və bizi bu Günün dəhşətlərindən xəbərdar ed­ir­dilər. Lakin kafirlik və allahsızlıq bizi sarsıdıcı cəzaya məh­kum etdi. Bu, Allahın ayələrini inkar edən, elçilərin təlimlərindən bo­yun qaçıran və, ən başlıcası isə, bunu şüurlu surətdə edən hər kəs üçün əzəldən hazırlanmışdı”.

 ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ
                                                                   
(39. 72) “Deyiləcəkdir: “Cəhənnəmin dərvazalarından da­xil olun və orada əbədi qalın!” Təkəbbürlülərin məskəni ne­cə də pisdir!”
Günahkarların hər bir zümrəsi, törətdikləri günahların ağ­ır­­lığına uyğun gələn Cəhənnəm dərvazasından daxil olacaqdır. Cə­hən­nəm əzabkeşləri odlu məskənlərini heç vaxt tərk etməyə­cəklər və onların əzabı, qısa müddətə də olsa belə, yüngülləş­di­rilmə­yə­cək. Özündənrazı təşəxxüslülərin qalacaqları yer necə də mənfur­dur! Bu qalacaqları yer Cəhənnəmdir və burada haqqı eti­nasızlıqla inkar edənlər toplanacaqlar və buna görə alacaqları əvəz – alçal­dıl­ma, nifrət və rüsvayçılıq olacaqdır. Sonra Fövqəl­uca Allah Cəhən­nəm sakinləri haqqında xəbər verərək belə bu­yurur:

 ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ

(39. 73) “O kəsləri ki, Rəbbindən qorxurdular, Cənnətə dəstə-dəstə gətirəcəklər. Onlar yaxınlaşdıqda, onun dərvazaları açılacaq və mühafizəçilər onlara deyəcəklər: “Sizə salam olsun! Xoş halınıza! Əbədilik daxil olun!”

Onlar yalnız Fövqəluca Rəbbə ibadət edərdilər və Onun hökmlərini qüsursuz yerinə yetirərdilər və buna görə də Allah mə­­ləklərə tapşırır ki, onları Cənnətə ən layiqli bir təntənə ilə mü­şayiət etsinlər. Bu zaman möminlər də dəstə-dəstə, əməlləri on­ların əməllərinə uyğun gələn qardaşlarının müşayiəti ilə ge­də­cəklər. Onlar Cənnət məkanına çatdıqda, göz işlədikcə geniş məs­kənlər və möhtəşəm saraylar görəcək, füsunkər rayihə və zərif Cənnət küləyi du­yacaq və əbədi Cənnət səadətinə yaxınlaş­dıqla­rı­nı anlayacaqlar. Sonra onların qarşısında Cənnət dərvazaları açı­lacaqdır və bu əzəmətli hadisə bir daha möminlərin üstünlü­yünü və nəcibliyini nəzərə çarpdıracaqdır. Cənnət keşikçiləri on­ları: “Salam əleykum! Siz hər cür şərdən və hər hansı bəladan qo­runacaqsınız! Sizin qəlbləriniz Allahı dərk etmək, Ona məhəb­bətlə və Onun qarşısında qorxu ilə dolurdu, sizin diliniz yorul­madan Onu xatırlayırdınız, bədənləriniz isə qüsursuz olaraq Onun hökmlərini yerinə yetirirdi. Buna görə girin Cənnətə və burada əbədi olaraq qalacaqsınız. Bu – xeyirxahlıq məskənidir və yalnız xeyirxahlıq edən möminlər üçün təyin edilmişdir” sözləri ilə salamlayıb qarşılayacaqlar.
Fövqəluca Allah Cəhənnəm sakinlərinin oraya necə ya­xınlaşacaqlarından bəhs edərək belə buyurur: “Onlar ona yaxın gəldikdə, onun dərvazalarını açacaqlar”. Cənnət sakinlə­rinin Cən­nətə yaxınlaşacağından bəhs edərkən isə Allah belə buyurur: “Onlar yaxınlaşan kimi onun dərvazaları da açıla­caq­dır”. Bu isə o deməkdir ki, Cəhənnəmin dərvazaları, əzabkeşlər onun qarşı­sına çatan kimi, o saat açılacaqdır ki, onlar Cəhənnəm alovunun bütün dəh­şətini duyub, onun əzab-əziyyətinin ağırlığını dərk et­sinlər. Cən­nət isə, bu şərəfli və əzəmətli məskən, yalnız Allahın ən yaxşı qul­ların­dan ötrü hazırlanmışdır. Oraya yalnız o kəslər düşə bilər ki, xeyirxah işlər görmüş və Rəbbinin lütüfkarlığına nail olmağa yük­sək səylə can atmış olsunlar. Amma, hətta buna da baxmayaraq, Cənnət dərvazalarının qarşısına gəlib çatmış mö­min­lər, şəfaətçilik edənlərin ən alicənabı Muhəmməd Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun!) onlara şəfaət­çilik etmə­dikcə, Cənnətə düşə bilməyəcəklər. Yalnız bundan son­ra Cənnət dərvazaları açılacaq və möminlər əbədi Səadət məskə­ninə gir­mə­yə imkan əldə edəcəklər.
Bu ayələr açılıb-bağlanan Cəhənnəm və Cənnət dərvaza­larının mövcudluğuna dəlalət edir. Bu dərvazaların hər birinin yanında keşikçilər vardır və onlar içəriyə yalnız bu və ya digər məskənə layiq görülmüş insanları buraxırlar. Cənnət və Cəhən­nəm bu xüsusiyyəti ilə Kainatdakı digər yerlərdən fərqlənirlər.

 ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ
(39. 74) “Onlar deyəcəklər: “Həmd olsun vədinə sadiq Allaha ki, bizi Cənnətin istədiyimiz yerinə varis etmişdir. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Möminlər Cənnətə girdikdən sonra, fasilə vermədən on­ların qayğısına qaldığına, hüdudsuz mərhəmətinə və doğru yolu onlara göstərdiyinə görə Rəbbə minnətdarlıqlarını bildirə­rək, be­lə deyə­cəklər: “Vədini yerinə yetirən Allaha həmd olsun! Biz bu vəd barə­də sadiq elçilərin dilindən eşitmişik və oma iman gə­tir­mişik. Biz mö­min olmağa can atmışıq və Allah da Sözünə əməl etmişdir. O (Pak və Müqəddəs), Cənnət torpağını ixtiyarı­mıza vermişdir və biz burada, istədiyimiz yerdə məskunlaşa bilərik. Biz Cənnətin hər han­sı bir guşəsində yerləşə bilərik və istənilən məmnunedici şeylər­dən zövq ala bilərik. Bundan sonra bizdən ötrü heç bir qadağa mövcud deyil. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gözəldir! Biz qısa müddət ərzində zəhmət çəkmiş və Allaha ibadət etmişik, əvəzində isə çox böyük mükafat və əbədi səadət almışıq”.
Cənnət o qədər füsunkardır ki, ən yüksək tərifə layiqdir. Axı başqa cür ola da bilməz, çünki Səxavətli və Alicənab Allah onu öz seçilmiş qulları üçün hazırlamışdır, bağları isə onun uca guşələ­rin­də Öz Əlləri ilə salmış və onları Özünün böyük mər­həməti ilə hima­yəsi altına almışdır. Cənnət o qədər misilsiz gö­zəlliyə malikdir ki, hətta onun kiçicik bir ləzzəti insanı əbədi olaraq qəm-qüssədən xilas etməyə və rahat həyatı təmin etməyə qadirdir.
Sonra Allah, digər məxluqlarla birlikdə bu əzəmətli Günü mütləq görəcək möminlərə müraciət edərək belə buyurur:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

(39. 75) “Sən Ərşi əhatə edən və öz Rəbbinin şan-şöh­rə­tini həmd ilə ucaldan mələkləri görəcəksən. Artıq qullara əda­lətli hökm çıxarılmışdır və onlar deyəcəklər: “Həmd olsun aləm­lərin Rəbbi Allaha!”

Barələrində bəhs edilən mələklər Allaha fasiləsiz qulluq edən mələklərdir. Onlar Onun Ərşinin ətrafında toplaşır, Onun əzəməti qarşısında səcdə edir, Onun kamilliyini bildirir, Onun gözəlliyinə heyranlıqlarını nümayiş etdirir, Onun ilahi adlarını və sifətlərini şərəfləndirir, müşriklərin və kafirlərin Ona qoşduq­ları ədalətsiz ifadələri inkar edirlər.
Allah, birincidən başlamış sonuncuya qədər bütün insanlar haqqında Hökm çıxaracaq və ilahi Qərarının ədaləti heç kimdə bir şübhə doğurmayacaqdır. Bundan başqa, heç kim bu Qərarı rədd etmək fikrinə belə düşməyəcəkdir və Allahın bütün məx­luqları aləmlərin Rəbbi Allaha həmd edəcəklər və bu onu göstərir ki, is­tisnasız olaraq bütün məxluqlar Allaha həmd edəcəklər. On­ların hamısı möminlərə və günahkarlara aid müdrik hökmün qüsur­suzluğunu etiraf və qəbul edəcəklər. Onların bir qismi Allahı mərhəmətinə və xeyirxahlığına görə, digər qismi isə müd­rikliyi və ədalətinə görə mədh edəcəklər.






[1] Yəni, Allahdan başqa heç kim, heç nə Ondan üstün qüdrətə və üstün sifətlərə malik ola bilməz. F.S.
[2] Kursiv mənimdir. Rus mətnində “məhv edəcək” ifadəsi getmişdir. F.S.
[3] Bu ayə ona dəlalət edir ki, Fövqəlqüdrətli Allah insanı və digər məxluqları yaratdığı kimi, həmçinin bütün heyvanları da Özü yaratmışdır. Təbiətdə Rəbbin iştirakı olmadan, seçmə yolu ilə müstəqil təkamül qanunları mövcud deyil və məxluqların formaca dəyişikliyə uğraması Allahın qədərinə uyğun baş verir. F.S.
[4] Quranın nazil edildiyi yeddinci əsrdə insanların cift kisəsi haqqında anlayışı belə yox idi. Bəs o zaman Quranın ana bətnindəki üç qaranlığa işarə etməsi necə izah edilə bilərdi? Heç şübhə yoxdur ki, bu ifadəni Quranın nazil edildiyi dövrün bilik səviyyəsi ilə anlamağa imkan yox idi. Döl bu üç təbəqənin mühafizəsi altında qaranlıq bir məkanda tədricən inkişaf edirdi. Cift torbası təmiz və axıcı bir maye ilə dolu olur. Bu maye sarsıntıları neytrallaşdıran qoru­yucu yastıq rolunu oynayır, təzyiqi tənzimləyir, ciftin selikli qişasının dölə yapışmasına mane olur və dölün uşaqlıqda rahat dönməsini təmin edir. Əgər döl bu maye sayəsində rahat hərəkət edə bilməsəydi, bir ət parçası kimi yığışıb qalar, aylarla tərpənə bilməyib bir tərəfi üstündə qalması ilə zədələnərdi. Xarici aləmdə hərarətin necə olmasından asılı olmayaraq, dölün maye suyunun hərarəti daima hər tərəfdə 31 dərəcədə sabit qalır. Allah hər mərhələdə hər şeyi ən incəliklərinə qədər sahmanlamışdır. Bu qaranlıqlara daxildən nüfuz edə bilsəydik, görərdik ki, “birinci qaranlıq məkan böyük qaranlıq bir tuneli xatırladır. İkinci qaranlıq - işıqsız bir meşə­ni xatırladır. Üçüncü isə, qaranlıq bir dənizin altının təsəvvürünü yaradır. Bütün bu təsvirlər Quranın, həqiqətən, Allah tərəfindən nazil edilməsinin misilsiz dəlilləridir. (Bax: Quran heç tükənməyən möcüzə, səh. 194). F.S.
[5] Tərcümə etdiyim mətndə: “создал вас из небытия” ifadəsi işlədilmişdir ki, bunu bəzən “heçlikdən” kimi çevirirlər. Lakin Fövqəlqüdrətli Allah xəlq etdiklərini Öz misil­siz ilahi ener­jisi ilə yaradır ki, bu hikmət mənbəyi və qüdrət xəzinəsini, dolayısı ilə də olsa, “heç­lik” adlan­dırmaq, Fövqəluca Allaha qətiyyən yaraşmayacaq bir məziyyət kimi, Ona aid edilə bilməz. Yeri gəlmişkən qeyd etməliyəm ki, Mübarək Quranı, Allahın bu Misilsiz Ki­ta­bı­nı bütövlükdə və ya onun ayrı-ayrı ayələrini tərcümə etmək qərarına gələn hər bir müsəlman, hər şeydən öncə, özündə Müqəddəs Allahın bu Kitabına ehtiram hissi ilə yanaşmalı və Allahın hər bir kəlamını mümkün olduqca orijinala uyğun və ya daha yaxın şəkildə çevirməlidir və bu zaman yeganə meyar – Allahın sözünün dəyişməzliyi, dəqiqliyi, onun incə çalarlarının mütləq araşdırılıb kəşf edilməsi zəruriyyəti olmalıdır. İlahi ayələrin əsli mənasının deyil, ağla gələn və ya başqa tərcümələrdə rast gəlinən bir variantını əsas götürüb tərcüməni həyata keçirilmiş say­maq günah sayılmalıdır. Bütün hallarda kəlamın və bütün fraqmentlərin mümkün qədər dəqiq­liyinə səy göstərilməlidir. Bu səylər – Allaha ehtiramın nəticəsi olaraq savaba layiqdir və hər kəsə faydalı olacaqdır. Tərcüməçilərin, dəvətçilərin və digər müsəlman bacı və qardaşların bu məqamlara xüsusi diqqət yetirmələri yetərincə vacib bir etiqad məsələsidir. F.S.
[6] Zümər surəsinin 8-ci ayəsində xatırlanan Cəhənnəm sakini nəzərdə tutulur. F.S.
[7] Gecələr qılınan nafilə təhəccüd, vitr namazları. F.S.
[8] Zamanımızda bu məsələyə münasibətdə müsəlmanlar çox diqqətli olmalıdırlar və hicrət barədə qərar qəbul edərkən bir sıra vacib məsələləri nəzərə almalıdırlar. Çünki müsəlmanlar ilk növbədə, yalnız Allah xatirinə normal şəraitdə ibadət etmək, vaxtında namazı, camaat na­maz­­larını şəriətə müvafiq və maneəsiz qılmaq və digər ayinləri yerinə yetirmək mütləq mə­nada mükün olmadığı bir şəraitdə hicrət etmək haqqına malikdirlər. Digər bütün hallar hicrət adlandırıla bilməz. Amma bunların hər birinin grçəkləşdirilməsi özü də konkret və incələnməli özəlliklərlə bağlıdır. Məsələn, müsəlman ölkəsindən, hər hansı, bilavasitə dinlə bağlı olmayan səbəblərə görə hansı ölkəyəsə getmək, istər islam ölkəsi olsun, istərsə qeyri islam ölkəsi, hicrət hesab edilə bilməz və bu adi miqrasiya hadisəsi kimi qəbul edilməlidir. Özlərini müsəlman sayan insanlar xalqının mütləq əksəriyyətinin tarixən müsəlman etiqadına malik olduğu bir ölkədən, bilavasitə dinlə bağlı olmayan səbəblərə görə, bir ölkədən qərbin “demokratiya həl­qə­sində” olan və əhalisinin maddi rifahının nisbətən yüksək olduğu qeyri-müsəlman ölkə­sinə getməsini də “hicrət” adlandırmaq mümkün deyil. Əgər bu islam şəriətinin tələbləri ilə bi­la­va­sitə üst-üstə düşsəydi, bu gün dünya əhalisi arasında olan mövcüd təbii miqrasiya misilsiz dərəcədə arta bilərdi (əlbəttə, əgər bunu Allah istəsəydi!). Odur ki, nə emiqra­siya, nə də sadə­cə, immiqrasiya hicrət hesab edilə bilməz və müsəlman qardaş və bacılarımız bunu unutma­malıdırlar. F.S.
[9] Cəhənnəm əzabkeşləri. F.S.
[10] Möminlər nəzərdə tutulur. F.S.
[11] Mənim “hekayət” kimi çevirdiyim ifadə ayədəkiالْحَدٖيثِsözünün qarşılığı kimi verilmişdir. Lakin ölkəmizdə nəşr olunan bir sıra məlum əsərlərdə bu is­ti­lah – “Söz”, “Kəlmə” kimi çevrilmişdir. Bununla əlaqədar beynəlxalq en­sik­lo­pe­diya sayılan Wikipediyada “hədis” istilahının həmin formalarını axtar­sam da, aşkar edə bil­mədim. Wikipediyadan aşağıdakı nümunəyə baxın (rus di­lin­də­­dir):
 “Хади́с (араб. الحديث‎‎) — изречение (кауль), одобрение (такрир), образ (васфи) или действие (филь) пророка Мухаммада, сумма которых обра­зу­ет Сунну, являющуюся авторитетной для всех мусульман и состав­ля­ю­щую одну из основ шариата. Хадисы передавались посред­ств­ом спод­­виж­ников пророка. Слово «хадис» в переводе с арабского язы­ка букваль­но означает «новый», «беседа», «предание», «рассказ». В исламском бо­го­словии изучением хадисов занима­ется специальная наука — хади­со­ве­де­ние (усуль аль-хадис). Gördüyünüz kimi, mütəxəssislərin tər­tib etdiyi və nü­munəsini verdiyimiz mən­bələrdə “hədisin” - “söz” və ya “kəlmə” kimi tər­cü­məsinə təsa­düf edilmir. Tərc. F.S.
[12] Ayədəki bu sözü mən Azərbaycan dilində “bir-birinə bənzər” ifadəsi ilə vermişəm. F.S.
[13] Ayədə əvvəlki dövrlərdə də Allahın elçilərini (onlara salam olsun!) yalançı sayan kafirlər nəzərdə tutulur. F.S.
[14] Bu ayədə Fövqəluca Allahın buyurduğu ibrətamiz məsəllərdən biri də Quranın Qəmər su­rəsinin 54/7-ci ayəsində verilmişdir: “Hamısı gözlərini həqircəsinə aşağı dikib, hər tərəfə ya­yılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar”. Bu ayə ilə Allah kafirlərə Qiyamət gü­nü dirildiləcəklərinin canlı örnəyini misal çəkir. Həmin gün insanların qəbirlərindən çıxması çəyirtkələrə bənzədilir. Niyə çəyirtkələrə bənzədilir? Niyə Allah məhz bu örnəyi göstərir? Ke­çən iyirminci əsrdə həşəratlar üzərində aparılan elmi mü­şahidələr bizə bu hikməti dərk et­məkdə yardım göstərir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, çəyirtkə sürüləri həddən artıq böyük və sıx kütlə halında olur. Milyardlarla çəyirtkə bir yerə toplaşaraq uzun və geniş miq­yaslı qara yağış buludlarına bənzəyir. Bəzən belə çəyirtkə sürülərinin eninin 3-5 km və qalın­lığının bir-neçə metrə çatdığı alimlər tərəfindən təsbit edilmişdir. Çəyirtkələr yumurtalarını torpağın içinə yerləşdirirlər və onlar torpağın altında uzun müddət qaldıqdan sonra yer üstünə çıxırlar. Niyə çıxırlar?...
 İndi də, ABŞ-ın Nyu Enqland bölgəsindəki çəyirtkə sürülərini öyrənən tədqiqatçıların araş­dırmalarını oxucuların nəzərinə çatdırıram. Verilən məlumata görə, o ərazidə tədqiq edilən çə­yirtkələr torpağın altında dün­yaya gəlib 17 (on yeddi) il ayrılmadan yaşadıqdan sonra, yəni onyeddinci ilin may ayında torpaq altın­dakı qaranlıq yarıqlardan torpağın üstünə çıxırlar. Tədqiqatçılar yazırlar ki, əgər insanları qaranlıq bir yerə salaraq, saatsız, xarici aləmlə əlaqə olmadan hətta 17 gün sonra hamısının eyni vaxtda oradan çıxmalı olduqları onların özlərinə həvalə edilərsə, əmin olun ki, onların bir çoxu bu 17-günlük müddəti düzgün təyin edə bilməz. Beləcə də bu dünyadaykən maddi bədəni məzara qoyulmuş insanların Axirətdə hamının eyni vaxtda yenidən yaradılmasına bundan da gözəl örnək ola bilərmi?
 Qısaca desək, insanlar və çəyirtkələr torpağın altında uzun müddət qaldıqdan sonra toplu halında yer üzünə çıxacaqlar.
 Fövqəluca və Fövqəlqüdrətli Allah Quranda belə ibrətamiz məsəllər çəkir. Bu nümunələr üzərində, oxucu qardaş və bacılar, düşünəriksə, həm Müdrik Allahın çəkdiyi məsəllərin gözəlliyini, həm də onların vasitəsilə nəyin nəzərdə tutulduğunu anlamağımız mümkün ola­caqdır.
Gördüyünüz kimi, iyirminci əsrdə alimlərin aşkar etdiyi çəyirtkə gerçəklikləri 14 əsr bundan öncə Kəramətli Quranda öz əksini tapmışdır. 17 il yer altının qaranlığında qalan çəyirtgələrin bu həssaslığı, yer üstünə çıxmaq vaxtını belə dəqiqliklə təyin edə bilməsi bila­vasitə çəyirtgələrin xarüqəladə istedada malik olmalarının deyil, məhz Fövqəlqüdrətli Allahın fəaliyyətinin, yəni bu möcüzəni yaratması və idarəetməsinin nəticəsidir. Bu isə, öz növbə­sin­də, Quranın Allahdan nazil edil­mə­sini, Allahın gerçək varlığını, Onun peyğəmbərlərinin (onla­ra Allahın salamı olsun!) haqq yolda olduğunu təsdiq edir.
 Quranın ən böyük müddəası və ən əzəmətli xəbəri – Allahın varlığı, Onun varlığının hər şey­dən önəmli olması və Allaha şəriklər qomamağımızdır. (Bax: “Quran Heç Tükənməyən Möcüzə”, səh. 278-279). F.S.
[15] Burada Qiyamət günü aparılacaq mübahisə nəzərdə tutulur. F.S.
[16] Yəni az müddət ərzində davam edən ölüm halı və onun özəl formasıdır. Bu halda insan orqanizminin bir sıra mühüm həyati prosessləri davam edir və bu kiçik ölüm əsil ölümə çev­rilmir. Ölümün ilahi funksiyaları baş­qa olduğu üçün, kiçik ölümün – yəni yuxunun da ayrıca funksiyaları vardır ki, bunlardan ən vacibi – insanın gecə-gündüz ərzində “mənimsədiyi” mən­fi yükü – yorğunluğu aradan qaldırmaq və s. ilahi səbəbləri gerçəkləşdirməkdir. Bu iki ölü­mün bir özəlliyini qeyd etməyim yerinə düşərdi. Belə görünür ki, öz qədəri ilə ölməli insanın ruhu­nun alın­ması, ömrü davam edəcək insanın ruhunun alınmasından prinsipcə fərqlidir. Ölə­si­nin ru­hunun alınması həmin anda onun bədənində deformasiyaların başlanması prosesi ilə müşa­hidə edilir, yə­ni, artıq insanın canı çıxır, nəfəs almır və onun həyat fəaliyyəti göstərən orqan­larının fəaliyyəti dayanır. La­kin qə­dərinin hələ sona yetmədiyi insanın isə, yuxusunun nə qə­dər uzanmasından asılı olmayaraq, ruhunun bədəndən ayrı olması ilə, onun həyat fəaliyyəti göstərən orqanları öz funksiyalarını itirmirlər: bədən oksigenlə tə­min olunur (nəfəs alınır), nə­fəs tənzim edilir və müvafiq digər orqanlar da fəaliyyət göstərirlər. Bunu necə izah etmək mümkündür? Məncə, ikinci halda, ruhun bədəndən ayrılaraq çıxması ilə, onun bədənə qa­yıt­masınadək olan dövrdə insanın daha bir fiziopsixi idarəedici orqanının öz ruhu ilə olan əlaqəsi qətiyyən kəsil­mə­miş olur və bu onu göstərir ki, yuxu zamanı ruhun çıxması ilə həm birbaşa, həm dolayısı ilə və həm də məca­zi mə­nada “can” adlandırdığımız həyat qüvvəsi bədəndən çıxmır və insan, “d i r i” saydığımız bir vəziy­yətdə qalır. İlahiyyat bilicilərinin bu mülahizəyə öz özəl düşüncələrini bildirməsi, müzakirə məqsədi ilə, arzu­olu­­nan­dır. F.S.
[17] Yəni, şəfaətçiliyi. F.S.
[18] Rus mətnində: «Охранная грамота». Adətən, o, dövlət başçıları və ya dini rəhbərlər tərə­fində ayrı-ayrı şəxslərin təhlükəsizliyinin və digər imtiyazlarının təmin edilməsi üçün onlara verilən xüsusi bir sənəddir. F.S.
[19] Kursiv mənimdir. F.S.
[20] Kursiv mənimdir. F.S.
[21] Burada “əzabın qəflətən gəlişi” nəzərdə tutulur. F.S.
[22] ... həmin gün... F.S.
[23] İnsanın bir daha yerə qayıtmaq istəyi nəzərdə tutulur. F.S.
[24] Şakir - şükür edənin əvəzini verən. F.S.
[25] Yəni, yaradılmışlar, məxluqdurlar (bu ifadələr – “xəlq edilmişlər” söz birləşməsinin sinonim­ləridir). F.S.
[26] Rus mətnində: “endikdə” («когда спустится») kimi verilmişdir. F.S.
[27] Bu surənin 67-68-ci ayələrindən görünür ki, Qiyamətin başlaması ilə Yer və göylər Fövqəlqüdrətli Allahın əlləri ilə bükülüb dürmələnəcəkdir. Belə olduğu halda Allahın təzahürü ilə Yerin işıqlanması halında, bu yerin hansı yer olması ortaya çıxır. Araşdırmamız nəticəsində aydınlaşdı ki, Yer bükülüb dürmələndikdən sonra “başqa bir yerə çevrilir...” (İbrahim, 14/48) ki, bu da Məhşər məkanı olacaqdır (“Haqq dini Quran dili”, Elmalılı Hamdi Yazır, Zümər surəsinin, 39/69-70-ci ayələrinin təfsiri). Oradaca qeyd olunur ki: “Bir şərəfli hədisdə belə deyilmişdir: “İnsanlar təmiz ələnmiç un kimi ağ bir yer üstündə dirildilib toplanacaqlar. Əbu Həyyanın İbn Abbasdan nəql etdiyi başqa bir rəvayətə görə buradakı nuru Fövqəluca Allah yaradacaq ki, (Məhşəri) işıqlandırsın”. F.S.

Комментариев нет:

Отправить комментарий