среда, 2 мая 2012 г.

24. ƏN-NUR SURƏSİNİN ŞƏRHİ


ŞƏRHİ
 ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə![1]

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ
(24. 1) “Budur Bizim nazil etdiyimiz və fərz qıldığımız su­­rə! Öyüd-nəsi­hət alasınız deyə, onda aydın ayələr nazil et­dik”.

Bu, şərəfli bir surədir ki, Biz onu Öz mərhəmətimizdən na­zil etmişik və şeytanlardan qoruyuruq. Onda sizə itaətsizlik gös­tə­rən­lə­rin necə cəzalan­dırılması, şahidlik etmənin necə zəruri ol­ması və bir çox başqa şeylərin hökmü verilmişdir. Onda aydın ayə­lər: mü­hüm hökmlər, əmrlər, qadağalar və çox böyük hikmət­lər nazil edil­mişdir. Ola bilsin ki, Biz haqqı sizə izah etdikdən son­ra, fi­kir­lə­şəsiniz və sizə bilmədiyinizi öyrədək.
Sonra Fövqəluca Allah yuxarıda xatırlatdığı şəriət hökm­lə­rini açıq­lamağa başlayır. Fövqəluca buyurur:
 ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

(24. 2) “Hər bir zinakar qadına və zinakar kişiyə yüz şal­laq vu­run. Əgər siz Allaha və Qiyamət gününə inanırsınızsa, qoy Allahın dini xati­rinə sizin onlara yazığınız gəlməsin. Bir qrup mömin onların cəza­lan­dırılmasının şahidi olsun”.

Bu müddəa nikahlı həyat sürməmiş zinakar qadınlara və zi­na­­­­­kar kişilərə şamil edilir. Onlardan hər biri, zinakarlıq et­dik­lə­ri­nə gö­­­­rə, yüz şal­laq vurulması ilə cəzalandırılmalıdır. Nikahda ol­duq­dan sonra zina­karlıq edənlər isə daşqalaq edi­lib öl­dü­rül­mə­lidirlər. Bu­­­na şəhadət verən Muhəmməd Peyğəmbərin (ona Al­lahın salavatı və salamı olsun!) çoxsaylı hədisləridir. Fövqəluca bizə zinakar qa­dın­­­la­ra və zinakar kişilərə, bu, bila­vasitə bəşəri hiss­lərlə və ya qo­hum­­luq, ya da dostluq əlaqələri ilə bağlı olsa da, mər­həmət gös­tər­mə­­yi ha­ram etmişdir. İman müsəlman­ları məc­bur et­məlidir ki, on­lar be­lə­lə­rinə rəhm etməsinlər, çünki bu hiss­lər müsəl­man­lara, ci­na­yət­­kar­la­rı Al­la­hın şəriətinə uyğun olaraq cə­zalan­dır­maqda mane ola bilər. Hə­­qi­qə­tən də, Allahın verdiyi hök­mün icra edilməsi on­la­ra göstə­ri­lən həqiqi lütfkarlıqdır. Əl­bət­tə, biz bu günahkarlara belə bir taleyin qis­mət olduğuna təəs­süf­lənə bilərik, lakin bizim onların ha­­lına acı­mamız, Allahın hök­mü­­nün icra edil­məsinə mane ol­ma­ma­lı­­dır.
Fövqəluca həmçinin buyurmuşdur ki, zinakar kişilərin və zi­­na­kar qadın­ların cəzalandırılması zamanı bir dəstə iman sahib­lə­­ri iş­tirak etməli­dir. Bu, bu hadisə barədə xəbərin dindarlar arasında ya­­yılması üçün zə­ruridir. Bu­nun sayə­sində onlar belə hərəkətin nə də­rəcədə rüsvayçı və utan­dırıcı olduğunu dərk edər və ondan daha bö­yük ciddiyyətlə çəkinərlər. Hökmün yerinə yetiril­məsi ge­dişatını mü­şahidə etmə insana baş vermiş ha­di­sənin mahiyyətini daha yaxşı an­lamağa və onun iç üzünü şişirtmədən və ya əhə­miy­yət­siz­ləş­dir­mə­dən görməyə kömək edir. Bunu daha yaxşı bilən Allahdır.
 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(24. 3) “Zinakar kişi ancaq zinakar qadınla və ya müşrik qa­dınla evlənə, zinakar qadınsa, ancaq zinakar kişiyə və ya müş­rik kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.

Bu, zinakarlığın nə dərəcədə çirkin və əxlaqsız bir əməl ol­du­­ğuna dəlalət edir. Bu hərəkət onu törədənin və ona hər hansı bir münasibəti olanın şərəfini ləkələyir. Buna görə, Allah bəyan edir ki, zinakar kişi ancaq vəziyyəti onunkuna bənzər olan zi­na­kar qadınla və ya Allaha şərik qoşan, dirildiləcəyinə və əvəz ala­ca­ğına iman gətirməyən, Allahın ehkamlarına riayət etməyən müş­rik qadınla evlənə bilər. Eyni şey zinakar qadına da aiddir və onun təkcə zinakar kişiyə və ya müşrik kişiyə ərə getmək hüququ var­dır. Möminlərə gəldikdə isə, onlara zinakar kişiyə ərə getmək və ya zinakar qadınla evlənmək haram edilmişdir.
Bu ayədən belə bir nəticə çıxır ki, zinakarlıq etdikdən son­ra tö­­­rət­dik­lərində tövbə etməmiş kişilərə və qadınlara bakir mü­səl­man ki­şilər və bakirə müsəlman qadınlarla nikahlanmaq qəti qa­da­­ğan­dır. Əgər bu qadağa onların qarşısını almırsa və onlar belə bir nikah bağ­layırlarsa, onda onlar ya Allahın və Onun Elçisinin (ona Allahın sa­lavatı və salamı olsun!) hökmlə­rinə riayət et­mək­dən, müşriklərin et­diyi kimi, boyun qaçırırlar, ya da Allahın və Onun Elçisinin (ona Al­lahın salavatı və salamı olsun!) hökmlə­rini qə­bul edir və buna bax­mayaraq nikah bağlayırlar ki, bu halda be­lə nikah etibarsızdır[2] və zinakarlığa bərabərdir. İnsan belə ni­ka­ha daxil olduq­da, növbəti dəfə zi­na­karlıq törədir. Əgər o mö­min olsaydı heç vaxt belə bir iş et­məz­di. Bütün bunlar tövbə et­mə­miş zinakar qadın və zinakar kişinin nika­hının bir mənalı şə­kildə haram[3] olmasına dəlalət edir.
Ər və arvad o dərəcədə bir-birinə yaxın olurlar ki, onların ara­­­­sında ən möh­kəm və ən sıx əlaqələr yaranır. Fövqəluca bu­yu­rur: “...Zalımları və onlar ki­miləri toplayın” (37/22). Burada öz­lə­­rini fasiqlərlə bağlayanlardan bəhs edilir. Günah sahibi olan zi­na­­karla nikah bağlama böyük bir bəla törədir və buna görə Allah mö­­minlərə belə addım atmağı haram etmişdir. Belə nikah ər-ar­va­­dın şərəf­sizliyinə dəlalət edir və etibarsız qadının ərinin aya­ğı­na yazılan nikahdan­kənar uşaqların dünyaya gəlməsinə səbəb olur. Zinakar kişi zövcəsinin ismətinin qayğı­sına qalmır, çünki onu başqa qadın maraqlandırır. Sadalanan səbəblərdən hər hansı biri kifayət edir ki, belə nikahın yasaqlanmasına əsas olsun. Bu, zinakarın iman sahibi ola bilməyə­cəyini təsdiq etmək üçün bəs edir. Bu barədə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və sa­lamı olsun!) demişdir: “Mömin olan adam zina et­mir”. O, müş­rik olmaya bilər, lakin bu halda təriflənməyə və mömin ad­lanmağa layiq deyil.
Fövqəluca Allah zinakarlığın ağırlığı və zinakarların zöv­cə­­lə­ri ilə artıq cinsi yaxınlıq etdikləri halda şallaqlanması və ya­xud daşqalaq edilməsi haqqında xəbər verdikdən sonra, be­lə­lə­ri­nə yaxın durmanı haram etmişdir ki, insanlar on­lardan gələ bi­lə­cək zərərdən uzaq olsunlar. O (Pak və Müqəddəs Olan) bununla izah etmişdir ki, əxlaq sahibi olan müsəlman­ların namusuna qəsd etmək nə dərə­cədə ciddi günahdır. Fövqəluca buyurur:
ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ

(24. 4) “İsmətli qadınlara böhtan atıb, dörd şahid gə­tir­mə­yənlərə səksən şallaq vurun və heç vaxt onların şahidliyini qə­bul etməyin, çünki onlar fasiq­dirlər”,

Böhtan atmaq dedikdə, azad, iffətli qadın və kişiləri zi­na­kar­­­­lıq etməkdə ittiham etmək nəzərdə tutulur ki, bu da mətndən ay­­­dın görünür. Belə ittihamlar dörd ədalətli kişinin açıq şəkildə bil­­­dirdikləri şahidliklə təsdiq olunmalıdır. Əgər təqsirləndirən şəxs dörd şahid gətirə bilmirsə, onda ona səksən dəfə, ölümcül ol­ma­­­yan, lakin ağrı verən və dözülməsi mümkün olan orta qa­lın­lıq­lı şallaq zərbəsi vurulur. Bu tədbir tərbiyəvi səciyyə daşıyır və ölüm­­­lə nəticələnməməlidir.
Bu ayədə zinakarlıq haqqında təsdiq olunmamış ittihama gö­­rə cəza tədbiri xatırlanır. Lakin bu cəza təkcə iffətli möminləri bun­­da günahlandıran şəxslərə şamil edilir. Bütün başqa hallarda təs­­diq olunmamış ittihamlar qınan­mağa layiqdir.
Müzakirə etdiyimiz günaha bir cəza da düşür: iffətli mö­min­­­­ləri zinada günahlandıran, amma sonradan dörd şahid gətirə bil­­­­məyənlərin şahidliyi, onlar tövbə edənə qədər şallaqlansalar da, nəzərə alınmır. Sonra­dan bu barədə daha təfsilatlı ilə xa­tır­la­na­­­­caqdır.
Belə insanlar günahkar və itaətdən çıxmışlardır. Onlar Al­la­­ha ita­­ət etmir və çox ziyan vururlar. Onlar dini hədləri aşaraq, öz qar­­daş­­larının namusuna qəsd edir, insanları onların yaramaz söz­lə­ri­­ni tək­rarlamağa sövq edir və Allahın mö­min­lər arasında ya­ratdığı qar­daş­lığı dağıdırlar. Belə insanlar möminlər arasında de­di-qodu ya­yıl­masını sevirlər ki, bu, öz növbəsində, əsas­lan­dı­rıl­mamış it­ti­ham­­la­rın ən böyük günahlardan biri olmasına də­lalət edir.

ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ

(24. 5) “bundan sonra tövbə edib, xeyirxah işlər görən­lər­­dən baş­qa. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”.

Əsassız ittihamın tövbəsi öz yalanını etiraf etməkdir. Belə bir əmələ yol verən şəxs öz sözlərinin təsdiqi üçün dörd şahid gə­ti­rə bilməzsə, onda o, dediyinin həqiqətən baş verdiyinə əmin ol­ma­sına baxmayaraq, etiraf et­məlidir ki, insana böhtan atmışdır. Əgər o, tövbə edib, xeyirxah işlər gör­məyə başlayarsa və bununla da öz cinayətini təmizləyərsə, onda onu artıq itaətsizlik göstərən və günahkar adlandırmaq olmaz. Ən çox etibarlı olan rəyə görə, bu halda onun sonrakı şahid­likləri qəbul edilməlidir. Allahın gö-zəl adları arasında – Bağışlayan və Rəhmli adları, Onun, tövbə edən­­lərin və Rəbbin yoluna qayıdanların istənilən günahlarını ba­ğış­­layacağına dəlalət edir.
İnsanları zina etməkdə ittiham edənlərə və dörd şahid gə­ti­­­­rə bil­mə­yən­lərə gəldikdə isə, bu hökm öz ərini və ya zövcəsini gü­­­­nah­landı­ranlara aid edilmir. Buna görə Fövqəluca sonra belə bu­­­yurur:­

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ

(24. 6) “Zövcələrini ittiham edən və özündən başqa şa­hi­di olma­yan­ların hər birinin doğru danışması haqqında şa­hid­li­yi, Allahı dörd dəfə şahid çağır­ması”,
(24. 7) “və beşinci dəfə isə, yalan danışanlara Allahın lə­nə­­­tini diləməsi­dir”.
­
Əgər ər arvadını zina etməsində günahlandırırsa, onda ona qarşı göstə­rilən cəza tədbirindən istifadə olunmur. Bir qayda ola­raq, ər öz arva­dına qarşı yalan ittihamlar irəli sürmür, çünki bu nəinki onun zövcəsinin, həm də onun özünün nüfuzuna ləkə sa­lır. Ərin etibarsız arvadını ittiham etmək haqqı ona görə var ki, eti­­barsız qadın başqa kişidən hamilə olaraq, uşağı ərinə aid edə bilər. Çoxsaylı səbəblər mövcuddur ki, ər onların əsa­sında belə ittihamlar irəli sürməyə haqlı olduğu halda, qadını günahlan­dıran başqa bir adam bu ixtiyara malik olmur.
Bu ayədə xatırlanan hökm kölə deyil, azad qadınlardan olan zöv­­cələrini vəfasızlıqda[4] günahlandıranlara şamil edilir. Əgər bu zaman ərin özündən başqa şahidləri yoxdursa, onda o, şa­­hidlərin əvə­zinə dörd dəfə: “Mən Allahın adı ilə şəhadət ve­ri­rəm ki, mənim irəli sürdüyüm ittiham doğrudur”. Sonra isə o, gə­tir­diyi şə­ha­dət­lə­ri­ni təsdiq edərək and içməlidir ki, əgər o yalan da­­nışırsa, Allahın lə­nətinə gəlsin. Bu şəhadətləri söylədik­dən son­ra, o, zinakarlıqda it­tiham etməsinə görə məsuliyyətdən azad edi­lir.
Bu vəhyin aydın mənasından məlum olur ki, ər hətta ar­va­dı­­nın zina etdiyi kişinin adını çəkdiyi halda da, məsuliyyətdən azad edilir. Lakin ilahiyyatçılar ərin bu şəhadətləri söylədiyi, gü­nah­landırılan qadının isə, eyni ilə hərəkət etməkdən boyun qaç­ır­dı­ğı halda, arvada hansı cəza tədbiri tətbiq etmək barədə fərqli ba­xışlar irəli sürmüşlər. İlahiyyatçılardan bəziləri belə hesab edir­lər ki, qadını həbs etmək lazımdır, digər ilahiyyatçılar isə onu zi­na­karlığına görə cəzalandırmağın lazım olduğunu hesab edirlər. Son­­rakı ayələr təsdiq edir ki, belə hallarda ittiham edilən arvad zi­nakarlıq üstündə cəzalandırılmalıdır. Əgər bu ayələrdə xa­tır­la­nan cəzalandırmada zinakarlığa görə cəza nəzərdə tutulmasaydı, onda ərin şəhadətləri onu məsuliyyətdən xilas edə bilməzdi.

 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(24. 8) “Cəza qadından o zaman götürülür ki, o, onun[5] ya­lan da­nış­ması haqqında Allahın adı ilə dörd dəfə şahidlik et­sin”
(24. 9) “və beşinci dəfə: “O[6] doğru danışanlardandırsa, onda qoy özüm Allahın qəzəbinə gəlim! – deməlidir”.

Günahlandırılmış arvad ərinin şahidliyinə qarşı özünü mü­dafiə etmək­dən ötrü şahidlik edərsə, məsuliyyətdən azad edi­lir. Buna görə qadın ərinin yalan da­nışması haqqında dörd dəfə and içməli və öz şəhadətini: “Əgər ərim doğru de­yirsə, onda Al­lahın qəzəbi məni tutsun!” ifadəsi ilə təsdiq etməlidir. Ər-ar­va­dın bu qarşılıqlı şəhadət andı “liən” (“qarşılıqlı lənətləmə”) ad­lanır. Əgər ər-arvadın hər biri belə and içməyə razı olurlarsa, on­lar nikahın bir daha bərpa olunmaması şərti ilə boşanırlar. Əgər bu­na səbəb qa­dının hamilə olmasıdırsa, onda uşaq atası­nın adını da­şımaq hüqu­qundan məhrum olur.
Bu ayələrin aydın mənası ona dəlalət edir ki, qarşılıqlı lə­nət­­­lən­­dirilmədə ər-arvad ancaq bu ayələrdə göstərildiyi kimi şə­ha­­dət ver­məli­dirlər. Həm də bu şəhadətlərin ardıcıllığına riayət edil­­mə­li­dir. Onlardan heç birini buraxmağa və ya başqası ilə ye­ri­ni də­yiş­dir­məyə yol verilmir. Qarşılıqlı lənətləmə təkcə ərin öz ar­va­­dını zi­na­karlıqda günahlandırdığı halda gerçək olur, əks hal nə­zərdə tu­tul­ma­mışdır. Uşağın valideyninə oxşarlıq məsələsinə gəl­­dikdə isə, qar­şılıqlı lənətləmədə bu nəzərə alınmır, həmçinin uşaq dünyaya gəl­diyi evdə qaldıqda da bu nəzərə alınmır. Vali­dey­­nə oxşarlıq, bu hal – yeganə əhəmiyyətli şərt ol­du­ğu təqdirdə, nə­zərə alınır.

 ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ  

(24. 10) “Əgər Allahın sizə lütfkarlığı və rəhmi ol­ma­say­dı və əgər Allah Tövbələriqəbuledən və Müdrik olmasaydı?”

Göründüyü kimi ayənin mətnində şərt budaq cümləsinin ikin­ci hissəsi ve­ril­məmişdir. Lakin ayənin ümumi mənasından bəl­­li olur ki, əgər Allahın Öz qul­larına bəslədiyi xeyirxah mü­na­si­bə­­ti və mərhəməti olma­saydı, özlərini lənətləmiş ər-arvaddan biri elə o saat cəzasını dadmış olardı. Allah Öz mərhə­məti sayəsində qar­­şılıqlı lənəti təkcə ər-arvad üçün buyur­muş­dur, çünki onlar bu hök­­mə çox möh­tacdırlar. Allah Öz mər­hə­­məti sa­yəsində in­san­la­ra zinanın və həm də yalan­dan bu ağır gü­nahda ittiham etmənin fə­­lakətini və mənfurluğunu izah et­miş­dir. Allah Öz lütfkarlığı sa­yə­­sində bu və digər ağır günahlar üçün də tövbə etməyi mü­əy­yən­­ləş­­dirmişdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(24. 11) “Böhtan atan şəxslər[7] sizin aranızdan olan bir züm­­­rədir. Onları özünüzə bəla saymayın. Əksinə, bu, sizə xe­yir­­dir. Onların hər bir nəfəri qazan­dığı günaha nail olacaqdır. Am­­ma onlardan bunun çox his­səsini öz üstünə gö­türən üçün isə böyük əzab-əziyyət hazırlanmışdır”.

Zina törədilməsi ilə bağlı yanlış ittihamın ağırlığı haqqında vəhy, ondan öncə ən ləyaqətli qadınlardan biri – möminlərin ana­sı, Sədaqətli Əbu Bəkrin qızı vəfalı Aişə (Allah onların hər iki­sin­dən razı olsun!) ilə baş ver­miş əhvalatın mü­zakirəsinə yö­nəl­dil­miş­di. Bu ayələr ona (A. o. r.) atılmış dəhşətli böhtana aid məş­hur əh­­valatla əlaqədar nazil edilmişdir. Bu rəvayət ən müxtəlif hədis top­lularında təsvir olunmuşdur.
Əgər qısasını desək, bu, hərbi yürüşlərin birinin həyata ke­çi­­­rildiyi zaman Muhəmməd Peyğəmbərin (s.ə.s.) zövcəsi, Siddiq Əbu Bəkirin qızı Vəfalı Aişə (Allah onların hər ikisindən razı ol­sun!) onun (s.ə.s.) yanında olarkən baş ver­mişdi. Yolda Aişənin (A.o.r.) boyunbağısı qırılmışdı və onu axtarmaqla əlaqədar olaraq o (A.o.r.) geriyə qalmışdı. Dəvə onun kəcavəsi ilə qoşunla bir­lik­də öz yoluna davam etmiş və adamlar Aişənin (A.o.r.) dəvəsinin üs­­tündə olmama­ğından xəbər tutmamışdılar. O (A.o.r.), qoşun dü­şərgə­si­­nin dayandığı yerə gəlib çatdıqda elə düşünürdü ki, adamlar tez­­liklə onun gəlib çıxmadığını gördükdə, qayıdıb onun ardınca gə­lərlər. Lakin qoşun dayanmadan yoluna davam et­mişdi.
Səfvan b. əl-Muəttil ən şərəfli səhabələrdən biri idi. Qo­şun­lar isti­rahətə da­yanan zaman o onların lap axırında idi və yuxuya get­­mişdi və oyandıqda Aişəni gördü. Onu (A. o. r.) tanıyaraq, də­və­­sini diz çökdürdü. Aişə (A. o. r.) onun dəvə­sinə mindi, özü də bu zaman heç biri bir söz belə danışmadı. Səfvan piyada ge­dərək, də­­vəni öz ardınca aparırdı. Onlar, qo­şunlar günorta vaxtı isti­ra­hət üçün düşərgə salan zaman gəlib müsəlman­lara çatdılar. Bu yü­rüşdə Peyğəmbərin (s.ə.s.) qoşununa qoşul­muş bir-neçə müna­fiq gördülər ki, Səfvan Aişənin (A. o. r.) oturduğu dəvəni aparır. On­lar o saat şayiə yaymağa başladılar. Şayiə digər adam­ların di­li­nə düşdü. Xəbər elə sürətlə yayıldı ki, hətta bəzi möminlər də onun təsiri altına düş­dülər. Adamlar eşitdiklərini öz aralarında mü­zakirə etməyə başladılar, Allahın Elçisi (s.ə.s.) isə uzun müd­dət ərzində bununla əlaqədar vəhy ala bilmədi.
Bir müddət sonra şayiələr Aişənin (A.o.r.) özünə də gəlib çat­dı və bu onu çox kədərləndirdi. Məhz bu vaxt Allah onun (A. o. r.) günahsızlığı haqqında ayə­lər nazil etdi. Onlar bu surəyə da­xil edilmişdir. Allah mömin­lərə xəbərdarlıq etdi və belə bir ifti­ra­nın nə dərəcədə ağır olduğunu göstərdi və həmçinin faydalı hökm və nəsihətlər nazil etdi.
Müzakirə etdiyimiz ayədə möminlərin anası Aişəyə (A.o.r.) qar­­şı yönəl­dilmiş iftira “böyük yalan” adlandırılmışdır. Bu if­ti­ra­nı, öz­­lərini mö­min ad­lan­dı­ran bir qrup insanlar yayırdılar. On­la­rın ara­sın­da doğrudan da münafiqlərin na­ğılları ilə aldadılmış bir-neçə mö­min də var idi. Amma arala­rında ikiüzlü müna­fiqlər çoxluq təş­kil edir­di.
Siz elə fikirləşməyin ki, baş verən hadisə bir bəla idi. Ək­si­nə, bu ma­hiy­yətcə sizin üçün xeyirli idi. Baş vermiş hadisənin sa­yə­­sində insanlar mömin­lərin anası Aişənin (A.o.r.) paklığını və gü­­nahsız olduğunu bildilər. Peyğəmbərin (s.ə.s.) bütünlüklə di­gər zövcələri də tərifə layiq görüldülər. Allahın qullarına bilməli ol­­duqları və Qiyamət gününə qədər riayət etməli ola­caqları hökm­­­lər izah edildi. Bütün bunlar böyük bir nemət idi ki, mü­səl­man­lar ona fasiqlərin dəhşətli böhtanı sayəsində nail olmuşdular. Hə­qi­qətən də, Allah bir şeyi etmək istəyəndə, O (Pak və Mü­qəd­dəs Olan) bunun üçün zəruri olan zəmin və səbəblər yaradır.
Fövqəluca burada, əsasən, möminlərə ona görə müraciət edir və vur­ğulayır ki, möminlərin özlərindən birini təhqir etməsi onun özü­nün özünü təhqir etməsinə bərabərdir. Bu isə o de­mək­dir ki, mö­minlərin bir-birinə bəslədiyi sevgi, mərhəmət, rəhm və qar­şılıqlı yar­dımlaşma onları bir bədən kimi bütöv­ləşdirir. Mö­min­ləri bir bi­na­nın bir-birini möhkəmlədən kərpiclə­rinə bən­zət­mək olar. Əgər mü­səlman kiminsə onun namusuna toxunmasını is­təmirsə, onda o da bunu iman sahibi olan öz qardaşları üçün is­tə­məmə­lidir, çünki o, on­lara da, özünə yanaşdığı kimi ya­naş­ma­lı­dır. Əgər insan bu dərə­cə­yə nail olmamışsa, onda onun imanı ka­mil və xalis deyildir.
Aişəyə (A.o.r.) böhtan atanlara gəldikdə isə, onların hər bi­ri tö­­rət­dikləri cinayətə görə məsuliyyət daşıyırdılar. Bu sözlər bəd­əməl in­sanlara onların öz sözlərinə görə mütləq cə­za­lan­dı­rı­la-caq­la­­rı ba­rə­də ciddi xəbər­darlıq oldu və Peyğəmbər (s.ə.s.) on­lardan bə­zilərini cə­zalandırdı. Yaramaz münafiq olan və ən çox gü­nah iş­lətmiş Ab­dul­lah b. Ubey b. Salul böyük cəzaya layiq gö­rü­lə­cək­dir. Bu cəza – onun Cəhənnəmin ən aşağı pilləsində əbədi qal­ma­sın­dan iba­rət olacaqdır.
Sonra Fövqəluca Allah Öz qullarına bildirir ki, bundan son­ra belə böh­tanları eşidəndə necə davranmalıdırlar:
­­­
 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

(24. 12) “Niyə siz – mömin kişilər və mömin qadınlar bu­nu eşit­dikdə, öz xeyrinizə düşünmədiniz və “bu – açıq-aydın böh­­tandır” – de­mə­diniz?”

Belə hallarda möminlər öz qardaşları[8] haqqında pis dü­şün­mə­­­­­məli və şa­yiələrə, saxta ittihamlara inanmamalıdırlar. Əgər bir adam mömin insan kimi tanı­nırsa, bu şərt onu uydurma böh­tan­lar­­dan qorumalıdır. Belə bir yalanı eşit­dikdə, möminlər Allaha həmd et­mə­lidirlər. O (Pak və Müqəd­dəs Olan) hər hansı nöq­san­lar­­dan son­suz­luğa qədər uzaqdır, Onun seçilmiş qulları isə əx­laq­sız əməl­lər­dən uzaq­dırlar. Müsəlman həm də təsdiq etmə­lidir ki, dedi-qo­du­çuların söz­ləri dəh­şətli iftira və açıq-aşkar yalandır. O, öz imanlı qar­daşını be­lə ittihamlardan qoru­malı və yalançıların söz­lərini tək­zib etməlidir.

 ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(24. 13) “Niyə onlar bunu təsdiq etmək üçün dörd şahid gə­­­­tirmə­dilər? Əgər onlar şahid gətirməyiblərsə, Allahın qar­şı­sın­­­da yalançı­dır­lar!”

İftiraçılar haqlı olduqlarını təsdiq etmək üçün niyə dörd nə­­fər şa­hid gətir­mədilər? Onlar haqlı olmalarına hətta qəti əmin ol­­sa­lar da, onların ittihamı ya­landır, çünki Allah insanları zinada gü­­­nah­lan­dırmağı, onu dörd müsəlman şahi­din təsdiq etmədiyi hal­­da, ha­ram etmişdir. Məhz buna görə, Allah bildirir ki, belə in­san­­lar[9] Allah qarşısında yalançıdırlar. Allah demir ki, onlar ümu­miy­­yət­lə ya­lan­çıdırlar. Bütün bunlar ona dəlalət edir ki, mü­səl­man­­la­rın şərəfi to­xunul­mazdır. Kim müsəlmanı cinayət törət­mək­də it­ti­ham edirsə, o özünün haqlı olmasını təsdiq edən şahidlər gə­tir­mə­li­dir.

 ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(24. 14) “Əgər Allah sizə bu dünyada və Axirət hə­ya­tın­da mərhə­mət və rəhm etməsəydi, onda sizin uzun-uzadı da­nı­şıq­larınıza görə sizə böyük əzablar toxunardı”.

Allahın mərhəməti sizin dininizi də, sizin dünya hə­ya­tı­nı­zı da əhatə edir. Əgər bu fəzilət olmasaydı, sizin bu böhtanınız müt­ləq sizi dəhşətli əzablara məh­kum edərdi, çünki sizin uy­dur­ma­la­rı­­nız, həqiqətən, böyük cəzaya layiqdir. Lakin Fövqəluca Al­lah Öz lütfkarlığı sayəsində sizin üçün cəza və tövbə müəyyən et­miş­dir ki, onlar günahlarınızı təmizləyir.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ

(24. 15) “Siz öz dilinizlə yalan yayır və təsəvvürünüz ol­ma­yan şeylər haqqında danışırsınız və zənn edirsiniz ki, bu rəf­ta­rı­nız cüzi bir şeydir, halbuki Allah qarşısında bu – böyük gü­nah­dır”.

Siz böhtançıların sözlərini ağızdan-ağıza ötürürsünüz, hal­bu­ki bu sözlər yalan və yaramaz sözlərdir. Siz heç bir mə­lu­ma­tınız ol­ma­yan şeylər haqqında danışırsınız. Axı yalan da­nı­şıq­lar və insana ma­hiy­yəti dəqiq məlum olmayan danışıqlar  çox təh­lükəli iki əməl­dir. Siz belə bir hərəkəti boş şey sayırsınız, lakin Al­lah onu ağır gü­nah he­sab edir.
Məhz bu səbəbə görə bəzi möminlər iftiraçıların yalan da­nı­­şıqlarını mü­dafiə etməyə başladılar. Lakin sonradan onlar töv­bə edərək, törətdikləri günahdan təmizləndilər. Fövqəluca Allah isə, etinasızlıqları üzündən törətdikləri bəzi günah­lardan əl çək­mə­­ləri üçün insanları təkidlə xəbərdar edirdi. Günahlara laqeyd ya­­­naşma insana heç bir fayda verməyəcək və onun taleyini yün­gül­­ləşdir­mə­yəcək. Əksinə, o törədilmiş günahların ağırlı­ğını daha da artırır və insanı bu günahı növbəti dəfə də törətməyə təkan ve­rir.

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ

(24. 16) “Niyə siz bunu eşidəndə: “Bizə belə danışmaq ya­raşmaz. Sən Paksan! Bu - böyük iftiradır” – demədiniz?”

Ey möminlər! Siz böhtançıların dedikləri yalanı eşidəndə, on­ları təkzib etməli və insanlara bu cinayətin ağırlığını anlatmalı idi­niz. Sizə açıq-aşkar yalanı təkrar etmək yaraşmır, çünki iman mö­mini mənfur əməllər törətməkdən saxla­malıdır.
 ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(24. 17) “Allah bir də heç vaxt belə şeyi, əgər mö­min­si­niz­­sə, təkrar­lamamağı sizə nəsihət edir”.

Allah buna bənzər bir əməli bir daha təkrar etməməyiniz ba­­­rədə sizə xə­bərdarlıq edir. Bir də heç vaxt möminləri əx­laq­sız­lıq­da günahlan­dırmayın və Rəbbinizin bu səmimi nəsihəti və ib­rət dər­­sini yadda saxlayın. Siz bu öyüd-nəsi­hətə qulaq asmalı, Rəb­bi­ni­­zin iradəsinə tabe olmalı və Haqqı sizə izah etdiyinə görə Ona ita­­ət və həmd etməlisiniz. Əgər siz möminsinizsə, bunu edə­cək­si­niz, çünki həqiqi iman insanı itaətsizlikdən hökmən çə­kin­dirir.

 ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ
(24. 18) “Allah ayələri sizə izah edir. Allah Biləndir, Müd­­­­­­rikdir”.

Allahın ayələri özündə ehkamları və nəsihətləri, moizələri və çəkindir­mələri, vədləri və xəbərdarlıqları ehtiva edir və Allah Öz ayələrini sizə ən inan­dırıcı surətdə açıqlayır. Bilən və Müdrik – Onun gözəl adlarındandır. Onun elmi kamil, müdrikliyi isə qü­sur­suzdur. Bu biliklərin və müdrikliyinin sayəsində O (Pak və Mü­qəddəs Olan) sizə fayda verən hər şeyi öyrətmişdir.

 ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ

(24. 19) “Həqiqətən də, möminlər haqqında iyrənc söz­lər yay­mağı se­vənlərə bu dünyada da, Axirətdə də şiddətli əzab-əziy­yət hazırlanmış­dır. Allah bilir, siz isə bilmirsiniz”[10].
İnsanlar arasında iman gətirənlər haqqında iyrənc xə­bər­lə­rin yayılması xoşuna gələn hər bir kəs cəzaya layiq gö­rü­lə­cək və bu ona ruhi və cismani əzab verəcəkdir. Bunun sə­bə­bi isə onu öz mü­səlman qardaşlarına bəslədiyi xaincəsinə münasibəti, on­lara pis­lik etmək və onların namusuna və şərəfinə qəsd etmək ar­­zusu olacaqdır. Əgər bu xəbərdarlıq möminlər arasında mənfur şa­yiələrin yayıl­ma­sından həzz alana aiddirsə, onda daha böyük ci­nayət törədərək, bu şayiələrin, doğru olub-olmamağından asılı ol­mayaraq, yayılmasında iştirak edənlər haqqında nə demək olar?!
Bu dini müddəa, Allahın, mömin qullarının həyatı və malı­nın toxunul­maz­lığı kimi, onların namusunun və ləyaqətinin də to­xunulmaz­lığına dəlalət edən lütf­­karlığını ifadə edir. Allah istə­mişdir ki, möminlər arasında qarşılıqlı münasi­bət­lər səmimi ol­sun və əmr etmişdir ki, onlar da özləri üçün istədiklərini qar­daş­larına arzulasınlar və özləri üçün istəmə­diklərini isə qar­daş­la­rı üçün arzulama­sınlar. Allah bilir, siz isə bilmirsiniz və buna gö­­rə Allah sizə məlum olmayanı izah edir.

 ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ
(24. 20) “Əgər Allahın sizə lütfkarlığı və mərhəməti ol­ma­saydı və Allah Şəfqətli və Rəhmli olmasaydı?”

Əgər Allahın mərhəməti sizi hər tərəfdən sayəsi altına al­ma­­­­saydı, onda Allah Öz ehkamlarını, nəsihətlərini və ecazkar hik­­­mətlərini sizə izah etməzdi. Bununla yanaşı Allah Onun əmr­lə­­­rinə itaətsizlik göstərənlərə möhlət verməzdi. Lakin mərhəmət və rəhm Rəbbin ayrılmaz sifətləridir və buna görə də O (Pak və Mü­­qəddəs Olan) sizə həm bu dünyada, həm də Axirətdə saysız-he­­sabsız ne­mət­ləri ilə lütfkarlıq göstərmişdir.
Möminlərin ünvanına böhtan atmağın haram olduğunu na­zil etdikdən sonra Fövqəluca Allah ümumiyyətlə günah törət­mə­yi haram edir və belə buyurur:

ﭑﭒ ﭓﭔﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ
(24. 21) “Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şey­ta­nın izi ilə gedərsə, bilsin ki, o ancaq yaramazlıqlara və qınanılana də­vət edir. Əgər Allah sizə rəhm etməsəydi, sizin heç biriniz heç vaxt tə­mizlənə bilməzdiniz. Lakin Allah is­tə­di­yi­­­­ni təmizləyir. Allah – Eşidən­dir, Biləndir”.

Ey möminlər! Şeytana tabe olmayın və onun sizi aldat­ma­sı­na uy­mayın. “Onun izi” ifadəsi ilə ürəklə, dillə və bədənlə tö­rə­di­lən müxtəlif növ günahlar nəzərdə tutulur. Fövqəluca Allah Öz müd­­­­­rikliyi əsasında insan­lara izah edir ki, onların şeytanın izi ilə get­­­­­məyə haqları yoxdur. Lakin şəriət hökmünün müd­rikliyini an­caq o zaman başa düşmək olar ki, bu və ya digər günaha aparan şər insana açıqlanmış olsun və bu günahlardan çəkinməyin sə­bəb­­lə­ri izah edilmiş olsun. Məhz buna görə, Allah xəbər verir ki, şey­­­tan insanları yaramazlığa və şərəf­sizliyə çağırır. Yaramazlıq adı al­tında insanın nəfsinin can atdığı ağır günahlar nəzərdə tu­tu­lur. Bu gü­nahları həm İslam şəriəti, həm də sağla­m təfəkkür çox pis qar­şı­la­yır. Şeytanın ayaq izləri olan günahlar isə, mütləq ya ya­­ramaz, ya da qınanı­lan əməllərə məxsusdur. Allah Öz lütf­kar­lığı sayəsində qul­larına bu günahlara yol verməyi haram et­miş­dir. İnsanlar da Allaha həmd etməli və Onu daima xatırlama­lı­dır­lar, çünki Onun eh­kamları və haramları onları yaramaz və pis əməl­­lərə bulaş­maq­dan qoruyur. Allah bu əməlləri etməyi, zəhər iç­­məyi haram etdiyi ki­mi, yasaqlamışdır ki, bu da Onun mər­hə­mət­­li və xeyirxah ol­ma­sı­na dəlalət edir. Əgər Rəbbin bu sifətləri ol­­masaydı, insanlar heç vaxt şeytana mü­qavimət göstərə bil­məz­di­­lər. O öz əlaltıları ilə birlikdə ara vermədən insan­ları öz yoluna ça­­ğırır və bu yolu hər cür vasitələrlə bərbəzəkli göstərməyə ça­lı­şır. Axı insanın nəfsi hər bir pis əmələ meyillidir və bundan baş­qa, çatışmazlıqlar hər tə­rəf­dən ona təzyiq göstərir. Bütün bunlara əla­­və olaraq, imanın da zəif ol­ması üzə çıxır. Əgər insan bu qədər düş­­mənlə üz-üzə təklikdə qa­larsa, o heç vaxt günah­lardan və ci­na­­yətlərdən təmiz­lənə və xe­yir­xah əməllər sayəsində yüksələ bil­məz. Burada qeyd etmək ye­ri­nə düşər ki, ərəb sozü olan “zə­kat” “tə­mizlənmə”, “artma” mə­na­la­rını bildirir. Bu isə o de­mək­dir ki, in­­sanlar günahlardan ancaq Rəb­bin mərhəməti sayəsində tə­­miz­lə­­­nir və xeyirxah işlər görürlər.
Məhz buna görə Muhəmməd Peyğəmbərin (s.ə.s.) du­a­la­rın­­­­dan biri belədir: Ey Allahım! Qəlbimə təqvalılıq bəxş et və onu tə­­­­mizlə, axı Sən qəlbi təmizlə­yən­lərin ən Yaxşısısan. Sən onun Ağa­­­­sı və Hamisisən!” Lakin Allah ancaq istədi­yi­ni təmizləyir. Ona kimin təmizlənə biləcəyi məlumdur, çünki Eşidən və Bilən – Onun adları arasındadır.
 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ
 (24. 22) “Aranızda yaxşı məziyyətlərə və imkana malik olan­­lar qohum­lara, kasıblara və Allah yolunda hicrət edənlərə kö­­mək etməyə­cək­lə­rinə and içməsinlər. Qoy onlar bağışlasınlar və güzəştə getsinlər. Məgər Allahın sizi ba­ğışlamasını istəmir­si­­nizmi? Allah – Bağışlayandır və Rəhmli­dir”.
Böhtançılardan biri – Mistah b. Usasa idi. O, Əbu Bəkrin (A. o. r.) qohu­mu və Allah yolunda hicrət etmiş kasıb bir adamdı. O, Ai­­şə­nin (A. o. r.) ardınca artıq-əskik sözlər danışdıqda, Əbu Bə­­­­kir and içdi ki, bir də heç vaxt ona sədəqə ver­məyəcək. Lakin Al­­­­lah bu­yu­rur ki, əgər insanlar onları əhatə edənlərə güzəştə get­sə­lər, O da on­lara gü­zəş­tə gedər[11]. Əbu Bəkir (A. o. r.) bu ayəni eşi­­dən kimi uca­dan dedi: “Əl­bəttə! Allaha and olsun, mən is­tə­yi­rəm ki, Allah mə­ni bağış­lasın”. Beləliklə, o qərara aldı ki, bundan son­ra da Mis­ta­ha sədəqə versin.
Bu ayədən aydın olur ki, qohumlara sədəqə vermək olar və be­lələ­rinin günah işlətməsi onların xeyrinə sədəqə verilməsinin da­yandı­rılması üçün əsas ola bilməz və müsəlmanlar ət­raf­la­rın­da­kılara, onlar ağır cinayət törətsələr də, yardım etməlidirlər.
Sonra Fövqəluca Rəbb ismətli mömin qadınların adına ləkə sa­lan­ları sərtliklə cəzalandıracağını vəd edərək, belə buyurur:

 ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ
(24. 23) “Həqiqətən, namuslu mömin qadınların xəbərsiz ol­duq­ları şey­də onları ittiham edənlər bu dünyada da, Axirətdə də lənət­lənə­cəklər! Onları müdhiş əzab gözləyir”
(24. 24) “dilləri, əlləri və ayaqları onların törətdiklərinin əley­­hinə şahid­lik edəcəkləri gündə”.

Günah sahibi olduqları halda zina törətməkdən uzaq olan və hət­ta belə bir şeyi ağıllarına belə gətirməyən mömin qadınları it­­­­ti­ham edənlər lənətə layiqdirlər, halbuki lənət təkcə ən ağır gü­nah tö­rədənlərə veriləcək əvəzdir. Lənət bu günah­karları nəinki bu dün­ya­da, həm də ölümdən sonra da müşayiət edəcək və on­la­ra əla­və müd­hiş əzablar veriləcəkdir. Bu o de­məkdir ki, Allah on­la­­­rı Öz mər­həmə­tindən uzaqlaşdırır və onları Qiyamət günü baş­la­­ya­caq dəh­şətli əzab-əziyyətə düçar edir. Həmin Gün bu fasiq­lə­rin hər bir or­qanı onların törətdikləri bütün əməl­ləri haqqında şa­hid­­lik edə­cək­dir. Onları, hər varlığa nitq qabiliyyəti əta et­məyə qa­­dir Olan Allah da­nışdıracaqdır. Bu baş verdiyi za­man, gü­nah­kar­­lar tö­rət­­dikləri ci­na­yətlə­rini inkar edə bilmə­yə­cəklər. Allah qul­­­larına qar­şı o də­rə­cə­də ədalətli olacaq ki, onlar özləri öz əley­hi­­­nə şahidlik edə­cəklər.

 ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(24. 25) “Həmin gün Allah onlara layiq olduqlarının he­sa­bı­­nı büsbütün verəcəkdir və onlar biləcəklər ki, Allah – açıq-aş­kar Haqdır”.

İnsanların öz əməllərinə görə alacaqları əvəz gerçək, insaflı və qərəz­­sizdir. Hər bir insan layiq olduğunu bütövlüklə alacaqdır və heç bir əməl yaddan çıxa­rılmayacaqdır. Bu barədə Fövqəluca be­lə buyurur: “Hər kəsin kitabı ona verilə­cək və günahkarların on­­da yazılanlardan titrəməyə düşdüyünü görəcək­sən. On­lar de­yə­­cəklər: “Vay halımıza! Bu nə kitabdır belə? Onda nə kiçik, nə də böyük günahlar gözdən qaçmamışdır – hər şey hesaba alın­mış­dır”. Onlar qarşı­larında törətdikləri bütün əməllərini gö­rə­cək­lər və sənin Rəbbin heç kimə qarşı insaf­sız­lıq etməyəcək” (Kəhf, 18/49). Bu dəhşətli gündə onlara aydın olacaqdır ki, Allah açıq-aydın bir Haqdır və açıq-aydın Haqq olmaq vəsfi təkcə Föv­qə­­l­­­uca Allaha məxsusdur. Onun əzəmətli sifəti - haqdır, həm­də­la­yiq əməlləri də - haqdır. Ona ibadət – haqdır, Onunla görüş – haq­­­­dır, Onun əvəz vermə qanunu – haqdır, Onun elçiləri – haq­dır. İs­tə­­­nilən haqq ya Allaha məxsusdur, ya da Ondan gəl­miş­dir.

ﯛﯜﯝﯞﯟﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(24. 26) “Xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər də xəbis qa­dınlar üçündür; yaxşı qadınlar yaxşı kişilər üçün və yax­­­şı kişilər də yaxşı qa­dınlar üçündür. Deyilənlərin onlara ai­diy­­yə­ti yoxdur. Onların nəsibi bağış­lanma və bol ruzi ola­caq­dır”.

Əxlaqsız kişilər və qadınlar və həmçinin pozğun sözlər və əməl­­lər həmişə bir-birilərinə xasdır. Onlar bir-birilərinə layiqdir, bir-biri ilə əlaqə­dardır və bir-birilərinə oxşayırlar. Abır-həyalı ki­şi­lər və qadınlar və həmçi­nin xeyirxah sözlər və əməllər də bir-bi­ri­lərinə xasdırlar. Onlar həmçinin bir-birilərinə layiqdirlər, bir-bi­ri ilə bağlıdırlar və bir-birilərinə bənzəyirlər.
Bu müddəanın mənası çox genişdir və o istisna hallara ma­lik deyil. Bunun ən ədalətli dəlili – Allahın peyğəmbərləri və, xü­su­­­silə də, ruhən möh­kəm olan elçi­ləridir ki, onlardan ən gör­kəm­li­­si, bütün elçilərin ağası Muhəmməd Peyğəmbərdir (ona Allahın sa­­lavatı və salamı olsun!). O (s.ə.s.) insanların ən yaxşısıdır və bu­na görə onun zöv­cələri də ən yaxşı və mömin qadınlar idilər.
Aişənin (A. o. r.) vəfasızlıqda ittiham edilməsinə gəldikdə isə, bu əslində Peyğəmbərin (s.ə.s.) özünün əleyhinə yönəl­dil­miş­di, çün­ki müna­fiqlər məhz buna nail olmağa cəhd göstərirdilər. La­­­kin Aişə (A. o. r.) Allahın Elçisinin (s.ə.s.) zövcəsi idi və təkcə bu ona dəlalət edir ki, o (A. o. r.) pak qadın idi və belə əxlaqsız əmələ aidiyyəti yox­du. Axı Aişə (A. o. r.) ən ləyaqətli, bilən və mö­min olduğu halda, bu başqa cür necə ola bilərdi ki?! O (A. o. r.), aləm­lərin Rəbbinin El­çi­sinin (s.ə.s.) sev­gili zövcəsi idi. Hətta o (s.ə.s.) onun (A.o.r.) yor­ğa­nı­nın altında olanda da ona (s.ə.s.) vəhy na­zil edilirdi, halbuki, Pey­ğəmbərin (s.ə.s.) digər zövcələri bu şə­rə­fə layiq görül­məmiş­dilər.
Sonra Allah bu məsələni əsaslı surətdə aydınlaşdırdı və haq­­­­­qın inkar edil­məsinə və ya ona şübhə edilməsinə, cüzi də olsa, im­­­kan vermədi. Fövqəluca bil­dirdi ki, möminlərin iftiraçılar tə­rə­fin­­­­dən onlara atılan böh­tana heç bir aidiyyəti yoxdur. Bu sözlər ilk növ­bədə Aişəyə, sonra – günah­dan uzaq olan və hətta bu ba­rə­­­­də heç dü­şünməyən mömin qadınlara aid­dir. Onlara Mər­hə­mət­­­li Rəb­dən gü­­nahlarının bağışlanması və bol Cənnət mükafatı ha­­­zır­lan­mışdır.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(24. 27) “Ey iman gətirənlər! İcazə almadan və sa­kin­lə­ri­nə sa­lam ver­mə­dən özgə evlərinə daxil olmayın. Bu sizin üçün da­ha yaxşıdır. Ola bilsin ki, siz nəsihəti yadda saxlayarsınız”.

Yaradan qullarına buyurur ki, özgə evlərinə icazəsiz gir­mə­sin­­­­­lər, çünki belə rəftar ola bilsin ki, öz ardınca bir sıra xo­şa­gəl­məz nəticələr versin.
Allahın Elçisi (s.ə.s.) belə nəticələrdən birini xatırladaraq de­­­­­­yir ki, ev sa­hiblərindən icazə istəmək günahkar baxışlardan qo­run­­­­mağa yönəldil­mişdir. Ev sahiblərinin icazəsi olmadan ora da­xil olan insan, onun görmə­məli olduğu şeyi görə bilər, çünki ev in­­­sanı, paltar onun bədənini örtdüyü kimi örtür.
Digər tərəfdən, belə bir hərəkət sahiblərinin icazəsi ol­ma­dan evə daxil olan haqqında şübhə ləkəsi yarada bilər. Onun oğur­­­­­­luq niyyətində olmasından və ya digər bir cinayət törətmək is­­­təməsindən şübhələnə bilər­lər, çünki başqası­nın evinə gizlicə gir­­­­mək pis fikirlər oyadır.
Məhz buna görə Allah möminlərə özgə evlərinə sa­hib­lə­rin­dən icazə al­madan daxil olmağı haram edir. Bu ayədə ərəb feli “is­­tənəsə” (“ünsiyyət saxla­maq”, burada: “icazə almaq” mə­na­sın­da­­dır) istifadə edilmişdir ki, məhz onun sayəsində, yəni evə daxil ol­mağa icazə almaqla insanların ara­sında ünsiy­yət yara­dılmasına nail olunur, icazənin olmaması isə onları tənhalığa məhkum edir.
İnsan evə daxil olmaq xahişi ilə bərabər ev sakinlərini də sa­lamla­malıdır və buna görə bir hədisdə deyilir ki, evə daxil olan de­məlidir: “Əssalamu əleykum! Gələ bilərmmi?” Əgər ona icazə ve­rilərsə, onda evə daxil ola bilər. Belə etdikdə insan çoxlu nemət qa­zanır. Belə davranış fərz­dir və müsəlmanın yüksək əxlaq sahibi ol­masına dəlalət edir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(24. 28) “Əgər siz onlarda heç kimi tapmasanız, sizə icazə ve­rilənə qədər daxil olmayın. Əgər sizə desələr ki, “Gedin!” – on­da çıxıb gedin. Sizin üçün bu daha təmizdir. Həqiqətən, Allah etdiklərinizi Biləndir”.

Sizə icazə verilmədikdə, qayıdıb gedin və qəzəblənməyin, çün­­­ki evin sa­hibi sizin tam haqqınız olan bir işdə sizi rədd etmir. O, öz evində istədiyi kimi rəftar edə bilər. O, istəsə sizi evinə bu­ra­xa bi­lər, lakin sizə daxil olmağa icazə ver­məməyə də tam haqqı var. Bu hal­­da siz təkəbbür göstərməməli və ya hid­dət­lən­mə­mə­li­si­niz. Belə et­mə­yiniz sizin üçün daha yaxşıdır, çünki belə rəf­ta­rı­nız sizin gü­nah­lar­dan təmizlənmənizə və saleh əməlləriniz sa­yə-sin­də yük­səl­mə­nizə kö­mək edər. Əməlləriniz Allaha mə­lum­dur və siz yaxşı və pis əməl­lə­rinizin, az və ya çoxluğundan asılı ol­ma­ya­raq, əvəzini ala­caq­sınız.
Bu və bundan əvvəlki ayələrdə söhbət sahibləri evdə olan və ora daxil ol­maq istəyən insana məxsus əşyaların orada ol­ma­sın­dan asılı olma­yan və həmçinin sahibi içində olmayan və daxil ola­na məxsus əşyaların olmadığı ev­lərdən gedirdi. Sahibləri evdə ol­ma­yan və daxil olmaq istəyənin əşyalarının oldu­ğu evə gəlincə isə, bu hal növbəti ayədə xatırlanır. Bunlar icarəyə verilən evlər və ya sa­kin­lərinin hal-hazırda olmadığı binalar ola bilər ki, buna gö­rə də evə girmək istəyənə icazə verə bilmirlər. Fövqəluca bu­yu­rur:

 ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵﭶﭷﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ
(24. 29) “İnsanların yaşamadığı və sizin istifadə edə bi­lə­cə­yiniz evlərə gir­məyinizdə sizə günah yoxdur. Allah sizin aş­kar­da etdiyinizi də, gizlətdiyi­nizi də bilir”.

Bu sözlərdən belə aydın olur ki, yuxarıdakı ayələrdə bəhs edi­­­­lən evlərə icazəsiz girmək günahdır. Lakin bu, sakinlərinin için­­­­də yaşamadığı və əşyasının olduğu evə girmək istəyən şəxsə aid deyil. Bu örnəyin əsa­sında Quran ayələrinin ecazkar də­qiq­li­yi­­­nə əmin olmaq mümkündür, çünki əvvəlcə Fövqəluca Allah öz­gə evlərindən xəbər verir ki, bu adla evin evə daxil olmaq is­tə­yə­nə məxsus olmadığı nəzərdə tutulur, sonra isə bu qay­dada, girə­cə­­­yi özgə evində ev sahiblərinin olmadığı halda, girənə məxsus əş­­­ya­ların saxlandığı şəxslər istisna edilir.
Allah, insanların açıq şəkildə və ya gizlədərək etdikləri əməl­­­­­lə­rin hamısı haqqında biliyə malikdir. O (Pak və Müqəddəs Olan), on­ların əməl­lərindən və niyyətlərindən xəbərdardır və on­la­­­ra nəyin fay­da verə­cəyini bilir. Məhz buna görə, Allahın mü­əy­yən et­diyi şə­ri­ət hökmləri insan­ların ehtiyaclarına və tələbat­larına uy­ğun­dur.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆﮇ ﮈﮉ ﮊ ﮋ ﮌﮍ ﮎﮏ
(24. 30) “Mömin kişilərə de ki, onlar baxışlarını aşağı sal­­sın­lar və cinsiyyət üzvlərini qorusunlar. Belə etsələr onlar üçün da­ha təmiz olar. Həqiqətən, Allah onların nə törətdiklərini bi­lir”.

Ey Muhəmməd! İnsanı hər şeydan qoruyan imana malik olan möminlərə müraciət et! Onlara əmr et ki, insan bədəninin ör­tül­­məsi zəruri olan hissələrinə, özgə qadınlara, insanı tamaha sa­lan və yoldan çıxmağa sövq edən və həmçinin insanda azdırıcı hə­vəs oyadan maddi gözəlliklərə və onu itaətsizlik göstərməyə itə­ləyən şeylərə baxmasınlar. Onlara əmr et ki, öz cinsiyyət or­qan­la­rını, cinsiyyət üzvləri və ya arxa keçiddən istifadə etməklə, ha­ram cinsi əlaqələrə girməkdən qo­ru­sunlar və qoy onlar kənar şəxs­lərə onlara toxunmağa və ya baxmağa imkan verməsinlər. On­lar öz nəzərlərini və cinsiyyət üzvlərini qorusalar, onlar daha tə­miz və daha mürüvvətli olarlar, çünki belə davranan hər kəs, əx­laqsız insanları murdar­layan iyrənclikdən təmizlənər. Belə in­san­lar nəfslərinin törədilmə­sinə sövq etdiyi və çağırdığı gü­nah­lar­dan çəkindikcə onların əməlləri paklaşır. Əgər insan Allah xa­ti­rinə bir şeydən çəkinib uzaqlaşırsa, onda Allah onun üçün o şeyi da­ha yaxşısı ilə əvəz edir. Əgər insan baxışını endirirsə, onda Al­lah onun şüurunu ziyalandırır. Öz şəhvətinə qarşı mübarizə apa­ran, baxışlarını və cinsi orqanlarını günahlardan və insanı ita­ət­siz­liyə yönəldən əməllərdən qoruyan Allahın qulu özünü digər gü­nah­ları törətməkdən daha yüksək səviyyədə imtina edir. Məhz bu­na görə bu günahlardan çəkinməni qo­runma adlandırır. İnsan hər hansı bir şeydən ötrü ciddi qayğı çəkməsə və buna görə zə­ru­ri ölçülər götürməsə, onu qo­ruyub saxlaya bilməz. Eyni şeyi cəhd və səylərin sayəsində günahlardan və az­ğınlıqdan qorunmalı olan baxışlar və tənasül üzvləri haqqında da demək olar.
Qeyd etmək lazımdır ki, cinsiyyət orqanlarını günah­lar­dan qoru­maq hök­mü ümumi səciyyə daşıyır, çünki bu qadağanı heç bir şəraitdə pozmaq olmaz. Baxışları aşağı endirmək hök­mü­nə gəldikdə isə, o, fərdi xüsusiyyət daşıyır ki, bunu da ayədə isti­fa­də edilmiş “min” ərəb ön sözü təsdiq edir. Bu onunla bağlıdır ki, zəruriyyət yarandıqda, şahid, əməkdaş, moizəçi və ya başqa bir kişi yad qadına baxa bilər.
Sonra Fövqəluca Allah xatırladır ki, insanların əməlləri Ona agah­­dır və bununla da O (Pak və Müqəddəs Olan) insanları gü­nah­lar­dan və itaətsizlikdən daha da ciddi-cəhdlə çəkinməyə ça­ğı­rır. Mömin kişilərə ba­xış­larını aşağı salmaq və tənasül or­qan­larını qo­rumaq hökmü ilə müraciə­tindən sonra isə, Fövqəluca Al­lah qa-dın­lar üçün də belə bir hökm nazil edir. Fövqəluca bu­yu­rur:

 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

(24. 31) “Mömin qadınlara da de ki, baxışlarını aşağı sal­sın­­­lar və tənasül üzvlərini qorusunlar. Qoy onlar, görülənlər is­tis­­­na edil­məklə, öz gözəlliklərini nümayiş etdirməsinlər və qoy ör­­­pək­lə­ri ilə yaxalarını ört­sünlər və öz gözəllik­lərini ərlərindən və ya öz ata­larından və ya qa­yın­atalarından və ya öz oğulla­rın­dan, ya da ər­lərinin oğullarından və ya öz qardaşlarından, ya da qar­daşla­rı­nın oğullarından, ya da bacılarının oğul­larından və ya­­­xud öz qa­dın­larından, ya da sahibi olduqlarından və yaxud şəh­­vətdən məh­rum olan kişi xidmətçilərdən və yaxud qadın lüt­­lüyünün fərqinə hə­lə varmayan uşaq­lardan başqa heç kimə gös­tərməsinlər; qoy on­lar gizlətdikləri zinətlərini büruzə ver­mək məqsədilə ayaq­la­rı­nı bərk­dən yerə vurmaqla yeriməsinlər. Ey mömin­lər! Hamınız birlikdə Allaha tövbə edin – ola bilsin ki, uğur qaza­nasınız”.

Mömin qadınlara kişilərin örtməli olduqları əzalarına və həm­çinin onların qarşılaşdıqda baxışlarını aşağı salmalı ol­duq­la­rına baxmaq haram edilmişdir. Onlar öz tənasül üzvlərini haram cinsi əlaqələrdən qorumalı və kişilərə onlara baxmağa və to­xun­ma­ğa imkan verməməlidirlər. Onlar həm də öz gözəlliklərini nü­ma­yiş etdirməməlidirlər.[12] Bu ifadə ilə cəzbedici libas, bəzək şeyləri və qadın ən­damı nəzərdə tutulur. Lakin qadın öz paltarını giz­lət­mək qabiliyyətinə malik ol­madığı üçün, Allah onlar üçün diq­qət­çə­ki­ci olmayan adi üst geyimi bu qaydadan istisna etmişdir[13].
Sonra Fövqəluca Allah mömin qadınlara əmr edir ki, üz­lə­ri­ni, bo­­yun­larını və sinələrini örtsünlər. Bu, müsəlman qadınların ta­­ma­mi­lə ör­tünməli olduq­larını təsdiq edir. Biz əvvəlcə də xa­tır­lat­­mış­dıq ki, qadın bədə­ninin bütün hissələri, onun yad nə­zər­lər­dən giz­lə­dil­mə­si zəruri olan gözəlliklərinə aiddir. Sonra isə Allah bil­di­rir ki, qa­dın kimin qarşısında tam örtünməmək[14] ixtiyarına ma­­lik­dir. Bu, onun ərinə, atasına, babalarına, əc­dad­larına və i. a., ərin ata­sına, ərin babasına, ərin əc­da­dına və i.a., doğma qar­daş­la­ra, həm­çinin ata və ya ana tərəfdən olan qardaşlara, qardaşların oğul­la­rına, bacıların oğul­larına və həmçi­nin qadınlara aiddir. Qa­dın­­lar bir-birinin qar­şı­sın­da tamamilə örtünməyə borclu deyillər və bu hökm istisna­sız ola­raq bütün qadınlara aiddir. Lakin bir rəy də var­dır ki, “öz qa­dın­la­rı” ifadəsində işlədilən əvəzlik qadınların di­­ni mənsu­biyyətini gö­zə çarpdırır. Bu şərhə əsaslanan ilahiy­yat­çı­­lar be­lə hesab edirlər ki, mü­səlman qadın digər dinə mənsub qa­dın­ların qarşısında tamamilə ör­tünmə­lidir və müsəlman olma­yan qa­dın­­lar örtünməmiş mü­səl­man qadınlara baxmaq haqqına ma­­lik de­yillər.
Bununla yanaşı tamamilə qadına məxsus olan kölələr üçün is­tisna mü­əyyənləşdirilmişdir. Kölə tamamilə qadına məxsus ol­duq­da, ona bax­maq ixti­ya­rına malikdir. Əgər qadın ona tama­mi­lə və ya qismən sahiblik etməkdən məhrum edilərsə, onda kölə də ona baxmaq haqqından məhrum olur[15].
Qadınlara xidmət edən və ya onlarla sıx əlaqədə olan və ehtiras hissin­dən məhrum olmuş kişilər üçün də istisna müəyyən edilmişdir. Bunlar qadının çılpaq­lığı haqqında məlumatsız olan kəm­ağıl və həmçinin nə tənasül üzvündə, nə də ürə­yində şəhvət hiss etməyən impotent[16] kişi­lərdir. Belə insanlar üçün onların öz­gə qadınlara baxması təhlükəli nəticələr doğurmur.
Həddi-buluğ yaşına çatmamış uşaqlar da istisna edilmişdir. On­­­lara özgə qadınlara baxmağa icazə verilmişdir və Fövqəluca Al­­­lah buna ona görə icazə vermişdir ki, onlar qadın çılpaqlığı haq­­­qında məlumatsız olurlar və qadınlara ehtiras hissi duy­mur­lar. Bundan aydın olur ki, uşaq həddi-buluğa çatdıqda, özgə qa­dın­­­lar onun yanında örtünməlidirlər, çünki o, əv­vəllər dərk et­mə­di­­yini, indi artıq başa düşür.
Sonra Fövqəluca Allah qadınlara buyurur ki, onlar ye­ri­yər­kən, ayaq­larına taxdıqları bəzək şeylərini ətrafdakılara göstərmək xa­­­­tirinə, ayaq­larını yerə bərk vurub taqqıldatmasınlar. Onlar belə et­­­məklə öz zinətlərini büruzə verir və bu­nunla yad kişiləri yoldan çı­­­xarırlar.
Günahların qarşısının alınması haqqında dini qaydalar bu­na və buna bən­zər hökmlərə istinad edir. Əməl halal ola bilər, la­kin əgər o, güna­ha aparırsa və yaxud apara bilərsə, onda şəriət onu haram elan edir. Əslində, ayağı yerə bərkdən vurmaq haram de­yildir, lakin qadın bunu bəzəklərinin səsinin eşidil­məsi üçün edir­sə, onda bu haramdır.
Bu gözəl hökmlər və ecazkar nəsihətlər xatırlandırıldıq­dan son­­ra, Fövqəluca Allah xüsusilə qeyd edir ki, möminlər qü­sur­lar­dan qorunmurlar. Məhz buna görə Allah onlara əmr edir ki, töv­bə et­sinlər və Ona, xilasın rəhni olan bağış­lanmaları üçün dua et­sin­­­lər. Xoşbəxtliyin qazanılması və uğura nail olun­ması, təkcə Al­la­­hın qə­zəbinə səbəb olan günahlardan qəlbən və bədən hə­rə­kə­ti ilə əl çək­məyi və Onun sevdiyinə qəlbən və bədən hərəkəti ilə mü­­raciət et­məyi nəzərdə tutan tövbə ilə əldə edilir. Rəbbə ba­ğış­lan­­ma haq­qın­da dua etmək hökmü bütün möminlərə aiddir və bun­dan aydın olur ki, hər bir möminin tövbəyə ehtiyacı vardır. Bu ayə insanları sə­mimiyyətlə tövbə etməyə çağırır. Bu tövbə bu dün­yada firavan ya­şamaq, özünü göstərmək, şöhrət və ya digər ta­­­mah­karlıq məq­səd­ləri xatirinə deyil, səmimiyyətlə və Allah xa­ti­rinə edilməlidir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ
(24. 32) “Özünüzdən olan subayları, kölə və ca­ri­yə­lə­ri­niz ara­­­­sın­dan mö­min­ləri evləndirin. Kasıbdırlarsa, Allah onları Öz lüt­f­­kar­lığı ilə zənginləş­dirər. Allah – hər şeyi Əhatəedəndir, Bi­­lən­­­dir”.

Fövqəluca yaşlı müsəlmanlara və kölə sahiblərinə onların hi­­­ma­yə­sində olanları evləndirməyi əmr edir. Bu, subay kişilərə, ba­­­ki­rə qızlara, boşanmış və dul qadınlara aiddir. Qohumlar və ye­tim­­lə­rin hamiləri onların himayəsində olan və evlənməyə və ya ərə get­­mə­yə ehtiyacı olanları evlən­dirməlidirlər. Əgər insanlara on­la­rın hi­mayəsində olanları nikahlan­dırmaq əmr olunubsa, on­da on­lar öz ai­lə həyatını qurmaq haqqında daha çox qayğı çək­mə­li­dirlər.
Bununla yanaşı Fövqəluca Allah kölə sahiblərinə poz­ğun­luq­­dan və zina­dan çəkinən mömin kölələrini və cariyələrini ev­lən­dirməyi əmr etmişdir. Kölə sa­hibləri bu üsulla kölələrini mö­min­­liklərinə görə mükafat­lan­dırmalı və onları baki­rəliyə hə­vəs­lən­­dir­məlidirlər. Kölə zinakarlıq etdikdə, sahibinə onu evlən­dir­mək qadağan olunur. Bu şərh təsdiq edir ki, zinakar kişi və zi­na­kar qadın, törətdikləri günahı tövbə etmədikcə, evlən­mək haq­qı­na malik olmurlar və biz bu barədə bu surənin əvvəlində bəhs et­miş­dik. Fövqəluca bu hökmü azad müsəlman­lar üçün deyil, təkcə mö­min kölə və mömin cariyələr üçün təyin etmişdir, çünki zina, bir qayda olaraq, kölələr arasında yayılmış olur.
Lakin belə bir rəy də var ki, ərəb sözü olan “saleh” (“din­dar”, “yararlı”) müzakirə etdiyimiz ayədə evlənməyə və ya ərə get­­­­­məyə ehtiyacı olan kölə və cariyələrə aiddir. Bu şərhə görə, kö­lə­­lərin sahibi, onlar evlən­məyə ehtiyac duyma­dıqda, kölələrini ni­kah­­landırmamalıdır. Yəqin bu hər iki şərh doğrudur. Bu barədə ən yaxşı bilən Allahdır.
Sonra Fövqəluca Allah evlənənləri Öz lütfkarlığı ilə zən­gin­ləş­di­rəcəyini vəd edir. Müsəlman səhvən düşünməməlidir ki, ev­lən­­məklə və ailə üzvlərinin sayını artırmaqla maddi vəziyyəti çə­tin­­ləşəcək, çünki Fövqəluca Öz qullarına ev­lənməyi əmr etmiş və on­­ları ehtiyacdan və kasıblıqdan qoruyacağını vəd etmişdir.
Əhatəedən və Bilən – Onun gözəl adlarındandır. Onun mər­­­həməti və xe­yirxahlığının həddi yoxdur. O (Pak və Müqəddəs Olan) mənəvi və maddi zəngin­liyə layiq olanlardan və Allahın il­ti­fatına layiq olmayanlardan xəbərdardır və on­lardan hər birini Öz biliyinə və Öz müdrikliyinə müvafiq olaraq mükafat­landırır.

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(24. 33) “Qoy evlənməyə imkan tapmayanlar, Allah Öz lüt­fkarlığı sayə­sində onları zənginləşdirə­nədək, bakirəliyə ri­a­yət etsinlər. Əgər əli­nizin altında olanlar sizdən azad olma haq­qın­da yazılı icazə almaq istə­sələr, onu on­lara verin və əgər siz on­larda xeyir görsəniz, Allahın sizə bəxş etdiyi malından onlara da əta edin. Fani dünya nemətləri əldə etmək xatirinə cariyə­lə­ri­ni­zi, ba­kirəliklərinə riayət etmək istəyirlərsə, pozğun­luğa məc­bur etməyin. Əgər kimsə onları buna məcbur edərsə, onlar məc­bur edildikdən sonra da, Allah Bağışlayan və Rəhmli Olandır”.

Evlənmək imkanına malik olmayan müsəlman ba­ki­rə­li­yi­nə riayət etməli­dir, yəni, günahdan uzaq durmalı və əlindən gə­lən hər şeyi etməlidir ki, itaət­sizliyə batmasın. Bundan ötrü o, in­sa­nı günaha doğru sövq edən hər cür düşüncə­lərdən çəkinməli və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) nə­si­hətlərini rəhbər tutmalıdır. O (s.ə.s.) belə demişdir: “Ey gənc­lər! Siz­dən kim ki, ər-arvadlıq həyatı keçirmək imkanına malik­dirsə, qoy evlənsin. Kim ki, bu­nu etmək imkanına malik deyil, qoy oruc tut­sun, çünki oruc onun üçün axta­lanmağa bənzər”.
Bu hökm öz kasıblığı və ya hamilərinin və sahiblərinin ka­sıblığı üzündən nikah bağlaya bilməyənlərə aiddir. Bu hökm hə­m­çinin gənclərin hamilərinin və ya kölələrin sahiblərinin onları ev­­ləndirmək istəmədikləri və cavanların da onları buna sövq edə bil­mədikləri hallarına da aiddir.
Bu şərh digər bir şərhdən daha yaxşıdır. Həmin şərhə görə, bu­­­­rada söhbət mehr ödəmək imkanı olmayanlardan gedir. Əgər “ni­­kah” sözü doğ­rudan da “mehr” (“mehr ən-nikah”) ifadəsinin ye­­ri­­nə işlədilmişdirsə, onda be­lə çıxır ki, söz birləşməsində asılı söz əsas sözü əvəz etmişdir. Bu şərh iki qüsura malikdir. Birincisi, sü­­but edilməsinə ehtiyacı olan sözün buraxılma­sının nəzərdə tu­tul­­­ma­sı­dır, çünki əsas götürülən – Quran mətnində hər hansı bir bu­­ra­xılışın[17] mövcud ol­ma­masıdır. İkincisi isə, ayənin mənası mad­­di im­kana malik olanlar və maddi im­kanlardan məhrum olan­­larla məh­dud­laşdırılmışdır. Bu halda müza­kirə etdi­yi­miz ayə, ev­lən­di­ril­mək məsuliyyəti hamilərinin öhdəsinə düşən kö­lə­lə­­rə, cariyələrə və gənclərə aid edilmir. Biz öncə bu barədə artıq de­­­mişdik.
Allah həm də sahiblərindən öz azadlığını satın almaq is­tə­yən kölələri xa­tır­lamışdır. Əgər kölə kişi və kölə qadın öz sa­hi­bin­dən bu barədə xahiş edir­lərsə, onda onların sahibi razılaşmalı və əgər o bu kölələrdə xeyirxahlıq başlanğıcı ta­pırsa, onda o, kö­lə­lə­rin satınalma məbləğini təyin edir. Xeyirxahlıq başlanğıcı de­yil­dik­­də, onların özünü təmin etmək üçün vəsait əldə etmək ba­ca­rı­ğı və dində möminliyi nəzərdə tutulur.
Kölələrin fidyə alıb azad edilməsi ikiqat fayda gətirir. Bi­rin­ci­­si, kölə sər­bəstlik əldə edir. İkincisi, o, azad edilməsinə görə muzd ödəyir və sahi­binə onu itirməsinin yerini doldurur. Ola da bi­­lər ki, fidyə alıb, azadlığa buraxılacağı vəd edilmiş kölə, mü­əy­yən olunmuş azadedilmə haqqının ödənilməsi dövründə can-baş­la işləməyə başlayacaq və sahibinə, əvvəl­kindən daha çox fayda gə­­tirəcək. Beləliklə, əvəzi ödənilməklə sərbəst buraxılan kölə sa­hi­­binə zərər vurmur və kö­lənin özünə böyük fayda gətirir. Buna gö­­rə Allah müsəlmanlara buyurur ki, kölələri, əvəzi ödənilməklə, azad etsinlər. Ayənin aydın mənasına uyğun olaraq, bu buyruq hök­­­mün fərz olduğunu vurğulayır. Digər bir rəyə görə isə, bu buy­­­ruq arzu ediləndir.
Sonra Fövqəluca kölə sahiblərinə əmr edir ki, şərtləşdiril­miş ödənc məb­ləğini[19] ödəməkdə kölələrə yardım göstərsinlər, çün­ki on­­­ların buna doğrudan da ehtiyacı var və onlar mülkiyyətə ma­lik de­­yillər. Sahibkar şərt kəsilmiş məbləğin azaldılmasında kö­ləyə mad­­­di kömək etməli və ya onu azaltmalıdır. Bununla ya­na­şı, Al­lah ət­­rafdakılara da, fidyə haqqı barədə sahibkarla ra­zı­lı­ğa gələn kö­lə­lərə yardım göstərməyi əmr edir. Allah həmçinin qə­ra­ra al­mış­dır ki, yığılmış zəkat vəsaitlərinin bir hissəsi həmin kö­lə­lərə ve­ril­sin.
Ey möminlər! Sizə bəxş edilmiş mal-mülkdən öz kö­lə­lə­ri­ni­zə də əta edin. Sizin var-dövlətiniz Allahın nemətidir. O (Pak və Mü­­qəddəs Olan) sizə xeyirxah olduğu kimi, siz də Onun qul­la­rı-na qarşı xeyirxah olun!
Bu ayədən aydın olur ki, əgər kölə fidyə verib, özünün azad­­­­­lığa buraxıl­masını ağasından xahiş etmirsə, onda ağası ona bu­­­nu[20] təklif etmə­məlidir. Sahibin həm də köləni fidyə ilə azad­lı­ğa buraxmamaq haqqı var. Bu o zaman ola bilər ki, belə sər­bəst­li­yə buraxılmanın kölə üçün bir faydası olmasın, o, özünü sərbəst do­­­­­lan­dıra bilməsin və azad edildikdən sonra ətrafdakılara əlavə yük olsun və həm də azadlığa buraxılandan sonra günah işlət­mə­yə başlasın. Belə hallarda kölə sahibi­nin buna nəinki haqqı var və hət­­­ta o, kölənin müraciətini rədd etməlidir.
Sonra Fövqəluca Allah kölə sahiblərinə cariyələrini, əgər on­­­­lar bakirəliyə meyillidirlərsə, əxlaqsızlığa sövq etməyi qadağan et­­­­mişdir. Əks halda onları buna məcbur etmə zəruriyyəti ol­maz­dı. Əgər cariyə bakirəliyə meyil etmir və yava gəzirsə, onda sa­hi­bi onun bu əməllərinin qarşısını almalıdır. Fövqəluca Allahın bu hök­­­­­mü nazil etməsinin səbəbi cahillik dönəmində cariyə sa­hib­lə­ri­­­­nin onları əxlaq­sızlığa məcbur etmələri və onların göstərdikləri “xid­­­­­mət” haqqını mənimsəmələri idi. Kölə sahiblərinə öz cari­yə­lə­­­­­rin­dən daha qanacaqsız və daha ismətsiz olmaq yaraşmır.
Ey insanlar! Doğrudanmı sizin cariyələriniz əxlaqsızlıqdan çə­­­­­­kin­mək istə­sələr, siz onları buna məcbur edərsiniz? Doğ­ru­dan­mı si­zin bu davranışınız təkcə cüzi miqdarda fani maddi ne­mət­lər əldə et­məkdən ötrüdür?! Əgər siz bu rəzalət­dən təmiz­lən­sə­niz, ali­cə­nab­lıq göstərsəniz və ölümdən sonra alacağınız mükafat və cəza üzə­rin­də düşünsəniz, bu sizin üçün sizi rəzalətə və al­çal­ma­­­ğa məhkum edən cılız maddi nemətlərdən dəfələrlə daha çox fay­­­­dalı olardı.
Sonra Fövqəluca öz cariyələrini əxlaqsızlığa məcbur edən­lə­­­­ri tövbə etməyə çağırır. Əgər onlar tövbə etsələr və Onu qə­zəb­lən­­­­dirən əməllərdən əl çəksələr, onda O (Pak və Müqəddəs Olan) on­­­­ların günahlarını bağışlayar və onlara rəhm edər. Onlar buna, öz­­­­ləri özlərinə rəhm edib, cəzadan xilas etdikləri və öz cariyə­lə­ri­nə lütfkarlıq göstərib, onları zərər verən şeylərdən xilas etdik­lə­ri vaxt layiq görülərlər.


 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ

(24. 34) “Biz artıq sizə aydın ayələr, sizə qədər ötüb ke­çən­lər haqqında dəlillər və təqvalılar üçün öyüd-nəsihət nazil et­mişik”.

Allah Onun qullarına oxunan ayələrin mühümlüyünü və bö­yüklü­yünü xüsusilə vurğulayır ki, qulları o ayələri layiqincə qiy­mətləndirsinlər və onlarla bağ­lı olan vəzifələrini yerinə ye­tir­sin­lər. Bu ayələr son dərəcə aydın və anlaşıqlıdır. Onlar in­san­la­rın bilməyə ehtiyac duyduqları bütün əsas və fərdi hökmləri[21] izah edir. Onlar insanı çətin vəziyyətə salmır və onu şübhələr için­də əzab çəkməyə qoymur.
Bu ayələrlə yanaşı Allah bəşəriyyətin keçmiş nəsilləri haq­qın­da ibrətamiz hekayətlər nazil etmişdir. O, xəbər vermişdir ki, on­ların arasında saleh insanlar da, yolunuazmışlar da olmuşdur. Al­lah onların əməllərini sə­ciyyələndirmiş və onların qisməti ol­muş sonluğunu təsvir etmişdir. İnsan­lar bu hekayətlərdən ibrət dər­si alırlar və onda anlayırlar ki, öz sələflərinin əməllərini tək­rar­layanları hansı əvəz gözləyir.
Allah müttəqi möminlər üçün də nəsihətlər nazil et­miş­dir. Bu – vəd və xəbərdarlıq, müjdə və ciddi təhdiddir. Allah xofu olan qullar bu nəsi­hətlərə qulaq asır, Allahın bəyənmədiyindən çə­kinir və Onun bəyəndiyi əməlləri həyata keçi­rirlər.

ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮﯯ ﯰﯱ ﯲ ﯳﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(24. 35) “Allah – göylərin və yerin Nurudur. Onun işığı içində çı­raq ya­nan taxçaya bənzəyir. İşıq şüşənin içindədir, şüşə isə mirvari kimi bir ulduzdur. O, nə təkcə şərqdən, nə də təkcə qərbdən ziyalan­mayan mübarək zeytun ağa­cından yandırılır[22]. Onun yağı od toxunma­dan da nur saçmağa hazırdır. Nur üs­tündə nurdur! Allah istədiklərini Öz nuruna yönəldir. Allah insanlara hikmə­tamiz məsəllər çəkir. Allah hər şeyi Biləndir”.

Allah – göylərin və yerin birbaşa və məcazi mənasında nu­ru­­dur. Onun ilahi mahiyyəti işıqdır və Onun örtüyü də işıq­dan­dır. Əgər Allah onu qaldırsa, onda Onun Üzünün əzəməti Onun ba­xışlarının əhatə etdiyi hər şeyi yandırardı. Onun nuru sa­yə­sin­də Onun Kürsüsü və Ərşi, günəş və ay işıq saçır. Onun sayə­sində Cən­­nət bağları işıqla nurlanır.
Bu ayənin Allahla bağlı məcazi mənası da yol veriləndir. Be­lə ki, Onun Kitabı – nurdur, Onun şəriəti də nurdur. Allahın el­çi­­lərinin və digər qullarının qəl­bində yanan iman və biliklər də həm­­çinin nurdur. Onun işığı olmasaydı zülmət bütün Kainatı bü­rü­­yərdi. Buna görə də, o yerdə ki, Allahın nuru[23] yoxdur, orada işıq ucu görünməyən qaranlıq hökm sürür.
Məxluqlara Allahın yolunu göstərən nur taxçaya qoyulmuş lam­pa­ya bən­zə­yir. Burada söhbət möminlərin qəlbinə nur saçan ima­nın və Quranın işığından gedir. O, lampa qoyulmuş taxçaya bən­zəyir, çünki taxça işığı bir yerə toplayaraq, onun hər tərəfə da­ğıl­masına imkan vermir. Bu lampa o qədər təmiz və gözəldir və onun işığı o dərəcədə parlaqdır ki, inci ulduza bənzəyir. Onun nu­ru zeytun ağac­larının meyvəsindən alınan yağla alışdırılır, çün­ki belə yağ ən parlaq alovla yanır. Belə yağı, başqa ağaclar ki­mi, günün birinci yarısında günəşin şüalarının düşdüyü şərq tə­rə­fə əyilməyən və günün ikinci yarısında günəşin şüalarının düş­dü­yü qərb tərəfə əyilməyən, ağaclardan əldə edirlər. Məhz belə zey­tun ağacları Şamda bitir[24]. Onlar bütün gün ərzində günəşin şü­aları ilə qidalanır və bunun sayəsində o ağac­larda yetişən zey­tun yağı ən təmiz alınır. Bu yağ o dərə­cədə təmiz olur ki, hətta ona od toxunmadan belə işıq verməyə hazırdır. Əgər od ona to­xu­narsa, onda o daha parlaq və gözəl işıq saçar. Odun işığı yağın işı­ğı ilə güclənir və bir işıq digər bir işığın üzərinə düşür.
Bu hikmətamiz məsəldə Allah, qəlbi Onun nuru ilə işıq­la­nan mö­minlərin vəziyyətindən xəbər verir. Əzəldən möminlərin ru­­hu­na daxil edilmiş məziy­yətlər təmiz zeytun yağına bənzərdir. Bu key­fiyyətlər pak və qüsursuzdur. Buna görə möminlər Allahın el­­mi­ni qavramağa və Allahın hökmlərini yerinə yetir­məyə ha­zır­dır­­lar. İman və elm onların qəlbinə daxil olduqda, onlar, lam­pa­nın pil­təsi od toxunduqda alışdığı kimi, iman nuru ilə ziya­la­nır­lar. On­lar Allah barədə pis niy­yətlərə və təsəvvürlərə malik ol­mur­lar. Bu­na görə iman onların mirvari ulduzların işığı kimi tə­miz və parlaq işıq saçmasına səbəb olur. Onların ürəklərində təh­təl­­­şüurun qü­sur­suz işığı, iman işığı və elmin işığı birləşir – bir işıq digər işığın üs­tü­­nə çökür. Lakin heç də hər bir insan qəlbində Al­­lahın nurunun cil­vələnməsinə layiq olmur və buna görə O (Pak və Müqəddəs Olan), Öz nuruna təkcə Öz istədi­yini yönəldir. O (Pak və Mü­qəd­dəs Olan), bu insanların paklığını və qüsursuz­lu­ğu­­nu bilir və bilir ki, onlar təmizlənməyə və yüksək dərəcəyə çat­ma­ğa qadir­dirlər.
Allah Öz qulları üçün belə hikmətamiz məsəllər çəkir ki, on­­­lar bu məsəllər üzərində düşünsünlər, onların mənalarını dərk et­­­­sin­lər və haqqı yalandan fərqlən­dirə bilsinlər. Bu Onun məx­luq­la­­­­rı­na bəslədiyi mərhəmə­tinin və xeyirxahlığının tə­za­hür­lə­rin­dən­­dir. İn­sanlar belə hikmətamiz məsəllərin köməyi sayəsində mad­­­di aləm vasitəsi ilə ruhi aləmi dərk edir və bu onların qar­şı­sın­­­da ay­dın biliklərin ge­niş imkanlarını açır. Allah isə bütün var­lı­­ğı Öz el­mi ilə əha­tə edir. O (Pak və Müqəddəs Olan) baş verən ha­disələrin ma­hiyyətindən, onların istənilən təfərrüat­larından xə­bər­­dar ol­du­ğu üçün insanlara belə məsəllər çəkir və çox gözəl bi­lir ki, bu mə­səl­lər insanlara böyük fayda verir. Bu isə o deməkdir ki, qullar on­la­rın üzə­rində düşünməli, onlardan üz dön­dər­mə­mə­li və onlara mü­qa­vimət göstərməmə­lidirlər. Həqiqətən, Allah bi­lir, onlar isə bil­mirlər.
İmanın və Quranın nuru məscidlərdə daha güclü işıq saç­dı­ğı­na görə, daha sonra Fövqəluca məscidlərin çox böyük faydası ol­duğunu vurğulayır:

 ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ

(24. 36) “Allahın ucaldılmasına yol verdiyi evlərdə Onun adı xa­tırlanır. On­larda Ona səhər-axşam həmd edirlər” –
(24. 37) “o kişilər ki, onları Allahı zikr etməkdən, namaz qıl­­­­maq­dan və zəkat verməkdən nə ticarət, nə də alış-veriş ya­yın­­­dırmır. Onlar ürəklərin və baxışların çevriləcəyi Gündən qor­­­xurlar”

İnsanlar, Allahın yer üzündə ən sevimli yerləri olan şan-şöh­­­rət­li və əzə­mətli məscidlərdə Allaha ibadət edirlər. O (Pak və Mü­­­­qəd­dəs Olan) insanlara əmr edərək tapşırmışdır ki, məscidlər tik­­­­sin­lər və onlarda Onun adını zikr etsinlər. Bu iki hökm hər bir məs­­­­cid üçün əsas hökmlərdir. Məscid inşa etmək hökmü müsəl­ma­n­­­­la­rı təkcə məscidlərin tikilməsinə deyil, onlarda təmizliyin sax­­­­lan­ma­­sına, onları natəmizliklərdən və narahat­çılıq törədən hər şey­­­­dən tə­miz­ləməyə, kafirlərdən və həmçinin özlərini mur­dar­lan­maq­­­­dan sax­laya bilməyən kəmağıl və körpələrdən qorumağa, məs­­­­cidlərdə fay­dasız danışıqlar­dan çəkindir­məyə və on­larda uca­dan danış­maq­dan (əgər bu Allahı zikr etmək üçün edil­mirsə) çə­kin­­­dir­məyə yö­nəlt­məyi nəzərdə tutur. Allahı məscidlərdə zikr et­mək hökmünə gəl­dikdə isə, bu, fərz və nafilə namazların qı­lın­ma­sı­nı, Quran oxun­­ma­sını, Allahın tərif­lənməsini və şərəflən­diril­mə­­­­­sini, dualar oxun­masını, dini elm­lərin öyrənil­məsini və öy­rə­dil­­­məsini, faydalı mə­sələlərin müzakirəsini, Allaha yaxınlaş­maq məq­­­sə­dilə etikafa çə­kilməyi və məscidlə bağlı digər ibadət ayin­lə­r­i­nin yerinə yeti­ril­mə­sini nəzərdə tutur. Məhz buna görə məs­cid­lə­­rin istifadə edil­mə­si (imarət əl-məsəcid) adı altında nəinki tək­cə məs­­­­cidlərin tikilməsi, həm də onlarda ibadət edilməsi və Al­lahı zikr etmənin digər for­ma­ları nəzərdə tutulur. İkinci mə­nada məs­cid­­­lərin istifadə edil­mə­si daha çox məna kəsb edir. Bax buna görə də müsəlmanlara gün­də­­lik beş fərz namazın və cümə namazının məs­­ciddə qılınması tap­şırılmışdır, həm də, əksər üləmalar belə he­­sab edirlər ki, bu tap­şı­rıq vacib xarakter daşıyır, amma bəziləri bu­­nu arzu edilən sa­yır­lar.
Sonra Fövqəluca məscidlərdə Ona səmimiyyətlə ibadət edən­­­­­ləri və səhər-axşam, yəni, günün başlanğıcında və sonunda Onu mədh edənləri tərifləyir. Məhz günün bu saatları ən şərəfli vaxt­­­lardır və Allahın qullarının bu vaxtlarda Ona yaxınlaşması da­­­ha asandır. Allahın təriflənməsinə gəl­dikdə isə, bu, namaz za­ma­­­nı və ya digər hallarda Ona həmd edilməsidir. Buna görə mü­səl­­­manlara səhər və axşam Allahı xatırlamaq və müəyyən dualar oxu­­­maq tapşırılmışdır. Maddi həz­lərdən ləzzət almaqdansa və Ona ibadəti yaddan çıxarıb, ticarətlə məşğul olmaq­dansa öz Rəb­bi­­­nin iltifatını qazanmağı üstün tutan kişilər məhz belə də edirlər.
Fövqəluca əvvəlcə hər növ gəlirli əqdlərin nəzərdə tu­tul­du­ğu ti­­­carəti, sonra isə satışı xatırladır və bu hissəni ümumiyə daxil et­­mə­nin bir nümunəsidir. O (Pak və Müqəddəs Olan) vurğulayır ki, in­san­­­lar hər şeydən çox əmtəə satışı ilə məşğul olurlar. Saleh ki­­şilər də ti­­­carət, alış və satışla məşğul olurlar, çünki bunda qı­na­nıl­­malı heç bir şey yoxdur. Lakin alış-veriş onları aldadıb yoldan çı­­xarmır və on­­lar Al­lahı zikr etməyi, namaz qılmağı və zəkat ver­mə­­yi üstün tu­tur­­lar. Ək­sinə, onlar həyatlarının məqsə­dini Ona ita­­ət və ibadət et­mək­­də gö­rürlər və bu məqsədə çatmağa mane olan hər şeydən bo­yun qa­çı­rır­lar.
Çox vaxt insanların maddi ləzzətlərdən imtina etməsi çətin olur və onlar ticarətin müxtəlif formaları vasitəsilə mümkün qə­dər daha çox maddi nemətlər əldə etmək istəyirlər. Allaha ibadət et­­­mək xatirinə bəzi maddi nemətlərdən imtina etmək zəruriyyəti çox vaxt insanları çətinliyə salır və buna görə Allah Onun qar­şı­sın­­­­da öz vəzifələrini yerinə yetirməyə üstünlük verməyə nəyin məc­­­­­bur etdi­yini xatırladır. Bu – Qiyamət günü qarşısında qor­xu­dur ki, in­san­ları dəhşətə salır və insanın qəlbini və canını ra­hat­lıq­­­dan məh­rum edir. Ağıl sahibi olan kişilər bu gündən dəhşətə gə­­­lirlər və bu on­lara Axirət həyatı xatirinə zəhmət çəkməyə və in­sa­­­nı Allaha iba­dət etməkdən yayındıran hər şeydən imtina et­mə­yə kömək edir.

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(24. 38) “ki, Allah onları etdiklərinin ən yaxşısı ilə müka­fat­landırsın və onu Öz mərhəməti sayəsində daha artırsın. Allah istədiyinə saysız-hesabsız ruzi verir”.

Ən yaxşı əməllər saleh əməllərdir. Ağıl sahibi olan kişilər tək­­cə öz saleh əməllərinə görə mükafat alacaqlar, çünki onlar sa­leh əməlləri ilə yanaşı yol verilən və qadağan olunmayan əməllər də yerinə yetirirdilər. Lakin təkcə saleh[25] əməllər mükafata la­yiq­dir və buna görə Fövqəluca buyurur: “Bu ona görə belə ola­caq­dır ki, Allah onların törətdiyi ən pis əməli bağışlasın və onları ən yaxşı əməllərinə görə mükafatlandırsın” (Zümər, 39/35). La­kin möminlərin alacağı təkcə layiq olduqları mükafatları ol­ma­ya­caq. Allah Öz lütfkarlığı sayəsində o mükafatı artıra­caqdır. O (Pak və Müqəddəs Olan), onu istədiyinə saysız-hesabsız ölçüdə bəxş edəcəkdir. O (Pak və Müqəddəs Olan) qullarına onların hət­ta öz əməlləri ilə layiq olmadıqları bol mükafatlar əta edəcəkdir. Bun­­­dan başqa, onlar belə müka­fat­lar haq­qında heç xəyallarına da gə­­­tirməmişdilər, çünki Allahın səxavəti­nin nə sayı var, nə də öl-çü­sü. Fövqəluca Allah bu barədə bildirməklə Özünün mükafat­landır­masının hüdudsuzluğunu vurğulayır.
Sonra O (Pak və Müqəddəs Olan), kafirlərin əməllərinin əbəs ol­ması və kədərdən başqa onlara heç bir şey verməyəcəyi haq­­qında iki hikmətamiz məsəl çəkir. Fövqəluca buyurur:

 ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ
(24. 39) Kafirlərin əməlləri səhrada susuz insanın su ol­du­ğunu güman etdiyi ilğıma bənzəyir. O ona yaxınlaşdıqda heç nə tapmır. O öz yaxınlığında Allahı tapır. Allah da ona onun he­­­sabına uyğun tam artıq­lamasını verir. Allah sürətlə hesab çə­kən­dir”.

Öz Rəbbinə və Onun elçilərinə iman gətirməyənlərin əməl­ləri nə ağaclar, nə də digər yaşıllıqlar olmayan səhralığa bən­zər. Susamış adam isə onları suya oxşadar, çünki insan güclü su­suz­luq anında, başqa şəraitdə heç vaxt ağlına belə gətir­mə­diyi bir şe­yi təsəvvür edər. O, susuzluğunu sön­dürməyə ümid bəsləyir, la­kin onun zənni yanılmış olur. O, ilğıma yaxın­laşdıqda, onu bö­yük bir məyusluq çulğayır. O, ümidini itirir və bu vəziyyətdə su­suz­­luğu daha da güclənir.
Kafirlərin əməlləri də belə bir ilğıma bənzəyir. Şeylərin əsil ma­­hiy­yə­tindən bixəbər olan cahil insan elə hesab edir ki, bu əməl­­lə­ri ona fayda verə biləcəkdir. O, öz hərəkətlərinin zahiri tə­rə­­fi ilə al­danır, yanlış ehti­mallara qapılır və əməllərinin arzu et­di­yi­­nə nail ol­mağa kömək edəcəyinə ümid bağlayır. O, susuz yol yol­çusu­nun su­ya ehtiyacı olduğu kimi, öz istəklərinin təmin edil­mə­sinə möh­tac­dır. Lakin Əvəz Veriləcək Gün gəl­dikdə və kafir öz əməlləri ilə üz­bəüz qaldıqda görəcək ki, onların hamısı əbəs imiş. Onun ümid bəs­lədikləri hər şey izsiz-tozsuz yox olacaq, ona nə zərər, nə də fay­da verməyəcək. Belə olduqda, o, Allah ilə tək­bə­tək qalacaq və O (Pak və Müqəddəs Olan), ondan tam hesab tə­ləb edəcək. Allah in­sa­nın bütün əməllə­rindən, hətta bu əməllər, xur­ma çəyirdəyinin şı­rı­mı və ya çəyirdəyi xurma­nın ətindən ayı­ran qabığı böyüklükdə ol­sa da, xəbərdardır. Nə kiçik, nə də bö­yük əməllər Allahdan gizli qalmır və O (Pak və Müqəddəs Olan), haqq-hesabı çox tez çəkir[26]. Qoy cahil günahkarlar elə fi­kir­ləş­mə­sin­lər ki, bu təhlükə onlardan çox uzaqdır, çünki o, mütləq ger­çək­ləşəcəkdir!
Beləliklə, birinci hikmətamiz məsəldə Allah kafirlərin əməl­lə­ri­ni səh­rada ilğıma oxşatmışdır ki, orada nə ağaclar olur, nə də di­gər yaşıllıqlar. Bu müqayisə ədalətlidir, çünki həqiqətən də ka­fir­lə­rin ürəyində, saleh əməllərin cücərməsi üçün zəruri olan xeyirxahlıq və dindarlıq yoxdur. Bunun səbəbi onların ürək­lə­rində kök salmış inkarçılıqdır. Sonra Fövqəluca kafirlərin əməl­lə­rinin qüsur­luluğu və əbəs­liyi haqqında ikinci hikmətamiz mə­sə­li çəkir və belə buyurur:

 ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(24. 40) “Ya da dənizin dərinliyindəki qaranlığa bənzər. Onu bir dalğa ör­tür, onun da üstündə başqa dalğa var, onun üzə­rində isə bu­luddur qaranlıq üstündə qaranlıqlar! Orada əli­nə baxan onu görməz. Allah kimə işıq əta et­məzsə, o, işıq görməz”[27].
Dənizin dərinliyindəki qaranlıq üst-üstə qalanmış dal­ğa­la­rın qaran­lığı ilə örtülmüşdür və o da öz növbəsində qara bu­lud­la­rın və qaranlıq gecənin zülməti ilə örtülmüşdür. Orada işığa həs­rət qalan zülmət hökm sürür və əgər insan əlini uzadarsa, mə­sa­fənin çox yaxın olmasına baxma­yaraq, onu görə bilməz. Bunu xa­tırlatdıqdan sonra, ətrafda nəyi isə görmək imkanından da­nış­ma­ğa lüzum qalmır. Eyni şeyi ürəkləri də qaranlığa bürünmüş ka­firlər haqqında demək olar. Onların ətrafında, onlara xeyir gə­tir­­məyən qaranlıq hökm sürür. Bu qaranlıq imansızlıq qaranlığı ilə örtül­müş, cahillik qaranlığı və cinayətkarlıq qaranlığı ilə daha da ağırlaşmışdır ki, bütün bunlar yuxarıda sadalananların törə­mə­sidir. Bunların bir nəticəsi kimi, kafirlər işıq ucu görünməyən bu zülmət içində veyllənir, haqq yoldan üz döndərir və azğınlıqla al­dan­ma arasında vurnuxurlar. Bunun səbəbi isə, Allahın onları Öz kö­məyindən məhrum etməsi və onlara nur əta etməmə­sin­də­dir. Hə­qiqətən də, Allah kimə nur verməsə, o, işığa həsrət qalar. İn­san­ların qəlbi qaranlıq və biliksizdir. Onlar xeyirxahlıqdan və nur­­dan məh­rum­durlar. Bu keyfiyyətlər, ancaq Allahın Öz mər­hə­mə­­ti ilə iltifat göstərdiyi kimsələrə aid deyildir.
Belə bir rəy də var ki, bu iki ibrətamiz məsəl bütün kafir­lə­­rin əməl­­lərinə şamildir. Kafirlərin əməlləri çoxsaylı və müxtəlif ol­­­du­ğu­na görə, Fövqəluca Allah bir məsəllə qane olmamışdır. Di­gər bir rəyə görə isə, məsəllərin hər biri kafirlərin müəyyən də­rə­cə­­­li­lə­ri­nə aid­dir: birinci – kafirlərin başçılarına, ikinci isə onların ita­­­ət­kar ar­dı­cıllarına məxsus edil­mişdir. Bu barədə ən yaxşı olanı Al­­­lah bilir!

 ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(24. 41) “Məgər görmürsənmi göylərdə və yerdə olanlar və həm­çi­nin səf-səf uçan quşlar Allahı tərifləyirlər? Onların hər biri öz namazını və necə tərif edəcəklərini bilirlər. Allah onların nə etdiklərini bilir”.

Fövqəluca Özünün sonsuz əzəməti və qüdrəti haqqında xə­bər verir və bildirir ki, məhz bunların sayəsində bütün məxluqlar Al­laha möhtac­dırlar, Onun hökmranlığını qəbul etməklə Ona iba­dət edirlər. Canlı məx­luqlar və cansız varlıq­lar, səf-səf uçan quş­lar, göylərin və yerin digər sakinləri Allahı tərifləyirlər. Hər bir məx­luq Allahı necə tərif etmək və Ona necə ibadət etmək lazım ol­du­ğu­nu bilir və bu ibadət formaları həmin məxluqların im­kan­la­rına tamamilə uyğun­dur. Allah qullarına namaz qıl­mağı və Onun şanını ucaltmağı ya elçilərinin vasitəsi ilə (insan­lara, cinlərə və mələklərə) öyrədir, ya da bunu, bütün qalan məxluqlara, təlqin et­mək vasitəsilə gerçəkləşdirir. Müzakirə etdiyimiz ayənin belə şər­hi ən inandı­rıcıdır, çünki bir qədər sonra Fövqəluca Allah bə­yan edir ki, məxluqların əməlləri Ona mə­lumdur. Ondan heç nə giz­lədilə bilməz və buna görə hər bir qul mütləq layiq olduğu əvə­zi alacaqdır. Bu şərhdən görünür ki, Allah eyni vaxtda Öz qul­la­rını öyrətdiyini və onların əməllə­rin­dən xəbərdar olduğunu və həm də onla­rın niyyətlərinin Ona mə­lum olduğunu və onların la­yiq olduqları əvəzi mütləq ala­caq­larını xatırladır.
İkinci bir şərhə görə isə, müzakirə etdiyimiz ayədə əvəzlik məx­luqlara deyil, Allaha aiddir. Buna görə bu ayənin digər tər­cü­mə­si belə səslənir: “Onlardan hər birinin namazı və necə tə­rif­lə­yə­cəyi Ona məlum­dur. Allah onların nə etdik­lərini bilir”. Rəbb qul­larının ibadəti haqqında hər şeyi olduğu kimi bilir, hal­buki in­san­lara bu barədə ancaq Onun onlara icazə verdiyi mə­lum­dur. Belə olduqda, bu ayə Fövqəlucanın: “Onu yeddi göy, yer və on­larda olanlar tərifləyərlər. Onu həmd ilə tərifləməyən bir məx­luq yoxdur, lakin siz onların tərifləməsini anla­maz­sınız. Hə­qi­qə­tən, O Həlimdir, Bağışlayandır” (İsra, 17/44).
Bütün məxluqların Allaha ibadət etdiyini və bu ibadətə möh­tac olduq­larını izah etdikdən sonra Fövqəluca Allah Onun İla­­hi hakimiyyətinə və İlahi rəhbər­liyinə möhtac olan qullarını xa­tır­layır. Fövqəluca buyurur:


ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ
(24. 42) “Göylərdə və yerdə hökmranlıq Allahındır və qayıdış da Allaha­dır”.

Allah göyləri və yeri yaratmış, onların sakinlərinə nemətlər əta etmiş və onları Öz dininin və qədərinin qanunlarına müvafiq olaraq idarə edir. Yer üzün­dəki həyat məhz bu qanunlara tabedir. Axirət həyatına gəl­dikdə isə, orada Allah ədalətli əvəz qanun­larına müvafiq olaraq mühakimə edəcəkdir və buna görə də O (Pak və Müqəddəs Olan) hamıya bəyan edir ki, bütün məxluqlar Ona qayıt­malı və ədalətli əvəz almalıdırlar.

 ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ

(24. 43) “Məgər sən görmürsən ki, Allah buludları qovur, sonra onları birləşdirir, sonra buludları toplayır və görürsən ki, onun çatla­rın­dan leysan[28] ax­mağa başlayır. O, göylərdə olan dağlardan dolu yağdı­rır. O, onunla istədi­yinə zərbə endirir və onu istədiyindən uzaqlaşdırır. On­ların ildırımının parıl­tısı göz­ləri kor etməyə hazırdır”.

Məgər sən Allahın qüdrətinin şahidi deyilsənmi? O səmada ki­çik bulud­ları qovaraq, onları uca dağlar kimi qat-qat toplayır. Be­lə buludların yarıqla­rından ya­ğış və leysan yağdırır. Bu ya­ğış­lar yerə kiçicik damlalar kimi düşür ki, fayda ver­sinlər və zərər to­xundurmasınlar. Belə yağışların sayəsində su hövzə­ləri və ka­nal­lar dolur, vadilərdən isə çaylar axmağa başlayır. Beləcə, yer üzündə cürbəcür yaraşıqlı bitkilər əmələ gəlir. Bəzi hallarda isə Föv­qəluca Allah topa buludlardan dolu yağdırır ki, onlar nəyin üs­tünə düşürlərsə, məhv edirlər. Allah belə doluların vasitəsi ilə is­tədiyini vurur, istədiyini də onlardan qoruyur. Bu, Allahın qə­də­rinə və Allahın müdrikliyinə tam uyğun olaraq baş verir və bu­na görə Allah ən gözəl tərifə layiqdir. Bu buludlardan çaxan il­dı­rım­ların parıltısı insanı görmə qabiliy­yətindən məhrum etməyə qa­bildir. Məgər bunları Allah yaratmamışdırmı? Onları insana xid­mət etməyə yönəltməmişdirmi? Onları insanlar üçün faydalı et­məmiş­dirmi? İnsanları onların təhlükəsindən qoruma­mışdırmı? Mə­gər bu, Allahın mü­kəm­məl qüdrətini, yenilməz ira­dəsini və hüdudsuz mərhəmətini təsdiq etmirmi?

ﭑﭒﭓ ﭔﭕﭖ ﭗﭘﭙ ﭚ ﭛ ﭜ
(24. 44) “Allah gecə ilə gündüzü bir-biri ilə əvəz edir. Hə­qiqətən, bunda bəsirətlilər[29] üçün ibrət vardır”.

Allahın iradəsi ilə soyuqluq istiliyi, istilik soyuqluğu, gün­­­­düz ge­cəni əvəz edir, gecə də gündüzü. Allahın iradəsi ilə in­san­­­lar xeyrə nail olur və şərə uğ­rayırlar. Bütün bunlar – görmə qa­­bi­liy­yətinə və dərrakəyə malik olanlar üçün bir ibrətdir. Belə in­­san-lar öz fərasətliliyi sayəsində baş verən hadisələrin mahiy­yə­ti­­ni də, ət­rafdakı əşyaları tanıdıqları kimi, asanlıqla dərk edirlər. Bə­sirətli və ağıl sahibi olan insan məxluqlara sadəcə baxmır. O, ba­xarkən on­ların barəsində düşünür və bundan özü üçün faydalı nə­ti­cələr çı­xardır. Bu minvalla o, həmin məxluqun nə üçün və nə­yin xa­ti­ri­nə yaradıldığını anlamağa cəhd göstərir. Allahın öyüd-nə­si­hət­lə­rin­dən üz döndərən cahillərə gəldikdə isə, onlar ətraf­la­rın­da baş ve­rən hadi­sələri, heyvanlar kimi, laqeydliklə müşahidə edir­lər.

 ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(24. 45) “Allah bütün canlı məxluqları sudan[30] ya­rat­mış­dır. Onla­rın ara­sında eləsi var ki, qarnı üzərində sürünür, eləsi var ki, iki ayağı üstündə yeriyir və eləsi də var ki, dörd ayağı üs­­tündə yeriyir. Allah istə­di­yini xəlq edir. Həqiqə­tən, Allah hər şe­­yə qadirdir”.

Fövqəluca qullarını şahidi olduqları hadisə haqqında dü­şün­mə­yə dəvət edir. Buna – bütün yerdəki məxluqların sudan ya­ra­­­dıl­ma­sı hadisəsi daxildir. Su canlı orqanizmlərin əsas tərkib his­sə­­sidir və buna görə də Fövqəluca belə buyurur: “Doğrudanmı ka­­fir­lər gör­mürlər ki, göylər və yer vəhdət halında bütöv idi və Biz on­ları bir-birindən ayırmışıq və bütün canlıları sudan ya­rat­­mışıq? Ni­yə on­lar iman gətirmirlər?” (Ənbiya, 21/30). Hey­van­ların bə­zi­lə­ri dişi yumurta­lı­ğını mayalayan kişi toxumunun dam­lasından dün­yaya gəlir. Digər heyvanlar nəmlik içində dün­ya­ya gəlir. On­la­ra aid olanlar, məsələn, ancaq nəmişlik yerlərdə ço­xalan hə­şə­rat­lar­dır. Hərçənd canlı orqanizmlərin əsas tərkib his­səsi eyni olsa da, on­ların zahiri görünüşü çoxsaylı fərqlərə ma­lik­dir. İlanlar və digər heyvanlar yerin üstün­də sürünür, insanlar və bir çox quşlar iki ayaqları üstə hərəkət edir, ev heyvanları və di­gər heyvanlar dörd ətrafları üzərində yerlərini dəyişirlər. Eyni mad­dədən ən müxtəlif canlı məxluqların törəməsi şəraiti, iradəsi qeyd-şərtsiz icra edilən Allahın hüdudsuz fövqəlqüdrətinə də­la­lət edir. Məhz buna görə Allah bəyan edir ki, O (Pak və Mü­qəd­dəs Olan), məxluqları Öz istədiyi kimi yaradır və onlara müxtəlif key­fiyyətlər verir.
Həqiqətən, Allah bütün varlıqlar üzərində hökmrandır. O (Pak və Müqəd­dəs Olan), yeri mayalayan yağış nazil edir. Su hər yer­­­­də eyni cür­dür, yer də eynilə birdir, lakin onların qarşılıqlı tə­si­ri nə­­ticəsində ən müx­təlif keyfiy­yətlərə malik cürbəcür bitkilər dün­­ya­­ya gəlir. Fövqəluca buyu­rur: “Yer üzündə həmsərhəd sa­hə­­­lər, üzüm bağları, əkinlər, bir kökdən və ya müxtəlif kök­lər­dən ar­tan xurma ağacları vardır. Onları bir cür su ilə suvarırlar, la­­kin Biz onların bəzilərini digər­lərindən daha ləzzətli edirik. Hə­­qi­qə­tən də, bunda – düşünən insanlar üçün bir ibrət vardır” (Rəd, 13/4).

 ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ

(24. 46) “Biz artıq aydın dəlillər nazil etmişik və Allah is­tə­diyini doğru yola yönəldir”.

Biz qullarımıza lütfkarlıq göstərib, onlara aydın izah edil­miş şə­riət hökm­lərindən, tərifəlayiq əxlaqi keyfiyyətlərdən və hik­­mətli bi­liklərdən ibarət ayələr nazil etmişik. Bu ayələr in­san­la­rın yolunu işıq­landırır və həqi­qəti yalan­dan, düz yolu isə az­ğın­lıq­­dan fərq­lən­dir­məkdə onlara kömək edir. Onlar bəzi insanları haq­­­qı danmaqda ən kiçik imkanlardan belə məhrum etdiyi halda, di­­gərlərinə heç bir çə­tinlik çəkmədən doğru yolu tapmaqda kö­mək edir. Onlar, elmi mü­kəmməl, mərhəməti hüdudsuz və izahı qü­­sursuz olan Allah tə­rəfindən nazil edildiyinə görə bu mə­ziy­yət­­lərə malikdir. Allah ayə­lərini olduqca aydın tərzdə izah et­miş­dir ki, qismətinə həlak olmaq dü­şən şəxs tam aydınlıq şərai­tində hə­­lak olsun, kimə yaşamaq nə­sib olacaqsa, o da tam aydınlıq şə­ra­itində yaşasın.
Allah doğru yola istədiyini yönəldir. Bu, əzəldən haqlı dav­ra­­nan və doğ­ruçu olan hər bir kəsə aiddir. Allah belə insanları ən nur­­lu və ən qısa yolla yö­nəldir və bu yol onu Allahın mərhəmət mə­­kanına gətirir. Bu yolu keçmək üçün haqqı dərk etmək, ona az­ğın­lıq qarşısında üstünlük vermək və əməllərində ona istinad et­mək lazımdır. Fövqəluca qeyd edir ki, O (Pak və Müqəddəs Olan) haq­qı Özünün bütün məxluqlarına izah etmişdir. Lakin doğru yo­la təkcə seçilmişləri yönəltmişdir. Allah bəzi qullarına Öz mər­hə­­mətini göstərərək, onları ən gözəl tərzdə mükafatlandırır, di­gər­lərinə isə Allah Öz ədalətini göstərərək, onları cahil­lik və na­dan­lığa görə bəraət almaq imkanından məhrum edir. Allah kimin nə dərəcədə Onun xeyirxah­lığına layiq olduğunu yaxşı bilir.

 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ

(24. 47) “Onlar[31] deyirlər: “Biz Allaha və Elçiyə iman gə­tir­­mişik və itaət edirik”. Lakin bundan sonra onların bir hissəsi üz döndərir və onlar iman gəti­rən deyillər”.

Fövqəluca bu ayədə ürəkləri xəstəliyə tutulmuş, imanı ol­duq­­ca zəif olan günah­karlar haqqında xəbər verir. Onlar iki­üz­lü­lük xəstəliyinə tutul­muş, şübhə­lər içində vurnuxur və mükəmməl bi­­liyə malik deyillər. Onlar özlərini mömin ad­landırırlar və Al­la­ha ita­ət etdiklərini bildirirlər, sonra isə bunu yerinə yetir­mirlər. On­la­rın bir hissəsi Allaha itaət etməkdən o dərəcədə möhkəm bo­yun qa­­çırırlar ki, hətta haqdan da imtina edirlər. İnsan özünün bir sıra və­zifələrini yerinə yetirmək­dən yayına bilər, lakin bu zaman o, tövbə et­mək və itaətə qayıtmaq niyyətində olmalıdır. Lakin bu günahkarlar haq­­dan üz döndərir və hətta tövbə haqqında heç düşünmürlər də. Öz­lərini mömin və itaətkar qul adlandıran və ibadət ayin­lərinin ço­­xunu yerinə yetirməyən kəmetiqadların əksəriyyəti bu və­­ziy­yət­də­dir. Bu, xüsusilə, zəkat, fərz və nafilə sədəqələrə, ci­ha­da və insan nəf­si üçün zəh­mətə qatlaşmağı tələb edən digər iba­dət ayinlərinə aid­dir.
 ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ

(24. 48) “Aralarında hökm verilməsi üçün Allaha və Elçisinə dəvət edil­dikdə, onlardan bir qismi üz döndərir”.

Belə kəmetiqad və digər insanlar arasında çəkişmə baş ver­dik­də və onlar Allahın və Onun Elçisinin (s.ə.s.) mühakiməsinə mü­­raciət etməyə dəvət olun­duq­da, onlardan bəziləri Allahın və Onun Elçisinin (s.ə.s.) müha­kiməsindən üz döndə­rirlər. Onlar ca­hil­lik zamanının qanunları ilə müha­kimə olunmaq istəyir və İslam dini qanunları müqabilində cahillik qanun­larına üstünlük ve­rir­lər, çünki onlar bilirlər ki, haqq onların tərəfində deyil və şəriət qə­rarları həmişə gerçəkliyə uyğun gəlir.
 ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(24. 49.) “Haqq onların xeyirlərinə olsaydı, itaətkarlıqla ya­nına gələr­di­lər”.

Belə olduqda onlar şəriət qanunlarına müraciət edərdilər, la­kin on­lar əda­lətli şəriət məhkəməsinə can atdıqlarına görə deyil, hök­mün həmin halda onların xeyirinə olduğu üçün bu addımı atar­dılar. Amma onlar belə itaətkarlığa görə təriflən­məyə layiq gö­rülə bilməzlər, çünki Allahın əsil qulu, o, onu hətta kədər­lən­dir­sə və ya əziyyətə salsa da, həmişə haqqa can atır. Fasiqlərə gəl­dik­də isə, şəriət hökmləri onların istəklərinə uyğun gəl­dikdə, on­la­ra itaət edir və istəkləri­nə uyğun gəlmədikdə isə, Allahın qa­nun­larından üz döndərirlərsə və öz ehtiraslarını şəriət qanunla­rın­dan üstün tuturlarsa, deməli, onlar Allahın əsil qulları deyillər.
Sonra Fövqəluca Allah fasiqləri şəriət qanunlarından üz çevirdiklə­rinə görə qınayaraq belə buyurur:

 ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(24. 50) “Məgər onların ürəkləri xəstəliyəmi tutulmuşdur? Ya­xud onlar şübhəmi edirlər? Ya da onlar ehtiyat edirlər ki, Allah və Onun Elçisi onları za­lımcasına mühakimə edəcəklər? Heç də yox! Onlar özləri zalımcasına davra­nırlar!”

Belələrinin ürəkləri xəstəliyə tutulmuş, onlar hissiyyatdan məh­­rum edil­mişlər və bunun nəticəsində fasiqlər onlara fayda ve­­rə bilən şeydən üz döndərən xəstələrə oxşamağa başlayırlar və on­­lara zərərli olan şeyləri edirlər. Yaxud da belə insanlara şüb­hə­lər əzab verir və onları Allahın və Onun Elçisinin (ona Allahın sa­la­­vatı və salamı olsun!) hökmlərinin həqi­qətən doğru olmasına şəkk gətirməyə məcbur edir. Ya da onlar ehtiyat edirlər ki, Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara za­lım­lıq etsinlər. Onlar belə səciyyələn­dirilməyə layiqdirlər, çünki fa­siq və zalımdırlar. Allahın və Onun Elçisinin (ona Allahın sa­la­va­tı və salamı olsun!) qanunlarına gəldikdə isə, onlar ən ədalətli, ən qərəzsiz və ən müdrik qanunlardır. Fövqəluca buyurur: “Doğ­ru­danmı onlar cahillik döv­rün­dəki kimi mühakimə olunmaq is­təyirlər? İman sahibi olan insan­lar üçün ki­min hökmü Allah­ın hökmündən yaxşı ola bilər?” (Maidə, 5/50).
Müzakirə etdiyimiz ayə ona dəlalət edir ki, imanı dillə de­mək­­lə sübut etmək kifayət deyil və o, saleh əməllərlə təsdiq olun­ma­­lıdır. Məhz buna görə Allah Rəbbinə itaətdən üz döndərənləri ka­fir ad­lan­dır­mışdır. Bütün bunlar müsəlmanı hər bir işində Al­la­hın və Onun El­çisinin (ona Allahın salavatı və salamı olsun!) hökm­­lərinə əsas­lan­ma­ğı zəruri edir. Əgər insan onlara istinad et­mək­­dən boyun qaçırı­rsa, onda bu, onun ürəyinin xəstəliyə tu­tul­ma­­sını, imanının isə şübhə için­də olmasını sübuta yetirir. Föv­qəl­uca həmçinin şəriət hökmləri haq­qında pis fikirdə olmağı və on­la­rı ədalətsiz və ya yanlış saymağı qa­dağan etmişdir. Allahın hökm­lə­rindən üz çevirən fasiqlərin və­ziy­yə­tini xatırlatdıqdan son­ra isə, Föv­qəluca Allah möminlərin tə­ri­fə­la­yiq əməllərindən xə­bər ve­rə­rək, belə buyurur:

 ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ

(24. 51) “Möminləri, aralarında hökm verilməsi üçün Allaha və Onun Elçisinin yanına dəvət etdikdə, onlar: “Eşitdik və itaət edirik!” – deyirlər. Məhz onlar xilas olanlardır”.

İmanını öz əməlləri ilə təsdiq edən əsil möminlər ara­la­rın­da hökm veril­məsi üçün Allaha və Onun Elçisinin (ona Allahın sa­lavatı və salamı olsun!) yanına çağırıldıqda, həmişə belə de­yir­lər: “Eşitdik və itaət edirik!” Onlar, istək­lərindən asılı olmayaraq, Al­lahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ira­­dəsinə tabe olurlar. Onlar onu layi­qincə yerinə yetirir və bun­dan, azca da olsa, usanmırlar. Təkcə belə insanlar xoşbəxtlik ta­pa­caq­­lar, çünki onlar ən əziz və mü­qəd­dəs olan bütün arzu­larına na­il olacaqlar və hər cür yaramazlıqlardan, narahat­çılıqlardan xi­las ediləcəklər. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və sa­­lamı olsun!) hökmlərindən üz döndərənlər, Allaha və Onun Elçi­sinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən im­tina edənlər heç vaxt səadətə nail ola bilməyəcəklər.
Mühakimə yürüdülərkən Allahın və Onun Elçisinin (ona Al­lahın salavatı və salamı olsun!) hökmlərinə tabe olmağın fay­dasını xatırlatdıqdan sonra, Fövqəluca Allah belə itaətkarlığın ümu­miyyətlə faydalı olduğunu bildirərək, belə buyurur:

 ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ

(24. 52) “Allaha və Onun Elçisinə itaət edənlər Allahdan qor­xan və təqvalılığa etiqad edənlər, artıq uğura nail olmuşlar!”

Bu möminlər Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edir, onların sözlərinin gerçəkliyinə inanır və onların hökm­lərini icra edirlər. Onlar Allahdan qorxurlar, la­kin onların qorxusu kor-koranə qorxu deyil, çünki onlar Allahın sər­hədlərini pozmaqdan ehti­yat edən, öz nəfslərinin istəyinə uy­ma­yan mömin və təqvalı qullardır. Əgər ayədə təqvalılıq digər yax­şı əməl­lərdən asılı olmayaraq xatırlanırsa, onda o, dinin hökm­lərinin yerinə yetiril­mə­sini və itaətsizlikdən imtina etməyi nə­­zərdə tutur. Əgər o, müzakirə etdiyimiz ayədə olduğu kimi, mö­­minliklə və Allaha itaətlə bərabər xatırlanırsa, onda o, Allahın cə­­zalan­dırması və itaətsizlik göstərməkdən imtina edilməsi mü­qa­bilində qorxmağı nəzərdə tutur.
Allaha itaət edən, Onun Elçisinə (ona Allahın salavatı və sa­la­­mı olsun!) itaət edən, Allahdan qorxan və itaətsizlik gös­tər­mək­dən çəkinən hər kəs mütləq uğura nail olacaqdır[32]. Belə bir mö­min cə­­­­zadan xilas olmağı bacaracaq, çünki o, insanı mə­şəq­qət­lə­rə məh­kum edən əməllərdən çəkin­mişdir. O həm də mükafat ala bi­lə­cək­­dir, çünki o, həqiqətən də mükafat­landırılmağa layiq əməl­lər et­­mişdir. Allahın qulları ancaq belə məziyyətləri sa­yə­sin­də uğur əl­də edə bilərlər. İnsanın belə tərifəlayiq əməlləri nə qə­dər azdırsa, onun müvəffəqiyyətə nail olmaq ehti­malı da bir o qə­dər az ola­caq­dır.
Bu ayədə müsəlmanların Allah qarşısında və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) qarşısında vəzifələri nə­zər­dən keçirilir. İtaət – eyni za­manda həm Allahın, həm də Onun Elçi­­sinin (ona Allahın salavatı və salamı ol­sun!) qarşısında mü­səl­man­ların vəzifəsidir və bu vəzifənin yerinə yetirilməsi Allaha iman gətirilməsi ilə sıx əlaqədardır. Dəhşətə gəlmək və Allah xo­fu – möminlərin Allah qarşısında vəzifəsidir. Ehtiram və hörmət isə müsəlmanların Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qarşısında vəzifə­sidir. Bu üç vəzifə birlikdə Föv­qəl­ucanın aşağıdakı kəlamında yada salınmışdır: “Həqiqətən, Biz səni şahid, müjdə verən və xəbərdarlıq edən kimi gön­dər­dik” (Fəth, 48/8). “Ta ki, Allaha, Onun Elçisinə iman gətirəsiniz, ona ehtiram və hör­mət bəslə­yəsiniz, səhər və gün batmamışdan Onun şan-şöhrətini ucaldasınız” (Fəth, 48/9).

 ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏﰐ ﰑ ﰒﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ

(24. 53) “Münafiqlər, sən onlara əmr etdikdə, mütləq yü­rü­şə çıxa­caq­la­rına dair Allaha çox möhkəm and içdilər. De: “And içməyin! Necə itaət etmə­yi­niz məlumdur”. Şübhəsiz ki, Al­­lah etdiklərinizdən agahdır”.

Fövqəluca xəbər verir ki, Allahın Elçisi (ona Allahın sa­la­va­tı və salamı ol­sun!) ilə birlikdə hərbi yürüşə çıxmayan münafiqlər və kəmetiqad­lar and içdilər ki, əgər Muhəmməd Peyğəmbər (ona Al­lahın salavatı və salamı olsun!) bundan sonra döyüşə çıxmağı on­lara əmr edərsə, onda onlar yürüşə mütləq qatılarlar. Başqa bir şər­hə görə isə, onlar and içirlər ki, əgər Peyğəmbər (s.ə.s.) döyüşə çıx­mağı onlara bilavasitə əmr etsəydi, onda onlar hökmən ona (s.ə.s.) tabe olardılar. İki şərhdən birincisi daha mötəbərdir.
Lakin Fövqəluca Allah onların bəyanatını qəti rədd edərək Öz Peyğəmbə­ri­nə (s.ə.s.) əmr edir ki, müsəlmanların onların an­dı­na və üzrxah­lıq etməsinə ehti­yacları olmadığını söyləsin. Allah əsil vəziyyəti müsəlman­lara bildirmişdir və bu­na görə bu kə­me­ti­qad­ların yalançı mütiliyi yaxşı məlumdur. Onların hərəkətinə bə­ra­ət qazandırıla bilməz, çünki onlar hərbi yürüşdə ancaq öz tən­bəl­likləri və arzu etmədikləri üzündən iştirak etmə­mişdilər. Buna görə də onların üzrxahlıq etməsi­nə və and içməsinə ehtiyac yox­dur. Yalnız vəziyyəti aydın olmayan və niyyətləri şübhə doğuran şəxs­lərin andı qəbul oluna və onlara bəraət verilə bilər. Kəmeti­qad­lara gəldikdə isə, onların andı onlara fayda verməyə­cək­dir. On­­ları çox tezliklə amansız cəza haqlaya bilər, çünki Allah on­la­rın əməllə­rindən agahdır və onların hər birinə layiqincə əvəz ve­­rəcəkdir. Kəmetiqad­ların və münafiq­lərin əsil vəziyyəti belədir. Allah­ın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, onun (s.ə.s.) vəzifəsi Allahın əmr və qadağalarını insanlara çat­­dırmaqdır. Buna görə daha sonra Allah buyurur:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

(24. 54) “De: “Allaha itaət edin və Elçisinə itaət edin!” Əgər siz üz dön­dər­səniz, bilin ki, o, ancaq ona həvalə edilənə ca­vabdehdir, siz isə sizə həvalə edilənə cavabdehsiniz. Əgər siz ona tabe olsanız, onda düz yolla gedərsiniz. Elçinin vəzifəsi isə an­caq açıq təbliğatdır”.

Əgər siz Allaha və Onun Elçisinə (ona Allahın salavatı və sa­­lamı olsun!) itaət etsəniz, sizə səadət və şərəfli qismət nəsib ola­caq­­dır. Yox əgər itaətdən imtina etsəniz, bilin ki, Elçiyə (s.ə.s.) an­caq Allahın vəhyini sizin nəzərinizə çatdırmaq hökmü verilmiş, si­zə isə ona (s.ə.s.) itaət etmək əmr edilmişdir. O (s.ə.s.) öz vəzifə­si­­ni yerinə yetirmişdir, siz isə açıq-aşkar yolunuzdan sapmışsınız, də­rin azğınlığa düşmüşsünüz və sərt cəzaya la­yiqsiniz. Lakin əgər siz ona (s.ə.s.) itaət etsəniz və mütiliyinizi sözünüzlə və əmə­li­­nizlə sübuta yetirsəniz, onda doğru yola gələrsiniz. Bu yola, tək­cə Elçiyə (s.ə.s.) tabe olmaq sayəsində qədəm basmaq olar. Əgər siz ona (s.ə.s.) itaət etməkdən boyun qaçırsanız, onda siz bu yola gəl­­məyə heç vaxt nail ola bilməzsiniz. Bundan da başqa, bunu et­mək, sadəcə, mümkün deyil. Elçiyə (ona Allahın salavatı və sa­la­mı olsun!) əmr edilmişdir ki, haqqı sizə elə çatdırsın ki, heç kimdə onun doğruluğuna şübhə yeri qalmasın. O (s.ə.s.) vəzifəsinin öh­də­­­sindən gəlmişdir və Allahın vəhyini sizə ən kamil tərzdə izah et­mişdir. İndi isə siz Allah qarşısında cavab verməli ola­caq­sı­nız. O (Pak və Müqəddəs Olan), insanların hər birinə etdikləri əməl­lə­ri­nə görə əvəz verəcəkdir. Elçiyə (s.ə.s.) gəldikdə isə, o (s.ə.s.) ar­tıq öz vəzifəsini yerinə yetirmişdir və məxluqların ta­le­yi­ni həll et­mək ha­kimiyyətinə malik deyil.

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(24. 55) “Allah sizlərdən iman gətirənlərə və xeyirxah əməl­lər işlə­dənlərə vəd etmişdir ki, O, onlara qədərkiləri ca­ni­şin etdiyi kimi, mütləq onları da yer üzü­nün canişini edəcəkdir. O, onlardan ötrü təyin etdiyi dinə etiqad etmələri üçün mütləq on­lara imkan verəcək və onların qorxusunu əmin-amanlıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və Mənə şərik qoş­mur­lar. Bundan sonra iman gətirməkdən imtina edənlər fasiq­lər­dir”.

Bu – Allahın vədlərindən biridir ki, onun doğruluğuna və ger­­­çək­liyinə çox asanlıqla əmin olmaq mümkündür. O (Pak və Mü­­qəddəs Olan), iman gətirmiş və xeyirxah işlər görən mü­səl­man­­lara vəd etmişdir ki, onlar mütləq yer üzündə cani­şin ola­caq­lar və hökmranlıq edəcəklər. Onlar həm­çinin Allahın razı olduğu və bü­tün digər dini əqidələr üzərində qələbə çalması nəsib olu­na­caq İslam dininə etiqad edə biləcəklər.
Allah müsəlmanları bu dinlə şərəfləndirmiş və onlara ona qəl­­bən və bə­dənləri ilə etiqad etmək imkanı əta etmişdir və bu şərt­­lər müsəlmanların üstün­lüyünə və Allahın onlara göstərdiyi mər­­həmətinə şəhadət verir. Möminlər Allahın dininə təkcə öz­lə­ri­nin etiqad etməsi ilə qane olmur, onu qalan insanlar arasında da təb­liğ edirlər, kafirlər və digər dinlərə etiqad edənlər isə al­çal­dıl­mış və məğlub edilmiş halda qalmağa məhkum edil­mişlər.
Bununla yanaşı Allah müsəlmanlara vəd etmişdir ki, ke­çir­dik­­­­ləri qorxu-hürküdən sonra onlara rahatlıq və əmin-amanlıq əta et­sin. Vaxt vardı ki, möminlər İslam dininə aşkar etiqad edə bil­­mirdilər, çünki onda müsəlmanlar kafirlərdən sayca çox az idi­lər və buna görə kafirlər onlara ağır əzab verirdilər. Allahın düş­mən­­ləri dünyanın hər tərəfindən vahid cəbhə ilə müsəlmanların əley­­hinə çıxır­dılar. Məhz həmin ağır dövrdə Allah qullarına bu şə­­rəfli vədini nazil etmişdir. O zaman hələ heç kim ehtimal belə et­­mirdi ki, müsəlmanlar yer üzündə hökmranlıq edə biləcəklər, öl­­kə­ləri və xalq­ları idarə edəcəklər, İslam dininin hökmlərini aş­kar halda icra etmək imkanına malik olacaqlar, təhlükəsizlik və əmin-amanlıq şə­ra­i­tində yaşayacaq, Allaha şərik qoşmadan, Al­lah­dan başqa heç kim­dən qorxmadan ibadət edə biləcək. Lakin bu­­na baxmayaraq, mü­səlmanların ilk nəsilləri imandan və saleh əməl­lərdən əl çək­mə­dilər və öz düşmənlərinə üstün gəldilər. Bu­na görə Allah onlara bü­töv ölkələr və xalqlar üzərində ha­ki­miy­yət əta etdi ki, bunun sa­yə­sində də müsəlmanlar həm şərqdə, həm də qərbdə ərazilərə sa­hib oldular, yer üzündə sülh və əmin-aman­lıq bərqərar etdi­lər və öz Rəbbinin dininə açıq-aşkar etiqad et­­­mək imkanı qazandılar. Hə­qi­qətən də bu, Allahın ən ecazkar mö­cüzələ­rin­dən biri idi və eləcə də qalmışdır. Hər dəfə mü­səl­man­lar imana və saleh əməl­lərə mü­ra­ciət et­dikdə, onlar Allahın və­dinin yerinə yetirilməsinin şahidi olur­lar. Bu, Qiyamət qopana qə­dər də belə olacaqdır! Lakin mü­səl­man­lar dinə və saleh əməl­lə­rə etinasızlıq göstərdikdə, Allah ka­fir­lə­rə və münafiqlərə mü­səl­man­­­lar üzərində bir müddət üstün ol­mağa və hökmranlıq etməyə im­­kan verir.
Ey müsəlmanlar!
Əgər sizə yer üzündə hakimiyyət əta edildikdən və Allaha açıq ibadət etmək imkanı verildikdən sonra siz kafirliyi üstün say­­­sanız, onda siz Allaha ita­ətdən yayınan, yer üzündə şərəfsizlik ya­­­yan və yaxşı işlər görməyə qadir olmayan böyük günahkarlar olar­­sınız. İnsan hakimiyyətə malik olduğu və heç nəyin ona Allahın dininə etiqad etməyə mane olma­dığı zaman imandan bo­yun qa­­çırırsa, onda bu onun niyyətlərinin naqis olduğuna dəlalət edir, çün­­ki belə bir şəraitdə heç bir başqa səbəb onu imandan əl çək­mə­yə yönəldə bilməz.
Bu ayədən aydın olur ki, Allah möminlərin əvvəlki nə­sil­lə­ri­ni də yer üzü­nün canişinləri etmişdir və onlara maneəsiz olaraq Onun dininə etiqad etməyə imkan vermişdir. Fövqəluca bildirir ki, Musa peyğəmbər (ə) öz xalqına demişdir: “Ola bilsin ki, Rəb­bi­­niz düşməninizi məhv etsin və sizi yer üzünün canişini etsin, son­­ra da sizin necə davranacağınıza baxsın” (Əraf, 7/129).
Quranda da deyilmişdir: “Biz istəyirik ki, yerdə al­çaldı­lan­­la­ra mər­hə­mət göstərək, onları öndərlər və varislər edək, on­la­­­ra yer üzündə hakimiyyət verək və Firona, Hamana və onların dö­­yüş­çü­lərinə göstərək ki, onlar nədən çəkinməli­dirlər” (Qəsəs, 28/5-6).

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ
(24. 56) “Namaz qılın, zəkat verin və Elçiyə itaət edin, – ola bil­­sin ki, siz əfv ediləsiniz”.

Fövqəluca namaz qılınmasını və qəlbən və bədən hərəkəti ilə onun şərt­lərini və vacib hökmlərini icra etməyi və həmçinin Al­lahın qullarına əta etdiyi öz mülkiyyətindən zəkat verməyi əmr edir. Zəkat kasıblara və həm­çinin zəkat kimi toplanmış mül­kiy­yə­tə haqqı olan digər insanlara paylanır. Namaz və zəkat ibadətin iki ən vacib ayinidir. Müsəlman onları yerinə yetirməklə Allah qar­şısında öz vəzifələrini ixlasla icra etmiş və Onun məxluqlarına xe­yirxahlıq göstərmiş olur.
Sonra isə Fövqəluca Allah Elçiyə (s.ə.s.) tamamilə itaət et­mək hök­mü verir. Buna görə müsəlmanlar onun (s.ə.s.) əmrlərini ye­­rinə yetirməli və qadağalarını pozmamalıdırlar. Fövqəluca bu­yu­rur: “Elçiyə itaət edən, Allaha itaət edir” (Nisa, 4/80). Əgər in­san­lar bu hökmü yerinə yetirsələr, onlar mütləq əfv edilərlər. Alla­hın mərhəmətini diləyən hər kəs qoy bu yola gəlsin. Lakin kim­sə namaz qılmadan, zəkat vermədən və Allahın Elçisinə (ona Al­la­hın salavatı və salamı olsun!) itaət et­mədən Allahın iltifat gös­­tər­­məsinə ümid bəsləyirsə, onun ümidləri boşa çıxa­caqdır.

 ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ

(24. 57) “Fikirləşmə ki, kafirlər yer üzündə xilas ola bi­lər­lər. On­la­rın məs­kəni Od olacaqdır. Gələcəkləri bu yer necə də pis­dir!”

Qoy kafirlərə əta edilən dünyəvi var-dövlət səni çaş­dır­ma­sın, çünki Allah insanlara möhlət versə də, onların əməllərini unut­­­­­mur. Fövqəluca buyu­rur: “Biz onlara onlardan[33] istifadə et­mə­­­yə az vaxt ərzində imkan verəcə­yik, sonra isə, onları dəhşətli əzab­­­­lar çəkməyə məcbur edəcəyik” (Loğman, 31/24). Həqiqətən, ka­­­­­firlərin sığınacağı ən müdhiş sığınacaqdır. Bu şər, qəm və əbə­­­­di cəza məskənidir.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ

(24. 58) “Ey iman gətirənlər! Qoy əlinizin altında olanlar və həddi-bu­luğa çatmayanlar üç halda sizdən icazə istəsinlər: sübh namazına qədər, günorta vaxtı paltarınızı soyunanda və gecə namazından sonra. Budur sizin çılpaq qala biləcəyiniz üç vaxt. Nə sizə, nə də onlara, bu hallardan başqa[34], günah yoxdur, axı siz bir-birinizi ziyarət edirsiniz. Allah ayələrini sizə belə izah edir. Allah – Biləndir, Müdrikdir”.

Fövqəluca möminlərə buyurmuşdur ki, kölələr və həddi-bu­luğ yaşına çatmayan uşaqlar onların otağına girərkən üç halda ica­zə istəsinlər. Allah bu hök­mün hikməti haqqında da xəbər ver­miş­dir. Bu ondan ibarətdir ki, həmin saatlar insanların evlərində lüt qala bilmələrinin üç vaxtıdır. Bu – işa namazın­dan sonra gecə is­tirahəti vaxtı, sübh namazı qarşısında yuxu­dan oyanma vaxtı və gü­­norta istirahəti vaxtıdır. Gecə yuxusundan əvvəl insanlar, bir qay­da olaraq, öz adi pal­tarlarını dəyişir, gündüz isə onlar çox vaxt adi paltarda istirahətə uzanırlar və buna görə Allah əmr edir ki, insanlar günorta istirahəti üçün paltarı soyunan hallarda otağa gir­mək istəyənlər icazə alsınlar.
Bu üç halda kölələr və kiçik yaşlı uşaqlar başqa insanlara nisbətən otağa ica­zəsiz girmək haqqına malik olmurlar. Qalan bütün hallarda isə onlara otağa icazə almadan daxil olmağa icazə ve­rilmişdir, çünki hər dəfə daxil olanda icazə istəmək onlar üçün çox ağır olardı. Bu təkcə kölələrə və həddi-buluğa çatmamış uşaq­la­ra aiddir, çünki onlar öz sahiblərinə və ya valideynlərinə çox­say­lı məsə­lə­lərlə əlaqədar müraciət etməli olurlar.
Beləliklə, Allah nazil etdiyi ayəni nəinki izah edir, həm də onun hikməti haqqında da bizə xəbər verir. Belə izahat hökmün əhə­miyyətini gücləndirir və Qanunyaradıcısının müdrikliyinə və rəh­m­liliyinə dəlalət edir ki, Onun gözəl ad­ları arasında – Bilən və Müd­­rik adları da vardır. O (Pak və Müqəddəs Olan) bü­tün vacib, kö­­nüllü və yol verilən əməllər haqqında biliklərə və həm də müd­rik­­liyə malikdir və onun sayəsində O (Pak və Müqəddəs Olan) hər şeyi öz ye­rində yerləş­dirir. O (Pak və Müqəddəs Olan) hər bir məx­­luqa ona yaraşan gör­kəm vermiş və həm də hər bir şəriət hök­mü­nə müvafiq gələn hikmət[35] nazil etmişdir.
Həmin sünnələrin bəzilərini Fövqəluca Allah bu ayədə xa­tır­ladır və sonra onların əhəmiyyətini və müdrikliyini belə bəyan edir:

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ

(24. 59) “Sizin uşaqlarınız həddi-buluğa çatdıqda, qoy on­lar da, özlə­rin­dən böyüklərin icazə istədikləri kimi, icazə is­tə­sin­­lər. Allah ayələ­rini sizə belə bəyan edir. Allah – Biləndir, Müd­­rikdir”.

Yetkinlik və ya həddi-buluğ yaşına çatma adı altında oğ­lan uşaq­larında pollyusiya yaranması[36] dövrünün başlanması nə­zər­­də tutulur. Uşaqlar bu yaşa çatdıqda, böyüklərin etdikləri ki­mi, gecə-gündüzün istə­nilən vaxtında böyüklərin otağına gir­dik­də, onlardan icazə istəməli­dirlər. Fövqəluca buyurur: “Ey iman gə­­­ti­rənlər! İcazə almadan və sakinlərinə salam vermədən öz­gə ev­­­lərinə daxil olmayın. Bu sizin üçün daha yax­şıdır. Ola bil­sin ki, siz nəsihəti yadda saxlayar­sınız” (Nur, 24/27).
Son iki ayədən bir neçə nəticə çıxarmaq olar ki, onlardan aşa­­­­ğıda­kılar üzərində dayanaq:
- Kölələrin sahibləri və azyaşlı uşaqların hamiləri kölələrinə və uşaqları­na faydalı elmlər və davranış qaydaları öy­rət­mə­li­dir­lər, çünki Allah buyuranda ki: “Ey iman gətirənlər! Qoy əlinizin al­­­­tında olanlar və həddi-buluğa çatma­yanlar üç halda sizdən ica­­­­zə istəsinlər: sübh namazına qə­dər, günorta vaxtı paltarınızı so­­­­yunanda və gecə namazından sonra...” (Nur, 24/58), məhz on­la­­­ra müraciət et­miş­dir. Bu, təlim verməyi və tərbiyə etməyi nə­zər­də tutur, çünki daha sonra Fövqəluca belə buyurur: “...Nə si­zə, nə də onlara, bu hallardan başqa[37], günah yoxdur, axı siz bir-bi­ri­­­nizi ziyarət edirsiniz...” (Nur, 24/58).
- Müsəlmanlar özgə nəzərlərindən bədənlərinin örtül­mə-si­nin zəruri oldu­ğu hissələrini qorumalı və bu məsələdə ən yüksək də­­­rəcədə ehtiyatkarlıq göstər­mə­lidirlər. Buradan aydın olur ki, mü­­­səlman, insanların onu lüt görə biləcəyi yerlərdə çimməməli və özünü yumamalıdır.
- Günorta istirahəti müsəlmanlar üçün gecə yuxusu kimi adi bir haldır və buna görə Allah müsəlmanlara onların adi və­ziy­yə­­tinə aid hökmü belə izah edir.
- Həddi-buluğa çatmamış uşaqlara yaşlı insanların ör­tül­məli olan bədən hissələrini görməyə icazə verilmir və bə­dən­lə­ri­nin müvafiq hissələ­rini çılpaq qoy­mağa da icazə verilmir, çünki Al­­lah onlara otağa girərkən icazə almağı əmr et­mişdir ki, qa­da­ğan olunanı görməkdən çəkinsinlər.
- Kölələr sahiblərinin örtülməsi zəruri olan bədən his­sə­lə­ri­ni görmək haq­qına malik deyillər və sahibləri də öz kölələrinin bə­­dənlərinin müvafiq hissələrini görmək haqqına malik deyillər. Şə­­riət məsələlərini öyrənməklə məşğul olan müəl­limlər və də­vət­çi­l­ər şəriət hökmlərinin əhə­miy­yətini və hikmətlərini izah etməli və onları sadəcə xatırlatmaqla özlərini məhdudlaşdırma­ma­lı­dır­lar. Məhz buna görə Allah müzakirə etdiyimiz hökmü nazil et­miş, sonra isə bunun səbəbi barədə xəbər verərək, buyur­muşdur: “...Budur sizin çılpaq qala biləcəyiniz üç vaxt...” (Nur, 24/58).
- Örtülməsi zəruri olan bədən hissələrinə baxmağın haram ol­­ması nəinki kölələrə və azyaşlı uşaqlara, həm də kölələrin sa­hib­lərinə və digər yaşlı şəxslərə də aiddir. Buna görə Fövqəluca bu­­yurur: “...Nə sizə, nə də onlara, bu hallardan baş­qa[38], günah yox­dur, axı siz bir-birinizi ziyarət edir­siniz...” (Nur, 24/58).
- Uşağın tüpürcəyi, hətta bir qədər əvvəl onun ağzına na­tə­miz bir şey (mə­sələn, qusuntu) dəysə də, təmizdir. Fövqəluca Allah uşaq­­­ları böyüklərin ətrafında dola­şan (təvvafun) adlandırır. Allahın Elçisindən (s.ə.s.) pişiklər haqqında soruş­duqda, o (s.ə.s.) de­miş­­dir: “Onlar natəmiz deyillər. Onlar sizin ətrafınızda gəzən­lər­­dən biridir”.
- İnsan onun himayəsində olan uşaqların xidmətindən (bu uşaq­lar üçün ağır olmadıqda və ümumməqbul normaları aş­ma­dıq­da) istifadə etmək ixtiyarına malikdir. Bu isə, Allahın uşaqları yaş­lıların ətrafında gə­zənlər[39] adlandırması ilə təsdiq olunur.
- Üç çılpaq qalma halından başqa bütün digər hallarda otaq­­­­­lara icazəsiz girməyə yol verilməsi həddi-buluğa çatmamış uşaq­­­lara aiddir. Həd­di-buluğa çatmış uşaqlara gəldikdə isə, onlar bü­­­­tün hallarda və istə­nilən vaxtda daxil olmaq üçün icazə is­tə­mə­li­­dirlər.
- Yetkinlik və ya həddi-buluğ yaşına çatmaq adı altında oğ­lan uşaqla­rında pollyusiya yaranması dövrünün başlanması nə­zər­­də tutulur. Yetkinlik yaşına çatmaqla bağlı şəriətdən irəli gələn bü­tün hökmlər, barə­sində müsəlman ilahiy­yatçılarının heç bir ixtilafa düşmədikləri bu meyara istinad etməlidir. Lakin həddi-buluğa çatmanın və ya cinsi yetkinliyin meyarının yaş həddi və qasıqda tük çıxmış olması məsələsi ilə əlaqədar müxtəlif rəylər mövcuddur. Bu barədə ən yaxşı bilən Allahdır.
 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ
(24. 60) “Nikahlanacağına ümid bəsləməyən yaşlaşmış qa­­dınlara zinə­tini göstərmədən üst libasını çıxarması günah ol­maz. Lakin bundan çəkinsələr onlar üçün daha xeyirlidir. Allah – Eşi­dəndir, Biləndir”.

Bu ayə artıq cinsi həyat sürməyən və ehtiras hissi keçir­mə­yən qa­dın­lara aiddir. Onlar ərə gedəcəklərinə və kişilər üçün cəzb­­edici olduq­larına ümid bəslə­mirlər. Bunlar – ehtiras hissi duy­­mayan və kişilərdə cinsi meyil oyatmayan ahıl və həmçinin bəd­­heybət simalı, həm də kişiləri cəlb etməyən qadınlardır. Belə qa­dın­lar üst örtüklərini geyinməsələr günah et­məzlər. Fövqəluca onların barəsində belə buyurur: “...Qoy onlar, görülən­lər istisna edilməklə, öz zinət­lərini nümayiş etdirməsinlər və örpəkləri ilə ya­xalarını örtsünlər və öz zinət­lərini... başqa heç kimə gös­tər­mə­sinlər...” (Nur, 24/31).
Bu ayədə xatırlanan qadınlar üzlərini açmaq haqqına ma­lik­dirlər, çünki belə hərəkətləri onlar üçün və onların ət­raf­la­rın­da­kılar üçün təhlükəli nəticələrə səbəb olmaz. Lakin üst örtükləri geyinməməyə razılıq verilməsi əsasında bəzi insanlar səhvən elə güman edə bilərlər ki, belə qadınlara yad kişilərin qarşısında bəzənməyə yol verilmişdir və bu yanlışlığın qarşısını almaq üçün Fövqəluca Allah onlara öz zinətlərini nümayiş etdirməyi qadağan etmişdir. Bu o deməkdir ki, onlar özlərinə diqqəti cəlb edə bilən üst paltar geymək və ayaqlarını yerə bərk vuraraq, ətrafdakılara ayaq­ların­dakı zinətin cingiltisini eşitdirmək ixtiyarına malik de­yil­lər. Bunun səbəbi – qadının taxdığı zinətlərinin kişiləri həvəsə sa­­lıb azdırması və hətta əgər qadın örtünsə və cəzbedici görkəmə ma­­lik olmasa belə, onları çətin vəziy­yətə salmasıdır. Buna görə ör­­tüyü açmaqdan vaz keçmək, təvazökarlıq və təmiz əxlaqa ri­a­yət etmək belə qadınlar üçün daha yaxşıdır. Təmiz əxlaq dedikdə, nə­­zərdə tutu­lan qadının ərdə olması və insanı günah işlətməyə sövq edən hər şeydən çəkin­məsidir.
Həqiqətən də, Allah hər cür səsləri eşidir, hər hansı niyyət və düşün­cədən xəbərdardır. Bu, qadınları özlərini yaramaz söz­lər­­dən və niy­yətlərdən qorumağa vadar etməlidir və onlar daima yad­da saxlamalıdırlar ki, Allah insanlara törətdik­lə­rinin əvəzini mütləq verəcəkdir.

 ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ

(24. 61) “Kora günah gəlməz, axsağa günah gəlməz, xəs­təyə gü­nah gəlməz, bir də əgər öz evlərinizdə, yaxud ata­­larınızın ev­lə­rin­də, yaxud ana­larınızın ev­lə­rində, yaxud qar­daşlarınızın ev­lə­rin­də, ya­xud bacılarınızın evlə­rində, ya­­xud əmi­lərinizin evlə­rin­də, ya­xud bi­biləri­nizin evlərin­də, ya­xud dayı­ları­nı­zın evlə­rində, yaxud xalalarınızın evlə­rində, ya­xud açarları əllərinizdə olan ev­lərdə, ya­xud dostlarınızın evlə­rində ye­mək yeməkdə sizin özünüzə heç bir günah gəlməz. Birgə və ya ayrılıqda yemək ye­məyiniz­də də sizə heç bir günah gəlməz. Ev­lərə girdiyiniz zaman özü­nüzü Allah tərəfindən bərəkətli və gözəl salamla salam­layın. Allah ayələrini sizə belə bəyan edir ki, anlayasınız”.

Fövqəluca qullarına bəslədiyi Öz mərhəməti haqqında xə­bər verir. O (Pak və Müqəddəs Olan) insanlar üçün dinini nəinki çə­tinləşdirmədi, hətta şəriət hökm­lərini də asanlaşdırdı. Korların, ax­saqların, xəstələrin bir sıra vacib dini hökmləri yerinə yetirə bil­mə­məklərini günah saymadı. Bunlar – Allah yolunda hərbi yü­rü­şə çıxmamaq və ya başqa ibadət ayini ola bilər ki, kor bunu gör­mə­­məzliyi üzündən, axsaq – şikəstliyi üzündən, xəstə isə sağ­lam­lıq vəziyyətinə görə yerinə yetirməyə qadir deyildir. Bu ayə son dərəcə geniş mənaya malikdir və bü­tün şəriət tələblərinə aiddir.
Lakin sonra Fövqəluca Allah belə bir ayə nazil etdi ki, o an­caq müəyyən şəraitdə qüvvəyə minir. Fövqəluca müsəlmanlara öz evlərində yeməyə icazə verdi. “Öz evləri” ifadəsi altında on­la­rın övladlarının evləri nəzərdə tutulmuş­dur. Bu müddəanın əda­lət­­li olmasını Muhəmməd Peyğəmbərin (s.ə.s.): “Sən öz mül­kiy­yə­­­tinlə birgə atana məxsussan” kəlamı təsdiq edir. Digər bir hə­dis­­də isə belə deyilir: “Ən yaxşı qida sizin öz zəhmətinizlə qa­zan­­dı­ğınızdır və sizin uşaqlarınız da sizin qazancınız və əldə et­dik­­lərinizdir”.
Bu ayədə insanların özlərinə məxsus evləri nəzərdə tu­tul­ma­mışdır, çünki bu, izah edilməyə ehtiyacı olmayan bir şeyin izah edilməsi olardı. Allahın nitqi isə belə faydasız ifadələrdən son­­suzluğa qədər uzaqdır. Allah günah olmayan, lakin bəzi in­san­larda şübhə oyada biləcək şeyləri izah edir. Hər kəsin öz evinə gəl­dikdə isə, insanın öz evində yemək yemək haqqı olduğuna heç kəs şübhə edə bilməz.
Fövqəluca həmçinin Öz qullarına atalarının evlərində və ya ana­­la­rının ev­lərində və yaxud qardaşlarının evlərində və ya ba­cı­larının evlərində və yaxud əmilərinin evlərində və ya bibilərinin evlərində və yaxud xala­larının evlərində və ya açarları onların sə­rən­camında olan evlərdə və ya dostlarının evlərində yeməyə ica­zə vermişdir. Açarları insanların sərənca­mında olan evlər adı al­tın­­da, insanların hamilik etdikləri şəxslərə məxsus və ya başqa sə­bəb­­lərə görə etibarnamə ilə sərəncam çəkdikləri evlər nəzərdə tu­tu­lur.
Bu evlər adı altında kölələrə məxsus evlərin nəzərdə tu­tul­ma­sı kimi şərh edilməsinə gəldikdə isə, bu şərh iki səbəbə görə sə­hih deyildir. Birin­cisi, kölənin evi heç vaxt açarları azad insanın sə­rəncamında olan ev adlan­dırılmır. Kölənin nəinki evinin açar­la­rı, o özü onun sahibi olan insanın bütövlükdə və tam sərən­ca­mın­da olur. İkincisi isə, kölənin evi kölə sahibinin öz evidir, çünki kö­lə öz mül­kiyyəti ilə birgə tamamilə öz ağasına məxsus olur. Buna gö­rə insana öz köləsinin evində yeməyə heç nə mane olmur.
Müsəlman sadalanan evlərdən birində yemək haqqına, hət­ta ev sahibinin icazəsi olmadan da, malikdir və bu müddəanın hik­məti həmin ayənin mətnindən aydınlaşır. Mövcud adətlərə gö­rə, insanlar bir-birinə bu qaydada davranışa qo­humluq əla­qə­lə­ri­nə, qarşılıqlı təsərrüfat münasibət­lərinə və ya dostluğa görə im­kan verirlər. Əgər yuxarıda sadalanan insanlar bir birilərinə qarşı xə­sislik gös­tərsəydilər və öz evlərində bir-birilərinə yemək ye­mə­yə icazə verməsəydilər, onda Allah bu icazəni nazil etməzdi. Mü­zakirə etdiyimiz ayənin mənası və hikməti də bunu təsdiq edir.
Fövqəluca həmçinin qeyd edir ki, müsəlmanlar birlikdə və ay­rı-ayrılıqda da yemək yeyə bilərlər. Bu ona görə belə edilmişdir ki, müsəlmanlar üçün əlavə məhdudiyyətlər yaranmasın və ay­dın­dır ki, insan­ların bir süfrə ətrafında oturub yeməsi ilə təklikdə ye­məsi arasında, təbii ki, fərq vardır. Buna görə, bilmək lazım­dır ki, insanların bir süfrə ətrafında yemək yeməsi daha üstündür.
Sonra Fövqəluca Allah müsəlmanlara əmr edir ki, evə daxil ol­­duq­da, bir-birilərini salamlasınlar. Ərəb sözü olan “buyut” (“ev­lər”) şərti cüm­lə­­də müəyyən ön şəkilçisiz[40] istifadə edilmişdir və bu onu göstərir ki, nazil edilmiş hökm istis­nasız olaraq, hətta on­larda heç kim olmasa da, bütün evlərə aiddir. Diqqətəla­yiqdir ki, Allah müsəlmanlara əmr edir ki, onlar özləri özlərini sa­lam­la­sın­lar, çünki qarşılıqlı məhəbbət və mərhəmət hissi müsəlmanları va­hid bir bütövə çevi­rir. Bütün bu deyilənlərdən bəlli olur ki, is­tisnasız olaraq istənilən evə daxil olduqda, salam vermək lazım­dır, halbuki içəri girmək üçün heç də bütün hallarda icazə is­tə­nil­mə­si tələb olunmur.
Daha sonra Allah müsəlmanların salamlaşmasını tərifləyir və onu bərə­kətli və gözəl adlandırır. Məhz buna görə mü­səl-man­lar mənzilə daxil olanda deyirlər: “Allah sizə salam, mərhəmət və bə­rəkət versin!” Belə də demək olar: “Bizə və Allahın mömin bən­də­lərinə salam olsun!” Allah müsəlmanları bu qay­dada sa­lam­la­ma­ğı buyurmuş və bu sözləri bərəkətli etmişdir, çünki onlarda əmin-amanlıq, mərhəmət, mübarəklik, uğur və xeyrin artması di­lə­yi öz əksini tapmışdır. Allah bu sözləri həm də gözəl ad­lan­dır­mış­dır, çünki onlar Allahın Özü üçün xoş olan sözlərdir, salam ve­rilənə sevinc bəxş edir, qarşılıqlı məhəbbət və rəğbət yaradır.
Allah şəriət hökmlərinin hikmətini təsdiq edən Öz ayələrini belə bəyan edir. Ola bilsin ki, bu, insanları dərindən düşünməyə və fikirləşməyə məcbur etsin. Bu, onları ağıllandıra və şüurlu in­san­lar edə bilər, çünki əsil şəriət tələbləri üzə­rində düşünmək in­san­ları daha dərrakəli və şüurlu olmağa yönəldir. Bu həm də onunla əlaqədardır ki, şəriət hökmləri ən şərəfli mənalara ma­lik­dir və ən doğru davranış qaydalarını təbliğ edir. Allahın verəcəyi əvəz isə yerinə yetirilmiş əməl­lərə həmişə uyğun olacaq­dır. Əgər in­san Fövqəlucanın çağırışına itaət edərək, öz ağlını Rəbbini dərk et­mək və Onun ayələri üzərində düşünmək üçün istifadə et­mişsə, on­da Allah da onu daha iti zəka sahibi və sağlam düşüncəli edər.
Bu ayədən mühüm bir şəriət qaydası meydana gəlir və de­yi­lir ki: “Adət və ənənə sözlərlə müəyyənləşdirilir”. Əslində, in­sa­nın başqa bir insana məxsus olan bir şeyi yeməyə haqqı yoxdur. Lakin Allah Öz qullarına ayədə sadalanan adam­ların evlərində ye­mək yeməyə icazə vermişdir, çünki bu mövcud adət-ənənəyə tam uyğundur. Buradan aydın olur ki, əgər bir adam evin sa­hi­bin­dən onun mül­kiyyətindən istifadə etməyə icazə istəməli ol­du­ğu halda, ev sahibinin bunu ona icazə verəcəyinə ümid bəs­lə­yirsə, onda ona həmin mülkiyyətdən istifadə etməyə yol verilir.
Bu ayədən həmçinin aydın olur ki, atanın öz oğlunun mül­kiy­yə­tindən isti­fadə etməyə və ya, əgər bu hərəkəti oğluna zərər vur­­mursa, onu mənimsəməyə haqqı vardır, çünki Allah oğulların ev­lərini valideynlərin öz evləri adlandırmışdır. Ayədən həm də be­lə çıxır ki, ev sahibinin zövcəsinin, ev sahibinin bacısının və ya onun evində sərəncam çəkən istənilən digər insanın bu evdə ye­mək yeməyə və ehtiyacı olanları adət üzrə müəyyən edilmiş həd­də yedizdirməyə haqqı vardır. Ayədən belə bir nəticə də çıxır ki, in­sanlar, onlardan biri digərlərindən hətta çox yesə belə, birlikdə ye­mək yeməkdən ötrü birgə xərc çəkmək haqqına malikdirlər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ
(24. 62) “Təkcə Allaha və Onun Elçisinə iman gətirənlər – mö­­min­dirlər. Onlar ümumi işləri ilə əlaqədar onun yanında ol­duq­da, ondan icazə almadan onu tərk etmirlər. Həqiqətən, səndən ica­zə istəyənlər doğ­rudan da Allaha və Onun Elçisinə iman gə­ti­rən­lərdir. Əgər onlar özlə­rinin bəzi işləri ilə əlaqədar səndən ica­zə istəsələr, istədiyinə icazə ver və Allahdan onları bağışlamasını xa­hiş et. Həqiqətən, Allah – Bağışlayandır, Rəhm­­li­dir”.

Allah Öz mömin qullarına əhd etmişdir ki, onlar vacib və ya nafilə hökmləri hamılıqla yerinə yetirməli olduqda bir yerdə ol­­sunlar. Bu – mübarizə, şura və ya istənilən digər təşəbbüs ola bi­lər ki, müsəlmanlar onları ümumi ma­raqları uğrunda hamılıqla bir­likdə yerinə yetirməlidirlər. Belə hallarda, Allaha və Onun El­çi­sinə (ona Allahın salavatı və salamı olsun!) səmimiy­yətlə iman gə­tirən mömin Elçinin (s.ə.s.) və ya, o (s.ə.s.) olmadıqda, əvəz edə­ninin icazəsi olmadan öz işinə görə heç yerə getmir və ai­lə­si­nin yanına belə qayıtmır. Allah təsdiq edir ki, iman müsəlmanları ümu­mümmət işindən icazəsiz ayrılmamağı zəruriləşdirir, Elçiyə (s.ə.s.) və müsəlman hökm­darlarına[41] belə bir ehtiramla ya­naş­ma­la­rı­na görə möminləri tərifləyir.
Fövqəluca Allah buyurmuşdur ki, əgər müsəlman öz hökm­­­darın­dan bir yerə getmək üçün icazə istəyirsə, deməli, o, Al­la­­ha və Onun Elçisinə (s.ə.s.) ixlasla iman gətirmişdir. Lakin hökm­­dar möminə icazə verməli­dirmi? Allah bildirir ki, hökmdar ta­beliyində olana, iki şərtə riayət edil­dikdə, icazə vermək haqqına ma­­likdir. Birincisi, müsəlmanın işlə əlaqədar olduğu yeri tərk et­məsi üçün üzrlü səbəb olmalıdır, çünki əks halda, hökmdar onun tə­yin edildiyi yeri tərk etməsinə icazə verə bilməz. İkincisi, mü­səl­manın təyin edildiyi yerdən (işdən) ayrılıb getməsi ona fayda ver­məli və başqalarına isə zərər vurmamalıdır. Bu o deməkdir ki, əgər müsəlman istədiyi yerə getməyə üzrlü səbəb olduqda icazə is­tədiyi halda, hökmdar hesab edərsə ki, onun fərasəti, igidliyi və ya digər məziyyətləri müsəlman­lara fayda gətirəcək, onda o, hə­min müsəlmana icazə verməmək haqqına malikdir.
Əgər müsəlman üzrlü səbəbə görə bir yerə getmək istəyirsə və onun getməsi orada qalanlara zərər vurmazsa, onda onun xa­hişi təmin edilə bilər. Bu halda belə Allah Öz Elçisindən (s.ə.s.) be­lə müsəlmanlar üçün Ondan bağışlanma diləməsini əmr et­miş­dir, çünki olduğu yerdən (işdən) müvəqqəti ayrılmaq məqsə­dilə ica­zə haqqında xahiş mömin tərə­findən atılmış səhv addım da ola bi­lər. Lakin Allah qullarının günah­larını bağışlayır və onlara lütf­karlıq göstərir. O (Pak və Müqəddəs Olan) Öz mərhəməti sa­yə­sində onlara üzrlü səbəbə görə icazə almaq imkanı verir.

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ
(24. 63) “Siz bir-birinizə müraciət etdiyiniz kimi, Elçiyə mü­raciət etmə­yin. Allah sizlərdən bəhanə ilə gizlicə çəkilib ara­dan çıxanlardan xəbərdardır. Qoy Onun iradəsinə zidd çıxanlar az­­ğınlığa düçar olacaqla­rından və ya şiddətli əzab-əziyyətə dü­şə­cəklərindən çəkinsinlər”.

Əgər Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) si­zi dəvət edər­sə, ona (s.ə.s.) itaət etməlisiniz. O (s.ə.s.) sizi namaz üs­tə olduğunuz zaman da çağırsa, cavab verməlisiniz. Allahın Elçi­­­sindən (ona Allahın sala­vatı və salamı olsun!) başqa elə bir adam yoxdur ki, müsəlmanlar ona din­məz-söyləməz itaət et­sin­lər, çünki o (s.ə.s.) yanlışlıqlardan mühafizə olun­muşdur və mö­min­lərə onun (s.ə.s.) yolu ilə getmək hökmü verilmişdir. Fövqəl­uca buyurur: “Ey iman gətirən­lər! Allah və Elçisi sizi sizə həyat bəxş etmək üçün çağıranda cavab verin!...” (Ənfal, 8/24). Siz bir-bi­rinizə müraciət etdiyiniz kimi Elçiyə (ona Allahın sala­vatı və sa­lamı olsun!) müra­ciət etməyin! Onu (s.ə.s.) adı ilə çağı­r­mayın və ona (s.ə.s.): “Ey Muhəmməd!” və ya “Ey Abdullahın oğlu Muhəm­məd!” deməyin. Siz bu qay­dada ancaq öz aranızda bir-bi­ri­ni­zə müraciət edə bilərsiniz, lakin o (s.ə.s.) öz məziyyətləri və müs­bət cəhətləri ilə sizdən üstündür və buna görə siz ona (s.ə.s.) “Ey Allahın Elçisi! Ey Allahın Peyğəmbəri!” sözləri ilə mü­ra­ciət edin.
Bundan əvvəlki ayədə Fövqəluca icazə almadan ümu­müm­mət işindən ayrılmayan möminləri tərifləyir. Bu ayədə isə Allah be­­­lə etməyən­ləri, yəni təyin edildiyi yeri icazəsiz tərk edənləri sərt­liklə təhdid edir. Belə insanlar xəlvətcə aradan çıxır və çalı­şır­lar ki, bunu insanlara sezdirmə­sinlər. Onlar öz hərəkət­lərini adam­­­lardan gizli saxlamağa nail olsalar da, bu, Allah üçün gizli qal­­mır və O (Pak və Müqəddəs Olan) onların etdiyi cinayətləri bi­lir və onların hər birinin əvəzini bütövlüklə verəcəkdir. Qoy Allahın və Onun Elçisinin (s.ə.s.) iradəsinə müqavimət göstərən­lər azğın­lığa düş­mək­dən və ya sarsıdıcı əzaba düçar olmaqdan qo­runsun­lar! Bu, o şəxslərə aiddir ki, Allaha və Onun Elçisinə (s.ə.s.) bir və ya bir neçə mə­sə­lələrdə itaətdən imtina edirlər. On­da ümumiyyətlə onların hökm­lərinə qu­laq asmaqdan heç bir sə­bəb olmadan boyun qa­çı­ran­lar haqqında bəs nə demək olar?! Belə in­sanlar mütləq az­ğın­lı­ğa düşəcək, müşriklik bataqlı­ğında və ci­na­­yətlər burulğanında ço­ba­layacaq və şiddətli əzaba düçar edilə­cək­lər.

 ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ
(24. 64) “Həqiqətən, göylərdə və yerdə olanlar Allaha məx­susdur. O, si­zin vəziyyətinizi və onların Ona qaytarılacağı Gü­nü bilir. O, onların etdik­lərini özlərinə xəbər verəcəkdir. Allah hər şeyi Biləndir”.

Göylərdə və yerdə olan bütün varlıqlar Allaha məxsusdur. Bü­­tün bu məx­luqlar Allahın qullarıdır və ilahi qədərinin və Allahın dininin qanun­larına uyğun olaraq yaşa­yırlar. Allah məx­luq­larının törətdiyi xeyir­xah və bəd əməllərdən agah­dır. O (Pak və Müqəddəs Olan) onların xeyir­xah və bəd əməllərini əzəldən he­­sab­lamışdır. Onun Qələmi Mühafizəolu­nan Lövhədə onları yaz­­­mış, qoruyucu alicə­nab mələklər[42] isə onları sizin kitabları­nız­da yazmaqda davam edirlər. Qiyamət günü başladıqda isə, Föv­qəl­uca Allah Öz məxluqlarına onların törətdikləri kiçik və bö­yük əməl­lər haqqında dəqiq məlumat verəcək və onların təsdiqi üç­ün eti­barlı şahidlər gətirəcək və məhz bundan sonra Öz hök­mü­nü ya mər­həməti, ya da ədaləti üzrə verəcək. Fövqəluca Allah insan­la­rın bütün əməllərindən xəbərdar olduğunu xatırlatdıqdan sonra, Özü­nün elmi haqqında daha geniş mənada xəbər verərək, bu­yu­rur ki, O (Pak və Müqəddəs Olan) bütün məxluqlardan xə­bər­dar­dır.



[1] Quranın oxucularının nəzərini cəlb edən və “Bismilləhirrahmənirrahim” kimi ən çox oxunan “Bismillah” ifadəsidir. Deyə bilərik ki, dünyanın ən çox təkrarlanan söz bir­­­ləş­məsi olan “Mərhəmətli və Rəhmli Allahın adı ilə” söz tərkibini ifadə edən Bis­mil­­­lahdır. Bismillah Quranın hər surəsinin əvvəlində verilmiş və 114 dəfə, yəni 19 x 6 = 114 dəfə təkrarlanmışdır. Lakin 9-cu Tövbə surəsi istisnadır. Tövbə surəsinin əv­və­lin­­də “Bismillah” ifadəsi və onun şifrəli kodunun izahı haqqında məlumata tərcümə­çi­­nin IV cildə yazdığı “Ön sözü”nə bax. F.S.
[2] Yəni, şəriət hüququ ilə qüvvəyə malik deyil. F.S.
[3] Qadağan olmasına. F.S.
[4] Başqa kişiyə meyl edərək, ərinin namusunu tapdalamaqla. F.S.
[5] Ərinin. F.S.
[6] Ər. F.S.
[7] Möminlərin anası Aişəyə (Allah ondan razı olsun!) atılan iftira nəzərdə tutulur. F.S.
[8] Və bacıları. F.S.
[9] Dörd şahid gətirmədən günahlandıranlar. F.S.
[10] Elmalılı Muhəmməd Həmdi Yazırın Qurani Kərim təfsirində bu ayələrin (Nur, 24/1-21) nazil edilməsi haqqında geniş şərh verilmişdir və mən onun ancaq bir qis­mi­ni (İslam Peyğəmbərinin (s.ə.s.) sevimli zövcəsi Aişə (A.o.r.) barədə olan hissəsini) nə­zə­ri­ni­zə çat­dı­rı­ram: “...Aişə (Allah ondan razı olsun) demişdir ki, Allahın Elçisi (s.ə.s.) sə­fə­rə çıxmaq is­tədiyi zaman zövcələri arasında püşk atardı və kimin adı çıxsaydı, onu özü ilə apa­rar­dı. Bəni Müstəlik döyüşündən öncə də aramızda püşk atdı, mənim adım çıxdı. Buna gö­rə Allahın Elçisi (s.ə.s.) ilə birlikdə getdim və bu, hicabla bağlı ayə­­­nin nazil edil­mə­sin­dən sonra idi. Buna görə məni bir kəcavəyə (dəvə üstünə qo­yu­­­lan qapalı yəhər kimi bir şey) əyləşdirdilər. Qayıdan zaman Allahın Elçisi (s.ə.s.) Mə­­dinəyə yaxınlaşdıqda bir yer­də gecələmək üçün dayandı və sonra da yola düş­mə­yi əmr etdi. Yola düşmək xəbəri eşi­dildiyi arada mən qalxıb ordugahdan çıxdım və tu­­­aletə getdim və yerimə qa­yı­dar­kən sinəmi yoxladım və boyunbağımın qırılıb düş­dü­­­yünü gördüm və buna görə geri qa­yıdıb itən boyunbağımı axtardım və bu məni ge­­­­cikdirdi. Mənim miniyimi idarə edən adamlar isə mənim onun içində olduğumu he­­­­sab edərək, kəcavəmi dəvəyə yük­lə­dik­dən sonra onu sürüb aparmışdılar. Geri qa­yıt­­­­dığım zaman orada heç kimi tapa bil­mə­dim və fikirləşdim ki, məni kəcavədə gör­mə­­­­dikdə dalımca gələrlər deyə, orada göz­lə­dim və beləcə də yuxuya getmişəm. Səf­van b. Muəttəl ordunun arxasında qalmışdı, in­san­ların əşyalarını yoxlayır, şeylərinin yad­­­dan çıxıb qaldığını gördükdə, onları növbəti dü­şərgədəki yerinə aparırdı. Məni gö­rən kimi ta­nımışdı “Allahdan gəlmişik və yenə Ona qayıdacağıq” (Bəqərə, 2/156) de­­­yən səsinə oyandım və o saat üzü­mü örtdüm. Də­və­sindən endi və mən minincəyə qə­­­dər bir kənara çəkildi. Sonra dəvəni çəkib apar­dı. Gü­norta istisində orduya çatdıq. Kə­­cavəmi aparanlar yeni dayana­caqda məni ta­pa bil­mə­diklərindən bir-birinə dəymiş, da­­lımca danışmış və həlak olanlar da həlak ol­muş­du­lar.
Al­lahın Elçisi (s.ə.s.) Mədinəyə daxil olandan sonra, mən özümü pis hiss etməyə baş­la­­dım. Amma narahat olduğum hallarda Peyğəmbərdən (s.ə.s.) gördüyüm əvvəlki mü­­nasibəti və lütfkarlığı bu dəfə görmədim. La­kin yanıma gəlir və “bu necə oldu?” – de­­­yirdi. Bu məni şübhələndirdi. Hələ söylənən şayiələrdən xəbərim yox idi. Nəhayət sa­­­ğalmağa baş­ladım. Bir gecə Mistahın anası ilə su başına getmək üçün çölə çıxdıq. Son­­­ra ye­nə onunla birlikdə otağıma qayıtdıq. Bu zaman Mıstahın anası dilini saxlaya bil­­­­­məyib, məsələni ona (A.o.r.) açıb: “Xəbərin yoxdurmu?” – deyə soruşdu. “Nədən?” – de­­­­dim: “Bədir döyüşlərində vuruşmuş bir ada­­mı guya sevirsən” – dedi. Mən buna eti­­­­­raz etdim. O isə: “Mən şəhadət verirəm ki, sən, həqiqətən, xəbər­siz mömin qa­dın­lar­­dansan”. Sonra da böhtançıların dediklərini mənə danışdı. Dərhal xəstəliyimin üs­tü­­nə bir xəstəlik də artdı. Sonra Allahın Elçisi (s.ə.s.) otağıma gəldi. Ondan (s.ə.s.) va­li­­deynlərimin yanına getməyə icazə istədim, verdi. Mən də gedib anama: “Ey ana, adam­lar nə danışırlar?” Anası məsələni ona (A.o.r.) an­la­dır. Sonra Aişə (A.o.r.) deyir: “Bir ay ərzində Allah Elçisinə mənim işimlə bağlı vəhy nazil etmədi... Mən bütün gü­nü ağlayırdım. Bir gün ata-anam da yanımda ikən ağladığım zaman, Allahın Elçisi (s.ə.s.) bizə gəl­di, salam verdi, sonra oturdu... Sonra buyurdu: “Ey Aişə, vəziyyət çox əhə­­­­miyyətlidir. Səndən mənə fi­lan-filan sözlər deyiblər. Əgər sən bu deyilənlərdən özü­­­­nü kənar sayırsansa, Allah sənə mütləq bəraət qa­zan­dıracaqdır. Allahdan ba­ğış­lan­­­­ma ilə tövbə et, çünki qul tövbə edən kimi, Fövqəluca Allah tövbəni qə­bul edir”. Pey­­­­ğəmbərin (s.ə.s.) sözlərindən sonra, mən ata-anama dedim ki, Allaha and olsun, siz də bu şayiələri eşitmiş və inanmışsınız və indi mən sizə nə desəm, inanma­ya­caq­sı­nız... Mənə ancaq Yusuf (ə) pey­ğəmbər kimi (Yusuf surəsi, 12/18) səbir etmək qalır... O vaxt mən bilirdim ki, Fövqəluca Allah mənə bəraət qazandıracaqdır. Lakin Onun mə­nə dair Quran ayəsi nazil edəcəyini zənn etmirdim. Həmin gün hamı evdə idi və heç kim otaqdan bayıra çıxmamışdı, Allahın Elçisi (s.ə.s.) də hələ oturduğu yerindən qalx­­­­mamışdı və bu zaman Allah gözlənilən vəhyi Peyğəmbərinə (s.ə.s.) nazil etdi. Al­la­­­­hın Elçisi (s.ə.s.) vəhy halından çıx­dıqdan sonra gülümsəyirdi və ilk söylədiyi söz bu oldu: “Müjdə, ey Aişə! Rahat ol, Allah sənə qəti olaraq bə­raət verdi” – buyurdu. “Həmd olsun Allaha!” – dedim”. Bu təfsilatlı iqtibası əxz etməkdən əsas məqsəd – Föv­­­­­­­qəluca Allahın yerindəcə haqqı qoruması və nahaqqı ifşa etməsi kimi gözəl mə­ziy­­­­­­yətlərini oxucu­lara əyani surətdə bir daha nümayiş etdirməkdir. Həmd olsun Al­la­­­­ha, aləmlərin misilsiz Rəbbinə! F.S.
[11] Yəni, əgər insanlar ətraflarındakılarla mülayim davranıb onların qüsur və nöq­san­la­rını bağışlasalar, Allah da bağışlayanların günahlarını bağışlayar. F.S.
[12] Məncə, gündəmimizin ən xoşagəlməz məqamlarından biri də məhz bu özü­nü­nü­ma­yiş mərəzinin insan­larımız tərəfindən tamamilə unudulmasıdır. Bu gün, əslində, həm gənc­­­­lərimizin, həm də orta yaşlı qadınla­rımızın özlərinə man bilmədən, yəni ayıb say­ma­­­­dan, geydikləri “libaslarla” hər cür etik, estetik, bir sözlə, əxlaqi normalara “ri­ayət et­­­məkdə” həddini aşmışlar. Böyük əksəriyyətcə gənc və orta yaşlı qadınlar ar­tıq bir tə­rəf­­­dən kişilərin geyimlərini bütövlükdə mənimsədikləri halda, digər tə­rəf­dən, əyin­lə­ri­nə geydikləri onların yalnız müəyyən hissələrini örtüb, digər hissələrini açıq nümayiş et­­­dirmək məqsədi daşıyır. Qadının sinəsinin, göbəyinin, dizdən yuxarı qis­minin çıl­paq­lı­­ğı və bunun kütləvi hal alması açıq-aşkar Qiyamət əlamətlərindən sa­yıla bilər. Bun­dan başqa geyilən üst paltarların istisnasız olaraq şəhvətdoğurucu üs­lublarda ha­zır­lan­ma­sı, onların geyilərkən qadının bədəninə sıx yapışıb, onun bü­tün cizgilərini nümayiş et­dirməsi, onların sahiblərinin də, ailə başçılarının da bu sa­hə­də Fövqəluca Allahın tə­ləb­ləri haqqında heç bir təsəvvürə malik olmadığının nişa­nəsi, əlamətidir.
Əziz qardaş və bacılar!
Bu, doğrudan da aydın Qiyamət əlamətidir! İsti mövsümlərdə əksər qadınların ge­yim­­ləri – yarıçılpaq insanların geyimlərindən heç nə ilə fərqlənmir. Bu da Qiyamət əla­­­­­məti kimi sayıla bilər. Dediklərimizin məqsədi – insan­ları­mızın, əsasən də, va­li­deyn­­­lərimizin bu təməl məsələ üzərində bir anlığa dayanıb, düşün­mələrini ar­zu­la­ma­ğı­­mızdandır. Yeganə çıxış yolu isə - Allahın yoluna qayıtmaq, dinimizə qayıtmaq, Qu­­rana üz tutmaq, ata-babalarımızın qoyub getdiyi, Qurana və Sünnəyə müvafiq etik qaydalara, əxlaq normalarına qayıtmaqdır! Bu yol heç də müasirliklə ziddiyyət təş­­­kil etmir. F.S.
[13] Artıq 14-cü qeyddə göstərdiyim kimi, Fövqəluca Allah Quranda insanın necə ge­yin­­­məsinə dair məsələlər haqqında hökmlər vermişdir və bütün bəşəriyyətin, ilk növ­bə­­də, əxlaq normaları məhz bu ehkamlardan təşəkkül tapmışdır. Libas ilk növbədə ör­­tünmək, sonra isti və soyuqdan qorunmaq və daha sonra da səliqəli görünmək va­si­­təsidir və bədənin əzalarını nümayiş etdirmək üçün nəzərdə tutulmamalıdır. Təəs­süf­­lər olsun ki, bu gün bu anlayış bir çoxları tərəfindən tərsinə başa düşülür. Allah hi­da­­yət versin! F.S.
[14] “tam örtünməmək” – yəni, tamamilə deyil, qismən örtünmək nəzərdə tutulur. İfa­də­­ni burada izah etdiyim kimi şər­hin mətnində verməməyimin səbəbi – orijinal mət­nin adekvatlığını saxlamaq prinsipinə riayət etməklə bağlıdır. F.S.
[15] Qeyd etmək yerinə düşərdi ki, bu əsərdə bütün hallarda kölələrdən bəhs edilməsi ta­rixi zəruriyyətdən irəli gəlir və heç də, planetimizdə çoxdan ləğv olunmuş köləlik sis­teminin arzulanmasına və ya mövcudluğu gerçəkliyinə dəlalət etmir. F.S.
[16] İmpotent – təbabətə aid termin: (qadına qarşı şəhvət, ehtiras hissi duymayan kişi). F.S.
[17] Yəni, ayənin mətnində sözün ötürülməsinin, buraxılmasının, yerində olmamasının və s. Bu, Qurana aidiyyəti olmayan bir təsəvvürdür. F.S.
[18] Yəni, rəncidə olmamağı, səbirsizlik etməməyi, hövsələsizlik göstərməməyi. F.S.
[19] Fidyəni. F.S.
[20] Yəni, kölə, sahibinə özünün fidyə ödəməklə azad olunması üçün müraciət etmək istəmədiyi halda, ağası ona belə bir təklif etməyə borclu deyil. F.S.
[21] Burada “fərdi hökmlər” kimi tərcümə etdiyim ifadə ümumi məna daşımayan və xü­­susi halları nəzərdə tutan hökmlər kimi başa düşülməlidir. Rus dilində olan mətn­də bu “второстепенные предписание” kimi verilmişdir ki, bu da Fövqəluca Allahın is­­tənilən hökmlərinə aid edilə bilməz. Yəni, Allahın hər hansı bir hökmü ikinci də­rə­cə­­li kimi səciyyələndirilə bilməz. Məhz buna görə, mən tərcümədə “fərdi hökm” ifa­də­­sini işlətməyi üstün tutdum. Həmd olsun Allaha! Onun heç bir əməlini ikinci də­rə­cə­­li adlandırmağa bəşər övladının haqqı yoxdur. Amma bir sıra müəlliflərin ya­zı­la­rın­­da belə ifadələrin istifadəsinə, təəssüf ki, prinsipial diqqət yetirilmir. F.S.
[22] Bu ayədə əzəmətli bir möcüzəyə işarə və misilsiz bir məcaz vardır. Quranın elmi araş­­dırmaları ilə məşğul olan müsəlman alimləri yazıblar ki: “Biz Quranın bu ayə­sin­də gə­ləcəkdə ixtira ediləcək və insanlar üçün böyük əhə­miyyət daşıyacaq kəşflərə işa­rə edil­məsi qənaətindəyik. Əlbəttə, bu ixtiraların hələ aşkar edilmədiyi o zaman­larda in­san­ların bu işarəni başa düşmələrinə imkan yox idi. Elektrik lampasının və elek­tri­kin ol­madığı bir şəraitdə bu məfhumları insanlara necə başa sala biləcəyinizi fi­kir­lə­şin. Bu ayə­də məhz elektrik lampasına və cərəyanına işarə edilməsi açıq-aydındır. Söz yox ki, ayə­nin mahiyyəti daha genişdir və təkcə elektrik lampası və enerjisi ilə məh­­dudlaşmır. Ayə­dəki məcazda, yəni bənzətmədə işıq (ərəbcə, nur) şüşə qabın için­də təsvir edilir. Şüşə qabın içindəki bu işığın yanması nə şərqə, nə də qərbə aid de­yil­dir. Ta qədim za­man­lardan lampalar zeytun yağı ilə yandı­rıl­dığından, ayədə bu mə­lum mənbədən baş­qa bir enerji mənbəyinə işarə edilir. Şərq və qərb ifadələri ilə ümu­miy­yətlə, bütün dün­ya nəzərdə tutulur. Şərqə və qərbə aid olmayan bir enerji o za­man üçün məlum ol­ma­yan bir şey idi. Od vurulmadan da yanıb işıq verəcəyinin ifa­də edilməsi, əslində elek­trik enerjisinə və lampasına işarə edilməsindən başqa bir şey de­yildir. Əlbəttə, bu ayə­nin başqa mənaları da ola bilər...” (“Quran heç tükənməyən mö­cüzə, səh. 260-261). F.S.
[23] Yəni, Allaha iman və ilahi biliklər. F.S.
[24] Burada böyük alim əs-Səədi, görünür, demək istəyir ki, günəşin şüalarını mə­nim­sə­mək üçün nə qərbə, nə də şərqə əyilməyən nurlu zeytun ağacı özünün misilsiz key­fiy­yətlərini Fövqəluca Allahın xüsusi qayğısı və hikməti sayəsində, bütün gün ər­zin­də, harada olmasından asılı olmayaraq, birbaşa günəşdən alır. Müəllif ağacın Şamda (İn­diki Suriya Ərəb Respublikasında) bitdiyini yazır. Amma bu ağac-möcüzə artıq şərq aləminin bir çox məkanlarında, o cümlədən doğma Azərbaycanımızda da geniş ya­yılmışdır... F.S.
[25] Burada “xeyirxah” kimi başa düşülməlidir. F.S.
[26] Yəni, Fövqəluca Allah cəzalandırmaq istədiklərindən əvəz almaq istədikdə bir an be­­­lə ləngiməz və günahkarlarla haqq-hesabı bir anda gerçəkləşdirər. F.S.
[27] Quranın bu ecazkar ayəsi Allahın Elçisinə (s.ə.s.) nazil edildiyi dövrdə dənizlərin, oke­anların dərin­lik­lərinin tədqiq edilməsi üçün hər hansı bir vasitə yox idi. Belə əsas­lı tədqiqatların aparılması və digər məqsədlər üçün sualtı qayıq­ların bənzəri yalnız 17-ci əsrdə Kornelis Drebber tərəfindən icad edilmişdir. Ondan sonra sualtı qayıqlar in­kişaf etdirilmiş və 1954-cü ildə atom sualtı qayıqlarına qədər yaradılmışdır. Bu gün hər­tərəfli təchiz olunmuş sualtı qayıq­larda dənizlərin dərinliyini və sair məlumatları əl­də edə bilirik. Bütün bu biliklərin əldə edilməsi üçün son əsrlərin sənaye inkişafı nə­ticəsində yaradılan sualtı gəmilər və digər vasitələr əsas olmuşdur. Bu texniki va­si­tə­lər tətbiq edilmədən insanın dənizin əlli metr dərinliyinə belə enməsi və həmin də­niz səviyyəsi haqqında məlumat əldə etməsi mümkün deyildi. Dənizlərin 200 met­rə qə­dər dərinliyində qaranlıq bir şərait müşahidə edilir. 1000 metr dərinlik sə­viy­yə­sin­də isə buranın dünyanın ən qaranlıq yeri olduğunu söyləmək ən doğru olardı. 200 metr dərinlikdən aşağıda, 40-cı ayənin ifadəsinə uyğun olaraq, “əlinə baxan onu gör­məz” kimi bir şərait möv­cuddur. Doğrudan da, dərin dəniz­lərin, okeanların altı zil qa­ranlıq içindədir. Dənizin üstü günün ən işıqlı çağında, onun 200 metr altı yenə də zül­mət içindədir. Quran nazil edilən zamanda dənizlərin altının belə qaranlıq olması ba­rədə heç bir elmi və ya müşahidə məlumatı yox idi. Quran, ancaq süni peyklər va­si­­təsi ilə göylərdəki öyrənə biləcə­yimiz bir çox həqiqətləri bizə süni peyklərsiz öy­rət­di­yi kimi, dənizlərin altında da ancaq sualtı qayıqlar və digər müvafiq vasitələrlə öy­rə­nə biləcəyimiz həqiqətləri bizə sualtı qayıqlar və vasitələr olmadan, izah edir. Bun­dan başqa, ayədə dənizaltı dalğalardan bəhs edilir. Adi gözlə baxdığımızda dənizin üs­tündə dalğalar görürük və elə bilirik ki, dənizin altında su durğundur. Buna görə, ayə­də keçən “dalğa üstdə dalğa” ifadəsini başa düşməyə bilərik. Dərin dənizlərin alt his­səsində sıxlıq üst hissəyə nisbətən daha böyükdür. Bu işıqlı­lığın fərqinə görə, adə­tən, təbəqələşmiş dənizin içindəki daxili dalğalar mövcuddur. Bu dalğalar səthi dal­ğa­lar kimi hərəkət edir. Həmin daxili dalğaların kəşf edilməsi tarixi 1900-cü ildir. Də­ni­zin daxilində əmələ gələn bu dalğalar, həqiqətən də, Quran ayəsinin ifadə etdiyi ki­mi, “dalğa üstündə dalğa” olduğunu təsdiq edir. Tədqiq edilən ayədə Fövqəluca Allah dənizlərin qaranlıqlarını, bir-birinin üstündə yerləşən dalğaları təsvir edir. Kos­mos­dan dənizlərin altına qədər müxtəlif məkanlardan bizə elmi biliklər verən Quran, hə­qi­qətən də, Allah tərəfindən nazil edildiyini özü sübut edir. Bütün bu araşdırıb açıq­ladıqlarımız Allahın Quranda verdiyi örnəkləri möcüzəli bir tərzdə seçdiyini və hər şeyin Xaliqi olan Allahın məlum olmayan bütün şeyləri bildiyini açıq surətdə gös­tə­rir (Bax: QHM, səh. 138-139). F.S.
[28] Yerə leysan kimi yağan yağış sudur. Su isə həyat deməkdir. Həyatın ən əsaslı su­rət­də eh­tiyac duyduğu şey – sudur. Suyun çox böyük bir hissəsi Planetimizdə fasiləsiz hə­­rə­kət edərək yerini və vəziyyətini dəyişir. Ardıcıl olaraq dəyişikliyə uğrayan bu sis­­temə döv­riyyə sistemi deyilir. Havada həmişə su vardır. Lakin suyun uğradığı də­yi­­şiklik də­niz­lərdəkindən, çaylardakılardan fərqlidir. Atmosferimizdəki buxar ha­lın­da­­kı suyun bu­ludları əmələ gətirməsi, onların yağmura çevrilməsi və yer üzünə yağ­ma­­sı Allahın yer üzündə yaratdığı xariqüladə su dövriyyəsi sisteminin nəticələridir. Al­­lah, bu sis­te­mi Quranda insanlara bəyan edərkən, bu gün təkcə süni metereoloji peyk­­lər vasitəsilə mü­əyyən edilə bilən gerçəkliklərə, insanların nəzərini 1400 ildən çox bundan qabaq cəlb etmişdir. Misal gətirdiyimiz ayənin (24/43) yağışın yaran­ma­sı­nı mükəmməl bir tərzdə tərif etməsini “This is the Truth” (Həqiqət budur!”) adlı ki­ta­­­bında Rehaili belə izah etmişdir: “Elm adamları buludların növləri üzərində işləmiş və yağış buludlarının məlum sistemlər və mərhələlər çərçivəsində əmələ gəldiklərini mü­əyyənləşdirmişlər. Meteoşünaslar topa yağış buludlarını tədqiq etmiş və onlardan ya­­ğış, dolu və şimşəyin əmələ gəlməsi üzərində çalışmışlar. Onlar buludların yağışa dön­­mə müddətindəki mərhələlərə Nur surəsinin 43-cü ayəsinə uyğun olaraq tərif ver­­mişlər.
1.                   Buludlar küləyin təsiri ilə hərəkət edir. Topa yağış buludları küləyin kiçik bulud parçalarını bir bölgəyə yönəltməsi ilə toparlanır (Küləklərin buludun əmələ gəlməsi və yağmura çevrilməsinə təkan verməsi ilə əlaqədar Rum surəsinin 30/46-cı ayəsində və Hicr surəsinin 15/22-ci ayəsində də müvafiq izahlar vardır).
2.                   Sonra bu kiçik buludlar daha böyük bir bulud yaratmaq üçün birləşirlər.
3.                   Kiçik buludlar birləşdikdə böyük buludun daxilində yuxarıya doğru cazibə qüv­və­si artır və bu daxili cazibə qüvvəsi buludun kənarındakılardan daha düclü olur. Bu şaquli cazibə buludun həcminin yuxarıya doğru böyüməsinə və atmosferin sə­rin yerlərinə getməsinə səbəb olur. Su damcıları və dolu yuxarı cazibə qüvvəsinin on­­ları qaldıra bilmədikləri qədər ağırlaşdıqda buludlarda yağış yağmağa başlayır.
Bu xarüqəladə sistemi yaratması Fövqəluca Allah üçün çətin deyil və bu, Qu­ra­nın Rəbbimiz tərəfindən nazil edilməsi möcüzəsidəlilidir. Axı o zaman Mu­həm­­məd Peyğəmbərin (s.ə.s.) süni peykləri yox idi ki, kosmosda müşahidə apa­rıb, bunları biləydi! Bax: “Quran heç tükənməyən möcüzə”, səh. 125-126. F.S.
[29] Bəsirət - insanın fəhmlə, hikməti ilə, bədahətən, Allahın verdiyi kəramətlə görə bilmək qa­bi­liyyəti. F.S.
[30] Quranın Furqan surəsində (25/54) - insanların, Ənbiya (21/30) və Nur (24/45) su­rə­lə­rin­də isə bütün canlıların sudan yaradıldıqları bəyan edilmişdir. Su biomateriyanın tə­məl ünsürüdür. İnsan hüceyrələrdən ibarətdir. Hüceyrələr tədqiq edildikdə, onların tər­kibinin 60 – 80%-nin sudan ibarət olduğuna şahid oluruq. Əsas tərkibi su olan hü­cey­rə canlı bir maddədir. Canlılığın əsası olan su olmadan canlı olma mümkün de­yil­dir. Suyun tərkibini təhlil edərkən onun iki hidro­gen və bir oksigen atomundan əmə­lə gəldiyini görürük. Kimyəvi tərkibinin hər özəlliyi mükəmməl yoxlanılmış su ta­ma­mi­lə cansız və 99%-i boş atomlardan ibarətdir. Necə olur ki, 99% boş cansız atom­lar­dan ibarət olan sudan yaradılan heyvanlar və insanlar canlanırlar? Bunu yaxşıca dü­şü­nən insan qabiliyyətin cansız atomlara deyil, o atomları canlandıran Allaha məxsus ol­duğunu anlayarlar. Həşr surəsinin 24-cü ayəsində belə deyilir: “O – Allahdır! Yaradan və qüsursuz Var Edəndir, Biçim Verəndir. Ən gözəl adlar Onundur. Göy­lərdə və yerdə olanların hamısı Onu ucaldır. O – Fövqəlucadır və Hikmət Sahibi­dir” (Həşr, 59/24). Bax: QHM, səh. 177. F.S.
[31] Münafiqlər (ikiüzlülər). F.S.
[32] Yəni, Cənnətə düşəcəkdir. F.S.
[33] Allahın nemətləri nəzərdə tutulur. F.S.
[34] İcazəsiz girməyə görə. F.S.
[35] Müəllifin, kursivlə verdiyim: “şəriət hökmünə müvafiq gələn hikmət” ifadəsində “hik­mət” sözünün Quran­da müx­təlif mənalarda keçməsinə baxmayaraq, onu aşağıdakı şərəfli ayədə göstərildiyi kimi başa düş­mək olar. Belə ki, Ali-İmran surəsinin 164-cü ayəsində Fövqəluca Allah buyurur: “Allah möminlərə... Allahın ayələrini oxu­yan,... on­lara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstər­miş­­­dir...”. Gördüyümüz kimi ayədə “Hikmət” sözü Quranla yanaşı gəldiyi və onun Qu­­randan başqa bir mən­bə kimi verildiyi üçün həmin sözün Muhəmməd Pey­ğəm­bə­rin (s.ə.s.) Sünnəsinə aid olması şəksizdir. Amma “Hikmət” sözü Quranda təkcə Pey­ğəm­­bəri­mizin (s.ə.s.) Sünnəsi (hədislər toplusu) mənasında deyil, həm də digər mə­na­­­larda da işlədilmişdir. Buna İslam ədəbiy­ya­tında çoxsaylı nümunələr vardır (İslam An­siklopedisi, e-proqram: “HİKMET” sözünə bax!). F.S.
[36] Pollyusiya yaranması – oğlan uşaqlarında həddi-buluğa çatmanın fizioloji təzahürü olaraq spermanın for­ma­laşması dövründə onun qeyri-iradi axması halıdır. F.S.
[37] 63 №-li dibnota (qeydə) bax! F.S.
[38] 63 №-li dibnota (qeydə) bax! F.S.
[39] Kursiv mənimdir. F.S.
[40] (əl-) artikli qoyulmadan – F.S.
[41] Kursiv tərcüməçinindir (F.S.). Kursivlə verdiyim bu müddəanın çağımızda ol­duqca bö­yük əhəmiyyət kəsb etdiyini oxucularımızın nəzərinə xüsusilə çatdırmaq yerinə dü­şər­di. Belə ki, Fövqəluca Allahın müsəlman­lara “özlərindən olan böyüklərə itaət et­məsi” müd­dəasının hazırkı dövrümüz və günü­müz üçün nə qədər önəmli ol­du­ğu­nu müasir ila­hiyyatçılarımız kifayət qədər prinsipial surətdə hələ də də­yər­lən­dir­mə­miş­lər. Bu, ol­duq­ca böyük əhəmiyyət kəsb edən islam şəriəti prinsipinin, ümu­miy­yət­lə, araş­dı­rıl­ma­ması Allahın Son dininə olan münasibətin lazımınca qiymətləndi­ril­mə­məsinə, onun cə­miyyətin sabitləşməsində göstərə biləcəyi praqmatik, pozitiv tə­si­rin lazımınca ger­çək­­ləşdiril­məməsinə səbəb olur. Bir sıra insanlar istənilən cə­miy­yət­lər­də elə düşünürlər ki, İslam müasir döv­lətçiliyə alternativ formasiyadır. Lakin belə dü­şüncə sahibləri ya­nı­lır­lar. Çünki, İslam dünya­dər­kinin, ən öncə, cəmiyyətin əxlaqi ilə əlaqədar olduğunu eti­raf etmək istəməyənlər və Allahın dini­nə böhtan atmağa ça­lışanlar şüurlu surətdə in­sanları çaşdırır və, beləliklə, Allahın əzəmətli dinini adicə bir siyasi qurum sə­viy­yə­sin­də insanlara aşılamaq istəyirlər və nəticədə müqəddəs di­ni­miz haqqında onun düş­mən­lərinin uydurmaları, bilavasitə əzəldən radikal əhval-ru­hiyyəli şey­tanların meydan su­lamasına və bəzi səbatsız dindarları siyasi oyunlara qat­mağa səbəb olur. Mən ila­hiy­yat­çılarımızdan və ilahi gerçəkliyi dərk edən elm adam­larından xahiş edərdim ki, məhz İs­lamın Quranda və Peyğəmbərimizin (s.ə.s.) hə­dislərində öz əksini tapmış cəmiyyət üçün faydalı olan belə müddəalarının işlənib in­sanlara, onların böyüklərinə, rəh­bər­lə­ri­nə çatdırılması üçün, Allah xatirinə təbliğ et­sin­lər. Təsəvvür edin, düşünün və görün möh­tərəm müəllif nə yazır: “...Allah... mü­səl­­manları Elçiyə (s.ə.s.) və müsəlman hökm­darlarına belə bir ehtiramla ya­naş­ma­la­rı­na görə... tərif­ləyir”. Bu, Allahın Quranından və Peyğəmbərindən (s.ə.s.) əxz edil­miş müəllif açıqlamasıdır.
Əziz qardaş və bacılar! Fövqəluca Allahımızın müsəlman hökmdara ehtiramla yana­şan­la­­rı tərif­ləməsi müddəasına dərindən diqqət yetirdikdə, görmək çətin deyil ki, hər bir mü­səl­man ölkəsi üçün bu ilahi müddəa – ilahi hökm müsəlmanların dövlət başçısına ehtiram göstə­ril­­məsinə necə pozitiv yanaşmanı nə­zərdə tutur. Fövqəlqüdrətli Rəbbin belə bir misilsiz kə­la­mı­­nı xatır­latmaq istərdim: “Allahın izni olmadan ağacdan yerə bir yarpaq belə düş­məz!” Bu isə o deməkdir ki, o cümlədən, Fövqəluca Allahın razı­lığı olmadan heç kim ha­ki­­­miyyətə gələ bilməz! Beləliklə, hakimiyyət başında olan şəxs müsəl­mandırsa, Allaha və İsla­­ma qarşı çıx­mırsa, müsəlmanların ona itaət etməsi və ehtiram göstərməsi f ə r z d i r, yəni, va­­cibdir. Bu müddəa Azərbaycanımızın nəzə­riyyəçi müsəlman alimləri və dövlət siyasətini iş­­­ləyib hazırlayan xadim­ləri tərəfindən geniş və dərin işlənməyə və elmi-nəzəri cəhətdən əsas­lan­­­dırılmağa layiqdir. Tərc. F.S.
[42] Fövqəluca Allah insanların hər birinin yaxşı və pis əməllərini yazmaq üçün iki şərəfli mə­lək-katib təyin etmişdir. Bu, Quranda belə verilmişdir: “Həqiqətən, sizin üstünüzdə nə­za­rət­çi­lər vardır – çox möh­tərəm, əməllərinizi yazanlardır. Onlar si­zin nə etdiklərinizi bi­lir­lər” (İnfitar, 82/10-12); “Sağında və solunda iki mələk otu­rub onun əməllərini qeydə alır­lar. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi (mə­lək­lər) olmasın” (Qaf, 50/17-18). F.S.

1 комментарий: