среда, 2 мая 2012 г.

69. ƏL-HƏQQƏ SURƏSİNİN ŞƏRHİ


 ƏL-HƏQQƏ
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

Mərhəmətli və Rəhimli Allahın adı ilə!      

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(69. 1) “Labüdolan!”[1]
(69. 2) “Nədir bu Labüdolan?”
(69. 3) “Sən hardan biləydin ki, Labüdolan nədir?”


Bu (اَلْحَاقَّةُ)[2] – mütləq bütün məxluqlar üçün baş verəcək Qi­ya­­­­mət gü­nü­nün adlarından biridir. Həmin gün əşyaların əsil ma­hiy­­­­yəti aşkar olacaq və insan ürəklərinin sirri aydınlaşacaqdır. Föv­­qəl­­uca də­fələrlə Labüdolan günün gələcəyini insanlara xa­tır­lat­mış və bu­nun­la onun əhəmiyyətini vurğulamışdır. Həqiqətən də, hə­min gün böyük hadisələr və müdhiş dəhşətlər Günü ola­caq­dır!
Sonra Rəbb bu dünyada olmuş və Qiyamət günü baş ve­rə­cək­­lə­­rə bənzəyən hadisələri təsvir edir. O (Pak və Müqəddəs), ita­ət­sizlik edən xalqları sarsıtmış amansız cəza haqqında xa­tırla­da­raq belə bu­yu­rur:
ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(69. 4) “Səmudlular və adlar Böyük bəlanı yalan saydılar”.

Səmudlular – məşhur qəbilə idi və Hicr şəhərində məs­kun­la­­­şır­dılar. Allah onlara elçisi Salehi (ə) göndərir. O (ə) onları müş­rik­­likdən əl çəkməyə və tək Allaha ibadət etməyə çağırırdı. Lakin sə­­mudlular onun (ə) dəvətini rədd etdilər və onu (ə) yalançı say­dı­­lar. Onlar bütün canlıları dəhşətə salan ölçüyəgəlməz bəd­bəxt­li­yə bənzər olan Böyük bəla gününə iman gətirmədilər.
Adlar isə Hadramautun[3] sakinləri idilər. Onlara da Allah el­­çisi Hudu (ə) göndərmişdi. O (ə) da onların arasında tək Allaha iba­­dəti təb­liğ edirdi, lakin onlar da ona (ə) iman gətirmədilər, di­ril­­mə haq­qında onlara gətirdiyi xəbəri rədd etdilər. Allah bu xalq­la­rı elə bu dün­yada cəzalandırdı və buyurdu:
ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(69. 5) “Səmudlular şiddətli fəryadla qırıldılar”.

Bu çox dəhşətli bir fəryad idi ki, ürəklər ondan parçalanırdı. Ka­fir­lərin hamısı ölüb yerə sərildilər. Onların şəhərində evlərdən və meyit­lərdən başqa heç nə qalmadı.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(69. 6) “Adlar isə sərt şaxtalı küləklə həlak edildilər».

Allah onların üstünə şiddətli gurultu salan və öz gücü ilə il­dı­­­rım şaqqıltısından da üstün olan külək göndərdi. Bu külək ka­fir­­lərin üzərində şiddətlə vıyıldayırdı və həddi-hüdudu yox idi.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(69. 7) “O, onu onların üzərində yeddi gecə və səkkiz gün ər­­­­zin­də fasiləsiz əsməyə məcbur etdi və sən, çürümüş xurma ağac­­la­rı­­nın göv­də­ləri kimi qopub yerə sərilmiş insanları görə bi­­lər­din».

O, onlara fəlakət, bədbəxtlik və dəhşət gətirdi və nəticədə ye­rə sə­rilmiş insanlar çürümüş ağacların qol-budaqları kimi yerə dü­­şüb qalmış, çürük gövdələr kimi bir-birinin üstünə yıxıl­mış­dı­lar.

ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(69. 8) “Sən onlardan qalmış bir şey görürsənmi?”

Bu elə bir sualdır ki, cavab verilməsini tələb etmir. Şübhəsiz ki, onlardan heç bir əsər-əlamət qalmamışdır!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(69. 9) “Firon, ondan əvvəlkilər və alt-üst edilmiş yurdlar gü­­nah tö­rədirdilər”.

Lakin Allaha itaətsizlik edən və yer üzündə özbaşınalıq tö­rə­dən təkcə bu xalqlar deyildi. Misir hökmdarı – Firon (L) da bu yo­lu seç­mişdi. Allah onun (L) yanına qulu və elçisi İmran oğlu Mu­sanı (ə) gön­dərmişdi. Rəbb ona (L) aydın möcüzələr göstərmiş və bunun sa­yə­sində də haqq ona (L) aydın olmuşdu. Lakin öz şərəfsizliyi və tə­kəb­bürlüyü üzündən o (L), bu möcüzələri rədd et­­miş və kafir olmuş­du. Başqa xalqlar da var idi ki, haqqı qəbul et­mək­dən boyun qaçır­mışdılar və onların arasında alt-üst edilmiş şə­hərlərin əhalisi, yəni Lut peyğəmbərin (ə) xalqı da var idi. Bütün bu xalqlar kafirliyə və al­lah­sız­lığa batmışdılar, zalımlıq və inad­kar­lıq edir, günah və pozğun­luq törədirdilər.

ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(69. 10) “Onlar öz Rəbbinin elçisinə itaətsizlik etdilər və O da on­ları getdikcə güclənən əzabla yaxaladı”.

Hər bir xalq Allahın onlara göndərdiyi elçini (ə) inkar edirdi. Bu­na görə Allah onları məhv etmək üçün üstlərinə kifayət qədər cəza nazil etmişdi.
 ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(69. 11) “Şübhəsiz ki, su qalxmağa başlayanda, Biz sizi üzən vasitə ilə daşıdıq”

Həmin xalqlardan biri də Nuh peyğəmbərin (ə) xalqı idi. Al­lah onun (ə) kafir qəbilədaşlarını suda batırmaq qərarına gəl­dik­­də, su­yu yer üzündə qalxmağa və hətta hündürlükləri belə bas­­mağa məc­bur etdi. Lakin bununla yanaşı Allah bəşəriyyətə mər­­həmət gös­tərərək, onu gəmi ilə xilas etdi və ona yalnız se­çil­miş­ləri yer­ləş­dir­di və onların bel sütununda gələcək nəsillərin zər­rə­lərini sax­la­dı.
Ey insanlar! Bütün günahkarların həlak edildiyi vaxt sizi xi­las edən Allaha həmd edin! Tövhidin haqq olmasına dəlalət edən Al­la­hın ən böyük möcüzələrindən ibrət götürün! Bu möcü­zə­lər­dən birini xa­tır­­ladaraq, sonra Fövqəluca Allah belə buyurur:

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(69. 12) “ki, o sizin üçün bir ibrət olsun və yadda saxlayan qulaq onu yadda saxlasın».
Gəmilərə baxdıqda, siz o ilk gəmini və onun tarixçəsini xa­tır­­la­ma­lı və Allahın, elçisinin (ə) ardınca gedən möminləri necə xi­las etmə­sini və yer üzündə qalan bütün digər insanların hamısını ne­­cə məhv etməsini yada salmalısınız. Həqiqətən, istənilən əşya, ilk dəfə bu qə­bil­dən yaradılan şeyi bizə xatırladır.
Ey ağıl sahibləri! Siz bu nəsihəti anlamalısınız və onun ma­hiy­­­­yə­tini dərk etməlisiniz. Haqdan üz döndərən və öz taleyinə la­qeyd ya­­­naşan, axmaq olan, ağıldan və uzağı görmək qabiliy­yə­tin­dən məh­­rum olan kəs bunu edə bilməz. Onlar Allahın ayə­lə­rin­dən özləri üçün heç bir fayda əldə edə bilmirlər, çünki Allahın na­zil etdiyinin ma­hiy­yə­tini başa düşmürlər və Onun Kitablarına iman gətirmirlər.
Fövqəluca əvvəlki ayələrdə Allahın elçilərini (onlara salam ol­­­sun!) yalançı adlandıran kafirlərin layiq görüldüyü dünyəvi cə­za haq­­qında xəbər vermişdi. O (Pak və Müqəddəs), həmçinin bil­dir­­­miş­dir ki, Öz elçilərini və onların sadiq ardıcıllarını necə xilas et­­­mişdir. Bü­tün bunlar hər bir insanın öz əməllərinə görə tam ala­ca­­­ğı Axirət hə­yatın­dakı böyük əvəzin yalnız astanası idi. Bu­na görə, sonra Rəbb dünyanın sonu çatanda baş verəcək qor­xunc hadisələri bə­yan edir.
ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(69. 13) “Sura cəmisi bir dəfə üfürüləndə”,

İsrafil (ə) sura üfürəcək və bundan sonra məxluqların ruh­la­rı ar­tıq əsaslı surətdə formalaşmış bədənlərinə yönələcəklər. Hər bir ruh öz bə­də­ninə daxil olduqdan sonra, bütün insanlar aləm­lə­rin Rəbbinin hüzurunda dayanacaqlar.

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

(69. 14) “yer və dağlar qaldırılıb parçalandıqda və bir­dəfə­li­­yə toza çevrildikdə,
(69. 15) “həmin gün Hadisə[4] başlayacaq».
(69. 16) “Göy yarılacaq, çünki o həmin gün zəif olacaqdır».

Dağlar toza çevriləcək, sonra isə yer üzünə yayılaraq, yox ola­­caq. Onda bütün yer üzü düzənliyə çevriləcək və onun sət­hin­də nə çö­kəkliklər, nə də hündürlüklər olmayacaqdır. Yerin və onun üzərin­dəkilərin taleyi belə olacaqdır. Göylərə gəldikdə isə, on­lar ehtizaza gələcək, qabağa-dala hərəkət edəcək və nəhayət, par­çalanacaqlar. On­ların rəngi dəyişiləcək, öz əvvəlki möh­kəm­li­yi­ və qüdrətini itirə­cək. Yalnız nəsə böyük, dəhşətli və hə­yə­can­lı bir şey Allahın bu qüdrətli məxluqunu zəiflətməyə qadir­dir.
ﮆ ﮇ ﮈﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

(69. 17) “Mələklər onun kənarlarında olacaqlar və səkkiz nə­fəri isə sənin Rəb­bi­nin Ərşini öz üzərlərində daşıyacaqdır”.

Mələklər göylərin yan tərəfləri ilə uçacaq. Onlar öz Rəb­bi­nin və Onun əzəməti qarşısında mütləq itaət və mütiliklə dav­ra­na­­caqlar. Müdhiş gücə malik səkkiz mələk isə Öz qolları üzərində rəh­­məti və ədaləti ilə məhkəmə qurmağa yönələn Mərhəmətli Al­la­­hın Ərşini da­şıyacaqdır.

 ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(69. 18) “Həmin gün siz təqdim olunacaqsınız və heç bir sir­riniz gizli qalmayacaq”.

Bədəninizin nə bir zərrəsi, nə bir əməliniz, nə də bir özəl ciz­­­gi­niz Fövqəluca Allahdan gizli qalmayacaqdır, çünki bütün aş­­kar və qeybə aid olan şeylər Ona məlumdur. Yalın, lüt və sün­nət olun­­ma­mış insanlar hamar yer üstündə ayaq üstündə da­ya­na­­caq­lar və carçının səsini diqqətlə dinləyəcəklər. Rəbbin baxışı on­ların vü­cudunu, qəl­bini saracaq və O (Pak və Müqəddəs), tö­­rət­dik­ləri əməllərə görə on­lara əvəzini verəcək. Sonra Föv­qəl­uca Allah bu qorxunc məhkəmənin necə keçəcəyini xəbər verir və buyurur:
ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
(69. 19) “Kitabı sağ əlinə verilən deyəcək: “Budur! Oxuyun mə­­­nim kitabımı!”
(69. 20) “Mən inanırdım ki, məndən hesab tələb edi­lə­cək­dir».

Bunlar xoşbəxt möminlər olacaqlar və onlara xeyirxah əməl­lə­­­ri­nin qeyd olunduğu kitab sağ əllərinə veriləcək. Qiyamət günü bu on­ları fərqləndirən bir əlamət olacaqdır və bununla Rəbb onla­rın işini şərəfləndirəcək və onlara böyük ehtiram göstəriləcəkdir. Ürə­­yi xoş­bəxtlik və sevinclə dolu olan belə insan istəyəcəkdir ki, Rəb­­bin ona lütüfkarlıq göstərməsini Allahın bütün məxluqları gör­­­sünlər və buna görə, deyəcək­dir: “Bura baxın! Oxuyun mənim ki­­­­tabımı!” Bu qeyd­lərdə Allahın onun günahlarını bağışlaması, nöq­­sanlarını örtməsi, onun üçün Cənnət bağları və çoxsaylı uğur­­lar hazırlanması yazıl­mış­dır. O, buna Allahın lütfü ilə, Qi­ya­mətə və hesab veriləcəyinə iman gətirməsi, Allahın onun bu gü­nə ha­zırlaşmasına və yaxşı işlər görmə­sinə kömək etməsi sayəsində nail olmuşdur. Məhz buna görə mömin bildirəcək ki, o, hesab­laş­ma­nın və əvəzin labüdlüyünə əmin idi.

 ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ

(69. 21) “Artıq o, Səadətə qovuşmuşdur”
(69. 22) “yüksək bir Cənnət bağında”,
(69. 23) “meyvələrin yaxın olduğu yerdə”[5].

O (mömin), ürəyinin istədiyi və baxışlarının dikildiyi hər şe­yi ta­pıb, əldə edə biləcəkdir. O, öz həyatından razı qalacaq və baş­qa heç bir şey istəmə­yə­cək­dir. O, Cənnət bağlarında yüksək ima­rət­lərdə, saraylarda və füsunkar ucalıqlarda yaşayacaqdır. Cən­nət ağaclarının budaqları o qədər aşağı sallanacaq ki, Cənnət sa­kin­ləri ləzzətli meyvə­ləri ayaq üstə olanda da, oturanda və ya uzan­mış halda da dərə bilə­cəklər.
 ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ
(69. 24) “Ötən günlərdəki əməllərinizə görə iştahla yeyin-iç­in!”

Ləzzətli yeməklərdən və əla içkilərdən istədiyiniz qədər həzz alın. Bu gün heç bir şey sizin məmnunluğunuzu poza və işta­hı­nızı korlaya bilməz. Siz buna öz xeyirxah əməllərinizlə layiq ol­mu­sunuz, axı siz namaz qılar və oruc tutardınız, sədəqə verər və həc­cə ge­dər­diniz, insanlara yaxşılıq edər və Allahı xatırlayardınız, öz səhv­lərinizi tövbə edərdiniz və pis əməllərdən çəkinərdiniz. Beləliklə, Fövqəluca qeyd edir ki, məhz xeyirxah işlər insanların Cən­nətə düş­məsinə, onla­rın səadətinin rəhni və onların xoş­bəxt­li­yi­nin əsasına səbəb olur.
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ
(69. 25) “Kitabı sol əlinə veriləcək kəs isə deyəcək: “Kaş ki, kita­bı­mı mənə verməyəydilər!”

Belələri – bədbəxt fasiqlərdir ki, onların bədxah əməllərinin ya­­­zıl­dı­ğı kitabları sol əllərinə veriləcəkdir. Bu onlara zülm olu­na­ca­­ğı­na və onların dəhşətli sonuna, rusvayçılığına, biabır edilə­cək­lə­­rinə və şərəf­sizliyinə bir işarədir. Belə insan təşviş, kədər və iz­ti­rab içində de­­yə­cəkdir: “Kaş ki, kitabımı mənə verməyəydilər!” Axı bu kitab ona xə­­bər verəcək ki, o, əbədi ziyanla Cəhənnəmə va­sil olacaqdır.
 ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(69. 26) “Hesabımın necə olacağını kaş bilməyəydim!”
(69. 27) “Kaş ki, onunla hər şey bitəydi!”

Kaş ki, mən unudulaydım, dirildilməyəydim və öz hesab kita­bı­mı görməyəydim! Kaş ki, ölüm hər şeyin sonu olaydı və ondan son­ra dirilmə olmayaydı!
 ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ
(69. 28) “Var-dövlətimin mənə heç bir faydası olmadı!”          
O, ağır yük kimi onun çiyinlərinə çökəcək öz keçmiş var-döv­­lə­tini və əldən getmiş hakimiyyətini yada salacaq. O, öz Axirət hə­­­yatı üçün heç nə tədarük etməmişdi, zənginliyi və hakimiyyəti də ona heç bir fayda gətirməyəcək və onu cəzadan xilas et­mə­yə­cək­­di. Belə ol­duq­da, o etiraf edir ki, var-dövlət dünyada ona fayda ver­­mədi, çünki o, xi­las olmağa can atmırdı, əbədi həyatda isə o, heç kimə kömək edə bilməz.

 ﯸ ﯹ ﯺ ﯻ
(69. 29) “Səltənətim də əlimdən getdi!”

Mənim hakimiyyətim yox oldu – o daha yoxdur. Bu gün mə­nə nə əsgərlərim, nə də çoxsaylı tərəfdarlarım kömək edə bil­mə­yə­­cək­lər. Məni nə onların çoxsaylılığı, nə də artıq ötüb keçmiş gücü xi­las edə bilməz. Mə­nə itirdiyim yüksək mövqeyim də fayda verə bil­­məz. Bü­tün bunlar əbəs imiş. Nahaq zəhmət çəkmişəm, amma hər şeydən daha pis olan, bunlardan ötrü mənim mərhəmət və uğur­dan məhrum olmağımdır. Mən onları həyəcana, matəmə və qəm-qüssəyə mübadilə etmişəm. Bu dəhşətli gündə Rəbb mə­lək­lə­rə əmr edəcək ki, onu cəza­lan­dırsınlar. Sonra Cəhənnəmin sərt və qüd­rət­­li mühafizəçilərinə buyu­ra­caq:

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
(69. 30) “Onu yaxalayın və zəncirləyin”,
(69. 31) “sonra Cəhənnəmə atın”
(69. 32) “və onu yetmiş arşın[6] uzunluğunda zəncirə keçi­rin!”[7]
(69. 33) “O, Allaha iman gətirməmişdi”
(69. 34) “və yoxsulu yedirtməyə çağırmamışdı».
(69. 35) “Bu gün burada onun sevimli qohumları yoxdur”,
(69. 36) “qanlı irindən başqa yeməyə də bir şeyi yoxdur».
(69. 37) “Onu yalnız fasiqlər yeyərlər”.


Boynuna onu boğan boyunduruq keçirin və onu Cəhən­nə­min köz­ləri üstündə və şiddətli alovunda yandırın. Qızmar zən­ciri ona ar­­xadan[8] elə keçirin ki, onun ağzından çıxsın və o, on­dan asılmış və­­­ziyyətdə qalsın. Bu, tayı-bərabəri olmayan dəhşətli cə­za onu bir an belə rahat olmağa qoy­ma­yacaqdır. Belə cəza necə də dözülməz ola­­­caq­dır! Vay onun halına! Gör o necə ifşa edilmiş və al­çal­dıl­mış­dır!
Onu bu əzablara gətirib çıxaran nə olmuşdu? O, öz Rəbbinə iman gətirməmişdi, Onun elçilərinə müqavimət göstərmiş və on­la­rın insanlara gətirdikləri Haqqı danmışdı. Onun ürəyində ka­sıb­lara və yoxsullara qarşı rəhm hissi yox idi və buna görə o onları özü ye­diz­­­­dirmir və başqalarını da bunu etməyə çağırmırdı. Onun qə­l­bində elə bir şey yox idi ki, onu mərhəmətli və rəhimli olmağa sövq etsin.
Beləliklə, Allah qarşısında xoşbəxtliyin rəhni – sə­mi­miy­yət­dir və onun da əsasında Allaha iman, insanlara xeyirxah mü­na­si­bət gös­tə­­rilməsi dayanmaqdadır ki, bu da öz növbəsində yax­şı­lı­ğın bütün növ­­­lərini və formalarını ehtiva edir. Bunlardan ən gör­kəm­lisi isə eh­ti­­yacı olanlara yardım göstərmək və onları ən zəruri olan şeylərlə tə­min etməkdir.
Lakin fasiqlər həm xalis imandan, həm də xeyirxahlıqdan məh­­­­rum­durlar və buna görə də ən sərt cəzaya layiqdirlər. Qi­ya­mət gü­­nü onlara himayəçi ola biləcək və onları Allahın cəza­sın­dan xilas edə biləcək, onlar üçün mükafat xahiş edəcək nə qo­humları, nə də dost­ları olmayacaqdır. Fövqəluca buyurur:
 “Onun hüzurunda, ica­zə verilən­lərdən başqa, heç kimin şəfaəti fay­da ver­mə­yə­cək­dir...” (Sə­ba, 34­/­23); “Zalımların nə sev­­dik­ləri qo­­­humu, nə də sözü ke­çən bir şə­fa­ət­çisi olmaya­caq­dır” (Mu­min, 40/18).
Onlar Cəhənnəm sakinlərinin yaralarından axan irinlə qi­da­­la­­­na­­caq­lar. O – qaynar halda və murdar, acı dadlı, çürümüş və üfu­­­nət iy­li ola­caq­dır. Onu, yalnız qəsdən ağır günahlar törədən, Al­­la­hın hökümlərinə və qa­da­ğalarına laqeyd yanaşan kafirlər ye­yə­­cək­­­lər. Bu iy­rənc qida təkcə haqq yoldan çıxanlara və Cə­hə­n­nəmə aparan yola qədəm basanlara qismət ola­caqdır. Məhz buna görə on­lar əzab-əziy­yətinin misli görünməmiş cəzalara layiq gö­rü­­lə­cəklər.
ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ

(69. 38) “Yox! And içirəm gördüklərinizə”
(69. 39) “və görmədiklərinizə!”

Fövqəluca Öz məxluqlarının gördüklərinə və gör­mə­dik­lə­ri­nə and içir. Bunlara hər növ canlı varlıqlar və həm də Böyük Al­la­­hın Özü daxil­dir[9]. Rəbb bu andı Öz Elçisinin (ona Allahın sa­la­va­tı və salamı olsun!) sadiqliyini və onun (s.ə.s) gətirdiyi Mübarək Qu­­­ranı təsdiq et­mək üçün içmişdir. Bununla da Allah bir daha bə­yan edir ki, Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun!) Föv­­­qəluca Xaliqin Kitabını təbliğ edir.
O (Pak və Müqəddəs), həmçinin Peyğəmbəri (ona Allahın sa­la­vatı və salamı olsun!) şair, cadugər adlandıranları yalançılıqda ifşa edərək vurğu­layır ki, onları buna sövq edən təkcə onların kafirliyi və Allahın nəsihət­lərinə diqqət yetirmək istəməmələri idi. Əgər onlar iman gətirsəydilər və dərk etsəydilər, başa düşərdilər ki, həqiqətən, on­lara fayda verən və ya ziyan vuran nədir.

ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ
(69. 40) “Bu – şərəfli bir Elçinin sözləridir».
(69. 41) “Bu – şair sözü deyildir. Siz necə də az inanır­sı­nız!”
(69. 42) “Bu – kahin sözü deyildir. Nəsihətləri necə də az xa­­­tır­­la­yırsınız!”
(69. 43) “Bu – aləmlərin Rəbbindən nazil edilmişdir».
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı ol­­­­sun!) çöhrəsinə diqqətlə nəzər salın və baxın ki, onun cizgiləri və nə­cib əxlaqı necə də gözəldir. Bu barədə elə düşünün ki, gör­dü­k­­­­lərinizin bütün mahiyyəti sizə aydınlaşsın. Onda sizə bəlli olar ki, o (s.ə.s) – Allahın həqiqi elçisidir və təbliğ etdiyi Quran aləm­­­­lərin Rəbbi tərə­fin­dən nazil edilmişdir. O, o dərəcədə ecaz­kar­­­­­dır ki, insan sözü ola bil­məz. Onun mükəmməlliyi onu Na­zil­edə­­nin əzəmətini nümayiş et­di­rir. O, Onun sifətlərinin tək­rar­olun­maz­­lı­ğını, Onun Öz məxluqları haq­­qında hədsiz qayğısını və, nə­ha­­­­­yət, Onun Özünün bütün qulla­rın­dan üstün olduğunu göstərir. İn­­­­­sanlara heç də yaraşmaz ki, onlar fa­siqlərin dediklərini tək­rar­la­s­ın­­lar və Allah haqqında ləyaqətsiz tərz­də düşünsünlər.

 ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(69. 44) “Əgər o, Bizə bəzi sözlər isnad etsəydi”,
(69. 45) “onda Biz onun sağ əlindən tutar”,
(69. 46) “sonra da şah damarını kəsərdik”
(69. 47) “və sizdən heç biriniz onu xilas edə bilməzdiniz».

Əgər Muhəmməd Bizim adımızdan yalan söyləsəydi, onda Biz onun sağ əlindən tutar, sonra da onun ürəyindən başlayan şah da­ma­rını kəsərdik, onu kəsdikdə isə insan ölür. Yox, əgər Pey­ğəm­bər (ona Allah­ın salavatı və salamı olsun!) – Allah bizdən uzaq et­sin! – Allaha yalan nitqləri ilə böhtan atsaydı, onda Fövqəluca o saat ona (s.ə.s) Öz sərt cəzasını nazil edərdi. O (Pak və Mü­qəddəs), onu (s.ə.s) Öz qüd­rətli qisası ilə yaxalayardı, axı O (Pak və Müqəddəs), - ədalətli Hakim və Fövqəlqüdrətli Hökmdar­dır.
Allah, Öz Müdrikliyi sayəsində, Onun adından yalanı bə­yan edə­nə, onunla razılaşmayanların həyatına, mal-mülkünə qəsd edil­mə­­sinə yol verənə və eyni zamanda həm ona[10] və həm də onun ardınca gedənlərə[11] xilas yolu hazırlandığını və onun[12] düş­­­mən­lə­ri­ni[13] isə məhv olmaq gözlədiyini bildirənə aman ver­mir.
Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun) gəldikdə isə Allah ona (s.ə.s) möcüzələri ilə yardım göstərmiş və onun (s.ə.­s) haqlı olduğunu çoxsaylı aydın ayələri ilə təsdiq et­miş­dir. O (Pak və Müqəddəs), düşmənləri üzərində ona (s.ə.s) qələbə qa­­zan­dırmış və on­ların üzərində hakimiyyət vermişdir. Bü­tün bun­­lar onun (s.ə.s) pey­ğəmbərli­yinin haqq olmasının ən əzəmətli şə­hadətlə­rin­dən­dir.
Əgər Allah onu (s.ə.s) məhv etmək istəsəydi, nə o özü (s.ə.s), nə də kimsə bir başqası Allahın cəzasının qarşısını ala bil­məz­di.

ﮜ ﮝ ﮞ ﮟ
(69. 48) “Həqiqətən, bu – təqvalılar üçün Nəsihətdir”.

Təqvalı qullar həm din məsələlərində, həm də dünyəvi iş­lər­də onla­ra fayda verən hər şeyi Mübarək Qurandan öyrənirlər. Onun sa­yə­sində onlar xeyirxah işlər görür, sağlam düşüncəyə malik olur, gö­zəl əxlaqa yiyələnir, dini qanunlara riayət edir və, nə­hayət, Allaha səy­lə ibadət edən əməlisaleh alimlər və başqaları üçün nümu­nə olurlar.
 ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

(69. 49) “Şübhəsiz ki, aranızda onu yalan sayanların ol­ması Bi­zə məlumdur».

Bu sözlərdə Quranı qəbul etməyənlərə təhdid və xəbər­dar­lıq var­­dır. Onları Allahın cəzası gözləyir. Bu cəza necə də ağrı­lı­dır!
 ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(69. 50) “Həqiqətən, bu[14] – kafirlər üçün bəladır”.

Onlar Qurana iman gətirməmişdilər və buna görə vəd edil­miş qisas onlardan alınacaqdır. Onlar onu öz gözləri ilə gördükdə, də­­rin ma­təmə batacaqlar. Onlar bu Kitabdan bir Təlimat kimi is­ti­fa­də et­mədik­lə­ri­nə, onun hökümlərinə itaət etmədiklərinə görə həs­­rət çəkə­cək­lər, çünki bu etdiklərinin nəticəsində onlar mü­ka­fat­­dan məh­rum olmuş və əzab-əziy­yətli cəzaya layiq gö­rül­müş­dü­lər. La­kin artıq qis­məti dəyişmək mümkün olmayacaqdır.

 ﮫ ﮬ ﮭ ﮮ
(69. 51) “Həqiqətən, bu – yəqin bir həqiqətdir”.

Yəqin həqiqət – idrakın ən yüksək pilləsidir. İnsan hər hansı bir şeyi tam mənada dərk etdikdə, o, ona əmin olur və ona qə­tiy­yət­lə eti­qad edir. O, ona şübhə etmir və ondan əl çəkmir.
Möhkəm etiqadın üç dərəcəsi vardır ki, onların hər biri əv­vəl­­­kindən yüksəkdir. İnsanın möhkəm faydalı biliklər əldə etdiyi bi­rinci dərəcə - yəqin bilik (ilm əl-yəkin) adlanır. İnsanın öz göz­ləri ilə görüb öz bildiklərinə inandığı ikinci dərəcə - dəlillərə əsas­lanan etiqad (əyn əl-yəkin) adlanır. İn­sa­nın hər hansı bir şeyi dad və ya hissiyat orqan­ları vasitəsi ilə anladığı üçüncü dərəcə isə yə­qin həqiqət (haqq əl-yəkin) adlanır.
Kəramətli Quranı yəqin həqiqət adlandırmaq olar, çünki onda olan biliklər möhkəm dəlillərə istinad edir. Onun təlimi o də­rəcədə inandı­rıcı­dır ki, ona iman gətirən sanki[15] onunla canlı ra­bi­tə­yə malikdir.
 ﮯ ﮰ ﮱ ﯓ ﯔ

(69. 52) “Əzəmətli Rəbbinin adını şərəfləndir!”

Allahın adı Müqəddəsdir və O (Pak və Müqəddəs), Onun ka­mil­liyinə yaraşmayan hər şeydən ucadır! Buna görə Onun şanlı, gö­zəl və pak məziyyətlərini xatırlayaraq Onu şərəfləndir[16].




[1]Labüdolan – mütləq gerçəkləşəcək Qiyamət günü nəzərdə tutulur. Azərbaycan di­lin­də bu sö­zün Qiyaməti ifadə etməsini bu kitabda ilk dəfə işlətdiyimə görə onun Quran­da­kı (Ä) (“əl-Həqqa”) sözünü nə dərəcədə tam əvəz etməsinə mütəxəssislərin rəy ver­məsinə ehtiyac var. Açı­ğını deyim ki, bu Təfsirin ana dilimizə tərcüməsində rast gəl­­diyim spesifik söz “qıtlığını” yalnız dilimizin zəngin mənbə və mənsəblərinə dönə-dö­nə müraciət etməklə aradan qaldırmaq mümkün olmuşdur və təbii ki, bu zaman söz­ya­rat­ma prinsipindən vaz keçmək mümkün olmayan bir istəkdir. F.S.
[2] Labüdolan (yuxarıda 154-cu qeydə bax!). F.S.
[3] Hadramaut – Ərəb yarımadasının cənubunda yerləşən tarixi əyalət və həmçinin qədim cə­nu­bi ərəb məmləkətlərindən birinin adıdır. (İndiki Yəmən Ərəb Respublikasının yerləşdiyi əra­zi­lər). F.S.
[4] Qiyamət günü nəzərdə tutulur. F.S.
[5] Cənnət sakinlərinin ağaclardakı meyvələri dərməsini asanlaşdırmaq üçün Allah ağacların budaqlarını ye­rə elə yaxınlaşdırmışdır ki, cənnətliklər hətta istirahət etdikləri taxtlarında belə əllərini uzatdıqda, o meyvə­ləri asanlıqla dərə bilsinlər. F.S.
[6] Arşın – təxminən 68 sm olan qədim uzunluq ölçüsüdür. F.S.
[7] Ehtimal etmək olar ki, bu uzunluq Cəhənnəm əzabkeşinin od-alov içində “sərbəst hərəkət” edə bilməsinin məh­dud­laşdırılmış həddidir. Bundan əlavə, qeyd etməliyəm ki, bir çox tər­cü­mə­lər­də bu ayə əslinə uyğun çevrilmir. F.S.
[8] 153-cü dibnotda qeyd etdiyim kimi, Quranın bu (69/32) ayəsi, ümumiyyətlə, mənə, tanış ol­maq mü­yəssər olduğum bir çox müxtəlif tərcümələrdə olduqca vacib bir istilah əslinə qətiyyən uy­­ğun gəl­məyən sözlərlə verilmişdir və bu dəhşətli cəza üsulu, sanki, bilərəkdən daha yüngül for­­mada əks et­dirilmişdir. Mən bu nəticəyə öz təxəyyülümə əsasən gəlməmişəm. Bu feil (فَاسْلُكُوهُ) çevrilən ayə­lər­də “vurmaq”, “bağlamaq”, “zəncirləmək” və sairə kimi əmr formalı hökm kimi verildiyi halda, Sə­ə­di Təfsirində bu ifadələrin heç biri öz əksini tapmır. Ərəb mü­əl­lifi bu ayənin bu fraq­mentini “yet­miş arşınlıq zənciri kafirlərin arxasından salıb ağızlarından çı­xa­rın” formatında ver­mişdir. Bu isə ona dəlalət edir ki, Cəhənnəm Odunda hədsiz hərarətdən qı­­zarmış zəncir bədbəxt za­lımların arxa­sın­dan salınıb, bütün daxili orqanlarını sarsıda-sarsıda ağ­­zından çıxarılacaq və onlar Cəhənnəmdə, şişə və ya payaya keçirilmiş kimi, həmin zən­cir­lər­dən asılmış vəziyyətdə müdhiş əzablara məruz qo­yu­la­caqlar. İlk olaraq Cəhənnəmə atılan za­lım­­lar öncə bu üsulla zəncirə keçiriləcək. Mütləq Hökm­da­rın hökmü (həmin ayəyə bax) be­lə­dir! Bundan sonra hələ digər müdhiş cəzaların veriləcəyi də ehti­va edilir. Buna görə də mən ayə­­ni “zəncirə keçirin” kimi redaktə et­mişəm. Allah daha yaxşı bilir. F.S.
[9] Buraya Allahın məxluqlarının bütün gördükləri və görə bilmədikləri, o cümlədən, görə bilmə­dikləri Fövqəluca Xaliq də aiddir ki, Onun məxluqları, təbii olaraq, Onu bu maddi dünyada gör­mürlər. F.S.
[10] Yəni, kafirə. F.S.
[11] Kafir və münafiqlərə. F.S
[12] Kafirin. F.S.
[13] Möminlər nəzərdə tutulur. F.S.
[14] Quran nəzərdə tutulur. F.S.
[15] Ey möhtərəm oxucu! Mən, böyük islam alimi və müfəssiri Ə. əs-Səədinin rus dilindən çe­vir­diyim bu əsərində kursivlə verdiyim bu müddəasına, xələl gətirmədən, bir həqiqəti nə­zə­ri­ni­zə çatdırmaq istəyirəm. Quran Fövqəlqüdrətli Allahın Sözüdür və yalnız Ona xas olan ecaz­karlıqlara malik olduğundan insan sözü ilə müqayisə edilə bilməz. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bir-çox hədislərində Quran ayələri və onun sözlərinin oxunmasının hik­­məti və oxuyanın əldə edəcəyi çoxsaylı savablar haqqında kifayət qədər xatır­lama­lar, nə­si­hət­lər və hökümlər vardır. Bütün bunlar ona dəlalət edir ki, Allahın Quranla gerçəkləşmiş Sözü öz za­hiri görünüşündən başqa, əslində, batini məna və mahiyyətə də malikdir. Fövqəlqüdrətli Allah Öz Sözünü Öz ilahi mahiyyətinin müəyyən təcəssümü olaraq insanlara elçisi vasi­tə­si­lə na­zil edir. Deməli, Onun Fövqəlucalığına, Fövqəlqüd­rətinə, Müdrikliyinə və bütün digər ad və si­fətlərinə xas olan ecazkar və qeybə aid nüfuzu, təsiri daimi və əbədi olduğu üçün Quran da bu ecazkar (möcüzəli) qüvvəyə, təsirə malikdir. Allah əbədi və daima diri olduğu üçün Onun Sözü də canlıdır. Bu mülahizəmizi təsdiq və təqdir edən çoxsaylı nassın mövcud olduğunu mü­səl­man bacı-qardaşlarımız çox gözəl bilirlər. Quranın möminlər üçün şəfa olması və onun başqa fay­daları haqqında ayə və hədislər bu düşüncəmizi daha da aydınlaşdırır. Fikrimi uzatmadan de­məliyəm ki, ona iman gətirən sanki onunla canlı rabitəyə malikdir” kimi veril­miş müəllif ifadəsin­dən, altını cızdığım “sanki” sözünü nəzərə almamağı məsləhət görər­dim, çünki əs­lin­də, “sanki” sözü, ilk növbədə ehtimal bildirir, halbuki Quranı mömin oxucu ilə, virtual deyil, məhz real canlı əlaqə, ilahi rabitə yaratma va­sitəsi kimi qəbul etmək daha əfzəldir. Bunu dərk edən Haqqa, inşallah, daha yaxın olar! Həmd olsun Fövqəluca Allaha! F.S.
[16] Bu, mərhum müəllifin möhtərəm oxucularına müraciətidir. F.S.

Комментариев нет:

Отправить комментарий