\©
DUXAN[1]
SÜRƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ
ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(44. 1) “Ha. Mim”.
(44. 2) “And olsun aydın Kitaba!
(44. 3) “Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən,
Biz xəbərdar edirik”.
(44. 4) “Bütün hikmətli işlər onda ayırd edilir – ”
Fövqəluca,
Quranın, həqiqətən, Fövqəlqüdrətli Allah tərəfindən nazil edilməsinə bu
Mübarək Kitabla and içir. Rəbb onu aydın Kitab adlandırır, çünki Allahın
qulları onda ehtiyacları olan hər şeyin izahını tapırlar.
Bu Kitab
insanların çoxlu xeyir tapdıqları bir gecədə nazil edilmişdir. Bu - əzəmətli
bir gecə və ya Qədər gecəsi idi və o, min aydan daha yaxşıydı. Fövqəluca məxluqların
ən layiqlisi olana (ona Allahın salavatı və salamı olsun!) ərəb dilində ən gözəl
sözlər nazil etmişdi ki, Onun seçdiyi elçisi (s.ə.s) bu Kitabın vasitəsi ilə
öz cahilliyi üzündən yolundan azmış bədbəxt xalqına nəsihət versin. Rəbb onlara
haqqı tapmaq və öz yolunu haqq dinin nuru ilə işıqlandırmaq, Elçinin (ona
Allahın salavatı və salamı olsun!) ardınca getmək və həm bu dünyada, həm də
ölümdən sonra böyük nemətə nail olmaq üçün gözəl imkan bəxş etmişdi.
Bu əzəmətli
gecədə Allahın, Onun dininə və məxluqlarının taleyinə aid bütün hökmləri bəyan
edilir və hikmətli kitablarda yazılır. Qədər gecəsi alicənab mələklərin qeydə
aldıqları yazılar, Fövqəlucanın bütün məxluqlarının taleyi: əcəli, nəsibi, əməlləri
və zənginliyi Allah tərəfindən təyin edilən ilkin qədərə tamamilə uyğundur.
Bu yazı
yeganə deyildir. Döl hələ ananın bətnində olduğu zaman Allah ona bir mələk
göndərir və o, dölün dünya həyatında qismətinə düşəcək hər şeyi onun taleyinə
yazır. Uşaq dünyaya gələndə isə, Allah ona mötəbər katib mələklər təhkim edir
və onlar onun bütün əməllərini yazıb saxlayırlar. Bundan başqa, artıq dediyimiz
kimi, Fövqəluca hər ilin Qədir gecəsində mələklərə il ərzində baş verəcək hər
şeyi yazmalarını əmr edir.
ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ
ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(44. 5) “dərgahımızdan
gələn əmrlə. Şübhəsiz ki, Biz elçilər göndəririk”
(44. 6) “Eşidən, Bilən Rəbbinin mərhəməti
sayəsində”,
Bütün bunlar Allahın elminin kamilliyinə və Onun hüdudsuz hikmətinə
və Öz məxluqları haqqında çəkdiyi qayğısına dəlalət edir. Kainatda bütün işlər
Onun iradəsi ilə baş verir. O (Pak və Müqəddəs), Öz mərəhəməti ilə peyğəmbərlər
göndərmiş və Mübarək Kitablar nazil etmişdir ki, bunlardan ən şərəflisi
Qurandır. Eyni zamanda doğru təlimat və Səmavi Kitablar Onun lütüfkarlığının
ən böyüklərindəndir. İnsanlar həm bu dünyada, həm də Axirətdə hansı nemətləri
əldə edəcəklərinə baxmayaraq, onlara bu lütüfkarlıq sayəsində nail olurlar.
Allahın gözəl adları arasında Eşidən və Bilən adları. O (Pak və Müqəddəs),
hər hansı səsi eşidir və bütün aşkar və qeybə məxsus işlərdən agahdır. O (Pak
və Müqəddəs) bilir ki, Onun qulları peyğəmbərlərə və Kitablara möhtacdırlar və
buna görə onlara rəhm edir və onları onlara zəruri olan şeylərlə təmin edir.
Bunlara görə həmd bütövlükdə təkcə Ona məxsusdur!
ﭷ ﭸ ﭹ
ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(44. 7) “Rəbb göylərin, yerin və onların
arasındakıların Rəbbidir. Əgər siz iman sahibisinizsə”.
(44. 8) “Ondan başqa ilah yoxdur! O dirildir və
öldürür. O – sizin Rəbbiniz və əcdadlarınızın Rəbbidir!”
O (Pak və Müqəddəs), bu dünyanı o mövcud
olmadığı bir şəraitdə xəlq etmişdir və indi onu idarə edir və onunla istədiyini
həyata keçirir. Əgər siz buna əminsinizsə, onda bilin ki, bütün məxluqların Rəbbi
onların həqiqi Allahıdır. Onunla yanaşı ibadətə layiq bir kimsə yoxdur! O
(Pak və Müqəddəs) təkbaşına həyatın və ölümün hökmdarıdır və sizin hamınız öləndən
sonra O (Pak və Müqəddəs) sizi dirildəcək və Qiyamət günü Məhşər meydanında
toplayacaqdır ki, hər birinizə əməllərinizə görə: yaxşılığa yaxşılıqla,
pisliyə də pisliklə əvəz versin. O (Pak və Müqəddəs) – bütün insanların Rəbbidir,
onların qayğısını çəkir və onları şərdən qoruyur.
ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(44. 9)
“Lakin onlar şübhələr içində əylənirlər”.
Fövqəluca birmənalı şəkildə bildirir ki, bütün varlıqların Allahı
yalnız Odur! Allahın bu şəhadəti, onu eşidən hər bir kəsi Vahid Allaha iman gətirməyə
məcbur edir və buna şübhə etməyə yer qoymur. Amma kafirlər haqqa onsuz da şübhə
edirlər və nəyin xatirinə xəlq edildikləri barədə düşünməməyi üstün tuturlar
və onlara zərərdən başqa bir şey gətirməyən boş əyləncələrə qurşanırlar.
ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ
ﮟ ﮠ
(44. 10) “Sən göydən açıq-aydın duman gələcəyi Günü gözlə”,
(44. 11) “o, insanları bürüyəcək. Bu, əzabverici iztirablardır!”
Yaxın və
labüd Gün başladıqda, əzabkeşlərə bu sözlərlə müraciət ediləcəkdir. Quranın şərhçiləri
bu ayədə xatırlanan dumanın nə olması barədə müxtəlif rəylər bildirmişlər.
Onların bəziləri deyiblər ki, bu duman, Qiyamət günü, Cəhənnəmin günahkarlara
lap yaxınlaşması ilə insanları bürüyəcək duman olacaqdır. Bu onu göstərir ki,
Allah kafirləri, Qiyamət günü onlara nəsib olacaq cəza barəsində xəbərdar
etmişdir və Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) həmin
Günün başlamasını gözləməyi buyurmuşdur.
Bu rəy daha
mükəmməldir, çünki Mübarək Quran çox vaxt kafirləri təhdid edərək, onlara
Allahın cəzalandıracağı və onlara verilmiş qısa möhlət haqqında xəbərdarlıq
edir və həm də Elçiyə (ona Allahın salavatı və salamı olsun!) və möminlərə,
zalım düşmənlərinin onları incitməsinə səbir etmələrinin sonuna artıq az müddət
qalması ilə təsəlli verir.
Bu şərhin
lehinə Fövqəlucanın həmçinin aşağıdakı sözləri də əsas verir:
ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(44. 12)
“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bizi iztirablardan xilas et, həqiqətən, biz
iman gətirdik”.
(44. 13)
“Amma onlara açıq-aşkar bir Elçi artıq gəldiyi halda, onlar bu nəsihəti necə
yada sala bilərlər”.
(44. 14)
“Sonra onlar ondan üz çevirmiş və demişdilər: “O – öyrədilmiş bir cinlidir”.
Bu sözlər,
Qiyamət günü kafirlər Allahdan onları dünyaya qaytarmağı yalvardıqları
zaman deyiləcəkdir. Lakin onların bu tövbəsi onlara kömək etməyəcəkdir,
çünki həmin dəhşətli gündə geriyə yol olmayacaqdır[2].
Digər şərhçilər belə hesab edirdilər ki, əvvəlki ayələrdə haqqı qəbul
etməkdən boyun qaçırmış və Allahın Elçisini (ona Allahın salavatı və salamı
olsun!) təkəbbürlə rədd etmiş kafir qureyşliləri haqlamış cəza nəzərdə
tutulmuşdur. O zaman Peyğəmbər (s.ə.s.) kömək üçün Allaha müraciət edərək,
Ondan qureyşliləri elə cəzalandırmağı istəmişdi ki, onların yaşadıqları
illər də, Yusuf peyğəmbərin (ə) zamanında misirlilərin quraqlıq illərində
yaşadıqları kimi ağır olsun. Dəhşətli aclıq başlamışdı və məkkəlilər ölmüş
heyvan cəmdəylərini (leşini) və sümük yeməyə məcbur olmuşdular. Onlar o dərəcədə
zəifləyib, taqətdən düşmüşdülər ki, səmaya baxanda, o onlara duman kimi
görünürdü, halbuki, əslində, bu belə deyildi. Nəhayət, qureyşlilər yardım
üçün Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) müraciət etdilər
və xahiş etdilər ki, Allaha dua etsin ki, onları quraqlıqdan xilas etsin. Rəbb
bütpərəstlərə mərhəmət göstərdi və onları xəbərdar etdi ki, küfrə qayıtmaq əzabverici
cəzaya səbəb olacaqdır. Bununla belə, Ona məlum idi ki, kafirlər onsuz da
haqdan dönəcəklər. Bu, doğrudan da belə oldu. Onda Allah onlara ən müdhiş cəza
göndərdi və belə bir rəy mövcuddur ki, burada Bədr döyüşü nəzərdə
tutulmuşdur.
Bu şərh şübhə doğurur, lakin o, Fövqəlucanın: “göydən açıq-aydın
duman gələcəyi Gün” ifadəsi həm də: “göy açıq-aydın duman kimi
görünəcək” formasında da tərcümə edilə bilən sözləri ilə təsdiq
olunur və bu da yuxarıda təsvir edilmiş hadisədə öz əksini tapmışdır.
Quranın bəzi
şərhçiləri deyirdilər ki, Fövqəlucanın xatırlatdığı duman Qiyamət gününün
böyük əlamətlərindən biridir. Bu duman dünyanın sonu başlamazdan bir qədər əvvəl
püskürüləcək və o qədər qatı olacaq ki, insanlar çətinliklə nəfəs
alacaqlar. Onun zərəri yalnız möminlərə toxunmayacaq və o, onlara adi dumanın
göstərdiyi təsirdən artıq təsir göstərməyəcək.
Yuxarıda
qeyd etdiyimiz üç şərhdən ən qüvvətlisi birincisidir və ona uyğun olaraq,
bu ayələrdə Qiyamət günü baş verəcək hadisələr təsvir edilmişdir.
ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
ﯤ ﯥ ﯦ
(44. 15) “Həqiqətən,
Biz sizi bu əzabdan qısa bir müddətə xilas edərik, şübhəsiz ki, siz yenə də dönəcəksiniz”.
(44. 16) “Həmin
gün Biz onları möhkəmcə yaxaladıqda, Biz, həqiqətən, qisas alacağıq”.
Artıq
bildirdiyimiz kimi, burada söhbət Məkkə sakinlərindən və Bədr döyüşlərindən
gedir. Bu və bundan əvvəlki ayələrin belə şərhi heç vəchlə Quran mətninə zidd
deyil, əksinə, ona tamamilə uyğun gəlir. Buna görə mən məhz bu şərhə
üstünlük verirəm, amma bu barədə ən doğrusunu Allah bilir.
Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) inkar edən bütpərəstləri
xatırladıqdan sonra, Fövqəluca onun (s.ə.s.) və möminlərin yadına salır ki,
fasiqlər əvvəllər də Onun elçilərini inkar edərdilər. O (Pak və Müqəddəs)
Musa peyğəmbərin (ə), kafirləri törətdikləri cinayətlərdən çəkindirməyə
cəhd göstərərək, Onun dinini necə təbliğ etdiyi barədə xəbər verir.
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ ﯰ
(44. 17)
“And olsun ki, sizə qədər Biz Fironun xalqını sınamışdıq və onların yanına
alicənab elçi gəlmişdi”.
Allah
Fironun (L) xalqının yanına alicənab elçi İmran oğlu Musanı (ə) göndərmişdi.
Onun (ə) alicənab və gözəl əxlaqi ilə digər heç kim müqayisə edilə bilməzdi.
Bununla Allah onları sınaqdan keçirmişdi ki, onların arasından haqqı sevənləri
və onu axtaranları aşkar etsin.
ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ
ﯷ ﯸ ﯹ ﯺ ﯻ
(44. 18)
“Allahın qullarını mənə təslim edin. Həqiqətən, mən sizin etibara layiq
elçinizəm”.
İsrail
oğullarını mənə qaytarın və onlara əziyyət verməkdən əl çəkin, çünki onlar mənim
qardaşlarım və bacılarımdır və zəmanələrinin ən yaxşı insanlarıdır. Siz onları
əsarət altında saxlayır və zalımcasına istismar edirsiniz. Buna son qoyun və
İsrail oğullarına imkan verin ki, öz Böyük Rəbbinə ibadət etsinlər. Məni sizin
yanınıza aləmlərin Rəbbi Özü göndərmişdir və O (Pak və Müqəddəs) mənə, sizə
çatdırmaq üçün Öz bəyənatını vermişdir. Mən bu Bəyanatdan heç bir şeyi sizdən
gizlətmirəm və ona heç bir artıq şey əlavə etmirəm və siz mənim sizə xəbər verəcəyim
hər şeyi qəbul etməlisiniz.
ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ
ﭗ ﭘ ﭙ ﭚ ﭛ
(44. 19)
“Özünüzü Allahdan uca tutmayın, çünki mən sizə aydın dəlillər gətirmişəm”.
Siz Ona
ibadət etməkdən boyun qaçırmayın və Onun qullarına yuxarıdan aşağı
baxmayın, axı mən sizin yanınıza aydın möcüzələr və təkzibolunmaz dəlillərlə
gəlmişəm.
Lakin misirlilər onu (ə) yalançı saydılar və onu (ə) öldürməyi qət
etdilər. Belə olduqda, Musa (ə) Allahdan, onu (ə) onların şərindən və məşum
daş-qalaq edilməkdən qorumasını xahiş etdi və dedi:
ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ
(44. 20) “Həqiqətən,
mən sizin məni daşlamamanızdan ötrü mənim də Rəbbim, sizin də Rəbbiniz olana
sığınıram”.
(44. 21)
“Əgər siz mənə inanmırsınızsa, məni tərk edin”.
Siz mənə
iman gətirə bilərsiniz və mənim nail olmaq istədiyim də budur. Əgər siz
ardımca gəlməkdən imtina edirsinizsə, onda məni rahat buraxın: məni müdafiə
etməyin və mənə mane olmayın, mənə qarşı fitnə-fəsad qurmayın. Əgər siz bunu
etməsəniz, Allaha qarşı qiyam qaldırsanız, mənimlə döyüşsəniz və mənim
xalqımı alçaldılmaqdan xilas etməyə imkan verməsəniz, onda mən kömək üçün
Allaha müraciət etməyə məcbur olacağam. Kafirlər öz bildikləri kimi etdilər və
Musanı (ə) rahat qoymadılar.
ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(44. 22)
“Sonra o, Rəbbinə müraciət etdi: “Onlar günahkar insanlardır”.
(44. 23)
“Allah buyurdu: “Sən Mənim qullarımla gecə yola düşün. Həqiqətən, sizi təqib
edəcəklər”.
Onlar elə
ağır günahlar edirlər ki, tezliklə cəzalandırılmağa layiqdirlər. Musa peyğəmbər
(ə) bu duasinda misirlilərin olduğu vəziyyəti xüsusilə vurğulayır. Belə
dualar sadəcə şifahi müraciətdən həmişə üstün olur. O (ə) həmçinin Rəbbinə
özünün (ə) vəziyyətini də bildirir və deyir: “Ey Rəbbim! Mən Sənin nazil
edəcəyin istənilən xeyirxahlığa möhtacam” (Qəsəs, 28/24). Onun (ə) duası
necə də qısa, lakin bəlağətli idi! Fövqəluca onun (ə) duasını qəbul edib, Öz
elçisinə (ə) İsrail oğullarını gecə qaranlığının pərdəsi altında şəhərdən
çıxartmasını əmr etdi və ona (ə) xəbər verdi ki, onları təqib edəcəklər.
ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ
(44. 24) “Dənizi
sakitcə tərk et! Onların qoşunları boğulacaq”.
Hər şey Allahın dediyi kimi baş verdi. Musa (ə) və onun (ə) qəbilədaşları
yola düşdülər, Firon (L) isə çox böyük bir ordu toplayıb, onları təqib etməyə
başladı. Musa (ə) dənizə çatanda, Allah ona (ə) əmr etdi ki, əsası ilə dənizə
vursun və burada dəniz aralandı və onun ortasında iki tərəfdən nəhəng dağlara bənzər
su divarları ilə hasar çəkilmiş on iki keçid əmələ gəldi. Musa (ə) və İsrail
oğulları bu keçidlərlə yollarına davam etdilər və onların hamısı qarşı tərəfdəki
sahilə çatdıqda, Allah Musaya (ə) əmr etdi ki, dənizi sakitcə tərk etsinlər ki,
Firon (L) və onun qoşunları onların ardınca gəlsinlər. Onların taleyi həll
olunmuşdu və Rəbb peyğəmbərinə (ə) düşmən ordusunun məhv ediləcəyini
bildirmişdi. Qoşunların hamısı dənizə daxil olduqdan sonra Fövqəluca Allah
aralanmış dənizə əmr etdi ki, onların üzərində qapansın və onların hamısı bir
nəfər kimi suya qərq olub boğuldular. Onların dünya həyatında kef çəkdikləri bütün
nemətlər əsarət altına aldıqları İsrail oğullarının əlinə keçdi. Buna görə
Fövqəluca belə buyurur:
ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ
(44. 25) “Onlar neçə-neçə bağları və çeşmələri tərk etdilər;”
(44. 26) “əkinləri,
bərəkətli yerləri”
(44. 27) “və
həzz aldıqları səadəti də!”
(44. 28)
“Bax beləcə! Biz isə digər bir xalqı bunlara varis etdik”.
“Əş-Şüəra”
surəsində Allah izah edir ki, digər xalq – İsrail oğulları idi. O (Pak və Müqəddəs)
buyurur: “Bax beləcə! Biz buna İsrail oğullarını varis etdik” (Şüəra,
26/59).
ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
(44. 29) “Nə
göy, nə də yer onlardan ötrü ağlamadı və onlara möhlət də verilmədi”.
Nə göy, nə
də yer Fironun (L) və onun qoşunlarının həlak olaraq, bu dünyadan ayrılmalarına
kədərlənmədi. Bundan başqa, bütün canlılar bu fasiqlərin məhv olmasına
sevindilər. Hətta göylər və yer də buna sevindilər, çünki bu günahkarların
bütün törətdikləri onları narahat edir və həmçinin onları lənətləməyə və
onlara nifrət bəsləməyə yönəldirdi. Bax buna görə də Allahın cəzası ləngitmədən
onları haqladı.
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(44. 30)
“Biz artıq İsrail oğullarını xilas etmişdik alçaldıcı iztirablardan” –
(44. 31)
“Firondan. Həqiqətən, o, təkəbbürlüydü və o, həddi aşanlardan biriydi”.
Fövqəluca İsrail oğullarına lütüfkarlıq göstərmişdi, onları Öz
yardımı ilə şərəfləndirmişdi və onları Fironun (L) özbaşınalığından xilas
etmişdi. O (L), onların kişi cinsindən olan uşaqlarını öldürür və yalnız qız
uşaqlarını sağ buraxırdı. O (L), heç bir haqqı olmadan yer üzündə təkəbbürlə gəzirdi
və həddini aşırdı, yəni, Allahın hökmlərinə itaətsizlik göstərir və ən ağır
günahlar törədirdi.
ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(44. 32)
“And olsun ki, Biz onları bilərək seçib, aləmlərdən üstün tutduq”.[3]
Allaha əzəldən
məlum idi ki, yəhudilər Onun onlara göstərdiyi lütüfkarlığına laqeyd
yanaşacaqlar. Buna baxmayaraq, O (Pak və Müqəddəs), İsrail oğullarını seçmiş
və onları, onlara qədər yaşayan və sonradan gələn, lakin Muhəmməd Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) ümmətinədək gələn xalqların üstündə
ucaltmışdı. Yer üzünə mömin müsəlmanların ümməti gəldikdə isə, Fövqəluca bu
ümməti bütün digər xalqlardan və İsrail oğullarından üstün etdi. Müsəlmanlar o
vaxtadək dünyada əvvəllər yaşamış xalqlardan ən yaxşısı oldular və Allah onları,
əvvəllər heç kəsi şərəfləndirmədiyi kimi, şərəfləndirdi.
ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
ﯛ ﯜ
(44. 33)
“Biz onlara elə ayələrimizdən bəxş etdik ki, onlar aydın sınaq idi”.
Fövqəluca
İsrail oğullarına qeyri-adi möcüzələr göstərdi ki, onlar böyük nemət və ağır
sınaq idi. O dəlillər Musa peyğəmbərin (ə) dediyi hər şeyin doğruluğunu təsdiq
edirdi və kafirləri öz küfürlərinə haqq qazandırmaqdan məhrum edirdi.
ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
ﯨ ﯩ
(44. 34) “Həqiqətən,
onlar hökmən deyəcəklər:”
(44. 35)
“Bizim üçün bir ölüm vardır və biz dirildilməyəcəyik”.
Allah
bildirir ki, müşriklər ölümdən sonra dirildilməni mümkün olmayan bir şey hesab
edirlər, Axirət həyatını inkar edir və Cənnət və Cəhənnəmin mövcudluğuna
inanmırlar. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) və, deməli,
Allahın Özünün gücsüzlüyünü göstərməyə cəhd edərək, onlar deyirlər:
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(44. 36)
“Əgər siz doğru deyirsinizsə, bizim atalarımızı gətirin”.
İnadkar
cahillərin bu sözləri yalnız ona dəlalət edir ki, onların hamısı dərin
azğınlıq içindədirlər. Qiyamət günü dirilmə haqqında gerçək xəbərlə Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ölüləri dirildə bilməməsi
arasında hansı əlaqə vardır? Lakin bütpərəstlər bu barədə düşünməmişdilər,
baxmayaraq ki, onlar, Peyğəmbərin (s.ə.s.) doğruçuluğunu təsdiq edən bir çox
dəlillərin və möcüzələrin şahidləri olmuşdular.
ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
ﯶ ﯷﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ
(44. 37)
“Onlar daha yaxşıdırlar və yaxud Tubba xalqı və onlardan əvvəlkilər? Biz onları
məhv etdik. Həqiqətən, onlar fasiq idilər”.
Sənin düşmənlərin
əvvəllər yaşayan günahkarlardan daha yaxşı deyildilər. Onlar da eyni zalımlıq
edirdilər və onları da həmin kədərli son gözləyir.
ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌﰍﰎﰏ
(44. 38)
“Biz göyləri, yeri və onların arasındakıları əylənmək üçün yaratmamışıq”.
(44. 39)
“Biz onları haqdan başqa bir şey üçün yaratmadıq, lakin onların əksəriyyəti
bilmir”.
Fövqəluca
Özünün fövqəlqüdrəti və Özünün hüdudsuz müdrikliyindən xəbər verir. O (Pak
və Müqəddəs), göyləri və yeri əyləncə xatirinə deyil, haqq xatirinə və haqqa
tam uyğun olaraq xəlq etmişdir. O (Pak və Müqəddəs), bütün məxluqları yaratmışdır
ki, yalnız təkcə Ona ibadət etsinlər və özlərinə digər “ilahlar” düzəltməsinlər.
O (Pak və Müqəddəs), bütün varlıqları yaratmışdır ki, onlara əmr etsin
və qadağa qoysun, sonra isə cəzalandırsın və mükafatlandırsın[4]. Lakin
insanların əksəriyyəti bundan xəbərsizdirlər və buna görə də göylərin və
yerin yaradılması haqqında düşünmürlər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
(44. 40) “Həqiqətən,
Fərqləndirilmə günü – hər kəs üçün müəyyən edilmiş müddətdir”.
Bəhs edilən – Qiyamət günüdür ki, həmin gün Allah bütün insanlar arasında,
birincidən başlamış sonuncuya qədər hamısına dair hökm çıxaracaqdır və onda yer
üzündəki insanlar arasında baş vermiş bütün mübahisələr və çəkişmələr həll
olunacaqdır. Allahın bütün yaratdıqları Qiyamət günü Məhşər meydanında Onun
hüzurunda toplaşacaqlar və O (Pak və Müqəddəs) Onlara törətdikləri əməlləri
göstərəcək və etdikləri hər şeyə görə əvəz verəcəkdir.
ﭗﭘﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(44. 41) “Həmin
gün dostun dosta faydası olmaz. Onlara yardım da edilməz”,
(44. 42)
“Allahın iltifat göstərdiklərindən başqa. Həqiqətən, O – Fövqəlqüdrətlidir, Mərhəmətlidir”.
Qiyamət
günü nə keçmişdəki dostluq, nə qohumluq əlaqələri insanları bir-birinə yaxın
etməyəcək və heç kim günahkarları Fövqəlqüdrətli və Böyük Allahın qisasından
xilas edə bilməyəcək. Hakimiyyət bütövlükdə yalnız Allaha məxsus olacaqdır və
heç bir məxluq onun ən kiçik bir hissəsinə belə sərəncam çəkə bilməyəcəkdir.
Təkcə mömin qullar Allahın mərhməti sayəsində həmin gün xoşbəxtlik və əzəmət əldə
edəcəklər, çünki onlar dünya həyatında var qüvvələri ilə Onun iltifatını
qazanmağa səy göstərir və bunun xatirinə zəhmətə qatlaşırdılar.
ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(44. 43) “Həqiqətən,
zəqqum ağacı”
(44. 44)
“günahkarın yeməyidir”.
(44. 45) “Mis ərintisi kimidir – qarınlarda elə qaynayar ki”,
(44. 46)
“sanki qaynar su kimi pıkkıldayar”.
(44. 47)
“Onu yaxalayıb, Cəhənnəmin ortasınadək sürükləyin”.
(44. 48)
“Sonra başına şiddətli əzab verəcək qaynar su tökün”.
(44. 49) “Ləzzət
al! Axı sən – “qüdrətli”, “alicənab” idin!”
Fövqəluca, Qiyamət gününü və insanların Cənnət və Cəhənnəm sakinlərinə
ayırılacaqlarını xatırlatdıqdan sonra, bildirir ki, kafirlər və fasiqlər Cəhənnəm
odunda iztirab çəkəcəklər və onları yeməyi isə zəqqum ağacının meyvələri
olacaqdır. Bu – ağacların ən dəhşətlisi və murdarıdır və onun meyvələrinin
dadı çox pis iyli irini xatırladır və həm də o, ağlasığmaz dərəcədə istidir və
qarında qaynar suyun pıkhapıkla qaynadığı kimi qaynayır. Əzabkeşə deyiləcəkdir:
“Sən özünü böyük, alicənab insan sayırdın! Əgər sən belə böyük idinsə, niyə bəs
özünü cəzadan qoruya bilmədin? Əgər sən belə alicənab idinsə, niyə səni
Allahın cəzası haqladı? Bu gün sənə aydın oldu ki, sən nifrətoyadıcı və alcaq
imişsən”.
ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(44. 50)
“Budur sizin şübhə etdikləriniz!”
Bu gün siz
cəzalandırılacağınızın gerçəkliyinə əmin oldunuz və hətta onu öz üzərinizdə
hiss etdiniz.
ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ ﮟ
(44. 51) “Həqiqətən,
təqva sahibləri əmin-amanlıqda olacaqlar –“
(44. 52) “Cənnət
bağlarında və çeşmələr başında”.
Fövqəluca Onun qəzəbindən və cəzalandıracağından
qorxan, günahlardan çəkinən və xeyirxah işlər görən təqvalı möminləri gözləyən
mükafat haqqında xəbər verir. Rəbb onları Öz qəzəbindən qorudu və cəzadan
xilas etdi. Bu isə o deməkdir ki, O (Pak və Müqəddəs) onlardan razı qalmışdır və
onlara mütləq böyük mükafat əta edəcəkdir. Onlar sıx ağacların kölgəliklərində
olacaq və onları meyvə ağacları və bulaqlar əhatə edəcəkdir. Bağlarında
füsunkar çaylar axacaq və onlar istədikləri vaxt o çayların istiqamətini dəyişə
biləcəklər. Onlar orada ən zərif və gözəl zövq alacaqlar və onların sevincinə
heş bir şey mane olmayacaq.
ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ
(44. 53)
“Onlar atlaz və xalis ipək geyinib üzbəüz oturacaqlar”.
Onlar yaşıl
ipək parçadan: zərif atlasdan və toxunmuş parçadan libaslar geyəcəklər. Hər kəs
özü üçün ürəyi istədiyi bəzək şeyləri tapacaqdır. Onlar qarşı-qarşıya
oturacaq, onların ürəkləri rahatlıq içində olacaq, çöhrələrində isə sönsuz
sevinc əks olunacaqdır. Onlar bir-birilərinə ən gözəl hisslər və məhəbbət bəsləyəcək,
bir-biriləri ilə ehtiram və hörmətlə davranacaqlar.
ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(44. 54)
“Bax belə! Biz onları ahu gözlü hurilərlə evləndirərik”.
Siz mütləq
bu təsvirəgəlməz səadətdən həzz alacaq və bu böyük sevinci sınaqdan keçirəcəksiniz,
Biz isə sizi ahu gözlü, gözəlliyi və kamilliyi baxışları qamaşdıran və
ağılları heyrətə salan hurilərlə nikahlayarıq.
ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ
(44. 55)
“Orada onlar əmin-amanlıq içində hər hansı meyvəni istəyə biləcəklər”.
Möminlər Cənnətdə, yerdəkilərlə heç bir müqayisəyə gəlməyəcək istənilən
meyvəni sifariş edə biləcəklər. Onların bəzilərinin adlarını bu maddi
dünyada eşitmişdilər, bəziləri haqqında isə heç eşitməmişdilər. Onlar Cənnət
xidmətçilərindən yemək gətirilməsini istəyən kimi, onlara o saat ən yaxşı
yeməklər və ən yaxşı meyvələr gətiriləcək. Onlar bundan ötrü səy göstərməyəcəklər
və Cənnətdə ağır zəhmətin nə olduğunu bilməyəcəklər. Onlar bütün bu yeyinti
məhsullarının günlərin bir günü yox olacağına və ya korlanacağına görə
narahat olmayacaqlar. Onlar qəm və qüssədən, bu əbədi səadətdən ayrıla biləcəklərindən
və ölümdən mühafizə olunacaqlar.
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(44. 56)
“Orada onlar ilk ölümdən sonra başqa ölüm dadmayacaqlar . O, onları Cəhənnəmdə
əzabdan qorumuşdur”
(44. 57) “sənin
Rəbbinin mərhəməti sayəsində. Budur böyük uğur!”
Bu
dünyadakı ölümdən sonra bir daha ölümlər olmayacaq. Bu onu göstərir ki, istənilən
və arzu edilən nə varsa, Cənnət sakinlərinin gözündə daha da mükəmməl bir
obraza çevrilir. Möminlər bu böyük mükafatı alacaq və cəzalandırılmaqdan
xilas olmağı yalnız Allahın mərhəməti sayəsində bacaracaqlar, çünki məhz Fövqəluca
Allah onları xeyirxah əməllər işləməyə ruhlandırmışdı ki, bunlar Axirət həyatında
uğur qazanmanın səbəbləridir. Bundan başqa, Rəbb onları, yer üzündə saleh əməlləri
ilə qazandıqlarından dəfələrlə üstün olanı ilə mükafatlandırmışdı. Məgər
Allahın iltifatını qazanmaqdan, Cənnətdə yüksək məqama nail olmaqdan, Onun qəzəbindən
və cəzalandırmasından xilas olmaqdan da daha böyük uğurmu var?
ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ
(44. 58)
“Biz onu sənin dilində asanlaşdırdıq ki, bəlkə onlar nəsihəti yadda saxlaya
bildilər”.
Allah
Quranı asanlıqla qavranılması üçün dünyadakı bütün dillərin ən zəngini və gözəli
ilə nazil etmişdir. O (Pak və Müqəddəs) onun səslənməsini gözəl, tələffüzünü
yüngül, mənasını asan başa düşülən və məzmununu anlaşıqlı etmişdir ki, insanlar
doğru yolla getsinlər və nəyin faydalı və nəyin də zərərli olduğunu başa
düşsünlər.
ﯭ ﯮ ﯯ ﯰ
(44. 59) “Sən
gözlə. Elə onlar da gözləyirlər”.
Ey Muhəmməd!
Sən vəd edilən köməyi və vəd edilən nemətləri gözlə. Eyni zamanda müşriklər də
Allahın cəzasını gözləməkdədirlər. Bu dünyada bütün insanlar öz qismətlərini
gözləyirlər: Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) və onun
(s.ə.s) ardıcılları yer üzündə xoşbəxtlik və ölümdən sonra uğur, amma onların
düşmənləri – yer üzündə bədbəxtlik və öləndən sonra da cəza gözləyirlər.
03 may 2011.
Bu cildin və
bundan əvvəlki cilidlərin təshihində və nəşrində
Allah rizası üçün öz köməyini əsirgəməmiş təmənnasız insanlara Fövqəluca Allahdan kömək etməsini və onların savabını
qat-qat artırmasını diləyirəm. F.S.
Allah rizası üçün öz köməyini əsirgəməmiş təmənnasız insanlara Fövqəluca Allahdan kömək etməsini və onların savabını
qat-qat artırmasını diləyirəm. F.S.
Əbdürrəhman
ibn Nasir əs-Səədinin “Müqəddəs Quran Təfsiri”əsərinin, Azərbaycan dilinə
tərcümə edilmiş bu kitabın, nəşr hüququ Azərbaycan Respublikasının
müvafiq qanunları ilə mühafizə olunur.
Onu yenidən istənilən formada
nəşr, çap etmək, müxtəlif vasitələrlə surətini çoxaltmaq hüququ ancaq tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!
mob. tel.: 050-634-38-78
ƏBDÜRRƏHMAN
BİN NASİR ƏS-SƏƏDİ
MÜQƏDDƏS
QURAN
TƏFSİRİ
SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN
ASANLAŞDIRMA
Няшриййат
редактору:
Техники
редактор:
Бядии
редактор:
Сящифяляйиъи:
|
Суьра ОСМАНОВА
Рауф КЯРИМОВ
Елнур ЯЩМЯДОВ
Сядагят КЯРИМОВА
|
Йыьылмаьа
верилмишдир: 29.04.2011.
Чапа
имзаланмышдыр: 31.05.2011.
Няшрин
юлчцсц: 70х100
1/16.
Физики
чап вяряги: 41.
Сифариш:
115/11.
Сайы: 1000
ядяд.
Мцгавиля
гиймяти иля.
Бакы, Az1122, Зярдаби пр. 78 / Тел:
4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
|
NURLAR
NƏRİYYAТ-POLİQRAFİA MƏRKƏZİ |
[1] “Duxan”
sözü ümumiyyətlə qaz halında havada az-çox sabit bir ölçüdə mövcud olan kiçicik
zərrələrdən əmələ gəlir, duman, buxar, qaz mənalarını verir. Fussilət, 41/11
ayəsindən məlum olur ki, Kainat qaz halında olan bir mərhələdən sonra,
Allahın iradəsi ilə, Kainatın və Yerin bugünkü formasını almış mərhələsinə
çevrilmişdir. “Böyük Partlayışdan” (“Big Bang”) sonra Yer kürəsinin, Günəşin
və ulduzların elə həmin anda yaranmadığını (hələ tam təşəkkül tapmadığını)
bilirik. Kainat hələ heç bir ulduzun olmadığından öncə qaz (duman, buxar)
topası halında idi. Bunların da əsas maddəsi hidrogen idi. Bu qaz halındakı maddə
toplusunda daha sonra ən çox Helium yaradılmışdı. Bu topada baş verənlər daha
sonra Allahın fövqəlgücünün ilahi enerjisi ilə misilsiz müdhiş sıxlaşdırılmalar sayəsində yeni ünsürlərin, maddələrin, ulduzların, planetlərin, günəşin və sairənin.
yaradılmasına başlanılmışdır. (Bax: “Quran heç tükənməyən möcüzə” əsəri, səh. 44).
F.S.
[2] Fövqəlqüdrətli Allahın
Dinini, peyğəmbərlərini inkar edən kafirlər doğrudan da düşüncəsiz və cahil insanlardır,
çünki Qiyamət günü artıq təkcə Yerin deyil, bütün Kainatın bürmələnib
yığışdırılacağı bir gerçəklikdə yer üzünə qayıtmağı yalvaracaq cəhənnəmliklər
başa düşmürlər ki, onların bu istəkləri puç bir xülyadır. Cəhənnəmdə bunu arzu
edənlər hələ də bilməyəcəklər ki, onların qayıtmaq istədikləri maddi dünya
artıq yoxdur!!! F.S.
[3] İbn Kəsir bu ayənin təfsirində
yazır ki, “bu ayəni Mücahid belə izah edir: “And olsun ki, Biz bilə-bilə onları
aralarında olduqları kimsələrdən daha üstün tutuduq və onlara ayələrimizdən
elələrini verdik ki, onlarda imtahan (sınaq) var idi”. Bax: İbn Kəsir,
(44/32-ci ayənin təfsiri). Mən belə düşünürəm ki, İbn Kəsirin şərhdəki
Mücahidin və Katadənin izahlarından belə bir nəticəyə gəlmişdir ki, Allahın
İsrail oğullarına üstünlük verməsi, Fövqəlucanın Öz Fövqəlmüdrik elmi və
onları imtahana çəkməsi ilə bağlıymış. F.S.
[4] Kursiv mənimdir. Müəllifin bu gözəl müddəalarından belə bir nəticə
çıxarmaq olar ki, Fövqəluca Allahın Kainatı və onun içindəki varlıqları
yaratmaq məqsədlərindən biri də əbədi sabitlikdən
real yaradıcılıq fəaliyyəti həyata keçirmək qərarına gəlməsi imiş. (Bu
mülahizə bu Təfsiri Azərbaycan dilinə tərcümə edənə məxsusdur) . F.S.
Комментариев нет:
Отправить комментарий