среда, 2 мая 2012 г.

61. ƏS-SƏFF SURƏSİNİN ŞƏRHİ


ƏS-SƏFF
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!      

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ
(61. 1) “Allahı göylərdə olanlar da, yerdə olanlar da şərəf­lən­­­­di­­rir­lər. O – Fövqəlqüdrətlidir, Müdrikdir».

Bu – Fövqəlxeyirxah və Fövqəluca Rəbbin əzəməti və hü­dud­­suz hakimiyyətinin xatırlanmasıdır. Bütün varlıqlar Ona itaət edir. Göy­lə­rin və yerin sakinləri yalnız Onun şan-şöhrətini ucaldır və tərifləyirlər. Onlar təkcə Ona ibadət edir və təkcə Ona dua edib, kömək diləyirlər. Onun fövqəlqüdrəti və hökümranlığı qar­şı­sın­da bütün məxluqlar müti­lə­şirlər. O (Pak və Müqəddəs), xəlq edir və Öz İlahi müdrikliyinə uy­ğun olaraq hökm çıxarır.

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ
(61. 2) “Ey iman gətirənlər! Niyə siz etmədiklərinizi da­nı­şır­­­­sı­nız?”
(61. 3) “Bir şeyi etməyib danışana Allahın dərgahında nif­rət bö­­yükdür”.

Niyə siz xeyirxahlıqdan danışırsınız, onu etməyə ça­ğı­rır­sı­nız, ola bilsin ki, hətta onunla öyünürsünüz də, amma özünüz bunu hə­yata keçir­mirsiniz? Niyə siz insanlara şərdən çəkinməyi öy­rə­dir­siniz və özünüzü elə göstərirsiniz ki, sanki siz ondan uzaq­sınız, halbuki əslində siz özünüz nöqsanlar və cinayətlər bu­rul­ğanının içindəsiniz? Məgər möminə belə davranış yaraşarmı? Bir işi özü yerinə yetirmədiyi halda, onu başqalarına bəyan edən adam­dan Allah yanında daha nifrətamiz kim ola bilər?
İnsanlara xeyirxahlıq öyrədən hər kəs, onu yerinə yetirənlər ara­­sın­da birinci sıralarda olmalıdır. O şəxs ki, başqalarını şərdən qo­run­mağa çağırır, ilk növbədə özü ondan qorunmalıdır. Föv­qəl­uca buyu­rur: “Məgər siz insanları xeyirxahlıq etməyə çağıraraq, özü­­nü­zü unu­dacaqsınız? Axı siz Kitab oxuyursunuz! Məgər siz ağıl­lan­maya­caq­sınız?” (Bəqərə, 2/44). Şueyb pey­ğəmbər (ə) isə de­mişdir: “...Mən istə­mirəm ki, sizdən fərq­lə­nim və sizə qa­dağan etdiklərimi özüm edim ...” (11/88).

ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(61. 4) “Həqiqətən, Allah Onun yolunda, bir-birinə möh­kəm pər­çim­lənmiş səflərlə vuruşanları sevir».

Allah qullarını Onun yolunda mübarizəyə ruhlandırır və dö­yüşü necə aparmağı onlara öyrədir. Möminlər döyüşə daxil ol­duq­da sıx və mükəmməl sıralarla vuruşmalıdırlar ki, düşmən on­la­rın səflərini yara bil­məsin. Belə döyüş qaydası sayəsində dö­yüş­çü­lər hamısı özlərini ey­ni bir vəziyyətdə hiss edər, bir-birilərinə daha yaxşı yardım göstərər, bir-birilərini ruhlandırar və düş­mən­lə­rinin ürəyinə qorxu salarlar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) hər döyüşdən əvvəl həmişə səhabələrini sıraya elə düzərdi ki, hər bir döyüşçü və hər bir bölmə öz mövqeyini bilsin və baş­qa­la­rı­na ümid et­məsin. Bunun sayəsində onlar döyüş tapşırığını mü­vəf­­fəqiyyətlə ye­rinə yetirər və məqsədə nail olardılar. Bundan baş­qa, döyüş tapşırı­ğının bu qaydada qoyuluşu sayəsində is­tə­ni­lən tə­şəb­­büsü sona çatdır­maq və təkmilləşdirmək mümkün olur­du.

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ

(61. 5) “Bir vaxt Musa xalqına dedi: “Ey xalqım! Niyə siz mə­­­­nim Allahın elçisi olduğumu bildiyiniz halda, məni inci­dir­si­­­­niz?” Onlar yayındıqda, Allah onların ürəklərini azdırdı. Al­lah fasiq xalqı doğru yola yönəltmir”.

Musa peyğəmbərin (ə) qəbilədaşları cinayət törədər, öz el­çilərini söz və əməlləri ilə incidərdilər. Axı Allahın elçisi (ə) hör­mət və ehtirama layiqdir. Bundan başqa, insanlar onun (ə) hö­kümlərinə tabe olmalı və onları danışıqsız yerinə yetirməli idilər. Onu (ə) incidən və ona (ə) əzab verənlər isə, hər hansı abır-hə­ya­dan və vicdandan məh­rum edilmişdilər, çünki onlar, Allahdan baş­qa, onlara hamıdan çox xeyirxahlıq edəni incit­məyi özlərinə rə­va bilirdilər. Bununla da onlar, haqq yol onlara məlum olduqdan sonra, ondan yayınırdılar.
Bu ayə göstərir ki, əgər Allah qullarından bəzilərini az­ğın­lı­ğa sa­lırsa, bununla O (Pak və Müqəddəs), onlara qarşı ədalətsizlik et­­mir və gü­nah­karlar bunun əsasında özlərinə bəraət qazandıra bil­­məzlər. Hə­qi­qətən, onlar Allahın Təliminin nurundan özləri ya­yın­mışdılar, hal­buki, haqq onlara aydın idi. Buna görə doğru yol­dan yayınmağa və də­rin azğınlığa görə Allahın cəzası ədalətli idi və bu barədə Fövqəluca be­lə buyurur: “Biz onların ürəklərini və göz­lərini çeviririk, çünki on­lar ona birinci dəfə də iman gətir­mə­mişdilər və onları öz zalımlıq­larında kor-koranə veyillən­mə­yə buraxırıq” (Ənam, 6/110).

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(61. 6) “Məryəm oğlu İsa isə demişdir: “Ey İsrail oğulları! Məni sizə Allah göndərmişdir ki, mənə qədər Tövratda olan­la­rın doğrulu­ğunu təsdiq edim və məndən sonra gələcək və adı Əh­məd olacaq Elçi haqqında müjdə verim”. O, onlara açıq-ay­dın ayələrlə gəldikdə, on­lar dedilər: “Bu – bəlli bir sehr­baz­lıq­dır».

Allah xəbər verir ki, İsrail oğulları necə bir inadkarlıqla Mər­yəm oğlu İsa peyğəmbərin (ə) dəvətinə müqavimət göstə­rirdi­lər. O (ə) de­miş­­dir: “Ey İsrail oğulları! Rəbb məni göndərmişdir ki, si­zi xeyirxah­lı­ğa çağırım və şərdən çəkindirim. O, mənə aşkar mö­cü­zələrlə kömək edir ki, sözlərimin həqiqiliyi təsdiq edilsin. Mən mə­nə qədər nazil edil­miş Tövratın gerçəkliyini təsdiq edirəm. Mən sizə, bir zamanlar Musa­nın (ə) sizə Tövratı gətirdiyi kimi bir Sə­mavi Kitab gətirmişəm. Əgər mən yalançı olsaydım, onda mən mə­nə qədər sadiq peyğəmbərlərin və elçilərin (onlara salam ol­dun!) xəbər verdiklərini sizə açıqlamazdım. Mən Tövrat Kitabının ger­çəkliyini təsdiq edirəm, çünki o, mənim pey­ğəmbərliyimdən xə­bər verir və mənim haqqımda siz onda müjdə oxuyursunuz. Mən gəlmişəm ki, onun gerçəkliyinə şahidlik edim və si­zə mən­dən sonra gələcək və adı Əhməd olacaq Elçi haqqında müjdə ve­rim». O (ə), ərəblərin ağsaqqalı Haşimin bilavasitə nəslindən olan Əb­dül­mütəllibin nəvəsi və Abdullahın oğlu Muhəmməd Pey­ğəm­bər­­dən (ona Allahın salavatı və salamı olsun!) bəhs edir.
Beləliklə, Allahın bütün digər peyğəmbərləri kimi, İsa pey­ğəm­­bər (ə) də özündən əvvəlki peyğəmbərin (ə) gerçəkliyini təs­diq etmiş və gələcək Peyğəmbər (ona Allahın salavatı və salamı ol­­sun!) haqqında müjdə ver­mişdir. Heç də Allahın elçisi adına id­dia edən, elçilərin və peyğəmbərlərin təlimlərinə və qanunlarına ən böyük azğınlıqla zidd olan yalançılar belə rəftar etmirlər və yal­­nız yaramaz əxlaq və alçaq sifətləri ilə fərqlənirlər.
İsa peyğəmbərin (ə) gələcəyini öncədən xəbər verdiyi Mu­həm­­məd (ona Allahın salavatı və salamı olsun!) Allahın elçisi və haqq pey­ğəmbər olmasının təkzibolunmaz dəlilləri ilə gəldikdə, on­lar onu (s.ə.s) sehrbaz adlandırdılar. Haqqın yalançı düşmənləri məhz belə edərdilər və edirlər və əslində onların küfrü və ağıl­sız­lı­ğı gör necə də yamandır!
Onlar peyğəmbərliyi buludsuz səmada günəş kimi parlaq və ay­dın olanı falçı və sehrbaz hesab etdilər! Bundan da qorxunc xə­yanət varmı?! Məgər açıq-aşkar haqqı inkar edən və elçiləri on­la­ra qətiyyən aid olmayan şeylərdə günahlandıran insanların böh­ta­nından da böyük böhtan varmı?

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(61. 7) “İslama dəvət edilərkən Allah haqqında iftira uy­du­­ran­dan daha zalım kim ola bilər? Allah zalımları doğru yola yö­­nəltmir».

Belə insanlar bəraət haqqına malik deyillər, çünki onlara əv­vəl­lər artıq islamı qəbul etmək təklif olunmuş və onun həqiqiliyi haq­qında onlara sanballı dəlillər gətirilmişdi. Allah, öz şə­rəf­siz­li­yi­ni tövbə etmə­yən, xütbələrə və nəsihətlərə əhəmiyyət verməyən, də­lillərə və möcü­zələrə diqqət yetirməyən və yalnız haqqı sar­sıt­ma­ğa, yer üzündə yalanı bərqərar etməyə can atan zalım in­san­la­rı doğru yola yönəltmir.
ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

(61. 8) “Onlar Allahın nurunu öz əlləri ilə söndürmək istə­yir­­lər, lakin Allah Öz nurunu, bu kafirlərin xoşuna gəlməsə də, ta­­mam­la­ya­caq­dır».

Onlar öz yaramaz sözləri ilə haqqın qabağını kəsib pər­də­lə­mək istəyirlər. Amma bu mümkün olmayacaqdır, çünki ağıllı in­san­lar onla­rı dinlədikdə, onların baxışlarının yalançılığına daha möh­kəm əmin ola­caqlar. Allah dininin qələbə çalmasına və haq­qın təntənəsinə zəma­nət vermiş və bu müjdə ilə Öz elçilərini (on­la­ra salam olsun!) gön­dərmiş və vəd etmişdir ki, kafirlərin xoşuna gəl­məsə də, bütün ölkələri imanın işığı ilə nurlandıracaqdır. Əgər on­lar bütün güvvələrini Allahın nurunu sön­dür­məyə yönəltsələr də, məğlubiyyətdən qaça bilmə­yə­cək­lər. Onlar günəşin işığını üfür­məklə söndürmək istəyənlərə oxşayırlar. Onlar heç vaxt is­tə­dik­lərinə nail ola bilməyəcəklər, onların mənasız cəhdləri isə yal­nız kəmağıllılıqlarını təsdiq edir.

ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(61. 9) “O, Ona şərik qoşanların xoşuna gəlməsə də, dinini bü­­tün dinlərdən üstün etmək üçün elçisini Haqq Təlimat və Haqq dinlə Gön­də­­rəndir”.

Fövqəluca islamın yer üzündə mütləq qalib gələcəyinin sə­bə­bini xatırladır. Bu səbəb – Muhəmməd Peyğəmbərin (ona Alla­hın salavatı və salamı olsun!) bəşəriyyətə doğru yol Təlimatı və Haqq din gətir­mə­sindən ibarət idi. Onun (s.ə.s) vəzifəsi – insan­la­ra faydalı biliklər və xeyirxah əməllər öyrətməkdi. Məhz bu bilik­lər insanları Allaha və Cən­nət məkanına yönəldir, onları yaxşılıq­lar etməyə, öz əxlaqını nəcibləş­dirməyə ruhlandırır və həm bu dün­yada, həm də öldükdən sonra uğur qazanmaqda onlara kö­mək edir. O (s.ə.s), dini aləmlərin tək olan Rəb­binə ibadət etməyi təb­liğ edir. Onun (s.ə.s) təlimi çatışmazlıqlardan və nöqsanlardan xa­li­dir, onun (s.ə.s) hökümləri qəlb üçün qida, bədən üçün ra­hat­lıq­dır, onun (s.ə.s) qadağalarına riayət edilməsi isə, əmin-aman­lı­ğın və paklığın zəmanətidir.
Allahın Təlimatı və Haqq din Muhəmməd Peyğəmbərin (ona Al­lahın salavatı və salamı olsun!) doğruçuluğunun ən böyük də­lili­dir. Bu dəlil – bu dünya durduqca – mövcud olacaqdır və ağıl­­lı in­san həyat üzərində nə qədər çox düşünərsə, bir o qədər də onun (s.ə.s.) paklığına əmin olacaqdır.
O, ona görə nazil edilmişdir ki, onun dəlillərinin və tək­zib­olu­n­maz sübutlarının hikməti sayəsində islam dinini bütün digər din­lər üzə­rində ucaltsın və onun tərəfdarlarına onların qılınc­la­rı­nın gücü və nizələrinin itiliyi sayəsində qələbə bəxş etsin.
İslam özlüyündə bütün zamanlarda tayı-bərabəri olmayan mü­­kəm­­məl din olaraq qalacaqdır. Ona qarşı mübarizə aparan və ya onunla düşmənçilik edən hər kəs, hökmən məğlub ediləcəkdir. Zəfər və hökümranlıq həmişə islamla yanaşı olacaqdır. Onun da­vam­­çılarına gəldikdə isə, onlar onun ehkamlarına sadiq qala­caq­lar. Əgər onlar onun hökümlərinə laqeyd yanaşsalar və özlərini tək­cə müsəlman adlan­dırmaqla keçinmək istəsələr, onda bu on­la­ra heç bir kömək etməz. On­lar Allahla olan əhdi unutmaları üzün­dən düşmənləri onların üzərində hökümranlıq edəcəklər. Bu, mü­səl­manların keçmişdəki və indiki vəziy­yətini öyrənib, təhlil edən hər kəsə məlumdur.

ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

(61. 10) “Ey iman gətirənlər! Sizi əzabverici iztirablardan xi­las edə­cək ticarəti sizə göstərimmi?”

Bu – Mərhəmətli Rəbbin Öz mömin qullarına nəsihəti, təli­ma­tı və öyüdü idi. O (Pak və Müqəddəs), qullarına faydalı söv­də­ləş­mənin necə aparılmasını, ən böyük məqsədə necə nail olun­ma­sı­nı, ən çox arzu edilən istəyin necə həyata keçirilməsini xəbər ve­rir­di. O (Pak və Müqəddəs), onlara əzab-əziyyətli cəzadan necə xi­las olmağı və əbədi uğur qazanmağı öyrədirdi. Allah bu uğuru fay­dalı əmtəə ilə müqayisə edir, çünki xütbələrə diqqətlə qulaq asan və sağlam ağıl sahibi olan hər kəs onu əldə etməyi arzulayır. Be­lə bir mənfəət gətirən ticarət nədir görəsən? Sanki bu suallara ca­vab olaraq, Rəbb belə buyurur:

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(61. 11) “Allaha və Onun Elçisinə iman gətirin və Allahın yo­­­lunda öz malınız və nəfsinizlə mübarizə edin. Bu, əgər bil­səy­diniz, sizin üçün daha xeyirlidir».

Tamamilə aydındır ki, kamil iman – Allahın bütün nazil və hökm etdiklərinin doğruluğuna möhkəm əminlik və etiqad et­mək­dir ki, bunlar da xeyirxah əməllərlə təsdiq olunur. Bu əməl­lə­rin ən əzə­mət­lisi Allah yo­lunda edilən cihaddır.
Ey müsəlmanlar! Allah yolunda öz malınızla və öz nəf­si­niz­lə cihad edin[1]. İslam düşmənlərini dəf etməkdən ötrü hə­ya­tı­nı­zı be­lə əsir­gəməyin və qoy sizin yeganə məqsədiniz Allahın di­ni­ni yer üzündə bərqərar etmək və Onun adını şərəfləndirmək ol­s­un. Bun­dan ötrü, in­san qəlbinin var-dövlətdən çox həvəssiz və çə­tin­lik­lə ayrıla biləcəyini nəzərə alaraq, öz malınızdan imkanınız yol ver­di­yi qədər sərf edin. Bu­nun sayəsində siz düşmənləriniz üzə­rində üs­tünlük qazanarsınız, qüd­rətə yiyələnərsiniz, zən­gin­li­yə və mə­nəvi əmin-amanlığa nail olarsınız. Bu, sizin bu dünyada nə­sibiniz olar, Axirət həyatında isə siz Allahın mükafatını qazanar və Onun cəzasından xilas olarsınız. Buna görə da­ha sonra Allah, mö­minləri öldükdən sonra gözləyən mükafatı xatırla­dır və belə buyurur:

 ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ
(61. 12) “O, günahlarınızı bağışlayacaq, sizi altından çay­lar axan Cən­nət bağlarına, Ədn bağlarındakı füsunkar məs­kən­lə­rə daxil edəcək. Bu – böyük uğurdur».

Allah sizin həm böyük, həm də kiçik günahlarınızı bağışla­ya­caq, çünki Allaha iman və Onun yolunda mübarizə bütün gü­nah­ları, o cümlədən, böyük günahları da yuyur. O (Pak və Müqəddəs), sizi axar sulu çayları olan bağlara daxil edəcəkdir. O bağ­lar­da bir an belə dur­ğun qalmayan su; dadı dəyişməyən süd; da­dan­lara yalnız ləzzət verən şərab və qatışığı olmayan bal çayları axır. Bu çaylar Cənnət ağaclarının arasından, sakinləri üçün müx­tə­lif meyvə və bəhrələrin hazırlandığı möhtəşəm sa­rayların və qəsr­lərin yanından keçir.
Allah sizi əbədiyyət bağlarının gözəl məskənlərində, yəni uca yer­­lərdə salınmış hündür və naxışlarla bəzədilmiş imarətlərdə yer­­ləş­di­rə­cəkdir. Cənnətin yüksəkliklərindəki sakinlər sadə Cən­nət sakinlə­ri­nə göy qübbəsindəki parlaq ulduzları xatırladacaqlar.
Cənnət evləri qızıl və gümüş kərpiclərdən, çadırlar isə inci və mər­canlardan inşa ediləcək. Onların arasında zümrüddən və ən qiy­mətli və müxtəlif rəngli ləl-cəvahiratdan mənzillər də ola­caq­dır. Onla­rın hamısı o dərəcədə təmiz və şəffaf olacaqdır ki, çöl­dən içəridə nə baş verdiyi, içərisindən də çölundə nə baş verdiyi gö­rünəcəkdir.
Cənnətin xoş rayihələri və cazibədarlıqları təsviredilməzdir. Qal­­dı ki, möminləri orada nəyin gözlədiyini onların heç özləri ağıl­larına belə gətirmirlər. Heç bir insan, Cənnəti öz gözləri ilə gör­məsə, gözəl­lik­lərini dadmasa və onlardan ləzzət almasa, bun­la­rı təsəvvür edə bilməz. Rəbbin bu nemətlərini daddıqdan sonra, Cən­nət sakinləri, yəqin ki, Allah insanları bir daha ölməyəcəkləri ka­mil yaradılışla dirildəcəyini vəd etməsəydi, sevincdən qəşş edib ölər­­dilər.
Allah Pakdır! Heç bir məxluqu Onu layiqincə tərifləməyə qa­dir deyildir! Yalnız O (Pak və Müqəddəs), Özü Özünü layiq ol­du­ğu kimi tərifləyə bilər. O (Pak və Müqəddəs), – Cənnəti Səadət mə­kanı olaraq xəlq etmiş və ona insanı mat qoyan və gözlərini qa­maş­­dıran əzəmət və füsunkarlıq vermiş Böyük və Fövqəlali Allah­dır! Böyük Müdrik Xaliq Cənnəti elə yaratmışdır ki, əgər insanlar onun misilsiz gözəlliklərini gör­səydilər, onlardan heç biri onun xa­tirinə çalışmaqdan əl çəkməz­di­lər və bu narahat – xoşbəxtliyin kə­dərlə əvəzlən­diyi, sevincin isə qəmə çevrildiyi dünyada ötəri ləz­zətlərin ardınca qətiyyən düş­məzdilər!
Fövqəluca Cənnət məskənini Ədn adlandırır, çünki din­dar mö­minlər heç vaxt oranı tərk etməyəcəklər və öz sığına­caq­la­rı­nı dəyişmək də istəməyəcəklər. Bu – çox səxavətli mükafatdır, ən nəfis təltifdir və elə böyük bir müvəffəqiyyətdir ki, tayı-bəra­b­ə­ri yoxdur. Bu – Allahın Axirət üçün hazırladığı mükafatdır. Mö­min­lərin dünya həyatında bu ticarətdən əldə edəcəkləri faydaya gəl­dikdə isə, Fövqəluca Allah belə buyurur:

ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ
(61. 13) “Bir də sizin istədiyiniz şey olacaqdır: Allahın yar­dı­mı və yaxın qələbə. Möminlərə müjdə ver!”

Allahın köməyi sayəsində möminlər düşmənləri üzərində qə­ləbə çalacaqlar və o, onlara qüdrət verəcək və sevinc gətirəcək, əl­də edəcək­ləri yeni nailiyyətlər sayəsində müsəlmanlar əra­zi­lə­ri­ni genişləndirəcək və saysız-hesabsız var-dövlətə sahib olacaqlar. Mü­barizə aparan mö­min­lərə haqq iş uğrunda veriləcək əvəz belə ola­caqdır. Əgər mömin­lərə mübari­zədə iştirak etmək nəsib ol­ma­sa, onlar Fövqəluca Allahın mərhəmətindən və xeyirxahlığından ümid­lərini kəsməməlidirlər. Ək­sinə, onlar həm bu dünyada, həm də Axirət həyatında onları gözləyən mükafat haqqında müjdədən se­vinməlidirlər. Onların hər biri, hətta o, Allah yolunda müba­riz­lə­rin yüksəldikləri dərəcəyə nail olmasa da, öz imanından asılı ola­raq, mükafatlandırılacaqdır.
Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və sa­la­­mı ol­sun!) demişdir: “Kim Allahı öz Rəbbi, islamı – öz dini, Mu­həm­­mə­di – öz Elçisi qəbul etmişsə, o, mütləq Cənnətə girəcəkdir”. Əbu Səid əl-Xudri bu sözlərdən heyrətə gələrək, demişdir: “Ey Al­la­­hın Elçisi, bu söz­ləri mənim üçün təkrar et». Peyğəmbər (ona Al­la­­hın sa­la­vatı və sa­la­mı olsun!) bunları təkrarlayıb, əlavə etmişdir: “La­­kin elə bir şey var ki, o, qula Cənnətdə yüz pillə yüksəlməyə im­­­kan verir, hər pillə ara­sın­dakı məsafə isə yerlə göyün ara­sın­da­kı məsafəyə bə­ra­bərdir”. Əbu Səid soruşmuşdu: “Bəs bu nə­dir?” O (s.ə.s) de­miş­dir: “Bu – Allah yolunda ci­haddır”[2]. Bu hə­disi Müs­lim rəva­yət et­mişdir.

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ
(61. 14) “Ey iman gətirənlər! Allahın köməkçiləri olun. İsa ibn Mər­yəm həvarilərinə demişdi: “Kim Allah yolunda mənim kömək­çi­lə­rim olar?” Həvarilər demişdilər: “Biz – Allahın kö­mək­çiləriyik». İsrail oğul­larının bir hissəsi iman gətirdi, digər his­səsi isə inkar etdi. Biz iman gətirənlərə düşmənlərinə qarşı kö­mək etdik və onlar qalib gəldilər».

Ey möminlər! Rəbbininzin dininə sözünüzlə və işinizlə kö­mək edin. Bundan ötrü siz özünüz bu dinin hökümlərini yerinə ye­tir­mə­li­si­niz, başqalarını da onu qəbul etməyə çağırmalısınız, öz əli­niz və öz malınızla haqq dinə müqavimət göstərənlərin, haqqı in­kar edənlərin, yalanı və şərəfsizliyi yayanların hər birinə qarşı mü­barizə aparma­lı­sı­nız. Həqiqətən, belə insanlara onların ba­xış­la­rının əsassızlığını sübut etmək, hadisələrin əsil mahiyyətini açıq­la­maq və onları azğınlıqdan çə­kindirmək lazımdır. Allahın dininə kö­mək etmək üçün isə, müsəl­man­­lar Quranı və Muhəm­məd Pey­ğəm­bərin (ona Allahın salavatı və salamı olsun!) Sünnə­sini öy­rən­mə­li, ətrafındakıları da buna sövq et­mə­li və in­sanları xeyirxa­h­lıq et­məyə və günahlardan çəkinməyə ça­ğır­malı­dır­lar.
Sonra Rəbb iman gətirənləri onların saleh əcdadlarından nü­­mu­nə götürməyə çağırır. İsa peyğəmbər (ə) öz həvarilərindən ki­min onun (ə) ardınca gələcəyini və Allahın dinini yer üzündə bər­qərar et­mək üç­ün ona (ə) kömək edəcəyini soruşan kimi, onlar o saat cavab ve­rirlər ki, Allahın dininə kömək etməyə hazırdırlar. On­lar verdikləri sözə sa­diq qaldılar və öz peyğəmbərləri (ə) ilə bir­likdə öz Rəbbinin dininə kö­mək edirdilər. Lakin İsrail oğul­la­rı­nın yalnız bir hissəsi iman gətirmiş­di və peyğəmbərin (ə) və onun şa­gird­lərinin çağırışına qoşul­muşdular.
İsrail xalqının digər hissəsi isə iman gətirmədi və hə­va­ri­lə­rin mo­­i­zələrini rədd etdilər. Belə olduqda, iman gətirənlər onlarla ci­ha­da[3] başladılar, Allah isə iman gətirənlərə onların əley­hdar­la­rı üzə­rində qə­ləbə çalmağa kömək etdi.
Ey Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­la­mı ol­sun!) ardıcılları! Siz də Allahın köməkçiləri və Onun di­ninin təş­viqat­çıları olun və O (Pak və Müqəddəs), mütləq sizə, sizdən əv­vəlkilərə bəxş etdiyi kimi, düşmənləriniz üzərində zəfər əta edər.





[1] Əziz oxucu bacı və qardaşlar! Bu kursivlə verdiyim möhtərəm Ə. əs-Səədinin bu müd­də­a­sı­na xüsusilə diqqət yetirin. Allahın Quranını və Onun Peyğəmbərinin (s.ə.s.) Sünnəsini Föv­qəl­uca­nın mərhəməti sayəsində son dərəcədə yüksək səviyyədə mənimsəmiş və bu kitabında on­lar­dan gözəl nəticələr çıxarmış bu böyük alim özünün cihad haqqında bu dərin mənalı ifa­də­sin­də cihadın əsil mahiyyəti öz fundamental əksini tapmışdır: müsəlmana, ilk növbədə, Allah yo­lunda öz malı ilə və nəfsinin qüsurlarına qarşı cihad etməsi əmr olunmuşdur. Bu isə o de­mək­dir ki, müsəlmanın cihadı, yəni mübarizəsi öz nöqsan və qüsurları ilə mübarizəyə həsr olun­ma­lı­dır ki, digər insanlara Allaha qovuşmaqda paklıq və ilahi hökümləri sədaqət, etiqad və imanla y­erinə yetirmənin nümunəsini göstərə bilsin, öz əməli və şəxsi nümunəsi ilə dinimizin aliliyini təş­viq edə bilsin. Bu Təfsirdə mərhum müəllifin belə çağırışlarına çox rast gəlinir və məhz buna görə bu kitabın müsəlman Azərbaycan xalqı üçün dəyəri şəksizdir. Onu özünüz diqqətlə oxu­yun və yaxınlarınıza tövsiyə edin. Bu kitabı təklif etdiyiniz şəxsin oxumasının savabı – Allah dərgahında mükafatı sizə də çatacaqdır, inşallah! F.S.
[2] Dəyərli və təmkinli oxucu! Bu Peyğəmbər (s.ə.s) hədisinə diqqət yetirməyin də çox va­cib­dir! Allahın Elçisi (s.ə.s) bu hədisdə: “Bu – Allah yolunda cihaddır!” – deyir. Cihadın ərəb di­lin­də əsas mə­naları, mübarizə və əməl deməkdir “Cihadın” əməl mənasında işlədilməsi haq­qın­da məşhur islam alimi Mukatil b. Süleymanın “Əl-Eşbah vən nəzair fil-Quranil-Kərim” adlı Qu­r­an istilahları lüğətində belə deyilir: “Cihad əməl mənasında istifadə edilir. Bu ayələrdə ol­du­ğu kimi: “Kim cihad edərsə (yəni, xeyirli işlər görərsə), yalnız özü üçün cihad edər, (yəni, sa­də­cə, özü üçün iş görər və faydası da özünə çatar) (Ənkəbud, 29/6). Mübarizənin növləri, hər bir ağıllı insanın bildiyi kimi, çox müxtəlifdir. Amma Allahın düşmənləri tərəfindən bu sözə elə mənalar aid edilib ki, səbatsız in­sanlar, siya­sət­­bazlar və hər cür mənsəbpərəstlər ondan isla­mın və müsəlmanların əleyhinə sui-is­ti­fadə edirlər. Bu qeydi yazmaqda məqsəd oxucuları “ci­had” istilahını düzgün başa düşməyə yö­nəlt­məkdir. Bu istilahdan bəzi zəlalət təşəbbüsçüləri in­sanları, ilk növbədə, gəncləri yoldan sapdırmaq üçün istifadə edir, onları çeşidli təxribatlara, si­­yasi oyunlara, o cümlədən, hətta terror fəaliyyətinə cəlb etməyə çalı­şırlar və bu yaramaz və ci­­nayətkar hərəkətlərini “din” uğrunda “cihad” adı ilə pərdə­ləyirlər. Halbuki islam şəriəti istənilən ədalətsiz əmələ qarşıdır. Cihaddan fərqli olaraq, ter­rorun istə­nilən forması və növü Allahın hökümlərinə ziddir, İslam dininə yabançıdır və Haq­qın düşmənidir. Cihad yalnız pe­y­ğəm­bərin, onun təyin etdiyi imamın (sərkərdənin, rəhbərin), dövlət başçısının, qanuni ha­ki­mi­y­yətin rəhbərinin hökmü, fərmanı (və s.) ilə qanuniləşdirilə və aparıla bilər. Bu haqq yalnız sə­la­hiy­yət sahiblərinə verilir ki, müasir dövrümüzdə bunlar istənilən məmləkətin şəriətə zidd olmayan qanunve­riciliyi çər­çivəsindən çıxa bilməz. “Cihad” pərdəsi altında və ya bunsuz törədilən istənilən terror haram əməldir və belələrinə ən şiddətli cəzanı Fövqəlqüdrətli Al­lah verir. İslama, millətə, çağdaş dövlətə qarşı yönəldilmiş və yönəldilən hər hansı cinayət əmə­linin cəzasınınin icrası da, təbii ki, müvafiq hakimiyyət orqanının səlahiyyətində olmalıdır. Hər fərd öz vəzifəsini yerinə ye­tir­məlidir.  Həmd olsun Allaha – aləmlərin Rəbbi mütləq Hökümdara! F.S.
[3] İsa peyğəmbərin (ə) həvarilərinin hər biri o zaman Allahın elçisi (ə) tərəfindən vəzifə­ləndirilmiş və cihad etməyə haqqı olan rəhbər (imam) sayılabilən idilər. F.S.

Комментариев нет:

Отправить комментарий