среда, 2 мая 2012 г.

42. ƏŞ-ŞURA SURƏSİNİN ŞƏRHİ


 
ƏŞ-ŞURA
SURƏSİNİN
ŞƏRHİ

 ﭑ ﭒ ﭓ ﭔ

 Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭞﭟ

(42. 1) “Ha. Mim”.
(42. 2) “Eyn. Sin. Qaf”.
(42. 3) “Fövqəlqüdrətli, Müdrik Allah sənə, sən­dən əvvəlkilərə də, belə vəhy edir”.

Fövqəluca xəbər verir ki, O (Pak və Müdrik), əzəmətli Quranı Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!), bir vaxtlar ondan əvvəlki peyğəmbərlərə və elçilərinə Vəhyi nazil etdiyi kimi, nazil etmişdir. Həqiqətən, Mübarək Kitabların vəhy edilməsi və bir-birinin ardınca peyğəmbərlərin göndərilməsi – Fövqəluca Rəbbin mərhəmətidir.
Muhəmməd (ona Allahın salavatı və salamı olsun!) – elçi­lə­­rin birincisi deyildir və onun yolu da, ondan əvvəlkilərin yolu kimidir. Onun taleyi onların taleyinə, onun təlimi isə, onların tə­liminə oxşardır, çünki onların hamısının əsas mətləbi – ibadətə la­yiq, Böyük, Fövqəlqüdrətli, Müdrik, Vahid Allah tərəfindən na­zil edilmiş dəyişilməz haqdır. Göylər və yer Onun hakimiyyəti altındadır və Onun qanunlarına və Onun qədərinə tabedir.

ﭠﭡ ﭢ ﭣﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ

(42. 4) “Göylərdə və yerdə olanlar Ona məxsusdur. O – Fövqəlali, Fövqəlqüdrətlidir”.
(42. 5) “Göylər az qala üstdən çatlamağa hazırdır. Mələk­lər öz Rəbbini həmd ilə şərəfləndirirlər və yerdə olanlar üçün bağışlanma di­ləyirlər. Həqiqətən, Allah – Bağışlayandır, Rəhm­­­­li­­­dir”.

O (Pak və Müqəddəs), məxluqlarından fövqəlqüdrəti, ha­kimiyyəti və məqamı ilə üstündür. O (Pak və Müqəddəs), elə bö­yükdür ki, göylər, güclü, möhkəm və sabit olmalarına baxma­yaraq, öz üst qatlarında artıq çatlamağa hazırdır. Allaha yaxın olan nəcib mələklər Onun əzəməti qarşısında mütidirlər, föv­qəlqüdrətinə və hökmranlığına itaətkardırlar. Onlar Onu ən gö­zəl adları ilə şərəfləndirərək, Ona həmd edirlər və Onun ka­mil­liyini və qüsurlardan xali olmasını təsdiq edirlər. On­lar yer sa­kinlərinin, Əzəmətli və Şərəfli Hökmdara layiq oldu­ğu kimi Rəb­bə ibadət edə bilmədiklərinə görə, Allahdan onları bağışlamasını diləyirlər. Lakin Fövqəluca Allah – Bağışlayan və Mərhəmətlidir və əgər Onun lütüfkarlığı və rəhmdilliyi olma­saydı, onda O (Pak və Müqəddəs), məxluqlarını onların la­qeyd­liyinə və zalımlığına görə təxirə salmadan cəzalandırardı.
Beləliklə, peyğəmbərlərin (onlara salam olsun!) vəhy alma­larını xatırlatdıqdan sonra, Allah Özünü həmdəlayiq adlarla sə­ciyyələndirir ki, bu da Quranda Allahın kamilliyini təsdiq edən dəlillərin olduğunu göstərir. Onun əzəmətli adları qullarına Onu dərk etməyə imkan verir, onların ürəklərini Ona qarşı ehtiramla, itaətlə, minnətdarlıqla və məhəbbətlə doldurur və həmçinin onları Ona bütün varlığı ilə ibadət etməyə sövq edir.
Məxluqları Allahla bərabər tutan günahkarlar ən böyük za­­­lım­lıq edirlər və yaramaz sözlər danışırlar. Onların “ilahları” onlara fayda vermək və ya zərər vurmaq iqtidarında deyillər. On­lar – hər addımbaşı öz Xaliqinə möhtacdırlar. Buna görə, daha sonra Fövqəluca buyurur:

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

(42. 6) “Allah özlərinə Ondan başqa dostlar seçənləri də Qoruyandır, sən isə onların vəkili deyilsən!”

Onlar öz “ilahlarına”, yalnız tək Allah üçün etməli olduq­ları kimi, ibadət və itaət edirlər. Doğrusu, onlar yanılırlar, çünki onların “ilahları” faydasız “hamilərdir”. Əslində, onlar ümumiy­yətlə insanlara hamı ola bilməzlər. Qoy müşriklər bilsinlər ki, Allah onlara nəzarət edir: O (Pak və Müqəddəs), heç vaxt onların əməllərini unutmayacaq və mütləq xeyirə xeyirlə və şərə də şərlə əvəz verəcəkdir. Ey Muhəmməd! Sən onların törətdikləri əməl­lərə görə məsuliyyət daşımırsan. Sənə, insanların Rəbbinin vəh­yini onlara çatdırmaq həvalə olunmuşdur və sən bu vəzifəni ye­rinə yetirmişsən.
Sonra Allah Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) və bütün insanlara Özünün onlara mərhəmətini xatırla­dıb, belə buyurur:

ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(42. 7) “Beləcə, Biz sənə Quranı ərəbcə vəhy etdik ki, məs­­­kənlərin Anasını və onların ətrafındakıları xəbərdar edə­sən və şübhə doğurmayan Toplanış günü barədə xəbərdar edə­sən. Bir hissəsi Cənnətdə olacaq, digər hissəsi isə Odda”.

Sənə nazil edilmiş Kitabın sözləri anlaşıqlı, onun mə­nası isə aydındır. Buna görə sən, ilk növbədə, ərəb qəbilələrini, sonra isə yerdə qalan bütün bəşəriyyəti xəbərdar etməlisən. Sən onları, Allahın, insanların ilk nəslindən sonuncu nəsillərinə qədər, ha­mı­­sını bir yerə toplayacağı Gün barədə xəbərdar etmə­lisən. Belə olduqda, Allaha və Onun elçilərinə iman gətirmiş hər kəs Cən­nətə düşəcək, kafirlər və müşriklər isə Od içində olan Cəhən­nəmə vasil olacaqlar.

ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ

(42. 8) “Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, istədiyini mərhəməti altına alır. Zalımların isə dostu və köməkçisi olmayacaq!”

Allah bütün insanları müsəlman etmək və onları doğru yola yönəltmək qüdrətindədir, çünki O (Pak və Müqəddəs) – fövqəlqüdrətlidir və Ondan ötrü mümkün olmayan bir şey yox­dur. Lakin O, yalnız seçkinləri Öz himayəsinə götürməyi istə­mişdir. Xeyirli olan hər şeyin yad olduğu fasiqlərə gəldikdə isə, O (Pak və Müqəddəs) onları Öz mərhəmətindən məhrum et­miş­dir. Onların xoşbəxtliyini təmin edəcək nə hamisi, nə də müdhiş cəzadan müdafiə edəcək köməkçiləri olmayacaqdır.
 ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ

(42. 9) “Doğrudanmı onlar Onun əvəzinə özlərinə hami və köməkçilər götürüblər? Allahdır Hami! O ölüləri dirildir və O, hər şeyə qadirdir”.

O kəslər ki, özlərinə Allahdan başqa hamilər axtarır və onlara ibadət edirlər, ən böyük səhvə yol vermişlər. Həqiqətən də, Allah – Vahid Hamidir ki, qulları Ona ibadət etməli və itaət gös­tərməlidirlər. Onlar bütün mümkün vasitələrlə Ona yaxınlaş­mağa can atmalıdırlar. O (Pak və Müqəddəs), bütün qullarına bütövlükdə Onun iradəsinin həmişə icra olunması vəsiləsilə və qədərin mütləq gerçəkləşməsi ilə himayə edir. Lakin O (Pak və Müqəddəs), möminlərə xüsusi tərz ilə də himayə edir: O (Pak və Müqəddəs) onları qaranlıqdan işığa çıxarır, onları Öz məhəbbəti ilə tərbiyələndirir və onların hər bir anına və hər bir ləhzəsinə himayədarlıq edir.
O (Pak və Müqəddəs) məxluqlarını vəfat etdirir və onları həyata qaytarır, Onun iradəsi və qədəri sarsılmazdır və bütün bunlar Onun qullarından tələb edir ki, onlar yalnız ibadət etsin­lər və heç kimi Ona şərik qoşmasınlar.

ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ

(42. 10) “İxtilaf etdiyiniz hər şeyin hökmü Allaha aiddir. “Bu, Rəbbim Allahdır! Mən yalnız Ona təvəkkül edir və Ona üz tuturam”.
Sizin aranızda dinin əsas və fərdi məsələləri ba­rəsində ixtilaf yarandıqda, onların həlli Allaha aid olur. Buna gö­rə doğru qərar çıxarılması üçün Qurana və Sünnəyə müraciət edin. Sizin onlarda tapdığınız hər şey – haqdır, bütün qalan şey­lər isə yalan­dır. Fövqəluca Allah nəinki Rəbb, Xaliq, Ruziverən, Hökmdar, həm də Qanunvericidir və Öz qulları üçün həyatın hər bir sa­həsinə dair müvafiq qanunlar qəbul edir.
Ey Muhəmməd! Sən inanmalısan ki, Allah sənə xoşbəxtlik qazanmağa kömək edəcəkdir və səni şərdən qoruyacaqdır. Sən həmçinin qəlbin və bədəninlə Allaha itaətə və ibadətə yönəl­mə­li­sən. Bu iki mühüm anlayış Kitabda çox tez-tez xatırlanır, çünki bu məziyyət sayəsində Allahın qulu imanının kamilliyinə nail olur. Əgər insan bunlardan birindən və ya hər ikisindən məhrum olarsa, onda onun imanı kamil deyildir. Fövqəluca bu­yurur: “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım dilə­yirik” (Fatifə, 1/5); “...Buna görə Ona ibadət et və Ona təvəkkül et...” (Hud, 11/123).

 ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ

(42. 11) “Göylərin və yerin Xaliqi! O, sizin üçün özünüz­dən zövcə, həm də cüt-cüt mal-qara yaratdı. O, sizi belə artırır. Ona oxşar olan yoxdur və O – Eşidəndir, Görəndir”.

Allah göyləri və yeri Öz iradəsi, Öz qədəri və müdrikliyinə uyğun olaraq xəlq etmişdir. O (Pak və Müqəddəs), sizin üçün zövcələr də yaratmışdır ki, siz onlarla rahatlıq və dinclik tapası­nız və onlardan, sizə çox böyük fayda gətirən nəsillərə malik ola­sınız.
Hətta heyvanları da O (Pak və Müqəddəs), erkək-dişi ola­raq cüt yaratmışdır. Bu, Allahın dişi və erkək olaraq yaratdığı bütün heyvanlara aid edilmişdir ki, onlar insanların xeyrinə döl verib, arta bilsinlər. Bu ayədə Allah qeyd edir ki, insanların və heyvanların cüt yaradılması insanların faydalanması xatirinə ed­il­mişdir.
Heç bir məxluq yoxdur ki, Allaha bənzəsin və yaxud heç olmazsa, azca Ona oxşasın. Rəbbin nə mahiyyəti, nə sifətləri, nə əməlləri Onun yaratdıqlarının mahiyyətinə, keyfiyyətlərinə və əməllərinə oxşamır, çünki Onun bütün adları mütləq gözəldir, sifətləri isə əzəmətli və kamildir. Onun İlahi əməllərindən biri də bir çox nəhəng məxluqları köməkçilərsiz və şəriklərsiz xəlq et­mə­sidir. Ona heç bir bənzəri olan yoxdur, çünki yalnız Onun bü­tün sifət­ləri kamildir. O (Pak və Müqəddəs) bütün məxluqla­rı­nın, onların hansı dillərdə danışmalarından və Ondan etdikləri xahişlərdən asılı olmayaraq, səslərini və danışıqlarını eşidir. O (Pak və Mü­qəddəs), gecə qaranlığında qara qaya üzərində sü­rü­nən qara qa­rışqanı da, hətta kiçicik həşəratın bədənində hərə­kət­də olan qida tikəciyini də, hətta ən nazik budağın daxilində axan su damcısını da görür.
Bu və buna bənzər digər ayələr Sünnənin sadiq ardıcılla­rı­nın və Allahın sifətlərinə iman gətirən və Onun məxluqlarla ox­şarlığını rədd edən vahid islam ümməti tərəfdarlarının təliminin lehinə mötəbər dəlillərdir. “Ona bənzər heç kim yoxdur” ifa­dəsi, Allahı Onun yaratdığı məxluqlarına bənzədənlərin baxış­larını təkzib edirsə, “O – Eşidəndir, Görəndir” ifadəsi də, Föv­qəl­qüd­rətli Rəbbin sifətlərini inkar edənlərin baxışlarını tək­zib edir.

ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ

(42. 12) “Göylərin və yerin açarları da Onundur. O, istə­di­­yinə ruzisini artırır və ya azaldır. Həqiqətən, O, hər şeyi Bilən­dir”.

O (Pak və Müqəddəs) göyləri və yeri idarə edir, mərhəmət və ruzi nazil edir, görünən və görünməyən nemətləri bölüşdü­rür. Bütün məxluqlar Ondan asılıdırlar və onlar nemət əldə et­mələri və harada olmalarından asılı olmayaraq onları şərdən qoruması üçün Ona möhtacdırlar. Ondan başqa heç kim bu işdə onlara kömək etmək gücündə deyil.
O (Pak və Müqəddəs), kimə zənginlik əta edir, kimisə on­dan məhrum edir, nemət bəxş edir və bəla göndərir. İnsanların yer üzündə nail olduqları yaxşı nə varsa, Onun sayəsində əldə edilir və yalnız O (Pak və Müqəddəs), onları qəm-qüssədən və bədbəxtliklərdən qoruyur. Fövqəluca buyurur: “Allahın insan­lara açdığı mərhəmətini kimsə əngəlləyə bil­məz. Onun vermə­di­yini isə, sonradan kimsə nazil edə bil­məz...” (Fatir, 35/2).
O (Pak və Müqəddəs), bəzilərinə hər cür nemətlər bəxş edir, digərlərinin isə qismətini azaldır ki, o, onların yaşamaq üç­ün zəruri tələbatının həddini aşmasın. O (Pak və Müqəddəs), beləcə yalnız Öz hikməti və elmi əsasında hərəkət edir, çünki O (Pak və Müqəddəs), bütün varlıqlar haqqında hər şeyi bilir. O (Pak və Müqəddəs), Öz qullarından xəbərdardır və onlardan hər birinə, Öz hikmətinə uyğun olaraq, Öz istədiyi qədər bəxş edir.

 ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

(42. 13) “O: “Di­nə etiqad edin və onun barəsində ixtilafa düşməyin” deyə, Nuha tövsiyyə etdiyini, sənə də vəhy ediləni, İbrahimə, Musaya və İsaya tövsiyyə edilənləri sizin üçün şəriət qıldıq. Sənin müşrikləri dəvət etdiyin şey onlara ağır gəldi. Allah istədiyini seçir və dua edənlərdən kimi istəyirsə, Özünə yönəldir”.
Lakin Allahın qullarına əta etdiyi ən böyük nemət Onun dini olan islamdır ki, o, yer üzündə bütün dinlərdən ən yaxşısı, ən gözəli və ən pakıdır. O (Pak və Müqəddəs), yaxşılardan ən yaxşı, seçilmişlərdən ən seçkin – bu ayədə xatırlanan beş qüdrətli elçi­sinə (onlara Allahın salavatı və salamı olsun!) bu dinə etiqad et­mək hökmü vermişdir. Onlar insanların ən kamili və ləya­qət­liləri idilər və buna görə Allahın onlara nazil etdiyi din onların kamilliyinə uyğun olmalıydı. Bundan əlavə, Allah onların bu di­nə etiqad göstərmələri sayəsində onları ucaltdı. Həqiqətən, əgər islam olmasaydı, heç bir məxluq Allah qarşısında etibara layiq görülməzdi. İslam – xoşbəxtliyin və kamilliyin rəhnidir. O, töv­hidə, saleh əməllərə, ecazkar Quranın öyrətdiyi və dəvət et­diyi gözəl əxlaqa və ədəb-ərkana əsaslanır.
Sizin vəzifəniz – dinin qanunlarını[1] həm əsas, həm də fər­di məsələlərdə yerinə yetirmək, onlara riayət etmək və var qüvvə ilə digərlərini buna çağırmaq, xeyirxahlıq etməkdə və təqvalı­lıqda bir-birinizə kömək göstərmək və düşmənçiliyə yol vermə­mək və günah törətməməkdir.
Dinin əsas və fərdi məsələlərində vahid bir rəyə gəlməyə can atın, bir sıra məsələlər üzrə olan ixtilahın aranızda ədavət ya­rat­ma­sı­na yol verməyin və əqidənizin ümumiliyinə baxmaya­raq, bir-biri­lə­ri ilə düşmənçilik edən partiyalara və qruplaşma­lara bö­lünməyin.
Müsəlmanların birliyinin bir sıra təzahürləri özünü həcc ziyarətində, bayram yığıncaqlarında, cümə və gündəlik fərz na­mazlarda, cihadda və digər ibadət ayinlərində büruzə verir ki, Qanunverici onları digər müsəlmanlarla birlikdə yerinə yetirmə­yi əmr etmişdir və əgər onlar digər qardaşlardan kənarda icra edi­­lərsə, mükəmməl sayılmır.
Sənin onları dəvət etdiyin şey, müşriklər üçün ağırdır, çünki sən onları tək Allaha səmimi ibadətə çağırırsan. Fövqəluca buyurur: “Təkcə bir olan Allahı xatırlayanda, Axirət həya­tına iman gətirməyənlərin ürəkləri kin-küdurətdən lərzə­yə gə­lir. On­dan aşağıda olanları xatırladıqda isə, onlar sevi­nirlər” (Zü­mər, 39/45); Məgər o, allahları Vahid Allahami çevirmiş­dir? Doğrudan da, bu – qəribə bir şeydir!” (Sad, 38/5).
Allah bilir ki, Onun məxluqlarından kim elçi və ya sadə bir mömin olmağa layiqdir və onu qalanlarının arasından seçir. Bun­­dan başqa, Allah bütün bəşəriyyətin içindən Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ümmətini seçmiş və onu digər ümmətlərdən uca etmişdir və onu ən yaxşı və gözəl dinlə şərəfləndirmişdir. O (Pak və Müqəddəs), Ona mü­raciət edənləri Özünə yaxınlaşdırır. Beləliklə, Allahın bu və ya digər qulunu doğru yola yönəltməsinin səbəbi, qulun özünün səmimi qəlbdən Rəbbinə inanıb[2],[3], Ona can atması və Onunla görüşü arzu et­məsidir. Həqiqətən, xeyirxah niyyətlər və doğru yola inadla yö­nəlmə qulun xoşbəxtliyə yolunu asanlaşdırır ki, bu barədə Föv­qəluca belə buyurur: “...Sizə Allahdan Nur və Aydın Kitab gəl­mişdir. Allah onun vasitəsi ilə Onun razılığını qa­zan­mağa can atanları sülh yolu ilə aparır...” (Maidə, 5/15-16).
Loğman surəsində Fövqəluca buyurur: “...Mənə müraciət edənlərin yolu ilə get...” (Loğman, 31/15). Bu iki fraqmenti nə­zər­dən keçirdiyimiz ayə ilə müqayisə etsək və yada salsaq ki, sə­habələri Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) doğru yoluna necə canla-başla riayət edirdilər, onda aydın olar ki, onların rəyi dini məsələlərdə, xüsusilə, bu rəylər saleh xəlifələrə aid olduqda, tam qüvvəyə malik dəlil rolunu oynayırdı.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

(42. 14) “Onlar yalnız özlərinə elm gəldikdən sonra, ara­la­rındakı hə­səd və zalımlıqları üzündən ayrılığa düşdülər. Əgər Rəb­bin­dən öncədən, əcəl gələnədək, Söz verilməsəydi, mübahi­sələri həll edilmiş olardı. Həqiqətən, onlardan sonra Kitaba varis olanlar da, ona qarşı anlaşılmaz şübhələr içində­dirlər”.

Allah müsəlmanlara dində birlikdə olmağı və onlara ixti­lafa düşməməyi əmr etdikdən sonra, O (Pak və Müqəddəs), on­ları xəbərdar edir ki, Allahın onlara Kitab nazil etməsinə görə, yoldan azmasınlar. Kitab əvvəllər yəhudilərə və xristianlara da verilmişdi və ondan sonra onlar çoxsaylı təriqətlərə bölünüb ayrı düşdülər. Kitab onları birləşməyə çağırırdı, lakin aralarındakı həsəd və qarşılıqlı ədavət hissi onları Kitabın hökmlərinin əley­hinə çıxmağa vadar etdi. Onlar bir-birilərinə ədavət və nifrət bəs­ləyirdilər ki, bu da nifaq və narazılıq yaratdı. Ey müsəlman­lar, onların vəziyyətinə düşməkdən çəkinin!
Əgər sənin Rəbbin əvvəlcədən labüd cəzanı müəyyən ol­un­muş müddətə qədər ləngidəcəyinə söz verməsəydi, onların ara­sındakı ixtilaf artıq elə bu dünyada ikən həll edilərdi. Lakin Allahın hikməti və mülayimliyi bu möhləti zəruri edirdi.
Həqiqətən, onu öz əcdadlarından miras almış Kitab əhli, elmə malik olanlar adını daşımaq haqqına iddia edən­lər ona şüb­hə edir və etimadsızlıq göstərirlər, yəni, onların öz təlimlə­ri­nə dair çoxlu şübhələri vardır ki, bu, onların aralarındakı ziddiy­yətin səbəbidir. Bütün deyilənlərdən bəlli olur ki, Kitab əhlinin ilk nə­silləri öz ədavətləri və inadkarlıqları nəticəsində, onların övlad­ları isə çoxsaylı şübhələr üzündən ziddiyyətə düşmüşdü­lər. Am­ma həm onları, həm də bunları bir şey birləşdirir – on­la­rın ara­sında, onları şərəfləndirməyən ixtilafın hökm sürmə­si.

 ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉﰊ ﰋ ﰌ ﰍﰎ ﰏ ﰐ ﰑ

(42. 15) “Buna görə, təbliğ et və sənə əmr edildiyi kimi, doğru yolla get. Onların istəklərinə uyma və de: “Mən Allahın Kitabdan nazil etdiyinə iman gətirmişəm və mənə sizə ədalətlə yanaşmam əmr olunmuşdur. Allah – bizim Rəbbimizdir, si­zin də Rəbbinizdir. Bizə bizim əməllərimiz, sizə də sizin əməl­lə­ri­niz[4]. Bizimlə sizin aranızda mübahisəyə səbəb bir şey yox­dur. Allah hamımızı toplayacaqdır. Qayıdış yalnız Ona­dır!”

Ey Muhəmməd! Bütün İlahi Kitabların və Allahın elçiləri­nin dəvət etdikləri doğru yola yönəldən haqq dininə dəvət et! Əgər kimsə iman gətirməkdən imtina edərsə, onunla döyüş. Bun­dan baş­qa, özün də, sənə əmr edildiyi kimi, ifrata varmadan, nöq­­san­la­ra yol vermədən, yalnız Allahın hökmlərini icra edərək və günah­lar­dan çəkinərək, doğru yolla get və həmişə belə dav­ran. Beləliklə, Fövqəluca Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) əmr etmişdir ki, doğru yola sadiq qalmaq sayə­sin­də və bunda başqa­la­rı­na yardım göstərərək, daima özünü tək­milləşdir və onları da buna dəvət et. Heç şübhəsiz ki, Allahın Öz Elçisinə (ona Allahın sa­la­vatı və salamı olsun) verdiyi bütün əmr­lər (əgər bunlar yalnız Pey­ğəm­bərin (ona Allahın salavatı və sala­mı olsun) müs­təsna vəzifəsinə daxil olan məsələlərə dair deyildisə,) ey­ni dərəcədə qa­lan müsəlmanlara da aid idi. Səni dindən dön­dər­mək istəyən kafirlərin və münafiqlərin hiylələrinə uyma. Onlar sənə doğru yoldan vaz keçməyi, onların dininin bir hissəsi ilə ra­zılaşmağı və ya heç olmazsa, islamı baş­qa­la­rı arasında yayma­mağı təklif edir­lər. Əgər sən onların azğın istək­lə­rinə, nurlu bi­liklər sənə açıl­dıqdan sonra, güzəştə getsən, onda sən fasiqlərdən biri olarsan. Fövqəluca: “onların dininə qoşulma” demir. O (Pak və Müqəd­dəs), bütpərəstlərin inanclarını, sadəcə, onların istək­ləri adlan­dı­rır, çünki o din ki, Allah bütün ərəblərə ona qoşul­mağı əmr et­mişdi, bütün elçilərin haqq dini idi, lakin onlar ona iman gətir­mə­yərək, öz istəklərinin və pozğun diləklərinin ar­dınca ge­dir­dilər və dini oyun-oyuncağa və əyləncəyə çevirir­dilər.
Sən onlarla müsahibə aparanda və ya mübahisə edəndə, onlara belə de: “Mən Allahın Kitabdan[5] nazil etdiklərinə iman gətirmişəm”. Sənin mövqeyin islamın əzəmətini və şöh­rətini, onun digər dinlərdən üstünlüyünü təs­diq edən bu böyük əsasa söykənməlidir. Hətta Kitab əhlinin dini də əzəmətli İsla­mın yalnız kiçik bir hissəsidir. Bu ayədən aydın olur ki, əgər Kitab əhli Kitabdan olan bəzi şeylərə və bəzi elçilərə inanmaları ilə öz­lərinə haqq qazandırmağa çalışsalar da, bu onlara fayda vermə­yəcəkdir, çünki onların təbliğ etdikləri Kitab və özlərini ardıcılı saydıqları elçi, onlara Quranın nazil ediləcəyi barədə və Mühəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcəyini qəti olaraq bəyan edirdilər.
Ey Kitab əhli! Kitab və Elçi (ona Allahın salavatı və salamı olsun!) bütün möminlərə Musaya (ə) və İsaya (ə), Tövrata və İn­cilə iman gətirməyi əmr edirdi. Onlar[6] sonuncuların daşıdığı və­­zi­fələrin həqiqiliyi haqqında xəbər verir və onları təsdiq edir­di­lər və öz növbəsində sonuncu vəhyin də haqq olduğuna şa­hidlik edirdilər. Lakin bizə, Tövratda və İncildə Musa peyğəm­bə­r (ə) və İsa peyğəmbər (ə) haqqındakı hekayətlərə, onlar bizim Kitabla uyğun gəlmədikdə, iman gətirməyə hökm veril­mə­miş­dir.
Ey Kitab əhli! Rəbb mənə sizin bir-biri­nizlə mübahisə apardığınız məsələlər barədə ədalətli qərar çı­xartmağı əmr et­miş­dir və mənə bu məsələdə nə sizin qərəzli mövqeyiniz, nə də nifrətiniz maneə ola bilməz. Öz aranızda əda­lətlə davranın və in­san­ların nəzər nöqtələrinə, onlar yəhudi və xristian olmasalar da, insafla yanaşın, bundan ötrü, onlar haqlı olduqda, onlarla razı­laşın, onlar yanıldıqda isə, təkzib edin.
Allah – bütün məxluqların Rəbbidir və sizin Onu öz Rəbbi­niz saymaq haqqınız, bizimkindən artıq deyildir. Biz öz yaxşı və pis əməllərimizə görə cavab verəcəyik, siz də özünüzünkülərə görə. Bizim bir-birimizlə mübahisə etməyimizə səbəb yoxdur, çünki hər şey öz yerini tutmuşdur, haqq yalandan fərqləndi­ril­mişdir, doğru yol isə sapıqlıqdan ayırd edilmişdir. Daha müba­hisələr və çəkişmələr üçün səbəb qalmamışdır, çünki yalnız haq­qı aşkar və yalanı ifşa etmək, haqqı axtaran doğru yola çıxmaq üçün, yolunu azan isə öz azğınlığına haqq qazandırmaq üçün mü­­bahisələrə girişir.
Bu ayə yəhudilər və xristianlarla mübahisə aparılmasına qadağa qoyulması kimi başa düşülməməlidir, çünki Fövqəluca belə buyurmuşdur: “Əgər Kitab əhli ilə mübahisəyə girirsiniz­sə, onu ən gözəl tərzdə aparın” (Ənkəbud, 29/46). Ayənin əsil mə­­­­nasını yuxarıda ifadə etmişik.
Allah bizim hamımızı Qiyamət günü toplayacaq və hər kəsə onun əməllərinin əvəzi veriləcək və onda kimin haqlı və kimin də yolunu azmış olduğu aydınlaşacaqdır. Bax buna görə biz bir-birimizlə bir daha çəkişməməliyik.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

(42. 16) “Allahın çağırışına itaət edildikdən sonra, Onun haq­qında mübahisə edənlərin dəlilləri Rəbbi yanında fayda­sız­dır. Onlar qəzəbə düçar olacaq və onlara ağır əzab-əziyyət hazır­lanmışdır”.

Allah haqqında mübahisə açan fasiqlər yalan, şübhəli və ziddiyyətli səbəblər gətirirlər. Lakin ağıl sahibləri Allahın dinini qəbul edir və Onun çağırışına cavab verirlər, çünki onlar təkzib olunmaz dəlilləri və aydın möcüzələri görürlər. Kafirlərin fitnə­ləri onlara zərər vurmaz, çünki onların dəlilləri Rəbbin qarşısın­da gücsüzdür. Onlar haqqın əleyhinə gedirlər, haqqın ziddinə olan nə varsa, mütləq faydasız və əbəs olacaqdır.
Onlar Allaha itaətsizlik göstərdiklərinə, Onun ayələrindən üz döndərdiklərinə və onları yalan saydıqlarına görə, Rəbb on­lara qəzəblənəcəkdir. Bu – Allahın qəzəbinin ağır nəticələridir ki, yalançı iddialarla haqqı danmağa cəhd göstərən heç bir günah­kar onlardan yayına bilməz.

ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ

(42. 17) “Allah – Haqq Kitab və Tərəzi Naziledəndir. Sən necə biləcəksən? Bəlkə, o Saat yaxındır!”

Fövqəluca Öz dəlillərinin xeyirxahlıq etməyə qabil olan hər kim üçün son dərəcə aydın və inandırıcı olduğunu xəbər ver­dikdən sonra, O (Pak və Müqəddəs), bu dəlillərin ən başlıcasını xatırladır. Bundan başqa, demək olar ki, İslamın haqq olduğunu təsdiq edən digər sübutlar da bu dəlildən irəli gəlir. Fövqəluca bəyan etmişdir ki, Kitabı və Tərəzini nazil etmişdir. Kitab – Əzə­mətli Qurandır ki, haqq ilə nazil edilmişdir və mütləq həqiqət­dən ibarətdir və insanların ona şübhə ilə yanaşmasına imkan ver­mir. O, ilahi Təliminin və dini etiqadın təşəkkül tapdığı aydın ayələr və təkzibolunmaz dəlillərlə doludur. Quran ən mühüm məsələlərə toxunur və onları ən gözəl tərzdə izah edir.
Tərəziyə gəldikdə isə, bu ad altında əşyalara ədalətli və ağıllı yanaşma nəzərdə tutulur. Buraya həmçinin, Allahın bütün dünya­da və qullarına, onların özlərində, göstərdiyi “təsadüfilik” və qanu­na­uyğunluqlar, dini-hüquqi müddəalar, hökmlər və hik­mətlər aid­dir. Fövqəluca tərəfindən nazil edilmiş bu Tərəzi ağıllı insanı Ona iman gətirməyə, bu və ya digər əməli ədalətlə dəyər­lən­dir­məyə va­dar edir, Allahın bütün xəbər verdiklərinin və Onun elçi­lərinin təb­liğ etdiklərinin doğruluğuna onda əmin­lik yaradır, Kitab və sağlam düşüncə ilə bir araya sığmayan üz­dən iraq “dəlil­lə­rin”, “sübut­ların”, əslində, yalan və ziddiyyətli oldu­ğunu: onların göv­dəsinin çü­rük və budaqlarının qurudu­ğu­nu an­lamaqda kömək edir.
Dərrakəli insan mövcud təlimlər və onların mənaları üzə­rində düşünərkən, bunları anlayır. O, həqiqəti yalandan, tutarlı sübutu isə, şübhəlidən ayırd edir. Amma o kəs ki, bəzəkli sözlər və yalan ibarələrlə özünü aldadır, əşyaların əsil mahiyyətini gör­mək halında olmur. O, nəyi rədd etməyə, nəylə isə razılaş­mağa laqeyd baxır və o, doğru yolla gedə bilmir.
Sonra Fövqəluca Qiyamət gününü inkar edənləri və onun gəlməsinə “tələsənləri” təhdid edir. Axı həmin gün, ola bilsin ki, çox yaxındır. Heç bir məxluq onun nə vaxt başlayacağını və onu nə qədər gözləmək lazım gələcəyini bilmir. Buna görə, bütün za­manlarda onun gələcəyini gözləmək və nəticələrindən dəhşətə gəlmək lazımdır.

ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ

(42. 18) “Ona iman gətirməyənlər onun tez gəlməsinə tə­lə­sirlər. İman gətirənlər isə onun qarşısında lərzəyə düşür və onun haqq olduğuna inanırlar. Həqiqətən, Saat barəsində mü­bahisə salanlar dərin bir azğınlıqdadırlar”.

Kafirlər inad göstərir və elə güman edirlər ki, məxluqları diriltməyə hətta Rəbbin də gücü çatmaz. Amma mömin­lər Qiya­mət günündən qorxurlar, çünki onlar əmindirlər ki, həmin Gün heç kim öz əməllərinə görə əvəz almaqdan yayına bilməyəcək. Onlar öz Rəbbini dərk etmişlər və ehtiyat edirlər ki, əməl­ləri on­lara xoşbəxtlik və xilas olmağı təmin etməsin. Onlar Qiyamət gününün hökmən gələcəyinə qətiyyən şübhə etmirlər. Buna görə onlar qətiyyən onun haqq olmasına şübhə edən və bu barədə Allahın elçiləri (onlara salam olsun!) və onların davamçıları ilə mübahisə salana bənzəmirlər. Həqiqətən, belə insanlarla haqq arasında nəhəng bir uçurum vardır.

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ
(42. 19) “Allah qullarına qarşı lütüfkardır və istədiyinə ruzi verir. O – Fövqəlgüclüdür, Fövqəlqüdrətlidir”.

Fövqəluca qullarına lütüfkarlıq göstərir ki, onlar Onun mər­­həmətinə və xeyirxahlığına təvəkkül edərək, Onu dərk edə və sevə bilsinlər. Ərəb sözü olan “lütf” – “yaxşılıq”, “xeyirxah­lıq”, “fərasət” mənalarını bildirir. Bu – Fövqəlqüdrətli Allahın si­fətlərindəndir. O (Pak və Müqəddəs), qullarının gizli niyyətləri və məhrəm istəklərindən agahdır və O (Pak və Müqəddəs) onla­ra gözləmədikləri yerdən çoxlu nemətlər bəxş edir. Bu, mömin­lərə daha çox aiddir.
Allah Öz lütüfkarlığı sayəsində mömin qullarını xeyirxah yola yönəldir, onlar isə heç təsəvvür etmirlər ki, O (Pak və Mü­qəddəs), onların haqqında necə qayğıkeşlik edir. O (Pak və Mü­qəddəs), onlara talelərini asanlaşdıran əməllər yerinə yetir­mə­­yə yardım göstərir, Allahın yaradılışdan insan qəlbinə təlqin etdiyi fitri hissiyyat onlarda haqqa məhəbbət və ona itaət emək istəyi oyadır. Bununla yanaşı O (Pak və Müqəddəs), alicənab mə­ləklərə möminlərə yardım göstərməyi, onları yaxşı işlər görməyə ruhlandırmağı, haqqı onlara gözəl üsulla təqdim etməyi buyurur ki, onlar özləri onu əməllərində rəhbər tutsunlar.
Öz lütüfkarlığı sayəsində O (Pak və Müqəddəs), mömin­lərin yolu üzərində, onların günahlara və itaətsizliklərə qapıl­ma­maları üçün maneələr yaradır. O (Pak və Müqəddəs), yaxşı bilir ki, maddi həzzlər, var-dövlət, hakimiyyət və bunlara bənzər baş­qa şeylər qulları ibadətdən uzaqlaşdırır və onu unutmağa və Allaha itaətsizlik göstərməyə vadar edir. O (Pak və Müqəddəs) görəndə ki, həmin şeylər mömini azdıracaq, onun ruzisini azal­dır. Həqiqətən, O (Pak və Müqəddəs), Öz müdrikliyinə və mər­həmə­tinə uyğun olaraq istədiyinə qismətini verir. Fövqəlgüclü və Fövqəlqüdrətli – Onun gözəl adlarındandır. Hakimiyyət bü­tün­lüklə Ona məxsusdur. Heç bir məxluq Allahın razılığı olma­dan nəyisə etmək gücünə malik deyil, çünki mövcud olan nə varsa, Onun hökmranlığı altındadır.
 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

(42. 20) “Kim Axirət tarlası istəsə, Biz onun tarlasını ar­tı­rarıq. Kim dünya tarlasını istəsə, Biz ondan ona ve­­rərik, lakin onun Axirətdə qisməti olmayacaqdır”.

Allah Axirət həyatında mükafat alacağına iman gətirən, onu əldə etməyi arzulayaraq, var qüvvəsi ilə ona doğru can ata­nın əməllərini və mükafatını dəfələrlə artırır. Fövqəluca buyurur: “Kim ki, mömin olaraq Axirət həyatını sevərsə və ona layiqin­cə can atarsa, onun səylərinin əvəzi veriləcəkdir” (İsra, 17/19). Buna baxmayaraq, hətta bu dünyada belə Allah möminləri Öz himayəsi altında saxlayır.
O kəs ki, özünün ən ali məqsədini bu dünyanın maddi ne­mətlərini əldə etməkdə görür, Axirət həyatı üçün çalışmır, onun mükafatına ümid bəsləmir və əzab-əziyyətindən vahimə­lən­mir, Allah onun üçün də müəyyən etdiyi maddi nemətlər və ləzzətlər payını göndərir. Lakin bunun əvəzində o, Cənnətə girməyəcək və onun gözəlliklərindən dada bilməyəcək, çünki o, yer üzündə yalnız Cəhənnəmdə və Od-alov içində əzab çəkməyə layiq ol­muşdu.
Bu ayə Fövqəlucanın aşağıdakı sözlərinə bənzəyir: “Bu dün­­ya həyatını və onun zinətlərini sevənlərə, Biz elə bu dün­ya­dakı əməllərinə görə paylarını bütövlüklə verəcəyik və onlar azaldılmayacaqdır” (Hud, 11/15).

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

(42. 21) “Yoxsa, onların, Allahın icazə vermədiyini, din­də onlar üçün qanuniləşdirən şəriklərimi var? Əgər qəti Söz ol­ma­­saydı, onda onların mübahisəsi artıq həll olunmuşdi. Həqi­qə­tən, zalımlara sarsıdıcı əzab hazırlanmışdır”.

Fövqəluca xəbər verir ki, müşriklər sevdikləri və özlərin­dən razı salmağa cəhd göstərdikləri uydurma “ilahlara” ibadət edir­lər. Onların kafirliyinin və cinayətlərinin iştirakçıları isə in­san simasında – allahsızlığın təbliğatçıları olan şeytanlar­dır ki, müş­riklərdən ötrü Allahın haram etdiyi çoxallahlığı və bidəti qa­nuniləşdirmişlər. Onlar haramı halal, halalı isə haram elan etmiş və öz nəfslərinin istəklərinə və ehtiraslarına uyaraq çoxlu digər işlər də görmüşlər.
Amma din, yalnız Fövqəluca Allahın Öz qullarına, Ona ya­­xınlaşa bilmələrindən ötrü, yerinə ye­tirilməsini buyurduqla­rına istinad edir. Heç bir nəfs, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) halal qılmadığı şeyi dinə əlavə etmək haqqına malik deyil[7]. Onda bəs buna bənzər kafirlik et­mə­­yə cəsarət göstərən qatı günahkarlar haqqında nə demək olar?!!
Əgər Allah çoxsaylı məzhəb və qruplaşmalara dair çıxara­cağı hökmün veriləcəyi Qiyamət gününü öncədən təyin etmə­səy­di, onda O (Pak və Müqəddəs), insanlara onların əməllərinə görə elə bu dünyadaca əvəzini verərdi. Ədalətli qullar səadət əl­də edər, fasiqlər isə məhv edilmənin acısını dadardılar, çünki onlar özləri bu sonluğu seçmişdilər. Lakin Allah qisasını Qiya­mət gü­nünə qədər təxirə salmışdır ki, həmin gündə Axirətin dö­zülməz ağır cəzası bütün günahkarları çulğasın.

ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

(42. 22) “Sən, zalımların, bu onları çulğadığı zaman, əldə etdiklərindən necə lərzəyə düşdüklərini görəcəksən. İman gə­ti­rib, saleh işlər görənlər isə Cənnət məkanında olacaqlar. On­lara öz Rəbbi dərgahında arzulayacaqları hər şey hazır­lan­mış­dır. Bu həmin böyük fəzilətdir”.

Həmin gün sən, günahlar və küfür içində batan və bu­nun­la da özlərinə zalımlıq edən fasiqlərin öz əməllərindən ötrü cə­zalandırılacaqlarına görə necə dəhşətə gələcəklərini görəcək­sən.
Məlumdur ki, insanların əndişəyə düşdükləri şeylər bəzən gerçəkləşir, bəzən isə bu, gözlədikləri kimi olmur. Elə buna görə, son­ra Fövqəluca buyurur ki, bu halda, kafirlərin ehtiyat edib qorx­­duq­ları cəza mütləq başlarına gələcəkdir, axı onlar bun­dan ötrü əllə­rindən gələn hər şeyi ediblər və günahlarını tövbə etmək im­ka­nın­dan isə yararlanmayıblar. İndi isə heç kimə möhlət veril­mə­yə­cək­dir.
Bütün varlığı ilə və səmimiyyətlə Allaha, Onun Kitabına, onu gətirən elçiyə iman gətirmiş, dinin vacib və könüllü hökm­lərini qəlbi və canı ilə yerinə yetirən möminlərə gəldikdə isə, on­lar Cənnət bağlarında olacaqlar. Sən bu bağların və çə­mən­lik­lərin onlarda şır-şırla axan çayların, sıx talaların, heyranedici mənzə­rə­lərin, meyvə ağaclarının, bəzən həzin-həzin oxuyan, bə­zən də coş­qun səslə cəh-cəh vuran quşların və insanın qəlbini ox­şayan hər şeyin necə də füsunkar olduğunu heç soruşma! Cən­nətin mömin sakinləri orada xeyirli tanışlıqlar quracaq və mehri­banlıq şəraitində söhbətləşəcəklər. Onların orada gördükləri ye­ni­liklər, əvvəl gördüklərindən daha gözəl olacaq və onların bu ca­zibədar, rəngarəng gerçək görüntülərdən həzz almaq istəkləri saatbasaat artacaqdır. Cənnətdə onlara ürəkləri istəyən və arzu etdikləri hər şey veriləcəkdir və onlar orada hələ gözlərin gör­mə­diyi, qulaqla­rın eşitmədiyi və hətta insan qəlbinin heç xəya­lın­dan belə keçir­mədiyi şeylərdən ləzzət alacaqlar. Həqiqətən, bu – böyük lütüf­kar­lıqdır! Allahın fəzilətini qazanmaqdan və Onun yaxınlı­ğınlığında olmaqdan həzz almaqdan da böyük mərhəmət, ümumiy­yət­lə, necə ola bilər?
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

(42. 23) “Bu – Allahın iman gətirən və xeyirxah işlər gö­rən qullarını sevindirdiyi şeydir. De: “Mən buna görə sizdən, yaxınlıq xatirinə məhəbbətdən başqa, heç bir mükafat istəmi­rəm. Biz yaxşılığa nail olanlara onu artırarıq. Həqiqətən, Allah – Bağışlayandır, şükredənə Minnətdardır”.

Həqiqətən, Cənnət və Allahın mərhəməti haqqında xəbər – böyük müjdədir və insan üçün bu qulların arasında olmaqdan da bö­yük xoşbəxtlik yoxdur. Mərhəmətli və Rəhmli Allah bunu, iman gə­tirən və xeyirxah işlər görənlərə, insanların ən yaxşısının dili ilə vəd etmişdir. Bu, insanın öz qarşısına qoya biləcəyi ən əzəmətli məq­­sədlərdəndir və ona aparan yol isə bütün yolların ən yaxşısı­dır.
Ey Muhəmməd! İnsanlara de: “Mən sizi bu Quranı sizə bəyan etməyə və onun hökmlərini yerinə yetirməyə çağırdı­ğıma görə sizdən mükafat istəmirəm. Mən sizin var-dövlətinizi əlimə keçirməyə can atmıram, sizin üzərinizdə hökmranlıq etməyi dü­şün­mür və öz qarşımda başqa mənfəətlər əldə etmək məqsədləri qoy­muram və sizdən yalnız qohumluq xatirinə məhəbbət gös­tərmənizi xahiş edirəm”.
Belə bir rəy mövcuddur ki, bu sözlərin aşağıdakı mənaları vardır: mən sizdən heç bir mükafat xahiş etmirəm və istəyirəm ki, siz məni yalnız bizim qohumluğumuz xatirinə sevəsiniz və bu məhəbbət sizin özünüzə fayda verəcək, çünki o, sizin dininizə bəsləyəcəyiniz məhəbbətə əlavə olacaqdır. Mömin Allahın elçilə­rini (onlara salam olsun!), Allahdan başqa, qalan bütün digərlə­rindən daha artıq sevməlidir. İslamı qəbul etməyə çağırdığı qu­reyşlilərə müraciət edərək, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) əlavə edir ki, onlar onu (s.ə.s.) qohumlarından biri kimi sevməlidirlər. Hətta belə bir rəy də var ki, qureşlilərin ara­sında elə bir adam yox idi ki, Allahın Elçisinə (ona Allahın sala­vatı və salamı olsun!) qohumluğu çatmasın.
Mövcud olan başqa şərhə görə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) insanlardan səmimi qəlblə yal­nız Föv­qəluca Allahı sevməyi və onların səmimi məhəbbətinin dəlili olan xeyirxah əməllər sayəsində Ona yaxınlaşmağa cəhd göstər­məyi xahiş etmişdir.
Bütün hallarda, bu ayədən aydın görünür ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) adamlardan, onların özlərinə fayda gəricəyindən başqa, bir mükafat istəmə­miş­dir. Bu, əslində, mükafat da deyildir. Bundan başqa, bu, El­çi­nin (ona Allahın salavatı və salamı olsun!) özü tərəfindən insan­lara bəslədiyi mərhəmətinin nəticəsidir. Qeyd edək ki, ərəb di­lində belə söz tərkibləri yolverilən haldır. Məsələn, “əl-Buruc” surə­sin­də belə deyi­lir: “Onlar möminlərdən Fövqəlqüdrətli, Həmdə­layiq Allaha iman gətirdiklərinə görə əvəz çıxırdılar” (Buruc, 85/8). Ərəb atalar məsəlində deyilir: “O sənin qarşında yalnız sənə yaxşılıq etdiyinə görə günahkardır”.
Namaz qılana, oruc tutana, həccə gedənə və ya, sadəcə, in­sanlara yaxşılıq edənə Allah mükafatını artırır: onun köksünü daha böyük iman sahibi olması üçün genişləndirir, onun taleyini asanlaşdırır və yeni-yeni xeyirxahlıqlar etməkdə ona yardım gös­tərir ki, onun yerini Allah qarşısında və məxluqlar qarşısında ucaltsın və mükafatını həm bu dünyada, həm də Axirət həya­tında artırsın.
Həqiqətən də, Allah tövbə edənlərin günahlarını, onların böyüklüyündən asılı olmayaraq, bağışlayır və ən kiçik xeyirxah əməlinə görə Öz qullarına minnətdarlığını bildirir. O (Pak və Mü­qəddəs), məxluqlarına bəslədiyi mərhəmətinə görə, onların gü­­nahlarını bağışlayır və qüsurlarını örtür, şükür edənlərə Min­nətdar olduğuna görə onların xeyirxahlıqlarını qəbul edir və on­ların mükafatlarını dəfələrlə artırır.

 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ

(42. 24) “Yoxsa onlar onun Allaha iftira atdığınımı deyir­lər? Allah istəsəydi sənin qəlbini möhürləyərdi. Allah Öz söz­lərilə yalanı silir və haqqı gerçəkləşdirir. Həqiqətən, O, köksdə olanları Biləndir”.

Doğrudanmı Elçini (ona Allahın salavatı və salamı olsun!) qəbul etməyənlər onun Allaha böhtan atdığını deməyə cəsarət edə­cəklər? Onlar səni ən yaramaz və ən müdhiş bir cinayətdə -Alla­ha iftira söyləməkdə və özünü yalançı peyğəmbər adlandır­maqda günahlandırırlar. Axı onlar sənin necə sadiq və vic­dan­lı olduğunu bilirlər. Bəs onlar bu açıq-aşkar yalana necə cəsarət edirlər!?
Bundan başqa, onlar Fövqəluca Allahın Özünə qarşı çıxır­lar, çünki onların sənin ünvanına iftirası Allahı təhqir etməkdir. Onlar hesab edirlər ki, sənin dinin yer üzünə ən böyük qarışıqlıq gətirmişdir. Allah buna necə yol verə bilərdi? O (Pak və Müqəd­dəs) sənə necə imkan verərdi ki, öz dinini, Allaha aid edib, təbliğ edəsən, insanlara açıq-aşkar möcüzələr göstərəsən, onları təkzib­olunmaz dəlillərlə inandırasan və düşmənlərinə üstün gə­ləsən? Axı O (Pak və Müqəddəs) – fövqəlqüdrətlidir və bir anda istə­ni­lən uydurma dini yox edə və Ona böhtan atanın ürəyini mö­hür­ləyə bilər və onda bir qətrə belə xeyir qalmaz. Əgər Allah onun ürəyini möhürləsə, onda onun işi məhv olar və yoxa çıxar.
Bu, Allahın ən böyük dəlili və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) xəbər ver­diyi hər şeyin hə­qiqət olmasının sarsıdılmaz sübutudur. Həqiqətən, bundan da daha vacib və daha əzəmətli şəhadət yoxdur və ola da bilməz!
Allah Öz hikməti və mərhəməti sayəsində yalanı sarsıdıb, kökünü kəsir və hətta yalan ara-sıra hakimiyyətə və qüdrətə sa­hib olduqda belə, nəhayət o, mütləq yox olur.
Əgər Allah istəsəydi, O (Pak və Müqəddəs), yalanın kökü­nü kəsər və Öz Sözü ilə Haqqı bərqərar edərdi, yəni, Özünün haqqa nur saçan dəyişdirilməz qədəri, sarsılmaz vədi və dini hökmü ilə insanların ürəklərində Özünə yer edərdi və ağlı olan­lar bundan sonra ayılıb, onu dərk edərdilər. Məhz haqqı təsdiq etmək üçün Allah yalana imkan verir ki, onun əleyhinə çıxsın və onda haqq yalanın üzərinə çoxsaylı möcüzələri və dəlilləri ilə hücuma keçir, onu əzir və məhv edir, insanlara isə nur və haqq Təlim bəlli olur. Bunun sayəsində hər bir adam yol­dan azmağın yaramazlığını dərk edir və doğru yolu aydın ayırd edə bilir.
Doğrudan da, Allah məxluqlarının bütün xeyirxah və bəd­xah məziyyətlərindən agahdır və onların ürəklərində gizlə­nən və yadların baxışları üçün mübhəm qalan hər şeyi bilir.

ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ

(42. 25) “O, qullarının tövbəsini Qəbuledəndir, cinayət­lə­rini Bağışlayandır və sizin nə törətdiklərinizi Biləndir”.

Fövqəluca Özünün hüdudsuz lütüfkarlığını, bitməz-tü­kən­məz səxavətini və sonsuz mərhəmətini xatırladır. O (Pak və Mü­qəddəs), qulları səmimiyyətlə Onun xatirinə günah törətmək­dən əl çəkdikdə, günahlarına peşman olduqda və bir daha gü­nahla­rına qayıtmadıqda, onların tövbəsini qəbul edir. Budur, insanı ar­tıq məhv olma, yer üzündə və ölümdən sonra çılğın cəza göz­lə­diyi bir vaxtda, Allah onun tövbəsini qəbul edir, gü­nahlarını ba­ğışlayır və onu günahlarının pis nəticələrindən – biabırçılıq­dan və cəzadan xilas edir. Tövbə edən mömin Allah qarşısında ye­­nə, sanki heç günah törətməmiş kimi, öz fəxri yerini tutur[8]. Allah onu Öz məhəbbəti ilə himayə edir və onu Rəbbinə yaxın­laşdıran xeyirxah işlər görməsi üçün yardım göstərməklə dəstək­ləyir.
Günahları tövbə etmək – olduqca mühüm bir addımdır. Əgər tövbə, səmimiyyətlə Allah xatirinə edilirsə və axıradək ona sadiq qalınırsa, onda o – kamildir. Amma əgər insan bu iki şərti layiqincə yerinə yetirmirsə, onda onun tövbəsi mükəmməl olma­yacaq və əgər o, tövbəni hansısa dünyəvi nemətlərə nail olmaq üçün edirsə, bu, qəbahət olacaqdır. Bütün bunları insanın, gizli­liklərinin yalnız Allaha agah olan qəlbində cərəyan etdiyini nə­zə­rə al­saq, görərik ki, Fövqəluca, Özünün insan­ların törətdikləri hər şeyi bilməsini məxluqlarına xatırlatmaqla, bu ayəni bitirir.
Beləliklə, Rəbb Özünün bütün qullarını Onun yoluna qa­yıt­mağa və yol verdikləri nöqsanları tövbə etməyə çağırır. İnsan­ların Allahın bu çağırışına necə cavab vermələrindən asılı olaraq, onların hamısı iki qrupa bölünür:

 ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ

(42. 26) “O, iman gətirib, xeyirxah işlər görənlərə cavab verir və onlara Öz mərhəmətini artırır. Kafirlərə isə ağır əzab hazırlanmışdır”.

Adamların bəziləri öz Rəbbinin çağırışına cavab verir və Ona itaət edirlər, çünki onların imanı və saleh əməlləri onlara başqa cür davranmağa imkan vermir və Allah da buna cavab ola­­raq, onlara, səy göstərdiklərinə görə, minnətdarlığını bildirir, çünki O – Bağış­la­yandır, Minnətdardır. O (Pak və Müqəddəs), Öz səxavətindən on­la­rın nəsibini artırır, yəni, imanlarını və xe­yirxahlıq etmək istə­yini gücləndirir və mükafatlarını çoxaldır və beləliklə, onların layiq olduqları mükafat və uğur dəfələrlə artı­rılmış olur.
Allahın çağırışına etinasızlıqla yanaşanlara gəldikdə isə, bunlar kafirlərdir ki, elçiləri (onlara salam olsun!) inadkarcasına danırdılar və buna görə həm bu dünyada, həm də Axirət həya­tında yalnız sərt cəzaya layiq görüləcəklər.
 ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(42. 27) “Əgər Allah qullarının ruzisini gen-bol etsəydi, onlar yer üzündə azğınlıq edərdilər. Lakin O, onu istədiyi qə­dər nazil edir. Həqiqətən, O, qullarından xəbərdardır və onları görür”.

Fövqəluca bildirir ki, O, bu dünyada qullarına onlara yal­nız rəh­mi gəldiyinə görə çoxsaylı nemətlər əta etmir ki, zən­ginlik onları xeyirxahlıqdan və dindarlıqdan məhrum etməsin. Əgər Allah insanların hamısına ayırd etmədən bol ruzi versəydi, onda onlar Ona ibadət və itaət etmək vəzifələrinə etinasızlıq gös­tə­rər­dilər və başları yalnız öz alçaq ehtiraslarının təmin edilmə­si­nə qarışardı. Onlar bütövlükdə təkcə ürəklərinin istədiyi şeylərə qurşanardılar, nə günahlardan, nə də zalımlıqdan çəkinməzdilər. Lakin bu baş vermir, çünki Allah qullarına maddi nemətləri tək­cə Öz xeyirxahlığına görə deyil, həm də İlahi Hikmətinə uy­ğun olaraq nazil edir. Həqiqətən, Ona bütün məxluqları haqqın­da hər şey məlumdur. Bəzi əməlisaleh ilahiyyatçılar rəvayət edir­lər ki, Fövqəluca Allah buyurmuşdur: “Mənim qullarım arasında elə­ləri var ki, onların imanı varlı olduqları vaxt qaydaya düşür, eh­tiyac onları məhv edə bilərdi. Onların arasında elələri də var ki, onlar kasıb olanda imanları qaydaya düşür, zənginlik isə on­ları məhv edərdi. Onların arasında elələri də var ki, onlar sağ­lam olduqda, imanları qaydaya düşür, xəstəlik isə onları məhv edər­di. Onların arasında elələri də var ki, onlar xəstə olduqda, iman­ları qaydaya düşür, sağlamlıq isə onları məhv edərdi. Həqiqətən, Mən, qullarımın ürəklərində nəyin gizləndiyini bilə­rək, onların işlərini idarə edirəm, axı Mən – Agaholanam, Bilənəm”.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ
(42. 28) “O – insanların ümidi kəsildikdən sonra, onlara yağış Naziledən və mərhəmətini Yayandır. O – Həmdəlayiq Ha­midir”.

O, yağış nazil edir və yeri bolluca suvarır, quraqlıqdan xi­las edir və qulları ümidsizliyə qapıldıqdan sonra, onlara hi­mayə edir. Yağışların yağdığı mövsum keçir və insanlar artıq onun bir daha on­ların ərazilərinə yağacağından ümidlərini kəsirlər. Onlar quraq­lıqla mübarizə etməyə cəhd göstərirlər və bu zaman Allah onlara xilaskar leysan nazil edir və bununla Öz mərhəmətini hər tərəfə yayır – insanların yediyi və heyvanların qidalandığı bit­ki­lər be­cə­ri­lir. Həqiqətən, bir çox insanların həyatında yağış ol­duqca əhə­miy­yətli yer tutur: insanlar yağış yağdıqda sevinir və şadla­nırlar.
Hami və Həmdəlayiq adları da Allahın gözəl adları arasın­dadır. O (Pak və Müqəddəs), qullarının taleyinə qayğı çəkir və onların dini və dünya həyatının xeyrinə fəaliyyət göstərir. O (Pak və Müqəddəs) müdrik hökmdarlığına və idarəetməsinə, ka­mil sifətlərinə və məxluqlarına əta etdiyi çoxsaylı nemətlərinə görə həmdə layiqdir.

ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(42. 29) “Onun dəlilləri arasında – göylərin və yerin və həm­çinin Onun onlarda məskunlaşdırdığı canlı məxluqların yaradılışıdır. O, istədiyi vaxt onları toplamağa qadirdir”.

Fövqəlqüdrətli Allahın çətinlik çəkmədən ölüləri dirildə bil­­­məsini təsdiq edən dəlillərdən biri də Onun göyləri və yeri ya­ratmasıdır. Bu nəhəng, əzəmətli məxluqlar Onun fövqəlqüd­rə­ti­nin və hüdudsuz hakimiyyətinin dəlilləridir. Onların yaradıl­dığı mü­kəm­məllik və dəqiqlik Onun müdrikliyinə dəlalət edir və on­ların ətrafdakılara verdiyi böyük fayda isə, Onun mərhəmətli­li­yini təs­diq edir. Bütün bunlardan aydın olur ki, Allah Yeganə Haqq Rəb­dir və Ondan başqa ibadət edilənlər, ibadətə layiq de­yil­lər.
Yenə, bu dəlillərdən biri də, insanlara fayda verməsi üçün Allahın göylərdə və yerdə yerləşdirdiyi heyvanları xəlq etmə­si­dir. O (Pak və Müqəddəs), Qiyamət günü bütün məxluqları top­lamaq haqqına malikdir və O (Pak və Müqəddəs) bunu istəyir. Buna görə, Allahın bütün elçilərinin (onlara salam olsun!) ger­çək­dən xəbər verdikləri və Səmavi Kitabların bəyan etdiyi diril­dil­mə, labüddür.
ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

(42. 30) “Sizə təsir göstərən hər hansı müsibət yalnız əllə­rinizin törətdiklərindəndir, O, çoxunu sizə bağışlayır”.

Fövqəluca xəbər verir ki, Onun qullarını, onların mal-mül­künü, övladlarını və onlara əziz və qiymətli olan hər şeyi yaxala­yan bütün müsibətlər və bədbəxtlik­lər onların öz əlləri ilə törət­dikləri yaramazlıqlar üzündən baş verir. Allahın qullarına bağış­ladığı günahlar və pis əməllər daha çoxdur[9]. Həqiqətən, O (Pak və Müqəddəs) insanlarla zalımcasına davranmır, amma onlar öz­ləri özlərinə zalımlıq edirlər. Rəbb buyurur: “Əgər Allah in­san­ları onların zalımlığına görə cəzalandırsaydı, onda yer üz­ündə bir canlı məxluq belə qoymazdı...” (Nəhl, 16/61). Buna görə yad­­da saxlayın ki, Allahın insanlara verdiyi möhlət Onun etina­sızlığının və ya gücsüzlüyünün nəticəsi deyildir.

 ﰈ ﰉ ﰊ ﰋ ﰌﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ

(42. 31) “Siz yer üzündə qaçmaqla canınızı xilas edə bil­məz­siniz və sizin, Allahdan başqa, nə hamiləriniz, nə də kö­mək­­­çiləriniz yoxdur”.
Siz mümkün olmayanı yaratmaq və Allaha üstün gəlmək gücündə deyilsiniz. Siz zəif və köməksizsiniz və Allahın sizin üçün təyin etdiyi qədərdən qaçmağa qadir deyilsiniz. Sizin, Al­lah­­dan başqa, sizi hamiliyə götürən və sizə zəruri nemətlər əldə et­­məyə yardım göstərən nə bir havadarınız, nə də sizi şər­dən qoruyan bir köməkçiniz vardır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

(42. 32) “Dənizlərdə dağlar kimi üzənlər[10] Onun dəlilləri arasındadır”.

Allahın Öz məxluqlarına bəslədiyi mərhəməti və qayğısını həmçinin dənizlərdə üzən nəhəng gəmilər təsdiq edir. Allah on­lara qüdrətli dənizləri tabe etmiş, onları coşğun dalğalardan qo­rumuş və sizə onlarla uzaq xarici ölkələrə gedib çıxmağa və onlarla ağır yüklərinizi daşımağa imkan vermişdir. O (Pak və Müqəddəs) sizə qanunları açmış[11] və onları kəşf etməyə imkan verən səbəbləri sizin üçün asanlaşdırmışdır. Sonra Allah bu sə­bəblərdən birini göstərərək belə buyurur:

ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ

(42. 33) “Əgər O, istəsə, küləyi sakitləşdirər və onlar onun üzərində hərəkətsiz dayanarlar. Həqiqətən, bunda hər sə­birli, şükür edən kəs üçün dəlillər vardır”.
(42. 34) “Ya da onları qazandıqlarına görə həlak edər. La­kin O, çoxlarını bağışlayır”.

Külək Allahın iradəsi ilə əsdirilir və bunun sayəsində yel­kənli gəmilər dənizlərdə üzürlər. Hərçənd bizim vaxtımızda ar­tıq buxar və istilikdən istifadə edən gəmilər mövcuddursa da, onların da dənizə çıxarkən küləyə ehtiyacı olur[12]. Allah gəmiləri onların içində olan insanların günahlarına görə dənizdə batıra bilər, lakin Allah qullarına qarşı mərhəmətlidir və onlara çox şe­yi bağışlayır. Bu, səbirlə Allaha itaət edən, günahlar törətmək­dən özünü saxlayan, qismətinə çətinliklər və bədbəxtliklər dü­şəndə na­razılıq bildirməkdən çəkinən; sevinc anlarında və xoş güzəran keçirdikdə Rəbbinə şükür edən, Onun xeyirxahlığını qəbul edən, Ona müti olan və Onun bəxş etdiyi nemətləri yalnız Onun xatiri üçün istifadə edən hər bir mömin üçün, hətta bu ondan ötrü xo­şagəlməz və ağır olsa da, açıq-aydın bir dəlildir. Həqiqətən, bu keyfiyyətlərə malik olan kəs, Allahın ayələrindən faydalana bilir.
Kim ki, səbir edə bilmir, Rəbbinin xeyirxahlıqlarına şükür etmir və Onun ayələrindən inadkarcasına üz döndərir, o, heç vaxt onlardan faydalana bilməz.

ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ

(42. 35) “O kəslər ki, Bizim ayələrimizə dair mübahisə edir, qaça bilməyəcəklərini bilirlər”.

Əgər insan öz yalançı uydurmaları ilə Allahın dəlillərini təkzib edirsə, onda heç nə ona onu hökmən çulğayacaq cəzadan xilas olmağa kömək etməyəcək.
ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ

(42. 36) “Sizə bəxş edilən hər şey dünya həyatının keçici nemətləridir. Allahın nəzdində olanlar isə, daha yaxşı və daha uzun­müd­dətlidir o kəslər üçün ki, iman gətirib, öz Rəbbinə təvəkkül edirlər”;

Allah möminlərə dünya ləzzətlərinə aludə olmamağı, Axi­rət həyatı üçün çalışmağı təklif etmişdir. Mülklər, hakimiyyət, var-dövlət, övladlar, sağlamlıq və əmin-amanlıq – bunlar bura­dakı hə­yatın nəsibidir. Yer üzündəki məmnunluqlar qəm-qüssə gəti­rir və heç də əbədi deyildir və buna görə Allahın bol müka­fatı, böyük uğur və əbədi səadət Axirət həyatında müqayisəsiz dərə­cədə daha yaxşıdır, fani maddi ləzətlərdən əbədidir. Həqi­qətən, Cənnətin füsunkarlıqları qəm-qüssə gətirmir və sonsuz­dur.
Sonra Allah bu mükafata layiq olacaq kəsləri xatırladır. Mukafat özlərində iki gözəl məziyyəti cəmləşdirmiş əməlisaleh insanları gözləyir: xeyirxah əməllər və niyyətlərlə təsdiq olun­muş xalis iman və hər bir işin başlanğıcında müvəffəqiyyə­tin rəhni olan – Allaha təvəkkül, çünki bunlarsız istənilən əməl na­qisdir. Təvəkkül dedikdə, Allahın arzu edilən hər bir işdə in­sana kömək göstərəcəyinə və onu hər hansı pis şeydən xilas edə­cəyinə möhkəm iman nəzərdə tutulur.

ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ

(42. 37) “o kəslər üçün ki, onlar böyük günahlardan və ya­ramazlıqlardan qaçı­nır və qəzəbləndikdə isə, bağışlaya bi­lirlər”;

Böyük günahlar və həmçinin onlara aid edilən yaramazlıq­lar arasında fərq yalnız ondadır ki, yaramazlıq – insan nəfsini cəzb edən əməllərdir. Onlardan biri – zinakarlıqdır. Mübarək Quran­­da bu fərq təkcə böyük günahlar və yaramazlıqlar bir ayə­də bir yerdə xatırlandığı vaxtda qeyd olunur, qalan bütün di­gər hal­larda isə, bu ad altında bütün ağır günahlar nəzərdə tu­tulur.
Möminlər bu günahlardan çəkinirlər və gözəl xasiyyətə ma­lik­dirlər. Səbirlilik onların dəyişməz təbiətinə çevrilir, pak əxlaq – onların həyat tərzidir. Hətta insanların nitqi və əməlləri onları qəzəbləndirəndə belə, onlar öz hiddətlərini cilovlayır və hisslərinin coşmasına imkan vermirlər. Bundan başqa, onlar on­ları təhqir edənləri bağışlayır, yumşaqlıq göstərir və pisliyə, yal­nız yaxşılıqla cavab verirlər.
Rəhmdillikləri və onları təhqir edənləri bağışlamaq baca­rıqları sayəsində, onlar özlərini və başqalarını böyük şərdən qo­ru­yurlar ki, bu barədə Fövqəluca belə buyurur: “Yaxşılıqla pislik bərabər deyildir. Onu ən gözəl olanla dəf et və onda sə­ninlə ara­sında ədavət olan kəs sanki sənin yaxın dostun kimi olar. Lakin bu, səbir edənlərdən başqa, heç kimə əta edilmir və bö­yük qismətə malik olanlardan başqa, heç kimə əta edilmir” (Fussilət, 41/34-35).


 ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

(42. 38) “o kəslər üçün ki, öz Rəbbinə cavab verirlər, na­maz qılırlar, işləri barəsində öz aralarında məsləhətləşirlər və Bizim onlara verdiyimiz ruzidən sərf[13] edirlər”;

Onlar öz Rəbbinin çağırışına cavab verir, Onun əmrlərini icra edir və Onun lütüfkarlığını qazanmağa və Ona yaxınlıqdan ləzzət duymaq haqqı almağa can atırlar. Onlar Allaha itaətlə na­maz qılır və zəkat verirlər. Fövqəluca itaəti ümumiyyətlə xatır­lat­dıqdan sonra, namaz və zəkatı yad edir ki, bu da xüsusini ümu­minin mətninə daxil etmənin nümunəsidir və bu, ibadətin iki ayi­ninin xüsusi əhəmiyyətini vurğulayır. Möminlər fərz və kö­nüllü namazları ürəkdən və bədənləri ilə yerinə yetirirlər, zəkat ödə­yirlər, yaxın qohumlarına kömək edirlər və digər vacib mad­di mə­sələlərlə bağlı digər hökmləri həyata keçirirlər və həmçinin kasıb insanların xeyrinə könüllü ianələr ayırırlar.
Onlar öz dini və dünyəvi işlərini qarşılıqlı məsləhətləşmə­lər yolu ilə həll edirlər və əgər məsələ digər müsəlmanlara aid ol­duqda, onlar qərarı müstəqil və məsləhətləşmədən qəbul etmir­lər. Bu, onların birliyinin, dostluğunun, məhəbbəti və qarşı­lıqlı anlaşmasının təzahürüdür. Bu həmçinin onların təfəkkürün­ün ka­milliyini təsdiq edir. Onlar üzərində birgə düşünülməsi və mü­zakirə edilməsi zəruri olan problemlərlə üzləşdikdə, bir yerə yığı­şır, bir-biriləri ilə məsləhətləşir və həmin məsələni, ona dair ən yaxşı qərar tapana qədər ətraflı surətdə tədqiq edirlər. Düz­gün qərar qəbul etdikdə isə, onu tezliklə, ilk imkan yaranan kimi, hə­yata keçirməyə tələsirlər. Onlar döyüş zamanı da, hökmdarı seçəndə də və hər hansı bir vilayətə canişin təyin edəndə də, məh­kəmə hökmləri çıxaranda da və ilahiyyat səciyyəli bütün mü­­bahisəli məsələlərin həllində də belə edirlər. Çünki belə hal­larda məsə­lələr həmçinin bir çox müsəlman alimlərin səyləri və həmrəy qə­rarları ilə həll edilməlidir ki, onlar qarşılıqlı məslə­hətləşmələr yolu ilə doğru cavab tapa bilsinlər.
 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

(42. 39) “o kəslər üçün ki, onlara zülm edildikdə, yar­dım­laşırlar”.

Onlar güclüdürlər və qüdrətlidirlər, mənfur və aciz deyil­lər. Buna görə onlar düşmənlərini və əleyhdarlarını dəf edirlər. Bu deyilənlərdən aydın olur ki, Axirət həyatının bol mükafatı iman gətirənləri, Allaha təvəkkül edənləri, böyük günahlardan və iyrənc hərəkətlərdən çəkinənləri gözləyir və bunların sayəsin­də öz kiçik günahlarının bağışlanmasına layiq olurlar, hər şeydə Rəbbinə itaət edirlər və Onun çağırışlarına cavab verirlər, namaz qılırlar, ianələr verirlər, öz qardaşları ilə məsləhətləşirlər və düşmənlərə layiqincə müqavimət göstərirlər. Kim kamil dinin bütün bu məziy­yət­lərinə malikdirsə, islamın digər hökmlərini də hökmən yerinə yetirir və Rəbbə itaətsizlikdən çəkinir.

ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ

(42. 40) “Pisliyin cəzası pislik kimidir. Lakin kim bağış­lasa və islah etsə, onun mükafatını Allah verər. Həqiqə­tən, O, zalımları sevmir”.

Fövqəluca əvəz almanın üç dərəcəsini xatırladır: ədalətli, mərhəmətli və insafsız olmağı. Pisliyin əvəzi pisliyə bərabər olan pislikdir, yəni, cana can, qana qan, mala eyni misildə olan mal əvəzdir. Bu – haqsızlığa görə ədalətli əvəzdir.
Əvəzin ikinci dərəcəsi mərhəmət göstərməkdir. Burada nə­zərdə tutulan bağışlama, barışdırma hallarıdır ki, buna görə in­san bol və böyük mükafat ala bilər. Lakin bağışlama və barışa o vaxt yol verilir ki, o, günahkara faydalı olsun. Əgər günah sahibi bağışlanmaya layiq deyilsə, onu törətdiyi əmələ görə cəzalan­dır­maq daha məqsədəuyğundur və bu halda şəriət ziyan çəkəni haq­sızlıq edəni bağışlamağa çağırmır.
Allah haqsızlıq edəni bağışlayanı mükafatlandırmağı Öz öhdəsinə götürmüşdür ki, insanlar bir-birilərinə qarşı mərhəmətli olsunlar və başqaları ilə də, Allahın onlarla necə rəftar etməsini istədikləri kimi, rəftar etsinlər. Kim Allahın onu bağışlamasını istəyirsə, qoy özü bağışlamağı öyrənsin, çünki Allahın verəcəyi əvəz insanların əməllərinə həmişə uyğun gəlir.
Əvəz vermənin üçüncü dərəcəsi ədalətsizlikdir. Lakin Föv­qəluca Allah özbaşınalıq və zorakılıq edən və ya kiminsə haq­sızlığına daha böyük haqsızlıqla cavab verən zalımları sevmir. Həqiqətən, ifratçılıq – zalımlıqdır.
ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ

(42. 41) “Kim zülm edildikdən sonra, qisas alarsa, qına­nıl­­­­ma­sına yol yoxdur”.

Özgəsinin zülmündən və ədalətsizliyindən özünü müdafiə edənə günah yoxdur. Allahın, düşmənlərinin hücumlarından qo­ru­nan möminlər haqqında sözlərini yada salsaq, aydın olar ki, heç bir adam onu əhatə edən insanların zalımlığından və hü­cumlarından qaçına bilməz.
Əgər insan kimisə incitmək niyyətinə düşərsə və bunu et­məz­sə, ona qarşı eyni niyyəti tətbiq etmək yox, sadəcə, zəruri məsləhət vermək və onu pis sözlərdən və addımlardan çəkindir­mək lazımdır.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ
(42. 42) “Yalnız insanlarla zalımcasına davrananlar və yer üzündə haqsız özbaşınalıq edən kəslər qınanılmalıdırlar. On­lara ağrı-acılı iztirablar hazırlanmışdır”.

Yalnız zalımlıq edən və insanların həyatına, malına və na­musuna qəsd edən fasiqlər qınanmağa layiqdirlər. Belə günah­kar­lar islam şəriətinə müvafiq olaraq ədalətli cəzaya layiqdirlər. Bu cəza onların canı və ruhu üçün ağrılı olmalıdır və ən mü­kəm­məl ədalətə uyğun gəlməlidir.
ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

(42. 43) “Hər kim səbir edib, bağışlayırsa, şübhəsiz ki, bu qəti niyyətlə can atılan əməllərdəndir”.

Allah, səbirli olan və ona qarşı zalımlıq edən adamı bağış­lamağı bacaran insanın hərəkətlərini təqdir edir və mükafatlan­dırır. Belə məziyyətlərə yalnız səbirli olan və böyük qismət əta edilmiş və öz məqsədinə qəti niyyətlə can atan və düşüncə sahibi olan kəslər malik olurlar.
Həqiqətən, insan nəfsinin onu incidənə sözlə və ya əllə ca­vab verməkdən özünü saxlaya bilməsi çətindir. Təhqirə dözmək, düş­mə­ni bağışlamaq və pisliyə yaxşılıqla cavab vermək daha çə­tindir. La­kin haqq dinə nail olmaq üçün öz nəfsi ilə mü­ba­­­rizə apa­ranlar və Allah­dan kömək istəyənlər, kimə ki, Allah yolunu asanlaşdırır, bü­tün bunları edə bilirlər. Allahın qulu imanın şirin­liyini dadanda və onun gözəl meyvələrini görəndə, o, qəlbini xa­lis comərdlik və xeyir­xah­lıqla bəzəyir və bunlardan böyük məm­nuniyyət duyur.

 ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ

(42. 44) “Kimi Allah zəlalətə salarsa, bundan sonra onun hamiləri olmaz. Sən zalımların əzabı görüb: “Qayıtmağa yol yoxdurmu?”- deyəcəklərini görəcəksən”.

Fövqəluca xəbər verir ki, yalnız O (Pak və Müqəddəs), in­sanları doğru yola yönəldir və öz əməllərini islah etməkdə on­lara yardım göstərir. Əgər Allah insanı zalımlığına görə cəza­lan­dır­maq üçün azğınlığa salırsa, onda heç kim onun qayğısına qala və onu doğru yolla apara bilməz. Belə insanlar cəzalandırılma qar­şısında dayandıqda, bağıracaqlar: “Çıxış yolumuz varmı?” İş­lə­ri­mi­zi islah etmək üçün dünyaya qayıtmaq mümkün­mü­dür?” Am­ma həmin dəhşətli gündə artıq bu dünyaya qayıdış olmaya­caq və onların istəklərinin icrası mümkünsüz olacaqdır.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ
(42. 45) “Sən, alçaldılmaqdan mütiləşmişləri və ona çəp baxanları ona[14] necə təq­dim edəndə görəcəksən. İman gəti­rən­lər isə, deyəcəklər: “Həqiqətən, ziyana uğramışlar özləri­ni və ai­lələrini Qiyamət günü itirənlərdir”. Doğrudan da, za­lım­lar əbə­di iztrablar içində qalacaqlar “.

Cəhənnəm əzabkeşlərinin bədənləri təhqir olunmaqdan mü­tilik halına düşəcək və ürəkləri də həqarətlə dolu olacaq. On­lar Cəhənnəm alovuna gözucu, kədərlə baxacaqlar. Artıq bütün məxluqların taleyi aydınlaşdıqda və əməlisalehlər fasiqlərdən fərqləndirildikdə, möminlər deyəcəklər: “Həqiqətən, ziyana dü­şən­lər yalnız özləri özlərinə zərər vurdular və bu gün öz ailə­lə­rindən məhrum oldular. Onlar Allahın bol-bol mükafatından da məhrum edildilər və əzab-əziyyətli cəzadan başqa heç nəyə layiq görülmədilər. Törətdiklərinin əvəzi olaraq, onları ailələrindən ayır­dılar və onlar bir daha bir yerdə toplaşmayacaqlar”.
Bəli! Küfrə etiqad edən və özlərinin zərərinə olaraq günah işlədən fasiqlər əbədi cəzaya məhkumdurlar. Alov onları hər tə­rəfdən bürüdüyü halda Cəhənnəmin dibində iztirab çəkəcəklər və onları oradan heç vaxt buraxmayacaqlar. Onların əzablarına bir an belə fasilə verilməyəcək və onlar ümidsizlik içində ola­caqlar.

ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ

(42. 46) “Onlara Allahın əvəzinə kömək edəcək himayə­dar­ları və köməkçiləri olmayacaq. Allahın azdırdığına yol yox­dur”.

Bu dünyada onların ümid bəslədikləri alınmadı. Dirilmə baş­ladı və hamıya tamamilə aydın oldu ki, kafirlərin öz ümid­lə­rini bağladıqları hər şey yox olmuşdur və heç bir şey onları yaxa­lamış cəzadan müdafiə edə bilməyəcək. Onlar zənn edirdilər ki, uy­dur­duq­ları “ilahları”onlara kömək edəcəklər və çətin anda on­ları mü­da­fiə edərlər, lakin onlar necə də böyük azğınlıq için­dəy­di­lər!
ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

(42. 47) “Qarşısının alınması mümkün olmayacaq və Allah­dan gələcək bir Gün başlamamış Rəbbinizin çağırışına ca­vab verin. Həmin Gün sizin üçün sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz!”

Fövqəluca qullarını Onun nəsihətlərinə qulaq asmağa, hökm­lərinə itaət etməyə, Onun haramlarından çəkinməyə və bü­tün bunları sonrakı günlərə qoymamağa çağırır. İnsan ləngimə­dən bunları etməyə başlamalıdır ki, qarşısıalınmaz labüd Gün başlayanadək əldən buraxdıqları­nın yerini doldura bilsin. Həmin Gün heç kim Rəbbindən gizlənməyə və qisasdan xilas olmağa özü­nə imkan verə biləcək bir sığınacaq tapa bilməyəcək.
Mələklər hər tərəfdən Allahın məxluqlarını əhatəyə alıb de­yəcəklər: “Ey cin və insan kütlələri! Əgər siz göylərin və ye­rin hüdudlarından kənara çıxa bilərsinizsə, çıxın. Lakin siz ha­kimiyyətə malik olmadan çıxa bilməyəcəksiniz!” (Rahman, 55/33). Heç bir nəfs törətdikləri günahları etiraf etməyə bilməz, əgər o bunu etməyə cəhd göstərsə də, onun əleyhinə öz bədəni və orqanları şahidlik edəcəklər.
Bu ayə də, bir çox ona bənzər başqa ayələr kimi, tövbəsini başqa vaxta saxlamaq istəyənləri qınayır və insanları xeyirxah işlər görmək üçün hər əlverişli şəraitdən istifadə etməyə çağırır. Unut­ma­yın ki, tövbəni ləngitmək böyük müsibətə səbəb ola bi­lər[15].

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(42. 48) “Əgər onlar üz döndərsələr, bil ki, Biz səni onlara mühafizəçi göndərməmişik. Sənə yalnız təbliğ etmək həvalə edilmişdir. Biz insana mərhəmətimizi daddırdıqda, o, sevinir. Ona öz əllərinin hazırladığı pislik təsir etdikdə, insan nankor­luq edir”.

Əgər müşriklər, haqq onlara aydın olduqdan sonra, sən­dən və sənin təlimindən üz çevirsələr, qoy bu səni narahat et­məsin, çün­ki sən onların işləri barədə qayğı çəkməli deyilsən və onların törət­dikləri əməllərinə görə cavabdeh deyilsən. Sən yal­nız Vəhyi onlara çatdırmalısan. Əgər sən sənə həvalə edilmiş və­zifəni yeri­nə yetirsən, Allah mütləq səni, onların sənin ardınca gedib-get­mə­mələrindən asılı olmayaraq, səxavətlə mükafatlandı­racaqdır. On­lar Allahın qarşısında cavab verməli olacaqlar və O (Pak və Müqəd­dəs), onların heç bir addımını: nə kiçiyini, nə böyüyünü, nə giz­lisini, nə də aşkarını diqqətindən yayındırma­yacaq.
Sonra Fövqəluca insan qəlbinin fitrətindən xəbər verir. Əgər Rəbb quluna mərhəmətindən dadmağa verirsə və ona möh­­kəm sağlamlıq, zənginlik və şərəfli vəzifə əta edirsə, onda o, dün­yada hər şeyi unudur və yalnız öz nail olduğu maddi nailiy­yətlərlə fəxr edir. Nəticədə, o, kor-korana yalnız özünə əminlik yaradır və Fövqəlqüdrətli Xeyirxahından üz döndərir.
Onu, öz cinayətləri ilə layiq olduğu bir xəstəlik, kasıbçılıq və ya digər bir bəla yaxalayanda, onda o, nankorluq edir. Həqi­qətən, insan əvvəllər ona göstərilən mərhəməti unutmaq xüsu­siy­yə­tinə malikdir və yolu üstünə çıxan istənilən çətinlikləri hid­dətlə qarşılayır.

ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ
(42. 49) “Göylər və yer üzərində hakimiyyət Allaha məx­susdur. O, istədiyini xəlq edir. O, kimə istəyirsə dişi bağış­layır, kimə də istəyirsə kişi əta edir”.
(42. 50) “Yaxud O, istədikdə hər iki cinsdən erkək və dişi ekizlər icad edir və, kimi istəyirsə, sonsuz qoyur. Həqiqə­tən, O – Alimdir, Fövqəlqüdrətlidir”.

Fövqəluca Özünün hüdudsuz[16] hakimiyyəti, istədiyi hər şeyi xəlq etməsi və göylərdə və yerdə bütün hadisələri idarə et­məsi barədə xəbər verir. O (Pak və Müqəddəs), məxluqlarına uşaq doğ­maq qabiliyyəti vermiş və onlara, kimi istəyirsə, bəxş edir. Rəbb bəzi­lərinə qızları əta edir, digərlərinə isə oğlan uşaq­ları bağışlayır. O (Pak və Müqəddəs), bəzi insanlara həm oğlan, həm də qız uşaq­la­rı əta edirsə, başqalarını qısır saxlayır. Bilən və Fövqəl­qüdrətli ad­la­rı Onun gözəl adlarındandır. Məx­luqları üzə­rində Öz haki­miy­yə­ti və Özünün hüdudsuz bilikləri sayəsində O (Pak və Müqəddəs), Kaina­tın işlərini ən mükəmməl surətdə ida­rə edir.
ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ

(42. 51) “İnsan Allahın onunla vəhy və ya pərdə arxasın­dan danışmasından başqa bir tərzdə danışmasına layiq deyil. Ya da O, elçi göndərərək, onun vasitəsilə vəhydə istədiyini təl­qin edir. Həqiqətən, O – Fövqəlalidir, Müdrikdir”.

Əl-Bəqərə” surəsində bildirilir ki, Allaha iman gətirmə­yən­lər və elçilərdən boyun qaçıran fasiqlər lovğalıqla deyirlər: “Nə üçün Allah bizimlə danışmır? Niyə ayələr bizə nazil ol­mur?” (Bəqərə, 2/118). Allah onların yalançı bəyanatlarını təkzib edərək, anladır ki, O (Pak və Müqəddəs), yalnız seçilmiş məx­luqlar və mə­sum xilqətlərlə – peyğəmbərlər və elçilərlə danışır. Bəzən Föv­qəluca onlarla vəhy vasitəsilə danışır ki, bu zaman Rəbb mələyin iştirakı olmadan Özü onu elçisinin ürəyinə təlqin edir. Həmin anda Allah elçisi ilə şifahi danışıq formasında ol­duğu kimi ün­siyyətə girmir. Bəzən O (Pak və Müqəddəs), İmran oğlu Musa pey­ğəm­bərlə (ə) olduğu kimi, şifahi müsahibəsini pərdə ar­xa­sın­dan aparır və buna görə o (ə) “Mərhəmətli ilə da­nışan”[17] ləqə­bini almışdır. Bəzən O (Pak və Müqəddəs), pey­ğəmbərləri ilə mə­ləklərdən olan elçisi vasitəsilə ünsiyyət yaradır. Belə elçilər­dən biri – mələk Cəbraildir (ə). Bu elçilər, öz istəkləri ilə deyil, yal­nız Rəbbin izni və göstərişi ilə vəhyləri olduğu kimi peyğəm­bərlərə çatdırırlar.
Fövqəlali və Müdrik – Allahın gözəl adlarındandır. O (Pak və Müqəddəs) Öz məxluqları üzərində ali, əzəmətli bir yer tutur, şərəfli sifətlərə malikdir və çox nəhəng işlər görür. O (Pak və Mü­qəddəs), bütün varlıqları idarə edir[18] və bütün yaradılmışlar Ona itaətkardırlar. O (Pak və Müqəddəs), hər bir şeyi öz yerinə qoymuş, məxluqları səmərəli surətdə yerləşdirmiş və ədalətli qa­nunlar qəbul etmişdir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(42. 52) “Beləliklə, Biz hökmlərimizdən sənə vəhylə Ruh təlqin etdik. Sən Kitabın nə olduğunu və imanın nə olduğunu bilmirdin. La­kin Biz onu nur etdik ki, onun vasitəsilə qulları­mızdan istə­di­yimizi doğru yolla aparaq. Həqiqətən də, sən doğ­ru yol göstərirsən –
(42. 53) – Allahın yolunu. Göylərdə olanlar da, yerdə ol­an­­­lar da Ona məxsusdur! Həqiqətən, işlər Allaha qayıdır”.
Ey Muhəmməd! Biz artıq əvvəlki elçilərimizə vəhylər nazil etmişik. İndi isə Biz Mübarək Quranı sənə nazil edirik.
Fövqəluca onu “ruh” adlandırır, çünki ruh hərəkətsiz bə­dənə həyat verir, Quran isə insanların ürəyinə, qəlbinə həyat verir və onun qarşısında qapıları maddi və mənəvi əmin-aman­lığa açır. Bu isə, Quran ayələrinin özündə böyük nemətlər və hü­dudsuz biliklər ehtiva etməsi sayəsində baş verir.
Allahın Kitabı – Rəbbin Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və mömin qullarına mərhəmətidir ki, o, bü­tövlükdə və tamamilə Allahın misilsiz comərdliyinin, səxavə­ti­nin təzahürüdür. İnsanlar belə bir səxavətə özlərinin xeyirxah əməl­­­lərinin heç biri ilə nail ola bilməzlər və buna görə Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) xatır­la­dır ki, o (s.ə.s.), əvvəllər Mübarək Kitablardan və imandan xə­bər­siz idi və Allahın hökmlərini yerinə yetirməklə məşğul de­yildi. Bundan başqa, o (s.ə.s.) nə yazmağı, nə də oxumağı bil­mirdi. La­kin ona (s.ə.s.) Allahın nur etdiyi Kitab agah oldu. Bu nur iman­sızlıq, bidətçilik və alçaq ehtiraslar zülmətində insan­lara yol açır, onlara haqqı tapmaqda və düz yola çıxmaqda kö­mək edir.
Ey Muhəmməd! Sən onun sayəsində insanlara doğru yolu izah edirsən və onları onunla getməyə çağırırsan və həmçinin on­­ları azğınlıqdan çəkindirir və onun nəticələri barədə xəbərdar edirsən. Düz yol – yeganə yoldur ki, yer üzündə Allahın qulla­rı­na buyurulmuşdur və insanları Ona doğru aparır və onlara Cən­nət məkanına düşməyə kömək edir. İnsanların bütün xeyir və şər əməlləri Allaha qayıdır və Qiyamət günü O (Pak və Mü­qəddəs), hər kəsə bütün etdiklərinin əvəzi: xeyirxahlığa xe­yirlə, pisliyə də pisliklə qaytarılacaqdır.



[1] Şəriət hökmlərini (əhkamlarını). F.S.
[2] Allaha iman – bəşəriyyətin, mən deyərdim ki, ən aktual və mühüm məsələlərindən ən ilkidir və yalnız bu istiqamət istənilən bəşər cəmiyyətinin, o cümlədən də Azərbaycanı­mızın uğurlu sosial-əxlaqi dirçəlişini, xalqlar və ölkələr arasında əmin-amanlığı, sülhü və həmrəyliyi təmin edə bilər. F.S.
[3]Görkəmli İslam alimi əs-Səədinin məhz bu müddəası ilə, Azərbaycan Respublika­sının tanınmış dövlət adamlarından biri olan akademik Ramiz Mehdiyevin, öz tədqiqat səciyyəli yazısında (“Qloballaşma dövründə dövlət və cəmiyyət”- http://­azerbaijan.news.­az/­index.­php?Lng=aze&Pid=17162) qeyd etdiyi: ...Yaradanın qüdrə­tinə inam insanın mənəvi-əxlaqi, psixoloji ovqatını şərt­lən­dirir, dünyagörüşünü kamil­ləşdirir, təfəkkür tərzini və forma­sını tənzimləyir” kimi nəzəri mülahizəsi, son illərdə ölkə­mizdə Allahın dininə olan müna­si­bətin, bir sıra cəhətlərdən, üst-üstə düşməsini nümayiş etdirir. Akademikin samballı nəzəri təhlilində “dini etiqad azadlığının müasir Azərbaycanın istimai-siyasi inkişafının öncül istiqaməti” kimi dəyərləndirməsi də diqqətəlayiqdir (Lakin burada mənim qeyd etdiklərim akademikin həmin yazısında gedən bütün nəzəri müddəa və mülahizələri əks etdirmir. F.S.).
 Həmd olsun Fövqəluca Allaha! Xalqımızın qəflətdə olanlarını ayıltması Ondan asılıdır! F.S.
[4] aiddir. F.S.
[5] Ana Kitab – Lövhi Məhfuz nəzərdə tutulur. F.S.
[6] Kitab və Elçi, yəni, Quran və Muhəmməd Peyğəmbər (s.ə.s.). F.S.
[7] Kursiv mənimdir. F.S.
[8] Kursiv mənimdir. F.S.
[9] Möhtərəm müəllifin bu müddəasını daha aydın təsəvvür etmək və başa düşmək üçün qeyd etməliyəm ki, Mərhəmətli Allah insanların törətdiyi günahların və cəzaya layiq əməllərin əksəriyyətini bağışlayır və onların yalnız az bir qismi bəlalar və müsibətlər şəklində onların qabağına çıxır. İnsanlar bunu qətiyyən unutmamalıdırlar. F.S.
[10] Gəmilər nəzərdə tutulur. Bir sıra tərcümələrdə ayənin əslinə “gəmi” sözü əlavə edilmişdir ki, o, ayə­nin orijinalında yoxdur. Buna görə mən “gəmi” sözünü ayənin tərcüməsindən çıxarib, burda izah kimi ver­məli oldum. F.S.
[11] Bu gün hələ də əksəriyyəti təşkil edən elə insanlar var ki, elm və texnika sahəsində əsrlər boyunca əl­də edilən nailiyyətləri – ixtira və kəşfləri sırf bəşər əməyinin məhsulu kimi qəbul edirlər və bəşəriyyət yara­­nan­dan bəri insanlara Allahın verdiyi, istisnasız olaraq, bütün elmi-texniki kəşfləri alimlərin sırf şəxsi istedadının nəticəsi sayırlar. Əslində, misilsiz Fövqəl­qüdrət və bənzərsiz elm mənbəyi olan, keçmişin və gələcəyin bütün ixtiralarını Özündə potensial halında ehtiva edən Fövqəluca Müdrik Rəb­bi­miz bəşəriyyətin tədriclə nail olduğu bütün kəşfləri və ixtiraları öncədən Ana Kitabında həkk etmiş və onları mərhələ-mərhələ bunun üçün nəzərdə tutduğu insanlara müxtəlif üsullarla təlqin etmişdir və Giya­mə­tə qədər də edəcəkdir. Şərəfli Quran Allahın hər şeyin yaradıcısı olduğuna və Onun xəbəri olmadan heç bir şeyin baş vermədiyinə (“Ağacdan bir yarpağın belə Onun izni olmadan yerə düşmədiyinə” (Nəml, 27/65) və verə bilməyəcəyinə bir çox surələrində dönə-dönə diqqət yönəldir. Bu isə o deməkdir ki, bütün Kainatı və onun daxilində və xaricində olan hər şeyi İdarəedən Allahın fövqəlqüdrəti yenil­məz­dir və Onun Zəkası, Mütləq Elmi – olmuşu və olacağı istisnasız ehtiva edir. O (Pak və Müqəd­dəs) – hər şe­yə qadirdir. F.S.
[12] Bu təfsirin yazılması iyirminci əsrin birinci yarısına təsadüf edir. F.S.
[13] Burada: Allah yolunda sərf etməkdən bəhs edilir (يُنْفِقُونَsözünün həmin ayənin tərkibində leksik mənasına bax: “Hasenat 4.0”). F.S.
[14] “Cəhənnəm” nəzərdə tutulur. F.S.
[15] Kursiv mənimdir. F.S.
[16] Qeyb (Lədunni) aləmindən başlayaraq Kainatdakı bütün maddi aləmləri əhatə edən Mütləq Hakimiy­yət nəzərdə tutulur. F.S.
[17] Ərəbcəsi transkripsiyada: “Kəlim ər-Rahman” . F.S.
[18] Kursiv mənimdir. F.S.

Комментариев нет:

Отправить комментарий