среда, 2 мая 2012 г.

35. FATİR SURƏSİNİN ŞƏRHİ

\ﮯ
 FATİR
 SURƏSİNİN
 ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(35. 1) “Həmd olsun göyləri və yeri xəlq edən, iki, üç və dörd qa­nadlı mələklərdən elçilər göndərən Allaha! O, yaradı­lışda istədiyini artı­rır. Həqiqətən, Allah hər şeyə qadirdir”.

Fövqəluca Özünü göyləri, yeri və onlarda yaşayan bütün məx­­luqları yaratdığına görə tərifləyir, çünki Allahın bütün yarat­dıq­ları Onun kamil fövqəlqüdrətinə, hakimiyyətinə, mərhəmə­ti­nə, müdrikliyinə və elminə də­lalət edir. O (Pak və Müqəddəs), mə­ləkləri Özünün elçiləri etmişdir və bu, Rəbbin daha bir tərifəla­yiq əməllərindəndir. Mələklər Kainatda baş verən hadisələrin hə­yata keçirilməsinə məsuliyyət daşıyır və aləmlərin Rəbbinin vəhy­­­­lərini məxluqlara çatdıran vasitəçi rolunu ifa edirlər. Allah bü­tün mələkləri Özünün elçiləri adlandırmışdır ki, bu da onların mütiliyi­nin və itaətkarlı­ğının kamilliyini təsdiq edir. Fövqəluca “ət-Təhrim” surə­sin­də xəbər verir ki, onlar Onun hökmlərini ye­rinə yetirməkdən geri çəkil­mir və onlara əmr edilənlərin hamısını icra edirlər.
Mələklər öz Rəbbinin sərəncamlarını qüsursuz yerinə yeti­rir və Onun iradəsi ilə baş verməkdə olan təbiət hadisələrinə Onun izni ilə sərəncam çəkirlər. Bundan ötrü onlara çox böyük güc və böyük sürət verilmişdir. On­ların, Allahın əmrlərini anın­da­ca yerinə yetirmələri üçün, onlara uçmağa imkan verən qa­nad­l­arı vardır. O (Pak və Müqəddəs), İlahi hikmətinin tələblə­rinə uy­ğun olaraq, onları iki, üç və ya dörd qanadlı yaradır. O (Pak və Mü­qəddəs) bəzi məxluqlarına digərləri üzərində üstünlük əta edir: kamil sima, güc, gözəllik, məlahətli səs və hətta əlavə bədən üzv­ləri buna misaldır. Həqiqətən, Allah bütün varlığın hökm­darı­dır və Onun üçün mümkün olmayan bir şey yoxdur. Məhz Özü­nün hər şeyə qadir olması sayəsində O (Pak və Müqəddəs) Öz məxluqlarının bəzilərinə qalanları üzərində üstünlük bəxş edir.
 ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ

(35. 2) “Heç kim Allahın insanlar üçün açdığı mərhəmə­ti­nin qarşı­sını ala bilməz. Onun vermədiyini isə Ondan başqa kimsə nazil edə bil­məz. O – Fövqəlqüdrətlidir, Müdrikdir”.

Fövqəluca bildirir ki, yalnız O (Pak və Müqəddəs) təkbaşı­na hökm verir və Kainatı idarə edir, yalnız O (Pak və Müqəddəs) Öz mər­həmətini bəzilərinə əta edir və digərlərini bu mərhə­mə­tindən məhrum edir. Lakin əgər O (Pak və Müqəddəs) Öz ne­mə­tini nazil etmirsə, deməli, bunu təkcə Öz məxluqlarına bəslədiyi rəhmi sa­yə­sin­də belə edir. Bütün bunlar insanları Fövqəluca Allaha təvəkkül etməyə, Onun köməyinə ümid bəsləməyə, Onun mərhəmətini diləməyə, Onun cəzalandıracağından dəhşətə gəl­mə­yə sövq etmə­li­dir. Yalnız O (Pak və Müqəddəs) Ona belə bir münasibət göstə­ril­mə­sinə layiqdir, çünki O (Pak və Müqəddəs) – Fövqəlqüdrətlidir, Müdrikdir. O (Pak və Müqəddəs) bütün varlıq üzərində hökm­dar­dır və hər şeyi yalnız ona məxsus yerində yer­ləşdirir.
ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ

(35. 3) “Ey insanlar! Allahın sizə göstərdiyi mərhəmətini yada salın. Allahla yanaşı başqa bir yaradanmı var ki, sizə göy­dən və yerdən ruzi versin? Ondan başqa ilah yoxdur! Gör necə də yanılırsınız!”

Fövqəluca bütün insanlara buyurur ki, Allahın onlara gös­tərdiyi ilahi mərhəmətini xatırlasınlar. Bu mərhəməti layiqincə yalnız möminlər yad edirlər, çünki onlar öz Rəbbinin xeyirxah­lığını qəlbən qəbul edir, Onu dilləri ilə tərifləyir və Ona əzaları ilə itaət edirlər. Fövqəluca Rəbbin lütf­karlığının xatırlanması, insan­ları öz Himayədarına hökmən minnətdar­lıq bildirməyə sövq edir. Sonra Allah xəbər verir ki, ilahi lütfkarlığı var-dövlət və ruzi ya­ra­dılmasına və onlarla təmin edilməyə əsaslanır. Rəbb belə bu­yurur: “Allahdan başqa sizə göydən və yerdən ruzini kim bəxş edir? Heç kim! Əgər sizə məlumdursa ki, Allahdan başqa heç kim məxluqlara var-dövlət və ruzi yaratmağa və ya onları təmin et­məyə qadir deyil, onda siz anlamalısınız ki, yalnız O (Pak və Müqəddəs) ibadətə və səmimi qulluğa layiqdir?” Ondan başqa ilah yoxdur! Bu – bir həqiqətdir, lakin cahillərin təsəvvürləri gör necə yanlışdır ki, onlar Yaradan və Ruziverən­dən üz döndərir, yaradılmışlara və ruziyə möhtac olanlara ibadət edirlər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

(35. 4) “Onlar səni yalançı saysalar, bil ki, sənə qədər də elçiləri həmçinin yalançı hesab edirdilər. Lakin əməllər Allaha qayıdacaq”.
Ey Elçi! Kafirlər səni qəbul etməsələr, onda səndən əvvəlki sələflə­rindən nümunə götür. Fasiqlər əvvəllər də Allahın elçilə­rini qəbul etməzdi­lər, ancaq Allah o fasiqləri həlak edərək, Öz elçilərinə və onların davamçı­larına nicat verdi. Həqiqətən, bütün işlər Allaha qaytarılır və Qiyamət günü O (Pak və Müqəddəs) kafirləri şiddətlə cəzalandırar, elçilərinin və möminlərin xilas olunmasına kömək göstərər.

 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ

(35. 5) “Ey insanlar! Həqiqətən, Allahın vədi – Haqdır! Qoy dünya həyatı sizi aldatmasın və qoy tovlayan sizi Allahın adı ilə azdırmasın!”

Bilin ki, Allah sizi dirildəcəyini və sonra hər birinizə etdi­yi­niz əməl­ləri­nizə görə əvəzini verəcəyini vəd etmişdir. Sizin şüb­hə və tərəddüd et­məyə haqqınız yoxdur, çünki Səmavi Kitabların hik­mətli ayələri və inan­dırıcı məntiqi dəlilləri Axirət həyatının la­büd­lüyünə heç bir şübhə yeri qoymur. Əgər siz Allahın vədinin haqq olduğuna əminsinizsə, onda Axirət həyatına hazırlaşmağa başlayın və öz qiymətli vaxtınızı itirməyin, çoxlu-çoxlu xeyirxah işlər görün və sizə bu məqsədə nail olmağa maneçilik edənlərə qoşulmayın.
Bu fani dünyanın, yaradılışınızın məqsədi olan, Fövqəlu­ca­ya iba­dətdən sizi yayındıra biləcək füsunkarlıqlarına və ləzzətlə­rinə aludə olma­yın. Sizin qəddar düşməniniz olan və Allahın adından istifadə etməklə sizi az­dır­mağa can atan şeytanın izi ilə getməyin.

 ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(35. 6) “Həqiqətən, şeytan sizin düşməninizdir və ona düşmən kimi də yanaşın. O, öz firqəsini Cəhənnəm əhli olmağa çağırır”.
Şeytana ürəkdən nifrət bəsləyin, ona düşmən olun və istə­nilən anda ona müqavimət göstərməyə hazır olun! Siz onu gör­mürsünüz, amma o, sizi görür və həmişə öz pusqusundan üstü­nüzə hücum çəkməyə hazırdır. O, öz tərəfkeşlərini Cəhənnəm sakinləri olmağa çağırır. Bu – şeytanın əsas məqsə­didir. O, öz tə­rəf­darlarını əzablı Cəhənnəm odunun içində alçaldılmış və nif­rə­ta­miz halda görməyi arzulayır.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(35. 7) “İman gətirməyənlərə ağır əzab-əziyyətlər, iman gətirənlərə və xeyirxah işlər görənlərə isə bağışlanma və böyük mükafat hazırlan­mışdır”.

Allah xəbər verir ki, bütün insanlar – şeytana itaət edənlərə və onun­la mübarizə aparanlara bölünürlər. Birincilərə amansız cəza hazır­lanmışdır, çünki onlar elçilərin təbliğatını və Səmavi Kitabları rədd edir və Cəhənnəm odunda əbədi cəzaya layiq gö­rülürlər. İman gətirənlərə və xeyirxah işlər görənlərə isə, bağış­lanma və böyük mükafat hazırlanmışdır. Onlar, Allahın inanmağı əmr etdiyi hər şeyə bütün qəlbləri ilə iman gətirmişlər və iman­larının doğruluğunu saleh əməlləri ilə təsdiq etmişlər. Bununla da onlar öz Rəbbinin bağışlamasına layiq olmuşlar və Onun sayə­sində hər cür pislik­dən və xoşagəlməz hallardan xilas edilmişlər və həmçinin Onun böyük mükafatına layiq görülmüşlər və bu­nun sayəsində bütün ülvi istək­lə­rinə və arzu etdiklərinə nail olmuşlar.

 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

(35. 8) “Məgər cinayəti özünə gözəl göstərilən onu nemət saymış­dır? Həqiqətən, Allah istədiyini azdırır və istədiyini də doğru yola yö­nəldir. Onlara görə özünü üzmə! Həqiqətən, Allah onların nə etdik­lərini bilir”.
 Fövqəluca xəbər verir ki, şeytan insanlara onların yaramaz əməllərini bər­bəzəkli göstərir və bunun nəticəsində günahkarlar adil və doğru hərəkət etdiklərinə inanmağa başlayırlar. Məgər onlar Allahın doğru yola yönəlt­diyi və haqq dini öyrətdiklərinə tay­dırlarmı? Əlbəttə ki, onlar eyni deyillər, çünki onların birisi yaramaz əməllərə qurşanmış, haqqı – yalan sayır, eyni zamanda başqaları xeyirxahlıqlar edir və haqqı yalandan düzgün ayırmağı bacarırlar. Lakin doğru yol azğınlıqdan nə qədər mükəmməl fərq­lənsə də, yalnız Fövqəluca Allah Öz qullarına doğru yolu tap­maqda kömək edə və ya onları dərin azğınlığa sala bilər.
Ey Muhəmməd! Allah istədiyini yoldan çıxarır və istədiyini də doğru yolla aparır. Buna görə, şeytanın doğru yoldan sapdır­dı­ğı və onları öz ya­ramaz əməlləri ilə azdırdığı günahkarlardan ötrü qəm yemə! Yadda saxla ki, sən insanları yalnız xəbərdar edən­­sən, onları düz yola gətirmək isə sənin işin deyil. Təkcə Allah onları törətdikləri əməllərinə görə mühakimə edə­cəkdir. Həqi­qətən, onların nə etdikləri Allaha məlumdur. Öz kamil elmi sayəsində O (Pak və Müqəddəs), hər bir insana yer üzündə etdiyi bütün əməllərin əvəzini verəcəkdir.

 ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ

(35. 9) “Allah – buludları hərəkətə gətirən küləkləri Gön­də­rəndir. Sonra Biz onları cansız bölgələrə yönəldirik və sonra onlarla qupquru torpaqları canlandırırıq. Dirildilmə də eyni tərzdə baş verəcəkdir”.

Fövqəluca Özünün hüdudsuz fövqəlqüdrətini və Özünün böyük səxavətini xatırladır. O (Pak və Müqəddəs), yağış dolu bu­ludları hərəkətə gətirən küləkləri qupquru cansız diyarlara qovur və onlara yağış yağdırmasını əmr edir. Yağış suyu sayəsində O (Pak və Müqəddəs), yeri, quruduqdan və ölü vəziyyətinə düş­dükdən sonra, canlandırır. Yer və onun üzərində yaşayan məx­luqlar – hamısı hərəkətə gəlirlər. Heyvanlar özləri üçün yem tapır və Allahın nazil etdiyi nemətlərlə qidlanıb öz ara­larında oynaq­laş­mağa başlayırlar. Eynilə bu tərzdə də insanlar dirildiləcək­lər. Qupquru torpağı Həyataqaytaran üçün ölmüş insanları dirildib qəbir­lərindən çıxart­maq çətin deyildir. Bu gün torpaq onların can­­sız bədənlərini udur, lakin Qiyamət günü başladıqda, Allah göylərdən yağış nazil edəcək­dir. Bu qeyri-adi yağış çürümüş bə­dən­ləri bərpa edəcək və insanlar qəbir­lərindən Qiyamət gününün Məhşər meydanına çıxacaqlar ki, Allah onlara Öz ədalətli hök­münü bəyan etsin.

 ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

(35. 10) “Qüdrət sahibi olmaq istəyən bilsin ki, qüdrət ta­ma­­milə yalnız Allaha məxsusdur. Gözəl söz Ona tərəf ucalır və onu xeyirxah əməl yüksəldir[1]. Cinayətkarlıq niyyəti olanlar üç­ün şiddətli əzab hazır­lan­mışdır. Onların məkri uğursuzluğa uğ­rayacaqdır”.

Ey qüdrətli olmaq arzusu bəsləyən insan! Qüdrəti – ona sərəncam çəkmək Haqqıolandan istə. Yadında saxla ki, Qüdrət bütövlüklə Allahın əlindədir və insan yalnız öz Fövqəluca Rəbbi­nə mütiliyi sayəsində qüdrət sahibi ola bilər. Gözəl Quran ayələri, tərif kəlmələri, Allahı şərəflən­dirmə və istənilən digər xeyirxah söz­lər Ona doğru ucalır. Mələklər onları göylərə, Fövqəluca Alla­ha yüksəldirlər və Ona bu barədə xəbər verirlər və belə ol­duqda, Böyük Allah Özü göylərin alicənab sakinlərinin hüzu­runda bu gö­zəl sözləri səsləndirənləri tərifləyir. Eyni şey Allahın qullarının qəlbən və əzaları ilə ifadə etdikləri xeyirxah əməllərlə də baş verir və buna görə sonra Fövqəluca buyurur ki, O (Pak və Müqəddəs) yaxşı işləri ucaldır.
Bu fraqmentin alternativ tərcümələrindən biri belə səslənir: “Gözəl söz Ona doğru ucalır və onu yaxşı əməl yüksəldir”. Bu o deməkdir ki, gözəl sözlər yaxşı əməllər sayəsində Allaha doğru yük­səlir. Əgər Allahın qulu səmimi və düzgün işlər görmürsə, onun sözləri Allaha gedib çatmır. Yalnız səmimi və doğru əməllər sayəsində insan həqiqi əzəmətə və qüdrətə nail ola bilər.
Günahlar və cinayətlər törədən insanları isə tamamilə baş­qa nəticələr gözləyir. Onlar şöhrətə və əzəmətə can atırlar və öz məq­səd­lərinə nail ol­maq üçün müxtəlif hiylə və kələkbaz­lıqlara əl atır­lar. Lakin onların fənd­ləri özlərinə qarşı çevrilir və onların acı­na­caqlı vəziyyətini daha da ağır­laşdırır. Onlar alçaldılmış və nif­rə­ta­miz hala düşürlər. Onların planları dağılır və onlara heç bir fay­da vermir, çünki onların əməlləri və məqsədləri yalan və yaramazdır.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ

(35. 11) “Allah sizi torpaqdan, sonra nütfədən yaratmış və sonra sizi ciftləşdirmişdir. Elmsiz heç bir dişi nə hamilə olar, nə də doğa bilər. Uz­un­ömürlüyə bəxş edilən uzun ömür və ya öm­rünün qısaldılması – hamısı Kitabdadır. Həqiqətən, bu, Allah üçün asandır”.

Allah Öz qullarına xatırladır ki, O (Pak və Müqəddəs) Adə­mi (ə) torpaqdan, sonra isə onun (ə) nəsillərini nütfədən xəlq etmişdir. O (Pak və Müqəddəs) insanları həmin nütfədən yarat­maqda davam edir və bu müxtəlif mərhələlər keçir və nəhayət, o – kamil bir kişiyə və ya qadına çevrilir. Sonra onlar evlənir və onların uşaqları və nəvələri dünyaya gəlir. Nikah – bəşər nəslinin davam etməsinin qanuni vasitəsidir və bu Allahın qədəri və kamil elmi ilə sıx bağlıdır. Dişi yalnız Allahın izni ilə hamilə və daşı­dığından azad ola bilər. Hamilə olma və insan dölü ilə və son­ra insanın özü ilə baş verən bütün hər şey Allahın qədərinə və Onun ilahi elminə tabedir.
Fövqəluca Öz qullarından kimisinə uzun, kimisinə isə qısa ömür müəy­yən edildiyini bilir. O (Pak və Müqəddəs) həmçinin bilir ki, Onun qullarından bəziləri elə işlər görürlər ki, onların hə­ya­tını qısaldır, məsələn, zina edirlər, valideynlərinə hörmətsiz­lik göstərirlər, qohumluq əlaqələrini kəsirlər və sair. O (Pak və Mü­qəd­dəs) bilir ki, hansı insana hansı ömür ayrılmışdır və onla­rın hansı əməlləri onların həyatını uzadır və ya qısaldır. Bütün bun­lar Mühafizəolunan Lövhədə – Allahın qulları ilə yerdə və göy­lərdə baş verəcək bütün hər şeyə dair biliklərin əks olunduğu Kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çətinlik yaratmır. O (Pak və Müqəddəs) bütün varlıqlar haqqında əzəldən bilirdi və bütün bunları Mühafizəolunan Lövhədə yazmışdır və bütün bunlar Onun üçün çətinlik yaratmamışdır.
Allahın bu ayələrdə qullarına açdığı biliklər – insanların diril­dilə­cəyi­n­in həqiqət olması lehinə inandırıcı məntiqi dəlillər­dir. Rəbb qupquru və cansız torpağı canlandırır. Bu isə o demək­dir ki, O (Pak və Müqəddəs) ölmüş insanları diriltməyə də qa­dirdir. O (Pak və Müqəddəs), insanı xəlq etmiş, onu Öz qədərinə uyğun olaraq bir şəkildən başqa şəkilə sal­mışdır. Bu isə o de­mək­dir ki, Onun üçün insanı bir daha təkrar yaratmaq çətin deyildir. O (Pak və Müqəddəs), yerdə və göylərdə baş verən kiçik və bö­yük nə varsa, insanların ürəklərində nə gizlədilirsə və ana bət­nində döllə hansı proseslər baş verirsə, hamısını bilir. O (Pak və Müqəddəs) bilir ki, Onun qulları yer üzündə onların ömrünü uza­­dan və ya qısaldan işlər görürlər. Bundan başqa, O (Pak və Müqəddəs), bütün bunları əzəldən Mühafizəolunan Lövhədə yaz­­mışdır və bu Onun üçün heç bir çətinlik yaratmır. Bütün sada­la­dıqlarımızdan ən asanı olan ölümdən sonra diriltmə haq­qında nə demək olar?! Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs) qul­larına nemətlər bəxş etmiş, yer üzündə və ölüm­dən sonra Axi­rət­də yaşadıqları zaman səadətə nail olmaq üçün onlara kömək edən hər şeyi onlara öyrətmişdir!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ


(35. 12) “İki dəniz eyni deyil[2]. Birinin suyu – dadlı, şirin, içməli, digərininki isə şor və acıdır. Onların hər birindən təzə ət yeyirsiniz və bəzək əşyaları əldə edib taxırsınız. Sən görürsən ki, gəmilər onları yara-yara üzürlər ki, Onun mərhəmətini ax­tara biləsiniz. Ola bilsin ki, siz şükür edərsiniz”.

Fövqəluca Öz fövqəlqüdrətini xüsusilə vurğulayır və Öz müdrikli­yinin və Öz mərhəmətinin kamilliyini insanlara xatırla­dır. O (Pak və Müqəddəs), suyu içməli və duzlu yaratmış və bununla da yer üzündə ya­şayan bütün məxluqlara lütüfkarlıq gös­tərmişdir. Allah çayların suyunu dadlı, şirin və içməyə, bağ­çaçılıq və əkinçilik üçün yararlı etmiş, dənizlərin və okeanların suyunu isə duzlu və acı etmişdir. Okeanda mövcud olan çoxsaylı cərəyanlara baxmayaraq, çaya nisbətən, dəniz suyu az mütəhər­rik­dir və məhz yüksək duzluluq suyun keyfiyyətlərinin dəyişmə­sinə imkan vermir. Bunun sayəsində dəniz heyvanlarının çürü­yən qalıqları atmosferi zəhərləmir və yer üzündə havanı korla­mır. Bundan başqa, dəniz suyu onda yaşayan balıqların və digər heyvanların ətini daha dadlı edir. Buna görə Rəbb buyurur ki, in­san­lar hər iki sudan təzə ət və bəzək şeyləri əldə edirlər. Təzə ət – insanların çətinlik çəkmədin tutduqları balıqdır, bəzək şeyləri – dənizlərdən əldə edilən mirvari, mərcan və bir çox digər qiymətli şeylərdir. Bütün bunlar dənizlərin Allahın qullarına olduqca bö­yük fayda verdiyinin dəlilləridir. Bu fayda, heç də bizim öncə sa­da­ladıqlarımızla məhdudlaşmır.
Fövqəluca dənizləri və okeanları insana ram etmişdir və ona onlarda üzməyi də öyrətmişdir. Gəmilər dəniz sularını yara­raq uzaq ölkələrə üz­ür­lər. Onlar insanları və onların ağır yüklə­rini daşıyır, ticarətlə məşğul olanlar isə, bu dəniz səfərləri sayə­sində böyük qazanc əldə edərək, Səxavətli Rəbbin mərəhəmə­tin­dən faydalanırlar.

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

(35. 13) “O, gecəni gündüzə sarıyır, gündüzü də gecəyə sarıyır, gü­nə­şi və ayı ram etmişdir. Onların hər biri bəlli müd­də­tədək cərəyan edir[3]. Budur Rəbbiniz olan Allah! Mülk Ona məxsusdur. Sizin Ondan başqa ibadət etdikləriniz, hətta, çə­yir­dək lifinə də sahib deyillər”.

Allah Öz mərhəməti sayəsində gündüzü gecəylə və gecəni gündüzlə əvəz edir. Onların hər biri digərini əvəz etməyə gəlir, ilin vaxtlarından asılı olaraq, biri digərinin qısalması hesabına uzanır. Bəzən gecə və gündüz bir-birinə bərabər olur. Bütün bu hadisələr insanlara və heyvanlara, ağaclara və əkinlərə saysız-he­sab­sız fayda verir.
Allah günəşi və ayı da Özünə ram etmişdir. Onlar yerə işıq ve­rir, ayıq qalmaq və yatmaq üçün şərait yaradır. Dündüz işığı insanlara dolana­caq əldə etmək üçün imkan verir, bitkilərin in­ki­şa­fına kömək edir, quru­malı olan şeyləri qurudur və yer üzündə həyatın onlarsız mümkün olmaya­cağı bir çox digər fay­dalar gəti­rir. Günəş və ay Allahın onlar üçün qədər­lərinə uyğun müəyyən etdiyi orbitlər üzrə hərəkət edirlər. Müəyyən olun­muş müddət ya­xınlaşdıqda və dünyanın sonu başladıqda, bu nəhəng səma ci­sim­ləri göydə öz hərəkətlərini dayandıracaq qüvvədən məhrum olacaq­lar. Həmin gün ay tutulacaq, günəş büküləcək, ulduzlar isə yerlərin­dən düşəcəklər. Lakin hələlik bu böyük məx­luqlar Alla­hın qullarına Onun ka­mil­liyi və mərhəmətini xatırla­dırlar. O (Pak və Müqəddəs) Özü tək­likdə qüdrətli və nəhəng planetləri və ul­duz­ları[4] yaradaraq Özünə ram etmişdir. Təkcə O (Pak və Müqəd­dəs) ibadətə və itaətə layiq gerçək İlahdır! Mülk bütövlükdə yal­nız Ona məxsusdur, halbuki müşriklərin yalvardıqları bütlər və sax­ta “ilahlar” heç bir hakimiyyətə malik deyillər. Onlar hətta ən də­yərsiz şey olan xurma lifinə belə sahib deyillər. Niyə onda bəs insanlar nə göylərdə, nə də yerdə hətta lap kiçicik bir hakimiy­yə­tə malik olmayan aciz məxluqlar qarşısında sitayişi davam et­dirir­lər?

 ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

Siz öz yalvarışlarınızla cansız daşlara və ağaclara, həyat əla­məti olmayan meyitlərin vücudlarına və yalnız öz Rəbbinə iba­dətin qayğısına qalan mələklərə müraciət edirsiniz. Onlar sizin dualarınızı eşitməzlər, əgər eşitsələr də, cavab verməyəcəklər. Hətta biz təsəvvür etsək də ki, onlar sizin sözlərinizi və müra­ci­ət­lərinizi eşidə bilərlər, onda sizin dualarınız onsuz da sizə fayda verməz, çünki Rəbbin heç bir məxluqu ilahi hakimiyyətə malik deyildir. Bundan başqa, mələklər, peyğəmbərlər və möminlər müşr­ik­lərin onlara dua etmələrindən narazıdırlar. Qiyamət günü onlar müşrik­lərdən üz çevirəcək və ucadan deyəcəklər: “Sən Pak­san! Sənsən – bizim Hamimiz, – onlar deyil!” (Səba, 34/41).
Sən, Allahın sənə xəbər verdiklərinin hamısının gerçək­li­yi­nə əmin ol! Allahın vəhyinə şübhə etmə, çünki heç kim sənə haq­qı Rəbbin kimi aça bilməz. Həqiqətən, O (Pak və Müqəddəs) – Biləndir və Xəbərdar Ol­an­dır. Bu ayələr yalnız Allahın Haqq İlah, ibadətə və pərəstişə layiq ol­ma­sının və Ondan başqa kiməsə iba­dətin əbəsliyinin, müşriklərə heç bir fayda gətirməyəcəyinin in­kar­edilməz dəlil­ləridir.

 ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ


Fövqəluca bütün bəşəriyyətə müraciət edərək, insanlara xa­tırladır ki, onların hamısı öz Rəbbinə möhtacdır. Onlar dünyaya gəlmələri üçün Ona möhtacdırlar və əgər O (Pak və Müqəddəs), insanları xəlq etməsəydi, onda bunu heç kim edə bilməzdi. Onlar Allaha, onlara bədən, fiziki qüvvə və bir çox digər qabiliyyətlər əta etdiyinə görə möhtacdırlar, əgər O (Pak və Müqəddəs) bunu etməsəydi, insanlar iş görə bilməzdilər. İnsanlar fasiləsiz olaraq Alla­hın onları ruzi və digər görünən və gözəgörünməyən ne­mət­lər­­lə təmin etməsinə möhtacdırlar və əgər Rəbbin mərhəməti və xe­yirxahlığı olmasaydı, onda onlar bu nemətləri əldə edə bil­məz və özləri üçün dolanacaq tapmazdılar. Onlar Allahın onları hər an bəd­­bəxtliklərdən və fəlakətlərdən qorumasına, qəm-qüs­sədən və mü­sibət­lər­dən xilas etmə­sinə möhtacdırlar və əgər O (Pak və Mü­qəddəs), Öz qullarının taleyini yungülləşdirməsəydi, onda on­lar həmişə çətinliklərin və qayğıların zülmü altında yaşa­yardılar. On­lar Allahın onlar barəsində ən müxtəlif üsullarla qay­ğı çəkmə­si­nə möh­tac­dırlar və həmçinin öz Fövqəluca Rəbbinə iba­dət et­mə­yə, Onu sev­məyə və Ona səmimi qulluq etməyə möh­tacdırlar və əgər O (Pak və Müqəddəs), insanlara bunları qüsur­suz yerinə yetir­mək­də kömək etməsəydi, onda onlar öz qəlblə­rini, ürəklərini və həyat­la­rını itirər­dilər. Onlar bilmədiklərini Allahın onlara öy­rət­diyinə görə və bildiklərini həyata keçirməkdə onlara yardım etdiyinə gö­rə Ona möhtacdırlar və əgər Rəbb insanları öyrət­mə­səy­di, onlar heç vaxt bilik əldə edə bilməzdilər və əgər O (Pak və Mü­qəddəs) on­la­ra xe­yirxahlıq etməyi öyrət­məsəydi, onlar heç vaxt mömin ol­mazdılar. Bir sözlə, insanlar, Ona olan ehtiyaclarını hiss edib-et­mə­mək­lə­rin­dən asılı olmaya­raq, ən mükəmməl məna­da, Allaha möh­tac­dırlar.
Allahın doğru yola yönəltdiyi möminlər dərk edirlər ki, on­lar dünya həyatına və ya dininə aid olan hər şeydə Onun kö­mə­yi­nə necə möhkəm möhtacdırlar. Buna görə, onlar Allah qar­şısında özlərini müti aparır və hətta bir anlığa belə onları Öz köməyindən məhrum etməməsini Ondan xahiş edirlər. Onlar bü­tün işlərində Onun köməyinə ümid bəsləyir və bu barədə Ona fasilə vermədən yalvarırlar. Məhz belə insanlar, Öz qullarına, ana­nın öz körpəsinə bəslədiyi şəfqətdən də daha rəhmli olan Allahın kömə­yinə və yar­dımına layiqdirlər.
Həqiqətən, Allah – Zəngindir, Həmdəlayiqdir. Onun zən­gin­liyi ka­mil­­­dir, sifətləri isə əzəmətli və qüsursuzdur və buna görə, O (Pak və Müqəddəs) Öz məxluqlarından heç birinə möhtac deyil. O (Pak və Müqəddəs) məxluqlarının yaşaması üçün zəruri olan şeylərə də möhtac deyil. Bunun sayəsində Fövqəluca Allah çətinlik çəkmədən Öz qullarına həm bu dünyada, həm də öl­dük­dən sonra saysız-hesabsız ne­mətlər bəxş edir. Onun gözəl adları, əzəmətli sifətləri, müdrik, ədalətli, mərhəmət və xeyirxahlıqla icra olunmuş əməlləri və həmçinin hökmləri və qadağaları ən böyük tərifə layiqdir. Bu – Allahın kamil sifətləri, hüdudsuz xeyirxahlığı və ədalətli qə­rar­ları üçün həmd etmədir. Həqiqətən, Öz zəngin­li­yinə görə yalnız Allah həmdə layiqdir və Özünün tərifəlayiq ad və sifətləri sayəsində təkcə Allah zən­gin­dir.

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

(35. 16) “O istəyərsə, sizi yox edib, yeni bir xalq gətirər”.

Bəzi təfsirçilər hesab edirlər ki, Fövqəlucanın bu sözləri – bütün bəşəriyyətə yönəldilmiş təhdid və xəbərdarlıqdır. Ey in­sanlar! Yadınızda saxlayın ki, Allah sizi məhv edib, yer üzündə Onun hökmlərini və əmrlərini daha yaxşı yerinə yetirən digər in­san­ları yerləşdirə bilər. Əgər Allah bunu etmək niyyətində olarsa, heç kim Ona mane ola bilməz!
Belə bir rəy da var ki, bu ayədə söhbət Qiyamət günü in­san­ların diril­dilməsindən gedir. Fövqəluca Allahın iradəsi sarsıl­mazdır və O, ancaq istəyən kimi, bütün məxluqlar dirildiləcəklər. Lakin bunun baş verməsi yalnız təyin etdiyi gün olacaqdır ki, onu nə yaxınlaşdırmaq, nə də ona möhlət almaq mümkün deyil. Heç bir canlı məxluq bunun qarşısını almaq və ya bunun baş vermə­sinə mane olmaq gücünə malik deyil!

ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ

(35. 18) “Heç bir canlı məxluq özgəsinin yükünü daşıma­yacaq və əgər yüklənmiş onun yükünü daşımağa çağırsa belə, hətta o yaxın qo­hum olsa da, ondan heç nə götürülməz. Sən an­caq öz Rəbbindən, Onu görmədən qorxanları və namaz qılmağa duranları xəbərdar edirsən. Kim təmizlənirsə, öz xeyrinə təmiz­lənir. Qayıdışınız yalnız Allahadır”.

Bu vəhy əvvəlki ayələrin sonuncu təfsirinin lehinədir, çün­ki onda Dirilmə günündən bəhs edilir. O gün hər bir insan yalnız özünün törətdiyi əməllərinə görə cavabdehlik edəcək və özgəsi­nin günahlarının ağırlığını öz üstünə götürmək istəməyəcək. Hət­ta öz cinayətləri və günahları ilə yük­lənmiş şəxs yaxın qohu­mun­dan günahlarının bir qismini öz üstünə götür­məsini xahiş et­sə belə, ona yardım göstərilməyəcəkdir. Axirət həyatı, dos­tun dosta kö­mək etdiyi və qohumun qohumu müdafiə etdiyi dünya həya­tına oxşamayacaq. Həmin dəhşətli gündə hər bir insan nəyin bahasına olursa olsun, hətta öz anasının və öz qohumlarının he­sabına cəzadan can qurtarmağa çalışacaqdır.
Ey Muhəmməd! Sən yalnız Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Təkcə onlar sənin nəsihətlərinə qulaq asırlar və onlardan faydalı nəticələr çıxarırlar. Onlar öz Rəb­bindən, Onu gözləri ilə görməsələr də, qorxurlar. Onlar tək-tənha qaldıqda və başqa insanlarla bir­likdə olduqda da Ondan qorxurlar. Onlar namaz qılır, onun şərtlərinə riayət edir və həm­çinin fərz və nafilə ibadətləri yerinə yetirirlər. Namaz zamanı on­la­rın ürəyi həyəcan doğuran qorxu və Rəbbin hüzurunda mü­ti­liklə dolu olur. Bu gözəl hiss-həyəcanlar sayəsində onlar Allahın cəzasını xatırlayırlar və namazlarını qüsursuz yerinə yetirirlər və bu namazlar on­ları yaxşı işlər görməyə ruhlandırır və onları yaramazlıqlardan və qınanılan əməllərdən çəkindirir.
Nöqsanlardan, nümayişkəranə hərəkətlərdən, təkəbbür gös­­tərmək­dən, yalandan, satqınlıqdan, məkrdən, ikiüzlülükdən və bir çox digər ya­ramaz xislətlərdən xilas olmağa can atan insan, həmçinin xoş əxlaq sahibi, sədaqətli, səmimi, təvazökar, müla­yim, həlim, xoşniyyətli, həsəddən uzaq olan və bədxah olmayan mömin arzusu ilə yanır və belə adam mütləq öz məqsədinə nail olacaqdır və öz qəlbini yaramazlıqlardan və nöqsanlardan təmiz­ləyər və onun əməlləri əbəs yerə getməz. Hamı, son nəticədə, Alla­­ha qayıdacaq və O (Pak və Müqəddəs), Öz məxluqlarının bütün əməl­lərinə görə əvəzini verəcəkdir. O (Pak və Müqəddəs), qullarının nə kiçik, nə də böyük əməllərini nəzərindən qaçırma­yaraq, onları məsuliyyətə cəlb edəcəkdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ


(35. 19) “Eyni deyil korla görən”,
(35. 20) “zülmətlə işıq”,
(35. 21) “kölgə və bərk isti”.
(35. 22) “Canlılar və ölülər də eyni deyillər. Həqiqətən, Allah istə­diyinə eşitmə qabiliyyəti verir və sən qəbirdəkiləri eşitməyə məcbur edə bilməzsən”.
(35. 23) “Sən – yalnız xəbərdarlıq edən nəsihətçisən”.

Fövqəluca xəbər verir ki, Özünün ilahi müdrikliyi sayə­sin­də O (Pak və Müqəddəs) insanların qəlbinə iki bir-birinə zidd olan şeylər ara­sında fərqi ayırd edə bilmək qabiliyyəti qoymuş­dur. İnsanlar tərəddüd etmədən razılaşırlar ki, maddi dünyada ziddiyyətli şeylər öz aralarında bərabər olmurlar. Lakin onlar bilməlidirlər ki, bir-birinə zidd olanlar ruhi aləmdə bir-birinə da­ha çox oxşamırlar. Mömin – kafirə, saleh insan – azmış insana, haq­qı tanıyan – cahilə, Cənnət əhli – Cəhənnəm əzabkeşinə, canlı qəl­bə malik insan – ölü qəlbli insana bərabər tutula bilməz. On­ların ara­sındakı fərq o dərəcədə böyükdür ki, onun həqiqi olçüsü yalnız Fövqəluca Allaha məlumdur. Əgər insanlar, bir-birinə zidd olan şeylərin arasındakı fərqi anlasalar və onlara aydın olsa ki, onlar nəyə can atmalı və nədən xilas olmalıdırlar, qoy onda hər bir dərrakəli insan nəyə üstünlük verəcəyini bu başdan qərara alsın.
Ey Muhəmməd! Allah istədiyinə eşitmək qabiliyyəti əta edir. Yalnız Allah insanları doğru yola yönəldə və onlara eşit­mə­yə və haq­qa iman gə­tirməyə kömək edə bilər. Sən isə qəbirdə olanları eşitməyə məcbur edə bilməzsən. Onların ürəkləri ölmüş­dür və sə­nin moizələrin onlara fayda verməz və beləcə də, onlar səndən üz dön­dərən inadkar kafirlərə fayda ver­məz. Lakin əgər insanlar sənin sözlərinə qulaq asmaqdan boyun qaçırsalar da, sən Rəbbinin vəh­yini, onsuz da onlara çatırmalısan, çünki sən – yal­nız nəsihətçisən.

 ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(35. 24) “Həqiqətən, Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən nəsihətçi kimi göndərdik və elə bir ümmət yoxdur ki, ona xəbərdar­lıq edən nəsihətçi gəlməmiş olsun”.

Biz səni haqla göndərdik, çünki bəşəriyyət uzun müddət Allahın elçiləri olmadan yaşayırdı, doğru yoldan sapmışdı, əsil biliklərdən məhrum olmuşdu və yeni peyğəmbərə olduqca möh­tac idi və sən insanlara – aləm­lərin sakinlərinə ən böyük mərhə­mət kimi gəldin. Biz səninlə haqq din və yalana heç bir aidiyyəti olmayan Doğru yol nazil etdik. Biz həm də sənə Şərəfli Quran – həqiqi Kitab və müdrik Xatırlatma nazil etdik. Biz səni müjdəçi və nəsihətçi etdik ki, sən Allahın itaətkar qullarını dünya həyatın­da və Axirətdə mükafatlandırılacaqları ilə sevindirəsən və itaətsizlik göstə­rən günahkarları cəzalandırılacaqları barədə xəbərdar edə­sən. Bu cəza onları həmçinin yer üzündə və ölümdən sonra da gözləyir. Sən heç də Allahın insanlara göndərdiyi ilk elçi deyilsən, çünki elə bir ümmət yoxdur ki, onlara nəsihətçi gəlməsin. Bu nəsihətçilər öz ümmətlərini Allahın vədi­nin doğru olmasına əmin edirdilər ki, həlak olan tam aydın bir dəlil əsa­sında həlak olmalı, dirilənlər də aydın bir dəlil əsasında yaşamalıdır.

 ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ


(35. 25) “Əgər onlar səni yalançı saydılarsa, bil ki, onlar­dan əvvəl­kilər də yalançı saymışdılar. Onların elçiləri onlara aydın dəlillər, Səhifə­lər və nurlu Kitab gətirmişdilər”.

Ey Elçi! Müşriklər səni qəbul etmədilər, lakin axı əvvəllər də kafirlər Allahın elçilərini təkzib edərdilər. Elçilər (onlara Alla­hın salamı olsun!) on­la­rın yanına bu elçilərin həqiqi­liyini təs­diq edən aydın möcüzələrlə gə­lər­dilər. Onların gətirdikləri Ki­tab­lar çox­­saylı hikmətli qanunlardan ibarət olardı, nur saçan Kitab isə, öz gerçək rəvayətləri və ədalətli hökmləri sayə­sində insanlara yol göstərərdi. Müşriklər bu elçiləri, onların doğruçuluğuna şüb­hə etdiklərinə və ya onların dəlillərinin kifayət qədər inandırıcı ol­ma­­dıq­­­larına görə inkar etmirdilər. Onlar elçiləri öz inadcıllıqları və zalımlıq­ları üzündən qəbul etmirdilər.

ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ

(35. 26) “Sonra Mən iman gətirməyənləri yaxaladım. Gör Mənim inkar etməyim necə oldu!”

Mən fasiqləri ən müxtəlif cəza üsulları ilə cəzalandırdım və onları ən böyük əzablara düçar etdim. Buna görə öz alicənab El­çi­ni­zə itaətsizlik göstərməkdən çəkinin ki, sizdən əvvəlkilərin mə­ruz qaldıqları şiddətli cəza və ağır alçalma sizin də başınıza gəl­mə­sin.

 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ

(35. 27) “Məgər görmürsən ki, Allah səmadan suyu necə nazil edir? Biz onunla müxtəlif əlvan meyvənlər yetişdiririk. Dağlarda isə müxtəlif: ağ, qırmızı və zil-qara cığırlar vardır”.
(35. 28) “İnsanlar, heyvanlar və mal-qara da müxtəlif rəng­­lərdə olur. Onun qulları arasında Allahdan qorxanlar yal­nız bilik sahibləridir. Hə­qi­qətən, Allah – Fövqəlqüdrətlidir, Ba­ğış­layandır”.

Fövqəluca qullarına xatırladır ki, O (Pak və Müqəddəs) tama­milə bir-birindən fərqli məxluqlar yaradır. Lakin buna bax­mayaraq, onlar ümumi mənşəyə malikdirlər və Allahın fövqəl­qüdrətinin və ka­mil müdrik­liyinin dəlilləridir. Təbiətdə belə ör­nəklərə çox rast gəlinir. Allah göydən yağış suyu nazil edir və onun sayəsində müx­tə­lif bitkilər və meyvələr bitir, yetişir. Beləcə, insanlar eyni sudan, eyni torpaqda ən müxtəlif bitkilərin bitdi­yi­nin şahidi olurlar. Allah həmçinin yer üzündə dağları yerləşdir­miş­dir ki, onların kökü yerin təkinin dərinliklərinə qədər gedir. Bu dağlar bir-biriləri ilə əlaqədar­dır və bəzən ümumi təmələ malik olurlar. Lakin buna baxmayaraq, onlar bir-birindən rənginə və çalarlarına görə fərqlə­nirlər. Onlarda ağ, sarı, qırmızı və hətta zil-qara rəngli cığırlar vardır. Allah yerdə həm­çinin müxtəlif rəng­li dərisi, çeşidli rənga­rəng tükü, müxtəlif xüsu­siy­yət­ləri, müx­təlif səsləri və fərqli xarici görünüşlü çoxlu in­san­lar, vəhşi heyvanlar və digər heyvanlar xəlq etmişdir. İnsanlar çox asanlıqla əmin ola bilərlər ki, yer üzündə olan bütün canlı var­lıq­lar bir-birindən son dərəcə fərqlənirlər, halbuki onların hamısı vahid mənşəyə malikdirlər.
Bu saysız-hesabsız fərqlər, Öz məxluqlarına ən müxtəlif rənglər və keyfiyyətlər əta etməkdə sərbəst olan Allahın fövqəl­qüdrətinin inandırıcı məntiqi sübutudur. Bu insanlara böyük fayda verir və onlara zəruri istiqa­məti müəyyənləşdirməkdə və bir-birini ayırd etməkdə kömək göstərir ki, bu da öz növbəsində Fövqəl­uca­nın müdrikliyinə və rəhmdilliyinə dəlalət edir. Bu həm­çinin Onun hüdudsuz elmini və dirilmənin labüdlüyünü təs­diq edir. Lakin bü­tün bu dəlillər səhlənkar kafirlərə heç bir fayda gətirmir və onlar öz Rəbbinin yaratdıqları üzərində düşünmür və onlara əhəməiyyət vermirlər. Onlardan fayda əldə etməyə nail olanlar yalnız Fövqəl­uca Allah­dan qorxanlardır, onlar əhatə edil­dik­ləri aləm haqqında düşü­nür, onun yaradılmasının məna­sını dərk edirlər.
Buna görə Rəbb buyurur ki, Ondan yalnız elm sahibi olan qullar qorxarlar. İnsan Onu daha yaxşı dərk etdikcə, Onun cəza­sından daha bərk dəhşətə gəlir. Bu qorxu insanı günahlardan çə­kinməyə və Onunla görüşə hazırlaşmağa məcbur edir. Bu ayədə Fövqəluca insanı Ondan qorxmağa məcbur edən və ona Onun mərhəmətini qazanmağa kömək edən əsil bilik­lərin vacibliyini və üstünlüyünü xüsusilə vurğulayır. Fövqəluca buyurur: “Allah onlardan razıdır və onlar da Ondan razıdırlar. Bu Rəbbindən qorxanlar üçün hazırlanmışdır” (Beyyinə, 98/9).
Həqiqətən də, Allah – Fövqəlqüdrətlidir və Bağışlayandır. Onun əzə­məti və fövqəlqüdrəti kamildir və bunun sayəsində O (Pak və Müqəddəs) ən müxtəlif məxluqlar yaradır və tövbəkar qullarının günahlarını bağışlayır.


 ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ


(35. 29) “Həqiqətən, Allahın Kitabını oxuyanlar, namaz qılanlar və Bizim onlara əta etdiyimiz ruzidən gizlicə və açıq xərcləyənlər, uğursuz olmayacaq ticarətə ümid bəsləyirlər”

Allah xəbər verir ki, insanlar arasında elələri var ki, Allahın Kitabını oxuyurlar. Onlar bu Kitabın hökmlərini yerinə yetirir və onda Allahın qadağan etdiyi hər şeydən çəkinirlər. Onlar bu Kitabın gerçəkliyinə inanır, nəzər-nöqtələrini onunla əsaslandırır və insanların sözündənsə, onu üstün tuturlar. Onlar bu Kitabı oxuyur, onu öyrənir, onun mənaları üzərin­də düşünür və hökm­lərini yerinə yetirirlər. Onlar onun gözəl ayələ­rini gü­nün bütün vaxtlarında oxuyurlar və xüsusilə də, dinin sütunu, müsəlman­lığın nuru, imanın meyarı və möminin sadiqliyinin dəlili olan fərz namazları qılı­nan zaman[5]. Onlar qohumlarına, kasıblara, yetimlərə və digər ehtiyacı olanlara yardım göstərir, zəkat və günahları yüngülləşdirən ianələr verir, Allaha verdikləri vədləri yerinə yetirir və sədəqə paylayırlar. Onlar gizlicə və aşkarda, yəni günün istənilən vaxtlarında, ətrafdakıların onları görüb-görmə­məsinə diqqət yetirməyərək, xeyirxahlıq edirlər.
Onlar bütün bu xeyirxahlıqları mötəbər və etibarlı əqdə ümid bəslə­yərək həyata keçirirlər. Onlar heç vaxt itməyəcək və ya istifadəsi gərəksiz­ləş­məyəcək bir şeyi əldə etməyə can atırlar. Bu – ən şərəfli, ən əziz və əmtə­ələrin ən yaxşısıdır. Bu – Fövqəluca Rəbbin lütfkarlığı, Onun bol mükafatı, Onun qəzəbindən və cəzasından xilas olmaqdır. Belə bir əqd[6] bağlamaq üçün onlar Fövqəluca Allah xatirinə səmimiyyətlə saleh işlər görür və yara­maz məqsədlərdən və yanlış niyyətlərdən xilas olurlar.

 ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ

(35. 30) “ki, O, onları tam mükafatlandırsın və hətta Öz mərhə­mə­tindən əlavə də etsin. Həqiqətən, O – Bağışlayandır, Şükrəəvəzverəndir”.

Allah bildirir ki, etibarlı əqdə ümid bəsləyən möminlər müt­­ləq arzu etdiklərinə nail olacaqlar. Buna görə O (Pak və Mü­qəd­dəs) onları tam mükafatlandıracağını, yəni, böyük və kiçik əməllərindən asılı olaraq onları ədalətlə təltif edəcəyini vəd edir və həmçinin vəd edir ki, onların mükafa­tını, Öz Səxavətinə mü­vafiq olaraq, layiq olduqlarından daha çox artıracaq. Həqiqətən, Allah – Bağışlayandır, Şükrəəvəzverəndir. O (Pak və Müqəddəs) qullarının günahlarını bağışlayır və onlardan, hətta, ən az xe­yir­xah­lıqlarını belə qəbul edir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ

(35. 31) “Sənə Bizim vəhy etdiyimiz Kitab – Haqdır və öz­ün­dən əvvəlkini təsdiq edir. Həqiqətən, Allahın qullarından xəbəri var və onları görür”.

Fövqəluca xəbər verir ki, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Kitab – Haqdır. O özündə nəinki gerçəkliyi əks etdirir və həm də insan həyatına aid olan bütün mühüm məsələləri əhatə edir. Bundan başqa, istənilən həqiqət sanki bu Kitabın ayələrində özünün ini­kasını tapmışdır. Ey in­sanlar! Rəbbinizin Kitabına laqeyd olmayın və ona kin və nifrət bəsləməyin. Bu Vəhylə nazil edilən bütün ilahi və qeybə məx­sus biliklər ətrafınızda baş verən hər şeyə tamamilə uyğundur. Buna görə siz onun əsil mənasını dəyişmək və şərəfli ayələrə başqa məna vermək haqqına malik deyilsiniz.
Bu Kitab ona qədər nazil edilənləri təsdiq edir. O, ondan əvvəlki Kitablar və elçilər haqqında xəbər verir və onların doğ­ruluğuna şahidlik edir. Əvvəlki Kitablar insanlara Şərəfli Quranın nazil ediləcəyini bəyan etmişdilər və Şərəfli Quran da əvvəlki Kitablarda bütün nazil edilənlərin haqq olduğunu təsdiq edir. Buna görə bir nəfər belə Qurana iman gətir­məzsə, əvvəlki Kitab­lara iman gətirmiş sayıla bilməz. Şərəfli Qurana iman gətirməmək bütün digər Kitablara da imanı dağıdır, çünki onlarda Quranın nazil ediləcəyi müjdəsi vardır və həm də ona görə ki, onlarda nazil edilmiş biliklər onun ayələrinə uyğun gəlir.
Həqiqətən, Allah – Biləndir, Görəndir. O (Pak və Müqəd­dəs), qullarının nə etdiklərinin hamısını bilir və görür və buna görə hər bir xalq və hər bir insan yalnız layiq olduğu əvəzi ala­caqdır. Bu o deməkdir ki, Allahın əvvəlki qanunları öz zamanına və öz dövrünə uyğun idi. Allah bir elçini digəri ilə dəyişirdi və nəhayət, Muhəm­məd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) göndərdi. O (s.ə.s.) insanlara Allahın sonuncu şəriətini gə­tirdi ki, o, Qiyamət günü başlayana qədər qüvvədə olacaqdır. Bu şəriət Allahın qulla­rı­na bütün zamanlar üçün faydalı olan şey­ləri göstərir. Fövqəluca onu ən ağıllı, ən dərrakəli, ən alicənab insan­la­ra bəxş etmişdir. O (Pak və Müqəddəs) bu insanları seçmiş, on­la­ra din olaraq İslamı mü­əy­yən etmişdir. O (Pak və Müqəddəs), on­la­rı özündə bütün əv­vəlki Səmavi Kitabların gerçəkliyi haq­qında xəbər verilmiş Şərəfli Quranla şərəf­ləndir­mişdir. Buna görə, sonra Allah buyurur:

ﭣ ﭤﭥ ﭦﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭱﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ
(35. 32) “Sonra Biz Kitabı Bizim seçdiyimiz qullarımıza mi­ras verdik. Onlardan elələri vardır ki, özlərinə zülm edirlər, kimisi mötədil­dir və kimisi də, Allahın izni ilə, xeyirxah işlərdə öndərdirlər. Bu, böyük bir lütf­karlıqdır”.

Burada söhbət Muhəmməd Peyğəmbərin (ona Allahın sala­vatı və salamı olsun!) ardıcıllarından getməkdədir. Onların ara­sında elələri var ki, böyük kafirlik dərəcəsinə çatmayan günahlar törədirlər. Onların arasında mötədil müsəlmanlar da var ki, fərz hökmləri yerinə yetirir və günahlardan çəkinirlər. Onların ara­sın­da xeyirxah əməllərdə başqalarını qabaqlayanlar da var ki, onlar öz vaxtlarını itirmir və saleh əməllər işləməkdə səy göstə­rirlər. Onlar bütün fərz hökmləri yerinə yetirmələri, bir çox vacib ol­mayan saleh işlər görmələri və həmçinin qadağan olunmuş və arzuedil­məz bütün şeylərdən çəkinmələri sayəsində qalan müsəl­man­ları qabaqlayıb ötürlər.
Fövqəluca Allah bütün üç dərəcədən olan müsəlmanları seçərək, on­ları Öz Kitabının varisi etmişdir. Buna baxmayaraq, on­ların xidmətləri və əməlləri fərqlidir. Hər bir müsəlman, hətta o, günah işlətsə də bu böyük irsin ancaq bir hissəsinin sahibidir, çünki onun ürəyində kök salmış iman, onun din haqqında bilik­lə­ri və imanını təsdiq edən əməlləri onu Şərəfli Quranın varisi edir. Allahın Kitabını oxuyan, onu öyrənən, onun mənaları üzərində düşünən və onun hökmlərini yerinə yetirən hər bir insan bu Kita­bın varisidir.
Sonra Fövqəluca qeyd edir ki, bəzi müsəlmanlar xeyirxah əməllərdə, yalnız Allahın izni ilə, başqalarını ötüb keçməyə nail olurlar. Mömin öz xeyirxah əməlləri ilə aldanmamalıdır, çünki o, onları öz Fövqəluca Rəbbi­nin yardımı sayəsində həyata keçirir. O, Ona ilahi yardımına və mərhəmət göstərdiyinə görə minnətdar­lığını bildirməlidir. Bunlardan ən başlıcası ondan ibarətdir ki, Allah iman gətirənləri Şərəfli Kitabın varisləri etmişdir. Rəbbin bütün qalan xeyirxahlıqlarını isə, həqiqətən, bu böyük nemətlə müqayisə etmək mümkün deyildir.

ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ
(35. 33) “Onlar Ədəm Cənnətinə girəcək və orada qızıl qol­­bağ və incilərlə bəzənəcəklər, geyimləri isə ipəkdən ola­caqdır”.

Allah Onun Kitabının varisi olacaq möminləri gözləyən mü­kafat haq­qında xəbər verir. Onlar kölgə salan ağaclar bitən və gözəl laləzarlıq­ların çiçəkləndiyi, şırıltılı çayların sürətlə axdığı və möhtəşəm sarayların ucaldığı Cənnət bağlarına girəcəklər. Mö­minlar orada əbədi qalacaq və bu ecazkar məskəndən bir də heç vaxt ayrılmayacaqlar. Ədəm – “əbədi qalınacaq yeri” ifadə edir və bundan belə başa düşmək olar ki, Cənnət bağlarının sakinləri orada əbədi məskunlaşacaqlar.
Onlar biləklərinə qızıldan qolbaq taxacaq, özlərini və li­bas­larını inci­lərdən hazırlanmış bəzək əşyaları ilə bəzəyəcəklər. Bu bəzəkləri həm kişilər, həm də qadınlar taxacaqlar və onların hər biri özünü Cənnətin ən gözəl sakini sayacaq. Onlar həmçinin ya­şıl ipəkdən – zərxaradan və atlasdan li­baslar geyəcəklər.

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(35. 34) “Onlar deyəcəklər: “Həmd olsun Allaha ki, bizi qəm-qüs­sədən xilas etdi! Həqiqətən, Rəbbimiz – Bağışlayandır, Şükrəəvəzverən­dir”.

Cənnət sakinləri öz gözəllikləri, öz zahiri görünüşləri ilə, ləz­zət­li yemək­lər, içkilər və digər çoxsaylı Cənnət ləzzətlərindən həzz alacaqlar. Heç bir şey onların bu Səadət məkanında əbədi həyatını kədər­ləndir­mə­yəcək. Bundan əlavə, onların məmnun­luğu günbə­gün yalnız artacaq. Onlar bunu dərk edəcək və deyə­cəklər: “Həqi­qə­tən, Rəbbimiz – Bağışlayandır, Şükrəəvəzverən­­dir. O (Pak və Mü­qəd­dəs), bizim nöqsanlarımızı ba­ğış­lamış, yaxşı əməllərimizi qəbul etmiş və mükafatımızı artırmışdır. O (Pak və Müqəddəs) bizə, qa­zan­dığımız mükafatı və bizim bütün arzu etdiklərimizi və göz­lə­dik­lərimizi qat-qat üstələyən ilahi mərhə­mətini bəxş etmişdir. O (Pak və Müqəddəs) bizim günahlarımızı bağışlamışdır və biz hər cür xo­şa­gəlməzliklərdən və nifrətamiz şeylərdən xilas olmuşuq. O (Pak və Mü­qəddəs) səmimiyyətimizə və sədaqətliliyimizə görə bizə əvəzini vermiş və biz ən əziz arzu­larımıza və gözləntilərimizə nail ol­mu­şuq”.


 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

(35. 35) “O, bizi, Öz mərhəməti ilə, nə yorğunluğun, nə də halsız­lığın toxunmayacağı Əbədi məskəndə yerləşdirmişdir”.
O (Pak və Müqəddəs) bizi burada qısa müddətə deyil, hə­mişə­lik yaşamağa imkan verdi. Buraya düşməyi hər bir ağıllı in­san istəyir, çünki burada çoxlu sevinc və ləzzətlər vardır və çə­tinliklər və qəm-qüssə qətiyyən yoxdur. Biz buraya Fövqəluca Rəbbin mərhəməti sayəsində düşmüşük. Biz bu cür gözəl nemət­lərə öz hərəkətlərimizə və əməllərimizə görə layiq deyildik və əgər Allahın mərhəməti olmasaydı, biz buraya düşməyi bacar­mazdıq. Bundan sonra biz nə yorğunluq, nə əzginlik bilməyə­cə­yik, çünki burada nə fiziki əmək və nə də mənəvi qayğılar yoxdur. Hətta çoxsaylı ləzzətlər belə bizə yorğunluq gətirmə­yə­cək.
Bu ona dəlalət edir ki, Allah Cənnət əhlini yenidən tam kamil bir simada yaradacaq və onları əbədi Həyata və əbədi Səa­də­tə hazırlayacaqdır. Bunun sayəsində Cənnət əhli nə yor­ğunluq, nə əzginlik, nə qayğılar, nə də qəm-qüssə bilməyəcək. Bu həm­çinin onu göstərir ki, Cənnətdə insanlar yatmayacaqlar. Dün­ya həyatında insanlar istirahət etmək və yorğunluqdan xilas ol­maq üçün yuxuya möhtac olurlar, Cənnət sakinləri isə buna eh­tiyac duymayacaqlar. Bundan başqa, yuxu – kiçik ölümdür, Axi­rət həya­tında isə Cənnət sakinləri heç bir ölüm formasında, ümu­miyyətlə, sınaqdan keçiril­mə­yəcəklər.
Ey Allah, Öz mərhəmətin və səxavətin sayəsində bizi də onlardan biri et!
Fövqəluca Allah Cənnətdə möminlərin Səadət içində ömür sürəcək­lərini xatırlatdıqdan sonra, Cəhənnəm əhlini gözləyən cə­zanı qullarının yadına salır. Fövqəluca buyurur:

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(35. 36) “İman gətirməyənlər üçün isə Cəhənnəm odu ha­zırlan­mış­dır. Onlar öldürülməzlər ki, canları xilas olsun, onla­rın əzabı da yün­gül­ləşdirilməz. Hər kafirə Biz belə əvəz veri­rik”.
Onlar Allahın elçilərinin gətirdikləri ayələri rədd etdilər və öz Rəbbi ilə görüşəcəklərinə iman gətirmədilər. Buna görə onlar Cəhənnəmə atıla­caqlar. Orada onları ən şiddətli və ən ağrılı cəza gözləyir. Onlar ölməyə­cəklər, çünki ölüm onlar üçün cəzanın yüngülləşdirilməsi olardı, Cəhən­nəm əzabı isə onları bir an belə rahat buraxmayacaqdır. Belə cəza inad­karlıq göstərən və iman gətirməkdən boyun qaçıran hər bir kafir üçün ha­zır­lanmışdır.

 ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(35. 37) “Onlar orada belə fəryad edəcəklər: “Ey Rəbbi­miz! Bizi buradan çıxart ki, etdiklərimizdən fərqli – saleh əməl­lər işləyək”. Məgər Biz sizə kifayət qədər uzun ömür bəxş et­məmişdikmi ki, özünü doğ­ruldan, doğrulda bilsin? Sizə xəbər­darlıq edən nəsihətçi də gəlmişdi. Dadın! Zalımların kömək­çi­ləri də yoxdur!”

Cəhənnəm əzabkeşləri öz günahlarını etiraf edəcək və başa düşəcək­lər ki, Allahın hökmü sərt olsa da, ədalətlidir. Lakin on­ların əfv olunması rədd ediləcək, çünki Axirət həyatının baş­lan­ma­sı ilə tövbə üçün təyin olunmuş müddət bitəcəkdir. Onlara deyiləcək: “Kim öz əməlləri üzərində doğrudan da düşünmək istəyirdisə, o, bunu artıq edə bilərdi, çünki Biz sizə maddi ne­mət­lər əta etmiş, sizi var-dövlətə çatdırmış, sizə rahat həyat və isti­ra­hət üçün şərait yaratmış, uzun ömür vermiş və saysız he­sabsız dəlillər nazil etmişdik. Bundan əlavə, sizə Rəbbinizin vəhy­lə­rini çatdıran nəsihət­çilər gəlmişdilər. Uzun illər Biz sizi bə­lalar və şadlıqlarla sınaqdan keçir­məkdə davam edirdik ki, siz tövbə edib, doğru yola gələsiniz, siz isə Bizim nəsihətlərimizə heç bir əhəmiy­yət vermirdiniz və moizə­lərimizdən faydalı nəticələr çıxarmır­dı­nız. Lakin onda da Biz sizdən qisas almağa tələsmirdik və cə­zalan­dırılmanızı ləngidirdik. Amma sizin hər biriniz üçün ölüm­qa­bağı an gəlib çatdı və sizin yer üzündə yaşamağınızın müd­dəti qurtardı. Siz öz taleyinizi dəyişmək imkanınızın olduğu dünyanı tərk etdiniz və ən acına­caqlı şəkildə başqa bir aləmə gəldiniz ki, bura­da hər biriniz etdiyiniz əməl­lərinizə görə əvəz alacaqsınız. İndi siz Bizdən xahiş edirsiniz ki, sizi dünya həyatına göndərək. Heyhat! Bu gün artıq siz nəyisə dəyişmək gücündə deyilsiniz. Rah­man və Rəhim Olan Allah sizə qəzəblən­mişdir və alovlanan Cəhən­nəm odu sizi qovurmaqdadır. Hətta Cənnət sakinləri də si­zi unuda­caqlar. Odlu Cəhənnəm­də qalın, orada əbədi olacaq­sı­nız və dadın amansız cəzanı! Heç kim sizə Cəhən­nəmdən çıx­ma­ğa kömək edə bilməz və heç kim əzablarınızı yün­gülləş­dir­mə­yə­cək!”

 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(35. 38) “Allah – göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanı da bilir”.

Cənnət və Cəhənnəm sakinlərinin əməllərinə veriləcək əvə­zi və həm­çinin insanların mükafat qazanacaqları və ya özlərini cəzaya məhkum etdirəcəkləri əməl­ləri yada saldıqdan sonra, Fövqəluca Allah Özünün göy­lərdə və yerdə hər şeyi əhatə edən elmini insanlara xatırladır. O (Pak və Müqəddəs), hətta insanların nəzərindən və ağlından gizli qalan şey­ləri və həmçinin insanların ürək­lərində gizlənən xeyirxah və bəd niyyətləri də bilir. Allah Öz kamil elmi sayəsində hər bir insana onun dünya həya­tındakı əməlləri ilə layiq olduğunun əvəzini ve­rəcək və hər bir qulunu, onun layiq olduğu yerdə yerləşdirəcəkdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ

(35. 39) “O – sizi yer üzündə xəlifələr Edəndir. İman gətir­məyən, öz əley­hinə iman gətirməmişdir. Kafirlik, iman gətir­məyənlərə öz Rəbbi nəz­dində, onlara nifrətdən başqa heç nə artırmır. İmansızlıq kafirlərə zi­yandan başqa heç nə artırmır”.

Fövqəluca insanlara Öz kamil idrakını və ilahi mərhəmətini xatırla­dır. Allah hələ Kainatı xəlq edənə qədər istəmişdi ki, yer üzündə yaşayan insanlar öz əcdad­larının var-dövlətinə və mal-mülkünə varis olsunlar. Sonra O (Pak və Müqəddəs), insanları yaratdı və hər bir xalqa bir nə­si­hətçi göndərdi ki, Öz qullarının necə davrandıqlarını görsün[7]. Kim üstün­lüyü küfrə verərsə, bu­nu öz əleyhinə etmiş olacaqdır, çünki günah yükünü öz üstünə götürəcək və özünü əbədi əzablara məhkum edəcəkdir. Heç kim onun cəzasını onunla bölüşdürmə­yəcəkdir. Kafirlik ona Fövqəl­uca Rəbbin qəzəbindən və nifrətindən başqa bir şey gətir­məyə­cəkdir. Bəs Alicənab Allahın nifrətindən daha pis cəza nə ola bi­lər?! Buna görə, O (Pak və Müqəddəs) buyurur ki, kafirlər özləri özlərinə islah edilməsi müm­kün olmayan zərər vuracaq, həmi­şəlik olaraq öz ailələrindən ayrı­lacaq, bütün əməllərini faydasız­laşdıracaq və gözəl Cənnət məkanından məhrum ola­caq­lar. Hər bir gün kafiri daha bədbəxt, Allah qarşısında və Onun məx­luqları qarşısında daha çarəsiz və daha rüsvay edir.

 ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

(35. 40) “De: “Allahdan başqa ibadət etdiyiniz şəriklə­ri­niz haq­qın­da bir düşünürsünüzmü? Göstərin mənə, onlar yerdə nə yaratmışlar? Ya da onlar göylərəmi şərikdirlər?” Yaxud onla­ra Biz Kitab əta etmişik və onun aydın ayə­lərinə istinad edirlər? Xeyr! Zalımların bir-birinə verdiyi vədlər yalandan başqa bir şey deyildir”.

Allah Öz Elçisinə (s.ə.s.) əmr edir ki, müşriklərin uydur­duq­ları “ilah­ların” acizliyini və çoxsaylı nöqsanlarını ifşa etsin. Al­lah bundan ötrü Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onlara desin: “Allahla bərabər iba­dət etdikləriniz barəsində bir düşünün və sonra onların sizin iba­də­tinizə və dualarınıza layiq olduqlarını mənə xəbər verin. On­la­rın yer üzündə nə yaratdıqlarını mənə göstərin. Bəlkə onlar də­niz­lər və dağlar yaratmışlar? Yaxud onlar hər hansı bir heyvan yaratmışlar? Əlbəttə, siz etiraf edəcəksiniz ki, bütün varlığın Xaliqi yalnız tək olan Fövqəluca Allahdır. Bəs onda, ola bilsin ki, sizin “ilahlarınız” məx­luqları yaratmaqda və Kainatı idarə etmək­də Allaha kömək edir­lər? Əlbəttə ki, yox! Onlar Kainatın xəlq və idarə edilməsində heç vaxt iştirak et­məmiş və etmirlər. Əgər siz bilirsinizsə ki, saxta “ilahlarınız” müstəqil yarat­mağa qabil deyil­lər və Fövqəluca Allahın yaratdığında hətta iştirak belə etmə­mişlər, onda niyə siz onlara ibadət edir və yardım üçün onlara yalvarır­sınız? Siz aciz­liklərinə qətiyyən şübhə etmədiyiniz məx­luqlar qarşısında nəyə görə təzim və sitayiş edirsiniz?”
Bütün bunlar ona dəlalət edir ki, müşriklər bütlərə və saxta “ilahlara” iba­dətə haqq qazandıran inandırıcı məntiqi dəlillərdən məhrumdurlar. Onlar həm də öz əməllərini doğrulda bilən hökm­­lərin əksini tapdığı Şərəfli Kitablardan da məhrumdurlar. Bəl­kə onlar Şərəfli Kitablarda saxta “ilahla­ra” ibadət etmək hök­münü, necə olubsa, oxuyublar? Əlbəttə ki, yox! Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gəlişinə və Şərəfli Quranın nazil edilməsinə qə­dər ərəb bütpərəstlərinə nə nəsihət­çilər gəlmiş, nə də Səmavi Kitablar nazil edil­mişdi. Lakin hətta bu belə olmasaydı da, bütpərəstlər onsuz da əvvəlki elçi­lərin onlara bütlərə və sax­ta “ilahlara” ibadət etmək hökmü “ver­mələri” ilə özlə­rinə bəraət qazan­dıra bilməyəcəkdilər, çünki Föv­qəl­uca Allah belə buyurur: “Biz səndən əvvəl elə bir elçi gön­dər­mə­mişdik ki, ona vəhy edilməmiş olsun: “Mən­dən baş­qa ilah yoxdur. Mənə ibadət edin!” (Ənbiya, 21/25). Bütün pey­ğəmbərlər və Kitablar eyni bir Təlimi – yalnız Fövqəluca Allaha səmimi qulluq et­mə­yi təbliğ edir­dilər və buna görə Allah buyu­rur: “Axı onlara buyurul­muşdu ki, Ona ixlasla qulluq edərək, hənif kimi, yalnız Allaha ibadət etsinlər, namaz qıl­sınlar və zəkat versinlər. Haqq din – budur!” (Beyyinə, 98/5).
Əgər məntiqi dəlillər və Şərəfli Kitablar bütpərəstliyin yan­lış­lığını və uy­dur­ma olmasını təsdiq edirlərsə, onda niyə ara­la­rın­da ağıllı və şüurlu insanların da olduğu müşriklər Allaha şərik qoşmaqda davam edirlər? Fövqəluca bu suala ca­vab vermiş və bu­yur­muşdur ki, bunun belə olması­nın səbəbi öz sübutsuz eti­qad­larında inadkarlıq göstərmələri və bir-biri­lərini yalançı məslə­hətləri və mədh­edici nitqləri ilə müdafiə etmələridir. Onlar öz azmış ardıcıllarına örnək olurlar, hələ bundan başqa, şeytan da ara vermədən onları bihudə ümidlərlə aldadır və günah­ları və cinayətləri onla­rın nəzərlərində gözəlcə bəzəyirlər. Nəti­cədə isə yaramaz məziyyətlər onla­rın ürəklərində kök salır və onların ayrılmaz xüsusiy­yətinə çe­vrilir. Günahkarlar bu keyfiyyətlərdən xilas ola bilmirlər və onlar həmi­şəlik ola­raq yalançı küfrə və sə­mə­rəsiz müşrikliyə tərəfkeş qalırlar.
 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ


(35. 41) “Həqiqətən, Allah göyləri və yeri tutub saxlayır ki, onlar tərpən­məsinlər. Əgər onlar tərpənsələr, onda onları Ondan başqa kimsə saxlaya bilməz. Həqiqətən, O – Həlimdir, Bağışlayandır”.

Fövqəluca, ayədə Özünün mükəmməl fövqəlqüdrətindən, hü­dud­suz mər­hə­mətindən, ilahi həlimliyindən və hər şeyi bağış­laya bilməsindən xə­bər verir. O (Pak və Müqəddəs), göylərin və ye­rin məhvərindən tər­pən­məsinə imkan vermir və əgər O (Pak və Mü­qəddəs) məxluqlarının qayğısına qalmasaydı, başqa heç kim göyləri və yeri eyni vəziyyətdə saxla­ya bilməzdi. Lakin Fövqəluca Allah istəmişdir ki, Kainat bu gün, əvvəllər də olduğu kimi, mövcud olsun ki, insanlar yer üzündə rahat yaşaya, maddi ne­mət­lərdən istifadə edə və ətraflarında baş verən bütün hər şeydən faydalı nəticələr çıxara bilsinlər. Allah istəmişdir ki, Onun qulları öz Rəbbinin hü­dudsuz ha­kimiyyətini və fövqəlqüdrətini dərk etsinlər və Ona ehtiram, hörmət və məhəbbət bəsləsinlər. Allah həmçinin istə­mişdir ki, onlar Onun mülayimliyini, səbirli və hər şeyi bağışlayan olmasını anlasınlar və məhz bunların sayəsində O (Pak və Müqəddəs), gü­nah­kar­lara möh­lət verir və itaətsizlərin cə­zasını ləngidir. Axı, O (Pak və Müqəddəs) istəyərsə, səmalardan günah­kar­ların üstünə daş yağdırar və yer yarılıb onları əşyaları ilə bir­lik­də udardı. Lakin Allah qullarını mərhəmə­ti, hər şeyi bağışlaması və həlimliyi ilə himayə edir və onlara imkan verir ki, tövbə etsinlər. O (Pak və Müqəddəs) kafirlərin cəzalandırılması müddətini uzadır və tövbə edənləri bağışlayır.

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

(35. 42) “Onlar yanlarına bir xəbərdarlıq edən nəsihətçi gələcəyi halda, başqa ümmətlərdən daha doğru yola gələcək­lə­ri­nə Allaha çox bö­yük and içmiş­dilər. Xəbərdarlıq edən nəsi­hətçi onlara gəldikdə isə, bu on­larda nifrətdən başqa heç nəyi artırmadı”.
(35. 43) “Yer üzündə məqsədləri qürrələnmək və hiyləgər­lik et­mək­di. Lakin məkr yalnız özünün pislik edən sahibini ya­xalayır. Məgər onlar əv­vəl­ki­lərin qismətindən başqa bir şeymi gözləyirlər? Sən Allahın qa­nun­­­larına əvəz tapa və Allahın hökmlərindən yayınma imkanı əldə edə bilməzsən!”

Ey Allahın Elçisi! Kafirlər and içmişdilər ki, onlara nəsi­hət­çi gələn kimi, onlar doğru yola gələcəklər. Onlar and içmişdilər ki, haq­qa yəhudi və xristian­lar­dan daha sədaqətli olacaqlar, lakin and içdikləri vədlərini ierinə yetirmədilər. Nəsihətçi onların ya­nına gəl­dik­də, onlar doğru yolla getmə­dilər. Onlar əvvəlki üm­mət­ləri mö­min­likdə və dindarlıqda nəinki ötüb keçmədilər, onlar ancaq az­ğın­lı­ğa sadiq qaldılar. Peyğəmbərin (s.ə.s.) moi­zələri onların aldan­maq­dan, zalım­lıqdan və inadkarlığından başqa heç nə­yini artırmadı.
Onlar, xeyirxah niyyətləri və səmimi məqsədləri olmadan and içmiş­dilər. Əgər bu belə olmasaydı, onlar verdikləri vədi müt­ləq yerinə yetirər­dilər. Onlar insanlara qarşı özlərini təkəb­bürlü apardıqları və haqqa laqeyd olduqları üçün and içmişdilər. Onların səs-küylü bəyanatları yalnız hiylə­gər­lik və yalandan iba­rət idi. Onlar özlərini elə aparırdılar ki, guya doğru yolla gedirlər və haqqa can atırlar, lakin özlərinin yalançı bəyənatları ilə ancaq yollarını azmışları aldadır və sadə adamları öz ardınca aparırdı­lar. Lakin kafirlərin çirkin niyyətləri və yanlış məq­sədləri mütləq onların öz əleyhinə çevrilir.
Bu ayələrdə Allah Özünün əməlisaleh qullarına kafirlərin bəyanatla­rının və yerinə yetirəcəklərinə and içdikləri vədlərinin yalan olduğunu izah edir. Allah kafirləri rüsvay və xəcil etmiş və həmçinin onların yaramaz niy­yətlərini ifşa et­mişdir. O (Pak və Müqəddəs) onların məkrli planla­rını pozmuş və onları özlərinin əleyhinə çevirmişdir. Buna görə, kafirlərə, vəd edilən cəzanı göz­lə­mək­dən başqa bir şey qalmır. Allahın əvvəlki nəsil­lərə dair hökm­ləri də belə olmuşdu və Allahın hökmləri sarsılmazdır. Bü­tün za­manlarda inadkar, zalım və təkəbbürlü kafirlər Rəbbin qəzəbinə və nifrəti­nə layiq görülmüşlər və Onun mər­həmətindən və səxavətindən məhrum edilmişlər. Buna görə, Muhəmməd Pey­ğəm­bəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən ka­fir­lər, artıq on­lardan əvvəlkilərin başlarına gə­lən cəzanın onları haq­la­yacağı Saatı gözləmə­lidirlər.

 ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ

(35. 44) “Məgər onlar yer üzündə gəzib-dolaşmayıblar və on­lara qə­dər olanların sonunun necə olduğunu görməyiblər? On­lar bunlardan da qüvvətliy­dilər, lakin heç kim nə göylərdə, nə də yerdə Allahdan qaç­ma­ğa qadir deyil. Həqiqətən, O – Bi­lən­dir, Fövqəlqüdrətlidir”.

Fövqəluca insanları yer üzündə gəzib-dolaşmağa çağırır ki, on­lar bu səya­hət­lərdən əylənmək və Onun dəlillərinə laqeyd qalmaq üçün deyil, fay­dalı nəti­cə­lər çıxara bilsinlər. O (Pak və Müqəddəs) qullarını, Allahın elçilərini təkzib edən qədim xalqla­rın taleyinə düşən kədərli qismət üzə­rində düşünməyə dəvət edir. Onların saysız-hesabsız var-dövləti və müasir kafirlərin­kin­dən daha çox uşaqları var idi. Onlar olduqca böyük qüvvəyə və hakimiy­yətə malik idilər və daha çox yaşayırdılar. Lakin Allahın cəzası gəldikdə, onlar öz gücləri ilə ondan xilas olmağı bacarma­dılar. Nə övlad­ları, nə də var-dövləti onlara heç bir fayda ver­mədi – Allahın yalnız bir istəyi kifayət etdi ki, onlar amansız cəzaya məruz qoyulsunlar. Heç kim nə göylərdə, nə də yer üz­ün­də Allahın hakimiyyətinə güc gələ bilməz, çünki O (Pak və Mü­qəddəs), mükəmməl fövqəlqüdrət və qü­sursuz elm sahibidir.
Sonra Fövqəluca Allah insanlara Özünün mükəmməl səbrə malik olma­sını bir daha xatırladır və O (Pak və Müqəddəs), bu­nun sayəsində hətta ən bö­­yük cina­yətkarların və günahkarların cəzalandırılması üçün əlverişli məqam gözləyir və onu sonraya saxlayır. Buna görə Rəbb belə buyurur:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(35. 45) “Əgər Allah insanları onların əldə etdiklərinə görə cəzalan­dır­say­dı, onda O, onun[8] üstündə heç bir canlı məxluq qoymazdı, lakin O, onlara tə­yin olunmuş müddətədək möhlət verir. Onların vaxtı gələcək! Allah Öz qul­larını görür”.

Əgər Allah məxluqlarını onların cinayətlərinə görə cə­za­lan­dırsaydı, onda amansız cəza, hətta öz əməlləri üçün məsuliyyət daşımayan heyvan­ları da yaxalayardı. Lakin Fövqəluca günah­lara görə hesab çəkmə Saatının başlamasını ləngidir, amma onu yaddan çıxarmır. Allahın təyin etdiyi Qədər saatı başladıqda, on­da insanlar əmin olacaqlar ki, Rəbb onların etdiyi bütün cina­yətləri görmüşdür. O (Pak və Müqəddəs) qullarının bütün yaxşı və pis əməlləri haqqında bilir və onlardan hər birinə yalnız etdik­lə­rinin əvəzini verəcəkdir.



[1]«... Gözəl söz Ona tərəf ucalır və onu xeyirxah əməl yüksəldir...” Allahın insanın bil­məsi üçün çox zəruri olan bu kəlamına oxucunun olduqca diqqətlə yanaşıb, onun üzə­rində, doğrudan da dərindən düşünməsi lazımdır. Bu ayədə Allahın insana ilahi mər­həməti, sonsuz lütüfkarlığı sayəsində açıqladığı hikmət çox aydın və birmənalı­dır: əgər insan gözəl söz danışırsa və bunu əməli ilə təsdiq edirsə, onda bu söz və əməl­lər birbaşa Allaha yönəlir, Allah onları qəbul edir, yadda saxlayır hər kəsin əməl dəf­tərinə qeyd etdirir. Quranın bu məzmun və tərtibdə olan bənzər ayələrinin böyük ək­səriyyətinin gerçəkliyi insanlar tərəfindən məhz beləcə açıq və aydın başa dü­şül­mə­lidir. F.S.
[2] Furqan surəsinin 53-cü ayəsinə verdiyim sətiraltı izahlara ( № 46-47) baxın! F. S.
[3] Yəni, ay və günəş öz orbitləri üzrə hərəkət edir. Bu hərəkət yalnız Qiyamət gününədək da­vam edəcəkdir. F.S.
[4] Hörmətli oxucu! Sən unutma ki, Allahın yaratdığı hər hansı nəhəng məxluqlar dedikdə, bu “nə­hənglik” Allahın Əzəməti və Böyüklüyünə nisbətən deyil, məhz insan təfəkküründə anla­şılması baxımından ifadəsi nəzərdə tutulur, çünki Allahla müqayisə ediləsi heç bir şeyin olma­dığını O (Pak və Müqəddəs) Özü Quranda dəfələrlə bildirmişdir. F.S.
[5] Kursiv mənimdir. F.S.
[6] Əqd – müqavilə, saziş, bağlaşma, kontrakt və s. mənalarda işlədilən ifadədir. F.S.
[7] Mən, bu ifadə ilə (“hər bir xalqa bir nəsihətçi göndərdi ki, Öz qullarının necə dav­ran­dıqlarını görsün” rus: “...отправил к каждому народу увещевателя, дабы уви­де­ть, как же будут поступать Его рабы”.) əlaqədar qeyd etmək istəyirəm ki, həmin məqsədlə bağ­lı Fövqəluca, Fövqəlqüdrətli və Hərşeyi Bilən, Görən Allahın məhz nəsihətçi gön­dər­mə­si­nə heç bir ehtiyacı yoxdur. İnsanların davranışına nəzarət etmək, onların danışığını eşitmək, hə­rəkətlərini görmək və ürəklərindəki niyyətlərini bilmək Allahın Özünə məxsus sifətlərdir və bu funksiyaların müəyyən məhdud qismini Fövqəlucanın hər insana təhkim etdiyi mələklər də ye­rinə yetirirlər. Allah peyğəmbərlərini və elçilərini (onlara salam olsun!) nəzarət etmək üçün de­yil, məhz Allahın Vəhyini insanlara çatdırmaq, onları xəbərdar etmək və dinin tə­ləb­lə­ri­ni öyrətmək məqsədi ilə göndərmişdir. Türk dilində əlimizdə olan tərcümədə (“Tefsirus-Sa­di”, Ğuraba nəşriyyatı, 2006, 4-cü c., səh. 233-də) isə Allahın elçilərinin göndərilməsinin məq­sədi kimi, “xalqları necə davranmalarından xəbərdar etmək” (yəni, “onlara İslam dininə mü­va­fiq davranma qaydalarını öyrətmək”) ifadəsi verilmişdir ki, bu, həmin ifadənin rus dilindəki tər­cüməsinə nisbətən, gerçəkliyə daha yaxındır. Tərc. F.S.
[8] Yəni, Yerin üstündə. F.S.

Комментариев нет:

Отправить комментарий