среда, 2 мая 2012 г.

71. NUH SURƏSİNİN ŞƏRHİ

\Æ

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!   

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

(71. 1) “Biz Nuhu onun xalqının yanına göndərdik: “Xal­qı­nı, əzab-əziyyətli iztirablar haqlamamışdan əvvəl xəbərdar et».


Bu surədə Allah Nuh peyğəmbər (ə) haqqında yalnız he­ka­yət rə­va­yət edir, çünki o (ə) uzun müddət öz xalqının arasında təb­liğat aparmış, onu ara vermədən bir olan Allaha ibadət etməyə və uydur­ma “ilahlara” ibadətdən əl çəkməyə dəvət etmişdir.
Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), Nuhu (ə) onun (ə) xal­qının yanına onlara bəslədiyi mərhəmətinə və onları əzab-əziy­yətli cə­za­dan xəbərdar etməyə görə göndərmişdir. Rəbb ona (ə) əmr et­mişdi ki, öz qəbilədaşlarını ağıllarını başlarına yığ­ma­ğa və kafirlik­lərini tövbə etməyə çağırsın, əks halda, buna görə on­lar əbədi məhvə və sonsuz izti­rablara məhkum olacaqlar. Nuh pey­ğəmbər (ə) Allahın iradəsinə tabe olmuş, gedib vəzifəsini ye­rinə yetirməyə başla­mışdı.

 ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ
(71. 2) “O demişdi: “Ey xalqım! Həqiqətən, mən sizin – xə­bər­­dar­edən və açıqlayan nəsihətçinizəm”.
(71. 3) “Allaha ibadət edin, Ondan qorxun və mənə tabe ol­un!”
(71. 4) “O, sizin günahlarınızı bağışlayar və sizə təyin olun­­­muş vax­tadək möhlət verər. Həqiqətən, Allahın möhləti ye­ti­şən­də, o artıq ləngidilə bilməz. Əgər siz bunu bilsəydiniz!”

Onun (ə) xütbələri hər kəs üçün aydın və anlaşıqlı idi. Bu­nun səbəbi isə onun (ə) dəvət etdiyi və çəkindirdiyi hər şeyi ay­dın izah etməsiydi və bunun sayəsində insanlar xilas ola bilər­di­lər. O (ə), bütün bunları ən inandırıcı tərzdə başa salırdı. O (ə), qə­bilə­daşlarına öz təli­minin mahiyyətini izah edir və bildirirdi ki, iba­dətə layiq olan yalnız Allahdır. O (ə), onları müşriklikdən, onun çox­saylı təzahürlərindən və ona doğru apa­ran yollardan əl çək­mə­yə çağırırdı. O (ə), həmçinin on­lara bildirmişdi ki, əgər Al­lah­dan qorxsalar, onda Rəbb onların günahlarını bağış­layar, cə­za­dan xi­las edər və onları böyük mükafatla təltif edər, həm də on­la­rın bu dünyadakı məmnunluqlarını onların qədərinə müvafiq ola­raq müəy­yən müddətə qədər uzadar.
Yerdəki ləzzətlər əbədi olmur və ölüm hökmən hər bir in­sa­nı haq­­layır və buna görə Nuh (ə) demişdir: “Həqiqətən, Allahın ver­di­yi möhlət yetişdikdə, o artıq ləngidilmir. Əgər siz bunu bil­səy­di­niz!”
Lakin onun (ə) qəbilədaşları Allaha iman gətirmirdilər, haq­qa müqa­vi­mət göstərirdilər, öz Rəbbinin çağırışına cavab ver­mir və Ona itaət etmirdilər. Bax buna görə Nuh (ə) onların ba­rə­sin­də Allaha şikayət edir:
 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ

(71. 5) “O dedi: “Ey Rəbbim! Həqiqətən, mən xalqımı gecə və gündüz dəvət etdim”,
(71. 6) “lakin mənim dəvətim onların yalnız qaçışını ar­tır­dı”.

Onlar haqdan uzaqlaşır, üz çevirirlər. Mənim nə­si­hət­­lə­rim onlara fayda vermədi, çünki insanlar doğru yola ça­ğı­rış­dan, ona qismən və ya tam cavab verdikdə yalnız fayda əldə edə bi­lərlər.

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
­­­­­­­­­­­­­­­(71. 7) “Hər dəfə mən onları çağırırdım ki, Sən onları ba­ğış­­­­layasan, onlar isə qulaqlarını barmaqları ilə tıxayır və pal­tar­la­rına bürünürdülər. Onlar inadkarlıq edir və qürrələnirdilər».

Bu sözlərdən aydın olur ki, insanlar Onun elçisinə itaət et­dik­də, Allah onları bağışlayır. Yalnız belə olduqda, onlar əsil səa­də­tə nail ola bilərlər. Lakin Nuhun (ə) xalqı onu (ə) təkzib etdi və inad­karlıqla ya­la­nın ardınca getməkdə davam etdilər. Onun (ə) qə­bilədaşları bar­maqları ilə qulaqlarını tıxayırdılar ki, öz pey­ğəm­bə­rinin (ə) xütbə­lə­ri­ni eşitməsinlər və paltarlarına bürünərək, haq­qa yad olduqlarını, ona nifrət etdiklərini göstərsinlər. Onlar öz kü­füründə inadla qa­lır­dılar, haqqa bəslədikləri kin-küdurəti və onun qarşısında təkəbbür­lülük nümayiş etdirirdilər. Bu isə on­lar­da təkcə xəbislik yaradır və on­ları nemətdən uzaqlaşdırırdı.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(71. 8) “Sonra mən onları aşkar dəvət etdim».
(71. 9) “Daha sonra onları açıq dəvət etdim və sonra gizlicə bil­dirib”,
(71. 10) “deyirdim: “Rəbbinizdən bağışlanma diləyin, axı O – Fövqəlbağışlayandır”.

Onların hamısına bir yerdə nəsihət verir, haqqı açıq təbliğ edir və onlarla gizli söhbətlər aparırdım. Bu – Nuhun (ə) sə­mi­mi, tə­mən­nasız səy­lərinin şəhadəti idi və o (ə) çalışırdı ki, bütün im­­kan­ları va­sitəsi ilə istə­diyinə nail olsun. O (ə) qəbilədaşlarını gü­­nah işlət­mə­mə­yə və bağışlanma diləməyə çağırırdı, çünki Rəbb töv­bə edən və On­dan bağışlanma diləyən hər kəsi ba­ğış­la­mağa ha­zırdır. Nuh (ə) ça­lı­şırdı ki, insanları pak dini qəbul et­mə­yə ruh­lan­dırsın. O (ə), Allahın lütüfkarlıq göstərəcəyini, bol mü­kafat ve­rə­­cəyini və cəzadan qurta­ra­cağını onlara vəd edirdi. O (ə) həm də on­lara ya­xın həyatda da nemət vəd edir və de­yir­di:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ

(71. 11) “O, sizə göydən bol yağış nazil edər”,
(71. 12) “sizə mal-mülklə və övladlarla kömək göstərər, sizin üçün bağ-bağça salar və çaylar axıdar».

O (Pak və Müqəddəs), sizin üçün göydən tez-tez leysan ya­ğış­lar nazil edər ki, dərələrinizə və düzənlərinizə su verəsiniz, şə­hər­lərinizi can­lan­dırasınız ki, insanlarınız ruhlansın. O (Pak və Müqəddəs), var­lığınızı, yaşa­yışınızı təmin et­diyiniz var-döv­lə­ti­ni­zi artırar və sizə çoxsaylı övlad­lar qismət edər. O (Pak və Mü­qəddəs), sizdən ötrü ən gözəl və ən ar­zuedilən dünya zöv­qündən iba­rət olan bağ-bağçalar və çaylar yara­dar.
 ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(71. 13) “Niyə siz Allahın əzəmətinə ehtiram göstər­mir­si­niz?”
Niyə siz Onun əzəmətindən qorxmur və Ona layiqincə eh­ti­ram bəsləmirsiniz?”
 ﭧ ﭨ ﭩ ﭪ
(71. 14) “Axı O, sizi mərhələ-mərhələ xəlq etmişdir».

O (Pak və Müqəddəs), sizin simanızı ardıcıllıqla dəyiş­miş­dir. Əv­­vəlcə siz ananızın bətnində idiniz, sonra südəmər körpə, uşaq, ye­­niyetmə, gənc oldunuz. Siz həyatınızın son gününədək də­­yiş­məkdə da­vam edirsi­niz. Allah təklikdə sizi yaratmış və ida­rə edir və yalnız O (Pak və Müqəddəs), Ona ibadət edilməsinə la­yiq­dir.
Qullarına onları ilk dəfə necə xəlq etdiyini xatırladaraq, Rəbb onların diqqətini bir daha dirildilməyə yönəldir, axı in­san­la­rı mövcud olmadıqları halda Yaradan, onları öldükdən sonra di­rilt­mək qüdrə­ti­nə də malikdir.
Bunun yenə bir dəlili kimi, Allah insanlara göylərin yaradıl­masını xatırladır. Onları yaratmaq, insanı yaratmaqdan çətindir.

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(71. 15) “Məgər siz görmürsünüzmü ki, Allah yeddi gö­yü[1] necə təbəqə­lər­lə yaratmış”,
(71. 16) “ayı onlarda nur etmiş, günəşi isə çıraq etmişdir?”

Bu ayələrdə günəşin və ayın yaradılmasının necə əzəmətli ol­m­a­sı və onların verdiyi faydanın nəhəngliyi xüsusilə vurğu­la­nır. Bü­­­tün bunlar Allahın mərhəmətinə və Onun hüdudsuz xe­yir­xah­lı­ğı­­na də­lalət edir. Kim ki, əzəmətli və mərhəmətlidir, O (Pak və Müqəddəs), Ona ehtiram göstə­rilməsinə və sevilməsinə, in­san­la­rın On­dan qorxma­sına və Ona təvəkkül etmələrinə, hə­qi­qə­tən də, la­yiqdir.

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(71. 17) “Allah sizi, bitki kimi, yerdən meydana gə­tir­miş­dir».
(71. 18) “Sonra O, sizi ora qaytaracaq və yenə çıxa­ra­caq­dır».

Allah ulu babanız Adəmi (ə) xəlq etdikdə sizi yerdən çıxarıb bəs­­­ləmiş və onun (ə) bel sütununda yaratmışdır. Sonra siz ölə­cə­k­si­­niz və basdırılacaqsınız. Daha sonra isə, siz mühakimə edilmək və əvəzi­nizi almaq üçün dirildiləcəksiniz. Yalnız O (Pak və Müqəddəs), həyat vermə­yə, öldürməyə və diriltməyə qadirdir.

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(71. 19) “Allah yeri sizin üçün xalı etmişdir ki”,
(71. 20) “siz onun üstündə geniş yollarla gedəsiniz».

Allah yeri sizin üçün elə hazırlamışdır ki, siz onun zənginli­yin­­­dən istifadə edəsiniz və onun geniş yolları ilə hərəkət edəsiniz. Əgər Rəbb yeri yaymasaydı, siz bunu edə bilməzdiniz. Bundan baş­qa, siz əkinçiliklə məş­ğul ola və ağac əkə, dənli bitkilər ye­tiş­di­rə, ev­lər tikə və, ümumiyyətlə, onun üzərində sakinləşə bil­məz­di­niz[2].
Lakin Nuhun (ə) təbliğatı və nəsihətləri onun (ə) xalqını ağıl­lan­dır­madı və onlara fayda vermədi. Belə olduqda o (ə), A­l­la­ha şikayət edərək, öz məyusluğunu belə ifadə etdi:
 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ

(71. 21) “Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qulaq as­ma­dı­lar, var-dövləti və övladları özlərinə zərər vuranların ardınca get­­dilər».
Fasiqlər onlara xeyirxahlıq etməyi öyrədən peyğəmbərə və nə­­si­hət­çiyə (ə) itaətsizlik göstərdilər və öz xalqından olan varlı­la­rın və böyük nəsil sahiblərinin ardınca getdilər. Onların var-döv­lə­ti, çoxsaylı övladları onlara yalnız zərər vururdular və onları məh­və məhkum etmişdilər. Əgər belə qismət təkcə onların tərəfini sax­layanlara nəsib olmuşdusa, onda hər şeydə onlara tabe olan­la­rın haqqında nə demək olar?!

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(71. 22) “Onlar hiyləgərcəsinə ağır bir niyyət etmişdilər”
(71. 23) “və demişdilər: “Öz ilahlarınız Vəddən, Suvadan, Yə­qus­­dan, Yəuqdan və Nəsrdən əl çəkməyin””.

Onlar haqqa müqavimət göstərməyə cəhd edərək, çox dəh­şət­li fitnə­karlıqlar törətməyi niyyət etmişdilər. Öz tanrıçalarına yar­dım etməyə çalışaraq, onlar özlərinin etiqad etdikləri və ata-ba­balarının da giriftar olduqları bütpərəstliyə insanları kor-koranə tə­rəf­dar olmağa çağırırdılar. Onların tanrıçaları Vədd, Suva, Yə­qus, Yəuq və Nəsr idi. Bunlar – vaxtilə Nuhun (ə) xalqının ara­sın­da yaşamış əməlisaleh in­san­lar olmuşdular. Onlar öldükdə, şey­tan insanları yoldan çıxartdı və onlar o salehlərin heykəllərini dü­zəlt­dilər. Onlar elə zənn edirdilər ki, bu heykəllərə baxa-baxa, da­ha səylə Allaha ibadət edəcəklər. Bir sıra illər keçdikdən və yeni nə­sil gəldikdən sonra, şeytan onlara təlqin etdi ki, onların ataları bu saleh insanlara ibadət edərdilər və onların sa­yəsində Allaha ya­­xınlaşmağa çalışardılar və onların vasitəsi ilə yağış nazil etməsi haq­­qında Ona dua edərdilər. Belə olduqda, insanlar onla­ra ibadət et­­məyə başladılar, qəbilə başçıları isə öz tabeliklərində olan­lara və­siyyət edirdilər ki, bu bütlərə ibadətdən əl çəkməsinlər.

ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
(71. 24) “And olsun ki, artıq onların çoxlarını azdır­mış­dı­lar. Za­lım­lara azğınlıqlarından başqa, heç nəyi artırma!”

Başçılar və ağsaqqallar bir çox insanları yoldan çıxar­mış­dı­lar. Əgər mənim təbliğatımdan sonra onlar haqqa meyil etsəy­di­lər, onda onlardan bir fayda gözləmək olardı, lakin onlar təkcə öz baş­çılarının onların az­ğın­lığını artıran çağırışlarına əhəmiyyət ve­rir­lər. Onların mö­minlik yoluna qayıtması artıq mümkün deyildir və buna görə Allah xəbər verir ki, onlar həm bu dünyada, həm də ölüm­dən sonra cəzalandırılacaqlar.­

 ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(71. 25) “Onlar günahlarına görə suda qərq edildilər və Oda atıl­dı­lar. Onlar Allahdan başqa özlərinə köməkçilər tapa bil­mə­di­lər».

Onların bədəni dənizə qaldı, canları isə, yandırıb kül edən oda nəsib oldu. Bunun səbəbi isə, Nuh peyğəmbərin (ə) onları öncədən barə­sində xəbər­dar etdiyi günahları oldu. O (ə), onların şəri və pis sonluğu haqqında insanlara bəyan etmişdi, lakin onlar onun (ə) dediyi hər şeyi, Allahın cəzası onları haqlayanadək, rədd edirdilər. Bu baş vedikdə isə heç kim Allahın təyin etdiyi cəzanın qarşısını ala bil­məzdi.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(71. 26) “Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də ka­fir sakin saxlama!”
(71. 27) “Əgər Sən onları saxlasan, Sənin qullarını az­ğın­lı­ğa sala­caq və yalnız günahkar kafirlər törədəcəklər”.

Nuh (ə) nəinki öz kafir qəbilədaşlarını lənətləmişdi, o (ə) həm də etdiyi lənətlərin səbəbləri haqqında da xəbər vermişdi ki, bun­­lar – onların həyatının başdan-ayağa həm özlərinə, həm də baş­qa­larına zərərli olması ilə əlaqədar idi. O (ə), bu addımı ona görə at­mışdı ki, uzun illər boyu[3] öz qəbilədaşları ilə ünsiyyətdə ol­muş, onların əxlaqi keyfiyyətlərini çox yaxşı öyrənmiş və başa düş­müş­dü ki, onların ci­na­yətləri artıq hədsiz dərəcədə də­rin­lik­lərə var­mış­dır. Buna görə Allah onun duasını qəbul edərək, Nuh (ə) və mö­min­lərdən başqa, on­la­rın hamısını suya qərq etdi.

ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ
(71. 28) “Ey Rəbbim! Məni və mənim valideynlərimi və mə­nim evimə daxil olan möminləri və həmçinin mömin kişiləri və mömin qa­dınları ba­ğış­la! Zalımlara isə həlakdan başqa heç nə ar­tırma!”
Əvvəlcə alicənab peyğəmbər (ə) öz valideynlərini xatırladır ki, insanın onların qarşısındakı vəzifələrinin nə qədər böyük ol­du­ğu­nu xü­­susilə vurğulasın. Sonra o (ə) ümumiyyətlə bütün iman gə­tirənləri yada salır və bundan sonra isə öz lənətini fa­siq­lərə yö­nəl­dir ki, on­la­rın nəsibi həlak olmaq, yəni qəm-qüssəyə batmaq, müflis ol­maq və ölüm­dür[4].




[1] Quranda göyün yeddi təbəqədən ibarət yaradıldığı göstərilmişdir. Bu yeddi təbəqə ifa­dəsi Quranın 7 surəsində (Bəqərə, 2/29; İsra, 17/44; Muminun, 23/86; Fussilət, 41/12; Ta­laq, 65/12; Mülk, 67/3 və bu surədə 71/15) təkrarlanmışdır. Bu, düşünənlər üçün x­a­tır­latmadır. F.S.
[2] Nuh peyğəmbərin (ə) xalqına təbliğ etməsi və nəsihət verməsi on ayədə (71/10 – 71/20) təsvir edil­mişdir. F.S.
[3] Nuh (ə) 950 il ərzində xalqına peyğəmbərlik etmişdi. Quranda bu rəqəm “1000 ildən əlli il az” kimi ifa­də edilmişdir. Əsrlər boyu islam alimləri, görkəmli müfəssirlər və digər elm xa­dim­ləri bu ifadənin belə yazılışının səbəblərini aydınlaşdırmağa çalışmışlar. Bu ifadəyə bənzər da­ha bir rəqəm Allahın Kəhf su­rəsi 18/25-ci ayəsində keçir. Ayədə gənclərin mağarada neçə il qal­masından bəhs edilərkən “300 və 9 il ifadəsi işlədilmişdir. Bütün bu ecazkar rəqəmlər sil­si­lə­si­nin əsil mahiyyəti Quranın özünümühafizə sisteminin müsəlman alimlər tərəfindən kəşf edil­mə­si ilə aşkar edilmişdir (1970-80-cı illərdə). Qısaca desək, bu 19 rə­qəmli Quran kodu sistemi ilə bağlıdır (Təfsirin IV-V cildlərinə bax!). QURANDA keçən sayların hamısı bir sistem ha­lın­da­dır və hər rəqəmdən istifadə edilməsi məhduddur. Buna görə, Nuh surəsindən öncə Quranda 950 (doqquz yüz əlli) rəqəmi keçdiyi üçün onun bir daha təkrarlanması Quranın şifrələnmiş da­xili sis­temini pozardı (o cümlədən, Kəhf surəsindəki rəqəmlərdə də). Allah Öz Kitabında bu ila­hi tarazlığı sax­lamaq və bu misilsiz Kitabın əsrarəngizliyini və riyazi gerçəkliyini insanlara an­latmaq və Quranın, həqiqə­tən, insan sözü deyil, Fövqəlqüdrətli Allahın Sözü olduğunu bir da­ha sübut etmək üçün onu belə tərtib et­mişdir. F.S.
[4] Qeyd etmək yerinə düşər ki, Quran Allahın insanlara bəxş etdiyi möcüzələr xəzinəsidir və onlar iman sahibi olanların dərk etməsi üçün açıqdır. Lakin bu açıqlıq yalnız Fövqəluca Allahın idarə edib yö­nəltdiyi açıqlıqdır və yalnız zamanı yetişdikcə, bu möcüzələr haqq tədqiqatçılarının qar­şı­sın­da, onların fərdi səyi ilə aşkarlanır və insanların Qurana olan inamını daha da artırır. Bu (71/28) ayədə əfv olunmaqdan və cəzalandırılmaqdan bəhs edilir. Quran tədqiqatçıları Allahın mər­həməti sayəsində müəyyən etmişlər ki: “Quranda “əfv” kəlməsi (bağışlanma) özünün bütün tö­rəmələri ilə birlikdə 234 (ikiyüzotuzdörd) dəfə keçmişdir. “Cəza” kəlməsi isə özünün bütün tö­rəmələri ilə birlikdə 117 (yüzonyeddi) dəfə keçmişdir. Möhtərəm oxucu, bu nəyə işarədir? Bu, Fövqəluca, Mərhəmətli və Rəhimli Allahın bağışlamasının cəzalandırmasından iki qat çox ol­masını, yəni Onun mərhəmətinin qəzəbinə üstün gəlməsinə açıq-aşkar dəlalət edir. Allah bu Quran mö­cü­zə­si­ni insanlara ona görə bildirir ki, onlar Onun Kitabında göstərdiyi Özünün fövqəladə Bağışlayan si­fə­ti­ni dərindən dərk edə və buna iman gətirə bilsinlər. (Rəqəmlərin statistikası üçün bax: “Quran heç tükənməyən möcüzə” kitabı, səh. 335.). F.S.

Комментариев нет:

Отправить комментарий