среда, 2 мая 2012 г.

73. ƏL-MÜZƏMMİL SURƏSİNİN ŞƏRHİ

È \

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

             Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ
(73. 1) “Ey bürünmüş!

“Müzəmmil” (“bürünən”) sözü də “müdəssir” (“sarınıb ör­tü­­nən”) sözünün məna­sın­dadır.
Fövqəluca, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­lamı olsun!) Öz Bəyənatı ilə şərəfləndirərək, mələk Cəb­rai­lin (ə) vasi­təsi ilə ilk dəfə ona (s.ə.s) vəhy nazil etdiyi zaman cə­rə­yan edən hadi­sələrə görə, onu (s.ə.s) libasına bürünən ad­lan­dırmışdı. Peyğəmbər (s.ə.s) heç vaxt buna bənzər bir şey gör­mə­miş­di. Belə hadisədən sar­sılmamaq yalnız seçilmiş elçilərə nəsib olur. Cəbrail (ə) ilə rastlaşdığı zaman onu (s.ə.s) həyəcan və va­himə basmışdı. O (s.ə.s) qorxu içində zövcəsinin yanına gəlib dedi: “Üstümü ört! Üstümü ört!”
Mələk (ə) onun (s.ə.s) yanına gələrək, əmr etdi: “Oxu!” Mu­həm­­məd (ona Allahın salavatı və sa­lamı olsun!) ona (ə) dedi:  “Mən oxumağı bilmirəm». Onda mələk var gü­cü ilə onun bədənini sıxdı, sonra yenə əmr etdi ki, oxusun və Pey­ğəmbər (s.ə.s) ilk dəfə olaraq ona (s.ə.s) nazil edilən vəhyi oxu­du. Allah Elçi­si­ni (s.ə.s) mü­dafiə etdi və uzun illər ərzində Şanlı Qu­ranı ona (s.ə.s) gön­dərdi və onu (s.ə.s) haqq din uğrunda mətin mü­bariz etdi. Bunun sayəsində Muhəmməd Peyğəmbər (ona Al­la­hın salavatı və salamı ol­sun!) Allahın bütün digər elçilərini ötüb keçdi.
Allah Pakdır və həmd olsun Ona! Peyğəmbərlərin ən əzə­mət­li­sinin öz vəzifəsini başlaması ilə onun qələbə ilə başa çatması ara­sında necə də böyük fərq var idi! Buna görə Allah Muhəmməd Pey­ğəmbərə (ona Allah­ın salavatı və salamı olsun!) pey­ğəm­bər­li­yi­nin ən başlan­ğıcında, bir insan kimi müraciət etmişdi.

ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

Rəbb ona (s.ə.s.) Allaha ibadət etmək, qəbilədaşları tə­rə­fin­dən verilən əziyyətlərə səbirlə dözmək, Rəbbin bütün eh­kam­la­rı­na itaət etmək və Vahid Allaha iman gətirmək hökmü vermişdi. Föv­qəluca ona (s.ə.s) ibadət ayinlərinin ən başlıcası olan – namaz qıl­­mağı əmr etmişdi. O (Pak və Müqəddəs), buyurmuşdu ki, na­maz ondan ötrü ayrılmış ən yaxşı vaxtlarda, yəni, gecələr qılınsın. Al­lah Özünün in­sanlara bəslədiyi rəhm­dilliyi sayəsində bütün ge­cə ərzində namaz qılmağı deyil, yalnız onun müəyyən saatlarında onu qıl­­maq hökmü ver­mişdir. Buna görə müsəlmanlar gecənin üçdə bir hissəsini və ya yarısını, ya da üçdə iki hissəsini, Quranı aram və ahənglə oxuyaraq namaz qıla bilərlər. Yalnız bu minvalla Qu­ran ayələrinin mənasını dərk etmək və onların üzərində dü­şün­mək olar. Bu tərzdə oxu ürəyi oyadır, onu Kitabı qavramağa ha­zır­layır və insanları Allaha ibadətə yönəldir.
 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(73. 5) “Həqiqətən, Biz mütləq sənə ağır bir Söz nazil edə­cə­­yik».

Biz bu Sanballı Quranı sənə açıqlayacağıq. Onda əzəmətli bir məna vardır. O – gözəl vəsflərlə şərəfləndirilmişdir və Allahın məx­­luqlarının onu qavramağa hazırlaşmalarına, onu aramla oxu­ma­larına və onun məna­ları üzərində düşünmələrinə layiqdir.

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(73. 6) “Həqiqətən, gecə yarısı oyandıqdan sonra namaz daha ağır və daha aydın ifadə edilir».

Gecə yarısı namaz qılmağın hikməti də elə bundadır. Qısa­müd­­dətli yuxudan sonra namaz qılan insan Quran ayələrinin mə­na­larını daha yaxşı dərk edə bilər, çünki onun qəlbi də, dili də bü­tün­lüklə na­maza yönəlmiş olur və dünyəvi qayğılar onları iba­dət­dən yayın­dır­mır. İnsan belə vəziy­yətdə namaz zamanı di­lin­dən çı­xan bütün ifadə etdiyi sözləri anlayır. Gündüz ibadəti isə ta­ma­mi­lə başqadır. İnsan bu vaxtlarda tam anlayışa nail ola bilmir və bu­na görə də Fövqəluca belə buyurur:

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(73. 7) “Həqiqətən, sən gündüzlər çox məşğul olursan”.

Gündüzlər sən daima öz ehtiyaclarının və həyat prob­lem­lə­ri­nin qay­ğısını çəkirsən. Onlar səni məşğul edir və sənə imkan vermir ki, gün­dəlik həyatdan tamamilə ayrılasan.

 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(73. 8) “Rəbbinin adını xatırla və bütün varlığınla Ona yö­nəl!”
Büsbütün Rəbbinə bağlan və öz səylərini Ona yönəlt, bun­dan ötrü isə sən məxluqlardan əl çəkməli, Allahı bütün varlığınla sev­məli və yalnız səni Ona yaxınlaşdıran və Onun lütüfkarlığını sə­nə qazand­ıran əməlləri yerinə yetirməlisən.

 ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(73. 9) “O, Şərqin və Qərbin Rəbbidir, Ondan başqa ilah yox­­dur! Onu özünə Vəkil seç!

Şərq və qərb sözləri ilə günəşin və ayın çıxdığı və batdığı üfüq nə­zərdə tutulur. Şərqlərin, qərblərin və bütün göy cisim­lə­rinin Rəbbi Allah necə də əzəmətlidir! O (Pak və Müqəddəs), – bü­tün varlığın Rəbbi, Xaliqi, Hökmdarıdır. Yalnız O (Pak və Müqəddəs), ibadətə, se­vilməyə, şərəflən­dirilməyə, ehtirama və şöh­rət­lən­di­rilməyə layiqdir. Məhz buna görə Allahın Elçisinə (ona Allahın sa­lavatı və salamı ol­sun!) buyurulmuşdu ki, Onu özünün (s.ə.s) bü­tün işlərində Vəkili seçsin.
Əvvəlki ayələrdə Allah Peyğəmbərinə (ona Allahın salavatı və sala­mı olsun!) öz Rəbbini xatırlamağı və namaz qılmağı əmr edir­­di. Bunların sayəsində Allahın qulu çox böyük bir gücə sahib olur, çətinliklərə sinə gərmək və hətta Allahın ən ağır hökümlə­ri­ni icra edə bilmək qabiliyyəti əldə edir. Sonra O (Pak və Müqəddəs), ona (s.ə.s) səbirli olmaq nəsihəti verir və əmr edir ki, haqq düş­mənlərinin bütün dediklərinə səbatla dözsün.

ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(73. 10) “Onların dediklərinə səbir et və onları xoşluqla tərk et».

Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bu­yu­rur ki, kafirlərin onu (s.ə.s) söyməsinə və təlimini təhqir etməsinə əhə­­miyyət verməsin, öz dininin işini davam etdirməkdə məşğul ol­sun ki, düşmənlər nə onu (s.ə.s) saxlaya bilsinlər, nə də yo­lun­dan sapdıra bil­sinlər. Allah əmr edir ki, o (s.ə.s) onlardan uzaq gəz­sin və, zəruriyyət yarandıqda və din üçün faydalı olduqda, on­ları yaxşılıqla tərk etsin. Onları tərk edərkən, on­lara, özləri etdiyi ki­mi, əziyyət vermə. Lakin bəzən onlarla ən yaxşı dəlillər gə­tir­mək­lə, mübahisə etmək olar.

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(73. 11) “Nemət içində üzən yalanlayanlarla Məni tənha qoy və onlara bir az möhlət ver”.

Onları Allahla tənha qoy. O (Pak və Müqəddəs), onlardan tö­rət­dik­ləri cinayətlərə görə intiqam alacaqdır. O (Pak və Müqəddəs), on­lara möhlət vermişdir, lakin onları unutmamışdır. O (Pak və Müqəddəs), onlara var-dövlət əta etmiş və onların varidatını ar­tır­mışdı, lakin onlar cavab əvəzində Onun qanununu pozdular və yol­suzluğa qur­şandılar. Bu barədə Fövqəluca belə buyurur: “Xeyr! İnsan özünün möhtac olmadığını zənn etdikdə, həddini aşır” (Ələq, 96/6-7).

 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ
(73. 12) “Həqiqətən, dərgahımızda buxov da var, Cəhən­nəm də”,
(73. 13) “ boğazda tıxanan qida və şiddətli iztirablar da».

Allah Onu qəzəbləndirməkdən əl çəkməyən kafirləri əzab-əziy­­yətli cəza və amansız divan tutacağı ilə təhdid edir. Onlar alov saçan odu və dəhşətdoğurucu yeməklər dadacaqlar. Ye­mək­lərin acılığın­dan, çirkin gö­rünüşündən, ikrahdoğurucu dadından və pis, çürümüş iyindən Cəhən­nəm əzabkeşlərinin yedikləri bö­ğaz­larında tıxanıb qa­la­caq. Həqiqətən, onlar ən əzablı və ən dəh­şətli cəzaya məruz qala­caqlar[1].

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ

(73. 14) “Həmin gün Yer və dağlar ən böyük dəhşətdən lər­zə­­yə gə­ləcək, dağlar qum yığınına dönəcək”.

Yer və dağlar ən böyük dəhşətdən lərzəyə gələcək və vaxt­ilə qüd­rətli, möhkəm və sarsılmaz dağlar dağınıq qum yığını kimi ola­caq və sonra sovrulub toza dönəcək.

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(73. 15) “Həqiqətən, Biz Firona elçi göndərdi­yimiz kimi, si­zə qarşı da Elçimizi şahid göndərdik”.
(73. 16) “Firon o elçiyə itaətsizlik etdi, Biz də onu çox ağır əzabla cəza­landırdıq».

Fövqəluca bizə öyrədir ki, Onu bizə Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) göndərdiyinə görə şərəf­lən­di­rək və şükür edək, çünki o (s.ə.s), insanların aydın başa düşdüyü ərəb di­lində vəhyi onlara çatdırır və nəsihət verirdi və o (s.ə.s) Qiyamət günü müsəlmanların əməl­lə­rinə şahidlik edəcəkdir. Bax buna görə Rəbbi­ni­zə minnətdarlıq edin və bu şərəfli neməti unutmayın.
Kafirlikdən və Elçinizə (ona Allahın salavatı və salamı ol­sun!) itaət­siz­lik göstərməkdən çəkinin və Allahın İmran oğlu Musa pey­ğəmbəri (ə) yanına gön­dərdiyi Firona (L) bənzəməyin. O (ə) onu (L) Allaha və tövhidə iman gətirməyə dəvət edirdi, lakin Firon (L) ona (ə) inanmadı, asi oldu və buna görə Allah onu (L) əzablı, sərt və dözül­məz cəzaya məruz qoydu.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ
(73. 17) “Əgər körpələrin belə saçını ağardacağı Günə iman gətir­mir­sinizsə, onda siz necə xilas ola bilərsiniz?”
(73. 18) “Onda göy də yarılacaq və Allahın vədi ger­çək­lə­şə­­­cəkdir”.

Qiyamət günü, bütün dünyanı həyəcanın və qorxu-hür­kü­nün bürüdüyü, hətta bunlardan körpələrin də saçının ağardığı, is­teh­kam­ların uçulub çökdüyü, göylərin parça-parça olduğu və ul­duz­ların səpələnib yoxa çıxdığı bir vaxtda siz Allahın cəzasından ne­cə xilas ola biləcəksiniz? Bu vəd mütləq yerinə yetəcəkdir, çünki Rəb­bin Sözü sa­bitdir və heç bir şey onun gerçəkləşməsinə mane ola bilmək qüdrətinə malik deyil!

ﯵﯶ ﯷﯸﯹﯺﯻﯼﯽﯾ ﯿ
(73. 19) “Həqiqətən, bu – bir Xatırlatmadır və hər kəs, istə­yərsə, Rəbbinin yoluna gələ bilər».

Allah bu ayələrində[2] Qiyamət günü baş verəcək dəh­şətli ha­di­sə­lər haqqında xəbər verir. Bu, təqvalı qullar üçün xatır­lat­ma və möminlər üçün yardımdır. Hər bir kəs, istəyərsə, Allaha doğ­ru apa­ran bu yola qə­dəm qoya, Onun ən gözəl tərzdə açıq­la­dı­ğı qanunlara riayət edə bilər.
Bu ayə isə[3] Fövqəlucanın Öz qulları üçün özlərinin qərar qə­­bul etməsinə dair yaratdığı dəlillərdən ibarətdir. Bu, insanın bir əməl işlədər­kən öz iradəsinin olmadığını hesab edən cəbbarilərin ba­xışla­rını qətiyyətlə və tamamilə təkzib edir. Belə nəzər nöqtələri həm mən­tiqə, həm də Quran və hədislərin mətninə ziddir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(73. 20) “Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan­la­rın bir his­səsi gecənin üçdə iki hissəsindən az və ya onun yarısı, ya da üçdə biri qədər ayaq üstə durursunuz. Gecə və gündüzü də Allah təqdir edir. O, sizin bunları dəyərləndirə bilmə­yə­cə­yi­ni­zi bilib, töv­bənizi qəbul edir. Qurandan sizə asan gələnini oxu­yun. O bilir ki, aranızda xəstələr, Allah­ın nemətini qa­zan­maq üçün səfərə çıxanlar və Allahın yolunda cihad edənlər ola­caq­dır. Ondan sizə asan gələ­nini oxuyun, namaz qılın, zəkat ödə­yin və Allaha gözəl bir borc ve­rin. Özünüz üçün öncədən han­sı xeyir əməlləri hazırlasanız, Allah­ın dərgahında onun daha bö­yüyünü və yax­şı­sını taparsınız. Allah­dan bağışlanma diləyin, axı Allah – Bağışla­yan­dır, Rəhimli­dir».

Bu surənin başlanğıcında Allah Peyğəmbərinə (ona Allahın sa­­la­­vatı və salamı olsun!) gecənin yarısı ərzində, onun üçdə bi­rin­də və ya üçdə ikisində namaz qılmağı əmr etmişdir. Müsəlmanlar Al­laha ta­be olmalı və öz Peyğəmbərindən (ona Allahın salavatı və sa­lamı ol­sun!) nümunə götürməlidirlər. Buna görə bu ayədə Föv­qəl­uca xəbər verir ki, Peyğəmbər və möminlər Onun iradəsinə ita­ət edirlər. Lakin gecə saatlarında namaz qılınmasının çətinliyi ilə əla­qədar Rəbb onla­rın vəzifəsini yüngülləşdirərək, gündüzün və ge­cənin qədərini təyin et­mişdir. O (Pak və Müqəddəs), bilir ki, ge­cə­nin hansı vaxtı keçmiş, hansı hələ qalmışdır. O (Pak və Müqəddəs), həmçinin bilir ki, siz, səhv­lərdən qaçınaraq, gecə və gün­dü­zün tamamilə dəqiq saatını mü­əyyənləşdirə bilməyə­cək­siniz və buna görə sizdən böyük diqqət gös­tərmənizi və əlavə zəhmət sərf et­mənizi tələb edir. Bax buna görə də O (Pak və Müqəddəs), sizin və­zifənizi asanlaşdırmış və sizə əmr et­miş­dir ki, əgər siz Allahın bu­yurduğu həmin müddətə hətta əlavə artırsanız və ya ondan azalt­sanız da, yalnız gücünüz çatanı yerinə ye­tirəsiniz. Qurandan yal­nız əzbər yadda saxladığınızı oxuyun. Özü­nü­zə çətinlik ya­rat­ma­yın və əlavə gecə namazlarını nə qədər ki, gümrah və fəal­sı­nız­sa, onda da qılın. Sizi tənbəllik və mürgü basdıqda, bir qədər is­ti­ra­hət etməlisiniz ki, sonra namaza, artıq istirahət etdikdən və sa­kit­ləşdikdən sonra qalxasınız.
Sonra Allah qullarının vəzifəsini asanlaşdırmasının bir neçə sə­­bə­bini də sadalayır. Hər şeydən əvvəl, insanların arasında ge­cə­nın yarısını, üçdə ikisini və ya hətta üçdə birini namazda ayaq üs­tə da­yanması çətin olan xəstələr vardır. Buna görə onlara öz im­kan­la­rın­dan asılı olaraq, namaz qılmağa icazə verilir. Onlara hətta ayaq üstə namaz qılmaq, əgər bu onlara əziyyət verirsə, hökmən de­yil. Bundan başqa, əgər xəstə könüllü namazları qılmağa qadir de­yilsə, o, onları qılmaya bilər, lakin Allah ona sağlam olduğu za­man layiq olduğu mü­kafatı əta edir.
Xəstə insanlardan başqa tacirlər də vardır ki, onlar ticarət məq­sədi ilə pul qazanmaqdan və sədəqəyə möhtac olmamaqdan öt­rü sə­fərə çıxırlar. Səyahətdə və ya səfərdə olan insan Allahın onun vəzifə­lərini asanlaşdır­ma­sına layiqdir və buna görə Rəbb səy­yahlara zöhr namazını əsr namazı ilə və məğrib namazını isə işa namazı ilə bir­likdə qılmağa icazə vermişdir. O (Pak və Müqəddəs), həmçinin icazə vermişdir ki, səfərdə dörd rükətdən ibarət olan fərz namazlarını iki rükətədək ixtisar edib qılsınlar.
Onlardan başqa, aranızda Allah yolunda döyüşlərdə iştirak edən döyüşçülər də vardır. Buna görə sizə icazə ve­ril­miş­dir ki, Mübarək Qurandan yalnız sizə asan olanı oxuyasınız.
Fövqəluca Öz hökümlərini həm öz şəhərlərində yaşayan sağ­lam insanlar üçün, həm də xəstələr və səfərdə olanlar üçün asan­laş­dır­mışdır. Öz şəhərində yaşayan sağlam müsəlman öz səh­hə­tinə diqqət yetirməli və gecə ibadətləri üçün müəyyən saatları seç­mə­yə məcbur deyil. Lakin arzu­ediləndir ki, o, Allaha ibadət etmək üçün ən yaxşı vaxtı, yəni gecənin son üçdə bir hissəsini seçsin.
Xəstələrə və səfərdə olanlara gəldikdə isə onların ticarət, Al­laha ibadət, döyüş, ziyarət və ya başqa bir iş xatirinə yola çıx­ma­la­rından asılı olmayaraq, onlar özlərini əlavə ibadət ayinləri ilə yük­­ləməməlidirlər.
Həmd olsun Allaha ki, O (Pak və Müqəddəs), Öz dininin qa­nun­­larını bizdən ötrü asanlaşdırmış və qullarının taleyinə və on­la­rın dini, sağlamlığı və dünyəvi həyat mənafelərinə diqqətlə qay­ğı göstərir!
Sonra O (Pak və Müqəddəs), islamın iki əsas dayağı olan iki va­­cib ibadət ayinini yerinə yetirməyi əmr edir. O (Pak və Müqəddəs), onsuz haqq dinə etiqad etməyin mümkün olmadığı namaz qıl­ma və imanın dəlili olan, kasıb və yoxsulların onun sayəsində tə­səlli tap­dıqları zəkat ödəmə hökmü verir.
Müsəlmanlar namaz qılmalı, onun vacib rükünlərini, tələb olunan şərtlərini və ümumiyyətlə Allahın Elçisinin (ona Allahın sa­la­vatı və salamı olsun!) bizə öyrətdiyi bütün qayda-qanunları ye­rinə yetirməlidirlər. Bununla yanaşı müsəlmanlar öz halal yolla qa­zandıq­ları mallarından vacib zəkat və könüllü sədəqə verməli və bunu səmi­miyyətlə Allah xatirinə və gözəl niyyətlə et­mə­li­dir­lər.
Sonra Fövqəluca insanları bütün təzahürləri ilə xeyirxahlıq et­məyə sövq edir və bəyan edir ki, hər xeyirxahlığa görə onun on qa­tı, bəzən də yeddi tüz qatı qədər və daha artıq əvəzi ve­ri­lə­cək­dir. Yadda saxlayın ki, bu dünyada yerinə yetirilən xeyirxahlığın bir zərrəsi də dünyəvi nemətlərin böyük çoxluğuna bərabərdir, Cən­nətin əbədi səa­dət bağlarında isə o, əsil füsünkarlıqlar və ləz­zətlərlə əvəz edilə­cək­dir. Bu həyatda xeyirxahlıq Axirət həyatında mü­vəffəqiyyətin rəhni­dir. O, insanın özü üçün əkdiyi toxuma bən­zəyir. Çox təəssüflər olsun ki, bəzi insanlar öz vaxtlarını fay­dasız keçirir və xeyirxahlıqlara la­qeyd yanaşırlar. Heyf xeyirxah iş­lər görülmədən keçən itirilmiş saat­lara! Heyf Xaliqinin nə­si­hət­lə­rinə qarşı hissiyyatsız olan və Onun ib­rətamiz hikmətlərindən fay­da­lanmayanlara! O (Pak və Müqəddəs), on­­­lara özlərindən də şəf­qət­lə Yanaşandır! Həmd olsun sənə, ey Rəbbi­miz! Biz Sənə şikayət edir və Səndən kömək diləyirik, axı Səndən başqa, kimsə gücə və qüd­rətə malik deyil!
Fövqəluca qullarını xeyirxah əməllərə və Ona itaət etməyə ruh­­lan­dırdıqdan sonra, O (Pak və Müqəddəs), onlara buyurur ki, On­dan bağış­lanma diləsinlər və Rəbbin bu tələbində nəhəng bir mə­na öz ək­sini tapmışdır. İnsan yanılmaqdan və Allahın eh­kam­larını yerinə yeti­rərkən səhvlərdən qaçınmaq qabiliyyətinə malik de­yildir. O, onları layiqincə yerinə yetirmir, bəzən isə, Rəbbinə lap ita­ətsizlik göstərir. Buna görə Allah Öz qullarına buyurur ki, yol ver­dikləri nöqsanların bağışlanması haqqında dua etsinlər. İnsan ge­cə-gündüz günah işlədir və əgər Allah onu Öz mərhəməti və ba­ğışlaması ilə himayə etməsə, o, sadəcə, həlak olar.





[1] Amma Cəhənnəmdə müdhiş əzablardan kimsə ölməyəcək və heç vaxt ölə bilməyəcək (çox arzulasalar da). İnsanların, əziz oxucular, bunu bilməsi çox vacibdir! F.S.
[2] 73/17-73/18 – ayələr nəzərdə tutulur. F.S.
[3] 73/19 – cu ayə nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий