\|
SƏCDƏ
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ
ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
(32. 1) “Əlif. Ləm. Mim”.
(32. 2) “Bu Kitabın nazil edilməsi, heç
şübhə yox ki, aləmlərin Rəbbindəndir”.
Fövqəluca xəbər verir ki, bu Kəramətli
Kitabı aləmlərin Rəbbi nazil etmiş və Öz məxluqlarına bol nemətlər vermişdir.
Rəbbin ən gözəl hədiyyələrindən biri də bu Kitabdır və onda möminliyə, gözəl əxlaqa
nail olmaq haqqında biliklər öz əksini tapmışdır. Hərçənd bu Kitabın gerçəkliyinə
şübhə etmək mümkün olmasa da, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı
olsun!) zalımcasına inkar edən kafirlər bəyan edirlər ki, o özü bu Quranı
uydurmuşdur və yalandan onu Rəbbə aid etmişdir. Həqiqətən də belə bəyanatlar
çox böyük qəbahətdir, çünki özündə Allahın kəlamlarını inkar etməkdən, Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) adına yalan ittihamlar söyləməkdən və
həm də məxluqların Xaliqinin kəlamlarına bənzər sözlər uydura bilməsi
iddiasını irəli sürməkdən ibarət olan fəsadları cəmləşdirir. Sadalanan baxışlardan
hər biri ən böyük günahlardandır və buna görə də sonra Allah kafirlərin
iddialarını təkzib edərək belə buyurur:
ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(32. 3) “Ya da onlar deyəcəklər: “Bu
onun uydurmasıdır?” Yox, o, sənin Rəbbindən gələn Haqdır ki, sən onunla, sənə
qədər onlara çəkindirən nəsihətçi gəlməmiş insanları xəbərdar edəsən, – bəlkə
onlar doğru yola gəldilər”.
Quran – xalis haqdır və yalan ona nə
öndən, nə arxadan yaxınlaşa bilməz. Müdrik və Həmdəlayiq Rəbb onu Öz mərhəmti
sayəsində nazil etmişdir ki, Elçi (ona Allahın salavatı və salamı olsun!) onun
vasitəsi ilə peyğəmbər nəsihətlərinə və Səmavi Kitaba hər şeydən daha çox
ehtiyacı olan insanlara öyüd-nəsihət versin. Onlar dəvətçilər və elçilər
haqqında biliyə malik deyildilər. Bundan başqa, onlar cahillik və azğınlıq
içində dolaşırdılar. Lakin Allah Kitabı nazil etdi ki, onlar azdıqları yoldan
əl çəksinlər, haqqı dərk etsinlər və onu qalan hər şeydən üstün tutsunlar.
Allahın sadaladığı sübutlar kafirlərin
iddialarını təkzib edir və insanların yalnız Kəramətli Qurana iman gətirməli
olduqlarını vacib edir. Bu dəlillərdən biri – Quranın aləmlərin Rəbbi tərəfindən
nazil edilməsidir. Bu, xalis haqdır və bunun sayəsində Quran ayələrinin
doğruluğuna şübhə etmək olmaz. Quran ayələri arasında eləsi yoxdur ki, gerçəkliyə
zidd olsun və bu ayələrin mənasında da nə qarışıqlıq, nə də şübhəli bir şey
yoxdur. Bundan başqa, insanlar doğru bir təlimata olduqca möhtacdırlar və bu
Kitab bəşəriyyətə xeyir və fayda gətirə bilən hər şeyə yol göstərir.
ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ
(32. 4) “Allah – göyləri, yeri və
onların arasındakıları altı əyyamda[1]
xəlq etmiş və sonra Ərşə çəkilmişdir. Sizin Ondan başqa nə bir haminiz, nə də
bir şəfaətçiniz yoxdur! Məgər siz nəsihətləri xatırlamırsınız?”
Bu ayədə Fövqəluca
Öz fövqəlqüdrətinin hüdudsuzluğundan xəbər verir. O (Pak və Müqəddəs),
Kainatı altı əyyamda[2]
yaratmışdır. Dünyanın yaradılmasının ilk günü bazar və sonuncu günü isə
cümə olmuşdur[3]. Əlbəttə,
Fövqəluca Kainatı bir anda da xəlq edə bilərdi, lakin O (Pak və Müqəddəs), belə
etməmişdir, çünki O (Pak və Müqəddəs) – Xeyirxah və Müdrik Hökmdardır. Dünyanı
yaratdıqdan sonra O (Pak və Müqəddəs), Kainatın tavanı olan Ərşinə yönəlmişdir.
O
(Pak və Müqəddəs), Ərşinə Öz əzəmətinə və fövqəlqüdrətinə uyğun
bir tərzdə yönəlmişdir. O (Pak və Müqəddəs) – məxluqların Vahid Hamisidir,
çünki yalnız O, onlara fayda verə bilər. O (Pak və Müqəddəs) – onların Vahid
Şəfaətverənidir, çünki yalnız O onları cəzadan xilas edə bilər. Niyə bəs
insanlar düşünmək və anlamaq istəmirlər[4]
ki, Əzəmətli Ərşə yönəlmiş və Kainatın bütün işlərini İdarəedən, Öz
qullarının Hamisi və şəfaət vermənin tam sərancamı ixtiyarında Olan, göylərin
və yerin Xaliqi, ibadətə və pərəstişə layiq olan Vahid Rəbb – Allahdır?!!
ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(32. 5) “O, göydən yerə qədər bütün işləri
idarə edir və sonra onlar, sizin hesab etdiyiniz kimi, min ilə bərabər olan,
bir gün ərzində Ona yüksəlir”.
Fövqəlqüdrətli Hökmdar göydən yerə
nazil edilən ilahi qədərinin və səmavi dinin qanunlarına uyğun olaraq
qullarını idarə edir. Bu qanunların vasitəsi ilə Allah insanları bəxtiyar və ya
bədbəxt, zəngin və ya kasıb, qüdrətli və alçaldılmış, hörmətli və ya mənfur
edir. O (Pak və Müqəddəs), bəzi xalqları yüksəldir, bəzilərini də alçaldır və
həmçinin qullarına ruzi və maddi nemətlər nazil edir. Sonra isə Onun
buyruqları, yerdəki hesablamalara görə, min ilə bərabər olan bir gün ərzində
Allahın dərgahına yüksəlir. Lakin Allah bu işlərdən bir anda agah olur.
ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
ﮣ
(32. 6) “O, qeybi və
aşkarı Biləndir, Fövqəlqüdrətlidir, Rəhmlidir”,
Çoxsaylı möhtəşəm məxluqları xəlq edən
Rəbb, sonra əzəmətli Ərşinə çəkilərək, Öz səltənətinin bütün işlərini idarə
edir, qeybdə və aşkarda olan hər şeydən agah olur. Qeybi və aşkarı Bilən,
Fövqəlqüdrətli, Mərhəmətli adları – Onun gözəl adları arasındadır. Kainat –
Onun hüdudsuz elminin, kamil fövqəlqüdrətinin və hərşeyiəhatəedən rəhminin
nəticəsidir. O, Kainatda saysız-hesabsız nemətlər yaratmışdır və bu Onun
üçün qətiyyən çətin olmamışdır.
ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ
ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(32. 7) “xəlq etdiklərinin hamısını gözəl
Yaradandır və insanı gildən xəlq etmiş”,
(32. 8) “sonra onun nəslini bir damçı mənfur
mayedən yaratmış”,
Məxluqların hər biri, onun həyat tərzinə
tam uyğun gələn gözəl görkəmə malikdir. Bu, Fövqəluca Allahın yaratdığı hər
şeyə aiddir. Bunu izah edərək, O (Pak və Müqəddəs) bütün bəşəriyyətin ulu
babası olan Adəmin torpaqdan xəlq edildiyini xatırladır və insanların bir çox məxluqlardan
üstünlüyünü xüsusilə vurğulayır. Adəmin nəsilləri isə, çox kiçik bir damcı
nifrətamiz mayedən dünyaya gəlirlər.
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ
ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ
(32. 9) “daha sonra ona müvafiq zahiri
görünüş vermiş, Öz ruhundan üfürmüş, eşitmə, görmə qabiliyyəti və ürək əta etmişdir.
Amma, necə də az minnətdarlıq edirsiniz!”
İnsanı formalaşdıraraq, Allah ona əzələlər,
orqanlar və damarlar vermişdir. Nəticədə insan gözəl bir bədən əldə etmişdir və
o, o dərəcədə mükəmməldir ki, onun orqanlarından birinin belə yerini daha uğurlu
və daha düzgün müəyyənləşdirmək mümkün deyil. Sonra Allah insanın yanına bir
mələk göndərib, ona Öz ruhunu üfürdür. Beləliklə, Allahın iradəsi ilə cansız bədən
yaşamağa başlayır. Fövqəluca Allah isə insana hər növ nemətlər bağışlamaqda
davam edir, onu eşitmə, görmə qabiliyyəti və ürəklə təmin edir. Yenə də,
bütün bunlara baxmayaraq, insanlar öz Xaliqinə və Yaradanına çox az minnətdarlıq
edirlər.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ
ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(32. 10) “Onlar deyirlər: “Məgər biz
torpaqda yox olandan sonra doğrudanmı yenidən xəlq ediləcəyik?” Amma onlar öz
Rəbbi ilə qarşılaşacaqlarına inanmırlar”.
Dirilməni inanılmaz hesab edən kafirlər
insanın öldükdən sonra ən kiçik zərrəciklərə parçalanaraq yoxa çıxacağını və
onları görməyin və təyin etməyin mümkün olmayacağı haqqında danışmaqdan əl çəkmirlər.
Onlar ölümdən sonra dirilmənin ən ağlasığmaz hadisə hesab edirlər. Onlar
Xaliqin imkanlarını öz imkanları ilə müqayisə etdiklərinə görə belə düşünürlər.
Bu halda onlar haqqı aşkar etməyə cəhd göstərmir, əksinə, zalımlıq, inadkarlıq
göstərir, Rəbb ilə qarşılaşacaqlarına inanmırlar. Buna görə Fövqəluca
bildirir ki, onlar Onun qarşısında dayanmalı olacaqlarını inkar edirlər.
Bu fasiqlərin sözləri onların məqsədləri
və niyyətlərini birmənalı şəkildə təsdiq edir, axı əgər onlar həqiqəti dərk
etməyə çalışsaydılar, onda onu mütləq anlayardılar, çünki Allah onlara elə təkzibolunmaz
dəlillər göstərmişdir ki, onlar aydın və günəş işığı kimi inandırıcıdır. Həqiqətən,
dirilməni sübut etmək üçün Allahın insanı, nümunəsi olmadığı halda, yoxluqdan
yaratması kifayət edərdi, çünki varlığı təkrar yaratmaq, ilk dəfə xəlq etməkdən
olduqca asandır. Dirilmənin doğru olmasını həmçinin Onun yağış nazil edərək,
quru torpağı canlandırması və onda yatan toxumları ayıltması da təsdiq edir.
ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ
(32. 11) “De: “Tapşırıldığınız ölüm mələyi
canınızı aldıqdan sonra Rəbbinizə qaytarılacaqsınız”.
Ölüm mələyi – insanların canını almaq vəzifəsini
yerinə yetirən mələkdir və ona bəzi digər mələklər də kömək edirlər. Ey kafirlər!
Həyatdan ayrıldıqdan sonra, sizi Rəbbinizə qaytaracaqlar ki, törətdiyiniz əməllərinizə
görə əvəz alasınız. Əgər siz bu gün dirilməni inkar edirsinizsə, onda Fövqəluca
Allahın sizin başınıza nələr gətirəcəyini gözləyin.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(32. 12) “Əgər sən görsəydin,
günahkarlar öz Rəbbinin hüzurunda başlarını necə aşağı salacaqlar: “Ey Rəbbimiz!
Biz gördük və eşitdik. Bizi geri göndər ki, saleh işlər görək. Həqiqətən,
biz əmin olduq”.
Fövqəluca, günahkarları gətirib Onun
hüzurunda saxladıqda, onların başına nə gələcəyini xəbər verir. Əvvəllər
onlar təkəbbürlə böyük günahlar və cinayətlər törədirdilər, lakin Qiyamət
günü onlar müti, alçaldılmış və mənfur vəziyyətdə olacaqlar. Onlar törətdikləri
cinayətləri etiraf edəcək və Allaha yalvaracaqlar ki, onları dünyaya
qaytarsın. Onlar deyəcəklər: “Ey Rəbbimiz! İndi artıq hər şey bizə aydın
oldu. Biz haqqı öz gözlərimizlə gördük və ona şübhə etməkdən əl çəkdik. Bizi
dünya həyatına göndər və biz mömin olacağıq, çünki biz inkar etdiklərimizin
hamısının doğruluğuna əmin olduq”. Həqiqətən, bu günahkarların vəziyyəti dəhşətli
və həyəcanlı olacaq. Onlar alçaldılacaq, duaları isə eşidilməyəcək, çünki həmin
dəhşətli gündə heç kimə möhlət verilməyəcəkdir. Bu, Allahın qədərinə və
qismətinə tam müvafiq olaraq gerçəkləşəcək, çünki Allah Özü fasiqləri küfür
və günahları ilə başlı-başına buraxmışdır. Buna görə, sonra Fövqəluca belə buyurur:
ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(32. 13) “Əgər Biz istəsəydik, hər bir
insanı düz yola gətirərdik, lakin Mənim: “Cəhənnəmi mütləq tamamilə
cinlər və insanlarla dolduracağam!” – Sözüm gerçəkləşdi”.
Allah bütün insanları doğru yola yönəltməyə
qadirdir, lakin Onun müdrikliyi göstərir ki, insanlar arasında elələri olacaq
ki, onlar doğru yolla getməyəcəklər. Bax buna görə Allah Cəhənnəmi cinlər və
insanlarla dolduracağını vəd etmişdir. Bu vəd haqdır və mütləq icra ediləcəkdir.
Onun icra edilməsi üçün isə küfrə etiqad edən və günah işlədən cinlər və insanlar
olmalıdır.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(32. 14) “Siz bu gününüzlə
qarşılaşacağınızı unutduğunuzdan ləzzət alın! Əslində, Biz sizin özünüzü
unutmuşuq. Törətdiklərinizə görə də əbədi əzabı dadın!”
Alçaldılmış və zəlil edilmiş cinayətkarlar
Allaha yalvaracaqlar ki, onları dünya aləminə qaytarsın və onlar orada etmədiklərinin
yerini doldursunlar, lakin onlar geriyə qayıda bilməyəcəklər. Onlara ancaq Cəhənnəm
Odunun coşub daşan alovlarında müdhiş əzablar çəkməkdən başqa bir şey qalmayacaq
və buna görə də onlara belə deyiləcək: “Bu günün baş verəcəyini unutduğunuza
görə sarsıdıcı əzablı cəzanı dadın! Siz Axirət həyatını yaddan çıxartdınız,
sanki bu qorxunc günlə rastlaşmayacağınız kimi, ondan üz çevirdiniz və xeyirxah
işlər görmədiniz. Bu gün Biz, işgəncəyə məruz qalasınız deyə, sizi Cəhənnəm
Oduna atacağıq, çünki sizdən alınacaq ədalətli qisas sizin törətdiyiniz cinayətlərinizə
tamamilə uyğun olmalıdır. Siz haqqı unutqanlığa düçar etdiniz və bu gün siz
unudulacaq və ardı-arası kəsilməyən cəzaya uğradılacaqsınız”. Cəza sonsuz
olmadıqda, əzabkeşləri onun yüngülləşəcəyi və təsəlli gözləyir. Cəhənnəmdəki
cəzaya gəldikdə isə, o – rahatlıqla və təskinlik tapmaqla uyuşmazdır, çünki o əbədidir
və fasiləsizdir. Allah bizi ondan qorusun! Lakin Cəhənnəm əzabkeşləri bu cəzaya
layiqdirlər, çünki onlar küfrə etiqad etmiş, günahlar törətmiş və öz Rəbbinə
itaətsizlik göstərmişlər[5].
Allahın ayələrini qəbul etməyən
kafirləri və onları gözləyən cəzanı xatırlatdıqdan sonra, Fövqəluca Allah
möminlərin məziyyətlərindən və onlardan ötrü hazırlanmış mükafatlardan xəbər
verir. Fövqəluca buyurur:
ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(32. 15) “Həqiqətən, Bizim ayələrimizə
yalnız o kəslər iman gətirir ki, ayələr xatırlandıqda, onlar səcdə qılır, öz Rəbbinə
həmd edir və təkəbbürlənmirlər”.
(32. 16) “Onlar böyürlərini yataqdan
ayırır, öz Rəbbinə təqva və ümidlə dua edir və Bizim onlara nəsib etdiklərimizdən
xərcləyirlər”.
Həqiqi iman həmişə təkzibolunmaz dəlillərlə
təsdiq edilir. Bu dəlillərdən biri də Kəramətli Qurana olan münasibətdir. Həqiqi
iman sahibləri Quran ayələrini, Allahın elçilərinin (onlara salam olsun!) nəsihətlərini
və Allahın ayələri üzərində düşünməyə çağırışı eşidəndə, onlar qulaq asır və
onlara riayət edirlər. Onlar Allah xatırlanan zaman müti olur, öz Rəbbini dərk
etmək imkanına sevinir və səcdə qılırlar. Bu zaman onlar Allaha həmd edir və
nə qəlbən, nə də bədən hərəkətləri ilə təkəbbürlük göstərmirlər. Əgər onlar təkəbbür
göstərsəydilər, onda Fövqəluca Rəbbə itaət etməkdən boyun qaçırardılar. Lakin
bu xüsusiyyət onlara xas deyil və buna görə onlar Quran ayələri qarşısında itaət
edir və onları mütiliklə qəbul edirlər. Onların ürəkləri Səmavi Vəhy qarşısında
açılır, qəlbləri isə onların qarşısında baş əyir. Yalnız bu qaydada Rəhmli Rəbbin
mərhəmətini qazanmaq və düz yolla getmək olar.
Bununla yanaşı onlar öz böyürlərini
rahat yataqlarından ayırırlar ki, daha gözəl bir rahatlıq olan ibadət aləminə
dalsınlar, gecə namazı qılsınlar və dua ilə Fövqəluca Allaha yalvarsınlar.
Onlar Ondan maddi və mənəvi nemətlər nazil etməsini və onları hər növ şərlərdən
xilas etməsini xahiş edirlər. Onlar Ona təqva və ümid ilə müraciət edirlər.
Onlar əməllərinin rədd ediləcəyindən qorxur və Onun mükafatına ümid bəsləyirlər.
Onlar həm də Allahın onlara nəsib
etdiyi var-dövlətdən sədəqə paylayırlar. Fövqəluca sədəqənin ölçüsü və sədəqəni
kimə verəcəkləri haqqında xəbər verməmişdir və bu o deməkdir ki, müzakirə
etdiyimiz ayədə sədəqə haqqında bu sözün ən geniş mənasında bəhs edilir. Belə sədəqələrə
aid olanlar – zəkat, günahların bağışlanması üçün verilən sədəqə, zövcələrə,
qohumlara verilən və digər vacib ianələr və həmçinin hər hansı xeyirxah təşəbbüslə
bağlı olan qeyri-məcburi nafilə – könüllü sədəqələrdir. Əgər insan öz varını
xeyirxah məqsədlərə xərcləyirsə, bu ona, sədəqənin varlı və ya kasıb, yaxın və
ya yad adam üçün sərf edilməsindən asılı olmayaraq, fayda gətirir. Belə
xeyirxahlıqlara görə mükafata gəldikdə isə, o, verdiyi faydadan asılı olaraq,
müxtəlif olacaqdır. Buna görə, möminlərin əməllərini xatırlatdıqdan sonra
Fövqəluca Allah, onları gözləyən mükafatlardan xəbər verərək, belə buyurur:
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
(32. 17) “Heç kim, etdikləri əməllərin əvəzi
olaraq, onların ürəyinə yatan hansı ləzzətlərin saxlandığını bilmir”.
Bu, Allahın məxluqlarının hamısına
aiddir, çünki “nəfs” (“ruh”) sözü inkar cümlənin mətnində müəyyən önşəkilçisiz[6]
işlədilmişdir. Təqva sahibləri üçün hazırlanmış çox böyük yaxşılıqlar və
heyrətamiz nemətlər, böyük sevinc və heyranedici ləzzətlər haqqında heç
kimin məlumatı yoxdur. Buna görə Allahın Elçisi (ona Allahın salavatı və salamı
olsun!) xəbər vermişdir ki, Fövqəluca Allah belə buyurub: “Mən Öz saleh
qullarım üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi və hətta insanın ürəyindən
belə keçirmədiyi şeylər tədarük etmişəm”.
Bu möminlər gecə
namazları qılır, Allaha dua edir və etdikləri xeyirxah əməllərini kənar
baxışlardan gizlədərdilər. Onlar et-dikləri yaxşılıqlara uyğun gələn
mükafata layiqdirlər və buna görə Allah da Cənnət mükafatlarını müəyyən
vaxtadak onlardan gizli saxlayır.
ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔﯕ
ﯖ ﯗ ﯘ
(32. 18) “Məgər mömin fasiqə oxşardır?
Onlar, əlbəttə, eyni olmazlar!”
Fövqəluca ağıllı insanları dəvət edir
ki, bir-birinə tamamilə zidd keyfiyyətlərə malik məxluqların arasında mövcud
olan açıq-aşkar fərqin üzərində düşünsünlər. Hikmət və sağlam düşüncə belə məxluqlar
arasında çox böyük fərqin olmasını tələb edir. Məgər ürəyi imanla dolu olan,
dinin hökmlərini yerinə yetirən, haqq dinin bütün tələblərinə riayət edən və
Allahın qəzəbinə səbəb olan və imana sarsıdıcı təsir göstərən cinayətlərdən çəkinən
mömin, ürəyini mərəz tutmuş və həmçinin imandan və mənəvi başlanğıcdan məhrum
olan, öz cahilliyi və fasiqliyi üzündən günah işlədən və Allaha itaətsizlik edən
günahkarla müqayisə edilə bilərmi? Məgər bu, tamamilə bir-birinin əksi olan
insanlar, bərabər ola bilərlərmi? Əlbəttə yox! Sağlam təfəkkür və səmavi din
birmənalı şəkildə sübut edir ki, mömin günahkara oxşar deyil. Bu, gecənin
gündüzə, nurun isə zülmətə oxşamadığı kimidir. Bu isə o deməkdir ki, Axirət həyatında
onları gözləyən əvəz tamamilə müxtəlif olacaqdır.
ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
ﯤ ﯥ
(32. 19) “İman gətirib, yaxşı işlər görənlərin
əməllərinin əvəzi – onların Cənnət sığınacağında böyük hörmət və ehtiramla
qarşılanmaları olacaqdır”.
Dinin fərz və vacib olmayan göstərişlərini
yerinə yetirən möminlər hər növ nemətlər və ləzzətlərlə dolu olan Cənnət bağlarında
qalacaqlar. Cənnət bağları – insanın qəlbinə və ruhuna sahib olan əmin-amanlıq,
sevinc və səadət mənbəyidir. Bu, əbədi xoşbəxtlik məkanıdır ki, möminlər orada
Rəbbimiz Allahın yaxınlığında olacaqlar. Onlar orada Allahın yaxınlığından həzz
alacaq, Onun mübarək Simasına baxacaq və Onun ilahi nitqindən ləzzət
aparacaqlar. Allah onlara etdikləri xeyirxah əməllərə görə bu qəbulu göstərəcək,
çünki insan öz Rəbbinin mərhəməti sayəsində belə saleh əməllər edir ki, Cənnətin
yüksək və zəngin saraylarında yaşamağa layiq görülsün. Nə pul, nə ordu, nə
qulluqçular, nə övladlar insana bu bağlarda məskunlaşmağa kömək etməyəcəkdir.
İnsan buna görə həyatını qurban versə də, buna nail ola bilməz, çünki imandan və
saleh əməllərdən başqa heç bir şey Allahın qulunu Səadət məskəninə yaxınlaşdıra
bilməz.
ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(32. 20) “Fasiqlərin
sığınacağı isə Od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə, onları
oraya qaytaracaq və onlara belə deyiləcək: “Yalan hesab etdiyimiz Od içində
dadın əzabı!”
Mürtədlər, cəzalandırmaq və işgəncə
vermək üçün mümkün olan hər növ zəruri vasitələrin toplanıb saxlandığı Cəhənnəmdə
əbədi olaraq qalacaqlar. Onlar bədbəxt olacaq və taqətdən salınacaqlar və
buna baxmayaraq, Cəhənnəm əzablarının arası bir an belə kəsilməyəcək.
Günahkarlara verilən ağrı və işgəncə hədsiz dərəcədə dəhşətli olduqda, onlar Cəhənnəmdən
çıxmağa cəhd göstərəcəklər. Onları tutub geri qaytaranda, onlar xilas olmaq
ümidindən məhrum olacaq və bu onların əzabını daha da artıracaq. Belə
olduqda onlara deyiləcək: “Yalan hesab etdiyiniz cəzanı dadın! Budur sizin
sığınacağınız və əbədi məskəniniz olacaq Cəhənnəm Odu!” Lakin hələ bu,
günahkarları gözləyən yeganə cəza deyil. Cəhənnəm məşəqqətlərinin astanası –
ölümdən sonra cəza olacaqdır ki, günahkarlar onu hələ Qiyamət günü başlayanadək
dadmalı olacaqlar. Buna görə sonra Fövqəluca belə buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
ﭗ ﭘ ﭙ ﭚ
(32. 21) “Lakin ən şiddətli işgəncələrdən
öncə[7]
Biz onlara mütləq daha yüngül əzablar daddıracağıq ki, bəlkə qayıdalar”.
Kafirləri və günahkarları Cəhənnəm cəzasının
ağırlığına nisbətən daha “yüngül” əzab qəbirdə gözləyir. Onlardan bəziləri hələ
həyatda ikən yer üzündə cəzalandırılır, çünki onlar öldürülür, edam edilir və
ya başqa-başqa üsullarla cəzalandırılır. Bütpərəstlərlə də məhz bu baş vermişdi.
Onlar Bədr döyüşündə öldürülmüşdülər. Onlardan bəziləri isə dünya həyatından
ayrılarkən cəzalandırılacaqdır. Fövqəluca buyurur: “...Zalımları onlar
can verərkən görəydin; mələklər əllərini onlara uzadaraq: “Canınızı
verin! Bu gün sizə Allah haqqında nahaq danışdığınıza və Onun ayələrinə təkəbbürlə
yanaşdığınıza görə alçaldıcı əzab veriləcəkdir” (Ənam, 6/93). Onlar həyatdan
ayrılan kimi, bu cəza qəbir cəzası ilə əvəz olunur və Qiyamət
günü başlananadək davam edir.
Müzakirə etdiyimiz ayə qəbirdə cəzanın
gerçək olmasının dəlillərindəndir. Onda birmənalı şəkildə daha az ağır cəzanın
Cəhənnəmdəki daha dəhşətli cəzadan əvvəl olacağı xatırlanır. İnsanların hələ
ölümqabağı qismən cəzalandırıldığını nəzərə alaraq, Fövqəluca Allah xəbər
verir ki, bu hal onlardan bəzilərinə[8]
günahlarını tövbə etməyə və doğru yola qayıtmağa imkan verir. Fövqəluca
buyurur: “Quruda və dənizdə yaranan fəsad insanların öz əllərinin törətdiklərinə
görədir ki, onlar əməllərinin bir qismini dadsınlar və qayıtsınlar” (Rum,
30/41).
ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ
(32. 22) “Rəbbinin ayələrini ona
xatırlatdıqdan sonra onlardan üz döndərəndən daha zalım kim ola bilər? Həqiqətən,
Biz günahkarlardan qisas alacağıq”.
Heç kim Fövqəluca Rəbbin ayələrindən üz
döndərəndən daha zalım ola bilməz. Quran ayələri, qullarını gözəl əxlaqa və
gözəl tərbiyəyə çağıran, onlara elçilər göndərən və onları Öz qayğısı ilə hərtərəfli
əhatə edən Allaha yaxınlaşmaqda insanlara kömək edir. Bu ayələr dini hökmlərdən
ibarətdir, insanlara maddi və mənəvi nemət gətirən hər şeyi öyrədir və onlara
dünya həyatında və ya imanda zərər vura bilən şeylərdən çəkindirir. İnsanlar
belə keyfiyyətlərə malik olan Kitaba iman gətirməli, ona tabe olmalı və Allaha
onu nazil etdiyinə görə minnətdarlığını bildirməlidirlər. Lakin fasiqlər əksinə
davranırlar. Onlar Quran ayələrinə iman gətirməkdən imtina edir və Quranın
hökmlərini yerinə yetirmirlər. Əksinə, onlar Şərəfli Qurandan üz döndərir və
onu unudurlar. Həqiqətən də, onlar ən böyük cinayət törədir və ən sərt cəzaya
layiq olurlar.
Peyğəmbərə (ona Allahın salavatı və
salamı olsun!) nazil edilmiş Quran ayələrini xatırlatdıqdan sonra, qullarına nəsihət
üçün Fövqəluca Allah bildirir ki, Quran ilk Səmavi Vəhy və Muhəmməd Peyğəmbər
(s.ə.s.) də Allahın elçilərinin birincisi deyildir. Fövqəluca belə buyurur:
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ
ﭶ ﭷ ﭸ ﭹ
(32. 23) “Biz Musaya Kitab bəxş etdik və
onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğulları üçün doğru yol rəhbəri
etdik”.
Musaya (ə) Quranın gerçəkliyini təsdiq
edən Tövrat nazil edilmişdi və Quran da onun gerçəkliyini təsdiq edir. Onlarda
nazil edilmiş ayələr eynilə doğrudur və onların həqiqiliyi eyni ilə sübuta
yetirilir. Ey Muhəmməd, sən Musa (ə) ilə görüşəcəyinə şübhə etmə. Sənə nazil
edilən biliklərin həqiqiliyi təsdiq edilmişdir və şübhə doğurmur.
Musanın (ə) Kitabına gəldikdə isə, o,
İsrail oğulları üçün doğru yol rəhbərliyi idi. Onda İsrail oğullarının əsas və
fərdi məsələlərinə dair o zamanın tələblərinə uyğun gələn hökmlər toplanmışdı.
Qurana gəldikdə isə, o, bütün bəşəriyyət üçün doğru yol rəhbəridir. Onda
insanların öz dünyəvi və mənəvi həyatı haqqında necə qayğı çəkməli olduqları
izah edilmiş və onda nazil edilmiş qanunlar Qiyamət günü başlayana qədər qüvvədə
qalacaqdır. Fövqəluca belə buyurur: “Həqiqətən, o, Bizim dərgahımızda Ana
Kitabdadır. Alidir, Hikmətlidir” (Zuxruf, 43/4).
ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ
(32. 24) “Biz onların arasında başçılar
yaratdıq ki, qalanlarını Bizim hökmümüz ilə düz yolla aparsınlar, çünki onlar
səbirliydilər və Bizim ayələrimizə qəti iman gətirmişdilər”.
Fövqəluca Allah İsrail oğullarından bəzilərini
təqlid edilməyə layiq rəhbərlər etdi və onlar din və imanın tələbləri məsələlərində
çox yaxşı bacarığa malik idilər. Onlar özləri doğru yolla gedirdilər və qalanlarını
da arxalarınca aparırdılar. İsrail oğullarına nazil edilən Kitab bu yola rəhbərlik
etmək üçün təyin olunmuşdu. Onların arasında iman sahibi olan başçılar var idi
ki, onlar Allahın iradəsi ilə doğru yolu insanlara izah edirdilər, onların
arasında həm də sadə möminlər var idi ki, öz başçılarının ardınca gedirdilər.
Birincilərə aid olan möminlər ən yüksək dərəcəyə qalxmağa nail olmuş sadiq
insanlardı ki, bu da peyğəmbərlərin və elçilərin ardıcıllarına xas olan
keyfiyyətlərdəndir. Onlar buna layiqincə səbirlə yanaşdıqlarına görə nail
olmuşdular. Onlar dini səbirlə öyrənir, onu ətraflarındakılara öyrədir, Allaha
iman gətirilməsini səbirlə nəsihət edir, bu yolda bütün çətinlikləri mətinliklə
qarşılayır, günahlardan çəkinir və özlərini alçaq ehtiraslardan saxlayırdılar.
Bununla yanaşı onlar Allahın ayələrinə əminliklə inanırdılar. Onların imanı o
dərəcədə möhkəm idi ki, qəti etiqada çevrilmişdi. Qəti etiqad dedikdə,
insanı saleh əməllərə yönəldən doğru biliklər nəzərdə tutulur. Onlar möhkəm
etiqada, Allahın dinini etibarlı mənbələrdən öyrənmək sayəsində, doğruluğuna
şübhə yeri qoymayan dəlillərə istinad etməklə nail olurdular. Onlar Rəbbin
qanunlarını və onları təsdiq edən dəlilləri, öz biliklərinin səhihliyinə tam əmin
olana qədər öyrənirdilər. Bu isə o deməkdir ki, məhz səbirlilik və əminlilik
insana dində təqlid edilmək üçün nümunə olmağa kömək edir.
ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(32. 25) “Şübhəsiz ki, Rəbbin onların
arasında ixtilafa düşdükləri şeylər barəsində Qiyamət günü hökm verəcəkdir”.
O zamanlarda İsrail oğulları arasında
çoxsaylı ziddiyyətlər mövcud idi. Onların bəziləri haqlı idi, bəziləri isə
yanlışlığa yol verirdilər, digərləri haqdan qəsdlə üz döndərirdilər. Qiyamət günü
başlandıqda isə, Fövqəluca Allah onların arasında ixtilafa düşdükləri məsələlər
barədə hökm çıxaracaqdır. İsrail oğulları arasında mövcud olan bəzi ziddiyyətlərə
cavabları Şərəfli Quranda tapmaq olar. Bu Kitab İsrail oğullarının haqqa uyğun
olan baxışlarının doğruluğunu təsdiq edir. Onların əleyhdarlarının baxışlarına
gəldikdə isə, onlar yanlış idi.
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ
(32. 26) “Doğrudanmı Bizim onlardan əvvəlki
neçə-neçə nəsilləri həlak etməyimiz, onların məskənlərini gəzib dolaşanları
doğru yola gətirmədi? Həqiqətən, bunda dəlillər vardır. Məgər onlar yenə də
dinləməyəcəklər?”
Məgər Muhəmməd Peyğəmbəri (ona Allahın
salavatı və salamı olsun!) inkar edən kafirlər üçün Hudun (ə), Salihin (ə) və
Lutun (ə) xalqlarının yaşadıqları məskənlərin xarabalıqlarında gəzib
dolaşmaları kifayət etmir?! O xalqların hər biri dəhşətli əzablara düçar
edilmişdi. Həqiqətən, bu aydın ayələr Allahın elçilərinin doğruçuluğunu,
zalımların və müşriklərin əxlaqsızlığını təsdiq edir. Əgər insanlar özlərindən
əvvəlki kafirlərin izi ilə getsələr, onda onları da kafir xalqların taleyi
gözləyəcəkdir. Bu ayələr həm də ona dəlalət edir ki, Fövqəluca Allah Öz
qullarını törətdikləri cinayətlərə görə cəzalandırır və onları Məhşər və Qiyamət
günü mütləq dirildəcəkdir. Doğrudanmı bundan sonra da insanlar öz Rəbbinin ayələrinə
qulaq asmayacaqlar? Doğrudanmı onlar özləri üçün faydalı ibrət dərsı
almayacaqlar? Əgər onlar dinləməyi bacarırlarsa və sağlam təfəkkürə malikdirlərsə,
onda onlar, özlərini açıq-aydın məhvə məhkum edən əməllər törətməkdən əl çəkərlər.
ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙﯚ
(32. 27) “Doğrudanmı onlar görmürlər ki, Biz suyu quru torpağa necə yönəldirik
və orada əkinəcəklə həm heyvanlarının, həm də özlərinin ruzisini çıxarırıq? Məgər
onlar görmürlər?”
Məgər onlar Allahın nemətlərini və
Allahın müdrikliyinin kamilliyini görmürlər? Allah bitkidən əsər-əlamət
olmayan qupquru torpağa yağış yağdırır və orada hər növ bitkilər və əkinlər
çıxır. Bu bitki və əkinlər heyvanlar üçün yemə və insanlar üçün qidaya
çevrilir. Məgər insanlar Allahın ölü torpağı canlandıran və insanları
ruhlandıran bu nemətini görmürlər? Onlar bu neməti gözləri ilə görməli, qəlbən
dərk etməli və doğru yola gəlməlidirlər. Lakin onlar haqqa qarşı kordurlar
və Allahın ayələrinə laqeyddirlər. Onlar ətraflarındakı aləmə ağıllı
insanların gözü ilə baxmırlar, çünki onların baxışları laqeyd və etinasızdır.
Buna görə onlar doğru yola gələ bilmirlər.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢ
(32. 28) “Onlar deyirlər: “Əgər doğru
deyirsinizsə, onda bu Qiyamət haçan olacaq?”
Kafir cinayətkarlar
vəd edilmiş Qiyamət saatının başlanmasını sürətləndirməyi istəyirlər və
bununla Allahın elçilərinin “yalanını” ifşa etməyə cəhd göstərirlər ki, bu
da onların cahilliyinə və düşmənçiliyinə dəlalət edir. Onlar deyirlər: “Vədiniz
havaxt yerinə yetiriləcək? Cəzalandırılmağımız haqqında hökm nə zaman çıxarılacaq?
Əgər siz doğru deyirsinizsə, qoy bu tez baş versin”.
ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(32. 29) “De: “Qiyamət günü kafirlərə
onların iman gətirməsi fayda verməyəcək və onlar möhlət də almayacaqlar”.
Qəti hökmün çıxarıldığı gün kafirlər cəzaya
məruz qoyulacaq və özləri özlərinə heç nə ilə kömək edə bilməyəcəklər. Əgər
Qiyamət günü, haqq onlara aydın olduqdan sonra əldən çıxardıqlarının yerini
doldursunlar deyə onlara möhlət verilsəydi, onda onlar Qiyamət gününün
tezliklə gəlməsini arzu edə bilərdilər. Lakin Axirətdə onlara növbəti sınaqdan
keçmək imkanı verilməyəcəkdir, çünki artıq bu zaman haqqa iman gətirməmək, sadəcə,
mümkün deyildir. Onlara əldən çıxardıqlarının yerini doldurmaq üçün möhlət
verilməyəcək!
ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(32. 30) “Onlardan üz döndər və gözlə,
axı onlar da gözləyirlər”.
Əgər fasiqlər səninlə əsil cahillər
kimi davranırlarsa və vəd edilmuş cəzanı tezləşdirməyi istəyirlərsə, onlardan
üz döndər və ağrı-acılı cəza onlara yetişənə qədər gözlə. Bu qisas onun üçün
müəyyən olunmuş müddətdə mütləq baş verəcəkdir və bu müddət çatdıqda, ona möhlət
verilməyəcəkdir. Fasiqlərə gəldikdə isə, onlar da sizin bəxtinizin baş verəcək
dönüklüyünü gözləyirlər. Onlar ümid edirlər ki, sizə bədbəxtliklər nəsib olacaq,
lakin bilmirlər ki, gözəl son – müttəqilərin olacaqdır.
[1] 1) Əyyam
– bu söz dilimizdə də ərəb dilində olduğu kimi, “dövr”, “müəyyən bir zaman”,
“qərinə”, “çağ” sözlərilə konkret olmayan vaxt mənasında işlədilir. 2) Ayənin (rus
dilindən etdiyim) bu tərcüməsində «шесть дней» (“altı gün”) ifadəsi verilmişdir.
Ərəb dilində ayənin həmin ifadəsi “فى سِتَّةِ اَيَّامٍ “
şəklindədir (əlfbamızla: “fi sittəhi əyyamin”). Azərbaycan və rus
dillərindəki, o cümlədən, türk dilindəki ənənəvi Quran tərcümələrində də bu
fraqment, bir qayda olaraq, “altı gün” kimi tərcümə edilir və “gün - yəvm”)
kəlməsinin Quran lüğətlərində verilən cəm şəkli olan – “əyyam” sözünün
digər mühüm bir mənası – dövr, zaman, çağ mənaları nədənsə nəzərə alınmamışdır.
Qurandakı “fi sittəhi əyyamin” ifadəsi, sadəcə, altı gün deyil, altı əyyam,
dövr mənasında götürülərsə, orijinala daha müvafiq gələr. Bu söz doğma
Azərbaycan dilimizdə də eyni mənada işlədilmişdir və indi də işlədilməkdədir
və “bir neçə gün” mənasını deyil, “qeyri-müəyyən bir dövr” mənasını ifadə
edir. 3) Təkcə Türkiyə Respublikası Dəyanət Vəqfinin çevirdiyi Quranın
müvafiq ayəsində “fi sittəhi əyyamin” ifadəsi: “altı günde (devirde, evrede)”
kimi verilmişdir. Bundan başqa, 4-cü ayədən sonra gələn 5-ci ayədə Fövqəluca
Allah “bir günün”, yer hesabı ilə, min ilə bərabər olduğunu bildirir ki, bu
da, əslində, dolayısı ilə, altı əyyama aid edilə bilən amildir. Beləliklə,
gəldiyimiz nəticə budur ki, ayənin həmin ifadəsini “altı gün” kimi deyi, “altı
əyyam”, “altı dövr” olaraq tərcümə etmək daha əfzəldir, Allahın kəlamına daha
uyğundur. Mən ayənin tərcüməsində, dilimizdə ta qədimlərdən bu günədək
eyni mənada işlənən “əyyam” sözündən yaralanmağı, Rəbbimin izni ilə, məqsədəuyğun
saydım. Son qərar isə Ona məxsusdur. Allah daha yaxşı bilir. Tərc. F.S.
[2] Dövrdə. F.S.
[3] İman sahibi
olan oxucu yaradılışın altı əyyamda olmasında, ilk yaradılış gününün bazar, son
günün isə cümə günü olması ifadəsində bir ziddiyyət axtarmamalıdır, çünki
Quranda “altı gün (əyyam)” ifadəsinə aid edilə biləcək bir izah var: Səcdə surəsinin
növbəti ayəsində (32/5) Fövqəluca Allah izah edir ki, “...sizin hesabınızla
min ilə bərabər olan bir gündə...”. Bunu nəzərə alsaq, onda aydın olar ki,
Fövqəluca Allah 32/4-cü ayədə “altı əyyam” dedikdə, Yerdəki hesabla altı
min ilə bərabər bir dövrdən bəhs etmişdir və bunun da ilk günü bazar, son
günü isə cümə olmuşdur. Lakin Fövqəlqüdrətli, Müdrik Allahın dərgahında yer
vaxtı ilə altı min ilin Onun nəzərində altı əyyam və ya gün olması məsələsi
mübahisə doğurmayacaq qədər qeybəməxsus bir haldar və həmin ifadəyə dair bir
təbii faktı xatırlatmaq məqsədi daşıyır və yeni tapıntı səciyyəsi və iddiası
daşımır. İnsanların Quranın bəzi kəlamlarının özəlliyini bilməsi az əhəmiyyətli
deyil. Allah daha yaxşı bilir. F.S.
[4] Kürsiv
mənimdir. F.S.
[5] Vaxtında tövbə
etməyi isə unutmuşlar. F.S.
[6] “Nəfs” sözü həm
də “şəxs”, “insan”, “bir kəs” və s. mənalarda işlədilir.
F.S.
[7] Bu (32/21) ayənin
müəllif şərhindən görünür ki, Fövqəluca Allahın nəzərdə tutduğu “daha yüngül
əzab” insanın ölməzdən öncə dünya həyatında cəzalandırılmasıdır. Çünki məhz
dünyadakı cəza tövbəyə və doğru yola qayıtmağa səbəb ola bilər. Hərçənd, şərhdə
“daha yüngül əzab” kimi, ilk növbədə, qismən bərzəx (qəbir) aləmindəki cəza
diqqətə çəkilir. Lakin Allah ayədə “daha yüngül əzabı” doğru yola
qayıtmaqla birbaşa əlaqələndirdiyi üçün, hesab etmək olar ki, “daha yüngül əzab”
kimi, Allahın insana ölməsindən öncə dünya həyatında verəcəyi cəzalar nəzərdə
tutulur. F.S.
[8] Həyatda ikən...
.F.S.
Комментариев нет:
Отправить комментарий