среда, 2 мая 2012 г.

50. QAF SURƏSİNİN ŞƏRHİ

SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın adı ilə!


ﭑﭒ ﭓ ﭔ ﭕ
(50. 1) “Qaf[1]. Şərəfli[2] Qurana and olsun!”

Fövqəluca Şərəfli Qurana – ayələri böyük və dərin məna da­şı­­yan Kitaba and içir. Bu ayələr insanlara çoxlu nemət gətirir və on­ların xe­yir-dua sahibi olmalarına səbəb olur.
Hər bir şeyə şan-şöhrət gətirən onun gözəl və ecazkar key­fiy­­yətləri­dir. Şərəfli Quran isə bu ada hər şeydən daha çox la­yiq­dir. Bu – Fövqəluca Allahın Sözüdür və onda keçmiş və gələcək nə­sil­lərin bilik­ləri öz inikasını tapmışdır. Quran bəlağət və kamil müd­dəalarla do­ludur, onun hecası gözəldir, mənaları isə dərin və hik­­mətlidir. Bütün bunlar Allahın qullarını onun hökümlərini mü­kəm­məl surətdə yerinə ye­tirməyə səfərbər etməli, ləngimədən ona itaət göstərməyə yönəltməli və onları, belə əzəmətli bir ne­mətə gö­rə Rəbbə minnətdarlıq bildiməyə sövq etməlidir. Lakin in­s­an­la­rın əksəriyyəti Onun göstərdiyi misilsiz neməti dəyərləndirə bil­mir­lər və buna görə sonra O (Pak və Müqəddəs), belə buyurur:

 ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
 (50. 2) “Onlar özlərindən olan çəkindirici nəsihətçinin on­la­rın yanına gəlməsinə təəccüb etdilər və kafirlər dedilər: “Bu – çox qəri­bə­­dir!”

Müşriklər, onları zərər verən hər şeydən çəkinməyə və fay­da ve­rən işləri görməyə çağıran Allahın Elçisinin (ona Allahın sa­la­­­vatı və sa­lamı olsun!) onların yanına gəlməsinə təəccüb­lən­miş­di­­lər. Bu nəsihətçi – onlar­dan biri idi: onlar onunla (s.ə.s.) görüşə bi­­lər, ondan təlimi haq­qında öyrə­nə bilər və onun doğruçuluğuna əmin ola bilərdilər.
Həqiqətən, onlar təəccüblənilməsi lazım gəlməyən bir şeyə tə­əc­­­cüb edirdilər. Əksinə, qəribədir ki, bəs insanların ağlı necə ol­muş­du ki, onlar belə adi şeylərə təəccüblənirdilər! Lakin onların dər­ra­kə­si yerin­dəydi və mühakimə qabiliyyəti də qaydasındaydı. Məsələ ora­­sında idi ki, onlar – kafir[3] idilər və onların imansızlığı on­ları haq­qı həqiqətə uyğun olmayan, inanılmaz, ağlasığmaz bir şey sa­yır­dı­lar.
Ola bilsin ki, onlar doğrudan da belə fikirləşirlər. Əgər be­lə­dir­­­sə, onda bu onların hədsiz cahilliyini və ağıllarının zəifliyini təs­­­diq edir. Onlar: ağıllı insanların sözlərini ağlasığmaz hesab edən dəliyə; bir dö­yüş­çünün iki düşmənlə döyüşə girməsinə tə­əc­cüb edən qorxağa və ali­cənab in­sanların səxavətli olmasını başa düş­­­məkdə çətinlik çəkən xəsi­sə bənzə­yirlər. Onlar öz inamsızlığı və təəccübü ilə kimə ziyan bura bilərlər? Həqiqətən, onların dav­ra­­nışı yalnız onların hədsiz nadanlığını və zalım­lığını təsdiq edir.
Lakin, ola bilsin ki, onlar haqqı bilirlər, amma Peyğəmbərin (s.ə.s) sözlərinə təəccüblənməyi üstün tuturlar ki, azğınlıqları üzə çıx­­masın. Bu isə ən dəhşətli və ən yaramaz vicdansızlıq, şərəf­siz­lik­dir. Sonra Fövqəluca kafirlərin məhz nəyi ağlasığmaz hesab et­dik­lərini xəbər verir. Onlar de­yirlər:

ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ
(50. 3) “Doğrudanmı bu[4], biz ölüb torpaq olduqdan sonra baş verəcək? Bu qayıdış ağlasığmazdır!”

Onlar, bütün varlıqlar üzərində Hökmdarın fövqəlqüdrətini zəif, tamamilə aciz qulların imkanları ilə müqayisə etdilər. Onlar sa­vadsız cahillərin dəyərsiz biliklərini Hərşeyibilən Xaliqin kamil el­mi ilə müqa­yi­sə etdilər.

ﭫ ﭬﭭﭮﭯ ﭰﭱ ﭲ ﭳ ﭴﭵ
(50. 4) “Biz bilirik ki, Yer onlardan nə götürəcək. Bizim dər­­ga­hı­mızda isə yaddasaxlayan Kitab vardır».

Allaha çox yaxşı məlumdur ki, qəbirdə qalan bədənlər çürü­yür və bütün bunlar Onun Mühafizəolunan Ana Kitabında ya­zıl­mış­dır. Bu Kitab­dan bir söz belə yox olmaz və başqası ilə əvəz edi­lə bilməz. O, özündə sizin həyat və ölümünüz haqqında hər şeyi qo­ruyub saxla­yır. Məgər Allahın hüdudsuz elmindən də daha bö­yük dəlil varmı­dır? Ondan başqa heç kim belə bir elmə malik və ölü­ləri diriltməyə qadir deyildir.[5]
ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(50. 5) “Doğrusu, haqq onlara gəldikdə, onu yalan saydılar və indi özləri çaşqınlıq içindədirlər”.

Onlar haqqın ən inandırıcı dəlillərlə təsdiq olunmasına bax­ma­­­­ya­raq onu qəbul etmədilər. İnadkarlıq və kafirlik onları yalan söz­­­lər da­nışmağa sövq etdi, amma çoxsaylı sübutlar və tək­zib­olun­­maz şəha­dət­lər onları çaşqınlığa saldı. Şübhələr onlara əziy­yət verir və bundan sonra nə edəcək­lərini bilmirlər. Onlar gah sə­ni cadugər ad­landırır, gah sənə məcnun, bəzən də, sadəcə, şair de­yirlər, Qu­ran haqqında ağıl­la­rına gələni danı­şırlar.
Eyni şeyi haqqı inkar edən hər bir kəs barəsində söyləmək olar. O, onlara açıqlandıqda, onlar rahatlıqlarını və arxa­yın­lıq­la­rı­nı itirib, nə edəcəklərini bilmirlər. Onların işləri qarışır və ni­zam­la­­n­a bilmir, sözləri isə cəfəngiyat və ziddiyyətli olur.
Haqqa axıradək sadiq qalanlara gəldikdə isə, onların əməl­lə­ri düz­­gün və düşünülmüş, yolu isə gözəl və doğrudur. Hə­qi­qə­tən, onla­rın sözləri əməllərinə zidd olmur.

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(50. 6) “Məgər onlar üzərlərində Bizim inşa etdiyimiz və bəzə­di­yi­miz səmaya baxmayıblarmı? Onda yarıqlar yoxdur”.

Fövqəluca kafirlərin bu dünyada vəziyyətini təsvir etdikdən və on­ları yaramaz əməllərinə görə qınadıqdan sonra, O (Pak və Müqəddəs), qullarını bütün dünyaya yayılan çoxsaylı möcüzələri üzə­­rində dü­­­şünməyə və özləri üçün çoxlu faydalı nəticələr çıxar­ma­­ğa çağırmış­dır. İnsanlar üçün bu əzəmətli möcüzələri görə bil­mək heç də çətin de­yil. Axı bundan ötrü çox güc və vaxt sərf et­mək və çətin səyahətlərə çıx­­­maq lazım gəlməyəcək. Allahın göyü onun kamil xətləri və qüd­rət­li qüb­bəsi ilə ucaltması üzərində sa­də­­­cə düşünmək bəsdir ki, Onun bü­­­tün göy qübbəsini mütəhərrik və hərəkətsiz, görünən və gözdən itən ul­duzlarla necə bəzədiyini gör­­mək olsun. O ulduzlar göy qüb­­bəsini şərq­dən qərbədək ta­ma­milə bəzəmişlər və heç kim bu məx­luq­da nə bir nöqsan, nə çatış­maz­­lıq, nə də nəzərdən qaçmış bir qüsur ta­pa bil­məz.
Bu gözəl səmanı Allah yer məkanı üçün kümbəz yaratmış və onu ye­­­rin sakinlərinin möhtac olduqları zəruri şeylərlə təchiz et­miş­dir.

ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ
(50. 7) “Biz yer üzünü yaymış, onun üzərində sarsılmaz dağ­lar ucal­tmış və orada hər növ əla bitki cütləri yetişdirmişik ki,”
(50. 8) “dua edən hər qulumuz görsün və ibrət alsın».
(50. 9) “Biz göydən bərəkətli su nazil etmiş və onunla bağ­lar və bi­çiləcək taxıl becərmişik və”
(50. 10) “həm də yanbayan sallanan meyvəli hündür xur­ma ağac­­ları – ”

Biz yer üzünün genişliyini ucsuz-bucaqsız etdik ki, hər bir can­lı onda özünə sığınacaq tapa bilsin, yaşamağa vəsait əldə edə bil­­sin və öz rifahı üçün zəhmət çəkə bilsin. Biz onun üzərində dağ­ları dayaq – isti­nad­gahlar etdik ki, siz müxtəlif titrəyişlərdən və sarsıntılardan qoruna­sı­nız, hər növ gözəl bitkilərin cütünü bi­tir­dik ki, insanlara sevinc bəxş etsin və onları öz ecazkarlığı ilə hey­rətləndirsin. Bu bitkilər Adəmin nəsil­ləri üçün qida və onların mal-qarası üçün yemdir və onlara çoxlu müxtəlif faydalar verir.
Fövqəluca, insanların üzüm, nar, limon, alma və bir çox di­gər əla meyvələr yetişdirdikləri ecazkar bağları xüsusilə qeyd edir. Onlarda hündür xurma ağacları boy atır ki, çətirləri səmaya yük­səlir və başqa ağacların qalxa bilmədikləri hündürlüklərə qə­dər uzanır. Bu ağaclar insanlara çoxsaylı faydalar gətirir və on­lar­da yan-yana yetişən xurma­lar Allahın qullarına əla məzə və zəruri ye­yinti məhsuludur. İnsanlar onları həm özləri yeyir, mal-qa­ra­la­rı­nı yemləyir və həm də özləri üçün ehtiyat kimi tədarük edirlər.
Bütün bunlar, Allahın göydən yağış nazil etməsi və yerdə çay­ları axıt­ması sayəsində mümkün olur. Bu su ilə insanlar öz əkin sahələrini sulayır və buğda, arpa, qarğıdalı, düyü, darı və di­gər dənli bitkilərin məhsulunu əldə edirlər.
Bu çoxsaylı dəlillər kifayətdir ki, insanların cahillik korlu­ğun­­dan gözləri açılsın və daima yadda saxlasınlar ki, bu dünyada və Axi­rət hə­ya­tında insana fayda verən nədir və Allahın və Onun El­çi­sinin (ona Al­lahın salavatı və salamı olsun!) onlara xəbər ver­dik­ləri heç nə­yi unut­­ma­sınlar. Lakin buna yalnız öz üzünü sə­mi­miy­yətlə Rəbbinin Üzü­­nə doğru çevirən, Onun cəzalandıraca­ğın­dan qorxan, Onun mü­ka­­fat­lan­dı­racağına ümid bəsləyən və Onun ça­ğırışına cavab verən Al­la­­hın ita­ət­kar qulları nail ola bilirlər. Haq­dan üz çevirən kafirlərə gəl­dik­də isə, heç bir möcüzə və heç bir nəsihət onlara fayda vermə­yə­cək­dir.
Allahın bu gözəl nişanələri insanlara nəyi öyrədir? İnsanı Kai­nat­da hər tərəfdən əhatə etmiş əzəmət və qüvvə Onun föv­qəl­qüd­­rə­tinin də­lilləridir.
Göylərin, yerin və onların sakinlərinin yaradıldığı gözəllik, ca­zi­bə­darlıq və mükəmməllik Allahın müdriklər müdriki old­u­ğu­na və həddi-hüdudu bilinməyən biliklərə malik olduğuna də­la­lət edir.
Onun məxluqlarının insana və bir-birilərinə gətirdiyi sayı­bi­lin­­məz fayda Onun mərhəmətinin hər şeyi və hər canlını əhatə et­məsini təsdiq edir.
Kainatın nəhəngliyi və onda hökm sürən nizam-intizam – onun Vahid Xaliq – Fövqəluca Allah tərəfindən yaradıldığına in­sa­nı əmin edir. O (Pak və Müqəddəs), heç kimə və heç nəyə möh­tac deyil, nə zövcəsi, nə övladları, nə Özünə bərabəri, nə də Özü­nə oxşarı yoxdur. Yalnız O (Pak və Müqəddəs), məxluqlarının iba­də­tinə, onların itaətinə və sevgisinə layiqdir.

ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ

(50. 11) “qulların ruzisidir[6]. Biz onunla[7] ölü bir diyara hə­yat veri­rik. Çıxış[8] da belə olacaqır».

Qup-quru, həyat əlaməti olmayan torpağın da həyata qay­ta­rıl­ması təsdiq edir ki, Allah ölmüş insanları da, onlara tö­rət­dik­ləri əməl­lərin əvə­zini bütünlüklə verməkdən ötrü onları dirildə bi­lər.
Göylərə və yer üzünə səpələnmiş çoxsaylı dəlilləri sada­ladıq­­dan sonra, Fövqəluca əvvəllər yaşamış bir çox xalqların mə­ruz qaldıqları əzab-əziyyətli cəza haqqında xəbər verir. O (Pak və Müqəddəs), qullarını qor­xudur ki, onlar öz kafir sələflərinin ardın­ca getmə­sinlər və onların küfrə batmış qəbilədaşlarını həlak edən şey­lərdən çəkinməyi bacarsınlar.

ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(50. 12) “Onlara qədər Nuhun xalqı, Rəss sakinləri və Sə­mud­­­lu­lar onları yalançılardan saydılar”,
(50. 13) “Adlar da, Firon xalqı və Lut qardaşları da”,
(50. 14) “Əykə camaatı və Tubba xalqı da”. Onların hamısı el­çi­­ləri yalançı saydılar və Mənim təhdidim gerçəkləşdi».

Bir çox xalqlar onlara göndərilmiş böyük peyğəmbərləri və ali­cə­nab elçiləri (onlara Allahın salamı olsun!) təkzib etdilər. Nu­hun (ə) qə­bi­lə­daş­ları Nuhu (ə) inkar etdilər, səmudlular – Salehi (ə), adlar – Hudu (ə), Lutun (ə) qardaşları Lutu (ə), Əykə camaatı – Şü­ey­bi (ə) qəbul etmədilər. Tubba xalqı da öz elçilərinə iman gə­tir­məkdən bo­yun qaçırdılar. Tubba – islamaqədərki dövrdə Yə­mən­də hökümran­lıq et­miş padşahların tituludur. Fövqəluca Qu­ran­da hansı Yəmən hökm­darla­rından və onun xalqının hansı elçi­ni inkar etməsindən bəhs edildiyini bizə bildirmir. Niyə Allah bu ba­rədə sükut edir? Bu­nun əsil səbəbi yal­nız Ona məlumdur, lakin ola da bilər ki, xalis ərəblər bu hökümdarı yaxşı tanıyırmışlar, çünki on­lar öz tarixlərinin bütün mühüm səhifələ­ri­ni bilirdilər. Bütün bu xalqlar elçiləri yalançı saymışdılar və buna görə də vəd edilmiş cəza on­ları haqlamışdı.
Ey Muhəmmədi (s.ə.s.) qəbul etmək istəməyən günahkarlar! Siz heç də öz sələflərinizdən üstün deyilsiniz və əvvəlki elçilər də heç bir şeydə sizin Peyğəmbərinizdən (s.ə.s.) üstün deyildilər. Kafirlikdən çə­ki­­nin ki, sizdən əvvəlki qəbilədaşlarınızın başına gələnlər sizin də başı­nıza gəlmə­sin.

ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
 (50. 15) “Məgər Biz ilk yaradılışda əziyyətmi çəkmişdik? Buna bax­mayaraq, onlar yeni yaradılışa şübhə edirlər”.

Fövqəluca insanlara xatırladır ki, ilk dəfə yaradılış faktı, onun bir daha təkrar xəlq edilə biləcəyinin mümkünlüyünü sü­bu­ta yetirir. Möv­cud olmadıqları bir şəraitdə insanları Xəlqedən, on­ları, cəsədləri tor­pa­ğa qa­rışdıqdan sonra da dirildə bilər.
Məgər Biz Kainatı yaratdıqdan sonra yorulduq və ya güc­dən­mi düşdük? Qətiyyən yox! Biz heç bir yorğunluq hiss etmədik və bu kafir­lərə yaxşı məlumdur. Onlar buna şübhə etmirlər, am­ma təkrar yarada biləcə­yimizə şəkk gətirirlər. Onlar öldükdən son­ra özlərinin dirildiləcə­yini tə­səvvür edə bilmirlər, hərçənd bun­da qəribə heç bir şey yoxdur. Məxluqu təkrar yaratmaq, onu ilk dəfə yaratmaqdan həmişə asan olur və buna görə Fövqəluca bu­yurur: “O – məxluqatı ilk dəfə Yaradandır, sonra Təkrarya­ra­dan­dır və Onun üçün bunu etməsi daha asandır...” (Rum, 30/27).

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

(50. 16) “And olsun ki, insanı Biz xəlq etmişik və nəfsinin ona nə vəsvəsə verdi­yini də Biz bilirik. Biz ona onun şah da­ma­rın­­dan da ya­xı­nıq».

Fövqəluca xəbər verir ki, O (Pak və Müqəddəs), insan nəs­li­ni – kişi və qadınları təkbaşına xəlq etmişdir. Onlarla baş verən hər şey, on­ların ağlından keçən hər cür fikirlər və onların baş­qa­la­rın­dan gizlət­dik­ləri şeylər Ona məlumdur. Əgər Allah insana onun şah damarından da yaxındırsa, bu başqa cür ola da bilməz. Buna görə, insan həmişə yadın­da saxlamalıdır ki, onun Yaradanı, ha­rada olmasından asılı olmayaraq, onu görür, onun ən gizli niy­yət­lə­rini və ən mübhəm istəklərini bilir. Belə olduqda, Allahın qu­lu öz Rəbbindən utanaraq, Onun haram etdik­lərindən çəkinə­cəkdir.
  ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

(50. 17) “İki mirzə[9] onun sağ və sol tərəfində oturub, ya­zır­­lar».

İnsan həmçinin yadda saxlamalıdır ki, iki alicənab mələk[10] onun bütün əməllərini yazıb qeyd edirlər. O, onlara hörmət et­mə­li, ehti­ram göstərməli və həmçinin aləmlərin Rəbbinin nara­zılığı­na səbəb ola biləcək şeyləri danışmaqdan və etməkdən çəkin­mə­li­dir. İnsanın sağın­da əyləşən mələk onun yaxşı əməllərini qeyd edir, sol tərəfində əyləşən mələk isə onun günahlarını yazır. Onlar öz vəzifələrini yorulmadan yerinə yetirir və istənilən anda insa­nın etdiyi və törətdiyi büs-bütün hər şeyi yazmağa hazır olurlar.

 ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ

(50. 18) “O, bir söz söyləyən kimi, müşahidəçi onun ya­nın­da hazır olur».

İnsan bir xeyirxah və ya pis bir söz söyləyən kimi, sayıq ke­şik­çi o andaca onu öz kitabına yazır və buna görə Fövqəluca belə bu­­yurur: “Hə­qiqətən, üzərinizdə mühafizəçilər var – alicənab mir­­­zələr və on­lar sizin nə etdiklərinizi bilirlər” (İnfitar, 82/10-12).

ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ

(50. 19) “Ölüm bayğınlığı doğrudan da gələcəkdir. Bu, sə­nin on­­dan qaçdığın şeydir».

Allahın ayələrini inkar edən və Onun nəsihətlərinə əhə­miy­yət ver­məyən hər bir kafir ölümqabağı bayğınlıqdan qaça bil­mə­yə­cəkdir. Ondan xilas olmaq mümkün deyil!

ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ
(50. 20) “Sura üfürüləcək. Bu – Təhdid günüdür!”

Həmin gün fasiqlər onlara vəd edilmiş cəzanı alacaqlar, mö­min­lər isə onlara vəd edilmiş mükafata layiq görüləcəklər.

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(50. 21) “Hər bir nəfs çarvadarı[11] və şahidi ilə birlikdə gə­lə­­cək».
Bir mələk insanı ən böyük və əzəmətli toplanış yerinə gə­ti­rə­cək və onu qaçmağa qoymayacaq, ikincisi isə onun yaxşı və pis əməl­lərinə şahid­lik edəcəkdir. Bu – Allahın Öz qullarına və on­la­rın əməllərinə bəs­lədiyi diqqətin və Onun alacağı qisasın ədalətli ola­cağının ən aydın bir şəhadə­tidir. Adəmin nəsillərindən olan­la­rın heç biri bunu unutma­malıdır. Lakin, buna baxmayaraq, in­san­ların əksəriyyəti Rəbbinin nə­si­hətlərinə diqqət yetirmir və buna gö­rə Qiyamət günü Fövqəluca ka­fir­ləri laqeydliyə görə qınayacaq, dan­layacaq və onlardan hər birinə de­yə­cək:

 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

(50. 22) “Sən buna laqeyd idin, lakin Biz sənin örtüyünü aç­dıq və bu gün sənin baxışın çox itidir”.

Sən dirildiləcəyinə inanmırdın və öz Axirət həyatın üçün ça­lış­mır­dın, amma bu gün Biz sənin ürəyini bürüyən, səni dərin yu­xu­ya ve­rən və Rəbbinin bütün ayələrindən üz döndərməyə məc­bur edən pər­­dəni götür­dük. Bu gün baxışların itiləşmişdir, çün­ki sən öz gö­zün­lə gö­rüb, dəhşətli intiqam alınacağına və aman­sız cəza ve­rilə­cə­yi­nə əmin oldun. Sən öz dünya həyatında bu dün­yaya niyə gəl­di­yinə diq­qətsiz ya­naşırdın, amma bu gün ayılıb özü­nə gəldin, lakin ar­tıq səhv­lərini düzəldə və əldən çıxart­dıq­la­rının yerini doldura bil­mə­yə­cək­sən. Allah Öz qullarını belə təhdid edir ki, onlar, bu əzə­mətli gün­də müşriklərin və kafirlərin başına nə­yin gələcəyini unut­ma­sınlar.

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(50. 23) “Onun yoldaşı deyəcəkdir: “Budur, yanımdakı ha­zır­­dır».

Fövqəluca xəbər verir ki, insanı dünya həyatında qorumağı və onun əməllərini saxlamağı tapşırdığı mələk Qiyamət günü öz hi­ma­yə­­si altında olanı gətirəcək və onun bütün əməllərini özünə təq­dim edə­­cək və deyəcək­dir: “Mən mənə tapşırılanı yerinə yetir­dim. Mən onu və onun bütün etdiklərini saxladım ki, o, ədalətli əvəz ala bilsin».

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓﯔ ﯕﯖ ﯗ ﯘ

(50. 24) “Atın Cəhənnəmə hər bir inadkar kafiri”,
(50. 25) “xeyirxahlığı qadağan edəni, cinayət törədəni və şüb­­hə içində olanı”
(50. 26) “və Allahla bərabər başqa ilah qəbul edəni. Atın on­­ları ağır əzablar içinə!”

O, cəzaya layiqdir, çünki iman gətirməkdən imtina etmiş və Allahın ayələrini inadkarcasına rədd etmiş, çoxlu günahlar tö­rət­miş və Rəbbinə itatətsizlik göstərməyə cəsarət etmişdir. O, xe­yir­xah işlər gör­məkdə xəsislik etmiş, yaxşı işlər görmək istəməmişdir – bunların ən gö­zəli isə, Allaha, mələklərə, Şərəfli Kitablara və elçilərə iman gətir­məkdir. O, iman gətir­məkdən boyun qaçırmış və yaxşılıq etməkdə və sədəqə paylamaqda xəsis­lik göstərmişdir.
O, Allahın qanunlarını pozmuş, Onun qullarının haqlarını tap­­damış və Allahın vəd etdiyi mükafatlarının və cəzalan­dıra­ca­ğı­nın ger­çəkliyinə şübhə etmişdir. Onun qəlbi imandan və xe­yir­xah­lıqdan məh­rum edilmiş və kafirlik, ədavət, şəkk-şübhə, xəsislik və müşrikliklə dol­durulmuşdur. O, hətta özlərinə belə nə zərər vura, nə də xeyir verə bilməyən, nə həyata, nə ölümə, nə də dirilməyə sə­rəncam çəkmək gü­cünə malik olmayan yalançı ilahlara ibadət etmişdir. Ey mələklər! Bu günahkarı sərt əzablara məruz qoyun ki, o, müdhiş, əzab-əziyyətli və qeyri-təbii ağrılı cəzanı dadsın!
ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ

(50. 27) “Onun yoldaşı deyəcək: “Ey Rəbbimiz! Mən onu yo­lun­dan azdırmadım. O özü dərin azğınlıq içində idi”.

İnsanı günah işlətməyə təhrik edən şeytan ondan imtina edə­cək və deyəcək: “Ey Rəbbim! Mən onu haqq yoldan çı­xart­ma­mı­şam, axı mən onun üzərində hakimiyyətə malik deyildim və ona təkzibolunmaz dəlillər və sübutlar göstərə bilməzdim. Mənim onun günahlarına ai­diy­yətim yox­dur – o özü azğınlığa üstünlük ver­miş və haqdan uzaq­laş­mışdır”. Fövqəl­uca həmçinin buyurur: “İş bitincə, şeytan deyəcək: “Hə­qiqətən, Allahın vədi haqq vəd idi, mən isə sizə vədə verib, sö­zümün üstündə durmadım. Mə­nim sizin üstünüzdə heç bir haki­miy­yətim yox idi. Mən sizi ça­ğır­­dım, siz də mənə qulaq asdınız. Buna görə məni qınamayın, özü­­nüzü qınayın. Mən sizə kömək edə bilmə­rəm, siz də mənə kö­­mək edə bil­məz­siniz. Şübhəsiz ki, sizin əvvəllər mənə ibadət et­mənizə mənim aidiy­yətim yoxdur...” (İbrahim, 14/22).
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(50. 28) “O, buyuracaq: “Mənim hüzurumda mübahisə et­mə­­yin. Mən sizi əvvəlcədən xəbərdar etmişdim”.

Fövqəluca görəndə ki, kafirlər və şeytanlar bir-biriləri ilə mü­­ba­hisə edirlər, belə buyuracaq: “Mənim hüzurumda höcət­ləş­mə­­yin, çünki bu onsuz da sizə fayda verməyəcəkdir. Mən sizə xə­bər­­darlıq nazil et­mişdim. Yanınıza öz doğruçuluğunu aydın ayə­lər və parlaq dəlillərlə təsdiq etmiş elçilər gəlirdilər. Onlar sizə di­nin haqq olduğunu sübut edirdilər və sizi öz kafirliyinizə ca­hil­li­yi­­niz və bilməməzliyinizlə bəraət qazanmaqdan məh­rum edir­di­lər. Bu gün siz Mənim hüzurumda öz əməl­lərinizlə birlikdə da­yan­mısınız və mütləq onlara görə əvəz ala­caqsınız”.

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(50. 29) “Mənim Sözüm dəyişilməzdir və Mən qullarıma za­­lım­lıq edən də deyiləm».

Allah Öz vədini pozmaz, çünki elə bir kəs yoxdur ki, onun sözü Fövqəlqüdrətli Allahın nitqindən daha doğru ola bilsin. O (Pak və Müqəddəs), Öz qullarına yalnız onların etdikləri əməl­lə­ri­nə görə əvəzini verəcəkdir və onların nə günahlarını artıracaq, nə də göstərdikləri xid­məti azaldacaqdır.

 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

(50. 30) “Həmin gün Biz Cəhənnəmə buyuracağıq: “Sən dol­­­dun­­mu?” O soruşacaq: “Daha da varmı?”

Fövqəluca Cəhənnəmə düşəcək günahkarların hədsiz dərə­cədə çox olması haqqındakı xəbərlə insanlara bu həqiqətin dəh­şət­liliyini çatdır­maq istəyir. Onlar o qədər çox olacaqlar ki, Rəbb Cə­hənnəmdən soruşacaq: “Sən doldunmu?” Cəhənnəm öz Rəb­­binə görə kafirlərə qə­zəblənəcək və onlara qarşı amansız ola­caq­­dır və buna görə o, Ondan xahiş edəcək ki, bütün qalan gü­nah­kar­ları və cinayətkarları da ona at­sınlar.
Allah isə Cəhənnəmi ağzına qədər əzabkeşlərlə doldu­ra­ca­ğı­­nı vəd etmiş və belə buyurmuşdur: “...Mən mütləq günahkar cin­­ləri və in­­s­anları – hamısını birlikdə Cəhənnəmə dol­du­ra­ca­ğam...” (Hud, 11/119). Bütün kafirlər Cəhən­nəmə vasil edildikdən sonra, Föv­qəl­qüd­­rətli Allah, Onun naqis məxluqla­rı­nın ayağına bən­zə­mə­yən, Aya­ğını[12] onun üstünə basa­caq və Cəhənnəm üs­tü­nə çökən təz­yiq­dən bağırıb deyəcəkdir: “Bəsdir! Bəsdir! Mənə bəs­dir – mən dol­dum!”

 ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ
(50. 31) “Cənnət təqvalılar üçün yaxınlaşdırılacaq və ya­xın­­­lıq­da olacaq».

Əməlisaleh insanlar onların öz Rəbbindən qorxduqlarına, şirk­dən, böyük və kiçik günahlardan çəkindiklərinə, Onun hö­küm­­lərinə ita­ət etdiklərinə görə layiq olduqları bu gözəl məkanı, onlar üçün ha­­zır­­lanmış zövq oxşayan əbədi məmnuniyyəti və gö­zəllikləri gö­rə­cək­­­lər. Sa­lehləri uğur qazanmaları münasibəti ilə təb­­rik edəcək və on­la­ra de­yə­cək­lər:

ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ
(50. 32) “Bu, sizə vəd ediləndir! O, hər itaətkara və riayət edə­­nə,”
(50. 33) “Mərhəmətlini görmədən qorxana və qəlbən yö­nə­lə­rək gələnə məx­­susdur”.

Cənnət yurdu, qəlbin həzz aldığı və baxışların dikilib qal­dı­ğı ne­mətləri ilə doğru yola qayıtmağa can atan, Rəbbini se­vən, hər an Onu xa­tırlayan, yardım haqqında Ona dua edən, Ona qorxu və ümidlə müra­ciət edən, Onun dininin qanunlarına ria­yət edən, hökümlərini sə­mi­miyyətlə və düzgün yerinə yetirən, yol ve­rilən­lə­rin sərhədini aş­mayan, Mərhəmətli Allahdan Onu görmədən qor­xan, Onu daha yaxşı dərk etməyə çalışan, Onun rəhm edə­cə­yi­nə və bağışlayacağına tə­vəkkül edən, Rəbbi qarşı­sın­da ürəyində töv­bə ilə dayanan, üzünü yal­nız Ona çevirən və bü­tün istəklərini Onun bəyəndiklərinə tabe edən hər kəs üçün hazırlanmışdır.
Mömin Rəbbindən qorxduğunu təkcə insanların arasında ol­­duqda büruzə verməməlidir. O, Allahla tənha qaldıqda qorxu hissi ke­­çirməlidir. Onun qarşısında yalnız belə qorxu hissi səmimi və əsaslı olur. Amma bəzi insanların başqalarının gözü önündə sər­gi­lə­dik­ləri “qorxu hissi” ikiüz­lü­lüyün nümayiş etdirilməsindən başqa bir şey de­yil və onun əsil qorxu hissinə aidiyyəti yoxdur. Bu bö­­yük hiss insana o zaman fayda verə bilər ki, o, bu hissi in­sanların içində ol­duqda da, Allahla tənha qaldıqda da onu du­ya, keçirə bilsin.

 ﰖ ﰗﰘ ﰙ ﰚ ﰛ ﰜ
(50. 34) “Oraya sağlıqla daxil olun! Bu – Əbədiyyət gü­nü­­dür!”

Siz nə bəlalara, nə də bədbəxtliklərə məruz qalmayacaq, hər hansı şərdən və xoşagəlməz şeylərdən müdafiə olunacaqsınız. Heç bir şey sizin səadətinizə fasilə verməyəcək və onu zəhərləyə bil­məyəcək. Sizi Əbədiy­yət və ölümsüzlük gözləyir və artıq siz bu aləmdə hüzn və kədərin nə olduğunu bilməyəcəksiniz.

ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ

(50. 35) “Orada onlar üçün arzuladıqları hər şey hazırlan­mış­dır. Dərgahımızda isə daha artığı vardır”.


Cənnət sakinləri arzu etdikləri hər şeyi alacaqlar, Mər­hə­mət­­li və Rəhimli Allah isə onların mükafatını artıraraq, onları ba­xış­­­ların rast gəlmədiyi, qulaqların eşitmədiyi və hətta insanların ağıl­­larına belə gə­tir­­mədikləri şeyləri onlara əta edəcəkdir.
Ən ecazkar və ən əzəmətli mükafat isə Fövqəlqüdrətli Allah­ın ali­cənab Üzünə baxmaq, Onun gözəl nitqindən həzz al­maq, Onun yaxında olmasından ləzzət duymaq imkanı olacaqdır. Ey Rəbb, bizi bütün bun­lar­dan məmnun olmağa yönəlt!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ
(50. 36) “Biz onlara qədər, onlardan güclü olan neçə-neçə nə­­­­sil­ləri həlak etdik! Onlar yer üzündə gəzib-dolaşmışdılar. Mə­­­gər qaçıb xilas ola bildilərmi?”

Fövqəluca, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­la­mı olsun!) inkar edənləri və uydurma ilahlara ibadət et­mə­yi üstün tutanları azğınlığa düşməkləri barədə bir daha xəbərdar edir. Məkkə müşriklərin­dən daha böyük gücə və hakimiyyətə malik olan neçə-neçə müxtəlif xalq­ları Allah həlak etmişdir. Onlar güc­lü müdafiə isteh­kam­ları və qalalar inşa edir, gözəl saraylar və qəsrlər ucaldırdılar, ecazkar bağlar salır, kanallar çəkirdilər. Onlar əkir, tikir, dağıdırdılar, lakin onlar Allahın elçilərini (onlara salam ol­sun!) rədd edəndə və Onun ayə­lərindən üz çevirəndə, heç nə onlara fayda vermədi. Onları sərt qisas və agrılı-acılı cəza çul­ğa­la­dı. Bu cəzadan xilas yolu yox idi. Nə güc, nə var-dövlət, nə öv­lad­lar günahkar­lara ağır qismətdən qaçmağa kömək edə bilmədi.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ

(50. 37) “Həqiqətən, bunda ürəyi olan, qulaq asan və şahid olan kəslər üçün bir öyüd-nəsihət vardır».

Böyük ürəyə malik, zirək, ağıllı və təmiz qəlbli insan Alla­hın ayə­ləri üzərində düşünməli, onlardan fayda əldə etməli və öz xa­siyyəti və adət­lərini təkmilləşdirməyə səy göstərməlidir. O, Al­la­hın nəsihət­lə­ri­nə qavra­ma orqanları ilə diqqət yetirir və onları qəl­bi ilə dinləyir, on­lara əsaslanır və onlarda şəfa və haqq qərarlar ta­pır.
Allahın ayələrindən üz döndərənə və onlara diqqət yetirmə­yənə gəldikdə isə, onlar ona heç bir fayda vermir. O, haqqı qəbul etməkdən boyun qaçırır ki, Aqil Allah belələrini doğru yola yö­nəlt­­mir.

ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(50. 38) “And olsun ki, Biz göyləri, yeri və onların ara­sın­da­­kı­ları altı dövrdə xəlq etdik və yorğunluq Bizə toxunmadı».

Fövqəluca Özünün hüdudsuz hakimiyyətindən, sar­sıl­maz ira­də­sindən və onların sayəsində əzəmətli məxluqlar ya­ratma­sın­dan xəbər verir. Rəbb Kainatı yaratmağa bazar günü baş­lamış və cümə günü isə onu bitirmişdir və bu zaman ərzində nə yorğunluq hiss etmiş, nə güc­dən düşmüş, nə də zəiflik duy­ma­mışdır. Məgər bu nə­həng aləmi Yaradan ölüləri dirildə bilməzmi?

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ
(50. 39) “Sənə nə deyirlərsə, səbir et və günəş doğmazdan ön­cə və batmazdan qabaq həmd ilə Rəbbini tərifləyib şərəf­lən­dir».
(50. 40) “Gecənin bəzi saatlarında və səcdələrdən sonra Onu şöh­rətləndir!”

Onların səni söymələrinə və təlimini rədd etmələrinə diqqət ye­tir­mə, Rəbbinin hökümlərini səbirlə yerinə yetir və Ona günün baş­lan­ğı­cında və sonunda, gecələr və namazlarının sonunda Ona həmd edib, şə­rəfini ucalt. Həqiqətən, Fövqəluca Allahı xatırlamaq insanların ürək­lə­rini rahat edir, sevinc gətirir və çətinlikləri səbirlə adlamağa kö­mək edir.
ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

(50. 41) “Eşit! Həmin gün carçı yaxın bir məkandan çağıra­caq­dır».

Ayədə mələk İsrafilin yer üzündə sura üfürəcəyindən bəhs edi­lir.
ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ

(50. 42) “Həmin gün onlar həqiqətən müdhiş bir səs eşidə­cək­lər. Bu – Çıxış[13] günüdür”.

Həmin gün insanlar elə qorxunc bir fəryad eşidəcəklər ki, dəh­­şə­tə gələcəklər. Bu Çıxış günü olacaqdır və insanları diriltmək yal­nız Fövqəl­qüd­rətli Allahın səlahiyyətinə aid olduğu üçün, sonra Quranda belə deyil­mişdir:
 ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ

(50. 43) “Həqiqətən, Biz dirildirik və öldürürük. Qayıdış Bizə olacaqdır».
(50. 44) “Həmin gün yer yarılacaq və onlar çıxmağa tə­lə­sə­cək­­lər. Bu toplanış Bizim üçün asandır».

Dirildilmiş insanlar carçının çağırışına cavab verməyə tə­lə­sə­­­cək­lər və Qiyamət gününün Toplanış meydanına gələcəklər. Al­lah heç bir çətinlik çəkmədən onları bir yerə toplayacaq və bu Onun yorğunlu­ğu­na səbəb olmayacaqdır.


ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(50. 45) “Onların nə danışdığını Biz daha yaxşı bilirik və sə­nin onları məcbur etməyin lazım deyil. Quranla Mənim təh­didim­dən qorxanlara nəsihət ver!”

Biz onların səni necə incitdiklərini bilirik. Biz sənin qayğını çə­­ki­rik, yolunu asanlaşdırırıq və sənə düşmənlərin üzərində qə­lə­bə çal­maq­­da müt­ləq kömək edəcəyik. Buna görə Rəbbinə tə­vək­­kül et, Onun vədinə sevin, onun gerçəkliyinə əmin ol və hə­mişə ya­dında saxla ki, Biz sənə səndən daha mərhəmətli və daha Rəhimli­yik. Sənə yalnız Allah­ın vədinin ger­çəkləşəcəyi günü göz­­­lə­mək və möhkəm ruhlu elçi­lərin (onlara salam ol­sun!) nü­mu­nə­sini da­vam etdirmək qalır. Sənə in­sanları iman gətirməyə məc­bur etmək la­zım deyil, axı sən onların üzə­rində hakimiyyətə ma­lik deyilsən. Föv­qəluca həmçinin buyurur: “Hə­qi­qətən, sən – yal­nız xəbər­dar­lıq edən nəsihətçisən və hər bir xal­qın nə­si­hət­çi­si vardır” (Rəd, 13/7).
İnsanlara onların ağılları və ürəkləri ilə başa düşə bi­lə­cək­lə­­ri söz­lərlə nəsihət ver, onlara xeyirxahlıq etməyi, şər­dən çə­kin­­məyi öyrət və Allahdan qorxan möminlər sənin xüt­bə­lərinə hök­­mən qulaq asacaq­lar. Allahın qisas alacağından qorx­ma­­yan­la­ra və ona[14] inanma­yanlara gəldikdə isə, sənin öyüd-nə­si­hət­lə­rin onları, bil­məməzliyə və məlumatı olmadığına görə, Allah qar­şısında bəraət almaq imkanın­dan məhrum edir. Bax elə buna gö­rə də fa­siqlər deyə bilməyəcəklər ki, onlara moizə­çi və nə­si­hət­çi gəl­mə­miş­di.




[1] Başlanğıc hərflərindən biri olan və anlaşılması asan, təqlid edilməsi isə qətiyyən mümkün ol­mayan möcüzələr nümayiş etdirən bu “Qaf” hərfi, “Quran” sözünün ilk hərfi olduğu üçün, onun Quranı təmsil etdiyi düşünülür. Belə görünür ki, Quranı təmsil etdiyini düşündüyümüz “Qaf” hərfi başlanğıc hərfi olaraq, iki surədə keçir. Bu surələrdə keçən “Qaf” hərflərini top­la­saq, 114 rəqəmini (114=(19x3)) alarıq ki, bu da Quran surələrinin sayıdır (Bax: “Quran heç tü­kən­məyən möcüzələr”, 2005, İstanbul, səh. 408). F.S.
[2] Bu (50-ci) surənin 1-ci ayəsində Allah Quranı – şərəfli (şanı uca, şan-şöhrətli) adlan­dırmışdır (ər. - məcidالْمَجٖيدِ) və bu sifət Fövqəluca Allahın Öz gözəl sifətlərindən biridir. Deməli, Allah Özünü şə­rəfləndirdiyi sifətlə Quranı da vəsf etmişdir ki, bu da onun Özü kimi sarsılmaz, kamil və mü­kəmməl olmasını təsdiq edən misilsiz bir dəlildir. (Yuxarıdakı mənbə: səh 410). F.S.
[3] İnkar edən. Burada: Allahı və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən­lər, onlara iman gətirməyənlər nəzərdə tutulur. F.S.
[4] Qiyamət günü insanların dirildilməsi. F.S.
[5] Müdrik Allahın bu ayəsi və onun şərhindən aydın olur ki, insanın yaradılışından vəfatınadək olan hər şey Mühafizəolunan Səhifələrdə (“Lövhi Məhfuz”) qeyd olunmuşdur. Allahın bu Bə­ya­natı ağıl sahibləri üçün kifayət qədər yetərlidir ki, onlar dirilmə prosesinin Allahın sərən­ca­mın­da olan “sıra­vi” məsələlərdən biri olduğunu və onun möcüzə deyil, sənədləşdirilib-proq­ram­laş­dırılmış bir ilahi əməl olduğunu dərk etsinlər. Bu Əzəmətli Proqramın həyata ke­çiril­mə­si, biz öz bilgisayarımızı asanlıqla işə saldığımız kimi, Allahın Qədərinə müvafiq, ger­çək­ləş­di­riləcək bir əməliyyat olacaqdır və bunda Kainatın Yaradıcısı üçün heç bir çətinlik və ya maneə yoxdur. İnsanların Qiyamət günü dirildiləcəyinə inana bilməyənlər, qoy burada gətirdiyimiz bu elementar nümunə üzərində düşünsün­lər, özlərinin elmi-texniki biliklərinə və təcrübəsinə əsaslanıb, həqiqəti dərk etməyə çalışsınlar. Haq­qı dərk etməyə ağıl cəhətdən qabil olanlar üçün bunları anlamaq və Allahın Quranına iman gətirmək heç də çətin bir şey deyildir. F.S.
[6] Ayənin başlanğıcında “qulların ruzisini” ifadəsi ilə 50/7-9-10-cu ayələrdə xatırlanan taxıl və mey­vələr (xurma) nəzərdə tutulur. F.S.
[7] Bu fraqmentdə isə “onunla”, sözü ilə bərəkətli su nəzərdə tutulur. F.S.
[8] Qiyamət günü Fövqəlqüdrətli Allahın ölüləri dirildib qəbirlərindən çıxarması nəzərdə tutulur.
 Qeyd: Mənim bu izahları ayrıca səhifəaltı qeydlər kimi verməkdə məqsədim Allahın şərəfli ayə­­lə­rinin tərcümələrinə bəşər sözünü əlavə etməməklə bağlıdır və imkan yarandıqca, bu əsər­də istifadə etdiyim Quran tərcümələrinə edilmiş və ayələrin əslində olmayan söz və ifadələrdən tər­cümələri mümkün qədər təmizləməkdir. Tərc. F.S.
[9] Ayənin əslində “mirzə” (katib) kimi tərcümə etdiyim söz : الْمُتَلَقِّيَانِ kimi verilmişdir və rus dilinə “iki mələk” söz birləşməsi ilə çevrilmişdir. Mən həmin sözü ana dilimizdə vaxtilə geniş işlədilmiş və indi unudulmaqda olan “mirzə” kimi verməyi daha məqsədə uyğun saydım. Həm də الْمُتَلَقِّيَانِ sözündə “mələk" ifadəsinin olmadığını nəzərə alaraq, onu (“mələk” sözünü) ayənin dilimizə tərcüməsində işlətmədim. F.S.
[10] Yəni, mələklərdən olan mirzə, katib. F.S.
[11] Yəni, onu qova-qova gətirənlə (çarvadarla) gələcək. F.S.
[12] İmam Kurtubi “Əl-Camiu li-Ahkamil-Kuran” əsərində qeyd etdiyi kimi, “Bu “ayaq” (qədəm) sö­zü­nü İbn Məsuddan nəql edilən rəvayət açıqlayır: “Cəhənnəmdə nə qədər sığınacaq, zəncir, toxmaq, ta­but varsa, mütləq onların üzərində sahibinin adı da yazılmışdır. Cəhənnəm keşikçilərindən hər biri adı­nı və məziyyətlərini bildiyi və əzab verəcəyi adamını gözləyir. Onların hər biri (əzab verəcəkləri) əmr olun­duğu və gözlədikləri şəxslərin hamısını qəbul edib qur­tarandan sonra, həmin keşikçilər: “Yetər, ye­tər, bu qədəri bizə bəsdir”, deyəcəklər. Məhz hə­min vaxt Cəhənnəm içindəkilərinin üzərində bağl­a­nıb qapanacaq, çünki artıq oraya gəlməyə heç kim qalmayacaqdır. Məhz bu gələcək məxluq kütləsi (top­luluğu) haqqında “ricl” (si­no­ni­mi: “ayaq”-dır) və “qədəm” ifadələrindən istifadə edilmişdir. Bu rə­yin (yorumun) lehinə ayrı bir hədisdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!): “Föv­qəl­uca Allah ora üçün y­eni məxluqlar yaradıb Cənnətin artmaqda olan məkanına sakin edincəyə qə­dər Cənnətdə (ye­nə kifayət qədər) artıq yer qalacaqdır” sözləri də bunu təsdiq etməkdədir. Bax: Kur­tubi Təfsiri, Qaf surəsinin 31-ci ayəsinin şərhi. Qeyd: tərc. F.S.
[13] Qiyamət günü ölülərin Fövqəlqüdrətli Allah tərəfindən dirildilib qəbirlərindən çıxarılacaqları gün nəzərdə tutulur. F.S.
[14] Allahın alacağı qisas, yəni insanların əməllərinə görə onlara verəcəyi ədalətli əvəz nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий