четверг, 3 мая 2012 г.

25. FURQAN SURƏSİNİN ŞƏRHİ


FURQAN
SURƏSİNİN
ŞƏRHİ
 ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

  ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
(25. 1) “Quluna aləmləri xəbərdar etmək üçün Furqanı nazil edən Allah Lütfkardır!”

Fövqəluca Allah ayədə Özünün kamil əzəmətindən, təkrar­olun­maz sifətlə­rindən, həm də çoxsaylı nemətlərindən və səxa­vət­li olmasından xəbər verir. “Tə­bə­rakə” (lütfkar) sözü Fövqəluca Allahın əzəmətini, Onun sifətlə­rinin kamilliyini və Onun xeyir­xahlığının hüdudsuzluğunu xüsusilə vurğu­layır. Allahın göstər­di­yi ən böyük mərhəmətinə gəldikdə isə, şübhə­siz ki, bu – Quran­dır və o – Furqan[1] adlandırılmışdır, çünki onun ayələri sayə­sində insanlar halalla haramın arasında, doğru yolla azğınlıq arasında, xoşbəxt möminlərlə bədbəxt kafirlər arasında fərqi ayırd edə bi­lir­lər. Quran Allahın qullarından birinə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmişdir və o (s.ə.s.), öz gözəl məziyyət­ləri və əməlləri sayəsində bütün digər el­­çiləri ötərək fərqlənmişdir.
Sonra Allah xəbər verir ki, Onun Furqanının nazil edil­mə­si­nin məq­sədi – Şərəfli Kitabın və Elçinin (s.ə.s.) insanları Allahın qə­zəbindən və kəskin intiqamın­dan xəbərdar etməsi və Rəbbin il­ti­fatını qazandırması və Onun nifrətindən çəkin­dirməsi üçün in­san­ların gözlərindəki pərdəni qal­dır­maqdır. İnsanlardan bu nə­si­hə­tə qulaq asan və onun hökmlərinə itaət edən həm bu dün­ya­da və həm də öldükdən sonra xilas olmağı bacara­caqdır. O, əbədi sə­a­dət əldə edəcək və saysız-hesabsız nemətlərə sahib olacaqdır. Bu il­tifatdan və xeyirxahlıqdan da daha yaxşı nə ola bilər? Mər­hə­mə­ti və xeyirxahlığı dəfələrlə bundan artıq Olan – Lütfkar­dır!

ﯞﯟﯠﯡﯢﯣﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(25. 2) “Göylərdə və yerdə hakimiyyət Ona məxsusdur! O, Özünə oğul götürməmiş və Hakimiyyətini heç kimlə bölmə­miş­dir. O, hər şeyi yaratmış və ona özünəmüvafiq biçim ver­miş­­dir”.

O, Kainatı təkbaşına idarə edir, göylərdə və yerdə olan bü­tün canlı və can­sız məxluqlar Onun qullarıdır. Onların hamısı Onun əzəməti qarşı­sında mütidir­lər, Onun hökmranlığına itaət edir və Onun mərhəmətinə möhtacdırlar. O, Özü üçün uşaq ya­rat­mamışdır. Məgər bütün varlıqların müti olduqları Fövqəlqüd­rət­li Hökmdarın uşağı və ya şəriki ola bilərmi?! Kainata hakim Odur və bütün qalanlar da Ona məxsusdur. O, hakimiyyətə ma­lik­­dir, bütün qalanlar isə Ona itaət edirlər. Onun heç nəyə və heç ki­mə ehtiyacı yoxdur, amma bütün qalanlar tamamilə və bütün­lük­də Ona möhtacdırlar. Bütün məxluqların taleyi Allahın əlində ol­duğu halda, Onun şəriki ola bilərmi?! Allahın qulları ancaq Föv­qəluca Rəbbin icazəsi ilə işləyir, istirahət edir və qərar qəbul edirlər. Həqiqətən də, Allah heç vəchlə şərik­lərə möhtac deyildir.
Lakin müşriklər Allahı layiqincə qiymətləndirmir və Onun haq­­­­qında ləya­qətsiz şeylər danışmağa cəsarət edirlər. Fövqəluca Allah, sanki onlara nəsihət edərək, bildirir ki, bütün məxluqatı O (Pak və Müqəddəs Olan) yaratmışdır və onlara biçim vermişdir. Göy­­­lər, yer, heyvanlar, bitkilər və cansız əşyalar – onların ha­mı­sını Allah yaratmışdır. Amma Rəbb onları sadəcə olaraq xəlq et­mə­miş­dir – O (Pak və Müqəddəs Olan), onlara İlahi müdrik­li­yi­nin tə­ləb­lə­ri­nə uy­­­ğun gələn ölçü ver­mişdir. Onların hamısı o də­rəcədə gö­zəl­dir ki, ağıl­lı insan onları bundan da üstün bir simada təsəv­vür edə bilməz. Bə­dənin heç bir orqanı, heç bir hissəsi üçün daha mü­na­sib bir yer tap­­maq mümkün deyildir. Buna görə də Fövqəluca Allah bu­­yurur: “Föv­qəluca Rəbbinin adını şərəflən­dir ki, O, xəlq et­miş və mü­tə­na­siblik vermiş, taleyini təyin etmiş və yolunu gös­tər­miş­dir” (Əla, 87/1-3). Musa peyğəm­bər (ə) isə belə demişdir: “Rəb­bi­miz hər şeyə özü­nə­məx­sus Simave­rən, sonra hamıya Yol­gös­tə­rən­dir”(Taha, 20/50).
Bütün bunlar Allahın kamilliyinin və əzəmətinin və həmçi­nin Onun son­suz xeyirxahlığının dəlilləridir və bütün bunlar in­san­ları təkcə Fövqəlqüdrətli Rəb­bə pərəstiş etməyə və Onu ucalt­ma­ğa sövq etməlidir. Onun şərikləri yoxdur və heç kim Onunla bə­rabər ibadətə layiq deyildir və buna görə, sonra Allah öz Rəb­bi­nin hökmlərinə itaətsizlik göstərən müşrik­lər barədə xəbər verir.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ

(25. 3) “Onlar Onun yerinə heç bir şey xəlq etməyən və öz­ləri xəlq edil­miş “ilahlara” ibadət etməyə başladılar. Onların hətta özlərinə belə zərər və ya xeyir vermək qüdrəti yoxdur və nə ölüm, nə həyat, nə də diriliş onların sərənca­mında deyil”.

Onlar Allahdan başqa “ilahlara”[2] ibadət edirlər. Onların ta­­­­­­­­­­mamilə an­la­şılmaz davranışı onların axmaqlığına və ağıllarının
ça­­tışmazlığına dəla­lət edir. Bundan başqa, bu rəftar onların za­lım­­lığını və nadanlığını təsdiq edir. Onlar çoxsaylı qüsurları olan və hətta ən kiçicik bir şeyi belə yarada bilməyən məxluqları ilah­laş­­­dırırlar. Onların özlərini Allah yaratmış­dır və bəziləri isə hətta in­­sanların əli ilə düzəldilmişlər. Onlar nə ölümə, nə həyata, nə də öldükdən sonra diriltməyə sərəncam çəkə bilmir­lər. Onlar heç vəchlə heç özlərinin taleyinə də sərəncam çəkə bilmirlər. İstənilən ağıllı adam dərk edir ki, belə tanrıçalar ilahlaşdırılmağa və onlara iba­dət edilmə­sinə layiq deyillər. Onlara ibadət edən müşriklər sağlam dü­şün­cədən məh­rumdurlar. Onlar şəriklərə ehtiyacı ol­mayan Allaha şərik qoşurlar. O tək Özü xeyrə və şərə sərəncam çə­kir. O, kimisinə nemət nazil edir, kimisinisə var-dövlətdən məh­­rum edir. O Öz qullarına həyat bəxş edir və təyin etdiyi vaxt çatanda onu onlardan geri alır. O Öz qullarını öldükdən sonra dirildə­cəyini və on­ların hamısını Qiyamət günü Məhşər ayağında bir yerə topla­yacağını vəd etmiş­dir. O, uydurulmuş ilahlara iba­dət edənlər üçün bəd­bəxt­lik, rüsvay­çılıq və cəza məskəni yarat­mış­­dır. O, həm də Allahın təkli­yinə etiqad edənlər və təkcə öz Rəb­­bi­nə ibadət edənlər üçün xoşbəxtlik, uğur və əbədi Səadət məs­­kəni xəlq etmişdir.

 ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ

(25. 4) “Kafirlər deyirlər: “Bu, sadəcə, onun başqalarının köməyi ilə uy­dur­duğu yalandır”. Əslində, onlar özləri zalımca­sına davranır və yalan danı­şır­lar”.

Tövhidin gerçəkliyini və müşrikliyin pozğunluğunu inan­dı­rıcı də­lil­lərlə xatırlatdıqdan sonra, Fövqəluca, Muhəmmədin (s.ə.s.) pey­ğəm­­bərliyinin ger­çəkliyi və onun (s.ə.s.) düşmənlərinin ittihamının əsassız­lığı haqqında xəbər verir. Onların qəlbi küfr ilə dolduğu üçün öz Rəbbinə itaət etməkdən boyun qaçırırlar. Bun­dan başqa, onlar Quranı, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­lamı olsun!) yalana çı­xarmağa cəhd göstərirlər və Quranı – onun (s.ə.s.) başqaları ilə bir yerdə uydurduğu yalan ad­landırırlar. Fövqəluca onların sözlərini təkzib edir və müşrikləri Şərəfli Kitab və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) haqq­ında bu dərəcədə kobudcasına söz söylə­məyə sövq edən səbəbi bildirir. Bu, kafirlərin təkəbbürlü, inadcıl, ya­lançı və zalım olması ilə bağ­lıdır. Bu keyfiyyətlərə malik olmayan insanlar bunu təsəvvür edə bil­məzlər. Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) inkar edən müşriklər onun sədaqətliliyinə, doğruçuluğuna, etibarlılığına, xeyirxah­lığına və bir çox digər gözəl məziyyət­lərinə yaxşı bələd idilər. Onlar qəribə və əzəmətli ilahi ayələrini eşidərək, başa düşürdülər ki, nə Muhəmməd (s.ə.s.), nə də hər hansı başqa bir adam Qurana bən­zər bir şey yaza bilməz. Onlar həmçinin bilirdilər ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yeni bir din uy­dur­mağa heç kim kömək etmə­mişdir. Lakin bütün bunlar onları zalım əməllərdən və yalan iftiralar atmaqdan çəkindirmirdi.

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

(25. 5) “Onlar deyirlər: “Bu – qədim xalqların əfsanələ­ri­dir. O, onları yaz­­mağı xahiş etmiş və səhərlər və günortadan son­ra onları onun üçün oxu­yurlar”.

Müşriklərin bu yalançı və zalımcasına deyilmiş sözləri öz­lü­­yündə bir sıra mühüm məqamları əks etdirir. Birincisi, onlar ən doğ­­ruçu və ən vicdanlı bir insan olan Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) yalançılıqda və zalımlıqda ittiham edirlər. İkincisi, onlar Kitabların ən gerçəyi və ən əzə­mətlisi olan Quranı yalan adlandırırlar. Üçün­cüsü, onlar bəyan edirlər ki, insanlar Qurana bənzəyən bir şeyi əziy­yət çəkmədən yaza bilərlər və bununla da bütün sifətləri kamil və qüsursuz olan Xaliqin nitqini Onun, bütün keyfiyyətləri qüsurla dolu olan məxluqla­rının nitqi ilə müqayisə edirlər. Dördüncüsü, onlar onun (s.ə.s.) yazı yaz­mağı bacarmadığını və yaxınlarından özü üçün qə­dim əfsanələr toplamağı xahiş etmədiyini yaxşı bildiklərinə bax­mayaraq, Allahın Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) böhtan atırlar.
 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(25. 6) “De: “Onu – göylərdə və yerdə olan Sirləribilən na­zil etmişdir. O – Bağışlayandır, Mərhəmətlidir”.

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və sa­la­mı olsun!) əmr edir ki, kafirlərin iftiralarını təkzib etsin və desin ki, Quran, zahirdə və qeybdə olan Hərşeyibilən, Ona qullarının başqalarından aşkarda və giz­lində törətdikləri hər şeyin məlum olduğu Allah tərəfindən nazil edil­miş­dir. Fövqəluca buyurur: “Hə­qiqətən, bu, aləmlərin Rəbbindən göndə­ri­ləndir. Sədaqətli Ruh onunla sə­nin ürəyinə nazil olmuşdur ki, xəbər­dar­lıq edən­lərdən biri olasan” (Şüəra, 26/192-194).
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) öz doğru­çuluğunu sübuta yetirməsi üçün xəbər verir ki, o (s.ə.s.) ayələri kamil bilik Sahibi Olandan alır. Öz yazdığını Fövqəluca Allahın adına çıxan, öz rəqiblərinin həyatına və əmla­kına qəsd edən və bunun Fövqəlqüdrətli Rəbb tərəfindən ona (s.ə.s.) əmr edildiyini iddia edən bir insanı özünüz təsəvvür edin. Həqiqətən, O (Pak və Müqəddəs Olan), bütün varlıqlar haqqında mə­lu­mata malikdir və buna görə O (Pak və Müqəddəs Olan), heç vaxt belə bir insana onun düşmənləri ilə mübari­zəsində kömək göstərməz və onların ürəklərini və ərazilərini fəth etməyə yol verməz. Peyğəmbərin (s.ə.s.) bütün bunlara nail olması isə onu gös­tərir ki, heç bir ağıllı insan Quranın haqq olmasını inkar edə bilməz. Onu inkar edənlər isə təkcə öz Rəbbinin kamil elmini qə­bul etməyən filosoflar və ateistlərdir.
Fövqəluca Allah Özünün hər şeyi əhatə edən elmi haq­qında xəbər verərək, insanları Quran ayələri üzərində düşün­mə­yə çağırır, çünki məhz onla­rın sayə­sində Allahın qulları həqiqi rə­vayətlər və müdrik hökmlərlə tanış ola bilirlər və onlardan hər biri birmənalı şəkildə Quranın, zahirdə və qeybdə olanları Bilən tərəfindən nazil edildiyinə dəlalət edir. Buna baxma­yaraq, ka­firlər bütün zaman­larda Allahdan nazil olan vəhyləri və peyğəm­bərləri rədd etmişlər. Lakin Allah buna baxmayaraq onları Öz ne­mətlərin­dən məhrum etməmişdir. O (Pak və Müqəddəs Olan), günahkarları tövbə etməyə çağıraraq, onlardan tövbə edib, haqq yoluna gələnlərə mərhəmət göstərəcəyini və onları bağışlaya­ca­ğını vəd etmişdir. Həqiqətən də, Bağışlayan və Rəhmli adları Onun gözəl adları arasındadır. O (Pak və Müqəddəs Olan), hətta ən qəddar caniləri və islahedilməz günahkarları, onlar öz cina­yətlərinə son qoyduqda və səmimi tövbə etdikdə, mütləq bağış­layır. O (Pak və Müqəddəs Olan), fasiləsiz olaraq insanları Öz mər­hə­məti altında saxlayır: onlara, ədalətli cəzaya layiq olmala­rına baxmayaraq, islah olunmaları üçün möhlət əta edir, onların tövbəsini qəbul edir, gü­nah­larını silir və onların xeyirxah əməllə­rini yazır. O (Pak və Müqəddəs Olan), davamlı olaraq müqavimət və itaətsizlik göstərib, uzun müddət azğınlıq zülməti içində do­laş­dıqdan sonra doğru yola qa­yıdan günahkar­lara rəhm edir.
Sonra Allah peyğəmbərliyi ümidsiz halda gözdən salmağa cəhd göstərən və Allahın elçi seçdiyini mələk, hökmdar və ya mə­ləyin kömək etdiyi insan kimi görmək istəyən müşriklər haq­qında bir daha xəbər verir.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝﮞ ﮟ ﮠﮡ ﮢﮣ

(25. 7) “Onlar dedilər: “Bu nə elçidir? O, yemək yeyir və ba­zara ge­dir. Niyə onun yanına mələk göndərilmir ki, onunla birgə xəbərdarlıq etsin?”

O, hansı cəsarətlə özünü Rəbbin elçisi adlandırır? O, yemək yeyir, bu isə o deməkdir ki, o, adi bir insandır. Əgər o mələk ol­saydı, digər insan­lar kimi yeməyə ehtiyacı olmazdı. Bundan baş­qa, o, bazarlara gedir ki, bu da Allahın seçdiyi insana bənzəmir.
Bu – müşriklər tərəfindən səsləndirilən acı istehza sözləri­dir. Onla­rın yü­rütdüyü mühakimənin həqiqətlə heç bir əlaqəsi yoxdur, çünki Fövqəluca Allah buyurur: “Biz sənə qədər elə elçi­lər göndərməmişik ki, yemək yeməsin­lər və bazarlara getmə­sinlər” (Furqan, 25/20).
Onlar soruşurlar ki, niyə ona (s.ə.s.) bir mələk təhkim edil­məmişdir ki, onunla birlikdə insanlara nəsihət versinlər. Buradan belə çıxır ki, Allahın seçdiyi elçi ona həvalə edilmiş peyğəmbərlik vəzifəsinin öhdəsindən tək­likdə gələ bil­məz.

 ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(25. 8) “Niyə ona xəzinə bəxş edilməmişdir? Niyə onun bağı yox­dur ki, qidalana bilsin?” Zalımlar dedilər: “Həqiqətən, siz məhz sehrlən­miş bir şəxsin ardınca gedirsiniz”.

Niyə ona (s.ə.s.) xəzinə verilməmişdir? Belə olsaydı o heç bir maddi çə­tinlik çəkməzdi. Niyə onun (s.ə.s.) bir bağı yoxdur ki, məhsulundan bəh­rə­lənsin? Əgər onun (s.ə.s.) bağı olsaydı, onda o (s.ə.s.) dolanacaq axtar­maq üçün ba­zarlara getməzdi.
Mürtədlər belə sözlər deyirlər və lakin bununla qane ol­ma­yaraq, Pak Peyğəmbəri (s.ə.s.) sehrlənmiş adam adlandırırlar. Allah bu insanları mürtəd ad­lan­dırır və bununla vurğulamaq is­təyir ki, onlar belə sözləri şübhə etdiklərinə və ya inanma­dıq­larına görə deyil, məhz öz zalımlıqları üzündən deyirlər. Onlar çox gözəl bilirlər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) necə ağıllı, bəlağətlə danışan və nəzakətli bir insandır və buna görə onların ləya­qətsiz rəftarı daha qəribə və anla­şılmazdır.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

(25. 9) “Bir bax! Onlar sənə zərbi-məsəllər çəkməklə az­ğın­­lıq yo­lunu üstün tutdular”.

Ey Muhəmməd! Onlar istəyirlər ki, sən mələk olasan və adi insan­ların möhtac olduqlarına ehtiyac duymayasan. Onlar istə­yirlər ki, səninlə bərabər bir mələk olsun, çünki elə zənn edirlər ki, sən təklikdə peyğəm­bərliyin öhdəsindən gələ bilmək gücündə deyilsən. Onlar həm də istəyirlər ki, sən böyük bir xəzinə sahibi olasan və ya çoxlu məhsul verən bağın olsun ki, digər insanlar ki­mi bazara getməyəsən. Bütün bunlardan sonra onlar iddia edirlər ki, sən – sehrlənmiş bir adamsan.
Onların bir-birinə zidd olan iddiaları onların cahilliyinə, az­ğınlığına və kəmağıllılığına dəlalət edir. Onların, doğru yolla ge­dən insanların təsdiq etdikləri müddəaları ilə heç bir əlaqəsi yox­dur. Bundan da başqa, onların sözləri, Muhəmmədin (s.ə.s.) pey­ğəmbərliyinin gerçəkliyi ilə bağlı ağıllı insanların ürək­lərinə şüb­hə toxumu səpməyə belə qabil deyildir. Dərrakəli insana onların sözləri üzərində sadəcə düşünməsi kifayətdir ki, həmin söz­lərin nə dərəcədə pozğun və əsassız olduğu onlara aydın olsun. Məhz buna görə Fövqəluca Allah Öz qullarına əmr edir ki, Muhəmmə­din (s.ə.s.) doğruçuluğu və peyğəmbərliyi­nin gerçəkliyinə şübhə etmək üçün əsasın olub-olmaması üzərində bir düşünsünlər. Allah həm də bildirir ki, Ona görə, Öz Elçisinə (s.ə.s.) bu dünyada böyük nemətlər əta etmək heç də çətin deyil və bununla əlaqədar belə buyurur:
 ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ

(25. 10) İstədiyi halda, sənə ən yaxşısını – içində çaylar axan və həmçi­nin qəsrlər olan Cənnət bağlarını Bağışlayan necə də Xeyirxahdır!”

Allah istəyərsə, sənə müşriklərin sənin peyğəmbərliyinin də­lili he­sab et­dik­lərindən də daha üstün nemətlər bəxş edər. Bun­lar – çaylar axan və həm də dəbdəbəli saraylar olan füsunkar Cən­­­nət bağlardır. Allah istə­dik­­lərinə mükəmməl bağlar və ecaz­kar sa­raylar əta edə bilər, lakin O (Pak və Müqəddəs Olan), Öz el­çi­lə­ri­nə bu fani nemətləri əta etmir, çünki O (Pak və Müqəddəs Olan), yerdəki gözəlliklərin əsil dəyərini bilir. Onların hamısı – çox kiçik və cüzidir və buna görə Allah Öz elçilərinə və sevimli qul­larına İlahi müdrikliyinin tələb etdiyi ən zəruri olanları əta edir. Allahın se­çilmiş elçilərini (onlara Allahın salamı olsun!) ka­sıb olmaları ilə gü­nahlandıran düşmənlərinin və əleyhdarlarının ifadələrinə gə­lin­cə isə, onların hamısı həddini aşanlar və zalım­lardır.

 ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ

(25. 11) “Lakin onlar Saatı yalan sayırlar. Biz isə Saatı ya­lan hesab edən­lər üçün amansız bir Alov hazırlamışıq”.

Müşriklərin dilə gətirdikləri bu sözlərin alçaqlığını ifşa et­dikdən sonra Fövqəluca Allah onların əsil niyyətlərindən xəbər verir. Onlar haqqı tapmaq istə­mir və heç bir sübutu eşitməyi də arzulamırlar. Onlar istəyirlər ki, haqqı inadkar­casına rədd edərək, zalımlıq göstərsinlər, onların kobud danışıqları isə təkcə ürək­lərində gizlətdiklərinin əks-sədasıdır. Məhz buna görə Allah bil­dirir ki, onlar Qiyamət gününü inadla inkar edir və haqqı etiraf etməkdən boyun qaçırırlar. Belə insanlar heç vaxt düz yolla get­mirlər və heç bir mübahisə onların haqqı tanıması üçün gözlərini aça bilməz. Onların yeganə bir yolu vardır - əzabverici cəzanın başlamasını gözləmək. Onlar üçün Cəhənnəm Odu hazırlan­mış­dır. Onun alovu get-gedə qızıb azğınlaşacaq, istisi yandıracaq, pıq­qıltısı qulaq batıracaq, qəzəbi isə Cəhən­nəmə məhkum olan­ları sarsıdacaqdır.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(25. 12) “Alov onları uzaqdan görən kimi, onlar onun qay­nama­sının müdhiş pıqqıltısını və uğultusunu eşidəcəklər”.

Günahkarlar hələ Cəhənnəmə düşməmişdən öncə bu baş ve­rəcək­dir və bu baş verən kimi, kafirlərin ürəklərinə qorxu və na­­rahatçılıq dola­caqdır. Onlar qor­xu­dan ölməyə hazırlaşacaqlar, lakin çox arzu etdikləri ölümü dada bilmə­yəcəklər. Odlu Cəhən­nəmin onlara, Fövqəluca Xaliqi qə­zəbləndirdiklərinə görə, acığı tu­­tacaq və onların küfrü və zalımlığı nə də­rəcədə dəhşətliydisə, Cəhənnəm Odu da onlar üçün bir o qədər dəhşətli olacaqdır.

 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(25. 13) “Onları zəncirlənmiş halda dar bir yerə atdıqda, orada həlak olmaq istəyəcəklər”.

Burada kafirlərin Cəhənnəmin dəhşətli əzablarını öz vü­cud­­ları ilə hiss edə­cəkləri andan bəhs edilir. Onlar Cəhənnəmin lap ortasında, olduqca da­rısqallıqda zəncirlənib qandallanmış əzabkeşlərin isə həddən artıq çox olduğu bir yerdə yerləşdiri­ləcəklər. Onlar ən uğursuz bir yerdə vəhşətəngiz bir həbsə məruz qoyu­la­caqlar və özlərinə ölüm istəyəcək, rüsvayçılıq və şə­rəf­siz­likdən xilas üçün yalvaracaqlar. Onlar öz zalımlıqlarını və ka­fir­lik­­lərini etiraf edəcək və Fövqəluca Allahın onların hər birinə qar­şı ədalətli olduğunu inkar etməyəcəklər. Həqiqətən də, onlar yal­nız öz cinayətləri üzündən Cəhənnəmə düşəcəklər və buna gö­rə kömək və xilas edilmək haqqında edəcəkləri duaları onlara heç bir fayda vermə­yəcək və onları Allahın cəzasından qurtara bil­məyəcək.
(25. 14) “Siz bu gün özünüzə bir ölüm çağırmayın, çoxlu ölümlər çağı­rın!”

Siz hətta fasiləsiz olaraq ölməyi çağırsanız belə, bu sizə qəm-qüs­­sədən, narahatçılıqdan və ümidsizlikdən başqa bir şey ver­­məyəcək. Fasiq­lərin əzab çə­kəcəkləri haqqında xatırlamadan sonra, yaxşı olardı ki, təqvalı möminləri gözlə­yən mükafatlardan xəbər veriləydi və buna görə Fövqəluca Allah iki sonrakı ayəni Cənnət sakinləri haqqında nazil edir.

 ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ
(25. 15) “De: “Bu yaxşıdır və ya təqvalılara vəd edilən və onlara əvəz veriləcək və qalacaqları yer olacaq əbədi Cənnət?”

Ey Muhəmməd! Sən günahkarlara onların düşündüklərinin necə mənasız və seçimlərinin necə yanlış olduğunu izah etmə­li­sən. Onlar buna uyğun olaraq xeyirdən imtina edir və şərə üs­tün­lük verirlər. Bundan ötrü onların özündən soruş: hansı yax­şı­dır – Cəhənnəm odu və ya təqvalılara vəd edilmiş əbədi Cən­nət? Təq­va­lılıq – o gözəl məskənə layiq olmanın ən doğru vasitə­sidir və bu­na görə də, təqvalılıqla silahlanmış möminlərə Fövqəluca Allah Cənnətdə yer verəcəyini vəd etmişdir ki, o yer onlara təq­valı­lı­q­la­rının əvəzi və yaşayacaqları Son məskən ola­caqdır. Təq­valılığa və dindarlığa görə mükafat belədir. Mömin­lərin füsunkar Cənnət bağ­­larını heç vaxt tərk etməyəcəkləri yer belədir.



ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(25. 16) “Onlar orada istədikləri hər şeyi əldə edəcək və əbə­di qala­caqlar. Sənin Rəbbin arzuedilən bu vədi Öz öhdəsinə götürmüşdür”.

Onlar orada hər hansı bir şeyi arzu edən kimi, o hazır ola­caq­dır. Onlar üçün orada ən ləzzətli yeməklər, ləzzətli içkilər, gö­zəl libaslar, məf­tunedici qadın­lar, yüksək saraylar, ecazkar bağ­lar, yeyənlərin və ya heç olmazsa baxanların hamısına ləzzət və zövq verən müxtəlif çeşidli meyvə­lər hazır­lan­mışdır. Bu bağ­larda şı­rıltı ilə axan çaylar vardır ki, möminlər onları istədikləri səmtə yö­nəldə biləcəklər. Onlarda axan su heç vaxt xarab olmur, süd tur­şumur, şərab onu içənlərə ləzzətdən başqa bir təsir göstər­mir, həm­çinin balın xıltı və qatışığı olmur. Son dərəcə füsunkar ətir qo­­­xusu, təmtəraqlı otaqlar, insan ürəyinin dərinliklərinə qədər nü­­­fuz edən riqqət doğurucu səslər, qardaşlarla və yaxın in­san­lar­la hərarətli görüşlər – bütün bunlar Axirətdə möminləri göz­lə­yir.
Onda bəs iki məskəndən hansı yaxşıdır və insan onlardan hansı birinə üstünlük verməlidir? Kim yaxşı və daha ağıllıdır: əzablar və bəd­bəxtçilik məskə­ninə düşmək üçün çalışan insanlar və ya xoşbəxtlik və uğur məskəninə düşmək xatirinə çalışan in­sanlar? Ey Allahın ağıllı qulları, bu barədə düşünün və özünüz özü­nüzə cavab verin. Artıq bundan sonra haqq sizə aydın ol­muş­dur və qarşınızda doğru yol işıqlandırılmışdır və əgər siz Allahın nazil etdiyi dəlillərdən imtina etsəniz, onda sizin bu yan­lış seçi­mi­­nizə, azacıq da olsa belə, heç bir bəraət qazan­dırılma­ya­caq. Ey Rəbbim! Sən insanları xoşbəxt və bədbəxt yaratmısan. Biz Səndən xahiş edirik ki, bizi böyük mükafat və daha artığını alanların sıra­sı­na daxil edəsən. Biz həm də Səndən xahiş edirik ki, bizi əzab­lardan və bədbəxtliklərdən xilas edəsən. Ey Rəbbimiz, bizə Səadət və əmin-amanlıq nəsib et!
Sonra Fövqəluca Allah Qiyamət günü müşriklərin və saxta “ilahla­ra” iba­dət edənlərin başına nələrin gələcəyindən xəbər ve­rir. Bu dəhşətli gündə müşriklər və bütpərəstlər öz səylərinin yan­­lışlığını dərk edəcəklər, çünki vaxtilə ilahlaşdır­dıqları məx­luq­­lar onlardan üz döndərəcəklər. Rəbb belə buyurur:

 ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

(25. 17) “Həmin gün O, onları və onların Allahın əvəzinə ibadət etdik­lərini Məhşər ayağında toplayıb buyuracaq: “Sizmi Mənim bu qul­larımı azdır­mışdınız və ya onlar özləri yoldan sap­mışdılar?”

Allah müşrikləri, kafirləri və həmçinin onların uydurduq­ları “ilah­ları” bir yerə toplayacaqdır. Sonra Allah fasiqlərin ibadət etdikləri məxluq­lara müraciət edəcək ki, bu, fasiqlərin ünvanına qınaq və tənə olacaqdır. Allah belə deyəcəkdir: “Sizmi Mənim qul­larımı azdırmısınız və ya onlar özləri yoldan sapmışlar? İnsan­lara sizə ibadət etməyi sizmi əmr etmiş və belə bir cinayəti onla­rın gözündə gözəl göstərmisiniz və ya onlar özləri belə yaramaz­casına davranmağa cəsarət etmişlər?”

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ
(25. 18) “Onlar deyəcəklər: “Sən Pak və Müqəddəssən! Bi­zə Sən­dən baş­qa Hami və köməkçilər götürmək yaraşmaz. La­kin Sən onlara və atalarına yarar­lanmağa imkan yaratdın, onlar isə axırda Zikri unutdular. Onlar ümidsiz xalq idi”.

Sənin qullarına Səndən başqa kiməsə ibadət etmək yaraş­maz və bizim də bu fasiqlərə heç bir aidiyyətimiz yoxdur. Biz heç vaxt Səndən im­tina etməzdik və digər hamilərin köməyinə ümid edə bilməzdik. Biz heç vaxt onlara ibadət etməz və onlara yardım və ya xilas haqqında dua ilə müraciət etməzdik. Biz Tək Sənə iba­dətə möhtacıq, kiminsə bizə ibadət etməsinə necə razılaşa bilər­dik?! Biz heç vaxt bunu etməmişik.
Bu sözlər İsa peyğəmbərin (ə.) sözlərinə bənzəyir. Bu ba­rə­də Föv­qəluca Allah “əl-Maidə” surəsində belə buyurmuşdur: “Bu­­­dur, Allah buyurdu: “Ey Məryəm oğlu İsa! Sən insanlara de­­­misənmi ki: “Məni və anamı Allahla yanaşı iki ilah qəbul edin?” O dedi: “Sən Pak və Müqəd­dəssən! Mən haqqım ol­ma­yan şeyi necə deyə bilərəm? Əgər mən belə bir şey desəydim, Sən bunu bilərdin. Sən mənim qəlbimdə olanı bilirsən, mən isə Sənin qəlbində ola­nı bilmirəm. Həqiqətən, Sən – qeybi Bilən­sən. Mən onlara Sə­nin mənə əmr etdiyindən başqa heç nə de­mə­­mişəm. Sən isə mənə belə deməyi əmr etmişdin: “Mənim Rəb­­­bim və sizin Rəbbiniz olan Allaha ibadət edin!” (Maidə, 5/116-117);
Quranda həmçinin belə deyilmişdir: “Həmin gün O, on­la­rın hamı­sını toplayacaq və sonra mələklərə deyəcək: “Sizə iba­dət edənlər onlar idi?” Onlar deyəcəklər: “Sən Pak və Mü­qəd­dəs­sən! Himayədarımız Sənsən, onlar deyil. On­lar cinlərə iba­dət edirdilər və onların əksəriyyəti məhz onlara etiqad bəs­lə­yir­di” (Səba, 34/40-41);
“Allahın əvəzinə, onlara Qiyamət gününə qədər cavab ve­rə bil­mə­­yən­lərə və onların müraciətindən xəbəri belə olmayan­lara dua edən­lərdən daha da azğın kim ola bilər?! İnsanları top­layan zaman onlar insanların düşmənləri ola­caq və onların iba­dətindən imtina edəcəklər” (Əhqaf, 46/5-6).
Müşriklər tərəfindən ilahlaşdırılan məxluqlar insanları müş­­rikliyə çağır­madıqlarını və onları düz yoldan çıxarmadıq­la­rı­nı bəyan etdikdən sonra, onların azmasının səbəbinin nə oldu­ğu­nu xəbər verəcəklər. Çoxsaylı dünya ləzzətləri onları təkcə bu dünyadakı həyat haqqında fikirləşməyə məcbur etmiş və haqq din­dən və Vahid Allaha ibadət etməkdən yayındır­mışdır. Nəti­cədə isə günahkarlar ümidsiz bir kütlə vəziyyətinə düşmüş, xeyir vermək qabiliyyətinə malik olmamış, məhv olmaqdan və şiddətli intiqamdan başqa bir şeyə layiq olmamışdılar. Dün­yəvi ləzzətlər onların doğru yola gəlmələri və İlahi Təlimə qulaq asmaları üçün maneə olmuşdur. Xeyirxah keyfiyyətlərinin olmaması isə onları, ümumiyyətlə Allahın təli­minə layiq olmayan insanlara çevirmiş­dir. Əgər bu iki xüsusiyyət insan­lara xas sifətdirsə, yəni, onlar düz yolla getmək kimi yüksək şərəfə layiq deyillərsə və bundan baş­qa qarşılarında hələ bir maneə də mövcuddursa, onda bu, on­la­rı düz yoldan ayırar və buna görə də onlar mütləq məhvə və aman­sız inti­qama layiq görüləcəklər.
Bir vaxtlar ilahlaşdırılan məxluqlar müşriklərdən imtina et­dik­dən sonra, Fövqəluca Allah həmin mürtədləri qınayacaq və bu­­yuracaq:

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

Onlar[3] sizi müşrikliyə çağırmırdılar və sizin onlara ibadət etmə­yinizə se­vinmirdilər. Onlar hətta Rəbbinizin hüzurunda sizi müdafiə etmək belə istəmirlər. Onlar sizi yalançı adlandırır və si­zin barışmaz düşməninizə çevrilmişlər, siz isə ən şiddətlı əziyyət­lərə layiqsiniz. Bu gün siz amansız cəzanı özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz, yəni, sizdən qisas alınaca­ğından və ya cəzadan, fidyə verməklə, qaça bilməyəcəksiniz. Siz özünüzə də kömək edə bilməyəcəksiniz və heç kim sizə yardım etməyə gəlməyəcək. Bu gün kafir başçılarına kor-koranə tabe olan hər bir yolunu azmış ca­hilə bu qismət nəsib olacaqdır. Bu qismət necə də dəhşətlidir! Bu Son necə də kədərlidir!
Şüurlu surətdə haqqı danan inadcıl mürtədlərə gəldikdə isə, Fövqəluca Allah onlardan hər birinə böyük əzab-əziyyəti dad­dıracaqdır. Onların zalımlığı özünü inadcıllıqlarında, haqqı eti­raf etməməkdə və həd­ləri tanımamaqda özünü büruzə verirdi və buna görə onların cəzası da hədsiz olacaqdır.
Sonra Fövqəluca Allah kafirlərin əsassız ittihamlarını tək­zib edərək belə buyurur:

ﯢﯣﯤﯥﯦﯧ ﯨ ﯩ ﯪ ﯬﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯷﯸ
(25. 20) “Biz sənə qədər elə elçilər göndərməmişik ki, on­lar yemək ye­məsinlər və bazarlara getməsinlər. Biz onlardan bə­­ziləri ilə digərlərini imta­ha­na çəkdik ki, səbirli olmalarını yox­layaq. Sənin Rəbbin Görən­dir”.

Biz onları yemək yeməyən cansız bədən etmədik və onları mə­lək kimi də yaratmadıq ki, siz o alicənab insanlardan nümunə gö­türəsiniz. Var-dövlətə və kasıbçılığa gəldikdə isə, onlar yer üzün­də Allahın qulları üçün imtahandır və bu, Onun müdrik hökm­lərindən asılıdır. Buna görə, sonra O (Pak və Müqəddəs Olan) bildirir ki, insanların bəzilərini digərləri üçün imtahan et­miş­dir. Hətta Onun elçiləri də yanlarına göndərildikləri insanlar üçün sınaq vasitələri idilər. Onlar öz qəbilədaşlarını haqqa iman gə­tirməyə dəvət edirdilər və bunun sayəsində müti möminlər ita­ət­sizlik göstərənlər­dən fərqlənirdilər. Var-dövlət də imtahandır, çün­­ki zəngin adam həmişə kasıbın yolunu azması üçün, kasıb isə zən­ginin yolunu azması üçün sınaq vasitəsi olacaqdır. Müxtəlif bacarıqlara və imkanlara malik olan insanlar həmişə bir-biriləri üçün sınaq rolunu oynayırlar, çünki yer aləmi – aldanış və sınaq məskənidir.
Bu sınağın mahiyyəti nədən ibarətdir? Fövqəluca insanları ya­rat­mışdır ki, onlar ya öz vəzifələrini qüsursuz yerinə yetirə­cəklərinə və öz Himayə­darı­nın mükafatına layiq ola biləcəklərinə, ya da sınağı keçə bilməyəcəklərinə və ədalətli cəzaya məhkum edi­ləcəklərinə özləri qəti əmin olsunlar.
Onun gözəl adları arasında – Görən adı. O (Pak və Mü­qəd­dəs Olan), Öz qullarının əməllərini görür və onların barəsində hər şeyi büsbü­tün bilir. Bunun sayəsində O (Pak və Müqəddəs Olan), ancaq Allahın elçisi şərəfinə layiq olanları seçir və onlara ali mə­ziyyətlər əta edir. Bundan baş­qa, Özünün kamil biliyi sayə­sində, O (Pak və Müqəddəs Olan), insanın hər əməli üçün: yaxşı­lığa və pisliyə görə tam əvəz verəcəkdir.

(25. 21) “Bizə qovuşacaqlarına ümid bəsləməyənlər deyir­lər: “Ni­yə bizə mələklər göndərilməmişdir? Niyə biz Rəbbimizi görmürük?” Onlar qəlbən tə­kəbbürləndilər və böyük itaətsizlik göstərdilər”.
İnsanlar arasında elələri də var ki, Allahla görüşəcəklərinə ümid etmirlər, yəni, onlar Allahın elçilərini inkar edir və Allahın möminləri mü­ka­fatlandıracağı və günahkarları cəzalandıracağı və­dini yalan sayırlar. Belə insanların ürəyində sərt cəza qarşı­sın­da nə qorxu, nə də Fövqəlqüdrətli Xaliqlə görüşəcəkləri zaman bol mükafat alacaqlarına ümid yoxdur. Onlar deyirlər: “Niyə bizə mələklər nazil edilməmişdir? Niyə biz Rəbbimizi gör­mürük?” Mu­həmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) mü­asirləri məhz belə davranırdılar. Onlar deyir­dilər: “Niyə bizi sə­nin həqiqi peyğəmbərliyinə inandırmaq üçün mələklər səni əha­­­tə etmirlər? Axı onlar sənin bu ağır vəzifənin öhdəsindən gəl­mə­yin üçün sənə kömək edə bilər­dilər. Niyə, ümumiyyətlə, sən Allahın elçisi olmalı idin? Onlar heç bir çətinlik çəkmədən Rəb­binin vəhylərini bəşəriyyətə çatdıra bilərdilər. Bizə de görək, əgər sən doğru danışırsansa, niyə biz Rəbbimizi görmürük? Niyə O bizimlə danışmır və sənin sözlərinin doğruluğunu təsdiq etmir? Niyə O, Özü bizə sənin ardınca getməyi əmr etmir?” Müşriklər, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!), əslində qı­na­nılmalı olmadığı halda, qınamağa cəhd edirdilər, çünki onları belə davranmağa sövq edən ancaq özlərinin təkəbbürü, dikbaşlığı və təşəx­xüslü olmaları idi.
Buna görə Fövqəluca Allah buyurur ki, onlar özlərini tə­kəb­­bürlə apar­maqla böyük cinayət törətmişlər. Bu – onların gu­rul­tulu bəyanatlarının və kobud tələblərinin əsil səbəbidir. Bəs bu bədbəxt və zavallı kafirlər kimlərdir? Onlara kim ixtiyar verib ki, Fövqəluca Allahı görmək imkanını tələb etsinlər? Kim onlara ix­tiyar verib ki, peyğəmbərin gətirdiyi vəhyin gerçəkliyinin meyar­larını müəyyən etsinlər? Məgər bundan daha məşum bir tə­kəb­bürlük ola bilərmi?!
Bu canilər haqdan yayınmışdılar, onların qəlbi isə daşlaş­mışdı – daş və dəmirdən də bərk olmuşdu. Onlar haqqın önündə təzim etməyə və xeyirxah məs­ləhətçilərə müraciət etməyə, onlara tərəf dönməyə qabil deyil­dilər. Onlar moizə­lərə və nəsihətlərə qu­laq asmırdılar və haqqın ardınca getməkdən imtina edirdilər. Əksinə, onlar ən sadiq və ən səmimi insanları yalançı adlandırır­dılar, açıq-aşkar ayələrdən və inandırıcı dəlillər­dən üz döndərir­dilər. Məgər bundan da dəhşətli cinayət olarmı?!! Bütün bunlar onların əməllərinin səmərəsizliyinə və faydasızlı­ğına səbəb oldu və günah­karlar üçün müdhiş bir itkiyə çevrildi.

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ
(25. 22) “Onların mələkləri görəcəkləri gün günahkarlar üçün heç bir xoş xəbər olmayacaqdır və onlar[4] deyəcəklər: “Bu­dur keçil­məz ma­neə!”

Onlar yer üzündə yaşayarkən bu müjdəyə inanmırdılar və haq­qı inad­karcasına danmaqda və günahlar burulğanına bat­maq­da davam edir­dilər və buna görə mələklərin onlara verəcəyi xə­bər acı və dəhşətli ola­caqdır. Bu xəbər - ədalətli cəza və qorxunc in­tiqam haqqında olacaqdır ki, mürtədlər onu dünya həyatından ay­rıldıqları zaman ilk dəfə mələklərdən eşidəcəklər. Fövqəluca Allah buyurur: “Əgər sən zalımları can verdikləri və mələklərin əl­lərini onlara tərəf uzadaraq: “Canınızı verin! Bu gün sizə Allah haqqında yalan dediklərinizə və özünüzü Onun ayələrin­dən üstün tutduğunuza görə alçaldıcı əzab-əziyyətlə əvəz veri­lə­­cəkdir” – dedikləri anda görsəydin” (Ənam, 6/93).
Sonra bu, bir daha Münkər və Nəkir adlı mələklər qəbirdə ölüyə yaxınlaş­dıqda təkrarlanacaqdır. Bunlar günah sahibi olan ölüləri sorğu-su­ala çəkən iki mələkdir. Onlar soruşacaqlar: “Rəb­bin kimdir? Peyğəmbərin kimdir? Hansı dinə etiqad edirsən?” Günahkarlar bu suallara cavab verə və amansız cəzadan xilas ola bilməyəcəklər və onda Fövqəluca Allah onları Öz mərhəmə­tin­dən məhrum edərək əzablara salacaqdır.
Daha sonra günahkarlar cəzalandırılacaqları haqqında dəh­şətli xə­bə­ri bir də Qiyamət günü eşidəcəklər. Sərt təbiətli mələklər onları odsaçan Cəhənnə­mə tərəf qovub aparacaq və onları Cə­hənnəm keşikçilərinə əlbəəl təhvil verəcək­lər. Sonuncular günah­karlara bəd xəbər verəcək və onları alov saçan uçuruma atacaqlar. Fasiqlər ədalətli məhkəmə olacağını inanılmaz sayırlar və cəzanı tezləş­dirməyi xahiş edirlər. Əgər onlar öz günahlarını və cinayət­lərini tövbə etməsələr, onda mümkün olmayacağını hesab etdik­ləri əzabın dadını mütləq biləcəklər. Hə­min qorxunc gündə onlar mələklərdən qaçıb canlarını qurtarmağa cəhd göstərə­cəklər, lakin heç yerə qaça bilməyəcəklər və onda mələklər onlara deyəcəklər: “Qarşınızda – keçilməz maneədir”. Fövqəluca Allah buyurur: “Ey cin və insan topluları! Əgər siz göylərin və yerin hüdudlarından kənara çıxa bilsəniz, onda daxil ola bilərsiniz. Lakin siz haki­miyyətə sahib olmadan girə bilməzsiniz” (Rahman, 55/33).


ﭲﭳ ﭴﭵﭶﭷﭸ ﭹ ﭺﭻ
(25. 23) “Onların törətdikləri əməllərlə Biz məşğul olarıq və onları hava­ya sovrulan toza çevirərik”.

Bütün insanlar tər içində zəhmətə qatlaşırlar və ümid edir­lər ki, əməlləri onlara fayda verəcək. Lakin Qiyamət günü onların əməlləri əbəs və nəticəsiz ola bilər. Məhz bu, kafirlərin və müş­riklərin başına gələcəkdir və onlar tamamilə ziyana uğraya­caqlar. Onlar nəinki mükafatdan məhrum ediləcək, həmçinin yer üzündə yaşadıqları zaman törətdikləri əməllərə görə cəzalandı­rı­lacaqlar da. Bunun səbəbi isə, haqq əqidəyə malik olmamaları, Allaha və Onun elçilərinə iman gətirməməkləridir. Həqiqətən, Allah yalnız səmimiyyətlə haqq dinə iman gətirən və Allahın el­çilərinin yolu ilə layi­qincə gedən qullarının əməllərini qəbul edir.



 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(25. 24) “Həmin Gün Cənnət sakinlərinin məskəni daha yaxşı məskən və daha gözəl istirahət yeri olacaqdır”.

Bu, nəhəng bir dəhşət və ağır sarsıntılar günü olacaqdır, la­kin bü­tün bun­lar Allaha iman gətirən, mömin işlər görən və Rəb­binin qəzəbindən qorxan Cən­nət əhlindən yan ötüb keçəcək­dir. Onların məskəni Cənnət olacaqdır ki, ora­da onlar əbədi ola­raq is­tirahət edəcəklər. Cənnət məskəni necə də füsunkardır! Cən­nət səadəti necə də kamildir! Möminlər ən gözəl nemətlərdən dada­caq və heç bir şey onların məmnunluğunu pozmayacaq. Bütün bun­lar Cəhənnəmdə əzab içində qovrulanların çəkdiklə­ri­nə qətiy­yən oxşamayacaq və buna görə Fövqəluca buyu­rur: “Bu­ra nə pis məskən və mənzildir!” (Furqan, 25/66). Amma müza­kirə etdiyi­miz ayədə Allah hansı məskənin Cənnət bağlarından pis oldu­ğu­nu xəbər verməmişdir. Çünki Cəhənnəm məskəninin xatırlan­ma­sına ehtiyac yox idi.
Sonra Fövqəluca Allah Qiyamət gününün nəhəngliyi haq­qında xə­bər verir ki, onun başlaması ilə insan ürəkləri qorxu, qəm-qüssə və həyəcan ilə dolacaqdır. Allah buyurur:

ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(25. 25) “Həmin gün göy yarılacaq, buludlanacaq və mə­ləklər nazil ediləcək”.
(25. 26) “Həmin gün hökmranlıq yalnız Rəhmanın haqqı olacaq və o gün kafirlər üçün ağır keçəcək”.

Qiyamət günü səma buludlarla örtüləcək və onların köl­gə­sində Allah göy­lərdən enəcək ki, qullarını mühakimə etsin. Hə­min dəhşətli saat­da göylər yarı­lacaq və göyün mələkləri Məhşər meydanına enərək sıralarla düzüləcəklər. Ola bilsin ki, bütün mə­ləklər bir cərgəyə düzülsünlər, amma ola da bilər ki, hər gö­yün mələkləri ayrıca düzülsünlər və nəhəng mələk­lərin yeddi cərgəsi barələrində ədalətli məhkəmə qurulacaq insanları və di­gər məx­luqları əhatə etsinlər.
İstənilən halda, çoxsaylı və qüdrətli mələklər insanları və qa­lan varlıqları əhatəyə alacaqlar. Onlar öz Rəbbinin iradəsinə ita­ətkardırlar və hətta danışmağa da Onun icazəsindən sonra baş­layacaqlar. Bəs onda zəif və köməksiz insanların, xüsusilə, Föv­qəlqüdrətli Hökmdarı qəzəbləndirməyə cəsarət edənlərin, günah və cinayət törədib, tövbə etmək istəməyərək, Onun iradəsinə mü­qavimət göstərən­lərin vəziyyəti haqqında nə demək olar?! Rəbb onlara Öz ədalətli hökmünü bəyan edəcək və həmin gün kafir­lər üçün çox sərt gün olacaqdır. Əzab və əziyyətin ağır­lığı məhz on­ların üzərinə düşəcək və bu, möminlərə qətiyyən aid edilmə­yə­cəkdir. Onlar Qiyamət gününü qorxusuz və qəm-qüssəsiz keçirə­cəklər. Fövqəluca bu­nunla əlaqədar belə buyurur: “O gün Biz mö­­minləri Rəhmanın qarşısında fəxri nümayəndə heyəti kimi toplayacağıq, günahkarları isə, susamış sürü suvata sürülən ki­mi, Cəhənnəmə qovacağıq” (Məryəm, 19/85-86).
Həmən Gün hakimiyyət təkcə Allaha məxsus olacaqdır. Qi­yamət günü insanlar və qalan məxluqlar heç bir hakimiyyətə ma­lik olmayacaqlar. Onlara dünya həyatında verilmiş müvəqqəti ha­kimiyyətdən əsər-əlamət belə olmaya­caqdır. Hökmdarlar və ta­beliklərində olanlar, azad adamlar və kölələr, şan-şöh­rətli sayı­lan­lar da, alçaldılmış olanlar da – hamısı Fövqəlqüdrətli Yarada­nın qarşısında bərabərləşəcək və eyni tərzdə kömək­siz olacaqlar.
Bu ayəni oxuyan mömin rahatlıq və əmin-amanlıq əldə edir, çünki Allah Özünü Mərhəmətli adlandırmışdır. Bu dəhşətli Gündə mühakimə edəcək Rəbb – Mərhəmətlidir və Onun mərhə­məti və rəhməti bütün varlığı, bütün canlı məxluq­ları əhatə edir.
Kainat Allahın yer üzündə hökm sürən və Axirət həyatında isə üstünlük təşkil edən mərhəmətinin dəlilləri ilə doludur.
Rəhman[5] adı hər hansı qüsurdan məhrumdur və Allahın ilahi qəzəbini ifadə edən bütün gözəl adlarından üstün­dür. Onun mərhəməti Onun ədalətli qəzəbini qa­baq­layır və ona üstün gəlir. Bunun sayəsində Allah Adəmi (ə) və onun aciz nəsillərini xəlq et­miş, onlara böyük şərəf nəsib etmiş, çoxsaylı nemətlər əta etmiş, onlara bəslədiyi xeyirxahlığını sona yetirərək, onları Özünün ilahi qayğısı altına almışdır.
Qiyamət günü insanlar aciz, müti və Rəbbinin iradəsinə ita­ətkar ola­caqlar. Onlar Onun qarşısında dayanaraq, ədalətli hök­münü gözləyəcək­lər. Onlar bilə­cəklər ki, bu hökmü, Öz qullarına, ananın övladına bəslədi­yi rəhm hissindən də daha rəhmli olan, Fövqəluca Allah verəcəkdir. İndi təsəvvür edin ki, Rəbb insan­lara qarşı necə də mərhəmətli və rəhmli ola­caqdır! Həmin Gün ancaq ən zalım günahkarlar məhv olacaqlar. Həmin Gün Allahın mər­hə­mətindən təkcə ən bəd­bəxt cinayətkarlar məhrum edilə­cəklər ki, onlar, Onun vəd etdiyi cəzasına, öz yaramaz əməlləri ilə layiq ol­muşlar.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ

(25. 28) “Vay halıma! Kaş ki, filankəsi özümə dost seç­mə­yəy­dim!”
(25. 29) “Doğrudan da, Zikr mənə çatdıqdan sonra məni on­dan dön­də­rən o oldu”. Həqiqətən, şeytan insanı köməksiz qoyandır”.
Qiyamət günü, yer üzündə yaşadığı zaman küfrə batmış, Allaha şə­rik qoş­muş və Onun sadiq elçilərini rədd etmiş günah­kar məyus­luq­dan, matəmdən və ümidlərinin boşa çıxmasından əl­lərini çeynəyəcəkdir. O, bərkdən belə deyəcək: “Kaş ki, mən Allahın Elçisinə iman gətirəydim, onun haqq təliminə qulaq asay­dım və onun sadiq ardıcıllarından biri olaydım. Kaş ki, insan­lar­dan və cinlərdən olan itaətsizlik göstərənləri özümə səmimi dost­lar hesab etməyəydim! Mən mənə həqi­qətən xeyir diləyən və mə­nə olduqca lütfkar olan insanla düşmənçilik etməyi üstün tut­dum, indi mənim düşmənlərimə çevrilən fasiqləri əzizlədim. Bu gün mənim onlarla dostlu­ğum və yaxınlığım mənə bədbəxtlik­dən, ziyandan, şərəfsiz­likdən və məhv ol­maq­­dan başqa heç nə ver­məyəcəkdir. O, öz yalançı və azdırıcı danışıqları ilə azğınlığı mənə təhrif olunmuş şəkildə təqdim edərək, məni Quran­da tap­dığım haqdan imtina etməyə inandırdı”.
Şeytana gəldikdə isə, o – satqındır. O, insana yalanın gözəl oldu­ğunu təl­qin edir və onun gözü qarşısında haqqı ləkələməyə cəhd göstərir. O, insanı özünün uydurma vədlərinə inanmağa məc­bur edir, sonra isə, insan­dan imtina edir. Bütün məxluqlar üzə­rində məhkəmə başlandıqda və Fövqəluca Allah son hök­münü verdikdə, şeytan özünün bütün davamçıla­rına müraciət edərək deyə­cəkdir: “Həqiqətən də, Allahın vədi haqq idi, amma mən sizə vəd versəm də, verdiyim sözə əməl etmədim. Mən si­zin üzərinizdə heç bir hakimiyyətə malik deyildim. Mən sizi ça­ğırdım, siz də mənə itaət göstərdiniz. Buna görə məni qı­na­mayın, ancaq özünüzü qına­yın. Mən sizə kömək edə bilmərəm, siz də mənə kömək edə bilməzsiniz. Mənim sizin əvvəllər mə­nə ibadət etməyinizə aidiy­yətim yoxdur” (İbrahim, 14/22).
Ey Allahın qulu!
Nə qədər ki, ağlını başına yığmağın və tövbə etmə­yin gec deyil, məhəb­bətini sənə əbədi səadətə nail olmağa kömək göstə­rənə ver və sərt münasibətə layiq olana, sənə şərdən və ziyandan başqa bir şey gətirməyənə düşmənçilik və nifrət bəslə!
Allah köməyin olsun!
Sonra Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz xalqının bu Şərəfli Kitabın hökmlərinə itaət et­mək­dən boyun qaçırmasına görə Ona şikayət etmişdir.

 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ
(25. 30) “Elçi dedi: “Ey Rəbb! Xalqım bu Quranı tərk et­miş­­dir”.
Ey Rəbbim! Sən məni göndərdin ki, bəşəriyyətə xilas yolu­nu göstə­rim və insanlara Allahın vəhyini çatdırım. Sənin cahil qul­­ların ondan üz çevirirlər, hal­buki onlar onu yerinə yetirməli, onun nəsihətlərinə qulaq asmalı və onun göstə­rişlərini əldə rəh­bər tutmalıydılar.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(25. 31) “Beləcə, Biz hər bir peyğəmbərə günahkarlardan düş­­mənlər ya­ratdıq. Lakin sənə Rəbbinin düz yola yönəltməsi və köməyi bəs edər”.

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) tə­səlli verərək bil­dirir ki, elə əvvəllər də kafirlər və müşriklər belə davranardılar. Hər peyğəmbərin günahkarlar arasından düşmən­ləri var idi və onlar xeyirxahlıq etməyə və öz nəfs­lərini nəcibləş­dirməyə qabil deyildilər. Onlar Allahın elçilərinə müqavimət gös­tərir, onların təlimini rədd edir və özləri­nin yalançı iddiaları ilə haqqı inkar et­məyə cəhd göstərirdilər. Hətta bunun özü­nün belə müsbət tərəfi vardır. Birincisi, haqq yalanı sarsıtmaq və özü­nün mütləq üstünlüyünü sübut etmək imkanı əldə edir. Yalan istəni­lən formada gerçəyə oxşadılsa da, o, heç vaxt haqqın xeyrinə şə­ha­dət verən inandırıcı dəlillərə və aydın ayələrə qarşı müqavimət göstərməyə duruş gətirə bilməz. İkincisi, Fövqəluca Allahın haqq tərəf­darları üçün necə şərəfli və şan-şöhrətli sonluq hazırladığına və yalan müdafiəçi­lərini hansı cəzanın gözlə­diyinə Allahın məx­luqları qəti əmin olmaq imkanı qazanırlar.
Ey Muhəmməd! Bunları yadda saxla və onların öz-özlərini bö­yük əzab-əziyyətə məhkum etməsinə kədərlənmə. Rəbbinin səni doğru yolla aparması kifa­yətdir ki, sən ən müqəddəs olana – arzu etdiyinə nail ola, imanını möhkəmlədə və öz dünya həyatını əsil səadətlə doldura biləsən. Rəbbinin sənin düşmənlərin və rə­qib­lərin üzərində qələbə çalmağına kö­mək etməsi, imanına və dün­yəvi həyatına zərər vura bilən hər cür pislik­lərdən və xoşa gəlməyən şeylərdən səni qoruması kifayətdir! Sən ancaq Fövqəl­uca Rəbbi­nin köməyi ilə kifayətlən və təkcə Ona təvəkkül et!

 ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ
(25. 32) “Kafirlər dedilər: “Niyə Quran ona bir dəfəliyə bü­töv nazil edil­məmişdir?” Biz belə etdik ki, onunla sənin ürə­yini möhkəm­lədək və onu ən gö­zəl surətdə izah edək”.

Niyə Quran ona birdəfəliyə bütünlüklə nazil edilməmişdir? Əgər bu belə olsaydı, onun peyğəmbərliyi şübhə doğurmazdı. Be­lə fikirlər müş­riklərin ürəyinə gəlirdi. Məgər Quranın hissə-hissə göndərilməsi Allahın vəhyinin çatışmayan cə­hə­tidirmi? Əlbəttə ki, yox! Məhz buna görə Fövqəluca Allah buyurur ki, O (Mü­qəd­dəs və Pak Olan) Quranı hissə-hissə nazil etmişdir ki, Peyğəm­bə­rinin (ona Allahın salavatı və salamı olsun!) ürəyində iman təd­ri­cən kök atsın. Hər dəfə Muhəmməd Peyğəmbər (ona Allahın sa­lavatı və salamı olsun!) növbəti vəhyi alanda, onun qəlbi rahatlıq və sabitlik tapırdı, xüsusi ilə, bu vəhylər, onun ürəyi hə­yəcan və narahat­çılıqlarla həddən artıq dolu olduğu anlarda, nazil edilirdi. Baş verən hadisələrlə əlaqədar nazil edilən Quran ayələri Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə, on­ların birdəfəliyə göndərilməsinə nisbə­tən, daha çox təsir göstə­rirdi. Bu hadisələr tarixi faktlara çevriləndə, onlar nazil edil­miş ayə­ləri oxuyur və Fövqəluca Rəbbin mərhəmətini yada salırdılar.
Ey Muhəmməd! Biz sənə təkcə Müqəddəs Kitab nazil etmə­mişik, onu Biz həm də ən gözəl tərzdə izah etmişik[6]. Biz Vəhyin bir hissəsini sənə nazil edirik ki, səni onun növbəti hissəsinə hazırla­yaq. Biz səni öyrədir və Haqqa tədricən ya­xınlaşdırırıq. Biz səni himayə edir və Kitabımızın qayğı­sına qalırıq və buna görə sənin onlara ehtiyacın olduqda və dininin yer üzündə bərqərar olması zəruriyyəti yarandıqda, Quran ayələrini nazil edirik.

(25. 33) “Onlar sənə elə bir məsəl çəkməzlər ki, Biz onun gerçə­yini və gözəl təfsirini sənə izah etməyək”.

Onlar sənin sözlərini və peyğəmbərliyini inkar etməyə cəhd göstə­rirlər. Amma, özündə mütləq həqiqəti əks etdirən  Quran sənə nazil edildiyi halda onlar bunu necə edə bilərlər? Quran ayə­ləri anlaşıqlı və aydındır, onların mənaları isə doğru və mö­tə­bər­­dir. Bütün bunlar o qədər aydındır ki, heç kim sənə nazil edi­lən Kitabın Allahdan gəldiyinə şübhə edə bilməz. O, insan­ların göz­­ləri qarşısında əşyaların əsil mahiyyətini açır, ən aydın ifadə tər­­­­zi ilə fərqlənir və ən mükəmməl şərh ilə tamamlanır.
Bu ayə hər bir müsəlman vaizini, ilahiyyatçısını və alimini Allahın hökm­lərini rəhbər tutmağa, Allahın Elçisinin (ona Allahın salavatı və sala­mı olsun!) di­nə dəvət üsulundan örnək götürməyə çağırır. Müsəlman dinə dəvət edərkən ət­rafdakıların davranışına və vəziyyətinə diqqət yetirməli və əlverişli şəraitdən səriştə ilə is­ti­­fadə edərək, insanlara müvafiq mövzulu moizəylə mü­raciət et­mə­li, onlara Quranın müdrik ayələrini və Muhəmməd Peyğəmbə­rin (ona Allahın sala­vatı və salamı olsun!) səhih hədislərini çat­dır­ma­lıdır.
Bu ayə, cəhmiyyəçilərin və tərəfdarları Quran mətnlərinin (gu­ya məsələ­dən agah olmayan müsəlmanların anladıqlarından fərqli olan) gizli mənalar kəsb etdiyini iddia edən digər yolunu az­­mış təriqətlərin bidətçi baxışlarını da qətiyyətlə rədd edir. Bu­nunla da o bidətçilər Quranın bütün digər Kitablardan ən gözəl təfsir ilə[7] fərqləndiyini ya sadəcə inkar edirlər, ya da elə hesab edirlər ki, təhrif edilmiş şərh daha yaxşıdır[8].

 ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(25. 34) “Cəhənnəmdə üzüqoylu toplananlara ən şərli yer hazır­lan­­mışdır və onlar yollarından daha çox azanlardır”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (ona Allahın sa­la­va­tı və salamı olsun!) yalançı sayan müşriklərin acınacaqlı qis­mə­tin­dən xəbər verir. Onlar özləri üçün ən müxtəlif işgəncələr və ən dəh­şətli cəza çeşidləri hazırlanmış Cəhənnəmdə toplanacaqlar. Sərt görkəmli mələklər onları üzü­a­şağı sürüyə-sürüyə aparacaq­lar. Bu mənzərə necə də dəhşətli və ikrah­oya­dıcıdır! Mürtədlərin nail ola­caqları yer necə də yamandır! Bu sığınacaq yer üzündə ya­şa­yar­kən Allaha və Onun elçilərinə (onlara salam olsun!) iman gə­ti­rən­lə­rə nəsib olacaq məskənə necə də bənzəmir! Başqala­rın­dan daha çox yollarından azmaqla mürtədlərin layiq görülə­cək­ləri əda­lətli əvəz belə olacaqdır! Əgər bu ayənin qramatik baxı­mından təhlilinə nə­zər salsaq, qeyd etmək olar ki, sifətlərin mü­qayisəli dərəcəsi üs­tün­lük dərəcəsini nəzərdə tutur və buna görə Cəhənnəm əzabkeş­lə­rinin olacağı yeri və onların törət­dikləri cina­yətləri Cənnət sa­kin­lə­rinin məskəni və əməlləri ilə müqayisə et­mək mümkün deyil. Bu­nunla əlaqədar Fövqəluca buyurur: “Hə­min Gün Cənnət sa­kin­­lərinin məskəni daha yaxşı məskən və da­ha gözəl istirahət ye­ri olacaqdır” (Furqan, 25/24). Onlar ona, Cənnətin Səadət bağ­la­rına aparan doğru yol ilə get­mələri sayə­sində layiq görülmüş­lər.

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋﮌﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ

(25. 35) “Həqiqətən, Biz Musaya Kitab verdik və qardaşı Harunu ona mü­avin etdik”.
(25. 36) “Biz əmr etdik ki: “Siz ikiniz də Bizim ayələrimizi yalan hesab edən xalqın yanına gedin”. Sonra isə Biz onları büs­bütün kökün­dən məhv et­dik”.
(25. 37) “Biz Nuhun xalqını, onlar elçiləri yalançı say­dıq­da, suda batır­dıq və onları insanlar üçün dəlil etdik. Biz zalım­lara şiddətli izti­rablar ha­zır­ladıq” _
(25. 38) “həmçinin eynilə adlara da, səmudlara da, Rass sa­kinlə­rinə və onların arasında olan çoxlu nəsillərə də”.
(25. 39) “Onlardan hər birinə Biz məsəl çəkirdik və hər bi­rini Biz tama­milə qırıb məhv etdik”.
(25. 40) “Onlar artıq bədxahlıq yağışı düşmüş kəndin ya­nından keçmiş­dilər. Məgər onlar onu görmürdülər? Heç də yox! Sadəcə onlar ümid etmirdilər ki, dirildiləcəklər”.

Sonra Fövqəluca digər surələrdə təfsilatı ilə verilmiş Quran əh­valat­ların­dan bir neçəsini xatırladır. Bununla Rəbb günahkar­ları, onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) in­kar etməkdə davam etdik­ləri halda, mütləq əzablı işgəncələrə mə­ruz qalacaqları barədə xəbərdar edir. Ey qureyşlilər! Bu sərt tale artıq sizinlə qonşuluqda yaşamış bir çox xalqların qisməti ol­muş­dur və onların kədərli aqibəti sizə yaxşı məlumdur. Onların bəzilərinin yaşayış məntəqələrini siz öz gözünüzlə görə bilərsiniz, çün­ki sizin karvanlarınız səhər-axşam onların yanın­dan ötüb ke­çir. Bunlar – Saleh peyğəmbərin (ə) təbliğat apardığı Hicr şəhəri və həmçinin Lut peyğəmbərin (ə) şəhəridir ki, sakinləri sərt ya­ğış­lar tərəfindən, yəni, yağış və ya dolu halında göylərdən tökü­lən bi­şirilmiş gil kəsəklərlə məhv edil­mişdi. O bədbəxt günah­kar­lar siz­dən pis deyildilər, onlara göndərilən elçi­lər də sizin Pey­ğəm­bə­ri­nizdən (s.ə.s.) daha yaxşı deyildilər. Sizin əlinizdə əv­vəlki Şə­rəf­li Kitabların təsdiq etdiyi bir sənədiniz də heç yoxdur.
Ərəb müşrikləri öz Rəbbinin çoxsaylı möcüzələrini görür­dü­lər və buna baxmayaraq, onlar iman gətirməkdən imtina edir­di­lər, çünki öldük­dən sonra diril­di­ləcəklərinə və Allahla qarşıla­şa­caqlarına ümid etmirdilər və Onun sərt cəzasın­dan qorxmur­du­lar. Onlar inadcıllıqla pis əməllər etməkdən əl çəkmir və onların Föv­qəluca Allah tərəfindən nazil edilməsinə heç kimdə şübhə do­ğur­­­mayan ayələri danmaqda davam edirdilər.

 ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(25. 41) “Səni gördükdə, onlar sənə ancaq rişxənd edirlər: “Doğru­danmı Allah bunu seçib elçi göndərmişdir?”

Ey Muhəmməd! Səni yalançı sayan mürtədlər səni gör­dük­də, Rəbbi­nin ayələrini rədd edirlər və yer üzündə təkəbbürlə gə­zə­rək, səni masqaraya qoyur və sənə istehza edirlər. Onlar deyir­lər: “Məgər bu – Allahın göndərdiyi elçidir? O, bu məsuliyyətli və­zifə üçün yaramır və belə bir şərəfə layiq deyildir. Allah onu Özü­­nün elçisi edə bilməzdi”.
 Həqiqətən, belə sözlər bu fasiqlərə xas olan zalımlığı və inad­karlığı təsdiq edirdi. Onlar gerçəklik haqqında yanlış təsəv­vü­rə malik idilər və buna görə Allahın seçdiyi Elçisi (s.ə.s.) haq­qın­da etinasızlıq və kinlə danış­mağa cəsarət edir­dilər. Kim onlara ix­tiyar vermişdi ki, Allahın elçisi olmağa kimin layiq olduğuna və ya olmadığına qərar versinlər?! Kim onlara haqq vermişdi ki, de­sin­lər: “Niyə Quran iki şəhərin böyük şəxsiyyəti olana nazil edil­məmişdir?” (Zuxruf, 43/31). Belə sözləri təkcə ən cahil və az­ğın adamlar, ya da haqqı inadkarcasına rədd edən, istənilən dəlilə eti­nasızlıq göstərən və hər vasitə ilə yalan söyləməyə və haqqı ləkələməyə can atan qatı kafirlər deyə bilərlər. Üçüncü bir səbəb yoxdur, çünki Abdullah oğlu Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) həyatı ilə sadəcə tanış olmaq ki­fayət edir ki, onun bilikli, ağıllı, şüurlu, təmkinli, yüksək əxlaqlı, müdrik və cəsur bir insan olduğuna əmin olsun. O (s.ə.s.) qeyri-adi keyfiyyətlərə malik idi və əksər hallarda digər insanlardan öz üstünlüyü ilə fərq­lənirdi. Ona nifrət edən və onun ləyaqətini alçaltmaq istəyən fasiqlərə gəldikdə isə, onlar düz yoldan sapmış və ziddiyyətli baxış­lara etiqad edən ən axmaq və ən nadan in­sanlar idilər. Bütün bunlar­dan başqa, onlara ədalətsizlik, zalımlıq, hər cür gözəlliyə qarşı nifrət hissi xas idi. Həqiqətən, heç kim özündə eyni vaxtda bu qədər yaramaz key­fiyyətlər birləşdirə bil­məz. Lakin onları cahillikdə və azğınlıqda ittiham etmək üçün on­ların təkcə ən şərəfli və ən alicənab insanı – Muhəmməd Peyğəm­bəri (ona Allahın salavatı və salamı olsun!) təhqir etmə­ləri və al­çalt­maları kifayətdir. Onlar belə edirdilər ki, Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) lağa qoyub, ələ salsınlar. Onlar öz uydurma əqidələrini inad­karcasına müdafiə edir və onları əha­tə edən maymaqları azğınlığa salmağa cəhd göstərir­dilər. Məhz Məkkə müşrikləri belə davranırdılar və deyirdilər:

ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ
(25. 42) “Əgər biz səbirli olmasaydıq, o, bizi öz ilahları­mız­dan döndər­məyə hazır idi”. Onlar cəzanı gördükdə, bilə­cəklər ki, kim yo­lun­dan daha çox az­mışdır”.

O, bizə allahlarımızdan əl çəkməyi və bir Allaha ibadət et­məyi təklif edirdi və bizi az qala dərin azğınlığa salacaqdı.
Allah bu caniləri rüsvay etsin! Onlar qərara almışdılar ki, tövhid – azğın­lıqdır, bütlərə ibadət isə doğru yoldur. Məhz buna görə onlar səbirlə öz baxışlarını müdafiə edirdilər. Bundan başqa, onlar öz qəbilədaşlarını buna dəvət edir və de­yir­dilər: “... Gedin öz ilahlarınıza görə səbir edin. Əslində, arzu edilən şey də bu­dur. Biz son dində bu barədə eşitməmişik. Bu – bir uydur­ma­dır” (Sad, 38/6-7).
 Səbir tərifəlayiq bir keyfiyyətdir. Lakin bunun, müşriklərin bir-birinə düşünmədən arzuladıqları “səbirə” qətiyyən aidiyyəti yox­­dur, çünki o, Fövqəlqüdrətli Allahın günahkarlara qəzəblən­mə­sinə səbəb olur və onları Cəhən­nəmdə daha çox əzaba düçar edir. Belə bir “səbirliliyin” möminlərin səbirli olması ilə heç bir əla­qəsi yoxdur və buna görə Fövqəluca Allah bu­yu­rur: “And ol­sun əsrə! Həqiqətən, iman gətirənlərdən, xeyirxah işlər görən­lərdən, bir-birinə haqqı əmr edib, bir-birindən səbirliliyi tə­ləb edənlərdən başqa, hər bir insan ziyanda­dır!” (Əsr, 103/1-3).
Məkkə müşrikləri özləri üçün qəti qərara almışdılar ki, on­lar düz yolla gedirlər və Allahın Elçisi (ona Allahın salavatı və sa­lamı olsun!) azğın­lıq zülməti içində veyillənir. Onlar öz baxışla­rından əl çəkmək fikrində deyildilər və buna gö­rə də daha sonra Rəbb onları gözləyən cəza haqqında xəbər verir. Çox tezliklə on­lar cəzanı öz gözləri ilə görəcəklər və kimin ən dərin azğınlıq için­də olduğunu biləcəklər. Həmin anda onlar artıq Elçinin (s.ə.s.) doğ­ru­çuluğuna və ona (s.ə.s.) nazil edilən Təlimə şübhə etməyə­cək­lər. Onlar ümidsizlikdən əllərini çeynəyərək, deyəcəklər: “... Kaş ki, mən Elçinin yolunu seçəydim! Vay halıma! Kaş ki, filan­kəsi özümə dost seç­məyəydim! Doğrudan da, Zikr mənə çat­dıqdan sonra məni ondan dön­­də­rən o oldu...” (Furqan, 25/27-29).
 ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(25. 43) “Sən öz nəfsinin istəyini ilah seçəni gördünmü? Məgər sən onun vəkilimisən?”

Məgər öz nəfsinin istəyini ilahlaşdırandan və təkcə özünün alçaq şıltaq­lıqlarına uyğun olaraq davranandan daha azğın bir gü­­nah­karmı var? Ey Muhəmməd! Əgər sən belə adamların rəftarı üzərində düşünsən, ol­duqca təəccüb­lənərsən, çünki onlar ən bö­yük günahları törətməklə bəra­bər özlərini ən şərəfli və ən ləya­qət­li adamlar hesab edirlər. Məgər sən belə insan­lara zaminsən? Əlbəttə ki, yox! Sən onların taleyinə sərəncam çəkə bil­məzsən. Sən, sadəcə, bir nəsihətçisən və artıq sənə həvalə edilən vəzifəni yerinə yetirmisən. Onlar isə törətdikləri cinayət­lərə görə Allah qarşısında cavab verəcəklər.
Sonra Fövqəluca bir daha qeyd edir ki, kafirlər dərin az­ğın­lıq için­də­dirlər və belə buyurur:
­­­­
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(25. 44) “Ya da sən elə güman edirsən ki, onların əksəriy­yəti eşit­məyə və ya dərk etməyə qadirdir? Onlar, sadəcə, hey­van kimidirlər, lakin onlar yolu daha çox azıblar”.

Onlar nəsihətlərə qulaq asmaq və haqq üzərində düşün­mək qabi­liyyə­tindən məhrumdurlar, çünki onlar təkcə çoban ha­raylamasını və sahi­bi­nin çağı­rışını anlayan otlaq heyvanlarına bən­zərdirlər. Bu kar, lal və kor günahkarlar doğ­ru yolla getməyə qadir deyillər. Onlar heyvandan daha çox qəflətdədirlər, çünki hey­vanlar öz çobanlarına itaət edir və göstərilən düz yolla ge­dirlər. Onlar məhv ola biləcəkləri yeri tanıyır və o yerlərdən yan keçirlər. Amma bütün bu keyfiyyət­ləri kafirlər haqqında demək olmaz, halbuki onların sonu, dilsiz heyvanların sonundan daha da kədərli olacaq­dır. Bu həqiqəti dərk edənə aydın olur ki, Allah­ın Elçisini (s.ə.s.) ittiham edən mürtədlər özləri bu ada layiqdirlər. Bundan başqa, onlar hətta, sürü­dəki heyvanların etdiyi kimi, düz yolla getməyi də bacarmırlar.

 ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(25. 45) “Məgər sən görmürsən ki, Rəbbin kölgəni necə uzadır? Əgər O istəsəydi, onu hərəkətsiz edərdi. Sonra Biz gü­nəşi ona səbəb qılıb”,[9]
(25. 46) “daha sonra onu tədricən Özümüzə cəzb edirik”.

Məgər Allah sənə imkan verməmişdir ki, Onun fövqəlqüd­rətinin kamil­liyini və Onun mərhəmətinin hüdudsuzluğunu öz gözlərinlə görüb əmin olasan? Məhz bu gözəl keyfiyyətlərin sa­yə­sində Allah kölgəni uzadır. Söhbət, sübh çağı dan yerinin qı­zar­ması anından günəşin çıxmasına qədər hansı prosesin baş vermə­sindən gedir. Səmada günəşin mövcudluğu yerdə kölgənin varlı­ğını müəyyən edir. Əgər günəş olmasaydı, insanlar kölgəni görə bilməzdilər, çünki ziddiyyətlər həmişə müqayisə edilmə vasitəsi ilə dərk edilir. Sonra Allah tədricən kölgəni Özü­nə tərəf çəkir. Gü­nəşin üfüq­dən qalxması ilə kölgənin boyu yavaş-yavaş kiçilir. Axırda isə o tamamilə və ya demək olar ki, tamamilə yox olur. Bu anda günəş in­sanın başı üzərində, kölgə isə onun ayaqları altında olur. İnsanlar bu təbii hadisəni çətinlik çəkmədən müşahidə edə bilirlər və bunun nəticəsi olaraq, gündüzlə gecənin bir-birini əvəz etməsi, həmçinin ilin fəsillərinin əvəzlənməsi baş verir. Bütün bun­lar yer kürəsinin sakinlərinə çoxlu fayda verir və Öz qulla­rına fasiləsiz qayğı göstərən Allahın qüdrətinin, əzəmətinin və mərhə­məti­nin ən möhtəşəm dəlilidir. Bütün bunlar həmçinin insanların yalnız bir olan Allaha ibadət etməsini, ilahi əzəmət və ləyaqət Sahibini sevməsini və təkcə Ona sitayiş etməsini labüd­ləşdirir.

 ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
(25. 47) “O – gecəni sizin üçün örtü, yuxunu – istirahət, gün­düzü isə fəaliyyət vaxtı etmişdir”.

Fövqəluca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü[10] etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxma­la­rından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratma­saydı, onda siz tam rahatlıq əldə edə bilməz­diniz. Fasiləsiz çalış­mağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işlə­məkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmış­dır. Günün gündüz çağın­da siz canlanırsınız və yer üzünə ya­yı­laraq Allahın nemətlərini axta­rır­sınız. Sizdən kimisi ticarətlə məş­ğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyac­larını və tələbat­larını ödəyə bilsinlər.

 ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(25. 48) “O – Öz mərhəmətindən qabaq küləkləri müjdə Göndərən­­dir. Biz göydən təmiz su nazil edirik ki”,
(25. 49) “onunla ölü əraziləri canlandıraq, Bizim xəlq etdi­yimiz çoxsaylı mal-qaraya və insanlara su içirdək”.

Fövqəluca xatırladır ki, yalnız O (Pak və Müqəddəs Olan), qullarını Öz mərhəməti ilə hima­yəsi altı­na alır və onlara azuqə nazil edir. Bundan ötrü Allah Öz mərhəmə­tinin nişanəsi olaraq küləkləri müjdə ilə gön­də­rir. Bu küləklər yağış yağdı­rılacağı haq­qında öncədən xəbər­dar­­lıq edir ki, bu da Allahın mərhəmətinin tə­zahürüdür. Fövqəl­uca buyurur: “Allah buludları qaldıran kü­ləkləri Göndərən­dir. O, onları səmada istədiyi kimi yayır və onları parça-parça edib dağıdır. Sonra sən onların yarıq­larından yağışın necə yağ­dı­­ğını görürsən” (Rum, 30/48). Kainatın bütün işlərini idarə edən Föv­­qəlqüdrətli Rəbbin iradəsi ilə küləklər in­sanlara çoxdan gözlə­dik­­­ləri leysan yağışı haq­qında müjdə gətirir. Bunun sayəsində in­san­­lar yağışın yağ­masına hazır­laşır və bun­dan vaxtında xəbərdar olu­r­­lar.
Allah göydən təmiz və təmizləyici su nazil edir. Su insan­ları murdar­lıqdan və çirkdən, sünilikdən və günahlardan təmizlə­yir. O özü ilə Allahın bərəkətini gətirir və ölü torpağı canlandırır. Bunun nəticəsi olaraq çoxsaylı rəngbərəng otlar və ağaclar çiçək açır ki, onların bəhrələri ilə insan­lar və heyvanlar qidalanırlar. Əsa­sən yağış suyunun sayəsində insan­lar, heyvanlar və Allahın saysız-hesabsız canlı məxluqları susuzluq yanğıla­rını söndürmək imkanı əldə edirlər. Ey insanlar! Allahın sizə göndərdiyi külək­lərin hər birinin özünə məxsus vəzifəsi vardır. O (Pak və Müqəd­dəs Olan) sizə göydən təmiz və bərəkətli su nazil edir ki, onunla təkcə siz deyil, mal-qaranız da faydalansın. Məgər bütün bunlar təkcə Onun sizin ibadətinizə layiq olduğuna dəlalət etmirmi?

 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ
(25. 50) “Biz onu onların arasında bölürük ki, onlar nəsi­həti xatır­la­sın­lar, lakin insanların əksəriyyəti küfrdən başqa, hər şeydən bo­yun qaçırırlar”.

Allah xəbər verir ki, çoxsaylı ayələr və nemətlər Fövqəlu­canın qul­larını öz Rəbbini dərk etməyə, Ona şükür etməyə və Onu zikr etməyə sövq edir. Yağış suyu da belə nemətlərdən biri­dir. Lakin insanların əksəri­yyəti yaramaz keyfiyyətlərə və pis xa­siyyətə malikdir və buna görə, küfrdən başqa, hər şeyə müqa­vimət göstərirlər.

ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(25. 51) “Əgər Biz istəsəydik, hər diyara bir çəkindirən nəsihətçi göndə­rərdik”.

Ey Muhəmməd! Sənin Rəbbinin iradəsi sarsılmazdır və əgər O (Pak və Müqəddəs Olan) istəsəydi, hər bir kəndə bir nə­si­hətçi göndərərdi ki, onlar insan­ları haqq dinə gəlməyə və sərt cəzadan çəkinməyə dəvət etsinlər. Bu Allah üçün heç bir çətinlik yaratmır, lakin Özünün ilahi müdrikliyi, sənə və qalan qullarına bəslədiyi mərhəməti sayəsində O (Pak və Müqəddəs Olan) səni (s.ə.s.) bütün bəşəriyyətə Elçi göndərdi. Ağlar və qaralar, ərəblər və qeyri-ərəblər, insanlar və cinlər – onların hamısı sənin pey­ğəm­bərliyinə iman gətirməli­ və sənə itaət etməli­dirlər.
 ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ

(25. 52) “Buna görə kafirlərə itaət etmə və onlarla onun[11] vasitəsi ilə böyük mübarizə apar!”

Sənə nazil edilən hökmlərdən geri çəkilmə, özünün haqq dinini yaymaq üçün mümkün olan hər şeyi et və Quranın köməyi ilə kafirlərlə mübarizə apar, yəni, haqqı müdafiə et və onunla yalanı sarsıdıb dağıt. Əgər görsən ki, haqqın qaba düşmənləri səni rədd edirlər, Rəbbinin mərhəməti barədə ümidsizliyə qapıl­ma və onların yaramaz istəklərinə güzəştə getmə, bütün səylə­rinlə Fövqəluca Allahın adını şərəfləndir.

 ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ
(25. 53) “İki dənizi Qovuşduran, onlardan birini içməli, şirin, di­gə­rini isə şor, acı sulu edən Odur. O, onların arasında sədd və keçilməz ma­neə[12] qoymuş­dur”.
Söhbət çayların dənizlərə və okeanlara töküldüyü yerlər­dən gedir. Çay suları şirindir, dənizlərin və okeanlarınınkı isə şordur, lakin onlardan hər biri yer kürəsinin əhalisinə çoxlu fayda verir və buna görə Allah onların arasına sədd çək­miş və keçil­məz maneə ucaltmışdır ki, onların sayəsində dənizlərin və çay­ların suları öz keyfiyyətlərini dəyişmir.






 ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ

(25. 54) “O – insanı sudan Xəlqedən və ona nəsil və qo­hum-əq­rəba Nəsibedən­dir. Rəbbin – Fövqəlqüdrətlidir”.

Yalnız O (Pak və Müqəddəs Olan), Kainatın Vahid Xaliqi­dir və Onun nə köməkçiləri, nə də şərikləri yoxdur. O (Pak və Mü­qəddəs Olan) insanları ikrah doğuran maye­dən yaradır və on­ları qan qohumluğu və nikah ilə birləşdirir. İnsanlar ara­sında fərq­lər və ümumi əlamətlər nə qədər çoxdur! Onların hamısı dün­ya­ya nifrətamiz mayədən əmələ gəlirlər və bu, Fövqəluca Allahın kamil qüd­rə­tinə dəlalət edir. Bu həmçinin təkcə Allahın Öz qulla­rının ibadətinə layiq olduğunu və bütün digər uydurulmuş “ilah­lara” ibadətin əbəs və faydasız­lığını sübut edir.

 ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ

(25. 55) “Onlar Allahdan başqa, onlara nə fayda verə, nə də ziyan vura bilməyənə ibadət edirlər. Kafir – Rəbbinin əley­hi­­nə çıxanın[13] arxası­dır”.
Müşriklər, onlara nə kömək etmək, nə də zərər vurmaq ha­lında ol­mayan daş heykəllərə və ölülərə ibadət edirlər. Bununla onlar bu aciz məxluqları Fövqəlqüdrətli Hökmdara bərabər tu­turlar, halbuki xeyir də, şər də Onun sərəncamındadır. O (Pak və Müqəddəs Olan) Öz nemətlərini istə­diyinə əta etməkdə və istə­diyini onlardan məhrum etməkdə sərbəstdir. Onlara öz Rəbbinin nəsihətlərinə riayət etmək əmr olunduğuna baxmaya­raq, onlar mənfur cinayətlər törədirlər. Onlar bu nəsihətlərə qulaq asmırlar və zalımlıq edirlər. Onlar Fövqəluca Rəbbin əleyhinə olanlara kö­mək göstə­rirlər. Allah bütlərə və heykəllərə nifrət edir, lakin ka­firlər nəinki təkcə özləri onlara ibadət edir, həm də onlara etiqadı müdafiə edirlər. Onlar Ona müqavimət göstərir, Onun düşmən­lərinə çevrilirlər və öz qəlblərini haqqa qarşı kin və vuruşmaq cəhdi ilə doldururlar. Eyni zamanda kafirlər Allahın məxluqları kimi qalmaqda davam edirlər, Onun nemətlərindən yararlan­mağı davam etdirir və Onun ilahi hakimiyyətindən xilas ola bilmirlər. Fövqəluca bunu bilir, amma buna baxmayaraq, onları Öz mərhə­mətindən məhrum etmir, onlar isə bunu başa düşmürlər və öz Xeyirxahları ilə düş­mənçiliyi davam etdirir, Onun dininə müqa­vi­mət göstərirlər.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
(25. 56) “Biz səni sadəcə bir xeyirxah müjdəçi və xəbərdar­edici nəsi­hətçi kimi göndərmişik”.

Fövqəluca Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sala­mı olsun!) əsil vəzifəsi haqqında xəbər verir. O (s.ə.s.), in­sanları öz iradə­sinə tabe edə bilməzdi, hökmdar və ya hakim de­yildi, saysız-hesabsız xəzi­nələri yox idi və Allahın nemətlərinin sərəncamçısı da deyildi. O (s.ə.s.), sadəcə, bir xeyirxah müj­dəçi və nəsihətçi idi, yəni, itaətkar mömin­ləri bu dünya həya­tında və öl­dükdən sonra Axirətdə mükafatlandırıla­caqları xəbə­ri ilə sevindi­rir və itaətsizlik göstə­rənləri isə, həm bu dünyada, həm də Axirət həyatında cəzalandırılacaqları barədə xəbərdar edirdi. O (s.ə.s.) həm­çi­nin insanlara, vəd edilən mükafata necə nail olmağı və vəd edilən cəzadan necə çəkin­məyi öyrədirdi, yəni, onlara Fövqəluca Allahın hökmlə­rini və qadağalarını izah edirdi.

 ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(25. 57) “De: “Mən bunun əvəzində sizdən, yalnız arzu edən­lərin öz Rəbbinin yolunu tutmasından başqa, bir haqq istəmirəm”.

Ey Muhəmməd! Sən onlara Quran ayələrini oxumaq və doğru yolu izah etmək əvəzində onlardan mükafat istəmirsən. Sən onları borc öhdə­likləri ilə yük­ləmirsən. Bəs onlar nəyə görə sənin dinindən yayınırlar? Bunu onlara izah et və de: “Mən siz­dən heç bir mükafat istəmirəm. Əgər sizdən kimsə Allahın xeyir­xahlığını qazanmaq və Onun mərhəmətinə yaxınlaşmaq üçün ia­nə vermək istəsə, onda bilin ki, mən sizi buna məcbur etmirəm. Əlbəttə ki, bu ianələr mənim moizə­lərimə görə mənim üçün mü­kafat olma­yacaqdır, çünki sizin ianəniz, ilk növbədə sizin özünü­zə fayda verə­cəkdir. O, sizə doğru yolla getməyinizə və Rəbbi­ni­zə yaxınlaşmağınıza kömək edəcəkdir”.

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(25. 58) “Sən O Ölməz və daima Diri Olana təvəkkül et və Onu həmd ilə şöhrətləndir. Onun qullarının günahlarından xəbərdar olması kifa­yətdir”.

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və sa­lamı olsun!) əmr edir ki, Ona təvəkkül etsin və bütün hallarda yal­nız Onun köməyinə və müdafiə­sinə ümid bəsləsin. O (Pak və Müqəddəs Olan) ən gözəl və mü­kəm­məl həyat sürür, heç vaxt ölmür və buna görə də insanların Ona təvək­kül etmələrinə, Onu şöhrətləndirmələrinə və tərifləmələrinə layiqdir. Onun Öz qulla­rı­nın günahların­dan xəbərdar olması kifayətdir. Canilər və cina­yət­karlar ədalətli cəzadan qaça bilməzlər və bu, Allahın seçdiyi kəsləri kədər­ləndirməməlidir, çünki onlar imanı insanların ürə­yi­nə təlqin edə bilməzlər və öz düşmənlərinin və rəqiblərinin cina­yətlərini yadda saxlamağa da borclu deyillər. Bütün bunlar Allah­ın hakimiyyətinə məxsusdur, çünki O – Kainatın Vahid Hakimi­dir. Buna görə sonra Fövqəluca belə deyilir:

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮂﮃ ﮄﮅ ﮆﮇ
(25. 59) “O, göyləri və yeri, onların arasında olanları altı dövrdə[14] yaratmış, sonra da Ərşinə istiva etmişdir[15]. O – Mərhə­mətlidir. Bunu Bi­lən­dən soruş!”
Ərş – Kainatın zirvəsi, Allahın yaratdıqlarının ən ecazkarı və əzə­mət­li­sidir. Mərhəmətli Allah Ərşinə qalxmışdır. O göyləri və yeri əhatə edir, Allahın mərhə­məti isə bütün varlığı əhatə edir. Bu o deməkdir ki, Allah yaratdıqlarının ən nə­hənginə Özünün ən əzəmətli məziyyətləri vasi­təsi ilə istiva etmişdir.
Beləliklə, Fövqəluca bir ayədə xəbər verir ki, O (Pak və Mü­qəddəs Olan) Kainatın Vahid Xaliqidir, bütün aşkarda və qeybdə olanları bilir, Ərşinin üstün­dədir və Öz məxluqlarından ayrıdır. Onun haqqında Biləndən soruş. Əlbəttə ki, burada söhbət Allahın Özündən gedir. Yalnız O (Pak və Müqəddəs Olan) Özü insanlara Özünün ilahi sifət­ləri, Özünün əzəməti və kamilliyi haq­qında ən doğru məlumat verə bilər və O (Pak və Müqəddəs Olan) bunu artıq gerçəkləşdirmişdir. O (Pak və Müqəddəs Olan), Rəbbin əzə­mətini və kamilliyini dərk etməyi qullarına öyrətmişdir və buna nail olan hər kəs Onun fövqəlqüdrəti qarşı­sında mütləq itaət edir.

 ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(25. 60) “Onlara deyəndə ki: “Rəhmanın qarşısında səcdə qılın!” – onlar belə cavab verirlər: “Doğrudanmı biz sənin bizə əmr etdiyinin qarşısında səcdə edəcəyik?” Bu onların kinlili­yi­ni artırır”.

Kafirlərə gəldikdə isə, onlar Allahın qarşısında əyilməkdən təkəb­bürlə imtina edirlər. Onları aramsız olaraq nemətlərlə təmin edən, hər cür şərdən və bəlalardan qoruyan Vahid Rəbb olan Allaha iman gətirmək onlara təklif ediləndə onlar iman gətirmək is­təmədiklərini nümayiş etdirə­rək, soruşurlar: “Rəhman kimdir?” Doğ­rudanmı bu fitnəkarlar Rəhmanın kim olduğunu bilmirlər? Əl­­bəttə, bilirlər. Amma onlar Muhəmməd Peyğəmbərin (ona Allah­ın salavatı və salamı olsun!) dinini ləkələməyə cəhd göstə­rə­rək deyirlər: “O bizə Allahla yanaşı digər ilahlara ibadət etməyi qa­­dağan edir, özü isə dualarını Rəhmana yönəldir. Bəs bizə mə­lum olma­yan bu Rəhman kimdir? Məgər biz sənin əmrlərinə da­nı­şıqsız tabe olmalıyıq?”
Fövqəluca bu mənasız ittihamları təkzib edir və Öz Elçisinə (s.ə.s.) əmr edir ki, desin: “Ya Allahı çağırın, ya da Rəhmanı ça­ğı­­rın! Onu necə çağırsanız da, ən gözəl adlar – Onundur” (İsra, 17/110). O (Pak və Müqəd­dəs Olan) saysız-hesabsız ilahi sifətlər və gözəl adlar Sahibidir və onlardan hər biri Onun əzəmətli və kamil məziyyətlərinin dəlilidir.
Məkkə müşriklərinə gəldikdə isə, onların sözləri sübut edir ki, onlar Muhəmmədin (s.ə.s.) peyğəmbərliyini etiraf etmək istə­mir­dilər və ondan təkəb­bürlə üz döndərirdilər. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onları Rəhmana səmimiy­yət­lə ibadət etməyə nə qədər çox dəvət edirdisə, onlar bir o qədər ya­lan, küfr və sonsuz bədbəxtlik burulğanında daha da dərinə da­lırdılar.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ

(25. 61) “Göydə bürclər düzəldib, orada çıraq və nurlu ay Yaradan – Fövqəlxeyirxahdır”[16].

Öncə dediyimiz kimi, ərəb sözü olan “təbərakə” (“xeyir­xah”, “mü­ba­rək” mənalarında) Yaradanın əzəmətinin, Onun ilahi si­fətlərinin hədsizli­yinin və xeyir­xahlığının bitməz-tükənməz­li­yi­nin dəlilləridir. Bu son dərəcə ecazkar surədə hə­min söz üç də­fə təkrarlanır və bunda qəribə sayıla bilən bir şey yoxdur, çünki on­da nazil edilmiş ayələr Rəbbin əzəmətini və həm də Onun məh­dud­laşdırıla bilməyən hakimiyyətini, sarsılmaz iradəsini, nöq­san­sız biliyini və qüdrətini, kamil müdrikli­yini və Kainatı idarə et­mə­yə və qanun­lar verməyə mütləq ixtiyara malik olduğunu təs­diq edir. Surədə Allahın mərhəmətinin mahiyyəti və hər şeyi əha­təedən xeyir­xahlığı açıqlanır, Allahın Öz qullarına əta etdiyi dün­yəvi və dini nemətləri müza­kirə edilir. Bütün bunlar, Onun Öz gö­zəl adını və nəhəng ulduz toplularını yarat­ma­sını insanlara bir da­ha niyə xatırlatdığını açıqlayır. Söhbət ya nəhəng səma cisim­lə­rin­dən, ya da günəşin və ayın orbitlərinin keçdiyi bürclərdən ge­dir. Ərəb sözü olan “bürc” çoxsaylı mənalara malikdir və “bürc”, “qüllə”, “qəsr”, “qala” kimi anlayışları ifadə edir. Qüllələr və qa­la­lar yer üzündə şəhər­ləri müdafiə üçün istifadə olunur, ul­duzlar isə göyləri üsyankar şeytanlardan qoru­maq üçündür.
Allah göyə günəş qoymuşdur ki, o, çıraq kimi işıq və istilik verir. O (Pak və Müqəddəs Olan) ayı da yaratmışdır ki, günəşin işı­ğını əks etdirsin. Lakin ay istilik vermir. Bütün bunlar – Onun qüdrətinin və xeyirxahlığının dəlilləridir. Bu səma cisimlərinin fü­sunkar görkəmi, mükəmməl formaları, nəhəng ölçüləri və də­qiq orbitləri Onun fövqəlqüdrətinin və Onun ilahi sifətlərinin kamilliyinin tək­zibedilməz sübutlarıdır. Bu səma cisimlərinin yer üzünün sakinləri üçün verdiyi saysız-hesabsız faydalar Onun hüdud­suz xeyirxahlığını təsdiq edir.

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(25. 62) “O, xatırlamaq və şükür etmək istəyənlər üçün ge­cə ilə gündüzü bir-birilə Əvəzedəndir”.

Gündüz sona yetir, gecə başlayır. Sonra gecə qurtarır, gün­düz başlayır. Onlar bir-birini ardıcıllıqla əvəz edir və heç vaxt on­la­ra ayrılmış müddəti ötüb keçmirlər. Bu – özü üçün faydalı nə­ticələr çıxarmağı, Allahın bəzi ilahi sifətlərini anla­mağı və öz Yarada­nı­na minnətdarlığını bildirməyi arzu edənlər üçün möcü­zə­lərdir. Xa­tırlamaq və təşəkkür etmək istəyən hər kəs səhər və axşam na­maz qılır və dua ilə Ona müraciət edir. Əgər o, günəşin tülu et­mə­sindən öncə namaz qılmağa nail ola bilməsə, onda o, nə­zərdən qa­çırdığının yerini doldurur və bunu axşam günəş qürub edən­dən sonra[17] yerinə yetirir. Həqiqətən, insanın əhval-ruhiy­yəsi gün­düz və gecə ərzində tez-tez dəyişir. Bəzən insan fəallıq gös­tə­rir, bəzən isə onu tənbəllik basır. Bəzən o öz vəzifələrini xa­tır­la­yır, hərdən isə onlardan üz çevirir. Rəbb bunlardan çox gözəl xəbərdardır və buna görə O (Pak və Müqəddəs Olan) gecə və gün­­dü­zü yaratmışdır və onlar bir-birinin ardınca, “növbə ilə”, yer üzündə hökm­ran­lıq edirlər. Onlar bir-birini əvəz edir və öz qüv­vələrini top­lamaq üçün insanlara kö­mək edirlər ki, onlar Fövqəl­uca Rəbbə ən yaxşı tərzdə təşəkkür edə bilsinlər. Hətta çox qısa bir vaxt ara­sında da Allahın qullarının çoxu öz əvvəl göstərdikləri səyi ya­dır­ğayırlar və onları tənbəllik tutur, lakin elə bir vaxt gəlir ki, müsəl­manlar öz Xeyirxahlarını xatırlamalıdırlar və, belə ol­duq­da, on­larda xa­tır­lamaq və təşəkkür etmək istəyi oyanır. İnsa­nın ima­nı­nın, ağa­cın suya möhtac olması kimi, ibadət ayinlərinə ehtiyacı vardır və əgər insan özünün iman ağacını sulamasa, o qu­ruyar və solar. Bu­na görə Allaha həmd edək ki, Özünün müd­rik göstəriş­ləri ilə mö­min­­lərə imanını və möminliyini qoruyub saxlamağa kömək edir.

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(25. 63) “Rəhmanın qulları o kəslərdir ki, yer üzündə tə­va­­zökar­lıqla gəz­dikləri zaman, cahillərin müraciətinə: “Sa­lam!” – de­yər­lər”.
Rəbb bu ayədə Özünün çoxsaylı xeyirxahlığının biri haq­qında xəbər verir. Söhbət Allahın müsəlman dindarlara olan lütf­karlığından gedir ki, onlar onun sa­yəsində saleh işlər görür və yüksək Cənnət qəsrlərində və füsunkar gülüstanlarda əbədi Səa­də­tə nail olurlar. Onlar Rəhmanın əsil qullarıdır.
Şübhəsiz ki, bütün məxluqlar Allahın qullarıdır, lakin məc­buri və könüllü qulluq mövcuddur. Allah – bütün məxluqların Rəbbidir və buna gö­rə bütün in­san­lar əzəldən Onun qullarıdır. Məcburi qulluq[18] bütün müsəlman­la­ra və kafirlərə, salehlərə və günahkarlara şamildir və onların hər biri Fövqəluca Rəbbin hökm­­ranlığı altındadır. Fövqəluca buyurur: “Göylərdə və yerdə olan hər kəs Rəhman­ın yanına ancaq qul kimi gələcək” (Mər­yəm, 19/93). Bununla yanaşı könüllü qul­luq da vardır ki, o, Allaha sə­mimi ibadətlə təcəssüm edir və Onun xüsusi iltifatı ilə səciyyələnir. Məhz belə qullar – Allahın peyğəmbərləri və dost­larıdır[19]. Allah on­ları Rəhmanın qulları adlandırır, çünki onlar bu yüksək dərə­cəyə yalnız Onun mərhəməti sayəsində nail olurlar.
Sonra Allah Öz seçilmiş qullarının bəzi məziyyətlərini sa­dalayır və bunla­rın hamısı kamil və gözəldir. Bu qullar yer üz­ündə itaətkarlıqla dola­nır, cahillər onlara müraciət edəndə isə, onlara xoş sözlərlə cavab verirlər. Onlar təvazökarlıq, ləyaqətlilik və təmkinlilikləri ilə başqalarından fərqlə­nirlər. Onlar heç vaxt Allah qarşısında və ya Onun məxluqları qarşı­sında özlərini uca tutmurlar. Hətta nadan günahkarlar onlarla kobud və ləya­qətsiz danışdıqda belə, buna baxmayaraq, özlə­rini onlara bənzətmədən və günah sözlərdən çəkinərək, onlara ən ləyaqətli tərzdə cavab verirlər. Səbir, mülayimlik, təmkinlik, ağıl, incidəni bağışlamaq ba­carığı, pisliyə yaxşılıqla cavab vermək – bunlar ancaq gözəl mə­ziyyətlərin bəziləridir ki, onların sayəsində bu möminlər Fövqəl­uca­nın tərifinə layiq görülmüşlər.

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(25. 64) “Onlar gecələri səcdədə və öz Rəbbi qarşısında ayaq üstə keçi­rirlər”.

Onlar gecə vaxtı çoxlu nafilə namazları qılır, səmimiyyətlə və itaət­kar­lıqla öz Rəbbinə dua edirlər. Fövqəluca buyurur: “Ayə­lərimizi onlara xatırla­danda səcdəyə qapanan, Rəbbini həmd ilə tərifləyən və təkəbbür göstərmə­yən­lər ayə­lərimizə, həqiqətən, iman gətirirlər. Onlar özlərini yataqdan ayırır, qorxu və ümidlə Rəbbinə dua edir və Bizim onlara verdi­yimiz qismətdən sərf edirlər. Heç bir insan bilmir ki, onların etdiklərinin əvəzi ola­raq onlar üçün zövq ox­şa­yan hansı ləzzətlər gizli saxlanmışdır” (Səcdə, 32/15-17).

 ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(25. 65) “Onlar deyirlər: “Ey Rəbbimiz! Cəhənnəm əza­bı­nı biz­dən uzaq­laşdır. Həqiqətən, onun əzabı qurtaran deyil”.

Bizə saleh əməllər işləməyə kömək et ki, onların sayəsində böyük bədbəxt­likdən qurtulmağa qadir olaq və odlu Cəhənnəmə atılacağımızın səbəbi olacaq gü­nahlarımızı bağışla. Həqiqətən, Cəhənnəm cəzası əlçək­məz əzabdır. Qatı günah­karlar, borcun cəngindən qurtara bilməyən borclular kimi, öz bədbəxt talelərin­dən xilas ola bilməyəcəklər.

 ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(25. 66) “Doğrudan da ora necə pis məskən və iqa­mət­gah­dır!”

Möminlər bu sözləri deyərək, Fövqəluca Rəbb qarşısında öz müti­liklərini göstərirlər. Onlar həm də Onun mərhəmətinə və səxavətinə daima ehtiyac duy­duqlarını vurğulayırlar, çünki onlar Cəhənnəm əzablarına dözə bilməyəcək­lərini bilirlər. Onlar həm­çi­nin Onun xeyirxahlığını xatırlayır və Onun mərhəmə­tinə ümid bağlayırlar. Onlar bilirlər ki, Od məskəni necə dəhşətli və mən­furdur. Axı cəza nə qədər dəhşətəngizdirsə, ona layiq olanın qəm-qüssəsi də bir o qədər güc­lü olar və ondan uzaq durmağı ba­ca­ra­nın isə sevinci daha da güclənər.

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(25. 67) “Onlar sədəqə verəndə, nə israfçılıq edir, nə də xəsislik göstə­rirlər və bunların arasında orta mövqe tuturlar”.

Hətta fərz və nafilə sədəqələri payladıqda da onlar israfçı­lığa yol vermir və öz birinci dərəcəli vəzifələrinə etinasızlıq gös­tərmir və xəsislik etmirlər. Onlar düz yolla gedirlər və o yolun bir tərəfində - israfçılıq, digər tərəfində isə tamahkar­lıqdır. Eyni za­manda onlar dinin vacib maddi hökm­lərini yerinə yetirirlər, yəni, zəkat ödəyir, günahları yüngülləşdirən digər vacib sədəqələr pay­layırlar. Onlar öz mallarını xeyirxah məqsədlər üçün sərf edir və bunu layiqincə yerinə yetirərək, nə özlərinə, nə də ətraf­la­rın­dakılara ziyan vurmurlar. Bütün bunlar onların insaflı, ədalətli, mötə­dil və qənaətcil olmasının dəlilləridir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
(25. 68) “Onlar Allahdan başqa ilahlara dua et­mir­lər, Allahın qadağan etdiyinə görə, ixtiyarları olmadığı halda, in­san­­ları öldür­mür və zinakarlıq da etmirlər, çünki belə davranan cəza ala­caqdır”.

Onlar Allahın səmimi və sədaqətli qulları kimi yalnız tək Ona iba­dət edir­lər. Onlar öz dualarını tək Ona yönəldir və büt­pə­rəst­­lik və müş­rik­liklə əlaqədar olan hər şeydən üz döndərirlər. On­lar müsəlmanların və müsəlman­­larla müqavilə əsasında sülh şə­ra­i­tin­də yaşayan digər şəxslərin həyatına qəsd etmirlər[20]. Lakin bu qadağa qətl törədən cani­lərə, zina edən evli kişilərə və evli qa­dın­la­ra və edam edilməyə layiq olan inadkar kafirlərə aid edilmir. Bü­tün bunlardan başqa, Fövqəluca Allahın barələrində xəbər ver­di­yi mö­minlər öz bakirliyinə riayət et­məyə can atır və zinakarlıq et­mir­lər, çünki onlar öz cinsiyyət orqanlarını yalnız öz zövcələri və cari­yə­ləri üçün qoruyurlar və bunlara görə isə onlara qınaq yox­dur.
Bu xəbərdarlıq Allaha şərik qoşanın, Onun haram etməsinə bax­ma­ya­raq, adamları öldürənin və zinakarlıq edənin hər birinə aiddir. Onlar, Fövqəluca Allahın növbəti ayədə bildirdiyi kimi, işgəncəli cəzaya məruz qoyulacaqlar.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
(25. 69) “Onun məşəqqəti Qiyamət günü daha da artırıla­caq və o, onun içində həmişəlik zəlil qalacaq”.

Onlar Cəhənnəmdən heç vaxt çıxmayacaqlar. Bu sərt xəbər­dar­­­­lıq, ilk növbədə, Allaha şərik qoşanlara və uydurulmuş ilah­la­ra iba­­dət edənlərə aiddir. Bu fasiqlər əbədi əzab-əziyyətə məh­kum­dur­lar. Digər günahkarlara, qətl, zina və digər böyük günah­lar tö­rə­dən­lə­­rə gəldikdə isə, onlar həmçinin işgəncəli cəzalara mə­­ruz qo­yu­la­caq­lar, lakin, əgər onlar Allaha şərik qoş­ma­yıblarsa, on­ların iztirab çək­mə­si əbədi olmayacaqdır. Bunu Quran mətn­ləri və səhih hə­dis­lər bir­mə­nalı şəkildə təsdiq edir. Sadiq tövhid tə­rəf­dar­­larının bir nə­fə­ri be­lə, heç bir günah­larına baxmayaraq, Cə­hən­nə­min əbədi sakini ola­raq, ora­da qalmaya­caqdır. Bununla be­lə, Fövqəluca Allah qətli və zi­na­kar­lığı müşriklik ilə bir cərgəyə qoy­muşdur, çünki bütün bun­lar gü­nah­ların ən böyüklərin­dən­dir. Müşriklik – haqq dinə edi­lən qəsd, qətl – insan həyatına edi­lən qəsd, zinakarlıq isə namusa edi­lən qəsd­dir.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(25. 70) “Bu, tövbə edən, iman gətirən və saleh işlər görən­lərə aid deyil­dir. Allah onların bəd əməllərini yaxşıları ilə əvəz edəcəkdir, çünki Allah – Bağışlayandır, Mərhəmətlidir”.

Rəbb Onun məxluqlarını ilahlaşdıran, insanları qətlə yeti­rən və zinakarlıq edən və ya digər cinayətlər törətdikdən sonra, bunları tövbə etmiş qullarını böyük cəzadan qurtaracağını vəd et­mişdir. İnsan hər hansı cinayəti törətsə də, o, tövbə etməli və sə­mimi tövbənin bütün şərtlərini yerinə yetirməlidir. Bundan ötrü o, konkret günahı törətməyə son qoymalı və onu əvvəllər etdi­yinə peşman olmalı və qəti surətdə həmin günaha bir daha heç vaxt qayıtmamağı qərara almalıdır.
Lakin bu, Fövqəluca Allahın mərhəmətinə layiq olmaq üç­ün azdır. İnsan günah­ları tövbə edərək, iman gətirməli və yax­şı­lıq­lar et­məlidir. Əsil iman o zaman mümkündür ki, Allahın qu­lu düz­gün dini əqidəyə etiqad etsin, günahlara artıq yol ver­məsin və di­nin vacib hökmlərini yerinə yetir­sin. İnsan Allahın və Onun Pey­ğəm­bə­rinin (s.ə.s.) hökmlərini qüsursuz yerinə yetirdikdə və bu­nu yal­nız Onun xatiri üçün etdikdə, etdiyi əməllər xeyirxah əməllər sa­yılır.
Allah belə insanların pis əməllərini yaxşıları ilə əvəz edir, yəni, onlara günahlardan əl çəkməyə və yalnız yaxşı işlər görmə­yə kömək edir və əvvəllər Allaha şərik qoşan isə haqq dinə etiqad etməyə başlayar. Əvvəl­lər günah işlə­dənlər isə Onun əmrlərini yerinə yetirirlər. Bundan başqa, səmimi tövbə və xeyirxah əməllər sayəsində, O (Pak və Müqəddəs Olan), möminlərin tövbə etdik­ləri günahları xeyirxah əməllərlə əvəz edər. Quran ayəsinin mətni bunu açıq şəkildə təsdiq edir. Qüdsi hədislərin birində rəva­yət edilir ki, Allah iman gətirmiş bir kişini yanına çağırıb, ona törət­dikləri günahları xatırladır və onda mömin şəxs deyir: “Ey Rəb­bim! Mən törətdi­yim günahları kitabımda görmürəm”. Doğrudan da bu barədə ən yaxşı bilik Allahın Özünə, Bağışlayana və Mər­həmətliyə məlum­dur. O (Pak və Müqəddəs Olan) qullarının töv­bə­sini qəbul edərək, onların böyük günah­larını bağışlayır. O (Pak və Müqəddəs Olan) hətta ən qatı günahkar­lara və cinayətkarlara da mərhəmət göstərir və onları daima tövbə etməyə çağırır. Bun­dan başqa, O (Pak və Müqəddəs Olan) onlara tövbə etməkdə yar­dım göstərir, sonra isə onların tövbəsini qəbul edir.

ﮄﮅ ﮆ ﮇﮈﮉﮊ ﮋ ﮌﮍ
(25. 71) “Kim tövbə edərək, mömincəsinə dolanarsa, o, Allahın yanına tövbəsi qəbul edilmiş halda qayıdar”.

Bu, ən kamil tövbədir və ondan sonra insan Rəbbin yoluna qa­yı­dır. Bu yolla gedərək, insan əsil xoşbəxtliyə nail olur və bö­yük uğur qazanır və buna görə insan bu yola səmimiyyətlə ayaq bas­malı və bu zaman tamah məqsədi güdmə­məlidir. Bu – Allahın bü­tün qullarının öz tövbələrinə sadiq qalmaları üçün bir ça­ğı­rış­dır, çünki ancaq belə olduqda, O (Pak və Müqəddəs Olan) on­ların töv­bələrini qəbul edəcək və onları layiqincə müka­fat­landı­ra­caq­dır. Həqiqətən, bu mükafat qulların tövbələri kimi kamil ola­caqdır.
 ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(25. 72) “Onlar yalan şəhadət verməyən və faydasız söz-söhbətlə rast­laş­dıqda, təmkinlə ötüb keçənlərdir”.

Onlar yalanı təsdiq etməzlər, günah işlər görməzlər və Fövqəluca Allaha itaətsizlik göstərilən yığnaqlarda iştirak etməz­lər. Onlar Onun ayələ­rinə etinasızlıq göstərən adamların, faydasız mübahisələr salan, dedi-qodu və böhtan yayan, insanlar arasında düşmənçilik yaradan, ədəbsiz sözlər danışan adamlardan və baş­qalarına rişxənd edilən məclislərdən uzaq qaçar­lar. Onlar mahnı oxunan, şərab və digər alkoqollu içkilər içilən, ipək xalılar üs­tündə oturulan və ya divardan asılmış şəkillərin nümayiş etdiril­diyi yerlərdən çəkinirlər. Onlar həqiqətə zidd olan şeylər haqqın­da şahidlik et­mirlər. Bu isə o deməkdir ki, onlar, ümumiyyətlə, heç vaxt haqqa əks olan söhbətlər aparmır və ona müxalif əməl­lərə yol vermirlər. Yalançı şahidlik – uydurma nitqlərin növlərin­dən biridir və birmənalı olaraq de­mək olar ki, müzakirə etdiyimiz ayə hər hansı yalanı söyləməyi haram edir.
Yuxarıda xatırlanan keyfiyyətlərə malik olan saleh insanlar boş-mənasız şeylərin yanından keçməli olduqda, onlar onu ləya­qətlə ötüb keçir­lər. Axmaq və düşüncəsiz insanlar fani şeylər haqqında boşboğazlıq etmə­yi, yəni, nə dini, nə də dünyəvi işlərdə fayda verməyən danışıqlar aparmağı xoşlayırlar. Amma bu xüsu­siy­yətlər möminlərə xas deyil və onlar belə söhbətlərdən ləya­qətlə uzaqlaşırlar. Onlar bilirlər ki, hətta, əgər belə danı­şıqlar gü­nah olmasa da, onlar onsuz da ax­maqlıq və mənasızlıqdan iba­rətdir. Onlar dərk edirlər ki, belə danışıqları yalnız insan ləyaqə­tin­dən məhrum olan cahillər aparırlar.
Müzakirə etdiyimiz ayədə möminlərin, insanlar tərəfindən fani söhbət­lərin aparıldığı yerlərə qəsdlə girmədiklərinə çox incə bir eyham vardır. Onlar insan ləyaqətindən məhrum olmuş belə cahillərlə təsadüfən rastlaşdıqda, elə o saat onların həmin yara­maz cəmiyyətini ləyaqətlə tərk edirlər.

 ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(25. 73) “Onlara Rəbbin ayələri xatırladıldıqda, özlərini kor və kar kimi aparmazlar”.

Onlar Rəbbin, dinləməli və bütün həyatı boyu rəhbər tut­ma­lı olduq­ları ayələrindən üz çevirmirlər. Onlar Fövqəluca Allah­ın nəsihətlərinə qu­laq asmayan və haqqa nifrət bəsləyən ka­firlər kimi davranmırlar. Fövqəluca belə buyurur: “Həqiqətən, Bizim ayələrimizə, onlar xatırlandı­rıl­dıqda səcdə qılan, öz Rəb­bini həmd ilə şərəfləndirən və təkəbbürlük etmə­yən­lər iman gətirirlər” (Səcdə, 32/15). Onlar Allahın istənilən hökmlərini ita­ətlə qəbul edir, Onun ilahi rəhbər­liyinə misilsiz ehtiyac duyur, Onun tələb­lərinə həvəslə tabe olur və bu zaman heç bir narazı­lığa, boyun qaçır­mağa yol vermirlər. Onların qulağı istənilən nə­sihəti qəbul etməyə, onların ürək­ləri isə, hər hansı xeyirxah çağı­rışa cavab verməyə hazırdır. Hər yeni ayə onların imanını və əqi­dəsini gücləndirir, onları daha da fəallaşdırır və ürəklərini böyük sevinclə doldurur.

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ

(25. 74) “Onlar deyirlər: “Ey Rəbbimiz! Zövcələrimiz və öv­lad­­ları­mızla bizə gözaydınlığı ver və bizi müttəqilərə rəhbər qıl”.

Ərəb sözü olan “zouc” (“zövc”, cəmi: “əzvac”- dır) - “cüt”, “ər-ar­vad”, “ər”, “arvad” mənalarını bildirir. Bütün bu mənalar Fövqəlucanın ayə­dəki ifadə­sinə aid edilə bilər. Siz möminlərin gözəl keyfiyyətləri haq­qında bir düşünün. Onlar saleh əməllər işləsələr də, öz Rəbbinin yardımına möhtacdırlar. Onlar Ondan xahiş edirlər ki, onlara əməlisaleh zövcələr, öv­ladlar və dostlar nəsib etsin, yəni, əslində Ona dua edirlər ki, O (Pak və Müqəddəs Olan) onların özünə iltifat göstərsin, çünki saleh qohumlar və yaxınlar insanın özünə böyük fayda gətirirlər. Bundan başqa, on­la­rın dua­ları bütün mömin müsəlmanlara fayda verir, çünki din­dar zövcələr, saleh övladlar və təqvalı dostlar əlaqə saxladıqları insanların çoxuna müsbət təsir göstərirlər.
Onlar həmçinin Allahdan onları təqvalılar üçün örnək qıl­ma­sını dilə­yirlər. Onlar deyirlər: “Ey Rəbbimiz! Bizə dindarlığın yük­səkliklərinə nail olmağa kömək et, bizi doğruçu və əməlisa­leh­lərdən et ki, Allah qorxu­su olan müsəlmanlar bizdən nümunə gö­türsünlər. Belə et ki, bizim əməllə­rimiz təqlid edilməyə və söz­lə­rimiz isə heyran olunmasna layiq olsun. Elə et ki, vicdanlı iman sa­hibləri bizim yolu­muzla getsinlər və dinimizin nurunu rəhbər tut­sunlar”.
Əgər insan Allahdan ona müəyyən yüksək dərəcəyə nail ol­­maqda kömək etməsini istəyirsə, onda o, xahiş edir ki, ona elə key­fiyyətlər qismət etsin ki, onlar­sız belə yüksəkliklərə nail ol­maq mümkün deyildir. Buna görə müsəlmanlar bil­məlidirlər ki, təq­lid edilmək üçün nümunə olmaq yalnız səbir və möhkəm eti­qad sayəsində mümkündür, çünki Fövqəluca Allah belə buyurur: “Biz onların ara­sında rəhbərlər yaratdıq ki, qalanla­rını Bizim hök­mümüzlə doğru yolla aparsın­lar, çünki onlar səbirli idilər və Bizim ayələrimizə qəti inanırdılar” (Səcdə, 32/24). Beləliklə, təq­valılar üçün nümunə olmağa səy gös­tərmək, xeyirxah işlər gör­­məyə, dinin hökm­lərini səbirlə yerinə yetirməyə, günahlar tö­rətməkdən səbatla çəkinməyə, taleyin faniliyinə dözməyə və in­sa­nı kamil etiqada nail olmağa imkan verən mükəmməl biliklər qa-zan­mağa can atmaqla sıx əlaqədardır. Təkcə bu min­valla ən bö­yük neməti qazanmaq və insanın, Allahın peyğəmbəri olma­dığı hal­da, əldə edə biləcəyi ən yüksək dərəcəyə nail olmaq müm­kün­dür. Belə səy göstərmə necə də gözəldir! Belə əməllər necə də gö­zəl­dir! Onlara müvafiq olacaq mükafatlar da necə gözəldir! Bu ba­rədə Fövqəluca Allah növbəti ayədə bildirir:

 ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ
(25. 75) “Onlar səbirli olmalarının əvəzinə ən ali məqam alacaq və orada onları xeyir-dua və salamla qarşılayacaqlar”.
(25. 76) “Onlar orada əbədi qalacaqlar. O məskən və mə­qam necə də gözəldir!”

Bunlar – ecazkar saraylar və qəsrlərdir və onlar Cənnətin ən uca guşə­lə­rində yerləşdirilmişdir. Möminlər onların içində in­san qəlbindən ke­çə və gözünü oxşaya biləcək hər şeyi ta­pacaqlar. Onlar həmin müka­­fatları səbirli olma­ları sayəsində ala­caqlar və elə buna görə Fövqəluca Allah buyurur ki, mələklər bütün qapı­lar­dan onların yanına: “Səbir etdiyinizə görə sizə salam olsun!” (Rəd, 13/24) deyərək, daxil olacaqlar. Müzakirə et­di­yimiz ayədə Rəbb həmçinin xəbər verir ki, Cənnət sakinləri xeyir-dua və sa­lamla qarşılanacaqlar. Bu – Fövqəluca Allahın, ali­cənab mələk­lə­rin və bütün digər möminlərin salam­laşması ola­caqdır. Cənnət sakinləri bir-biri­lərini salamlayacaq və onları kə­dər­ləndirə bilən şeylərdən və ya xoşa­gəl­məz hallarla üzləş­mək­dən Allahın onları xilas etdiyinə görə bir-birilərini təbrik edə­cəklər.
Bir sözlə, Fövqəluca Allah möminləri ən gözəl keyfiyyət­lər­lə səciy­yə­­ləndi­rir. Onlar öz ləyaqətini və təmkinliyini saxla­yırlar, Rəbbin qarşı­sında itaətkarlıq göstərirlər, ətrafdakılara qarşı özlə­rini təkəbbürlə aparmır­lar, alicənab xasiyyətə, səbirliliyə, dözüm­lülüyə, comərdliyə malik olurlar, cahillərə rəhmdillik gös­tərir, onların ləyaqətsiz məclislərində iştirak etmir­lər, pisliyə yaxşılıqla cavab verirlər, gecələrini ibadətdə keçirirlər, özlərinin Xeyirxahı­na səmimiyyətlə ibadət edirlər, Cəhənnəm cəzasından dəhşətə gəlirlər, bağışlanmaq və xilas edilmək haqqında Allaha mütiliklə yalvarır­lar, fərz və nafilə sədəqələr verirlər və bu zaman nə xəsis­lik, nə də israfçılıq etmirlər, öz malından zəruri ölçüdə xərclə­yirlər. Maddi sərvətin sərf edil­məsi – bəşər məişəti sahələ­rindən biridir ki, burada insanlar çox vaxt ifrata varırlar. Lakin bu hal mö­min müsəlmanlara aid deyildir və buradan aydın olur ki, bundan başqa qalan sahələrdə də bu ifratçılığa – israfa və nöqsan­lara heç yol vermirlər.
Bununla yanaşı onlar böyük günahlar törətmir, çoxallah­lı­lıq­la bu və ya di­gər hallarda bağlı olan hər şeydən uzaq qaçırlar, baş­qa insanların hə­ya­­tına və na­mu­suna qəsd etmirlər, törətdikləri gü­nahlara görə tövbə edir­lər, adamların gü­nah işlətdikləri və ya gü­nah nitqlər söylədikləri məc­lislərdən uzaq gəzirlər və faydasız söz­lər danışan axmaqlardan uzaqla­şırlar. Bütün bunlar onların igid­liyinə, ləyaqə­tinə və insanlığına dəlalət edir. Onlar – alicənab ki­şilərdir və onların sözləri və əməl­ləri hər cür alçaq və nifrətamiz şey­lərdən yüksəkdir. Onlar öz Rəbbinin istə­nilən hökmünü se­v­inc­lə qəbul edir, onun mənası üzərində düşünür və onu hə­vəslə və ən gözəl tərzdə yerinə yetirirlər. Onlar Fövqəluca Allaha, nə­in­ki özləri üçün, həm də bütün qalan möminlərə fayda verməsi ümi­di ilə ən gözəl dualarla müraciət edirlər. Onlar öz zövcələrini, öv­ladlarını və yaxınlarını yalnız din­dar mö­minlər kimi görməyi arzulayırlar və bundan ötrü onlara haqqı öy­rət­məyə, məslə­hət və ya faydalı nəsihətlər verməyə can atırlar. Həqiqətən, xeyirxah məq­sədə yönələn hər bir kəs Allahdan xahiş edirsə ki, ona bu iş­də yardım göstərsin, öz müqəddəs məqsədinə yaxınlaşmaqdan öt­rü mütləq əlindən gələn hər şeyi etmə­lidir. Onlar həmçinin mö­min müsəlmanın nail ola biləcəyi ən yüksək dərəcəyə çat­ma­ğa, yəni, Allahın sadiq və doğru danışan qulları olmağa can atırlar ki, qalan bütün müsəlmanlar onlardan nümunə götürə bilsinlər.
Lakin mömin, hansı bir yüksək dərəcəyə çatmasından asılı olmaya­raq, Allahın elçilərinin (onlara salam olsun!) dərəcəsinə ucala bilməz. Onlar daha gözəl məziyyətlərə, daha yüksək məq­sədlərə, daha pak niyyətlərə, daha alicənab qəlbə və daha xeyir­xah əməllərə malik idilər. Bütün bunlar – Allahın Öz seçdiyi məxluq­larına bəslədiyi ən böyük mərhəməti idi ki, O (Pak və Müqəddəs Olan) onları xüsusi diqqəti ilə şərəfləndirmiş və başqa məxluqlarından üstün etmişdi. Fövqəluca Allah Öz rəhmdilliyi və lütfkar­lığı sayəsində, hansı keyfiyyətlərin, niy­yətlərin və əməl­lərin Onun səxavətli mükafatına layiq olacağını Öz qullarına xə­bər verir. Bundan başqa, Allah bu mükafatı təsvir edir ki, insanlar ləyaqətli məziy­yət­lər qazanmağa və saleh əməllər işləməyə səy göstərsinlər. Bu isə Fövqəluca Rəbbin və Xeyirxahın köməyi ol­ma­dan mümkün deyil. O (Pak və Müqəddəs Olan) Kaina­tın istə­nilən guşəsində Öz məxluqlarına fasiləsiz qayğı göstərir və təkcə O (Pak və Müqəddəs Olan) insanları doğru yola yönəltməyə və onları mömin və dindar ru­hunda tərbiyə etməyə qadirdir.
Həmd olsun Sənə, ey Rəbbimiz! Biz ağır vaxtlarımızda və müsibətli anları­mızda təkcə Sənə şikayət edir, kömək və xilas üçün təkcə Sənə yalva­rırıq. Təkcə Sən qüdrətinlə güc verməyə qadirsən, biz isə hətta özü­müzə belə fayda verməyə və ya zərər vurmağa qabil deyilik. Əgər Sən bizə lütfkarlığını göstərməsən, biz hətta bir toz ağırlığında yaxşılıq edə bilmərik, çünki biz zəifik və tamamilə acizik. Əgər Sən bizi bir göz qırpımına belə özbaşına buraxsan, onda biz məhvə düçar olarıq. Biz buna qəti əminik və buna görə yalnız Sənin mərhəmətinə təvəkkül edi­rik, məhz onun sayəsində biz xəlq edilmişik, müşahidə edilən və gözlə görülmə­yən çoxsaylı ne­mət­lərə sahib olmuşuq, fəlakətlərdən və müsibət­lərdən mühafizə olunmu­şuq. Ey Rəbbimiz, Sən bizə bu mərhəmə­tini göstər ki, sonradan Sənin məxluq­larının mərhəmətinə möhtac olmayaq! Həqiqətən, Sənə dua ilə müraciət edən və Sənin yardı­mına ümid bəsləyən heç vaxt qəm-qüssə dadmaz və məyus ol­maz.
Beləliklə, Fövqəluca Allah xəbər verir ki, mömin müsəl­man­lar Onun seçil­miş qullarıdır və Onun xüsusi mərhəmətinə layiqdirlər. Lakin savadsız insan səh­vən elə zənn edə bilər ki, qa­lan insanlar Allahın qulları sırasına aid deyillər. Ayənin belə yan­lış başa düşülməsinin qarşısını almaq üçün Fövqəluca bəyan et­mişdir ki, bütün qalan insanların taleyi Onu narahat etmir. Əgər möminlər Ona ibadət etmə­səy­dilər və səmimi dualarla Ona mü­ra­ciət etməsəydilər, onlara da bu tale qismət olacaqdı, çünki be­lə olduqda, O (Pak və Müqəddəs Olan) heç vaxt onları sev­məzdi.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

(25. 77) “De: “Sizin dualarınız olmadığı halda, Rəbbim sizə necə diqqət yetirsin. Siz bunu yalan saydığınız üçün, o sizi tezliklə haqla­ya­caqdır”.

Günahkarlar, borclarını qaytara bilməyən borclular kimi, bu cəzadan xilas ola bilməyəcəklər. Qiyamət günü başlayacaq və onda onlar möminlərə çəkdir­dikləri bütün əzab-əziyyətlərə görə mütləq cavab verəcəklər.



[1] Fərqləndirən. F.S.
[2] Tərcümə etdiyim rus mətnində “başqa ilahlara” ifadəsi “другим богам” kimi ve­ril­miş­dir. Əslində isə bu ya digər uydurulmuş, yalançı “ilahlar”, “tanrıçalar” kimi ve­ril­mə­li idi. Mən də mətndən kənar çıxmamaq üçün “başqa ilahlara” söz tərki­bindən is­ti­fa­də etdim. İfadəni “uydurulmuş, yalançı ilahlar, tanrıçalar” kimi başa düş­mək la­zım­dır. Çünki ərəb dilindən tərcümə edən “başqa ilah” sözünü işlətməklə buna bir izah vermədiyi halda, elə çıxır ki, sanki mövcud olan digər ilahlar (allahlar) vardır, la­kin onlara ibadət olunmamalıdır. Təbii ki, ilkin tərcümənin bu məntiqi ilə razılaşmaq mümkün deyil və bu qeydi, möhtərəm oxucular üçün həmin ifadə aydın olsun deyə, yaz­mağı özümə borc bildim F.S.
[3] İlahlaşdırılmış məxluqlar nəzərdə tutulur. F.S.
[4] Yəni, mələklər deyəcəklər. F.S.
[5] Mərhəmətli. F.S.
[6] Müəllifin, kürsivlə verdiyim, bu şərhinin ayənin (25/32) təkrarı olduğunu desəm, ya­­­­­nılmaram. Bu, Peyğəmbəri­mizin (s.ə.s.) hədislərinin də vəhyin digər bir forması ol­ma­­­­sına, məncə açıq işarədir. Bildiyimiz kimi, Quranın əsli Mühafizə edilən Ana Ki­tab­da (“Lövhi-Məhfuz – Mühafizəedilən lövhələr”), səhifələrdə, daha müasir dildə de­sək, fayllarda (fiziki mahiyyəti bizə məlum olmayan formada) yazılmış haldadır. Dü­şün­­­­cəm ondan ibarətdir ki, (yanılaramsa, Allah bağışlasın) Fövqəluca Allahın Öz iradəsi ilə Quran birbaşa o əsas Mənbədən nazil edildiyi halda, Peyğəmbərimizin (s.ə.s.) Qu­ra­­­­na dair və digər hədisləri, görünür, Fövqəluca Allahın bilavasitə verdiyi fövri izahlarıdır ki, bun­­­ların (ayələrin və hədislərin) bir-birindən fərqləndirilməsi də buna görə vacib edil­­­mişdir. Allah Quranı öncədən yazmış və onunla əlaqədar izah­larını isə, ayələrin şər­­­hi formasında (“səhih Peyğəmbər hədisləri” kimi), zəruriyyət yarandıqca, El­çi­si­nin (s.ə.s.) qəlbinə təlqin etmişdir. Quranın müsəlman alimləri tərəfindən son illərdə ər­­­səyə gətirilmiş fundamental tədqiqatları sayəsində aşkar edilmiş misilsiz say (ri­ya­zi) möcüzələri də ayələrin və Quranın izahına dair hədislərin təbiətini, cüzi də olsa, an­­lamağa imkan yaradır.
(Mənim əlinizdəki Təfsirin 3-cü, 4-cü, 5-ci cildlərində “Quran heç tükənməyən mö­cü­zə” adlı əsərdən verdiyim iqtibaslara – səhifəaltı tərcüməçi izahlarına, Allah xatirinə, diq­­­­­­qət yetirin). F.S.
[7] Kursiv mənimdir. Böyük ehtimalla müəllif bu ifadə ilə ayələri şərh edən Peyğəm­bər (s.ə.s.) hədislərini nəzərdə tutur. F.S.
[8] Müəllifin bu şərhindən belə aydın olur ki, Kitab verilmiş əvvəlki peyğəmbərlərə (on­lara salam olsun!) əlavə təfsir verilməsi nəzərdə tutulmamışmış. Bu, həm də Şə­rəf­li Quranın əvvəlki Kitablardan xeyli fərqli və üstün keyfiyyətlərə malik olduğunu gös­tərir. F.S.
[9] Bu ayə ilə əlaqədar “Quran heç tükənməyən möcüzə” kitabının tədqiqatçıları qeyd edir­lər ki, “ayədə səbəbiyyətlə əlaqədar əhəmiyyətli əlamətlərin olması qənaətin­də­yik. Fəlsəfə ilə maraqlanan şəxslər səbəbiyyətlə əlaqədar diskus­siyaların aparılması üçün müəyyən təcrübə olmasının lazım gəldiyini bilirlər. Lakin Quranın nazil edil­di­yi dövrdə və ərazidə səbəbiyyətlə bağlı tək bir əsər üzrə belə müzakirə aparılması fak­tına rast gəlinməmişdir. Cahilliyin və köçəri bədəvi həyatının hakim olduğu bir şə­raitdə Quranın səbəbiyyət kimi çətin və əhəmiyyətli bir mövzuya to­xunması çox əhə­miyyətlidir. Fövqəluca Allah ayədə kölgəni yaratdığını söyləyərək, sonra günəşi köl­gənin varlığı üçün bir səbəb etdiyinə işarə vurursa da, kölgəni gü­nəşin nəticəsi say­mır, çünki kölgə tamamilə Allahın layihələşdirməsinin nəticəsidir”. (QHTM, səh. 214). Bu iqtibasın verilməsinin səbəbi belə bir mövzunun o dövrdə qə­tiyyən ərəblərə mə­lum olmadığını göstərmək və bu mövzunun Quranda verilməsinin onun Allaha məx­sus olmasına dəlalət etməsini oxu­cularımızın nəzərinə çatdırmaq idi. Həmd ol­sun Fövqəluca Allaha – səbəbləri Yaradana! F.S.
[10] Örtünmək üçün libas mənasında. F.S.
[11] Quran nəzərdə tutulur. F.S.
[12] Möhtərəm müəllif ayənin şərhində qeyd edir ki: “Söhbət çayların dənizlərə və okeanlara töküldüyü yerlərdən gedir. Bu, həqiqətən də, belədir. Lakin ayədə dəniz­lərin yalnız şirinsulu çaylarla qarışmamasından deyil, həm də daha əzəmətli bir mö­cüzə olan yanbayan iki qonşu dənizin arasında olan ecazkar keçilməz səddən bəhs edilməkdədir (Bu, Atlantik okeanının Cəbəli Tarik boğazında Ağ Dənizlə bitişik sahəsidir. Müəllif bu əsərini yazarkən məhşur tədqiqatçı – Fransa alimi Jak Kusto bəzi dənizlərin bir-birinə qa­rışmaması haqqın­dakı öz kəşfini, görünür ki, hələ etməmişmiş və ya o (Təfsirin müəllifi), bu barədə məlumata malik deyilmiş). Bu dənizlərin bir sıra əsas xassələri, məsə­lən, sularının sıx­lığı, duzlu­lu­ğu və digər kimyəvi və fiziki xassələri bir-birindən fərqli olmalarına baxmayaraq, onların bir-birinə qarışmaması, məhz onların arasında gözəgörün­məz və keçilməz bir səddin, maneənin olmasına dəlalət edir ki, bu yalnız Fövqəluca Allahın kamil Müd­rik­liyi və fövqəlqüdrəti sayəsində mümkün olmuşdur. Məhz belə bir gözəgörünməz maneənin olması sayəsindədir ki, hər iki dəniz mü­hitində müxtəlif balıqlar, digər can­lılar yaşayır. Çox asanlıqla bir-birinə qarışa bilən sular Allahın dənizdə yaratdığı fiziki qanunlara uyğun olaraq iki dənizi bir-birinə qarışmağa qoymur, hətta güclü dalğalar, qüvvətli okean cərəyanları dənizlərin özəl­lik­lərini itirməsinə səbəb ola bil­mir, Allahın qoyduğu maneəni sarsıda bilmir, heç sarsıda bilməz də, əgər Allah Özü bunu istəməzsə! Bu möcüzəni yaratmağa qadir Olan, onu Quranda əks etdirmışdır ki, insanlar Quranı Allahın Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil etməsinin daha bir dəlili kimi qəbul etsinlər. Həmd olsun Fövqəluca Allaha – Kainatın Vahid Xaliqinə! (Bax: QHTM, səh. 136-137). F. S.
[13] Allahın düşməni olan şeytan nəzərdə tutulur. Yəni, kafir şeytanın arxası, köməkçisi, tərəfdarı, təəssübkeşi və s.-dir. F.S.
[14] Ayənin “altı gün ərzində” ifadəsi orijinalda “فى سِتَّةِ اَيَّامٍşəklindədir. Klassik ərəb di­lin­­də “gün” sözü (“yevm”) – “dövr”, “əyyam” mənalarını da verir. Fövqəluca Allah Ka­inatı yaratdıqdan sonra, məhz insan­la­­rın faydalanması üçün gecə-gündüzü yarat­mış­dır və, beləliklə, gecə və gündüz anlayışı, yəni “yevm” – 24 saatlıq bir vaxt ifa­də­si­ni meydana gətirmişdir. Lakin Kainatın (və s.) yaradılmasını Quranda ifadə edən “ye­vm” sözünün – “əyyam”, “dövr” kimi mənaları da vardır ki, onlar nəhəng vaxt kə­simlərini ifadə edir. Fikrimizi Quranın bir sıra ayələri də təsdiq edir. Səcdə surə­si­nin 5-ci ayəsi: “O, göydən yerə qədər bütün işləri idarə edir, sonra onlar, sizin he­sab­lamanızla min il davam edən bir gün ərzində Ona qayıdırlar”. Məaric surəsinin 4-cü ayəsində isə Allah belə buyurur: “Mələklər və Ruh Onun yanına əlli min ilə bə­ra­bər olan bir gün ərzində qalxırlar”. Quran ayələrindən aydın olur ki, Allahın “göy­ləri və yeri, onların arasında olanları altı gün ərzində yaratması” ifadəsi heç də yer­dəki gecə-gündüz mənasında bir vaxtı bildirmir. Belə çıxır ki, Fövqəluca Allah göy­ləri, yeri və onların arasındakıları, ən azı, min və ya əlli min yer ilinə bərabər bir vaxt­da yaratmışdır. Bu müddəa, Onun istədiyi bir şeyi bir anda yaratmasına zidd de­yil­dir və yaradılış anlayışına, mahiyyətcə, fərqli yanaşma ilə əlaqədardır. Bu qeyd­lər­lə əlaqədar aşağıdakı ayələrə də baxmağı məsləhət görürəm: Əraf, 7/54; Hud, 11/7; Yunus, 10/3; Hədid, 57/4. F.S.
[15] “Ərşinə istiva etmişdir” (اسْتَوٰى عَلَى الْعَرْشِ) ifadəsi tərcümə etdiyim rus dilindəki mətndə “воз­­несся на Трон” kimi verilsə də, mənasının tam aydın olmaması və diskussiyalı sə­ciy­yəli­li­yindən, Azərbaycan dilində “isteva” sözünün qarşılığı tam dəqiqləşdiri­lə­nə­dək, tər­cümə etmədən eynilə yazmağı məqsədə uyğun saydım. Ərəb dilində bu sö­zün müx­tə­lif lüğətlərdə bir sıra fərqli mənaları verilsə də (məs: taraz olma, tarazlama, mü­vazinətdə olma, bərabərləşmə, düz olma, düz­lük, qaplama, örtmə və s.), nümunələrdən gö­rün­dü­yü kimi, bunlardan hər hansı birini Fövqəluca Allaha aid etmək, Allaha Onun Özünün bu­yur­madığı hərəkət tərzi istinad etmək olardı. İnşallah, alimlər, Allahın izni ilə, bu ifa­də­nin əsli mənasını aşkar edərlər. Müdrik Allah ərəb dilində na­zil etdiyi Quranında elə bir ifadə işlətməmişdir ki, o söz ərəblərin dilində müvafiq kon­kret məna verməsin. Hər şe­yi Bilən Allah, o dövrdə ərəblərin işlətmədiyi və bil­mə­diyi bir sözü belə ayələrində iş­lət­məzdi. Bu, iki dəfə ikinin dörd olduğu kimi sadə bir həqiqətdir. Əks təqdirdə, Quran an­laşıl­mazdı. Fövqəluca Allahın misilsiz dühası, Onu Öz Sonuncu Kitabını məhz ərəb­lə­rin işlək, başa düşülən danışıq və təfəkkür di­lin­də verməsini zəruri etmişdir. Belə ol­du­ğu halda, “istiva” sözünün qar­şılığının ax­ta­rılıb tapılması ərəbşünas dilçilərin boy­nuna düşür. Allah onlara bu işdə kömək ol­sun! F.S.
[16] Ayənin tərcüməsində bu sözü “təbərakə”-nin nisbi qarşılığı kimi vermişəm. F.S.
[17] Burada Günəşin batması və çıxması vaxtının kərahət vaxtı olmasına və bu zaman namaz qılınmasının yol veriməzliyinə işarə edilir. F.S.
[18] Yəni, Allaha xidmət göstərmə – ibadət etmə qulun Onun qarşısında əsas vəzifə­si­dir. F.S.
[19] Tərcümə etdiyim əsərin rus mətnində: «угодники» sözü getmişdir ki, bir qayda ola­raq Rusiya xristianları bu ifadə ilə (guya) müqəddəslik dərəcəsinə yüksəlmiş gü­nah­sız (“məsum”) din xadimlərini adlandırırlar. Əslində, müqəddəs olan təkcə Föv­qəl­uca Allahdır. Lakin Rəbbimiz kimin Onun dostu olması haqqında Quranla Pey­ğəm­bərinə (s.ə.s.) açıq və aydın ayələr nazil etmişdir: “Allah möminlərin dos­tu­dur...” (Bəqərə, 2/257); “İnsanlardan İbrahimə ən yaxın olanı ona itaət edənlər, bu Pey­ğəmbər (s.ə.s.) və iman gətirənlərdir. Allah möminlərin dostudur” (Ali İmran, 3/68); “Allaha və Onun Elçisinə tabe olanlar, Allahın lütfkarlıq göstərdiyi pey­ğəm­bərlər, sadiqlər, şəhidlər və saleh insanlar bərabərdirlər. Bunlar necə də gözəl dost­lar­dır” (Nisa, 4/69) və digər çoxsaylı ayələrdə Allahın dostlarının kim olması, onların mə­ziyyətləri hərtərəfli şərh edilmişdir və onların müqəddəsliyi haqqında hər hansı bir müddəa mövcud deyildir. Allahın dostu olmaq isə müqəddəs olmağı tələb etmir.  Həm də, axı “müqəddəslik” yalnız Allaha xas olan sifətdir və kimisə bu sifətin aid edilməsi – onun Allah səviyyəsinə qaldırılmasıdır. Bu isə yolverilməz və böyük günahdır! Be­ləliklə, gətirdiyimiz istinadlardan çıxardığımız nəticə: «угодник»-lərin (yəni, xris­ti­anların təbirincə, “müqəddəslərin”) müqəddəslik məziyyəti ilə heç bir əla­qəsi aşkar edil­mir və bu mümkün də deyildir, çünki (bir daha təkrarən bildirməliyəm ki,) ye­ga­nə müqəddəs olan – yalnız Allahdır. Bunu nəzərə alaraq, rus mətnindəki «угод­ни­ки» sözünü “dostlar “ kimi yazmağı məqsədəuyğun saydım, çünki bütün möminlər Allahın dostlarıdır. F.S.
[20] Qeyd etməliyəm ki, müəllifin bu əsaslı müddəası İslam dininin sülh şəraitində qon­şu­larla dinc yanaşı yaşamaq prinsipindən qaynaqlanır və müsəlmanları terror­çu­luq­da ittiham etməyə çalışan İslam əleyhdarları­nın böhtanlarını açıq təkzib edir. Terror tö­rədənin nə milliyyəti, nə də dini mənsubiyyəti şərt sayıla bilməz. Terrorçu, sadəcə, adi cina­yətkardır. Şəriət hökmləri və onlara zidd olmayan dünyəvi qanunlar əsasında müəyyən ədalətli məqsədlər uğrunda mütəşəkkil qüv­və­lər­lə silahlı mübarizə apa­ranlar isə bu kateqoriyaya daxil edilə bilməz. Çünki müasir şə­raitdə mövcud beynəlxalq və milli qanunvericiliklərlə ərazi müstəqilliyi və milli mə­nafelərin qorunması kimi (və s.) məsələlərlə bağlı aparılan mübarizə forma və me­tod­ları etiraf edilmiş beynəlxalq hüquqi hadisədir. Məsələn, bir xalqın onun ərazisini si­lah gücünə işğal etmiş qüvvələrə qarşı silahlı mübarizəsi, müharibə apar­ması əda­lət­li və heç bir hüquqa zidd olmayan hərəkətdir. Əlbəttə, problemin həllinin sülh yo­lu ilə həlli, əgər bu mümkündürsə, arzuolunandır. F.S.

Комментариев нет:

Отправить комментарий