среда, 2 мая 2012 г.

41. FUSSİLƏT SURƏSİNİN ŞƏRHİ

 
\¦

FUSSİLƏT
(MÜFƏSSƏL İZAH EDİLMİŞ)
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
(41. 1) “Ha. Mim”.
(41. 2) “Mərhəmətlidən, Rəhmlidən nazil edilmiş,
(41. 3) “ayələri Quran olaraq ərəb dilində bilənlər üçün müfəssəl izah edilmiş bir Kitabdır”.

Fövqəluca Öz qullarına bildirir ki, Şərəfli Quran, lütüfkar­lı­ğı bütün varlığı ehtiva edən Mərhəmətli və Rəhmli Allah tərəfin­dən nazil edilmişdir. Onun məxluqlara mərhəmətinin ən böyük təza­hürlərindən biri də Onun, özündə elm və doğru yol Təlimatı, nur və şəfa, nemət və böyük xeyirxahlıq əks etdirən bu Kitabı nazil etməsidir. Bu, Allahın Öz qullarına olan ən böyük lütüf­kar­lığıdır. Bu – hər iki aləmdə xoşbəxtliyə aparan yoldur.
Sonra Rəbb bu Kitabın məziyyətlərindən birini – onun tam aydınlığını qeyd edir. Quran ayələri ən gözəl tərzdə izah edil­miş­dir, onların mənaları aydındır, sözləri isə başadüşüləndir. Onlar əsil ərəb dilində, bütün dillərdən ən mükəmməlində nazil və izah edilmişdir. Onlar ona görə izah edilib ki, sağlam tə­fək­kürlü in­san­lar özləri üçün nəinki yalnız Kitabın mətnini, o cüm­lədən, həm də onun əsil mahiyyətini aydınlaşdırsınlar və bu­­nun sayə­sin­də doğru yolu azğınlıqdan, haqqı isə yalandan fərq­ləndirə bil­sinlər.
Rəbbin nəsihətlərini anlamağa qadir olmayanlara gəldikdə isə, onsuz da haqqı dərk etmək onlara daha çox azğınlaşmaqdan başqa bir şey vermir. Onlar açıq-aydın biliyə kor kimi baxırlar və onlara görə Kitab nazil etməyə dəyməz. “Onlar üçün sənin on­ları xəbərdar etməyinin və ya xəbərdar etməməyinin fərqi yox­dur. Onlar iman gətirmirlər” (Yasin, 36/10).

 ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ

(41. 4) “O, müjdə verir və xəbərdarlıq edir, lakin onların əksəriyyəti üz döndərir və eşitmirlər”.

Quran dünyada da, Axirətdə də mükafatlandırılma haq­qında müjdə verir və günahkarları həm yer üzündə, həm də o biri dünyada gözləyən cəza barədə xəbərdar edir. Fövqəluca Quranda bol mükafatın necə olacağını, əzablı cəzanın necə həyata keçiriləcəyini və kimlərin onlara layiq görüləcəyini təfsi­latı ilə təsvir etmişdir. Həqiqətən, şərəfli keyfiyyətlərə malik olan bu Kitab insanların ona diqqət yetirməsinə, riayət etməsinə, ona iman gətirməsinə və onun nəsihətlərini rəhbər tutmasına layiq­dir. Lakin insanların ək­səriyyəti təkəbbürlə ondan üz döndərir, onun təlimini qəbul et­mir və onun hökmlərinə itaət göstərmirlər. Əgər bəzən ona qulaq assalar da, bu onları hər hansı bir sahədə öz kafirliklərinə bəraət qazandırmaqdan yalnız məhrum edir.
ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(41. 5) “Onlar deyirlər: “Bizim ürəklərimiz sənin bizi ça­ğır­dığına bağlıdır, qulaqlarımız kardır, bizimlə sənin aran­da isə pərdə vardır. Sən öz işini gör, biz də, şübhəsiz ki, öz işi­mizi”.

Kitabı kafirlərə izah edəndə, onlar ondan üz döndərirlər və ondan insanlara gətirdiyi böyük faydanı götürə bilmirlər, çünki doğru yola aparan qapılar onların üzünə bağlanmışdır. Onlar de­yirlər: “Bizim ürəklərimiz pərdəyə bürünmüşdür və biz sənin söz­­lərini eşitmirik və səni görmürük”.
Bununla kafirlər Kitaba və haqq dinə qarşı öz kinini və nif­rətini və əvvəllər inandıqları ilə qane olduqlarını göstər­mək is­təyirlər. Buna görə onlar deyirlər: “Öz işini gör, biz də öz işimizi görəcəyik. Sən öz dininlə razısan, biz də öz dinimizlə”. Bu, ən bö­yük səriştəsizlikdir: onlar azğınlıq xatirinə doğru yol­dan, kafir­lik xatirinə dindən imtina etdilər və əbədi səadəti fani dünya əy­lən­cələrinə dəyişdilər.

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮇﮈﮉ ﮊﮋ ﮌ ﮒﮓﮔ

(41. 6) “De: “Mən – sizin kimi bir insanam. Mənə vəhylə təlqin olunmuşdur ki, sizin ilahınız – Vahid Allahdır. Ona doğ­ru yolla gedin və Ondan bağışlanmanızı diləyin. Vay müş­rik­lərin halına ki”,
(41. 7) “onlar zəkat ödəmir və Axirət həyatına iman gətir­mir­lər”.
Ey Peyğəmbər! De: “Budur mənim iki məziyyətim və iki vəzifəm. Mən də sizin kimi bir adamam. Mən ətrafda baş ve­rən­lər üzərində hakimiyyətə malik deyiləm və sizin ona inanmadı­ğınız üçün gəlməsinə tələsdiyiniz Qiyamət gününün başlanması­nı sü­rət­ləndirə bilmərəm. Amma buna baxmayaraq Allah məni baş­qa­larından üstün tutmuş, məni seçmiş, məni Öz vəhyi ilə şə­rəf­lən­dir­miş və mənə Ona itaət etməyi və başqalarını da buna dəvət et­mə­yi buyurmuşdur. Sizi Fövqəluca Allaha aparan yolla gedin: Onun sizə bildirdiklərinə iman gətirin, Onun əmrlərini ye­rinə ye­tirin və Onun qadağan etdiklərindən çəkinin. Yalnız belə­liklə düz yolla getmək olar. Onunla gedin və o yoldan kənara çıx­ma­yın!”
“Ona doğru gedin...” sözlərində Allaha səmimi qulluq et­mə­yin məcburiliyinə işarə vardır. Kim ki, xeyirxah işlər görür, o öz qarşısında yeganə bir məqsəd qoymalıdır – Allaha yaxın­laş­maq və Cənnət məkanına girmək. Onda onun etdiyi bütün əməl­ləri səmimi, saleh və faydalı olacaqdır. Əks halda, onun əməlləri bihudə və faydasız sayılacaqdır.
Lakin insan doğru yolla getməyə nə qədər can atsa da, o, mütləq səhvlərə yol verəcək, bəzən isə, başısoyuqluqdan, tənbəl­likdən günah da törədəcək. Buna görə Fövqəluca qullarına əmr edir ki, Ondan bağışlanma diləsinlər və günahları barədə tövbə et­sinlər.
Sonra Rəbb doğru yolla getməkdən boyun qaçıranları hə­də­ləyir. Bu insanlar nə onlara fayda gətirməyə, nə zərər vur­ma­ğa, nə onları məhv etməyə, nə onların həyatını uzatmağa, nə də onları öldükdən sonra diriltməyə qadir olmayan bütlərə və uy­durma “ilahlara” ibadət edirlər. Onlar öz qəlblərini müşrik­liklə kir­ləndirirlər və onları Vahid Allaha iman gətirməklə və Tək Ona qulluq etməklə paklaşdırmırlar. Onlar namaz qılmır və zə­kat ver­mirlər. Bir sözlə, onlar Xaliqin qarşısında öz vəzifələrini ye­rinə ye­tirmirlər və Onun məxluqlarına heç nə ilə yardım gös­tərmirlər. Bununla yanaşı isə onlar öldükdən sonra dirildilə­cək­lə­rinə, Cən­nə­tə və Cəhənnəmə iman gətirmirlər. Onların ürəklə­rində gələ­cəkdə onlardan alınacaq Qisas qarşısında qorxu hissi yoxdur və buna görə də onlar zalımlıq etməyə və günah işlət­mə­yə cəsarət göstərirlər. Bütün bunlar Axirət həyatında onlar üçün ən böyük bədbəxtliyə çevriləcəkdir.
Kafirləri xatırlatdıqdan sonra, Fövqəluca möminlər, onların məziyyətləri və mükafatlarından bəhs edir.

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ

(41. 8) “Həqiqətən, iman gətirib, xeyirxah işlər görənlərə tükənməz mükafat hazırlanmışdır”.

Onlar Səmavi Kitaba iman gətiriblər, öz imanlarını səmimi və saleh əməlləri ilə daima təsdiq edirlər və onlar tükənməyəcək və qurtarmayacaq ecazkar gözəlliklərə və nemətlərə layiqdirlər və möminlərə əbədi olaraq zövq veriləcək və bu ləzzət və zövqlər hətta saatbasaat artacaqdır.

ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ

(41. 9) “De: “Doğrudanmı siz yeri iki günə Xəlq edənə iman gətirmirsiniz və Ona başqalarını bərabər tutursunuz? Axı O – aləmlərin Rəbbidir”.

Fövqəluca, kafirlərin allahsızlığından hiddətlənərək, onla­ra, kimisə Ona bərabər tutduqlarına, onlara ibadət etdiklərinə, on­la­rı, Fövqəlqüdrətli Rəbbin – iki günə nəhəng yer kürəsini xəlq edən və sonra iki günə də onu yayıb orada dağlardan isteh­kam­lar[1] ucaldan Alicənab Hökm­da­rın səviy­yə­­sinə qaldır­dıq­la­rına görə, Öz qınağını bildirir.

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
(41. 10) “O, dörd əyyamda Yer üzərində sarsılmaz dağlar yer­ləşdirdi, onu bərəkətli etdi və onun üzərində ehtiyacı olanla­ra müvafiq ruzi ayırdı”.

Rəbb Yeri cəmi dörd əyyam[2] içində həm yaratmış və həm də onu yayıb ge­nişlətmiş və onun üzərində ruzini müvafiq tələ­ba­ta uy­ğun qay­da və ölçülərdə bölüşdürmüşdür. Hərşeyi Bilən Allah­­dan başqa kim sənə bu barədə daha yaxşı xəbər verə bilər? Heç kim! Bax elə bu­na görə, bu – heç bir ifrata varılmayan və heç bir şeyin nəzərdən qaçırılma­dığı gerçək rəvayətdir.

 ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(41. 11) “Sonra O, dümanlı səmaya yönəlib, ona və Yerə be­lə buyurdu: “Ya itaət edərək, ya da məcburən gəlin!” “Hər iki­si: “Öz istəyimizlə gəlirik” – dedilər”.

Allah Yer kürəsini yaradandan sonra, suyun üzərində tüs­tü-duman halında toplanmış göyü yaratmaq niyyətində idi və O (Pak və Müqəddəs) səmalara və yerə müraciət edərək, belə bu­yurdu: “Mənim iradəmə itaət edin! İstəyib-istəməməyinizdən ası­lı olmayaraq, siz Mənə müti olacaqsınız”. Onlar belə cavab ver­di­lər: “Biz Sənin iradənə qarşı dura bilmərik”.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

(41. 12) “O, onları, yeddi göy kimi, iki gündə xəlq etdi və hər göyə öz vəzifəsini təlqin etdi. Biz dünya səmasını çıraq­larla zinətləndirərək, onu mühafizə edirik. Fövqəlqüdrətli və Bilən­in qədəri belədir!”

Göylərin və Yerin yaradılması altı gündə[3] həyata keçi­ril­mişdir. O, bazar günü başlanmış və cümə günü tamamlan­mış­dır. Buna baxmayaraq, Fövqəlqüdrətli Allah bütün Kainatı bir an iç­ində də yarada bilərdi, lakin O (Pak və Müqəddəs) həm fövqəl­qüd­rətli, həm də müdrik və xeyirxahdır. Özünün müdrikliyi və xeyirxahlığı sayəsində O (Pak və Müqəddəs), Yeri və göyləri Öz­ü­­nün müəyyənləşdirdiyi müddət ərzində xəlq etmişdir.
“Ən-Naziat” surəsində Fövqəluca Allah buyurur: “Ge­cəni – qaranlıq, gündüzü – nurlu etdi. Sonra da Yeri yaydı” (Naziat, 79/29-30). Bu iki ayəni bir-biri ilə müqayisə etdikdə, ilk nəzərdə, aralarında ziddiyyət görünür, lakin Allahın Kitabında nə ziddiy­yət, nə də ixtilaf yoxdur.
Məsələ orasındadır ki, mömin ilahiyyatçıların çoxunun de­diyi kimi, Allah Yeri göylərdən əvvəl yaratmış və onu artıq göy­ləri xəlq etdikdən sonra, yaymışdır ki, bu barədə Fövqəluca belə buyurur: “Sonra da O, Yeri yaydı, ondan su və otlaq çı­xartdı və onun üzərində dağları bərkitdi” (Naziat, 79/30-32). Bu­rada Allah bildirir ki, O (Pak və Müqəddəs), Yeri, göyləri yarat­dıqdan sonra, yaymışdır, amma O (Pak və Müqəddəs) demir ki, onu, göy­­ləri ya­ratdıqdan sonra, xəlq etmişdir.
Allah hər göyə, Onun ilahi müdrikliyinə – Müdrik Hökm­da­rın hikmətinin tələbinə uyğun olaraq bir vəzifə təlqin etmişdir. O (Pak və Müqəddəs), aşağı göyü səfərə çıxan yolçuların qatı qa­ran­lıqda yolu tapmaları üçün gecələr işıq saçan ulduzlarla bəzə­mişdir. Bu ulduzlar göylərə yaraşıq verir və bu, insanların nəzə­rinə ilk növbədə çarpır. Lakin əslində öz mahiyyəti etibarı ilə ul­duzlar göylərin mühafizə edilməsinə xidmət göstərirlər. Belə ki, Allahın göylərdə mələklərə verdiyi əmr­lərə oğrun-oğrun qu­laq asmağa cəhd göstərən şeytanlar onlarla vu­rulur.
Yerdə və göylərdə baş verən hər şeyin qədəri[4] Alim və Föv­qəlqüdrətli Allah tərəfindən əzəldən müəyyən edilmişdir. Bü­tün varlıqlar Onun əzəmətinə itaət edir. O (Pak və Müqəddəs), məxluqlarını yaradır və idarə edir, Onun elmi isə gözləgörünən və görünməyən hər şeyi əhatə edir.
Buna görə, qədərlərinin hökmən gerçəkləşəcəyi müşriklə­rin, bütün məxluqlarının Ona müti olduğu Əzəmətli, Fövqəlqüd­rətli və Vahid Rəbbə səmimiyyətlə qulluq etməkdən imtina et­məyə cəsarət göstərmələri necə də biabırçı haldır! Onlar Ona şə­riklər qoşur və keyfiyyətlərində və əməllərində çoxsaylı nöqsan və qüsurlar olan bütləri və uydurma “ilahları” Ona bərabər tu­tur­lar. Həqiqətən də bu rüsvayçılıqdır! Əgər onlar inadkarlıq et­məkdə və Allahın ayələrindən üz döndərməkdə davam edə­cək­lərsə, on­da onlara heç nə kömək etməyəcək, çünki belə olduqda bu dün­yada onları cəza, o dünyada isə işgəncəli əzab-əziyyət ya­xala­ya­caqdır. Allah məhz belə intiqam alacağı ilə kafirləri aşa­ğı­dakı ayə­lərdə təhdid edir.

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ

(41. 13) “Onlar üz döndərsələr, onda de: “Mən adları və sə­mudluları sarsıdan ildırım kimi bir ildırımı nəzərinizə çat­dı­­rıram”.

Əgər Quranın şərəfli məziyyətlərini və Allahın əzəmətli sifət­lə­rini onlara izah etdikdən sonra onlar haqq dindən üz dön­dərsələr, on­da deyərsən: “Mən sizi, bir zaman Ad və Səmud xalq­la­rının yer üzün­dən silinərək, yox edildiyi kimi, sizin də məhv edi­lə bilə­cəyiniz cəzadan xəbərdar edirəm”. Bu, bir za­man­lar məş­­­hur olmuş iki xalq, zalımlıq etdiklərinə və kafir olduqla­rına görə Allahın cəza­sı­na və şiddətli intiqamına məruz qoyulub, məhv edilmişdilər.


 ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

(41. 14) “Elçilər onlara qarşıdan və arxadan gəlirdilər: “Allahdan başqa heç kimə ibadət etməyin!” – deyirdilər. Onlarsa deyirdilər: “Rəbbimiz istəsəydi bizə mələklər göndərərdi. Doğ­rusu, biz sizinlə göndərilənlərə inanmırıq”.

Allahın elçiləri (onlara salam olsun!) bir-birinin ardınca gə­lirdilər və vahid bir təlim gətirir və onu təbliğ edirdilər. Onlar in­sanları səmimiyyətlə yalnız Tək Allaha ibadət etməyə çağırır­dılar və onları bütpərəstlikdən və şirkdən çəkindirirdilər. Lakin onlar belə cavab verirdilər: “Əgər Rəbbimiz istəsəydi, O, bizə mələk­lərdən olan elçilər göndərərdi, siz isə yalnız, bizim kimi adi in­sanlarsınız”. Bu şübhə Allahın peyğəm­bərlərini və elçilərini ya­lançı sayanların ürəyini heç vaxt tərk etmir, lakin, əslində, öz ma­hiyyəti etibarı ilə, o ən əsassız şüb­hədir. Elçi ol­maqdan ötrü mə­lək olmaq vacib deyil, amma xüsusi bir vəzifə və bu vəzifənin gerçəkliyini təsdiq edən möcü­zə­lərlə göndərilmək zəruridir. Ey Muhəmməd! Qoy səni yalançılıqda ifşa etməyə cəhd göstərsinlər və yaxud sənin təliminin mənasız olduğunu sü­but etsinlər. Həqi­qətən, onlar bunu heç vaxt edə bilməyəcəklər!

ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ

(41. 15) “Adlara gəldikdə isə, onlar yer üzündə heç bir haqqa malik olmadan təkəbbürlənmiş və: “Kim bizdən daha qüvvətli ola bilər?” – demişdilər. Məgər görmürdülər ki, onları xəlq edən Allah gücdə onlardan üstündür? Onlar Bizim ayələri­mizi inkar edirdilər”.

Fövqəluca Ad və Səmud xalqlarının müqəddəratından da­ha təfsilatı ilə xəbər verir. Adlar nəinki Vahid Allaha iman gətir­mir, hətta Onun ayələrini də inkar edir və Onun elçilərini yalançı adlandırır və yer üzündə təkəbbürlə gəzir, ətraflarında yaşayan­lara zülm edir, onları əsarət altına alır və öz var-dövlətləri ilə fəxr edib qürrələnirdilər. Onlar deyirdilər: “Kim bizdən daha qüv­vət­li ola bilər?” Onların azğınlığını təkzib etmək üçün Fövqəluca yaxşı məlum olan bir həqiqəti Öz qullarına xatırladır: “Məgər görmürdülər ki, onları xəlq edən Allah gücdə onlardan üstün­dür?” Əgər O (Pak və Müqəddəs), onları yaratmasaydı, onlar dün­yaya gəlməzdilər və əgər onlar bu barədə lazımınca düşün­səydilər, öz güclü olmaları ilə özlərini aldatmazdılar. Fəqət, haqq onlara yad idi və buna görə Allah onların üstünə müdhiş qüv­vəyə malik bir cəza göndərdi[5] və bu cəzanın gücü, onları asan­lıqla azdıran gücdən üstün idi.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ

(41. 16) “Biz onlara fəlakətli bir gündə şiddətli şax­talı kü­lək göndərdik ki, bu dünya həyatında rüsvayçılıq əza­bını dad­sınlar. Axirət həyatının əzab-əziyyəti isə daha biabırçı olacaq və onlara kömək göstərilməyəcəkdir”.

Allah Adların üzərinə misilsiz gücə və dəhşətli gurultuya malik, ildırım şaqqıltısına bənzər bir külək göndərdi. O, Allahın iradəsi ilə uğursuz günlərdə onların üzərində şiddətlə vıyılda­yırdı və buna görə Fövqəluca belə buyurur: “O, onu onların üzə­rində yeddi gecə və səkkiz gün ərzində fasiləsiz coşdurdu və sən, insanların, xurma ağaclarının çürük gövdələri kimi, ye­rə sə­rildiyini görə bilərdin” (Haqqa, 69/7). Bu qasırğa Ad xalqını məhv etdi və onların qüdrətindən, yaşayış məskənlərindən baş­qa, heç nə qalmadı. Onlar beləcə alçaldılmış və digər xalqların gö­zü qarşısında rüsvay edilmişdilər, Axirət həyatında isə cəzaları daha dəhşətli olacaq və heç kim onları bu cəzadan xilas edə bil­məyəcək və onlar özləri də vəziyyətlərini düzəldə bilməyəcəklər.

 ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯦﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(41. 17) “Səmudlulara gəldikdə isə, Biz onlara doğru yol göstərdik, lakin onlar korluğu doğru Təlimatdan üstün tut­du­lar və onları əldə etdiklərinə görə alçaldıcı əzab ildırımı vur­du”.
(41. 18) “İman gətirənləri və təqvalı olanları isə xilas et­dik”.

Səmud – vaxtilə məşhur olmuş Hicr adlı yerdə və ona ya­xın məskənlərdə yaşayan bir xalq idi. Fövqəluca Allah peyğəm­bəri Salehi (ə) onların yanına göndərdi ki, onları Vahid Allaha iman gə­tirməyə dəvət etsin və onları müşriklikdən çəkindirsin. Allah onla­ra əzəmətli möcüzə olaraq bir dişi dəvə bəxş etdi. On­lar dəvənin yem­lən­məsi üçün vəsait sərf etmirdilər. O, yalnız ye­rin yetirdiyi ne­mətlərlə qidalanırdı. Allah onlara bir gün onun sü­dünü içmək və bir gün də su içmək icazəsi vermişdi və bu­yur­muş­du ki, onu qoru­sunlar. Bununla O (Pak və Müqəddəs) on­ları düz yola yönəltmiş, yəni getməli olacaqları yolu onlara aydın gös­tərmişdi.
Bütün məhv edilmiş xalqlara haqqın çatmasına və Allahın cəzası onları haqlayana qədər düz yolun hamıya aydın olmasına baxmaya­raq, Rəbb onların arasında Səmudluları fərqləndirmişdi. Bunun səbəbi onda idi ki, Allahın onlara göstərdiyi möcüzəsi son dərəcə parlaqdı və onların hamısına – kiçikdən böyüyədək, həm kişilərə, həm də qadınlara bəlli idi. Məhz buna görə Allah xüsu­si ilə vurğulayır ki, O (Pak və Müqəddəs), haqqı səmud­lu­lara izah etmiş və onları doğru yola yönəltmişdir.
Lakin özlərinin şərəfsizliyi və kin-küdurətləri üzündən on­lar kafirliyi və azğınlığı imandan və bilikdən üstün tutdular. On­ları alçaldıcı bir cəza haqladı, lakin Allah onlara zalımcasına ya­naşmadı, onlar yalnız layiq olduqlarını aldılar. Saleh peyğəm­bərə (ə), onun şirkə və günaha batmaqdan qorxan mömin və təqvalı ardıcıllarına gəldikdə isə, onlar cəzadan xilas edildilər.

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
(41. 19) “Allahın düşmənləri Odun önündə toplanıl­dıq­ları gün, onları ləngidəcəklər”.
(41. 20) “Onlar ona çatanda, onların qulaqları, gözləri və dəriləri onların özlərinə qarşı törətdikləri əməllərinə şahidlik edəcə­klər”.


Fövqəluca, Allahın ayələrinə iman gətirməyənlərə və bunu açıq bəyan edənlərə, Onun elçilərini yalançı adlandıranlara, on­lara düşmənçilik hissi bəsləyənlərə və onların əleyhinə döyüşən­lərə dəhşətli qismətin nəsib olacağını xəbər verir. Qiyamət günü onları Cəhənnəmin önündə toplayacaqlar. Onları qova-qova apa­racaq və eyni zamanda onlarla kobudcasına və amansızlıqla da­v­ranacaqlar. Belə ki, arxa cərgələrdə gedənlər öndəki cər­gədə ge­dənlərlə toqquşacaqlar. Həmin gün onlar bu qismətdən qaça bil­məyəcəklər: onların özlərinin özlərinə kömək etməyə və öz əzab­larını yüngülləşdirməyə gücü çatmayacaq və heç bir başqası da onlara yardım etməyəcəkdir.
Onlar Cəhənnəmə çatdıqda, yer üzündə törətdikləri gü­nah­lardan hətta imtina etməyə cəhd göstərmək istəyəcəklər. La­kin onların bədənlərinin hər bir hissəsi onların əleyhinə şahidlik edə­rək, belə deyəcəklər: “Mən filan gün filan-filan şeylər etmi­şəm”. Föv­qəluca burada xüsusi ilə qulaqları, gözləri və dərini qeyd edir, çünki günahların çox hissəsi bu üç orqan vasitəsilə törədilir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ


(41. 21) “Onlar öz dərilərinə deyəcəklər: “Siz niyə bizə qarşı şahidlik edirsiniz?” Onlar deyəcəklər: “Bizi, hər şeyi da­nışmağa Məcburedən Allah danışdırdı”. O, sizi ilk dəfə ya­rat­mışdır və siz Ona qaytarılacaqsınız”.
Fövqəlucanın: “Onlar öz dərilərinə deyəcəklər...” sözü hər bir orqanın ayrı-ayrılıqda şahidlik edəcəyinə dəlalət edir. Bədə­nin hissələri öz sahiblərinin günahlarına şahidlik etdikdə, onlar orqanlarını qınayaraq, deyəcəklər: “Siz nə üçün bizə qarşı şahid­lik edirsiniz, halbuki biz sizi müdafiə etməyə cəhd göstəririk?” Amma orqanlar belə cavab verəcəklər: “Biz, Allah istədikdə, gü­nah­larımız barədə şahidlik etməkdən imtina edə və susa bilmə­rik. Onun iradəsi əleyhinə heç nə baş verə bilməz”.
Allah sizin bədənlərinizi yaratmış və sizə çoxsaylı bacarıq­lar vermişdir və onlardan biri də danışmaq qabiliyyətidir və siz Axirət həyatında Ona qaytarılacaqsınız və orada O (Pak və Mü­qəd­dəs) sizə əməllərinizə görə əvəz verəcəkdir. Bir rəyə görə bu ayədə Allahın insanları yerdə yaşadıqları simada dirildəcə­yinə göstəriş vardır. Belə göstərişlər Quran dilinə xas olanlardandır.

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(41. 22) “Siz qulağınızın, gözlərinizin və dərinizin şəha­də­tindən gizlənmirdiniz. Lakin siz zənn edirdiniz ki, Allah tö­rətdiklərinizin çoxunu bilmir”.

Siz bütün bədəninizin sizin əleyhinizə şəhadət verəcəyi­n­dən çəkinmirdiniz. Siz günah işlədir və düşünürdünüz ki, Allah əməllərinizdən xəbərdar deyil. Məhz bu yanılma sizi Allaha itaət etməməyə itələyirdi və bu sizin məhv olmanızın və bədbəxtliyi­nizin səbəbi oldu. Buna görə Fövqəluca buyurur:

 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(41. 23) “Sizin Rəbbiniz haqqında etdiyiniz bu ehtimalı­nız, sizi həlak etdi və siz zərərə uğrayanlardan oldunuz”.

Siz Allah haqqında çox pis düşünürdünüz və elə bu da si­zi, ailələrinizi və imanınızı məhv etdi. Hal-hazırda Rəbbin kafir­ləri cəzalandıracağı haqqında vədi gerçəkləşmişdir və siz də on­la­rın içindəsiniz. Siz əbədi olaraq əzab və bədbəxtliklər içində olacaqsınız və onlar bir an da olsa belə əsrlər bir-birini əvəz et­dik­cə, azaldılmayacaq.

ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

(41. 24) “Onlar səbir etsələr də, məskənləri Od ola­caqdır. Əgər onlar mərhəmət göstərilməsini xahiş etsələr də, onlara mər­həmət göstərilməyəcəkdir”.

Heç kimin Cəhənnəmin əzabına dözməyə gücü çatmaz. İnsan Cəhənnəm əzabından başqa hər cür sarsıntılara dözə bilər. Axı bizim yerdə yandırdığımız odun hərarətindən yetmiş dəfə güclü istiliyə necə dözmək olar! Azğınlıqla qaynayan qaynar su olan və əzabkeşlərin qanlı irinlərinin üfunətinin hər tərəfə yayıl­dığı, hədsiz soyuğun hökm sürdüyü, günahkarların ağır zəncirlə­rinin və boyunduruqlarının bir-birinə dəyib qulaqbatırıcı səs çı­xartdığı Cəhənnəmi təsəvvür edin! Orada onları güdür və ürək­ləri mərhəmətdən və rəhmdən məhrum olan kobud gözətçi­lər on­ları orada nəhəng dəyənəklərlə döyürlər. Bundan əlavə, Föv­qəl­uca Allah da onlara qəzəblənir və onlar Ona bağışlanma xahişi ilə müraciət edəndə, O (Pak və Müqəddəs) onlara belə buyura­caq: “Burada rüsvayçılıqla qalın və Mənimlə danışma­yın!” (Mu­­minun, 23/108).
Əgər onlar xahiş etsələr ki, Allah onları əzab və sarsın­tı­lar­dan xilas etsin və onlara dünya həyatına yalnız xeyirxah işlər gör­­mək üçün qayıtmağa[6] icazə versin, onlara belə mərhəmət gös­tə­rilməyəcək, çünki onların tövbə etmək vaxtı artıq keçmiş ola­caq. Onlar yer üzündə çox yaşamışdılar və vaxtında ağıllarını başlarına yığa bilərdilər. Onların yanına xəbərdaredənlər gəlmiş­dilər. İndi isə artıq onların kafirliyinə bəraət yoxdur. Onların Cə­hənnəmdə tövbə etməsi büsbütün yalandır. Fövqəluca buyurur: “Əgər onları geri qaytarsaydılar, onlar mütləq onlara qadağan olunana qayıdardılar. Həqiqətən, onlar – yalançıdırlar” (Ənam, 6/28).

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ

(41. 25) “Biz onlara keçmişlərini və gələcəklərini bəzəkli göstərən yoldaşlar göndərdik və onların barəsində və onlardan əvvəlki cin və insanlardan olan xalqlar barəsində Söz gerçək­ləşdi. Həqiqətən də, onlar zərərə uğrayanlardan oldular”.

Haqqı danmağa cəhd edən günahkarların həmkarları şey­tanlardır. Fövqəluca buyurur: “Məgər görmürsən ki, şeytan­ları ka­firlə­rə, onları yoldan çıxartmaq üçün göndərmi­şik?” (Mər­yəm, 19/83). Bu həmkarları fasiqləri aləmlərin Rəbbinə itaətsizlik etməyə itələyirlər.
Şeytanlar fasiqlərin gələcəyini və keçmişini özlərinə gözəl surətdə təqdim edirlər. İnsanları hər tərəfdən dünya nemətləri və gözəllikləri əhatə edir və şeytanlar da günahkarları bu nemətlərin arasında məhz Allahın ha­ram etdiklərindən ləzzət almağa təhrik edirlər. Onlar insanları həmin nemətlərlə yoldan çıxarır və onlar şeytanların şirnikdirməsi qarşısında öz nəfslərini saxlaya bilmir, Allaha itaətsizlik göstərməyə başlayırlar və nəticədə Allahla və Onun elçisi (s.ə.s.) ilə düşmənçilik yoluna qədəm qoyurlar. Bun­dan başqa, şeytanlar insanları Axirət həyatını unutmağa məcbur edir­lər və beləliklə, o, insanlara çox uzaq bir şey kimi görünür. Bəzən də elə olur ki, insanların müəyyən qismi Axirətin möv­cud­luğuna şübhə etməyə başlayır. Tədricən Allah qarşısında qorxu hissi on­ların ürəklərini tərk edir və onlar kafirliyə, bidətə və cür­bəcür günahlara batıb qalırlar.
Allah, kafirlərin Allahdan, Onun ayələrindən üz döndər­mə­lərinə və haqqı inkar etmələrinə görə, şeytanlara onları yoldan azdırmağa imkan verir. Fövqəluca buyurur: “Rəhmanı zikr et­mək­­dən üz döndərənə, Biz şeytanı təhkim edəcəyik və o, onun ayrılmaz həmkarı olacaq. Şeytanlar, şübhəsiz ki, onları yoldan sapdıracaqlar, lakin onlar elə düşünəcəklər ki, doğru yolda­dır­lar” (Zuhruf, 43/36-37).
Allahın qədəri mütləq gerçəkləşəcəkdir və cəza onlara hök­mən yetişəcəkdir, çünki o, Allaha iman gətirməyən cinlərin və in­sanların bir çoxunu əvvəllər artıq haqlamışdı. Onlar zərərə uğra­mışların arasında oldular, çünki imanlarını itirmiş və öz Axirət həyatını məhv etmişdilər. Ziyana uğrayan hər kəs mütləq cəza­lan­dırılacaq, alçaldılacaq və bədbəxt olacaqdır.
Sonra Fövqəluca Allah kafirlərin Qurandan necə üz dön­dər­diklərini və bir-birilərinə nə dediklərini xəbər verir.

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ

(41. 26) “Kafirlər dedilər: “Bu Quranı dinləməyin, səs-küy salın. Ola bilsin ki, üstün gələsiniz”.

“Quran ayələrinə və nəsihətlərinə qulaq asmayın. Əgər bir­dən Quran oxunmasını və ya onun təbliğ edilməsini eşitsəniz, o saat oradan çıxıb gedin. Bundan başqa, onun barəsində məna­sız şeylər danışın ki, fayda verməsin, yalnız zərər vursun. İnsan­la­ra Quran haqqında danışmağa, onu oxumağa və məzmununu şərh etməyə var gücünüzlə mane olun”.
Allahın Kitabından üz döndərən kafirlər belə deyirlər. On­lar elə düşünürlər ki, təkcə bu minvalla Muhəmmədə (ona Allah­ın salavatı və salamı olsun!) və möminlərə üstün gəlmək olar. İslam düşmənlərinin bu şəhadətindən aydın olur ki, əgər onlar haqdan uzaq qaçsalar və başqalarını da bu­na yönəldə bilsələr, haqqa qalib gələ biləcəklərini güman edirlər. Kafirlərin bu söz­lərindən o da aydın olur ki, onlar Quran ayələrinə qulaq as­mışlar və başa düş­müş­­lər ki, Allahın dininə qalib gələ bilməyə­cəklər, çünki qələbə hə­mi­şə haqqın olacaqdır və ona qalib gəlmək müm­kün deyil. Bu, haqq tərəfdarlarına da, onun düşmənlərinə də mə­lumdur.
Kafirlərin haqqa müqavimət göstərməsi onların inadkarlıq­la­rının və zalımlıqlarının nəticəsidir. Onların doğru yola qayıt­maq ümidi itirilmişdir və buna görə onlar əzab və sarsıntılardan başqa heç nəyə layiq deyillər. Buna görə sonra Fövqəluca buyu­rur:

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ

(41. 27) “Biz kafirlərə ağır əzabları mütləq daddıracağıq və onlara törətdiklərinin ən pisinin əvəzini verəcəyik”.

Ayədə kafirliyə günahlara görə veriləcək əvəzdən bəhs edilir. Onlar çoxlu günahlar işlətmişlər, lakin veriləcək əvəz on­ların ən ağırına – kafirliyə və müşrikliyə uyğun olacaqdır. Allah heç kimə zalımlıq etməyəcəkdir!

ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

(41. 28) “Budur Allahın düşmənlərinin cəzası – Od! Bizim ayələrimizi inkar etdiklərinə görə əvəz kimi – ora onların Əbə­­di məskəni olacaqdır”.
Allahın Onun dini və Onun sadiq qulları ilə döyüşən düş­mənlərini gözləyən intiqam belədir. Bu – kafirliyə və allahsızlığa görə, haqqa müqavimət göstərməyə və onunla mübarizə apar­mağa görə cəzadır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Orada onların əzab-əziyyəti bir an belə səngiməyəcək, orada kim­­sə özünə köməkçi tapa bilməyəcək. Onlar Bizim haqlı oldu­ğumuzun, hər bir diqqətli insanı əmin edə biləcək, təkzibolun­maz dəlillərini inkar etdiklərinə görə iztirab çəkəcəklər. Həqiqə­tən, belə bir rəftar, ən böyük zalımlıq və ən böyük inadcıllıqdır!
 ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰂﰃ ﰄﰅﰆ

(41. 29) “Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran cinləri və insanları bizə göstər. Biz onları ayaqlarımız altına ata­­rıq ki, onlar lap alçalsınlar”.

Kor-koranə başqalarının ardınca gedən kafirlər qəzəblə ba­ğı­­racaqlar: “Ey Rəbbimiz! Bizi azdıran cinləri və insanları bizə gös­tər! Kafir insanlar və şeytanlar bizi azdırdılar və əzab-əziyyətə saldılar. Biz onlardan ötrü Cəhənnəmə düşdük!” Əzabkeşlər be­ləcə qəzəblənəcək və bir-birilərini inkar edəcəklər.
Sonra Fövqəluca Özünün sadiq qullarından xəbəbr verir və daha da sədaqətlə təkcə Ona qulluq etmələri üçün onları ruh­lan­dırır.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ

(41. 30) “Həqiqətən, o kəslərə ki: “Rəbbimiz – Allahdır”, – deyir və sonra dözüm göstərirlər, mələklər nazil olacaq: “qorx­mayın və kədərlənməyin və sizə vəd edilən Cənnətə se­vi­nin!”
Möminlər haqqı səmimi qəlblə qəbul etdilər, ona şəhadət gə­­tirdilər, Allahın hökmlərinə itaət etməyə və doğru yolla get­məyə, onu qəbul etməyə və əldə etdikləri bilikləri həyata keçir­məyə başladılar. Həqiqətən də, belə qullar həm bu dünyada, həm də ölümdən sonra xoşbəxt olacaqlar.
Onların bu dünya ilə vidalaşmaq vaxtı yaxınlaşdıqda onla­rın yanına bir-birinin ardınca alicənab mələklər nazil olacaqlar və onlara Cənnət səadəti haqqında müjdə verərək, belə deyəcəklər: “Sizi gözləyəndən qorxmayın və artıq ötüb keçənlərə görə də kə­dərlənməyin. Siz nə sizin başınıza gələnlərə, nə də sizi qarşıda gözləyənlərə nifrət hissi keçirməyəcəksiniz. Sevinin sizə vəd edil­miş Cənnətə. Siz mütləq ona daxil olacaqsınız, çünki Allahın vədi dəyişilməzdir!”

ﭥﭦﭧﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭲﭳﭴﭵﭶ

(41. 31) “Biz bu dünya həyatında da, Axirət həyatında da sizin dostlarınızıq. Sizə, orada ürəyinizdən keçənlərin ha­mısı hazırlanmışdır! Orada arzu edəcəyiniz hər şey vardır!”

Mələklər bu dünyada iman sahiblərinə xeyirxah əməllər etməyə təkan verirlər və həmin əməlləri onların gözü qarşısında gözəl göstərirlər və həm də onları günah işlətməkdən çəkindirir və onlarda pis əməllərə qarşı ikrah hissi yaradırlar. Bundan baş­qa, mələklər möminlərə görə Allaha dua edirlər və onlara bəlalar zamanı, təhlükə yarandığı hallarda, xüsusilə, ölümqabağı, məza­rın qatı qaranlığında, Qiyamət günü meydanında və Cəhənnəm Uçurumu üzərində salınmış Sirət körpüsündə kömək göstə­rir­lər[7]. Onlar həmçinin möminləri Cənnətə daxil olarkən müşayiət edə­cək və onları Allahın əfv etməsi və şərəfləndirməsi münasi­bəti ilə təbrik edəcəklər. Fövqəluca buyurur: “Mələklər onların yanına istənilən dərvazadan girəcəklər. Sizə səbir etdiyinizə görə sa­lam olsun! Son Məskən necə də gözəldir!” (Rəd, 13/23-24). On­lar möminlərə xəbər verəcəklər ki, Cənnətdə onlar üçün müxtəlif ləzzətlər və məmnunluq bəxş edən şeylər hazırlanmış­dır ki, on­ları nə gözlər görmüş, nə qulaqlar eşitmiş və hətta onlar insan­ların xəyallarından belə keçməmişdir.
ﭷ ﭸ ﭹ ﭺ ﭻ

(41. 32) “Budur Bağışlayan və Rəhmlinin ziyafəti!”
Bu bol, səxavətli Mükafat və Əbədi Səadət – Allahın ver­diyi zi­yafətdir. O (Pak və Müqəddəs), günahlarını tövbə edənləri ba­ğış­la­­yır və Onun mərhəməti sayəsində insanlar xeyirxah işlər gö­rürlər və O (Pak və Müqəddəs) də onların bu əməllərini qəbul edir. Onun lü­tüfkarlığı sayəsində möminlər acı qismətdən qurtu­la bilirlər, Onun mərhəməti ilə isə onlar arzuedilən mükafatlara layiq görülür­lər.

 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

(41. 33) “Kimin sözü Allaha dəvət edənin, xeyirxah işlər görənin və: “Həqiqətən, mən – müsəlmanlardan biriyəm” – de­yə­­nin sözündən daha gözəl ola bilər?”

Bu, bəlağətli bir sualdır ki, bilmiyənləri öyrədənin, haqqa laqeyd olanlara və ona müqavimət göstərənlərə nəsihət verən­lərin, şərlə mübarizə edənlərin, Vahid Allaha ibadəti təbliğ ed­ən­lərin, insanları Ona dəvət edənlərin və Onu ən gözəl surətdə təq­dim edənlərin və həmçinin günahlardan çəkindirənlərin, onlara nifrət və kin bəslənməsinə çağıranların nitqindən də gözəl nitq olmadığını nəzərdə tutur.
Belə bir insan, ilk növbədə, digər insanları islamın əsasına – Vahid Allaha iman gətirməyə dəvət edir, onlara onun üstün­lük­lərini izah edir, onun düşmənləri ilə ən gözəl tərzdə və ən lə­ya­qətli üsullarla mübahisə aparır, insanları haqq dinlə bir araya sığma­yan allahsızlıq və müşriklikdən qoruyur, xeyirxahlıq etmə­yi öyrədir və şərdən çəkindirir.
O, Allahın dinini Onun qulları arasında təbliğ edərək, on­larda öz Xaliqinə məhəbbət hissi aşılayır, onlara Onun nemət­lə­ri­ni, Onun səxavətini, alicənablığını və hüdudsuz mərhəmətini xa­tırladır və onlara Onun şərəfli və kamil sifətlərini öyrədir.
O, insanları Quranın və Sünnənin doğru yolu haqqında bi­liklərə nail olmağa ruhlandırır və həm də onları bütün imkanlar vasitəsi ilə buna dəvət edir. O, onlarda gözəl əxlaqi keyfiyyətlər tər­bi­yə edir və onlara valideynlərini sevməyi və onlara ehtiram gös­tərməyi, qohumlara yardım göstərməyi, Allahın bütün məx­luq­larına yaxşılıq etməyi, pisliyə xeyirxahlıqla cavab verməyi öy­rədir.
O, əlverişli şəraitdən istifadə edir ki, bütün insanlara moi­zə­lərlə müraciət etsin, bayramlar və böyük fəlakətlər zamanı on­ları dəvət edərək, bu və ya digər hadisələrə uyğun ürəkdən gələn səmimi nitqlər söyləyir. Onun güddüyü yeganə məqsəd – insan­lara xeyirxah işlərə məhəbbət aşılamaq və onları bütün yaramaz əməllərdən uzaqlaşdırmaqdır.
Lakin mömin təkcə başqalarını Rəbbin yoluna çağırmır, o həm də özü var qüvvəsi ilə Allahın hökmlərini yerinə yetirməyə və yalnız Rəbbinin razı qaldığı şeyləri həyata keçirməyə can atır. O deyir: “Həqiqətən, mən – Allahın iradəsinə itaət edən və Onun yolu ilə gedənlərdən biriyəm”. Bu – imanında səmimi olan, onu təkmilləşdirən və bunda başqalarına kömək edən möminin nail ola biləcəyi ən yüksək dərəcədir. Həqiqətən, belə bir insan pey­ğəm­bərlərin həqiqi ardıcılı olur. Bütün deyilənlərdən belə bir nə­ticə çıxartmaq olar ki, ən yaramaz sözlər – azğınlıq yoluna çağı­ran və özü də bu yolla gedənin sözləridir.
Bu iki bir-birinə tamamilə zidd dərəcələr arasında, onlar­dan biri insanı Cənnətin lap üst qatlarına qədər yüksəldir, digəri isə, onu Cəhənnəmin lap dibinə vasil edir. Məxluqların məskun­laşdığı çoxsaylı pillələr mövcuddur ki, onların sayı yalnız Allaha məlumdur. Fövqəluca belə buyurur: “Hamı üçün törətdiklərinə müvafiq dərəcələr olacaqdır. Sənin Rəbbin onların etdiklərin­dən bixəbər deyildir” (Ənam, 6/132).

ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

(41. 34) “Yaxşılıqla pislik bərabər deyildir. Onu ən gözəl olanla dəf et və onda səninlə arasında ədavət olan kəs sanki sə­nin yaxın dostun kimi olar”.
Allahın lütüfkarlığını qazanmaq üçün edilən xeyirxahlıqlar və itaətkarlıq, Onun qəzəbinə səbəb olan günahlara və itaətsiz­liyə bərabər deyildir. Xeyirxahlıq və cinayətkarlıq – eyni şey de­yildir. Onların mahiyyəti, onların təzahürü və onlara görə cəza da eyni deyildir. Fövqəluca belə buyurur: “Yaxşılığa yaxşılıqdan başqa bir əvəz verilərmi?” (55/60).
Sonra Rəbb xeyirxahlığın Allahın dinində mühüm yer tu­tan xüsusi formasını xatırladır. Bu, pisliyə yaxşılıqla cavab ver­mək bacarığıdır. Əgər insanlardan kimsə pis söz deyirsə və ya sənə bir pislik edirsə, əvəzində sən ona yaxşılıqla cavab ver, xü­susilə, əgər o sənin qohumundursa, tanışındırsa və ya başqa bir adamdırsa və sənin onun qarşısında vəzifələrin daha böyük­dürsə. Əgər o səninlə əlaqələrini kəsirsə, sən onunla barış; əgər o səni incitsə, onu bağışla; əgər o sənin barəndə sənin yanında və ya sənsiz, pis rəy bil­dir­miş­sə, ona onun etdiyi kimi cavab vermə, onunla nəzakətli ol və ona yum­şaqlıqla yanaş; əgər o səndən qa­çırsa və səninlə danışmaq istə­mir­sə, onda ona xoşagələn bir söz söylə və onunla salamlaşmaq imkanını əldən vermə. Həqiqətən, əgər sən pisliyi yaxşılıqla dəf etsən, böyük bir nemətə nail olarsan və onda sənə ədavət bəsləyən belə, sənə yaxın qohumun kimi nə­vazişlə yanaşar.

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ

(41. 35) “Lakin bu, səbir edənlərdən başqa, heç kimə əta edilmir və böyük qismətə malik olanlardan başqa, heç kimə əta edilmir”.

Yuxarıda sadalanan üstün keyfiyyətlərə, səbirli olanlardan, hətta özünün xoşu gəlməsə də, Allahın bəyəndiyi şeyləri etməyə özünü məcbur edəndən başqa, heç kim malik olmur. İnsan qəlbi, öz təbiəti etibarı ilə, pisliyə pisliklə cavab verməyə meyillidir və ona əziyyət verənlərə nəinki yaxşılıq etməyi, hətta onları bağış­la­mağı belə sevmir.
Əgər insan səbir edirsə, Rəbbinə itaət göstərirsə, Onun sə­xavətlə verəcəyi mükafata inanırsa, dərk edirsə ki, yaramazlığa qar­şı yaramazlıq fayda gətirməyəcək, yalnız ədavəti artıracaq və anla­yır­sa ki, xeyirxahlıq onu heç də alçaltmayacaq və əksinə ola­caq, on­da Allah onu, göstərdiyi təvazökarlığa görə ucaldacaq, on­da o, çətin­lik çəkmədən onu incidənə yaxşılıq edər, özünü lə­yaqətlə apa­ra­raq, bundan məmnun olar. Bu keyfiyyətlər Allahın yalnız ali­cənab qullarına məxsusdur. Bunlar gözəl əxlaqın tə­cəs­sümü olaraq onu bu dünyada da, öləndən sonra da şərəflən­di­rə­cəkdir.

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

(41. 36) “Əgər şeytan sənə vəsvəsə verərsə, Allaha sığın! Çünki O – Eşidəndir, Biləndir”.

Öncəki ayədə Fövqəluca, insanlar arasın­dan olan Allahın düşmənlərinin etdiyi pisliyə necə cavab vermək lazım olduğunu xəbər verir. Bu ayədə isə, O (Pak və Müqəddəs), möminlərə şey­tanlardan olan düşmənlərlə necə rəftar etməyi öyrədir. Ey insan! Əgər sən cinayətləri sənin gözünün qarşısında bəzəkli göstərən, xeyirxah təşəbbüsləri yerinə yetirmək əvəzinə sənə tənbəllik, la­qeydlik təlqin edən, səni günah törətməyə itələyən şeytanın vəs­və­səsini və yoldan azdırmasını hiss etsən, əgər sən anlasan ki, onun çağırdığı tərəfə meyil edirsən, onda aciz, köməksiz qul kimi dua ilə Allaha sığın və Ondan səni şeytandan müdafiə etməyi və qorumağı dilə. Həqiqətən, O (Pak və Müqəddəs), sənin sözlərinə və dualarına diqqətlidir və bilir ki, sən hal-hazırda hansı vəziy­yətdəsən və Onun müdafiə etməsinə və sənə himayə göstərmə­sinə necə də möhtacsan.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(41. 37) “Gecə və gündüz, günəş və ay Onun ayələrindən­dir. Günəş və ayın qarşısında səcdə qılmayın, onları Yaradan Allahın qarşısında səcdəyə qapanın, əgər siz Ona ibadət edirsi­nizsə”.

Fövqəluca bildirir ki, Onun hüdudsuz qüdrətini, sarsılmaz iradəsini, mütləq hakimiyyətini və qullarına bəslədiyi böyük mər­­həmə­tini təsdiq edən dəlilləri Onun qullarını əhatə edir. Bü­tün bu sübutlar Allahın Vahid İlah olmasına və Onun şəriklərinin olmamasına dəlalət edir. Gecə və gündüz bu dəlillərin arasın­da­dır. Gündüz insanlara işıq gətirir ki, onlar öz vacib işlərini görə bilsinlər, gecə isə, onları öz qaranlığı ilə bürüyür ki, onlar isti­ra­hət edə bilsinlər. Günəş və ay da Allahın qullarının onlarsız ya­şamasının mümükün olmayacağı ayələrdir. İnsanların və hey­van­ların orqanizmi onlara möhtacdır və onlar saysız-hesabsız fayda verir.
Nə günəşə, nə də aya ibadət etməyin, çünki onlar Allah tə­rəfindən yaradılmışlar və Onun hökmranlığı altındadırlar. Yal­nız Əzəmətli Xaliqə ibadət edin və məxluqları Ona bərabər tut­mayın. Onların istənilən nəhəng ölçülərinə, gətirdikləri faydaya baxma­ya­raq, onlar ibadət olunmağa layiq deyillər, çünki onlar öz istək­ləri ilə deyil, yalnız Fövqəlxeyirxah və Fövqəluca Yaradanın mər­hə­məti sayəsində fayda verirlər. Təkcə Ona ibadət edin və öz qul­luğunuzda səmimi olun!

ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

(41. 38) “Əgər onlar təkəbbürlük göstərsələr də, Rəbbinin dərgahındakılar, onsuz da, Onu gecə-gündüz usanmadan qüd­siləşdirirlər”.

Əgər müşriklər Fövqəluca Allaha ibadətdən və itaətdən tə­şəxxüslə imtina etsələr, onlar bununla Allaha qətiyyən zərər vu­ra bilməzlər, çünki Allah onlara möhtac deyildir. Onun ali­cənab qulları vardır ki, Onun əmrlərinə itaətsizlik göstərmirlər və Onun onlara buyurduğu bütün əmrləri yerinə edirlər. Həmişə Onun yaxınlığında yaxın mələkləri olur və onlar Onu gecə də, gün­­düz də şərəfləndirərək, yorulmadan təqdis edirlər. Onlar Allaha iba­dət etməkdən sıxılmır, təngə gəlmir və usanmırlar, çünki onlara böyük qüvvə əta edilmişdir və onlar öz məşğələ­lə­rini səmimi qəlblə yerinə yetirirlər.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(41. 39) “Onun dəlilləri arasında sən yer üzünü boynunu bük­müş görər­sən, lakin Biz ona su nazil etdikdə, o canlanır və qabarır. Həqi­qətən, onu Canlandıran, ölüləri də mütləq diril­dəcəkdir. O, hər şeyə qadirdir”.

Allahın fövqəlqüdrətini təsdiq edən dəlillərdən biri də qu­ru torpağın, Allah ona yağış nazil etdikdən sonra, titrəşib ayıl­masıdır. O, bətnindəki bitkilərin oyanması nəticə­sində ehtizaza gəlir və köpüb qabarır. Beləliklə, Allah onun üstündə mümkün olan hər cür bitkilərin, kolların və bar verən ağacların gözəl cüt­lərini[8] yaradır və onlarla qullarını və onların malikanə­lərini can­landırır və O, boynu bükük torpağı[9] həyata qaytardığı kimi, ölüləri də beləcə diriltmək iqtidarındadır.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(41. 40) “Həqiqətən, o kəslər ki, Bizim ayələrimizdən ya­yınırlar, Bizdən gizli qalmırlar. Oda atılan yaxşıdır və ya Qiya­mət günü əmin-amanlıqda olan? Siz istədiyinizi edin! O, şüb­hə­siz ki, sizin nə etdiyinizi görür”.

Allahın ayələrinin rədd edilməsi ifadəsi altında bu və ya di­­gər formada onlara riayət edilməsindən yayınmaq nəzərdə tu­tu­lur. Bu, ayələri inkar etmək və onları gətirənləri yalançılıqda it­ti­ham etmək kimi də ola bilər. Bu, onların xalis mənalarını təhrif etməklə və onları yanlış, yəni Allahın onlara verdiyi mənalara uy­ğun gəlməyən tərzdə şərh etməklə ola bilər. Buna görə Rəbb qullarına xatırladır ki, O (Pak və Müqəddəs), ən gizli saxlanılan niyyətlərdən də agahdır və O (Pak və Müqəddəs), Onun ayələrini rədd etməyə cürət göstərən hər kəsi hökmən cəzalandıracaqdır.
Məgər Allahın ayələrini və Onun Kitabını qəbul etmədiyi­nə görə Cəhənnəmə atılan, Qiyamət günü Allahın mükafatını göz­ləyəndən və buna görə Onun onu cəzalandıracağından ehti­yat etməyəndən yaxşı ola bilərmi? Əlbəttə ki, yox!
Ey insanlar!
Rəbb sizə haqq ilə nahaqqın, xilas yolu ilə həlaka aparan cığırların arasındakı fərqi göstərmişdir. İndi necə istəyirsinizsə, be­lə də edin. Əgər istəyirsinizsə, doğru yolla gedin və onda siz Rəbbi­nizin iltifatını qazanmağı bacararsınız və Cənnətə daxil olarsınız, yox, bunu etmək istəmirsinizsə, onda azğınlıq zülməti içində veyil­lə­nin və o zaman Rəbbiniz sizə qəzəblənər və sizi əbədi bədbəxtlik mə­kanına vasil edər. O (Pak və Müqəddəs) sizi görür və sizin bü­tün əməllərinizə və törətdiklərinizə görə sizə əvə­zini verəcəkdir. Föv­­qəluca buyurur: “De: “Haqq – sizin Rəb­bi­niz­dəndir. Kim istə­yir iman gətirsin, kim istəmirsə, qoy iman gətirməsin” (Kəhf, 18/29).

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ
(41. 41) “Həqiqətən, onlar – Zikr onlara gəldikdə onu in­kar edən­lərdir.[10] Halbuki, bu – fövqəlqüdrətli Kitabdır”.
Kafirlər, Allahın bütün qullarına bu həyatda və ölümdən sonra nəyin fayda gətirəcəyini və Onun hökmlə­rini rəhbər tu­tan­ları ucalda biləcəyini xatırladan Mübarək Quranı inkar edirlər. Ka­firlər bu Kitabın, Allahın lütüfkarlığı sayəsində, məxluqların ən alicənabının və ən yaxşısının dili ilə onlara çatdırıldığına əhə­miy­­yət vermirlər. Onlar Qurana, onun ən gözəl adlara layiq ol­ma­sına və ona qarşı pislik etmək istəyənlərin ona heç bir zərər vura və Allahın nazil etdiyini təhrif edə bilməyəcəkləri qə­dər föv­qəladə əzəmətinə bax­ma­yaraq, iman gətirməkdən imtina edir­lər. Bax elə buna görə sonra Allah belə buyurur:

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ

(41. 42) “Yalan ona nə öndən, nə də arxadan yaxınlaşa bil­məyəcək. O, Müdrik və Həmdəlayiqdən nazil edilmişdir”.

Şeytanlar və onların insanlardan olan həmkarları onun ayə­­lərinin bir hissəsini ondan çıxartmaq və ya Allahın nazil et­mə­diyini ona yazmaq üçün ona ya­xınlaşa bilməzlər. Kitabın özü­nü, onun sözləri və mənalarını – bütün bunların hamısını mü­hafizə etməyi Öz öhdəsinə götürmüş onu Naziledən Allah belə bu­yurur: “Həqiqətən, Zikri Biz nazil etmişik və Biz də onun mü­­ha­fizəçisiyik” (Hicr, 15/9).
Bu Kitabı, İlahi hikmətinə uyğun yaradan və hökmranlıq edən və hər şeyi öz yerində yerləşdirən Müdrik Rəbb nazil et­miş­dir. O (Pak və Müqəddəs), Öz kamil sifətləri və əzəmətli adları ilə, ədaləti və mərhəməti ilə həmd olunmağa layiqdir. Onun Ki­tabı hikmətlə doludur, nəhəng fayda verir və şəri uzaqlaşdırır və bütün bunlara görə həmd yalnız Tək Ona aiddir.

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

(41. 43) “Sənə, yalnız sənəqədərki elçilərə deyilənlər, de­yi­ləcəkdir. Həqiqətən, sənin Rəbbin həm Bağışlayan, həm də şiddətli Əzabverəndir”.

Ey Elçi! Səni yalançı hesab edən və haqqı inadkarcasına danan müşriklər sənə, sənəqədərki peyğəmbərlərə dediklərini deyəcəklər. Onlar eyni oxşar iddialar irəli sürürlər, bəzən də, sa­dəcə olaraq, sələflərinin dedikləri sözləri təkrarlayırlar. Onların hamısı təəccüblənirdilər ki, niyə elçilər onları Allaha səmimiy­yətlə qulluq etməyə və yalnız Tək Ona, şərik qoşmadan, ibadət etməyə dəvət edirdilər. Onlar var qüvvələri ilə peyğəm­bər­lərə mane olmağa cəhd göstərirdilər və onlara deyirdilər: “Siz də bi­zim kimi insanlarsınız...” (36/15). Onlar möcüzə göstəril­mə­sini və mənası olmayan dəlillər gətirilməsini tələb edirdilər. Bütün za­manlarda onların sözləri və düşüncələri oxşar olurdu, lakin el­çilər onlara çəkdirilən iztirab və incidilmələrə səbirlə dö­zür­dülər. Buna görə, səndən əvvəlki peyğəmbərlər kimi, sən də döz!
Sonra Rəbb günahkarları tövbə etməyə, bağışlanma yoluna qədəm qoymağa və azğınlıqdan əl çəkməyə çağırır. O (Pak və Müqəddəs), insanlara xatırladır ki, günah törətməkdən əl çəkən­lə­­­­rin və tövbə edənlərin günahlarını bağışlayır, inadla və təkəb­bürlə günah işlətməkdə davam edənləri ağrı-acılı əzabla cəzalan­dırır.

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(41. 44) “Əgər Biz onu ərəb dilində olmayan Quran etsəy­dik, onda onlar hökmən deyərdilər ki: “Niyə onun ayələri izah edil­məmişdir? Qəribədir! Özgə dil və ərəb?” De: “O – doğru yol Təli­matı və iman gətirənlərə şəfadır. Kafirlərin qulaqları isə ağır eşi­dir və ona kor kimi baxırlar. Onlar uzaq yerdən ça­ğırılan kimi­dir­lər”.

Fövqəluca, Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Kitabı onun doğma ərəb dilində nazil etməsi ilə Öz məxluqlarını himayəsi altına alan mər­həməti və alicənablığı haqqında xəbər verir ki, o (s.ə.s.), onu xalqına izah edə bilsin. Bu – Allahın xe­yir­xahlığıdır və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) qəbilədaşlarını Kitaba maraq göstərmək, ona iman gətir­məyə və itaət etməyə həvəsləndirmək üçün edilmişdi. Axı əgər Allah onu yad bir dildə nazil etsəydi, kafirlərin əksəriyyəti de­yər­di ki: “Ni­yə onun ayələri izah edilməmişdir? Ah, əgər biz onun mənasını və əhəmiyyətini başa düşə bilsəydik! Necə ola bilər ki, ərəb Quranı qeyri-ərəb dilində bəyan edir? Niyə Muhəmməd – ərəb­dir, gətirdiyi Kitab – yadellidir? Belə ola bilməz!”
Beləliklə, Allah Öz Kitabının haqq olduğuna insanların şəkk gətirməsinə şübhə yeri qoymamış, sonra isə onu ən gözəl adlarla vəsf edib səciyyələndirmişdir. Bu adlar insanlardan onun hökmlərinə itaət etməyi tələb edir. Buna əmin olan möminlər bu nəsihətlərdən faydalanır və özlərini nəcibləşdirirlər ki, bunu ka­firlər haqqında demək mümkün deyil.
Mübarək Quran möminlərə doğru yolu göstərir və onlara faydalı biliklər öyrədir və bunların sayəsində onlar Allahın kamil təliminə yiyələnirlər. Bundan başqa, o, onların canına və qəlbinə şəfa verir, onları qüsurlu əxlaqdan və yaramaz əməllərdən uzaq­laşdırır, onları, günahları təmizləyən və ürəyi sağaldan səmimi tövbə etməyə ruhlandırır.
Kafirlərə gəldikdə isə, onlar doğru yolu görə bilmirlər ki, onunla gedə bilsinlər və buna görə atdıqları hər addım ilə get­dikcə daha dərin azğınlığa batırlar. Hər dəfə haqqı inkar edəndə, onların korluğu güclənir və vəziyyətləri daha da ağırlaşır. On­ların qulaqları Quran ayələrindən üz döndərdikləri üçün nəsihət­ləri eşitmir. Onları iman gətirməyə dəvət edirlər, lakin onlar bu çağırışa cavab vermirlər, sanki onları çox uzaqdan çağırırlar və onlar da çağıranın səsini eşitmirlər. Bu sözlərin mahiyyəti on­da­dır ki, Qurana iman gətirməmiş insanlar onun nəsihətlərindən faydalanmırlar, onun nurunu görmürlər və onun nemətinə nail ola bilmirlər, çünki onlar doğru yola aparan qarşılarındakı qapını özləri bağlamışlar və üzlərini küfrə tərəf çevirmişlər.

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

(41. 45) “Biz Musaya Kitab bəxş etdikdə, ona görə ixtilaf baş verdi. Əgər Rəbbinin əvvəllər vəd etdiyi Söz olmasaydı, on­ların mübahisəsi həll edilərdi. Həqiqətən, onlar ona[11] dair qeyri-mü­­əyyən şübhələr içindədirlər”.

Hələ əvvəlcə Allah Musaya (ə) Kitab əta etmişdi və insan­lar onunla (ə) da Muhəmmədlə (ona Allahın salavatı və salamı olsun!) davrandıqları kimi davranmışdılar. Bəziləri Kitaba iman gətirmiş, doğru yolla getmiş və böyük nemətə[12] nail olmuşdular, digərləri isə, onu yalan saymış və onun nəsihətlərindən fayda­lan­mamışdılar. Əgər Fövqəluca Allah Mülayim və Səbirli olma­saydı və əgər O (Pak və Müqəddəs), cəza verilməsinə müəyyən müd­dətə qədər möhlət verməsəydi, onda möminlərlə kafirlərin ara­sındakı ixtilaf elə bu dünyadaca həll edilərdi və kafirlər məhv olu­nardılar. Lakin bu möhlətə baxmayaraq, onlar artıq özləri öz­lərini həlaka məhkum etmişdilər və o, onları mütləq yaxa­la­ya­caqdır. Amma allahsızlar buna şübhə və inamsızlıqla yana­şırlar və bu onları həyəcana salır və narahat edir və onları Kitabı rədd etməyə və yalan saymağa məcbur edir.

ﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ

(41. 46) “Kim xeyirxah işlər görərsə, özü üçün görər. Kim ki, pis iş görərsə, öz əleyhinə olar. Rəbbin qulları ilə zalım­ca­sı­na davranmaz”.

Yaxşılıq etmək yalnız Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmrlərinə itaət etməklə müm­kün­dür və bunun nəticəsi olaraq həm bu dünyada, həm də Axi­rət həyatında Allahın mükafatı olacaqdır. İnsan beləcə davrana­raq, özünə fayda verir. Əgər o, pislik edirsə, onda bu halda özünə zərər vurur, çünki günahlar öz ardınca həm yer üzündəki həyat­da, həm də ölümdən sonra pislik və cəza gətirir.
Rəbb qullarını xeyirxah işlər görməyə və cinayətlərdən qa­çınmağa ruhlandırır ki, insanlar öz gözəl əməllərindən fayda­lana bilsinlər, günahkarlar isə günahlarının pisliyini dadsınlar. Həqi­qə­tən də, heç kəs özgə günahlarının yükünü daşımayacaq, Rəbb isə insanı, onun törətmədiyi günahlara görə cəzalandırmır.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ

(41. 47) “O Saat haqqında bilik Ona aiddir! Onun xəbəri olmadan heç bir zoğdan bar çıxmaz, heç bir dişi hamilə ola və do­ğa bilməz. Həmin gün O, onlara: “Hanı Mənim şəriklərim?” – deyə müraciət edəndə, onlar deyəcəklər: “Biz Sənə bildirmiş­dik ki, heç birimiz şahidlik etməyəcəyik”.

Fövqəluca, Ondan başqa heç kimin malik olmadığı qeybə məx­sus bilikləri ehtiva edən Öz elminin əhatəolunmazlığından xə­bər verir. Onun elmi bütün məxluqlarının bildiklərindən üs­tün­dür. Peyğəmbərlər, mələklər və bütün digər məxluqlar özləri­nin güc­süzlüyünü və Fövqəluca Allahdan asılılıqlarını etiraf edirlər.
Heç bir dişi Onun xəbəri olmadan hamilə qala və doğa bil­məz. Bu, bütün insanlara və heyvanlara aiddir. Bütpərəstlər və müşriklər, nəinki biliklərdən, hətta eşitmə və görmə qabiliyyə­tin­dən məhrum olanları Allahala bərabər tutmağa necə cəsarət ediblər?!
Qiyamət günü qopanda Fövqəluca Allah müşrikləri qına­ya­raq, belə buyuracaq: “Hanı sizin mənə şərik qoşduğunuz, iba­dət etdiyiniz və onların xatirinə elçilərlə mübahisə və düş­mən­çilik yürütdüyünüz “ilahlarınız”?” Onda onlar müşrikliyin yanlış oldu­ğunu etiraf edib deyəcəklər: “Bu gün bizlərdən heç kim di­gər ilahları qəbul etmir. Ey Rəbbimiz, biz dərk etdik ki, Sən kim­sən. Şahid ol ki, biz bundan sonra Səninlə barabər heç bir ilah və şəriklər tanımırıq və onlara ibadət etməkdən əl çəkirik”.

 ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

(41. 48) “Onların əvvəllər dua etdikləri onları tərk edə­cək­lər və onlar əmin olacaqlar ki, heç yerə qaça bilməyəcək­lər”.

Onların bütün həyatlarını sərf etdikləri inancları və əməl­ləri hədər gedəcək. Onlar Allahla yanaşı uydurma “ilahlara” iba­dət edərək, bütlərin onlara fayda verəcəyinə, onları cəzadan qo­ru­yacaqlarına və Allah qarşısında onlar üçün şəfaətçilik edəcək­lərinə ümid bəsləmişdilər. Amma onların gözlədikləri özünü doğ­rultma­yacaq, onların səyləri əbəs olacaq və “ilahları” onlara kömək et­mə­yəcəklər. Belə olduqda, müşriklər başa düşəcəklər ki, onlar nə xilas ola biləcək, nə də sığınacaq tapa bilməyəcəklər.

 ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ

(41. 49) “İnsan xeyir haqqında yalvarmaqdan usanmır, lakin ona zərər toxunduqda ruhdan düşüb, ümidini itirir”.
Fövqəluca insan qəlbinin təbiəti haqqında xəbər verir. İn­san­ların əksəriyyəti həm xeyirxahlıq etməkdə, həm də müsibət anında səbirli olmaqdan və dözümlülükdən məhrum edilmişdir. Lakin bunu, yalnız Allahın qəlblərini daha kamil etdiyi və imanla süsləndirdiyi şəxslər haqqında demək olmaz.
İnsan ara vermədən Allahdan ona uğur qazanmaqda kö­mək göstərməyi, var-dövlət verməyi, övladlar və çoxsaylı maddi nemətlər bağışlamağı xahiş edir. İnsan bir saat belə bu nemətlər xatirinə çalışmaqdan əl çəkmir, nə azla, nə də çoxla qane olmur. Onun var-dövlətinin çoxluğundan asılı olmayaraq, o, daha artıq istəməkdən əl çəkmir.
Ona xəstəlik, ehtiyac və ya bədbəxtlik düçar olduqda, o, Fövqəluca Allahın mərhəmətinə ümid bağlamır və elə düşünür ki, bu müsibətlər onu məhv edəcəkdir. O özünü itirir və elə ad­dımlar atır ki, bunlar ona sevdiyi və arzu etdiyinə nail olmağa mane olur.
O kəslər ki, iman gətirmişlər və xeyirxah işlər görürlər, on­lar, Fövqəluca Allah onlara nemətlər və mərhəmətini əta edən­də, Ona şükür və minnətdarlıq edirlər və ehtiyat edirlər ki, bu – sı­naq və onların yaxşı əməllərinin tam əvəzidir. Onların özlərinə, övlad­la­rı­na və ya mallarına bədbəxtlik üz verəndə, onlar səbir edir, ümid­sizliyə qapılmır və öz Rəbbinin mərhəmətinə ümid bəs­ləyirlər.


ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(41. 50) “Əgər Biz ona, bədbəxtlikdən sonra, Özümüzdən mərhəmət dadızdırsaq, onda o hökmən deyəcəkdir: “Bax bu – mənim haqqımdır və mən düşünmürəm ki, o Saat gələcəkdir[13]. Əgər mən Rəbbimə qaytarılsam, onda Onun yanında mənə ən yaxşısı hazır ediləcəkdir”. Biz inkar edənlərə onların törətdik­ləri haqqında mütləq xəbər verəcək və onlara şiddətli əzabı daddıracağıq”.

Xeyirxahlıq arzusunda olan insan, ona bədbəxtlik düçar olanda, ümidini itirir və çox vaxt Rəbbinə, göstərdiyi mərhəmə­tinə görə, şükür etmir. Allah ona xəstəliklərindən şəfa verir və onu kasıblıqdan xilas edir, o isə əxlaqsızlıq edir, zalımlıq göstərir və de­yir: “Bunu mən özüm əldə etmişəm. Mən layiq olduğum üçün bu yaxşılıq mənə əta edilmişdir. Mən, ümumiyyətlə, heç düşünmürəm ki, Qiyamət saatı havaxtsa gələcəkdir”. Bir baxın, görün o, Qiyamət gününü necə inkar edir və Allahın ona əta et­diyi xeyir və mərhəmət əvəzində necə naşükürlüklə cavab ve­rir. Bununla yanaşı o elə zənn edir ki, Qiyamət günü onsuz da ola­sıdır və o, Allaha qaytarılacaq və daha çox və daha gözəl qismətə nail ediləcəkdir. O, elə fikirləşir ki, Axirət həyatında da onu yer üzündə olanlar gözləyir. Həqiqətən, bu, ən böyük həya­sızlıq və Allaha atılan məşum böhtandır. Bax, elə buna görə, bu ayənin sonunda Rəbb belə azğınlıq içində olanları şiddətli cəza ilə təhdid edir.

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(41. 51) “Biz insana nemətlər bağışlayanda, o dönüb uz­aq­laşır. Ona şər toxunduqda isə, o, uzun-uzadı dua edir”.

Allah insana sağlamlıq, zənginlik, ruzi və bir çox digər şey­lər verdikdə, o, Rəbbindən üz döndərib, Ona minnətdarlığını bil­dirmədən, çıxıb gedir, yəni, əldə etdiklərinə görə qürrələnir və fəxr edir və başqalarına təkəbbürlə baxır.
O, xəstəliyə tutulduqda, ehtiyaca düşdükdə və başqa oxşar hallara düçar olduqda, çoxlu və tez-tez dua etməyə başlayır. Bu­nun səbəbi onun səbirdən məhrum olmasındadır. O, bəla za­manı hövsələsizdir və xeyirxahlığa qarşı naşükürdür. Həqiqətən, bu, Allahın lütüfkarlığını göstərdiyi və doğru yola yönəltdiyi şəxs­lərdən başqa, hamıya aiddir.
 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ

(41. 52) “De: “Siz nə fikirləşirsiniz? Əgər o, Allahın dər­gahındandırsa və siz də ona iman gətirmirsinizsə, onda dərin ixtilafda olandan daha azğın kim ola bilər?”

Ey Muhəmməd! Doğrudanmı Quranı inkar edən və onu düşünmədən yalan adlandıran kafirlər, əgər doğrudan da Quranı Allah nazil etmişdirsə, onda bunun necə olacağını fikirləşmirlər? Buna şübhə etmək mümkün deyil, lakin onlar yenə də Kitabı in­kar edirlər. Haqq və doğru yol ona aydın olandan sonra haqq ilə dərin ixtilafa girmiş, Allah və Onun Elçisi (ona Allahın sala­vatı və salamı olsun!) ilə inadkarcasına düşmənçilik edəndən da­ha az­ğın kim ola bilər? Bunlar o kəslərdir ki, yalanı və cahilliyi haq­dan üstün tuturlar. Bunlar Allahın ən azmış və ən şərəfsiz qulla­rıdır.

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(41. 53) “Biz, onun[14] haqq olması onlara aydın olanadək, Öz dəlillərimizi həm üfüqdə, həm də onların özlərində[15] göstə­rə­cəyik. Məgər Rəbbin hər şeyin Şahidi olması sizə bəs deyil­mi?
Əgər siz Quranın haqq olmasına və doğruluğuna şübhə edirsinizsə, onda Allah haqqı ayırd etməkdə sizə kömək edər və Öz dəlillərini sizə göstərər. Göylərdə və yerdə böyük hadisələr baş verəcək və siz bir çox yeniliklər kəşf edəcəksiniz ki, onlar sizə haqqı aydın görməyə imkan verəcəkdir. Siz həmçinin Allahın in­sanı necə gözəl biçimdə yaratmasının və ona necə fövqəladə va­leh­edici iste­dad­lar əta etməsinin ecazkar möcüzələrini görə­cək­si­niz. Siz öz gözünüzlə görəcəksiniz ki, kafirlər necə cəzalan­dırı­lacaq və mömin­lər necə mükafatlandırılacaqlar. Bütün bun­lardan sonra isə, bu­nun[16] haqq olmasında sizin ən kiçik şübhəniz belə qalma­yacaqdır.
Fövqəluca Öz vədini yerinə yetirərək, möcüzələrini insan­lara göstərdi, lakin onların çoxu yenə də iman gətirməyəcək. Hə­qiqətən, Allah, istədiyinə iman bəxş edir, istədiyini də Öz yardı­mından məhrum edir.
Məgər Quranın haqqı bəyan etməsi və Allahın Özünün on­lara gələn Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğ­ru­çu­lu­ğuna şəhadət verməsi onlara bəs deyil? Allah onun (s.ə.s.) haqlı ol­masını təsdiq etmişdir. O (Pak və Müqəddəs), şahidlərin ən Sadi­qi­dir! O (Pak və Müqəddəs) Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onun peyğəmbərliyinə şübhə edənlərlə mübarizə­sin­də kömək etmiş və onu (s.ə.s.) Özünün Sözü ilə mü­dafiə etmişdir.


ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ

(41. 54) “Həqiqətən, onlar öz Rəbbi ilə görüşəcəklərinə şübhə edirlər. Həqiqətən, O, hər şeyi Əhatəedəndir”.
Onlar Qiyamət gününün qopacağına, bütün ölülərin diril­di­ləcəyinə şübhə edirlər. Onlar Axirət həyatına inanmırlar və bu­na görə onun üçün çalışmırlar və ona nəzər salmırlar. Axı Allah Öz elmi, əzəməti və fövqəlqüdrəti ilə bütün varlığı əhatə edir.



[1] “...və bu istehkamlar sayəsində Yerin titrəyişinin və dağılmasının qarşısını alan...” . Bu mətn əsərin müəllifinə məxsusdur. F.S.
[2] Oxucu 41/9 və 41/10-cu ayələrdəki gün fərqlərinə diqqət yetirməlidir. 9-cu ayədə yerin iki günə (iki əyyamda) xəlq edilməsi və 10-cu ayədə dörd əyyamda (dörd gündə) yer üzündə sar­sılmaz dağlar yara­dıl­ma­sın­dan bəhs edilir. Əslində isə, burada təzad yoxdur. Çünki iki günə yeri yaradan Allah, iki sonrakı gün ərzində də dağları yaratmışdır və buna görə, növbəti 10-cu ayədə dörd gün (əyyam) yazılmışdır, yəni yerin və dağların yaradılması cəmi dörd gün (əy­yam) çəkmişdir. Ayələrin şərhində bu ifadə öz əksini tapmışdır. Burada qeyd etmək yerinə düşərdi ki, 41/9 ayədə iki gün sözü - (يَوْمَيْنِ – yəvməyni) -“iki gün” şəklində verilmişdir, 41/10 ayədə isə bu – (اَيَّامٍ) formatındadır ki, bu – “günlər”, “əyyam” mənalarını da verir. Mənim gəl­di­yim qənaətə gö­rə, hər iki ayədəki “gün” və “əyyam” ifadələri bizim bu sözlərə ver­di­yi­miz kəmiyyət və zaman mənaları üst-üs­tə düşməyə bilər. Bunun daha dərin araşdı­rılması isə mütəxəssislərə aid məsələdir. Tərc. F.S.
[3] Rus mətnində bu ifadə: «шесть дней» - “altı gün” kimi verilmişdir. Lakin bizim tərcü­mə­miz­­də “gün” (“əyyam”) sözü ilə əlaqədar öncəki surələrdə də bəzi hallarda “əyyam” sözünün iş­lədilməsi, onun ərəb dilində bir sıra prinsipial mənalarının nəzərə alınması ilə əlaqədardır. Azərbaycan dilinə çevirəndə, əsasən, “günlər” məna­sını verən “əyyam” kəl­məsi həm də “mü­əy­yən zaman kəsimini (dövr, qərinə, mərhələ və s.) bildirir. Bu iza­hı verməkdə məqsəd Quranda Allahın işlətdiyi müəyyən sözlərin dərin mənalara malik ola bilməsini oxu­cu­ya bil­dirməkdir. Zaman keçdikcə, Müdrik Allah onları əməlisaleh elm adamlarına təlqin edə bilər. Bunu, son dövrlərdə Quranın möcüzələrinin kəşf edilməsi sübuta yetirir. Ən doğrusunu isə Allah bilir. F.S.
[4] Qədər – İslam dininin fundamental və prinsipial iman məsələlərindən biridir. Uzun illər və bəlkə də əsrlər boyu bu sözü az anlaşılan mücərrəd məfhum kimi – tale, alın yazısı, qismət, müqəddərat olaraq, sanki konkret olmayan, mahiyyəti qaranlıq bir anlayış olaraq qəbul etmişik. Lakin qədərin Azərbaycan dilində həm xalq ara­sın­da, həm də ədəbi dildə son dərəcə işlək söz olduğunu daima nəzərdən qaçır­mışıq. Mənə, məhz bu əsərin tərcüməsi üzərində işləyərkən tam aydın oldu ki, “qədər – alın yazısı” ifadəsi dilimizin geniş istifadə olunan sadə sözlərindən biridir. Belə ki, “qə­dər” sözü Müasir Azərbaycan dilində qeyri-müəyyən miqdar sayını ifadə edir və, o cüm­lədən, əşyanın və ya mücərrəd məfhumun ölçüsünü bildirir. Yəni, adi danışıq tər­zimizdə “qədər” dedikdə, hər hansı bir şeyin, ilk növbədə, miqdarı və ölçüsü göz qabağına gəlir. Bunlar, ana dilimizdə çox qədimlərdən işlənən sözlər sırasında oldu­ğu halda, onun daha dərin mahiyyət kəsb edən dini mənası daha qabarıq olduğu üçün, yəni insanın Allah tərəfindən təyin edilmiş “taleyi”, “alın yazısı” ilə bağlı olan mə­naya cəmiyyətdə daha böyük əhəmiyyət verilmiş, bu məna əsrarəngizləşmiş və onun anlaşıqlı mahiyyət daşıyan sinonimləri (“miqdar”, “ölçü”) arxa plana keçmiş və onların eyni zamanda paralel işlədilməsinə baxmayaraq, sözlərin arasında mifik­ləşmiş “uçurum” əmələ gəlmişdir.
 Dində ən çətin anlaşılan və çoxsaylı suallar doğuran məsələlərdən biri olan tale, alın yazısı Allahın Quranında “qədər” kəlməsi ilə ifadə edilərək çox geniş şəkildə iş­lə­dilməsinə baxmayaraq, qədər sözü bir sıra insanlarımız üçün günümüzədək tam aydın qavranılmayan fenomen timsalındadır. Halbuki, Müdrik və Fövqəluca Allah həmin kəlmə ilə həm insanlara, həm də bütün digər məxluqlara aid olan və yara­dılışdan Axirətədək davam edəcək bütün fiziki və mənəvi prosesslərin məcmusunu – onların miqdarı və ölçüsünü nəzərdə tutur. Məsələn, hər hansı “bir insanın qədəri” dedikdə, onun Fövqəluca Allah tərəfindən müəyyən olunmuş ana bətninə düşmə­sin­dən Axirətədək başına gələcək fiziki və mənəvi durumunun: zaman və məkan, forma və mahiyyət və digər tərkib hissələrinin özünəməxsus vaxtı, miqdarı, ölçüsü və s. başa düşülməlidir. Qədərin ərəb dilində də əsas lüğəvi mənası belə qəbul olunur. Hətta “Qədr gecəsi” anlayışında da bu dediklərimiz əsas götürülə bilər. F. S.
[5] Quranın bu surəsinin 15-16-cı ayələrində bəhs edilən Ad və Səmud xalqları və onların viran edilmiş ölkələri haqqında təkzibedilməz məlumatları son dövrlərdə aparılan arxeoloji qazıntıların nəticələri də təsdiq edir. Ad əhalisinin sakinləri olduğu yüksək sütunlu İrəm şəhə­rinin qalıqların altından aşkar edilməsi yeni tarixi və arxeoloji tapıntılardır ki, Quran ayələ­rin­dəki qədim dövrlərə aid məlumatların gerçəkliyinin dəlilləridir. Bax: Quran heç tükənməyən möcüzələr, İstambul, 2005, s. 232. F.S.
[6] Cəhənnəmə vasil edilmiş cahil və nadan olan kafirlər Allaha bu yalvarışla müraciət edəndə heç ağıllarına da gətir­mirlər ki, Qiyamətin və onların əbədi bədbəxtliyinin başlaması ilə Kainat və ona daxil olan və onların qayıtmaq istədikləri Yer kürəsi də artıq yox edilmişdir. F.S.
[7] Kursiv mənimdir. F.S.
[8] Erkək və dişi cinsli bitkilər nəzərdə tutulur. F.S.
[9] “Boynu bükük torpaq” məcazı ilə “quru, cansız, məlul-məlul, səssiz-səmirsiz dayanan tor­paq” (İbn Teymiyyənin ifadəsindən ) nəzərdə tutulur. F.S.
[10] Bu ayə, Quranın müxtəlif dillərə (o cümlədən, Azərbaycan və rus dillərinə edilmiş digər) tərcümələr­də, əslində olmayan əlavələrlə çevrilmişdir. Yalnız Rusiyalı ərəbşünası, akademik İ.Y. Kraçkovski bu ayəni ərəb orijinalında olduğu kimi (heç bir əlavə etmədən) vermişdir. Lakin otuza yaxın türk tərcü­mə­ləri arasında təkcə Elmalı-1 tərcüməsi mənim tərtib etdiyim əlavəsiz varianta nisbətən yaxın gəlir (Təbii ki, mən burada bütöv Quranın tərcüməsinə deyil, yalnız müəyyən ayələrin çevirisinə etdiyim kiçik təshihləri qeyd etməyə cəsarət göstərirəm). F.S.
[11] “Quran” nəzərdə tutulur. F.S.
[12] “Cənnət” nəzərdə tutulur. F.S.
[13]O Saat gələcəkdir” – Qiyamət qopacağı nəzərdə tutulur. F.S.
[14] “Quran” nəzərdə tutulur. F.S.
[15] Ayədə “özləri” kimi çevirdiyimiz sözün ərəbcəsi “nəfs” () – dir. Azərbaycan (Türk) dilində kəlmənin bil­dirdiyi məna “can”, “ruh” kimi sözlərlə də ifadə olunur. Quranda bu söz bir çox ayələrdə istifadə olun­muş­dur və bizim maddi bədənimizin xaricində, lakin onunla bü­tün­ləşmiş insani mahiyyətimizi ifadə etmək üçün istifadə edilir. Quran, biz öldükdə, nə­fsimizin alınacağını söyləyir (Ana dilimizdə biz bunu “ruhun alınması, qəbz edilməsi” kimi də ifadə edirik. Quranda “ruh” sözünun işlədilməsilə bərabər Azərbaycan dilində istifadə et­di­yimiz “ruh” kəlməsi ərəb dilində həmçinin “nəfs” sözünün qarşılığıdır). Quran “nəfsi” bizim şü­urlu halımız, mənliyimizin əsası kimi təqdim edir. Belə ki, yuxuya getdiyimiz zaman nəfs maddi vücudumuzda olmur (Bax: Zumər, 39/42). Lakin buna baxmayaraq nəfs maddi vücu­dumuzdan təcrid olunmamış vəziyyət­də­dir; etdiyimiz yaxşılıqları və pislikləri əmələ gətirən nəfs – bizim mənliyimiz və şürumuzdur. İnsani varlı­ğımıza həyat verən də elə bu şüurumuz – nəfsimizdir ki, biz ona bilavasitə hakim deyilik... O, Fövqəlqüdrətli Allahın sərəncamındadır. Tərcüməçinin bu qeydi yazmaqda məqsədi – nəfs haqqında oxucuya bir qədər “geniş” məlu­mat çatdırmaqdır. Bu qeydlər “Quran heç tükənməyən möcüzələr” kitabının materi­allarına istinad edir (Bax: 2005-ci il nəşri. 55-ci Bölüm. “Yaradılışımızdan bizimlə birlikdə olan də­lil­lər”. səh. 208 ). F.S.
[16] “Quran” nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий