четверг, 3 мая 2012 г.

26. ƏŞ-ŞÜƏRA SURƏSİNİN ŞƏRHİ


ƏŞ-ŞÜƏRA
(ŞAİRLƏR)
SURƏSİNİN
ŞƏRHİ

ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(26. 1) “Ta. Sin. Mim”.
(26. 2) Bu – Aydın bir Kitabın ayələridir”.

Fövqəluca Sonuncu Şərəfli Kitabının ayələrinin əzəmətini xüsusilə vurğu­layır. O Kitab Allahın qullarına istənilən gerçəyi izah edir və həm də özündə Allahın bütün tələbləri və dini hökm­ləri haqqında bilikləri əks etdirir. İnsana, Quranla, sadəcə, tanış olmaq kifayət edir ki, onda Quran hekayətlərinin gerçəkliyi və ila­hi qanunların müdrikliyi haqqında şübhə yeri qalmasın. Belə ecazkar təsir Quran ayələrinin son dərəcə aydın olması və gözəl mənalar kəsb etməsi ilə əlaqə­dardır və onların ibarət olduğu dini hökmlər öz hikməti ilə fərqlənərək, həmişə bu və ya digər şəraitə müvafiq gəlir. Bu ayələri izah edərkən, Muhəmməd Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun!) İslam dinini təbliğ etmiş və insanları doğru yola gəlməyə çağırmışdır. Təqva sahibi olan qul­lar onun (s.ə.s.) nəsihətlərinə qu­laq asmış və haqq dinə gəlmişlər, amma bədbəxt günahkarlar isə, onun (s.ə.s.) çağırışlarından üz dön­dərirdilər ki, bu da Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) olduqca bərk narahat edirdi. O (s.ə.s.), mümkün olan hər şeyi edirdi ki, insanlar haqqa iman gətirsinlər, onlara xe­yirxah məsləhətlər və faydalı nəsihət­lər verirdi və günahkarların iman gətirməkdən imtina etmələrinə görə həyəcan keçirir və na­ra­hat olurdu. Məhz buna görə, sonra Fövqəluca Allah buyurur:

 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(26. 3) “Sən onların iman gətirməməyi üzündən kədər­lə­nib özünü məhv edə bilərsən”.

Sən onların iman gətirmədiklərinə görə özünə yer tapa bil­mirsən, lakin on­lar buna layiq deyillər. Sən ümidini itirmə və özü­nü üzmə, çünki insanları doğru yola təkcə Allah yönəldir. Sən artıq sənə həvalə edilmiş vəzifəni yerinə yetirmi­sən və Fövqəluca Rəbbin insanlara göndərdiyi bəyanatını onlara çatdırmısan. Sən mümkün olan hər şeyi etmisən və onlara ən böyük möcüzələri gös­tərmişsən. Allahın qullarının ürəklərində həqiqi imanı möh­kəm­lətmək üçün nazil edilmiş Qurandan da böyük mö­cüzə nə ola bilər? Həqiqətən, haqqı tapmaq istəyən üçün etibarlı bir rəh­bərlik və şəfa kifayətdir və o da onları Şərəfli Kitabda tapır.

 ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(26. 4) “Əgər Biz istəsək, göydən bir möcüzə nazil edərik ki, onlar ona baş əymək məcburiyyətində qalarlar”.

Fövqəluca kafirlərə elə bir möcüzə göstərə bilər ki, onlar onu inkar edə bil­məzlər, lakin buna ehtiyac yoxdur, çünki belə olduğu halda, iman insana heç bir fayda gətirməz. Həqiqətən, iman o zaman fayda verir ki, insan gözü ilə görmə­diyinə iman gətirir və buna görə Fövqəluca Allah belə buyurur: “Doğru­dan­mı onlar mələklərin və ya sənin Rəbbinin və yaxud Rəbinin bəzi əlamət­lərinin gəlməsini gözləyirlər? Əgər o, əvvəlcə iman gətir­məmişdisə və imanı sayəsində yaxşılıqlar etməmişdisə, Rəbbi­nin bə­zi əlamət­lərinin zühur edəcəyi Gün iman gətirməsi, o şəx­sə heç bir fayda vermə­yəcəkdir” (Ənam, 6/158).

ﭫﭬﭭﭮﭯﭰﭱ ﭲﭳﭴﭵﭶ
(26. 5) “Hər dəfə Rəhmanın Zikrindən yeni bir nəsihət gəl­dikdə, mütləq on­dan üz çevirirlər”.

Onlar Mərhəmətli Allahın hökmlərindən qəlbən və bədən­ləri ilə ya­yı­nar­dı­lar, Onun hədlərini aşardılar və onlara haqqı və yalanı dərk etməyə yönəldilmiş nəsihətlərə qulaq asmazdılar. Allah nəsihətlərini yeni adlandı­rır və qeyd edir ki, onların hamısı bu və ya digər bir şəraitə uyğun idilər və bunun sayəsində onlar daha bəlağətli və inandırıcıydılar. Lakin buna bax­ma­­yaraq, kafir­lər onlardan üz döndərirdilər və, əslində, qəlbləri xeyir­xah­lıqdan məhrum olan və faydalı nəsihət­lərə qulaq asmaq qabiliyyəti ol­ma­yan insanlar başqa cür edə də bilməzdilər.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ
(26. 6) “Onlar bunu yalan saydılar. İstehza etdiklərinin xəbəri onla­ra çatacaqdır”.

Onlar Quranı və Haqqı inkar etdilər və kafirlik onların ay­rılmaz məziyyə­tinə çevrildi və buna görə onları Cəhənnəmdə, uy­durma hesab etdikləri dəhşətli cəza gözləyir. Həqiqətən, onlar bu cəzaya layiqdirlər və ondan yaxalarını qurtara bilməyəcəklər.
Sonra Fövqəluca Allah Öz qullarını ətrafda baş verənlər üzərində düşün­məyə və bu düşüncələrdən nəticə çıxarmağa çağı­rır. Allah buyurur:
 ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ
(26. 7) “Məgər onlar görmürlər ki, Biz yer üzündə nə qə­dər mədəni bitki­lər çeşidi becərmişik?”

Bu – ecazkar görünüşə malik bitkilərdir. Onlar insanlara və digər məxluq­lara xeyli fayda verirlər.

 ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ
(26. 8) “Həqiqətən, bunlarda bir dəlil var idi. Lakin onla­rın əksə­riyyəti mö­min olmadı”.

Cansız torpaqda bitkilər becərdilməsi, ölülərin də dirildilə­cəyinin gerçək­liyinə dair bir dəlildir, amma onların böyük əksə­riyyəti buna iman gətir­mə­di.
Fövqəluca həmçinin belə buyurur: “Hətta sən bunu coş­qun­­luqla arzu etsən də, insanların böyük əksəriyyəti iman gə­tirməz” (Yusuf, 12/103).

 ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(26. 9) “Həqiqətən, sənin Rəbbin Fövqəlqüdrətlidir, Rəhm­­­­li­­dir”.

Doğrudan da sənin Rəbbin Fövqəlqüdrətli və Rəhmlidir. Onun haki­miy­yəti göylərin və yerin bütün sakinlərinə aiddir, Onun mərhəməti bütün varlıqları əhatə edir. Hər bir məxluq Onun ila­hi səxavətindən ləzzət alır. Özünün fövqəlqüdrəti sayə­sin­də O (Pak və Müqəddəs Olan), kafirləri puç edir və cəzalan­dı­rır, Öz mər­həməti sayəsində isə O (Pak və Müqəddəs Olan), bəx­tə­vər mö­min­ləri hər cür şərdən və bədbəxtliklərdən xilas edən yol­la aparır.

 ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(26. 10) “Bir dəfə Rəbbin Musaya müraciət etdi: “Zalım bir xalqın yanına get –“

Fövqəluca növbəti dəfə Musa peyğəmbərin (ə) hekayətini xə­bər verir. Bu gerçək əhvalat Şərəfli Quranda başqa hekayət­lər­dən daha tez-tez təkrarlanır, çünki ondan çoxlu faydalı nəticələr çıxarmaq və həm də Musa peyğəmbər (ə) ilə mö­minlər və ka­fir­lərin qarşılıqlı münasibətlərini bilmək olar. Şərəfli Quranda Musa peyğəmbərin (ə) hekayətinin tutduğu mühüm yer, Musaya (ə) na­zil edilən qanu­nun əzəmətinə və Tövratın, Şərəfli Quran­dan baş­qa, bütün qalan Səmavi Kitablar­dan üstünlüyünə dəlalət edir.
Ey Muhəmməd! Fövqəluca Rəbbin Musa (ə) ilə danışmasını və onu (ə) Özü­nün peyğəmbərlərindən və elçilərindən biri etmə­sini yadına sal. Rəbb ona (ə) yer üzündə təkəbbürlə gəzən və Allahın digər məxluqlarından özlərini üstün tutan zalım insan­ların yanına getmək hökmü vermişdi. Lakin ən başlıcası, onları idarə edən insanın özünü “Allah” elan etməsi idi.

 ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ
(26. 11) “fironun xalqının yanına. Məgər onlar qorx­mur­lar?”

Ey Musa! Fironun (L[1]) xalqının yanına get, onlarla nəza­kətlə davran və onları Allahdan qorxmağa çağır. O (Pak və Mü­qəddəs Olan), onları xəlq etmiş və onlara fasiləsiz olaraq ruzi verir və buna görə də onlar Onun ilahi qəzəbindən qorxmalı və kafirlikdən əl çəkməlidirlər.

 ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ
(26. 12) “O dedi: “Ey Rəbbim! Mən qorxuram ki, onlar mə­ni ya­lançı sayarlar,
(26. 13) “köksüm sıxılar və dilim açılmaz. Harunu da gön­dər!”

Musa (ə) qorxdu ki, bu məsuliyyətli vəzifəni yerinə yetirə bil­məz və qərara aldı ki, öz əndişəsini əsaslandırsın və Allahdan kö­mək və yardım istəsin. Başqa bir ayədə deyilir ki, Musa (ə) belə mü­raciət etdi: “Ey Rəbbim! Mənim üçün sinəmi aç! Vəzifəmi asan­laşdır! Dilimdəki düyünü aç ki, onlar nitqimi başa düşə bil­­sin­lər. Mənə öz ailəmdən qardaşım Harunu köməkçi təyin et. Onun sayəsində gü­cümü artır və ona icazə ver mənimlə və­zi­fə­mi bölüşdürsün” (Taha, 20/25-32). Musa (ə) dedi: “Ey Rəb­bim! Mən onlardan birini öldürmüşəm və qorxuram ki, onlar mə­ni öl­dürsünlər. Qardaşım Harun məndən daha bəlağətlə da­nı­şan­dır. Onu da mənimlə kö­­məkçi göndər ki, mənim doğru­çu­lu­ğu­mu təsdiq etsin. Mən doğrudan da qorxuram ki, onlar məni ya­lan­çı saysınlar” (Qəsəs, 28/33-34). Fövqəluca, Musanın (ə) xa­hi­şi­ni qəbul edərək, Haruna (ə) da peyğəmbər dərəcəsi verdi.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(26. 14) “Mən bir günaha görə onların qarşısında məsu­liyyət daşıyı­ram və qorxuram ki, onlar məni öldürsünlər”.

Söhbət Musanın (ə) Misirdə olduğu zaman öldürdüyü gib­tidən[2] gedir.

 ﯣ ﯤﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ
(26. 15) “Dedi: “Heç qorxmayın! Möcüzələrimizlə gedin. Həqiqətən Biz sizinləyik və eşidirik”.

Fövqəluca Öz seçdiyi elçisinin (ə) dualarına qulaq asdıqdan sonra, belə bu­yu­rur: “Onlar səni öldürə bilməzlər, çünki siz Bizim himayəmiz altında olacaq­sınız. Sizin düşmənləriniz nə sizə, nə də sizin ardıcıllarınıza zərər vura bilməzlər”. Sonradan hər şey belə də oldu. Firon (L) Vahid Allaha iman gətirməkdən imtina etdi, var qüvvəsi ilə peyğəmbərin (ə) təbliğatına müqavimət göstərdi və özünün son günlərinədək ən düşüncəsiz mühaki­mələr yürüt­məkdə və öz xalqını yoldan çıxartmaqda davam etdi, lakin buna baxmayaraq, o, Musa peyğəmbərə (ə) heç bir zərər vura bilmədi.
Ey Musa və Harun! İkilikdə Mənim möcüzələrimlə gedin. Onlar sizin doğ­ru­çu­luğunuzun və təbliğ etdiyiniz Təlimin doğru­luğunun dəlilləri ola­caq. Həqiqə­tən, Biz sizin qayğınıza qalacaq və sizi hər hansı xoşagəlməz hallardan qoruya­cağıq.

 ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ
(26. 16) “İkilikdə Fironun yanına gedib deyin: “Biz aləm­lərin Rəbbi tərə­fin­dən göndərilmişik”.
(26. 17) “Buna görə, İsrail oğullarını bizimlə birlikdə bu­rax”.


Misir hökmdarının yanına yollanın və ona bildirin ki, siz aləmlərin Rəbbinin elçilərisiniz və o, Allaha və Onun elçilərinə (onlara salam olsun!) iman gətirməli, yalnız aləmlərin tək olan Rəbbinə ibadət etməli və bütün digər uydurulmuş ilah­ları rədd etməlidir. Ona əmr edin ki, İsrail oğullarını sizinlə birlikdə bu­raxsın, onları əzab-əziyyətdən xilas etsin və onlara yalnız Vahid Allaha ibadət etməyə və haqq dinə etiqad etməyə imkan versin.

 ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰋﰌ ﰍ

(26. 18) “Dedi: “Məgər biz səni körpəliyindən öz ara­mız­da tərbiyə etmə­mi­şikmi? Məgər sən həyatının əksər illərini bi­zim aramızda qalma­mı­sanmı?”
(26. 19) “Məgər sən törətdiyin əməli törətməmisənmi? Hə­qi­qətən, sən yax­şılıq bilməyənlərdən birisən!”

Musa (ə) və Harun (ə) Fironun (L) yanına getdilər və Rəb­bin tapşırı­ğını ye­ri­nə yetirdilər. Lakin Misir hökmdarı Vahid Allaha iman gətirmək­dən boyun qaçır­dı. O (L), öz imansızlığında möhkəm dayanmışdı və hətta Allahın elçilərinə (ə) etiraz etməyə cəhd göstərdi. O (L) dedi: “Biz səni kimsəsiz körpə olduğun halda beşikdə tapdıq, sonra səni böyüdüb, tərbiyə verdik. Məgər biz sə­nə böyük bir mər­həmət göstərmədikmi? Məgər sən törətdiyini törət­mə­dinmi? Axı sən öz həmqəbi­lənə köməyə gəlib, gibtini öl­dürdün. Həqi­qətən, sən – naşükür adamlardan biri­sən”.
Əvvəlcə Firon (L) Musaya (ə) onun yaxınlarından biri oldu­ğu­­nu və baş­qa­la­rının davrandığı kimi davrandığını xatırladır, son­ra isə, o (L) onu (ə) nankor və ya etibarsız insanlardan biri ad­lan­dı­rır. Bu­nunla da Firon (L), özü də bilmədən, öz kafirliyinə şə­hadət ve­rir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ

(26. 20) “O dedi: “Mən, cahillərin içində olduğum zaman onu et­mişəm”.
(26. 21) “Mən sizdən qorxduğum üçün sizdən qaçdım, la­kin Rəbbim mənə hikmət verib, peyğəmbərlərindən biri etdi”.

Mənim hərəkətim heç də naşükürlük təzahürü deyildi. Mən yolunu azmış nadanların arasında olduğum zaman onu tö­rət­mişdim. Lakin sonra mən tövbə et­dim və Rəbbimdən bağışlan­ma­ğımı dilədim və O (Pak və Müqəddəs Olan), məni bağışladı. Siz bir gibtinin[3] qətlinə görə məndən intiqam almağa qərar verib, mə­­ni öldürmək istə­dikdə, mən sizin əlinizdən qaçıb, Mədyəndə məs­kun­laşdım. Mən orada uzun illər yaşadım və indi sizin yanı­nı­za qayıt­mı­şam. Rəbbim mənə bilik vermiş və məni Özünün el­çi­lərindən biri etmişdir.
Bu müsahibədən aydın olur ki, Firon (L) öz kafirliyini ət­raf­da baş ve­rən­lərin mahiyyətini, ya anlamayan, ya da başa düş­mək is­təməyən bir cahil insan kimi əsas­landırırdı. O (L) qərara aldı ki, Mu­sa (ə) əvvəllər qətl törət­di­yinə görə Allahın elçisi ola bilməz. La­kin Musa (ə) ona izah etdi ki, gibtini öldürmək niyyəti yox idi və bu cinayəti cahil və yolunu azmış adam olduğu vaxt törətmişdi. O (ə), Firona (L) həm də xatırlatdı ki, heç bir insan Allahın mər­hə­mə­tin­dən məhrum edilə bil­məz və hətta Misir əyan­ları belə onu pey­ğəm­­bərlikdən məhrum etməyə nail ola bil­məzlər. Musa (ə) Fi­ro­nun (L), onu (ə) körpəliyindən öz evində bö­yütməsini xa­tır­la­ma­sın­dan başqa, bütün etiraz­larına ləyaqətlə ca­vab verdi. Şübhəsiz ki, Mu­sa (ə) Fironun (L) hima­yəsi altında boya-başa çatmışdı, lakin mə­gər bunu Fironun (L) ona (ə) qarşı mərhəmət göstərməsi kimi he­sab etmək olarmı? Əgər bu məsələ lazımınca araşdırılsa, aydın ola­caq ki, bu belə deyil. Məhz buna görə Musa (ə) deyir:

 ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(26. 22) “Sənin məni qınadığın mərhəmət ondan ibarətdir ki, sən İsrail oğul­larını əsarət altına almısan”.

Sən məni nankorluqda necə günahlandıra bilərsən ki, mə­nim qəbilə­daş­la­rımı sənin xalqın əsarətdə saxlayırlar. Sən məni köləlikdən və alçal­maq­dan xilas etmisən, ancaq bu hələ o demək deyildir ki, sən mənə mər­həmət göstərmisən, çünki sənin heç bir haqqın yoxdur ki, mənim şanlı xalqımı əsarət altında saxlayıb, ona zülm edəsən. Əsil həqiqətdə, məni kölə­likdən və alçaldıl­maq­dan xilas edən Fövqəluca Allahdır, sən isə kimi bacar­mısan, onu da əsarətin altına almısan. Buna görə məndən belə bir “mərhə­mə­tə” görə minnətdarlıq gözləmə.

 ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ
(26. 23) “Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

O (L), lap əvvəldən başa düşmüşdü ki, Musa (ə) onu məhz nəyə dəvət edir. Lakin Firona (L) məxsus olan təkəbbür və za­lım­lıq, onu, şübhə edil­məsi mümkün olmayan haqqı təkzib etməyə məcbur etmişdi.

ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ
(26. 24) “Dedi: “Əgər etiqadınız varsa, O – göylərin, yerin və onla­rın ara­sındakıların Rəbbidir”.

O (Pak və Müqəddəs Olan), göyləri və yeri, həmçinin on­larda məs­kun­laşan məxluqları xəlq etmişdir. O (Pak və Müqəd­dəs Olan), Öz yarat­dıqlarını idarə edir və onlara ən mükəmməl qayğı göstərir. Siz də həmçinin Onun məxluqlarından birisiniz. Məgər siz bundan sonra, Kainatı və ora­dakı bütün məxluqları yaradan Fövqəluca Xaliqin varlığını inkar edə bilər­siniz? Əgər siz iman gətirsəniz, bunu etməzsiniz.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(26. 25) “Yanındakılara dedi: “Məgər siz eşitmirsiniz?”

Firon (L) Musanın (ə) sözlərinə təəccübləndiyini nümayiş etdirməyə cəhd göstərdi və orada iştirak edənlərə dedi: “Siz bu adamın nə dediyini eşidir­sinizmi?”

 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(26. 26) “Dedi: “Sizin də Rəbbinizdir, ata-babalarınızın da Rəbbi­dir”.

Sizin buna təəccüblənməynizdən asılı olmayaraq, O – sizin Rəbbiniz idi və Rəbbiniz də qalacaqdır. Onun hakimiyyəti sizin Onun qarşısında özünüzü təkəb­bürlə aparmağınıza və ya Ona ita­ət etməyinizə görə zəiflə­mir.

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(26. 27) “Dedi: “Həqiqətən, sizə göndərilmiş elçi bir cin­li­­­dir”.

Firon (L) bu sözlərdən sonra, hamı eşitsin deyə, uca səslə haqqı təkzib et­məyi qərara aldı və Allahın elçisini (ə) təhqir et­məyə başladı. O (L), Musanı (ə) ancaq onun yolu ilə getmədiyi üç­ün “məcnun” adlandırdı. O (L), belə qərara gəldi ki, ağıllı adam Yaradanın varlığını inkar etməli və inan­ma­lıdır ki, göylər, yer, insanlar və qalan bütün canlı məxluqlar bu dünyada özü-öz­başına, Fövqəlqüdrətli Yaradanın iştirakı olmadan, zühur etmiş­lər. O (L) həm də belə qərara gəlmişdi ki, ağıllı adam çoxsaylı qü­surlara malik olan məx­luqlara ibadət etməlidir və Vahid Xaliqin mövcudluğuna iman gətir­mək və Öz məxluqlarına saysız-he­sab­sız gözlə görülən və görülməyən nemətlər Bəxşedən Föv­qəl­uca Hamiyə ibadət etməyə çağı­rış axmaqlıq və dəlilikdir.
Firon (L) xalqını öz əqidəsinin doğruluğuna əmin etdi və bu, ona yal­nız ca­maatının cahil və axmaq olması sayəsində mü­yəssər oldu. Fövqəluca buyurur: “O, xalqını aldatdı və onlar da ona tabe oldular. Həqiqətən də, onlar günahkar adam­lar idilər” (Zuxruf, 43/54).

 ﮒﮓﮔﮕﮖﮗﮘ ﮙﮚ ﮛﮜ
(26. 28) “Dedi: “Əgər dərk etsəniz, O – şərqin və qərbin, onların arasın­dakı­larının Rəbbidir”.

Musa (ə) Fironun (L) əsassız bəyanatını ifşa etməklə yanaşı, onun allah­sız baxışlarını da rədd etdi. O dedi: “Allah – şərqin və qərbin və qalan bütün məx­luqların Rəbbidir. Əgər siz dərk edə bilsəniz, Onun varlığına şübhə etməz­siniz. Mən həqiqəti gözləri­niz qarşısında açdım və onu gözəl tərzdə izah etdim. Hər hansı bir adam, əgər o bir zərrə qədər də olsa ağıl sahibidirsə, mənim sözlərimin doğruluğuna şübhə etməz. Bəs niyə siz mənim moizə­lərimə etinasızlıqla yanaşır­sınız?” Musa (ə) bu sözləri ilə Fir­ona (L) və onun əyanlarına anlatdı ki, onlar, yə­qin ki, özləri eyni xəs­tə­likdən əzab çəkdiklərinə görə, onu (ə) da dəli adlandırırlar. On­lar Allahın qullarının ən alicənab və ən ağıllısını məcnun adlan­dırmağa cəsarət etmiş­dilər, amma əslində, məhz özləri kəmağıl axmaqlar idilər. Əgər bu belə ol­ma­saydı, onlar, mövcudluğu heç kimdə şübhə oyatmayan göylərin və yerin Xaliqinin varlığını in­kar etməzdilər. Əgər onlar Allahın Özü­nün varlı­ğını qəbul et­məkdən boyun qaçırırdılarsa, bəs onda onlar nəyə, ümu­miy­yətlə, inanırdılar? Əgər onlar Kainatın Yaradıcısının varlığı haqqında biliyə malik deyildilərsə, bəs onlar onda nəyi bilirdilər? Əgər on­lar Allaha və Onun təkzibolunmaz ayələrinə iman gətirmək is­təmirdilərsə, onda bəs hansı dinə etiqad edirdilər? Allaha and olsun ki, onlar ev heyvanlarından daha axmaq və düşüncəsiz idi­lər, çünki o hey­vanlar belə haraya getdik­lərini bilir.

ﮝ ﮞﮟﮠﮡﮢﮣﮤﮥ
(26. 29) “Dedi: “Əgər sən məndən başqa ilaha ibadət etsən, onda mən səni zindandakıların yanına göndərərəm”.

Firon (L) son dəlillərini istifadə etdikdən və Musanı (ə) diz çök­dürə bilmə­diyini anladıqdan sonra, o (L), gücə əl atmaq qəra­rı­na gələrək, onu (ə) zindana salacağı ilə qorxutmağa başladı. Föv­qəluca Allah onu rüsvay etsin! O (L) qərara almışdı ki, Musa­nı (ə) yolundan mütləq azdırmalı və onu (ə) müşrikliyi qəbul et­mə­yə məcbur etməlidir. Bu zaman o (L) zənn edirdi ki, əgər Musa (ə) boyun qaçırsa, onda onun (ə) taleyi və bütün möminlərin tale­yi onla­rın başlarına nəyin gələcəyini öncədən bilmələri ilə bağlı­dır.

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(26. 30) “Dedi: “Bəs əgər mən sənə açıq-aydın bir dəlil gös­tərsəm necə?”

Mən səni özümün doğru dediyimə əmin etmək üçün sənə qəribə gələcək mö­cüzələr göstərə bilərəm. Bu elə bir şey olacaq ki, sən beləsini heç vaxt görmə­misən.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ
(26. 31) “Dedi: “Əgər sən həqiqəti deyənlərdən birisənsə, onda onu bizə göstər”.
(26. 32) “Əsasını atdı və o açıq-aşkar bir ilana çevrildi”.
(26. 33) “O əlini (qoltuğundan) çıxartdı və baxanlar onun ağappaq olduğu­nu gördülər”.

Musa (ə) ləngimədən əsasını yerə atdı və o, baxanların gö­zü qarşı­sında ilana çevrildi. Bu illüziya və ya təsəvvür aldanışı de­yildi. Bu əsil canlı ilan idi. Sonra Musa (ə) əlini qoltuğuna salıb çı­xartdı və o, parlaq işıq saç­mağa başladı və ona tamaşa edənlərin ha­mısına təsəvvürolunmaz məm­nun­luq təsiri bağışladı. Belə­liklə, Fi­ron (L) möcüzələrin ən əzəmətlisinin şahidi oldu, amma yenə haqqa iman gətirmədi. Bundan başqa, o qərara aldı ki, Allahın elçisinə (ə) müqavimət göstər­məkdə davam etsin.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(26. 34) “Ətrafında dayanan yaxınlarına dedi: “Həqiqətən, o – alim bir sehrbazdır.
(26. 35) O istəyir ki, öz sehri ilə sizi öz ölkənizdən çıxart­sın. Siz nə təklif edirsiniz?”

Firon belə yalan və cəfəng bəyanatlar verməkdən çəkin­mir­di, çünki o (L) çox gözəl bilirdi ki, onu (L) əhatə edən əyanları nə də­rəcədə axmaq­dırlar. O (L), alicənab peyğəmbəri (ə) cadugər və sehr­baz adlandırdı, çünki yaxşı məlum­dur ki, onlar elə qəribə şey­­lər etməyi bacarırlar ki, digər insan­lar bunu edə bilmirlər. Bu­na baxmayaraq, o (L), bu yalanı ilə qənaətlən­mə­yib, orada iştirak edən­lərdə Musaya (ə) qarşı nifrət və ikrah hissi oyatmaq istədi. Məhz buna görə, o (L), Musanı (ə) xalqı ovsunlamaq və, beləliklə, in­­sanları öz ev-eşiklərindən və övladlarından ayır­maq istəməsi ilə qor­­­xutdu.

 ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ
(26. 36) “Onlar dedilər: “O və qardaşı bir qədər gözləsin və sən şəhərlərə carçılar göndər ki”,
(26. 37) “bütün mahir sehrbazları yanına gətirsinlər”.

Sənin şəhərlərində çoxsaylı alim insanlar və məharətli sehr­baz­lar var­dır ki, onlar sehrin bütün incəliklindən xəbərdardırlar. Sehr­bazlığa digər sehrbazın kö­məyi ilə qalib gəlmək olar və sənin ca­dugərlərin Musaya (ə) qalib gələ bilərlər.
Allahın qullarına rəhmi gəldi və istədi ki, bütün insanlar, özü azğın­lıq bu­rul­ğanına batmış və başqalarını da oraya salan bu bö­yük cahilin baxış­larının yan­lışlığına əmin olsunlar. Firon (L) ən məş­hur sehrbazları top­lamağı əmr etdi və hazırlanan tamaşada bü­­tün xalqın iştirak etməsini tap­şırdı. O (L) özü də bilmədən, əl­in­­dən gələn hər şeyi etdi ki, haqqın qələbəsini bəyan və yalanı if­şa etsin. Onun (L) göstərdiyi səylərin sayəsində xalq nəyin hə­qi­qət, nəyin isə yalan, xülya olma­sını ayırd etməyə imkan qa­zandı. Nə­ticədə, həm misirlilər, həm də israillilər öz gözləri ilə görüb əmin oldular ki, Musa (ə) sehrbaz deyil, sədaqətli elçi idi. Lakin Fi­ron (L) həmin gün nə baş verəcəyini bilmirdi. O (L), ən mahir sehr­bazları dəvət etmişdi və təsvir­olunmaz bir tamaşa təş­kil et­miş­di. Bu barədə Fövqəluca Allah belə buyurur:

 ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ
(26. 38) “Sehrbazları müəyyən olunmuş gün təyin olun­muş vaxtda top­ladılar”.
(26. 39) “İnsanlara dedilər: “Siz də hazırlaşmısınızmı?”
(26. 40) “Ola bilsin ki, sehrbazlar qələbə çalsalar siz də on­ların ardınca getməli olacaqsınız”.

Böyük yarışmadan ötrü Musa peyğəmbər (ə) bütün misirli­lərin isti­rahət et­dikləri gün olan təmizkarlıq gününü seçmişdi. Firon (L) da istəyirdi ki, tamaşada bütün xalq iştirak etsin və Mi­sir sehrbazlarının qələbəsinin şahidi olsun. O (L) əmin idi ki, on­lar cadugərlik elmində yüksək bacarığa ma­lik­dirlər. Bu ona ümid bəsləməyə imkan verirdi ki, sehrbazlar qələbə çalsalar, in­sanlar onlara ehtiram göstərəcək və onların biliklərinə hörmət bəsləyə­cəklər. Bu isə o demək idi ki, onlar sehrbazlara sözsüz ta­be ola­caqlar və onların insanları düz yolla apardıqlarını düşünə­cəklər. Lakin yalan mü­da­fiəçilərinin bütün cəhdlərinə baxmaya­raq, onla­rın səyləri öz əleyhlə­rinə çevrildi.

 ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(26. 41) “Sehrbazlar gələn kimi Firona dedilər[4]: “Biz qa­lib gəlsək, bizə mükafat veriləcəkmi?”
(26. 42) “Dedi: “Bəli. Belə olsa, siz mütləq yaxınlarımın arasında olacaq­sınız”.

Siz bol mükafat alacaq və əyanlarımın arasında ən yüksək vəzifə tutacaq­sınız. Nəyi bacarırsınızsa, edin, ta ki, təkcə Musanı dayandıra bilə­siniz.
Misir camaatı alicənab Musa peyğəmbərin (ə) ətrafına top­laşdıqda, o (ə), fürsətdən istifadə edərək, onlara xütbə verdi. O (ə), sehrbazlara dedi: “Vay sizin halınıza! Allaha böhtan atma­yın, yoxsa O, sizi işgəncələrə məruz qoyub, məhv edər. Yalan uyduranlar uğursuzluğa düçar olacaq” (Taha, 20/61). Buna cavab ola­raq, sehrbazlar Musanın (ə) sözlərinə etiraz edib, özlərinin haqlı olduqlarını bil­dirdilər. Sonra Misir hökmdarı (L) onları mü­barizə aparmağa ruhlandırdı və yarışa başlamağı əmr etdi.
 ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(26. 43) “Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

Musa (ə) əmin idi ki, yalan tərəfdarları heç vaxt haqqa qalib gələ bilməyə­cəklər və cahillərin bütün səyləri faydasız olacaqdır. Buna görə o (ə) sehrbazlara təklif etdi ki, onlar göstərə biləcəkləri ən qəribə şeyləri göstər­sinlər.

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(26. 44) “Onlar öz kəndirlərini və əsalarını yerə atıb, de­dilər: “Firo­nun qüdrəti ilə! Biz mütləq qalib gələcəyik!”

 Onlar öz kəndirlərini və əsalarını yerə atdılar və bunlar sehr­lənmiş insan­lara sürünən ilanlar kimi göründülər. Onlar qə­lə­bənin yaxın olduğu­nu zənn edə­rək, bərkdən səsləndilər: “Firo­nun qüdrəti ilə! Biz mütləq qalib gələcəyik!” On­lar elə bir zəif və köməksiz qula (L) təvəkkül etdilər ki, o (L) özünün rəhmsizliyi sa­yə­sində qüdrətli bir hökmdar kimi məşhurlaşmış və onun (L) ar­xasında saysız- hesabsız döyüşçülər dayanmışdı. Məhz Fironun (L) geniş yayılmış şöhrəti onları haqqı görməyə qoymurdu. Bu, mü­zakirə etdiyimiz ayənin şərhlərindən biri idi. Lakin başqa şərh­lər də mövcuddur ki, onlara görə, sehrbazların ucadan səs­lən­­­­mələri and idi. Bu halda Fövqəluca Allahın sözlərini belə tər­cü­mə etmək lazımdır: “Fironun qüdrə­tinə and içirik, biz mütləq qa­lib gələcəyik!”


 ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ
(26. 45) “Sonra Musa öz əsasını atdı və o onların bütün yalandan uy­dur­duqlarını uddu”.
(26. 46) “Belə olduqda sehrbazlar səcdəyə qapıldılar”
(26. 47) “və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbi­nə”,
(26. 48) “Musanın və Harunun Rəbbinə!”
Sehrbazların kəndir və əsaları canlı ilanlara çevrilmədi. On­la­rın gö­rünüşü, sadəcə, uydurma bir xəyal, gözbağlayıcı idi ki, Föv­qəlqüdrətli Allahın Öz pey­ğəmbəri Musa (ə) vasitəsilə yarat­dı­ğı həqiqi möcüzəyə qarşı davam gətirə bil­məzdi. Cadugərlik, sehr məsələlərindən başları çox yaxşı çıxan sehrbazlar bu əzə­mət­li möcüzəni gördükdə, anladılar ki, Musa (ə) sehrbaz deyil və onun (ə) möcü­zəsi onun (ə) doğruçuluğunun və peyğəm­bərlik və­­zifəsinin gerçəkliyinin dəlillə­rindən biridir. Buna görə onlar Allaha iman gətirdilər və o saat Fövqəluca Allaha ibadətə qa­pıl­dılar. Yalan darma­dağın edildi və onun aparıcıları yollarını az­dıq­­­larını etiraf etdilər. Haqq qalib gəldi və bütün xalq onun qələ­bə­sinin şahidi oldu. Lakin Fironu (L) zalım­lıqdan və azğınlıqdan baş­qa heç nə qane etmirdi. O (L) öz yanlış etiqa­dından əl çəkmək­dən inadkarcasına imtina etdi və buna görə, sonra Fövqəluca belə bu­yurur:

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(26. 49) “O dedi: “Niyə mən sizə icazə verməzdən əvvəl, siz ona inandınız? Həqiqətən, o, sizə sehrbazlığı öyrədən böyü­yünüzdür! Amma tezliklə siz bilə­cəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəs­di­rərəm və hamınızı çarmıxa çəkdi­rərəm!”

O (L), öz tabeliyində olanların cəsarətinə təəccüblənmişdi. Doğru­danmı onlar onunla (L) məsləhətləşmədən və icazə alma­dan iman gətirmiş­dilər? O (L), hadisənin belə bir dönüşünü göz­ləmirdi və dedi: “Həqiqətən, o – sizin başçınızdır və sizə sehr­bazlığı öyrətmişdir!” O (L), çox gözəl bilirdi ki, sehrbazlar Misirin bütün şəhərlərindən onun öz sərəncamına əsasən top­lan­mışdılar ki, bu sərən­camını o (L), öz adlı-sanlı əyanlarının məsləhətini din­lədikdən sonra vermişdi. O (L) bilirdi ki, sehrbazlar bundan əvvəl Musa (ə) ilə heç vaxt görüşməmişdilər və heç vaxt onu (ə) gör­mə­mişdilər. O (L), həmçinin bilirdi ki, onlar möcüzə göstər­məyə qa­dir deyildilər, sadəcə, sehr­bazlıqla məşğul olur, insanları öz müəmmalı əməlləri ilə qorxudub sehrlə­yirdilər. Lakin onun (L) eyibli olmasına bütün orada iştirak edənlərin hamı­sının əmin ol­duğu növbəti yalançı bəyanatını verməkdən başqa bir çarəsi qal­mamışdı. Buna baxmayaraq, axmaq və cahil xalq danılmaz haqqa və aydın möcüzələrə iman gətirməkdən imtina etdi. Amma bu fasiqlərin düşüncəsizliyinə təəccüb etməyə dəyməz, çünki onlar Fironun (L) hər hansı bir sözünə, onun nə dərəcədə yalan olma­sından asılı olmayaraq, inanmağa hazır idilər.
Belə olduqda Firon (L) sehrbazları, yer üzündə zalımlığı ya­yan cina­yət­karları cəzalandırdıqları kimi, sağ əllərini və sol ayaqlarını kəsdirməklə qorxutdu. O (L) həm də onları çarmıxa çəkdirəcəyini vəd etdi ki, onlar biabırçılığı və alçal­dılmanı dad­sın­lar. Lakin sehrbazlar həqiqi imanın gö­zəl­liyini artıq dadmış­dılar və buna görə sonra Fövqəluca belə buyurur:


 ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯡﯢ
(26. 50) “Onlar dedilər: “Eybi yox! Onsuz da, biz Rəbbi­mizə dönə­cəyik”.
(26. 51) “Biz arzu edirik ki, biz ilk iman gətirənlər oldu­ğumuza gö­rə Rəbbimiz günahlarımızı bağışlasın”.

Sən bizi qorxuda bilməzsən! Biz küfrə bataraq, sehrbazlıqla məşğul idik, lakin indi bu günahlardan əl çəkirik. Biz – sənin dö­yüşçülərinin birin­ciləriyik ki, Musaya (ə) iman gətirdik.
Allah sehrbazlara imanı hifz etməyə və bu imtahandan çıx­ma­ğa yar­dım göstərdi. Belə bir rəy var ki, zülmkar hökmdar vəd et­diyini yerinə yeti­rərək, iman gətirmiş kişiləri məhv etmiş­dir. O, doğ­rudan da belə edə bi­lərdi, çünki Misirdə onun haki­miy­yəti çox güclü idi. Lakin başqa bir rəy də var ki, ona müvafiq olaraq, Föv­qəluca Allah Firona (L) öz dəhşətli vədini həyata ke­çirməyə im­kan verməmiş­dir. Hər halda, Firon (L) və onun döyüş­çüləri iman gətirməkdən imtina etdilər, Musa peyğəmbər (ə) isə onların ara­sında haqqı təbliğ etməyi davam etdirdi. O (ə) onlara bir-bi­ri­nin ardınca möcüzələr göstərirdi və hər dəfə Fövqəlqüd­rətli Rəbb on­lara bir fəlakət gön­dərirdi. Misirlilər öz gücsüz­lüklərinə əmin ol­duqda, Musaya (ə) yalva­rırdılar ki, Allah qarşı­sında onlara şə­fa­ətçilik etsin. Onlar ona (ə) Allah onları cəzadan xilas edəcəyi təq­­dirdə, haqqa iman gətirəcəklərinə və İsrail oğul­larını kö­lə­lik­dən azad edəcəklərinə söz verirdilər. Lakin Rəbb on­lara mərhə­mə­tini göstərən kimi, onlar öz vədlərini pozurdular. Musa (ə) Fi­ro­nu (L) və onun xalqını haqq dinə gətirəcəyinə ümi­dini itirdiyi vax­ta qədər dəvətini davam etdirdi. Onlar doğrudan da yaramaz adam­lar və əzab-əziy­yətli cəzaya layiq idilər. Fövqəl­uca Allah İs­rail oğullarını alçaldıcı kölə­lik­dən azad etmək və onları böyük ha­ki­miy­yətə sahib çıxarmaq istədiyi saat gəlib çatdı.

 ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ
(26. 52) “Biz Musaya vəhy etdik ki, qullarımı gecə ikən yola çıxart, çünki sizi təqib edəcəklər”.
(26. 53) “Firon şəhərlərə carçı göndərmişdir”.
(26. 54) “Bu – təkcə azsaylı bir yığındır”.
(26. 55) “Onlar bizi qəzəbləndiriblər”,
(26. 56) “və biz hamımız sayıq olmalıyıq”.

Fövqəluca buyurur: “Ey Musa! İsrail oğulları ilə birlikdə ge­­­cənin baş­lan­ğıcında yola düş ki, şəhərdən tez uzaqlaşa biləsi­niz. Unutmayın ki, Firon (L) və onun saysız-hesabsız qoşunları si­zi təqib edəcəklər”. Hər şey belə də oldu. Hava işıqlananda mi­sir­li­lər gördülər ki, İsrail oğulları Musa (ə) ilə birlikdə şəhəri tərk edib­­lər. Belə olduqda, Firon (L) şəhərlərə çaparlar gön­dərdi ki, on­­lar İsrail oğul­ları ilə vuruşmaq üçün bütün döyüşçüləri yığsın­lar.
Firon (L) öz əsgərlərini döyüşə ruhlandırmaq üçün demiş­di: “Biz öz sahib­lərindən qaçmağa cəhd göstərən bu bədbəxt qul­lardan intiqam almalı­yıq. Eyni zamanda biz unutmamalıyıq ki, onlar bizim düşmənlərimizdir və biz ehtiyatlı ol­ma­lıyıq. Biz üm­umi iş üçün gedirik və buna görə ehtiyatlı olmaq hamının və hər kəsin vəzifəsidir”.
 ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ
(26. 57) “Biz onları məcbur etdik ki, bağlarından və çeşmə kənar­la­rından”,
(26. 58) “xəzinələrindən və bərəkətli yerlərindən çıxsın­lar[5]”.

Firon (L) nəhəng bir qoşun toplayıb, bütün kişiləri öz bay­raq­ları al­tında yığdı, evdə qalmağa, üzrlü səbəbə görə yalnız sə­fə­rə çıxa bilməyən xəstələrə və acizlərə icazə verildi. Onlar özlə­rini ne­cə bir qismətin gözlədi­yindən xəbərsizdilər. Fövqəluca on­ları bağ-bağçalarından qovub çıxardı, bulaqlarından, xəzinələrin­dən, gö­zəl mənzillərindən məhrum etdi. Misirin bərəkətli bağları, şır-şır­la axan çayları, ucsuz-bucaqsız əkin sahələri bütün bunlar Mi­sir şəhərlilərinin və köç əhlinin varidatı idi. Onlar öz ecazkar­lı­ğı ilə heyrətə salan gözəl evlərdə yaşayırdılar. Bir çox əsrlər bo­yu on­lar öz sakit həyatlarından kef və əyləncə məclisləri ilə ləzzət alır­dılar. Bütün bun­larla yanaşı onlar kafirliyə batır, yer üzündə za­lımlıq yayır və Allahın bü­tün digər qullarına təkəbbürlə yana­şır­dılar.
 ﰉ ﰊ ﰋ ﰌ ﰍ
(26. 59) “Beləliklə, İsrail oğullarını bunlara varis etdik”.

Misirlilər öz bağlarını, bulaqlarını, əkin sahələrini, tarlala­rı­nı və fü­sunkar gözəlliyə malik imarətlərini itirdilər və itirdikləri – is­raillilərə qaldı. O israillilərə ki, onlar uzun illər kölə halında idi­lər və çox ağır işlər görür­dülər. Kiminə haki­miyyət Verən, ki­mini də hakimiyyətdən məhrum Edən Pakdır və istədiyi kimi dav­ra­nır. O (Pak və Müqəddəs Olan) Özünün seçil­miş qullarını onların sa­leh əməlləri sayəsində ucaldır, Onun əmrlərinə itaət­sizlik gös­tərməyə cəsarət edənləri isə, onların öz günahlarına görə alçaldır.

 ﰎ ﰏ ﰐ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(26. 60) “Onları təqib etməyə başladıqda gün doğurdu”.
(26. 61) “İki kütlə bir birini gördükdə, Musanın yoldaşları dedilər: “Bizi mütləq haqlayacaqlar”.
(26. 62) “O dedi: “Qətiyyən yox! Rəbbim, şübhəsiz ki, mə­nimlədir və O, mənə doğru yolu göstərəcəkdir”.
(26. 63) “Belə olduqda, Biz Musaya vəhy etdik: “Öz əsanı də­nizə vur!” O aralandı və onun hər bir hissəsi dağ boyda ol­du”.

Fironun (L) qoşunu günəş çıxanda israillilərin izinə düşdü. Onlar bir birilə­rinə ürək verir və düşmənlərinə qarşı qızğın nifrət bəsləyirdilər. İki kütlə bir biri­lərini gördükdə, israillilər etdiklə­rinə peşman olmağa başladı­lar və Musaya (ə) öz acınacaqlı vəziy­yətləri barədə şikayət etdilər. Lakin Musa (ə) öz Rəbbinin vədinin haqq olduğuna şübhə etmirdi və çalışırdı ki, qəbilədaşlarını buna inandırsın. O (ə) ucadan dedi: “Onlar bizə çata bilmə­yə­­cəklər, çünki mənim Rəbbim – mənimlədir və O (Pak və Müqəddəs Olan) xilas olmağımız üçün mütləq bizə kömək edəcək­dir”. Bu vaxt Allah Musa­ya (ə) əmr etdi ki, öz əsası ilə dənizə vursun və alicənab peyğəmbər (ə) Rəbinin iradəsinə tabe oldu. Dəniz ara­landı və onun hər bir hissəsi nəhəng dağ kimi şaha qalxdı. Bunun nəticəsində dənizdə on iki keçid əmələ gəldi ki, onlar bir-birilə­rindən nəhəng su sütunları ilə ayrılırdılar.

 ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(26. 64) “Biz o birilərini onlara yaxınlaşdırdıq”.
(26. 65) “Biz Musanı və onunla olanları xilas etdik”,
(26. 66) “sonra isə qalanlarını suya qərq etdik”.
Zalım hökmdarın qoşunları aralanmış dənizə yaxınlaşdılar və Musanın (ə) və israillilərin izi ilə getdilər. Sonuncu israilli də­nizdən çıxan­da, Firon (L) özünün bütün qoşunları ilə artıq dənizə daxil olmuşdu və bu anda Fövqəluca Allah su sütunlarına kafir­lərin üstündə qovuşmağı və on­ları Musanın (ə) və onun ardıcıl­larının gözü qabağında suda qərq etməyi əmr etdi.

 ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(26. 67) “Həqiqətən, bunda dəlil vardır, lakin onların ək­sə­riyyəti iman gətirmədi”.

Allahın əzəmətli möcüzəsi alicənab peyğəmbərin (ə) Təli­mi­­nin ger­çək­liyini və Fironun (L) və onun kafir xalqının baxış­la­rı­nın yanlışlığını təs­diq edirdi. Bu mö­cüzə onun şahidi olan hər bir kə­si iman gətirməyə sövq etdirməliydi, lakin kafirlərin ürək­ləri o də­rəcədə çirkin idi ki, onlar haqq dinin nurundan imtina etdilər.

  ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

Həqiqətən, sənin Rəbbin – Fövqəlqüdrətlidir, Mərhəmətli­dir. O Öz fövqəl­qüdrəti sayəsində kafirləri məhv etdi, Öz mər­hə­mə­ti sayəsində isə Musanı (ə) və onunla birlikdə iman gəti­rən­lə­rin hamısını xilas etdi.

 ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(26. 69) “Onlara İbrahimin əhvalatını oxu”.

Ey Muhəmməd! Mərhəmətli Allahın sevimlisi olan İbrahim (ə) haq­qında rəvayəti insanlara oxu. Bu – İbrahim peyğəmbərin (ə) öz peyğəmbər­lik vəzifəsini yerinə yetirməsi, öz xalqı arasında haqqı təbliğ etməsi, onlarla mübahisə etməsi və onların yanlış ba­xışlarını ifşa etməsi haqqında ecazkar bir hekayətdir. Əlbəttə, İbrahim peyğəmbərin (ə) həyatında çoxlu qəribə hadisələr olmuş­du, amma məhz bu hekayət xüsusi diqqətə layiqdir.

 ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ
(26. 70) “Budur, o öz atasına və xalqına demişdir: “Siz nəyə ibadət edir­si­niz?”
(26. 71) “Onlar dedilər: “Biz bütlərə ibadət edirik və da­ima onlara ina­nırıq”.

Müşriklər öz əlləri ilə düzəltdikləri və ya həkk etdikləri büt­­lərə iba­dət etmələri ilə lovğalanır və hətta fəxr edirdilər. Onlar büt­pərəstliyə etiqad edirdilər və fasiləsiz olaraq öz uydurduqları “ilahlara” dua edirdilər. İbrahim (ə) bunu çox gözəl bilirdi və bu­na görə öz xalqına izah etməyə çalışırdı ki, bütlər və daş hey­kəllər dua və ibadətlərə layiq deyillər. Fövqəluca buyurur:

 ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ
(26. 72) “O dedi: “Siz onlara dua edəndə onlar eşidir­lər­mi?”
(26. 73) “Onlar sizə kömək edirlərmi? Zərər vururlarmı?”

Onlar sizin dualarınıza cavab verirlərmi? Onlar sizi fəlakət­dən, bəd­bəxtlik­lərdən xilas edirlərmi? Tamamilə aydındır ki, daş hey­kəllər və digər uydurulmuş tanrıçalar nə fayda verməyə, nə də zərər vurmağa qadir deyil­lər. Onlar hətta özlə­rinə yönəldilən du­aları belə eşitmirlər. Şübhəsiz ki, müş­riklər bunu gözəl bilirlər və bunun ən yaxşı nümunəsi İbrahim pey­ğəm­­bərin (ə) qəbilə­daş­la­rının ibadət etdikləri bütləri dağıtması haq­qında rəvayətdir. Föv­qəluca bu hekayəti “Əl-Ən­biya” surəsində vermişdir. Müş­rik­lər soruşurlar: “Ey İbrahim, sənmi bunu bizim ilahlarımızın başı­na gətir­misən?” O (ə) belə cavab vermişdir: “Xeyr! Bunu edən on­la­rın böyü­yü­dür, bax bu. Əgər onlar danışa bilirlərsə, bunu onla­rın özlə­rindən soru­şun”. Bir qədər fikirləşərək, onlar bir birilərinə de­­məyə başladılar: “Həqiqə­tən, siz əslində, günahkarlarsınız”. Son­ra onlar yenə də öz dediklərinə qa­yıt­dılar və dedilər: “Axı sən bi­­lirsən ki, onlar danışa bilmirlər”. Bu – həqi­qətdir və onu inkar et­­­mək mümkün deyil və buna şübhə etmək də olmaz. Lakin müş­rik­­­lər öz əməllərini atalarının və babalarının da belə etmələri ilə doğ­­rultmağa cəhd gös­tərirdilər.
 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(26. 74) “Onlar dedilər: “Lakin biz görmüşük ki, ataları­mız belə edər­di­lər”.

Biz heç bir pis iş görmürük – biz ancaq valideynlərimizin izi ilə gedi­rik və onların adət-ənənələrini pozmaq istəmirik.

 ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ
(26. 75) “O dedi: “Siz nəyə ibadət etdiyinizi görmüsü­nüz­mü
(26. 76) öz keçmiş atalarınızla birlikdə?”

Sizin hər biriniz mənim düşmənimdir və buna görə də si­zin hamınız özü­nüzə eyni bir münasibətin bəslənməsinə layiq­si­niz. İbadət etdiyiniz büt­lər də mənim düşmənlərimdir və əgər siz mənə heç olmazsa, ən kiçik bir pislik edə bilərsinizsə, onu edin. Lakin bilin ki, siz mənə heç cürə zərər vura bilməzsiniz.

 ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ
(26. 77) “Onların hamısı – aləmlərin Rəbbindən başqa, mə­nim düşmən­lə­rimdir”,
(26. 78) “O məni yaratmış və doğru yolla aparır”,

Məni müdafiə edən aləmlərin Rəbbidir ki, məni yaradaraq, doğru yolla aparır. Mənim Vahid Himayədarım Odur. O, mənə bu dünyaya gəl­məyə imkan vermiş və haqq dinə və dünyəvi əmin­-amanlığa nail olmağa kömək etmişdir.

 ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
(26. 79) “O, məni yedirir və içirir”,
(26. 80) “O, mən xəstələndikdə mənə şəfa verir”,
(26. 81) “O, məni öldürəcək və sonra dirildəcək”,
(26. 82) “O, ümidvaram ki, Din günü günahlarımı bağışla­yacaq”.

Alicənab İbrahim peyğəmbər (ə) Fövqəluca Allahın bəzi ne­­­­mətlərini xüsu­silə qeyd edir ki, heç bir insan onlarsız keçinə bil­­­­məz. O (ə) vurğula­mışdır ki, məhz Allah ruzini əta edir, su­suz­­­­luq yanğısını söndürür, xəstə­likləri müalicə edir, həyatdan məh­­­rum edir, dirildir və günahları bağışlayır. O (Pak və Mü­qəd­dəs Olan), təklikdə qullarını çoxsaylı nemətləri ilə himayə edir və bu­na görə təkcə O (Pak və Müqəddəs Olan) onların ibadətinə və tam itaət etmələrinə layiqdir. Bütlərə və daş heykəllərə gəl­dik­­də isə, onlar ilahlaşdırılmağa layiq deyillər, çünki yarat­maq və doğ­ru yol göstərmək, xəstəliklər göndərmək və müalicə et­mək, ye­dir-mək və içizdirmək, öldür­mək və diriltmək qabi­liy­yə­tinə malik de­yillər. Onlar onlara ibadət edən müşriklərə fayda ve­rə bilmir­lər, onları fəlakətlərdən və qəm-qüssədən xilas et­mə-yə və ya tö­rət­dikləri günahları onlara bağışlamağa qabil deyillər.
Ey mənim qəbilədaşlarım! Mən sizə müşrikliyin yanlışlığı haq­­qında təkzib­olunmaz dəlillər təqdim etdim. Nə siz, nə də si­zin atalarınız mənim sözlərimi tək­zib etməyə qadir deyilsiniz. Hər biriniz azğınlığa düşdüyünü­zə və doğru yoldan sapdığınıza gö­rə fərdi məsuliyyət daşıyırsınız. Lakin İbrahimin (ə) qə­bi­lə­daş­­ları onunla (ə) mübahisə etməyə başladılar və o (ə) onlara be­lə de­di: “Doğrudanmı, Allah məni doğru yola yönəltdiyi halda, siz mə­nimlə onun haqqında mübahisə edəcəksiniz?” (Ənam, 6/80).

 ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(26. 83) “Ey Rəbbim! Mənə hikmət bəxş et və məni sa­leh­lərə qovuşdur!”
(26. 84) “Gələcək nəsillərə haqqımda gerçək xəbər çat­dır!”[6]

Əzəmətli biliyi mənə açıqla və haqq dinin nəyi halal, nəyi isə haram etdiyini mənə öyrət ki, mən ədalətli qərarlar qəbul edə bi­lim və həm də mənə kömək et ki, peyğəmbərlərdən və elçilər­dən olan qardaşlarıma qoşula bilim və belə et ki, insan­lar məni xa­tırlasınlar və bütün zamanlarda mənim üçün səmimi dua et­sin­lər.
Fövqəluca, İbrahimin (ə) dualarını qəbul edərək, ona (ə) elm, hikmət və əda­lətli şəriət əta etdi. O (Pak və Müqəddəs Olan) onu (ə) elçilərin ən böyüklərindən biri etdi, onu (ə) saleh qardaş­larının sırasına daxil etdi və onu (ə) bütün zamanlar üçün və bü­tün xalqlar arasında hörmətli və sevimli elçi etdi. Fövqəluca Özü­nün İbrahim peyğəmbərə (ə) göstərdiyi mərhəməti haqqında belə buyurur: “Biz ona görə böyük bir qurban verdik. Onu son­rakı nə­sillərə çatdırdıq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı­lıq edənlərə belə əvəz veririk. Həqiqətən, o – Bizim mömin qul­larımızdan biri idi” (Səffat, 37/107-111).
 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(26. 85) “Məni Nəim Cənnətinin varislərindən biri et!”

Məni, ey Rəbbim Öz iradən ilə Cənnət mülklərinin varisləri olan mömin­lər­dən et. Allah Özünün sevimli qulunun bu duasını da qəbul etdi. O (Pak və Mü­qəd­dəs Olan) Cənnətin yüksək bir gu­­şəsində ona (ə) gözəl bir iqamət­gah əta etdi və onu (ə) digər məx­­­luqlarından ucaltdı.
 ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(26. 86) Mənim atamı bağışla, çünki o, yolunu azmış­lar­dan idi!”

İbrahim (ə) atasına verdiyi vədi yerinə yetirməkdən ötrü öz ata­sının bağış­lanması haqqında dua etmişdi. Fövqəluca onun (ə) öz atası barəsində nə dediyini belə xəbər verir: “Mən mütləq sən­dən ötrü bağışlanma diləyə­cəyəm, lakin mən Allah qarşı­sında sə­nə kömək etmək haqqına malik de­yiləm” (Mümtəhinə, 60/4). Qu­randa həmçinin deyilir: “İbrahimin atası üçün bağış­lanma du­­ası, sadəcə, onun ona verdiyi vədin icra edilməsi idi. Ata­sı­nın Allahın düşməni olması ona aydın olduqda, o atasın­dan im­tina etdi. Həqiqətən, İbrahim müti və mətanətli idi” (Töv­bə, 9/114).

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ
(26. 87) “Məni Məhşər günü rüsvay etmə -
(26. 88) “həmin gün nə sərvət, nə oğullar heç kimə fayda ver­mə­yə­cək –“
(26. 89) “Allahın qarşısına qüsursuz qəlblə gəlib daya­nan­­lardan başqa!”

Yol verdiyim günahlara görə məni qınama, məni məşəq­qət­li cəzaya məruz qoyma və məni qalan məxluqlar qarşısında rüs­vay etmə. Nə var-dövlətin, nə oğulların, Sənin hüzurunda qü­sur­suz qəlblə dayananlardan başqa, heç kimə fayda verməyəcəyi hə­min Dəhşətli gündə məni bağışlanma müjdəsi və Cənnət mü­ka­fatı ilə sevindir.
Təmiz niyyətlər və qüsursuz qəlb – bunlardır insana am­ansız cəza­dan xilas olmağa və bol mükafat almağa kömək edə bi­lən vasitə. Onda gö­rək qüsursuz qəlb adı altında nəzərdə tutulan nədir? Bu, elə bir qəlbdir ki, orada müşrikliyə və şüb­hə­lərə yer yoxdur, o, şərə nifrət edən insanın qəl­bidir, bidətçi baxışların ar­dınca getmir və yol verilən günahları təkrar­lamır. Əgər Allahın qulu sadalanan nöqsan­lardan xilas olmağı bacararsa, onda o, müt­ləq səmimiyyət, bilik, etiqad və müqəd­dəs və faydalı olan hər şeyə məhəbbətə nail olar. Onun niyyətləri və məqsədləri Fövqəl­uca Allahın iradəsinə tabe olar, alçaq istəklərin yerinə isə Allahın bəyəndiyi arzular gələr.
Sonra Fövqəluca Rəbb Qiyamət günü baş verəcək hadisələr və həmçinin Onun qullarını gözləyən mükafatlar və cəzalar haq­qında xəbər verir.
 ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ

(26. 90) “Cənnət təqvalılara yaxınlaşdırılacaq”,
(26. 91) “Cəhənnəm isə azmışlara açıq-aşkar göstərilə­cək­dir”.

Cənnət, yerdə yaşayan zaman Allahın hökmlərini yerinə yetirən, Onun sərhədlərini pozmayan və Onun ilahi qəzəbindən qorxan salehlərə yaxınlaşdı­rılacaqdır. Günahlara və itaətsizliyə batan, Allahın elçilərini tək­zib edən və onların gətirdiyi haqqı in­kar edən azğın günahkarlara gəl­dikdə isə, onların gözü qarşı­sın­da ən dəhşətli əzab-əziyyətin toplandığı odlu Cəhənnəm zühur edə­cəkdir.

 ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ
(26. 92) “Onlara deyiləcək: “İndi haradadırlar ibadət et­dik­ləriniz –
(26. 93) Allahla yanaşı? Sizə kömək edəcəklərmi və ya öz­lərinə kömək edə biləcəklərmi?”

Yalanları ifşa və özləri rüsvay ediləcək müşriklərə heç kim kömək etmə­yə­cək. Göylərin və yerin sakinləri onların düşdüyü ziyanın, ümidsiz­liyin və azğın­lığın şahidləri olacaqlar.
 ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

(26. 94) “Onlar azğınlarla birlikdə oraya atılacaqlar”,
(26. 95) “İblisin bütün döyüşçüləri də”.

Bütlər və daş heykəllər insanlar və İblisin qoşunları olan şey­tanlarla birlikdə Cəhənnəm odunda yandırılacaqlar. Şeytan on­­ları ən həssas və tə­sirli üsullarla gü­nah törətməyə çağırırdı, on­la­rın müqavimətini qırırdı, onları müşrikliyin burulğa­nına sürük­lə­yir və onları imanın ən axırıncı zər­rəsindən də məhrum edirdi. Bu­nun nəticəsində onlar bütün qüvvələri ilə şeytanın “iltifatını” qa­zanmağa can ataraq, onun tərəfdarlarına çevrilirdilər. Onların bir qismi müşrikliyi təbliğ edir, digərləri isə bu təbliğatçıların izi ilə kor-koranə gedirdilər. Cəhənnəmə düşdükdən sonra, onlar dua etdikləri bütlərlə çəkişməyə başla­yacaqlar və buna görə Föv­qəl­uca bu­yurur:

 ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ
(26. 96) “Onlar orada mübahisə edərək deyəcəklər:”
(26. 97) “Allaha and olsun ki, biz açıq-aşkar zəlalətdə idik –
(26. 98) sizi aləmlərin Rəbbi ilə bərabər tutanda”.

Biz Allahla yanaşı sizə də ibadət edirdik, sizi bütün qəlbi­mizlə sevir­dik, qə­zəbinizdən qorxurduq, yardımınıza ümid bəslə­yirdik, sizə dua ilə müraciət edir­dik – Fövqəluca Allah üçün et­mə­li olduğumuzu sizə görə edirdik. Həqiqətən, biz açıq-aydın zə­lalət içində idik və ədalətli cəzaya layiqik. Bu sözlər aydın şəkildə təs­diq edir ki, müşriklər təkcə özlərinin uydurduqları tanrıçalara ibadət etmək yo­lu ilə onları Allaha bərabər tutur­dular. Onlar he­sab etmirdilər ki, bütlər Kai­na­tın yaradıcılarıdır, çünki bilirdilər ki, təkcə Allah aləmlərin Rəbbidir və bütün məx­luqlar və hətta bütlər və daş heykəllər də Onun hökmranlığı altındadırlar.
 ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(26. 99) “Yalnız günahkarlar bizi azdırdılar”
(26. 100) “və bizim nə havadarımız var”,
(26. 101) “nə də can yandıran dostumuz”.

Şər təbliğatçıları bizi doğru yoldan döndərdilər və bizə az­ğınlıq və kafirlik yoluna keçməyi təklif etdilər. Onlar bizi Cəhən­nəm alovuna gətirib çıxartdılar və indi bizim nə himayəçimiz var, nə də vəfalı dostlarımız. Heç kim Allah qarşısında bizə şəfaətçilik etməyəcək və heç kim bizi cəzadan xilas etməyəcək. Bizim hətta səmimi dostlarımız belə yoxdur ki, bu çətin saatda bizi müdafiə etsinlər. Burada hər şey yer üzündəki həyatda olduğu kimi deyil.
Bütün bunlar onu göstərir ki, Cəhənnəm əzabkeşləri xoş­bəxtliyə və əmin-amanlığa olan ümidlərini itirəcək və dünya hə­ya­tına qayıtmaq istəyə­cəklər ki, xeyirxahlıqlar etməyə başlasınlar.


 ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
(26. 102) “Əgər bizim qayıtmaq imkanımız olsaydı, biz mömin olardıq”.

Əgər biz dünya həyatına qayıtsaydıq cəzadan xilas olmağı və bol mükafat almağı bacarardıq. Təəssüflər olsun! Təəssüflər ol­sun! Cəhənnəm əzabkeşlərinin arzusu ürəklərində qalacaq, çünki Axirət həyatının cəzası artıq bir də heç vaxt təxirə salın­ma­yacaq.

 ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ
(26. 103) “Həqiqətən, bunda bir dəlil vardır, lakin onların əksəriy­yəti iman gətirmədi”.
(26. 104) “Həqiqətən, sənin Rəbbin–Fövqəlqüdrətlidir, Mər­həmətli­dir”.

İnsanların əksəriyyəti hətta öz Rəbbinin dəlillərini gördük­dən sonra da iman gətirmirlər. Həqiqətən, Allah Fövqəlqüdrətli və Mərhəmətlidir.
Sonra Fövqəluca Allah Nuhun (ə) xalqının Allahın elçilərini necə rədd etdik­lərini və öz cinayətlərinin nəticələrini necə dad­dıqlarını xəbər verir. Fövqəluca buyurur:

 ﯰ ﯱ ﯲ ﯳ ﯴ
(26. 105) “Nuhun xalqı elçiləri yalançı hesab etdilər”.

Nuhun (ə) xalqı Allahın bütün elçilərini rədd etdilər. Bu o deməkdir ki, heç olmazsa bir peyğəmbəri və ya elçini inkar edən kafir – Allahın bütün digər seçkinlərinə də iman gətirməz. Bütün peyğəmbərlər və elçilər vahid bir Təlimi təbliğ edirdilər və buna görə elçilərdən birinin qəbul edilməməsi, bütün elçilərin təbliğ etdiklərinin qəbul edilməməsidir.

ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(26. 106) “Budur, onların qardaşı Nuh onlara dedi: “Doğ­ru­danmı siz qorxmursunuz?”

Sizin Fövqəluca Allahdan qorxmaq vaxtınız yetişmədimi? Və­­fat et­miş əmə­lisaleh insanlara ibadət etməkdən əl çəkmək və özü­nüzü Vahid Allaha ixlasla qul­luğa həsr etmək vaxtı çatmamış­dır­mı? Nuhun (ə) öz xal­qına necə nəzakətlə mü­raciət etməsi üzə­rin­də bir qədər düşünün. Allahın bütün seçkinləri məhz belə rəf­tar edər­dilər.
Allah Nuhu (ə) öz qəbilədaşlarının qardaşı adlandırır, çün­ki onlar qo­hum idilər. Rəbb elçilərini həmişə onların qohum-əq­rəbalarının arasın­dan seçərdi və bunu ona görə belə edərdi ki, insanlar yad şəxsə nifrət etməsinlər və ona itaət etməkdən boyun qaçırmasınlar. Allahın bu müd­rikliyi sayəsində hər bir xalq öz el­çi­sini gözəl tanıyır və onun vicdanlı və doğruçu olmasının sü­bu­ta eh­tiyacı olmurdu.
 ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(26. 107) “Mən sizin etibarlı elçinizəm”.

Nuh (ə) təkcə öz xalqına göndərilmiş bir elçi idi və bu onun (ə) xalqı­nın iman gətirməsini və Fövqəluca Allaha şükür etməsini da­ha da zəruri­ləş­dirirdi, çünki O (Pak və Müqəddəs Olan), başqa xalq­lardan daha çox onlara üstünlük vermiş və məhz onlara Öz ali­cənab elçisini (ə) göndərmiş­di. Nuh (ə) öz qardaş­larına həm də xə­bər vermişdi ki, o (ə) etibara layiqdir, çünki onlara Allahın adın­­dan əsil həqiqəti heç bir əlavələr etmədən və nöqsanlara yol ver­mədən söyləyir. Bu da onun (ə) qəbilədaşlarını Allahın elçi­si­nə (ə) iman gətirməyi və ona (ə) ən mükəmməl surətdə itaət et­mə­yi vacibləşdirirdi.
 ﰂ ﰃ ﰄ ﰅ
(26. 108) “Allahdan qorxun və mənə tabe olun!”

Mənim əmrlərimi yerinə yetirin və mənim haram etdiklə­ri­mə qarşı ita­ətsizlik göstərməyin. Ancaq belə etmiş olsanız mənə, eti­bara layiq bir elçi kimi, iman gətirmiş olarsınız.
Bu, əvvəlki ayədə ifadə olunmuş səbəbin nəticəsi idi və in­san­lara Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) ta­be olmağı vacib edirdi. O (s.ə.s.) dedi:

ﰆﰇ ﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
(26. 109) “Mən buna görə sizdən mükafat istəmirəm, çün­ki məni aləmlərin Rəbbi mükafatlandıracaqdır”.

Mən sizi öz qarşımda borc öhdəlikləri ilə yükləmirəm, çün­ki məni yalnız aləmlərin Rəbbi mükafatlandıracaqdır. Mən Onun sə­­xavətlə verəcəyi bol mükafata ümid bəsləyirəm. Siz mə­nim möh­­tac olduğum şeyi mənə verə bilməzsiniz və buna görə mən tək­cə onu istəyirəm ki, siz mənim nəsihətlə­rimi dinləyəsiniz və doğ­ru yola gələsiniz.
 ﰓ ﰔ ﰕ ﰖ
(26. 110) “Allahdan qorxun və mənə tabe olun!”

Peyğəmbər əleyhissalam bu sözləri bir daha təkrar etdi və bu onun (ə) öz qəbilədaşlarına onlarla yanaşı yaşadığı bir sıra əsr­lər ərzində dəfə­lərlə öyüd-nəsihət verdiyini təsdiq edir. Fövqəl­uca buyurur: “Biz Nuhu öz xalqının yanına göndərdik və o, on­ların arasında min ildən əlli il az[7] qal­dı” (Ənkəbud, 29/14). Müş­­riklər Allahın elçisinə (ə) iman gətirmək istəmir­dilər və buna görə onun (ə) təlimini inkar etməyə cəhd göstərirdilər. Lakin on­ların gətirdikləri dəlilləri tama­milə mənasız idi.
 ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ
(26. 111) “Onlar deyirdilər: “Sənə ən miskin insanlar tabe olduqları halda, biz sənə heç inanarıqmı?”

Sənin ətrafına ən kasıb və bədbəxt insanlar yığışdıqları halda, biz sənin ardınca gedərikmi?!
Bu – onların təkəbbürlüyünün və haqqa etinasızlıqlarının ən böyük dəlili idi. Bu mürtədlər haqqı nəinki tanımırdılar, onu heç axtarıb tapmaq da istəmir­dilər. Bu belə olmasaydı, onlar pey­ğəmbərdən (ə) özünün haqlı olduğunu təsdiq edən sübutlar gös­tərməsini və öz təliminin mahiyyətini açıqlamasını xahiş edə bilər və onun (ə) kasıb ardıcıllarının ünvanına əsas­sız iddialar irəli sür­məzdilər. Bundan başqa, əgər onlar baş verən hadisələr haqqında azca da olsa düşün­səydilər, mütləq əmin olardılar ki, Allahın pey­ğəmbərlərinin davamçıları, əslində, onların nəslinin ən ləya­qətli nüma­yən­­dələri, ən alicənab və ağıllı insanları və Allahın ya­ratdıqlarının ən yax­şılarıdır. Həqiqətən, zavallı olanlar – məhz sağ­lam düşüncə qabiliyyətinə malik olmayan və daş heykəllərə ibadət etməyi bəyənən günahkarlardır ki, qəbirlər qarşısında səc­dəyə qapanır və ölülərə dua edir, Allahın elçilərinə itaət etmək­dən və onların hikmətli öyüd-nəsihətlərinə qulaq asmaqdan bo­yun qaçırırlar. Belə insanların öz etiqadlarını sadəcə ifadə etməsi kifayət­dir ki, istənilən dərrakəli adam onların qüsurluluğuna və əsassız­lığına əmin olsun.
Nuhu (ə) qəbul etməyən müşriklərin sözləri üzərində bir qədər düşü­nün. Onlar öz kafirliklərini haqqa iman gətirənlərin kasıblığı və adlı-sanlı insanlardan olmamaları ilə əsaslandırır­dı­lar. Həqiqətən, bu “dəlilin” əsas­sız­lığı hər bir ağıllı adama ay­dın­dır və buna baxmayaraq, müşriklər həqiqi elçini (ə) qəbul et­mə­dilər. Təkcə bu hal bəs edir ki, Nuhun (ə) qəbilədaş­la­rının azğın və axmaq adamlar olduqlarını başa düşəsən. Bu, hər bir insana, əgər o Nuh peyğəmbərin (ə) gözəl moizələrinə qulaq asmasa və onun (ə) göstərdiyi əzəmətli möcüzələri görməsə belə, açıq-aşkar bəllidir. O möcü­zələrin hər biri onun (ə) doğruçuluğuna, gətirdiyi Təlimin həqiqiliyinə şüb­hə etməyə imkan vermirdi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ
(26. 112) “O dedi: “Mən onların hansı əməllərin sahibi ol­duqlarını bil­mi­rəm”.
(26. 113) “Yalnız Rəbbim onların haqq-hesabını çəkəcək­dir. Kaş ki, bunu anlaya biləydiniz”.

Onlar öz əməllərinə görə yalnız Allahın qarşısında cavab verəcəklər, mənim vəzifəm isə, haqqı onlara çatdırmaqdır. Onları rahat buraxın. Mə­nim təbliğ etdi­yim haqdırsa, mənə itaət edin, çünki siz də öz əməllərinizə cavab verməli ola­caqsınız.
 ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(26. 114) “Mən möminləri qovmaram”.

Peyğəmbər əleyhissalamın sözlərindən belə düşünmək olar ki, təkəb­bürlü və zalım müşriklər (Allah onları rüsvay etsin!), o (ə), bütün kasıbları və sadə insanları öz ətrafından qovub uzaq­laş­dıracağı halda, iman gətirə­cək­­lərini vəd etmişdilər. Lakin pey­ğəm­bər (ə) mətanətli və sarsılmaz idi, belə rəftara və alçaldılmaya la­yiq olmayan insanları qovmaq təklifini rədd etdi. Əksinə, onlar ən tərifli sözlərə və ən yüksək ehtirama layiq idilər. Məhz buna gö­rə, Fövqəluca Allah buyurur: “Ayələrimizə iman gətirənlər ya­nına gəldikdə, onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhm­li olmağı yazmışdır...” (Ənam, 6/54)[8].
 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(26. 115) “Həqiqətən, Mən yalnız açıq-aşkar xəbərdarlıq edənəm”.

Mən öz vəzifəmi yerinə yetirir, insanlara Fövqəluca Rəbbin na­zil et­dik­lərini öyrədirəm, onlara faydalı nəsihətlər verirəm. La­kin mən özüm nəyi isə dəyişmək iqtidarına malik deyiləm, çünki ha­kimiyyət yalnız Vahid Allaha məxsusdur.

 ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(26. 116) “Onlar dedilər: “Ey Nuh! Əgər sən dediyindən əl çəkmə­sən, mütləq daşqalaq edilənlərdən biri olarsan”.

Nuh (ə) gecə-gündüz xalqına öyüd-nəsihət verməkdə da­vam edirdi. O (ə), qəbilədaşları ilə həm təklikdə söhbət edir, həm də bütün xalqın ara­sında moizələr oxuyurdu, lakin onun (ə) bü­tün səyləri müşriklərin ancaq azğınlığını artırırdı. Axırda onlar dedilər: “Ey Nuh! Bizi bir Allaha ibadət etməyə çağır­maqdan vaz keç, yoxsa biz səni ən əzablı edama – daşqalaq olunmağa məruz qoyarıq və sən it kimi canını tapşırarsan”.
Allah onları yox etsin! Bu sözlər necə də çirkindir! Onların özlərindən daha çox onlara xeyirxahlıq arzulayan ən səmimi və ən etibarlı insana belə cavab verən adamlar necə də mənfur­dur­lar! Onların zalımlığı gör necə dəhşətli və kafirliyi nə dərəcədə bö­yük idi! Bütün bunlar onunla sonuclandı ki, Nuh peyğəmbər (ə) Rəbbinə aşağıdakı sözlərlə belə dua etdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər də kafir sakin qoyma!” (Nuh, 71/26).

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼﭽﭾﭿﮀ ﮁﮂﮃﮄ
(26. 117) “O dedi: “Ey Rəbbim! Xalqım məni yalançı say­dı”.
(26. 118) “Artıq məni onlardan ayır, məni və mənimlə olan mömin­ləri xilas et”.

Sənə yaxşı məlumdur ki, məni yalnız cinayətkarlar və za­lımlar rədd etdilər. Buna görə onları amansızlıqla cəzalandır, məni və mənimlə birlikdə olan əməlisa­leh tərəfdarlarımı xilas et.

 ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ
(26. 119) “Biz onu və onunla birlikdə olanları dolu gə­midə xilas etdik”
(26. 120) “və sonra isə, qalanlarını suda qərq etdik”.

Nuhun (ə) inşa etdiyi[9] nəhəng bir gəmi idi ki, onun göyər­tə­sinə yal­nız mö­minlər və heyvanlar götürülmüşdü. Nuhun (ə) kafir qəbilədaşlarına gəldikdə isə, onların hamısı suya batırılıb qərq edilmişlərdən oldular.

 ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(26. 121) “Həqiqətən, bunda – bir dəlil var idi. Lakin buna baxma­yaraq onların əksəriyyəti iman gətirmədilər”.

Nuhun (ə) və onun sadiq ardıcıllarının xilası, həmçinin ka­firlərin məhv edil­məsi Allahın elçilərinin doğruçuluğunu, onların gətirdikləri dini təlimlərin gerçək­liyini və peyğəmbərlərin və elçi­lərin düşmənlərinin etiqad etdikləri kafirliyin yan­lışlığını təsdiq edən dəlil idi. Lakin, bu əzəmətli mö­cü­zəyə baxmayaraq, insan­ların əksəriyyəti yenə də kafir olaraq qalırlar.

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ
(26. 122) “Həqiqətən, sənin Rəbbin – Fövqəlqüdrətlidir, Rəhm­li­dir”.

Doğrudan da, Allah – Fövqəlqüdrətli və Rəhmlidir. Öz föv­qəl­­qüdrəti sayə­sində O (Pak və Müqəddəs Olan), bütün kafirləri su­­ya qərq etmiş, Öz rəhmi sayəsində isə Nuhu (ə) və onunla bə­ra­bər iman gətirən möminləri xilas etmişdir.

 ﮡ ﮢ ﮣ ﮤ
(26. 123) “Ad xalqı da göndərilən elçiləri yalançı saydı­lar”.

Rəbb Ad xalqına Öz elçisi Hudu (ə) göndərmişdi. Lakin onlar onun (ə) sima­sında Allahın bütün qalan elçilərini təkzib etdilər, çünki onların hamısı (onlara salam olsun!) eyni dini təlimi təbliğ edirdilər.

 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ
(26. 124) “Qardaşları Hud onlara deyəndə ki: “Məgər qorxmur­sunuz?”
(26. 125) “Axı mən sizin üçün etibara layiq bir elçiyəm”.

Hələ də siz Rəbbinizdən qorxmur, bütpərəstlikdən və digər günah­lar­dan əl çəkmirsiniz? Allah sizə mərhəmət göstərərək, məni sizə peyğəmbər göndərmişdir. O (Pak və Müqəddəs Olan) sizin qayğı­nıza qalır və mənə etibar edir və sizə də yaxşı məlum­dur ki, mən etibar ediləsi bir insanam.
Fövqəluca ayədə Hudu (ə) yalnız qan qohumluğuna görə öz qəbilə­daş­larının qardaşı adlandırır. Onun (ə) moizələri tama­milə səmimi və xoşmə­ramlı idi.
 ﯓ ﯔ ﯕ ﯖ
(26. 126) “Allahdan qorxun və mənə itaət edin”.

Mən yanınıza Fövqəluca Allah tərəfindən göndərildiyimə və etibarı­nı­za la­yiq olduğuma görə, siz Rəbbinizin qəzəbindən qorxmalı, mənim əmrlərimə qulaq asmalı və qadağan etdiklə­ri­min əleyhinə çıxmamalısınız. Bilin ki, təqvalılıq – sizin Fövqəluca Allah qarşısında vəzifəniz, itaətkarlığınız isə sizin mənim qar­şımda olan vəzifənizdir. Sizin mənim yolumla getməyinizə və mə­nim əmrlərimə itaət etməyinizə kifayət qədər əsaslar vardır, lakin sizin təbliğ etdiyim dindən imtina etməyinizə heç bir sə­bəbiniz yoxdur.

 ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(26. 127) “Mən buna görə sizdən mükafat istəmirəm, çün­ki məni yalnız aləmlərin Rəbbi mükafatlandıracaqdır”.
Siz hikmətli moizələrə və faydalı nəsihətlərə görə mənə mükafat ver­məli deyilsiniz. Bu sizin üçün çox ağır olardı və siz heç vaxt belə bir vəzifə­nin öhdəsin­dən gələ bilməzdiniz. Mən sizdən heç minnətdarlıq da gözləmi­rəm, çünki məni yalnız aləm­lərin Rəbbi mükafatlandıracaqdır. O (Pak və Müqəddəs Olan) Öz məx­luqlarının qayğısını ara vermədən çəkir, onlara çoxlu nemət­lər bəxş edir, Öz pey­ğəmbərlərinin və bütün qalan mömin qul­larının qayğısına xüsusilə diqqət yetirir.

 ﯤ ﯥ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ
(26. 128) “Siz, doğrudanmı, hər təpədə bir əlamət qoy­maqla əylənir”,
(26. 129) “sanki əbədi yaşayacaqmışsınız kimi qəsrlər ti­kirsiniz?”

Bu möhtəşəm saraylar tamamilə faydasızdır, çünki onlar sizin qəlbi­nizi nə­cib­ləşdirməyəcək və sizin dünyəvi əmin-aman­lı­ğınızı artırmayacaq. Siz doğru­danmı ölməyəcəyinizə ümid bəs­ləyərək, qəsrlər tikməkdə davam edəcək və su hovuzları yara­da­caq­sınız? Axı siz bilirsiniz ki, bu fani dün­yada heç bir canlı əbədi qal­­mağa nail olmayacaqdır. Ərəb sözü olan “riy’in” - (burada: “tə­pə”) “iki dağ arasında yerləşən vadi” mənasındadır.
 ﯯ ﯰ ﯱ ﯲ ﯳ
(26. 130) “Kimisə tutduqda, qəddarcasınamı yaxalayacaq­sı­nız?”

Məgər siz bundan sonra da qəddar zalımlar kimi insanlara basqın edəcəksi­niz? Siz soyğunçuluq edir və Fövqəluca Allahın sizə verdiyi güc­dən istifadə edərək insanları döyür və öldürürsü­nüz. Siz unudursunuz ki, sizə əta edilmiş qeyr-adi gücünüzü Allahın bəyəndiyi işlərə sərf etməlisiniz. Siz özünüzün qeyri-adi bacarıqlarınızla fəxr edirsiniz, insanlara ötkəm yanaşır və təkəb­bürlə: “Kim bizə gücdə üstün gələ bilər?” (Fussilət, 41/15)de­yə, bəyan edirsiniz. Sizin öz gü­cünüzdən günah işlətməyə, ax­maqlıq etməyə və mənasız işlər görməyə haqqınız yoxdur.

 ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(26. 131) “Allahdan qorxun və mənə itaət edin!
(26. 132) “Sizə məlum olanla sizə Köməkedəndən qor­xun!”
Qurtarın Allaha şərik qoşmağı və zalımlıq törətməyi! Məni dinləyin, çünki siz bilirsiniz ki, mən – Allahın elçisi və sizin xeyir­xah nəsihətverə­nizəm.

 ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(26. 133) “O, sizə kömək etdi: mal-qara və oğullarla”,
(26. 134) “bağ-bağat və bulaqlarla”.

Ev heyvanları – dəvə, inək, qoyun və başqalarıdır. Hudun (ə) qəbilə­daşları saysız-hesabsız var-dövlətə malik olan böyük ai­lə sahibləri idilər. Bunlarda hər iki cinsin ən yaxşısı olan oğul öv­lad­ları üstünlük təşkil edirdi. Peyğəmbər əleyhis­salam fasiqlə­rə bəxş edilmiş bol nemətləri xatırlatdıqdan sonra, o (ə) onları əzab­ve­rici cəzalar alacaqları ilə təhdid etdi və dedi:

 ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ
(26. 135) “Doğrusu, Əzəmətli günün sizə verəcəyi əzab­ından qor­xuram”.

Mənim, həqiqətən, sizə yazığım gəlir və mən qorxuram ki, Qiyamət günü cəzadan xilas ola bilməyəsiniz. Əgər siz kafirliyi­nizə və zalımlığı­nıza görə tövbə etməsəniz, onda amansız cəza sizi mütləq yaxalayacaq və artıq heç kim sizə kömək edə bilməyə­cəkdir.
ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ
(26. 136) “Onlar dedilər: “Bizim üçün sənin nəsihət ver­mə­­yinin və ya nəsihət verənlərin arasında olmağının fərqi yox­dur”.

Lakin müşriklər inadkarlıqlarında davam edirdilər və Allah­ın elçisini (ə) qəbul etmək istəmirdilər. Məhz buna görə onlar dedilər: “Sənin nəsihət verib-verməməyindən asılı olmaya­raq, biz öz baxışlarımızı dəyişdirmə­yə­cə­yik”. Həqi­qətən, bu, ən böyük cinayət və zalımlığın son həddi idi. Müş­rik­lər kafirliyin elə bir müdhiş dərəcəsinə çatmışdılar ki, Allahın dağları lərzəyə gətirə, ağıllı insanların ürəklərini titrədə bilən nəsihəti, onlarda heç bir təəssürat oyatmırdı. Belə hal, gü­nahkarların zalımlıq gir­da­bına yalnız tamamilə batdıqları və doğru yola qayıtmaq ümi­dindən məhrum olduqları zaman mümkün ola bilir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
(26. 137) “Bu, sadəcə, öncəkilərin bir adətidir

Bizim ulu babalarımız da belə edərdilər. Onlardan bəziləri bu dünya­nın firavanlığından ləzzət alardı, bəziləri də dilənçi kökündə yaşayardı. Həmişə belə olmuşdur, çünki bu – yerdəki həyatın qanunudur. İnsanların bir qismi var-döv­lətdən istifadə edir, digərləri isə, ehtiyac içindədirlər, çünki Fövqəluca Allah Öz qullarını sınaqdan belə keçirir.

 ﭗ ﭘ ﭙ ﭚ
(26. 138) və biz cəzalandırılmayacağıq”.

Bu sözlər ya Qiyamət gününə inamsızlığın sübutu, ya da Allahın elçi­si­nə (ə) qarşı bir məsxərə idi. Bu sözlərin mənası aşa­ğıdakılardan ibarətdir: “Elə güman edək ki, biz dirildiləcəyik. Ba­xaq görək, sənin Rəbbin bizə han­sı maddi nemətləri əta etmişdir. Əgər bu belədirsə, onda biz zərər çək­mə­rik, hətta sənin vəd et­diyin Qiyamət günü başlasa da”.

 ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ
(26. 139) “Onlar onu yalançı hesab etdilər, Biz isə onları həlak et­dik. Əslində, bunda bir dəlil olduğu halda, onların ək­səriyyəti iman gə­tirmə­di”.

Kafirlik onların təcridolunmaz məziyyətinə çevrilmişdi və onlar artıq ondan xilas ola bilməzdilər və buna görə də Fövqəluca Allah onları məhv etdi və belə bu­yurdu: “Səmudlular və Adlar Böyük fəlakəti inkar edirdi­lər. Səmudlular qor­xunc bir fəryadla qırıldılar. Adlar isə şaxtalı və sərt küləklə məhv edildilər. O, onu onların üzərində yeddi gecə və səkkiz gün ərzində fasiləsiz əsdirdi və sən insanları çürümüş xurma gövdələri kimi yerə yı­xılmış görə bilərdin. İndi sən onlardan bir şey qal­dığını görür­sənmi?” (Həqqa, 69/4-8).
Doğrudan da, bu, Hud peyğəmbərin (ə) haqlı olduğunu, onun gətir­diyi təlimin gerçəkliyini və həmçinin alicənab peyğəm­bərin (ə) azğın qəbi­lə­daşlarının tərəfdar olduqları çoxallahlılığın və zalımlığın yanlışlığını təs­diq edən bir dəlil idi. Lakin haqq dinə nail olunmasına yönəldən çoxsaylı dəlillərə baxmayaraq, insanla­rın əksəriyyəti iman gətirməkdən boyun qaçırırdılar.

 ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ
(26. 140) “Həqiqətən, sənin Rəbbin Fövqəlqüdrətlidir, Rəhm­li­dir”.

Həqiqətən, sənin Rəbbin Fövqəlqüdrətlidir, Rəhmlidir. O (Pak və Müqəddəs Olan) Öz fövqəlqüdrəti sayəsində, gücü və qüvvəsi özlərinə xe­yir verməyən müş­rikləri həlak etmiş və Öz Rəhmi sayəsində isə Hudu (ə) və onunla birlikdə iman gətirənləri o dəhşətli qismətdən qurtarmışdır.
ﭮ ﭯ ﭰ ﭱ
(26. 141) “Səmudlular elçiləri yalançı hesab etmişdilər”.

Səmud – Fövqəluca Allahın Salehi (ə) yanlarına göndərdiyi Hicr adlı yerdə yaşayan və vaxtı ilə məşhur olan bir xalq idi. O (ə), onları tövhidə dəvət edirdi, la­kin səmudlular onu (ə) rədd etdilər. Tövhid bütün peyğəm­bərlərin dəvətinin əsası olduğu üç­ün, onların Salehə (ə) iman gətirməməyi, bütün digər elçilərə də iman gətirməməyə bərabər idi.
 ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ
(26. 142) “Bir dəfə qardaşları Saleh onlara dedi: “Məgər siz qorx­mur­sunuz?”

Fövqəluca onların yalnız qan qohumu olduğuna görə onu (ə) müş­riklərin qardaşı adlandırmışdı. O (ə) qardaşlarını bütlərə ibadət etməkdən və günah­lardan əl çəkməyə çağırır və həm də bunu həqiqi səmimiyyət və xeyirxahlıqla edirdi.

ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(26. 143) “Həqiqətən, mən sizin etibarlı elçinizəm”.
(26. 144) “Allahdan qorxun və mənə itaət edin!”

Allah məni sizin yanınıza göndərməklə sizə böyük iltifat göstərmiş­dir. Onun nemətini rədd etməyin və Onun iradəsinə tabe olun. Siz mənə və mənim təli­mimə inanmalısınız, çünki mə­nim vicdanlı və doğruçu olmağı­ma yaxşıca bə­lədsiniz.

ﮃﮄﮅﮆﮇﮈﮉﮊ ﮋﮌﮍﮎﮏ
(26. 145) “Mən buna görə sizdən mükafat istəmirəm, çün­ki yalnız aləm­lərin Rəbbi məni mükafatlandıracaqdır”.

Siz öz kafirliyinizə mənim qarşımda maddi öhdəliklər gö­türəcəyi­nizdən qorxmağınızla haqq qazandıra bilməzsiniz. Mən Allahdan başqa, heç kimdən məni mükafatlandırmaq haqqında xahiş etmirəm.

 ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(26. 146) “Siz əminsiniz ki, burada əmin-amanlıq içində”,
(26. 147) “bağların və çeşmələrin içində”,
(26. 148) “əkinlərin və zərif barlı xurma ağacları arasında qalacaq”
(26. 149) “və dağlarda məharətlə evlər yonacaqsınız?”

Doğrudanmı siz bu nemətlərdən əbədi istifadə edə biləcə­yi­nizə ümid bəslə­yirsiniz? Doğrudanmı siz elə fikirləşirsiniz ki, Rəb­binizin bol səxavə­tin­dən, hey­vanlar kimi, qayğısızcasına isti­fa­də edəcəksiniz? Doğrudanmı siz ümid edirsiniz ki, sizə diqqət ye­tirən olmayacaq və siz hökmlərə və haram­lara etinasızlıqla ya­na­­şacaq və Allahın nemətlərindən günah törət­mək üçün istifadə edə­cəksiniz? Fövqəluca Allahın sizə göstərdiyi lütfkar­lığını heç vaxt unutmayın! O (Pak və Müqəddəs Olan) sizi mahir ustalar et­di və sizə ən möh­tə­şəm dağlarda və möhkəm qayalarda evlər yon­mağı öyrətdi.

 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(26. 150) “Allahdan qorxun və mənə itaət edin”
(26. 151) “və ifrata varanların əmrlərinə qulaq asmayın”,
(26. 152) “onlar yer üzündə fəsad[10] yayırlar və heç nəyi is­lah et­mir­lər”.

Rəbbin sərhədlərini aşan və dinin haramlarına qarşı çıxan gü­nah­karlara ita­ət etməyin, çünki onlar günah işlədərək və ətraf­da­kıları itaətsiz­liyə çağıraraq, yer üzündə iğtişaş və zalımlıq ya­yır­lar. Onlar təkcə insanla­rın edə biləcəyi əməllərin ən pisini tö­rə­dir­lər. Bu əməllər heç bir fayda gətirmir və əsil şərdən ibarətdir. Bu keyfiyyətlərin daşıyıcıları olan adamlar Allahın elçilərini ya­lan­çı say­mağa və insanlar arasında yalanı və azğınlığı təbliğ et­məyə həmişə hazır olurlar. Belə insanlar hər bir cəmiyyətdə var­dır. Onlardan səmudluların arasında da var idi və buna görə Saleh peyğəmbər (ə) öz tayfadaşlarını onların yalançı nitqlərinə və az­ğın çağırışlarına aldan­mamağa dəvət edirdi. Ola bilsin ki, Föv­qəl­uca Allah məhz belə insanlar haqqında buyurur: “Şəhərdə doq­quz nəfər var idi ki, onlar orada fəsad yayır və heç nəyi is­lah etmirdilər” (Nəml, 27/48). Lakin səmudlular öz pey­ğəm­bər­lə­ri­nin moizələrinə və nəsihətlərinə qulaq asmadılar və buna görə son­ra Fövqəluca Allah belə buyurur:

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(26. 153) “Onlar dedilər: “Sən, sadəcə sehrlənmişlərdən bi­ri­sən”.
(26. 154) “Sən də bizim kimi bir adamsan. Əgər sən doğru danışan­lardan birisənsə, bizə möcüzə göstər”.

 Səni sehrləmişlər və buna görə sən sayaqlayırsan və mə­na­sız sözlər danı­şırsan. Sən də bizim kimi bir adamsan. Sən baş­qa­larından nə ilə üstün­sən ki? Biz sənə niyə itaət etməliyik? Əgər sən doğru danışanlardansansa, bizə qəribə bir mö­cüzə göstər.
Onlar ondan (ə) möcüzə istəyirdilər, halbuki onun (ə) gözəl mə­ziy­yət­ləri, saleh əməlləri və hikmətli moizələri haqqında dü­şün­­mələri kifayət edərdi ki, onun (ə) doğruçuluğuna və gətir­diyi Tə­limin gerçəkliyinə əmin olsunlar. Lakin müşrik­lərin ürək­ləri elə sərtləşmişdi ki, onlar Allahın elçisini (ə) sınamaq istəyir və ondan (ə) möcüzə göstərməsini xahiş edirdi­lər. Belə insanlar, bir qayda olaraq, gördükləri möcüzələrdən də heç bir fayda əldə etmirlər, çünki onlar möcüzəni haqqa nail olmaq üçün deyil, öz inad­karlıqları və itaətsizlikləri üzündən tələb edirdilər.

 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ
(26. 155) “O dedi: “Budur bir dişi dəvə! Su içmək haqqı bir gün onun, bir gün də sizin olacaqdır”.
(26. 156) “Ona pislik etməyin, yoxsa siz Əzəmətli günün əzabına düçar olarsınız”.

Bir gün suyu quyudan yalnız dişi dəvənin içməsinə icazə ve­rilir və həmin gün siz ancaq onun südünü içəcəksiniz, növbəti gün isə, sizə quyunun suyundan içməyə icazə veriləcəkdir. Bu də­vəni kəsməyin və onu incitmə­yin, yoxsa siz Əzəmətli[11] gündə cə­­zalandırılarsınız.
Quranın bir çox şərhçilərinin təsdiq etdiklərinə görə, Föv­qəl­­uca Allah bu dişi dəvəni böyük, möhkəm və hamar bir daşdan ya­­ratmışdı və o, əksər səmudlu­ların gözü qarşısında canlanmışdı. Sə­­mudlular ən böyük möcüzə­lər­dən birinin şahid­ləri oldular, la­kin bu da onları kafirlikdən çəkindirmədi və onlar cinayət və za­lım­lıqlarını davam etdirdilər.

 ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ
(26. 157) “Onlar onun vətərlərini kəsdilər və peşman ol­du­lar”.
(26. 158) “Cəza onları yaxaladı. Həqiqətən, bunda – dəlil var idi. Lakin onların əksəriyyəti iman gətirmədi”.
(26. 159) “Həqiqətən, sənin Rəbbin – Fövqəlqüdrətlidir, Rəhmli­dir”.

Rəbb onları müdhiş uğultulu-gurultulu bir səslə sarsıdaraq, bütün kafirləri ilkindən başlayaraq sonuncusuna qədər həlak etdi. Həqiqətən də, bütün bunlarda bir dəlil var idi ki, peyğəm­bərlərin təlimlərinin doğruluğu­nu və onların düşmənlə­rinin, rə­qib­lərinin baxışlarının yanlışlığını təsdiq edirdi, lakin insanların böyük hissəsi onsuz da iman gətirmirdilər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ
(26. 160) “Lutun xalqı da elçiləri yalançı saydı”.
(26. 161) “Onların qardaşı Lut onlara dedi: “Siz məgər qorx­­­mursu­nuz?”
(26. 162) “Mən sizin üçün etibar edilməli elçinizəm”.
(26. 163) “Allahdan qorxun və mənə itaət edin!”
(26. 164) “Buna görə mən sizdən mükafat istəmirəm, çün­ki məni yalnız aləmlərin Rəbbi mükafatlandıracaqdır”.
(26. 165) “Doğrudanmı siz bu dünyada bütün məxluqatı qo­yub, təkcə kişi­lərəmi yanaşacaq”
(26. 166) “və Rəbbin sizin üçün yaratdığı zövcələrinizi tərk edəcək­siniz? Yox! Siz doğrudan da həddi aşan bir xalqsı­nız!”
(26. 167) “Onlar dedilər: “Ey Lut! Əgər sən vaz keçməsən, qovulan­lardan biri olacaqsan”.
(26. 168) “O dedi: “Mən – sizin əməllərinizə nifrət edən­lərdən biriyəm”.
(26. 169) “Ey Rəbbim! Sən məni və ailəmi onların törət­diklərindən xilas et!”

Lut peyğəmbər (ə) öz qəbilədaşlarını iman gətirməyə çağı­rırdı, amma onlar digər kafir xalqların etdikləri kimi ona (ə) ca­vab verdilər. Kafirlərin dedikləri bü­tün zamanlarda oxşar olmuş­dur, çünki onların ürəkləri də bir-birinə bənzərdir. Lakin Lutun (ə) qəbilədaşları bir çox digər kafirlərdən fərqlə­nirdilər. Onlar nə­inki Allaha şərik qoşurdular, onlar həm də iyrənc bir günah işlə­dirdilər ki, onu əv­vəllər heç kim törətməmişdi. Bu xalqın kişiləri kişilərlə yatır və öz zövcələri ilə cinsi yaxınlıqdan boyun qaçırır­dılar. Onlar qatı cinayətkarlar idilər və alicənab peyğəm­bə­rə (ə) qarşı möh­kəm nifrət bəsləyir­dilər. Buna baxmayaraq, Lut (ə) on­la­rın arasında haqq dinin təbliğatına ara vermirdi və buna görə, bir gün onlar ona (ə) dedilər: “Ey Lut! Sənin təbliğatına səni şə­hərimizdən qovmaqla son qoyu­lacaq”. Alicənab peyğəmbər (ə) qəbilədaş­larının öz cinayətlərini tövbə et­mək fik­rində olmadıq­larını gördükdə, dedi: “Həqiqətən, mən sizin əməllə­rinizə nifrət bəs­ləyir və sizə qarşı ikrah hissi duyuram və buna görə sizi bun­lar­dan tezliklə əl çəkməyə çağırıram”. Sonra o (ə) Allaha dua edə-rək, dedi: “Ey Rəbbim! Məni və mənim yaxınlarımı qəbilədaşla­rımın törətdiklərindən uzaqlaşdır və bizi sərt cəza­dan xilas et!”

 ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ
(26. 170) “Biz onu da xilas etdik, bütün ailəsini də,
(26. 171) “arxada qalanların arasında olan qarısından baş­qa”.
(26. 172) “Sonra Biz qalanlarını həlak etdik”
(26. 173) “və onların üstünə yağış yağdırdıq. Xəbərdarlıq edilənlə­rin üzə­rinə yağdırılan yağış necə də məhvedicidir!”
(26. 174) “Doğrudan da, bunda bir dəlil vardır, lakin onla­rın əksə­riyyəti iman gətirmədi”.
(26. 175) “Həqiqətən, sənin Rəbbin – Fövqəlqüdrətlidir, Rəhmli­dir”.

Fövqəluca Öz peyğəmbərinin (ə) duasını qəbul etdi və onu (ə) ailə üzvləri ilə birlikdə xilas elədi. Təkcə onun (ə) qoca qarısı şə­hər­də qalanların arasında qal­dı. Allah onların üstünə yağış yağ­dır­maqla onları məhv etdi. Bu yağış bişirilmiş gildən olan kə­sək­lər­dən ibarət idi və Lutun (ə) bütün kafir qəbilədaşlarını məhv etdi.

 ﯡ ﯢ ﯣ ﯤ ﯥ
(26. 176) “Əykənin sakinləri də elçiləri yalançı saydılar”.

Əykə sakinləri Mədyən şəhərində yaşayan bir xalq idi və sıx pöhrə­lik­lərin bir-birinə sarmaşdığı ecazkar bağlara malik idi­lər. Fövqəluca Öz peyğəmbəri Şueybi (ə) onların yanına gön­dər­miş­di, lakin fasiqlər onu (ə) inkar edərək, moizə­lərini dinləmək­dən boyun qaçırmışdılar. Digər pey­ğəm­­bər­lər və elçilər kimi, Şu­eyb peyğəmbər (ə) də öz qəbilədaşları arasında təbliğat apa­rırdı.

 ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ
(26. 177) “Bir zaman Şueyb onlara dedi: “Məgər siz qorx­mursu­nuz?”
(26. 178) “Mən, sizə göndərilmiş etibarlı elçiyəm”.
(26. 179) “Allahdan qorxun və mənə itaət edin!”
(26. 180) “Mən buna görə sizdən mükafat istəmirəm, çün­ki məni yalnız aləmlərin Rəbbi mükafatlandıracaqdır”.

Siz hələ də Fövqəluca Rəbdən qorxmağa, Onun ilahi qəzə­bini sizə yönəldən kafirlik və günahlardan əl çəkməyə başlama­mı­sınız? Mən – sizə göndərilmiş və etibar edilməli bir elçiyəm. Bu sə­bəbə görə siz Allahdan qorxmalı və mənə itaət etməlisiniz.

 ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰒﰓﰔﰕﰖ ﰗﰘ
(26. 181) “Ölçəndə tam ölçün və haqqı kəsənlərdən olma­yın!”
(26. 182) “Düz tərəzi ilə çəkin”.
(26. 183) “İnsanlara çatmalı olan şeyi əskiltməyin və yer üzündə şərəf­sizlik yayaraq yaramaz işlər törətməyin”.

Lakin Əykə sakinlərinin yaramazlığı təkcə müşriklikdən ibarət de­yildi. Onlar alverçi və tacirləri çəkidə və ölçüdə aldadır­dılar və buna görə də Şueyb peyğəmbər (ə) öz qəbilədaşlarına tapşırır ki, bir şeyi ölçdükləri zaman tam ölçsün­lər və insanlardan yal­nız haqları olduğu şeyi götürsünlər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ
(26. 184) “Sizi və əvvəlki nəsilləri Xəlqedəndən qorxun!”

O (Pak və Müqəddəs Olan) sizi və sizdən əvvəlkiləri tək­ba­şı­na yarat­mışdır və yalnız O (Pak və Müqəddəs Olan) ibadətə və pə­rəstişə layiqdir. Sizə həyat Bəxşedənə və saysız-hesabsız sə­xavəti və nemətlərini əta edənə şükür edin!

 ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ
(26. 185) “Onlar dedilər: “Sən, sadəcə, sehrlənmişlərdən birisən”.

Müşriklər alicənab peyğəmbəri (ə) yalançı adlandırdılar, gətirdiyi dini rədd etdilər və belə dedilər: “Sən, sadəcə olaraq cin tutmuşlardansan. Sənin sözlərin dəlinin sərsəmləməsinə oxşayır və, ən yaxşı halda, biz sənin mənasız nitqlərinə əhəmiyyət vermə­yəcəyik”.

ﭝﭞﭟ ﭠﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ
(26. 186) “Sən, sadəcə, bizim kimi bir adamsan və biz gü­man edirik ki, sən yalançılardan birisən”.

Sən bizdən heç nəyinlə üstün deyilsən və bizdən sənə itaət etməyi və tabe olmağı tələb etməyə haqqın yoxdur. Həmin sözləri Allahın elçilərinə (onlara salam olsun!) əvvəlki xalqlar da demiş­dilər. Onların hamısı pey­ğəm­­bərləri və elçiləri qə­bul etməmiş­­dilər və öz kafirliklərinə belə şübhəli sübutlarla haqq qazan­dır­maq istəyirdilər. Həqiqətən, onların sözləri, kafir­liklə dolu ürək­ləri kimi oxşar idi. Hər dəfə, onlar Allahın elçilərinə (onlara salam olsun!) bu şübhəli dəlili misal çəkəndə, elçilər onlara belə cavab verərdilər: “...Biz də sizin kimi insanla­rıq. Lakin Allah Öz qul­larından istədiyinə Öz nemətini əta edir...” (İbrahim, 14/11).
Şueybin qəbilədaşları da həmçinin bəyan edirdilər ki, onu (ə) yalançı sa­yırlar. Bu günahkarlar gör nə dərəcədə zalım, qaba və böhtançı idilər! Onlar Şueybin (ə) göstərdiyi çoxsaylı möcü­zələri görürdülər və onun (ə) doğru­çu­luğuna və sadiqliyinə əmin idilər. Allahın bütün elçiləri (onlara salam olsun!) öz xalqla­rına, onlar mübahisəyə girişdikdə və iman gətirmək­dən boyun qaçır­dıqda, möcü­zə­lər göstərirdilər. Şueyb peyğəmbərin (ə) dəlillə­ri­nin və möcüzələrinin necə inan­dı­rıcı və gözəl olmasını təsəvvür etmək heç də çətin deyildir. Onu (ə) bəlağətinə, xeyirxahlığına, mətanətli­liyinə və ağıllı olmasına görə bütün peyğəmbərlər ara­sında ən yaxşı dəvətçi adlandırırlar. Əykə sakinləri çox yaxşı bi­lirdilər ki, Şueybin (ə) onlara de­dikləri əsil həqiqətdir və buna gö­rə onların alicənab peyğəmbəri (ə) yalançı hesab etmələri haq­qın­da söylədikləri sözlər abırsız iftira idi.

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ
(26. 187) “Əgər sən sadiqlərdənsənsə, onda göyün bir par­çasını üstü­müzə saldır!”

Əgər dediyin doğrudursa, onda qoy sənin Rəbbin bizi kö­kü­­müzdən yox etsin. Gör bu sözlər Məkkə müşriklərinin dua­la­rına necə də oxşayırmış. Onlar Rəbbə bu sözlərlə müraciət et­miş­dilər: “Ey Allah! Əgər bu Səndən gələn haq­dırsa, onda göy­dən ba­şı­mıza daş yağdır və ya bizi işgəncəli əzablara məruz qoy” (Ən­fal, 8/32). Bir başqa şərhə görə, Əykə sakinləri öz pey­ğəm­bə­rin­­dən (ə) onların üstünə göyün bir qəlpəsinin, onun (ə) doğruçu­lu­ğu­nun dəlili kimi, endirilməsini istəmişdilər. Şübhəsiz ki, pey­ğəm­bərlər və elçi­lər belə tələbləri yerinə yetirməməkdə sər­bəst­dir­lər.
 ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ
(26. 188) “O dedi: “Rəbbim nə törətdiklərinizi daha yaxşı bilir”.

Cəzalandırmağa və qeyri-adi möcüzələrə gəldikdə isə, mən öz ira­dəmlə onları yaxınlaşdırmağa qadir deyiləm, çünki mənə ancaq Rəbbinizin vəhyini sizə çatdırmaq vəzifəsi həvalə edilmiş­dir. O (Pak və Müqəddəs Olan) sizin bütün törətdikləriniz barədə mükəmməl məlumata malikdir və bütün əməllərinizin əvəzi sizə mütləq veriləcəkdir.

 ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

Kafirlik onların ayrılmaz bir məziyyətinə çevrilmişdi və bu­nun sayə­sində onlar hətta ən əzəmətli möcüzlərdən də heç bir fay­­dalı nəticələr çıxara bilmirdilər. Bu azğınlıqdan yeganə çıxış yolu əzab-əziyyətli cəza idi ki, o da onları kölgəli bir gündə yaxa­ladı. Həmin dəhşətli gündə Mədyən üzərində qatı qara buludlar top­laş­mışdı və şəhərin sakinləri evlərindən çıx­mışdılar ki, çoxdan gözlədikləri ya­ğışdan ləzzət alsınlar. Lakin bu qara buludlar özü ilə sərinlik və nemət gətirmədi, əksinə, onların üstünə odlu cəza yağ­dırdı. Müşriklər o saat qəşş edib öldülər – öz bərbəzəkli ima­rət­­­lə­rin­dən məhrum olaraq, qəm-qüssə və əzab-əziyyət yurduna köçürüldülər. Bu, Əzəmətli günün cəzası idi. Həmin gün onları dün­­ya həyatına qayıtmaq və öz əməllərini təkrar etmək imka­nın­dan məhrum etdi. Həmin gün, heç vaxt sonu olmayacaq və möh­lət verilməyəcək əbədi məşəqqətin başlanğıcı idi.

 ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(26. 190) “Həqiqətən, bunda bir dəlil vardır. Amma onla­rın əksəriy­yəti iman gətirmədi”.

Doğrudan da, bütün bunlarda Şueybin (ə) peyğəmbərli­yi­nin gerçək­liyini, onun (ə) dəvətinin haqq olduğunu və həmçinin onun (ə) düşmən­lərinin qüsurlu­luğunu təsdiq edən əlamətlər var idi. Bu insanların böyük əksəriyyəti, əzəmətli möcüzələrin və qey­ri-adi halların şəxsən şahidləri olma­larına baxmayaraq, iman gətirmədilər. Onların iman gətirməməsinin səbəbi isə, ürəklərinin xeyirxahlıqdan və paklıqdan məhrum olmasında idi. Fövqəluca buyurmuşdur: “Sən hətta böyük istəklə arzu etsən də, insanla­rın çox hissəsi iman gətirməz” (Yusuf, 12/103).

 ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ
(26. 191) “Həqiqətən, sənin Rəbbin–Fövqəlqüdrətlidir, Mərhəmətli­­dir”.

Heç bir məxluq Onun ilahi qüdrətinə yiyələnmək bacarı­ğı­na malik deyil və buna görə bütün varlıqlar Onun iradəsinə ita­ət edir­lər. Bundan başqa, bütün var­lıqlar Onun mərhəmətinə möh­tac­dırlar və bu Mərhəmət olmasaydı, Kainatın mövcudluğu müm­kün olmazdı. Yer aləminin və Axirət həyatının bütün ne­mət­ləri Onun lütfkarlığının nəticəsidir. Allah məxluq­larını, onlar dünyaya gələndən bəri fasiləsiz olaraq Öz himayəsi altında saxla­yır. Fövqəluca Allah Öz qüdrəti sayə­sində bütün zamanlarda Onun elçilərinə iman gətirməkdən boyun qaçıran düşmənlərini hə­lak edir, Öz mərhəməti sayəsində isə O (Pak və Müqəddəs Olan) bütün zamanlarda Öz sevimli dostlarını və onların sadiq davamçılarını xilas edir.

 ﮓ ﮔ ﮕ ﮖ ﮗ
(26. 192) “Həqiqətən, bu – aləmlərin Rəbbindən nazil edil­mişdir”.

Öncəki ayələrdə Fövqəluca Rəbb bəzi peyğəmbərlərin ta­rix­çəsindən xəbər verərək bildirir ki, onlar öz qəbilədaşları ara­sın­da haqq dini təbliğ edirdilərsə də, inadkar kafirlərin müqavi­məti ilə rastlaşırdılar. O (Pak və Müqəddəs Olan), pey­ğəmbərlərlə düş­mən­çilik edən günahkarların necə dəhşətli bir sonuca uğra­dı­la­caqların­dan bəhs edir. Sonra O (Pak və Müqəddəs Olan), Özünün son El­çisi – hər bir ağıllı insan üçün haqq Təlimat olan Şərəfli Quranı bə­şəriyyətə gətirən alicənab Muhəmməd Peyğəmbər (ona Allahın sa­lavatı və salamı olsun!) haq­qında xəbər verir. Allah, Quranı aləm­lərin Rəbbindən nazil edilmiş Müraciət adlandırır. Onu Na­zil­edən – göylərin və yerin Xaliqi, insanı Yaradan, onlara kamil Tər­biyəverən­dir. O (Pak və Müqəddəs Olan), onlara öz mad­­­­di əmin-amanlığı, sağlamlığı üçün qayğı çəkməyi, dini qo­rumağı və Axi­rət həyatını sahmana sal­mağı öyrətmişdir. Onun ilahi himayə­si­nin ən əzəmətli təzahürlərindən biri də özündə sonsuz xeyir­xah­lığı əks etdirən və insanlara sayagəlməz faydalar verən bu mi­sil­siz Kitabı nazil etməsidir. Bu Kitab özündən əv­vəlki digər şə­ri­ət­lərə və Kitabla­ra qətiyyən oxşamır – o, Allahın qullarına yer üzün­də yaşadıqları zaman və öldükdən sonra xoş­bəxt­liyə nail ol­ma­ğa kömək edir və həm də onlara nəcib əxlaq və digər ləyaqətli mə­ziyyətlər aşılayır.
Müzakirə etdiyimiz ayə Quranın əzəmətini və bütün məx­luq­­­ların onun müdrik hökmlərinə böyük ehtiyac duyduqlarını xü­susilə vurğulayır. Axı başqa cür ola da bilməz! Onu Naziledən – Föv­qəlqüdrətli Allahın Özüdür və O (Pak və Müqəddəs Olan), Vəh­yi vasitəsilə insanlara hədsiz mərhəmət göstərmək və bu­nun­la onları doğru yola yönəltmək istəyir.
 ﮘ ﮙ ﮚ ﮛ ﮜ
(26. 193) “O, etibarlı Ruhla nazil edilmişdir”

Bu Vəhy, Etibarlı Ruhun (ə), yəni, ən ləyaqətli və ən güclü mə­ləklər­dən olan alicənab Cəbrail əleyhissalamın vasitəsi ilə Mu­həm­məd Peyğəmbərə (ona Allahın sala­vatı və salamı olsun!) çat-dı­rılmışdır. Allah onu (ə) etibarlı adlandırmışdır, çünki O (Pak və Mü­qəddəs Olan) bilirdi ki, Cəbrail (ə) istənilən tapşırığı ifrata var­­ma­dan və nöqsana yol vermədən yerinə yeti­rəndir.


 ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(26. 194) “qəlbinə ki, xəbərdarlıq edənlərdən biri olasan”.

Ey Muhəmməd! Bizim etibarlı elçimiz sənin qəlbinə varid ol­muşdur ki, sən ətrafdakıları düz yola gəlməyə və bu yoldan azanların qarşısını almağa çağıran nəsihətçilərdən biri olasan.

 ﮣ ﮤ ﮥ ﮦ
(26. 195) “O, aydın ərəb dilindədir”.

Allahın vəhyi aydın başa düşülən ərəb dilində nazil edil­miş­dir. Bu – dünya dillərinin ən yaxşısı, öz qeyri-adi aydınlığı və sadəliyi ilə seçilənidir. Allahın Elçisi­nin (ona Allahın salavatı və salamı olsun!) yanına göndərildiyi ərəb­lərin dili belə idi və onlar ilk dəfə olaraq onun (s.ə.s.) ecazkar moizələri ilə rastlaşırdılar. Allahın vəhy etdiklərinin ən yaxşısı olan sonuncu Şərəfli Kitabın çoxsaylı məziyyətləri üzərində bir fikirləşin! O, mələklərin ən yax­şısının vasitəsi ilə yerin ən yaxşı sakinlərindən birinin qəlbinə nazil edilmişdi. Planetimizdə yaşamış xalqların ən yaxşılarından biri ona varis olmuşdu. Nəhayət, o, ən gözəl və ən zəngin dünya dillərin­dən biri olan aydın ərəb dilində nazil olunmuşdu.

 ﮧ ﮨ ﮩ ﮪ ﮫ
(26. 196) “Əslində, o, əvvəlki Kitablarda da xatırlanır”.

Əvvəlki Kitablar Quranın nazil ediləcəyini öncədən xəbər vermiş və onun doğruluğunu təsdiq etmişdilər. Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin baş­la­ması ilə qədim xalqların kitabla­rında öz əksini tap­mış gələcək peyğəmbər haqqında xəbərlər gerçəkliyə qovuşmuşdur – haqqı gətirən və özündən əvvəlkilərin doğruluğunu təsdiq edən Son Elçi (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə göndəril­mişdir.

 ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

(26. 197) “Məgər İsrail oğulları alimlərinin onu tanıması onlara[12] bir dəlil deyildirmi?”

Məgər bu, Quranın Allah tərəfindən göndərilməsini kifayət qədər təsdiq edən bir dəlil deyilmi? İslam gələnə qədər İsrail oğulları hikmət və bilik sahibləri sayılmırdılarmı və ərəblər çətin vəziyyətlə üzləşəndə məslə­hət almaq üçün onlara müraciət etmir­di­lərmi? İsrail oğulları bir şeyi təsdiq edəndə, heç kim onlardan şübhələnməyə cəsarət etməzdi. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Quranı təbliğ etməyə başlayar­kən, İsrail oğulları onda ilahi həqiqəti olduğunu bilmişdilər. Eyni şey Fironun (L) sehrbazları ilə baş vermişdi. Cadu­gərlik elminin incəliklə­rin­dən başları çıxan həmin sehrbazlar Musa peyğəmbə­rin (ə) möcüzəsini gördükdə, inanmışdılar ki, onun (ə) göstərdiyi sehrbazlıq deyil, Fövqəluca Allahın möcüzəsidir. Elmə malik olan insanlar həqiqəti qəbul etdikdə[13], ca­hil­­lərin nə dediklərinə diqqət yetirməyə dəyməz.

 ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

(26. 198) “Əgər Biz onu qeyri-ərəblərdən kiməsə nazil et­səydik”
(26. 199) “və əgər o, onu onlara oxusaydı, onda ona iman gə­tir­məz­dilər”.

Əgər Allah Kitabı ərəb dilini başa düşməyən və o dildə la­zımınca danışıb fikrini izah edə bilməyən bir insana nazil etsəydi, ərəb müşrikləri mütləq belə deyərdilər: “Biz onun dediyini başa düşmürük. Biz onun bizi nəyə dəvət etdiyini ayırd edə bilmirik”. Allaha şükür edin ki, Mübarək Kitab gözəl nitq qabiliyyətinə malik olan və öz fikirlərini anlaşıqlı və başa düşülən dildə ifadə etməyi bacaran bir insana nazil edilmişdir. O (s.ə.s.) öz peyğəm­bər­liyinin mahiyyətini sizə izah etmiş və sizə faydalı nəsihətlər vermişdir. Bundan sonra sizə qalan vəzifə, təkcə ona (s.ə.s.) iman gətirmək və onun (s.ə.s.) dininin hökmlərinə itaət etməkdir. Siz onun (s.ə.s.) haqlı olduğuna əmin olduğunuz halda onu (s.ə.s.) qəbul etməsəniz, onda bu sizin tərəfinizdən kafirlik olacaqdır. Təəssüflər olsun ki, kafir xalqlar, sanki ən pis məziyyətləri və xa­siyyətləri bir-birindən irsən qəbul edərək, öz elçiləri ilə məhz belə rəftar edərdilər. Buna görə, sonra Fövqəluca belə buyurur:

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ
(26. 200) “Biz onu[14] günahkarların qəlbinə belə yeridi­rik”.
(26. 201) “Onlar əzab-əziyyət görmədikcə, ona inanmaz­lar”.

Küfr günahkarların qəlbinə, sap iynənin dəliyindən keçdiyi kimi, daxil olur. O, onların qəlbində kök salır və onların ayrılmaz bir keyfiyyətinə çevrilir. Onların ədalətsizliyinin və itaətsizliyinin əsil səbəbi – kafirlikdir və buna görə onlar cəza­lan­dı­rılmağa la­yiq­dirlər. Bu, onlara haqqı rədd etdik­lərinə görə əvəz olacaqdır.

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(26. 202) “Əzab onları gözləmədikləri halda haqlayacaq, belə ki, heç hiss etməyəcəklər”.

Cəza günahkarları qəfildən haqlayacaqdır və onlar onun ya­­xınlaş­dığını heç hiss etməyəcəklər. Bu, kafirlərin amansız cə­zanı hər şeydən az gözlədikləri bir vaxtda unutqanlıq saatı ola­caqdır və onlara düçar olacaq bu cəza daha da ağrılı və əzabverici olacaqdır.

 ﯸ ﯹ ﯺ ﯻ ﯼ
(26. 203) “Belə olduqda onlar deyəcəklər: “Bizə möhlət verilə­cəkmi?”

Onlar Rəbbə yalvararaq onlardan əvəz çıxılmasının ləngi­dilməsini və onlara bu dəfə də tövbə etməyə imkan verilməsini xahiş edəcəklər, lakin artıq bu xahiş çox gecikmişdir[15]. Onların xeyirxah işlər görməyə imkanları olmayacaqdır, çünki onlar artıq məşum məkandakı yerlərinə layiq görül­müş olacaqlar ki, oranı bir daha heç vaxt tərk etməyəcəklər və orada heç vaxt rahatlıq və dinclik tapmaya­caqlar.

 ﯽ ﯾ ﯿ
(26. 204) “Məgər onlar Bizdən əziyyət görməyəmi tələsir­lər?”

Bu amansız cəza ona etinasızlıq və diqqətsizlik göstəril­mə­si­nə layiq deyil. Bəs siz niyə belə yoldan azırsınız? Məgər siz Cə­hənnəm əzabına dözə biləcəksiniz? Məgər siz o dərəcədə qüdrət­lisiniz ki, Rəbbinizin qəzəbindən özünüzü qoruya biləcəksiniz və ya Onun alacağı qisasdan yayına biləcək­siniz? Bəlkə siz Onu, sizi törətdikləriniz cinayətlərə görə cəzalandırmağı bacarma­yacağı qə­­dər zəif sayır­sınız?

 ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(26. 205) “Sən bilirsənmi ki, əgər Biz onlara illər boyu zövq almağa imkan versək”,
(26. 206) “sonra isə onlara vəd edilən gəldikdə”,
(26. 207) “zövq almalarına imkan verdiklərimiz, onlara heç bir fay­da gətir­məyəcək?”

Ey Muhəmməd! Biz günahkarları cəzalandırmağa tələsmi­rik və onlara qısa bir ömür bağışlayırıq ki, həmin müddət ərzində on­lar nemətlər­dən zövq ala bilərlər, lakin bundan sonra isə on­lar­dan mütləq ədalətli əvəz alınacaqdır. Bu baş verən zaman heç bir mad­di ləzzət, həzz onlara fayda verməyəcək. Onlar dünya hə­ya­tın­da qalacaq və tükənəcəklər, onların yerini isə işgəncəli cəza tu­ta­caqdır ki, o, mürtədlərin yer üzündə qaldıqları vaxt ərzində saatbasaat artacaqdır. Allah bu üsulla qullarını Cəhənnəm cəza­sın­­­dan çəkinməyə çağırır. O, gec ya tez, baş verə­cəkdir. Onun baş­­lama müd­də­tinin əhəmiyyəti yoxdur. Onun təxirə salınması isə kafirlərə fayda ver­məyəcəkdir.

 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(26. 208) “Biz heç bir yurdu, orada xəbərdarlıq edən nəsi­hətçilər olmadan, həlak etməmişik”.
(26. 209) “Bu bir xatırlatmadır. Biz zalım deyilik!”

Fövqəluca ayədə Özünün adilliyi və qərəzsizliyindən bəhs edir. O (Pak və Müqəddəs Olan), kafirləri, onlar öz küfrlərini doğ­rultmaq imka­nından məhrum olduqları zaman, məhv edir və yurdlarını viran qoyur. O (Pak və Müqəddəs Olan) onlara nəsihət verənlər göndərir və nəsihətçilər aydın ayələrlə öz haqlı olduqla­rını təsdiqlədikdən sonra, öz xalqlarını düz yola gəlməyə dəvət edirlər və onlara, həlak ola biləcəkləri ilə əlaqədar, xəbərdarlıq edirlər. Nəsihətçilər onlara anlaşıqlı ayə­lərin vasitəsi ilə öyüd verir, Fövqəlucanın mərhəməti və qəzəbini xatırladırlar. Onlar öz xalqları­nın yanına təlimatlarla gəlirlər, həqiqəti onlara bəyan edir və on­ları öz kafirliklərinə nadanlıqları və bilməməzlikləri üzün­dən bəraət qazandır­maq imkanından məhrum edirlər. Həqiqətən, Allah heç vaxt günahkarların yurdlarını, onlara müdrik nəsi­hət­çilər göndərmədən və ya onların Cəhən­nəmdən xəbərləri olma­dıq­da, onları məhv etmirdi. Fövqəluca buyurur: “...Biz insanları, onlara elçi göndərmədən, heç vaxt cəzalandırmırıq” (İsra, 17/15);
“Müjdə verən elçilər göndərirdik xəbərdarlıq etsinlər ki, sonra insan­ların Allaha qarşı heç bir bəhanəsi qalmasın...” (Ni­sa, 4/165).

 ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(26. 210) “O, şeytanlarla nazil edilməmişdir”.
(26. 211) “Onlar buna layiq və qabil deyillər”,
(26. 212) “çünki onu dinləməkdən uzaqlaşdırılmışlar”.

Allah Quranın kamilliyi və əzəmətini xatırlatdıqdan sonra, onun nöqsan­lardan və qüsurlardan azad olduğunu xəbər verir. O (Pak və Müqəddəs Olan), Quranı Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edərkən, onun qayğısına qal­mışdır[16] və Qiyamət başlana­nadək də qayğısını çəkəcək­dir. Bu qayğı, Rəbbin Quranı cinlər­dən olan şeytanlardan və həmçinin kafir insan­lar­dan olan şeytan­lardan qoruması ilə özünü göstərir. Şeytanlar son Kitabın nazil olunmasına mane ola bilməmişdilər. Əgər onlar göylərdə ona ya­xın­laşmağa cəhd etsəydilər, onda axan ulduzlar tərəfindən vu­ru­lardılar. Yerdə isə onu təhrif edə bilməzdilər, çünki onu alicənab Cəbrail əleyhis­salam – bütün şeytanların ondan uzaq qaçdıqları ən güclü mələk oxuyurdu. Fövqəluca belə buyurur: “Həqiqətən, Zikri Biz nazil etmişik və Biz də onu qoruyuruq” (Hicr, 15/9).

 ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

(26. 213) “Elə isə, Allahdan başqa ilahlara yalvarma, yoxsa əzaba uğradı­lan­lardan olarsan”.

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) və onun (s.ə.s.) nəsihət verənlərindən nümunə götürməli olan davamçılarına, məx­luqlara dua edib yalvarmağı qəti surətdə qadağan etmişdir. Belə bir günah insanı əbədi əzab­lara və ardı-arası kəsilməyən əziyyətlərə məhkum edir, çünki bu, Allaha şərik qoş­mağın ən böyük təzahürüdür. Fövqəluca buyurur: “Həqiqə­tən, Allaha şərik qo­şanlara, O, Cənnəti qadağan etmişdir. Belə­si­­nin sığınacağı Cəhənnəm ola­caq­dır” (Maidə, 5/72).
Bir davranışın qadağan edilməsi, onun əksinin yerinə yeti­ril­məsi hök­­mü­nü nəzərdə tutur və buna görə də uydurulmuş il­ah­lara ibadətin haram edilməsi, təkcə Vahid Allaha ibadət etmək, Ona heç bir şərik qoşma­maq, Ona qorxa-qorxa, mə­həbbətlə, ümid və itaətlə ibadət etmək və həm­çinin bütün zamanlarda və istəni­lən təşəbbüslərdə Ona dua etmək hök­münü ehtiva edir.
 ﭿ ﮀ ﮁ ﮂ

(26. 214) “Öz yaxın qohumlarını xəbərdar et!”

Allah, Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və sa­­­lamı ol­sun!) öz imanını kamilləşdirməyə səy göstərməsinə hökm verdikdən sonra, onu (s.ə.s.) ətrafdakıların imanının tək­mil­­­ləşdirilməsi haqqında qayğı çək­məyə çağırır. Ona (s.ə.s.) əmr olun­­muşdu ki, yaxın qohum-əqrə­ba­larını xəbərdar etsin, çünki on­­lar dün­yəvi və dini məsələlərdə onlara xeyirxah münasi­bət bəs­­lənməsinə hamıdan daha çox layiqdirlər. Bu, Allahın Elçisi­nin (ona Allahın salavatı və salamı olsun!) bü­tün bəşəriyyətə gön­də­ril­məsi ilə qətiyyən ziddiyyət təşkil etmir. Əgər bir insana bütün adamlara xeyir­xahlıq göstərməyi əmr edirlərsə, sonra isə: “Öz qohumla­rına yaxşılıq et!” – deyirlərsə, bu, sadəcə, yaxın insanlara xeyirxah münasibət bəsləmə­yin vacibliyini vurğulayır.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Allah­ın hök­münə itaət edərək, İslamı bütün Qureyş ailələri arasında yay­mağa başladı. O (s.ə.s.) nəsihət verir, xəbərdar edir, faydalı məs­ləhətlər verir və doğru yolu göstərirdi. O (s.ə.s.) əlindən gələn hər şeyi edirdi ki, qəbilədaşları Vahid Allaha iman gətirsin­lər. La­kin qureyşlilərin yalnız bir hissəsi İslama gəldi, digər hissəsi isə ka­fir­liyi üstün tutdu.
 ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ
(26. 215) “Ardınca gələn möminlərə cınağını[17] yaxın­laş­dır”.

Ardınca gedənləri sev və onlarla nəzakətlə danış, onlara mərhəmətlə və ali­cənablıqla yanaş. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Rəbbinin bu hökmünü də ye­rinə yetirmişdir və buna görə O (Pak və Müqəddəs Olan) belə bu­yurur: “Allahın mərhəməti sayəsində sən onlarla yumşaq dav­ra­nır­dın. Əgər sən kobud və daşürəkli olsaydın, onlar səni müt­ləq tərk edərdilər. Onları bağışla və onlar üçün bağışlanma dilə və işlər barədə onlarla məslə­hətləş” (Ali-İmran, 3/159).
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və sa­lamı olsun!) nəcim insani məziy­yətləri belə idi. Bu, bir insanın malik ola biləcəyi ən kamil keyfiyyətlərdi. Məhz onlar, böyük uğur qa­zanmağa və böyük şər qüv­vəni özündən uzaq­laşdırmağa nail ol­maqda ona (s.ə.s.) kömək etmişdi ki, buna çətinlik çəkmə­dən əmin olmaq olar.
Məgər Allaha və Onun alicənab Elçisinə (s.ə.s.) iman gəti­rən və onun (s.ə.s.) sədaqətli davamçısı olduğunu bildirən bir in­san digər müsəlmanlara narahatçılıq törədə, ətrafdakılara kin-küdurət bəsləyə, özünü lovğa və təkəb­bürlə apara, daş­ürək­lilik və hətta kobudluq göstərə bilərmi? Əgər belə bir insan, əxlaqsız keyfiy­yətlərə malik, Allaha itaətsizlik göstərən, islam dəvətçilə­rini inkar edən, onlara nifrət və kin bəsləyən günahkarlarla rast­laş­dıqda səbirli, mətanətli, mülayim və gö­zəl əxlaqlı olmağı unu­darsa, o özü də Fövqəluca Rəbbə itaətsizlik etməyə baş­layar.
Təəssüf ki, bizim belə müsəlmanlara rast gəlməyimiz heç də nadir hal deyil. Onların davranışı cəmiyyətə olduqca böyük zə­rər vurur və digər müsəlmanları böyük nemətdən məhrum edir. Lakin ən dəhşətlisi odur ki, buna baxmayaraq, onlar alicə­nab Elçinin (s.ə.s.) gözəl məziyyətlərinə malik olan müsəlmanlara qarşı nifrət bəsləyir və hətta onları münafiqlikdə və buna yol ver­məkdə qınayırlar[18]. Bununla yanaşı onlar öz əməllərini və qaba davranışlarını yüksək dəyərləndirirlər. Həqiqətən də, belə özünü­aldatma­nın səbəbi onların dərinliyə varmış cahilliyidir. Şeytan on­ları aldadaraq, ya­ra­maz cinayətlərini onlara gözəl şəkildə təq­dim et­mişdir. Fövqəluca, müsəlmanları belə azğınlıqlar barədə xəbərdar edərək, buyu­rur:

 ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ
(26. 216) “Əgər onlar sənə itaətsizlik göstərsələr, onda de: “Mənim sizin törətdiklərinizə aidiyyətim yoxdur”.

Əgər onlar sənin nəsihətlərini yerinə yetirməsələr, onda sən onların yara­maz əməllərindən üz döndər, lakin onlardan əl çək­mə və onlarla xe­yirxah münasibətlərini kəsmə. Onlarla nəzakətlə davran, onlara yaxşı nəsi­hətlər ver və əlindən gələn hər şeyi et ki, onlar pis işlər görməkdən uzaq­laşsınlar və tövbə etsinlər.
Bundan əvvəlki ayə üzərində düşündükdən sonra, bəzi adamlarda Allahın Elçisi (s.ə.s.) haqqında, onun (s.ə.s.) mömin­lərin istənilən hərəkətini hökmən bəyənməli olması kimi yanlış təsəvvür oyana bilərdi. Lakin müza­kirə etdiyimiz ayə belə baxış­ların təzahür etməsinin mümkünlüyünün qar­şısını almışdır. Bu barədə ən yaxşısı Allaha məlumdur.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ
(26. 217) “Fövqəlqüdrətliyə və Mərhəmətliyə təvəkkül et!”

Fövqəluca, ayədə əsil müsəlmanların dinin bütün tələbləri­nin qüsur­suz yerinə yetirilməsinə kömək göstərən ən güclü silahı haqqında xəbər verir. Bu – Allaha təvəkkül və həmin tələblərin ic­ra edilməsində yardım üçün dua etməkdir. Möminlərə Ona ümid bəsləmək əmr olunmuşdur, axı Onun gözəl adları arasında – Fövqəlqüdrətli və Mərhəmətli adları vardır.
Təvəkkül – Fövqəluca Allahın xeyir əldə etməyə və şərdən qorun­mağa hök­mən kömək edəcəyinə qəti iman bəsləməkdir.
Axı, əgər O (Pak və Müqəddəs Olan) qeyri-adi sifətlərə - föv­qəlqüdrətə və sonsuz mərhəmətə malikdirsə, başqa cür ola da bilməz! O (Pak və Müqəddəs Olan) Öz fövqəl­qüdrəti sayəsində qulla­rına nemətlər bəxş etməyə və onları şərdən, hər cür xoşagəl­məz hallardan qoru­mağa qadirdir və bun­ları Öz mərhəməti sa­yəsində yerinə yetirir.

 ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(26. 218) “O, səni qiyamda da görür”,
(26. 219) “səcdəyə gedənlərin arasında da”.
Fövqəluca, möminləri kömək haqqında təkcə Ona dua et­məyə çağırır və onlara xatırladır ki, O (Pak və Müqəddəs Olan), qulları xeyirxah işlər gördükləri zaman, Özünün kamil elmi vasitə­silə[19] daima onların yanında olur, onların necə namaz qıldıq­la­rı­nı, onun vacib rüknlərini necə yerinə yetirdik­lərini, qiyamda qal­dıqlarını, rüku və səcdə etdiklərini görür.
Fövqəluca qiyamda durmanı[20] və həmçinin rüku və səcdə et­məni xü­susilə qeyd etmişdir, çünki məhz bu rüknlər müsəl­man­­ların ibadət məra­simi olan nama­zın ən vacib və şərəfli tərkib hissələrindəndir. Əgər insan bütün varlığını Allahla ünsiyyətə girərək, onları səmimi qəlb və itaətlə icra edirsə, onda onun na­mazı kamilləşir və bunun sayəsində isə onun bütün digər əməl­ləri də mükəmməl­ləşir.
 ﮠ ﮡ ﮢ ﮣ ﮤ
(26. 220) “Həqiqətən, O – Eşidəndir, Biləndir”.

Allah məxluqlarının bütün danışıqlarını və dualarını, Ona hansı dil­də müra­ciət etmələrindən asılı olmayaraq, eşidir. O (Pak və Müqəddəs Olan), insanların aşkar etdikləri əməllərdən və ürəklərində gizlətdiklə­rin­dən xəbər­dardır. Bütün aşkar və qeybə məxsus olan şeylər Ona agahdır. İnsanın harada olmasından asılı olmayaraq, Fövqəluca onu görür, danışı­ğını eşidir və onun bütün fikirlərini, niy­yətlərini və qəbul etdiyi qərarlarını bilir. Müsəl­ma­nın bunlara möhkəm və qəti əminliyi, ona ən yüksək mö­min­lik dərəcəsinə nail olmağa kömək göstərir və belə olduqda, o, öz əməl­lərini, Allahı görürmüş kimi, həyata keçirir, halbuki o, Onu görmür, amma o bilir ki, Allah onu görür.



 ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

(26. 221) “Sizə şeytanların kimlərə nazil olduqlarını bildi­rimmi?”
(26. 222) “Onlar bütün yalançılara və günahkarlara nazil olarlar”.

Bu ayə, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və sa­lamı ol­sun!) cin və şeytanların yoldan çıxartdığı sehrbaz adlan­dırılanların hər biri­nə cavab idi. Fövqəluca, insanlara, onların ger­çəkliyinə şübhə edə bilmə­yəcəkləri bir həqiqəti aşkar etmişdir. Doğrudan da şeytanlar bəzi insanlara nazil olurlar. Lakin bu, tək­cə yalançılara, iftira yayan və bir çox qəbahətlər edən günah­kar­ların qismətinə yazıl­mışdır. Şeytanlar ancaq belə adamlara yaxın­la­şırlar, çünki özləri də onlara oxşayırlar.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ
(26. 223) “Onlar eşitdiklərini yayır, lakin onların əksəriy­yəti yalan­çı­dır”.

Şeytanlar göylərdə eşitdiklərini bu yalançı günahkarlara xə­­bər verir­lər, lakin onların xəbərlərinin əksəriyyəti yalandır. İn­san­lar isə cadugərlərin və baxıcıların ağzından çıxan bir həqiqi sö­zü yadda saxlayaraq, onların söy­lə­­dikləri yüzlərlə sözlərin ya­lan olmasına diqqət yetirmirlər. Bu mənfur adamların söylə­diyi bir haqq söz yalanla qarışdırılır, yalanın içində əriyib yox olur. Ona inanmaq olmaz, çünki onu ayırd etmək artıq mümkün deyil. Şeytanların nazil olduqları insanların əsil məziyyətləri və onların təlqinlə­rinin gerçək təbiəti məhz belədir.
Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı ol­sun!) gəl­dikdə isə, onun (s.ə.s.) belə insanlara heç bir aidiyyəti yox idi. Onun (s.ə.s.) xasiyyətinin gözəl cizgiləri isə bu yalançı gü­nah­karların çirkin key­fiyyətləri ilə heç müqayisə belə edilə bil­məz.
Ey qureyşlilər! Sizə yaxşı məlumdur ki, Muhəmməd (s.ə.s.) doğ­ru danışan və etibara layiq, xeyirxah və ağıllı adamdır. O (s.ə.s.), özündə mənə­vi təmizliyi, doğruçuluğu və əməlisalehliyi bir­­ləşdirməyi bacarmışdır. Onun (s.ə.s.) aldığı vəhy ona (s.ə.s.) Föv­qəluca Allahdan nazil edilir. Vəhy yalandan və təhrifdən qo­ru­naraq ən əzəmətli həqiqətdən ibarət olur ki, onun etibarlılığına şüb­hə etmək mümkün deyil. Ey Allahın ağıllı qulları! Məgər Pey­ğəm­bərin (s.ə.s.) müdrik nəsihətlərini cadugərlərin və sehrbaz­la­rın abırsız yalanları ilə müqayisə etməkmi olar? Onlar yalnız bir-bi­rinə qətiyyən bənzəməyən iki tamamilə müxtəlif əşyanın fərqini gör­məyə qadir olmayan ağılsız insanlara oxşar görünə bilər.

 ﯘ ﯙ ﯚ ﯛ
(26. 224) “Şairlərin ardınca yalnız azğınlar gedərlər”.

Sonra Fövqəluca, Peyğəmbəri (s.ə.s.) məharətli şair adlan­dı­­ranların iddia­larını rədd edir. O (Pak və Müqəddəs Olan), əksər şa­irlərin həqiqi si­fət­ləri haq­qında xəbər verir. Onların ardınca doğ­­ru yoldan saparaq, az­ğın­lıq və həlak yoluna yönələnlər gedir­lər. Bu, şairlərin özlərinin də belə yaramaz keyfiyyətlərə malik ol­duq­ları zaman, mümkün olur. Əslində, bu elə belə də olur. Şair­lə­rin əksəriyyəti yolunu azmış günahkarlardır və buna görə onla­rın ar­dınca gedənlər azğın və yaramaz adamlardır.

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ
(26. 225) “Məgər sən görmürsən ki, onlar bütün vadilərdə dola­şırlar”[21]

Onların azğınlığı o qədər böyükdür ki, onlar şeiriyyət vadi­lə­­rində vey­l­lə­nirlər: ya insanları tərifləyir, ya da onları təhqir edir­­­­lər, gah qəhrə­man­ları mədh edir, gah da onları məsxərəyə qo­yur­­­lar. Onlar bəzən şadya­nalıq edir, bəzən də kə­dərlənir və qəm-qüs­­­səyə batırlar. Bu geniş dünyada onlar özlərinə rahatlıq tapa bil­mir və çox vaxt böyük dəyişikliklər həyə­canını yaşamalı olur­lar.
ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(26. 226) “və etmədikləri şeylərdən danışırlar?”

Bu, əksər şairlərin daha bir xüsusiyyətidir. Onların sözləri çox vaxt əməlləri ilə düz gəlmir. Onlara qulaq asdıqda, böyük şövq ilə öz li­­­rik şerlə­rini oxuduqlarını görürsən və elə düşünür­sən ki, onlar də­rin məhəbbət hə­yə­canı keçirirlər. Əgər onların ki­mi­sə coş­qun­luq­la tə­rif­­lədiklərinə və kimisə qınadıq­larına inan­saq, asan­­lıqla onların rə­yi­nə meyil etmək olar, halbuki əsil həqi­qətdə, hər şey belə olmaya da bi­lər.
Şairlər çox vaxt öz seçdikləri insanları onların heç vaxt et­mə­dikləri əməllərə görə tərifləyirlər. Onlar, əsil həqiqətdə dün­ya­da ən qorxaq və ən xəsis məxluqlar ola biləcək adamların alicə­nab­lığını, səxavətliliyini və cəsa­rətliliyini mədh edirlər. Şairlərin hə­qiqi məziyyəti belədir, lakin məgər bun­lar xeyirxah və mömin El­çinin (s.ə.s.) gözəl sifətlərinə oxşardırmı? Ey qu­reyşlilər! Siz çox gö­zəl bilirsiniz ki, onun (s.ə.s.) ardınca gedənlər ən ağıllı və vic­dan­lı insanlardır və onlar doğru yolla möh­kəm addımlayırlar və hə­la­ka aparan hər şeydən çəkinirlər və bir-birinə zidd olan əməl­lə­rə yol ver­mirlər. Elçinin (s.ə.s.) özünə gəldikdə isə, o (s.ə.s.), in­san­lara yalnız xe­yir­xahlığı öyrədir və onları yalnız şərdən çəkin­di­rir. O (s.ə.s.) əsil həqi­qətdən başqa heç bir şey danışmır. O (s.ə.s.) adamları xeyirxahlıq etməyə çağı­randa, hə­min xeyirxahlığı o (s.ə.s.) özü birinci olaraq həyata keçirir, insan­ları şərdən çəkin­di­rəndə isə, özü (s.ə.s.) ondan birinci olaraq çəkinir.
Məgər o (s.ə.s.), azca da olsa, şairlərə bənzəyirmi? Ya da o (s.ə.s.), ne­cə olsa da, onlardan fərqlənirmi? Yaxşılardan ən yaxşısı, şa­ir, cadugər və ya ağılsız olma­yan, ən gözəl məziyyətlərə malik ali­cənab Elçiyə Allahın sala­vatı və salamı olsun!

 ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(26. 227) “Bu, iman gətirənlərə, xeyirxah işlər görənlərə, Allahı çoxlu-çoxlu zikr edənlərə, onlara zalımlıq edildikdən son­ra özlərini mü­dafiə edənlərə aid deyildir. Zalımlıq edənlər isə tezliklə hara qayıda­caq­larını biləcəklər”.

Fövqəluca xəbər verir ki, yuxarıda sadalanan məziyyətlər, Allaha və Onun Elçisinə (s.ə.s.) iman gətirən, xeyirxah işlər görən, öz Rəbbini tez-tez xatırlayan və müşriklərin şiddətli və zalım hü­cum­larından müdafiə olunan şairlərə aid deyildir. Bu mömin şa­ir­lərin yazdıqları şeirlər onların yaxşı əməl­lərinə aiddir və onla­rın xa­lis imanının nəticəsidir. Onlar öz şeirlərində möminləri tə­rif­­lə­yir, müşriklərin və kafirlərin ittihamlarını rədd edir, İslam di­ni­nin şərəfini qoruyur, haqqı və faydalı bilikləri izah edir və in­san­lara gö­zəl əxlaq və möminlik aşılayırlar.
Zalım insanlara gəldikdə isə, onlar çox yaxın vaxtda haraya qa­yıda­caq­larını biləcəklər. Qayıdacaqları yer Qiyamət gününün Məh­şər meydanı olacaqdır və orada onlar törətdikləri hər bir əmə­lə görə hesabat verməli olacaqlar. Həqiqətən, Allah onlardan tam hesabat tələb edəcək və nə ən xırda, nə də ən böyük günahlar nə­zərdən qaçırılmayacaqdır. Günahkarlar və mürtədlər hər şeyə gö­rə tam cavab verəcək və buna görə həmd yalnız aləmlərin Rəb­bi Allaha məxsusdur.



[1] Fironun adından sonra, Allahın onu lənətləməsinə işarə edən “lənətullah” ifadə­sinin işrəsidir. F.S.
[2] Qədim Misirdə yaşayan bir xalq (kopt, gipti, kipti də adlanır). F.S.
[3] Koptlar (gibtilər) Qədim Misirdə yaşayan qeyri-ərəb mənşəli yerli xalqdır və onlar in­diyədək xristian dininə etiqad edırlər, hal-hazırda da Misir Ərəb Respublikasında ya­şayırlar. F.S.
[4] “Quranda (bundan əvvəl də) istifadə olunan “dedilər” sözü (ərəbcə: “qalu”) üç­ün­cü şəxsin dilindən rəvayət edilir. Oradaca da Allahın bir çox hökm və əmrləri “de!” (“qul”), - deyə ifadə olunur. Bu, cümlədə əlaqələri çox aydın və çox yüksək sayda ke­çən iki kəlmənin hər biri Quranda 332 dəfə istifadə edilmişdir. Təkcə bu iki sözün cə­mi – 664-ə bərabərdir. Bu rəqəm isə Quranın son 15 surəsində keçən sözlərin sa­yın­dan çoxdur. Quranın riyazi möcüzəsi onu bütövlüklə bu tərzdə sarmış və əhatə et­miş­dir. Hərtərəfli möcüzə olan Quranın nümayiş etdirdiyi möcüzələrin anlaşılması, hə­qiqətən də, asandır, lakin təqlid edilməsi mümkün deyildir”. (Bax: Quran heç tü­kən­məyən möcüzə, səhifə 323). F.S.
[5] 19-cu əsrin əvvəllərində Misirdə Orta Çarlıq dövrünə aid tarixi olan bir papirus aş­kar edilmişdir. Papirus yalnız 1909-cu ildə ingilis misirşünası A. Hardiner tərəfin­dən de­şifrə edilmişdir. Papirusun tam mətni Hardi­nerin “Ley­dendəki Heyratik papi­rus­dakı Misir müdrikinin “Təlimatı” (“Admonitions of an Egyptian from a Heiratic Pap­yrus in Leiden”) kitabında verilmişdir. Papirusun mətnində Misirdə baş verən fəla­kət­­lərdən, aclıqdan, quraqlıqdan, qulların bütün var-dövlətlə bərabər Misirdən çı­xıb get­məsindən, insan­ların bütün öl­kə­də başlayan kütləvi surətdə qırılmasından bəhs edən məlumatlar vardır. Papirius bir Misir əyanı olan o dəhşətli hadisələrin şa­hidi İpu­ver adlı şəxs tərəfindən tərtib edilmişdir. Papirusda Misir çarlığının, Misir za­də­gan­larının məhv olmasının və firon hökmranlığının sonunun təfərrüatlı təsviri veril­miş­dir. Bu qey­di etməkdə məqsədim – Quran ayələrində verilən hadisələrin qədim ta­rixi sənəd­lərlə də təsdiq olunmasını əziz oxucularımızın nəzərinə çatdır­maqdır. F.S.
[6] Bildiyiniz kimi bu ayənin (26/84) hökmü müsəlmanların qıldığı namazda da öz əksini tap­mış­dır. F.S.
[7] “Min ildən əlli il az” ifadəsinin bu tərzdə yazılışı Şərəfli Quranın möcüzələrindən bi­rinə işarə edir. Bu haqda Təfsirin bu cildində Ənkəbud surəsinin (29.14) ayəsinin tər­cüməçi tərəfindən verilmiş geniş sətiraltı 160-cı izahına - dibnotuna baxın. F..S.
[8] Ayənin tam mətni: “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs cahillikdə pis iş gördükdən sonra tövbə edib düzəlsə, bilsin ki, Allah – Bağışla­yandır, Rəhmlidir!” (Tam iqtibas özümündür). F.S.
[9] “Nuhun inşa etdiyi gəmi” ifadəsi rus dilindəki mətndə “kovçeq” kimi verilmişdi. La­­­kin bu, son dərəcə çe­şidli mənalara malik olan sözün, bir sıra məxəzlərdə araş­dır­ma­­ğı­ma baxmayaraq, müvafiq analoqunu dili­miz­də aşkar edə bilmədiyimdən, onu (“Nu­hun inşa etdiyi gəmi”) kimi tərcümə etməyi məqsədəuyğun say­dım. Avropa dil­lə­rinin ək­səriyyətində, o cümlədən rus dilində “kovçeq” sözü “yeşik”, “qutu”, “müc­rü”, “san­dığ” mənalarını verir. Bu maddi mənalardan başqa “kovçeq” sözünün bir sı­ra xüsusi ezo­terik mənaları da mövcuddur ki, onların heç biri etibarlı mənbələrə (Qu­ra­na və Sünnəyə) istinad etmir. Məsələn, Vikipediyanın rus dilində olan məqaləsində “Əh­kam­lar kovçeqi”- nə («Ковчег завета») yəhudilərin mü­qəddəs tutyası (ən əziz şey) kimi gös­tərilmiş və içində on hökmün saxlandığı “Hökmlər Lövhəsi” ad­lan­dı­rıl­mış­dır. Ora­da­ca, «ковчег» sözünə - yeşik, qutu, sandıqça və s. adlar verilir. Oradaca, bu sözün qar­ş­ı­lığı kimi – Daşqından xilas olmaq üçün Nuhun (ə) düzəltdiyi “gəmi” ifa­dəsi ve­ril­miş­dir. Vikipediyanın digər mate­ri­allarında belə məlumatlar da vardır: «Ноев ковчег» (İn­cil­də ivr. Tevat Noax teva qutu, sandıq mənala­rındadır (Bax: (Быт.6:13-8:19).). F. S.
[10] Quranda “fəsad” (pozğunçuluq) sözü ondan törəmə sözlərlə bərabər 50 (əlli) dəfə tək­rarlanmışdır. “Fayda” sözü də öz törəmələri ilə 50 dəfə təkrarlanmışdır. Fəsad cə­miy­yətə faydası olmayan və Quranda qınanan bir davranış forma­sıdır. Fəsad insana heç vaxt fayda vermir. Fəsadın nəticələri faydanın tam əksidir və məna baxımından bir-birinə zidlik ifadə edən bu iki qavramın Quranda bərabər sayda işlədilməsi çox ma­­raqlıdır. (Bax: “Quran heç tükənməyən möcüzə, səh. 316). F.S.
[11] Qiyamət günü nəzərdə tutulur. F.S.
[12] Müşriklərə. F.S.
[13] Kursiv mənimdir. F.S.
[14] Kafirlik nəzərdə tutulur. F.S.
[15] Yəni artıq bu mümkün olmayacaqdır. F.S.
[16] Fövqəluca və Fövqəlqüdrətli Allahın Şərəfli Quranın qayğısına qalması müddəası, onun misilsiz mühafizə sistemi olan 19 kodlu şifrəsi və digər riyazi qoruyucu va­si­tə­lər­­lə Allahın Özü tərəfindən təchiz edilməsi ilə əlaqədardır. Bu Qurandaxili mühafizə sis­­temi Fövqəlqüdrətlinin əsrarəngiz riyazi dühasının müsəlman alimləri tərəfindən kəşf ediməsi ilə İslam dünyası Quranın bitməz-tükənməz möcüzələr top­lusu ol­du­ğu­na, təhriflərdən istisnasız qorunduğuna və, həqiqətən də, Müdrik Allaha məxsus ol­du­­ğuna bir daha əmin olmuşlar. Allahın və İslamın düşmənləri isə bu kainatmiqyaslı kəş­­fi hər vasitə ilə gizlətməyə və nüfuzdan salmağa səy gös­tərirlər. Halbuki bu səy­lər büsbütün əbəs bir işdir! (Bax: “Quran heç tükənməyən möcüzə” əsəri, 2005, İs­tan­bul, türk dilində). F.S.
[17] Ayənin ərəb mətnində işlədilən: جَنَاحَكَ (“cənahəkə”) sözü Azərbaycan di­lində istifadə et­di­yi­­miz “cınaq” (“Kü­rək­lə döş qəfəsini birləşdirən körpücük sü­müyü” - çiyin) sözünə daha çox uy­­ğun olduğu üçün ayənin tərcüməsində ondan istifadə etdim. Amma ana dilimizdə olan Qu­ran tərcümələrində həmin söz, nədənsə, “qanad” kimi tərcümə olunmuş­dur. Məlum məsələdir ki, insanın qanadı olmur. Quran isə, insanların ən yaxşısı və ən ləyaqətlisi olan bəşər övladı Mu­­həmmədə (s.ə.s.) nazil edildiyi üçün, bu – “qanad” ifadəsinin müasir dilimiz üçün sə­ciy­yə­vi olmaması açıq-aydın görünür. Məcazi məna daşıyan “qanadını əy, en­dir, qanadının altına al və s.” ifadəsi (rus dilində: «склони крыло»), ümumiyyətlə qəbula layiq sayıla bilməz və əgər adek­vat çevrilsəydi, “himayə et”, “himayənə götür”, “mərhə­mət göstər”, “kömək et” və s. söz­ləri kimi verilə bilərdi. Lakin təəssüflər olsun ki, ana dilimizin incəliklərinə, zəngin söz xə­zi­nə­sinə məhz diqqət­siz yanaşma hallarında çağ­daş tərcüməçilərimiz, misilsiz Quran ayələrini mak­simum mümkün olan tərzdə de­yil, müəy­yən qəlib­lərdən çıxmağa ehtiyat edərək, çe­vir­mə­yə meyil göstərirlər. Quranın tərcü­məsi iman sahibləri üçün müqəddəs bir iş olmalıdır. Artıq, onun di­limizə tərcüməsində tələskənliyə və dünyəvi məqsədlərə yol vermək olmaz! Əlbəttə, mü­asir dilimizə bu günədək tərcümə edilmiş Quran çevirilərində buna bənzər hallar heç də nadir deyil. Lakin mənim buradakı ifadəyə diqqət yetirməyim ancaq bir nümunə üçündür və digər tərcümələr haqqında, hələlik, əsaslı rəy bildirmək məqsədi daşımır. Bu gün Azərbaycanımızın müsəlman oxucusuna Quranın, zəngin lüğət fonduna, səlis ifadə va­si­tə­lə­ri­nə malik Azərbaycan dilində çatdırıl­masına artıq zəmin yara­dılmışdır. Milli mütəxəssislə­ri­mi­zin buna can atması Fövqəluca Allahın da bə­yəndiyi əməl olardı. F.S.
[18] Bu əsəri XX əsrin birinci yarısında yazan müəllif, görünür ki, bu müddəası ilə, ilk növ­bədə, kafirləri, batil dinlərə mənsub və dinsiz islam düşmənlərini deyil, məhz müsəlman adı altında gizlənən münafiqləri, təfriqəçiləri, haqq dəvətçilərinə sazişçilik etməkdə böhtan atan, Allahın düşmənlərini unudaraq “özününkülərə” qarşı barış­maz “mübari­zəyə” çağıran ifratçı dönükləri, müxtəlif siyasi məqsədlərlə üsyana çağı­ranları, terror tərəfdarlarını və s. nəzərdə tutur. Bu gün Allahın son dini, mən deyər­dim ki, kifayət qədər hissolunacaq uğurla Avropa, Amerika qitələrində və dünyanın digər guşələrində dinc dəvət yolu ilə, milliyyətindən asılı olmayaraq, insanların təfəkkürünə, hakim kəsilməkdədir. Belə bir qlobal uğur şəraitində, Şeyx əs-Sədinin (Allah ona rəhmət etsin!) bu prinsipial baxışları təqdirə və hər cəmiyyətdə geniş yayılmağa, hərtərəfli təbliğ olunmağa layiqdir. F.S.
[19] Kursiv mınimdir. F.S.
[20] Yəni, namazda ayaq üstə dayanmanı. F.S.
[21] Yəni, ehtiyac və zəruriyyətindən asılı olmayaraq istənilən mövzuda şer qoşurlar. F.S.

Комментариев нет:

Отправить комментарий