четверг, 3 мая 2012 г.

29. ƏL-ƏNKƏBUT SURƏSİNİN ŞƏRHİ

\y

 ƏL-ƏNKƏBUT
SURƏSİNİN
ŞƏRHİ
 ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!


ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

(29. 1) “Əlif. Ləm. Mim”.
(29. 2) “Doğrudanmı insanlar “İman gətirdik” deməklə, sı­naqdan keçiri­l­­mədən, xilas ediləcəklərini sanırlar?!”
(29. 3) “And olsun ki, onlara qədər olanları da Biz sına­mı­şıq. Allah doğ­ru danışanları da, yalançıları da hökmən tanı­ya­caqdır”.

Fövqəluca Özünün kamil hikmətindən bəhs edərək, özünü mömin adlan­dı­ran insandan tələb edir ki, o, zəif insanların və kəmetiqadların imanını tərəddüdə sala bilən hər hansı çətin­liklərə və sınaqlara dözümlü olsun. Yalnız belə sınaqlar sa­yəsində həqiqi iman sahibini yalançıdan fərq­ləndirmək olar və buna görə Fövqəluca Allah əvvəldən də müsəlmanları var-dövlətlə və məh­ru­­miy­yətlərlə, fi­ra­vanlıq və çətinliklərlə, sevinc və qəm-qüssə ilə, bolluq və ehtiyacla və həm də haqqı söz və əməlləri ilə qorumalı olduqları İslamın düşmənləri ilə yorucu mü­ba­rizədə imtahandan keçirərdi. Lakin bütün bu sınaqların bir özəlliyi də ondan iba­rət idi ki, onlar imanı möhkəm olmayan insanları əsil İslam baxışla­rından çəkin­dirir və ya onlarda xeyirə qarşı yönəlişi sarsıdırdı[1].
Buna baxmayaraq, məhz belə sınaqlar keçirildikdə müsəl­manların bir qismi­nin imanı­nın sarsıl­maz olduğu aydınlaşır. On­lar qətiyyətlə haqqın tərəfini saxla­yır və bunun sayəsində insanı günah törətməyə və Fövqəluca Allaha itaətsizliyə sövq edən hər hansı şübhələri qəti rədd edirlər. Onlar Allaha və Onun Elçisinə (s.ə.s.) itaət­sizlik etməkdən boyun qaçırır və haqq dinin tələb­lərinə tam uyğun olaraq davra­nırlar. Onların öz nəfslərinin alçaq istəkləri ilə aramsız mübarizəsi onların imanı­nın səmimiliyinə və eti­qadının səhihliyinə dəlalət edir. Eyni zamanda çoxsaylı sınaq­lar və tamah­lan­dırılmalar digər səbatsız insanların ürəklərinə şüb­hələr salır və bunun nəticəsində onlar günah törətməyə baş­layır və vacib şəriət tələblərini yerinə yetirməkdən soyuyurlar ki, bu da onların imanının zəifliyinə və düzgün olmamasına dəlalət edir. Hər bir insan sınaqdan keçərək müəyyən pilləyə qalxır və o pillələrin sayı o qədər çoxdur ki, hesabını yalnız Allah bilir. Ey Rəbbimiz! Biz Səndən rica edirik ki, bizə Öz möhkəm Sözünlə həm bu dünyada, həm də ölümü­müzdən sonrakı həyatda kömək göstərəsən! Ürəklərimizdə imanı qorumağa və dəmirçi körüyü­nün yanığı dəmirdən ayırdığı kimi, mömin­ləri də günahkar­lar­dan ayıran sınaqlardan keçməyə kömək et!

 ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ
(29. 4) “Doğrudanmı pis əməl törədənlər Bizi qabaqlaya­caqla­rı­nı­ zənn edir­lər? Çox pis mühakimə yürüdürlər”.

Məgər, yalnız cinayət törətmək haqqında düşünən şərəf­siz­lər Fövqəluca Allahın onların cinayətlərinə diqqət yetirməyə­cə­yi­ni­mi zənn edir­­lər? Doğrudanmı onlar elə güman edirlər ki, tö­rət­dik­ləri cinayətlər ba­ğışlanacaq və buna görə də öz Rəbbinə belə say­mazyana itaətsizlik gös­tərirlər? Onların bu gümanı necə də ko­­bud və yaramazdır! Bu günah­karlar Fövqəluca Rəbbin qüd­rəti və hikmətini unu­dur və Onun cəzasından canla­rını qurtara bi­lə­cək­lərini sanırlar, halbuki onlar yalnız zəif və köməksiz qul­lardır.
 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ                          
(29. 5) “Kim Allaha qovuşmağa ümid edirsə, bilsin ki, Alla­hın təyin etdiyi müddət mütləq gələcəkdir. O – Eşidəndir, Bi­ləndir”.

Ey Rəbbini səmimi məhəbbətlə sevən və Onunla görüşə can atan insan! Sən bütün varlığınla Ona yaxınlaşmağa və Onun iltifatını qazanmağa çalışırsan. Sevin, çünki çox tezliklə öz Sevim­li Rəbbinlə görüşəcəksən! Bu görüş mütləq baş verə­cəkdir və bu o deməkdir ki, onun yaxın olduğunu demək olar. Buna görə Axirət həyatına hazırlaş və öz Rəbbinlə görüşə iman və ümidlə yönəl. Amma yadında saxla ki, heç də hər adama arzu olunan məqsədə çatmaq müyəssər olmur, çünki Fövqəluca Allah insanların danı­şıq­larını eşidir və onların niyyətlə­rindən xəbərdar­dır. Arzu edilən məqsədə nail olmaq yalnız doğruçu və öz sözünə sadiq olanlara nəsib ediləcəkdir. Amma yalançı və etibarsız olanlar ümid bəslə­dikləri uğuru əldə edə bilmə­yəcəklər. Həqiqə­tən də, kimin Rəb­bin məhəbbətinə layiq olması, kimin isə bu yüksək şərəfə layiq olmaması Fövqəluca Allaha məlumdur.

 ﯶ ﯷ ﯸ ﯹ ﯺﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ
(29. 6) “Cihad edənlər öz xeyrinə cihad edirlər. Həqiqətən, Allah aləmlərə möh­tac deyildir!”
Müsəlman öz ehtiraslarına, şeytana və kafir düşmənlərə qarşı müba­rizə[2] aparmalıdır, lakin bu mübarizənin meyvələrini ilk növ­bədə o özü dadacaq. Allah aləmlərin məskunlarına möh­tac deyildir. O (Pak və Müqəddəs Olan) qulla­rını hökmləri ilə ona gö­rə vəzifələndirməyib ki, Onu varlandırsınlar; qada­ğa­larını da onlara həsəd çəkdiyinə görə qoy­mayıb.
Bu Quran ayəsindən aydın olur ki, Rəbbinin hökmlərini ye­rinə yetir­mək üçün müsəlman mübarizə aparmalıdır. O, öz ehti­rasları ilə mübarizə aparmalıdır, çünki insanın nəfsi öz təbiətinə görə tənbəlliyə meyillidir. O, şeytanla mübarizə etməlidir, çünki şeytan onu xeyirxah əməllərdən uzaq saxla­mağa çalışır. O həm də ona dininə layiqincə etiqad etməyə mane olan kafir­lərlə müba­rizə aparmalıdır. Müsəlman bu maneələrin öhdəsindən gəlmək üçün böyük səy və həvəs göstər­məlidir.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ
(29. 7) “İman gətirib, xeyirxah işlər görənlərin cinayətlə­rini Biz bağışla­yacağıq və onların ən yaxşı əməllərinə görə əvəzini verəcəyik”.

Allah Özünün iman və saleh əməllər əta etdiyi qullarının gü­­nahlarını bağış­layacaq, çünki saleh əməllər günahları yuyur. La­kin bunlarla yanaşı Allah onları etdikləri ən yaxşı əməllərə gö­rə də mükafatlandıracaqdır. Bu – fərz və nafilə hökmlərdir ki, in­san bu dünyada ikən yerinə yetirmişdir. Bunlarla yanaşı insan sər­bəst, arzuedilməz və hətta qadağan olunmuş hə­rəkətlərə yol ve­rir, lakin onun əməllərindən ən yaxşısı, məhz yerinə ye­tirdiyi fərz və nafilə[3] hökmlərdir.
 ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ
(29. 8) “Biz valideynlərinə xeyirahlıq etməsinə dair insan­larla əhd bağla­mışıq. Əgər onlar Mənə, barələrində heç nə bil­mədiyin şəriklər qoş­ma­ğa səni məcbur etmək məqsədilə sə­nin­lə mübarizə etsələr, onda on­lara itaət etmə! Qayı­dışınız Mənə olacaqdır və Mən sizə nə etdikləri­nizi bildirəcəyəm”.

Hər bir insan həmişə öz valideynlərinə hörmət bəsləməli və on­lara sözü və əməli ilə yaxşılıq etməlidir. İnsanın valideynlərinə ita­ətsizlik gös­tərmək və onları sözü və əməli ilə incitmək haqqı yox­dur. Əgər onlar onu Allaha şərik qoşmağa məcbur etsələr, on­da onun da buna razılaşmağa haqqı yoxdur. Heç bir insanın əlin­də müşrikliyin ədalətli olması haqqında sübutu yoxdur və Föv­qəl­uca Allah bunu xatırladaraq, bu ağır günahın yanlışlığını xü­susilə vurğulayır.
Ey insanlar! Siz mütləq Allaha qaytarılacaqsınız, sonra isə hər biriniz tö­rətdiyiniz əməllərinizə görə əvəz alacaqsınız. Bunu yadda saxlayın və vali­deyn­­lərinizə itaət edin. Lakin onlar sizə Allaha və Onun Elçisinə (s.ə.s.) itaətsiz­lik gös­tərməyi əmr etsələr, Allahın və Onun Elçisinin (s.ə.s.) hökm­lərinın hər şeydən daha üstün olduğunu nəzərə alaraq, onlara tabe ol­ma­yın!

 ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ
(29. 9) “İman gətirib, saleh əməllər işləyənləri Biz saleh­lərin ara­sına daxil edəcəyik”.

Fövqəluca, bütün iman gətirənləri və saleh əməllər işləyən­lə­ri Cənnət bağ­larına daxil edəcəyi barədə Öz vədini bəyan edir. On­lar peyğəmbərlərin, sadiq möminlərin, şəhidlərin, Allahın sa­leh dost­larının əhatəsində olacaqlar və hər biri Fövqəluca Rəbbin qar­şı­sında öz pillələrinə qalxacaqlar. Bütün bunlar ona dəlalət edir ki, düz­gün iman və saleh əməllər xoşbəxt­li­yin və müvəffə­qiy­yətin rəh­nidir. Yalnız bu sifətlərə malik olanlar Mərhəmətli Allahın dost­ları arasına düşürlər və Onun təqvalı qullarının əha­təsində olur­lar.

 ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(29. 10) “İnsanların elələri də var ki, deyirlər: “Biz Allaha iman gətirdik”. Lakin Allah xatirinə bir əziyyətə düşdükdə, in­san­­ların fitnə­sini Allahın əzabı ilə eyniləşdirirlər. Rəbbindən bir kö­mək gələn kimi, həmən, “Biz də sizin­ləy­dik” – deyirlər. Mə­gər Allah aləmlərin köksündə nəyin gizlədildiyini daha yax­şı bil­mir­mi?”

Bundan əvvəlki ayələrdə Fövqəluca Rəbb xəbər vermişdir ki, hər bir insan sınaqdan keçməlidir və sədaqətli mömin məhz bu sınağın sayəsində yalançıdan fərqlənir. Sonra Fövqəluca Rəbb bil­dirir ki, insanlar arasında elələri də var ki, ağır sarsıntılara dö­z­mə­yə və sərt sınaqlardan mətanətlə keçməyə qadir deyillər. Belə adam­lar iddia edirlər ki, Allaha iman gətir­mişlər. Amma kafirlər on­ları fiziki əza­ba məruz qoyanda, əmlakdan məh­rum edəndə və ya haqq dindən əl çəkməyə çağıraraq, onları təhqir edib söyəndə, on­lar bu sınağı dindən əl çəkmələri üçün əsaslı səbəb sayırlar. Bu­nun­la da onlar insanların verdiyi əzabı Allahın verəcəyi cəza ilə bə­rabər tuturlar, halbuki məhz sonuncu, günahlardan əl çək­mək üçün, ən tutarlı səbəbdir. Lakin Fövqəluca Allah möminlərə qə­lə­bə əta etdikdə, bu kəm­etiqadlar mütləq deyəcəklər ki, onlar mö­min­lərlə birlikdə idilər. Onların belə de­məsi, qələbə və zəfərin on­la­rın alçaq niyyətlərinə uyğun olması ilə bağlıdır. Onlar aşa­ğıdakı ayə­də xatırlanan insanlara aiddirlər: “İnsanlardan elələri də var ki, Allaha tərəddüdlə ibadət edir. Ona bir xeyir dəyəndə, o, özü­nü imanlı hiss edir, aldadıldıqda isə, geriyə dönür. O, həm bu dün­ya­sını, həm də Axirətini itirir. Bu – açıq-aydın uğur­­suz­luq­dur!” (Hacc, 22/11). Lakin, məgər Allah Öz məxluq­larının ürək­lə­rin­də nələrin gizlədil­məsindən xəbərdar deyil?! O (Pak və Mü­qəd­dəs Olan), bu insanların sifətləri haqqında sizə ən doğrusunu xəbər vermişdir ki, bütün bun­lar Onun ilahi biliyinin kamilliyinə və Onun ilahi hikmətinin hüdud­suzluğuna dəlalət etməkdədir.
ﮟﮠﮡﮢ ﮣ ﮤﮥ
(29. 11) “Allah Ona iman gətirənləri tanıyır və müna­fiqləri də müt­ləq tanıyacaq”.

Fövqəluca Allah sınağı və yoldan çıxarmanı ona görə mü­əy­yən et­mişdir ki, Ona əzəldən məlum olan hər şey gerçəkləşə bil­sin. Buna görə Hərşeyibilən Xaliq onları, Öz elminə müstəsna is­ti­nad etməklə deyil, yalnız törətdikləri əməllərə müvafiq olaraq müka­fat­lan­dıracaq və cəzalandıra­caq[4]. Əks təqdirdə Allahın qulları, “on­la­ra imkan verilsəydi, onlar istənilən sı­naq­dan keçə bilərdilər” id­di­ası ilə Rəbbin hök­münə etiraz edə bilərdilər.

 ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ
(29. 12) “Kafirlər iman gətirənlərə deyirlər: “Yolumuza ta­be olun, biz də günahlarınızı üstümüzə götürək”. Onlar mö­minlərin günahının bir hissəsini belə götürən deyillər. Həqiqə­tən, onlar – yalançıdırlar”.
Fövqəluca, kafirlərin müsəlmanları öz dinlərinə çağırmaq üçün hansı vasi­tələrdən istifadə etdiklərindən xəbər verir. Müsəl­manlar bunu yadda saxla­yaraq, kafirlərin şirnikdirici çağırışlarına aldanmamalı və onların müdhiş toruna düşmə­məlidirlər. Kafirlər və allahsızlar müsəlmanlara de­yirlər: “Ya İslam dinindən, ya da, heç olmazsa, onun bəzi hökm və tələb­lərindən əl çəkin və dini­mizin buyur­duğu kimi davranın. Biz də sizin uğurunuza zəma­nət verərik və hətta sizin günah­larınızın yükünü belə daşımağa hazırıq”. Onlar elə vədlər verirlər ki, onları yerinə yetirməyə heç vaxt nail ola bilməyəcəklər. Heç kəs günahkarların yükünü, hətta bir az da olsa, yüngülləşdirə bilməz. Hətta bir adam könüllü surətdə başqasının günahlarının yükünü öz üstünə götürməyə razılaşsa da belə, o, onsuz da günah­kara heç vəchlə kömək edə bilməz, çünki haqq – Öz qullarını Özü­nün xüsusi qanunları ilə mühakimə etməkdə sərbəst olan Fövqəlqüdrətli Rəbbin tərəfin­dədir. Fövqəluca Allahın qanununda isə belə deyilir: “Heç kim özgəsinin günahlarının yükünü daşımayacaqdır”.

 ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ
(29. 13) “Onlar mütləq öz yüklərini və öz yüklərilə bir­lik­də neçə-neçə baş­qa yükləri də daşıyacaqlar. Qiyamət günü isə onlardan uydur­duqları iftiralar barədə mütləq soruşula­caq­dır”.

Əvvəlki ayədən aydın olur ki, ətraflarındakıları günah iş­lət­məyə çağıran kafirlər başqalarının günahlarına görə məsuliy­yət daşımayacaqlar. Amma bu, belə bir yanlış zənnə səbəb ola bilər ki, guya kafirlər düz yoldan azdırdıqları insanların günahla­rına görə də cavab verməyəcəklər. Belə gümanların yaranmasının qarşısını almaqdan ötrü Fövqəluca Allah bəyan edir ki, fasiqlər müstəqil törətdikləri günah yükü ilə bərabər, öz fitnə­karlıqları sayəsində başqa insanları günah törətməyə yönəltdiklərinə görə də məsuliyyət daşıyacaqlar. Əgər bir nəfər başqa birisindən nü­munə götü­rə­rək, günah işlədirsə, buna görə məsuliyyət eyni bə­rabərlikdə hər iki günahkara aid olur. Birinci, Allaha itaətsizlik göstərdiyinə görə cəzalan­dırılır, ikinci isə ətrafındakıları Ona ita­ətsizlik göstər­məyə təhrik etdiyinə görə cəzalan­dırılır. Oxşar hal bir başqasının nümunəsi sayəsində göstərilən xeyirxahlıq nəticə­sində də əmələ gəlir. Belə ki, birinci Fövqəlucaya itaətinə görə mü­kafat alır, ikinci isə, onun göstərdiyi nümunəsinin ətrafdakı­la­ra faydalı olmasına görə mükafata layiq görülür. Qiyamət günü baş­landıqda isə, Fövqəluca Allah bədxahlıq edən və bunu başqa in­sanların nəzərində bərbəzəkli göstərən və onları cinayət törət­mə­yə sövq edərək, sonradan onla­rı günahların yükündən qurta­ra­­cağını vəd edən gü­nah­­kar­ları da mə­suliyyətə cəlb edəcəkdir.

 ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯷﯸ
(29. 14) “Biz Nuhu da onun xalqının yanına göndərdik və o, onların ara­sında min ildən əlli[5] il əskik qaldı. Onlar zalım idilər və tufan onları həlak etdi”.
Fövqəluca bu ayədə kafir xalqlara tətbiq edilmiş və Onun hü­dudsuz haki­miyyəti və müd­rik­liyinin parlaq dəlili olan cəza haq­qında xəbər verir. Bu xalq­lardan birinin yanına Allah Öz qulu və elçisi Nuhu (ə) göndərir. O (ə) öz qəbilə­daşlarını Allahdan baş­qa heç kimə ibadət etməməyə və başqa “ilahlara” ibadətdən əl çək­məyə çağırır. Peyğəmbər (ə) öz qəbilədaşları arasında 950 il təb­liğat aparır. O (ə) fasilə vermədən hikmətli nəsihətlər vermək im­kanını əldən buraxmır və öz moizələrinə də ara vermir. O (ə) öz Rəbbinin təlimini gecə-gündüz, gizli və aş­karda insanlara çat­dı­rır, lakin günahkarlar doğru yolla get­məkdən boyun qaçı­rır­lar. Bun­dan başqa, onlar küfrə etiqadlarını və zalım əməllərini da­vam et­dirirdilər. Belə olduqda Nuh peyğəmbər (ə) onları lənət­ləyir. O (ə) onlara qarşı görünməmiş səbir və çox böyük səbat göstərmişdi, am­ma son nəticədə yenə də öz Rəbbinə aşağıdakı sözlərlə dua et­di: “Ey Rəbbim! Yer üzündə bir nəfər də olsa kafir qoyma!” (Nuh, 71/26). Bir müddət keçdikdən sonra tufan onları yaxaladı: su göy­lərdən tökülür və yerin dərinliklərindən fışqırırdı. Nuhun (ə) qəbilə­daşları bu cəzaya layiq idilər, çünki onlar mürtədiydilər.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ
(29. 15) “Biz onu gəmidə olanlarla birlikdə xilas etdik və onu aləmlərə bir dəlil etdik”.

Nuh peyğəmbər (ə) və daha bir neçə iman gətirənlər gə­miyə otur­dular və onlar məşəqqətli cəzadan xilas olan yeganə insanlar oldular. Buna görə də Fövqəluca Rəbb bu gəmini və bu peyğəmbərin (ə) hekayətini aləmlərin məskunları üçün bir dəlil edir. İnsanlar və cinlər bu hekayətdən ibrət almalıdırlar və yadda saxlamalıdırlar ki, Allahın elçilərinə (onlara salam olsun!) iman­sızlıq göstərmək həmişə həlak olmaqla nəticələnir, haqq din isə həmişə qayğılardan qurtulmağa ümid bəsləməyə və ən çətin şəra­it­­dən çıxış yolu tapmağa imkan verir. İnsanlar və cinlər həmçinin Fövqəluca Rəbbin dəlilləri və Onun mərhəmətinin xatırladılması olan gəmilərə xüsusi diqqət yetirməlidirlər. Məhz Allahın mərhə­məti sayəsində insanlar gəmiləri inşa etməyi öyrəndilər ki, onla­rın vasitəsi ilə dənizlərin arxasında qalan ölkələrə səfər edə və ağır yüklər daşıya bilsinlər.

 ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(29. 16) “Budur, İbrahim də xalqına dedi: “Allaha ibadət edin və Ondan qorxun! Bunu bilsəydiniz sizin üçün daha yaxşı olar­dı”.

Bu ayədə Fövqəluca Öz sevimlisi İbrahimin (ə) peyğəm­bərliyi haq­qında xə­bər verir. Rəbb onu (ə) Allahın dinini yaymaq üçün öz xalqının yanına göndər­mişdi və o (ə) demişdi: “Tək Allaha ixlasla ibadət edin və Onun hökmlərini layiqincə yerinə yetirin! Allahın qəzəbindən ehtiyat edin və günah işlətməyin ki, işgəncəli cəza sizi yaxalamasın. Əgər siz bunu dərk edə bilsəniz, bu sizin üçün daha yaxşı olardı. Tək Allaha ibadət və təq­valılıq sizə hər şeydən daha çox fayda verər”.
Bu Quran ayəsində müqayisə dərəcəsindən istifadə edil­mə­si[6] üs­tünlük dərəcəsi mənasını bildirir, çünki onda Allaha iba­dətlə və təqva­lılıqla məhz nəyin müqayisə edildiyi göstərilmir. Həqiqətən, tək Allaha ibadətdən və təqvalılıqdan imtina etmə in­sana heç bir fayda vermir, çünki yalnız tövhid tərəfdarı və dindar olmaq sayəsində həm bu dünyada, həm də öl­dük­dən sonra Axirətdə səadətə nail olmaq mümkündür. Həm bu dünyada, həm də Axirət həyatında istənilən nemət­lər məhz bu gözəl keyfiyyət­lərin nəticəsi olacaqdır. İnsanlara bu həqiqəti dərk etməyə, öz fitrəti haqqında düşünməyə və doğrudan da layiq olana üstünlük ver­məyə mane olan görəsən nədir?
Tək Allaha və təqvalılığa etiqad etmək hökmündən sonra İbrahim peyğəm­bər (ə) öz qəbilədaşlarına, çoxsaylı qüsurları olan və ilahlaşdırıl­ma­ğa layiq olma­yan bütlərə ibadət etməyə qadağa qoydu. O (ə) dedi:
 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(29. 17) “Siz Allahın əvəzinə bütlərə ibadət edir və yalan uy­­du­rursunuz. Həqiqətən, Allahın yerinə ibadət etdikləriniz, si­zə ru­zi ver­məyə qadir deyillər. Ruzini Allahın dərgahında ara­yın, Ona ibadət edin və Ona şükür edin. Siz Onun yanına qay­tarı­la­caq­sınız”.
(29. 18) “Siz bunu yalan saysanız, bilin ki, sizə qədər bir sı­ra xalq­lar da yalan saymışdılar, lakin elçinin vəzifəsi yalnız açıq-aşkar təbli­ğatdır”.

Siz yalan uydurur, daş heykəllər düzəldir, onları ilahi ad­lar­la ad­lan­dı­rırsınız və insanları öz “ilahlarınıza” ibadət etməyə və di­ni­ni­zə etiqad bəsləməyə çağırır­sınız. Lakin uydurduğunuz “ilah­lar” on­ların ilahlaşdırıl­masını tələb edən sifətlərə malik de­yil­­lər. On­lar fay­da gətirməyə və şərdən qorumağa qadir deyillər. On­lar hə­yat, ölüm və dirilmə üzərində hakimiy­yətə malik de­yil­lər. Onlar iba­də­tin və ya ilahlaşdırılmanın hətta zərrəciyinə belə la­yiq ol­ma­yan məx­luqların keyfiyyətlərinə malikdirlər, çünki ilah yal­nız o kəs ad­lan­dırıla bilər ki, ondan yardım və xilas üçün xahiş et­mək müm­kün ol­sun. Bax elə buna görə də İbrahim pey­ğəm­bər (ə) öz həm­qəbi­lə­lə­ri­ni Vahid Haqq Allaha ibadət etməyə ça­ğı­ra­raq de­miş­dir: “Ruzini Allah­ın dər­ga­hın­da arayın, Ona iba­dət edin və Ona şükür edin. Təkcə Fövqəluca Allah sizə ruzi nazil edə bilər, çün­ki təkcə O (Pak və Müqəddəs Olan) Öz qul­larına zə­ruri eh­ti­yac­larını əldə etməyə yar­dım göstərir, onların bu dün­ya­dakı nə­si­bi­ni müəyyənləşdirir və Ona maddi və mənəvi işləri ilə bağlı dua edən insanların dadına ça­tır. Yalnız O (Pak və Mü­qəd­dəs Olan) iba­dətə layiqdir, çünki təkcə O (Pak və Müqəd­dəs Olan) qüsur və nöq­san­lardan xalidir, nemət na­zil etmək və ya zə­rər vurmaq iqtidarına sahibdir. O (Pak və Mü­qəd­dəs Olan), Ka­i­natı tək­ba­şına idarə edir və sizin Ona səmi­miy­yət­lə minnət­darlıq et­mənizə layiqdir, çünki təkcə O (Pak və Müqəddəs Olan) məx­luq­­larına bol-bol nemətlər əta edir və onları bədbəxt­lik­lər­dən və məh­rumiyyət­lər­dən qoruyur. Siz Onun dərgahına qay­ta­rı­la­caq­­sı­nız və o zaman O (Pak və Müqəddəs Olan) sizin hər bi­rinizə et­di­yi­niz əməl­lərə görə əvəz verəcək və sizə gizlətdiyiniz və ya aşkar et­diyiniz bütün əməllə­rinizi xəbər verəcək. Onun hüzu­run­da müş­riklər və ya kafirlər kimi dayana bilə­cəyinizdən ehtiyat edin və var qüvvənizlə çalışın ki, bol müka­fatını almaqdan ötrü Ona ya­xın­laşasınız”.

 ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(29. 19) “Məgər onlar görmürlər ki, Allah əzəldən məx­luqu necə yaradır və sonra onu necə təkrar xəlq edir? Həqiqə­tən də bu Allah üçün asandır”.

Ayədə Qiyamət günü məxluqların dirildilməsindən bəhs edilir. Quranın di­gər bir ayəsində isə deyilir: “O – məxluqları ilk də­fə yaradır, sonra onları yeni­dən xəlq edir, bunu etmək isə Onun üçün daha asandır” (30/27).

ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(29. 20) “De: “Yer üzündə gəzib dolaşın və Onun məxluq­ları ilk də­fə necə yaratdığına nəzər salın. Sonra Allah onları Axirət üçün dirildə­cəkdir. Həqiqətən, Allah hər şeyə Qadirdir”.
Əgər siz dirildilmənin gerçəkliyinə şübhə edirsinizsə, onda bu dün­yaya nəzər salın və düşünün və siz mütləq görəcəksiniz ki, insanlar doğu­lur və ölürlər, bitkilər gül açır və solur, buludlar toparlaşır və parçalanır, küləklər isə güclənir və zəifləyib sakit­ləşir. Bütün varlıqlar yaradılır və son­radan yenə zühur etmək üç­ün ölür. İnsanın yuxusu üzərində düşünün – onu kiçik bir ölüm kimi adlandırmaq olar. Gecə insanları öz pərdəsi ilə əha­tə edir, gündüzün vurnuxmalarının arası kəsilir və insan səsləri eşidil­məz olur. İnsanlar yatmaq üçün isti yataqlarına uzanırlar ki, bu­rada onlar daha çox meyidi xatırladırlar. Lakin gecə bitməyə ma­cal tapmamış, insanlar artıq yuxudan oyanırlar, kiçik ölümdən sonra canlanaraq belə deyirlər: “Həmd olsun Allaha ki, ölümdən sonra bizi həyata qaytardı və biz Ona qaytarı­lacağıq!” Sonra isə Allah insanları Axirət üçün sonuncu dəfə bərpa edir və bundan sonra insanlar artıq bir də heç vaxt ölümü və yuxunu dadma­ya­caq­lar – onların hər biri iki məkandan birində əbədilik qazanırlar. Fövqəluca Rəbb üçün mümkün olmayan heç bir şey yoxdur, əgər O, bir dəfə insanları xəlq etmişdirsə, onda onların varlığını yeni­dən bərpa etmək Onun üçün heç də çətinlik yarada bilməz.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ
(29. 21) “O, istədiyinə əzab verir və istədiyinə də mərhə­mət göstərir və siz Ona qaytarılacaqsınız”.

O (Pak və Müqəddəs Olan), Öz məxluqlarını təkbaşına mü­ha­­kimə edir: müti möminlərini müka­fatlandırır və onların qay­ğı­sı­na qalır, itaət­sizlik göstərənləri isə cəzalandırır. Qəti hökm çı­xa­rıl­dıq­dan sonra hər bir insan ya Səadət yurdunda, ya da Od­püs­kü­rən Cə­hənnəmdə öz yerinə nail olur. Bunu yadda saxlayın və si­zə Rəb­bi­nizin iltifat göstərməsinə kömək olacaq xeyirxah əməl­lər edin. Həmçinin itaətsizlik göstər­məkdən və dikbaş­lıq et­mək­dən çəkinin, çün­ki bunlar günahkarı böyük əzab-əziyyətə məh­­kum edir.

 ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ
(29. 22) “Siz nə yerdə, nə də göydə heç yana qaça bilməz­siniz və sizin Allah­­dan başqa nə dostunuz, nə də köməkçiniz ol­mayacaqdır”.
Ey Fövqəluca Allaha itaətsizlik göstərməyə cəsarət edən ka­­firlər! Elə dü­şünməyin ki, günahlarınıza diqqət yetirilməyə­cək­dir və siz yerdə və ya göydə Rəbbinizin cəzalandırmasından qaça bi­ləcəksiniz. Öz gücünüzə aldanmayın və amansız cəzadan xilas edi­ləcəyiniz barədə xəyalətə qapıl­ma­yın, çünki siz heç vaxt Hər­şey­dən Xəbərdarolan Rəbbin nəzarəti altın­dan qaçmağa nail ola bil­məyəcək­siniz. Allahdan başqa heç kim sizə kömək edə bil­mə­yə­cək və heç kim sizi himayəsi altına almaq istəməyəcək, an­caq O (Pak və Müqəddəs Olan), sizə maddi və mə­nəvi zənginlik əldə et­mə­yə və sizi hər hansı şərdən qorumağa kömək göstərə bilər.

 ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ
(29. 23) “Allahın ayələrinə və Onunla görüşəcəklərinə iman gətir­mə­­yənlər Mənim mərhəmətimə ümidini itirənlərdir. Məhz onlara məşəq­qətli əzab hazır­lanmışdır”.

Fövqəluca bu ayədə xeyirdən məhrum edilib, müsibəti da­da­caq bəd­bəxtlər haqqında xəbər verir. Onlar Allahın elçilərini və peyğəmbərlik tə­lim­lərini rədd edən kafirlərdir. Onlar öz Rəbbi ilə görüşəcəklərini güman etmirdilər və ancaq dünya həyatı haqqın­da düşünürdülər. Onlar törətdikləri cinayətlərin bəhrə­sini dada­caq­larından ehtiyat etmirdilər və bu onları günah işlətməyə və müşrik­liyə sövq edirdi. Onlar Allahın mərhəmə­tini qazanmaq üçün bir addım belə atmır­dılar və buna görə Fövqəluca Allah bə­yan edir ki, onlar Onun rəhm edəcəyinə ümidlərini itirmişlər. Əgər bu belə olmasaydı, əgər onlar öz Rəbbinin mərhəmə­tinə ümid bəsləsəydilər, onda onlar bunun xatirinə mütləq xeyirxah iş­lər görərdi­lər. Buna görə müsəlman bilməlidir ki, Allahın mər­hə­­mət göstərə­cəyinə naümid olmaq ən təhlükəli səhvlərdən biri­dir. Bu yanlışlıq iki formada təzahür edir: kafirlər Allahın mərhə­mə­­tinə ümidlərini, Rəbbə yaxınlaş­mağa ümumiy­yətlə cəhd gös­tər­­­mədiklərinə görə itirirlər, günahkar möminlər isə onların ürək­lə­­rinə qəm-qüssə salan və onları nurlu ümiddən məhrum edən çox­­saylı cinayət­ləri və gü­nahları üzündən ümidsizləşirlər. Əgər in­­sanlar yuxarıda sadala­nan keyfiyyətlərə malik olsalar, onlar ağ­rı­­lı-acılı cəzaya məruz qalacaqlar. Əvvəlki və sonrakı ayə­lərdə İb­ra­­himin (ə) qəbilədaş­larının öz peyğəmbəri ilə çəkişmələri xa­tır­la­nı­­lırsa, Fövqəluca Rəbb bu ayə ilə inadkar kafirlərin iddiala­rını tək­zib edir. Bu barədə Allah daha yaxşı bilir!

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ
(29. 24) “Qəbilədaşlarının ona cavabı: “Onu öldürün və ya yandı­rın!” - oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda – mö­min insanlar üçün bir dəlil vardır”.

İbrahim (ə) öz xalqı arasında təbliğatını davam etdirirdi. O (ə) onları Rəbbə iman gətirməyə, onun (ə) səmimi nəsihətlərinə qu­­laq asmağa və onlara elçi Göndərən Allahın mərhəməti üzə­rin­də düşünməyə dəvət edirdi. Lakin onun (ə) qəbilədaşlarının ca­va­­bı dəhşətli oldu. Onlar qərara aldılar ki, onu (ə) ən əzablı tər­zdə edam etsinlər və bundan ötrü onlar kifayət qədər hakimiy­yətə ma­lik idilər. Onlar peyğəmbəri (ə) oda atdıqda, Fövqəluca Allah onu (ə) odun alovlu şölələ­rindən qorudu. Həqiqətən, bu, iman gə­tir­miş insanlar üçün bir dəlil oldu. Bu möcüzə Allahın elçilərinin doğ­ru­çuluğuna, xeyirxahlığına və səmimi­liyinə və həm­çinin el­çi­lə­rə müqavimət göstərən və bir-birini daha böyük küfrə ça­ğı­ran kafirlərin niyyətlərinin yanlışlığına dəlalət etmək­dədir.

 ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(29. 25) “O dedi: “Siz ancaq bu dünyada bir-birinizə bəs­lədiyiniz məhəb­bətə görə Allahın əvəzinə bütlərə ibadət etmə­yə başladınız. Lakin sonra, Qiya­mət günü, sizdən bir qisminiz digərlərini inkar edib, lənətlə­yəcək. Sığınaca­ğınız – Oddur, kö­mək edənləriniz isə olmayacaqdır”.

İbrahim peyğəmbər (ə) özünün moizələrinin birində öz xal­qına belə dedi: “Bütpərəstlik tərəfdarı olmağınız sayəsində siz, çox tezliklə varlığına son qoyula­caq və yox olacaq bu dünyada bir-birinizi müdafiə edə bilərsiniz. Qiyamət günü başladıqda isə, sizin bir qisminiz digər qisimlərinizdən əl çəkəcəklər. Bəs niyə siz sizin ibadətinizdən boyun qaçıranlara və sizi lənət­ləyənlərə ümid bəsləməkdə davam edirsiniz?”
Bu o deməkdir ki, bütlər və bütpərəstlər bir-birilərindən üz dön­dərib, bir-birilərini danacaqlar. Qızmar Cəhənnəm həm bütlər üçün, həm də büt­pərəstlər üçün sığınacaq olacaqdır və bir nəfər belə onları Allahın cəzasın­dan xilas edə bilməyəcəkdir. Fövqəluca bu­­yurur: “Allahın əvəzinə, onlara Qiyamət gününə qədər cavab ve­­rə bilməyənlərə və onların duasından belə xəbərləri olma­yan­­­­lara dua edənlərdən daha çox azğınlığa düşən kim ola bi­lər?!.. İnsanlar bir yerə top­landıqda isə, onlar bir-birinin düş­mə­­­ninə çevriləcək, onların ibadətini inkar edəcəklər” (Əhqaf, 46/5-6).

ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ
(29. 26) “Sonra Lut ona iman gətirdi, o isə dedi: “Mən Rəb­bimin xatirinə hicrət edəcəyəm. Həqiqətən, O – Fövqəlqüd­rət­li­dir, Müdrikdir”.

İbrahim peyğəmbərin (ə) qəbilədaşları öz inadcıllıqlarında və onun (ə) dəvətindən boyun qaçırmaqda davam edirdilər və tək­cə Lut alicənab peyğəmbərə (ə) iman gətirdi. Sonradan Föv­qəl­uca Allah bu mömin bəndə­sini Öz elçisi edəcək və onu öz qə­bi­lə­daş­larının arasına dini təbliğat üçün göndərəcəkdi. İbrahim pey­ğəmbər (ə) dedi: “Mən qərara almışam ki, şərin və zalımlığın hökm sürdüyü bu ölkəni tərk edib, mübarək Şam torpaq­larına köç edim. Həqiqətən, Allah bütün varlıqlar üzərində hökmrandır və mənim xalqımı doğru yola yönəltməyə qadirdir, lakin Allahın hik­məti bu­nu etməyə yol verməmişdir”.
İbrahim (ə) öz kafir qəbilədaşlarını tərk etdi və Fövqəluca Allah bun­­dan sonra onun (ə) xalqının başına gələn əzab-əziyyətli cə­za haq­qın­­da xəbər vermir. Lakin İsrail oğullarının rəvayətlərin­dən mə­lum­dur ki, Fövqəlqüdrətli Rəbb fasiq­lərin üstünə mığ­mı­ğa gön­dər­mişdir və o hə­şə­ratlar onların bədənlərini dişlək-dişlək et­miş, qan­larını so­vur­muş və onları axırıncı nəfərinə kimi həlak et­mişdir. Bu­na baxmayaraq, biz bir­mənalı olaraq bu rəvayətin sə­hih­liyini təs­diq edə bil­mərik, çünki bu ba­rədə İslam dini mətn­lə­rin­də xəbər ve­ril­mə­mişdir. Əgər İbrahim pey­ğəm­bərin (ə) xalqı məhv edilsəydi, Föv­qəl­uca Allah başqa kafir xalq­­la­rın məhv edil­mə­si haqqında xəbər ver­di­yi kimi, bu barədə də bil­dirərdi. Ola bil­sin ki, bütün bunlar İb­ra­hi­min (ə) ən ürəyiyanan, lə­ya­qətli, sə­bir­li və alicənab insan olmasına də­lalət edir. Ola da bilsin ki, Föv­­qəl­uca Allahın onun (ə) xalqının kö­kü­nü kəsmə­məyinin sə­bəbi, bir çox digər el­çi­lər­dən fərqli olaraq, onun (ə) öz qəbilədaş­larını lə­nət­lə­mə­msdir. Belə eh­timalların doğ­ru­lu­ğunu İbrahim pey­ğəm­bə­rin (ə) Lut peyğəmbərin (ə) xal­qını məhv et­məyə yol­lanan mə­lək­ləri geri qay­tar­mağa cəhd gös­tər­mə­si də təs­diq edir. O (ə) mə­lək­lərlə mübahisə edə­rək var qüvvəsi ilə ça­lı­şırdı ki, hət­­ta onun qə­biləsindən olma­yan in­san­ları da müdafiə etsin. Hə­­qi­qə­tən, bü­tün baş vermiş hadisələri bilən yal­nız Fövqəluca Allahdır!
ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ
(29. 27) “Biz ona İshaqı və Yəqubu, onun nəslinə pey­ğəm­bər­lər və Kitab bəxş etdik. Biz ona mükafatını bu dünyada əta etdik və şübhəsiz ki, Axirətdə o, salehlərdən olacaqdır”.

Bu, İbrahim peyğəmbər (ə) Şama hicrət etdikdən sonra baş ver­mişdi. Bun­dan sonra Fövqəluca Allahın göndərdiyi bütün pey­ğəmbərlər və elçilər İbrahim peyğəmbərin (ə) alicənab nəslinə mən­sub olurdular, bu seçilmiş­lərin sonuncusu isə Muhəmməd Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun!) olmuşdur. Bu­nun sayəsində İbrahim peyğəmbərin (ə) nəsli ilahi rəh­bərlik, rəhm­dillik, xoş­bəxtlik və müvəffəqiyyət mənbəyinə çevrilmişdir. Onlar doğru yola gəlməkdə, iman gətirməkdə, xeyirxah işlər gör­məkdə in­sanlara kömək göstərir və bütün bunlar İbrahim pey­ğəm­bərin (ə) ən böyük məziyyətlərindəndir.
Allah ona (ə) bu dünyada layiq olduğunu bəxş etmişdir. O (ə) heyranedici qüvvəyə malik olan qadınla evlənmiş, böyük var-döv­lətə sahib olmuş, ona (ə) çoxlu sevinc bəxş edən uşaqların atası olmuşdur. Bundan başqa, o (ə) Fövqəluca Rəbbi dərk etməyi, Onu sevməyi və doğru yola gəl­məyi bacarmışdır. Buna görə Axi­rət həyatında o (ə) möminlər arasında ola­caqdır. Bundan baş­qa, o (ə) və onun birbaşa nəslindən olan Muhəmməd (ona Allahın sa­la­va­tı və salamı olsun!) saleh möminlərin ən yaxşılarından ola­caq­lar və Cənnət məkanında ən gözəl yerləri tutacaqlar. Beləliklə, Föv­qəluca Allah xəbər verir ki, İbrahim peyğəmbər (ə) həm bu dün­yada ikən və həm də ölümündən sonra Səadətə nail olmuş­dur.
ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ
(29. 28) “Bir vaxt Lut öz xalqına dedi: “Həqiqətən, siz elə bir fahi­şəlik edirsiniz ki, sizdən əvvəlki aləmlərdən heç kim bu­nu etməmişdir.
(29. 29) Siz hələ də kişilərə yaxınlıq edir, yolları kəsir və öz yığ­naq­ları­nızda çirkin hərəkətlər törədirsiniz?” Ona cavab verən camaat belə dedi: “Əgər sən doğru danışanlardansansa, tez ol, Allahın əzabını üstü­müzə göndər!”
(29. 30) “O dedi: “Ey Rəbbim! Şərəfsizlik yayan insanlara qalib gəl­mək­də mənə kömək et!”

Bundan öncə Fövqəluca Allah artıq Lutun İbrahim pey­ğəm­­bə­rə (ə) iman gə­tir­məsini və döğru yola gəlməsini xəbər ver­miş­di. İs­­­lam ila­hiy­yat­çıları belə hesab edirlər ki, o (ə) İbrahimin (ə) nəs­lin­dən de­yil­di, çün­ki onun (ə) qardaşının öğlu idi. Lakin bu heç də Föv­qəluca Al­lahın İb­rahimin (ə) nəsillərinə peyğəm­bərlik və Kitab əta etməsinə zidd de­yil­dir. Fövqəluca Allah bu barədə xə­bər ver­mək­lə sadəcə Özü­nün se­vim­li qulunun üstün­lüyünü vur­ğulayır, çün­ki Lut pey­ğəm­bər (ə) məhz onun (ə) moizələri sa­yə­­­sində haqq di­nə gəlmişdi. Şüb­həsiz ki, in­sanı doğru yola yö­nəlt­mək qabi­liyyəti, sa­leh nəsillərə ma­lik ol­maq­dan daha böyük şə­rəf gətirir. Bu barədə ən yaxşı bilən Al­lah­dır!
Sonra Fövqəluca Rəbb xəbər verir ki, alicənab peyğəmbər Lut (ə) elə insan­ların arasına dini təbliğ etməyə göndərilmişdi ki, on­lar bütlərə ibadət edir, kişibaz­lıqla[7] məşğul olur, səfərə çıxan­la­ra yollarda basqın edib soy­ğunçuluq törədir və öz yığnaqla­rın­da yaramaz hərəkətlərə yol verirdilər. Lut (ə) qəbilədaşlarını tö­rət­­dikləri cinayətlərə görə tövbə etməyə çağırır və onlara izah edirdi ki, törətdikləri günahlar iyrənc hərəkətlərdir və sarsıdıcı cə­za ilə nəticələnəcəkdir. Lakin qəbilə­daş­ları onun (ə) sözlərinə qu­laq asma­dılar və nəsihətləri üzərində düşünmədilər. Onlar sə­mi­mi təbliğatına cavab olaraq belə dedilər: “Əgər sən doğru de­yir­­sənsə, onda Allahın cəzasını üs­tü­müzə göndər”. Nəhayət, pey­ğəm­bər (ə) onların doğru yola gələcəyindən ümidini itirdi və başa düş­dü ki, onlar həqiqətən, ən amansız cəzaya layiq­dirlər. Onların ka­firliyi onu (ə) bərk narahat etdi və belə olduqda, o (ə) öz qəbilə­daşlarını lənətlədi. Allah Öz elçisinin (ə) duasını qəbul etdi və fasiq­ləri məhv etmək üçün mələkləri onun (ə) yanına göndərdi.

 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ
(29. 31) “Elçilərimiz müjdə ilə İbrahimin yanına gəldikdə, on­lar dedilər: “Biz bu məskənin əhalisini məhv edəcəyik. Hə­qi­qə­tən, onun sakinləri zalım­dırlar”.
(29. 32) “O dedi: “Axı Lut oradadır!” Onlar dedilər: “Ora­da kimin olma­sı­nı biz yaxşı bilirik! Biz onu və ailəsini, dala qa­lan­­ların arasında olacaq qarısından başqa, mütləq xilas edə­cə­yik”.

Mələklər yol üstü İbrahimin (ə) yanına gəldilər və ona (ə) müj­­də verdilər ki, yaxın vaxtlarda İshaq doğulacaq və onun da son­ra­­dan Yəqub adında oğlu dünya­ya gələcək. İbrahim peyğəm­bər (ə) mə­­ləklərdən haraya getdiklərini soruş­duqda, onlar ona (ə) Lutun (ə) xal­­qını məhv etməyə hazır­laşdıqlarını bildirdilər. Bunu eşitdikdə, İb­­rahim peyğəmbər (ə) cəzanı lən­gitmələri üçün mələk­ləri razı sal­ma­­ğa cəhd göstərdi, lakin onları fikrindən döndərmək mümkün de­yil­­di.

ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

(29. 33) “Elçilərimiz Lutun yanına gəldikdə, o, məyus oldu və çarə­siz­liyini hiss etdi. Onda onlar dedilər: “Qorxma və qəm yemə! Biz səni və ailəni, dala qalanların arasında olacaq qarı­sından başqa, mütləq xilas edəcəyik”.
(29. 34) “Biz bu məskənin əhalisinin üstünə, günah işlə­diklərinə görə, göylərdən cəza yağdıracağıq”.

Sonra mələklər yollarına davam edərək Lut peyğəmbərin məs­­­­kəninə gəl­di­lər. O (ə), çağrılmamış qonaqları gördükdə, ov­qa­tı bərk təlx oldu və onlar­dan ötrü narahatlıq keçirməyə baş­ladı. On­­da o (ə) hələ mələkləri tanı­ma­mışdı və elə bil­mişdi ki, qo­naq­la­rı adi müsafirlərdir. O (ə) ehtiyat edirdi ki, qəbilədaşları onlara zə­rər to­­xundura bilərlər, lakin mələklər dedilər: “Qorxma və qəm ye­mə!” Onlar ona (ə) anlatdılar ki, onlar Fövqəlqüdrətli Allahın el­çi­lə­­ridir və sonra da ona (ə) gecə qaranlığının pərdəsi altında şə­həri tərk etməyi tapşırdılar, səhər isə artıq Fövqəluca Allah bəd­bəxt­lə­rin məskə­nini alt-üst etməkdəydi: fasiqlərin üstünə bişmiş gil­dən daş yağmuru yağdırdı və o daşlar, bütün günahkar­lar məhv edi­lə­nə­­dək, göydən bir-birinin ardınca düşürdü. Bunun nə­ti­cəsində Lu­tun (ə) xalqının rəvayəti bir ibrət dərsi və nümu­nəsi ol­du.




ﮛﮜﮝ ﮞ ﮟﮠﮡ ﮢ
(29. 35) “Biz ondan[8] düşünən insanlar üçün aydın bir əla­­mət saxladıq”.

Alicənab peyğəmbərin (ə) qəbilədaşlarının yaşadıqları məs­kə­nə gəl­dikdə isə, o, öyüd-nəsihətə qulaq asan və onlardan fay­da­lı nəticələr çıxaran insanlar üçün əyani bir ibrət vasitəsinə çev­ril­di. Bu Quran ayəsi aşağıdakı ayəyə bənzəyir: “Siz, sözsüz ki, sə­hər-axşam onlarla rast­laşırsınız. Bəs ibrət götürməyəcək­si­niz?” (Saf­fat, 37/137-138).

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ
(29. 36) “Mədyənlilərə də onların qardaşı Şueybi göndər­dik və o dedi: “Ey xalqım! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə poz­ğunluq edib, şərəfsizlik yay­ma­­yın!”
(29. 37) “Onlar onu yalançı saydılar və bu zaman onlar müd­­­­hiş bir sar­sıntıya düşdülər və məskənlərində yerə sərilib qal­­­dılar”.

Fövqəluca xəbər verir ki, mədyənlilərə də öz qardaşları Şu­ey­­bi gön­dər­miş­dir. Mədyən – yaxşı tanınmış bir qəbilənin adı­dır. Pey­ğəmbər (ə) qə­bilədaşlarını bir olan Allaha ibadət etməyə və Ona şərik qoşmamağa, insan­ların dirildiləcəyinə iman gətir­məyə, ümi­di Axirət həyatı ilə bağla­mağa və ölümdən sonrakı hə­yat na­mi­nə zəhmətə qatlaşmağa çağırırdı. O (ə) onlara yer üz­ündə fa­siq­lik etməyi və onu yaymağı, alıcıları çəkidə və ölçü­də al­dat­ma­ğı və yol üstə olan müsafirlərə qarşı quldurcasına basqını qada­ğan etdi. Lakin fasiqlər öz peyğəmbərlərini (ə) inkar et­di­lər və elə hə­mən anda da Allahın cəzası onları yaxaladı və onlar öz ev­lə­rin­də­cə ölüb, yerə sərildilər.

 ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﭑ ﭒ ﭓﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ
 (29. 38) “Adları da, səmudluları da həmçinin[9]...! Bu, on­la­­rın məs­kən­lərindən də bəllidir. Şeytan onların əməllərini öz­lə­­rinə gözəl göstərdi və onları yoldan çıxartdı, halbuki onlar gö­zü­açıq idilər”.
(29. 39) “Qarunu da, Fironu və Hamanı də[10]...! Musa on­la­rın yanına açıq-­aydın bir bəyənatla gəlmişdi, amma onlar yer üzün­­də təkəbbürlük göstərdilər, lakin onlar[11] qabaqlaya bil­mə­­dilər”.

Eyni tale adlara da, səmudlulara da nəsib oldu. Onların ba­şı­na gələn tarix yaxşı məlumdur. O əhvalatların doğruluğuna əmin olmaq üçün, sizin onların hə­mi­şəlik tərk etdikləri məskən­lə­ri­nin xarabalıqlarını görməyiniz kifayətdir. Bu xalq­ların hər bi­ri­nin yanına ecazkar möcüzələr nümayiş etdi­rən elçilər gəlmiş­dilər. Bu dəlillər hər bir ağıllı insan üçün kifayət edərdi, lakin fasiqlər on­ları rədd etdilər və elçilərlə mübahisə etməyə üstünlük verdilər. Şey­tan onların əməllərini özlərinə bər-bəzəkli şəkildə göstərib, yol­dan azdırdı və nəticədə onlar belə qərara gəldilər ki, elçilərə ita­ət etmək­dənsə, cinayət törətmək daha yaxşıdır. Şeytan onlarla ya­naşı Qarunu, Fironu (L) və Həməni də aldadıb azdırdı. Föv­qəl­uca onların yanına Öz elçisi İmran oğlu Musanı (ə) gön­dərdi. O (ə) onlara açıq-aydın dəlillər nümayiş etdirdi və özünün (ə) haqlı ol­duğunu təkzibolunmaz sübutlarla təsdiq etdi. Amma bu gü­nah­karlar alicənab peyğəmbərə (ə) itaət etməkdən boyun qa­çır­dı­lar və Allahın qulları üzərində təkəbbürlük etməyə başla­dılar və haq­qı təşəxxüslə inkar etdilər. Amansız cəza onları haqla­yanda on­lar həlak edilməkdən xilas ola bilmədilər. Onlar Allahı qa­baq­laya və alçaldılmaqdan yaxa qurtara bilmədilər. Əksinə, onlar Allahın hüzurunda müti və lal ol­dular.

 ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ
(29. 40) “Onların hər birini Biz günahlarına görə yaxala­dıq. Bəzi­lərinə Biz daş qasırğası göndərdik, bəzilərini müdhiş bir fəryad çulğadı, onlardan bəzilə­rini də, Bizim hökmümüz ilə, yer uddu, digər­lərini isə Biz suya qərq etdik. Allah onlara za­lımlıq etmirdi – onlar özlə­rinə qarşı zalımcasına davra­nırdılar”.

Fövqəlqüdrətli Allah bəyan etmişdir ki, kafir xalqların hər biri törət­dikləri cinayətlərə uyğun gələn cəza almışdır. Rəbb bəzi günahkarları qəfil­dən qopan şiddətli küləklərə məruz qoymuşdur. Bu acı tale Ad xalqına nəsib olmuşdur. Onları həlak edən uğur­suz qasırğa yeddi gecə və səkkiz gün ərzində, fasiləsiz olaraq, davam edib əsmiş və bundan sonra isə həlak edilmiş günahkarlar çürümüş xurma ağaclarının yerə yıxılmış gövdələrinə bənzə­yir­mişlər. Rəbb bəzi günahkar­ları müdhiş bir gurultulu səslə məhv etmişdir və bunun ən parlaq dəlili Saleh peyğəmbərin (ə) qəbilə­daşlarının həlakı olmuşdur. Digər fasiqləri yer udmuşdur və belə sonluq təkəbbürlü Qaru­nun qismətinə düşmüşdür. Başqa günah­karları isə Fövqəlqüdrətli Rəbb dənizdə batırmışdır ki, bu, Firo­nun (L), Həmənin və onların qoşunlarının ba­şına gəlmişdir.
Allah insanlara qarşı zalımlıq etmirdi – onlar özləri özlə­ri­nə zülm edirdilər. Fövqəluca Allaha Öz qullarını incitmək yaraş­maz, çünki O (Pak və Müqəddəs Olan) ədalətlidir və Öz məxluq­larına möhtac deyildir. Lakin günahkarlar özləri özlərinə ədalət­sizcəsinə yanaşırlar, çünki öz vəzifələrini icra etmir və unudur­dular ki, insan həyatının mənası elə tək Allaha ibadət etməkdən ibarətdir. Onlar buna layiqincə əhəmiyyət vermir, öz nəfslərinə uyur və günah etməyə qurşanırdılar. Bunların nəticəsində onlar özlərini böyük bədbəxtliyə məhkum edirlər, amma səhvən elə düşünürlər ki, bundan bir fayda qazanacaqlar.

ﭿﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒ ﮓ ﮔ
(29. 41) “Özlərinə Allahdan başqa dost seçənlər özünə ev to­xuyan hö­rüm­­­çəyə bənzərlər. Həqiqətən, ən davamsız ev – hö­rüm­çəyin evidir. Kaş ki, onlar bunu biləydilər!”
Allah bu məsəli, Onunla yanaşı, şan-şöhrət və arxa qazan­maq məq­sədilə saxta ilahlara ibadət edənlər haqqında çəkir. Am­ma əslində hər şey əksinə baş verir, çünki müşriklər qızmar isti­dən, soyuqdan və incə torlar­dan toxunmuş yuva­larındakı müsi­bətlərdən qorunmağa cəhd göstə­rən hörümçəyə bənzəyirlər. Hö­rü­mçək heyvanların ən zəiflərindəndir, onun mənzili isə ən da­vamsız mənzillər­dəndir. Hörümçək yuvasını hazırlayanda, onun gücsüzlüyü özünü daha da qa­barıq surətdə büruzə verir. Eyni şeyi Allahdan başqa hamilər axtaran müşriklər barəsində də de­mək olar. Onlar bütün məsələlərdə köməksiz və zəifdirlər və onlar kömək və yardım haq­qın­da yalvarmağa başladıqda, eyni aciz və əlacsız məxluqlar kimi olurlar və bu onların çarəsizliyini və bacarıqsızlığını artırır. Onlar yalnız öz “ilahla­rına” ümid bəs­ləyir, xoşbəxtlik əldə etmək üçün təşəbbüs göstərmir və “il­ah­­larının” onların barəsində hökmən qayğı göstərəcək­lərinə kor-ko­ranə təvəkkül edirlər. Lakin onlar özbaşına buraxılacaq və kö­məksiz qalacaqlar, çünki onlar öz uydurulmuş “himayədarla­rından” hətta ən kiçik yardım belə ala bilməyəcəklər.
Əgər onlar özlərinin gerçək vəziyyətini və sitayiş etdiklə­rinin və­ziyyə­tini dərk edə bilsəydilər, onda heç vaxt onlara pənah apar­­mazdılar. Onlar saxta ilah­lardan əl çəkər və var qüvvələri ilə Onun köməyinə ümid bəsləyən və Ona tə­vək­kül edən, qullarını Öz yardımından məhrum et­mə­yən Fövqəlqüdrətli və Mərhəmətli Allahın himayəsinə sığınardılar. O (Pak və Müqəddəs Olan) on­la­ra imanını qorumaqda və dünya həyatını sahmana salmaqda kö­mək göstərir, onlara mənəvi qüvvə və sağlamlıq bəxş edir, on­la­rın vəziyyətini və əməllərini islah edir.

 ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞ ﮟ ﮠ ﮡ ﮢ
(29. 42) “Həqiqətən, Allah onların Ondan başqa ibadət et­dik­­ləri şeylərin hamısından agahdır. O – Fövqəlqüdrətlidir, Müd­­rikdir”.

Bundan əvvəlki ayədə Fövqəluca Allah müşriklərin ibadət etdikləri bütlərin acizliyini ifşa etmişdi. Sonra Fövqəlmüdrik Rəbb müşrikliyin yan­lış­lığını daha qa­ba­rıq şəkildə vurğulamağı qərara alır və bəyan edir ki, büt­pərəstlərin uydur­duq­ları “ilahlar” ümumiyyətlə mövcud deyildir. Onlar sadəcə olaraq, fasiqlər tərə­fin­dən uydurulmuş adlardan ibarətdir. Müşrik­lər öz “ilahlarına” Allaha məxsus keyfiyyətlər aid edir və öz dediklərinə öz­ləri də inanırlar. Lakin bir nəfər ağıllı insan onların baxışları üzərində dü­şündükdə, ona bəlli olur ki, bunlar nə dərəcədə yalan və yan­lışdır. Fövqəluca bütün bu məlum və qeybə aid məsələ­lərdən xə­bər­dardır və bilir ki, müşriklər mövcud olmayan “ilahlara”, yəni, ilah olmayan məx­luqlara sitayiş edirlər. Bu Quran ayəsi aşağı­dakına bənzəyir: “Siz Ondan başqa, yalnız özünüzün və atala­rı­nı­zın uydurduğu adlara ibadət edirsiniz. Allah onla­rın barə­sin­də heç bir dəlil nazil etməmişdir...” (Yusuf, 12/40);
“Həqiqətən, göylərdə olanlar da, yerdə olanlar da Allaha məxsus­dur. Allah­dan başqa ilahlara ibadət edənlər, əslində, qoş­duqları şəriklərə itaət et­mirlər. Onlar yalnız zənnə qapılır və təkcə yalan uydururlar” (Yunus, 10/66).
Həqiqətən, Allah – Fövqəlqüdrətlidir, Müdrikdir. O (Pak və Müqəd­dəs Olan) kamil qüdrətə malikdir və onun sayəsində bü­tün varlıqlara amiranə sərən­cam çəkir. O (Pak və Müqəddəs Olan) həmçinin ilahi müd­riklik Sahibidir və onun sayəsində bü­tün varlıqları öz yerlərində yerləşdirir, bütün məxluqlarına gözəl su­rət bəxş edir və onlara yalnız ən mükəmməl sərəncamlar verir.

 ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ
(29. 43) “Bu məsəlləri Biz insanlar üçün çəkirik, lakin on­ları yalnız alimlər dərk edərlər”[12].
Allah Öz qullarına bu məsəlləri ona görə bildirir ki, onlar bundan fayda­lansınlar və bilik əldə etsinlər. Məsəllər – haqqın insanın şüuruna çatması üçün tətbiq edilən vasitələrdən biridir, çünki onlar maddi aləmdən götürülmüş sübut­lara istinad et­məklə maddi olmayan mücərrəd şeylər haqqında mühakimə yü­rüt­məyə yardım göstərir. Məhz məsəllər vasitəsilə çox vaxt bu və ya digər hökmün tələblərinin əsil mənası izah olunur və buna görə onlar bütün bəşəriyyə­tə son dərəcə mühüm fayda gətirir. Lakin onların mahiyyətini yalnız elmə malik olan insanlar anlaya bilir və onlar hər bir məsəlin məzmunu üzərində fikirləşir və onun rəvayət edilməsinin səbəbləri barədə düşünürlər. Belə insanlar onların qəlbində kök salmış əsil biliklərin sahibi olurlar.
Bu ayədə Fövqəlqüdrətli Allah Quran məsəllərinin əhəmiy­yə­tini vur­ğula­yır və insanları məcazi mənaya malik olan heka­yətlər barədə düşün­məyə və mühaki­mə yürütməyə dəvət edir. Bununla yanaşı Allah Quran­dakı hikmətli məsəllərin mənasını dərk edən insanların üstünlüyünü qeyd edərək, nəzərə çatdırır ki, məhz bu xüsusiyyət gerçək bilik sahiblərini fərqləndirən əlamət­dir. Bütün bu deyilən­lərdən aydın olur ki, əgər bir insan məcazi özəlliyə malik olan ayələrin mənasını başa düşmürsə, onda o, elm sahibləri sırasına aid edilə bilməz.
Bu müddəa doğrudan da ədalətlidir, çünki Qurandakı hik­mət­li mə­səl­lər yalnız ən mühüm problemlərə həsr edilmişdir. Bi­lik sahibləri qeyd edirlər ki, Fövqəluca Allah bu məsələlərə xüsusi diq­qət yetirmiş və Öz qullarını bu məsələ­lərə həsr olun­muş hik­mətli məsəllər üzərində düşünmə­yə çağırmışdır. Onlar bu mə­sə­lə­lərin nə dərəcədə vacib olduğunu anlayır və var qüv­vələri ilə Allahın nazil etdiyi hikmətli məsəllərin mənasını dərk etməyə can atır­lar. Amma elə insanlar da vardır ki, Quranın hikmətli rəva­yət­lərinin vacibliyinə əhəmiy­yət vermir və onların mənasını dərk edə bilmirlər. Belə insanları bilik sahiblərinə aid etmək mümkün de­yil, çünki əgər onlar ən vacib məsələləri qav­ramaq qabi­liy­yə­tinə malik deyil­lərsə, onda onlar qalan başqa mə­sələləri heç ayırd edə də bilməzlər. Məhz buna görə, Allahın rəvayət etdiyi hik­mətli məsəllərin əksəriy­yəti İslam dininin əsas prinsipial müd­də­a­la­rına həsr edilmişdir.

ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ
(29. 44) “Allah göyləri və yeri haqq ilə yaratmışdır. Həqiqətən, bunda möminlər üçün dəlil vardır”.

Fövqəluca xəbərdar etmişdir ki, O (Pak və Müqəddəs Olan), bu yüksək, nəhəng və gözəl göyləri günəşlə, ayla, ulduzlarla, planetlərlə və mələklərlə birlikdə və həmçinin ücsuz-bucaqsız ye­ri dağlarla, səhralarla, ağaclarla və bütün qalan şeylərlə bir­likdə təkbaşına yaratmışdır. O (Pak və Müqəddəs Olan), Kainatı əylənmək xatirinə və əbəs yerə deyil, haqq ilə yaratmışdır. O (Pak və Müqəddəs Olan) bütün varlığı ona görə yaratmışdır ki, məx­luqlar Onun hökmlərini yerinə yetirsinlər və Onun qanunlarını rəhbər tutsunlar. O (Pak və Müqəddəs Olan) dünyanı yaratmışdır ki, qulla­rına lütfkarlıq göstərsin və onlara Öz İlahi Hikmətini və hüdudsuz haki­miy­yətini göstərsin, çünki Onun bu keyfiyyət­lərindən hər biri tək Onun sevilməyə, ibadətə və pərəstişə layiq olduğunu təsdiq edir. Həqiqətən də, bu – möminlər üçün bir də­lildir. Mömin insan Kainatın yaradılışı üzərində bir qədər düşü­nən kimi, İslam dininin əsas müddəalarının mənası ona agah olur.

 ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ

(29. 45) “Kitabdan sənə vəhy ediləni oxu və namaz qıl. Hə­­qiqətən, namaz çirkinlikdən və qınanılandan qoruyur. Əl­bət­tə, Allahı zikr etmək daha əzəmət­lidir. Allah nə etdiklərinizi bi­lir”.

Fövqəluca Öz Elçisinə (ona Allahın salavatı və salamı ol­sun!) bu­yu­rur ki, ona (s.ə.s.) nazil edilmiş vəhyi, yəni, Quranı oxusun. Bu o deməkdir ki, hər bir mömin vacib hökmləri yerinə yetirməli, qadağan olunmuş əməllər işləməkdən çə­kinməli, Quranın nəsihətlərini əldə rəhbər tutmalı, Quran hekayətlərinə iman gətirməli, ayələrin hikmətli mənaları üzərində düşünməli və müəyyən qaydalara uyğun olaraq onları oxumalıdır. Bütün deyilənlərdən aydın olur ki, Quranın oxun­ması – bu gözəl buyu­ruqların yalnız bir hissəsidir. Bu isə o deməkdir ki, Kitabın oxun­ması bu sözün ən geniş mənasında İslam dininin bütün tələb­lərini yerinə yetirməyi nəzərdə tutur. Buna görə namaz qıl­maq haqqında sonrakı hökm xüsu­sinin ümu­miyə daxil edilməsi nü­mu­nələrindən biridir və namazın vacib əhəmiy­yə­­tinə və üstün­lüyünə dəlalət edir. Bu ibadət ayini insana çox böyük fayda gəti­rir və buna görə Fövqəluca Allah bəyan edir ki, namaz insanı çir­kin əməllər­dən və qınanılan hərəkətlərdən qoruyur. Burada yara­maz günahlar çirkin əməllər adlan­dırılır ki, insan nəfsi öz təbiəti etibarı ilə onlara meyilli olur. Qınanılan əməllər isə nəinki təfək­kü­rün rədd etdiyidir, onlar həmçi­nin insan qəlbinin fitrətinə də ziddir. Əgər insan vacib rüknlərini yerinə yetirərək, Rəbbin qar­şısında mütiliklə müntə­zəm surətdə namaz qılırsa, onda o, müt­ləq istənilən günahlardan xilas ola bilə­cəkdir. Qıldığı namaz­la­rın sayəsində onun qəlbi nurla dolacaq, ürəyi pisliklərdən tə­mizlə­nə­cək, imanı artacaq, xeyirxahlıq etmək istəyi güclənəcək və günah əməllər törət­məyə olan meyli azalacaq və hətta tamamilə yox olacaqdır. Müntəzəm olaraq namaz qılan, onun fərzlərini və şərt­lə­rini yerinə yetirən hər kəs hök­mən bu nəti­cələrə nail ola­caqdır, çünki müsəlmanların möminliyi namazın ən vacib bəhrə­lə­rin­dən­dir. Lakin namazın faydalılığı bununla məhdudlaş­mır, çünki da­ha vacib və gözəl bir şey vardır. Bu – Allahı qəlbən, dillə və bə­dən hərəkətləri ilə xatırlamaqdır ki, müsəlmanın namazının ən mü­hüm tərkib hissəsini təşkil edir. Fövqəluca insan­ları yarat­mışdır ki, onlar Ona ibadət etsinlər və mərasim namazı ibadətin ən gözəl ayinidir. İnsan namaz qılarkən, bütün bədən üzvləri ilə Rəbbinə ehtiram təzimi edir ki, bu, digər ibadət ayinləri yerinə yetirildikdə, baş vermir. Məhz buna görə Fövqəluca Allah buyu­rur ki, Allahın bu sayaq xatırlanması daha çox vacibdir.
Lakin bu ayənin digər təfsiri də vardır və ona müvafiq ola­raq, Fövqəluca Allah əvvəlcə namaz qılmağın vacibliyini bildir­miş, sonra isə qeyd etmişdir ki, Allahı digər vaxtlarda da yada salmaq çox mühüm bir məşğuliyyətdir. Quranın əksər şərhçiləri məhz bu rəyi dəstəkləmişlər, amma birinci təfsir daha inandırı­cıdır. Bu şərhə müvafiq olaraq, namaz Allahı başqa vaxtlarda xatırlamaqdan daha va­cibdir, çünki o özlüyündə Allahı xatırla­ma­nın ən əzəmətli təzahürüdür. Həqiqətən, O (Pak və Müqəddəs Olan) Öz qullarının bütün xeyirxah və şər əməllərindən xə­bər­dardır və onlardan hər birinə etdikləri bütün əməllərə görə tam əvəz verə­cəkdir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ
(29. 46) “Kitab əhli ilə, ən yaxşı tərzdə davranmadan, mü­bahisə etməyin. Onlardan zalımlar istisnadır. Deyin: “Biz bizə nazil edilənə də, sizə nazil edilənə də iman gətirmişik. Bizim Allahımız da, sizin Allahınız da – eynidir və biz yalnız Ona təslimik”.

Fövqəluca, müsahibi Kitab əhlindən olan cahil insanla mü­ba­hisəyə gir­məyi və müzakirənin yaramazlıqla aparılmasını qa­da­­ğan etmişdir. Rəbb əmr edir ki, haqqı ən ləyaqətli tərzdə sü­bu­ta yetirmək lazımdır və bu za­man həmsöh­bətə yük­sək əxlaqi mə­ziy­yətlər nümunəsi və xeyirxah münasi­bət göstə­rilməlidir. Vaiz[13] haq­qı ən yüksək səviyyədə göstərməklə, yalanı ən təsirli uslubda if­şa etməlidir. O, özünü üstün tutmaq xatirinə müqabil tərəfi tək­zib etməyə can atmamalıdır. Əksi­nə, o, bütün imkanlar­dan is­ti­fa­də edərək, haqqı insanlara çatdırmalı və onları doğru yola çıxart-ma­lıdır.
Vaizə aydın olduqda ki, Kitab əhli mübahisəyə haqqı aşkar etmək xatirinə deyil, müsəlmanların üzərində üstünlük əldə et­məyə və fitnə salmağa ümid bəs­ləyərək girişir, onda o, onların bu istəklərinə razılıq verməməlidir, çünki belə adamlarla müba­hi­sə­yə girmək fayda verməz. Bu isə o deməkdir ki, belə müzaki­rələrə qoşulmağın mənası yoxdur.
Əgər vaiz Kitab əhlinə haqqı çatdırmaq imkanı taparsa, on­da o bilməlidir ki, Kitab əhli arasında təbliğat, Mübarək Kitab­lara, elçilərə və Vahid Allaha imana əsaslanmalıdır. Müba­hisənin gedi­şi zamanı dəvətçi, nadanların etdiyi kimi, əv­vəlki Mübarək Kitab­larda və ya əvvəlki elçilər­də nöqsan axtarma­malı­dır. Belə nadan­lar başqa dinə mənsub olanlar və yolunu azmışlarla mübahisəyə girdikdə, qarşılıqlı anlaşma və razılıq hissin­dən uzaq olurlar. Bu nadanlar Kitab əhli ilə bağlı bütün yaxşı və pis nə varsa, hamısını inkar edirlər, lakin onlar bununla özləri günah törədir və müba­hisə zamanı riayət olunmalı zəruri davranış normalarını pozurlar. Müsəlman həmsöhbətinin etiqad etdiyi yalanı təkzib etməli­­, am­ma onun düzgün baxışları ilə razılaşmalıdır. O, haqqı, yalnız kafir tərəfindən söylən­diyinə görə, inkar etməyə haqlı deyildir.
Dəvətçi Kitab əhli ilə söhbəti layiqincə apararsa, onda onun həmsöh­bətləri onunla razılaşmaya məcbur olacaqlar, çünki Mü­ba­rək Quran – Səmavi Kitab, Muhəmməd (s.ə.s.) isə Allahın Elçi­si­dir. Dəvətçi onlara İslam dininin əsasları və bütün elçilərin təlimlərinin və bütün Səmavi Kitabların uyğun gəldiyi digər mə­sələlər haqqında danışarsa, onlar buna əmin olarlar. Onlara aydın olar ki, müsəlmanların dini, vəhy olunmuş əvvəlki Kitab­larda qo­runub saxlanmış Haqqa uyğun gəlir. Bütün Səmavi Kitab­lar və məsum elçilər Mübarək Quranın və Muhəmməd Pey­ğəmbərin (ona Allahın salavatı və salamı olsun!) tərəfində olan­lardır, çünki bütün zamanlarda peyğəmbər­lər və Kitablar so­nuncu elçinin gə­lə­cəyi haqqında öncədən xəbər verərdilər. Məhz bunun sayəsində həmsöhbət­lər bütün Kitabları və bütün pey­ğəmbər­ləri qəbul et­məyin zəruriliyini anlayarlar. Bu etiraf – İslam dininin müstəs­na özəlliyidir.
Əgər onlar bəyan etsələr ki, bir Kitaba iman gətiriblər və başqasını qəbul edə bilməzlər, onda onların dedikləri zalımlıq və əsassız olacaqdır. Hər bir sonrakı Kitab, ondan əvvəlki Kitabın haqq olduğunu təsdiq edən Haqdır və buna görə, Mübarək Quranı inkar edən insanlar, əslində, özlə­rinin sadiq olduqlarını bə­yan etdikləri Kitabı da təkzib edirlər.
Əgər onlar elçilərdən birinin peyğəmbərliyinin gerçəkliyini sü­but etməyə baş­lasalar, onda eyni üsulla və hətta daha böyük mü­­vəffəqiyyətlə Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin gerçək ol­duğunu da əsaslandırmaq olar. Əgər onlar onun (s.ə.s.) pey­ğəm­bərliyini inkar etməyə cəhd göstər­sələr, onda belə çıxar ki, on­ların şübhədoğurucu dəlilləri daha çox öz elçi­lərinə aiddir. Əgər onlar öz elçilərinin ün­vanına belə ittihamların əsassız­lığını eti­raf edirlərsə, onda Muhəmməd Peyğəmbərin (s.ə.s.) ünvanına yö­nəltdikləri ittihamın əsassızlığı daha bariz şəkildə aydın ola­caq­dır.
Dəvətçi, bütün deyilənlərdən başqa, bir daha vurğulamalı­dır ki, o – müsəlmandır və Rəbbin iradəsinə təslim olandır. Hə­qiqətən də, insan Allaha iman gətirdikdə, Onu özünün Allahı qəbul etdikdə, bütün Kitablara və bütün elçilərə iman gətirdikdə, öz Rəbbinin iradəsinə təslim olduqda və məsum elçilərin yolu ilə getdikdə, onda o, böyük Səadətə nail olmuşdur. Əgər o, bu yol­dan imtina etmişsə, deməli özünü əzab-əziyyətə və bədbəxt­liyə məhkum etmişdir.

 ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(29. 47) “Beləliklə, Biz sənə Kitabı nazil etdik. Kitab əta etdiklə­rimiz ona inanırlar. Bunların[14] da arasında elələri var ki, ona inanırlar və yalnız kafirlər Bizim ayələrimizi inkar edirlər”.

Ey Muhəmməd! Sənə bütün mühüm məsələlərin izah edil­di­yi Mübarək Kitab nazil edilmişdir. O, insanlara ən nəcib mə­ziy­yət­ləri öyrədir, ən mükəmməl hökmlərdən ibarətdir, əvvəlki Sə­ma­­vi Kitabların gerçəkliyini təsdiq edir və əv­vəlki elçilərin ta­leyi haq­qında həqiqi hekayətləri özündə əks etdirir. Buna görə, hələ bun­dan əvvəl Mübarək Kitablar əta edilmiş möminlər onu o saat ta­­nıyırlar. Onlar qısqanclıq hissi keçirmir və öz ehti­raslarına uy­mur­lar – onlar sənə nazil edi­lən Qurana inanırlar, çünki onun doğ­ruluğuna və əvvəlki vəhylərə tam uyğun gəldiyinə əmindirlər. On­ların onu tanıması, Mübarək Quranın əvvəlki peyğəmbər­lərə Sə­mavi Kitablarda vəhy edilənləri gerçəkləşdirməsi ilə və onların el­mə sahib olmaları ilə bağlı­dır və bunun sayəsində yaxşını pis­dən, haqqı yalandan ayırd edirlər.
Sənin müasirlərin arasında da iman gətirənlər vardır və onlar Mübarək Quranın həqiqi Kitab olduğunu artıq bilirlər. On­lar, mükafat almaq və cəzadan xilas olmaq ümidi ilə ona ina­nanlardan fərqlənirlər. Haqqı inadkarcasına inkar edən insan­lara gəldikdə isə, onlar Mübarək Qurana iman gətirməkdən im­tina edirlər. Belə insanların arasında bir nəfər də yoxdur ki, haqqa eti­qad etmək istəsin. Əgər insanın fikirləri və niyyətləri təmizdirsə, onda o, mütləq sonuncu Səmavi Kitaba iman gətirəcəkdir[15], çünki on­da olan açıq-aydın ayələr haqqı dinləməyə hazır olan hər bir ağıllı insan üçün kifayətdir.
Mübarək Quranın doğruluğunun dəlillərindən biri də onun müdrik və sə­daqətli Muhəmməd Peyğəmbər (ona Allahın sala­vatı və salamı olsun!) tərəfindən təbliğ edilməsidir[16]. Hətta onun (s.ə.s.) kafir qəbilədaşları da onu (s.ə.s.) etibarlı və doğru danışan insan hesab edirdilər. Onlar onu (s.ə.s.) anadan olduğu gündən ta­nı­­yırdılar və onun (s.ə.s.) həyatına aid hər bir əhəmiyyətli hadi­səni xatırlayırdılar. Onlar bilirdilər ki, o (s.ə.s.) nə yazmağı, nə də oxu­mağı bilir. O (s.ə.s.) Mübarək Quranı təbliğ etməyə başla­yan­da, yaşadığı illər onun (s.ə.s.) doğruçuluğunun tək­zibolun­maz dəlillərinə çevrildi. Bu Kitabın Böyük və Tərifəlayiq Allahın Vəh­yi olmasına məkkəlilərin heç bir şübhəsi yox idi. Məhz buna görə sonra Fövqəluca Rəbb belə buyurur:

 ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ
(29. 48) “Sən əvvəlcə bir Kitab belə oxumamışdın[17] və onu öz əlinlə köçür­məmişdin. Əks təqdirdə, yalan tərəfdarları şübhəyə düşə bilər­dilər”.

Ey Muhəmməd! Əgər sən savadlı olsaydın, onda yalana tərəfdar olanlar elə zənn edərdilər ki, sən keçmiş Kitabları öyrə­nirsən və hətta onları köçürürsən. Lakin bu belə deyil, çünki bu Şan-şöhrətli Kitab sənin qəlbinə nazil edilmiş vəhy­dir. Sən bəla­ğət sahibi şairlərə və özünün qatı düşmənlə­rinə çağırış göndərdin və onlara bu vəhyə və ya heç olmazsa, bunun bir hissəsinə bənzər bir şey yazmağı təklif etdin, lakin onlar sənin çağırışına cavab verməyə qadir olmadılar. Bundan başqa, onlar hətta sənin dəvə­tini qəbul etməyə cəhd belə göstərmədilər, çünki Quran ayələri­nin mükəmməl­liyini və zərifliyini dərk edirdilər. Onlar çox gözəl bilirdilər ki, insan nitqi bu Kitabın heyrətamiz ifa tərzi ilə müqa­yisə edilə bilməz. Fövqəluca bunu qeyd edərək, deyirdi:

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ
(29. 49) “Fəqət, bu – elm əta edilmişlərin köksündə aydın ayələrdir və yalnız zalımlar Bizim ayələrimizi inkar edirlər”.

Quran ayələri açıq-aydındır və dolaşıq deyildir. Onlar ağıl və mü­kəmməl məziyyətlərə malik ən yaxşı məxluqların ürək­lərində qorunub saxlanılır. Onları bu keyfiyyətlərə malik olma­yan insanlar yadda saxla­dıqda, açıq-aydın Quran ayələri bu günahkarlara qarşı şahidlərə çevrilir. Kafirlərin inkar etməsi və razılaşmaması Mübarək Quranın gözəl məziyyət­lərini heç vəchlə azaltmır, çünki kafirlər zalım və fasiq insanlardır. Yalnız mürtəd­lər öz Rəbbinin ayələrini inkar edirlər. Onlardan bəziləri cahildir və bilikləri sərbəst dərk edə bilmirlər və belə biliklərə malik olan­lardan isə nümunə götürmək istəmirlər. Digərləri isə, haqdan xəbərdardırlar, lakin inadkarlıq etməyi və ona müqavimət göstər­məyi üstün tuturlar.

 ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ
(29. 50) “Onlar deyirlər: “Niyə ona Rəbbindən möcüzələr göndəril­mə­miş­dir?” De: “Həqiqətən, möcüzələr – Allahın dər­ga­hındadır, mən isə, yalnız açıq-aşkar nəsihətçiyəm”.

Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbərə (ona Allah­ın sa­lavatı və salamı olsun!) və gətirdiyi Kitaba iman gətirməkdən im­ti­na edən mür­tədlər ondan (s.ə.s.) möcüzə tələb edirdilər. Bir dəfə on­lar hətta belə dedilər: “Sən bizə yerdən bir çeşmə açmasan; və ya sənin xurma ağacların və üzümlüklərin olmasa, onlarda çay axıt­ma­san və yaxud iddia etdiyin kimi, göyu parça-parça başımıza en­dir­məsən və ya da Allah və mələklərlə bir­likdə qarşımızda da­yan­ma­san; ya da qiymətli daş-qaşdan evin olmasa və ya göyə qalx­ma­san biz sənə iman gətir­mərik. Lakin sənin qalxmağına da inan­ma­rıq, əgər sən oradan yerə bizim oxu­yacağımız Kitabla enməsən” (İsra, 17/90-93). Onlar nə özlə­rinin, nə də Muhəmməd Peyğəmbərin (s.ə.s.) gücünün yetməyə­cəyi möcüzələr tələb edirdilər. İstənilən möcüzə yalnız Allahın iradəsi ilə baş verir. Əgər Fövqəluca Allah qulla­rına bəzi möcüzə­ləri göstərmişdirsə, deməli, onlar artıq kifayət qə­dər mövcud olmalıdır. Heç kim nəyi isə dəyişdirmək iqtidarında de­yildir, çünki möcüzələr yalnız Allaha məxsusdur. O (Pak və Mü­qəd­dəs Olan), hansı möcüzələri göstər­mək və hansıları – gös­tər­mə­mək qərarını Özü qəbul edir. Muhəmməd Peyğəmbərə (ona Allahın sa­lavatı və salamı olsun!) gəldikdə isə, o (s.ə.s.) sadəcə aydın bir nə­s­ihətçi idi və öz imkanlarından kənara çıxa bilməzdi.
Haqq və nahaq müşriklərə bəlli idi, lakin onlar özlərinə mö­­cüzələr göstə­rilməsi tələbində israr edirdilər. Belə tələblər Allaha və ümumiyyətlə haqqa müna­sibətdə zalımlığın və təkəb­bür­­lüyün ən böyük təzahürü idi. Onlar təkcə möcüzələr göstəril­mə­sinə cavab olaraq iman gətirəcəklərinə razılaşırdılar və əgər Föv­qəluca Allah onların tələblərini qəbul etsəydi də, onların razı­lı­ğı gerçək imana dəlalət etməzdi. Bu, onların əsassız iddiala­rına gü­zəştə getmək olardı və onlar haqqın xatirinə deyil, nazil edilən möcüzələrin xatirinə iman gətirmiş olardılar. Konkret tələblərə cavab ola­raq möcüzələrin nazil edilməsindən hansı faydalar əldə edi­lə bilərdi? Möcüzələrin haqqı izah etməsi üçün nəzərdə tu­tul­du­ğunu qeyd edir və sonra Fövqəluca Allah haqqın izah edilməsi me­todunu xatırla­daraq, belə buyurur:

 ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ
(29. 51)Doğrudanmı Bizim sənə nazil etdiyimiz və on­la­ra oxudu­ğun Kitab onlara kifayət etmir? Həqiqətən, bunda – mö­min insanlar üçün mərhə­mət və xatırlatma vardır”.

Doğrudanmı onlar hələ də sənin haqlı və sənə nazil edilən Vəhyin haqq olduğuna əmin olmayıblar? Sən onlara çox yığcam, amma hər şeyi əhatə edən və çoxsaylı ecazkar ayələrin və parlaq dəlillərin toplandığı bir Kitab[18] oxuyursan. Axı sən savadı olma­yan bir insansan və bu özü artıq sənin haqlı olduğunu təsdiq edir. Sən onlara sənə nazil edilən Kitaba bənzər şey yazmalarını təklif edirsən və onla­rın sənin çağırışına cavab verməyə qadir olmama­ları sənin haqlılığının daha bir sübutudur.
Sən bu Kitabı bütün xalqın qarşısında təbliğ edirsən və açıq-aş­kar bildirirsən ki, o, Fövqəluca Allah tərəfindən nazil edil­miş­dir. Sən tərəfdarla­rının azsaylı və düşmənlərinin çox olmasına bax­mayaraq haqqı müdafiə edirsən. Sən Kitabı onlar­dan gizlət­mirsən və ruhdan düşmürsən. Əksinə, sən öz ətrafına şəhərlilər­dən və bədəvilərdən ibarət kütlələri toplayırsan və var gücünlə elan edirsən ki, bu – Rəb­bi­nin Sözüdür. Kim sənin Kitabını ya­lançılıqda ifşa etməyi bacarar? Kim onunla müqayisə olunmağa cəsarət edər? Kim onunla yarışa girə bilər?
Sənə nazil edilən Vəhy bütün əvvəlki Səmavi Kitabların sə­hih­liyinin qayğı­sını çəkir. O, onlarda qorunub saxlanmış haqqı təs­­diq edir və onlarda edilmiş dəyişiklikləri rədd edir. Mübarək Qu­ranın hər bir hökmü və hər bir qadağası doğru yola yönəldil­miş nəsihətdir. Bu Kitabda elə bir hökm yoxdur ki, ona cavab ola­raq insan təfəkkürü: “Bu hökmün olmaması yaxşı olardı!” – desin. Onda elə bir qadağan da yoxdur ki, ona cavab olaraq insan təfək­kürü: “Bu qadağanın olmaması yaxşı olardı!” – desin. Quranın bü­­tün hökmləri ədalət və müdrikliklə doludur və hər bir ağıllı insan bunu təsdiq edə bilər. Bu hökmlər, öyüd-nəsihətlər və qa­nun­lar hər bir şəraitdə və hər bir zamanda tətbiq edilə bilər. On­lar ümumbəşəri səciyyə daşıyır və yalnız onların sayəsində insan­lar yer üzündə qayda-qanun yarada bilərlər.
Yuxarıda deyilənlərin hamısı haqqı tapmaq istəyən hər bir kə­­sə kifa­yət edər. Qoy Allah Mübarək Quranla qane olmayanları Öz köməyindən məhrum etsin! Qoy Allah bu Kitabın sayəsində şə­fa tapmaq istəməyənlərə şəfa verməsin! Həqiqətən, hər bir in­san üçün Quranın nəsihətləri bəs edər, çünki onlar mərhəmət və xe­yir verir. Məhz buna görə Fövqəluca Rəbb Öz Vəhyini iman gə­tir­miş xalq üçün mərhəmət və xatırlatma adlandırmışdır. Bu hə­qi­qə­tən də belədir, çünki Mübarək Quran insanlara dərin bir elm mən­bəyi açır, onlara nəhəng faydalar verir, insan qəlbini və ürə­yi­ni paklaşdırır, insanlara yanlış baxışlardan xilas olmaqda kö­mək edir, onların əxlaqını nəcibləşdirir, onların ürəklərini ilahi nu­­ru ilə ziyalan­dırır və onları Allahın sirlərini dərk etməyə ruh­lan­dırır.

 ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(29. 52) “De: “Allahın mənimlə sizin ararınzda Şahid ol­ma­sı yetər! O, göy­lərdə və yerdə olanları bilir. Batilə inanıb, Allaha iman gətirmə­yənlər, mütləq ziyana uğrayacaqlar”.

Əgər mənim iddialarım yalandırsa, onda mən mütləq sizin qabaq­cadan bildirdiyiniz cəzaya məruz qalacağam. Əgər Fövqəl­uca Allah mənə yardım edərsə və mənim peyğəmbərliyimi asan­laş­dırarsa, onda qoy bu sizin üçün Rəbbinizdən ən böyük bir şə­hadət olsun. Əgər sizə elə gəlsə ki, sizin görmədiyiniz və eşit­mə­di­yiniz Allahın şahidliyi sizə kifayət etmir, onda bilin ki, O, göy­lərdə və yerdə baş verən hər şeydən agahdır. Ona mənim və sizin haqqınızda hər şey məlumdur. O, mənim nitqimi eşidir və əgər mən Ondan sizə artıq-əskik sözlər desəm, onda O, məni mütləq amansızlıqla cəzalandırar. Əks halda, bu Onun elminin, qüdrəti­nin və hikmətinin kamil olmadığına dəlalət edə bilər. Belə bir şe­yin mümkün olmadı­ğına görə Fövqəluca Allah buyurur: “Əgər o, Bizim dediklərimizə bəzi sözləri əlavə etsəydi, onda Biz onun sağ əlindən möhkəm tutar və onun şah damarını kəsərdik və sizdən heç kim onu xilas edə bilməzdi” (Haqqa, 69/44-47).
Yalana inanıb, Allaha iman gətirməyənlər isə, mütləq zərə­rə düşə­cəklər. Onlar özlərini Allaha, mələklərə, Kitablara, elçilərə və Qiyamət gününə iman gətirməkdən məhrum etdilər və Axirət hə­yatında əbədi Səadətdən məhrum edil­dilər. Gözəl haqqın əvə­zi­nə onlar çirkin yalana etiqad etdilər, Cənnət fira­vanlığı əvəzinə əzab-əziyyətli cəzaya layiq görül­dülər. Qiyamət günü başladıqda isə, onlar böyük bir ziyana düşəcək və ailələrindən məhrum ola­caq­lar.

 ﭑ ﭒﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(29. 53) “Səndən əzabın tezləşdirilməsini istəyirlər. Təyin edilmiş müd­dət olmasaydı, əzab onlara artıq gəlmiş olardı. Əs­lində, o, qəfildən elə gələcək ki, hətta hiss etməyəcəklər”.
Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbəri (ona Allahın sa­­lavatı və sala­mı ol­sun!) və ona nazil edilən Kitabı inkar edən gü­­nah­karların cahil­liyindən xəbər verir. Onlar ondan (s.ə.s.) cəza­nı tez­ləşdirməsini istəyirdilər və küfür onların ürək­lərində daha da də­rinliyə kök salırdı. Onlar soruşur­dular: “Əgər siz doğru de­yir­si­nizsə, bəs vəd etdiyiniz havaxt başlaya­caq?” (Mülk, 67/25). Buna cavab olaraq Fövqəluca Allah buyurur ki, böyük əzab onları mü­əyyən olunmuş saatda haqlayacaqdır, lakin bu müəyyən olun­muş Qədər olmasaydı, iman gətirməkdən imtina edən və amansız cə­­za­nın tezləşdirilməsini istəyən hər kəsi o, dərhal yaxa­layardı. Əgər Rəbb bu cahilləri bu qaydada cəzalandırsaydı, onda belə çı­xar­dı ki, onlar özləri özlərindən qisas almağı yaxınlaşdırıblar. Hər­­çənd bu hələ baş ver­mirsə də, kafirlər qoy fikirləşməsinlər ki, əda­lətli qisas gecikir. Bax buna görə, sonra Allah buyurur ki, cəza on­ları qəfildən, onlar onun gəlişinə şübhə belə etmə­dikləri halda sarsıdacaqdır.
Belə bir hal doğrudan da baş vermişdi. Məkkə müşrikləri Bədr döyü­şü za­manı vuruşmağa başlarını dik tutaraq və qələbə çalacaqlarına şübhə etməyərək gedirdilər. Lakin Fövqəlqüdrətli Allah müşrikləri alçaltdı, küf­rün başçılarını məhv etdi və çoxlu yaramazları həlaka uğratdı. Bədbəxt­lik Məkkənin bütün evlərinə və hər qureyş ailəsinə toxundu – Allahın cəzası onları hətta heç gözləmədikləri yer­dən haqladı. Cəza kafirlərin üs­tünə elə bir vaxtda çökdü ki, onlar onun yaxınlaş­masına hətta şübhələn­mə­mişdilər. Lakin əgər onları cəza bu dünyada yaxala­ma­saydı da, onlar Axirətdə, on­suz da, qisasdan yaxa qurtara bilməyəcəkdilər, çünki heç bir kafir bu dün­yada, əzab-əziyyət çəkməsindən asılı ol­mayaraq, ədalətli qisasdan xilas ola bilməyəcəkdir.

ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ
(29. 54) “Səndən əzabın tezləşdirilməsini istəyirlər. Söz­süz ki, Cəhən­nəm kafirləri saracaqdır”.

Günahkarlar alovun dillərindən kənara çəkilə də bilməyə­cəklər, çünki onlar günahkarları hər tərəfdən qarsalayacaq və bu, onları dünya həyatında hər tərəfdən əhatəyə almış günahlara və küfrə bənzəyəcək. Bu – arzuladıqları həmin əzablı cəzadır!

 ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ
(29. 55) “Həmin gün ki, əzab onları üstdən və ayaqlarının al­tından saracaq, onlara: “Əməllərinizdən zövq alın” deyilə­cək”.

Bu gün sizin cinayətləriniz cəzaya çevrilərək, sizi hər tərəf­dən əhatə edir, çünki dünya həyatınızda günahlardan və kafirlik­dən əl çəkmədiniz.

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ
(29. 56) “Ey Mənim mömin qullarım! Həqiqətən, Mənim yer üzüm geniş­dir. Yalnız Mənə ibadət edin!”
(29. 57) “Bütün nəfslər ölümü dadacaq, sonra siz Bizə qay­ta­rılacaq­sınız”.
(29. 58) “İman gətirib, xeyirli işlər görənləri Biz mütləq Cən­nətdə al­tın­dan[19] çaylar axan yüksək saraylarda məskunlaş­dı­racağıq. Onlar ora­da əbədi qalacaqlar. Əməl sahiblərinin mü­ka­­fatı necə də gözəldir”,
(29. 59) “onlar səbrliydilər və öz Rəbbinə təvəkkül edir­di­lər!”

Fövqəluca Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gəti­rən möminlərə müraciət edərək buyurur: “Mə­nim yer üzündəki ərazim genişdir və əgər sizə bir ölkədə Rəbbi­nizə ibadət etməyə mane olurlarsa, onda insanların bir Allaha iba­dət etdikləri başqa ölkəyə köçüb gedin. Dünyada çoxlu ölkələr var­dır ki, insanlar oralarda tək Allaha ibadət edirlər, lakin sizin Rəbbiniz – Vahiddir. Ölüm çox tezliklə sizə də çatacaqdır və onda siz öz Rəbbinizə qayıdacaqsınız və O (Pak və Müqəddəs Olan), Ona layiqincə ibadət və düzgün etiqad edən, xeyirxah işlər görən hər kəsi bol-bol mükafatlandıracaqdır. O (Pak və Müqəddəs Olan) onlara imkan verə­cəkdir ki, qəlbin zövq alacağı və baxışla­rın məftun olacağı hər şeyin toplan­dığı yüksək imarətlərdə və gö­zəl saraylarda məskunlaşsınlar. Onlar orada əbədi qalacaqlar.
Valehedici Cənnət bağları arasında yerləşən yüksək ima­rət­lər necə də füsun­kardır! Həqiqətən, onlar Rəbbinə səbrlə iba­dət edənlərə və Onun yardımına təvək­kül edənlərə mükafat ola­raq ve­riləcəkdir. Allaha səbirlə ibadət etmək üçün insan bütün qüv­və­lərini öz vəzifələrini yerinə yetirməyə və insanları fasilə ver­mə­dən, heç olmazsa qismən, vəzifələrini icra etməkdən yayın­dır­ma­ğa çağıran şeytanla böyük mübarizəyə yönəltməlidir. Mö­min Allaha düzgün təvək­kül etməkdən ötrü Ona səmimi ümid bəslə­məli və nəzərdə tutduğu məqsədini həyata keçirməkdə Allahın ona kömək göstərəcəyinə şübhə etmə­məlidir. Sözsüz ki, Allaha səbirlə iba­dət etmək Ona təvəkkül etməyi nəzərdə tutur, lakin buna baxmayaraq, Fövqəluca Rəbb təvəkkül etmənin zəru­riliyini xüsusilə vurğulayır, çünki insan bu məziyyətə malik ol­madan Onun hökmlərinə və haramlarına layiqincə riayət edə bilməz.

 ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ

(29. 60) “Neçə-neçə canlılar var ki, özlərilə ruzi ehtiyatı da­­şımazlar! Onlara da, sizə də ruzini verən Allahdır. O – Eşi­dən­­dir, Biləndir”.
Fövqəlxeyirxah və Fövqəluca Xaliq xəbər verir ki, O (Pak və Müqəd­dəs Olan) təklikdə bütün məxluqlarının ruzisi haqqın­da qayğı çəkir. Həm güclü olan­­lar, həm də aciz məxluqlar yalnız öz Rəbbinin qayğısı sayəsində ruzi tapırlar. Nə qədər heyvanlar da vardır ki, onlar nəinki gücdən, həm də ağıldan məhrum­dur! Onlar özlərinə yem ehtiyatı tut­mur, amma Mər­hə­mətli Allah yer üzündə onlara hər birinin qismətini aramsız olaraq əta edir.
Ey insanlar! Bununla yanaşı Allah sizin özünüzü də ruzi ilə təmin edir. Sizin hər biriniz Allahın himayəsi altındadır. O (Pak və Müqəddəs Olan) bütün varlıq­ları yaratmış, məxluqlarının tale­lərini yönəldir və onlara zəruri olan hər şeyi əta edir.
O – Eşidəndir, Biləndir. Buna görə heç bir şey Onun xəbəri ol­madan baş vermir və heç bir canlı məxluq, guya Allahın onun var­lığını unuda bilə­cəyinə[20] görə, acından ölə bilməz. Bu ayə aşa­ğı­­dakıına bənzəyir: “Yer üz­ündə elə bir canlı məxluq yoxdur ki, Allah onun ruzisini təmin etmə­sin. Allah onların olduğu və sax­­landığı yeri bilir. Bütün bunlar Aydın Kitab­dadır” (Hud, 11/6).

 ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ
(29. 61) “Əgər sən onlardan soruşsan ki: “Kim göyləri və yeri yarat­mış, gü­nəşi və ayı tabe etmişdir?” – onlar hökmən deyəcəklər: “Allah”. Onlar necə də üz döndərirlər!”
(29. 62) “Allah qullarından istədiyinə qismətini artırar və ya azal­dar. Hə­qi­qətən, Allah hər şeydən agahdır”.
(29. 63) “Əgər sən soruşsan ki: “Kim göydən su nazil edir və torpaq öl­dükdən sonra onu canlandırır?” – onlar mütləq de­yə­cəklər: “Allah”. De: “Həmd olsun Allaha!” Lakin onların ək­səriyyəti başa düşmür”.

Bu və bundan sonrakı ayələrdə Onu Vahid Rəbb və Xaliq qəbul et­məkdən irəli gələn tək Allaha ibadətin zəruriliyi göstəril­mişdir. Hətta müş­riklər də inanır­lar ki, Allah Kainatda Vahid Rəbdir. Əgər sən onlardan soruşsan ki, göyləri və yeri kim yarat­mışdır və kim günəşi və ayı Öz haki­miyyətinə tabe etmişdir, onlar deyərlər: “Allah”. Sən onlardan soruş­san ki, kim göydən su yağdırır və onunla cansız torpağı həyata qaytarır, onda onlar deyəcəklər: “Allah”. Əgər sən onlardan soruşsan ki, bütün varlığı idarə edən kimdir, onda onlar hamısı yenə də deyə­cəklər: “Allah”. Bununla onlar bütlərin, daş heykəllərin və onların ibadət etdikləri bütün qalan məxluqların acizliyini etiraf etmiş olacaqlar.
Həqiqətən də, gücsüzlüyünə və acizliyinə əmin olduqları məxluqlara ibadət etməyi üstün tutan insanların azğınlığı və sax­ta­karlığı necə də qəribədir! Bu adamlar ağıldan və düşüncədən məhrum axmaqlardır. Daş heykəllərə və qəbirlərə etiqad etmək­dən daha ağılsız əməl nə ola bilər? Müşrik onların yanına gələrək, çox gözəl başa düşür ki, onlar ona fayda verməyə və ya ziyan vurmağa, əsər yarat­mağa və ya ona ruzi əta etməyə qadir deyillər. Lakin, buna baxmayaraq, müşrik səmimi dualarla onlara müra­ciət edir və bununla da onları, xəlq edən və ruzi verən, nemətlər bəxş edən və bədbəxtlik göndərən Rəbbə bərabər tutur.
Ey Muhəmməd! Öz qullarına doğru yolu azğınlıqdan fərq­ləndirməyi öyrə­dən və sadiq möminlərin ondan çəkinməsi üçün bütpərəstliyin əsassız­lığını ifşa edən Allaha həmd et! Göylərdə və yer üzündə həyatı yaradan və Öz məxluqla­rının taleyini idarə edən, bəzilərinə böyük nemətlər əta edən, digərlərinə isə cüzi bir qismət nazil edən Rəbbinə həmd et! Doğrudan da, yalnız Fövqəl­müdrik Allaha məlumdur ki, Onun qulları nəyə möhtacdır və onlara nə fayda gətirə bilər.
 ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ
(29. 64) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Əsil həyat – Axirət yurdundadır. Əgər bilsəydilər!”

Fövqəluca bu ayədə dünya və Axirət həyatının gerçək də­yərlərindən bəhs edir. Bununla yanaşı O (Pak və Müqəddəs Olan), insanları dünya ne­mətlərinə aldanmamağa və Axirət həyatının füsunkarlıqlarını arzulamağa çağırır. Dünya həyatı öz mahiyyəti etibarı ilə yalnız əyləncə və oyundur. İnsanların qəlbi dünya zövqlərindən məmnun qalır, bədənləri isə yer üzü­nün ehtirasla­rından ləzzət alır. Bu ötəri gözəlliklər azmış ürəkləri ovsun­layır, dərdsiz-qəmsiz baxışlara sevinc gətirir və insanların şikəst qəlbini həyəcana salır. Lakin çox tezliklə dünya zövqləri sona yetir, onla­ra vurğun olmuş günahkar isə peşman olmağa başlayır və əldən çıxmış imkanlara görə acı-acı təəssüflənir.
Əsil həyat – ölümdən sonrakı həyatdır! O – kamildir, çün­ki hər bir canlı ruha Axirətdə görünməmiş güclü bədən və ecazkar bacarıqlar əta edilə­cəkdir[21]. İnsan bədənləri artıq əbədi həyat üç­ün yaradılacaq və ən mükəm­məl və kamil var­lıq üçün zəruri olan hər şeyə malik olacaqdır. Axirətdə möminlərin ürəyi sevinclə dolub-daşacaq, özləri isə görünməmiş ləzzətə malik yeməklərdən, təravətli içkilər­dən, füsunkar zövcələrdən və gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insanın xəyalına belə gətirmədiyi bir çox digər şeylərdən məmnun qalacaqlar.
Əgər insanlar bu barədə bilsəydilər, onda onlar bu dünya həyatına üstünlük verməzdilər. Əgər onlar sağlam düşüncə qabi­liy­yətinə malik olsay­dılar, onda on­lar əbədi həyatdan üz döndər­məz, oyun və əyləncə yurduna bağlanıb qalmaz­dılar. Bu onu gös­tərir ki, dünya və Axirət həyatla­rının gerçək dəyərini bilən hər bir insan ölümdən sonrakı həyata üstünlük verməlidir.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵﭶﭷﭸ ﭹ ﭺﭻ
(29. 65) “Onlar gəmiyə minəndə, Allaha dua edərək, dini Ona məx­sus sa­yırlar. O, onları xilas edib quruya çıxartdıqda isə, onlar o saat şərik qoşurlar”.
(29. 66) “Bizim əta etdiklərimiz, inkar etməyinizə baxma­yaraq, bir müddət də fayda­lanmanız üçündür, amma tezliklə biləcəksiniz”.

Fövqəluca bu ayələrdə bildirir ki, müşriklər çətin vəziyyət­də olanda səmi­miy­yətlə təkcə Allaha ibadət etməyə başlayırlar. Müş­­riklər gəmi ilə də­nizin orta­sında olarkən, dəniz coşmağa baş­la­­yan kimi, onları ölüm qorxusu bürüyür. Elə onda onlar öz “ilah­la­­rını” unudur və Allaha şərik qoşmadan, yalnız Ona ixlasla dua et­məyə başlayırlar. Tufan sakitləşəndə, onlar xilas olmaları üçün dua etdikləri Allahı unudur və çətin anda onlara kömək etməyə qa­dir olmayan və onları fəla­kətlərdən xilas edə bilməyən saxta ilah­­lara ibadət etməyə başlayırlar. Onlara hüzn və sevinc zamanı, sı­naq və rifah dövrlərində tək Allaha dua etməyə maneə olan nə­dir? Əgər onlar layiqincə davransaydılar, Rəbbindən mükafat alan və Onun cəzasından xilas olan həqiqi mömin olardılar. Əksi­nə, hətta Rəbb onlara iltifat göstərib, labüd ölümdən xilas etdik­dən sonra da müşriklər çoxallahlığa etiqad etməyi üstün tuturlar. On­lar Allaha onlara nazil etdiyi bol nemətlərə görə şükür etmək­dən boyun qaçırır və Allahın mərhəmətinə cavab olaraq günah iş­lə­­dirlər. Lakin belə davranış nəticəsində, onlar, ancaq öz mədə­si­ni doldur­maq və ehtirasını qane etməklə qayğılanan heyvan kimi, yal­nız çox qısa dünya həyatından zövq almaq imkanına nail olur­lar. Az müddət keçdikdən sonra, onlar bu dünya həya­tın­dan ay­rıl­malı və Axirət həyatına getməli olacaqlar ki, orada onları bö­yük qəm-qüssə və şiddətli əzab-əziyyət göz­ləyir.

 ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ
(29. 67) “Məgər onlar görmürlər ki, ətraflarındakı insan­ları yaxala­dıqları halda, Biz onların yurdunu təhlükəsiz və to­xunulmaz etmişik? Doğru­danmı onlar yalana inanır və Allahın nemətini inkar edirlər?”

Rəbb Məkkə müşriklərinə xatırladır ki, onların şəhərini təh­lükəsiz və toxu­nulmaz yurda çevirmişdir. Onlar əmin-amanlıq içində yaşayır və ehti­yac duy­ma­dıqları halda, digər şəhərlərin sakinləri daima qorxu içində yaşa­yır və quldurların basqınına mə­ruz qalırlar. Buna baxmayaraq, müşriklər onlara ruzi əta edən və qorxudan qurtaran Rəbbə ixlasla ibadət etməkdən imtina edir­lər. Doğrudanmı onlar yalana inanır və Allahın nemətlərini da­nırlar? Onlar şirkə etiqad edir, yalan nitqlər söyləyir, yanlış əməl­lərə yol verir və Fövqəluca Allaha həmd etməkdən boyun qaçı­rırlar. Onlar doğru yoldansa sapıqlığı, haqdansa yalanı və uğur­dansa bədbəxtliyi üstün tutan­da nə barədə fikirləşirdilər? Dün­yada ən böyük günahkar­lar olmağa razı­laş­dıqları zaman nə barə­də düşünürdülər?

ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ
(29. 68) “Allaha böhtan atandan və ya ona nazil edilən haqqı yalan sayan­dan kim daha zalım ola bilər? Məgər kafirlə­rin məskəni Cəhənnəm olmaya­caqmı?”
Onlar Allaha yalan iddialar və yanlış fikirlər aid edir və ey­ni za­man­da özləri Muhəmməd Peyğəmbərin (ona Allahın sa­la­va­tı və salamı ol­sun!) gətirdiyi haqqı inkar edirlər. Lakin bu müdhiş za­lımlığın nəticəsi – alovpüs­kürən Cəhənnəm olacaqdır. Onlar tö­rət­dikləri cinayətlərə görə ora­da hesa­bat verəcək­ və rüs­vay edi­lə­cək­lər. Cəhənnəm məskəni onların həmi­şəlik və əbədi sığına­cağı ola­caq və onlar heç vaxt oradan çıxa bilməyəcəklər.

 ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(29. 69) “O kəslər ki, Bizə görə səy göstərirlər, Biz onları müt­ləq Öz doğ­ru yolumuza yönəldərik. Həqiqətən də, Allah – xeyrxahlarladır!”

Fövqəluca Rəbbin yolunda hicrət edən, haqq dinin düş­mən­­­lə­ri ilə mübari­zəyə və var gücü ilə Allahın mərhəmətini qa­zan­­­mağa can atan möminlərə gəl­dikdə isə, onlar Fövqəluca Allaha aparan çə­tin yolları keç­məyi bacaracaqlar. Onlar Onun rəh­­bərliyinə layiq gö­rü­ləcəklər, çünki onlar xeyirxah işlər gör­mə­yi sevirlər, O (Pak və Mü­qəddəs Olan) isə belə insan­ları heç vaxt tərk etmir. O (Pak və Mü­­qəd­dəs Olan) onlara kömək göstərir və on­ları doğru yola yö­nəl­dir. Buradan isə aydın olur ki, ən lə­yaqətli və sadiq insanlar – mü­səl­manlardır və onlar Allahın yo­lunda mübarizə apa­rırlar. Buradan həm­çinin belə bir nəticə də çıxır ki, əgər insan dinin hökm­lərini nöq­san­sız yerinə yetirirsə, onda Allah ona kömək göstərir və onun xoş­bəxt­liyə və xilas ol­mağa doğru yolunu asanlaşdırır. Əgər insan şə­ri­ət biliklərini qav­ramaqda səmimiyyətlə cəhd göstərirsə, onda o, haq­qı tap­ma­ğa və qar­şıya qoyduğu məqsədə çatmağa mütləq nail olur, həmçinin Fövqəluca Rəbb ona digər insanların imkanlarından üs­tün olan imkanlar əta edir və şəriət elmlə­rini dərk etməsini asan­laş­dırır. Bu­nun belə olması – Allahın dininin öyrənil­mə­si­nin Allah yo­­lunda mübarizəyə aid edilməsin­dədir[22]. Mömin alimlər kafirlərə və münafiqlərə qarşı söz və dillə mübarizə aparırlar. Belə tə­fək­kür savaşlarında yalnız seçilmişlər iştirak edirlər. Onlar insan­lara di­nin tələblərini öyrədir və haqqa müqavimət göstərənlərin yanlış baxışlarını, hətta, bəzən o baxışlar müsəlmanların bəziləri­nə məxsus olsa da, rədd edirlər.





[1] Bu sınaqlar sarsıdıcı olsa da, Allahın Müdrik Elminə əsaslanır və, deməli, ədalətli və Haqqın təcəssümüdür və Onun Dininin zəfər çalmasına yönəldilir. F.S.
[2] Mübarizə - cihad. F.S.
[3] Fərz və ya vacib namazlardan başqa qalan və Allahın Elçisinin (s.ə.s.) qıldığına da­ir hədislərdə rəvayət edilən namazlardır. Nafilə namazlar: sünnə və məndub kimi iki­yə ayrılırlar. Sünnə olan nafilə Allahın Elçisinin (s.ə.s.) daima qıldığı və ancaq nadir hal­larda tərk etdiyi namazlardır. Məndub olan nafilə isə, Peyğəmbərin (s.ə.s.) bəzən qıl­dığı və bəzən də qılmadığı, qüvvətli olmayan sünnə namazlarıdır. (Mənbə: İslam En­s­iklopediyası, Nafilə bölməsi). F.S.
[4] Möhtərəm müəllifin kursivlə verdiyim bu qiymətli ifadəsi, Allahın insanları niyə sı­na­ğa çəkməsi məsələsinə bir daha gözəl əyani örnəkdir. Hərşeyibilən Allah, onsuz da, yaratdığı insanların nəyə qabil olacağını əzəldən bilir və Qiyamət günü onların bə­hanə gətirməmələri üçün misilsiz qədər sınağını gerçəkləşdirir ki, haqqı onlara əyani ola­raq sübuta yetirsin. F.S.
[5] Qeyd etmək lazımdır ki, ayədə «min ildən əlli il əskik” ifadəsinə nə Azərbaycan di­linə bu günədək tərcümə edilmiş Quran nəşrlərində, nə Quran şərhlərində dəqiq bir şərhə rast gəlinməmişdir. Bu barədə rəhmətlik Ə. əs-Səədinin əlimizdəki şərhində də açıqlamalara rast gəlmədiyimizdən və bunun Quran mö­cüzələri ilə bağlı oldu­ğu­nu düşünərək, məsələyə aydınlıq gətirmək üçün yenə “Quran heç tükənməyən mö­cü­zə” adlı kitaba müraciət edirəm. Türkiyə Respublikasındakı “Quran Araşdırma­ları Mər­kəzinin” 2005-ci il nəşri olan bu əsərdə “min ildən əlli il əskik” ifadəsi, Quranın Allahın Özü tərəfindən mühafizə edilməsi möcüzəsi ilə, yəni onun şifrələn­miş sistemi ilə bağlılığını təsdiq edir. Belə ki, Quranda keçən bütün rəqəmlərin cəmi müəyyən bir qanuna – 19 rəqəminə qalıqsız bölünmə prinsipinə tabedir. Quranda cəmi 30 tam (qa­lıq­sız) ədəd keçir. Bunların cəmi toplandıqda alınan rəqəm qalıqsız olaraq 19-a bö­lü­nür. Ondoqquz rəqəmi isə Quran mühafizə sisteminin əsas kodudur. “950 il” rəqəmi əvə­zinə 1000 ildən əl il əskik yazılmasının səbəbi aşağıdakı kimi imiş: əgər Quranın mə­tnində 950 rəqəmi yazılsaydı, Mübarək Kitabdakı rəqəmlərin cəmi 19-a qalıqsız bö­lünməzdi. Eyni hal Kəhf surəsində 300 və əlavə 9 il rəqəmlərinin yazılışına da aid­dir. (Bax: həmin məxəz, səh. 371). Yeri düşdükcə, Quranın kəşf edilmiş yeni-yeni mö­cü­zələri haqqında, şərhlərlə əlaqəli olduğu halda, belə kiçik izahlar verməkdən yayınmayacağıq. Çünki məqsədimiz Allahın Quranını insanlara daha da dərindən və Quranın özündən gələn sarsılmaz dəlillərlə sevdirməkdir. F.S.
[6] Burada “daha yaxşı” ifadəsindən bəhs edilir. F.S.
[7] Homoseksualizm.
[8] Yəni, Lut (ə) xalqının məskənindən. F.S.
[9] Məhv etdik. F.S.
[10] Məhv etdik. F.S.
[11] Yəni, talelərini qabaqlayıb xilas ola bilmədilər. F.S.
[12] Türk Quran tədqiqatçısı Taşkın Tuna Quranda Günəşin doğduğu yerlərin cəm şə­kil­­li bir ifadə ilə dəyər­lən­di­ril­məsindəki incəliyi belə açıqlayır: “Hər səhər doğar­kən gör­­düyümüz Günəş nəhəng bir nüvə reak­torudur. Hidrogenin atomlarını heliu­ma çe­­virərək işləyən bu reaktor çox mükəmməl bir şəkildə tənzimlə­nərək öz vəzifə­sini ye­­­rinə yetirir. Həyatımızın qaynağının bu çox sürətli hərəkətində ən dəqiq müva­zi­nə­tin sax­landığı bir şəraitdə, Quranın bəyan etdiyi son nöqtəsinə, dayanacağına, sona ye­­­təcəyi yerə doğru hərəkət etməsi ilə birgə biz də Kainatda səfər etməkdəyik. Dü­şü­nən, araşdıran və səmimi olaraq Quranın və Kainatın dəlillərini dəyərləndirə bi­lən­­lər Allahın föv­qəl­­qüdrətini və Quranın möcüzələrini görəcəklər” (Bax: “Qu­ran heç tükənmə­yən mö­cüzə, 2005, İstanbul, 8-ci nəşr, (elektron variant, www.mucizeler.com saytı), səh. 83. F.S.
[13] İslamı təbliğ edən, islama dəvət edən müsəlman. F.S.
[14] Yəni, Kitab əhlindən Muhəmməd Peyğəmbərin (s.ə.s.) müasirləri olanların. F.S.
[15] Kursiv mənimdir. F.S.
[16] Xalq arasında peyğəmbərliyinə qədər Muhəmmədi (s.ə.s.) “Əmin” (etibarlı, sə­daqətli) adlandırardılar. F.S.
[17] Möhtərəm oxucuya bu ayənin Səədi şərhində ötəri toxunulmuş bir özəlliyini çat­dır­­­maq istəyirəm. Diqqət yetirin! Allah buyurur ki: Sən əvvəlcə bir Kitab belə oxu­ma­mışdın...”. Səədi də deyir ki: “Əgər sən savadlı olsaydın...”. Bu isə o deməkdir ki, Muhəmməd Peyğəmbərin (s.ə.s.) oxu və yazı savadının olmamasının səbəbi, ilk növ­bə­də, Allahın Öz peyğəmbəri barəsindəki qədəri ilə bağlı olan bir özəllikdir və o vaxt ərəb­lərin arasında oxumağı və yazmağı bilənlərin nadir olmadığı bir şəraitdə Allahın gə­ləcək elçisinin ümmi olması Onun həqiqi peyğəmbərliyinin dəlillərindən bi­ri kimi nə­zərdə tutulmuşmuş. Bilin ki, Hərşeyəqadir Fövqəluca Allah, həqiqətən, hər şeyi ön­cə­dən Nə­zər­dətutandır! F.S.
[18] “Quran heç tükənməyən möcüzə” adlı elmi-tədqiqat araşdırmasının müəllifləri Qu­­­ranın bu müddəası ilə əlaqədar qeyd edirlər ki, Kainatda elə bir kitab yoxdur ki, on­­­da Kosmosun “əlçatmaz” dərinliklərindən tutmuş dənizlərin arasındakı ma­ne­ə­lə­rə, arının cinsiyyətinə, yağışdakı ölçüyə (və s.) qədər müxtəlif sahələrdə möcüzə sə­ciy­­­yəli izahlara rast gəlinsin. Üstəlik bütün bu möcüzəvi həqiqətlərin əksini tapdığı Ki­­tab fövqəladə ehtişama malik bir sistem üzrə riyazi qanunauyğunluqlara müvafiq kod­laş­dı­rılmışdır. Fövqəluca və Fövqəlqüdrətli Allah Quranında, bütün təkzibolunmaz də­lil­lə­rə baxmayaraq, inanmağa niyyəti olmayan kafirlərin inanmamağa davam edə­cək­lə­ri­ni bildirmişdir. Quranda kafir psixologiyasına əsasən, kafirlərin dilindən İslam Pey­ğəm­­bərinə (s.ə.s.) xitabən belə bir nümunə verilir: “Bizi sehrlə­mək üçün dəlil kimi nə gətirirsən gətir, biz sənə inanmayacağıq” (Əraf, 7/132). “Kuran Heç tükənməyən mö­­cüzə”, 2005. 8-ci nəşr, s. 290. İstanbul, www.mocuzeler.com. F.S.
[19] Mübarək Quranda istifadə olunmuş “...altında” (تَحْتِ) sözü bir çox hallarda məcazi mə­nalarda işlədilmişdir. Belə ki, həm bu (29.58) ayədə, həm də (2.66; 66.10) və bir sıra di­­­gər ayələrdə də, birbaşa “alt” mənasını deyil, əsasən, insanın, binanın və sairənin ya­­xın­lı­ğın­dakı yerdə olan bir əşyanı (çayı, ağacları və s.) nəzərdə tutur. F.S.
[20] Allah Özü istəmədikcə, heç bir şeyi unutmaz! F.S.
[21] Kursiv və qalın şrift mənimdir. Əgər insan oğlu, öz mənbəyini naslardan əxz etmiş bu müddəanın ifadə etdiyi bir həqiqəti – insana Fövqəlqüdrətli Allahın bəxş edəcəyi bu xarüqəladə keyfiyyətlər məcmusunun gerçək olduğuna əminliklə inansaydı, söz­süz ki, o, Axirət həyatına daha səylə və həvəslə hazırlaşardı. Bu əminlik isə, Allahın iz­ni ilə, Quranı və Sünnəni dərindən öyrənməklə hasil edilə, mümkün ola bilər. F.S.
[22] Böyük İslam alimi Şeyx Əbdürrəhman bin Nasir əs-Səədinin bu gözəl şəriət müd­də­ası günümüzdə olduqca vacib və prinsipial bir məsələni çox açıq və sadə tərzdə ifa­də etmişdir. Bu gün İslam dininin bütün dünya ölkələrinə vüsətlə yayıldığı bir şə­ra­it­də Allahın elminin öyrənilməsi və yayılması müsəlmanlar qarşısında duran ən mü­hüm etiqad məsələsi olmalıdır. Quranda və Səhih Sünnədə – Fövqəluca və Föv­qəl­qüdrətli Allahın misilsiz Elmi özünəməx­sus əksini tapmışdır. Quran və Pey­ğəm­bər Sünnəsi, heç nədən asılı olmayaraq, hər bir in­sa­nın bilik mənbəyinə çev­rilməlidir. Bu gün İslam dininin əsas strateji istiqaməti – di­ni­mizin Qurana və Sünnə­yə istinad edən elmi əsaslarla yayılmasıdır. Günümüzün cihadının kulminasiyası – İslam elm­lə­ri­ni peyğəmbərlərin üslubu və müasir İT vasitə­lərindən istifadə ediməklə insanların dü­şüncə vasitəsinə çevirməkdir. Bu gün bey­nəlxalq münasibət­lərdə ümumi qlobal­laş­ma prosesi ilə bərabər İslam təfəkkürünün, İslam dünyabaxışının qloballaşması za­ma­nı başlamışdır. Bu isə, Allaha qayıdış təfəkkürü­nün yeni bir formasiyasıdır.
  Bu gün Yer kerəsinin istənilən guşəsində yaşayan mömin müsəlman Allaha qayıdışın yeganə və labüd haqq yol olduğunu başa düşür və bunu öz cari fəaliyyətində əsas tutaraq, Onun yolunda əlindən gələni əsirgəmir: Onun hökm və qadağalarını olduğu kimi icra etməyə bacarığını göstərir və səylə çalışır, yaxşı əməllər edir və bunu başqalarının də etməsinə təşəbbüs göstərir, insanları pis əməllərdən çəkindirir və Axirəti üçün faydalı olacaq digər işlər görür, Allahın qadağan, haram etdiyi istənilən əməldən, işdən, hərəkətdən uzaq durur. O, Allahın bəyənmədiyi hərəkətləri nəinki özü etmir və hətta bunu edənləri qınayır və çəkindirməyi özünə borc sayır. Mən burada qınanılan əməllərdən ən dözülməzi olan qətl hallarını xüsusilə vurğulamaq istəyirəm. Allah haqqı, ixtiyarı olmadan insana qarşı zorakılıq əməllərini qəti qadağan etmişdir. Çünki insana həyatı bəxş edən Fövqəlqüdrətli Allahdır və Onun razılığı olmadan insan həyatına qəsd etmək Allaha qarşı düşmənçiliyin ən qatı növlərindəndir. Bu həqiqəti mömin müsəlmanlar artıq min illərdir ki, mənimsəmişlər və elə buna görə də günahsız insanların qətli ilə, məskənlərin dağıdılması və sair təxribatlarla məşğul olanlar və ya olmağa təşəbbüs göstərənlər kim olursa olsun, özlərini necə adlandırırlarsa, adlandırsınlar, müsəlman adı daşımağa layiq deyillər və onların adları müvafiq cinayət törədənlərdən fərqləndirilə bilməz. Siyasi məqsəd uğrunda terror, təxribat, qəsd törədənlər heç vəchlə müsəlman ola bilməz və əgər bunları törədənlər bundan əvvəl müsəlman kimi tanınmışlarsa, onda onlar bu mənsubiyyətlərini Allah qarşısında itirmiş olurlar. Allahın Quranında və Onun Son Peyğəmbərinin (s.ə.s.) Öz qullarından istədiyi – Onun varlığını qəbul etmələri, Ona iman gətirmələri və Axirət həyatına hazırlaşmalarıdır. Bunun ən optimal haqq yolu isə Allahın Elminə yiyələnməklə və Onun Son Peyğəmbərinin (s.ə.s.) yolu ilə getməklə gerçəkləşdirilə bilər! Allah haqq yolla gedənlərə kömək olsun! (Kursiv, qalın şrift və qeydlər mənimdir). F.S.

Комментариев нет:

Отправить комментарий