\¯
ƏL-HUCURAT
ŞƏRHİ
ﭑ ﭒ
ﭓ ﭔ
Mərhəmətli və Rəhimli Allahın
adı ilə!
ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(49. 1) “Ey iman gətirənlər! Allahı və Onun Elçisini qabaqlamayın və
Allahdan qorxun, çünki Allah – Eşidəndir, Biləndir».
Bu ayə Allaha və Onun Elçisinə (ona
Allahın salavatı və salamı olsun!) necə münasibət bəsləməyi öyrədir və müsəlmanları
Peyğəmbərə (s.ə.s.) ehtiram göstərməyə, hörmət etməyə və sevməyə çağırır.
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
iman –möminlərə onların hökümlərinə və qadağalarına tabe olmağı və bütün işlərində
Qurana və Sünnəyə əsaslanmağı, onları qabağlamağa cəhd göstərməməyi, yəni,
onlar yalnız öz mötəbər kəlamlarını dedikdən və müdrik hökm verdikdən sonra, qərar
qəbul etməyi bir vəzifə olaraq vacib edir.
Hər bir müsəlman bu qaydalara riayət
etməlidir, çünki o, yalnız belə etdikdə xoşbəxtliyə və uğura nail ola bilər.
Kim onlara əməl etməzsə, özünü əbədi xoşbəxtlikdən, sonsuz səadətdən məhrum
etmiş olar.
Fövqəlqüdrətli
Allah bu ayədə həm də kiminsə rəyini Peyğəmbərin (s.ə.s.) qərarından üstün
hesab etməyi qəti qadağan etmişdir və əgər Allahın Elçisinin (ona Allahın
salavatı və salamı olsun!) bu və ya digər şəraitdə necə hərəkət etməsi və ya
hansı qərarısa qəbul etməsi müsəlmanlara məlum olarsa, onda onlar onun (s.ə.s.)
yolu ilə getməli və onların, kimliyindən asılı olmayaraq hər hansı bir başqasının
qərarına üstünlük vermələrinə haqqı yoxdur.
Sonra Allah möminlərə əmr edir ki,
bütün işlərində öz Rəbbindən qorxsunlar. Talık b. Həbib rəvayət edib ki,
bundan ötrü möminlər Allah itaət etməli, Onun mükafatına ümid bəsləməli və
Onun cəzalandıracağından qorxaraq, onlara məlum olan günahları işlətməkdən
çəkinməlidirlər.
Onun gözəl adları arasında – Eşidən və
Bilən adları. O (Pak və Müqəddəs), mənbəyinin harada olmasından asılı olmayaraq[1]
çıxan hər hansı səsi, o, hətta ən uzaq yer güşələrində yaransa belə, eşidir. O
(Pak və Müqəddəs), bütün gizli və aşkar şeylərdən, labüd və ağlasığmaz, mümkün
və xəyali, baş vermiş və ya baş verəcək şeylərdən xəbərdardır. Fövqəluca bu
iki gözəl adlarını Öz qullarına ona görə xatırladır ki, müsəlmanlar Onun hökümlərini
daha yaxşı yerinə yetirsinlər, gözəl əxlaqı yüksək dəyərləndirsinlər və Ona
itaətsizlik göstərməkdən çəkinsinlər.
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(49. 2) “Ey iman gətirənlər! Səsinizi
Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi,
onunla bərkdən danışmayın, yoxsa, əməlləriniz puç olar və siz heç hiss etməzsiniz
də”.
Bu – Allahın
Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə ünsiyyət qaydalarıdır.
Onunla (s.ə.s.) nəzakətlə, ehtiramla, mehribanlıqla və hörmətlə, səsi səsindən
yüksəltmədən söhbət edilməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı
olsun!) – qeyri-adi bir insandır və sizin ona (s.ə.s.) aid vəzifəniz, başqa müsəlmanlara
olan münasibətlərinizdən fərqlənir. Siz ona (s.ə.s.) iman gətirməli və bütün qəlbinizlə
onu (s.ə.s.) sevməli və hətta onunla (s.ə.s.) danışıq zamanı ona (s.ə.s.)
xüsusi hörmət və ehtiram göstərməlisiniz. Əgər siz Allaha itaət etsəniz və bu hökümləri
yerinə yetirsəniz, onda O (Pak və Müqəddəs), əməllərinizi qəbul edər və sizə
bol mükafat verər, yox, əgər bunu etməsəniz, bütün xeyirxah əməllərinizin
necə püç və faydasız olduğunu heç özünüz də hiss etməyəcəksiniz.
ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(49. 3) “Həqiqətən, səslərini
Allahın Elçisinin yanında yavaşca çıxaranlar – Allahın ürəklərini təqvalı
olmaları üçün sınaqdan keçirdikləridir. Onlara bağışlanma və böyük
mükafat hazırlanmışdır”.
Rəbb onların qəlblərini sınaqdan
keçirmiş və onlar bu imtahandan şərəflə çıxmışlar və onda O (Pak və Müqəddəs),
onların qüsurlarını təmizləmişdir ki, onların yerini iman və təqvalılıq tuta
bilsin. Onlara bağışlanma və onun sayəsində onlara nə şərin, nə də cəzanın
toxunmayacağı və içində can atdıqları və arzuladıqları hər şeyi tapacaqları
böyük mükafat hazırlanmışdır. Bu mükafat o qədər gözəldir ki, onu təsvir etmək
mümkün deyil və onun haqqında ən yaxşı bilən yalnız Tək Allahdır.
Bu ayə, Fövqəlucanın Öz hökümləri,
qadağaları və çoxsaylı çətinlikləri və məhrumiyyətləri ilə insanların ürəklərini
və qəlblərini sınaqdan keçirdiyini təsdiq edir.
ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(49. 4) “Həqiqətən, səni mənzilinin
arxasınadan səsləyənlərin əksəriyyəti nə etdiklərini anlamırlar».
Bu vəhy Allahın nazil etdiyi
qanunlardan xəbəri olmayan cahil və qaba bədəvilər haqqındadır. Bir neçə belə
köçəri ərəb Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
yanına gəldikdə, o (s.ə.s.) zövcələrindən birinin otağında idi. Bədəvilər səbirsizlik
göstərib, ədəb qaydalarına riayət etmədən, yüksək səslə onu (s.ə.s.):
“Muhəmməd! Muhəmməd!” – deyə uca səslə çağırmağa başladılar.
Allah onları bu rəftarlarına görə
qınadı və qeyd etdi ki, onlar Onun dininə dair heç nə bilmir və Elçiyə (s.ə.s.)
necə yanaşmağı da bacarmırlar. Bu onu göstərir ki, insanın davranışı və gözəl
əxlaqı onun düşüncəli və ağıllı olmasına dəlalət edir. Həqiqətən də, gözəl əxlaq
– zəkalı olmağın nişanəsidir və o, insana çoxlu faydalar gətirir. Buna görə
Fövqəluca belə buyurur:
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ
(49. 5) “Əgər onlar sənin qarşılarına
çıxacağınadək səbir etsəydilər, bu onlar üçün daha yaxşı olardı. Allah –
Bağışlayandır, Rəhimlidir».
O (Pak və Müqəddəs), qullarına
günahlarını və ədəbzis hərəkətlərini bağışlayır və onlara rəhm edir, onlara
tövbə etmək imkanı verir və cəzalandırmağa tələsmir.
ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(49. 6) “Ey iman gətirənlər! Bir fasiq
sizə bir xəbər gətirsə, onu yoxlayın ki, bilmədən onu kimlərəsə aid edəcəyinizdən
peşman olmayasınız».
Budur, gözəl əxlaqın
daha bir təzahürü. Sağlam təfəkkürlü və düşüncəli müsəlmanlar bu məziyyətləri
ilə fərqlənirlər: hər hansı bir insan özünə bir çox günahlar etməyə yol
verdikdə, onun gətirdiyi xəbərin doğruluğu təsdiq edilmədən, heç bir tədbir
görülməməlidir. Yalançılara və fasiqlərə etibar etmək[2]
çox zərərli nəticələrə səbəb ola bilər və insana günah işlətməyə imkan verər.
Əgər belə insanların sözlərinə diqqət yetirilərsə və onlara doğru danışan, ədalətli
möminlərə inanıldığı kimi, etibar edilərsə, onda bir çox günahsız insanların
həyatını və malını təhlükə altında qoymaq olar. Şübhəsiz ki, nəticədə insan
buna bərk təəssüflənməli olacaqdır. Belə hallardan çəkinmək üçün müsəlmanlar
günahkarların onlara xəbər verdikləri hər sözü aydınlaşdırmalıdırlar.
Əgər toplanmış əlavə məlumatlar fasiqin
dediklərini təsdiq edərsə, onda onun sözlərinə inanmaq və onu nəzərə almaq
olar. Əgər xəbər verənin yalan danışması aydınlaşarsa, onun iftiraçı səciyyəli
xəbəri əsasında heç bir qərar qəbul etmək olmaz. Bu ayənin əsasında aşağıdakı
nəticəyə gəlmək olar: haqlı insanın sözlərinə etibar edilməli, yalançının
sözləri kənara atılmalı, günahkarın (fasiqin) sözləri isə yoxlanmalıdır. Bu
prinsipi rəhbər tutaraq mömin müsəlman alimlər Elçinin (s.ə.s.) yolundan sapan
doğru danışan “xaricilərin” rəvayət etdikləri hədisləri qəbul edirdilər.
ﭱ ﭲ ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ
(49. 7) “Bilin ki, həqiqətən, Allahın Elçisi sizin aranızdadır. Əgər o, bir
çox işlərdə sizə tabe olsaydı, onda siz hökmən ağır vəziyyətə düşərdiniz.
Lakin Allah sizə imana məhəbbət aşıladı və onu sizin qəlbinizə gözəl təqdim
etdi və kafirliyi, şərəfsizliyi və itaətsizliyi sizin üçün nifrətamiz etdi.
Onlar – doğru yolla gedənlərdir”
Heç vaxt unutmayın
ki, alicənab, sədaqətli, müdrik tərbiyəçi, sizin üçün yaxşılıqdan başqa heç
nə arzulamayan Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) sizin
aranızdadır. O (s.ə.s), sizə, sizin özünüzdən daha yaxşı qayğı çəkir, çünki
siz, adətən, əksər hallarda, onun (s.ə.s.) əmrini pozaraq, özünüz özünüzə
pislik edir və zərər vurursunuz. Əgər o (s.ə.s.), qərar qəbul edərkən bütün
məsələlərdə sizin istədiyinizi etsəydi, onda siz mütləq bəlaya düçar
olardınız. Lakin bu baş vermir, çünki o (s.ə.s.) sizə doğru yol göstərir.
Fövqəluca sizin qəlblərinizdə haqqa məhəbbət
bəsləmək hissi yerləşdirmişdir və onun sayəsində siz haqqı hər şeydən üstün
tutursunuz, sizin qəlbiniz ona meyl edir və ona iman gətirməyə hazırdır.
Sonra O (Pak və Müqəddəs), sizə haqqı izah etmiş və onun təsdiqi üçün sizə
çoxsaylı möcüzələr və dəlillər göstərmiş və nəhayət, O (Pak və Müqəddəs), sizə
Rəbbinizin doğru yoluna gəlməyə kömək etmişdir. O (Pak və Müqəddəs), sizn ürəklərinizdə
şərə qarşı nifrət oyatmış və günah işlədilməsinə ikrah hissi aşılamış və
onların qüsurluluğunu və ziyankarlığını sizə açıqlamış və sizi onlara meyl
etməkdən xilas etmişdir.
Allahın mərhəməti
sayəsində imanı ən nurlu və gözəl gerçəklik kimi sevən və kafirliyə, şərəfsizliyə
və itaətsizliyə nifrət edən insanlar mömindirlər və onlar doğru yolla gedirlər.
Onların baxışları düzgündür, əməlləri isə xeyirxahdır, çünki onlar haqq dinə
gəlmişlər və doğru yolla gedirlər.
Onların düşmənləri
isə yollarından azmış və azğınlığa düşmüşlər: onlar kafirliyi, şərəfsizliyi
və itaətsizliyi sevmiş və imana və möminliyə kin-küdurət bəsləmişlər. Həqiqətən,
bundan daha ağır günah yoxdur və buna görə də Allah onların ürəklərini möhürləmişdir.
Şərəfli Quran buyurur: “...Onlar yoldan sapan kimi, Allah da onların ürəklərini
sapdırmışdır...” (Səff, 61/5). Haqq onlara gəldi, lakin onlar ona iman gətirmədilər
və qəlbləri kor oldu.
ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ
(49.
8) “Allahın mərhəməti və rəhməti sayəsində. Allah – Biləndir, Müdrikdir”.
Möminlər öncəki ayədə xatırlanan böyük
neməti öz səyləri nəticəsində deyil, Allahın səxavəti və xeyirxahlığı sayəsində
almışdılar. O (Pak və Müqəddəs), bəxş etdiyi nemətlərə görə kimin şükür edəcəyini
bilir və onlara yer üzündə hər işdə kömək edir və həmçinin insanlardan kimin
naşükür olacağını və Onun mərhəmətinə layiq olmadığını da bilir. Buna görə O
(Pak və Müqəddəs), qullarına bu ən böyük neməti ilə, ilahi müdrikliyi tələb
etdiyi zaman, himayə edir.
ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(49. 9) “Əgər iki mömin
tayfası öz aralarında vuruşurlarsa, onları barışdırın. Əgər onlardan biri
digərinə zülm edirsə, zülmedənlə, Allahın əmrinə dönənədək, vuruşun. Döndükdə,
onları ədalətlə və qərəzsiz barışdırın. Həqiqətən, Allah insaflı olanları sevir».
Fövqəluca möminlərə bir-biri ilə
vuruşmağı və öz qardaşlarına qarşı güc tətbiq etməyi qadağan etmişdir. Əgər
buna baxmayaraq möminlər arasında döyüş başlayarsa, onda düşmənçilik edən tərəflərə
aidiyyəti olmayan möminlər bu böyük bəlanı dayandırmağa və müsəlmanları
barışdırmağa borcludurlar. Onlar öz vasitəçilik vəzifələrini ən yüksək səviyyədə
yerinə yetirməlidirlər ki, qardaşlar arasında əmin-amanlıq bərqərar olsun.
Onlar sülhə və razılaşmaya nail ola bilsələr, bu çox gözəl olar. Əgər tərəflərdən
biri digərinə qarşı zülm etsə, onda müsəlmanlar ədalətsizlik edənlərə qarşı,
onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!)
hökümlərinə tabe olanadək və yaxşılıq etməyə razılaşanadək, zülmün qarşısını
almalıdırlar, çünki qan tökülməsi və zorakılıq zülmün ən böyük təzahürüdür.
Müsəlmanlara əmr
olunmuşdur ki, belə hallarda ədalətli şərtlərlə sülh əldə edilməsinə kömək
göstərsinlər. Düşmənləri ədalətsizcəsinə də barışdırmaq olar və bu zaman tərəflərdən
birinin haqqına etinasızlıq edilir və o pozulur, lakin Fövqəluca möminlərə
belə müqavilələr bağlamağı qadağan edir. Buna görə, tərəflərdən heç
biri, Allahın əmrini pozmasın deyə, öz qohum-əqrabasının və ya öz tayfasının
mənafelərini ədalət prinsiplərindən üstün tutmamalıdır.
Ey möminlər! Qərar qəbul edəndə və ya
hökm çıxaranda qərəzli olmayın! Həm də öz zövcələrinizə və övladlarınıza ədalətlə
yanaşın!
Bir səhih hədisdə rəvayət edilir ki,
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!)
demişdir: “Qərəzli olmayan hakimlər Allahın qarşısında nurdan olan kürsüdə
əyləşəcəklər. Onlar - ədalətli qərarlar qəbul edənlər, öz ailələrinə və
tabeliyində olanlara ədalətlə yanaşanlardır”.
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(49. 10) “Həqiqətən, möminlər –
qardaşdırlar. Buna görə qardaşları barışdırın və Allahdan qorxun, – ola
bilsun ki, siz əfv ediləsiniz».
Allah bu möhkəm bağla mömin müsəlmanların
ürəklərini birləşdirmişdir. Müsəlman, harada olmasından asılı olmayaraq, - qərbdə
və ya şərqdə, - o, Allaha, mələklərə, qüdsi Kitablara, elçilərə və Qiyamət
gününə inanır. Deməli, o, bütün digər möminlərin hamısının qardaşıdır. Bu
qardaşlığa görə hər bir mömin özü üçün arzu etdiyini qardaşı üçün də arzu
etməli, özünə görə keçirdiyi həyəcanı qardaşı üçün də keçirməlidir. Buna görə,
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) möminlərin qardaşlığını
elan edərək, belə demişdir: “Bir-birinizə həsəd çəkməyin, malınızın qiymətini
artırmayın, bir-birinizlə düşmənçilik etməyin və ey Allahın qulları, qardaş
olun! Müsəlman müsəlmanın – qardaşıdır: o onu incitmir, köməyini ondan əsirgəmir
və aldatmır”. Bu hədisi əl-Buxari və Müslüm rəvayət etmişlər.
Onlar bir hədis də rəvayət etmişlər ki,
onda Peyğəmbər (s.ə.s.) belə demişdir: “Möminlər tikiliyə bənzərlər: onlar
bir-birilərini saxlarlar”. Bunu söyləyib, o (s.ə.s.) hər iki əlinin
barmaqlarını bir-birinə keçirdi.
Allah və Onun
Elçisi (ona Allahın salavatı və salamı olsun!) möminlərə mömin qardaşları
qarşısında öz vəzifələrini qüsursuz yerinə yetirməyi buyurublar və bunun sayəsində müsəlmanları
həmişə qarşılıqlı məhəbbət və razılıq hissi birləşdirir. Bu səmimi hisslər
onları bir-birinə qayğı göstərməyə yönəldir və onlar möminləri
barrikadaların müxtəlif tərəflərində və bir-biri ilə döyüşə başlamaq istədiklərini
və ürəklərinin isə kin-küdurətlə dolduğunu gördükdə, var qüvvələri ilə mübahisəyə
girişən qardaşları barışdırmağa, onların ədavəti və nifrətinin alovunu
söndürməyə can atırlar.
Sonra Fövqəluca Ondan qorxmağı əmr edərək
bildirir ki, yalnız öz mömin qardaşının haqqına hörmət edənlər və onların qarşısında
bütün borclarını yerinə yetirənlər təqvalı mömin sayıla bilər. Təkcə belə səmimi
təqvalılıq möminlərə Allahın mərhəmətinə nail olmaqda kömək edər. Onun əfv
etdiyi isə həm bu dünyada, həm də ölümdən sonra ən böyük qismət əldə edəcəkdir.
Bu ayə birmənalı şəkildə
təsdiq edir ki, insanın müsəlmanların qarşısında vəzifələrini yerinə
yetirməməsi, onu Rəbbin mərhəmətindən olduqca çox uzaqlaşdırır. Əgər bu ayəni
öncəki ilə əlaqələndirsək, onda aydın olacaq ki, müsəlmanlar arasında döyüş
möminlərin qardaşlığı ilə bir araya sığmazdır və buna görə ən böyük
günahlardandır. Lakin bununla yanaşı, bir-biriləri ilə vuruşan müsəlmanlar
möminlikdən və qardaşlıqdan çıxmırlar. Həm bu, həm də digər bütün böyük
günahlarda olduğu kimi, Allaha şərik qoşanlar istisna olmaqla, insan islamdan
çıxmır[3].
Sünnənin bütün ardıcılları və vahid müsəlman ümməti tərəfdarları buna qəti
əmindirlər.
Onların hamısı, müsəlmanların möminləri
ədalətlə barışdırmalı olmaları barədə və onların arasından digər müsəlmanların
haqlarına təcavüz edənlərə və Allahın hökmünə itaət etmək istəməyənlərə
qarşı vuruşmalı olmaları barədə yekdildirlər. Amma əgər onlar bütün məsələlərdə
Onun şəriətinə itaət etməyə razılaşsalar, onda onlar razılığa gələnlərlə
müharibəyə son verməlidirlər. Möminlərlə müharibəyə gəldikdə isə, bilmək
lazımdır ki, heç kəs digər müsəlmanların malına qəsd etmək haqqına malik
deyil, çünki Fövqəluca zorakılıq törədərək, tövbə etmək istəməyən müsəlmanları
öldürməyə icazə versə də, onların malının mənimsənilməsinə yol verməmişdir.
ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ
ﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ
(49. 11) “Ey iman gətirənlər! Qoy bəzi insanlar başqalarına məsxərə etməsinlər,
axı ola bilsin ki, məsxərə edilənlər onlardan yaxşıdırlar. Qoy bəzi qadınlar
da başqa qadınlarla belə etməsinlər, axı ola bilsin ki, məsxərə edilənlər
onlardan yaxşıdırlar. Özünüzü incitməyin və bir-birinizi ləqəblə çağırmayın. İman gətirdikdən
sonra fasiq adlanmaq çox pisdir. Bunu tövbə etməyənlər – zalımdırlar».
Fövqəluca müsəlmanların bir-birinə dair
növbəti vəzifələrini xatırladır və müsəlmanları lağa qoymağı qadağan
edir. Bu, bir müsəlmanın digərini alçalda biləcək bütün xoşagəlməz sözlərinə
və acıq verən hərəkətlərinə aiddir. Bu – böyük günahdır və islam belə müraciətləri
qəti surətdə qadağan edir.
İnsanlara belə münasibət göstərilməsi,
bir qayda olaraq, təkəbbür və dikbaşlıqdan irəli gəlir. Amma özündənrazı
lovğanın istehza etdiyi adam onun özündən də yaxşı ola bilər. Əsil həqiqətdə,
çox vaxt belə də olur, çünki başqalarını məsxərəyə qoymağa yalnız ürəkləri pozğun
sifətlərlə dolu, nəciblikdən və digər müsbət məziyyətlərdən məhrum, yaramaz əxlaq
sahibi olan adamlar yol verirlər. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və
salamı olsun!) demişdir: “Müsəlman qardaşına nifrət edirsə,
deməli o, kifayət qədər pislik etmişdir».
Ey iman gətirənlər!
Nə sözünüzlə, nə də əməlinizlə bir-birinizi ləkələməyin. Rəbb sizə hər
ikisini də qadağan etmişdir ki, sizi Cəhənnəm Odundan qorusun. Yadınıza
salın Onun buyurduğunu:: “Vay halına hər bir qeybətçinin və ürəksındıranın!”
(Huməzə, 104/1).
Allahın: “Özünüzü incitməyin” ifadəsi
bütöv bir bədənin hissələrinə bənzəyən müsəlmanların vəhdətini xüsusilə
vurğulayır. Bundan başqa, insan bir başqasını təhqir edəndə, onu özünə qarşı
eyni tərzdə cavab qaytarmağa təhrik edir və belə çıxır ki, o, özü özünü təhqir
edir.
Öz qardaşlarınızı xoşagəlməz ləqəblərlə
hirsəndirməyin və onlara ayama qoşmayın. Ləqəblərə gəldikdə isə, insanın ləyaqətini
alçaltmayan və insanın özünün etiraz etmədiyi ləqəblər bu ayənin tələblərinə
aid deyildir və onlar şəriətlə qadağan edilməmişdir.
İnsanın imanı və
möminliyi unutması, Allahın hökümlərini pozması, günah işlətməsi və şərəfsizlik
yayması çox pisdir. Bunlardan biri də müsəlmanı incidən ləqəblərlə onu
çağırmaqdır. Kim öz din qardaşını incidərsə, Allaha tövbə etməli, layiq olmadığı
halda təhqir etdiyi insandan bağışlanma diləməli və bundan sonra onun haqqında
yalnız yaxşı rəydə olmalıdır. Kim tövbədən imtina etsə, günahkar və zalımdır.
Buna görə bütün insanlar iki dərəcəyə bölünürlər: onlar ya tövbə etməyən
günahkarlar, ya da tövbə etmiş möminlər olur. Üçüncüsü – yoxdur!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ
ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(49. 12) “Ey iman gətirənlər! Zənnə çox
uymayın, çünki bəzi zənlər günahdır. Bir-birinizi izləməyin və dalda qeybət etməyin.
Məgər sizdən kimsə ölü qardaşının ətini yeməkdən xoşlanarmı? Bundan iyrəndinizmi?
Allahdan qorxun! Həqiqətən, Allah Tövbəqəbuledəndir, Mərhəmətlidir».
Fövqəlqüdrətli və Böyük Allah müsəlmanlara
öz mömin qardaşları haqqında pis fikirləşməyi qadağan etmişdir, çünki əksər
hallarda bu onları günah işlətməyə yönəldir. Hər hansı bir insan haqqında əsası
olmayan şübhələr və yaramaz fikirlər bilavasitə günah sözlərlə və əməllərlə
bağlı olur. Bu fikirlər insanın qəlbinə nüfuz edir və o, sonradan peşman
olacağı sözü və ya işi demədikcə və yaxud etmədikcə, onu rahat buraxmır.
Bu ayə müsəlmanlar haqqında nəinki pis
firkirləşməyi, hətta onlara düşmənçilik və ədavət bəsləməyi də qadağan edir.
Ey möminlər! Müsəlmanların nöqsanlarını
öyrənməyə cəhd göstərməyin və onları bəyan etməyin. Qardaşlarınızın səhvlərini
vurğulamağa səy göstərməyin ki, sizin əməlləriniz də öz ardınca arzuolunmaz
nəticələr gətirməsin. Qardaşlarınız haqqında onların xoşlamadıqları söz, bu,
hətta həqiqət olsa da, danışmayın. Müsəlmanların ardınca qeybət danışmağı
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhz belə şərh
etmişdi.
Fövqəluca Allah
qullarını bu günahdan çəkindirmək üçün, öz qardaşının ardınca qeybət edən
insanı, qardaşının ətini yeyənə bənzədərək, belə hərəkətin nə dərəcədə
murdar olduğunu xüsusilə qeyd edir. Əlbəttə ki, siz heç vaxt öz qardaşınızın ətini
yeməzsiniz, xüsusilə, əgər onun canı çıxmış və ölmüşdürsə. Buna görə onun
ardınca haqqında pis danışmayın və o sağ olduqca, ətini yeməyin.
Allahdan qorxun ki, Onun gözəl adları
arasında – Tövbəqəbuledən və Rəhimli adları vardır. O (Pak və Müqəddəs),
qullarına tövbə etmək imkanı verir, bunda onlara kömək edir, sonra da onları
bağışlayır və onların tövbəsini qəbul edir.
Bu ayə müsəlmanları müsəlmanların
ardınca qeybət etməkdən çəkindirir. Bu günah ən böyük günahlardan biridir və
Fövqəluca buna görə onu başqa bir böyük günaha – ölü ətini qida kimi istifadə
etməyə bənzədir.
ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(49.
13) “Ey insanlar! Həqiqətən, Biz sizi bir
kişidən və bir qadından yaratdıq və sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi
tanıyasınız və aranızda ən hörmətliniz Allah qarşısında ən təqvalı
olanınızdır. Həqiqətən, Allah – Biləndir, Xəbərdarolandır».
Rəbb xəbər verir
ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir
insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər.
Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək,
çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini
tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər
öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum
olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri
yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar
tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm
edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar
birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar. Lakin nə
çoxsaylı qohumlar, nə böyük bir xalqa mənsubluq, nə də adlı-sanlı mənşəyə mənsubiyyət
insanın Allahın hörmətinə və mərhəmətinə layiq olmağa kömək etməz, çünki
Onun insanlar arasından ən çox hörmət etdiyi - ən çox xeyirxah və ən çox təqvalı
olan qullarıdır ki, onlar Ona itaət edir və günahlardan çəkinirlər.
Allaha qulları haqqında hər şey məlumdur.
O (Pak və Müqəddəs), bilir ki, onlardan kimisi özünü elə aparır ki, sanki
Ondan qorxur, kimisi də həqiqətən Allahdan qorxur və O (Pak və Müqəddəs), hər
bir insana onun layiq olduğu əvəzi verəcəkdir.
Bu ayədən aydın olur ki, hər bir insan
öz mənşəyini, nəslinin tarixini bilməyə borcludur, axı Allah insanları məhz
buna görə xalqlar və qəbilələr birliklərinə çevirmişdir[4].
ﮌﮍﮎﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ
ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(49. 14) “Bədəvilər dedilər: “Biz iman
gətirdik». De: “Siz iman gətirməmisiniz. Buna görə deyin: “Biz müsəlman olduq».
İman hələ sizin ürəklərinizə daxil olmamışdır. Əgər siz Allaha və Onun Elçisinə
itaət etsəniz, O, qətiyyən sizin əməllərinizi azaltmaz. Həqiqətən, Allah –
Bağışlayandır, Mərhəmətlidir”.
Allahın Elçisinin (ona Allahın salavatı və
salamı olsun!) zamanında yaşamış bəzi bədəvilər islamı kor-koranə
qəbul etmiş, mahiyyətini isə dərk etməmişdilər və dinin ən mühüm tələblərini
yerinə yetirmirdilər, amma bununla yanaşı belə hesab edirdilər ki, onların
imanı kamil və qüsursuzdur. Fövqəluca Elçisinə (ona Allahın salavatı
və salamı olsun!) əmr edir ki, onların yanıldıqlarına gözlərini açsın
və onlara desin: “Elə fikirləşməyin ki, sizin imanınız qüsursuzdur və siz qəlbinizin
və bədəninizin kamilliyinə nail olmusunuz. Yaxşı olar deyəsiniz ki, siz müsəlmansınız,
yəni, Allaha itaət edirsiniz və hələlik sadəcə müsəlmansınız. İman sizin qəlbinizə
hələ daxil olmamışdır. Siz ya Allah qarşısında qorxudan müsəlman olmuşsunuz,
ya da Onun vəd etdiyi mükafatı almaq ümidi ilə ürəklərinizdə imanın cücərtiləri
əmələ gəlmişdir, lakin siz hələ onun bütün füsunkarlığını hiss etməmisiniz».
Bu ayədə elə bir göstəriş var ki, iman
bu bədəvilərin ürəklərinə daxil olacaq və bu sonradan belə də oldu, çünki
Allah onları həqiqi imanla şərəfləndirdi və onları Onun yolunda mətin mübarizlərə
döndərdi.
Əgər siz xeyirxahlıq edərsinizsə və şərdən
qaçınarsınızsa, onda Allah hətta zərrə qədər belə mükafatınızdan əskiltməz və
hər birinizi böyük və kiçik xeyirxah əməllərinizə görə artıqlaması ilə təltif
edər. Həqiqətən, Allah – Bağışlayandır və Rəhimlidir. O (Pak və Müqəddəs),
qullarına tövbə etmələri üçün imkan verir və onlar günahlarını tövbə etdikdə,
mərhəmətini və şəfqətini onlardan əsirgəmir.
ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ
(49. 15) “Yalnız o kəslər mömindir ki, Allaha və Onun Elçisinə
iman gətiriblər və sonra şübhəyə düşməyib, Allahın yolunda öz malları və
canları ilə vuruşublar. Məhz onlar sədaqətlidirlər».
Həqiqi möminlər iki məziyyətə malikdirlər:
möhkəm iman sahibidirlər və Allah yolunda müharibədə iştirak edirlər. Kafirlərlə,
yalnız ürəklərində iman kök salmış möminlər döyüşürlər. Onlar islam, düzgün
baxışlar və Allahın qanunlarını yer üzündə bərqərar etmək uğrunda vuruşurlar.
Bu o deməkdir ki, onlar həm də ciddi-cəhdlə öz yol verdikləri nöqsanları ilə
də mübarizə aparırlar. Təkcə kəmetiqadlar Allah yolunda mübarizədə iştirakdan
yayınmağa cəhd göstərirlər.
Fövqəluca həmçinin
qeyd edir ki, gerçək imanın mütləq şərti seçilmiş yolun doğruluğuna hər
hansı şübhənin olmamasındadır[5].
İman, Allahın quluna, o, Allahın bütün hökümlərinin və verdiyi xəbərlərinin
müdrikliyinə və doğruluğuna möhkəm əmin olduqda və şübhə onun qəlbində özünə
yer tapmadıqda fayda verir.
Əsil mömin, öz imanını gözəl əməlləri ilə
təsdiq edən şəxsdir. Səmimiyyətlə iddia etmək çox ciddi və əhəmiyyətli məsələdir
və o, inandırıcı dəlillərə möhtacdır. Xalis imanla iddia etmək isə daha əhəmiyyətlidir,
çünki məhz belə iman əbədi xoşbəxtliyin və sonsuz uğurun rəhnidir. Buna görə
yalnız iman gətirmiş və dinin ondan tələb etdiklərinin hamısını yerinə yetirən
şəxs səmimi mömin hesab oluna bilər. Kim bunu etmirsə, onda o özünün mömin
olmasını iddia etməkdə yalan danışır. Bundan da başqa, onun iddiaları da mənasızdır,
çünki Fövqəluca Allah bilir ki, insanın qəlbində nələr gizlədilmişdir.
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(49. 16) “De: “Siz dininizi Allahamı
öyrədəcəksiniz? Halbuki, Allah həm göylərdə, həm də yerdə nə olduğunu bilir.
Allah hər şeyi Biləndir».
İnsana özünü əsil
mömin saymaq və ya öz dinini qəti inkar etmək yaraşmaz. Belə hərəkət edənlər
heç bir anlayışı olmadan Allahın adından danışırlar. Bu isə nadanlığın və pis
əxlaqın nəticəsidir. Dünyada heç bir şey Allahdan gizli qalmır. O (Pak və
Müqəddəs), insanların ürəklərində nəyin: imanın və ya küfürün, xeyirxahlığın
və ya pozğunluğun gizlədildiyini bilir. Fövqəluca bunlardan çox gözəl xəbərdardır
və hər bir insana onun layiq olduğunun əvəzini verəcəkdir: xeyirxahlığa
xeyirxahlıqla, pisliyə də pisliklə.
Özlərini səmimi mömin adlandıran, əsil
həqiqətdə, belə olmayan insanlara gəldikdə isə, onların arasında elələri var
ki, onlar sadəcə öz imanını Allaha bildirmək istəyirlər. Artıq bundan sonra
onların bunu etməyə ehtiyacı yoxdur, çünki onlar bildilər ki, Allah hər şeydən
xəbərdardır. Amma onların arasında elələri də var ki, onlar islamı qəbul
edərək, elə zənn edirlər ki, Allahın Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) mərhəmət göstərirlər. Onlar güman edirlər ki, islamı qəbul etmələri
onlara heç bir fayda verməyəcək, yalnız Peyğəmbərə (s.ə.s.) bu dünyada şöhrət
gətirəcək. Onlar özlərini mömin adlandırırlar, lakin onların bu davranışı
onları şərəfləndirmir. Onlar Allahın Elçisinin (ona Allahın salavatı və
salamı olsun!) qarşısında qürurlanmalı olmadıqları bir şeylə fəxr edirlər.
Onlar ona (s.ə.s.) mərhəmətlə yanaşmırlar, halbuki Fövqəluca Allah onlara mərhəmət
göstərir.
ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(49. 17) “Onlar islama gəldiklərinə görə
sənə minnət edirlər. De: “Mənə islama gəlməyinizlə minnət qoymayın. Əgər sadiq
insanlarsınızsa, unutmayın
ki, Allah mərhəmət göstərib, sizi imana gətirmişdir”.
Allah onlara böyük bir mərhəmət göstərib,
onları xəlq etmiş və onlara görünən və görünməyən saysız-hesabsız nemətlər əta
etmişdir. Lakin bunlarla yanaşı O (Pak və Müqəddəs), onlara doğru yol göstərmiş,
islama gəlməyə yardım etmiş və onlara iman vermişdir və Fövqəlucanın bu
xeyirxahlığı bütün başqa şeylərdən, həqiqətən, üstündür.
ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ
(49. 18) “Həqiqətən, Allah göylərin və
yerin qeybini bilir. Allah etdiklərinizi görür”.
Allah Onun məxluqlarının nəzərindən
gizli qalan hər şeyi bilir. O (Pak və Müqəddəs), dənizlərin hədsiz dərinliklərində
örtülü qalan, ucsuz-bucaqsız səhralarda mübhəm olan, gecə pərdəsi altında
gizlənən və gündüzün işıqlanması ilə yoxa çıxan nələr varsa, hamısından xəbərdardır.
O (Pak və Müqəddəs), yağışın hər damcısından və səhradakı qum zərrələrinin
hər birindən agahdır. O (Pak və Müqəddəs), qəlbin gizli niyyətləri və ən məharətlə
gizlədilən əməlləri bilir. Fövqəluca buyurur: “Qeybin açarları Onun yanındadır
və onların barəsində bilən yalnız Odur. Dənizdə və quruda olanlar Ona məlumdur.
Hətta bir yarpaq belə (ağacdan) Onun icazəsi ilə düşər. Yerin
zülmətində bir toxumcuq, nə isə təzə və ya qurumuş bir şey yoxdur ki, Aydın
Kitabda yazılmamış olsun” (Ənam, 6/59).
Allah həmçinin insanların əməllərindən
də xəbərdardır. O (Pak və Müqəddəs), onları hesaba alır və onlardan hər birinə
görə Özünün sonsuz mərhəmətinə və kamil müdrikliyinə uyğun olaraq artıqlaması
ilə əvəz verəcəkdir.
[1] Bizə görə hüdudsuz olan
Kainatı Yaradan Fövqəlqüdrətli Allahın bu məxluqu (Kainat) bizdən ağlasığmaz dərəcədə
uzaqlıqlarda yerləşdirilmiş milyardlarla ulduzlardan, planetlərdən və digər səma
cisimlərindən ibarətdir və O (Pak və Müqəddəs), onları, hər birinin qədərinə müvafiq
olaraq, fasiləsiz idarə edir və yönəldir. Ey əziz və dərrakəli Oxucu! İndi sən
təsəvvür et ki, Allah necə bir fövqəlqüdrətə, fövqəlgücə və insanın təsəvvür edə
bilməyəcəyi əsil heyrətamiz yaradıcı məziyyətlərə malikdir! Allah təkcə
bir Yeri, bir planeti, bir günəş sistemini, bir qalaktikanı deyil, milyon və
milyardlarcasını eyni zamanda İdarəedən, Yönəldən, onlara əta etdiyi sistemlərə
daima və fasiləsiz Nəzarətedən, Yaşadan və qədərlərinə uyğun olaraq ömürlərinin
Hesabınıaparandır! Bütün bu İlahi sistem Allahın iradəsi ilə daima hərəkətdədir,
yeniləşir, məhv edilir, öldürülür, dirildilir, dəyişir və müxtəlif təbəddülata uğradılır.
Bu, insan təfəkkürü üçün əsrarəngiz olan prosesləri əzəli və əbədi dövr etdirən
Allah üçün insanı və ya istədiyi məxluqu bir dəfə artıq yaratmış olduğu
halda, onu yenidən formalaşdırmaq, yəni, öləndən sonra onu diriltmək məgər çətin
ola bilərmi? Əlbəttə ki, yox! İnsanın, Allahın vəd etdiyi əbədi səadətinə nail
olmasına mane olan da elə bu gerçəkliyə - Qiyamət günü dirildiləcəyinə inanmamasıdır!
Əgər insan Allahın fövqəlqüdrətinə azca da olsa, həqiqətən, səmimiyyətlə iman gətirsəydi,
bu gün bəşər cəmiyyətində gedən destruktiv qanunauyğunluqlar konstruktiv
istiqamət almış olardı. Sadəcə desək, bu gün, dünən və sabah baş verənlər bəşər
övladının imansızlığının bəhrələridir. F. Sələfi.
[2] Bu ayədə məhz fasiqlərdən,
yəni fitnəkar, yalançı, günahkar insanlardan bəhs edilir və belələrinin hər
hansı sözünə inanmaq üçün onun yoxlanılmasının, təsdiq olunmasının zəruriliyi tələb
olunur. Təbii ki, burada hər hansı bir müsəlmanın verdiyi xəbərin mütləq
yoxlanması məsələsi qoyulmamışdır. F.S.
[3] Mən kursivlə
verdiyim Ə. Səədinin bu gözəl müddəasına möhtərəm oxucuların diqqətini
xüsusilə yönəltməsini xahiş edirəm. Bu müddəa, yəni islam prinsipi müasir
təftişçilər tərəfindən son dərəcə təhrif olunan və insanlara yanlış izahlarla
aşılanması istənilən bir bəla şəklini almışdır. Allahın dinini öz istədikləri
kimi yozmaq istəyən başı bəlalı inadkar və yolunu azmış “müsəlmanlar” istənilən
səbəblərlə insanları islamdan çıxmış elan edir və Allahın sarsılmaz dininə zərbə
vurmağa cəhd göstərirlər. Allah xatiri üçün kursivlə verdiyim həmin müddəa
üzərində bir qədər dayanıb düşünməyinizi rica edirəm. F.S.
[4] Məhz bu, insanları
toplumlaşmaya, ictimailəşməyə və cəmiyyət halında formalaşmağa yönəltmişdir.
Bu – yönəldilmiş ictimai dirçəliş, inkişaf – ilahi prinsipidir. İnsan
toplularının cəmiyyətlər şəklində qərar tutması Fövqəluca Allahın bəşəriyyətə
bəxş etdiyi daha bir nemətdir. Müəllifin bu müddəasından aydın olur ki, insan
sosial fərddir və onun tənhalığı, özünü qohumluq və ictimai əlaqələrdən təcrid
etməsi Rəbbin bəyənmədiyi və qəzəbinə səbəb olan günahlar sırasındadır. F.S.
Комментариев нет:
Отправить комментарий