среда, 2 мая 2012 г.

48. ƏL-FƏTH SURƏSİNİN ŞƏRHİ



\®

ƏL-FƏTH
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

                               Mərhəmətli və Rəhimli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ

(48. 1) “Həqiqətən, Biz sənə açıq-aydın Qələbə bəxş etdik”

Bu ayədə bəhs edilən qələbə - Hüdeybiyə sülhünün bağ­lan­m­a­­sı­dır. Müşriklər Allahın Elçisinə (ona Allahın salavatı və salamı ol­­sun!) ümrəni, yəni, Məkkədə kiçik həcci yerinə yetirməyə imkan ver­məmiş­di­lər, o (s.ə.s.) isə onlarla sülh müqaviləsi bağlamağı qə­ra­ra aldı. Bunun əsasında hər iki tərəf on il müddətində bir-bi­ri­lə­ri­nə qarşı döyüşmə­mə­yə razılaşmışdılar, Allahın Elçisi (ona A­l­la­hın salavatı və salamı olsun!) ziyarəti gələn ilə ke­çirməyə ra­zı­laş­dı. Lakin ən başlıcası, hər bir insan maneəsiz olaraq müşrik­lə­rin tə­rəfinə keçməyə və ya islamı qəbul etmə­yə imkan əldə etdi.
Sülh müqaviləsi imzalandıqdan sonra müsəlmanlar və müş­rik­lər bir-birilərindən daha ehtiyat etmirdilər. Beləliklə, Föv­qəl­qüd­rətli və Böyük Allahın dininin sürətlə yayılması üçün zə­min ya­randı. Mömin­lər ələ düşən hər imkandan insanlara islamın ma­hiy­yətini izah etmək məq­sədi ilə istifadə edirdilər. Təqva sahibi olan müsəlmanlar öz dininə layiqincə etiqad etməyə imkan qa­zan­dılar. Nəticədə, insanlar kütləvi halda islamı qəbul etməyə baş­la­dı­lar və Allah bu tarixi hadisəni Aydın Qələbə adlan­dırır. Bunun ay­dın qələbə olması – islamın gerçəkləşməsi ilə bağlıydı. Mü­səl­manlar bütpərəst xalqları fəth edir və hərbi qələbə­lərə nail olarkən düş­­­məni qırmaq məqsədi daşımırdılar, onlar yalnız Allahın dinini şə­rəf­lən­dirməyi və müsəlmanları müdafiə etməyi nə­zər­də tu­tur­du­lar. Hüdey­biyə sülhü sayəsində də məhz bu baş ver­mişdi.

ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(48. 2) “və Allah əvvəl olan və sonradan olacaq günahları sənə ba­ğış­ladı ki, O, Özünün sənə olan mərhəmətini sona çat­dır­sın və səni do­ğ­ru yolla aparsın”

Sonra Fövqəluca Peyğəmbərinə (s.ə.s.) xəbər verir ki, bu qə­lə­­bə ona (s.ə.s.) böyük fayda verdi. Allah onun (s.ə.s.) keçmiş və gə­lə­cək gü­nah­la­rı­nı bağışladı. Allaha yaxşı məlumdur ki, Allahın El­çisi (ona Allahın sala­vatı və salamı olsun!) bu hüdudsuz ba­ğış­lan­ma­ya necə layiq olmuşdur, lakin iş orasındadır ki, görünür, in­san­la­rın çoxu məhz Allahın Elçisinin (ona Allah­ın salavatı və sa­la­mı ol­sun!) sayəsində isla­mı qəbul et­miş və Fövqəlucaya sə­mi­miy­yət­lə iba­dət etməyə başla­mış­dılar. Muhəmməd Pey­ğəm­­bər (ona Al­lahın sa­lavatı və salamı olsun!) öz peyğəmbərlik fəaliy­yə­tinin uzun illəri bo­yu elə sınaqlardan keç­mişdi ki, onlara təkcə möh­kəm iradəli el­çi­lərin gücü çata bilərdi. Allah bütün bunları diq­qə­tin­dən yayın­dır­­madı və Öz seçdiyi Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bö­­yük etimad göstərərək, onun (s.ə.s) əvvəllər yol verilmiş və gə­lə­cək­də yol verilə biləcək günahlarını bağış­la­mış­dır.
Lakin bu hələ hamısı deyil. Allah ona (s.ə.s) göstərdiyi mər­hə­­mə­tini tamamladı, onun (s.ə.s) dinini şərəfləndirdi, ona (s.ə.s) düş­­mən­ləri üzə­rin­də zəfər çalmağa yardım etdi, onun (s.ə.s) baş­la­dığı işini yer üzünə yay­dı və onu (s.ə.s) doğru yolla əbədi xoş­bəxt­liyə və sonsuz müvəffə­qiy­yətlərə doğri apardı.
ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(48. 3) “və Allah sənə böyük kömək göstərsin.”

Ey Muhəmməd! Allah sənə böyük kömək göstərmişdir və onun sayəsində islam heç vaxt zəifləməyəcək, əksinə, həmişə düş­­­­mənlərini sar­­sı­dacaq və kafirlərin müqavimətini qıracaq. Onun düş­­mənləri daima alçaldılacaq və mənfur olacaqlar, onların sı­raları isə seyrələcək. Eyni za­manda müsəlmanların sayı dur­m­a­dan ço­xa­la­caq, onların gücü isə möh­kəm­lənəcək və artacaqdır.
Aşağıdakı ayələrdə Fövqəluca bu qələbənin digər mö­min­lə­rə gətir­diyi faydalardan xəbər verir.

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ
(48. 4) “O – möminlərin ürəklərinə imanlarının artması üçün ra­­­hat­lıq nazil Edəndir. Göylərin və yerin əsgərləri Allaha məx­sus­dur. Allah – Biləndir, Müdrikdir.”

Fövqəluca möminlərə mərhəmət göstərərək, onların ürək­lə­ri­nə rahatlıq nazil etmişdir. Onlar narahatçılıqdan xilas edilmiş və əmin­lik əldə etmişlər ki, bu da onlara ağır sınaqlardan mətanətlə çıx­­mağa, eyni za­manda soyuqqanlılığı itirməməyə, təlaş ke­çir­mə­mə­yə və ruhdan düş­­mə­məyə kömək edir.
Məhz belə saatlarda insanların köməyə və yardıma ehtiyacı olur və Allah da Öz mömin bəndələrini başlı-başına buraxmır. O (Pak və Müqəddəs), onlara lütüfkarlığını göstərir, ürəklərinə ra­hat­­­lıq nazil edir və istənilən çətinliklərdən və sınaqlardan çıx­maq­da onlara kömək gös­tərir. Ən ağır anlarda belə onların ruhu tərəddüd et­­mir, ürəkləri isə həyə­cana və şübhəyə düşmür. Onlar Allah qar­şı­sında öz borclarını yerinə yetirməyə hazırlaşmaqda da­vam edir­lər, onların imanı isə etiqadı artır və mükəm­məl­ləş­di­rir.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qu­reyş­­­­lilərlə bağladığı Hüdeybiyə sülhünun bəzi şərtləri, mü­səl­man­­lar üçün, ilk nəzərdə, alçaldıcı idi və onların ləyaqətinə to­xu­nur­­du. Pey­ğəmbərin (s.ə.s.) səha­bələrinə bununla razılaşmaq çox çə­tin idi, la­kin onlar dö­zümlülük və səbirlilik göstərdilər və A­l­la­hın Elçisinə (ona Allahın sala­vatı və salamı olsun!) itaət etdilər və bu­nun sa­yəsində onların imanı daha da möhkəm­ləndi.
Sonra Rəbb bəyan edir ki, göylərin və yerin əsgərləri Onun ha­­ki­miyyəti altındadır və Ondan asılıdırlar. Qoy müşriklər elə zənn etmə­sinlər ki, siz onlarla, Allahın Öz dininə və Pey­ğəm­bə­ri­nin (s.ə.s.) qələbə çal­ma­sına kömək edə bilmədiyinə görə sülh sa­zi­şi bağlayırsınız. Xeyr! Fövqəluca Allah hər şeyi bilir və müd­rik­dir. O (Pak və Müqəddəs), möminlərin qələbəsini bir qədər lən­gi­dir, mü­səlmanlarla müşriklər isə, hələlik, barı­şıqla qane ol­malı­dır­lar.

 ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

(48. 5) “Bunlar, mömin kişiləri və mömin qadınları altın­dan çay­­lar axan və əbədi qalacaqları Cənnətə daxil etmək və gü­nah­la­rı­nı bağış­la­maq üçündür. Bu, Allah dərgahında böyük uğur­dur».

Hər şeydən başqa, küfür üzərində qələbə möminlərə daha bir və, bu dəfə, ən böyük nemət gətirəcəkdir. Fövqəluca möminləri çay­lar axan bağlara daxil edəcək, onlar orada əbədi qalacaqlar, on­la­rın günah­la­rını və cinayətlərini bağışlayacaqdır. Cənnət hə­ya­tında on­lara ən gözəl olan nə varsa veriləcəkdir, günahların ba­ğış­lan­ması isə onları hər cür xoşagəlməz və dəhşətli şeylərdən xilas edə­cəkdir.
Allah bu şərəfli mükafatı böyük uğur adlandırır və mö­min­lər ona onlara bəxş edilmiş aydın qələbə sayəsində layiq gö­rül­mü­ş­lər.
ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ
(48. 6) “Bu da, Allah barədə pis zənnə qapılan münafiq ki­şi­­­lə­ri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları əza­ba dü­çar et­mək üçündür. Onları talelərinin dönüklüyü çul­ğa­yacaqdır. Allah onlara qəzəblənmişdir, onları lənətləmişdir və onlar üçün Cə­hənnəmi hazır­la­mışdır. Gələcəkləri bu yer necə də iyrəncdir!”

Özlərini mömin kimi göstərən münafiqlərə və müşriklərə gəl­­­dikdə isə, onlar sarsıdıcı əzab verən cəza alacaqlar ki, bu onlara qəm-qüssə və iztirab gətirəcək. Onlar möminləri məhv etmək is­tə­yir­­dilər və Allah haqqında pis zənnə qapılmışdılar və belə hesab edir­­dilər ki, O (Pak və Müqəddəs), Öz adını şərəfləndirə və Öz di­ni­­nə kömək edə bil­məz. Lakin onların möminlərin əleyhinə bəs­lə­­dik­­ləri ədavət özlərinə qarşı çevrilə­cək və onları elə bu hə­yat­da­ca ya­­xalayacaqdır. Onlar Ona qarşı və Onun Elçisinə (s.ə.s.) qar­şı öz düş­mənçilikləri ilə Allahı qəzəb­lən­dirmişlər və buna görə O (Pak və Müqəddəs), onları Öz mərhəmə­tindən uzaqlaşdırmış və on­lar­dan ötrü Cəhənnəmi hazırlamışdır.

ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(48. 7) “Göylərin və yerin əsgərləri Allaha məxsusdur və Al­lah Fövqəlqüdrətlidir, Müdrikdir”.

Fövqəluca bir daha qullarına xatırladır ki, göylər, yer və on­la­rın bütün qoşunları Onun ixtiyarındadır və O (Pak və Müqəd­dəs), bu­­nu ona görə etmişdir ki, yalnız Onun Öz məxluqlarını ucalt­dı­ğı­nı və al­çaltdığını və Onun tərəfdarlarının həmişə düş­mən­ləri üzə­rin­də qələbə çalacaqlarını onlar dərk edib, başa düşə bil­sinlər. Axı heç başqa cür ola da bilməz, çünki Allah buyurmuşdur: “Hə­qi­qətən, Bi­zim qoşunlarımız qa­lib gələcək” (Saffat, 37/173). O (Pak və Müqəddəs), nəinki fövqəlgüc­lüdür, O (Pak və Müqəddəs), həm də müd­­­rikdir. Bax buna görə O (Pak və Müqəddəs), yal­nız Onun müd­­­­rikliyinin və kamilliyinin tələbinə uyğun şeyləri hə­ya­ta keçirir.
  ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ

(48. 8) “Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən nəsihətçi olaraq göndərmişik ki,”

Ey alicənab Elçi! Sən özünün xeyirxah və bədniyyət tə­rəf­dar­­­la­rı­­na, onların söylədikləri doğru və yalan sözlərinə və həll et­dik­­­ləri mə­sə­lələrə şahidlik edəcəksən və həmçinin Fövqəluca Al­la­hın ka­mil və pak olmasına, heç kimin Ona bənzər olmadığına şa­­­­hid­lik edə­cək­sən.
Sənə itaət edənlər Allaha da itaət edəcəklər. Sən onları elə bu hə­­yatda və ölümdən sonra gözləyən böyük mükafatla se­vin­dir­mə­lisən, am­ma Fövqəlucaya itaət etməkdən imtina edənləri isə həm yer üz­ün­­də, həm də Axirət həyatında cəzalandırılacaqları haq­qında xə­bər­dar et­mə­lisən. Peyğəmbərliyini sona qədər yerinə ye­tirmək üçün in­sanlara hansı əməllərin və əxlaqi məziyyətlərin tə­rifə layiq ol­du­ğu­nu, hansıla­rın isə qınanıldığını insanlara izah et­məlisən.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı ol­sun!) Allahın əmrini yerinə yetirərək, xeyrin və şərin nə ol­du­ğu­nu in­sanlara öyrətdi, haqqı və batili onlara izah edib, xoş­bəxt­li­yə və iztirablara aparan yolları göstərdi.

ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(48. 9) “siz Allaha, Onun Elçisinə iman gətirəsiniz, ona eh­ti­­ram gös­tərib, hörmət edəsiniz və Onu sübh çağı və gün bat­maz­dan əvvəl şərəfləndirəsiniz».

Fövqəluca buyurur ki, O (Pak və Müqəddəs), Öz Elçisini (ona Al­­lahın salavatı və salamı olsun!) göndərmişdir ki, qulları onun (s.ə.s.) təbliğatı və ondan (s.ə.s.) əldə etdikləri faydalı biliklər sa­yə­sin­­də Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) iman gətir­sinlər və beləliklə, bütün məsələlərdə onlara ita­ət etsinlər.
Allah möminlərə Peyğəmbərə (s.ə.s.) ehtiram göstərməyi və hö­r­­­mət etməyi və həmçinin, ona (s.ə.s.) borclu olduqlarını unu­t­m­a­ya­raq, öz vəzifələrini onun (s.ə.s.) qarşısında yerinə yetirməyi bu­yur­muşdur. Onların Fövqəluca qarşısında vəzifələrinə gəldikdə isə, onlar sübh çağı və axşam, yəni, günün başlanğıcında və so­nun­da Ona həmd etmə­lidirlər. Beləliklə, bu ayədə Allah, mö­min­lərin Onun qarşısında və Onun Elçisinin (ona Allahın salavatı və sa­lamı ol­sun!) qarşısında vəzi­fə­lərini bəyan edərək, göstərir ki, on­lar həm Ona, həm də Onun Elçi­si­nə (s.ə.s.) iman gətirməlidirlər. On­lar so­nun­cunu (s.ə.s.) sevməli, ona (s.ə.s.) ehtiram bəs­lə­mə­li­di­rlər. Am­ma ibadətə və həmdə Allahdan başqa heç kim layiq de­yil­dir.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(48. 10) “Həqiqətən, səninlə əhd bağlayanlar, Allahla əhd bağ­­lamış olurlar. Allahın əli – onların əllərinin üstündədir. Onu po­zan­lar yalnız özlərinə zərər edərlər. Allah ilə bağladığı əh­di­nə sadiq qa­lanlara isə, O, böyük mü­ka­fat əta edəcək”.

Ayədə bəhs edilən əhd[1] “razılıq əhdi” adını almışdır. Bu, Hüd­ey­­biyədə, səhabələrinin Allahın Elçisinə (ona Allahın salavatı və sala­mı olsun!) biət etdikləri – hətta onların sayı lap azalsa belə və hətta başqa vaxtda onların qaçmağa haqqı olsa belə, onu (s.ə.s.) tərk etməyə­cək­lə­rinə and içdikləri yerdə baş vermişdi.
Onlar, Əli onların əlləri üstündə Olan Rəbb ilə əhd bağ­la­mış­­­dı­lar və həmin anda onlar məhz Onun hüzurunda Onun Özü­nə and iç­miş­dilər. Rəbb bu sözləri ilə bu əhdin əhəmiyyətini xüsu­silə vur­­ğulamaq və müsəlmanları bağladıqları həmin əhdə sadiq qal­ma­­ğa ruhlandır­maq istə­yir. Bu əhdi pozan hər kəs cəza yükü­nü özü daşımalı ola­caq­dır. Kim ki, Allahla bağladığı əhdə sadiq qa­lar­­sa, böyüklüyünün ölçü­ləri Ondan başqa bir kimsəyə məlum ol­ma­­yan mükafat alacaqdır.

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ

(48. 11) “Geridə qalan ərəblər sənə deyəcəklər: “Var-döv­lə­timiz və ailələrimiz bizi yayındırdı. Bizim üçün bağışlanma di­lə.” Onlar ürək­lə­rində olmayanı dilləri ilə ifadə edəcəklər. De: “Əgər O, sizə ziyan vur­maq və ya fayda vermək istəsə, Allahın qar­şısında sizə bir şeylə yardım etməyə kimin gücü çatar? Xeyr! Al­lah törətdiklə­riniz­dən xəbərdardır».

Fövqəluca Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) ilə döyüşdə yanbayan iştirak etməkdən imtina edən və evdə qal­mağı üs­tün tutan bədəviləri qınayır. Onların imanı çox zəif idi, ürək­­ləri isə mərəzə tutulmuşdu və buna görə onlar Allah haq­qında layiqincə dü­şün­mürdülər. Elçi (s.ə.s.) yürüşdən qa­yıt­dıqdan sonra, onlar ona (s.ə.s.) müraciət edərək, Allahdan onlar üçün ba­ğış­­lanma diləməsini yalvar­dı­lar. Lakin onların dilləri ilə söy­lə­dik­ləri ürəklərindən gəlmirdi.
Bədəvilər onun (s.ə.s.) yanına gələrək, öz günahlarını etiraf et­di­­lər və hətta onları tövbə etdilər. Həmin cinayətlərə görə, doğ­ru­dan da, tövbə edilmliydi və əgər onların ürəklərində gizlədilən əda­vət ol­­ma­­say­dı, tövbələri onlara fayda verərdi. Əgər onlar ən bəd ümid­lə­­rə qapı­lırdılarsa və Allahın haqqında layiq olmayan tərz­də fikir­lə­şir­dilərsə, onda onların taleyini kim yüngülləşdirə bi­lərdi?!
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(48. 12) “Lakin siz güman edirdiniz ki, Elçi və möminlər heç vaxt ailələrinə qayıtmayacaqlar. Bu sizin ürəklərinizdə bə­zə­­dilmişdi və siz pis zənnə qapılmışdınız. Siz islaholunmaz in­san­­lar idiniz”.

Onlar elə güman edirdilər ki, Elçi (ona Allahın salavatı və sa­­lamı olsun!) və möminlər qırılıb, məhv olacaqlar. Ürəklərində bu­nun belə ola­cağına yəqinlik saatbasaat artaraq, onların eti­qad­la­rına çevrilmişdi. Bu iki səbəbə görə baş vermişdi. Birincisi, onlar hə­lak olmağa məhkum edilmişdilər, yəni, onların nura və xe­yir­xah­­lığıa meyilləri yox idi, əks halda yaramaz fikirlər onların ürək­lərində özlərinə yer tapa bilməz­di.
İkincisi, onların dini həddən artıq zəif idi və onlar Allahın və­di­­nin sarsılmaz olduğuna, Onun Öz Sözünü şərəflən­dirə­cə­yi­nə və Öz dininə yardım edəcəyinə əmin deyildilər. Buna görə Föv­­qəluca be­lə bu­­yurur:

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ

(48. 13) “Kim Allaha və Onun Elçisinə iman gətirməzsə, bilsin ki, Biz ka­fir­lə­rə, həqiqətən, Alovsaçan Cəhənnəm hazırla­mışıq.”
(48. 14) “Göylər və yer üzərində hakimiyyət Allahındır. O, is­tədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah – Ba­ğış­la­yan­dır, Rəhimlidir”.

Fövqəluca bildirir ki, O (Pak və Müqəddəs), göylərdə və yerdə baş verən hər şeyi təklikdə idarə edir. O (Pak və Müqəddəs), məx­luq­la­­rının talelərini həll edir, hikmətli qanunlar nazil edir və Öz dininin qa­­nunları əsasında cəzalandırma və mükafatlandırma me­­yarlarını mü­­­əyyənləşdirir. O (Pak və Müqəddəs), Onun hökümlə­rini yerinə ye­ti­rən­­lə­ri bağışlayır və Onun əmrlərinə laqeyd olan­la­rı cəzalandırır.
Bağışlayan və Rəhimli adları Onun gözəl adları arasındadır. O (Pak və Müqəddəs), yolundan azanları gecə-gündüz bağışlayır, töv­bə edənlərin tövbəsini qəbul edir, insanlara Öz mərhəməti ilə hi­mayə­dar­lıq edir və onlara saysız-hesabsız nemətlər bağışlayır.

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(48. 15) “Siz qənimətləri götürməyə getdiyiniz zaman, ge­ri­də qa­­lanlar deyəcəklər: “Qoyun biz də sizinlə gələk.” Onlar Al­lahın Sö­zü­nü dəyişmək istəyirlər. De: “Siz bizimlə gəl­mə­yə­cək­siniz. Bunu öncə Allah belə buyurub». Belə olduqda onlar deyəcəklər: “Yox, siz bi­zə pa­xıllıq edirsiniz.” Lakin onlar lap az anlayanlardır.”

Döyüşdən boyun qaçıran kəmetiqadları xatırlatdıqdan son­ra, Allah onları bu dünyada gözləyən cəza haqqında xəbər verir. On­lar gö­rəndə ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) öz səha­bələri ilə birlikdə, onların əlinə, döyüşsüz və heç bir cəhd göstəril­mə­dən, keçəcək qənimətlərin ardınca səfərə ha­zır­la­şır­lar, onda ondan (s.ə.s.) onları da öz­ləri ilə götürməyi və yalnız mö­min səhabələrə nəsib olacaq qənimətin bölünməsində onların da iştirak etməsinə icazə ver­məyi xahiş edirlər.
Ey Muhəmməd! Onlara de: “Sizə bizə qoşulmağınıza icazə ve­ril­məyəcək. Siz özünüz özünüzə qarşı günah işlətdiniz və əv­vəl­ki döyüş­lərdə iştirakdan imtina etdiniz və buna görə siz bu gün mükafatdan məhrum ediləcəksiniz». Onlar sənə mütləq etiraz edib deyəcəklər ki, gu­ya siz öz xəsisliyinizdən qəniməti onlarla bö­lüş­mək istəmirsiniz. Am­ma əgər onlar baş verənlərin ma­hiy­yə­tini dərk edə bilsəydilər, on­da başa düşərdilər ki, onların məhrum ol­masının səbəbi onların Allaha itaətsizliyi­dir və günahlar heç vaxt nə bu dünyada, nə də Axirət hə­ya­tında cəzasız qalmır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ
(48. 16) “Arxada qalan ərəblərə de: “Sizi sərt gücə malik in­­san­lara qarşı hələ çağıracaqlar. Siz onlarla ya döyüşəcəksiniz, ya da on­lar islamı qəbul edəcəklər. Əgər siz itaət etsəniz, Allah si­zə gözəl mü­kafat bəxş edər. Əgər əvvəl üz döndərdiyiniz kimi, yenə üz dön­dərsəniz, onda Allah sizi ağrı-acılı əzabla cə­za­lan­dı­racaqdır.”

Bu gün onlar sənin qarşında bəraət qazandırılması müm­kün ol­ma­­yan bir işə görə özlərini doğrultmağa çalışırlar və yü­rüş­də iştirak etməyə icazə istəyirlər, çünki nə döyüş, nə də qarşı­dur­ma olmaya­ca­ğını və qə­ni­mətin əlinizə asanlıqla keçəcəyini bilirlər. Onların səmimi­liyini sına və de ki, Allahın Elçisi (ona Allahın sa­la­vatı və salamı ol­sun!), saleh xəlifələr və müsəlman hökm­dar­ları sizi güclü düşmənlərə qarşı, yəni, farslara, bi­zanslılara və onların bən­zərlərinə qarşı bundan sonra dəfələrlə mühari­bələrə ça­ğı­ra­caq­lar.
Siz onlarla ya döyüşəcək, ya da onlar haqq dini qəbul edə­cə­k­lər – başqa bir yol yoxdur. Güclü düşmən heç vaxt sizə kö­nüllü su­rətdə bac verməyə razılaşmayacaq. Böyük xalqlar ya iman gə­ti­rə­cəklər, ya da öz etiqadlarına görə sizinlə döyüşəcəklər. Lakin si­zin­lə döyüşdükdə, on­lar zəifləyəcək və gücdən düşəcəklər və bu­na görə ya islamı qəbul edə­cək, ya da sizə bac[2] verəcəklər.
Əgər siz onlarla döyüşməyə başlasanız, onda Allah sizə gö­zəl mükafat verər. Onu Fövqəluca və Onun Elçisi (ona Allahın sa­la­­vatı və salamı olsun!) Onun yolunda döyüşənlər üçün müəyyən et­­mişlər. Yox, əgər siz, Muhəmməd Peyğəmbər (ona Allahın sa­la­vatı və salamı olsun!) sizi öz ordusu sıralarına çağıranda üz dön­­­dər­diyiniz kimi, yenə də üz döndərsəniz, onda Allah sizi ağ­rı­lı-acılı və şiddətli əzabla cəzalan­dırar. Bu ayə mömin xəlifələrin və mü­səl­manları islamın barışmaz düş­mənləri ilə müharibəyə ça­ğıran və çağıracaq müsəlman hökmdarla­rı­nın üstünlü­yünü xüsusi ilə vur­ğulayır və möminlərə onlara itaət gös­tərməyi vacib edir.


ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

(48. 17) “Kor məcbur edilməz, axsaq məcbur edilməz, xəstə də məcbur edilməz. Kim Allaha və Onun Elçisinə itaət edərsə, O, onları altından çaylar axan Cənnət bağlarına daxil edər, kim də üz döndə­rərsə, onu əzab-əziyyətə uğradar.”

Allah müsəlmanın evdə qala bilməsinə və döyüşdə iştirak etmə­məsinə imkan verən səbəbləri sadalayır. Bu – korluq, şillik və ya digər bir xəstəlik ola bilər ki, insanın döyüşdə iştirakına imkan vermir.
Dinin hökümlərini yerinə yetirəni və günahlardan çəkinəni Al­lah Cənnət bağlarına daxil edər və onlara orada həzz alacaqları, ba­­xışlarının dikilib qalacaqğı hər cür, bir-birindən gözəl, nemətlər veriləcək. Kim ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və sa­­lamı olsun!) itaət et­məkdən boyun qaçırar, O (Pak və Müqəd­dəs), onları şiddətli ağrı verən əzabla cəzalandırar. Həqiqətən, A­l­laha itaət əbədi səadətin rəhnidir, Ona itaətsizlik isə iztirab və əzablarla bağlıdır.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮦﮧ ﮩﮪﮫ
(48. 18) “Allaha and olsun ki, O, möminlər ağac altında sə­nə biət edəndə, onlardan razı qaldı. O, onların ürəklərində nə ol­­duğunu bilirdi və onlara rahatlıq nazil etdi və onları yaxın qə­lə­bə ilə müka­fatlandırdı
(48. 19) “və götürəcəkləri çoxsaylı qənimətlə də. Allah – Föv­­qəl­­qüd­­rətlidir, Müdrikdir».

Fövqəluca bildirir ki, O, Hüdeybiyədə ağac altında Allahın El­­çi­si­nə (ona Allahın salavatı və salamı olsun!) biət edən mö­min­lər­dən razı qalmışdır və onlar şərəfli əməlləri sayəsində həm yer üzün­­­də, həm də ölümdən sonra səadətə nail olmuşlar. Bu andı “ra­­­zılıq andı” adlandı­rırlar, çünki o, Allahın möminlərə iltifat gö­s­tər­məsinə kömək etmişdir. Onu həm də “ağac altında and”[3] ad­lan­­dırırlar.
Həmin gün Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) bütpərəstlərə uzun-uzadı izah etməli oldu ki, o (s.ə.s.) mü­h­a­ri­bə etmək üçün gəlməmişdir və məqsədi yalnız həcc zi­ya­rəti etməklə Mü­qəddəs Kəbəyə öz ehtiramını bildirməkdir. Qu­reyşl­i­ləri inan­dır­maq üçün o (s.ə.s.) Osman b. Əffanı Məkkəyə gön­dər­miş­di.
Qəfildən müsəlmanlar arasında şaiyə yayıldı ki, büt­pərəst­lər Osmanı öldürüblər. Onda Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) təxminən min beş yüzə yaxın mömini ətrafına top­ladı, orada, ağac altında onlar ona (s.ə.s.), hətta ölməli olsalar be­lə, sadiq qalacaq­larına and içdilər.
Fövqəluca, ibadət ayinlərinin ən şərəflilərindən birini yerinə ye­­tir­miş və Ona ən yüksək itaət nümunəsi göstərmiş mö­min­lər­dən razı qalmışdı. Ona məlum idi ki, onların ürəklərində möh­kəm inam sakin idi. Buna baxmayaraq, Rəbb onlara ruhi rahatlıq na­zil etdi, onların imanını daha da kamilləşdirdi və onlara sə­mi­mi­lik­lə­rinə və sədaqətli­liklərinə görə əvəzini verdi.
Fövqəluca bilirdi ki, müsəlmanların ürəkləri kədərlə do­lu­dur, çünki müşriklərin Allahın Elçisinin (ona Allahın salavatı və sa­­­­lamı ol­sun!) qarşısına qoyduqları alçaldıcı şərtlər qəbul edil­miş­di. Buna görə O (Pak və Müqəddəs), onlara rahatlıq nazil etmiş və hök­­­­mən uğur qazanacaqlarına onlarda yəqinlik yaratmışdı. Bu­nun­­la yanaşı O (Pak və Müqəddəs), onları yaxın qələbə və əldə edə­­­­cəkləri bol qənimətlərlə mü­kafatlandıracağını vəd etmişdi. Bəhs edilən Xeybərin fəth edilmə­si­dir ki, Hüdeybiyədə Pey­ğəm­bə­­­rin (ona Allahın salavatı və salamı ol­sun!) tərəfini saxlayan sə­ha­­bələrdən başqa heç kim orada iştirak etmə­mişdi. Allaha müt­i­li­yin əvəzi olaraq və Onun iltifatını qazanmağa sə­mimiyyətlə can at­­­­mağa görə Xeybərə yürüşdə və bol qənimətin böl­gü­sündə iş­ti­rak etmək məhz onlara etibar edilmişdi.
Fövqəlqüdrətli və Müdrik adları da Onun gözəl adları ara­sın­­­­da­dır. O (Pak və Müqəddəs), fövqəlqüdrətlidir və föv­qəl­güclü­dür və əgər O (Pak və Müqəddəs), istəyərsə, kafirlər hər döyüşdə mö­­minlər tərə­fin­dən darmadağın edilər. Bununla yanaşı O (Pak və Müqəddəs), müd­rikdir və buna görə bəzi insanları digərlərinın va­sitəsi ilə yoxlayır, möminləri kafirlərlə sınayır.

ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(48. 20) “Allah sizə ələ keçirəcəyiniz bol qənimət vəd et­miş­­di. On­ları sizin üçün tezləşdirdi və insanların əlini sizdən üz­­dü ki, bu mö­minlər üçün bir dəlil olsun və sizi doğru yola yö­­nəlt­sin».

Ayənin əvvəlində xatırlanan “bol qənimət” adı altında hərbi əmə­­­liy­­yatlar zamanı düşməndən Qiyamət gününədək mü­səl­man­la­­rın ələ keçi­rəcəkləri istənilən sursatlar nəzərdə tutulur. Amma Al­­lahın əldə edilmə­sini tezləşdirdiyi qənimət dedikdə isə, Xeybər qə­­nimətlə­rinə işarə edil­mişdir.
Ey müsəlmanlar! Elə fikirləşməyin ki, bu – sizin son qələbə­niz­­­dir. Sizi hələ çoxlu qələbələr və qənimətlər gözləyir. Sizi məhv et­­mək istəyən və bunu etməyə imkanları da olan düşmənlərinizin əli­ni sizdən üzən Allaha həmd edin. O (Pak və Müqəddəs), sizi əfv et­di və qisməti­nizi yüngülləşdirdi. Bütün bunlar ona görə idi ki, bol qənimət Rəbbin mömin müsəlmanlar haqqında haqq vədini təs­diq edən bir dəlil olsun. Bilin ki, bu dünyada vədini Ye­rinə yetirən, Axirət həyatında da onu mütləq yerinə yetirəcəkdir. Allah sizi beləcə doğru yola yönəldir, yəni, sizə bilik, iman və saleh əməllər əta edir ki, onların sayəsində siz haqq yolla gedəsiniz.

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ

(48. 21) “Sizin hələ ələ keçirmədiyiniz başqa şeylər də ola­caq­­dır. Allah onları əhatə etmişdir. Axı O, hər şeyə qadirdir!”

Fövqəlucanın sərəncamında digər qənimətlər də vardır. Al­lah onunla istədiyi kimi davranmaqda sərbəstdir. O (Pak və Müqəddəs), onu sizə bir qədər sonra bağışlayacağını vəd etmişdir və Onun vədi sarsılmazdır. O mütləq gerçəkləşəcəkdir, çünki Föv­qəl­uca fövqəlqüd­rətlidir və bütün varlıqlar üzərində hökümrandır.

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(48. 22) “Əgər kafirlər sizinlə döyüşsələr, onda onlar müt­ləq ge­­ri qaçarlar və özlərinə nə bir dost, nə də kəməkçi ta­par­lar».
Allah Öz möminlərini, onları görəndə geri çəkiləcək ka­fir­lə­rin istə­nilən ordusu üzərində qələbə çalacaqları müjdəsi ilə se­vin­di­rir. Heç kim onlara möminlərlə müharibədə kömək et­mə­yə­cək­dir və Allahın düşmən­ləri özünküləri tərəfindən tərk ediləcək və öz­­gələri tərəfin­dənsə darma­dağın olunacaqlar.

ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(48. 23) “Allahın əzəldən qoyduğu qanun belədir. Sən Al­la­­hın qa­nu­nuna əvəz tapa bilməzsən.”

Allah əvvəlki elçilərin (onlara salam olsun!) zamanında da be­lə edərdi və heç kim Onun qanunlarını dəyişmək qüdrətinə ma­lik de­yil­dir.


 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(48. 24) “O – Məkkə vadisində sizə onların üzərində qələbə çal­­­mağa yol verdikdən sonra, onların əllərini sizdən və sizin əllə­ri­ni­zi on­lardan Çəkindirəndir. Allah sizin etdiklərinizi görür”.

Fövqəluca qullarına xatırladır ki, O (Pak və Müqəddəs), on­la­rı kafirlərin şərindən qorumuş və onlarla döyüşməkdən xilas et­miş­dir. Hüdeybiyə sülhünün imzalandığı gün Məkkənin təx­mi­nən səksən si­lahlı sakini gözlənilmədən müsəlmanlara basqın et­miş­dilər, lakin mü­səlmanlar sayıq idilər və məkkəlilərin özlərini ya­xaladılar. Allahın ira­dəsi ilə müşriklər möminlərin əlinə keç­miş­di­lər və onlar məkkəlilərlə istədikləri kimi rəftar etmək haqqına malik idilər. Lakin müsəlmanlar onları sağ-salamat buraxdılar. Beləcə Fövqəlucanın mərhəməti sayə­sində Məkkənin müqəddəs torpağında nə Peyğəmbər (ona Allahın sa­lavatı və salamı olsun!), nə səhabələri, nə də müşriklər zərər çəkmə­dilər.
Allah qullarının əməllərini görür. Buna görə də hər kəs la­yiq ol­du­ğunu alacaqdır. Siz isə, ey iman gətirənlər, heç vaxt unut­ma­yın ki, Rəbb sizə necə lütüfkar olmuşdur.

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ

(48. 25) “Onlar – iman gətirməyənlər, sizi Məs­cidül­h­ə­ra­ma bu­­­rax­­mayıb, qurbanlıq heyvanlarınızı tutub saxlayaraq, kə­­si­­lə­cək­­ləri yerə çatmalarına imkan verməyənlərdir. Allah, ta­nı­ma­­dı­ğı­nız və bil­mədən ayaq altında tapdaya biləcəyiniz və sizi bu­na görə çə­tinliyə salacaq mömin kişilər və mömin qadınlar ol­­du­ğu­nu nə­zərə alıb, istədiyinə Öz mərhəmətini göstərməsi üçün belə et­miş­dir. Əgər on­lar bir-birilərindən seçilsəydilər, on­da Biz on­ların ara­sın­dan kafirləri əzab-əziyyətli mə­şəq­qət­lərə məruz qo­yar­dıq».

Fövqəluca müsəlmanları müşriklərlə döyüşməyə sövq edən amil­ləri sadalayır. Onlar Allaha və Onun Elçisinə (ona Allahın sa­la­­vatı və salamı olsun!) iman gətirməkdən imtina etmişdilər, Pey­ğəm­bəri (s.ə.s) və mö­minləri Allahın Evinə ehtiram bildir­mə­ləri üçün həcc zi­yarətini yerinə yetirməyə buraxmamışdılar. Onlar qur­­­banlıq heyvanla­rını saxlamış və onları qurban kəsilən yerə, yə­ni, ümrə başa çatdıqdan sonra qurbanların kəsilməsi mə­ra­si­mi­nin ke­çirildiyi Məkkəyə aparma­ğa imkan verməmiş­dilər. Qu­reyş­li­lər ça­lışırdılar ki, möminlərə qarşı özlərinin bütün zalım­lı­ğı­nı və əda­və­tini göstərsinlər və müsəlmanları onlarla mü­ha­ribəyə fit­nə­kar­lıq­­la təhrik etsinlər.
Lakin müsəlmanların qanlı döyüşlərdən vaz keçmələrinə sə­bəb­­­ləri var idi. Birincisi, Məkkə əhalisi arasında mömin kişilər və mö­min qadınlar vardı. Onlar müşriklərlə yanbayan yaşa­yır­dı­lar və dö­­yüş­lər zamanı onlar da əzab-əziyyətə məruz qala­caq­dı­lar. Mü­səl­­­man­lar on­lardan bəzilərini tanımırdılar və onları ayaq al­tında tap­dalaya bilər­di­lər və bununla da, özləri belə bilmədən, gü­­­­naha ba­tardılar.
İkincisi, Allah, müşriklərdən bəzilərini kafirlikdən və az­ğın­lıq­­dan xilas etməyi və onları doğru yola yönəltməyi qərara al­mış­dı. Bu, Fövqəlucanın müsəlmanların döyüşməsinin qarşısını al­ma­sı ilə əlaqə­dar daha bir səbəb idi. Lakin əgər kafirlər möminlərdən ara­lanıb seçilsəydilər, onda Allah möminlərə onlarla qanlı vuruşa gir­mə­yə icazə verər, sonra da müşrikləri darmadağın etməkdə on­lara yardım gös­tərərdi.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ


(48. 26) “Kafirlər qəlblərində lovğalıq – cahillik za­m­a­nı­nın lov­ğalığını qızışdırdıqları bir vaxtda, Allah Elçisinə və mö­mi­n­lərə ra­hatlıq nazil etdi və onlara təqva sözünü həvalə etdi. On­lar ona baş­qa­larından daha çox haqq qazanmışdılar və ona la­yiq idilər. Allah hər şeydən Xə­bər­dardır”.

Ey Muhəmməd! Kafirlər ürəklərində cahillik zamanının qə­zə­bini qızışdırırdılar. Onlar “Mərhəmətli, Rəhimli Allahın adı ilə!” söz­­lərinə ədavət və nifrət bəsləyirdilər, sən isə o sözlərlə onlarla öz aranızda sazişə başlamaq istəyirdin. Onlar həmin il həcc zi­ya­rəti etmək niyyə­tində olduğun halda səni doğma şəhərinə bu­rax­ma­­dılar ki, adamlar, qureyşlilərin müqavimətini qıraraq mü­səl­man­­ların Məkkəyə daxil olmalarından danışmasınlar. Yalnız cahil adam­lar belə edə bilərdilər. Onların çoxsaylı günahları onları istər-istəməz yaxınlaşdırılacaqlarına məhkum etməyə­nədək, qə­zəb, ədavət və təkəbbür onların ürəklərini tərk etməyəcəkdi.
Bəs Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və mö­­­­­min­­­lər necə olacaqdı? Allah onların ürəklərinə sakitlik təlqin etdi (yer­­ləşdirdi). Onlar müşriklərin göstərdikləri bu “qəbuldan” qə­­­zəb­lən­­­mə­dilər. Onlar lazımınca səbirlilik göstərdilər, Müqəddəs Mək­­­kə tor­­pa­ğının, hər bir insanın istəni­lən şəraitdə Allahın ha­ram­la­rına eh­ti­ram­la yanaşmasını zəruri edən qa­nunlarını poz­ma­dı­lar. Mü­­səl­man­lar, acıdillilərin nə deyəcəkləri haqqında fikir­ləş­mə­yərək və cahillərin qı­na­­ğından ehtiyat etməyərək, öz Rəbbinə mü­ti olaraq sa­­diq qaldılar.
Allah möminlərə təqvalılıq sözünü həvalə etdi, yəni, onların “Al­lah­dan başqa ilah yoxdur” tövhid şəhadətinə sadiq olmalarını və həm də onun bütün müddəalarını yerinə yetirməyi bir vəzifə ola­raq öh­dələrinə qoydu. Onlar Fövqəluca Allah qarşısında və­zi­fələrini, şə­hadəti pozmadan yerinə yetirdilər. Onlar bu şərəfə nail ol­mağa digər­lərindən daha çox haqq qazan­mışdılar və ona la­yiq idi­lər. Allah bunu bilirdi və onların hər birinin qəlbini dolduran xe­yirxahlıqdan xəbər­dardı.

 ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(48. 27) “Həqiqətən, Allah Elçisinə haqq yuxu göstərmişdi. Siz mütləq Məscidülhərama ehtiyat etmədən girəcəksiniz, in­şal­lah! Başını­zı qırxdıracaq, saçlarınızı qorxmadan qısal­da­caq­sınız. O, sizin bilmədi­yinizi bilir və bundan öncə yaxın qələbəni təyin et­mişdir”.

Ayədə Allahın Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) Mə­di­­nədə gördüyü yuxusundan bəhs edilir. O (s.ə.s.) öz sə­ha­­­bələrinə deyir ki, Məkkəyə necə daxil olduğunu və Kəbənin ət­ra­­­fını təvaf etdiyini görmüşdür. Lakin Hüdeybiyə sülhü bağ­lan­dıq­­dan sonra onlar Kəbəni ziyarət etmədən Mədinəyə qayıtdılar. Bə­­zi­ləri hətta Allahın Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) belə dedilər: “Məgər sən demirdin ki, Biz Kəbəyə gələcəyik və onun ətrafında təvaf edə­cəyik?” O (s.ə.s.) demişdi: “Məgər mən si­­zə demişdim ki, o, bu il baş ve­rəcəkdir?” Onlar demişdilər: “Xeyr”. Belə olduqda o (s.ə.s) de­di: “Həqiqətən də, siz ora ge­də­cək və onun ət­rafını təvaf edəcək­siniz».
Beləliklə, bu ayədə Fövqəluca nəzərdə tutmuşdu ki, Pey­ğəm­bə­rin (s.ə.s.) yuxusu mütləq gerçəkləşəcəkdir, onun müxtəlif şərh­ləri isə onun həqiqiliyini qətiyyən azaltmır. Siz Məs­cidül­ha­rama daxil olaraq öz görkə­minizlə Allahın müqəddəs Evinə öz eh­ti­ramınızı bildirəcək­siniz. Siz düş­mənlərdən qorxmayaraq, zəv­var­­lı­ğın bütün ayinlərini yerinə yetirəcək və onu başınızı qırx­dır­maq­la və ya saçınızı qısalt­maqla sona çatdıracaq­sınız. Yalnız Al­lah bilir ki, sizə nə daha çox fayda verəcəkdir. Buna görə, siz müt­ləq yerinə yetirəcəyiniz ziyarətlə yanaşı, Rəbb sizin müşriklərlə sülh müqaviləsi bağlamanıza kömək etmişdir.
Hüdeybiyədə baş verən hadisədən sonra bir çox müsəl­man­la­rın ürəkləri Allahın müdrik niyyətinin onlara aydın ol­ma­ma­sından təlaş keçi­rirdi. Onda Fövqəluca hikmətin və belə qərarın fay­dasının nədən ibarət olduğunu onlara izah etdi və onlar əmin ol­dular ki, Onun bütün hökümləri onları haqq yolla – birbaşa Onun mərhəmətinə nail olmağa doğru aparır.


 ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ

(48. 28) “O – Öz Elçisini doğru Rəhbərlik və haqq dinlə gön­­­də­rən və onu digər dinlərdən Üstünedəndir. Allahın Şahid ol­­ması bəs­dir».

Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) fay­dalı biliklə göndərmişdi və o (s.ə.s), insanları azğınlıqdan çıxarır və on­lara xe­yirlə şər arasında fərqi görməyə kömək edirdi. O (Pak və Mü­qəddəs), hə­qiqətdən, ədalətdən, xeyirxahlıqdan və mərhə­mət­dən ibarət bir din na­zil etmişdir. Bütün bunlar, ruhu nəcib­ləşdirən, ürə­yi təmizləyən iş və əməllərdə öz əksini tapır, gözəl əxlaq tər­bi­yə edir və insanın özünün əhəmiyyətini artırır. Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) göndər­mişdi ki, islamı di­gər dinlərdən ucaltsın və batili inan­dırıcı dəlillərlə, yeri gəldikdə isə, qılınc və nizələrlə darmadağın etsin.

 ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

(48. 29) “Muhəmməd – Allahın Elçisidir. Onunla birlikdə olan­lar kafirlərə qarşı sərtdirlər və öz aralarında rəhmdildirlər. Sən on­ların Allahın neməti və rizası üçün necə rüku və səcdəyə get­­­diklərini gö­rürsən. Onların nişanəsi üzlərindəki səcdə iz­lə­ri­dir. Onlar Töv­ratda belə təsvir olunmuşlar. İncildə isə onlar bir zo­ğun cücərdiyi əkin kimi təq­dim edilmişdir. O, be­cə­ril­dik­dən son­ra cücərti vermiş, sonra möh­kəm­lənmiş və yoğunlaşaraq göv­­dəsi üzərində dikəlmiş və əkinçiləri heyrət­ləndirmişdir. Bu, ka­­firləri qəzəb­lən­dirmək üçün bir məsəldir. Allah onlardan iman gətirənlərə və yaxşı işlər görənlərə bağışlanma və böyük mü­­kafat vəd etmişdir.”

Muhəmməd – Allahın Elçisidir (ona Allahın salavatı və sa­la­mı ol­sun!). Onu (s.ə.s.) əhatə edən mühacirlər və ənsarlar - əsil mö­min­­lər­dir. Onlar ən gözəl keyfiyyətlərə, məziyyətlərə malik­dir­lər, müş­rik­lərlə ciddi-cəhdlə mübarizə aparır və kafirliyin məhv edil­məsi üçün var qüvvə­lərini əsirgəmirdilər. Onlar Allahın düş­­mən­lə­rinə qarşı aman­sız­ idilər, çünki kafirlər onların qar­şı­sında alçalmış və gücsüz idirlər. Lakin eyni zamanda onlar öz iman sahibi olan qar­daş və bacılarını sevirlər, onlara qarşı mər­hə­mətli və xe­yir­xah­dır­lar. Onlar birlikdə va­hid bir orqanizmə bən­zər­lər və onlardan hər biri özü üçün istədiyini, qardaşı üçün də is­təyər.
Onlar insanlarla qarşılıqlı münasibətlərini belə qururlar. On­la­rın Allahla münasibətlərinə gəldikdə isə, onlar çoxlu namaz qı­lırlar və bu­­na görə sən onları rüku edən və səcdə qılan görərsən. Bu­nunla on­lar Rəb­bin mərhəmətini və lütüfkarlığını qazanmaq is­tə­yirlər. Allahın ra­zılığı və Onun bol mükafatı – onların yeganə məq­sədidir.
Tez-tez, səylə və gözəl tərzdə ibadət etmələri sayəsində on­la­­rın çöhrəsi nur saçmağa başlayır və onlarda səcdədən izlər qalır. Sə­mimi duaları onların qəlbini ziyalandırmış, görkəmlərini əz­ə­mətli etmişdir. Fövqəluca onları, Musa peyğəmbərə (ə) nazil et­di­yi Tövratda belə təs­vir etmişdir.
İncildə isə onlar əkin timsalında təqdim olunmuşlar. Əkin sa­həsi becərildikdə, torpaqdan ilk cücərti çıxır və möhkəmlənir. O get-gedə bərkiyir, öz saplağı üzərində düz ucalaraq əkinçiləri öz mü­kəmməlliyi, gözəlliyi və şuxluğu ilə heyrətləndirir. Fövqəluca sə­habələri əkinlə mü­qa­yisə edir. Onlar insanlara fayda verirlər və in­sanlar onlara ehtiyac duyurlar. Onlar möhkəm imanı və qəti h­ə­rə­kətləri ilə əkinin saplağına və sünbül­lərinə bənzəyirlər. İslamı ye­ni qəbul edən müsəlmanlar isə cavan budaq­lara bənzərdirlər. On­lar böyüyüb özlərindən əvvəlkilərə çatırlar və onlara baş­la­dıq­ları işi davam etdirməkdə kömək göstərirlər – Allahın dininə la­yi­qin­cə etiqad edir və onu digər insanlara çatdırırlar. Onlar, mü­səl­man­­lar­la toqquşan və vuruşan və onların birliyinin və düş­mən qar­şısında sarsılmazlığının şahidi olan kafirlərdə qəzəb hissi oya­dır­lar.
Sonra Allah xəbər verir ki, səhabələr özlərində iki gözəl key­­fiy­yəti təcəssüm etdirmişlər: imanı və saleh bilikləri. Föv­qəl­uca Allah da onlardan ötrü iki sevinc hazırlamışdır: onlara bu dün­­yada və ölümdən sonra şərdən xilas olma gətirən bağışlanma və hər iki dünyada böyük mükafat.
İndi isə, mən istəyirəm ki, Hüdeybiyə yürüşünün bəzi ha­di­sə­lə­ri­ni təfsilatı ilə, imam Şəmsəddin İbn əl-Qəyyimin ki­ta­bı­nın “Peyğəmbər yolu” fəslinə istinad edərək, təsvir edim.

HÜDEYBİYƏ SÜLHÜ

Nafi rəvayət etmişdir ki, Hüdeybiyə sülh müqaviləsi Hicri təq­­vi­mi­nin 6-cı ilində, zülqədə ayında bağlanmışdı. Bu rəy sə­hih­dir və onunla əz-Zöhri, Qətədə, Musa b. Ukbə, Muhəmməd b. İs­haq və bir çox başqaları razı idilər.
Hişam b. Urva nəql edirdi ki, onun atası ona danışmışdı ki, Al­lahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Hüdeybiyəyə ra­­mazanda getmişdi, sülh müqaviləsini isə şəvval ayında bağ­la­mış­­dılar, lakin bu rəy yanlışdır. Allahın Elçisi (ona Allahın sa­la­va­tı və sa­lamı olsun!) ramazanda artıq Məkkəni fəth etmişdi.
İmam əl-Buxari və imam Müslimin “əs-Səhih” hədislər top­lu­­la­rında Ənəs b. Malikdən gətirilən səhih hədisdə deyilir ki, Al­la­hın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dörd dəfə üm­rə­yə getmişdi və bu hər dəfə zülqədə ayında olmuşdu. Bu dörd zi­ya­rətlərdən birində qar­şısı alınmış ziyarət Hüdeybiyə sülhü bağ­la­nan ildə baş vermişdi. Ənəs xəbər verir ki, həmin il Peyğəmbəri (s.ə.s.) min beş yüz adam mü­şayiət edirdi. Həmin hədis top­lu­la­rın­da Cabir və Abdullah b. Əbu Aufun hədisləri də verilmişdir ki, on­larda Peyğəmbəri (s.ə.s.) müvafiq olaraq min dörd yüz və min üç yüz adamın müşayiət etdiyi göstəril­mişdir.
Qətədə deyir ki, o, Səid b. əl-Museyyibdən soruşmuşdur: “Ra­­­zı­lıq beyəti zamanı nə qədər adam iştirak edirdi?” O, de­miş­dir: “Min beş yüz nəfər”. Onda Qətədə deyib: “Cabir b. Ab­dul­lah rə­vayət edibmiş ki, onlar min dörd yüz nəfər idilər». Səid ona eti­raz edərək: “Allah ona rəhm etsin, çünki o, səhv edib. O, özü mə­nə demişdi ki, onlar min beş yüz nəfər idi».
Doğrudan da, Cabirdən bizədək bu məsələyə aid iki səhih x­ə­bər gəlib çatmışdır. Belə xəbərlərdən birində deyilir: Cabir rə­va­yət edib ki, səhabələr həmin il yetmiş dişi dəvə kəsdilər və hər də­və yeddi adam üçün kəsilmişdi. Ondan soruşanda ki, onlar ne­çə nəfər idilər, o demişdi: “Min dörd yüz piyada və atlı».
Şöbənin hədisində xəbər verilir ki, Qətədə, Səid b. əl-Mu­se­­yibin öz atasının adından dediyi: “Allahın Elçisi (ona Allahın sa­la­vatı və sa­la­mı olsun!) ilə birlikdə ağac altında min dörd yüz nəfər top­lanmışdı. Mən iki rəydən, buna daha çox meyl edirəm. O, həm də əl-Bəri b. Əzi­bin, Makil b. Yəsərin, əl-Museyyib b. Xuznun de­dik­lərinə və Sələmə b. əl-Əkvadan gələn ən səhih xəbərə istinad edir.
Digər rəylərdən birinə görə, bu yürüşdə cəmi beş yüz adam iş­ti­rak etmişdir. Bu – açıq yanlışlıqdır. Səhabələr cəmisi yetmiş di­şi dəvə kəsmək məcburiyyətində qalmışdılar: hər dəvəni yeddi və ya, deyək ki, on nəfərin adından kəsmişdilər. Bu heç vəchlə belə bir rəyin lehinə şəhadət vermir. Hədisdə tamamilə aydın de­yil­miş­dir ki, yeddi müsəl­man bir dişi dəvəni qurban verirdi və cə­mi yet­miş hey­van kəsilmişdi. Tutaq ki, qurban veril­məsində bütün mü­səl­manlar iştirak etmişdilər. Onda belə çıxır ki, onlar cəmisi yed­di yüz deyil, dörd yüz nəfər imişlər. Ən yaxşısı, lazımsız he­sab­lamalar aparmamaqdır və birbaşa hədisin özünə müraciət et­mək­dir. Onda birmənalı olaraq deyilir ki, onlar min dörd yüz nə­fər idilər.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Zül-Hü­­ley­fəyə çatdıqda, qurbanlıq heyvanları nişanlamaq və bo­yun­la­rına kəndir bağla­maq tapşırığı verdi və ümrə (kiçik həcc) niyyəti edə­rək ehrama girdi. Sonra o (s.ə.s.), qarşı tərəfə xuza qə­bi­lə­sin­dən bir nəfər[4] göndər­di ki, qureyşlilərin nə kimi tədbirlər tök­dük­lə­rini öy­rə­nib, xəbər gətir­sin. Müsəlmanlar Usfan adlı yerə ya­xın­laş­dıqda, kəş­fiyyatçı Peyğəmbə­rin (s.ə.s.) yanına qayıtdı və dedi: “Mən indicə Kəəb b. Lueyi gördüm. Onlar özləri ilə axabiləri də gö­türmüşdülər və çox böyük bir qoşun yığ­mışdılar. Onlar sənə Mək­kəyə girməyə ma­ne olmaq üçün səninlə dö­yüş­məyə ha­zırdırlar».
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) sə­ha­bə­lə­ri ilə məsləhətləşdi: “Qureyşlilərə köməyə gedən axabilərin məs­kən­lərinə basqın edib, qadınlarını və uşaqlarını əsirmi götürək? Bu halda, hətta onlar döyüşmək istəsələr də, qisas almaq haq­qın­da fikirləşəcək və kədərlənə­cəklər. Ya da yaxşı olar ki, Məkkəyə yo­lumuzu davam etdi­rək və bizim qabağımızı almağa cəhd gös­tə­rən­lərlə döyüşək?” Əbu Bəkr dedi: “Allah və Onun Elçisi necə et­mək lazım olduğunu daha yax­şı bilirlər. Biz həcc ziyarətinə gəl­mişik və döyüşmək istəmirik. Lakin əgər kimsə yolumuzun üs­tü­nə çıxsa, onda biz onlarla vuruş­ma­ğa hazırıq”. Onu dinlədikdən son­ra, Peyğəmbər (s.ə.s.) dedi: “Onda, irəli!”
Səhabələr yollarına bir müddət davam etdikdən sonra Pey­ğəm­bər (s.ə.s.) dedi: “Xalid b. əl-Valid qureyşli atlıları dəstəsi ilə  əl-Həmim adlı yerdə dayanmışdır. Onları sağdan yan ötüb keçək. Xalid öz dəstəsi ilə müsəlmanları görmədi və biləndə ki, onlar onu ötüb ke­çib­lər, dördnala çaparaq Mək­kəyə yollandılar ki, qureyş­liləri xə­bər­dar etsinlər.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Saniyət əl-Mərar adlı yerə çatdıqda, onun (s.ə.s) Kəsva adlı dəvəsi diz üstə çökdü. Adamlar onun üstünə qış­qır­ma­ğa başladılar ki, o, yoluna davam etsin, lakin dişi dəvə ye­rindən tər­pən­mədi. Səhabələr belə dedilər: “Kəsvə tərslik edir”. Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun!) isə dedi: “O tərslik etmir. Onun belə xasiyyəti yox­dur. Onu Dayan­dıran, fili də belə dayandırmışdı». Sonra o (s.ə.s.) dedi: “Canım Əlində olana and içirəm! Mən onların is­tə­ni­lən təklifinə razılaşaram, əgər onlar bunu Allahın haram et­di­yi­nə hörmət əlaməti olaraq etmiş ol­salar». Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dəvəyə səsləndi və o, o saat qalxdı. Nə­ha­yət, müsəl­manlar gəlib Hü­deybiyəyə çatdılar. Onlar orada bir qu­yu tapdılar ki, içində su, de­mək olar ki, yox idi. Sə­habələr ondan az-az iç­məyə başladılar və onu tezliklə qurutdular. On­lar Allahın Elçisinə (ona Allahın sa­la­va­tı və salamı olsun!) şikayət et­dilər və o (s.ə.s.) oxda­nından bir ox çı­xarıb, onu quyunun dibinə qoy­mağı əmr etdi. Su qu­yuda qalx­ma­ğa başladı və o, səhabələr ora­dan gedənə qədər qalx­maqda da­vam edirdi.
Qureyşlilər qorxurdular ki, Allahın Elçisi (ona Allahın sa­la­va­tı və salamı olsun!) onlara basqın edər və onda o (s.ə.s.) qərara al­dı ki, öz səhabələrindən birini onların yanına göndərsin və bun­dan ötrü Ömər b. əl-Xəttabı yanına çağırdı. Ömər dedi: “Ey Al­la­hın Elçisi! Kəbin nəs­lindən Məkkədə elə bir adam yoxdur ki, əgər qureyşlilər mənə pislik etsələr, mənim tərəfimi saxlasın. Yaxşı olar ki, Osman b. Əffanı gön­də­rəsən. Orada onun qohumları vardır və o, nə demək istəsən, onlara çatdıra bilər».
Belə olduqda, Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­­sun!) Osmanı çağırdı və ona qureyşlilərin yanına getməyi tap­şır­dı və dedi: “Onlara xəbər ver ki, mən onlarla döyüşməyə gə­l­mə­mi­şəm, yal­nız ziyarət etmək istəyirəm, sonra da onlara islamı qə­bul etməyi təklif et”.
Peyğəmbər (s.ə.s.) ona həmçinin buyurdu ki, Məkkədə qa­lan mö­­min kişilər və qadınlarla görüşsün və onları yaxın qələbə müj­dəsi ilə sevindirsin və onlara xəbər versin ki, Fövqəlqüdrətli və Böyük Allah mütləq öz dininə Məkkədə üstünlük əldə etməyə yar­dım göstə­rə­cək­dir. Buna görə onlar artıq gizlənməsinlər və iman gətirdiklərini gizli saxlama­sınlar. Osman (Allah ondan razı ol­sun!) yola düşdü və Baldah adlı yerdə qureyşlilərlə görüşdü. Müş­riklər ondan soruşdular: “Sən ha­ra gedirsən?” O cavab verdi: “Al­lahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) məni gön­dər­mişdir ki, mən sizi Allaha iman gətirməyə və islamı qəbul et­mə­­yə dəvət edim və sizə xəbər verim ki, biz sizinlə döyüşməyə deyil, ziyarət etməyə gəl­mi­şik.”
Aban b. Səid Osmana yaxınlaşdı və onunla salamlaşdı. Son­ra Aban onu öz himayəsi altına götürdü, öz atını yəhərləyib Os­manı ar­­dın­da oturtdu. Beləcə onlar Məkkəyə gəldilər. Mü­səl­man­lar Os­ma­nın qayıtmasını gözləməyib, belə deməyə başladılar: “Os­man biz­dən əvvəl Kəbəyə çatdı və artıq onu təvaf etmişdir». Al­lahın El­çi­si (ona Allahın salavatı və salamı olsun!) dedi: “Mən dü­­şünmürəm ki, biz mühasirədə olduğumuz halda, o, Kəbəni tə­vaf etmişdir”. Adam­lar dedilər: “Ey Allah­ın Elçisi, bunu etməyə ona nə mane olur ki? O, artıq Allahın Evi­nədək gedib çatmışdır». O (s.ə.s.) dedi: “Sa­də­cə, mən düşünürəm ki, o, bizsiz Kəbənin ət­ra­fını təvaf etməz”.
Bu danışıqlar davam edərkən müsəlmanlar müşriklərdən o qə­dər də uzaqda deyildilər. Bu vaxt onların arasında mübahisə düş­­dü və kiçik bir vuruşma oldu. Əleyhdarlar bir-birilərinin üstü­nə qışqırır, bir-birilərinə ox və daş atırdılar, lakin axırda, sa­kit­ləş­dilər. Bu arada Allahın Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) Osmanın (Allah ondan razı olsun!) öldürülməsi haqqında bir şayiə çatdı.
Peyğəmbər (s.ə.s.) möminləri ona (s.ə.s.) sadiq qalacaqlarına and içməyə çağırdı və həyəcanlanmış müsəlmanlar bir ağac al­tın­da onun (s.ə.s.) ətrafına toplaşdılar, ona sadiq qalacaqlarına və onu heç bir şə­ra­itdə tərk etməyəcəklərinə and içdilər. Andı qəbul edən za­man Peyğəm­bər (s.ə.s.) özü öz əlini sıxdı və dedi: “Bu – Os­mana gö­rə”. Bu zaman Osman özü də qayıdıb gəldi və adamlar ona de­di­lər: “Əbu Abdullah, sən Kəbənin ətrafını təvaf etmək­dən razı qal­dı­n­mı?” O dedi: “Siz mə­nim haqqında pis düşünm­ü­sü­nüz! Ca­nı­mın Əlində olduğuna and içi­rəm ki, əgər mən orada bir il də qal­say­dım, Allahın Elçisi (ona Allahın salavatı və salamı ol­sun!) isə bu zaman Hüdeybiyədə olsaydı, Allahın Elçisi (ona Al­la­hın salavatı və salamı olsun!) təvaf etmədikcə, mən Kə­bə­nin ət­ra­fını təvaf etməzdim. Qureyşlilər mənə təvaf etməyi təklif et­dilər, la­kin mən imtina etdim”. Belə olduqda adamlar dedilər: “Həqi­qə­tən, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Allah ba­rə­­də bizdən yaxşı xəbərdardır və onun (s.ə.s.) niyyətləri isə daha tə­miz­dir».
Müsəlmanlar ağac altında and içəndə, Ömər Allahın Elçi­si­nin (ona Allahın salavatı və salamı olsun!) əlindən tutmuşdu, Ma­kil b. Ya­sar isə Peyğəmbərə (s.ə.s.) maneçilik edən budağı tutub sax­lamışdı. Sədaqət andını, əl-Cudd b. Kaysdan başqa, hamısı iç­di. Birinci olaraq Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­sun!) əlini Əbu Sinan əl-Əsədi sıxdı. Sələmə b. Əkva isə onun (s.ə.s.) əlini üç dəfə sıxdı: əvvəlcə, ortada və axırda.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ya­nı­na ilk gələnlərdən biri Budeyl b. Bərka xuzay nəslindən idi və özü­nün bir-neçə qohumları ilə gəlmişdi. Onlar Allahın Elçisinin (ona Allahın sala­vatı və salamı olsun!) Tuxamada yaxın adamları idi­lər. Budeyl dedi: “Mən Kəb b. Luey və Amir b. Luey dəs­tə­sin­dən gəlmişəm. Onlar çox böyük qoşunla Hüdeybiyə sularına en­miş­lər. Onlar hətta gənc köşək­ləri də analari ilə birlikdə özləri ilə gö­­türmüşlər. Onlar səninlə döyüş­mə­yə hazırlaşırlar və səni Mə­k­kəyə buraxmaq istəmirlər”.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi: “Biz dö­yüşməyə gəlməmişik, gəlmişik ki, ziyarət edək. Qureyş­li­lər onsuz da müharibə ilə əldən salınıblar və o onlara çoxsaylı dərd-qəm gətir­miş­dir. Əgər onlar istəyirlərsə, onda mən onlarla mü­vəqqəti sülh müqaviləsi bağlaya bilərəm və onda onlar məni rahat buraxarlar. Onlar istəsələr, başqalarının etdiyi kimi, islamı qə­bul edə bilərlər. Yox, əgər onlar hökmən bizimlə döyüşmək is­tə­yir­lərsə, onda onlar artıq bütün qüvvələrini toplayıblar. Canım Əlin­də olana and içirəm! Biz onlarla öz işimiz uğrunda bir nəfər ki­mi məhv olanadək və ya Allah başlatdığı işi bitirənədək vuru­şa­ca­ğıq». Budeyl onu (s.ə.s.) dinlədikdən sonra dedi: “Mən sənin söz­lərini onlara çatdıraram”.
O qureyşlilərin yanına gedib dedi: “Mən o adamın yanında ol­­­­dum və onun dediyini eşitdim. Əgər istəyirsinizsə, onun söz­lə­ri­ni si­zə çatdıra bilərəm”. Axmaq cahillər qışqırmağa başladılar: “Bi­­­zə la­zım deyil ki, sən bizə onun haqqında danışasam”. Lakin müd­rik ağ­saqqallar dedilər: “Danış, eşitdiklərini”. Budeyl danışıb qur­tar­dıq­­dan sonra, Sakif qəbiləsindən olan Urva b. Məsud dedi: “O sizə ağıl­lı təklif etmişdir. Onu qəbul edin və mənə Mu­hə­m­mə­din ya­nı­na getməyə imkan verin”. Onlar dedilər: “Get onun ya­nı­na”.
Urva Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ya­­nına gəldi və onunla (s.ə.s.) danışıqlara başladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona Bu­dey­lə dediklərinin eynini söylədi. Onda Urva belə de­di: “Ey Muhəm­məd! Ola bilsin ki, sən öz xalqını məhv edə bi­lər­­­sən. Lakin sən eşitmi­sənmi ki, sənə qədər ərəblərdən kimsə öz ya­xınlarını məhv etsin? Amma ola da bilər ki, hər şey əksinə çev­rilsin və mənə elə gəlir ki, belə olduqda, sənin adamlarının lap ço­xu qaçarlar və səni tərk edərlər”. Bu zaman Əbu Bəkr müdaxilə edib dedi: “Lata yalvar! Bizmi qaçacağıq və onu tərk edəcəyik?!” Ur­va soruşdu: “Bunu kim dedi?” Əbu Bəkr adını dedi. Onda Urva belə cavab verdi: “Canım Əlində olana and içirəm! Əgər sənin mə­nə etdiyin yaxşılıq və mənim sənə onun əvəzini hələ qaytara bil­məməyim olmasaydı, mən sənə cavab verərdim”.
O, Peyğəmbərlə (s.ə.s.) söhbətini davam edərək vaxtaşırı onun (s.ə.s.) saqqalından tuturdu. Peyğəmbərlə (s.ə.s.) yanaşı qı­lın­cı qı­nın­da olan əl-Muğirə b. Şubə başında dəbilqə ilə da­yan­mış­dı. Urva nö­v­bə­ti dəfə əlini Peyğəmbərin (s.ə.s.) saqqalına apa­ran­da, əl-Muğirə qı­lın­cının qınının ucu ilə onun əlinə vurdu və dedi: “Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) saq­qa­lın­dan əlini çək!” Urva ba­şını qaldırıb soruşdu: “Sən kimsən?” O de­di: “Əl-Muğirə b. Şubə». Ur­va dedi: “Aramızda ən xəyanətkar çı­xan sən deyildinmi?”
İş orasındadır ki, islamı qəbul etməmişdən əvvəl, əl-Muğirə yol­da bütün yol yoldaşlarını öldürərək, onların malını götürüb Pey­ğəmbərin (s.ə.s.) yanına gəlmişdi. O (s.ə.s.), ona demişdi: “Mən sə­nin islama gəlməyini qəbul edirəm, lakin sənin varidatın­dan heç nə götürmürəm».
Sonra Urva Allahın Elçisinin (ona Allahın salavatı və salamı ol­sun!) səhabələrini müşahidə etməyə başladı və gördü ki, o (s.ə.s.), tü­pürmək istəyən kimi, müsəlmanlardan biri əlini uzadırdı və son­ra həmin tüpürçəyi üzünə, bədəninə sürtürdü. O (s.ə.s.), bir tap­şırıq ve­­rəndə, səhabələr o saat onu yerinə yetirirdilər. O (s.ə.s.), dəs­təmaz al­an­da isə, onlar o dəstəmaz suyunu əldə etməkdən öt­rü, az qala onu bir-birinin əlindən almaq istəyirdilər. O (s.ə.s.) da­nış­mağa baş­la­yan kimi, onlar səslərini kəsirdilər. Peyğəmbərə (s.ə.s.) bəs­lə­di­k­ləri dərin eh­tirama görə onlar hətta onun (s.ə.s.) üzü­nə birbaşa bax­m­ağa cəzarət etmirdilər.
Urva qureyşlilərin yanına qayıdıb dedi: “Ey mənim qəbilə­daş­­larım! Allaha and olsun ki, mən çoxlu çarların yanında ol­mu­şam. Mən Xosrovun, Sezarın və Nequsun yanında olmuşam. La­kin – Allaha and içirəm! – mən görməmişəm ki, o çarların ət­ra­fın­da­kı­lar onlara, səhabə­lərinin Muhəmmədə bəslədikləri qədər ehti­ram bəs­ləsinlər. Allaha and olsun ki, o (s.ə.s) tüpürən kimi, onlar­dan biri əli­ni uzadıb tüpürcəyini üzünə, üstünə sürtür. O (s.ə.s), sərəncam verən ki, on­lar o saat onu icra edirlər. O (s.ə.s) yuyu­nanda, onlar yu­yunduğu su­yun qalığını əldə etməkdən ötrü az qala dalaşırlar. O (s.ə.s) danışanda isə, onlar dinməz dayanır və hətta ona birbaşa baxmağa belə cə­sa­rət etmirlər. O (s.ə.s), bizə ağıllı bir təklif etdi. Onu qəbul edin».
Kinan nəslindən olan bir nəfər dedi: “Mənə icazə verin Mu­hə­m­­mə­din yanına gedim”. Ona imkan verdilər və o, Peyğəmbərə (s.ə.s.) yaxınlaşdıqda, o (s.ə.s.) dedi: “Bu – filankəsdir. Onun xalqı qur­­banlıq heyvanlarına ehtiram bəsləyir. Onu onların yanına apa­rın”. Müsəlmanlar onu zəvvarların çığırışı ilə qarşıladılar və qur­ban­lıq heyvanları ona göstərdilər. Belə olduqda o dedi: “Allah Pakdır! Bu insanlara ziyarət etməyə maneəçilik edilməməlidir».
Sonra o, məkkəlilərin yanına qayıtdı və dedi: “Mən gördüm ki, qurbanlıq heyvanlar qırxılmış və boyunlarına boyunbağılar ta­xıl­mış­dır. Mən hesab edirəm ki, biz onların ziyarət etmələrinə mane olmamalıyıq».
Bu vaxt Mikraz b. Hafs ayağa qalxıb dedi: “Mənə də icazə ve­­rin onun yanına gedim». Onu gördükdə, Peyğəmbər (s.ə.s.) de­di: “Bu – Mikraz b. Hafzdır. O, günahkar bir adamdır”. Allahın El­çisi (ona Allahın salavatı və salamı olsun!) onunla söhbət etdiyi ara­da, Suheyl b. Amr müsəlmanların yanına gəldi. Bu vaxt Pey­ğəm­­bər (s.ə.s.) dedi: “Allah sizin taleyinizi asanlaşdırdı”. Suheyl ona (s.ə.s.) qureyşlilərlə müqavilə bağla­ma­ğı təklif etdi və o (s.ə.s.) ka­­tibini çağırıb, ona əmr etdi: “Yaz: “Bismillahir-rahmanir-Ra­him». Suheyl etiraz etdi: “Allaha and olsun ki, biz heç bir rahmanı ta­nımırıq. Yaxşı olar ki, “Allahın adı ilə” yazsın”.
Müsəlmanlar buna səs-küy saldılar: “Allaha and olsun ki, biz müqaviləni yalnız “Mərhəmətli və Rəhimli Allahın adı ilə” baş­la­ya­cağıq». Lakin Peyğəmbər (s.ə.s.) dedi: “Yaz: “Allahın adı ilə!”
Sonra o (s.ə.s.) dedi: “Ardını yaz: “Aşağıda ifadə edilən gəl­mi­ş­lər Allahın Elçisi Muhəmməd...”. Bu zaman Suheyl yenə sözə qa­rışdı və dedi: “Allaha and içirəm ki, əgər biz sənin doğrudan da Al­lahın Elçisi olduğuna əmin olsaydıq, onda sənə həcc ziyarətini ic­ra etməyə mane olmazdıq və səninlə döyüşməzdik. Yaxşı olar ki: “Muhəmməd b. Ab­dul­lah” yazasan. Peyğəmbər (s.ə.s.) dedi: “Mən onsuz da, hətta siz mənə inanmasanız da, Allahın Elçisi ola­raq qalıram. Yaz: “Muhəmməd b. Abdullah». Sonra Peyğəmbər (s.ə.s.) tələb etdi ki, qureyşlilər Kəbə­yə gedən yolu azad etsinlər və müsəlmanlara onun ətrafında təvaf etməyə imkan versinlər. La­kin Suheyl dedi: “Allaha and içirəm ki, ərəb­lər bizim sizə təzyiq al­tında güzəştə getdiyimizi deməyəcəklər. Sən ziyarəti gələn il edə­cəksən”. Peyğəmbər (s.ə.s.) buna da razılaşdı.
Suheyl də öz tərəfindən tələb etdi ki, Peyğəmbər (s.ə.s.) Mə­di­nə­yə qaçan hər hansı məkkəlini, hətta o müsəlman olsa da, qu­reyş­lilərə qaytarmalıdır. Müsəlmanlar dedilər: “Sübhənallah! Biz mü­səlman ol­muş şəxsi necə müşriklərə qaytara bilərik?”
Bu zaman Məkkənin aşağı tərəfindən müsəlmanların dü­şər­gə­­­sinə qandallanmış bir nəfər – Suheylin oğlu – Əbu Cəndal gəlib çıx­­dı. O, müsəlmanlara tərəf atıldı, lakin bu zaman Suheyl dedi: “Mu­həm­məd! Budur, sənin bizə qaytaracaqlarının birincisi”. Pey­ğəm­bər (s.ə.s.) dedi: “Biz hələ sazişi imzalamamışıq. Suheyl isə be­lə cavab verdi: “On­da mən səninlə heç vəchlə saziş bağlamaram”. Pey­ğəmbər (s.ə.s.) dedi: “Mənim xatirimə ona qalmağa icazə ver». O dedi: “İcazə vermərəm». Peyğəmbər (s.ə.s.) dedi: “Gəl bunu et”. Lakin Suheyl sözündən dönmədi və dedi: “Mən bunu etmərəm».
Bu vaxt Əbu Cəndal qışqırdı: “Ey müsəlmanlar! Doğ­ru­dan­mı mən müsəlman olduqdan və sizin yanınıza gəldikdən sonra, mə­ni qay­taracaqsınız? Məgər siz görmürsünüz ki, onlar mənimlə ne­cə rəftar ediblər?!” Cəndal doğrudan da Allahın yolunda çox əzab-əziyyətə tab gətirmişdi və bu müsəlmanları narahat edirdi.
Sonradan Ömər b. əl-Xəttab deyərdi: “Allaha and içirəm ki, mən islamı qəbul etdiyim gündən bəri, şübhələr mənə heç vaxt hə­min gün­dəki kimi əzab verməmişdi. Mən Peyğəmbərin (s.ə.s.) ya­nına gəlib de­dim: “Ey Allahın Elçisi! Məgər sən peyğəmbər de­yil­sən?” O cavab verdi: “Əlbəttə, peyğəmbərəm”. Mən dedim: “Biz haqlıyıq, düşmən­lərimiz isə yoldan azmışlar?” O cavab ver­di: “Əlbəttə”. Mən dedim: “Onda nə üçün biz öz dinizmizi al­çal­dı­rıq və evə qayıdırıq. Niyə Allah bizim və düşmənləri­mi­zin ara­sın­da hökm vermir?” Peyğəmbər (s.ə.s.) dedi: “Mən – Allahın El­çi­siyəm. O (Pak və Müqəddəs), hər işdə mənə kömək edir və mən Ona itaətsizlik göstərə bilmərəm.” Onda mən so­ruşdum: “Məgər sən bizə de­məmişdin ki, biz məscidə girəcək və Kə­bə­nin ətrafını tə­vaf edə­cəyik?” Peyğəmbər (s.ə.s.) dedi: “Bəli, demiş­dim. Lakin mən sənə demişdimmi ki, bunu bu il edəcəksən?” “Yox”, deyə ca­vab verdim. O (s.ə.s.) isə əlavə etdi: “Sən mütləq ona daxil ola­caq­san və təvaf edəcəksən”. Sonra mən Əbu Bəkrə yanaşdım və ona da Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) de­di­yi­mi söylədim. O (Allah ondan razı olsun!) da mənə eyni şeyi dedi və əlavə etdi: “Ondan bərk yapış. Allaha and içirəm ki, o – haq­lı­dır». O vaxtdan mən hər şeyi edirəm ki, günahlarımı yuyum.
Müqavilə imzalandıqda, Allahın Elçisi (ona Allahın sala­vatı və salamı olsun!) dedi: “Qalxın və heyvanları kəsin, sonra da ba­şı­nı­zı qırxdırın”. O (s.ə.s.) bunu üç dəfə təkrar etdi, amma sə­ha­bə­lər­dən heç biri yerindən qalxmadı.
Belə olduqda, o (s.ə.s.) Umm Sələmənin çadırına girdi və və­ziy­yəti ona danışdı. Möminlərin anası dedi: “Ey Allahın Elçisi, bu sənin xo­şuna gəlirmi? Get, dəvəni kəsənədək heç kimi din­dir­mə, sonra dəl­ləyini çağır ki, başını qırxsın». Allahın Elçisi (ona Al­la­hın salavatı və salamı olsun!) çadırdan çıxdı və heç kimlə da­nış­ma­­yaraq, dəvəsini kəs­di və dəlləyi başını qırxdı. Bunları görüb, sə­habələr heyvanlarını kəs­mə­yə getdilər və bir-birilərinin baş­la­rını qırxdılar. Ağır qəm-qüssədən onlar bir-birilərinin ba­şını qır­xar­kən, tükləri təraş etməklə yanaşı bilmədən başlarının dərisini də zədə­lə­yirdilər.
Sonra müsəlmanların düşərgəsinə bir-neçə mömin qadın gəl­di və Fövqəlqüdrətli, Böyük Allah: “Ey iman gətirənlər! Mö­min qadınlar hicrət edib sizin yanınıza gəldikdə, onları sınaq­dan keçirin. Allah onların imanından xəbərdardır. Əgər siz bil­sə­niz ki, onlar iman gə­tirənlərdir, onda onları kafirlərə qay­tar­ma­yın, çünki onlar bunlara, bunlar da onlara halal deyildir. On­la­ra[5] yalnız xərclədik­lərini geri qaytarın. Siz, mehr­lərini qay­tar­dıq­dan sonra, onlarla evlənsəniz, sizə günah olmaz. Kafir qa­dın­ları nikahınızda saxlamayın. Sərf etdiyinizi istəyin[6]. Onlar da sərf etdiklərini istəsinlər[7]...” (Mümtəinə, 60/10). Ömər elə hə­min gün özünün müşriklikdən əl çəkməmiş iki arvadını bo­şadı və bundan sonra Mədinəyə qayıtdı. Onlardan birinə - Müaviyə, di­gərinə isə Səfvan b. Umeyyə evlən­dilər.
Geri qayıdanda Allahın Elçisinə (ona Allahın salavatı və sa­lamı olsun!) vəhy nazil edildi: Həqiqətən, Biz sənə aydın qələbə əta etdik”. Ömər ondan (s.ə.s.) soruşdu: “Ey Allahın Elçisi, de­m­ə­li, bu, qələbədir?” O (s.ə.s.) dedi: “Bəli!” Elə ondaca növbəti ayələr nazil edildi: “O – mö­min­lərin ürəyinə rahatlıq Naziledəndir...”.





[1] Biət, and. F.S.
[2] Bac – xərac, vergi. F.S.
[3] And – biət, əhd (mənalarındadır). F.S.
[4] Bu, İslam Peyğəmbərinin (s.ə.s.) xüsusi əhəmiyyət verdiyi və düşmənin vəziyyətini öy­rən­mək üçün qədərincə istifadə etdiyi ilkin islam kəşfiyyatçılarından biriydi. F.S.
[5] Kafirlərin, sonradan islamı qəbul etmiş arvadları ilə nikah bağladıqları zaman verdikləri mehr nəzərdə tutulur. Möminlər həmin müsəlman qadınlarla evlənmək istədikdə, onların mehr­lə­rini sabiq ərlərinə qaytarmalıdırlar. F.S.
[6] Talağını verdiyiniz qadınları nikahlayan kişilərdən xərclədiyiniz mehrinizi geri alın. F.S.
[7] Bu halda söhbət islamı qəbul etmiş qadının müşrik əri ilə evlənərkən aldığı mehri, mömin əri­nin müşrik kişiyə qaytarması nəzərdə tutulur. F.S.

Комментариев нет:

Отправить комментарий