среда, 2 мая 2012 г.

70. MƏARİC SURƏSİNİN ŞƏRHİ


MƏARİC
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!      

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(70. 1) “Bir soruşan soruşdu olan əzabı”
(70. 2) “kafirlər üçün. Kimsə onu dəf edə bilməz”,
(70. 3) “dərəcələr Sahibi Allahdan başqa”.

Fövqəluca bu ayələrdə Allahdan vəd etdiyi cəzanı tezliklə na­zil et­məsini istə­mə­yə özlərini məcbur edən inadkar kafirlərin ca­hilliyini ifşa edir. Onlar haqqı məsxərəyə qoyurlar, onu inad­ka­r­ca­sına inkar edir və Allahın Elçisinin (ona Allahın salavatı və sa­la­mı olsun!) on­lara bəyan etdiyini mümkün olmayan şey sayırlar. On­lar inadkar­lıq­larına və kafir­liklərinə görə cəzaya layiq görü­lə­cək­lər ki, onun nə qarşısını almağa, nə də ondan qaçınmağa kim­sə­nin gücü yetməz. Quranı yalan sayanlardan biri də ən-Nadir b. əl-Xaris əl-Kuraşi idi. O Allaha bu söz­lərlə müraciət etmişdi: “Ey Al­lah! Əgər bu haqdırsa, onda göy­lər­dən başımıza daş yağdır və bi­zə əzabverici cəza endir”.
Allah onları mütləq cəzalandıracaqdır. Onlardan bəzilərinin iz­­ti­rabını O (Pak və Müqəddəs), bu dünyada sürətləndirir və əzab ve­rir. Digərlərinə isə O (Pak və Müqəddəs), Axirət gününədək möh­lət verir – orada onları amansız cəza gözləyir. Əgər onlar Al­la­hı və Onun Əzəmətini, hakimiyyətinin hüdudsuzluğunu, Onun ad və sifətlərinin mütləq kamilliyini dərk etsəydilər, onda onlar Al­la­hın cəzasının tez gəl­­məsini istəməzdilər, Rəbbə itaət edər və Onu dərin ehti­ramla xatır­layardılar. Buna görə Allah Özünün əzə­mə­tini xüsusilə vur­ğulamaqla onların ədəbsiz və biabırçı da­nı­şıq­la­rını rədd edir. O (Pak və Müqəddəs), Özünü Dərəcələr Hökm­da­rı, yəni, əzəmət, ehti­ram, fövqəlqüdrət və bütün məxluqlar üzə­rin­də ali hakimiyyət Sahibi adlandırır.

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(70. 4) “Mələklər və Ruh Onun dərgahına sayı əlli min il olan bir gün ərzində yüksəlirlər».

Bu – bütün xeyirxah və günahkar ruhlara aiddir. Öldükdən son­­ra möminin ruhu Allahın dərgahına qaldırılır və göylər onun qar­­şısında o, nəhayət, yeddinci göyə çatanadək, bir-birinin ar­dın­ca açı­lır. Fövqəlqüdrətli və Böyük Allah yeddinci göyün fövqündə hökm sü­rür. Göylərin sakinləri ruhu salamlayır, ondan ötrü dua edir­­lər və o, öz Xaliqinin yaxınlığına misilsiz dərəcədə sevinir və buna görə şad­yanalıq edir. Bununla da ona layiq olduğu ehtiram gös­­tərilir və bol-bol təriflər deyilir. Günahkarın ruhu da göylərə qal­dı­rı­lır, lakin ona hətta birinci göyə daxil olmağa belə icazə ve­rilmir və onu yerə qaytarırlar.
Fövqəluca bildirir ki, mələklər və ruh Allahın yanına qal­xır­lar və nəhəng bir məsafəni, Allahın onlara bu yolu asanlaşdırması, on­l­arı yüksək sürətə malik zərif və yüngül məxluqlar etməsi sa­yə­sin­də bir gün ərzində qət edirlər. Adi qaydada hərəkət etsəydilər, on­lar qalx­dıq­ları yerin baş­lanğıcından onun sonunadək, yəni, ali alə­min qur­tardığı yerədək olan məsafəni əlli min ilə qət edərdilər. Be­lədir Allah­ın Böyük Səltənəti! Bu – ali və yer aləmlərindən ibarət olan əha­təo­lun­maz Kai­nat­dır[1]. Onları yaradıb, idarə edən[2] Vahid Hökm­dar – Fövqəluca Allahdır!
Ona, onların qəlbində baş verənlərin və onların əllərinin tö­rət­­diklə­rinin hamısı, onları yer aləmində və Axirət həyatında nə­lə­rin göz­lədiyi məlumdur. O (Pak və Müqəddəs), qullarına mər­hə­mət­li və xeyirxahlıq edəndir. Onun mərhəməti bütün varlıqları əha­tə edir və hər şey Onun qanunlarına: Kainat qanunlarına, ş­ə­ri­ət qanunlarına və ədalətli əvəz qanunlarına tabedir.
Vay o kəslərin halına ki, Onun əzəmətini dərk etməmişlər və Onu layiqincə dəyərləndirməmişlər, Allahın fövqəlqüdrətini sı­na­ma­ğa və ya Onun gücsüzlüyünə əmin olmağa cəhd göstərərək, On­dan cəzasını tezləş­dirməyi istəmişlər!
Həmd olsun Allaha, həlim və Rəhimli Rəbbə ki, Öz Qisas (Əvəz) gününü müəyyən müddətədək ləngitsə də, qullarını unut­­ma­­­mışdır. Onlar Onu incik salmağa çalışırlar, O (Pak və Müqəd­dəs), isə, onların zalımlığına səbirli yanaşır və onlara hətta xoş­bəxt­­lik və ruzi bəxş edir.
Bu mübarək ayənin təfsirlərinin biri belədir. Buradan aydın olur ki, ayədə mələklərin və ruhların bu dünyada göyə qalx­ma­sın­dan bəhs edilir. Bunu əvvəlki ayələrin mətnləri də təsdiq edir.
Bir başqa şərhə görə, bu, Fövqəluca Allah Öz fövqəl­qüd­rə­tini və əzəmətini qullarına tam mənada nümayiş etdirəcəyi Qi­ya­mət gü­nü baş verəcəkdir. Onlar görəcəklər ki, mələklər və ruhlar Al­la­hın ya­­nına necə qalxır və Allahın iradəsini icra edərək və Onun gös­tə­riş­lə­rini həyata keçirərək, necə Onun dərgahından aşa­ğı enirlər.
Əlli min ilin xatırlanmasına gəldikdə isə, bu onu göstərir ki, Qi­yamət günü ağrı-acılı və uzun müddətli olacaqdır və Fövqəluca Al­lah yalnız möminlər üçün bu gözləməni asanlaşdıracaqdır.

 ﯰ ﯱ ﯲ ﯳ
(70. 5) “Gözəl tərzdə səbirli ol!”

Xalqını səbirlə Allaha dəvət et və sənin səbirin bitib-tükən­mə­­sin. Öz vəzifəni heyfslənmədən, reşmançılıq çəkmədən yeri­nə yetir. Allahın iradəsinə müti ol, Onun qulları arasında tövhidi təb­liğ et və onların sənin ardınca getməkdən boyun qaçırmalarına və Cənnətdə əbədi nemətlər qazanmaq istəməmələrinə fikir ver­mə. Həqiqətən, sə­bir­lilik bu işdə çox böyük fayda verir.

ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(70. 6) “Onlar onu uzaq hesab edirlər».
(70. 7) “Biz isə görürük ki, o – yaxındır».

Ayədə söhbət kafirlərin tez gəlməsini istədikləri cəza ala­caq­­ları Qi­yamət günündən gedir. Lakin həmin gün onlar haqqı ayırd etməyə qabil olmayacaqlar. Onlar o dərəcədə bədbəxtdirlər və beyinləri o qə­dər zəhərlən­mişdir ki, onları gözləyən dirilmə gü­­nü­nün çox uzaqda olduğunu güman edirlər. Allah isə görür ki, hə­­min gün çox yaxın­da­dır. Lakin O (Pak və Müqəddəs), xeyirxah və mərhəmətlidir. Buna gö­rə cəzalandırmağa tələsmir. O (Pak və Müqəddəs), bilir ki, o gün hök­mən başlayacaq və mütləq olacaq hər şeyi yaxın saymaq lazımdır. Sonra Fövqəluca Allah Qiyamət gü­­nünün dəhşətlərini təsvir edir və buyurur:
 ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ

(70. 8) “Həmin gün göy ərimiş metala bənzədikdə”,
(70. 9) “dağlar yun kimi olacaq”

Həmin gün böyük hadisələr baş verəcəkdir. Göy ərimiş me­ta­la bənzəyəcəkdir, yəni, əridilmiş qurğuşun kimi çatlayayıb par­çala­na­caq və bu səhnənin dəhşəti təsvirəgəlməz olacaqdır. Dağ­lar da­ranmış yun kimi yumşalacaq, sonra isə tamamilə ha­va­ya sov­rulmuş toza çevrilib yox olacaq.
Əgər bu qüdrətli məxluqlar belə sarsıntılara məruz qalacaq­lar­­sa, onda günahlarının yükünün ağırlığı hədsiz dərəcədə onu ağır­laş­dırmış zəif insan haqqında nə demək olar? Həqiqətən, o qor­xuya dü­şər və onu əhatə edənlərin hamısından əlini üzər.

 ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﭑﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(70. 10) “və dost dostunun halını soruşmayacaq”,
(70. 11) “halbuki bir-birilərini görəcəklər. Günahkar o Gü­­nün əzabından qurtulmaq üçün fidyə vermək istəyəcək oğul­­la­rı­nı”,
(70. 12) “zövcəsini və qardaşını”,
(70. 13) “ona sığınacaq vermiş nəslini”
(70. 14) “və bütün yer sakinlərini – yalnız özünün xilası üç­ün”.

İnsan vaxtilə sevdiyi və sevimli qohumunu görəcək, lakin ona tamamilə laqeyd olacaq və buna görə o hətta onun vəziyyəti ilə belə maraqlanmayacaq. Onların qohumluq əlaqələri kəsiləcək və keçmişdə bəslənilən məhəbbət yox olacaqdır. Hər bir insanı yal­nız onun öz ta­leyi maraqlandıracaq. Bundan başqa, günahkar cə­zadan xilas olmaq üçün bu dünyada ona kömək edən və yardım gös­tərən qohumlarını fidyə vermək istəyəcək. Heç kim başqasına kö­mək etməyəcək, o kəs­lər kiməsə şəfaət etmək haqqı alsalar, yal­nız Allahın icazəsi ilə bunu edə biləcəklər. Hətta əgər günahkar əda­lətli qisasdan xilas olmaq üç­ün tanıdığı bütün insanları və ya yer üzünün bütün əhalisini fidyə verməyə cəhd göstərsə də, bu ona kömək etməyəcəkdir.

ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(70. 15) “Əsla yox! Bu, həqiqətən, Cəhənnəm Odudur”,
(70. 16) “dərini başdan soyandır”,
(70. 17) “o, arxaya dönüb, üz çevirənləri çağırandır –“
(70. 18) “pul yığıb gizlədənləri də».

Onlar Allahı öz hiylələri ilə aldada bilməzlər və özlərinə kö­məkçi də tapa bilməzlər. Onların Rəbbinin verdiyi vəd yerinə ye­ti­ri­­­lə­cək və onda nə qohumları, nə də dostları kafirləri xilas etməyə gəl­­­mə­yəcəklər. Onların nəsibi alov saçan Cəhənnəm odu ola­caq­dır. Onun hərarəti insanın gövdə­sinin və daxili orqanlarının bü­tün his­sə­lərini qarsalayır. O od haqdan dönənləri, ona riayət et­mə­yənləri, var-dövlət yığanları və onu özünə fayda verən, Cə­hən­nəmdən mü­­dafiə edən şeylərə sərf etməyənləri özünə tərəf ça­ğırır. Budur, in­di Cəhənnəmin odu özünə tərəf çağırır və daha da şiddətlə alov­lan­ması üçün onları udmağa hazırdır.

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(70. 19) “Həqiqətən, insan hövsələsiz xəlq edilmişdir” -
(70. 20) “ona şər toxunduqda fəryad edir”,
(70. 21) “xeyir toxunduqda isə xəsisləşir».

İnsan hürkək və qorxaqdır, çünki onun bu özəlliyi əzəldən onun xasiyyətində vardır. O, yoxsulluğun və xəstəliyin ona to­xu­na­­ca­ğından, sevdiyi bir şeyi, sevimli bir insanı və ya oğlunu iti­rə­cə­yindən na­rahat olur. O, Allahın qədərinin ağırlığını səbatla da­şı­maq və öz ta­le­­yi ilə razılaşmaq istəmir. O, Allahın ona ver­di­yin­dən sədəqə ver­mir və Rəbbə Onun mər­həmətinə və nemətlərinə görə şükür və həmd et­mir. Müsibətə düşdükdə, təkcə özünə görə na­rahat olur, bu vəziy­yət­dən xilas olduqda, başqalarına yardım gös­tərməkdən boyun qa­çırır.

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(70. 22) “İbadət edənlərdən başqa».
(70. 23) “Onlar namazlarını daima qılırlar”,
(70. 24) “mallarından müəyyən hissə ayırırlar”
(70. 25) “ehtiyacı olanlar və yoxsullar üçün –“
(70. 26) “onlar Əvəz veriləcəyi günə inananlardır».
(70. 27) “Rəbbin əzabı qarşısında zağ-zağ əsirlər”,
(70. 28) “axı Rəbbin əzabı təhlükəsiz deyil».
(70. 29) “Onlar cinsiyyət orqanlarını hər şeydən qoru­yur­lar”,
(70. 30) “zövcələrindən və əllərinin sahib olduqlarından baş­qa. Onlara görə qınanmazlar”,

Öncəki ayələrdə sadalanan xüsusiyyətlər əsil möminlərin mə­­ziy­­yətlərinə malik olan namaz qılanlara aid deyildir, çünki onlar se­­vinc içində olanda Allaha şükür edir və Onun onlara əta etdik­lə­rin­­dən xeyirxah işlər üçün sərf edirlər, müsibət anlarında isə çə­tin­lik­lərin öhdəsindən sə­birlə gəlirlər və Fövqəlucanın mü­ka­fatına bel bağ­la­yır­lar. Onlar müəyyən olunmuş vaxtlarda na­ma­zı nöqsansız qı­lır və onun bütün ayinlərini yerinə yetirirlər. Onlar, na­maz qılma­yan­lara və ya müəyyən olunmuş qaydalara riayət et­mə­yərək, onu ara-sıra qı­lan­lara bənzəmirlər. Onlar zəkat və dilə­yən­lərə, insan­lar­dan yardım istə­məyən və başqalarının onlara əhə­miy­yət vermədiyi məz­lum yoxsul­lara könüllü sədəqələr ve­rir­lər.
Onlar Allahın və Onun elçilərinin (onlara Allahın salamı ol­sun!) xəbər verdiyi hər şeyə iman gətirirlər, nə əməllərə görə əvəz ve­rilə­cəyinə, nə də dirildiləcəklərinə şübhə etmirlər, Axirət hə­ya­tı­na ha­zır­laşır və ona can atırlar. Onlar bilirlər ki, əgər insan Allahın pey­ğəm­bərlərinin və Kitablarının haqq olmasına etiqad et­məz­lər­sə, Qiyamət gü­nünə iman gətirməsi mümkün olmaz. Onlar Alla­hın cəzalandıraca­ğından dəhşətə gəlir və buna görə insanı Cə­hən­nəm əzabına məh­kum edən hər şeydən çəkinirlər. Həqiqətən, bu cə­zadan qorxmaq və çəkin­mək lazımdır.
Onlar öz cinsiyyət orqanlarını qoruyurlar və Allahın qa­da­ğan etdiyi eşq əlaqələrinə girmirlər. Onlar zinakarlıqdan, homo­sek­sual günahdan, zövcələri ilə arxa dəlikdən və aybaşı döv­rün­də cinsi ya­xınlıqdan çəkinir­lər. Onlar həm də öz ayıb yerlərini yad baxışlar­dan qoruyur və yalnız icazəsi olanların onlara to­xun­ma­­sına yol verirlər. Onlar eyibə və əx­laqsızlığa apara bilən hər şey­­dən uzaq olurlar. Onlar yalnız öz zövcələri və kənizləri[3] ilə cin­­si yaxınlıq edirlər və əgər on­larla cinsi orqanları vasitəsi ilə cin­si əlaqəyə girirlərsə, qınanmağa layiq görülmürlər.
[4]ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(70. 31) “amma bundan artığını istəyənlər həddi aşan­lar­dır”;

Öz zövcələri və kənizləri ilə özlərini məhdudlaşdırmaq istə­mə­­­­yən­lər, Allahın yol verdiyi sərhədi aşanlar və haramı pozan­lar­dır. Bu ayə ona dəlalət edir ki, şəriət müvəqqəti nikahı qadağan et­­mişdir, çün­­ki belə bir əlaqəyə girilən qadın nə zövcə, nə də kə­niz sayılmır.

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(70. 32) “onlar əmanəti qoruyan və müqavilələrə riayət edən­­­lər­dir”,
(70. 33) “onlar şahidlik etməkdə möhkəmdirlər”
(70. 34) “və namazlarını qoruyurlar».

Onlar özlərinə etibar edilən əmanəti qoruyurlar, öz öh­də­lik­­lərini və verdikləri vədi yerinə yetirməyə səylə çalışarlar. Bu in­sa­nın öz üzərinə götürdüyü bütün əhdlərə aiddir. Bunlar – onun Rəb­bi ilə etdiyi əhdir ki, onun barəsində Allahdan başqa kimsə heç bir şey bil­məz, başqa insanların ona etibar etdiyi sirlər və qiy­mət­li əşyalardır və həmçinin onun verdiyi vədlərdir. Bunlara Al­la­hın bütün bəşəriyyətlə bağladığı əhd də daxildir. Buna görə, yad­da saxlamaq lazımdır ki, in­san­dan hətta onun verdiyi vədlərin ye­rinə yetirilməsi və ya yeti­rilmə­məsi də soruşulacaqdır.
Onlar həmçinin özlərinə məlum olan şeyləri artırmadan və ək­­sil­t­mədən şahidlik edərlər. Onlar öz qohumlarını və ya dost­la­rını mü­dafiə etmək xatirinə haqqı gizlətməzlər. Onlar Allahın lü­tüf­kar­lı­ğını qazanmaq üçün mətin və sadiqdirlər. Fövqəluca bu­yu­rur: “Ey iman gətirənlər! Allah qarşısında şahidlik edərkən, şahidlik sizin öz əley­hinizə və ya vali­deyn­lərinizin əleyhinə və yaxud yaxın qo­humla­rı­nızın əleyhinə olsa da, əda­ləti müdafiə edin...” (Nisa, 4/135).
Onlar həmçinin namazlarını da buraxmırlar və onları lazımınca ye­rinə yetirirlər.
 ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(70. 35) “Onlara Cənnətdə də ehtiram göstəriləcəkdir”.

Bu məziyyətlər əta edilmiş möminlərə Cənnət bağlarında say­ğı və hörmət bəslənəcək. Allah onlara böyük şərəf nəsib edə­cək və onla­ra qəlbin qidalandığı və nəzərlərin ləzzət aldığı əbədi səa­dət verə­cək­dir. Həqiqətən, onlar orada əbədi qalacaqlar.
Beləliklə, Allah Öz xoşbəxt və uğurlu qullarını ən mü­kəm­məl si­­fətlərlə səciyyələndirmişdir. Onlar gözəl əxlaqa malikdirlər, Al­laha vücudları ilə ibadət edir, namaz qılır və həmçinin Ona qəl­bən si­tayiş edir, sidq ürək ilə Ondan qorxurlar. Bunun sa­yə­sin­də on­ların qar­şısında xeyirxahlığa və əmin-amanlığa aparan qa­pılar açı­lır. Onlar Allah xatirinə öz əmlakını sərf edir, düzgün ba­xışlara eti­qad edir, yük­sək əxlaqa riayət edir, Allahın və in­san­la­rın qar­şı­sında vəzifə­lərini yerinə yetirir, ədalət prinsiplərinə sa­diq qalır, on­la­ra etibar edilən sir­ləri və qiymətli şeyləri qoruyur, öz tə­miz­li­yi­nə ria­yət edir və Allah­ın nifrətinə səbəb olan yaramaz əla­qə­lər­dən çə­kinirlər.

 ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(70. 36) “Kafirlərə nə olub ki, sənə tərəf qaçırlar”
(70. 37) “sağdan, soldan dəstə-dəstə?”

Fövqəluca xüsusilə vurğulayır ki, çoxsaylı dəstələrə və cama­at­lara bölünən kafirlər yollarını o qədər azıblar ki, hər kəs əldə etdiyinə sevinir.

 ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ
(70. 38) “Onlardan hər biri Nəim Cənnətinə daxil edilə­cə­yi­­nəmi ümid bəsləyir?”

Kafir niyə bunu istəyir? Axı o bundan ötrü heç bir şey ha­zır­la­­­ma­mışdır – o təkcə küfrə batmış və aləmlərin Rəbbinin Kitabını in­kar et­mişdir. Buna görə sonra Allah belə buyurur:

 ﰒﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ
(70. 39) “Əsla! Həqiqətən, Biz onları özlərinə məlum olan­dan xəlq etmi­şik».
Onların istədikləri olmayacaqdır və onların yalançı səyləri də on­lara kömək etməyəcəkdir. Axı Biz onları döş qəfəsi və onur­ğa sü­tunu arasın­dan süzülən mayedən xəlq etmişik. Onlar zəif­dir­lər və hət­ta özlərinə belə nə fayda vermək, nə də zərər vurmaq imk­anına malik deyillər. Onlar nə ölüm, nə həyat, nə də dirildilmə üzə­rində hök­mə malik deyillər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(70. 40) “Şərqlərin və qərblərin Rəbbinə and olsun! Hə­qi­qə­­tən, Biz qadirik ki”,
(70. 41) “onları daha yaxşıları ilə əvəz edək. Heç kim Bizə üs­­­tün gələ bilməz!”

Fövqəluca günəşin, ayın, planetlərin çıxdığı və batdığı üfü­­qün cəhət­lərinə and içir. O (Pak və Müqəddəs), onlara and içir, çün­ki onlar öz­lərində ən parlaq dəlilləri təcəssüm etdirirlər. Bu dəlillər di­­ril­dil­mənin və Allahın Öz məxluqlarını ölümdən sonra ilk qi­ya­fə­­sinə qay­tar­maq qüdrə­tinin haqq olduğunu təsdiqləyir. Axı buna bən­zər hallar bu dünyada da gözlərimizin qarşısında baş verir. Föv­qəluca buyurur: “Biz sizin aranızda ölümü təyin etdik və heç nə Bizə mane ola bil­məz ki, sizi sizə bənzərləri ilə əvəz edək və si­zi özünüzün təsəvvür edə bilmədiyiniz kimi xəlq edək” (Vaqiə, 56/60-61).
Əgər Biz bir şeyi yenidən yaratmaq istəsək, heç kim Bizi qabaq­laya bilməz, Bizdən yayına bilməz və Bizi zəiflə­də bilməz.

ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(70. 42) “Qoy onlar vəd edilən günə govuşuncayadək öz boş­­bo­­ğaz­lıqlarına dalsınlar və əylənsinlər”.

Əgər kafirlər dirildilmənin və əvəz veriləcəyinin la­büd­lü­yü­nə əmin olsalar və sonra da Allahın ayələrini inkar etməkdə da­vam et­sələr, onlara əhəmiyyət verməsələr, onda onları öz ba­şı­na burax. Qoy onlar boşboğazlıqlarına, yaramaz təlimlərinə dal­sın­lar və öz etiqadları ilə əylənsinlər, yesinlər, içsinlər və fani ne­mət­lərdən zövq alsınlar. Çox tezliklə onlara vəd edilən Gün gə­lə­cək­dir, çünki Allah onlar üçün əzab və iztirab hazırlamışdır. Ya­la­na və laqeydliyə batan hər kəsin sonu belədir!

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(70. 43) “Həmin gün onlar qəbirlərindən sürətlə çıxacaq və, sanki qarşıya qoyulmuş hədəfə doğru tələsə-tələsə yö­nə­lə­cək­lər».

Allah dirildilmə zamanı insanlarla nə baş verə­cəyini xəbər ve­rir. Onlar qəbilərindən tələsə-tələsə çıxacaqlar və carçının ça­ğır­dığı tərəfə sürətlə axışacaqlar. Onlar sanki cəzbedici bir hədəfə doğ­ru yö­nələcəklər. Həmin saatda onlar o çağırışa artıq mü­qa­vi­mət göstərə və zəruriyyətdən yayına bilməyəcəklər. Onlar aləm­lə­rin Rəbbinin hü­zu­runda məyus, alçaldılmış və müti halda da­ya­na­caqlar.

ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
(70. 44) “Onların baxışları yerə dikiləcək və alçalma onları bü­rü­yə­cək. Bu onlara vəd edilən gün olacaq!”

Alçalma və həyəcan onların qəlbinə hakim kəsiləcək və göz­lə­ri yerə dikiləcək. Hərəkətsiz və susqun halda onlar öz hökmünü göz­lə­yəcəklər. Bu ədalətli qisas Allahın vəd etdiyidir və o mütləq ger­çək­ləşəcəkdir!



[1] Təfsirdəki kursiv mənimdir. Müəllifin təsviri və mülahizəsinə görə ayənin təfsirində Kainat ola­raq ifadə edil­miş Allahın Səltənəti geniş anlamda, özündə hər iki dünyanı – maddi və ruhi (ilahi) aləmləri ehtiva edir. Mənim bu nəti­cəyə gəlmə­yi­mə səbəb, Təfsirdən gətirdiyim bu müd­də­adadır: Belədir Allahın Böyük Səltənəti! Bu – ali və yer aləmlə­rin­­dən ibarət olan əha­tə­olun­maz Kai­nat­dır». Deməli, Təfsirin rus dilindəki mətnində getmiş Ə. əs-Səədinin təbi­rincə, Kainat ifadəsi ilə hər iki dünya nə­zər­də tu­tu­lur. Lakin, qənaətimcə, Kainat – Allahın xəlq etdiyi maddi aləmdir və Onun Ecazkar İla­hi Səl­tə­nətini Kainatla eyniləşdirmək qətiyyən olmaz. Lakin bir şeyi bilirəm ki, Allahın Dər­ga­hı­nı – Öz Aləmi olan Sə­l­tə­nətini Onun Özünün yaratdığı Kainatla müqayisə etmək, məncə, Allahın sifətlərini, Onun Özünün vəsf et­mə­di­yi hal­da, təsvir etmək kimi əsassız bir mülahizədir. Allah bizi belə hallardan qorusun! F.S.
[2] Kursivlə verdiyim “Onları yaradıb, idarə edən...” ifadəsinə gəldikdə isə, bu ifadənin birinci qismini çox qısaca açıqlamağı zəruri saydığım üçün bildirirəm ki, “onları yaradıb” deməklə mü­əllif (bəlkə də bu ifadə müəllifin müddəası ilə deyil, bəlkə də məndən öncəki tərcümə ilə bağlıdır?) əgər İlahi Səltənəti və Kainatı (və ya ali və maddi (?) aləmləri) nəzərdə tutursa, burada bir uyğunsuzluğa yol verilmiş olur. Çünki Allahın Özü kimi, Onun İlahi Məkanının da Onun­la birlikdə əbədi Vəhdət təşkil etməsi nəzəriyyəsi daha diqqətəşayandır və bu barədə başqa cür düşünmək isə rasional düşüncə tərzinə - islam şəriətinə uyğun deyildir və dü­şü­nürəm ki, “sanki” ifadəsi hazırlıqsız insanı bidət bataqlığına yönəldə bilər. F.S.
[3] Möhtərəm oxucu bilir ki, indiki zəmanəmizdə “kənizlər” təbəqəsi mövcud olmadığından şə­ri­ətin yol verdiyi belə münasibətlər yalnız keçmiş tariximizə xas olan reallıqlardır. F.S.
[4] Kənizlər zümrəsinin zəmanəmizdə olmaması ilə əlaqədar göstərilən hökm yalnız tarixi əhə­miy­yət kəsb edir. F.S.

Комментариев нет:

Отправить комментарий