HƏCC
SURƏSİNİN
ŞƏRHİ
ﭑ ﭒ ﭓ ﭔ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
ﭑ ﭒ
ﭓ ﭔﭕ ﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ
(22. 1)
“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, sarsıntı Saatı dəhşətli hadisədir!”
Allah
bütün bəşəriyyətə müraciət edir və insanlara öz Rəbbindən qorxmaq hökmü verir.
O, onları tərbiyələndirir, onlara gözlə görülən və görünməz nemətlər əta edir və
insanların Ondan qorxmasına, həqiqətən, layiqdir. Buna görə onlar bütpərəstlikdən,
əxlaqsızlıqdan və günahlardan əl çəkməli və öz imkanları daxilində Onun hökmlərini
yerinə yetirməlidirlər.
Sonra
Fövqəluca Allah insanları təqvalılığa sövq edən və onları itaətsizlikdən çəkindirən
hadisələri xatırladır. O, onlara dəhşətli hadisə olacaq Qiyamət gününün
sarsıntılarını yada salır. İnsanlar bu əzəmətli hadisənin nəhəngliyini dəyərləndirməyə və onun vəhşətəngizliyini təsəvvür etməyə qadir deyillər, çünki Qiyamət gününün
başlaması ilə yer sarsılacaq və təlatümə gələcək. Dağlar parçalanıb dağılacaq və
qum təpələrinə çevriləcək və sonra da daraqlanmış yuna bənzəyəcəklər. İnsanlar
isə həmin gün üç qrupa bölünəcəklər. Göylər də parçalanacaq, günəş və ay büküləcək.
Ulduzlar öz yerlərindən düşəcək və çox böyük fəlakətlərin və sarsıntıların növbəsi
gəlib çatacaq ki, bu da insanın ürəyini donduracaq, qəlbi qorxu ilə bürüyəcək.
Bundan gənclərin saçları ağaracaq, qüdrətli istehkamlar, qalalar mum kimi əriyib
çökəcəkdir. Buna görə, daha sonra Allah buyurur:
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ
(22. 2) “Siz
Həmin gün onu gördüyünüz zaman, körpəsinə süd verən ana, əmizdirdiyini
unudacaq, hər bir hamilə qadın isə bətnindəkini salacaqdır. Sən insanları sərxoş
görərsən, əslində onlar sərxoş olmayacaqlar – Allahdan gələn əzab şiddətli olacaqdır”.
Ana öz
övladlarına güclü məhəbbət bəsləyir və bu sevgi xüsusilə özünü ana körpəsini əmizdirdiyi
dövrdə daha güclü təzahür edir. Bu dövrdə hər bir ana körpəsinə qayğı çəkmək
hissi ilə yaşayır, lakin Qiyamət günü qorxu və vahimə insanları o dərəcədə
sarsıdacaq ki, körpəsini əmizdirən ana onu atacaq, hamilə qadın isə uşağını
salacaq. Əgər insan görsəydi ki, adamlar həmin gün hansı vəziyyətdə olacaqlar, o
elə bilərdi ki, onlar sərxoşdurlar, halbuki əslində onlar sərxoş olmayacaqlar.
Məsələ orasındadır ki, Allahın sərt cəzası qarşısında qorxu onları mühakimə
yürütmək qabiliyyətindən məhrum edərək, ürəklərinə hakim kəsləcəkdir.
İnsanların canı boğazlarına yığılacaq, gözləri isə bərələ qalacaqdır. Həmin gün
oğul atasına görə məsuliyyət daşımayacaq və atası da öz övladının ağırlığını
daşımayacaq.
Fövqəluca
buyurur: “Qulaqbatırıcı bir səs gəldikdə, həmin gün insan qaçacaq öz
qardaşından, anasından və atasından, zövcəsindən və oğullarından, çünki hər bir
insanın öz qayğıları kifayət qədər olacaqdır” (Əbəsə, 80/33-37).
Həmin gün
günahkar öz barmaqlarını çeynəyəcək və deyəcək: “Yaxşı olardı ki, mən Elçinin
yolu ilə gedəydim! Yaxşı olardı ki, mən filankəsi özümə dost tutmayaydım!” O
gün bəzi insanların üzü qaralacaq, digər insanların üzü isə nurlanacaqdır. Tərəzi
qurulacaq və onlarda insanların ən kiçik əməlləri, həm yaxşı, həm də pis əməlləri
çəkiləcəkdir. Allahın qullarının bütün kiçik və böyük əməlləri, danışıqları və
hətta niyyətləri belə yazılmış bürməli kağız lövhələr açılacaq. Cəhənnəmin düz
ortasından körpü asılacaq və onda Cənnət təqvalı möminlərə yaxınlaşacaq, Cəhənnəm
isə yolunu azmışların qarşısında dayanacaq. Onlar onu uzaqdan görəcəklər və
onun qəzəbli nəriltisini və nəfəsini eşidib duyacaqlar. Sonra da onlar zəncirlərlə
birlikdə qandallanıb, buxovlanmış halda Cəhənnəmin ən dar yerinə atılacaq və
özlərinə ölüm arzulamağa başlayacaqlar. O vaxt onlara belə deyiləcək: “Bu
gün bir ölüm çağırmayın, çoxlu ölümlər çağırın!” (Furqan, 25/14). Sonra isə
onlar öz Rəbbini çağıracaq və Ona yalvaracaqlar ki, onları Cəhənnəmdən
buraxsın, lakin Allah deyəcək: “Burada rüsvayçılıqla qalın və Mənimlə danışmayın!”
(Muminun, 23/108). Onlar Mərhəmətli Rəbbin qəzəbinə düçar olacaqlar və əzab-əziyyətli
cəzanın burulğanında qalacaqlar. Onlar orada xilas olmaq ümidi itirəcək
və törətdikləri bütün cinayətlərin bəhrələrini dadacaqlar. O cinayətlərdən heç
biri unudulmayacaq, hətta onlardan biri xurma çəyirdəyinin şırımı və ya
xurmanın çəyirdəyini ətindən ayıran nazik qabıq qədər olsa belə, unudulmayacaqdır.
Eyni
zamanda təqvalı möminlər Cənnət bağları arasında əylənəcək, Cənnət ləzzətlərindən
həzz alacaq və ürəkləri istədiyi şeyləri əbədi olaraq istifadə edəcəklər. Hər
bir sağlam düşüncəli insan qarşıda Axirət həyatının onu gözlədiyinə iman gətirirsə,
var gücü ilə ona hazırlaşmalı və özünü boş ümidlərlə aldadaraq xeyirxah əməllərdən
boyun qaçırmamalıdır. Təqvalılıq onun rəmzi, Allah qarşısında qorxu onun örtüsü
və Allaha məhəbbət, Onu xatırlaması kimi məziyyətlər isə onun xeyirxah əməllərinin
əsası olmalıdır.
ﭳ ﭴ
ﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ
ﭾ ﭿ
(22. 3) “İnsanlardan
elələri var ki, biliksiz olduğu halda Allah barədə mübahisə edir və hər azğın
şeytanın ardınca gedir”.
İnsanlar
arasında elələri var ki, azğınlıq içində veyllənirlər və öz yalan sübutları
vasitəsi ilə haqqa qarşı mübahisə etməyə cəhd göstərirlər. Onlar istəyirlər ki,
öz yanlış baxışlarını gerçək olduğunu sübuta yetirsinlər, halbuki özləri
nadanların ən böyüklərindən olmaqla, qətiyyən xeyirxah bilik sahibləri deyillər.
Onlarda olan bilikləri isə, Allaha və Onun elçilərinə (onlara Allahın salamı
olsun!) kobudcasına və inadkarlıqla itaətsizlik göstərən öz azğın başçılarını və
Rəbbinə qarşı çıxmış şeytanları kor-koranə təqlid etmək yolu ilə əldə edirlər. Onların
başçıları Allahdan və Onun elçilərindən əl çəkmiş və insanları Cəhənnəm Oduna
çağıran rəhbərlərə çevrilmişlər.
ﮀ ﮁ ﮂ
ﮃ ﮄ ﮅ
ﮆ ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
(22. 4)
“Ona əmr edilmişdir ki, onu özünün hamisi və köməkçisi sayan hər kəsi azdırsın
və Odda məşəqqətlərə məruz qoyulmağa gətirsin”.
Allahın qədərinə
uyğun olaraq, üsyankar şeytanlar onların ardınca gedən hər kəsi doğru yoldan
azdırırlar. Onlar öz ardıcıllarını haqdan uzaqlaşdırır və düz yoldan
sapdırırlar. İnsanlar onlara itaət etdikdə, onda onlar şeytanın əsl agenturası[1]
rolunu ifa edirlər. Onlar haqqında Fövqəluca Allah buyurmuşdur: “O, öz firqəsini
Odun sakinləri olmağa çağırır” (Fatir, 35/6).
Bütün
deyilənlərdən aydın olur ki, Allahla əlaqədar mübahisə açan insan özü azğınlıq
içindədir və başqalarını da azdırır. O, itaətdən çıxmış şeytanlara kor-koranə
itaət edir və onu hər tərəfdən əhatəyə almış zülmət içində dolaşır. Bu isə, nəsihət
verənlərinə kor-koranə itaət edən və heç bir elmi olmadan haqqı danan kafirlərin
və bidətçilərin əksəriyyətinə xas olan keyfiyyətdir.
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ
ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤ ﮥﮦ ﮧ
ﮨ ﮩ ﮪ
ﮫ ﮬ ﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔ
ﯕﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝ ﯞ
ﯟ ﯠ ﯡ
ﯢ ﯣ ﯤ
ﯥﯦ ﯧ ﯨ
ﯩ ﯪ ﯫ
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ ﯵ
(22. 5)
“Ey insanlar! Əgər siz dirildilməyə şübhə edirsinizsə, bilin ki, Biz sizi
torpaqdan, sonra – nütfədən, sonra – qan laxtasından, sonra da –
formalaşdırılmış və ya formalaşdırılmamış bir parça çeynənmiş ətdən
yaratmışıq. Biz sizə belə izah edirik. Biz bətnlərdə müəyyən vaxtadək istədiyimizi
yerləşdiririk. Sonra sizi körpə kimi çıxardırıq ki, həddi-buluğ yaşına
çatasınız. Bəziləriniz ölür, digərləriniz isə aciz qocalığa qayıdırlar və bütün
bildiklərini unudurlar. Sən cansız yer üzünü görürsən. Biz ona su nazil edən
kimi hərəkətə gəlir, qabarır və çeşidli əla bitkilər yetişdirir”.
Bəziləriniz
dirilmənin həqiqət olduğuna şübhə edə və ya onun yaxınlaşması haqqında bilməyə
bilər, halbuki sizin hamınıza Allahın və Onun elçilərinin öncədən bildirdikləri
dirilməyə inanmaq əmr olunmuşdur. Lakin əgər siz iman gətirməkdən imtina
edirsinizsə, şübhələnməyi üstün tutursunuzsa, onda siz şəxsən müşahidə edə biləcəyiniz
iki məntiqi dəlilə qulaq asın. Bu dəlillərdən hər biri sizin şübhə etdiyinizin
doğruluğunun təkzibolunmaz sübutudur və sizi şübhələrdən xilas edə bilər.
Birinci dəlil
insanın ilk dəfə yaradılmasıdır, çünki insanı ilk dəfə xəlq edən Allah, onu təkrarən
həyata qaytara bilər. Başlanğıcda Allah insanı torpaqdan yaratmışdı və burada,
əlbəttə, söhbət bütün bəşəriyyətin əcdadı Adamdan gedir. Sonra isə Allah
insanları nütfə damlasından yaratmağa başladı. Onun iradəsi ilə kiçicik damla
al rəngli qan laxtasına çevrilir və o da öz növbəsində çeynənmiş ət parçasına
dönür. Bu ət parçası formalaşmış ola bilər və belə olduqda o, sonradan insana
çevrilir. Bəzən də formalaşmır və bunun nəticəsində uşağın düşməsi baş verir.
Allah
insanın xəlq edilməsi prosesini adamlara belə izah edir. Hərçənd, O, insanın
yaradılışını bir an içində həll etməyə qadirdir. Lakin O, qullarına Öz
müdrikliyinin kamilliyini, Öz qüdrətinin hüdudsuzluğunu və Öz mərhəmətinin əzəmətini
izah etməyi üstün tutur.
Nəticədə,
döl öncədən müəyyən olunmuş müddət ərzində ana bətnində qalır. O, zahirə
atılmır və hamiləlik bitənə kimi saxlanılır. Sonra körpə dünyaya gəlir və o, qətiyyən
heç nəyi bacarmır və tamamilə köməksiz olur. Allahın iradəsi ilə ana uşağa
qayğı çəkməyə başlayır, onun döşlərində isə süd formalaşır ki, o körpənin
qidalanmasını təmin edir. Uşaq tədricən böyüyür və, nəhayət, həddi-buluğ yaşına
çatır. Bu yaşda o, möhkəm bədənə və sağlam mühakimə qabiliyyətinə sahib olur.
Bəzi
adamlara bu dövrədək maddi həyatdan ayrılmaq nəsib olur, bəziləri isə insanın bədəninin
artıq zəifləyib taqətdən düşdüyü ahıl
yaşınadək yaşamağa nail olur və bu zaman insan mənasız sözlər danışmağa
başlayır. Onun təfəkkürü zəifləməyə başlayır və tədricən yoxa çıxır və eyni şey
onun fiziki gücü ilə də baş verir.
İnsan
qocalıq illərinə qədər yaşayaraq, əvvəl bildiyi bütün şeyləri unudur və bunun səbəbi
də onun təfəkkürünün zəifləməsi olur. Bütün bunlar onu göstərir ki, insanın
gücü iki tərəfdən zəifliklə əhatə edilmişdir. İnsan körpəlik çağında olduğu
kimi, qocaldıqda da zəifləyir və qüsurlarla dolu olur. Fövqəluca belə buyurur: “Allah
sizi zəiflikdən yaradandır, gücsüzlükdən sonra O, sizə güc bəxş edir, sonra O,
gücü zəifliklə və ağ saçla əvəz edir. O, istədiyini xəlq edir, çünki O – Biləndir,
Fövqəlqüdrətlidir” (Rum, 30/54).
İkinci dəlil
– cansız torpağı diriltməsidir. Biz bu torpağı qupquru qurumuş və tozla
örtülmüş, üstündə nə bitkilərin, nə də yaşıllığın olmadığı halda görürük. Amma
yağış yağan kimi bitkilər peyda olur, torpağın hərəkətsiz kəsək yığınları bitki
gövdələrinin inkişafı nəticəsində qabarmağa başlayır. Sonradan bunlardan
çeşidli bitkilər şaxələnir ki, onlar öz gözəl görkəmləri ilə insanlara sevinc gətirir.
Bu iki dəlil Allahın aşağıdakı ayələrdə sadaladığı beş şeyi, təkzib edilməsi
mümkün olmadan, təsdiq edir:
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
ﭨ ﭩ ﭪ
ﭫ
(22. 6) “Bu
ona görə belədir ki, Allah – Haqdır, ölüləri dirildir və hər şeyə qadirdir”,
(22. 7) “çünki
şübhə edilməyən Saat mütləq gələcək və buna görə də Allah qəbirdə olanları
dirildəcək”.
İnsanın
yaradılması və qupquru torpağın canlandırılması ona dəlalət edir ki, birincisi,
Allah haqq Rəbdir. O – ibadətə yeganə layiq Olan Vahiddir. Ona ibadət etmək də
doğrudur, halbuki bütün qalanlarına ibadət edilməsi saxtadır və səhvdir.
İkincisi, Allah ölüləri diriltməyə qadirdir, çünki O, heç bir çətinlik çəkmədən
insanları ilk dəfə yaradır və ölü torpağı canlandırır. Üçüncüsü, O, bütün
varlıq üzərində hökmrandır və insanlar Onun qeyri-adi fövqəlqüdrətinin və əzəmətli
əməllərinin şahidləridir. Dördüncüsü, Qiyamət saatı mütləq gələcəkdir və heç
bir əsas yoxdur ki, onun başlanması inanılmaz hesab olunsun. Beşincisi,
dirildilmədən sonra Allah insanlara törətdikləri xeyirxah və bədxah əməllərinin
hər birinin əvəzini verəcəkdir.
ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
(22. 8)
“İnsanlar arasında elələri də var ki, nə elmi, nə düzgün təlimatı, nə də
ziyalandıran Kitabı olmadan Allah barədə mübahisə edirlər”.
Öncəki ayələrin
birində Allah xəbər verir ki, öz yolunu azmış nəsihətçilərini kor-koranə təqlid
edən nadanlar Allaha dair mübahisə edirlər. Bu ayədə isə söhbət insanları bidətə
çağıran üsyankar şeytanların bir-biri ilə mübahisəsindən gedir. Onlar haqqı
yalançılıqda ifşa etməyə cəhd göstərirlər və bundan ötrü Allahın elçiləri
(onlara Allahın salamı olsun!) və onların davamçıları ilə söz güləşdirməyə
girişirlər. Lakin onların nə dürüst bilikləri, nə də doğru təlimatları yoxdur.
Onlar sağlam təfəkkürə və ya doğru yol göstərməyi bacaran nəsihətçiyə istinad
edə bilmirlər. Onların haqqı onlara izah edən Kitabı heç yoxdur. Bu isə o deməkdir
ki, onların sözləri nə məntiqi dəlillərlə, nə də naslarla[2]
təsdiq olunmur.
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿﮀ
ﮁ ﮂ ﮃ
ﮄﮅ ﮆ ﮇ
ﮈ ﮉ ﮊ ﮋ
(22. 9) “O
başını təkəbbürlə çevirir ki, insanları Allahın yolundan azdırsın. Ona bu
dünyada rüsvayçılıq hazırlanmışdır, Qiyamət günü isə Biz ona qarsalayıcı Odun əzabını
daddıracağıq”.
Küfrə
başçılıq edənlər öz ehtimallarını ancaq şeytanın onlara təlqin etdiyi şübhəli dəlillərlə
əsaslandıra bilərlər və buna görə Fövqəluca buyurur: “Həqiqətən, şeytanlar
öz köməkçilərinə sizinlə mübahisə etməyi təlqin edirlər” (Ənam, 6/121). Buna
görə də onlar haqdan təkəbbürlə üzlərini çevirirlər və ətrafdakılara nifrətlə
baxırlar. Onlar əldə etdikləri biliyə, o fayda verməsə də, sevinirlər, haqq tərəfdarlarına
kin bəsləyir və onların düzgün baxışlarını rədd edirlər. Onlar insanları haqq
yoldan çıxarmağa cəhd göstərirlər və buna görə onlar azğınlıq təbliğatçıları
adlanmağa layiqdirlər. Bu, insanları küfrə və yanlışlığa çağıranların hamısına
aiddir.
Sonra
Fövqəluca Allah onları həm bu dünyada, həm də öldükdən sonra gözləyən cəzadan xəbər
verir. Hələ bu dünyada ikən belə insanlar rüsvay ediləcəklər və bu Allahın
qeyri-adi möcüzələrindən biridir. Kafirliyin və azğınlığın carçıları arasında
nifrətə, lənətə, kin-küdurətə layiq olmayan kimsələr yoxdur. Onlardan hər biri
həqiqətən də bu və ya digər dərəcədə belə münasibətə layiqdir. Qiyamət günü
başlayanda isə Allah onların öz əməlləri ilə layiq olduqları Cəhənnəm Alovunun
dəhşətli istisini belə insanlara daddıracaqdır.
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ ﮒ
ﮓ ﮔﮕ
(22. 10)
“Bu, əllərinin hazırladıqlarına görədir, axı Allah qulları ilə zalımcasına rəftar
etmir”.
İşarə əvəzliyi
“zəlikə” (“o”; “bu”) uzaqda yerləşən əşyaların nişan verilməsi üçün istifadə
edilir və Cəhənnəm cəzasının nə dərəcədə dəhşətəngiz və mənfur olduğunu vurğulayır.
Bunun səbəbi isə Cəhənnəmdə cəzalandırılanların kafirliyi və günahlarıdır.
Fövqəluca Allah günahsız qulları heç vaxt cəzalandırmır.
Bütün
deyilənlərdən aydın olur ki, iki öncəki ayələrdə təsvir olunmuş keyfiyyətlərə
malik olan kafirlərə belə deyiləcək: “Sənin payına düşən rüsvayçılıq və cəza, sənin
yalan danışmağa meyilliliyinin və təkəbbürlüyünün
nəticələridir. Allah ədalətlidir və O, heç vaxt zalımlıq etmir və məhz buna görə
heç vaxt möminlə kafiri, saleh insanla mürtədi bir sıraya qoymur. Əksinə,
onlardan hər biri təkcə öz əməllərinə görə əvəz alacaqdır”.
ﮖ ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬﮭ
ﮮ ﮯ ﮰ
ﮱ ﯓ
(22. 11)
“İnsanlardan eləsi də vardır ki, Allaha, tərəddüd içində ibadət edir. Ona
xeyirli olanda özünü yaxşı hiss edir, onu sınağa çəkdikdə isə, o, üzünü geriyə
çevirir. Bununla o, həm bu dünyasını, həm də Axirətini itirir. Bu isə
açıq-aşkar ziyana düşməkdir”.
İnsanlar
arasında elə kəmetiqadlar var ki, əsl iman onların ürəyinə girməmişdir. Onlar
onun gözəlliklərini hiss etmirlər, çünki onlar İslama ya insanlardan
qorxduqlarına görə, ya da öz atalarının ənənəsinə uyğun olaraq gəlmişlər və məhz
belə iman çətinliklərə və sınaqlara tab gətirmir.
Əgər belə
insanlar təmin olunmuş ailələrdə yaşayırlarsa, çoxsaylı nemətlərdən istifadə
edirlərsə və çətinlik çəkmirlərsə, onda onlar özlərini arxayın hiss edirlər. Bu
zaman onlar imana ehtiyac duymur, öz var-dövlətinə ümid bəsləyirlər. Əgər Allah
belə insanlara firavanlıq bəxş edir və onları sınaqlardan qoruyursa, onda
onlar haqq dindən dönmürlər. Onların qismətinə çətinliklər rast gəldikdə və
onlar umulan nemətlərdən məhrum olduqda, dinin ağuşundan çıxır və bununla özlərinin
həm dünya, həm də Axirət həyatına ziyan vururlar.
Belə
insanlar dindən əl çəkərək, öz dünyəvi həyatını gözəlləşdirməyə cəhd göstərirlər,
lakin onların göstərdiyi səylər özlərinə fayda vermir, çünki onlara ancaq öncədən
qədərlə müəyyən olunmuş qismət nəsib olur. Onların bu dünyada düşdükləri zərər
budur. Axirət həyatında uğrayacaqları zərərə gəldikdə isə, tamamilə aydındır
ki, belə insanlar eni göylərin və yerin səthinə bərabər olan Cənnətdən məhrum
ediləcəklər. Onların məskəni odlu Cəhənnəm olacaqdır ki, bu da ən açıq-aşkar
ziyana uğramaqdır!
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
(22. 12)
“O, Allahın əvəzinə, ona nə zərər, nə də fayda verməyənə dua edir. Bu, dərin
azğınlıqdır!
Belə
insanlar haqq dindən imtina edərək, onlara nə fayda verə, nə də zərər vura bilənlərə
sitayiş etməyə başlayırlar. Bu, Allahdan başqa bütün tanrıçalara[3]
aiddir, çünki onların hamısı, başqaları bir kənara qalsın, hətta özlərinə belə
zərər vurmağa və ya fayda verməyə qabil deyillər. Həqiqətən də, insan, xeyrə və
şərə sərəncam çəkən, zəngin olan və başqalarına var-dövlət əta edən Allaha ibadət
etməkdən imtina edən kimi böyük bir zəlalətə düçar olur. O, özü kimi bir məxluqa
ibadət etməyə başlayır. O, özünə elə bir ilah seçir ki, o, baş verənlər üzərində
heç bir hakimiyyətə sahib olmur. O, istədiyinə nail olmağa cəhd göstərir, lakin
əsl həqiqətdə hər şey əksinə baş verir və buna görə sonra Fövqəluca buyurur:
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩﯪ
ﯫ ﯬ ﯭ
ﯮ ﯯ
(22. 13)
“O, zərəri xeyrindən daha yaxın olana dua edir. Beləsi pis ağa və pis
yoldaşdır!”
Çoxallahlığın
insan təfəkkürünə və vücuduna və insanın bu dünyası və Axirətinə vurduğu zərər
bəllidir. Uydurulmuş ilah nə hami, nə də layiqli yoldaş ola bilməz, çünki
insan, ona fayda verəcəkləri və onu şərdən müdafiə edəcəkləri ümidi ilə özünə
himayədar axtarır və yoldaş seçir. Əgər onlar bunu edə bilməyəcəklərsə, onda
doğrudan da qınanmağa layiqdirlər.
ﯰﯱﯲﯳﯴﯵﯶﯷ ﯸ
ﯹ ﯺ ﯻﯼ
ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂ
(22. 14)
“Allaha iman gətirib xeyirxah işlər görənləri isə, Allah altından çaylar axan Cənnət
bağlarına daxil edəcək. Həqiqətən, Allah istədiyini
edir”.
Allah barədə
mübahisə edən insanların azğınlıq carçılarına və onları kor-koranə təqlid edənlərə
bölündüyünü xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, iman gətirənlər
adlandırılan insanlar da iki qrupa bölünürlər. Birinci qrupa, əsl imanın ürəklərinə
hələ daxil olmadığı insanlar aiddirlər və onlar haqqında yuxarıda söhbət
getmişdir. İkinci qrupa isə həqiqi iman gətirmiş şəxslər daxildirlər ki, onlar
öz imanlarını saleh əməllərlə təsdiq edirlər. Fövqəluca bildirir ki, məhz onlar
çaylar axan Cənnət bağlarına girəcəklər. Bu bağlar Cənnət adlanır, çünki
onlarda o qədər çoxlu yüksək imarətlər, saraylar, ağaclar və o qədər müxtəlif
bitkilər var ki, onlar tam mənası ilə oraların sakinlərini gizlədirlər.
Həqiqətən,
Allah istədiyi hər şeyi yerinə yetirir və heç nə Ona nəzərdə tutduğunu həyata
keçirməyə mane ola bilməz. Bu isə o deməkdir ki, möminləri Öz mərhəməti və Öz səxavəti
ilə Cənnət bağlarında yerləşdirməsinə heç nə maneə olmur.
ﰃ ﰄ ﰅ
ﰆ ﰇ ﰈ
ﰉ ﰊ ﰋ
ﰌ ﰍ ﰎ
ﰏ ﰐ ﰑ
ﰒ ﰓ ﰔ
ﰕ ﰖ ﰗ
ﰘ ﰙ
(22. 15)
“Kim ki, Allahın ona bu dünyada və Axirətdə kömək etməyəcəyini zənn edirsə,
onda qoy göyə bir ip uzatsın, sonra isə onu kəsib görsün ki, bu onun qəzəbinə səbəb
olanı aradan qaldıracaqmı?”
Kim
fikirləşir ki, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kömək etməyəcək
və Allahın dini izsiz-tozsuz itəcək, qoy bilsin ki, Allahın yardımı göylərdən
nazil olur. Qoy onda o, göyə bir kəndir bağlasın və Allahın köməyinin nazil
edildiyi yolları bağlasın. Bax onda aydın olar ki, o, Elçiyə (s.ə.s.) necə mane
ola bilər, onun (s.ə.s.) dininə necə müqavimət göstərə bilər və o, ona son
qoymaq üçün nə edə bilər. Amma o, onu qəzəbləndirən dinin qələbə çalmasına mane
ola bilərmi? Şübhəsiz ki, bu, cavab alınması üçün verilmiş sual deyil. Onsuz
da, həmin şəxsin çəkdiyi səylər ona rahatlıq gətirməyəcəkdir.
Bu kəramətli
ayənin mənası belədir:
Ey Muhəmməd
Peyğəmbərlə (s.ə.s.) düşmənçilik edən və onun (s.ə.s.) dininin nurunu söndürməyə
cəhd göstərən və özünün cahilliyi üzündən cəhdlərinin istədiyinə nail olacağına
kömək göstərəcəyini güman edən günahkar! Yadında saxla ki, Elçiyə (s.ə.s.)
qarşı hazırladığın fitnəkarlıqlar sənə təskinlik verməyəcək və səni qəm-qüssədən
xilas etməyəcək, çünki sən dinə mane olmağa qadir deyilsən. Lakin Biz sənə necə
rahatlıq əldə etməyi və Elçini (s.ə.s.) Allahın yardımından necə məhrum etməyi,
əgər bu ümumiyyətlə, mümkündürsə, deyə bilərik. İşin lazımi tərəfindən yapış və
səni arzuladığın məqsədinə çatdıra biləcək yollardan istifadə et. Kəndir və ya
möhkəm buraz götürüb, onu göydən as və sonra da onunla dırmaşaraq özünü
Allahın köməyinin nazil olduğu darvazalara yetir. Bu darvazaları bağla və
Allahın köməyinin nazil olduğu yolların qarşısını kəs və təkcə onda sən təsəlli
tapıb rahatlanarsan. Sən öz məsələni ancaq bu yolla həll edə bilərsən. Bir də,
ümid bəslədiyin yerdə qalan bütün digər fitnəkarlıqlara, sən, əgər hətta
dünyanın bütün insanları sənin tərəfinə keçsələr də, onların sənə gətirəcəyi rahatlıq
haqqında heç fikirləşmə də!
Bu mübarək
ayə, Allahın Öz dininə və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və
Özünün mömin qullarına kömək göstərəcəyi vədi haqqında müjdədən ibarətdir və bu
kömək şübhəsizdir və əhəmiyyətli dərəcədə təsirli olacaqdır. Onun nurunu öz boşboğazlıqları
ilə söndürməyə cəhd edən kafirlərə gəldikdə isə, onlara uğur qazanmaq nəsib
olmayacaqdır, çünki O, Öz nurunu, bu hətta kafirlərdə nifrət oyatsa da və hətta
onlar buna görə əllərindən gələn hər şeyi etsələr də, qoruyacaqdır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ
(22. 16)
“Beləliklə, Biz onu aydın ayələr formasında nazil etdik. Allah istədiyi şəxsə
düz yol göstərir”.
Biz
Qurana çoxsaylı üstünlüklər verdik ki, onlardan biri də onun olduqca aydın ayələrinin
insana fayda gətirə bilən hər şeyə şahidlik etməsidir. Lakin insanı təkcə Allah
doğru yola yönəldə bilər və əgər Allah qulunu düz yolla aparmaq istəyərsə, onda
o, Quranın nəsihətlərini rəhbər tuta, onun hökmlərini yerinə yetirə və öz
yolunu onun nuru ilə işıqlandıra bilər. Əgər Allah insanı düz yola gətirmək istəməzsə,
onda hətta ona hər cür möcüzələr göstərilsə də belə, o iman gətirməz. Belə
olduqda, hətta Quran ayələri də ona heç bir fayda verməz. Əksinə,
onlar onun əleyhinə qəti dəlillərə çevrilər.
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ ﭨ
ﭩ ﭪﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇﮈ
ﮉ ﮊ ﮋ
ﮌﮍ ﮎ ﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
(22. 17)
“Şübhə yox ki, Qiyamət günü Allah möminlər, yəhudiliyə, səbailiyə,
xristianlığa, atəşpərəstliyə etiqad edənlər və müşriklər arasında Öz hökmünü
çıxaracaqdır. Həqiqətən, Allah hər şeyin şahididir”.
(22. 18)
“Məgər sən görmürsən ki, göylərdə və yerdə olanlar, günəş, ay, ulduzlar,
dağlar, ağaclar, heyvanlar və bir çox insanlar Allahın qarşısında səcdəyə qapanırlar.
Onların çoxu əzaba layiqdirlər. Allahın alçaltdığı şəxsə heç kim üz göstərməz.
Həqiqətən, Allah istədiyi kimi davranır”.
Fövqəluca
bu ayələrdə yer üzündə mövcud olan müxtəlif dinlər haqqında xəbər verir.
Onların bəzilərinin tərəfdarları Kitab əhlidir ki, aralarında möminlər, yəhudilər,
xristianlar və səbailər vardır. Digərləri atəşpərəstlərdir, üçüncülər isə bütpərəstlərə[4]
aiddirlər. Lakin Qiyamət günü Allah onların hamısını bir yerə toplayacaq və
onda onlara dair ədalətli hökm çıxaracaq və hər birinə, qeydə alınıb
saxlanılan, törədilmiş əməllərinə görə əvəzini verəcək. Bundan başqa, Allah Özü
də həmin əməllərin şahididir.
Sonra
Allah möminlər və kafirlər arasında gedən mübahisənin necə həll olunacağını
daha da təfərrüatı ilə təsvir edir və buyurur:
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ
ﯔ ﯕ ﯖ
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧ ﯨ
ﯩ ﯪ
(22. 19)
“Budur, öz Rəbbinin barəsində mübahisə edən iki iddiaçı dəstə. İman gətirməyənlər
üçün Oddan libas biçiləcək, başlarına isə qaynar su töküləcək”.
(22. 20)
“Ondan onların iç-içalatı və dəriləri əriyəcək”.
(22. 21)
“Onlardan ötrü dəmir toppuzlar hazırlanmışdır”.
(22. 22)
“Hər dəfə onlar oradan çıxmaq və kədərdən xilas olmaq istəyəndə, onları geriyə
qaytaracaqlar. Onlara: “Dadın yandırıcı Odun əzabını!” – deyiləcək”.
Hər iki tərəf
hesab edirdilər ki, məhz onlar haqqa sadiqdirlər. Lakin son nəticədə,
aralarında yəhudilər, xristianlar, atəşpərəstlər, səbailər və bütpərəstlər
olan kafirlər üçün qatrandan libas biçiləcək ki, o, dəhşətli alov saçsın və cəza
onları hər tərəfdən əhatə edə bilsin. Yuxarıdan isə onların başına qaynar su
töküləcək və o, o dərəcədə qızmar və yaramaz olacaqdır ki, Cəhənnəm əzabkeşlərinin
əti, piyləri və bağırsaqları əriyəcəkdir. Kobud və sərt mələklər onları nəhəng
toppuzlarla döyəcəklər və bu dəhşətli cəza bir anlığa belə kəslməyəcəkdir.
Günahkarlara aman verilməyəcəkdir və qınaq məqsədi ilə onlara belə deyiləcəkdir:
“Dadın bədənlərinizi və canınızı yandıracaq cəzanı!”
ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶﯷﯸﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾﯿ ﰀﰁﰂ
(22. 23)
“İman gətirənləri və xeyirxah əməllər işləyənləri Allah içində çaylar axan Cənnət
bağına daxil edəcəkdir. Orada onlar qızıl bilərziklər və mirvarilərlə bəzənəcəklər,
libasları isə ipəkdən olacaqdır”.
Heç şübhə
yoxdur ki, bu ayədə xatırlanan məziyyətləri təkcə müsəlmanlara aid etmək olar,
çünki onlar bütün Səmavi Kitablara və Allahın bütün elçilərinə (onlara salam
olsun!) iman gətirmişlər. Onlar kişilərin də, qadınların da qızıl qolbaqlar taxacaqları
və ipək geyəcəkləri Cənnətə düşəcəklər. Onların məmnunluğu füsunkar təamlarla
mükafatlandırılacaq ki, bunlarsız Cənnətə cənnət deyilməzdi.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ
(22. 24)
“Onlara xeyirli sözlər öyrədilmiş və Həmdolunanın yoluna yönəldilmişlər”.
Cənnət
sakinlərinin yaşadığı ərazinin ətrafında su, süd, bal və şərab çayları
axacaqdır. Onların əynində müxtəlif geyimlər və qiymətli bəzək əşyaları
olacaqdır və bütün bunlar onların öyrədildiyi xeyirli sözlərin nəticəsi kimi təzahür
edəcəkdir ki, bunlardan ən yaxşısı xalis iman göstəricisidir. Onlara aid
olanlar həmçinin yerdə qalan bütün digər xeyirxah sözlərdir ki, Allahdan və ya
Allahın qullarına göstərilən yaxşılıqlardan bəhs edir.
Həmdolunanın
yoluna gəldikdə isə, birinci rəyə görə, düz yol təriflənən yol
adlandırılmışdır, çünki Allahın istisnasız bütün qanunları hikmətlə doludur və
tərifə layiqdir. Onlar insanları gözəl əməllər işləməyə çağırır və insanları
pis əməllərindən çəkindirir. Allahın dini elədir ki, onda nə artıq bir şey var,
nə nəzərdən qaçırılmış məqamlar vardır və o, faydalı bilikləri və xeyirxah əməlləri
özündə birləşdirir.
Digər bir
şərhə görə isə, Həmdəlayiq Allahın yolu nəzərdə tutulur. Fövqəluca olduqca
tez-tez düz yolu Özününkü adlandırır, çünki məhz bu yol qullarını Ona
yaxınlaşdırır. Bu halda Allah Özünü Həmdəlayiq adlandırmışdır ki, möminlərin
Onun mərhəməti sayəsində düz yola gəldiyini xüsusilə nəzərə çatdırsın. Məhz
buna görə, möminlər Cənnətə düşdükdən sonra, belə deyəcəklər: “...Buranı bizə
nəsib edən Allaha həmd olsun! Allah bizə hidayət verməsəydi, biz düz yolla getməzdik...”
(Əraf, 7/43).
Bunu
buyurduqdan sonra, Fövqəluca həmçinin bildirir ki, bütün məxluqlar Onun
qarşısında səcdəyə qapanırlar. Bu, göylərin və yerin məskunlarına aiddir. Günəş
və ay, ulduzlar və dağlar, ağaclar və heyvanlar və həmçinin mömin insanlar
Allahın qarşısında səcdə qılırlar. Lakin insanların ən çoxu cəzaya layiq görüləcəklər
və bunun səbəbi onların kafirliyi olacaqdır. Belə insanları düz yola yönəltmək
mümkün deyil, çünki Allahın Özü onları alçaltmışdır. Əgər O, kimisə alçaldırsa,
onda bundan sonra belə bir adamı heç kim dirçəldə bilməz. Əgər O, hər hansı bir
şeyi diləyərsə, heç kim bunun yerinə yetirilməsinə mane ola bilməz. Bütün məxluqların
Onun qarşısında səcdə etməsinə gəldikdə isə, Onun hüzurunda qüdrətinə baş əymələri
və Onun əzəməti ilə müti olmaları, təkcə Onun Rəbb və Həmdəlayiq Hökmdar
olmasına dəlalət edir. Kim ki, digər “ilahlara” ibadət etməyə başlayır, dərin
azğınlığa düşür və özünü ən böyük zərərə məhkum edir.
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴ ﭵ
(22. 25)
“Həqiqətən, iman gətirməyib, başqalarını da Allahın yolundan çıxaranlara,
onları, Bizim, orada yaşamasından və ya köçəri olmasından asılı olmayaraq,
bütün insanlar üçün tikdiyimiz Məscidülharama buraxmayanlara və həmçinin zalımlığına
görə orada haqdan yayınmaq istəyənlərə Biz şiddətli əzabı
daddıracağıq”.
Fövqəluca
bu ayədə öz Rəbbinə iman gətirməyən bütpərəstlərin yaramaz əməllərindən bəhs
edir. Onlar nəinki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) iman gətirməkdən imtina edir, həm də insanları Onun yolundan
azdırırlar. Onlar insanların haqq dinə etiqad etməsinə mane olur və onları Məscidülharama
buraxmırlar, halbuki o, nə onların, nə də onların atalarının mülkiyyəti
deyildir. Əksinə, o, onun yaxınlığında yaşayan və ya oraya uzaqdan gələnlərin
hamısı üçün açılmışdır. Lakin müşriklər ən yaxşı insanı – Muhəmməd Peyğəmbəri
(ona Allahın salavatı və salamı olsun!) və səhabələrini ora buraxmamağa cürət
etmişdilər. Bu məscid ona ən böyük ehtiram bəslənilməsinə layiqdir, çünki ona
qarşı zalımlıq edən hər bir kəs özünü şiddətli əzaba məhkum edir.
İnsan bu
müqəddəs torpaqda olduğu zaman ədalətsiz rəftar etmək niyyətində olursa, onda
o, məhz bu niyyətinə görə artıq cəzaya layiq görülür, amma hər hansı digər bir
yerdə isə insan təkcə törətdiyi zalımlığa görə cəzaya məruz qalır. Bəs onda bu
müqəddəs torpaqda kafirlik edənlər, uydurulmuş “ilahlara” ibadət edənlər,
insanları Allahın yolundan azdıranlar və məscidi ziyarət etmək istəyən zəvvarlara
maneçilik edənlər barəsində nə demək olar? Siz necə düşünürsünüz, Allah belə
fasiqlərin başına nə oyun gətirər?!
Bu şərəfli
ayədə Məkkə torpağına ehtiramla yanaşmağın zəruriyyəti öz əksini tapmışdır və o
torpaqda cinayət törətmək niyyətində olanlara və ya cinayəti törədənlərə xəbərdarlıq
vardır.
ﭶ ﭷ ﭸ
ﭹ ﭺ ﭻ
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ
(22. 26)
“Budur Biz İbrahimə Evin yerini göstərdik: “Heç nəyi Mənə şərik qoşma və Mənim
Evimi onun ətrafında dövrə vuranlar, namaz qılanlar, ibadət edənlər, səcdəyə
qapılanlar üçün təmizlə”.
Fövqəluca ayədə Kəəbənin
şan-şöhrəti və əzəmətindən, həm də Mərhəmətli Allahın sevimli dostu və bu məbədi
tikən İbrahim peyğəmbərin (ə) böyüklüyündən söhbət açır. Allah onu (ə) bu təşəbbüsü
etməyə hazırlamış, onu (ə) müvafiq yerə yönəltmiş, orada onun (ə) nəsllərinin
bir hissəsini məskunlaşdırmış, sonra isə ona (ə) tikintiyə başlamağı əmr
etmişdir. İbrahim (ə) Allaha itaətkarlığı və təqvalılığı əsasında Kəəbəni inşa
etmişdir. Bu işdə ona (ə) oğlu İsmayıl (ə) kömək etmişdir.
Allah həmçinin
ona (ə) buyurmuşdu ki, Ondan başqa heç kimə ibadət etməsin və təkcə Ona ixlasla
qulluq etsin. Bu isə o deməkdir ki, ona (ə) məbədi ancaq ixlasla Allah xatirinə
tikmək əmr olunmuşdu. O, həm də ona (ə) məbədi müşriklikdən və itaətsizlikdən,
habelə çirkdən və nəcasətdən təmizləməyi buyurmuşdu. Allah Kəəbəni, onun şöhrətini
və böyüklüyünü xüsusilə qeyd edərək, Öz Evi adlandırır ki, ona göstərilən
ehtiram və qayğı insanların ürəyini tərk etməsin, onların qəlbi daim dünyanın hər
guşəsindən ona doğru can atsın. Bütün bunlar onu (ə) Kəəbəni – onun ətrafında
dolanan[5],
onda Ona ibadət etmək üçün tənhalığa çəkilən[6],
onda Onu zikr edən, Müqəddəs Kitabı oxuyan, saleh bilikləri mənimsəyən, onları
başqalarına öyrədən və ya onu Ona yaxınlaşdıran əməllər həyata keçirən insanlar
üçün təyin edən Rəbbin məbədini səylə təmizləməyə və ucaltmağa sövq edirdi.
Bu
insanların arasında ləyaqət möminlər – namaz qılanlar vardır ki, onlar öz
Hamisinə itaət etməyi, müqəddəs məbədin yanında Ona qulluq göstərməyi və Ona
yaxınlaşmağı sevirlər. Belə insanlar böyük haqqa malikdirlər və şərəflə qəbul
edilmələrinə layiqdirlər. Buna görə Allahın Evi xoşagəlməz hər şeydən təmizlənməlidir.
Bu, həmçinin hündürdən danışmağa və namaz qılanların və ya Kəəbənin ətrafını təvaf
edənlərin diqqətini yayındıran faydasız
söhbətlər aparmağa da aiddir.
Bu ayədə
Kəəbənin təvafı məsciddə etikafa girməkdən və namaz qılmaqdan öncə xatırlanır,
çünki ətrafında təvaf edilməsi bu məscidin özəlliyidir, məsciddə etikafa girmək
isə ümumiyyətlə, bütün məscidlərə məxsus olan xüsusiyyətlərdəndir.
ﮇ ﮈ
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ ﮕ
(22. 27)
“İnsanların içində həcci bəyan et. Onlar sənin yanına ən uzaq yollardan da
piyada və qıvraq dəvələrlə gələcəklər”.
İnsanlara
zəvvarlıq ayinlərini öyrət və onları onu icra etməyə çağır. İnsanın harada
yaşamasından asılı olmayaraq, sən onu xəbərdar etməlisən ki, Allahın Evini
ziyarət etmək vacib və tərifəlayiq bir əməldir. Sən onları xəbərdar etdikdən
sonra, onlar böyük və kiçik ziyarətə getməyə başlayacaqlar. Onlardan bəziləri
bunu o qədər şiddətlə arzu edəcəklər ki, ziyarətə piyada yola düşəcəklər. Digərləri
isə, qıvraq dəvələrlə yola çıxaraq, səhraları və çölləri aşıb keçəcəklər ki,
yer üzündə ən şərəfli torpağa gəlib çata bilsinlər. Onlar hətta ən uzaq ölkələrdən
də gələcəklər.
Allahın
sevimlisi İbrahim (ə) Rəbbinin hökmünü yerinə yetirdi və eyni şeyi onun (ə) nəslindən
olan Muhəmməd Peyğəmbər (s.ə.s.) də həyata keçirdi. Onlar insanları Allahın
Evini ziyarət etməyə çağırdılar və bunu ən mükəmməl tərzdə etdilər və elə onda
da Allahın vədi yerinə yetdi: insanlar yer kürəsinin hər tərəfindən ya piyada,
ya da minik heyvanlarından istifadə etməklə ziyarətə başladılar.
Sonra
Allah Toxunulmaz məscidi ziyarət etmənin gətirdiyi faydasını xatırladır ki,
insanlarda tezliklə oraya getmək arzusu oyatsın. Allah buyurur:
ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
ﮡ ﮢ ﮣ
ﮤﮥ ﮦ ﮧ
ﮨ ﮩ ﮪ ﮫ
(22. 28)
“Qoy onlar onlara fayda gətirən şeyə şahid olsunlar və Allahın onlara nəsib
etdiyi heyvan üzərində müəyyən edilmiş günlərdə Allahın adını çəksinlər. Ondan
yeyin və bədbəxt kasıbı da yedirdin!”
Allahın
Evinin yaxınlığında onlar, yer kürəsinin heç bir guşəsində icra edilməyən, şərəfli
ibadət ayinlərini yerinə yetirə bilərlər və bununla onlar öz dininə fayda gətirərlər
və bununla yanaşı dünyəvi nemətlər də qazana bilərlər. Əslində də hər şey elə
belə də olur və insanlar bu barədə çox gözəl bilirlər.
Onlar həmçinin
qurban verə bilərlər ki, bu da onların həm bu dünyəvi, həm də mənəvi həyatında
fayda verir. Onlar qurbanlıq heyvanları kəsəndə Allahın adını çəkir və bununla
Onun onlara bəxş etdiyi lütfkarlığına və verdiyi imkanlara görə şükür edib,
minnətdarlıqlarını bildirərlər. Qurban kəsldikdən sonra isə, onlar qurbanlıq ətindən
yeyəcək və ehtiyacı olanlara da ondan paylayacaqlar.
ﮬ ﮭ ﮮ
ﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ
(22. 29)
“Sonra qoy onlar ayinlərini tamamlasınlar, nəzirlərini yerinə yetirsinlər və qədim
Evin ətrafını təvaf etsinlər”.
Bütün
qalan ayinlər tamamlandıqdan sonra onlar ehram vəziyyətində olduqları müddətdə
üst-başlarına qonan kirdən təmizlənir və nəzirlərini verirlər. Bu ifadə altında
həcci və ya ümrəni yerinə yetirmək və qurban kəsmək nəzərdə tutulur. Sonra isə
onlar Kəəbənin – qədim Evin və yer üzündə bütün məscidlərdən ən yaxşısının ətrafını
təvaf edirlər. Ərəb sözü olan “ətiq” (“qədim”, “azad edilmiş”) həm də onu
bildirir ki, Kəəbə heç vaxt zülmkar hökmdarların əlində qalmayacaqdır.
Bu ayədə
Kəəbənin ətrafında ümumiyyətlə, təvaf etmək və həcc ziyarəti qurtaranda isə
onun ətrafında xüsusilə dövrə vurmaq hökmü öz əksini tapmışdır. Bu, Kəəbənin ətrafına
dolanmağın mühümlüyünü və əzəmətini vurğulayaraq göstərir ki, məhz bu ayin
ziyarət mərasiminin əsas tərkibi və bundan öncəki bütün ayinlər isə ona
hazırlıqdan ibarətmiş. Ola bilsin, bu ayənin mənası ona dəlalət edir ki, Kəəbənin
ətrafının təvaf edilməsi ayinini, həcc ziyarətinin digər ayinlərindən asılı
olmayaraq, istənilən vaxtda yerinə yetirmək olar. Bunun ən yaxşısını bilən
Allahdır.
ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟﯠ ﯡ ﯢ
ﯣ ﯤ ﯥ
ﯦ ﯧﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ ﯯ ﯰ
(22. 30)
“Bax belə! Kim Allahın müqəddəs etdiyi yerlərə ehtiram göstərərsə, o, öz Rəbbi
qarşısında özünün xeyrinə davranmış olar. Sizə, haqqında xəbəri oxunanlardan
başqa, bütün heyvanlar halal edilmişdir. Bütlərin rəzalətindən uzaq olun və
yalan sözlərdən çəkinin!”
Allah Öz
qanunlarını sizə belə izah edir. Onlar sizə Allahın ziyarətgahlarına ehtiram
göstərməyi və onları şərəfləndirməyi öyrədir, çünki Allah Özünün müqəddəsləşdirdiyi
yerlərə hörmət bəsləyən insanları sevir. Bu, insanları Rəbbinə yaxınlaşdırır və
əgər insan Allahın ziyarətgahlarına hörmət bəsləyərək, onları ucaldırsa, onda
O, onu bol mükafatla təltif edir və bu ona nəinki bu dünyada, həm də Axirətdə
Allah qarşısında fayda verir.
Allahın
müqəddəs sayılmasını əmr etdiyi şeylər Allahın ehtiram göstərilməsi və hörmət
edilməsi ilə əlaqədar hökm verdiyi şeylərdir. Bunlara aid olanlar: ibadət ayinləri
və bir çox başqa şeylərdir, məsələn, həcc ziyarəti mərasiminin bütün ayinləri,
Məkkə torpağı, ehram vəziyyəti, qurbanlıq heyvanlar, Allahın hökmü ilə müəyyən
edilmiş ibadət ayinləri və s. Allahın müqəddəsləşdirdiyi şeyləri şərəfləndirməkdən
və ucaltmaqdan ötrü insan onları ürəkdən sevməlidir. O, onlara, Allahın quluna
layiq olan tərzdə yanaşmalı, etinasızlıq, yorğunluq və ya tənbəllik göstərməməlidir.
Sonra
Allah insanlara Özünün mərhəməti və xeyirxahlığını xatırladır. O (Pak və Müqəddəs
Olan), heyvanları – dəvələri, inəkləri və qoyunları Öz qulları üçün halal etmiş
və qurbanı zəvvarlıq mərasiminin ayinlərindən biri etmişdir ki, onun vasitəsilə
insan Ona yaxınlaşa bilər. Beləliklə, Allah bu lütfkarlığının əhəmiyyətini iki
baxımdan qeyd etmişdir.
Lakin
heyvanların müəyyən bir hissəsi, Quranda yad edilən qadağa əsasında insanlara
haram edilmişdir. Fövqəluca buyurur: “Sizə ölü cəmdək, qan, donuz əti və
Allahın adı çəkilmədən kəsilən (və ya Allah xatirinə kəslməyən) və ya boğub
öldürülən və yaxud döyülüb öldürülən, ya da hündürlükdən düşüb canı çıxan, ya
da ki, buynuzlanan və ya yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş (əgər
onu kəsməyə imkan tapmasanız) və bütpərəst qurbangahlarında (və ya bütlər
üçün) kəsilmiş heyvanlar haram edilmişdir” (Maidə, 5/3).
Allah
bunları Öz mərhəməti sayəsində insanlara qadağan etmişdir ki, onları təmizləsin
və müşriklikdən və qeyri-saleh sözlərdən qorusun. Məhz buna görə, daha sonra
Allah insanlara əmr edir ki, müşriklərin Allah ilə bərabər tutduqları və bunun
sayəsində ən çirkin şərə daldıqları bütlərin rəzalətindən çəkinsinlər.
Bu ayənin
lüğət tərkibinin təhlilində aydın olur ki, burada söhbət təkcə bütlərin və
müşrikliyin rəzalətindən getmir. Quranın bir çox şərhçiləri qeyd ediblər ki, bu
ayədə bütün yaramaz və haram əməllərdən bütövlükdə və müşriklikdən isə xüsusilə
və həmçinin hər birini yalan adlandırmaq olan günah danışıqlardan çəkinmək
hökmü öz əksini tapmışdır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧ
(22. 31)
“Həniflər olaraq qalın və Ona şərik qoşmayın! Kim Allaha şərik qoşsa, o sanki
göydən düşər və quşlar onu tutar və ya külək onu uzaq bir yerə atar”.
Allah Öz
qullarına hökm edir ki, Rəbbə sadiq olsunlar, Ona doğru can atsınlar və saxta
ilahlara ibadət etməkdən əl çəksinlər. Yalançı “ilahlara” ibadət edən hər kəs
isə sanki göydən düşmüşdür. Ya quşlar onu havada tutar, ya da külək onu çox
uzaq bir yerə aparar. Müşriklərin nəsibi belə olar. Həqiqi iman isə yüksək və
mühafizə olunan səmalara bənzər. Haqq dindən imtina – səmalardan düşməyə bənzər,
çünki kafir özü özünü çətinliyə və bədbəxtliyə məhkum edir. Göydən yerə bir şey
düşən kimi, quşlar onu dimdiklərinə alır və parçalayırlar. Eyni tale müşriklərə
də düçar olur, onlar haqq dindən yapışmaq istəmirlər və şeytanların əlinə
düşürlər. Şeytanlar onları hər tərəfdən yaxalayıb tikə-tikə parçalayır, onları
nəinki dindən, hətta bu dünyada uğur qazanmaqdan da məhrum edirlər. Elə də
ola bilər ki, güclü külək göydən düşən adamı yenidən göyün yüksəkliklərinə
qaldırsın və onun orqanları tamam parça-parça olduqdan sonra çox uzaq bir guşədə
yerə düşər.
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ
(22. 32)
“Budur! Kim Allahın nişanələrinə ehtiramla yanaşarsa, bu ancaq ürəyindəki təqvadandır”.
Əvvəlki
ayələrdə xatırlanan hökmlər Allahın nişanələrinə aiddir. Ərəb sözü olan “şaira”
(“ayin”, burada “işarə”) dinə məxsus bütün şeylərə, yerlərə və ayinlərə aid
edilir. Allahın nişanələrinə həcc ziyarətinin bütün müqəddəs yerləri daxildir,
çünki Fövqəluca buyurmuşdur: “Həqiqətən, əs-Səfa və əl-Mərvə Allahın ayinlərinin
nişanələrindəndir...” (Bəqərə, 2/158). Onlara həmçinin qurbanlıq heyvanlar
da aiddir. Biz əvvəlcə demişdik ki, Allahın ayinlərinə ehtiram göstərmək üçün,
qul onlara hörmətlə yanaşmalı və əlindən gələn hər şeyi etməlidir ki, onları ən
mükəmməl tərzdə icra edə bilsin. Qurbanlığı kəsərkən, müsəlman bu ayini hörmətlə
yerinə yetirməli, kök heyvanları qurban kəsməli və onlara əziyyət verməməlidir.
Ancaq belə olduqda qurbanın kəslməsi hərtərəfli kamil olacaqdır. İnsan Allahın
təyin etdiyi ayinlərə qəlbində kök salmış möminliyi və təqvalılığı sayəsində
hörmət bəsləyir. Allahın ayinlərinə ehtiramla yanaşma insanın mömin, təqvalı və
doğru iman sahibi olmasına dəlalət edir, çünki Rəbbin hökmlərinə hörmətlə
yanaşma, Onun Özünə ehtiram göstərilməsindən qaynaqlanır.
ﭲ ﭳ
ﭴ ﭵ ﭶ
ﭷ ﭸ ﭹ
ﭺ ﭻ ﭼ ﭽ
(22. 33)
“Onlar sizə müəyyən vaxtadək fayda verərlər, onların kəslmə yeri isə qədim Evin
yanındadır”.
Qurbanlıq
dəvələrin və digər heyvanların sahibləri onlardan minik kimi istifadə edə,
onları sağa və heyvanlara əziyyət verməmək şərti ilə onları başqa məqsədlər
üçün istifadə edə bilərlər. Bu müəyyən vaxtadək, yəni qurbanlıq heyvanlar kəsilənədək
davam edə bilər. Heyvanları kəsilmə yerinə sürüb gətirdikdən sonra, onlar
qurban kəsilməli, sonra onların ətindən yeyilməli, hədiyyə edilməli və nəsibsiz
kasıblara paylamaq üçün istifadə edilməlidir. Qurbanların kəsildiyi yer qədim məbəd
olan Mina vahəsi və müqəddəs Məkkənin digər yerləridir.
ﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
ﮄ ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐﮑ
ﮒ ﮓ ﮔ
(22. 34)
“Biz hər ümmətə qurbangah təyin etdik ki, Allahın onlara ruzi kimi bəxş etdiyi
heyvanları orada kəsərkən Allahın adını çəksinlər.
Sizin Allahınız – Vahid Allahdır. Ona təslim olun. Sən isə itaətkarları müjdələ!”
Allah
keçmişdə hər bir dini icma üçün qurban mərasimi təyin etmişdir. Ey Allahın
qulları! Xeyirxahlıq etməyə tələsin ki, qoy Rəbbiniz sizlərdən kiminizin
yaxşılıq etməkdə başqalarını ötüb keçdiyini görsün. Həqiqətən, Allah qurban
vermənizi ona görə müəyyən etmişdir ki, insanlar öz Rəbbini yad edib xatırlasınlar
və Ona nazil etdiyi nemətlərə görə şükür etsinlər. Allah ayədə bunu
xatırlatdıqdan sonra bildirir ki, təkcə Vahid Rəbb olan Allah vardır. Müxtəlif
dini icmaların şəriətləri bir-birindən fərqlənə bilər, lakin onların hamısı bir
yeganə əsasa istinad edir. Bu əsas tövhid – tək olan Allaha ibadət və bütpərəstlikdən
imtina etməkdir. Məhz buna görə, sonra Allah əmr edir ki, başqasına deyil,
ancaq Ona itaət edib, tabe olsunlar. İslam - əmin-amanlıq və səadət məskəninə
aparan yoldur. Qoy öz Rəbbinin hökmlərini itaətkarlıqla yerinə yetirən və Onun
qullarına təkəbbürlə yanaşmayan müti qullar sevinsinlər ki, onlara həm bu
dünyada, həm də öldükdən sonra xoşbəxt həyat hazırlanmışdır.
Daha
sonra, Fövqəluca Allah həmin müti insanların məziyyətlərini sadalayır və belə buyurur:
ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ
(22. 35)
“Onların ürəkləri Allahın adı çəkiləndə titrəyər, onlar qismətlərinə düşənə səbirlə
dözər, namaz qılar və Bizim əta etdiyimiz ruzidən sərf edərlər”.
Allahın
adı çəkiləndə onların ürəkləri qorxudan və ehtiramdan vəcdə gəlib titrəyir.
Onlar ancaq Allahın qarşısında qorxu hissi keçirirlər və bu onları günahlardan
və hər cür haramlardan çəkinməyə məcbur edir. Onlara çətinlik və bədbəxtlik üz
verəndə isə, onlar narazılıq etmir və hiddətlənmirlər. Əksinə, dözümlülük və səbirlilik
göstərir və bununla öz Rəbbinin razılığına nail olmağa can atır və Onun
mükafatına ümid bağlayırlar. Bununla yanaşı onlar namazlarını qüsursuz qılır və
bu ibadət ayininin fərz və könüllü hökmlərini ürəklə və canları ilə yerinə
yetirirlər. Onlar fərz sədəqələr paylayır, yəni, zəkatlarını ödəyir,
günahlarının yüngülləşdirilməsi üçün ianələr verir, öz ailə üzvləri, xidmətçiləri
və qohumlarına qayğı göstərirlər. Lakin bundan başqa, onlar könüllü sədəqələr də
paylayır və digər məcburi sayılmayan yaxşılıqlar edirlər.
Fövqəluca
müsəlmanları öz malından sədəqə kimi, onun ancaq kiçik bir hissəsini paylamağa
çağırır. Bununla O (Pak və Müqəddəs Olan), Allahın hökmlərinin sadəliyini və
yüngüllüyünü göstərir və insanları bu hökmləri yerinə yetirməyə ruhlandırır.
İnsan müstəqil olaraq özünü təmin etməyə qadir deyil, lakin Allah insanların həyatını
asanlaşdırır və onlara ruzi nazil edir. Ey Allahın mərhəməti ilə iltifatını
göstərdiyi qul! Allahın sənə qismət etdiklərindən sədəqə ver və O (Pak və Müqəddəs
Olan), sənə mütləq yenə də əta edəcəkdir və sənin var-dövlətini Öz mərhəməti ilə
daha da çoxaldacaqdır.
ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭﮮ ﮯ ﮰ
ﮱ ﯓ ﯔﯕ
ﯖ ﯗ ﯘ
ﯙ ﯚ ﯛ
ﯜ ﯝﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤ
(22. 36)
“Qurbanlıq dəvələrini Biz sizin üçün Allahın ayinlərinin rəmzi etdik. Onlar sizə
fayda verirlər. Onlar cərgə ilə dayananda Allahın adını çəkin. Onlar böyür üstə
yıxılanda isə, onlardan yeyin, azla qane olanları və istəməyə məcbur qalan fağırları
da yedirin. Beləcə, Biz onları (dəvələri) sizə tabe etdik ki, bəlkə
naşükür olmayasınız”.
Bu ayə
ona dəlalət edir ki, dinə aidiyyəti olan istənilən bütün əşyalar, yerlər və
ayinlər Allahın rəmzləri hesab edilir. Biz öncə demişdik ki, Allahın nişanələrinə
ehtiramla yanaşma insan qəlbinin dindarlığını və təqvalı olduğunu təsdiq edir.
Qurbanlıq heyvanları da Allahın nişanələrinə aiddir və bu barədə mövcud olan
iki rəydən birinə görə, söhbət dəvələrdən və inəklərdən gedir. Müsəlmanlar bu
ilahi rəmzlərinə qayğı ilə yanaşmalı, qurbanlıq üçün kök mallardan seçilməli və
bu ayin ən mükəmməl surətdə yerinə yetirilməlidir. İnsanlar qurbanlıq
heyvanların ətini yeyir, Allahdan savab qazanmaq ümidi ilə sədəqə kimi paylayır
və digər məqsədlər üçün istifadə edirlər.
Heyvanları
kəsərkən Allahın adı çəkilməli, yəni: “Bismillah!” deyilməlidir. Dəvənin kəslməsi
isə, daha bir özəlliklə fərqlənir. Heyvanın sol ön ayağını bağlayır və o üç
ayağı üstə dayanır və sonra onu kəsirlər. Sonra qəssab kəsilmiş heyvanın dərisini
soyur, ətini yerə atır və sonra da onu hazırlayıb yeyirlər.
Daha
sonra Allah qurban verənlərə müraciət edərək, onlara kəsdikləri ətdən yeməyi əmr
edir. Bu o deməkdir ki, heyvanı qurban verən insanın ondan yemək haqqı vardır.
Bununla yanaşı isə qurbanlıq heyvanın ətindən təvazökarlığı üzündən əl açmağa
utanan və yardımı açıqca istəyən kasıblara paylanmalıdır. Həm birinci, həm də
ikincilərin qurbanlıq heyvanların ətindən bir hissəyə haqqı vardır.
Allah
insanları heyvanlar üzərində hakimiyyətə sahib etmişdir ki, onlar buna görə öz
Rəbbinə minnətdarlıq etsinlər. Əgər Allahın yardımı olmasaydı, onda insanlar
heyvanları heç vaxt özlərinə ram edə bilməzdilər. Lakin Allah insanlara rəhm
etmişdir və onlar da buna görə Ona həmd etməlidirlər.
ﯥ ﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷﯸ
ﯹ ﯺ ﯻ
(22. 37)
“Onların nə əti, nə də qanı Allaha çatmır. Ancaq sizin təqvalılığınız Ona
çatır. Beləcə, O, onları sizə ram etmişdir ki, sizi doğru yola yönəltdiyinə görə
Onu ucaldasınız. Sən isə xeyirxahlıq edənləri müjdə ilə sevindir!”
Qurban
ayininin mahiyyəti heyvanı təkcə kəsməkdən ibarət deyil, çünki nə onun əti, nə
də qanı gedib Allaha çatmır. O (Pak və Müqəddəs Olan), buna ehtiyac duymur və
ancaq hər növ tərifə layiqdir. Lakin xalis səmimiyyət, savab qazanmağa ümid və
pak niyyət Allaha yetişir. Bu barədə bildirdikdən sonra, Allah müsəlmanları
qurbanı məhz Allah xatirinə ixlasla kəsməyə dəvət edir. Şöhrət, təriflənmə,
nümayiş etdirmək və ya ata-babaların ənənələrini davam etdirmək xatirinə
heyvanları qurban kəsmək olmaz və eyni məsələ digər ibadət ayinlərinə də
aiddir. Səmimilikdən və təqvalılıqdan məhrum olan ibadət, ətsiz olan meyvə
qabığına və ya cansız meyitə bənzəyər.
Allah
qurbanlıq heyvanları insanlara həm də ona görə ram etmişdir ki, onlar öz Rəbbini
ucaltsınlar və Ona ehtiram göstərsinlər. Onlar ancaq bu üsulla Rəbbə, onları
doğru yola yönəltdiyinə görə, öz minnətdarlıqlarını bildirə bilərlər. Həqiqətən,
O (Pak və Müqəddəs Olan), ən mükəmməl tərifə və ən gözəl tərzdə ucaldılmaya
layiqdir.
Kim ki,
Allaha Onu görürmüş kimi ibadət edirsə, sevinsin. Kim ki, bu yüksək iman dərəcəsinə
hələ ucalmağa nail olmamışsa, qoy onda o, Onun onu gördüyünə və müşahidə
etdiyinə əmin olaraq, Ona ibadət etsin. Kim ki, bununla yanaşı qullara
xeyirxahlıq edirsə, onlara maddi yardım göstərirsə, faydalı biliklər öyrədirsə,
onlara havadar çıxırsa, səmimiyyətlə xeyirli məsləhətlər verirsə, bəyənilən əməllər
yerinə yetirməyi əmr edir və qınanılan bütün əməllərdən çəkindirirsə və ya heç
olmazsa onlara xoş sözlər söyləyirsə, onda qoy belə insan sevinsin!
Belə möminlər
həm bu dünyada, həm də öldükdən sonra uğur qazanacaqları haqqında müjdə almağa
layiqdirlər. Allah onlara Ona səmimi ibadət etdiklərinə və Onun qullarına
yaxşılıq göstərdiklərinə görə mütləq nemət bəxş edəcəkdir. Fövqəluca buyurur: “Yaxşılığa
yaxşılıqdan başqa bir şeylə əvəz verilərmi?” (ər-Rahman, 55/60); “Yaxşılıq
edənlərə - ən yaxşısı və ondan daha yaxşısı hazırlanmışdır və onların nə üzü qaralacaq,
nə də zillət görəcəkdir. Onlar Cənnət sahibləridir və orada əbədi qalacaqlar” (Yunus,
10/26).
ﯼ ﯽ ﯾ ﯿ
ﰀ ﰁ ﰂﰃ
ﰄ ﰅ ﰆ
ﰇ ﰈ ﰉ
ﰊ ﰋ
(22. 38)
“Həqiqətən, Allah iman gətirənləri müdafiə edir. Doğrudan da, Allah xainlərin və
inkarçıların heç birini sevmir”.
Bu ayə
iman gətirənlər üçün hekayət, vəd və müjdədən ibarətdir. Allah onları hər pislikdən
və xoşagəlməz şeylərdən qorumağı vəd etmişdir. Onlar öz imanları sayəsində,
kafirlərin törədə biləcəyi şərdən, şeytanların şərindən və vəsvəsəsindən və həmçinin
öz nəfslərinin və cinayətlərinin şərindən mühafizə olunurlar. Onların qismətinə
öhdəsindən gələ bilməyəcəkləri çətinliklər və fəlakətlər düşməyə başladıqda,
Allah onların nəsibi olacaq əzab-əziyyəti lap azaldır. Hər bir möminə belə
müdafiə və şərəf onun imanının gücündən asılı olaraq göstərilir.
Allah,
onlara göstərilən etibara xəyanət edənləri, Onun qarşısında öz vəzifələrini
yerinə yetirməyənləri, onlara inanan insanları aldadanları sevmir. O (Pak və
Müqəddəs Olan), Onun lütfkarlığına küfrlə və itaətsizliklə cavab verən nankor
qulları sevmir. Bundan da başqa, O (Pak və Müqəddəs Olan) belə insanlara nifrət
bəsləyir və onlardan hər biri öz xəyanətinə və kafirliyinə görə mütləq əvəz
alacaqlar.
Bütün bu
deyilənlərdən belə çıxır ki, Allah öz vədinə sadiq olanları, öz vəzifələrini
yerinə yetirənləri və öz Himayədarına həmd edənləri sevir.
ﭑ ﭒ ﭓ
ﭔ ﭕﭖ ﭗ
ﭘ ﭙ ﭚ
ﭛ ﭜ
(22. 39)
“Döyüşməyə məcbur edilənlərə döyüşməyə icazə verilmişdir, çünki onlar zülmə məruz
qoyulmuşlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir!”
İslamın
yayıldığı ilk illərdə müsəlmanlara kafirlərlə döyüşmək qadağan edilmişdi və əmr
olunmuşdu ki, məruz qoyulduqları əzab-əziyyətlərə səbirlə dözsünlər. Bu hökm Allahın
müdrikliyinə əsaslanırdı. Lakin Mədinəyə hicrət etdikdən sonra müsəlmanlar
güc və qüdrət sahibi oldular və onda onlarla döyüşən kafirlərə qarşı vuruşmağa
icazə verildi[7].
Bu ayənin
mətnindən aydın olur ki, əvvəlcə müsəlmanlara kafirlərlə döyüşmək qadağan
edilmişdi, lakin sonradan bu qadağa götürülmüşdü, çünki onlara qarşı zalımlıq
edilmişdi. Onlara Allahın dininə etiqad etməyə maneçilik törədilir və əziyyət
verilirdi, bundan sonra da onları öz evlərindən qovmuşdular. Axı O (Pak və Müqəddəs
Olan) möminlərə kömək etmək hakimiyyətinə malikdir və bundan ötrü onlar, sadəcə
olaraq, yardım üçün Ona müraciət etməlidirlər. Sonra isə, Fövqəluca Allah
müşriklərin müsəlmanları məhz necə incitdikləri haqqında xəbər verir:
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣ ﭤ ﭥ
ﭦ ﭧﭨ ﭩ
ﭪ ﭫ ﭬ
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
ﭶ ﭷ ﭸﭹ
ﭺ ﭻ ﭼ
ﭽﭾ ﭿ ﮀ
ﮁ ﮂ ﮃ
(22. 40)
“Onlar təkcə: “Rəbbimiz – Allahdır!” dediklərinə görə öz diyarından haqsızcasına
xaric edilmişdilər. Əgər Allah bəzi insanlara digərlərindən müdafiə olunmağa
imkan verməsəydi, onda içində Allahın adı çox-çox çəkilən hücrələr, kilsələr,
sinaqoqlar və məscidlər dağıdılardı. Allah Ona kömək edənlərə mütləq yardım göstərir.
Həqiqətən, Allah – Fövqəlgüclüdür, Fövqəlqüdrətlidir”.
Müşriklər
möminlərə əzab verirdilər, onları yoldan çıxarır və öz əməlləri ilə onları öz şəhərini
tərk etməyə məcbur etmişdilər. Bu ən böyük ədalətsizlik idi, çünki müşriklər
möminlərdən, onlar təkcə: “Rəbbimiz – Allahdır” dediklərinə görə, intiqam
alırdılar. Onlar müsəlmanların yeganə günahı kimi, Vahid Rəbbə iman gətirmələrini
və qəlbən Tək Ona ibadət etmələrini sayırdılar. Əgər bu günah idisə, onda
onlar doğrudan da günahkar idilər. Fövqəluca buyurur: “Onlar Fövqəlqüdrətli
və Həmdəlayiq Allaha iman gətirən möminlərdən intiqam alırdılar” (Buruc,
85/8).
Bütün
bunlar iman uğrunda mübarizə hökmünün müdrikliyinə dəlalət edir. Müsəlmanlar
cihadı möminlərə əziyyət verən və onları birinci olaraq sıxışdırmağa başlayan
kafirlərə müqavimət göstərmək və onları dəf etmək məqsədi ilə başlayır və
aparırlar. Cihad kafirlər tərəfindən zülmə və düşmənçiliyə son qoymağa imkan
verir və möminlərə dinin hökmlərini aşkarlıq şəraitində yerinə yetirməyə kömək
edir. Əgər Allah din uğrunda mübarizə aparanlara kafirlərlə döyüşmək ixtiyarı
verməsəydi, kafirlərin zülmünə və düşmənçiliyinə son qoymaq mümkün olmazdı. Bax
elə onda Kitab əhlinin hücrələri, yəhudilərin sinaqoqları, xristianların kilsələri
və müsəlmanların məscidləri dağıdılardı. Bu ibadət yerlərində Allahın adı
tez-tez çəkilir, dualar oxunur, Onun Kitabları oxunur və Onu ən müxtəlif
üsullarla zikr edirlər. Əgər Allah möminlərə kafirlərlə döyüşməyə icazə verməsəydi,
onda allahsızlar müsəlmanlara qələbə çalardılar, məscidləri dağıdardılar və
iman gətirənləri haqq dindən döndərərdilər. Bütün bu deyilənlərdən aydın olur
ki, cihadın məqsədi sadəcə kafirlərlə döyüşmək deyil, işğalçılara və azğınlıq
törədən əleyhdara qarşı qarşıdurmadır. İnsanların Allaha ibadət etdiyi, məscidlər
tikilən və dinin bütün ayinlərinə riayət olunan müsəlman torpaqlarında əmin-amanlıq,
şəkk-şübhəsiz, din uğrunda mübarizlərin xidmətidir. Allah onların əli ilə
kafirləri sarsıtmışdır. Fövqəluca buyurur: “Əgər Allah insanların bəzisinin
qarşısını digərlərinin vasitəslə saxlamasaydı, onda dünyanın nizamı pozulardı.
Lakin Allah aləmlərə qarşı lütfkardır” (Bəqərə, 2/251).
Kimsə deyə
bilər ki, bu gün müsəlman məscidləri ağzına qədər dolu olur və heç kim onları
dağıtmağa cəhd göstərmir. Bununla yanaşı bir çox müsəlman ölkələri kiçik müstəqil
dövlətlərdən ibarətdir. Adama elə gəlir ki, müsəlmanların onlarla yanbayan
yaşayan avropalılarla döyüşməsi mümkündür. Lakin biz görürük ki, kafirlərin
hökmranlıq etdiyi bir çox ölkələrdə məscidlər ucaldılır və müsəlmanlar onlarda
rahatlıqla Allaha ibadət edirlər, halbuki bu ölkələrin kafir hökmdarları bu məscidləri
dağıda bilərlər. Allah deyir ki, əgər möminlər kafirlərdən özlərini
qorumasaydılar, onların ibadət yerləri dağıdılardı. Bəs onda biz niyə heç
bir qarşıdurma müşahidə etmirik?
İş
orasındadır ki, şərh etdiyimiz ayə ümumi məna daşıyır, halbuki hazırkı şərait müstəsna
haldır. Müasir ölkələrin dövlət quruluşu ilə tanış olan hər bir kəsə məlumdur
ki, onlar istənilən dinin və millətlərin nümayəndələrini öz dövlətlərinin vətəndaşı
qəbul edirlər və onlara həmin dövlətin qanunları şamil edilir. Hər bir vətəndaş,
mənsub olduğu hər hansı bir dinin nümayəndələrinin sayından, bacarığından, zənginliyindən,
təhsilindən və ya məşğulluğundan asılı olmayaraq, cəmiyyətin bir hissəsi
hesab edilir.
Qeyri-müsəlman
dövlətlər öz vətəndaşlarının dini və dünyəvi maraqlarına qayğı göstərərək,
ehtiyat edirlər ki, bu mənafelərə riayət edilməməsi onların dövlətinin əsaslarının
tənəzzülünə və qanuniləşdirdikləri prinsiplərin pozulmasına səbəb olardı. Məhz
buna görə, bu dövlətlərin hökumətləri öz vətəndaşlarının dinə etiqad etməsi
üçün şərait yaradır və hətta məscidlər tikdirirlər və onlar – Həmd olsun Allaha!
– iri qeyri-müsəlman dövlətlərin, hətta paytaxtlarında belə, tam qaydasında saxlanır[8].
Bu müstəqil
dövlətlər öz vətəndaşları olan müsəlmanların qayğısını çəkirlər, çünki xristian
dövlətləri arasında mövcud olan qarşılıqlı düşmənçilik və həsəd, Allahın təsdiq
etdiyinə görə, Qiyamət gününədək davam edəcəkdir. Bunun sayəsində, bu gün öz mənafelərini
müstəqil surətdə müdafiə etməyə qadir olmayan müsəlman ölkələri, düşmən əhval-ruhiyyəli
dövlətlərin vura biləcəyi zərərdən qoruna bilirlər. O ölkələrin arasında
qarşılıqlı həsəd və anlaşılmazlıq hökm sürməkdədir və buna görə də heç bir əleyhdar
dövlət müsəlmanlara hücum etməyi qərarlaşdıra bilmir, çünki onlar ehtiyat edir
ki, digər bir iri dövlət müsəlmanlara havadar çıxar. Lakin Fövqəluca Allah
onsuz da İslama və qələbə çalmaqda müsəlmanlara, Müqəddəs Quranda vəd edildiyi
kimi, mütləq kömək göstərəcəkdir.
Həmd
olsun Allaha! Bu gün müsəlmanlar dərk ediblər ki, dinin təntənəsi üçün onlar əsl
İslam ağuşuna qayıtmalıdırlar. Şüurlu yanaşma isə hər bir təşəbbüsün əsasıdır və
buna görə biz Allaha həmd edir və Ondan xahiş edirik ki, bundan sonra da Öz Mərhəmətini
üstümüzdən əskik etməsin! O (Pak və Müqəddəs Olan), Ona kömək edənlərə
yardımını göstərir və bu haqq vəd gerçəkliyə tamamilə uyğundur. Müsəlman Ona
kömək etmək üçün dinin mənafelərini Onun xatirinə səmimi qəlblə müdafiə etməli
və hətta lazım gəldikdə, buna görə döyüşməlidir ki, Allahın adını şərəfləndirsin,
çünki Onun gözəl adları arasında Fövqəlgüclü və Fövqəlqüdrətli adları da
vardır. Onun gücü kamil və qüdrəti isə hüdudsuzdur. Bütün məxluqlar Onun hökmü
altındadır və Ona mütidirlər.
Ey müsəlmanlar,
sevinin! Sizin sayınız azdır, imkanlarınız məhduddur, əleyhdarlarınız isə çox
güclüdürlər. Lakin sizin sizi və əməllərinizi yaradan Fövqəlgüclü və Fövqəlqüdrətli
Haminiz vardır ki, siz Ona təvəkkül edirsiniz. Ona tabe olun və Ona kömək
haqqında dua edin və O (Pak və Müqəddəs Olan), mütləq sizə kömək göstərəcək və
sizə qələbə qismət edəcək!
Fövqəluca
buyurur: “Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək
edər və qədəmlərinizi möhkəmlədər” (Muhəmməd, 47/7). Ey müsəlmanlar!
Düzgün baxışlara etiqad edin və saleh əməllər işlədin, çünki Quranda belə buyurulur:
“Allah sizdən iman gətirənlərə və xeyirxah əməllər yerinə yetirənlərə vəd
etmişdir ki, O, onları, onlara qədər olanları canişin etdiyi kimi, mütləq yer
üzünün canişinləri edəcəkdir. O, hökmən onlara, onlar üçün bəyəndiyi dinə
etiqad etmək imkanı bağışlayacaq və onların qorxusunu əmin-amanlıqla əvəz edəcəkdir.
Onlar Mənə ibadət edir və Mənə şərik qoşmurlar” (Nur, 24/55).
Sonra
Allah Ona kömək edənlərin məziyyətlərini xatırladır. Belə möminləri həmin fərqləndirici
əlamətlərinə görə tanımaq olar. Lakin əgər insan Allaha və Onun dininə kömək
etdiyini bildirir və eyni zamanda həmin məziyyətlərə malik olmursa, onda o –
yalançıdır. Fövqəluca buyurur:
ﮄ ﮅﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ
(22. 41)
“Əgər Biz onlara yerdə hakimiyyət bəxş etsək, onlar namaz qılar, zəkat verər, bəyəniləni
əmr edib, qınanılanı qadağan edərlər. Bütün əməllərin sonu isə Allaha aiddir”.
Əgər belə
insanlar hakimiyyətə gəldikdə, əleyhdarlar və narazı insanlar tərəfindən
müqavimət göstərilmədən yerdə hökmranlıq etməyə başlayırlarsa, onda onlar namaz
qılır, onun şərtlərini və vacib rüknlərini yerinə yetirirlər, cümə və camaat
namazlarına gəlirlər, öz təbəələrindən ianə yığır və özləri də gerçək ehtiyacı
olanlara zəkat verirlər, insanları Allah qarşısında və insanlar qarşısında öz vəzifələrini
yerinə yetirməyə və həmçinin şəriətin və sağlam zəkanın bəyəndiyi əməllər yerinə
yetirməyə dəvət edirlər və ətraflarındakıları şəriətin və sağlam zəkanın bəyənmədiyi
hərəkətlərdən çəkindirirlər. Əgər insanlar İslam şəriətinin nəyi bəyəndiyini və
nəyi qınadığını bilməsələr, bəyənilənin yerinə yetirilməsinə hökm vermək və
qınanılanı qadağan etmək mümkün olmaz. Buna görə müsəlmanlar bunları həm özləri
öyrənməli, həm də digərlərinə öyrətməlidirlər və bu baxımdan, Allaha kömək edən
möminlər insanları dini mənimsəməyə və onu ətrafdakılara öyrətməyə
ruhlandırırlar. Bəyəniləni buyurmaq və qınanılanı qadağan etmək də həmçinin tərbiyələndirmə
tədbirləri həyata keçirmədən mümkün deyildir. Onlardan bəziləri şəriətlə müəyyən
edilmiş, bəziləri isə edilməmişdir. Sonunculara aid olanlar, məsələn, qınaq və
töhmətlərdir. Buna görə də, zəruriyyət yarandıqda, Allaha kömək edən əməlisaleh
insanlar insanları cəzalandırır və məhkum edirlər. İnsanların işlərə cəlb
olunmasına zəruriyyət yarandıqda da onlar bu minvalla rəftar edirlər. Onlar həmçinin
bəyənilənin buyurulmasının və qınanılanın qadağan edilməsinin onlarsız mümkün
olmadığı bütün digər hökmləri də yerinə yetirirlər.
Bütün əməllər
Allaha qayıdır və O (Pak və Müqəddəs Olan) xəbər verir ki, xeyirli aqibət təkcə
təqvalılara nəsib olacaqdır. Əgər Allahın Öz qulları üzərində hakimiyyət
verdiyi hökmdar Onun hökmlərini qüsursuz yerinə yetirirsə, onda onu gözəl və tərifli
sonluq gözləyir. Əgər o, hakimiyyətə öz gücünə güvənərək gəlirsə və öz istəklərinə
uyğun olaraq idarə edirsə, onda onun hakimiyyətinə mütləq son qoyulacaq və onun
aqibəti pis olacaqdır. İdarəçiliyi pis olanın sonu da pis olacaqdır.
Sonra
Fövqəluca Allah Öz Peyğəmbərinə müraciət edərək, belə buyurur:
ﮗ ﮘ
ﮙ ﮚ ﮛ
ﮜ ﮝ ﮞ
ﮟ ﮠ ﮡ
ﮢ ﮣ ﮤ
ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫﮬ ﮭ
ﮮﮯ ﮰﮱﯓ ﯔ
(22. 42)
“Əgər onlar səni yalançı hesab etsələr, bil ki, elə əvvəllər də Nuhun xalqı,
adlar, səmudlar (peyğəmbərləri) yalançı
saymışdılar”,
(22. 43)
“İbrahimin xalqı, Lutun xalqı”
(22. 44)
“və Mədyən camaatı da. Musanı da yalançı saymışdılar. Mən kafirlərə möhlət
verdim, sonra isə onları yaxaladım. Gör Mənin onları inkarım necə oldu!”
Bütpərəstlər
səni yalançı sayırlar, lakin sən – yalançılıqda günahlandırılan ilk peyğəmbər
deyilsən və sənin qəbilədaşların da – Allahın elçisini inkar edən ilk xalq
deyillər. Nuhun (ə) camaatı da, adlar da, səmudlar da, İbrahimin (ə) və Lutun (ə)
qəbilədaşları da, həmçinin Mədyən əhalisi də - Şüeyb peyğəmbərin (ə) xalqı da
eyni rəftara yol vermişdilər. Kafirlər hətta Musa peyğəmbəri (ə) də yalançı
saymışdılar və buna baxmayaraq, sənin Rəbbin onları cəzalandırmağa tələsmədi. O
(Pak və Müqəddəs Olan) onlara möhlət verdi ki, şərəfsizlik zülmətində
veyil-veyil dolaşsınlar və imansızlıqla şərin burulğanına daha çox dalsınlar.
Sonra isə Allah, təkcə Fövqəlqüdrətli və Fövqəlgüclü Rəbbin bacardığı kimi,
onları yaxalamışdır. Nankorluğa və kafirliyə görə cəza necə də əzabvericidir!
Həqiqətən, bu sərt və nümunəvi cəza idi. Xalqların bəziləri suda batırıldı,
digərləri – dəhşətəngiz çığırtı ilə həlak edildi, daha başqaları isə viranedici
qasırğa ilə sovrulub yox oldular. Onların arasında yarılmış yerin altına gedən
kafirlər də var idi. Elələri də var idi ki, cəzanı Kölgələr Günü daddılar. Qoy
səni yalançı adlandıran kafirlər düşünsünlər ki, onları da, onlardan əvvəlkilərin
məruz qaldıqları cəza yaxalaya bilər. Həqiqətən, onlar kafirlərin əvvəlki nəsllərindən
heç də üstün deyillər və Müqəddəs Kitablarda da onların toxunulmazlığı
haqqında bir şey yazılmamışdır. Bir gör nə qədər çox kafir xalqlar artıq məhv
edilmişdir! Onlar doğrudan da çox idilər və buna görə sonra Fövqəluca belə
buyurur:
ﯕ ﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜﯝ ﯞ
ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
(22. 45)
“Nə qədər məskənləri əhalisinin zalımlığı üzündən Biz məhv etmişik və indi də
onlar viranə halındadır. Gör nə qədər quyular və qəsrlər tərk edilmişdir!”
İman gətirməyənlərə
bu dünyada çox böyük bir cəza və alçaldılma nəsib oldu. Bunun səbəbi onların
Allaha və Onun elçilərinə iman gətirməməkləri idi və Allahın qisası onlara
qarşı ədalətsizlik deyildi. Bu gün onların evləri və sarayları özülünə qədər
uçulub dağılmışdır, halbuki onlar əvvəllər möhtəşəm və təmtəraqlı idi. Bu gün
onlar viranədir və kimsəsizdir, halbuki əvvəllər onlarda həyat qaynayırdı. Əvvəllər
bir vaxtlar ətraflarında çoxlu insanların toplaşıb su içmək və heyvanlarına su
vermək istədikləri quyular nə qədər çoxdur! İnsanlar onları tərk etmişlər və bu
gün onların ətrafına heç kim yaxınlaşmır. Nə qədər çoxsaylı imarətlər qalmışdır
ki, onların inşa edilməsi insanlara böyük çətinliklər bahasına başa gəlmişdi.
Onlar həmin sarayların divarlarını ucaldır, onları möhkəmləndirir, gözəl
naxışlarla bəzəyirdilər. Lakin bu saraylar sahiblərini Allahın cəzasından xilas
edə bilmədilər. Onlar tərk edildilər və nəsihətlərə qulaq asan və düşünməyə
qabil olan insanlar üçün ibrətamiz örnək oldu.
Buna görə
də, sonra Allah öz qullarını yer üzündə səyahət etməyə, müşahidə aparıb, faydalı
nəticələr çıxarmağa dəvət edir. Bununla əlaqədar Fövqəluca buyurur:
ﯤ ﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ ﯭ
ﯮ ﯯ
ﯰﯱ ﯲ ﯳ
ﯴ ﯵ ﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼ
(22. 46)
“Məgər onlar yer üzündə səyahət edərkən ürəkləri və qulaqları özlərilə deyildi ki, anlaya və
eşidə biləydilər? Həqiqətən də, kor olan
gözləri deyil, kökslərdə olan ürəkdir”
Məgər
insanlar yer üzündə səyahətə qəlbi və bədəni ilə çıxmırlar və Allahın
ibrətamiz ayələri üzərində düşünmürlər? Məgər onlar onlara qədər yaşayan
xalqlar haqqında və onların necə cəzalandırıldığı haqqında fikirləşmirlər? Əgər
onlar sadəcə baxmaq, eşitmək və səyahət etmək istəyirlərsə, lakin düşünmək və
ibrət dərsi almaq istəmirlərsə, onda bu onlara heç bir fayda verməz və onlara
ülvi məqsədlərinə nail olmağa kömək etməz.
Kor olan
onların gözləri deyil, kökslərində yerləşən ürəkləridir. Məhz belə korluq dinə
çox böyük zərər vurur. Belə insanların ürəkləri haqqa qarşı kordur. Onlar, kor
insanların özlərini əhatə edən aləmi görə bilmədikləri kimi, haqqı görmək
bacarığına malik deyillər. Göz xəstəliyi olan korluq isə, insana ancaq bu
dünyada zərər verə bilər.
ﭑﭒﭓ
ﭔﭕﭖﭗﭘ ﭙ ﭚ
ﭛ ﭜ ﭝ
ﭞ ﭟ ﭠ
(22. 47)
“Onlar səni cəzanın tezləşdirilməsi ilə tələsdirirlər, lakin Allah Öz vədini
pozmur və bir gün Rəbbinin dərgahında sizin hesabınızla min ilə bərabərdir”.
Ey Muhəmməd!
Kafirlər öz nadanlığı, əxlaqsızlığı və inadkarlıqları ilə əlaqədar onlara veriləcək
cəzanın tezləşdirilməsi üçün səni tələsdirirlər. Bununla onlar Allahı
gücsüzlükdə, Onun elçilərini isə yalançılıqda ifşa etməyə cəhd göstərirlər.
Lakin Allah heç vaxt Öz vədini pozmur. Kafirlərə vəd edilən cəza mütləq yerinə
yetiriləcəkdir və onda heç kim onun qarşısını ala bilməyəcəkdir. Qoy onların cəzanı
tezləşdirməyə çağırmaları və Bizi zəiflikdə və gücsüzlükdə günahlandırmaları səni
qorxutmasın, çünki irəlidə onları – Allahın insanların birinci və sonrakı nəsllərini
toplayacağı və hər insana etdiyi əməllərinə görə əvəz verəcəyi Qiyamət günü
gözləyir. Bax onda onları əbədi və əzabverici cəza yaxalayacaqdır. Qoy onlara məlum
olsun ki, Allahın dərgahında bir gün insanların hesabı ilə min ilə bərabərdir.
Həmin cəza günləri uzun, ağır və dəhşətli günlər olacaqdır. Onların dünya həyatında
alacaqları cəzadan asılı olmayaraq, heç
kim Qiyamət günündən qaçınmağa nail ola bilməyəcəkdir.
Başqa bir
şərhə görə isə, bu, Allahın səbirli olmasına dəlalət edir. Kafirlər istəyirlər
ki, onlara veriləcək cəza tezliklə onlara göstərilsin, lakin Allahın nəzdində
bir gün yer üzündəki min ilə bərabərdir. İnsanlara elə gəlir ki, cəza
gecikdirilir, amma, əsil həqiqətdə, Allah onu təxirə salır. Lakin O (Pak və Müqəddəs
Olan), heç vaxt onu yaddan çıxarmır. Amansız cəza günahkarları haqlayanda,
onların heç biri xilas ola bilməyəcək.
ﭡ ﭢ ﭣ
ﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫ ﭬ
(22. 48)
“Neçə-neçə zalımlıq edən obalara Mən möhlət verdim! Sonra isə Mən onları
yaxaladım. Onsuz da dönüşləri Mənədir”.
Onlar
uzun müddət ərzində haqsızlıq etmişdilər və onların şərəfsizliyə doğru can
atmaları, Allahı onların cəzalandırılmasını sürətləndirməyə sövq edə bilmirdi.
Buna baxmayaraq cəza günahkarlara elə bu dünyada olduqları halda qismət oldu və
bundan sonra isə onlar Allahın dərgahına dönməli olacaqlar ki, O (Pak və Müqəddəs
Olan) onları törətdikləri günahlara görə daha dəhşətli cəzaya məruz qoyacaqdır.
Buna görə günahkarlar Rəbbin verəcəyi cəzadan qorxmalı və onlara verilən möhlətə
aldanmamalıdırlar.
ﭭ ﭮ ﭯ
ﭰ ﭱ ﭲ
ﭳ ﭴ ﭵ
(22. 49)
“De: “Ey insanlar! Həqiqətən, mən sizin üçün yalnız açıq-aşkar bir nəsihətçiyəm”.
Fövqəluca
Öz qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və
salamı olsun!) əmr edir ki, özünün, həqiqətən də, Allahın Elçisi olması
haqqında bütün bəşəriyyətə bəyan etsin. Möminlər üçün bu xəbər Allahın
mükafatlandıracağı barədə bir müjdədir, zalım kafirlər üçün isə, Onun cəzalandıracağı
haqqında Ondan gələn dəhşətli bir xəbərdir.
Allahın
Elçisi (ona Allahın salavatı və salamı olsun!) açıq-aşkar nəsihətçi
adlandırılmışdır, çünki o kafirləri xəbərdar edir və onlara nədən qorxmalı
olduqlarını açıqlayırdı. Bununla yanaşı o (s.ə.s.), günahkarları xəbərdar
etdiyi hər şeyin doğruluğu haqqında onlara təkzibolunmaz dəlillər gətirirdi.
Sonra
Fövqəluca Allah müjdə və sərt xəbərdarlıq haqqında daha ətraflı xəbər verərək,
belə buyurur:
ﭶ ﭷ
ﭸ ﭹ ﭺ
ﭻ ﭼ ﭽ ﭾ
(22. 50)
“İman gətirən və saleh əməllər işləyənlərə bağışlanma və bərəkətli ruzi
hazırlanmışdır”.
Onların
günahları və təqsirləri bağışlanacaq və onlar Cənnət bağlarına daxil ediləcəklər.
Orada hər növ gözəlliklər və ləzzətlər toplanmış, istifadəsi mümkün və asandır.
Bu ayə Allaha və Onun elçilərinə iman gətirənlərə aiddir. Haqq din onların
qəlbində kök salmışdır və onlar xeyirxah əməl sahibləridir. Məhz onlar günahlarının
bağışlanmasına və Cənnətdə bərəkətli mükafatlara layiq görüləcəklər. Bu
mükafatlar ən gözəl və mükəmməl Cənnət nemətləri olacaqdır.
ﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
ﮅ ﮆ ﮇ
(22. 51)
“O kəslər ki, Bizim ayələrimizi zəiflətməyə səy göstərirdilər, onlar Cəhənnəm
sakinləri olacaqlar”.
Onlar əllərindən
gələn hər şeyi edirdilər ki, İslama zərər vursunlar və zənn edirdilər ki, istədiklərinə
nail ola biləcəklər. Lakin onlar gur alışdırılmış Cəhənnəm odunun sakinləri
olmağa məhkumdurlar. Ora onların əbədi məskəni olacaqdır. Onların dəhşətəngiz əzabları
azaldılmayacaq və hətta işgəncələrə bir anlığa belə ara verilməyəcək.
Bütün
deyilənlərdən aydın olur ki, kim Quranın əleyhinə mübarizə aparmağa cəhd göstərirsə
və müsəlmanların ziddinə gedirsə və səhvən zənn edirsə ki, onlara üstün gələ və
istədiyinə nail ola bilər, onda o, əbədi olaraq Cəhənnəm Alovuna qovuşdurulacaq.
ﮈ ﮉ ﮊ
ﮋ ﮌ ﮍ
ﮎ ﮏ ﮐ
ﮑ ﮒ ﮓ
ﮔ ﮕ ﮖ
ﮗ ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟﮠ
ﮡ ﮢ ﮣ ﮤ
(22. 52)
“Sənə qədər Biz elə bir elçi və ya peyğəmbər göndərməmişik ki, o, ayəni oxuyarkən
şeytan onun oxuduğuna vəsvəsə salmasın. Allah isə şeytanın vəsvəsəsini məhv
edir. Sonra Allah Öz ayələrini mükəmməlləşdirir, çünki Allah Biləndir,
Müdrikdir”.
Öz
qüsursuz idrakına müvafiq olaraq Fövqəluca xəbər verir ki, Muhəmmədin (ona
Allahın salavatı və salamı olsun!) gəlişinə qədər çoxsaylı peyğəmbərlər və elçilər
olmuşdur ki, şeytan onlara ayələri oxumağa, insanlara nəsihət verməyə, onları
yaxşılıq etməyə çağırmağa və qınanılan əməllərdən çəkindirməyə mane olmağa
çalışmışdır. Şeytan fitnə-fəsadlar qurmuş və onların sözlərinə vəhylərə zidd
olan şeylər qatmağa cəhd göstərmişdir. Lakin Fövqəluca Allah elçilərin Onun
adından insanlara çatdırdıqları hər şeyi qorumuşdur. Allah nazil etdiyi ayələri
mühafizə edir və onları məxluqların sözləri ilə dəyişik salmağa və ya
qarışdırmağa yol vermir. Şeytan onları təhrif etməyə çalışır, lakin onun cəhdləri
uğursuzluğa uğrayır və uzun sürmür. O, peyğəmbərlərə vəsvəsə verməyə cəhd
edirdi, lakin hər dəfə keçilməz maneələrlə rastlaşıb, geri çəkilirdi. Bax elə
buna görə, Allah bildirir ki, O (Pak və Müqəddəs Olan), şeytanın azdırmalarını
heçə endirir. Allah yalanı məhv edir və Vəhyə heç bir aidiyyəti olmayan şeyləri
izah edir. Sonra isə Allah nazil etdiyi Vəhyi təsdiq edir, onu yazmaqda və əzbərləməkdə
insanlara kömək edir və bunun sayəsində o, şeytanın ona qoşmağa cəhd göstərmək
istədiyi yalansız, olduğu kimi qorunub saxlanılır.
Həqiqətən,
Allah məhdudiyyətsiz hakimiyyətə və hüdudsuz fövqəlqüdrətə malikdir və onların
sayəsində O (Pak və Müqəddəs Olan) çətinliklərsiz Öz Vəhyinin qayğısını çəkir və
onu şeytandan müdafiə edir. Lakin bununla yanaşı O, idrak sahibidir və onun sayəsində
hər şeyi öz yerində yerləşdirir və şeytanlara fitnə salmaq və insanların qəlbinə
vəsvəsə salmağa icazə verir. Buna görə də, daha sonra O, şeytan vəsvəsələrinin
mənası haqqında xəbər verərək, belə buyurur:
ﮥ ﮦ
ﮧ ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯﮰ
ﮱ ﯓ ﯔ
ﯕ ﯖ ﯗ
(22. 53)
“O, şeytanın vəsvəsəsini qəlbində mərəz olanlar və qəlbi sərtləşənlər üçün
sınağa çevirir. Həqiqətən, zalımlar haqla
dərin ayrılıq içindədirlər”.
Şeytanın
vəsvəsələri, Allahın biganə qaldığı iki qrup insanlar üçün sınağa çevrilir.
Onlar – ürəyi zəifliyə tutunmuş, kamil imandan və möhkəm etiqaddan məhrum
olmuşlardır. Bu səbəbə görə ən kiçik şübhələr belə onların ürəyinə təsir etməyə
qadirdir və onlar şeytanın vəsvəsəsini eşidən kimi haqqa şübhə etməyə başlayır
və bu vəsvəsələr onlar üçün sınağa çevrilir. Onlara həmçinin ürəkləri sərtləşənlər
də aiddir. Bu səbəb üzündən onlar Allahın və Onun Elçisinin (ona
Allahın salavatı və salamı olsun!) öyüd və nəsihətlərini qəbul etməyə
qadir deyillər. Onlar şeytanın vəsvəsəsini eşidən kimi, onu yalan və naqis
baxışların xeyrinə olan doğru dəlillər kimi qəbul edirlər. Onlar beləcə də
yalanı müdafiə edir, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı
olsun!) müqavimət göstərirlər.
Məhz buna
görə Fövqəluca qeyd edir ki, fasiqlər haqla böyük ziddiyyət içindədirlər. Onlar
Allaha müqavimət göstərir və inadkarlıqla haqqa qarşı döyüşürlər. Onlar doğru
yoldan sonsuzluğa qədər uzaqdırlar. Bu iki qrupdan olan insanlar üçün şeytanın
vəsvəsəsi imtahandır və onun sayəsində onların qəlbində gizlədilən pislik
aşkar edilir. Üçüncü qrup insanlara gəldikdə isə, onlar üçün şeytanın vəsvəsələri
– mərhəmətdir[9].
Onların haqqında Fövqəluca Allah sonra xatırladır və buyurur:
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ
ﯧ ﯨ ﯩ
ﯪ ﯫ ﯬ
ﯭ ﯮ
(22. 54)
“Qoy elm verilənlər bilsinlər ki, bu – sənin Rəbbindən əta edilən Haqdır və
onlar ona iman gətirsinlər, ürəkləri də ona mütiliklə tabe ola bilsin. Həqiqətən,
Allah möminləri doğru yola yönəldir”.
Ayədə
söhbət Allahın elm bəxş etdiyi insanlardan gedir ki, bunun sayəsində onlar
doğrunu yalandan, doğru yolu isə azğınlıqdan ayırırlar. Onlar Allahın təsdiq
etdiyi həqiqəti tanıyır və yalanı aşkar edirlər və sonuncu təzahür etsə də,
sonra mütləq heçə çıxır. Möminlər onları – haqqa və yalana məxsus olan keyfiyyətlərinə
əsasən tanıyırlar. Bu ona görə belə baş verir ki, möminlər Müdrik Allahın
insanları öncədən müəyyən etdiyi sınaqdan keçirəcəyini bilsinlər, çünki bu
sınaq insanların qəlbində gizlədilən xeyri və şəri aşkar edir. Bu biliyin sayəsində
insanlar iman sahibi olur, sonra da onlara aşılanan şübhələri rədd edirlər və
bu onların imanını və etiqadını daha da gücləndirir. Onların qəlbi Allahın
müdrikliyi qarşısında mütilik və itaətkarlıqla dolur və bütün bunlar Allahın
bu insanları doğru yola yönəltməsinin nəticəsidir.
Möminlərin
ürəklərində kök salmış haqq din xatirinə Allah onlara həqiqəti dərk etməkdə və əldə
etdikləri biliklərə uyğun olaraq davranmaqda kömək edir. Allah möminləri qüdrətli
sözü ilə həm bu dünyada, həm də ölümdən sonra müdafiə edir və bu, Allahın
yardımının bir növüdür.
Bu ayələrdə,
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) öz qardaşları-peyğəmbərlərin
izi ilə getməsinə dəlillər vardır. Bir dəfə o (s.ə.s.) ən-Nəcm surəsini
oxuyurdu və: “Siz əl-Latı və əl-Uzzanı və bir də üçüncünü – Mənatı görməmişdinizmi?”
sözlərinə çatdıqda, şeytan Quranın oxunuşuna müdaxilə edərək, onu (s.ə.s.):
“Bu – şəfaət edəcəyinə təvəkkül edilməli uca durnadır” deməyə sövq etdi. Bu
hadisə Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və
salamı olsun!) bərk kədərləndirdi və insanlar üçün sınağa
çevrildiyinə görə Fövqəluca Allah onun haqqında xəbər
vermişdir. O vaxt şərh etdiyimiz ayə nazil edilmişdi:
ﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
ﯵ ﯶ ﯷ
ﯸ ﯹ ﯺ
ﯻ ﯼ ﯽ
ﯾ ﯿ
(22. 55)
“Kafirlər isə, Saat qəfildən başlamadıqca və ya onları bəhrəsiz bir gündə əzab
yaxalamadıqca, ona şübhə etməkdən əl çəkməyəcəklər”.
Fövqəluca
bu ayədə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğatı
ilə əlaqədar daima şübhə edən kafirlərin haqqında xəbər verir. Bu ona görə baş
verir ki, onlar inadkarcasına haqdan üz döndərirlər. Fövqəluca həmçinin
bildirir ki, Qiyamət saatı onları qəfildən yaxalayanadək və yaxud onlara heç
bir xeyir gətirməyəcək Həşr günü[10]
başlayanadək onlar elə bu vəziyyətdə qalacaqlar.
Qiyamət
saatı çatdıqda və insanların dirildilməsi başladıqda, kafirlər başa düşəcəklər
ki, onlar yanılırmışlar. Onlar tövbə etməyə başlayacaqlar, lakin tövbələri
onlara heç bir fayda verməyəcək. Belə olduqda, onlar öz uğurlarına ümidlərini
itirəcək və acı-acı təəssüflənəcəklər ki, niyə bəs Allahın Elçisinə (ona
Allahın salavatı və salamı olsun!) iman gətirmədilər və onun (s.ə.s.) yolu ilə
getmədilər. Allah, kafirləri inadkarcasına iddia etdikləri şübhələri və
yalanları barədə beləcə xəbərdar edir.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕﭖ
ﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ
(22. 56)
“Həmin Gün hakimiyyət təkcə Allaha məxsus olacaqdır və O, onların arasında
hökm verəcəkdir. Onda iman gətirib, xeyirxah işlər görənlər Nəim Cənnətində
olacaqlar”.
Qiyamət
günü hakimiyyət bütövlükdə təkcə Vahid Allaha məxsus olacaqdır və Ondan başqa
heç kəsə verilməyəcəkdir. O, Öz qəti və ədalətli
hökmünü verdikdə, Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
və onun gətirdiyi Təlimə iman gətirmiş möminlər öz imanını xeyirxah əməllərlə təsdiq
edərək Səadət bağlarına daxil olacaqlar. Onlar ruhlarına, ürəklərinə və
vücudlarına çoxlu sevinc gətirən gözəlliklərdən zövq alacaqlar. Bu
füsunkarlıqları və ləzzətləri nə təsvir etmək, nə də təsəvvürə gətirmək mümkün
deyil.
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦ ﭧ
(22. 57)
“O kəslər ki, iman gətirməyib, Bizim ayələrimizi yalan sayırdılar, onlara
alçaldıcı əzablar hazırlanmışdır”.
Bu
günahkarlar Allaha və Onun elçilərinə (onlara Allahın salamı olsun!) iman gətirməkdən
imtina etdilər. Onlar, haqqı və doğru yolu göstərən ayələrimizi yalan saydılar,
onlardan üz döndərdilər və onlara inadla müqavimət göstərdilər. Bununla da
onlar özləri özlərini alçaldıcı cəzaya məhkum etdilər. O cəza əzabverici və
iztirablı olacaqdır və alov onların ürəyini hər tərəfdən qarsalayacaqdır. Onlar
Allahın elçilərinə və ayələrinə etinasızlıqla yanaşdılar və Allah da onları Öz
cəzası ilə alçaltdı.
ﭨ ﭩ ﭪ
ﭫ ﭬ ﭭ
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴﭵ ﭶ ﭷ
ﭸ ﭹ ﭺ ﭻ
(22. 58)
“Allahın yolunda hicrət edənlərə və sonra öldürülənlərə və ya ölənlərə Allah
gözəl ruzi nəsib edəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən xeyirlisidir”.
Bu, Allah
yolunda, Onun xatirinə, Onun dininə kömək etmək məqsədilə evini və vətənini tərk
edənlər, öz uşaqlarından və var-dövlətindən ayrılanlar, səmimi qəlblə hicrət edənlər
üçün böyük bir müjdədir. O (Pak və Müqəddəs Olan) belə insanları, onların yataqda
ölməsindən və ya döyüş meydanında qəhrəmancasına həlak olmasından asılı
olmayaraq, mükafatlandırmağı Öz öhdəsinə götürmüşdür.
Onlar
dünya həyatından ayrıldıqda Allah onlara gözəl ruzi nəsib edəcək, Qiyamət günü
başladıqda isə, onlar Cənnət bağlarına girəcək və orada onlar rahatlıq və
ruhuna və bədəninə sevinc bəxş edəcək qeyri-adi çoxsaylı füsunkarlıqlar tapacaqlar.
Başqa bir şərhə görə isə, Allah Onun xatirinə hicrət edənləri, onların yataqda
ölməsindən və ya şəhid olmasından asılı olmayaraq, bu dünyada bol ruzi ilə təmin
etməyi Öz öhdəsinə götürmüşdür. Mühacirlərdən[11]
hər biri mütləq ruzi alacaqdır, qoy heç kim fikirləşməsin ki, o öz evini tərk
etsə və öz var-dövlətindən Allah xatirinə ayrılarsa, ehtiyac içində olacaq. Həqiqətən,
ruzi bəxş edənlərin Ən Yaxşı Olanı onun zəruri ehtiyaclarını mütləq təmin edəcəkdir.
Hər şey məhz
Allahın vəd etdiyi kimi də oldu. Başqalarından daha əvvəl İslamı qəbul etmiş
mühacirlər Allahın dininə kömək etmək üçün evlərini tərk etdilər və
uşaqlarından və var-dövlətlərindən ayrıldılar. Lakin cəmisi bir neçə il keçməmişdi
ki, O (Pak və Müqəddəs Olan) çox böyük ölkələri və bütöv xalqları ələ almaqda
onlara kömək göstərdi. Onlar saysız-hesabsız var-dövlətə sahib oldular və yer
üzündə ən zəngin insanlara çevrildilər.
Növbəti
ayəni də eynilə belə şərh etmək olar. Fövqəluca Allah həmin ayədə buyurur:
ﭼ ﭽ
ﭾﭿ ﮀ ﮁ
ﮂ ﮃ ﮄ
(22. 59)
“O, onları məmnun qalacaqları bir yerə daxil edəcəkdir. Həqiqətən, Allah – Biləndir,
Həlimdir”.
Bu məkan
fəth edilmiş torpaqlar ola bilər. Xüsusilə, bu şərəfli Məkkəyə aiddir. Onun ələ
keçirilməsi müsəlmanlara böyük sevinc və razılıq hissi gətirdi. Ola bilsin ki,
həmçinin söhbət, möminlər Axirətdə Cənnətə düşərkən mükafatlandırılacaqlarından
gedir. Bu o deməkdir ki, şərh etdiyimiz ayədə həm yerdə nəsib olacaq
qismət, həm də Axirət həyatında mükafat nəzərdə tutulur. Bu şərhlərin hər ikisi
bu ayənin sözlərinə eynilə uyğun gəlir və düzgün məna kəs edir və buna görə
onları birləşdirməkdə bizə heç nə mane olmur.
Allahın
gözəl adları arasında – Bilən və Həlim adları. O (Pak və Müqəddəs Olan), bütün
varlıq haqqında hər şeyi bilir və həmçinin baş vermiş və ya gələcəkdə baş verəcək
əməllərin aşkar və gizli cəhətlərindən agahdır. İnsanlar Ona itaətsizlik edir,
Onun iradəsinə müqavimət göstərir və hətta ağır günahlar törədirlər, lakin O
(Pak və Müqəddəs Olan) cəzalandırmağa tələsmir, halbuki insanları cəzalandırmasına
Ona heç nə maneə deyil. Lakin O (Pak və Müqəddəs Olan) bunu etmir və Öz
qullarına ruzi nazil etməyi davam etdirərək, onlara bol-bol ənamlar verir.
ﮅ ﮆ
ﮇ ﮈ ﮉ
ﮊ ﮋ ﮌ
ﮍ ﮎ ﮏ
ﮐ ﮑﮒ ﮓ
ﮔ ﮕ ﮖ ﮗ
(22. 60) “Beləcə,
əgər kimsə onu cəzalandırdıqları kimi cəza verərsə və sonra ona yenidən
zalımlıq edilərsə, onda Allah mütləq ona kömək edər. Şübhəsiz ki, Allah – Əfvedəndir
və Bağışlayandır”.
Əgər
insanı ədalətsizcəsinə sıxışdırır və ya incidirlərsə, onda belə adama onu incidənə
eynilə cavab verməyə icazə verilir. Əgər o bunu etsə, onda heç kimin haqqı
yoxdur ki, buna görə onu qınasın. Əgər bundan sonra onu daha böyük əziyyətə məruz
qoysalar, Allah mütləq ona kömək edər, çünki incidilmiş insan öz haqqı
olduğunun əvəzini çıxdığına görə ətrafındakılar ona ədalətsiz münasibət bəsləməməli
idilər. Əgər Allah, incidilənin, incidənə cavab verdiyindən sonra, ona kömək
edirsə, onda, o, öz incidənlərinə cavab vermədiyinə baxmayaraq, Allahın
yardımına daha yüksək dərəcədə layiq olar.
Allahın
gözəl adları arasında – Əfvedən və Bağışlayan adları. O (Pak və Müqəddəs Olan)
günahkarlara qarşı mərhəmətlidir və cəzalandırmağa tələsmir. O (Pak və Müqəddəs
Olan) günahları bağışlayır və onları və həmçinin onların yaramaz nəticələrini
təmizləyir. Bu məziyyətlər Allahın ilahi mahiyyətinə həmişə məxsus olmuşdur,
çünki O (Pak və Müqəddəs Olan) Öz qullarına həmişə həlimliklə və hər şeyi
bağışlama qayğısı ilə yanaşır.
Ey
incidilib sıxışdırılanlar! Sizə, sizi incidənləri bağışlamaq və mərhəmətli olmaq
lazımdır ki, Allah da, sizin Onun qulları ilə rəftar etdiyiniz kimi, sizinlə rəftar
etsin. Fövqəluca buyurur: “Pisliyin əvəzi eyni dərəcəli pislikdir. Lakin kim
bağışlayıb sülh yaradarsa, onun mükafatı Allaha aid olacaqdır. Həqiqətən, O,
zalımları sevmir” (Şura, 42/40).
ﮘ ﮙ
ﮚ ﮛ ﮜ
ﮝ ﮞ ﮟ
ﮠ ﮡ ﮢ
ﮣ ﮤ ﮥ
ﮦ ﮧ
(22. 61)
“Beləcə, Allah gecəni gündüzə qarışdırır və gündüzü də gecəyə qarışdırır, çünki
Allah – Eşidəndir, Görəndir”.
Sizə gözəl
və ədalətli qanunlar nazil edən Allah tarixin gedişini öncədən müəyyənləşdirir
və Kainatı idarə edir. O (Pak və Müqəddəs Olan) gündüzü gecənin hesabına, gecəni
də gündüzün hesabına uzadır. Gecə gündüzü əvəz edir, gündüz də gecəni əvəz edir
və gecə-gündüzün bir hissəsi o biri hissəsinin hesabına bərabər artıb-azalır, sonra
beləcə davam edir. Bunun sayəsində ilin vaxtları müəyyənləşir, insanlar isə həm
gündüz, həm də gecə saatlarından faydalanmaq imkanı əldə edirlər. Onlar günəş və
aydan istifadə edir ki, bunların hamısı Allahın Öz qullarına göstərdiyi ən əzəmətli
lütfkarlıqlarındandır və onlar bunsuz yaşamaq qabiliyyətində olmazdılar.
Allahın
gözəl adları arasında Eşidən və Görən adları. O (Pak və Müqəddəs Olan) Öz
qullarının Ona müxtəlif dillərdə və müxtəlif səbəblərə görə müraciət etdikləri
səslərini eşidir. O (Pak və Müqəddəs Olan) qatı qaranlıq gecədə belə nəhəng
qayalığın altında qara qarışqanı görür. Fövqəluca belə buyurur: “Siz
danışığınızı gizlətdikdə və ya ucadan danışdıqda da, gecə gizləndikdə və ya
gündüz açıq hərəkət etdikdə də - hamınız eynisiniz” (Rədd, 13/10).
ﮨ ﮩ
ﮪ ﮫ ﮬ
ﮭ ﮮ ﮯ
ﮰ ﮱ ﯓ ﯔﯕﯖﯗﯘﯙﯚ
(22. 62)
“Beləcə, Allah – Haqdır, onların isə, Ondan başqa ibadət etdikləri, şübhəsiz
ki, uydurmadır, çünki Allah – Fövqəlalidir, Böyükdür”.
Allahın
gözəl adları arasında – Haqq adı. O (Pak və Müqəddəs Olan) həmişə olmuşdur və
daima mövcud olacaqdır. O – Əvvəlincidir və Ona qədər heç nə olmayıb. O –
Sonuncudur və sonda da Ondan başqa heç nə olmayacaqdır. Onun adları və sifətləri
qüsursuz və kamildir, Onun vədi doğrudur. Onunla görüş – bir həqiqətdir, Onun dini
– həqiqətdir və Ona ibadət – həqiqətdir. Təkcə ibadət fayda verə bilər və bu
fayda heç vaxt tükənməyəcəkdir. Daş heykəllərə və digər bütlərə gəldikdə isə, onların
arasında canlı məxluqlar da, cansız əşyalar da var, onlar insana kömək etməyə
qadir deyildir. Onlara ibadət etmək də əbəsdir və faydasızdır, çünki belə ibadət
mütləq öləcək və ya yox olacaq yaradılmışlara yönəldilmiş olur. Bu isə o deməkdir
ki, belə ibadət heç bir faydalı bəhrə verə bilməz.
Allahın
gözəl adları arasında – Fövqəlali və Böyük adları. Allah Öz yaratdığı məxluqlarından
yüksəkdədir və Öz kamil sifətləri ilə onlardan misilsiz dərəcədə üstündür.
Bütün varlıqlar Onun hakimiyyəti altındadırlar. Böyüklük Allahın adlarına və
sifətlərinə də məxsusdur. O (Pak və Müqəddəs Olan) o dərəcədə əzəmətli və
şan-şöhrətlidir ki, Qiyamət günü Yer kürəsi Onun ovcunda yerləşəcək, göylər isə
Onun sağ əli ilə büküləcəkdir. O (Pak və Müqəddəs Olan) o dərəcədə əzəmətli və
şan-şöhrətlidir ki, Onun Ərşi yeddi göyü və yeri əhatə edir. O (Pak və Müqəddəs
Olan) o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, bütün qullarının taleyi Onun əlindədir.
Onların etdikləri bütün əməllər Onun ilahi iradəsi ilə baş verir. Onlar istirahət
edəndə və ya işləyəndə - bunu təkcə Onun razılığı ilə edirlər.
Allahın əsil
əzəməti və böyüklüyü Onun Özündən başqa heç kəsə məlum deyil. Onu tam mənada dərk
etmək nə Onun Ona yaxın olan mələklərinə, nə də göndərdiyi peyğəmbərlərə nəsib
edilməmişdir. Kamillik, əzəmət və qüdrət sifətlərinin hamısı ən mükəmməl
formada təkcə Ona məxsusdur. Onun böyüklüyü və əzəmətinin dəlili – göylərin və
yerin bütün məxluqlarının, Ona həmd edərək və Onu şərəfləndirərək, Ona ibadət
etməsidir. Məhz buna görə Allahın ucaldılması[12]
ifadələri ən şərəfli ibadət ayinlərini fərqləndirən əlamətlərdəndir ki, namaz
da bunlara daxildir.
Sonra
Fövqəluca, tövhidin haqq olduğuna və Allahın kamilliyinə dəlalət edən ayələri
üzərində insanları düşünməyə çağırır:
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥﯦ ﯧ
ﯨ ﯩ ﯪ ﯫ
(22. 63)
“Doğrudanmı sən görmürsən ki, Allah göydən suyu nazil edən kimi, yer necə
yaşıllaşır? Həqiqətən, Allah Lütfkardır və Xəbərdardır”.
Məgər sən
görmürsən və düşünmürsən ki, Allah yağışı necə nazil edir? Yağış qum basmış və
çoxdan saralıb-solmuş ağaclarla və ot-ələflə örtülmüş qupquru və itaətkar torpağa yağır. Bu baş
verən kimi, torpağın üstü dəyişir və o, müxtəlif gözəl bitkilərlə örtülür. Yer əla
bər-bəzəyə qərq olur və Allah, qupquru torpağı həyata qaytarmağa Qadirolan,
çürümüş sümükləri də həmçinin beləcə diriltməyə qadirdir.
Onun gözəl
adları arasında – Lütfkar və Xəbərdar adları. Hər şeydən xəbərdar olması sayəsində
O, baş verən bütün proseslərin həqiqi mahiyyətindən xəbərdardır. O, gizli olan
və məxfi saxlanan fikirlərdən xəbərdardır. Öz lütfkarlığı sayəsində O, Öz
qullarını mərhəməti ilə himayə edir və onları şərdən qoruyur, lakin O, bunu elə
edir ki, qulları Allahın müdaxiləsini öz üzərlərində hiss etmirlər. Bununla
Allah qullarına imkan verir ki, onlar Onun fövqəlqüdrətinə əmin olsunlar və
bilsinlər ki, Onun alacağı intiqam sərt olacaqdır. Lakin onlar həlak olmağın
bir addımlığında olanda, O, onlara lütfkarlıq göstərir və bu da Onun
lütfkarlığına və hər şeydən xəbərdar olduğuna dəlalət edir. O, yağışın
damlalarının hara düşməli olduğundan xəbərdardır və bitkilərin toxumlarının
harada yerləşdiyini də bilir. Sonra isə O, yağış damlalarının gedib, yerini heç
insanların da bilmədiyi, toxumlara çatmasına imkan verir və onlardan cürbəcür
otlar cücərdir. Bu da Onun lütfkarlığına və xəbərdar olmasına dəlalət edir.
Allahın gözəl adları arasında – Bilən adı. O, bütün gizli düşüncələri, məxfi
saxlanan fikirləri, gizli əməlləri bilir.
ﯬ ﯭ ﯮ
ﯯ ﯰ ﯱ
ﯲﯳ ﯴ ﯵ
ﯶ ﯷ ﯸ ﯹ
(22. 64)
“Göylərdə olanlar da, yerdə olanlar da Ona məxsusdur. Həqiqətən, Allah – Zəngindir,
Həmdolunandır”.
Göylərin
və yerin bütün sakinləri Allahın məxluqları və qullarıdır. O, onları Öz ilahi
hakimiyyəti, kamil idrakı və həm də Özünün mükəmməl fövqəlqüdrəti sayəsində
idarə edir. Məxluqlara gəldikdə isə, onlar heç bir hakimiyyətə malik deyillər.
Allahın
gözəl adları arasında – Zəngin adı. Onun zənginliyi kamildir və hərtərəflidir.
O (Pak və Müqəddəs Olan) Öz qullarının heç birinə möhtac deyil. Onun onlara güzəştə
getməsi Özünün zəifliyi ilə və ya onları, Öz tənhalığı üzündən, çoxsaylı
yaratması ilə əlaqədar deyildir. Onun nə zövcəsi, nə də övladı olmasına
ehtiyacı yoxdur. O (Pak və Müqəddəs Olan) əbədidir və yemək - içmək zəruriyyətinə
malik deyildir. O (Pak və Müqəddəs Olan) Öz yaratdıqlarının möhtac olduqları tələbatlara
qətiyyən ehtiyac duymur. O (Pak və Müqəddəs Olan) ruzi nazil edir, amma Özünün
ona ehtiyacı yoxdur və bütün bunlar Onun ilahi Özübəsliyinin dəlilidir. Onun məxluqlarına
gəldikdə isə, onların hamısı Rəbbinə möhtacdırlar. Onlar xəlq edilməyə,
uyğunlaşmağa və müdafiə olunmağa möhtacdırlar və bunlarsız dinə etiqad etməyi
və özlərinin bu dünyadakı həyatını abadlaşdırmağı bacarmazdılar. Bu da Allahın
zənginliyinin və Özünəbəsliyinin təcəssümüdür. Əgər göylərin və yerin bütün məskunları,
canlılar da, cansızlar da hamısı bir yerə yığışıb birlikdə uca bir yerə çıxaraq,
Allahdan, hər kəsin ağlına gələn hər şeyi istəsəydilər, bundan Onun zənginliyi
qətiyyən azalmazdı və bu, Allahın ilahi Özünəbəsliyinə dəlalət edir. Bu məziyyətləri
sayəsində Allah gecə-gündüz Öz qullarına bol-bol nemət bəxş edir və Öz mərhəmətini
onlardan bir an belə əsirgəmir. Bununla yanaşı O (Pak və Müqəddəs Olan) Səxavət
Yurdu yaratmışdır ki, orada baxışların görmədiyi, qulaqların barəsində eşitmədiyi
və insanın heç xəyalına belə gətirmədiyi şeylər toplanmışdır. Bunlar da Allahın
zənginliyinin və Özünəbəsliyinin dəlillərindəndir.
Onun gözəl
adları arasında həmçinin Həmdəlayiq adı keçməkdədir. Allahın ilahi mahiyyəti,
gözəl adları, kamil məziyyətləri, həm də ədalət, xeyirxahlıq, mərhəmət və
müdriklik kimi keyfiyyətlərlə zəngin olan əməlləri, - bütün bunlar ən fövqəlyüksək
tərifə layiqdir. Bu, Onun nazil etdiyi və açıq-aşkar və ya mümkün ola bilən
faydalı əməllər işlətməyi əmr edən və insanlara ancaq açıq-aşkar və ya mümkün
ola biləcək zərərli əməlləri qadağan edən Şəriətinə da aiddir. Rəbbə yönəldilən
həmd və sənalar göyləri, yeri və bunların arasındakıları doldurub-daşırır. Bu həmd,
həm də Allahın onunla kainatımızın fövqündə doldurmaq istədiyi hər şeyi əhatə
edir. Buna baxmayaraq, qullar Allahı layiqincə tərifləməyə qadir deyillər,
çünki O (Pak və Müqəddəs Olan) Öz qullarının istənilən təriflərindən ucadır və
buna görə də təkcə O (Pak və Müqəddəs Olan) Özü Özünü layiqincə mədh etməyə
qadirdir. O (Pak və Müqəddəs Olan) bəzi insanları doğru yola yönəltdiyinə, digərlərini
isə Öz yardımından məhrum etdiyinə görə hər növ ucaldılmağa layiqdir. Onun zənginliyi
və özünəbəsliyi Həmdəlayiq olmasında özünü büruzə verir və O (Pak və Müqəddəs
Olan), məhz zənginliyinə və özünəbəsliyinə görə Həmdəlayiqolandır.
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖ ﭗ ﭘ
ﭙ ﭚ ﭛ
ﭜ ﭝ ﭞ
ﭟ ﭠ ﭡ
ﭢ ﭣ ﭤ
ﭥ ﭦﭧ ﭨ
ﭩ ﭪ ﭫ
ﭬ ﭭ
(22. 65)
“Məgər sən görmürsən ki, Allah yerdə olanları da, əmri ilə dənizdə üzən gəmiləri
də sərəncamınıza vermişdir? O, göyü saxlayır ki, Onun izni olmadan, yerə düşməsin.
Həqiqətən, Allah insanlara Acıyandır və Rəhmedəndir”.
Məgər sən
Rəbbinin ecazkar nemətləri və Onun hüdudsuz səxavətini görmür və onların barəsində
düşünmürsənmi? Allah yer üzündə nə varsa hamısını: heyvanları, bitkiləri və
bütün qeyri-üzvi aləmi sizə tabe etmişdir. O (Pak və Müqəddəs Olan) yerin təkində
olanları da sizə həvalə etmişdir. Siz heyvanlardan minik və yük daşıma vasitəsi
kimi istifadə edirsiniz. Onlar ağır işlərdə siz kömək edir, sonra da siz
onların ətindən yeyirsiniz və ya digər məqsədlər üçün istifadə edirsiniz. Siz
öz ehtiyaclarınız üçün ağaclardan və onların meyvələrindən də bəhrələnirsiniz. Axı
siz ancaq Allahın mərhəməti sayəsində ağac əkə və onun barından istifadə edə
bilirsiniz. Bununla yanaşı siz filiz və qızıl mədənlərindən yararlanır və
onlardan faydalı qazıntılar əldə edirsiniz. Allah sizə gəmi inşa etməyi öyrətmiş,
dənizləri və okeanları sizə ram etmişdir. Gəmilər sizi və yüklərinizi bir ölkədən
digərinə daşıyır. Dənizin dibindən, sizin üçün bəzək əşyaları rolunu oynayan
qiymətli şeylər əldə edirsiniz. Allah Öz mərhəməti sayəsində göylərə yerin
üstünə düşməyə imkan vermir. Əgər Onun şəfqəti və hədsiz qüdrəti olmasaydı,
artıq göylər çoxdan yerin üstünə düşüb, onun bütün sakinlərini həlak edərdi.
Fövqəluca buyurur: “Həqiqətən də, Allah göyləri və yeri saxlayır ki, yerlərindən
tərpənməsinlər. Əgər tərpənsələr, onda Ondan başqa heç kəs onları artıq
saxlaya bilməz. Həqiqətən, O – Təmkinlidir, Bağışlayandır” (Fatir, 35/41).
Həqiqətən,
Allah insanlara qarşı şəfqətli və rəhmlidir. O (Pak və Müqəddəs Olan)
insanlara onların doğma valideynlərindən daha çox mərhəmət göstərir. O (Pak və
Müqəddəs Olan) təkcə xeyirxahlıq arzulayır, halbuki onlar özləri özlərinə həddən
ziyadə pislik istəyirlər. Allahın mərhəmətinə gəldikdə isə, insanlar məhz onun
sayəsində yer üzündə hökmranlıq edirlər.
ﭮ ﭯ ﭰ
ﭱ ﭲ ﭳ
ﭴﭵ ﭶ ﭷ
ﭸ ﭹ
(22. 66)
“O – sizə həyat bəxş edən, sonra sizi vəfat etdirən, daha sonra isə yenidən
Dirildəndir. İnsan isə, həqiqətən, naşükürdür”.
Allah
sizi heçdən yaratmışdır. Sonra O, sizi vəfat etdirəcək ki, daha sonra yenidən
dirildib, hər birinizə etdiyiniz yaxşılıqların və pisliklərin əvəzini versin.
Lakin insanın təbiəti belədir ki, onların əksəriyyəti, Allahın nazil etdiyi nemətlər
üçün minnətdarlıq etməkdən boyun qaçırır. Onlar Onun göstərdiyi mərhəməti qəbul
etmirlər, bəziləri hətta dirildilmənin gerçəkliyini və öz Rəbbinin fövqəlqüdrətini
etiraf etməkdən imtina edirlər. Bunu etməyənlər isə, təkcə Allahın
qoruduqlarıdır.
ﭺ ﭻ ﭼ
ﭽ ﭾ ﭿﮀ
ﮁ ﮂ ﮃ
ﮄﮅ ﮆ ﮇ
ﮈﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎ
(22. 67)
“Hər ümmətdən ötrü Biz onların icra edə biləcəyi ayinlər müəyyənləşdirmişik və
qoy onlar bu barədə səninlə mübahisə etməsinlər. Öz Rəbbinə dua et! Həqiqətən,
sən – doğru yoldasan”.
Fövqəluca
bildirir ki, hər bir ümmət üçün ibadət etməkdən ötrü yerlər və müvafiq ayinlər
təyin etmişdir. Bunlar bir-birindən müəyyən dərəcədə fərqlənə bilər, lakin
onların hər birinin əsası ədalət və hikmətdən ibarətdir. Fövqəluca buyurur: “Sizin
hər birinizə Biz qanun və yol müəyyənləşdirmişik. Əgər Allah istəsəydi, sizi
bir ümmət edərdi, lakin O belə etmişdir ki, sizə əta etdikləri ilə sizi
sınasın. Xeyirxah işlərdə yarışın. Sizin hamınız Allaha qayıdacaqsınız və O, nədə
ixtilaf etdiyinizi sizə bildirəcək” (Maidə, 5/48).
İnsanlar
dinin hökmlərini öz imkanlarına uyğun olaraq yerinə yetirməlidirlər və onların
Allahın qanunlarına müqavimət göstərmək haqqı yoxdur. Xüsusi ilə də bu,
savadsız, müşriklik girdabında və açıq-aşkar cahil olan insanlara aiddir. Əgər
insan Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin
həqiqiliyinə əmin olursa, onda o, Elçinin (s.ə.s.) təbliğ etdiyi hər şeyi qəbul
etməli, onun (s.ə.s.) hər bir əmrinə itaət etməli və heç vaxt ona (s.ə.s.)
etiraz etməməlidir.
Ey Muhəmməd!
Kafirlər dinin hökmləri barəsində ağıllarına gələn düşüncəsiz dəlillərə əsaslanaraq
səninlə höcətləşməməlidirlər. Məhz bu dəlillərə əsasən onlar ölü ətinin
yeyilməsinə qoyulan qadağanla bağlı mübahisə etməyə cəhd göstərirlər. Onlar
yersiz müqayisələr apararaq, belə deyirlər: “Məgər siz özünüz öldürdüyünüzü
yeyirsiniz, amma Allahın öldürdüyündən imtina edirsiniz?” Onlar həm də belə
deyirlər: “Ticarət də sələmçiliyə oxşayır”. Onlar bu qəbildən olan çoxsaylı
etirazlara yol verirlər və onların hər birinə ayrı-ayrılıqda cavab verməyin mənası
yoxdur, çünki bu adamlar peyğəmbərliyin əsasını heç qəbul belə etmirlər. Onlar
dinin bəzi müddəalarını inkar etməsələr də, dinə qarşı, ümumiyyətlə, etiraz
edirlər.
Buna bənzər
etirazlar edən hər kəs, əslində Allahın elçisinin peyğəmbərliyini qəbul etmir.
Əgər o, bildirirsə ki, təkcə haqqı tapmağa cəhd göstərir, onda ona Allahın
Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyini
dəlillərlə sübuta yetirmək lazımdır. Əgər o, haqqı tapmağa səy göstərmirsə,
onda onun məqsədi müsəlmanları gücsüzlükdə və zəiflikdə ifşa etməkdir. Məhz
buna görə, Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, doğru yola dəvət müdrikliklə
və xeyirxah nəsihətlərlə aparılsın və bu yolu, kafirlərin ona (s.ə.s.) etiraz
edib-etməməyindən asılı olmayaraq, davam etdirmək lazımdır.
Ey Muhəmməd!
Səni heç bir şey öz xütbələrindən əl çəkməyə vadar etməməlidir, çünki sən doğru
yolla gedirsən və o səni mütləq müqəddəs məqsədinə çatdıracaqdır. Bu yol haqqı
dərk etməkdən və saleh əməllər işləməkdən ibarətdir. Sən öz haqqına əminsən və
dinində şübhəyə düşmürsən və bu səni Rəbbinin hökmlərini qüsursuz yerinə yetirməyə
məcbur edir. Sənin baxışlarına şübhə etmək mümkün deyil və sənin danışdıqların
da yalan deyil. Əgər sən onların yaramaz istəklərinə və rəylərinə qulaq assan,
onlar sənə maneçilik törədər.
Bu ayə
Fövqəlucanın aşağıdakı kəlamına bənzəyir: “Allaha təvəkkül et, çünki sən
açıq haqqın tərəfdarısan” (Nəml, 27/79). Lakin şərh etdiyimiz ayədə
belə bir göstəriş də var ki, kafirlər şəriətin bəzi hökmlərinin mükəmməl mənalarını
aydınlaşdıra bildikdə onlarla razılaşırlar. Ərəb sözü olan “huda”
(“doğru yol”, “rəhbərlik”) Allahın Elçisinin (ona Allahın salavatı və salamı
olsun!) təbliğ etdiyi hər şeyə aiddir və insanlar bunun sayəsində doğru yola gəlirlər.
Bunlar dinin həm əsas, həm də fərdi məsələləri ola bilər ki, onların kamilliyi,
ədalətliliyi və müdrikliyi sağlam düşüncə və korlanmamış təhtəlşüurla təsdiq
edilir. Dinin ayrı-ayrı hökmləri və haramları üzərində fikirləşərkən buna
asanlıqla əmin olmaq olar.
ﮏ ﮐ ﮑ
ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ
ﮘ ﮙ ﮚ
ﮛ ﮜ ﮝ
ﮞ ﮟ ﮠ
(22. 68)
“Əgər onlar səninlə höcətləşməyə başlasalar, onda de: “Allah sizin nələr
etdiyinizi yaxşı bilir”.
(22. 69)
“Allah, düşdüyünüz ixtilaf barəsində Qiyamət günü aranızda hökm verəcəkdir”.
Allah Öz
Elçisinə (s.ə.s.) buyurur ki, haqqı anlamağa can atmayanlar arasında düşən
mübahisələrdən vaz keçsin. Allaha onların əsl məqsədləri və niyyətləri yaxşı məlumdur
və onların hər biri öz niyyətlərinə görə əvəz alacaqlar. Doğru yolla gedən hər
kəs Cənnət sakinləri arasında olacaq, haqq rəhbərlikdən yayınanlar isə mütləq Cəhənnəm
məskunları arasına düşəcəklər. Gələcək Məhkəmə mükəmməl olacaqdır, çünki o, elm
əsasında aparılacaqdır. Məhz buna görə, sonra Allah bildirir ki, Onun elmi hər
şeyi əhatə edir və var olan nə varsa, hamısı Onun Kitabında[13]
yazılmışdır.
ﮡ ﮢ ﮣ
ﮤ ﮥ ﮦ
ﮧ ﮨ ﮩﮪ
ﮫ ﮬ ﮭ
ﮮﮯ ﮰ ﮱ
ﯓ ﯔ ﯕ ﯖ
(22. 70)
“Məgər sən göydə və yerdə olanların Allaha agah olduğunu bilmirsən? Şübhəsiz ki,
bunlar Kitabda vardır. Həqiqətən də, bu, Allah üçün asandır!”
Heç bir
şey Allahdan gizli qala bilməz. Ona aşkarda olan da, qeybdə olan da, açıqda və
gizlində olan da, keçmiş də, gələcək də məlumdur. Göylərdə və yerdə baş verənlərin
hamısı haqqında bu ilahi bilik Mühafizəolunan Kitabda yazılmışdır. Allah qələmi
yaradanda ona buyurdu: “Yaz!” O soruşdu: “Nə yazım?” Bu zaman O ona buyurdu ki,
Qiyamət gününə kimi baş verəcək hər şeyi yazsın. Əlbəttə, bu, Allah üçün heç də
problem deyildi. Hərçənd insanın belə bir şeyi təsəvvür etməsi çox çətindir,
Fövqəluca Allah isə çətinlik çəkmədən Öz elmi ilə bütün varlığı əhatə edir və
Mühafizəolunan Kitabda yazılan biliklər Kainatda baş verən proseslərə tamamilə
uyğun gəlir.
ﯗ ﯘ ﯙ
ﯚ ﯛ ﯜ
ﯝ ﯞ ﯟ
ﯠ ﯡ ﯢ
ﯣ ﯤﯥ ﯦ
ﯧ ﯨ ﯩ ﯪ
(22. 71)
“Onlar Allahın əvəzinə Onun dəlil nazil etmədiyi və barəsində qətiyyən bilikləri
olmayana ibadət edirlər. Zalımların köməkçisi olmayacaqdır!”
Fövqəluca
Allah bu ayədə Onu öz “ilahlarına” bərabər tutan müşriklərin
vəziyyəti haqqında xəbər verir. Həqiqətən də onların vəziyyəti ən dəhşətli və
çirkindir. Onlar öz əməllərini əsaslandırmağa qadir deyillər və onların barəsində
heç bir biliyə malik deyillər. Onlar təkcə öz yollarını azmış ata-babalarının
izi ilə kor-koranə gedirlər. İnsan öz etdiyi əməl barəsində səhih məlumata
malik olmaya bilər, amma buna baxmayaraq onun haqlı olduğunu sübut etmək olar.
Lakin Fövqəluca Allah bildirir ki, O, heç vaxt müşriklərə onların doğruçuluğunu
təsdiq edən dəlillər nazil etməmişdir. Əksinə, O, müşriklərin mənfur və yanlış
baxışlara etiqad etdiklərini sübuta yetirən inandırıcı və təkzibolunmaz dəlillər
nazil etmişdir. Sonra Fövqəluca Allah haqqa inadkarlıqla müqavimət göstərən
mürtədləri hədələyərək, bildirir ki, heç kim onları Allahın cəzasından
qurtarmağa kömək etməyəcək.
Lakin öz
vəziyyətlərinin ağırlığını dərk etməmiş şərəfsizlərin Allahın ayələrini əsas
tutacaqları və doğru yola yönəlmək istəyəcəkləri hələ aydın deyildir. Bəlkə
onlar yalana etiqad etmələrindən razıdırlar? Sanki buna cavab olaraq Fövqəluca
Allah belə buyurur:
ﯫ ﯬ
ﯭ ﯮ ﯯ
ﯰ ﯱ ﯲ
ﯳ ﯴ ﯵﯶ
ﯷ ﯸ ﯹ
ﯺ ﯻ ﯼﯽ
ﯾ ﯿ ﰀ
ﰁ ﰂﰃ ﰄ
ﰅ ﰆ ﰇ
ﰈﰉ ﰊ ﰋ ﰌ
(22. 72)
“Onlara Bizim aydın ayələrimiz oxunanda, sən onların üzündə inkarçılıq ifadəsi
görürsən. Onlar Bizim ayələrimizi oxuyanların üstünə atılmağa hazırdırlar.
De: “Sizə bundan da pis olan barəsində xəbər verimmi? Bu – Oddur ki, Allah onu
iman gətirməyənlərə vəd etmişdir. Bu qalınacaq məskən necə də pisdir!”
Allahın əzəmətli
ayələri haqqı yalandan fərqləndirməyə kömək edir. Lakin kafirlər onlardan üz
çevirirlər və onlara etina göstərmirlər. Onlara bu ayələri oxuyanda, üzlərində
haqqa qarşı kin və nifrət görmək olar. Onlar qaşqabaqlarını sallayır, baxışları
da sərtləşir. Onların haqqa bəslədikləri nifrət o qədər böyükdür ki, onlar
Allahın ayələrini onlara oxuyanları öldürməyə və ya ölənə qədər döyməyə hazır
olurlar. Bu kafirlərin vəziyyəti necə də yamandır! Törətdikləri cinayət necə də
böyükdür! Lakin irəlidə onları daha dəhşətli və daha mənhus sonluq gözləyir. Bu
– Cəhənnəm Alovudur və onun pisliyi daha böyük və əbədidir, verəcəyi əzab və əziyyətlər
hər an daha da artacaq və daha dəhşətəngiz və işgəncəli olacaqdır.
Sonra
Allah bir ibrətamiz misal çəkir ki, insanları bütlərə ibadət etməyin, müşriklərin
düşüncəsizliyinin, bütlərin və onlara sitayiş edənlərin murdarlığına
inandırsın. Fövqəluca buyurur:
ﭑ ﭒ
ﭓ ﭔ ﭕ
ﭖﭗ ﭘ ﭙ
ﭚ ﭛ ﭜ
ﭝ ﭞ ﭟ
ﭠ ﭡ ﭢ
ﭣﭤ ﭥ ﭦ
ﭧ ﭨ ﭩ
ﭪ ﭫﭬ ﭭ
ﭮ ﭯ ﭰ
(22. 73)
“Ey insanlar! Bir məsəl çəkilir, ona qulaq asın. Həqiqətən, sizin Allahdan
başqa ibadət etdikləriniz, bir yerə yığışsalar belə, bir milçək də yarada bilməzlər.
Milçək onlardan bir şey götürsə, onlar götürdüyünü ondan geri ala bilməzlər.
Buna nail olmaq istəyən də, nail olunması istənilən də acizdir”.
Bu məsəl
təkcə möminlərə deyil, habelə kafirlərə də aiddir. O, möminlərə əlavə bilik
qazanmağa yardım edəcək və onların daha da fərasətli olmasına kömək göstərəcəkdir,
kafirləri isə cahilliklərinə görə bəraət qazanmaqdan məhrum edəcəkdir.
Ey
insanlar! Bu sözlərə qulaq asın və onların mənaları üzərində düşünün. Qoy sizin
ürəkləriniz – laqeyd, qulaqlarınız isə tıxanmış olmasın! Bu məsəli təkcə
qulağınızla deyil, qəlbinizlə də dinləyin!
Allahla bərabər
ibadət etdiyiniz bütün uydurma “ilahlarınız” hətta bir milçək belə yaratmağa
qabil deyillər, halbuki milçək ən cüzi və ən kiçik məxluqdur. Əgər sizin
“ilahlarınız” bu ən kiçicik məxluqu yaratmağa qadir deyillərsə, onda daha böyük
olan bir şeyi yaradılması barədə nə demək olar?! Onlar hamısı bir yerə
yığışsalar da, bu onlara milçək yaratmağa kömək etməz. Əgər o milçək onlardan
bir şey götürüb, uçub gedərsə, onlar onun götürdüyünü geri qaytara bilməzlər. Həqiqətən,
bu – zəifliyin və gücsüzlüyün son həddidir! Xahiş edən də zəifdir, xahiş olunan
də zəifdir. Allahla bərabər ibadət edilən “ilah” da zəifdir, milçək də zəifdir.
Onların hər ikisi də zəifdir, lakin köməksiz “ilaha” ümid bəsləyən və onu aləmlərin
Rəbbinin səviyyəsinə qaldıran şəxs daha da zəifdir.
ﭱﭲﭳﭴ
ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ
(22. 74)
“Onlar Allahı layiqincə dəyərləndirmədilər. Axı Allah – Fövqəlgüclüdür, Fövqəlqüdrətlidir”.
Onlar
tamamilə köməksiz və aciz olan məxluqları Allaha bərabər tuturdular, halbuki O,
heç nəyə möhtac deyil və mütləq hakimiyyət Sahibidir. Onlar, nə özlərinə, nə də
başqalarına fayda və ya zərər verə bilməyən, həyata, ölümə, dirildilməyə sərəncam
çəkə bilməyən məxluqları Allaha bərabər sayırdılar, halbuki xeyir də, şər də
Onun sərəncamındadır. Odur nemət verən və Öz mərhəmətindən məhrum edən, Öz səltənətində
hökmranlıq edən və bütün işləri idarə edən.
Onun gözəl
adları arasında – Fövqəlgüclü və Fövqəlqüdrətli adları. Onun fövqəlgücü
hüdudsuzdur, fövqəlqüdrəti isə kamildir. Öz fövqəlgücü və Öz fövqəlqüdrəti sayəsində O, təkcə Özünün icazəsi ilə işləyən və
istirahət edən məxluqlarının taleyini idarə edir. Kainatda ancaq Onun istədiyi
baş verir və O, nəyi istəmirsə, o baş verə bilməz. Onun kamil fövqəlqüdrəti sayəsində
O, göyləri və yeri yerlərində saxlayır. Onun mükəmməl fövqəlqüdrəti sayəsində
O, sura cəmi bir dəfə üfürməklə ilkindən başlayaraq sonuncuya qədər bütün
yaratdıqlarını dirildəcəkdir. Öz kamil fövqəlqüdrəti sayəsində O, sadə şeylərin
vasitəslə zalım hökmdarların bir çoxunu cəzalandırmış və zalım xalqları həlak
etmişdir.
Özünün
mükəmməl fövqəlqüdrəti, bütlərin acizliyini və təkcə Ona ibadətin doğru
olduğunu xatırlatdıqdan sonra, Allah başqa məxluqlardan fərqlənən və onlardan
üstün olan elçilərinin rolunu izah edir. Fövqəluca buyurur:
ﭼ ﭽ ﭾ
ﭿ ﮀ ﮁ
ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ
(22. 75)
“Allah elçilərini mələklərin və insanların arasından seçir. Həqiqətən, Allah –
Eşidəndir, Görəndir”.
Mələklərdən
və insanlardan olan elçilər mənsub olduqları məxluqatın ən alicənab nümayəndələridirlər.
Onlar bütün şərəfli sifətlərə malikdirlər və doğrudan da seçilməyə layiqdirlər.
Məxluqların ancaq ən yaxşıları elçi olurlar, çünki onlar varlığın əsl mahiyyətindən
xəbəri olmayanlar və ya qismən xəbəri olanlar tərəfindən seçilmişlər deyillər.
Onları seçən və ucaldan Eşidən və Görən Allahdır ki, Özünün eşitmə və görmə qüdrəti
ilə bütün varlığı əhatə edir. O (Pak və Müqəddəs Olan) onları ilahi elminə əsasən
Özünün elçiləri seçir və Ona çox yaxşı məlumdur ki, məhz onlar Allahın elçiləri
adlanmağa layiqdirlər və Onun vəhylərini diqqətlə dinləməyə layiqdirlər. Fövqəluca
buyurur: “...Allah Öz peyğəmbərliyini kimə etibar edəcəyini çox yaxşı
bilir...” (Ənam, 6/124).
ﮉ ﮊ ﮋ
ﮌ ﮍ ﮎﮏ
ﮐ ﮑ ﮒ
ﮓ ﮔ
(22. 76)
“O onların keçmişini də, gələcəyini də bilir və bütün işləri Allaha
qayıdacaqdır”.
Allah
elçilərini göndərir ki, insanları Onun yoluna gəlməyə dəvət etsinlər. Adamların
bəziləri elçilərin çağırışına cavab verir, digərləri isə, peyğəmbərlərin təbliğatını
rədd edirlər. Bəziləri zəhmət çəkməyə başlayır, digərləri isə öz vəzifələrindən
yayınırlar. Peyğəmbərlərin və elçilərin yerinə yetirdikləri vəzifə məhz budur.
Törədilən əməllərin əvəzinin veriləcəyinə gəldikdə isə, o, tamamilə Allahın
iradəsindən asılıdır. O (Pak və Müqəddəs Olan) Öz qullarını ya mərhəməti, ya da
ədaləti əsasında mühakimə edəcəkdir.
ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠﮡ
(22. 77)
“Ey iman gətirmişlər! Rükuya gedin, səcdəyə qapılın, Rəbbinizə ibadət edin və
xeyirxah işlər yerinə yetirin ki, ola bilsin, xilas olasınız”.
Fövqəluca
Öz mömin qullarına namaz qılmağı əmr edir, rüku ilə səcdələrin vacibliyini və
üstünlüyünü, o cümlədən, ibadətləri bütövlükdə yerinə yetirməyi isə xüsusi ilə
vurğulayır. Həqiqətən də, ibadət insanlara sevinc bəxş edir və narahat ürəklərə
təskinlik gətirir. Allah bütün bəşəriyyətin Rəbbi və Himayədarıdır və bu,
insanları tək olan Allaha səmimiyyətlə ibadət etməyə və xeyirxahlıq göstərməyə
yönəltməlidir. Ancaq bu minvalla onlar xilasa nail ola, istədiklərini əldə edə
və ən dəhşətli və xoşagəlməz şeylərdən qurtula bilər. Yaradana xalis ibadətdən
və Onun qullarına xeyir verməkdən başqa heç bir şey insanlara uğur və xoşbəxtlik
qazandırmağa qadir deyil. Allah kimə belə davranmağa kömək edərsə, o, böyük səadətə
nail olar və uğur qazanar.
ﮢ ﮣ ﮤ
ﮥ ﮦﮧ ﮨ
ﮩ ﮪ ﮫ
ﮬ ﮭ ﮮ
ﮯ ﮰﮱ ﯓ
ﯔ ﯕﯖ ﯗ
ﯘ ﯙ ﯚ
ﯛ ﯜ ﯝ
ﯞ ﯟ ﯠ
ﯡ ﯢ ﯣ
ﯤ ﯥﯦ ﯧ
ﯨ ﯩ ﯪ
ﯫ ﯬ ﯭ
ﯮﯯ ﯰ ﯱ
ﯲ ﯳ ﯴ
(22. 78)
“Allahın yolunda layiqincə səy (cəhd) göstərin. O sizi seçmiş və
dininizdə sizə heç bir çətinlik yaratmamışdır. Atanız İbrahimin dini də beləydi.
O (Allah), sizi buna qədər də və bunda da (Quranda) müsəlman
adlandırmışdır ki, Elçisi sizin şahidiniz olsun, siz isə insanlara şahid
olasınız. Namaz qılın, zəkat verin və Allahdan bərk-bərk yapışın! O – sizin
Haminizdir. O necə də gözəl Hamidir! O necə də gözəl Köməkçidir!”
Cəhd[14]
- qarşıya qoyulmuş məqsədə nail olmağa səylə can atmaq, qeyrət göstərmək deməkdir.
Allahın yolunda can yandırmaq, ciddi səy göstərməklə çalışmaq üçün müsəlmanlar
ən mükəmməl tərzdə Allahın hökmlərini yerinə yetirməli və bütün imkanlardan, o
cümlədən, səmimi nəsihət, təlim, döyüş[15],
cəzalandırma, xəbərdarlıq etmə, öyüd vermə və bir çox digər vasitələrdən istifadə
etməklə insanları Allahın yoluna dəvət etməlidirlər.
Ey müsəlmanlar!
Allah sizi Öz qullarının arasından seçmişdir və sizin üçün din seçmişdir ki, O
onunla razı qalmış və sizin üçün Kitabların ən yaxşısını və elçilərin də ən
yaxşısını seçmişdir. Bu böyük nemətə görə Rəbbinizə minnətdarlıq edin və var
gücünüzlə Onun yolunda səy göstərin. Allahın insanlara yerinə yetirməyə qabil
olmadıqları və ya çiyinlərinə düşən ağır yük kimi çətin vəzifələr həvalə etməsi
kimi yanlış ehtimallara qapılmamaqdan ötrü Fövqəluca xəbərdar edir ki, İslam
dinində həddən ağır və yorucu hökmlər yoxdur. Əksinə, Allah dinin ehkamlarını
son dərəcə yüngül və yerinə yetirilməsi asan olan etmişdir. Lap başlanğıcdan
Allah insanlara onları qətiyyən çətinliyə salmayan və onlara əziyyət verməyən əhdlər
nazil edirdi. Dini ehkamların asanlaşdırılması üçün şərait yarandıqda, Fövqəluca
Allah mütləq onları asanlaşdırır və ya tamamilə, ya da qismən ləğv edirdi. Bu
ayədən çox mühüm bir dini qayda çıxır ki, o da belədir: “Çətinliklər dini hökmlərin
asanlaşdırılmasına səbəb olur, son zəruriyyət isə haram əməlin yerinə yetirilməsinə
icazə verir”. Bu qayda şəriətin bir çox qanunlarına aiddir və bunlar İslam
hüququ üzrə kitablardan yaxşı məlumdur.
Ey müsəlmanlar!
Yuxarıda xatırlanan nəzər nöqtələri və ehkamlar sizin əcdadınız İbrahimin (ə)
dinidir. O (ə) heç vaxt bu dindən imtina etməmişdi və siz də ondan möhkəm
yapışmalısınız. İbrahim sizi müsəlman adlandırmışdır və sizin bu adınız yaxşı
məlumdur. Ona əvvəlki Müqəddəs Kitablarda da rast gəlinib və o, bu Kitabda və şəriətdə
də təkrarlanır. Möminləri keçmişdə müsəlman adlandırmışlar və bütün zamanlarda
da bu adla adlandıracaqlar.
Allahın
Elçisinə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, o (s. ə. s.)
sizin yaxşı və pis əməllərinizə şahidlik edəcəkdir. Sizin özünüzə gəldikdə isə,
siz qalan digər insanlara şahidlik edəcəksiniz, çünki siz bəşəriyyətin mövcud
olmuş ən yaxşı ümmətisiniz. Siz qərəzsizsiniz, ədalətlisiniz və xeyirxahsınız.
Siz şəhadət verirsiniz ki, Allahın elçiləri haqqı öz qəbilədaşlarına
çatdırmışlar və bütün xalqlar haqqı öz elçilərindən öyrənmişlər. Sizin buna
şahidlik etməyinizin səbəbi – Allahın bu barədə Öz Kitabında xəbər verməsidir.
Namazı,
onun vacib və sünnələrini, onların şərtlərini yerinə yetirərək, icra edin.
Haqqı çatan kəslərə vacib sədəqələr ödəyin və sizə göstərdiyi mərhəmətinə görə
Allaha həmd edin. Allaha təvəkkül edin və öz gücünüzə arxalanmayın, çünki təkcə
Allah sizə hamilik edir və ən gözəl tərzdə sizin işlərinizi sahmana salır. Öz
sadiq qullarına istədikləri məqsədə nail olmaq üçün kömək göstərən Hami necə də
gözəldir! Öz xahiş edən qullarını hər cür şərdən mühafizə edən Köməkçi necə də
gözəldir!
[1] Gizli şəriki. F.S.
[2] Quranın ayrı-ayrı ayələri və Allahın Elçisinin
(s.ə.s.) hədisləri cəm halında naslar adlanır. F.S.
[3] Yəni, ilahlaşdırılan məxluqlara. F.S.
[4] Allaha şərik qoşan müşriklər. F.S.
[5] Təvaf edən. F.S.
[6] Etikaf edən. F.S.
[7] Bu ilahi müddəa
günümüzün ən mühüm məsələlərindən biri olan cihad nəzəriyyəsinin əsası
kimi götürülməlidir. Göründüyü kimi, Fövqəluca Allah, müvafiq şəraitə, gücə və
vasitələrə malik olmadan çoxsaylı düşmənə qarşı vuruşmağa, hətta o, müsəlmanlara
qarşı güc tətbiq etsə belə, cihad etməyə
icazə verməmişdir, çünki bu, İslamın qələbəsinə deyil, möminlərin məhvinə səbəb
olardı. Günümüzün örnəkləri, demək olar ki, hamıya məlumdur. Adətən, belə
hallarda uduzan müsəlmanlar olur, imansızlar isə buna sevinir, bundan məharətlə
istifadə edir və cahil məxluqları dindən, imandan çəkindirirlər. Bu isə Fövqəluca
Allahın dininə kömək deyil, zərbə vurmaqdır. Tərc. F.S.
[8] Bu günlərdə bəzi Avropa
ölkələrindən gələn xəbərlərdə dövlət səviyyəsində müsəlmanların dini ayinlərini
yerinə yetirməsinin təmin edilməsi üçün xüsusi rəsmi tədbirlər həyata keçirilməsi
məsələləri gerçəkləşdirilir.. F.S.
[9] Burada Allahın möminlərə
göstərdiyi lütfkarlığı nəzərdə tutulur. Möminlər Allahın bu mərhəmətindən
istifadə edərək, şeytanın vəsvəsəsini sınaq kimi qəbul edir, ona uymur, ondan
düzgün nəticə çıxarır və beləliklə, əlavə savab qazanırlar. F.S.
[10] Allahın bütün insanları dirildib qəbirlərindən
qaldıracağı gün. F.S.
[11] Mühacirlər - Muhəmməd Peyğəmbərin (s.ə.s.) zamanında Mədinəyə (və digər ölkəyə)
hicrət edən müsəlmanlar. F.S.
[12] Bizim də, ilk dəfə
olaraq ana dilimizdə Allahın gözəl adlarından birini – “Fövqəluca” kimi
çevirib, bu gözəl, Allahın adına layiq əsərin tərcüməsində işlətməyimiz bu şəriət
müddəasından qaynaqlanmışdır. F.S.
[13] Mühafizəolunan Kitab (Lövhi-Məhfuz) nəzərdə
tutulur. F.S.
[14] Ta qədimlərdən, İslamın
Vətənimizə gəlişi ilə milli dilimizə daxil olmuş “cəhd” sözü ərəb dilindən
alınmadır və “c, h, d” kök hərflərindən törəmə sözdür və bir sıra məna
çalarlarını özündə uğurla əks etdirir, o cümlədən, “cihad” sözünün mənasını təmsil
etmək qabiliyyətindədir. “Cəhd” sözü də hərəkət tərzini bildirir, “cihad” sözü
isə isim olmaqla yanaşı İslam ədəbiyyatında və dinimizdə, ümumiyyətlə, Allah
yolunda səy göstərmək, ciddi-cəhlə çalışmaq, məqsədə can atmaq kimi tətbiq
olunmasına baxmayaraq, sözün əsl mahiyyəti saxtalaşdırılmış və sözü kabusa
çevirməyə çalışmışlar. Gerçək “kommunizm kabusu” ilə yanaşı “cihad kabusu” sadəcə
uydurulmuşdur. F.S.
[15] Gördüyünüz kimi, döyüş
– bu çoxsaylı vasitələrdən ancaq biridir. Lakin Allahın düşmənləri İslamın
çoxsaylı tərkib hissələrinin təkcə birini (səy, cəhd, cihad) mütləqləşdirərək,
onu müharibə kabusuna çevirmişlər və bununla xalqların İslama gəlişinin
qarşısını almağa cəhd göstərirlər. Nahaq səy göstərirlər! F.S.
Комментариев нет:
Отправить комментарий