среда, 2 мая 2012 г.

46. ƏL-ƏHQAF SURƏSİNİN ŞƏRHİ

ƏL-ƏHQAF
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(46. 1) “Ha. Mim.”
(46. 2) “Kitab Fövqəlqüdrətli, Müdrik Allahdan nazil edil­miş­dir.”

Fövqəluca Öz Son Vəhyini şərəfləndirmiş və ucaltmışdır. Bu­­nu ona görə etmişdir ki, qullarını Şanlı Quranı öyrənməyə ruh­lan­dır­sın və onlar öz qəlbini onun nuru ilə işıqlandırsınlar, onun ayə­ləri üzə­­rində düşünsünlər və onun hikmətlər xəzinəsinə nüfuz edə bil­sin­lər.
Allah Şanlı Quranı onun hökümləri və qadağaları ilə məhz Özü­­­nün nazil etdiyini bəyan etdikdən sonra, O (Pak və Müqəddəs), qulla­rı­na göyləri və yeri xəlq etdiyini xatırladır. Bununla da Föv­­­qəluca tən­tənə ilə Özünün Xaliq və Hakim olduğunu bəyan edir. O (Pak və Müqəddəs), belə buyurur: “...Heç şübhəsiz ki, xəlq et­­­mək və hökm ver­mək Ona məxsus­dur...” (Əraf, 7/54); “Allah – yed­­­di göyü və yerin də o qədər mislini Ya­radan­­dır...” (Talaq, 65/12); “O mələkləri ruhla Öz əmri ilə is­tədiyi quluna nazil edir: “Mən­­­dən başqa ilah olmaması ba­rədə xəbərdarlıq edin. Mən­dən qor­­xun!” O, göyləri və yeri haqq ilə xəlq etmişdir...” (Nəhl, 16/2-3).
Allah Özünün çoxsaylı məxluqlarından insanları və cinləri seç­­­­miş və onlara öz həyat yolunu müstəqil müəyyən etmək haqqı əta et­mişdir. Rəbb onlara yaşamaq üçün mühit bəxş etmiş, göyləri, yeri və onların arasında olanları tabe etmiş və onlara Öz elçilərini göndərmiş və Kitablar nazil etmişdir. O (Pak və Müqəddəs), on­lara bəzi şeyləri yerinə yetirməyi, bəzilərindən isə çəkinməyi bu­yur­muş və bildirmişdir ki, yer həyatı keçici­ zəhmət və qayğılar üçün təyin olunmuşdur və in­san­lar onda əbədi qalmayacaqlar. On­lar öləcək, lakin yox olmayacaqlar və başqa bir dünyaya, əbədi dün­­yaya gedəcəklər və yola özləri ilə yer üzündə yaşadıqları za­man yerinə yetirməyə nail olduqları əməllərini aparacaqlar. Ora­da, Axirət həyatında, onlar bütün əməllərinə görə əvəz alacaqlar.

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(46. 3) “Biz göyləri, yeri və onların arasındakıları yalnız haqq xatirinə və müəyyən müddət üçün xəlq etmişik. Lakin iman gətirmə­yənlər xəbərdar edildiklərindən imtina edirlər”.

Fövqəluca insanlara Axirət həyatının varlığını sübut edən çox­­lu mö­cü­zələr göstərmiş, kafirlərə Onun mükafatının necə gö­zəl ola­­ca­­ğını və Onun cəzasının isə necə dəhşətli olacağını bə­yan et­miş­dir. O (Pak və Müqəddəs), xalqların bəzilərini yüksəlt­miş, digərlərini isə həlak etmiş­dir ki, insanlar xeyirli sonu daha da möh­kəm ar­zu­la­sınlar və pis nə­ti­cə­lərdən dəhşətə gəlsinlər. O (Pak və Müqəddəs), Kai­natı əylən­mək üçün və nahaq yerə deyil, yalnız Haqqın xatirinə xəlq etmişdir ki, insanlar öz Xaliqinin əzəmətini dərk edə bilsinlər, Onun kamilliyinə əmin olsunlar və anlasınlar ki, qüdrətli göyləri və nə­həng yeri yaratmış Allah heç bir çətinlik çək­­mədən onları da öl­dük­dən sonra dirildə bilə­cəkdir, sonra, ya cə­­zalandıracaq, ya da mü­ka­fat­landıracaqdır.
Allah qullarına Özünün haqlı olmasının dəlillərini təqdim et­­dik­dən sonra, onlara doğru yolu göstərir və bəyan edir ki, Onun qul­ları ara­sında elələri var ki, haqdan üz döndərirlər və pey­ğəm­bər­lərin dini­nə düşmən­çilik bəsləyirlər. Lakin onların arasında elə­ləri də var ki, Allaha iman gətirir və haqqı tanıyırlar. Onlar öz Rəb­binin əhkamlarına riayət edir, onlara hörmətlə yanaşır, on­ları yerinə yetirirlər və bun­ların sayəsində onları böyük mü­vəf­fə­qiy­­­yət, şərdən və cəzadan xilas olma gözləyir.

 ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(46. 4) “De: “Gördünüzmü Allahdan başqasına dua edi­lən­­­­­lə­ri? On­la­rın yerin hansı hissəsini yaratdığını mənə göstərin! Ya­xud onlar göy­­­lərə şərikdirlər?! Əgər doğru danışanlarsınızsa, mə­nə bun­dan qa­baqkı bir Kitab və ya heç olmazsa hər hansı bir elm əla­məti gətirin”.

Kafirlər bütləri Allaha bərabər tutmuş və özləri üçün nə xey­­­­rə, nə şərə, nə həyata, nə ölümə, nə də dirilməyə sərəncam çə­kə bil­mə­­­yən ilahlar uydurmuşdular. Ey Muhəmməd! Bu “ilah­la­rın” aciz­li­­­­yini ifşa et və kafirləri əmin et ki, daş heykəllər ibadətə la­­­yiq de­yil­­­­lər. Buna görə onlardan soruş: “Sizin “ilahlarınız” neçə ul­­duz və ne­­­çə planet yara­dıb­lar? Onlar neçə dağ və neçə çay ya­ra­dıb­lar? “İlah­­­larınız” neçə heyvan, ot və bitkilər yetişdirmişlər? Bəl­­kə onlar Kai­­­natı yaratmaqda Allaha kömək etmişlər? Belə bir şey ol­ma­mış­dır və siz özünüz buna şahidsi­niz». Bu – Allahdan baş­­qa, kimə olur­­­­­sa olsun, ibadət edilmə­sinin yalan və faydasız ol­ma­sının tək­zib­­­olunmaz məntiqi dəlilidir.
Sonra Fövqəluca xəbər verir ki, müşriklərin iddiaları nəinki mən­­­­tiqi dəlillərdən, həm də Mübarək Kitabların həqiqi mətn­lə­rindəki sü­but və əsaslardan da məhrumdur. Ey Muhəmməd! Qoy müş­­riklər han­sı Kitabın insanları bütlərə ibadə etməyə çağırdığını sə­nə göstərsinlər, ya da Allahın elçilərinin (onlara salam olsun!) han­­sı birinin belə et­məyə[1] hökm verdiyini sə­nə desinlər.
Müşriklər heç vəchlə Peyğəmbərə (ona Allahın salavatı və sa­­la­mı olsun!) etiraz edə bilməzdilər, çünki Allahın bütün elçiləri (on­­la­ra sa­lam olsun!) Vahid Allaha ibadəti təbliğ edirdilər və On-dan baş­qa ki­mə­sə ibadəti qadağan edirdilər. Tövhid ən yüksək bir elm­­dir ki, bəşəriy­yə­tə Allahın elçilərindən (onlara salam olsun!) irs qalmışdır və buna gö­rə Fövqəluca belə buyurur: “...Biz hər üm­­mətə el­çi gön­dərmişik: “Allaha ibadət edin və tağutdan çə­ki­nin!...” (Nəhl, 16/36). Hər bir pey­ğəmbər (ə) öz xalqına demişdir: “...Al­laha ibadət edin, çünki sizin Ondan başqa ilahınız yox­dur!...” (Əraf, 7/59).[2]
Bütün bunlardan aydın olur ki, öz inanclarını müdafiə edən müş­­­­riklər sübut və dəlillərə istinad etmirdilər və yalnız yanlış zən­­nə qapılır və qüsurlu nəticələr çıxarırdılar. Buna əmin olmaq üçün onların dini təlimi və adətləri ilə sadəcə tanış olmaq və on­la­rın uydurub bütün həyatları boyu ibadət etdikləri “ilahlarının” bu dün­­­yada və ölümdən sonra onlara hansı faydanı verə biləcəklərini on­lar­dan soruşmaq kifa­yətdir.

 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(46. 5) “Allahın əvəzinə, Qiyamətə qədər onlara cavab ver­mə­­­yərək, dualarından qafil qalanlara dua edənlərdən kim daha çox az­ğın­lıq­da­dır?!”
Onlar müşriklərə zərrə qədər xeyir gətirə bilməzlər, çünki on­­­la­rın yalva­rış və dualarını eşitməzlər. Yox, əgər dualarını eşit­səy­­­dilər də, onsuz da bu dünyada onlara heç bir kömək edə bil­məz­­­dilər. Bu, Qiya­mət gününə qədər belə olacaqdır və o baş­la­dıq­da isə Allahdan başqa kömək üçün dua edilənlərin hamısı müş­rik­­­lərdən imtina edəcəklər və onların özlərinə ibadət etdiklərini tək­­­zib edəcəklər.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ

(46. 6) “İnsanlar toplandıqda bütlər onların düşməni kə­si­lə­­cək­lər və ibadətlərini rədd edəcəklər.”

Müşriklər və onların uydurduqları “ilahlar” bir-birilərini lə­nət­­lə­yəcək və bir-birilərindən imtina edəcəklər.

 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(46. 7) “Aydın ayələrimiz onlara oxunduqda, Haqqa iman gə­­tir­­­mə­yənlər: “Bu – açıq-aşkar bir sehrdir” – deyirlər”.

Kafir günahkarlara, gerçəkliyinə şübhə edilməsi mümkün ol­­­­­ma­­yan ayələri bəyan etdikdə, onlar özləri üçün faydalı nəticələr çı­­­­xartmır və onlardan üz döndərirlər ki, bununla da özlərini Allahın qarşısında hər hansı formada bəraət qazanmaqdan məh­rum edir­­­lər. Onlar haqqı dinləyir, lakin özlərinin yalançılığı üzün­dən və qərəzkarlığından onu açıq-aşkar sehr adlandırırlar. Onlar haq­qa qara yaxmağa və onu təhrif etməyə cəhd göstərirlər. Lakin on­la­­­­rın əsassız iddiaları yalnız kəmağıl­lara və axmaqlara inandı­rıcı gö­­­rünə bilər, çünki Elçinin (ona Allahın salavatı və salamı ol­sun!) gə­­­tir­diyi haqq ilə sehrbazlıq arasında fərq, göylər və yer ara­sın­da­­kı məsafədən də böyükdür.
Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) Təlimi o də­rə­­cədə şərəfli və ucadır ki, göylər onunla yanaşı alçaq gö­rü­nür. Onun işı­­­ğı o qədər əzəmətlidir ki, günəşin parlaqlığını üstə­lə­yir. Onun həqi­qi­­­­liyi çoxsaylı möcüzələrlə təsdiq olunmuşdur ki, Rəbb onları bütün dün­yaya gös­tərmiş və insanların özlərində əks et­­dirmişdir. Adəmin (ə) sağlam dü­şün­cəli və ağıllı nəsilləri onu qə­­bul edirlər. Necə ola bilər ki, ka­firlər bu haqq Təlimi ən azğın, gü­­nahkar və yaramaz insanların məş­ğul olduğu yalançı se­hr­baz­lıq­­la mü­qa­yisə etsinlər?! Onların arasında heç bir əlaqə yoxdur və ka­­firlərin iddiaları, yalnız yalan və azğınlıqdır.

ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ
(46. 8) “Ya da deyirlər: “O, bunu uydurmuşdur». De: “Əgər mən bunu uydurmuşamsa, siz məni heç nə ilə Allahdan qo­­ruya bil­məz­si­niz. Sizin haqqında boşboğazlıq etdiyiniz şeyi O, daha yaxşı bilir. Si­zinlə mənim aramda Onun Şahidliyi mənə bəs­­dir. O – Ba­ğış­­layandır, Mərhəmətlidir».

Əgər mən onu uydurmuşamsa, onda O (Pak və Müqəddəs), ni­yə məni etdiyimə görə cəzalandırmır? Onun məni cəzalan­dır­ma­sı Ona heç də çətin deyil və Ona sizin söylədikləriniz yaxşı mə­lumdur. Allah məni məhv etmək istəsə və ya mənə mərhəmət gös­tərməyi qərara alsa, onda siz onsuz da Allahın qarşısında mə­nə heç nə ilə kömək edə bil­məz­siniz. Əgər mən Onun adından ya­lan danışsaydım, bu ən böyük böhtan və zalımlıq olardı. Lakin mənim sizin uydurduqlarınız iftiralara heç bir aidiyyətim yoxdur. Allaha tövbə edin, günah işlətməkdən əl çəkin və onda Rəbb sizi bağışlayar, sizə rəhm edər, sizə doğru yola gəl­məyə yardım göstə­rər və sizə bol müka­fat verər.
Kafirlərin haqqa bəslədikləri ədavətə və kin-küdurətə bax­ma­­­­ya­raq, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­­­­­sun!) on­ları törətdikləri cinayətlərə görə tövbə etməyə ça­ğır­mış­dır.
ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(46. 9) “De: “Mən elçilərin birincisi deyiləm. Mən mənim və si­zin başınıza nə gələcəyini bilmirəm. Mən yalnız vəhylə mə­nə təlqin edilənə riayət edirəm. Mən, yalnız açıq xəbərdarlıq edə­nəm».

Mənə qədər də insanların yanına elçilər gəlmişdilər və siz tə­­əc­­cüb etməməlisiniz ki, Allah məni sizin yanınıza göndərmişdir. Siz mə­nim təlimimi rədd etməməlisiniz. Mənə qədər nə qədər el­çi­lər və pey­ğəmbərlər olmuşdurlarsa da, hamısı mənim sizə təbliğ et­­di­yimi təbliğ etmişdilər. Mənim xütbələrimdə sizin xoşunuza gəl­­mə­­yən nədir?! Mən – sadəcə, bir insanam və mən məxluqların ta­­le­yi­nin sərəncamçısı de­yiləm. Sizi də, məni də idarə edən Föv­qə­l­u­ca Al­­lahdır və yalnız O (Pak və Müqəddəs), bizim taleyimizi həll edir. Mən öz istəyimlə Allahın di­ninə heç nə əlavə etmirəm. Mən – yal­nız açıq xəbərdarlıq edənəm. Əgər siz mənim dinimə gəl­­səniz, on­da həm bu dünyada, həm də ölü­münüzdən sonra şə­ra­­fətli bir qis­mətə nail olarsınız. Yox, əgər siz məni rədd etsəniz, on­­da Al­la­hın hü­zurunda cavab verməli olacaqsınız. Mən sizi cə­za­­lan­dı­rı­la­ca­ğı­nız barədə xəbərdar etdim və kim öz xalqını xə­bər­dar edirsə, o, ar­tıq ona görə cavabdeh olma­yacaqdır.

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ

(46. 10) “De: “Əgər bu – Allahın dərgahındandırsa, siz də ona iman gətirməmişsinizsə? İsrail oğullarından da biri şahidlik edir­sə ki, bunun bənzəri olmuşdur, siz isə təkəbbür gös­tə­rir­si­niz. Həqiqə­tən, Allah za­lım­ları doğru yola yönəltmir!”

Xristian və yəhudilər arasında elə elm adamları tapıldı ki, on­lar haq­dan xəbərdar idilər, Quranın haqq olduğuna əmin ol­muş­dular və bi­lir­di­lər ki, onun bəyan etdiyini Allahın əvvəlki pey­­ğəm­bər­lə­ri və on­ların şanlı ardıcılları da öyrədirdilər. Onlar Qurana iman gə­tirmişdilər və doğru yolla getmişdilər, siz isə, cahil və ax­maq­lar, ondan tə­kəb­bür­lə üz döndər­diniz. Məgər bu ən böyük za­lım­lıq və ən böyük ka­fi­r­lik de­yilmi? Həqiqətən, Allah, haqq özünə ay­­dın olduqdan sonra on­dan təkəbbürlə imtina edən­ləri doğru yo­la yönəltmir.

ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(46. 11) “Kafirlər möminlərə dedilər: “Əgər bu[3] xeyirli ol­say­­­dı, onlar bizi bunda qabaqlaya bilməzdilər.” Onlar ona ri­a­yət etmə­dik­lə­ri­nə görə deyəcəklər: “Bu – köhnə uydurmadır.”

Haqqın inadkar düşmənləri və Elçinin (ona Allahın salavatı və sa­lamı ol­sun!) rəqibləri möminlərə deyirlər: “Əgər Qurana iman fayda versəydi, onda biz birinci olaraq ona iman gətirərdik». Əs­lində isə, on­la­rın sözləri yalan və saxtadır. Məgər kafirlərin mö­min­­lərə üstün gəl­dikləri bütün məsələlər haqdırmı? Kim demişdir ki, onların ürəyi xe­yir­xah, ağılları isə nurludur? Kim demişdir ki, on­lar doğru yolla gedir­lər?
Həqiqətən, kafirlər azğınlıq içindədirlər və nə isə bir şey et­mək­­də acizdirlər. Özlərini cürətləndirmək və güclü hesab etmək üçün on­lar bu gurultulu sözləri deyir, sonra isə Quranı və dini söy­mə­­yə başla­yırlar. Onlar Quranın nəsihətlərinə diqqətlə qulaq as­ma­yaraq, bö­yük ne­mətdən məhrum edilmişlər ki, məhz bu da onların Şə­rəfli Qurana kin bəs­ləməsinə səbəb olmuşdur. Onlar onu təhqir et­mə­yə cəhd göstə­rirlər və onu yalan adlandırırlar, lakin hamıya yaxşı mə­lumdur ki, Quran – şübhə olunmayan Haqdır.
 ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
 (46. 12) “Bundan öncə Musanın rəhbərlik və mərhəmət olan Kitabı ol­muşdur. Bu isə ərəb dilində, onu təsdiq edən, zalımları çə­kindirən, yaxşılıq edənləri müjdələyən Kitabdır».

Bu son vəhyin əvvəlki Səmavi Kitablara, onlardan biri olan Töv­­­­rata, çox bənzərliyi vardır. Bu, Qurandan sonra ən şərəfli və ən kamil Kitab, Musaya (ə) təlimat və mərhəmət olaraq nazil edil­miş­­di ki, İsrail oğulları onun hökümlərini və nəsihətlərini rəhbər tut­­­sunlar və bunun sayəsində bu dünyada və Axirət hə­ya­tın­da xoş­­bəxtliyə nail olsunlar.
Mübarək Quran özündən əvvəlki bütün Kitabları təs­diq­lə­yir və onların həqiqiliyinə şahidlik edir. Allah onu asan ifadə edi­lən ərəb di­lində nazil etmişdir ki, insanlar onu başa düşə və yadda sa­x­laya bil­sin­lər. Bu Kitab özləri özlərinə zülm edənləri, Allaha iman gətir­mə­yən­­ləri və Onun hökümlərinə itaətsizlik göstərənləri dəhşətli cəza ala bi­­lə­cəkləri barədə xəbərdar edir. Bununla yanaşı, o, öz Xaliqinə ibadət edən­ləri və ətrafla­rındakı məxluqlara yax­şı­lıq edənləri həm bu dün­ya­­da, həm də öldükdən sonra bol mü­ka­fat alacaqları barədə müj­də­lə­yir. Mübarək Quran həmçinin hansı əməl­lərin cəzalandırılmağa, han­s­ı­­larının isə tə­rifə və mükafata la­yiq görüləcəyini izah edir.

ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ

(46. 13) “Həqiqətən, “RəbbimizAllahdır!” – deyənlər doğ­­ru yol­­la getmişlər və onlar qorxu görməyəcək və kədər­lən­mə­­­yə­cək­lər».

O möminlər ki, Allahı özlərinin Vahid Rəbbi qəbul etmişlər və Onun əmrlərini fasiləsiz olaraq yerinə yetirirlər, onları qarşıda nə­­yin gözlədi­yindən qorxmayacaqlar və əvvəllər törətdikləri əməl­lə­rə görə kədərlən­məyəcəklər.
ﰒﰓﰔﰕﰖﰗ ﰘﰙ ﰚﰛ
(46. 14) “Onlar Cənnət sakinləridir və əməllərinin əvəzi ola­­raq orada əbədi qalacaqlar”.

Onlar Cənnət bağlarında əbədi qalacaq və özləri üçün başqa bir mü­kafat istəməyəcəklər. Bu füsunkar Yurd, onların Allaha iman gə­tir­­­mə­sinin və öz həyatını xeyirxah əməllərə həsr et­mə­si­nin layiqli əvə­zi­dir.

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

(46. 15) “Biz insana nəsihət etmişdik ki, valideynlərinə yax­şı­­lıq etsin. Onu daşıması, onu doğması anası üçün çox ağır­dı, ha­mi­­lə­lik və onu döşdən ayırmaq otuz ay çəkir. O, kamil döv­­rü­nə ye­­tişib, qırx yaşına çatanda, belə deyir: “Ey Allah, mənə və va­li­deyn­lərimə göstər­di­yin mərhəmətinə görə Sənə min­nətdar ol­ma­ğı və Sənin razı qaldı­ğın yaxşı işlər görməyi mənə təlqin et. Nə­sil­lərimi mənim üçün sa­lehlərdən et. Qar­şın­da tövbə edirəm. Hə­qi­qətən, mən – müsəlman­lar­danam».

Bu böyük tapşırıq Fövqəlucanın Öz qullarına xeirxah mü­na­si­­­bə­tin şəhadəti və Onun valideynlərə olan minnətdarlığıdır. O (Pak və Müqəddəs), Adəmin nəsilləri ilə əhd bağlamış və onlara öz valideyn­lərinə xoş rəftar göstərməyi, onlarla mülayim və meh­ri­bancasına danış­mağı, onlar­dan ötrü var-dövlətini xərc­lə­mə­yi, on­­lara səmimi, hər­tərəfli qayğı göstərməyi əmr etmişdir.
Sonra Allah bildirir ki, insanları valideynlərinə məhz belə mü­­­na­sibət bəsləməyi vacib etmişdir və xatırladır ki, ana insanı öz bət­­nində da­şıyaraq, çox əzab-əziyyətlər çəkir. Sonra doğum baş­la­yır ki, bu daha ağır bir imtahandır. Bundan sonra ananın öh­də­sinə kör­­pəni əmizdir­mək, ona qulluq etmək və tərbiyə vermək və­zi­fə­ləri düşür. Bütün bun­lar hər hansı bir və iki saat deyil, bir çox illər ə­r­­zində davam edir. Bə­zən döllənmədən başlayaraq əmiz­dir­mə­­dən kəsilənədək otuz ay keçir: hamiləlik doqquz ay davam edir, qa­­­lan vaxt isə körpəni əmizdirməyə sərf olunur. Quran təf­sir­çiləri be­lə hesab edirlər ki, bu ayədə hamilə­liyin ən az müd­dətinin altı ay­­­dan ibarət olması göstərilmişdir. Məsələ orasındadır ki, “Əl-Bəqərə” surəsində belə deyilir: “Analar övladlarını tam iki il əmiz­­dirmə­lidirlər...” (Bəqərə, 2/233). Əgər otuz aydan tam iki il, yə­ni, iyirmi dörd ay çıxılarsa, onda yerdə altı ay qalır ki, bu da ha­mi­ləliyin ən azı altı ay olduğunu göstərir.
İnsan qırx yaşına çatdıqda, o bütün qüvvələrinin tam çi­çək­lən­­­­məsinə və təfəkkür kamilliyinə nail olur və o, dininə və mad­di ne­­­mətlərə görə Rəbbinə, ona Allaha minnətdar olmaq hissi aşı­la­ması üçün dua edir. Hər bir insan Allaha şükür[4] etməyə və Ona da­­nışıqsız tabe olmaqla öz minnət­darlığını bildirməyə borcludur. Al­­lahın göstər­diyi bütün nemətlərini qəbul etməklə yanaşı, insan eti­raf etməlidir ki, o, Allaha tam layiqincə minnətdarlıq göstərmək gü­­cündə deyil. Allahın qulu, Onun xeyirxahlıq­larına görə və Onun ona valideynlər, övladlar, və nəvə-nəticələr bəxş etdiyinə gö­rə öz Rəbbinə minnətdarlıqla həmd etməlidir. İnsan öz va­li­deynlərindən və nəsillərindən nə qədər yaxşılıq­lar görür və bun­lar onun dini və möminliyi üçün nə qədər fayda verir! Unut­maq olmaz ki, valideynlərin düzgün dünyabaxışları və əməlləri mö­min müsəlmanın şəxsiyyətinin forma­laş­masında mühüm ami­l­dir.
İnsan da Allaha dua etməlidir ki, O (Pak və Müqəddəs), onun əməllərini Allahın bəyəndiklərindən etsin. Bundan öt­­rü o, müva­fiq hökümləri yerinə yetirməli və onun əməllərini heçə ç­ı­­­xara bilən şey­lərdən çəkinməlidir. Yalnız bu halda Allah onun səy­­­lərini qəbul edər və onları mükafatsız qoymaz. O, həm də Ona yal­var­malıdır ki, onun nəsillərini doğru yola yönəltsin. “Mənim üçün” sözlərinə gəldikdə isə, bu o deməkdir ki, saleh nəsillər öz va­li­deynlərinə fayda gətirir və onla­rın mükafatını artırırlar.


ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(46. 16) “Onlar Cənnət əhlindən olan o kəslərdir ki, Biz onların əməllə­rinin ən yaxşısını qəbul edəcək və pis əməllərini isə, onlara verdiyimiz haqq vədimizə uyğun, bağışlayacağıq”.

Allah, yuxarıda sadalanan məziyyətlərə malik möminlərdən on­­­la­rın etdikləri əməllərin ən yaxşısını qəbul edəcək. Onlar xeyir­xah iş­­lər görməklə yanaşı günahlar da törətmişlər, lakin Allah ən yax­şısını qə­­­bul edir, günahları və nöqsanları bağışlayır. Buna görə, onlar yalnız ar­­­zu etdiklərini və xoşagələn şeyləri alacaq, dəh­şətləri və cəzaları gör­­­mə­yə­cəklər. Öz sözünü pozmayan Sadiq Allahın vədi belədir!

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(46. 17) “Elələri də var ki, öz valideynlərinə: “Uff! Məndən ön­­cə ne­çə-neçə nəsillərin gəlib-getdiyi halda, məni dirildilib çı­xarı­laca­ğım­lamı qorxudursunuz?” Onlar Allaha sığınaraq de­yə­­­cək­­lər: “Vay sə­nin halına! İman gətir, axı Allahın vədi haqdır!” O isə deyə­cək: “Bu, sadəcə, qədim xalqların əfsa­nə­si­dir».

Öz valideynlərinin qayğısına qalan və xeyirxah işlər görən mö­­­min­lərin taleyini xatırlatdıqdan sonra, Fövqəluca Rəbb va­li­deyn­lərinə hörmət göstərməyən günahkarları yada salır.
Allah, valideynləri onu Allaha və Qiyamət gününə iman gə­tir­­­­mə­yə, Allahın cəza verəcəyindən qorxmağa çağıranda, on­lar­dan üz çevirən naşükür bir insanı nümunə gətirir. Ata və ana öv­ladlarının əbə­di xoş­bəxt­lik və sonsuz səadətə nail olması üçün ona kö­mək etməkdən başqa daha nə yaxşı bir şey edə bilərlər? Əlbəttə ki, heç nə! Onda, va­lideynlərinin belə xeyirxahlığına ən yaramaz tərzdə cavab verən insan haqqında nə demək olar? O deyir: “Uff[5], si­zin əlinizdən! Lənətə gə­lə­si­niz! Niyə siz bu danışıqlarla məndən əl çəkmirsiniz?!”
O, dirilməni inkar edir, onu mümkün olmayan bir şey sayır və bu­na görə deyir: “Niyə siz məni dirildilmə ilə qorxudursunuz? Mə­gər mə­nə qədər artıq kafirlərin çoxlu nəsilləri həyatdan get­mə­yib­­lər. Onlar da, mənim kimi, Axirət həyatını və diril­dil­məni in­kar edirdilər. Onla­rın başına nə gəldiyini mənə göstərin!” Bü­tün inad­­kar və cahil kafirlər kimi, o da, öz naşükür sə­ləf­lərindən nü­mu­­nə götürür.
Lakin onun valideynləri əllərini yanlarına salmırlar. Onlar Al­­lah­ın yardımına sığınaraq, var qüvvələri ilə ona kömək et­mə­yə çalışırlar və bundan ötrü hər bir imkandan istifadə edirlər. On­lar Fövqəlucaya yalvarırlar ki, O (Pak və Müqəddəs), onların oğ­lu­nu doğru yola yönəlt­sin, onu nadanlığına və onlara çək­dir­di­yi na­ra­­­hatçılığa görə məzəm­mət edirlər, haqqı ona izah edir və xa­tır­la­dırlar ki, Allahın vədi sar­sılmazdır.
Onlar onu hər cür mümkün vasitələrlə inandırmağa cəhd gös­­­tə­rirlər, lakin o, daha da dikbaşlıq və inadkarlıq edir. O, haqqa eti­­nasızlıq göstərir və onun barəsində ədəbsizcəsinə danışaraq, be­­lə deyir: “Bu, sa­­dəcə, bizim əcdadlarımızın rəvayət etdikləri bir əf­sanədir. Bu, Allah­ın vəhyi ola bilməz».
Yaxşı məlumdur ki, Muhəmməd Peyğəmbər (ona Allahın sa­­la­­vatı və salamı olsun!) oxumaq və yazmaq bilmirdi. O (s.ə.s.), və­­fa­­tına­dək heç kimdən dərs almamışdı. Bəs onda Mübarək Qu­ra­nı ona (s.ə.s.) kim öyrətmişdi? Hətta bütün məxluqların bir yerə top­la­şa­caqlarında belə Allahın Kitabına bənzər bir şeyi yaza bil­mə­­­yə­cək­lə­ri halda, o (s.ə.s) bunu necə yaza bilərdi?

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ
(46. 18) “Onların və onlara qədər yaşamış cinlərdən və in­san­­lar­dan olan xalqların barəsində Söz gerçəkləşdi. Hə­qi­qətən, on­lar zə­rərə uğra­mışlardan idilər”.

Yuxarıda təsvir olunan yaramaz sifətlərə malik olan in­san­ları A­l­lahın vəd etdiyi cəzası mütləq haqlayacaqdır. Bu cəzanı əv­vəl­­lər yer üzün­də yaşamış və Allaha, Qiyamət gününə iman gə­tir­mə­miş cin­lər və insanlar artıq dadmışdılar. Bunlar da mütləq onların ara­sın­da ola­caq və birlikdə əzaba düçar edilə­cək­lər. Onlar zi­­­yana uğra­ya­raq, nəy­ləri var idisə, hamısını itirdilər. Bu isə o de­mək­dir ki, onların nə isə əl­də et­diklərindən söbət belə ola bilməz. On­lar imanı itir­miş­di­lər və mü­ka­fata layiq ola və Cəhənnəm cə­z­a­sın­dan qurtula bil­mə­di­lər.

ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
 (46. 19) “Hamı üçün onların törətdiklərinə müvafiq pil­lə­lər ola­caq­dır ki, Allah onlara əməllərinə görə tam əvəz versin və onlarla za­lım­casına davranılmayacaq”.

Hər bir mömin və günahkar etdiyinə uyğun gələn pil­lə­sin­də ola­­­­caqdır. Hər bir insan Axirət həyatında özünün yaxşı və pis əməl­ləri ilə layiq olduğu pillədə olacaqdır. Allah insanların gü­n­ahlarını ar­­tırmaya­caq və onların xeyirxah əməllərini azalt­ma­ya­caqdır.
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ

(46. 20) “Kafirlərin Oda təqdim olunacaqları həmin Gün: “Siz ne­­­­­­­mət­lərinizi dünya həyatınızda israf etmiş, onlardan zövq al­mıs­ı­nız. Bu gün sizə, yer üzündə haqqınız olmadan özünüzü öydüyü­nü­­­zə və fa­siq olduğunuza görə, alçaldıcı əzab-əziyyətlə əvəz verilə­cək­­­dir».

Fövqəluca kafirlərin Cəhənnəmin qarşısında dayandıqları za­man necə həyəcan keçirəcəklərini xəbər verir. Mələklər onları mə­zəm­mət edəcək, danlayacaq və onlara belə deyəcəklər: “Siz dün­ya alə­min­də ne­mət payınızı sərf etmisiniz. Siz yalnız dünya hə­yatı haq­qında fi­kir­­­lə­­şir­diniz, onun zövq və ləzzətlərinə al­dan­mış­dınız və on­lar­dan al­dı­­­­ğı­nız həzz ilə qane olurdunuz və Allahın sizə bəxş etdiyi ne­mət­lər sizi ölüm­­­dən sonra nəyin gözlədiyini sizə unutdurmuşdu. Siz mad­di hə­yat­­­dan, heyvanların çəmən­lik­lə­rinizdə otladığı zaman nail ol­du­ğu “məm­­nun­­lu­ğa” bənzər ləzzət alırdınız. Bu gün sizi Cə­hən­nəm­də əzab-əziy­yət­­­­li cə­za gözləyir. Siz yer üzündə özünüzü tə­şəx­xüs­lə apar­dı­ğı­nı­za, Allaha itaət­si­z­lik göstərdiyinizə və öz yanlış yo­lu­nuzu ya­lan­dan Allahın yolu kimi bəyan etdiyinizə görə, orada al­çal­dılacaq və rüs­vay edi­lə­­cəksiniz. Siz yalan danışırdınız, günah iş­lər görürdünüz, Al­laha böh­­tan atırdı­nız, haqqı ləkələyirdiniz və ona iman gətirməyi özü­nüzə la­yiq bil­mir­diniz və bütün bunların ha­mı­sı­na görə siz müd­hiş bir cəza ala­caq­­sınız».
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

(46. 21) “Adların qardaşını xatırla. Bax, o, qum təpələri ara­­­­sın­dakı xalqını xəbərdar etdi, halbuki ondan əvvəl də və on­dan sonra da artıq xəbərdarlıqlar olmuşdu: “Allahdan başqa heç ki­­mə ibadət etməyin! Həqiqətən, mən qorxuram ki, Əzə­mətli gü­­­nün əzabları sizi yaxalasın».

Ey Muhəmməd! Xoş sözlərlə Adların qardaşını da, yəni, ali­cə­­­nab peyğəmbər və elçi Hudu (ə) da yad et. Fövqəluca Öz dinini təb­­­liğ et­mək və insanlara düz yolu izah etmək vəzifəsi ilə onu (ə) şə­­­rəflən­dir­mişdi. O (ə) öz xalqına Əhqaf adlı, “qum təpələri” mə­na­­­sını daşıyan yer­də, nəsihət verir­di. O yer, bu adı Yəmənin bö­yük səhrasının orta­sında yerləşdiyi üçün almışdı.
Hud (ə) elçilərin birincisi deyildi və yer üzünə yeni təlim gə­tir­­­məmişdi, əvvəlki elçilərin (onlara salam olsun!) təlimini təb­liğ edir­­di. O (ə), öz xalqına əmr etmişdi ki, yalnız Allaha ibadət et­sin­lər, doğ­­ru da­nışsınlar və tərifəlayiq işlər görsünlər. O (ə), onlara uy­du­rul­­muş “ilah­lara” ibadəti, onları Allaha bərabər tutmağı qa­dağan et­miş və ona (ə) itaət etməyənləri dəhşətli cəza ilə hə­də­lə­mişdi.

ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ

(46. 22) “Onlar dedilər: “Məgər sən bizim ilahlarımızdan üz dön­­dər­məyimiz üçün gəlmisən? Əgər sən – doğru da­nı­şan­lar­dan bi­risənsə, bizi təhdid etdiyini bizə göstər».

Lakin Adlar onun (ə) nəsihətlərini dinləmirdilər və de­yir­di­lər: “Sən xoş niyyətlə gəlməmisən və yalan danışırsan. Sən bizə və bi­­zim ilah­la­rı­mıza həsəd çəkirsən və istəyirsən ki, biz onlardan mə­h­rum olaq. Qoy sənin bizi qorxutduğun şey ger­çək­ləş­sin». Bu – na­­­danlığın və inad­­­karlığın həddini aşmaq idi.

 ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ

(46. 23) “O dedi: “Bilik – Allaha məxsusdur, mən isə nə ilə gön­­dərilmişəmsə, yalnız onu sizə çatdırıram. Amma mən gö­rü­rəm ki, siz cahil insanlarsınız».

Yalnız Allah sərəncam çəkir və hökm çıxarır və əgər O (Pak və Müqəddəs), istəyərsə, sizə əzab-əziyyətli cəza göndərər. Mə­nim və­­zi­fəm isə sizə yalnız şübhə edilməsi mümkün olmayan haq­qı çat­­dır­maq­dır. Həqi­qətən, siz cahil insanlarsınız və buna görə Al­la­ha qarşı ko­budluq etməyə cürət edirsiniz.

 ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑﮒ ﮓﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ
(46. 24) “Nəhayət, onlar onu vadilərinə tərəf hərəkət edən ya­­­­­ğış buludları halında gördükdə, dedilər: “Bu – yağış buludu bi­­­­zə yağış yağ­dıracaqdır.” Heç də yox! Bu, tez gəlməsini is­tə­di­yi­niz – kü­ləkdir ki, özü ilə əzabverici iztirablar gətirir”.
                                   
Fövqəluca onları kafirliyə və zalımlığa görə cəzalandırdı və on­­la­­­rın üstünə qasırğa göndərərək, onları məhv edib, yoxa çı­xart­dı. On­lar ya­­ğış buludunun vadilərinə tərəf yaxınlaşdığını gör­dük­də, qərara gəl­­di­lər ki, çox tezliklə güclü yağış yağacaq və onların sa­hələrini su­va­­ra­caq, su iç­dikləri quyularını və çaylarını su ilə dol­­duracaq. Onlar se­vinir və şad­yanalıq edirdilər, lakin Hud pey­ğəm­­bər (ə) dedi: “Heç də yox! Bu tez gəl­məsini özünüz is­tə­d­i­yi­niz amansız cəzadır. Bu bir qasır­ğa­­dır ki, əzab­verici cəza g­ə­tirir və qarşısına çıxan hər şeyi məhv edə­cək­dir».
Fövqəluca buyurur: “O, onu onların üzərində yeddi gecə və sək­kiz gün ərzində fasiləsiz, şiddətlə əsdirdi və sən insanları, san­ki kökündən qopub yıxılmış çürük xurma ağaclarının göv­də­ləri kimi, yerə sərilmiş görə bilərdin” (Haqqa, 69/7).
                                  
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(46. 25) “O, öz Rəbbinin əmri ilə hər şeyi məhv edir. Sə­hə­ri­­­si günə isə onların yalnız məskənləri qalmışdı.” Günahkar in­s­an­­­lara Biz əvəzi belə veririk».

Onların özləri, onların ev əşyaları və var-dövləti hər şey­lə­ri məhv edilmişdi. Bunun səbəbi isə onların cinayətləri və za­lım­lı­ğı oldu.

ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞﯟﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
 (46. 26) “And olsun ki, Biz sizə vermədiyimiz imkanları onla­ra vermişdik: onlara eşitmə, görmə və qəlb əta etmişdik. Lakin ver­dik­lə­rimizdən onların nə eşitməsi, nə görməsi, nə də qəlbi onlara heç kö­mək etmədi, çünki onlar Allahın ayələrini inkar edirdilər və on­ların istehza etdikləri özlərini haqladı”.

Fasiqlər, onlara çoxsaylı maddi nemətlər Bəxşedən Allaha şü­­­kür etmək və Onu xatırlamaq istəmirdilər. Onlar son dərəcə bö­yük im­kan­lara malik idilər, dünya ləzzətlərindən zövq alırdılar və siz­dən daha çox ya­şayırdılar. Bu barədə düşünün və özünüz üçün fay­­dalı nə­ticə çı­xarın. Siz gücün və var-dövlətin sizi Allahın cə­za­sın­dan qo­ru­yacağına ümid edirsinizsə, onda sizdən əvvəlkilərin ta­le­yini ya­dı­nıza salın. On­lar sizdən daha qüvvətli və daha böyük im­­kanlara m­alik idilər, lakin nə saysız-hesabsız var-dövlət, nə çox­saylı öv­lad­lar, nə qüdrətli qoşun­ları onlara fayda vermədi. On­la­rın eşit­məklə, gör­məklə və əqli inkişafla bağlı çətinlikləri yox idi və siz id­dia edə bil­məzsiniz ki, onlar haqqı ax­maq və kəmağıl ol­duq­larına görə in­kar etmişdilər. Səbəb onların kəm­ağıllılığında de­yil, sadəcə, Al­lah doğ­ru yola yalnız istədiklərini yönəl­dir.
Nə eşitmə, nə görmə qabiliyyəti, nə də qəlbləri onlara qə­tiy­yən heç bir fayda vermədi, çünki onlar Allahın ayələrini rədd et­miş­­di­lər, halbuki, o ayələrin hər biri onların Vahid Allaha iman gə­­tir­mə­si­ni və yalnız Ona ibadət etməsini vacib edirdi. Onlar in­kar etdikləri və məs­xərəyə qoyduqları elçilərin çəkindirdikləri cə­zanı daddılar.

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ

(46. 27) “And olsun ki, Biz ətrafınızda olan ölkələri məhv et­dik və ayələri elə izah etdik ki, bəlkə onlar döndülər”.

Fövqəluca bütpərəst ərəblərə və digər müşriklərə xatırladır ki, O (Pak və Müqəddəs), Allaha iman gətirməkdən imtina etmiş əvvəlki xalq­­ları həlak etmişdir. Onlar sizin yaxınlığınızda ya­şa­yır­dı­­lar[6] və on­lardan bir çoxu, məsələn, adlar və səmudlular, elə Ərə­bis­­tan yarı­mada­sında məskunlaşırdılar. Allah onlara bir çox mü­x­tə­lif möcüzələr və də­lillər göstərmişdi ki, küfürdən və allah­sız­lıq­dan geri dönsünlər. Lakin bütpərəstlər dindən üz döndər­dikdə, Föv­­qəlqüdrətli Allah onları elə ya­xaladı ki, onların yardım və xilas üçün dua etdikləri “ilahları” onlara heç nə ilə kömək edə bil­mə­­dilər. Buna görə Fövqəluca belə buyurur:

ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰆﰇ ﰉﰊﰋﰌ
(46. 28) “Niyə Allahdan başqa, Ona yaxınlaşmaq üçün seç­dik­­ləri “ilahları” onlara kömək etmədilər? Əksinə, onları unu­dub, qeyb oldular. Budur onların yalanı və uydurduqları!”

Onlar “ilahlarına” ibadət edir və onlara nəzir verirdilər ki, çə­tin anda köməklərinə çatsınlar, amma “ilahlar” onların dua­la­rı­nı eşit­mə­di­lər və onları xilas etməyə gəlmədilər. Müşriklər öz ya­lan­çı ba­xışları ilə lovğalanır və özlərini haqlı sayırdılar. Onlar elə gü­man edir­dilər ki, onların etdikləri hər şey hökmən onlara fayda ve­rəcək, am­ma onların əməlləri hədər getdi və onları həlakətə uğratdı.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
 (46. 29) “Budur, Biz bir-neçə nəfər cini sənin yanına gön­dər­­­dik ki, Quranı dinləsinlər. Onlar onun yanına gəldikdə, de­di­­lər: “Susun və dinləyin!” O[7], sona yetişdikdə, onlar öz xal­qı­nın yanına qayıtdılar ki, onu xəbərdar etsinlər».

Fövqəluca Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­­­la­­mı olsun!) yer üzündə yaşayan bütün insanlara və cinlərə gön­­dər­­­miş­di və ona (s.ə.s.) əmr etmişdi ki, onu həm onlara, həm də di­gər­­­lərinə çat­­dırsın[8]. İn­sanlara gəldikdə isə, Allahın Elçisi (ona Al­la­hın sa­la­vatı və salamı olsun!) özü öz xütbələrini və nə­si­hət­­lə­rini on­la­rın ya­nına gedə­rək tam çatdıra bilərdi. Cinlərlə isə bu, baş­qa ya­naş­­­ma tələb edirdi və bu­na görə Allah Özü cinləri Pey­­ğəmbərin (s.ə.s.) yanına gəl­mə­­yə yö­nəlt­­mişdi. Cinlər Allahın El­çi­si­ni (ona Al­la­hın salavatı və sa­la­mı ol­sun!) diq­qətlə dinləmiş və onun oxu­du­ğu­nu yad­da sax­la­mış­dı­lar[9]. Mübarək Qu­ran ayə­ləri onlara çox güc­lü təsir gös­tər­mişdi və on­lar öz qə­bilə­daş­la­rının ya­nına qayıdıb, on­lara Mu­həm­mə­din (ona Al­la­hın sa­lava­tı və salamı ol­sun!) dininin ger­çək­li­yi­ni sübut etməyə baş­la­dılar. Be­lə­liklə, Föv­­qəluca ona (s.ə.s.) is­lamı cin­­lər aləmində yaymağa da kö­mək et­di.

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ
 (46. 30) “Onlar dedilər: “Ey xalqımız! Həqiqətən, biz Mu­sa­­­dan sonra nazil edilmiş və ona qədər olanları təsdiq edən bir Ki­­tab din­lədik. O, haqqa və doğru yola yönəldir.”

Bizim eşitdiyimiz Kitab, əvvəlki Kitabları təsdiq edir və doğ­­­ru yolu göstərir, yəni, şeylərin mahiyyətini izah edir, Allahı dərk et­məyə kömək göstərir, dinin qanunlarını bəyan edir, Ona doğ­ru və əbədi Cən­nət məkanına aparan yolu göstərir.
İman gətirmiş cinlər İncili yada salmadılar, çünki İsa pey­ğəm­­bə­rin (ə) gəlişindən sonra Musaya (ə) nazil edilən Tövrat on­suz da İsrail oğulları üçün ən mühün qanunlar məcəlləsi olaraq qal­maqdaydı, İncil isə yalnız ona əlavələr etmiş və onun bəzi qa­nun mahiyyətli müddə­a­larını yeniləş­dirmişdi. Quranın məziy­yət­ləri və əzəməti haqqında xa­tır­lanandan sonra, cinlər öz qə­bi­lə­daş­larını haqq dinə dəvət etdilər və dedilər:

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ
(46. 31) “Ey xalqımız! Allahın vaizinə cavab verin və ona iman gətirin və onda O, günahlarınızın bir qismini bağışlayar və sizi ağ­rı­lı-acılı əzablardan xilas edər”.

Öz şəxsi mənafeyinin məqsədlərinə nail olmaq və ya öz is­tək­­­lə­­­ri­­nin təmin edilməsi xatirinə deyil, yalnız Allah xatirinə dini Təb­­liğ­­edə­nə (ona Allahın salavatı və salamı olsun!) diqqətlə qulaq asın. O (s.ə.s.) istəyir ki, siz Rəbbinizin yoluna gə­ləsiniz, mükafata la­­yiq gö­­rü­­lə­siniz və sizdən amansız intiqam alın­ma­sından uzaq ol­a­­sınız. Al­la­ha iman gətirin ki, O (Pak və Müqəddəs), gü­nah­la­rı­nı­zı ba­ğış­la­sın və sizi ağ­rılı-acılı əzab-əziyyətdən xilas etsin. Əgər siz bu əzab­dan qurtula bil­səniz, onda siz mütləq Cənnət səadə­tin­dən ləzzət al­mış olarsınız. Be­lə ol­duqda, Fövqəluca, yalnız Allahın El­­çisi­nin (ona Al­la­hın sa­la­va­tı və salamı olsun!) çağırışına qulaq asan­ları müka­fat­lan­dırır[10].

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(46. 32) “Kim Allaha çağırana cavab verməsə, yer üzündə xi­­las edil­məz və onun Ondan başqa hamisi olmaz. Belələri açıq az­­ğınlıq için­dədirlər”.

Allah fövqəlqüdrətlidir və heç kim Ona üstün gəlməyə qa­dir deyil və ya Ondan qaçıb qurtula bilməz. Yalnız O (Pak və Müqəddəs), Öz qulunu Cəhənnəm odundan müdafiə edə bilər. Axı kim elçilərin (onlara Allahın salamı olsun!) təbliğatına qulaq as­ma­­yanlardan, onla­rın nəsihət­lərinə etina etməyənlərdən və ecaz­kar ayələrdən və çoxsaylı dəlillərdən təkəbbürlə üz dön­də­rən­lər­dən daha pis günahkar ola bilər?!!

 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(46. 33) “Məgər onlar görmürlər ki, göyləri və yeri Yaradan Al­lah onların xəlq edilməsindən yorulmamışdır və ölüləri di­rilt­­məyə də Qadirdir? Əlbəttə! O, hər şeyə qadirdir».

Fövqəluca bəyan edir ki, O (Pak və Müqəddəs), göyləri və yeri çətinlik çəkmədən xəlq etmişdir və insanları öldükdən sonra dirilt­mək, bu nəhəng və əzəmətli məxluqları yaratmaqdan olduq­ca asan­dır. Niyə siz elə hesab edirsiniz ki, bütün varlıq üzərində Hökümranolan, sizi öl­dükdən sonra diriltməyə qadir deyildir?!!

ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(46. 34) “Kafirləri Oda təqdim edəcəkləri gün: “Məgər bu hə­­qi­qət deyilmi?” – deyiləcək. Onlar: “Rəbbimizə and olsun ki, elə­dir!” – deyə­cək­lər. Deyilə­cək: “İman gətirmədiyinizə görə da­dın əza­bı!”

Fövqəluca bu ayədə kafirlərin inanılmasından boyun qaçır­dıq­­ları Cəhənnəm Oduna gətirilib atılacaqları dəhşətli taleyi haq­qında xəbər verir. Mələklər onları sərtliklə qınayaraq, deyəcəklər: “Mə­gər bu cəza həqiqət deyilmi? Bu gün siz öz gözünüzlə görüb in­kar etdiklərinizin doğruluğuna əmin oldunuz». Bax onda gü­nah­­karların yalanı və azğın­lı­ğı faş olacaq və onlar törətdikləri gü­nah­ları etiraf edəcəklər. Allah on­lara deyəcək: “İman gə­tir­mə­di­yi­ni­zə görə dadın əzabı! Siz öz küfrü­nüz­dən əl çəkmək istəmirdiniz və buna görə əbədi cəzaya layiq oldu­nuz».

ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(46. 35) “Möhkəm iradəli elçilər kimi sən də səbirli ol. Onlara gö­rə Məni tələsdirmə. Həmin gün Vədediləni gördükdə, onlara elə gə­ləcək ki, yer üzündə yalnız günün bir saatı qədər qalıblar. Vəhy be­lədir! Mə­gər fasiqlərdən başqalarımı həlak ediləcək?”

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) əmr edir ki, kaflrlərin ona (s.ə.s.) çəkdirdikləri əzab-əziyyətə sə­bir­lə döz­sün və insanların ən böyüklərinin – möhkəm iradəli el­çi­lərin (on­la­ra Allahın sa­lamı olsun!) etdikləri kimi, ara vermədən on­ları Al­laha də­vət etsin. Kafir­liklə mübarizədə onlar gö­rün­mə­miş səy, səbirlilik, dö­züm­lülük və öz işlərinin doğ­ru­lu­ğu­na etiqad gös­tərirdilər. Onlar hər kəsdən daha çox təqlid olunmağa la­yiq­dir­lər və hər bir mömin onların ardınca getməli, onların yolunu da­vam etdirməlidirlər.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Rəbbinin əm­­­­ri­­nə tabe olmuş və özünü elə göstərmişdi ki, ona qədər olan əv­vəl­­ki­lərin heç biri bunu etməyə nail olmamışdılar. Müşriklər Elçi (s.ə.s.) ilə mü­barizədə birləşmişdilər və var qüvvələri ilə cəhd gös­tə­­rirdilər ki, Al­la­hın dinini yaymaqda ona (s.ə.s.) maneçilik tö­rət­sin­lər. La­kin o (s.ə.s.) axı­radək öz vəzifəsinə sadiq qalmışdı. O (s.ə.s.), Al­lahın düşmən­ləri ilə dö­yüşür və Fövqəluca ona (s.ə.s.) ka­firlər üzərində qələbə bəxş edənə qədər səbirlə onların əziy­yət­lə­rinə və təhqirlərinə dözürdü. Bu­dur, ar­tıq onun (s.ə.s.) dini digər din­lər üzərində təntənə ilə zəfər çal­mışdır, onun ardıcılları isə is­tə­nilən digər təlimin davamçılarına qalib gəlmişlər. Ey Rəbbimiz, Pey­ğəm­bərimiz Muhəmmədə salavat və salam olsun!
Ey Muhəmməd, hətta kafirlər, yalan saydıqları cəzanı onla­ra gös­­­tərməyi özləri səndən xahiş etsələr də, sən Məni onları cə­zalandır­mağa tə­ləsdirmə. Onlar öz nadanlıqları və kəmağıl ol­ma­ları üzündən bunu edirlər, lakin onların düşünülməmiş sözləri sə­ni də düşünülmə­miş ad­dım­lar atmağa məcbur etməsin. Onları əməl­lərinə görə lənət­lə­mə, çünki baş verəcək hadisə, onsuz da baş ve­rəcəkdir. Onların özlə­ri üçün qısa ömür­lü zövqə üstünlük ver­mə­lərinə kədərlənmə, axı onlara onsuz da dö­zül­məz əzablar bu­rul­ğanına batmaq nəsib olacaqdır.
Yer üzündə onların həzz aldıqları dünya həyatı narahatdır və qı­sa­­dır. Sənə nazil edilən Əzəmətli Quran isə sizin bilməyiniz üçün zəruri olan hər şeyi Bizim izah etdiyimiz və Axirət aləminə sə­yahətə ne­cə ha­zırlaşmağı sizə öyrətdiyimiz Bəyanatdır. O, Sə­a­dət məskəninə dü­ş­­mək­də və əzab-əziyyətli cəzadan xilas olmaqda sizə kömək edəcək. Quran – insanın Axirət həyatına özü ilə apara bi­ləcəyi ən yaxşı şeydir və Al­lahın Öz qullarını yer üzündə zənginləşdirdiyi şeylərdən ən yax­şı­sıdır.
Məgər fasiqlərdən başqa kimsə həlak edilərmi? Əlbəttə ki, yox! Al­lahın cəzası yalnız heç bir xeyirli əməli olmayan, Rəbbinin ita­­­ətindən çı­xan və Allahın elçilərinin (onlara salam olsun) gə­tir­di­yi haq­qa iman gə­tirməkdən imtina edən kəsləri haqlayacaqdır. Al­lah on­lara mərhə­mət gö­stərərək, onları azğınlıqdan xəbərdar et­miş­di, la­­kin onlar Onun xəbərdarlıqlarına qulaq asmadılar və ölum anı­na­dək kafirliyin bu­rul­ğanında itib-batdılar. Ey Allah, bizi bundan qo­ru!




[1] Yəni, bütlərə ibadət etməyə. F.S.
[2] Bu iki ayənin tam və ya fraqment olması rus mətnində göstərilməmişdi. Araşdırdıqda məlum ol­du ki, ayə­lər fraqmentdir və mən də ədəbi mətnlərin qəbul edilmiş standartına müvafiq ola­raq, onların fraq­men­tar­lı­ğı­nı bildirən xüsusi işarələri (...) tərcümə etdiyim mətnə əlavə etdim. Bu barədə mən əvvəlki cilidlərdə də bə­zi qeydlər etmişəm. Lakin təəssüflər olsun ki, belə hal­la­rın çoxsaylı olması, bunu oxu­cuya bir daha xatır­latmağı məcbur edir. Çünki oxucularımızın ək­səriyyəti şərhdə ayələrin yalnız bir hissəsinin verildiyini gör­dükdə, bunu ayənin tam tərcümə edil­məməsi və ya yanlış tərcüməsi kimi qəbul edib, etirazlarını bildirirlər. Onların narazılığını ön­ləmək üçün belə izahlar verməyi məqsə­dəuyğun sayıram. Tərc. F.S.
[3] Quran nəzərdə tutulur. F.S.
[4] Yəni, Allaha minnətdarlıq etməyə. F.S.
[5]Uf, Uff, nida. Kədər, təəssüf, məyusluq, ağrı, yorğunluq, bezginlik, bəzən də fərəh, sevinc hisslərini ifadə edir». (Azərbaycan dilinin izahlı lüğəti, IV c. səh. 399). Göründüyü kimi bu nida ifadəsi ana dilimizdə ərəb dilində olduğu kimi () eynilə işlədilir. Amma, nədənsə, ayənin rus dilinə tərcü­mə­sin­də o, – “тфу” kimi ve­ril­mişdir (ayənin ruscasının fraqmenti: «Тьфу вам! Неужели вы угрожаете мне тем...”). Tərcümədə məna uyğunsuzluğu şəksizdir. Mən bu ifadəni ərəb və Azərbaycan dillərində mənaca adekvat görərək, eynilə (“Uff” kimi)  verdim. F.S.
[6] Burada: “sizin yaxınlığınızda yaşayırdılar” ifadəsi ilə Quranın nazil edildiyi dövrdə yaşayan ərəb­lər nəzərdə tutulur. F.S.
[7] Quranın oxunuşu. F.S.
[8] Burada: Quranın həm insanlara və həm də cinlərə çatdırılması nəzərdə tutulur. F.S.
[9] Bu müddəadan belə bir nəticə çıxarmaq olar ki, hər hansı xalqla bir ərazidə yaşayan cinlər həmin ərazi xalqının dilini də bilirlər. Bunu, Allah daha yaxşı bilir. F.S.
[10] Burada: Cənnətlə mükafatlandırılma nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий