среда, 2 мая 2012 г.

53. ƏN-NƏCM SURƏSİNİN ŞƏRHİ


ƏN-NƏCM
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                            Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(53. 1) “Batdığı zaman ulduza and olsun ki”,
(53. 2) “sizin yoldaşınız əsla azmamış və yoldan sapma­mış­­­­dır».

Fövqəluca sübh çağının lap başlanğıcında göy qübbəsindən çə­ki­lən ulduza and içir. Bu hadisə Allahın ən böyük möcü­zə­lə­rindən bi­ri­dir və Rəbbin ona and içməsinə layiqdir. İlahiy­yat­çıların ən səhih rə­yi­nə uyğun olaraq, ayədə xatırlanan andiçmə bütün ulduzlara aid­dir. Fövqəluca onlara and içir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın sa­la­vatı və salamı olsun!) təbliğ etdiyi ilahi vəhyin haqq oldu­ğunu təs­diq etsin. Ulduzlarla vəhy ara­sında böyük oxşarlıq vardır. Ulduzlar göy­lərin yaraşığıdır, vəhy­lər və onların gözəl bəhrələri isə yer üzünü bəzəyir. Əgər bə­şəriyyətin peyğəmbərlərdən irsən aldıqları həqiqi bi­liklər olma­saydı, onda yer üzünə gecə zülmətindən də qatı qaranlıq çö­kərdi.
Rəbb bu andla başa salmaq istəyir ki, Muhəmməd Pey­ğəm­bə­­rin (ona Allahın salavatı və salamı olsun!) təlimi – haqdır, az­ğın­lıq deyil, onun (s.ə.s.) fikirləri isə boş fantaziya deyil. Onun (s.ə.s.) tə­­­limi ona (s.ə.s.) düz yolla getməyə kömək edir, onun (s.ə.s.) pak fi­­kir­ləri onu (s.ə.s.) bütün bəşəriyyətə bu yolu təbliğ et­mə­yə yö­nəl­dir. O (s.ə.s.), yaramaz niyyətli, yalan və poz­ğun xəbərlər ya­­yan azğın gü­nah­karlara qə­tiyyən bənzəmir.  
Fövqəluca Peyğəmbəri (s.ə.s.) qureyşlilərin yoldaşı adlan­dı­rır ki, onlara, onu (s.ə.s.) çox gözəl tanıdıqlarını, onun (s.ə.s.) sə­da­qətli oldu­ğu­nu və xalqı nəyə dəvət etdiyini bildiklərini xatırlatsın.

ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(53. 3) “O, öz arzusu ilə danışmır”[1].
(53. 4) “O – yalnız nazil edilən vəhydir”.

Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) sizin ara­­nız­da öz ağlına gələni təbliğ etmir, o (s.ə.s.), sizə yalnız ona (s.ə.s.) nazil edi­lən vəhydən öyrəndiklərini bəyan edir. O özü (s.ə.s) doğru yolla ge­­dir və başqalarını da ona çağırır.
Bu ayələr sübut edir ki, Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) səhih hədislərdə bizə gəlib çatan müddəaları ilahi vəhylə­rin bir hissəsidir. Bu barədə Fövqəluca belə buyurur: “Allah sənə Kitab və Hikmət nazil etmişdir” (Nisa, 4/113). Pey­ğəm­bər də (s.ə.s.) Fövqəluca Allahdan danışanda və müsəl­man­lara Onun di­nini öyrə­dən­­də, səhvə yol vermirdi, çünki o (s.ə.s), öz arzusu ilə da­nışmır və yalnız ona (s.ə.s.) nazil edilmiş vəh­yi təkrarlayırdı[2].

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(53. 5) “Onu öyrədən nəhəng gücə malik”
(53. 6) “və gözəl qamət sahibiydi. O, qalxmışdı”
(53. 7) “ən yüksək üfüqə”.
(53. 8) “Sonra yaxınlaşıb, enmişdi.”
(53. 9) “O, onun, iki yay və ya ondan daha az məsafəsi qə­dər, yaxın­lı­ğındaydı”.

Fövqəluca xəbər verir ki, Muhəmməd Peyğəmbərin (ona Allah­ın salavatı və salamı olsun!) müəllimi mələklərin ən ləya­qətlisi, ən güc­­lü­sü və ən kamili olan Cəbrail əleyhissalam idi. O (ə) gözəl qa­­mə­tə, yəni, çox nə­həng gücə və həmçinin zahiri və mənəvi gö­zəl­li­­yə ma­likdi. Allah ona (ə) vəhyi Muhəmməd Peyğəmbərə (ona Al­la­h­ın salavatı və sala­mı ol­­sun!) çatdırmağı həvalə etmiş və ona (ə) fi­ziki güc və çoxlu qabiliy­yət­lər vermişdi. Cəbrail (ə) Allahın tap­şırığını ye­rinə yetirmiş, vəhyi Allah­ın Elçisinə (ona Allah­ın sa­­la­­vatı və sa­lamı olsun!) çat­dır­mış və onu seytandan qorumuş və ona im­kan ver­mə­mişdi ki, Kitabdan bir şey oğurlasın və ya ona nə­sə əlavə bir şey – ya­lan və uydurma yazsın. Məhz bu etibarlı və nə­həng qüv­­vəyə ma­lik mələk Rəbbi tərəfindən vəh­yi çatdırmaq üçün se­çil­miş­di və bu da onu sübut edir ki, Allah Öz Kitabını necə bir cid­diy­yətlə qoruyur.
O (ə), yer üzərindəki göy qübbəsində peyda oldu. Cəbrail (ə) mə­­­ləklərdən biri olduğu üçün şeytanlar ona (ə) yaxınlaşa bil­mir­­­di­lər. O (ə) göy qübbəsindən enərək, Peyğəmbərə (s.ə.s.) ya­xın­­­laş­mış­dı ki, vəh­­­yi ona (s.ə.s.) təqdim etsin. O (ə) Mu­həm­məd­dən (s.ə.s.) iki yay mə­­sa­fə­sində və hətta daha az bir məsafədə da­yan­mışdı. Bu­ra­da, ox atı­­lan adi yaylardan bəhs edilir. Bu onu gös­tə­rir ki, mələk (ə) Allahın El­­çisi­nin (ona Allah­ın salavatı və sala­mı ol­s­un!) bi­la­va­si­tə yaxınlı­ğın­day­mış və vəhyi ona (s.ə.s.) hər hansı va­sitəçi ol­ma­dan təq­dim et­miş­miş.
 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(53. 10) “O, vəhyi Onun quluna təlqin etdi”

Cəbrail (ə) Allah ilə Muhəmməd Peyğəmbər (ona Allah­ın sa­­la­­va­tı və sala­mı olsun!) arasında vasitəçi idi. Fövqəluca onun (ə) va­­si­təsi ilə Öz quluna və Elçisinə (s.ə.s.) sarsılmaz haqqı və əzə­mət­­li dinini öyrət­mişdi.
 ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ
(53. 11) “və onun ürəyi gördüyünü yalan saymadı».

Muhəmmədin (ona Allah­ın sa­­la­­va­tı və sala­mı olsun!) ürəyi  gözlərinin gördüyünə və ona (s.ə.s.) na­zil edilən vəhyin doğruluğuna şübhə etmədi. Vəhy o də­rə­­cə­də ka­mil və inandırıcı idi ki, Peyğəmbərin (ona Allah­ın sa­­la­­va­tı və sala­mı olsun!) nə qulağı, nə gö­zü, nə də qəl­bi baş verənlərə şübhə etmədi. Onun ürəyi gör­dü­yü­nü yalan say­ma­dı və ondan üz döndərmədi.
Belə bir rəy mövcuddur ki, “gördüyü” ifadəsi altında Allah­ın Elçi­­­sinin (ona Allahın salavatı və salamı olsun!) göyə qalx­dığı ge­­­­cə bü­tün gördükləri nəzərdə tutulmuşdur. O (s.ə.s.) böyük mö­cü­­­zələri öz gözləri ilə görmüşdü və onların gerçəkliyinə şübhə et­mə­­mişdi. Bir sıra şərhçilər deyiblər ki, burada – Elçinin (s.ə.s) sə­ma­ya ucaldıl­dığı zaman Fövqəlqüdrətli Allahı görmə­sindən və Onun­la danışmasından bəhs edi­lir. İlahiyyatçıların bir çoxu məhz bu nəzər nöqtəsinə üstün­lük ve­rirlər və ona istinadən təsdiq edir­lər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) Allahı hələ özü­nün yer həyatında da görmüşdür.
Lakin, əsil həqiqətdə, ayədə Allahın Elçisinin (ona Allahın sa­la­vatı və salamı olsun!) mələk Cəbraili (ə) bilavasitə görmə­sin­dən bəhs edilir və bunu mətnin bir hissəsi təsdiq edir. Pey­ğəm­bər­li­yinin bütün dövr­lərində Elçi (s.ə.s) Cəbraili (ə) cəmisi iki dəfə hə­qiqi qiyafəsində gör­müşdür. Birinci dəfə bu, birinci göyün al­tın­da­kı uca göy qübbə­sində baş vermişdi və biz bunu qeyd etmişdik, ikin­ci dəfə isə bu, göyə merac etdiyi gecə yed­dinci göydə ol­muş­du. Buna görə Fövqəluca bu­yurur:

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(53. 12) “Doğrudanmı siz onun gördükləri haqqında onun­la mü­­ba­hisə edəcəksiniz?”
(53. 13) “And olsun ki, o, artıq onun digər enişini də gör­müş­dü – ”
(53. 14) “son hüduddakı Sidrin yanında”,

Muhəmməd (ona Allahın sala­vatı və salamı olsun!) Cəbraili (ə) bir dəfə də belə qiyafədə o (ə) onun (s.ə.s.) yanına enəndə gör­müş­dü. Bu, yeddinci göydə bitən Sidrətül-Muntəha adlı nəhəng bir ağacın ya­nında baş vermişdi. O ağac son hüduddakı Şanagüllə bit­kisidir, çünki yerdən qalxan və ya Allahdan nazil olan hər şey ona qədər gedib çatır. Ehtimal var ki, o bu adı yerdən və yeddi göy­dən yüksəkdə olduğu üçün almışdır və onunla da məx­luqların bil­dikləri sona yetişir. Digər rəylər də mövcud­dur, lakin bu ba­rə­də ən yaxşısı yalnız Allaha mə­lumdur.


 ﮖ ﮗ ﮘ ﮙ
(53. 15) “Cənnət məkanı[3] da onun yanındadır».

Cənnət məkanı ən uzaqdakı ağacın yanındadır və orada hər növ ləzzətli şeylər və füsunkarlıqlar toplanmışdır. Bu Cənnət bü­tün mömin qulların arzu və xəyallarının hüdududur. Föv­qəl­uca­nın bu sözləri bil­dirir ki, Cənnət yeddi göyün üzərindədir[4].

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(53. 16) “O vaxt Sidr ağacını Örtən örtmüşdü”.

Bu örtüyün ilahi keyfiyyəti yalnız Fövqəlqüdrətli və Böyük Allaha mə­­­­­lumdur”.
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(53. 17) “Onun baxışı isə kənara meyil etmir və həddini aş­mır­­dı”,

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) başını heç yana çevirmir və baxışlarını qarşısında baş ve­rən­lər­­dən ayır­mırdı. O (s.ə.s.), yalnız Allahın imkan verdiyi tərəfə ba­xır­­dı. O (s.ə.s.), Rəbbin əmrindən çıxmır, nöqsana yol vermir və qa­­­dağan olunana da baxmırdı. Bütün bunlar Peyğəmbərin (ona Al­­lahın sala­vatı və salamı olsun!) itaətkarlığına və gözəl əxlaqına də­lalət edirdi.
Həqiqətən, onun (s.ə.s.) əxlaqı ən gözəl və ən kamil idi. Özü­­nün əla məziyyətləri ilə o (s.ə.s.), Adəmin bütün oğullarını ötüb keç­miş­­di. İnsan səhv edə bilər, həddi aşa bilər, doğru yoldan sa­ğa və ya so­la meyil edə bilər, lakin Allah bildirir ki, Onun Elçisi (ona Allahın sa­la­­vatı və salamı olsun!) bütün bu qüsurlardan xilas edil­mişdi.

ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(53. 18) “və o, həqiqətən, Rəbbinin ən böyük dəlillərini gör­­dü”.

Muhəmməd Peyğəmbərin (ona Allahın sala­vatı və salamı ol­­­sun!) göylərə merac etdiyi gecə gördüyü Cənnət, Cəhənnəm və bir çox digər dəlillər nəzərdə tutulur.

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(53. 19) “Siz əl-Latı və əl-Uzzanı görmədinizmi”
(53. 20) “və bir də üçüncünü – Mənatı?”

Fövqəluca bütpərəstliyin necə yalan və yaramaz olduğunu xə­­bər verir. Müşriklər kamillikdən uzaq, fayda verməyə və ya zi­yan vur­ma­ğa aciz olan bütlərə ibadət edirdilər. Onların ilahları, hər hansı məna­dan məhrum olan, sadəcə, boş sözlərdən ibarət idi. On­­­lar öz cahil və azğın ataları ilə birlikdə özləri üçün bütlər uy­dur­­­muş, onlara adlar ver­miş və bu adlarla həm özlərini, həm də baş­­­qalarını alda­dır­dılar. Bu minvalla dünyaya gətirdikləri “ilah­lar” nə ibadətə, nə də gu­rultulu ad­la­rına belə layiq deyildilər.
Müşriklər zənn edirdilər ki, bütlər ilahi keyfiyyətlərə ma­lik­dir və onlar üçün müvafiq adlar uydururdular. Əl-Latın adı “əl-ilah”-dan (iba­dətə və ilahlaşdırılmağa layiq) törəmişdir. Əl-Uzza adı da “əl-əziz” (“qüdrətli”) sözündən törəmədir. Manat adı isə “mən­­­nan” (“mərhə­mət­li”) sözündən alınmışdır. Müşriklər Al­la­hın gö­zəl adla­rı­nı beləcə təhrif edir və öz uydurulmuş “ilah­larını” Ona bərabər tu­turlar. Lakin onların “ilahları” boş ad olaraq qa­lır və ilahi keyfiy­yətlər kəsb etmirlər və bu, heç ol­­­­mazsa bir damcı ağlı olan hər kəsə aydındır.
ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(53. 21) “Məgər sizinkilər – kişi, Onunkular – qadınmı ol­ma­lı­dır?”

Siz Allaha nəinki övlad qoşur, həm də iddia edirsiniz ki, on­lar zə­rif cinsə məxsusdurlar.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(53. 22) “Belə olduqda bu çox insafsız bölgüdür».

Məgər bölgü zamanı Xaliqin qarşısında məxluqa üstünlük ve­­ril­məsindən də böyük zalımlıq ola bilərmi?! Həqiqətən, Allahın, si­zin Onun haqqında uydurduqlarınıza aidiyyəti yoxdur.

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

(53. 23) “Onlar yalnız sizin və atalarınızın qoyduqları ad­lar­­­­dır, Allah isə onların barəsində heç bir dəlil nazil et­mə­miş­dir. On­lar, sa­dəcə, zənnə və nəfslərinin istəyinə uyurlar, halbuki Rəb­­bin­dən on­la­ra artıq haqq yol göstərən gəlmişdir”.

İstənilən nəzər nöqtəsi və istənilən təşəbbüs[5] Allahın nazil et­­diyi ayələri ilə[6] təsdiq edilmədikdə, yanlış və naqisdir və dinə heç bir ai­diy­­yəti ola bilməz. Lakin müşriklər onların gözünü haq­qa açan də­lil­lə­rə əhəmiyyət vermirlər. Özlərinin cılız biliklərinə is­ti­nad edərək və öz istəklərinə uyaraq, onlar zənnə qapılır, müş­rik­liyə və bidətə bəraət qazandırmağa cəhd göstərirlər. Haqq on­la­ra artıq çatmışdır, lakin çox­saylı gümanları və təxminləri onlara doğ­ru yola gəlməyə maneçilik törədir.
Allah Onun qullarının dərk etməyə möhtac olduqları töv­hi­di, peyğəmbərliyi və bütün qalan məsələləri onlara izah et­miş­dir. O (Pak və Müqəddəs), bütün bunları ən sadə və ən inandırıcı tərz­də açıqla­yaraq, Öz nəsihətlərinin gerçəkliyini təkzibolunmaz də­lil­lər və sü­but­larla əsaslandırmışdır və hər bir ağıllı insan onlara iman gətirməli və doğru yolla getməlidir. Həqiqətən, belə açıq­la­ma­lardan və bu qə­dər sü­butlardan sonra, heç bir insanın ka­firli­yi­nə və yolunu az­masına haqq qazandırmaq mümkün deyil.
Buna görə öz uydurma nəzəriyyələrindən və gü­man­la­rın­dan əl çəkmək istəməyən müşrikləri əbədi əzab və sonsuz iz­ti­rab­lar göz­lə­­yir. Onların inadkarlığı və güzəştəgetməzliyi bu və­ziy­yət­də - ən bö­yük ax­maqlıq və müdhiş zalımlıqdır. Lakin bütün bun­lar müş­rik­­lə­rə özlərinə baxıb həzz almağa və xəyalpərəstlik et­mə­yə mane ol­mur. Buna baxma­yaraq, onların yalançı xülyalarının ger­çəkləşməsi baş tutmayacaqdır və buna görə sonra Fövqəluca be­lə buyurur:


 ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(53. 24) “Yoxsa insana umduğu hər şeymi veriləcək?”
(53. 25) “Lakin Axirət də, dünya da Allahındır!”

Allah kimə istəyirsə, hədiyyə verir və kimi də istəsə, Öz mər­­hə­mə­tindən məhrum edir. Bütün hakimiyyət yalnız Onun əlin­də cəm­ləş­dirilmişdir və bütün baş verənlər Onun iradəsinə ta­be­dir.
Sonra Fövqəluca Ona şərik qoşanların, mələklərə və digər məx­­luq­lara ibadət edənlərin ümidlərini dağıdıb puç edir. Müş­rik­lər ümid edir­lər ki, Qiyamət günü onların “ilahları” Allah qar­şı­sın­da onlara şə­fa­ət­çilik edəcəklər, lakin onlar dərindən yanılırlar. Föv­qəluca buyu­rur:

ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ
(53. 26) “Göylərdə nə qədər mələk varsa da, onların şəfaət­çi­­li­yi, Allah istədiyinə izn vermədikcə, ondan razı qalma­dıqca, heç ki­mə bir fayda gətirməyəcəkdir”.

Şəfaətçilik yalnız Fövqəlucanın razılığından sonra və yalnız razı qaldıqları kəslər üçün mümkün olacaqdır. Allah Öz qul­la­rın­dan yal­nız Onun xatirinə səmimiyyətlə və Elçinin (s.ə.s.) nə­si­hət­lə­rinə uy­ğun ola­raq yerinə yetirilmiş əməlləri qəbul etdiyinə görə, müş­­riklər arzu et­dik­ləri şəfaəti ala bilməyəcəklər. Həqiqətən, on­lar özləri özlərini Fövqəl­mərhəmətli Allahın rəhmətindən məh­rum etmişlər.

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
(53. 27) “Həqiqətən, Axirətə iman gətirməyənlər mələkləri qa­­dın adlandırırlar».

Öz Rəbbinin elçilərinə (onlara salam olsun!) və Axirət gü­nü­nə iman gətirməkdən imtina edən müşriklər öz küfürləri üzün­dən, Allahın və Onu Elçisinin (s.ə.s.) nifrətini doğuran cinayətlər tö­­­rət­­mə­yə cəsarət etdilər. Onlar mələkləri Allahın qızları ad­lan­dır­dı­­lar. Bu­nunla onlar Fövqəlucaya nəinki məxluqlara xas olan uşaq do­­ğur­­maq qabiliy­yəti qoşdular, həmçinin mələklərə qarşı hör­mət­siz­­lik edə­rək, onları qa­dın cinsli varlıqlar adlandırdılar.
ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ

(53. 28) “Onların bu barədə heç bir elmi yoxdur. Onlar yal­nız zənnə qapılırlar, halbuki zənn haqqı əvəz edə bilməz”.

Nə Allah, nə də Onun Elçisi (ona Allahın salavatı və salamı ol­­sun!) bunu onlara xəbər verməmişdilər. İnsan zəkası belə bir şe­yi tə­­səv­vür etmək gücündə deyil. Əksinə, hər şey müşriklərin uy­dur­­ma­­la­rı­nın yalan və əsassız olduğunu göstərir. Allah nə zöv­cə­yə, nə də öv­lad­lara möhtac deyil. O (Pak və Müqəddəs), – Təkdir və heç kim­­dən asılı deyil və heç kimə ehtiyacı yoxdur. O (Pak və Mü­qəddəs), doğulma­mış­dır və doğmur, dünyada heç kim Ona bən­­zəmir. Mə­lək­lərə gəldikdə isə, bu nəcib məxluqlar – Fövqəl­uca­nın yaxın xid­mət­çi­ləridir və Onun hökümlərini pozmurlar və on­lara əmr olu­nan­ların hamısını yerinə yeti­rirlər.
Lakin müşriklər bunlardan xəbərsizdirlər və Allaha böhtan atır­­­­lar. Onlar öz zənlərinə və gümanlarına istinad edirlər. Amma on­ların zənni həqiqəti əvəz edə bilməz. Həqiqət isə həmişə inan­dı­rı­cı dəlillər və təkzibolunmaz sübutlarla təsdiq edilir.

ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ ﭸﭹ
(53. 29) “Bizim Xatırlatmamızdan üz döndərəndən və dün­ya hə­yatından başqa heç nə istəməyəndən sən də üz döndər!”
Müşriklər özlərinin bütün davranışları ilə Peyğəmbərə (Al­la­h­ın ona salavatı və salamı olsun!) bildirmək istəyirdilər ki, onlar onun (s.ə.s) təbliğ etdiyi haqqa ehtiyac duymurlar və öz ürək­lə­ri­nin arzula­dıqlarını etmək istəyirlər. Belə olduqda, Fövqəluca ona (s.ə.s) bu­yurur ki, Onu xatırlamaqdan boyun qaçıran və hikmətli nə­sihət­lər­dən – Kə­ramətli Qurandan üz döndərənlərdən o (s.ə.s.) da üz dön­­­dərsin. Bu gü­nahkarlar onlara böyük fayda verəcək bi­lik­lər haq­qında eşitmək belə istəmirlər və təkcə bu həyatın ne­mət­lərinə can atırlar. Bu – onların dü­şüncələrinin həddidir.
Yaxşı məlumdur ki, insan həmişə öz qarşısına qoyduğu məq­­sə­də nail olmaq üşün çalışır. Bu fasiqlərin də məqsədi hə­yat­dan ləzzət al­maq və öz alçaq ehtiraslarını təmin etmək olduğu üçün, onlar yal­nız bunun xatirinə çalışır və öz məqsədlərinə is­tə­ni­­lən yolla nail olurlar.

ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(53. 30) “Bu onların biliyinin həddidir. Həqiqətən, sənin Rəb­bin Onun yolundan azanları yaxşı tanıyır və O, doğru yolla ge­dən­lərə də yaxşı bələddir”.

Yer aləmi – kafirlərin bilmək istədikləri hər şey və dərk edə bi­­­­­­lə­­cəkləri hər şeydir. Ağıl sahibi və Rəbbin onlara verdiyi vədinə sə­­­­­mi­miy­yətlə iman gətirmiş möminlər isə, ölümdən sonra əbədi hə­­­yat haq­qında daha çox bilməyə və ona hazırlaşmağa səy gös­tə­rirlər. On­­­­l­arın biliklərinin mənbəyi – Allahın Kitabı və El­çi­nin (s.ə.s) Sün­nə­­si­dir və bu­­na görə onların bilikləri ən gözəl və şə­rəf­lidir.
Fövqəluca kimin doğru yolla getməyə layiq olduğunu və ki­mə­­sə azğınlıq zülmətində dolaşmaq qismət olacağını çox yaxşı bi­lir. O (Pak və Müqəddəs), Onun mərhəmətinə layiq olmayanları Öz köməyindən və Öz lütüfkarlığından məhrum edir və bu fa­siq­lər düz yoldan azır və dərin azğınlığa düşürlər.

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

(53. 31) “Göylərdəkilər də, yerdəkilər də Allaha məx­sus­dur, ona görə ki, cinayətkarlara törətdiklərinə görə əvəz versin, yax­şılıq edənlərə isə ən Yaxşısı[7] ilə əvəz versin”.
(53. 32) “Onlar, kiçik və azsaylı nöqsanlardan başqa, bö­yük gü­nahlardan və alçaqlıqdan qaçırlar. Həqiqətən, sənin Rəb­bin həd­siz ba­ğışlama Sahibidir. O, sizi torpaqdan yaradanda və si­zi ana­la­rı­­nı­zın bətnində rüşeym olanda da yaxşı tanıyırdı. Özü­nüz özünü­zü tə­rif­lə­məyin, çünki O, təqvalıları yaxşı ta­nı­yır».

Fövqəluca bildirir ki, O (Pak və Müqəddəs), – hər iki aləmin tək Vahid Hökmdarı və Hakimidir. Göylərdə və yer üzündə olan bü­­­tün varlıqlar Onun hökmü altındadır və O (Pak və Müqəddəs), Öz qul­la­rı­na tam sərəncam çəkir. Kainat Onun qədərinə və Onun qa­­nunlarına uyğun olaraq yaşayır. O (Pak və Müqəddəs), əmr edir, qa­­dağan edir, cəzalandırır və mükafatlandırır. O (Pak və Müqəddəs), Onun hökümlə­rinə itaət edənləri mükafatlandırır və Ona ita­ət­siz­lik göstərənləri cə­za­landırır.
Cinayəkarlara gəldikdə isə, onlar kafirliyə və digər daha az ağır gü­nahlara görə cəzalandırılırlar. Fövqəlucaya ibadət edən və Onun məxluq­larına yardım göstərən möminlərə gəldikdə isə, on­lar öz mü­ka­fatını həm bu dünyada, həm də Axirət həyatında ala­caq­lar. Lakin, əl­bəttə ki, onlar üçün ən böyük mükafat Allahın on­la­ra lütüfkarlığı və Cənnət səadəti olacaqdır.
Onlar doğrudan da buna layiqdirlər, çünki dinin bütün va­cib olan hökümlərini yerinə yetirəndirlər və həmçinin zinadan, sər­xoş­edici iç­­kilərdən, sələmçilikdən, adam öldürməkdən və digər bö­yük günah­lar­­­­dan çəki­nən­dirlər. Lakin onlar az əhəmiyyətli hə­rə­kətlərə yol ve­rər­­di­­lər, yəni, bəzən kiçik günahlar törədərdilər, la­kin onları həmişə və ya tez-tez törətməyə yol verməzdilər. Ara-sı­ra büdrəyən və kiçik gü­­nahlar iş­lədən müsəlman din­dar və vic­dan­lı iman sahibi olmaqdan məh­rum ol­­mur, çünki vacib hökümləri qüsursuz yerinə yetirən və ağır gü­nah­­lardan çə­ki­nən hər kəsin bütün kiçik günahlarını və əməllərini Allah ba­ğış­­layır[8].
Yalnız Rəbbin mərhəməti və hədsiz bağışlaması Allahın qul­­­­la­rı­nı məhv olmaqdan, yer üzünü isə quraqlıqdan və da­ğın­tı­lar­dan xi­las edir[9]. Əgər Allah həlim və Rəhimli olmasaydı, onda göy­lər parça-par­ça olub yerə düşər və yer üzündə bir canlı belə qoy­mazdı. Lakin Rəbb qullarını bağış­layır və buna görə Allahın El­çisi (ona Allahın sa­la­vatı və salamı olsun!) demişdir: “Gündəlik beş namaz arasında, cü­mə namaz­ları və ramazan ayında tutulan orucla onların arasında tö­­rətdikləri bü­tün günahları (bö­yük günahlardan başqa) silinir”.
Sonra Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), məx­luq­­la­rı­nın qisməti və xüsusiyyətləri, onların Allahın hökümlə­rin­dən ço­xu­nu ye­rinə ye­tirməyə mane olan zəiflikləri və çatış­maz­lıq­la­rı, onların müqa­vi­mət göstər­məyə bəzən qadir olmadıqları günaha[10] güc­lü meyil etmə­lə­ri haq­qında hər kəsdən daha yaxşı xəbərdardır.
Allah sizi torpaqdan xəlq edəndə, siz analarınızın bətnində in­­­ki­şaf edəndə siz zəif və aciz idiniz və bu zəiflik həmişə sizə xas­dır. Hət­ta O (Pak və Müqəddəs), sizə, dinin bütün ehkamlarını ye­ri­­nə ye­­tirmək üçün güc əta etdikdə də, siz, onsuz da, bu zəif­li­yi­niz­­dən xilas ola bil­mir­siniz. Fövqəluca bu barədə yaxşı bilir və buna görə O (Pak və Müqəddəs), Öz mərhəməti, rəhmi və ba­ğış­la­ma­sı ilə sizə hi­ma­­yə edir. Xü­su­silə, əgər siz Onun qəzə­binə səbəb ola biləcək gü­nah­­lardan çə­ki­nir­si­nizsə və var qüvvənizlə Ona ya­xın­­laşmağa və Onun lütüf­karlığını qa­zanmağa can atırsınızsa, O (Pak və Müqəd­dəs), günahla­rı­nızı və cina­yətlərinizi bağışlayır. Am­ma siz nə qədər cəhd göstər­sə­niz də, yenə də zaman keçdikcə, səhv­lər buraxır və gü­nah­­lara yol verirsiniz ki, onları Föv­qəl­mərhəmətli və Rəhimdil Allah si­­zə ba­ğış­layır və Öz qullarına, ana­nın övladına göstərdi­yindən da­ha çox qayğı göstərir. Əgər bu be­lə­dirsə, onda siz hamınız çox asan­lıq­­la Allahın sizi ba­ğış­la­ma­sına layiq ola bilərsiniz, O (Pak və Müqəddəs), isə sizin duala­rı­nıza diq­qət yetir­məyə həmişə hazırdır.
Siz heç vaxt insanların qarşısında pak və günahsız ol­ma­ğı­nız­la özü­nüzü tərifləməyin, çünki Allah təqva sahiblərini[11] daha yax­şı ta­nı­yır. İman və təqvalılıq qulun ürəyində yaşayır və ürək­lə­ri­­nizdə nəyin gizlə­dil­diyi yalnız Allaha məlumdur. Sizin hər bi­ri­niz dindarlığınıza və təqva­lı­lığınıza uyğun gələn mükafat ala­caq­sı­­nız, qarşılarında özü­nüzü təriflədi­yiniz in­san­lar isə sizə heç bir fay­­da verməyəcəklər.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(53. 33) “Gördünmü üz çevirəni”,
(53. 34) “Az verib, xəsislik edəni?”
Fövqəluca, Tək Allaha ibadət etmək istəməyən və haqqı in­kar edən insanların vəziyyətinin necə dəhşətli olduğundan xəbər ve­rir. On­lar insan­lara çox nadir hallarda xeyirxahlıq edirlər, çünki onlar xəsis­dirlər və ətraf­larındakılara bir şey bağışlamağı sev­mir­lər. Onların mə­ziy­yətləri arasında səxavətlilik və xeyirxahlıq yox­dur, amma bu­nun əv­ə­­zində onların qəlbi Allaha itaətsizlik və yax­şı­lıq etməmək hissi ilə do­ludur. Lakin, buna bax­mayaraq, onlar öz­­lərini tərifləmək fürsətini əllə­rindən vermir və özlərini, Allahın on­ları qoyduğu yer­dən, yüksəyə qal­dırmağı sevirlər.

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(53. 35) “Məgər qeyb elmi onun yanındadır ki, görə bil­sin?”

Əgər bu belə deyilsə, onda o çox kobud yalançıdır və Allaha böh­­tan atır. O, nəinki günah işlədir və cinayət törədir, həm də özü­nü alicənab kişi hesab edir. O, qeybi bildiyini iddia edir, hal­bu­ki onun haq­qında heç nə bil­mir, çünki günahsız Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) haqlı və inandırıcı şəhadəti onun bəyanatının yalançılığına şübhə yeri qoymur.

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

(53. 36) “Məgər ona xəbər verilməmiş­di­ Musanın sə­hi­fə­lə­rin­­də­kilər”
(53. 37) “və vəfalı İbrahiminkilər?”


Məgər Musanın (ə) səhifələrində və Allahın bütün sınaqla­rın­­dan keç­miş, dinin bütün əsas və fərdi hökümlərini ciddi su­rət­də yerinə ye­tir­miş İbrahimin (ə) səhifələrində olanlar bu fasiqə xə­bər verilmə­miş­dimi?! Bu səhifələrdə çox əhdlər və ehkamlar var idi. Fövqəluca bu əhd­lərdən ən vaciblərini xatırladır və buyurur:

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(53. 38) “Heç kimin başqasının yükünü daşımayacağı”;
(53. 39) “İnsanın təkcə can atdığı şeyi alacağı”;

Hər bir adam yalnız özünün xeyirli və zərərli əməllərinin bə­h­rə­sini dadacaqdır. Heç kim özgəsinin mükafatını almayacaq və heç kim də başqalarının günahlarına görə məsuliyyət da­şı­ma­ya­caqdır.
Bu ayələrə istinad edərək, bəzi ilahiyyatçılar iddia edirdilər ki, heç bir insan başqaları tərəfindən edilən xeyirxahlıqlardan fay­da ala bilməz. Lakin bu iddia kifayət qədər inandırıcı deyildir, çün­ki baş­­qası tərəfindən bir insana bağışlanmış mükafatın ona çat­­ma­ya­ca­ğı barədə Fövqəlucanın sözlərində birbaşa göstəriş yox­dur. Eyni şe­yi insanın var-dövləti haqqında da demək olar. O, yal­nız özünə məxsus olan şeyə sərəncam çəkə bilər, lakin bu o demək de­yil ki, o, ona hədiyyə edilmiş əmlaka sərəncam çəkə bilməz.

ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ

(53. 40) “Həqiqətən, onun səylərinin görüləcəyini”;
(53. 41) “sonra isə onların əvəzini tam alacağını”;

Axirət həyatında insanlar özlərinin bütün yaxşılıqları və gü­­nah­­ları haqqında hər şeyi biləcəklər. Hər bir insan özünün xe­yir­li iş­lərinə görə mü­kafat alacaq və cinayətlərinə görə cəza­lan­d­ı­rı­­la­caq. Qarışıq əməllərə gəl­­dikdə isə, insan bu və ya digər əmə­lin­­də­ki xeyrin və şərin payına uy­ğun olaraq həm mükafat, həm də cəza ala­caqdır. Beləliklə, Allahın verə­cə­yi əvəz Onun əda­lət­li­li­yinin və bü­tün canlı məxluqlara qarşı xeyirxah­lı­ğı­nın təzahürü ola­caqdır. Bü­tün varlıqlar buna görə Ona həmd edəcəklər və hə­t­ta Cə­hən­nəm əzabkeşləri də Odlu Cəhənnə­mə girdikləri halda Rəb­bi tərif­lə­yəcək və Onun müdrikliyi qarşısında təzim edə­cək­lər. Onlar öz­ləri özlə­rinə nifrət hissi duyacaq və dərk edə­cəklər ki, məhz onlar öz hərəkətləri ilə özlərini mənhus iztirablara məh­kum etmişlər.

ﰓ ﰔ ﰕ ﰖ ﰗ
(53. 42) “Həqiqətən, son dönüşün sənin Rəbbinə olaca­ğı­nı”;

Bütün əməllər Allaha qayıdır, Qiyamət günü isə bütün ya­ra­­dıl­mış­lar da Ona qayıdır. Allah bütün kamilliklərin ən alisidir və biliklər, hikmət, mərhəmət və digər gözəl keyfiyyətlər Onunla so­nuclanır.
ﰘ ﰙ ﰚ ﰛ ﰜ
(53. 43) “Həqiqətən, Onun Güldürən və Ağladan oldu­ğu­nu”;

Xeyri və şəri, sevinci və kədəri, şadlığı və məyusluğu və in­san­­ları güldürüb-ağladan hər şeyi O (Pak və Müqəddəs), ya­rat­mış­dır. Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs), bütün bun­la­rı hikmət və kamilliklə xəlq etmişdir.
ﰝ ﰞ ﰟ ﰠ ﰡ
(53. 44) “Həqiqətən, Onun Öldürən və Dirildən oldu­ğu­nu”;

O (Pak və Müqəddəs), həyat və yoxluq üzərində Tək Hökm­­­dar­­dır. O (Pak və Müqəddəs), yaradır, hökm verir və qa­da­ğan edir, in­­san­lar öldükdən sonra, O (Pak və Müqəddəs), onları di­ril­dir ki, dün­ya hə­ya­tında etdikləri əməllərinə görə onlara əvə­zi­ni versin.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
(53. 45) “Həqiqətən, Onun kişini və qadını cüt yarat­dı­ğı­nı” –
(53. 46) “püskürülən damcıdan».

Bu nəinki insanlara və cinlərə, həm də bütün canlı varlıqlara aid­­dir. Kişinin və qadının, həmçinin erkək və dişilərin nütfənin bir dam­­­cısından törə­dilməsi Allahın əzəmətinin və fövqəlqüdrətinin də­lillərin­dən biridir. O (Pak və Müqəddəs), iri və xırda buynuzlu hey­vanları da çəlimsiz sperma damlasından törədir və o, toxum hü­cey­­rəsini maya­layır və rüşeymə çevirir və sonuncu da öz növ­bə­sin­də artıb inkişaf etməklə, Onun məxluqla­rın­dan birinə çevrilir. İn­san dün­­yaya məhz be­lə gəlir və sonradan bö­yüyüb Cənnətin yük­sək­lik­lə­ri­nədək qalxır, ola da bilər ki, Cəhənnəmin lap dibinə çök­sün.

ﭜ ﭝ ﭞ ﭟ ﭠ
(53. 47) “Həqiqətən, təkrar dirildilmənin də Ona aid oldu­ğu­­nu”;

Fövqəluca xatırladır ki, O (Pak və Müqəddəs), insanları belə ecaz­kar bir tərzdə yaradır ki, onlarda, özləri öldükdən sonra, Onun tə­rəfindən, yenidən həyata qaytarılacaqları barədə şübhə doğ­masın. Al­lah bütün in­san­ları qəbirlərindən, sərdabələrindən[12] di­­rildəcək və ha­mısını Öz qarşı­sın­da təyin olunmuş müddətdə top­­layacaq ki, hər kəs öz xeyirxah əməllərinə və günahlarına görə əv­ə­zini alsın.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(53. 48) “Həqiqətən, Onun ehtiyacdan xilas etdiyini və zən­­gin­lik əta etdiyini;

Allah qullarının bir qisminə yaşaması üçün var-dövlət verir ki, onlar onu ticarət, peşə sahibləri olmaq və digər məşğələlərə yi­yə­­lən­mək vasitəsi ilə əldə edirlər, digərlərinə isə çox böyük həcm­də zən­­­gin­lik, böyük dəyərə malik mülklər və böyük ailə bəxş edir. Bü­­tün bun­lar – Allahın göstərdiyi lütüfkarlığıdır və O (Pak və Mü­qəddəs), on­ların öz var-dövlətləri ilə kimə minnətdar olmalı ol­­duq­la­rını qullarına xatırladır ki, onlar Ona şükür et­sinlər və yal­nız Tək Ona ibadət etsinlər.
 ﭦ ﭧ ﭨ ﭩ ﭪ

(53. 49) “Həqiqətən, Onun Siriusun[13] Rəbbi olduğunu”;

Sirius – məşhur ulduzdur. Əlbəttə, Allah bütün varlığın Rəb­­bi­dir, la­kin O (Pak və Müqəddəs), bütün varlıqlardan, xü­su­si­lə Siriusu qeyd edir, çünki islamaqədərki dövrdə müşriklər bu ul­du­za sitayiş edər­­dilər. Bu­nun­la Fövqəluca başa salmaq istəyir ki, müş­riklərin iba­dət etdikləri hər nə var­sa, Onun tərəfindən xəlq edil­mişdir, Onun ha­ki­­miy­yəti altındadır və onlar Onunla yanaşı iba­dətə layiq deyillər.
ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(53. 50) “Həqiqətən, Onun əvvəlki Adları məhv etdiyini”;
(53. 51) “Səmudlulardan heç nə saxlamadığını”;
(53. 52) “daha əvvəl isə Nuhun xalqını. Həqiqətən də, on­lar da­ha za­lım və daha azğın idilər;

Adlar – Hud peyğəmbərin (ə) xalqıdır. Allah onları aman­sız qa­­­­sır­­ğa­lı küləyə məruz qoymuş və onlara göndərdiyi pey­ğəm­­­bə­ri­ni (ə) qəbul et­mə­diklərinə görə onları məhv etmişdi. O (Pak və Müqəddəs), həmçinin sə­mudluları da – Saleh pey­ğəm­bə­rin (ə) qə­bi­lə­daş­larını cəza­lan­­dır­mışdı. On­lar öz pey­ğəmbərlərini rədd et­miş­di­lər və belə olduqda Rəbb onlara möcü­zəli bir dişi də­fə gön­dər­miş­di. Lakin fasiqlər pey­ğəm­bərə (ə) itaət etmək­dən im­tina et­miş və di­­şi dəvəni kəsmişdilər. Buna görə də, axırıncı nə­fər­lə­ri­nə kimi hə­­lak edilmişdilər. Hələ bundan da əvvəl Föv­qəl­uca Nu­hun (ə) qə­bi­lədaşlarını da zalımlıqlarına görə və bütün di­gər xalq­lar­dan da­­ha ar­tıq itaətsizlik göstərdikləri üçün daş­qın­la suda boğub məhv etmişdi.
 ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(53. 53) “Şəhərlərini[14] alt-üst edib, dağıtdığını”;
(53. 54) “Örtdükləri ilə onları örtdüyünü».[15]

Allah Lut peyğəmbərin (ə) xalqının yaşadığı şəhərləri məhv et­di. O (Pak və Müqəddəs), onların üstünə elə bir cəza göndərdi ki, o vaxta­dək heç bir başqa xalqa nəsib olmamışdı: onların ya­şa­yış mən­təqələri alt-üst edildikdən sonra, onlara qurudulmuş gil­dən kəsəklər yağdırıl­mışdı. Onları elə bir əzabverici cəza çul­ğa­mış­dı ki, onu hətta təsvir et­mək belə mümkün deyil.

 ﮆ ﮇ ﮈ ﮉ ﮊ
(53. 55) “Sən Rəbbinin hansı nemətlərinə şübhə edirsən?”

Allahın bütün nemətləri sənin gözünün qabağındadır və on­lara şübhə etmək olmaz. Səndə və digər qullarımda olan hər şe­yə görə siz Tək Ona borclusunuz və yalnız O (Pak və Müqəddəs), sizi müsibətlər­dən və cəzadan xilas edə bilər.

 ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(53. 56) “Bu da əvvəlki nəsihətçilər kimi bir nəsihətçidir”.

Abdullahın oğlu, Haşimin nəsli, Qureyş qəbiləsinin nüma­yən­dəsi – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) elçilərdən birincisi deyildi. Ondan (s.ə.s.) əvvəl də in­san­la­ra elçilər göndərilirdi və onlar da onun (s.ə.s.) təbliğ etdiyini təbliğ edir­dilər. Onun (s.ə.s.) təlimində sizə xoş gəlməyən nədir? Onun xüt­bələrində hansı nöqsanları tapmısınız? Məgər o (s.ə.s.) sizə xe­yir­xahlığı öyrətmir­mi və sizi şərdən çəkindirmirmi? Məgər o (s.ə.s.) sizə Müdrik və Həmdəlayiq Rəbbin nazil etdiyi, yalan və uy­durmalara heç bir aidiy­yəti olmayan Kəramətli Quranı oxu­mur­mu? Mə­gər Allah alicənab el­çi­ləri (onlara salam olsun!) inkar edən sizdən əv­vəl­ki­ləri məhv etmə­miş­dimi? Əgər bu belədirsə, bəs onda Muhəmməd Pey­ğəm­bə­ri, bütün el­çi­­lərin ağasını və bü­tün təqvalı möminlərin rəhbərini (ona Allahın sa­la­vatı və salamı ol­sun!) inkar edən günah­kar­ları Allahın cə­zasından nə xilas edə bi­lər?

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(53. 57) “Yaxınlaşmaqda olan[16] yaxınlaşmışdır”
(53. 58) “və Allahdan başqa, kimsə onun qarşısını ala bil­məz».

Qiyamət gününün başlanacağı müddət yaxındır və artıq onun əlamətləri özünü göstərməkdədir. O başladıqda isə heç kim kafirləri vəd edilən cəzadan xilas etməyəcəkdir.
Sonra Fövqəluca, Muhəmmədin (ona Allahın salavatı və sa­lamı ol­sun!) peyğəmbərliyini və gətirdiyi Mübarək Quranı inkar edən kafir­ləri təhdid edir:

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(53. 59) “Doğrudanmı siz bu hekayətə təəccüb edir”,
(53. 60) “gülürsünüz, ancaq ağlamayıb”,
(53. 61) “əylənirsiniz?”
Doğrudanmı siz bütün Kitablardan ən gözəli, ən yaxşısı və ən şərəflisi olanı inanılmaz adlandırmağa cəsarət edirsiniz? Doğ­ru­­danmı siz elə fikirləşirsiniz ki, onun nazil edilməsi mümkün de­yil?
Müşriklərin davranışı onların nadanlığının, azğınlığının və inad­kar­lığının nəticəsi idi, əks halda onlar hər sözü haqqın özü olan heka­yətdən üz döndərməzdilər.
Ey insanlar! Bu, nə zarafatdır, nə də əyləncə. Bu, Böyük Qu­ran­­­dır. Əgər Allah onu qüdrətli dağlara nazil etsəydi, onlar Onun qar­­şı­sında qor­xudan parça-parça olub dağılardılar. O sizin ağ­lı­nı­zı daha kamil, sizin söz­lərinizi isə daha hikmətli, sizin ba­xış­la­rı­nı­zı daha düzgün, sizin əməllə­ri­nizi daha qəti, imanınızı və eti­qa­­­dı­nızı daha güclü edə bilərdi. Buna gö­rə, bu Qurana təəccüb et­­mə­yin, ona təəccüb edənlərin düşüncə­sizliyinə, axmaqlığına və az­­ğınlığına heyrət edin!
Siz Quran və onun ayələrinə məsxərə edir və gülürsünüz. Am­ma əgər siz hikmətli Quran qadağalarına və hökümlərinə qulaq as­sanız və onun gözəl nəsihətləri və gerçək hekayətləri üzərində dü­şünsəniz, bu ayə­lərin ürəkləri neçə fəth etdiyini, qəlbi əsir al­dı­ğı­nı və gözlərdən yaş çı­xartdığını görərsiniz.
Siz Qurana laqeyd yanaşırsınız və onun mənaları üzərində dü­­­şün­­mürsünüz və bu sizin fərasətsizliyinizə və etiqadınızın nöq­san­lı­lığına dəla­lət edir. Əgər siz Allaha ibadət etsəydiniz və Onun ra­­zılığını qazanmağa can atsaydınız, onda hər bir sağlam dü­şün­cə­li in­sanın nif­rət bəslədiyi belə bir acınacaqlı vəziyyətə düş­məz­di­niz.

ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(53. 62) “Allaha səcdə qılın və ibadət edin!”

İbadət – elə bir anlayışdır ki, Allahın sevdiyi və onlardan ra­zı qal­­dığı bütün sözləri və bütün aşkar və ya gizli əməlləri özündə eh­ti­va edir. Allah, ibadət ayinlərinin hamısından səcdəni xüsusilə ayır­­mışdır ki, bu da onun faydası və üstünlüyünü təsdiq edir. Səc­də bütün ibadə­tin əsrarəngizliyi və mahiyyətidir, çünki onlar Al­lah qar­şısında qorxu və sitayişi təcəssüm etdi­rir. İnsan səcdəyə qa­pa­na­raq, qəlbi və vücudu ilə Onun hüzurunda mü­tiləşir və bə­də­ni­nin ən şərəfli hissəsini Onun Ayağı səviyyəsində itaətkar­lıqla en­dirir.








[1] Hətta müsəlmanlar arasında elələrinə rast gəlmək olur ki, onlar yalnız Quranı əsas gö­tür­dük­lə­rini və hədisləri ciddi qəbul etmədiklərini bəyan edirlər. Birincisi, bu və buna bənzər digər ayə­lər belə şəkkaklara kifayət etməlidir ki, onlar yanıldıqlarını dərk və etiraf etsinlər. İkincisi, Pey­ğəmbərin (s.ə.s) hədislərinə şübhə ilə yanaşanlar belə hallarda bir çox həqiqətləri unudurlar və yada salmaq istəmirlər ki, axı Kəramətli Quran da Peyğəmbərin (s.ə.s) vasitəsilə bəşəriyyətə çat­dırılmışdır. Onun (s.ə.s) hədis­lərinə şübhə ilə yanaşanın Qurana münasibəti necə ola bilər? Üçün­cüsü, şəkkakların bəziləri, həqiqətən də, dünyəvi elm sahələrində yüksək təhsilə, savada və dərəcələrə malik olma­larına baxmayaraq, belə düşüncə sahibidirlərsə, onda belələrini iman sa­hibi adlandırmaq çətin işdir. Mən şəxsən belə bir elm adamı tanıyırdım. Elmlər doktoru, pro­fes­sor idi. Ölkəmizin ali təhsil ocaqlarının birində vəzifə sahibiydi. O deyirdi ki, yalnız Quranı əsas tutur və hədislərə etibar etmir. Təəssüflər olsun ki, sonralar mən onu namazlarda görə bil­mə­­diyimə görə, haqqı ona izah etmək imkanına malik olmadım. Belə insanların belə yanlış ba­xış­ları, onların çox vaxt hədis ötürü­cüləri olan Peyğəmbər səhabələrinə və hədis ravilərinə olan mü­nasibətləri ilə izah oluna bilərsə də, əksər hallarda bu, onların İslamı tam səmimiyyətlə qə­bul etmə­məsindən irəli gəlir. F.S.
[2] Quranın 61-ci (Səff) surəsinin 6-ci ayəsində Muhəmməd Peyğəmbərin (s.ə.s.) gələcəyi haq­qında belə deyilir: “Bir dəfə Məryəm oğlu İsa dedi: “Ey İsrail oğulları! Həqiqətən, mən – Allahın sizə göndərdiyi elçisiyəm, mənə qədər nazil edilən Tövratın doğruluğunu təsdiq edi­­rəm və məndən sonra gələcək, adı Əhməd olacaq Elçi ilə sizi müjdələyirəm” – de­miş­di...”. Quran, gördüyümüz kimi, İsa peyğəmbərin (ə) islam Peyğəmbəri Muhəmmədin (Əh­mə­din) (ona Allahın salavatı və salamı olsun!) gələcəyini müjdələdiyini bildirmişdir. Bax: “Kuran Heç Tükənməyən Möcüzə”, 2005, İstanbul, səh. 250. F.S.
[3] “Məkan” kimi redaktə etdiyim – الْمَاْوٰى (əl-məva) sözü lüğətdə: “məkan” (sığınacaq, daldala­na­caq) mənalarını verir. Ayənin rus mətnində ifadə: “Сад пристанища” (“Sığınacaq bağı”) kimi verilmişdir. F.S.

[4] Bu ayələrdən (53/12-15) və Təfsirin müəllifinin gəldiyi nəticələrdən bir daha açıq-aydın bəlli olur ki, Fövqəlqüdrət Sahibi Allah hər şeyə qadirdir və insanın təsəvvürünə gətirə bilmədiyi və ona mö­cüzə kimi görünən gerçəkliklər yaratmaq hüdudsuzluğuna malikdir. Təfsirin mətnindən gö­rün­düyü kimi, Allah Cənnəti yerin və yeddi göyün üzərində xəlq etmişdir. Düzdür, bu ya­ra­dı­lı­şın hansı ilahi qanunlara əsaslandığını bilmirik və öz bəşər təfəkkürümüzə uyğun mühakimə yü­rü­dərək, iman sahibi deyiliksə, düşünə bilərik ki, “fəza” boşluğunda nə və necə yaratmaq olar və bu yaradılan obyekt (lər) nəyə istinad edib dayana, dura, qala, sallana (və s.) bilərlər. Bu düşüncə insanın yalnız fiziki qanun­lardan başqa qanunları təsəvvür etməməsi və ya etmək is­tə­məməsi ilə bağlıdır. Təfsirdə Allahın dənizlərin gün ərzində dəfələrlə qalxıb əraziləri su al­tın­da qoymaq istəməsindən, Allahın isə buna icazə verməməsindən nümunə gətirilir. Fiziki dü­şün­cə sahibi, bu misala da şəkk-şübhə ilə ya­naşa bilər: Allah necə edir ki, dənizlər Onun sö­zü­nə baxıb, qalxmır insanların yaşadığı quru əraziləri su altında qoymur? Əslində, bu düşüncə, hə­qiqətən də, naqis düşüncədir. Çünki Allahın fövqəl­qüdrəti və digər ecazkar sifətləri haqqında oxu­yub məlumatlanan və iman sahibi olanlar bilirlər ki, doğrudan da, O – hüdudsuz fövqəlqüdrət və hik­mət Sahibidir və Onun Elmi, insanların təsəvvür edə bilməyəcəyi misilsiz qanunlardan iba­rət­dir. Bu gün, möhtərəm oxucu, ola bilsin ki, televerilişlərin heç bir ekrandan istifadə edil­m­ə­dən açıq havada nümayiş etdirilməsinə möcüzə kimi baxar. Lakin bu bir gerçəklikdir və vaxtı çat­dıqda Müdrik Allah onu da bəşəriyyətə verə bilər və bir çox buna bənzər “möcüzələri” də. Am­ma bəs bu və buna bənzər elmi-texniki yeniliklər hansı prinsiplərə əsaslanır? Əlbəttə, əgər Al­lah belə yenilikləri insana təlqin edirsə, ona onun sirlərinin cizgilərini də təlqin etmiş olur ki, mü­təxəs­sislər bunu öz “kəşfləri” kimi göstərib, müəlliflik hüququ sahibləri olurlar. Son iki-üç yüz il ərzində bəşəriyyət çoxlu elmi-texniki yeniliklərə nail olmuşdur və heç kim etiraf etmək is­tə­mir ki, bu kəşflərin insan ağlına özbaşına gələ bilməsi mümkün olmayan, yalnız Allahın Qə­dəri əsasında gerçəkləşdirilən ilahi təlqinlərdir. Eləcə də, Allahın Cənnəti yerin və göylərin föv­qündə yaratması Onun Öz əsrarəngiz Qanunlarına əsaslanır. Axı, ey əziz oxucu! Təsəvvür et və təəc­cüblənmə ki, elə bizim dünyamız da, Kainatımız da, Qalaktikamız da (və s. də...) fəza boş­luğundadır və daima nizam-intizam içində hərəkət edir. Məgər bu sizi təəc­cüb­lən­dirməlidir? Sağ­lam düşüncəlilər bu gerçəklikləri qravitasiya, cazibə və sair qanunauyğunluqlarla əla­qə­lən­di­rib, düzgün nəticə çıxa­rırlar. Lakin yuxarıda qeyd edildi ki, Allahın belə ilahi qanunları həd­siz­dir. Bütün bu düşüncələrin Allaha, Onun Quranına və peyğəmbərlərinə bəslənən imandan qaynaqlandığını insan anladıqda, həyatı dərk etməsi və Axirətə hazırlaşması da asan­laşır. Bu qeydimdə mən təkcə Cənnət barədə deyil, digər az-çox bənzər məxluqların, yəni, Rəb­bin digər dəlillərinin də varlığı, var ola biləcəyini oxucunun yadına salmaq istədim. Həmd ol­sun Fövqəlqüdrət Sahibinə, mərhəməti ilə insana bu bilikləri aşıladığına görə! F.S.
[5] Əməl. F.S.
[6] Həm də Onun Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s) səhih hədisləri ilə. F.S.
[7]“ Cənnət” nəzərdə tutulur. F.S.
[8] Kursiv tərcüməçinindir. F.S.
[9] Lakin Allah günahkar insanları və xalqları, onların Ana Kitabda yazılmış qədərinə uyğun ola­raq, bu dünyada da kifayət qədər sərt və amansızlıqla cəzalandırır. Bu cəzalandırılmaların ib­rətamiz nümu­nələri bu Təfsirin çoxsaylı ayələrinin şərhində (Ad, Səmud və s. xalqlar) açıq-aş­kar verilmişdir. Allah tamamilə azğınlığa və küfrə yuvarlanmış bütöv xalqları və məmlə­kət­lə­ri yerli-dibli məhv etmiş və tarix səhnəsindən silib atmışdır. Ayrı-ayrı ifrat dərəcədə günah­kar xalqların, məmləkətlərin və cəmiy­yətlərin cəzalandırılması sonrakı dövrlərdə davam etmiş və bizim zəmanəmizdə də Onun ədalətli Qəzəbinin nəticələri özünü göstərməkdədir. Erməni­lə­rin müttəfiqləri ilə Azərbaycana qarşı apardıqları haqsız müharibədə o ölkənin ərazisində baş ve­rən müdhiş zəlzələ, digər ölkələrdə, qitələrdə baş verən sarsıdıcı su basqınları, zəlzələlər və di­gər “təbii”, seysmik proseslər adlandırdığımız fəlakətlər məgər özü-özbaşınamı baş verir? Bü­tün bu bəlalar yalnız insanlarla bağlı olur, onların həlakına və yaşayıq yerlərinin dağıntısına sə­bəb olur. Deməli, yerdə, göylərdə, bütün Kainatda hər şeyi İdarəedənin Allah olduğunu bil­diyimiz halda, bu fəlakətlərin Onun xəbəri olmadan baş verə biləcəyini müsəlman qəbul edə bi­lərmi? Əlbəttə yox! Həmd olsun Allaha! O (Pak və Müqəddəs) günahkarların cəzasını elə bu dün­yada da, bizim gözümüzün qarşısında da verməkdədir. F.S.
[10] Kursiv mənimdir. F.S.
[11] Allah səmimiyyətlə qorxanları. F.S.
[12] Öldükdən sonra basdırılmayanların isə cəsədlərinin düşüb qaldığı yerlərdən dirildəcəkdir. Hər şeyə şübhə ilə yanaşan insanlar üçün izah etmək yerinə düşər ki, burada belə bir qeyd də edim: Allahın insanı fasiləsiz müşahidəsi altında saxlaması gerçəkliyinə müvafiq olaraq, in­sa­nın bu dünyada ölümündən sonra, harada basdırılması, meyidinin harada düşüb qalması bü­tün incəlikləri ilə ilahi dərgahında ən dəqiq koordinatları ilə qeydə alınır və Qiyamət günü on­la­­rın axtarılıb tapılmasına ehtiyac qalmır. Onların dirildilməsinə yalnız bir ləhzə lazım olacaq – o da Allahın verəcəyi əmridir. Bu, surun çalınması ilə gerçəkləşdiriləcəkdir. F.S.
[13] Ərəbcə: الشِّعْرٰى (Şira) adlanan bu ulduz ana dilimizdə “Sirius” adlanır. Təbii ki, müxtəlif dil­lərdə Siriusun digər adları da vardır. F.S.
[14] Lut peyğəmbərin (ə) xalqının şəhərləri nəzərdə tutulur. F.S.
[15] Qeyd etməliyəm ki, bu surənin 36-cı ayəsindən başlayaraq (“Məgər ona xəbər verilməmiş­di­ Musanın səhifələrin­də­kilər və vəfalı İbrahiminkilər?”) 56-cı ayəyədək Allah qoyduğu sualı izah edir və bunlar İbrahim (ə) ilə Musanın (ə) səhifələrində olan nəsihətlərdir. Buna görə hə­min ayələrin sonluğunun tərtibatı, müşahidə etdiyiniz kimi, İmam Kurtubinin “Əl-Camiu li-Əh­kamil-Kuran” adlı təfsirinə müvafiq verilmişdir. F.S.

[16] Qiyamət günü nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий