среда, 2 мая 2012 г.

31. LOĞMAN SURƏSİNİN ŞƏRHİ


\}
LOĞMAN
SURƏSİNİN
ŞƏRHİ
 ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

(31. 1) “Əlif. Ləm. Mim”.
(31. 2) “Bu – Hikmətli Kitabın ayələridir”,

Fövqəluca Hikmətli Kitabın ayələrinin möhtəşəmliyini vur­ğulayır. Onlar mükəmməldir, Müdrik və Hərşeyibilən Allah tərə­fin­dən nazil edil­mişdir. Onla­rın kamilliyi Quran kəlmələrinin əzə­mətində, paklığında və aydınlığında özünü gös­tərir və bütün bunlar Səmavi Vəhyin mahiyyətinin ənginliyini və cazibədar­lığını sübut edir. Ayələrin kamilliyi həmçinin onla­rın hər cür də­yi­şikliklər və təhriflər­dən, artırılma və azaldılmalardan müha­fizə olunması[1] ilə təzahür et­məkdədir. Onların kamilliyi həm də keç­miş və gələcək haqqında hekayətlərdə özünü büruzə verir və in­sanlara qeybə məxsus biliklərdən zərrəciklər açıqlayır. Quran ayə­ləri Kainatda baş verən­lərə bütövlükdə uyğun gəlir və Kai­natda baş verənlər də tamamilə Quran ayələrinə müvafiqdir. Onlar Allahın əvvəlki Kitablarına və əvvəl­ki elçilərin təlimlərinə zidd deyildir. İnsanın qavrama və ya məntiqi təfəkkür yolu ilə özü üçün kəşf etdiyi mötəbər biliklərin heç biri heç vaxt bu ayə­lərin məna­ları ilə ziddiyyət təşkil etməyəcəkdir. Bu vaxtadək bu baş verməmiş­dir və bundan sonra da baş verməyə­cəkdir.
Ayələrin kamilliyi həmçinin ondadır ki, onlarda nazil edi­lən hökmlər insan­lara ya mütləq fayda, ya da zərərdən daha çox fayda gətirir. Eyni zamanda, Quranın haram qıldığı istənilən əməl ya insanlara mütləq bəla və yaxud faydadan daha çox bəd­bəxtlik gətirir. Məhz buna görə Quran hökm­ləri onların hikmətini və faydasını göstərən izahlarla, haramlar isə onlara riayət edilmə­dikdə törəyən zərərin açıqlanması ilə müşayiət edilir.
Onların kamilliyi – insanları xeyirxahlığa sövq etməklə və şər­dən qoru­maqla özünü göstərir. Bu inandırıcı moizələr xeyir­xah qəlbləri doğru yola yönəldir və qəti hərəkətlərə həvəsləndirir. On­lar həm də öz kamilliyini, Quran hekayət­lərinin və hökmlə­ri­nin tez-tez təkrarlanmasına baxma­yaraq, eyni zamanda bir-birinə son dərəcə uyğun gəlmələri ilə göstərir. Onların arasında qə­tiy­yən ziddiyyət yoxdur və ağıllı insan o ayələrin üzərində nə qədər çox dü­şünürsə, onlar onu bir o qədər də heyrətə salır. Tam uy­ğun­luq və ən mükəmməl dəqiqlik bu ayələrin doğrudan da Müd­rik və Həmdəlayiq Rəbbin vəhyi olma­sına şübhə etməyə əsas ver­­mir. O (Pak və Müqəddəs) Öz qullarını gözəl əxlaqa də­vət edir və yaramaz xasiyyətlərdən çəkindirir, lakin in­san­ların ək­sə­riy­yəti, buna baxmayaraq, Allahın Təlimindən imtina edir, din­dən üz döndərir və xeyirxahlıq etmək istə­mirlər. Yalnız Föv­qəl­uca Allahın doğru yola yönəltdiyi və şərdən qoru­duğu şəxs­lər Rəb­bə səmimi ibadət edir və Onun məxluqlarına yaxşılıq gös­tə­rir­lər.

ﭘ ﭙ ﭚ ﭛ

(31. 3) “xeyirxahlıq edənlər üçün haqq Təlimat və mərhə­mətdir”;

 Bu Kəramətli Kitab saleh insanları doğru yola yönəldir və onları Cəhən­nəmə aparan yoldan qoruyur. Bu Kitabın sayəsində onlar həm dünyada, həm də öldükdən sonra Axirətdə xoşbəxtlik qazanır və həmçinin böyük nemətə nail edilir, bol mükafata layiq görülür, azğınlıqdan və bəlalardan qorunurlar.

 ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(31. 4) “o kəslər üçün ki, onlar namaz qılır, zəkat verir və Axirət gününə iman gətirirlər”.

Fövqəluca xəbər verir ki, belə insanlar kamil biliklərə malik olurlar və bu biliklər onları saleh işlər görməyə, Allahın cəzasın­dan qorxmağa və günahlardan çəkinməyə vadar edir. Allah mö­minləri zəhmətkeşlər kimi təsvir edir və onların yerinə yetirdiyi bütün əməllərdən namazı və zəkatı xüsusilə vurğulayır. Mömin­lər namazı xüsusi şövq ilə qılır və Fövqəluca Allaha səmimiyyətlə dua edirlər. Onlar Ona qəlbən, dillə və bədənlərinin bütün əzaları ilə ibadət edirlər və belə ibadət onlara qalan vəzifələrinin də öh­də­sindən gəlməyə yardım göstərir. Bununla yanaşı onlar sədəqə paylayırlar ki, bu, insanları yaramaz xasiyyətlərdən təmizləyir və ehtiyacı olan müsəlmanlara tələbatlarını təmin etməyə imkan ya­radır. Onlar Allaha bəs­lənən məhəbbəti var-dövlətə olan istəkdən üstün tuturlar və onlar ən çox xoşladıqları şeylərdən, Allahın mər­həmətini qazanmaq və ən çox arzu edilən mükafata layiq ol­maq ümidi ilə sədəqə paylayırlar.
 ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ

(31. 5) “Onlar öz Rəbbinin haqq yolundadırlar və xilas olanlar da on­lardır”.

Dini biliklər əldə edən və xeyirxah əməllər işləyən bu mö­minlər əzə­mətli doğru yolun tərəfdarıdırlar. Bu yolun möhtəşəm­liyinə “huda” (“doğ­ru yol”, “haqq təlimat”) sözünün önündə mü­əyyən önşəkilçinin olmaması dəlalət edir. Onlar bu yola, onla­ra arasıkəsilmədən bol nemətlə­rini əta edən və onları çətinliklər və bəlalardan qoruyan öz Rəbbinin mərhəməti sayə­sində gələ bil­mişlər. Mömin­lərin öz Rəbbindən aldıqları haqq Təlimat, Onun sevimli qullarına bəslədiyi xüsusi mərhəmətinin nəticəsidir. Bu – bəxtiyar mö­­minlərin aldıqları ən yaxşı tərbiyədir və onlara Rəb­bin iltifa­tını qazanmaq, bol mükafat almaq və Allahın qəzəbindən və sərt cəzasından qorunmaq həm bu dünyada, həm də Axirət həyatında nəsib olacaqdır. Onlar buna, doğru yolla vaxtında və ardıcıl ola­raq getdiklərinə görə nail olmağı baca­racaqlar, çünki heç bir baş­qa yol insanı uğurlu sonuca çatdıra bilməz.
Quranın hökmlərini haqq Təlimat kimi qəbul edən mömin­lər barə­sində xatırlatmadan sonra Fövqəluca Allah Quran ayələ­rindən üz çevirən və onlara heç bir əhəmiyyət verməyənlərdən xəbər verir. Belə insanlar hökmən cəzalandırı­la­caq­lar, çünki onlar əxlaqsız yalana və azğınlığa üstünlük vermiş və ən ləyaqətli və ən gözəl rəvayətlərdən imtina etmişlər. Bax buna görə də daha sonra Fövqəluca belə bu­yurur:

ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ


(31. 6) “İnsanların arasında eləsi də var ki, başqalarını Allahın yolundan biliksizcəsinə sapdırmaq üçün məzəkəli söz­ləri satın alır və onları məsxə­rəyə qoyur. Belələri üçün alçaldıcı əzab hazırlanmışdır”.

Allah, öz varidatını insanların qəlbini məşğul edən, onları mü­hüm məqsəd­lərdən yayındıran boş danışıqlara sərf edən hər kə­si unudur və Öz ilahi yardı­mından məhrum edir. Bu, insanları küf­rə, əxlaqsızlığa və itaət­sizliyə sövq edən qadağan olunmuş bü­tün da­nışıqlara, əhəmiyyətsiz söh­bətlərə, yalan nitq­lərə və moizə­lərə aid­dir. Bu həm də o kəslərin danışıq­larına aiddir ki, onlar haq­qı in­kar etməyə cəhd göstərir və bu məqsədlə uydurma sü­but­lardan ya­rar­­lanır, qardaşla­rının ardınca yaramaz sözlər deyir və onlara böh­tan atırlar, ətraf­larındakıları aldadır və təhqir edir­lər. Bu, həmçinin mah­nılara, musiqiyə və ha­belə, insanı məş­ğul edərək, din və dünya hə­yatı üçün heç bir fayda gətir­məyən bütün şeylərə aiddir.
Belə insanlar ətraflarındakıları azdırmaq üçün əhəmiy­yət­siz söz­lər söylə­yir və dini söhbətlərdən imtina edirlər. Bu isə o de­mək­dir ki, onlar özləri də elə əvvəlcədən düz yoldan sapmışlar, çün­ki yal­nız özləri yoldan çıxanlar başqalarını da sapdırarlar. Bu gü­nah­kar­lar öz faydasız danışıqları ilə insanları yayındırır və onlara fay­da­lı söhbətlər aparmaqda və xeyirli işlər görməkdə mane olurlar. On­lar insanları açıq-aydın haqdan uzaqlaş­dırır və düz yoldan çıx­ma­ğa məcbur edirlər. Lakin onlar, Quran ayələri­nin insanlara açıq­la­dığı haqqı yalanlamağa başlamadan, qarşıla­rına qoyduqları məq­sə­də nail ola bilmirlər. Buna görə, Fövqəluca Allah buyurur ki, be­lə insanlar hökmən doğru yolu lağa qoyur, Quran ayələrinə məs­xə­rə edir və onları təbliğ edənləri ələ salırlar. Onlar yalanı tərifləyir və insanları ona etiqad etməyə çağırır, haqqı yalanlayır və ona is­teh­za edirlər və həmçinin haqqın tərəf­darlarına sataşırlar ki, çox vaxt bunun sayəsində həqiqi bilik­lərə malik olma­yanları yoldan sap­dırmağa nail olurlar. Onlar heç öz­lərinin də başa düşmədikləri və layiqincə anlamağa qabil olma­dıqları yalançı söhbətləri ilə belə in­sanları tovla­yırlar. Onların Quran ayələrinə lağ eləməsi və mü­ba­hisəsiz haqqa kin bəsləmə­si­nin nəticəsi – alçaldıcı cəza olacaqdır və buna görə Fövqəluca bu­yu­rur:

 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ

(31. 7) “Ona Bizim ayələrimizi oxuduqda, o, sanki eşit­mir­miş və qulağı karmış kimi, təkəbbürlə üz döndərir. Onu iş­gən­cəli əzab xəbəri ilə “sevindir!””
Belə bir insana Quran ayələrini oxuyub, haqqa iman gə­tir­mək və ona itaət etmək təklif olunduqda, o, belə moizələrdən tə­kəb­bürlə üz döndərir. Quran ayə­ləri onun qəlbinə girmir və onu dü­şünməyə yönəltmir və buna görə o, heç vaxt nəsihət eşit­məmiş adam kimi, ayələrdən üz çevirir. Bundan başqa, o, özünü elə aparır ki, sanki onun kar olması insan nitqini dərk etməkdə ona mane olur. Belə bir adamın doğru yola gəlməsinə ehtimal yoxdur və bu­na görə onu kədər­ləndi­rəcək və çoxsaylı əziyyətlər nəsib edəcək xə­bəri ona çatdırmaq lazım­dır, çünki bu, həm insa­nın ruhu, həm də bədəni üçün hədsiz ağrılı-acılı cəzanın ona ön­cədən xəbər ve­ril­mə­si olacaq­dır. Bu cəza o dərəcədə əzablı olacaq ki, insanlar onun ağır­­lığını dəyərlən­dirməyə və ya təsəvvür etmə­yə qadir ol­ma­ya­caq­lar. Məhz bu xəbəri günahkarlara çatdırmaq lazımdır və bu xə­bər necə də xoşagəlməzdir! Möminlərə gəldikdə isə, Fövqəluca Al­lah onları Cənnət mükafatı haqqında müjdə ilə sevin­dirir və belə bu­yurur:

ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ

(31. 8) “Həqiqətən, iman gətirənlərə və xeyirxah işlər gö­rənlərə Nəim cənnəti hazırlanmışdır”.

Belə insanlar Allaha həm qəlbən, həm də bütün varlığı ilə ibadət edirlər, çünki onlar doğru baxışlara etiqad edir və xe­yirxah işlər görürlər. Onlara Bərəkətli bağlar[2] vəd edilmişdir və bu vəd möminlərin öz əməlləri sayəsində layiq görüldükləri müj­də və mükafatdır. Bu bərəkətli bağlarda möminlər qəlbən və öz bədən­ləri ilə zövq alacaqlar və bu məmnunluq əbədi olacaqdır.

 ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ

(31. 9) “Onların orada əbədi qalması Allahın haqq vədinə uyğun­dur və O – Fövqəlqüdrətlidir, Müdrikdir”.
Allah Öz vədini heç vaxt pozmur və dəyişmir, çünki Fövqəlqüdrətli və Müdrik adı Onun gözəl adları arasındadır. O (Pak və Müqəddəs) bəzilərini doğru yola yönəldir, digər­lərini isə Öz ilahi hidayətindən məh­rum edir, lakin həmişə Öz müdrikli­yinə uyğun olaraq fəaliyyət göstərir və bu onu bildirir ki, Onun fövqəlqüdrəti kamildir, İlahi müdrikliyi isə qüsursuzdur.

 ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ

(31. 10) “O, göyləri görə biləcəyiniz dayaqlarsız yaratdı və Yerdə sarsıl­maz dağlar ucaltdı ki, o, sizinlə birlikdə yırğa­lan­ma­sın və onun üzərində hər növ heyvanlar yerləşdirdi və Biz göydən su nazil etdik və orada hər növ faydalı və xoşagələn cüt­lər yetişdirdik”.

Fövqəluca qullarına Özünün hüdudsuz fövqəlqüdrətinin, hikmə­tinin və mərhə­mə­tinin dəlilləri olan məxluqlarını xatırladır. Bu məxluqlar yeddi nəhəng, əzə­mətli, qüdrətli və yüksək səma­dan ibarətdir ki, hər hansı bir dayaqsız ucaldıl­mışlar. Əgər səma­lar dayaqlara söykəndirilsəydi, insanlar onları hökmən görər­di­lər. Lakin bu dirəklər mövcud deyil, çünki Fövqəluca Allah göy­ləri Öz fövqəl­qüdrəti sayəsində saxlayır. Allah onlarla yanaşı üstündə dağları ucaltdığı yer kürəsini yaratmışdır. Bu qüdrətli istehkam­lar yer üzünün hər bir guşəsində ucal­dılmışdır və yerin titrəmə­sinə və yırğa­lanmasına imkan vermir. Əgər onlar olma­say­dı, canlı məxluqlar yer üzündə yaşaya bilməzdilər. Allah həm­çi­nin yerin geniş ərazilərinə müxtəlif heyvan növləri yerləş­dir­mişdir. Onlar Adəmin (ə) nə­sillərinə tabe etdiril­miş və insanlara saysız-hesabsız fayda gətirirlər. Lakin Fövqəluca Rəbb bilirdi ki, məx­luq­lar yer üzündə ruzisiz yaşaya bilməzlər və buna görə O (Pak və Müqəddəs), sə­madan bərəkətli su nazil etmişdir ki, onun sayəsində də yerdə hər növ faydalı və xoşagələn bitkilər yetiş­dirilmişdir. Bu bitkilər canlı məxluqların istifa­dəsi üçün qidadır və onlara çox böyük fayda verir.
ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ
(31. 11) “Bu, Allahın yaratdıqlarıdır! Siz də Mənə bütün qa­lanların yarat­dıqlarını göstərin! Yox! Zalımlar açıq-aşkar zə­la­lətdədirlər”.

Yer və səma aləmləri, canlı və cansız məxluqlar və həm­çinin göy­lərdən nazil edilən ruzi – Şərikiolmayan Vahid Allahın yaratdıqlarıdır. Ey müşriklər! Bu haqqı bütün məxluqlar və hətta siz də etiraf edirsiniz. Göstərin görək, sizin Allahla yanaşı, uy­durub, sonra ibadət etdiyiniz “ilah­lar” nə yaradıblar? Siz onlara dua ilə yalvarır və ibadət edirsiniz, bu isə o deməkdir ki, onlar xəlq edən və ruziverən olmalıdırlar. Əgər onlar doğru­dan da be­lədirlərsə, onda öz dəlil­lərini təqdim etsinlər və sübuta yetir­sinlər ki, onların “allahları” doğrudan da ibadətə layiq­dirlər.
Heç şübhə yoxdur ki, müşriklər öz uydurduqları “ilahla­rın” yarat­dıqlarını göstərə bilməyəcəklər, çünki bütün məxluqlar onların Kainatın Vahid Xaliqi – Allah tərəfindən yaradıldıqlarına dəlalət edirlər. Bütün deyilənlərdən belə çıxır ki, müşriklər elə sifətlər tanımırlar ki, onların sayəsində “ilahları” ibadətə və ilah­laşdırılmağa layiq olsunlar. Onlar öz “ilahlarına”, heç bir aydın biliyə və sağlam təfəkkürə əsaslanmadan ibadət edirlər. Bundan başqa, onlar öz cahil­likləri və azğın baxışlarına istinad edirlər və buna görə Fövqəluca Allah xəbər verir ki, bu fasiqlər açıq-aşkar azğınlıq içindədirlər. Onların doğru yoldan azmış olması şübhə doğurmur, çünki onlar fayda verməyə və zərər vurmağa qabil olmayan məxluqlara ibadət edirlər ki, onlar nə həyata, nə ölümə və nə də dirilməyə sərəncam çəkə bilmirlər. Müşriklər bu davra­nışları ilə məxluqları yaradan, onlara ruzi əta edən və Kainatın bütün işlərini idarəsi altında saxlayan Allaha səmimi ibadətdən boyun qaçırırlar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(31. 12) “And olsun ki, Biz Loğmana hikmət verib bu­yur­duq: “Allaha şü­kür et! Şükür edən bunu yalnız öz xeyri üçün etmiş olur. Kim naşükürlük edərsə, bilsin ki, Allah – Zəngin­dir, Həmdəlayiqdir”.

Fövqəluca ayədə əməlisaleh qulu Loğmana göstərdiyi Öz mər­həməti haq­qında xəbər verir. O (Pak və Müqəddəs), ona hik­mət, yəni, əşya­lar haqqında düzgün təsəvvürlər, Allahın qanun­la­rı və həmçinin onlarda olan sirr və hikmətlər bəxş edir. Çox vaxt in­sanlar bilikli olsalar da, hikmət­dən məhrum olurlar. Lakin müd­rik olmaqdan ötrü həm biliklərə nail ol­maq, həm də onları iş­də istifadə etməyi bacarmaq lazımdır. Məhz buna görə, müd­riklik dedikdə, çox vaxt, faydalı bilik və saleh əməllər nəzərdə tutulur.
Fövqəluca Allah Öz iltifatını Loğmana göstərib, ona bu bö­yük ne­mətini əta etdikdə, ona əmr olunmuşdu ki, bol mükafata görə Allaha şükür etsin və vəd edil­mişdi ki, belə etsə, Allah onun mükafatını daha da artıra­caq və onu daha geniş mərhəməti ilə əhatə edəcəkdir. Allah xəbər verir ki, təşəkkür və minnətdarlıq insan­lara fayda verdiyi halda, imansızlıq və naşükürlük ağır yük kimi onların üs­tünə düşür. Allah Özünün naşükür qullarına möh­­tac deyil və itaətsizlik göstərən­lərə belə bir tale qismət et­di­yinə görə hər cür tərifə layiqdir. Zənginliyi və özünəbəsliyinin ka­mil­liyi Allahın varlığına məxsus sifətlərin ən ayrılmaz tərkib his­səsidir. O (Pak və Müqəddəs) Öz kamil sifətləri və gözəl əməl­lərinə görə tərifə layiq­dir və bu da Allahın varlığının ayrıl­maz sifətlərin­dəndir. Bu sifətlərin hər biri kamillik sifətidir və onlar birlikdə xatırlandıqda, bir kamillik digərinə əlavə olunur[3].

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(31. 13) “Bir dəfə Loğman oğluna nəsihətlə dedi: “Ey oğ­lum! Allaha şərik qoşma! Həqiqətən, müşriklik – böyük zalım­lıq­dır”.

Quran şərhçiləri Loğmanın peyğəmbər və ya əməlisaleh qul olması məsələ­sində müxtəlif rəylər söyləmişlər. Fövqəluca Allah ona yalnız hikmət əta etdiyini və onun öz oğluna nəsihət ver­diyini bizə bildirmişdir. Nəsihət – hökm və qada­ğalardan iba­rət olan sövq etmə və çəkin­dirmə deməkdir. Müdrik Loğmanın nəsi­hətlərində müdrikliyin əsas müddəaları və başlıca prinsipləri öz əksini tapmışdır. O, öz oğluna tapşırır ki, səmimiyyətlə yalnız Allaha ibadət etsin və onu müşrik­likdən çəkindirir, sonra isə, bu­nun səbəblərini ona izah edir və müşrikliyi ən bö­yük zalımlıq adlandırır. Bütpərəstlik və müşriklik, həqiqətən də, ən böyük za­lım­lıqdır, çünki bu dünyada bundan da daha dəhşətli və yaramaz əməl yoxdur. Necə ola bilər ki, torpaqdan əmələ gəlmiş bir məx­luqu bütün varlıqların Padişahına bənzədəsən? Necə ola bilər ki, hakimiyyətdən büsbütün məhrum olan qul­ları, Kainatın bütün işlərini idarə edən Hökmdara bənzədəsən? Necə ola bilər ki, hər an köməyə və yardıma möhtac olan qeyri-kamil məxluqları, qü­sursuz və heç nəyə ehtiyacı olmayan Rəbbə bənzədəsən? Necə ola bilər ki, mərhəməti sayəsində insan­ların can və bədən əldə etdik­ləri, dinə etiqad bəslədikləri, öz maddi yaşa­yışlarını sahmana sal­dıqları, Axirət naminə çalışdıqları və şərdən çəkindikləri Fövqəl­uca Rəbbi, azacıq da olsa xeyir verməyə qadir olmayana bərabər tutasan?! Məgər bundan da böyük zalım­lıqmı olar?!! Allahın yal­nız Özünə səmimi ibadət et­mək üçün yaratdığı insa­nın öz nəcib ruhunu məhvə məhkum etməsindən və dəyərsiz məxluq­lara iba­dət və özünə pislik etməyə qədər alçalmasından da böyük bir bə­la ola bilərmi?!
Rəbbin qarşısında müşriklikdən əl çəkməyin insanın ən vacib vəzifə­lərin­dən biri olduğunu və bunun yerinə yetirilməsi üçün insanların tövhidə qəti etiqad etməli olmalarını xatırlatdıq­dan sonra, Fövqəluca Öz qulların­dan valideynləri qarşısında öz vəzifələrini yerinə yetirmək tələbini qoyaraq belə buyurur:

 ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

(31. 14) “Biz insana ata-anasına baxmağı tapşırdıq. Anası onu zəif­ləyə-zəifləyə daşımışdır. O, südündən iki ilə kəsilir. Mə­nə şükür et, vali­deynlərinə də, çünki qayıdışın Mənədir”.

Allah insana öz valideynlərinə yaxşı münasibət bəsləməyi tapşır­mış­dır və onun bu tapşırığı necə yerinə yetirdiyini ondan mütləq soruşacaqdır. İnsan Allaha minnətdarlığını bildirməli, Ona ibadət etməli, Onun qarşısın­da vəzifə­lərini yerinə yetirməli və Allahın nemətlərini günah törətmək üçün istifadə etmə­məlidir. Bu­nunla yanaşı ona valideynlərinə ehtiramla ya­naşması, onlarla mülayim və ədəblə danışması, onlara xeyirxahlıq et­məsi, qarşıla­rında özünü itaətkarlıqla aparması, onlara hörmət bəsləməsi, yar­dım göstərməsi və onları narahat edə bilən hər hansı hərəkət və söz­lərdən hər vasitə ilə çəkinməsi əmr edilmişdir.
Allah insana məhz belə davranmaq hökmünü vermiş və bil­dirmişdir ki, insan, bu hökmü ona Naziledən və ona bu vəzi­fəni Həvaləedən Allahın dərgahına mütləq qayıdacaqdır. Onda Al­lah Öz qulundan soruşacaq: “Sən bu tapşırığıma riayət etdin­mi? Əgər sən ona riayət etmisənsə, mütləq bol mükafat alacaqsan. Əgər sən onu pozmusansa, onda əzab-əziyyətli cəzaya məruz qo­yu­lacaqsan”.
İnsana valideynlərinə ehtiramla yanaşmasının vacibliyinin sə­­­­bəblə­rin­dən bəhs edərək, Fövqəluca Allah xatırladır ki, ana uşa­ğı­nı öz bətnində daşıyaraq, zəif­lik ardınca zəiflik hiss edir. Ha­mi­lə ol­du­ğu andan qadın tə­ləb­kar, nasaz, zəif olur və ağırlaşır. Son­ra qa­dı­na çox güclü ağrılar verən doğuş sancıları başlayır. Uşaq do­­ğul­duq­dan sonra ana onun qayğısını çə­kir, onu tərbiyə edir və hə­lə iki il ər­zin­­də də əmizdirir. Məgər insan, öz körpəsi­nin xa­ti­ri­nə bu qədər çə­tin­liklərə qat­laşan və həm də eyni vaxtda ona qarşı ən güclü mə­həb­bət bəsləyən anasına yaxşı mü­nasibət bəsləmə­mə­li­­dirmi?

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ

(31. 15) “Əgər onlar səni Mənə, barələrində biliyin olma­yan şərik­lər qoş­mağa məcbur etsələr, onda onlara tabe olma, amma onlarla dünya­da yaxşı dolan və Mənə üz tutanların yolu­na tabe ol. Sonra siz Mənə qay­tarılacaqsınız və sizə nə etdiklə­rinizi xəbər verəcəyəm”.

Valideynlərinə hörmət et! Onlara, yalnız insanı Allaha şərik qoş­mağa ça­ğır­dıqları halda itaət etmək olmaz. Bu məsələdə vali­deyn­lərə itaətsizlik göstərmək onlara hörmətsizlik etmək deyil­dir, çünki insanın Allah qarşısın­dakı vəzifələri, onun istənilən məx­luqlar qarşısındakı vəzifələrindən daha vacibdir. Xaliqə itaət­sizlik etməklə məxluqa itaət olunmaz!
Fövqəluca, övladlarını bütpərəstliyə və müşrikliyə çağır­ma­­yan vali­deyn­lərə hörmətsizlik göstərməyi əmr etməmişdir. O (Pak və Müqəddəs), yalnız öv­lad­larını günah işlətməyə yö­nəldən valideynlərə bu məsə­lədə itaət etməməyi bu­yurmuşdur. Lakin hətta bu halda da övlad validey­ninə qarşı xoşrəftar olmalı­dır, am­ma onlar onu kafirliyə və ya Allaha itaətsizliyə yönəlt­məyə cəhd göstərdikdə, onlara tabe olmamalıdır. İnsan təkcə Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə iman gətirənlərin, Rəbbinə müti olanların və Ona tərəf dönənlərin yolu ilə getmə­lidir. Bu yolla getmək və Allaha tərəf dönmək üçün insan qəlbən Rəbbinə can atmalı və onu Allaha yaxınlaşmağa kö­mək edən işlər görməli və Onun mərhəmətini qazanmalıdır.
Hər bir insan onun itaətkar müsəlman və ya günahkar ol­masından asılı olmayaraq, mütləq Allaha qayıdacaqdır və onda onun bütün etdikləri əməllər haqqında ona xəbər veriləcəkdir. O, imanına görə və ya kafirliyinə görə əvəz alacaqdır, həmçinin etdiyi xeyirxahlıqlara və günah əməllərə görə də əvəz ala­caqdır və insanın heç bir əməli Allahdan gizli qalmaya­caqdır.
Daha sonra Fövqəluca Allah müdrik Loğmanın dedikləri barədə xəbər verir:

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(31. 16) “Ey oğlum! Əgər bir şey xardal toxumu ağırlı­ğın­da qaya­ların içində və ya göylərdə, ya da yerdə olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah – İncəlikləribiləndir, Xə­bər­dar­olandır”.

Xardal toxumu ən kiçik və dəyərsiz məxluqlardandır. Am­ma hətta belə bir məxluq da Allahdan gizlənə bilməz, çünki Al­la­hın elmi hüdud­suzdur, Onun föv­qəl­qüdrəti isə mükəmməl­dir. Xe­yirxah, İncəlikləribilən və Xəbərdarolan adları – Onun gözəl ad­larındandır. Onun elmi o dərəcədə kamil və qüsursuzdur ki, on­lar məxluqların, okeanların və səhraların bütün qeybə aid sirr­lərini əhatə edir. Bu isə o deməkdir ki, insan Allahın onu mü­şa­­hidə etdiyini yadda saxlamalı, öz Rəbbinə itaət etməli və bütün bö­yük və kiçik günahlardan çəkinməlidir.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

(31. 17) “Ey oğlum! Namaz qıl, yaxşı işlər görməyi buyur, qı­nanı­lanları qadağan et və qarşına çıxan çətinliklərə səbirlə ya­­naş. Həqiqətən, qətiyyət – bu işlərdədir”.

Loğman oğlunu namaz qılmağa çağırır və bunu qalan xe­yirxah əməl­lərin ara­sında xüsusilə fərqləndirir, çünki namaz iba­dətin ən böyük ayinidir və müsəl­man­lar onu bədən hərəkətləri ilə yerinə yetirirlər. O, oğluna həm­çi­nin insanları bəyənilən işlər gör­məyə dəvət etməyi və onları qınanılan əməllərdən çəkindirməyi tapşırır. Bunun üçün müsəlman bəyənilən və qı­na­­nılan əməllər haqqında biliyə malik olmalıdır, çünki yalnız bu halda o, insan­ları xeyirli işlərə çağıra və onları şərdən uzaqlaşdırmağa nail ola bilər. Təbliğatçı biliklərlə yanaşı xeyirxah xasiyyə­tə, səbirə malik olmalıdır və buna görə Loğman oğluna tapşırır ki, istənilən çətin­liklərə və xoşagəlməz hallara səbirlə dözsün. Belə səbirlilik dəvət­çi­dən tələb edir ki, o, ətrafında­kıları dəvət etdiyi şeyi əvvəlcə özü yerinə yetirsin və insanları çə­kindirdiyi şeylərdən özü uzaq dur­sun. Bu hökmləri yerinə yetirərək, insan nəinki özü doğru yola gəlir, çünki o, yaxşı işlər görür və bəd işlərdən çəkinir, habelə baş­­qa­larına da bu yola gəlməyə kömək edir, onları yaxşılıq etmə­yə və şərdən çəkin­məyə çağırır.
Loğman çox yaxşı bilirdi ki, haqqa və xeyirə dəvət edəni çə­tin­liklər və sı­naqlar gözləyir. Ətrafdakıları bəyənilənə dəvət et­mək və onları qınanı­landan çə­kindirmək çox ağır işdir. Məhz bu­na görə o, öz oğluna tapşırır ki, layiqincə səbir­lilik göstərsin və onun tap­şı­rıq­larını lazımi qətiyyətlə icra etsin. Doğrudan da, bu nə­sihətlər onlara diqqətlə yanaşılmasını tələb edir və onları yalnız qə­tiyyətə malik olan şəxslər layiqincə yerinə yetirməyə nail olur­lar.

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(31. 18) “Təkəbbürlük edərək insanlardan üzünü çevirmə və yer üz­ündə təşəxxüslə gəzmə. Həqiqətən, Allah istənilən lov­ğanı və özünü ­ö­yəni sevmir”.

Təkəbbürlə və ətrafındakılara nifrətlə üzünü turşudub, in­sanlardan üz dön­dərmə. Yer üzündə təşəxxüslə gəzib-dolaşaraq, öz zənginliyinlə lovğa­la­naraq, Xeyirxahını unutma! Özündənrazı və özünü öyən olma, çünki Allah ürəklərində insanlara kibirlə yanaşan və insanlara öz təkəbbürünü zahiri görkəmi ilə büruzə ve­rən və təkəbbürünü sözlə ifadə edən lovğaları və özünü təriflə­yənləri sevmir.

ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ

(31. 19) “Sakit yerişlə yeri və səsini alçalt, çünki ən xoşa­gəl­məz səs, həqi­qətən, eşşəyin səsidir”.
Təvazökar və sakit addımlarla yeri. Lovğa təkəbbürlülər və ya qay­ğısız sa­dəlövhlər kimi addımlama. Səsini qaldırma, insan­lara hörmət göstər və Allaha ehti­ram bəslə. Həqiqətən, ən xoşa­gəl­məz və çirkin səs – eşşək anqırtısıdır. Əgər uca səs faydalı ol­saydı, o, axmaqlığı və rəzilliyi ilə tanı­nan uzunqulağı səciyyə­lən­dirən əla­mət sayılmazdı.
Müdrik Loğmanın oğluna verdiyi nəsihətlər özündə ən mü­­hüm dini hökm­ləri ehtiva edir ki, bunlardan da bir çox digər nəticələr çıxır. İstənilən dini nəsi­hət­lər Loğmanın oğluna verdiyi tapşırıqları ilə bağlıdır, çünki on­lar müsəlmanlara yaxşılıq etməyi və şərdən çəkinməyi öyrədir. Bütün bunlar bizim bundan öncə bə­yan etdiklərimizi təsdiq etməklə göstərir ki, müdriklik – dini hökmlərdən və onla­rın faydası haqqında biliklərdən ibarətdir. Məhz buna görə, müdrik Löğman dinin əsasını təşkil edən tovhid əqidəsinə etiqad göstəril­mə­sini və Allaha şərik qoşulma­sının ha­ram olduğunu əmr edir və açıqlama verir ki, insanları bütpərəst­likdən və müşriklik­dən nələr çəkindirə bilər. O, həmçinin vali­deyn­lərə yaxşılıq göstərməyi əmr edir və insanın valideynləri ilə hörmətlə davranmalı olmasının səbəbini də izah edir. O, həmçi­nin Allaha şükür etməyi və valideynlərə minnətdarlıq bildir­mə­yi əmr edir, lakin xüsusilə vurğulayır ki, ancaq valideynlər övlad­larını Allaha şərik qoşmağa çağırmadıqları halda onlara itaət edilməlidir. Əgər onlar insanı Allaha şərik qomağa məcbur edir­lərsə, onda o, onlara tabe olmamalı, lakin buna baxmayaraq, on­lara hörmət və yaxşılıq göstərməkdə davam etmə­lidir. Loğman həm­çinin əmr edir ki, Allahın öz qullarını müşahidə etdiyini və insanların öz Rəbbi qarşısında dayanacağını və etdikləri ən kiçik və ən böyük yaxşı və pis əməl­lərə görə əvəz alacaqlarını unut­masınlar. O, lov­ğalıq və tə­kəb­bür göstərməyi də qadağan etmiş və təvazökarlığa riayət etməyi buyurmuşdur. O, həm yeriyərkən, həm də danışarkən asta davranmağı və təvazökarlığa riayət et­məyi buyurmuş və bu gözəl nəsihəti pozmağı qada­ğan etmişdir. O, insanları bəyəniləni yerinə yetir­məyə dəvət etməyi və qına­nılandan çəkindirməyi, namaz qılmağı və hətta ən ağır hökmlərin icrasını insan üçün asanlaşdıran səbirliliyi nəsihət etmişdir. Məhz buna görə Fövqəluca buyurur: “Səbir və namaz ilə yardım dilə­yin...” (Bəqərə, 2/45). Loğmanın nəsihətlərinə gəldikdə isə, onlar onun, doğrudan da, müd­rik adlandırıl­mağa layiq olduğunu təs­diq edir. Fövqəluca Allah Öz mərhə­məti sayə­sində qul­larına onun müdrikliyi haqqında ona görə xəbər ver­mişdir ki, insanlar Loğmanın gözəl nümunəsinin davamçıları olsunlar.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭣﭤﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ

(31. 20) “Məgər siz görmürsünüz ki, Allah göylərdə olan­la­rı da, yer­də olan­ları da sizə tabe etmiş və sizə Özünün bütün aşkar və gözəgö­rün­məz ne­mətlərini bağışlamışdır? Lakin in­san­lar arasında eləsi də var ki, heç bir biliyi, gerçək Təlimatı, nurlandırıcı Kitabı olmadan Allah barədə mübahisə edir”.

Fövqəluca insanlara Özünün onlara olan mərhəmətini xa­tır­la­dır və onları öz Rəbbinə Onun xeyirxahlığına görə minnət­darlıq et­məyə, Onun bol nemətləri üzə­rində düşünməyə və onları unut­ma­mağa dəvət edir. İn­san­lar görür və bilirlər ki, günəş, ay və ul­duz­lar, eyni ilə heyvanlar, ağaclar, taxıl, çaylar, mədənlər və bir çox başqa şeylər də onlara hədsiz fayda verir. Fövqəluca buyurur: “O – yer üzündə olan hər şeyi sizin üçün Yaradan­dır...” (Bəqərə, 2/29). O (Pak və Müqəddəs), insanları Özünün aşkar və gözlə gö­rün­­məyən nemətləri ilə himayə edir, onlardan bəziləri insan­lara mə­lumdur, bəziləri isə məlum deyildir. O (Pak və Müqəd­dəs), on­la­ra maddi nemətlər və haqq din əta etmişdir, onlara uğur qazan­ma­ğa və uğursuzluqlardan qurtulmağa kömək edir. Bu isə, in­san­la­rın Allaha, Onun xeyir­xah­lığına görə, şükür etmələrini, Onu sə­mi­miy­ətlə sevmələrini, Onun qarşısında müti olmalarını və Al­la­hın bəxş etdiyi nemət­ləri Ona yaxınlaş­maq məqsədilə və Ona ita­ət­siz­lik göstərməmələri üçün istifadə etmələ­rini ehtiva edir.
Lakin Allahın çoxsaylı nemətlərinə baxmayaraq, insanlar ara­­sında elələri olur ki, onlar Ona şükür etməkdən boyun qaçırır və küfrə etiqad et­məyi üstün tuturlar. Onlar Allahın nazil etdiyi Ki­­tabları və elçiləri ilə gön­dərdiyi haqqı da­nırlar. Onlar Allah ba­rə­­də mübahisə edir, öz yalançı baxış­larını müdafiə etməyə və El­çi­­nin (ona Allahın salavatı və salamı olsun!) bir olan Allaha ça­ğı­rış­larını inkar etməyə cəhd göstərirlər. Lakin onlar bu barədə heç bir biliyə malik deyillər və öz baxışlarını aydın biliklər əsasın­da qurmağa çalışmırlar. Onlar haqq Təlimatdan da məhrumdur­lar, hal­buki onun əsasında möminlərin yolu ilə gedə bilərdilər. Onla­rın haqqı izah edən və onu öz nuru ilə işıqlandıran bir Kitabı da yox­dur. Buna görə onlar Allah haqqında mübahisə edərək, kor-ko­ranə doğru yolla getməyən və azğınlıq zülmətində dolaşan və baş­qa adamları da azdıran ata-babalarının yoluna istinad edir­lər.

ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ


(31. 21) “Onlara deyiləndə ki: “Allahın nazil etdiyinə itaət edin!” – belə de­yirlər: “Heç vaxt! Biz atalarımızın tabe olduqla­rı­­na itaət edəcə­yik”. Bəs onda şeytan onları Od içində əzab-əziy­yətə çağırsa necə?”

Onları elçilərin dəvət etdikləri və təkzibolunmaz dəlillərlə təsdiq olu­nan haq­qa tabe olmağa çağırdıqda, onlar ondan üz dön­dərir və deyirlər: “Bizi atala­rı­mızın yolundan əl çəkməyə kim ça­ğırırsa çağırsın, biz bunu etmərik”. Bu günah­karların baxışlarını təkzib edərək, Fövqəluca Allah bildirir ki, şeytan onların ata-ba­balarını od içində cəzaya çağırmışdı və on­lar da onun çağırışına cavab vermiş, onun ardınca getmiş və şeytanın şagirdlərinə çev­rilmişdilər. İnsanlar yolunu az­mış atalarının ardınca getmə­li­dir­lərmi? Ya da onlar bu yoldan çəkinməli və onla­rın azmışlığını, on­ların ardıcıllarının azmışlığını ifşa etməlidirlər?
Şeytan, onların yolunu azmış atalarını və babalarını öz yo­lu­na, onları sev­diyinə və onlara yaxşılıq arzuladığına görə dəvət et­mir­di. Əksinə, şeytan onlara qarşı ən böyük düşmənçilik və nif­rət bəs­ləyirdi. Həqiqətən də, şeytanın ardıcılları onun onların üzə­rin­də qələbə çalmağa nail olduğu barışmaz düşmən­ləridir. On­­lar şey­ta­nın çağırışına cavab verirlər və o, tərəfdarlarının özlə­rini Cə­hən­nəm­də cəza­landırılmaya necə məhkum etdik­lə­rindən həzz alır.

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

(31. 22) “Kim ki, yaxşılıq etməklə üzünü Allaha təslim edir, o, eti­barlı bir dəstəkdən yapışmışdır, işlərin həlli isə Al­la­ha məxsusdur”.

İnsan üzünü Allaha tutaraq, Onun qarşısında təslim olur, Onun dini­nin hökmlərini yerinə yetirir, əməlisaleh baxışlara sə­mi­­miyyətlə etiqad edir, Elçinin (ona Allahın salavatı və salamı ol­sun!) hökmlərinə tam uyğun ola­raq xeyirxah işlər görür. İnsan üzü­­nü Allaha tutaraq, Ona, sanki Onu görürmüş kimi, ibadət edir və hətta o, Onu görmürsə də, axı Allah onu görür! Üzünü Allaha tu­­taraq o, Onun qarşısında öz vəzifələrini yerinə yetirir, ətrafda­kı­­­lara yaxşılıqlar edir və onların qarşısında da öz vəzifələrini ye­ri­nə yetirir.
Bu şərhlər doğrudur və əgər bir sıra leksik fərqlər nəzərə alın­maz­sa, onda, demək olar ki, onların arasında əhəmiyyətli ixti­laf yox­dur, çünki onların hər biri dinin bütün tələblərinin layi­qin­cə yerinə yetiril­məsini nəzərdə tutur ki, binların hər biri Allah tə­rə­findən qəbul olunsun. Kim beləcə davranmış olarsa, o, etibarlı bir dəstəkdən yapışmışdır, xilas olmağı, həlak olmaqdan qaçın­ma­­ğı və tam uğura nail olmağı bacara­caqdır. Kim ki, üzünü Al­la­ha çevirmir və yaxşılıq etmir, o, etibarlı bir dəstəkdən yapışa bil­mə­yəcəkdir. Bu isə o deməkdir ki, belə bir insan məhvə və əzab-əziyyətə məhkumdur. Bütün əməllər Allaha qayıdacaq və O (Pak və Müqəddəs), hər bir quluna hökm çıxaracaqdır. İnsanlar öz əməl­lərinə görə mütləq əvəz alacaqlar və əməllərinin nəticə­lə­rini biləcəklər və buna görə onlar Hesablaşma və Əvəzalma Gü­nü­nə hazırlaşmalıdırlar.

ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(31. 23) “Qoy iman gətirməyənin küfrü səni kədərlən­dir­mə­sin. On­lar Bizə qaytarılacaqlar və Biz onlara törətdikləri əməl­­lərini xəbər verəcə­yik. Həqiqətən, Allah kökslərdə olanı Bi­ləndir”.

Bəzi insanların iman gətirməkdən imtina etmələrindən kə­dərlənmə, çünki sənə yalnız İslamı təbliğ etmək və haqqı insan­lara çatdırmaq vəzifəsi həvalə edil­miş­dir. Sən öz vəzifənin öhdə­sindən gəlmisən və hətta insan­lardan bəziləri doğru yola gəl­mək­dən boyun qaçırsalar da belə, sən Allah­dan mükafatını alacaqsan. On­ların kafir qalması kədərlənməyin üçün səbəb ola bilməz, çün­ki əgər onlarda xeyir­xahlıq olsaydı, Allah onları mütləq düzgün yola gətirərdi[4]. Onların səninlə düş­mən­çilik və mübahisə etməyə cəsa­rət göstərməsinə və küfr və azğınlıq zülmətində dolaşmaqda da­vam etməklə­rinə görə də kədərlənmə. Onlardan indiyə qədər əda­­lətli intiqam alınmadı­ğına görə, özün qisas almaq istəyi ilə alovlanma! Onların hər biri mütləq Allaha qaytarılacaqdır və onda Fövqəluca Rəbb onlara kafirlikləri, haqqa düşmən münasi­bətləri, Allahın nurunu söndürmək arzuları və onların Allahın elçilərinə (onlara Allahın salamı olsun!) verdikləri əziyyət haq­qında xəbər verəcəkdir. Həqiqə­tən, Allah insanların köksündə gizlədilənləri və onların dillərinə gətirmədik­lərini Biləndir. Belə olduqda, onda insanların açıq da­nış­dıqları və törət­dikləri əməlləri haqqında söz söyləməyə heç ehtiyac qalmır.

ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ

(31. 24) “Biz onları bir az yararlandıracağıq, sonra isə çox mürəkkəb əzablara düçar edəcəyik”.

Biz onlara dünya nemətlərindan istifadə etməyə imkan ve­rəcəyik ki, onlar daha çox günah törətsinlər və daha dəhşətli cə­zaya layiq olsunlar, sonra da onlar mütləq Cəhənnəmə atılacaq­lar. Orada onları işgəncəli əzab-əziyyət və hədsiz dəhşət gözləyir.

 ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

(31. 25) “Əgər onlardan soruşsan ki: “Göyləri və yeri kim xəlq et­mişdir?” – mütləq deyəcəklər: “Allah”. De: “Həmd olsun Allaha!” Lakin on­ların əksə­riy­yəti bilmir”.

Allaha şərik qoşan və haqqı inkar edən müşriklər etiraf edir­lər ki, Allah – yerin və göylərin Vahid Xaliqidir. Onlar çox yax­şı bilirlər ki, bütlər və daş hey­kəllər xəlq etməyə qətiyyən qa­dir deyillər. Buna görə O (Pak və Müqəddəs), Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Rəbbinə həmd etsin və müşriklərin inkar etdikləri haqqı onların qəbul etdiyi dəlillər vasitəsilə sübuta yetirsin. O (Pak və Müqəddəs) do­ğrudan da Həmdəlayiqdir, çünki O (Pak və Müqəddəs) Öz dinini elə aydın­laşdırmışdır ki, onun doğruluğunu bütün məx­luqların qəbul et­diyi dəlillər təsdiq edir. Əgər insanlar mü­kəm­məl bilik­lərə malik olsaydılar, onlara bəlli olardı ki, yalnız Allah – Vahid Xaliq və Hökm­dar, ibadətə və ilahlığa layiqdir. Lakin onların əksəriyyəti haqdan xəbər­siz­dirlər və buna görə Ona şərik qoşurlar və öz zid­diyyətli iddiaları ilə qane olur­lar. Onlar öz baxışlarını möhkəm biliklər əsasında qurmur, şüb­hə­lər içində batır və çaşıb qalırlar.
Sonra Allah Özünün ilahi sifətlərinin kamilliyi haqqında xəbər verir və qullarını Onu dərk etməyə, Onu sevməyə və yalnız tək Ona səmimi ibadət etməyə çağırır:
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ

(31. 26) “Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Həqiqətən, Allah – Zəngindir, Həmdəlayiqdir”.
Fövqəluca bildirir ki, göylərdə və yerdə olan nə varsa, Ona məxsus­dur. Ali və aşağı aləmlər tam və bütünlüklə Onun haki­miy­yəti altındadırlar və Allahın qə­dər, səmavi din və ədalətli əvəz qanunlarına tabedirlər. Bütün məxluqlar – Onun qullarıdır. Onlar Onun iradəsindən asılıdırlar və Kainatda hakimiyyətə ma­lik ol­ma­dıqları halda, Allahın var-dövləti və qüdrəti hüdudsuz və mükəm­məl­dir. O (Pak və Müqəddəs) heç nəyə möhtac deyil və Onun məxluqları üçün zəruri olan heç nəyə tələbat hiss etmir. Fövqəluca buyurur: “Mən onlardan nə ruzi istəyirəm, nə də Məni yedirmələrini istəyirəm” (Zariyat, 51/57).
Peyğəmbərlərin və möminlərin, şəhidlərin və əməlisaleh in­sanların xeyirxah əməlləri Allaha heç bir fayda verə bilməz, am­ma onlar xeyirxah işləri görənlərin özlərinə fayda verir. Allah nə Öz qullarına, nə də onların xeyirli əməllərinə möhtac deyil. O (Pak və Müqəddəs) qullarına həm bu dünyada, həm də öldükdən son­ra hədiyyələr əta edir və bu Onun Zəngin­liyinin və Özünəbəs­liyinin kamilli­yini təsdiq edir. Onun ilahi varlı­ğı­nın ay­rılmaz mə­ziy­­yəti olan ən kamil tərif də Ona məxsusdur. Allah ən gözəl və hər­tərəfli mədh olunmağa layiqdir. Onun ilahi varlığı və Onun qü­­sursuz sifətləri də həmdə layiqdir, çünki onlar əzəmət və ka­mil­­lik təcəssümüdür. O (Pak və Müqəddəs) həmçinin həm bu dün­­yada, həm də ölümdən sonra Öz məxluqları üçün müəyyən et­diyi qismətlərinə və onların arasında baş verən ixti­lafları aradan qal­dırması ilə əlaqədar qəbul etdiyi qərarla­rına, əməllərinə və ya­rat­dıqlarına, qadağalarına və hökmləri­nə görə də tərifə layiq­dir.

 ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ

(31. 27) “Əgər yerdəki bütün ağaclar qələm və dəniz isə mürək­kəb olarsa və sonra ona yeddi dəniz də əlavə edilərsə, Allahın Sözləri bitib-tükənməz. Həqiqətən, Allah – Fövqəlqüd­rət­lidir, Müdrikdir”.
Fövqəluca Özünün ilahi nitqinin kamilliyi və əzəmətindən xəbər verir. Allahın nitqinin bu bənzərsiz təsviri insanların qəl­bini heyrətləndirir, insan ağlını valeh edir və təfəkkür sahiblə­rin­də Rəbbi dərk etməyə həvəs yaradır. Əgər yer üzündəki bütün ağaclardan qələm hazırlansaydı, dəniz və okeanlar mürəkkəbə çev­rilsəydi, yenə də onlar Allahın sözlərinin tükən­məsi üçün bəs etməzdi, çünki bundan çox-çox əvvəl qələmlər sınıb-dağılar və dənizlər quru­yardı. Bu müqayisə həqiqətdən uzaq olan məcazi məna daşımır. Fövqəluca və Fövqəlxeyirxah Allaha yaxşı mə­lumdur ki, insan təfəkkürü bir sıra ilahi məziy­yət­ləri qavramaq gücünə sahib deyil. Fövqəluca Allah onu da bilir ki, Rəbbi dərk etmək ən gözəl, ən şərəfli və ən ləyaqətli nemətlərdən biridir. Hərçənd insan Allahı büsbütün dərk etmə qa­bi­liyyətinə malik olmasa da, o, Allahı qismən dərk etmək imkanından məhrum de­yil və buna görə Fövqəluca Rəbb Öz qullarına, onların köksünü yarıb, qəlbini nurlandıran biliyi açmışdır. Müsəlmanlar isə insan ağlının anlaya biləcəyi biliklə­rin vasitəsi ilə ağılla izah edilməsi mümkün olmayan biliklərin gerçəkliyini əsas­lan­dırırlar. Onlar, insanların ən ləyaqətlisinin, öz Rəbbi haqqında başqalarından çox yaxşı məlumatı olanın (ona Allahın salavatı və salamı olsun) sözlərini təkrar­layır və deyirlər: “Ey Rəbbimiz! Biz Səni Sənin layiq olduğun kimi tərif edə bil­mirik, çünki yalnız Sən Özünü layiqincə tərifləməyə qadirsən”. Həqiqətən də, Fövqəluca Allah məxluqları­nın Onu mədh etdikləri tərifdən çox yüksəkdədir!
Müzakirə etdiyimiz müqayisəyə gəldikdə isə, o, insan ağlı­nın tam mənada qavramağa qadir olmadığı bir şeyin mənasını dərk etmək üçün onlara kömək edir. Hətta ayədə qeyd olunan ağaclar və okeanlar qat-qat daha çox olsaydılar belə, insan onların yox olmasını təsəvvür edə bilərdi, çünki onların hamısı yaradıl­mışdır. Fövqəluca Allahın sözlərinə gəldikdə isə, onların tükən­mə­sini təsəvvür etmək mümkünsüzdür. Bundan başqa, naslar[5] və möhkəm məna ona dəlalət edir ki, Allahın sözləri tükənməz­dir, çünki, yalnız Xaliqdən və Onun ilahi sifətlərindən başqa, bü­tün varlıqların sonu vardır. Fövqəluca buyurur: “Həqiqə­tən, son hədd Rəbbinədəkdir” (Nəcm, 53/42).
Fövqəluca Allahın nə əzəlinin, nə də sonunun olmadığını dərk edə­rək, başa düşürsən ki, O (Pak və Müqəddəs), yalnız in­san zəkasının təsəvvür edə bilə­cəyi istənilən zamanlardan əv­vəl­lər də mövcud olmuşdur və insanın təsəvvür edə biləcəyi ən uzaq gələcək zamanlarda da mövcud olacaqdır.
Allah bütün zamanlarda mövcuddur, hökmlər çıxarır, da­nışır və istə­diyini həyata keçirir. Əgər O (Pak və Müqəddəs) bir şey etmək istə­yərsə, heç nə Ona söz deməyə və ya istədiyi işi etməyə mane olmağa qadir deyil. Əgər insan bunu dərk edərsə, onda o başa düşər ki, müzakirə etdi­yimiz ayədəki müqayisə, sa­dəcə, öz Rəbbini dərk etmək üçün qullara kömək edir. Allahın sifətlərinə gəl­dikdə isə, onlar hər hansı müqayisədən ucadırlar.
Sonra Fövqəluca Allah Özünün fövqəlqüdrətinin hüdud­suz­lu­­ğunu və Öz müdrikliyinin kamilliyini bəyan edir. Fövqəl­qüd­­rətli və Müdrik – Onun gözəl adlarındandır. Fövqəlqüdrət və əzəmət tək­cə Ona məx­susdur. Ali və aşağı aləmlərdə mövcud olan qüdrət və qüvvələrə gəldikdə isə, onlar Tək Olan Allah­dan törəmədir. Öz məx­luqlarına gücü O (Pak və Müqəddəs) vermiş­dir və Onun ver­mə­diyi gücə və qüdrətə malik olan yoxdur. O (Pak və Müqəddəs) Öz fövqəlqüdrəti sayəsində bütün məxluq­larını idarə edir və on­la­rın üzərində hökmrandır. O (Pak və Mü­qəddəs) Öz müdrikliyi sa­yə­sində bütün varlıqları yaratmış və məxluqları­nın həyatını hikmət və məna ilə rövnəq­ləndirmişdir. O (Pak və Müqəddəs) Öz müd­rik­li­yi sayəsində həmçinin hər biri hik­mət və məna ilə dolu hökmlər və qa­dağalar nazil etmişdir. Hikmət – Onun bütün ya­rat­dıq­larının və hökm­ranlığının gözə çarpan əlamətlərindəndir.

 ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ

(31. 28) “Sizin yaradılmanız və dirildilməniz bir nəfərin ya­radılma­sına və dirildilməsinə oxşardır. Həqiqətən, Allah – Eşi­dəndir, Görəndir”.

Fövqəluca bu ayədə, insanın tam mənada təsəvvür etməyə belə qadir ol­madığı, Öz fövqəlqüdrətinin mükəmməlliyini bir da­ha vurğulayır. Bütün bəşəriy­yəti yaratmaq və diriltmək də bir in­sa­nı yaratmaq və ya diriltmək kimi Allah üçün asandır. Həqi­qə­tən də, bu, insan zəkasını heyrətləndirir. Çox böyük sayda in­san­la­rı xəlq etmək və öldükdən sonra onları bir an içində dirilt­mək də, bir insanı xəlq etmək və diriltmək kimi, Allah üçün as­andır. Bu o deməkdir ki, ölümdən sonra dirildilməyə və törə­dilmiş əm­əl­­lərə görə əvəz veriləcəyinə, Allahın əzəməti, gücü və qüd­rətinə yal­nız xəbərsiz cahillər təəccüblənirlər. O (Pak və Mü­qəd­dəs) is­tə­­nilən səsi eşidir və istənilən məxluqu görür, axı Eşidən və Gö­rən adları Onun gözəl adlarındandır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ

(31. 29) “Məgər sən görmürsən ki, həqiqətən, Allah gün­düzü gecə­yə qatır və gecəni də gündüzə qatır və bəlli vaxtadək hərəkət edən günəşi və ayı da ram etmişdir. Allah sizin nə et­diklə­rinizdən xəbərdardır”.

Fövqəluca xəbər verir ki, O – Kainatın Vahid Hökmdarı və Rəh­bəri­dir. Onun hakimiyyəti o qədər mükəmməldir ki, O, ge­cə­ni gündüzə qatır və gündüzü də gecəyə qatır, həmçinin onlar üçün müəyyən edilmiş qay­daya tam uyğun olaraq hərəkət edən gü­nəşi və ayı idarə edir[6].
Bu qayda günəşin və ayın xəlq edildiyi zamanlardan bəri pozulmamışdır və Allahın qullarına həm bu dünyada, həm də öldükdən sonra faydalı nəticələr çıxar­maq və nemət əldə etmək üçün hər ikisi kömək gös­tərir.
Günəş və ay mü­əyyən olunmuş müddətə qədər hərəkət edə­­cəklər və bu vaxt çat­dıqda, onların səmada gedişinə son qo­yu­la­­caq və onlar qüv­vədən məhrum edilə­cəklər. Bu, Qiyamət günü baş verəcəkdir – gü­nəş dür­mə­lənib bükü­ləcək, ay isə sönəcək. Bu elə bir gün olacaq ki, yer kürəsi dağılacaq və əbədi həyat başlayacaq[7].
Allah isə Öz məxluq­la­rının xe­yir və şər əməlləri haqqında hər şeyi dəqiqliklə bilir. Ondan heç bir şeyi gizlətmək mümkün deyil və buna görə hər bir məxluq layiq olduğu əvəzi artıqlaması ilə alacaqdır. Kim Allaha itaətkar olarsa, o, mükafatını alacaqdır. Kim Ona itaətsizlik göstə­rərsə, cəzalandırılacaqdır.

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ

(31. 30) “Bu ona görədir ki, Allah – Haqdır, və Ondan baş­qa dua edi­lənlər saxtadır və həm də ona görə ki, Allah – Föv­qəl­a­lidir, Ən Böyük­dür”.

Allah sizə Özünün ilahi sifətləri və Özünün böyüklüyü haq­­qında xə­bər ve­rir, çünki Allah Haqdır. Onun ilahi mahiyyəti – Haq­dır, Onun ka­mil sifətləri Haqdır, Onun dini Haqdır, Onun el­çiləri –Haqdır, Onun və­di Haqdır, Onun xəbərdarlığı – Haq­­dır və Ona ibadət etmək də Haqdır.
İnsanların Allahla yanaşı ibadət etdikləri uydurulmuş saxta “ilahlara” gəl­dikdə isə, onlar batildir. Onların ilahi mahiyyəti uy­durma olduğu kimi, “ilahi” sifətləri də uydurmadır.
Əgər Allah o məxluqları yaratmasaydı, on­lar heç vaxt mövcud ola bilməzdilər.
Əgər Allah onların var olmasını istə­məsəydi, onlar heç vaxt öz­ləri müstəqil həyat sürə bil­məz­dilər. Əgər bu məxluqlar bu də­rə­cədə acizdirlərsə, onda onlara ibadət etmək də əbəs və fay­da-sız­dır.
Fövqəlali və Ən Böyük adları – Allahın ən gözəl ad­la­rın­dan­­­dır. Onun İlahi Mahiy­yəti[8] bütün məxluqlarının fövqün­dədir, qü­­sur­suz sifət­ləri isə məx­luqlarının keyfiyyətlərindən mi­silsiz qədər müqayisəedil­məz üstünlük­dədir.
O (Pak və Müqəddəs), Öz qullarının fövqün­dədir və onları Özünün iradəsinə ram et­miş­dir. Bununla yanaşı Allahın İlahi Mahiyyəti və sifətləri əzəmət­lidir və göylərin və ye­rin bütün sa­kinlərinin qəlbi Ona ehtiramla doludur.

 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(31. 31) “Məgər sən görmürsən ki, gəmi dənizdə Allahın mər­­­hə­məti ilə üzür ki, O Özünün bəzi dəlillərini sizə göstərsin? Hə­­qi­qə­tən, bunda səbirli olanlar və şükür edənlər üçün dəlillər var­­­dır”.

Məgər sən Allahın Onun qullarına yönəltdiyi qüdrətinin, mər­­­hə­mə­tinin və qayğısının nəticələrini görmürsən? O, dənizləri və oke­an­ları insanların ixtiyarına vermişdir və gəmilər dənizdə Ka­­inat qa­nun­larına mü­vafiq üzür və bu, Rəbbin mərhə­mətinə və xe­­yir­xah­lı­ğına də­lalət edir. Allah insanlara öz dəlillərini beləcə nü­­­­mayiş et­di­rir ki, on­lar özləri üçün faydalı nəticələr çıxartsınlar və bundan fay­da­­lansınlar.
Lakin Allahın dəlillərindən təkcə sə­birli olan və şükür edən qul­ları ibrət gö­türürlər. Onlar müsibət zamanı səbir edir və se­vinc içində olanda Allaha şükür edirlər. Onlar Allahın hökm­lərini sə­­birlə yerinə yetirir və günahlardan çəkinir, Allahın qədərinin ağır­­lığını mətinliklə daşıyır və Allaha maddi və mənəvi nemət­lə­rə görə şükür edirlər.

 ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(31. 32) “Dalğalar qara buludlar kimi üstlərini örtəndə, on­lar dini xalis Allaha məxsus sayaraq, Ona yalvarırlar. O, on­la­rı xi­las edib quruya çıxaranda isə, aralarında mötədil yol tu­tan­lar olur. Lakin yalnız qəddar nankorlar Bizim ayələrimizi inkar edir­­­lər”.

Fövqəluca gəmidə olan insanların dalğalar onların üstünü qara bu­ludlar kimi örtəndə özlərini necə apardıqları haqqında xəbər verir. Həmin anda onlar Allaha səmimiyyətlə dua edirlər. Lakin O (Pak və Müqəddəs), onları sağ-salamat sahilə çıxartdıq­dan sonra, onlar iki qrupa bölü­nürlər. Onların bir hissəsi elə ora­daca Ona layiqincə şükür etməyi yaddan çıxarır, günah işlətməyə başla­yaraq, özü özünə zərər vurur. Digərləri isə, ümu­miyyətlə Onun mərhəmətini inkar edir və kafirliyi üstün tuturlar. Onlar Onun ayələrini rədd edirlər, çünki xain və nankordurlar. Əvvəlcə onlar deyirdilər ki, onları həlakdan xilas etsə, mütləq Ona min­nətdarlıq edəcəklər. Lakin artıq indi onlar öz andlarını və vədlə­rini po­zurlar və nazil edilmiş nemətə görə təşəkkür etmək istə­mirlər. Axı Fövqəluca Allah onları labüd ölümdən xilas etmişdir və təkcə bu, onları Ona layiqincə şükür etməyə məcbur etməliydi.

ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(31. 33) “Ey insanlar! Öz Rəbbinizdən qorxun! Valideynin uşa­ğını və uşağın da valideynini xilas edə bilməyəcəyi Gündən dəh­şətə gəlin! Allahın vədi haqdır. Qoy dünya həyatı sizi aldat­ma­sın və qoy o tovlayan da Allah barədə sizi yoldan çıxart­ma­sın!

Fövqəluca insanlara buyurur ki, Allahdan qorxsunlar, yəni Onun hökm­lə­rini yerinə yetirsinlər və Onun haramlarını poz­ma­sınlar. İnsan elə buna görə Qiyamət günündən dəhşətə gəlmə­lidir. Həmin gün o qədər ağır və vəhşə­təngiz olacaq ki, hər bir in­sanı təkcə onun öz taleyi narahat edəcəkdir. Nə övlad valideyn­lərinin saleh əməllərini artıra biləcək və ya onların günah yükünü yün­gülləşdirə biləcək, nə də valideynlər öz övladına kömək edə biləcək. Hər bir insan təkcə öz əməl­lərinə cavab verməli olacaq və ona dü­şən əvəzi alacaqdır. Buna görə, Allahın qulları bu Dəhşətli günü yadda saxlamalıdırlar ki, öz imanlarını möhkəmlədə bil­sin­lər və təqvalılıqlarını artıra bilsinlər. Bu məziyyət insanlara səa­dətə qovuş­maqda və mükafata layiq görülməkdə kömək edir və buna görə Allahın təqva­lılığa riayət et­mək, cəzadan çəkinmək və ibrətverici moizələrə qulaq asmaq hökmü Allahın qullarına bəs­lədiyi mərhəmətini təsdiq edir. Buna görə də həmd yalnız aləm­lərin Rəbbi Allaha məxsusdur!
Ey insanlar! Allahın vədi – haqdır. Buna şübhə etmək müm­­­­­kün deyil­dir. Buna görə, mükafata layiq olmayan işlər gör­məyin, gözəl və cazibədar, lakin ən böyük sınaq və yoldan sapma rolunu oynayan maddi nemətlərə aldanmayın. Unutmayın ki, şeytan hər vasitə ilə sizi aldatmağa cəhd gös­tərir və bir anlığa belə sizi rahat qoymur. Siz isə Allah qarşısında öz vəzifə­lərinizi yerinə yetirməlisiniz. O (Pak və Müqəddəs), sizə müəyyən möh­lət təyin etmişdir. Bu möhlət başa çatdıqdan sonra hər biriniz öz əməl­lərinə görə əvəz alacaq və Rəbbin qarşısında öz vəzifələrini yerinə yetirib-yetirmədiyi ondan soruşulacaq­dır. Elə buna görə də, siz bu məsələyə xü­susi diqqət yetirməli və Allah qarşı­sında vəzifələrin yerinə yetiril­məsini özünüzün bir nömrəli vəzifəsi etməlisiniz. Bu yolda sizi böyük çətinliklər və ağır maneələr göz­ləyir və onlardan ən təhlükəli olanları: tamahsılan­dı­rıcı (şir­nik­ləndirici və həvəsləndirici) maddi ləz­zətlər və məkrli şey­tandır. Məhz buna görə sizə dünyəvi məftunedici gözəllik­lərə və şeyta­nın vəsvə­səsinə uymaq qada­ğan edilmişdir. Fövqəluca buyurur: “O, onlara vəd verir və onlarda ümid oyadır. Lakin şeytan on­lara aldatmaqdan başqa heç nə vəd etmir” (Nisa, 4/120).
 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ

(31. 34) “Həqiqətən, yalnız Allah o Saat haqqında elmə malikdir, ya­ğış nazil edir və bətndə nə olduğundan xəbər­dar­dır. Heç bir insan sa­bah nə əldə edəcəyini bilmir və heç bir insan hansı yerdə öləcəyini bil­mir. Həqiqətən, Allah – Biləndir, Xəbərdarolandır”.

Fövqəluca bir daha Özünün bütün aşkarı və qeybi əhatə edən hü­dudsuz elm Sahibi olduğunu xəbər verir. Allah Öz qul­larına qeybi biliklər­dən bir çox şeyləri öyrənməyə imkan verir, lakin bu ayədə sadalanan beş şey haqqında bilik məxluqlardan gizlədilmişdir. Bu şeylər haqqında nə göndərilmiş peyğəmbərlər, nə Allaha yaxın mələklər, nə də qalan hər hansı başqa məxluqlar heç nə bilmirlər. Təkcə Fövqəluca Allah Qiyamət gününün başla­yacağı Saatın vaxtını bilir. Fövqəluca buyurur: “Onlar səndən Saat haqqında soruşurlar: “O nə vaxt baş­layacaq?” De: “Həqi­qə­tən, bu barədə bilik yalnız Rəbbimə məxsusdur. On­dan baş­qa heç kim onun başlanması vaxtını açmağa qadir deyildir. Bu elm göy­lər və yer üçün çox ağırdır. O, qəfildən başlayacaq”. On­lar səndən elə soruşurlar ki, sanki bu sənə mə­lumdir. De: “Həqiqətən, bu barədə bilik tək Allaha məx­sus­dur, lakin in­sanların əksəriyyəti bilmir” (Əraf, 7/187).
Təkcə Fövqəluca Allah yağışın yağacağı vaxtı dəqiq bilir. O, həmçi­nin bilir ki, ananın bətnində inkişaf edən rüşeymdən oğlan və ya qız əmələ gələcək[9]. Tə­yin olunmuş vaxt gəlib çat­dıqda, mələk Rəbbindən soruşur: “Bu oğlan və ya qız olacaqdır?” Belə olduqda, Allah onu Öz bildiyi kimi həll edir. Yalnız Fövqəl­uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiy­yətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haq­qında bi­lik­lərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir his­səsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xə­bərdarolan adları – Allahın gözəl adları arasın­dadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur. Yuxarıda sadalanan beş şey haqqında bilik­lərə gəl­dikdə isə, O (Pak və Müqəddəs), onları məxluq­larından Öz müdrik­liyinə uyğun olaraq gizlətmişdir[10]. Əgər insan bu barədə düşünərsə, on­da ona aydın olar ki, bəzi şeylərdən xəbərsiz olmaq insanlara çox böyük fayda gətirir.



[1] Əlinizdəki Səədi Təfsirinin bu və bundan əvvəlki cildlərinində “Quran heç tükən­mə­yən möcüzə” adlı elmi-tədqiqat əsərindən götürülmüş müvafiq qeydlərə xüsusi diq­qət yetirin. Həmin əsərin müsəlman tədqiqatçı-alimləri Fövqəluca Allahın Öz Qu­ra­nının mühafizəsini onun özündə, ilahi qüdrətinə uyğun tərzdə şifrələməsini və ba­til qüvvələrin müdaxiləsindən qorumasının mühüm bir sistemini aşkar və təsdiq edir­lər və bu sistemi müəyyən təfsilatlarla şərh edirlər. F.S.
[2] Bərəkətli bağlar – Cənnət bağlarına işarədir. Nəim bağı isə Cənnət bağlarından birinin adı­dır. F.S.
[3] İki və daha çox kamil sifətin birlikdə xatırlanması onların ən yüksək kamillik də­rəcəsi amili kimi başa düşülə bilər. Lakin mətndə söhbət Allahın sifətlərindən getdiyi üçün qeyd etmək olar ki, Onun bütün sifətləri – ən ali məziyyətlərdir və onların iki­sinin və daha çoxunun eyni vaxtda xatırlanması Onun, insan təfəkkürünə sığmayan, misilsiz Müdrikliyinin və Fövqəlqüdrətinin təbii təzahürləridir və bu sifətlərin me­yarları bəşər övladına məlum olan ölçülərlə tam səciyyələndirilə bilməz. İnsan bu sifətləri tam təsvir və təsəvvür etməkdə acizdir və onlar haqqında hər dövrdə yalnız öz intellektual səviyyəsinə müvafiq olaraq, Allahın və Onun Peyğəmbərinin (s.ə.s.) verdirdikləri şərhlərinə uyğun dəyərləndirə bilər. F.S.
[4] Möhtərəm oxucunun diqqətini müəllifin kursivlə verdiyim müddəasına cəlb etmək yerinə düşərdi. Bu, Al­lahın hər bir quluna hidayət verməsinin bir vacib meyarıdır. Bildiyimiz kimi, doğru yola yönəldən yal­nız Allahdır. Müsəlman dəvətçilər İslama gələn insanları, sadəcə, məlumatlandırırlar. Bu, müəllif ide­yasından da aydın görün­düyü kimi, insan qəlbən xeyirxah olmadıqca, Allahın dininə gəlməyi sə­mi­miy­yət­lə istəmədikcə, o, Allahın hidayətinə nail ola bilməz. Möhtərəm oxucu, məhz bunu öz ya­xınlarına, dost və tanışlarına aşılamalıdır. F.S.
[5] Quran ayələri və Peyğəmbər (s.ə.s.) hədislərinin olduğu mətnlər. F.S.
[6] Burada Fövqəluca Allahın bütün göy cisimləri ilə yanaşı günəş və ay üçün də təyin etdiyi or­bital sistemlər nəzərdə tutulur. F.S.
[7] Kursiv mənimdir. F.S.
[8] Allahın əzəli və sonu olmayan Zatı (varlığı, mahiyyəti) nəzərdə tutulur. F.S.
[9] Lakin hər şeyə qadir olan Fövqəluca, Fövqəlqüdrətli Allah bu və digər bir şeyi, is­tə­di­yi halda, onun qeybə aid olub-olmamasından asılı olmayaraq, məxluqlarına açıb, aş­kar etmək kimi bir imkanı Özündə saxlayır və heç kim Onu bu və ya digər bir şeyi et­məyə və ya etməməyə məcbur edə bilməz. O (Pak və Müqəddəs), Öz iradəsini is­tə­di­yi kimi və istədiyi vaxtda gerçəkləşdirməkdə sərbəstdir. Kitablarında nazil etdiyi və elçilərinin dili ilə əvvəllər söylədikləri kəlamlar Allahın əngin müd­rikliyinə əsas­la­nan İradəsini məhdudlaş­dırmağa yönəldilə bilməz. Buna müvafiq ola­raq, bu gün Al­la­­hın insanlara bəxş etdiyi yeni texnologiyalar sayəsində mütə­xəs­sislərin mü­əyyən mər­­hələdən sonra ana bətnindəki dölün cinsiyyətini aşkar edə bilməsi də Fövqəluca Al­­lahın məxluqlarına aşkar etdiyi qeybə məxsus kiçik sirlərdən biridir. Əlbəttə, bu – dö­lün cinsiyyətinin doğulmazdan öncə mütəxəssislər tərəfindən bilin­məsi, Allahın onu bilməsi ilə qətiyyən müqayisə edilə bilməz, çünki O (Pak və Müqəddəs) bunu müt­ləq anlamda bilir, yəni, heç rüşeymin özü olmamışdan, ondan kimlərin çıxacağı bü­tün incəlikləri ilə Ona məlumdur. Axı bütün bunlar Onun Müha­fizəolunan Ki­ta­bın­da (Lövhi-Məhfuzda) öncədən yazılıbdır. Bu, yenilməz fövqəl­qüd­rət sahibi Föv­qəl­uca Allahın mütləq bilik Sahibi olmasının açıq-aşkar dəlillə­rindəndir. Bu müd­də­a­da qəribə, təəccüblü və anlaşılması çətin olan bir şey yoxdur. Hər şey Onun Əlin­də­dir. Həmd olsun Allaha, aləmlərin Fövqəluca Rəbbinə! F.S.
[10] Fövqəluca Allah, vaxtı yetişdikdə, onlardan bəzisini (məs., dölün cinsiyyətini və s.) insan­la­rın aşkar edə bilməsinə icazə verməkdə, əlbəttə ki, sərbəst­dir. F.S.

1 комментарий: