\Í
ƏN-NƏBƏ
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli
Allahın adı ilə!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ
(78. 1)
“Onlar bir-birilərindən nəyi soruşurlar?”
(78. 2) “Əzəmətli
bir xəbəri
(78. 3) “ki,
onun barəsində ixtilafdadırlar».
Allahın ayələrini
yalan sayanlar bir-birilərindən nə soruşurlar? Onların söhbətlərinin əsas
mövzusu elə bir əzəmətli xəbər haqqındadır ki, onlar onun barəsində ixtilafa
düşüblər. Hərçənd bu xəbərin doğruluğuna şübhə etmək mümkün olmadığı halda, onlar
uzun-uzadı mübahisələrə girir və bununla əlaqədar müxtəlif nəzər nöqtələri
irəli sürürlər. Hətta onlara ən böyük möcüzələr də nazil edilərsə, onlar şiddətli
əzab verən cəzanı öz gözləri ilə görmədikcə, yenə öz Rəbbi ilə görüşəcəklərini
inkar edəcəklər. Buna görə Fövqəluca Allah buyurur:
ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ
(78. 4)
“Yox! Onlar biləcəklər!”
(78. 5) “Bir
daha yox! Onlar biləcəklər!”
Onların iman
gətirmədiyi Allahın cəzası onlara düçar olduqda və onları qaçırda-qaçırda
qovub Cəhənnəm Alovuna saldıqda, onlar onun haqq olduğunu biləcəklər. Onlara
deyiləcək: “Bu həmin o Oddur ki, siz onu yalan sayırdınız” (Tur,
52/14).
Sonra Fövqəluca
insanlara bəslədiyi mərhəməti haqqında xəbər verir və Onun elçilərinin (onlara
Allahın salamı olsun!) doğruçuluğuna inandırıcı dəlillər gətirir.
ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(78. 6) “Məgər
Biz yeri yataq etmədikmi”,
(78. 7)
“dağları isə dayaqlar?”
Məgər Biz sizə böyük mərhəmətimizi bağışlamadıqmı və yer üzünü yataq
etmədikmi? Biz onu sizin üçün döşəmədikmi və sizin mənafelərinizə xidmət etməsini
ona həvalə etmədikmi? Bunun sayəsində yerin üstündə sizin əkin sahələriniz,
mənzilləriniz, yollarınız yerləşdirilmişdir. Məgər Biz dağları dayaqlar etmədikmi?
Onlar yeri saxlayır və ona sizinlə birlikdə silkələnməyə imkan vermir.
ﭬ ﭭ ﭮ
(78. 8) “Biz
sizi cüt xəlq etdik”
Biz sizi
kişilər və qadınlar olaraq yaratdıq, lakin sizi bir insan nəsli etdik ki,
biriniz digərinizdə rahatlıq tapasınız və aranızda məhəbbət və rəhm hissi
yaratdıq. Siz nikah ünsiyyətlərindən məmnun olursunuz və sizin övladlarınız
dünyaya gəlir.
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(78. 9) “və
yuxunu sizə istirahət üçün verdik”
(78. 10) “və
gecəni örtük etdik”,
(78. 11)
“gündüzü də qazanc vaxtı qıldıq”.
İşdən sonra
yatdığınız zaman istirahət edirsiniz. İstirahət etmədən işləmək orqanizminizə
zərər vura bilər. Allahın hökmü ilə gecə və yuxu insanları bürüyür ki, onlar
öz fəaliyyətini dayandırsınlar, zərərdən çəkinsinlər və rahatlıq
tapsınlar.
ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(78. 12) “və
üzərinizdə yeddisini ucaltdıq
(78. 13) “və
alov saçan çıraq qoyduq
(78. 14)
“buludlardan bolluca axan su nazil etdik”
(78. 15)
“ki, onunla taxıl və bitkilər becərilsin”
(78. 16) “və
sıx ağaclı bağlar da».
Biz sizin üzərinizdə yeddi sarsılmaz, qüdrətli və əzəmətli göylər
yaratdıq və onlar yerin qübbəsidir və Bizim qüdrətimizin sayəsində
dayanmışlar. Göylər sizə çoxlu nemətlər verir ki, bunlardan biri də günəş
işığıdır.
Fövqəluca
günəşi işığına görə çıraq adlandırır və məxluqlar onun bu işığına mohtacdırlar.
Bununla yanaşı göylərdən yağış suyu tökülür ki, onun sayəsində buğda, arpa,
qarğıdalı, düyü və insanların qıdalandığı hər şey becərilib yetişdirilir.
Suyun sayəsində həmçinin mal-qara üçün yem olan bitkilər, növbənöv dadlı meyvələrlə
zəngin olan sıx ağaclı bağlar salınır.
Sizə
saysız-hesabsız nemətlər Bağışlayana siz necə nankorluq edə bilirsiniz?! Siz
Onun sizə haqqında xəbər verdiyi dirildilməni necə yalan hesab edə
bilirsiniz?! Siz necə Onun mərhəmətini inkar edərək, Ona itaətsizlik göstərmək
üçün Onun nemətlərindən istifadə edə bilirsiniz?!
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(78. 17) “Həqiqətən,
Fərqlənmə günü müəyyən bir vaxta təyin edilmişdir”.
Fövqəluca,
yalandan ittiham edənlərin və inadkar kafirlərin inkar etdikləri barəsində
bir-birindən soruşduqları Qiyamət günü nə baş verəcəyini onlara xatırladır.
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(78. 18) “Həmin
gün Sura üfürüləcək və siz dəstə-dəstə gələcəksiniz”
(78. 19) “və
göy açılıb, qapılara çevriləcək”
(78. 20) “və
dağlar hərəkətə gəlib ilğıma dönəcək».
Həmin gün
Sur səsləndiriləcək və siz dəstə-dəstə gələcəksiniz. Böyük müsibətlər və
sarsıntılar zamanı başlayacaq ki, bu zaman hətta körpələrin də başı ağaracaq və
ürəklər dəhşətə gələcək. Dağlar hərəkətə gəlib, səpələnən toza dönəcək. Göy
parçalanacaq və dərvazalara çevriləcək. Sonra isə məxluqların üzərində Məhkəmə
qurulacaq və Allah heç kimə qarşı ədalətsizlik etməyəcək.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
(78. 21) “Həqiqətən,
Cəhənnəm pusqudur”
(78. 22) “və
həddi aşanların qayıdış yeridir”.
(78. 23)
“Onlar orada uzun əsrlər boyu qalacaqlar”,
(78. 24) “nə
sərinlik dadacaq, nə də içki –“
(78. 25)
“yalnız qaynar su və irin”.
Allahın zalımlıq edənlər üçün hazırladığı Cəhənnəm odu yeni bir qüvvə
ilə alovlanacaq. O, onlar üçün qayıdış və uzun əsrlər boyu “sığınacaq”yeri
olacaqdır. Quranın bir çox şərhçiləri qeyd ediblər ki, ərəb sözü olan “hukb” –
səksən il deməkdir.
Cəhənnəm əzabkeşləri
öz dərilərini sərinlətmək və susuzluqlarını söndürmək üçün heç bir şey tapa
bilməyəcəklər. Onlar qaynar su içəcəklər. Bu su onların üzünü yandıracaq və bağırsaqlarını
əridəcəkdir. Onlar həm də Cəhənnəm sakinlərinin tamamilə murdar iyə və dada
malik olan öz irinini içəcəklər.
ﯡ ﯢ ﯣ
(78. 26) “Bu
layiqli cəza olacaqdır».
Onlar bu dəhşətli
cəzaya öz yaramaz əməlləri ilə layiq olmuşlar. Allah onlara qarşı ədalətsiz olmayacaq.
Əslində, onlar özləri özlərinə qarşı ədalətsiz idilər. Buna görə, sonra Allah
bu qisasa layiq görülənlərin bəzi əməllərini xatırladır.
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(78. 27) “Həqiqətən,
onlar hesabat verəcəklərinə ümid bəsləmir”
(78. 28) “və
Bizim ayələrimizi bacardıqca inkar edirdilər».
Onlar dirilməyə
və əvəz veriləcəyinə inanmırdılar və buna görə Axirət həyatı xatirinə
xeyirxahlıq etməkdən boyun qaçırırdılar. Bununla yanaşı onlar Allahın ayələrini
açıq-aşkar təkzib edir və inadkarlıqlarından əl çəkmirdilər.
ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(78. 29)
“Biz hər şeyin qədərini hesablamış və yazmışıq».
Bütün
irili-xırdalı, pis və yaxşı hər şey qədərincə hesablanmış və Mühafizəolunan
Kitabda[1]
yazılmışdır. Qoy günahkarlar elə fikirləşməsinlər ki, Biz onları etmədikləri
günahlara görə cəzalandıracağıq və qoy onlar düşünməsinlər ki, onların əməllərindən
hansısa nəzərdən qaçacaq və unudulacaq, hətta o, toz böyüklüyündə olsa da
belə. Fövqəluca buyurur: “Kitab qoyulacaq və sən görəcəksən ki, günahkarlar
onda olandan necə lərzəyə düşəcəklər. Onlar deyəcəklər: “Vay halımıza! Bu nə
kitabdır! Onda heç bir kiçik, böyük qünahlar nəzərdən qaçırılmayıb – hamısı hesaba
alınmışdır». Onlar qarşılarında törətdiklərinin hamısını aşkar edəcəklər və sənin
Rəbbin heç kimlə ədalətsiz davranmayacaqdır” (Kəhf, 18/49).
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ
(78. 30)
“Zövq alın! Biz sizə əzabdan başqa heç nə artırmayacağıq».
Ey kafirlər!
Əzab-əziyyətli cəzadan zövq alın və rüsvay olun. Bundan sonra sizin əzablarınız
saatbasaat və hər dəqiqə artacaqdır. Bu, Cəhənnəm sakinlərinin əzabının
ağırlığı haqqında ən sərt ayədir. Ey Allah, bizi bundan xilas et!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(78. 31) “Həqiqətən,
təqvalıları xilas yeri gözləyir –“
(78. 32) “Cənnət
bağları və üzümlüklər”,
(78. 33) “dolu
sinəli yaşıdları”,
(78. 34) “və
dolu qədəhlər”.
(78. 35)
“Onlar orada nə boşboğazlıq, nə də yalan eşitməyəcəklər».
Allah
günahkarların taleyini xatırlatdıqdan sonra, təqvalı qulları gözləyən
sonucdan xəbər verir. Onlar öz Rəbbinin qəzəbindən qorxur, Ona itaət edirlər
və buna görə onlar üçün mübarək xilas yurdu hazırlanmışdır və orada Cəhənnəmdən
uzaq olacaqlar. Bu yurdda onlar müxtəlif çeşiddə çiçəklənən və bargətirən
ağaclar və üzüm bağları tapacaqlar ki, onlarda çaylar axır. Allah üzümlükləri,
onların çoxsaylı yaxşı cəhətlərinə və Cənnət bağlarında bol olmasına görə,
xüsusi ilə qeyd edir.
Orada onları
insan ruhunun bütün tələblərinə cavab verən zövcələr gözləyirlər. Onlar gəncdirlər,
onların döşləri, cavanlıqdan, gücdən və sağlamlıqdan asılı olmayaraq,
sallanmır. Cənnət sakinləri öz gəncliyinin ən çiçəklənən çağında, otuz üç yaşındadırlar
və yaxşı məlumdur ki, həmyaş ər-arvad, adətən, qarşılıqlı məhəbbət və razılıq
içində yaşayırlar.
Onlar içənlərə
yalnız ləzzət verən köhnə şərabdan[2]
həzz alacaqlar. Onlar nə faydasız sözlər, nə də qüsurlu ifadələr eşitməyəcək.
Fövqəluca buyurur: “Onlar orada nə laqqırtı, nə də qüsurlu danışıqlar
eşitməyəcək, yalnız: “Salam! Salam!” – sözləri eşidəcəklər” (Vaqiə,
56/25-26).
ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(78. 36) “Bu
sənin Rəbbindən əvəz – hesablanmış hədiyyə olacaqdır”
(78. 37)
“göylərin, yerin və onların arasındakıların Rəbbindən, Mərhəmətlidən.
Onlar Onunla hətta danışmağa cəsarət etməyəcəklər”.
Allah möminlərinə
Özünün mərhəməti və xeyirxahlığı sayəsində bu qiymətli mükafatı əta edəcəkdir.
Bunun səbəbi onların yer üzündə etdikləri xeyirxah əməlləri olacaqdır. O (Pak
və Müqəddəs), həmin əməlləri yerinə yetirməkdə onlara kömək göstərmiş və
sonra da onların etdiklərini, bol mükafat almaları üçün əsas götürmüşdür.
O (Pak və Müqəddəs), – göylərin və yerin Rəbbidir. O (Pak və Müqəddəs),
Kainatı xəlq etmiş və onu idarə edir. Onun mərhəməti hər şeyi əhatə edir. O
(Pak və Müqəddəs), iman gətirənləri tərbiyə edir və onlara, öz müqəddəs
arzularına nail olanadək, rəhm və alicənablığını göstərir.
Sonra Fövqəluca
Öz fövqəlqüdrətini və bütün məxluqların susacağı və bir söz belə deyə bilməyəcəyi
Qiyamət günündə Özünün şəriksiz hakimiyyətini xüsusilə vurğulayır.
ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ
(78. 38) “Həmin
gün Ruh və mələklər səf-səf düzüləcəklər, Rəhmanın icazə verdiklərindən
başqa, heç kim danışa bilməyəcək, onlar isə haqqı deyəcəklər».
Bu şərəfə yalnız Allahın icazə verdiyi kəslər layiq görüləcəklər və
onlar ancaq əsil həqiqəti danışacaqlar. Bu, yalnız həqiqətin söylənildiyi
gün olacaq, çünki yalan yox olacaq və yalançılara heç bir fayda verməyəcək. Mələklərin
ən ləyaqətlisi olan Cəbrail (ə) və bütün digər mələklər Allahın qarşısında
itaətkarcasına səf-səf sıraya düzüləcəklər.
Allah
qullarını heyran etdikdən, qorxutduqdan, sevindirdikdən və xəbərdar etdikdən
sonra, buyuracaq:
ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(78. 39)
“Bu, haqq gündür və hər kəs istəsə, öz Rəbbinə qayıdış yolunu tapa bilər».
Bu gündən sonra
hər arzu edən kəs yaxşılıqlar edə və inana bilər ki, yaxşılıqlarına görə
mükafat Qiyamət günü ona çatacaqdır.
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(78. 40) “Həqiqətən,
Biz yaxın cəzanı nəzərinizə çatdırdıq. Həmin gün insan öz əlinin ona nə
hazırladığını görəcək, kafir isə deyəcək: “Kaş ki, mən torpaq olaydım!”
Biz sizi çox
tezliklə gələcək cəza barədə xəbərdar etdik. Mütləq baş verəcək bütün şeyləri
isə, yaxın adlandırmaq olar. Bu gündə insanı yalnız onun törətdikləri əməllər
narahat edəcəkdir. Buna görə o, öz sürdüyü ömrünə nəzər salacaq ki, əbədi həyat
üçün nə tədarük etdiyini tapsın. Fövqəluca buyurur: “Ey iman gətirənlər!
Allahdan qorxun və qoy qəlbiniz baxıb görsün ki, o, sabahkı günə nə hazırlamışdır.
Allahdan qorxun, həqiqətən, Allah sizin nə etdiklərinizdən xəbərdardır” (Həşr,
59/18).
Əgər o,
etdiyi bir yaxşılığı aşkar edərsə, qoy Allaha həmd etsin; əgər başqa bir şey
aşkar edərsə, qoy onda təkcə özünü günahlandırsın. Məhz buna görə böyük kədərdən
və hədsiz peşmançılıqdan kafirlər özlərinə ölüm arzulayaraq, ucadan belə deyəcəklər:
“Kaş ki, mən torpaq olaydım!”
Ey Allah!
Bizi şərdən və küfürdən qoru, həqiqətən, Sən – Səxavətlisən, Comərdsən!
Комментариев нет:
Отправить комментарий